Hamilə bir qadın ürəyi istəyirsə haram olan bir şeyi yeyə bilərmi?
Dear Brother / Sister,
Va aleykumussalam.
İstər hamilə olsun, istər olmasın haram bir şeyi yemək haramdır, yəni günahdır.
Əslində ürəyi yox, nəfsi istəyər insanın. Nəfsin haram bir şey istəməsi isə təbii şeydi. Sadəcə hamilə qadınlarda nəfsin bu istəyi daha şiddətli olur. İnsan onda sevinib təəccüblənər ki nefsi xeyirli bir şeyi, məsələn namaz qılmağı, oruc tutmağı, qiybət etməməyi, az danışmağı, kin saxlamamağı, qəzəblənməməyi istəyər, ona həvəsli olar, onunla rahatlıq tapar.
Əgər orucluykən canı istəsə, yemədiyi zaman, özünə və uşağına zərər dəyəcəyi dəqiq isə halal nəsə yeyər, Ramazan'dan sonra bir gün qəza orucu tutar.
İkinci olaraq da, kolbasanın tamamilə hamısının haram olduğunu deyə bilmərik. Yəni halal kolbasalar da vardır. Sadəcə günümüzdə hala haram bir-birinə qarışıb ya da qarışdırılıb. Halal kolbasaları bu linklrdən tapa bilərsiz. Onlineheala,Gimdes, helalplatform,helalgidasertifikasi
Suallarla İslam

