Əraf surəsi 16-cı ayə
قَالَ فَبِمَآ أَغْوَيْتَنِى لَأَقْعُدَنَّ لَهُمْ صِرَٰطَكَ
ٱلْمُسْتَقِيمَ
Qalə fəbimə əğvəytəni ləəqudənnə ləhum siratakə'l-mustəqim.
Yəni:
"(İblis) dedi: Sən məni azdırdığın üçün, mən də, onları azdırmaq üçün, Sənin doğru yolunun üzərinə oturacağam." (Əraf/16)
--------------------
Təfsiri:
• Həsən əl-Basri, belə deyir:
"Sən məni azdırdığın üçün..." cümləsi, "məni lənətlədiyin üçün" mənasına gəlir. Necə ki, Haqq Taala, belə buyurur:
قَالَ فَٱخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ
"Allah dedi: 'Oradan çıx! Artıq sən qovuldun." (Hicr/34)
Buna görə, "əğvəytəni = məni azdırdın" kəliməsi, "Mənə lənət etdin." mənasına gəlir.
• əbu Bəkr əl-Keysani, belə deyir:
Allah Taala, burda, "iğva"nı, yəni azdırma felini, Özünə nisbət etməkdədir. Çünki, onun səbəbi, Özünə dayanmaqdadır. Çünki, Adəmə səcdə etməyi və Özü üçün ona boyun əyməyi, Allah əmr etmişdi. Səbəbin özünə söykəndiyi belə yerlərdə, feli Allaha nisbət etmək, caizdir. Məsələn, bir ayədə, belə buyurmaqdadır:
وَمِنْهُم مَّن يَقُولُ ٱئْذَن لِّى وَلَا تَفْتِنِّىٓ
Və minhum mən yəqulu zən li və lə təftinni.
Yəni:
"Onlardan eləsi də var ki: 'Mənə izn ver (döyüşə getməyim), məni fitnəyə salma!'– deyir." (Tövbə/49)
Adam, döyüşdən geri qalmaq üçün, Ondan (yəni, Peyğəmbərdən) icazə istədi və "Edə bilməyəcəyim şeyi, mənə yükləmə; məni fitnəyə salma." dedi.
əbu Bəkr əl-Keysani, belə davam edir:
Fitnəyə salmağının səbəbi olduğu üçün, bu fel də, Ona nisbət edilmişdir. Bax, yuxarıdakı ayə də, belədir.
Mötəzilə'dən bəziləri, belə demişlərdir:
"Bimə əğvəytəni, yəni, məni azdırdığından dolayı" cümləsi, iblisin sözüdür. Ancaq o Allah düşməni, yalan söyləmişdir. Onu, Allah azdırmamışdır.
Mötəzilə'yə belə deyərik:
İblis, Allah düşmənidirsə; və "Məni azdırdın." sözündə yalançıdırsa, o vaxt siz, Nuh (əleyhissəlam)'ın da yalan söylədiyini iddia etmiş olarsınız. Çünki O:
وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ...
Və lə yənfəukum nushi in əradtu ən ənsahə ləkum in kənəllahu yuridu yuğviyəkum...
Yəni:
"Əgər Allah sizi azdırmaq istəyirsə, mən, sizə nəsihət vermək istəsəm belə, nəsihətim sizə fayda verməz..." (Hud/34) demiş və azğınlığı, Allaha nisbət etmişdi. Bu da göstərməkdədir ki, "iğva"nı, yəni, azdırmağı Allaha nisbət etməklə, iblis, yalan danışmamışdır.
Lakin, bizə (yəni, əhl-i sünnətə) görə, -fərqli yerlərdə bildirdiyimiz üzərə- Haqq Taala, azğınlıq felini yaratdığı üçün, bu ayədə "iğva"nı, yəni azdırmağı, Özünə nisbət etməkdədir. Yoxsa, onların dediyi kimi, onun səbəbi Özünə söykəndiyi üçün, onu Özünə nisbət etmiş deyildir. Çünki, azdırmaq səbəbilə azdırma felinin Allaha nisbət edilməsi caiz olsaydı, onun (yəni, bu felin), rəsullara və nəbilərə nisbət edilməsi də caiz olardı. Çünki Onlar, qövmlərini, Allahın birliyini qəbulə dəvət etmiş və Ona inanmağı əmr etmişlərdi. Ancaq sonra onlar, bu xüsusda, Peyğəmbərləri yalanladılar və dolayısı ilə, azmalarına, o peyğəmbərlər səbəb oldular. Belə bir şeyin doğru olması isə, uzaq bir ehtimaldır.
Eyni şəkildə, azdırmaq, əgər lənət etmək mənasına gəlsəydi, hər lənət edən şəxs, lənət etdiyi şəxsi azdırmış olardı.
Bəziləri, "əğvəytəni", yəni, "Məni azdırdın." cümləsinə, "Məni tərk etdin." mənası vermişdirlər. Bunun açıqlaması da, -söylədiyimiz kimi- azğınlıq və dəlalət fellərini, Allahın yaratmış olmasıdır. Eyni şəkildə, Allah, azğınlıq və dəlaləti tərcih edəcəklərini bildiyi üçün, kafirə kömək etməyi tərk etmişdir. (haşiyə)
--------------------
(Haşiyə:
Dəyərli oxuyucu! İmamımız əbu Mansur əl-Maturidi'nin qəsdi, budur:
Əhl-i Sünnətə görə, xeyir-şər bütün fellərin faili, yaradanı, Allahdır. Yəni, iradəsi olan varlıqlar, iradələrini sərf etdikdən sonra, bu iradi felləri, istər şər, istərsə də xeyir feli olsun, bunları yaradan, Allahdır.
Mötəzilə isə, buna müxalifdir.
Ayədə, azdırma felinin Allaha nisbət edilməsi, bu azdırma felini yaratmaq cəhətindəndir. Yoxsa, Əhl-i Sünnət, cəbriyyə kimi, "Allah azdırmaq istəmişdir, buna görə azmışdır, qulun heç bir dəxlisi yoxdur." kimi bir görüşə sahib deyildir.
---------------------------
"...mən də, onları azdırmaq üçün, Sənin doğru yolunun üzərinə oturacağam."
Burda, həqiqi mənada yolda oturmaq qəsd edilməməkdə; lakin (doğru) yola girmələrinə əngəl olması, yaxud doğru yolu qarışdırması və gizləməsi qəsd edilməkdədir. Çünki, yolda oturan biri, insanların o yolla getmələrini əngəlləyər.
(imam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)
-----------------------
-----------------------
İblis'in, "Məni azdırdığından dolayı, mən də..." sözü, özünün azdırıldığını, Allaha izafə etdiyini göstərir. Halbuki, onun, bir başqa ayədəki,
قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ
Qalə fə bi izzətikə ləuğviyənnəhum əcməin.
Yəni:
"(İblis) dedi: 'Sənin izzətinə and olsun ki, onların hamısını azdıracağam." (Sad/83) şəklindəki ifadəsi, qulları azdırmaq işini, özünə izafə etdiyini göstərir.
Bundan dolayı,
~ birincisi, iblis'in "cəbriyyə" (haşiyə-1) görüşündə;
~ ikinci ifadəsi isə, "qədəriyyə" (mötəzilə) görüşündə
olduğuna dəlalət edir.
---------------------
(Haşiyə-1:
Cəbriyyə üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/c%C9%99briyy%C9%99-kimdir
Mötəzilə üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mot%C9%99zil%C9%99-kimdir
-------------------------
Bunlar, onun, bu məsələdə bir tərəddüd içində olduğunu göstərir.
Yaxud da, belə deyilə bilər:
O iblis, azdırma işinin, ancaq iğva edən (yəni, azdırıb yoldan çıxaran) birinin mövcud olması ilə olacağına inanırdı. Beləcə, iblis, özünü, azanlardan bir başqasını azdırıcı olaraq qəbul etmiş olur. Sonra da, o, təsəlsülü sonlandırmaq üçün, özünü azdıranın, Allah Taala olduğunu iddia etmişdir.
(Təsəlsül: zəncirləmə, deməkdir. Yəni, iddia ilə dəlilin, bir birinə bağlı olması ilə, ixtilafın zəncirləmə davam etməsidir.
İmamın burda qəsd etdiyi, fellərin yaradıcısı olaraq iblis nəzərə alınarsa, bunun, ta ki, ilk başa qədər davam etməsi lazımdır. Yəni birindən meydana gələn bir fel, başqa birinin təsirilə meydana gəlmiş, ona da başqa biri səbəb olmuş və beləcə ilk başa qədər bunun davam edib getməsi lazımdır. İblis, məhz bunu sonlandırmaq üçün, bu azdırma felini, Allaha nisbət etmişdir.)
Alimlər, bu "iğva" kəliməsinin mənası haqqında, ixtilaf etmişlərdir. Bu cümlədən olaraq, biz əhl-i sünnət alimləri, "İğva, qəlbə, ğayyı, yəni, yalnış inancı daxil etməkdir." demişlərdir. Bu da, o iblisin, haqq ilə batilin, qəlbinə Allah tərəfindən daxil edildiyinə inandığını göstərir.
Mötəzilə'yə gəlincə, onların bu məsələdə, 2 izahları vardır:
a. Onlar, "ğayy"ı, bizim bildirdiyimiz şəkildə təfsir edirlər.
b. Onlar, bu xüsusda, bəzi izahlar da verirlər.
I. Onların, bu xüsusda iləri sürdükləri, bir çox səbəb vardır:
• Birincisi:
Onlar, "Bu, iblisin sözüdür. Fərz et ki, iblis, 'ğayy'ın, küfrün və cəhalətin yaradıcısının Allah olduğuna inanırdı. Lakin onun bu sözü, hüccət deyildir." deyirlər.
• İkincisi:
Onlar (yəni, mötəzilə), "Allah Taala, iblis'ə, Adəmə səcdə etməsini əmr edincə, onun (içindəki) azğınlıq və küfr ortaya çıxdı. Bundan dolayı, bu azğınlığın, bax bu mənada (yəni, ortaya çıxarılması mənasında) Allaha izafə edilməsi, caiz olur. Necə ki, biri, bəzən, sənə, 'Məni, səni döyməyə məcbur etmə.' Yəni, 'meydana gəldiyində səni döyəcəyim şeyi etmə.' deyər." demişlərdir.
Il. "İğva", "həlak etmək" mənasındadır. Mötəzilə, Haqq Taala'nın,
وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ
"Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə, nəsihətim sizə fayda verməz." (Hud/34) ayətini, "Əgər Allah sizi, inadınızdan dolayı həlak etmək istəyərsə..." şəklində təfsir etmişlərdir.
Bax, bu xüsusda Mötəzilə'nin vermiş olduğu bütün izahlar, bundan ibarətdir.
Bil ki, biz (əhl-i sünnət), bu ayədəki "iğva"dan muradın, "azdırma" mənası olduğunu deyərkən, mübaliğə etmirik. Çünki, bunun nəticəsi, bu sözün iblisə aid olduğuna və onun sözünün bir dəlil ola bilməyəcəyi xüsusuna çatıb dayanır.
Ancaq biz, iblisi azdıranın Allah Taala olduğuna dair, qəti əqli dəlillər gətirə bilərik. Çünki:
~ Eynilə hər hərəkət edəni, bir hərəkət etdirən;
~ dayananı, mütləq onu dayandıran birinin; və
~ hidayət edəni, bir hidayət edən
mövcud olduğu kimi;
~ azanın da, mütləq bir azdıranı
vardır. Bundan dolayı, iblis azmış olunca, mütləq onu azdırmış olan birinin mövcud olması lazımdır. Onu azdıran da:
~ ya özü;
~ yaxud başqa bir məxluq;
~ ya da Allah Taala'dır.
• Birincisi, batildir. Çünki, ağlı olan, bir azma olduğunu bilə-bilə, azmağı tərcih etməz.
• İkinci ehtimal da, batildir. Əks halda, bundan dolayı da, təsəlsül, fasid dövr lazım gəlir.
• Üçüncü ehtimal isə, zatən çatmaq istədiyimiz nəticədir.
(imam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri, müxtəsər)
--------------------------
--------------------------
Əlavələr:
• Əşyada təsir vardırmı?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99syada-t%C9%99sir-vardi...
• Səbəblər nə üçün var?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99b-n%C9%99dir-s...
