Sad surəsi 21-24-ci ayətlərin təfsiri

"Davudun yanında çəkişənlərin xəbəri, Sənə gəlib çatdımı? O zaman onlar, divarı aşıb məbədə girdilər. Onlar, Davudun yanına daxil olduqda, Davud, onlardan qorxdu. Onlar dedilər: 'Qorxma! Biz, iki iddiaçıyıq. Birimiz, digərinin haqqını tapdalamışdır. Aramızda, ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər!

Bu, mənim qardaşımdır. Onun, 99 qoyunu; mənim isə, 1 qoyunum vardır. Bununla belə: 'Onu, mənə ver!'– dedi və mübahisədə mənə üstün gəldi.

Davud dedi: 'O, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu, bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə, çox azdırlar!'

Bunları dedikdən sonra, Davud, zənn etdi ki, Biz, onu imtahan edirik. (Bundan dolayı, O), Rəbbindən, özünün bağışlanmasını dilədi və səcdəyə qapanıb Allaha döndü." (Sad/21-24)

------------------------------------

Təfsiri:

Bil ki, Allah Taala, Davud (əleyhissəlam)'ı mədh edib, Onu, -bir az əvvəl bəhs etdiyimiz- 10 cəhətdən tərif edincə, sayəsində, bu hadisədə meydana gələn halların heç birinin, Davudun, mədh və sənaya layiq olmasını ortaya qoymadığını bildirmək üçün, bunun ardından, bir qissə zikr etmişdir.

Ayətdəki, "وَهَلْ أَتَىٰكَ نَبَؤُا۟ ٱلْخَصْمِ / Sənə, bir-birilə çəkişənlərin xəbəri gəldimi?" sualı, "Sənə, Musanın sözü gəldimi?" (Taha/9) ayəti kimidir. Bu sualın hikməti, özünə qulaq verməyə və ibrət almağa sövq etsin deyə, haqqında bu sual soruşulan qissənin əhəmiyyətinə diqqət çəkməkdir.

Mən (Fəxrəddin ər-Razi) deyirəm ki:

İnsanların, bu qissə haqqında bu 3 görüşləri vardır:

1. Qissənin bu şəkildə zikr edilməsi, Davud (əleyhissəlam)'dan böyük bir günahın meydana gəldiyini göstərir.

2. Bu, ondan kiçik bir günahın meydana gəldiyini göstərir.

3. Bu qissə, Ondan, nə böyük, nə də kiçik bir günahın sadir olduğunu/meydana gəldiyini göstərməyəcək bir şəkildədir.

-------------------------------------------------------

• Birinci (yəni, Davud peyğəmbərdən böyük bir günahın meydana gəlməsi) ehtimalı:

Bu görüşdəkilərin bu qissə ilə bağlı sözlərinin özü, budur:

Davud (əleyhissəlam), Uriya'nın xanımına aşiq olur. Fərqli çarələrə baş vurur. Nəticədə, ərini öldürtdürür və o qadınla evlənir. Bunun üzərinə, Haqq Taala, ona, bu hadisəyə (yəni, çoxlu zövcələri olmasına baxmayaraq, Uriyanın xanımını da istəməsi hadisəsinə) bənzər (99 qoyunu olanın, digərinin 1 qoyununu da istəməsi) bir hadisə haqqında, 2 çəkişən adam qiyafəsində, 2 mələk göndərir. Mələklər, hadisəni, hökm verməsi üçün Ona ərz edirlər. Beləcə, Davud (əleyhissəlam), özünün günahkar olduğunu etiraf edəcəyi bir şəkildə hökm verir və sonra bunu başa düşüb, Allaha tövbə edir.

Mən (Razi)'nin bu xüsusdakı inancım və fikrim budur ki, danışılan bu hekayə, batildir. Bunun dəlilləri isə, bunlardır:

1. Bu hekayə, insanların ən fasiq və günahkarına nisbət ediləcək olsa, o belə, bu cür şeylərdən utanar. Bu hekayəni danışan o lazımsız pis şəxsin özünə, belə şeylər nisbət ediləcək olsa, özünü, bundan, ola bildiyi qədər tənzih edər və çox zaman da, özünə belə şeylər nisbət edənə lənət edər. Hal belə olunca, insana, məsum olan bir peyğəmbərə belə bir şey nisbət etməsi, necə uyğun düşə bilər?!

2. Bu hekayənin nəticəsi, Davud (əleyhissəlam)'ın, zülm edərək bir müsəlmanı (Uriyanı) öldürtdürüb, xanımı ilə evlənmə cəhdinə girməsinə qədər gedər:

~ Birinci xüsus (yəni, kimisə öldürtdürmək), dinən qəbul edilə bilməz bir şeydir. Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm),

مَنْ سَعَى فِي دَمِ مُسْلِمٍ وَ لَوْ بِشَطْرِ كلمةٍ، جَاءَ يَوْمَ الْقِيَامَةِ مَكْتُوبًا بَيْنَ عَينَيْهِ: آيِسٌ مِنْ رَحمةِ اللهِ.

"Kim bir kəlimənin yarısı ilə belə olsa, bir müsəlmanın qanı (nın tökülməsi, öldürülməsi) üçün səy göstərərsə, qiyamət günü, 2 qaşının arasına, 'Bu, Allahın rəhmətindən uzaq qaldı.' deyə yazılı olaraq gələr." (İbn Macə, "Sünən", Diyət/1) buyurmuşdur.

~ İkinci xüsus da, həqiqətən xoş olmayan bir şeydir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm),

"Müsəlman, digər müsəlmanların dilindən və əlindən səlim/salamat olduqları kimsədir." (Buxari, "Səhih", İman/4-5) buyurmuşdur.

Bu hekayəyə görə isə, Uriya, Davud (əleyhissəlam)'dan, nə öz canı, nə də xanımı xüsusunda səlim olmuşdur.

3. Allah Taala, bu qissədən əvvəl, Davud (əleyhissəlam)'ı, bir az əvvəl zikr etdiyimiz kimi (İmam, bu ayətlərdən əvvəlki Sad/16-20 ayətlərində zikr etdiklərini qəsd edir), 10 sifətlə vəsf etmişdir. Yenə, bu qissədən sonra, Onu, bir çox sifətlərlə vəsf etmişdir. Bu sifətlərin hamısı da, Davud (əleyhissəlam)'ın, belə pis bir fel, çirkin bir işlə vəsf edilməsinə müxalifdirlər!

Bu mövzunu daha yaxşı başa sala bilməyimiz üçün, bir az əvvəl bəhs etdiyimiz o sifətləri yenidən ələ almağımızda, hər hansı bir bes/problem yoxdur. Bundan dolayı, deyirik ki:

~ Birinci sifət: Allah Taala, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə, səbrdə üstün olma və çətinliklərə sinə gərmək xüsusunda, Davud (əleyhissəlam)'ın yolunu getməsini əmr etmişdir (Sad/17). İndi, qalxıb, Davud (əleyhissəlam)'ın, nəfsinin müxalifətinə dözə bilməyib şəhvətini tətmin etmək üçün bir müsəlman (Uriya)'nın qanını axıtmağa səy göstərdiyini söyləsək, Əhkəmu'l-Hakimin (hökm edənlərin ən üstünü) olan Allahın, itaətlərə səbr etmək mövzusunda peyğəmbərlərin ən üstünü olan Muhamməd (sallallahu aleyhi və səlləm)'ə, Davud (əleyhissəlam)'a tabe olmasını əmr etməsi, necə uyğun düşə bilər?!

~ İkinci sifət: Bu, Haqq Taala'nın, Davud (əleyhissəlam)'ı, "qulu" (Sad/17) olaraq vəsf etməsidir. Bu şəkildə vəsf etməsinin qayəsinin, bu sifətə sahib kimsənin, qulluq cəhətindən kamil olduğunu, itaətləri əda etməkdə və haramlardan çəkinməkdə zirvəyə çatdığını bildirmək olduğunu açıqlamışdıq.

İndi, qalxıb, Davud (əleyhissəlam)'ın belə batil işlərlə məşğul olduğunu desək, bu halda, O, Allaha qulluqda kamal mərtəbəyə çatmaq bir yana qalsın, əksinə, həva və həvəsinə və şəhvətinə tabe olmaqda zirvəyə çatmış kimsə olar.

~ Üçüncü sifət: Bu, ayətdəki "qüvvətli" (Sad/17) kəliməsilə zikr edilən sifətdir. Bu ifadə ilə, dini cəhətdən qüvvətli olmağın qəsd edildiyində, şübhə yoxdur. Çünki, dinin xaricində qalan şeylərdəki qüvvət, kafir krallarda belə var. Dindəki qüvvətin mənası isə, fərzləri yerinə yetirmək və haramlardan çəkinmək xüsusundakı mükəmməl qüvvətdir. Özünü, adam öldürməkdən və bir din qardaşının xanımına arzu duymaqdan çəkə bilməyən şəxs üçün, belə bir qüvvətdən necə bəhs edilə bilər?!

~ Dördüncü sifət: Bu, Davud (əleyhissəlam)'ın, Allaha çoxca rücu etməsini (dönməsi, qayıtmasını) bildirən sifətdir (Sad/17). Belə bir sifət də, qəlbi adam öldürmək və fisq və fücurla (günahla) dopdolu olan biri üçün, necə uyğun düşər?! (Yəni, imamın qəsdi budur ki, çoxca ibadətlə Allaha yönələn bir qul üçün, bu, mümkün deyil. Çünki, qəlbi günahla dolu olan bir qəlb, Allahdan uzaq olur.)

~ Beşinci sifət: Bu, إِنَّا سَخَّرْنَا ٱلْجِبَالَ مَعَهُۥ... "Biz, dağları Ona boyun əydirmişdik..." (Sad/18) ayətinin ifadə etdiyi xüsusdur.

İndi sən, adam öldürməyə və fisq və fücura vəsilə edilməsi üçün, dağların Onun əmrinə verildiyini deyə bilərsənmi?!

~ Altıncı sifət: Bu, وَٱلطَّيْرَ مَحْشُورَةً كُلٌّ لَّهُۥٓ أَوَّابٌ "Quşları da, toplu halda Ona boyun əydirdik. Onlardan hər biri, çoxca dönüb gəlici idilər (yəni, Davud nə vaxt Allahı təsbih etsə, quşlar da Ona qatılardı)." (Sad/19) ayətinin ifadə etdiyi xüsusdur. Rəvayət edildiyinə görə, Davud (əleyhissəlam)'a, quşları ovlamaq, haram qılınmışdı. Bundan dolayı, Özündən, müsəlman bir adamın (Uriyanın) canı və xanımı xüsusunda əmin olmadığı Birindən, quşların əmin olması, necə düşünülə bilər?!

~ Yeddinci sifət: Bu, وَشَدَدْنَا مُلْكَهُۥ... "Biz, Onun mülkünü də qüvvətləndirdik." (Sad/20) ayətinin ifadə etdiyi xüsusdur. Bununla, Allah Taalanın, dünyəvi səbəb və vasitələrlə, Onun mülkünü qüvvətləndirməsi mənasının qəsd edilmiş olması, imkansızdır. Əksinə, bununla qəsd edilən, Haqq Taalanın, dini və uxrəvi (axirətə aid) səadətləri təqviyə edən (gücləndirən) şeylərlə, Onun mülkünü qüvvətləndirməkdir. Bu halda, bu ayətlə, Onun mülkünün, həm dini, həm də dünyəvi xüsuslarda qüvvətləndirilməsi qəsd edilmişdir.

Özünü adam öldürməkdən və fisq və fücurdan çəkə bilməyən kimsə üçün, bu, necə münasib ola bilər?!

~ Səkkizinci sifət: Bu, ...وَءَاتَيْنَـٰهُ ٱلْحِكْمَةَ وَفَصْلَ ٱلْخِطَابِ "...Biz, ona, hikmət və faslu'l-xitab (yəni, qəlbindəki və ağlındakı fikirləri, gözəl bir şəkildə ifadə etmək qabiliyyəti)'ni verdik." (Sad/20) ayətinin ifadə etdiyi xüsusdur. Hikmət, bilmək və əməl cəhətindən olması lazım gələn hər şeyi ehtiva edən bir isimdir. Dolayısı ilə, Davud (əleyhissəlam)'ın, pis şeytanın belə dostlarının seçilmişinə, canı və xanımı xüsusunda əziyyət etməkdən utanacağı bir işdə israr etməsi halında, Haqq Taalanın, onun üçün, "Ona hikmət verdik." demiş olması, necə düşünülə bilər?!

Bundan dolayı, bu qissədə (Sad/21-24'də) zikr edilənlərdən əvvəl, Haqq Taalanın (Davudun) bu sifətlərini zikr etməsi, Davudun irz və namusunun, belə hekayələrdən və yalanlardan uzaq olduğuna dəlalət edər.

(Sad/21-24) ayətlərində zikr edilən qissədən sonra, Davud (əleyhissəlam) üçün zikr edilən sifətlər də, 10'dur:

1. Bu, ...وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍ "...Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün, gözəl qayıdış yeri hazırlanmışdır." (Sad/25) ayətinin ifadə etdiyi xüsusdur. Bu ifadənin burda gətirilməsi, ancaq, bundan əvvəl (Sad/21-24 ayətlərində) zikr edilən qissənin, Davud (əleyhissəlam)'ın, Allaha itaət mövzusunda mətanətli olmasını göstərməsi halında münasib düşər.

Ancaq, əvvəlki qissənin, Davud (əleyhissəlam)'ın, adam öldürməyə və fisqə səy göstərdiyinə dəlalət etməsi halında, "...Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün, gözəl qayıdış yeri hazırlanmışdır." (Sad/25) ayətinin zikr edilməsi, uyğun düşmüş olmazdı.

2. Bu, يَـٰدَاوُۥدُ إِنَّا جَعَلْنَـٰكَ خَلِيفَةً فِى ٱلْأَرْضِ... "Ey Davud! Şübhəsiz, Biz, səni yer üzündə xəlifə qıldıq..." (Sad/26) ayətinin ifadə etdiyi xüsusdur. Bu ayətdə də, o hekayənin yalan olduğuna, bu cəhətlərdən dəlalət vardır:

a. Böyük bir padşah, adamlarından birinin, insanların canlarına, mallarına və xanımlarına qəsd etdiyi, sataşdığı haqqında danışıb, bu halı bir topluluğa zikr edib tamamladıqdan sonra, padşah, o adamı üçün, "Ey qulum! Mən, xəlifəliyimi və naibliyimi sənə həvalə edirəm." deməsi, çox çirkin düşər. Çünki, belə çirkin və naxoş işlərin danışılması, bunları edənin qovulmasına və icraatlarından əngəllənməsinə yol açar. Ancaq, bunun, o padşah adına hərəkət edərək, bir xəlifə tərəfindən edilməsi, qətiliklə uyğun olmayacaq bir işdir.

b. Fiqh üsulunda, belə bir qayda vardır:

"Bir sifətin ardından gətirilən hökm, bu hökmün, o sifətə bağlı olduğuna dəlalət edir."

Bundan dolayı, Haqq Taala, Davud (əleyhissəlam) üçün, belə bir çirkin işdən bəhs edib, sonra da, "Biz, səni, yer üzündə xəlifə qıldıq." deyincə, bu, xəlifə qılmağı gərəkdirən şeyin, o kimsənin, bu pis felləri işləmiş olması olduğu hissini verməkdədir. Belə bir şeyin bəhs mövzusu olmayacağı isə, məlumdur. Lakin, Haqq Taala'nın, bu qissəni, Davud (əleyhissəlam)'ın irz və namusunun, günahlardan uzaq olduğuna və Allaha itaət mövzusunda ola bildiyinə səbirli olduğuna dəlalət etsin deyə gətirmiş olması halında, bunun ardından, "Biz, səni, yer üzündə xəlifə qıldıq." deməsi, uyğun düşər.

Beləcə, tərcih etdiyimiz görüşün daha əvla olduğu, sabit olur.

3. Həm, bu qissə (Sad/21-24)'dən əvvəlki, həm də sonrakı ayətlər, Davud (əleyhissəlam)'ın mədh edildiyinə, möhtərəm biri olduğuna dəlalət edib, ortada qalanlar (Sad/21-24'də zikr edilənlər), bəzi çirkinliklərə və qüsurlara dəlalət etmiş olsaydı, bu, eynilə, "Filan kimsə, Allaha itaət mövzusunda, dərəcə və mərtəbəsi uca bir kimsədir. Adam öldürür, zina edir oğurluq edir. Allah, onu, yer üzündə xəlifə qılmışdır. Verdiyi hökmləri, təsvib etmiş/münasib görmüşdür." deyilməsi kimi olar. Belə bir sözün, insan tərəfindən söylənilməsi belə uyğun olmadığına görə, burdakı hal da, eynidir. Aşiq olmaq və adam öldürtmək xüsusunda fəaliyyət göstərməyin ən böyük qüsurlardan olduğu isə, məlumdur.

4. Bu görüşü iləri sürənlər, bu rəvayətdə, Davud (əleyhissəlam)'ın,

• məsələn, atəşə atılması, kəsiləcək oğluna qarşılıq qurban edilmək üzərə qoç verilməsi kimi şeylərin, İbrahim (əleyhissəlam) üçün böyük bir mükafatı gərəkdirən müsibətlərin, Yaqub (əleyhissəlam) üçün meydana gəlməsi kimi; əvvəlki peyğəmbərlərdə mövcud olan bu uca məqamların, dini mövzularda özü üçün də reallaşmasını istədiyini;

• (iş belə ikən), Allah Taala'nın, özünə,

"Onlar, bəlaya düçar olduqlarında səbr etdikləri üçün bu dərəcələri əldə etdilər." deyə vəhy etdiyini; bunun üzərinə də, Davud (əleyhissəlam)'ın, özünə bir bəla (imtahan edilmə vəsiləsi) verməsini istədiyini;

• (iş belə ikən), Allahın, ona: "Sən filan gün, bir bəlaya düçar olacaqsan." deyə vəhy etdiyini və Davud (əleyhissəlam)'ın, bundan yaxşıca çəkindiyini,

• (iş belə ikən) o hadisənin meydana gəldiyini zikr etmişlərdir.

İndi, biz deyirik ki:

Onların zikr etdikləri şeyin başı, Haqq Taalanın, Davud (əleyhissəlam)'ı, onun şərəfini artıracaq, ixlasının dərəcəsini mükəmməlləşdirəcək bir bəlaya düçar etdiyinə dəlalət etməkdədir. Bundan dolayı, Davud (əleyhissəlam)'ın, haqsız yerə adam öldürməyə çalışması və eşq mövzusunda çox iləri getməsi, onun, bir əvvəlki halına, necə uyğun düşər?!

Beləcə, bu adamların danışdıqları bu hekayənin başının, sonuna müxalif düşdüyü, sabit olur.

5. Davud (əleyhissəlam): "...Həqiqətən, şəriklərin çoxu, bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa..." (Sad/24) demiş; iman edənləri, haqsızlıq etməkdən istisna etmişdir.

İndi, biz, qalxıb, Onun, haqsızlıq ilə müttəsif/sifətlənmiş olduğunu desək, bu halda,

"O, Özünün, imansız olduğuna hökm etmişdir." deyilməsi lazım gəlir ki, bu isə, batildir, mümkün deyildir.

6. Bir məclisdə iştirak edirdim. Orda, məliklərin böyüklərindən olan biri var idi. Və bu məlik, bunu gərəkdirən hər hansı bir səbəbdən dolayı, bu fasid görüşün və bu çirkin qissənin zikr edilməsini istəyirdi. Bunun üzərinə, Mən (Razi), ona,

"And olsun ki, Haqq Taala, ...ٱللَّهُ أَعْلَمُ حَيْثُ يَجْعَلُ رِسَالَتَهُۥ... '...Allah, risalətini/peyğəmbərliyini kimə verəcəyini, ən gözəl biləndir...' (Ənam/124) buyurmuşdur. Allahın, özünü belə böyük bir təriflə təriflədiyi kimsəni tənqid xüsusunda iləri getməyimiz, bizim üçün, caiz deyildir.

Həm, bir an üçün, Onun, peyğəmbər olmadığını fərz edək, ancaq, Onun, bir müsəlman olduğunda, şübhə yoxdur. And olsun ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm),

لا تَذْكُروا مَوْتَاكُم إلاَّ بالْخَيْرِ 'Ölülərinizi, xeyrdən başqa bir şeylə yad etməyin.' (Tirmizi, Sünən, Cəvəiz/34) buyurmuşdur.

Sonra, bizim, bu dəlillərdən hər hansı birinə iltifat etmədiyimizi düşünək. Ancaq, nə var ki, biz, deyirik ki, göz boyamaq üçün bəhs edilən bu qissənin, bir an üçün doğru və həqiqət olduğunu düşünək. Çünki, bunu rəvayət etmək və bunu danışmaq, hər hansı bir mükafat gərəkdirməz. Çünki, pis şeyləri yaymaq, cəzalandırılmağı gərəkdirməsə belə, savabı gərəkdirməyəcəyini də, zəruri olaraq bilməkdəyik. Ancaq, bu qissənin batil olması halında, bunu danışanların böyük bir cəzaya haqq qazanacaqları da, məlumdur. Beləcə, bizim mənimsədiyimiz (görüş), isabətli olub, bu qissənin danışılmasının haram və qadağan olduğu, qətiləşir." dedim.

O hökmdar, bu sözləri eşidincə, susdu və artıq heç bir şey danışmadı.

7. Həm bu qissənin, həm də Yusuf (əleyhissəlam) qissəsinin danışılması, pis şeylərin yayılmasına vəsilə ola bilər. Dolayısı ilə, Haqq Taalanın,

إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلْفَـٰحِشَةُ فِى ٱلَّذِينَ ءَامَنُوا۟ لَهُمْ عَذَابٌ أَلِيمٌ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۚ ...

"Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün, dünyada və axirətdə, acılı-ağrılı bir əzab vardır..." (Nur/19) ayətinin qadağan etməsi səbəbilə, haram olması lazımdır.

8. Davud (əleyhissəlam), əgər o adamın öldürülməsinə çalışmış olsaydı, o vaxt, O, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,

"Kim bir kəlimənin yarısı ilə belə olsa, bir müsəlmanın qanı (nın tökülməsi, öldürülməsi) üçün səy göstərərsə, qiyamət günü, 2 qaşının arasına, 'Bu, Allahın rəhmətindən uzaq qaldı.' deyə yazılı olaraq gələr." hədisinin hökmünə daxil olar.

Həm Davud (əleyhissəlam), əgər belə bir şey etmiş olsaydı, o vaxt, zalım olardı. Bu səfər də, O, Haqq Taala'nın,

...أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّـٰلِمِينَ

"...Bilin ki, Allahın lənəti, zalımların üzərinədir." (Hud/18) ayətinin hökmünə daxil olardı.

9. Səid b. Musəyyəb'dan, Əli b. əbi Talib (radiyallahu anh)'ın,

"Kim, sizə, qussas (qissə danışanlar)'ın danışdığı bir şəkildə, Davud (əleyhissəlam)'ın qissəsini danışarsa, ona, 160 şallaq vurun." dediyi rəvayət edilmişdir, ki, bu, Peyğəmbərlərə atılan böhtanın cəzasıdır.

Bu xüsus da, bunu dəstəkləməkdədir:

Səhabədən bəziləri, "Muğirə b. Şu'bə, zina etdi." deyib, səhabənin adillərindən 3 nəfər də, bunun belə olduğuna şəhadət edib, 4-cüsü: "Mən, bu işi gördüm." deməyincə, Ömər b. Xattab (radiyallahu anh), o 3 nəfəri yalançı saymış, böhtan atdıqları üçün də, hər birinə, 80 şallaq vurmuşdur.

Səhabədən biri haqqında hal belə olunca, Peyğəmbərlərin ulularından biri olan Davud (əleyhissəlam)'a qarşı necə olar?!

10. Rəvayət edildiyinə görə, bəziləri, bu qissəni, Allahın kitabında yer aldığı qədərilə ələ almış və belə demişlərdir:

"Bundan daha çoxunu söyləmək, münasib olmaz. Çünki, hadisə, bəhs edildiyi qədərilə olub, Haqq Taala da, bu hadisənin, Davud (əleyhissəlam) üzərində gizli qalması üçün bundan bəhs etmədiyinə görə, insanın, 1000 və ya daha az ya da daha çox ildən sonra bu pərdəni yenidən qaldırması xüsusunda səy göstərməsi, caiz olmaz.'

Bunun üzərinə, Ömər, 'Mənim, bu sözü eşitməyim, mənə, üzərinə günəş doğan hər şeydən daha sevimli gəldi.' dedi."

Verdiyimiz bu izahlarla, hekayə danışanların danışdıqları hekayənin, fasid və batil olduğu, yaxşıca başa düşülmüş oldu.

--------------------------------------------

İndi, əgər biri,

"Mühəddis və müfəssirlərin iləri gələnlərindən bir çoxu, bu qissəni nəql etmişlərdir. O halda, bu qissə haqqındakı hal, necə həll edilə bilər?" deyəcək olarsa, buna veriləcək həqiqi cavab, budur:

Qəti dəlillər ilə, əhəd (bir tək təriqlə rəvayət edilən) xəbərlərdən hər hansı biri arasında bir ziddiyyət və təaruz (ziddiyyət) meydana gəldiyində, qəti dəlillərə qayıtmaq və onları mənimsəmək, daha əvladır.

Həm əsl olan, zimmət bəraətidir (yəni, ziddi isbatlanana qədər, insanların günahsız sayılmaları, əsas prinsipdir).

Yenə, haram qılan dəlil ilə, halal qılan dəlil təaruz etdiyində (bir-birinə zidd düşdüyündə), haram qılan dəlili götürmək, daha əvla olur. Ehtiyata söykənmək metodu da, bizim görüşümüzün tərcih edilməsini gərəkdirir.

Yenə, biz, 2×2=4 şəklində bilirik ki, bu hadisənin baş verdiyinin fərz edilməsi halında, Allah Taala, qiyamət günündə, bizə, "Bu hadisənin təşhiri/elan edilməsi, bildirilməsi xüsusunda, nə üçün səy göstərmədiniz?" deməyəcəkdir.

Ancaq, bu hadisənin əsli və əsasının olmaması halında, bunun danışılmasında isə, bizə, ən böyük bir cəza verilər.

Həm Peyğəmbər (sallallahu aleyhi və səlləm), اِذَا عَلِمْتَ مِثْلَ الشَّمْسِ فَاشْهَدْ "(Bir məsələni), günəş kimi (parlaq olaraq) bilsən, şəhadət/şahidlik et." buyurmuşdur. (Zeylai, "Nasbu'r-Rayə", hədis no: 6590, 6591)

Halbuki, bu hekayənin doğruluğu xüsusunda, nə bir elm/bilik, nə də bir qalib olan zənn mövcud deyildir. Tam əksinə, bəhs etdiyimiz tərzdə, (əleyhində) qəti dəlillər mövcuddur. Dolayısı ilə, bunun belə olduğuna şəhadət etməyin caiz olmaması, vacib olur.

Həm bütün müfəssirlər, bu görüşdə ittifaq etməmişlərdir. Tam əksinə, haqqı, həqiqəti araşdıran böyük bir qrup alim, bunu rədd etmiş və bunun, yalan və fasid olduğuna hökm etmişlərdir.

Yenə, müfəssirlərin və mühəddislərin görüşləri bir-birilə təaruz etdiyində, hər 2 tərəfin görüşü də düşər. Geriyə, bizim bu bəhs etdiyimiz dəlillərə söykənmək qalar.

Bizim, bu hadisə haqqındakı sözümüzün hamısı, bundan ibarətdir. (Haşiyə)

----------------------------------

(Haşiyə:

İsrailiyyat, nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/israiliyyat-n%C9%99dir)

-----------------------------------

✓ İkinci ehtimala: yəni, "bu qissənin, Davud (əleyhissəlam)'dan böyük günahın meydana gəlməsini gərəkdirməyib, kiçik günahın meydana gəlmiş olmasını gərəkdirdiyi mənası"na gəlincə, biz, deyirik ki:

Buna görə, bu qissənin keyfiyyəti xüsusunda, bu izahlar verilə bilər:

1. Bu qadına, Uriya deyilən şəxs talib oldu. (İş belə ikən), qadının vəliləri, bunu münasib gördülər. Ancaq, daha sonra, Davud (əleyhissəlam) da, bu qadına talib olunca, bu qadının ailəsi, Davud (əleyhissəlam)'ı tərcih etdilər. Beləcə, Davud (əleyhissəlam)'ın xətası, onlarla zövcəsi olmasına baxmayaraq, mömin qardaşının talib olduğu qadına talib olması oldu.

2. Davud (əleyhissəlam)'ın gözü, o qadına sataşdı. (İş belə ikən), qəlbi, ona meyl etdi. Davud (əleyhissəlam)'ın, bu cəhətdə, qəti olaraq günahı yoxdur. Çünki, Onun, o qadına hər hansı bir qəsdi olmadan gözünün ilişməsi, bir günah deyildir. Bu cəhətdən, ardından, Onda, belə bir meylin meydana gəlməsi də, yenə günah sayılmaz. Çünki, bu meyl, Onun gücü daxilində deyildir. Dolayısı ilə, O, bundan məsul tutulmaz. Daha doğrusu, o qadının əri, təsadüfən (yəni, Davudun dəxli olmadan) ölüncə, o qadınla evlənməyi umduğu üçün, onun öldürülməsi səbəbilə, Özündə, böyük bir kədər hiss etməmişdir. Bax beləcə, bu zəllə, yəni, bu adamın öldürülməsinin Ona ağır gəlməməsi, meydana çıxmışdır.

3. Davud (əleyhissəlam) zamanındakılar, özü onunla evlənə bilməsi üçün, bir-birilərindən, xanımını boşamasını istəyə bilirlərdi. Bax bu xüsusdakı örfləri/adətləri, məruf/bilinən bir şey idi. Biz də, ənsarın, mühacirə eyni davrandıqlarını görməkdəyik. Beləcə, təsadüfən, Davud (əleyhissəlam)'ın gözünün o qadına ilişmiş olması, onu arzulaması; (iş belə ikən), ərindən, o qadından vaz keçməsini istəmiş olması; ərinin də, Davud (əleyhissəlam)'ın bu tələbini rədd etməkdən utandığı; belə bir şey etdiyi, ehtimal daxilindədir. Bu qadın, (əgər hadisə belədirsə), Süleyman (əleyhissəlam)'ın anasıdır. Bunun üzərinə, Davud (əleyhissəlam)'ın bu tələbini rədd etməkdən utandığı, belə bir iş tutduğu, ehtimal daxilindədir demək, yaraşmaz. Çünki, əbrar (yaxşı qullar)'a görə gözəl olan şeylər, muqarrəb (Allaha daha yaxın olan qullar)'a görə günah sayılırlar, deyilmişdir.

Bu, verilmiş 3 izahdır. Əgər biz, bu qissəni, bunlardan hər hansı birinə həml edərsək, Davud (əleyhissəlam) haqqında deyiləcək ən yuxarı şeyin, Onun, ən əvla olanı tərk etməsi olacaqdır.

-------------------------------

✓ Üçüncü ehtimala (yəni, bu hadisənin, Davud (əleyhissəlam) haqqında, nə böyük, nə də kiçik günahı gərəkdirməyib, tam əksinə, ən böyük tərif növlərini gərəkdirdiyinə) gəlincə, biz, deyirik ki:

Rəvayət olunduğuna görə, bir qrup düşmən, Allahın nəbisi Davud (əleyhissəlam)'ı öldürmək istədilər. Bir gün, Onu, tək başına və Rəbbinə ibadət edərkən tapdılar, o gün fürsəti dəyərləndirərək, məscidin divarına dırmaşdılar. Yanına girincə də, yanında, Davud (əleyhissəlam)'ı onlardan qoruyacaq bir topluluğun olduğunu gördülər. Bunun üzərinə, çəkinərək, dərhal orda bir yalan uyduraraq,

...خَصْمَانِ بَغَىٰ بَعْضُنَا عَلَىٰ بَعْضٍ...

"...Biz, iki iddiaçıyıq. Birimiz, digərinin haqqını tapdalamışdır..." (Sad/22) dedilər.

Quranın ləfzlərində, Davud (əleyhissəlam)'ın günaha girdiyi xüsusunda, bu 4 ləfz və cümlədən başqa, hüccət ola biləcək bir şey yoxdur:

1. "Davud, Bizim, Onu sınağa çəkdiyimizi zənn edərək..." (Sad/24) cümləsi;

2. Allah Taala'nın, "Bunun üzərinə, O, Rəbbindən bağışlanma dilədi." (Sad/24) cümləsi;

3. "Allaha döndü." (Sad/24) cümləsi;

4. Haqq Taala'nın, "Biz bunu ona bağışladıq." (Sad/25) cümləsi...

Biz, deyirik ki, bu ləfzlərdən heç biri, onların (birincilərin) iləri sürdükləri şeyə dəlalət etməməkdə olub, bunu, bir neçə cəhətdən izah edə bilərik:

1. Onlar, Davud (əleyhissəlam)'ı öldürmək məqsədilə, bax bu yolla, Onun yanına girib; Davud (əleyhissəlam) da, onların məqsədlərini başa düşüncə, qəzəbi, Davud (əleyhissəlam)'ı, onlardan qisas almaq düşüncəsilə məşğul etməyə sövq etdi. Ancaq nə var ki, Allahın rizasını əldə etmək məqsədilə, onları əfv etməyə və bağışlamağa yönəldi və: "Bu hadisə, bax o fitnə (imtahan)'dır. Çünki bu, bir imtahan və yoxlamaq kimidir." dedi; daha sonra da, Rəbbindən, onlardan intiqam almağı ağlından keçirdiyi üçün, bağışlanmasını istədi; bu düşüncəsindən daşındı; Allaha döndü və Haqq Taala da, ondan qaynaqlanan bu əzm və niyyəti bağışladı.

2. Davud (əleyhissəlam)ın, hər nə qədər, onların, Özünü öldürmək üçün yanına girdiklərinə zənn-i qalibi var idisə də, ancaq nə var ki, O, bu zənn-i qalibdən dolayı peşman olmuş və: "Halın belə olduğuna bir dəlalət və işarət olmadığına görə, onlar haqqında, belə bir zənndə olduğum üçün, onlar haqqında, nə pis davrandım!" demişdir ki, bax bu: "Davud zənn etdi ki, Biz, onu, imtahan edirik. Bunun üzərinə, O, Rəbbindən bağışlanmasını istədi və səcdəyə qapanıb bu zənnindən döndü." ayətindən qəsd ediləndir. Beləcə də, Allah, bunu, Davud (əleyhissəlam)'a bağışladı.

3. Onların, Davud (əleyhissəlam)'ın yanına girməsi, Davud (əleyhissəlam) üçün, bir fitnə olmuşdur. Ancaq, nə var ki, Davud (əleyhissəlam), içəri girən və Özünü öldürməyə qəsd edən kimsələrin bağışlanmasını istəmişdir ki, bu, eynilə, Muhamməd (sallallahu aleyhi və səlləm) haqqında, Haqq Taalanın,

...وَٱسْتَغْفِرْ لِذَنۢبِكَ وَلِلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ...

"...Sən, həm öz günahlarının, həm də mömin kişilərlə mömin qadınların bağışlanmasını dilə..." (Muhamməd/19) ayətinə bənzəyir.

Bundan dolayı, Davud (əleyhissəlam), onların bağışlanmasını istəmiş, Özünü öldürmələrini istəyən və içəri girən bu kimsələrin bağışlanmasını istəmə xüsusunda, Allaha yönəlmişdir.

Bu izaha görə, ayətdəki,

فَغَفَرْنَا لَهُۥ ذَ‌ٰلِكَ

"Biz bunu ona bağışladıq..." (Sad/25) cümləsinin mənası da, "Davuda duyulan sevgi və hörmətdən dolayı, Biz, Onun (yəni, Davudun yanına girənlərin günahını) bağışladıq." demək olur ki, bu, bəzi müfəssirlərin,

لِّيَغْفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ...

"Allah, sənin (xatirin) üçün və səndən dolayı, ümmətinin, keçmiş və gələcək günahlarını bağışlayar..." (Fəth/2) mənasında olduğunu söyləməsi kimidir.

4. Fərz edək ki, Davud (əleyhissəlam), Özündən meydana gələn bir zəllə (xəta)'dan dolayı, tövbə etmişdir. Ancaq nə var ki, biz, bu zəllənin, o qadın səbəbilə meydana gəldiyini qəbul etmirik. Bu zəllənin, iddialı olan 2 şəxsdən digərinin sözünü eşitmədən əvvəl, birinin lehinə olaraq hökm etmiş olmasından dolayı meydana gəlmiş olduğunun söylənməsi, nə üçün mümkün olmasın?! Çünki, Davud (əleyhissəlam),

"O, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir..." deyincə, verdiyi bu hökm doğru olana uyğun gəlmədiyi üçün, bir dəlil və şahid olmadan, qarşı tərəfin mücərrəd iddiası ilə, bərikinin zalım olduğuna hökm etmiş oldu. Bax bu əsnada, istiğfar (Allahdan bağışlanma) və tövbə ilə məşğul oldu. Ancaq nə var ki, Davud (əleyhissəlam)'ın bu hərəkəti, daha əfdal/fəzilətli və uyğun olanı tərk etmək babındandır. (Yəni, daha fəzilətli olan, hər 2 tərəfi dinlədikdən sonra veriləcək hökmdür. İmamın daha əvla olandan qəsdi, budur. Bu, bir peyğəmbər üçün, günah məsabəsindədir.)

Verdiyimiz bu izahlarla, ayətləri bu mənaya həml etdiyimizdə, Davud (əleyhissəlam)'a, hər hansı bir günahın isnad edilməsi bir yana, tam əksinə, bu, ibadətlərin ən böyüyünün Ona isnad edilməsini gərəkdirir.

Sonra, biz deyirik ki, bu səbəblərdən dolayı, ayəti bu mənaya həml etmək, daha uyğundur:

a. Müsəlmanın hərəkətləri haqqında əsl olan düşüncə, o kimsənin, qadağalardan uzaq olduğunu düşünməkdir. Hələ də, bu kimsə, nəbi və rəsulların ulularındandırsa...

b. Bu, daha ehtiyatlı olanıdır.

c. Haqq Taala, bu surənin başlarında, Muhamməd (sallallahu aleyhi və səlləm)'ə,

ٱصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَٱذْكُرْ عَبْدَنَا دَاوُۥدَ ذَا ٱلْأَيْدِ...

"Onların dediklərinə səbir et və qüdrətli qulumuz Davudu yadına sal!" (Sad/17) buyurmuşdur.

Çünki, Muhamməd (sallallahu aleyhi və səlləm)'in qövmü, "O, sehrbazdır, yalançıdır." dedikləri üçün, alçaqlıqlarını, rəzilliklərini, ağılsız olduqlarını ortaya qoyduqlarından,

وَقَالُوا۟ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبْلَ يَوْمِ ٱلْحِسَابِ

"Onlar istehza edərək: 'Ey Rəbbimiz! Bizim payımızı Hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver!'– dedilər." (Sad/16) deyərək, Onunla istehza etdiklərindən, Haqq Taala, bu surənin başında, "Ey Muhamməd! Onların alçaqlıqlarına, ağılsızlıqlarına səbr et, buna qatlaş. Ağıllı və səbrli ol! Qəzəbini ortaya qoyma və qulumuz Davudu xatırla!" demişdir.

Bundan dolayı, Muhamməd (sallallahu aleyhi və səlləm)'in Davud (əleyhissəlam)'ı xatırlaması, ancaq Davud (əleyhissəlam)'ın, Öz qövmünün əziyyətlərinə səbr etmiş olması, ağılsızlıqlarına qatlanmış olması, ağıllı davranmış olması, qəzəbini və hislərini ortaya qoymamış olması halında məqul (ağıla uyğun) olur. Belə bir məna isə, ancaq, bizim, ayəti bəhs etdiyimiz mənaya həml etdiyimizdə mümkün olur. Ancaq, bu ayəti, onların iləri sürdüyü mənaya həml etdiyimizdə, bu 2 söz, ziddiyyət ərz edər və fasid olar.

d. Bu rəvayət, ancaq, bizə, o 2 iddialı şəxsin mələk olduğunu qəbul etməyimiz halında məqbul olur. O 2 iddialı şəxs, mələklərdən olub, aralarında hər hansı bir çəkişmə olmayıb, biri də digərinə zülm etməmiş olduğuna görə, o 2 şəxsin, "Biz, iki iddiaçıyıq. Birimiz, digərinin haqqını tapdalamışdır." şəklindəki sözləri, yalan olmuş olur. Dolayısı ilə, bu rəvayət, ancaq, bu 2 şeylə tam olur:

1. O yalanın, mələklərə isnad edilməsi;

2. Mələklərə yalan isnad etməyi vəsilə edərək, qəbahətlərin ən alçağını, Peyğəmbərlərin ulularından olan böyük bir Şəxsə isnad etmək səyləri.

Ancaq, biz, ayəti, bəhs etdiyimiz mənaya həml etdiyimizdə, o yalanı, mələklərə isnad etməkdən və bu çirkin işi, peyğəmbərlərə ətf etməkdən qurtulmuş olarıq. Bu halda, bizim görüşümüz, daha əvladır.

Bax bu mövzuda, nəzdimizdə olan məlumatlar, bundan ibarətdir. Allah, Öz kəlamının incəliklərini, ən yaxşı biləndir.

----------------------------------

Davudun təlaş səbəbi:

...Daha sonra, Haqq Taala,

...فَفَزِعَ مِنْهُمْ...

"...(Davud), onlardan qorxdu.." (Sad/22) buyurmuşdur.

Bunun səbəbi, budur:

Davud (əleyhissəlam), yanına girənlərin, adət edilən yoldan gəlmədiklərini görüncə, bir pislik etmək üçün yanına girdiklərini başa düşdü, bax bundan dolayı da, qorxdu.

--------------------------------

İndi, əgər, "Davud (əleyhissəlam)'ın, sırf qarşı tərəfin sözü ilə, 2 iddialı şəxsdən birinin əleyhinə hökm etməsi, necə caiz ola bilər?" deyə soruşularsa, biz, belə deyərik:

İnsanlar, bu xüsusda, bu izahları vermişlərdir:

a. Muhamməd b. İshaq, belə deyir:

İddiaçı tərəf, sözünü bitirincə, Davud (əleyhissəlam), danışmayan iddialıya baxdı və: "Əgər bu, doğru danışırsa, sən, şübhəsiz ona zülm etmisən." dedi.

Xülasə, Davud (əleyhissəlam)'ın bu hökmü, iddiaçının, iddasında doğru olması şərtinə bağlı bir hökmdür.

b. İbnu'l-Ənbari, belə deyir:

İddialılardan biri, bu iddianı gətirincə, ikincisi, bunu qəbul etdi. Bunun üzərinə, Davud (əleyhissəlam), hökmünü verdi. Allah Taala, bu sözdən açıqca başa düşüldüyü üçün, qarşı tərəfin bunu etiraf etdiyini bildirməmişdir ki, bu, eynilə, sənin: "Ticarət etdin və qazandın." mənasında "Mən, sənə ticarəti əmr etdim, sən də qazandın." deməyin kimidir.

Yenə, Haqq Taala, Musa (əleyhissəlam)'a: "Əsanla dənizə vur!' dedik, dəniz də yarıldı." (Şüəra/63) buyurmuşdur. Bu da, "O, əsası ilə dənizə vurdu və dəniz yarıldı." mənasındadır.

c. Bunun təqdiri (mənası), "Halı belə olan kimsə, sənə zülm etmişdir." şəklindədir.

-----------------------------------------

Davud (əleyhissəlam),

...وَإِنَّ كَثِيرًا مِّنَ ٱلْخُلَطَآءِ لَيَبْغِى بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ...

"...Həqiqətən, şəriklərin çoxu, bir-birinin haqqını tapdalayar..." (Sad/24) demişdir.

Əgər, "Şəriklər xaricində zülm edənlər də çoxca mövcud olduğu halda, niyə Davud (əleyhissəlam), şəriklərin bir-birinin haqqını tapdalamağını, xüsusilə zikr etmişdir?" deyə soruşularsa, buna, bu şəkildə cavab verərik:

Şərikliyin, bir çox hallarda, münaqişə və çəkişməyə səbəb olduğunda, şübhə yoxdur. Çünki, 2 nəfər, bir-birilə çox yaxın olduğunda, hər biri, digərinin halından xəbərdar olur. Tərəflərdən birinin sahib olduğu gözəl şeylərin hər birindən xəbərdar olduğunda, qarşı tərəfin o xüsusdakı arzusu da artır. Bu da, insanlar arasında, yarışma və çəkişmənin artmasına səbəb olur. Bax bundan dolayı, Davud (əleyhissəlam), şərikləri haqsızlıq etmək işi ilə daha çox bağlı görmüşdür.

Daha sonra, bu ümumi hökmdən, iman edib saleh əməl işləyənləri, istisna etmişdir. Çünki, belə insanların, bir-birilərinə qarışmaları, ancaq, dini və həqiqi ruhi səadətləri əldə etmək məqsədilədir. Dolayısı ilə, bunların şərikliyi, münaqişə və çəkişmə səbəbi olmaz.

Bil ki, bu istisna, iman edib saleh əməl işləyənlərin, bir-birilərinə haqsızlıq edə bilməyəcəklərinə dəlalət edir. Dolayısı ilə, əgər Davud (əleyhissəlam), o adam (yəni, Uriya'ya) haqsızlıq və zülm etmiş olsaydı, verdiyi bu fətva gərəyincə, Özünün iman edib saleh əməl edənlərdən olmaması lazım gələrdi. Onun möminlərdən olmamasının batil olması isə, məlumdur. Beləcə, "Ayətdəki qoyun qissəsi ilə, Davud (əleyhissəlam)'ın başından keçən (yəni, Uriyanın xanımını əldə etmə) qissəsi qəsd edilmişdir." deyənlərin görüşlərinin batil olduğu, sübut edildi.

--------------------------------

Daha sonra, Davud (əleyhissəlam),

...وَقَلِيلٌ مَّا هُمْ...

"...Onlar isə, çox azdırlar..." demişdir.

Bil ki, Quranda, xeyir əhlinin azlığını bildirən ayətlər, çoxdur. Necə ki, Haqq Taala,

...وَقَلِيلٌ مِّنْ عِبَادِىَ ٱلشَّكُورُ

"...Qullarımdan şükür edən, azdır." (Səbə/13) buyurmuşdur.

Davud (əleyhissələm) da, bu ayətdə, eyni şeyi söyləmişdir.

Yenə, Haqq Taala, İblisin,

...وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَـٰكِرِينَ

"...Sən, onların əksəriyyətini şükür edən görməyəcəksən." (Əraf/17) dediyini nəql etmişdir.

Bu azlığın səbəbi, dünyaya cəzb edən və çağıran səbəblərin çox olmasıdır. Bu səbəblər, zahiri və batini hisslər (haşiyə) olub, 10 ədəddirlər. Bununla bərabər, şəhvət, qəzəb və 7 təbii qüvvətdirlər. Bunların cəmi, 19-dur. Bu 19 güc/qüvvə (sanki, cəhənnəm zəbaniləri kimidir, ki, onlar da 19'dur.) bədən cəhənnəminin qapılarında gözləməkdədirlər. Hamısı da, insanı, yaradılmışlara və dünyaya qarışmağa və maddi ləzzətlərə dəvət edərlər. Haqqa və dinə dəvət edən isə, sadəcə ağıldır. İnsanlar üzərində, hissi və təbii qüvvətlərin hökmranlığı (yəni, təsiri), onlardakı əqli qüvvətin təsirindən daha çoxdur.

Bax, bu səbəbdən dolayı, yaxşılar tərəfində, azlıq; pislər tərəfində isə, çoxluq bəhs mövzusudur.

----------------------------------

(Haşiyə:

10 hiss, hansılardır:

https://suallarlaislam.com/m%C9%99qal.../10-hiss-hansilardir)

----------------------------------

Ayətdəki, "فَٱسْتَغْفَرَ رَبَّهُۥ / Bunun üzərinə, Rəbbinə istiğfar etdi/Ondan bağışlanmaq dilədi." cümləsi, "Davud, Rəbbindən bağışlanmaq dilədi." deməkdir. Bu cümlə ilə bağlı olaraq, 2 izah verilə bilər:

1. Əgər Davud (əleyhissəlam)'dan, bir xəta və günahın meydana gəldiyini söyləyərsək, ayətdəki istiğfarın, bundan (yəni, günahından) ötürü edildiyini deyərik.

2. Yox əgər bunu (yəni, Onun günah işlədiyini) demiriksə, o vaxt belə deyirik:

Bu xüsusda, bu izahlar verilə bilər:

a. O kimsələr, Davud (əleyhissəlam)'ı öldürmək məqsədilə yanına girdilər. Davud (əleyhissəlam) da, çox qüvvətli, çox qüdrətli bir padşah olduğu üçün, onlardan intiqam almağa tam gücü olmasına baxmayaraq və o anda, xəfif bir qorxu hiss etmiş olmasına rəğmən, onları əfv edib bir şey söyləməyincə, bundan dolayı, Özünə, bir ucb/özünü bəyənmə hissi gəldi. Bax bundan dolayı, Haqq Taala'ya istiğfar və tövbə etdi və bu gözəl hala yönəlməsinin, ancaq, Allahın buna müvəffəq qılması ilə olduğunu etiraf etdi. Bunun üzərinə, Haqq Taala, Onun xatirinə gələn bu gözəl hiss səbəbilə, Onu məğfirət etdi və bağışladı.

b. Bəlkə də, Davud (əleyhissəlam), ilk əvvəl, o (məbədə icazəsiz) girənlərə əziyyət etmək, cəzalandırmaq istədi. Daha sonra, Öz-Özünə, "Bu, onların pis niyyətli olduqlarına dair bir dəlil mövcud olmayan bir haldır." deyib, onları bağışladı. Sonra da, könlünə gələn o ilk niyyətdən ötürü, Rəbbindən bağışlanmasını istədi.

c. Bəlkə də, o 2 nəfər, dərhal, o anda, Allaha yönəlib, Davud (əleyhissəlam)'dan, tövbələrinin qəbul edilməsi üçün, Ondan, öz adlarına Allahdan bağışlanma diləməsini istədilər. Bunun üzərinə, Davud (əleyhissəlam), Allahdan əfv dilədi və yalvararaq, Allaha yönəldi. Allah Taala da, Davud (əleyhissəlam)'ın şəfaəti və duası səbəbilə, onları bağışladı.

----------------------------------

Bütün bu izahlar, açıq və düşünülə biləcək izahlar olub, Quran, belə şeylərlə doludur. Dolayısı ilə, ayətin ləfzi, bütün bu izahlarımıza möhtəməl olub; onların iləri sürdükləri və dinə uyğun olmayan o uydurma və naxoş hekayəni qəbul etməyimiz üçün, nə qəti, nə də zənni bir dəlil mövcud olmadığına görə, belə münkər şeyləri qəbul və söyləməyə sövq edəcək şey, nədir?

Verdiyimiz izahların doğruya daha yaxın və daha güclü olduğunu, Haqq Taalanın, bu qissəni,

...وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلْفَىٰ وَحُسْنَ مَـَٔابٍ

"...Həqiqətən, o, Bizə yaxın olanlardandır və onun üçün, gözəl qayıdış yeri hazırlanmışdır." (Sad/25) deyərək bitirmiş olması da, təkid edir. Belə sonlar, ancaq, Allaha xidmət və ibadət xüsusunda, özündən bir çox əməl meydana gəlmiş olan və Allahın əmrlərinə boyun əymə yolunda bir çox şiddətlərə qatlanan kimsələr haqqında gözəl olur.

Lakin, Onun, yuxarıda bəhs edilən növdən bir günaha yönələn bir kimsə olduğu qəbul ediləcək olsa, ayəti belə sonlandırmaq, Onun bu halına (yəni, yaxınlıq və gözəl aqibətə) uyğun düşməz.

ibn Dinar, belə deyir:

"Qiyamət günü, yüksək bir minbər gətiriləcək və cənnətə yerləşdiriləcək. Sonra da, Allah: 'Ey Davud! Dünyada ikən Məni mədh və səna etdiyin bu şirin və gözəl səsinlə, indi də Məni mədh və səna et!' deyiləcək."

Allah, ən gözəl biləndir.

(Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirindən nəql, -müxtəsər bir şəkildə-)

-------------------------------------

Əlavələr:

Peyğəmbərlər, günah işləmişlərdirmi?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rl%C9%99r-...

Peyğəmbərə iman rüknü

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r%C9%99-im...

 

 

 

 

Read 101 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR