İstiarə nədir?

İstiarə:

~ lüğətdə, "borc istəmək, borc almaq" mənasına gəlir;

~ termin olaraq isə, "bir kəlimə və ya tərkibin, təşbihə mübaliğə və məna gücü qatmaq üçün, bənzəmə əlaqəsilə, bir qərinəyə bağlı olaraq, həqiqi mənası xaricində istifadə edilməsi"dir.

---------------------------

---------------------------

---------------------------

Məcazın təşbih (haşiyə) ilə evliliyindən, "istiarə" meydana gəlir. İstiarə də, məcaz (növündən)'dir. Aralarındakı əlaqə, məcazın, istiarəyə bənzəməsidir.

----------------------------

(Haşiyə:

Məcaz nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99caz-n%C9%99dir-2

Təşbih nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99sbeh-n%C9%99dir

-----------------------------

~ İstiarə'nin: "əsli (dildə qoyulduğu) mənası ilə təşbih olaraq istifadə edilən kəlimə" şəklində tərifi verilmişdir.

Doğru olan, istiarənin, "lüğəvi məcaz" olmasıdır. Çünki istiarə, müşəbbəh (bənzədilən və ya bənzəyən) deyil; müşəbbəhun bih (özünə bənzədilən) yerinə istifadə edilir. Bunlardan daha ümumi olan mənada isə, istifadə edilməz. Məsələn, "Ox atan şir gördüm." ifadəsindəki "şir", yırtıcı heyvan mənasında deyil; "cəsur bir insan" mənasındadır.

~ İstiarəyə, lüğəvi təsərrüf deyil; əqli təsərrüf mənası verildiyindən, "əqli məcaz" da deyilir.

İstiarə, müşəbbəhun bih cinsinə daxil olduğu iddiasından sonra, müşəbbəh'ə verilən addır. Həqiqi mənada istiarənin istifadəsi, lüğəvidir. Burda, sadəcə isim nəqli edilmişdir. Halbuki, sadəcə ismin nəql edilməsilə, istiarə olmaz. Belə bir nəqldə də, bəlağat olmaz. Xüsusi isimlərin nəqlində bəlağatın olmaması da, buna bir dəlildir. Bu səbəbdən, istiarə, əqli məcazdan başqa bir şey deyildir.

~ Bir qisim alimlərə görə, istiarə'nin həqiqəti: "bilinən bir mənada istifadə edilən kəliməni, bilinməyən bir mənada istifadə etmək"dir. Bunun hikməti isə:

~ gizli olanı ortaya çıxarmaq;

~ açıq olmayan zahiri mənanı açıqlamaq; və ya

~ mübaliğə hasil etmək; və ya

~ hamısı(nı, yəni yuxarıdakı 3 şeyi bir arada düşünmək)'dir.

 

• Gizli olanı ortaya çıxarmağa misal:

...وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَـٰبِ

Və innəhu fi ummi'l-kitab.

Yəni:

"Şübhəsiz o, kitabın anasındadır..." (Zuxruf/4) ayətidir.

Bu (ayənin) həqiqəti (yəni, həqiqi ifadəsi), "Və innəhu, fi asli'l-kitab = Şübhəsiz o, əsl kitabdadır." şəklindədir.

Ayədəki "əl-umm = ana" kəliməsi, "əsl" kəliməsindən istiarədir. Fər'in, öz əsl'indən (haşiyə) meydana gəldiyi kimi; övlad da, öz anasından meydana gəlmişdir.

Bundakı hikmət, görünməyən şeyin, görünən imiş kimi təmsil edilməsidir. Belə bir sözü eşidən kimsə, eşitmə mərhələsindən görmə mərhələsinə intiqal edər (keçər). Bu, bəyan (elmin)'də daha bəliğ (bəlağatlı)'dır.

-------------------------

(Haşiyə:

Əsl və Fər nə deməkdirlər?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99sl-v%C9%99-f%C9%99r-n%C9%99-dem%C9%99kdirl%C9%99r

--------------------------

• Açıq olmayan (məna)'nı açıqlamağa misal:

...وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ

Vəxfid ləhumə cənəhə'z-zulli.

Yəni:

"...O ikisinə (yəni, ata-anana), təvazökarlıq qanadını endir..." (İsra/24) ayətidir.

Ayənin mənası: "övladın, ata-anaya mərhəmət göstərərək, alçaq könüllü davranması"dır.

Ayədəki tövazökarlıq (alçaq könüllülük), ilk əvvəl, bir cəhətə meyl etmə ilə; sonra da, qanad ilə istiarə edilmişdir. Burdakı istiarənin təqdiri: "vəxfid ləhumə cənibə'z-zulli = o ikisinə, təvazökarlıq cəhətini endir" şəklindədir.

Bu istiarənin hikməti, daha yaxşı ifadə edilərək, görünməyəni, görünən hala gətirməkdir.

Ayədə, övladın, valideynlərinə qarşı son dərəcə mütəvazi (təvazökar) davranması istənildiyindən, bu mənanı ən bəlağatlı bir şəkildə ifadə edə bilmək üçün, istiarəyə ehtiyac duyulmuşdur. Bu səbəbdən, "bir cəhətə meyl etmə" təbirində mövcud olmayan mənanı ifadə etdiyi üçün, "cənah = qanad" kəliməsi, istiarə olaraq istifadə edilmişdir. Yönünü aşağı doğru bir az əyən kimsəyə, "əyildi" deyilə bilir. Halbuki, ayədəki əyilməkdən məqsəd, "yerə qapanırcasına əyildi" deməkdir. Bu hal, ancaq, quşlardakı kimi qanadla hasil olur.

• Mübaliğə üçün edilən istiarəyə misal:

...وَفَجَّرْنَا ٱلْأَرْضَ عُيُونًا

Və fəccərnə'l-ərda uyunən.

Yəni:

"Yeri, bulaqlar halında fışqırtdıq..." (Qəmər/12) ayətidir.

Bu ifadənin əsli, "və fəccərnə'l-uyunə'l-ardi = yerin bulaqlarını fışqırtdıq" şəklindədir. Ayə, məhz bu şəkildə ifadə edilsəydi, "Yer üzünün hər tərəfində bulaqlar fışqırır." mənasına gələn ayədəki ifadə qədər mübaliğə olmazdı.

-----------------------------

-----------------------------

Füru:

İstiarə'nin rüknləri:

İstiarə'nin, 3 rüknü vardır. Bunlar:

1. Müşəbbəhun bih (özünə bənzədilən) yerinə, "mustəar minh (özündən istiarə edilən)";

2. Müşəbbəh (bənzəyən) yerinə, "mustəar leh (özünə istiarə edilən)";

3. Mustəar'dır (haşiyə).

--------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Bu 3 qisim, əsərin bu yerində zikr edilən haşiyə'dən götürülmüşdür. Çünki, mətndə xəta vardır.

Digər kitablarda isə, istiarə'nin rüknləri, 5-dir:

1. Mustəar minh (müşəbbəh bih): “özündən məna istiarə edilən”;

2. Mustəar leh (müşəbbəh): "özünə məna istiarə edilən";

3. Mustəar və ya istiarə ləfzi;

4. Cami (bənzərlik əlaqəsi);

5. Həqiqi mənanı qəsdə əngəl olan qərinə.

Mustəar minh ilə mustəar leh, istiarənin 2 tərəfini meydana gətirirlər.

---------------------

İstiarə'nin, bir çox etibarla qisimləri vardır.

Bu 3 rükn də, 5 qismə ayrılır:

a. Hissi (yəni, 5 hisslə: görmək, eşitmək, dadmaq, qoxlamaq və toxunmaq hisslərilə idrak edilən) cəhət etibarı ilə, hissinin hissiyə istiarəsi:

...وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًا...

Vəştəələ'r-ra'su şəybən.

Yəni:

"...Başım, ağarmış olaraq alovlandı..." (Məryəm/4)

ayəti, buna misaldır.

Ayədəki:

~ "iştəələ / alovlandı" kəliməsindən başa düşülən "alov" - mustəarun minh (özündən istiarə edilən);

~ "şəybən / başın ağarması" - mustəarun ləh;

~ ağlığın başda yayılması, alovdan çıxan nurun, işığın başda görülən ağlığa bənzədilməsi də, bənzərlik əlaqəsidir.

Bunların hamısı, hissi'dir.

Ağarmaq başın bütününü ifadə etdiyindən, ayədəki bu ifadə, "İştəələ şəybu'r-ra'su = Başımın ağlığı alovlandı." ifadəsindən daha bəlağatlıdır.

...وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِى بَعْضٍ ۖ

Və təraknə bə'dahum yəvməizin yəmucu fi bə'd.

Yəni:

"O gün, onları buraxarıq, dalğa-dalğa bir-birinə qarışarlar..." (Kəhf/99)

ayəti də, bu qəbildəndir.

Dalğanın əsli, suyun hərəkətidir. Dalğa, insanların hərəkətini göstərmək üzərə, istiarə olaraq istifadə edilmişdir. Bənzərlik cəhəti də, qiyamət günündə, insanların qarşılaşacaqları davamlı sıxıntılardır.

وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ

Və's-subhi izə tənəffəs.

Yəni:

"Nəfəs almağ(a başladığında) sübhə (and olsun)." (Təkvir/18)

ayəti də, istiarəyə bir misaldır.

Nəfəsin tədricən (yavaş-yavaş) çıxması, sübhün tədricən (yavaş-yavaş) yarılması vaxtında, nurun şərqdən çıxmasına istiarə edilmişdir. Bənzərlik cəhəti də, istiarə edilən ilə özündən istiarə edilənin, tədrici olaraq artmasıdır.

Bunların hamısı da, hissi olan şeylərdir.

b. Əqli cəhət etibarı ilə, hissinin hissiyə istiarəsi:

ibn əbi'l-İsba, bu istiarə'nin, əvvəlkindən daha lətif olduğunu söyləmişdir.

.. وَءَايَةٌ لَّهُمُ ٱلَّيْلُ نَسْلَخُ مِنْهُ ٱلنَّهَارَ

Və əyətun ləhumu'l-leylə nəsləxu minhu'n-nəhəra.

Yəni:

"Gecə (də), onlar üçün bir ayət (dəlil)'dir. Gündüzü, ondan soyub çıxararıq..." (Yasin/37)

ayəti, buna bir misaldır.

Ayədəki:

~ mustəarun minh (özündən istiarə edilən): qoyunun dərisini soyub çıxarmaq mənasında olan "sələxə" kəliməsi;

~ mustəarun leh (özünə istiarə edilən) isə: "gecədən gündüzün çıxması"dır.

Bunların hər ikisi də, hissi'dir.

~ Bənzərlik cəhəti isə: "ətin dəridən sıyrılıb çıxması kimi; gündüzün gecədən sıra ilə sıyrılıb çıxması"dır.

İstiarədəki bu tərtib (sıra) isə, əqli'dir.

...فَجَعَلْنَـٰهَا حَصِيدًا...

Fə cəəlnəhə həsidən.

Yəni:

"...Onu, biçilmiş qıldıq..." (Yunus/24)

ayəti də, buna bir misaldır.

"Həsidən/biçilmiş olaraq" kəliməsi, əslində bitki üçün istifadə edilir. Bənzərlik cəhəti isə, bunların həlak olmasıdır. Bu da, əqlidir.

c. Əqli cəhət etibarı ilə, əqli'nin əqli'yə istiarə'si:

ibn əbi'l-İsba, bunun, digər istiarələrdən daha lətif olduğunu söyləmişdir.

...مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا...

Mən bəəsənə min mərqadinə.

Yəni:

"...Bizi yatdığımız yerdən kim qaldırdı?" (Yasin/37)

ayəti, buna misaldır.

Ayədə:

~ mustəar minh: "yuxu";

~ mustəar leh: "ölüm";

~ bənzərlik cəhəti də: "hərəkətsizlik"dir.

Bunların hamısı da, əqlidir.

...وَلَمَّا سَكَتَ عَن مُّوسَى ٱلْغَضَبُ

Və ləmmə səkətə ən Musə'l-ğadəbu.

Yəni:

"Musanın qəzəbi sakitləşdiyində..." (Əraf/154)

ayəti də, bu qəbildəndir.

Ayədə:

~ mustəar: "sükut/səssizlik";

~ mustəar minh: "qəzəb";

~ mustəar leh isə: "qəzəbin hərəkətsizliyi"dir.

d. Əqli cəhət etibarı ilə, hissi'nin əqliyə istiarə'si:

...مَّسَّتْهُمُ ٱلْبَأْسَآءُ وَٱلضَّرَّآءُ...

Məssəthumu'l-bə'səu və'd-darrau.

Yəni:

"...Onlara, yoxsulluq və afət toxunmuşdu..." (Bəqərə/214)

ayəti, buna misaldır.

~ Cisimlərdə həqiqət olan "məss/toxunmaq" kəliməsi - mustəar;

~ şiddətli dözüm: mustəar leh;

~ bənzərlik cəhəti də: əqli olan "yoxsulluq""afət" kəlimələridir. Bunlar da, əqlidir.

...بَلْ نَقْذِفُ بِٱلْحَقِّ عَلَى ٱلْبَـٰطِلِ فَيَدْمَغُهُۥ

Bəl, yəqzifu bi'l-haqqi alə'l-batili fə yədməğuhu.

Yəni:

"Xeyr! Biz, haqqı batilin üzərinə atarıq və o da, onu (yəni, batili) məhv edər..." (Ənbiya/18)

ayəti də, bu qəbildəndir.

~ "Qazf/atmaq""dəf" kəlimələri - mustəar;

~ Əqli olan "haqq""batil" kəlimələri də - mustəar leh'dirlər.

...ضُرِبَتْ عَلَيْهِمُ ٱلذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوٓا۟ إِلَّا بِحَبْلٍ مِّنَ ٱللَّهِ وَحَبْلٍ مِّنَ ٱلنَّاسِ

Duribət aleyhimu'z-zillətu əynə mə suqifu illə bi hablin minəllahi və həblin minə'n-nəs.

Yəni:

"Harda olurlarsa olsunlar, onlara zillət (damğası) vuruldu. Allahın ipinə (yəni, əhdinə) və insanların ipinə (yəni, möminlərin əhdinə) (sığınmış olmaları) müstəsna...(Üzərlərinə zillət damğası vurulmuşdur.)" (Al-i İmran/112)

ayəti də, buna misaldır.

Bu ayədə:

~ hissi olan "əl-həblu/ip" kəliməsi - mustəar;

~ (Allahın qulları arasında mövcud olan) ip (yəni, əhd) isə - mustəar leh'dir. Bu da, əqlidir.

...فَٱصْدَعْ بِمَا تُؤْمَرُ

Fə's-də' bi mə tə'məru.

Yəni:

"Sənə əmr ediləni, açıqca ortaya qoy..." (Hicr/94)

ayəti də, bu qəbildəndir.

~ Ayədəki məhsus (hissi olan) "şüşənin qırılması" mənasında istifadə edilən "əs-sad'u" kəliməsi - mustəar;

~ Allahın əmrlərini təbliğ - mustəar leh'dir. Ki, bu, əqlidir.

~ Bənzərlik cəhəti də - hər ikisində görülən təsirdir.

Eyni mənaya gəlməklə bərabər, ayədəki "fə's-də'" feli, eyni mənadakı "bələğa" felindən daha bəlağatlıdır. İfadə etdiyi təsir də, "təbliğ" kəliməsinin ifadə etdiyi təsirdən daha bəliğdir. Təbliğ, hər zaman müyəssər olmaya bilirsə də, "əs-sad'u" kəliməsinin ifadə etdiyi məna, qətiliklə müyəssər olur. (haşiyə)

----------------------------

(Haşiyə:

Hicr/94 təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hicr-sur%C9%99si-94-cu-ay%C9%99tin-t%C9%99fsirini-ver%C9%99-bil%C9%99rsinizmi

-----------------------------

...وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ

Vəxfid ləhumə cənəhə'z-zulli.

Yəni:

"O ikisinə (yəni, ata-anana), təvazökarlıq qanadını endir..." (İsra/24)

ayəti də, bu qəbildəndir.

Rağib (əl-İsfahani), belə deyir:

"Zull/təvazökarlıq' kəliməsinin, insanı həm yüksəldən, həm də alçaldan iki mənası vardır. Bu ayədəki mənası, ucaltmadır. Bu cəhətdən, cənəh/qanad' kəliməsi, mustəardır. Ayətin mənası, sanki: 'Səni, Allah qatında ucaldacaq təvazökarlığı seç.' deməkdir." ("əl-Müfrədat", s. 330)

...يَخُوضُونَ فِىٓ ءَايَـٰتِنَا...

Yəxudunə fi əyətinə.

Yəni:

"...Ayələrimiz haqqında (artıq-əskik danışmağa) dalanları..." (Ənam/68);

...فَنَبَذُوهُ وَرَآءَ ظُهُورِهِمْ...

Fə nəbəzuhu vəraə zuhurihim.

Yəni:

"...Onu (yəni, əhdlərini) arxalarına atdılar..." (Al-i İmran/187);

...أَفَمَنْ أَسَّسَ بُنْيَـٰنَهُۥ عَلَىٰ تَقْوَىٰ

Ə fə mən əssəsə bunyənəhu alə't-təqvə.

Yəni:

"Binasını təqva üzərinə təsis edən kimsəmi?" (Tövbə/109);

...وَيَبْغُونَهَا عِوَجًا...

Və yəbğunəhə ivəcən.

Yəni:

"...Onu (yəni, Allahın yolunu) əyməyə çalışırdılar..." (Əraf/45);

...لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ...

Li tuxricənnəsə minə'z-zuluməti ilə'n-nur.

Yəni:

"...İnsanları, zülmətlər (qaranlıqlar)'dan nura çıxarmaq üçün..." (İbrahim/1);

فَجَعَلْنَـٰهُ هَبَآءً مَّنثُورًا...

Fə cəəlnəhu həbəən mənsura.

Yəni:

"...Onu (yəni, onların əməllərini), saçılmış toz dənəcikləri qıldıq." (Furqan/23);

فِى كُلِّ وَادٍ يَهِيمُونَ...

Fi kulli vədin yəhimun.

Yəni:

"...Hər vadidə veyl-veyl gəzirlər." (Şuəra/225);

...وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ

Və lə təcəlnə yədəkə məğlulətən ilə unuqikə.

Yəni:

"Əllərini boynuna bağlanmış qılma..." (İsra/29)

ayələri də, bu növ istiarəyə misaldır.

e. Əqli olanın, hissi olana istiarəsi:

Burda, cami (bənzərlik əlaqəsi) də, əqlidir.

إِنَّا لَمَّا طَغَا ٱلْمَآءُ...

"Şübhəsiz, su tüğyan etdiyində..." (Haqqa/11)

ayəti, buna misaldır.

Ayədə

~ əqli olan, "tağa/aşıb-daşdı" felinin ifadə etdiyi təkəbbür - mustəar minh;

~ məhsus (hissi) olan suyun çoxluğu da - mustəar leh;

~ cami (bənzərlik əlaqəsi) isə - eyni şəkildə əqli olan istila'dır. (haşiyə)

----------------------------

(Haşiyə:

İmam Razi, ayənin təfsirində deyir:

Bu ifadə, "Su, özünü gözləyən mühafizəçilərinə üsyan edib; onlar da, beləcə nə qədər su çıxdığını bilmədikləri zaman..." deməkdir. Çünki, bu hadisədən əvvəl və sonra, göydən enən hər bir damla, bir ölçü və təqdir çərçivəsində olmuş və olacaqdır.

Digər müfəssirlər isə, bu ifadəyə, "Su, hədd tanımayıb, bəndlərini aşıb, hər şeyin üstünə çıxıb hökmran olduğunda..." mənasını vermişlərdir. ("Məfatihu'l-Ğeyb" təfsiri)

-----------------------------

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ

Təkədu təməyyəzu minə'l-ğeyz.

Yəni:

"(Cəhənnəm), qəzəbindən az qalsın parçalansın..." (Mülk/8);

...وَجَعَلْنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبْصِرَةً...

Və cəəlnə əyətə'n-nəhəri mubsiratən.

Yəni:

"...Biz, gündüzün ayətini (dəlilini) göstərici qıldıq..." (İsra/12)

ayələri, buna misaldır.

---------------------

---------------------

(1) Ləfz etibarı ilə əsliyə olan təqsim:

Bu, mustəar olan ləfzin, cins isim olmasıdır.

...بِحَبْلٍ مِّنَ ٱللَّهِ...

"...Allahın ipinə..." (Al-i İmran/112);

...مِنَ ٱلظُّلُمَـٰتِ إِلَى ٱلنُّورِ...

"...Zülmətlərdən nura..." (Talaq/11);

...فِى كُلِّ وَادٍ...

"...Hər bir vadidə..." (Şuəra/225)

(2) Təbəi (dolayı istiarə):

Bu istiarə(də), mustəar olan kəlimə, cins isim olmamalıdır. Keçən ayələrdə görüldüyü kimi, fel və müştaq isimlər ilə,

...فَٱلْتَقَطَهُۥٓ ءَالُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّا

Fə'l-təqatahu əlu Firavnə li yəkunə ləhum aduvvən.

Yəni:

"Fironun ailəsi, Onu (Musanı) tapıb götürdülər ki, axırda onlara düşmən olsun..." (Qasas/8)

ayətində olduğu kimi; hərflər, cins isim deyildirlər. Qasas surəsindəki bu ayədə, düşmənlik və hüzn, Musa (əleyhissəlam)'ın tapılıb götürülməsi üzərinədir. (Bu isə), illətdəki qayəyə (yəni, Özünün övlad edilmə qayəsinə) bağlanmış; sonra da, müşəbbəh bih yerinə istifadə edilən tə'lil lam'ından (ayədəki "li"dən), müşəbbəh mənasına istiarə edilmişdir.

--------------------

--------------------

Digər etibarlar ilə istiarə:

1. Mürəşşəh istiarə: "mustəar minh / özündən istiarə edilənə ən uyğun və ən yaxın olan (kəlimə) ilə edilən istiarə"dir.

...أُو۟لَـٰٓئِكَ ٱلَّذِينَ ٱشْتَرَوُا۟ ٱلضَّلَـٰلَةَ بِٱلْهُدَىٰ فَمَا رَبِحَت تِّجَـٰرَتُهُمْ

Uləikə'lləzinə'ş-təravu'd-dalələtə bi'l-hudə. Fə mə rabihət ticəratuhum.

Yəni:

"Onlar, o kimsələrdir ki, hidayət qarşılığında dəlaləti satın aldılar. (Lakin), onların ticarəti, kar etmədi..." (Bəqərə/16)

ayəti, buna misaldır.

Ayədəki "iştəravu/satın aldılar" feli, hidayət yerinə dəlaləti seçməkdən dolayı istiarə edilmiş; buna uyğun olaraq da, alış-veriş və ticarət ifadə edən kəlimələr istifadə edilmişdir.

2. Mücərrəd istiarə: "mustəar leh / özünə istiarə edilənə uyğun olan (kəlimə) ilə edilən istiarə"dir.

...فَأَذَ‌ٰقَهَا ٱللَّهُ لِبَاسَ ٱلْجُوعِ وَٱلْخَوْفِ...

Fə əzəqahəllahu libəsə'l-cui və'l-xavfi.

Yəni:

"...Allah, onlara, aclıq və qorxu libası daddırdı..." (Nəhl/112)

ayəti, buna misaldır.

Ayədəki "libas" kəliməsi, "aclıq" kəliməsindən istiarədir. Sonra, "daddırmaq" felindən, mustəar lehə uyğun bir kəlimə ilə istifadə edilmişdir. Əgər (Allah), təşbihi iradə etsəydi, "fə kəsəhə = onu geyindirdi" buyurardı. Lakin burda, istiarənin mücərrəd olaraq gəlməsi, "daddırma" ifadəsində ruhi sıxıntının mübaliğə edilməsindən dolayı, daha bəliğ (bəlağatlı)'dır.

3. Mütləq istiarə: "yuxarıdakı 2 istiarə şəklində olmayan istiarə"dir.

--------------------------

--------------------------

Başqa bir etibar ilə, istiarə, (aşağıdakı) qisimlərə ayrılır:

1. Təhqiqiyyə;

2. Təxyiliyyə-Məkniyyə;

3. Təsrihiyyə.

 

(1) Təhqiqiyyə:

Mənası:

~ ya hissi olan istiarədir.

"Fə əzəqahəllahu = Allah, ona daddırdı." (Nəhl/112)

ayəti, buna misaldır.

~ ya da əqli olan istiarədir.

...وَأَنزَلْنَآ إِلَيْكُمْ نُورًا...

Və ənzəlnə ileykum nuran.

"...Biz, sizə, bir nur endirdik..." (Nisa/174)

ayəti, buna misaldır.

Ayə(nin davamındakı) "مُّبِينًا / mubəyyinən / açıq" kəliməsi, "vazeh hüccət" mənasındadır.

ٱهْدِنَا ٱلصِّرَ‌ٰطَ ٱلْمُسْتَقِيمَ

İhdinə's-sirata'l-mustəqim.

Yəni:

"Bizi, doğru yola hidayət et." (Fatihə/6)

ayəti də, buna misaldır. Ayədəki "əs-siratə'l-mustəqim / doğru yol" kəliməsi, "haqq din" mənasındadır. Bu 2 kəlimənin ifadə etdiyi məna da, əqlidir.

(2) Təxyiliyyə-Məkniyyə:

Bu: "müşəbbəh (özünə bənzədilən)'in xaricində, təşbihin rüknlərindən biri zikr edilmədən, təşbihin nəfsdə gizlənməsi"dir.

Gizli tutulan bu təşbih, müşəbbəh bih (özü ilə bənzədilən)'ə aid olan bir xüsusu, müşəbbəhə bağlamaqla ifadə edilir. Mudmər (gizli) olan bu təşbihə, "kinayədən istiarə""məkniyyə" adı verilir. Çünki burda, istiarə açıqlanmamış; ancaq, ona aid xüsusiyyətlərdən birinin zikr edilməsilə, varlığına işarət edilmişdir.

Bunun müqabili,

(3) Təsrihiyyə:

Bu: "müşəbbəh bihə aid olan bir xüsusiyyətin, müşəbbəhə verilməsi"dir.

Bu istiarədə, müşəbbəh bih'ə aid olan xüsus, müşəbbəh üçün istiarə edilmişdir. Belə bir istiarədə, müşəbbəh, müşəbbəh bih cinsindən qəbul edildiyi üçün, müşəbbəh bih'in kamalı, bənzərlik cəhətindəki sağlamlığı ortaya çıxarır. Bu ayələr, buna misaldır:

...ٱلَّذِينَ يَنقُضُونَ عَهْدَ ٱللَّهِ مِنۢ بَعْدِ مِيثَـٰقِهِۦ

Əlləzinə yənqudunə əhdəllahi min bə'di misəqihi.

Yəni:

"O kimsələr ki, Ona olan misaq (verdikləri söz)'dən sonra, Allahın əhdini pozurlar..." (Bəqərə/27)

Bu ayədə, "əhd" kəliməsi, "həbl/ip" kəliməsinə təşbih edilmiş; müşəbbəh olan "əhd" kəliməsi xaricində, təşbih rüknlərindən bir tərcih edilmədən, gizli tutulmuşdur. Buna, müşəbbəh bih'in xüsusiyyətlərindən biri olan Allahın əhdini pozmaq dəlalət edir. Bu da, "hablullah/Allahın ipi"dir.

...وَٱشْتَعَلَ ٱلرَّأْسُ شَيْبًا...

Vəştəələ'r-ra'su şəybən.

Yəni:

"...Başım, ağararaq alovlandı..." (Məryəm/4)

ayəti də, buna misaldır.

Bu ayədə, müşəbbəh bih olan "nar/atəş" kəliməsi zikr edilməmişdir. Buna, atəşin gərəyi olan "alovlanma" dəlalət etməkdədir.

...فَأَذَ‌ٰقَهَا ٱللَّهُ...

Fə əzəqahəllahu.

Yəni:

"...Allah, on(lar)'a daddırdı..." (Nəhl/112)

ayəti də, bu qəbildəndir.

Bu ayədə ifadə edilən zərər və ağrı nəticəsində idrak edilən, aclığı şəxsən dadılana təşbih edilmişdir. Bu səbəbdən, ayədə, "dadmaq" ifadəsi istifadə edilmişdir.

...خَتَمَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ

Xatəmallahu alə qulubihim.

Yəni:

"Allah, onların qəlblərinə möhür vurdu..." (Bəqərə/7)

ayətindəki "qulubuhum/qəlblər" kəliməsi, "haqqı qəbul etmədə möhürlənmiş məvsuq bir şey"ə təşbih edilmiş; bu səbəbdən, qəlblər üçün, möhürləmə ifadəsi istifadə edilmişdir.

...جِدَارًا يُرِيدُ أَن يَنقَضَّ...

Cidəran yuridu ən yənqaddə.

Yəni:

"...Yıxılmaq istəyən bir divar..." (Kəhf/77)

ayətində, divarın yıxılacaq dərəcədə meyllənməsi, bu yerdə yaşayanların doğru yoldan azdıqlarına təşbih edilmiş; insanların xüsusiyyəti olan iradə, divar üçün istifadə edilmişdir.

(3) Təsrihiyyə:

...مَّسَّتْهُمُ ٱلْبَأْسَآءُ...

"…Onlara, yoxsulluq (və afət) toxunmuşdu…” (Bəqərə/214)

...مَنۢ بَعَثَنَا مِن مَّرْقَدِنَا...

"Bizi yatdığımız yerdən kim qaldırdı?" (Yasin/52)

ayələridir.

---------------------

---------------------

Başqa bir etibarla, istiarə:

1. Vifəqiyyə;

2. İnadiyyə

olmaq üzərə, 2 qismə ayrılır. (Belə ki):

(1) Vifəqiyyə: "mustəar ilə mustəar minh'in, mümkün olan bir xüsusda birləşməsi"dir.

...أَوَمَن كَانَ مَيْتًا فَأَحْيَيْنَـٰهُ

"Ölü ikən özünü diriltdiyimiz..." (Ənam/122)

ayəti, buna misaldır. Yəni: "dəlalətdə ikən, ona hidayət etdik" deməkdir.

Ayədəki "dirilmə" kəliməsi, bir kimsəni canlı qılma cəhətindən hidayətə istiarə edilmişdir. Bu hidayət, istənilən şeyə qovuşma mənasındadır. Diriltmə və hidayət, bir xüsusda birləşmələri mümkün olan kəlimələrdir.

(2) İnadiyyə: "mustəar ilə mustəar minh'in, bir xüsusda birləşmələrinin mümkün olmaması"dır.

Bu istiarə, faydası mövcud olmadığından, mövcud olmayanın mövcud olana istiarəsi kimidir. Çünki, mövcud olanla olmayanın, bir arada, bir xüsusda birləşməsi, mümkün deyildir.

İnadiyyə:

2.1. Təhəkkumiyyə; və

2.2. Təmlihiyyə

olmaq üzərə, iki qismə ayrılır. Hər ikisi də, zidd mənada istifadə edilir.

فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ...

Fə bəşşirhum bi azəbin əlim.

Yəni:

"...Onları, ağrılı bir əzab ilə müjdələ." (Al-i İmran/21)

ayəti, buna misaldır.

Ayədəki "onları müjdələ" sözü, "onları qorxut" mənasındadır. Sevindirici bir xəbərdə istifadə edilən "müjdələ" kəliməsi, istehza və qəzəb ilə öz cinsindən bir kəliməyə daxil edilərək, bunun ziddi olan qorxutma kəliməsinə istiarə edilmişdir.

إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ...

İnnəkə lə əntə'l-həlimu'r-raşid.

Yəni:

"...(Ey Şuayb)! Şübhəsiz Sən, həlim (yumşaq) və rəşid (doğru yol göstərən)'sən." (Hud/87)

ayətində, Şuayb (əleyhissəlam)'ın qövmü, öz Peyğəmbərlərini, təhəkküm içində, azdıran və səfehliklə ittiham etmişdi.

ذُقْ إِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْكَرِيمُ

"Dad (bu əzabı)! Sən ki, əziz və kərim idin." (Duxan/49)

ayəti də, bu növ istiarəyə misaldır.

---------------------------

---------------------------

Bir başqa etibarla, istiarə:

1. Təmsiliyyə; və

2. Qeyr-i təmsiliyyə

olmaq üzərə, 2 qismə ayrılır.

1. Təmsiliyyə: "bənzərlik cəhətinin, fərqli yönlərdən olması"dır.

...وَٱعْتَصِمُوا۟ بِحَبْلِ ٱللَّهِ جَمِيعًا

Və'təsimu bi hablilləhi cəmian.

Yəni:

"Topluca Allahın ipindən tutun..." (Al-i İmran/103)

ayəti, buna misaldır.

Ayədə, qulun Allaha təslimiyyəti, himayəsinə güvəni və pisliklərdən qurtarmasını izah etməsi; uçuruma düşənin, qopma ehtimalı olmayan, yuxarıdan asılan sağlam bir ipə yapışmasına istiarə edilmişdir. (haşiyə)

---------------------------

(Haşiyə:

Müəllifimiz imam Suyuti, mətndə, "qeyr-i təmsiliyyə"dən bəhs etməmişdir.

---------------------------

---------------------------

Tənbeh:

İstiarə, bəzən, 2 kəlimə ilə də gələ bilər.

...قَوَارِيرَا۟ مِن فِضَّةٍ

Qavarira min fiddatin...

Yəni:

"Gümüşdən olan şüşə qədəhlər..." (İnsan/16)

ayəti, buna misaldır. Yəni:

Bu qablar, nə gümüşdən, nə də şüşədəndir. Lakin, "şüşə kimi parlaq/şəffaf; gümüş kimi ağ" mənasındadır.

فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ

Fə sabbə aleyhim Rabbukə səvta azəb.

Yəni:

"Bundan dolayı, Rəbbin, onların üzərinə əzab qamçısı axıtdı." (Fəcr/13)

Ayədəki "sabb/axıtdı" kəliməsi, daimi olmaqdan; "səvt/qamçı" kəliməsi isə, ağrıdan kinayədir. Buna görə, ayətin mənası: "Allah, onlara, daimi və ağrılı bir əzabla əzab verər." deməkdir.

--------------------------

--------------------------

(Birinci) fayda:

(Quranda) məcazın varlığını qəbul etməyənlər, istiarənin də varlığını qəbul etməmişlərdir. Lakin, bir qisim alimlər, Quranda istiarənin mövcudluğunu ifadə etmişlərdirsə də, ehtiyac yönündən, istiarəni, şübhə ilə qarşılamışlardır. Çünki, bunda, şər'i bir icazə varid olmamışdır.

Qadı Abdu'l-Vahhab əl-Maliki, bu görüşdə olanlardandır.

Turtuşi, belə deyir:

"Müsəlmanlar, istiarəni qəbul edərlərsə, biz də edərik. Əgər bundan imtina edərlərsə, biz də edərik. Bu, 'Şübhəsiz Allah, alim/biləndir.' qəbilindəndir. Burda, 'bilmək' kəliməsi, əql etmək mənasındadır. Təvqif olmadığından, bununla vəsf etməyimiz, mümkün deyildir."

---------------------------

---------------------------

(İkinci) fayda:

Əvvəl də keçdiyi kimi, təşbih, bəlağat növlərinin ən şərəflilərindən biridir. Bəlağatçılar, istiarənin təşbihdən daha bəliğ; istiarənin, məcaz; təşbihin isə, həqiqət olduğunda ittifaq etmişlərdir. Məcaz isə, həqiqətə nəzərən, daha bəlağatlıdır. Bu halda, istiarə, fəsahatın ən üst dərəcəsi sayılır. Kinayə, təsrihdən; istiarə də, kinayədən daha bəliğdir. "Arusu'l-Əfrah" adlı əsərdə (4-cü cild, s. 275) də deyildiyi kimi: "Şübhəsiz bu, açıqdır." Çünki, istiarə, qətiliklə məcaz olduğundan, kinayə ilə arasında cəm edici bir xüsusiyyət vardır. Halbuki, kinayədə ixtilaf vardır.

"Kəşşaf"dan da əxz edildiyi kimi, istiarənin ən bəliğ növü, əqli məcazı da ehtiva etdiyindən, "təmsili istiarə"dir. Bunu isə ---> məkniyyə izləyir. Təşrihiyyə isə, mücərrəd və mütləq istiarədən; təxyiliyyə isə, təhqiqiyyədən daha bəlağatlıdır. Bu ifadələrdə keçən "daha bəliğ/bəlağatlı olma" halı, mənada ziyadəlik deyil; təşbihin kamalında mübaliğə və təkidin ziyadəliyini göstərməkdir.

-------------------------

-------------------------

Xatimə:

(Bəlağat elmindəki) əhəmiyyətli mövzulardan biri də, istiarə ilə, ədatı hazf edilmiş təşbih arasındakı fərqi bilməkdir. "Zeydun, əsədun = Zeyd, şirdir." cümləsi, buna misaldır. Zəmaxşəri,

"...(Onlar, yəni münafiqlər), kardırlar, laldırlar, kordurlar..." (Bəqərə/18)

ayətinin təfsirində ("Kəşşaf", 1/86), belə deyir:

"Ayədə istiarə vardırmı?' deyə soruşulsa, 'Bunda ixtilaf vardır.' deyərəm. Mühəqqiqlər, ayədə istiarə olmadığını, bəliğ bir təşbihin mövcud olduğunu söyləmişlərdir. Çünki, ayədə mustəar leh olan münafiqlərin adı keçməkdədir. Halbuki, istiarədə, mustəar leh hazf edilir; cümlədə mustəar leh mövcud olmaz. Əgər hal və ya cümlənin dəlaləti olmasaydı, mustəar minh və mustəar lehin murad edilməsi uyğun olardı. Bu səbəbdən, sehrbazlara qarşı çıxanlar, təşbihin varlığını unudub qəbul etməzlər."

Səkkaki ("Miftahu'l-Ulum", s. 377-378), bu görüşü tənqid edərək, belə deyir:

"İstiarənin bir şərti də, zahirdə kəlamı həqiqətə həml etmək və təşbihi unutmaq imkanının olmasıdır. Məsələn, "Zeydun, əsədun." cümləsinin həqiqət olması, necə mümkün deyilsə; istiarə olması da, mümkün deyildir."

"əl-İzah" sahibi də, Səkkak'nin görüşündədir.

"Arusu'l-Əfrah" (3-cü cild, s. 299) sahibi isə, belə deyir:

"Bu 2 müəllifin ifadələri, doğru deyildir. Çünki, zahirdə kəlamın həqiqətə həml edilməsi, istiarənin şərtlərindən deyildir. 'Əksinə, bunun əksi düşünüləcək olar və kəlamın həqiqətə həmli mümkün deyildir.' deyilərsə, həqiqətə daha yaxın olar. Çünki istiarə, bir məcazdır. (Elə isə), bir qərinə olmalıdır. Əgər qərinə mövcud deyilsə, sözü istiarəyə həml etmək, mümkün olmaz. Həqiqətə həml edilməsi lazımdır. Çünki kəlamı istiarəyə həml etməyimiz, ancaq ləfzi və ya mənəvi bir qərinə ilə mümkün olur. Bu səbəbdən, 'Zeydun, əsədun.' cümləsi, Zeydin, həqiqətdə şir olmadığını göstərən bir qərinədir."

Deyildi ki:

Bu səbəbdən, "Zeydun, əsədun." cümləsindəki tərcihimiz, 2 cəhətdə toplanır:

Bu ifadə ilə:

~ ya təşbih ədatı müqəddər olan bir təşbih qəsd edilir;

~ ya da təşbih ədatı təqdir edilməyən bir istiarə qəsd edilir.

Bu halda, "şir" kəliməsi, həqiqi mənada istifadə edilmiş olur. Zeydin şəxsən özünün, həqiqətdə özünə uyğun olmayan bir ismə isnad edilməsi, istiarəyə yönələn bir qərinədir. Əgər ədatın hazf edildiyinə dair bir qərinə varsa, təşbihə həml edərik. Əgər qərinə yoxdursa, ikisi arasında muxayyərik. Bu halda, istiarənin əvla olması lazım gəlir.

Abdu'l-Lətif əl-Bağdadi, "Qavaninu'l-Bəlağat" adlı əsərində, bu fərqi açıqca bildirməkdədir.

Hazim ("Kitab-u Minhaci'l-Bəlağat" müəllifi) də, belə deyir:

"Təşbihlə istiarə arasındakı fərq, budur:

Özündə təşbih mənası mövcud olsa belə, istiarəyə təşbih hərfinin təqdiri, mümkün olmaz. Təşbih olmadan edilən təşbih, bunun əksinədir. Çünki, təşbih hərfinin təqdiri, vacibdir."

(Cəlaləddin əs-Suyuti, "əl-İtqan fi Ulumi'l-Quran", 53-cü bölmə: "Təşbih və İstiarə haqqında", 3-cü cild, s. 134-142)

Read 4 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR