Namazda topuqlar birləşdirilməlidirmi? (5)

٧٦ - باب إلزاق المنكب بالمنكب والقدم بالقدم في الصف

76- Səfdə, çiyni, çiynə; ayağı (da), ayağa bitişdirmək babı

وقال النعمان بن بشير: رأيت الرجل منا يلزق كعبه بكعب صاحبه.

Numan b. Bəşir dedi:

Bizdən bir adam gördüm. Topuğunu, dostunun (yəni, yanındakının) topuğuna bitişdirir(di).

-----------------------------

(Şərhi):

(باب إلزاق المنكب بالمنكب، والقدم بالقدم في الصف).

(Səfdə, çiyni, çiynə; ayağı (da), ayağa bitişdirmək babı)

(وقال النعمان بن بشير)

• "Numan b. Bəşir dedi."

هُوَ ابْنُ سَعِيدِ بْنِ ثَعْلَبَةَ الْأَنْصَارِيِّ الْخَزْرَجِيِّ الْمَدَنِيِّ الصَّحَابِيِّ ابْنِ الصَّحَابِيِّ، سَكَنَ الشَّامَ ثُمَّ وَلِيَ إِمْرَةَ الْكُوفَةِ.

O, ibn Səid ibn Sə'ləbə əl-Ənsari əl-Xəzrəci əl-Mədəni'dir. Səhabə oğlu səhabədir. Şam'da məskunlaşmış; sonra da, Kufə əmirliyinə rəhbərlik etmişdir.

(رَأَيْتُ الرَّجُلَ مِنَّا يُلْزِقُ كَعْبَهُ بِكَعْبِ صَاحِبِهِ)

• "Bizdən bir adam gördüm. Topuğunu, dostunun (yəni, yanındakının) topuğuna bitişdirir(di)."

وَهَذَا طَرَفٌ مِنْ حَدِيثٍ أَخْرَجَهُ أَبُو دَاوُدَ وَصَحَّحَهُ ابْنُ خُزَيْمَةَ.

Bu, əbu Davud'un təxric etdiyi (hədis no: 662) və ibn Xuzeymə'nin də səhih gördüyü rəvayətin bir hissəsidir.

----------------------

----------------------

٧٢٥ - حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ، قَالَ: حَدَّثَنَا زُهَيْرٌ، عَنْ حُمَيْدٍ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَقِيمُوا صُفُوفَكُمْ، فَإِنِّي أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِي، وَكَانَ أَحَدُنَا يُلْزِقُ مَنْكِبَهُ بِمَنْكِبِ صَاحِبِهِ، وَقَدَمَهُ بِقَدَمِهِ».

725- Amr b. Xalid bizə xəbər verdi. Dedi:

Bizə, Zuheyr, Humeyd'dən; Ənəs'dən; Nəbi (sallallahu aleyhi və səlləm)'dən xəbər verdi. (Nəbi, belə) buyurdu:

"Səflərinizi düzəldin. Şübhəsiz Mən, sizi, arxamın arxasından görürəm."

Və bizdən biri, çiynini, dostunun (yəni, yanındakının) çiyninə; ayağını da, ayağına bitişdirirdi.

------------------------

(Şərhi):

وَبِالسَّنَدِ قَالَ: (حَدَّثَنَا عَمْرُو بْنُ خَالِدٍ) الْحَرَّانِيُّ، سَكَنَ مِصْرَ، وَلِابْنِ عَسَاكِرَ: عَمْرٌو هُوَ ابْنُ خَالِدٍ

(Bu) isnadla, (belə) dedi:

• "Bizə, Amr b. Xalid xəbər verdi."

(O), Harrani'dir. Misir'də məskunlaşmışdır. ibn Asakir'ə görə: "Amr, Xalid'in oğludur."

(قَالَ: حَدَّثَنَا زُهَيْرٌ) بِضَمِّ الزَّايِ وَفَتْحِ الْهَاءِ، ابْنُ مُعَاوِيَةَ

• "Dedi: Bizə, Zuheyr xəbər verdi."

"Zə" damma ilə; "hə" fəthə ilədir. Müaviyə'nin oğludur.

(عَنْ حُمَيْدٍ) الطَّوِيلِ

• "Humeyd'dən."

(Yəni): uzun boylu (Humeyd'dən)

(عَنْ أَنَسٍ) وَلِلْأَصِيلِيِّ زِيَادَةٌ: ابْنُ مَالِكٍ

• "Ənəs'dən."

Əsili (rəvayət)'ində, "ibn Malik" ziyadəsi vardır.

(عَنِ النَّبِيِّ ﷺ قَالَ): (أَقِيمُوا صُفُوفَكُمْ، فَإِنِّي أَرَاكُمْ مِنْ وَرَاءِ ظَهْرِي).

• "Nəbi (sallallahu aleyhi və səlləm), (belə) buyurdu:

"Səflərinizi düzəldin. Şübhəsiz Mən, sizi, arxamın arxasından görürəm."

قَالَ أَنَسٌ: (وَكَانَ أَحَدُنَا) فِي زَمَنِهِ ﷺ

• "Ənəs dedi: 'Bizdən biri."

(Yəni): (Peyğəmbər sallallahu aleyhi və səlləm) zamanında.

(يُلْزِقُ) بِالزَّايِ

• "Yulziqu / bitişdirir"

"Zə/ز" (hərfi) ilədir.

(مَنْكِبَهُ بِمَنْكِبِ صَاحِبِهِ، وَقَدَمَهُ بِقَدَمِهِ)

• "Çiynini, dostunun (yəni, yanındakının) çiyninə; ayağını da, ayağına"

الْمُرَادُ بِذَلِكَ الْمُبَالَغَةُ فِي تَعْدِيلِ الصَّفِّ، وَسَدِّ خَلَلِهِ.

Bununla murad edilən: səfi düzəltməkdə mübaliğə etmək; və boşluğu örtmək'dir.

وَقَدْ وَرَدَ الْأَمْرُ بِسَدِّ خَلَلِ الصَّفِّ وَالتَّرْغِيبُ فِيهِ فِي أَحَادِيثَ كَحَدِيثِ ابْنِ عُمَرَ الْمَرْوِيِّ عِنْدَ أَبِي دَاوُدَ، وَصَحَّحَهُ ابْنُ خُزَيْمَةَ وَالْحَاكِمُ، وَلَفْظُهُ:

-ibn Xuzeymə və Hakim'in səhih gördüyü- əbu Davud (hədis no: 666) nəzdində rəvayət edilən ibn Ömər hədisi kimi hədislərdə, səfin boşluğunu örtmək və ona tərğib etmək ilə (bağlı) əmr varid olmuşdur. Ləfzi, (belədir):

إِنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ:

Şübhəsiz, Allah rəsulu (sallallahu aleyhi və səlləm), (belə) buyurmuşdur:

أَقِيمُوا الصُّفُوفَ، وَحَاذُوا بَيْنَ الْمَنَاكِبِ، وَسُدُّوا الْخَلَلَ، وَلَا تَذَرُوا فُرَجَاتٍ لِلشَّيْطَانِ، وَمَنْ وَصَلَ صَفًّا وَصَلَهُ اللَّهُ، وَمَنْ قَطَعَ صَفًّا قَطَعَهُ اللَّهُ ﷿.

"Səflərinizi düzəldin; çiyinlərinizi bir hizaya gətirin; boşluğu örtün; və şeytan üçün boşluq buraxmayın. Kim səfi birləşdirərsə, Allah (da) onu birləşdirər. Kim səfi kəsərsə, Allah (da) onu kəsər."

 

Şihabu'd-din əl-Qastallani əş-Şafii, "İrşadu's-Sari li şərh-i Sahihi'l-Buxari"

 

https://shamela.ws/book/21716/963?fbclid=IwY2xjawVZ1G9leHRuA2FlbQIxMQBwZ...

---------------------------------

---------------------------------

Əlavələr:

Namazda topuqlar birləşdirilməlidirmi? (1)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-topuqlar-birl%C9%99s...

Namazda topuqlar birləşdirilməlidirmi? (2)

https://suallarlaislam.com/sual/namazda-topuqlar-birl%C9%99sdirilm%C9%99...

Namazda topuqlar birləşdirilməlidirmi? (3)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-topuqlar-birl%C9%99s...

Namazda topuqlar birləşdirilməlidirmi? (4)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-topuqlar-birl%C9%99s...

 

 

Read 3 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR