Rüşvət verib işə düzəlmək və oradan qazanılan maaş haramdırmı?
Submitted by on Wed, 09/09/2015 - 21:04
Dear Brother / Sister,
Hər hansı bir işə girə bilmək üçün az olsun çox olsun rüşvət vermək haramdır. Peyğəmbər (ə.s.m) belə buyurmuşdur: Allah (cc) həm rüşvət verənə, həm alana lənət etmişdir.
Belə bir iş üçün rüşvət vermək caiz deyildir. Ruzi Allaha aiddir. O hər kəsin ruzisini tekeffül etmişdir (öz öhdəsinə götürmüşdür). Bir yerdə iş sahəsi olmazsa o biri yerdə olar. Rüşvət yalnız iki yerdə verilə bilər.
1- Haqsız bir yerdə həbs və işgəncəyə məruz qalındığında.
2- Malın əldən getməyə məruz qalındığı zaman rüşvət vermək çarə isə ona müraciət edə bilər (Şirvani, İbn Abidin). Verən Allahın qatında məsul deyildir. Fəqət sahədə Allahın lənətinə layiqdir.
Rüşvət vermək nə zaman caiz olar?
Rüşvət, tək söz ilə haramdır. Allah rüşvət verənə də, alana da lənət etmişdir. Rüşvətçiliklə işini yoluna qoymağı adət edən insan, məqbul insan deyildir. Haramla keçinmək əsas alan kimsə sayılır. Haramı əsas qəbul edən kimsə isə nə Allah qatında, nə də qullar qatında məqbul olur.
Bir hədisdə Peyğəmbərimiz:
- Rüşvəti alan da, verən də cəhənnəmdədir, buyurmuşdur.
Bu baxımdan rüşvətə heç bir zaman qanuni deyilməz, alan da verən də üzrlü sayılmaz. Ancaq bu iki xüsusda rüşvəti vermək məcburiyyətində qalan kimsə İnşəAllah məsul olmaz:
1 - Haqsız yerə həbsə girmə halı mövzu olduqda verəcəyi rüşvətlə məruz qalacağı haqsızlıqdan xilas olmağı niyyət edən kimsə.
2 - Başqasının haqqını özünə çevirmək üçün deyil də, özünün verilməyən haqqını almaq üçün rüşvət vermək məcburiyyətində qalan kimsə.
Bu iki vəziyyətdə də öz haqqını almaq əsas mövzudur. Başqasının haqqını özünə çevirmək kimi bir haqsızlıq düşünülə bilməz.
İbn-i Âbidində bu barədə məlumat var.
Yazar
Əhməd Şahin
Rüşvət ilə işə girmək, halal olaraq qazanılan maaşı haram etməz.
Yəni çalışdığı işdə qazanc onun haqqıdırsa haram olmaz.
Çünki işlədiyinin qarşılığını almaqdadır.
Suallarla İslam
- RÜŞVƏT VƏ HÖKMLƏRİ
- İslam hüququnda rüşvətin vəziyyəti.
- Hədiyyə olaraq verilənlər rüşvətdir?
- HAQQ VƏ ƏDALƏT
- Rüşvət vermək günahdır?
- Ümuminin haqqı olan boş yerləri şəxsinə istifadə etmək caizdir?
- Allah, dünyanı istəyənə dünyanı verər, axirəti istəyənə də axirəti verər, sözünü açıqlayarsınız?
- Rüşvətin haram olmayanı var?
- ƏL-MUQSİD
- Avam dəlillərdən hökm çıxara bilərmi?