Qiyasın hüccət olduğuna dair Qurandan dəlillər
Qiyas, bir çox şər'i hökmün əsası olduğu üçün, şər'i dəlillərdən biridir. Zahirilər isə, qiyası rədd etməkdə və sıravi insanları yanıldan bəzi vəhm və şübhələr ortaya atmaqdadırlar. Bunun üçün, şər'i bir dəlili qorumaq; və müctəhidləri, bidətçi və sonradan hökm qoyan damğasından qorumaq üçün, qiyasdan bəhs edəcəm.
Qiyas, insanların yaradılışında olan bir fitrətdir!
Biz deyirik ki, qiyası inkar etmək, insanın yaradılışında olan fitrəti həqir görmək, ona qarşı çıxmaqdır. Çünki, bütün insanlar, uşaqlar və axmaqlar belə, kitab mövzusunda, qiyası dəlil götürməkdədirlər. Çünki, kitabı oxudan müəllim, bir uşağın etdiyini bəyənməyib cəza verdiyində; bu, digər uşaqlar üçün də çəkindirici olur. Onlar, o uşağın etdiyini edərlərsə, eynilə onun kimi cəzalandırılacaqlarını bilərlər. Bu, hər kəsin bildiyi şeylərdəndir. Bunu, açıq-aydın görünənə qarşı çıxan inadçılar inkar edər.
Bu, qiyasın, Allahın insanı yaratdığı fitrət olduğu mövzusunda, ən güclü dəlildir. Hətta insan, digər canlılardan, işləri öz bənzərlərinə qiyasladığı; külliyyatı, cüziyyatdan ayırdığı üçün fərqlidir. Onun üçün, Allah (cəllə cələluhu), kitabında, sayıla bilməyəcək qədər çox yerdə, bizə bunu göstərməkdədir. Qullara hüccət olaraq, bu, kifayət edər.
Qiyasın hüccət olmasının, Allahın kitabından isbatı:
Qiyasın hüccət olduğuna dəlalət edən ayələrdən bəziləri, bunlardır:
إِنَّ مَثَلَ عِيسَىٰ عِندَ ٱللَّهِ كَمَثَلِ ءَادَمَ ۖ خَلَقَهُۥ مِن تُرَابٍ ثُمَّ قَالَ لَهُۥ كُن فَيَكُونُ
"Həqiqətən, Allah yanında İsanın məsəli, Adəmin məsəli kimidir. Allah, onu torpaqdan yaratdı, sonra isə, ona 'Ol!'– dedi, o da oldu." (Al-i İmran/59)
Bu ayədə, Allah (azzə və cəllə), bizə, İsa (əleyhissəlam)'ın yaradılışını, Adəmin yaradılışına qiyaslamağımızı söyləməkdədir. İkisi arasındakı ortaq cəhət, Allahın qüdrətinin kamalı və ataya ehtiyac duymadan yaradılmalarıdır. Bu, (eyni zamanda), xristiyanlara qarşı da bir hüccətdir. Əgər qiyas hüccət olmasaydı, bu ayənin bir mənası olmazdı. Bir müsəlman isə, bunu, qətiliklə söyləməz.
• وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِىَ خَلْقَهُۥ ۖ قَالَ مَن يُحْىِ ٱلْعِظَـٰمَ وَهِىَ رَمِيمٌ
• قُلْ يُحْيِيهَا ٱلَّذِىٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ
• ٱلَّذِى جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلْأَخْضَرِ نَارًا فَإِذَآ أَنتُم مِّنْهُ تُوقِدُونَ
• أَوَلَيْسَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ بِقَـٰدِرٍ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُم ۚ بَلَىٰ وَهُوَ ٱلْخَلَّـٰقُ ٱلْعَلِيمُ
"O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: 'Çürümüş sümükləri kim dirildə bilər?' De: 'Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir.
O, hər bir məxluquna yaxşı bələddir.
O, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz, indi ondan od yandırırsınız. Göyləri və yeri yaradan, onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?!
Şübhəsiz ki, O, Xalləq (çoxca yaradan)'dır, Alim (bilən)'dir." (Yasin/78-81)
Bu ayələrdə:
~ sonrakı (yəni, axirətdəki) dirilmə (yəni, yaradılış),
Allahın qüdrətindəki kamalın ortaq illətilə,
ilk yardılışa;
~ yaşıl ağacdan od yaratmaq isə, göylərin və yerin yaradılmasına
qiyaslanmaqdadır. Əgər qiyas olmasaydı, bu söz tam olmazdı.
(Bizim) qiyasın hüccət olmasına ayəni dəlil gətirməy(imiz)'ə, ibn Hazm (əz-Zahiri)'nin cavabı:
ibn Hazm, bizim bu danışdıqlarımıza, "İhkəmu'l-Əhkam" adlı əsərində, belə cavab verir:
Bu, qiyası dəlil qəbul edənlərin heyrət ediləcək hallarındandır. Kaş ki, bu ayələrdə, qiyası vacib qılan şeyin nə olduğunu, bir mən də başa düşsəm! Ya da,
~ mehrin, oğurlandığında əl kəsməyi gərəkdirən maldan daha az olmaması gərəkdiyini;
~ zina edən muhsan (evli) kişi və ya qadının rəcm edildiyi kimi, livata edənin də rəcm edilməsi gərəkdiyini,
bir başa düşə bilsəm! Onların, bu ayələri qiyasın vacibliyinə dəlil gətirmələri, az qalsın onları küfrə aparır. Çünki, Allah (cəllə cələluhu), çürümüş sümükləri təkrar yaratmağı, onları ilk dəfə yaratdığı üçün vacib görmür. Yenə Allah, kainatı ilk dəfə yaratmasının, onu təkrar yaratmasını gərəkdirdiyini xəbər vermir. Kim, belə bir şey olduğunu iddia edərsə, Allaha böhtan atmışdır. Bununla bərabər, Allahın, sümükləri ilk dəfə yaratması, onları təkrar diriltməsini gərəkdirirsə; o vaxt, onları ilk dəfə yox etməsi, təkrar yaradıldıqdan sonra da zəruri olaraq yox etməsini də gərəkdirir.
Bunu, qiyası qəbul edənlər də söyləmirlər. Müsəlmanlardan Cehm b. Safvan'dan başqa, belə deyən biri yoxdur. Əgər bu, vacib olsaydı, onları ilk dəfə yaratdığı kimi; təkrar dünyaya qaytarmaq da vacib olardı. Bu isə, şübhəsiz bir küfrdür və bunu, tənasux (reenkarnasiya)'nı qəbul edənlərdən başqa, kimsə demir.
Sahibini, haqqı başa düşməkdən qoparıb küfrə aparan hər cür dəlil gətirməyi, Allah həlak etsin.
Onların, bu ayəni belə başa düşmələri, yalnışdır. Doğrusu, ayənin zahir mənasının apardığı nəticədir. O da: "əşyanı ilk dəfə yaradanın; ölüləri diriltməyə müqtədir olması"dır.
Allah (cəllə cələluhu), bunu, ayədə bildirmişdir. O, belə buyurur:
وَمِنْ ءَايَـٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلْأَرْضَ خَـٰشِعَةً فَإِذَآ أَنزَلْنَا عَلَيْهَا ٱلْمَآءَ ٱهْتَزَّتْ وَرَبَتْ ۚ إِنَّ ٱلَّذِىٓ أَحْيَاهَا لَمُحْىِ ٱلْمَوْتَىٰٓ ۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
"Yer üzünü qupquru görməyin də, Onun dəlillərindəndir. Biz, yerin üzərinə su endirdikdə o, hərəkətə gəlib qabarır. Şübhəsiz ki, onu dirildən, ölüləri də hökmən dirildəcəkdir. Həqiqətən, O, hər şeyə qadirdir." (Fussilət/39)
Allah, bununla, hər şeyə gücünün çatdığını bildirmişdir. Allah, bunu, Özünün, sümükləri, kişi və qadının nütfəsindən meydana gətirdiyini bilib iqrar edən; lakin, təkrar yaratmağa və diriltməyə gücünün çatdığını inkar edən bir qövmə (topluluğa) qarşı söyləmişdir. Allah, onlara, Öz gücünün bir şeyə çatıb bir şeyə çatmadığını demələrinin yalnışlığını göstərmişdir. Bunlardan, hökmü haqqında nass olmayan bir şey üçün, haqqında nass olan bir məsələyə istinad edərək, haramlıq, halallıq, vaciblik və mübahlıq hökmünü verməyinizi gərəkdirəcək bir məna çıxmaz. Bunların hamısı, bir tək mövzudur. Bəziləri, digərlərinə qiyaslanmış deyildir və bəzisi, əsl; digərləri isə, fər' deyildir. Qiyası qəbul edənlərin buna yönəlmələri və cəsarət etmələri, məzhəblərinə müvafiqdir. Rəzil olmaqdan, Allaha sığınırıq!
ibn Hazm'ın muğalata'sına (safsata'sına) diqqət çəkmək:
Bu sözdəki muğalata və yalnış anlama, gizli deyildir. Çünki biz, ayətin mənasının, onun açıq mənasının gərəkdirdiyi (şey) olduğunu qəbul edirik. O da, budur:
Əşyanı ilk dəfə yaratmağa müqtədir olan, onu diriltməyə və təkrar yaratmağa da müqtədirdir.
Lakin biz, bunun bir qiyas olduğunu da söyləyirik. Çünki Allah, onların inkar etdikləri "yox olduqdan sonra diriltməyi", qəbul etdikləri ilk yaratma illəti ilə isbat etməkdədir. O da, Öz qüdrətinin kamalıdır. Bunun mənası, budur:
İlk dəfə yaratmağa müqtədir olanın, onun digər bənzərlərini yaratmağa da müqtədir olması lazımdır. Bunun özü, budur:
2 bənzərdən birisinin qüdrət muhtəvası içində olması, digərinin də qüdrət sərhədi içində olmasını gərəkdirir. Qiyas, bundan başqa bir şeydirmi?! Bir şeyi gərəkli qılmaq, qüdrət və etməyə müxalifdirmi?
ibn Hazm'ın: "Allah Taala, sümükləri təkrar yaratmağı, onları ilk dəfə yaratdığı üçün vacib qılmış deyildir." sözü, doğrudur. Ancaq, bu, bizim iddiamıza zərər verməz. Çünki biz, təkrar diriltməyin, fərz olduğunu iddia etmirik. Allahın buna müqtədir olduğunu iddia edirik. Bunu da, heç bir müsəlman inkar etməz. Çünki, ilk dəfə yaratmağa gücü çatanın, sonradan təkrar etməyə gücünün çatmasının gərəkliliyi, üzərində icma edilən bir xüsusdur. Bundan üzə çıxır ki, bir-birinin bənzəri olan 2 şeyin hökmü, eynidir. Bu da, qiyasın məhz özüdür.
Onun: "Bunlardan, hökmü haqqında nass olmayan bir şey üçün, hökmü haqqında nass olan bir məsələyə istinad edərək haramlıq, halallıq, vaciblik və mübahlıq hökmünü verməyimizi gərəkdirəcək bir məna çıxmaz." sözü, mənasızdır, batildir. Çünki, bir-birinin bənzəri olan 2 şeydən birinin hökmü ayətlə sabit olunca, haqqında nass olmayan bənzərin hökmü də sabit olur. Əslin (yəni, haqqında nass olan məsələnin), vaciblik, haramlıq, mübahlıq kimi hökmləri, zəruri olaraq fər' üçün də sabit olur. Onu inkar etmək, inadçılıqdır. Bir kimsə, hökmü haqqında nass olmayan bir məsələyə, haqqında nass olanın hökmünü verməyimiz xüsusunda, necə olur ki, hökm yoxdur deyə bilər?!
Müəyyən bir qiyasdakı qüsurun, qiyasın əslinin də qüsurlu olmasını gərəkdirmir!
ibn Hazm'ın: "Qiyasda,
~ mehrin, oğurlandığında əl kəsməyi gərəkdirən maldan daha az olmaması gərəkdiyini;
~ zina edən muhsən kişi və ya qadının rəcm edildiyi kimi, livata edənin də rəcm edilməsi gərəkdiyini
göstərən bir şey yoxdur."
sözünə veriləcək cavab, budur:
Əgər cinsi orqanla əlin bir-birinə bərabər olduğu sabit olsaydı, birinin hökmü, digəri üçün də sabit olardı. Belə bir bərabərlik yoxdursa, aralarında qiyas etmək, qiyasın əslində, bir eyib və qüsur sayılmaz. Əksinə, 2 hadisə arasında bənzərlik olmadığı üçün, sadəcə bu qiyasda bir qüsur olar. Eyni şəkildə, livata edənin zina edənlə bərabər olduğu sabit olsa, birinin hökmü, digəri üçün də sabit olar. Bu, qiyasın özündə, bir qüsuru gərəkdirməz. Əksinə, 2 məsələ arasında bərabərlik olmadığı üçün, sadəcə bu qiyasda bir qüsurdur. Bu da ki, bizə zərər verməz. Biz, qayda olaraq qiyasın varlığını qəbul edirik; hər qiyasın doğru olduğunu deyil! Biz də qəbul edirik ki, qiyaslamalar içində, doğru olanı da var, yalnış olanı da.
Dolayısı ilə, ibn Hazm'ın söylədiklərinin hamısı, batildir. Bundan başa düşülür ki, onun danışdıqları, ağılsızların qəbul edəcəyi göz boyamaqdan ibarətdir. Mühəqqiq və həqiqəti axtaran şəxslərin sözü deyildir.
ibn Hazm, bizim yuxarıda qiyasın varlığı üçün gətirdiyimiz dəlillərə, burdakıların bənzəri həzəyanlarla cavab verməkdədir. Onun üçün, biz, o dəlillərlə və ibn Hazm'ın cavabları ilə, sözü çox uzatmayacağıq.
Bu ayələr də, qiyasın varlığına dəlalət etməkdədir:
لَّا جُنَاحَ عَلَيْهِنَّ فِىٓ ءَابَآئِهِنَّ وَلَآ أَبْنَآئِهِنَّ وَلَآ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ إِخْوَٰنِهِنَّ وَلَآ أَبْنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتْ أَيْمَـٰنُهُنَّ ۗ وَٱتَّقِينَ ٱللَّهَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ شَهِيدًا
"Qadınlara,
~ ataları,
~ oğulları,
~ qardaşları,
~ qardaşlarının oğulları,
~ bacılarının oğulları,
~ öz müsəlman qadınları,
~ sahib olduqları kölə və cariyələri
yanında hicab geyməmələrində, heç bir günah yoxdur. Ey qadınlar, Allahdan qorxun! Şübhəsiz ki, Allah hər şeyə şahiddir." (Əhzab/55)
...وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ ءَابَآئِهِنَّ أَوْ ءَابَآءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَآئِهِنَّ أَوْ أَبْنَآءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ إِخْوَٰنِهِنَّ أَوْ بَنِىٓ أَخَوَٰتِهِنَّ أَوْ نِسَآئِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَـٰنُهُنَّ أَوِ ٱلتَّـٰبِعِينَ غَيْرِ أُو۟لِى ٱلْإِرْبَةِ مِنَ ٱلرِّجَالِ أَوِ ٱلطِّفْلِ ٱلَّذِينَ لَمْ يَظْهَرُوا۟ عَلَىٰ عَوْرَٰتِ ٱلنِّسَآءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ
"...onlar (qadınlar), zinətlərini,
~ ərlərindən,
~yaxud atalarından,
~ yaxud ərlərinin atalarından,
~ yaxud öz oğullarından,
~ yaxud ərlərinin oğullarından,
~ yaxud qardaşlarından,
~ yaxud qardaşlarının oğullarından,
~ yaxud bacılarının oğullarından,
~ yaxud öz müsəlman qadınlarından,
~ yaxud sahib olduqları kölələrdən,
~ yaxud ehtirasını itirən kişi xidmətçilərdən,
~ yaxud qadınların çılpaqlığını hələ anlamayan uşaqlardan
başqasına göstərməsinlər..." (Nur/31)
Allah, bu ayələrdə, "ataları" və bənzərlərini söyləyərək, əmi və dayı kimilərin də, eyni hökmdə olduğuna işarət etmişdir.
ibn Hazm isə, buna, bizim bu "əmilər" və "dayılar" ilə bağlı hökmü, atalara və digərlərinə qiyasla bu 2 ayədən çıxarmadığımızı; Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in,
~ Aişə (radiyallahu anha)'ya söylədiyi: "O, Sənin əmindir. Sənin yanına girsin." və
~ "Qadın, ancaq, əri və ya çox yaxın qohumu ilə səfərə çıxa bilər."
hədislərilə bildiyimizi söyləməkdədir.
Yaxın qohumların qadınla səfərə çıxması, caizdir. Onunla səfərə çıxdıqları vaxt, onu heyvana mindirmək üçün qaldıracaq, endirəcək və ona baxacaqdır. (Bunlar da, aralarında evlilik qadağası olanların edə bildikləri şeylərdir.)
Bu sözlər, ən əsassız və ən batil sözlərdəndir. Çünki,
• Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Aişə'yə dediyi (şey), əmilərlə bağlı hökmə bir başa dəlalət edirsə də, dayılarla bağlı hökmə, ancaq qiyas yolu ilə dəlalət etməkdədir.
• "Qadın, ancaq...səfərə çıxa bilər." sözü, səfərə çıxmağın caiz olduğuna dəlalət etsə də, qadının ona qarşı üzünü açmasına dəlalət etməz. Bunu iddia edən şəxs, açıq muannid (inadçı)'dır. Əgər buna dəlalət edirsə, səfəri deyilkən də üzü açmağa, ancaq qiyas yolu ilə dəlalət edər.
Demək ki, ibn Hazm'ın qaçmağa çalışdığı qiyasdan qaçış yoxdur.
Qiyası inkar edənə, icma fayda verməz!
ibn Hazm, bənzəri məsələlərdə icmanı hüccət qəbul etdiyi halda, burda icma ilə hüccət gətirməyi yaddan çıxartdı. Əgər onu gətirsəydi, fasid də olsa, yuxarıda zikr edilən nassları hüccət gətirməsindən daha qüvvətli olardı. Çünki biz, "Bu icma, nassa söykənir yoxsa qiyasa?" deyə soruşarıq. Əgər: "Qiyasa söykənir." desə, qiyasın dəlil olduğu, həm nass, həm də icma ilə sabit olacaq. "Nassa söykənir." desə, "Nass hardadır?" deyə soruşarıq. Əgər: "Onlar, unutdular." desə, bu, açıqca həzəyandır. "Gizlədilər." desə, onların icması, haram bir şey üzərində gerçəkləşmişdir. O da, elmi gizləmələri və Allah və rəsuldan təbliği tərk etməkdir. Dolayısı ilə, icmanın hüccət olması, başından etibarən düşər. Əgər desə ki: "İcma, nassı açıcıdır. Dolayısı ilə, bu, nassı gizləməyi və təbliği tərk etməyi gərəkdirməz." Biz də belə deyərik: İcmanın, nassı açıcığı olduğuna dair, əlimizdə bir dəlil yoxdur. Bunu, ibn Hazm və bənzərlərindən başqa söyləyən də yoxdur. Onların sözləri də, dəlil deyildir. Dolayısı ilə, icmanın nassı açdığı, sabit deyildir.
İtibar (ibrət götürmək) və qiyas, iki ayrı şeydirmi?
Bu ayə, ibrət götürməyi ifadə edən ayələrdəndir:
...فَٱعْتَبِرُوا۟ يَـٰٓأُو۟لِى ٱلْأَبْصَـٰرِ
"Ey ağıl sahibləri! İbrət götürün." (Haşr/2)
ibn Hazm (qiyasın Qurandakı dəlillərindən biri olan bu ayəyə), belə cavab verir:
Burdakı ibrət və itibar (ibrət götürmək)'dən məqsəd, qiyas deyil; düşünməkdir. Allah (cəllə cələluhu), bizə, göyləri və yeri yaratmada, üsyankarların başına gələn şeydə, Öz qüdrətinin böyüklüyünü düşünməyimizi əmr etməkdədir. Necə ki, Yusuf (əleyhissəlam)'ın qardaşlarının qissəsində də, belə buyurur:
لَقَدْ كَانَ فِى قَصَصِهِمْ عِبْرَةٌ لِّأُو۟لِى ٱلْأَلْبَـٰبِ
"Onların rəvayətlərində, ağıl sahibləri üçün bir ibrət vardır." (Yusuf/111);
Bir başqa ayədə də:
وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَـٰمِ لَعِبْرَةً
"Həqiqətən, ev heyvanlarında da, sizin üçün ibrət var." (Mu'minun/21) buyurmuşdur.
ibn Hazm, burdakı ibrətin, "Onların qissələrində qiyas vardır." mənasında olmadığını söyləməkdədir.
Bu, diqqətə layiq bir cavab deyildir. Əgər biz, ayələrdəki ibrət və itibarın mənasının "bir şey haqqında düşünmək" olduğunu qəbul etsək, bunun, mütləq olduğunu qəbul etmərik. Əksinə, o vaxt, düşünməyin mənası, bir şeyi bənzərinə qiyaslamaq məqsədilə dəlil gətirmək üçün düşünməkdir. Bu da, bizim qiyas dediyimiz şeydir. Biz, burdakı ibrət götürməyin mənasının, düşünmək və ağıl etmək deyil, qiyasdır deyərsək, yalnış olmaz. Çünki, ibrət götürmə mənasındakı "itibar", 2 məful götürür. Deyilir ki: "Bunu, bununla ibrət götürdüm." Düşünmə mənasına gələn təfəkkür və tədəbbür sözləri isə, 2 məful götürməz. Dolayısı ilə, "itibar", təfəkkür və tədəbbür mənasında ola bilməz. Əksinə, onun mənası, qiyasdır. Çünki, bunun mənası, "Bunu, ona qiyasladım." deməkdir.
Dolayısı ilə, ibn Hazm'ın cavabı, batildir.
Bu ayələrlə qiyasın varlığına dəlil gətirmək, doğrudur. Bu mövzuda, daha təfsilatlı məlumat gələcəkdir.
فَلَا تَقُل لَّهُمَآ أُفٍّ
Fə lə təqul ləhumə uffin.
Yəni:
"Onlara (yəni, ata-anaya), uf belə demə." (İsra/23) ayəti də, qiyasın caiz olduğuna dəlildir.
Allah (cəllə cələluhu), "uf demə" sözü ilə, bizim, ata-anaya əziyyət verməkdə buna bərabər və ya bundan daha ağır olan bir şey söyləməyimizin qadağan olduğuna işarət etmişdir.
ibn Hazm, buna da belə cavab verir:
Bu ayədə, ata-anaya uf deməyin xaricindəki öldürməyin, döyməyin, söyməyin və digər əziyyət verici şeylərin haramlığına dəlalət edən bir şey yoxdur. Biz, bu fellərin haram olduğunu, eyni ayətin davamındakı və sonrakı ayədə: "...onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al..." (İsra/23/24) ayələrindən çıxarırıq.
Allahın, ata-anaya uf deməyi qadağan etməsinin, onları döyməyi, öldürməyi və digər əziyyət verici şeyləri etməyi qadağan olmadığına dəlil, budur:
Bir kimsə, birinin başqa birini öldürdüyünü və ya sümüklərini qırana qədər döydüyünü, ona hədlər xüsusunda böhtan atdığını, üzünə tüpürdüyünü söyləsə və bunları görən biri də, buna şahidlik etsə və: "Bu qatil, müftəri (böhtan atan) və ya döyən kimsə, digərinə uf dedi." desə, hamımıza görə ittifaqla yalan danışmışdır. Şahidliyi qəbul edilməz. Bu insanlar, yalan olduğunu qəbul etdiyimiz şeylə bizim hökm etməyimizi necə istəyə bilərlər?!
Bu batildir. Çünki, bu etirazın muhtəvası, ayədəki "uf" sözünün mənasının, öldürmə, döymə və böhtan atmaq olmamasıdır.
Bu da, bənzəri elm aləmində görülməyən bir cəhalətdir. Çünki, qiyası qəbul edənlər, öldürməyin, döyməyin və iftira (böhtan) atmağın, "uf" sözünün mənaları içində olduğunu iddia etmirlər. Onlar, bunu, qiyasın caiz olduğuna dəlil gətirirlər və Allahın, "uf" deməyi, ata-anaya əziyyət olduğu üçün qadağan etdiyini; söymək kimi əziyyət cəhətindən daha üstün olanların ilk əvvəl qadağan ediləcəyini söyləyirlər. Onlar, öldürmə və döyməyi, "uf" sözünün lüğət mənası içinə qatmırlar; bunları, ona qiyas edirlər.
Bu sözü söyləyən şəxs, öldürmə və döyməyin "uf" sözünün lüğət mənasının içinə girsələr, bunların hökmünün qiyasla deyil; nassla sabit olacağını bilmirmi?! Bundan başa düşülür ki, bu söz, ibn Hazm'ın hilələrinin ən çirkin və ən alçaqlarındandır.
Qiyası qəbul edənlər, daha başqa ayələri də dəlil gətirirlər və ibn Hazm, onlara da, eynilə burdakı kimi həzəyanlarla cavab verməyə çalışır. Onları da söyləyərək, sözü uzatmaq istəmirik.
Qiyasın hüccət olması, Allah kəlamında və insanın fitrətində sabit olduqdan sonra, əslində, bizim başqa bir dəlilə ehtiyacımız yoxdur...
(Şeyx Zəfər Əhməd Təhanəvi, "əd-Dinu'l-Qayyim", başqa adı ilə: "ər-Risalə mustəqillə fi'l-İctihad və't-Təqlid")
Not: Dəyərli oxuyucu! Burda zikr edilənlər, qiyasın sadəcə Qurandan dəlilləridir. Şeyximiz Təhanəvi, daha sonra, qiyasın hüccət olduğuna, sünnətdən və səhabə tətbiqatından dəlil gətirməkdədir. İstəyən əsərə müraciət edə bilər.
-----------------------------------
-----------------------------------
Qiyas və sair şeylərin, Kitab və sünnət cəhətindən qadağan olunduğu(nu iddia edən) münkirlərin şübhələrindəki qövl(lər):
Bunlar, 7-dir:
✓ Birinci şübhə:
Bunlar,
~ "مَّا فَرَّطْنَا فِى ٱلْكِتَـٰبِ مِن شَىْءٍ = Biz, Kitabda, heç bir şeyi əskik buraxmadıq." (Ənam/38);
~ "وَنَزَّلْنَا عَلَيْكَ ٱلْكِتَـٰبَ تِبْيَـٰنًا لِّكُلِّ شَىْءٍ = Kitabı, Sənə, hər şeyi bəyan etmək üçün nazil etdik." (Nəhl/89)
kimi ayələrin mənasının:
"Kitab, sizin üçün təşri olunan (yəni, hökm qılınan) hər şeyi açıqlamaq üçün endirilmişdir." şəklində olduğunu; Kitabda isə, bütün şeylərin açıqlanmadığını; dolayısı ilə, təşri olunanların hamısının Kitabda olmasının; Kitabda olmayanların isə, əsli nəfy üzərə (yəni, mübahlıq üzərə) qaldığının qəbulu ilə təmin ediləcəyini söyləmişlərdir.
• 1-ci cavab:
Miras xüsusunda, qardaşlar və baba; avl; məbtutə, mufavvida və haram məsələsi kimi məsələlərin hökmü, Allah Taala'nın kitabının harasındadır? Halbuki, bütün bu məsələlərdə, səhabənin, axtarılıb tapılması xüsusunda ittifaq etdiyi, Allah Taala'nın şər'i hökmü vardır.
Bəli, Kitab, hər şeyi açıqlamışdır. Ancaq bu açıqlaması, i'tibar (ibrət götürmə) metoduna qapı aralamaq surətilə; ya da icma və sünnətə dəlalət yolu ilədir. Qiyas da, icma və sünnət ilə sabit olduğuna görə, Kitab, hər şeyi açıqlamış olmaqdadır.
• 2-ci cavab:
Siz, qiyasın haram olduğunu deyirsiniz. Halbuki, Allah Taala'nın kitabında, qiyasın haramlığı bəyan edilməmişdir. Dolayısı ilə, eynilə
~ "Hər şey üçün..." (Nəhl/89);
~ "Allah, hər şeyin yaradıcısıdır." (Ənam/102);
~ "Özünə hər şey verilmiş olan (kraliça) gördüm." (Nəml/23); və
~ "Hər şeyi yerlə-yeksən edən külək..." (Əhqaf/25)
ayələrini təxsis etdiyiniz kimi; yuxarıdakı ayədə keçən "hər şeyi" ifadəsini də təxsis etməyiniz lazımdır. (haşiyə)
------------------------
(Haşiyə:
Amm və Xass üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem...)
------------------------
✓ İkinci şübhə:
Ayədə, "Allahın endirdiyi ilə hökm ver." (Maidə/49) buyurulmaqdadır. Qiyas isə, Allahın endirdiyi xaricində bir şey ilə hökm verməkdir.
Cavab:
Qiyas, sünnət və icma ilə sabitdir. Buna, Kitab da dəlildir. Endirilmiş olan Kitabdan istinbat edilən bir məna ilə hökm vermək də, endirilənlə hökm etmək deməkdir.
Sonra, (səbəb olaraq göstərdikləri) ayədəki xitab, Rəsul (əleyhissəlam)'a olduğu halda; özləri, başqalarını Peyğəmbərə qiyas etmiş və dolayısı ilə, qiyası ibtal etməyə çalışarkən, qiyasa müraciət etmişlərdir. Halbuki, peyğəmbərlərlə başqaları arasında fərq vardır. Necə ki, bəzi alimlər, töhmət altında qalmaması üçün, -ümmətdən fərqli olaraq- vəhy yolu ilə təbliğə müqtədir olduğu üçün, Peyğəmbərin ictihad etməsini caiz görməmişlərdir.
Bu cavab, eyni zamanda,
~ "Rəbbinizdən sizə endirilənə tabe olun." (Əraf/3);
~ "Allahın endirdiyi ilə hökm etməyənlər, kafirdirlər." (Maidə/44)
kimi ayələr üçün də, cavab təşkil edir.
---------------------------
✓ Üçüncü şübhə:
إِنَّمَا يَأْمُرُكُم بِٱلسُّوٓءِ وَٱلْفَحْشَآءِ وَأَن تَقُولُوا۟ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ
~ "O, sizə, pis və iyrənc işlər görməyi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyi əmr edir." (Bəqərə/169);
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ
~ "Haqqında məlumatın olmadığı bir işin dalınca getmə." (İsra/36);
إِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا ۚ
~ "Şübhəsiz, zənn, heç bir şəkildə, həqiqəti əvəz edə bilməz." (Yunus/36)
إِنَّ بَعْضَ ٱلظَّنِّ إِثْمٌ
~ "Şübhəsiz, zənnin bir qismi, günahdır." (Hucurat/12)
ayələri, qiyas etməyin caiz olmadığını göstərir.
Cavab:
Əgər biz, Zeyd'in evdə olduğunu zənn etməyimiz halında, buğdada ribanın haram olacağını bilsək; sonra da, Zeydin evdə olduğunu zənn edəriksə, hökm, artıq zənni deyil, qəti olar.
Şahidlərin doğruluğunu zənn etdiyində, hakimin verdiyi hökmün qəti olması; qiblə, ov cəzası və hökmün mənatını (2 şey arasındakı bağ, münasibət) təhqiq kimi mövzular da, bunun kimidir.
Digər tərəfdən, ayədə keçən "zənn" sözü, ümumi olub; bununla: "kafirlərin qəti dəlillərə müxalif olan zənnləri" qəsd edilmişdir.
Ayrıca, biz, sizin, qəti olaraq xətalı olduğunuzu söyləməyimizə rəğmən; siz, qəti olaraq qiyasın batil olduğu görüşündə deyilsiniz. Elə isə, siz də, zənn ilə hökm etməyin!
Qiyası inkar edənlərin bu şübhələrinə, ayədəki "zənn" sözünün "ilm fi'z-zahir = zahirdəki elm" mənasında olduğu söylənilərək cavab verilməkdə isə də, biz, bu cavabı bəyənmirik. Çünki, biliyin zahiri, batini olmaz.
✓ Dördüncü şübhə:
...وَإِنَّ ٱلشَّيَـٰطِينَ لَيُوحُونَ إِلَىٰٓ أَوْلِيَآئِهِمْ لِيُجَـٰدِلُوكُمْ ۖ...
"Şübhəsiz, şeytanlar, öz dostlarına, sizinlə mücadilə etmələrini fısıldayarlar." (Ənam/121) ayətini oxuyaraq, bizə, "Siz də, qiyas xüsusunda mücadilə edirsiniz." demişlərdir.
Cavab:
Biz də, onlara: "Siz də, qiyası qaldırmaq və ibtal etmək üçün mücadilə edirsiniz." deyirik.
Ayədə keçən "mücadilə" sözü ilə, (gərəksiz, boş) mücadilənin qəsd edildiyini söyləyərsənizsə, bu (ayə), bizim lehimizədir. (Çünki, bizim mücadilə, boş bir mücadilə deyildir.) Allah, onları nassa müxalif bir şəkildə etdikləri mücadilə xüsusunda rədd və tənqid etmişdir. Çünki onlar, "Öz öldürdüyümüzdən yeyirik. (Elə isə), nə üçün Allahın öldürdüyündən (yəni leş) yeməyək?!" demişdilər. Yenə onlar, ribanı (faizi), alış-verişə qiyas etmişdilər. Allah da, onların: "Alış-veriş də, faiz kimidir." sözlərini rədd etmişdi.
✓ Beşinci şübhə:
Ayədə, "...Əgər bir şey haqqında çəkişsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu, Allah və Onun rəsuluna irca edin (qaytarın, götürün)..." (Nisa/59) buyurulmaqdadır.
Siz isə, rəy'ə irca edirsiniz...
Cavab:
Xeyir. Biz, rəyə irca etmirik. Tam əksinə, Nəbi (əleyhissəlam)'ın nass'larından istinbat edilən illətlərə irca edirik. Qiyas da, zatən, hökmdə təsiri olmayan əlavələri ataraq və hökmün mənatını təcrid edərək, nass'ların mənalarını başa düşməkdən ibarətdir. Siz isə, qiyası, Peyğəmbərin nassına və nassdan istinbat edilən mənaya müraciət etmədən rədd etdiniz. (haşiyə)
---------------------------
(Haşiyə:
Nisa surəsi 59-cu ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nisa-sur%C9%99si-59-cu-ay%C9...)
---------------------------
✓ Altıncı şübhə:
"Bu ümmət, bir müddət, Kitab və sünnət ilə əməl edəcək. Sonra da, rəy ilə əməl edəcək və bunu etdiklərində, azacaqlardır." (əbu Yə'lə, "Müsnəd", X, 240) hədisi.
Cavab:
Peyğəmbər, bu sözü ilə, nass'a müxalif olan rəyi murad etmişdir. Bu xüsus, "Ümmətim, 70 yarım firqəyə ayrılacaqdır. Bunların fitnə cəhətindən ən böyüyü, işləri rəyləri ilə qiyas edib; haramı, halal; halalı da, haram qılanlardır." hədisinin dəlalətilə başa düşülməkdədir. Rəy və qiyas əleyhinə səhabələrdən nəql edilən xəbərlər haqqında, daha əvvəl danışmışdıq.
✓ Yeddinci şübhə:
Bu şübhə, Şiə və Tə'lim əhli (imamiyyə)'yə məxsusdur. (Şübhələri, belədir):
Siz, nassa müxalif olan qiyasın batil olduğunu qəbul edirsiniz. Nasslar, bütün məsələləri əhatə etməkdə; və bunu da, sadəcə Peyğəmbərin naibi olan məsum imam bilməkdədir. Elə isə, məsum imama müraciət etmək lazımdır.
Digər tərəfdən, hadisələrin, sonsuz; nassların isə, sonlu olması, buna əngəl təşkil etməz. Çünki, sonsuz olan, Zeyd və Amr'ın, -şahidliyi məqbul olan- adil şəxslərdən olub-olmadığı; zəkat veriləcək kasıblardan olub-olmadığı kimi; sadəcə şəxslərə aid hökmlərdir. Çünki bu, hökmün mənatının təhqiqi xüsusuna racidir. Hökmlərə dair külli prinsiplərə (rəvəbit) gəlincə; bunların, məsələn,
~ "Nisab miqdarı malı, bənzərlərinin qoyulduğu mühafizə edilən bir yerdən, -bir mülkiyyət şübhəsi olmadan- oğurlayan kimsənin əlinin kəsilməsi lazımdır." ;
~ "Ramazan ayının gündüzündə, oruc olması səbəbilə, özünü günaha salan bir cinsi münasibətdə olaraq orucunu pozan şəxsə, kəffarət lazımdır."
deyilmək surətilə, nass ilə məzbut (zəbt edilən bir) hala gətirilməsi, mümkündür.
Külli prinsipin ehtiva etdiyi xüsuslarda, hökm cari olur. Bunun xaricində qalan sonsuz saydakı xüsuslar isə, əsli hökm üzərində qalar və beləcə, (nasslar), bütün bu yolları əhatə etmiş olar.
Cavab:
Biz, nassın varlığında ediləcək qiyasın, batil olduğunu təslim edirik. Hökmlərin külli prinsiplərə rəbt edilməsinin (bağlanmasının) imkanını da qəbul edirik. Nə var ki, məsum imama müraciət iddiası, sizin uydurduğunuz bir şeydir. Çünki, səhabə, qardaşlarla bərabər babanın da varis olmasını; haram, mufavvida və daha bir çox məsələdə ixtilaf etdiyi halda; -sizin boş iddianıza görə- məsum olan şəxs də, onların aralarında olmasına baxmayaraq, bu mövzularda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən bir söz eşidib-eşitməyən olduğunu araşdırır; aralarında müşavirə edir; sizin məsum dediyiniz şəxsə, bəzən müraciət edib, bəzən müvafiq olub, bəzən də müxalifət edirlərdi. Səhabə, nəql edilən bir hədisin və nassın yanında yer alır; və hətta rəşidi xəlifələr də bir tərəfə, adil olan hər kəsin nəqlini qəbul edirdilər. Nasslar, madam ki hər şeyi əhatə edirdi, (elə isə) -sizin məsum dediyiniz şəxs- nəyə görə bəzi məsələlərdə, nassı onlardan gizləmiş və onları, ixtilaf halında buraxmışdı?! Səhabənin ictihad və ixtilaflarından zəruri olaraq başa düşülməkdədir ki, nasslar, (tək-tək, hər hadisənin bir başa hökmünü tənzimləyəcək bir şəkildə) əhatə edici deyildi. Bu da, səhabənin, ictihad ilə əməl etdiyini göstərir.
-----------------------------
(Qiyası inkar edənlərin) mənəvi şübhələrindəki qövl(lər):
Bu şübhələr, 6-dır:
✓ Birinci şübhə:
Bu şübhə, şiə və təlimiyyə (imamiyyə)'yə aid olub, belədir:
İxtilaf, Allahın dinindən deyildir. Allahın dini, dəyişkən və fərqli deyil; təkdir. İnsanları, zənnlərə/şəxsi qənaətlərə görə davranmağa sövq etmək, zəruri olaraq ixtilaf doğurur. Rəy, ixtilafın qaynağıdır. Hər müctəhid, musib (isabət edən)'dirsə, bir şey və ya onun ziddi, necə olur ki, Allahın dini ola bilir?! Bir tək musibin mövcud olması da, imkansızdır. Çünki, birinin zənni, (zənn olmaq cəhətindən), eynilə digərinin zənni kimidir. Zənniyyat xüsusunda qəti dəlil olmayıb, zənnlər, nəfslərin yönəlməsinə racidir. Neçə-neçə sözlər vardır ki, Zeydin nəfsi, ona meyl edər; (ancaq) Amr'ın qəlbi, ondan nifrət edər. İxtilafın zəmm edilmiş (pislənmiş) olduğuna, bu ayələr dəlildir:
أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ ۚ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ ٱللَّهِ لَوَجَدُوا۟ فِيهِ ٱخْتِلَـٰفًا كَثِيرًا
~ "Məgər onlar, Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf tapardılar." (Nisa/82);
...أَنْ أَقِيمُوا۟ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُوا۟ فِيهِ ۚ...
~ "Dini iqamə edin; və onda ayrılığa düşməyin." (Şura/13);
...وَلَا تَنَـٰزَعُوا۟ فَتَفْشَلُوا۟ وَتَذْهَبَ رِيحُكُمْ ۖ...
~ "Bir-birinizlə çəkişməyin. Yoxsa, ruhdan düşər və zəifləyərsiniz." (Ənfal/46);
إِنَّ ٱلَّذِينَ فَرَّقُوا۟ دِينَهُمْ وَكَانُوا۟ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِى شَىْءٍ
~ "Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur." (Ənam/159);
وَلَا تَكُونُوا۟ كَٱلَّذِينَ تَفَرَّقُوا۟ وَٱخْتَلَفُوا۟ مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْبَيِّنَـٰتُ
~ "Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın." (Al-i İmran/105)
Eyni şəkildə, səhabə də, ixtilafı pisləmişdir.
~ Ömər (radiyallahu anh): "İxtilafa düşməyin. Əgər siz ixtilaf edərsənizsə; sizdən sonra gələnlər, daha çox ixtilafa düşərlər." demişdir. Yenə,
~ Ömər, ibn Məsud və Ubeyy b. Ka'b (radiyallahu anhum)'un, insanın 1 paltar və 2 paltar içində qıldığı namaz xüsusunda ixtilaf etdiklərini görüncə, minbərə çıxmış və: "Peyğəmbərin səhabələrindən 2 nəfər ixtilaf edir. Müsəlmanlar, ikinizdən hansınızın fətvasını götürəcək? Bu andan etibarən, 2 nəfərin ixtilaf etdiyini görmək istəmirəm. Əks təqdirdə, nə edəcəyimi bilirəm."
~ Cərir b. Kuleyb, belə deyir:
Gördüm ki, Ömər, mutə nikahını qadağan edir; Əli isə, mübah görürdü. Onlara: "İkinizin arasında, bir şey var. [İkinizdən biri, şərlidir.]" dedim. Əli dedi: "Xeyr. İkimizin arasında, sadəcə xeyir var. Lakin ən xeyirlimiz, bu dinə ən çox tabe olanımızdır."
Əli (radiyallahu anh), xilafəti zamanında, qadı'larına belə yazmışdı:
"Əvvəlcədən (yəni, əvvəlki xəlifələr zamanında) necə hökm verirdinizsə, indi də elə hökm verin. Çünki Mən, ixtilafı kərih görürəm və dostlarımın öldüyü kimi ölməyi arzu edirəm."
Cavab:
Biz, bütün müctəhidlərin isabət etdiyi görüşündəyik!
• Onların: "Bir şey və o şeyin ziddi, eyni anda necə din ola bilər?" sözünə gəlincə:
Biz də deyirik ki: Bu (yəni, bir şey və ziddinin din olması), 2 şəxs haqqında, mümkündür. Məsələn:
~ Namaz qılmaq və namazı tərk etmək, heyzli qadın ilə təmiz qadın cəhətindən, belədir. Yəni, namaz qılmaq, birinə fərz ikən, digərinə haramdır.
~ Qiblənin təyini xüsusundakı ictihadları fərqli olan şəxslər cəhətindən, qiblə də belədir. Yəni, hər birinin qibləsi, qiblə zənn etdiyi yöndür.
~ Eyni şəkildə, biri, sağlam və əmin-amanlıq içərisində çatacağına qənaət gətirən; və digəri, həlaka qənaət gətirən 2 şəxs cəhətindən, dəniz səfərinə çıxmaq xüsusu da, belədir. Bu halda, birinicin dəniz səfərinə çıxması, caiz; ikincinin çıxması isə, haramdır.
~ 2 qadı və 2 müfti cəhətindən, birinin, doğru sözlü olduğuna; digərinin isə, yalançı olduğuna qənaət gətirdikləri şahid və ravini təsdiq və təkzib də, belədir.
• Onların: "İxtilaf, necə əmr edilmiş ola bilər?" sözlərinə gəlincə:
Biz, ixtilafın əmr edilmiş olduğunu demirik. Əksinə, biz, başqa bir müctəhid, özünə müxalif olsa belə, hər müctəhidin, öz zənninə/qənaətinə görə əməl etməklə mükəlləf olduğunu; ixtilafı qaldırmağın, müctəhidin ixtiyarı daxilində olmadığını söyləyirik. İxtilaf, felən, zəruri olaraq vardır. Yoxsa, əmr edilmiş deyildir.
• Allah Taala'nın: "Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ixtilaf tapardılar." (Nisa/82) ayətinə gəlincə:
Ayədəki ixtilafın mənası, "mülhidlərin/dinsizlərin iddia etdiyi tənaquz/ziddiyyət" və ya "bəlağat xüsusundakı ixtilaf və -nəzm və nəsr xüsusunda, hallarının fərqliliyi səbəbilə- bəşər kəlamında var ola bilən izdirab (müşkillər)"dir. Yoxsa ki, ayədəki ixtilafdan məqsəd, hökmlər mövzusundakı ixtilafı nəfy etmək, yox saymaq deyildir. Çünki, bütün şəriətlər və dinlər, Allah qatından olduğu halda, bunların, bir-birindən fərqlilikləri vardır. Üstəlik, Quranda, əmr, nəhy, ibahə, vəd, vaid, misillər və məvəiz (moizələr) vardır. Bunlar da, bir növ ixtilafdır.
• "Dində ayrılığa düşməyin." və "Bir-birinizlə çəkişməyin." kimi ayələrə gəlincə:
Bunların hamısı, tövhid və Nəbi (sallallahu aleyhi və səlləm)'ə iman və Onu dəstəkləmə xüsusundakı ixtilafı qadağan etməkdədir. Yenə, haqqlarında həqiqətin tək olduğu bütün əsas dini xüsuslar (usulu'd-diyanət), belədir. Bunun üçündür ki, Allah Taala: "Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın." (Al-i İmran/105) buyurmuşdur.
• Yenə, "Bir-birinizlə çəkişməyin. Yoxsa, ruhdan düşər və zəifləyərsiniz." (Ənfal/46) ayətilə: Dini üstün qılmaq (yəni, dəstəkləmək) xüsusunda tənbəllik etməyin (yəni, bir-birinizlə yardımlaşın) qəsd edilməkdədir.
• İxtilafı pisləmək sədədində, səhabə (radiyallahu anhum)'dan rəvayət etdikləri xəbərlərə gəlincə:
Bu xəbərlər, necə səhih ola bilər ki, ilk dəfə ixtilaf və ictihad edənlər, Özləridir. Səhabənin ixtilaf və ictihad etdikləri, təvatürlə bilinməkdədir. Belə ikən, təvatürən bilinən bir xüsus, sənədində zəiflik olan və mətnlərinin:
~ dinin əsli;
~ dinə yardım etmək;
~ xilafət və imamət;
~ icmadan sonrakı xilaf (mübahisələr);
~ imamlara, valilərə və qadılara qarşı ixtilaf; və ya
~ ictihada əhil olmadıqları halda, avamın, rəy səbəbilə ixtilafı
mövzularındakı ixtilafın nəhy edilməsi şəklində təvil edilməsi mümkün olan rəvayətlərdən hərəkətlə, bir tərəfə necə atıla bilər?!
• Ömər'in, ibn Məsud və Ubeyy b. Ka'b arasındakı ixtilafı kərih görməsinə gəlincə:
Bəlkə də, 1 paltar içərisində namaz xüsusunda, əvvəl icma edilmişdi və buna müxalifət edən səhabə, icmanın gerçəkləşməsi üçün əsrin keçməsinin şərt olduğu görüşündə idi. Bunun üçündür ki, Ömər: "Hər ikiniz də, Peyğəmbərdən rəvayət edirsiniz. Bəs Müsəlmanlar, hansınızın fətvasını götürəcək?" demişdir.
Digər bir ehtimal da, budur:
Bəlkə də, ibn Məsud və Ubeyy'dən biri, digərini tə'sim (günaha nisbət) edir və bunda da ifrat edirdi və Ömər də, şəxsən ixtilafı deyil; bu şəkildəki ixtilafı qadağan edirdi.
Digər bir ehtimal da, budur:
Bəlkə də, ibn Məsud ilə Ubeyy, fətva soruşan adamın qarşısında ixtilaf etmiş və fətva soruşan da çaş-baş qalınca, Ömər: "Xalq, hansınızın fətvasını götürəcək?" demişdir. Belə bir halda, işin doğrusu, budur: Bir müfti, ictihadi bir məsələdə, ammi üçün bir fətva vermişdirsə, digər müftinin, sual soruşan şəxsin qarşısında bu fətvaya qarşı çıxıb sual soruşan şəxsi çaş-baş salmaması, daha uyğundur.
• Mutə nikahının haramlığı mövzusunda Ömər və Əli (radiyallahu anhuma)'nın ixtilafına gəlincə:
Belə bir ixtilafın meydana gəldiyi, doğru deyildir. Tam əksinə, səhih rəvayətlər, Əli'nin, mutə nikahının və əhl-i eşşək ətinin, Xeybər günündə haram qılındığını nəql etdiyini göstərməkdədir.
Hamısı da bir tərəfə, ictihadı caiz gördükləri qəti olaraq bilinən bu şəxslərin, ixtilafı qadağan etdikləri, necə doğru ola bilər?!
• Əli (radiyallahu anh)'ın qadılara yazdığı məktuba gəlincə, (bu məktub), bir neçə cəhətə möhtəməldir. (Belə ki):
Bəlkə də, bu qadılar, Əliyə məktub yazaraq, bəzi hadisələr haqqındakı rəyini (görüşünü) soruşmuşdular; Əli də: "Əvvəldən belə hadisələr haqqında nə cür hökm edirdinizdisə, indi də elə hökm verin" demişdi...
(Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "Mustasfa", s. 551-557)
------------------------------------
------------------------------------
Əlavələr:
• Nisa surəsi 59-cu ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nisa-sur%C9%99si-59-cu-ay%C9...
• Nisa surəsi 83-cü ayə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/nisa-sur%C9%99si-83-cu-ay%C9%99
