Bəqərə surəsi 31-ci ayə (1)

وَعَلَّمَ ءَادَمَ ٱلْأَسْمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى ٱلْمَلَـٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِى بِأَسْمَآءِ هَـٰٓؤُلَآءِ إِن كُنتُمْ صَـٰدِقِينَ

• قَالُوا۟ سُبْحَـٰنَكَ لَا عِلْمَ لَنَآ إِلَّا مَا عَلَّمْتَنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ •

قَالَ يَـٰٓـَٔادَمُ أَنۢبِئْهُم بِأَسْمَآئِهِمْ ۖ فَلَمَّآ أَنۢبَأَهُم بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ غَيْبَ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ

“Adəmə, bütün isimləri təlim etdi (öyrətdi). 'Sonra, onları (yəni, isimləri) mələklərə ərz edib, 'Əgər doğrusunuzsa, bunların isimlərini Mənə xəbər verin.' dedi." (Mələklər) dedilər: 'Səni tənzih edirik. Sənin bizə təlim etdiyindən (öyrətdiyindən) başqa bir elmimiz yoxdur. Şübhəsiz, Sən, Alim'sən, Hakim (hikmət sahibi)'sən."(Allah): 'Ey Adəm! Onlara, (bu şeylərin) isimlərini xəbər ver.' dedi." (Adəm), onlara, isimləri xəbər verdiyində, (Allah) dedi: 'Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?"

-----------------------------

Təfsiri:

Müqəddimə:

Bil ki: Ayətin muhtəvası, Onun (yəni, Adəmin), mələklərə qarşı üstün gəlmə möcüzəsidir. Hətta bu, xilafət davasında, bəşər növünün möcüzəsidir.

Qissələrdə, ibrətlər vardır.

Mən,

~ "Yaş və quru nə varsa, hamısı kitabun mubin'dədir." (Ənam/59) ayətindən yola çıxaraq; və

~ Quranın, sənə dəlalət və nassları ilə mənalar ifadə etməsi kimi, işarət və rəmzlərilə də, sənə təlim etdiyinə istinad edərək, Tənzilin (yəni, Quranın) i'cazının (möcüzəliliyinin) ustadlıq etməsinin işarətlərindən,

Peyğəmbər qissələrində və möcüzələrində, bəşər üçün bənzərlərinə çatmağa təvəssül xüsusunda, bir təşviq və təşci (cəsarətləndirmə) fəhm edirəm.

Keçmiş, gələcəyin aynasıdır. Sanki Quran, keçmişdə təsis edilən biliklər üzərinə bina edilən (qurulan) gələcəkdəki tərəqqi üçün, əsas xətlərə və insan çalışmasının çatacağı ən son nəticələrin bənzərlərinə, bu qissələrlə barmaq basır.

Sanki Quran, təşviq və təşci əlilə, bəşərin kürəyinə vurub belə deyir: "Çalış! Səni bu xariqələrə çatdıracaq vəsilələri əldə etmək üçün, səy göstər."

-------------------------------

İzahı:

Bu ayədə xəbər verilən isimlərin təlimi, öyrədilməsi məsələsi, Adəm (əleyhissəlam)'a verilmiş bir möcüzədir ki, bu möcüzə ilə, mələklərə qarşı təhəddi edilmiş (meydan oxunulmuş) və mələklər, imtahan meydanına dəvət edilmişlərdir.

Bundan da əlavə, bu isimlərin təlimi möcüzəsi, tək Adəmin deyil, bütün bəşərin xilafət davasında bu məqama layiq və əhil olduğunu göstərib isbat edən bir möcüzədir. Yəni, bu möcüzə, bəşər növünün xilafət məqamına layiq və əhil olduğunu isbat üçün, dəlil olaraq Adəmə verilmişdir.

Quranın belə qissələrində, çox ibrətlər, dərslər vardır. Bəli, ayə, zahirən Adəmə isimlərin təlim edildiyini söyləyir. Lakin əsl qayə, bəşər növüdür. Yəni, burda, Adəmdən də ziyadə, bütün bəşər növü qəsd edilmişdir. Bu hadisə, külli bir qanunun ucu hökmündədir; sadəcə qissədən hissə çıxarılmaq üçün zikr edilməmişdir.

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), deyir ki:

Mən, Quranın, "Yaş və quru nə varsa, hamısı kitabun mubin (hər şeyi bəyan edən kitab)'dadır." (Ənam/59) ayətinin hökmünə nəzərən, yəni, bunu əsas alaraq; və yenə, Quranın dəlalətilə və sarih/açıq ifadəsilə, bizə mənaları dərs verib ifadə etdiyi kimi; eyni zamanda, işarətilə, rəmzilə də, mənalar təlim etdiyinə və bu işarətlərlə də çox gizli sirləri dərs verib təlim etdiyinə əsasən, yəni, bunlara istinadən, Qurandakı peyğəmbər qissələri və möcüzələrindən, bunu fəhm edirəm:

Quran, bu möcüzələrlə, bəşəri, onların bənzərlərini etməyə irşad edib, istifadə etməyə təşviq edir və cəsarətləndirir. Yoxsa, belə ayələrdən qəsd edilən, sadəcə Peyğəmbərlərin bu qissələrini, möcüzələrini ibrət üçün hekayə etmək, xəbər vermək deyildir. (haşiyə)

----------------------------

(Haşiyə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99nam-sur%C9%99si-38-ci-...)

----------------------------

Müəllifimiz Ustad Nursi, bu haqda, "Sözlər" adlı əsərinin 20-ci Sözündə (s. 248), belə deyir:

Bir qövlə görə, (ayədəki) "kitabun mubin/hər şeyi bəyan edən kitab", Quran'dan ibarətdir. Yaş və quru hər şeyin içində yer aldığını, bu ayət-i kərimə bəyan edir. Elə mi? Bəli. (Quranın) içində, hər şey vardır. Lakin, hər kəs, hər şeyi, Onun içində görə bilməz. Çünki, müxtəlif dərəcələrdə vardırlar. Bəzən çəyirdəkləri, bəzən nüvələri, bəzən icmalları, bəzən düsturları, bəzən əlamətləri,

~ ya sarih/açıq bir şəkildə;

~ ya işarətən;

~ ya rəmzən;

~ ya mübhəm bir şəkildə;

~ ya da ixtar (xatırlatma) tərzində

yer alırlar.

Lakin, ehtiyaca görə və Quranın məqsədinə münasib bir tərzdə və məqam gərəyi münasibətində, bu tərzlərin birilə ifadə edilir.

Bəşərin sənət və fənn cəhətindəki tərəqqilərinin nəticəsi olan sənət xariqələri və fənn(lər)'in qeyr-i adilikləri olan təyyarə, elektrik, qatar, teleqraf kimi şeylər meydana gəlmiş və bəşərin maddi həyatında, ən böyük mövqe almışlardır. Əlbəttə, ümum bəşər növünə xitab edən hikmətli Quran, bunları mühməl buraxmaz. Bəli, buraxmamışdır da. 2 cəhət ilə onlara işarət etmişdir:

• Birinci cəhət: Peyğəmbər möcüzələri surətilə;

• İkinci qisim: Bəzi tarixi hadisələr surətində

işarət edir...

...Bax, hikmətli Quran, nəbiləri, insan camaatlarına, onların mənəvi tərəqqiləri cəhətində bir öndər və imam göndərdiyi(ni ifadə etdiyi) kimi; yenə, insanların maddi tərəqqiləri surətində də, o nəbilərin hər birinin əlinə bəzi xariqələr verib, yenə o insanlara bir ustabaşı və ustad qıl(dığını ifadə etməkdə)'dir. (Quran), Onlara, mütləq surətdə tabe olmağı əmr edir. Bax, nəbilərin mənəvi kamilliyini bəhs etməklə onlardan istifadəyə təşviq etdiyi kimi; (Onların) möcüzələrindən bəhs etməklə də, onların bənzərlərinə çatmağa və təqlidlərini etməyə bir təşviqi hiss etdirir. Hətta deyilə bilər ki, mənəvi kamillik kimi maddi kamillik və xariqələri də, bəşər növünə, ən əvvəl, möcüzə əli hədiyyə etmişdir...

...Bəli, madam ki, Quranın hər bir ayətinin, bir çox irşad cəhətləri və fərqli hidayət cəhətləri olduğunda, mühəqqiqlər və bəlağat elmi ittifaq etmişlərdir. Elə isə, bəyanı möcüzə olan Quranın ən parlaq ayələri olan peyğəmbər möcüzələri(ndən bəhs edən) ayələri, tarixi hekayə(lər) deyil; əksinə, onlar, bir çox irşad mənaları ehtiva edirlər.

Bəli, (Quran), peyğəmbər möcüzələrini zikr etməsilə, fənn və bəşər sənətinin ən son hüdudunu cızmaqdadır. Ən son qayələrinə barmaq basmaqdadır. Ən son hədəflərini təyin etməkdədir. Bəşərin arxasına təşviq əlini vurub, o qayəyə sövq etməkdədir. (haşiyə)

-----------------

(Haşiyə:

Dəyərli oxuyucu! İnsanlıq, bu 20-ci əsrdən etibarən, çox sürətli inkişaf etdi və bir çox kəşflər edildi. Bu kəşflər, bizə, bunun da fövqündə başqa şeylərin də kəşf ediləcəyini hiss etdirir. Lakin, bu cəhətdə, ağla bəzi suallar gəlir:

1. Belə tərəqqilər, kəşflər, hara qədər gedəcək?

2. Elm və fənn cəhətindəki sərhədlər, hara qədərdir?

3. Bu inkişafın nəticəsi nə olacaq?

Kainatda hər şey, təkamülə (təkmilləşməyə) tabe tutulmuşdur. Və hər bir şeyin, bir son hədəfi vardır, onun üçün bir son təyin edilmişdir. Burdan yola çıxaraq deyirik ki, fənn və elm sahələrində də, bir son hədəf, son mərtəbə olmalıdır.

Müəllifimiz Ustad Nursi, Qurandakı peyğəmbər möcüzələrindən bəhs edən ayələrin, fənn və sənətin son hüdudunu, həddini cızdığını ifadə etməkdədir. Yəni, bəşər nə qədər inkişaf etsə də, Peyğəmbərlərin əlindən zühur edən fövqəl-adi şeylərə çata bilməyəcəkdir.)

-------------------

-------------------

Keçmiş zaman, gələcək zamanın toxumlarının anbarı və hallarının aynası olduğu kimi; gələcək də, keçmişin tarlası və hallarının aynasıdır... (haşiyə)

-----------------

(Haşiyə:

Müəllifin bu cümlə ilə qəsdi, budur:

Keçmiş zaman, burda, bir "toxum anbarı"na bənzədilmişdir və bu anbardakı "toxumlar", yəni, təcrübələr, "gələcək tarlası"na əkiləcəkdir. Yəni, keçmişin təcrübələri və məlumatları, gələcəkdəki yeni hədəflər üçün istifadə ediləcəkdir. Hədəfə çatmağımız üçün təşəbbüs etdiyimizdə, artıq, gələcək, hazır zamana çevrilmiş deməkdir. Və bu hazır zamanda, o toxumların açılıb böyüməsi üçün lazımi çalışmalar edilib istənilən nəticəyə çatılarsa, bu gözəl nəticə, keçmişin aynası kimi olar. Yəni, keçmişdəki düşüncələr, görüşlər, çalışmalar, bilik və təcrübələr, əldə edilən bu nəticədə seyr edilərlər.

----------------------------

----------------------------

Məgər görmürsənmi ki, saat və gəmini, ən əvvəl bəşərə hədiyyə edən, möcüzə əlidir?! Əgər istəyirsənsə, bu ayələrə bax:

وَعَلَّمَ ءَادَمَ ٱلْأَسْمَآءَ كُلَّهَا ~

"Və Adəmə, bütün isimlərini öyrətdi..." (Bəqərə/31);

~ وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ مِنَّا فَضْلًا ۖ يَـٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ ٱلْحَدِيدَ

"Biz Davuda Özümüzdən bir lütf bəxş etdik və buyurduq: 'Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!' Biz dəmiri onun üçün yumşaltdıq." (Səbə/10);

~ وَلِسُلَيْمَـٰنَ ٱلرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُۥ عَيْنَ ٱلْقِطْرِ

"Süleymana da, küləyi (boyun əydirdik). Sabah, 1 aylıq; axşam, 1 aylıq yol gedərdi. Biz, onun üçün, mis qaynağını sel kimi axıtdıq." (Səbə/12);

~ فَقُلْنَا ٱضْرِب بِّعَصَاكَ ٱلْحَجَرَ ۖ فَٱنفَجَرَتْ مِنْهُ ٱثْنَتَا عَشْرَةَ عَيْنًا ۖ

"Biz: 'Əsanla daşa vur!'– dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı." (Bəqərə/60);

~ وَتُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ بِإِذْنِى

"Sən (İsa), Mənim iznimlə, anadangəlmə koru və cüzam xəstəliyinə tutulanı sağaldır." (Maidə/110)

• Sonra, fikirlərinin bir-birinə əlavə edilməsinin çalxalayıb yoğurduğu və istinbat etdiyi minlərlə fənnə diqqət et. Bunların hər biri, kainat növlərindən bir növün xüsusiyyətlərini, sifətlərini və isimlərini ifadə etməkdədir. İnsan, bu fənlərlə, "Allah, Adəmə, bütün isimlərini öyrətdi." (Bəqərə/31) ayətinin mazharı (zahir olduğu yer) olmuşdur.

• Sonra da, dəmiri yumşaltmaq və misi əritmək vasitəsilə, insan fikrinin ortaya çıxardığı dəmir yolu, teleqraf kimi heyrət verici sənətlərə bax. İnsan, bunlarla, "Biz, Davuda dəmiri yumşaltdıq." (Səbə/10) ayətinin mazharı olmuşdur. Dəmiri yumşaltmaq isə, sənayenin əsasıdır.

• Sonra, bəşər fikrindən çıxan eyni gündə 1 aylıq məsafəyə səyahət edən təyyarələrə bax. İnsan, bunlarla, demək olar ki, (Süleymanın havada 1 aylıq məsafəyə eyni gün içində gedib gəldiyini bildirən) "Süleymana da, küləyi (boyun əydirdik). Sabah, 1 aylıq; axşam, 1 aylıq yol gedərdi." (Səbə/12) ayətinə mazhar olmuşdur.

• İnsanlar, çalışıb, boru kimi alətlərlə quraq torpağı deşərək, o quraq ərazini bir baxçaya çevirmişlər və bununla (Musanın əsası ilə daşdan su çıxarmasını xatırladan) "Əsanla daşa vur!'– dedik." (Bəqərə/60) ayətinin bir bənzərinə mazhar olmuşlardır.

• Bəşər təcrübələrinin nəticəsi olaraq tibbdəki xariqələrə diqqət et. İsanın, Allahın iznilə korların gözünü açması, cüzzam və xroniki xəstələri sağaltmasının (Maidə/110-nun) bir misalı göstərilmişdir.

Bax bu ayələrin, barmaqları ilə göstərdikləri bu işarətləri ilə, bəşərin hal-hazırda çatdığı sənəti arasında bir münasibət görə bildiyin üçün, səhihdir ki, deyəsən: "O ayələrin miqyasları (yəni, göstərdikləri təyin edici ölçülər) və xatırlatdıqları işarətlər, bu mövcud mədəniyyət xariqələrinə baxır; işarətlə göstərir və ona təşviq və təşci edir."

(Yəni, bəşərin bu fənni tərəqqisi cəhətindəki halına və fikirlərin birləşməsilə icad edib meydana gətirdiyi və dünyəvi həyatında istifadə etdiyi bu xariqə sənətlərə, cihazlara, alətlərə və nəqliyyat vasitələrinə diqqətli nəzərlə baxsan, peyğəmbər möcüzələri və onların qissələri, bəşərin, gələcəkdə çatacağı bu xariqə tərəqqinin nümunələri, əsasları və miqyasları hökmündə olduğuna hökm edəcəksən. Həm, bəşərin bu tərəqqisi və sənətlərilə, bu peyğəmbər möcüzələri arasında tam bir münasibət olduğunu və bunlar, o möcüzələrin bir nümunəsi, bir misalı olduğunu görəcəksən.

Demək, Quranda, bu möcüzələrin və qissələrin zikr edilməsinin ən mühim hikməti, bəşəri, onların nümunələrinə təşviq edib istifadəyə sövq etməkdir.)

--------------------------

--------------------------

Yenə, Allah Taala'nın bu ayələrinə də bir bax:

~ قُلْنَا يَـٰنَارُ كُونِى بَرْدًا وَسَلَـٰمًا عَلَىٰٓ إِبْرَ‌ٰهِيمَ

"Biz: 'Ey od! İbrahim üçün sərin və salamat ol!'– dedik." (Ənbiya/69)

~ وَلَقَدْ هَمَّتْ بِهِۦ ۖ وَهَمَّ بِهَا لَوْلَآ أَن رَّءَا بُرْهَـٰنَ رَبِّهِۦ

"Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin burhanını (dəlilini) görməsəydi, O da, ona meyl edərdi." (Yusuf/24);

Bir rəvayətə görə, ayədə keçən "burhən", Yusuf (əleyhissəlam)'ın, barmaqını dişləyəcək şəkildə atası Yaqubun surətini görməsidir.

~ إِنِّى لَأَجِدُ رِيحَ يُوسُفَ ۖ لَوْلَآ أَن تُفَنِّدُونِ

"Mən, həqiqətən də, Yusufun qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız." (Yusuf/94);

~ يَـٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَ ۖ

"Ey dağlar və quşlar! Onunla birlikdə Allahın şəninə təriflər deyin!” (Səbə/10);

~ وَقَالَ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمْنَا مَنطِقَ ٱلطَّيْرِ

"(Süleyman) dedi: 'Ey insanlar! Bizə quş dili öyrədildi." (Nəml/16);

~ قَالَ عِفْرِيتٌ مِّنَ ٱلْجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن تَقُومَ مِن مَّقَامِكَ ۖ وَإِنِّى عَلَيْهِ لَقَوِىٌّ أَمِينٌ

قَالَ ٱلَّذِى عِندَهُۥ عِلْمٌ مِّنَ ٱلْكِتَـٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ •

طَرْفُكَ

"Cinlərdən bir ifrit dedi: 'Sən məqamından qalxmamış, mən, Onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!' Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: 'Mən, onu, Sənə bir göz qırpımında gətirərəm!” (Nəml/39-40)

Sonra, bəşərin kəşf etdiyi:

~ Atəşin yandırmayan mərtəbəsi və yanmağa mane olan vasitələr;

~ Səsləri və surətləri uzaq məsafədən cəlb etmək, sən hələ göz açıb-bağlayana qədər bir zaman içində hazır etmək;

~ Bəşər fikrinin ortaya qoyduğu sənin nitqin kimi danışan alətlər;

~ Quş və göyrəçinləri çalışdırmaq kimi hallara

bax, ta ki, bu iki qisim arasındakı bənzərliyi görəsən. Hətta, bu səbəblə, belə demək haqq olur: "Bunlarda, bunlara da rəmz var."

--------------------------

--------------------------

Həm, ən böyük möcüzə olan Quranın natiqiyyət xüsusiyyətinə diqqət et! İnsan olmağın xüsusiyyəti olan natiqiyyətə və bunun da kamalı olan ədəbiyyat və bəlağata bax! Sonra, bunu bir düşün:

~ İnsan ruhunu ən yüksək şəkildə tərbiyə edən;

~ Vicdanını ən lətif bir şəkildə saflaşdıran;

~ Qəlbinə ən çox genişlik qazandıran,

ancaq və ancaq, ədəbiyyətin bir növüdür.

Bu ədəbiyyat növü:

~ cəvəlan etdiyi sahə etibarı ilə, fənlərin ən yayğını və ən genişi;

~ ən çox nüfuz edəni;

~ ən çox təsirli olanı;

~ və insan qəlbinin ən çox əlaqə hiss etdiyidir.

Bu halı ilə, O, sanki fənlərin sultanıdır. Bunu, yaxşı düşün!

--------------------------

--------------------------

--------------------------

Bu ayənin əvvəlki ayə ilə nəzmi, 4 cəhətlədir:

1. Tənzil (yəni, Quran), əvvəlki ayədə insanın yaradılış hikməti haqqında hər kəs üçün ən birinci, ən əvla və ən ümumi, iqna (qənaət vermək) yönü ilə ən asan və ən rahat; icmal yönü ilə də, ən mücməl və qısa cavabı zikr etdi. Bu ayə (yəni, Bəqərə/31) ilə də, avam və xavass (xaslar)'ın mutməin olacağı təfsili bir cavabı bəyan etdi.

2. Əvvəlki ayədə (yəni, Bəqərə/30)'da, bəşər üçün xilafət məsələsini sarih/açıq bir şəkildə ortaya qoydu. Bununla (yəni, Bəqərə/31 ilə) də, mələklərə qarşı insan növünün möcüzəsilə, bu iddiaya dəlil gətirdi.

3. Əvvəlkində, bəşərin mələyə üstün gəlməsinə işarət etdi; bununla da, bu üstünlüyün səbəbinə rəmz etdi.

4. Əvvəlki ayə, insan növünün, yerdə böyük xilafətə nail olmasına təlvih etdi. Bu ayə ilə də, buna dəlil olaraq, insanın, bütün İlahi təcəllilərə cami (cəm edən) bir nüsxə və tam bir mazhar (yəni, bu təcəllilərin zahir olduğu yer) olduğuna təlmih etdi. Çünki, insanın, fərqli-fərqli qabiliyyətləri vardır; çox cəhətlərdən istifadəsi olur və çox elmə sahibdir. Elə ki, bu insan, zahiri və batini 5 hissilə və xüsusilə dərin bir vicdanla kainatı əhatə edir. Məgər görmürsənmi ki, məsələn insan, mələyin xilafına, balın şirinliyini, 2 cəhətlə, hətta, çox cəhətlərlə bilir?! Yaxşı düşün!

---------------------

---------------------

---------------------

Cümlələrin, bir-birilərilə nəzmi:

وَعَلَّمَ ءَادَمَ ٱلْأَسْمَآءَ كُلَّهَا

"Və Adəmə, bütün isimləri öyrətdi."

Cümlələrin, son dərəcə səlasət (axıcılıq) içində, fitri bir nəzmi vardır.

Bu ayə, (əvvəlki ayədə keçən), "Şübhəsiz Mən, sizin bilmədiyinizi bilirəm." mənasını təhqiq, ordakı mücməl mənanı təfsil və mübhəm keçilən xüsusu təfsirdir.

Yenə (bu ayə) bildirir ki: Allahın ərzində (yerində), hökmlərini icra və qanunlarını tətbiq üçün xəlifə olmaq, tam bir elmə söykənir.

Birinci ayədə kəlamın axışı, bu mənaya baxır: "Ardından, Onu yaratdı; təsviyyə etdi (düzgün bir surət və sirət verdi); ruhundan Ona üflədi; tərbiyə etdi; sonra isimləri öyrətdi; və xilafətə hazırladı."

Sonra, Onu, mələklərinə tərcih edib, üstünlük məsələsində və xilafətə layiqlikdə, isimləri öyrətməklə Onu seçkin qılınca, təhəddi (meydan oxuma) məqamı, əşyanı onlara ərz etmə və onlardan muaraza etmələri tələbi gərəkdi.

Sonra, mələklər, özlərindəki acizliyi hiss edincə, Allah Taala'nın hikmətini iqrar etdilər və mutməin oldular. Bundan dolayı, (Allah Taala), belə bildirdi:

ثُمَّ عَرَضَهُمْ عَلَى ٱلْمَلَـٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِى بِأَسْمَآءِ هَـٰٓؤُلَآءِ إِن كُنتُمْ صَـٰدِقِينَ

"Sonra, onları mələklərə ərz edib, 'Əgər doğrusunuzsa, bunların isimlərini Mənə xəbər verin.' dedi."

Mələklər, hikmətlərini sual etmədə iblisin lovğalığından özlərinə bulaşan şeylərdən təbərri ilə, belə dedilər:

سُبْحَـٰنَكَ لَا عِلْمَ لَنَآ إِلَّا مَا عَلَّمْتَنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

"Səni tənzih edirik. Sənin bizə təlim etdiyindən başqa bir elmimiz yoxdur. Şübhəsiz, Sən, Alim'sən, Hakim (hikmət sahibi)'sən."

Sonra, qabiliyyətlərinin cami (cəm edici) olmaması səbəbilə, acizlikləri ortaya çıxınca, meydan oxumağın tamam olması üçün, məqam, Adəmin müqtədir olmasını bəyan etməyi gərəkdirdi:

قَالَ يَـٰٓـَٔادَمُ أَنۢبِئْهُم بِأَسْمَآئِهِمْ

"Ey Adəm! Onlara, (bu şeylərin) isimlərini xəbər ver.' dedi."

Adəm, əmrə tabe olub, Ondakı hikmət ortaya çıxınca, məqam, əvvəlki qısa cavabı xatirə gətirməyi və bu təfsilə onu nəticə kimi qılmağı gərəkdirdi. Bundan dolayı, Allah, belə dedi:

أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ غَيْبَ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ

"Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?"

Bil ki: Üstdəki ayələrdə danışmaq şəkli, mələklər arasında iblisin lovğalığının doğuşunu göstərir və hiss etdirir. Hikmətindən soruşmaları, aralarında, bir tayfanın etirazının qarışmasına işarətdir.

----------------------------

İzahı:

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh) deyir ki:

Bu ayətin cümlələrinin bir-birilə olan nəzmi, münasibət cəhətləri, səlasətli, yəni, çox axıcı və fitridir. Ayənin birinci cümləsi olan: "Adəmə, bütün isimləri öyrətdi." (Bəqərə/31) cümləsi, bundan əvvəlki ayətin: "Şübhəsiz, Mən, sizin bilmədiyinizi bilirəm." (Bəqərə/30) cümləsinin ehtiva etdiyi mənanın təhqiqi və təkidi üçün gətirilmişdir. Bu cümlə, onun mənasını qüvvətləndirir və eyni zamanda, ondakı icmalın, izahıdır, təfsilli açıqlamasıdır. Yenə, ondakı ibhamın (mübhəmliyin) təfsiridir. Yəni, ondakı muradın nə olduğunu bizə açıqlayan, təfsir edən bir cümlədir.

Yenə, Allahın, insan növünü yer üzünə xəlifə seçib vəzifələndirməsi, İlahi hökmlərin icrası üçündür. Yəni, Allahın göndərdiyi qanunları, insanlar arasında tətbiq etmək üçündür. Demək, xəlifəliyin mənası, "Allahın qanunlarını yer üzündə icra etmək, hakim qılmaq"dır. Bu mənadakı xilafətin ifası da, bu xüsusdakı tam bir elmə bağlıdır. Əgər tam elm olmazsa, xilafət vəzifəsi də icra oluna bilməz. Elə isə, xəlifənin, mütləq, yüksək bir elmə ehtiyacı vardır. Ayənin bu cümləsi ifadə edir ki, özünə xilafət vəzifəsi verilən insan, bu xüsusda, tam bir elmə sahibdir. Çünki, bu cümlə, bütün əşyanın isim və xüsusiyyətləri, hər növ elm və fənnlərin dilləri və hər növ sənətin xüsusiyyətlərinin, Allah tərəfindən insana təlim edildiyini bildirir.

Yenə, birinci ayədəki kəlamın, yəni, ondakı mənanın sövqünün nəticəsi, bu gələcək müqəddər (yazılı olmasa da, məna olaraq var) olan cümlələri gərəkdirir. Yəni, Bəqərə/30-da keçən, "Şübhəsiz Mən, yerdə xəlifə qılacağam." cümləsinin mənası, bir su cədvəli kimi axıb, bu gələcək cümlələrin hovuzuna tökülür. Yəni, bu arada, bu cümlələrin müqəddər olduğuna dəlalət edir, onları nəticə verir. Çünki, Allah, birinci ayədə, insanı yaratdığını, sarih/açıq bir şəkildə yaratdığını ifadə etmir. Əksinə, icaz (az sözlə çox məna bildirmək) üçün, aradakı cümlələri keçib, "Şübhəsiz Mən, yerdə xəlifə qılacağam." deyir. Yəni, nəticəni söyləyir, aradakı cümlələrə isə, "Adəmə, bütün isimləri təlim etdi." cümləsilə işarət edir. Belə ki:

Madam ki, insan növü, yerdə xəlifə mərtəbəsilə vəzifələndirilmiş və ona, bu rütbə təqdir edilmişdir. Elə isə, ilk əvvəl, bu növün yaradılması, təsviyyə (tənzim) edilməsi və bu iş üçün mükəmməl qabiliyyətlərlə təchiz edilməsi və ona ruhun üflənməsi, canlandırılması və tam bir ağıl ilə təchiz edilməsi lazımdır.

Bax, Haqq Taala, bütün bu vəsfləri, xüsusiyyətləri, sırası ilə bəşərə ehsan etdi; insanı onlarla təchiz etdi; beləcə, onu, xilafətə hazırladıqdan sonra, mələklərə xitabən "Şübhəsiz Mən, yerdə xəlifə qılacağam." dedi və bu arada müqəddər olan cümlələrə, "Adəmə, bütün isimləri öyrətdi." cümləsilə işarət etdi.

Təfsili olaraq izah etdiyimiz bu müqəddər cümlələrin icmalı isə, sırası ilə belədir:

Adəmi yaratdı; Onu mükəmməl təsviyyə etdi (nizamladı); Ona, ruhundan üflədi; tərbiyə etdi, kamal mərtəbəsinə çatdırdı. Sonra, Ona, xüsusi olaraq isimləri təlim etdi. Yəni, bütün əşyanın isimlərini, xüsusiyyətlərini, sifətlərini öyrətdi, bildirdi və sonra da, belə mükəmməl yaratdığı insanı, xilafət mərtəbəsinə namizəd qıldı və o vəzifə üçün, Onu hazırladı. Sonra, Onu, mələklərə tərcih edib üstün qıldı.

Bundan sonra, mələklərə qarşı xilafət məsələsində, üstünlük xüsusunda, məqam, meydan oxumağı gərəkdirdi. Yəni, "Ey mələklər! Budur meydan. Siz, bu əşyanın isimlərini deyin. Çünki siz, bu insanın, şərrlərilə bərabər xilafət rütbəsinə nail edilməsini sual edib, təəccüb edirdiniz. 'Nə üçün, bəşəri, yerə xəlifə qılırsan? Halbuki, Onun, şərri və fəsadı vardır.' deyirdiniz.' deyə, onları muaraza meydanına dəvət etdi.

O vaxt ki, meydan oxumaq məqamı, əşyanın onlara ərzini gərəkdirdi və onlardan, bunların isimləri tələb edildi. Quran, o vaxt, buna işarətən, belə buyurdu:

ثُمَّ عَرَضَهُمْ عَلَى ٱلْمَلَـٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِى بِأَسْمَآءِ هَـٰٓؤُلَآءِ إِن كُنتُمْ صَـٰدِقِينَ

"Sonra, onları (yəni, əşyanı, şeyləri) mələklərə ərz edib: 'Əgər doğrusunuzsa, Mənə, bunların isimlərini xəbər verin.' dedi." (Bəqərə/31)

Mələklər, bu işdən aciz olduqlarını hiss etdiklərində, Allahın bəşəri xəlifə qılmasındakı hikmətini başa düşüb, tətmin oldular. O vaxt, Quran, bu həqiqətə işarət olaraq və bu təhəddi (meydan oxuma) məqamının gərəyi üzərinə, belə dedi:

قَالُوا۟ سُبْحَـٰنَكَ لَا عِلْمَ لَنَآ إِلَّا مَا عَلَّمْتَنَآ ۖ إِنَّكَ أَنتَ ٱلْعَلِيمُ ٱلْحَكِيمُ

"Dedilər: 'Səni tənzih edirik. Sənin bizə təlim etdiyindən başqa, elmimiz yoxdur. Şübhəsiz ki, Sən, Alim'sən, Hakim'sən." (Bəqərə/32)

Vaxta ki, bu təhəddi nəticəsində mələklər cavab verə bilmədilər. Bu dəfə, kəlamın siyaqı və məqamı, Adəmin xilafətə əhliyyəti və layiqliyi, bu işə müqtədir olduğu və üstünlük iddiasında haqlı olduğu xüsusunu isbatı gərəkdirdi. Ayrıca, bu məsələ, mələklərin hüzurunda cərəyan edib ortaya çıxsın və bəyan edilsin. Ta ki, bu muaraza və təhəddi, tam yerini tutsun.

Bütün bu xüsusların isbatı üçün, Allah, Adəmdən, əşyanın isimlərini soruşmaq üçün belə buyurdu:

...قَالَ يَـٰٓـَٔادَمُ أَنۢبِئْهُم بِأَسْمَآئِهِمْ

"(Allah) dedi: 'Ey Adəm! Onların isimlərini, onlara xəbər ver." (Bəqərə/33)

Bu xitabdan sonra, Adəm, əşyanın isimlərini tək-tək xəbər verdi və Onun üstünlüyü, beləcə isbat edilmiş oldu. Eyni zamanda, əşyanın isimlərini zikr etməklə, bəşərin yaradılış hikməti və yer üzünə xəlifə olaraq seçilməsinin sirri də zahir oldu.

O vaxt, kəlamın bu məqamı, daha əvvəlki ayədə icmal olaraq verilən cavabın təkrar zehnə gətirilməsini gərəkdirdi. Ta ki, təfsilli olan cavabı toplasın, zehndə yerləşdirsin.

Daha əvvəl icmal olaraq keçən "Şübhəsiz, Mən, sizin bilmədiyinizi bilirəm." cümləsi, eyni zamanda, aşağıdakı bu təfsilli cavaba bir nəticə hökmündə olduğunu gərəkdirdi.

قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّىٓ أَعْلَمُ غَيْبَ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ

"(Allah) dedi: Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?" (Bəqərə/33)

Müəllifimiz Ustad Nursi deyir ki:

Allah Taala ilə mələklər arasındakı bu qarşılıqlı söhbət hiss etdirir ki, mələklərin bu təəccübvari sual soruşmaları, iblisin lovğalığından doğmuşdur. Çünki iblis, daha əvvəl, mələklərin arasında olmaqla, onun hal və vəsvəsəsi, mələklərin sual soruşmalarına səbəbiyyət vermişdir. Bu fitnəni, mələklər arasında, o oyandırmışdır. Bu hal, məsum olan mələklərə, ondan sirayət etmişdir.

----------------------------

----------------------------

----------------------------

Cümlənin kəlimələrinin nəzmi:

وَعَلَّمَ ءَادَمَ ٱلْأَسْمَآءَ كُلَّهَا

Və alləmə Adəmə'l-əsməə kulləhə.

Yəni:

"Və Adəmə, bütün isimləri təlim etdi."

Yəni:

~ Onu, hər cür kamilliyin əsaslarını ehtiva edən bir fitrətlə şəkilləndirdi;

~ Hər cür ali şeyləri əkdiyi bir istedadla yaratdı;

~ 10 hiss ilə və mövcudatın özündə təməssül etdiyi bir vicdanla təchiz etdi.

Bu 3-ü ilə, əşyanın (şeylərin) həqiqətini, bütün növlərilə öyrənməyə hazır hala gətirdi; sonra, Ona, bütün isimləri öyrətdi.

Ayədəki و/və hərfində, -daha əvvəl keçdiyi kimi- vəcizliyinin altında tayy edilmiş (üzərindən keçilmiş) məhzuf cümlələrə işarət var.

---------------------------

İzahı:

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), bu ayətin cümlələrinin nəzmini verərkən, əvvəla, "Və Adəmə bütün isimləri təlim etdi." cümləsinin ifadə etdiyi incə mənaları və bu cümlənin ehtiva etdiyi bu 3 şeyi, belə izah etməkdədir:

1. Allah Taala, bəşərin atası və ilk peyğəmbər olan Adəmi, elə qeyr-i adi bir fitrətdə təsvir etdi və elə cəm edici bir mahiyyətdə yaratdı ki, kainatın bütün növlərinin nə qədər əsasları, kamillikləri varsa, hamısını ehtiva etmişdir.

2. Həm Adəmi, elə qeyr-i adi bir şəkildə xəlq etdi və Onu elə cəm edici bir istedadda yaratdı ki, yüksək əxlaqın nə qədər növü varsa, hamısının toxumunu Onda əkmişdir. Yəni, hamısını, Onda toplamışdır.

3. Həm Onu, 10 hiss ilə təchiz etmişdir. (haşiyə)

--------------------------

(Haşiyə:

10 hiss:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir

---------------------------

Müəllifimiz deyir ki:

Sonra, bütün əşyanın isimlərini, xüsusiyyətlərini, Ona təlim etdi. Bax, "Və alləmə Adəmə'l-əsməə kulləhə / və Adəmə, bütün isimləri təlim etdi." cümləsinin başındakı vav/və ətf hərfi, bu cümləni (yəni, "Adəmə bütün isimləri təlim etdi.") cümləsini, müqəddər (yazılmadığı halda məna olaraq var) olan yuxarıdakı cümlələrə ətf etmişdir. Bu “və” hərfi, bu ("Adəmə bütün isimləri öyrətdi.") cümləsi altında qaldırılmış olan yuxarıdakı cümlələrə işarət etməkdədir.

Ətf hərfi (bağlayıcı): "sözlər və ya cümlələr arasında əlaqə yaradan; onları, qrammatik cəhətdən bir-birinə bağlayan hərflər"dir.

Ətf hərfindən əvvəl gələnə: "matufun aleyh", yəni, "özünə ətf edilən, bağlanılan" deyilir.

Matuf isə: "ətf hərfilə bağlı olan kəlimə və ya cümlə" deməkdir.

Diqqət edilsə, “və”dən əvvəlki cümlə olan “Şübhəsiz Mən, sizin bilmədiyinizi bilirəm.” cümləsi ilə “Və Adəmə bütün isimləri öyrətdi.” arasında, hazf edilmiş (üzərindən keçilmiş, qaldırılmış) bəzi cümlələrin mövcud olduğu başa düşülür. Bunlardan bəziləri isə, Müəllifin zikr etdiyi yuxarıdakı cümlələrdir.

----------------------------

----------------------------

• "Alləmə/təlim etdi, öyrətdi" deyərkən, elmin şərəfinə və dərəcəsinin yüksəkliyinə; xilafətdə əsas mihvərin (orbitin), o olduğuna işarət var.

Yenə, (bu kəlimədə), isimlərin təvqifi olduğuna bir rəmz var. Əsma və müsəmmalar arasında, çox dəfə, tərcih etdirici münasibətlərin var olması, bunu dəstəkləməkdədir.

Yenə, "Fellərin xariqəliyi, xariqə ruhlara aiddir." deyən bəzi filosofların xilafına, möcüzənin, vasitəsiz bir şəkildə, Allahın feli olduğuna, (bu "alləmə" felində) bir ima var.

-----------------------

İzahı:

Bu "alləmə/təlim etdi" kəliməsində, Müəllifimizin ifadəsilə,

~ elmin yüksək mərtəbəsinə və ali dərəcəsinə bir işarə vardır. Həm elmin, xilafətin mihvəri hökmündə olduğuna; xilafətin, ancaq elmlə ifa edildiyinə də bir işarə vardır. Çünki, xəlifədə elm qabiliyyəti olmazsa, o vəzifəni, yerinə yetirə bilməz. Hər şey, elmə bağlıdır.

Həm Müəllifimiz deyir ki,

~ isimlər, təvqifidir, yəni, Allah tərəfindən bildirilmişdir. Yalnız əsmau'l-husnə, yəni, Allahın gözəl isimləri deyil; bütün şeylərin isimləri, Allah tərəfindən öyrədilmişdir. Ayəyə də diqqət edilsə, ayədə, "bütün isimlər" deyə keçməkdədir. Bu isə, sadəcə Allahın isimlərini deyil, bütün isimləri ehtiva etməkdədir. Çünki ayədə, bu haqda, bir təqyid yoxdur.

~ Həm bu "alləmə/təlim etdi" kəliməsi, Allahın, Adəmə, möcüzə əsəri olaraq isimləri təlim etdiyini buyurduğunu ifadə etdiyindən, işarə edir ki, möcüzə, vasitəsiz, bir başa Allahın felidir. Yoxsa filosofların iddia etdiyi kimi, xariqə, qeyr-i adi ruhların təsərrüfü ilə meydana gələn bir hadisə deyil.

----------------------------

----------------------------

• "Adəm":

Adəm, Allah Taala'nın, xilafətini murad etdiyi və Adəm ismini verdiyi ardi (yerə aid, mənsub) bir şəxsdir.

Ona elm verildiyinin açıqdan ifadəsi, şanını ucaltmaq, təşhir etmək və surətilə Onu ihzar etmək üçündür.

------------------------------

İzahı:

"Adəm" kəliməsinə gəlincə, bundan murad, Müəllifimizin ifadəsilə "əş-şəxsu'l-ardi/yerə aid şəxs", yəni, "yerə mənsub, yerin torpağından yaradılmış şəxs" mənasında olan kimsə deməkdir. Çünki, Adəm, hər nə qədər 4 ünsürdən yaradılmışdırsa da, Onda, torpaq ünsürü qalib olduğundan, "yerə aid şəxs" deyə tərif edilmişdir. Adəmin torpaqdan yaradıldığı, Al-i İmran surəsi 59-cu ayədə belə buyurulur:

"Xaləqahu min turabin = (Allah), onu, torpaqdan xəlq etdi."

Həm Müəllifimiz deyir ki, bu ayədə Adəm isminin açıqdan zikr edilməsi, Onun dərəcəsinin, məqam və mərtəbəsinin yüksəkliyini göstərmək; məxluqlar arasında məşhur qılmaq; həm təzim; həm də, Onu, surətilə zehnlərdə hazırlamaq üçündür.

-----------------------------

-----------------------------

"əl-əsməə/isimlər"

"İsimlər", əşyanın sifətləri, xüsusiyyətləri, adları kimi, onları bir-birindən ayırd edici şeylər və ya Adəm oğullarının (öz aralarında) bölüşdükləri dillərdir.

Bunda (yəni, isimlər kəliməsində), "Onları, mələklərə ərz etdi." ifadəsinin də dəlililə, əhl-i sünnətin dediyi kimi; ismin, müsəmmanın eynisi olmasına bir ima vardır.

-----------------------------

İzahı:

Müəllifimiz Ustad Said Nursi, bu kəliməni təhlil edərkən deyir ki:

Burda, "əsma/isimlər" kəliməsindən murad, "simətu'l-əşya"dır. Yəni, əşyanın əlaməti və ona işarət edib onu göstərən, tərif edən sifətləri, xüsusiyyətləri və isimləri mənasındadır. Və ya, Adəm oğullarının, öz aralarında bölüşdürmüş olduqları dillər, lüğətlər deməkdir.

Demək, Allahın, Adəmə isimləri təlim etməsindən murad:

~ ya "Bütün əşyanın isimlərini, sifətlərini, xüsusiyyətlərini təlim etməsi" deməkdir. Buna, Allahın isimləri də daxildir;

~ ya da, "Yer üzünə sonradan yayılacaq olan bütün ayrı-ayrı dilləri, lüğətləri təlim etməsi" deməkdir.

Adəm, qiyamətə qədər danışılacaq olan bütün dilləri, lüğətləri, möcüzə əsəri olaraq bilirdi.

Həm Müəllifimiz deyir ki, bu "əsma/isimlər" kəliməsində, bu "əsma" sözündən sonra gələcək olan "əradəhum" onları (yəni, əşyanı),  (onlara, yəni, mələklərə) ərz etdi) kəliməsinin də dəlalət etdiyi kimi; isimlərin müsəmmaların eynisi olduğuna işarə də vardır.

Not: Dəyərli oxuyucu! "İsim, müsəmmanın eynisidirmi, qeyrisidirmi?" mövzusu, haqqında ixtilaf edilmiş bir mövzudur. Əhl-i sünnət alimləri içərisində, ismin müsəmmanın eynisi olduğunu da söyləyən, qeyrisi olduğunu da söyləyən, bir xeyli alim vardır.

Ustad Nursi, ismin müsəmmanın eynisi olduğunu bu ayədəki "əradəhum/onları ərz etdi" kəliməsindən çıxarmışdır. Yəni, mələklər və Adəmə ərz edilən şeylər, müsəmmalar idi.

İsmin tərifi haqqında deyirik ki, isim: "müfrəd bir mənaya, yəni, müsəmmasına (yəni, isimləndirilən, adlandırılan şeylərə) dəlalət etmək üzərə qoyulan ləfzlər, sözlər"dir.

İndi, bir düşün: sözün mələklərə ərz edilib, onları heyrətdə buraxması, necə mümkün ola bilər?! Həm, ismin, yəni sözün onlara ərz edilib onlardan, bunun nə olduğunun, sözün hansı xüsusiyyətə sahib olmasının soruşulması, nə mənaya gələ bilər?! Halbuki, "İsimlərdən qəsd edilən müsəmmalarıdır." desək, bunun mələklərə ərz edilib, bu müsəmmaların nə olduğu, hansı xüsusiyyətlərə sahib olduğu soruşulsa, yəni, məsələn günəşin və s. mövcud olan hər şeyin, şəxsən və ya misalının onlara ərz edilib bunlar onlardan soruşulsa, bu, daha çox heyrət verici olar.

Müəllifimiz, bu mənanı, yəni, "İsimdən qəsd edilən müsəmmadır." mənasını (yəni, ismin müsəmmanın eynisi olduğu mənasını), "əradəhum/onları ərz etdi" kəliməsindən çıxarmışdır.

Demək ki, ayədən qəsd edilən “müsəmmalar” olsa da, ayədə “isim” kəliməsinin keçməsi, ismin müsəmmanın eynisi olduğunu göstərir. (haşiyə)

---------------------------

(Haşiyə:

İsmin tərif və həqiqətinin bəyanı haqqında, (belə) deyirik:

Şübhəsiz, əşyanın:

~ ayan'da (əsldə) vücudu (varlığı);

~ zehnlərdə vücudu (varlığı); və

~ dillərdə vücudu (varlığı)

vardır.

~ Əsldəki vücud, həqiqi olan vücuddur.

~ Zehnlərdəki vücudu isə, elmi və şəklidir.

~ Dillərdəki vücudu da, ləfzi və istidlalidir. Məsələn,

Səmanın, əslində və zatında; zehnlərimizdə və nəfslərimizdə də bir vücudu vardır. Çünki səmanın şəkli, gözlərimizdə və xəyalımızda, bir iz buraxmaqdadır. Hətta əgər səma yox olsa və yalnız biz qalsaq, səmanın surəti, xəyalımızda hazır olardı. Elm ilə təbir edilən şey də, bax budur. (O halda) o (yəni, elm), məlumun bir misalıdır. (Yəni) o elm, məlumun bir bənzəridir və ona bərabərdir. Və o, aynada görünən şəkil və surət kimidir. Bu (yəni, aynadakı) surət, xaric (i aləm)dəki surətin bənzəridir.

~ Səmanın dildəki varlığına gəlincə:

Bu varlıq, səslərdən mürəkkəb bir ləfzdir. Bu səslər, 4 parçaya ayrılaraq,

• Birincisi: Sin;

• İkincisi: Mim;

• Üçüncüsü: Əlif;

• Dördüncüsü isə: Həmzə

təbir edilmişdir.

Səma sözü, zehndəki səmanın bir dəlili; zehndəki səma da, əsldəki səmaya uyğun (bir surət)'dir. Əgər ayanda (əsldə) vücud olmasaydı, surətlər, zehnlərdə meydana gəlməzdi. Əgər zehnlərdə surət meydana gəlməsəydi, insan, onu idrak edə bilməzdi. Əgər insan, onu idrak edə bilməsəydi, dililə onu istifadə edə bilməzdi. 

……Məsələn, insan:

~ Əsldəki vücudu etibarı ilə: yatan-oyanan; yaşayan-ölən; gəzən-oturan bir varlıqdır.

~ Zehnlərdəki vücudu etibarı ilə: mübtəda-xəbər; amm (ümumi)-xass (xüsusi); cüzi-külli, qəziyyə kimi şeylərdir.

~ Dillərdəki vücudu etibarı ilə: ərəb, əcəm, türk, zənci, çox hərfli, az hərfli, isim, fel, hərf və bənzəri şeylərdir ki, bu vücud, əsrlər (zamanlar) və hər ölkənin adət-ənənəsinə görə dəyişməkdədir.

Lakin əsldəki vücuduna gəlincə, əsrlərə, millətlərə görə, bu vücud, əsla dəyişməz.

Əgər bunu bildinsə, ayan və zehndəki vücudu bir tərəfə qoy, ləfzi vücuda bax. Çünki məqsədimiz, bununla bağlıdır. Biz, belə deyirik:

“Ləfz”: “ayana (yəni, əşyanın əsldəki vücuduna) dəlalət etməsi üçün, insan iradəsilə vaz edilən (yəni, qoyulan) muqatta (yəni, kəsik hərflərdən, əlifba hərflərindən) ibarətdir”. Bu ləfzlər, "ilk vaz edilən" və "ikinci vaz edilən" olaraq, qisimlərə ayrılırlar.

İlk əvvəl vaz edilən ləfzlər: "Səma”, “ağac”, “insan” və buna bənzər digər ləfzlərdir.

İkinci vaz edilənlərə gəlincə, bunlar: "İsim”, “fel”, “hərf”, “əmr”, “nəhy”, “mudari” kimi ləfzlərdir.

Buna, ikinci vaz edilən deməyimizin səbəbi, budur ki:

Əşyaya dəlalət etmək üzərə vaz edilən ləfzlər (bu qisimlərə ayrılır):

a. Ləfz, özünə deyil, başqasına dəlalət edərsə, o: "hərf"dir.

b. Öz mənasına dəlalət edən ləfz də, 2 qismə ayrılır:

b.1. Mənasının zamanla əlaqəsi olan ləfz. Buna: "fel" deyilir. Sənin: "vurdu” və “vurur" deməyin kimi...

b.2. Mənasının zamanla əlaqəsi olmayan ləfz. Buna da: "isim" deyilir. Sənin: "göy” və “yer" deməyin kimi...

Ləfzlər, ilk əvvəl, ayana (əsllərə) dəlalət etmək üzərə vaz edilmişdilər. İsim, fel, hərf, bundan sonra ləfzlərin növlərinə dəlalət etmək üzərə vaz edildilər. Çünki ləfzlər vaz edildikdən sonra, (bu ləfzlər), əslləri etibarı ilə (xaricdə) bir varlıq qazandılar; və surətləri (şəkilləri), zehnlərdə tərəssüm edincə (şəkillənincə), dil hərəkətlərilə göstərilməyə haqq qazandılar.

Ləfzlərin, 3 və 4-cü vazlarla vaz edilmələri də təsəvvür edilə bilər. Məsələn, isimlər, fərqli qisimlərə ayrıla və hər qismi, ayrı bir isim ifadə edə bilər. Beləcə, o isim, üçüncü dərəcədən sayılır. Məsələn, ismin, mərifə və nəkirə və s. qisimlərə ayrıldığının deyilməsi kimi...Bundan məqsəd, bir ismin, ikinci vaz edilmə halında ləfzə döndüyünü bilməyin üçündür.

Əgər bizə: "İsmin tərifi, nədir?" deyə soruşulsa, "İsim, (müfrəd mənaya) dəlalət etmək üzərə vaz edilən (qoyulan) ləfzdir." deyə bilər.

---------------------------

---------------------------

• "Kulləhə/bütün (isimlər)i"

Bu, Onun, mələklərdən təməyyüzünün mənşəyini və bu i'cazın (möcüzənin) mədarını (bir şeyin ətrafında döndüyü yer) ifadə edir.

-----------------------------

İzahı:

Müəllifimiz deyir ki:

Bu kəlimə, "bütün" mənası ifadə etdiyindən, mənasının ümumiliyilə, həm bəşəri, mələkdən təmyiz etdirən, ondan üstün qılan məziyyətinin mənşəyini; həm də "isimlərin təliminin" möcüzə olmasının mədarını, sarih/açıq bir şəkildə ifadə edir. Çünki, bu kəlimə ifadə edir ki, Allah, Adəmə, bütün əşyanın isim və xüsusiyyətlərini təlim etmişdi. Bu xüsus isə, bəşərin, mələkdən üstünlüyünü, açıqca ifadə edir. Çünki, mələklər, hər nə qədər bəzi isimləri bilsələr də, bütün əşyanın isimlərini bilməyə, elm və qabiliyyətləri yox idi. Elə isə, insan, isimlərin təlimi cəhətilə, mələkdən üstündür. İnsanı mələkdən ayıran ən mühim məziyyəti də, məhz bu xüsusdakı elmidir.

Həm, ayrıca, bu kəlimə ifadə edir ki, isimlərin təlimi, Adəmin bir möcüzəsidir. Çünki, bir bəşərin, bütün əşyanın isim və xüsusiyyətlərini bilməsi, mümkün deyildir. Demək, i'caz (möcüzə), bu "kulləhə" kəliməsindən doğur. Yəni, "Hər bir peyğəmbərə möcüzə verilmişdi. Bəs Adəmin möcüzəsi nə idi?" deyə soruşulsa, "Onun möcüzəsi, bütün isimlərin Ona təlim edilməsi idi." deyərik. Bu mənanı isə, "kulləhə" kəliməsi göstərir.

---------------------------

---------------------------

ثُمَّ عَرَضَهُمْ عَلَى ٱلْمَلَـٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِى بِأَسْمَآءِ هَـٰٓؤُلَآءِ إِن كُنتُمْ صَـٰدِقِينَ

Summə əradəhum alə'l-mələikəti fə qalə: 'Ənbiuni bi əsməi həuləi, in kuntum sadiqin.'

Yəni:

"Sonra, onları (yəni, isimləri) mələklərə ərz edib (belə) dedi: 'Əgər doğrusunuzsa, bunların isimlərini, Mənə xəbər verin."

• "Summə/sonra"

(Adəmə isimlərin təlimini bəyan etdikdən sonra, bunların mələklərə ərz edilməsini bildirərkən) "sonra" kəliməsilə "sonraya buraxmaq və məqamın gərəyi sirrilə", buna işarət vardır:

"O, sizdən daha üstündür və xilafətə daha layiqdir."

---------------------------

İzahı:

Müəllifimiz deyir ki:

Bu cümlənin başındakı "summə/sonra" kəliməsi, qayda gərəyi, təraxi (yəni, bir şeyin, əvvəlkindən bir müddət sonra meydana gəldiyini və bir müddət sərbəst buraxmaq və gecikmə mənasını) ifadə edən bir ətf hərfi olması səbəbilə, kəlamın siyaqı və məqamın gərəyilə, arada, "O, sizdən daha üstündür və xilafətə daha layiqdir." mənası müqəddərdir (təqdir edilmişdir, yəni, yazılı olmasa da, məna olaraq vardır).

Yəni, "Bütün isimləri Adəmə təlim etdi." cümləsindən sonra, "Sonra, onları, yəni, isimləri, mələklərə ərz etdi." cümləsinin gəlməsi, bu iki cümlə arasında müqəddər bəzi mənaların mövcud olduğuna işarət edir. Bu cümlə də, "O, sizdən daha üstündür və xilafətə də daha layiqdir." cümləsidir.

----------------------------

----------------------------

• "Əradəhum/onları ərz etdi"

Yəni, malın, müştəriyə; ordu səflərinin də, hökmdara ərzi kimi; əşyanın növlərini, onların nəzərləri önündə sərilmiş olaraq izhar etdi.

Bunda, belə bir işarə də vardır:

Mövcudat, idrak sahibi olanın malıdır. Elmlə onları alar, isimlərlə əxz edər, onların surətinin özündə təməssülü ilə onlara sahib olar.

-----------------------------

İzahı:

"Əradəhum/onları ərz etdi" kəliməsinə gəlincə, Müəllifimiz Ustad Nursi deyir ki, bu kəlimə, bu mənaları ifadə etməkdədir:

Bütün əşya növlərini, sanki, alış-veriş üçün müştəri məqamındakı mələklərə göstərmək və onların nəzərlərini bu əşyaya (şeylərə) çevirmək üçün, sanki, satıcının, öz malını, müştərinin nəzərinə ərz etməsi kimi; Allah da, Öz sənətini, bütün əşyanı, mələklərin nəzərlərinə ərz etdi. Yəni, izhar edib göstərdi.

Ayrıca, bu kəlimədən, belə bir işarət də çıxır:

Bu şeylərin mələklərə ərz edilməsi, sanki, əsgərlərin, bir komandirə səflər şəklində rəsmi keçiddə ərz edilməsinə, hüzurundan keçməsinə bənzəyir. Yəni, necə ki, əsgərlər, padşahın hüzurunda səf-səf dayanırlar. Eyni şəkildə, əşya da, bütün növlərilə, mələklərin hüzuruna ərz edildilər.

Yenə, Ustad Nursi deyir ki, bu "əradəhum/onları ərz etdi" kəliməsində, belə bir məna daha vardır:

Bu kəlimə işarət edir ki, bütün kainat, sanki, idrak sahibləri üçün bir mal hökmündədir. İnsan növü isə, elmilə, qabiliyyətilə, ona müştəri olar; onu satın alar. Həm ismilə, həm xüsusiyyətilə əşyanı alar və surətinin özündə təşəxxüs etməsilə, bilməsilə, ona malik olar. Bəli, insan, əşyanın ismini, mahiyyətini, xüsusiyyətini bildiyində onu satın alar. Surət və şəklini bilməklə də, ona sahib və malik olar.

---------------------

---------------------

• "Hum/onlar" mənasındakı damirin müzəkkər və ağıl sahibləri ülün istifadə edilən şəklilə gəlməsi, "ərz etmək" felinin rəmz etdiyi 2 təğlib və 1 məcazın sirridir. Allahın, mövcudat tayfalarının surətlərini, rəsmi keçid tərzində səf-səf nəzərlərə ərz etməsindən xəyala gəlir ki, bu tayfalar, onlara doğru gələn ağıl sahibi qəbilələr kimidir.

----------------------------

İzahı:

"Hum/onlar" damiri haqqında Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh) deyir ki:

Bu damir (şəxs əvəzliyi), ağıl sahibi olanlara və müzəkkər (yəni, kişi cinsində) olanlara aid olduğundan, burda, bu kəlimə, həm 2 təğlibi (haşiyə), həm də "əradə/ərz etmək" ləfzinin rəmzən ifadə etdiyi məcazı təfsir etməkdədir.

Bəli, bu "hum/onlar" damiri, qayda gərəyi, ağıl sahibi kişilər haqqında istifadə edilir. Halbuki, burda, ərz edilən əşyanın hamısı qəsd edilmişdir. Bu əşya (yəni, şeylər) içində, müənnəs (qadın cinsində) olanlar da var, müzəkkər (kişi cinsində) olanlar da; ağıl sahibləri də var, qeyr-i ağıl sahibləri də. Bax bu etibarla, burda, 2 təğlib vardır. Yəni, 2 şey, digər 2 şeyə qalib qılınmışdır. Yəni, kişi tayfası, qadın tayfasına; ağıl sahibləri də, qeyr-i ağıl sahiblərinə qalib edilmişdir.

Həm, bu "hum/onlar" damirinin bitişik olduğu "əradəhum" kəliməsindəki "əradə" kəliməsi, rəmzilə, gizli işarətilə ifadə etdiyi məcazı da təfsir etməkdədir. Çünki, "əradə/ərz etmək" kəliməsi, ya müştəriyə, satın alınması üçün göstərilən, ərz edilən mal mənasındadır. Ya da bu kəlimə, padşahın qarşısında, rəsmi keçiddə, formalarını geyinib keçən əsgərlər üçün istifadə edilir. Burda isə, bütün əşya haqqında istifadə edildiyindən, məcaz vardır. Çünki, "hum/onlar" əvəzliyi, məcazi olaraq bütün mövcudata rücu etməkdə, qayıtmaqdadır.

Həm Müəllifimiz deyir ki, "əradəhum/onları ərz etdi" kəliməsinin mütləq gəlməsi, irsalı, yəni, kimlər, hansı məxluqat tayfası olması bildirilmədən, bütün mövcudat qəsd edildiyindən, zehnə, belə bir məna gətirir:

Sanki mövcudat tayfaları, növləri, hamısı, ağıl sahibi qəbilələr, ayrı-ayrı millətlər hökmündə olub; səflər halında, padşah kimi olan mələklərin hüzurunda rəsmi keçid tərzində formalarını geyinərək, tək-tək keçib gedirlər. Onların nəzərlərini, öz üzərlərinə çəkirlər kimi vəziyyətləri var.

Bundan dolayı, burda, həm təğlib, həm də təşbih sənəti vardır. Həm də, məcaz üslubu istifadə edilmişdir.

---------------------------

(Haşiyə:

Təğlib'in:

✓ Lüğət mənası, "üstün tutmaq", "üstün etmək" deməkdir. Ərəb dili qrammatikasında isə, bir üslubdur və əsasən, "təsniyə" (ikilik halda) və cəmdə istifadə olunur.

✓ İstilahi (terminoloji) mənası isə: "təsniyə və cəmdə gələn bir sözü, digərindən üstün tutmaqla qrammatik xüsusiyyətləri üstün tutulan ismə görə müəyyənləşdirmək" deməkdir.

• Cəmdə:

1. Müzəkkər (kişi cinsindən gələn bir söz, sayca azlıq təşkil etməsinə baxmayaraq), müənnəsdən (qadın cinsində gələn bir sözdən);

2. Aqil (ağıllı) isim isə, qeyr-aqil isimdən

üstün tutulur və qrammatik xüsusiyyətlər, üstün tutulan sözə görə müəyyənləşdirilir.

~ Birinciyə misal:

وَقَرْنَ فِى بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ ٱلْجَـٰهِلِيَّةِ ٱلْأُولَىٰ ۖ وَأَقِمْنَ ٱلصَّلَوٰةَ وَءَاتِينَ ٱلزَّكَوٰةَ وَأَطِعْنَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُذْهِبَ عَنكُمُ ٱلرِّجْسَ أَهْلَ ٱلْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

"Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir." (Əhzab/33)

Bildiyimiz kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əhl-i beytinə, həm qadınlar (Fatimə və Peyğəmbərin xanımları kimi), həm də kişilər (Əli və nəvələri Həsən və Hüseyn kimi) daxildirlər. Allah Taala, bu ayənin əvvəlini, qadınlara müraciətlə (fi buyutikunnə, yəni siz qadınlar, öz evlərinizdə) başlasa da, ayənin sonunda "ankum/sizdən" sözündə müzəkkər cəm damir (şəxs əvəzliyi) ilə bitirdi.

Quranda, Allahın iman gətirənlərə kişi cinsində xitab edərək, "yə əyyuhə'l-ləzinə əmənu/ey iman edənlər" deməsi də, təğlib üslubundadır.

~ İkinciyə misal:

وَٱللَّهُ خَلَقَ كُلَّ دَآبَّةٍ مِّن مَّآءٍ ۖ فَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ بَطْنِهِۦ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰ رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِى عَلَىٰٓ أَرْبَعٍ ۚ يَخْلُقُ ٱللَّهُ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ

"Allah, hər bir canlını, sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir." (Nur/45)

Bu ayədə, "canlı" sözü, bütün məxluqlara şamil edilir. Bildiyimiz kimi, ərəb dilində, qeyr-i aqil isimlərin cəmi, qadın cinsinin qrammatik xüsusiyyətlərini kəsb edir. Ayədə isə, "minhum/onlardan" sözündəki damir (şəxs əvəzliyi), lll şəxsin cəmini bildirir.

-----------------------

• Təsniyədə (ikilik halda) isə:

1. Müzəkkər, müənnəsdən;

2. Daha şöhrətli və ya daha hörmətli olan, nisbətən az tanınandan və ya az hörmətli olandan;

3. Həcmcə böyük olan, kiçik olandan üstün tutulur

və müxtəlif formalarına baxmayaraq, təsniyə şəkilçisi olan "ənu", üstün tutulan sözə qoşulur və qrammatik qaydalar da, bu sözə görə müəyyənləşdirilir.

~ Birinciyə misal:

إِنَّ الشَّمس والقمَر آيَتَان مِن آيات الله، لا ينْخَسِفَانِ لموت أحد ولا لِحَيَاته، فَإِذا رَأَيتُم ذلك فَادْعُوا اللَّه وكَبِّرُوا ، وصَلُّوا وتَصَدَّقُوا.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Günəş və ay, Allahın ayələrindən 2 ayədir. Onlar, heç kimin ölümü və həyatı üçün, tutulmazlar. Siz, onları gördüyünüzdə, Allaha dua edib, təkbir gətirin, namaz qılın və sədəqə verin."

Bu hədisdəki "lə yənxəsifəni/tutulmazlar" feli, günəş və aya aiddir. Ərəb dilində, günəş, müənnəs; ay isə, müzəkkər bir isimdir. Bu fel isə, müzəkkərdə gəlmişdir. Buna səbəb, "təğlib" üslubudur.

Həmçinin, ata və anaya "əbəvən" deyilməsi də, bu səbəbdəndir. (Ərəb dilində, əb, ata; umm isə, ana deməkdir. Ata-ana bərabər zikr edildiyində, "əbəvən" sözündən də göründüyü kimi, əb kəliməsi üstün götürülmüş, umm isə zikr edilməmişdir.)

~ İkinciyə və üçüncüyə misal:

مَرَجَ ٱلْبَحْرَيْنِ يَلْتَقِيَانِ

"2 dənizi qovuşmaq üzərə buraxmışdır."

Bu ayə, həcmcə böyük olanın, kiçik olandan üstün tutulmasına misaldır. Burda, "dəniz" və "çay", bir kəlimə olaraq "bəhreyn" deyə keçməkdədir. Hərfi tərcümədə, "2 dəniz" deyə zikr edilməkdədir. Halbuki, "bəhr" kəliməsi, daha çox dəniz kəliməsi üçün istifadə edilməkdədir.

---------------------------

---------------------------

• "Alə/üzərinə"

Yəni, (mələklər üzərinə) ifadəsinə gəlincə, bu ərz etmə ifadəsində, "alə" hərfinin istifadə edilməsi, onlara ərz edilən şeylərin, "lövhu'l-əla"da irtisam etmiş (rəsmlənmiş) surətlər olduğuna bir imadır.

-------------------------

Təfsiri:

Müəllifimiz deyir ki, "(mələklər) üzərinə" mənasını ifadə edən "alə" ləfzi ima (gizli işarət) edir ki, mələklərə ərz edilən, onlara göstərilən, əşyanın, lövh-i əla'dakı irtisamıdır. Yəni, orda mövcud olan əşyanın rəsmləri, surətləri idi ki, mələklərin nəzərinə ərz edildi, göstərildi.

(Bədiü'z-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz / (Quranın) icaz (az sözlə çox məna ifadə etdiyi) yerlərdə i'caz (möcüzəlilik) işarətləri" təfsiri)

---------------------

---------------------

Əlavələr:

Bəqərə surəsi 31-ci ayə (2):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9...

Read 69 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR