"Allah nurdur." (1)
442- Əbu Zərr (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:
"Rəbbini gördünmü?" deyə soruşdum. O:
"(O), bir nurdur. Onu necə görə bilərəm?!" deyə buyurdu.
---------------------------
443- Qatadə, Abdullah b. Şəqiqdən belə dediyini nəql edir:
Əbu Zərrə:
"Allah rəsulu (sallalllahu aleyhi və səlləm)'i görsəydim, şübhəsiz Ondan soruşacaqdım." dedim.
- Əbu Zərr:
"Ondan nəyi soruşacaqdın?" dedi.
- Mən:
"Rəbbini gördünmü?" deyə soruşacaqdım.
- əbu Zərr:
"Mən, (bunu) Ondan soruşdum. O:
'Mən, bir nur gördüm.' buyurdu."
(Muslim, İman kitabı, 78-ci bab: "Nəbi (sallallahu aleyhi və səlləm)'in: 'O, bir nurdur. Onu necə görə bilərəm?!' buyuruğu ilə: 'Mən, bir nur gördüm.' buyuruğu haqqında bir bab", hədis no: 442, 443)
----------------------------------
444- Əbu Musa əl-Əşari (radiyallahu anh)'dan belə dediyi rəvayət edilmişdir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), 5 xüsusu təbliğ etmək üzərə, aramızda ayağa qalxaraq, belə dedi:
"Şübhəsiz, Allah, yatmaz. Zatən yatmaq, Onun şanına layiq deyildir.
O, qist'i aşağı endirər, yuxarı qaldırar.
Qullarının gündüz əməlindən əvvəl gecə əməli və gecə əməlindən əvvəl gündüz əməli, Onun qatına yüksəldilər. Onun görülməsini pərdələyən hicab, nurdur.
Əgər Allah, o hicabı (pərdəni) açacaq olsaydı, üzünün nurunun parıltıları, Onun gördüyü bütün məxluqatını yandırardı."
------------------------------------
446- əbu Musa əl-Əşari (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), qalxıb 4 xüsusu dilə gətirərək, belə buyurdu:
"Şübhəsiz, Allah yatmaz. Onun yatması, şanına layiq deyildir. Ədalət tərəzisini yüksəldər, alçaldar.
Gündüzün əməli Ona, gecə vaxtı;
Gecənin əməli də, gündüz vaxtı yüksəldilər."
(Muslim, İman kitabı, 79-cu bab: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: 'Şübhəsiz, Allah yatmaz.' buyuruğu ilə, 'Onun hicabı, nurdur. Əgər onu açacaq olarsa, üzünün nuru, Onun gördüyü bütün məxluqatı yandırardı.' buyuruğu haqqında bir bab", hədis no: 444)
-----------------------------------
Şərhi:
442- "(O), Nurdur. Onu necə görə bilərəm..."
Digər rəvayətdə:
"Bir nur gördüm..." sözlərinə gəlincə:
Allah rəsulu (sallallahu aleyhi və səlləm):
"(O) nurdur, onu necə görə bilərəm..." sözlərinin mənası:
"Onun hicabı, nurdur. Onu necə görə bilərəm.." deməkdir.
İmam əbu Abdullah əl-Mazəri (rahiməhullah) dedi ki:
"Onu" ifadəsindəki damir, şanı uca olan Allaha aiddir. Yəni:
"Nur, mənim Onu görməyimə əngəl oldu. Necə ki, nurların (işıqların) gözləri qamaşdırması və görən ilə arasına bir əngəl təşkil edərək, görmə idrakını əngəlləməsi, bilinən, bir adətdir."
---------------------------
443- Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:
"Bir nur gördüm..." sözü, bu deməkdir:
"Mən, sadəcə nur gördüm, başqa bir şey də görmədim."
əl-Mazəri davam edərək belə deyir:
Bu:
"(O), nuranidir, onu necə görə bilərdim?!" deyə rəvayət edilmişdir. Bunun da, az əvvəl verdiyimiz məna çərçivəsində olma ehtimalı vardır. Bu halda, bu, Allahın feli sifətlərindən olur."
Qadı İyad (rahmətullahi aleyh) belə deyir:
"Bizə belə bir rəvayət gəlmədi və mən, bunu, əsl nüsxələrin heç birində də görmədim.
Uca Allahın Zatının nur olması isə, imkansız bir şeydir. Çünki nur da, cisim növündəndir. Şanı uca olan Allah isə, bundan uca və münəzzəhdir. Bütün müsəlman imamların məzhəbi (yəni qənaəti), budur."
----------------------------------
Uca Allahın:
"Allah, göylərlə yerin nurudur." (Nur/35)
buyuruğu ilə, hədisdə şanı uca Allaha "ən-Nur" adının verilməsi şəklindəki rəvayətlərə gəlincə:
Bu da:
• Onları nurlandıran və o nuru yaradan mənasındadır.
• Göylərdə və yerdə olanlara hidayət verən mənasında olduğu söyləndiyi kimi;
• Möminlərin qəlblərini nurlandıran olduğu,
• Gözləri alacaq, açıq-aydınlıq və çox gözəl mənasında olduğu da söylənmişdir.
Allah, ən doğru biləndir.
----------------------------------
"Allah yatmaz. Yatması, Onun şanına layiq deyildir..."
buyuruğu:
Allah yatmaz; və yatmaq, Onun haqqında imkansızdır, deməkdir. Çünki yatmaq, əqlin qeyb olmaq (itmək) halıdır. Yuxu halında, bir şey hiss edilməz. Allah isə, bundan münəzzəhdir. Bu hal, Onun haqqında imkansızdır.
----------------------------
"O (ədalət) tərəzisini alçaldır (endirir) və qaldırır..."
buyuruğu haqqında, Qadı İyad deyir:
Hərəvi dedi ki, ibn Quteybə dedi ki:
Qist, tərəzi deməkdir. Ona "qist" deyilməsi, qistin, ədalət mənasında olması və tərəzi ilə ədalətin gerçəkləşməsi dolayısı ilədir. Bu ifadədən məqsəd isə:
Uca Allahın, tərəzini, qulların yüksələnən əməllərilə yüksəltməsi, aşağıya enən ruziləriylə də, onu alçaltmasıdır.
Bu isə, endirilməsi təqdir edilənlər haqqında təmsili bir ifadə olub, tərəzinin çəkməsinə bənzədilmişdir.
Qist (tərəzi)'dən məqsədin:
• Hər məxluqun möhtac olduğu ruzi demək olduğu;
• Onu alçaltmasının (endirməsinin), qulu kasıb və möhtac hala düşürtməsi;
• Yüksəltməsinin də, onu genişlətmək demək olduğu
da söylənmişdir.
--------------------------
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:
"...gecənin əməli Ona, gündüzün əməlindən əvvəl yüksəldilir..."
buyuruğu ilə, ikinci rəvayətdəki (446 no-lu hədisdəki):
"...gündüzün əməli gecənin əməlindən..."
buyuruqlarına gəlincə,
• Birincinin mənası (ən doğrusunu Allah bilir) budur:
Gecə işlənən əməl, Ona, onda sonra gələn gündüzün əməlindən əvvəl yüksəldilir. Gündüz vaxtı edilən əməl də, Ona, ondan sonra gələn gecənin əməlindən əvvəl yüksəldilir.
• İkinci rəvayətin (446 no-lu hədisin) mənası da budur:
Gündüzün əməli Ona, özündən sonra gələn gecənin ilk vaxtında yüksəldilir. Gecənin əməli də Ona, özündən sonra gələn gündüzün ilk vaxtında yüksəldilir. Çünki hafaza mələkləri (haşiyə), gecə bitdikdən sonra, gündüzün ilk vaxtında, gecənin əməlini yüksəldirlər. Gündüzün əməllərini də, (gündüzün) bitməsindən sonra gecənin ilk vaxtında yüksəldirlər. Allah, ən doğru biləndir.
(Haşiyə:
Hafaza mələkləri: insanların etdikləri yaxşılıq və pislikləri yazan və bu məqsədlə onları izləməklə vəzifəli olan mələklər)
---------------------------------
"Onun hicabı, nurdur..."
buyuruğuna gəlincə:
"...üzünün nurunun parıltıları (subuhat)" kəliməsi, "subuha"nın cəm halıdır.
"Kitabu'l-Ayn" sahibi, (əl-Xəlil b. Əhməd) əl-Hərəvi və hədisi şərh edən bütün lüğət və hədis alimləri, belə deməkdədirlər:
"Üzünün parıltıları, Onun nuru, cəlalı və göz qamaşdırıcı gözəlliyidir (camalıdır).
• Hicabın lüğətdəki əsl mənası: əngəl və pərdədir;
• Hicabın həqiqi mənası: sərhədləri bəlli cisimlər üçün bəhs mövzusudur. Ancaq uca Allah, cisim və sərhəddən münəzzəhdir.
Burda qəsd edilən isə:
Onun görülməsinin əngəlidir. Bu əngələ, nur, ya da nar (atəş) adının verilməsi isə, hər ikisinin işıq və parıltıları dolayısı ilə, adətən, idraka əngəl olmalarıdır."
-----------------------------------
"...vəch"dən məqsəd: Allahın zatıdır.
----------------------
"...gördüyü bütün məxluqatı..."
buyuruğundan məqsədə gəlincə:
Şanı uca olan Allahın görməsi, bütün kainatı əhatə etmişdir. İbarədəki "min=dan/dən" isə, qisim bildirmək (təb'iz) üçün deyil, cinsin bəyanı üçündür.
İfadənin təqdiri budur:
Əgər Onun görülməsinin əngəlini ortadan qaldıracaq olarsa -ki, bu da, nur, ya da nar (atəş) deyilən hicabdır- və məxluqatına təcəlli edəcək olarsa, Zatının cəlalı, bütün məxluqatı yandırar. Şanı uca olan Allah, ən doğru biləndir.
(Nəvəvi, "əl-Minhac fi şərh-i Sahihi'l-Muslim b. Haccac)
--------------------
--------------------
Əlavələr:
• "Allah, nurdur." (2):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-nurdur-sozu-nec%C9%99-...
• "Allah, nurdur." (3):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-nurdur-3
• Nur isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nur-isminin-s%C9%99rhi
