Səhabə fətvaları dəlildirmi?

Səhabələr, Nəbi (sallallahu aleyhi və səlləm)'i gözlərilə görmüşlərdir və Onun təbliğlərini, Şəxsən Özündən götürmüşlərdir və İslamı bəyanını, qulaqları ilə eşitmişlərdir. Bu etibarla, fəqihlərin cumhuruna görə, səhabələrin görüş və fətvaları, nass'lardan sonra yer alan şər'i bir hüccətdir. Cumhur, bu xüsusda, əqli və nəqli olmaq üzərə, 2 cür dəlil iləri sürməkdədir. (Belə ki):

✓ Nəqli dəlillər, bunlardır:

وَٱلسَّـٰبِقُونَ ٱلْأَوَّلُونَ مِنَ ٱلْمُهَـٰجِرِينَ وَٱلْأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحْسَـٰنٍ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ

"Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar." (Tövbə/100)

Demək ki, onların yolundan getmək, təriflənməyi gərəkdirir. Görüşlərini hüccət olaraq qəbul etmək də, bir növ onlara tabe olmaqdır.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Mən, əshabım üçün, əmin-amanlığam. Əshabım da, ümmətim üçün əmin-amanlıqdır." (Muslim, "Səhih", "Fədailu's-Səhabə", 207)

Səhabələrin ümmət üçün əmin-amanlıq olması, ancaq, ümmətin onların görüşlərinə tabe olması ilə olur. Necə ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in onlar üçün əmin-amanlıq olması, onların, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə tabe olmaları ilə gerçəkləşmişdir.

✓ Əqli dəlilləri də, belə sıralaya bilərik:

1. Səhabələr, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, digər insanlardan daha yaxındırlar. Onlar, haqqında vəhy nazil olan mövzulara şahid olmuşlardır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in hidayətinə tabe olmaq xüsusunda ixlas dərəcələri və idrak səviyyələri, üstün idi. Beləcə, şəriətin məqsədlərini yaxşı başa düşürdülər. Çünki, nassların enmiş olduğu şərt və halları, şəxsən görmüşdülər. Dolayısı ilə, onların nassları başa düşmələri, başqalarınınkından daha qüvvətli; və nasslar üzərindəki sözləri, tabe olunmağa daha əlverişlidir.

2. Səhabələrə aid görüşlərin sünnət olma ehtimalı vardır. Çünki onlar, əksər zamanlarda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in açıqladığı hökmlər haqqında danışarkən, Ona nisbət etmirlərdi. Əsasən, onlardan bunu istəyən də yox idi. Belə bir ehtimalla bərabər, səhabələrin görüşləri, qiyas və ictihada söykənsə belə, ona tabe olmaq, daha yaxşıdır. Çünki, bu, həm nəqlə yaxın həm də ağla müvafiqdir.

3. Əgər səhabələrdən, bizə qiyas məhsulu bir görüş çatmışdırsa, bizim də, onlara müxalif bir qiyas etməyimiz, mümkündür. Ancaq onların görüşlərinə tabe olmağımız, ehtiyat cəhətindən daha yaxşıdır. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Ümmətimin ən xeyirlisi, Mənim göndərilmiş olduğun əsrdəkilərdir." (Muslim, "Fədailu's-Səhabə", 213, 215) buyurmuşdur. (haşiyə)

-----------------------------

(Haşiyə:

Hədisin şərhi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99l%C9%99f-kimdir

-----------------------------

Ancaq, səhabələrdən birinə aid bir görüş üzərində, icma edilmiş də ola bilər. Çünki, onun görüşü, digərlərinə müxalif olarsa, səhabələrdən gələn şeyləri araşdıran alimlər, bundan da xəbərdar olardılar. Əgər bəzi səhabələrdən rəvayət edilən görüşə müxalif başqa bir görüş, digər səhabələrdən bizə çatmışdırsa, bu görüşlərin ikisinin də xaricinə çıxmaq, səhabələrin hamısından ayrılmaq deməkdir. Bu isə, qəbul edilə bilməyəcək və sahibinə aid bir şüzuz (qanun xaricilik)'dir.

ibnu'l-Qayyim, səhabələrə aid görüşlərin, Kitab və sünnətə, sonrakıların görüşlərindən daha yaxın olduğu haqqında belə deyir:

"Səhabə, bir söz söylədiyi, bir hökm və ya fətva verdiyi zaman, onda, bizdə olmayan anlayış imkanları vardır. Bəzi xüsuslarda, Onun sahib olduğu anlayış imkanlarına, biz də sahibik. Lakin, səhabənin anlayış özəlliyi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən və ya başqa bir səhabədən şifahi olaraq eşitmiş olma ehtimalı vardır. Səhabələrin özlərinə məxsus elmləri, çoxdur. Çünki, hər səhabə, eşitdiyi şeylərin hamısını rəvayət etməmişdir. əbu Bəkr və Ömər əl-Faruq kimi böyük səhabələrin eşitdiklərinə nisbətlə rəvayət etdikləri, çox azdır. Məsələn:

əbu Bəkr'dən rəvayət edilən hədis sayı, 100-ə çatmır. Halbuki o, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən heç ayrılmamış və Onun etdiyi hər şeydən xəbərdar idi. Hətta, peyğəmbərliyindən əvvəl başlayıb vəfatına qədər, Onunla dostluq etmişdi. Peyğəmbəri, Onun sözünü, işini və yaşayışını ən yaxşı tanıyan, o idi. Digər böyük səhabələrin rəvayətləri də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşidib-gördüklərinə nisbətlə, çox azdır. Onlar, eşidib gördüklərini rəvayət etsəydilər, əbu Hureyrə'nin rəvayətindən qat-qat çox olardı. əbu Hureyrə, 4 ilə yaxın bir müddət, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə dostluq etdiyi halda, Ondan, bir çox hədis rəvayət etmişdir. Səhabələrin hal və yaşayışlarını bilməyənlər, "Hər hansı bir vaqeə haqqında səhabələr bir şey bilsəydilər, onu rəvayət edərdilər." deyirlər. Halbuki, səhabələr, bir şey bilsəydilər, onu rəvayət edərkən, "çox və ya nöqsan edərik" deyə qorxarlardı. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşitdiklərini açıqlamazlar və: "Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu." deməzdilər.

"Səhabənin verdiyi fətva, bu 6 maddənin xaricinə çıxmaz:

1. Səhabə, onu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşitmiş ola bilər;

2. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşidəndən eşitmiş ola bilər;

3. Qurandan belə başa düşmüş ola bilər;

4. Səhabələr bir xüsusda ittifaq etmiş olduğu halda, onların bu ittifaqı deyil, sadəcə o fətvanı verən səhabənin sözü bizə nəql edilmiş ola bilər;

5. Səhabələr, ərəb dilini və kəlimələrin dəlalət etdiyi mənanı, bizdən daha yaxşı bilmək, yaxud Allahın əmrilə bağlı hal və qərinələrdən faydalanmaq və ya Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə uzun müddət yoldaşlıq etmək, Onun hal və yaşayışını müşahidə etmiş olmaq, sözlərini eşitmək və bu sözlərin məqsədini qavramaq, vəhyin gəlişinə şahid olmaq, felən Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu vəhyi açıqlamasını görmək kimi xüsusların köməyilə bir çox mısələləri bizdən yaxşı başa düşmüş ola bilərlər.

Bu 5 xüsusdan dolayı, səhabənin fətvası, bizim üçün hüccətdir.

6. Səhabə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, özünün rəvayət etmədiyi bir şeydən başa düşdüyü mənaya görə fətva vermiş; lakin bu görüşündə yanılmış ola bilər. Bu təqdirdə, səhabənin sözü, hüccət olmaz.

Qəti olaraq bəllidir ki, 5 ehtimalın vaqe olması, 1 ehtimalın vaqe olmasından çox qüvvətlidir. Ağıl sahibi, bunda şübhə etməz. Belə qüvvətli bir ehtimal, qalib zənn ifadə edər ki, bununla əməl edilər." (ibnu'l-Qayyim əl-Cevziyyə, "İ'ləmu'l-Muvəqqiin", 4-cü cild, s. 12)

Bundan başqa, 4 məzhəb imamlarından bizə çatdığına görə, onlar da, səhabələrin sözlərinə tabe olar və bunların xaricinə çıxmazlardı. Məsələn, əbu Hənifə, belə deyərdi:

"Əgər bir hökmü Allahın kitabında tapmasam, Peyğəmbərin sünnətinə baxaram. Peyğəmbərin sünnətində də tapa bilməsəm, səhabələrin sözlərilə əməl edərəm. (Aralarında ixtilaf olduğu vaxt), səhabələrdən istədiyimin sözünü götürər, istədiyimin sözünü tərk edərəm. Ancaq onların sözlərinin xaricinə çıxıb başqalarının sözünü götürmərəm."

Şafi də, Misirdə yenidən yazdığı və Rəbi b. Süleyman tərəfindən rəvayət edilən "ər-Risalə" adlı əsərində (s. 597-598), belə deyir:

"Gördük ki, elm sahibləri, bir səhabəyə aid sözü, bəzən götürür; bəzən də tərk edir və beləcə, səhabələrin sözlərini götürərkən, bir-birindən ayrılırlar. Müxalifim: 'Sən, bu xüsusda, necə bir görüşə çatdın?' dedi. Mən də: 'Kitab, sünnət, icma və bunlara isnad edən bir hökm tapmazsam, səhabələrdən birinin sözünə tabe olmaq lazımdır.' dedim."

Yenə, Şafi, yenidən qələmə aldığı və Rəbi b. Süleyman tərəfindən rəvayət edilən "əl-Umm" adlı əsərində (7-ci cild, s. 246), belə deyir:

"Kitab və sünnətdə bir şey yoxdursa, səhabələrin sözlərinə və ya onlardan birinin görüşünə müraciət edərik. Əgər ixtilaf edilən məsələdə, Kitab və sünnətə daha yaxın olan sözə bir dəlalət tapa bilməsək, əbu Bəkr, Ömər və Osman (radiyallahu anhum)'un sözünə tabe olmadığımız, daha yaxşı olar. Səhabələrə aid bir sözün, kitab və sünnətə daha yaxın olduğuna dair hər hansı bir dəlalət tapılarsa, o sözə tabe olarıq."

Bu ifadə göstərir ki, Şafi, Kitab və sünnətlə əməl edir; sonra, səhabələrin icma etdikləri görüşləri götürür. Əgər səhabələr ixtilaf etmişlərdirsə, bunların görüşlərindən Kitab və sünnətə yaxınlıq cəhətindən ən qüvvətli olanı ilə əməl etməyi tərcih edir. Əgər bunların Kitab və sünnətə yaxınlıq dərəcəsi başa düşülməzsə, rəşidi xəlifələrin tətbiqatına görə hərəkət edir. Çünki, bu xəlifələrin sözləri, hər kəscə bilinməkdə və ümumi olaraq araşdırmaya söykənməkdədir.

İmam Malik də, belə düşünür. Onun "əl-Muvatta" adlı əsəri, səhabələrin fətvalarına isnad edənən hökmlərlə doludur. Əhməd b. Hənbəl də, eyni görüşdədir.

4 məzhəb imamlarından belə açıq bəyanlar rəvayət edildiyi halda, Şafii məzhəbinin üsul müəlliflərindən bəziləri çıxıb, Şafi'nin, -yeni məzhəbinə görə- səhabələrin sözlərini dəlil saymadığını iddia etmişdir. Bizim, yuxarıda, imam Şafi'nin yeni məzhəbini rəvayət edən Rəbi b. Süleyman yolu ilə "ər-Risalə""əl-Umm"dan nəql etdiyimiz ifadələr, Onun görüşünü qəti olaraq ortaya qoymuşdur. Buna görə, Şafi, səhabələrin ittifaq etdikləri görüşləri götürməkdə; ixtilafa düşdükləri vaxt da, onların görüşlərindən Kitab və sünnətə yaxın gördüyünü tərcih etməkdədir.

Yenə, bəzi Hənəfi'lər, əbu Hənifə'nin səhabə sözünü dəlil saymadığını; ancaq, onu, nəql ilə bilinə biləcək mövzularda ictihad olaraq deyil; sünnət olduğu üçün qəbul etdiyini; səhabənin ictihadını qəbul etmədiyini iləri sürmüşlərdir.

əbu Hənifə'nin həqiqi görüşü isə, yuxarıda, bizim Özündən nəql etdiyimiz sözündə yer alır ki, onlar, yalnız tək adamın rəvayətindən ibarət deyildir. Səhabənin sözünün nəql ilə bilinə biləcək mövzularda qəbul ediləcəyi; ictihad ilə bilinə biləcək mövzularla bağlı isə, qəbul edilməyəcəyi, Kərxi'nin görüşüdür. əbu Hənifə'nin görüşü deyildir. Kərxi'yə görə, nəql ilə bilinə biləcək mövzularda, səhabə sözü, sünnətə isnad etdiyi üçün qəbul edilir; rəyə isnad edən mövzularda isə, ictihaddır. Onların da ictihadlarında yanıldıqları, sabitdir. Çünki onlar, xətadan məsum olmadıqları kimi; bir-birilərinə müxalifət də etmişlərdir. Onlar, ixlasları gərəyi, özlərinin insanlar tərəfindən təqlid edilmələrini söyləməmişlər və ictihadlarında yanılmış ola biləcəklərini söyləmişlərdir. ibn Məsud, ictihadının nəticəsi haqqında: "Əgər yalnışdırsa, şeytandandır. Doğrudursa, Allahdandır." deyərdi. Səhabələr, öz görüşlərinin yalnış ola biləcəyini düşündüklərinə görə; biz, dəlilsiz olaraq onlara necə tabe ola bilərik?! Bəli, onlara tabe olmağımız lazımdır. Çünki, onlar, Quranda, gözəlcə, özlərinə tabe olunmaqla təriflənən kimsələrdir. Ancaq onlara tabe olmaq, ictihadla çatdıqları şeylərdə, özlərini, kor-koranə təqlid etmək deyildir. Onlara tabe olmaq, onlar kimi ictihad etməklə mümkündür və beləcə: "Əshabım, ulduzlar kimidir. Hansına tabe olsanız, yolunuzu tapmış olarsınız." (haşiyə) hədisinin mənası gerçəkləşmiş olar.

----------------------------

(Haşiyə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99hab%C9%99l%C9%99rim-u...)

------------------------------

Bunlardan başa düşülür ki, 4 məzhəb imamı, səhabələrin sözlərini qəbul etdikləri halda; bu imamları təqlid edənlərdən bəziləri, səhabə sözünü hüccət saymamaqdadırlar. Bu xüsusda, çox iləri gedənlər də olmuşdur. Şəvkani, səhabə sözünü rədd edərkən belə deyir:

"Həqiqət budur ki, səhabə sözü, hüccət deyildir. Allah, bu ümmətə, bir Peyğəmbər göndərmişdir. O da, Muhamməd (sallallahu aleyhi və səlləm)'dir. Bizim Peyğəmbərimiz, birdir; Kitabımız, birdir. Ümmətin hamısı, Allahın kitabına və rəsulunun sünnətinə tabe olmaqla əmr olunmuşlardır. Bu xüsusda, səhabələrlə, bunlardan sonrakılar arasında, bir fərq yoxdur. Hər kəs, şər'i təklifləri yerinə yetirəcək; Kitab və sünnətə tabe olacaqdır. Kim, Allahın dinində, Onun kitabı və peyğəmbərinin sünnətinin xaricində olan və bu ikisinə isnad etməyən bir şeyin hüccət olduğunu iləri sürərsə, əsassız bir şey söylədiyi kimi; İslam şəriətinə, Allahın əmr etmədiyi bir şeyi daxil etmiş olar ki, bu, çox ağır bir iş və həddini bilməzlikdir." ("İrşadu'l-Fuhul", s. 214)

Şəvkani, belə açıqlamalar verərkən, eyni şeyləri təkrar-təkrar danışır və sözünü belə bitirir:

"Bunu, yaxşı bil və istəkli ol! Çünki, Allah, bu İslam ümmətinə, yalnız Muhamməd (sallallahu aleyhi və səlləm)'i peyğəmbər olaraq göndərmiş; Ondan başqasına tabe olunmasını əmr etməmiş; Onun xaricində, ümmətindən heç kimsəyə şəriət hökmü qoymaq üçün bir hərf belə demək səlahiyyəti verməmiş; və kim olursa olsun, Ondan başqasının sözünü, sənin üçün hüccət qılmamışdır." ("İrşadu'l-Fuhul", s. 214)

Şübhəsiz, bunlar, səhabələrin görüşlərini rədd etmə xüsusunda, muğalatadır. Burda bildirmək məcburiyyətindəyik ki, böyük imamlar da, səhabələrin sözlərinə tabe olarkən; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən başqasını peyğəmbər olaraq tanımamış; Kitab və sünnətin xaricindəki şeyləri, hüccət saymamışlardır. Onlar da, səhabələrin sözlərini götürərkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bir olduğu, sünnətin bir olduğu və Kitabın da bir olduğu əsasına möhkəm bağlı idilər. Lakin görürdülər ki, Allahın kitabını hifz edən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətini nəql edən, səhabələrdir. Onun şəriətini ən yaxşı bilən və hidayətinə ən yaxın olan, onlardır. Onların sözləri (və ya görüşləri), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məşəl'idir. Özlərincə uydurulmuş deyildir. Sırf İslamın qaynaqlarından sızıb gələn işıqlardır. Onlar, İslam bulağının çıxışını və axışını, ən yaxşı bilən kimsələrdir. O halda, səhabələrə tabe olanlar, "gözəlcə onlara tabe olanlar" (Tövbə/100) ayətinin bəyan etdiyi zümrəyə daxil olan kimsələrdir.

(əbu Zəhra, "Usulu'l-Fiqh")

Read 18 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR