Şəhid fiqhi
Yeddinci fəsil: Şəhid haqqındadır.
• Şəhid: "hərb əhli (İslam dövləti ilə hərb halında olan qeyr-i müsəlmanlara aid ölkə xalqından olan kimsə) və ya bağilər (adil dövlət başçısına üsyan edənlər) və yaxud da yol kəsən quldurlar tərəfindən öldürülən kimsə" deməkdir.
~ Müharibə meydanında yaralı olan;
~ gözlərindən, qulaqlarından və ya içindən qan gələn;
~ vücudunda yanma əsəri olan;
~ piyada və ya minik halında ikən düşmən heyvanları tərəfindən tapdalanan; və ya bunlar tərəfindən dişlənilən və yaxud da bu heyvanların iləri və ya arxa ayaqları ilə əzilən;
yəni, saydığımız bu səbəblərdən dolayı; və ya
~ heyvanı vurulmasından dolayı onun qaçması səbəbilə və ya ona mane olmaq istəyərkən yıxılıb
ölən kimsələrlə;
~ vurulub suya və ya oda atılan;
~ qala divarlarından aşağı atılan;
~ üzərinə divar yıxılaraq öldürülən;
~ düşmənlər tərəfindən başına atəş atılaraq və ya odun vurularaq öldürülən; və ya
~ suda boğdurularaq öldürülən
kimsələr, şəhiddirlər.
~ Bir müsəlmanın da, suda boğaraq və ya zülmən öldürdüyü, lakin ölümü səbəbilə diyət vacib olmayan kimsələr də, şəhiddirlər.
Şəhidin şəri tərifi, budur.
• Yenə, zimmi və ya İslam diyarında aman verilərək yaşayan bir kimsənin də, -yuxarıdakı kimi- öldürdüyü kimsələr də, şəhiddirlər. "Hidayə şərhi Ayni"də də belədir.
• Sülh və ya bir atanın oğlunu öldürməsi səbəbilə ölən kimsəyə diyət (haşiyə) vacib olmuş olsa belə, o kimsənin şəhidliyi düşməz. Çünki, qisas vacib olmasına baxmayaraq, sülh və şübhə ilə bu qisas, düşməkdədir. "Kənz şərhi Ayni"də də belədir.
--------------------------
(Haşiyə:
Diyət: ərəbcədə, "ödəmək, vermək" mənasındakı "vədy" kökündən meydana gələn "diyət", İslam hüququnda, "bir şəxsin haqsız olaraq öldürülməsi, şikəst qoyulması və ya yaralanması halında, cəza və qan bədəli olaraq ödənən mal və ya pul"u ifadə edir.)
------------------------
• Bir kimsə, nəfsini və ya malını qurtarmaq və yaxud da müsəlmanları və ya zimmiləri müdafiə etmək üçün döyüşərkən, -dəmir, daş və ya ağacdan olan hansı alət olarsa olsun- öldürülərsə, o kimsə, şəhiddir. Səraxsi'nin "Muhit"ində də belədir.
• Düşmən atəş açaraq bir gəmidə olan müsəlmanları yandırmış olsa və bu atəş, başqa bir müsəlman gəmisinə sıçrayıb o gəmidə olanları da yandırsa, gəmilərdə olub yanaraq ölənlərin hamısı da, şəhiddir. "Xülasə"də də belədir.
Şəhidin hökmü:
• Şəhidlər, yuyulmaz və üzərlərinə, bu halda, cənazə namazı qılınar. Səraxsi'nin "Muhit"ində də belədir.
• Şəhid, qanı və paltarı ilə dəfn edilər. "Kafi"də də belədir.
• Əgər şəhidin paltarında nəcasət olarsa, bu, yuyular. "İtabiyyə"də də belədir.
• Şəhidin üzərində olan şeylərdən, kəfən hökmündə olmayan silah, qalxan, dəridən düzəldilmiş əşya, məstlər və geyindiyi dəbilqə kimi şeylər, çıxarılar. Şalvar və bənzəri şeylər də çıxarılar. İmam Muhamməd isə, bunu, "Siyər"indən başqa bir əsərində zikr etməmişdir.
Şeyx əbu Cə'fər əl-Hinduvani: "Şalvar və bənzərini çıxarmamaq, daha münasib və daha uyğundur." demişdir. Alimlərimizin əksəriyyəti də, bunu uyğun görmüşlərdir. "Muhit"də də belədir.
• Şəhidin üzərində olan artıq paltarlar çıxarılar; əgər nöqsandırsa, çoxaldılar; kəfənləmə, sünnət üzərə tamamlanar. "Kafi"də də belədir.
• Ölü üçün edildiyi kimi; şəhid üçün də, hanut (gözəl bir qoxu) düzəldilər. "Bahru'r-Raiq"də də belədir.
• Şəhid, cünub olaraq ölmüşdürsə; uşaq və ya dəlidirsə, imam əbu Hənifə'yə görə, yuyular. "Təbyin"də də belədir.
• Yenə, heyzli və ya nifaslı ikən öldürülən qadınlar da, yuyularlar. "Kafi"də də belədir.
Ancaq qadın, 1 və ya 2 gün qan gördükdən sonra öldürülmüş olsa, icma ilə yuyulmaz. "Hidayə şərhi Ayni"də də belədir.
• -Yaralandıqdan sonra- yemək, içmək, yatmaq, müalicə olunmaq və ya hərb meydanından sağ olaraq ayrılmaq kimi bəzi şeylərlə bir müddət vaxt keçirən kimsələr, -bu müddət içində həyatda qalmış olduqları üçün- şəhid hökmündə olmalarına baxmayaraq, cənazələri yuyular. Bu haldakı kimsələrə, "murtəs" deyilir.
Döyüş meydanında yaralanıb heyvanların tapdalamasın deyə şəhərə aparılan və ya orda olan bir çadıra qaldırılan və yaxud da bir namaz vaxtı keçincəyə qədər sağ qalıb ağlı başında yaşayan kimsə də, "murtəs"dir. Belə kimsələrin cənazələri, yuyular. "Hidayə"də də belədir.
• Hərbdə yaralanan bir kimsə, hərbin sonunda alış-veriş edər və ya çoxca danışarsa, murtəs sayılır. Hərb sonlanmadan, bu kimsələr, murtəs sayılmazlar. "Təbyin"də də belədir.
• Döyüşdə yaralanan bir kimsə, dünyəvi şeylərdən birilə vəsiyyət etdikdən sonra ölərsə, bu şəhidin cənazəsi yuyular.
Bir kimsə, şəhərdə öldürülər; ancaq, zülmən öldürülüb-öldürülmədiyi bilinməzsə, cənazəsi yuyular və namazı qılınar. "Kənz şərhi Ayni"də də belədir.
• Yenə, yaralandıqdan sonra yerindən qalxan və ya başqa tərəfə dönən və sonra şəhid olan kimsənin cənazəsi də yuyular. "Xülasə"də də belədir.
• Üzərlərində kimsə olmadığı halda, müşriklərin atları hürküb bir müsəlmanı tapdalayarsa; və ya bir müsəlmanın kafirə atdığı bir şey, digər bir müsəlmana dəyərsə; və ya bir müsəlmanın mindiyi müşriklərə aid bir heyvan qaçıb müsəlmanı üzərindən atarsa; və ya müsəlmanlar qaçar və kafirlər onları atəşə və ya xəndəyə düşməyə məcbur edərlərsə; və ya müsəlmanlar, ətraflarına çəkilən tel hörgü üzərində yeriyərlərsə, bu halların hər biri nəticəsində ölən kimsələr, yuyularlar.
Buna, imam əbu Yusuf müxalifət etmişdir. Səraxsi'nin "Muhit"ində də belədir.
• İmam əbu Hənifə'yə görə, hərbdə, müsəlmanın mindiyi atın ayağı büdrəyər, o müsəlmanı üzərindən atar və öldürərsə, bu şəxsin cənazəsi, yuyular.
Müsəlmanların heyvanları, -müşriklər, qəsdən hürkütməmələrinə baxmayaraq- müşriklərin bayraqlarından hürküb qaçar və sahiblərini üzərlərindən ataraq öldürərlərsə, imam əbu Hənifə ilə imam Muhamməd'ə görə, bunların cənazələri, yuyular.
• Yenə, müşriklərin, şəhərlərin ətraflarına əhatə etmiş olduqları qala divarlarının üzərinə çıxmış olan bir Müsəlmanın ayağı büdrəyib o qala divarının üzərindən yıxılsa və ölsə, yenə, imam əbu Hənifə ilə imam Muhammədə görə, bu şəxsin cənazəsi, yuyular.
• Müsəlmanlar məğlubiyyətə uğrasalar; sahibi üzərində olan və bir müsəlmana aid olan bir heyvan, başqa bir heyvanı sürən və ya çəkməkdə olan bir şəxsi tapdalayaraq öldürsə, o kimsənin cənazəsi də yuyular.
• Yenə, hərbdə, bir divarı deşməkdə ikən üzərlərinə divar yıxılıb ölən kimsələrin cənazələri də, yuyular. İmam əbu Yusuf'a görə, bunlar da yuyulmazlar. "Muhit"də də belədir.
• 2 qrup bir-birilərini görsələr və lakin döyüşməsələr, burda ölü olaraq tapılmış olan müsəlman, zülmən öldürüldüyü və dəmirlə öldürüldüyü bilinsə də, yuyular. "Tatarxaniyyə"də də belədir.
• Müharibə meydanında ölü olaraq tapılan, lakin özündə, yara, boğulmaq, vurulmaq, qan çıxması kimi bir öldürmə əsəri olmayan kimsə də, şəhid olmaz.
Yenə, xarici bir təsir olmadan, özündən burun qanı, ön və arxadan çıxan qan, başından enərək ağzından çıxan qan kimi qan çıxmış olan kimsələr də, şəhid sayılmazlar. "Bədai"də də belədir.
• Bu məsələdə, əsl olan, budur:
Bir kimsə, hərb əhli, bağilər və yol kəsənlərlə döyüşdüyü vaxt, düşmən tərəfindən öldürülüncə, ölüm, istər felən olsun, istər bir səbəb bağlı olsun, bu kimsə, şəhiddir. Ölümü düşmənə izafə edilməyən kimsə isə, şəhid deyildir. "Muhit"də də belədir.
("əl-Fətəva əl-Hindiyyə", "Namaz kitabı")
-----------------
-----------------
628. Şəhidlik, böyük bir dərəcədir. Allah yolunda canını verən bir müsəlmana, "şəhid" deyilir. Şəhidin cəm halı, "şuhəda"dır.
Belə bir adama "şəhid" deyilməsi,
~ ya cənnətə girəcəyinə şahidlik edildiyi;
~ ya ölümü anında bəzi rəhmət mələklərinin şahid, hazır olduğu;
~ ya da özü, uca Allahın mənəvi hüzurunda hazır olaraq ruzilənəcəyi
üçündür.
Şəhid kəliməsi, "şahid" sözü ilə eyni olub "hazır" mənası daşıyır.
Şəhidlər, 3 qismə ayrılır:
1. Həm dünya, həm də axirət cəhətindən şəhid olanlar. Bunlar, hökmi şəhidlərdir.
2. Yalnız dünya cəhətindən şəhid olanlar. Bunlar da, hökmi şəhiddirlər.
3. Yalnız axirət cəhətindən şəhid olanlar. Bunlar da, həqiqi və uxrəvi (axirətə aid) şəhiddirlər.
Beləcə, şəhidlər, 3 qisimdir.
1. Mükəlləf və təharət üzərə (təmiz) olduğu halda, özünə, haqsız yerə edildiyi bilinən bir zülmlə öldürülmüş olan və bundan dolayı da, varislərinə diyət olaraq bir mal verilməsi lazım gəlməyən hər hansı bir müsəlmandır. Qeyr-i müsəlmanlarla və ya yol kəsən quldurlarla mübarizə nəticəsində öldürülüb cünub (qüslsuz) bir halda olmayan ağıl sahibi və büluğ yaşına çatmış bir müsəlman, belə bir şəhiddir.
2. Döyüş meydanında, gözündən qan gəlməsi kimi, üzərində öldürülmə əlaməti olduğu halda ölü olaraq tapılan bir müsəlman da, belə bir şəhiddir.
Yenə, malını, canını, namusunu və digər müsəlmanları və ya müsəlmanların qoruması altında olan qeyr-i müsəlmanları qoruyarkən qılınc və ya bənzəri parçalayıcı bir silahla haqsız yerə dərhal öldürülmüş olan mükəlləf və tahir (təmiz) bir müsəlman da, belədir.
Belə şəhidlər, kamil şəhidlərdir. Həm dünya, həm də axirət cəhətindən şəhiddirlər. Bunlardan hər birinə, "hökmi şəhid" deyilir. Belə şəhidlərin hökmü, yuyulmadan, yalnız namazları qılınıb libasları ilə dəfn edilməkdir.
Bu möhtərəm şəhidlərin Allah qatında dərəcələri, çox yüksəkdir. Haqq yolunda şəhid olanlar, sonsuz bir həyata sahibdirlər. Bunlar, sonsuz bir aləmdə, daim ruziləndiriləcəklərdir. Bunların bu xüsusiyyət və seçkinliklərindən dolayıdır ki, ayrıca yuyulmaları lazım gəlməməkdədir və qanlı libasları özləri üçün bir seçkinlik nişanı olmaqdadır. O qan, bir ibadət əsəridir; təmizlənməz. Ancaq, özlərinə, xaricdən bir nəcasət toxunmuşdursa; o, təmizlənər. Bir də, kəfən olmağa əlverişli olmayan kürk, palto, ayaqqabı və papaq kimi şeylər, üzərindən götürülər. Zirehi və silahları da çıxarılar. Geri qalan paltarlar, sünnət miqdarından çoxdurlarsa, azaldılar. Libasları nöqsandırsa, sünnət miqdarına qədər qaldırılar.
Bu, imam əbu Hənifə'yə görədir. 2 imama (əbu Yusuf və imam Muhammədə) görə, bu şəkildə öldürülmüş olan bir müsəlman, hələ mükəlləf və tahir olmasa da, onun üçün də, yenə eyni işlər görülər. Döyüş halında öldürülən büluğ yaşına çatmamış müsəlman bir uşaq və ya cünub olan bir İslam əsgəri kimi...
2. Qəlbində nifaq olduğu halda, görünüşdə, müsəlman zənn edilən və döyüşdə müsəlmanların səfində olarkən düşmən tərəfindən öldürülən bir şəxsdir. Bu da, bir "hökmi şəhid"dir. Buna da, dünya əhkamı etibarı ilə şəhid deyilir. Bunun da, görünüş halı əsas alınaraq, yuyulmaz; üzərinə namaz qılınıb paltarı ilə dəfn edilər.
3. Kamil şəhiddə axtarılan şərtlərin bəzilərini toplamayaraq, ölümü, yalnız axirət əhkamı (hökmləri) etibarı ilə şəhid sayılan bir müsəlmandır.
Nümunə: Xəta yolu ilə öldürülüb varislərinə diyət adı altında bir mal verilməsi lazım gələn müsəlman, axirətdə, savaba qovuşmaq cəhətindən şəhid sayılırsa da; dünya əhkamı cəhətindən, şəhid sayılmaz. Bunun üçün, digər ölülər kimi yuyular; kəfənə qoyular və namazı qılındıqdan sonra dəfn edilər.
Yenə, qeyr-i müsəlmanlarla və ya yol kəsən quldurlarla döyüşərkən yaralanıb döyüş bitdikdən sonra bir tərəfə çəkilərək bir az yeyib içdikdən, danışdıqdan, yatdıqdan, dərman istifadə etdikdən sonra və ya ağlı başında olaraq üzərindən bir namaz vaxtı keçdikdən sonra vəfat edən bir müsəlman da, bu hökmə girir. Bu şəkildə ölən bir möminə "murtəs" deyilir.
~ Suda boğulan;
~ Atəşdə yanan;
~ Dağıntı altında qalan;
~ Vəba, taun, ishal, qızdırma, zatu'l-cənb (plorezi, ağciyər iltihabı) xəstəliklərindən biri; və ya
~ əqrəb sancması ilə ölən;
~ nifas halında; və ya
~ qürbət bir eldə; və ya
~ elm yolunda; və ya
~ cümə gecəsində ölən
bir müsəlman da, eyni hökmdədir.
Savabını, Allahdan gözləyən bir müəzzin və doğru alış-veriş edən müsəlman bir tacirin, ailəsinin keçimini qazanmaq üçün haqq üzərə bir çalışma sonunda ölməsi də, bu cür şəhidlərdəndir.
Bütün bunlara, axirət əhkamı cəhətindən "şəhid" deyilir. Bu cəhətdən, hər birinə, "həqiqi şəhid" deyilməkdədir. Bunlar, din vəzifələrinə bağlı kimsələr isə, axirət əhkamı cəhətindən həqiqi şəhiddirlər. Lakin, dünya əhkamı cəhətindən şəhid sayılmazlar. Bunun üçün, digər ölülər kimi yuyularlar; kəfənlənərlər. Namazları qılındıqdan sonra da, məzarlarına digər müsəlmanlar kimi dəfn edilərlər.
Evində və ya başqa bir yerdə öldürülmüş bir halda tapılan bir müsəlman haqqında da belə edilir. Çünki, onun zülmən öldürülmüş olduğu, qətiliklə bilinə bilməz.
Nəticə: Şəhidlik, böyük bir nemətdir. İnsanın, yaxşı hal üzərə yaşayıb şəhid olaraq ölməsi, onun haqqında çox böyük bir səadətdir. Bir hədisdə, belə buyurulmuşdur:
"Şəhidliyə çatmasını uca Allahdan ixlasla istəyən kimsəni, uca Allah şəhidlər dərəcəsinə çatdırar; istərsə döşəyində ölsün..."
Bütün bunlar, ixlasın və gözəl niyyətin yüksək dərəcələrə çatma sevgisinin bir mükafatıdır.
(Ömər Nasuhi Bilmən, "Böyük İslam Elmihalı")
-----------------------------------------
-----------------------------------------
Əlavələr:
Allahın əş-Şəhid isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99hid-isminin-s%C9%99rhi
Şəhid nə deməkdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99hid-n%C9%99-dem%C9%99...
Neçə cür şəhidlik vardır? (1)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nec%C9%99-cur-s%C9%99hidlik-...
Neçə cür şəhidlik vardır? (2)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nec%C9%99-cur-s%C9%99hidlik-...
Neçə cür şəhidlik vardır? (3)
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nec%C9%99-cur-s%C9%99hidlik-...
Malı uğrunda öldürülən, şəhiddirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mali-ugrunda-oldurul%C9%99n-...
Qürbətdə ölən, şəhiddirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qurb%C9%99td%C9%99-ol%C9%99n...
Cümə günü ölən, şəhiddirmi?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cum%C9%99-gunu-ol%C9%99n-s%C...
Qahhar isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qahhar-isminin-s%C9%99rhi
