Nəzr qurbanı fiqhi

Nəzr: lüğətdə, "insanın, yerinə yetirməyi özünə borc/vacib qıldığı, vəd etdiyi şey" mənasına gəlməkdədir.

Bir fiqh termini olaraq, nəzr, "dinən mükəlləf olmadığı halda, insanın, fərz və ya vacib növündən bir ibadəti edəcəyinə dair, Allaha söz verməsi" şəklində tərif edilmişdir.

Bu kəlimə, gərək lüğəvi, gərək istilahi (terminoloji) mənası ilə, Quran və hədislərdə keçməkdədir. Belə ki:

وَمَآ أَنفَقْتُم مِّن نَّفَقَةٍ أَوْ نَذَرْتُم مِّن نَّذْرٍ فَإِنَّ ٱللَّهَ يَعْلَمُهُۥ ۗ وَمَا لِلظَّـٰلِمِينَ مِنْ أَنصَارٍ

~ "Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri, şübhəsiz ki, Allah bilir. Zalımların isə, köməkçiləri olmaz." (Bəqərə/270);

يُوفُونَ بِٱلنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُۥ مُسْتَطِيرًا

~ "Onlar, vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsıdacaq gündən qorxarlar." (İnsan/7)

ثُمَّ لْيَقْضُوا۟ تَفَثَهُمْ وَلْيُوفُوا۟ نُذُورَهُمْ وَلْيَطَّوَّفُوا۟ بِٱلْبَيْتِ ٱلْعَتِيقِ

~ "Sonra həcc ayinlərini tamamlasınlar, nəzirlərini yerinə çatdırsınlar və qədim evi (Kəbəni) təvaf etsinlər." (Həcc/29)

إِذْ قَالَتِ ٱمْرَأَتُ عِمْرَ‌ٰنَ رَبِّ إِنِّى نَذَرْتُ لَكَ مَا فِى بَطْنِى مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّىٓ ۖ إِنَّكَ أَنتَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

~ "Bir zaman İmranın arvadı demişdi: 'Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən." (Al-i İmran/35)

فَكُلِى وَٱشْرَبِى وَقَرِّى عَيْنًا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ ٱلْبَشَرِ أَحَدًا فَقُولِىٓ إِنِّى نَذَرْتُ لِلرَّحْمَـٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ ٱلْيَوْمَ إِنسِيًّا

~ "Ye, iç, gözün aydın olsun! Əgər insanlardan kimisə görsən, de: 'Mən Mərhəmətli Allaha oruc tutmağı nəzir etmişəm. Odur ki, bu gün, heç kimlə danışmayacağam." (Məryəm/26)

-----------------------------

Nəzrin səhih olmasının şərtləri

• Şərtsiz nəzr, səhih olmaz.

Nəzr'in səhih olmasının şərtləri, bunlardır:

1. Bir nəzrin səhih olması üçün, şər'an (şəri cəhətdən), nəzr edilən bu şeyin cinsindən bir vəcibə (borc hökmündə olan vəzifə)'nin olması lazımdır. Bu səbəbdən dolayı, məsələn: "Xəstə ziyarətini nəzr etmək, səhih olmaz."

2. Nəzr edilən şey, şəxsən məqsəd (qəsd olunan) olmalı, vəsilə olmamalıdır. Bundan dolayıdır ki, dəstəmaz almağı və ya tilavət səcdəsini nəzr etmək, səhih olmaz.

3. Nəzr edilən şey, hal-hazırda, vəcibə olan bir şey olmamalıdır. Bunun üçündür ki, məsələn: "Zöhr namazını qılmağı və ya başqa bir fərzi yerinə yetirməyi nəzr etmək, səhih olmaz." "Nihayə"də də belədir.

4. Nəzr edilən şey, nəfsi (özü) etibarı ilə, günah olmamalıdır. "Bahru'r-Raiq"də də belədir. Məsələn: Bir kimsə, "Allah üçün qurban bayramı günü oruc tutmaq, üzərimə vacib olsun." demiş olsa belə, o gün yeyər; başqa bir gün qəza edər. Çünki bu nəzr, səhihdir. Oruc tutmaq, binəfsihi (özü etibarı ilə), məşru (şəriətin icazə verdiyi şey); bayram günü oruc tutmaq isə, liğayrihi mənhi (başqası səbəbilə nəhy edilmiş)'dir. Çünki qurban bayramı günü oruc tutmaq, Allah Taala'nın dəvətinə icabəti tərk etməkdir. Ancaq -nəzrindən dolayı- o gün oruc tutmuş olan kimsənin üzərindən, oruc borcu düşər. Yəni, nəzri, yerinə gəlmiş olur. "Hidayə"də də belədir.

5. Yerinə yetirilməsi mümkün olmayan bir şeyi nəzr etməmək də, nəzrin sihhət şərtlərindəndir. Məsələn: Bir kimsə, "Dünən oruc tutmaq, üzərimə vacib olsun." deyə nəzr etmiş olsa, bu nəzri, səhih olmaz. "Bahru'r-Raiq"də də belədir.

(əl-Fətəva əl-Hindiyyə, "Kitabu's-Savm" / Oruc kitabı'ndan nəql)

-----------------------------------

Qurban ibadətilə bağlı nəzrlər və hökmləri:

Həm varlıya, həm də kasıba vacib olan qurban, nəzr edilən qurbandır. Məsələn: "Allah (rizası) üçün, üzərimə bir qoyun və ya bir dəvə kəsmək, (vacib olsun)." demək kimi...və ya "Bu qoyunu (və ya bu dəvəni), Allah üçün qurban edəcəm." demək kimi...

Yenə, qurban günlərində, qurban kəsmək nəzr edən bir kasıb, qurban kəsilən günlərdə varlanarsa, onun üzərinə 2 qurban kəsmək vacib olur. Çünki, o, nəzr edərkən, imkanından dolayı qurban kəsmək, ona vacib deyildi. Eyni günlərdə varlanınca, (ona bir qurban, nəzri üçün; digəri də, şəriət gərəyincə) 2 qurban kəsməsi lazımdır.

• Bir adam, qurban kəsmək üçün bir qoyun satın alıb, dililə də onu özünə vacib etdikdən sonra, başqa bir qurban daha satın alsa; imam əbu Hənifə və imam Muhamməd'ə görə, əvvəlki aldığını satması, caizdir. Hər nə qədər, ikinci alınanın qiyməti, birincidən nöqsan olsa belə, bu, belədir. Yalnız, aralarındakı fərqi, təsəddüq edər. Çünki əvvəlkini, özünə, dililə vacib etmişdir. Əvvəlkinin maliyyətini, Allah üçün qılmışdır. Ondan, nəfsi üçün bir əlavə ayıra bilməz. Bunun üçündür ki, o əlavəni təsəddüq edər.

Bəzi alimlərimiz: "Bu, kasıb olan şəxs üçün belədir. Varlı olan kimsənin, o əlavəni təsəddüq etməsi, lazım gəlməz." demişlərdir.

İmam şəmsu'l-əimmə (imamların günəşi) Səraxsi: "Səhih olanı, hər ikisinin də, birinci alınanın artıq olan qiymətini, təsəddüq etməsidir." demişdir.

Əgər qurban kəsmək varlıya vacib olmuşdursa, zimmətdə, məhəll, onun təyini ilə təyin olunar. Bu məhəllin təyini, maliyyətinin miqdarı qədərdir.

• Bir varlı, bir qurban satın aldığında, o, itər və başqa birini də satın alar; sonra da qurban kəsilən günlərdə, o itən qurbanı taparsa, bu varlı, onlardan istədiyini kəsə bilər.

• Əgər bir kimsə, kasıbdırsa, aldığı əvvəlki qurbanı öz nəfsinə vacib qılar, sonra o, itər; başqa birini də satın alar; və əvvəlkini də qurban günlərində taparsa, hər ikisini də kəsər.

Fətva, budur. "Fətəva Qadıxan"da da belədir.

• Bir adam, 10 ədəd qurban kəsməyi nəfsinə vacib qılsa, yəni, nəzr etsə, alimlər: "İkidən artığı, lazım olmaz." demişlərdir. Çünki xəbərdə, bu, 2 olaraq gəlmişdir. "Asl"da da, belə deyilmişdir.

Səhih olanı isə, nəzr edilən miqdarın hamısını qurban kəsməkdir. "Zahiriyyə"də də belədir.

• Bir adam, qurban etmək üçün bir qoyun satın aldıqdan sonra, onu satıb, eyni qurban günlərində, başqa bir qoyun satın alsa, bu halda, 3 ehtimal vardır:

~ Birinci ehtimal: "Qurban olsun" niyyətilə satın almış ola bilər.

~ İkinci ehtimal: "Qurban olsun" niyyətilə satın almadığı halda, sonradan qurban olsun deyə niyyət etmiş ola bilər.

~ Üçüncü ehtimal: "Qurban olsun" niyyətilə satın almadığı halda, sonradan onu, dililə, öz üzərinə vacib edər. Və: "Allah üçün üzərimə qurban kəsmək, vacib olsun." deyər. Və: "bu il..." deyə də qeyd gətirə bilər.

• Birinci cəhətdə, "Zahiru'r-Rivayə"yə görə, dililə öz üzərinə vacib etməz isə, heyvanın qurban olması lazım gəlməz.

İmam əbu Hənifə və imam əbu Yusuf'un rəvayətinə görə, yalnız, niyyəti səbəbilə, onu qurban kəsməsi -dililə vacib qıldığı kimi- vacib olur.

Bu görüşü, imam əbu Yusuf və bəzi mütəaxxirun alimləri götürmüşlərdir.

• "Muntəqa"da, imam Muhamməd'in belə dediyi rəvayət edilmişdir:

“Bir adam, qurban kəsmək niyyətilə bir qoyun alar və bu qoyunu satın alarkən də, niyyətini açığa çıxarmayıb gizləyərsə, bu qoyun, yenə də qurban olar.”

• Əgər bu şəxs, qurban günlərindən əvvəl səfərə çıxar və qoyunu da satarsa, qurban, üzərindən düşər. Buna, səfəriliyi səbəb olmuşdur.

• İkinci cəhət isə: Niyyətsiz olaraq qurban alar; sonra da onun qurban olmasını niyyət edərsə, "Zahiru'r-Rivayə"də, bu, zikr edilməmişdir.

İmam əbu Hənifə'nin belə dediyini, Həsən b. Ziyad rəvayət etmişdir:

"O da, qurban edilər. Əgər satarsa, bu satışı da caiz olar."

Biz də, bu görüşü götürürük.

Lakin bir qoyun satın alar, onu da dililə özünə vacib qılarsa, bu, üçüncü cəhətdir ki, bütün alimlərə görə, bunu, qurban etmək lazımdır. "Fətəva Qadıxan"da da belədir.

• Satın alınan bir qoyun, niyyətsiz olaraq qurban kəsilsə, satın alınarkən edilən niyyət, kifayət edir və bu qurban, caiz olur. Kərdəri'nin "Vəciz"ində də belədir.

• Əgər birinci qoyunu 20 dirhəmə satar və satılan bu qoyun, müştərinin yanında qiymətlənib 30 dirhəmə çıxarsa, imam əbu Hənifə və imam Muhammədə görə, birinci satış, caizdir. Və artan əlavəni, təsəddüq etmək lazımdır.

İmam əbu Yusuf'a görə, əvvəlkini satmaq, batildir. Və onu, müştəridən geri almaq lazımdır. "Tatarxaniyyə"də də belədir.

• Bir kimsə, ticarət üçün satın aldığı bir qoyunu, sonradan nəfsinə dililə qurban olaraq vacib qılsa, onu, qurban etməsi lazımdır.

Əgər belə etməz və qurban kəsmə günləri çıxarsa, onu, təsəddüq edər. "Havi"də də belədir.

• Bir kimsə, 2 qoyun qurban kəssə, əsahh (ən doğru) olan, ikisinin də qurban olmasıdır. Həsən, imam əbu Hənifə'dən, belə rəvayət etmişdir. 1 qoyun və ya 2 qoyun kəsməkdə, bir beis yoxdur. Səraxsi'nin "Muhit"ində də belədir.

• "Nəvazil"də, belə zikr edilmişdir:

Muhamməd b. Sələmə: "Bir adam, 2 qoyun qurban kəsdiyində, onlardan yalnız 1-i qurban olar." demişdir.

Digər alimlər isə: "İkisi də qurban olar." demişlərdir.

Sadru'ş-Şəhid də, "Vaqiət" adlı kitabında, bu görüşü götürmüşdür.

Həsən'in, imam əbu Hənifə'dən rəvayətinə görə: "1 və ya 2 qurban kəsməkdə, bir beis yoxdur."

Həqiqətən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, hər il, 2 qoyun qurban etdiyi; və Hudeybiyyə ilində, 100 dəvə qurban kəsdiyi, təshih edilmişdir. "Muhit"də də belədir.

• Bir adam, 30 dirhəmə qurbanlıq 2 qoyun aldığında, bunlardan biri digərindən üstün olarsa, bu 20 dirhəmə alınanın xilafınadır. Çünki 30 dirhəmə alınan 2 qoyunun biri, digərindən yaş və ya böyüklük cəhətindən digərindən üstündür. 20 dirhəmə alınanda, belə bir hal olmaz.

Əgər 20 dirhəmə satın alınan 2 qoyundan biri, digərindən üstün olar və 30 dirhəmə alınan 2 qoyunun biri, digərindən üstün olmazsa, hökm, yuxarıdakının eynisidir. "əl-Fətəva əl-Kubra"da da belədir.

• Bir adam, qurban kəsməyi nəzr etdiyi halda, inək, dəvə, qoyun, keçi deyə bir şey bildirməsə, onun, bir qoyun kəsməsi lazımdır.

Nəzr edən şəxs, bu qurbanın ətindən yeyə bilməz. Əgər yesə, qiymətini təsəddüq edər. Kərdəri'nin "Vəciz"ində də belədir.

• "Allah üçün qoyun kəsmək, üzərimə vacib olsun." deyən bir kimsə, dəvə və ya inək kəsə bilər. Bu, caizdir. "Siraciyyə"də də belədir.

-------------------------------------------

Nəzr qurbanının əti

• Əgər bir adam, nəzr etmək surətilə qurbanı öz üzərinə vacib qılmışdırsa, o vaxt, özünün və nəfəqəsi öz üzərinə vacib olanlarla varlı olan kimsələrin, o qurbanın ətindən yemələri, caiz olmaz. Nəzr edən şəxsin varlı və ya kasıb olması, eynidir.

• Nəzr qurbanının ətindən yeməyin yolu, təsəddüqdür. Təsəddüq edən şəxsin, öz sədəqəsindən yeməsi və varlılara yedirməsi, caiz deyildir. "Təbyin"də də belədir.

• Nəzr edilmiş qurbana gəlincə, sahibi, istər varlı olsun, istərsə kasıb, özü və varlı olan kimsələr, onun ətindən yeyə bilməzlər. "Nihayə"də də belədir.

• Bişr b. Vəlid, imam əbu Yusuf'un, belə dediyini rəvayət etmişdir:

"Bir adamın, 9 nəfər ailə üzvü olar, 10-cusu da, özü olar və öz nəfsi və ailə üzvləri üçün, 10 qoyun qurban kəsər; lakin heç bir qoyuna öz nəfsi üçün niyyət etməz; ancaq 10 qoyuna özü və ailə fərdləri üçün niyyət edərsə, bu, istihsanda, caiz olar."

Bu, imam əbu Hənifə'nin qövlüdür. "Muhit"də də belədir.

(əl-Fətava əl-Hindiyyə, "Kitabu'l-Udhiyyə")

-------------------------------------------

Əlavələr:

Heyvan necə kəsilməlidir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/heyvan-nec%C9%99-k%C9%99silm...

Qurban fiqhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qurban-fiqhi?fbclid=IwZXh0bg...

Əqiqə qurbanı

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99qiq%C9%99-qurbani

 

 

 

 

 

 

 

 

 

 

 

Read 3 times
In order to make a comment, please login or register