Mələklərin varlığının əqli isbatı
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh), mələk və ruhanilərin varlığını əqlən isbat etdiyi "Sözlər" risaləsi "29-cu Söz", 1 "Müqəddimə" və 2 "Məqsəd"dən ibarətdir.
• "Müqəddimə"də: mələk və ruhanilərin varlığının, insan və heyvanların varlığı qədər qəti olduğu, həqiqət və hikmət cəhətindən isbat edilməkdədir.
• "Birinci Məqsəd"də: mələklərin təsdiqi, imanın bir rüknü olduğu, 4 əsas nüqtə (incə məna) ilə isbat edilməkdədir.
• "İkinci Məqsəd"də: ruhun əbədiliyi, qiyamət, dünyanın ölümü və axirət həyatı isbat edilməkdədir.
Bu "İkinci Məqsəd" də, 1 "Müqəddimə" və 4 "Əsas"dan ibarətdir. Belə ki:
~ "Müqəddimə"də:
× Bu kainatın təxribi üçün, muqtəzi (gərəkdirici səbəb) vardır; həm də onu təxrib edəcək Fail, müqtədirdir;
× Həm bu təxrib, mümkündür; həm də vaqe olacaqdır.
× Həm bu aləmin təmiri, mümkündür; həm də vaqe olacaqdır
şəklində, 6 məsələ, 1 təmsil ilə zikr edilməkdədir.
~ "Birinci Əsas"da: Ruhun əbədi olduğu, bərzax və ruhlar aləmində mövcud olan və axirətə getmək üçün gözləyən ruhların varlığı, mələk və ruhanilərin varlığı qədər qəti olduğu, 1 "Müqəddimə" və 4 "Mənbə" ilə izah edilməkdədir.
~ "İkinci Əsas"da isə: Əbədi səadətə (cənnətə) muqtəzi mövcud olduğu, 10 "Mədar" ilə isbat edilməkdədir.
~ "Üçüncü Əsas"da isə: Cismani haşrı gətirəcək Zat'ın müqtədir olduğu, 3 "Məsələ" ilə izah edilməkdədir. Belə ki:
• "Birinci Məsələ": Əzəli qüdrət, Allahın Zatının zəruri lazımıdır;
• "İkinci Məsələ": Əzəli qüdrət, əşyanın mələkut tərəfinə təəllüq edər (yəni, onunla əlaqəlidir);
• "Üçüncü Məsələ": Əzəli qüdrətin mövcudata olan nisbəti, "qanuni"dir.
~ "Dördüncü Əsas"da isə: 4 "Məsələ" zikr edilməkdədir. Belə ki:
• "Birinci Məsələ"də: Bu kainatın ölümü, mümkündür;
• "İkinci Məsələ"də: Bu kainatın ölümü, vaqe olacaqdır;
• "Üçüncü Məsələ"də: Vəfat edən aləmin dirilməsi və təmiri, mümkündür;
• "Dördüncü Məsələ"də: Bu kainatın dirilməsi, vaqe olacaqdır.
mövzuları izah edilməkdədir.
Biz, bu yazımızda, sadəcə mələklərin və ruhanilərin varlığını əqlən isbat edib; digər məsələləri (yəni, ruhun əbədiliyi və axirət həyatının varlığı məsələlərini) isə, oxuyucunun özünə buraxırıq. İstəyən, məzkur əsərə müraciət edə bilər.
------------------------------------------
Mukaddime
"Melaike ve ruhaniyâtın vücudu, insan ve hayvanların vücudu kadar kat'îdir denilebilir."
Yəni:
Müqəddimə:
Mələk və ruhanilərin varlığı, insan və heyvanların varlığı qədər qətidir, deyilə bilər.
----------------------
İzahı:
Mələk və ruhanilərin varlığı, o qədər açıq məsələdir ki, bunu, dəlil və bürhan ilə isbat etməyə ehtiyac yoxdur.
Mələk və ruhanilərin tərifi:
"Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" adlı əsərin bəyanına görə, "məlaikə", "mələk" kəliməsinin cəm halı olub, "elçilər" mənasındadır. Kəlimənin lüğəvi mənası, budur. Mələklərin bir qismi, təkvini və təklifi əmrləri məhəllinə çatdırmaq xüsusunda, Allah tərəfindən elçilik vəzifəsilə vəzifələndirildikləri üçün, bu adı almışlardır.
İstilahi (terminoloji) mənasına gəlincə: mələklər, günahlardan məsum; kişilik və qadınlıqdan bəri; yeməyən, içməyən; Allahın əmrlərini hərfiyyən yerinə yetirən; bəşərin taqətinin fövqündə çətin işlər görə bilən; fərqli surətlərə girə bilən, nurani cisimlərdir.
"Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" adlı əsərdə, "Şərhu'l-Maqasid"dən nəqlən belə deyilməkdədir:
"Mələklər, nurani və sadəcə xeyrə qabiliyyəti olan cisimlərdir." (2-ci cild, s. 1640)
Müəllifmiz Ustad Nursi (rahiməhullah) da, mələkləri, belə tərif etməkdədir:
"Melâike, ecsâm-ı lâtife-i nuraniyedirler." (Sözlər, 29-cu Söz, 1-ci Məqsəd, 2-ci Əsas, s. 498)
Yəni:
Mələklər, nurani, lətif cisimlərdir.
"Ruhaniyyat"a gəlincə, əsahh (ən doğru) olan görüşə görə, ruhanilər, mələklərdən bir növdür. Yəni, mələklər və ruhanilər, eyni varlıqlardır. Lakin cinsləri və növləri, fərqli-fərqlidir. Necə ki, kitablarda, mələklərin bir qismi haqqında - "mələk"; bir qismi haqqında isə - "ruhani" ismi istifadə edilmişdir.
"Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum" adlı əsərdə (2-ci Cild, s. 1642),"Ruhaniyyat"ın mələklərdən bir növ olduğu, (2-ci Cild, s. 1642) belə ifadə edilməkdədir:
"Mələklər, 2 qisimdir:
~ Bir qismi, ülvidir. Bunlara, "müvəkkəl / vəkil qılınmış" mələklər də deyilir.
~ Digər qismi isə, süflidir. Bunlara, "a'van, ərvah və ruhani" də deyilir.
-------------------------
Ustad Nursi, belə davam edir:
"Evet, On Beşinci Sözün Birinci Basamağında beyan edildiği gibi, hakikat kat'iyen iktiza eder ve hikmet yakînen ister ki, zemin gibi, semâvâtın dahi sekeneleri bulunsun ve zîşuur sekeneleri olsun ve o sekeneler o semâvâta münasip bulunsun."
Yəni:
Bəli, "15-ci Söz"ün "1-ci Pilləkən"ində bəyan edildiyi kimi,
~ həqiqət, qətiyyən iqtiza edər (gərəkdirər); və
~ hikmət, yəqinliklə istər ki,
yer kimi, səmavatın da sakinləri olsun; və onlar, şüurlu sakinlər olsunlar; və o sakinlər, o səmalara münasib olsunlar.
----------------------------
İzahı:
~ Mətndə keçən "həqiqət" təbirindən murad olunan, "Allahın isim və sifətlərinin təcəllisi"dir. Çünki əşyanın həqiqəti, Allahın isimlərinə istinad edir (haşiyə).
---------------------------------------
(Haşiyə:
Əşyanın həqiqəti üçün, aşağıdakı linkə daxil ol:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99syanin-h%C9%99qiq%C9%99ti-n%C9%99dir
Allahın isimləri və kainatdakı təcəlliləri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-99-ismi
---------------------------------------
Yəni, Allah Taala'nın, isim və sifətlərinin aləmdəki təcəllisi, xüsusilə "əl-Hayy / həyat sahibi olan Allah", "əl-Muhyi / həyat verən Allah" kimi isim və sifətlərinin təcəllisi, mələklərin varlığını iqtiza edir.
~ Mətndə keçən "hikmət" təbirindən murad isə, səlim ağıldır. Yəni, bu kainatın gedişatına baxıldığı vaxt, mələklərin varlığı, ağıl və məntiq olaraq təsdiq ediləcəkdir. Çünki kainatdakı hər şeyin müəyyən bir qanun dairəsində faydalı və hüsn-ü sənətdə yaradıldığını; aləmdə əbəs və füzuli bir iş olmadığını görən bir insan, əqlən hökm edər ki, yer kimi, səmalarda da sakinlər olsun. O sakinlərin adı isə, "mələklər" və "ruhanilər"dir.
Demək, kainatdakı hikmət, mələklərin vücudunu iqtiza edir və o hikməti başa düşən səlim ağıl da, mələklərin varlığını təsdiq edəcəkdir. Bu məsələ, iləridə, təfsilatı ilə açıqlanacaqdır.
Müəllifimiz Ustad Nursi, bu cümləsində, 3 məsələyə toxunmaqdadır. Belə ki:
1. "Yer kimi, səmaların da sakinləri olsun."
Necə ki, yer kürəsi, xali (boş) olmayıb, cin və insan ilə doludur. Elə də, səmavat (səmalar) da, xali olmayıb mələk və ruhanilərlə doludur. Yer, ins və cinnin məskəni olduğu kimi; səmalar da, məlaikə və ruhanilərin məskənidir.
2. "O sakinlər, şüurlu olsunlar."
Mələklər, şüur, ruh və həyat sahibi olan varlıqlardır.
3. "O sakinlər, o səmalara münasib olsunlar."
Yəni, necə ki, səmalar, lətif və nuranidirlər. Mələklər də, lətif və nurani varlıqlardır. Səmavata münasib bir halda yaşayırlar. Yəni, mələklər, yeməz, içməz, yatmaz, evlənməz, tədrisat görməzlər.
Həm səmavatın sükut və səkinəti, intizamı, genişlik və nuraniliyi, dəlalət edir ki; sakinləri olan mələklər, muti (itaətkar)'dırlar. (İtaətkar olmasaydılar, yerdə gördüyümüz kimi, səmalarda da qarışıqlıqlar mütləq olacaq, intizam pozulacaqdı. Halbuki səmalar, səssizlik içindədir. Nuranidir, yəni günah kirlərilə ləkələnməmişdir) Allahın əmrlərinə müxalifət etməzlər. Nə əmr edilsə, onu işləyərlər. Daim ibadət ilə məşğuldurlar. İbadətdən və gördükləri vəzifələrdən, əsla yorulmaz və bezməzlər.
-----------------------------
Müəllif, belə davam edir:
"Şeriatin lisanında, pek çok muhtelifü'l-cins olan o sekenelere 'melâike ve ruhaniyat' tesmiye edilir."
Yəni:
Şəriət dilində, bir çox fərqli cinsdən olan o sakinlər, "mələklər və ruhanilər" deyə adlandırılmışlardır.
------------------------------
"Evet, hakikat böyle iktiza eder. Zira, şu zeminimiz, semâya nisbeten küçüklüğü ve hakaretiyle beraber zîşuur mahlûklarla doldurulması, ara sıra boşaltıp yeniden yeni zîşuurlarla şenlendirilmesi işaret eder, belki tasrih eder ki, şu muhteşem burçlar sahibi olan, müzeyyen kasırlar misali olan semâvât dahi, nur-u vücudun nuru olan zîhayat ve zîhayatın ziyası olan zîşuur ve zevil'idrak mahlûklarla elbette doludur."
Yəni:
Bəli, həqiqət, belə gərəkdirir. Çünki bu yer kürəmiz, səmaya nisbətən kiçikliyi ilə bərabər, şüur sahibi məxluqlarla doldurulması, ara-sıra boşaldılıb yenidən şüur sahibi varlıqlarla şənləndirilməsi, işarət edir, bəlkə açıq şəkildə bildirir ki, bu möhtəşəm bürclər sahibi, zinətli qəsrlər kimi olan səmalar da, əlbəttə ki, varlıq nurunun nuru olan həyat sahibləri; və həyat sahiblərinin ziyası olan şüur və idrak sahibləri məxluqlarla doludur.
-------------------------------
İzahı:
Yer kürəsi, digər səma cisimlərilə nisbətdə, çox kiçikdir. Çünki burda, bürc və qəsrlər yoxdur. Səmalar isə, böyük və genişdir. Çünki ehtişamlı bürclər və zinətli qəsrlər sahibidir. Hər bir səma, zinətli bir qəsr; hər bir ulduz, ehtişamlı bir bürc hökmündədir. "Bürc" isə, "qüllə, yəni, şəhər və ya qəsəbənin özü ilə qorunduğu yer" deməkdir. Hər bir ulduz, bir mələyin kontrolu altındadır. O mələklər, səmaya yüksəlmək istəyən şeytanları, "şihab" deyilən kiçik ulduzlarla ordan qovarlar. Ancaq yerdə isə, belə bir ehtişam yoxdur.
Bəli, madam ki, yer kürəsi, kiçikliyilə bərabər bu qədər doldurulub boşaldılır. Yəni, başda "əl-Muhyi / həyat verən Allah" və "əl-Mumit / öldürən Allah" isimləri olmaq üzərə isimlərin təcəllisinə mazhar olur. Əlbəttə ki, bu isimlər, bu ehtişamlı bürclərdə də təcəlli edəcəkdir. "əl-Hayy" və "əl-Muhyi" isimləri yer üzünün həyat sahiblərilə şənlənməsini gərəkdirdiyi kimi; bu isimlər, səmavat aləminin də, ora münasib həyat, şüur, idrak sahiblərilə şənlənməsini gərəkdirər. Yer üzünü bu qədər həyata mazhar edən Allah, əlbəttə ki, səma aləmini də həyata mazhar edəcəkdir.
Demək, "həqiqət", yəni, başda "əl-Hayy" və "əl-Muhyi" isimləri olmaq üzərə digər isimlər, mələklərin varlığını gərəkdirir. Elə isə, o ehtişamlı qəsrlər, boş və xali deyildir. Haqq Taalanın, məsum və mükərrəm qulları ilə doludur. Onlar da, mələk və ruhanilərdir. Müəllifimiz Nursi (rahiməhullah), bu mövzuda, belə buyurmaqdadır:
"Hayat, melâikeye iman rüknüne dahi bakar, remzen ispat eder. Çünkü,
~ Madem kâinatta en mühim netice hayattır ve en ziyade intişar eden ve kıymettarlığı için nüshaları teksir edilen ve zemin misafirhanesini gelip geçen kafilelerle şenlendiren zîhayatlardır.
~ Ve madem küre-i arz bu kadar zîhayatın envâıyla dolmuş ve mütemadiyen zîhayat envâlarını tecdit ve teksir etmek hikmetiyle, her vakit dolar boşanır ve en hasis ve çürümüş maddelerinde dahi kesretle zîhayatlar halk edilerek bir mahşer-i huveynat oluyor.
~ Ve madem hayatın süzülmüş en sâfi hülâsası olan şuur ve akıl ve en lâtif ve sabit cevheri olan ruh, bu küre-i arzda gayet kesretli bir surette halk olunuyorlar; adeta küre-i arz, hayat ve akıl ve şuur ve ervah ile ihyâ olup öyle şenlendirilmiş.
Elbette küre-i arzdan daha lâtif, daha nuranî, daha büyük, daha ehemmiyetli olan ecrâm-ı semâviye, ölü, câmid, hayatsız, şuursuz kalması imkân haricindedir.
Demek gökleri, güneşleri, yıldızları şenlendirecek ve hayattar vaziyetini verecek ve netice-i hilkat-i semâvâtı gösterecek ve hitâbât-ı Sübhâniyeye mazhar olacak olan zîşuur, zîhayat ve semâvâta münasip sekeneler, herhalde sırr-ı hayatla bulunuyorlar ki, onlar da melâikelerdir." ("Ləmalar", 30-cu Ləma, 5-ci Nüqtə, 4-cü Rəmiz, s. 348-349)
Yəni:
Həyat, mələklərə iman rüknünə də baxmaqda (göstərməkdə), rəmzən (işarətən) isbat etməkdədir. Çünki:
1. Madam ki, kainatda ən mühim nəticə, həyatdır; və ən çox yayılan; və qiymətli olduğu üçün "nüsxə"ləri çoxaldılan; və "yer kürəsi mehmanxanası"nı gəlib-keçən topluluqlarla şənləndirən, həyat sahibləridir (yəni, sanki yer, mehmanxana; bu mehmanxananı şənləndirən, qiymətləndirən isə, həyat sahibləridir).
2. Və madam ki, yer kürəsi, bu qədər növbənöv həyat sahibləri ilə dolmaqda; və mütəmadi olaraq növbənöv həyat sahiblərini yeniləmək və çoxaltmaqla, hər vaxt dolmaqda-boşalmaqda; və ən qiymətsiz və çürümüş maddələrindən belə, çoxca həyat sahibləri yaradılaraq mikroskopik canlıların toplanma yeri olmaqdadır.
3. Və madam ki, həyatın süzülmüş ən saf xülasəsi olan şüur və ağıl və ən lətif və sabit cövhəri olan ruh, bu yer kürəsində çoxca xəlq edilirlər; sanki yer kürəsi, həyat, ağıl, şüur və ruh ilə dirildilib elə şənləndirilmişdir.
Əlbəttə ki, yer kürəsindən daha lətif, daha nurani, daha böyük, daha əhəmiyyətli olan səma cisimlərinin, ölü, cansız həyatsız, şüursuz qalması, imkan xaricindədir.
Demək ki,
~ göyləri, günəşləri, ulduzları şənləndirəcək; və
~ onlara canlı vəziyyətini verdirəcək; və
~ səmaların yaradılmasındakı nəticəni göstərəcək; və
~ subhan olan Allahın xitabına mazhar olacaq
olan şüur, həyat sahibi və səmalara münasib olan sakinlər, hər halda, həyat sirrilə mövcuddurlar ki, bax onlar da, mələklərdir.
Yenə Ustad Nursi, bir digər əsərində (bax: "Şualar", 11-ci Şua, 9-cu Məsələ, 1-ci Nöqtə, s. 205), belə deyir:
"Heç mümkün müdür ki, zeminin yüzünü mütemadiyen zîhayatlarla doldurup boşaltan ve kendini tanıttırmak ve ibadet ve tesbihat ettirmek için bu dünyamızı zîşuurlarla şenlendiren bir Sultan-ı Zülcelâl, semâvâtı ve yıldızları boş ve hâli bıraksın; onlara münasip ahâliyi yaratıp, o semâvî saraylarda iskân etmesin ve saltanat-ı rububiyetini en büyük memleketinde hademesiz, haşmetsiz, memursuz, elçisiz, yâversiz, nâzırsız, seyircisiz, âbidsiz, raiyetsiz bıraksın? Hâşâ, melekler sayısınca hâşâ!"
Yəni:
Heç mümkünmüdür ki, yeri mütəmadi olaraq həyat sahiblərilə doldurub-boşaldan; və Özünü tanıtdırmaq və ibadət və təsbih etdirmək üçün, bu dünyamızı şüur sahiblərilə şənləndirən cəlal sahibi bir Sultan, səmaları və ulduzları, boş buraxsın; onlara münasib əhalini yaradıb o "səmavi saray"larda yerləşdirməsin və "rububiyyət səltənəti"ni,
-(yəni, sanki kainat, Allahın tərbiyə ediciliyini göstərən bir səltənət kimidir, Allahın tərbiyəsindən xaric heç bir şey yoxdur. Allahın tərbiyə ediciliyi, kainatda, sanki səltənət qurmuşdur)-
ən böyük diyarında (yəni səmalarda), xidmətçisiz, ehtişamsız, məmursuz, elçisiz, yavərsiz, nazirsiz (yəni, bunlara nəzarət edən varlıqlar olmadan), tamaşaçısız, abidsiz, rəiyyətsiz buraxsın?
Əsla, mələklər sayınca əsla!
(Yəni tərbiyə ediciliyi, kiçik olan yerdə göründüyü halda; ola bilərmi ki, səmalar kimi böyük diyarlarda görünməsin?! Və ya Öz tərbiyə ediciliyini kiçik bir yerdə göstərdiyi halda; ola bilərmi ki, böyük məkanlarda göstərməsin?!)
Yenə Ustad Bədiü'z-zaman, bir risaləsində (bax: "Şüalar", 2-ci Şüa, s. 34), belə deməkdədir:
"Hem hiç mümkün müdür ki, bir Sâni-i Hakîm, kendini tanıttırmak ve sevdirmek ve medh ü senâsını ettirmek ve envâ-ı ihsanatıyla zîhayatları mesrur ve memnun etmekle minnettarlıklarını ve şükürlerini rubûbiyetine mühim bir medar yapmak için, koca kâinatı, envâıyla, erkânıyla zîhayata musahhar bir hizmetkâr, bir mesken, bir meşher, bir ziyafetgâh yaptıktan sonra, zîhayatların çeşit çeşit, binlerce envâlarının nüshalarını o derece teksirini istiyor ki, kavak ve karaağaç gibi meyvesizlerin bir kısım yapraklarından herbir yaprağı bir tabur sineklere, yani havada zikreden zîhayatlara hem beşik, hem rahm-ı mâder, hem erzaklarının mahzeni yaptığı halde; bu ziynetli semâvâtı ve bu nurânî yıldızları sahipsiz, hayatsız, ruhsuz, sekenesiz, boş, hâlî, faidesiz yani melâikesiz, ruhânîsiz bıraksın? Hâşâ, melekler ve ruhânîler adedince hâşâ ve kellâ!"
Yəni:
Heç mümkünmüdür ki, hikmət sahibi bir sənətkar, Özünü tanıtdırmaq və sevdirmək və Özünə mədh və səna etdirmək və növbənöv ehsanları ilə həyat sahiblərini sevincli və məmun etməklə minnətdarlıqlarını və şükürlərini Öz rububiyyətinə (tərbiyə ediciliyinə) mühim bir səbəb qılmaq üçün, böyük kainatı, bütün növlərilə, rüknlərilə, həyat sahiblərinə:
~ boyun əydirilmiş bir xidmətçi;
~ bir məskən;
~ bir məşhər (sərgi salonu);
~ bir ziyafətgah
qıldıqdan sonra; həyat sahiblərinin fərqli-fərqli, minlərlə növlərinin "nüsxə"lərinin o dərəcə çoxalmasını istəyir ki, ağqovaq və qarağac kimi meyvəsiz ağacların bir qisim yarpaqlarından hər bir yarpağı, bir tabor həşərata,
~həm beşik;
~ həm ana rəhmi;
~ həm ərzaq deposu
qıldığı halda; bu zinətli səmaları və bu nurani ulduzları, sahibsiz, həyatsız, ruhsuz, sakinlərsiz, boş, faydasız, yəni mələksiz, ruhanisiz qoysun?!
Əsla, mələk və ruhanilər ədədincə əsla və əsla!
Müəllif Ustad Nursi, "şu muhteşem burçlar sahibi olan, müzeyyen kasırlar misali olan semâvât" cümləsində, səmaları, 2 sifətlə vəsf etməkdədir:
1. Ehtişamlı bürclər sahibi olan səmalar;
2. Zinətli qəsrlər kimi olan səmalar.
~ O qəsrlər, madam ki gözəldirlər, əlbəttə, o qəsrlərdə yaşayan sakinlər vardır. Çünki bu qədər zinətli olan qəsrlərin boş qalması, Allahın hikmətinə ziddir.
~ Həm madam ki, səmalar, ehtişamlı bürclər sahibidir. Əlbəttə ki, yer üzündə, şərir (şərli) varlıqlar mövcuddur ki, o mütəcaviz (həddindən təcavüz edən, həddini aşan) şərirlərə qarşı, səmalar, bürclərlə mühafizə altına alınmışdır. Demək, yerdəki o şərirlər, o zinətli qəsrlərə getmək istəyəcəklərdir. Əlbəttə ki, o məsum əhali də, o şərirləri öz içlərinə qəbul etməyəcək və onlar, o bürclərdə olan mələklər vasitəsilə, rəcm ediləcəklərdir. Beləcə, yerdəki şərirlər ilə, səmalardakı əxyar (xeyirli varlıqlar) arasında, bir müharibə olacaqdır.
Müəllifimiz Ustad Nursi, səmaları bu 2 sifətlə vəsf etməklə:
1. Həm səmalarda mövcud olan məsum mələklərin varlığını;
2. Həm də yer üzündə mövcud olan şərir varlıqların varlığını
isbat etmişdir.
Xülasə:
~ Madam ki, yer üzü həyat sahiblərilə doludur. Əlbəttə ki, zinətli qəsrlər kimi olan səmalar da boş deyildir. Oralarda da, saysız-hesabsız həyat sahibləri mövcuddur.
~ Həm madam ki, səmalarda bürclər vardır. Demək ki, yerdə şərirlər vardır ki, o bürclər, onları qovmaq və səma aləmini onlardan qorumaq üçün bina edilmişdir.
Mətndə keçən "muhteşem burçlar" təbirindən murad, fənnin tərif etdiyi bürclər deyildir. "Kontrol, müşahidə yeri" deməkdir. Bunlar, əvvəlki filosofların terminologiyasında mövcud olan təbirlərdir. Çünki onlara görə, günəş dönməkdədir. Onlar, günəşin hər 30 dərəcəsinə bir bürc (şir, əqrəb, dolça və s. kimi 12 bürc) adı vermiş və səmalarda, bürclərin mövcud olduğunu qəbul etmişlərdir.
Yeni astronomiya isə, əvvəlki fəlsəfəni yalanlamış, "Səmalarda bürclər yoxdur. Bunlar, xəyal məhsulu olan şeylərdir." demişlərdir. Çünki yeni astronomiyaya görə, yer kürəsi dönməkdədir. Bürclər, yerin illik döngüsü altında varlıq qazanır. Belə ki:
Yer kürəsi döndüyündə, hər ay, ulduzlarla qarşı-qarşıya gəlir. Əgər yer kürəsilə o ulduzlar arasında xəyali bir xətt çəkilsə, "balıq, öküz, dolça" və s. kimi şəkillər meydana çıxır. Beləcə, yer kürəsi, hər ayda, səmavi bürclərin birinin kölgəsində olur. Bugünki astronomiyanın qəbul etdiyi bürclər də, budur.
Bəli, hər biri bir qəsr hökmündə olan 7 qat səmanın ətrafı, surlarla əhatələnmişdir. O surlarda isə, bir çox bürc, yəni qüllələr, kontrol yerləri mövcuddur. Haqq Taala, o qəsrləri şərirlərin şərrindən qorumaq üçün, hər bir ulduzu bir bürc kimi qılmışdır. Hər bir bürcdə də, əllərində "şihab" təbir edilən kiçik ulduzlar olan mələklər vardır. Bu mələklər, şəriətin bəyan etdiyi cəhətlə, səmalara xəbər oğurlamaq üçün yüksələn şərir cinləri daşlamaqdadırlar.
~ Qəlbin 2 tərəfində mövcud olan mələk ilhamları və şeytan vəsvəsələri kimi;
~ Möminlərlə kafirlər arasında (kiçik)
müharibələr mövcud olduğu kimi;
~ Səmaların xeyirliləri olan mələklər ilə yerin şərliləri arasında da böyük bir mübarizə, bir müharibənin mövcud olması, ağıldan uzaq görülməməlidir.
İndi, zinətli qəsrlər hökmündə olan səmaların, ehtişamlı bürclərlə dolu olduğunu; mələklər ilə şeytanlar arasında bir mübarizə mövcud olduğunu; və şeytanların, mələklər vasitəsilə səmalardan qovulduğunu bəyan edən ayətlərin bir neçəsini, nümunə olaraq zikr edək. Belə ki, Haqq Taala,
• Buruc surəsində, belə buyurmaqdadır:
وَٱلسَّمَآءِ ذَاتِ ٱلْبُرُوجِ
"Bürclər sahibi olan səmaya and olsun." (Buruc/1);
• Mülk surəsində, belə buyurmaqdadır:
وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَـٰبِيحَ وَجَعَلْنَـٰهَا رُجُومًا لِّلشَّيَـٰطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ
"Biz, sizə yaxın olan göyü, ulduzlarla bəzədik; və onları, şeytanlara atılan alovlar etdik. Biz, onlar üçün, yandırıb-yaxan od əzabı hazırlamışıq." (Mülk/5);
• Hicr surəsində isə, bu həqiqət, belə bildirilməkdədir:
وَلَقَدْ جَعَلْنَا فِى ٱلسَّمَآءِ بُرُوجًا وَزَيَّنَّـٰهَا لِلنَّـٰظِرِينَ • وَحَفِظْنَـٰهَا مِن كُلِّ شَيْطَـٰنٍ رَّجِيمٍ • إِلَّا مَنِ ٱسْتَرَقَ ٱلسَّمْعَ فَأَتْبَعَهُۥ شِهَابٌ مُّبِينٌ
"Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik. Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq şeytanlardan kim göy əhlinin danışıqlarına xəlvətcə qulaq assa, onu yandırıb yaxan alov təqib edər." (Hicr/16-18)
• Saffat surəsində isə, bu mövzu haqqında, belə buyurulmaqdadır:
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِزِينَةٍ ٱلْكَوَاكِبِ • وَحِفْظًا مِّن كُلِّ شَيْطَـٰنٍ مَّارِدٍ
"Biz, dünya səmasını parlaq ulduzlarla bəzədik və onu, hər bir asi şeytandan mühafizə etdik." (Saffat/6-7)
(Bu məsələnin əqli isbatı, Ustad Nursinin, "Sözlər" adlı əsərinin "15-ci Sözü"dür. İstəyən müraciət edə bilər.)
Mətndəki: "…semâvât dahi, nur-u vücudun nuru olan zîhayat ve zîhayatın ziyası olan zîşuur ve zevil'idrak mahlûklarla elbette doludur."
Yəni:
"...varlıq nurunun nuru olan həyat sahibləri; və həyat sahiblərinin ziyası olan şüur və idrak sahibləri məxluqlarla doludur..."
----------------------------
İzahı:
• Birincisi: Vücud/varlıq mərtəbəsi, 5-dir:
1. Camidiyyət (cansızlıq) mərtəbəsi;
2. Nəbatiyyət (bitkilik) mərtəbəsi;
3. Heyvaniyyət (heyvanlıq) mərtəbəsi;
4. İnsaniyyət (insanlıq) mərtəbəsi;
5. İman mərtəbəsi.
• İkincisi: Mətndə keçən "vücud" təbiri, ümumidir. Yəni, yuxarıda zikr edilən 5 mərtəbə, bu "vücud" təbirinə daxildir.
4 ünsürün (hava, ziya, su, torpaq ünsürlərinin) xülasəsi, mədənlərdir. Mədən: "inkişafı gerçəkləşməyən tam mürəkkəb şey"ə deyilir.
Mədənlərin xülasəsi, bitkilər; bitkilərin xülasəsi, heyvanlar; heyvanların xülasəsi də, insanlardır.
Bir qisim alimlər, mədənləri, camidiyyət mərtəbəsinə daxil etmişlərdir. Bir qismi də, həyat sahibi mərtəbəsində görməkdədirlər.
Əgər mədən, camidiyyət mərtəbəsinə daxil edilsə, bu halda, "nur-u vücudun nuru olan zihayat" ifadəsində keçən "zihayat / həyat sahibi" təbirindən murad, "bitkilər və heyvanlar"dır.
Əgər mədənlər, zihayat mərtəbəsinə daxil edilsə, bu halda, "nur-u vücudun nuru olan zihayat" ifadəsində keçən "zihayat" təbirindən murad, "mədənlər, bitkilər və heyvanlar"dır.
Bəli, zihayat / həyat sahibi təbirinə, mədənlərin daxil olması da, möhtəməldir. Çünki bəzən, mədənlər haqqında da həyat sahibi təbiri istifadə edilir. Bu məna, daha gözəldir.
Kəlam elminə görə, ünsürlər, "su, torpaq, hava və ziya"dır. Mədənlər, bitkilər və heyvanlar isə, bunların "övladları" məsabəsindədirlər. Bu cəhətlə, mədənlərə də "zihayat" deyilir. Mədənlərin də təbii bir həyatı vardır. Ancaq üçünün mərtəbələri, eyni deyildir. İlk əvvəl, mədənlər; sonra bitkilər; daha sonra heyvanlar gəlir. Kəlam terminologiyasında, həyat:
~ mədən həyatı;
~ bitki həyatı;
~ heyvan həyatı;
~ insan həyatı
olmaq üzərə, 4 təbəqəyə ayrılır.
• Üçüncüsü: Vücud, yoxluğa nisbətlə bir nurdur. Çünki, başda "Mövcud" ismi olmaq üzərə, isimlərin təcəllisindən gəlməkdə və o isimləri göstərməkdədir. "Mövcud" isminin təcəllisinə mazhar olan o vücud, əgər "camidiyyət" mərtəbəsindədirsə, naqis bir vücudu vardır, tam bir vücud deyildir. Yəni, Allahın isim və sifətlərinin təcəllisini göstərən bir ayna deyildir.
~ Əgər o vücud, "nəbatiyyət" mərtəbəsindədirsə, camidiyyət mərtəbəsinə nisbətlə, daha çox isim və sifəti öz üzərində göstərir. Çünki bitki həyatı, cansızların bir az daha tərəqqi etmiş şəklidir. Məsələn, otun, torpağa görə, daha yüksək bir mərtəbəsi mövcuddur. Çünki vücud mərtəbəsindən başqa, həyatı da vardır. Bu halda, vücudun, yəni camidiyyət mərtəbəsinin nuru, "həyat"dır (yəni, bitki, öz həyatı sayəsində daha görülə bilən hala gəlir. Yəni, canlı bir bitki, cansızlar arasında, sanki nur kimi parlayıb özünü göstərməkdədir.)
~ Əgər o vücud, "heyvaniyyət" mərtəbəsindədirsə, nəbatiyyət mərtəbəsinə nisbətlə, daha çox isim və sifəti öz üzərində göstərməkdədir. Çünki heyvan həyatı, bitki həyatının bir az daha tərəqqi etmiş şəklidir. Məsələn, bir milçək, yer üzünü gəzə və deyə bilər:
"Bu aləm, mənim sarayımdır."
Lakin ağac, yerində sabit olub belə deyə bilməz.
Bu halda, nəbatiyyət mərtəbəsinin nuru, "ruh"dur (yəni bir milçək, öz ruhu sayəsində, digər həyat sahibləri arasında, sanki nur kimi parlamaqda, ruhu vasitəsilə özünü göstərməkdədir.)
~ Əgər o vücud, "insaniyyət" mərtəbəsindədirsə, nəbatiyyət və heyvaniyyət mərtəbəsinə nisbətlə, daha çox isim və sifətləri öz üzərində göstərir. Çünki insan həyatı, heyvan və bitki həyatlarının, bir az daha tərəqqi etmiş şəklidir. Bu halda, heyvaniyyət mərtəbəsinin ziyası, "şüur və idrak"dır (yəni, şüur və idrak sahibi varlıqlar, öz şüur və idrakları sayəsində, digər ruh sahibləri arasında, sanki nur kimi parlamaqda, öz şüur və idrakları sayəsində, daha parlaq şəkildə görülməkdədirlər.)
Ağıl, insanların xüsusiyyətidir. "Şüur və idrak", cin və mələklərin; "hiss" isə, heyvanların xüsusiyyətidir. Heyvanda, hiss vardır. Bu hiss səbəbilə, sahibini tanıyır.
Xülasə: Birinci həyat təbəqəsi, nəbat/bitki həyatıdır. Bu nəbati həyat süzülüb, heyvani həyat olmuşdur. Heyvani həyat da süzülüb, insani həyat olmuşdur. Çünki bir qövlə görə, cəmadatda, "vücud" var, həyat yoxdur. Bitkidə, vücudla bərabər, "vücudun nuru" olan həyat vardır. Ancaq hiss yoxdur. Heyvanda, vücud və həyatla bərabər, "hiss" vardır. Ancaq şüur və idrak yoxdur. Cin və mələklərdə isə, "vücud, həyat və hiss" ilə bərabər, "şüur və idrak" da vardır. Ancaq ağıl yoxdur. İnsanda, "vücud, həyat, hiss, idrak və şüur" ilə bərabər, "ağıl" da vardır. Ağıl isə, "Kainat, nədir? İnsan, nədir? Hardan gəlmişdir? Hara getməkdədir?" suallarına cavab tapan bir alətdir. Kainatın sirrini və aləmin yaradılış müəmmasını həll edən, sadəcə insan ağlıdır. Ağıl isə,
3 qisimdir:
1. Təbii ağıl (uşaq doğularkən, ona verilən ağıl);
2. Təcrübi ağıl (zamana bağlı olaraq qazandığı ağıldır. Bu, eyni zamanda, fitri ağlın daha inkişaf etmiş şəklidir.);
3. Feli ağıl.
Demək,
~ "həyat", vücudun;
~ "hiss", həyatın;
~ "şüur və idrak", hissin;
~ "ağıl" isə, şüur və idrakın tərəqqi etmiş şəklidir.
Bir qisim alimlərə görə, heyvanlarda, şüur vardır, ancaq idrak yoxdur. Çünki "idrak", şüurun bir üst mərtəbəsidir. İdrak, "bir şeyin həqiqətini tam olaraq başa düşmək" deməkdir. Bu görüşə görə, idrak, sadəcə mələk və cinlərdə mövcuddur. Ağıl isə, insanın xüsusiyyətidir. Alimlər arasında məşhur olan görüş, budur. Bu görüşə görə, "idrak", şüurun; "ağıl" da, idrakın bir üst mərtəbəsidir. Müəllifimiz Ustad Nursi, bu görüşü tərcih etməmişdir.
Alimlərin cumhuruna görə isə, "Heyvanlarda, hiss vardır; mələk və cinlərdə, şüur və idrak vardır. Şüur və idrak, hissin bir üst mərtəbəsidir. Ağıl isə, insanın xüsusiyyətidir. Ağıl da, şüur və idrakın bir üst mərtəbəsidir."
Bu görüşə görə, şüur ilə idrak, eyni məna ehtiva etməkdədir.
Müəllifimiz, əksəriyyətlə, şüur ilə idrakı eyni mənada qəbul etməkdədir. Ancaq əksəriyyətlə, "idrak" yerinə, "şüur" təbirini istifadə etməkdədir. Yenə, nadirən də olsa, məcazi mənada, heyvanlar haqqında, "zişuur / şüur sahibi" təbirini istifadə etməkdədir. (bax: 10-cu Söz, 6-cı Həqiqət, 4-cü Əsas, Haşiyə, s. )
Ən gözəli isə, cumhurun rəyidir. Müəllif Ustad Nursi, bu rəyi tərcih etmişdir.
Bununla bərabər, mətndə, "nur" və "ziya" təbirləri də keçməkdədir. Bilindiyi kimi, günəş kimi işığı özündən olana, "ziya"; ay kimi işığını başqasından alan da, "nur" deyilir. Necə ki, Haqq Taala, Yunus surəsi 5-ci ayətdə, belə buyurmaqdadır:
هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءً وَٱلْقَمَرَ نُورًا...
"Günəşi, ziya; ayı, nur qılan, Odur..."
Haqq Taala, bu ayətdə, günəşi, "ziya sahibi"; ayı isə, "nur sahibi" qıldığını bəyan etmişdir. Çünki günəşin işığı, özündəndir. Ay isə, işığını, günəşdən almaqdadır. Demək, ziya, nurdan daha yüksəkdir.
Müəllifimiz, bu ayətdən ilham alaraq:
~ zihəyatı (həyat sahiblərini), "nur-u vücudun nuru / varlıq nurunun nuru" deyə;
~ zişüur və zəvi'l-idrak (şüur və idrak sahibi varlıqları) da, "zihəyatın ziyası" deyə
tərif etməklə, belə bir həqiqətə işarət etməkdədir:
Ziya, nurdan nə qədər yüksəkdirsə; şüur sahibi bir varlıq da, həyat sahibi olub şüur sahibi olmayandan o dərəcə yüksəkdir. Məsələn, həm həyat sahibi, həm də şüur sahibi olan insan kimi bir mövcud, həyat sahibi olub şüur sahibi olmayan bitki və heyvan kimi bir mövcuddan, çox daha yüksəkdir.
Müəllif, bu həqiqəti ifadə etmək üçün, nur və ziya təbirlərini istifadə etmişdir. Yəni, burda, bir alt təbəqə ilə bir üst təbəqənin müqayisəsini aparmışdır.
---------------------------------
Müəllif, belə davam edir:
"O mahlûklar dahi, ins ve cin gibi, şu saray-ı âlemin seyircileri ve şu kâinat kitabının mütalâacıları ve şu saltanat-ı rububiyetin dellâllarıdırlar.”
Yəni:
O məxluqlar (mələk və ruhanilər) də, insanlar və cinlər kimi, bu aləm sarayının tamaşaçıları; və bu kainat kitabının mütaliəçiləri; və bu rububiyyət səltənətinin dəllallarıdırlar.
------------------------
İzahı:
Ustad Nursi, bu cümləsində, kainatı, 3 sifətlə vəsf etməkdədir. Belə ki:
1. Kainat, bir saray (kimi)'dir;
2. Kainat, bir kitab (kimi)'dir;
3. Kainat, bir səltənət (kimi)'dir.
Buna müqabil olaraq da, mələk və ruhanilərin 3 vəzifəsi olduğunu bəyan etməkdədir. Belə ki:
1. Mələk və ruhanilər, bu sarayın tamaşaçılarıdırlar;
2. Mələk və ruhanilər, bu kitabın mütaliəçisidirlər;
3. Mələk və ruhanilər, bu səltənətin dəllallar (elan edicilər, yüksək səslə eşitdirənlər)'dir.
----------------------
Müəllif, belə davam edir:
"Küllî ve umumî ubûdiyetleriyle, kâinatın, büyük ve küllî mevcudatın tesbihatlarını temsil ediyorlar."
Yəni:
(Mələklər və ruhanilər), Külli və ümumi ubudiyyətlərilə, kainatın, böyük və külli mövcudatın təsbihlərini təmsil edirlər.
--------------------------
İzahı:
Müəllifin bu cümləsində, 2 məsələ vardır:
1. Mələk və ruhanilərin külli ubudiyyətləri;
2. Kainat və böyük və külli mövcudatın təsbihatları.
• Bu 2-ci məsələnin izahı üçün, aşağıdakı linkə daxil ol:
• Birinci məsələnin izahı üçün, Ustad Nursi, mətnin davamında, belə deyir:
"Evet, şu kâinatın keyfiyatı, onların vücutlarını gösteriyor. Çünkü kâinatı had ve hesaba gelmeyen dakik sanatlı tezyinat ve o manidar mehasinle ve hikmettar nukuşla süslendirip tezyin etmesi, bilbedahe, ona göre mütefekkir istihsan edicilerin ve mütehayyir takdir edicilerin enzârını ister, vücutlarını talep eder."
Yəni:
Bəli, bu kainatın keyfiyyəti, onların (yəni, mələk və ruhanilərin) varlıqlarını göstərir. Çünki kainatı, hədd və hesaba gəlməyən dəqiq (incə) sənətli zinətlərlə; və mənalı gözəlliklərlə; və hikmətli naxışlarla bəzəməsi, açıq bir şəkildə, ona görə mütəfəkkir istehsan edicilərin (təfəkkür edib bəyənənlərin) və mütəhayyir təqdir edicilərin (heyrət edib təqdir edənlərin) nəzərlərini istəyər, varlıqlarını tələb edər.
--------------------------
İzahı:
Kainat, sayıla bilməyəcək qədər İlahi əsərlərlə doludur. Bu əsərlər, çox incə sənətlərlə yaradılmış; çox gözəl bəzədilmiş; və çox faydalarla təchiz edilmişdir. İnsanlar, bunların çox az bir qismini, onlardakı incəliklərə nüfuz etmədən seyr etməkdədirlər. Qaldı ki, bu əsərlərin əksəriyyəti, heç görünmür və bilinmirlər. Bir dağdakı saysız-hesabsız çiçəklər, o gözəllikləri, incə sənətlərilə, bir müddət göstərib, sonra solub getməkdədirlər. O çiçəklərdən 1/1000-i belə seyr edilmir. Bir çiçəkdəki incə sənətləri, ancaq, bir botanik bir dərəcə seyr edə bilir. O da, sadəcə, incələdiyi çiçək üzərində düşünür, digər bütün çiçəklər, yenə tamaşaçısız qalmaqdadır.
Bax, bu hal göstərir ki, bütün çiçəkləri seyr edəcək, gözəlliklərinə heyran olacaq, incə sənətlərini təqdir edəcək başqa varlıqlar lazım gəlməkdədir. Onlar da, Ustadın ifadəsilə, "nihayetsiz melaike envaı / saysız-hesabsız mələk növləri"dir.
Yer üzündə hal belə ikən, göy üzündəki İlahi sənətləri, bəşər, çox uzaqlardan bir dərəcə seyr etməkdə, ulduzlar aləminin çox az bir qismini görə bilməkdədirlər. Dünyamızın günəş sistemi içində bir nöqtə qədər qaldığı; günəş sisteminin də bütün qalaktikalar yanında yenə bir nöqtə qədər olduğu düşünülərsə, bu sonsuz sənət əsərlərindən, insanın görə və bilə bildiyi miqdar, hesab edə bilməyəcək qədər çox kiçik qalır. Onların tamaşa və təfəkkürü, onların təsbihlərinin təmsili, ancaq mələklərlə icra edilə bilər.
Yaradılan hər şey, həm çox gözəldir, həm də çox incə sənət sərgiləməkdədir. Öz varlığımıza baxaq. Hər orqanımız, nə qədər mükəmməl və nə qədər gözəldir. Misal olaraq, gözümüzü düşünək. Bizim göz haqqındakı məlumatlarımız, çox mücməldir. Ondakı incə sənəti başa düşmək üçün, uzun bir tibb təhsili almaq lazımdır. O təhsildən sonra, ayrıca, göz üzərində ixtisas sahibi olan həkimlər belə, gözü mütəmadi düşünürlər deyil. Mövzu açılarsa və ya bir sual soruşularsa, bildiklərini ortaya qoyarlar. Onun fövqündə, onlar da, gözü heç düşünmədən, başqa işlərlə məşğuldurlar.
O halda, gözdəki bu incə sənətlər, çox az bir tamaşaçıya, yenə çox qısa bir zaman dilimində xitab edir deməkdir. Onun fövqündə, bu İlahi sənət əsərlərini tamaşa edən, ondakı incə sənətə heyran olan mələklər olmasa, bu şah əsərlər, tamaşaçısız qalacaqdır.
İnsan, öz vücudunu belə çox az təfəkkür etdiyinə görə, bütün heyvan növlərinin saysız-hesabsız fərdlərindəki incə sənətlərin təfəkkür edilməsinin lazım gəlməsi, əlbəttə ki, mələklərin varlığını göstərir.
------------------------------------
Müəllifimiz, belə davam edir:
"Evet, nasıl ki, hüsün, elbette bir âşık ister. Taam ise, aç olana verilir. Öyle ise, şu nihayetsiz hüsn-ü san'at içinde gıda-yı ervah ve kut-u kulûb, elbette, melâike ve ruhanîlere bakar, gösterir."
Yəni:
Bəli, necə ki, hüsn, əlbəttə bir aşiq istəyər. Təam isə, ac olana verilər.
Elə isə, bu saysız-hesabsız sənət gözəlliyi içində, ruhların və qəlblərin qidası, əlbəttə ki, mələk və ruhanilərə baxar, onları göstərər.
Bir digər risaləsində, yenə Ustad Nursi, eyni mövzuda belə deməkdədir:
"...onların nefs-i amellerinde bir zevk-i mahsusaları var, nefs-i ibadetlerinde derecatlarına göre tefeyyüzleri var.
Demek, o hizmetkârlarının mükâfatı, hizmetlerinin içindedir. Nasıl insan mâ, hava ve ziya ve gıda ile tagaddî edip telezzüz eder. Öyle de, melekler zikir ve tesbih ve hamd ve ibadet ve marifet ve muhabbetin envarıyla tagaddî edip telezzüz ediyorlar. Çünkü onlar nurdan mahlûk oldukları için, gıdalarına nur kâfidir. Hattâ nura yakın olan râyiha-i tayyibe dahi onların bir nevi gıdalarıdır ki, ondan hoşlanıyorlar. Evet, ervâh-ı tayyibe, revâyih-i tayyibeyi sever.
Hem melekler, Mâbudlarının emriyle işledikleri işlerde ve Onun hesabıyla işledikleri amellerde ve Onun namıyla ettikleri hizmette ve Onun nazarıyla yaptıkları nezarette ve Onun intisabıyla kazandıkları şerefte ve Onun mülk ve melekûtunun mütalâasıyla aldıkları tenezzühte ve Onun tecelliyât-ı cemâliye ve celâliyesinin müşahedesiyle kazandıkları tena'umda öyle bir saadet-i azîme vardır ki, akl-ı beşer anlamaz, melek olmayan bilemez..." ("Sözlər", 24-cü Söz, s. 343-344)
Yəni:
Mələklərin, gördükləri işlərdə, xüsusi bir zövqləri, ləzzətləri vardır. İbadətlərində, dərəcələrinə görə feyzləri vardır.
Demək, o xidmətçilərin (yəni, mələklərin) mükafatı, xidmətlərinin içindədir. Necə ki, insan, su, hava, işıq və qida ilə qidalanıb ləzzət alırsa; elə də, mələklər, zikr, təsbih, həmd, ibadət, mərifət (Allahı isim və sifətlərilə tanımaq) və (Allaha) məhəbbətin nurları ilə qidalanıb ləzzət alırlar. Çünki onlar, nurdan məxluqlar olduqları üçün, qidalarına, nur kifayət edir. Hətta nura yaxın olan gözəl, xoş qoxular da, onların bir növ qidalarıdır ki, ondan xoşlanmaqdadırlar. Bəli, təmiz və gözəl ruhlar, təmiz və gözəl qoxuları sevərlər.
Həm mələklər,
~ Mə'bud'larının (Özünə itaət edilən Allahın) əmrilə işlədikləri işlərdə;
~ Onun hesabına işlədikləri əməllərdə;
~ Onun naminə etdikləri xidmətlərdə;
~ Onun nəzərilə etdikləri nəzarətdə;
~ Ona nisbətlə qazandıqları şərəfdə;
~ Onun mülk və mələkutunun mütaliəsilə aldıqları tənəzzühdə; və
~ Onun cəlal və camal ifadə edən isimlərinin təcəllisini müşahidə ilə qazandıqları nemətlənmədə,
elə böyük bir səadət vardır ki, bəşər ağlı anlamaz, mələk olmayan bilməz.
-----------------------
Müəllif Nursi, belə davam edir:
"Madem bu nihayetsiz tezyinat, nihayetsiz bir vazife-i tefekkür ve ubûdiyet ister. Halbuki, ins ve cin, şu nihayetsiz vazifeye, şu hikmetli nezarete, şu vüs'atli ubûdiyete karşı, milyondan ancak birisini yapabilir.
Demek, bu nihayetsiz ve çok mütenevvi olan şu vezâif ve ibadete, nihayetsiz melâike envâları, ruhaniyat ecnasları lâzımdır ki, şu mescid-i kebîr-i âlemi saflarıyla doldurup şenlendirsin."
Yəni:
Madam ki, bu nəhayətsiz zinətlər, nəhayətsiz bir təfəkkür vəzifəsi və qulluq istəyir. Halbuki insan və cinlər, bu nəhayətsiz vəzifəyə, bu hikmətli nəzarətə, bu geniş ibadətə qarşı, milyondan ancaq birini edə bilirlər.
Demək ki, bu nəhayətsiz və növbənöv olan bu vəzifə və ibadətlərə, nəhayətsiz mələk növləri, ruhaniyyat cinsləri lazımdır ki, bu böyük aləm məscidini səflərilə doldurub şənləndirsinlər.
------------------------------
İzahı:
Ərşdən, kürsidən, bütün səma təbəqələrindən, onlardakı bütün ulduzlardan, mələklərdən, günəş sistemindəki bütün planetlərdən, yer kürəmizə qədər, dünyamızın da bütün dənizlərinə və onlardakı saysız-hesabsız balıqlar aləminə, qurudakı milyonlarla növ canlıya, hər bir canlının da orqanlarına, hüceyrələrinə, fərqli ruh dünyalarına varıncaya qədər bütün varlıq aləmini, nə haqqı ilə bilməyimiz, nə də bütününü birdən əhatə etməyimiz, mümkün deyildir. Bunların hər biri, ayrı bir İlahi əsər, fərqli bir qüdrət möcüzəsi, ayrı bir gözəllik olduğundan, hər biri, təfəkkür, təsbih kimi qulluq istəyirlər. Bu ibadət isə, sonsuz deyiləcək qədər çox mələklərlə yerinə yetirilə bilər.
Digər tərəfdən, bu varlıqların, bir-birindən fərqlilikləri də, saysız-hesabsız mələk növlərini və ruhaniyyat cinslərini istəməkdədir. Ustadın dediyi kimi, “Bir yağmur tanesine müekkel olan melek, arşa müekkel melek cinsinden değildir." Yəni, bir yağış dənəsinə müvəkkəl olan mələk, ərşə müvəkkəl olan mələk cinsindən deyildir.
Bu həqiqəti, öz varlığımızda, bir dərəcə təfəkkür edək. Bədənimizin bütünü, bir tək əsər kimi görünsə də, hər bir orqanımız, hər bir sistemimiz, hətta hər bir hüceyrəmiz, ayrı bir aləmdir. Bunların hər biri üçün, ayrı fənlər təşəkkül etmiş, minlərlə fənni çalışmalar aparılmışdır.
İnsan növünün bir qismi, imandan məhrum; bir qismi də, batil görüşlərə bulaşmış, yaxud sadəcə nəfsin arzuları ardınca qaçan dünyapərəst kimsələrdir. Bəhsi edilən ülvi vəzifələri yerinə yetirəcək olanlar, ancaq möminlərdir. Onların da hər birinin müəyyən bir məşğələsi vardır. Ancaq namazlarda və təfəkküri dərslərdə, bu ülvi həqiqətlər xatirlərinə gəlməkdədir.
Bu hal göstərir ki, vəzifəsi, sadəcə ibadət, təsbih və təfəkkür olan bir başqa varlıq növü olacaqdır. Bax o nurani varlıqlar da, mələklər və ruhanilərdir.
Qaldı ki, yer kürəsi və içindəki bütün varlıqlar, kainat içində bir nöqtə qədər kiçik qalmaqdadır. Hələ işığı dünyaya çatmayan ulduzlar mövcud olduğuna görə, bu ağıl almaz dərəcədə böyük sahədəki İlahi icraatları tamaşa və təfəkkür vəzifəsini, ancaq mələklər görə bilərlər.
---------------------------------------
Ustad Nursi, belə davam edir:
"Evet, şu kâinatın herbir cihetinde, herbir dairesinde, ruhaniyat ve melâikelerden birer taife, birer vazife-i ubûdiyetle muvazzaf olarak bulunurlar. Bazı rivâyât-ı ehâdisiyenin işârâtıyla ve şu intizam-ı âlemin hikmetiyle denilebilir ki, bir kısım ecsâm-ı câmide-i seyyâre, yıldızlar seyyârâtından tut, tâ yağmur katarâtına kadar, bir kısım melâikenin sefine ve merâkibidirler. O melâikeler, bu seyyârelere izn-i İlâhi ile binerler, âlem-i şehadeti seyredip gezerler ve o merkeplerinin tesbihatını temsil ederler.
Hem denilebilir: Bir kısım hayattar ecsam, bir hadis-i şerifte "Ehl-i Cennet ruhları, berzah âleminde yeşil kuşların cevflerine girerler ve Cennette gezerler" diye işaret ettiği, "tuyurun hudrun" tesmiye edilen Cennet kuşlarından tut, tâ sineklere kadar, bir cins ervâhın tayyareleridir.
Onlar, bunların içine emr-i Hakla girerler, âlem-i cismaniyâtı seyredip, o hayattar cesetlerdeki göz, kulak gibi duygularıyla, âlem-i cismanîdeki mu'cizât-ı fıtratı temâşâ ediyorlar, tesbihat-ı mahsusalarını eda ediyorlar."
Yəni:
Bəli, bu kainatın hər bir tərəfində, hər bir dairəsində, ruhaniyyat və mələklərdən bir tayfa, qulluq vəzifəsilə vəzifələnmiş olaraq mövcuddurlar. Bəzi hədis rəvayətlərinin işarətilə və aləmdəki bu intizamın hikmətilə deyilə bilər ki, bəzi səyyar cansız cisimlər, ulduzlardan tut, ta ki yağış qətrələrinə qədər, bir qisim mələklərin, gəmi və minikləridirlər. O mələklər, bu səyyar cisimlərə, Allahın iznilə minərlər; şəhadət aləmini seyr edib gəzərlər; və o miniklərin (hal dililə olan) təsbihlərini təmsil edərlər.
Həm deyilə bilər ki: Bəzi həyat sahibi cisimlər,
- bir hədisin (haşiyə), "Cənnət əhlinin ruhları, bərzax aləmində, yaşıl quşların içlərinə girərlər və cənnətdə gəzərlər." deyə işarət etdiyi "yaşıl rəngli quşlar" deyə adlandırılan cənnət quşlarından tut, ta ki milçəklərə qədər-
bir cins ruhların təyyarələridir. Onlar (yəni, ruhanilər, mələklər), bunların içinə Allahın əmrilə girərlər; cismani aləmi seyr edib, o həyat sahibi cisimlərdəki göz, qulaq kimi orqanlarla, cismani aləmdəki fitrət möcüzəsini tamaşa edərlər, xüsusi təsbihlərini əda edərlər.
-----------------------------
İzahı:
Mətndə, Ustad Nursi, həm nəqli, həm də əqli dəlillərlə, bəzi cansız cisimlərin, mələklərə minik olmasından bəhs açmaqdadır.
1. Nəqli dəlil: mətndəki, "...bəzi hədis rəvayətlərinin işarətilə..." deyilmək surətilə bildirilməkdədir.
Ustad, mətndəki hədisi, bir qisim həyat sahibi cisimlərin, ruhlar üçün bir minik olduğuna dəlil olaraq gətirməkdədir. Milçək kimi digər həyat sahibi cisimləri də, yaşıl quşlara qiyas etməkdədir.
Necə ki, bu dünya aləmində,
~ hər bir quşun ruhu, o quşun bədəni vasitəsilə, bu cismani aləmi gəzməkdə və ondan istifadə etməkdədir. Və yenə,
~ insanın ruhu da, göz pəncərəsilə bu cismani aləmi seyr etdiyi kimi, hislərilə də, onlara münasib aləmləri seyr edir. Məsələn, qulaqları ilə səslər aləminə; dililə dadlar aləminə muxatab olurlar.
Elə də, bərzax aləmində,
~ saleh ruhlar da, cənnətin yaşıl rəngli quşlarının cəsədinə girib səyahət etməkdə və ordakı nemətlərdən istifadə etməkdədirlər.
Burda, eyni zamanda, qeybi aləmlərin varlığına da dəlil vardır. Necə ki, müəllifimiz Ustad Nursi (rahiməhullah), bir risaləsində, belə deməkdədir:
"Melâikenin vücudunu ve vazife-i ubûdiyetlerini ispat eden bütün deliller ve hadsiz müşahedeler mükâlemeler, dolayısıyla âlem-i ervahın ve âlem-i gaybın ve âlem-i bekànın ve âlem-i âhiretin ve ileride cin ve ins ile şenlendirilecek olan dâr-ı saadetin ve Cennet ve Cehennemin vücutlarına delâlet ederler.
Çünkü melekler, bu âlemleri, izn-i İlâhî ile görebilirler ve girerler. Ve Hazret-i Cebrail gibi, insanlarla görüşen umum melâike-i mukarrebîn, mezkûr âlemlerin vücutlarını ve onlar, onlarda gezdiklerini müttefikan haber veriyorlar.
Görmediğimiz Amerika kıtasının vücudunu, ondan gelenlerin ihbarıyla bedihî bildiğimiz gibi, yüz tevatür kuvvetinde bulunan melâike ihbaratıyla, âlem-i bekànın ve dâr-ı âhiretin ve Cennet ve Cehennemin vücutlarına o kat'iyette iman etmek gerektir. Ve öyle de iman ederiz." ("Sözlər", 10-cu Söz: "Haşr" risaləsi, 1-ci Zeyl, 2-ci Nöqtə, s. 101)
Yəni:
Mələklərin varlığını və onların qulluq vəzifələrini isbat edən bütün dəlillər və hədsiz müşahidələr, söhbətlər, dolayısı ilə, ruhlar, qeyb, əbədiyyət, axirət aləmlərinin və iləridə cinlər və insanlarla şənləndiriləcək olan səadət yurdunun və cənnət və cəhhənəmin varlıqlarına da dəlalət edərlər.
Çünki mələklər, bu aləmləri, Allahın iznilə görə bilir və bu aləmlərə girirlər. Və Cəbrail (əleyhissəlam) kimi, insanlarla görüşən ümum muqarrəb (Allaha daha yaxın olan) mələklər, yuxarıda zikr edilən aləmlərin varlıqlarını və özlərinin orda gəzdiklərini, ittifaqla xəbər verirlər.
Görmədiyimiz Amerika qitəsinin varlığını, ordan gələnlərin xəbərilə açıq bir şəkildə bildiyimiz kimi, 100 təvatür qüvvətində olan mələk xəbərlərilə, əbədiyyət aləminin və axirət yurdunun və cənnət və cəhənnəmin varlıqlarına o qətiyyətdə iman etmək lazımdır. Və elə də iman edirik!
---------------------
(Haşiyə:
Hədisin qaynaqları üçün bax:
Muslim, "Səhih", "İmarə: 121"; əbu Davud, "Sünən", "Cihad: 25; ibn Macə, "Sünən: 2801")
----------------------
2. Əqli dəlil: "...aləmdəki bu intizamın hikməti..." deyilmək surətilə bildirilməkdədir. Yəni aləmdəki intizam, bəzi cansız varlıqların, mələklərə minik olmasını göstərməkdədir. Bu əqli dəlili, Ustad Nursi, "İşaratu'l-İ'caz" təfsirində (bax: Bəqərə/21-22 təfsiri), belə zikr etməkdədir:
وَاَنْزَلَ مِنَ السَّمَۤاءِ مَۤاءً فَاَخْرَجَ بِهِ مِنَ الثَّمَرَاتِ رِزْقًا لَكُمْ
"İnzâlin Cenâb-ı Hakka olan isnadından anlaşılıyor ki, yağmurun katreleri başıboş değildir; ancak bir hikmet altında ve bir mizan-ı kastî ile inerler. Çünkü, o mesafe-i baîdeden gelmekle beraber, rüzgâr ve hava da müsademelerine yardımcı olduğu halde, katrelerin aralarında müsademe olmuyor. Öyleyse o katreler başıboş olmayıp, gemleri, onları temsil eden meleklerin elindedir."
Yəni:
"...Göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi..."
Ayətdə "yağış qətrələri endi" yox, "yağış qətrələrini endirdi" deyilmək surətilə, bu fel, Allaha isnad edilmişdir. Burdan başa düşülür ki, yağış qətrələri, öz başına deyildirlər; ancaq bir hikmət və bir qəsd altında ölçü ilə enirlər. Çünki o uzaq məsafədən gəlməklə bərabər; yağış və hava da, yağış qətrələrinin toqquşmasına köməkçi olduğu halda, qətrələr arasında toqquşma baş vermir. Elə isə, o qətrələr öz başına olmayıb, "cilov"ları, onları təmsil edən mələklərin əlindədir.
Bəli, yağış damcıları, bir qəsd altındakı ölçü, hikmət ilə, yəni, intizamlı və fayda hasil edəcək bir surətdə və yer üzündəki möhtacların istifadəsinə uyğun bir şəkildə, ancaq Allahın rəhmətilə endirilir. Hətta yağışın hər bir qətrəsi, xüsusi bir nizam ilə, müəyyən bir intizam daxilində göndərilir. Bunu, ordan başa düşürük ki, hər bir yağış dənəsi, digər yağış dənələrilə iç-içə yağdığı halda, xüsusilə fırtınalı havalarda, o dalğalanmalarda, heç biri, digəri ilə toqquşmadan, birləşmədən yerə enir. O qədər uzaq bir məsafədən və iç-içə yağdığı halda, heç biri, digərinə toqquşmur, birləşmir.
Demək ki, yağış, xüsusi bir qəsd və hikmət ilə yer üzünə endirilir. Bax bu vəziyyət, Allahın varlığının zəruri olmasına, Onun, hədsiz qüdrət, elm və iradəsinə, tək başı ilə ən zahir bir hüccətdir.
Müəllifimiz ustad Nursi deyir ki: Bu hal göstərir ki, bu qətrələr, ipi boyunlarına asılıb sərbəst buraxılmamışlardır. Əksinə, hamısının cilovu, bir müvəkkək mələyin əlindədir. O mələk, Allahın iznilə, ona müməssil (təmsilçi)'dir və onu, intizamla yerə endirən də, məhz odur.
Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in sözü ilə sabitdir ki:
"Heç bir yağış qətrəsi yoxdur ki, müəyyən ölçülər içində, bir mələyin əlilə gəlmiş olmasın. Hər yağış damlasını, bir mələk endirir." ("Kənzu'l-Ummal", hədis no: 4679; ibn Kəsir təfsiri, Hədid surəsi 4-cü ayətin təfsiri)
--------------------------------
Bədiüzzaman, belə davam edir:
"İşte, nasıl hakikat böyle iktiza ediyor. Hikmet dahi, aynen öyle iktiza eyliyor. Çünkü, şu kesafetli ve ruha münasebeti az olan topraktan ve şu küduretli ve nur-u hayata münasebeti pek cüz'î olan sudan, mütemadiyen, hummâlı bir faaliyetle, letafetli hayatı ve nuraniyetli zevil'idraki halk eden Fâtır-ı Hakîm, elbette, ruha çok lâyık ve hayata çok münasip şu nur denizinden ve hattâ şu zulmet bahrinden, şu havadan, şu elektrik gibi sair madde-i lâtifeden bir kısım zîşuur mahlûkları vardır. Hem pek çok kesretli olarak vardır."
Yəni:
Bax, necə ki, həqiqət belə gərəkdirir. Hikmət də, eynilə belə gərəkdirməkdədir. Çünki bu kəsif və ruha münasibəti az olan torpaqdan; və bu bulanıq və "həyat nuru"na (yəni, həyata) münasibəti çox az olan sudan, mütəmadi olaraq, hərarətli bir fəaliyyətlə, lətif həyatı və nurani idrak sahiblərini xəlq edən hikmət sahibi Yaradıcı, əlbəttə, ruha çox layiq və həyata çox münasib bu "nur dənizi"ndən (yəni, işıqdan) və hətta bu "qaranlıq dənizi"ndən (yəni, qaranlıqdan), bu havadan, bu elektrik kimi sair lətif maddələrdən bəzi şüurlu məxluqları vardır. Həm də çoxca vardır.
---------------------------
İzahı:
Su və torpağın, ruh və həyatla doğrudan münasibəti görülməməklə birlikdə, bunlardan bu qədər çox canlı növünün yaradılması göstərir ki, günəş və ulduzların işıqlarından, elektrikdən, havadan, hətta qaranlıqdan da lətif varlıqlar yaradıla bilər.
Mətndəki "qaranlıq" kəliməsi üzərində də, qısaca duraq. Haqq Taala, əzəmətli kitabında, belə buyurmaqdadır:
ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضَ وَجَعَلَ ٱلظُّلُمَـٰتِ وَٱلنُّورَ...
"Həmd, göyləri və yeri yaradan; zülmətləri və nuru var edən Allaha aiddir..." (Ənam/1)
Bu ayətdə, Allahın zülmət və nuru var etdiyi bəyan edilməklə, qaranlığın da bir məxluq olduğu və hər məxluq kimi, onun həqiqətinin də Allahın isimlərinə istinad etdiyi dərs verilməkdədir. Nur ünsüründə təcəlli edən isimləri seyr və təfəkkür edən mələklər olduğu kimi; qaranlıqdakı təcəlliləri də seyr edən mələklər olacaqdır.
İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" adlı təfsirində (bax: Bəqərə/30), mələklərin çoxluğu haqqında, belə nəqlə yer verir:
Rəvayət edildiyinə görə:
~ insan oğlu, cinlərin 1/10-i;
~ cinlər ilə insanlar, yer üzündəki digər canlıların 1/10-i;
~ bunların hamısı, quşların 1/10-i;
~ bunların hamısı, dəniz canlılarının 1/10-i;
~ bunların hamısı, yer üzündəki vəzifəli mələklərin 1/10-i;
~ bunların hamısı, dünya səmasındakı mələklərin 1/10-i;
~ bunların hamısı da, üçüncü qat göydəki mələklərin 1/10-i
qədərdir.
Bu, 7-ci qat göydəki mələklərə qədər belə getməkdədir. Sonra,
~ bütün bunların hamısı (yəni, bütün səmalardakı bütün mələklər), kürsi mələklərinə nisbətlə az qalırlar; sonra
~ bütün bunların hamısı, ərşin, sayı 70.000 olan pərdələrindən hər bir pərdəsində vəzifəli mələklərin 1/10-i qədərdir ki, hər bir pərdənin uzunluğu, genişliyi və yüksəkliyi ilə, göylər, yerlər və bunlar arasında mövcud olan şeylər qarşılaşdırıldığı vaxt, bütün bunlar, o pərdənin yanında çox az və kiçik qalırlar.
Göydə, addım atılacaq heç bir (boş) yer yoxdur ki, orda, ya səcdə edən, ya rükuda olan, yaxud da qiyamda duran bir mələk olmasın. Mələklərin, Allahı təsbih və təqdis etməkdən meydana gələn nəğmələri vardır. Sonra isə, bütün bunlar,
~ ərşin ətrafında dönən mələklərə nisbətlə dənizdəki tək bir damla qədərdir. Onların sayını da, ancaq Allah bilir. Sonra, bu mələklərdən başqa,
~ İsrafil (əleyhissəlam)'ın köməkçiləri olan "Lövh" mələkləri; və
~ Cəbrail (əleyhissəlam)'ın əskərləri olan mələklər vardır.
Bu mələklərin hamısı, Allahın əmrlərini dinləməkdə, Ona itaət etməkdə, heç bir tənbəllik göstərmədən, Haqq Taala'ya ibadət ilə məşğuldurlar. Dilləri, Allahı zikr və Ona təzimə davam etməkdə; Allahın onları yaratmasından bəri zikrdə yarışmaqda; və gecələr, gündüzlər boyunca, bezmədən, Ona ibadət etməkdədirlər. Onların nə cinsləri, nə ömürləri, nə də Allaha necə ibadət etdikləri bilinə bilməz. Bu, Haqq Taala'nın,
...وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ...
"...Rəbb'inin ordularını, Ondan başqa kimsə bilməz..." (Müddəssir/31) ayətində buyurduğu kimi, Onun mələkutunun həqiqətilə bağlıdır.
------------------------
------------------------
Birinci Maksad
Birinci Esas:
"Melaikenin tasdiki, imanın bir rüknüdür."
Yəni:
"Mələklərin təsdiqi, imanın bir rüknüdür."
----------------------
İzahı:
"İman", lüğətdə, "bir kimsəni və ya bir xəbəri təsdiq etmək" deməkdir. (bax: "Təlxisu'l-kəlam fi bərahini aqaidi'l-İslam")
Şəriətdəki tərifini isə, alimlərimiz bu şəkildə bəyan etmişlərdir:
"İman, Allah rəsulunun, Allah qatından gətirdiyi zərurətən bilinən hökmlər xüsusunda, icmalən bilinən hökmlərdə, icmal olaraq; təfsilən bilinən hökmlərdə isə, təfsil olaraq Onu təsdiq etməkdir." (bax: "əl-Məvsuat-u Mustalahati Camii'l-ulum", s. 194)
Ustad Said Nursi, "Arabi İşaratu'l-İ'caz" təfsirində, imanı belə tərif etməkdədir:
"İman, Allah rəsulunun gətirdiyi dinin bütün zəruriyyatını, təfsilən; və zəruriyyatdan qeyrisini isə, icmal olaraq təsdiq etməklə hasil olan bir nurdur."
Məşhur Cibril hədisində, Allah rəsulu (sallallahu aleyhi və səlləm), imanı belə tərif etmişdir:
"İman, Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, xeyir və şərrin Allahın təqdiri olduğuna inanmağındır."
İman əsaslarını bəyan edən bu cümlələrdəki sıralamanın hikməti, belə izah edilə bilər:
"Allaha iman" rüknündən sonra, "mələklərə iman" rüknü zikr edilməkdədir. Çünki Allahın varlıq və birliyini, vəhy yolu ilə insanlara və cinlərə bildirən, mələklərdir. Əgər mələklər olmasaydı, heç bir insan, hətta peyğəmbərlər belə, Allahı tanıya bilməzdilər. Çünki peyğəmbərlərə vəhy gətirən, mələklərdir.
"Mələklərə iman" rüknündən sonra, "kitab"lara və "peyğəmbər"lərə iman rükünləri zikr edilmişdir. Çünki mələklər, səmavi kitablar və ya səhifələr endirməklə vəzifələndirilmişlərdir. Səmavi kitablar isə, peyğəmbərlərə gəlir.
Mələk, kitablar vasitəsilə peyğəmbərlərə nəyi bildirir? "Haşr" və "qədərə iman" rüknlərini.
Münzəl (endirilən) kitablar və vəhylər, peyğəmbərlərə, mələklər vasitəsilə çatmışdır. O halda, mələklərə inanmamaq, dolaylı olaraq, peyğəmbərləri; peyğəmbərlərə endirilən kitabları və səhifələri və peyğəmbərlərin təbliğ etdiyi hökmləri inkar etmək mənasına gəlir. Çünki dini hökmlər, peyğəmbərlərə, mələklər vasitəsilə endirilmişdir.
Mələklərin varlığına iman etmək, fərz olduğu kimi; onlara hörmət etmək də, imanın gərəyidir. Mələklərə düşmənlik isə, küfrdür.
Rəvayətə görə, Fədək yəhudilərindən biri olan Abdullah b. Suriyə, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə mübahisə etmiş, Ona, Özünə vəhyi kimin gətirdiyini soruşmuşdur. Allah rəsulu da, "Cəbrail" deyincə, "O, bizim düşmənimizdir. Əgər Mikail gətirsəydi, iman edərdik." demişdir. Bunun üzərinə, aşağıdakı ayət nazil olmuşdur:
قُلْ مَن كَانَ عَدُوًّا لِّجِبْرِيلَ فَإِنَّهُۥ نَزَّلَهُۥ عَلَىٰ قَلْبِكَ بِإِذْنِ ٱللَّهِ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَهُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ • مَن كَانَ عَدُوًّا لِّلَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَرُسُلِهِۦ وَجِبْرِيلَ وَمِيكَىٰلَ فَإِنَّ ٱللَّهَ عَدُوٌّ لِّلْكَـٰفِرِينَ
"De: 'Cəbrailə düşmən olan kəs bilsin ki, Allahın izni ilə Quranı özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən bir kitab kimi Sənin qəlbinə, O nazil etmişdir. Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da, o kafirlərə düşməndir." (Bəqərə/97-98)
Bu ayətlərin nassı ilə, yəhudilər, Cəbrailə düşmənlik səbəbilə, kafir olmuşlardır.
Demək, iman, bir küll (bütün)'dür. İmanın bir cüzünü inkar etmək, küll'ü inkar etmək hökmündədir.
Mələklərə iman, Allahın qəti əmridir. Haqq Taala, mələklərə iman mövzusunda, Quranda belə buyurmaqdadır:
ءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيْهِ مِن رَّبِّهِۦ وَٱلْمُؤْمِنُونَ ۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ...
"Peyğəmbər, öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər..." (Bəqərə/285)
Yenə, Nisa surəsi 136-cı ayətdə, belə buyurmaqdadır:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلْكِتَـٰبِ ٱلَّذِى نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلْكِتَـٰبِ ٱلَّذِىٓ أَنزَلَ مِن قَبْلُ ۚ وَمَن يَكْفُرْ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ فَقَدْ ضَلَّ ضَلَـٰلًۢا بَعِيدًا
"Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs, dərin bir azğınlığa düşmüşdür."
Bəli, mələklərin varlığı, həm nəqli, həm də əqli dəlillərlə sabitdir. Bu səbəblə, onların varlığını təsdiq etmək, imanın bir rüknüdür. İnkarı isə, küfrdür.
"Mələklərə iman" rüknü haqqında, Quran və hədislərin bəyan etdiyi məsələləri, belə sıralaya bilərik:
1. Mələklər, nurani cisimlərdir.
2. Allah tərəfindən, özlərinə böyük güclər verilmişdir. Bu səbəblə, insan taqətinin fövqündə, çətin işlər görə bilirlər. Məsələn, Mürsəlat surəsi 1-6-cı ayətlərdə, belə buyurulmaqdadır:
وَٱلْمُرْسَلَـٰتِ عُرْفًا • فَٱلْعَـٰصِفَـٰتِ عَصْفًا • وَٱلنَّـٰشِرَٰتِ نَشْرًا • فَٱلْفَـٰرِقَـٰتِ فَرْقًا • فَٱلْمُلْقِيَـٰتِ ذِكْرًا • عُذْرًا أَوْ نُذْرًا
"And olsun:
~ məruf ilə göndərilənlərə (yəni, ehsan, hikmətlə peyğəmbərlərə göndərilmiş olan mələklərə);
~ çox sürətlə əsənlərə (yəni, sürətli külək kimi, hər tərəfə sürətlə gedən mələklərə. Ayətdəki "asifət": "əsmələri, yürüyüşləri sürətli olan şeylər, zəlzələlər kimi həlak edici əlamətlər" deməkdir. "Asf" da, qatı əsmək və əkini, vasitəsiz biçmək mənasındadır. Mələklərə, bu ad da verilmişdir.)
~ yaydıqca yayanlara (yəni, yer üzündə, İlahi hökmləri (yəni, həm təkvini, yəni təbiət qanunlarını, həm də təklifi qanunları) yaymaqla əmr olunan mələklərə);
~ ayırmaqla ayıranlara (yəni, Allahın əmrləri ilə yerə enərək, haqq ilə batilin, hidayət ilə dəlalətin arasını ayırmaqla əmr olunanlara; və ya ruziləri və əcəlləri ayırmaqla mükəlləf olan mələklərə)
~ zikr (öyüd-nəsihət) buraxanlara (yəni, bir nəsihət ehtiva edən ayətləri, peyğəmbərlərə endirmiş olan mələklərə; və ya insanların qəlblərində zikr və düşüncənin oyanmasına, Allahı xatırlamasına vəsilə olan küləklərə. Mələklər sürət etibarı ilə küləklər kimi olduqları cəhətlə, küləklərə aid vəsflər ilə vəsf edilmişlərdir.)
~ üzr bildirmək və ya qorxutmaq üçün çatdıranlara (yəni, haqqı yerinə yetirənlər haqqında üzr təşkil edəcək şeyləri bildirmək; və inkar edənləri də, Allahın əzabı ilə qorxutmaq üçün, vəhyi peyğəmbərlərə gətirən mələklərə)
3. Mələklər, Allahın iznilə, fərqli şəkil və surətlərə girə bilirlər. Məsələn, Cəbrail (əleyhissəlam), səhabələrdən biri olan Dihyə surətində görünə bildiyi kimi, eyni zamanda, ərşdə, öz əsl surətilə də görünə bilir. Yenə, eynilə İbrahim (əleyhissəlam)'a gələn qonaqlar (bax: Hud/69; Zariyat/24); Lut qövmünün həlakı üçün gələn elçilər (bax: Hud/77), buna misal olaraq verilə bilər. Yenə, Cəbrailin, Məryəmə bir bəşər surətində göndərildiyini bəyan edən ayət də, bu iddiamızın dəlilidir. Haqq Taala, Məryəm surəsi 17-ci ayətdə, belə buyurmaqdadır:
...فَأَرْسَلْنَآ إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا
"...Biz Öz Ruhumuzu (Cəbraili), onun (Məryəmin) yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu."
Cibril, ruhani bir məxluq olduğu və ya İlahi kitabları peyğəmbərlərə təbliğ etməsi vəsiləsilə dini həyatı təminə vasitə olduğu üçün, ona, "رُوحَنَا / ruhumuz" deyə bir şərəf və dəyər verilmişdir. İlahi vəhyi alıb peyğəmbərlərə təbliğ etməsi, Haqq Taalaya mənəvi yaxınlığını göstərməkdədir. Bax belə bir şərəf və yaxınlığa işarət üçün də, ona, "Ruhullah" deyilmişdir.
4. Mələklər, qanad sahibləridirlər. Allah Taala, Fatir surəsi 1-ci ayətdə, belə buyurmaqdadır:
ٱلْحَمْدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ جَاعِلِ ٱلْمَلَـٰٓئِكَةِ رُسُلًا أُو۟لِىٓ أَجْنِحَةٍ مَّثْنَىٰ وَثُلَـٰثَ وَرُبَـٰعَ ۚ يَزِيدُ فِى ٱلْخَلْقِ مَا يَشَآءُ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
"Həmd, göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha aiddir! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir."
5. Mələklərin cinsiyyəti yoxdur. Haqq Taala, İsra surəsi 40-cı ayətdə, belə buyurmaqdadır:
أَفَأَصْفَىٰكُمْ رَبُّكُم بِٱلْبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلْمَلَـٰٓئِكَةِ إِنَـٰثًا ۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًا
"Doğrudanmı, Rəbbiniz, oğlanları sizin üçün seçib, Özünə isə, mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca yaramaz söz danışırsınız."
6. Mələklər, yeməz, içməz və yatmazlar. Allah Taala, şanı əzəmətli olan kitabında, belə buyurmaqdadır:
وَلَقَدْ جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوا۟ سَلَـٰمًا ۖ قَالَ سَلَـٰمٌ ۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجْلٍ حَنِيذٍ • فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍ
"Elçilərimiz (mələklər), İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: 'Salam!'– dedilər. O da: 'Salam!– dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi. İbrahim, mələklərin yeməyə əl vurmadıqlarını gördükdə, onlar, onun xoşuna gəlmədi və onların yanında canına qorxu düşdü. Onlar dedilər: 'Qorxma! Həqiqətən, biz Lut qövmünə göndərilmişik'. (Hud/69-70)
7. Məqamları, sabitdir. Allah Taala, Saffat surəsi 164-cü ayətdə, belə buyurmaqdadır:
وَمَا مِنَّآ إِلَّا لَهُۥ مَقَامٌ مَّعْلُومٌ
"(Mələklər dedilər): 'Bizlərdən hər kəsin müəyyən bir məqamı vardır."
8. Mələklər, ismət sifətinə sahibdirlər. Haqq Taala, Təhrim surəsi 6-cı ayətdə və Nəhl surəsi 50-ci ayətdə, belə buyurmaqdadır:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ قُوٓا۟ أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا ٱلنَّاسُ وَٱلْحِجَارَةُ عَلَيْهَا مَلَـٰٓئِكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعْصُونَ ٱللَّهَ مَآ أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ
"Ey iman gətirənlər! Özünüzü və ailənizi, yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə, Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən, amansız və güclü mələklər vardır. (Təhrim/6);
"Onlar özlərinin fövqündə olan Rəbbindən qorxur və onlara əmr olunanları yerinə yetirirlər." (Nəhl/50. Ayət, səcdə ayəti olduğundan dolayı, ərəbcəsini burda zikr etmədik.)
9. Mələklər, Allaha ibadət etməkdən yorulmaz və bezməzlər. Haqq Taala, Ənbiya surəsi 19-20-ci ayətlərdə, belə buyurmaqdadır:
وَلَهُۥ مَن فِى ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَنْ عِندَهُۥ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَلَا يَسْتَحْسِرُونَ • يُسَبِّحُونَ ٱلَّيْلَ وَٱلنَّهَارَ لَا يَفْتُرُونَ
"Göylərdə və yerdə kimlər varsa, hamısı, Onundur. Onun yanında olanlar, Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar. Onlar, gecə-gündüz, usanmadan, Onu təsbih edirlər."
İmam Fəxrəddin ər-Razi'nin bəyanına görə, mələklərin təsbihləri, insanların nəfəsləri məsabəsində olduğundan dolayı, necə ki, insanların davamlı nəfəs alıb-vermələri, onların işinə və sözünə mane olmursa; mələklərin təsbihləri də, zalımlara lənət, salehlər üçün istiğfar etmələrinə və Allahdan özlərinə verilən vəzifələrlə məşğul olmalarına mane olmur.
10. Mələklərin hər biri, fərqli vəzifələrlə vəzifələnmişlərdir, yəni, hər biri, bir işə müvəkkəldirlər. Məsələn, onlardan bir qismi, Allah ilə insanlar arasında elçilik edir; digər qismi, davamlı zikr və ibadətlə məşğuldur; bir qismi də, bu aləmin hər hansı bir növünə müvəkkəl olub o növün idarə və tədbirinə nəzarət edir; digər bir qismi də, mövcudatın hal dililə etdikləri təsbihləri, Allahın dərgahına təqdim edirlər və s...
11. Mələklərin, şərrə qabiliyyətləri yoxdur.
Ustad Nursi, "İşaratu'l-İ'caz" adlı təfsirində, Bəqərə surəsi 30-cu ayətin təfsirində, belə deyir:
"Cenâb-ı Hak, hayr-ı mahz olarak melâikeyi yaratmıştır, şerr-i mahz olarak da şeytanı yaratmıştır, hayır ve şerden mahrum olarak behâim ve hayvanatı halk etmiştir.
Hikmetin iktizasına göre, hayır ve şerre kadir ve câmi olarak dördüncü kısmı teşkil eden beşerin yaratılması da lâzımdır ki, beşerin şeheviye ve gadabiye kuvvetleri kuvve-i akliyesine münkad ve mağlûp olursa, beşer, mücahedesinden dolayı melâikeye tefevvuk eder. Aksi halde, hayvanattan daha aşağı olur; çünkü özrü yoktur."
Yəni:
Nə vaxt ki, Allah Taala, mütləq xeyir olaraq mələkləri ; mütləq şərr olaraq şeytanları; və üzərlərində xeyir və şərr olmayan (yəni, xeyir və şərr qabiliyyətindən məhrum olan) heyvanları yaratdı. Allahın hikməti gərəkdirdi ki, dördüncü tayfanı, dördüncü qism olaraq bir məxluqat növünü yaratsın ki, o da, xeyir və şərr qabiliyyətini özündə cəm etsin və ona müqtədir olsun.
Əgər bəşərin şəhvət və qəzəb qüvvələri, əqli qüvvəsinə boyun əyib itaət edər və əqli qüvvəsi qalib olarsa, o vaxt bəşər, bu imtahan nəticəsində, bu mücadiləsindən dolayı, mələklərə üstün olar, üstünlük qazanar.
Əgər qəziyyə əksinə olarsa, yəni şəhvət və qəzəb qüvvələri, bəşərin ağlına hakim olub, ağlın hikmətinə tabe olmazsa, o vaxt bəşər, heyvanlardan daha aşağı bir dərəcəyə düşər. Çünki insanın üzrü yoxdur. Çünki bəşərin, xeyir və şərri işləmək xüsusunda, iradə və qüdrəti vardır və bu xüsusda sərbəst buraxılmışdır.
---------------------------
Müəllifimiz, belə davam edir:
"Vücudun kemâli, hayat iledir. Belki vücudun hakikî vücudu, hayat iledir. Hayat, vücudun nurudur. Şuur, hayatın ziyasıdır."
Yəni:
Varlığın kamalı, həyat ilədir. Hətta varlığın həqiqi varlığı, həyat ilədir. Həyat, varlığın nurudur. Şüur, həyatın ziyasıdır.
------------------------
İzahı:
Vücud, yəni varlıq mərtəbələri, 5'dir:
1. Ünsürlərin varlıq mərtəbəsi;
2. Mədənlərin varlıq mərtəbəsi;
3. Bitkilərin varlıq mərtəbəsi;
4. Heyvanların varlıq mərtəbəsi;
5. İnsanların varlıq mərtəbəsi.
Ən aşağı varlıq mərtəbəsi, ünsürlərin varlıq mərtəbəsidir. Ən yüksəyi isə, insanların varlıq mərtəbəsidir.
Ünsürlər toplanıb mədən olur. Beləcə, bir üst mərtəbə olan mədənlərin varlıq mərtəbəsinə tərəqqi edirlər. Mədənlər, varlıq mərtəbəsi cəhətindən, ünsürlərdən daha yüksəkdir. ---> Mədənlər də, bir üst varlıq mərtəbəsinə çatmaq üçün tərəqqi edirlər. Bunların təkamülü də, bitki həyatıdır. ---> Bitki həyatının təkamül nöqtəsi, heyvanlara qida olmaqdır. Bu səbəblədir ki, bitkilər, heyvanlara xidmət edərlər. Demək, heyvan mərtəbəsi, bitki mərtəbəsindən daha yüksəkdir. ---> Heyvan mərtəbəsinin tərəqqisi isə, insana qida olmaqdır. Demək ki, ən yüksək varlıq mərtəbəsi, insan mərtəbəsidir. Çünki nəticə etibarı ilə, hər şey, insana xidmət edir.
Bir şey, mütləq olaraq zikr edildiyində, o şeyin kamal mərtəbəsi xatırlandığı kimi; varlıq deyilincə də, canlı varlıqlar, xüsusilə insan həyatı ağla gəlir. Həqiqi varlıq, həyat ilə olunca; həyatsız varlıqların varlıqları, həqiqi olmayıb, sanki məcazi kimi görsənir, yoxluğa da, varlıq qədər yaxın sayılırlar.
Varlıq, öz mükəmməlliyini, həyat ilə tamamlayır. Çünki varlığa yüklənən məna və məqsədlər, ancaq həyat ilə gerçəkləşir.
Həyat olmazsa, varlığın vücudundakı işlənmiş "naxış"lar və "işarət"lər görülüb anlaşılmaz. Məsələn, necə ki, gecə vaxtı bir rəsm sərgisində işıqlar sönsə, rəsmləri görüb təqdir etmək, imkansız hala gəlirsə; elə də, həyat və həyat ilə çalışan hisslər də, varlığın nuru və işığı kimi olduqlarından dolayı, bunlar olmadan, varlıq, mənasız və qaranlıq kimi qalarlar.
Varlıq, həyatla bilindiyi kimi; həyat da, şüurla bilinir. Həyat olmadığında, varlığın qiyməti bilinmədiyi kimi; şüur olmadığında da, həyatın mənası idrak edilməz.
-----------------------------
"Hayat, herşeyin başıdır ve esasıdır. Hayat, herşeyi, herbir zîhayat olan şeye mal eder; birşeyi, bütün eşyaya mâlik hükmüne geçirir. Hayat ile, bir şey-i zîhayat diyebilir ki, 'Şu bütün eşya, malımdır. Dünya, hanemdir. Kâinat, Mâlikim tarafından verilmiş bir mülkümdür."
Yəni:
Həyat, hər şeyin başı və əsasıdır. Həyat, hər şeyi, hər bir həyat sahibi olan şeyin mal-mülkünə çevirər. Həyat ilə, həyat sahibi bir şey, belə deyə bilər:
"Bu bütün əşya, mənim mal-mülkümdür. Dünya, evimdir. Kainat, Malikim olan Allah tərəfindən verilmiş bir mülkümdür."
----------------------------
İzahı:
Məsələn, həyat, bir mədənə girsə, bütün kainat, o mədənə xidmət edər. Ən zəif həyat, yuxarıda dediyimiz kimi, mədən həyatıdır. Bu halda, o mədən, mənən belə deyə bilər:
"Bu kainatdakı bütün mövcudat, mənim xadimimdir."
Həm məsələn, həyata mazhar olan bir milçək, o həyatı sayəsində, belə deyə bilər:
"Mənim Xaliqim, bu dünyanı, mənə bir ev qılmışdır. Aləmdəki mövcudat, mənim xidmətçilərimdir. Günəş, mənim bir lampamdır. Yer üzü, çiçəkli xalılarla sərilmiş bir beşiyimdir; yer kürəsinin bağ və bostanları, mənim seyr və gəzinti yerimdir; bu dağlar və ovalar, meydanımdır."
------------------------------
"Nasıl ki ziya, ecsâmın görülmesine sebeptir ve renklerin—bir kavle göre—sebeb-i vücududur. Öyle de, hayat dahi mevcudatın keşşafıdır. Keyfiyâtın tahakkukuna sebeptir.
Yəni:
Necə ki, ziya, cisimlərin görünməsinə səbəbdir; və rənglərin -bir görüşə görə- varlıq səbəbidirsə, elə də, həyat da, mövcudatın kəşşafı (kəşf edici, açığa çıxarıcısı)'dır. Keyfiyyətin gerçəkləşməsinə səbəbdir.
------------------
İzahı:
Dünyada işıq olmazsa, bir şey görünməz. Demək ki, işıq, mövcudatın görülməsinə səbəbdir və bir görüşə görə də, rənglər, günəş işığından qaynaqlanmaqdadırlar.
Əşya, necə ki işıqla bilinir; elə də, mövcudat, həyat sayəsində görünür, bilinir.
Bununla bərabər, həyat sayəsində mövcudatın keyfiyyətləri üzə çıxır. Məsələn, "su, torpaq, hava, günəş" deyilən 4 ünsürün hər biri, ayrı bir cinsdir. Müstəqil olaraq, bunlardan keyfiyyət meydana gəlməz. Nə vaxt ki, ünsürlərin içinə həyat girsə, keyfiyyət meydana gələr. Ünsürlər, bəsatət (bəsitlik, yəni mürəkkəb olmama) halında ikən, keyfiyyətin gerçəkləşməsi olmur. Nə vaxt ki, ünsürlərə həyat girir, o vaxt, "mədən, bitki, heyvan, insan" kimi ayrı-ayrı keyfiyyətlər meydana gəlir.
Demək, həyat, keyfiyyətin gerçəkləşməsinə səbəbdir. Həyat olmazsa, ünsürlər kimi cansız mərtəbədə olan varlıqlar, tək başına qalarlar. Mətndəki "keyfiyyət"dən məqsəd, "ünsürlərin şəkildən şəkilə girmələri"dir. Yəni, ünsürlər içinə həyat girməklə, mədən olur, heyvan olur, insan olur.
---------------------------------
"Hem cüz'î bir cüz'ü, küll ve küllî hükmüne getirir."
Yəni:
Həyat, cüz və cüzi'ni, küll və külli hökmünə çevirir.
----------------------------
İzahı:
Cüz, bir parçadır. Cüzi isə, bir fərddir. Küll, "zu'l-əcza", yəni, "cüzlər sahibi"; külli isə, "zu'l-cüziyyat", yəni, "cüzilər sahibi" deməkdir.
Cüzi, külli'ni ehtiva edir. Ancaq cüz, küll'ü ehtiva edə bilməz. Məsələn, kainat, külli'dir; insan isə, kainata nisbətən cüzi hökmündədir. Bir insanda, bütün kainat dərc edilmişdir. Bir insan fərdi isə, məsələn Yusif, bir küll; onun hər bir orqanı isə, bir cüz hökmündədir. Yusifin hər bir orqanı, Yusifi tamamilə ehtiva etməz. (Haşiyə)
------------------------
(Haşiyə:
Mətndə, katib xətası vardır. Doğrusu isə, Müəllifin "Ləmalar" adlı əsərinin 30-cu Ləma'sı olan "Hayy" isminin şərhi adlı risaləsində (s. 342), eyni məna, bu cür ifadə edilməkdədir:
"Hem en büyük bir küll kadar, hayat ile küçük bir cüz'ü büyülten ve bir ferdi dahi küllî gibi bir âlem hükmüne getiren ve rububiyet cihetinde kâinatı tecezzî ve iştiraki ve inkısamı kabul etmez bir küll, bir küllî hükmünde gösteren fevkalâde harika bir san'at-ı İlâhiyedir."
Yəni:
Həm də həyat, ən böyük bir küll qədər, həyat ilə, kiçik bir cüz'ü böyüdən; və bir fərdi də, külli kimi bir aləm hökmünə gətirən; və rububiyyət cəhətində, kainatı, bölünmə və iştirak və qisimlərə ayrılmağı qəbul etməz bir küll, bir külli hökmündə göstərən, fövqə'l-adi xariqə İlahi bir sənətdir.
Yenə, eyni adlı risaləsinin "5-ci Rəmz"ində (s. 351), belə deməkdədir:
"Hayat, birşeye girdiği vakit, o cesedi bir âlem hükmüne getirir; cüz ise küll gibi, cüz'îye dahi küllî gibi bir câmiiyet verir. Evet, hayatın öyle bir câmiiyeti var..."
Yəni:
Həyat, bir şeyə girdiyi vaxt, o cəsədi, bir aləm hökmünə gətirir; cüz isə, küll kimi; cüzi'yə də külli kimi bir cəm edicilik verir. Bəli, həyatın belə bir cəm ediciliyi vardır...
-----------------------------------
"Ve külli şeyleri, bir cüz'e sığıştırmaya sebebdir."
Yəni:
Və külli şeyləri, bir cüz'ə sığışdırmağa səbəbdir.
-----------------------------
İzahı:
Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), bəlağatın gərəyi olaraq, bəzi kəlimələri hazf etmiş; ihtibak sənətindən (haşiyə) istifadə etmişdir.
"Küll" kəliməsindən "cüzi" kəliməsinin hazf edildiyi; "cüz" kəliməsindən də "küll" kəliməsinin hazf edildiyi başa düşülməkdədir. Bu halda, cümlənin mənası, belə olur:
"Həyat, külli şeyləri, bir cüzi'də; küll olan şeyləri də, bir cüz'ə sığışdırmağa səbəbdir."
Məsələn, insan növü, bir külli'dir. Hər bir insan isə, bir cüzi'dir. İnsan növünə lazım olan hər şey, hər bir insan fərdinə də lazımdır. Demək, hər bir insan, insan növü qədər qiymətlidir. Həm məsələn, insan fərdi, bir küll'dür. İnsanın hər bir əzası isə, onun bir cüz'üdür. Həyat o əzaya girdiyi vaxt, o cüz'ü, bir küll hökmünə gətirir. Yəni, bütün vücuda lazım olan, o əzaya da lazımdır.
Yenə, kainat, bir külli'dir. İnsan isə, kainata nisbətən, bir cüzi'dir. Haqq Taala, həyat vasitəsilə, böyük kainatı, bu kiçik insan bədəni içinə sığışdırmışdır. İnsanı, kainatın bir fehristi və xülasəsi hökmünə gətirmişdir. Aləmdə nə varsa, hamısı toplanıb bir insan bədəni içinə yerləşmişdir. İnsan açılsa, kainat; kainat kiçilsə, insan olar.
Məntiq qaydalarına görə, hər nə qədər cüz, küll'ü ifadə etmirsə də, həyat vasitəsilə, cüz, küll hökmünə keçər. Yəni, onun qədər qiymətli olar. Çünki küll'ə lazım olan hər şey, cüz'ə də lazımdır.
---------------------------------
(Haşiyə:
İhtibak:
Lüğətdə, "qumaşı, iplikləri arasında açıqlıq qoymadan, sıx, sağlam və gözəl bir şəkildə toxumaq" deməkdir.
Bəlağat elminin bir qolu olan "bədi" elmində isə, "2 bölməli bir cümlədə və ya 2 cümləli bir sözdə, 2 müxalifin, ya da 2 bənzərin birləşdiyi və birincidə zikr edilənin ziddini, yaxud bənzərini, ikincidən; ikincidə zikr ediləninkini isə, birincidən hazf etmək" şəklində tərif edilir.
Ən gözəl hazf növlərindən və ədəbi sənətlərdən olan bu növü ilk kəşf edən və ihtibak adı ilə ilk dəfə tədqiq edən, Əhməd b. Yusuf ər-Ruayni olmuşdur. O, ihtibakı, "sözün ikinci bölməsində, bənzəri sabit olanın müqabilini, birincidən; birinci bölmədə bənzəri sabit olanın müqabilini də, ikinci bölmədən hazf etmək" olaraq tərif etmişdir.
Zərkəşi, "əl-Burhan fi ulumi'l-Quran"ında, ihtibak'a, "əl-hazfu'l-müqabili" adı ilə toxunmuş və "Sözdə, 2 zidd ünsürdən birini, digərinin ona dəlaləti səbəbilə hazf etməkdir." şəklində tərif etmişdir.
İhtibak sənətilə bağlı, Quranda, bir çox nümunə mövcuddur. Aşağıdakı ayətdə, cümlə, 2 bölməyə ayrılmış; ihtibaklar, mörtərizə içində göstərilmişdir:
”وَمَثَلُ (الأنبياء و) الَّذِينَ كَفَرُوا كَمَثَلِ الَّذِي يَنْعِقُ (والّذي ينعق به)“
"[Peyğəmbərlər ilə] inanmayanların misalı, çığırıb-bağıran [ilə özünə çığırılıb bağırılan]ın misalı kimidir." (Bəqərə/171)
Bu nümunədə,
~ inkar edənlər, ”الّذي ينعق به / özlərinə çığırılıb-bağırılan (heyvan sürüsünə)";
~ onları dəvət edən Peyğəmbərlər də, bu sürüyə ”الَّذِي يَنْعِقُ / çığırıb-bağıran (çobana)"
bənzədilmişlərdir.
Misalın ikinci tərəfində zikr edilən çobanın, ”الَّذِي يَنْعِقُ / çığırıb-bağıran"ın müqabili olaraq, ona dəlaləti səbəbilə, misalın birinci tərəfindən ”الأنبياء / peyğəmbərlər" kəliməsi hazf edilmişdir.
Yenə, birinci tərəfdəki ”الَّذِينَ كَفَرُوا / inkar edənlər" kəliməsi, müqabili olaraq ona dəlaləti səbəbilə, cümlənin ikinci tərəfindən ”الّذي ينعق به / özlərinə çığırılıb-bağırılanlar" ifadəsi, qaldırılmışdır.
--------------------------------------
Müəllifimiz, belə davam edir:
"Ve hadsiz eşyayı iştirak ve ittihad ettirip bir vahdete medar, bir ruha mazhar yapmak gibi, kemâlât-ı vücudun umumuna sebeptir."
Yəni:
Və saysız-hesabsız şeyləri iştirak və ittihad etdirib, bir vəhdətə mədar (ətrafında dönülən şey); bir ruha mazhar (bir şeyin zahir olduğu yer) qılmaq kimi, bütün vücud mükəmməlliklərinə (yəni, bütün mükəmməlliklərin üzə çıxmasına) səbəbdir.
------------------------------
İzahı:
Məsələn, su, torpaq, hava, ziya kimi ünsürlər toplanır, bir milçəyin vücudunda yerləşir. Həyat, bütün bu ayrı-ayrı və bir-birilərinə zidd olan ünsürləri bir araya gətirərək, iştirak və ittihad etdirərək, bir tək milçək halına çevirir. Hikmət sahibi sənətkar olan Allah, sonra, o milçəyə, ruhunu göndərir. Milçək də, görməyə, eşitməyə başlayır. Beləcə, bir həyat vasitəsilə, ayrı-ayrı ünsürlər, bir tək milçəyin vücudunda bir araya gəlib çalışmağa başlayırlar. Həyata mazhar olmaqla nurlanır, kamilliyə çatırlar.
Müəllifimiz, bu cümləsilə, "həyat"ın, mövcudatın kamilliyinə səbəb olduğunu ifadə etdi. Bəli, həyat, bütün aləmi, bir tək həyat sahibinin vücudunda toplayır; zidd olan şeyləri yan-yana gətirir; bərabər çalışdırır; beləcə, vəhdətə səbəb olur. Demək, saysız-hesabsız şeylər, həyat vasitəsilə bir tək vücud halını alırlar.
-------------------------------
"Hattâ hayat, kesret tabakatında bir çeşit tecellî-i vahdettir ve kesrette ehadiyetin bir âyinesidir."
Yəni:
Hətta həyat, kəsrət təbəqələrində, bir növ vəhdət təcəllisidir və kəsrətdə, əhədiyyətin bir aynasıdır.
-------------------------
İzahı:
Mətnin izahına keçmədən əvvəl, "vahidiyyət" və "əhədiyyət" məfhumları üzərində bir az duraq. Belə ki:
Allahın isim və sifətlərinin, 2 təcəlli məhəlli vardır:
✓ Biri: Kainatın bütünü üzərində böyük və əzəmətli təcəlliyatı;
✓ Digəri isə: Kainatın hər bir cüzündə (parçasında) və cüzisindəki (fərdindəki) kiçik təcəlliyatı.
Kainatın bütünündə təcəlli edən o isim və sifətlər, çox əzəmətli olmasından dolayı, oxunması və əhatə edilməsi, hər kəsə müyəssər olmamaqdadır. Onun üçün Allah, o kainatın ümumundakı əzəmətli olan təcəlli yazısını, hər kəsin rahat və asanlıqla oxuya biləcəyi səviyyələrə endirir.
✓ Vahidiyyət: Kainatın ümumunda, əzəmət ilə təcəlli edən isim və sifətlərinə deyilir. Bu etibarla, vahidiyyət, külli və ümumi bir təcəllidir.
✓ Əhədiyyət: Kainatın kiçik bir modeli hökmündə olan cüzündəki təcəllisinə deyilir. Bu etibarla, əhadiyyət, cüzi və xüsusi təcəllidir.
Bu həqiqətə, belə bir təmsil ilə baxa bilərik:
Məsələn, böyük bir dənizin üstünə, dənizi əhatə edəcək qədər böyük hərflərlə, tövhid kəliməsi yazılsa, bu yazını oxuya bilmək üçün, dənizi bütünü ilə görə biləcəyimiz bir mövqeyə çıxmaq lazımdır.
Ancaq buna hər kəs güc çatdıra bilmədiyi üçün, o yazını yazan şəxs, eyni mənanı və şəkli ifadə edən o yazını, dənizin hər damlası üzərinə də yazmaqdadır.
Beləcə, hər nəzər sahibi, o dənizin ümumu üstündəki yazını, damlalar vasitəsilə oxuya, sonra o dənizin üstündəki həşmətli yazıya keçə bilər. Yoxsa damla olmasa, o yazını bütünü ilə oxumaq, mümkin deyildir.
İndi isə, təmsildən həqiqətə keçək:
Təmsildəki, dəniz, kainatdır. O yazı isə, Allahın isim və sifətlərinin təcəlliləridir. Damla və üstündəki eyni yazı isə, kainatın ümumundakı o təcəllilərin, cüzlərdəki təcəlliləridir.
~ Dəniz, Allahın vahidiyyətini;
~ Damla isə, Allahın əhədiyyətini
təmsil edir. Bütün bitkilər və ya ümum çiçəklər, vahidiyyəti göstərir. Kiçik və tək bir çiçək isə, əhadiyyəti göstərir.
~ Vahidiyyət: Allahın əzəmət və kibriyasını təmsil edir;
~ Əhədiyyət: Allahın camal və şəfqətini.
• Kəsrət: çoxluq;
• Vəhdət: birlik deməkdir.
Mətnimizin izahına geri dönək. Belə ki:
Kainat, kəsrətdir. Allah Taala, 1001 ismini, kainatda təcəlli etdirməkdədir. Həyat isə, kəsrət təbəqələrində, bir növ vəhdət təcəllisidir. Yəni, həyat vasitəsilə, hər bir həyat sahibi, böyük bir kainata fehrist və xülasə hökmünə keçmişdir.
Həm həyat, kəsrətdə, əhədiyyətin bir aynasıdır. Yəni, 1 tək həyat, kainatda təcəlli edən 1001 ismə ayna olmuşdur.
----------------------------------
"Bak, hayatsız bir cisim, büyük bir dağ dahi olsa, yetimdir, gariptir, yalnızdır."
Yəni:
Bax, həyatsız bir cisim, böyük bir dağ olsa belə, yetimdir, qəribdir, yalnızdır.
------------------------------
İzahı:
Müəllif, bu cümləsində, "həyatsız bir cisim" təbirilə, həyatı olmayan bir cismi qəsd etmir. Əksinə, tam kamilliyi olmayan bir həyatı, yəni, ruh sahibi olmayan bir həyatı qəsd edir. Dağın da, özünə görə, fitri bir həyatı vardır.
Ustad Nursi, əsərlərində, bəzən həyatı ümumi götürür, bununla, "mədənlər, bitkilər, heyvanlar, mələklər, cinlər, insanlar"ı qəsd edir. Bəzən də, həyatı xas tutur, sadəcə ruh sahibi bir həyatı qəbul edir. Bununla da, sadəcə, "heyvan, insan, cin və mələk"i qəsd edir.
---------------------------------
"Münasebeti, yalnız oturduğu mekânla ve ona karışan şeylerle vardır. Başka, kâinatta ne varsa, o dağa nisbeten madumdur."
Yəni:
Münasibəti, yalnız yerləşdiyi məkanla və ona qarışan şeylərlə vardır. Kainatda başqa nə varsa, o dağa nisbətən yox hökmündədir.
--------------------------------
İzahı:
Çünki dağın, nə iradəsi, nə də şüuru vardır. Kainatla, fitri olaraq münasibətdədir. Lakin iradə və şüur etibarı ilə, heç bir şeylə əlaqəsi yoxdur. Bitkilər də, mədənlər kimidir. Çünki bitkilərin də, ruhu və şüuru yoxdur. Heyvanlarda isə, ruh və hiss olması etibarı ilə, hər bir heyvanın, kainatla, felən əlaqəsi vardır.
-------------------------------
"Çünkü ne hayatı var ki, hayat ile alakadar olsun; ne şuuru var ki, taalluk etsin."
Yəni:
Çünki nə həyatı vardır ki, həyat ilə əlaqədar olsun; nə şüuru vardır ki, təəllüq etsin (əlaqəli olsun).
---------------------------------
İzahı:
Bu, bir təmsildir. Həqiqətdə, dağ da bir cisimdir, özünə məxsus bir həyatı vardır. Ancaq ruhu olmadığı üçün, həyatı tam kamalda deyildir. O dağın, mütləq vücud etibarı ilə, kainatla bir münasibəti vardır. O dağın ruhu olmadığı halda, fitri olaraq kainatla bir əlaqəsi vardır. Ancaq iradəsi olmadığından, kainatla felən əlaqəsi yoxdur. Əgər ruhu olsaydı, bu halda, kainatla felən əlaqəsi olardı. Ruhsuz bir cisim, böyük bir dağ da olsa, yetimdir, qəribdir, yalnızdır.
--------------------------------
"Şimdi, bak küçücük bir cisme, meselâ balarısına:
Hayat ona girdiği anda, bütün kâinatla öyle münasebet tesis eder ki, bütün kâinatla, hususan zeminin çiçekleriyle ve nebâtatlarıyla öyle bir ticaret akdeder ki, diyebilir:
'Şu arz benim bahçemdir, ticarethanemdir."
İşte, zîhayattaki meşhur havass-ı zâhire ve bâtına duygularından başka, gayr-ı meş'ur, sâika ve şâika hisleriyle beraber, o arı, dünyanın ekser envâıyla ihtisas ve ünsiyet ve mübadele ve tasarrufa sahip olur."
Yəni:
İndi, bax, kiçik bir cismə, məsələn, bal arısına:
Həyat ona girdiyi vaxt, bütün kainatla elə bir münasibət qurar, bütün kainatla, xüsusilə də yerin çiçəkləri və bitkilərilə elə bir ticarət bağlaya və deyə bilər ki:
'Bu yer, mənim baxçamdır, ticarət məkanımdır.'
Bax, həyat sahibindəki məşhur zahiri və batini 5 hisdən başqa, şüuruna varıla bilməyən sövq edici, şövq verici hislərilə bərabər, o arı, dünyanın əksər növlərini hiss edər, ünsiyyət qurar, mübadilə və təsərrüfə sahib olar.
-------------------------------
İzahı:
10 hiss üçün bax: https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir
Həm heyvanda, həm də insanda, bu 10 hiss mövcuddur. Ustad Nursi, bu qüvvələrə, sövq edici və şövq verici 2 qüvvəni də əlavə etməkdədir. (Bu 2 qüvvə, Ustadın təsbitidir.)
Məsələn, bal arısı, bu 2 qüvvə səbəbilə, bir günlük məsafə gedir, bal düzəltməyə yarayan çiçək nektarını tapır, izini itirmədən, eyni yoldan geri qayıdıb pətəyində bal düzəldir.
Bu 2 qüvvə, qeyr-i məş'ur'dur, yəni, heyvanlar və insanlar, şüurlarına varmadan, bu 2 qüvvə ilə, bir yerə sövq olunurlar. Məsələn, bir heyvanın, bir yerdə ruzisi var, o ruzini əldə etmək üçün, qeyr-i şüuri olaraq, ora doğru sövq olunur. Həm məsələn, bəzən insanı bir kədər bürüyür. Bir müddət sonra isə, kədərli bir xəbər alır.
Demək, bu 2 qüvvə, həm heyvanda, həm də insansa mövcuddur. Bunlar, vücuda gələcək hadisələri, əvvəlcədən xəbər vericidirlər. Ustad Nursi (rahiməhullah), "Məktubat" adlı əsərinin 28-ci Məktub'unda (bax: 1-ci Risalə olan 1-ci Məsələ, Beşincisi, s. 333-334), belə deyir:
"Rüya-yı sadıka, hiss-i kalbelvukuun fazla inkişafıdır. Hiss-i kablelvuku ise, herkeste cüz'î, küllî vardır. Hattâ hayvanlarda dahi vardır. Hattâ, bir zaman ben bu hiss-i kablelvukuu, zâhirî ve bâtınî meşhur duygulara ilâve olarak, insanda ve hayvanda "sâika" ve "şâika" namıyla, aynı sâmia ve bâsıra gibi iki hiss-i âhari ilmen bulmuştum. Ehl-i dalâlet ve ehl-i felsefe, o gayr-ı meşhur hislere, hata ederek, ahmakçasına, "sevk-i tabiî" diyorlar. Hâşâ, sevk-i tabiî değil, belki bir nevi ilham-ı fıtrî olarak, insan ve hayvanı kader-i İlâhî sevk ediyor.
Meselâ, kedi gibi bazı hayvan, gözü kör olduğu vakit, o sevk-i kaderî ile gider, gözüne ilâç olan bir otu bulur, gözüne sürer, iyi olur.
Hem rû-yi zeminin sıhhiye memurları hükmünde ve bedevî hayvânâtın cenazelerini kaldırmakla muvazzaf kartal gibi âkilüllâhm kuşlara, bir günlük mesafeden bir hayvan cenazesinin vücudu, o sevk-i kaderî ile ve o hiss-i kablelvuku ilhamıyla ve o sâika-i İlâhî ile bildirilir ve bulurlar.
Hem yeni dünyaya gelmiş bir arı yavrusu, yaşı bir gün iken, havada bir günlük mesafeye gider, havada izini kaybetmeyerek, o sevk-i kaderî ile ve o sâika ilhamıyla döner, yuvasına girer.
Hattâ, herkesin başında çok defa tekerrür ediyor ki, birisinden bahsediyorken, âni kapı açılarak, tahminin fevkinde, aynı adam gelir. Hattâ Kürtçe durub-u emsaldendir:
نَاڤِ گُرْبِينَه پَالاَنْدَارْ لِى وَرِينَه
Yani, "Kurdun bahsini ettiğin zaman topuzu hazırla, vur; çünkü kurt geliyor."
Demek, bir hiss-i kablelvuku ile, lâtife-i Rabbâniye, icmâlen o adamın gelmesini hisseder. Fakat aklın şuuru ihata etmediği için, kasten değil, ihtiyarsız olarak bahsetmeye sevk eder..."
Yəni:
Sadiq yuxu, hiss-i qablə'l-vuqu'nun (yəni, vaqe olmadan əvvəl bir şeyi hiss etmək hissinin) çoxca inkişafıdır. Bu isə, hər kəsdə, cüzi, külli vardır. Hətta heyvanlarda belə vardır. Hətta bir vaxtlar, Mən, bu hissi, zahiri və batini məşhur hislərə əlavə olaraq, -eynilə eşitmə və görmə hisləri kimi- 2 digər hissi, elmən kəşf etmişdim. Dəlalət əhli və filosoflar, o qeyr-i məşhur hislərə, xəta edərək, axmaqcasına, "təbii sövq / instinkt" deyirlər. Əsla! Təbii sövq deyil, əksinə, bir növ fitri ilham olaraq, insan və heyvanı, İlahi qədər sövq etməkdədir.
Məsələn:
~ Pişik kimi bəzi heyvanlar, gözü kor olduğu vaxt, qədərin o sövqü ilə gedər, gözünə dərman olan bir otu tapar, gözünə sürtər və sağalar.
~ Həm yer kürəsinin sağlamlıq məmurları (yəni, həkimlər) hökmündə və bədəvi heyvanların cənazələrini qaldırmaqla vəzifəli olan qartal kimi ət yeyən quşlara, bir günlük məsafədən, bir heyvan cəsədinin vücudu, qədərin o sövqü və hiss-i qablə'l-vuqu'nun ilhamı və İlahi sövq ilə bildirilir və (onlar, bu cəsədləri, beləcə) tapırlar.
~ Həm yeni dünyaya gəlmiş bir arı balası, yaşı bir gün ikən, havada bir günlük məsafə qət edir, havada izini itirməyərək, qədərin o sövqü və o sövq edici hissin ilhamı ilə, qayıdır, yuvasına girir.
~ Hətta hər kəsin başına çox dəfə (belə hadisə) təkrarlanmışdır ki, hər hansı bir adamdan bəhs etdiyi vaxt, anidən qapı açılaraq, təxminin çox fövqündə, eyni adam gəlib çıxır. Hətta kürdcə atalar məsəli vardır ki:
"Qurdun bəhsini etdiyin vaxt, toppuzunu hazırla, vur. Çünki qurd gəlməkdədir."
Demək, bir hiss-i qablə'l-vuqu ilə, Rabbani bir lətifə ilə, icmalən, o adamın gəlməsini hiss edər. Lakin ağlın şüuru əhatə edə bilmədiyi üçün, qəsdən deyil, ixtiyarsız olaraq bəhs etməyə sövq edər.
Bu kimi məsələlərin təbiətə isnadı, axmaqca bir hökmdür. Əgər təbiətə isnad edilsə, zəruri olaraq, təbiətə, elm, iradə, qüdrət kimi sifətlər də nisbət edilməlidir. Çünki yuxarıda zikr edilən (arıya bal düzəltməsi üçün; pişiyə sağalması üçün lazım olan biliklər) misallar, elmi olmayan birinə nisbət edilə bilməz. Əgər nisbət edilərsə, zəruri olaraq bu sifətlər də isbat edilməlidir.
Mövzumuz, bu məsələnin isbatı olmadığı üçün, qısa kəsirik.
Ayrıca, bu mövzu haqqında oxumaq üçün, aşağıdakı linklərə daxil ol:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99hl-sur%C9%99si-68-ci-...
------------------------------
"İşte en küçük zihayatta hayat böyle tesirini gösterse, elbette hayat tabaka-i insaniye olan en yüksek mertebeye çıktıkça, öyle bir inbisat ve inkişaf ve tenevvür eder ki; hayatın ziyası olan şuur ile akıl ile bir insan kendi hanesindeki odalarda gezdiği gibi, o zihayat kendi aklı ile avalim-i ulviyede ve ruhiyede ve cismanîyede gezer. Yani, o zişuur ve zihayat manen o âlemlere misafir gittiği gibi, o âlemler dahi o zişuurun mir’at-ı ruhuna misafir olup, irtisam ve temessül ile geliyorlar."
Yəni:
Bax, həyat, ən kiçik həyat sahibində, belə təsirini göstərərsə, əlbəttə ki, o (yəni, həyat), insan təbəqəsi olan yüksək mərtəbəyə (yəni, insanın həyat mərtəbəsinə) çıxdıqca, elə bir (şəkildə) genişləyər, inkişaf edər və nurlanar ki, həyatın ziyası olan şüur və ağıl ilə, bir insan, öz evindəki otaqlarda gəzdiyi kimi; o həyat sahibi də, öz ağlı ilə, ülvi, ruhi, cismani aləmlərdə gəzər. Yəni, o şüur və həyat sahibi, mənən o aləmlərə qonaq getdiyi kimi; o aləmlər də, o şüur sahibinin ruh aynasına, rəsm və surətlər halında gəlib qonaq olarlar.
--------------------------
İzahı:
Yuxarıda, bir bal arısının, həyat sayəsində, bir dağdan daha böyük olduğundan bəhs etmişdik. Yəni, arını dağdan böyük qılan şey, həyatın incə naxışları olduğunu söyləmişdik. Bu məna (yəni, həyat həqiqəti), şüur və ağıl sahiblərində, xüsusilə insanda, daha parlaq və daha geniş bir şəkildə görünməkdədir. İnsanın, həyatla birlikdə şüur və ağla sahib olması, həyatın əhatə sahəsini, daha da genişləndirməkdədir.
---------------------------
"Hayat, Zat-ı Zülcelal’in en parlak bir burhan-ı vahdeti ve en büyük bir maden-i nimeti ve en latif bir tecelli-i merhameti ve en hafi ve bilinmez bir nakş-ı nezih-i sanatıdır."
Yəni:
Həyat, cəlal sahibi Allah'ın:
1. Ən parlaq vəhdət dəlili;
2. Ən böyük bir nemət mədəni;
3. Ən lətif bir mərhəmət təcəllisi; və
4. Sənətinin, ən gizli və bilinməz; və təmiz və pak bir naxışıdır.
--------------------------------
İzahı:
1. Həyatın, ən parlaq bir vəhdət dəlili olması:
Həyat, Allahın birliyinə ən böyük dəlillərdən biridir. Çünki Allah Taala, həyat vasitəsilə, bütün mövcudatı, bir həyat sahibinin vücudunda toplayır, bir tək şey qılır. Kainatın süzülüb, nizam və mizan ilə bir həyat sahibinin vücudunda toplanması, tövhidin ən böyük dəlillərindən biridir. Bütün kainata hökm edə bilməyən, bütün kainatın xülasəsi olan bir tək həyata sahib çıxa bilməz. Yəni, həyat, özünə xidmət edən hər şeyin Allahın mülkü, məxluqu və məmuru olduğunu elan etməklə, Onun birliyinə ən parlaq dəlillərdən biri olur. Yəni, həyatı yaradan Kimdirsə, o həyata yardım edən hər şeyi yaradan və əmrinə itaət etdirən də, Odur.
2. Həyatın, ən böyük bir nemət mədəni olması:
Dünyada ən böyük nemət, həyatdır. Çünki hər şeyin qiyməti, dəyəri, nemət olması, həyat sayəsində başa düşülür, bilinir.
3. Həyatın, ən lətif bir mərhəmət təcəllisi olması:
Həyat, İlahi rəhmətin ən lətif bir təcəllisidir. Həyat hansı mərtəbədə olursa olsun, istər mədəni, istər nəbati, istər heyvani, istər insani həyat olsun, rəhmətin məhz özüdür. Yəni, Haqq Taala, o mövcuda mərhəmət etmiş; ona, layiq olduğu həyat mərtəbəsini ehsan etmişdir.
4. Həyatın, ən gizli və bilinməz, təmiz və pak sənət naxışı olması:
Burda:
4.1. Həyatın gizliliyi və bilinməzliyi;
4.2. Həyatın təmiz və pak olması'ndan
bəhs edilmişdir.
4.1. Həyatın gizliliyi və bilinməzliyini izah üçün, Ustad Nursi, belə deyir:
"Evet, hafî ve dakiktir. Çünkü, envâ-ı hayatın en ednâsı olan hayat-ı nebat ve o hayat-ı nebatın en birinci derecesi olan çekirdekteki ukde-i hayatiyenin tenebbühü, yani uyanıp açılarak neşvünemâ bulması—o derece zâhir ve kesrette ve mebzuliyette—ülfet içinde, zaman-ı Âdem'den beri hikmet-i beşeriyenin nazarında gizli kalmıştır. Hakikati, hakikî olarak beşerin aklıyla keşfedilmemiş."
Yəni:
Bəli, (həyat), gizli və incədir. Çünki həyat növlərinin ən aşağısı olan bitki həyatı və o bitki həyatının ən birinci dərəcəsi olan çəyirdəkdəki "həyat bağı"nın tənəbbühü, yəni oyanıb açılaraq böyüyüb-inkişafı -o dərəcə zahir, çox və bol olduğu halda- ülfət içində, Adəm zamanından bəri, bəşərin hikmət nəzərində gizli qalmışdır. Həqiqəti, həqiqi olaraq, bəşərin ağlı ilə kəşf edilə bilməmişdir.
----------------------------------
İzahı:
Bütün ağıllar toplanıb bir ağıl olsa, torpaq altına atılan bir çəyirdəyin ruhu hökmündə olan həyat bağının necə açıldığını, o çəyirdəyin həyat qazanıb necə sünbül verdiyini həll edə bilməz. Adəm (əleyhissəlam) zamanından bəri, bəşər bu müəmmanı həll və kəşf edə bilməmişdir. Bəşər nəzərində o qədər əhəmiyyətli olduğu və bu xüsusda çox tədqiqat aparıldığı halda, çəyirdəyin oyanıb açılaraq böyüməsini, meyvə verməsini, bəşər, hələ də başa düşə bilməmişdir.
-----------------------------------
4.2. Həyatın təmiz və pak olmasını izah üçün, Ustad, belə deyir:
"Hem hayat o kadar nezih ve temizdir ki, iki vechi, yani mülk ve melekûtiyet vecihleri temizdir, paktır, şeffaftır. Dest-i kudret, esbabın perdesini vaz etmeyerek, doğrudan doğruya mübaşeret ediyor. Fakat sair şeylerdeki umur-u hasiseye ve kudretin izzetine uygun gelmeyen nâpâk keyfiyât-ı zâhiriyeye menşe olmak için, esbab-ı zâhiriyeyi perde etmiştir."
Yəni:
Həm həyat, o qədər pak və təmizdir ki, 2 cəhəti, yəni mülk və mələkut (haşiyə) cəhətləri, təmizdir, pakdır, şəffafdır. Qüdrət əli, səbəb pərdəsini vaz etməyərək (qoymayaraq), bir başa təmas edir. Lakin sair şeylərdəki dəyərsiz, çirkin işlərə və qüdrətin izzətinə uyğun gəlməyən napak zahiri keyfiyyətlərə mənşə olmaq üçün, zahiri səbəblər, pərdə qılınmışdır.
-----------------------------------------
(Haşiyə:
Mələkut, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi...
----------------------------------------
"Elhasıl: Denilebilir ki, hayat olmazsa, vücut, vücut değildir, ademden farkı olmaz."
Yəni:
Xülasə: Deyilə bilər ki, həyat olmazsa, vücud/varlıq, vücud/varlıq deyildir, yoxdan bir fərqi yoxdur.
-----------------------------------
İzahı:
Şüur sahiblərinin, xüsusilə də insanın həyatı olmasaydı, bu aləmin mənası və həqiqəti bilinə bilməzdi. Şüur və idrak sahibi olmayan varlıqlar, öz varlıqlarını bilmirlər. Şüur və idrak sahibi olan "mələk, cin və insan"lar isə, öz varlıqlarını və bu aləmin varlığını bilirlər.
Bəli, varlığın nuru, həyatdır. Varlıq, ancaq həyatla bilinir və qiymət qazanır. Xüsusilə, həyat tərəqqi etdikcə, varlıq, daha çox qiymət qazanır. Məsələn, mədənlərə nisbətən bitkilər; bitkilərə nisbətən heyvanlar; heyvanlara nisbətən cin və mələklər; cin və mələklərə nisbətən insan həyatı, daha qiymətlidir. Çünki cin, mələk və insanın həyatı ilə, aləmin mənası və yaradılış qayəsi bilinir. Əks təqdirdə, kainatın yaradılışı, əbəsiyyətə inqilab edər (çevrilər).
Həm bir vücuda həyat girdiyi zaman, o vücudda, bir fəaliyyət başlayar; o vücud, haldan-hala girməklə tasaffi edər (saflaşar); tərəqqi edər; qüvvət qazanar; özünə yüklənən mənaları ifadə edər.
Əgər bir vücuda həyat girməzsə və ya həyat, monoton bir tərzdə davam edib müxtəlif əhvallara mazhar olmazsa, o vaxt, vücud, vücuddan çox adəmə (yoxluğa) yaxın olar.
~ Madam ki, həyat, 1001 isim və sifətləri göstərən ən cami (cəm edici) bir aynadır.
~ Həm madam ki, Allahın isimləri, "cəlallı, camallı, kamallı" olmaq üzərə növbənövdür.
Əlbəttə ki, bu fərqli-fərqli isimlərin təcəlliləri də, fərqli-fərqli olacaqdır. O fərqli isimlərin təcəllilərinə mazhar olan həyat da, fərqli hallar göstərəcəkdir.
Demək, həyat, isimlərin öz hökmlərini icra etməsinə səbəbdir. Çünki Allahın isimləri, ancaq həyat ilə bilinə bilir.
---------------------------
"Hayat, ruhun ziyasıdır. Şuur, hayatın nurudur."
Yəni:
Həyat, ruhun ziyasıdır. Şüur, həyatın nurudur.
--------------------------
İzahı:
Bu cümlədə, katib xətası vardır. Çünki Ustadın həm bu əsərində, həm də başqa əsərlərində keçən bəyanları isbat edir ki, bu cümlədə, xəta vardır. Cümlənin doğru şəkli isə, belədir:
"Ruh, həyatın nurudur. Şüur, ruhun ziyasıdır."
Ziya, nurdan nə qədər yüksəkdirsə; şüur da, ruhdan o qədər yüksəkdir. Ruh da, həyatdan o qədər yüksəkdir. Çünki bitkilərdə həyat var, ruh yoxdur. Heyvanlarda ruh var, şüur yoxdur. Cin, mələk və insanda isə, şüur vardır. Bundan dolayı, heyvan həyatı, bitki həyatından daha yüksəkdir. Cin, mələk və insan həyatı isə, heyvan həyatından daha yüksəkdir.
Həyat, ümumidir. Mədəni, nəbati, heyvani, insani həyat mərtəbələri vardır. Bu cümlədə keçən "həyat" təbirinə, "mədənlər və bitkilər"; "ruh" təbirinə, "heyvan, cin, mələk və insan"; "şüur" təbirinə isə, "cin, mələk və insan" daxildir.
------------------------
"Madem ki, hayat ve şuur, bu kadar ehemiyyetlidirler."
Yəni:
Madam ki, həyat və şüur, bu qədər əhəmiyyətlidirlər.
----------------
İzahı:
Bu cümlədə də, katib xətası vardır. Cümlənin doğru şəkli, belədir:
"Madam ki, ruh və şüur, bu qədər əhəmiyyətlidirlər."
---------------------
"Ve madem şu âlemde bilmüşahede bir intizam-ı kâmil-i ekmel vardır. Ve şu kâinatta bir itkan-ı muhkem, bir insicam-ı ahkem görünüyor. Madem şu biçare, perişan küremiz, sergerdan zeminimiz bu kadar had ve hesaba gelmez zevilhayat ile, zevil'ervah ile ve zevil'idrak ile dolmuştur."
Yəni:
Və madam ki, müşahidəmizlə, bu aləmdə tam mükəmməl bir intizam vardır. Və bu kainatda, möhkəm bir yaradılış, hökm edən bir ahəng görünür.
Madam bu çarəsiz, pərişan kürəmiz, başını itirmiş yer kürəmiz, bu qədər hədd və hesaba gəlməyən həyat, ruh və idrak sahiblərilə, dolmuşdur.
-----------------------------------
İzahı:
Mətnə diqqət edilsə görülür ki, Ustad Nursi, kainatda mükəmməl bir nizam, hər şeyə hökm edən bir ahəngin olduğunu ifadə etdikdən sonra,
"...bu çarəsiz, pərişan kürəmiz, başını itirmiş yer kürəmiz, bu qədər hədd və hesaba gəlməyən həyat, ruh və idrak sahiblərilə, dolmuşdur..." deməsilə, belə bir mesaj verməkdədir:
Yer kürəmiz də, bu aləmdən bir parça olduğuna görə, onda bu qədər həyat, ruh və şüur sahiblərinin yaradılması; kainatın tamamında da, həyat, ruh və şüur sahibi varlıqların mövcud olduğunu göstərir. Yəni, nizam və ahəngə uyğunluq, aləmin tamamında da bunların varlığını gərəkdirməkdədir. Nizam və ahəngə uyğun olan da, məhz belə olmasıdır.
Mətndə, yer kürəsinin "çarəsiz, pərişan" olaraq vəsf edilməsi, yerin, həm cismən əksər ulduzlardan kiçik olması; həm də kəsafəti, yəni, digər ulduzlar kimi parlamaması cəhətilədir.
----------------------------------
"Elbette sadık bir hads ile ve kat'î bir yakin ile hükmolunur ki, şu kusûr-u semâviye ve şu buruc-u sâmiyenin dahi kendilerine münasip zîhayat, zîşuur sekeneleri vardır."
Yəni:
Əlbəttə ki, doğru bir sezgi və qəti bir yəqinliklə hökm oluna bilər ki, bu səmavi qəsrlər (saraylar) və bu yüksək bürclərin də, özlərinə münasib həyat və şüur sahibləri olan sakinləri vardır.
---------------------------------
"Balık, suda yaşadığı gibi, güneşin ateşinde dahi, o nuranî sekeneler bulunur. Nar, nuru yakmaz. Belki ateş, ışığa medet verir."
Yəni:
Balıq, suda yaşadığı kimi; günəşin atəşində də, o nurani sakinlər mövcuddur. Atəş, nuru yandırmaz. Əksinə, atəş, işığa mədəd verər.
--------------------------------
İzahı:
Bir yerdə od yanırsa, eyni zamanda, yandığı yeri də qismən işıqlandırır. Bir odun parçasını isinmək üçün yandırsaq, yanan odun parçası isinməyə səbəb olarkən, bir yandan da, ətrafı işıqlandırar.
Bu ifadə ilə, Ustad Nursi (rahmətullahi aleyh), günəş kütləsinin içində və ya yanında, mələklərin mövcud ola biləcəyini və ordakı İlahi təsərrüfü tamaşa edə biləcəklərini isbat etməkdədir. Yəni, mələklərin, günəşə və ya digər ulduzlara yaxın olması, özlərinə bir zərər verməz. Çünki mələklər, nurdan yaradılmış varlıqlardır. Atəşin də, nur cəhəti də vardır. Mələk ilə atəş, bir-birinə zidd şeylər deyildir. Dolayısı ilə, biri, digərinə zərər verməz.
---------------------------------
"Madem kudret-i ezeliye, bilmüşahede, en âdi maddelerden, en kesif unsurlardan hadsiz zîhayat ve zîruhu halk eder; ve gayet ehemmiyetle, madde-i kesifeyi, hayat vasıtasıyla madde-i lâtifeye çevirir; ve nur-u hayatı herşeyde kesretle serpiyor; ve şuur ziyasıyla ekser şeyleri yaldızlıyor.
Elbette, o Kadîr-i Hakîm, bu kusursuz kudretiyle, bu noksansız hikmetiyle, nur gibi, esir gibi, ruha yakın ve münasip olan sair seyyâlât-ı lâtife maddeleri ihmal edip hayatsız bırakmaz, câmid bırakmaz, şuursuz bırakmaz."
Yəni:
Madam ki, əzəli qüdrət, müşahidəmizlə gördüyümüz kimi,
~ ən adi maddələrdən, ən qatı ünsürlərdən, saysız-hesabsız həyat və ruh sahibləri xəlq edir; və
~ çox əhəmiyyətlə, kəsif, qatı maddəni, həyat vasitəsilə lətif maddəyə çevirir; və
~ həyat nurunu (yəni, həyatı), hər şeyə kəsrətlə səpir; və
~ şüur ziyası ilə (yəni, şüurla), əksər şeyləri qızıllayır.
Əlbəttə ki, o qüdrət və hikmət sahibi olan Allah, bu qüsursuz qüdrətilə, bu nöqsansız hikmətilə, nur kimi, esir kimi ruha yaxın və münasib olan sair lətif səyyal (axıcı) maddələri, ehmal edib həyatsız, cansız, şüursuz buraxmaz.
---------------------------------------
İzahı:
Ruh, nuranidir. Nur ünsürü, ruha yaxındır; çünki nurani və lətifdir. Torpaq isə, ruhdan uzaqdır; çünki kəsifdir.
Gözümüz qarşısında, kəsif, qatı olan torpaqdan, bu qədər həyat sahibi məxluqatı xəlq edən qüdrət sahibi Allah, əlbəttə ki, lətif olan nurdan, zülmətdən, atəşdən, havadan, esirdən, şüur sahibi məxluqatı çoxluqla xəlq edə bilər.
Haqq Taala, necə ki, kəsif bir maddəni, həyat ilə nurlandırır. Sonra şüur ilə onu kamala çatdırır: İnsan kimi...Eynilə də, lətif maddəni də, həyat ilə nurlandırır, şüur ilə kamala çatdırır: Mələk və ruhanilər kimi...
Torpaq, zahirən kəsif ikən, nura yaxın olmadığı halda, bu qədər həyat və şüur sahibləri, ondan çoxluqla yaradılırsa; əlbəttə ki, ruha yaxın və nurani olan nurdan, günəşdən, atəşdən, esir maddəsindən, bir çox məxluqun yaradılması, əvləviyyətlə mümkündür və lazımdır.
-------------------------------------
"Belki, madde-i nurdan, hattâ zulmetten, hattâ esir maddesinden, hattâ mânâlardan, hattâ havadan, hattâ kelimelerden zîhayat, zîşuuru kesretle halk eder ki, hayvânâtın pek çok muhtelif ecnasları gibi pek çok muhtelif ruhanî mahlûkları, o seyyâlât-ı lâtife maddelerinden halk eder. Onların bir kısmı melâike, bir kısmı da ruhanî ve cin ecnaslarıdır."
Yəni:
Əksinə, nur maddəsindən, hətta zülmətdən, hətta esir maddəsindən, hətta mənalardan, hətta havadan, hətta kəlimələrdən, həyat, şüur sahibi varlıqları çoxluqla yaradar ki, heyvanların bir çox müxtəlif cinsləri olduğu kimi; bir çox müxtəlif ruhani məxluqları, o lətif səyyal (axıcı) maddələrdən xəlq edər. Onların bir qismi, mələklər; bir qismi də, ruhani və cin cinsləridir.
--------------------------------------
"Melâikelerin ve ruhanîlerin kesretle vücutlarını kabul etmek ne derece hakikat ve bedihî ve makul olduğunu ve Kur'ân'ın beyan ettiği gibi onları kabul etmeyen ne derece hilâf-ı hakikat ve hilâf-ı hikmet bir hurafe, bir dalâlet, bir hezeyan, bir divanelik olduğunu, şu temsile bak, gör:
2 adam, biri bədəvi, vəhşi; digəri isə, mədəni, ağlı başında biri, dost olub İstanbul kimi ehtişamlı bir şəhrə gedirlər. Onlar, o mədəni, ehtişamlı şəhərin uzaq bir küncündə, pis, pərişan, kiçik bir evə, bir fabrikə rast gəlirlər. Görürlər ki, o ev, işçi, səfil, miskin adamlara doludur. Əcaib bir fabrik içində çalışırlar. O evin ətrafı da, ruh və həyat sahiblərilə doludur. Lakin onların məişət qaynaqları və xüsusi həyat şəraitləri vardır ki, onların bir qismi, bitki yeyənlərdir, yalnız bitkilərlə bəslənirlər. Digər bir qismi isə, balıq yeyənlərdir, balıqdan başqa bir şey yemirlər.
O iki adam bu hali görüyorlar. Sonra bakıyorlar ki, uzakta binler müzeyyen saraylar, âli kasırlar görünüyor. O sarayların ortalarında geniş destgâhlar ve vüs'atli meydanlar vardır. O iki adam, uzaklık sebebiyle veyahut göz zayıflığıyla veya o sarayın sekenelerinin gizlenmesi sebebiyle, o sarayın sekeneleri o iki adama görünmüyorlar. Hem şu perişan hanedeki şerâit-i hayatiye o saraylarda bulunmuyor.
O vahşî, bedevî, hiç şehir görmemiş adam, bu esbaba binaen görünmediklerinden ve buradaki şerâit-i hayat orada bulunmadığından, der: "O saraylar, sekenelerden hâlidir, boştur, zîruh içinde yoktur" der, vahşetin en ahmakça bir hezeyanını yapar.
İkinci adam der ki: Ey bedbaht! Şu hakir, küçük haneyi görüyorsun ki, zîruhla, amelelerle doldurulmuş. Ve biri var ki, bunları her vakit tazelendiriyor, istihdam ediyor. Bak, bu hane etrafında boş bir yer yoktur; zîhayat ve zîruhla doldurulmuştur. Acaba hiç mümkün müdür ki, şu uzakta bize görünen şu muntazam şehrin, şu hikmetli tezyinatın, şu san'atlı sarayların, onlara münasip âli sekeneleri bulunmasın? Elbette o saraylar umumen doludur ve onlarda yaşayanlara göre başka şerâit-i hayatiyeleri var. Evet, ot yerine belki börek yerler; balık yerine baklava yiyebilirler. Uzaklık sebebiyle veyahut gözünün kabiliyetsizliği veya onların gizlenmekliğiyle sana görünmemeleri, onların olmamalarına hiçbir vakit delil olamaz. Adem-i rüyet, adem-i vücuda delâlet etmez. Görünmemek, olmamaya hüccet olamaz."
Yəni:
~ Mələk və ruhanilərin kəsrətlə varlıqlarını qəbul etmək, nə dərəcə həqiqət, açıq və əqlə uyğun olduğunu; və
~ Quranın bəyan etdiyi kimi, onları qəbul etməmək, nə dərəcə həqiqət və hikmətə müxalif bir xürafə, bir dəlalət, bir həzəyan, bir dəlilik olduğunu,
bu təmsilə bax, gör:
2 adam:
~ biri bədəvi, vəhşi;
~ digəri isə, mədəni, ağlı başında biri,
dost olub, İstanbul kimi ehtişamlı bir şəhrə gedirlər. Onlar, o mədəni, ehtişamlı şəhərin uzaq bir küncündə, pis, pərişan, kiçik bir evə, bir fabrikə rast gəlirlər. Görürlər ki, o ev, işçi, səfil, miskin adamlara doludur. Əcaib bir fabrik içində çalışırlar. O evin ətrafı da, ruh və həyat sahiblərilə doludur. Lakin onların məişət qaynaqları və xüsusi həyat şərtləri vardır ki, onların bir qismi, bitki yeyənlərdir, yalnız bitkilərlə bəslənirlər. Digər bir qismi isə, balıq yeyənlərdir, balıqdan başqa bir şey yemirlər.
O 2 adam, bu halı görürlər. Sonra baxırlar ki, uzaqda, minlərlə zinətli saraylar, ali qəsrlər görünür. O sarayların ortalarında, geniş dəstgahlar və meydanlar vardır.
~ Uzaqlıq səbəbilə; və yaxud
~ Göz zəifliyi ilə; və ya
~ O sarayın sakinlərinin gizlənməsi səbəbilə,
sarayın sakinləri, o 2 adama görünmürlər. Həm bu pərişan evdəki həyat şərtləri, o saraylarda mövcud deyildir.
• O vəhşi, bədəvi, heç şəhər görməmiş adam, bu səbəblərdən dolayı, saray sakinlərinin görünmədiklərindən; və burdakı həyat şərtləri orda mövcud olmadığından,
"O saraylar sakinlərdən boşdur; içində, ruh sahibləri yoxdur."
deyir, vəhşətin ən axmaqca həzəyanını ifadə edir.
• İkinci adam isə, belə deyir:
"Ay bədbaxt! Görürsən ki, bu kiçik ev, ruh sahiblərilə, işçilərlə doldurulmuşdur. Və Biri vardır ki, bunları, hər vaxt təzələndirir, çalışdırır.
Bax, bu ev ətrafında, boş bir yer yoxdur; həyat və ruh sahiblərilə doldurulmuşdur.
Görəsən, heç mümkün ola bilərmi ki, uzaqdan bizə görünən:
~ bu intizamlı şəhərin;
~ bu hikmətlə zinətləndirilmiş (yerin);
~ bu sənətli sarayların,
onlara münasib ali sakinləri olmasın?!
Əlbəttə ki, o saraylar, ümumən doludur və onlarda yaşayanlara görə, başqa həyat şərtləri vardır. Bəli, ot yerinə bəlkə də börək; balıq yerinə paxlava yeyə bilərlər.
~ Uzaqlıq səbəbilə; yaxud
~ Gözünün qabiliyyətsizliyi; və ya
~ Onların gizlənmələrindən dolayı
sənə görünməmələri, onların olmamalarına, heç bir vaxt dəlil ola bilməz. Bir şeyi görməmək, o şeyin yoxluğuna dəlalət etməz. Görünməmək, olmamağa hüccət ola bilməz."
-----------------------------------
İzahı:
Təmsilin həqiqəti:
~ İstanbul kimi ehtişamlı şəhərdən murad: "kainat"dır.
~ Bədəvi və vəhşi olan adamdan murad: "kafir"dir.
~ Mədəni və ağlı başında olan şəxsdən murad: "mömin"dir.
~ Pis, pərişan, kiçik bir ev və ya fabrikdən murad: "yer kürəsi"dir. Çünki yer kürəsi, içindəki ruh sahibi varlıqlara məskən olması səbəbilə, bir ev; davamlı məhsulat verməsi səbəbilə də, bir fabrikə bənzədilmişdir.
~ O evin ətrafındakı həyat və ruh sahibləri, o fabrikdə çalışan işçilərdən murad isə: başda "insan" olmaq üzərə, "bitkilər, heyvanlar və digər varlıqlar"dır.
~ İntizamlı şəhərdən murad: "səmalar"dır.
~ Şəhərdə mövcud olan zinətli saraylar və ali qəsrlərdən murad isə: səmalardakı "günəş, ay, ulduzlar və planetlər"dir.
~ Gözün zəifliyindən murad: "qəlb gözümüzün açıq olmaması"dır.
~ Ordakı sakinlərin bizdən gizlənmələrindən murad: "Allahın qoymuş olduğu hər hansı bir səbəb" ola bilər.
---------------------------------
"İşte, şu temsil gibi, ecrâm-ı ulviye ve ecsâm-ı seyyare içinde küre-i arzın hakaret ve kesafetiyle beraber bu kadar hadsiz zîruhların, zîşuurların vatanı olması ve en hasis ve en müteaffin cüzleri dahi birer menba-ı hayat kesilmesi, birer mahşer-i huveynat olması, bizzarure ve bilbedâhe ve bi't-tarikı'l-evlâ ve bi'l-hadsi's-sâdık ve bi'l-yakîni'l-kat'î delâlet eder, şehadet eyler, ilân eder ki, şu nihayetsiz feza-yı âlem ve şu muhteşem semâvât, burçlarıyla, yıldızlarıyla, zîşuur, zîhayat, zîruhlarla doludur.
Nardan, nurdan, ateşten, ışıktan, zulmetten, havadan, savttan, râyihadan, kelimattan, esirden ve hattâ elektrikten ve sair seyyâlât-ı lâtifeden halk olunan o zîhayat ve o zîruhlara ve o zîşuurlara, Şeriat-ı Garrâ-yı Muhammediye (aleyhissalâtü vesselâm), Kur'ân-ı Mu'cizü'l-Beyan, "melâike ve cân ve ruhaniyattır" der, tesmiye eder.
Melâikenin ise, ecsâmın muhtelif cinsleri gibi, cinsleri muhteliftir. Evet, elbette bir katre yağmura müekkel olan melek, şemse müekkel meleğin cinsinden değildir. Cin ve ruhaniyat dahi, onların da pek çok ecnâs-ı muhtelifeleri vardır."
Yəni:
Bax bu təmsil kimi, ülvi və səyyar cisimlər içində, kiçiklik və kəsifliyi ilə bərabər, yer kürəsinin:
~ saysız-hesabsız bu qədər ruh və şüur sahiblərinin vətəni olması; və
~ ən qiymətsiz, ən çürük cüzləri (parçaları)'nın belə həyat qaynağı kəsilməsi;
~ gözlə görünməyəcək qədər kiçik canlıların məhşər (toplanma yeri) olması,
zəruri olaraq, açıq olaraq, ən doğru və tərcihə dəyər bir yol, doğru bir sezgi, qəti bir yəqinliklə dəlalət, şəhadət, elan edər ki, bu ucsuz-bucaqsız aləmin fəzası və bu ehtişamlı səmalar, bürclərilə, ulduzları ilə, şüur, həyat, ruh sahiblərilə doludur.
Muhamməd (sallallahu aleyhi və səlləm)'in parlaq şəriəti və bəyanı möcüzə olan Quran, atəşdən, nurdan, işıqdan, zülmətdən, havadan, səsdən, qoxudan, kəlimələrdən, esirdən, hətta elektrikdən və sair lətif axıcı maddələrdən xəlq olunan o həyat, ruh və şüur sahiblərini, "mələk, cin, ruhani"lər deyə adlandırmışdır.
(Digər) cisimlərin cinsləri müxtəlif olduğu kimi; mələklərin cinsləri də müxtəlifdir. Bəli, əlbəttə ki, bir yağış damlasına müvəkkəl olan mələk, günəşə müvəkkəl olan mələk cinsindən deyildir. Cin və ruhanilərin də, bir çox müxtəlif cinsləri vardır.
--------------------------------
İzahı:
Mələklər, mətndə deyildiyi kimi, müxtəlif cinslərə ayrılmaqdadırlar. Cisimləri, qanadları, vəzifələri kimi nöqtələr cəhətindən, cinsləri müxtəlifdir. Bu mövzu haqqında, müəllifimiz, bir digər risaləsində, belə deyir:
"Meleklerin bir kısmı âbiddirler. Diğer bir kısmının ubûdiyetleri, ameldedir. Melâike-i arziyenin amele kısmı, bir nevi insan gibidir, tabir caizse bir nevi çobanlık ederler. Bir nev'i de çiftçilik ederler.
Yani rû-yi zemin umumî bir mezraadır. İçindeki bütün hayvânâtın taifelerine, Hâlık-ı Zülcelâlin emriyle, izniyle, hesabıyla, havl ve kuvvetiyle bir melek-i müekkel nezaret eder. Ondan daha küçük, herbir nevi hayvânâta mahsus, bir nevi çobanlık edecek bir melâike-i müekkel var.
Hem de rû-yi zemin bir tarladır; umum nebâtat onun içinde ekilir. Umumuna, Cenâb-ı Hakkın namıyla, kuvvetiyle nezaret edecek müekkel bir melek vardır. Ondan daha aşağı bir melek, bir taife-i mahsusaya nezaret etmekle Cenâb-ı Hakka ibadet ve tesbih eden melekler var. Rezzâkıyet arşının hamelesinden olan Hazret-i Mikail aleyhisselâm, şunların en büyük nâzırlarıdır.
Meleklerin çoban ve çiftçiler mesabesinde olanlarının insanlara müşabehetleri yoktur. Çünkü onların nezaretleri sırf Cenâb-ı Hakkın hesabıyladır ve Onun namıyla ve kuvvetiyle ve emriyledir. Belki nezaretleri, yalnız Rububiyetin tecelliyâtını, memur olduğu nevide müşahede etmek ve kudret ve rahmetin cilvelerini o nevide mütalâa etmek ve evâmir-i İlâhiyeyi o nev'e bir nevi ilham etmek ve o nev'in ef'âl-i ihtiyariyesini bir nevi tanzim etmekten ibarettir. Ve bilhassa zeminin tarlasındaki nebâtâta nezaretleri, onların tesbihat-ı mâneviyelerini melek lisanıyla temsil etmek ve onların hayatlarıyla Fâtır-ı Zülcelâle karşı takdim ettiği tahiyyât-ı mâneviyelerini melek lisanıyla ilân etmek, hem onlara verilen cihâzâtı hüsn-ü istimal etmek ve bazı gayelere tevcih etmek ve bir nevi tanzim etmekten ibarettir.
Demek, meleklerin bu nev amelleri ise, onların ibadetidir; insan gibi adetleri değildir.
Melâikelerin şu hizmetleri, cüz-ü ihtiyarîleriyle bir nevi kisbdir. Belki bir nevi ubûdiyet ve ibadettir. Tasarruf-u hakikîleri yoktur. Çünkü herşeyde Hâlık-ı Külli Şeye has bir sikke vardır; başkaları parmağını icada karıştıramaz. Demek melâikelerin şu nevi amelleri ise onların ibadetidir; insan gibi âdetleri değildir." ("Sözlər", 24-cü Söz, s. 344)
Yəni:
~ Mələklərin bir qismi, abiddirlər.
~ Digər bir qisminin qulluqları, əməldədir. Yerə müvəkkəl olan mələklərin işçi qismi, bir növ insan kimidir; belə təbir etmək mümküdürsə, bir növ çobanlıq edərlər. Bir növ də, cütçülük.
Yəni, yer kürəsi, ümumi bir tarladır. İçindəki bütün heyvan növlərinə, cəlal sahibi Yaradan'ın əmri, izni, hesabı, güc və qüvvətilə, bir müvəkkəl mələk nəzarət edir. Ondan daha kiçik, hər bir növ heyvanlara məxsus, bir növ çobanlıq edəcək müvəkkəl bir mələk vardır.
Həm də yer kürəsi, bir tarladır. Ümum bitkilər, onun içində əkilir. Ümumuna, Haqq Taalanın namı, qüvvətilə nəzarət edəcək müvəkkəl bir mələk vardır. Ondan daha aşağı bir mələk, xüsusi bir qrupa nəzarət etməklə, Haqq Taalaya ibadət və təsbih edən mələklər vardır. "Rəzzaqiyyət ərşi"nin yüklənicisi olan Mikail (əleyhissəlam), bunların ən böyük naziri (nəzarət edicisi)'dir.
Mələklərin çoban və cütçü məsabəsində olanlarının, insanlara bənzərliyi yoxdur. Çünki onların nəzarətləri, sırf Haqq Taala hesabı ilədir və Onun namı, qüvvəti və əmrilədir. Əksinə, nəzarətləri, yalnız:
• Rububiyyət təcəllilərini, məmur olduğu növdə müşahidə;
• Qüdrət və rəhmət cilvələrini o növdə mütaliə;
• Allahın əmrlərini, o növə bir növ ilham;
• O növün ixtiyari fellərini bir növ tənzim
etmək'dən ibarətdir.
Və xüsusilə, "yer tarlası"ndakı bitkilərə nəzarətləri,
~ bitkilərin mənəvi təsbihlərini mələk dililə təmsil;
~ bitkilərin öz həyatları ilə ortaya qoyduqları mənəvi təhiyyələri, mələk dililə (yəni, şüurlu bir şəkildə) cəlal sahibi Yaradan'a təqdim;
~ həm onlara verilən cihazları (orqanları), gözəl şəkildə istifadə etmək; və bəzi məqsədlərə yönləndirmək və bir növ tənzim
etməkdən ibarətdir.
Mələklərin bu xidmətləri, öz iradələrilə bir növ kisbidir. Əksinə, bir növ qulluqdur. (Əşya üzərində), həqiqi təsərrüfləri yoxdur. Çünki hər şeydə, hər şeyin yaradıcısı olan Allaha xas bir sikkə vardır, başqaları, (yaratmağa) barmaq qarışdıra bilməzlər.
Demək, mələklərin bu növ əməlləri isə, onların ibadətidir; insan kimi adətləri deyildir.
-----------------------------
ŞU NÜKTE-İ ESASİYENİN HÂTİMESİ:
Bittecrübe, madde asıl değil ki, vücut ona musahhar kalsın ve tâbi olsun. Belki, madde, bir mânâ ile kaimdir. İşte o mânâ hayattır, ruhtur.
Yəni:
Bu Əsas'ın xatiməsi:
Təcrübə ilə (sabitdir ki), maddə, əsas deyildir, ki, vücud, ona boyun əysin, tabe olsun. Əksinə, maddə, bir məna ilə qaimdir (ayaqda durmaqdadır). Bax o məna, həyatdır, ruhdur.
Materialistlər, hər şeyi, maddəyə irca etməkdədirlər. Müəllifimiz isə, bunu inkar sədədində, maddənin, əsl olmadığını ifadə etməkdədir. Bunu isbat üçün, Müəllifimiz, belə deyir:
Kainatın cümləsi, mədənlərə ---> mədənlər, bitkilərə ---> bitkilər, heyvanlara ---> heyvanlar da, insanlara xidmət etməkdədir. Bu həqiqət, gözlə görülməkdədir. Burdan o nəticəyə gəlirik ki, maddə, həyata xidmət edir. Əgər maddə əsl olsaydı, vücud mərtəbələrinə, yəni, mədən, bitki, heyvan və insanlara xidmət etməzdi.
Necə ki, ləfz, mənaya tabedir, ona xidmət edir, ona boyun əymişdir, onunla qaimdir; elə də, maddə də, ləfz kimidir. Bir mənaya tabedir, ona xidmət edir, ona baxır, ona boyun əymişdir, onunla qaimdir. O məna isə, "həyat, ruh və şüur"dur.
-------------------------------
"Hem, bilmüşahede, madde mahdum değil ki, herşey ona ircâ edilsin. Belki hâdimdir, bir hakikatin tekemmülüne hizmet eder. O hakikat hayattır. O hakikatin esası da ruhtur."
Yəni:
Həm müşahidə ilə (görürük ki), maddə, məxdum (özünə xidmət edilən) deyildir ki, hər şey, ona irca edilsin. Əksinə, xadimdir, bir həqiqətin təkəmmülünə xidmət edir. O həqiqət, həyatdır. O həqiqətin əsası da, ruhdur.
Bəli, müşahidələrimiz göstərir ki, maddə, həyata xadimdir. Çünki maddə, öz qərarında qalmır, dəyişikliyə uğrayır. Bu dəyişiklik isbat edir ki, həyat, məxdum (özünə xidmət edilən)'dir.
--------------------------
"Bilbedâhe, madde hâkim değil ki, ona müracaat edilsin, kemâlât ondan istenilsin. Belki mahkûmdur; bir esasın hükmüne bakar, onun gösterdiği yollarla hareket eder. İşte o esas hayattır, ruhtur, şuurdur."
Yəni:
Həm açıqca görüldüyü kimi, maddə, hakim deyildir ki, ona müraciət edilsin; bütün kamilliklər, ondan istənilsin. Əksinə, məhkumdur, bir əsasın hökmünə baxar; onun göstərdiyi yollarla hərəkət edər. Bax o əsas, həyatdır, ruhdur, şüurdur.
Maddə, hakim deyil, məhkumdur. Yəni, gördüyü işləri, öz istəyi və iradəsilə deyil; hər şeyə hökm edən Rəbbinin əmri istiqamətində etməyə məcburdur. Nə dünya, öz orbitini dəyişə; nə atmosfer, bir başqa planetə köçə; nə də insandakı bir orqan, yaxud bir hücrə, ruhun əmri xaricində bir iş görə bilər.
Daxili aləmimizdəki bu mütləq itaətin açıq misalları, xarici aləmimizdə, yəqinliklə görülməkdə və bilinməkdədir. Məsələn:
~ Əllər, məhkumdur; öz istəklərilə tutmaz; öz istədiklərini yazmazlar. Ruh nə əmr edərsə, onu yerinə yetirərlər.
~ Ayaqlar da, məhkumdur; öz keyflərinə görə yeriməzlər; ruh hara istərsə, ora gedərlər.
-------------------------------
"Hem, bizzarure, madde lüb değil, esas değil, müstekar değil ki, işler ve kemâlât ona takılsın, ona bina edilsin. Belki yarılmaya, erimeye, yırtılmaya müheyyâ bir kışırdır, bir kabuktur ve köpüktür ve bir surettir."
Yəni:
Həm zəruri olaraq, maddə, öz deyil, əsas deyil, istiqrar qazanmış (yerləşmiş, sabit bir şey) deyildir ki, işlər və bütün mükəmməlliklər, onun üzərinə "asılsın", onun üzərinə bina edilsin. Əksinə, yarılmağa, əriməyə, cırılmağa hazır bir qabıqdır, köpükdür və bir surətdir.
Bir çəyirdəyin qabığı, içindəki özün qorunması üçündür. Çəyirdəyin öz qismi inkişaf etdikcə, qabığı zəifləməyə, yarılmağa, cırılmağa başlayır, ta ki, o çəyirdəkdə, "mənəvi qədər qələmilə" planı cızılmış olan meyvə, ortaya çıxa bilsin. Öz olmasa, qabıq heç bir məna ifadə etməz.
Bu kainatın bütünü də, həyata görə qabıq məsabəsindədir.
Mətndə, "qabıq" və "surət" təşbihləri üzərində, qısaca durduq. Mətndəki "köpük" bənzətməsinə gəlincə:
Biz, qabığın içində bir öz olduğunu; və kəlimənin surətinin arxasında, bir mənanın hökm etdiyini, əqlən bilir və görürük.
Eyni şəkildə, köpüklərin arxasında da, bir dənizin var olduğunu bilirik. O dənizin varlığına görə, köpüyün varlığı, çox aşağı bir dərəcədədir.
Xülasə: Dəniz olmasa, köpük də olmaz. Məna olmasa, surət ortaya çıxmaz. Öz olmasa, qabıq yaradılmaz.
Bütün bu misallar, "Maddə, əsas deyil." həqiqətini isbat etməkdə və kainatın bu görünən maddəsinin arxasında, həyat və ruhun hökm etdiyini nəzərə verməkdədirlər.
---------------------------------
"Görülmüyor mu ki, gözle görülmeyen hurdebinî bir hayvanın ne kadar keskin duyguları var ki, arkadaşının sesini işitir, rızkını görür, gayet hassas ve keskin hisleri vardır.
Şu hal gösteriyor ki, maddenin küçülüp inceleşmesi nisbetinde âsâr-ı hayat tezayüd ediyor, nur-u ruh teşeddüt ediyor. Güya madde inceleştikçe, bizim maddiyatımızdan uzaklaştıkça, ruh âlemine, hayat âlemine, şuur âlemine yaklaşıyor gibi, hararet-i ruh, nur-u hayat daha şiddetli tecellî ediyor."
Yəni:
Gözlə görülməyən mikroskopik bir heyvanın, nə qədər kəskin hisslərə sahib olduğu; dostunun (digər həmcinslərinin) səsini eşitdiyi, ruzisinin fərqinə vardığı, görülmürmü?!
Bu hal göstərir ki, maddənin kiçilib incələşməsi ölçüsündə, həyat əsərləri çoxalır; ruh nuru şiddətlənir (qüvvətlənir). Sanki maddə incələşdikcə, biz insanların maddiyyatından uzaqlaşdıqca, ruh, həyat, şüur aləmlərinə yaxınlaşır kimi, ruh hərarəti, həyat nuru, daha şiddətli təcəlli edir.
Ustad Nursi, maddənin kiçilməsilə, həyat əsərlərinin artdığına, mikroskopik varlığın öz ruzisini görməsini misal verməkdədir.
Demək ki, maddə, əsl deyildir. Əgər əsl olsaydı, fil və dəvə kimi böyük heyvanların həyatları, daha güclü olacaqdı.
----------------------------------
"İşte, hiç mümkün müdür ki, bu madde perdesinde bu kadar hayat ve şuur ve ruhun tereşşuhatı bulunsun; o perde altında olan âlem-i batın, ziruh ve zişuurlarla dolu olmasın?
Hiç mümkün müdür ki, şu maddiyât ve âlem-i şehâdetteki mananın ve ruhun ve hayatın ve hakikatin şu hadsiz tereşşuhâtı ve lemeât ve semerâtının menâbii, yalnız maddeye ve maddenin hareketine ircâ edilip izah edilsin?
Haşa ve kat'â ve asla! Bu hadsiz tereşşuhat ve lemeât gösteriyor ki, şu âlem-i maddiyat ve şehadet ise, âlem-i melekût ve ervah üstünde serpilmiş tenteneli bir perdedir."
Yəni:
Bax,
~ heç mümkünmüdür ki, bu maddə pərdəsində, bu qədər həyat, şüur və ruhun tərəşşühatı mövcud olsun; o pərdə altındakı o görünməyən aləm, ruh və şüur sahibi varlıqlarla dolu olmasın?!
~ Həm heç mümkünmüdür ki, bu maddi və şəhadət aləmindəki mənanın, ruhun, həyatın və həqiqətin bu hədsiz tərəşşühatı, ləməat (parıltıları) və səməratının (meyvələrinin) mənbəsi, yalnız maddəyə və maddənin hərəkətinə irca edilib izah edilsin?!
Haşa, qətiyyən və əsla! Bu saysız-hesabsız tərəşşühat və ləməat göstərir ki, bu maddi və müşahidə etdiyimiz aləm, mələkut və ruhlar aləmi üzərinə sərpilmiş təntənəli bir pərdədir.
Mətndə, 2 ayrı təşbih istifadə edilmişdir:
• Birincisində: "tərəşşühat" ifadəsilə, "mələkut və ruhlar aləmi", bir dənizə bənzədilmiş; bu görünən aləmdəki bütün canlıların, sanki o aləmdən xəbər verən bir damla, bir sızıntı olduğu ifadə edilmişdir.
• İkincisində isə: "ləməat" ifadəsilə, "mələkut və ruhlar aləmi", bir günəşə bənzədilmiş; bütün bu canlıların, o günəşdən xəbər verən, onun nurunu göstərən bir parıltı olduğu ifadə edilmişdir.
Mətndəki "təntənəli pərdə" ifadəsi, bu həqiqətin az bir diqqətlə anlaşılabiləcəyi mənasını verməkdədir. Normal və düz bir pərdə, bir az da qalındırsa, arxasındakı şeyləri göstərməz. Ancaq aralarında çox sayda kiçik boşluqlar olan bir tül pərdədirsə, bir az diqqət edildiyində, arxasındakı məkanları göstərər.
Eynilə bu misalda olduğu kimi, bu maddi aləm, qeybi aləmlər üzərində, təntənəli bir pərdə kimidir. Almanın qabığı, necə almanın üzərində bir pərdə, zəif bir örtüdürsə, eyni şəkildə, zahiri və maddi əşya da, batini həqiqətlərin üzərində, bir qabıq və bir örtü məsabəsindədir. Əsl və mənbə isə, əşyanın iç üzü və bu maddi aləmin arxasındakı qeybi aləmlərdir. Maddi aləmlər isə, bu aləmlərdən bəslənən incə zərr və qabıq hökmündədirlər.
Burda, həyat və ruhun isbatı verilməkdədir. Əgər ruh və həyat inkar edilərsə, bütün maddi aləmdə və insanın fellərindən meydana gələn bütün şüurlu və hikmətli fəaliyyətləri, maddəyə irca etmək məcburiyyəti hasil olacaqdır.
Məsələn, bir insan, bir bina tikib ortaya qoysa, bu binanın tikilməsi, necə izah edilə bilər? Əgər insanda ruh və ruhun bir vəsfi olan şüur inkar edilərsə, bu halda, binadakı bütün şüurlu fellərin, insanın cəsədinə verilməsi lazım gələcək. Bu halda, maddəni, şüurlu qəbul etmək lazım gələcəkdir. Bu isə, muhal/imkansızdır.
Demək ki, iş görən, cəsəd və maddə deyil, onun arxasında yer alan, ruhdur. Cəsəd isə, ruhun üzərinə təntənəli bir pərdədir. Diqqətlə baxanlar, maddə pərdəsinin arxasındakı ruh və həyatı görə bilərlər.
-------------------------------
Əlavələr:
Mələklərin 2, 3 və 4 qanadlı olması, nə deməkdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rin-2-...
