Təravih namazı - 1
Əbu Zərr əl-Ğifari (رضي الله عنه) -dən belə rəvayət edilir:
Biz Allah Rəsulu ilə bərabər bir Ramazan (ayı boyunca) oruc tutduq. (Ramazan ayından) 7 gecə qalıncaya qədər heç bir gecəsində bizə təravih qıldırmadı (vəya) gecəni ihya etdirmədi.
(Ay sonundan başına doğru) 7 gecə olunca, təxminən gecənin 1/3-i keçincəyə qədər bizə təravih qıldırdı. (Vəya gecənin o qismini ihya etdirdi).
Sonra o gecəni izləyən (axırdan) altıncı gecə oldu. (Amma) onda təravih qıldırmadı.
Nəhayət, (sondan) beşinci gecə oldu. (Ondan) təxminən gecənin yarısı keçincəyə qədər bizə təravih qıldırdı.
Mən:
Ey Allahın elçisi! Bu gecəmizin qalan qismini də ihya etməyimizi buyurmağınızı arzu edirik.' dedim. Buyurdu ki:
Şübhəsiz, imam namazdan dönüncəyə qədər onunla bərabər (işanın fərzini və) təravihi qılan kimsənin bu ibadəti, bir gecəni bütünü ilə ihya etməyə bərabər olur.
Sonra o gecəni izləyən (sondan) dördüncü gecə oldu, təravih qıldırmadı. Nəhayət, onu izləyən (sondan) üçüncü gecə oldu. O, zövcələrini və yaxınlarını topladı. Camaat da toplandı.
Əbu Zərr (رضي الله عنه) deyir ki, Peyğəmbər ( ﷺ ) o gecə, bizə qıldırdığı təravihi o qədər uzatdı ki, biz sahur yeməyini qaçıracağımızdan qorxduq.
Deyildi ki: 'Fəlah nədir?'
Əbu Zərr (رضي الله عنه): Fəlah, sahur yeməyini yeməkdir:-deyə cavab verdi.
Əbu Zərr (رضي الله عنه) deyir ki: O gecədən sonra, Peyğəmbərimiz ( ﷺ ) , Ramazan ayının qalan 2 gecəsində bizə təravih namazından heç bir şey qıldırmadı.[1]
------------------
Şərhi:
Tirmizi ( رحمه الله) , Əbu Davud ( رحمه الله) , Nəsai ( رحمه الله) , Tahavi ( رحمه الله) , Hakim ( رحمه الله) və Beyhaqi ( رحمه الله) də bunu rəvayət etmişlərdir. Tirmizi ( رحمه الله) və Hakim ( رحمه الله) bunun səhih olduğunu da qeyd edirlər.
Ərəblər günləri hesablarkən ay sonunu əsas alırlar. Onun üçündür ki, Əbu Zərr ( رحمه الله) Ramazan ayının son 7 gecəsinin ilkinə yeddinci, ikincisinə altıncı, üçüncüsünə beşinci... demişdir.
Ərəbi aylar bəzən 29, bəzən 30 gün olduğu bilinməktədir. 28 vəya 31 olması ehtimalı yoxdur. Çünki ərəbi aylar, ayın yenilənməsi əsasına bağlıdır. Belə olduğu halda, hər ayın 29 günü doldurması qətidir. Otuzuncu gün şübhəlidir. Şübhəli günü hesaba qatmamaq gərəkdiyi üçün Əbu Zərr ( رحمه الله) in dediyi
• yeddinci gecə- Ramazan ayının 23-cü gecəsi,
• altıncı gecə-Ramazanın 24-cü gecəsi,
• beşinci gecə-Ramazanın 25-ci gecəsi,
• üçüncü gecə- Ramazanın 27-ci gecəsi və
• qalan gecələr Ramazanın 28 və 29-gecələri olmuş olur.
Hal belə olduğunda, bu hədis, Peyğəmbərin ( ﷺ ) Ramazan ayının yalnız 23, 25 və 27-ci gecələrində təravih namazını qıldırdığına və ya bu gecələri camaatla ihya etdirdiyinə, ibadəti Ramazanın 23-cü gecəsi, gecənin 1/3-inə, 25-ci gecənin yarısına və 27-ci gecəsi şəfəqə yaxın bir zamana qədər uzatdığına dəlalət edər.
Ramazanın 27-ci gecəsi Peyğəmbər ( ﷺ ) hörmətli zövcələrini və yaxınlarını da təravih namazı üçün toplamışdır. Böyük bir camaata təravih qıldırmışdır.
Əbu Zərr (رضي الله عنه) 25-ci gecənin tamamını ihya etmək arzusunu Peyğəmbər ( ﷺ ) ə ərz etmiş, Peyğəmbərimiz də işa və təravih namazlarını imamla bərabər qılan bir kimsənin savabının o gecənin bütününü ihya edənin savabına bərabər olduğunu müjdələmişdir.
Hədisin: ---"من قام مع الإمام حتى ينصرف"---
cümləsinin mənası budur.
Yalnız işa namazını imamla bərabər qılanın savabı isə, yarım gecənin ihyasına bərabər olur. Çünki Muslim ( رحمه الله) , Malik ( رحمه الله) , Tirmizi ( رحمه الله) və Əbu Davud ( رحمه الله)-un Osman b. Affan (رضي الله عنه) dan rəvayət etdikləri bir hədisdə, Peyğəmbər ( ﷺ ) belə buyurmuşdur:
---"من صلى العشاء مع الجماعة كام كقيام نصف ليلة ومن صلى العشاء والفجر في جماعة كان كقيام ليلة"---
"Kim işa namazını camaatla qılsa, gecənin yarısını ibadətlə ihya etmiş kimi olur.
Kim işa və sabah namazlarını camaatla qılsa, bir gecəni ibadətlə ihya etmiş kimi olur."
-----------------------
Fəlah: Qurtuluş, xoşbəxtlik, zəfərə qovuşmaq, davamlı qalmaq və sahur yeməyini yemək kimi fərqli mənalara gəlir. Burda son mənanın qəsd edildiyi, Əbu Zərr (رضي الله عنه) tərəfindən ifadə edilmişdir.
Suhur: Sahur yeməyini yeməkdir.
Sahur: Sahur vaxtında yeyilən yeməklər və içilən içəcəklərdir.
--------------------
Əl-Mənhəl əsərinin müəllifi belə deyir:
"Təravih namazının məsciddə camaatla qılınmasının evdə qılınmasından daha fəzilətli olduğuna hökm edən cumhur, bu hədisi dəlil göstərmişlərdir. Bu hədis, Nəsai ( رحمه الله) və Taberani ( رحمه الله) nin Zeyd b. Sabit (رضي الله عنه) dan rəvayət etdikləri:
---"أفضل الصلاة صلاة المرء في بيته إلا المكتوبة"---
Fərz namaz xaric, ən fəzilətli namaz, adamın öz evində qıldığı namazdır.
hədisinin hökmünü xüsusiləşdirmişdir. Yəni təravih namazı da fərz namaz kimi bu hədisdən istisna edilmişdir.
Hədis, Peyğəmbər ( ﷺ ) in təravih namazını müəyyən aralarla 3 gecə qıldırdığını ifadə edər.
Cumhurun bir dəlili də, Hz.Ömər (رضي الله عنه) ın digər səhabələrin və onlardan sonra gələnlərin təravih namazını məscidlərdə və camaatla qılmalarıdır.
Imam Malik ( رحمه الله) , Imam Əbu Yusuf ( رحمه الله) , Şafeilər'in bir qismi və digər bəzi alimlər Zeyd (radiyallahu anh)'ın yuxarıdakı hədisini dəlil göstərərək, təravih namazını evdə tək başına qılmanın daha fəzilətli olduğuna hökm etmişlərdir.
Imam Tahavi ( رحمه الله) , bu qövlü: Ibn-i Ömər, İbrahim ən-Nəxai ( رحمه الله) , İshaq b. Suveyd ( رحمه الله) , Urvə ( رحمه الله) , Said b. Cubeyr ( رحمه الله) , Qasım ( رحمه الله) , Səlim ( رحمه الله) , Nafi ( رحمه الله) və başqalarından nəql edərək, belə deyir:
Bu şəxslərin hamısı, Ramazan ayında evdə qılmağı, imamla qılmaqdan daha uyğun görmüşlərdir. Doğrusu da, budur.
Cumhur isə, yuxarıda toxunduğumuz kimi, Zeyd (رضي الله عنه) ın hədisini bayram namazı kimi camaatla qılınması məşru qılınan sünnətlərdən başqa, nafilələrə təxsis etmişdir (xas qılmışdır). Çünki Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) təravih namazımı Məsciddə camaatla qıldığı sabitdir.
-----------------------
Təravih namazı neçə rükətdir?
Təravih namazının rükət sayısı xüsusunda alimlər arasında ixtilaf vardır. Əl-Mənhəl əsərinin müəllifi bu ixtilafı və hər grupun dəlillərini zikr etmişdir.
Hənəfi, Şafii, Hənbəli alimləri; Malik ( رحمه الله) və Davud ( رحمه الله) un məşhur qövlünə; və bir çox alimə görə, onlar təravih namazının 20 rükət olduğuna hökm etmişlərdir.
Hər 2 rükətin sonunda salam verilməli və hər 4 rükətdən sonra qısa bir istirahət üçün oturulmalıdır. Bu istirahətlər səbəbi ilə, bu namaza təravih ismi verilmişdir.
Çünki təravih kəliməsi, 'tərviha'nın cəm halıdır. Tərviha isə: rahatlamaq deməkdir. Çünki bunun arxasında istirahət üçün bir az oturulur.
Bu grupun dəlillərindən biri, Beyhaqi ( رحمه الله) nin səhih bir isnadla əs-Saib b. Yezid (رضي الله عنه) dan rəvayət etdiği bu xəbərdir:
"Səhabələr, Hz.Ömər (رضي الله عنه) , Hz.Osman (رضي الله عنه) və Hz.Əli (رضي الله عنه) dövrlərində, təravih namazını 20 rükət olaraq qılarlardı."
İmam Tirmizi ( رحمه الله) belə deyir:
"Alimlərin əksərisi, təravih namazının 20 rükət olduğuna dair Hz Ömər (رضي الله عنه) , Hz.Əli (رضي الله عنه) və başqa səhabələrdən rəavətlər üzərində qərar qılmışlardır."
Təravih namazının 8, 10, 16, 24, 34, 36 və 40 rükət olduğuna dair görüşlər də vardır.
İbni Abdi'l-Bərr ( رحمه الله) belə izah gətirir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən təravih namazının rükət sayısı haqqında bir hüdud varid olmamışdır.
• Peyğəmbər ( ﷺ ) , Əbu Bəkr (رضي الله عنه) zamanında və Ömər (رضي الله عنه) in xilafət dövrünün ilk zamanlarında 8 və 10 rükət qılındığına dair rəvayətlə əməl etmək fəzilətlidir.
• Bundan sonra fəzilətli olanı- Hz. Ömər (رضي الله عنه) ,Hz. Osman (رضي الله عنه) və Hz.Əli (رضي الله عنه) nin zamanlarında tətbiq edilən 20 rükət olaraq qılmaqdır. Çünki Peyğəmbər ( ﷺ ) Rəşidi xəlifələrin sünnətinə möhkəm sarılmağı əmr etmişdir."
Təravih namazı digər namazlardan fərqsiz olduğu üçün namazın sünnətlərini və ədəbini zədələyici bir sürətlə qılınmamalıdır.
[1]. İbn Macə, Sünən tərcümə və şərhi, Kitabu iqamətu's-Sala: Ramazan ayı qıyamı (=təravihlə ihyası) haqqınd gələn hədislər babı, hədis no: 1327
---------------------------------------------------------------------------------------------------------------------------------
• İmam Əbu Hənifə’nin məzhəbi və Təravih namazı
Hənəfi fəqihi Alləmə Burhənud-Din Əli bin Əbi Bəkr əl-Mərğinəni (vəfatı hicri 593) məşhur “əl-Hidəyə” kitabında deyir:
“Ramazan ayında işə namazından sonra insanların toplanması və imamlarının onlara beş tərvihə qıldırması müstəhəbdir.”[1]
Beş tərvihə isə iyirmi rükət edir, çünki hər tərvihədə dörd rükət olur. Əbul-Həsən Əli bin əl-Hüseyn əs-Suğdi (vəfatı 461) deyir: “Altıncı təravih namazıdır və o, ramazan ayının hər gecəsində (qılınan) iyirmi rükətdir; hər iki rükətdən bir salam verir...”[2]
Şəmsul-Əimmə Əbu Səhl əs-Səraxsi (vəfatı hicri 483) deyir: “... belə ki, o, bizə görə vitrdən savayı iyirmi rükətdir...”[3]
Həmçinin digər böyük hənəfi alimi Aləud-Din əl-Kəsəni deyir: “Miqdarına gəldikdə isə on salamdan və beş tərvihədən ibarət iyirmi rükətdir; hər tərvihədə iki salam vardır və bu, alimlərin böyük əksəriyyətinin görüşüdür. Malik isə bir görüşündə otuz altı rükət, digər görüşündə isə iyirmi altı rükət demişdir. Doğru olan əksəriyyətin görüşüdür, çünki rəvayət olunduğu kimi Ömər – radiyallahu anhu – Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrini ramazan ayında Ubeyy bin Kəb’in arxasında topladı və (Ubeyy) onlara hər gecə iyirmi rükət qıldı. Heç kim ona bu əməlini inkar etmədi, beləliklə də bu, onlar tərəfindən bu əməl üzərində bir icma olur.”[4]
Hənəfi məzhəbində bu yöndə hər hansı bir ixtilafın olduğu bizə məlum deyildir. Bəzi cahillər, bəzi çaplardakı xətalara və ya anlaya bilmədikləri bəzi naqis sitatlara etibar edərək, təravihin, hənəfi alimlərində on bir rükət olduğunu söyləyiblər. Bu isə, cahilliklərinin qurbanı olmuş bəzi kəslərin acizlikdən söylədikləri sözlərdən başqa bir şey deyildir.
[1] “əl-Hidəyə fi Şərhil-Bidəyə”, 1/70;
[2] “ən-Nutəfu fil-Fətəva”, 1/106;
[3] “əl-Məbsut fi Şərhil-Kəfi”, 2/144;
[4] “Bədəius-Sanəi fi Tərtibiş-Şərai”, 1/288;
---------------------------------------
• İmam Malikin görüşü və maliki məzhəbi / Təravih namazı;
İmam Malik “əl-Mudəvvanə əl-Kubra” kitabında deyir: “Əmir mənim yanıma (adam) göndərdi və insanların Mədinədə qıldıqları ramazanın qiyamını azaltmaq istədi.” İbnul-Qasim dedi: “Bu, vitr iləbirlikdə otuz doqquz rükətdir; (yəni) otuz altı rükət və vitr üç rükətdir.” İmam Malik dedi: “Ondan bir şey azaltmasını ona qadağan etdim və ona dedim: “Mən insanları gördüyümdən bu cür qılırlar və bu, insanların hər zaman üzərində olduqları qədim bir haldır.”[1]
əl-Mudəvvanə kitabını İmam Səhnun bin Said ət-Tənuxi öz şeyxi, İmam Malik’in tələbəsi İbnul-Qasim’dən rəvayət edir. Beləliklə də biz bu səhih, sabit, aşkar sözlərdən öyrənirik ki, İmam Malik özü otuz doqquz rükətin Mədinədə lap öncədən mövcud olduğunu deyir. Otuz altı rükəti azaltmaq istəyən əmirə bunu etməyi qadağan edən İmam Malik’in “bu qədər çoxlu rükətin haradan çıxarıldığını bilmirəm” deməsi, sağlam düşüncənin qəbul etmədiyi bir şeydir.
Onu da əlavə edək ki, İmam Malikdən gələn bir digər rəvayətdə o, cumhur ilə razılaşmışdır. Məşhur maliki fəqihi İbn Rüşd əl-Həfid deyir:
“İnsanların ramazan ayında qıldıqların rükətlərin sayında seçimə layiq olan sayın hansı olmasında ixtilaf etdilər; Malik - iki görüşündən birində -Əbu Hənifə, əş-Şafi, Əhməd və Davud, vitrdən savayı iyirmi rükətin qılınması görüşünə üstünlük verdilər. İbnul-Qasim isə Malik’dən onun otuz altı rükəti və üç rükət vitri gözəl görməsini zikr etmişdir.”[2]
Maraqlıdır ki, maliki alimlərindən bir çoxu təravihin əsl etibarı ilə iyirmi rükət olduğunu, sonra üzərinə əlavə edilərək otuz altı edildiyini qeyd edirlər. Misal üçün maliki fəqihi, üsulçu alim Cəməlud-Din bin Ömər İbnul-Həcib əl-Kurdi (vəfatı hicri 646) “Cəmi’ul-Ummuhət” kitabında deyir: “... və o, vitr ilə birlikdə iyirmi üç rükətdir və sonra otuz doqquz rükət edilmişdir...”[3]
Xalil bin İshaq da “əl-Muxtəsar” kitabında bu sözləri eyni ilə zikr etmişdir. Bunun səbəbini isə maliki alimi Şihəbud-Din Əhməd bin Ğanim ən-Nəfravi belə izah edir:
“Bu görüşü (yəni otuz altı rükət görüşünü) Malik “əl-Mudəvvanə” kitabında seçmişdir və gözəl saymışdır və Mədinə əhlinin əməli bunun üzərinədir. Ona tabe olanlardan bəziləri digər bütün ölkələrdən əməlinin bunun üzərində olması səbəbi ilə Ömər bin əl-Xattab’ın insanları üzərində cəm etdiyi saya, yəni birinci görüşə üstünlük vermişdir. Buna görə də Xalil cümləni “...vitr, onun iki rükəti iləbirlikdə iyirmi üç rükətdir” sözləri ilə başlamışdır.”[4]
Buna görə də, son dönəm maliki alimlərindən bir çoxu fiqh mətnlərində təravih’in sadəcəolaraq iyirmi rükət olduğunu qeyd etməklə kifayətləniblər. Misal üçün Əhməd bin Muhəmməd bin Əhməd əd-Dərdir (vəfatı hicri 1201) “Əqrabul-Məsəlik” adlı kitabında deyir:
“Təravih iyirmi rükətdir.”[5]
Bu kitaba müəllifin özünün yazdığı və “əş-Şərh əs-Sağir” adlı şərhə haşiyə yazmış əs-Savi adı ilə məşhur olan Əbul-Abbas Əhməd bin Muhəmməd əl-Xalvati haşiyəsində buna heç bir etiraz etməmişdir. Ümumilikdə orta əsrlərdən başlayaraq maliki fəqihləri də vurğulayırlar ki, təravihdə ümmət iyirmi rükət üzərində əməl etmişdir, bunun həm sələfin, həm də xələfin məzhəbi olduğunu deyirlər.
[1] “əl-Mudəvvanə əl-Kubra”, 1/287;
[2] “Bidəyətul-Muctəhid va Nihəyətul-Muqtəsid”, 1/219;
[3] “Cəmiul-Ummuhət”, səh: 132;
[4] “əl-Fəvakihud-Dəvani alə Risələti İbn Əbi Zeyd əl-Qayravani”, 1/319;
[5] “Əqrabul-Məsəlik ilə Məzhəbil-İməm Məlik”, səh: 20;
-----------------------------------------------
• İmam Əhmədin məzhəbi - Təravih namazı
Hənbəli fiqhində ilk müxtəsər fiqh mətnini yazmış Əbul-Qasim Ömər bin əl-Hüseyn əl-Xiraqi (vəfatı hicri 334) həmin müxtəsərində deyir:
“Ramazan ayının namazları iyirmi rükətdir.” [1]
Bu sözlərin şərhində əl-Muvaffəq İbn Qudəmə deyir: “Əbu Abdilləh’ə - rahiməhul – görə seçimə layiq olan iyirmi rükətdir; əs-Səvri, Əbu Hənifə və əş-Şafi də bu görüş də olub.”[2]
əd-Darir Nurud-Din əl-Bəsri deyir: “İmamımız Əhmədə –radiyallahu anhu – görə seçimə layiq olan iyirmi rükətdir və bu görüşdə həmçinin Əbu Hənifə və əş-Şafi olmuşdur.”[3]
Əbul-Bərakət Məcdud-Din Abdus-Sələm ibn Teymiyyə əl-Hərrani (vəfatı hicri 652) “əl-Muhərrar” adlı kitabında deyir: “Təravih sünnət namazı iyirmi rükətdir və arada nafilələr qılmaq məkruhdur.”[4]
Şəmsud-Din Muhəmməd bin Muflih (vəfatı hicri 763) bu sözlərlə bağlı deyir: “Qəsdi –doğrusunu Allah bilir – budur ki, əfzəl olan bu saydır, yoxsa digər sayların məkruh olması deyildir. İmam Əhmədin kəlamı da buna uyğundur, belə ki, o, iyirmidən artıq qılmaqda bir problemin olmadığını demişdir.” [5]
Fəqih Təqiyyud-Din İbnun-Nəccər əl-Fətuhi (vəfatı hicri 872) deyir: “Təravih ramazanda camaat ilə qılınan iyirmi rükətdir, hər iki rükətdən bir salam verilir...”[6]
İmam Əhmədin məzhəbində başqa bir görüş yoxdur. Bəziləri deyiblər ki, müəyyən bir say yoxdur, bütün saylar, caizdir. Lakin İmam Əhmədin əshabının üzərində durduğu və Əhmədin məzhəbi kimi müəyyənləşdirdiyi görüş budur ki, təravih iyirmi rükətdir. Bu görüşdə Əbu Hənifə, Sufyan əs-Səvri, Abdullah ibn əl-Mubərak, əş-Şafi və başqaları ilə razılaşmışdır.
[1] “Muxtəsar əl-Xiraqi”, səh: 29
[2] “əl-Muğni”, 2/123;
[3] “əl-Vadih fi Şərh Muxtəsar əl-Xiraqi”, 1/347;
[4] “əl-Muhərrar”, 1/90;
[5] əl-Muhərrar”, 1/90;
[6] “Muntəhə əl-İradət”, 1/269;
-------------------------------------------------------------------------------------
Əlavələr:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99ravih-namazi-2
- Ramazan və Qurban bayramı günlərində günortaya kimi qida qəbul edilməməsi Peyğəmbərimizin əməlinə ziddirmi?
- Şəvval orucu
- Ramazan orucundan bir və ya iki gün öncə oruc tutmaq caizdirmi?
- "Şükr edən orucsuza, səbr edən nafilə oruclunun savabının misli vardır"- hədisinin şərhi
- "Birinizin oruc tutduğu gün olduğu zaman, (qəti olaraq) çirkin söz söyləməsin. Və cəhalətin gərəklərindən bir şey işləməsin. Əgər bir kimsə, ona qarşı cahilcə davransa:"-Mən oruclu bir adamam desin. hədisinin izahı nədir?
- Dörd xəlifədən birinin bir görüşü, digər hər hansı bir səhabənin görüşünə tərcih edilər mi? Hz Ömərin Təravih namazını 20 rükət qılmasına səhabələrin münasibəti necə olub?
- Iftarı gecikdirmək olarmı?
- Kim Allah yolunda bir gün oruc tutarsa, Allah, onun vücudunu cəhhənəm atəşindən 70 il uzaqlaştırar.- hədisinin şərhi
- Hər ayın 13, 14 və 15-ci günü oruc tutmaq müstəhəbmidir?
- Yalan danışmaq orucu pozurmu?