Tövhidin isbatında fayda dəlili
Müəllif Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh), "Məsnəvi-i Nuriyyə", "Nöqtə" risaləsi, "Üçüncü Bürhan", s. 219-220)
Müəllifimiz, belə deyir:
"Tarîk-i Kur'ânî iki nevidir."
Yəni:
Tövhidin isbatında Quranın yolu, ikidir.
-------------------
• Birincisi: Delil-i inayet ve gayettir ki, menâfi-i eşyayı tâdât eden bütün âyat-ı Kur'âniye bu delili nesc ve şu burhanı tanzim ediyorlar.
Yəni:
Birincisi: İnayət və qayə dəlilidir ki, əşyanın mənfəətlərini sayan bütün Quran ayələri, bu dəlili nəsc edir (yəni, toxuyur) və bu bürhanı (dəlili) tənzim edirlər.
Quranda, əşyanın faydalarını sayan bütün ayələr, diqqətimizi, bu dəlilə çəkməkdədirlər. Diqqət edilsə, bizə fayda təmin edən əşyanın meydana gəlməsində vəzifə tutan səbəblərin heç biri, gördüyü işin qayəsini bilmədiyi kimi; bizlərə rəhm edib inayət etmələri də, mümkün deyildir.
Bizi əhatə edən varlıqların heç biri, bizi tanımamaqda; bizim ehtiyacımızı bilməməkdə; ancaq, buna baxmayaraq, bizə kömək etməkdədirlər. Quran, bu qayə və inayət (yardım) dəlilini göstərməklə, insanın ağıl və qəlbini, səbəblərdən çəkib bir-başa Allahın rəhmət və inayətinə bağlamaqdadır. Qayə/məqsəd ilə bağlı bütün ayələr, səbəblərin təsir sahibi olmadıqlarını ortaya qoymaqla, məxluqatın bizə kömək etmələrinin, ancaq və ancaq, Allahın inayəti/yardımı ilə olduğunu dərs verməkdədirlər. Məsələn:
~ Günəş, öz işığını bizə göndərərkən, nə üçün göndərdiyini bilməz. Yəni, işıq verməsinin qayəsindən xəbərsizdir. Yəni, o, bizim gözümüzü tanıyıb ona yardım üçün işığını göndərməməkdədir.
~ Yenə, ağac, meyvə verərkən, nə üçün verdiyini bilməz və bunu, bizə yazığı gəldiyi, yardım etmək istədiyi üçün də etmiş deyildir və s.
Səbəblər dünyasında, özünə verilən vəzifəni yerinə yetirərkən, nə etdiyini və nə üçün etdiyini bilməyən, bizi tanımayan və bizə inayət və yardım etmə qabiliyyətindən çox uzaq olan əşyanın belə işlər görmələri, insanın ağıl və qəlbini, bu səbəblərdən çəkib bir başa Allahın rəhmət və inayətinə bağlamaqdadır.
--------------------
Müəllifimiz, belə davam edir:
“Bu delilin zübdesi, kâinatın nizam-ı ekmelinde ittikan-ı san’at ve riâyet-i mesâlih ve hikemdir. Bu ise, Sâniin kast ve hikmetini isbat ve tesadüf vehmini ortadan nefyediyor.”
Yəni:
Bu dəlilin özü: kainatın mükəmməl nizamında, mükəmməl sənət; məsləhət (fayda)'lara riayət və hikmətlərdir. Bu isə, Sani (sənətkar olan Allah)'ın qəsdini və hikmətini isbat; və təsadüf vəhmini rədd etməkdədir.
Allahın yaratdığı hər şey, son dərəcə mükəmməldir, nöqsansızdır. Digər tərəfdən, bu mükəmməl sənət əsərlərinin yaradılışında, möhtacların onlardan ən yaxşı şəkildə faydalanmalarına riayət edilmişdir. Məsələn:
Hava ünsürünü ələ alaq. Bu ünsürü ələ alaq. Bu ünsürün yaradılmasında, sənət mükəmməlliyi, açıqca görülməkdədir. Bundan daha mükəmməli ola bilməz. Suda, günəşdə, torpaqda, atomlardan yaradılan molekullarda, onlardan yaradılan hüceyrələrdə və orqanlarda, bu 2 əsas, çox açıq görülür. Məsələn, gözümüz, həm ən mükəmməl İlahi bir sənətdir; həm də onun hər şeyi, hikmət və məsləhət üzərə tənzim edilmişdir. Bu misalı, bütün əşyaya şamil edə bilərik.
Bax əşyadakı bu hikmət və məsləhətlər, şüursuz, cansız, iradəsiz, kor (yəni görə bilməyən) və kar (yaradılanların ehtiyaclarını eşidə bilməyən) səbəblərə verilə bilməyəcəyindən, Sani olan Allahın qəsd və hikmətini isbat edirlər; və təsadüf zənnini rədd edirlər.
---------------------
Müəllifimiz, bunun səbəbini belə izah edir:
“Zira ittikan, ihtiyarsız olmaz.”
Yəni:
Çünki sənətli yaradılış, ixtiyarsız ola bilməz.
Bir şeyin son dərəcə sənətli və faydalı yaradılması, onu yaradan Şəxsin, o şeydən doğacaq nəticələri bildiyini; və o şeyi, bu faydaları təmin edəcək şəkildə yaratmağı iradə etdiyini, açıqca göstərməkdədir.
Kainatda mövcud olan hər şey, həm çox sənətlidir; həm də onun yaradılışında, neçə-neçə faydalar vardır. Sənət, mükəmməl olmasa, o şeydən gərəyincə faydalana bilinməz; fayda və məsləhət, yerini tapmaz. Məsələn:
Dünyanın günəş ətrafındakı hərəkəti, mükəmməl bir nizam ilə cərəyan etməkdə və hikməti nəticə verməkdədir. Belə dönməsi lazımdır ki, biz, ondan istifadə edə bilək. Yoxsa, daha sürətli dönən və indiki halından daha böyük bir dünya yaradılsaydı, sənətdəki mükəmməllik, yenə mövcud olardı. Ancaq biz, belə bir dünyada yaşaya bilməyəcəyimiz üçün, hikmət gerçəkləşməzdi. Dünyanın bu hazır halında, həm mükəmməl bir sənət vardır; həm də, bu mükəmməllikdən, biz fayda görməkdəyik.
Qurandakı bir çox ayələr, bu dərsləri verməklə, qəlbləri tətmin etməkdə; ağıllara isə qənaət verməkdədir.
------------------
"Evet, nizamın şahitleri olan bütün fünun-u ekvan, mevcudatın silsilelerindeki halkalardan asılmış mesâlih ve semeratı ve inkılâbât-ı ahvâlin katmer ve düğümleri içinde saklanmaz hikem ve fevaidi göstermekle, Sâniin kast ve hikmetine kat'î şehadet ediyorlar."
Yəni:
Bəli, nizamın şahidləri olan bütün kövni (yəni, təbiət) fənləri:
~ mövcudat silsilələrindəki xalqalardan asılmış məsləhətləri, səmərələri;
~ hal dəyişikliklərinin qətmər və düyümləri içində gizlənməz hikmət və faydaları
göstərməklə, Sani olan Allahın qəsd və hikmətinə, qəti şəhadət edirlər.
Bütün fənlər, bu hikməti dərs verməkdədirlər. Gərək məxluqatın, gərək hadisələrin hikmətlərini kəşf etmiş olan təbiət fənləri, Allahın kainatda sərgilədiyi hikmətləri və məsləhətləri dərs verməkdədirlər. Bütün bu elmlər, bu aləmdə mövcud olan nizamın şahidləridirlər. Hər bir fənn, öz sahəsində, varlıqların vəzifələrini, faydalarını, onların dəyişmələrindəki neçə-neçə hikmət və faydalar olduğunu ortaya qoymaqda və bunların hamısının, ancaq Allahın iradəsilə meydana gəldiklərinə, (hal dililə) şahidlik etməkdədirlər. Çünki, cansız və şüursuz əşya, öz nizamını da, aləmin nizamını da təmin etməkdən, çox uzaqdırlar. Əşyadakı bu fayda və hikmətləri təsadüfə, ya da kar və kor olan təbiətə həvalə etmək, axmaqlığın ən böyüyü və cəhalətin ən şiddətlisidir. Çünki, hər bir hikmət və fayda, elm (bilmək), iradə və qüdrət ilə ola bilər. Özlüyündən hikmətin olması, mümkün deyildir. Fel, necə failini elan və isbat edirsə; hikmət və faydalar da, Hakim (hikmət sahibi) və Alim (elm sahibi) bir Sənətkara işarət edib isbat etməkdədirlər. İnsana gözü "asan", görməyi və görmə üçün lazımi olan şeyləri bilən biri olmalıdır. Özü görməyən birinin, bir başqasına göz verməsi, mümkün deyildir. Demək, Özü görür və görməyi bilir ki, insana gözü verməkdədir.
-------------------------
“Ezcümle: Fenn-i hayvanat, fenn-i nebatat, iki yüz bini mütecâviz envâın büyük peder ve âdemleri hükmünde olan mebdelerinin her birinin hudusuna şehadet ettiği gibi; mevhum ve îtibarî olan kavânin, kör ve şuursuz olan esbâb-ı tabiiye ise bu kadar hayret-fezâ silsileler ve bu silsileleri teşkil eden ve efrâd denilen dehşet-engiz birer makine-i acîbe-i İlâhiyenin îcad ve inşâsına adem-i kabiliyetleri cihetiyle her bir fert, herbir nev’î müstakillen Sâni-i Hakîmin dest-i kudretinden çıktıklarını ilân ve izhar ediyorlar."
Yəni:
Məsələn:
~ Zoologiya və botanika fənləri, 200.000 növü aşan növlərin böyük "ataları" və (sanki) "adəmləri" hökmündə olan məbdə (başlanğıc)'larının hər birinin hudusuna (sonradan yaradıldığına) şəhadət etdiyi kimi;
~ Mövhum və etibari olan (təbiət) qanunları, kor və şüursuz olan təbii səbəblər isə, bu qədər heyrət verici silsilələr və bu silsilələri təşkil edən və "fərdlər" deyilən dəhşət verici "İlahi əcaib bir maşın"ın icad və inşasına qabiliyyətsizlikləri cəhətilə, hər bir fərdin, müstəqil olaraq, Hakim və Sani olan Allahın qüdrət əlindən çıxdıqlarını, elan və izhar etməkdədirlər.
Ustad Nursi'nin yaşadığı dövrdə, heyvan növləri 200.000 olaraq təsbit edilmişdi. İndi isə, 1.600.000 heyvan növü olduğu deyilməkdədir. Bu rəqəm, dəyişə bilər. Mühim olan, növlərin sayı deyil, necə meydana gəldikləridir. Bu növlərin hər hansı birinin fərdləri incələndiyində, onların, "dəhşət verici İlahi əcaib bir maşın" olduqları görüləcəkdir. Bir canlı, gözü, qulağı, sinir sistemi və daha bir çox yönü ilə, bir qüdrət möcüzəsidir. Mövzuya bu cəhətdən baxıldığında, bu fərdlərin aid olduğu növlərin də, öz başına ola bilməyəcəyi; ancaq İlahi iradə və qüdrət ilə var ola biləcəkləri, açıqca görülməkdədir. Hər bir fərd, müstəqil olaraq yaradıldığı kimi; hər bir növ də, yenə müstəqil olaraq yaradılmışdır.
Bu gün, yer kürəsində yaşayan bütün canlı növlərinin hər birinin ilk fərdi, bir "adəm"i vardır. Bu heyvanlar, sonradan meydana gəldiklərinə görə, ilk ataları da sonradan meydana gəlmişdir; dolayısı ilə, əzəli ola bilməz. Hamısının hudusu, yəni əzəli olmayıb sonradan yaradıldığı, qətidir.
Bir fərdin hər bir orqanının İlahi elmlə təqdir edilib, yenə İlahi qüdrətlə yaradılması kimi; bir-birindən fərqli hər bir növ də, yenə özünə xas xüsusiyyətlərilə, İlahi qədərlə planlanmış və yenə, İlahi iradə və qüdrətlə yaradılmışlardır. Bunun belə qəbul edilməməsi halında, növlərdəki bu hikmətli fərqliliklər, "mövhum/vəhmi və etibari olan qanunlar, kor və şüursuz olan təbii səbəblər"ə veriləcəkdir. Buna görə, kor və şüursuz olan qanunlar, bütün növləri, bütün xüsusiyyətlərilə əvvəlcədən bilmiş olacaq və onları, bu dünyada görəcəkləri vəzifələri, ən gözəl şəkildə yerinə yetirmək üzərə planlayacaq və o plana görə meydana gətirəcəkdir.
Bütün heyvan növləri, bir-birindən çox fərqli olduqları üçün, hər birinin yaradılması; sövq və idarə edilməsi üçün, ayrı bir qanun lazım gələcəkdir. Bu fərziyyəyə görə, heyvan növləri, hələ yaradılmadan əvvəl, bu növlər sayısınca qanunlar mövcud olacaq və bu qanunlar, öz başlarına o növü ən uyğun şəkildə yaradacaqlardır. Ustad Nursi, təbiət üçün, "Təbiət, qanundur; qüdrət deyildir." deməkdədir. Bu qanunlar, özlərindən qoyulmadıqları kimi; iş görmələri də, öz iradə və qüdrətlərilə ola bilməz. Qanunları Kim qoymuşdursa; icraatları da O etməkdə, məxluqatı O yaradıb O idarə etməkdədir.
Quranda, bu inayət dəlili, ən mükəmməl şəkildə yer almışdır. Kainatı təfəkkürü əmr edən ayələrdə, məxluqatın bizlərə etmiş olduğu xidmətlər və təmin etdikləri faydalar zikr edilməkdə; insanın ağıl və vicdanı, bu inayətləri düşünməyə və şükr etməyə sövq edilməkdədir. Bir çox ayələrin sonlarında, bu inayətə, ayrıca diqqət çəkilməkdədir.
-----------------------
Kur'ân-ı Kerîm فَارْجِعِ الْبَصَرَ هَلْ تَرٰى مِنْ فُطُورٍ der.
Kur'ân'dan delil-i inayet, vücuh-u mümkinenin en mükemmel veçhi ile bulunuyor. Kur'ân kâinatta tefekküre emir verdiği gibi, fevâidi tezkâr ve ni'metleri tâdât eden âyâtın fevâsıl ve hâtimelerinde galiben akla havale ve vicdanla müşaverete sevk etmek için اَوَلاَ يَعْلَمُونَ • اَفَلاَ يَعْقِلُونَ • اَفَلاَ تَتَذَكَّرُونَ • فَاعْتَبِرُوا gibi o burhan-ı inayeti ezhanda tesbit ediyor.
Yəni:
Quran-i Kərim, فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍ "Bir başını qaldırıb diqqət yetir. Gör heç onda bir çat/nöqsanlıq görürsənmi?" (Mülk/3) buyurmaqdadır.
Quranda bu inayət dəlili, mümkün cəhətlərin ən mükəmməl cəhətilə mövcuddur. Quran:
~ kainatda təfəkkürə əmr verdiyi kimi;
~ faydaları zikr edən və nemətləri sayan ayələrin fasilə və xatimələrində, əksəriyyətlə, ağla həvalə və vicdan ilə məşvərətə sövq etmək üçün,
• "Onlar, bilmirlərmi?" (Bəqərə/77);
• "Onlar, heç düşünmürlərmi?" (Yasin/68);
• "Heç düşünməzsinizmi?" (Yunus/3)
• "İbrət alın." (Haşr/2)
kimi, o inayət/fayda dəlilini, zehnlərdə təsbit etməkdədir.
-----------------
-----------------
Əlavələr:
• Al-i İmran surəsi 14-cü ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/al-i-imran-sur%C9%99si-14-cu...
• Nəhl surəsi 5-6-7-ci ayələr:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99hl-sur%C9%99si-5-6-7-...
• Furqan surəsi 45-46-cı ayələrin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/furqan-sur%C9%99si-45-46-ci-...
• Furqan surəsi 53-cü ayənin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/furqan-sur%C9%99si-53-cu-ay%...
• Alim isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/alim-isminin-s%C9%99rhi
• Sani isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sani-isminin-s%C9%99rhi
