Nə üçün Allah?
Dear Brother / Sister,
Əvvəla sualda istifadə edilən məntiq özü öz içində içində ziddiyyətlidir.
Çünki "Allahın hər şeyə gücü yetər" mühakiməsi, nəzəri bir iddia deyildir. Əksinə
burada istifadə edilən "hər şey" ifadəsi kainatda var olan hər şeyi əhatə etdiyi kimi, var
olmayanları da var etməməklə əhatə edir.
Yəni "Allahın hər şeyə gücü yetər" demək, həm var etməyə, həm də var etməməyə
gücü yetər mənasına gəlir. Bu isə onsuz da (var olanlar və olmayanlar) reallığı ortaya
qoyur.
Bu səbəbdən, var olanları var etməyə və var olmayanları da var etməməyə gücü
çatan bir yaradıcıdır.
"Məlumatının son sərhəddi olan insan .." ifadəsi də problemlidir.
Çünki yaradılmış olan insanın məlumatının da bir sərhəddi yoxdur. Nə qədər
yeni məlumat olursa olsun onları bilməyə qadir bir mahiyyət sözün mövzusudur. İnsan
məlumatının sərhədləri yoxdur. Yalnız sonsuz bir şəkildə irəliləyən bir məlumatlanma
prosesi sözün mövzusudur.
O halda yaradıcının məlumatının sərhəddindən danışmaq əbəsdir.
Digər əsassız ifadə isə "yalan" anlayışı ilə yaradıcının əlaqələndirilməsidir.
Çünki "yalan" bir şeyi elə olmadığını bildiyi halda olduğundan fərqli göstərməkdir. Var
olan və var edilməyən şeylərin hamısı, olduqları kimidirlər. Öz gerçəkliklərinin
fenomenləridirlər.
Yalan yalnız şeytanda və bir şeytan əməli olaraq insanda mövcuddur. Bunun səbəbi
isə əsl gerçəklik Allah olduğu halda bu həqiqətə əsaslanmamaqdan qaynaqlanan
istisna halıdır. Bu istisna halı da nəticədə doğrunu ifadə edir. İfadə edilən doğru isə
Allaha əsaslanmama gerçəkliyindən ibarətdir.
Ancaq bu əsaslanmama faktiki bir gerçəklik olmayıb, vəhmi (qondarma) bir dil
oyunundan ibarətdir. Çünki bu əməliyyat da ilahi təqdirin məlumatı və izni daxilində
yaradılır.
Əgər bu icazə verilməmiş olsa, insanın azad iradəsindən də bəhs edilə bilməzdi. Bu
səbəbdən iradənin gərəyi fərdlər (işi görən) üçün layiq olduqları dərəcələnmədən söhbət
gedə bilməzdi.
Nəticədə Allah ismi-şərifi dəlalət etdiyi uca Yaradıcımızın camiliyidir (əhatə
edicilik) .
Allah sözü, Cövşən adlı Peyğəmbər Əfəndimizin (s.ə.s.) duasında, min bir olaraq ifadə
edilən bütün ilahi xüsusiyyət və isimlərin cəmindən zühur edən zatlığın ismidir.
Yenə "min" "bir" ifadəsi ilə çoxluq və birlik arasındakı paradoksal ziddiyyəti bir
araya gətirən mənasını da ifadə edilir.
Yenə hədislərdə bəyan edilən 99 Əsma isə, Allah adının içindəki əsmaları sayır, onların
cəmi olaraq yüzüncü də Allah ismi olur.
Bu isimlərdən biri də "sadiqul-vəd" doğru sözlü olandır (vədində sadiq olan).
Yaradılmış olan insanların hansı dindən, hansı fikirdən olursa olsun şeytanlaşmamış bir
şəkildə vicdanı korlanmamış hansından soruşsaq, yalanı rədd edəcəkdir.
Üstəlik bu bütün insanların doğuşdan gətirdiyi bir dəyərdir.
O halda bu yalanı rədd etmə və qəbul etməmə Yaradandan qaynaqlanmaqdadır.
Allah ismi eyni zamanda bir negation (inkar edici) olaraq bəzi xüsusiyyətləri də rədd
edir.
Buna görə yalan söyləyən, zülm edən, əbəs məşğul olan Allah ola bilməz.
Halbuki Allahdan başqa tarix boyunca qəbul edilən saxta ilahlar hər cür qeyri əxlaqi
xüsusiyyətlərə sahibdirlər.
Bu mövzuda antik Yunan mifologiyası batil etiqadların tanrı anlayışlarının absurdluğunu
qəti olaraq ortaya qoyur.
Unudulmamalıdır ki, həm məntiqi olaraq, həm də faktiki olaraq, Allah bütün nöqsan
sifətlərdən münəzzəh olma və bütün kamil sifətləri ilə də vəsflənmiş olma
mərtəbəsinin adıdır.
Dekartın ontoloji sübutunda ifadə etdiyi kimi, bu mərtəbənin məlumatı zehnimizdə
mövcuddur. Bu məlumat bizə nöqsan olan özümüzdən, ya da kainatdan gələ
bilməyəcəyinə görə açıqdır ki, bizim və kainatın xaricindəki yaradıcımızdan gəlir və
onun zatına xas olan bu mərtəbənin ismi də Allahdır.
Suallarla İslam

