Təravih namazı (1)

1815. Abdu'r-Rahmən b. Avf (radiyallahu anh)'ın nəql etdiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allah (təbarəkə və taala), sizə, ramazan orucunu fərz qıldı. Mən də, onu (yəni, gecələri) iqamə etməyinizi (yəni, ibadətlə keçirməyinizi) sünnət qıldım. İnanaraq və qarşılığını Allahdan gözləyərək ramazan orucunu tutan və (gecələrini) ibadətlə keçirən, anasından doğduğu günki kimi, günahlarından təmizlənər." (Nəsai, "Sünən", "Siyam/40")

Bu hədisi, Nəsai, həsən bir isnadla rəvayət etmişdir. Ancaq Nəsai, hədisin sihhəti haqqında sükut etmişdir (yəni, hər hansı bir açıqlama verməmişdir).

Kirmani'nin də zikr etdiyinə üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,

"Mən də, onu (yəni, gecələri) iqamə etməyinizi (yəni, ibadətlə keçirməyinizi) sünnət qıldım." ifadəsilə, təravih namazını qəsd etdiyində, icma vardır.

Hədis, ramazan gecələrini ibadətlə keçirməyin (yəni, təravih namazı qılmağın), -bəzilərinin iləri sürdüyü kimi-, Ömər (radiyallahu anh)'ın deyil, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnəti olduğunu göstərməkdədir. Ömər (radiyallahu anh)'ın etdiyi, təravih namazının, 1 imamla və camaatla qılınmasını təmin etmək olmuşdur.

Daha əvvəllər, səhabə, təravih namazını, ayrı qruplar halında qılır; səsi ən gözəl olan imama tabe olurlardı. Bu halı görən Ömər,

"Quranı, təğanni ilə (yəni, nəğməli bir şəkildə) oxuduqlarını görürəm. Buna, mütləq mane olacam." dedi.

Bir müddət sonra, Ömər (radiyallahu anh), Ubey b. Ka'b (radiyallahu anh)'a, müsəlmanlara təravih namazı qıldırmasını əmr etdi.

"Asaru's-Sünən" (ll, 50) zikr edildiyi üzərə, Ömərin bu tətbiqatını, Buxari, "Xalq-u əfali'l-ibad"da; bununla bərabər, ibn Sa'd və Cəfər əl-Firyabi, Nəvfəl b. İyas əl-Huzəli'dən rəvayət etmişlərdir. Xəbərin isnadı, səhihdir.

Mövzu ilə bağlı ibn Qudamə'nin "əl-Muğni"dəki (l, 801-802) açıqlaması, belədir:

"Təravih namazının 20 rükət olaraq qılınması, müəkkəd sünnətdir. Onu ilk dəfə ortaya qoyan, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dir."

İbn Qudamə, dəlil olaraq yuxarıda zikr edilən hədisləri nəql etdikdən sonra, açıqlamasına belə davam etməkdədir:

"Təravih namazının Ömərə nisbət edilməsi isə, müsəlmanları, Ubey b. Ka'b imamlığında, camaat olaraq qılmalarını təmin etməsi səbəbilədir."

-----------------------------------

1816. Aişə (radiyallahu anha), belə deməkdədir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir gecə, məsciddə namaz qıldı. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i görən səhabələr də, Onun qıldığı namazı qıldılar.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), ertəsi gecə, yenə qıldı. Bu dəfə, səhabələr, daha izdihamlı olaraq qıldılar.

Səhabələr, üçüncü və dördüncü gecə də, namaz qılmaq üçün məsciddə toplandılar. Ancaq Allah rəsulu (sallallahu aleyhi və səlləm), məscidə çıxmadı. Sabah olunca, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Sizin, namaz üçün toplandığınızı gördüm. Bu namaz, sizə fərz qılınar qorxusu ilə məscidə çıxmadım. Bu, ramazan ayında qılınan bir namazdır." buyurdu.

Hədisi, Buxari, ("Salətu'l-Təravih/1") rəvayət etmişdir.

Hədislə bağlı, müəllifin açıqlaması, belədir:

Hədisin, ramazan gecələrini camaatla namaz qılaraq ibadət etməyin Peyğəmbər (sallallahu aleyhi və səlləm) tərəfindən başladıldığına dəlaləti, açıqdır. Aşağıdakı hədisdə zikr ediləcəyi üzərə, bəhsi keçən hədisdə, gecələr ilə, ramazan gecələri qəsd edilməkdədir.

--------------------------------------

1817 - əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), səhabəyə fərz olaraq əmr etmədən, ramazanı (yəni, ramazanın gecələrini) ibadətlə iqamə etmələrini (yəni, ibadətlə keçirmələrini) təşviq edərək:

"Ramazanı (gecələrini) inanaraq və qarşılığını Allahdan gözləyərək iqamə edənin (yəni, ibadətlə keçirənlərin), keçmiş günahları əfv olunar." buyurardı.

Allah rəsulu (sallallahu aleyhi və səlləm), vəfat etdi. Əbu Bəkr (radiyallahu anh) dövründə və Ömər (radiyallahu anh)'ın xilafətinin ilk illərində, təravih namazının qılınışı, eyni şəkildə davam etdi. (Muslim, "Musafirin/173")

Hədisin, təravih namazı ilə ramazan gecələrini ibadətlə keçirməyin fəzilətinə dəlaləti, açıqdır. Təravih namazı ilə bağlı mövzular, aşağıda incələnəcəkdir.

--------------------------------------

1818 - Cubeyr b. Nufeyr'in nəqlinə görə, əbu Zərr (radiyallahu anh), belə demişdir:

Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə bərabər, ramazan orucu tutduq. Ramazanın 7-ci gününə qədər, bizə (gecə) namazı qıldırmadı. O gecə, bizə gecənin 1/3-i keçincəyə qədər, namaz qıldırdı. Bir sonrakı gecə, namaz qıldırmadı. Sonrakı gecə, gecə yarısına qədər namaz qıldırdı.

- Mən: "Ey Allahın rəsulu, gecənin geri qalan qismində də bizə namaz qıldırın." dedim.

- O (sallallahu aleyhi və səlləm): "İmamla birlikdə bitirincəyə qədər namaz qılan kimsə, bütün gecə namaz qılmış kimi savab qazanar." buyurdu.

Ramazanın 1/3-i keçincəyə qədər, yenə gecə namazı qıldırmadı. Sonra, ailəsini də çağıraraq, təkrar gec vaxtlara qədər namaz qıldırdı. Biz, fəlahı qaçırmaqdan narahat olduq.

"Fəlah, nədir?" sualına, əbu Zərr (radiyallahu anh), "Sahurdur." cavabını verdi. (Tirmizi, "Savm/81")

Hədisi, Tirmizi rəvayət etmiş və həsən-səhih olduğunu söyləmişdir.

Müəllifin, hədislə bağlı açıqlaması, belədir:

Hədisin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təravih namazını camaatla qıldığına dəlaləti, açıqdır. Hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ailəsini də təravih namazını qılmağa çağırdığı və sahur vaxtına qədər namaz qıldıqları da ifadə edilməkdədir. Hədis, təravih namazını camaatla qılmağın sünnət olduğuna və səhabələrin camaata davam etdiyinə dəlildir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, bəhsi keçən gecələrdə, ayrıca təhəccüd namazı qılıb-qılmadığı; və ramazan gecələrində təhəccüd namazı və təravihin, eyni və ya ayrı namazlar olduğu mövzularını açıqlayan rəvayət, bilinməməkdədir. Ancaq hədisin zahirindən, təravih və təhəccüd namazlarının, ayrı olduğu başa düşülməkdədir. Təhəccüdlə bağlı hədislərin, "Gecə namazına təşviq edən hədislər"; təravihlə bağlı hədislərin isə, "Ramazan gecələrini iqamə etmək (ibadətlə keçirmək)" başlıqları altında zikr edilmələri də, ikisinin, ayrı namazlar olduğunu göstərməkdədir. Təhəccüd namazının, Məkkədə, "əl-Müzəmmil" surəsilə əmr edilməsi; ramazan orucunun isə, Mədinədə, "əl-Bəqərə" surəsilə fərz qılınması da, bəhsi edilən namazların ayrı olduqlarına dəlalət etməkdədir.

Ancaq Buxari'nin, "Ramazanı ibadətlə keçirənin fəziləti" başlığı altında əbu Sələmə b. Abdu'r-Rahmən'dən etdiyi rəvayət, bunun əksini ifadə etməkdədir. Onun, "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ramazan (gecəsindəki) namazı, necə idi?" sualına, Aişə (radiyallahu anha): "O (sallallahu aleyhi və səlləm), nə ramazanda, nə də başqa bir vaxt, 11 rükətdən çox namaz qılmazdı." deyə cavab vermişdir. (Buxari, "Salətu'l-Təravih"/1)

"Fəthu'l-Bari"də (lll, 217), hədislə bağlı, belə deyilməkdədir:

İmam Nəvəvi, hədisdə, ramazanı ibadətlə keçirməklə qəsd edilənin, təravih namazı olduğunu söyləmişdir. Buna görə, təravih namazını qılan, ramazan (gecələrini) ibadətlə keçirmiş olur. Ramazanı (gecələrini) ibadətlə keçirmək, ancaq təravih qılmaqla gerçəkləşir. Kirmani də, "Alimlər, ramazanı (gecələrini) ibadətlə keçirməyin, təravih namazı ilə olacağında ittifaq etmişlərdir." demişdir.

Bəzi şəxslər, "Bizə görə doğru olan, bəhsi keçən namazın, eyni olmasıdır. Ancaq ramazanda təhəccüd namazı qılmaq, müəkkəd sünnətdir. Bəhsi edilən hədisin, sadəcə ramazanda təhəccüd namazı ilə bağlı olduğunu iləri sürmək, son dərəcə yalnışdır." deyə izah gətirmişlərdir.

Bu açıqlamalardakı ifadə xarablıqları, ortadadır. Gecə namazının fəziləti, yuxarıda zikr edilmişdi. Orda, işa namazının sünnəti ilə vitr namazı qılanların, gecə namazı savabı alacaqları da ifadə edilmişdi. Bu halda, ramazan gecəsini ibadətlə keçirməyin də, gecə namazı yerinə keçməsi, bəhs mövzusu olur.

Ancaq Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ramazanda, təravih xaricində təhəccüd namazı qıldığı başa düşülməkdədir. Çünki aşağıda zikr ediləcəyi üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ramazan ayında, digər zamanlardan daha çox ibadət edərdi. Aşağıda zikr ediləcəyi üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ramazan gecələrində 20 rükət namazı qılması da, bu halı dəstəkləməkdədir. Necə ki, bəhsi keçən 20 rükətin, təhəccüd xaricində olduğu da ortadadır.

-------------------------------------

1819 - Sə'ləbə b. əbu Malik əl-Qurazi'nin nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir ramazan gecəsi, məscidin bir kənarında müsəlmanların namaz qıldıqlarını görüncə, "Bunlar, nə edirlər?" deyə soruşdu. Orda olan bir şəxs, "Ey Allahın rəsulu, onlar, Quran oxumağı bilmirlər. Ubey b. Ka'b, onlara namaz qıldırır." deyə cavab verdi. Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Nə gözəl edirlər, doğru edirlər." buyurdu və onların namaz qılmalarını xoş qarşıladı.

"Asaru's-Sünən"də (ll, s. 49-50) zikr edildiyi üzərə, bu hədisi Beyhaqi, "əl-Mə'rifə"də rəvayət etmişdir. Hədisin isnadı, ceyyiddir.

Hədisin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in təravih namazının camaatla qılınmasını təsdiqlədiyinə dair dəlaləti, açıqdır. Dolayısı ilə, təravih namazının camaatla qılınması, təqriri sünnətlə sabitdir.

------------------------------------

1820 - Cabir b. Abdullah (radiyallahu anh)'ın nəqlinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), ramazan gecəsi, səhabələrə, 8 rükət namaz və vitr qıldırmışdır.

Zeylai'nin nəqlinə görə (bax: "Nasbu'r-Rayə", l, 293), hədisi, ibn Hibban, "Səhih"ində rəvayət etmişdir.

Müəllifin hədislə bağlı açıqlaması, belədir:

Hədisin, təravih namazının camaatla 8 rükət olduğuna; və vitr namazının ramazanda camaatla qılındığına dəlaləti, açıqdır. Peyğmbər (sallallahu aleyhi və səlləm)'in, ramazanda daha çox namaz qıldığı, səhih bir isnadla nəql edilmiş deyildir. Ömər (radiyallahu anh) dövründə isə, 20 rükət olaraq istiqrar qazandı (yerləşdi).

Tirmizi'nin açıqlaması, belədir:

Alimlərin çoxu, təravih namazının, Əli, Ömər və digər səhabələrdən (Allah hamısından razı olsun) nəql edilən 20 rükət olduğu görüşünü mənimsəmişlərdir. Süfyan əs-Sevri, Abdullah b. Mübarək və imam Şafi də, bu görüşdədirlər. İmam Şafi:

"Məkkədə, müsəlmanların, təravih namazını 20 rükət olaraq qıldıqlarını gördüm." demişdir.

----------------------------------------

1821 - Səib b. Yezid, belə demişdir:

"Biz, Ömər (radiyallahu anh) zamanında, 20 rükət təravih namazı və vitr qılmışdıq."

"Şərhu'l-Minhac"da (bax: "Tə'liqu'l-Həsən", ll, 54-55) zikr edildiyi üzərə, hədisi, Beyhaqi, "əl-Mə'rifə"də rəvayət etmiş, böyük alim Subki də, səhih olduğunu söyləmişdir.

Beyhaqi'nin digər rəvayəti isə, belədir:

"Səhabələr, Ömər zamanında, təravih namazını, 20 rükət olaraq qılmaqda idilər. Bir rükətdə, 200 ayət oxuyurlardı. Osman zamanında, qiyamda uzun müddət durmaqdan, əsalarına söykənirlərdi."

"Asaru's-Sünən""ət-Tə'liqu'l-Həsən"də zikr edildiyi üzərə,

~ imam Nəvəvi, "əl-Xülasə"də;

~ ibnu'l-İraqi, "Şərhu't-Təqrib"də;

~ Suyuti isə, "əl-Məsəbih"də,

hədisin səhih olduğunu söyləmişlərdir.

Müəllif, hədisin, təravih namazının 20 rükət olduğuna dəlalətinin açıq olduğunu söyləmişdir.

-------------------------------------

1822 - Yəhya b. Səid əl-Ənsari'nin nəqlinə görə, Ömər b. Xattab (radiyallahu anh), təravih namazı qıldıran şəxsə, 20 rükət qıldırmasını əmr etmişdir.

Hədisi, əbu Bəkr b. əbu Şeybə, "əl-Musannəf"ində (ll, 393) rəvayət etmişdir.

"Asaru's-Sünən"(ll, 53) zikr edildiyi üzərə, isnadı, qüvvətli; lakin mürsəldir.

"ət-Ta'liqu'l-Həsən"də, hədis,

Vəki ---> Malik b. Ənəs ---> Yəhya b. Səid

isnadı ilə rəvayət edilmişdir.

Deyirəm:

İsnadındakı ravilər, siqadır (güvəniləndir). Ancaq Yəhya b. Səid əl-Ənsari, Ömərə çatmamışdır.

--------------------------------------

1823 - Əbdü'l-Əziz b. Rafi:

"Ubey b. Ka'b, ramazanda, Mədinədə, müsəlmanlara 20 rükət (təravih) və 3 rükət vitr namazı qıldırdı." demişdir.

Hədisi, əbu Bəkr b. əbu Şeybə, "əl-Musannəf"ində (ll, 393) rəvayət etmişdir.

"Asaru's-Sünən"(ll, 55) zikr edildiyi üzərə, isnadı, qüvvətli; lakin mürsəldir.

"ət-Tə'liqu'l-Həsən"də, hədis,

Humeyd b. Abdu'r-Rahmən ---> Həsən ---> Əbdü'l-Əziz b. Rafi

isnadı ilə rəvayət edilmişdir.

Deyirəm:

Əbdü'l-Əziz b. Rafi, Ubey b. Ka'b'a çatmamışdır.

----------------------------------

1824 - Abdu'r-Rahmən b. Abdu'l-Qari, belə deyir:

Bir ramazan gecəsi, Ömər (radiyallahu anh) ilə birlikdə, məscidə getdim. (Ömər), bir qrupun, camaat halında; digər müsəlmanların isə, tək-tək namaz qıldıqlarını gördü. Bunun üzərinə, Ömər:

"İnsanların bir imamın arxasında camaat olmalarının, daha uyğun olduğunu düşünürəm." dedi və onlara, Ubey b. Ka'b'ın imam olmasını istədi.

Onunla bir başqa gecə təkrar məscidə getdiyimizdə, müsəlmanların, bir imama tabe olaraq camaatla namaz qıldıqlarını gördüm. Bunun üzərinə, Ömər:

"Bu, nə gözəl bidətdir. Gecənin başlanğıcında yatıb, təravihi gec vaxtlarda qılanlar, daha əvla davranarlar." dedi.

O vaxt, müsəlmanlar, gecənin başında yatırlardı. (Buxari, "Salətu'l-Təravih/1")

Müəllifin hədislə bağlı açıqlaması, belədir:

Hədisin, təravih namazının camaatla qılınacağına və onu qılmaq üçün ən fəzilətli vaxtın, gecənin gec vaxtları olduğuna dəlaləti, açıqdır. Ancaq:

~ ibn Abidin'in ("Raddu'l-Muhtar", l, 737), "əl-Hələbi və əl-İmdad"dan nəql etdiyi üzərə, (təravihi) qaçırmaq narahatçılığı ilə gecənin gec vaxtlarına buraxmamaq, daha uyğundur.

~ İbn Qudamə'nin "əl-Muğni" (l, 805) nəqlinə görə isə,

"Təravih namazı, gecənin gec vaxtlarına qədər ertələnə bilərmi?" sualına, Əhməd b. Hənbəl, "Xeyr. Müsəlmanların sünnətləri (tətbiqatları), daha gözəldir." deyə cavab vermişdir.

------------------------------------

1825 - əbu Osman ən-Nəhdi, belə deyir:

Ömər (radiyallahu anh), 3 Quran hafizini çağırdı və onların Quran oxuyuşlarını dinlədi. Onlardan:

~ oxuması ən sürətli olana, sürətli oxumaqla, hər rükətdə 30;

~ orta oxuyuşla 25;

~ yavaş oxuyuşla 27

ayət oxuyaraq, müsəlmanlara təravih namazı qıldırmasını əmr etdi. (Beyhaqi, "Sünənu'l-Kubra", l, 351)

"Umdətu'l-Qari şərh-u Sahihi'l-Buxari"(lll, 598-599) zikr edildiyi üzərə, hədisi, əbu Osman ən-Nəhdi vasitəsilə, Beyhaqi rəvayət etmişdir. Ancaq isnadını təsbit edə bilmədik. Ən pis ehtimalla, zəif olmalıdır. "Kənzu'l-Ummal"da, hədisin, Cəfər əl-Firyabi'nin "Sünən"ində də rəvayət edildiyi zikr edilməkdədir.

Müəllifin hədislə bağlı açıqlaması, belədir:

Hədisin, təravih namazında, Quranın necə oxunacağına dəlaləti, açıqdır. Bizə görə, təravih namazını camaatla qılmaq, müəkkəd sünnətdir. Ancaq fiqh kitablarını incələyənlər, bu mövzuda ixtilaf olduğunu görürlər. "Umdətu'l-Qari"(l, 131) nəql edildiyinə görə, "əl-Hidayə"dəki açıqlama, belədir:

Doğrusu, onun müəkkəd sünnət olmasıdır. Həsən, imam əbu Hənifə'nin də bu görüşdə olduğunu rəvayət etmişdir. Çünki rəşidi xəlifələr, onu qılmağa davam etmiş, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, davam etməməsinin səbəbini, fərz qılınması qorxusu olaraq açıqlamışdır. Təravihin camaatla qılınması, sünnətdir. Ancaq bəzi müsəlmanların camaatla qılması ilə, digərlərindən camaat məsuliyyəti qalxar. Bir məsciddə heç kim qılmazsa, hamısı günah işləmiş olar. Bir qismi təravihi camaatla qıldıqlarında isə, qılmayanlar, savabını qaçırmış olarlar. Necə ki, səhabələrin də təravihi münfərid (tək başına) olaraq qıldıqları rəvayət edilmişdir.

Deyirəm:

Mövzu ilə bağlı Tahavi, "lə bəsə bih" olan bir sənədlə Mücahid'dən nəqli, belədir:

"Ramazanda, imamın arxasında namaz qılımmı?" deyə soruşan şəxsə, ibn Ömər (radiyallahu anh): "Quran oxumağı bilirsənmi?" dedi. Adamın, "Bəli." cavab verməsi üzərinə, ibn Ömər (radiyallahu anh): "O halda, evində qıl." cavabını verdi. (Tahavi, "Şərh-u Məani'l-Asar", l, 351)

İbn Qudamə, "əl-Muğni"də, belə deməkdədir:

Əhməd b. Hənbəl'ə görə, namaz qıldıra biləcək bir şəxs olarsa, evində də olsa, tərcih edilən görüş, camaatla qılınmasıdır.

Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Xəlifələrə tabe olun." buyurmuşdur. Ömər (radiyallahu anh)'ın da, təravih namazını, camaatla qıldırdığı rəvayət edilmişdir. Muzəni, ibn Abdu'l-Hakəm və imam əbu Hənifə'nin tələbələrindən bir qrup alim də, bu görüşdədirlər. Əhməd b. Hənbəl, Cabir b. Abdullah, Əli və Abdullah'ın da, təravih namazını, camaatla qıldıqlarını söyləmişdir.

Tahavi, belə deyir:

"Təravih namazının tək olaraq qılınması üçün, məsciddə camaatla namaz qılınmaması lazımdır. Məsciddə camaatla təravih namazı qılındığında, tək başına qılınmaz."

Leys b. Sa'd'ın da bu görüşdə olduğu rəvayət edilmişdir.

İmam Malik və Şafi isə: "Gücü çatanın, təravih namazını evində qılması, bizə daha sevimlidir." demişlərdir.

İmam Malik və Şafi, bu görüşlərində, Zeyd b. Sabit rəvayətinə istinad etmişlərdir. Buna görə, müsəlmanlar, bəzi ramazan gecələrində, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə birlikdə, namaz (təravih) qılmışlardır. Ancaq daha sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm), məscidə gəlməmişdir. Müsəlmanlar gözləyərkən, səslərini qaldırmış və Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qapısını döymüşlərdir. Bunun üzərinə, qəzəbli bir şəkildə məscidə gələn Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Bu namaza o qədər davam etdiniz ki, bunun, sizin üzərinizə fərz olacağını zənn etdim. Bu namazı, evlərinizdə qılmalısınız. Fərz namaz xaricində, insanın ən xeyirli namazı, evində qıldığı namazdır." buyurmuşdur.

Hədisi, Muslim ("Müsafirin/214") rəvayət etmişdir.

Səhabənin bu mövzudakı icması, bizim dəlilimizdir.

Yuxarıda zikr edildiyi üzərə, Tirmizi'nin rəvayət etdiyi, Hakim ən-Nisaburi'nin səhih olaraq gördüyü əbu Zərr (radiyallahu anh) rəvayətinə görə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm), təravih namazını camaatla qılmaları üçün, səhabələri və ailəsini, məsciddə toplamışdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"İmamla birlikdə bitirincəyə qədər namaz qılan kimsə, bütün gecə namaz qılmış kimi savab qazanar." hədisi, ümumilik ifadə etməkdədir. Burda zikr etdiyimiz hədis isə, ramazan gecəsində qılınan namazla bağlıdır. Xüsusilik ifadə edən bu hədis, ümumilik bildirən hədisə tərcih edilir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), təravih namazını camaatla qılmağı təşviq etməsinin səbəbini, fərz olması qorxusu olaraq açıqlamışdır. Bu narahatçılıq isə, O (sallallahu aleyhi və səlləm)'in vəfatından sonra ortadan qalxmışdır.

Əli (radiyallahu anh)'ın, təravihi, camaatla qılmadığı söylənə bilər. Ancaq təsbitlərimizə görə, əbu Abdu'r-Rahmən əs-Suləmi, Əli (radiyallahu anh)'ın, ramazanda, səhabələr ilə bərabər təravih namazı qıldığını rəvayət etmişdir. Əsrəm'in rəvayətində də, bənzər bir ləfzlə, bu xüsusun qəti olduğu ifadə edilmişdir.

"Kənzu'l-Ummal"ın (lV, 284), ibn Şahin'dən nəqlinə görə, ibnu's-Səib, Əli (radiyallahu anh)'ın, özlərinə, ramazanda, təravih namazı qıldırdığını söyləmişdir. Bu səbəblə, "Bədai" (l, 288) müəllifi, camaat və məsciddə qılmağı, təravihin sünnətləri arasında zikr etmişdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), təravih namazını, bir müddət, məsciddə camaatla qılmışdır. Daha sonra, səhabələr də, təravih namazını məsciddə camaatla qılmışlardır. Buna görə, təravih namazının məsciddə camaatla qılınması, sünnətdir. "Bədai" müəllifi, daha sonra, məsciddə camaatla namaz qılmağın, sünnətu'l-ayn və ya sünnətu'l-kifayə (haşiyə) olduğu xüsusunda, ixtilaf olduğunu da zikr etmişdir.

---------------------------------------

(Haşiyə:

~ "Sünnətu'l-ayn": belə vəsf edilən fellərin, bir şəxs və ya qrup tərəfindən yerinə yetirilməsilə, cəmiyyətin digər qrupundan, bu sünnətə tabe olma məsuliyyəti ortadan qalxmaz. Sünnətlər, ümumiyyətlə, eyni vəsfdədirlər.

~ "Sünnətu'l-kifayə": belə vəsf edilən bir fel, bir şəxs, ya da bir qrup tərəfindən yerinə yetirilərsə, digər şəxslərin onu etməsi, istənilməz. Məsələn, bir diyarda, bəzi şəxslərin azan və iqamə oxuması, bu cür sünnətə nümunə təşkil edir. (bax: Bədrəddin əz-Zərkəşi, "əl-Bahru'l-Muhit", l, 291-292)

---------------------------------------

Nəticə etibarı ilə, təravih namazını, evində tək başına və ya camaatla qılan, camaat və ya məsciddə qılma sünnətlərini yerinə yetirmədiyi üçün, bunların savabını ala bilməyəcəyini ifadə etməkdədir.

"əl-Bahr"da (ll, 68) nəql edildiyinə görə, Qadıxan'ın təravihlə bağlı fətvası, belədir:

Doğru olan görüşə görə, sabah namazının sünnətini, üzrü olmadan oturaraq qılmaq, caiz deyildir. Halbuki təravih namazı, üzrü olmadığı halda, oturaraq qılına bilər. Sabah namazının sünnəti ilə təravih namazı arasındakı fərq, birinsicinin, müəkkəd sünnət; ikinincisinin isə, müəkkəd sünnətin altında olmasıdır.

"əl-Hidayə"(l, 131) də, alimlərin əksəriyyəti, təravih namazının, qəti olaraq sünnət olduğunu ifadə etdikləri qeyd edilməkdədir.

Bəzi kimsələr, bu mövzuda belə demişlərdir:

Bütün təhqiqlərimizə baxmayaraq, güclü və ya zəif, mərfu və ya məvquf, ya da -sünnət, qiyasla təsbit edilməsə də- səhih bir qiyas da olsa, bu mövzuda bir dəlil tapa bilmədik.

Beyhaqi'nin rəvayəti isə, Ömər (radiyallahu anh)'ın sünnətinə görə, ramazanda 2 dəfə Quran xətm ediləcəyini göstərməkdədir. Çünki Ömər'in əmr etdiyi kimi, təravih namazında, hər rükətdə, 20 ayət oxunduğunda, 30 gün çəkən bir ayda, Quran, 2 dəfə xətm edilmiş olur.

Alimlərimiz isə, Quranın, ramazanda 2 dəfə xətm edilməsinin sünnət olduğunu söyləməmişlərdir. Bunun sünnət olduğuna dair, hardan dəlil tapdıqlarını da, ancaq Allah Taala bilir.

"Umdətu'l-Qari"(lll, 598) zikr edildiyi üzərə, Həsən'in nəqlinə görə, imam əbu Hənifə, təravih namazının, tərk edilməməsi lazım gələn bir sünnət olduğunu demişdir. "Sadru'ş-Şəhid" də, doğru görüşün bu olduğunu ifadə etmişdir.

Deyirəm:

Bəhsi keçən məsələ, "əl-Hidayə" müəllifinin daha əvvəl zikr etdiyi və alimlərin əksəriyyyətinin bildirdiyi üzərə, məzhəb imamından nəql edilmiş deyildir. Necə ki, "əl-Hidayə"də, Zahiru'r-rivayə (haşiyə), imam əbu Hənifə ilə imam Muhamməd və imam əbu Yusuf'un belə bir görüşü mənimsəmədikləri, bəhs mövzusu edilməməkdədir.

-------------------------------

(Haşiyə:

Zahiru'r-rivayə: İmam Muhamməd b. Həsən əş-Şeybani tərəfindən qələmə alınan və Hənəfi məzhəbinin quruluş dövrü əsas görüşlərini ehtiva edən əsərlərin ortaq adıdır.

Buna, "məsailu'l-üsul" da deyilir. (bax: ibn Abidin, "Rasəil", l, 16)

Hənəfi məzhəbinin əsaslarına aid ictihadların, imamlardan sonrakı dövrlərə nəqli, ümumiyyətlə imam Muhammədin kitabları vasitəsilə olmuşdur. Çünki imam Muhammədin həm əsərləri çoxdur, həm də bunlar, dövrümüzə qədər gəlib çıxmışdır. Bu səbəblə, ona, Hənəfi məzhəbinin "naqili / nəql edəni" deyilməkdədir.

İmam Muhammədin, əbu Hənifənin, əbu Yusufun və özünün görüşlərindən topladığı kitabların bir qismi, təvatür və ya şöhrət yolu ilə siqa ravilər tərəfindən nəql edilmişdir. Bir qisminin rəvayəti isə, bu dərəcə sağlam deyildir. Bunlardan birincisinə - "Zahiru'r-Rivayə"; ikincisinə isə - "Nadiru'r-Rivayə" deyilir. (bax: ibn Abidin, "Durru'l-Muxtar", l, 69)

"Zahiru'r-Rivayə" məsələləri, imam Muhammədin topladığı bu 6 kitabda cəm edilmişdir:

1. "əl-Məbsut": imam Muhammədin bizə qədər gələn əsərləri içərisində, ən böyüyüdür. O, bu əsərdə, əbu Hənifə və əbu Yusufun fürua aid görüşlərini nəql etmiş və öz görüşlərini də bunlara əlavə etmişdir. Bu kitaba, "əl-Asl" da deyilir.

2. "əl-Camiu's-Sağir": Bu kitab, 1502 (və ya 1532) məsələ ehtiva etməkdədir. Bunlardan 170'ində ixtilaf vardır. Bu kitabda, əbu Yusuf'un, əbu Hənifə'dən rəvayət etdiyi məsələləri də toplanmışdır.

3. "əl-Camiu'l-Kəbir": əbu Hənifədən, arada vasitə olmadan, şəxsən özündən aldığı məsələləri ehtiva etməkdədir. Məsələlərlə bağlı bəzi açıqlama və təhlillərə yer verilmişdir.

4. "əs-Siyəru's-Sağir": Dövlətlər hüququna dairdir.

5. "əs-Siyəru'l-Kəbir": Bu əsər də, dövlətlər hüququna aiddir. Səraxsi tərəfindən şərh edilmişdir.

6. "əz-Ziyadat" "Ziyadatu'z-Ziyada": "əl-Camiu'l-Kəbir"də əskik buraxılan məsələlərin tamamlayıcısıdır.

---------------------------------------

"əl-Hidayə" haşiyəsində, "ən-Nihayə"dən belə nəql edilməkdədir:

Bəziləri, "Həsənin nəqlinə görə, imam əbu Hənifə, 'Təravih namazında, hər rükətdə, 20 ayət oxunar.' demişdir. Doğru olan da, budur."

Ancaq imam əbu Hənifə'yə görə, bunun sünnət olduğuna dair, bir dəlil mövcud deyil.

"Rahmətu'l-Ummə" müəllifi də, mövzu ilə bağlı 4 imamdan, hər hansı bir nəql gətirməmişdir.

"Bahru'l-Ulum fi Rasəili'l-Ərkan"da (s. 139):

"Ramazanda, 1 dəfə xətm etmək, sünnətdir. Bundan çoxu isə, daha yaxşıdır. Ömər zamanından günümüzə qədər gəlib çıxan tətbiqat da, bu şəkildədir. Burda, 4 məzhəbin fəqihləri, ittifaq halındadırlar." deyilməkdədir.

Ancaq bunlar doğru olsaydı, dəlili olardı.

Deyirəm:

Onların dəlili, daha əvvəl zikr edilən Sə'ləbə rəvayətidir. Onun nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir ramazan gecəsi, məscidin kənarında, müsəlmanların namaz qıldıqlarını görüncə,

"Bunlar, nə edirlər?" deyə soruşdu.

- Orda olan bir şəxs: "Ey Allahın rəsulu! Onlar, Quran oxumağı bilmirlər. Ubey b. Ka'b, onlara namaz qıldırır." deyə cavab verdi.

- Bunun üzərinə, Allah rəsulu (sallallahu aleyhi və səlləm):

"Nə gözəl edirlər, doğru edirlər." buyurdu.

Hədisdən, səhabənin Quranı xətm etmək məqsədilə bir araya gəldikləri başa düşülməkdədir. Çünki, "Onlar, Quran oxumağı bilmirlər." ifadəsi, "Namaz qılacaq qədər Quran bilmirlər." mənasına gəlməməkdədir. Bu, Mədinədə yaşayan səhabə üçün, bəhs mövzusu ola bilməz. Bunun mənası, onların, Quranın bütününü bilməmələridir. Necə ki, ibn Məni'nin nəqlinə görə, Ubey b. Ka'b (radiyallahu anh), belə demişdir:

Ömər (radiyallahu anh):

"İnsanlar, gündüz oruc tuturlar, Quranı da, gözəl oxuya bilmirlər. Gecə namazını, sən qıldır." deyərək, ramazan gecəsində, onlara, namaz qıldırmağımı əmr etdi.

- Mən: "Ey möminlərin əmiri! Onlar, Quranı tam bilmirlər." dedim.

- Ömər: "Bəli, bilirəm. Sənin qıldırmağın, daha yaxşı olar." dedi.

Bunun üzərinə, mən, onlara, 20 rükət namaz qıldırdım.

Hədis, "Kənzu'l-Ummal"da (lV, 284), isnadsız olaraq nəql edilmişdir. Ən pis halda, zəif ola bilər.

Hədisdən, təravih namazının camaatla qılınması məqsədinin, Quran oxumağı öyrənmək olduğu da başa düşülməkdədir. Dolayısı ilə, "Onlar, Quran oxumağı bilmirlər." ifadəsinin, heç Quran bilmədikləri şəklində başa düşülməsinin, doğru olmadığı ortaya çıxmaqdadır.

Bu halda, bəhsi keçən ifadənin, daha əvvəl bildirdiyimiz üzərə, "Onlar, təravih namazını tək başına qıldıqlarında, Quranın hamısını oxuya bilməzlər. Quranı tam olaraq bilən kimsə olaraq, təravihi sən qıldırarsansa, onların hamısı, xətm etmiş olarlar." şəklində başa düşülməlidir.

Yuxarıda zikr edildiyi üzərə, Ömər (radiyallahu anh) zamanında, səhabələr, ramazanda, gecələri 20 rükət namaz qılmaqda idilər. Bir rükətdə, 200 ayət oxuyurdular. Osman (radiyallahu anh) zamanında, qiyamda uzun müddət durmaqdan, əsalarına söykənirdilər. Bu halda, onların, təravihi, hafiz imamın arxasında qılmalarına baxmayaraq, Quranı xətm etməmələri düşünülə bilərmi? Belə bir düşüncə, sadəcə zəndən ibarətdir. Beləcə, ramazanda, təravih namazlarında, Quran xətm etməyin, Osman (radiyallahu anh) zamanındakı səhabələrin buna davam etmələri ilə sünnət olduğu başa düşülür.

Bəzi kimsələr, Beyhaqi'nin ("əs-Sünənü'l-Kubra", ll, 497) əbu Osman ən-Nəhdi vasitəsilə nəql etdiyi,

"Ömər, 3 Quran hafizini çağırdı və onların Quran oxuyuşlarını dinlədi." rəvayətinin, -alimlərimiz mənimsəmsə də- Ömərin təravihdəki sünnətinin, Quranın 2 dəfə xətm edilməsi olduğuna dəlalət etdiyini söyləmişlərdir.

Bizə görə, bu rəvayət də, təravihdə (bir Quran) xətm edilməsinin sünnət olduğuna dəlalət etməkdədir. Çünk xətm bəhs mövzusu olmasaydı, Ömər (radiyallahu anh), hafizləri çağırıb aralarında sürətli, orta və yavaş oxuyanı təsbit etməyə gərək görməzdi. Quran xətm edilməsi düşüncəsi mövcud olmasaydı, imamlıq edəcək hafizlərə, bunu diqqətə almamalarını və namaz qılanlara ağır gəlməyəcək qədər oxumalarını əmr edərdi. Ömər (radiyallahu anh), hafizləri çağırıb onları, oxuyuşları cəhətindən dinləyib hər rükətdə oxumaları lazım gələn miqdari müəyyənləşdirməsinə rəğmən, təravihi, xətmlə qılmağın sünnət deyil, nafilə olduğu, necə iləri sürülə bilər?! Bilindiyi kimi, belə bir əhəmiyyət, nafilə ibadətlər üçün bəhs mövzusu ola bilməz.

Ömər (radiyallahu anh)'ın, hər gecə, rükətlərdə 30, 25 və ya 20 ayət oxumağı əmr etdiyi təsbit edilmədikcə, bu rəvayətdən, onun, təravihdə, 2 dəfə xətm edilməsini sünnət qəbul etdiyi çıxarıla bilməz. Bu mövzuda hər hansı bir rəvayət mövcud olmadığı kimi, bu rəvayət də buna dəlil ola bilməz. Ömər (radiyallahu anh), ramazandan geriyə qalan gecələrdə, xətmin tamamlana bilməsi məqsədilə, hər rükətdə, 20 ayət oxumasını əmr etmiş olmalıdır. Çünki Ömər (radiyallahu anh), səhabələrin, təravihi bir imam arxasında qılmasını, ramazanın ilk gecəsində istəməmişdir. Rəvayətlərdən və verdiyimiz açıqlamalardan başa düşüldüyü üzərə, bu hadisə, ramazanın ilk gecəsi deyil, daha sonra meydana gəlmişdir.

İmam Malik:

"Quranın təravih namazlarında xətm edilməsi, sünnət deyildir." demişdir.

"Rabiatu'r-rəy" də:

"Quranın, təravih namazlarında xətm edilməsi, sünnət deyildir. Bir kimsə, ramazan boyunca, təravih namazını, bir surə ilə belə qıldırsa, kifayət edir. Çünki mən, hafiz olmayan kimsələrin, insanlara təravih namazı qıldırdıqlarını görürəm." açıqlamasını vermişdir.

Deyirəm:

Bunun mənası, xətmlə qıldırmağın, müəkkəd sünnət olmamasıdır. Necə ki, təravih namazı da, müəkkəd sünnət deyildir. Ancaq bu, xətmlə təravih qıldırmağın sünnət olmasına əngəl deyildir. Bu mövzuda, ibn Vehb rəvayəti, bizim üçün kafi (kifayət edən) bir dəlildir. O, imam Muslimin ravilərindən olub, rəvayətləri, həsən olaraq dəyərləndirilməkdədir. İbn Vehb:

"Bir çox kimsənin nəqlinə görə, Ömər b. Əbdü'l-Əziz, imamlara, xətmlə namaz qıldırmalarını əmr etmişdir. Onlar, hər rükətdə, 20 ayət oxumaqda idilər." demişdir. ("əl-Müdəvvənətu'l-Kubra", l, 194)

Bu məlumat, mövzu ilə bağlı, icma kimi dəyər daşımaqdadır.

Beləcə, təravih namazında, hər rükətdə 20 ayət oxumağın sünnət olduğu ortaya çıxmışdır.

Yuxarıda zikr edildiyi üzərə, Həsənin rəvayətinə görə, bu, imam əbu Hənifə'nin də görüşüdür.

Bu gün, Məkkə və digər bəzi İslam diyarlarında tətbiq edilən -hər rükətdə 39 ayət oxumasında- icma mövcud deyildir.

Aşağıda zikr ediləcəyi üzərə, Mədinə xaricindəki bölgələrin çoxunda, təravih namazı, hər rükətdə, 23 ayət oxunaraq qılınmaqdadır.

"əl-Hidayə" (l, 131):

"Təravih namazında, 2 rükətdə, 1 rükət miqdarı istirahət etmək, müstəhəbdir. Hicazlıların adəti olduğu üzərə, təravih namazı ilə vitr namazı arasında istirahət etmək də, müstəhəbdir." deyilməkdədir.

Təravih kəliməsi, "tərviha"nın cəmi olub, -salam kəliməsindəki təslimə kimi-, "ər-raha" kəliməsinin məsdər-i mərrəsi (felin bir dəfə edildiyini göstərən məsdər)'dir. Səhabələr, başlanğıcda, hər 2 rükətdə bir salam verincə, istirahət etdikləri üçün, ramazan gecələrində qılınan namaz, təravih olaraq adlandırılmışdır. Muhamməd b. Nasr, gecə namazı ilə bağlı, "2 rükət arasında istirahəti müstəhəb qəbul edənlər""2 rükət arasında istirahəti məkruh qəbul edənlər" olmaq üzərə, 2 ayrı başlıq qoymuşdur. O, "Səhabələr, gecə namazı qılarlarkən, arada, bir kimsənin, bu qədər rükət qılacağı müddət miqdarınca, istirahət edərlərdi." şəklindəki məlumatı, Yəhya b. Bukeyr ---> Leys isnadı ilə, nəql etməkdədir. "Kənzu'l-Ummal"da (ll, 497) rəvayət edildiyinə görə, Zeyd b. Vehb, belə demişdir:

Ömər (radiyallahu anh) dövründə, 2 rükət arasında bir kimsənin məsciddən Sil dağına gedəcəyi müddət qədər istirahət etdirərdi.

Xəbəri, Beyhaqi, "Sünən"ində rəvayət etdikdən sonra, "O, təravih namazı qılanların istirahətini, Ömərin əmrilə etdiklərini qəsd etmiş olmalıdır." açıqlamasını vermişdir.

Ancaq biz, xəbərin isnadını tapa bilmədik. O, ən azından zəifdir. İsnadda zikr edilən Leys, ətbau't-tabiin'in iləridə gələnlərindən, siqa, zəbti sağlam və fəqih Leys b. Sa'd'dır. Ancaq nəql etdiyi xəbərin isnadı, müttəsil (bitişik) deyildir.

Bəzi kimsələr, belə demişlərdir:

Zikr edilənlər, istirahətin, mütləq olaraq müstəhəb olduğunu ortaya qoymaz. Çünki burda əsl olan, istirahətdir. Ancaq xüsusilə, 2 rükətdə bir salam verildiyində, hər imam, istirahətə ehtiyac hiss etməyə bilər. Bu halda, qayda gərəyi, istirahət edilmiş olar. Necə ki, məzhəb alimlərimiz, təravih namazında, salamın 4 rükətdə bir veriləcəyini ifadə etməkdədirlər. "əl-Kifayə"(l, 407), "Burda, tərviha, 4 rükət mənasındadır." deyilməkdədir. Tərvihanın 4 rükət müəyyənləşdirilməsinin hər hansı bir dəlili yoxdur. Bu mövzuda, zəif bir rəvayət zikr edilməkdədir. Beyhaqi, rəvayətin zəif olduğunu söyləmişdir. Böyük alim ibnu't-Türkməni, "Cəvhəru'n-Naqi alə Sunəni'l-Beyhaqi"(l, 208), rəvayətin zəif olmasının səbəbinin, isnadında yer alan və tənqid edilən əbu Sə'd Səid b. Mərzuban əl-Baqqal olduğunu ifadə etmiş və onun rəvayətini dəstəkləyən başqa rəvayətlərin də olduğunu bildirərək, Beyhaqi'ni tənqid etmişdir. Necə ki, ibn əbi Şeybə'nin "əl-Musannəf"ində (ll, 393),

Vəki ---> Həsən Salih ---> Amr b. Qays ---> əbu'l-Hasna

isnadı ilə nəqlinə görə, Əli (radiyallahu anh), ramazanda, bir adama, 5 dəfə ara verərək, camaata 20 rükət namaz qıldırmasını əmr etmişdir.

İsnadda zikr edilən Amr b. Qays əl-Mulai olmalıdır. Əhməd b. Hənbəl, Yəhya b. Main, əbu Hatim, əbu Zura və digər hədis alimləri, onun siqa olduğunu söyləmişlərdir. İmam Muslim də, onun hədislərini əsərinə almışdır.

O, daha sonra, isnadında Muğirə b. Ziyad olan başqa bir hədis daha zikr etməkdədir. Ancaq o, güclü bir ravi deyildir. Necə ki, Yəhya b. Main və digər hədis alimləri, onun siqa olduğunu ifadə etdikləri halda, o, "Tərku'l-qasr" "Xəllu'l-Xəmr" başlıqları altında, onun, münkər hədis rəvayətlərinin olduğunu ifadə edərək, zəif olduğunu söyləmişdir. Beyhaqi isə, bu rəvayətlərdən, heç bəhs etməmişdir.

Biz də, burda, Heysəmi'nin, əl-Baqqal'ın güvənilən olduğunu xatırlatmalıyıq. Necə ki, onun, "Məcmau'z-Zəvaid"dəki (ll, 196) açıqlaması, belədir:

"O, siqa, lakin müdəllisdir (haşiyə). Əbu Usamə, 'Səid b. Mərzuban əl-Baqqal, bizə hədis rəvayət etmişdir. O, güvənilən bir ravidir.' demişdir."

--------------------------------------

(Haşiyə:

Tədlis: ravinin görüşmədiyi, ya da görüşdüyü halda, özündən hədis eşitmədiyi şeyxindən eşitdiyi zənnini oyandıracaq bir şəkildə rəvayət etməsidir.

Müdəllis də: tədlis edən şəxsə deyilir və müdəllisin (özündən hədis nəql etdiyi şəxsdən şəxsən eşitdiyini açıqlamadan, 'filan kimsədən..' demək surətilə) ənənə yolu ilə etdiyi rəvayətdir.

----------------------------------------

Əbu Zura, "Rəvayətlərində, leyyin və müdəllisdir." açıqlamasını vermişdir. (Haşiyə)

-----------------------------

(Haşiyə:

"Lin" kökündən meydana gələn "leyyin" kəliməsi, lüğətdə, "yumşaq, asan" mənasına gəlir.

Hədis termini olaraq, "xəfifdən şiddətliyə doğru edilən cərh ləfzləri bölgüsünə görə, birinci mərtəbədə yer alan ən xəfif və tə'dilə ən yaxın ləfzlərdən biri olub, Daraqutni'yə görə, ravinin ədalat vəsfini yox etməyəcək, dolayısı ilə, rəvayətinin rəddini gərəkdirməyəcək qədər xəfif bir cərh"i ifadə edir.

------------------------------

"O, doğru sözlüdürmü?" sualına isə, əbu Zura, "Bəli, o, yalan danışmazdı." deyə cavab vermişdir.

Şu'bə b. Haccac, Sufyan əs-Sevri, Sufyan b. Uyeynə, A'məş və başqa alimlər, ondan hədis rəvayət etmişlərdir.

Şu'bə b. Haccac'ın, sadəcə güvənilən ravilərdən hədis rəvayət etdiyi bilinməkdədir. O, rəvayətləri həsən olan bir ravidir. Başqa rəvayətlər də, onu dəstəkləməkdədir. Dolayısı ilə, rəvayəti güclüdür.

Niməvi, "ət-Tə'liqu'l-Həsən"də, hədisin əsl ravisinin əbu'l-Hasna olduğunu; onun da, məchul bir ravi olduğunu bildirərək, bu səbəblə, hədisin illətli (haşiyə) olduğunu ifadə etmişdir.

---------------------------------

(Haşiyə:

Lüğətdə, "səbəb, xəstəlik və qüsur" kimi mənalara gələn "illət" (cəm halı - iləl), hədis elmində, termin olaraq: "ümumilikdə, ilk baxışda fərq edilə bilməyən və hədisin sihhətini zədələyən qüsur" deməkdir. Hədis elminin:

~ Bu qüsurları araşdıran qisminə - "iləlu'l-hədis";

~ İlləti təsbi etmə işinə - "tə'lil", ya da "i'ləl";

~ İllətli hədisə - "Muəlləl", "mə'lul" və ya "muəll" deyilir.

İllət, ravilərin yaddaş zəifliyi kimi bəşəri qüsurları ilə bərabər, rəvayət sırasında etdikləri təhrif və əlavə kimi xətalardan və ya ifrat qısaltma və ixtisar kimi məqsədli təsərrüflərdən qaynaqlanır.

İllət, siqa ravilərin rəvayətlərində mövcud ola bildiyi kimi; zəif ravilərin rəvayətlərində də ola bilir.

----------------------------------

Ancaq Beyhaqi və əbu Davud'un nəqlinə görə (bax: "Avnu'l-Mə'bud", ll, 5), Şərik'in, ibn əbi Şeybə'yə görə isə, Amr b. Qays'ın özündən rəvayət etdiyi bir ravinin məchul olduğu, söylənə bilməz. Əbu Davud və Munziri, "Təlxis"ində, hədisin sihhəti haqqında sükut etmişdirlər (yəni, hər hansı bir açıqlama verməmişlərdir).

"Avnu'l-Mə'bud"da (ll, 5) yer alan açıqlamalardan başa düşüldüyü üzərə, özü haqqında etiraz olmamaqla birlikdə, onun rəvayətinin isnadında yer alan Hinş və Şərik səbəbilə, illətli qəbul edilmişdir.

Bu açıqlamalardan sonra, təravihi 4 rükət olaraq qılmağın müstəhəbliyi ortaya çıxmaqdadır. Əli (radiyallahu anh) da, bu şəkildə qılınmasını əmr etmişdir.

Daha əvvəl də zikr edildiyi üzərə, ibn Həcər, səhabələr, başlanğıcda hər 4 rükətdə bir salam verincə istirahət ediləcəyində icma etmişlərdir. İbn Həcər, dəlillərin, bunun qətiliyini ortaya qoyduğunu da ifadə etmişdir. Necə ki, "Asaru's-Sünən"(ll, 56) zikr edildiyi üzərə, Beyhaqi'nin nəqlinə görə ("Sünənü'l-Kubra", ll, 496), əbu'l-Hasib, "Suveyd b. Ğafələ, 20 rükətdə 5 dəfə istirahət edərək, ramazanda bizə imamlıq edərdi." demişdir.

Xəbərin isnadı, həsəndir. Əbu Bəkr b. əbu Şeybə'nin rəvayətinə görə də, Səid b. Ubeyd, ramazanda, Əli b. Rəbia'nın, 5 dəfə istirahət edərək təravih namazını, sonra da vitri qıldırdığını söyləmişdir. Xəbərin isnadı, səhihdir.

"ət-Tə'liqu'l-Həsən"də zikr edildiyinə görə, ibn əbu Şeybə'nin "əl-Musannəf"ində (ll, 393),

Ğundər --> Şu'bə ---> Xələf ---> Rəbi

isnadı ilə, əbu'l-Bəxtəri (radiyallahu anh)'ın, 5 dəfə istirahət edərək təravih namazını, sonra da vitri qıldırdığı rəvayət edilməkdədir.

Hədislə bağlı olaraq, Niməvi, "İsnadında yer alan Xələfi bilmirəm." demişdir.

Şu'bə, sadəcə siqa ravilərdən rəvayət etdiyi üçün, bizə görə, onu tanımağımıza ehtiyac yoxdur. O, Xələf b. Havşəb əl-Kufi olmalıdır. "ət-Təqrib"də (s. 53) zikr edildiyi üzərə, o, siqa bir ravidir. "Təhzibu't-Təhzib"(lll, 149) nəql edildiyinə görə, Şu'bə, ondan rəvayət etmişdir. İsnadda yer alan digər ravilər isə, siqadırlar. Bu halda, hədis, həsəndir.

Bu rəvayətlərdə, böyük tabiunların, təravih namazını 5 dəfə istirahət edərək qıldıqları ifadə edilməkdədir.

Suveyd b. Ğafələ, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövrünə yetişmiş muxadramlardandır. (Haşiyə)

---------------------------------

(Haşiyə:

Lüğətdə, "sünnət olmamaq, nəsəbi qarışıq olmaq" kimi mənalara gələn "xadramə" kökündən meydana gələn "muxadram" kəliməsi (cəm halı "muxadramun"): "həm cahiliyyə dövründə, həm İslami dövrdə yaşamış, Peyğəmbər (sallallahu aleyhi və səlləm) həyatda ikən və ya vəfatından sonra müsəlman olmuş, ancaq Onu, mömin olaraq görməmiş kimsə"dir.

Buna görə, "muxadram", səhabə və ya tabii olduğu qəti şəkildə bilinməyən şəxs olub, Allah rəsulu (sallallahu aleyhi və səlləm) dövründə yaşadığı üçün, səhabələr arasında yer alması lazım gələrkən, Onu, mömin sifətilə görə bilmədiyi üçün, səhabələrdən sayılmamışdır.

Səhabə ilə görüşdüyü üçün tabii sayılması mümkündürsə də, Allah rəsulu (sallallahu aleyhi və səlləm) dövründə yaşadığından dolayı, Onun vəfatından sonra dünyaya gələn tabii'lərdən fərqli görülmüş, bu səbəblə, hədisçilər tərəfindən səhabə ilə tabiundan ayrı bir nəsil qəbul edilmişdir.

-------------------------------------

"Təhzibu't-Təhzib" (Vl, 279) ifadə edildiyi üzərə, ibn Qani, onun səhabə olduğunu söyləmişdir.

Ancaq burda, rəşidi xəlifələrin və səhabələrin iləri gələnlərinin tətbiqatları əsas olmalıdır. Zeyd b. Vehb'in,

"Ömər, ramazanda 4 rükətdə bir istirahət edərək təravih qıldırırdı." (ibn əbu Şeybə, "əl-Musannəf", ll, 393) şəklindəki açıqlaması da, bu halı dəstəkləməkdədir. Müqəddimədə zikr etdiyimiz üzərə, fəqihlərin tətbiqatları ilə ona uyğun fətvaları, hədisin səhih olduğuna işarətdir.

Təravihin 4 rükətdə bir istirahət edərək qılmağın müstəhəb olduğu xüsusunda, bu dəlillər kifayətdir. Müctəhid imamlar dövrünə qədər, tətbiqat da bu şəkildə davam etmişdir.

Bu dövrdə, bəhsi edilən istirahət əsnasında, nafilə namaz qılmağın məkruh olub-olmadığı mövzusunda, ixtilaf ortaya çıxmışdır.

İbnu'l-Qasim'in mövzu ilə bağlı sualına, imam Malik:

"Rüku və səcdəsi edilib salam vermədən, təravihlə birləşdirilərək qılınmasında, bir beis yoxdur." cavabını vermişdir.

İbn Vehb ---> İbn Lehia isnadı ilə nəql edildiyinə görə, ibnu'l-Hadi:

"Amir b. Abdullah b. Zubeyr, əbu Bəkr b. Hazm və Yəhya b. Səid'i, təravihdə, cüt rükətlər arasında, ayrı nafilə namaz qıldıqlarını gördüm." demişdir. ("əl-Müdəvvənə", l, 195)

İbn Qudamə, "əl-Muğni"(l, 805), belə deməkdədir:

Ubadə, əbu Dərda və Uqbə b. Amir olmaq üzərə, 3 səhabənin tətbiqatının mövcud olduğunun nəql edildiyini ifadə edən əbu Abdullah, təravihdə, istirahət arasında, ayrı nafilə namaz qılmağı doğru görməzdi. Bəzi səhabələrin buna icazə verdikləri xatırladıldığında isə, o, belə bir halın mövcud olmadığını, bu mövzudakı görüşlərin, Həsən əl-Basri və Səid b. Cubeyrdən nəql edildiyini deyərdi.

Əhməd b. Hənbəl də,"Nafilə namaz, təravihdə istirahət əsnasında deyil, fərzlərdən sonra qılınır." demişdir.

Əsrəm'in nəqlinə görə də, əbu Dərda (radiyallahu anh), təravihdə, istirahət əsnasında namaz qılanları görüncə,"İmamla birlikdə namaz qıldığın halda, tək başına qıldığın bu namaz, nə namazdır?" deyə soruşmuş və:"Bizdən ayrılan, bizdən deyildir. Məsciddə camaatdan ayrı namaz qılması, şəxsin anlayışsızlığındandır." deyə əlavə etmişdir.

Təravih namazını, aralarında istirahət etmədən 4 rükətdə bir salam verərək qılınması soruşulduğunda, Əhməd b. Hənbəl, bunda bir beis olmadığını ifadə etmişdir. Onun, "Bunda bir beis yoxdur." ifadəsində, əvvəlki açıqlaması ilə bir ziddiyyət mövcud olduğuna işarət edilmək istənilmişdir.

"Bədai" (l, 290), təravihin sünnətlərini açıqlayarkən, belə deyilməkdədir:

İmam, hər 2 rükətdə, bir rükət miqdarı oturar. Təsbih, təhlil, təkbir gətirər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə salavat gətirər. Təravih sonunda da, eyni şəkildə istirahət edər. Bunu, sələf tətbiq etmişdir.

Burda mübahisə edilən, təravihin sonundakı istirahətin müstəhəb olub-olmadığı xüsusudur. Bəzi alimlər, bunun müstəhəb olduğunu; bəziləri isə, əksini söyləmişlərdir. Doğrusu, bunun müstəhəb olmamasıdır. Çünki bu, sələfin tətbiqatına ziddir.

Burda, sələf ilə qəsd edilən, səhabələr və tabiun nəsilləridir. İbn Həcərin yuxarıda ifadə etdiyi üzərə, səhabələr, başlanğıcda, hər 2 rükətdə bir salam verincə, istirahət etməkdə idilər. Onların təravihi ilk dəfə camaat şəklində qılmaları, Ömər (radiyallahu anh) dövründə gerçəkləşmişdi.

"Fəthu'l-Qadir" (l, 407) müəllifi, təravihin 20 rükət olmasının sünnət olduğu xüsusunda bəhs edərkən, deyir:

Bütün bunlardan, təravih namazının vitrlə birlikdə 11 rükət olaraq camaatla qılınmasının sünnət olduğu başa düşülməkdədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, bu şəkildə qılmış və daha sonra müəyyən bir səbəblə tərk etmişdir. Səbəbini də, davam etmələri halında, təravih namazının fərz qılınması qorxusu olaraq açıqlamışdır.

Təravih namazının 20 rükət qılınmasının sünnət qəbul edilməsi isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Sünnətimə və rəşidi xəlifələrin sünnətinə sarılın." (Tirmizi, "İlm"/16) hədisi səbəbi ilədir. Bu hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), rəşidi xəlifələrin sünnətinə tabe olmağı təşviq etmişdir. Ancaq bu, 20 rükətin sünnət olması mənasına gəlməz. Çünki Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sünnəti, bir ibadətə davam etməsi və ya müəyyən bir səbəblə tərk etməsilə reallaşır. Yuxarıda ifadə etdiyimiz üzərə, biz, bəhsi keçən səbəb olmadığı zaman, onun davam edəcəyi nəticəsinə çatırıq. Bu halda, təravihin 20 rükət qılınması, müstəhəb; bəhsini etdiyimiz miqdarı (yəni, 11 rükət) isə, sünnətdir. Bəzi alimlər, doğru olan görüşün, bu olduğunu mənimsəmişlərdir.

Yuxarıda keçdiyi üzərə, "əl-Hidayə" müəllifinin açıqlaması isə, belədir:

Rəşidi xəlifələrin təravihi 20 rükət olaraq qılmağa davam etdikləri ilə bağlı görüş, son dərəcə yalnışdır. Çünki əbu Bəkr (radiyallahu anh), təravihi, 20 rükət olaraq qılmadığı kimi; camaatla da qılmamışdır. Ömər və Osmanın da, onu, 20 rükət və camaatla qıldıqlarına dair səhih bir rəvayət yoxdur. Ömər (radiyallahu anh), təravihin camaatla qılınmasını təmin etmiş, Osman və Əli isə, buna qarşı çıxmamışlardır.

Yuxarıda, Tirmizi'nin, Əli və Ömər ilə bağlı rəvayətlərindən söz edilmişdir. Ömər haqqındakı rəvayət, məntdə zikr edilmiş; Əli (radiyallahu anh) rəvayətinin isə, "Kənzu'l-Ummal"da (lV, 284) mövcud olduğu ifadə edilmişdi. Buna görə, əbu'l-Hasna, Əli (radiyallahu anh)'ın, ramazanda bir adama 5 dəfə ara verərək camaata 20 rükət qıldırmasını əmr etdiyini xəbər vermişdir. Bunu, Beyhaqi də rəvayət etmiş, ancaq zəif olduğunu söyləmişdir.

Bizə görə, bu, bir mühəddisin, icmaya zidd görüşüdür. Dində özlərinə tabe olunan 4 imam da, təravih namazının rükət sayında ixtilaf etmişlərdir. Bu mövzuda, 2 fərqli görüş mövcuddur:

~ imam əbu Hənifə, imam Şafi və Əhməd b. Hənbələ görə, təravih namazı, 20 rükətdir.

~ imam Malikin isə, 36 rükət olduğu görüşü nəql edilmişdir. ("Rahmətu'l-Ummə", s. 23)

"Nuru'l-Ənvar" (s. 223) və digər üsul əsərlərində zikr edildiyi üzərə, İslam ümməti, bir dövrdə hər hansı bir mövzuda icma etmişdirsə, onun xaricindəki fərqli görüşlər, yalnış qəbul edilir. Mövzu ilə bağlı daha sonrakı dövrlərdə də ortaya atılan görüşlər də qəbul edilməz. İbnu'l-Hümam'ın ("Fəthu'l-Qadir" müəllifinin) görüşünü mənimsəyən hər hansı bir alim bilinməməkdədir. Əksinə, imam Malik xaricindəki alimlər, təravih namazının 20 rükət olmasının sünnət olduğunda ittifaq etmişlərdir. İmam Malik isə, 20 üzərinə 16 rükət daha əlavə etmişdir. Alimlərdən təravihin 20 rükətdən daha az olduğunu söyləyən də bilinməməkdədir. Dolayısı ilə, "Təravihdə sünnət olan, 11 rükətdir; digər rükətlər isə, müstəhəbdir." görüşünü iləri sürən, daha əvvəl meydana gələn icmaya müxalif açıqlama vermişdir.

İbnu'l-Hümam'ın açıqlaması, həm rəvayət, həm də üsul cəhətindən isabətli deyildir. Üsul cəhətindən, yalnışdır. Çünki ona görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in davam etdiyi ibadət, sünnət; rəşidi xəlifələrin davam etdikləri isə, məndubdur. Bu isə, fəqih və üsulçuların görüşlərinə ziddir. Çünki onlara görə, sünnət, Allah rəsulu (sallallahu aleyhi və səlləm) və ya rəşidi xəlifələrin davam etdiyidir. Gərək Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, gərəksə də, rəşidi xəlifələrin davam etmələri səbəbilə, onlar, təravihi, camaatla, 20 rükət olaraq qılmağın sünnət olduğunu açıqlamışlardır. Müctəhid imamlar da, bu görüşü mənimsəmişlərdir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, "Sünnətimə və rəşidi xəlifələrin sünnətinə möhkəm sarılın." hədisi də, bu görüşü dəstəkləməkdədir. Hədisi Tirmizi rəvayət edərək, "Bu, həsən-səhih bir hədisdir." açıqlamasını vermişdir.

Hədisdəki "aleykum" kəliməsi də, gərəklilik ifadə etməkdədir. Dil cəhətindən, ətf edilən ilə, üzərinə ətf edilənin hökmü, eynidir. Beləcə, rəşidi xəlifələrin sünnətinə tabe olmaq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sünnətinə tabe olmaqla eynidir. Bu 2 sünnəti, "birinə tabe olmaq, sünnət; digərinə tabe olmaq isə, məndubdur." şəklində ayırmaq, isabətli deyildir. Çünki məndubun yerinə yetirilməsi, gərəklilik ifadə etməz. Hədisdə, "Möhkəm sarılın." ifadəsi də, hər 2 sünnəti də ehtiva etməkdədir. Bu ifadə, sadəcə rəşidi xəlifələrin sünnətinə tabe olmağın məndub olacağını bildirmədən, hər 2 sünnətə da tabe olmağa da təşviq etməkdədir. Ömər (radiyallahu anh)'ın, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyi bir hədisə görə, bizim digər səhabələrin sünnətinə tabe olmağımız da, müstəhəbdir. Bu hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), "Rəbbimdən, məndən sonra səhabələrimin ixtilafını soruşduğumda, 'Ey Muhamməd! Səhabələrin, göydəki ulduzlar kimidir. Aralarında fərqliliklər mövcud olmaqla birlikdə, hər biri, bir yol göstərəcək biliyə sahibdir. Onların ixtilaflarından birinə sarılan da, hidayət üzərədir."

Hədisi, Rəzin rəvayət etmişdir. (Ayrıca, bax: "əl-Mişqat", s. 473)

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, -başda əbu Bəkr və Ömər olmaq üzərə-, rəşidi xəlifələrin sünnətinə tabe olmağımızı təşviq etdiyində, şübhə yoxdur. İbnu'l-Hümam, "Təravih namazını 23 rükət qılmaq, müəkkəd sünnətdir. 11 rükəti isə, bəhsi edilən rəvayətlər səbəbilə, müəkkəd sünnət olmaları əvləviyyətlə gərəklidir. şəklində açıqlasa idi, daha isabətli olardı. Çünki bilindiyi kimi, müəkkəd sünnətlərin dərəcələri də bir-birindən fərqlilik ərz etməkdədir.

Əsəd b. Amr'ın nəqlinə görə, imam əbu Yusuf'un, "Ömər (radiyallahu anh), təravihdə nə etmişdir?" sualına, imam əbu Hənifə,

"Təravih, müəkkəd sünnətdir. Ömər, onunla bağlı, özündən bir şey ortaya atmadı. O, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə mövcud olan bir tətbiqatı əmr etdi." deyə cavab vermişdir.

Eyni məlumat, "Məraqi'l-Fəlah"da (s. 239), "əl-İxtiyar"dan da nəql edilməkdədir.

İmam əbu Hənifənin bu açıqlamasında, təravihin, Ömərin əmr etdiyi şəkildə 20 rükət olaraq müəkkəd sünnət olduğu ifadə edilmək istənilmişdir.

İbnu'l-Hümam'ın açıqlaması isə, əbu Sələmə b. Abdu'r-Rahmən rəvayətinə istinad etməkdədir. Buna görə, onun, "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ramazandakı namazı, necə idi?" sualına, Aişə (radiyallahu anha), "Gərək ramazanda, gərəksə digər zamanlarda, (gecə) 11 rükətdən çox namaz qılmazdı." deyə cavab vermişdir. (Muslim, Musafirin/125).

İbnu'l-Hümam, hədisi, gərək ramazanda, gərəksə də digər zamanlarda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gecə qıldığı namazın, cəmi 11 rükət olduğu şəklində başa düşmüşdür.

Halbuki, bu hədisdə zikr edilən, gecə qıldığı namazların hamısı deyil, sadəcə təhəccüd namazıdır. Necə ki, səhih rəvayətlər də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ramazan ayında, gecələri daha çox namaz qıldığını ifadə etməkdədir. Necə ki, Aişə (radiyallahu anha) da, "Peyğəmbər (sallallahu aleyhi və səlləm), ramazanda, digər gecələrdən daha çox gecə namazı qılardı." (Muslim, Etiqaf/8) demişdir.

Başqa bir rəvayətdə, Aişə (radiyallahu anha): "Ramazanın son 10 günündə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), xanımlarından uzaq durar, gecələrini ibadətlə keçirər və xanımlarını da oyadardı." demişdir. (Buxari, Təravih/6)

Uzun ramazan gecəsini, qiyamını uzadaraq qılınan 11 rükət namazla ibadət etmək, uzaq və çətin bir ehtimaldır. Rəvayətlərdən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ramazan gecələrini çox namaz qılaraq keçirdiyi başa düşülməkdədir. Necə ki, Beyhaqi'nin "Şuabu'l-İman"da, Aişə (radiyallahu anha)'dan nəql etdiyi hədis də, bunu dəstəkləməkdədir. Onun nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), ramazan ayı girdiyində, xanımlarından uzaq durar, ramazan ayı bitincəyə qədər, yatağına gəlməzdi.

Hədisin isnadı, həsəndir.

Digər rəvayətdə isə, Aişə (radiyallahu anha), "Ramazan ayı gəldiyində, Allah rəsulu (sallallahu aleyhi və səlləm) namazını artırar, çoxca dua edərdi. (Çoxca ibadəti səbəbilə), rəngi dəyişərdi." demişdir. (Əzizi, lll, 127)

Bəhsini etdiyimiz rəvayətlər, təhəccüd, xaricində, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in nə qədər namaz qıldığını qəti olaraq ifadə etməməklə bərabər, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, ramazan gecələrində, digərlərindən daha çox namaz qıldığını ortaya qoymaqdadır. Araşdırmalarımızda, əbu Bəkr b. əbu Şeybə'nin, "əl-Musannəf"ində (ll, 394),

Yezid b. Harun ---> İbrahim b. Osman ---> Hakəm ---> Miqsəm

isnadı ilə, ibn Abbas (radiyallahu anh)'ın bir açıqlamasını təsbit etdik. Buna görə o,

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), ramazan ayında, 20 rükət namaz və vitr namazını qılardı." demişdir.

Hədisi:

~ Kəşşi, "əl-Müsnəd"ində;

~ Bəğavi, "Mu'cəm"ində;

~ Taberani, "əl-Mu'cəmu'l-Kəbir"ində;

~ Beyhaqi, "əs-Sünənü'l-Kubra"sında (ll, 496)

rəvayət etmişlərdir. Hədis,

~ "ət-Tə'liqu'l-Həsən"(ll, 56) də mövcuddur.

İsnad yer alan əbu Bəkr b. əbu Şeybə'nin babası İbrahim b. Osman xaricindəki ravilər, siqadır. Alimlərin əksəriyyəti, onun zəif olduğunu söyləmişlərdir. İbn Adiy'in, onunla bağlı açıqlaması, belədir:

"Onun, dəlil ola biləcək rəvayətləri vardır. O, İbrahim b. əbu Hayyə'dən daha yaxşıdır. Yezid b. Harunun verdiyi məlumata gərə, o, dövrünün ən adil qadısı idi. Yezid b. Harun, onun qadılığı dövründə, hədis yazmaqda idi." (bax: "Təhzibu't-Təhzib", Vl, 138)

Təsbitlərimizə görə, haqqında ixtilaf edilməsinə baxmayaraq, İbrahim b. Hayyə, rəvayətləri həsən bir ravidir. Osman əd-Darimi'nin nəqlinə görə, Yəhya b. Main, onu, "şeyx, siqa" ləfzlərilə vəsf etmişdir (bax: "Lisanu'l-Mi'zan", l, 53). Bu halda, ondan daha yaxşı olan İbrahim b. Osman da, ən azından, rəvayətləri həsən bir ravi olmalıdır. Dolayısı ilə, digər səhih hədislərdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, ramazan gecələrində, daha çox namaz qıldığı, ümumi olaraq ifadə edilərkən; bu hədisdə, açıqca bildirilməkdədir.

İbnu'l-Hümam'ın,

"Bu rəvayət, əbu Şeybə İbrahim b. Osman səbəbilə zəifdir. Onun, səhih rəvayətlərə zidd rəvayətlər nəql etdiyi səbəbilə, zəif olduğunda ittifaq vardır." açıqlaması, isabətli deyildir. Çünki ibn Adiyy, onun, siqa olduğunu bildirmiş və rəvayətləri həsən olan başqa bir raviyə, onu tərcih etmişdir. Bəhsi edilən ravinin zəif olduğunu qəbul etsək belə, ibnu'l-Hümam, şəxsən özü, "Fəthu'l-Qadir" (l, 44) "zəif bir rəvayət, səhih olduğuna dair xarici dəlillərlə dəstəkləndiyində, səhih olacağı" qaydasından bəhs etməkdədir. O, itin yaladığı qabın 3 dəfə yuyulması ilə bağlı rəvayətini, əbu Hureyrə (radiyallahu anh)'ın görüşünün də bu yöndə olması səbəbilə, səhih olacağını söyləyərkən, bu qaydanı əsas almışdır. Onun başqa bir yerdəki açıqlaması da, belədir:

"Nəticə etibarı ilə mərfu (haşiyə) olmayan və ya mərfu olan bir rəvayət, başqa bir mərfu rəvayətin onu dəstəkləməsilə, səhih olduğu qəbul edilir. Çünki bənzəri bir rəvayət, onun səhih olduğunu göstərir." (bax: "Fəthu'l-Qadir", l, 115)

------------------------

(Haşiyə:

"Mərfu" kəliməsi, lüğətdə, "yuxarı qaldırmaq, yüksəltmək" mənasına gələn "rəf" məsdərindən ismu'l-məfuldur. Rəf kəliməsi, əvvəlki dövrlərdən bəri, "bir sözü, bir xəbəri, bir kimsəyə nisbət etmə" mənasında istifadə edilməyə başlanılmış (Müsnəd, V, 153); zaman keçdikcə də, "bir sözü, bir xəbəri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə nisbət etmək" şəklindəki termin mənasını qazanmışdır.

Mərfu deyə vəsf edilən rəvayətin sənədinin olub-olmaması, səhih və ya uydurma olması arasında bir fərq yoxdursa da; bir rəvayətə "mərfu" deyildiyində, onun, qətiliklə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə aidiyyəti bildirilmiş olur.

--------------------------------------

Rəşidi xəlifələrin və səhabələrin, ramazan gecələrində zikr edildiyi qədər namaz qılmağa davam etmələri də, bəhsi edilən rəvayəti dəstəkləməkdədir.

Müqəddimədə ifadə etdiyimiz üzərə, mürsəl hədis, imam Şafi və onun görüşünü mənimsəyənlərə görə, zəifdir. Ancaq səhabələrdən birinin görüşünə uyğun olan mürsəl hədis, bütün alimlərə görə, dəlildir. Bunu, ibnu'l-Hümam da ifadə etməkdədir. Necə ki, o,

"Tirmizinin, 'Alimlər, buna görə əməl etməkdədirlər.' ifadəsi, hədisin bu rəvayəti zəif olsa belə, bir əslinin olduğuna dəlalət etməkdədir." deməkdədir. (bax: "Fəthu'l-Qadir", l, 188)

Hansı alim, rəşidi xəlifələrdən və səhabələrdən daha fəzilətli ola bilər? Onların tətbiqatları, rəvayətin əslinin olduğuna necə dəlalət etməmiş olur? Dolayısı ilə, bəhsi keçən rəvayət, səhih deyilsə belə, ən azından həsəndir.

İbnu'l-Hümam'ın, "Səhih rəvayətə müxalif olmaqla bərabər" ifadəsi haqqında, yuxarıda açıqlama vermiş və səhih rəvayətlərə zidd olduğu görüşünün, sadəcə ibnu'l-Hümama aid olduğunu bildirmişdik. Aişə (radiyallahu anha)'nın,

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), gərək ramazanda, gərəksə də digər zamanlarda, (gecə), 11 rükətdən çox namaz qılmazdı." hədisi haqqındakı gecə namazlarının hamısı ilə bağlı olduğu şəklindəki ibnu'l-Hümamın izahı da, isabətli deyildir. Çünki bu hədisdə qəsd edilən, gecə namazlarının hamısı deyil, bir müddət yatdıqdan sonra, qalxıb qıldığı təhəccüd namazıdır. İbnu'l-Hümamın bəhs mövzusu izahının, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ramazan ayında, digər zamanlardan daha çox ibadət etdiyinə dair Aişə (radiyallahu anha) rəvayətlərinə də müxalif olduğunu ifadə etmişdik. Dolayısı ilə, bu mövzuda, bizim izahımız, daha isabətlidir. Burda, ibn əbu Şeybə'nin rəvayətinin, Aişə (radiyallahu anha) hədisinə zidd olmadığını, əksinə, onun, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ramazan ayında, digər zamanlardan daha çox ibadət etdiyinə dair rəvayətlərilə üst-üstə düşdüyünü də zikr etməliyik. Rəşidi xəlifələrin və digər səhabələrin eyni şəkildə qılmaları və ramazan gecələrində vitr xaricində 20 rükət namaz qılmaları da, bu görüşü dəstəkləməkdədir. Hədisin sihhəti üçün, bundan daha sağlam hansı xarici dəlil ola bilər?

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gecə namazı ilə bağlı Aişə (radiyallahu anha)'nın rəvayəti, bir çox alimə görə, problemlidir. Hətta bəziləri, onun, mudtarib (haşiyə) olduğunu belə söyləmişlərdir.

--------------------------------

(Haşiyə:

Lüğətdə, "toqquşmak, dayanmadan hərəkət etmək və nizamın pozulması" kimi mənalara gələn "idtirab" məsdərindən ismu'l-fail olan "mudtarib", hədis termini olaraq, "içlərindən birini, tərcihə imkan verən bir səbəb və ya qərinə olmadan, fərqli (ixtilaflı) sənəd və mətnlərlə rəvayət edilmiş hədis" deməkdir. İdtirab deyilən və bir həllə bağlana bilməyən bu ixtilaflar, hədisin eyni ravidən gələn fərqli rəvayətləri arasında ola biləcəyi kimi; bir hədisi, eyni şeyxdən nəql edən 2 və ya daha çox saydakı ravinin rəvayətləri arasında da ola bilər.

Mudtarib olaraq vəsf edilən bir hədisin fərqli rəvayətlərinin arasını cəm etmək; ya da bu rəvayətlərin birini, ravisinin yaddaş cəhətindən üstünlüyü və ya şeyxinə olan yaxınlığı kimi bir tərcih səbəbinə söykənərək, digərinə tərcih etmək mümkün olarsa, idtirab ortadan qalxar və hədis, məhfuz, mə'ruf, şazz və ya münkər olaraq adlandırılar.

-----------------------------------------

İbn Həcərin, "Fəthu'l-Bari"dəki (lll, 17) açıqlaması, belədir:

Daha əvvəl, vitr namazı ilə bağlı olaraq zikr etdiyimiz üzərə, əbu Sələmə, Aişə (radiyallahu anha)'nın, "Allah rəsulu (sallallahu aleyhi və səlləm), gərək ramazan ayında, gərəksə də digər zamanlarda, 11 rükətdən çox namaz qılmazdı." dediyini rəvayət etməkdədir.

Hişam b. Urvə'nin atası vasitəsilə rəvayətinə görə isə, Aişə (radiyallahu anha):

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), gecə 13 rükət namaz qıldıqdan sonra yatar, sabah namazının azanı oxununca, qalxıb 2 rükət namaz qılardı."

Hədisi, Buxari (Tatavvu, 4) rəvayət etmişdir.

İbnu'l-Hümam'ın açıqlamasının qəribə bir yönü də, rəşidi xəlifələrin, səhabələrin, müctəhid imamlar və ümum müsəlmanların tətbiqatına uyğun olduğu halda, ibn əbu Şeybə'nin rəvayətini, dəlil olaraq istifadə etməməsidir. Halbuki o, digər rəvayətlərinə müxalif olmasına baxmayaraq, Aişə (radiyallahu anha)'nın rəvayətini isə, dəlil olaraq istifadə etməkdədir. İbnu'l-Hümam'ın,

"Bəhs mövzusu səbəb mövcud olmadığında, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, namazı, zikr edəcəyimiz şəkildə qılacağını başa düşməkdəyik. Bu halda, təravih namazının 20 rükət qılınması, müstəhəb; bəhsi edilən miqdarda (yəni, 8 rükət) qılınması isə, sünnətdir." açıqlaması da yalnışdır. Çünki bəhsi edilən səbəb mövcud olmasaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Özündən sonra rəşidi xəlifələrin və səhabələrin qıldığı kimi qılmağa davam edərdi. Necə ki, isnadının həsən olduğunu təsbit etdiyimiz ibn Abbas (radiyallahu anh) rəvayətində də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, təravihi 20 rükət qıldığı ifadə edilməkdədir. Bu rəvayətin zəif olduğu iləri sürüləcək olarsa, rəşidi xəlifələr və səhabələrin tətbiqatlarının, bəhsi edilən zəifliyi ortadan qaldırdığını unutmamaq lazımdır.

Nəticə etibarı ilə, təravih namazının 20 rükət qılınması, ardınca vitr namazının qılınması, müəkkəd sünnətdir. Dolayısı ilə, bunu tərk edən, yalnış etmiş olar. Əskik qılan da, qınanar.

İmam Malik, ibn əbu Şeybə və Səid b. Mənsur'un, Muhamməd b. Yusuf vasitəsilə rəvayətlərinə görə, Səib b. Yezid:

"Ömər, Ubey b. Ka'b və Təmim əd-Dari'yə, 11 rükət namaz qıldırmalarını əmr etdi. İmam, hər rükətdə, 200 ayət oxumaqda idi. Biz, qiyamın uzun olması səbəbilə, əsalarımıza söykənmək məcburiyyətində qalırdıq." (İbn əbu Şeybə, "əl-Musannəf", ll, 391; "Asaru's-Sünən", ll, 52)

Bu rəvayət əsas alınaraq,

"Ömərin insanlara təravihi 20 rükət qılmalarını əmr etməsi, qəti deyildir. Əksinə, o, insanları, təravihi 11 ilə 23 rükət arasında camaatla qılmaları üçün toplamışdır." deyilə bilməz. Çünki bu rəvayətin mətni, problemlidir. Çünki Muhamməd b. Yusuf, hədisi, fərqli ləfzlərlə rəvayət etmişdir. Necə ki,

~ imam Malik, onun vasitəsilə, "Muvatta"sında (bax: Salat fi'r-ramadan", 4);

~ ibn əbu Şeybə, Yəhya b. Səid əl-Qattan vasitəsilə;

~ Səid b. Mansur da, Əbdü'l-Əziz b. Muhamməd vasitəsilə,

11 rükət olaraq rəvayət etmişlərdir.

"Qiyamu'l-Leyl"də, Muhamməd b. Nasr, Muhamməd b. İshaq ---> Muhamməd b. Yusuf vasitəsilə, 13 rükət ləfzilə rəvayət etmişdir.

İbn Həcər'in, "Fəthu'l-Bari"(lV, 219) ifadə etdiyinə görə, Abdu'r-Rəzzaq b. Həmmam isə, başqa bir isnadla, Muhamməd b. Yusuf'dan 21 rükət ləfzilə nəql etmişdir. (bax: Abdu'r-Rəzzaq b. Həmmam, "əl-Musannəf", lV, 260)

Rəvayətlə bağlı bu ixtilaflar, onun dəlil olmasına əngəldir.

İbn Abdi'l-Bərr'in rəvayətlə bağlı açıqlaması isə, belədir:

Bu hədisi, imam Malik xaricindəkilər, 21 rükət olaraq rəvayət etmişlərdir. Səhih olan da, budur (yəni, 21 rükət). İmam Malik xaricində, onu, 11 rükət olaraq rəvayət edən başqa birini bilmirəm. Mənə görə, "11 rükət" qismi, böyük bir ehtimalla, xətalıdır.

Bu məlumat, "ət-Tə'liqu'l-Həsən"(ll, 52), Zurqani'nin "Şərhu'l-Muvatta"sından nəql edilməkdədir.

Bizə görə, xəta, imam Malikdən deyil, Muhamməd b. Yusuf'dan qaynaqlanmaqdadır. Çünki hədisi, 21, 11 və 13 olmaq üzərə fərqli ləfzlərlə rəvayət edən, odur. İbn Həcər və digərlərinin də ifadə etdiyi üzərə, bəhsi edilən ixtilafları, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in fərqli zamanlardakı tətbiqatları olaraq açıqlamaq, çətin bir izahdır. Çünki hamısının qaynağı, birdir. Bu halda, fərqli zamanlardakı tətbiqatlar olaraq açıqlamaq, isabətli olmaz.

Mövzu ilə bağlı səhih rəvayət, Yezid b. Xasifə'nin nəqlidir. Onun rəvayətinə görə, Səib b. Yezid,

"Ömər zamanında, səhabələr, təravih namazını, 21 rükət olaraq qılmaqda idilər." demişdir.

Yuxarıda da zikr etdiyimiz üzərə, bunu, Beyhaqi ("əs-Sünənü'l-Kubra", ll, 496) rəvayət etmişdir. İsnadı, səhihdir. İbn Həcər, "Fəthu'l-Bari"(lV, 219), onu, imam Malikin rəvayət etdiyini söyləmişdir.

Bəhsi keçən hədisi dəstəkləyən, bir çox rəvayət də mövcuddur. Necə ki, imam Malik'in rəvayətinə görə,

~ Yezid b. Ruman,

"Ömər (radiyallahu anh) dövründə, insanlar, təravih namazını, vitrlə birlikdə 23 rükət qılmaqda idilər." demişdir. Mürsəl olmaqla birlikdə, isnadı, güclüdür.

~ Yəhya b. Səid,

"Ömər (radiyallahu anh), imama, insanlara 20 rükət təravih namazı qıldırmasını əmr etmişdir." demişdir. Mürsəl olmaqla bərabər, isnadı, güclüdür.

~ Əbdü'l-Əziz b. Rəfi də,

"Ubey b. Ka'b, Mədinədə, insanlara, 20 rükət təravih və 3 rükət vitr qıldırırdı." demişdir. Mürsəl olmaqla bərabər, isnadı, güclüdür.

Bu rəvayətlərin hamısını, yuxarıda da zikr etmişdik.

Yezid b. Xasifə'nin Səib b. Yezid'dən rəvayəti, Muhamməd b. Yusuf rəvayətindən daha güclü və tərcihə daha uyğundur. Çünki Muhamməd b. Yusufun rəvayətində ixtilaf edilərkən; onun rəvayətilə bağlı, hər hansı bir ixtilaf mövcud deyil.

Ömər (radiyallahu anh)'ın, Ubey b. Ka'b və Təmim əd-Dari'yə, insanlara 11 rükət təravih namazı qıldırmalarını əmr etdiyi, səhih qəbul edildiyi təqdirdə, bu rəvayətdə, onun, insanlara, 11 və 23 rükət qılmalarına icazə verdiyinə dair, hər hansı bir dəlil mövcud deyil. O, başlanğıcda, məlumatı olmadığı üçün 11 rükət qılmalarını; daha sonra isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in 20 rükət təravih və 3 rükət vitr qıldığına dair gələn məlumat üzərinə, bu şəkildə qılmalarını əmr etmiş ola bilər. Əgər Ömər, həm 11, həm də 23 rükət qılına biləcəyini söyləsəydi, bu, daha sonra, Osman və Əli dövründə də davam edərdi. Halbuki, bu 2 xəlifə dövründə, təravihin, bəhsi edilən 2 şəkildə də qılına biləcəyinə dair, hər hansı bir məlumat yoxdur.

İmam Malik'in, A'rəc'dən nəql etdiyi:

"Ramazanda, müsəlmanlar, (qunut dualarında), kafirlərə bəd dua (qarğış) edirlərdi. İmam, Bəqərə surəsini, 8 rükət təravih namazında oxuyurdu. İnsanlar, imamın geri qalan 12 rükətdəki oxuduğu Quranı isə, az görürlərdi." ("Muvatta", "Salat fi'r-Ramadan/6) şəklindəki xəbərdə, imamın, 8 rükəti, bir salam; 12 rükəti də, 1 salamla qıldığı deyilməməkdədir. Bu rəvayətdə, bildirilmək istənilən, 20 rükət qılınan təravihin, ilk rükətlərində qiraətin uzun, geri qalanlarında isə, qısa tutulduğudur. Ehtimalın olduğu yerdə, dəlil, məqbul olmaz.

İbn Qudamə'nin "əl-Muğni"dəki (l, 803) açıqlaması, belədir:

Əhməd b. Hənbəl'in tərcihi, təravihin 20 rükət olduğudur. Süfyan əs-Sevri, imam əbu Hənifə və imam Şafi də, bu görüşdədirlər. İmam Malik isə, Mədinə əhlinin başlanğıcdakı tətbiqatına görə, təravih namazının 36 rükət olduğunu ifadə etmişdir. Ona görə, Salih Məvlə't-Təv'əmə, "İnsanları, 5 rükəti vitr olmaq üzərə, 41 rükət təravih namazı qılarkən gördüm." demişdir.

Bizim (HƏNƏFİLƏRİN) dəlilimiz isə, əbu Davudun rəvayət etdiyi, Ubey b. Ka'b'ın, Ömərin əmri üzərinə, insanlara 21 rükət təravih namazı qıldırmasıdır. Bunu, Səib b. Yezid rəvayət etmiş, ayrıca bu hədis, başqa bir çox isnadla da nəql edilmişdir.

İmam Malikin nəqlinə görə də, Yezid b. Ruman,

"Ömər dövründə, insanlar, 23 rükət təravih namazı qılırlardı." ("əl-Muvatta", "Salat fi'r-Ramadan", 5) demişdir.

Əli (radiyallahu anh)'ın da, təravih imamına, 20 rükət qıldırmasını əmr etdiyi rəvayət edilmişdir.

Bu rəvayətlər, təravih namazının, 20 rükət olduğuna dair icmanın mövcud olduğu mənasına gəlməkdədir.

Salih Məvlə't-Təv'əmə'nin rəvayəti isə, zəifdir. Ayrıca, onun, "insanlar" ifadəsilə kimi qəsd etdiyini də bilmirik. Möhtəmələn, o, bəhsini etdiyi şəkildə namaz qılan bəzi kimsələrə rast gəlmişdir. Ancaq bu, dəlil olmaz. Mədinə əhlinin bəhs edildiyi kimi qıldıqları səhih olsa belə, tabe olunmağa, Ömər və səhabələrin icması, daha layiqdir. Bəzi alimlər, Mədinə əhlinin təravihi bu şəkildə qılmalarının, Məkkə əhlinə bənzəmək olduğunu söyləmişlərdir. Çünki Məkkə əhli, təravih namazında, hər salamdan sonra, Kəbəni 7 dəfə tavaf etməkdə idilər. Mədinəlilər də, bunun yerinə, 4 rükət namaz qılmaq istəmişlərdir. Ancaq Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səhabələrinin tətbiqatı, ən uyğun; və tabe olunması ən çox lazım gələndir.

İbn Həcər, "Fəthu'l-Bari"(lV, 220), Muhamməd b. Nasr vasitəsilə nəql etdiyinə görə, Davud b. Qays:

"Mədinədə, Əban b. Osman və Ömər b. Əbdü'l-Əziz dövrlərində, insanların 3 rükət vitr və 36 rükət təravih namazı qıldıqlarını gördüm." demişdir.

Zafərani'nin nəqlinə görə də, imam Şafi:"İnsanların, təravih namazını, Mədinədə, 39; Məkkədə isə, 23 rükət qıldıqlarını gördüm." demişdir.

Nəticə etibarı ilə, səhabənin, təravih namazını 20 rükətdən daha az qıldığına dair Muhamməd b. Yusuf rəvayəti xaricində, başqa bir məlumata sahib deyilik. Ancaq yuxarıda da ifadə etdiyimiz üzərə, mətn cəhətindən problemli olduğu üçün, dəlil ola bilməz. Əgər ibnu'l-Hümam'ın iddia etdiyi kimi, təravih namazının 11 rükəti, sünnət; geri qalanı, müstəhəb olsaydı, sələfin belə bir tətbiqatı, mütləq nəql edilərdi. Dolayısı ilə, bu görüş, yalnışdır və icmaya da müxalifdir.

"əl-Hidayə" müəllifinin: "Rəşidi xəlifələrin, təravihi 20 rükət qılmağa davam etdikləri, doğru deyildir. Çünki əbu Bəkr (radiyallahu anh), təravihi, 20 rükət qılmamış və qıldırmamışdır." iddiasına, "əl-Fəth"(l, 407), verilən cavab, budur:

"Rəşidi xəlifələr, təravihi 20 rükət qılmağa davam etmişlərdir." cümləsi, ümumilikdə belə olduğunu ifadə etməkdədir. Xəlifələrin hamısı deyil, Ömər, Osman və Əli, 20 rükət qılmağa davam etmişlərdir.

"əl-Hidayə" müəllifi, "Ömər və Osmanın, təravih namazını camaatla 20 rükət olaraq qıldıqları, sabit deyildir." ifadələrilə, 3 xəlifənin də təravihi 20 rükət qılmağa davam etmədiklərini qəsd etmiş olmalıdır.

"əl-Hidayə" müəllifinin açıqlamaları, tamamilə yalnışdır. Bunun səbəbi, onun anlayış və araşdırmalarının, kifayət qədər olmaması ilə fiqhi məfhumları bilməməsidir. Çünki sünnəti müəyyənləşdirən, sadəcə bir şeyə davam etmək deyildir. Bir şeyin sünnət olduğunu müəyyənləşdirən "davam etmək" də, 2 qisimdir:

1. Birincisi: Rəvatib sünnətlər və camaata getmək də olduğu kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in şəxsən tətbiqatıdır.

2. İkincisi isə: Azan və iqamə gətirmədə olduğu kimi, davamlı edilməsinə dair Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in təşviqinin mövcud olmasıdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, şəxsən, nadir olaraq tətbiq etdiyini bilmələrinə baxmayaraq, alimlər, bunların sünnət olduğunda icma etmişdir. Alimlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in məşru qılması və əhəmiyyətlə təşviq etməsi səbəbilə, bunların sünnət olduğunu söyləmişlərdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in davam etməsi, ikiyə ayrıldığı kimi; rəşidi xəlifələrin davam etmələri də, 2 qisimdir. "Bahru'l-Ulum"un, "Şərhu't-Tahrir"də, "Fətava'l-allamə Abdu'l-Hayy"da (l, 128) ifadə edildiyi və bir çox üsul aliminin fərqli yerlərdə zikr etdikləri kimi, bunlardan hər biri, sünnəti müəyyənləşdirir.

3 xəlifənin 20 rükət təravih namazını camaatla qılmağa davam etmədiklərini qəbul etsək belə, bu, feli olaraq davam etmədikləri mənasına gəlir. Çünki yuxarıda zikr etdiyimiz rəvayətlərdən, onların, təravihə davam etmələrinin, dini olduğunu qəbul etdikləri başa düşülməkdədir. İbn Qudamə, bu mövzuda, icma olduğunu söyləmişdir. Əhməd b. Hənbəl'in həyatını tədqiq edən, onun, Ömərin təravih namazını camaatla qıldığını qəti olaraq ifadə etdiyini görər. Ayrıca, o, səhabələrdən: Cabir b. Abdullah, Əli və Abdullah'ın da, təravihi camaatla qıldıqlarını söyləmişdir. Bunları, yuxarıda da, "əl-Muğni"dən nəql etmişdik. Əhməd b. Hənbəl, bunları, dəlil olaraq zikr etmişdir.

Bəzilərinə görə hədis hafizi və iləridə gələn alim olaraq vəsf edilən Şəvkani'nin "Neylu'l-Əvtar"dakı (ll, 295) açıqlaması, belədir:

"Alimlər, təravih namazının camaatla və ya evdə fərdi olaraq qılınmasında, ixtilaf etmişlərdir. İmam Şafi və ona tabe olanların əksəriyyəti; imam əbu Hənifə; Əhməd b. Hənbəl; Maliki'lərdən bir qismi və digər bəzi alimlər, camaatla qılınmasının daha fəzilətli olduğu görüşündədirlər. Ömər və səhabələr də, camaatla qılmışlar; müsəlmanlar da, bu şəkildə qılmağa davam etmişlərdir."

Bu açıqlamalar da, Ömər'in, təravihi, camaatla qıldığını ifadə etməkdədir.

Ancaq ibn Vehb ---> Leys isnadı ilə nəql edildiyinə görə, Yəhya b. Səid, idarəçinin, imamın arxasında namaz qılması ilə bağlı bir suala,

"Ömər və Osmanın, təravihi, məsciddə camaatla qıldıqlarına dair bir xəbər gəlməmişdir." şəklində cavab vermişdir. Bu, "əl-Müdəvvənə"(l, 194) də nəql edilməkdədir.

Ancaq bu, yuxarıdakı rəvayətlə ziddiyyət içində deyildir. Çünki bu xəbərdə, Ömər və Osmanın, imama tabe olaraq təravih namazı qılmadıqları ifadə edilməkdədir. Ancaq onların, insanlara, təravih namazı qıldırdıqlarından isə, bəhs edilməməkdədir. Ayrıca, Yəhya b. Səid'in bilməməsi, mövzu ilə bağlı, başqalarının da bilmədikləri mənasına gəlmir. Necə ki, Ömər, Əli, Cabir və Abdullahın, təravihi, camaatlara qıldıqları xəbəri, Əhməd b. Hənbəl'ə çatmışdır. Üstəlik, ona görə, bu xəbər, səhihdir. Bizə görə, xəlifələrdən birinin davam etməsi və digər səhabələrin ittifaq etmələri, təravih namazının sünnət olması üçün, kifayətdir.

Beyhaqi'nin, "əs-Sünənü'l-Kubra"sında (ll, 496),

əbu'l-Hüseyn b. Fadl əl-Qattan ---> Muhamməd b. Əhməd b. İsa b. Abd ər-Razi ---> əbu Amir Ömər b. Təmim ---> Əhməd b. Abdullah ---> Hammad b. Şuayb ---> Ata b. Səib ---> əbu Abdu'r-Rahmən əs-Suləmi

isnadı ilə nəql edildiyinə görə, Əli (radiyallahu anh), ramazanda, Quran hafizlərini çağıraraq, onlardan birinə, insanlara, 20 rükət təravih namazı qıldırmasını əmr etmişdir.

əbu Abdu'r-Rahmən əs-Suləmi, Əli (radiyallahu anh)'ın da, onlara, vitr namazı qıldırdığını söyləmişdir. "ət-Tə'liqu'l-Həsən"də də zikr edildiyi üzərə, hədis, başqa isnadla da nəql edilmişdir. Niməvi (ll, 56), isnaddakı Hammad b. Şuayb'ın, zəif olduğunu söyləmişdir. Niməvi, daha sonra, "Mizanu'l-İtidal"dan, onun zəif olduğunu ifadə edən münəqqidlərin (tənqidçilərin) görüşlərini nəql etməkdədir.

"Lisanu'l-Mizan"dakı (ll, 348) açıqlama isə, belədir:

~ İbn Adiyy, "Zəif olmaqla bərabər, hədisi, yazıla bilər." demişdir.

~ Hakim ən-Nisaburi, onun rəvayətini, "Müstədrək"inə almışdır.

Bəhsi edilən hədis, başqa isnadla da nəql edilmək surətilə, həsən səviyyəsinə çatmışdır. Orda, Əli (radiyallahu anh)'ın, təravih namazını 20 rükət qıldırmağı əmr etdiyi, açıqca ifadə edilməkdədir. Ayrıca, hədisdən, Əli (radiyallahu anh)'ın, təravih namazını, onlarla bərabər qıldığı da başa düşülməkdədir.

"əd-Durru'l-Muxtar"da: "Tərcih edilən görüşə görə, təravih namazında, hər salamdan sonra, oturular." deyilməkdədir.

Tahavi isə, imam Züfər'in, bunu, imam əbu Hənifədən rəvayət etdiyini söyləmişdir. Fətva da, buna görədir.

Arada bardaş quraraq və ya ayaqlarını qarnına doğru çəkərək oturula biləcəyi də söylənilmişdir.

Təravih namazında, təşəhhüdə gəlindiyində, üzrlü olan və ya olmayanın, təşəhhüddəki kimi otura biləcəyində, ixtilaf yoxdur. ("Nəhr", l, 463)

Deyirəm:

"Büluğu'l-Məram"da (l, 80), Aişə (radiyallahu anha)'nın:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i, bardaş quraraq namaz qılarkən gördüm." (Nəsai, "Qiyamu'l-Leyl", 22) dediyi nəql edilməkdədir. Hədisi, Nəsai rəvayət etmiş; Hakim ən-Nisaburi də, səhih olduğunu söyləmişdir.

Hədis ilə bağlı "Neylu'l-Əvtar"dakı açıqlama, belədir:

"Hədis, oturaraq namaz qılan kimsənin, bardaş qurmasının müstəhəb olduğuna dəlalət etməkdədir. Bu, iman əbu Hənifə, imam Malik, imam Əhməd b. Hənbəl və bir rəvayətə görə imam Şafi'nin görüşüdür."

Ancaq bizə görə, hədis, buna dəlalət etməməkdədir. Çünki hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, fərz və ya nafilə namaz qıldığı, üzr səbəbilə oturub-oturmadığı zikr edilməməkdədir.

(Təhanəvi, "İ'lau's-Sünən")

------------------------------------------------------------------------

• İmam Əbu Hənifə’nin məzhəbi və Təravih namazı

Hənəfi fəqihi Alləmə Burhənud-Din Əli bin Əbi Bəkr əl-Mərğinəni (vəfatı hicri 593) məşhur “əl-Hidəyə” kitabında deyir:

“Ramazan ayında işə namazından sonra insanların toplanması və imamlarının onlara beş tərvihə qıldırması müstəhəbdir.”[1]

Beş tərvihə isə iyirmi rükət edir, çünki hər tərvihədə dörd rükət olur. Əbul-Həsən Əli bin əl-Hüseyn əs-Suğdi (vəfatı 461) deyir: “Altıncı təravih namazıdır və o, ramazan ayının hər gecəsində (qılınan) iyirmi rükətdir; hər iki rükətdən bir salam verir...”[2]

Şəmsul-Əimmə Əbu Səhl əs-Səraxsi (vəfatı hicri 483) deyir: “... belə ki, o, bizə görə vitrdən savayı iyirmi rükətdir...”[3]

Həmçinin digər böyük hənəfi alimi Aləud-Din əl-Kəsəni deyir: “Miqdarına gəldikdə isə on salamdan və beş tərvihədən ibarət iyirmi rükətdir; hər tərvihədə iki salam vardır və bu, alimlərin böyük əksəriyyətinin görüşüdür. Malik isə bir görüşündə otuz altı rükət, digər görüşündə isə iyirmi altı rükət demişdir. Doğru olan əksəriyyətin görüşüdür, çünki rəvayət olunduğu kimi Ömər – radiyallahu anhu – Allahın elçisinin – salləllahu aleyhi va səlləm – səhabələrini ramazan ayında Ubeyy bin Kəb’in arxasında topladı və (Ubeyy) onlara hər gecə iyirmi rükət qıldı. Heç kim ona bu əməlini inkar etmədi, beləliklə də bu, onlar tərəfindən bu əməl üzərində bir icma olur.”[4]

Hənəfi məzhəbində bu yöndə hər hansı bir ixtilafın olduğu bizə məlum deyildir. Bəzi cahillər, bəzi çaplardakı xətalara və ya anlaya bilmədikləri bəzi naqis sitatlara etibar edərək, təravihin, hənəfi alimlərində on bir rükət olduğunu söyləyiblər. Bu isə, cahilliklərinin qurbanı olmuş bəzi kəslərin acizlikdən söylədikləri sözlərdən başqa bir şey deyildir.

[1] “əl-Hidəyə fi Şərhil-Bidəyə”, 1/70;

[2] “ən-Nutəfu fil-Fətəva”, 1/106;

[3] “əl-Məbsut fi Şərhil-Kəfi”, 2/144;

[4] “Bədəius-Sanəi fi Tərtibiş-Şərai”, 1/288;

---------------------------------------

İmam əş-Şafeinin Görüşü - Təravih Namazı:

İmam əş-Şafei “əl-Umm” kitabında deyir: “Ramazan ayının qiyamına gəldikdə isə bir kimsənin onu tək qılması mənim üçün ondan daha sevimlidir. Mədinədə onları otuz doqquz rükət qılarkən gördüm, *mənim üçün sevimli olan isə iyirmidir, çünki bu, Ömərdən rəvayət olunub. Məkkədə də bu cür qılırlar və üç rükət vitr edirlər.“ [ əl-Umm”, 1/167 ]

Şafei fəqihi Fəxrul-İsləm Əbu Bəkr əş-Şəşi (vəfatı hicri 507) deyir: “Ratibə sünnətləri arasında təravih namazı da vardır və o, on salam ilə birlikdə iyirmi rükətdir. Əbu Hənifə və Əhməd də bu cür deyib. Onun camaatda qılınması daha əfzəldir; əl-Buveyti bunu bir mənalı olaraq bildirmişdir. Əshabımızdan elələri də var ki, məscidlərdə camaat tərk edilmədiyi müddətcə evdə qılınmasının daha əfzəl olduğunu söyləmişdir. Məzhəbin görüşü isə birinci görüşdür.” [ Hilyətul-Uləmə fi Mərifəti Məzəhibil-Fuqahə”, 2/119 ]

İmam ən-Nəvəvi deyir: “Məzhəbimiz budur ki, o, vitrdən savayı *on salamla birlikdə iyirmi rükətdir və bu, beş tərvihədir və bir tərvihə iki salamla birlikdə dörd rükətdir. Məzhəbimiz budur və Əbu Hənifə, onun əshabı, Əhməd, Davud və başqaları da bu görüşdə olmuşdur və bunu əl-Qadi İyad alimlərin əksəriyyətindən nəql etmişdir...” [ əl-Məcmu Şərh əl-Muhəzzəb”, 4/32 ]

----------------------------------------------------------------------------------------

• İmam Malikin görüşü və maliki məzhəbi / Təravih namazı;

İmam Malik “əl-Mudəvvanə əl-Kubra” kitabında deyir: “Əmir mənim yanıma (adam) göndərdi və insanların Mədinədə qıldıqları ramazanın qiyamını azaltmaq istədi.” İbnul-Qasim dedi: “Bu, vitr iləbirlikdə otuz doqquz rükətdir; (yəni) otuz altı rükət və vitr üç rükətdir.” İmam Malik dedi: “Ondan bir şey azaltmasını ona qadağan etdim və ona dedim: “Mən insanları gördüyümdən bu cür qılırlar və bu, insanların hər zaman üzərində olduqları qədim bir haldır.”[1]

əl-Mudəvvanə kitabını İmam Səhnun bin Said ət-Tənuxi öz şeyxi, İmam Malik’in tələbəsi İbnul-Qasim’dən rəvayət edir. Beləliklə də biz bu səhih, sabit, aşkar sözlərdən öyrənirik ki, İmam Malik özü otuz doqquz rükətin Mədinədə lap öncədən mövcud olduğunu deyir. Otuz altı rükəti azaltmaq istəyən əmirə bunu etməyi qadağan edən İmam Malik’in “bu qədər çoxlu rükətin haradan çıxarıldığını bilmirəm” deməsi, sağlam düşüncənin qəbul etmədiyi bir şeydir.

Onu da əlavə edək ki, İmam Malikdən gələn bir digər rəvayətdə o, cumhur ilə razılaşmışdır. Məşhur maliki fəqihi İbn Rüşd əl-Həfid deyir:

“İnsanların ramazan ayında qıldıqların rükətlərin sayında seçimə layiq olan sayın hansı olmasında ixtilaf etdilər; Malik - iki görüşündən birində -Əbu Hənifə, əş-Şafi, Əhməd və Davud, vitrdən savayı iyirmi rükətin qılınması görüşünə üstünlük verdilər. İbnul-Qasim isə Malik’dən onun otuz altı rükəti və üç rükət vitri gözəl görməsini zikr etmişdir.”[2]

Maraqlıdır ki, maliki alimlərindən bir çoxu təravihin əsl etibarı ilə iyirmi rükət olduğunu, sonra üzərinə əlavə edilərək otuz altı edildiyini qeyd edirlər. Misal üçün maliki fəqihi, üsulçu alim Cəməlud-Din bin Ömər İbnul-Həcib əl-Kurdi (vəfatı hicri 646) “Cəmi’ul-Ummuhət” kitabında deyir: “... və o, vitr ilə birlikdə iyirmi üç rükətdir və sonra otuz doqquz rükət edilmişdir...”[3]

Xalil bin İshaq da “əl-Muxtəsar” kitabında bu sözləri eyni ilə zikr etmişdir. Bunun səbəbini isə maliki alimi Şihəbud-Din Əhməd bin Ğanim ən-Nəfravi belə izah edir:

“Bu görüşü (yəni otuz altı rükət görüşünü) Malik “əl-Mudəvvanə” kitabında seçmişdir və gözəl saymışdır və Mədinə əhlinin əməli bunun üzərinədir. Ona tabe olanlardan bəziləri digər bütün ölkələrdən əməlinin bunun üzərində olması səbəbi ilə Ömər bin əl-Xattab’ın insanları üzərində cəm etdiyi saya, yəni birinci görüşə üstünlük vermişdir. Buna görə də Xalil cümləni “...vitr, onun iki rükəti iləbirlikdə iyirmi üç rükətdir” sözləri ilə başlamışdır.”[4]

Buna görə də, son dönəm maliki alimlərindən bir çoxu fiqh mətnlərində təravih’in sadəcəolaraq iyirmi rükət olduğunu qeyd etməklə kifayətləniblər. Misal üçün Əhməd bin Muhəmməd bin Əhməd əd-Dərdir (vəfatı hicri 1201) “Əqrabul-Məsəlik” adlı kitabında deyir:

“Təravih iyirmi rükətdir.”[5]

Bu kitaba müəllifin özünün yazdığı və “əş-Şərh əs-Sağir” adlı şərhə haşiyə yazmış əs-Savi adı ilə məşhur olan Əbul-Abbas Əhməd bin Muhəmməd əl-Xalvati haşiyəsində buna heç bir etiraz etməmişdir. Ümumilikdə orta əsrlərdən başlayaraq maliki fəqihləri də vurğulayırlar ki, təravihdə ümmət iyirmi rükət üzərində əməl etmişdir, bunun həm sələfin, həm də xələfin məzhəbi olduğunu deyirlər.

[1] “əl-Mudəvvanə əl-Kubra”, 1/287;

[2] “Bidəyətul-Muctəhid va Nihəyətul-Muqtəsid”, 1/219;

[3] “Cəmiul-Ummuhət”, səh: 132;

[4] “əl-Fəvakihud-Dəvani alə Risələti İbn Əbi Zeyd əl-Qayravani”, 1/319;

[5] “Əqrabul-Məsəlik ilə Məzhəbil-İməm Məlik”, səh: 20;

-----------------------------------------------

• İmam Əhmədin məzhəbi - Təravih namazı

Hənbəli fiqhində ilk müxtəsər fiqh mətnini yazmış Əbul-Qasim Ömər bin əl-Hüseyn əl-Xiraqi (vəfatı hicri 334) həmin müxtəsərində deyir:

“Ramazan ayının namazları iyirmi rükətdir.” [1]

Bu sözlərin şərhində əl-Muvaffəq İbn Qudəmə deyir: “Əbu Abdilləh’ə - rahiməhul – görə seçimə layiq olan iyirmi rükətdir; əs-Səvri, Əbu Hənifə və əş-Şafi də bu görüş də olub.”[2]

əd-Darir Nurud-Din əl-Bəsri deyir: “İmamımız Əhmədə –radiyallahu anhu – görə seçimə layiq olan iyirmi rükətdir və bu görüşdə həmçinin Əbu Hənifə və əş-Şafi olmuşdur.”[3]

Əbul-Bərakət Məcdud-Din Abdus-Sələm ibn Teymiyyə əl-Hərrani (vəfatı hicri 652) “əl-Muhərrar” adlı kitabında deyir: “Təravih sünnət namazı iyirmi rükətdir və arada nafilələr qılmaq məkruhdur.”[4]

Şəmsud-Din Muhəmməd bin Muflih (vəfatı hicri 763) bu sözlərlə bağlı deyir: “Qəsdi –doğrusunu Allah bilir – budur ki, əfzəl olan bu saydır, yoxsa digər sayların məkruh olması deyildir. İmam Əhmədin kəlamı da buna uyğundur, belə ki, o, iyirmidən artıq qılmaqda bir problemin olmadığını demişdir.” [5]

Fəqih Təqiyyud-Din İbnun-Nəccər əl-Fətuhi (vəfatı hicri 872) deyir: “Təravih ramazanda camaat ilə qılınan iyirmi rükətdir, hər iki rükətdən bir salam verilir...”[6]

İmam Əhmədin məzhəbində başqa bir görüş yoxdur. Bəziləri deyiblər ki, müəyyən bir say yoxdur, bütün saylar, caizdir. Lakin İmam Əhmədin əshabının üzərində durduğu və Əhmədin məzhəbi kimi müəyyənləşdirdiyi görüş budur ki, təravih iyirmi rükətdir. Bu görüşdə Əbu Hənifə, Sufyan əs-Səvri, Abdullah ibn əl-Mubərak, əş-Şafi və başqaları ilə razılaşmışdır.

[1] “Muxtəsar əl-Xiraqi”, səh: 29

[2] “əl-Muğni”, 2/123;

[3] “əl-Vadih fi Şərh Muxtəsar əl-Xiraqi”, 1/347;

[4] “əl-Muhərrar”, 1/90;

[5] əl-Muhərrar”, 1/90;

[6] “Muntəhə əl-İradət”, 1/269;

-------------------------------------------------------------------------------------

Əlavələr:

Təravih namazı (2)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99ravih-namazi-2

Təravih namazı (3)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99ravih-namazi-3

Təravih namazı (fiqh)

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99ravih-namazi-fiqh

 

 

Read 1.869 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR