Allahın qüdrəti enerjidir?
Submitted by on Sun, 10/07/2016 - 04:14
Dear Brother / Sister,
- Yalnız enerji deyil, bütün varlıqlar Allah'ın qüdrətinin təzahürüdür.
Təzahür, "zahir olmaq, ortaya çıxmaq, görünmək", gizli olan bir həqiqətin ortaya çıxması kimi mənalara gəlir.
Allah'ın bütün isimləri və sifətləri sonsuz kamalda və gözəllikdədir. Bunlar təzahür istəyərlər. Məsələn, Rəzzaq ismi gözəldir, bu gözəllik ancaq ruzilərin yaradıldması ilə təzahür edər. Muhyi (həyat verici) ismi də gözəldir. O da həyat sahiblərinin yaradıldması ilə özünü göstərir.
Bütün isim və sifətlər eyni şəkildə düşünülə bilər.
"Qüdrətin təzahürü" demək, "qüdrətin göstəricisi" deməkdir.
Buna görə, "Göylər, Allah'ın qüdrətinin təzahürüdür" deyildiyində, bundan məqsəd, "Allah'ın qüdrəti göylər olduğu" mənasına gəlmədiyi açıqdır. Bunun doğru mənası: "göylər kimi möcüzə varlıqlar, Allah'ın sonsuz qüdrətinin varlığını ağılın gözünə göstərəcək bir parlaqlıqdadır" deməkdir.
Enerji: "maddədə var olan və istilik, işıq formasında ortaya çıxan güc"; "Orqanların işləyə bilməsi və bədən istiliyinin davamlılığını təmin edən qida elementlərinin meydana gətirdiyi güc" şəklində tərif edilmişdir.
Bu tərifə görə, enerji maddə ilə yaxın bir əlaqə içində olan və maddə kimi yaradılmış olan bir varlıqdır.
Bədiüzzaman Həzrətlərinin "Təbiət" üçün söylədiyi həqiqətləri "Enerji" yə də uyğunlaşdıra bilərik:
"Təbiyətçilərin, mövhum və həqiqətsiz təbiət (və ya Enerji) dedikləri şey, olsa olsa və gözlə görülə bilən gərçək sahibi isə; ancaq;
- Bir sənət ola bilər, Sâni' (sənətkar) ola bilməz.
- Bir naxışdır, Nəqqaş(naxış ustası) ola bilməz.
- Ehkamdır, hâkim ola bilməz.
- Bir şəriət-ı fitriyədir (Allah'ın yaradılışa qoyduğu, bütün varlıqların tabe olduğu qanunlar), Şari' (qanun qoyan) ola bilməz.
- Məxluq bir izzət pərdəsidir, Xaliq ola bilməz.
- Münfail (əməldən təsirlənən) bir fitrətdir(yaradılış), Fâtır (varlıqları bənzərsiz yaradan) bir fail (işi edən) ola bilməz.
- Qanundur, qüdrət deyildir; qadir ola bilməz.
- Mistardır, masdar (qaynaq) ola bilməz. "(Ləm'alar, 186)
* Bir bina düşünək, bu binanın ilk mərhələsi plan və layihə hissəsidir; binanın bütün detalları və keyfiyyəti ilk olaraq bu plan və proqramda təyin edilir. Bu qisimdə işləyən elm və qədərdir. Məhz binanın bu qisim və mərhələsinə "İmam-ı Mübin" deyirik.
Kainat eyni bu bina kimi, öncə Allah'ın əzəli elmində hazırlandı və planlandı, sonra ortaya çıxacaq olan bu kainat, bu plan və proqram üzrə hərəkət edər onun çəkdiyi xəttin xaricinə çıxa bilməz; daha çox kainatın keçmiş və gələcəyini təmsil edər. Şəhadət aləmindən çox, qeyb aləminə baxar. Bir ağacın toxumu və kökləri imam-ı mübini xatırladır və sanki konkret bir qədər kimidir. Təbiət dedikləri mövhum (Əslində olmayıb xəyala gətirilən, xəyaldan törəyən) şey, əslində qədərin bu mənəvi qəlibinin, insan zehnindəki iz düşümüdür. Amma materialist fəlsəfə buna üluhiyyət (tanrılıq vəsfi) isnad edir.
Kitab-ı Mübin" isə; o bina və kainatın plan və proqram qisminin, yəni İmam-ı Mübin`in həyata keçirilməsi, xarici bir vücud verilməsinin adıdır. Burada Allah'ın qüdrət sifəti hökm edir və iş görür. Keçmiş və gələcəkdən çox, indiki hala baxar, yəni qeyb aləmindən çox, şəhadət aləmini təmsil edər. Binanın "İmam-ı Mübin" qisimini mühəndis təyin edər, binanın həyata keçirilməsi işini isə işçi və ustalar edər, burada mühəndis elm sifəti, usta və fəhlə isə; qüdrət sifətidir.
Bu nöqtədən baxacaq olsaq, təbiət deyilən şeyi planlayıb program halına gətirən; qədərdir, bu plan və proqramı hərəkətə və əmələ çevirib tətbiq edən də; Allah'ın qüdrət sifətidir.
Suallarla İslam
- "Allah, insanı, Rahmən surətində yaratmışdır." hədisini izah edərsinizmi?
- Təvafda yeddi dəfə dönmənin hikməti nədir? Təvafın mənası nədir?
- Allah zaman və məkandan münəzzəhdir və Ərşi su üzərindədir ayətinin təfsiri
- Mirac Nədir?
- İslam dinində lənətin yeri nədir?
- İlham-7
- Şeytanın Adəmoğlunu qiyamətə qədər azdırmaq istəməsindəki məqsədi ya da qazancı nədir?
- Şeytanın Ademoğlunu qiyamətə qədər azdırmaq istəməsindəki məqsədi ya da qazancı nədir?
- Şeytanın Adəmoğlunu qiyamətə qədər azdırmaq istəməsindəki məqsədi ya da qazancı nədir?
- Ənam surəsi 59-cu ayətin təfsiri