Allahın varlığının dəlilləri nələrdir? Onun(c.c) varlığını necə isbat edə bilərik?

The Details of the Question
Allahin salami olsun sizdere. iki sualim olacaq mene veribler ama tam cavab vere bilmemeisem belke sizizn komekliyivizne vere bildim. Menim dosdum muelimi ateisdi ve derki Allah hardadair. oda der her yerde bu da der harda. sora derki olmadigi yeri gosder. buna mentiqli cavab isdiyirem. birde Asura gunu 6 ilden sora yay fesline dusecek?
The Answer

Dear Brother / Sister,

  Və aleykumusSalam və Rahmətullah. Allah haradadır deyərkən Allah vardır sualı nəzərdə tutulmuşdur. Təbii ki, Allah gözlə görülə bilməyəcəyi üçün ağılla onun varlığını bilə bilərik.

Allahın varlığının dəlilləri nələrdir? Allahın varlığını necə isbat edə və ona necə dəlil gətirə bilərik?

Varın isbatı, yoxun isbatında hər zaman daha asandır. Bir alma cinsinin yer üzündə olduğunu, bir tək almanı göstərməklə isbat edə bilərik. Halbuki yoxluğunu iddia edən kimsə bütün yer üzünü, hətta kainatı gəzib, ancaq ondan sonra onun yoxluğunu isbat edə bilər. Bu isə, imkansızlıq səviyyəsində bir zorluq deməkdir. Elə isə deyə bilərik ki; yox, heç bir zaman isbat edilə bilməz ...

Bir sarayın qapılarından 999-u açıq, biri bağlı olsa, kimsə o saraya girilə bilməyəcəyini iddia edə bilməz. Məhz inkarçı, davamlı surətdə qapalı olan o bir tək qapını nəzərə verib onu göstərmək istər. Əslində o qapı da, o inkarçı və onun kimi olanların gözlərinə çəkilmiş pərdə səbəbiylə onların ruh dünyalarına qapalıdır. Mömin üçün bağlı qapı yoxdur. Yetər ki gözlərini yummasın! ... Onsuz da 999-u hər kəsə açıqdır. Həm də ardına qədər ...

Məhz o qapı və dəlillərdən bir neçəsi:

İmkan Dəlili: İmkan, bir şeyin olması ilə olmamasının bərabər ehtimala sahib olması deməkdir. Gündəlik danışıqlarımızda da mümkün deyərkən ola bilər də olmaya bilər də mənasını qəsd edirik. Yaradılmış olan hər varlıq bizə bu həqiqəti belə bildirir: Mənim olmağımla olmamağım bərabər idi. Bu an mən varamsa, var olmağımı yoxluqda qalmağıma tərcih edən (seçən, dəyişən) biri var deməkdir. O isə ancaq Allahdır.

Hudus dəlili: Hudus, sonradan olma deməkdir. Hudusun ən böyük dəlili dəyişmək. Bir varlıqda dəyişmə varsa, bu hərəkətin bir ilk nöqtəsi olacaq. Məhz o nöqtədən əvvəl o şey varlıq sahəsinə çıxmamışdı. Hələ yoxluqda ikən var olmağı öz-özünə iradə edə bilməyəcəyinə və buna güc yetirə bilməyəcəyinə görə bu var olmayan Allahın yaratmasıyla gerçəkləşmişdir deməkdir. Maddənin termodinamika qanununa görə daimia yoxluğa doğru yeri dəyişməsi, kainatın durmadan genişlənməsi, günəşin sürətlə tükənməyən doğru yol alması kimi hadisələr, bu varlıq aləminin bir başlanğıcı olduğunu göstərir.

Sənət: Atomdan insana, hüceyrədən qalaktikalara qədər bütün kainatda, incə və baş döndürən bir sənət gözə dəyməkdədir. Bəli, bir başdan bir başa kainatdakı hər əsər bu xüsusiyyətlərə malikdir:

• Böyük sənət dəyəri daşıyır.

• Çox qiymətlidir.

• Çox qısa zamanda və çox asan qurulur.

• Çox sayda olur.

• Qarışıq və çeşid çeşiddir.

• Davamlıdır.

Halbuki, qısa zamanda, çox sayda, asan və qarışıq edilən işlərdə sənət və qiymət olmaması gərəkdir. Ancaq edən Allah (cc) olarsa, o zaman hər şey dəyişər və ziddlər bir araya gələ bilər! ..

Dövr və Silsilənin Muhal (imkansiz, qeyri-mümkün) olması: Dövrün qeyri-mümkün olduğu bu misalla açıqlanır. Toyuğun bir yumurtanı yumurtaladığını iddia edən adamdan soruşursunuz. Toyuğu kim yaratdı? Buna qarşılıq onun çıxdığı yumurtanı göstərir. Buna görə toyuğu aradan çıxardığımızda yumurta yumurtanı etmiş olur. Bu isə mümkünsüzdür (qeyri-mümkün). Təsəlsül (silsilə, zəncirləmək) isə bir şeyin silsilə halında ta ilk nöqtəsinə qədər gedib o ilk varlığı kimin yaratdığını soruşmaq surətiylə Allahın varlığını isbat metodudur. Yəni bu meyvəni bu ağac verdi, o bir öncəki meyvədən oldu, o da bir əvvəlki ağacdan. Beləcə ilk ağaca yaxud ilk meyvəyə qədər çatır və soruşuruq: Bunu kim yaratdı deyə.

Quran yolu dövr və təsəlsüldən çox fərqlidir. Yumurtanı kim etdi? Yaxud meyvəni kim yaratdı? sualının cavabı, birbaşa, "Allah yaratdı" deyə cavab verilir. Elm, iradə, şəfqət, mərhəmət anlayışlarından bir nəsibi olmayan, insanı tanımayan, hikmətdən, sənətdən anlamayan bu səbəblərin (toyuğun və ağacın) nəticənin yaradılmasında heç bir təsirləri olmadığı isbat edilir. Beləcə dövr yaxud təsəlsül dəlilinə ehtiyac duyulmaz.

Hikmət və qayə dəlili: Hər varlıqda özünə məxsus bir qayə, bir məqsəd, bir fayda təqib edildiyi gözə dəyir və heç bir şeydə qayəsizlik, mənasızlıq və israf sayılacaq hər hansı bir vəziyyət müşahidə edilmir. Halbuki, nə maddə aləmində, nə bitki və heyvanat dünyasında, nə də əşya və hadisələrdə şüur ​​və idrak mövcud deyil ki, bu məqsədlər silsiləsi izlənilsin. Elə isə, kainatdakı bu şüurlu işləyişi və bu hikmət və məqsədləri ancaq Allaha isnad etməklə məqbul bir yol tutmuş ola bilərik.

Yardımlaşma dəlili: Yağışın torpağın imdadına, günəşin gözlərin köməyinə qaçmalarından, ta havanın qanı təmizləməsinə qədər, bu aləm bir yardımlaşma hərəkətiylə sanki dolub daşmaqdadır. Bu yardım edən tərəflər bir-birlərini tanımır, bilmirlər Elə isə bu mərhəmətli icra olunanları səbəblərə vermək mümkün deyil.

Təmizlik: Kainatdakı nəzafət (paklıq) və təmizlik, başlı başına bir dəlil olaraq, bizə Quddus ismiylə müsəmma bir Zatı (cc) anladır. Torpağı təmizləyən bakteriyalar, böcəklər, qarışqalar və nə qədər yırtıcı quşlar; külək, yağış və qar; dənizlərdə və balıqlar; planetimizdə atmosfer, kosmosda qara dəliklər; bədənimizdə qanımızı təmizləyən oksigen və ruhumuzu çətinliklərdən qurtaran mənəvi əsintilər, həmişə Quddus ismindən xəbər verməkdə və o adın vərasındakı (həqiqət) Zat-ı Müqəddəsi göstərir.

Simalar: Hər hansı bir insanın siması, ən incə təfərrüatına qədər özündən əvvəl keçmiş milyardlarla insandan heç birisinə eynilə bənzəmir. Bu qayda, özündən sonra gələcəklər üçün də eynilə etibarlıdır. Bir cəhətdə bir-birinin eyni, digər cəhətdə bir-birindən ayrı milyardlarla rəsmi kiçik bir sahədə çəkib, sonra da özləri kimi olması mümkün, milyardlarla şəkildən ayırmaq və hər şeyi sonsuz ehtimal yolları içində bir yola və bir şəklə salmaq, əlbəttə və əlbəttə yaratdığı hər varlığı, həm də heç qapalı bir yanı qalmamaq üzrə bilən və o varlığa istədiyi şəkli verməyə gücü və elmi yetən Cənab-ı Haqqı ən kar qulaqlara belə eşitdirəcək qüvvətdə bir elandır.

Fitrət və Vicdan Dəlili: Allahı tanımanın sayıla bilməyəcək qədər çox dəlil və işarələri insanın yaradılışında, fitrətində mövcuddur. Bunlardan bir neçə nümunə: İnsan fitrəti və vicdanı hər nemətin mütləq şükür istədiyini bilir. Bir peyğəmbərə qovuşmuş və hidayətə çatmışdırsa şükrünü Allaha edər. Əks halda batil məbudlara sitayiş edər. Bu sitayiş insan vicdanının insanı məcbur etməsiylə reallaşar. Gözəlliyi təqdir hissi də insan fitrətində mövcuddur. Sərgilər bu his ilə gerçəkləşir. İnsan bu yaradılışının gərəyi olaraq, bu səma üzündə sərgilənən ulduzları, yer üzündə boy göstərən çiçəkləri, ağacları, meşələri dolduran ceyranları, aslanları, dənizlərdə qaynaşan balıqları seyr və onlardakı İlahi sənətin mükəmməlliyini təqdir etmək vəziyyətindədir.

Tarix: Dinlər tarixi şahiddir ki, insanlıq heç bir dövrünü dinsiz keçirməyib. Batil, hətta gülünc belə olsa, demək olar ki, hər dövrdə bir dinə inanmış və bir mənəvi sistemi izləmişdir. İnsan fitrətinə inanma duyğusunu Allah qoymuşdur və insan Ona (Allaha) inanmaqla mükəlləfdir.

Quran: Quran-ı Kərimin Kəlamullah olduğunu isbat edən bütün dəlillər, eyni zamanda Cənab-ı Haqqın varlığını da isbat edər vəziyyətdədir. Quranın Allah kəlamı olduğuna dair yüzlərlə dəlil vardır. Bunlar, Quran ilə əlaqəli İslam qaynaqlarında ən incə təfərrüatına qədər mövcuddur. Bütün bu dəlillər, özlərinə məxsus dilləriylə "Allah vardır" deyərlər.

Peyğəmbərlər: Peyğəmbərlərin və xüsusilə də Peyğəmbərlərin Əfəndisi İki Cahan Sərvərinin (s.ə.s.) peyğəmbərliyini isbat edən bütün dəlillər də, yenə Cənab-ı Haqqı izah edən dəlillərə daxil edilməlidir. Çünki Peyğəmbərlərin varlıqlarının qayəsi, Tövhid; yəni Allahın varlıq və birliyini elan etməkdir. Elə isə, hər peyğəmbərin öz peyğəmbərliyini isbat edən bütün dəlilləri, eyni zamanda, Cənab-ı Haqqın varlığına da dəlil olmaqdadır. Bir peyğəmbərin haqq nəbi olduğunu ifadə edən bütün dəlillər, eyni qüvvətlə, hətta daha da üstün bir qüvvətlə "Allah vardır və birdir" deməkdədir.

Yazıçı

Məmməd Qırxıncı

Qeyd: Saytımıza sual yazanda Allah rızası üçün yalnız bir sual ünvanlayın. Yəni bir sual içində bir neçə sual yerləşdirməyin. Əks halda ikinci sualı cavablandıra bilməyəcəyik.

Suallarla İslam

Müəllif:
Suallarla İslam
Subject Categories:
Read 128 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR
ƏN ƏSAS SUALLAR