Əlinin Quranın təvili üçün döyüşməsi
4058. Bizə, ibnu'l-imam deyə bilinən Muhamməd b. Cəfər b. Muhamməd b. Hafs əl-Bağdadi bildirdi: Bizə, Yusuf b. Musa əl-Qattan bildirdi: Bizə, Cərir b. Əbdü'l-Həmid, Ə'məş'dən; o ---> İsmayıl b. Rəca əz-Zubeydi'dən; o ---> atasından,
əbu Səid əl-Xudri (radiyallahu anh)'ın belə dediyini rəvayət etdi:
Oturmuş, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i gözləyirdik. Allah rəsulu (sallallahu aleyhi və səlləm), Aişə (radiyallahu anha)'nın hücrəsindən çıxıb yanımıza gəldi. Bu vaxt, ayaqqabısı qopdu. Onu, Əli (əleyhissəlam)'a doğru atdı; sonra da, oturdu və:
"Şübhəsiz, Quranın tənzili (endirilişi) üçün döyüşdüyüm kimi; sizdən, Quranın təvili üçün döyüşənlər olacaqdır." buyurdu.
~ Bunun üzərinə, əbu Bəkr (radiyallahu anh): "O, mənəmmi?" deyə soruşunca, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr!" dedi.
~ Ömər (radiyallahu anh): "O, mənəmmi?" deyincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr! Lakin o, otaqda ayaqqabını tikən (şəxs)'dir." deyə buyurdu.
Rəca əz-Zubeydi, deyir:
Rahabə'də ikən, Əli'nin yanına bir adam gəldi və: "Ey möminlərin əmiri! Ayaqqabı hədisində, hər hansı bir şey vardımı?" deyə soruşdu.
- (Əli radiyallahu anh): "Sən də şahidsən ki, o, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xüsusi olaraq söylədiyi şeylərdən idi." dedi. (haşiyə)
---------------
(Haşiyə:
İsnadı, səhihdir.
Yusuf b. Musa əl-Qattan, Buxari'nin ravilərindəndir. Ondan sonrakılar da, -İsmayıl b. Rəca xaricində- Buxari və Muslim'in raviləridir. İsmayılın atası Rəca b. Rəbia isə, Muslim'in ravilərindəndir.
• Bu hədisi:
~ əbu Yə'lə ("Müsnəd", hədis no: 1086);
~ ibn Hibban ("Səhih", hədis no: 6937)
də, Osman b. əbi Şeybə təriqilə, Cərir b. Əbdü'l-Həmid'dən, bu isnadla rəvayət etmişlərdir.
• Yenə, bu hədisi:
~ Əhməd b. Hənbəl ("Müsnəd", lll, 31, 33, 82);
~ Hakim ("Müstədrək", lll, 122-123);
~ əbu Nuaym ("Hilyətu'l-Övliya", l, 67)'də,
Fitr b. Xəlifə təriqilə, İsmayıl b. Rəca'dan, bu isnadla rəvayət etmişlərdir. Fitr b. Xəlifə'nin rəvayətlərini, "Sünən" sahibləri, öz əsərlərinə almışlardır. Buxari isə, başqası ilə bərabər rəvayətini almışdır. O, siqadır.
----------------------
----------------------
4059. Bizə, Əhməd b. Şuayb bildirdi: Bizə, İshaq b. İbrahim və Muhamməd b. Qudamə -ləfz, ona aiddir- Cərir'dən; o ---> Ə'məş'dən; o ---> İsmayıl b. Rəca'dan; o ---> atasından; o da ---> əbu Səid əl-Xudri (radiyallahu anh)'dan rəvayət etdi.
Ardınca, "Lakin o, ayaqqabını tikən" ifadəsinə qədər, əvvəlki (4058 no-lu) hədisin eynisini zikr etdi və ondan sonra, hədisin sonuna qədər davam edən ifadələri zikr etmədi. (haşiyə)
-----------------------
(Haşiyə:
İsnadı, Muslim'in şərtinə görə səhihdir. İshaq b. İbrahim, ibn Məxləd əl-Hanzali olub ibn Rahuyə deyə də bilinir. Hədis, "Xasais-u Əli" (hədis no: 156)'da zikr edilmişdir.)
------------------------
------------------------
4060. Bizə, İsmayıl b. İshaq b. Səhl əl-Kufi və Fəhd b. Süleyman bərabər bildirdilər: Bizə, əbu Nuaym b. Dukeyn bildirdi: Bizə, Fitr b. Xəlifə, İsmayıl b. Rəca'nın belə dediyini rəvayət etdi:
Atamı, belə deyərkən eşitdim: əbu Səid əl-Xudri'ni, belə deyərkən eşitdim:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i gözləyirdik. Xanımlarından birinin hücrəsindən çıxıb yanımıza gəldi. Biz də, Onunla bərabər qalxıb gəz(məyə başla)'dıq. Bu vaxt, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ayaqqabısının bağı qopdu. Onu, Əli götürdü və o ayaqqabını düzəltmək üçün, arxada qaldı. Allah rəsulu (sallallahu aleyhi və səlləm), ayaqda durub onu gözlədi. Biz də, Onunla bərabər ayaqda durduq. O gün, Onunla bərabər olanlar arasında, əbu Bəkr və Ömər (radiyallahu anhuma) da var idi.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Mən, Quranın tənzili (endirilişi) üçün döyüşdüyüm kimi; şübhəsiz, sizdən, Quranın təvili üçün döyüşənlər olacaqdır." deyə buyurdu.
əbu Bəkr və Ömər, baxışlarını (Peyğəmbərə) doğru çevirdilər.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr! O, ayaqqabını tikən (şəxs)'dir." deyə buyurdu.
Mən də, Onun (yəni, Əli) üçün söylənənləri müjdələmək üçün getdim. Əli, sanki başını heç qaldırmadı (yəni, əhəmiyyət vermədi) və O, sanki əvvəl bunu eşitmişdi. (haşiyə)
-------------------
(Haşiyə:
İsnadı, səhihdir.
Raviləri, siqa; və -Fitr b. Xəlifə xaricində- "Səhih"in raviləridir. Buxari, onun rəvayətini, başqası ilə bərabər almışdır. O, siqadır.)
---------------------
---------------------
4061. Bizə, Fəhd bildirdi: Bizə, Muhamməd b. Səid b. əl-İsfahani bildirdi: Bizə, Yəhya b. Əbdü'l-Məlik b. əbi Ğuneyyə, atasından; o ---> İsmayıl b. Rəca'dan; o ---> atasından,
əbu Səid əl-Xudri (radiyallahu anh)'ın belə dediyini rəvayət etdi:
Məsciddə oturmuşduq. Allah rəsulu (sallallahu aleyhi və səlləm), çıxıb yanımıza gəldi. Başımızın üstünə quşlar qonmuş kimi, bizdən kimsə danışmırdı. (Belə ikən), Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
"Mən, insanlarla, Quranın tənzili üçün döyüşdüyüm kimi; şübhəsiz, sizdən, insanlarla, Quranın təvili üçün döyüşənlər olacaqdır."
- əbu Bəkr (radiyallahu anh): "O, mənəmmi, ey Allahın rəsulu?" deyə soruşdu.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr." deyə cavab verdi.
- Ömər (radiyallahu anh): "O, mənəmmi, ey Allahın rəsulu?" deyə soruşdu.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr. Lakin O, hücrədə ayaqqabı tikəndir." deyə buyurdu.
Bu vaxt, yanımıza, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ayaqqabısı ilə bərabər Əli (radiyallahu anh) gəldi. O, ayaqqabını düzəldirdi. (haşiyə)
-----------------
(Haşiyə:
İsnadı, səhihdir. Yəhya b. Əbdü'l-Məlik, Yəhya b. Əbdü'l-Məlik b. Humeyd b. əbi Ğuneyyə'dir. Atası Əbdü'l-Məlik b. Humeyd ilə hər ikisinin rəvayətlərini, Buxari və Muslim təxric etmişlərdir.
Hədisi, ibn əbi Şeybə, "əl-Musannəf"də (Xll, 64), Əbdü'l-Məlik'dən, bu isnadla rəvayət etmişdir.
------------------
***
əbu Cəfər (ət-Tahavi) deyir:
Biz, İsmayıl b. Rəca'nın atasının adının nə olduğunu və özündən, oğlundan başqa bir kimsənin rəvayət edib-etmədiyini öyrənmək istədik. Gördük ki, Muhamməd b. İsmayıl əl-Buxari, bu kimsənin adının, Rəca b. əbi Rəbia olduğunu zikr edərək, belə demişdir:
"Bəra b. Azib'dən və əbu Səid əl-Xudri'dən rəvayət etmişdir." (Buxari, "Tarixu'l-Kəbir", lll, 312)
əbu Cəfər (ət-Tahavi), deyir:
Oğlundan başqa özündən rəvayət edənlər arasında, Yəhya b. Hani də vardır. Necə ki,
Bizə, Hüseyn b. Nasr bildirdi: Bizə, əbu Nuaym bildirdi: Bizə, Süfyan, Yəhya b. Hani'dən bildirdi: Onun, Rəca əz-Zubeydi'dən; onun da ---> Bəra'dan rəvayət etdiyinə görə,
O, corablar və ayaqqabılar üzərinə məsh edərdi. (haşiyə)
-----------------
(Haşiyə:
Yəhya b. Hani, ibn Urvə əl-Muradi olub, siqadır. əbu Davud, Tirmizi və Nəsai, onun rəvayətlərini götürmüşlərdir. İsnadın digər raviləri siqa olub, Buxari və Muslim'in raviləridir. Rəca əz-Zubeydi xaric. O da, Muslim'in ravilərindəndir.
əbu Nuaym, Fadl b. Dukeyn'dir. Süfyan da, Süfyan əs-Sevri'dir.
Hədisi,
~ Abdu'r-Razzəq ("əl-Musannəf", hədis no: 778), Sevri'dən;
~ ibn əbi Şeybə ("əl-Musannəf", l, 189), Vəki'dən;
~ Beyhaqi ("Sünən", l, 285), ibn Numeyr yolu ilə,
üçü də, Ə'məş'dən rəvayət etmişlərdir.
------------------
Biz, bu hədis üzərində yaxşıca düşündük. Biz, bizim bu babdan əvvəlki babda (haşiyə), bəhsini etdiyimiz hədisdəki ifadələrdən başqa xüsusların dilə gətirildiyini gördük. Bu babdan əvvəlki babda,
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Məkkədən hüzuruna gələn Qureyşlilərə söylədiklərində, bir təhdid var idi. Bu babda zikr etdiyimiz bu hədisdə isə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in hədisdə bəhsi etdiyi kimsəyə bir vədi vardır ki, bu Şəxs, Özündən sonra, Quranın təvili üçün döyüşəcəkdir. Eynilə, Özünün, Quranın tənzili (endirilişi) üçün döyüşmüş olduğu kimi.
-------------------
(Haşiyə:
İmam Tahav'nin qəsdi, budur:
633-cü bab: "Məkkədən gələn və: 'Ey Muhamməd! Oğullarımız, nökərlərimiz, Sənin yanına gəldilər. Onları, bizə geri qaytar.' deyən Qureyşlilərə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: 'Ey Qureyşlilər! And olsun Allaha, (O), sizin üzərinizə, sizdən, iman üçün qəlbini imtahan etdiyi, din üçün boynunuzu vuracaq birini göndərəcəkdir.' buyurduğuna dair rəvayət edilən hədisin müşkilinin bəyanı babı:
4053. Bizə, Fəhd b. Süleyman bildirdi: Bizə, Muhamməd b. Səid b. əl-İsfahani bildirdi: Bizə, Şərik b. Abdullah ən-Nəxai, Mənsur b. Mu'təmir'dən; o da ---> Rib'i b. Hiraş'dan,
Əli (radiyallahu anh)'ın belə dediyini rəvayət etdi:
Məkkə'ni fəth etdiyi gün, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, belə buyurarkən eşitdim:
O vaxt, Qureyş'dən bəziləri Onun yanına gəlib: "Ey Muhamməd! Şübhəsiz, biz, Sən və qövmünlə andlaşmışıq (yəni, barışıq üçün sözləşmişik). Bizim oğullarımız və nökərlərimiz gəlib, Sənə qoşuldular. Onların, İslama rəğbətləri yoxdur (yəni, İslama girmək istəmirlər). Onlar, ancaq, işdən qaçdılar. Bundan dolayı, onları, bizə geri qaytar." dedilər.
Allah rəsulu (sallallahu aleyhi və səlləm), onların bu işləri haqqında, əbu Bəkr (radiyallahu anh) ilə istişarə etdi. əbu Bəkr: "Ey Allahın rəsulu! Onlar, düz deyirlər." deyincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in üzü dəyişdi və: "Ey Ömər! Sən nə deyirsən?" deyə soruşdu. O da, əbu Bəkr'in dediyinin eynisini dedi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Ey Qureyş topluluğu! And olsun, Allah (azzə və cəllə), sizin üzərinizə, qəlbini iman üçün imtahan etdiyi və din üçün sizin boyunlarınızı vuracaq bir adam göndərəcəkdir." buyurdu.
Bunun üzərinə, əbu Bəkr: "O, mənəmmi, ey Allahın rəsulu?" deyə soruşdu. Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr." deyə cavab verdi. Ömər: "O şəxs, mənəmmi, ey Allahın rəsulu?" deyə soruşunca,
Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Xeyr. O, məsciddə o ayaqqabını tikən şəxsdir." deyə buyurdu.
(Rib'i) deyir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), Əli (əleyhissəlam)'a, tikmək üzərə ayaqqabısını vermişdi. Bununla bərabər, Əli, dedi:
"Mənə gəlincə, mən, Onu: 'Mənim adıma yalan uydurmayın. Çünki, Mənim adıma yalan uyduran şəxs, atəşə girəcəkdir." (haşiyə)
Haşiyə:
Hədisi:
~ Əhməd b. Hənbəl ("Müsnəd", l, 155);
~ Tirmizi ("Sünən", 3715);
~ Nəsai ("Xasais-u Əli", 31);
~ Hakim ("əl-Müstədrək", lV, 298)'də,
Şərik b. Abdullah təriqindən, bu isnadla rəvayət etmişlərdir.
Hakim, hədisin, Muslim'in şərtinə görə səhih olduğunu bildirmiş; Zəhəbi də ona müvafiq olmuşdur. Tirmizi, "Bu, həsən-səhih bir hədisdir." demişdir.
-----------------------
Bu hədisdə, gerçəkləşməsi qəti olan bir vəd mövcuddur. Necə ki, uca Allah, Əli b. əbi Talib (radiyallahu anh) vasitəsilə, Kitab'ında bəhsini etdiyi o təvil əhlilə döyüşünü gerçəkləşdirmişdir. Necə ki:
Bizə, İbrahim b. Mərzuq bildirdi: Bizə, Abdullah b. Davud əl-Xuraybi, Bəssam əs-Sayrafi'dən; onun da ---> əbu Tufeyl'dən rəvayət etdiyinə görə,
ibnu'l-Kəvva, Əli (əleyhissəlam)'dan Allah (cəllə və azzə)'nin:
ٱلَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا
"O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər." (Kəhf/104) ayətini soruşmuş; O da: "Bunlar, Haruriyyə'dirlər." demişdir. (haşiyə)
-------------------------
(Haşiyə:
Xəbərin raviləri siqa olub, "Səhih"in raviləridirlər. Bəssam əs-Sayrafi xaric. Nəsai, onun rəvayətini götürmüşdür və o, siqa bir ravidir.
~ ibnu'l-Kəvva, Abdullah əl-Yəşkuri'dir. Xaricilərin böyüklərindən idi. Onun, möminlərin əmiri Əli b. əbi Talib ilə başına gələnlər haqqında, çox sayda xəbəri vardır. Onun yanından ayrılmaz; Ondan çox şey soruşardı. Sonraları, xaricilərdən ayrılmış və Əli'nin dostluğuna dönmüşdü. (bax: "Lisanu'l-Mizan", lll, 329)
Haruralılar, xaricilərdir. Onlara, Harura'ya nisbətlə, "əl-Haruriyyə" deyilmişdir. Harura da, Kufə xaricində, Kufə'dən 2 mil uzaqlıqda bir qəsəbədir. Əli'yə müxalifət edən xaricilər, orda toplanmışdılar.)
-----------------------
əbu Cəfər (ət-Tahavi) deyir:
Onlar, Əli'nin, özlərilə Quranın təvili səbəbilə döyüşdüyü kimsələrdir. Necə ki,
Bizə, İbrahim bildirdi: Bizə, Vehb b. Cərir, Şu'bə'dən; o da ---> Amr b. Murrə'dən,
Musab b. Sa'd'ın belə dediyini rəvayət etdi:
Atamın Quran oxumasını, Mushaf'dan izləyirdim. Atam:
قُلْ هَلْ نُنَبِّئُكُم بِٱلْأَخْسَرِينَ أَعْمَـٰلًا
ٱلَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا
"De: 'Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər." (Kəhf/103-104) ayələrini oxuyunca,
- Mən: "Onlar, Harurilərdirmi?" deyə soruşdum.
- O: "Xeyr. Bunlar, kitab əhlinin kafirləridir. Yəhudilər, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə iman etməzlər. Xristiyanlar, cənnətə inanmazlar və: 'Orda, nə yemək, nə də içki vardır.' deyərlər.
Lakin, uca Allahın:
ٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَـٰقِهِۦ وَيَقْطَعُونَ مَآ أَمَرَ ٱللَّهُ بِهِۦٓ أَن يُوصَلَ وَيُفْسِدُونَ فِى ٱلْأَرْضِ ۚ أُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ
'O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!' (Bəqərə/27)
ayətində bəhsi edilənlər, Haruralılardır." dedi. (haşiyə)
------------------------
(Haşiyə:
Raviləri siqa olub, Buxari və Muslim'in raviləridir.
Hədisi:
~ Buxari ("Səhih", 4728)'də, Muhamməd b. Bəşşər təriqilə, Muhamməd b. Cəfər'dən;
~ Nəsai ("Sünən", "Təfsir", 333)'də, Muhamməd b. İsmayıl b. İbrahim təriqilə, Yezid b. Harun'dan;
hər ikisi də, Şu'bə'dən, bu isnadla rəvayət etmişlərdir.
~ Hakim ("əl-Müstədrək", ll, 370)'də, Xallad əs-Saffar təriqilə, Amr b. Qays əl-Muləi'dən; o da, Amr b. Murrə'dən; Musab b. Sa'd'ın belə dediyini rəvayət etmişdir:
Atama, Quran oxuyurdum. Nəhayət:
"De: 'Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?" (Kəhf/103) ayətinə gəldiyim vaxt, "Atacan! Bunlar, xaricilərdirmi?" deyə soruşdum. O da: "Xeyr, oğlum! Sonrakı
'O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.' (Kəhf/104)
ayətini oxu." dedi.
Davam edərək, belə dedi:
"Bunlar, xristiyanlar arasından çoxlu ibadət edən kimsələrdir. Onların inkarları, Rəbb'lərinin ayələrini, Muhammədi və Allaha qovuşmağı inkar etmələri idi. Bununla bərabər, 'Cənnətdə, yemək də, içki də, yoxdur.' dedilər.
Xaricilər isə:
'O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri (qohumluq əlaqələrini) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!' (Bəqərə/27) ayətində bəhsi edilən kimsələrdir."
Hakim, bununla bərabər, "Bu, isnadı səhih olmaqla bərabər, Buxari və Muslim, bunu rəvayət etməmişlərdir." demişdir.
Yenə, Hakim, 2 təriqlə, Mənsur'dan, Musab b. Sa'd b. əbi Vaqqas'ın belə dediyinu rəvayət etmişdir:
Atamdan: "De: 'Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?' O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər." (Kəhf/103-104)
ayələrilə bağlı, "Bunlar, Haruriyyədirmi?" deyə soruşdum.
- O: "Xeyr. Lakin bunlar, kilsələrdə ibadətə çəkilənlərdir. Haruralılar isə, doğru yoldan azdıqları üçün, Allahın da, qəlblərini azdırdığı kimsələrdir." dedi.
Hakim, bununla bərabər, "Bu, Buxari və Muslim'in şərtlərinə görə səhih olmaqla bərabər, onlar, bu hədisi rəvayət etməmişlərdir." demişdie.
~ Ayrıca, bax: ibn Həcər Asqalani, "Fəthu'l-Bari", Vlll, 425-426)
-----------------------------
əbu Cəfər deyir:
Bax bunlar, Əli (radiyallahu anh)'ın təvilində bəhsi edilən kimsələrdir.
Bizim, bundan əvvəlki babda zikr etmiş olduğumuz hədisdə, bir təhdid var idi. Təhdidi edən kimsənin, onu gerçəkləşdirmə haqqı da vardır, gerçəkləşdirməmə də. Bu hədisdə mövcud olan isə, bir vəddir. Vədin/söz verməyin isə, gerçəkləşdirilməsi labüddür. Uca Allah, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in dililə, bu vədi etmiş olduğu kimsələrə gerçəkləşdirmişdir. Vəd və vaid/təhdidin, bəhsini etdiyimiz şəkillərdə olduqları xüsusunda, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən gəlmiş rəvayətlər arasında, bu da vardır:
---------------------
---------------------
4062. Bizə, İbrahim b. Davud bildirdi: Bizə, Hudbə b. Xalid bildirdi: Bizə, Suheyl b. əbi Hazm əl-Qutai bildirdi: Bizə, Sabit əl-Bunani'nin, Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayət etdiyinə görə,
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Allah (azzə və cəllə), bir əmələ müqabil kimə bir savab vəd etmişdirsə, ona, o savabı, mütləq verəcəkdir. Kimə də, etmiş olduğu bir əməldən dolayı bir cəza vəd etmişdirsə, O, bunda, istədiyini edər." (haşiyə)
---------------
(Haşiyə:
İsnadı, zəifdir. Suheyl, -əsl nüsxədə təhrif edilərək, Sehl deyə qeyd edilmişdir.- b. əbi Hazm, zəif bir ravidir.)
----------------
***
əbu Cəfər deyir:
Kəlam i'rab'ında (yəni, ərəb dilində) və lüğət əhli nəzdində, bu, belədir.
Mən, Bəkkar b. Quteybə'ni, Əsmai'nin belə dediyini zikr edərkən eşitdim:
Amr b. Ə'lə'nin yanında idim. Yanına, Amr b. Ubeyd gəldi. Ondan: "Ey əbu Amr! Uca Allahın, bir əməl üçün bir savab vəd etməklə bərabər, sonradan onu yerinə yetirməməsi, mümkünmüdür?" deyə soruşdu. əbu Amr: "Xeyr." deyincə, bu səfər, Amr b. Ubeyd: "Hər hansı bir əməl qarşılığında bir cəza təhdidi edərsə də, bu, belədir. Onu gerçəkləşdirməməsi, imkansızdır." dedi. Bunun üzərinə, əbu Amr: "Sən, ərəb dilini yaxşı bilməkdən dolayı itirdin. Çünki ərəblər bir vəd verdiklərində, şərəfləri, onu yerinə yetirmələrinə bağlıdır. Bir təhdid edərlərsə, şərəfləri, onu yerinə yetirməməsilə ölçülür."
əbu Cəfər deyir:
Mən, bu sözləri, ibnu'l-imam deyə bilinən Muhamməd b. Cəfər'ə nəql etdim. O, bu mənada olduğunu bildi və dedi:
"Mən, bunu, qadı Səvvar b. Abdullah əl-Ənbəri'dən, sənin, mənə, Bəkkar'dan zikr etdiyin kimi eşitmişdim. Ancaq Səvvar, bu ifadələrdə, Əsmai'dən daha çoxunu zikr edərək dedi:
Sonra, əbu Amr, bizə dönüb bu beyitləri oxudu:
"Əmim oğlu da, qonşum da, hücumundan qorxmaz,
Mən də, təhdid edənin hücumundan qorxmaram.
Mən ona bir təhdid və ya vəd verərsəm,
Təhdid sözümdə durmaram; ancaq, vəd etdiyimi gerçəkləşdirərəm."
Bunun üzərinə, biri belə dedi:
"Hər iki hədis (yəni, 4053 və 4058 no-lu hədislər), əslində eyni mənadadır. Ayaqqabını tikməklə bəhsini etdiyi o adamı vəsf etməsi də, buna dəlildir. Lakin ravilər, hədisi yaxşıca zəbt edə bilmədikləri üçün, hədisi, bundan dolayı, sənin 2 fərqli hədis olaraq qılmana səbəb olacaq şəkildə zikr etmiş oldular."
Allah (azzə və cəllə)'nin yardımı ilə, bizim ona cavabımız, bu oldu:
Hal, bu xüsusda, onun xətalı olaraq düşündüyü kimi deyildir. Çünki, hədisin bütün raviləri, şəxs olaraq ədalət sahibi, Rəbb'lərinin dininə bağlılıqda, fəqih; Peyğəmbərlərinin hədislərini rəvayət etməkdə də, sağlam kimsələrdir. Öz dillərini bilməkdə fasih kimsələr olub, özlərinə, nə söyləndiyini bilən kimsələrdir. Çünki onlara, öz dillərilə xitab edilmişdir. Digər tərəfdən, onlar, dinlərini bilən fəqih kimsələrdi. Bizlərə, Peyğəmbərlərindən və onu şəxsən Nəbi'sindən eşitmiş olanlardan eşitdiklərini nəql edən kimsələrdi.
Ayaqqabı tikməyə gəlincə, bu işin 2 fərqli gündə olması, mümkündür. Rəvayətlər arasında ziddiyyətin görünməməsi üçün, rəvayətləri bu mənaya həml etmək, daha əvladır. Bizim, babda bəhsini etdiyimiz hədisdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in verdiyi sözü gerçəkləşdirdiyini göstərən xüsuslardan biri də, Zu'l-Xuveysira ilə bağlı olanlardır. Necə ki:
-----------------------
-----------------------
4063. Bizə, Əhməd b. Şuayb bildirdi: Bizə, Əli b. Munzir əl-Kufi ət-Tariqi bildirdi: Bizə, Muhamməd b. Fudayl bildirdi: Bizə, Asim b. Kuleyb əl-Cərmi, atasının belə dediyini rəvayət etdi:
Əli b. əbi Talib (radiyallahu anh)'ın yanında oturarkən, hüzuruna, üzərində yolçuluq paltarı olan bir kişi girdi. Əli, ətrafındakılar ilə danışır; onlar da, Onunla danışırdılar. Bu gələn adam: "Ey möminlərin əmiri! Danışmağıma icazə verirsənmi?" dedi. Ancaq Əli, ona iltifat etmədi. Sonra adam, mənim yanıma oturdu. Ondan, xəbərinin nə olduğunu soruşdum.
Dedi: "Mən, ümrə edirdim. Aişə ilə qarşılaşdım. O, məndən: 'Sizin olduğunuz torpaqlarda ortaya çıxan o adamlara, Harurilərmi deyilir?' deyə soruşdu. Mən: 'Onlar, Harura deyilən bir yerdə çıxdılar. Bu səbəblə, onlara belə ad verildi.' dedim. Aişə, onların həlak olmalarını qəsd edərək: 'Şahid olanlara nə xoş! Əgər ibn əbi Talib istəyərsə, sizə, onların xəbərini bildirər.' dedi. Mən də, Onun yanına, onların xəbərini soruşmaq üzərə gəldim."
Əli (radiyallahu anh), sözünü bitirincə, "O səslənən şəxs, hardadır?" deyə soruşdu. Sonra, Ona da, bizə danışdığı kimi danışdı və: "Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanına girmişdim. Yanında, möminlərin anası Aişə'dən başqa kimsə yox idi. Allah rəsulu, mənə: 'Ey Əli! Bu, bu kimsələrlə qarşı-qarşıya gəldiyin vaxt, (halın) necə olacaq?' buyurdu. Mən, 'Allah və rəsulu daha yaxşı bilir.' deyincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), əlilə, şərqdən çıxacaq bir qövmə işarət etdi və:
'Bunların oxuyacaqları Quran, boğazlarından aşağıya keçməyəcək; oxun hədəfini deşib keçməsi kimi, onlar da, dindən çıxacaqlar. Aralarında da, əli (qadın) məməsinə (simbrakidaktili) bənzəyən qolsuz bir adam olacaq." buyurdu.
"Allah adına and içirəm. Mən, sizə bunlar haqqında xəbər verdimmi?" dedi. Yanındakılar, "Vallahi, hə." dedilər. Əli: "Sonra yanıma gəlib, Mənə, bu şəxsin aralarında olmadığını xəbər verdiniz. Mən də, Allah adına, onun, onların arasında olduğuna dair and içdim. Daha sonra, yanıma, sizə söylədiyim kimi, təsbih edərək gəldiniz." deyincə, onlar, "Bəli. Elə oldu." dedilər. Sonra, Əli: "Allah və rəsulu, doğru söyləmişdir." dedi. (haşiyə)
------------------------
(Haşiyə:
İsnadı, hafiz ibn Kəsir'in "əl-Bidayə" (Vll, 293)'də dediyi kimi, ceyyiddir. Hədis, "Xasais-u Əli" (183)'də zikr edilmişdir.
Hədisi:
~ ibn əbi Asim, "əs-Sünnə", 913;
~ Abdullah b. Əhməd, "Zəvaidu'l-Müsnəd", l, 160;
~ əbu Yə'lə, 482;
~ Bəzzar, 1855'də,
fərqli təriqlərlə, Asim b. Kuleyb'dən, bu isnadla rəvayət etmişlərdir.)
----------------------------
----------------------------
4064. Necə ki, bizə, Muhamməd b. Əhməd b. Cəfər əl-Kufi bildirdi: Bizə, Əhməd b. İmran əl-Əxnəsi bildirdi: Bizə, Muhamməd b. Fudayl bildirdi...
Ardınca, isnadı ilə, əvvəlki hədisin eynisini zikr etdi. (haşiyə)
----------------
(Haşiyə:
Əhməd b. İmran əl-Əxnəsi haqqında:
~ əbu Hatim: "Bir şeyxdir (yəni, hədis ravisidir)." demişdir.
~ ibn Hibban, onu, "əs-Siqat"ında zikr edərək, belə demişdir: "Bizə, ondan, əbu Yə'lə rəvayət etmişdir. Rəvayət etdiyi hədislər müstəqim olan biridir."
~ əbu Avanə də, "Səhih"ində, onun təriqilə, Muhamməd b. İmran'dan, bir çox hədis rəvayət etmişdir.
~ ibn Adiyy də, Muhamməd b. İmran'ın tərcüme-i halında, belə demişdir: "Əhməd b. İmran, Kufəli və siqa biridir. Lakin, Muhamməd b. İmran deyə birini tanımıram."
~ Buxari deyir: "Haqqında, kəlam edilmişdir." Bununla bərabər, Buxari, onun adını, Muhamməd olaraq zikr etmişdir. Hər ikisinin eyni şəxs olduğu da deyilmişdir.
~ əbu Zur'a: "Kufəlidir. Hədis alimləri, ondan rəvayət götürməyi tərk etmişlərdir." demişdir.
Deyirəm: Ona, mutabaat edilmişdir. Ondan sonrakı ravilər də, siqadır.
Bu hədis, əvvəlki hədisin təkrarıdır.)
----------------------------
----------------------------
4065. Necə ki, bizə, Yezid b. Sinan bildirdi: Bizə, Musa b. İsmayıl bildirdi: Bizə, Hammad b. Sələmə, Əyyub'dan; o ---> Muhamməd b. Sirin'dən rəvayət etdi. Onun da ---> Abidə'dən rəvayət etdiyinə görə:
Əli (radiyallahu anh), "Aralarında, əli kəsik və ya əli kiçik; ya da əli kəsik və kiçik biri vardır." deyincə, bu adamı qətl edilənlər arasında axtardıqları halda, tapa bilmədilər. O:
"Əgər ona (yəni, zikr edəcəyim xəbərə) bel bağlayaraq əməli tərk etməyəcək olsaydınız, sizə, Allah (azzə və cəllə)'nin, Nəbi'sinin dililə, hidayətimizi bilərək və onların dəlalətləri (azğınlıqları) xüsusunda bəsirət sahibi olaraq hökm etdiklərini xəbər verəcəkdim." dedi. (haşiyə)
------------------------
(Haşiyə:
İsnadı, Muslim'in şərtinə görə səhihdir. Raviləri siqa olub, Buxari və Muslim'in raviləridir. Hammad b. Sələmə, xaric. O, Muslim'in ravilərindəndir.
~ Əyyub, ibn əbi Təmimə əs-Saxtiyani'dir.
~ Abidə, ibn Amr əs-Salmani'dir. Muxadramun (yəni, Peyğəmbərlik dövrünə çatıb Peyğəmbəri, müsəlman olaraq görə bilməyənlər)'dəndir və böyük tabii'dir. Fəqih və səbt (sağlam) bir ravidir.
Hədisi:
• Əhməd b. Hənbəl ("əl-Müsnəd", l, 83);
• Abdullah b. Əhməd ("Zəvaid", l, 113, 121, 122);
• Muslim ("Səhih", 1066);
• əbu Davud ("Sünən", 4763);
• ibn Macə ("Sünən", 167);
• Abdu'r-Razzəq ("Musannəf", 18652);
• ibn əbi Şeybə ("Musannəf", XV, 303-304);
• əbu Yə'lə ("Müsnəd", 337)'də,
fərqli təriqlərlə, Əyyub'dan bu isnadla rəvayət etmişlərdir.
---------------------
---------------------
4066. Necə ki, bizə, Yezid bildirdi: Bizə, Abdullah b. Bəkir əs-Səhmi bildirdi: Bizə, Hişam b. Hassan, Muhamməd'dən; o da ---> Abidə'dən; o da ---> Əli (radiyallahu anh)'dan rəvayət etdi.
Ardınca, əvvəlki hədisin eynisini zikr etdi və bunları da əlavə etdi:
- Mən, Ondan: "Bunu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən şəxsən eşitdinmi?" deyə soruşdum.
- O: "Kəbə'nin Rəbb'inə and olsun ki, bəli. Kəbə'nin Rəbb'inə and olsun ki, bəli. Kəbə'nin Rəbb'inə and olsun ki, bəli." dedi. (haşiyə)
------------------------
(Haşiyə:
İsnadı, Buxari və Muslim'in şərtinə görə səhihdir. Hədis, bir əvvəlkinin təkrarıdır.)
------------------------
------------------------
4067. Bizə, Əhməd b. Şuayb bildirdi: Bizə, İsmayıl b. Məsud bildirdi: Bizə, Mu'təmir b. Süleyman, Avf'ın belə dediyini bildirdi: Bizə, Muhamməd b. Sirin bildirdi: Abidə, belə dedi:
Sonra, hədisi zikr etdi və bunları əlavə etdi:
"Sonra, onu (yəni, öldürülən xaricini) izlədik (yəni, izini axtardıq) və Əli'yə, o adamın olduğu yeri göstərdik. Əli, onu görüncə: "Allahu Əkbər, Allahu Əkbər." dedi. (haşiyə)
---------------
(Haşiyə:
İsnadı, səhihdir. İsmayıl b. Məsud'dan, Nəsai rəvayət götürmüşdür. O, siqa biridir. Ondan sonrakılar isə, Buxari və Muslim'in raviləridir. Avf, ibn əbi Cəmilə'dir.)
-----------------
-----------------
4068. Necə ki, bizə, Əhməd də bildirdi: Bizə, Abbas b. Əbdü'l-Əziz əl-Anbəri bildirdi: Bizə, Abdu'r-Razzəq bildirdi: Bizə, Əbdü'l-Məlik b. əbi Süleyman, Sələmə b. Kuheyl'in belə dediyini bildirdi: Bizə, Zeyd b. Vehb'in rəvayət etdiyinə görə:
Onlar, Əli'nin özlərilə bərabər üzərinə getdiyi orduda idilər. Əli (radiyallahu anh), belə dedi:
"Ey insanlar! Mən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, belə buyurarkən eşitdim:
'Ümmətim arasından elə bir qövm (topluluq) çıxacaq ki,
~ onların Quran oxumalarına görə, sizin Quran oxumağınız;
~ onların qıldıqları namaza görə, sizin namazınız;
~ onların oruclarına görə, sizin orucunuz,
heçdir.
Onlar, Quran oxuyacaqları vaxt, əslində öz əleyhlərinə olduğu halda; öz lehlərinə olduğunu hesab edərlər. Namazları, boğazlarından aşağı keçməz. Oxun hədəfindən çıxdığı kimi; İslamdan da elə çıxarlar."
Onlar qarşı döyüşəcək ordu, əgər Allahın, özləri lehinə Nəbi'sinin dililə nəyi hökmə bağladığını bilsəydi, ona bel bağlayaraq, əməli tərk edərdilər. Bunun əlaməti isə, aralarında, bazulu və qolu da olmayan bir adamın olmasıdır. Çiyninin başında, bir qadının məmə ucu kimi bir çıxıntı (simbrakidaktili) olacaq və onun üzərində, bir neçə ağ tük olacaqdır.
Sələmə dedi: Zeyd, məni bir yerə endirib belə dedi: Biz, bir körpüdən keçirdik. (Onlarla) qarşılaşdığımızda, o gün, Xaricilərin başında, Abdullah b. Vehb ər-Rasibi var idi. Onlara: "Mizraqları atın; qılınclarını qınından çıxarın. Çünki mən, bunların, sizə and verdirəcəyindən çəkinirəm." dedi. Bunun üzərinə, qılınclarını çəkdilər, qınlarını bir tərəfə atdılar və insanlar da, onlara qarşı mizraqlarını tutdular. Biri, digərinin üzərinə öldürüldü. O gün, sadəcə 2 nəfər isabət aldı. Əli (radiyallahu anh): "Aralarında əlsizi axtarın." dedi, ancaq tapa bilmədilər. Bu səfər, Əli (radiyallahu anh), şəxsən Özü qalxdı və üst-üstə yığılmış öldürülmüş kimsələrin yanına çatdı, sonra da: "Paltarlarını çıxardın." dedi. Onu, yerdə tapdılar. Əli (radiyallahu anh), təkbir gətirdi və "Allah, doğru söylədi. Rəsulu da təbliğ etdi." dedi.
Abidə, qalxıb Onun yanına getdi...
Sonra, bu hədisdən əvvəlki hədisin geri qalanını zikr etdi. (haşiyə)
---------------------
(Haşiyə:
İsnadı, Muslim'in şərtinə görə səhihdir.
Hədisi:
~ Abdu'r-Razzəq ("Musannəf", 18650);
~ Muslim ("Səhih", 1066);
~ əbu Davud ("Sünən", 4768)'də;
rəvayət etmişlərdir.)
---------------------
---------------------
4069. Bizə, Muhamməd b. Əli b. Davud bildirdi: Bizə, Əhməd b. Cəmil əl-Mərvəzi bildirdi: Bizə, Yəhya b. Əbdü'l-Məlik b. Humeyd b. əbi Ğaniyyə, Əbdü'l-Məlik b. əbi Süleyman'dan rəvayət etdi.
Sonra, bu hədisdən əvvəlki hədisi zikr etdi. (haşiyə)
--------------------
(Haşiyə:
İsnadı, səhihdir. Əhməd b. Cəmil əl-Mərvəzi'nin, Yəhya b. Main və Əhməd b. Hənbəl, siqa olduğunu söyləmişlərdir. əbu Hatim, "O, saduqdur." demişdir. Ondan sonrakı ravilər də siqa olub, Buxari və Muslim'in raviləridir. Əbdü'l-Məlik b. əbi Süleyman, xaric. O, Muslim'in ravilərindəndir.
Hədisi:
Abdullah b. Əhməd ("Zəvaidu'l-Müsnəd", l, 91)'də, Əhməd b. Hənbəl'dən, bu isnadla rəvayət etmişdir.)
-------------------------
-------------------------
4070. Necə ki, bizə, Yunus bildirdi: Bizə, Abdullah b. Vehb bildirdi: Mənə, Amr b. Haris, Bukeyr b. Əşəc'dən xəbər verdi; onun ---> Busr b. Səid'dən; onun da ---> Ubeydullah b. əbi Rafi'dən rəvayət etdiyinə görə,
Harurilər, Əli (radiyallahu anh) ilə bərabər çıxdıqlarında: "Hökm, yalnız Allahındır." dedilər. Əli dedi: "Bu, özü ilə batil murad edilən haqq bir sözdür. Şübhəsiz, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir insanın vəsfini söylədi və mən, dillərilə haqqı söyləməklə bərabər -boğazına işarət edərək- onların, buralarını belə aşmayan o kimsələrin, bunlar arasındakı vəsfini, çox yaxşı bilirəm. Bunlar, Allah (azzə və cəllə)'nin, məxluqları arasında ən çox buğz etdiyi kimsələrdir. Bunlardan biri, qara olub iki əlindən biri, bir qoyun məməsi, ya da məmənin ucu kimidir."
Əli, onlarla döyüşdükdən sonra, "(Ona), bir baxın." dedi. Ancaq, heç bir şey tapa bilmədilər. Bunun üzərinə: "Geri qayıdın." dedi və bunu, 2 ya da 3 dəfə təkrarladı. Sonra, o adamı, bir xarabada tapdılar və gətirib Əli'nin qarşısına qoydular.
Ubeydullah deyir: "Mən, onların bu işləri olarkən və Əli onlar haqqında söz söyləyərkən, yanlarında idim." (haşiyə)
------------------------
(Haşiyə:
İsnadı, Buxari və Muslim'in şərtlərinə görə səhihdir.
Hədisi:
~ Muslim ("Səhih", 1066);
~ Nəsai ("Xasais-u Əli", 177);
~ Yaqub b. Süfyan ("Tarix", lll, 391);
~ Beyhaqi ("Sünən", Vlll, 171)'də,
Abdullah b. Vehb təriqindən, bu isnadla rəvayət etmişlərdir.)
---------------------------
---------------------------
4071. Bizə, Yunus bildirdi: Bizə, ibn Vehb bildirdi: Mənə, Yunus, ibn Şihab'dan xəbər verdi; o, əbu Sələmə b. Abdu'r-Rahmən'dən, əbu Səid əl-Xudri (radiyallahu anh)'ın belə dediyini xəbər verdi:
Biz, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in yanında ikən, O da, paylaşdırılacaq bəzi şeyləri paylaşdırarkən, Zu'l-Xuveysira gəldi. Bu, Təmim oğullarından biri idi.
- O: "Ey Allahın rəsulu! Ədalətli ol." dedi.
- Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Veyl olsun sənə! Mən ədalətli olmazsam, kim ədalətli olacaq? Əgər ədalətli olmasam, batardım və hüsrana düçar olardım." buyurdu.
Ömər b. əl-Xattab: "Ey Allahın rəsulu! İcazə ver, bunun boynunu vurum." deyincə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"Ona ilişmə! Onun bəzi əshabı olacaqdır ki, sizdən bir kimsə, onların namazlarına görə, öz namazını; oruclarına görə, öz orucunu həqir görəcəkdir. Quran oxuyacaqlar, ancaq oxuduqları Quran, boğazlarından aşağıya keçməyəcək. Oxun, öz hədəfini deşib keçdiyi kimi; İslamdan elə çıxacaqlar. Oxun ucuna baxılacaq, onda bir şey görülməyəcək; oxun ucuna girən taxtaya baxılacaq, onda da bir şey görülməyəcək; sonra oxun taxta qisminə baxılacaq, onda da bir şey görülməyəcək; sonra (oxun) tüklərinə baxılacaq, onda da bir şey görülməyəcək; heyvanın içindəki pislikdən də, qandan da, ona bir şey bulaşmamış olduğu görüləcəkdir. Onların əlamətləri, qara bir adamdır. Bazularından biri, qadının məmə (ucu) kimi, ya da sallanan bir parça ət kimi olacaqdır. Onlar, insanlar arasından ən xeyirli firqəyə qarşı çıxacaqlar (yəni, baş qaldıracaqlar)'dır."
əbu Səid deyir:
"Bunu, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən eşitdiyimə də şahidlik edirəm; Əli b. əbi Talib (radiyallahu anh)'ın da, mən onlarla bərabər ikən onlarla döyüşdüyünə də şahidlik edirəm. Sonra, Əli'nin o adam haqqında verdiyi əmr ilə, adam axtarıldı və (tapılıb) Əlinin qarşısına gətirildi. Hətta Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in onu vəsf etdiyi kimi olduğunu da gördüm." (haşiyə)
------------------------
(Haşiyə:
İsnadı, Buxari və Muslim'in şərtinə görə səhihdir.
Hədisi:
Muslim ("Səhih", 1064/148)'də, fərqli təriqlərlə, Abdullah b. Vehb'dən, bu isnadla rəvayət etmişdir.)
------------------------
------------------------
4072. Necə ki, bizə, Rəbi əl-Muradi və Süleyman əl-Keysani bildirdi: Bizə, Bişr b. Bəkr bildirdi: Bizə, Əvzai bildirdi: Mənə, Zühri bildirdi: Mənə, əbu Sələmə, əbu Səid'dən rəvayət etdi.
Ardınca, əvvəlki hədisin eynisini zikr etdi. (haşiyə)
-------------------------
(Haşiyə:
İsnadı, Buxari'nin şərtinə görə səhihdir.
Hədisi:
~ Əhməd (lll, 65);
~ Buxari (hədis no: 6163);
~ Nəsai ("Xasais-u Əli", 186)'də,
fərqli təriqlərlə, Əvzai'dən bu isnadla rəvayət etmişlərdir.)
-------------------------------
-------------------------------
4073. Necə ki, bizə, Rəbi əl-Muradi bildirdi: Bizə, Bişr b. Bəkr, Əvzai'dən rəvayət etdi. Ona, Qatadə'dən, Ənəs b. Malik ilə əbu Səid əl-Xudri'dən rəvayət etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Ümmətim arasında, ixtilaf və ayrılıqlar olacaq. Bir də, sözləri gözəl olmaqla bərabər, felləri pis olan bir qövm (topluluq) gələcəkdir. Bunların oxuduqları Quran, boğazlarından aşağıya enməyəcəkdir. Sizdən hər hansı biri, onların namazlarına qarşı, öz namazlarını; onların oruclarına qarşı, öz oruclarını həqir görəcəkdir. Oxun, öz hədəfini deşib keçdiyi kimi, İslamdan çıxacaqlar. Sonra da, onun üzərinə çoxalmadıqca, (yəni, oxun, yayda yerləşdiyi yerə görə böyümədikcə), ona geri qayıtmazlar. Onlar, xəlq (xəlq edilənlərin) də, xəliqa (əxlaq, xarakterlər)'in ən şərliləridirlər. Onları öldürənə və onlar tərəfindən öldürülənlərə nə xoş! Allah (azzə və cəllə)'nin kitabına çağırdıqları halda, ondan (yəni, kitabdan) bir şeyləri yoxdur. Onlarla döyüşən kimsə, onlara (nisbətlə), şübhəsiz Allah (azzə və cəllə)'ya daha yaxındır."
Səhabələr: "Ey Allahın rəsulu! Onların əlamətləri nədir?" deyə soruşunca, Allah rəsulu: "Əlamətləri, saçlarını qazımalarıdır." buyurdu. (haşiyə)
----------------------------
(Haşiyə:
İsnadı, Buxari'nin şərtinə görə səhihdir.
Hədisi:
~ Hakim ("əl-Müstədrək", ll, 148);
~ Əhməd ("Müsnəd", lll, 224);
~ əbu Davud ("Sünən", 4565)'də
rəvayət etmişlərdir.)
----------------------------
***
Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm), bunları öldürənlərin vəsfi haqqında belə buyurur:
4074. Bizə, Fəhd bildirdi: Bizə, əbu Nuaym bildirdi: Bizə, Hüseyn əl-Hibəri bildirdi: Bizə, Affan rəvayət edib (əbu Nuaym ilə bərabər) dedilər: Bizə, Qasım b. Fadl, əbu Nadra'dan, əbu Səid əl-Xudri (radiyallahu anh)'ın belə dediyini rəvayət etdi:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Müsəlmanların ayrılığa düşdükləri bir zamanda, (haqqdan) ayrılmış bir qövm ortaya çıxacaq və bunları, 2 firqədən haqqa ən yaxın olanlar öldürəcəkdir." (haşiyə)
-----------------
(Haşiyə:
İsnadı, Muslim'in şərtinə görə səhihdir.
Hədisi:
~ Əhməd (lll, 32, 48, 97);
~ Muslim (1065);
~ Tayalisi (2165);
~ əbu Davud (4667)
~ Nəsai ("Xasais-u Əli", 172);
~ Beyhaqi (Vlll, 170)'də,
fərqli təriqlərlə, Qasım b. Fadl'dan, bu isnadla rəvayət etmişlərdir.)
--------------------------
--------------------------
***
əbu Cəfər (ət-Tahavi) deyir:
~ Daha əvvəl, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in vermiş olduğu vədə görə, Əli və əshabının, özlərilə bildirilən şey uğrunda döyüşmüş olduğu təvil əhli kimsələr, bunlardır. Bu xüsusiyyət də, Allah (azzə və cəllə)'nin, Rəsulunun rəşid və mehdiyyun (hidayət edilmiş) xəlifələrinə verdiyi xüsusiyyətlərdən biridir. -Allah, hamısından razı olsun- Bu da, Əli'nin xüsusiyyətlərindən idi. O da, onlardan biri olub, bu xüsusiyyət, onlardan başqasında yoxdur.
~ Necə ki, rəşidi xəlifələrdən biri olan əbu Bəkr (radiyallahu anh)'ın xüsusiyyətləri arasında, Allahın, ona, xüsusi olaraq nəsib etdiyi riddə əhli (mürtədlər) ilə döyüşməsi vardır. Bu riddə əhli, cahiliyyəni təkrar həyata keçirmək və Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gətirmiş olduğu İslamı silmək istəmişdilər. Sonunda, uca Allah, əbu Bəkr vasitəsilə, onların yox edilməsini təmin etdi. Onun vasitəsilə, uca Allah, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə göndərilmiş olan İslamı, təkrar canlandırdı. Bu xüsusiyyət də, əbu Bəkr (radiyallahu anh) xaricində, heç bir xəlifəyə nəsib olmadı.
~ Yenə, rəşidi xəlifələrdən Ömər (radiyallahu anh)'a, Allahın vermiş olduğu əcəmlərlə döyüşməsi xüsusiyyəti də, belədir. Nəhayətində, uca Allah, onun əlilə, o yerlərin fəth edilməsini təmin etdi və ora, müsəlmanlar üçün əskəri cəhətdən bir sığınacaq və sanki geniş bir yayılma sahəsi oldu. Ona, qiyamət gününə qədər ayaqda tutmağa ehtiyac duyduqları şeyləri, özü vasitəsilə ayaqda tuta biləcək şeyləri ələ keçirməyi nəsib etdi. Uca Allah da, bunu, onun xaricində, Allah rəsulunun əshabından hər hansı bir kimsə vasitəsilə gerçəkləşdirmədi.
~ Yenə, onlardan biri olan Osman (radiyallahu anh)'a verilən Mushafları yazdırma xüsusiyyəti də, bunlardan biridir. Bunları, İslam diyarlarına elə bir şəkildə yayğınlaşdırdı ki, Allah, o sayədə, insanları, tək bir qiraət ətrafında topladı və bununla, dəlili ortaya qoymuş oldu. Qurandakı bir hərfə müxalifət edən kimsənin, bununla kafir olacağını, açıqca göstərdi. Bu sayədə, uca Allah, bizi, bizdən əvvəl, kitabları haqqında anlaşılmazlıqlara düşən 2 kitab əhli kimi olmaqdan qorumuş oldu. Bunların kitabları haqqındakı ixtilafları, aralarından buna imkan tapanların onu dəyişdirməsilə və nəhayətində iləri sürdükləri və ixtilaf etdikləri xüsuslar haqqında, bir-birilərinə bərabər olmaları ilə nəticələndi.
Allahın rizası, salavatı və rəhməti, Rəsulunun xəlifələri üzərinə olsun. Biz, uca Allahdan, onları, Özünə itaətə qarşılıq peyğəmbərlərdən hər birinə vermiş olduğu mükafatların ən üstünü ilə mükafatlandırmasını istəyirik. Onların məkanlarını, fəzilətlərini və xüsusiyyətlərini bilərək, onlardan hər hansı birinə qarşı da, onların xaricində qalan Nəbi'sinin əshabından hər hansı birinə qarşı da qəlbimizdə bir kin buraxmadığı üçün, Allah (azzə və cəllə)'yə həmd olsun. Müvəffəqiyyəti, Allah (azzə və cəllə)'dən istəyirik.
(əbu Cə'fər ət-Tahavi əl-Hənəfi, "Şərh-u Müşkili'l-Asar", 634-cü bab: "باب بيان مشكل ما روي عن رسول الله صلى الله عليه وسلم من قوله : إن منكم من يقاتل الناس على تأويل القرآن كما قاتلتهم على تنزيله . = Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən: 'Şübhəsiz ki, Mən, insanlarla, Quranın tənzili üçün döyüşdüyüm kimi; sizdən, onlarla, Onun təvili üçün döyüşənlər də olacaqdır." hədisinin müşkilinin bəyanı babı)
https://www.islamweb.net/ar/library/content/1002/635/%D8%A8%D8%A7%D8%A8-...
----------------------------
----------------------------
Əlavələr:
Təvil nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99vil-n%C9%99dir
Xaricilər kimlərdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/xavaric-kiml%C9%99rdir
