Peyğəmbər meracda Allahı görübmü?
431. Mənə, əbu'r-Rabi əz-Zəhrani bildirdi. əş-Şeybani dedi:
Mən, Zirr b. Hubeyş'dən, Allah (azzə və cəllə)'nin: “2 yay qədər; hətta, daha da yaxınlaşdı.” (Nəcm/9) ayəsi haqqında soruşdum. Belə dedi:
Mənə, ibn Məsud'un xəbər verdiyinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), Cəbrayılı, 600 qanadlı olaraq gördüyünü xəbər verdi.
--------------------
--------------------
432. Abdullah (b. Məsud) dedi:
"(Gözü ilə) gördüyünü, qəlbi yalanlamadı." (Nəcm/11) ayəti haqqında, "Cəbrayılı, 600 qanadlı olaraq gördü."
---------------------
---------------------
433. Zirr b. Hubeyş, Abdullahdan, Allahın: "And olsun, Rəbbinin böyük ayətlərindən görmüşdür." (Nəcm/18) ayəti haqqında:
"Cəbrayılı, əsl surətində, 600 qanadlı olaraq gördü." dediyini nəql etməkdədir.
[Muslim, "İman" kitabı, 76-cı bab: "Allah Taala'nın: 'And olsun ki, Onu, digər bir enişində də görmüşdü.' (Nəcm/13) sözünə dair" bab]
----------------
----------------
----------------
434. Bizə, əbu Bəkr b. Şeybə bildirdi...
əbu Hureyrə (radiyallahu anh), (Allahın):
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ
"And olsun ki, Onu, digər bir enişində də görmüşdü." (Nəcm/13) (ayəsi) haqqında:
"O (yəni, Peyğəmbər), Cəbrayılı görmüşdür." dedi.
------------------------------
------------------------------
435. Bizə, əbu Bəkr b. Şeybə bildirdi...
ibn Abbas (radiyallahu anh): "Onu, qəlbilə gördü." dedi.
------------------------------
------------------------------
436. Bizə, əbu Bəkr b. Şeybə və əbu Səid əl-Əşəc bildirdilər...
ibn Abbas (radiyallahu anh), (Allahın):
مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ
"(Gözü ilə) gördüyünü, qəlbi yalan saymadı." (Nəcm/11); və
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ
"And olsun ki, Onu, digər bir enişində də görmüşdü." (Nəcm/13) (ayələri) haqqında:
"Onu, qəlbilə 2 dəfə gördü." demişdir.
----------------------
----------------------
437. Bizə, əbu Bəkr b. əbi Şeybə, Hafs b. Ğiyas'dan; o da ---> Aməş'dən; o da ---> əbu Cəhmə'dən, bu isnadla rəvayət etmişdir.
----------------------
----------------------
438. Mənə, Zuheyr b. Harb bildirdi...Məsruq, belə deyir:
Aişə (radiyallahu anha)'nın yanında, söykənmiş bir vəziyyətdə ikən,
- O, (mənə): "Ey əbu Aişə! 3 şey vardır ki, hər kim, bunlardan birini dilinə gətirsə, Allaha böyük böhtan atmış olar." dedi.
- Mən; "Nədir onlar?" deyə soruşdum.
- O: "Hər kim, Muhamməd (sallallahu aleyhi və səlləm)'in öz Rəbbini gördüyünü iddia etsə, Allaha böyük iftira atmış olar." dedi.
- Mən, söykəndiyim yerdən qalxıb, oturdum və: "Ey möminlərin anası! Mənə bir möhlət ver və tələsmə. Məgər, Allah (azzə və cəllə):
وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ
'And olsun ki, Onu, açıq bir üfüqdə gördü." (Təkvir/23);
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ
'And olsun ki, Onu, digər bir enişində də görmüşdü.' (Nəcm/13) buyurmurmu?" dedim.
- Aişə dedi: "Mən, bu ümmətin, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, bu haqda soruşan kimsələrin birincisiyəm. O (mənim sualıma), belə cavab verdi:
'O, Cəbrayıldır. Mən, bu 2 kərədən başqa, heç vaxt Onu, xəlq edildiyi surətində görməmişəm. Onu səmadan enərkən gördüm. Xilqətinin böyüklüyü, göylə yerin arasını tutmuşdu."
- Aişə dedi: "Məgər sən, Allahın:
تُدْرِكُهُ ٱلْأَبْصَـٰرُ وَهُوَ يُدْرِكُ ٱلْأَبْصَـٰرَ ۖ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ
'Gözlər, Onu dərk etməz. O isə, gözləri dərk edər. O, Lətifdir, Xabir (hər şeydən xəbərdar)'dır.' (Ənam/103);
(Yenə),
وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَآئِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًا فَيُوحِىَ بِإِذْنِهِۦ مَا يَشَآءُ ۚ إِنَّهُۥ عَلِىٌّ حَكِيمٌ
'Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, Aliyy (ucadır), Hakim (hikmət sahibi)'dir.' (Şura/51)
deyə buyurduğunu eşitməmisənmi?"
- Aişə dedi: "Hər kim, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Allahın kitabından bir şey gizlətdiyini iddia etsə, Allaha böhtan atmış olar.
Allah buyurur:
يَـٰٓأَيُّهَا ٱلرَّسُولُ بَلِّغْ مَآ أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ ۖ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُۥ
'Ey Rəsul! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər belə etməsən, Onun risalətini (Sənə tapşırdığı elçilik vəzifəsini) yerinə yetirmiş olmazsan.' (Maidə/67)
- Aişə dedi: "Hər kim, sabah nə baş verəcəyini xəbər verməyə qadir olduğunu iddia etsə, Allaha böhtan atmış olar.
Allah buyurur:
قُل لَّا يَعْلَمُ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ٱلْغَيْبَ إِلَّا ٱللَّهُ
'De: Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz.' (Nəml/65)
-------------------------------
-------------------------------
439. Bizə, Muhamməd b. əl-Musənna bildirdi. Bizə, Abdu'l-Vəhhab bildirdi. Bizə, Davud, bu isnad ilə ibn Uleyyə'nin hədisinə bənzər rəvayət etmiş və (rəvayətinə, bunu) da əlavə etmişdir:
Aişə dedi: "Əgər Muhamməd (sallallahu aleyhi və səlləm), Ona nazil olan (Kitabdan) nə isə gizlətsəydi, bu ayəni gizlədərdi:
وَإِذْ تَقُولُ لِلَّذِىٓ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخْفِى فِى نَفْسِكَ مَا ٱللَّهُ مُبْدِيهِ وَتَخْشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخْشَىٰهُ
'Bir zaman Allahın nemət verdiyi və sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki əslində qorxmalı olduğun məhz Allahdır." (Əhzab/37)
-------------------------
-------------------------
440. Bizə, ibn Numeyr bildirdi...Məsruq dedi:
- Mən, Aişə (radiyallahu anha)'dan: 'Muhamməd (sallallahu aleyhi və səlləm), Rəbbini görübmü?' deyə soruşdum.
- O: "Subhanallah! Bu dediyin sözdən dolayı, tüklərim biz-biz oldu..." dedi və hədisi, axıra kimi tamamladı.
Lakin, Davudun rəvayət etdiyi hədis, daha tamam və daha uzundur.
------------------------
------------------------
441. Bizə, ibn Numeyr bildirdi...Məsruq deyir:
- Mən, Aişə (radiyallahu anha)'dan, Allahın:
"Sonra, Muhammədə yaxınlaşıb, aşağı endi. O, 2 yay qədər; hətta, daha da yaxınlaşdı; quluna vəhy etdiyini etdi.' (Nəcm/8-11) sözləri, nə haqqındadır?" deyə soruşdum.
- Aişə dedi: "Bu, Cəbrayıldır. Cəbrayıl, Onun yanına, kişi surətində gələrdi. Bu dəfə isə, Onun yanına, əsl surətində gəlmiş və göyün üfqünü tutmuşdu."
[Muslim, "Səhih", "İman kitabı", 77-ci bab: "Allah (azzə və cəllə)'nin: 'And olsun ki, Onu, digər bir enişində də görmüşdü.' (Nəcm/13) sözünün mənası və 'Nəbi (sallallahu aleyhi və səlləm), isra gecəsi, Rəbbini görübmü?' babı"]
-------------------------
-------------------------
-------------------------
442- Əbu Zərr (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə:
"Rəbbini gördünmü?" deyə soruşdum. O:
"(O), bir nurdur. Onu necə görə bilərəm?!" deyə buyurdu.
---------------------------
---------------------------
443- Qatadə, Abdullah b. Şəqiqdən belə dediyini nəql edir:
Əbu Zərrə:
"Allah rəsulu (sallalllahu aleyhi və səlləm)'i görsəydim, şübhəsiz Ondan soruşacaqdım." dedim.
- Əbu Zərr:
"Ondan nəyi soruşacaqdın?" dedi.
- Mən:
"Rəbbini gördünmü?" deyə soruşacaqdım.
- əbu Zərr:
"Mən, (bunu) Ondan soruşdum. O:
'Mən, bir nur gördüm.' buyurdu."
(Muslim, İman kitabı, 78-ci bab: "Nəbi (sallallahu aleyhi və səlləm)'in: 'O, bir nurdur. Onu necə görə bilərəm?!' buyuruğu ilə: 'Mən, bir nur gördüm.' buyuruğu haqqında bir bab")
--------------------
--------------------
--------------------
444- Əbu Musa əl-Əşari (radiyallahu anh)'dan belə dediyi rəvayət edilmişdir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), 5 xüsusu təbliğ etmək üzərə, aramızda ayağa qalxaraq, belə dedi:
"Şübhəsiz, Allah, yatmaz. (Zatən) yatmaq, Onun şanına layiq deyildir.
O, qist'i aşağı endirər, yuxarı qaldırar.
Qullarının gündüz əməlindən əvvəl gecə əməli və gecə əməlindən əvvəl gündüz əməli, Onun qatına yüksəldilər. Onun görülməsini pərdələyən hicab, nurdur.
Əgər Allah, o hicabı (pərdəni) açacaq olsaydı, üzünün nurunun parıltıları, Onun gördüyü bütün məxluqatını yandırardı."
------------------------------------
------------------------------------
445. Bizə, İshaq b. İbrahim bildirdi...Bizə, Cərir, Aməş'dən, bu isnad ilə xəbər verdi. (əbu Musa) dedi:
"Allah rəsulu (sallallahu aleyhi və səlləm), aramızda ayağa qalxıb 4 şeyi söyləyərək, bir xütbə verdi. Sonra da, əbu Muaviyə'nin hədisi rəvayət etdiyi kimi zikr etməklə bərabər, "məxluqatından" ibarəsini söyləmədi. Ancaq, "Hicabı, nurdur." dedi.
-------------------------------
-------------------------------
446- əbu Musa əl-Əşari (radiyallahu anh)'dan belə rəvayət edilir:
Allah rəsulu (sallallahu aleyhi və səlləm), qalxıb 4 xüsusu dilə gətirərək, belə buyurdu:
"Şübhəsiz, Allah yatmaz. Onun yatması, şanına layiq deyildir. Ədalət tərəzisini yüksəldər, alçaldar.
Gündüzün əməli Ona, gecə vaxtı;
Gecənin əməli də, gündüz vaxtı yüksəldilər."
(Muslim, İman kitabı, 79-cu bab: "Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in: 'Şübhəsiz, Allah yatmaz.' sözü ilə, 'Onun hicabı, nurdur. Əgər onu açacaq olarsa, üzünün nuru, Onun gördüyü bütün məxluqatı yandırardı.' buyuruğu haqqında bir bab")
------------------
Şərhi:
(431-446 no-lu hədislər):
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Rəbbini görməsi; və Onunla danışması ilə bağlı görüş ayrılıqları:
Qadı İyad (rahiməhullah) dedi:
Sələf və xələf, Nəbi (sallallahu aleyhi və səlləm)'in, isra gecəsində, Rəbbini görüb-görmədiyi xüsusunda, ixtilaf etmişlərdir. Burda, Muslim'in "Səhih"ində görüldüyü kimi, Aişə (radiyallahu anha), bunu qəbul etmədiyi kimi; bunun bir bənzəri rəvayət, əbu Hureyrə və bir topluluqdan da rəvayət edilmişdir. ibn Məsud (radiyallahu anh)'dan gələn məşhur rəvayət də, budur. Hədis və kəlam alimlərindən bir topluluq da, bu görüşə sahibdirlər.
Bununla bərabər, ibn Abbas (radiyallahu anh)'dan, Nəbi (sallallahu aleyhi və səlləm)'in, Rəbbini, gözü ilə gördüyü rəvayəti nəql edilmişdir. Bənzəri bir rəvayət, əbu Zərr və Ka'b (radiyallahu anhuma) ilə Həsən əl-Basri (rahmətullahi aleyh)'dən də nəql edilmişdir. Hətta, Həsən əl-Basri, bu xüsusda, and belə içirdi. Bunun bir bənzəri rəvayət, ibn Məsud, əbu Hureyrə və Əhməd b. Hənbəl'dən də nəql edilmişdir.
Etiqadi məzhəb və firqələrin görüşlərilə məşğul olan alimlər də, əbu'l-Həsən əl-Əşari'dən və Onun məzhəbinə mənsub bir topluluqdan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Rəbbini gördüyü görüşündə olduqlarını nəql etmişlərdir.
Bəzi ustadlarımız da, bu məsələdə qəti bir görüş bildirməyərək, "(Peyğəmbərin), Allahı gördüyünə dair, açıq bir dəlil yoxdur. Bununla bərabər, görmüş olması da, caiz (mümkün)'dür." demişlərdir.
Uca Allahın bu dünyada görülməsi, caizdir. Musa (əleyhissəlam)'ın, belə bir şey istəməsi (bax: Əraf/143) də, caiz olduğuna dəlildir. (haşiyə) Çünki, bir nəbinin, Rəbbi haqqında caiz, ya da imkansız olanı bilməməsi, mümkün deyildir.
---------------------
(Haşiyə:
Təfsiri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99raf-sur%C9%99si-143-cu...
----------------------
Yenə, alimlər, Musa (əleyhissəlam)'ın Rəbbini gördüyü xüsusunda və bu xüsusla bağlı ayətin (Əraf/142 və davamındakı ayələrin) bəhs mövzusu etdiyi dağın görülməsinin nə mənaya gəldiyi xüsusunda da ixtilaf etmişlərdir. Qadı əbu Bəkr'in buna dair verdiyi cavabı, hər ikisinin də, yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in və Musa (əleyhissəlam)'ın, Rəbblərini görmüş olmalarını gərəkdirməkdədir.
Eyni şəkildə, alimlər, Nəbimiz Muhamməd (sallallahu aleyhi və səlləm)'in, şanı uca Rəbbilə, isra gecəsində vasitəsiz olaraq danışıb-danışmadığı xüsusunda da ixtilaf etmişlərdir. əbu'l-Həsən əl-Əşari ilə mütəkəllimun (kəlam alimləri)'ndən bir topluluqdan, Onunla danışdığı nəql edilmişdir. Bəziləri də, bu görüşü, Cəfər b. Muhamməd, ibn Məsud və ibn Abbas'a nisbət etmişlərdir.
Eyni şəkildə, uca Allahın: "Yaxınlaşıb endi." (Nəcm/8) ayəsi haqqında da, fərqli görüşlərə sahibdirlər. Əksəriyyət, burdakı yaxınlaşıb enməyin, Cəbrayıl ilə Nəbi (sallallahu aleyhi və səlləm)'dən hər biri arasında paylaşdırılmış olduğunu; yaxud, ikisindən sadəcə birinə və bunun, sidrətu'l-müntəhada gerçəkləşmiş olduğunu qəbul etməkdədirlər.
ibn Abbas, Həsən, Muhamməd b. Ka'b, Cəfər b. Muhamməd və başqalarından nəql edildiyi üzərə, bu, Nəbi (sallallahu aleyhi və səlləm)'in, şanı uca olan Rəbbinə yaxınlaşması; yaxud, uca Allahın yaxınlaşması deməkdir. Bu izaha görə, yaxınlaşmaq və enmək, lüğətdəki mənası ilə deyildir. Cəfər b. Muhamməd'in dediyi kimi, uca Allahın yaxınlaşmasının bir sərhədi olmaz. Qulların yaxınlaşması isə, müəyyən bir sərhədlədir. Bu halda, Nəbi (sallallahu aleyhi və səlləm)'in, şanı uca olan Rəbbinə yaxınlaşması, Allah nəzdindəki çox böyük məqamının açıqca ortaya çıxması və Onun mərifət nurlarının parlayıb, Onun xaricində heç bir kimsəyə göstərmədiyi qeybindən və mələkutunun (haşiyə) sirlərindən Onu xəbərdar qılıb, Ona göstərməsi deməkdir. Şanı uca olan Allahın ona yaxınlaşması isə, bunu, Özünə açıqca göstərməsi; Ona, çox böyük ehsanlar verib Öz nəzdindəki çox əzəmətli fəzilət və üstünlüyə sahib qılmasıdır, deməkdir.
-------------------------
(Haşiyə:
Mələkut nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi...
-------------------------
Uca Allahın “2 yay qədər; hətta, daha da yaxınlaşdı.” (Nəcm/9) ayəsi, buna görə, mövzunun lətifliyini və Nəbimiz (sallallahu aleyhi və səlləm)'in, həqiqətə yaxınlaşıb, Onu bilməsi; Allah tərəfindən də, arzusunun müsbət qarşılanıb; məqam və mövqeyinin də açıqca göstərilməsi mənasında bir ibarədir. Nəbi (sallallahu aleyhi və səlləm)'in, əziz və cəlil Rəbbindən nəql etdiyi: "Mənə bir qarış yaxınlaşana, Mən, bir arşın yaxınlaşaram." sözü ilə bağlı verilən təvilin eynisi də, bu xüsusda edilər.
(Qadı İyad'ın açıqlamaları, burda sonlanır.)
"ət-Tahrir" sahibinə gəlincə (bu əsər də, Muslim şərhlərindən biridir):
Ruyətin (peyğəmbərin, Allahı görməsinin) sabit olduğu görüşünü tərcih edərək, belə deyir:
Bu məsələ ilə bağlı dəlillər hər nə qədər çoxdursa da, biz, ancaq, bu dəlillərin ən qüvvətli olanlarını götürürük. Bu da, ibn Abbas (radiyallahu anh)'ın bu hədisidir:
"Siz, İbrahim'in, Allahın xəlili olmasına; Musanın, Allah ilə danışmasına; Muhamməd (sallallahu aleyhi və səlləm)'in də, Rəbbini görməsinə heyrətmi edirsiniz?"
İkrimə'dən gələn rəvayətə görə də, ibn Abbas (radiyallahu anh)'dan: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), Rəbbini gördümü?" deyə soruşulmuş; o da: "Bəli." deyə cavab vermişdir.
(İçində) bir beis olmayan bir isnad ilə, Şu'bə'dən; o ---> Qatadə'dən; o ---> Ənəs (radiyallahu anh)'dan, belə dediyi rəvayət edilir:
"Muhamməd (sallallahu aleyhi və səlləm), Rəbbini görmüşdür."
Həsən əl-Basri də, Muhamməd (sallallahu aleyhi və səlləm)'in, Rəbbini gördüyünə dair, and içərdi.
Bu xüsusda əsl istinad, bu ümmətin ən böyük alimi, çətin məsələlərdə özünə müraciət edilən ibn Abbas'ın rəvayət etdiyi hədisdir. ibn Ömər (radiyallahu anh) da, bu məsələ haqqında Ona müraciət etmiş və onunla, "Allah rəsulu (sallallahu aleyhi və səlləm), Rəbbini görmüşdürmü?" deyə yazışmış; ibn Abbas da, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Rəbbini gördüyünü xəbər vermişdir.
Bu xüsusda, Aişə (radiyallahu anha)'nın rəvayət etdiyi hədis, buna qarşı dəlil olaraq görülə bilməz. Çünki, Aişə (radiyallahu anha), Nəbi (sallallahu aleyhi və səlləm)'i: "Mən, Rəbbimi görmədim." dediyini eşitmiş olduğunu xəbər verməkdədir. O, sadəcə, uca Allahın:
“Allah insanla ancaq vəhylə və ya pərdə arxasından danışır, yaxud bir elçi göndərir və o da Allahın izni ilə Onun istədiyini vəhy edir. Həqiqətən, O, Aliyy (ucadır), Hakim (hikmət sahibi)'dir.” (Şura/51) ayəsilə,
"Gözlər Onu dərk etməz." (Ənam/103) ayələrini təvil edərək o sözlərini söyləmişdir.
Səhabə, əgər bir söz söyləyib yenə səhabələrdən bir başqası ona müxalifət edəcək olarsa, onun o sözü, dəlil olmaz.
Digər tərəfdən, Allah rəsulunun Rəbbini gördüyünə dair ibn Abbas'dan gələn rəvayətlər səhih olduğuna görə, ruyətin gerçəkləşmiş olduğu xüsusunda onları qəbul etmək lazımdır. Çünki, Allahın görülməsi, ağıl ilə başa düşülən və zənnə söykənərək qəbul ediləcək bir məsələ deyildir. Bu, ancaq, səm'i (eşitməklə əldə edilən) dəlildən öyrənilər. Hər hansı bir kimsənin də, ibn Abbas'ın bu məsələdə öz zənni və ictihadı ilə danışmış olduğunu zənn etməsi, doğru qəbul edilə bilməz.
Ma'mər b. Rəşid də, Aişə və ibn Abbas'ın bu xüsusdakı ixtilaflarından söz açıldığında, belə deyir:
Bizə görə, Aişə, ibn Abbas'dan daha elmli deyildir. Digər tərəfdən, ibn Abbas, başqasının mənfi qənaət bildirdiyi bir xüsusda; özü, müsbət bir qənaət ortaya qoymuşdur. Müsbət qənaət isə, mənfi qənaətdən əvvəl götürülür.
("ət-Tahrir" sahibi əbu Abdullah Muhamməd b. İsmayıl'ın açıqlamaları, bunlardan ibarətdir.)
Xülasə edəcək olsaq:
Alimlərin əksəriyyətinin görüşünə görə, tərcihə layiq olan, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, Rəbbini, isra gecəsində, başındakı gözlərilə gördüyüdür. Bunun dəlili isə, daha əvvəl keçən ibn Abbas və başqalarının rəvayət etdikləri hədislərdir. Onlar, -bu xüsusun gerçəkləşdiyinə dair görüşü isə-, ancaq, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən şəxsən eşidilmiş olan hədislərdən çıxartmışlardır. Bu da, haqqında şübhəyə düşülməməsi lazım gələn xüsuslardan biridir.
Digər tərəfdən, Aişə (radiyallahu anha), Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən rəvayət etdiyi bir hədisə isnad edərək, Rəbbini gördüyünü rədd etmir. Əgər bu xüsusda bildiyi bir hədis olsaydı, şübhəsiz, onu da zikr edərdi. Ancaq O, bu xüsusda, ayələrdən çıxardığı nəticələrə isnad etmişdir. Buna dair cavabı da açıqlayacağıq.
Aişə (radiyallahu anha)'nın, uca Allahın, "Gözlər, Onu idrak etməz." (Ənam/103) ayəsinin cavabı, çox açıqdır. Çünki idrak, "əhatə etmək" deməkdir. Şanı uca olan Allah isə, əsla əhatə edilə bilməz. Onun əhatə edilə bilməyəcəyinə dair nassın varid olması, -əhatə bəhs mövzusu olmadan- görməyin rədd edilməsini gərəkdirməz. Ayə ilə bağlı, daha başqa cavablar da verilmiş olmaqla bərabər; bu açıqlamalarımızla bərabər, ayrıca, onları da bəhs mövzusu etməyə ehtiyac yoxdur. Çünki bu cavab, olduqca qısa olmaqla bərabər, son dərəcə də gözəldir.
Aişə (radiyallahu anha)'nın, uca Allahın: “Allah, insanla ancaq vəhylə və ya pərdə arxasından danışır.” (Şura/51) ayətini dəlil göstərməsinə gəlincə, buna, bir neçə cür cavab verilə bilər. (Belə ki):
1. Görmək, ayrıca görmə halında danışmağın da var olmasını gərəkdirməz. Danışmadan görməyin də bəhs mövzusu olması, mümkündür.
2. Bu söz, ümumidir və daha əvvəl keçən dəlillərlə təxsis edilmişdir.
3. Bəzi alimlərin dedikləri kimi, "vəhy"dən məqsəd, "vasitəsiz danışmaq"dır.
Bu görüş, ehtimal daxilində olmaqla bərabər, cumhur, burda qəsd edilən vəhyin, "ilham" və yuxuda görmək olduğu görüşündədir. Hər ikisinə də, "vəhy" deyilir.
Uca Allahın: "Ya bir pərdə arxasından" ayəsi haqqında da, əl-Vahidi və başqaları, bu mənada olduğunu söyləmişlərdir:
Onlarla, görünərək danışmaz. Əksinə, uca Allahın Zatını görmədikləri bir surətdə, kəlamını eşitmələri halıdır. Yoxsa məqsəd, bir yeri, digərindən ayıran bir pərdənin var olduğunu bildirmək deyildir. Belə bir hicab (pərdə), pərdə arxasında olanın, məhdud olduğuna dəlildir. Belə bir vəhy, danışanın görülməyəcəyi bir şəkildə pərdə arxasından eşidilən söz kimidir, deməkdir. Allah, ən gözəl biləndir. (haşiyə)
-------------------
(Haşiyə:
Şura surəsi 51-ci ayətin təfsiri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sura-sur%C9%99si-51-ci-ay%C9...)
---------------------
Abdullah b. Məsud (radiyallahu anh), uca Allahın: "(Gözü ilə) gördüyünü, qəlbi yalan saymadı." (Nəcm/11) ayəsi haqqında:
"Cəbrayılı, 600 qanadı ilə gördü." rəvayətində keçən bu söylədiyi, Onun, bu ayətin mənası haqqındakı görüş və məzhəbini ortaya qoymaqdadır.
Müfəssirlərin əksəriyyətinin görüşünə görə isə, bundan, "Onun, şanı uca olan Rəbbini gördüyü" qəsd edilməkdədir.
Bu görüşdə olanlar da, öz aralarında, fərqli görüşlərə sahibdirlər. (Belə ki):
~ bir topluluq, Nəbi (sallallahu aleyhi və səlləm)'in, Rəbbini gözlərilə deyil; qəlbilə gördüyü görüşünü mənimsəmiş;
~ bir digər topluluq isə, Onu, gözlərilə gördüyü görüşünü qəbul etmişlərdir.
İmam əbu'l-Həsən əl-Vahidi, belə deyir:
Müfəssirlər, belə demişlərdir:
Bu ayə ilə, Nəbi (sallallahu aleyhi və səlləm)'in, uca Rəbbini, mirac gecəsində gördüyü xəbər verilməkdədir. ibn Abbas, əbu Zərr və İbrahim ət-Teymi, "Onu, qəlbilə görmüşdür." demişlərdir.
Bu izaha görə, O, uca Rəbbini, doğru bir şəkildə görmüş olur ki, bu da, uca Allahın, onun görmə qabiliyyətini, qəlbinə yerləşdirməsi surətilə olur. Yaxud, qəlbinə, -gözlə gördüyü kimi- doğru olaraq Rəbbini görəcək şəkildə qəlbində bir göz yaratması ilə olur.
Müfəssirlərdən digər bir qrupun görüşünə görə isə, "O, Rəbbini, gözü ilə görmüşdür."
Bu da, Ənəs, İkrimə, Həsən və Rəbi'nin görüşüdür.
Mübərrəd, belə deyir:
"Bu, Onun, bir şey görüb, onu beləcə qəbul etdiyi mənasına gəlir."
Mübərrədin verdiyi bu izah isə, görməyin, qəlb ilə olması haqqındadır.
Əgər bu görmə göz haqqında qəbul ediləcək olarsa, ayətin mənası da, çox açıq başa düşülər. Yəni, qəlb, gözün gördüyünü yalanlamamışdır.
(Vahidi'nin açıqlamaları, burda bitir.)
433. Zirr b. Hubeyş, Abdullahdan, Allahın: "And olsun, Rəbbinin böyük ayətlərindən görmüşdür." (Nəcm/18) ayəti haqqında:
"Cəbrayılı, əsl surətində, 600 qanadlı olaraq gördü." dediyini nəql etməkdədir.
Abdullah (radiyallahu anh)'ın bu sözü, sələfdən bir çox kimsənin qəbul etdiyi görüşdür. Bu, ayrıca, ibn Abbas, ibn Zeyd, Muhamməd b. Ka'b əl-Qurazi və Muqatil b. Hayyan'dan da rəvayət edilmişdir. Dahhak isə: "Qəsd edilən, Onun, sidrətu'l-müntəha'nı gördüyüdür." demişdir. Onun, yaşıl bir rəfrəf gördüyü də deyilmişdir.
434. əbu Hureyrə (radiyallahu anh), (Allahın):
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ
"And olsun ki, Onu, digər bir enişində də görmüşdü." (Nəcm/13) (ayəsi) haqqında:
"O (yəni, Peyğəmbər), Cəbrayılı görmüşdür." dedi.
Bir çox alim də, belə demişlərdir. əl-Vahidi, deyir:
Alimlərin əksəriyyəti, belə demişlərdir:
Məqsəd, Cəbrayılı, uca Allahın, onu yaratdığı həqiqi surətində görməsidir.
ibn Abbas da: "O, uca Rəbbini gördü." deyə açıqlamışdır. Bu açıqlamaya görə, "digər bir eniş" sözü, məna olaraq, Nəbi (sallallahu aleyhi və səlləm) haqqındadır. Çünki, Onun, o gecə, namaz vaxtlarının sayının endirilməsi üçün, bir neçə dəfə miracı (yüksəlişi) olmuşdu. Hər bir miracın da, bir enişi olmuşdu. Allah, ən gözəl biləndir.
436. ibn Abbas (radiyallahu anh), (Allahın):
مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ
"(Gözü ilə) gördüyünü, qəlbi yalan saymadı." (Nəcm/11); və
وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ
"And olsun ki, Onu, digər bir enişində də görmüşdü." (Nəcm/13) (ayələri) haqqında:
"Onu, qəlbilə 2 dəfə gördü." demişdir.
ibn Abbas'ın sözünün mənası, budur:
Nəbi (sallallahu aleyhi və səlləm), şanı uca olan Rəbbini, bu 2 ayədə bildirildiyi üzərə, 2 dəfə görmüşdür. Bu 2 ayədən məqsədin nə olduğu xüsusunda, alimlərin fərqli görüşlərini, Allahı gördüyünü qəbul edənlərə görə, bu görməyin, qəlb iləmi, yoxsa göz iləmi olduğu xüsusundakı görüş ayrılıqlarını, (yuxarıda) qeyd etdik.
----------------------
442-446 no-lu hədislərin şərhini, aşağıdakı linkdən oxuya bilərsiniz:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-nurdur-sozu-nec%C9%99-...
(Nəvəvi, “əl-Minhac” Muslim şərhi)
