Təravih namazı (fiqh)
• Təravih, 5 tərvihadır. Hər tərviha da, 2 salamla 4 rükətdir. "Siraciyyə"də də belədir.
Bizə görə, camaatla 5 tərvihadan artıq qılmaq, məkruhdur. "Xülasə"də də belədir.
• Tərvihanın vaxtı, işa namazından sonra başlayıb fəcrin doğmasına qədər davam edir.
Təravihin vaxtı, vitr namazından əvvəl və sonradır. Hətta, işa namazı, dəstəmazsız; təravih və vitr namazı da, dəstəmazlı qılınsa; və sonra bu bilinsə, bu halda, işa namazı və təravih, yenidən qılınar. Vitr isə, yenidən qılınmaz. Çünki, təravih namazı, işa namazına tabedir; lakin vitr, belə deyildir. Bu, imam əbu Hənifə'yə görədir.
Əslində, təqdim (yəni, ilk əvvəl, işanı; sonra, təravih namazını; ardınca da vitr namazını qılmaq), tərtib (sıra) üçün gərəklidir. Buna görə:
Unutmaq üzründən dolayı, tərtib saqit olar (düşər) və vitr namazı unudularaq işa namazından əvvəl qılınarsa, bu hal, təravihin xilafına səhih olar.
Görüldüyü kimi, təravihin vaxtı, işanı əda etdikdən sonradır. Təravih namazı, işadan əvvəl qılınsa, əda edilmiş (qılınmış) sayılmaz. İmameyn'ə görə, vitr, işanın sünnətidir (təravih kimi). Təravihin vaxtının başlanması, işa namazından sonradır. Əgər təravih namazı, işadan əvvəl qılınmış olsa, bunun yenidən qılınması lazımdır. Bu, unudularaq olmuş olsa belə, yenə belədir.
Bu halda, vitrin yenidən qılınması xüsusunda görüş ayrılığı varsa da, təravihin və digər sünnətlərin yenidən qılınmasında, vaxt olduğu müddətcə, görüş ayrılığı yoxdur. "Təbyin"də də belədir.
• 2 tərviha arasında 1 tərviha miqdarı oturmaq, müstəhəbdir. Tərviha: "Bir az oturub istirahət etmək" deməkdir. "Siraciyyə"də də belədir.
• Bu oturma əsnasında, camaat, sərbəstdir. İstəyən, təsbih edər; istəyən də, sükut. Tərvihada,
~ Məkkə əhli, 7 şərt ilə tavaf edər və tavaf namazı qılar;
~ Mədinə əhli isə, ayrı-ayrı 4 rükət namaz qılarlar.
"Təbyin"də də belədir.
• Təravihdə, 5 salamla istirahət, cumhur nəzdində məkruhdur. "Kafi"də də belədir. Bu görüş, səhihdir. "Xülasə"də də belədir.
• Təravihdə müstəhəb olan, onu, gecənin 1/3-inə və ya yarısına qədər təxir etmək (ertələmək)'dir. Gecə yarısından sonra qılınması xüsusunda isə, ixtilaf edilmişdir. Əsahh (ən doğru) olan isə, bunun, məkruh olmadığıdır.
• Təravih, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətidir. "Təravih, Ömər (radiyallahu anh)'ın sünnətidir." deyənlər də olmuşdur. Birinci qövl, əsahh'dır. "Cəvahiru'l-Axlati"də də belədir.
• Təravih, qadın-kişi hər kəs üçün sünnətdir. "Zahidi"də də belədir.
• Təravih, zatı etibarı ilə sünnətdir. Alimlərimizin iləridə gələnləri, belə demişlərdir.
Əbu Hənifə'dən, Həsən'in rəvayət etdiyi kimi, "Müstəhəbdir." deyənlər də olmuşdur. Lakin, ilk qövl, səhihdir.
Təravihdə camaat, kifayə üzərə sünnətdir. "Təbyin"də də belədir. Bu qövl, səhihdir. Səraxsi'nin "Muhit"ində də belədir.
• Bir kimsə, təravihi, evində, camaatsız olaraq qılsa; və ya qadınlar, tək başlarına evlərində qılsalar, bu təravih, caiz olar. "Mi'racu'd-Dirayə"də də belədir.
• Bir məscid xalqının hamısı, -təravihdə- camaatı tərk etsələr, bunlar, pis bir iş görmüş və günah işləmiş olarlar. Səraxsi'nin "Muhit"ində də belədir.
Hər hansı bir kimsə, -təravihdə- camaatdan geri qalıb evində qılsa, bu kimsə, həqiqətən, fəziləti tərk etmiş olar. Lakin günahkar olmadığı kimi; sünnəti tərk etmiş də olmaz. Ancaq, -təravihdə- camaatı tərk edən kimsə, özünə tabe olunan bir şəxs olar və onun gəlməsilə, camaatın çoxalması; gəlməməsilə də, camaatın azalması bəhs mövzusu olarsa, onun, camaatı tərk etməsi, münasib olmaz. "Siracu'l-Vəhhac"da da belədir.
• Təravih namazını evində camaatla qılan kimsə haqqında, alimlər arasında ixtilaf vardır. Səhih olan,
~ evdə camaat, -əslində bir- fəzilətdir;
~ məsciddə camaat da, başqa bir fəzilətdir.
Evində camaatla təravih qılan kimsə, həqiqətən, fəzilətə nail olar. Lakin bu hal, ikinci fəziləti tərk etməkdir. Qadı imam əbu Əli ən-Nəsəfi də, belə demişdir.
Bu xüsusda səhih olan, həqiqətən, -təravihi- məsciddə camaatla qılmağın daha əfdal olduğudur. Fərz namazlarda da belədir.
Əgər alim olan kimsənin qiraəti gözəldirsə, -onun imamlığı- daha əfdaldır. Ən gözəli isə, özü oxuyaraq, başqa birinə tabe olmadan qılmaqdır. "Fətəva Qadıxan"da da belədir.
• İmam: "Bir məscidin imamı, oxuduğu Quranın hərəkələrinə diqqət etmirsə, onun məscidini tərk etməkdə, bir beis yoxdur." demişdir.
Yenə, başqa məscidin imamının oxuması, xəfif; və səsi də, daha gözəldirsə, insanın, -məhəlləsinin- məscidini tərk edib, o imamın məscidinə getməsində də, bir beis yoxdur.
Yenə, bir kimsənin, məhəlləsinin məscidində (təravih namazında Quran) xətmi edilmədiyi bilinsə, o məscidi tərk edib başqa bir məscidə getməsində də, bir beis yoxdur. İnsanın, bunu etməyə haqqı vardır. "Muhit"də də belədir.
• Bir camaatın, təravihdə, -sadəcə- səsi gözəl olanı iləri keçirməsi, münasib deyildir. Münasib olan, oxuması, doğru və gözəl olanı iləri keçirməkdir. İmam, gözəl səslə oxuduğu vaxt, insanı məşğul edər və xuşudan, ibrət almadan, düşünmədən geri saxlayar. "Fətəva Qadıxan"da da belədir.
• Vitr namazı, sadəcə ramazanda camaatla qılınır. Bunda, müsəlmanların icması vardır. "Təbyin"də də belədir.
• Vitri, ramazanda, camaatla qılmaq, evdə qılmaqdan daha fəzilətlidir. Səhih olan görüş də, budur. "Siracu'l-Vəhhac"da da belədir.
• Bəziləri də: "Vitri, tək başına evdə qılmaq, fəzilətlidir." demişlərdir. Bu da, bəyənilən görüşdür. "Təbyin"də də belədir.
• Kişilərin, -bir qarşılıqla- bir kimsəni kirayələyərək imam edib evdə təravih qılmaları, məkruhdur. Çünki, imam kirayələmək, fasiddir.
İmam kirayələməyin fasid olması, mütəqaddimun'un qövllərinə görədir. Mütəaxxirun isə, imam tutmağı və bənzərlərini, caiz görmüşlərdir. Bu zamanda, özü ilə fətva verilən qövl də, bu son qövldür.
• Bir məsciddə, bir gecədə 2 dəfə təravih qılmaq, məkruhdur. "Fətəva Qadıxan"da da belədir.
• Bir imam, bir gecədə, ayrı-ayrı 2 məsciddə tam olaraq təravih namazı qıldırsa, ikinci qıldırdığı təravih namazı, caiz olmaz. Səraxsi'nin "Muhit"ində də belədir. Fətva da, bunun üzərinədir. "Mudmarat"da da belədir.
• Muqtədi (namazda imama tabe olan kimsə)'nin ayrı-ayrı 2 məsciddə təravih namazı qılması, caizdir. Bu kimsə, ikinci məsciddə, vitr namazı qıla bilməz.
Təravihi camaatla qılmış olanlar, bir dəfə də təravih namazı qılmaq istəsələr, -camaat olmadan- ayrı-ayrı qılarlar. "Tatarxaniyyə"də də belədir.
• Evində, işa namazını, təravihi və vitri qılmış olan bir kimsə, başqa bir topluluğa imam olsa və təravih üçün niyyət etsə, bu halda, imamın qıldığı təravih, məkruh olar; camaatınkı isə, məkruh olmaz.
Lakin bu kimsə, ilk əvvəl, imamlığa niyyət etməz. Rukuya da şuru edərsə, təravihdə, bu kimsənin də, ona tabe olanların da namazları, məkruh olmaz. "Fətəva Qadıxan"da da belədir.
• Ən əfdal olanı, təravihi, -bir məsciddə- 1 imamla qılmaqdır. Əgər 2 imamla qılacaq olsa, müstəhəb olan, hər birinin, 1 tərviha tam qıldırdıqdan sonra ayrılmasıdır. Bunların 1 salamdan sonra ayrılmış olmaları, müstəhəb olmaz. Səhih olan qövlə görə, bu, belədir.
2 imamla təravih caiz olduğu vaxt, bu vəch/cəhət üzərə, birinin, fərzi; digərinin də, təravih qıldırması da, caiz olur. Ömər (radiyallahu anh), fərzdə imam olar; vitri də, O qıldırardı. Ubey (radiyallahu anh) da, təravih namazında imam olardı. "Siracu'l-Vəhhac"da da belədir.
• Təravihdə və digər nafilələrdə, ağıllı uşağın imamlığı, bəzilərinə görə, caiz isə də; əksəriyyətə görə, caiz deyildir. Səraxsi'nin "Muhit"ində də belədir.
• Təravih, vaxtında qılınmayıb keçirildiyi vaxt, tək də, camaatla da, qəza edilməz. Səhih olan qövl, budur. "Fətəva Qadıxan"da da belədir.
• Keçmiş gecədə, təravihin 1 şəf (cüt)'ünün fasid olduğu xatırlansa, bunu, təravih niyyətilə qəza etmək, məkruh olar.
• Vitr qılındıqdan sonra, -təravihdən- 2 rükət qılınmadığı xatırlansa, bunun haqqında, Fadl b. Muhamməd: "Onu, camaatla qılmazlar." demişdir. Sadru'ş-Şəhid isə: "Bunu camaatla qılmaq, caizdir." demişdir. "Siracu'l-Vəhhac"da da belədir.
• İmam, tərvihada salam verdiyi vaxt, camaatın:
~ bir qismi: "3 rükət qılındı."
~ bir qismi də: "2 rükət qılındı."
desə, bu halda, imam, öz rəyi ilə hərəkət edər.
İmam əbu Yusuf'un qövlünə görə: İmamın, bunda qəti bir fikri yoxdursa, özünə görə doğru olanların sözlərini qəbul edər. "Fətəva Qadıxan"da da belədir.
• Təravihdə salamların sayında tərəddüdə düşüldüyü vaxt, bunun yenidən qılınıb-qılınmayacağı; qılınarsa, camaatlamı, yoxsa fərdi şəkildəmi qılınacağı xüsusunda, alimlərimiz ixtilaf etmişlərdir. Səhih olan görüş isə, münfərid (fərdi şəkildə) qılınacağıdır. "Muhit"də də belədir.
• İşa namazını tək qılmış olan kimsə, təravihi camaatla qıla bilər.
• Fərzi camaatla qəsdən qılmamış olan kimsələr, təravihi camaatla qıla bilməzlər.
• Təravihin bir qismini imamla qılan; və ya imama daha əvvəl çata bilməyən; və ya təravihi başqası ilə qılan kimsələr, vitri, imamla qıla bilərlər. Səhih olan görüş də, budur. "Qunyə"də də belədir.
• Bir kimsə, 1 tərvihanı və ya 2 tərvihanı -imamla birlikdə- qıla bilmədiyi vaxt, əgər onlarla məşğul olunca vitri qıla bilməyəcəksə, bu halda, ilk əvvəl, vitri camaatla qılar; sonra da, çata bilmədiklərini qəza edər. Ustad Zahiru'd-Din şeyxu'l-imam da, bununla fətva verərdi.
• Bir kimsə, imam namaz qılarkən ona çatsa; lakin onun, fərzmi, təravihmi qıldığını bilməsə; və: "Əgər işanın fərzidirsə, imama tabe oldum; təravihdirsə, ona tabe olmadım." desə, bu iqtidə (tabe olmaq), səhih olmaz. İmamın qıldığı, işanın fərzi də olsa, təravih də olsa, bu hökm dəyişməz.
Lakin: "Əgər imam işa qılırsa, ona tabe oldum. Əgər təravih qılırsa, imama tabe oldum." desə, bu halda, imam, işa qılsa da, təravih qılsa da, iqtida, səhih olar. "Xülasə"də də belədir.
• Bir kimsə, fərzi, vitri, nafiləni (yəni, təravihi) qılmış olan birinə tabe olaraq namaz qılmış olsa, əsahh (ən doğru) olan qövlə görə, bu kimsənin, belə bir imama iqtidası, səhih olmaz. Çünki bu, sələfin əməlinə müxalifdir.
İlk 2 rükəti qılan bir kimsəyə, ikinci 2 rükəti qılan kimsənin tabe olması, səhihdir, caizdir. Zöhr namazının 2 rükətini qılan kimsəyə, daha əvvəl 4 rükətini də qılmış olan bir kimsənin tabe olduğu kimi...Səraxsi'nin "Muhit"ində də belədir.
• İşa namazının son sünnətini qılmamış olan bir kimsənin, təravih qılan bir kimsəyə, işanın sünnəti niyyətilə iqtida etməsi, caizdir.
• Hər 2 rükət başında, təravih üçün niyyət etməyə ehtiyac yoxdur. Əsahh olan da, budur. Çünki, təravihin hamısı, bir namaz mənziləsindədir. Ehtiyat olaraq, hər 2 rükətin başında, niyyət edilə bilər. "Fətəva Qadıxan"da da belədir.
• Təravih namazını imamla qılan bir kimsənin, hər şəf (cüt)'də, niyyətini yeniləməməsi halında da, namazı caiz olar. "Siraciyyə"də də belədir.
• Bir kimsənin, işa namazında, son salamı vermədən, təravih namazını işa namazının üzərinə bina etməsi, səhih olmaz. Səhih olan qövl, budur və belə etmək, məkruhdur.
Təravihi, işa namazının son sünnəti üzərinə bina etmək də, səhih deyildir və belə etmək, caiz olmaz. "Xülasə"də də belədir.
• Sünnət olan, təravihi, 1 dəfə xətimlə qılmaqdır. Bu, camaatın tənbəlliyi səbəbilə, tərk edilməz. "Kafi"də də belədir.
• Camaata ağır gəldiyi bilinincə, təşəhhüddən sonrakı dualar, bunun xilafınadır, tərk edilə bilərlər. Ancaq uyğun olanı, salavatları oxumaqdır. "Nihayə"də də belədir.
• Təravihdə, 2 xətm, fəzilətdir; ən əfdalı isə, 3 dəfə xətm etməkdir. "Siracu'l-Vəhhac"da da belədir.
• Təravihdə əfdal olan, salamlar arasında bərabər şəkildə oxumaqdır. Buna müxalif davranılmasında da, bir beis yoxdur. Lakin, ikinci rükətdə oxunanın, birinci rükətdə oxunandan uzun olması, müstəhəb deyildir. Bu, digər namazlarda da müstəhəb deyildir. Birinci rükətdə, ikinci rükətdən daha uzun oxumaqda isə, bir beis yoxdur. "Fətəva Qadıxan"da da belədir.
• İmam əbu Hənifə və imam əbu Yusuf'a görə, hər 2 rükətdə də bərabər oxumaq, müstəhəbdir. İmam Muhamməd'ə görə isə, birinci rükətdə, ikinci rükətdən daha uzun oxumaq, müstəhəbdir. Səraxsi'nin "Muhit"ində də belədir.
• Həsən'in rəvayətinə görə, əbu Hənifə: "Təravih qılan kimsə, hər rükətdə, 10 ayət və buna bərabər miqdarda Quran oxuyar." demişdir. Bu qövl, səhihdir. "Təbyin"də də belədir.
• Təravihdə, Quranı sürətli oxumaq, məkruhdur. Rüknləri sürətli etmək də, məkruhdur. Hər zaman, yavaş oxumaq, ən gözəlidir. "Fətəva Qadıxan"da da belədir.
• Bu zamanda, camaatın tənbəlliyindən, yorğunluğundan dolayı, ən əfdalı, toplumun nifrətini gərəkdirməyəcək qədər oxumaqdır. Çünki camaatı artırmaq, oxumağı uzatmaqdan daha üstündür. Səraxsi'nin "Muhit"ində də belədir.
• Mutəaxxirun, zamanımızda, 3 qısa ayət və ya 1 uzun ayət oxumaqla fətva verdilər. Ta ki, camaat bezib məscidlər camaatsız və hərəkətsiz qalmasın. Ən gözəl olan da, budur. "Zahidi"də də belədir.
• Təravihdə xətm etmək istəyən imamın, xətmi, ramazanın 27-ci gecəsində tamamlaması, uyğundur. "Muhit"də də belədir.
• İmamın tələsərək ramazanın 21-ci gecəsində və ya daha əvvəl xətm etməsi, məkruhdur.
Alimlərdən nəql edildiyinə görə, onlar, Quranı, 540 ruku'ya ayırdılar və Mushafları da, belə işarətlədilər. Ta ki, xətm, ramazanın 27-sində tamamlansın.
• Bu diyardan başqa yerlərdə, Quranları, hər 10 ayətdə 1 işarətlədilər və hər rükətdə, 10 ayət oxudular. Ta ki, təravihin hər rükətində, sünnət miqdarı oxunsun. "Fətəva Qadıxan"da da belədir.
• Əgər xətm, ramazanın 27-ci gecəsində və ya 21-ci gecəsində tamamlanarsa, təravihin yerdə qalanı, tərk edilməz. Çünki, -təravih-, sünnətdir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Təravihin geridə qalanını tərk etmək, məkruhdur. Əsahh olan da, budur. "Siracu'l-Vəhhac"da da belədir.
• Təravihdə oxuyarkən yanıldığı vaxt, dərhal o surə və ya o ayət tərk edilər; ondan ilərisi oxunar. Müstəhəb olan, o geridə qalanı oxumaq; sonra da, ilərisinə davam etməkdir. Tərtib (sıra), beləcə təmin edilmiş olar. "Fətəva Qadıxan"da da belədir.
• (Təravihdən) hər hansı bir cüt pozulduğu vaxt, o rükətlərdə oxunan, sayılmaz və onlar, yenidən oxunarlar. Beləcə, xətm, caiz olan rükətlərdə tamamlanmış olar.
Bəziləri isə: "O rükətlərdə oxunanlar da sayılır." demişlərdir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Bəzi diyarlarda, insanlar, dini işlərdəki zəifliklərindən və tənbəlliklərindən dolayı, xətmi tərk edirlər; bəziləri də, hər rükətdə, "İxlas" surəsini oxumağı ixtiyar edirlər; bəziləri də, "Fil" surəsindən Quranın sonuna qədər olan surələri oxuyurlar. Bu, -həmişə ixlas surəsi oxumaqdan- daha gözəldir. Çünki belə etmək, rükətlərin ədədində, şübhəyə imkan verməz və qəlbi, rükətlərin saylarını qorumaqla məşğul etməz. "Təcnis"də də belədir.
• Bir üzr olmadan oturaraq təravih qılmağın müstəhəb olmadığında, alimlər, ittifaq halındadırlar.
Bunun caiz olub-olmadığında isə, alimlər, ixtilaf içindədirlər. Bəziləri: "Bu, caizdir." demişlərdir. Bu qövl, səhihdir. Ancaq bu halda, savabı, ayaqda qılanın savabının yarısı qədərdir.
İmam, üzründən dolayı və ya bir üzrü olmadan oturaraq qılırsa, camaat, bu imama, ayaqda iqtida edər. Bəziləri: "Səhih olan, budur." demişlərdir. Ayaqda duran kimsənin, oturaraq qılan kimsəyə iqtida etməsinin səhih olduğu hallarda; belə etmək, hər kəsin yanında da səhih olar.
• Bəziləri isə: "Bu halda, camaatın da oturaraq qılması, müstəhəbdir." demişlərdir. Bu qövl, camaatın, surətən də imama müxalifət etməsindən çəkinmək üçündür. "Fətəva Qadıxan"da da belədir.
• "Fətəva"da: "Bir kimsə, 1 salamla 4 rükət qılmış olsa; 2 rükətdə oturmasa, namazı, -istihsanən- pozulmaz." deyilmişdir (haşiyə). Bu, əbu Hənifə və əbu Yusuf'dan gələn bir rəvayətin ən zahir/açıq olanıdır.
---------------------------
(Haşiyə:
İstihsən, nədir?
https://suallarlaislam.com/m%C9.../istihs%C9%99n-n%C9%99dir)
---------------------------
Fadl b. Muhamməd: "Bu halda, -təravih- pozulmadığı vaxt, qıldığı 4 rükət, 2 rükət yerinə qaimdir." Bu, səhih olan bir görüşdür. "Siracu'l-Vəhhac"da da belədir.
• əbu Bəkr əl-İskəf'dən, "Təravihdə, oturmadan üçüncü rükətə qalxan kimsə" haqqında soruşuldu. O da: "Əgər qiyamda ikən xatırlayarsa, oturub salam verməsi, münasib olar. Əgər üçüncü rükətin səcdəsindən sonra xatırlayar və 1 rükət də qılarsa, 1 salamla qılmış olduğu bu 4 rükət, 2 rükət -yerinə- keçər." dedi.
• Əgər bir kimsə, ikinci rükətdə təşəhhüd miqdarı oturmuşdursa, bu halda, ixtilaf vardır. Əksəriyyətin qövlünə görə, bu təslimeyn (2 salamlı 4 rükət) olaraq caiz olar. Bu görüş, səhihdir. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, təravihi, 10 salamla və hər salamı da 3 rükət olaraq qılsa və 2 rükətin başında da oturmamış olsa, əbu Hənifə'dən gələn iki rəvayətdən birinə və imam Muhamməd'in qövlünə görə, -ki, bu, qiyasdır- bu kimsə, belə qılmış olduğu təravihi, qəza edər.
İstihsən'ə gəlincə, -bunda da, əbu Hənifə'nin qövlü vardır- bu şəkildə qılınan təravih, caiz olmaz. O kimsənin, təravihi qəza etməsi lazımdır. Əbu Hənifə'nin bu qövlü üzərə, bu kimsə, istər, səhvən; istərsə də, qəsdən belə qılmış olsun, özünə qəza etməkdən başqa bir şey lazım gəlməz. İmam əbu Yusuf'un qövlünə görə isə, bu kimsə, səhvən belə etmişdirsə, belə edər. Yəni, sadəcə qəza etməsi lazımdır. Lakin bunu qəsdən etmiş olsa, o kimsə, hər təravihi qəza edər; həm də əlavə qıldığı hər bir rükət üçün, 2 rükət qılmaq üzərə, 20 rükət daha -təravih- qılması lazımdır. Hər iki imamın sözünə görə də, bu kimsənin təravihi, caizdir. Əgər səhvən etmişdirsə, bu kimsənin, təravihdən başqa bir şey qəza etməsi lazım gəlməz. Lakin bunu qəsdən etmişdirsə, -ayrıca- 20 rükət -daha- qəza edər. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, 1 salamlı 6, 8 və ya 10 rükət qılmış olsa; və hər 2 rükətdə də oturmuş olsa; əksəriyyətin qövlünə görə, -hər 2 rükət 1 salamla qılınmış olaraq- caiz olar. Səhih olan da, budur. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, təravihin hamısını 1 salamla qılmış olsa, əgər 2 rükətdə oturmuşdursa, bu təravih, bütün alimlərimizə görə, caizdir. Lakin bu kimsə, əgər hər 2 rükətdə oturmayıb sonunda oturmuşdursa, bu, -istihsəndə- səhih olan qövlə görə, 1 salam olaraq (2 rükət olaraq) caiz olar. "Siracu'l-Vəhhac"da da belədir.
• İmam, ayağa qalxdığı vaxt, təravihdə, muqtədinin oturub qalması, məkruhdur.
Yenə, yuxusu özünə qalib olan bir kimsənin, camaatla birlikdə namaz qılması, məkruhdur. Bu kimsə, oyanana qədər, camaatdan ayrılar. Çünki, yuxulu ikən namaz qılmaq, namazı xəfifə almaqdır, qəflətdir, tədbiri tərk etməkdir. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsə, imamla birlikdə namaza başlasa və imam oturunca da yatsa, bu arada salam verib 2 rükət daha qılsa və otursa, o kimsə də -bu sırada- oyansa, əgər imamın salam vermiş olduğunu bilirsə, bu şəxs də salam verər. Sonra imama tabe olar; ona, təşəhhüddə müvafiq olar. İmam, salam verincə də, dərhal 2 rükətini qılar və imama tabe olaraq üçüncü 2 rükətə daxil olar. "Xülasə"də də belədir.
("əl-Fətəva əl-Hindiyyə")
------------------------------------
------------------------------------
Əlavələr:
• Azan və iqamə, 5 vaxt namazın və cümənin sünnətidir. Bunların xaricində qalan sünnət, vitr, nafilə, təravih və bayram namazları kimi namazlar üçün, azan və iqamə, sünnət deyildir. "Muhit"də də belədir.
• Nafilə, sünnət və təravih namazları üçün, mütləq niyyət kifayət edir. Səhih olan da, budur. Bu, açıq bir cavab və alimlərin ümumunun seçdiyi görüşdür. "Təcnis"də də belədir.
• Təravih namazını qılarkən, ehtiyata uyğun olanı, bu şəkildə niyyət etməkdir:
~ "Niyyət etdim, təravih namazını qılmağa." və ya
~ "Niyyət etdim, vaxtın sünnətini qılmağa." və ya
~ "Niyyət etdim, gecənin qiyamına."
"Munyətu'l-Musalli"də də belədir.
• Bir kimsə, məscidə girsə və qılınan namazın, işa namazımı, yoxsa təravih namazımı olduğunu bilə bilməsə və imama tabe olub niyyət edərkən də: "Əgər qıldığı, fərzdirsə, ona tabe oldum! Təravihdirsə, ona tabe olmadım." desə, bu kimsənin namazı, səhih olmaz.
Lakin bu halda, bu kimsə,
"Qıldığı, fərz isə də, təravih isə də, imama tabe oldum." desə və namazın, təravih namazı olduğu meydana çıxsa, iqtidası, səhih olar. "Təcnis"də də belədir.
• Bir kimsə, məscidə girdiyində, imamı, namaz qıldırmaqda ikən görsə; və qıldıqları namazın, işamı, yoxsa təravihmi olduğunu bilə bilməsə və "Əgər işadırsa, imama tabe oldum; təravihdirsə, tabe olmuram." desə, qılınan namaz, istər işa olsun, istər təravih olsun, o kimsənin iqtidası, səhih olmaz.
• Lakin bu halda, bu kimsə: "İşada isə də, təravihdə isə də, imama tabe oldum." desə; qılınan namaz, istər işa olsun, istər təravih olsun, bu şəxsin iqtidası, səhihdir. "Xülasə"də də belədir.
• İmam olan kimsə, ramazanda, təravih və vitr namazlarında, açıqdan oxuyar.
("əl-Fətəva əl-Hindiyyə")
-----------------------------------
Əlavələr:
Təravih namazı (1):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99ravih-namazi-1
Təravih namazı (2):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99ravih-namazi-2
Təravih namazı (3):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99ravih-namazi-3
