Sünnət nədir? Qisimləri hansılardır?
Nəbəvi sünnət, Nəbi (sallallahu aleyhi və səlləm)'in söz, fel və təqrirləridir. Buna görə, mahiyyət cəhətindən, sünnət, 3 qismə ayrılır:
1. Qövli (sözlü) sünnət;
2. Feli sünnət;
3. Təqriri sünnət.
• Sünnətin çoxu, qövlidir. Məsələn,
~ "Ramazan hilalını gördüyünüzdə, oruc tutun. Şəvval hilalını görüncə, orucu yeyin." (Buxari, "Savm", 11);
~ "Bir kimsə, yataraq və ya yadından çıxararaq namazını qılmazsa, xatırlayınca qılsın." (əbu Davud, "Salət", 11)
• Feli sünnətə misal olaraq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namaz qılmasını və həcc etməsini zikr edə bilərik. Necə ki, Özü də:
~ "Mən necə namaz qılıramsa, siz də elə qılın." (Buxari, "Azan", 18);
~ "Həcc ilə bağlı ibadətlərinizi, Məndən öyrənin." (ibn Hənbəl, "Müsnəd", 3-cü cild, s. 318, 366) buyurmuşdur.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, döyüşlərdə etmiş olduğu fellər də, feli sünnətə girir və müsəlmanların da eyni şeyləri etməsi, məşru (şəriətin icazə verdiyi şeydən) sayılır.
• Təqriri sünnətə gəlincə: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in görüb və ya eşitdiyi bir işi, iqrar və qəbul etməsidir. Məsələn:
Hüzurunda səhabələrin etdiyi işləri və ya söylənilən sözləri rədd etməməsi, bunları iqrar etməsi deməkdir. Məsələn:
Su tapa bilmədiyi üçün təyəmmümlə namaz qılan kimsə, namazdan sonra su tapdığı halda, namazı yenidən qılmamış; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bunu təsvib etmiş (uyğun görmüş)'dür. Yenə, Əli (radiyallahu anh)'ın bəzi hökmlərini; və yabanı eşşək əti yeyənləri, təsvib etmişdir.
Bax, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanında və ya qiyabında səhabələr tərəfindən edilən və Onun təsvibini görən bu cür işlər, çox olub; təqriri sünnəti təşkil etməkdədirlər. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təsvibilə də, bunlar, məşruluq qazanmışlardır.
Sünnət, hökmləri açıqlamaq cəhətindən, Kitabın tamamlayıcısı və köməkçisi mahiyyətindədir. Bu etibarla, Şafi, Onu, bəyan cəhətindən, Kitabdan ayrı görməz; hər ikisini də, istidlal (dəlil gətirmə) yönündən, bir sayar; və "nass" adı altında birləşdirərdi. Ona görə, bunlar, hökmləri birlikdə və yardımlaşaraq bəyan edərlər.
Şatibi də, bu xüsusda belə deyir:
"Hökm istinbat edərkən, yalnız Qurana baxmaq və Onun bir açıqlaması olan Sünnətə baxmamaq, doğru olmaz. Çünki, Quran, külli hökmləri ehtiva etməkdədir. Namaz, zəkat, həcc, oruc və bənzəri əmrləri açıqlamaq üçün sünnətə baxmaq, zəruridir." ("əl-Muvafaqat", 3-cü cild, s. 369)
Bununla bərabər, sünnət, hökm çıxararkən müraciət edilən müstəqil bir əsl təşkil edir. Sünnətin hüccət olmasını göstərən dəlillər, belə xülasə edilə bilər:
1. Quran nass'ları, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə itaəti əmr etməkdədir. Məsələn, Quranda,
مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدْ أَطَاعَ ٱللَّهَ
~ "Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar..." (Nisa/80);
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ
~ "Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin..." (Nisa/59) buyurulmuşdur.
Bax bunlar və bənzəri nasslar göstərir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əmrlərinə tabe olmaq lazımdır.
2. Sünnət, Peyğəmbərin, Rəbbindən aldığı risaləti təbliğdən ibarətdir. Allah, Ona, bu risaləti təbliğ etməsini bildirərək, belə buyurmuşdur:
يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغْ مَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهۥ
"Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan." (Maidə/67)
Sünnət də, Muhammədin risalətinin təbliğinə daxil olduğuna görə, ona tabe olmaq, şəriətə tabe olmaqdır.
3. Quranın nass'ları, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Allahdan vəhy alaraq danışdığını bildirməkdədir. Bu ayələr, burda misal olaraq zikr edilə bilər:
• وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ
إِنْ هُوَ إِلَّا وَحْىٌ يُوحَىٰ
~ "O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir." (Nəcm/3-4);
وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٌ مِّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِن شَىْءٍ ۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيْكَ ٱلْكِتَـٰبَ وَٱلْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُن تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ ٱللَّهِ عَلَيْكَ عَظِيمًا
~ "Əgər sənə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, onların bir qismi səni doğru yoldan azdırmaq niyyətində olacaqdı. Amma onlar özlərindən başqa heç kəsi azdıra bilməz və sənə də heç bir şeylə zərər vura bilməzlər. Allah sənə Kitabı və hikməti (Quranı və Sünnəni) nazil etdi və bilmədiyin şeyləri sənə öyrətdi. Allahın sənə olan lütfü böyükdür." (Nisa/113)
4. Quran ayələri, Peyğəmbərə iman edilməsini açıqca bildirməkdədir. Allah, Özünə iman ilə Peyğəmbərə imanı yan-yana zikr etməkdə və belə buyurmaqdadır:
فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِ ٱلنَّبِىِّ ٱلْأُمِّىِّ ٱلَّذِى يُؤْمِنُ بِٱللَّهِ وَكَلِمَـٰتِهِۦ وَٱتَّبِعُوهُ لَعَلَّكُمْ تَهْتَدُونَ
"Elə isə Allaha və Onun Elçisinə – yazıb-oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz." (Əraf/158)
Bu ayə, Peyğəmbərə imanı və bunun bir nəticəsi olaraq da, Ona tabe olmağı əmr etməkdədir.
Başqa bir ayədə, belə buyurulur:
إِنَّمَا ٱلْمُؤْمِنُونَ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَإِذَا كَانُوا۟ مَعَهُۥ عَلَىٰٓ أَمْرٍ جَامِعٍ لَّمْ يَذْهَبُوا۟ حَتَّىٰ يَسْتَـْٔذِنُوهُ ۚ إِنَّ ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَرَسُولِهِۦ
"Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə Peyğəmbərlə bir yerdə olduqda, Ondan izn almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir." (Nur/62)
Bu nass da, Peyğəmbərə imanı, Ona tabe olmağın və Ondan icazə almağın vacib olduğunu göstərməkdədir.
Bax, sünnətin hüccət olması, beləcə, Quran ayələrilə sabit olmuşdur. Buna görə, sünnət, bir cəhətdən Qurandan doğmuş və Peyğəmbər də, sünnətlə Quranın hökmünü açıqlamışdır.
------------------------------
Sünnətin, rəvayət cəhətindən təqsimi (bölgüsü):
Müsəlmanlar, ilk əsrdən etibarən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, söz, fel və təqrirlərinə əhəmiyyət verdikləri kimi; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, hədis rəvayət edən kimsələrə də əhəmiyyət vermişlərdir. Hədislər, şəxsən Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i görən səhabələrdən, sonra tabiundan, daha sonra ətbau't-tabiun'dan nəql edilərək gəlmişdir.
Rəvayət cəhətindən, hədislər, 2 qismə ayrılır:
1. Sənədi muttəsil (bitişik) olanlar;
2. Sənədi muttəsil olmayanlar.
Bu ikinci qisim hədislərin dəlil olma gücü üzərində, üsul alimləri, bir xeyli durmuşlardır.
I. Sənədi muttəsil olan hədislər:
Bunlar, rəvayət cəhətindən, 3 qismə ayrılır:
1. Mütəvatir;
2. Məşhur;
3. Əhəd xəbər.
• Mütəvatir hədisləri, çox sayda və yalan üzərində ittifaq etmələri imkansız olan bir topluluq rəvayət etmişdir. Bu hədislər, sənəd cəhətindən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə söykənir. 5 vaxt namaz, zəkatın miqdarı və bəzi qisas hökmləri ilə bağlı hədislər, bunlara misal olaraq zikr edilə bilər. Bəzi alimlər, "Mənim adıma yalan hədis uyduranlar, cəhənnəmdəki yerlərinə hazırlaşsınlar." (Buxari, "İlm", 38) hədisi kimi təvatürün ləfz cəhətindən şərt olduğunu iləri sürmüşlərdir. Alimlər, Ömər (radiyallahu anh)'ın rəvayət etdiyi, "Əməllər, niyyətlərə görədir. Hər kəs, niyyət etdiyi şeyi görəcəkdir." (Buxari, "Bədiu'l-Vəhy", 1) hədisinin mənası üzərində, ittifaq etmişlərdir.
Alimlərin cumhuru, mütəvatir hədisin, müşahidədən doğan bilik kimi qətilik ifadə etdiyini söyləmiş; və bu dəlilləri iləri sürmüşlərdir:
İnsanlar, təvatürü, fitrətləri gərəyi qəbul etmişlərdir. Çünki, atalarını, təvatürə söykənən xəbərlərlə tanıyır; uşaqlarını da, gözlərilə görərək bilirlər. Yenə, kiçik olaraq doğulduqlarını və yavaş-yavaş böyüdüklərini, təvatür yolu ilə öyrənirlər; və eyni halı, öz uşaqlarında görərək də təsdiq edirlər. Məsələn, Kəbə'nin nə tərəfdə olduğunu, mütəvatir xəbərlərlə bilirlər; evlərinin cəhətini isə, müşahidələrilə tanıyırlar. İnsanların təvatürə istinad edərək qəbul etdiyi şeylərin əvvəldən bəri doğruluğunu, məntiqi incələmə də isbat etmişdir. Çünki insanlar, fərqli mizac və yaradılışa sahibdirlər. Dolayısı ilə, bir xəbər üzərində, ya şəxsən eşitdikləri və ya uydurma olduğu üçün birləşəcəklərdir. Uydurma bir şey üzərində birləşmələri, axmaqcadır. Çünki, sayca çox olmaları, uydurma bir şey üzərində birləşmələrini imkansız qılar. O halda, geriyə, ancaq eşitdikləri üçün onun üzərində birləşmiş olmaları qalmaqdadır. Bu etibarla, mütəvatir hədislər, dəlil olma cəhətindən, demək olar ki, Quran qüvvətindədirlər.
• İkinci qisim, yəni məşhur hədisləri, 1-2 və ya buna yaxın səhabələr rəvayət etmiş; yaxud da, bunlar, 1-2 səhabədən rəvayət edilmiş, sonra da məşhurlaşaraq, yalan üzərində birləşməsi imkansız olan bir qrup tərəfindən rəvayət edilmişdir. Bunların məşhur olması, səhabə və ya tabiun əsrini izləyən təbəqəyə təsadüf edir. Bu hədis, bu təbəqədən sonra yayğın hala gəlməklə, məşhur olmuş sayılmaz. Çünki, tədvin edildikdən sonra, bütün hədislər məşhur olmuşlardır.
əbu Hənifə və əshabına görə, məşhur hədis, qəti bilik ifadə edir. Lakin, bu, dərəcə cəhətindən, təvatürlə hasil olan bilikdən aşağıdır. Quranda mövcud olmayan hökmlər, bu hədislərlə sabit olur. Bəzi fəqihlərə görə, məşhur hədislər, əhəd hədislər kimi dəlil olma cəhətindən, zənnidirlər.
• Üçüncü qisim hədislər, əhəd xəbərlərdir, ki, imam Şafi, bunlara, "xas xəbərlər" adını vermişdir. Bunlar da, 1-2 və ya daha çox səhabə tərəfindən rəvayət edilən və məşhur hədisin şərtini ehtiva etməyən hədislərdir.
Əhəd hədis, zənni bilik ifadə edir, qəti bilik ifadə etməz. Çünki, bunların, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə ittisalında (Peyğəmbərə qədər sənədində qopuqluq olmadan çatmasında), şübhə vardır. "Kəşfu'l-Əsrar" müəllifi, bu mövzuda, belə deyir:
"Bu hədislərin, Peyğəmbərə ittisalında, şəkil və məna cəhətindən şübhə vardır. Şəkil cəhətindən şübhə, Peyğəmbərə ittisalının, qəti olaraq sabit olmamasındandır. Məna cəhətindən isə, tabiunu izləyən təbəqədə, ümmət, bu hədisləri, qəbul ilə qarşılamamışdır." (Əbdü'l-Əziz əl-Buxari, "Kəşfu'l-Əsrar", 3-cü cild, s. 990)
Əhəd hədisin Peyğəmbərə isnadındakı bu şübhədən ötürü, alimlər, ona müxalif bir hökm tapmazlarsa, bununla əməl edilə biləcəyini; lakin, etiqadi mövzularda, bunun bir dəlil təşkil edə bilməyəcəyini; çünki, etiqadi məsələlərin, qəti biliyə istinad etməsi gərəkdiyini; tərcih yönü olsa belə, zənni bilik ilə etiqad mövzusunda, onun bir şey ifadə etməyəcəyini söyləmişlərdir.
3 imam, yəni, əbu Hənifə, Şafi və Əhməd, səhih hədislərin rəvayət şərtlərini ehtiva edən əhəd xəbəri, dəlil olaraq qəbul edirlər. Bu qədər ki, əbu Hənifə, ravinin siqa (güvənilən) və ədalətli olması ilə bərabər, rəvayət etdiyi şeyə müxalif bir əməl etməməsini də şərt qoşur. Məsələn, əbu Hureyrə (radiyallahu anh)'dan rəvayət etdiyi, "Birinizin qabından it içərsə, o, 1-i təmiz torpaq olmaq üzərə, onu 7 dəfə yusun." (Buxari, "Vudu", 33) hədisini, əbu Hənifə qəbul etməz. Çünki, əbu Hureyrə, bu hədislə əməl etməz və belə bir qabı, 3 dəfə yumaqla kifayətlənərdi. Bax bu hal, o hədisi rəvayət cəhətindən zəiflətməkdə, hətta, onun əbu Hureyrə'yə nisbətini də şübhəli bir hala gətirməkdədir.
İmam Malik, əhəd xəbərin dəlil olması üçün, Mədinə əhlinin əməlinə müxalif olmamasını şərt qoşmuşdur. Çünki O, dini işlərdə, Mədinə əhlinin əməlini, məşhur hədis mərtəbəsində görməkdədir. İmam Malik, eynilə şeyxi Rabiatu'r-Rəy kimi, Mədinəlilərin əməlini, Peyğəmbərə qədər çatan 1000 nəfərin, 1000 nəfərdən rəvayəti olaraq qəbul edir. Əgər əhəd xəbər, Mədinə əhlinin əməlinə müxalif düşərsə, onun Peyğəmbərə nisbəti zəif demək olub, Mədinəlilərin əməlindən sonra gəlir. Bu da, imam Malikə görə, məşhur rəvayəti, əhəd xəbərə tərcih etmək deməkdir. Yoxsa, onu rədd etmək demək deyildir.
Beləcə, hər 4 imamın da əhəd xəbəri dəlil olaraq qəbul etdiyi nəticəsinə çatmış oluruq. Bəzisi onu rədd edirsə, Peyğəmbərə nisbətini zəiflədən bir səbəbə istinad etdiyi və ya daha qüvvətli gördüyü bir dəlilə müxalif olduğu üçün rədd edir.
Əhəd xəbəri dəlil olaraq qəbul etmək üçün:
~ ədalət;
~ zəbt;
~ ravinin, onu, aralarında görüşmə sabit olan bir kimsədən şəxsən eşitmiş olması;
~ hədisin mətnində hədis əhlinin prinsiplərinə, din və ya Quranın qəti əmrlərinə müxaliflik olmaması,
şərtdir.
~ Ədalətin mənası, ravinin, yalançılıqla məşhur olmaması; fərzləri yerinə yetirməsi və qadağalardan çəkinməsidir. Dini bir məsələdə, dinin əmr və qadağalarına əhəmiyyət verməyən kimsənin rəvayəti, qəbul edilməz. Ədalətin digər bir şərti də, ravinin bidət əhli olmamasıdır.
~ Zəbtin mənasına gəlincə, fəxru'l-İslam Pəzdəvi, bunu, belə açıqlayır:
"Zəbtin təfsiri də,
~ sözü haqqı ilə eşitmək;
~ sonra onu, istənildiyi şəkildə başa düşmək;
~ sonra bütün gücünü sərf edərək hifz etmək;
~ sonra onu hifzdə (qorumaqda) davam etmək; və
~ rəvayət edərkən şübhəyə düşməmək üçün, müzakirə surətilə yoxlamaqdır.'
Zəbt, 2 qismə ayrılır:
1. Hədisin mətn və mənasını eynilə zəbt;
2. Birinciyə əlavə olaraq, şər'i və fiqhi mənasını da zəbt.
Bu etibarla, yaradılışdan və ya diqqətsizlikdən, ya da xoş görü surətilə qəfləti şiddətli olan kimsənin rəvayəti, hüccət ola bilməz. Çünki bu, zəbtin birinci qisminə belə girmir. Bu səbəbdəndir ki, fiqh bilməyən kimsənin rəvayəti, tərcih babında kifayət edici olaraq görülməmişdir." (Pəzdəvi, "Üsul", 2-ci cild, s. 217)
Bundan başa düşülür ki, Pəzdəvi, zəbti, kamil və naqis deyə iki qismə ayırmaq istəyir. (Belə ki):
~ Naqis zəbt: mətni, davamlı olaraq hifz etmək və onun lüğət mənasını başa düşməkdir.
~ Kamil zəbt isə: eyni zamanda, onun fiqhi mənasını da başa düşməkdir.
Birincisi, rəvayətin qəbul edilməsi üçün, şərtdir. Çünki, bu cür zəbt gerçəkləşməzsə, rəvayət rədd edilər. İkincisi də, tərcih üçün şərtdir. Məsələn, fəqih ravi ilə fəqih olmayan ravinin rəvayəti bir-birilə zidd düşərsə, fəqihin rəvayəti götürülər; fəqih olmayanınkı isə, rədd edilər.
------------------------------
Il. Sənədi muttəsil olmayan hədislər:
Muttəsil olmayan hədis, "sənəd cəhətindən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə qədər çatmayan hədis"dir. Buna, bəzi alimlər, "mürsəl" adını verirlər. Bəziləri də, "mürsəl"i: "tabiundan olan birinin, özündən rəvayət etdiyi səhabənin adını zikr etmədiyi hədis" deyə görürlər. Bəziləri də, buna, "munqati/qopuq" adını verirlər.
Səhabə adı zikr edilməyən mürsəl hədisin dəlil olub-olmamasında, alimlər ixtilaf etmişlərdir. (Belə ki):
~ İmam Əhməd, bunu, zəif qəbul etməkdə və mövzu ilə bağlı başqa bir hədis olmazsa, yəni, zərurət qarşısında qalarsa, dəlil olaraq götürməkdədir.
~ Şafi, mürsəl hədisi, ancaq, bunu rəvayət edən tabii, Mədinəli Səid b. əl-Musəyyəb və İraqlı Həsən əl-Basri kimi məşhur və bir çox səhabə ilə görüşən bir tabii'dirsə, qəbul etməkdədir. Bununla bərabər, Şafi, aşağıdakı 4 şeydən 1-i ilə dəstəklənmədikcə, belə tabii'nin mürsəl hədislərini qəbul etməz:
1. Mürsəl hədisi, sənəd cəhətindən muttəsil və mənası eyni olan bir hədis dəstəkləməlidir. Ancaq, bu halda, dəlil olma payı, mürsəl hədisə deyil, müsnəd (muttəsil) hədisə aiddir.
2. Mürsəl hədisi, elm əhlinin qəbul etdiyi başqa bir mürsəl hədis dəstəkləməlidir. Beləcə, 2 rəvayət, bir-birini qüvvətləndirmiş olur.
3. Mürsəl hədis, bəzi səhabə sözünə uyğun olmalıdır. Bu surətlə, o, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə çatmış olur.
4. Elm əhli, mürsəl hədisi qəbul edib çoxu onunla fətva vermiş olmalıdır. ("ər-Risalə", s. 462-463)
Bax, Şafi, bu 4 xüsusdan 1-i ilə dəstəklənən və bir çox səhabə görə bilən böyük tabiun'un mürsəlini qəbul etməkdə; lakin mürsəl, müsnəd bir hədislə zidd düşərsə, müsnədi ona təqdim etməkdə (əvvəl götürməkdə)'dir.
~ İmam Malik və əbu Hənifə'yə gəlincə: Bu 2 imam, mürsəl hədisi, qeydsiz-şərtsiz qəbul etməkdə və onu, müsnəd hədis dərəcəsində görməkdədirlər. Onlara görə, təqdim, ravilərin qüvvətinə bağlıdır. Hətta bu 2 böyük imam, yalnız tabiun'un mürsəlini deyil; ətbau't-tabiun (tabiunu görənlərin) mürsəllərini də qəbul etməkdədirlər. Ətbau't-tabiun'un mürsəli, onu rəvayət edən ətbau't-tabiun'un, səhabə və tabii'nin adını zikr etmədən nəql etdiyi hədisdir. Bu 2 imam, tabii və ətbau't-tabiun'dan rəvayət etdikləri üçün, hədis götürdükləri ravilərə olan etimad dərəcəsinə etibar etməkdədirlər.
İmam Şafi ilə Əhməd zamanında isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dövründən xeyli uzaqlaşılmış olduğu üçün, bu iki imam, hədisin sənədini incələmək ehtiyacı duymuşlar və mürsəl hədisi, buna görə dəyərləndirmişlərdir.
--------------------------------
Kitaba görə, sünnətin yeri:
Sünnət, şər'i hökmləri bəyan cəhətindən, Kitabın köməkçisidir. Bunu, bu 3 maddədə icmal edə bilərik:
1. Sünnət, Kitabın mübhəm və mücməllərini açıqlayır; ümumi hökmlərini təxsis edir (müəyyən hökmə xas qılır); cumhura görə, nasix və mənsuxu bildirir.
2. Sünnət, Quranda əslləri sabit olan fərzləri tamamlayıcı hökmlər gətirir.
3. Sünnət, Quranda olmayan bəzi hökmləri bəyan edir.
4. Sünnət, bu hökmlərdən başqa bəzi təqriri hökmlər də ehtiva edir ki, bunlara, Quran bəhsində işarət etdik.
• Birinci maddə üçün: namaz və zəkatı misal olaraq zikr edə bilərik. İmam Şafi, "Qadın, xalası, bibisi, bacısı qızı və qardaşı qızı üzərinə, nikahlana bilməz." (Buxari, "Nikah", 27) hədisinin, "...Bunlardan başqaları, sizə halal qılındı..." (Nisa/24) ayətini təxsis etdiyini söyləyir. Elə başa düşülür ki, digər imamlar da, bu hədisi, eyni şəkildə qəbul etmişlər; ancaq, bunun, əhəd xəbərmi, yoxda məşhur hədismi olduğunda ixtilafa düşmüşlərdir.
• İkinci maddəyə misal olaraq: lian (xanımının zina etdiyini; və ya doğan/doğacaq uşağın zina məhsulu olduğunu iddia edən ərin, hakim qarşısında, bunu and içməklə qüvvətləndirməsi; qadının da, ərinin yalan söylədiyinə və özünün məsum olduğuna, eyni tərzdə and içməsi)'ni zikr edə bilərik.
Quran, lianı, bütün təfərrüatı ilə bildirmiş; sünnət də, lian'dan sonra, ər-arvadın bir-birindən ayrılacağını; çünki, aralarında artıq etimad qalmadığını; əsasən, ər-arvad həyatının təməlini, etimadın təşkil etdiyini açıqlamışdır.
• Əhl-i eşşəklərlə yırtıcı quşların ətinin yeyilməsini haram qılan və diyətlərlə bağlı bir çox hökmləri təsbit edən hədislər, üçüncü maddə üçün iləri sürülən misallar arasındadır.
Həqiqətdə, bu misallar, Quranın bəyan etdiyi əsaslara racidir. Məsələn, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bəyan etdiyi diyət, "...ailəsinə diyət ödəməsi lazımdır..." (Nisa/92) və "...Əgər qatil, qardaşı (ölənin vəliləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir..." (Bəqərə/178) ayələrinə istinad edir. Əhl-i eşşəklərlə yırtıcı quşların ətinin haram qılınması da, "...O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər..." (Bəqərə/178) ayətinə racidir (rücu etməkdə, qayıtmaqdadır). Demək ki, haram qılınan yeyəcəklər, pis olduğu üçün əngəllənmişdir.
Beləcə, deyə bilərik ki, Quranda, Sünnətin açıqladığı hər hökm üçün, uzaq və ya yaxın bir əsl mövcuddur. Bu etibarla, bəzi alimlər, sünnətin açıqladığı hər hökmün, Kitabda bir əsli mövcuddur görüşünü iləri sürmüşlərdir. Bu görüşü, Şafi, "ər-Risalə"də nəql etmişdir. Şatibi də, "əl-Muvafaqat"ında bunu mənimsəmiş və belə demişdir:
"Sünnət, mənası etibarı ilə, Kitaba racidir. O, Kitabın mücməl ifadələrini açıqlayar; müşkilini izah edər; və müxtəsər bəyanlarını genişləndirər. Çünki O, Kitabın bir açıqlamasıdır. Buna, 'Sənə də Quranı endirdik ki, ta ki insanlara, özlərinə endiriləni açıqlayasan.' (Nəhl/44) ayəti də dəlalət edir.
Sünnətdə mövcud olan hər xüsusa, Quranda, ya icmali, ya da təfsili bir dəlalət vardır. Çünki Quran, bu şəriətin əsası və ilk qaynağıdır...Allah, Quranı, hər şeyi açıqlamaq üçün göndərmişdir. Buna görə, sünnət, icmal olaraq, Quranda vardır. Çünki əmr edər, qadağa qoyar; Kitabın başlıca hökmlərini təşkil edər. Allah Taala, Quranda, 'Kitabda, Biz, heç bir şeyi əskik buraxmadıq.' (Ənam/38) buyurmuşdur.” (Şatibi, "əl-Muvafaqat", 4-cü cild, s. 12-13)
(əbu Zəhra, "Usulul-Fiqh")
-----------------------------
-----------------------------
Lüğətdə sünnət: "adət edilmiş, bilinən yol" mənasındadır.
Üsul alimlərinə görə isə: "Allah rəsulu (sallallahu aleyhi və səlləm) tərəfindən meydana gələn hər cür söz, fel və ya təqrir"ə sünnət deyilir.
Bu tərifdən, sünnətin üç növü olduğu bilinməktədir:
1. Qövli (sözlü) Sünnət:
Peyğəmbərimizin fərqli münasibət və məqsədlərlə söylədiyi sözlərdir.
Məsələn:
~ "Əməllər, niyyətlərə görədir.”
~ “Zərər vermək və zərərə zərərlə qaşılıq vermək, yoxdur.”
~ “Otlaqda otlayan heyvan üçün zəkat vardır.”
~ “Varisə vəsiyyət yoxdur.”
Dəniz suyundan dəstəmaz almaq olarmı sualına cavab olaraq söylədiyi:
~ “Onun suyu təmiz, ölüsü halaldır.” kimi sözləri bu növdəndir.
2. Feli Sünnət: Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyi şeylərdir.
Məsələn:
~ beş vaxt namaz qılması;
~ həcc etməsi;
~ iddiaçının andı ilə bərabər bir nəfərin şahidliyi ilə hökm verməsi;
~ oğrunun sağ əlini biləkdən kəsməsi, bu növdəndir.
3. Təqriri Sünnət:
Başqasının edib Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in açıq şəkildə qəbul etdiyi və ya gördüyü və ya bildiyi halda səs çıxarmadığı və ya özlərindən onu gözəl görüb razı olduğunu göstərən, özündə buna dair bir işarət olan şeylərdir.
Məsələn:
~ Səhabədən iki nəfər təyəmmüm edib namazlarını qıldıqdan sonra, su tapdılar. Bu iki nəfərdən biri su ilə dəstəmaz alıb namazını yenidən qıldı, digəri isə, etmədi. Allah rəsulu (sallallahu aleyhi və səlləm), yenidən qılmayana:
“Sünnətə uyğun hərəkət etmisən, namazın tamamdır.”
Digərinə də:
“Sən, iki dəfə savab qazandın.” buyuraraq, hər ikisinin etdiyini də, uyğun gördü.
~ Allah rəsulu (sallallahu aleyhi və səlləm)’in iştirak etdiyi süfrədə kərtənkələ yeyilməsinə səs çıxarmaması;
~ Muaz b. Cəbəl’in Yəmən’ə gedərkən, orada necə höküm verəcəyini danışarkən, ilk əvvəl Qur’an’a, sonra Sünnətə, sonra içtihada baş vuraraq hökm verəcəyini dediyi vaxt, onu qəbul etməsi;
~ Haqqında söz-söhbət yayılan Usamə’nin ayaqlarının, atası Zeyd’in ayaqlarına bənzədiyini söyləyən "Qaif"in bu hökmündən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məmnun olması
kimi, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qəbulları, təqriri sünnətdir.
Bundan dolayı, Hənəfilər xaric fəqihlərin cumhuruna görə, "Qiyafə" (haşiyə), uşaq ilə bağlı bənzərliklərdən yola çıxaraq, nəsəb isbatı üçün, məqbul bir yoldur.
-----------------------------------
Haşiyə:
Qiyafə: lüğətdə, "iz sürtmək, doğan uşağın fiziologiyasına baxaraq, nəsəbini təsbit etmək" mənalarına gəlməkdədir.
Bu işlə məşğul olanlara da, "qaif, qavaf və qavvaf" deyilir.
Termin olaraq "qiyafə": bir şəxsin fiziki quruluşuna və orqanlarına baxaraq, onun nəsəbi, əxlaq və xarakteri haqqında təxmin yürütməkdir.
----------------------------------
Sənəd cəhətindən sünnətin qisimləri
Sənədi cəhətindən sünnət, cumhura görə iki qisimdir:
1. Mütəvatir sünnət;
2. Əhəd sünnət.
Hənəfilərə görə isə, sünnət:
1. Mütəvatir;
2. Məşhur; və
3. Əhəd olmaq üzərə üç qisimdir.
1. Mütəvatir sünnət:
Hicri ilk üç əsrdə (səhabə, tabiin və ətbau't-tabiin), yalan üzərində birləşmələri adətən mümkün olmayan bir topluluğun, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyi hədistir.
Məsələn:
~ Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, dəstəmaz alması, namaz qılması, həcc, zəkat, azan, qamət kimi, dinin əhəmiyyətli əsaslarından olub, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən feli sünnətlər, bu qisimdəndir.
~ Və yenə: “Kim Mənim üzərimə yalan deyərsə, cəhənnəmdəki yerinə hazırlaşsın.”
~ Və dəstəmaz alarkən, quru buraxılan topuqlar haqqında buyurduğu: “Veyl olsun, odda yanacaq topuqlara.” (Əhməd b. Hənbəl, "Müsnəd", hədis no: 6911) kimi sözlü hədislər də, mütəvatir sünnətə nümunədir.
Şeyx Məhəmməd Bin Cafər əl-Kattani’nin "ən-Nazmu’l-Mütənasir fi’l-Hədisi’l-Mütəvatir "adlı əsərində bildirdiyinə görə, mütəvatir hədislərin sayı 309'dur.
Mütəvatir hədisin hökmü:
Mütəvatir hədisin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən gəldiyi dəqiqdir. Bu səbəbdən dolayı, qəti bilik və qənaət ifadə edir, inkar edən kafir olur.
Racih (qüvvətli) görüşə görə, rəvayətin mütəvatir ola bilməsi üçün, o rəvayətin, şəxsdə, qəti bilik və qənaət hasil etməsi yetərli görülmüş; ravilərin müəyyən bir saya çatması, şərt qoşulmamışdır.
-------------------------------------
2. Məşhur Sünnət:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət edənlərin sayı 1 və ya 2 olub, təvatürü rəvayət edənlərin sayına çatmayan; səhabədən sonra ikinci hicri əsrdə yayılıb yalan üzərində birləşmələri mümkün olmayan təvatür topluluğu tərəfindən rəvayət edilən sünnədir.
Sünnətin, ikinci hicri əsrdən sonra yayılıb məşhur olmasına, etibar edilmir.
~“Əməllər, niyyətlərə görədir”.
~ “İslam, beş əsas üzərində qurulmuşdur."
~ “Zərərə zərərlə qarşılıq vermək yoxdur.” hədisləri;
~ Məstlərin üzərinə məsh çəkmək; və
~ Rəcm hədisi kimi hədislər, belə hədislərdəndir.
Məşhur ilə mütəvatir arasındakı fərq budur:
Mütəvatirin rəvayətində axtarılan, yalanda razılığa gəlmələri mümkün olmayan o topluluq, 3 əsrin hər birində mövcud olduğu halda; Məşhurda, ilk xalqada bu yoxdur.
Hökmü: Məşhur hədisin, səhabələrdən nəql edildiyi dəqiqdir. Lakin Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayəti qəti olmadığı üçün, qətiyə yaxın bir zənn və qənaət ifadə edir.
Məşhur sünnəti inkar edən, fasiq olar; və mütəvatir sünnətdə olduğu kimi, onunla Quranın amm ləfzi təxsis; və mütləqi təqyid edilə (məhdudlaşdırıla) bilər.
------------------------------------------
3. Əhəd sünnət:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən, 1 və ya 2 nəfərin; və ya təvatür topluluğuna çatmayacaq qədər şəxslərin rəvayət etdiyi sünnətdir.
Hədislərin çoxu, əhəddir. Buna xəbər-i vahid də deyilir.
Hökmü: Xəbər-i vahid (əhəd xəbər), zənn ifadə edir. Qəti bilik və ya buna yaxın qənaət ifadə etməz. Çünki bunun, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən gəldiyinə dair, zənn vardır.
Lakin alimlərin cumhuruna görə, varlığından şübhə edildiyindən, etiqad etmək vacib olmasa da; əməl etmək vacibdir. Çünki səhih hədis ravilərində axtarılan ədalət, zəbt və əminlik sifətləri, xəbər-i vahid ravilərində də rast gəlindiyi üçün, bu zənn, qüvvət qazanır.
Zənnin qüvvət qazanması da, əməl etməyin vacibliyi üçün kifayətdir.
----------------------------------------
Sünnətin hökmlərə dəlaləti:
Sünnətin hökmlərə dəlaləti, qəti və zənni ola bilər. Başqa bir mənaya gəlmə ehtimalı yoxdursa - qəti; varsa - zənni olur. Sünnət, bu mövzuda, Quran-i Kərim kimidir. Ancaq Quranın tamamının sübutu (bizə gəlişi), qətidir. Sünnətin isə, qəti və zənni olanı vardır. Mütəvatir sünnət, qətidir; digərləri isə, zənnidir. Hökmlərə dəlaləti isə, Quran kimidir; dəlalətləri qəti və zənni də ola bilir.
---------------------------------------
Qurana Görə Sünnətin Yeri:
Dəlil olma cəhətindən, Sünnət, Qurandan sonra ikinci mərtəbədədir. Çünki Quran’ın sübutu qət’i; sünnətin sübutu zənnidir. Qət’i olan, zənnidən əvvəl gəlir.
Bununla bərabər, Sünnət, Quran’ı açıqlamaq üçündür; açıqlayan da, açıqlanana tabedir. Yuxarıda keçən:
“Nə ilə hökm edəcəksən?” mənasındakı Muaz hədisi, bu sıralamaya dəlildir.
İçində hökmlər olması cəhətindən sünnətin yeri isə, 4 qisimdir (imam Şafi, "ər-Risalə", s. 247):
1. Sünnətin Quranı Təkid Etməsi (Dəstəkləməsi):
~ Namaz qılmağı, zəkat verməyi, oruc tutmağı, həccə getməyi əmr etməsi;
~ Allah’a şirk qoşmağı, yalandan şahidlik etməyi, ana-ataya qarşı gəlməyi, haqsız yerə adam öldürməyi qadağan etməsi, buna misaldır.
~ Və yenə
“Bir Müsəlman’ın malı, öz rızası olmadan, başqasına halal olmaz” hədisinin,
“Ey iman edənlər, mallarıınızı aranızda batil (haqsız) yollarla yeməyin.” (Nisa/19) ayətini;
~ “Qadınlara yaxşı davranmağınızı tövsiyyə edirəm.” hədisinin,
“Onlara yaxşı davranın.” (4/29) ayətini təyid etdiyinə (dəstəklədiyinə) misaldır.
---------------------------------------------------------------------------------------------------------------------------------------
2. Sünnətin Quranı Açıqlaması:
Bu da üç cür olur:
a) Sünnətin, Quranın mücməl (qapalı) ifadələrini açıqlaması:
Məsələn, feli və qövli sünnət, ibadətlərin necə ediləcəyini və muamələlərin (insanlarla olan münasibətlərin) qaydalarını bildirməsi, bu növdəndir.
b) Qur’an’ı Kərim’in ümumunu təxsis etməsi (ümumi hökmlərinə məhdudiyyət gətirməsi):
Məsələn:
“Qadın; xalası, bibisi, bacısı və qardaşı qızı üzərinə nikahlanmaz” hədisi,
“Bunlardan bəziləri sizə halal qılındı.” (Nisa/24) ayətindəki ümumi ifadəni təxsis etmiş, məhdudlaşdırmışdır.
c. Sünnətin, Quranın mütləqini təqyid etməsi:
Məsələn:
~ “Oğurluq edən kişi və qadının əllərini kəsin.” (Maidə/38) ifadəsi, mütləqdir.
Ancaq sünnət, əlin biləkdən kəsiləcəyini bildirərək, o mütləqi təqyid etmişdir.
---------------------------------------------------------------------------------------------------------------------------
3. Sünnətin Quranı nəsxetməsi:
Məsələn:
“Varisə vəsiyyət yoxdur.” hədisi, varisə vəsiyyət edilməsini əmr edən:
“Birinizə ölüm gəldiyi vaxt, əgər bir mal buraxacaqsa, anaya, ataya və yaxınlara uyğun bir şəkildə vəsiyyət vardır.” (Bəqərə/180) ayətini nəsx etmiş (hökmünü qaldırmışdır).
Bu, İmam Şafi xaric, cumhurun görüşüdür.
-----------------------------------------------------------------------------------------------------------------------
4. Quranın sükut etdiyi yerdə, Sünnətin yeni hökm qoymağı:
~ Evli olarsa, zina edənin rəcm olunması;
~ Bir şahid və bir andla hökm verilməsi;
~ Kişilərə ipək geyinməyi, qızıl taxmağı haram qılması;
~ Qatilin qohumlarına diyet ödətməsi;
~ Əhl-i eşşək ətini haram etməsi;
~ Əsirlərin sərbəst buraxılması kimi məsələlər, Quranda olmayıb, sünnətin qoyduğu hökmlərə nümunədir.
-----------------------------------
Sünnətin hüccət olması
Alimlər, sünnətin də, şər’i (şəriətə aid) hökmlərə əsas olması cəhətindən, Quran kimi tabe olunması fərz və ikinci qaynaq olduğu barəsində ittifaq etmişlərdir.
Bu barədə:
a. Qurandan;
b. İcmadan; və
c. Məquldan bir çox dəlillər vardır.
a. Qur’an’dan Dəlillər:
Allah (cəllə cələluhu):
~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə itaət edib tabe olmağı möminlərə fərz qıldı;
~ Ona itaəti, Özünə itaət saydı; və
~ Müşküllərini, Allah və Rəsuluna həvalə etmələrini əmr etdi.
~ Allah (cəllə cələluhu) və Rəsulunun verdiyi hökmlərdə, möminlərə seçim haqqı buraxmadı.
~ Və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in verdiyi hökmü qəbul etməyənin, iman etmiş olmayacağını bildirdi.
Bunları açıqlayan ayətlərdən bəziləri, bunlardır:
• يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَـٰزَعْتُمْ فِى شَىْءٍ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." (Nisa/59);
• مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدْ أَطَاعَ ٱللَّهَ ۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرْسَلْنَـٰكَ عَلَيْهِمْ حَفِيظًا
"Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, bil ki, Biz, səni onlara gözətçi göndərməmişik." (Nisa/80);
• فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا۟ فِىٓ أَنفُسِهِمْ حَرَجًا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا۟ تَسْلِيمًا
"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar." (Nisa/65);
• وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى ٱللَّهُ وَرَسُولُهُۥٓ أَمْرًا أَن يَكُونَ لَهُمُ ٱلْخِيَرَةُ مِنْ أَمْرِهِمْ ۗ وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ فَقَدْ ضَلَّ ضَلَـٰلًا مُّبِينًا
"Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür." (Əhzab/36);
• وَمَآ ءَاتَىٰكُمُ ٱلرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَىٰكُمْ عَنْهُ فَٱنتَهُوا۟ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ شَدِيدُ ٱلْعِقَابِ
"Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir." (Haşr/7);
• قُلْ إِن كُنتُمْ تُحِبُّونَ ٱللَّهَ فَٱتَّبِعُونِى يُحْبِبْكُمُ ٱللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَٱللَّهُ غَفُورٌ رَّحِيمٌ
"De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”. (Al-i İmran/31);
• لَّا تَجْعَلُوا۟ دُعَآءَ ٱلرَّسُولِ بَيْنَكُمْ كَدُعَآءِ بَعْضِكُم بَعْضًا ۚ قَدْ يَعْلَمُ ٱللَّهُ ٱلَّذِينَ يَتَسَلَّلُونَ مِنكُمْ لِوَاذًا ۚ فَلْيَحْذَرِ ٱلَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِۦٓ أَن تُصِيبَهُمْ فِتْنَةٌ أَوْ يُصِيبَهُمْ عَذَابٌ أَلِيمٌ
"Peyğəmbəri, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın. Allah sizin aranızdan daldalanaraq xəlvətcə çıxıb gedənləri bilir. Qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud özlərinə ağrılı-acılı bir əzab üz verməsindən qorxsunlar." (Nur/63)
Bu və buna bənzər ayətlər, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnətinə əməl etməyin fərz olduğuna, qəti dəlildir. Əməl edilməsi fərz olan da, səhih sünnətdir, başqası deyil.
b. İcma:
Səhabələr:
~ Quranın əmrlərinə; və
~ Allah rəsulu (sallallahu aleyhi və səlləm)’in, Muaz b. Cəbəlin:
“Quranda tapa bilməsəm, Allah rəsulu (sallallahu aleyhi və səlləm)’in sünnəti ilə hökm edərəm.” sözünü təsdiq etməsinə əsaslanaraq, Qurandan sonra sünnə ilə əməl etməyin fərz olduğu üzərində ittifaq etmişlərdir. Muaz b. Cəbəl’in bu üsulu, Quranda olmayan məsələnin fətvasını vermə və sünnət ilə hökm etmək mövzusunda, səhabələrin izlədiyi bir yola çevrilmişdir.
Səhabələrdən sonra tabiin başda olmaq üzərə günümüzə qədər İslam alimləri, hər zaman bu metod üzərə davam etmişlərdir.
c. Mə'qul (ağılla qavranıla bilənlər):
Quran-i Kərimdə müxtəsər və qısa olaraq bildirilən hökmlərlə, -sünnət onları izah etmədən- əməl etmək, mümkün deyil.
Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in vəhyi təbliği, iki şəkildə olurdu:
1. Quranı oxuması; və
2. Onu açıqlaması.
Dolayısı ilə, din, Quran və Sünnət ilə birlikdə şəkillənmişdir. Birinin digərindən ayrı olması, mümkün deyil. Buna dəlil olaraq, aşağıdakı ayətləri göstərə bilərik:
• وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ...
"Namaz qılın, zəkat verin..." (Bəqərə/43);
• يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُتِبَ عَلَيْكُمُ ٱلصِّيَامُ كَمَا كُتِبَ عَلَى ٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
"Ey iman gətirənlər! Sizdən əvvəlkilərin üzərinə yazıldığı kimi, sizin də üzərinizə oruc tutmaq yazılmışdır ki, bəlkə pis əməllərdən çəkinəsiniz." (Bəqərə/183)
• ...وَأَحَلَّ ٱللَّهُ ٱلْبَيْعَ وَحَرَّمَ ٱلرِّبَوٰا۟ ۚ...
"...Allah alış-verişi halal, faizi isə, haram qılmışdır..." (Bəqərə/275);
• ...وَلِلَّهِ عَلَى ٱلنَّاسِ حِجُّ ٱلْبَيْتِ مَنِ ٱسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا...
"...Evi (Kəbəni) ziyarət etmək insanların – yoluna gücü çatan hər kəsin – Allah qarşısında borcudur..." (Al-i İmran/97);
• "Sahib olduğunuz cariyələr istisna olmaqla ərli qadınları almaq da sizə haram edildi. Allahın sizə buyurduğu hökmü belədir. Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə halal edildi..." (Nisa/24)
• وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا جَزَآءًۢ بِمَا كَسَبَا نَكَـٰلًا مِّنَ ٱللَّهِ...
"Etdikləri əməlin əvəzində Allahın cəzası olaraq oğru kişinin və oğru qadının əllərini kəsin!" (Maidə/38) kimi ayətlərin, izaha ehtiyacı vardır.
Bunları da, Allah rəsulu (sallallahu aleyhi və səlləm) açıqlamışdır:
~ Namazın necə qılınacağı;
~ Zəkatı necə vermək lazım olduğunu;
~ Orucun necə tutulacağı;
~ Həccin necə ediləcəyi;
~ Doğru alış-verişin şərtlərini;
~ Faizin növlərini;
~ Ayətdə bildiriləndən əlavə, hansı qadınlarla evlənməyin haram olmasını;
~ Oğrunun əlinin haradan kəsiləcəyini, Allah Rəsulu (sallallahu aleyhi və səlləm) izah etmişdir.
Allahın:
“Biz bu Quranı sənə nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən”. (Nəhl/44) əmrini yerinə yetirməsi üçün, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in Quranı izah etməsi, fərzdir.
Sünnət, bu hökmləri izah etməsəydi, onların həyata keçirilməsi mümkün olmazdı. Buna görə də, səhih sünnət, istər Quranın -qapalı hökmlərini izah etmiş, istər onun mütləqini təqyid etmiş, istərsə də Quranın sükut etdiyi yerdə yeni bir hökm qoymuş olsun-, hər bir halda izlənilməsi, fərzdir.
Çünki sünnət də, nəticədə İlahi vəhyə əsaslanır. Allah (cəllə cələluhu):
“O, nəfsinə görə danışmaz. O’nun danışdığı O’na vəhy ediləndən başqası deyildir.(Nəcm/3-4) ayətləri, bunu açıq şəkildə elan etməkdədir.
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Xəbər-i vahid haqqında alimlərin görüşləri
Səhabələr, tabiin və sonrakı alimlər, xəbər-i vahid ilə əməl etməyin vacib olduğunda, ittifaq etmişlər.
Xəbər-i vahid: təvatür və ya məşhur dərəcəsinə çatmamış 1 və ya 2 nəfərin rəvayət etdiyi hədisdir.
Məzhəb imamları, rəvayəti araşdırmaq və səhih olmayanları ayırmaq məqsədilə, xəbər-i vahid ilə əməl etmək üçün, bəzi şərtlər qoymuşlardır. Bununla bağlı onların müxtəlif üsulları var.
Hənəfilər, xəbər-i vahidlə əməl etmək üçün, aşağıdakı üç şərt istəmişlərdir:
1. Ravi (rəvayət edən), rəvayət etdiyinin əksinə hərəkət etməməlidir. Etmişdirsə, rəvayəti deyil, özü ilə əməl etdiyi əsas alınır. Çünki belə etməsi, rəvayət etdiyini nəsx edən başqa bir rəvayət bildiyini göstərir.
Bundan dolayıdır ki, Hənəfilər, əbu Hureyrənin, itin yaladığı qabın 7 dəfə yuyulması gərəkdiyi şəklindəki rəvayətilə əməl etməmiş; Daraqutni'nin rəvayət etdiyi:
“Əbu Hureyrə, onu 3 dəfə yumaqla kifayətlənmişdir”. demişlərdir.
2. Xəbər-i vahid, tez-tez baş verən və hər kəsi maraqlandıran bir məsələ olmamalıdır. Əgər belə olarsa (yəni tez-tez baş verən, hər kəsi maraqlandıran bir məsələ olarsa), təvatür və ya şöhrət yolu ilə nəql edilməsi üçün şərtlər uyğun olduğu halda əhəd yolu ilə rəvayət edilməsi, hədisin varlığı mövzusunda şübhə oyandırır.
Bu səbəbdən dolayıdır ki, Hənəfilər, namazda rükuya gedərkən əllərin qaldırılması hədisi ilə əməl etməmişlərdir.
3- Əgər ravi fəqih deyilsə, onun rəvayət etdiyi hədis, qiyasa və dinin əsaslarına zidd olmamalıdır.
Bu səbəbdən dolayıdır ki, Hənəfilər, əbu Hureyrənin rəvayət etdiyi Musərra hədisi (Musərra, südü çox görünsün deyə, məməsi bağlanan qoyundur ) ilə əməl etməmişlərdir.
Bu hədisə görə, sağdıqdan sonra südünün az olduğunu anlayan müştəri, onu geri qaytarmaq istəsə, həmin südün müqabilində bir sa (3.120 kg) miqdarı da, xurma verməlidir.
Hənəfilər, bununla əməl etməmişlərdir. Çünki bu, təzminat prinsipinə ziddir. Bu (təzminat) qaydasına görə, əgər bir şey misildirsə misli ilə; az tapılan dəyərli şeydirsə, dəyəri ilə ödənilir.
Həm də bu, “Nemət, külfət müqabilindədir.” hədisinə ziddir.
Çünki bu hədisə görə, malın gəliri, külfətini çəkən sahibinə (müştəriyə) məxsusdur.
Əslində, Hənəfilərin bu hədislə əməl etməməsinin səbəbi, səhabələri (əbu Hureyrəni) cərh etdikləri üçün deyil, hədisdəki iztirab (ziddiyyətli rəvayətlər), mənsux olma ehtimalı və zəif görmüş olmaları kimi səbəblərdən dolayıdır.
İmam Malik, xəbər-i vahidlə əməl edilə bilməsi üçün, Mədinə əhlinin əməlinə zidd olmamağı da şərt qoşmuşdur. Çünki ona görə, Mədinə əhlinin əməlləri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən nəql olunan hədis dərəcəsindədir. Camaatın rəvayəti əməl edilməyə, bir-iki nəfərin rəvayətindən daha çox layiqdir.
Bu səbəbdən dolayıdır ki, Malikilər, Mədinə əhlinin icmasına zidd olduğu üçün, “Xiyar əl-məclis/məclis muxayyərliyi” (haşiyə) hədisi ilə hərəkət etməmişlərdir. ("Şərhu'l-Muhalla alə Cəmi'l-Cəvami", 2/199)
---------------------------------
(Haşiyə:
Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Alıcı və satıcıdan hər biri, bir-birindən ayrılmadıqca, qaytarmaq haqqına sahibdirlər." (Buxari, Buyu/42-46) buyurmuşdur.
Hədisdəki istifadəsinə paralel olaraq əqddən dönməyə və əqdləşmə müddətini sonlandırma, seçimlik haqqı - "xiyar"; bu haqqı bəxş edən hüquqi hal - "məclis" deyə ifadə edilərkən, ikisi birlikdə, fiqhdə "məclis muxayyərliyi", ya da "əqd məclisi muxayyərliyi, seçim sərbəstliyi" olaraq keçməkdədir.
Alıcı ilə satıcının əqdləşdikdən sonra, bir arada qaldıqları müddətcə etdikləri alış-verişi pozmaq xüsusunda sərbəstlikləri vardır. Bu, Şafi məzhəbinə görədir. Hənəfi məzhəbinə görə, "xiyar əl-məclis" yoxdur. Ancaq əqddə, şərt qoşularsa, yəni əqdləşərkən:
"Bu məclisdə qaldığımız müddətcə, əqdi pozmağa səlahiyyətimiz vardır." şəklində bir şərt qoşularsa, xiyar əl-məclis vardır.
-------------------------------------------------------------------------------------------------------------------------------------------
İmam Şafi də, xəbər-i-vahidlərin qəbulu üçün, 4 şərt istəmişdir:
1. Ravinin siqa (güvənilən), dinində səmimi;
2. Nəql etdiyini başa düşən;
3. Onu yaxşı zəbt edə bilən biri olması; və
4. Rəvayəti, elm əhlinin hədisinə ziddiyyət təşkil etməməsi. (Amidi, "əl-İhkam", 1/178)
Bu şərtlərin mənası, mürsəl hədisi qəbul etməməkdir.
İmam Əhməd, xəbər-i vahidə əsasən hərəkət etmək üçün, imam Şafi kimi sənədinin səhihliyindən başqa heç bir şərt qoşmamışdır. Halbuki o, mürsəl hədislə əməl edir. ("Ravdatu'n-Nazir", 1/281)
----------------------------------------
Mürsəl hədis:
Üsul alimlərinin dilində, mürsəl hədis:
Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə görüşməyən ədalətli bir ravinin, “Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur.” deyərək etdiyi rəvayətdir.
İstər münqatı olsun, istər mu`dal, istər muallaq olsun, isnadı muttəsil olmayan (qopuq olan) hər bir rəvayət, mürsəldir. (Haşiyə)
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
(Haşiyə:
Münqatı hədis: Sənədin, səhabədən sonra gələn qismində, 1 və ya daha çox ravisi keçilərək rəvayət edilən hədisdir.
Mu'dal hədis: Sənədindən, bir-biri ardınca 2 və ya daha çox ravinin düşdüyü hədisdir.
Muallaq hədis: Sənədinin, müəllif tərəfindəki qismindən, 1 və ya daha çox ravisi zikr edilməyən hədis.)
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Səhabənin mürsəlinin qəbul edilməsində, heç bir ixtilaf yoxdur. Çünki bütün səhabələr, ədalətlidir. Səhabələrdən başqalarının mürsəli də, imam Şafi istisna olmaqla, əksəriyyətə görə məqbuldur. Çünki adil və siqa ravi, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in nə buyurduğunu qəti təsbit etmədikcə, irsal etməz və rəvayətini caiz saymaz. ("İrşadu'l-Fuhul", s. 57)
İmam Şafiyə görə, mürsəl hədis, aşağıdakı bu 5 şeydən biri ilə qüvvətlənmədikcə, qəbul olunmaz:
1. Ya Səid bin əl-Müseyyeb, Zühri, Həsən əl-Bəsri, Şabi, İbn-i Sirin kimi tabiinin böyüklərinin mürsəli olmalıdır;
2. Yaxud eyni mənada müsnəd bir hədislə dəstəklənməlidir;
3. Yaxud alimlərin qəbul etdiyi ona uyğun olan başqa bir mürsəl olmalıdır;
4. Yaxud səhabə qövlü ilə dəstəklənmiş olmalıdır;
5. Yaxud alimlərin əksəriyyətinin fətvası ilə qüvvət qazanmış olmalıdır.
İmam Şafiinin dəlili belədir:
Ravinin xəbərinin qəbul olunması üçün, onun ədalətinin bilinməsi şərtdir. Mürsəldə əsl ravinin nə adı, nə də vəsfi bəlli olmadığından, onun ədaləti də bilinə bilməz. Bunu bilmədiyimiz üçün də, onu rədd etməkdən başqa yol yoxdur. Yuxarıda qeyd olunan beş şeydən biri ilə qüvvətlənmiş olarsa, doğruluğu daha qalib olacağından, onunla əməl etmək caiz olar. (Subki, "əl-İbhac", 2/225)
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in felləri:
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in felləri, üç cürdür:
1. Oturmaq, qalxmaq, yemək, içmək, yatmaq, yerimək kimi insani davranışları.
Bunlar, Onun üçün də, ümməti üçün də, mübah olan davranışlardır. Bu məsələdə Ondan nümunə götürmək və Ona tabe olmaq, bizə vacib deyildir. Amma sağ əllə yemək kimi məndub və ya sünnət olmasına dair bir dəlil olarsa, dini bir hökm olar.
Eyni şəkildə, ticarət, əkinçilik, döyüş tədbirləri, bir xəstəyə dərman tövsiyə etməsi kimi dünyəvi işlərdəki təcrübəsi gərəyi ortaya qoyduğu davranışlar da, dini bir hökm sayılmaz. Çünki O, bunları İlahi vəhy ilə deyil, şəxsi təcrübəsi və ictihadı ilə etmişdir. Bu səbəbdən dolayıdır ki, Bədr döyüşündə qoşunu bir yerdə yerləşdirmək istədikdə, Hubab b. əl-Munzir Ondan soruşur:
“Ey Allahın Rəsulu, bura Allahın (c.c.) sənə bildirdiyi bir yerdirmi, yoxsa Sənin öz fikrin, müharibə və taktika gərəyidirmi?”
Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:
“Şəxsi fikir, döyüş və taktikamdır."
Bunun üzərinə Hubab:
“Bura, ordunun yerləşəcəyi yer deyil.” dedi və suya yaxın başqa bir yerə işarə etdi və ordu oraya endi.
Peyğəmbərimiz, Mədinədə insanların erkək və dişi tumurcuqlarını bir araya gətirərək xurma peyvəndi etdiklərini gördükdə, onlara bunu etməmələrini tövsiyə etdi. Onlar da bunu etmədilər. Həmin il xurma olmadı. Bunun üzərinə Rəsulullah (sallallahu aleyhi və səlləm), onlara buyurdu:
“Siz, dünya işlərini, daha yaxşı bilirsiniz” buyurdu.
2. Xasaisun-Nəbi: Peyğəmbərə xas olan fellər.
Bunlar:
Fasiləsiz oruc tutmağın (visal orucunun) mübahlığı, qurban kəsmək, quşluq namazı, vitr və təhəccüd namazlarının vacib olması, dörddən artıq qadınla evlənməyin caiz olması, iddiasının isbatında tək başına Huzeymə'nin şahidliyini yetərli görməsi kimi hallar, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə məxsus hallardır. Belə fellərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə tabe olunmaz.
3. Yuxarıda qeyd etdiyimiz iki maddənin xaricində qalıb dini bir hökm olması məqsədi ilə etdikləri:
Bunlar, nümunə alıb tabe olmağımız istənilənlərdir. Aşağıda açıqlanacağı kimi, bunlar da vacib, məndub və mubahlardandır.
a. Bu fellər...
Bunların, Quranda olanların izahı olduğu, ya Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in mübarək sözləri və ya felləri ilə başa düşülür.
Məsələn:
~ “Namazı məndən gördüyünüz kimi qılın.” hədisi, Qur’anda mücməl gələn “namazı doğru qılın" ayətlərini ;
~ “Həccinizin hökmlərini Məndən alın.” ifadəsi, ayətlərdə mücməl gələn həcc qaydalarını izah edir.
Eyni şəkildə,
~ Allah Rəsulunun, oğrunun əlini biləyindən kəsdirməsi şəklindəki tətbiqatı, “oğrunun əlini kəsin!” ayətində mütləq gələn “əl”i;
~ Təyəmmüm edərkən qolları dirsəyə qədər məsh etməsi, “üz və əllərinizi məsh edin” ayətində mütləq gələn “əl”i təqyid edir.
Bu hədislər, əlaqəli ayətlərin izahıdır. Çünki bunlar, izaha ehtiyacı olan bir nöqtədə edilmişdir.
Buna görə də, vacib, məndub və mübah kimi bir hökm ifadə etmə mövzusunda, açıqlayan (sünnət), açıqlanana (Quran)'a tabe olur.
b. Əgər bu fellər, hər hansı bir şey izah edilmədən müstəqil bir şəkildə yerinə yetirilmişdirsə, baxılar:
Vücub/vaciblik; nədb/məndubluq; və ya ibaha/mübahlıq kimi şər'i (şəriətə aid) bir hökm ifadə etdiyi başa düşülərsə, onunla əməl etmə mövzusunda, ümmət, Allah rəsulu (sallallahu aleyhi və səlləm) kimidir. Çünki Allah (cəllə cələluhu):
~ "...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin..." (Haşr/7)
~ "Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir." (Əhzab/21) kimi ayətlərdə, Ona tabe olmağı əmr edir. Səhabələr də, bir çox məsələlərdə Ona tabe olmaq və dəlil əldə etmək üçün, Allah rəsulunun fellərinə baxırdılar. Necə ki, Ömər (radiyallahu anh), Həcər-ül Əsvəd'i öpmək haqqında, Allah Rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyini etmiş və belə demişdi:
"Vallahi, mən bilirəm ki, sən bir daşsan, səndən nə şər, nə də xeyir gələ bilməz. Əgər Allah rəsulunun səni öpdüyünü görməsəydim, heç vaxt səni öpməzdim."
Şər’i hökm ifadə etdiyi anlaşılmırsa, baxılar:
Məsələn, davamlı qılmadığı 2 rükətli bir namaz kimi, Allaha yaxınlaşdırma xüsusiyyəti açıqca anlaşılırsa, o felin, məndub olduğu başa düşülür.
Alış-veriş və əkinçilik şərikliyi kimi bir ibadət tərəfi olmayan bir fel olarsa, o felin mübah olduğunu ifadə edər.
Bu, alimlərin tərcih etdiyi görüşdür. Çünki ibaha/mübahlıq ifadə etdiyi qətidir. Bundan daha artığı (məsələn, vücub/vaciblik ifadə etməsi), yalnız bir dəlil ilə ola bilər; dəlil də yoxdur.
Başqa bir görüşə görə, bu, həmin felin məndub olmasına dəlildir. Çünki bir iş, mütəq ibadət məqsədi ilə edilərsə, onun ən yüngül hökmü, məndubdur.
Xülasə:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən bir insan olaraq görülən davranışlar, təcrübələri, dünya işləri ilə bağlı tədbirləri və yalnız Ona aid olan xüsuslar (xəsaisu’un-nəbi), bir dini hökm sayılmaz və edilməsi istənilən bir sünnət olmaz. Ancaq bir peyğəmbər olaraq, peyğəmbərlik sifətilə Ondan qaynaqlanıb dini hökmü ifadə etməsi məqsədi olan felləri, ümmətin tabe olması lazım gələn dini hökmlərdir.
(Zuhayli, "əl-Fiqhu'l-İslami və ədillətuhu")
-------------------------------------------------------------------------------------------------
Sünnətin əhəmiyyəti
Ustad Said Nursi (rahmətullahi aleyh), "Məsnəvi-i Nuriyyə" adlı əsərində, "Rəşhalar" risaləsində (s. 27-28), belə deyir:
"...Evet, kâinatta yazılan sayısız ayetler, Zat-ı Ehad’in vahdaniyetine şehadet ettikleri gibi; risalet-i Ahmediye’ye de (a.s.m.) delalet ve şehadet ederler.
Ezcümle: Kâinatta görünen hüsn-ü sanat dahi risalet-i Ahmediye’ye (a.s.m.) delalet ve şehadet eden kat’î bir delildir. Zira şu ziynetli masnuatın cemâli, hüsn-ü sanat ve ziyneti izhar eder.
Sanat ve suretin güzelliği, Sâni’de güzelleştirmek ve ziynetlendirmek isteği mevcut olduğuna delalet eder.
Güzelleştirmek ve ziynetlendirmek sıfatları, Sâni’in sanatına olan muhabbetine delalet eder. Bu muhabbet ise, masnuatın en ekmeli insan olduğuna delildir. Çünkü o muhabbetin mazhar ve medarı insandır.
İnsan dahi masnuatın en cami ve en garibi olduğundan, şecere-i hilkate bir semere-i şuuriyedir. İnsan bir semere gibi olduğu cihetle kâinatın eczası arasında en cami ve baid bir cüzdür. İnsan zîşuur ve cami olduğu cihetle, nazarı âmm, şuuru külli olur. Nazarı âmm olduğundan şecere-i hilkati tamamıyla görür; şuuru da külli olduğundan Sâni’in makasıdını bilir. Öyleyse insan Sâni’in muhatab-ı hâssıdır.
Evet, âmm ve şumullü olan nazar ve şuurunu Sâni’in ibadetine ve muhabbetine sarf ve sanatını istihsan, takdir ve teşhirine tevcih ve nimetlerinin şükrüne istimal eden bir fert, verdiği nimetlere karşı şükür isteyen ve yarattığı mahlukatı ibadete, şükre davet eden Sâni’in has muhatap ve habibidir.
Ey insanlar! Zikredilen ahval ve şuunatla muttasıf olan Hazreti Muhammed (a.s.m.)’ın Sâni’in o ferd-i ferid dediğimiz muhatab-ı hassı olmamasına imkân var mıdır? Ve tarihinizin gösterdiği nev-i beşerden en büyük insanlar arasında, bu makama daha layık diğer bir şahıs var mıdır?"
----------------------------------------------
İzahı:
"Evet, kâinatta yazılan sayısız ayetler, Zat-ı Ehad’in vahdaniyetine şehadet ettikleri gibi; risalet-i Ahmediye’ye de (a.s.m.) delalet ve şehadet ederler."
Bu kainatdakı hər bir varlıq, qüdrət qələmilə yazılan bir ayət hökmündə olub, 2 şeyə şəhadət və dəlalət edir:
1. Haqq Taala'nın birliyinə;
2. Muhamməd (sallallahu aleyhi və səlləm)'in nübüvvətinə.
"Ezcümle: Kâinatta görünen hüsn-ü sanat dahi risalet-i Ahmediye’ye (a.s.m.) delalet ve şehadet eden kat’î bir delildir."
Kainatın Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in risalətinə bir çox yöndən şəhadəti vardır. Bizlər, bu məqamda, Allahın sənət əsərlərində görünən gözəlliklərin, Peyğəmbərimizə etdiyi şəhadəti (şahidliyi) mütaliə edəcəyik. Əziz Ustadımız Said Nursi (rahmətullahi aleyh), buna belə izah gətirir:
"Zira (çünki) şu ziynetli masnuatın (sənət əsərlərinin) cemâli, hüsn-ü sanat (sənətdəki gözəlliyi) ve ziyneti izhar eder."
- Əgər kainatdakı varlıqlara "yaradılmış olmaları" cəhətilə baxsaq, Allahın "əl-Xaliq" (Yaradan) ismini görüb, varlıqlara "məxluq" olmaları cəhətilə baxmış olarıq.
- Əgər kainatdakı varlıqlara "sənət əsəri olmaları" cəhətilə baxarsaq, Allahın "əs-Sani" ismini görüb varlıqlara "məsnu" (sənətlə yaradılmış) olmaları cəhətilə baxmış olarıq.
Bu məqamda, varlıqlara məsnu olmaları cəhətilə baxacağıq. Bəli, hər bir varlıq, nərgizdən bülbülə, bülbüldən tovuz quşuna, tək-tək düzülmüş qarğıdalıdan dənizlərin diblərindəki balıqlara qədər hər şey, sənətlə yaradılmış bir əsərdir.
Birinci qaydamız budur:
Sənətlə yaradılmış bu əsərlərin gözəlliyi, sənətdəki gözəlliyi və zinəti izhar etməkdədir. Yəni, bu əsərlərin gözəlliyi, onlardakı sənətin və zinətin gözəlliyindən gəlməkdədir. Onlar (yəni bu sənət əsərləri), belə bir sənət gözəlliyinə və zinətinə ayna olmaqla, sənət əsəri olmuşlardır. Sənət əsəri olmaqla da, sənətin gözəlliyi və zinətinə şəhadət etməkdədirlər.
Bəs yaxşı, elə isə, sənətdəki gözəllik və zinət nəyə şahidlik edir?
Ustad Nursi (rahmətullahi aleyh), sənətdəki gözəllik və zinətin nəyə şahidlik etdiyini belə izah edir:
"Sanat ve suretin güzelliği, Sâni’de (sənətkar olan Allahda) güzelleştirmek ve ziynetlendirmek isteği mevcut olduğuna delalet eder."
Sənətin və zinətin gözəlliyi, Sənətkarında, gözəlləşdirmək istəyinin və zinətləndirmək arzusunun mövcud olduğuna dəlalət edir. Çünki Sənətkarında gözəlləşdirmək istəyi olmasaydı, onu bu şəkildə gözəl yaratmazdı. Zinətləndirmək arzusu olmasaydı, onu bu qədər bəzəməzdi. Madam ki, sənətlə yaratmış və zinətlə bəzəmiş, o halda Onun, gözəlləşdirmək və zinətləndirmək arzusu vardır.
Bəs yaxşı, elə isə, Sani'dəki bu gözəlləşdirmək və zinətləndirmək istəyi nəyə şəhadət edir?
Əziz Ustad, bunun nəyə şəhadət etdiyini belə izah etməkdədir:
"Güzelleştirmek ve ziynetlendirmek sıfatları, Sâni’in sanatına olan muhabbetine delalet eder."
Gözəlləşdirmək və zinətləndirmək arzusu, Sənətkarın, sənətinə olan məhəbbətinə dəlalət edir. Demək, sənətini sevir ki, əsərini gözəlləşdirmək istəyir. Əgər sənətini sevməsəydi, əsərini gözəlləşdirmək və bəzəmək istəməz, adi bir şey kimi yaradardı. Madam ki, belə etməmiş, onu ən incə sənətlə yaradıb ən gözəl zinətlə bəzəmiş, o halda, demək ki, sənətinə qarşı bir məhəbbəti var.
O halda, belə deyə bilərikmi:
Madam ki, sənətinə qarşı məhəbbəti var, o halda, ən çox sevdiyini ən sənətli yaradacaq, sənətinə ən çox onu ayna qılacaqdır?
Bəli, belə deyə bilərik. Bundan da, ən böyük sənət əsəri kim olduğunu başa düşmüş olarıq.
Bu ən sənətli yaradılmış varlığı, Ustad Nursi belə bəyan edir:
"Bu muhabbet ise, masnuatın (sənətlə yaradılmış əsərlərin) en ekmeli (mükəmməli) insan olduğuna delildir. Çünkü o muhabbetin mazhar (zahir olduğu yer, ayna) ve medarı (ətrafında döndüyü yer), insandır."
Allahın -Zatına layiq bir şəkildə- sənətinə olan məhəbbəti, məsnuatın ən mükəmməlinin insan olduğuna dəlildir. Çünki yuxarıda demişdik ki, madam ki, sənətinə qarşı məhəbbəti var, elə isə, ən çox sevdiyini, ən sənətli yaradacaq.
Bizlər bilirik ki, Allahın ən sevgili məxluqu, insandır. Onu, yerin xəlifəsi qılmış; mələklərdən belə üstün yaratmışdır.
Mətnin davamında, Ustad Nursi, insanların vəsflərini sayacaq və bu vəsflər səbəbilə, insanın, Allahın xas muxatabı olduğunu bəyan edəcəkdir.
İnsan, Allahın xas məxluqudursa -ki, elədir- o halda ən mükəmməl sənət də, insandadır. Çünki Sənətkar, ən çox sevdiyini ən sənətli şəkildə yaradar.
"İnsan dahi, masnuatın (sənət əsərlərinin) en cami (cəm edici) ve en garibi olduğundan, şecere-i hilkate (yaradılış ağacına, yəni kainata) bir semere-i şuuriyedir (şüur sahibi bir meyvədir)."
Ustad Said Nursi (rahmətullahi aleyh), bu cümlədə, insanı 3 sifətlə vəsf edir:
1. Məsnuatın ən camisi olması;
2. Məsnuatın ən qəribi (qeyr-i adisi) olması;
3. Yaradılış ağacının (kainatın) şüur sahibi meyvəsi olması.
Tək-tək, bu 3 vəsf üzərində bir az dayanaq. Belə ki:
1. İnsanın, məsnuatın ən camisi olması:
İnsan, sahib olduğu orqan və hislər cəhətilə, məsnuatın ən zənginidir. Ağıldan təsəvvürə, təsəvvürdən xəyala qədər, insan, minlərlə hisslərlə təchiz edilmişdir ki, bu, digər məxluqlarda yoxdur. Bu da, insana verilən qiymətin işarətidir.
Həm insana, həm də digər canlılara verilən orqan və hislərə gəlincə, burda da üstünlük, yenə insandadır. Məsələn:
~ Hər varlığın, gözü vardır, ancaq heç biri, kainatı bir insan kimi seyr edə bilməz. Onların əksəriyyəti, aləmi, ağ-qara görüb, rənglərin fərqinə belə varmaz.
~ Yenə hər varlığın, dili vardır, ancaq heç biri, insan kimi, dadları hiss edə bilməz. Bəziləri sadəcə ot yeyər, bəziləri də sadəcə ət.
~ Yenə hər varlığın qulağı vardır, ancaq heç biri, insan kimi bütün səsləri fərq edə bilməz. Bülbülün səsilə qarğanın səsi, onlara eyni gəlməkdədir. İnsan isə, kainatdakı hər səsi fərq edə bilməkdədir.
Bunlar kimi, saymaqla bitməyəcək qədər çox hissləri, orqanları vardır ki, insan, bütün bunlara ən maksimal səviyyədə sahib olmuş, bununla da, ən cami (cəm edici) varlıq ünvanına sahib qılınmışdır. Sanki, insan, kainata kiçildilmiş bir misaldır. Yəni kainatı kiçiltsək, insan olar; insanı böyütsək, kainat.
2. Məsnuatın ən qəribi olması:
Mətndəki "qərib" kəliməsi, "qürbətdə olan" və "sahibsiz" mənasında deyil, "heyrət verici", "qeyr-i adi" mənasındadır.
İnsan, üzərinə təfəkkür edənləri ən çox heyrətə gətirən ən qərib məxluqdur. Elm adamları, insanın, hələ maddi/fiziki quruluşunu belə tam öyrənə bilməmişlərdir. Bir də bunlara, minlərlə hissləri də əlavə edin. Bax insan, belə qeyr-i adi və heyrət verici bir varlıqdır.
3. Yaradılış ağacının (kainatın) şüur sahibi meyvəsi olması.
Kainatı, bir ağaca bənzətsək:
• Ünsürlər (elementlər) - bu ağacın budaqları;
• Bitkilər - yarpaqları;
• Heyvanlar isə - çiçəkləridir.
• Bu ağacın meyvəsi isə - insandır.
İnsana ağıl və idrak verilmiş və bununla da, "kainat ağacı"nın ən qiymətli cüzü (parçası) qılınmışdır. Hətta "kainat ağacı", "insan meyvəsi" üçün yaradılmışdır deyə bilərik.
Bura qədər, insanın 3 vəsfini öyrəndik və haqlarında bir az danışdıq.
Ustad (rahiməhullah), belə davam edir:
"İnsan, bir semere (meyvə) gibi olduğu cihetle, kâinatın eczası (cüzləri, parçaları) arasında en cami (cəm edici) ve baid (uzaq) bir cüzdür (parçadır)."
İnsanın ən cami (cəm edici) olduğu haqqında yuxarıda danışdıq. Burda isə, insanın, "en baid cüz" olması haqqında danışaq:
"Baid" kəliməsinin lüğəvi mənası "ən uzaq" deməkdir. İndi, sualımız budur:
"İnsanın, kainatın cüzləri arasında ən baid/uzaq cüz olması, nə deməkdir? İnsan, nəyə uzaqdır; və bu uzaqlıq, ona necə bir şərəf qazandırmışdır?"
Burdakı uzaqlığı, Allah ilə qul arasında düşünmək, mümkün deyildir. Çünki Allah (isim və sifətlərilə), hər şeyə, hər şeydən daha yaxındır. Bu uzaqlığı, insan ilə digər varlıqlar arasında düşünmək də mümkün deyildir. Çünki insan, onlarla iç-içə yaşayır və aralarında heç bir uzaqlıq əsəri görünmür. Elə isə, bu uzaqlıq nədir?"
Bu uzaqlıq, məkan uzaqlığı olmayıb, zaman uzaqlığıdır. Yəni, insanın, daha sonra yaradılmasıdır. İnsanın yaradılışı, digər varlıqların yaradılışına qiyasla, daha sonradır. Bu sonralıq da, insana böyük bir şərəf qazandırmışdır. Belə ki:
Necə ki, bir ağac yaradılarkən, ilk əvvəl kökü, sonra gövdəsi, sonra budaqları, sonra çiçəkləri və sonra yarpaqları yaradılır. Meyvə isə, daha sonra icad edilir. Bununla da başa düşülür ki, ağacın yaradılış məqsədi, meyvədir; ağac, meyvəsi üçün icad edilmişdir. Ağacdakı bütün tədbirlər, meyvəyə görə tənzim edilmiş və ağac, budaqlarına asılacaq meyvələr üçün xəlq edilmişdir. Demək ki, bu ağacın ən qiymətli cüzü/parçası, meyvəsidir.
Eynilə bunun kimi, kainat da, bir ağac şəklində yaradılmışdır. Ünsürlər/elementlər - bu ağacın budaqları olmuş; bitkilər - yarpaqları; heyvanlar isə - çiçəkləri.
Demək, kainat, insan üçün xəlq edilmiş, onun üçün hazırlanmış, ona bir ev olması üçün tənzim edilmişdir. Bundan da başa düşülür ki, bu qonaq yeri olan kainatın ən qiymətli qonağı, insandır.
Mətndəki "baid" kəliməsinin altında yatan məna, bax budur. Bu kəlimə ilə, insanın ən son yaradıldığına diqqət çəkilmiş; bununla da, qiymət və şərəfi isbat edilmişdir.
"İnsan, zîşuur (şüurlu) ve cami (cəm edici) olduğu cihetle, nazarı âmm (ümumi), şuuru külli olur."
İnsanı digər varlıqlardan ayıran ən əhəmiyyətli xüsusiyyətlərindən biri də, şüur sahibi olmasıdır.
Şüur: hislər vasitəsilə idrak etməkdir. Yəni, məsələnin künhünü, mahiyyətini başa düşməkdir. İnsan, bu sifətə, külli mənada sahibdir. Heyvanlarda isə, belə bir külliyyət yoxdur.
İnsanın, bundan başqa, bir də camiyyəti vardır. O, sahib olduğu cihaz və hislər cəhətilə, məsnuatın ən camisidir. Ağıldan təsəvvürə, təsəvvürdən xəyal və sairə qədər, insan, minlərlə hisslə təchiz edilmişdir.
İnsan, belə şüur və camiyyətə (cəm ediciliyə) sahib olmaqla, nəzəri ümumi; və şüuru külli bir varlıq olmuşdur.
Nəzər kəliməsi, burda, "düşünmək" və "mülahizə etmək" mənasındadır. Bu, insanı digər canlılardan ayıran bir sifətdir. İnsan, düşünən, təfəkkür edən, mütaliə edən, məsələləri təhlil edə bilən bir varlıqdır. İnsanın düşünməsi və mülahizəsi, kainatı əhatə edəcək dərəcədə genişdir.
Bundan başqa, insanın şüuru da küllidir. Yəni, bütün hislərilə idrak edər; ona verilən hər bir hiss, idrakına vəsilə olar. Bu sayədə, hər şeyin mənasına nüfuz edə, künhünü kəşf edə, mahiyyətini başa düşə bilər.
Sözün özü: İnsana verilən hislərlə idrak qabiliyyəti və insanın yaradılışındakı camiyyəti, insanı heyvanlardan ayırmış; insanı düşünən, idrakı külli bir varlıq halına gətirmişdir.
Bəs yaxşı, elə isə, insanın düşünüb mülahizə edə bilməsi və idrakının külli olması, insana nə qazandırmışdır?
Ustad, bunların nə qazandırdığını belə bəyan edir:
"Nazarı âmm (ümumi) olduğundan, şecere-i hilkati (yaradılış ağacını) tamamıyla görür; şuuru da külli olduğundan, Sâni’in (sənətkar olan Allahı ) makasıdını (məqsədlərini) bilir. Öyleyse, insan, Sâni’in muhatab-ı hâssıdır (sənətkar olan Allahın xas muxatabıdır)."
İnsan, düşünmə və mülahizə etmə qabiliyyəti sayəsində, "yaradılış ağacı"nı, yəni kainatı, tamamilə görüb müşahidə edər.
- Bir heyvan'ın, günəşdən, aydan, ulduzlardan, bu aləmdəki digər əşyadan və dünyanın başqa bir yerindən xəbəri vardırmı? Heyvanın əlaqəli olduğu bütün şeylər, içində gəzdiyi yer ilədir. Ancaq insan, deyil yalnız dünyanı; ulduzları, planetləri və qalaktikaları bilə bilir. Arşı, kürsini bilir; cənnət və cəhənnəmi bilir. Bununla da, Allahın qüsursuz qüdrətini, tərbiyə ediciliyini və digər vəsflərini kainatda tamaşa edir.
Bundan başqa, insanın şüuru külli olduğundan, yəni hislər vasitəsilə idrak edə bildiyindən, hər şeyin mənasına, künhünə, mahiyyətinə nüfuz edə bilir. Ağlı olub düşünə bildiyindən, Allahın məqsədlərini bilir. Bu kainatı nə üçün yaratdığını, əşyanı nə üçün icad etdiyini, özünün niyə var olduğunu və digər bütün İlahi məqsədləri bilir. Bütün bunlardan dolayı da, Allahın xas muxatabı olur.
Bax bu sirdən dolayıdır ki, Allah, hikmətli kitabında:
"Ey insanlar!", "Ey iman edənlər!" deyə buyurur;
"Ey günəş!", "Ey ulduzlar!" deyə buyurmur. İnsanı Özünə muxatab qılıb insanla danışır.
"Bəs yaxşı, bu sifətlərlə yaradılan insan, nə ilə qiymət qazanır?"
Ustad, bu suala belə cavab verir:
"Evet:
1. Amm (ümumi) ve şumullü (geniş əhatəli) olan nazar ve şuurunu, Sâni’in (sənətkar olan Allahın) ibadetine ve muhabbetine sarf (sərf edən); ve
2. Sanatını istihsan (bəyənən, gözəl görən), takdir (qiymətləndirən) ve teşhirine tevcih (elan etməyə, başqalarına göstərməyə yönləndirən) ve
3. Nimetlerinin şükrüne istimal (istifadə) eden
bir fert, verdiği nimetlere karşı şükür isteyen ve yarattığı mahlukatı ibadete, şükre davet eden Sâni’in (sənətkar olan Allahın), has muhatap ve habibidir (sevgilisidir)."
Ustad Nursi, çox vəzifələr içərisində, 3 vəzifə zikr etdi:
1. İnsan, özünə verilən əzalar və hisləri, Allaha ibadət və məhəbbət yolunda sərf edəcək. Bu hislərdən, sadəcə nəzər və şüuru zikr edərək, digərlərini isə, bizim fəhmimizə buraxdı.
2. Allahın sənətini istihsan edib gözəl görəcək, sənətini təqdir edəcək və bu sənəti insanlara göstərib təşhir edəcək, nəzərləri bu sənətə cəlb edəcək.
3. Allahın verdiyi nemətlərə müqabil olaraq şükr edəcək.
Bu 3 vəzifəni yerinə yetirən insan, Allahın xas qulu olar. O Allah ki, nemətlərinə qarşı şükr istəyir; yaratdığı məxluqatı ibadət və şükrə dəvət edir; sənətinin istihsan və təqdirini istəyir. Əlbəttə, Allahın bu istəklərini yerinə yetirən və bu vəzifələri görən, Allahın həbibidir, ən sevgili quludur.
İndi isə, buna nəzər salaq:
Bu vəzifələri insanlar içində ən mükəmməl Kim yerinə yetirmişdir?
Çünki ən mükəmməl Kim yerinə yetirmişdirsə, Allahın ən xas qulu və sevgilisi də, O olmalıdır.
Ustad, bunu ən gözəl Kimin yerinə yetirdiyini isə, belə bəyan edir:
"Ey insanlar! Zikredilen ahval (hallar) ve şuunatla (işlərlə) muttasıf (vəsflənmiş) olan Hazreti Muhammed (a.s.m.)’ın, Sâni’in (sənətkar olan Allahın) o ferd-i ferid (bənzəri olmayan) dediğimiz muhatab-ı hassı (xas muxatabı) olmamasına imkân var mıdır? Ve tarihinizin gösterdiği nev-i beşerden (insanlarda) en büyük insanlar arasında, bu makama daha layık diğer bir şahıs var mıdır?"
Ustad Nursi, nəticəni isə belə bağlayır:
Madam ki, məzkur (yuxarıda zikr edilən) 3 vəzifəni yerinə yetirən qul, Allahın ən sevgili quludur. Elə isə, Allahın ən sevgili qulu, Muhamməd Mustafa (sallallahu aleyhi və səlləm)'dir. Çünki heç kim, bu vəzifələri, Ondan daha mükəmməl yerinə yetirməmiş və heç kim, bu işdə Ona çata bilməmişdir. Zatən bəşəriyyətə bu vəzifələri də O öyrətmiş, o dərs vermişdir.
Xülasə:
~ Yaradılan hər şey, bir sənətdir. --->
~ Bu sənətdə bir gözəllik vardır. --->
~ Bunlardakı gözəllik, sənət və zinətin gözəlliyindən qaynaqlanmaqdadır. --->
~ Sənət və zinətin gözəlliyi, Sənətkarında gözəlləşdirmək istəyinin olduğunu göstərir. --->
~ Sənətkarın gözəlləşdirmək və zinətləndirmək istəyi, sənətini sevdiyini göstərir.
O halda, belə deyə bilərik:
Allahın ən çox sevdiyi varlıq, insandır. Çünki bütün ağıl sahiblərinin ittifaqı ilə, ən üstün varlıq, insandır. Və insanlar arasında da, Muhamməd (sallallahu aleyhi və səlləm)'dir.
Elə isə, kim daha çox Ona bənzəməyə çalışarsa, demək ki, o şəxs də, Allahın sevdiyi qulu olacaqdır. Buna nail olmaq isə, Onun sünnətinə tabe olmaqdan keçir.
Bununla bərabər, Ustad, varlıqlar üzərindən Onun haqq peyğəmbər olduğuna da dəlil gətirdi. Elə isə, ey mülhid! Bir odun belə, Onun haqq peyğəmbər olduğuna şahidlik etdiyi halda, sən, bir odun'dan aşağısanmı? Səni, Ona iman etməkdən uzaq tutan səbəb nədir?
------------------------------------
------------------------------------
Əlavələr:
وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ ٱلْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ ٱلْمُؤْمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصْلِهِۦ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا
"Kim, özünə doğru yol bəlli olduqdan sonra, Peyğəmbərə qarşı çıxar, möminlərin yolundan başqasına tabe olarsa, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir." (Nisa/115)
İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsirində, ayətin təfsirində, belə deyir:
Bu ayə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bütün felləri xüsusunda tabe olunmasının vacib olduğuna dəlalət etməkdədir. Çünki, ümmətin feli, Peyğəmbərin felindən başqa olsaydı, o vaxt, 2 tərəfdən hər birinin, fel cəhətindən, ayrı tərəflərdə olmaları lazım gələrdi. Belə olması halında da, arada bir müxalifət olmuş olardı. Halbuki, Peyğəmbərə müxalifət etmək, (bu ayədən də göründüyü kimi) haram qılınmışdır. Bundan dolayı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, hər felində tabe olmağın vacib olduğu ortaya çıxır.
-------------------------------------
-------------------------------------
• Peyğəmbərə iman rüknü və əqli isbatı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r%C9%99-im...
• Sünnətin vəhy olması:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sunn%C9%99t-v%C9%99hydirmi-m...
• Nəhl surəsi 44-cü ayə (sünnətin dəlil olması):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99hl-sur%C9%99si-44-cu-...
• Hədisin Qurana ərzi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99disin-qurana-%C9%99rzi
