Əhzab surəsi 37-ci ayətin təfsiri (1)

وَإِذْ تَقُولُ لِلَّذِىٓ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِ وَأَنْعَمْتَ عَلَيْهِ أَمْسِكْ عَلَيْكَ زَوْجَكَ وَٱتَّقِ ٱللَّهَ وَتُخْفِى فِى نَفْسِكَ مَا ٱللَّهُ مُبْدِيهِ وَتَخْشَى ٱلنَّاسَ وَٱللَّهُ أَحَقُّ أَن تَخْشَىٰهُ ۖ فَلَمَّا قَضَىٰ زَيْدٌ مِّنْهَا وَطَرًا زَوَّجْنَـٰكَهَا لِكَىْ لَا يَكُونَ عَلَى ٱلْمُؤْمِنِينَ حَرَجٌ فِىٓ أَزْوَ‌ٰجِ أَدْعِيَآئِهِمْ إِذَا قَضَوْا۟ مِنْهُنَّ وَطَرًا ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا

"Bir zaman, Allahın nemət verdiyi və Sənin özünün nemət verdiyin kəsə (Zeyd ibn Harisəyə): “Zövcəni yanında saxla, Allahdan qorx!”– deyirdin. Allahın aşkar edəcəyi şeyi ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki, əslində qorxmalı olduğun, məhz Allahdır. Zeyd, zövcəsini boşadıqda, Səni onunla evləndirdik ki, oğulluqları, övrətlərini boşadıqları zaman, o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın. Allahın əmri, mütləq yerinə yetəcəkdir." (Əhzab/37)

------------------------

Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanları:

"Hazret-i Peygamber aleyhissalâtü vesselâmın Zeynep'i tezevvücünü, eski zaman münafıkları gibi yeni zamanın ehl-i dalâleti dahi medar-ı tenkit buluyorlar; nefsanî, şehevânî telâkki ediyorlar."

Yəni:

Peyğəmbər (aleyhissalatu və's-sələm)'in Zeynəb ilə evliliyini, köhnə dövrün münafiqləri kimi, yeni dövrün dəlalət əhli də, tənqid səbəbi görürlər. (Bu evliliyi), nəfsani, şəhəvani qəbul edirlər.

Elcevap: Yüz bin defa hâşâ ve kellâ! O dâmen-i muallâya şöyle pest şübehâtın eli yetişmez. Evet, on beş yaşından kırk yaşına kadar, hararet-i gariziyenin galeyanı hengâmında ve hevesât-ı nefsaniyenin iltihabı zamanında, dost ve düşmanın ittifakıyla kemâl-i iffet ve tamam-ı ismetle Haticetü'l-Kübrâ (r.a.) gibi ihtiyarca birtek kadınla iktifa ve kanaat eden bir zâtın, kırktan sonra, yani hararet-i gariziye tevakkufu hengâmında ve hevesât-ı nefsâniyenin sükûneti zamanında kesret-i izdivaç ve tezevvücâtı, bizzarure ve bilbedâhe, nefsanî olmadığını ve başka ehemmiyetli hikmetlere müstenit olduğunu, zerre kadar insafı olana ispat eder bir hüccettir.

Yəni:

Cavab olaraq deyirəm: Yüz min dəfə əsla və əsla! O yüksək əxlaq sahibinə, belə alçaq şübhələrin əli çata bilməz. Bəli, 15 yaşından 40 yaşına qədər, təbii hərarətin qaynaması vaxtında və nəfsani həvəslərin alovlandığı zamanda, dost və düşmənin ittifaqı ilə, mükəmməl iffət və tam ismət ilə böyük Xədicə (radiyallahu anha) kimi yaşlı bir tək qadın ilə kifayətlənən və qənaət edən bir Şəxsin, 40-dan sonra, yəni, təbii hərarətin dayanması vaxtında və nəfsani həvəslərin sükunəti zamanında, çox evliliyi və evlilikləri, zəruri və açıq bir şəkildə, nəfsani olmadığını və başqa əhəmiyyətli hikmətlərə istinad etdiyini, zərrə qədər insafı olana, isbat edən bir hüccətdir.

O hikmetlerden birisi şudur ki: Zât-ı Risaletin akvâli gibi, ef'al ve ahvâli ve etvar ve harekâtı dahi menâbi-i din ve şeriattır ve ahkâmın me'hazlarıdır. Şıkk-ı zâhirîsine Sahabeler hamele oldukları gibi, hususî dairesindeki mahfî ahvâlâtından tezahür eden esrar-ı din ve ahkâm-ı şeriatın hameleleri ve râvileri de ezvâc-ı tâhirattır ve bilfiil o vazifeyi ifa etmişlerdir. Esrar ve ahkâm-ı dinin hemen yarısı, belki onlardan geliyor. Demek bu azîm vazifeye, birçok ve meşrepçe muhtelif ezvâc-ı tâhirat lâzımdır.

Yəni:

O hikmətlərdən biri budur ki: Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sözləri kimi, felləri, halları, davranışları və hərəkətləri də, din və şəriətin mənbələri və hökmlərin qaynağıdırlar. Səhabələr, Onun zahiri tərəfinə daşıyıcı olduqları kimi; xüsusi dairəsindəki (yəni, evindəki) məxfi hallardan doğan dinin sirləri və şəriətin hökmlərinin daşıyıcıları və raviləri də, təmiz zövcələridir. Və (onlar), felən o vəzifəni ifa etmişlərdir. Dinin sirləri və hökmlərinin demək olar ki yarısı, onlardan gəlir. Demək, bu əzəmətli vəzifəyə (yəni, dinin yayılmasına, qorunmasına və s.), bir çox və məşrəbcə müxtəlif (yəni, fərqli qabiliyyətdə olan və fərqli xarakterlərə sahib) təmiz zövcələr lazımdır.

Not: Məsələn, Aişə (radiyallahu anha)nın, bu xüsusda əhəmiyyətli rolu vardır. O, Peyğəmbərin vəfatından sonra, hər yaşdan insanın, xüsusilə qadınların rahatlıqla müraciət etdikləri bir qaynaq olmuşdu. Xüsusilə qadınlara xas olub kişilərdən soruşmaqdan çəkindikləri şeylər xüsusunda, Peyğəmbərimizin zövcələri, bir elm və fətva mərcii olaraq xidmət görürdü. (haşiyə)

----------------------

(Haşiyə:

Ətraflı oxumaq üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99rin-cox-ev...)

----------------------

Gelelim Hazret-i Zeynep'in tezevvücüne: Yirmi Beşinci Sözün Birinci Şulesinin Üçüncü Şuaının misallerinden olan مَاكَانَ مُحَمَّدٌ اَبَۤا اَحَدٍ مِنْ رِجَالِكُمْ وَلٰكِنْ رَسُولَ اللهِ وَخَاتَمَ النَّبِيِّنَ  âyetine dair şöyle yazılmış ki, insanların tabakatına göre birtek âyet, müteaddit vücuhlarla, herbir tabakanın fehmine göre bir mânâ ifade ediyor.

Yəni:

(Peyğəmbərimizin) Zeynəblə evliliyinə gəlincə: (Sözlər adlı əsərin) 25-ci Söz'ünün, Birinci şöləsinin 3-cü Şüa'sının (s. 402) misallarından olan: "Muhəmməd, aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur." (Əhzab/40) ayətinə dair belə yazılmışdır ki, insanların təbəqələrinə görə, 1 tək ayət, fərqli cəhətlərdən hər bir təbəqənin fəhminə görə, bir məna ifadə edir. (haşiyə)

-------------------------

(Haşiyə:

Əhzab surəsi 40-cı ayətin təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99hzab-sur%C9%99si-40-ci...

-------------------------

Bir tabakanın şu âyetten hisse-i fehmi şudur ki:

Resul-i Ekrem aleyhissalâtü vesselâmın hizmetkârı veya "Oğlum" hitabına mazhar olan Zeyd (r.a.), rivayet-i sahiha ile itirafına binaen, izzetli zevcesini kendine mânen küfüv bulmadığı için tatlik etmiş. Yani, Hazret-i Zeynep, başka yüksek bir ahlâkta yaratılmış ve bir peygambere zevce olacak fıtratta olduğunu, Zeyd ferâsetle hissetmiş. Ve kendisini ona zevc olacak fıtratta kendine küfüv bulmadığından, mânevî imtizaçsızlığa sebebiyet verdiği için tatlik etmiştir. Allah'ın emriyle Resul-i Ekrem aleyhissalâtü vesselâm almış. Yani, زَوَّجْنَاكَهَا nın işaretiyle, o nikâh bir akd-i semâvî olduğuna delâletiyle, harikulâde ve örf ve muâmelât-ı zâhiriye fevkinde, sırf kaderin hükmüyledir ki, Resul-i Ekrem aleyhissalâtü vesselâm o hükm-ü kadere inkıyad göstermiştir ve mecbur olmuştur; nefis arzusuyla değildir.

Yəni:

• Bir təbəqənin (ayəni) fəhmdən (əldə etdiyi) hissə, budur:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in xidmətçisi və ya "oğlum" (haşiyə-1) xitabına mazhar (bir şeyin zahir olduğu yer) olan Zeyd (radiyallahu anh), səhih rəvayət ilə (haşiyə-3) etirafına görə, izzətli zövcəsini, özünə mənən bərabər görmədiyi üçün, boşamışdır. Yəni, həzrəti Zeynəb, başqa yüksək bir əxlaqda yaradılmış və bir peyğəmbərə zövcə olacaq fitrətdə olduğunu, Zeyd, öz fərasətilə hiss etmişdir. Və özünü, ona zövc (ər) olacaq fitrətdə özünə bərabər görmədiyindən, mənəvi imtizacsızlığa (mənəvi qaynayıb-qarışmağa əngələ) səbəbiyyət verdiyi üçün, boşamışdır. Allahın əmrilə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), (onu) almışdır. Yəni, "Biz, onu, Sənə nikahladıq." (Əhzab/37) (ayəsinin) işarətilə; o nikah, səmavi bir əqd olduğuna dəlalətlə, fövqəladi və örf və zahiri muamələ (tətbiqat)'ların fövqündə (haşiyə-2), (bu evlilik), sırf qədərin hökmülədir ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), qədərin o hökmünə boyun əymişdir və məcbur olmuşdur; nəfs arzusu ilə deyildir.

-----------------

(Haşiyə-1:

https://suallarlaislam.com/sual/peyg%C9%99mb%C9%99rin-zeyd-bin-haris%C9%...

Haşiyə-2:

Müəllifimizin "(bu evliliyin) örf və zahiri muamələlərin fövqündə olması" sözündən qəsdi, budur: Evliliklərdə adət olan, hər 2 tərəfin bir-birini görüb-bəyənməsi; bir tərəfin, digər tərəfi istəmək üçün getməsi və s.dir. Peyğəmbərimizlə Zeynəb'in evliliyində isə, sırf qədər hökm etmiş və bu nikah, səmada əqd edilmişdir.

Haşiyə-3:

Ənəs (radiyallahu anh)'dan belə rəvayət edilir:

Zeyd b. Harisə gəldi. Zövcəsi (Zeynəb)'dən şikayət edirdi. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, (Zeyd, zövcəsini boşamaq istədikcə), ona: "Ey Zeyd! Allahdan qorx, zövcəni yanında saxla!" deyirdi.

Aişə (radiyallahu anha) deyir ki, əgər Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allahın kitabından bir şey gizləsəydi, bu,

"Zövcəni yanında saxla, Allahdan qorx!'– deyirdin. Allahın aşkar edəcəyi şeyi, ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki, əslində qorxmalı olduğun, məhz Allahdır." ayətini gizləyərdi.

Ənəs belə deyir:

Zeynəb, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in digər xanımlarına qarşı qürarlanar və: "Sizləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə, ailələriniz evləndirdi. Halbuki məni, Onunla, 7 qat göylərin üstündən Allah Taala evləndirdi." deyərdi.

Ravi Sabit əl-Bunani, "Allahın aşkar edəcəyi şeyi, ürəyində gizli saxlayır və insanlardan çəkinirdin.' ayəti, Zeynəb ilə Zeyd b. Harisə haqqında endi." demişdir. (Buxari, 97-ci kitab: Tövhid kitabı, 22-ci bab: "Ərşi su üzərindədir.'; 'O, əzəmətli ərşin Rəbbidir.' babı", hədis no: 7420)

Yenə, Buxari, ("Səhih"ində, 65-ci kitab: "Təfsir kitabı", 6-cı bab: "Allahın aşkar edəcəyi şeyi, ürəyində gizli saxlayır və insanlardan çəkinirdin. Halbuki, əslində qorxmalı olduğun, məhz Allahdır.' babı, hədis no: 4787), belə rəvayət edir:

Ənəs b. Malik (radiyallahu anh)'dan, belə rəvayət edilir:

"Allahın aşkar edəcəyi şeyi, ürəyində gizli saxlayırdın..." ayəti, Zeynəb b. Cahş ilə Zeyd b. Harisə haqqında endi.

Bu hədisin şərhində, imam ibn Həcər Asqalani ("Fəthu'l-Bari"də), deyir:

...Xülasə edəcək olsaq:

Peyğəmbərin gizlətdiyi, Allah Taala'nın, özünə, Zeynəb'in, xanımlarından biri olacağına dair verdiyi xəbərdir. "Oğlunun xanımı ilə evləndi." şəklində artıq-əskik danışanlardan çəkinməsi, bu xəbəri gizləməsinə səbəb olmuşdur. Allah Taala, cahiliyyə dövrü insanlarının tətbiq etdikləri övladlıq hökmlərini, ən güclü şəkildə ortadan qaldırmaq istəmişdi. Bu da, ancaq, övlad olaraq qəbul edilən birinin xanımı ilə evlənməklə ola bilərdi. Bu hadisə, insanların daha asan qəbul etməsini təmin etmək üçün, müsəlmanların Lideri vasitəsilə gerçəkləşmişdi.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, nə üçün çəkindiyini açıqlayanlar, bu xüsusda ixtilaf etmişlərdir.

Əhməd b. Hənbəl, Muslim və Nəsai, Süleyman b. Muğirə və Sabit təriqilə, Ənəs'dən belə rəvayət edirlər:

Zeynəbin iddəti bitincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Zeydə, "Onu, Mənim üçün istə." dedi. Hadisənin bundan sonrası haqqında, Zeyd, belə deyir:

Zeynəbin yanına getdim. Ona: "Ey Zeynəb! Gözün aydın olsun. Peyğəmbər (sallallahu aleyhi və səlləm), məni, sənə göndərdi. Niyyəti, səninlə evlənməkdir." dedim. O da: "Rəbbimə demədən, bir şey etməyəcəm." dedi. Sonra, qalxıb səcdə etdiyi yerə getdi. (Belə ikən), ayət endi. Peyğəmbər (sallallahu aleyhi və səlləm), (Zeynəb)'in icazəsi olmadan, onun yanına girdi.

Bu, bəhsi keçən adətin qaldırılması haqqında ola biləcək ən təsirli metod idi. Bu hadisədə, Zeynəbi, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, (şəxsən əvvəlki əri, yəni, Zeyd) istəmişdi. Beləcə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in Zeynəblə, Zeydin razılığı olmadan, təzyiq edərək evləndiyi şəklində meydana gələ biləcək zənnlərə, sədd çəkilmişdir. Eyni zamanda, bu fel (tətbiqat)'da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Zeydin qəlbində, Zeynəbə qarşı bir hissin qalıb-qalmadığını yoxlaması da, bəhs mövzusudur.

Bu hədisdən çıxarılan bir başqa nəticə isə, özünə elçi düşülən qadının, cavab vermədən əvvəl, istixarə etməsinin və istəmə sırasında dua etməsinin müstəhəb olduğudur. Hər kim, işini Allaha həvalə edərsə, Allah Taala, dünya və axirətdə, özü üçün daha faydalı və gözəl şeyləri, onun üçün asanlaşdırar.

"Fəthu'l-Bari"dən verilən nəqllər, burda bitir.

--------------------------

Şu kader hükmünün de ehemmiyetli bir hükm-ü şer'î ve mühim bir hikmet-i âmmeyi ve şümullü bir maslahat-ı umumiyeyi tazammun eden لِكَىْ لاَ يَكُونَ عَلَى الْمُؤْمِنِينَ حَرَجٌ فِى اَزْوَاجِ اَدْعِيَۤائِهِمْ âyet-i kerimesinin işaretiyle, büyüklerin küçüklere "oğlum" demeleri, zıhar meseleleri gibi, yani karısına "Anam gibisin" dese haram olduğu gibi değildir ki, ahkâm onunla değişsin.

Yəni:

Bu qədər hökmünün də(həm)

~ əhəmiyyətli bir şəri hökmü;

~ mühim bir ümumi hikməti; və

~ şamil bir ümumi faydanı

ehtiva edən "oğulluqları, övrətlərini boşadıqları zaman, o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın" ayətinin (də) işarətilə, böyüklərin kiçiklərə "oğlum" demələri, zihar məsələləri kimi,

-yəni, xanımına, "anam kimisən" deyərsə, haram olduğu kimi- deyildir ki, hökmlər, onunla dəyişsin.

 

• Ayətin, əhəmiyyətli bir şəri hökmü ehtiva etməsi:

əbu Bəkr Əhməd b. Əli ər-Razi əl-Cəssas, "Əhkamu'l-Quran" adlı təfsirində, belə deyir:

Bu ayə, bəzi hökmlər ehtiva etməkdədir. (Belə ki):

1. (Ayə), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, boşanan Zeynəblə evlənməsinin mübahlığının illətini açıqlamaqdadır. Qadının, ərindən boşanmış olması, başqa bir mömin kişinin onunla evlənməsini, mübah bir hala gətirir. Bu da, əhkam (hökmlər) sahəsində qiyas edilə biləcəyinə və məqsədlərin əsas alınması gərəkdiyinə dəlalət etməkdədir.

2. Övladlığa götürən ilə övladlığa götürülən arasında nikah bağının qurulmasına, əngəl yoxdur.

3. -Allah Taala'nın, haqlarında xüsusi bir hökm verdiyi xaricində- ümmətin bütün fərdləri, Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün, eyni (bərabər) hökmə tabedir. Uca Allah, övladlığın boşadığı qadınla evlənməyi Peyğəmbər'ə mübah qılmışdır ki, bütün möminlər, bu hökmdə bərabər olsunlar.

 

• Ayətin, mühim bir hikmət və maslahatı ehtiva etməsi üçün bax:

1. Soyun üstülüyü qavrayışı:

Peyğəmbərimizin Zeynəblə evlənməsinin təmin etdigi faydalardan biri, cəmiyyətdə soy üstünlüyü fikrinin yıxılmasıdır.

Cahiliyyə dövründə, ərəblərdə, övlad olaraq götürülən şəxs, öz oğul sayılırdı. Bu isə, su-i istimala açıq bir halda idi. Məsələn, cəmiyyətdə məşhur və ya müvəffəq bir gənc, bir soy/nəsil tərəfindən oğulluq olaraq götürülürdü. Bu, ticari bir razılaşma kimi, insanın, öz atasını dəyişdirməsi mənasına gəlirdi. Əlbəttə, soyunu dəyişdirən şəxsin zehnində yatan şey, yeni keçdiyi nəslin, öz əsl nəslindən daha yaxşı olduğu; öz soyunun isə, qiymətsiz, dəyərsiz olduğu idi. Xaricən onun soy dəyişdirməsinin, keçdiyi soyu daha da ucaldacağı gözlənilirdi.

Övladlığın, soy dəyişdirmə mənasına gəlmədiyinə dair əsas vurğu, bu ayə ilə ortaya qoyulmuşdur. Sözlü xəbərdarlıqlar, insanların zehin dünyasını dəyişdirməkdə, çox vaxt kifayət etməz. İnsanlar, övladlığı oğul olmaq cəhətindən soy dəyişdirmək kimi qavrayırlarsa, artıq onların zehin dünyasını dəyişdirmək, həqiqətən şiddətli bir tətbiqdan başqa bir şeylə mümkün olmaz. Bu hal isə, o dövrdə elə kök salmışdı ki, Peyğəmbərimizin bundan çəkinməsini, daha əvvəl zikr etmişdik. 

Allah rəsulu (sallallahu aleyhi və səlləm), hədislərində, bundan çəkindirmək üçün, belə buyurmuşdu:

~ Sə'd (radiyallahu anh)'dan belə rəvayət edilir:

Mən, Nəbi (sallallahu aleyhi və səlləm)'in, "Kim, atasından başqasının, -onun, öz atası olmadığını bilə-bilə- uşağı olduğunu iddia edərsə, cənnət, bu adama haramdır." buyurduğunu eşitdim. (Buxari, hədis no: 6766)

~ əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Nəbi (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Atalarınızdan üz çevirib uzaqlaşmayın! Kim atasından üz çevirib onu tərk edərsə, küfr (nankorluq) etmiş olar." buyurmuşdur. (Buxari, hədis no: 6768)

ibn Həcər Asqalani, "Fəthu'l-Bari"də bu hədisin şərhində, belə deyir:

"...Müaviyə xəlifəliyə gəlincə, Ziyad, Əli (radiyallahu anh) tərəfindən Fars diyarına təyin edilmişdi. Müaviyə, onunla xoş keçinmək istədi və onda, əbu Süfyan'ın nəsəbini götürmə istəyi oyandırdı. Ziyad, buna boyun əydi və bu mövzuda, bəzi xoşa gəlməzliklər yarandı. Sonunda, Müaviyə, onun, atasının oğlu olduğunu iddia etdi və özünü, ilk əvvəl, Basraya; sonra da, Kufəyə vali təyin etdi və ona dəyər verdi. Ziyad, məşhur yaşayışına və siyasətinə davam etdi. Səhabə və tabiundan bir çox adam da, Müaviyə'nin bu etdiyinə: 'Uşaq, kimin yatağında dünyaya gəlmişdirsə, onundur.' hədisini dəlil gətirərək etiraz etdilər..."

Hətta bu soy məsələsi, İslamdan sonra da davam etmişdir. Ərəb, əcəmdən üstünmüdür, deyildirmi? Evlilik üçün bunlar bir-birinə bərabərdirlərmi?

Bu soy üstünlüyünün yıxılması üçün,

~ Bilal (radiyallahu anh), Abdu'r-Rahmən b. Avf'ın qızı ilə;

~ Miqdad b. Əsvəd, Zubeyr (radiyallahu anh)'ın qızı ilə;

~ Salim, Utbə'nin qızı ilə

evləndirilmişdir, ki, bu soy üstünlüyü yıxılsın. Hər 3 səhabə də, azad edilmiş nökərlərdir.

2. Miras:

Övladlıq müəssisəsi, miras mövzusunda da, cəmiyyətdə narahatlıqlar yaradırdı. Ailəyə sonradan daxil olan biri belə, öz övlad hökmündə olduğu üçün, mirasdan digərlərilə eyni dərəcədə haqq sahibi olurdu. Bu hal, bir çox ailədə, qardaşlar arasındakı münasibətin parçalanmasına və bir-birilərinə düşmənlik güdməsinə səbəbiyyət verirdi. Dolayısı ilə, övladlıq müəssisəsini təshih edən (düzəldən) bu evliliklə, bu haqsızlıqlar ortadan qalxmış oldu.

3. Son Peyğəmbər:

مَّا كَانَ مُحَمَّدٌ أَبَآ أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَـٰكِن رَّسُولَ ٱللَّهِ وَخَاتَمَ ٱلنَّبِيِّۦنَ ۗ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمًا

"Muhəmməd, aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah, hər şeyi bilir." (Əhzab/40)

Övladlıq müəssisəsi əgər davam etsəydi, Zeyd, Peyğəmbərin öz oğlu sayılacaqdı. Bundan dolayı, Allah, övladlığın öz oğul sayılmasını 37-ci ayədə nəfy etdikdən sonra, bu ayədə, Peyğəmbərimizin, heç bir kişinin atası olmadığını buyurur.

Əlbəttə, Peyğəmbərimizin bir oğlu olduğu təsəvvür edilsə, bu, iləridə, siyasi arenada, olduqca güclü bir şəkildə istifadə edilə bilərdi. Zeyd, Peyğəmbərdən əvvəl vəfat etmiş olsa da, oğlu Usamə b. Zeyd, həyatda idi. Burda ən bariz nümunə, Peyğəmbərimizin kürəkəni Əli b. əbi Talib (radiyallahu anh)'dır. Peyğəmbərimizin kürəkəni və əmisi oğlu olması səbəbilə, Onun bu statusu üzərindən meydana gələn siyasi firqələşmə (şiəlik), bilinməkdədir. İşin üzücü tərəfi burasıdır ki, bu, siyasi olmaqla qalmamış, teoloji (dini) bir sahəyə də varmışdır (yəni, Şiəlik, ilk əvvəl, siyasi bir məzhəb olaraq ortaya çıxsa da; daha sonra, etiqadiləşmişdir). Elə isə, Peyğəmbərimizin Öz soyundan Öz oğlu olsaydı, eyni halın çox daha güclü bir şəkildə Öz övladı üzərindən davam edəcəyini təxmin etmək, çətin deyildir.

 

Müəllifimiz Nursi (rahiməhullah), belə davam edir:

"Hem büyüklerin raiyetlerine ve peygamberlerin ümmetlerine pederâne nazar ve hitapları, vazife-i risalet itibarıyladır; şahsiyet-i insaniye itibarıyla değildir ki, onlardan zevce almak uygun düşmesin."

Yəni:

Həm böyüklərin (öz) rəiyyətlərinə; və peyğəmbərlərin, (öz) ümmətlərinə ata kimi nəzər və xitabları, risalət vəzifəsi etibarı ilədir; insan şəxsiyyəti (yəni, insan olma xüsusiyyəti) etibarı ilə deyildir ki, onlardan zövcə almaq uyğun düşməsin.

"İkinci bir tabakanın hisse-i fehmi şudur ki: Bir büyük âmir, raiyetine pederâne bir şefkatle bakar. Eğer o âmir, zâhirî ve bâtınî bir padişah-ı ruhanî olsa, merhameti pederin yüz defa şefkatinden ileri gittiği için, raiyetinin efradı, onun hakikî evlâdı gibi, ona peder nazarıyla bakarlar. Peder nazarı ise, zevc nazarına inkılâp edemediğinden ve kız nazarı da zevce nazarına kolayca değişmediğinden; efkâr-ı âmmede, Peygamberin, mü'minlerin kızlarını alması şu sırra uygun gelmediği için, Kur'ân o vehmi def maksadıyla der:

'Peygamber, rahmet-i İlâhiye hesabıyla size şefkat eder, pederâne muamele eder. Ve risalet namına siz onun evlâdı gibisiniz. Fakat şahsiyet-i insaniye itibarıyla pederiniz değildir ki, sizden zevce alması münasip düşmesin. Ve sizlere 'Oğlum' dese, ahkâm-ı şeriat itibarıyla siz onun evlâdı olamazsınız."

Yəni:

• İkinci bir təbəqənin (ayəni) fəhmdən (əldə etdiyi) hissə, budur:

Bir böyük əmir, öz rəiyyətinə, ataya layiq bir şəfqətlə baxar. Əgər o amir, zahiri və batini nurani bir padşah olsa, mərhəməti, atanın şəfqətindən 100 dəfə iləri olduğu üçün, rəiyyətinin fərdləri, onun həqiqi övladı kimi, ona, ata nəzərilə baxarlar. Ata nəzəri isə, zövc (ər) nəzərinə inqilab edə (yəni, çevrilə) bilmədiyindən; və qız nəzəri də, zövcə nəzərinə asanca dəyişmədiyindən, ümum fikirlərdə, Peyğəmbərin, möminlərin qızlarını alması, bu sirrə uyğun gəlmədiyi üçün, Quran, o vəhmi dəf etmək məqsədilə deyir:

'Peyğəmbər, İlahi rəhmət hesabı ilə sizə şəfqət edər; ata kimi davranar. Və risalət naminə, siz, Onun, övladları kimisiniz. Lakin, insan şəxsiyyəti etibarı ilə atanız deyildir ki, sizdən zövcə alması, münasib düşməsin. Və sizlərə 'oğlum' desə, şəriət hökmləri etibarı ilə, siz, Onun övladı ola bilməzsiniz...' (Said Nursi, "Məktubat", 7-ci Məktub, s. 25-26)

-----------------------------

Əlavələr:

Əhzab surəsi 37-ci ayə (2):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99hzab-sur%C9%99si-37-ci...

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%E2%80%9Cpeyg%C9%99mb%C9%99r...

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99sirlikd%C9%99n-%C9%99m...

 

 

 

Read 386 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR