Qurban fiqhi
Kitabu'l-Udhiyyə (Qurbanlar)
Bu kitabda:
1. Qurbanın mənası, rüknü, sifəti, şərtləri, hökmü və kimə vacib olub kimə vacib olmadığı;
2. Nəzr və nəzr mahiyyətindəki qurbanların vacib olması;
3. Qurban kəsməyin vaxtı;
4. Qurban xüsusunda zaman və məkana aid olan məsələlər;
5. Qurban olaraq kəsilə biləcək heyvanlar;
6. Qurbanda müstəhəb olan xüsuslar;
7. Başqasının yerinə qurban kəsmək və başqasının qurbanını öz adına kəsmək;
8. Qurbanda şərikliyə dair olan şeylər;
9. Qurban mövzusunda fərqli məsələlər olmaq üzərə, 9 bab vardır.
-----------------------------------------------------------
Birinci Bab: Qurbanın mənası, rüknü, sifəti, şərtləri, hökmü və Qurbanın kimə vacib olub kimə vacib olmadığı
• Şəriətdə, qurban: Xüsusi yaşa gəlmiş və Allah Taala'ya yaxınlıq niyyətilə, xüsusi günlərdə kəsilən, şərtləri və səbəbi olan heyvandır. "Təbyin"də də belədir.
• Qurbanın rüknü: Xüsusi günlərdə, qurban niyyətilə boğazlanması caiz olan bir heyvanı kəsməkdir. Çünki bir şeyin rüknü, o şeyin məqamına qaim olan şeydir. Qurban da, bu felin yerinə qaimdir və onun rüknüdür. "Nihayə"də də belədir.
• Qurbanın sifətinə gəlincə: Qurban, 2 növdür:
1. Vacib;
2. Müstəhəb (=nafilə).
• Vacib olan qurbanın da növləri vardır:
1. Həm varlıya, həm kasıba vacib olan qurban;
2. Varlıya deyil, kasıba vacib olan qurban;
3. Kasıba deyil, varlıya vacib olan qurban.
1. Həm varlıya, həm də kasıba vacib olan qurban, nəzr edilən qurbandır. Məsələn: "Allah (rizası) üçün, üzərimə bir qoyun və ya bir dəvə kəsmək, (vacib olsun)." demək kimi...və ya "Bu qoyunu (və ya bu dəvəni), Allah üçün qurban edəcəm." demək kimi...
Yenə, qurban günlərində, qurban kəsmək nəzr edən bir kasıb, qurban kəsilən günlərdə varlanarsa, onun üzərinə 2 qurban kəsmək vacib olur. Çünki, o, nəzr edərkən, imkanından dolayı qurban kəsmək, ona vacib deyildi. Eyni günlərdə varlanınca, (ona bir qurban, nəzri üçün; digəri də, şəriət gərəyincə) 2 qurban kəsməsi lazımdır.
• Nafilə qurbana gəlincə: Bunlar:
~ bir qonaq üçün kəsilən qurban; və ya
~ kasıbın -qurban deyə nəzr etmədən kəsdiyi; və qurban olsun deyə satın almadığı- qurbandır.
Çünki bunlarda, qurban olmağın şərtləri yoxdur.
Lakin bir kasıb -varlı deyil- qurban olsun deyə bir qurbanlıq satın alsa, ona, onu kəsməsi vacibdir. Varlı eynisini edərsə, ona, vacib olmaz.
• Bir adamın bir qoyunu olduğunda, onu, qurban kəsməyə niyyət edər; və ya bir qoyun satın aldığında, satın alarkən onu qurban etmək niyyəti olmadığı halda, sonradan buna niyyət edərsə, -istər varlı olsun, istərsə də kasıb- onu qurban etməsi, vacib olmaz.
• Ancaq, -kasıba deyil- varlı olana, nəzr etmədən və satın alarkən, niyyət etmədən, əksinə, həyat nemətinə şükür və (İbrahim) Xəlilin mirasını ihya etmək üçün, -bu günlərdə, Özünə Allah tərəfindən bir qoç kəsməsi əmr edildiyi- vacib olur. "Bədai"də də belədir.
• Bir kimsəyə qurbanın vacib olması üçün, bu şərtlər vardır:
1. Varlı olmaq. Yəni, qurban kəsəcək kimsənin, fitrə sədəqəsi verə biləcək qədər imkanı olması lazımdır. Zəkat verəcək qədər deyil...
2. Ağıllı olmaq.
3. Büluğ yaşına girmək.
Bu (son) 2 şərtə sahib olmayanlar varlı olarlarsa, ataları və ya varisləri, qurbanlarını kəsə bilərlər. Ancaq o kəsilən qurban ilə, sədəqə verə bilməzlər. Və uşağa, təzminat da ödəməzlər. Bu, əbu Hənifə və Əbu Yusufa görədir. Əgər onu sədəqə verərlərsə, təzminat ödəyərlər. Səraxsi'nin "Muhit"ində də belədir.
Fətva, imam əbu Yusuf'a görədir.
Hətta imam əbu Yusuf'a görə, uşaq və dəlinin vasisi, belə bir şey edərsə, təzmin ödəyər. Səraxsi'nin "Muhit"ində də belədir.
4. Müsəlman olmaq. Kafirə, qurban kəsmək, vacib deyildir. Hətta qurban kəsəcək kimsənin, davamlı müsəlman olması da, şərt deyildir. Əvvəldən kafir olduğu halda, qurban kəsiləcək günlərdə müsəlman olsa, ona da, qurban kəsmək vacib olur. Bu məsələdə, qurban kəsilən günlərin son vaxtına etibar edilir.
5. Azadlıq. Bu da, qurbanın vacib olmasının şərtlərindəndir. Nökərin qurban kəsməsi, vacib deyildir. Hər nə qədər, nökərə, ticarət etməyə icazə verilmiş və ya o, mükatəb (azad edilməsi, bəzi şərtlərə -mal qazanmaq və ya bir müddət xidmət etmək kimi nəticəyə- bağlı olan nökər və ya cariyə) qılınmış olsa belə, bu, belədir (yəni, vacib deyildir.) Və vaxtın (qurban kəsilmə günlərinin) əvvəlində azad olması, şərt deyildir. Əksinə, qurban kəsmə vaxtının axırında azad olsa, qurban kəsməsi vacibdir. Bununla bərabər, nisab miqdarına malik olarlarsa, o vaxt, ona, qurban kəsməsi vacib olar.
6. İqamə (yəni, səfəri olmamaq) da, qurbanın vacib olmasının şərtlərindəndir. Səfəri olan kimsəyə, qurban kəsmək, vacib deyildir.
Bütün vaxtlarda iqamət də, şərt deyildir. Əvvəl muqim, sonra səfəri; qurban kəsmə günlərində isə, muqim olan kimsəyə, özündə digər şərtlər də olunca, qurban kəsmək, vacib olur.
Bir varlı, qurban niyyətilə bir qoyun aldıqdan sonra səfərə çıxar və qurban kəsiləcək günlərdə səfəri olarsa, "Muntəqa"da, imam Muhamməd'in, belə dediyi rəvayət edilmişdir: "O qoyunu qurban etmək, lazım gəlməz və satıla bilər."
Alimlər, bu xüsusda, belə demişlərdir:
Bu, varlı olan üçün belədir. Lakin bir kasıb, qurban kəsmək niyyətilə bir qoyun alar, səfərə getsə belə, o qoyunun, qurban edilməsi lazımdır.
Bu halda, səfər, qurban bayramı günləri gəldikdən sonra da olsa, əvvəl də olsa, belədir.
Bu danışdıqlarımız, kişi və qadın haqqında eynidir. "Bədai"də də belədir.
• Qurban kəsməyin hökmü: Dünyada vacib öhdəliyini yerinə gətirmiş olmaq; axirətdə isə, Allah Taala'nın fəzlilə, savaba nail olmaqdır. "Ğiyasiyyə"də də belədir.
Varlı kimdir?
• Varlı: "Zahiru'r-Rivayə"də, 200 dirhəm (təxminən 660 qram) gümüşə və 20 dinara (haşiyə), yaxud, bu qiymətdə başqa mala sahib olan kimsə deməkdir. Ev, ev əşyası, minik, xidmətçi, zəruri olan şeylər, bunun xaricindədir. Bunlardan başqa olan otlaq heyvanları, nökər və cariyələr, ticarət əşyaları və daha başqa şeylər, sahibini, varlı qılmaqdadır.
--------------------------------
(Haşiyə:
Dinar: bir fiqh termini olaraq, 10 şər'i dirhəm (28 qram) xalis gümüş qiymətindəki qızıl pul vahidini ifadə edir.
Dinar, 1 misqal ağırlığındakı qızıl sikkə üçün də istifadə edilir.
20 dinar = 20 misqal (təxminən 90 qram) qızıla bərabərdir.
---------------------------------
Mütəaxxirun alimlər, öz adına aqarı (haşiyə) olan şəxs haqqında, ixtilaf etmişdirlər:
~ Zəfərani və fəqih Aliyyu'l-Razi, bu aqar'ın qiymətinə;
~ əbu Aliyyu'l-Dəqqaq və başqaları isə, bu aqar'ın gəlirinə etibar etmişlərdir.
əbu Aliyyu'l-Dəqqaq: "Bir kimsənin sahib olduğu aqar'ın gəliri, bir illik nəfəqəni gətirirsə, ona, qurban düşür." demişdir.
Bəziləri də: "O, bir aylıq nəfəqə gətirirsə; və 200 dirhəmi də varsa, bu şəxsə qurban düşür." demişlərdir.
Əgər aqar, o adama vəqf edilmişdirsə, o vaxt, baxılar:
Əgər qurban günlərində, (200 dirhəmi və ya daha çox dirhəmi varsa, o adama da, qurban kəsmək, vacib olur; deyilsə, olmaz.) "Zahiriyyə"də də belədir.
------------------------------------
(Haşiyə:
Aqar: Lüğətdə, "ərazi, ağac, ev əşyası, əşyanın ən yaxşısı" kimi mənalara gələn "aqar", fiqh termini olaraq, daha dar mənada, yalnız, qeyr-i mənqul (daşınmaz əmlak) malları əhatə etməkdədir.
Xalq arasında, ümumi olaraq, kirayə verilmək surətilə gəlir təmin edən mülkə "aqar" deyilirsə də, İslam hüququnda, "daşınmaz mal və ərazi" mənasında istifadə edilməkdədir.
Hənəfilər, ərazi üzərindəki binalarla ağaclara 2 cəhətdən baxmış və bunları, tək başlarına - mənqul (daşına bilən); ərazi ilə bərabər ələ alınca da, ona tabe olaraq - qeyr-i mənqul saymışlardır.)
-------------------------------------
• Bir adamın borcu olduğunda, onu ödəyincə, geridə nisab miqdarına (200 dirhəm gümüş və ya 20 misqal qızıl və ya bu dəyərə malik pul) malik bir şey qalmazsa, ona, qurban vacib olmaz.
• Yenə, malı olar, lakin itər və qurban günlərində əlinə keçməzsə, bu şəxsə də qurban, vacib olmaz. Yəni, o kimsə, bu hallarda, varlı sayılmaz.
• Bir adam, qurban kəsiləcək günlərin başlanğıcında kasıb olsa, sonlarında isə varlansa, onun qurban kəsməsi, vacib olur.
• Əgər bir adamın hal-hazırda 200 dirhəmi olar və onun 5 dirhəmini zəkat olaraq verər; sonra da qurban günləri gələrsə, bu adamın əlində olan 195 dirhəm haqqında, bir rəvayət yoxdur.
Yalnız Zəfərani: "Ona, qurban düşür. Çünki o, sərfiyyatı, (Allaha) yaxınlıq üçün etmişdir. Bu isə, təqdirən qaim olur. (Yəni, bu isə, nə qədər təqdir etdiyinə bağlıdır.) Əgər nəfəqə olaraq xərcləsəydi, ona, qurban düşməzdi." demişdir.
• Varlı bir adam, qurbanlıq üçün bir qoyun satın aldığında, o, zay olar və onun zay olması ilə nisabdan düşüb kasıblayar və o halda ikən də, qurban kəsmə günləri gələrsə, bu şəxsin, ikinci bir qoyun alması, lazım gəlməz.
• Bu şəxs, kasıb halda ikən, o itən qoyununu taparsa, onu, kəsməsi də lazım gəlməz.
• Əgər aldığı qoyun itər; sonra -kasıb olduğu halda- bir dəfə də satın alarsa, onu, qurban kəsər. Sonra da, əvvəlki itən qoyununu taparsa, -özünün kasıblaması halında- bir şey lazım gəlməz. Yəni, onu da qurban olaraq kəsməz. "Bədai"də də belədir.
• Bir qadın, mehrindən dolayı, -bu mehir, ərindədirsə- varlı sayılır.
Bu, İmameyn'ə görə belədir. İmam əbu Hənifə'yə görə isə, bu halda, qadın, varlı sayılmaz.
"Bu ixtilaf, muaccəl olan mehr (haşiyə) haqqındadır. Muəccəl olan mehrə gəlincə isə, icma ilə, qadın, varlı sayılmaz." deyilmişdir.
-----------------------------
(Haşiyə:
Kişi evlənərkən, xanımına verdiyi və ya verməyi üzərinə götürdüyü pula və ya mala, "mehr" deyilir.
Evlilik sırasında, yerində ödənən mehrə - "muaccəl mehr"; ödənməsi sonraya buraxılan mehrə isə - "muəccəl mehr" adı verilir.
-------------------------------
• "Əcnas" kitabında, belə deyilmişdir:
~ Bir çörəkçinin yanında 200 dirhəm qiymətində buğdası; və ya
~ Duzçunun yanında 200 dirhəm qiymətində duzu; və ya
~ Bir qassar (paltar yuyan, ağardan şəxs)'in yanında 200 dirhəm qiymətində sabunu
varsa, bunlara da qurban kəsmək vacib olur. "Muhit"də də belədir.
• Bir adamın yanında, maddi dəyəri 200 dirhəm edən bir Mushafı (Quranı) olduğunda, bu şəxs onu oxuyursa, ona qurban kəsmək lazım gəlməz. Əgər onu oxumağı bilmirsə, ona qurban kəsmək lazımdır.
Əgər kiçik uşağı var və ona vermək üçün saxlayırsa, o uşağı müəllim yanına göndərənə qədər, qurban kəsər.
Hədis, fiqh və digər elmi kitablar da, belədir (yəni, bu hökmdədir). "Zahiriyyə"də də belədir.
• "Suğra" kitabında, belə deyilmişdir:
Bir kimsə, kitablar səbəbilə varlı sayılmaz. Ancaq hər növdən 2 kitab olarsa, o vaxt, varlı sayılır.
əbu Hafs və əbu Süleyman'ın, imam Muhamməd'dən rəvayət etdiklərinə görə, təfsir və hədis kitablarının hər birindən 2-dən çox olmadıqca, qurban düşməz.
Tibb, nücum (ulduzlar), ədəb və bənzəri kitabların qiyməti nisab miqdarına malik olarsa, sahibi, varlı sayılır. Kərdəri'nin "Vəciz"ində də belədir.
• "Əcnas" kitabında, belə zikr edilmişdir:
Bir adam, qiyməti 200 dirhəm olan bir eşşəyi minik və (digər) ehtiyaclarını görmək üçün satın aldığında, ona, qurban düşməz.
Yenə, bir adamın, biri qış, biri də yay olmaq üzərə 2 evi və ona görə də ev əşyası olarsa, o şəxs, bu səbəbdən varlı sayılmaz.
Əgər üçüncü bir evi olar və onun da qiyməti 200 dirhəm olarsa, bu şəxsə, qurban vacib olar.
Üçüncü evin əşyası da belədir.
Bir qazinin 2 atı olmaqla, o, varlı sayılmaz. Üçüncü atı olarsa, varlı sayılır.
Qazinin hər cinsdən 2 ədəd hərb aləti olar və ikinci silahların qiyməti 200 dirhəm olarsa, varlı sayılır.
• Fətva kitablarında, belə zikr edilmişdir:
Şəhər əmir'inin, 1 atı və 1 eşşəyi olsa, o, varlı sayılmaz. Əgər bunların hər biri 2 ədəd olar və qiymətləri də 200 dirhəm olarsa, varlı sayılır.
• Bir əkinçi, 2 öküz və əkinçilik alətlərilə, varlı sayılmaz; 1 inəyi də olarsa, varlı sayılır.
Əgər 3 öküzü olar və onlardan hər birinin qiyməti də 200 dirhəm olarsa, varlı sayılır.
Bir kimsə, 3 paltarı olmaqla, varlı sayılmaz. Bunlardan biri, günlük; digəri, həftəlik; üçüncüsü də, bayramlıq paltarıdır. Ancaq dördüncü paltarı ilə, -və nisaba malikdirsə- varlı sayılır.
• Bir kimsənin sahib olduğu bağın dəyəri 200 dirhəmə bərabərdirsə, o adam, varlıdır. "Xülasə"də də belədir.
• Bir adam, büluğ yaşına çatmış oğlu və xanımının qurbanlarını, onların icazəsi olmadan, kəsə bilməz.
Kiçik uşağa gəlincə, "Zahiru'r-Rivayə"də, imam əbu Hənifə'dən, bu xüsusda, 2 rəvayət vardır:
~ Qurban, fitrə sədəqəsi kimi deyildir. Və bu halda, qurban kəsməsi də vacib deyildir; kəsərsə, müstəhəb olar.
~ Həsən b. Ziyad'ın, imam əbu Hənifə'dən rəvayətinə görə:
"Kiçik uşağı üçün atasının qurban kəsməsi, vacib olar. Bir baba da, atası olmayan uşağı üçün, beləcə qurban kəsər."
Fətva isə, "Zahiru'r-Rivayə"yə görədir.
Əgər kiçik uşağın nisaba malik malı vardırsa, bəzi alimlər:
"Onun atasının, bu uşaq adına qurban kəsməsi lazımdır." demişlərdir. "Fətəva Qadıxan"da da belədir. Əsahh (ən doğru) olan da, budur. "Hidayə"də də belədir.
əbu Hənifə'nin qövlünə görə, fitrə sədəqəsinə qiyasla, vasi'nin (uşaq, yetim, xəstə, dəli kimi zəif kimsələrin mal və işlərini idarə edən kimsə), uşağın malından qurban kəsməsi lazımdır. Lakin uşaq onu yeyər, əgər bu şeydən artar və onu da toplaya bilməzsə, bunun yerinə, özündən faydalana biləcəyi bir şeyi satın alıb saxlaya bilər. "Fətəva Qadıxan"da da belədir.
• Əsahh olanı, kiçiyin malından qurban kəsməyin vacib olmaması və onun malından sərf olunmamasıdır. "Muhit"də də belədir.
• "Kiçiyin malından, ata və vasinin qurban kəsməsinin lazım gəlmədiyi" rəvayətinə nəzərən, əgər ata qurban kəsəcək olarsa, imam əbu Hənifə və imam əbu Yusuf'a görə, təzminat lazım gəlməz. Fətva da, buna görədir.
Əgər vasi belə edərsə, imam Muhamməd'ə görə, təzmin etməsi lazımdır.
Alimlər, imam əbu Hənifə'nin qövlündə, ixtilaf etdilər:
~ Bəziləri: "Ataya təzminat lazım gəlmədiyi kimi; vasiyə də təzminat lazım gəlməz." demiş;
~ Bəziləri də: "Əgər kəsilən qurbanın ətini uşaq yesə, təzminat lazım gəlməz; deyilsə, lazımdır." demişlərdir.
• Ağlı nöqsan və dəli olanlar da, uşaq hökmündədirlər. Lakin dəli olub, sonra sağalan kimsə, sağlam adam kimidir. "Fətəva Qadıxan"da da belədir.
• Bir adama, nökəri və ümmü vələdi (sahibindən uşaq sahibi olan nökər qadın) üçün qurban kəsmək, vacib deyil. "Multəqit"də də belədir.
• Bir kimsənin, nökərləri üçün qurban kəsməsi, müstəhəbdir. "Tatarxaniyyə"də də belədir.
• Uşaq, qurban günlərində büluğ çağına girər və özü də varlı olarsa, icma ilə, qurban kəsməsi vacib olar. "Bədai"də də belədir.
• Səfəri və ehramlı olan hacılara -əgər Məkkəli deyillərsə- qurban kəsmək, vacib olmaz. "Tahavi Şərhi"ndə də belədir.
Qurban, kimə, nə vaxt və necə vacib olur?
• Qurbanın vücubunun (vacibliyinin) keyfiyyətinə gəlincə, qurban kəsiləcək vaxtda, qurban kəsəcək olan şəxsin, buna ədaən gücünün çatması lazımdır.
Bunun üçün, vaxtın əvvəli, ortası və sonu, eynidir.
Buna görə, özünə, vaxtın əvvəlində qurban kəsmək vacib olmayan şəxs, sonunda buna əhil olsa (Məsələn: əvvəl kafir və ya nökər, yaxud kasıb və ya səfəri olan bir kimsə, sonra əhil olarsa, yəni, qurban günləri çıxmadan müsəlman, azad, varlı və muqim/iqamət edən, səfəri olmazsa), ona, qurban kəsmək vacib olur.
• Əgər vaxtın əvvəlində əhil olar; sonra da əhliyyətini itirərsə (məsələn, din dəyişdirmə və ya kasıblama və ya səfəri olmaq kimi), o vaxt, ona, qurban kəsmək, vacib olmaz.
• Qurban günlərinin əvvəlində, bir qurbanı, kasıb olaraq kəsən şəxsə, səhih olan, bu qurbanı iadə etməsidir.
• Əgər qurban kəsiləcək günlərin hamısında varlı olar; sonra da kasıblayarsa, qurban almağa gücü çatdığında, onun qarşılığını təsəddüq edər.
• Əgər qurban günlərinin hamısında varlı olduğu halda, qurban kəsmədən ölərsə, ondan, qurban düşər.
• Bir kimsə, qurban günlərində, kəsəcəyi qurbanın qarşılığını və ya özünü sədəqə versə, bu, qurban yerinə keçməz.
Niyabətən (haşiyə) qurban kəsmək
• Qurban kəsmədə niyabət, caizdir.
Bir insan, öz nəfsi üçün qurban kəsdiyi kimi; başqasının icazəsilə və niyabətən, onun yerinə, onun qurbanını kəsə bilər.
Çünki bu, malla əlaqəli olan yaxınlıqdır. Bunda niyabət, caridir.
Özünə icazə verilən kimsənin, müsəlman və ya kitab əhli olması, eynidir.
----------------------
(Haşiyə:
Niyabət: lüğətdə, "bir xüsusda, başqasının yerinə keçmək, onun adına hərəkət etmək" mənasına gələn "niyabət" kəliməsi, bir fiqh termini olaraq, “hüquqi mövzularda, başqasının adına və / və ya hesabına iş görməyi, ibadət mövzularında başqasının yerinə bəzi dini vəzifələri yerinə yetirmə”yi ifadə edir.
~ Başqasının yerinə hərəkət edən şəxsə - Naib;
~ Əsl səlahiyyətli və mükəlləfə - Mənub anh;
~ Səlahiyyət vermə və ya vəzifələndirmə işinə də - İnabə deyilir.
Aralarında ümum-xüsus münasibəti olmaqla birlikdə, bəzən "niyabət" mənasında, "vəkalət", "inabə" mənasında "təvkil" və "təfviz" terminləri də istifadə edilir.
----------------------
Vaxtında kəsilməyən qurban
• Vaxtında kəsilməyən qurbanlar, ya şəxsən və ya onun qiyməti təsəddüq edilər (sədəqə verilər).
Qurban edilməsi istənilən qoyun, qurban günlərində qurban edilməzsə, o günlər keçdiyində, o qoyunun şəxsən təsəddüq edilməsi lazımdır. Bu qoyunun sahibi, istər varlı olsun, istər kasıb, fərqi yoxdur.
• Yenə, varlı bir kimsə, qurban kəsmək üzərə bir qoyun alar və onu kəsmədən də, qurban kəsmə günləri çıxarsa, onun qarşılığını təsəddüq edər və ya o qoyunun şəxsən özünü təsəddüq edər.
• Qurban kəsməyin vacib olması ilə rəcəb ayında bütlər adına və onlara təzim olsun deyə qurban kəsmək, qadağan edilmiş oldu. "Bədai"də də belədir.
Allah, ən gözəl biləndir…
--------------------------------------------------------------------------------
İkinci bab: Nəzr və nəzr mahiyyətindəki qurbanların vacib olması
• Bir adam, qurban kəsmək üçün bir qoyun satın alıb, dililə də onu özünə vacib etdikdən sonra, başqa bir qurban daha satın alsa; imam əbu Hənifə və imam Muhamməd'ə görə, əvvəlki aldığını satması, caizdir. Hər nə qədər, ikinci alınanın qiyməti, birincidən nöqsan olsa belə, bu, belədir. Yalnız, aralarındakı fərqi, təsəddüq edər. Çünki əvvəlkini, özünə, dililə vacib etmişdir. Əvvəlkinin maliyyətini, Allah üçün qılmışdır. Ondan, nəfsi üçün bir əlavə ayıra bilməz. Bunun üçündür ki, o əlavəni təsəddüq edər.
Bəzi alimlərimiz: "Bu, kasıb olan şəxs üçün belədir. Varlı olan kimsənin, o əlavəni təsəddüq etməsi, lazım gəlməz." demişlərdir.
İmam şəmsu'l-əimmə (imamların günəşi) Səraxsi: "Səhih olanı, hər ikisinin də, birinci alınanın artıq olan qiymətini, təsəddüq etməsidir." demişdir.
Əgər qurban kəsmək varlıya vacib olmuşdursa, zimmətdə, məhəll, onun təyini ilə təyin olunar. Bu məhəllin təyini, maliyyətinin miqdarı qədərdir.
• Bir varlı, bir qurban satın aldığında, o, itər və başqa birini də satın alar; sonra da qurban kəsilən günlərdə, o itən qurbanı taparsa, bu varlı, onlardan istədiyini kəsə bilər.
• Əgər bir kimsə, kasıbdırsa, aldığı əvvəlki qurbanı öz nəfsinə vacib qılar, sonra o, itər; başqa birini də satın alar; və əvvəlkini də qurban günlərində taparsa, hər ikisini də kəsər.
Fətva, budur. "Fətəva Qadıxan"da da belədir.
• Bir adam, 10 ədəd qurban kəsməyi nəfsinə vacib qılsa, yəni, nəzr etsə, alimlər: "İkidən artığı, lazım olmaz." demişlərdir. Çünki xəbərdə, bu, 2 olaraq gəlmişdir. "Asl"da da, belə deyilmişdir.
Səhih olanı isə, nəzr edilən miqdarın hamısını qurban kəsməkdir. "Zahiriyyə"də də belədir.
• Bir adam, qurban etmək üçün bir qoyun satın aldıqdan sonra, onu satıb, eyni qurban günlərində, başqa bir qoyun satın alsa, bu halda, 3 ehtimal vardır:
~ Birinci ehtimal: "Qurban olsun" niyyətilə satın almış ola bilər.
~ İkinci ehtimal: "Qurban olsun" niyyətilə satın almadığı halda, sonradan qurban olsun deyə niyyət etmiş ola bilər.
~ Üçüncü ehtimal: "Qurban olsun" niyyətilə satın almadığı halda, sonradan onu, dililə, öz üzərinə vacib edər. Və: "Allah üçün üzərimə qurban kəsmək, vacib olsun." deyər. Və: "bu il..." deyə də qeyd gətirə bilər.
• Birinci cəhətdə, "Zahiru'r-Rivayə"yə görə, dililə öz üzərinə vacib etməz isə, heyvanın qurban olması lazım gəlməz.
İmam əbu Hənifə və imam əbu Yusuf'un rəvayətinə görə, yalnız, niyyəti səbəbilə, onu qurban kəsməsi -dililə vacib qıldığı kimi- vacib olur.
Bu görüşü, imam əbu Yusuf və bəzi mütəaxxirun alimləri götürmüşlərdir.
• "Muntəqa"da, imam Muhamməd'in belə dediyi rəvayət edilmişdir:
“Bir adam, qurban kəsmək niyyətilə bir qoyun alar və bu qoyunu satın alarkən də, niyyətini açığa çıxarmayıb gizləyərsə, bu qoyun, yenə də qurban olar.”
• Əgər bu şəxs, qurban günlərindən əvvəl səfərə çıxar və qoyunu da satarsa, qurban, üzərindən düşər. Buna, səfəriliyi səbəb olmuşdur.
• İkinci cəhət isə: Niyyətsiz olaraq qurban alar; sonra da onun qurban olmasını niyyət edərsə, "Zahiru'r-Rivayə"də, bu, zikr edilməmişdir.
İmam əbu Hənifə'nin belə dediyini, Həsən b. Ziyad rəvayət etmişdir:
"O da, qurban edilər. Əgər satarsa, bu satışı da caiz olar."
Biz də, bu görüşü götürürük.
Lakin bir qoyun satın alar, onu da dililə özünə vacib qılarsa, bu, üçüncü cəhətdir ki, bütün alimlərə görə, bunu, qurban etmək lazımdır. "Fətəva Qadıxan"da da belədir.
• Satın alınan bir qoyun, niyyətsiz olaraq qurban kəsilsə, satın alınarkən edilən niyyət, kifayət edir və bu qurban, caiz olur. Kərdəri'nin "Vəciz"ində də belədir.
• Əgər birinci qoyunu 20 dirhəmə satar və satılan bu qoyun, müştərinin yanında qiymətlənib 30 dirhəmə çıxarsa, imam əbu Hənifə və imam Muhammədə görə, birinci satış, caizdir. Və artan əlavəni, təsəddüq etmək lazımdır.
İmam əbu Yusuf'a görə, əvvəlkini satmaq, batildir. Və onu, müştəridən geri almaq lazımdır. "Tatarxaniyyə"də də belədir.
• Bir kimsə, ticarət üçün satın aldığı bir qoyunu, sonradan nəfsinə dililə qurban olaraq vacib qılsa, onu, qurban etməsi lazımdır.
Əgər belə etməz və qurban kəsmə günləri çıxarsa, onu, təsəddüq edər. "Havi"də də belədir.
• Bir kimsə, 2 qoyun qurban kəssə, əsahh (ən doğru) olan, ikisinin də qurban olmasıdır. Həsən, imam əbu Hənifə'dən, belə rəvayət etmişdir. 1 qoyun və ya 2 qoyun kəsməkdə, bir beis yoxdur. Səraxsi'nin "Muhit"ində də belədir.
• "Nəvazil"də, belə zikr edilmişdir:
Muhamməd b. Sələmə: "Bir adam, 2 qoyun qurban kəsdiyində, onlardan yalnız 1-i qurban olar." demişdir.
Digər alimlər isə: "İkisi də qurban olar." demişlərdir.
Sadru'ş-Şəhid də, "Vaqiət" adlı kitabında, bu görüşü götürmüşdür.
Həsən'in, imam əbu Hənifə'dən rəvayətinə görə: "1 və ya 2 qurban kəsməkdə, bir beis yoxdur."
Həqiqətən, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, hər il, 2 qoyun qurban etdiyi; və Hudeybiyyə ilində, 100 dəvə qurban kəsdiyi, təshih edilmişdir. "Muhit"də də belədir.
• Bir adam, 30 dirhəmə qurbanlıq 2 qoyun aldığında, bunlardan biri digərindən üstün olarsa, bu 20 dirhəmə alınanın xilafınadır. Çünki 30 dirhəmə alınan 2 qoyunun biri, digərindən yaş və ya böyüklük cəhətindən digərindən üstündür. 20 dirhəmə alınanda, belə bir hal olmaz.
Əgər 20 dirhəmə satın alınan 2 qoyundan biri, digərindən üstün olar və 30 dirhəmə alınan 2 qoyunun biri, digərindən üstün olmazsa, hökm, yuxarıdakının eynisidir. "əl-Fətəva əl-Kubra"da da belədir.
• Bir adam, qurban kəsməyi nəzr etdiyi halda, inək, dəvə, qoyun, keçi deyə bir şey bildirməsə, onun, bir qoyun kəsməsi lazımdır.
Nəzr edən şəxs, bu qurbanın ətindən yeyə bilməz. Əgər yesə, qiymətini təsəddüq edər. Kərdəri'nin "Vəciz"ində də belədir.
• "Allah üçün qoyun kəsmək, üzərimə vacib olsun." deyən bir kimsə, dəvə və ya inək kəsə bilər. Bu, caizdir. "Siraciyyə"də də belədir.
Allah, ən gözəl biləndir...
------------------------------------------------------------------------
Üçüncü Bab: Qurban kəsməyin vaxtı
• Qurban kəsmə günləri, 3 gündür. Bunlar, zilhiccə ayının 10, 11 və 12-ci günlərindədir.
Birinci gün, əfdal olan gündür. Son gün, əfdal olan gün deyildir. Bu günlərin, həm gündüzündə, həm də gecəsində qurban kəsmək, caizdir. Qurban kəsməyin ilk vaxtı, qurban bayramı gününün birinci gününün dan yerinin ağarma vaxtından başlayır.
Qurban kəsmə vaxtı, üçüncü gün, günəşin batması ilə bitir.
Ancaq bu günlərin gecələrində qurban kəsmək, məkruhdur.
Müstəhəb olan, qurbanı, üçüncü günə buraxmamaqdır. Əgər qurban, üçüncü gün kəsilərsə, müstəhəb olan, o qurbanın ətini yeməyib, hamısını təsəddüq etməkdir. Çünki vaxtında kəsilməyən qurbanın, vaxtının xaricində təsəddüq edilməsi lazımdır. Beləcə, o, sahibinin öhdəsindən çıxmış olur. Səraxsi'nin "Muhit"ində də belədir.
Qurban və Təşriq günləri
• Qurban kəsilən günlər, 3-dür. Təşriq günləri də, 3-dür.
Birinci gün, yalnız qurban kəsmək günüdür. Son gün isə, yalnız təşriq günüdür. Orta gün isə, həm təşriq, həm də qurban kəsmək günüdür.
Qurban kəsmək, (qurbanın) dəyərini verməkdən, daha əfdaldır. Çünki, vacib, öz yerini tapmış olur.
Təsəddüq isə, nafilədir. Vacib, nafilədən əfdaldır. "Hidayə"də də belədir.
-----------------------------------
Təşriq təkbirləri üçün bax:
-----------------------------------
Qurban kəsməyin müstəhəb olduğu vaxt
• Şəhər olmayan yerlərdə, yəni, kəndlərdə, qurban kəsməyin müstəhəb olan vaxtı, günəş doğduqdan sonradır.
Şəhərlərdə isə, müstəhəb olan vaxt, xütbə oxunduqdan sonradır. "Zahiriyyə"də də belədir.
• Hökmdar namaz qılarkən, bir kimsə qurban kəssə, bu qurbanı, caiz olmaz.
Yenə, imam, təşəhhüd miqdarı oturmadan əvvəl, bir kimsə qurban kəssə, bu qurbanı, caiz olmaz. İmam, təşəhhüd miqdarı oturduqdan sonra və salam vermədən əvvəl, bir kimsə, qurban kəsərsə, imam əbu Hənifə'nin qiyasına görə, yenə qurbanı caiz olmaz. Çünki imamın namazdan öz istəyilə çıxması, imam əbu Hənifə'yə görə, fərzdir, demişlərdir. "Bədai"də də belədir. "Xizənətu'l-Muftin"də də belədir.
• Əgər bir kimsə, imamın birinci salamından sonra qurbanını kəsərsə, bu qurban, ittifaqla caizdir. "Fətəva Qadıxan"da da belədir.
• Hökmdar, bayram namazını qıldırdığı halda, xütbə oxunmadan əvvəl, bir kimsə qurban kəsərsə, bu, caizdir. Səraxsi'nin "Muhit"ində də belədir.
• Təşəhhüddən sonra, salamdan əvvəl qurban kəsmək, caiz olmaz. Səhih olan da, budur. "Xizənətu'l-Muftin"də də belədir.
• Bir imam namaz qılıb qurban kəsdikdən sonra, dəstəmazsız namaz qıldığını bilsə, qurbanı, caizdir.
Bunu, camaat, namazdan ayrılmadan əvvəl başa düşərsə, qıldığı namazı, yenidən qılar. Kəsdiyi qurbanı isə, yenidən kəsməz. Bəziləri: "Camaat, namazı yenidən qılmaz. Sadəcə imam, namazı yenidən qılar." demişlərdir.
Əgər bu hal insanlara xəbər verilərsə, onların da namazı yenidən qılması lazımdır.
İmamın, dəstəmazsız namaz qıldığını bilməyən kimsənin qurbanı, caizdir.
İmamın, dəstəmazsız namaz qıldığını bilən kimsənin -zaval vaxtından əvvəl qurban kəsməsi halında- qurbanı, caiz olmaz. Əgər zaval vaxtından sonra kəsərsə, qurban, caiz olar. Kərdəri'nin "Vəciz"ində də belədir.
• Bayram namazı, bir üzrdən dolayı və ya üzrsüz olaraq bayramın birinci günü qılınmazsa, bu halda, zaval vaxtı keçənə qədər qurban kəsmək, caiz olmaz. Bir gün sonra isə, namaz qılmadan əvvəl qurban kəsmək, caiz olar. Çünki birinci gün zaval vaxtının girməsilə, namaz, artıq keçmişdir. İkinci gün qılınan namaz isə, qəzadır. Səraxsi'nin "Muhit"ində də belədir.
• "Vaqiət"də, belə zikr edilmişdir:
Bir diyar, fətrət (haşiyə) halında olar və o diyarda vali olmadığından, qurban bayramı namazı qılınmazsa, bu diyar xalqının, fəcrin doğmasından sonra qurbanlarını kəsmələri, caizdir. Muxtar olan da, budur. Çünki bu diyar, bu halda, səvəd (şəhər ətrafı) hökmündədir. "əl-Fətəva əl-Kubra"da da belədir. Fətva da, bunun üzərinədir. "Siraciyyə"də də belədir.
-------------------------------
(Haşiyə:
Fətrət nədir?
https://suallarlaislam.com/m%C9%99qal.../f%C9%99tr%C9%99t-1
-------------------------------
• Əgər qurban, ərəfə günü zaval vaxtından sonra kəsilmiş olar və sonra da, o günün, bayram günü olduğu meydana çıxarsa, bu qurban, caiz olar.
Yenə, zöhr namazından əvvəl kəsilər və o günün, bayramın ikinci günü olduğu bilinərsə, kəsilən qurbanlar, yenə caiz olar. "Zahiriyyə"də də belədir.
• İmam (hökmdar), namaz qıldırmaq üzərə, öz yerinə birini təyin edərək, özü və güclülər (saray əyanları) qəbristana gedər; və bir adam, qəbristana gedənlər namazı qılmadan əvvəl və camaat (məscid əhli) də məsciddən çıxdıqdan sonra qurban kəsərsə, bu, qiyasən caiz olmaz; istihsanən caiz olar. Əgər məscid əhli ayrılmadan əvvəl, qurban kəsərsə, "Bu halda, qiyasən də, istihsanən də, caiz olar." deyilmişdir. Qiyas və istihsan, burda, birdir.
Şəmsu'l-əimmə Halvani (rahiməhullah), belə demişdir:
Bu, 2 firqənin də namaz qıldığı zamanda, qurban kəsildiyi vaxt belədir. Lakin firqənin biri namaz qıldıqdan sonra, digəri qılmadan əvvəl olarsa, qurban, qiyasən də, istihsanən də, caiz olmaz.
Zəfərani'nin "Ədahi" kitabında, belə deyilmişdir:
"Bir adamın qurban kəsdiyi yerdə, 2 məscid olsa və birində namaz qılınıb, digərində namaz qılınmadan əvvəl qurban kəsilsə, o qurban, caiz olar." "Muhit"də də belədir.
• Müstəhəb olan, qurbanı, -gecə deyil- gündüz kəsməkdir. Çünki, kəsiləcək qurbanın damarlarını görmək, gündüz, daha mümkündür. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• "Nəvazil"də, belə zikr edilmişdir:
İmam (hökmdar), bayram namazını ərəfə günü qılar; camaat da, qurbanlarını kəsərsə, bu 2 cəhət üzərədir:
~ Ya bu iş, şahidlərin, zilhiccə ayını gördüklərinə şəhadət etmələrilə olar;
~ Ya da, şəhadətsiz olar.
Birinci halda, namaz da, qurban da, caiz olur. Çünki, bu halda, xətadan qaçmaq, mümkün deyildir. Bütün müsəlmanları qorumaq üçün, qurbanın cəvazına hökm edilir. Namazın caiz olduğu vaxt, qurban da caiz olur.
İkinci halda (yəni, ayın görüldüyünə şəhadət edilmədiyi vaxt), namaz da, qurban da, caiz olmaz. Çünki, bunların cəvazına, zərurət yoxdur. Namaz caiz olmadığı vaxt, qurban da caiz olmaz.
Əgər insanlar, ikinci gün qurban kəsərlərsə, bu da, 2 cəhət üzərədir:
~ Birincisi: İmam, ikinci günü, ya namaz qılmış və ya qılmamışdır. Birinci halda, qurban, caiz olmaz. Çünki, camaat, o gün, namazdan əvvəl qurban kəsmişdir.
~ İkinci halda isə: Məsələ, 2 hal üzərədir: Camaat, qurbanını, ya zaval vaxtından əvvəl kəsmişdir və ya sonra kəsmişdir.
Əgər əvvəl kəsmişlərsə, qurbanları, caiz olmaz. Sonra kəsmişdirlərsə, caiz olar.
Bunların hamısı, o günün, ərəfə olduğu zahir olduğu zaman, belədir. Ancaq o günün ərəfə olduğu zahir olmaz; lakin şikayət olar və ayın görüldüyünə şəhadət edilməzsə, qurban, bir gün sonra kəsilər.
İkinci halda, ehtiyat gərəyi, qurban, zavaldan sonda kəsilər. Çünki, namazın vaxtı, zaval ilə sonlanmış olur. "Zəxirə"də də belədir.
• "əl-Fətəva əl-Attabiyyə"də, belə zikr edilmişdir:
Əgər ayın görüldüyünə, zavaldan sonra şahidlik edilərsə, "Bu gün, bayramdır." deyə qurban kəsilər.
Əgər zavaldan əvvəl şahidlik edilərsə, zaval vaxtı zail olana qədər qurban kəsmək, caiz olmaz. Xahərzadə'nin "Təcnis"ində də, belə zikr edilmişdir.
Əgər bir adam səfəri olar və əhlinə, özü üçün şəhərdə qurban kəsməsini əmr edərsə, namaz qılınmadan əvvəl, onun qurbanının kəsilməsi də, caiz olmaz. "Tatarxaniyyə"də də belədir.
Allah, ən gözəl biləndir...
-------------------------------------------------------------
Dördüncü Bab: Qurban kəsmə xüsusunda, məkan və zamanla əlaqəli olan məsələlər
• Kəndli bir adam bayram namazını qılmaq üçün şəhərə daxil olar və ailəsinə, öz qurbanını kəsməsi üçün əmr edərsə, onların, dan yerinin ağarmasından sonra qurban kəsmələri, caiz olar.
İmam Muhamməd, belə demişdir:
"Bu halda, mən, qurban kəsilən yerə baxaram; özü üçün qurban kəsiləcək şəxsə baxmaram." "Zahiriyyə"də də belədir.
Həsən b. Ziyad, buna müxalifət etmişdir.
Lakin, əvvəlki söz, əsahh (ən doğru)'dur. Biz, onu götürdük. "Havi"də də belədir.
• Əgər bir adamın özü, kənddə; ailəsi isə, şəhərdə olarsa, o adamın qurbanı, imam, namaz qıldırmadan əvvəl, caiz olmaz.
Bu, imam əbu Yusuf və digər 2 imamdan rəvayət olunmuşdur.
Yenə, bir adamın, özü və ailəsi şəhərdə olar; ancaq bu adam, başqa bir şəhərdə olar və ailəsinə məktub yazaraq, qurbanını kəsmələrini əmr etsə; o təqdirdə, qurban kəsiləcək yerə etibar edilir. Uyğun olanı, qurban kəsiləcək yerin namazı qılındıqdan sonra qurbanının kəsilməsidir.
əbu'l-Həsən'ə görə, qurban, caiz olmaz. Ancaq, hər 2 şəhərdə də bayram namazı qılındıqdan sonra qurban kəsilər. "Zahiriyyə"də də belədir.
• Bir adam, öz qurbanını şəhərdən çıxarıb, onu, bayram namazı qılınmadan boğazlayarsa, alimlər:
"O yerdə, səfəri olan şəxsin, namazını qısaltmış olaraq qılacaq qədər bir müddət varsa, qurban, namazdan əvvəl, caiz olar; yoxsa olmaz." demişlərdir. "Xizənətu'l-Muftin"də də belədir.
• Bir adam, qurban kəsmə günləri çıxana qədər qurban kəsməzsə, bu halda, artıq qurbanı kəsə bilməz.
Əgər bir qoyunun kəsilməsini nəfsinə şəxsən vacib qılmışdırsa (məsələn, "Bu qoyunu, Allah üçün qurban edəcəm." demişdirsə), bunu deyən, istər varlı olsun, istər kasıb, o qoyunu, sağ olaraq təsəddüq edər.
Əgər sahibi varlı olar və şəxsən o qoyunu kəsəcəyini söyləməz, qurban kəsmə günləri də çıxarsa, o qoyunun qiymətini -istər satın almış olsun, istər satın almamış olsun- təsəddüq edər. "Attabiyyə"də də belədir.
• Qurban kəsməyin vacib olmasında, kəsim günlərinin sonuna etibar olunur. Doğum olsun, ölüm olsun, varlı olsun, kasıb olsun, bu, belədir.
• Bir adam, öz nəfsi üçün və ya kiçik uşağı üçün bir qurbanlıq alıb onu qurban kəsim günləri keçənə qədər kəsməzsə, şəxsən o qurbanlığı və ya qiymətini təsəddüq edər.
Həsən: "Ona, bir şey lazım gəlməz." demişdir. "Fətəva Qadıxan"da da belədir.
Bir adam, bir qoyunu, şəxsən özünə vacib edər; və ya qurban kəsmək niyyətilə satın alar və onu, qurban kəsmə günləri keçənə qədər kəsməzsə, o qoyunu, sağ olaraq təsəddüq edər. Onun ətindən yeməsi, özü üçün caiz olmaz.
Əgər o qoyunu satarsa, dəyərini (qarşılığını, pulunu) təsəddüq edər.
Əgər boğazlayar və olduğu kimi ətini təsəddüq edərsə, o da caiz olar.
Əgər sağ ikən olan qiyməti, kəsildikdən sonra olan qiymətindən çox olarsa, o əlavəni təsəddüq edər.
Əgər o qurbanın ətindən bir miqdar yeyərsə, yediyinin qiymətini, olduğu kimi təsəddüq edər.
Belə etməz və qurban bayramının ilk günləri gələr və keçmiş ilin qurbanını o vaxt kəsərsə, bu, caiz olmaz. Bayram günlərindən sonra satarsa, pulunu təsəddüq edər.
Əgər xalqın aldanmayacağı bir məğbləğlə satarsa, caiz olar. Aldanacağı bir məğləğlə satarsa, əlavəni təsəddüq edər. "Zahiriyyə"də də belədir.
• Bir adam, özü üçün bir qurban kəsilməsini vəsiyyət etdiyi halda, onu, qoyun, inək, dəvə deyə ayırmaz və dəyərini deməzsə, bu, caiz olar. Və xilafsız olaraq, bir qoyun qurban edilər.
Bir kimsə, başqa adamı, qurban kəsmək üzərə vəkil qılar və ona bir şey deməz, pulunu da bəyan etməzsə, bu, yuxarıdakı məsələnin xilafınadır və caiz olmaz. "Bədai"də də belədir.
• Bir adam, qurban kəsim günlərində varlanar və o günlər keçmədən də ölərsə, o adamdan, qurban düşər.
Qurban kəsimi günlərindən sonra ölərsə, qoyunun qiymətini təsəddüq edər və qurban, ondan düşməz. Onu, vəsiyyət etməsi lazımdır.
Əvvəlki halda isə, vəsiyyət də lazım gəlməz. "Zahiriyyə"də də belədir.
• Bir şəhərli, bir adamı, qurbanını kəsməyə vəkil təyin edərək, özü kəndə gedər; vəkil də, şəhərin xaricində bir yerə çıxarıb, orda qurbanını kəsərsə, vəkil qılan şəxs, kənddədirsə, qurban, caiz olar.
Əgər müvəkkil (vəkil qılan) şəhərə qayıdar, vəkil də onun şəhərə qayıtdığını bilərsə, müvəkkilin yerinə kəsdiyi qurban, caiz olmaz.
Əgər vəkil, müvəkkilin şəhərə qayıtdığını bilməzsə, bu məsələ, ixtilaflıdır.
İmam Muhamməd: "Qurban, caiz olmaz." deyərkən; əbu Yusuf: "Caiz olar." demişdir.
Muxtar olan qövl, imam əbu Yusuf'un qövlüdür. Və qurban, caiz olar. "Kubra"da da belədir.
Allah, ən gözəl biləndir...
-----------------------------------------------------------------
Beşinci Bab: Qurban olaraq kəsilə biləcək heyvanlar
• Qurban olacaq heyvanın, bu 3 cinsdən olması lazımdır:
1. Qoyun;
2. İnək;
3. Dəvə.
Bu cinslərin içinə, bunların bütün növləri daxildir: Erkəyi də, dişisi də, axtalanmış olanı da, olmayanı da...Çünki bunlara, cins ismi verilməkdədir.
Keçi, qoyun cinsinə daxildir. Camış, inək cinsindəndir.
Vəhşi olan heyvanlardan, qurban olmaz.
Əgər vəhşi və ya əhil olan heyvandan doğan bir heyvan, qurban ediləcək olarsa, etibar, anasınadır. Əgər ana əhil heyvandırsa, qurban olar; deyilsə olmaz. Hətta inək, vəhşi olar, buğa əhil olarsa, balası, qurban olmaz.
"Bir maral, əhil bir qoyunla cütləşər və o qoyun, qoyun doğarsa, qurban olar. Əgər maral doğarsa, qurban olmaz." deyilmişdir.
"Bir madyan (dişi at) ilə, vəhşi eşşək cütləşər, o da bir eşşək doğarsa, onun əti, yeyilməz. Əgər bir at doğarsa, onun hökmü, atın hökmündə olduğu kimidir." deyilmişdir.
• Bir adam, əhlilləşmiş vəhşi bir maralı, əhlilləşmiş vəhşi bir inəyi qurban kəssə, bu, caiz olmaz.
Qurban kəsiləcək heyvanın yaşı
• Zikr edəcəyimiz yaşlardan aşağı yaşda olan heyvanları qurban etmək, caiz olmaz.
Quduri, belə deyir:
Alimlər, belə demişlərdir:
~ Qoyun və keçidən - 1 yaşını bitirmiş olanlar;
~ İnəkdən - 2 yaşını bitirmiş olanlar;
~ Dəvədən isə - 5 yaşını bitirmiş olanlar,
qurban olarlar. Bu yaşlardan az olanlar, qurban olmazlar. Ancaq 6 ayını bitirmiş və anası qədər görünməkdə olan quzu da, qurban olar. Yaşları bundan nöqsan olanlar, qurban olmazlar.
Əgər yaşları bunlardan yuxarı olarsa, o heyvanların qurban olmaları caizdir və əfdaldır.
~ Quzu,
~ Oğlaq (keçi balası),
~ Buzov (hələ süddən ayrılmamış inək balası),
~ Köşək (dəvə balası)'nı qurban kəsmək, caiz deyildir.
Bir qoyun və ya inək, neçə nəfərə qurban ola bilər?
• Qurban kəsənlərin miqdarına gəlincə,
~ Qoyun və keçi, yalnız 1 nəfər üçün qurban olur. Hər nə qədər böyük olursa olsun, ətli olsun, hətta 2 qoyuna bərabər olsun, bu, belədir. Yəni, belə 1 qoyunu, 2 nəfərin qurban kəsməsi, caiz olmaz.
~ 1 dəvə və ya 1 inək, 7 nəfərdən artıq şəxsə, qurban olmaz. 7 və daha nöqsan şəxslər üçün, qurban olar.
Bu, bütün alimlərimizin qövlüdür.
Qurban ediləcək heyvan, necə olmalıdır?
• Qurbanlıq heyvan, çox qüsur və eyiblərdən salamat olmalıdır. "Bədai"də də belədir.
• Buynuzu olmayan və ya buynuzu qırılmış olan heyvan, qurban edilə bilər. "Kafi"də də belədir.
• Əgər bir heyvanın qırıqları, diz qapaqları və dirsəkləri kimi yerlərinə çatıncaya qədər qırılmışdırsa, bu heyvanı qurban etmək, caiz olmaz. "Bədai"də də belədir.
• Cima edə bilməyən, zəkəri kəsik, axtalanmış olan heyvan, qurban edilə bilər.
Yaşlılığından dolayı doğa bilməyən, bir illəti (qüsuru) olmadan məməsindən süd çıxmayan, qarnında balası olan heyvan, qurban edilə bilər.
Qoyunun quyruğu kiçik olarsa, qurban edilə bilər.
Quyruğu heç yoxdursa, yenə də qurban edilə bilər.
İmam Muhamməd: "Quyruğu olmayanın qurban olması, caiz olmaz." demişdir. "Xülasə"də də belədir.
• İki gözü kor, bir gözü kor; qurban kəsiləcək yerə qədər gedə bilməyəcək qədər topal; müəyyən bir xəstəliklə xəstə; iki qulağı kəsik; quyruğu kəsik; yaradılışdan qulaqsız olan heyvanlar, qurban olmazlar.
Yaradılışdan qulağı çox kiçik olan heyvan, qurban olmaz.
Qulağının biri kökdən kəsik olan heyvan, qurban olmaz.
Yaradılışdan tək qulaqlı olan heyvan da, qurban olmaz. Qulağının, quyruğunun, gözünün -çoxunda deyil- azında problem olan heyvan, qurban edilə bilər. Çoxunda problem olarsa, qurban edilməz.
Alimlərimiz, bu xüsusda, az ilə çox arasında ixtilaf etmişlərdir.
İmam əbu Hənifə'dən, bu xüsusda, 4 rəvayət vardır. Bu rəvayətləri, "Asl" kitabında, imam Muhamməd'dən nəql edilmişdir.
"Cami" kitabında isə: "Qulağın, quyruğun və gözün 1/3-i və ya daha azı zay olarsa, belə heyvanların qurban edilmələri, caizdir. Bundan çox olarsa, qurban olmazlar." deyilmişdir.
Səhih olan, 1/3 və ondan daha az olan, az hökmündədir. 1/3-indən çoxu isə, çox hökmündədir.
Fətva da, bunun üzərinədir. "Fətəva Qadıxan"da da belədir.
• Bir gözün yarısı və ya 1/3-inin görmədiyinin bilinməsi üçün, qoyun, bir gün və ya iki gün ac buraxıldıqdan sonra, eybli gözü, bağlanar. Sonra, ot, yavaş-yavaş yaxınlaşdırılar. Qoyunun otu gördüyü yer, işarətlənər. Sonra sağlam gözü bağladılar və ot, qoyuna yavaş-yavaş yaxınlaşdırılar. Qoyun otu harda görərsə, orası da işarətlənər. Bundan sonra, birinci görmə yeri ilə ikinci görmə yerinin arası, ölçülər. Əgər iki görmə arasındakı məsafə, 1/3 nisbətindədirsə, qoyunun gözünün 2/3-sinin görmədiyi; əgər görmə məsafəsi yarıdırsa, qoyunun gözünün həqiqətən görmədiyi başa düşülür.
Dişi olmayan heyvana gəlincə, əgər otlayıb qarnını doyura bilirsə, onun qurban edilməsi, caizdir. Deyilsə, caiz olmaz. "Bədai"də də belədir. Doğru olan görüş də, budur. Səraxsi'nin "Muhit"ində də belədir.
• "Səvla" deyilən heyvanın qurban olması, caizdir. "Səvla": "dəli olan heyvan"dır. Digər heyvanların otlamasına mane olarsa, bu halda, qurban edilə bilməz.
• "Cərba" deyilən qaşıntı xəstəliyi olan heyvan, kökdürsə, caizdir; bir dəri-bir sümükdürsə, qurban olmaz.
• "Şərqa" (=qulağı uzununa yarılmış) olan heyvanı qurban etmək, caizdir.
Həqiqətən, Allah rəsulu (sallallahu aleyhi və səlləm), "şərqa", "muqabələ", "mudəbəra" və "xarqa"nın qurban kəsilməsini qadağan etmişdir.
"Şərqa": "qulağı ortasından kəsilib deşilmiş və ya uzununa yarılmış olan heyvan"dır.
• "Muqabələ": "qulağı qabaq tərəfdən cırılmış olan heyvan"dır.
• "Mudəbəra": "qulağı arxa tərəfdən cırılmış olan heyvan"dır.
• "Xarqa": "qulağı eninə cırılmış heyvan"dır. Bu surətdə, çoxu və ya yarısı gedərsə, qurban etməməyə həml olunur.
Bu cür heyvanların qurban kəsilmələri, tənzihən nəhy edilmişdir. "Bədai"də də belədir.
• "Cəd'a" deyilən "burnu kəsilmiş heyvan"ı qurban kəsmək, caiz olmaz. "Zahiriyyə"də də belədir.
• "Məczuzə" deyilən "yunu qırxılmış olan qoyun", qurban edilə bilər. "Fətəva Qadıxan"da da belədir.
• Məmələri kəsilmiş və ya məmələri, balası süd əmə bilməyəcək qədər kiçik olan heyvan da, qurban olmaz.
• "Cid'a" deyilən "məməsi qurumuş heyvan" da, qurban olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
• "Yetimə" adlı kitabda zikr edildiyinə görə, əbu'l-Həsən əl-Mərğinani'dən: "Əgər qoyunun dili kəsilmiş olsa, onu qurban kəsmək, caiz olarmı?" deyə yazılıb sual verilmiş, imam da: "Bəli, olar. Ancaq bu halın, o heyvanın otlamasına mane olmaması, şərtdir. Əgər otlayıb qarnını doyura bilmirsə, onun qurban olması, caiz olmaz." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.
• Öküzün dilinin kəsik olması, qurban olmasına manedir. Ancaq, dili kəsik olan heyvan, qoyundursa, onun qurban olub-olmayacağı, ixtilaflıdır. "Qunyə"də də belədir.
• Dili olmayan qoyun, qurban edilə bilər; inək isə, qurban edilməz. "Xülasə"də də belədir.
• Amr b. Hafiz'dən soruşuldu: "Qoyunun və ya inəyin hər qulağından 1/6-i kəsilmiş olsa, imam əbu Hənifə'nin qiyası üzərə, bu hal, qurban olmağa mane olarmı?"
(Bu, bədəndəki nəcasətə qiyasla soruşulmuşdur.)
İmam, belə dedi: "Bunlar, məstlərdə olan cırıqlar kimi, bir araya toplanmazlar."
Yenə soruşuldu: "Qurbanlığın dilinin 1/3-indən çoxu kəsilmiş olarsa, onun qurban olması, caiz olarmı?"
İmam, belə dedi: "İmam əbu Hənifə'yə görə, caiz olmaz."
"Tatarxaniyyə"də də belədir.
• "Cəllalə" deyilən "pislikdən başqa bir şey yeməyən heyvan", qurban olmaz.
Əgər pislik yeyən heyvan, dəvədirsə, 40 gün həbs edilər. Beləcə, əti təmizlənmiş olar.
~ İnək - 20 gün;
~ Qoyun - 10 gün;
~ Toyuq - 3 gün;
~ Sərçə - 1 gün
həbs edilər (yəni, pislik yeməkdən əngəllənər). "Fətəva Qadıxan"da da belədir.
• "Acfa" deyilən "sümüyünün içində iliyi qalmamış qədər zəifləmiş olan çox zəif heyvan"ı, varlı olan şəxs, qurban kəsə bilməz. Lakin kasıb olan şəxsə qurban kəsmək vacib olmadığı üçün, onun, qurban kəsməsi, caizdir. Çünki o kasıb haqqında, o heyvanın eynisi kəsmək, vacib olur. Heyvanın halı nə olursa olsun, caizdir. "Məbsut"da da belədir.
• Əgər qurban olacaq heyvanın daxili yağı azalmışdırsa, onun qurban olması, caizdir.
İmam Muhamməd, belə demişdir: "Əgər heyvan satın alınarkən zəif olar, sonra kökəlib yağlanarsa, onun qurban olması, caiz olar." "Fətəva Qadıxan"da da belədir.
• Məmələrinin giləsi kəsilmiş olan heyvanın qurban edilməsi, caiz olmaz. Əgər birinin yarısından azı kəsilmiş olarsa, bu, bizim göz və qulaq haqqında söylədiyimiz kimidir.
Yenə, qoyun və keçi haqqında, yaradılışdan hulmələri (məmələrinin gilələri) olmaz və ya hər hansı bir səbəblə yox olub biri qalarsa, o, qurban edilməz.
Dəvə və inək haqqında isə, əgər biri zay olarsa, qurban olar; ikisi zay olarsa, qurban olmaz. "Xülasə"də də belədir.
• "Xizənə" kitabında, belə zikr edilmişdir: "4 ayağının 1-i kəsilmiş olan heyvan, qurban olmaz." "Tatarxaniyyə"də də belədir.
• Erkək və ya dişi olması bəlli olmayan və xunsə deyilən qoyun, qurban olmaz. Çünki, onun əti, gözəl olmaz.
• Vaxtının xaricində tükləri qırxılan keçi, qurban edilə bilər. "Qunyə"də də belədir.
• "Şatur" deyilən qoyun (yəni, tək məməsinin südü kəsilmiş olan qoyun), qurban olmaz.
• Dəvə və inəkdə, 2 məməsinin südü kəsilmiş olarsa, qurban olmazlar. Çünki qoyun və keçinin məmələri, 2; dəvə və inəklərin məmələri, 4 ədəd olur. "Tatarxaniyyə"də də belədir.
• Alimlərimizin bu babdakı qövlləri, budur:
Kamil olan mənfəəti zail edən və ya gözəlliyə mane olan hər eyb, qurban olmağa manedir. Əgər belə olmazsa, qurban olmağa mane olmaz.
• Varlı haqqında qurban olmağa mane olan hər eyb, istər satın almadan əvvəl olsun, istər satın aldıqdan sonra olsun, hər halda qurban olması, caiz olmaz. Kasıb haqqında isə, hər halda qurban olması, caizdir. "Muhit"də də belədir.
• Bir adam, ətli bir qurbanlıq satın aldıqdan sonra, bu heyvan, satın alması halında qurban olmayacaq qədər zəifləyərsə, varlı olan şəxs üçün, onu qurban kəsmək, caiz olmaz. Lakin kasıb üçün, caiz olar.
Bu hal, zimmətində qurban olmayan şəxsə aiddir.
Əgər o heyvanı qurban niyyətilə satın alar və özü də kasıb hala düşməz və qurban üzərinə vacib olarsa, bu qurbanı kəsməsi, caiz olmaz.
• Bir adam, 2 gözü sağlam bir qurbanlıq aldıqdan sonra, bu heyvanın 1 gözü kor olar və ya qulağı tamamilə kəsilmiş olar, yaxud quyruğu tamamilə qopmuş olar və ya ayağı qırılmış olduğundan dolayı yeriməyə gücü çatmazsa, sahibinin varlı olması halında, bu heyvan, qurban olmaz; kasıbdırsa, qurban olar. Ölsə və ya oğurlansa da, bu, belədir.
• Bir qurban, kəsilmək üçün kəsilmə yerinə gətirildiyində, o heyvan təpinər və 1 ayağı qırılar, sonra da sahibi onu orda kəsərsə, bu qurban, caiz olar.
• Yenə, boğazlanacağı vaxt, inəyin gözünün biri kor olarsa, yenə, qurban, caiz olar. Qiyasa uyğun olanı isə, qurban olmasının caiz olmamasıdır.
Bu qiyasın vəchi (cəhəti): Həqiqətən, bu eyb (=qüsur), onunla, (haqqa) yaxınlıq hasil olmadan əvvəl olmuşdur.
İstihsana görə isə, bu hallardan qaçmaq, mümkün deyildir. Çünki qoyun, kəsiləcəyi vaxt, təpinir və o səbəblə də, zədələnə bilir.
• İmam əbu Yusuf'un belə dediyi rəvayət edilmişdir:
“Qurban olacaq bir heyvana dərman vurular və o səbəbdən dolayı, bu heyvanın bir gözü kor olar və ya bir yeri qırılarsa, -istərsə eyni gündə olsun, istərsə bir gün sonra olsun- bu heyvanın qurban olması, caizdir.” "Bədai"də də belədir.
• 7 nəfər, qurban kəsmək üzərə, 50 dirhəmə 1 inək satın alsalar; başqa 7 nəfər də, 100 dirhəmə 7 qoyun alsalar; alimlər, bu xüsusda bir qənaət bildirmişlərdir və bir qismi: "Əvvəlki, əfdal olar." demişlərdir.
Əvla olan görüş, sonrakıların əfdal olmasıdır. "əl-Fətəva əl-Kubra"da da belədir.
• 10 nəfər, 1 adamdan, toplu olaraq 10 qoyun satın aldıqlarında, satıcı: "Mən, bu 10 qoyunun hər birini, 10 dirhəmə satdım." deyər; onlar da: "Biz də, satın aldıq." deyərlərsə, bu 10 qoyuna, aralarında şərik olarlar. Və onlardan hər biri, o qoyunlardan birini qurban edə bilər.
Əgər bu qoyunlardan birinin 1 gözü olmaz və o 10 nəfərdən hər biri, "O qoyunun özünə aid olduğunu" inkar edərsə, heç birinin qurbanı, caiz olmaz. Çünki 10 nəfərin yerinə 9 qoyun kəsilməsi, caiz deyildir. "Fətəva Qadıxan"da da belədir.
• Axtalanmış olan heyvan, axtalanmamış olan heyvandan, daha əfdaldır. Çünki onun əti, daha ləzzətlidir. "Muhit"də də belədir.
• Alimlər, 7 nəfərin birləşərək 1 dəvə kəsmələrininmi, yoxsa 1 nəfərin 1 qurban kəsməsininmi daha əfdal olduğu xüsusunda, ixtilaf etmişlərdir:
~ Bəziləri: Əgər qoyunun qiyməti, dəvənin hissə qiymətindən artıq olarsa, qoyun kəsmək, əfdaldır. Çünki qoyunun, hamısı; dəvənin isə, 1/7-i, vacibdir, demişlərdir.
~ Şeyxu'l-İslam əbu Bəkr Muhamməd b. Fadl da: "Dəvə kəsmək, əfdaldır. Çünki əti, qoyundan çox olur." demişdir.
~ Bəziləri də: Kəsilən dəvədə, nafilə olaraq qurban kəsən şərik varsa, o vaxt, əfdal olmaz.
Ancaq 1 dəvəni, 1 nəfər qurban edərsə, əlbəttə, o vaxt, əfdal olar, demişlər və bunu, namazda oxunan qiraətə bənzədərək: "Əgər o, az oxunsa belə caiz olar. Lakin çox oxunarsa, əfdal olar." demişlərdir.
~ Şeyxu'l-imam əbu Hafs əl-Kəbir də: "Əgər qoyunun və dəvə hissəsinin hər ikisinin də qiyməti eyni olarsa, qoyun kəsmək, əfdaldır. Çünki onun əti, daha gözəldir." demişdir. "Zahiriyyə"də də belədir.
• Qoyun qurban etmək, inəyin 1/7-indən daha əfdaldır. Hər nə qədər qiymətləri bərabər də olsa, bu, belədir. Çünki, qoyunun əti, inəyin ətindən daha ləzzətli olur.
• Əgər inəyin 1/7 hissəsi, 1 qoyunun (bütün) ətindən çox olarsa, o vaxt, inək əfdal olur.
Xülasə, qiymətləri və ətləri bərabər olduğunda, hansının əti daha ləzzətlidirsə, o, əfdaldır.
• Əgər qiymətləri və ətləri ayrı-ayrı olarsa, əti çox olan, əfdaldır.
• Axtalanmamış 1 qoyun, 20 dirhəmə; axtalanmış olan 1 qoyun da, 15 dirhəmə olar və axtalanmış olan qoyunun əti, digərindən az olarsa, əti çox olan, əfdaldır.
• İnəyin dişi olanı, erkək olanından daha əfdaldır.
Bu hökm, hər ikisinin də ətləri eyni ağırlıqda olduğu vaxt, belədir. Çünki, dişi inəyin əti, erkəyin ətindən daha yumşaq və ləzzətli olur.
• Bir kimsənin, 1 inək qurban etməsi, 6 qoyun qurban etməsindən, daha əfdaldır. Yenə bu hökm, ətlərin eyni ağırlıqda olması halında, caridir.
• Əgər qoyun 7 ədəd olarsa, o vaxt, o, inək kəsməkdən daha üstün olur. "Fətəva Qadıxan"da da belədir.
• Erkək qoyun (qoç) və dişi qoyun, qiymət və ət cəhətindən bərabər olarlarsa, bu halda, qoç, daha əfdal olur.
• Əgər dişi qoyun, qiymətcə də, ət cəhətindən də daha çox olarsa, bu halda, qoçdan əfdal olur. "Zəxirə"də də belədir.
• İmam Saffər'in "Usulu't-Tövhid" adlı kitabında:
"Qurban kəsilən günlərdə, xoruz, toyuq qurban etmək, yoxdur. Məcusi adəti olduğu üçün, o günlərdə, xoruz, toyuq kəsmək - qurban kəsənlərə- bənzəməkdən dolayı, məkruhdur." "Xülasə"də də belədir.
• Kasıb olduğu üçün üzərinə qurban düşməyən bir kimsənin, o günlərdə, xoruz və toyuq kəsməsi, məkruhdur. Kərdəri'nin "Vəciz"ində də belədir.
• Qurbanlığın, böyük, gözəl və ətli olması, müstəhəbdir.
• Qoyunların əfdal olanı, ətli qoç və buynuzlu olandır.
• Boğazlanma alətinin, dəmirdən və kəskin olması, müstəhəbdir.
• Boğazladıqdan sonra bir müddət gözləyib, heyvandan canlılıq əlamətləri gedənə və bütün əzaları sakitləşib soyuyana qədər dərisinin soyulmaması, müstəhəbdir.
• Heyvanı boğazlayıb əti soyuduqdan əvvəl onu soymaq, məkruhdur. "Bədai"də də belədir.
• Əfdal olan, qurbanlığı, -əgər kəsməyi yaxşı bilirsə- sahibinin, öz əlilə kəsməsidir. Çünki, (Allaha) yaxınlıqda ən əvla olan, öz nəfsidir; deyilsə, başqasına kəsdirmək, əfdaldır. Bu halda, uyğun olanı da, özünün, qurbanının başında hazır olmasıdır. "Kafi"də də belədir.
• Bir adam, bir məcusiyə əmr edər və o, bu şəxsin qurbanını kəsərsə, bu qurban, caiz olmaz. Çünki bu, ifsaddır. Çünki, məcusinin kəsdiyi heyvanın əti, yeyilməz.
• Əgər bir yəhudi və ya xristiyana əmr edib kəsdirərsə, bu, caiz olar. Çünki bunlar, kitab əhli olduqları üçün, kəsdikləri yeyilir. Lakin, bu da məkruhdur. Çünki qurban kəsmək, (haqqa) yaxınlıqdır; edilən iş (yəni, kəsmə isə), yaxınlıq deyildir. "Məbsut"da da belədir.
Qurban ətindən yemək
• Qurbanın ətindən yemək, müstəhəbdir. Başqalarına yedirmək də, müstəhəbdir.
Əfdal olanı isə:
~ 1/3-ini - təsəddüq etmək;
~ 1/3-ini - qohum-əqrəba və yaxın dostlarına ziyafət vermək;
~ 1/3-ini də - öz ailəsi üçün saxlamaqdır.
Qurban ətini, varlı da, kasıb da, yeyə bilər. "Bədai"də də belədir.
• Qurban kəsən şəxs, onun ətindən, istədiyi kimsəyə verə bilər; istər varlı, istər kasıb, istər müsəlman, istər zimmi (kitab əhlindən olanlar) olsun, fərqi yoxdur. "Ğiyasiyyə"də də belədir.
• Bir kimsənin, kəsdiyi qurbanın hamısını təsəddüq etməsi, caizdir.
• Yenə, bir kimsənin, kəsdiyi qurbanın hamısını, özü üçün saxlaması da, caizdir.
• Qurban ətini, evində 3 gündən çox saxlamaqda, bir beis yoxdur. Ancaq onu yedirmək və təsəddüq etmək, daha gözəl olar.
• Ancaq, adam, ailə sahibi olar və varlı olmazsa, əfdal olanı, uşaqları üçün saxlayıb, onların ət ehtiyaclarını qarşılamaqdır. "Bədai"də də belədir.
Nəzr qurbanının əti
• Əgər bir adam, nəzr etmək surətilə qurbanı öz üzərinə vacib qılmışdırsa, o vaxt, özünün və nəfəqəsi öz üzərinə vacib olanlarla varlı olan kimsələrin, o qurbanın ətindən yemələri, caiz olmaz. Nəzr edən şəxsin varlı və ya kasıb olması, eynidir.
• Nəzr qurbanının ətindən yeməyin yolu, təsəddüqdür. Təsəddüq edən şəxsin, öz sədəqəsindən yeməsi və varlılara yedirməsi, caiz deyildir. "Təbyin"də də belədir.
• Nəzr edilmiş qurbana gəlincə, sahibi, istər varlı olsun, istərsə kasıb, özü və varlı olan kimsələr, onun ətindən yeyə bilməzlər. "Nihayə"də də belədir.
• Bişr b. Vəlid, imam əbu Yusuf'un, belə dediyini rəvayət etmişdir:
"Bir adamın, 9 nəfər ailə üzvü olar, 10-cusu da, özü olar və öz nəfsi və ailə üzvləri üçün, 10 qoyun qurban kəsər; lakin heç bir qoyuna öz nəfsi üçün niyyət etməz; ancaq 10 qoyuna özü və ailə fərdləri üçün niyyət edərsə, bu, istihsanda, caiz olar."
Bu, imam əbu Hənifə'nin qövlüdür. "Muhit"də də belədir.
Allah, ən gözəl biləndir...
-------------------------------------------------------------------------
Altıncı Bab: Qurban xüsusunda müstəhəb olan şeylər
• Qurban ediləcək heyvanı, qurban günlərindən bir neçə gün əvvəl alıb bağlamaq və onu boyun bağılar taxaraq bəzəmək, bir heyvanı, kəsiləcək məhəllə gözəl bir şəkildə aparmaq, onu, zorakı bir şəkildə aparmamağa çalışmaq və onun ayağından sürüyərək, kəsiləcəyi yerə çəkməmək, müstəhəbdir. "Bədai"də də belədir.
• Qurbanı bu şəkildə bəzəyən kimsənin, onu kəsdiyi vaxt, boyunbağısı və örtüsünü (bəzəyini) təsəddüq etmək, müstəhəbdir. "Siraciyyə"də də belədir.
• Bir adam, qurbanlıq üçün bir qoyun satın aldığında, onu sağıb südünü içməsi və ya yununu qırxması və ondan faydalanması, məkruhdur. Çünki o heyvan, bütünü ilə, qurbət (=Allaha yaxınlıq) üçündür. Və kəsmədən əvvəl ondan faydalanmaq, məkruhdur. Vaxtı gəlmədən əvvəl kəsib ətindən faydalanmağın halal olmadığı kimi...
Alimlərdən bəziləri: "Bu, nəzr edilən heyvan haqqındadır. Nəzr edən şəxs, istər kasıb olsun, istər varlı, bu, belədir. Bu, bir də, kasıb olduğu halda, qurban olsun deyə, bir heyvan alan kimsə haqqındadır. Lakin varlı olan kimsənin, qurban niyyətilə aldığı heyvanın südündən və yunundan istifadə etməsində də, bir beis yoxdur." "Bədai"də də belədir.
• Səhih olan qövlə görə, bir kimsənin, -varlı olsun, kasıb olsun- qurbanlığının südündən və yunundan faydalanması, doğru deyildir. Bu xüsusda, kasıb və varlı, eynidir. "Ğiyasiyyə"də də belədir.
• Bir kimsə, qurbanlıq heyvanını boğazlamadan əvvəl, südünü sağar və ya yununu qırxarsa, onu, təsəddüq edər və ondan, mənfəət təmin etməz. "Zahiriyyə"də də belədir.
• Tam vaxtında kəsilən qurbanın südündən və yunundan faydalanmaq isə, caizdir. Çünki, onun kəsilməsilə, qurbət vaqe olmuşdur. (Haqqa olan) qurbət vaqe olduqdan sonra ondan faydalanmaq, -ətini yemək kimi- caizdir. "Muhit"də də belədir.
• Əgər qurbanlıq heyvanın məməsində süd olar və bunun, məməsinə zərər verməsindən qorxulursa, heyvanın məməsi, soyuq su ilə yuyular.
• Əgər bu hal faydalı olmazsa, heyvanın südü sağılar və təsəddüq edilər.
• Qurbanlıq heyvana minmək və onu işlətmək, məkruhdur. Həcc qurbanlarında olduğu kimi...Əgər işlədib heyvanı zəiflədərsə, o nisbətdə təsəddüq edər.
• Əgər icarə verərsə, aldığı qarşılığı, təsəddüq edər.
• Bir adam, südlü bir inək satın alıb, onu qurban etməyə niyyət edər; südündən də mal (pul və s.) qazanarsa, o qazandığı malın bənzərini, təsəddüq edər. Hətta o inəyin gübrəsini də, bir kasıba verər. Kasıb, ondan faydalanar.
• Əgər inəyi yayıb otladaraq bəsləyər və südündən də pul qazanar və ya gübrəsindən də faydalanarsa, o, özünə aid olar. Ondan bir şey təsəddüq etməsi lazım gəlməz. Səraxsi'nin "Muhit"ində də belədir.
• İnsan, kəsdiyi qurbanın dərisini sədəqə olaraq verər və ya onu, kəfgir və cirab (dəri torba) edərək istifadə edər. Bunda, bir beis yoxdur. Onun qarşılığı ilə bir şey satın alıb ondan faydalana bilməz və o dərini, nəfsinə və ailə fərdlərinə xərcləmək üzərə, pul ilə sata bilməz.
Qurbanın əti də -bu xüsusda- dəri kimidir. Səhih rəvayətə görə, onu da sata bilməz. Əgər qurban ətini pul müqabilində satacaq olsa, o pulu, təsəddüq edər. Çünki qurbət (Allaha yaxınlıq), təsəddüq kimidir. "Təbyin"də də belədir. "Hidayə" və "Kafi"də də, bu, belədir.
• Bir adam, qurban ətini sataraq, bunun dəyəri ilə cirab satın alsa, bu, caiz olar.
• Əgər bir kimsə, qurban ətinin dəyəri ilə toxum satın alarsa, bu, caiz olar.
• Yenə, bir kimsə, qurban əti dəyəri ilə ət satın alarsa, bu da, caiz olar.
Alimlər: Əsahh (ən doğru) olan, yeyilən başqa bir şey ilə başqa bir şeyi satın almaq, caizdir. Yeyilməyən bir şey ilə də, yeyilməyən başqa bir şeyi satın almaq, caizdir. Yeyilməyən bir şey ilə, yeyilən bir şeyi satın almaq caiz olmadığı kimi; yeyilən ilə də, yeyilməyəni satın almaq, caiz olmaz. "Zahiriyyə" və "Fətəva Qadıxan"da da belədir.
• Bir adam, qurban dərisini, yemiş səbətinin içinə keçirər və ya onu, cirab edərək istifadə edərsə, bu, caiz olar.
• Əgər o səbəti və ya cirabı icarəyə verərsə, bu, caiz olmaz. Ondan əldə etdiyini, təsəddüq edər. Alimlər, belə demişlərdir:
Baxılar:
~ Əgər meyvə-tərəvəz səbəti yenidirsə, kirayəsini təsəddüq etmək, lazım gəlməz;
~ Əgər köhnə və cırıqdırsa, icarənin yarısını təsəddüq etmək lazımdır.
~ 2 daniq (1 daniq = 1 dinarın 1/4-idir) qarşılıq almışdırsa, 1 daniqini təsəddüq edər. Çünki səbət yeni olarsa, qurban dərisinə möhtac olmaz və dəri, ona tabe olar. İcarənin hamısı, səbətə aiddir. Əgər səbət köhnədirsə, qurban dərisindən faydalandığı üçün, icarənin yarısı, təsəddüq edilər. Çünki icarənin yarısı, səbətə; yarısı da, dəriyə aiddir. "Zahiriyyə"də də belədir.
• Qurbanın daxili yağını, baş və ayaqlarını, yununu, tükünü və südünü satmaq, halal olmaz. Və bunları, dəvəni və ya qoyunu və ya inəyi kəsən şəxsə, kəsmə qarşılığı olaraq vermək də, doğru olmaz. Bu zikr etdiklərimizdən bir şey satanın qurbanı, imam əbu Hənifə və imam Muhamməd'ə görə, məqbuldur. İmam əbu Yusufa görə isə, qurban, məqbul olmaz; onun qarşılığı isə, təsəddüq edilər.
• Bir adamın, qurban günlərində, qurbanlıq heyvanın sağ və solundan -bəlli olsun deyə- yununu yolması, caiz olmaz. Əgər belə bir şey edərsə, o yunu qaldırıb bir yerə ata bilməz; kiməsə verə də bilməz. Ancaq, sədəqə olaraq bir kasıba verər. "Fətəva Qadıxan"da da belədir.
• Hamilə olan bir qurbanlıq doğarsa, balası da, anası ilə birlikdə boğazlanar. Bu görüş, bizim alimlərimizin görüşüdür. Əgər o qurbanlığın sahibi kasıbdırsa, belə edər. Lakin varlıdırsa, o doğan balanı, boğazlamaz. Əgər bayram günlərində, o balanı, anasından əvvəl və ya sonra boğazlayarsa, bu da, caiz olar. Boğazlamaz və olduğu kimi bir kasıba sədəqə olaraq verərsə, bu da, caiz olar.
• "Muntəqa"da, belə zikr edilmişdir:
~Əgər doğan balanı, -sağ olaraq-, bayram günlərində sədəqə verərsə, bununla bərabər, qiymətini də, təsəddüq etməsi lazımdır.
~ Əgər qurban günlərində onu satarsa, pulunu təsəddüq edər.
~ Əgər satmaz və boğazlamaz və bayram günləri də keçərsə, o balanı, sağ olaraq təsəddüq edər.
~ Əgər anası ilə birlikdə boğazlayarsa, anasının da, balasının da ətini yeyər.
İmam əbu Hənifə'yə görə, balanın ətini yeməz. Əgər yeyərsə, bədəlini sədəqə olaraq verər.
Bizə görə, ən sevimli olanı, o balanı, sağ olaraq təsəddüq etməkdir. "Xülasə"də də belədir.
• Bir kimsənin, qurbanlığını satması, caizdir.
İmam əbu Yusuf isə, buna müxalifdir. Və O: "Belə edən şəxs, onun dəyəri ilə başqa bir qurbanlıq satın alar və ikisi arasındakı fərqi təsəddüq edər." demişdir.
• Kəsilən qurbanın qarnından sağ bir bala çıxsa, bütün alimlər:
"Anasına edilən, eynilə balasına da edilər." demişlərdir.
• Əgər sahibi onu boğazlamaz və bayram günləri çıxarsa, onu, sağ olaraq təsəddüq edər.
• Əgər zay olar və ya onu kəsər və ətini yeyərsə, qiymətini, sədəqə olaraq verər. Qurbanın balasının yunu və ya tükü, anasınınkı kimidir. "Siraciyyə"də də belədir.
• Əgər bala, sahibinin yanında qalıb böyüyər və onu da gələcək ilin qurban bayramı günlərində qurban olaraq boğazlayarsa, bu, caiz olmaz. Onu, o halda təsəddüq edər və yenidən qurbanını kəsər. Əvvəlkinin -boğazlamaqla nöqsanlaşan- qiymətini də, təsəddüq edər. Fətva da, bunun üzərinədir. "Fətəva Qadıxan"da da belədir.
Allah, ən gözəl biləndir.
------------------------------------------------------------------
Yeddinci bab: Başqasının yerinə qurban kəsmək və başqasının qurbanını, öz adına kəsmək
• əbu'l-Leys, fətvalarında, belə demişdir:
Bir adam, öz şəxsi qurbanını, başqasının əmri olaraq və ya əmri olmadan, başqası adına kəsərsə, bu, caiz olmaz. Çünki başqasının adına qurban kəsməyin, təcvizi mümkün deyildir. Ancaq, kəsiləcək qoyunda, başqasının mülkiyyətinin sabit olması istisnadır. Qoyundakı mülk, ancaq təslim almaqla mümkün olur. Burda isə, nə amirin (əmr edənin) təslim alması vardır; nə də vəkilinin. "Zəxirə"də də belədir.
• Bir adam, sahibinin açıq əmri olmadan, başqasının yerinə bir qurban kəsərsə, onu, sahibinin yerinə kəsmiş olar. Kəsən şəxsə isə, təzminat lazım gəlməz. Bu, istihsanən belədir. Burda, bir qeyd də gətirilməmişdir.
"Təcnis"də, qurban sahibi, qurban kəsmək üçün qurbanlığı yatırarsa şəklində bir qeyd vardır.
Muxtar olan qövl isə, əvvəlkidir. "Ğiyasiyyə"də də belədir.
• Bir adam, bir dəvəni, özü, gəlini və uşaqları yerinə qurban edərsə, bu, caiz olmaz. Bu, "Zahiru'r-Rivayə"dədir.
Həsən b. Ziyad, "Udhiyyə" kitabında, belə deyir:
"Əgər uşaqları kiçikdirsə, həm özündən, həm də onların hamısından caiz olar." İmam əbu Hənifə və əbu Yusuf'un qövlü, budur.
Əgər böyük olarlar və onların əmrilə kəsərsə, qurban, hamısı adına caiz olar. İmam əbu Hənifə və əbu Yusuf'un qövlü, budur.
Əgər onların hamısının və ya bəzisinin əmri olmadan kəsərsə, özününkü də, digərlərinin də (yəni, hamısının) qurbanı, caiz olmaz. İcma ilə, bu, belədir. Çünki əmr etməyənin nəsibi, ətdir. O vaxt, hamısı da ət olar.
Həsən b. Ziyad'ın qövlünə görə:
"Bir adam, özü, 5 övladı, bir də ümmü vələdi (ağasından uşaq doğan cariyə, nökər qadın) üçün 1 dəvə qurban kəsər və uşaqlar da kiçik olarlarsa, ümmü vələd, istər əmr etsin, istərsə də etməsin, heç birinin qurbanı caiz olmaz."
əbu'l-Qasim isə: "Öz nəfsi üçün, caiz olar." demişdir. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, başqa bir şəxsin qurbanlığını, sahibinin əmri olmadan öz şəxsi üçün kəssə, o heyvanın qiymətini sahibinə ödəyincə, kəsənin qurbanı caiz olar. Bu, sahibinin yerinə qurban olmaz. Çünki qan tökmə işi, onun mülkünə hasil olduğu zahir olmuşdur.
Əgər kəsilən heyvanı sahibi alarsa, bu halda, onun adına qurban, caiz olar. Çünki o, onun qurban olmasını niyyət etmişdi. Bu halda, onu, bir başqasının boğazlaması, zərər verməz. Səraxsi'nin "Muhit"ində də belədir.
• 2 nəfər, yalnışlıqla bir-birilərinin qurbanlarını kəssələr, ikisinin qurbanı da, səhih olar. İstihsanən, təzminat da lazım gəlməz və hər biri, öz qurbanının ətini götürər. Bir təzminat lazım gəlməz.
• Əgər bunu, ətlərini yedikdən sonra bilərlərsə, hər biri, digərilə halallaşar və ikisinin də qurbanı, caiz olar.
Əgər qurbanlar, qiymətcə bir-birilərindən fərqlidirlərsə, biri, aradakı fərqi digərinə ödəyər. Əgər qurban günləri keçmişdirsə, o qiyməti təsəddüq edər. Çünki ətin qarşılığıdır. "Kafi"də də belədir.
"Ravda"da, belə zikr edilmişdir:
2 adam, qoyunlarını bir yerə qoyduqdan sonra yanılaraq hər biri müəyyən bir qoyunu iddia edər və iddia etmədikləri qoyun da, beytu'l-malın olarsa, aralarında münazaa etdikləri qoyuna, şərik olarlar. İkisinin qurbanı da, caiz olmaz.
Əgər inək və ya dəvə olsaydı, ikisinin də qurbanı, caiz olardı. Əsahh (ən doğru olan), budur.
• 4 nəfər, qoyunlarını bir yerə qoyduqlarında, onlardan 1-i ölər və ölən qoyunun kimə aid olduğunu bilə bilməsələr; geridə qalan 3 qoyun satılıb, dəyəri ilə 4 qoyun alınar və hər birinin 1 qoyunu olar. Sonra da, hamısı, bir-birilərinin qoyunlarının ətlərindən yeyərlər və aralarında halallaşarlar. Beləliklə, hər birinin qurbanı, caiz olar. "Xülasə"də də belədir.
• Bir iplə, 3 qurbanlığı bağlayar; sonra da, bu qoyunlardan birində, qurban olmağa mane bir üzr tapar və hər biri, o eybli qoyunu inkar edərək, geridə qalan 2 qoyunda da mübahisə edərlərsə, o eybli qoyun, beytu'l-mal'ın olar; geridə qalan 2 qoyun, üçünün arasında hökm olunar. "Tatarxaniyyə"də də belədir.
• Bir adam, fasid bir satışla bir qoyun satın alıb, onu da qurban olaraq kəssə, bu, caiz olar. Bu halda, satıcı, muxayyər (seçimdə sərbəst)'dir. İstəsə, (heyvan) sağ olduğu zamandakı qiymətini təsəddüq edər. Qurban kəsənə isə, bir şey lazım gəlməz.
Əgər kəsilən qoyunu götürərsə, o vaxt, "Qurban kəsən, onun sağ ikən olan qiymətini təsəddüq edər və qurban kəsəndən, qurban düşər." deyilmişdir.
Bəziləri də: "Qurban kəsən şəxs, kəsilənin fərq dəyərini təsəddüq etməz." demişlərdir. Səhih olan da, budur.
Satıcı, kəsiləni götürməz, lakin müştəri, kəsilənin qiyməti arasındakı fərqlə razılaşar və ya o qiymətlə, satıcı onu satarsa, bir şey təsəddüq edilməsi lazım gəlməz. "Zahiriyyə"də də belədir.
• Bir adam, digərinə, fasid bir ehsan ilə bir qoyun bağışlayar; özünə hədiyyə edilən şəxs də onu qurban kəsərsə; hədiyyə edən şəxs, muxayyərdir: Əgər o adama qurbanın sağ ikən olan qiymətini ödətdirərsə, qurban, caiz olar. Və ondan, sahibi, yeyə bilər.
• Yenə, ölüm xəstəsi olan bir nəfər, xəstəliyində bir adama bir qoyun bağışlayar və özü də, çox borclu olar; özünə qoyun bağışlanan şəxs də, o qoyunu qurban kəsərsə, alacaqlılar, muxayyərdir:
Əgər istəyərlərsə, kəsilən qoyunu, geri istəyər və geri alarlar. Adam isə, onun qiymətini, təsəddüq edər. Əgər kəsilən qoyunun qiymətini ödətdirərlərsə, qurban, caiz olar. Çünki qoyun, təzminatlıdır. Əgər o adam, o qoyunu geri qaytararsa, nəfsindən təzminat düşər. "Bədai"də də
belədir.
• Bir adam, paltar qarşılığında bir qurbanlıq alıb, onu qurban olaraq kəsdikdən sonra, qurbanlığı satan şəxs, paltarda bir qüsur görüb onu sahibinə geri qaytararsa, o vaxt, qurban kəsən şəxs, muxayyərdir:
~ İstərsə, qoyunun qiymətini ödəyər; qurbanını təsəddüq etməz və ondan yeməsi də, caiz olar.
~ İstərsə də, kəsilmiş qoyunu, nöqsan dəyərilə geri qaytarar.
Bundan sonra isə, baxılar:
~ Əgər paltarın qiyməti, daha çoxdursa, o paltar, təsəddüq edilər.
~ Əgər qoyunun qiyməti çoxdursa, o əlavə, təsəddüq edilər.
~ Əgər satın alan şəxs, qoyunda bir qüsur taparsa, o vaxt da, satıcı, muxayyərdir:
İstərsə, qoyununu geri alıb dəyərini qaytarar. Müştəri də, nöqsan olan hissə qədər, təsəddüq edər.
İstərsə də, qoyununu geri götürməz və qüsuru qədər dəyərini qaytarar. Müştəri də, onu təsəddüq etməz. Çünki o nöqsan, qurbətə (yaxınlığa) daxil olmamışdır. Ancaq qurbətə, kəsilən heyvan girmiş və o nöqsanlıqla kəsilmişdir.
Ancaq ehramlının ov cəzası, belə deyildir. Bu halda, baxılar: Əgər bu qüsurla ovun dəyəri qarşılanmazsa, artığının təsəddüq edilməsi lazımdır. "Tahavi Şərhi"ndə də belədir.
• Bir adam, digərinə bir qoyun hədiyyə etsə, özünə hədiyyə edilən adam da, o qoyunu qurban və ya ət olaraq yaxud da ov cəzası olaraq boğazladıqdan sonra, hədiyyə edən şəxs, hədiyyəsindən dönsə, adamın qurban və mənfəət üçün kəsdiyi, caiz olar. İmam əbu Yusuf'a görə isə, bu halda, hibə (hədiyyə etmək)'dən dönmək, caiz olmaz. Özünə hədiyyə edilən şəxsin də, hər hansı bir təsəddüq etməsi lazım gəlməz. "Zahiriyyə"də də belədir.
• Xəstə bir adam, birinə bir qoyun bağışlayıb, özünə hədiyyə edilən şəxs də, onu qurban kəsər; sonra da, xəstə, -başqa malı olmadan- ölərsə, varislər, o qoyunun sağlığındakı qiymətinin 2/3-ini, o adama, ödətdirərlər. Və ya kəsilmiş qurbanın 2/3-ini geri alarlar. Özünə hədiyyə edilən şəxs isə, o 2/3-inin dəyərini təsəddüq edər. Qurbanı da caiz olar. Çünki öz malı olaraq kəsmişdir. Səraxsi'nin "Muhit"ində də belədir.
Səmərqənd əhlinin fətvalarında, belə deyilmişdir:
Bir adam, qurban kəsilən günlərdə, 5 ədəd qoyun satın alar və onlardan 1-ini qurban kəsmək istəyər; ancaq bunun hansı olduğunu müəyyənləşdirməz; və başqa bir adam da, o qoyunlardan 1-ini, sahibin əmri olmadan, onun şəxsi üçün qurban kəsərsə, o adam, kəsdiyi dəyərini, təzmin edər (ödəyər). Çünki bu qoyunların sahibi, onun kəsdiyini təyin etməmiş və dəlalətən, icazə də verməmişdir. "Zəxirə"də də belədir.
• "Muntəqa"da belə deyilmişdir:
Bir adam, başqasının qurbanlığını zorakı olaraq əlindən alıb, öz nəfsi üçün kəsərsə, qiymətini, qoyunun sahibinə ödəyər. Öz qurbanı da, səhih olar. "Xülasə"də də belədir.
• Bir adam, digər birinin qoyununu qəsb edər və onu qurban kəsərsə, bu, caiz olmaz. Onun sahibi isə, muxayyərdir:
~ İstərsə, onu nöqsan olaraq geri qaytartdırıb geri qalan nöqsanını da ödətdirər;
~ İstərsə də, sağ olduğu zamanındakı qiymətini götürər.
Bu təqdirdə, qoyun, qəsb zamanı, qasib (qəsb edən)'in mülkü olur və istihsanən, qurbanı da caiz olur.
• Yenə bir adam, bir qoyun satın alar və o, onu qurban kəsər; sonra da, ona bir haqq sahibi çıxar və o, onun əvvəlki satış alımına razı olarsa, qurban, caiz olar. Əgər qoyununu istəyərsə, qurban, caiz olmaz. "Tahavi Şərhi"ndə də belədir.
• Bir adam, digərinə bir qoyun əmanət edər; özünə əmanət edilən şəxs də, o qoyunu qurban kəsər; sahibi də, dəyərini istəyib geri alarsa, əmanət edilən şəxsin qurbanı, caiz olmaz. Bu cavab, ariyətdə (borcda) olduğu kimi; icarədə də belədir.
Dəvəni, öküzü, inəyi əmanət alan və ya kirayələyən kimsə, onu qurban olaraq boğazlasa, qurbanı, caiz olmaz. Sahibi, onun dəyərini istər ödətsin; istərsə qurbanın özünü götürsün, eynidir. "Bədai"də də belədir.
• Rəhn (bir alacaq qarşılığında təminat funksiyası görmək; və lazım gəldiyində də, dəyərindən bu haqqı təhsil etmək üzərə, bir malın, alacaqlı tərəfindən əngəllənməsini təmin edən əqd və təminat funksiyası görən mal; bir şeyə qarşılıq əldə tutulan başqa bir şey) olan bir qoyun qurban edilsə və sonra da dəyəri sahibinə ödənilsə, bu, caiz olmaz. "Fətəva Qadıxan"da və "Xülasə"də də belədir.
• Bir adam, qurbanlığını kəsdirmək üçün bir qəssab çağırar; və bu qəssab da, o qoyunu, öz nəfsi üçün qurban edərsə, qurban, əmr edənin olar. "Siraciyyə"də də belədir.
• Bir adam, bir qurbanlıq alıb başqa birinə də əmr edərək "onu kəsməsini" deyər; sonra da, (kəsən şəxs): "Bilə-bilə bismillah demədim." deyərsə; kəsən şəxs, kəsdiyinin qiymətini, sahibinə ödəyər. Amir (əmr edən) isə, onun qiymətilə bir qurban daha satın alıb kəsər və ətini də, yeyə bilməz.
Bu, bayram günləri davam etməkdədirsə, belədir. Əgər bayram günləri çıxmışdırsa, qiymətini, kasıblara təsəddüq edər. "Fətəva Qadıxan"da da belədir.
• İbn Səma, imam Muhamməd'in belə dediyini nəql etmişdir:
Bir adam, digər bir adama, öz adına bir qoyun kəsməsini əmr edər; məmur (özünə əmr edilən) də kəsməz; və amir (əmr edən), o qoyunu satdıqdan sonra, məmur onu kəsərsə; bu halda, onu, məmur ödəyər. Amirin onu satdığını bilsin və ya bilməsin, -pulu üçün- amirə müraciət edə bilməz. Amirin o qoyunu satdığını bilərsə, bu, açıqdır. Lakin bunu bilməzsə, o halda da, özünə əmr edildiyi vaxt, qoyun, özünün idi. Natifi'nin "Vaqiət"ində də belədir.
• ibn Səma'nın, "Əcnas" adlı kitabında, imam əbu Yusuf'un belə dediyi rəvayət edilmişdir:
Bir adam, başqasına bir qoyun kəsməsini əmr etdikdən sonra, əmr edən şəxs o qoyunu satar, məmur da onu, satıldığını bildiyi halda kəsərsə, müştəriyə dəyərini ödəyər; amirə də müraciət edə bilməz.
Əgər satıldığını bilmirsə, o təqdirdə, müştəri, ona, qoyunun qiymətini ödətdirə bilməz. Əgər ödəyəcək olarsa, amirə müraciət edərək, qoyunun dəyərini ondan alar. Bu, satışın pozulmuş olması kimidir. "Zəxirə" və "Muhit"də də belədir.
• 3 adam, 3 qoyun satın alar və kəsəcəkləri vaxt, şübhəyə düşərlərsə, şeyxu'l-imam əbu Bəkr Muhamməd b. Fadl: "Uyğun olanı, kəsilən qoyunların ətindən, üçünün də yeməsidir." demişdir.
Biri, özünə aid olanı kəsərsə, bu, caiz olar. Başqasının əmrilə onun qoyununu da kəsərsə, bu da, caiz olar.
• Bir adam, qurban kəsmək istədiyində, qoyunun sahibi, əlini bıçağın üzərinə qoyub qəssaba kömək edərsə, şeyxu'l-imam: "Onlardan hər ikisinin də bismillah deməsi, vacib olar. Biri zikri tərk edərsə, qurban, caiz olmaz." demişdir. "Zahiriyyə"də də belədir.
Allah, ən doğru biləndir.
-----------------------------------------------------------
Səkkizinci Bab: Qurbanda, şərikliklə əlaqəli olan məsələlər
• Hər nə qədər böyük olursa olsun, 1 qoyunun, 1 nəfərdən çox şəxsə qurban olması, caiz olmaz.
İnək və dəvənin 7 nəfərə qurban olması, caizdir.
Allah Taala (nın rızası) iradə olunduğu vaxt, 7 nəfərdən artığı, əngəllənər; bundan azı isə, əngəllənməz. "Xülasə"də də belədir.
Qurban kəsəcək olan şəxs, şərik olacaq şəxsin qurban murad etmədiyinə ehtimal verərsə, onunla şərik olmaz. Əgər şərik olarsa, qurbanı, caiz olmaz. Bu, digər qurbiyyətlərdə (Allaha yaxınlığa götürəcək digər əməllərdə də), belədir.
Qurban kəsmək istəyənlər, qurban kəsmək istəməyənlərlə şərik olarlarsa, qurbanları, caiz olmaz.
Əgər qurbətlə, qurban bayramlarında kəsilən qurban və ya başqa qurban iradə edilirsə, bu, caizdir. Qurbət, istər vacib olsun, istər nafilə, istər qurban kəsənlərin bəzisinə vacib, bəzisinə nafilə olsun, qurbət cəhətindən, bərabərdir.
Və ya ixtilaf olarsa: Belə ki:
~ Bəziləri - udhiyyə murad etsin;
~ Bəziləri də - ov cəzaları murad etsin;
~ Bəziləri - hədy (həcc və umrə edən kimsələrin, Haram sərhədləri içində kəsdikləri) qurbanı murad etsin;
~ Bəziləri də - ehramda ikən vaqe olan bir kəffarətə;
~ Bəziləri - nafilə hədy;
~ Bəziləri - təməttu və ya qiran (eyni ilin həcc mövsümündə, ümrə və həccin ikisinə birdən niyyət edilib ehrama girilərək tək ehramla edilən həcc üçün kəsilən) qurbanları
olarsa, yenə eynidir. Bu, bizim 3 imamımıza görə də, belədir.
Yenə, bəziləri, əqiqə qurbanına niyyət etsə, imam Muhamməd, "Nəvadir"də, evlənmək üçün kəsilən heyvanı zikr etməmişdir. Uyğun olan isə, bunun da caiz olmasıdır.
İmam əbu Hənifə'dən gələn bir rəvayətə görə, ixtilaflı olan şəriklik, məkruhdur. O: "Bunlar, bir növ olsalar, mənə görə, daha sevimli olar." demişdir.
İmam əbu Yusuf: "Bunlardan hər birində, bir uşaq olar və ya 7 şəxsdən biri, (kəsilən qurbandan) ət murad edər; yaxud xristiyan və ya bənzəri olarsa, digərlərinin qurbanı, caiz olmaz." demişdir. "Siraciyyə"də də belədir.
• Əgər şəriklərdən biri, kitabi olan (yəhudi və ya xristiyan) və ya kitabi olmayan bir zimmi olar və o da, (kəsilən bu qurbandan) ət murad edər və ya öz dinincə qurban olmasını murad edərsə, bizə görə, digər şəriklərin qurbanı, caiz olmaz. Çünki, kafirin qurbanı, təhəqqüq etməz (gerçəkləşməz). O, (bu kəsilən qurbandan) ət istəmiş sayılır. Müsəlman da, ət niyyətilə şərik olarsa, -bizə görə- digərlərinin qurbanı, caiz olmaz.
Yenə onlardan biri, nökər və ya müdəbbər (azad olması, yəni, sərbəst buraxılıb azadlığına qovuşması, ağasının vəfatına bağlı qılınan nökər) olar və kəsdiyinin udhiyyə olmasını istəyərsə, yenə, olmaz. "Bədai"də də belədir.
• Bir kimsə, qurban etmək niyyətilə 1 inək aldıqdan sonra, ona, 6 nəfəri şərik qılsa, qurbanları, kərahətlə caiz olar. Çünki inəyin 1/7-i, 1 qoyun hökmündədir.
Ancaq o inəyi satın alarkən, şərikliyi niyyət edərək almışdırsa, məkruh olmaz. Bunu, qurbanı satın almadan əvvəl edərsə, daha gözəl olar. Bu, varlı olana görə belədir.
Əgər satın alan şəxs, kasıbdırsa; satın almaqla, onu, öz nəfsinə vacib qılmışdır. Ona, başqalarının şərik olmaları, caiz olmaz.
Yenə, kasıb, öz nəfsinə vacib qıldıqdan sonra, 6 nəfər də o inəyə şərik olsalar, buna da icazə yoxdur. Çünki o, onun hamısını, Allah üçün öz nəfsinə vacib etmişdir.
Əgər 6 nəfər ona şərik olarlarsa, 6/7-sini təzmin edər; digərlərinin qurbanları da, caiz olar.
Belə edən varlı isə, 1/8-ini təsəddüq edər.
• 3 nəfər, 1 inəyi şərikliklə satın aldıqlarında, birinin hissəsi, 3/7 olarsa, digərləri 2/7 hissə götürərlər. Əgər 3/7 hissəsi olan şəxs ölər və bir oğlan ilə kiçik bir qızı varis olaraq buraxar; 600 dirhəm də mirası olar; ancaq bu 600 dirhəm, o inəkdəki hissəsilə birlikdə bu miqdara çatmış olar; vasi (bir ölünün vəsiyyətini yerinə yetirməyə məmur edilən şəxs; bir yetimin və ya ağılca zəif, xəstə olan bir kimsənin malını idarə edən kimsə) də, onların yerinə o inəyi qurban kəsərsə, bu, caiz olmaz. Çünki (belə olduğu halda) qızın hissəsi, ət olur. Çünki o, kasıbdır. Atasından ona qalan miras, onun hissəsinə 200 dirhəm olaraq düşməməkdədir.
Əgər ölən şəxs, o inəkdəki hissəsinin xaricində 600 dirhəm qoymuş olsaydı, hamısının qurbanı, caiz olardı. Çünki o vaxt, qız da varlı sayılardı. Səraxsi'nin "Muhit"ində də belədir.
• 5 nəfər, şərikli 1 inək satın aldıqlarında, başqa bir şəxs gələrək, onlardan: "Şərik bir hissə vardırmı?" deyə soruşar və onlardan 4-ü cavab verər; 1-i verməz; o şəxs də, şərik olar və inəyi qurban kəsərlərsə, bu, caiz olar. Çünki, sonradan gələn o adamın hissəsi, 4 nəfərin hissəsindəndir və bu da, 1/7-dən çox olur.
İnək, ehtiyacdan dolayı, 25 hissəyə bölünər:
~ 1/5-i, sonradan gələni şərik etməyənə verilər;
~ 4 beşdə bir də, digər 5 nəfərə verilər.
Beləcə, hər kəs, haqqını götürmüş olar.
25 hissədən 4 hissə, 1/7-dən çoxdur. "Bəst" və "Təcnis"də də, belə deyilmişdir. "Zahiriyyə"də də belədir.
• Əgər şəriklər, 6 nəfər olar və onlardan 5-i, 1 digərini də şərik götürər; geridə qalan 1-i isə, buna razı olmasa, bu, caiz olmaz. Çünki onun hissəsi, 1/7-dən az olacaq. Bu hesabda, hissə, 36-dır. Hər birinə, 6 hissə düşür; biri, öz hissəsini alınca; geridə qalan 6 nəfərə, 30 hissə qalır və adam başına, 5 hissə düşür. Bu 5 hissə isə, 36-nın 1/7-indən azdır.
• 3 nəfər, 1 inəyə şərik olduqlarında, onlardan 1-i, öz hissəsinə, bir başqasını şərik edərsə, bu, caizdir. Bu halda, inək, əvvəl 3-ə bölünər; 2/3-sini, 2 nəfər götürər; geridə qalan 1/3-i də, sonradan öz hissəsinə şərik qılanla şərik olana qalar. Və onun hissəsi də, səhih olar. Səraxsi'nin "Muhit"ində də belədir.
• 1 inəyi, 3 nəfər şərikli olaraq satın aldıqlarında, onlardan 1-i, hissəsinə 1 şərik daha götürərsə, bu 1/3, aralarında qurban olaraq caiz olar. Bu qurbanlığın 1/7-inə, sonradan şərik olan şəxsin qurbanı, digər şəriklər icazə verərlərsə, caiz olar. İcazə verilməzsə, hər nə qədər, hissəsi 1/7 də olsa, caiz olmaz. Əgər onlardan 1-i öz hissəsinə şərik edərsə, bax, bu, caiz olmaz.
• Əgər 1 adam, 1 inək alar və özündən başqa 7 nəfəri şərik qılarsa, bu qurban, caiz olmaz. Qurban günləri çıxmışdırsa, 1/7-in qiymətini təsəddüq edər. Şəriklərinin isə, bir şey təsəddüq etməsi, lazım gəlməz.
Əgər, "6/7-sına sizi şərik qıldım." deyər və onlardan 1-i qəbul edərsə, onun üçün, 1/7 hissə vardır və caizdir.
• Əgər inəyin yarısı, 1 adamın; digər yarısı da, 2 adamın olar və bu inək, itər; başqa 1 inəyi, 1/3 şəkildə satın alarlar; sonra da, birinci inək tapılar və ikinci inəkdəki hissələri, birinci inəkdəki hissələrindən nöqsan olarsa, aradakı fərqi, təsəddüq edərlər. "Tatarxaniyyə"də də belədir.
• Bir adam, qurban niyyətilə, 1 inək satın alıb, onun 1/7-ini, bu ilin qurbanına niyyət edər; 6/7-sını da keçmiş ilin qurbanına niyyət edərsə, bu ilin qurbanı, caiz olar; keçmiş illərinki isə, caiz olmaz. "Xizənətu'l-Muftin"də də belədir.
• Şəriklərin:
~ bir qismi, nafilə qurbana;
~ bir qismi də, o ilin üzərində borc olan qurbanına;
~ bəziləri də, vacib olan qurbana
niyyət edərlərsə, hamısının qurbanı da, caiz olar.
~ Üzərinə qurban vacib olan şəxs, o ilin vacib olan qurbanını kəsmiş olar.
~ Keçmiş ildən qalan qəza qurbanına niyyət edən şəxs, nafilə olaraq qurban kəsmiş olar; qəza olmaz. Bu şəxs, keçmiş il üçün, orta qiymətdə olan 1 qoyunu təsəddüq edər. "Fətəva Qadıxan"da da belədir.
• İnəkdə və ya dəvədə, şəriklərin sayı 8 olarsa, heç birinin qurbanı, caiz olmaz. Çünki hər birinin hissəsi, 1/7-dən azdır.
Yenə, şəriklər, 8-dən az olar; lakin hissələri, 1/7-dən nöqsan olarsa, məsələn: Biri ölər, bir xanımı, bir də oğlu qalar; bir də inəyi olar və bayram günü o inəyi qurban kəsərlərsə, bu, caiz olmaz. Çünki, qadının hissəsi, 1/7-dən azdır. Bu nöqsanlıq, qadının da, oğlanın da hissəsində məqbul olmaz. "Zəxirə"də də belədir.
• Zəfərani'nin "Ədahi"sində, belə deyilmişdir:
"Əgər dəvə və ya inək, 2 nəfərin arasında olar və onu da ikisi qurban kəsərlərsə, alimlər, burda ixtilaf etmişlərdir."
Muxtar olan, bunun, caiz olmasıdır. 1/7-in yarısı, ət olmaz. "Sadru'ş-Şəhid", belə demişdir.
Bu, imam Valid'in və fəqih əbu'l-Leys'in ixtiyarıdır. "Xülasə"də də belədir.
• Əgər 3 nəfərdən:
~ biri, 3.5 dinar;
~ digəri, 2.5 dinar;
~ bir digəri də, 1 dinar,
verərlərsə, üçünün də qurbanı, caiz olar. Çünki ən az hissə, 1/7-dir.
• Yenə, 5 nəfər şərik olar və onlardan
~ biri, 2 dinar;
~ ikincisi, 2.5 dinar;
~ üçüncüsü, 3 dinar;
~ dördüncüsü, 3 dinar;
~ beşincisi, 3.5 dinar
verərlərsə, hamısının qurbanı da, caiz olar. Çünki ən az hissə, 1/7-dir. Səraxsi'nin "Muhit"ində də belədir.
• 7 nəfər qurban üçün 1 inək satın aldıqlarında, bunlardan 1-i ölər; ölənin varisləri də, digər şəriklərə (özləri böyük olmaları şərtilə): "Qurbanı, ölən şəxsin yerinə və sizin üçün kəsin." deyərlərsə, bu, istihsanən gözəl olar.
Əgər digərləri, varislərin icazəsi olmadan kəsərlərsə, heç birinin qurbanı da, caiz olmaz. Çünki, onun bir qismi -varislərin icazəsi olmadığından- qurbət üçün olmaz. Hamısı qurbət olmayınca da, təcəzzi (bölünmə) qəbul etməz. "Kafi"də də belədir.
• 3 nəfərdən hər biri, qurban üçün hər biri 1 qoyun satın aldıqlarında,
~ Biri, 10 dirhəmə;
~ Digəri, 20 dirhəmə;
~ Üçüncüsü də, 30 dirhəmə
alar, hər birinin dəyəri də, özünə görə olar və bu qoyunlar qarışar; heç biri də, öz şəxsi qoyununu bilə bilməzsə, hər birinin aldıqları qiymətə üzərə aralarında razılaşmaları halında, qurbanları caiz olar.
(Əgər razılaşmasalar), Qurbanını:
~ 30 dirhəmə alan şəxs, 20 dirhəm təsəddüq edər;
~ 20 dirhəmə alan, 10 dirhəm təsəddüq edər;
~ 10 dirhəmə alan isə, bir şey təsəddüq etməz.
Əgər onlardan hər biri, o birinə icazə verər və hər hansı birini kəsərlərsə, hamısının qurbanı da, caiz olar. Və heç birinə də, bir şey lazım gəlməz. "Yənabi"də də belədir.
• 10 nəfər, şərikli 10 qoyun satın alıb, hər biri, birini kəsərsə, hamısı da caiz olar. Ətlərini, aralarında ölçərək bölərlər. Əgər ölçü ilə deyil, təxmini təqsim edər və onlardan hər biri, digərinin qurbanından ayaqları, başı, dərisi kimi bir şeyi götürərlərsə, bu, yenə caiz olar.
Yenə, qoyunları bir-birinə qarışar və bir-birilərinin razılığı ilə bir-bir kəsələrsə, bu da, caiz olar. "Xizənətu'l-Muftin"də də belədir.
• Zəfərani'nin "Ədahi" kitabında, belə zikr edilmişdir:
7 nəfər, şərikli 7 qoyun satın alar və heç biri də, qoyununu və qiymətini deməz və onları qurban kəsərlərsə, bu, qiyasən caiz olmaz. İstihsanən isə, caiz olar.
"7 nəfər, 7 qoyun satın alsalar..." sözündə, şəriklərdən hər birinin, o qoyunu alma ehtimalı vardır və qoyunun birini, hamısının alma ehtimalı da vardır. Lakin, bu, bizatihi (zatı ilə) müəyyən deyildir.
Əgər murad olunan, ikinci ehtimaldırsa, rəvayətlərin ittifaqı ilə, cavaba ehtiyac yoxdur. Çünki, onlardan hər biri, tam 1 qoyun qurban etmişlərdir.
Əgər murad, əvvəlki ehtimaladırsa, burda, 2 rəvayət vardır:
~ Birinə görə: Əgər qoyun, 2 nəfər arasındadırsa, ikisini də kəsmişlərdir.
~ Bəzi yerlərdə isə, bu xüsusda: "Caiz olmaz." deyə də yazılmışdır. "Muhit"də də belədir.
• 2 nəfər, şərik olduqları 2 qoyunu, qurbanları yerinə kəssələr, bu halda, qurbanları, caiz olar.
2 nəfərin şərik olduqları 2 nökər isə, belə deyildir. Şəriklərin kəffarətləri yerinə, bu nökərlərdən hər birini azad etmələri, caiz olmaz.
• 2 nəfər, şərik olduqları 1 dəvəni qurban kəsdiklərində, əgər onlardan biri, dəvənin 1/7-inə və ya 2/7-sinə sahib; qalanı da, digərinindirsə, ikisinin də qurbanı, caizdir.
Yarı-yarıya şərikdirlərsə, yenə belədir. Əsahh (ən doğru) olanı da, budur. "Xizənətu'l-Muftin"də də belədir.
Allah, ən gözəl biləndir.
---------------------------------------------------------------
Doqquzuncu Bab: Qurban xüsusunda fərqli məsələlər
• Bir kimsə, qurban üçün 2 qoyun satın aldığında, onun biri itib; digərini qurban kəsdikdən sonra da, qurban bayramı günlərində və ya o günlərdən sonra taparsa; edəcəyi heç bir şey yoxdur. İstər kəsdiyi qurban, kəsmədiyindən daha üstün, istərsə də aşağı olsun, fərqi yoxdur. "Muhit"də də belədir.
• Bir adam, bir başqasını, "Qurbanlıq almaq üzərə qara bir inək satın almağa" vəkil qılar; o adam da, qaralı-ağlı bir inək satın alarsa, o, amirin (əmr edənin) olar.
• Əgər qurban etmək üzərə "buynuzları görünən bir qoç almağa" vəkil qılar; vəkil də, buynuzları görünməyən bir qoç satın alarsa, bu qoç, əmr edənin olmaz. Çünki, bu buynuzlu qoç, xalq arasında, rəğbət olunan bir qurbanlıqdır və bu halda, vəkil, amirinə müxalifət etmiş olmaqdadır.
• Əgər amir, vəkilini, 2 yaşını bitirmiş bir inək satın almağa vəkil qıldığı halda, dəyərini söyləməz; vəkil də, yaşlı bir inək satın alarsa, burda, 2 cəhət vardır:
1. Əgər 2 yaşını bitirmiş inək, yaşlı inəkdən ucuz qiymətə alınarsa, amir, ilzam edilməz.
2. Əgər hər ikisinin də qiyməti eyni olarsa, amir, ilzam olunar (yəni, o inək, amirin olar). Çünki, birinci halda, amirin mənfəətinə müxalifət etmişdir.
• Əgər qurbanlıq bir qoyun almağa vəkil qıldığı halda, vəkil onu satın alar və bir adam da kirayələyib o qoyunu 1 dirhəmə sürdürüb çəkdirərsə, amir, ilzam edilməz (yəni, o 1 dirhəmi, amir ödəməz). "Zahiriyyə"də də belədir.
• Bir adam, "Allah üçün, bir qoyun bağışlayacam/hədiyyə edəcəm." və ya "Allah üçün bir qurban kəsəcəm." dediyi halda, bir inək və ya dəvə hədiyyə edər; və yaxud da inək və ya dəvə qurban kəsərsə, bu, caiz olar.
• Bir adam, 90 dirhəm dəyərində bir qoyunu; digər bir adam da, 70 dirhəm dəyərində bir inəyi qurban kəsər; bir başqa adam da, 100 dirhəm təsəddüq edərsə, bu halda, qoyun qurban edən kimsə, inək qurban edəndən üstündür. Çünki, qoyunun qiyməti, inəkdən çoxdur. İnək qurban edən isə, 100 dirhəmi təsəddüq edəndən daha çox savab qazanar.
• Bir adam, kasıb olduğu halda, qurban günlərində qurban olsun deyə, bir qoyun satın alıb, onu da qurban kəsdikdən sonra eyni günlərdə (yəni, qurban günlərində) varlanarsa, şeyx, fəqih əbu Muhamməd Harameyni: "Başqa bir qurban da kəsər." demişdir.
Mütəaxxirun isə: "Yenidən kəsməsi, lazım gəlməz." demişlərdir. Biz də, bu görüşü götürürük.
• Bir adam, digərini, "qurban üçün bir qoyun almağa" vəkil qıldığında, burda, qoyun, cins adıdır, qoyuna da, keçiyə də itlaq edilir.
Əgər bir kimsə, digər bir insanı, "erkək qoyun almağa" vəkil qılmış, o da, keçi (və ya bunun əksini, yəni, 'keçi' demiş, o da qoyun) almışsa, amir, ilzam edilməz. "Muhit"də də belədir.
• Bir adam, digərinə: "Bir qurban kəsməsini" söylədiyi halda, heç bir şey zikr etməzsə, bu, caizdir. Qoyun və ya keçi kəsə bilər.
Yenə, vasi təyin etmədən, bir adama "özü üçün, bir qurban kəsməsini" əmr edərsə, bu da caizdir.
Əgər vasi təyin edər və ona: "Bütün malına, bir inək alıb, qurban etməsini" deyər, o da elə istədiyi halda, varislər buna icazə verməzsə, malının 1/3-indən, vəsiyyəti caizdir. Bunda, xilaf yoxdur. Və malının 1/3-i ilə, bir qoyun satın alıb qurban edər.
Əgər, "20 dirhəmə 1 inək kəsməsini" əmr edər və əmr edən adam ölər; malının 1/3-i də 20 dirhəmdən az olarsa, bizim məzhəbimizə görə, malının 1/3-i nəyə kifayət edirsə, onu qurban kəsər. "Zəxirə"də də belədir.
• Əgər o 20 dirhəmlə 1 qoyun almasını vəsiyyət edər və vəsiyyət edən şəxs ölər; dirhəmlərdən 1-i də zay olarsa; imam əbu Hənifə'nin qövlünə görə, qurban kəsməz. Digər iki imama görə, geridə qalan dirhəmlərə, 1 qurbanlıq alıb kəsər. Bu məsələ, nəsəmə'yə qiyasla belədir. Nəsəmə isə, "azad etmək üçün satın alınan nökər" deməkdir.
• Bir adam, 1 inək alar və digərinə: "Ey filankəs! Həqiqətən, mən, bu inəyin 2/3-inə səni şərik qıldım." deyərsə, 2/3-isi, o şəxsin olar.
Əgər: "Hamısına səni şərik qıldım." deyərsə, yarısı o adamın olar.
Əgər: "Hamısını ona verdik." deyərsə, bu halda, ortaqlıq olmaz.
Əgər: "Həqiqətən, onun üçün (bu qurbandan) nəsib qıldım." və ya "hissə verdim." deyərsə, bu, batildir. Uyğun olanı isə: "1/6-ini, ona verdim." kimi bir şey deməkdir.
"Sənə hissə qıldım." sözü, imam əbu Hənifə'yə görə, bu, 1/6 hissə olaraq təfsir olunur. "Vəsaya" kitabında, belə yazılmışdır.
Lakin o, 1/6-dən aşağısına həml edilir. Bunun üçün, batildir.
• Bir adam, 10 dinara 1 inək satın alıb, onu təslim aldıqdan sonra başqa bir adama: "2 dinarına səni şərik qıldım." deyərsə; "O inəyin 1/5-i, o adamın olar." deyilmişdir. "Zahiriyyə"də də belədir.
• Bir adam, 1 qoyun satın alıb onu qurban kəsdikdən sonra, (qoyunda) onu qurbanlıqdan çıxarmayacaq bir qüsur taparsa, o nöqsanlıq nisbətində, satıcıya müraciət edər. O fərqi, satıcıdan aldığında isə, təsəddüq etməz. Çünki, qoyun, qurban olmuşdur. (Bundan dolayı) üzərinə bir şey lazım gəlməz.
Əgər satıcısı: "Mən, onu, səndən, boğazlanmış halda ala bilərəm." deyərsə, onu, ona verər. Satıcı, boğazlanmış qoyunu alıb, dəyərini verərsə, o vaxt, müştəri, aldığı o dəyəri, tamamilə təsəddüq edər.
Ancaq qüsurunun qarşılığı olan dəyər, müstəsnadır.
Əgər satıcının pulu zay olmuşdursa, bu halda, ediləcək bir şey yoxdur.
Əgər bir qismi zay olmuşdursa, geri qalanı ilə də, kəsilmiş qoyunu geri almış olarsa, müştəri onu təsəddüq edər.
Ancaq qüsurunun qarşılığı qədəri olanını isə, təsəddüq etməz.
Əgər qoyunun dəyəri, 10 dirhəm; qüsurunun qarşılığı isə, 1 dirhəmdirsə, bax o vaxt, 9/10-unu təsəddüq edər. "Zəxirə"də də belədir.
• Bir adam, boğazlanmış bir qoyunu qəsb edərsə, dəyərini, sahibinə ödəyər. Çünki o, başqasının malıdır və ondan icazəsiz almışdır.
Qurban kəsən şəxs, qurbanını satıb dəyərini alarsa, onu, təsəddüq edər.
Qurban ətinin bir qismini satarsa, satdığı qədərin dəyərini təsəddüq edər.
Bu dəyəri hədiyyə etmək, caiz olmaz. Aldığı qiyməti, qəsb edən şəxsə geri qaytararsa, qurban kəsən şəxsə bir şey lazım gəlməz. Çünki, öz istəyilə tələf olmuş olur.
Qurban kəsən şəxs, varlı olsun, kasıb olsun, qurbanını qəsb edən şəxsə təbərru edərsə, yenə bir şey lazım gəlməz. Onu, -əslində- ona hədiyyə etmiş kimi olur.
Əgər qəsb edənlə razılaşar və razılıq dəyəri, qurbanın qiymətindən nöqsan olarsa, aldığı qədərini, təsəddüq edər, başqasını deyil...Çünki, bir qismini ödəmiş; bir qismini də təbərru etmiş olur.
Əgər yeyiləcək bir şey və ya bir əşya qarşılığında razılaşmışlarsa, o vaxt, qurban sahibi, o yeyiləcək şeyi yeyər və o əşyanı istifadə edər. Çünki dəyər, əslin sifəti kimidir. Səraxsi'nin "Muhit"ində də belədir.
• Kasıb bir adam, 1 qoyun satın alar və o da, qurban kəsilən günlərdə ölər; qarnından da bir bala çıxarsa, kasıb şəxs, onu, istihsanən, uşağına verər. Kərdəri'nin "Vəciz"ində də belədir.
• Bir adam, bir qoyunu, sikkələnməmiş gümüş qarşılığında satın alıb onu qurban kəsdikdən sonra, bu qurbanı satan şəxs, o gümüşləri, qüsuru səbəbilə geri qaytarıb kəsilmiş olan qoyunu geri alarsa, qurbanı kəsən şəxs, o gümüşü təsəddüq edər; qurbanı da, qurban olmuş sayılar.
• 2 adam, qoç qarşılığında qoyun mubayaa edərək (dəyişərək) onları qurban kəsdikdən sonra, qoçu götürən, 1/10-i qiymətində bir üzr taparsa, muxayyər (seçimində sərbəst)'dir:
~ İstərsə, boğazlanmış qoyunun 1/10-ini götürər. Onu, sədəqə etməz. Lakin digəri, alınan ətin qiyməti qədər təsəddüq edər.
~ İstərsə də, qoyununun sağ ikən olan qiymətinin 1/10-ini götürər və onu da, təsəddüq etməz.
Əgər qoçu satan şəxs, onu boğazlanmış olaraq almağa razı olarsa, digəri, istərsə, qoyununun qiymətini götürüb, onu təsəddüq edər. Ancaq qoçun qüsuru qədərinin qarşılığını təsəddüq etməz.
Yox əgər istəyərsə, boğazlanmış qoyunu götürər. İstihsanən, bir şey təsəddüq etməz.
Yenə, kəsilmiş qoçu almağa razı olan şəxs də, o səbəbdən, bir şey təsəddüq etməz. "Tatarxaniyyə"də də belədir.
• Bir qadının, qiyməti nisaba malik olan və əri ilə bərabər yaşadığı bir evi olsa, bu qadına, həm qurban kəsmək, həm də fitrə vermək, vacibdir. Ancaq, bunun üçün, ərinin orda yaşaması lazımdır.
Bəzi alimlər: "O qadına, əri, istər varlı, istər kasıb olsun, qurban da, fitrə də vacib olmaz." demişlərdir.
Alimlərin, bu xüsusda ixtilafları vardır:
~ Bəziləri: "Əgər qadın, içində yaşamırsa, o təqdirdə, qurban və fitrə vacib olar." demişlərdir. "Qunyə"də də belədir.
• Əhməd b. Əli'dən belə soruşulur:
"Borcunu iqrar edən, lakin iflas etmiş olan bir kimsədə alacağı olan şəxsin zəkat verməsi lazımdırmı?"
- İmam: "Xeyr!" deyir.
- "Qurban kəsməsi lazımdırmı?" deyə soruşulduğunda isə,
- İmam: "Xeyr! O, alacağını geri almadıqca, lazım gəlməz." deyir. "Tatarxaniyyə"də də belədir.
• Bir adamın, başqa birində, indi və ya iləridə alacağı bir alacağı olar; borclu da, bunu qəbul edər; ancaq, alacaqlı bu şəxsin, bir qurbanlıq qədər pulu olmazsa, bu halda, borc edib qurban kəsməsi lazım gəlməz. Yəni, alacağını almadan, bir şey lazım gəlməz. Alacağını alınca da, vaxtı keçmiş olan qurbanın dəyərini təsəddüq etməz. Ancaq, alacağında, bir qurban pulu qədər ola biləcəyinə zənn-i qalibi varsa, o vaxt, ondan, bir qurban pulu istəyər.
• Bir adamın, şərikində və ya müdaribində, çox malı olduğu halda, onlar, hal-hazırda mövcud olmaz; lakin bir qurban olacaq qədər, ev əşyasından artıq olarsa, o şəxsin qurban kəsməsi lazımdır. "Qunyə"də də belədir.
• "Məcmau'n-Nəvazil"də, belə zikr edilmişdir:
4 nəfərdən hər biri, rəngi və dəyəri eyni olan hər biri bir qoyun satın alıb, bir evə qoyar və sabah olduğunda isə, bu qoyunlardan birinin ölmüş olduğunu görər; ancaq, onun kimə aid olduğunu də bilə bilməzlərsə, artıq onlar, qalan qoyunun hamısını satarlar və bunların pulu ilə, 4 ədəd qoyun satın alarlar. Beləcə, hər biri, bir qoyunu qurban olaraq kəsər; sonra da, hər biri digərinin qurbanının ətindən bir miqdar yeyər və hər biri, digər ilə halallaşarlar. Beləcə, hamısının da qurbanları, caiz olar. "Muhit"də də belədir.
• Bir qadın, ərinə: "Mənim, səndə olan bu qədər mehrimə qarşılıq, mənim üçün, hər il qurban kəs." deyər və əri də, elə edərsə, bunda ixtilaf vardır:
İmam əbu Hənifə'yə görə, bu qadının, vaxtı keçdikdən sonra bu qurbanlığın qiymətini, -varlı olsun, kasıb olsun- ərinə təsəddüq etməsi, caiz olmaz. Kasıb olan anasına təsəddüq edə bilməz. Ancaq, kasıblara təsəddüq edər. Zəkat da, belədir.
"Zahiru'r-Rivayə"də: "Bir adam, öz diyarında və kəndlərində, qurbanlıq tapa bilməzsə, onun da, xalqın qoyun almaq üçün getdiyi yerə getməsi lazımdır." "Qunyə"də də belədir.
Allah, ən gözəl biləndir...
(əl-Fətava əl-Hindiyyə)
------------------------------------------
Əlavələr:
Heyvan necə kəsilməlidir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/heyvan-nec%C9%99-k%C9%99silm...