Kinayə nədir?
Lüğətdə, "bir şeyi, bir şey ilə örtmək" mənasına gələn "kinayə" kəliməsi, ədəbi sənət olaraq, "örtülü ifadə (tərzi)" deməkdir.
Bəyan alimlərinə görə, "kinayə": "söz içində keçən əsl məna ilə bərabər bir başqa lazımi mənadan bəhs edilən kəlimə və ya tərkib"dir.
~ Söz içində keçən əsl və həqiqi mənadakı ünsürə - "məkni bih" və ya "kinayə";
~ Bununla (yəni, kinayə ilə) özünə işarət edilən və söz içində keçməyən ünsürə də - "məkni anh"
deyilir.
Məkni bih ilə məkni anh'a qapalı bir şəkildə işarət edildiyi üçün,
~ ilk ünsür - örtən;
~ ikinci ünsür isə - örtülən
mövqeyində olduğundan, kinayə (örtmə) kəliməsi istifadə edilmişdir.
------------------------------
------------------------------
Kinayə və tərid(z), bəlağat növlərindən və fəsahat üslublarındandır. Əvvəl (s. 1553'də), bu haqda keçmişdi. Kinayə, təsrih'dən daha bəliğ (bəlağatlı)'dır. Bəyan əhlinin tərifinə görə, kinayə: "ləfzin ifadə etdiyi lüzumlu mənanın qəsd edilməsi"dir.
Tibi, belə deyir:
"Kinayə, kəlimənin öz mənasına bərabər başqa bir mənada istifadə edilməsi; bunun, məlzum (lüzumlu qılınmış) mənaya intiqal etdirilməsi/keçirdilməsidir."
Quranda məcazın varlığını qəbul etməyənlər, kinayənin də məcaz sayılmasından dolayı, Quranda varlığını qəbul etməmişlərdir. Bundakı ixtilaf isə, əvvəlki bəhsdə ələ alınmışdı.
--------------------------
--------------------------
Kinayənin səbəbləri:
(1) Qüdrətin əzəmətini tənbeh etmək üçün (istifadə edilir):
...هُوَ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ
Huvəlləzi xaləqa ləkum min nəfsin vəhidətin.
Yəni:
"Sizi bir tək nəfsdən yaradan, Odur..." (Əraf/189)
ayətində, "bir nəfs”dən, Adəm (əleyhissəlam) kinayə edilmişdir.
(2) Ləfzi, daha gözəlinə tərk etmək üçün (istifadə edilir):
...إِنَّ هَـٰذَآ أَخِى لَهُۥ تِسْعٌ وَتِسْعُونَ نَعْجَةً وَلِىَ نَعْجَةٌ وَٰحِدَةٌ
İnnə həzə əxi. Ləhu tisun və tisunə nə'cətən. Və liyə nə'cətun vəhidətun.
Yəni:
"Şübhəsiz, bu, mənim qardaşımdır. Onun, 99 qoyunu; Mənim isə, 1 qoyunum var..." (Sad/23) (haşiyə)
------------------------
(Haşiyə:
Təfsiri üçün bax:
-------------------------
ayətində, ərəblərdə adət olduğu üzərə, "nə'cətun" kəliməsilə, "qadın" kinayə edilmişdir. Çünki, qadının adını açıqca zikr etməmək, onu açıqca zikr etməkdən daha gözəldir. Bu səbəbdən, -Məryəm xaric- Quranda, heç bir qadın, öz adı ilə zikr edilməmişdir.
Suheyli belə deyir:
"Fəsahət əhlinin adətinin xilafına, Quranda, Məryəmin adı ilə zikr edilməsi, bu nüktə (incəlik) üçündür:
Məliklər və şərəflilər, zövcələrini, topluluq içində adları ilə çağırmazlar. Bunun yerinə, 'irs (xanım)' və 'iyəl (ailə)' kəlimələrini istifadə edərlər. Cariyələrini çağıracaqları zaman isə, bu yola baş vurmadan, bir başa adları ilə çağırarlar. Nasranilər (yəni, xristiyanlar), Məryəm haqqında bəzi (çirkin) şeylər danışdıqlarından, Allah, Quranda, onun adını açıqca zikr etmişdir. Məryəmin adının zikr edilməsi, Məryəm üçün sifət olan ubudiyyəti (Allaha qulluğu) təkid etmək üçün deyil; İsanın atasız dünyaya gəldiyini göstərmək üçündür. Yoxsa, İsa'ya da, bir ata nisbət edilərdi."
(3) Açıqca ifadəsi qəbih/çirkin olan kəliməni, başqa bir kəlimə ilə istifadə etmək üçün:
Bu cəhətdən, Allah, "cima/cinsi münasibət" yerinə,
~ "mulaməsət/toxunma";
~ "mubaşərət/təmas",
~ "ifşa";
~ "rafəs/açıq-saçıqlıq";
~ "duxul/daxil olmaq";
~ Bəqərə/235 ayətindəki "sirr/gizlilik";
~ Əraf/189 ayətindəki ("təğaşşə/örtmək, bürünmək" felindən) "ğişyan"
kəlimələrini, kinayə olaraq istifadə etmişdir.
İbn əbi Hatim (təfsirində, 1/317), ibn Abbas'dan belə rəvayət edir:
"Mubaşərət, cimadır. Lakin, Allah, kinayə etmişdir."
Yenə, ibn əbi Hatim (1/346), ibn Abbas'dan belə rəvayət edir:
"Allah, kərimdir. İstədiyi kimi kinayə edər. 'Rəfəs' kəliməsi, cimadan kinayədir."
Allah,
~ Yusuf (əleyhissəlam)'a qarşı, qadının tələbini:
...وَرَٰوَدَتْهُ ٱلَّتِى هُوَ فِى بَيْتِهَا عَن نَّفْسِهِۦ
Və ravədəthu əlləti huvə fi beytihə ən nəfsihi.
Yəni:
"Və (Yusufun), evində qaldığı qadın, Onun nəfsindən murad almaq istədi..." (Yusuf/23)
ayətində "muravədə";
~ "...Onlar (yəni qadınlar), sizin libasınız; siz də, onların libasınız..." (Bəqərə/187)
ayətində, qucaqlaşmaq və ya cimadan kinayə olaraq "libas";
~ "Qadınlar, sizin tarlanızdır..." (Bəqərə/223)
ayətində, cimadan kinayə olan "hars/tarla";
~ أَوْ جَآءَ أَحَدٌ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ
Əv cəə əhədun minkum minə'l-ğait.
Yəni:
"...Yaxud sizdən biriniz tualetdən gəlibsə..." (Maidə/6)
ayətində, tualet ehtiyacından kinayə olaraq "ğait" kəliməsi istifadə edilmişdir. "Ğait" kəliməsi, əslində, "yerdən, mutməin olunan məkan" mənasındadır.
...كَانَا يَأْكُلَانِ ٱلطَّعَامَ...
"...Hər ikisi də (yəni, Məryəm və İsa), yemək yeyirlərdi..." (Maidə/75)
ayətində, Məryəm və Oğlunun tualet ehtiyaclarını görmələrindən kinayə olaraq, yemək yemək ilə;
...يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَـٰرَهُمْ
Yədribunə vucuhəhum və ədbərahum.
Yəni:
"...(Mələklər), onların üzlərinə və arxalarına vurduqları (zaman necə olacaq)?" (Muhamməd/27)
ayətində, "sith/arxa, yəni insanın yumşaq yeri" kəliməsindən kinayə olaraq, "dubur" kəliməsi istifadə edilmişdir.
ibn əbi Hatim ("Təfsir"ində, 5/1718), bu ayətin təfsirində, Mücahidin belə dediyini rəvayət edir:
"Ayədəki 'dubur', 'sith' deməkdir. Lakin Allah, kinayə etmişdir."
...وَٱلَّتِىٓ أَحْصَنَتْ فَرْجَهَا
Vəlləti əhsənət fərcəhə.
Yəni:
"İffətini qorumuş olan (Məryəm)..." (Ənbiya/91)
ayətində isə, "fərc/cinsiyyət orqanı", açqıca zikr edilmişdir. Bunun izahı, belədir:
Ayədəki "fərc", "paltar yırtığı" mənasındadır. Bu ifadə, kinayənin ən lətif və ən gözəlidir. Ayətin mənası: "Məryəmin libasına, bir şübhə bulaşmadı. Çünki O, libası təmiz olan bir qadın idi." deməkdir. Necə ki, iffətdən kinayə olaraq, "libası təmiz", "ətəyi iffətli" təbirləri, ərəblər arasında istifadə edilən məşhur təbirlərdir.
وَثِيَابَكَ فَطَهِّرْ
Və siyəbəkə fə tahhir.
Yəni:
"Paltarını (da), təmiz saxla." (Muddəssir/4)
ayəti də, bu qəbildəndir.
(Bir düşün!) Cəbrayılın, Məryəmin fərcinə üfləməsi, necə vaqe ola bilər?! Əslində, bu üfləmə, libasın cibinə edilən üfləmək'dir.
...وَلَا يَأْتِينَ بِبُهْتَـٰنٍ يَفْتَرِينَهُۥ بَيْنَ أَيْدِيهِنَّ وَأَرْجُلِهِنَّ...
"...Əllərilə ayaqları arasında bir iftira uydurub gətirməmələri..." (Mumtəhinə/12)
ayəti də, bunun bir bənzəridir. Bu halda, ayədə, kinayə üstündə kinayə vardır. Bənzəri bir hal, məcazın məcazında keçmişdi.
(4) Bəlağat və mübaliğə qəsdi üçün:
أَوَمَن يُنَشَّؤُا۟ فِى ٱلْحِلْيَةِ وَهُوَ فِى ٱلْخِصَامِ غَيْرُ مُبِينٍ
Ə və mən yunəşşəu fi'l-hilyəti və huvə fi'l-xisami ğayru mubin.
Yəni:
"Və zinət içində yetişdirilib çəkişmədə açıq olmayanamı?" (Zuxruf/18)
ayətində, ciddi məsələləri düşünmə, incə mənaları qavramaqdan uzaq qalaraq, zinətli və zərif bir həyat içində böyüyənlər, qadın (kimi) kinayə edilmişdir. Əgər ayədə qadın kəliməsi istifadə edilsəydi, eyni mənanı qavramaq mümkün olmazdı. Ayədə murad edilən, mələklərin bu haldan uzaq tutulmasıdır.
...بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ...
"..Xeyr! Allahın əli, açıqdır..." (Maidə/64)
ayəti, (Allahın) cud (comərdliyi)'nin genişliyi və kərəminin çoxluğundan kinayədir.
(5) İxtisar qəsdi üçün:
Bir neçə kəlimə yerinə, "fəələ" kəliməsilə edilən kəlimələr, bu qəbildəndir.
لَبِئْسَ مَا كَانُوا۟ يَفْعَلُونَ...
Ləbi'sə mə kənu yəf'əlun.
Yəni:
"...Etdikləri nə pis idi." (Maidə/79);
...فَإِن لَّمْ تَفْعَلُوا۟ وَلَن تَفْعَلُوا۟
Fə in ləm təf'əlu və lən təf'əlu.
Yəni:
"(Yox) əgər edə bilmədiniz, ki, edə də bilməyəcəksiniz..." (Bəqərə/24)
ayələri, buna misaldır.
Son ayətin mənası, "bənzəri surəni gətirə bilməzsiniz" deməkdir.
(6) Aqibətinə tənbeh üçün:
...تَبَّتْ يَدَآ أَبِى لَهَبٍ
"əbu Ləhəb'in əli qurusun..." (Təbbət/1)
ayətinin mənası, cəhənnəmlik olan əbu Ləhəb'in gedəcəyi yer, cəhənnəm atəşidir.
• حَمَّالَةَ ٱلْحَطَبِ...
فِى جِيدِهَا حَبْلٌ
"...Odun şələsi daşıyan, boynunda bir ip (olan arvadı)..." (Təbbət/4-5)
ayətinin mənası isə, "əbu ləhəb'n nəmimə edən (söz daşıyan) arvadının aqibəti, boynuna zəncir vurulmuş vəziyyətdə, cəhənnəmdə yandırılacaqdır" deməkdir.
Bədrəddin b. Malik, "əl-Misbah" adlı əsərində (s. 147), belə deyir:
"Təsrih'dən kinayəyə keçid:
~ izah; və ya
~ məvsuf halı və ya miqdarını bəyan; və ya
~ mədh və ya zəmm qəsdi; və ya
~ ixtisar; və ya
~ sətr (örtmək);
~ siyanət (qorumaq); və ya
~ tə'mim (ümumiləşdirmə) və ilğaz (sözdə məqsədi gizləmək); və ya
~ çətin olanı, asanla; çirkini də, gözəl olanla ifadə etmə
kimi məqsədlərlə edilir."
Zəmaxşəri ("Kəşşaf", 3/52, 4/143), kinayənin qərib bir növünü ortaya çıxarmışdır. Bu da, cümlənin zahir mənası xaricində, ayrı bir mənaya gəlməsi; kəlimənin həqiqət və ya məcaz yönü axtarılmadan, məqsədin qısaca ifadə edilməsidir.
ٱلرَّحْمَـٰنُ عَلَى ٱلْعَرْشِ ٱسْتَوَىٰ
"Rahmən (olan Allah), ərşə istiva etdi." (Taha/5)
ayəti, bu qəbildəndir. Ayədəki "ərş" kəliməsi, "mülk"dən kinayədir.
Bir şeyə istiva etmək, ancaq o şeyə sahib olmaqla gerçəkləşir. Bu səbəbdən, ərş, mülkdən kinayə olaraq gəlmişdir.
...وَٱلْأَرْضُ جَمِيعًا قَبْضَتُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَٱلسَّمَـٰوَٰتُ مَطْوِيَّـٰتٌۢ بِيَمِينِهِۦ ۚ ...
Və'l-ardu cəmian qabdatuhu yəvmə'l-qiyəməti. Və's-səməvətu mətviyyətun bi yəminihi.
Yəni:
"...Qiyamət günü, yer, bütünü ilə Onun ovucundadır. Səmalar isə, sağ əlində bükülmüşdür..." (Zumər/67)
ayəti də, bu qəbildəndir.
Ayədəki "qabd/ovuc" və "yəmin/sağ əl" kəlimələrində, həqiqət və ya məcaz axtarılmadan, (Allahın) əzəmət və cəlalı kinayə edilmişdir.
--------------------
--------------------
Təznib (əlavə):
Kinayəyə bənzəyən müradif (eyni mənalı) kəlimələr, bədi elminin bir növüdür. Danışan, bununla, bir məna murad etməkdədir. Bu mənanı, işarətlə belə olsa, eyni mənadakı kəlimə ilə deyil; müradifi olan başqa kəlimə ilə ifadə edər.
...وَقُضِىَ ٱلْأَمْرُ...
"...İş, bitirildi..." (Hud/44)
ayəti, bu qəbildəndir. Ayətin əsl (mənası) isə: "Allahın, həlakını əmr etdiyi kimsələr, həlak oldu; qurtuluşunu əmr etdikləri də, qurtuldu." şəklindədir.
Ayətin mənasında mövcud olan bu uzun ifadə yerinə, daha vəciz (qısa və öz) olan müradif kəlimə istifadə edilmişdir. Bu da, həlak olacaq olanın, həlakı; qurtulacaq olanın da, qurtuluşu; özünə itaət edilən əmirin əmrilə, hökmün məcburən icra edildiyini göstərir. Çünki, əmr verə bilmək üçün, bir əmir lazımdır. Əmirin cəzalandırmasından qorxmaq; mükafatına bel bağlamaq, əmirə itaətə təşviq etməkdədir. Bütün bunlar, ancaq müradif kəlimələrlə ifadə edilir.
...وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ...
Və istəvət alə'l-cudiyyi.
Yəni:
"...Və (gəmi), Cudi (dağı) üzərinə istiva etdi..." (Hud/44)
ayətindəki "istəvət" kəliməsi, "cəlsət/oturdu" mənasındadır. Xüsusi mənası olan bu kəlimə yerinə, müradifi olan bir kəlimənin (yəni, istəvə kəliməsinin) istifadə edilməsi, "istiva" kəliməsində, "sağa-sola tərpənmədən oturma" mənasının mövcud olmasıdır. Bu da, "cələsə/oturdu" feli ilə ifadə edilməz.
...فِيهِنَّ قَـٰصِرَٰتُ ٱلطَّرْفِ
"Oralarda, baxışlarını (ərlərinə) dikmiş (qadınlar) vardır..." (Rahmən/56)
ayətindəki "qasirat/(baxışlarını) dikənlər" kəliməsi, "afifət/iffətli qadınlar" mənasındadır. Cənnətdə, iffətlərindən dolayı, gözlərini ərlərinin xaricində başqa kişilərə çevirməyən, ancaq bunlara bağlı qalan qadınlara dəlalət etmək üzərə, müradifi olan "qasirat" kəliməsi istifadə edilmişdir.
Bəziləri, belə demişlərdir:
Kinayə ilə müradif arasındakı fərq, budur:
Kinayə, lazım mənadan məlzum mənaya intiqal'dır. Müradif isə, məzkur (zikr edilən)'dən mətruk (tərk edilən)'ə intiqaldır.
لِيَجْزِىَ ٱلَّذِينَ أَسَـٰٓـُٔوا۟ بِمَا عَمِلُوا۟ وَيَجْزِىَ ٱلَّذِينَ أَحْسَنُوا۟ بِٱلْحُسْنَى...
"...Pislik edənləri, etdikləri ilə cəzalandırsın; gözəl işlər görənləri isə, gözəlliklə mükafatlandırsın." (Nəcm/31)
ayəti, müradif mənaya bir misaldır.
Ayətin ikinci cümləsində yer alan "əhsənu/gözəl iş gördülər" felilə, "bi'l-husnə/gözəllik ilə" arasında müvafiqlik olduğu kimi; birinci cümlədə də eyni müvafiqlik vardır. (Halbuki), Allah Taala, ədəbi cəhətdən uyğun olmayan "bi's-sui/pislik ilə" kəliməsinin yerinə, müradifi olan "bi mə amilu / etdikləri şeylər ilə" kəliməsini istifadə etmişdir.
---------------------
---------------------
Fəsl:
Kinayə ilə təriz arasındakı fərqi göstərmək üzərə, bir-birinə yaxın bəzi təriflər verilmişdir.
• Zəmaxşəri, belə deyir:
"Kinayə, əşyanı, qoyulduğu (yəni, əsas) mənası xaricində başqa bir kəlimə ilə ifadə etməkdir. Təriz isə, kəlimənin, zikr edilən məna xaricində, zikr edilməyən bir mənada istifadə edilməsidir." ("əl-Kəşşaf", 1/282)
• ibnu'l-Əsir, belə deyir:
"Kinayə, aralarında birləşdirici bir vəsf olmaq qeydilə, həqiqi və ya məcazi bir mənaya həmli mümkün olmayan, mütləq bir mənaya dəlalət edən kəlimədir. Kömək gözləyən bir kimsənin, 'Vallahi, mən, möhtacam.' deməsi, buna misaldır. Bu ifadə, həqiqi və ya məcazi olaraq bu mənada istifadə edilmədiyi halda; kömək tələbini ortaya qoymaqdadır. Bu, cümlədəki yardım tələbi, ifadənin dolaylı mənasından anlaşılmaqdadır." ("əl-Misəlu's-Səir", 2/171, 175)
• Subki, "Kitabu'l-İğrid fi'l-fərqi beynə'l-Kinəyəti və't-Tə'rid" adlı əsərində, belə deyir:
"Kinayə, lüzumlu mənası qəsd edilərək, kəlimənin, öz mənasında istifadə edilməsidir. Kinayə, kəlimənin öz mənasında istifadə edilməsi cəhətilə, həqiqətdir. Bu mənanı aşaraq başqa bir məna qəsd etmə də, tə'riz'dir. Kinayədən başqa bir məna qəsd edilmədən məlzum məna ilə lazım məna ifadə edildiyi təqdirdə, kinayə, məcaz olur.
...قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا...
Qul: Nər-u cəhənnəmə, əşəddu harran.
Yəni:
"De ki: Cəhənnəm odu, hərarət (cəhətilə) daha şiddətlidir." (Tövbə/81)
ayəti, buna misaldır.
Ayədə, "cəhənnəmin şiddətli hərarəti" qəsd edilməməkdədir. Çünki, bu xüsus, (zatən) bilinəndir. Əksinə, ayədə ifadə edilən: "cəhənnəmə girəcək olanlar"dır. Dünyada Allahın əmrlərini yerinə yetirmək üçün səy göstərməyənlər, cəhənnəmə girəcəklər; şiddətli hərarətilə qarşılaşacaqlardır.
Təriz isə, başqasına ima etmək üzərə, kəlimənin, öz mənasında istifadə edilməsidir.
...بَلْ فَعَلَهُۥ كَبِيرُهُمْ هَـٰذَا...
"...Xeyr. Bunu, onların böyükləri etmişdir..." (Ənbiya/63)
ayəti, buna misaldır.
Ayədəki fel, ilah qəbul edilən bütlərin böyüyünə isnad edilmişdir. Guya, bu böyük büt, kiçik bütlərin özü ilə bərabər ibadət edilməsinə qəzəblənmişdir. Bu ayədə, bütlərin, ilah olaraq özlərinə ibadət edilməsinin doğru olmayacağına dair bütpərəstlərə ima vardır. Bu səbəbdən, onlar, böyük bütün bu feli edə bilməyəcəyini; həqiqi İlahın əsla aciz qalmayacağını şəxsən görərək başa düşmüşlərdir." ("Kitabu'l-İğrid", s. 543-545)
• Səkkaki isə, belə deyir:
"Təriz, bəhsi edilməyən bir kimsə üçün istifadə edilən bir kəlimədir. Bir kimsəyə söylənən sözlə, bir başqasının qəsd edilməsi, bu qəbildəndir. Buna təriz adının verilməsi, sözün bir başqasına söyləndiyini göstərmək üzərə dolaylı ifadəsidir. Ərəblərin istifadə etdiyi:
'Nəzəra ileyhi bi urdi vəchihi = Ona, üzünün yanı ilə baxdı.' Yəni: "yan cəhətlə" mənasındadır." ("Miftahu'l-Ulum", s. 410)
• Tibi, tərizi, aşağıdakı (variantlarda) görüldüyü kimi tərif edir. (Belə ki):
a. Təriz: bəhsi ediləni, bir yönü ilə ucaltmaq üçün istifadə edilir.
...وَرَفَعَ بَعْضَهُمْ دَرَجَـٰتٍ...
Və rafəə bə'dahum dərəcətin.
Yəni:
"...Və Onlardan (Peyğəmbərlərdən) bəzilərini, dərəcə-dərəcə yüksəltdi..." (Bəqərə/253)
ayəti, buna misaldır.
Ayədə, qədrini ucaltmaq üçün Muhamməd (sallallahu aleyhi və səlləm) qəsd edilmişdir. Şübhəsiz O, Özündə şübhə olmayan Şəxsiyyətdir.
Ya, sərtlikdən qaçıb yumşaq davranmaq üçün istifadə edilir.
...وَمَا لِىَ لَآ أَعْبُدُ ٱلَّذِى فَطَرَنِى
"Mənə nə olub ki, məni Yaradana ibadət etməyim?!" (Yasin/22)
ayəti, buna misaldır. Ayətin mənası, bu ayənin sonundakı "ileyhi turcəun = dönüşünüz, Onadır." ifadəsinin dəlalətilə, "Sizə nə olur ki, Allaha ibadət etmirsiniz?" deməkdir.
...ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً
"Mən, Ondan başqa ilahlar götürərəmmi?!" (Yasin/23)
ayəti də, bu qəbildəndir.
Ayədəki xitabın gözəlliyi, xitab edilən kimsəyə, qəzəblənməsini əngəlləmək üzərə haqqı eşitdirməkdir. Belə ki:
Xitab edən, muxatabın (özünə xitab edilənin) batildə olduğunu açıqca bildirməmiş; bunu qəbulda köməkçi olmadığını ifadə edərək, öz iradəsinə buraxmışdır.
b. Müxalifi, tədrici bir şəkildə öz izan (anlayış) və təslimiyyətinə buraxmaq üçün istifadə edilir.
...لَيَحْبَطَنَّ عَمَلُكَ...
"...(Əgər şirk qoşsan), əməlllərin puç olar..." (Zumər/65)
ayəti, buna misaldır.
Ayədə, muxatab, Nəbi (sallallahu aleyhi və səlləm) olduğu halda, başqaları qəsd edilmişdir. Çünki, Onun şirkə düşməsi, şəri cəhətdən mümkün deyildir.
c. Zəmm etmək (pisləmək) üçün istifadə edilir.
إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ...
"...(Bundan), ancaq ağıl sahibləri ibrət alarlar." (Ra'd/19)
ayəti, buna misaldır.
Bu ayədə, kafirləri zəmm etmək üzərə təriz vardır. Çünki onlar, düşünməyən heyvanlar kimidirlər. (haşiyə)
-------------------------
(Haşiyə:
Kafirlərin heyvana bənzədilməsi məsələsi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/kafirl%C9%99rin-heyvanlara-b%C9%99nz%C9%99dilm%C9%99si
--------------------------
d. Təhqir və qınamaq üçün istifadə edilir.
• وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ
بِأَىِّ ذَنۢبٍ قُتِلَتْ
"Diri-diri torpağa basdırılmış qız uşağından, hansı günaha görə öldürüldüyü soruşulduğunda." (Təkvir/8-9)
ayələri, buna misaldır.
Bu ayələrdə, diri-diri basdırılan qız uşaqlarına sual yönləndirilməsi, bunları diri-diri basdıranların təhqiri və qınanmasını göstərir.
Subki, tərizi 2 qismə ayırır:
1. Həqiqi mənası murad edilərək, -yuxarıda keçdiyi kimi- qəsd edilən başqa bir mənaya işarət etmək;
2. Həqiqi mənası murad edilmədən, tərizdən qəsd edilən mənanı, məsəl şəklinə gətirmək.
...بَلْ فَعَلَهُۥ كَبِيرُهُمْ هَـٰذَا...
"...Xeyr. Bunu, onların (yəni, bütlərin) böyükləri etmişdir..." (Ənbiya/63)
ayətindəki İbrahim (əleyhissəlam)'ın sözü, buna misaldır.
(Cəlaləddin əs-Suyuti, "əl-İtqan fi Ulumi'l-Quran", 54-cü bölmə: "Kinayə və Tə'riz haqqında", 3-cü cild, s. 143-148)
