Bəqərə surəsi 29-cu ayə

هُوَ ٱلَّذِى خَلَقَ لَكُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًا ثُمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ فَسَوَّىٰهُنَّ سَبْعَ سَمَـٰوَ‌ٰتٍ ۚ وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

Huvəlləzi xaləqa ləkum mə fi'l-ardi cəmian summə's-təvə ilə's-səmai fə səvvə hunnə səba səmavat. Və Huvə, bi kulli şeyin alim.

Yəni:

"Yer üzündə olanların hamısını sizə görə xəlq edən; sonra səmaya tərəf yönələn; və onları yeddi səma olaraq təsviyyə edən (yəni, nizamlayan), Odur. O, hər şeyi biləndir." (Bəqərə/29)

---------------------------

Təfsiri:

Bil ki, bu ayə üçün də, 3 nəzm cəhəti vardır:

✓ Bu ayətin, əvvəlki ayətlə nəzmi:

~ Əvvəlki ayədə, bəşərin keçirdiyi mərhələləri nəzərə verərək, ənfusi dəlillər ilə küfr və küfranın inkarı vardır. Bu ayədə isə, afaqi dəlillərə işarət edilmişdir.

~ Yenə, əvvəlki ayədə, vücud (varlıq) və həyat nemətinə; bu ayədə isə, bəqa, yəni, vücud (varlıq) və həyatın davamı nemətinə işarət vardır.

~ Yenə, əvvəlkində, Sani'nin dəlili və haşra bir müqəddimə vardır; bunda isə, yenidən dirilişin təhqiqi və şübhələrin izaləsi bəhs mövzusudur. Onlar (yəni, inkar edənlər), sanki belə deyirlər:

"İnsan, nə üçün bu qədər qiymətlidir? Nə üçün ona, bu qədər əhəmiyyət verilir? Allah qatında nə yeri vardır ki, onun üçün qiyaməti qoparıb başqa bir aləmi gətirir?"

Buna müqabil olaraq da, Quran, bu ayətin işarətilə, belə deyir:

• Göylərin və yerin onun istifadəsinə ərz edilməsindən başa düşülür ki, insanın, çox yüksək bir qiyməti vardır.

• Bununla bərabər, Allah, insanı, məxluqat üçün yaratmadı. Məxluqatı, insan üçün yaratdı.

• Xaliqin nəzdində, insanın bir mövqeyi olduğu, bununla sabitdir: Allah, aləmi, aləm üçün deyil; bəşər üçün icad etdi; bəşəri də, ibadəti üçün yaratdı.

Bunlardan başa düşülür ki, insan, heyvan kimi deyildir; mümtaz və müstəsnadır. "Sonra, Ona qaytarılacaqsınız." (Bəqərə/28) cövhərinə mazhar (bir şeyin zahir olduğu yer) olmağa, layiqliyi vardır.

----------------------------------

İzahı:

Müəllif Nursi (rahiməhullah), digər ayələrdə olduğu kimi; bu ayənin də, 3 böyük nəzm cəhəti olduğunu söyləməkdədir. Belə ki:

✓ Birincisi: Bu ayətin bütününün, əvvəlki ayə ilə olan münasibət cəhəti:

Hikmətli Quran, "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız." (Bəqərə/28) ayətində, kafirlərin küfr və küfranlarını, ənfusi dəlillər (haşiyə) ilə inkar və rədd etdi. Yəni, bu ayədə, bəşərin, zərrə halından ta insan həyatı mərtəbəsinə gəlincəyə qədər və dirildikdən sonra ta haşr sabahına qədər keçirdiyi bütün mərhələ və əhvalını (hallarını) nəzərə verərək, aləmin Sani (usta)'sı olan Allahın varlığının vacibliyini isbat və Ona imanın vacib olduğunu, bu ənfusi dəlillərlə isbat etdi; onların küfr və küfranlarını rədd və inkar etdi. Yəni, başdakı istifham inkarı ilə (yəni Allahı necə inkar edirsiniz? cümləsilə) buyurdu ki: "Sizi, bu qədər, haldan-hala dəyişdirərək, 4 cür inqilabdan keçirərək yaradan Xaliqinizi, Rəbbinizi, necə inkar edirsiniz?" deyə, küfr və küfranlarını rədd etdi.

Bəhsini etdiyimiz bu Bəqərə/29'da isə, afaqi dəlillər ilə də, onların küfrlərini inkar etməyə işarət etdi. Yəni, yerdəki hər şeyin insanın mənfəəti üçün yaradıldığını; daha sonra 7 səma qatının xəlq edildiyini bəyan etdi. Beləcə bu ayə, (afaqi dəlillərlə), həm Allahın varlığının zəruri olmasını, həm qüdrətinin əzəmətini, həm də bəşərə olan sonsuz nemətini isbat etdi.

~ Yenə, Bəqərə/28-də, vücud (yəni, varlıq) və həyat nemətindən bəhs edildi. Çünki, o ayə, sanki belə buyurmaqda idi: "O Allah ki, siz yox ikən, zərrə halında ikən, sizə, varlıq nemətini verdi, varlıq sahəsinə çıxardı bu varlıq nemətilə, sizə həyat verdi; insan həyatı mərtəbəsinə gətirdi." Bax beləcə, ən böyük nemət olan həm varlığı, həm də həyatı, insan növünə ehsan etdiyini bəyan etdi.

Bu Bəqərə/29-da isə, "Hər şeyi, sizin üçün yaradan, Odur." buyurmaqla, davamlılıq nemətinə işarət etdi. (Yəni, ruzi vasitəsilə bu dünyadakı həyatınızın davamı, davam etdirilməsi, deməkdir.) Demək ki, ayə, yerdəki hər şeyin, insan üçün, yəni, insanın ruzisini yetişdirmək üçün yaradılmış olduğunu, sarih/açıq bir şəkildə xəbər verməkdədir.

Bununla bərabər, bu ayə, Allahın, 7 qat səmanı yaratmasını xəbər verməklə, aləmin nizam və intizamının tamamlandığını bildirməkdədir. Bu da, ruzi ilə bağlıdır. Çünki, bu dünyada insan həyatının davamı, aləmin nizamına bağlıdır. Aləmin nizamı isə, yer və göyün müntəzəm, bərabər çalışması, hərəkət etməsi və intizam dairəsində dönməsi və insan ehtiyacına boyun əydirilməsi ilə mümkündür.

Demək, bu 2 ayə (yəni, Bəqərə/28 və 29 ayələri) arasında, bu cəhətdə, ayrı bir münasibət vardır.

~ Yenə, Bəqərə/28-də, Allahın varlığının vacib olmasına və haşrın müqəddiməsinə dəlil vardır. Çünki, Bəqərə/28-də, Haqq Taala, insanı, çox qeyr-i adi mərhələlərdən, inqilablardan keçirərək yaratdığını və həyata nail etdiyini bəyan etməklə, Özünün varlığını isbat etdi. Və təkrar dirilib Onun hüzuruna dönüləcəyini xəbər verməklə də, haşrın müqəddiməsinə dəlil gətirdi.

Bu Bəqərə/29-da isə, haşrın qəti olaraq vaqe olacağına, gerçəkləşəcəyinə işarət etdi. Bununla bərabər, bu ayə, axirət haqqındakı bütün şübhələri də ortadan qaldırmaqdadır.

Elə isə, bu ayədə, haşrın gerçəkləşəcəyinə, necə bir işarət vardır? Yəni, bu ayə, qiyaməti necə isbat edir? Müəllifimiz Nursi (rahiməhullah), bunu belə isbat edir:

Bu ayədən anlaşılır ki, kafirlər, sanki belə suallar soruşurdular və Quran da, bu ayəni, o müqəddər suallara cavab olaraq gətirir. Yəni, onlar, sanki belə sual edirdilər:

"İnsanın, nə qiyməti və əhəmiyyəti var ki, onun xatiri üçün, bu dünya yıxılsın; qiyamət qopsun; axirət aləmi qurulsun; onun mühasibəsi üçün, haşr meydanı açılsın? Həm insanın Allah qatındakı məqamı, mövqeyi və mərtəbəsi nə qədər yüksəkdir ki, onun üçün bu dünya xarab edilib əbədi bir aləm yaradılsın?"

Bax şanı əzəmətli Quran, bu ayətin işarətilə, bütün bu müqəddər olan bu suallara cavab olaraq, belə deyir:

1. Bəli, insanın, yüksək bir qiymət, əzəmətli bir şərəf, ali bir dəyəri vardır. Çünki, bu ayətin dəlalətilə sabitdir ki, səmalar və yer, onun istifadəsi üçün xəlq edilmiş və ona musəxxər edilmiş (boyun əydirilmiş)'dir. Çünki ayə, sarih/açıq bir şəkildə, belə buyurmaqdadır: "Yerdə, hər şeyi sizin üçün yaratdı."

Madam ki, Haqq Taala, yerdə olan hər şeyi insanın mənfəəti və istifadəsi üçün yaratmışdır. Demək ki, bu insanın, Allah qatındakı qiymət və dəyəri, çox ali, çox yüksəkdir.

2. Həm, insanın əzəmətli bir əhəmiyyətə malik olduğunun dəlili isə, budur:

Allah, bu insanı, məxluqata xidmət üçün yaratmamışdır. Əksinə, bütün məxluqatı, insan üçün xəlq etmiş; ona boyun əydirmiş və ona xidmətçi qılmışdır. Demək, məxluqat, insan üçündür. İnsan isə, məxluqat üçün deyildir. Bu da, insanın, Allah qatındakı çox yüksək əhəmiyyətinə dəlildir.

3. Həm insanın, Xaliqi yanındakı məqam, mövqe və mərtəbəsinə gəlincə: İnsan, bütün məxluqat içində, ən üstün bir mərtəbəyə; aləmin Xaliqi qatında ən yüksək bir mövqeyə sahibdir. Bunun dəlili isə:

Allah, bu aləmi, aləm üçün yaratmamış; əksinə, bu aləmi, insan üçün icad etmiş; insanı da, Özünə qulluq üçün xəlq etmişdir.

Bax bütün bu dəlillər nəticə verdi ki, bu insan, heyvan kimi deyildir. Əksinə, insan, mümtaz bir məxluq, müstəsna bir varlıqdır. Allah qatında, ən yüksək bir rütbəyə, ən şərəfli bir mövqeyə sahibdir. Elə isə, layiq və haqqdır ki, bu qədər yüksək rütbə və bu dərəcə ali mərtəbəyə malik olan bu insan növü üçün, aləm xarab edilsin və onun xatiri üçün, əbədi bir aləm yaradılsın və əməllərinin mühasibəsi üçün, haşr meydanı qurulsun və bu insan, ora göndərilsin. Beləcə, öz Mövlasının hüzuruna rücu etsin (qayıtsın).

Demək ki, insanın bu qiymətli mahiyyəti, axirət həyatının gerçəkləşəcəyinə, qəti bir dəlildir.

--------------------------

(Haşiyə:

"Afaqi və Ənfusi dəlillər" nə deməkdirlər?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/afaqi-v%C9%99-%C9%99nfusi-d%...

--------------------------------

--------------------------------

--------------------------------

✓ Ayətin öz nəzmi:

Bil ki:

• Birinci cümlədəki "cəmian" ləfzi;

• İkinci cümlədəki "summə" ədatı;

• Üçüncüdəki "səba" ləfzi,

bir təhqiqi gərəkdirir.

3 məsələ halında, onlardan bəhs edəcəyik:

 

• Birinci məsələ: "Cəmian" yəni, hər şeyin, insan üçün yaradılması sözü haqqındadır:

Əgər desən: Bu ayə, yerdə olan hər şeyin, bəşərin istifadəsi üçün olduğuna dəlalət edir. Halbuki, məsələn, Zeyd'in (haşiyə), yerin bütün əczasından (cüzlərindən, parçalarından) istifadəsi, necə təsəvvür edilə bilər?

------------------

(Haşiyə:

Quranda, səhabələrdən, sadəcə Zeyd adı açıq olaraq keçməkdədir. Bundan dolayı, İslami əsərlərdə, bu ada daha çox rast gəlirik.)

-------------------

Həbib ve Əli (haşiyə), böyük okeanın ortasındakı bir adada mövcud olan dağın dibindəki bir daşdan, necə istifadə edə bilərlər?

--------------------

(Haşiyə:

Həbib və Əli, Müəllifimiz Nursi (rahiməhullahu Taala)'nın, Van'dakı Xorxor mədrəsəsindəki tələbələridir.)

----------------------

Zeydin malı, Amr'ın istifadəsi üçün necə ola bilər? Halbuki ayət, bənzəri ayələrin də işarətiylə, bölünmə olmadan, her şeyin, hər kəs üçün olduğuna işarət edir.

Həm günəş, ay və bənzərləri, bu böyüklükləriylə bərabər, Zeyd və Amr üçün necə yaradılmış ola bilərlər? Onların azacıq istifadələri, bunların illə-i qaiyəsi (varlıq səbəbi), necə ola bilər?

Zərərli şeylər belə, bəşərin istifadəsi üçün necə mümkün ola bilər?

Halbuki, Quranda, mücazəfə yoxdur. Onun həqiqi bəlağatına, mübaliğə yaraşmaz.

Cavab:

6 nöqtəyə diqqət et, vəhmlərin uçup getsin!

------------------------

İzahı:

Müəllifimiz Nursi (rahmətullahi aleyh), cümlə-cümlə bu ayətin təhlilini verərkən, belə deyir:

Bu Bəqərə/29 ayətində 3 kəlimə vardır ki, bu kəlimələr, təhqiqi, yəni, üzərində durub düşünməyi gərəkdirir. Belə ki, onlardan:

• Birincisi: "cəmian, yəni, bütün hər şey" kəliməsidir.

• İkincisi: "summə, yəni, sonra" kəliməsidir.

• Üçüncüsü: "səba, yəni, 7" kəliməsidir.

Bu 3 kəlimə, mühim bəlağat incəliklərini ifadə etdikləri üçün, Müəllif, bunları, 3 məsələdə izah edir. Bu kəlimələrdə yer alan bəlağat incəliklərini bəyan edir. Belə ki:

• Birinci məsələ: "cəmian = bütün hər şey" kəliməsindəki incəliklər haqqındadır:

Bu kəlimə bizə xəbər verir ki, yer üzündə nə varsa, hər nə yaradılmışdırsa, hamısı, hər bir insan fərdi üçün yaradılmış; onun istifadəsi üçün xəlq edilmişdir. Bəs yaxşı, məsələn, Zeyd adındakı bir adamın, yerin hər bir cüz'ü (yəni, parçası)'ndan, hər tərəfindən istifadə etməsi, necə düşünülə bilər? Belə şey, necə mümkün ola bilər?

Həm məsələn, Həbib və Əli adındakı bu 2 şəxs, məsələn, böyük okeanın içindəki bir adada yer alan bir dağın dərinliyində mövcud olan bir daşdan, necə istifadə edə bilərlər? Çünki, "cəmian" kəliməsi gərəkdirir ki, dünyanın harasında nə varsa, hamısı, bəşərin istifadəsi üçün yaradılmışdır. Bir düşün! Bu istifadə necə mümkün ola bilər? Bu, nə deməkdir?

Həm, məsələn, Zeyd adındakı bir şəxsin malı, Amr adındakı şəxsin malı, necə ola bilər? Amr, o maldan necə sərbəst istifadə edə bilər? Halbuki, ayətin bu ləfzindən başa düşülür ki, hər şey, hər insan fərdi üçün yaradılmışdır. Hər şey, hər kəs üçündür. Elə isə, hər kəsin əlindəki mal, sərvət, nə varsa, eyni zamanda, bütün bəşər növü üçündür. Hər kəs, hər kəsin əlindəki mala sahib çıxa bilər. Çünki, bölgü edilməmişdir. Bu halda, mülkiyyət haqqı qalmaz. Bütün haqqlar zay olar. Bu isə, şəriətin zahirinə müxalifdir.

Həm, bu aləmdə, bəşər növü üçün zərərli olan şeylər də vardır. Zərərli və zərərli bu qədər şey, necə insanın istifadəsi üçündür deyilə bilər?

Halbuki, Quranda, mübaliğə, mücazəfə (ölçülüb-biçilmədən danışılan söz), füzuli bir şey yoxdur. Belə əbəs, faydasız bir şey söyləmək, Quranın həqiqi və ali olan bəlağatına yaraşmaz. Ona layiq deyildir ki, mənasız, zahirən ağla müxalif olan bir şey danışsın. Elə isə, bütün bu sualların cavabı olmalıdır. Əks halda, ayətə əbəsiyyət isnad edilmiş olar.

Demək, burda, "cəmian" ləfzi üzərində, bir neçə sual və etiraz meydana gəldi. Belə ki:

1. Bir tək adamın, aləmin hər şeyindən istifadəsi, necə təsəvvür edilə bilər?

2. Aləmin hər bir parçasının, insana faydası necə mümkün ola bilər?

3. Bölgü olmadığına görə, yəni, hər kəsin hissəsi müəyyən olub paylaşdırılmadığına görə, o vaxt, hər kəsin malı, hər kəsin olması lazım gəlir. Bu halda, malikiyyət haqqı qalmamış, hüquqlar zay edilmiş olur. (Yəni, buna nə deyirsən?)

4. Bəs yaxşı, hər kəs onlardan xüsusi istifadə etdiyi halda, necə olur ki, digərlərinin istifadəsinə də mane olmamış olur? Çünki, madam ki, xüsusi istifadə cəhətində, məsələn, Zeyd'in istifadəsi üçün yaradılmışdırsa, o vaxt, məsələn Amr adındakı şəxs, ondan necə istifadə edə bilər? Əslində, etməməsi lazımdır. Halbuki, o əzəmətli cisimlər, eyni zamanda, Amr üçün də xüsusi yaradılmışdı. Bu da, ağla müxalifdir və mümkün deyildir. (Buna nə deyirsən?)

5. İnsanların azacıq istifadəsi, günəş, ay və bənzəri şeylərin varlıq qayəsi necə ola bilər? Çünki, bunların varlıq səbəbləri, daha çoxdur.

6. Bu qədər çox şey, bununla bərabər zərərli şeylər belə, necə bəşərin istifadəsi üçün ola bilər?

Bax Müəllif, bütün bu suallar cavab olaraq deyir ki:

Sənə, 6 nöqtə ilə izah edəcəm ki, bu 6 nöqtə üzərində təəmmül edib düşünərsənsə, bu sualların və etirazların, öz həllini tapacaq. Qənaət verici cavablarını alıb, bu xüsusdakı vəhmlərindən, şübhələrindən qurtulmuş olacaqsan. Bunlar isə, aşağıdakılardır:

--------------------------

1. Daha əvvəl də keçdiyi kimi, həyatın xüsusiyyəti,

~ cüz'ü, küll;

~ cüzi'ni, külli;

~ münfəridi, camaat;

~ muqayyədi, mütləq;

~ fərdi isə, bir aləm

qılmaqdır.

Beləcə, növlər, həyat sahibinin qövmü; və dünya da, onun evi kimi olar, hər şeylə bir münasibət qazanar.

-----------------------

İzahı:

Mətnin izahına keçmədən əvvəl, mətndəki bəzi istilahları (terminləri) açıqlayaq. Belə ki:

• Cüz və küll:

Bunlar, maddi və müşəxxəs şeylər üçün istifadə edilən istilahlardır. Məsələn, bir alma, bütün olaraq bir küll'dür; bir dilimi isə, onun cüz'üdür. İnsanın da, maddə olaraq, bütün vücudu, küll'dür; göz və qulaq kimi orqanları isə, maddə olaraq, onun cüz'üdür.

• Cüzi və külli:

Bunlar isə, məna və məfhumıar üçün istifadə edilən terminlərdir. Məfhumu və mənası isə:

~ çox şeylərin iştirakına mane olmayan müfrəd (tək) məfhumlara - külli;

~ çox şeylərin iştirakına mane olanlara isə - cüzi

deyilir.

Digər bir təbirlə:

~ müfrəd bir ləfzin mənası, təşəxxüs edərsə, cüzi;

~ bütün fərdlərinə şamil olarsa da - külli

təbirini istifadə edirik.

Məsələn, "insan" ləfzi, külli'yə; və insanın fərdlərindən biri olan "Yusif" isə, cüzi'yə misaldır. Külli'də nə varsa, cüzi'də də bu mövcuddur.

Ancaq, küll'də nə varsa, cüz'də də o şeyin mövcud olduğunu deyə bilmirik. Məsələn, insanın barmağı deyildiyində, bu barmaq, insanı bütünü ilə xatırlatmaz.

Mətnin izahına qayıdaq:

Müəllifimiz, yuxarıdakı suallara cavab olaraq, 6 nöqtəyə diqqətlərimizi çəkərək, belə deyir:

Bu nöqtələri təəmmül edib düşünərsənsə, bu mövzuda şübhə və tərəddüdün qalmaz. Belə ki:

1. Həyatın elə bir xüsusiyyəti vardır ki, o, bir cüz'ə, bir nəsnəyə girdiyi vaxt, o nəsnə, küll qədər böyüyər. Vücudundakı zərrələr, buna bir şahiddir. O zərrə, əvvəl cüz'i bir cüz ikən; səndə həyata sahib olduqdan sonra, külli bir küll hökmünə keçmişdir.

~ Həm, cüzi'ni, külli qılar. Məsələn, bir insan, cüzi'dir; aləm və bütün insanlar isə, külli. Bütün aləmdə və insanlarda nə varsa, həyat vasitəsilə, bir tək insanda dərc edilmişdir. İnsan, bir cüzi ikən, külli olan aləmin xülasəsi, kiçik bir nümunəsi olmuşdur.

~ Həm həyat, münfərid olanı, bir camaat kimi cəm edici bir mahiyyətə çevirər.

~ Həm həyat, muqayyəd olanı, yəni, camid/cansız olub yerində duran və hərəkət edə bilməyən bir şeyi, zaman və məkan qeydindən qurtarıb, mütləq qılar. Məsələn, həyat vasitəsilə, bir insanın ağıl, qəlb, ruh, xəyal, düşüncə kimi hissləri hərəkətə keçər; o insan, bütün aləmlə əlaqədar olub qeyddən qurtular.

~ Həm həyat, bir fərdi, bir aləm hökmünə gətirər. Bəli, həyat sahibi olan bir insan fərdi, bir aləm kimidir; bütün kainatın xülasəsidir.

~ Həm həyat, bir növü, həyat sahibi bir qövm hökmünə gətirər.

~ Həm həyat, dünyanı, o həyat sahibinin bir evi, istifadə edəcəyi bir mənzili hökmünə gətirər. Birinin istifadəsi, digərinin istifadəsinə mane olmaz. Bundan dolayı, bu dünya, sanki, hər həyat sahibinin evi hökmündədir. Çünki, hər bir həyat sahibi, bu dünyada sərbəst gəzər, ondan istifadə edər. Başqasının istifadəsinə mane olmaz.

~ Həm həyat, bir şeyə girincə, birdən-birə, o həyat sahibi, bütün kainatla əlaqədar olar; bütün aləmlə bir münasibət peyda edər. Məsələn, həyat sahibi bir milçəyin, xüsusilə ən cami (cəm edici) bir həyata sahib olan bir insanın, hisslərilə, bütün kainatla bir əlaqəsi vardır.

Bəli, bir şeyə həyat girincə, o şeyin, birdən-birə hər şeylə əlaqə və irtibatı başlayar; günəş, ay və ulduzlarla əlaqəsi olar. Yenə, dağlarla, ağaclarla, otlarla, mədənlərlə, sularla irtibat və münasibəti yaranar. Xüsusilə, bir insan vücudu, bütün aləmin kiçildilmiş bir misalıdır. O vücudu təşkil edən zərrələr (atomlar), hər bir aləmdən gəlmiş, toplanmış, insan vücudunu təşkil etmişlərdir. O insan fərdi böyüsə, aləm olar. Aləm kiçilsə, insan olar. Hər nə qədər bu aləmdən, şəxsən onun hər bir cüz'ündən felən istifadə etmək mümkün deyilsə də, istifadənə əngəl də yoxdur. Hamısına gedib baxa bilərsən; nəzarət edib hisslərinlə ondan istifadə edə bilərsən. Bütün dünya, sanki evin kimidir. Həyat cəhətilə ondan istifadənə, bir əngəl yoxdur. 

O halda, bu cəhətdə, bir insan, elmilə, görməsi, eşitməsi və s. hisslərilə: "Yer, göy və bunlarda mövcud olan məxluqat, mənim istifadəm üçün yaradılmış; mənə boyun əydirilmiş; mənim xidmətimə verilmişdir." deyə bilər.

Beləcə, o insan, bütün aləmi, öz xəyal dünyasına gətirib yerləşdirə bilər. Bu xüsusda, felən malikiyyət, şərt deyildir. Əksinə, aləmi düşünməklə, görməklə, eşitməklə və s. bütün bu cəhətlərlə, sanki öz kiçik mənzili kimi, ondan istifadə edə bilər. 

(Bu, yuxarıdakı 1-ci sualın cavabıdır.)

-------------------------

2. Bildiyin kimi, aləmdə, sabit bir nizam, möhkəm bir ittisaq (nizam daxilində sıralanmaq), yüksək düsturlar, müstəmir (aralıqsız davam edən) əsas qanunlar vardır. Beləcə, aləm, müntəzəm bir saat və bir maşın kimidir. Necə ki, maşının hər çarxı, hətta çarxdakı hər diş, hətta dişdəki hər bir parçanın, -vələv, cüzi də olsa- maşının nizamında bir payı vardır; nizamı vasitəsilə maşının fayda və nəticəsində bir təsiri olur. Bənzəri bir şəkildə də, hər şeyin, canlılara və xüsusilə də canlıların ağası və rəisi olan bəşərə, bir fayda cəhəti vardır.

-------------------

İzahı:

Necə ki, bir maşının hər bir parçası, bəlkə, o parçanın hər bir dişi, hər bir çarxı, o maşının, o saatın nizamında, intizamla çalışmasında, bir təsiri və faydası vardır. O maşının, müntəzəm hərəkət etməsi, o saatın nizamla çalışması, bütün o çarxların, cüzlərin, dişlərin bərabər hərəkət etməsinə bağlıdır. Elə də, bu kainat da, müntəzəm çalışan bir saat, bir maşın kimidir. Bundan dolayı, bu aləmdəki hər şeyin, bir-birilə münasibəti vardır. Hətta, dağın içindəki bir daşın, dənizin dibindəki bir cövhərin də, bu "aləm fabriki"ndə, bu "kainat maşını"nda, təsiri və müdaxiləsi və faydası vardır. Çünki, aləmin nizam və intizamı, hər bir cüz'ünün bir-birilə münasibətdar olması ilə mümkündür.

Elə isə, aləmin nizamını təşkil edən hər bir cüz'ün, həyat sahiblərinin faydası cəhətindən, bir müdaxiləsi vardır. Yəni, aləmdə mövcud olan hər bir cüz'ün, hətta hər bir daşın belə, dünyanın harasında olursa olsun, illa ki, həyat sahiblərinə baxan bir faydası vardır. Xüsusilə, bütün həyat sahiblərinin, bəlkə bütün aləmin rəisi və seyyidi olan insanın faydasına baxan bir cəhəti vardır. Bu aləmdə, hər şey, insan üçün xadim (xidmətçi)'dir. O şeyin, insana, ya bir başa, ya da dolayısı ilə faydası vardır. Hətta, zəhərin də, panzəhərin də, insana baxan faydalı cəhəti vardır. Bizim isə, hər şeyi idraka gücümüz çatmır. Bu aləm, eynilə bir maşın, bir saat kimi, insanın faydası və xidməti üçün hərəkət etməkdədir.

(Bu, ikinci sualın cavabıdır.)

-------------------------

3. Daha əvvəl də eşitdiyin kimi, istifadə cəhətində, müzahəmə (zəhmət vermək) yoxdur. Necə ki, günəş, tamamilə Zeyd'indir və günəşin ziyası, Onun nəzərinə, ucsuz-bucaqsız bir baxça və meydan açır. Eyni şəkildə, günəş, tamamilə, Amr'ındır, ona, bir baxça olur. Məsələn, Zeyd, aləmdə tək başına olsa, necə istifadə edərsə; digər insanlarla bərabər olduğunda da, elə istifadə edər. "Ğareyn"ə (insanın alt və üst çənəsinə, yəni ağzına) aid olan şeylər xaricində, heç bir şeydən istifadəsi, nöqsan olmaz.

Bu, yuxarıdakı 3-cü sualın cavabıdır.

--------------------------

4. Kainatın sadəcə incə tək bir cəhəti olmayıb, onda, ümumi, fərqli, təbəqə-təbəqə cəhətlər vardır. Varlıqların faydaları üçün, ümumi, iç-içə, çox cəhətlər mövcuddur və istifadə yolları da, fərqli-fərqlidir. Məsələn, sənin bir baxçan olduğunda, bir cəhətlə bundan istifadə edərsən; başqa cəhətdən də, digər insanlar istifadə edərlər. Məsələn, o baxçanı gördüklərində, gözləri onu tamaşadan ləzzət alar. İnsanın istifadəsi, zahiri və batini 5 hissilə, cismilə, ruhu ilə, yenə ağıl və qəlbilə, həm dünyasında və həm axirətində, ayrıca, ibrət cəhətilə çox yönlərində gerçəkləşər. Buna, digər istifadə cəhətlərini də qiyas et. Dolayısı ilə, yerdə, hətta aləmdə olanlardan, bu cəhətlərdən bir cəhətlə, onun istifadəsinə bir əngəl yoxdur.

--------------------------

İzahı:

Yəni, insanın bu aləmdən istifadəsi, sadəcə bir cəhətdən, bir tək cihazla (yəni, hissilə) deyil ki, müzahəmə meydana gəlsin; bir-birinə mane olsun. Əksinə, insan, 10 hiss (haşiyə) vasitəsilə, bu və axirət aləmindən istifadə edər. Yəni, insanın həm bu dünyadan, həm axirətdən istifadəsi, çox cəhətlərlədir. Həm insan, cismilə, ruhu ilə, ağlı və qəlbilə bu aləmdən istifadə etdiyi kimi; ibrət almaq cəhətindən də istifadə edər və s.

Xülasə: Madam ki, insanın bu dünyadan istifadə cəhətləri, bu qədər müxtəlifdir. Həm madam bu aləmin bu qədər mütədaxil (iç-içə) çox dairələri və təbəqələri vardır. O halda, bu mahiyyətdəki bir insanın, heç bir cəhətdə, bu aləmdən istifadəsinə əngəl yoxdur. Elə isə: "Yer üzündəki hər şey, insan üçün, onun xidməti üçün yaradılmışdır." deyilə bilər.

Bu, yuxarıdakı 4-cü suala cavabdır.

---------------------------

(Haşiyə:

10 hiss:

https://suallarlaislam.com/m%C9%99qal.../10-hiss-hansilardir)

---------------------------

5. Əgər desən: Bu ayə və bənzəri bəzi ayələr, bu böyük dünyanın bəşər üçün yaradıldığına və insanın istifadəsinin ona bir illə-i qayə qılındığına işarət edir. Halbuki, yerdən daha böyük olan Saturn planetinin bəşərə faydası, ancaq bir növ bəzək və zəif bir işıq ola bilər. Bu halda, insan, ona (yəni, onun varlığına) necə illə-i qayə sayılır?

Cavab: Bir şeydən istifadə edən şəxs, öz istifadəsi cəhətində, onda fane olar. Zehni o yolda işləyər və başqa cəhətləri unudar; hər şeyə, nəfsi adına baxar; hər şeyin illə-i qayəsinin, özünü maraqlandıran cəhət olduğunu zənn edər.

Elə isə, Xaliq, saturn planetini minlərlə hikmət üçün yaratmış; hər hikmətdə, minlərlə cəhət və hər cəhətdə minlərlə istifadə edən olduğu halda; nemətlər nəzərə verilərkən, bu şəxsə dair olaraq "Bunun illə-i qayəsi, bu şəxsin istifadəsidir." deyilsə, bu kəlamda, mücazəfə sayılmaz.

-----------------------------

İzahı:

Həm bu ayə, həm də sair ayələr işarət edir ki, bu böyük aləm, əzəmətilə bərabər, bəşər üçün yaradılmışdır. Bu böyük kainatın, əzəmətilə bərabər insanın istifadəsi üçün xəlq edilməsi; və onun istifadəsi, kainatın xilqətinə, illə-i qayə (yaradılış məqsədi) qılınması; və kainatın onun üçün yaradılmış olması, hikmətə necə müvafiq ola bilər? Halbuki, məsələn, Saturn planeti, ki, yerdən daha böyükdür. Onun, bəşərin dünyasına baxan zəif, uzaqdan görünən işığı və bir növ zinətindən başqa faydası, demək olar ki, yoxdur. Elə isə, bu böyük planetin yaradılış qayəsi, insanın istifadəsi üçün necə ola bilər?

Müəllifimiz də, bu suala belə cavab verir ki:

Bu aləmdən istifadə edən şəxs, istifadəsində elə fane olur və o mənfəəti əldə etmək üçün zehni o yolda ona elə nəzərini həsr edir və onunla elə məşğul olur ki, ondan başqa hər şeyi unudur. Yəni, özünə, öz istifadəsinə baxan cəhətlərə nəzərini həsr edir; ondan başqa cəhətləri unudur, onunla məşğul olmur. Sanki, hər şeyin, yalnız öz mənfəətinə baxan cəhətinə nəzər edir, yalnız onu düşünür. Ona baxan faydası nədirsə, onu görür, başqasını görməz. Mənfəətinə baxan cəhətində elə fane olur ki, o mövcudun, -məsələn misaldakı Saturn planeti kimi böyük bir ulduzun- illə-i qayəsini, özünə baxan, ona bağlı olan cəhətə həsr edir. Sanki, "O böyük ulduzun yaradılışı, yalnız onun mənfəəti üçündür." şəklində düşünür, elə hökm edir.

Elə isə, Allahın, verdiyi nemətləri xatırlatma məqamında o şəxsə yönəltdiyi kəlamda, bir mücazəfə, bir mübaliğə yoxdur. Yəni, bir şəxsə, ona xitabən: "O Saturn planeti, ki, onun Xaliqi, ona, minlərlə hikmət, məqsədlər asaraq yaratmış və o hər hikmətdə də minlərlə istifadə cəhətlərini xəlq etmiş və o hər cəhətdən də istifadə edəcək minlərlə şey yaratmış olub hər biri ayrı-ayrı müxtəlif dərəcədə ondan istifadə etdikləri halda, o ulduzun yaradılış qayəsi, bu şəxsin istifadə cəhətidir, onun mənfəəti və istifadəsi üçün bu ulduz yaradılmışdır." deyilsə, bunda, bir mücazəfə olmaz.

Diqqət də edilsə, ayədə: "İnsandan başqa bu aləmdən istifadə edən yoxdur; hər şey, yalnız insan üçündür." deyilmir.

Bu, yuxarıdakı 5-ci sualın cavabıdır.

-----------------------------

6. Daha əvvəl də sənə xatırladıldığı kimi, insan, hər nə qədər (maddəsi etibarı ilə) kiçikdirsə də, əslində (yəni, mahiyyəti etibarı ilə) böyükdür. Onun cüzi istifadəsi, əslində külli'dir. Dolayısı ilə, əbəs bir şey yoxdur. (Yəni, "Hər şey insan üçün yaradılmışdır." deyilə bilər.)

Mahiyyətdən qəsd olunan, mənadır. Müəllif deyir ki, onun cüzi istifadəsi də, küllidir. Məsələn, bir meyvəni ələ alaq. Bunu bir insan yesin, bir də bir at. Hər ikisi bundan faydalansa da, insanın bundan faydalanması, (bi'l-quvvə, potensial olaraq) daha çoxdur. Məsələn, bu şey üzərində tapmağa çalışdı minlərlə məna, o külli istifadəsinə dəlildir. Küllinin nə olduğu, yuxarıda izah edildi.

Və ya padşahın bir vəzirinin padşahın səltənətindən istifadəsi ilə, bir kəndlinin istifadəsi arasındakı fərq də, buna misaldır.

---------------------------

---------------------------

• İkinci məsələ: "summə/sonra" (kəliməsi) haqqındadır.

• Birincisi:

Bil ki:

~ Bu ayə (yəni, Bəqərə/29), yerin, səmadan əvvəl yaradıldığına dəlalət edir.

وَٱلْأَرْضَ بَعْدَ ذَ‌ٰلِكَ دَحَىٰهَآ

~ "Sonra yeri döşədi." (Naziat/30) ayəti, səmanın yaradılışının, yerdən əvvəl olduğuna dəlalət edər. (Naziat/27-28-29 ilə bərabər bax).

...أَنَّ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَـٰهُمَا...

~ "Səmalar və yer, bir-birinə bitişik idi. Onları, Biz bir-birindən ayırdıq." (Ənbiya/30) ayəti isə, (səmalar və yerin) bərabər yardıldıqlarına, bir maddədən inşiqaq etdiklərinə (ayrıldıqlarına) dəlalət edir.

• İkincisi:

Bil ki: Şəriətin nəqliyyatına görə:

Allah Taala, ilk əvvəl, bir cövhəri, yəni bir maddəni (yəni, esir maddəsini) xəlq etmiş; sonra ---> buna təcəlli edib bir qismini buxar, bir qismini də maye qılmışdır. Sonra ---> maye olan, Allahın təcəllisilə qatılaşıb köpük olmuşdur. Sonra ---> yeri və ya bu yerlərdən 7 kürəni, bu köpükdən yaratmış; bunlardan hər biri üçün, bir hava-i nəsimi'dən (yəni, atmosferdən), bir səma meydana gətirmişdir. Sonra ---> buxar maddəsini yayıb, ondan, səmaları tənzim etmiş, içinə də ulduzları əkmişdir. Beləcə, səmalar, ulduzların çəyirdəklərini içində saxlayacaq şəkildə təsis edilmişdir.

---------------------

Yeni hikmətin bu mövzudakı fərəziyyə və nəzəriyyələrinə görə isə, günəş sistemi və bunların içində üzdükləri səma, ilk əvvəl, bəsit bir cövhər idi. Sonra ---> bir növ buxara inqilab etdi (yəni çevrildi). Sonra ---> buxardan, atəşli bir maye hasil oldu. Sonra ---> bir qismi donaraq, qatı hala gəldi. Sonra ---> bu atəşli maye, hərəkət ilə, qığılcımlar və atəş parçalarını fırlatmağa başladı; bunlar da, qatılaşdıkar və səyyarələr (planetlər) halına gəldilər. Yerimiz də, bunlardan biridir.

---------------------------

Bunu eşitdiyində, 2 məslək (yol) arasında bir mutabaqat edə (yəni, uyğunlaşdırma apara) bilərsən. Çünki,

"Onları, Biz, bir-birindən ayırdıq." (Ənbiya/30) ayəti, buna işarət ola bilər:

Günəş sistemilə bərabər yer, başlanğıcda, qüdrət əlinin, bəsit bir maddədən, yəni varlıqlara nisbətlə onlara nüfuz edən su misalı olan esir maddəsindən yoğurduğu bir xəmir kimi idi. "Allahın ərşi, su üzərində idi." (Hud/7) ayəti: "su kimi olan bu maddə"yə işarətdir. Esir maddəsi isə, yaradılmasından sonra, Sani (olan Allah)'ın ilk icad təcəllilərinə mərkəz olmuşdur. Yəni, Allah, esiri yaratdı. Sonra ---> atomlar halına gətirdi. Ardınca ---> bunların bir qismini, kəsif (qatı) qıldı. Bu kəsif maddədən, məskun (içində sakin olunan) 7 kürəni yaratdı. Yerimiz də, onlardan biridir.

Sonra, qatılaşması, hamısından əvvəl sərtləşməsi, daha əvvəl qabıq bağlaması, səmavi cisimlərin çoxunun indiyə qədər maye bir atəş olaraq qalmış ikən, uzun zamandan bəri həyatın mənşəyi olması etibarı ilə, yerin yaradılışı və təşəkkülü, səmaların yaradılışından əvvəldir.

Ancaq, yerdən istifadənin kamalı, (yerin) genişlədilib bəşər növünün yaşayışına uyğun hala gətirilməsi, səmaların təsviyyə (düzəldilməsi) və tənzimindən sonradır. İlk yaradılışlarında bərabər olmalarına baxmayaraq, bu cəhətdən, səmalar, yerdən daha əvvəldir.

Dolayısı ilə, (yer və səmaların yaradılışları ilə bağlı olan) bu 3 ayə (yəni, Bəqərə/29; Naziat/30 və Ənbiya/30) bəhsi keçən 3 fərqli nöqtəyə baxmaqdadır.

------------------------

• İkinci cavab:

Quranın məqsədi, "yaradılış tarixi dərsi" vermək deyildir. O, Sani (olan Allah)'ın mərifət (yəni, Onu tanımaq, bilmək) dərsi vermək üçün enmişdir. Bunda da, 2 məqam vardır:

~ Bir məqamda: nemət, lütf və mərhəmətin bəyanı, dəlilin açıqlığı vardır. Yer isə, bu məqamda, səmadan əvvəl gəlir.

~ Digər bir məqamda isə: əzəmət, izzət və qüdrət dəlilləri vardır. Bunda isə, səmalar əvvəl gəlir.

Sonra, "summə/sonra" ədatı, zati təraxi (yəni, zati sonralığı) ifadə etdiyi kimi; rutbi təraxi (rütbə, mərtəbə cəhətindən sonralıq) da ifadə edə bilər. Belə olunca da, "Sonra səmaya yönəldi." cümləsi, bu mənaya gəlir: "Sonra, bunu bilin və təfəkkür edin: O Allah, səmaya yönəldi."

-------------------------

İzahı:

Müəllifimiz Nursi (rahiməhullahu Taala), yuxarıdakı suallara ikinci bir cavab olaraq deyir ki:

Quran, aləmin yaradılış tarixindən bəhs edən; tarix dərsi verən bir kitab deyildir ki, tarixi izləsin, sıranı güdsün. Əksinə, Onun əsl məqsədi, Sani olan Allahın mərifətindən bəhs etmək; kainat Xaliq'ini, isim və sifətlərilə tərif edib bildirməkdir. Yəni, mərifətulhadan bəhs edən və hər şeyə, Onun hesabına baxan İlahi bir kəlamdır. Elə isə, aləmin yaradılış tarixi, bizim üçün çox da əhəmiyyətli deyildir. Bizə lazım olan, Quranın tövhid və haşr həqiqətləri haqqındakı dərsini dinləyib başa düşməkdir. Elə isə, burda, 2 məqam vardır. Bu 2 məqama görə, yer və səmalardan hansının daha əvvəl olduğuna baxılacaq. Belə ki:

~ Birinci məqam: Allahın, bəşərə olan nemətini, lütfünü, mərhəmətini bəyan etmə və dəlilin zahir olması cəhətindən ən zahir olanını dərs vermək məqamıdır. Bax bu məqama, bu cəhətə görə, yerin yaradılışı, səmalardan əvvəldir. Çünki, bəşərə verilən nemətlərin mərkəzi, yerdir. Bəşərin məişəti və məskəni və beşiyi, yerdir. Elə isə, bu cəhətdə, yer, səmalardan əvvəl gəlir.

~ İkinci məqam: Allahın əzəmətinin dəlillərini, izzət və qüdrətinin ən əzəmətli şahidlərini isbat etmək, nəzərə vermək məqamıdır. Bax bu etibarla, səmalar, yerdən əvvəldir.

Bundan dolayı, əgər birinci cəhəti (yəni, nemət və lütf cəhətini) nəzərə alsaq, bu etibarla yer, səmalardan əvvəldir. Çünki, bəşərin ən möhtac olduğu cəhət, bu mərhəmət və nemətiyyət və lütf cəhətidir.

Lakin, əzəməti göstərmək, qüdrət dəlillərini bəyan etmək cəhətindən isə, əlbəttə, bu böyük səma aləmi, bu cəhətdən əvvəldir.

Elə isə, yerə və səmalara, 2 cəhətdən, 2 məqamdan baxmaq lazımdır. Quranın əsl məqsədi, hədəfi, hansının daha əvvəl yaradıldığını bəyan etmək deyildir. Əksinə, əsl məqsədi, Sani olan Allaha dəlil gətirməkdir. O halda, "əvvəllik və sonralıq", bu dəlillər etibarı ilədir; bu dəlillər etibarı ilə olmalıdır.

Müəllif, üçüncü bir qısa cavab olaraq da deyir ki:

Təraxi, yəni sonradan meydana gəlməyi ifadə edən summə/sonra ədatı, 2 qisim təraxi (sonralıq) ifadə edir. 2 tərzdə bə'diyyə'ni (yəni, birinin digərindən sonra gəldiyini) və məqamınının ikinci dərəcədə olduğunu bəyan edir. Demək ki, summə kəliməsində, 2 növ təraxi vardır:

1. Zati təraxi'dir ki, qayda gərəyi, sonrakının əvvəlkindən zaman etibarı ilə sonra meydana gəldiyinə dəlalət edir. Yəni, zaman etibarı ilə yerin yaradılması, səmalardan əvvəldir. Səmalardan əvvəl yaradıldıöı cəhətlə, burdakı təraxi, yəni, sonra olma halı, zati'dir. Yəni, səmaların yaradılması, zaman etibarı ilə yerdən sonradır.

2. Rütbi təraxi'dir ki, rütbə və təfəkkür cəhətindən birinin rütbəsi, digərindən sonra gəldiyini; birincinin, təfəkkürcə daha əvvəl olduğunu ifadə edir. Əgər bu təraxi, yerin, zaman cəhətilə səmalardan əvvəl yaradıldığına baxmırsa, o vaxt bu, rütbi və təfəkküri təraxi'dir. Yəni, təfəkkür etibarı ilə, yerin rütbəsi, əvvəldir; səmaların rütbəsi isə, daha sonradır. Yəni, birinci məqam etibarı ilə (yəni, Allahın, insana olan nemət, lütf və mərhəmətini bəyan etmək cəhətindən), yer, səmalardan əvvəl gəldiyi kimi; təfəkkürcə rütbəsi də, səmalardan əvvəl gəlir. Yəni, ilk əvvəl, məskənimiz olan yeri təfəkkür etmək; daha sonra isə, səmalara nəzərə edib onu təfəkkür etmək lazımdır. Buna görə, kəlamın təqdiri mənası (yazılı olaraq mövcud olmasa da, məna olaraq var olan) belə olur:

"Sonra, 'bilin və təfəkkür edin ki', O, səmaya yönəldi."

---------------------------

---------------------------

• Üçüncü məsələ: "Səb'a/7" haqqındadır:

Bil ki: Köhnə fəlsəfə, səmaları 9 qəbul edir. Bu görüşdə olanlar, onu, çox əcaib bir şəkildə təsəvvür etmiş və onların fikirləri, əsrlər boyu bəşər növünə hökm etmişdir. Bu hal, bir çox müfəssiri, (7 səma) ayələrinin zahirlərini, onların görüşünə görə açıqlamağa sövq etmişdir.

Yeni hikmət isə, ulduzları, fəzada və boşluqda asılmış olaraq görməkdədirlər. Bunlar da, sanki, səmanın varlığını inkar etməkdədirlər.

Beləcə, biri, ifrat; digəri də, təfrit etməkdədir.

Şəriətə gəlincə, Sani (cəllə cələluhu)'nun 7 səma yaratdığına; ulduzları, bu səmada üzən balıqlar misalı qıldığına hökm edir. Hədis isə, səmanın, dalğasız bir dəniz kimi olduğuna dəlalət edir.

Bu haqq görüşün təhqiqi, 6 müqəddimə ilədir:

1. Fənn və hikmət cəhətindən sabitdir ki, geniş fəza, esir ilə doludur.

2. Göy cisimlərinin qanunlarını bir-birinə bağlayan, ziya və hərarət kimi qüvvələri yayan və nəql edən, fəzada mövcud olan və onu dolduran bir maddə vardır.

3. Esir maddəsi, esir olaraq qalmaqla bərabər, -digər maddələr kimi, buxar, su və buz təşəkkülündə olduğu tərzdə-, fərqli şəkillərdə və bir-birindən fərqli hallarda mövcud ola bilər.

4. Göy cisimlərinə diqqətlə baxıldığında, (göy) təbəqələrinin fərqli-fərqli olduğu görülür. Məgər görmürsənmi ki, kəhkəşan deyilən səma dənizində, bulud qaraltısı görünüşündə olan milyonlarla ulduz, yeni təşəkkül halındadır. Bu ulduzları meydana gətirən esir maddəsi, əlbəttə, sabit ulduzlar təbəqəsində olanlardan fərqlidir. O da, sadiq bir hads (sezgi), yəni, sürətli intiqal (yəni, başdan sona sürətli bir keçid) ilə, günəş sistemi təbəqələrindən fərqlidir. Beləcə, 7 sistemə qədər, bu fərqliliklər davam edir.

5. Hads və istiqra (induktiv metod) ilə sabitdir ki, bir maddədə təşkil, tənzim və təsviyyə başlandığında, ondan, fərqli təbəqələr meydana gəlir. Mədəndən, kül, kömür və almaz meydana gəlməsi; atəşdən, köz, alov və duman ayrılması; hidrogen və oksigenin bir araya gəlməsindən, su, buz və buxarın təşəkkülü kimi...

6. Bu əmarələr, səmaların da müxtəlifliyinə dəlildir. Sadiq Şari (doğru sözlü qanun qoyan) şəriət sahibi (yəni, Allah), 7 demişdirsə, demək ki, 7-dir.

Xülasə: Sani (cəllə cələluhu), esir maddəsindən 7 səma yaratmış; onları təsviyyə etmiş; qeyr-i adi, incə bir nizamla tənzim etmiş; o səmalara, ulduzları əkmiş; və bunların təbəqələri arasında fərqliliklər meydana gətirmişdir.

Bil ki: Quran-i Kərim'in xitablarının və mənalarının genişliyini, ən aşağı avamdan ən üst xassa qədər bütün insan təbəqələrinin fəhmlərini nəzərə aldığını düşündüyündə, qeyr-i adi olduğunu görərsən. Məsələn, "səb'a səmavat/7 səma" ifadəsindən:

~ bəzi insanlar: atmosferin təbəqələrini;

~ bəziləri: bu yerimizi və həyat sahibi qardaşlarını əhatə edən nəsimi kürələri;

~ bəziləri: cumhura görülən 7 planeti;

~ bəziləri: günəş sistemindəki 7 esir təbəqəsini;

~ bir qismi də: daha əvvəl keçdiyi kimi, esir maddəsinin, təşəkküldə 7 təbəqəyə ayrılmasını;

fəhm edər.

~ bir qismi: "günəş lampaları" və sabit ulduzlarla bəzədilən bütün aləmi, 1 səma olaraq görər; o da, dünyaya yaxın olan səmadır.

~ Bir qismi də: 7 səma aləmini, şəhadət aləminə məxsus olaraq görməz; o səmaları, yaradılışdakı dünyəvi, uxrəvi (axirətə aid) və qeybi aləmlərdə xilqət təbəqələri olaraq təsəvvür edər.

Beləcə, hər biri, qabiliyyəti nisbətində, Quranın feyzindən təfəyyüz edər (feyzlənər); Onun süfrəsindən hissəsini götürər.

Dolayısı ilə, "7 səma" mənası, bütün bu məfhumları ehtiva etməkdədir. (haşiyə)

----------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Bu mövzunun izahını, aşağıdakı linkdən oxuya bilərsən:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/goy-7-qatdirmi

------------------------

------------------------

-----------------

✓ Ayətin cümlələrinin təhlili:

"هُوَ ٱلَّذِى خَلَقَ لَكُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًا = Yer üzündə olanların hamısını sizin üçün xəlq edən, Odur."

Bil ki: Bu birinci cümlənin nəzmi, 5 cəhətlədir:

1. Əvvəlki ayə, həyat və vücud nemətinə işarətdir. Bu isə, davamları üçün lazım gələn səbəblərə işarətdir.

----------------------

İzahı:

Müəllifimiz Nursi (rahmətullahi aleyh), bu Bəqərə/29 ayətinin yuxarıdakı cümləsinin, əvvəlki Bəqərə/28 ayətilə olan münasibətini, 5 cəhətlə izah etməkdədir. Belə ki:

Bəqərə/28-də, varlıq və həyat nemətinə; bu Bəqərə/29-da isə, varlıq və həyat nemətinin davamına işarət edilmişdir. Hər iki ayəyə nəzər salaq:

~ "Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız." (Bəqərə/28)

~ "Yerdə olanların hamısını sizin üçün xəlq edən, Odur." (Bəqərə/29)

Məsələn, əgər hava olmasa; günəşdən işıq və hərarət gəlməsə; bu günəş sistemi, bu aləmin nizamı olmasa, həyatda qalmaq mümkün olmazdı.

Elə isə, bu 2 ayə arasında, tam bir münasibət mövcuddur.

---------------------------

Müəllifimiz, belə davam edir:

2. Əvvəlki ayə, bəşər üçün mərtəbələrin ən yüksəyini, yəni, Allaha qayıtmağı isbat edincə; muxatabın zehninə belə bir sual gəldi:

"Allahın lütfü və cəzbi olmadan, bu zəlil insan üçün bu böyük mərtəbəyə istedad hardadır?"

Bu cümlə, belə bir suala, bu cavabı verir:

"Bütün dünyanı insana itaətkar qılan Allah nəzdində, o insanın çox böyük bir mövqeyi vardır."

--------------------------

İzahı:

Bəqərə/28'in: "Sonra, Ona qaytarılacaqsınız." cümləsilə, ayə, insana verilən ən böyük rütbəyə işarət etdi. Çünki, Allaha rücu etmək, qayıtmaq, ən ali bir mərtəbədir. Bu məqamda, sami (eşidən)'in zehni, bununla intibaha gəlib oyandı və belə sual etdi:

"Görəsən bu yüksək mərtəbəyə, bu zəlil insanın qabiliyyəti, istedadı vardırmı?" Yəni, "Bu zəlil insana bu qədər dəyər, bu qədər şərəf verilməsi, nə üçündür? İnsan, buna layiqdirmi?" deyə soruşmağa başladı.

Bu Bəqərə/29'un: "Yerdə olanların hamısını sizin üçün xəlq edən, Odur." cümləsi, sanki, hal dililə bu suala belə cavab verdi:

"Bəli, insanın, Allah nəzdində yüksək bir qiyməti və dəyəri vardır. Çünki, yer, onların mənfəəti üçün yaradıldı. Səmaları da, onlar üçün tənzim etdim."

Demək, Quran, bu cümlə ilə, insanın, Allah qatındakı yüksək mərtəbəsinə işarət etdi. O halda, bu insanın ali bir mərtəbəsi, yüksək bir qiyməti vardır ki, yer və göy, ona boyun əydirilmişdir.

-----------------------------

3. Əvvəlki ayə, insan üçün haşr və qiyamətin varlığına işarət edincə; muxatabın xatirinə belə bir sual gəldi:

"İnsanın nə əhəmiyyəti var ki, onun üçün qiyamət qopsun; səadəti üçün, aləm xarab edilsin?"

Bu cümlə, sanki bu suala belə cavab verir:

"Yerdə nə varsa, onun istifadəsi üçün hazırlanan və kainatın növləri özünə itaət etdirilən insanın, xilqət (yaradılışın) nəticəsi olduğuna işarət edən çox böyük bir əhəmiyyəti vardır."

----------------------------------

4. Əvvəlki ayə, "Ona qaytarılacaqsınız." deyərək, vasitələrin qaldırılmasına və mərciyyətin Allaha aid olduğuna işarət etdi. Halbuki, insan üçün, dünyada çox mərcilər vardır. Bax bu cümlə, deyir: "Səbəblər və vasitələr, Allahın qüdrət əlinə, şəffaf bir pərdə kimidir. Dünyada da həqiqi mərci, ancaq Allahdır. Vasitələrin araya qoyulması isə, çox hikmətlər üçündür. Dolayısı ilə, insanın ehtiyac duyduğu hər şeyi yaradan, Odur.

----------------------------

İzahı:

Bəqərə surəsi 28-ci ayənin son qismi, belədir: "İleyhi turcəun." Yəni, "Ona qaytarılacaqsınız."

Bu cümlə, əbədi axirət aləmində, səbəb və vasitələrin tamamilə ortadan qaldırılacağına işarət edir. Həqiqi Mərci (rücu edilən), müraciət ediləcək yer, ancaq və ancaq, Allahın qüdrəti olacaq və sığınılacaq qapı, yalnız və yalnız Onun rəhməti olacağını ifadə edir. Yəni, hər kəs, açıq bir şəkildə, öz Məbudu, Xaliqi və Malik'inin kim olduğunu biləcək.

Burda Müəllifimiz deyir ki: Bəqərə/28-in bu qismilə Bəqərə/29 arasında, bir münasibət cəhəti daha vardır. Belə ki:

~ "Ona qaytarılacaqsınız." cümləsi, axirət həyatında, rücu (dönüşün) sadəcə Allaha xas və aid olduğunu ifadə etmək surətilə, səbəb və vasitələri axirət həyatında bütünü ilə rədd etdiyi kimi;

~ "Yer üzündə hər şeyi sizin üçün yaradan, Odur." cümləsi də, bu dünya həyatında, yer üzündə mövcud olan hər şeyi bəşər üçün xəlq edən, Allahın qüdrət və rəhməti olduğunu bəyan etmək surətilə, zahiri səbəblərin təsirini rədd edir.

Bəli, bu cümlə ifadə edir ki: Su, torpaq, hava və günəş kimi dünyada mövcud olan səbəb və vasitələrin pərdəsi altında, qüdrət əli, aşkar görünür. Bu cümlə, həqiqi Müəssir'in, sadəcə Allah olduğunu göstərir. Demək, bu dünyadakı səbəb və vasitələrin, heç bir təsiri yoxdur. Həqiqi Mərci (Özünə rücu edilən, qayıdılan), yalnız Allahın qüdrətidir. İnsanın möhtac olduğu hər şeyi yaradan, Allahdır. Yalnız, hikmət və imtahan cəhətində, bəzi səbəblər qoyulmuşdur. (haşiyə)

------------------------

(Haşiyə:

Səbəblər, nə üçün var?

https://suallarlaislam.com/.../s%C9%99b%C9%99b-n%C9%99dir...

-------------------------

5. Əvvəlki ayə, əbədi səadətə işarət edincə; bu ayə də bu səadəti gərəkdirən İlahi bir lütfə işarət etdi. Yəni, "Yerdə olan hər şey özünə ehsan edilən insan, özünə əbədi səadət verilməsinə də layiqdir.

----------------------

----------------------

ثمَّ ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ

Summə's-təvə ilə's-səmə.

Yəni:

"Sonra, səmaya yönəldi."

Bu cümlənin nəzmi, 4 cəhətlədir:

1. Səma, yerin rəfiqi (dostu)'dur. Yeri düşünən hər kəsin zehninə, dərhal səma gələr.

-----------------

İzahı:

Müəllifimiz Nursi (rahiməhullah), "Sonra səmaya yönəldi." cümləsinin, özündən əvvəlki cümlə olan: "Yer üzündə hər şeyi sizin üçün yaradan, Odur." cümləsinin nəzminin, 4 cəhətlə olduğunu deməkdədir. Belə ki, onlardan:

Yer ilə səma, sanki 2 dost kimidirlər. Bir-birindən ayrılmazlar. Yeri düşünən, yeri xatirinə gətirən kimsə, mütləq səmanı da düşünər və xatirinə gətirər. Madam ki, insan, yer və səmanı bərabər xatırlayır və onlardan bərabər istifadə edir; elə isə, ayətin birinci cümləsi olan "Yerdə hər şeyi sizin üçün yaradan..." cümləsilə yerin bəşər üçün boyun əydirilməsindən bəhs etməsi və arxasınca ikinci cümləsilə səmanın tənzim və təsviyyəsini nəzərə verməsi, hal və məqamın gərəyinə uyğundur, bəlağatın məhz özüdür.

--------------------------

2. Səmanın tənzimi, insanın, yerdə olanlardan istifadə cəhətini tamamlayır.

---------------------------

İzahı:

Yəni, belə deyək, bəşərin, yerdəki məxluqatdan, bitkilərdən, heyvanlardan istifadə etməsinin səbəbi, nədir? Əlbəttə, səmada olan günəş, ay və ulduzlardır. Çünki, günəş, Allahın iznilə, işıq və hərarət göndərməzsə; ay dönməzsə; yuxarıdan yağış yağmazsa; hava olmazsa, yerdə heç bir şey yetişməz. Demək, yerdəki cümlə həyat, səmalara bağlıdır. O halda, səmanın tənzim və təsviyyəsi, yerdə yaşayan insanların istifadəsini təmin edicisi, tamamlayacısıdır.

Elə isə, Bəqərə/29-un birinci cümləsilə ikinci cümləsi arasında, belə bir münasibət cəhəti də var.

----------------------------

3. Birinci cümlə, ehsan və fəzl dəlillərinə işarət etdi. Bu isə, əzəmət və qüdrət dəlillərinə işarət edir.

----------------------------

İzahı:

Birinci cümlə, yəni, "Yerdə hər şeyi sizin üçün yaradan..." cümləsi, Allahın, bəşərə olan kərəminə fəzlinə, ehsanına işarət edir. İkinci cümlə isə, səmaların 7 olaraq yaradıldığını ifadə edərək, Allahın əzəmətinə işarət edir.

Qurana diqqət edilsə, ya Allahın rəhməti, ya da əzəməti nəzərə verilməkdədir.

Yəni, birinci cümlə, camal ifadə edən isimlərin təcəllisini göstərir. İkinci cümlə isə, cəlal isimlərini ifadə edən isimləri xatırladır. Demək, birinci cümlə, Allahın camalını; ikinci cümlə isə, Allahın cəlalını göstərir. Allahın isimləri də, məhz bu 2 qismə ayrılmaqdadır. (haşiyə)

-------------------------

(Haşiyə:

İsimlər üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-99-ismi

-------------------------

4. Bu cümlə işarət edir ki, insanın istifadəsi, (sadəcə) yerlə məhdud deyil. Səma da ona musəxxər (boyun əydirilmiş)'dir.

-------------------------

-------------------------

فَسَوَّىٰهُنَّ سَبْعَ سَمَـٰوَ‌ٰتٍ ۚ

Fə səvvəhunnə səba səmavat.

Yəni:

"Və onları, 7 səma olaraq təsviyyə etdi."

Bu cümlənin nəzmi, 3 cəhətlədir:

1. Əvvəlkilə irtibatı, "kun" (yəni, ol) əmri qarşısında, istənilənin olması kimidir.

-----------------------------

İzahı:

"Və onları, 7 səma olaraq təsviyyə etdi." cümləsinin, əvvəlki cümlə olan "Sonra, səmaya yönəldi." cümləsilə nəzmi, 3 cəhətlədir:

1. Birinci cəhət: Bu cümlə ilə əvvəlki cümlə arasında elə şiddətli bir irtibat, elə qüvvətli bir münasibət vardır ki, bu münasibət, "kun!" (yəni "ol!") əmrilə "fə yəkun" ("və olar") feli arasındakı münasibətə bənzəyir. Yəni, necə ki, Allah, kun əmrilə bir şeyə yönəlincə, o şey dərhal Allahın əmrinə ram olaraq olursa...

Bax, elə də, bu 2 fel (yəni, "ol" və "və olur" felləri) bir-birilərilə nə qədər irtibatlıdırlarsa; bu 2 fel (yəni, "istəva=yönəldi" felilə "fə səvvəhunnə= və təsviyyə etdi" feli) də, bir-birilərilə o qədər irtibatlıdırlar.

Dəyərli oxuyucu! Ərəb dilində, bu "fə" hərfi, ətf hərfidir. Təqib mənası da bildirir. Bu isə, 2 şey arasında, zaman periodunun azlığına və ya sanki heç olmamasına işarət edir.

-------------------------------

2. Qüdrətin təəllüqü (yəni, bir şeylə əlaqəli olması)'nın, iradənin təəllüqü ilə rəbti (bir-birinə bağlanması) kimidir.

-------------------------

İzahı:

Necə ki, bir şeyə Allahın qüdrətinin təəllüqü, o şeyə iradəsinin də təəllüqünə bağlıdır. Yəni, Haqq Taala, bir şeyi yaratmaq və onu varlıq meydanına gətirmək istədiyi vaxt, ilk əvvəl, iradəsi o şeyə təəllüq edər, yəni, ona məxsus bir surət, bir şəkil təyin edər; sonra isə, qüdrəti ona təəllüq edər, yəni, xarici vücud geyindirib varlıq sahəsinə çıxarar.

Bax, eyni şəkildə də, bu ayədəki birinci cümlədə, yəni: "Summə's-təvə ilə's-səma = Sonra, səmaya yönəldi." ifadəsindəki "istəva/yönəldi" feli, iradəni göstərir.

Ardınca gələn cümlədə, yəni: "Fə səvvəhunnə səba səmavat = Və onları, 7 səma olaraq təsviyyə etdi." cümləsindəki "təsviyyə" feli isə, qüdrəti göstərir.

-----------------------

3. Nəticənin, müqəddimə ilə irtibatı kimidir.

--------------------

İzahı:

Əvvəlki cümlə, yəni, "Sonra səmaya yönəldi." cümləsi - müqəddimə; bu "Və onları 7 səma olaraq təsviyyə etdi." cümləsi isə - nəticə hökmündədir. Yəni, Haqq Taala, müqəddimə hökmündə olan "istəva/yönəldi" felilə, ilk əvvəl səmanı yaratmağı qəsd etdi; nəticədə də, onu, 7 səma olaraq yaratdı.

----------------------

----------------------

وَهُوَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

Və Huvə bi kulli şeyin alim.

Yəni:

"Və O, hər şeyi biləndir."

Bu cümlənin nəzmi, 2 cəhətlədir:

1. Əvvəlki tənzimə, "limmi dəlil" kimidir. Necə ki, əvvəlki tənzim də, bu mənaya "inni dəlil"dir. Çünki, elm, intizamı nəticə verdiyi kimi; ittisaq və intizam da, kamil bir elmin varlığına dəlalət edərlər.

--------------------

İzahı:

~ Limmi dəlil: müəssirin, əsərinə olan dəlalətidir. Məsələn: atəşin, dumana olan dəlaləti, belədir. Yəni, atəş (yəni, müəssir) varsa, duman (əsər) də vardır. Nəticədən səbəbə istiqamətlə bax!

~ İnni dəlil: əsərin, müəssirinə olan dəlalətidir. Məsələn: dumanın, atəşə olan dəlaləti, belədir. Yəni, duman (yəni, əsər) varsa, bu dumanın müəssiri olan atəş də vardır. Səbəbdən nəticəyə istiqamətlə bax!

Müəllifimiz Ustad Nursi, "O, hər şeyi biləndir." cümləsinin, əvvəlki cümlə olan "Onları, 7 səma olaraq təsviyyə etdi." cümləsilə, iki cəhətdə münasibəti olduğunu söyləməkdədir. Belə ki, onlardan:

• Birincisi: Bu ("O, hər şeyi biləndir.") cümləsi, əvvəlki cümlədəki təsviyyəyə, limmi dəlil hökmündədir. Yəni, bu cümlədəki "bilmək" ifadəsi, müəssir; əvvəlki cümlədəki "təsviyyə" isə, əsərdir. Yəni, bu tənzim və təsviyyənin müəssiri, təsir sahibi, qaynaqlandığı yer, haradır? Əlbəttə, bu təsviyyə, bu tənzimin mənbəyi, Allahın elmidir. Çünki, bir şeyi tənzim etmək, təsviyyə etmək, ancaq elmlə olur.

Əvvəlki cümlədəki tənzim də, Allahın elminə inni dəlildir. Yəni, əvvəlki cümlədəki "tənzim, təsviyyə", - əsər; Allahın elmi, bilməsi isə - müəssirdir.

------------------------

2. Əvvəlki cümlə, kamil bir qüdrətə; bu da, şamil bir elmə dəlildir.

------------------------

İzahı:

Necə ki, əvvəlki cümlə olan "Və onları, 7 səma olaraq təsviyyə etdi." cümləsi, kamil qüdrətə dəlalət edir. Çünki, bu böyük kainatın intizamlı yaradılması və təsviyyə edilməsi, əlbəttə, kamil, nöqsansız bir qüdrətin əsəridir, ona dəlalət edir.

Bu "O, hər şeyi biləndir." cümləsi isə, hər şeyə şamil olan elmə dəlalət edir.

---------------------------

---------------------------

---------------------------

Hər cümlənin cüzləri (parçaları)'nın nəzmi:

...هُوَ ٱلَّذِى خَلَقَ لَكُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًا

Huvəlləzi xaləqa ləkum mə fi'l-ardi cəmian.

Yəni:

"Yer üzündə olanların hamısını sizin üçün xəlq edən, Odur."

1. İlk cümlədə istinaf;

2. İki cüzün də, mərifədə gəlməsi;

3. Xəbərin tərifi (yəni, mərifədə) gəlməsi;

4. Ləkum'dakı lə;

5. Ləkum'un təqdimi;

6. Fi ləfzi;

7. Cəmian ləfzi.

 

 

1. İlk cümlədə istinaf: müqəddər bəzi sual və cavablara işarətdir.

İlk cümlənin nəzmində, 5 cəhəti bəyanda, bu sual və cavablara diqqət çəkmişdim.

---------------------------

İzahı:

Bəhsimizə mövzu olan bu Bəqərə/29 ayəti, 4 cümlədən ibarətdir. Belə ki:

~ Birinci cümlə: "Huvəlləzi xaləqa ləkum mə fi'l-ardi cəmian.";

~ İkinci cümlə: "Summə's-təvə ilə's-səma";

~ Üçüncü cümlə: "Fə səvvəhunnə səba səmavat.";

~ Dördüncü cümlə: "Və Huvə bi kulli şeyin alim."

 

Müəllifimiz, bu ayətin birinci cümləsi olan: "Huvəlləzi xaləqa ləkum mə fi'l-ardi cəmian." cümləsindən, bu gələcək 7 bəlağat incəliyi istixrac etmiş (çıxarmış)'dır. Belə ki, onlardan:

• Birincisi: İsti'naf'dır.

Lüğətdə, "yeni" mənasına gələn "unuf" və ya "bir şeyin başı, ucu, burun" mənasındakı "ənf" kökündən meydana gələn "isti'naf" kəliməsi: "yenidən başlamaq, yeniləmək, təkrarlamaq" deməkdir.

Məani elmində, "əvvəlki cümlənin gərəkdirdiyi və bu cümlədə gizli olan suala cavab məsabəsində olması səbəbilə, ardınca gələn cümləni, vav /və bağlayıcısı istifadə etmədən ayırmağ"a, "isti'naf" deyilir.

Əvvəlki cümləyə vav ilə bağlanmayaraq ondan ayrılmış olan ikinci cümlə, "isti'naf" və "mustə'nəfə" adlandırılır.

Açıq sual və cavab cümlələri arasında olduğu kimi; gizli suala cavab məsabəsindəki istinaf cümləsilə əvvəlində gələn cümlənin arasında, vav yer almaz.

Mövzumuza qayıtsaq:

Bu Bəqərə/29, nə üçün, müstənifə bir cümlə ilə başladı? Yəni, əvvəlki cümlə (yəni, Bəqərə/28) ilə arasında münasibət olmasını göstərən vav kimi bağlayıcı, nə üçün istifadə etmədi? Bu, nəyə işarət edir?

Bax Müəllifimiz, Bəqərə/29-un bu şəkildə gətirilməsini, arada müqəddər gizli sual və cavabların olduğuna işarət olduğunu söylədi. Bunun cavabını isə, Müəllifimiz, yuxarıda zikr etmişdi. Həmin yeri, eynilə burda da zikr edirik:

...əvvəlkində, Sani'nin dəlili və haşra bir müqəddimə vardır; bunda isə, yenidən dirilişin təhqiqi və şübhələrin izaləsi bəhs mövzusudur. Onlar (yəni, inkar edənlər), sanki belə deyirlər:

"İnsan, nə üçün bu qədər qiymətlidir? Nə üçün ona, bu qədər əhəmiyyət verilir? Allah qatında nə yeri vardır ki, onun üçün qiyaməti qoparıb başqa bir aləmi gətirir?"

Buna müqabil olaraq da, Quran, bu ayətin işarətilə, belə deyir:

• Göylərin və yerin onun istifadəsinə ərz edilməsindən başa düşülür ki, insanın, çox yüksək bir qiyməti vardır.

• Bununla bərabər, Allah, insanı, məxluqat üçün yaratmadı. Məxluqatı, insan üçün yaratdı.

• Xaliqin nəzdində, insanın bir mövqeyi olduğu, bununla sabitdir: Allah, aləmi, aləm üçün deyil; bəşər üçün icad etdi; bəşəri də, ibadəti üçün yaratdı.

Bunlardan başa düşülür ki, insan, heyvan kimi deyildir; mümtaz və müstəsnadır. "Sonra, Ona qaytarılacaqsınız." (Bəqərə/28) cövhərinə mazhar (bir şeyin zahir olduğu yer) olmağa, layiqliyi vardır.

Bəqərə/28-də, Allahın varlığının vacib olmasına və haşrın müqəddiməsinə dəlil vardır. Çünki, Bəqərə/28-də, Haqq Taala, insanı, çox qeyr-i adi mərhələlərdən, inqilablardan keçirərək yaratdığını və həyata nail etdiyini bəyan etməklə, Özünün varlığını isbat etdi. Və təkrar dirilib Onun hüzuruna dönüləcəyini xəbər verməklə də, haşrın müqəddiməsinə dəlil gətirdi.

Bu Bəqərə/29-da isə, haşrın qəti olaraq vaqe olacağına, gerçəkləşəcəyinə işarət etdi. Bununla bərabər, bu ayə, axirət haqqındakı bütün şübhələri də ortadan qaldırmaqdadır.

Elə isə, bu ayədə, haşrın gerçəkləşəcəyinə, necə bir işarət vardır? Yəni, bu ayə, qiyaməti necə isbat edir? Müəllifimiz Nursi (rahiməhullah), bunu belə isbat edir:

Bu ayədən anlaşılır ki, kafirlər, sanki belə suallar soruşurdular və Quran da, bu ayəni, o müqəddər suallara cavab olaraq gətirir. Yəni, onlar, sanki belə sual edirdilər:

"İnsanın, nə qiyməti və əhəmiyyəti var ki, onun xatiri üçün, bu dünya yıxılsın; qiyamət qopsun; axirət aləmi qurulsun; onun mühasibəsi üçün, haşr meydanı açılsın? Həm insanın Allah qatındakı məqamı, mövqeyi və mərtəbəsi nə qədər yüksəkdir ki, onun üçün bu dünya xarab edilib əbədi bir aləm yaradılsın?"

Bax şanı əzəmətli Quran, bu ayətin işarətilə, bütün bu müqəddər olan bu suallara cavab olaraq, belə deyir:

a. Bəli, insanın, yüksək bir qiymət, əzəmətli bir şərəf, ali bir dəyəri vardır. Çünki, bu ayətin dəlalətilə sabitdir ki, səmalar və yer, onun istifadəsi üçün xəlq edilmiş və ona musəxxər edilmiş (boyun əydirilmiş)'dir. Çünki ayə, sarih/açıq bir şəkildə, belə buyurmaqdadır: "Yerdə, hər şeyi sizin üçün yaratdı."

Madam ki, Haqq Taala, yerdə olan hər şeyi insanın mənfəəti və istifadəsi üçün yaratmışdır. Demək ki, bu insanın, Allah qatındakı qiymət və dəyəri, çox ali, çox yüksəkdir.

b. Həm, insanın əzəmətli bir əhəmiyyətə malik olduğunun dəlili isə, budur:

Allah, bu insanı, məxluqata xidmət üçün yaratmamışdır. Əksinə, bütün məxluqatı, insan üçün xəlq etmiş; ona boyun əydirmiş və ona xidmətçi qılmışdır. Demək, məxluqat, insan üçündür. İnsan isə, məxluqat üçün deyildir. Bu da, insanın, Allah qatındakı çox yüksək əhəmiyyətinə dəlildir.

c. Həm insanın, Xaliqi yanındakı məqam, mövqe və mərtəbəsinə gəlincə: İnsan, bütün məxluqat içində, ən üstün bir mərtəbəyə; aləmin Xaliqi qatında ən yüksək bir mövqeyə sahibdir. Bunun dəlili isə:

Allah, bu aləmi, aləm üçün yaratmamış; əksinə, bu aləmi, insan üçün icad etmiş; insanı da, Özünə qulluq üçün xəlq etmişdir.

Bax bütün bu dəlillər nəticə verdi ki, bu insan, heyvan kimi deyildir. Əksinə, insan, mümtaz bir məxluq, müstəsna bir varlıqdır. Allah qatında, ən yüksək bir rütbəyə, ən şərəfli bir mövqeyə sahibdir. Elə isə, layiq və haqqdır ki, bu qədər yüksək rütbə və bu dərəcə ali mərtəbəyə malik olan bu insan növü üçün, aləm xarab edilsin və onun xatiri üçün, əbədi bir aləm yaradılsın və əməllərinin mühasibəsi üçün, haşr meydanı qurulsun və bu insan, ora göndərilsin. Beləcə, öz Mövlasının hüzuruna rücu etsin (qayıtsın).

Demək ki, insanın bu qiymətli mahiyyəti, axirət həyatının gerçəkləşəcəyinə, qəti bir dəlildir.

-----------------------------------

2. İki cüz'ün (yəni, mübtəda və xəbərin) mərifədə gəlməsi, tövhid və həsrə işarətdir.

Bu, eyni zamanda, əvvəlki ayədəki "ileyhi turcəun/Ona qaytarılacaqsınız." deyərkən, yenə həsri ifadə edən "ileyhi/Ona"nın də bir dəlilidir.

---------------------------

İzahı:

"İki cüz'ün (yəni, mübtəda və xəbərin) mərifədə gəlməsi, tövhid və həsrə işarətdir."

Müəllifin ayətin bu birinci cümləsindən çıxardığı ikinci incəlik: bu cümlədə, mübtəda və xəbərin mərifə olaraq gətirilməsidir.

Mərifə: "söyləndiyi vaxt, kimdən və ya hansı şeydən bəhs edildiyi tam olaraq başa düşülən; müəyyən bir kimsəni və ya şeyi göstərən isimlər"dir. Bu, ingilis dilindəki "the" artiklı kimidir.

Ərəb dilində, 6 növ mərifə isim vardır:

a. ا ل - əlif lam. Bu, tərif hərfidir. İsmin başında bu əlif-lam hərfinin gətirilməsi, sözü nəkirədən/qeyr-i müəyyənlikdən müəyyənliyə çevirir.

b. Ərəb dilində "aləm" deyilən xüsusi isimlər, mərifədir.

c. Damir'lər, yəni, şəxs əvəzlikləridir. Məsələn, ənə=mən; huvə=o kimi.

d. İsmu'l-işara = işarə əvəzlikləridir. Məsələn, həzə = bu; zəlikə = o (kimi).

e. Müəyyən bir ismə mudaf (izafə) olan isimlər, mərifədir. Məsələn, "bab-u beytin" demək, "evin qapısı" deməkdir. Burda, bab/qapı; mudaf; beyt/ev isə, mudafun ileyhdir. Burdakı "ev" kəliməsi, nəkirə'dir, yəni, hansı ev olduğu bilinmir. Ancaq biz, burda, beyt kəliməsinin başına əlif-lam artırıb "babu'l-beytin" şəklinə salsaq, burdakı beyt/ev kəliməsi, mərifəyə (müəyyənliyə) çevriləcək.

f. İsmu'l-mövsul (yəni, nisbi əvəzliklər). Bu: "özündən sonra gələn cümlə ilə açıqlanan; və iki cümləni bir-birinə bağlayan kəlimələr"dir. Məsələn, "əlləzi/hansı ki" buna misaldır.

Müəllifimiz, mübtədanın (yəni, "Huvə"nin və onun xəbəri olan "əlləzi" və davamının) mərifədə gətirilməsinin, həm tövhidə, həm də həsrə işarət olduğunu söyləməkdədir. Yəni,

~ yer və içindəki hər şeyin Xaliqi, sadəcə O olduğu kimi (ki, bu, tövhidə işarətdir);

~ yer və içindəki hər şeyin yaradılması da, sadəcə və sadəcə, yalnız Ona məxsusdur (ki, bu da, həsr edilməyə işarətdir).

Yenə,

"Bu, eyni zamanda, əvvəlki ayədəki "ileyhi turcəun/Ona qaytarılacaqsınız." deyərkən, yenə həsri ifadə edən "ileyhi/Ona"nın da bir dəlilidir."

Yəni, Müəllifimiz deyir ki:

Burdakı həsr (yəni, ayətin Huvə ilə başlayıb həsr ifadə etməsi, -ki, ərəb dilində, əksəriyyətlə, cümlədə, ilk əvvəl fel gəlir; isimlər isə, sonra. Halbuki, burda, Huvə / o ismi, feldən əvvəl gətirilmişdir, ki, bu, həsr mənası daşıyır), eyni zamanda, əvvəlki ayədə keçən "summə ileyhi turcəun = sonra, Ona qaytarılacaqsınız." cümləsinin həsrinin də dəlildir. Çünki, "ileyhi turcəun = Ona qaytarılacaqsınız" cümləsində keçən "ileyhi = Ona" kəliməsinin, "turcəun = qaytarılacaqsınız" felinə təqdim edilməsi (yəni, əvvəl gətirilməsi, -ki, ərəb dilində, əksəriyyətlə, fel, əvvəl; isim isə, feldən sonra gəlir), ərəb dili qaydaları gərəyi, həsri ifadə edir. Yəni, "Yalnız Ona qaytarılacaqsınız." mənasına gəlir. Bəs yaxşı, bu həsrin dəlili, nədir? Bax, dəlili, "Huvəlləzi xaləqa ləkum mə fi'l-ardi cəmian = Yer üzündə sizin üçün hər şeyi yaradan, Odur." cümləsidir. Yəni, bu cümlədəki həsr, bundan əvvəlki "ileyhi turcəun" cümləsindəki "ileyhi/Ona" həsrinin də, dəlilidir və buna görə, məna, belə olur:

"Yer və içindəkilərin xəlq edilməsi, sadəcə Allaha aid və xas olduğundan; qiyamətdə də dönüşünüz, sadəcə Ona olacaq."

------------------------------

3. "Əlləzi" deyərkən, xəbərin mərifə olması, hökmün zahir olduğuna bir işarətdir (bu, yuxarıdakı, "xəbərin tərifi", yəni mərifədə gəlməsinin izahıdır.)

-----------------------

İzahı:

İsmu'l-mövsul (nisbi əvəzliklər): "iki kəliməni və ya mənanı bir-birinə birləşdirən; mənası, özündən sonra gələn bir cümlə ilə tamamlanan kəlimə"dir. Dilimizdə, "hansı ki" mənasını verir.

Ərəb dilində, xəbər cümləsinə uyğun olan, bu xəbər cümləsinin, nəkirə ilə başlamasıdır; mərifə ilə deyil. Halbuki, bu ayədə, xəbər cümləsi, mərifə olan ismu'l-mövsulla başlamışdır. Xəbərin mərifədə gəlməsindəki incəlik isə:

Hökmün zahir və açıq olmasına işarət etmək üçündür.

Burda, hökm, yaratmaq felidir. Bu isə, çox zahir məsələdir. Çünki, yerin və içindəki hər şeyin Xaliqi Allah olduğu, zahir və məlumdur. Bax, hökmün bu açıqlığından dolayı, xəbər, mərifədə gəlmişdir.

------------------------------

4. "Ləkum/sizin üçün" ifadəsindəki "lam":

• Əşyada əslin, mübahlıq olduğuna bir işarətdir.

Arizi olaraq bəzi şeylərin haram qılınması isə:

a. ya qorumaq üçündür, başqasının malı kimi;

b. ya hörmət üçündür, insanın əti kimi;

c. ya zərəri üçündür, zəhər kimi;

d. İstiqzər (diksindirici) olmasındandır, başqasının bəlğəmi kimi;

e. ya da nəcislik səbəbilədir, ölü əti kimi.

• Həm, (bu mənfəət bildirən lam), hər şeydə faydanın varlığına bir rəmzdir. İnsan üçün çox cəhətlərdən bir cəhətlə, vələv ki, növlərdən bir növ ilə də olsa, hətta ən qiymətsiz bir şeydə belə, bir istifadə cəhəti vardır. Ən azından, ibrət nəzərilə ondan faydalanar.

• Həm, yerin içində, gizli bir çox rəhmət xəzinələrinin, iləridə gələcək insanları gözlədiyinə bir imadır.

----------------------------

İzahı:

Müəllifimizin "lə kum/sizin üçün" kəliməsindəki mənfəəti bildirən "ləm/üçün"dən çıxardığı incəlik, budur:

"Xaləqa ləkum' demək: 'Allah, sizin mənfəətiniz üçün yaratmışdır." deməkdir.

• Bu "ləm" hərfi işarət edir ki, əşyada əsl olan, ibahədir. Yəni, əşya, əsl etibarı ilə, halal və təmiz və mənfəətli olaraq yaradılmışdır. Haramlar isə, bəzi arizi (gəlib-keçici şeylər)'dən qaynaqlandığı üçün, dolayıdır, əsl deyildir. (haşiyə)

------------------------

(Haşiyə:

İbahə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mubah-n%C9%99dir

-------------------------

Ancaq bir şeydəki haramlıq, yəni, bir şeyin haram sayılması, ona ariz olan bu səbəblər, aşağıdakılardır:

a. Qorumaq üçün, haram qılınmışdır. Məsələn, başqasının malını, icazəsiz istifadə etmək kimi. Çünki, başqasının malını, haqqını qorumaq qanunu vardır. Yəni, insan, özündən başqasının malını, haqqını, öz malı, canı kimi qorumaqla mükəlləfdir. Elə isə, bunlara əl uzatmaq, şər'i cəhətdən haramdır. Yəni, burdakı haramlıq, bu ismət (qorumaq) qanunundan dolayı ariz olmuşdur.

b. Hörmət üçün haram qılınmışdır. Məsələn, insan ətini yemək kimi. Bu, insanın şərəfli olmasından, Allah yanındakı hörmətli yaradılmasından dolayı haram qılınmışdır.

c. Zərər verdiyi üçün haram qılınmışdır. Məsələn, zəhər kimi. Bax belə zəhər kimi öldürücü olan zərərli maddələr, zərərindən dolayı haram qılınmışdır. Çünki, insan həyatına son verən, öldürən şeylər, bu zərərindən dolayı haram qılınmışdır. Bax burdakı haramlıq da, arizidir.

d. Diksindirici olmasından dolayı haram qılınmışdır. Məsələn, başqa bir insanın bəlğəmini yemək kimi. Bəlğəm, diksindirici vəsfindən dolayı, yeyilməsi haram qılınmışdır.

e. Nəcis olmasından dolayı haram qılınmışdır. Məsələn, leş yemək kimi.

Demək, yuxarıdakı izahlardan da başa düşüldüyü kimi; əşyada əsl, ibahədir, mənfəətdir. Ancaq bəzi arizi səbəblərdən dolayı, bəzi əşya (şeylər), haram və ya nəcis sayılmışdır.

• Yenə Müəllifimiz Ustad Nursi (rahiməhullah) deyir ki: Hər şeydə, mütləq bir mənfəət, bir fayda tərəfi də vardır. Çünki, ləkum'dakı ləm hərfi, hər şeydəki mənfəət və faydanı ifadə edir. Elə isə, bəşər üçün, hər şeydə, mütləq bir fayda tərəfi vardır. Bu mənfəət isə, hər hansı bir cəhətdə, hər hansı bir hisslə mümkün olur. Məsələn, ya gözü ilə, ya ağlı ilə, ya dad alma hissilə və s. Bax ləkum'dakı ləm hərfi, bunların hamısını da ehtiva etməkdədir.

• "Həm, yerin içində, gizli bir çox rəhmət xəzinələrinin, iləridə gələcək insanları gözlədiyinə bir imadır."

Bu qismi, az sonra açıqlayacağıq.

----------------------------

5. "Ləkum'un təqdimi, bəşərin istifadə cəhətinin, qayələrin hər şeydən əvvəl gələni, ən əvlası və birincisi olduğuna bir işarətdir."

-----------------------------

İzahı:

Ərəb dili qaydaları gərəyincə, normalda bu "ləkum/sizin üçün" kəliməsi, cümlədə, "mə fi'l-ardi / yerdəki şey" kəliməsindən sonra gəlməli idi. Halbuki burda, "ləkum", "mə fi'l-ardi" kəliməsinə təqdim edilmiş, yəni, ondan əvvəl gətirilmişdir. Elə isə, bu təqdimdəki incəlik, nədən ibarətdir?

Müəllifimiz buna belə cavab verir ki:

Ləkum'un təqdimi, bəşərin bu aləmdən istifadəsi, digərlərinin bu aləmdən istifadəsindən müqəddəmdir, əvvəldir, incəliyinə işarətdir. Çünki "ləkum" kəliməsi, "sizin üçün, sizin mənfəətiniz üçün" mənasını ifadə etməkdədir. Demək, yerin yaradılmasındakı ilk və əsl qayə, bəşərin istifadəsidir; sonra başqalarının.

 

"Mə/ما/şey" hərfi, ümum ifadə etməsilə, hər şeydəki faydanı araşdırmağa bir təşviqdir.

Yəni, kəlimə hər hansı bir şeyə təxsis edilmədən (xas qılınmadan), mütləq olaraq zikr edilmişdir. Bu da, yerdəki hər şeyi araşdırmaq surətilə, ondakı istifadə cəhətini tapıb, ondan faydalanmağa təşviqdir. Yəni: "Ey bəşər! Hər şeydə, sizin üçün, mütləq bir mənfəət cəhəti var. Çalışın, tapıb ondan istifadə edin."

-----------------------------

6. "Fi'l-ardi/yerin içində"

"Alə'l-ardi/yerin üzərində" deyilməyib "fi'l-ardi/ yerin içində" şəklində gətirilməsi, əksər faydalı şeylərin, yerin içində (yəni, daxilində, qarnında) olmasına işarətdir.

Həm, onun içində olanları araşdırmağa bir təşviqdir.

Bəşərin, yerin mədənlərindən və maddələrindən tədricən istifadəsi, o yerdə, gələcəkdə gələcək olanların çiynindəki həyat yükünün çətinliklərini xəfiflədəcək qida və bənzəri şeylər olduğuna dəlalət edər.

-----------------------------

İzahı:

İlk iki qisim, açıq olduğundan, biz, 3-cü qismi qısaca izah edəcəyik. Belə ki:

"Fi/içində, da, də" hərfi: bəşərin, yerin altındakı xəzinə və dəfinələrdən, tədrici olaraq, yavaş-yavaş istifadə etməsinə işarətdir. Çünki, bir şeyin içindəki maddələr, mərhələ-mərhələ çıxarılır, bir anda çıxarılmaz. Bundan dolayı, insan da, yerin altındakı xəzinə və dəfinələri, bir anda çıxarmayacaq. Hər əsrdəki insanlar, çalışıb axtarmaq surətilə, tədrici olaraq ondan bir qismini çıxara bilmişlərdir. Gələcəkdə gələcək olan yeni nəsil isə, öz hissəsinə düşən miqdarı çıxaracaq, əldə edib ondan istifadə edəcəkdir. Beləcə, məişətini, yaşayışını asanlaşdıracaq; çiynindəki həyat yükünü, istifadə cəhətindən xəfiflədəcək; çox şeylər tapacaq, işlədəcək və ondan istifadə edib rahat bir şəkildə həyatını davam etdirəcəkdir.

-----------------------------

7. "Cəmian/hamısı":

Bu ifadə, bəzi şeyləri əbəs görən vəhmləri rədd üçündür.

-------------------------

İzahı:

Ustad Nursi'nin bu kəlimədən çıxardığı incəlik isə, budur:

Bu ifadə: "Bəzi əşya (şeylər) vardır ki, zahirən faydasız və əbəs görünür. Elə isə, o şey faydasız və əbəs olduğu halda, nə üçün yaradılmışdır?" deyə edilən etirazlara bir rədddir.

---------------------------

Not: Bəqərə surəsi 29-cu ayənin birinci cümləsi olan: "Huvəlləzi xaləqa ləkum mə fi'l-ardi cəmian" cümləsinin hər bir kəliməsinin təhlili, burda bitir.

---------------------------

---------------------------

Amma bu cümlədəki "summə/sonra" ifadəsi:

• Allahın, yeri yaratmasından sonra səmanın tənziminə qədər olan fellər və şuunlar silsiləsinə işarətdir.

• Yenə, bəşərin faydası xüsusunda, səmanın tənzim mərtəbəsinin, yerin yaradılışından sonra olduğuna bir rəmzdir.

• Yenə, səmanın tənziminin, yerdən sonra olduğuna da bir imadır.

------------------------------

İzahı:

Bu Bəqərə surəsinin 29-cu ayətinin 2-ci cümləsi, belədir:

Summə's-təvə ilə's-səmai.

Yəni:

"Sonra, səmaya yönəldi."

Müəllifimiz, ikinci cümlənin hər bir kəliməsini, belə təhlil edir:

Summə/sonra ifadəsi:

a. "Allahın, yeri yaratmasından sonra səmanın tənziminə qədər olan fellər və şuunlar silsiləsinə işarətdir."

Yəni, Allahın fellərinin başlanğıcı, yerin yaradılmasından başlayır. İntəhası, yəni, o fel və şuun (iş)'lərin sonu isə, zəncirləmə olaraq, ta səmanın tənziminə qədər gedir. Demək, yerin yaradılmasından sonra təcəlli edən o fellər və işlər silsiləsinin sonu, səmanın tənziminə qədər olan bu aradakı qismə işarət edir. O halda, bu ikisi arasında, çox fellər, işlər təcəlli etmiş; Haqq Taala, sonra səmanı tənzim etməyə yönəlmişdir.

b. "Bəşərin faydası xüsusunda, səmanın tənzim mərtəbəsinin, yerin yaradılışından sonra olduğuna bir rəmzdir."

Bu "summə/sonra" kəliməsi, bu ayədə, rütbi təraxi (mərtəbə cəhətindən sonralığa) da işarətdir. Yəni, bəşərin mənfəəti cəhətindən, səmanın tənzimi, yerin yaradılışından sonra gəlir. Yəni, bəşərin mənfəət və istifadəsinə baxdığı cəhətlə, yerin yaradılması, daha əvvəldir. Çünki yer, bəşərin məskəni və beşiyi olduğundan, bəşərin ehtiyacını daha çox qarşılayır. Demək, yer, səmadan daha çox bəşərə mənfəətlidir. Elə isə, yerin yaradılmasının rütbəsi, səmanın yaradılmasının rütbəsindən daha əvvəldir.

c. "səmanın tənziminin, yerdən sonra olduğuna da bir imadır."

Yuxarıdakı "zati təraxi" izahında, bu keçmişdi. Ora baxılsın!

-------------------------------

Ancaq, "istəva/yönəldi" kəlamında isə, icaz (az kəlimə ilə çox məna ifadə etmək) vardır. Yəni, "Allah (səmanın) təsviyyəsini iradə etdi."

Yenə, (bu istəva kəliməsində), bir məcaz da var. (Belə ki): (bu kəlimə), bir şeyi qəsd edərək o hədəf istiqamətinə doğru gedərkən sağa-sola baxmadan gedənin misalını xatırlatmaqdadır.

----------------------

İzahı:

Müəllifimiz, bu "istəva" kəliməsi haqqında, 2 şey zikr etdi. Onlardan:

~ birincisi: bu istəva kəliməsində, icazın olduğudur. Yəni, Quran, bu ayədə, "اراد ان يسوى / əradə ən yusəvviyə / (səmanı) təsviyyə etməyi iradə etdi" cümləsi yerinə, "istəva/istiva etdi, yönəldi, qəsd etdi" kəliməsini gətirməklə, itnabı (yəni, uzun cümlə istifadə etməyi) tərk etmiş; istəva kəliməsini gətirməklə, icaz sənətini istifadə etmişdir (yəni, az sözlə çox məna ifadə etmişdir).

Yəni, "istəva": "Səmanı təsviyyə etməyi, tənzim etməyi iradə etdi." deməkdir. Çünki, səma yox idi ki, Allah ona istiva etsin. Olmayan bir şeyə yönəlmək isə, mümkün deyil. Demək, yönəlməkdən məqsəd, iradəsilə yönəlməkdir, Zatı ilə deyil!

~ ikincisi isə: bu "istəva" kəliməsində, məcaz da vardır. Belə ki:

Necə ki, bir kimsənin bir tək hədəfi olur, bütün qüvvətilə o hədəfə diqqət edir; sağa-sola iltifat edib bir tərəfə dönmür; bir başa gözünü o nöqtəyə dikir; o hədəfin üzərində durur. Bu ayədə keçən "istəva" kəliməsi ilə də, məcazi mənada, təşbih/bənzətmə surətilə, belə bir kimsənin, öz hədəfinə yönəlməsinə; nəzərini sadəcə ona həsr etməsinə bənzədilmişdir. Yəni, hədəfinə yönələn, sağa-sola baxmayan bir adamın halı nədirsə; sanki, Allah da, yeri yaratmasından sonra, sanki bir tək hədəfi varmış kimi, sadəcə ona yönəlmişdir.

--------------------------------

"İlə's-səma/səmaya tərəf"

Yəni: "Səmanın maddəsi və cəhətinə doğru" deməkdir.

------------------------

Burda, "səma" kəliməsindən murad: "səmanın maddəsi və maddənin cəhəti, tərəfi"dir. Çünki, mütləq səmanın zatını qəsd etsək, o vaxt səmanın varlığı lazım gəlir. Bəs yaxşı, səma varıydısa, mövcud idisə, təkrar onu yaratmağı qəsd etmək, nə demək olur?! Elə isə, Müəllifimizin də dediyi kimi, ayədə keçən "səma" kəliməsindən murad olunan məna: "onun təşəkkül etdiyi, meydana gəldiyi maddə olan buxar"dır. Yəni, Allah, o buxarı, səmaya çevirməyə; o maddəni, səma olaraq tənzim və təsviyyə etməyi iradə etdi.

Not: Bu ayənin ikinci cümləsi olan "summə's-təvə ilə's-səmai​"nin hər bir kəliməsinin tək-tək təhlili, burda bitir.

-----------------------

-----------------------

"Fə səvvə hunnə/ Və onları təsviyyə etdi":

• Amma burdakı "fə" isə, iki tərəf və iki cəhət mənasındadır.

~ Bir cəhəti: təfridir. Əgər təfri cəhətinə görə ələ alınsa, "fə yəkun"un "kun"a tərəttübü kimi olar. Ya da, qüdrətin təəllüqünün, iradənin təəllüqünə; və qəzanın təəllüqünün, qədərə təəllüqünə bənzər bir tərəttüb kimi olar.

~ Ancaq, əgər "fə"nin tə'qib xüsusiyyəti cəhətinə qiyas edib baxılsa, o vəziyyətdə, belə bir müqəddər cümlə ima etmiş olar:

و نوعها و نظمها و دبرالامر بينها فسويهن

Yəni: "Səmanı növlərə ayırdı və nizamladı, aralarında tədbirini gördü; ardınca da (7 səma olaraq) təsviyyə etdi."

--------------------------------

İzahı:

Fə'nin, 2 mənası ola bilər:

a. Təfri;

b. Tə'qib.

Məsələn, əgər desək ki:

جائنى زيد فعمر

"Cəəni Zeydun fə Amrun = Zeyd, sonra Amr mənim yanıma gəldilər."

Burda:

a. Birinci məna: Əvvəl, Zeyd gəldi; daha sonra Amr gəldi. Bu, təqib mənasındadır.

b. İkinci məna: Gələn şəxsi düşünərkən, Zeyd, əsl'dir, yəni, birinci dərəcədə düşünülür. Amr isə, fər'dir, ikinci dərəcədə düşünülür. Bu, təfri mənasındadır.

Elə də, əgər biz, bu "fə"yə:

a. "Fə"yə, təfri nəzərilə baxsaq, məna belə olacaq:

Necə ki, Allah, bir şey haqqında "kun/ol" əmrini verdiyi anda, "fə yəkun/(dərhal) olur". Yenə, Allah, bir şeyi iradə etdikdən sonra, qüdrət də o işlə dərhal əlaqəli olur; və bir şeyi təqdir edincə, onun vaxtı gəldiyində, ona bağlı olaraq qəzası meydana gəlir, o şey gerçəkləşir. Elə də, "Allah, səmanı təsviyyə etməyi iradə etdi; səma da, istiva felinə bağlı olaraq dərhal müstəvi oldu. Yəni, müntəzəm olaraq vücuda gəldi." deməkdir.

b. "Fə"yə, tə'qib nəzərilə baxsaq, məna belə olacaq:

"Summə's-təvə/sonra istiva etdi, yönəldi" və "fə səvvəhunnə/və onları təsviyyə etdi" felləri arasında, müqəddər bu məna var: "Səmanı növlərə ayırdı və nizamladı, aralarında tədbirini gördü; ardınca da 7 səma olaraq təsviyyə etdi."

--------------------------------

• Amma "səvvə" kəliməsinə gəlincə, mənası budur:

"Müntəzəm, müstəvi, müsavi olaraq yaratdı. Hər birinə, istedadına münasib və qabiliyyətinə uyğun şeyləri verdi."

----------------------------

İzahı:

Burdakı:

~ "Müstəvi"dən murad: "Düzgün, müstəqim yaratmışdır. Həm, səmaların əyri-üyrü hüdudu yoxdur." deməkdir.

~ "Mütəsavi"dən murad isə: "Səmanın təbəqələri, bir-birinə qarşı balans içindədir. Aralarında balanssızlıq yoxdur." deməkdir.

-----------------------------

• "Hunnə/onları":

Cəm damiri (şəxs əvəzliyi) olması ilə, səmalardakı maddələrin fərqli-fərqli olmasına bir imadır.

-----------------------------

İzahı:

Bu kəlimə, gizli bir işarət olan ima ilə işarət edir ki, səmanın maddələri, ayrı-ayrıdır. Burda, "hunnə/onları" damiri, səma maddələrinə qayıtmaqdadır. Yəni, "Allah, səmadakı maddələrdən, 7 qat səma yaratmışdır." deməkdir. Çünki, "onları" damiri, əgər "səma" kəliməsinin zatına qayıtmış olsaydı, o vaxt, 7 səmaların daha əvvəl yaradılmış olması lazım gələrdi. (Yəni, "Səmaya yönəldi." sözündən qəsd edilən, "Səmalara yönəldi." olsaydı, bu cümlənin davamında gələn "Onları (səmaları), 7 səma olaraq yaratdı." kimi olacaq.) Bu halda, yaradılmış bir şeyin təkrar yaradılması, mənasız olardı. Demək ki, bu "onları" damiri, səmaların özündən yaradılmış olduğu ayrı-ayrı növlərdəki maddələrinə rücu etməkdə/qayıtmaqdadır. Hər nə qədər o maddələrin təməli, buxardırsa da, yenə, bu buxarın ayrı-ayrı qisimləri vardır; mütləq aralarında fərqliliklər vardır.

Ayəyə təkrar nəzər salaq:

"Yer üzündə olanların hamısını sizə görə xəlq edən; sonra səmaya tərəf yönələn; və onları yeddi səma olaraq təsviyyə edən, Odur."

Biz, yuxarıda, yerin, səmalardan əvvəl yaradıldığı haqqında danışdıq. Sonra, Allahın səmaya doğru yönəlməsinin nə olduğunu açıqladıq. Diqqət edilsə, "summə's-təvə ilə's-səməi/sonra, səmaya yönəldi" cümləsində, səma, müfrəd/tək halda gətirilib. Ayənin davam edən qismində isə, "fə səvvə hunnə səba səmavat/onları, 7 səmalar olaraq təsviyyə etdi" deyilir. Yəni, burda, səmavat/səmalar, cəm halda gətirilib. "(Əvvəl tək olan) səmaya yönəldi; onları (yəni, səmaları) 7 səma olaraq təsviyyə etdi." nə demək olur? Əslində, "Səmaları deyil, səmanı, 7 səma olaraq təsviyyə etdi." şəklində olmalı idi. Halbuki, ayədə, belə keçmir. Elə isə, burda, "onları" ilə qəsd edilən nədir? Müəllifimizin burdan çıxardığı işarə budur ki, bu: "səmadakı maddələr"dir. Allah, bu maddələrdən 7 səma tənzim etmişdir.

--------------------------------

• Amma, "səba/7" kəliməsinə gəlincə:

7 kəliməsi:

~ çoxluğu;

~ Allahın 7 sifətilə münasibətini; və

~ yerin təşəkkülatındakı 7 dövrü

ehtiva edir.

----------------------------

İzahı:

~ 7 kəliməsinin çoxluq ifadə etməsi:

Ərəb dilində, 7, 70, 700 kəlimələri, çoxluqdan kinayədir. Elə isə, bu kəlimə, Allahın, bir çox səma təbəqəsi yaratmış olduğuna dəlalət edir. Demək, 7 kəliməsi, həsr və inhisar üçün deyil. Yəni, 7 səma demək: "Səmalar, yalnız 7 təbəqədən ibarətdir." demək deyildir.

~ 7 kəliməsinin, 7 sifətlə münasibəti:

Bu 7 kəliməsinin ikinci mənası, Allahın 7 sifətilə münasibətinə işarətdir. Çünki, Allahın, 7 sübuti sifəti vardır ki, bu sifətlər, Onun Zatının zəruri lazımıdır. Allah, bütün kainatda, bu sifətlərlə təsərrüf etməkdədir. 7 səma da, o 7 sifətlə qaimdir.

~ 7 kəliməsinin, yerin təşəkkülatındakı 7 dövrü:

Yəni, bu ayədəki 7 səma təbəqəsinin, yerin təşəkkülündəki 7 dövr ilə münasibəti vardır.

----------------------------

• "Səmavat/səmalar":

Səmalar:

~ inci misal parlayan "ulduz çiçəkləri"nə, bir baxça;

~ balıq misal səyyar ulduzlara, bir dəniz; və

~ "ulduz toxumları"na, bir tarladır.

 

Not: Bu ayənin 3-cü cümləsi olan "fə səvvə hunnə səba səmavat" cümləsinin hər bir kəliməsinin tək-tək təhlili, burda bitir.

----------------------------

----------------------------

• Amma, "Və Huvə bi kulli şeyin alim = Və O, hər şeyi biləndir." cümləsinə gəlincə:

~ Münasibəti gərəkdirən ətv vav'ı (yəni, ayədəki və), buna işarətdir:

"O, hər şeyə qadirdir. Elə isə, bu böyük cirmləri (səma cisimlərini) yaradan da, Odur. O, hər şeyi biləndir. Elə isə, hər şeydəki sənəti tənzim edən, mükəmməl qılan da, Odur."

-----------------------------

İzahı:

Ətf hərfi (bağlayıcı): "sözlər və ya cümlələr arasında əlaqə yaradan; onları, qrammatik cəhətdən bir-birinə bağlayan hərflər"dir.

Ətf hərfindən əvvəl gələnə: "matufun aleyh", yəni, "özünə ətf edilən, bağlanılan" deyilir.

Matuf isə: "ətf hərfilə bağlı olan kəlimə və ya cümlə" deməkdir.

Bu cümlənin, yəni, "Və Huvə bi kulli şeyin alim." cümləsinin başındakı vav ətf hərfi, gərəkdirdiyi münasibətdən dolayı, daxil olduğu matuf olan kəlimə (yəni, "Huvə bi kulli şeyin alim/O, hər şeyi biləndir." kəliməsi) ilə matufun aleyh (yəni, "Huvəlləzi xaləqa ləkum mə fi'l-ardi cəmian; summə's-təvə ilə's-səmə; fə səvvə hunnə səba səmavat / Yerdə olan hər şeyi, sizin üçün yaradan; sonra səmaya yönələn; və onları yeddi səma olaraq təsviyyə edən, Odur." cümləsi) arasında münasibətin varlığını, arada bir əlaqənin olmasını gərəkdirir. Yəni, iki cümlə arasında vav hərfi gətirildiyində, bu, ikisi arasında bir münasibətin varlığını göstərir. Halbuki, burdakı matuf ilə matufun aleyh arasında, zahirən bir münasibət görünmür.

Elə isə, vav, yəni, və hərfi, bu arada münasib olan bu cümlələrin müqəddər olduğuna işarətdir:

و هو على كل شئ قدير فهو الخالق لهذه الا جرام العظيمة ~

و هو بكل شئ عليم فهو النظام المتقن للصنعة فيها ~

Və Huvə alə kulli şeyin qadirun. Fə Huvə'l-Xaliqu li həzihi'l-əcrami'l-aziməti.

Və Huvə bi kulli şeyin alimun. Fə Huvə'n-Nazzamu'l-Mutqinu li's-sanati fihə.

Yəni:

~ "O, hər şeyə qadirdir. Elə isə, bu böyük cirmlərin (yəni, cisimlərin) Xaliqi, Odur."

~ "O, hər şeyi biləndir. Elə isə, bütün bu cirmlərdəki sənəti, möhkəm və düzgün bir surətdə qılan Nazzam və Mutqin, Odur."

Demək, ayədəki 2 cümlə arasında, bu mənalar, mənən müqəddərdirlər. Çünki:

"Huvəlləzi xaləqa ləkum mə fi'l-ardi cəmian = Yerdə hər şeyi sizin üçün yaradan, Odur." cümləsindən sonra müqəddər gələn: "Və Huvə alə kulli şeyin qadir = Və O, hər şeyə qadirdir." mənası, münasibdir. Çünki, yaratmaq, qüdrəti gərəkdirir.

(Biz yuxarıda, və ətf hərfinin, 2 cümlə arasını bağladığından bəhs etdik.)

Madam ki, hər şeyə qadirdir ---> O halda, bu böyük cisimlərin Xaliqi, Yaradanı, yalnız Odur. Çünki, bu böyük səmaları yaradıb tənzim etmək üçün, sonsuz bir qüdrətə ehtiyac vardır.

O halda, bütün bu cümlələrdən sonra, "Və Huvə bi kulli şeyin alim = Və O, hər şeyi biləndir." gəlməsi, münasibdir. Bunun üçün, cümlənin başındakı ətf hərfinin gəlməsi, tam yerindədir. Yəni:

Madam ki, O, hər şeyə qadirdir, hər şeyin Xaliqi'dir. Elə isə, (hər şeyi qüdrətilə yaratması üçün), Alim olması lazımdır. Ta ki, muhit (hər şeyi əhatə edən) elmilə, hər şeyi nizam və inztizam dairəsində etsin.

-----------------------------

Bə hərfi, ilsaq, (yəni, bərabər olmağı) ifadə edir. Bu da, elmin məlumdan ayrılmadığına bir işarətdir.

-----------------------------

İzahı:

"Bi kulli" kəliməsindəki "bi" hərf-u cərri, ilsaq, yəni, bir şeyin, başqa bir şeyə bitişik olmasını; ondan ayrılmamasını ifadə edir. Elə isə, Allahın elmi, hər məxluqa mulsaq (yəni, bitişik)'dir. Yəni, hər məxluqa təəllüq edib (hər məxluqla əlaqəli olub), hər şeyi ehtiva etmişdir. Onun elmi, heç bir məlumdan ayrılmaz. Təəllüq etmədiyi heç bir şey yoxdur.

---------------------------

Amma: "Kulli/hər" kəliməsi isə, bunu ifadə edir ki: O, elə amm (ümumi)'dir ki, təxsis qəbul etməz.

Bu, "Hər amm'ın, xassı vardır." qaydasını təxsis etmişdir. Yoxsa bu, doğruluğu qəbul edildiyində, cizru'l-əsammi'l-kəlami (yalnış nəticə verən paradoks) kimi olacaqdır.

---------------------------

İzahı:

İlk əvvəl, amm və xass üçün bax:

Amm: "bir vaz (qoyuluş) ilə, bir çox şeyə dəlalət edən ümumi ləfz"dir. Məəslən:

"ər-Rical = kişilər" sözü, amm bir ləfz olub, bu mənaya vaz cəhətindən əlverişli olan hər kəsə dəlalət edir.

"Bir vaz ilə" qeydi, müştərəki tərif xaricində buraxmaq üçün gətirilmişdir. Çünki, müştərək ləfz, bir çox şeyə, təbadül yolu ilə dəlalət edir. Məsələn, "ayn" ləfzi, müştərək bir ləfzdir. Bu ləfz, "zat", hiss orqanı olan "göz" və "bulaq" mənasına gəlir. Lakin bu mənalara, bir vaz ilə deyil; ayrı-ayrı zamanlarda, fərqli vazlarla və təbadül yolu ilə dəlalət etməkdədir. Amm isə, dəlalət etdiyi şeylər üçün, bir vaz ilə və bir halda istifadə edilən ləfzdir. Demək ki, amm, bir cinsdən olan bir çox şeyə; müştərək isə, ayrı-ayrı şeylərə dəlalət edən sözlərdir.

Bax, amm'ın ümumi tərifi, budur.

Xass: "tək məna üçün vaz edilən ləfz"dir. Yəni, bir mənaya dəlalət edən kəlimələr, xass'dır. İstərsə, bu, "heyvan" sözü kimi cins ifadə etsin; istərsə "insan" kimi növ ifadə etsin; istərsə də, "Yusif" və "Müşviq" kimi şəxs ifadə etsin.

Bundan sonra:

Burdakı "kull" kəliməsi, elə ümumiyyət ifadə edir ki, ondan, heç bir şey istisna edilə bilməz. Ustad Nursi, burda, mühim, incə bir qanuna işarət edərək deyir ki:

Bu qayda, yəni: "Elə bir amm/ümum ləfz yoxdur ki, mütləq onun bir xassı olmasın. Yəni, o ümumiliyi məhdudlaşdıran bəzi xüsusi şeylər vardır ki, o ümuma daxil deyildir, ondan xaricdir." olan bu qaydanı, təxsis etmişdir. Yəni, bu kull kəliməsi, elə bir ümumiyyət ifadə edir ki, onun, heç bir istisnası yoxdur. O halda, bu qayda: "Dünyada elə bir amm yoxdur ki, onun xassı, istisnası olmasın." qaydasını təxsis etmişdir. O qaydanın da bir şazzı olduğunu isbat etmişdir.

"Cizr-u əsamm-i kəlami", bu deməkdir:

Məsələn, bir adam desə ki: "Mənim indi bütün danışdıqlarım, yalandır." və bundan başqa bir şey də danışmasa; əgər bu söz doğrudursa, o vaxt, öz-özünü təkzib etmiş olacaq. Çünki, o anda danışdıqları da bir kəlamdır. Bir şeyin də, həm doğru həm yalan olması mümkün olmadığına görə, bunun bir tək həlli vardır:

Bu adamın sair danışmalarını ümumi qəbul edib; o anda söylədiyi kəlamı isə xüsusi olaraq qəbul edəcəyik.

----------------------------

"Şey" ləfzi, həm Allaha; həm məşiəti (diləməsilə) meydana gələnlərə; həm də mumtəni (varlığı imkansız olan) kimi, nə ondan, nə də bundan olmayanlara ümumidir.

---------------------

İzahı:

Dəyərli oxuyucu! Şey məsələsi, kəlam kitablarında təfsilatı ilə açıqlanmışdır. Biz, burda, bu haqda kəlam etməyəcəyik. Müəllifimizin, burda, şey kəliməsinə, Allahın Zatını da əlavə etməsi, haqqdır, doğrudur. Burda, digər ayələr, məsələn: "O, hər şeyə qadirdir." ayəsi kimi ayələrlə etiraz gətirilə bilməz. Yəni, "Allah, Öz Zatını da bilir." sözündən yola çıxaraq, "Allahın, Öz-Özünə gücü çatır." kimi etirazları, kəlam kitablarına həvalə edirik. Burda isə, Müəllifimizin şey kəliməsinə, "Allahın Zatını bilməsi"ni də daxil etməsində, heç bir qüsur yoxdur.

-----------------------------

"Alim": Elm, Onda, Zat'ının lazımı olaraq sabitdir."

----------------------------

İzahı:

Yəni, elm sifəti, Ona, sonradan ariz olmamışdır. Əksinə, Onun Zat'ının zəruri lazımıdır. Bizdəki elm sifəti isə, sonradan bizə verilmişdir, arizidir.

 

Not: Bu ayənin 4-cü cümləsi olan "və Huvə bi kulli şeyin alim." cümləsinin hər bir kəliməsinin tək-tək təhlili, burda bitir.

-----------------------------

-----------------------------

-----------------------------

Dəyərli oxuyucu! Ustad Bədiüzzaman Said Nursi (rahiməhullah)'ın Bəqərə surəsi 29-cu ayəni təfsiri, burda bitir. İndi biz, bu ayənin, sonrakı ayə ilə münasibəti haqqında da Bəqərə surəsi 30-cu ayədə zikr etdiklərini nəql edərək, bu yazımızı tamamlayacağıq. Belə ki:

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلَـٰٓئِكَةِ إِنِّى جَاعِلٌ فِى ٱلْأَرْضِ خَلِيفَةً

"Sənin Rəbbin mələklərə: 'Mən yer üzündə bir xəlifə qılacağam!'– dedikdə..." (Bəqərə/30)

Bu ayənin əvvəlki ayə ilə nəzmi, 4 cəhətlədir:

1. Bu ayələr (yəni, bu və bundan əvvəl keçən ayə), böyük nemətləri nəzərə verməkdədir. (Belə ki):

~ Əvvəlki ayə, "İnsan, xilqətin/yaradılışın nəticəsidir və yerdə olan hər şey, ona itaətkardır; onlarda istədiyi kimi təsərrüf edə bilər." şəklində bunların ən böyüyünə işarət etdi.

~ Bu isə, bəşərin, yerə xəlifə və hakim olduğuna işarət etdi.

-------------------------

İzahı:

~ Bəqərə/29, sayılan nemətlərin ən böyüyünə işarət etmişdi. O böyük nemət də, budur:

Allahın, insanı, xilqət nəticəsi olaraq yaratması; və yer üzündəki hər şeyi ona boyun əydirməsi; və insanın bu nemət süfrəsindən istədiyi şəkildə istifadə etməsidir. Bəli, kainatda mövcud olan hər şey, insanın istifadəsinə, mənfəətinə baxmaqda və onun ətrafında dönməkdədir.

Bunları saydıqdan sonra,

~ Bəqərə/30'da isə, insanın, yer üzünün xəlifəsi və hakimi olduğuna işarət etdi.

------------------------

2. Bu ayə, əvvəlki ayədə bildirilən "Yerdə olan silsilələrin cilovlarının insanın əlində olduğu" mənasının bəyanı, təfsili, izahı, təhqiqi, dəlili və təkididir.

------------------------

İzahı:

İnsanın, xəlifəlik məqamında olması, yerdəki hər şeyin insanın əlində olduğunun bəyanı, təfsili, izahı, təhqiqi, dəlili (yəni, "İnsanın xəlifə olmasının dəlili nədir?" deyə soruşulsa; əvvəlki ayə, bunun dəlili, izahıdır). Bununla bərabər, insanın xəlifə olmasını ifadə etməklə, əvvəlki ayətin mənasını da təkid edir.

------------------------

3. Əvvəlki ayə, yer və səma məskənlərini bəyan edincə; bu ayə də, o məskənlərin sakinləri olan insan və mələyə işarət etmişdir.

------------------------

İzahı:

Bəqərə/29-da, yer və səmaların yaradılmasından bəhs etdi. Burda isə, yer və göy sakinləri olan (mələk və insanlar)'dan.

------------------------

4. Əvvəlki ayə, "Xilqətdən məqsəd, insandır; və Xaliqi nəzdində, insanın böyük bir mövqeyi vardır." mənasını sarih/açıq olaraq ifadə edincə; muxatabın (özünə xitab edilənin) zehninə həyəcan gəldi,

"Bu qədər şər və fəsadı var ikən, insan üçün belə bir qiymət, necə ola bilər? Hikmət, ibadət və Allahı təqdis üçün onun (yəni, insanın) yaradılmasını gərəkli qılarmı?" deyə soruşdu.

Bu ayə isə, insanda əmanət buraxılan bir sirr (həm şərə, həm də xeyirə qabiliyyətli olması) səbəbilə, bu şərlərin və fəsadların göz ardı edildiyinə; Allahın, insanın ibadətinə ehtiyacı olmadığına, işarət etdi. Çünki, Allahı təsbih və təqdis edən saysız-hesabsız mələklər vardır. Doğrusu, insanın yaradılışı, Allamu'l-Ğuyub (bütün qeybləri ən yaxşı bilən)'in elmindəki bir hikmət səbəbilədir.

 

(Müəllif: Ustad Bədiü'z-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz")

------------------------

------------------------

Əlavələr:

"İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" təfsiri, böyük müfəssir Ustad Said Nursi (rahiməhullah) tərəfindən, 1-ci dünya müharibəsi illərində, cəbhədə, dağlarda, vadilərdə, bəzən at üstündə, qaynaqlara müraciət edilmədən, daha doğrusu "edə bilmədən" qələmə alınmışdır. Bu əsərdə, Fatihə surəsi və Bəqərə surəsinin 33 ayəti təfsir edilmişdir. Müəllif, Quranın bütün ayətlərinə 60-70 cild ərəbcə təfsir yazmağı düşündüyü halda, içində olduğu şərtlər (müharibədə əsir düşməsi) səbəbilə, bu təfsiri başda-sona tamamlaya bilməmişdir.

Əsərin dilimizdəki mənası, "Quranın icaz (az sözlə çox məna ifadə edən) yerlərində i'caz (möcüzəlilik) işarətləri" deməkdir.

Quran təfsiri ilə məşğul olanların açıqca gördükləri kimi, İlahi kəlamda ifadələr son dərəcə vəcizdir və bu vəcizlikdə neçə-neçə dərin mənalar yer almaqdadır. Bu vəcizlik, Quranın i'caz (möcüzə olma) cəhətlərinin ən mühimlərindəndir. Quranın i'cazı'nın əsası isə, nəzmilə əlaqəlidir. Yəni, hərflərinin, kəlimələrinin, surələrinin, bir-birilə bütünlük ərz etməsi, onda yer alan hər şeyin, mövcud olduğu yerə tam uyğun yerləşdirilməsidir. Quranda hər kəlimə, binanın kərpicləri kimi yerli-yerinə qoyulmuşdur və hər biri, mövcud olduğu yerdən razıdır. Quranda, yerinə görə, bir hərf belə möcüzədir. Çünki o hərf, mövcud olduğu kəliməyə, o kəlimə də ayətə, ayət də bir çox ayətlərə baxmaqdadır. Bəlağat imamlarından Abdu'l-Qahir Cürcani, Quranın nəzminə diqqət çəkir və Onun möcüzəliliyinin, əsl burda axtarılması lazım gəldiyini bildirir. Bunu, "nəzm nəzəriyyəsi" ilə ortaya qoyur. Ona görə, "Bəlağat, nəzmdədir, tək başına kəlimədə və ya mücərrəd mənada deyildir."

Zəmaxşəri və Səkkaki kimi bəlağat imamları da, bu mənaya diqqət çəkmişlər; Fəxrəddin ər-Razi və Qadı Bəydavi kimi müfəssirlər, bu mənanı təfsirlərində göstərmişlərdir.

"İşaratu'l-İ'caz", Quranın nəzmindəki i'cazı ələ alır, bunu incə təhlillərlə dəyərləndirir. Bədiü'z-zaman, daha əvvəllər fərqinə varılmış bu i'caz yönünü çox gözəl bir şəkildə bu təfsirində tətbiq etmiş, əvvəllər var olan bu yolu, bir xeyli genişləndirmişdir.

-------------------------------------

Bəqərə 1-in təfsiri üçün bax:

https://archive.org/details/huruful-muqattaa-4

Read 61 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR