Əqiqə qurbanı

Yeni doğulan uşağın başındakı saça, ərəb dilində, "əqiqə" deyilir. Əqiqə qurbanı kəsildiyi gün, uşağın saçı kəsildiyi üçün, qurbana da, "əqiqə" adı verilmişdir. Cahiliyyə dövründə, ərəblər arasında əqiqə qurbanı kəsmək, adət idi.

---------------------------

4 məzhəbin bu xüsusda görüşləri:

Hənəfi məzhəbinə görə:

Oğlan və qız uşağı üçün əqiqə (doğmasının 7-ci günü, insanlara ziyafət üçün kəsilən) qurbanı və uşağın saçını kəsmək, mübahdır. Bu, sünnət və vacib deyildir. Kərdəri'nin "Vəciz"ində də belədir.

• İmam Muhamməd, əqiqə qurbanı haqqında, belə deyir: "İstəyən bunu edər, istəməyən etməz."

Bu, mübah olmasına dəlildir. Sünnət olmasını isə, mən/əngəlləməkdir (yəni, bu, sünnət deyildir).

"Camiu's-Sağir" kitabında da: "İstər oğlan uşağı, istərsə də qız uşağı olsun, əqiqə qurbanı yoxdur." deyilməklə, onun kərahətinə (məkruhluğuna) işarət edilmişdir. "Bədai"də də belədir.

("əl-Fətəva əl-Hindiyyə", "Kitabu'l-Kərahiyyat")

------------------------------

Digər məzhəblərin görüşləri:

Malik b. Ənəs, Əhməd b. Hənbəl və Şafi'yə görə, əqiqə qurbanı kəsmək, sünnət; Zahiri məzhəbinə görə isə, vacibdir.

------------------------------

Fəqihlərin əksəriyyətinə görə, əqiqə qurbanı, qoyundan ola biləcəyi kimi; inək və dəvədən də kəsilə bilər. İmam Malik'ə görə isə, qoyun kəsilməsi, əfdaldır. Qurban ediləcək heyvanda olması lazım gələn vəsflər cəhətindən, əqiqə də, qurban bayramında kəsilən qurban kimidir. Əti haqqındakı hökm də, eynidir.

Əqiqə qurbanının, uşağın doğmasının 7-ci günü kəsilməsi, müstəhəbdir. Eyni gün saçları kəsilərək uşağa ad qoyulması və kəsilən saçları ağırlığınca gümüş və ya qızılın sədəqə olaraq verilməsi də, müstəhəbdir. Mövzu ilə bağlı hədislərin hamısında gümüş zikr edilməkdə; fəqihlərin qızıl da təsəddüq edilə biləcəyi şəklindəki görüşləri isə, qiyasa söykənməkdədir. Qurban 7-ci gün kəsilməzsə, Aişə (radiyallahu anha)'nın bildirdiyinə görə, 14-cü və ya 21-ci günlərdə kəsilə biləcəyi kimi; daha əvvəl və ya sonra kəsilməsi də, caizdir.

Hənbəli'lərə görə, əqiqə qurbanı kəsmək, fitrə sədəqəsində olduğu kimi, atanın vəzifəsidir; başqası, kəsə bilməz. Ancaq onun ölümü və ya kəsməkdən çəkinməsi halında, başqası tərəfindən kəsilə bilər.

Şafii'lərə görə isə, bu vəzifə, uşağın nəfəqəsini təmin etməklə mükəlləf olan şəxsə aiddir.

Bu xüsusda rəvayət edilən bir hədisdən başa düşüldüyünə görə, ata, ana və ya bir başqası kəsə bilər.

Aişə (radiyallahu anha)'dan gələn bir rəvayətə istinad edən imam Şafi və Hənbəli'lərə görə, uşağın sağlığı üçün bir uğur sayılaraq, əqiqənin sümüklərinin qırılmadan məfsəllərindən ayrılması lazımdır. Maliki'lərə görə isə, uşağın bəşəri hərisliyinin qırılmasına vəsilə olması üçün, cahiliyyə dövründəki tətbiqatın əksini etmək məqsədilə, əqiqənin sümükləri qırılmalıdır.

Əqiqə qanını uşağın başına sürtmək, məkruhdur.

-------------------------------------

Əlavələr:

Heyvan necə kəsilməlidir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/heyvan-nec%C9%99-k%C9%99silm...

Qurban fiqhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qurban-fiqhi

Nəzr qurbanı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99zr-qurbani-fiqhi

 

 

 

 

 

 

Read 2 times
In order to make a comment, please login or register