Maidə surəsi 94-cü ayə

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَيَبْلُوَنَّكُمُ ٱللَّهُ بِشَىْءٍ مِّنَ ٱلصَّيْدِ تَنَالُهُۥٓ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ ٱللَّهُ مَن يَخَافُهُۥ بِٱلْغَيْبِ ۚ فَمَنِ ٱعْتَدَىٰ بَعْدَ ذَ‌ٰلِكَ فَلَهُۥ عَذَابٌ أَلِيمٌ

"Ey iman gətirənlər! Allah, qeybdə Özündən qorxanları bilmək üçün, əllərinizin və nizələrinizin çata biləcəyi bir ov ilə sizi imtahan edəcəkdir. Bundan sonra həddi aşan kimsə üçün isə, ağrılı-acılı bir əzab hazırlanmışdır." (Maidə/94)

-----------------------------

Təfsiri:

"Allah, qeybdə Özündən qorxanları bilmək üçün..."

Bu cümlə ilə bağlı, bir neçə məsələ vardır:

✓ Birinci məsələ:

Bu, məcazi bir ifadədir. Çünki, Allah Taala, hər zaman alimdir (biləndir).

Alimlər, bu ifadənin nə mənaya gəldiyi xüsusunda, ixtilaf etmişlərdir. (Belə ki):

~ Bunun: "Sizə, bilmək istəyən kimsə kimi davranacaqdır." mənasına gəldiyi iləri sürüldüyü kimi;

~ Bunun: "məlum olan şeyi ortaya qoymaq üçün" mənasına gəldiyi də iləri sürülmüşdür. Bu məlum olan şey də, qorxan kimsənin qorxusudur.

~ Bu ifadədən, mudafın hazf edildiyi (haşiyə) və (ayənin) təqdiri (yazılı olmadığı halda, var olan) mənasının: "Allahın dostlarının, qeybdə Ondan qorxanları bilmək üçün, bilməsi üçün" şəklində olduğu da iləri sürülmüşdür.

(İmam Fəxrəddin ər-Razi əl-Əşari, "Məfatihu'l-Ğeyb" təfsiri)

---------------------------

(Haşiyə:

• Mudaf və Mudafun ileyh, nədir?

İsimlərin yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə, "izafə" (təyini söz birləşməsi) deyilir. Azərbaycan dilində isə, bu söz birləşməsi, "sahib-mənsub söz birləşməsi" adlanır. Məsələn, "insanın əli".

~ Birinci tərəf (insanın), yiyəlik hal şəkilçisi (ın, in, un, ün) qəbul edir, sahib tərəf adlanır, şəxs və ya əşya üzərində sahibliyi, mənsubluğu, onun kimə, yaxud nəyə aid olmasını bildirir.

~ İkinci tərəf olan "əli" isə, mənsubiyyət şəkilçisi (ı, i, u, ü) qəbul edir, mənsub tərəf adlanır və birləşdiyi sözə mənsub və yaxud aid olmanı ifadə edir.

Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, mənsub tərəf, əvvəl; sahib tərəf isə, sonra gəlir. Mənsub tərəf - "mudaf"; sahib tərəf isə - "mudafun ileyh" adlanır və belə söz birləşməsi, "izafə" adlanır.

• Hazf, nə deməkdir?

Lüğətdə, "atmaq, salmaq, çıxarmaq, bir şeyin bir tərəfini kəsib atmaq" mənalarına gələn "hazf" kəliməsi, "müəyyən hərfləri istifadə etmədən söz söyləmək sənəti"ni ifadə edir.

Hazf: söylənilməsi lazım gəlməyən sözün, ibarədə zikr edilməməsidir.

Məsələn, birini yola salarkən, "gülə-gülə..." deyirik. Bu, "gülə-gülə get" deməkdir. "Get" kəliməsinin hazfı, mənanın anlaşılmasına əngəl olmadığından, hazf edilmişdir.

Quranda da, bir çox hazf nümunələri vardır. Məsələn, surə başlarında bismillah, yəni "Allahın adı ilə" dediyimizdə, əslində cümlə, tam deyildir. Ancaq bundan, "Allahın adı ilə başlayıram." mənası asanlıqla anlaşıldığından, "başlayıram" qismi hazf edilmişdir.)

----------------------------

----------------------------

Əhl-i Sünnətin əqidə imamlarından biri olan imam əbu Mansur əl-Maturidi (rahmətullahi aleyh) isə, "Tə'vilatu'l-Quran" adlı təfsirində, belə deyir:

Yəni:

~ "Əvvəldən olacağını bildiyi xüsusları; felən bilmiş olması üçün" deməkdir.

~ Yaxud da, belə də deyilə bilər: "Məxluqların elmi/biliyi xaricində bildiyi şeyi, indi, onların da bilikləri daxilində bilməsi üçün" deməkdir. Haqq Taala'nın, bu bəyanında olduğu üzərə:

هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ عَـٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَـٰدَةِ ۖ هُوَ ٱلرَّحْمَـٰنُ ٱلرَّحِيمُ

"O, Özündən başqa ilah olmayandır. Qeybi və şəhadəti (aşkarı) bilir. O, Rahmən və Rahimdir." (Haşr/22)

--------------------------------

--------------------------------

Əlavələr:

• Ənfal surəsi 66-cı ayə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99nfal-sur%C9%99si-66-ci...

• Al-i İmran surəsi 140-141-ci ayələr:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/al-i-imran-sur%C9%99si-140-1...

• Allahın eşitmək və görmək sifətləri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-esitm%C9%99k-v%C9%99...

• Allahın elm sifəti:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-elm-sif%C9%99ti

 

 

 

 

 

 

 

 

 

Read 21 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR