İman əsaslarını qısaca izah edə bilərsinizmi?
İmanın altı şərti vardır: Bunlar, Allah`a, axirətə, mələklərə, kitablara, peyğəmbərlərə, qədərə iman etməkdir. Bir insanın mömin ola bilməsi üçün bu altı əsasın hamısına inanması lazımdır. Bir tək iman şərtinə inanmayan insan, mömin ola bilməz. Çünki, iman əsasları bir-biriylə əlaqəlidir.
1. Allah`a İman:
İman əsaslarının birincisi Allah`ın varlığına və birliyinə inanmaqdır. Bir Müsəlman hər şeydən əvvəl iman edər ki Allah` vardır və birdir; bu kainat Onun əsəridir. Nə zatında, nə sifətlərində, nə də fellərində, işlərində ortağı, bərabər və bənzəri yoxdur. Sifətləri məxluqatın sifətlərinə bənzəməz.
Bütün mövcudat Allah`ın varlığına dəlalət etdiyi kimi birliyinə də dəlalət edir.
Əzəli və əbədi olub, zamandan, məkandan, dəyişməkdən, ehtiyacdan, acizlikdən, qüsurdan münəzzəh və məhfuz olan ancaq Allah`dır. Bu sifətlərə sahib olacaq bir başqa varlıq düşünülə bilməz.
Allah`ın bütün sifətləri hər şeyi əhatə etmişdir. Hər şey onun iradəsinə tabedir. Rahman, Rahim, Ğafur kimi cəmali isimləri olduğu kimi, Qahhar, Cəbbar, Müntakim kimi cəlalı isimləri da vardır. Ona iman edənlərə lütf ilə rəftar edər. Küfr və üsyan əhlini də əzabına düçar edər.
İbadət ancaq Allah`a edilə bilər. İnsanların dünya və axirət səadəti Onun əmr və qadağalarına tabe olmaqla gerçəkləşər. Bu bir ilahi qanundur; bunda bir dəyişmə düşünülə bilməz.
İnsan ağlı, Allah`ın zatını, mahiyyət və həqiqətini anlaya bilməz. Çünki ağıl məxluqdur və məhduddur. Cənab-ı Haqqın zat və sifətləri sonsuzdur. Məhdud olanın sonsuzu əhatə edə bilməyəcəyi açıq bir həqiqətdir. Yəni, ağla hər nə gəlirsə Allah` onun başqasıdır.
Allah`ın, zatında şəriki olmadığı kimi fellərində, işlərində də şəriki yoxdur. Bütün varlıq aləminin tək yaradıcısı, tək maliki və tək hakimidir. Səbəbləri yaradan Allah olduğu kimi, səbəblərdən çıxan nəticələri də yaradan yenə Odur; ağacı O yaratdığı kimi meyvəni də O yaradır.
Şükür və ibadət, həmd və səna ancaq Ona məxsusdur. Möminlər yalnız Allah`a ibadət etdikləri kimi yardımı da ancaq Allah`dan diləyərlər:
"Yalnız sənə ibadət edər və yalnız səndən kömək istəyərik." (Fatihə, 1/5)
Bir günah işlədiklərində də tövbələrini birbaşa Allah`a edərlər. Çünki insanların Allah`a qarşı işlədikləri günahı Allah`dan başqası əfv edə bilməz.
2. Mələklərə İman:
İmanın digər bir rüknü də mələklərə imandır. Hər müsəlman iman edir ki; Cənab-ı Haqqın mələk adında lətif məxluqları vardır. Bunlar Allah`ı təsbeh edir, ayrıca onlara verilən digər vəzifələri də yerinə yetirirlər. Üsyansız olan bu məxluqlar bəşər kimi bir imtahana tabe deyildirlər; fitrətləri saf, özləri məsum, məqamları sabitdir.
Bu maddi aləmin kiçik bir misalı olan insan bədənində ağla, hafizəyə, xəyala və sevgi, qorxu, maraq kimi minlərlə hisslərə vəzifə gördürən Cənab-ı Haqq, əlbəttə bu möhtəşəm kainatı boş buraxmamış, onu da mələklərlə şənləndirmişdir.
3. Kitablara İman:
İmanın rüknlərindən biri də səmavi kitablara imandır. İnsan, ağıl vasitəsilə Allah`ın varlığını və birliyini bilsə belə, Onun əmr və yasaqlarının nələr olduğunu, Ona qarşı ibadət vəzifəsini necə edəcəyini, qısacası Allah`ın nələrdən razı olub olmayacağını idrak edə bilməz. Bunun üçün Cənab-ı Haqq, səmavi kitablar nazil etmişdir. Səmavi kitabların yüz dənəsi səhifələr halında, dörd dənəsi isə kitab halında nazil olmuşdu. Bu dörd səmavi kitab, nazil olma sırasına görə, Tövrat, Zəbur, İncil və Qur`an`dır.
Bir Müsəlman bunların hamısına inanmaqla mükəlləfdir. Bu da məlumdur ki, Qur`an`ın nazil olmasıyla digər səmavi kitablar tətbiq olunma sahəsindən qalxmışladır. Qur`an-ı Kərim, Peyğəmbərimizə (ə.s.m) nazil olduqdan sonra, bir hərfinə belə toxunulmadan günümüzə qədər gəlmişdir. Beləcə Cənab-ı Haqq,
"Qur`an`ı Biz endirdik, Biz mühafizə edəcəyik," (Hicr, 15/9) hökmünü gerçəkləşdirmişdir.
4. Peyğəmbərlərə İman:
Digır bir iman rüknü də peyğəmbərlərə imandır. Cənab-ı Haqqın, insanları, yenə insan olan bir peyğəmbərlə xəbərdar etməsi ilahi bir qanundur.
Peyğəmbərlik bəşər üçün əzim bir ehtiyac və böyük bir nemətdir. Cənab-ı Haqq, bu mürşid və rəhbərlərin vasitəsiylə insanlara hidayət yollarını göstərmişdir.
Peyğəmbərlərin vəzifəsi, vəhy və ilham yolu ilə Cənab-ı Haqqdan aldıqları əmrləri bəşəriyyətə təbliğ etmək, dünya və axirət səadətinin yollarını onlara göstərməkdir. Bu zatların iki cəhətləri vardır. Biri "qulluq", digəri "risalət" (İlahi elçilik) dir. Qulluq cəhətiylə Allah`ın əmr və yasaqlarına ən mükəmməl mənada, əskiksiz tabe olarlar; bu sahədə insanlara nümunə olarlar. Risalət cəhətiylə, insanlara haqq və həqiqəti təbliğ edirlər.
Peyğəmbərlər, Allah`ın məxluqu və quludurlar. Bir müsəlman peyğəmbərlərin hamısına inanmaqla mükəlləf edilmişdir. Hər hansı birinin peyğəmbərliyini inkar etsə İslam dairəsindən çıxar. Məsələn, Həzrəti Musa əleyhissalam, yaxud Həzrəti İsay əleyhissalam`a inanmayan bir insan mömin ola bilməz. Onların peyğəmbərliyi Qur`an ilə sabitdir. Onlara iman etmək, həm kitablara, həm də peyğəmbərlərə imanın bir gərəyidir.
Peyğəmbərlərin ilki Həzrəti Adəm (ə), sonuncusu da Həzrəti Muhamməd (s.ə.s.) 'dir. Peyğəmbərlik müəssisəsi Həzrəti Muhamməd sallallahu aleyhi və səllmə ilə sona çatmışdır. Bu baxımdan Həzrət-i Muhamməd (s.ə.v.) 'ə, "Xatəmul-Ənbiya" deyilir.
"Biz, səni bütün insanlara ancaq müjdə verən və qorxudan bir peyğəmbər olaraq göndərdik." (Səba, 34/28) ayət-i kəriməsinin hökmünə görə Həzrəti Muhamməd Aleyhissalatu Vəsəslam bir qövmə deyil, bütün insanlara peyğəmbər olaraq göndərilmişdir.
"Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik." (Ənbiya, 21/107) ayəsinin hökmünə görə də O Zat (s.ə.s..), Varlıq aləminə daimi bir nemət, əbədi bir rəhmət olmuşdur.
5. Axirətə İman:
İmanın ən mühüm bir rüknü də; öldükdən sonra dirilməyə və axirət həyatına imandır. İnsanlara, bu dünya həyatında həm maddi, həm də mənəvi nemətlər lütf edən Cənab-ı Haqq, bu dünya imtahanını qazanan sevimli qullarını cənnətdə yenə həm cismani, həm də ruhani hədsiz nemətlərə məzhər edəcək.
Payız mövsümündə ölən bütün bitkiləri və heyvanları, baharda yenidən həyata qovuşduran Allah cəllə cəlaluhu, əlbəttə vəfat edən insanları da axirətdə yenidən dirildəcəkdir. Bu Onun həm rəhmətinin həm də ədalətinin gərəyidir.
6. Qədərə İman:
İmanın rüknlərindən biri də qədərə imandır. Qədər iki qisimdir. Birincisi; kainatdakı hər varlığın, "zatı, şəkli və bütün özəllikləriylə" Allah`ın elmində təqdir edilməsi və buna görə yaradılmasıdır. Bu sahə imtahan mövzusu deyil.
İkincisi isə; insanın cüzi iradəsinə baxır. İnsan, cüzi iradəsi ilə xeyr olsun, şər olsun hər nəyi seçər və nəyi işləyərsə Allah onu yaradar. İnsan bu ikinci qisimdən məsuldur. Cənnət və cəhənnəm, insan iradəsinə tanınan bu seçim haqqının meyvələridir.
- İmanın əsaslarını qısaca izah edərsiniz?
- İnsanı aldanmağa aparan səbəblər nələrdir?
- Müsəlman olmayan digər dinlərin mənsubları cənnətə girə bilər?
- İman bizə nə vəd edir?
- İmanın 6 rüknü.
- Qədər mövzusunda detallı məlumat verərsinizmi? Evlilikdə küllü iradəmi yoxsa cüzi iradəmi var; yəni ana atamız kimi evləniləcək adam Allahın iradəsinəmi (küllü) daxildir?
- Hz. İsa, qiyamət qopmadan əvvəl təkrar yer üzünə enəcəkmi?
- İmanın Mahiyyəti Nədir?
- Axirətin İsbatı
- Peyğəmbərimiz (s.ə.s.)in ana və atası əhli cənnətdir?