Qurandakı təmsillər

Bil ki: Quran-i Kərim'in i'cazının (möcüzəliliyin) əsası, nəzmindəki bəlağatdadır. Nəzmindəki bəlağat isə, 2 qisimdir:

• Bir qismi, zinət əşyası; və

• Bir qismi də, libas kimidir.

~ Birincisi: saçılmış incilərə, məşhur zinətə və parlaq naxışa bənzəyir. Bunun əldə edildiyi mədən, -gümüş daşların arasına ərimiş qızılı tökmək kimi- kəlimələr arasına nəhvi (qrammatik), hərfi mənaları uyğun bir şəkildə yerləşdirməkdir.

Bu qismin səmərələri (meyvələri), məani fənninin açıqladığı (söz) incəlikləridir. (haşiyə)

--------------------

(Haşiyə:

Nəzm nədir?

• Lüğətdə, "inciləri ipə düzmək" mənasına gəlir.

• İstilah (termin) olaraq isə, bir çox mənası vardır. Belə ki:

1. Quran nəzminin, -zahir, nass və bunun kimi qisimlərə təqsimində olduğu kimi- müfrəd olsun, mürəkkəb olsun, "ləfz" mənasındadır.

2. “Ləfzləri, mənanın əslinə irca etməyin (qaytarmağın) gərəkdirdiyi düzülüşə görə nizamlamaq”dır. Hərflərin düzülüşü isə, belə deyildir. Çünki hərflər, düzülüşü gərəkdirən bir məna güdülərək düzülmüş deyildir. Elə ki, (keçmiş zamandakı "vurma" mənası üçün ləfz müəyyənləşdirilərkən), "darb" yerinə, "radb" deyilsəydi, hərflərin düzülüşünə, xələl gətirilmiş olmazdı.

3. “Ləzfləri, ağlın iqtizasına (gərəkdirməsinə) görə, mənaları, uyğun; və dəlalətləri, münasib şəkildə sıralamaq”dır. Və ya, bu etibarla sıralanmış ləfzlərdir. Bu mənası ilə, nəzm, (nəhv elmindəki kontekstinə görə), daha ümumi olan ikinci mənasının əksinə, məani və bəyan elminin gərəklərinə riayət etməyi də əhatə edir. Quranın nəzmi, belədir. Şeyx Abdu'l-Qadir əl-Cürcani, əsl mənaya zaid (əlavə) mənaları etibara alaraq, ləfzi, bunlara uyğun şəkildə gətirməyi, "nəzm" olaraq adlandırmışdır. Sanki O, sözün üstünlüyünün halın gərəyinə uyğun olaraq gətirilməsində olduğu xüsusunda, mübaliğə etmişdir. Yoxsa, bildiyin üzərə, mühəqqiqlərə görə, nəzm: "ləfzlərin, mənaları uyğun və dəlalətləri münasib şəkildə sıralanmasıdır və ya bu şəkildə sıralanan ləfzlər"dir.

4. “Vəznli söz” deməkdir. "Camiu's-Sanai"də, belə deyilmişdir: "Şeir sənətində, nəzm, vəznli sözdür." "Məcmau's-Sanai"də isə, belə deyilmişdir: "Mənzum söz, 10 qisimdir: qəzəl, qəsidə, təşbib, qitə, rübai, fərd, məsnəvi, tərci, müsəmmat, müstəzad." (Muhamməd Əli ət-Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum")

--------------------------

Bəlağat: Bu elmə, ritorika da deyilməkdədir. Ritorika, “gözəl söz söyləmək, xitabət sənəti” mənasına gəlməkdədir.

Kəlamın bəlağatı, bir sözün həm fasih (qüsursuz) olması, həm də hal və məqam gərəyinə uyğun olmasıdır. (Yəni yerinə və adamına görə söz söyləməkdir.)

Bəlağat elminin 3 əsas qolu vardır:

1. Məani: “ləfzin, hal və məqama uyğunluğuna məxsus bir elm”in adıdır. Bu elm, bəlağatın təməlidir.

2. Bəyan: “düşüncələrin, hisslərin, xəyalların doğuş və dəyərlərini, bunların ifadəsində baş vurulacaq yolları mövzu edən bir ədəbiyyat fənni”dir ki, əsas mövzuları, təşbih, məcaz və kinayədir.

3. Bədi: “Hal və məqam gərəyinə uyğun sözləri bəzəmə tərzlərilə bağlı bilikləri öyrədən elm”ə deyilir. Bu bəzəmə tərzlərinin bir qismi, məna ilə bağlı gözəlləşdirmələr olub bunlara mənəvi gözəlləşdirici sənətlər deyilir. Bir qismi də, ləfzlə bağlı bəzəmə sənətləridir. Bunlara da, ləfzə aid bəzəyici sənətlər deyilir.

---------------------

---------------------

~ İkinci qisim: Mənaların qamətinə görə biçilmiş; fərqli parçalardan müntəzəm bir tikişlə tikilmiş; sonra da, anidən, mənanın, qissənin və məqsədin qamətinə geyindirilmiş bir üslubdan qiymətli bir libas və göz qamaşdırıcı bir paltara bənzəyir.

Bu qismin sənətkarı və ustası, bəyan fənnidir. Bu fənnin ən əhəmiyyətli məsələlərindən biri, təmsildir. Quran-i Kərim, çoxca təmsillər zikr etməkdədir. Elə ki, bunların sayı, 1000-ə yaxındır. Çünki, təmsildə, lətif bir sirr və ali bir hikmət vardır. Çünki, onunla:

~ vəhm, ağla məğlub olar;

~ xəyal, fikrə boyun əyməyə məcbur qalar;

~ qaib (qeybdə olan) şeylər, onunla hazır hala gələr;

~ əqli məsələlər, hisslərlə hiss edilən şəkildə qətiləşər;

~ mənalar təcəssüm edər;

~ ayrı-ayrı məsələlər, təmsil ilə bir araya gələr;

~ qarışıq olanlar, bir-birilə məzc olar;

~ bir-birindən qopuq şeylər, bir-birilə bitişər;

~ silahsız, silahlı hala gələr. (haşiyə)

--------------------

(Haşiyə:

Vəhm üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir

--------------------

--------------------

Əgər təfsil istəyirsənsə, "Dəlailu'l-İ'caz" sahibinin "Əsraru'l-Bəlağat" əsərindəki tərənnümünə, Mənimlə bərabər qulaq ver:

Təmsilin yerləri və təsiri haqqında bir fəsl:

Bil ki: Ağıl sahiblərinin ittifaq etdikləri xüsuslardan biri də, budur:

Təmsil, mənaların ardından gəldiyində və ya mənalar, müxtəsər bir şəkildə təmsil ilə görüldüyündə; və əsli surətlərindən təmsil surətinə nəql edildiklərində:

Təmsil, mənaya, bir əsalət (böyüklük) geyindirər. Ona, nüfuz qazandırar. Qiymətini yüksəldər. Alovunu odlandırar. Nəfsləri özünə çəkmədə, qüvvətini qat-qat qılar. Qəlbləri, özünə dəvət edər. Könüllərin ən uzaq künclərindən o mənalara doğru, bir eşq hərəkətə keçər. İnsan təbiətini, məhəbbət və eşqlə o mənalara boyun əydirər.

Gətirilən təmsil:

~ Əgər mədh (tərifləmək) üçündürsə, mənaları, daha parlaq, daha əzəmətli qılar. Nəfsdə təsiri, daha təsirli, daha böyük olar; meylləri, daha çox təhrik edər. Ülfəti (alışmağı), daha sürətli təmin edər; fərəhə daha tez çatdırar. Məmduhu (mədh ediləni) qalib qılar; mədh edənə şəfaəti, daha qüvvətli vacib qılar. Ona bağışlanacaq və veriləcək hədiyyələrə, daha asan vəsilə olar. Dillərdə, daha çox gəzər, daha çox zikr edilər. Qəlblərin əlaqə duymasına, daha əvla və daha layiqdir.

~ Əgər zəmm (pisləmək) üçündürsə, daha çox incidən, dağlaması, yandırıcı; incitməsi, daha şiddətli; və hiddəti, daha kəskindir.

~ Əgər hüccət üçündürsə, burhanı (dəlili), daha nurlu; qələbəsi, daha qahir (qəhr edən); və bəyanı, daha bahir (açıq)'dır.

~ Əgər iftixardırsa, önə çıxarması, daha tezdir. (Təmsil ilə), daha şərəfli qılar. Dili, daha şiddətli olar.

~ Əgər üzr bəyan etməkdirsə, qəbula, daha yaxın; və qəlblərə, daha cazibdir. Qaranlıqları, asanlıqla dağıdar. Qəzəbi, daha tez aparar; düyümü, daha tez açar. Gözəl bir nəticəyə bağlayar.

~ Əgər nəsihət üçündürsə, sinəyə, daha şəfalı; fikrə, daha təsirli; tənbeh və zəcr (çəkindirmədə), daha müəssirdir. (Tərəddüd) buludlar(ın)ı açmaqda, hədəfi göstərməkdə, xəstəni sağaltmaqda, nəsihətə susamış şəxsə şəfa olmaqda, daha münasibdir...

Söz sənətlərini və növlərini tək-tək incələdiyində; onun babları və şöbələrini araşdırdığında, hökm, bax belədir. (Cürcani'nin sözü, burda bitir.)

 

Not: Dəyərli oxuyucu! Müəllifimiz Ustad Nursi'nin "Əsraru'l-Bəlağat"dan təmsillə bağlı zikr etdiyi bu qisim, əzbərindən, kitabdakı ilə birəbir eyni zikr edilmişdir. Müəllifimizin bu "İşaratu'l-İ'caz" adlı təfsiri isə, 1-ci dünya müharibəsində, bəzən səngərlərdə, bəzən at belində yazılmışdır. Allah, ona rəhmət etsin.

------------------------

------------------------

Sonra, aşağıda gələcək ayələrdə, Quranın i'caz (möcüzəlilik) dəlilləri və bəlağat sirləri vardır. Burda, bunları, gələcək müqəddimənin məsələləri ilə münasibətləri olduğu üçün zikr edirik:

 

✓ Mədh məqamındakı təmsilə misal:

Quran-i Kərim, səhabənin vəsfi haqqında, belə deyir:

وَمَثَلُهُمْ فِى ٱلْإِنجِيلِ كَزَرْعٍ أَخْرَجَ شَطْـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسْتَغْلَظَ فَٱسْتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعْجِبُ ٱلزُّرَّاعَ

"İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir." (Fəth/29)

Buna, bənzərlərini qiyas et.

 

(Not: Təfsiri üçün bax:

https://suallarlaislam.com/.../f%C9%99th-sur%C9%99si-27...)

---------------------------

---------------------------

✓ Zəmm məqamındakı təmsilə misallar:

فَمَثَلُهُۥ كَمَثَلِ ٱلْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ

"...Onun misalı, itin misalına bənzəyir; onun üstünə getsən də dilini çıxardıb ləhləyər (tez-tez nəfəs alar), getməsən də..." (Əraf/176)

 

Ayə, belədir:

"Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onun üstünə getsən də dilini çıxardıb ləhləyər, getməsən də. Ayələrimizi yalan hesab edənlərin məsəli, belədir. Bu əhvalatları onlara danış ki, bəlkə fikirləşələr."

Bu ayə, (ən qüvvətli ehtimallardan biri) Bəlam b. Baura haqqındadır. Musa (əleyhissəlam)'a, dünyəvi mənfəət əldə etmək üçün bəd dua edən şəxsdir. O, duası məqbul kimsələrdən idi.

Təmsil haqqında, belə deyilmişdir:

Leys, belə deyir:

(Bu felin məsdəri olan) "ləhs", "itin, ya çox qaçaraq yorulduğunda; ya da isti çox şiddətli olduğunda, susuzluqdan dolayı dilini çıxartması" deməkdir.

Bil ki, bu təşbeh, bütün itlərə dair olmayıb, sadəcə ləhləyən itlər üçün edilmişdir. Heyvanların ən pisi, itdir. İtlərin ən pisi də, ləhləyən itlərdir. Bundan dolayı, Allah, bir kimsəyə elm və din nəsib etdiyi halda; o qalxıb dünyaya meyl edər və dünyaya bağlanıb qalarsa, heyvanların ən pisinə, yəni, dilini çıxardıb ləhləyən itə bənzəmiş olar.

Bu təşbihin izahı sədədində, bunlar deyilmişdir:

1. Ləhləyən hər şey, ya yorğunluğundan, ya susuzluğundan ötürü ləhləyər. Halbuki, ləhləyən it, belə deyildir. O, yorğun olsa da, rahat olsa da; susuz olsa da, olmasa da, yenə ləhləyər. Bu, onun adəti və təbiətidir. O, əsl adəti üzərə buna davam edər. Bir ehtiyacdan dolayı deyil; o pis adətindən dolayı bunu davam etdirər.

Bax, kimə ki Allah, elm və din nəsib edərsə, onu, insanların mallarının kirlərinə bulaşmaqdan zəngin qılar. Sonra da qalxıb, dünya ardınca düşüb, özünü onun içinə atarsa, bu şəxsin halı, eynilə, ehtiyac və zərurətdən ötürü deyil; sırf pis nəfsindən və təbiətindən ötürü pis və çirkin işlərə davam edən o ləhləyən itin halı kimi olar.

2. Bir alim, elmi vasitəsilə dünya malı əldə etməyə yönələrsə, bu, insanlara, fərqli elmlərini bildirmək və özünün fəzilətlərilə şan-şöhrətini ortaya qoymaq üçün olmuş olar. Heç şübhəsiz, bu kimsə, o sözləri danışıb ifadə edərkən, dilini çıxardar və dünya malı əldə etməyə qarşı olan qəlbindəki ifrat susuzluğu ilə hərisliyinin hərarətindən dolayı, dilini çıxardar. Beləcə də, bu kimsənin halı, bir ehtiyac və zərurət olmadığı halda; sırf pis təbiətindən dolayı dilini çıxardan itin halına bənzəyər.

3. Ləhləyən itin ləhləməsi, heç bitməz. Həris olan insanın hərisliyi də, belədir.

"Onun üstünə getsən də, getməsən də..."

Yəni, azmış həris insana nəsihət etsən də, etməsən də, o, bu azğınlığını davam etdirər. Bu da, dəlalət (azğınlıq) və hüsranın, onun əsli adəti və zati xarakteri (halına gəlməsindən) dolayıdır. (Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

--------------------

مَثَلُ ٱلَّذِينَ حُمِّلُوا۟ ٱلتَّوْرَىٰةَ ثُمَّ لَمْ يَحْمِلُوهَا كَمَثَلِ ٱلْحِمَارِ يَحْمِلُ أَسْفَارًۢا

"Özlərinə Tövrat yükləndiyi halda, Onu daşımayanların misalı, kitab daşıyan eşşəyin misalı kimidir." (Cümə/5)

 

Bu məsəlin bildirmək istədiyi şey, budur:

Yəhudilər, Tövratdakılarla əməl etməyincə, eşşəyə bənzədilmişlərdir. Çünki onlar, əgər Tövratın gərəyinə görə əməl etsəydilər, Ondan istifadə etmiş və belə bir şübhəni (yəni, Allah rəsulu sallallahu aleyhi və səlləm'in, özlərinə deyil, sadəcə ərəblərə göndərildiyi şübhəsini) ortaya atmazdılar. Çünki Tövratda, Allah rəsulunun sifətləri, Onun peyğəmbər olaraq göndəriləcəyi müjdəsi və Onun gətirdiyi dinə girmək gərəkdiyi hökmü yer almışdı.

...Yəhudilər, Tövratdakılarla, yəni, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə iman etmələri gərəkdiyini bildirən hökmlərdən istifadə etməyincə, elmi kitabları daşıyan, ancaq o kitablarda nə var-nə yox bilməyən eşşəyə bənzədilmişlərdir.

Məani alimləri, belə demişlərdir:

Bu təşbih, Quranın mənasını anlayıb, Onunla əməl etməyən və Qurandan, -Ona ehtiyacı olmayanların üz çevirməsi kimi- üz çevirən kimsələr üçün gətirilmişdir. Bundan dolayı, ibn Mihran, belə demişdir:

"Ey Quran əhli! Quran, sizin ardınca düşməzdən (yəni, sizdən hesab soruşmadan) əvvəl, Quranın ardınca düşün, Ona tabe olun!"

"...Onu daşımayanlar" ifadəsi, "O kitabın haqqını verməyənlər və Onu, həqiqi mənada daşımayanlar" deməkdir. Beləcə, Haqq Taala, əllərində Tövrat olduğu halda, Onunla əməl etməyən o yəhudiləri, daşıdığı şeylərdən istifadə etməyən, sadəcə üstündə ağır bir yük hiss edən, kitab daşıyan eşşəklərə bənzətmişdir. Eynilə bunun kimi, yəhudilərin də kitablarından özlərinə qalan şey, O kitabın, onların əleyhinə daşıdığı dəlillərin və məsuliyyətin yüküdür.

Heyvanlar içində xüsusilə eşşəyin burda zikr edilməsinin hikməti:

1. Allah Taala, atı, qatırı və eşşəyi, minməyimiz və bir zinət olmaları üçün yaratdığını söyləmişdir. Zinət olma xüsusiyyəti, atda, minməyə və üzərinə bir şey yükləməyə nisbətlə, daha çoxdur. Qatırda daha az; eşşəkdə isə, qatırdan da azdır. O halda, qatır, bu 3 cəhətdən, ortada yer tutur. Bu halda da, eşşəyin, (daha az) daşıyıcılıqda, ata, qatıra və digər heyvanlara nisbətlə, ümumi və açıq bir üstünlüyü vardır.

2. Bu təşbih və təmsil, cəhalət və axmaqlığı izah etmək üçün verilmişdir. Bu iki xüsusiyyət isə, eşşəkdə daha çox görülür.

3. Eşşəkdə, başqa heyvanlarda mövcud olmayan, dəyərsizlik və həqirlik vardır. Burdakı ifadənin məqsədi isə, o yəhudiləri, bu şəkildə eybləyib, onları beləcə təhqir etmək üçündür. Bundan dolayı, bunun üçün eşşəyin seçilməsi, daha uyğun və daha münasibdir.

4. Daha asan baş əydiyi, rahatca güdüldüyü və itaətkar olduğu üçün, eşşək üzərində o kitabları daşımaq, daha asan, daha əmin, daha tam və daha yayğındır. Elə ki, eşşəyə, heç bir çətinliklə qarşılaşmadan, axmaq bir uşaq belə hakim ola bilir. Bax bu, digər heyvanların deyil, eşşəyin burda zikr edilməsini gərəkli qılan şeylərdəndir. (Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

---------------------------

إِنَّا جَعَلْنَا فِىٓ أَعْنَـٰقِهِمْ أَغْلَـٰلًا فَهِىَ إِلَى ٱلْأَذْقَانِ فَهُم مُّقْمَحُونَ

"Həqiqətən, Biz onların boyunlarına, çənələrinə qədər çatan zəncirlər keçirtmişik. Bundan dolayı, başları yuxarıdır." (Yasin/8)

 

İmamımız Razi, ayənin təfsirində deyir:

Boynuna, çənəsinə qədər çatan zəncirlər (xalqalar) taxılmış və beləcə də başı dimdik yuxarıda qalan kimsələr, ayağının önündəki yolu, yaxşı görməzlər. Haqq Taala, bu ifadənin ardınca (yəni, Yasin/9-da), bu kimsənin, həm qabağında, həm arxasında səddlər olduğunu bəyan etmişdir. Bundan dolayı, bu, o deməkdir ki, bu kimsə, o (haqq) yola girməyə və onu görməyə müqtədir ola bilməz.

Yenə Allah Taala, bir az əvvəl (yəni, Yasin/3-4-də), Peyğəmbər olaraq göndərilən şəxsin, doğru bir yol üzərə olduğunu bildirmişdir. Bundan dolayı, Peyğəmbərin, özünü əqli olan bu doğru yola hidayət edib çağırdığı bu kimsə, eynilə maddi yolu görməkdən əngəllənən "məğlub", yəni, boynuna zəncirlər keçirilmiş olan kimsə kimi, sanki əngəllənmiş kimi olar.

Belə bir izah da gətirmək olar:

"Boyunlarına zəncirlər keçirilməsi", "o şəxsin, itaət və boyun əyməməsi" mənasındadır. Çünki, itaət edən kimsə haqqında, "Onun, başını əydiyi və əmrə boyun büküb tabe olduğu" deyilir. Halbuki, boynunda, çənəyə qədər çatıb dayanan xalqalar olan kimsə isə, başını əyməz və o, başını, təsdiq edib haqqa boyun əyən kimsə kimi hərəkət etdirməz. Bunun belə olduğunu, (ayədəki) "muqməhun" (başları yuxarı), kəliməsi də doğrulayır. Çünki, "muqməh" kəliməsi, eynilə, "bir şey xüsusunda inad edib başını dik tutan kimi, başını dik tutan kimsə"dir. Çünki, başını dik tutub, beləcə də su içməyən və ya başını su içmək üçün əyməyən dəvə haqqında, "bəirun qamihun" deyilir. İman da, özü ilə həyatiyyətin (mənəvi diriliyin) təmin edildiyi soyuq və şirin su kimidir. Buna görə, Allah, ayədə belə buyurmuşdur. Yəni, sanki "Onlar, Allahın əmrinə boyun əyməzlər." deməkdir. (Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

------------------------

------------------------

✓ Dəlil və hüccət gətirmə məqamına dair təmsillər:

...مَثَلُهُمْ كَمَثَلِ ٱلَّذِى ٱسْتَوْقَدَ نَارًا

"Onların misalı, od qalayan kimsənin misalı kimidir. Atəş, ətrafında olan şeyləri işıqlandırdığı zaman, Allah, onların nurunu apardı və özlərini də, zülmət (qaranlıq) içində buraxdı. (Artıq), bir şey görməzlər." (Bəqərə/17)

...أَوْ كَصَيِّبٍ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَـٰتٌ

"Yaxud onların misalı, zülmət içində göy gurultusu və şimşəklə yağan leysana düşənlərin məsəlinə bənzəyir ki, ildırımdan ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayırlar. Şübhəsiz ki, Allah kafirləri hər tərəfdən əhatəyə almışdır. Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir." (Bəqərə/19-20)

 

Not: Bu 3 ayə haqqında, Ustad Nursi bu ayələrin təfsirində danışacağından dolayı, bu təmsillərin həqiqəti haqqında sözü kəsirik.

---------------------

وَمَثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ كَمَثَلِ ٱلَّذِى يَنْعِقُ بِمَا لَا يَسْمَعُ إِلَّا دُعَآءً وَنِدَآءً

"Kafirlərin misalı, çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar." (Bəqərə/171)

 

Ayə haqqında, bunlar deyilmişdir:

1. Kafirləri haqqa dəvət edən kimsənin misalı, haylayan kimsənin misalı kimidir. Beləcə, çoban olan o haylayan, haqqa dəvət edən kimsənin yerinə keçmiş olur ki, bu kimsə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm) ilə haqqa çağıran digər kimsələrdir.

Bu halda, kafirlər, özlərinə çığırılıb-bağırılan davarlar yerinə keçmiş olurlar. Ayədəki bənzətmə yönü isə, budur:

Heyvanlar, səsi eşidər; ancaq nə deyildiyini anlamazlar. Kafirlər də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in səsini və sözlərini eşidir; ancaq, bunların mənasından faydalanmırdılar.

2. Kafirlərin, bütlərdən olan ilahlarına dua etmələri xüsusundakı misalları, -heyvanlar heç bir şey başa düşmədikləri halda- davar kimi eşitməyən heyvanlara bağırıb çağıran və onlara sözlər söyləyən çobanın misalına bənzəyir. Beləcə də, bütlər, anlamamaq xüsusunda, heyvanlara bənzədilmişlərdir. Şübhəsiz, heyvanla danışan kimsə cahil sayılınca, daşa dua edib danışan kimsə də, qınanmağa və cəhalətə daha uyğun və layiq olar.

Bu görüşlə bundan əvvəlki görüş arasındakı fərq, budur:

Burda, özünə çağırılan; birincidə isə, çağıran hazf edilmiş (kəlimədən düşürülmüş)'dür.

3. Kafirlərin bütlərə dua etmələri xüsusundakı misalı, çobanın dağda bağırıb-çağırması kimidir. Çünki çoban, öz səsinin əks sədasından başqa heç bir şey eşitməz. Çoban, "ey Zeyd!" dediyi vaxt, səsinin əks-sədasından, "ey Zeyd" səsini eşidər. Kafirlər də belədir. Onlar, bu bütlərə səsləndiklərində, öz tələffüzlərinin gurultu və səsindən başqa bir şey eşitməzlər. ("Məfatihu'l-Ğeyb" təfsiri)

--------------------

مَثَلُ ٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِ ٱللَّهِ أَوْلِيَآءَ كَمَثَلِ ٱلْعَنكَبُوتِ ٱتَّخَذَتْ بَيْتًا ۖ وَإِنَّ أَوْهَنَ ٱلْبُيُوتِ لَبَيْتُ ٱلْعَنكَبُوتِ

Allahdan başqasını özlərinə dost tutanların misalı, özünə yuva qurmuş hörümçəyin misalına bənzəyir. Yuvaların ən zəifi də, əlbəttə ki, hörümçək yuvasıdır." (Ənkəbut/41)

 

Ayə haqqında, bu izahlar verilə bilər:

1. Evin, əngəl olan bir divarı; kölgələyən bir tavanı; bağlanılan bir qapısı; özündən faydalanılan bəzi şeylərinin olması lazımdır. Heç olmazsa, soyuğa mane olacaq divarları ilə; istiyə mane olacaq və kölgəlik verəcək tavanı kimi iki şeyinin olması lazımdır. Əgər bu iki şey olmazsa, ora ev deyil, bir çöl kimi olar. Lakin, hörümçəyin evi, nə örtər, nə də bağlayar.

İbadət ediləcək varlığın da, yaradıcı, ruzi verici, fayda verici və zərəri dəf edici olması lazımdır. Əgər bunların hamısını özündə cəm edə bilməsə, ən azından, zərəri dəf edən və faydalı olan bir varlıq olması lazımdır. Çünki, belə olmayan varlıq ilə, yox olanın yoxluğu, bərabərdir. O halda, hörümçəyin o evi qurması ilə, bir evdə olması lazım gələn şeylərdən heç bir şeyin meydana gəlməməsi kimi; kafirin də, bütləri dost və ilah qılmasında, özü üçün bir dostdan gözlənən heç bir şey meydana gəlməz.

2. O evin dərəcələrinin ən azı, kölgəlik üçün ola bilməsidir. Çünki, daşdan qurulan ev, kölgələnməyi təmin edər. Fırtına, sel, yanğın, torpaq sürüşməsi kimi zərərləri əngəlləyər. Ağacdan tikilən ev, kölgələnməyi təmin edər; istiyə, soyuğa mane olar; lakin, qüvvətli küləyə, selə və yanğına mane ola bilməz. Tükdən (yəni, keçədən) tikilən çadır ilə parçadan tikilən çadır, hər nə qədər bir şeyə mane olmasa da, kölgələnməyi təmin edər; günəşin istisinə mane olar. Ancaq, hörümçəyin evi, kölgə də təmin etməz. Çünki, günəşin işığı, onun içinə nüfuz edər.

Eynilə bunun kimi, ibadət edilən varlıqların ən ilərisi, əmri, başqalarına nüfuz edəndir. Əgər belə ola bilməsə, bu, o deməkdir ki, onun əmri, ancaq özünə ibadət edənə keçir. Əgər belə də olmasa, heç olmazsa, ibadət edənin əmrinin, özünə keçməməsi lazımdır. Lakin, bu kafirlərin məbudları (ibadət etdikləri şeylər), öz əmrləri altındadır. Əgər ibadət edənlər istərlərsə onları ucaldar; istərlərsə zəlil qılarlar.

3. Bir evdən gözlənilən ən xırda şey, o evin, bir iqamət (yerləşmə) və fayda yeri olmasa belə; bir ayrılıq səbəbi olmamasıdır. Lakin, hörümçəyin yuvası, onun narahat edilməsinin səbəbidir. Çünki hörümçək, bir müddət bir küncdə yerləşsə, heç bir yerə getməsə və ordan çıxmasa belə, özü üçün orda bir ev qurduğunda, o evin sahibi, evini hörümçəklərdən təmizləmək üçün, hörümçəyin özünə belə zərər verəcək sərt şeylərlə onu silər.

İbadət səbəbilə abid olan kimsənin də, mükafat əldə etməsi lazımdır. Əgər bunu əldə edə bilməsə, ən azından, bu səbəbdən əzaba haqq qazanmaması lazımdır. Kafir isə, bütlərə ibadətə səbəbilə, İlahi əzaba haqq qazanır.

...Bu bənzətmə işi, işin başı üçün olduğu kimi; sonu üçün də doğrudur. Çünki, külək əsdiyində, hörümçəyin evinin adı-sanı qalmaz; əksinə, uçuşan toz zərrəcikləri halına gələr. Bax, kafirlərin, bütləri üçün etdikləri əməllər də, belədir. Necə ki, Haqq Taala, Furqan surəsi 23-cü ayədə, belə buyurmuşdur:

"Biz onların etdikləri əməllərə baxdıqdan sonra, onları sovrulmuş toz dənəciklərinə çevirdik." ("Məfatihu'l-Ğeyb" təfsiri)

-----------------------

أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَسَالَتْ أَوْدِيَةٌۢ بِقَدَرِهَا فَٱحْتَمَلَ ٱلسَّيْلُ زَبَدًا رَّابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِى ٱلنَّارِ ٱبْتِغَآءَ حِلْيَةٍ أَوْ مَتَـٰعٍ زَبَدٌ مِّثْلُهُۥ ۚ كَذَ‌ٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْحَقَّ وَٱلْبَـٰطِلَ ۚ فَأَمَّا ٱلزَّبَدُ فَيَذْهَبُ جُفَآءً ۖ وَأَمَّا مَا يَنفَعُ ٱلنَّاسَ فَيَمْكُثُ فِى ٱلْأَرْضِ ۚ كَذَ‌ٰلِكَ يَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ

"O, göydən su endirdi və vadilər ölçülərinə uyğun öz məcralarından daşaraq sel olub axdı. Sel də, üzə çıxmış bir köpüyü götürüb apardı. Bəzək şeyləri və ya başqa əşyalar düzəltmək üçün insanların odda qızdırıb əritdikləri şeylərin üstündə də, buna bənzər bir köpük qalır. Allah, haqq və batilə, belə misallar çəkir. Köpük yox olub gedir, insanlara fayda verən şeylər isə, yerində qalır. Belədir, Allahın çəkdiyi misallar!" (Ra'd/17)

 

Bil ki: Allah Taala, mömin ilə kafiri, iman ilə küfrü; görən ilə kora, işıq ilə qaranlıqlara bənzədincə (bax: Ra'd/16); bu səfər də, iman və küfr üçün, başqa bir misal gətirərək, "O, göydən su endirdi..." buyurdu.

Suyun, dağlardan və təpələrdən alçaqda olan vadilərdə, o vadilərin genişliyinə və kiçikliyinə görə, qərar qılıb toplanması lazımdır.

Yenə, suyun, o vadilərdən çox olduğunda, daşıb yer üzünə yayılması; suyun üstündəki köpüyün haqqı da, ətrafa dağılaraq sönməsidir. Bu köpük, istər suyun qaynayıb çalxalanmasından dolayı meydana gələn bir bəyazlıq olsun; istərsə də suyun daşımış olduğu kiçik və incə maddələrdən meydana gəlmiş olsun, eynidir.

Haqq Taala, suyun çox şiddətlə axmasından meydana gələn bu köpüyü zikr edincə; atəş ilə meydana gələn köpükdən də bəhs etdi. Bu, belədir. Çünki, 7 maddədən hər biri, ya bir zinət düzəltmək, yaxud da ev işlərində özünə ehtiyac duyulan əşyalardan bir əşya əldə etmək üçün atəşlə əridildiyində, o maddədən, bir cür köpük qalır.

Nəticə olaraq deyə bilərik ki: Vadilərdən sellər axdığında, onun üzərində köpük olur. O köpük atılır, geriyə isə su qalır. 7 maddədən hər biri, belədir. Bu 7 maddədən hər biri, bir zinət əşyası əldə etmək, yaxud da ev işlərində istifadə etmək üçün bir mal əldə edilmək istənildiyində, əridilir; əridilincə də, onun kiri ayrılır. Geriyə isə, özündən faydalanılacaq olan cövhəri qalır.

Bax, Haqq Taala, burda da, eynilə bunun kimi; kibriya, cəlal və ehsan səmasından, bir su endirdi ki, bu, Qurandır. Vadilər isə, qulların qəlbləridir. Qəlblər, vadilərə bənzədilmişdir. Çünki, eynilə göydən enən suların vadilərdə qərar qılması kimi; o qəlblərdə də, Quran elmlərinin nurları qərar qılıb yerləşir. Yağış sularından hər biri, o vadilərin genişliyi və darlığı nisbətində meydana gəldiyi, qərar qıldığı kimi; burda da, hər qəlbdə, Quran elmlərinin nurundan, ancaq o qəlbin təmizliyi-kirliliyi, anlayışın qüvvətli vəya əksik olması qəbilindən, ona uyğun olan şeylər yerləşir, qərar qılır. Suya, ərimiş 7 maddənin köpüyü, pisliyi qarışıb onun üzərinə çıxdığı; sonra da, o köpük və kirin, gedərək, itərək, atılaraq, geriyə, suyun cövhərilə 7 maddənin cövhərlərinin qalması kimi; burda da, Quranın açıqlamalarına, bəzi şəkk və şübhələr qarışır. Ancaq sonunda, o şəkk və şübhələr, zail olur, silinir. Geriyə, elm, din, hikmət və mükaşifə qalır.

Bax, bu misalın izahı və bu misalın gətiriliş qayəsinə uyğunluğunun izahı, bundan ibarətdir. ("Məfatihu'l-Ğeyb" təfsiri)

-------------------

ضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَآءُ مُتَشَـٰكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا

"Allah, bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar, məsəlcə eyni ola bilərlərmi?" (Zumər/29)

Təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/zum%C9%99r-sur%C9%99si-29-cu...

---------------

---------------

✓ İftixar haqqında (kı təmsillər):

Hər nə qədər iftixar deyə adlandırılmasa belə, Allahın əzəmətini və kamilliyini bəyan edən bu ayəni misal olaraq vermək olar:

وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦ وَٱلْأَرْضُ جَمِيعًا قَبْضَتُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَٱلسَّمَـٰوَ‌ٰتُ مَطْوِيَّـٰتٌۢ بِيَمِينِهِۦ

"Allahı, haqqı ilə təqdir etmədilər. Halbuki, qiyamət günü, yer, bütünü ilə Onun ovucundadır. Səmalar da, Onun sağ əlilə bükülmüşlərdir." (Zumər/67)

Digər ayələri, buna qiyas et.

 

Bil ki: Allah Taala, o müşriklərin, Özünü, Özünə yaraşan bir şəkildə təzim edə bilmədiklərini bəyan edincə, Özünün əzəmətinin kamalına, cəlalının sonsuzluğuna dəlalət edən şeyi gətirərək, "Halbuki, qiyamət günü, yer, bütünü ilə Onun ovucundadır. Səmalar da, Onun sağ əlilə bükülmüşlərdir." buyurmuşdur.

Qaffal (əş-Şaşi əş-Şafii), bu ayətin, eynilə bir kimsənin, "Sən, məni həqiqi mənada təqdir edə bilmədin. Mən, belə-belə edən şəxsəm." deməsinə bənzədiyini; yəni, "Mənim halımın və vəsfimin, bəhs etdiyim şəkildə olduğunu bilsəydin; məni, dəyərimdən və olması lazım gələn məqamdan aşağı salmamağın lazım gələrdi..." demək olduğunu; bunun bir bənzərinin də, "Allahı necə inkar edirsiniz?! Halbuki siz, ölülər idiniz, sizi O diriltdi." (Bəqərə/28) ayəti olduğunu; bunun da, "Vəsfi və mülkü belə olan bir Zatı, necə inkar edə bilərsiniz?!" demək olduğunu söyləmişdir. Bundan dolayı, burda, məna, "Onlar, Allahı, haqqı ilə təzim edə bilmədilər. Çünki, şərikləri olduğunu, yer və göylər Onun ovucunda olmasına baxmayaraq, Onun, ölüləri dirildə bilməyəcəyini iddia etdilər." şəklində olur. ("Məfatihu'l-Ğeyb" təfsiri)

--------------------------

--------------------------

✓ Üzr iləri sürmə məqamına dair:

Bu qisimlə bağlı, ancaq batil üzrü olanları ilzam (susdurmaq) üçün, onların üzrlərinə dair hekayələr vardır. Məsələn:

وَقَالُوا۟ قُلُوبُنَا فِىٓ أَكِنَّةٍ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ وَفِىٓ ءَاذَانِنَا وَقْرٌ وَمِنۢ بَيْنِنَا وَبَيْنِكَ حِجَابٌ

"Onlar dedilər: 'Sənin bizi dəvət etdiyinə qarşı qəlbimiz qapalıdır, qulaqlarımızda tıxac vardır, bizimlə Sənin arana pərdə çəkilmişdir." (Fussilət/5)

Digər ayələri, buna qiyas et.

Bu şer, misal olaraq verilə bilər:

"Aranızda rəqs edib oynamağımı, sevincdən zənn etməyin. Quş da boğazlandığında, hərəkət edər."

 

Yəni, üzr gətirməklə bağlı Quranda keçən təmsillər, ancaq, batil üzr sahiblərinin, özlərini müdafiə üçün uydurduqları təmsillərdir. Bu təmsillər də, onların əleyhlərinə dəlil olsun deyə Quranda zikr edilmişdir. Müəllif, onların, özlərini müdafiə üçün təmsil yolu ilə uydurduqları batil üzrlərinə, Fussilət surəsi/5-ci ayəni nümunə olaraq zikr etməkdədir.

Ardınca isə, eyni mənanı (üzrü) təkidən, yuxarıdakı şeiri misal verməkdədir.

Üzrlərinin batil olmasını isə, belə açıqlamaq olar:

İnsan, qarşı tərəfdən, mənasını gərəkdiyi şəkildə başa düşmədiyi bir söz eşitdiyində, bu eşitmə, eşidilib-görülən o şeyin incəliklərinə vaqif olmaq üçün bir səbəb olmaz. Bunu idrak edən, nəfsdir. Nəfs isə, bir şeydən nifrət etdiyində, o şeyi düşünməsinə və o şeyin incəliklərinə vaqif olmasına mane olur.

Müşriklər də, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in dəvətini, məhz bu batil iddia ilə rədd edirdilər. Yəni, "Biz bu halda olduğumuza görə, bizi, nə üçün Quranla mükəlləf tutursan?"

----------------------

----------------------

✓ Nəsihət məqamında dünya nemətlərinin vəsfilə əlaqəli zikr etdiyi təmsillər:

كَمَثَلِ غَيْثٍ أَعْجَبَ ٱلْكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصْفَرًّا ثُمَّ يَكُونُ حُطَـٰمًا ۖ

"..."(O, yəni dünya həyatı), elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki, əkinçiləri heyran edir. Sonra o quruyur və Sən, onun sapsarı olduğunu görürsən. Sonra isə, o, çör-çöpə dönür." (Hədid/20)

أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَسَلَكَهُۥ يَنَـٰبِيعَ فِى ٱلْأَرْضِ ثُمَّ يُخْرِجُ بِهِۦ زَرْعًا مُّخْتَلِفًا أَلْوَ‌ٰنُهُۥ

"Məgər Allahın göydən yağmur endirib onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir..." (Zumər/21)

 

Allah Taala, göydən bir su, yəni yağış endirdiyini bəyan etdi. Sonra ---> o yağışı bəzi yerlərə endirib təqsim etdiyi və yerin altındakı qaynaqlara daxil edərək, -eynilə bədəndəki damarlar kimi- bulaqlar, bəzi kanallar və yollar halına qoyduğunu; sonra ---> bu sayədə, yaşıl, qırmızı, sarı, bəyaz və bənzəri rənglərdə əkinlər və ya arpa, buğda və s. kimi fərqli-fərqli bitkilər çıxardığını; daha sonra ---> bütün bu bitkilərin saralıb quruduğunu bəyan etdi. Bəli, bu, belə olur. Bir bitkinin quruma işi tamamlanınca, yerindən ayrılması mümkün olur. Ancaq parçaları dağılmaya bilər. Bax bu cüzlər, dağılmaq üzərə quruyar; sonra da, əllə ovalanacaq quru qırıntı halına gələr.

Bundan alınacaq dərs isə, budur: Yəni, kim, bitkilərin bu hallarını görüb müşahidə edərsə, heyvanlar ilə insanların hallarının da nəticədə belə olacağını başa düşər. Çünki, ömrü nə qədər uzun olarsa olsun, insanın, mütləq rənginin saralıb solacağı; sümüklərinin və üzvlərinin sanki quruyacağı bir nöqtəyə gələcək, sonra da öləcəkdir. Bundan dolayı, bitkilər üzərində belə bir müşahidə aparıldığında, bu, insana, eyni şeylərin, özü və həyatı üçün də bəhs mövzusu olacağını xatırladar. Bu halda da, özünün, dünya və ləzzətlərinə qarşı nifrəti (yəni, istəksizliyi) artar. ("Məfatihu'l-Ğeyb" təfsiri)

------------------------

إِنَّا عَرَضْنَا ٱلْأَمَانَةَ عَلَى ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ وَٱلْجِبَالِ فَأَبَيْنَ أَن يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا ٱلْإِنسَـٰنُ ۖ إِنَّهُۥ كَانَ ظَلُومًا جَهُولًا

"Biz, əmanəti, göylərə, yerə və dağlara ərz etdik. Onlar, bundan qorxuya düşüb onu yüklənmək istəmədilər. (Ancaq) onu, insan yükləndi. Çünki o, çox zalım və çox cahildir." (Əhzab/72)

 

Təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99hzab-sur%C9%99si-72-ci...

--------------------

لَوْ أَنزَلْنَا هَـٰذَا ٱلْقُرْءَانَ عَلَىٰ جَبَلٍ لَّرَأَيْتَهُۥ خَـٰشِعًا مُّتَصَدِّعًا مِّنْ خَشْيَةِ ٱللَّهِ ۚ وَتِلْكَ ٱلْأَمْثَـٰلُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ

"Əgər Biz bu Quranı dağa nazil etsəydik, sən onun Allahın qorxusundan boyun əyib parça-parça olduğunu görərdin. Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr." (Haşr/21)

 

Mənası, budur: Əgər dağa, -sizə verildiyi kimi- bir ağıl verilib, sonra da üzərinə Quran endirilsəydi, o, boyun əyər və Allah qorxusundan parça-parça olardı.

Ayədəki "Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, fikirləşələr." ifadəsinin zikr edilməsindən murad, bu kafirlərin qəlblərinin qatılığına və təbiətlərinin sərtlik və qabalığına işarət etməkdir. Bunun bir bənzəri də, Bəqərə surəsi 74-cü ayədir:

"Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir." ("Məfatihu'l-Ğeyb" təfsiri)

Yəni, əgər Quran dağa endirilsəydi, dağ, Quranın mənəvi ağırlığına dayana bilməz; parça-parça olardı Halbuki, Qurana muxatab olan insan, şüurlu olduğu halda, parçalanmır; bu xitaba qarşı dayana bilir.

-----------------

فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ

كَأَنَّهُمْ حُمُرٌ مُّسْتَنفِرَةٌ

فَرَّتْ مِن قَسْوَرَةٍۭ

"Onlara nə olub ki, nəsihətdən üz döndərirlər? Sanki, şirlərdən hürküb qaçan eşşəklər kimidirlər." (Muddəssir/49-51)

 

ibn Abbas (radiyallahu anh) deyir:

(Vəhşi) eşşəklər, şiri gördüklərində ola bildiyincə qaçarlar. Eynilə onlar kimi, bu müşriklər də, -eynilə o eşşəklərin şirdən qaçması kimi- Muhamməd (sallallahu aleyhi və səlləm)'i gördüklərində, Ondan qaçırdılar. ("Məfatihu'l-Ğeyb" təfsiri)

-----------------

مَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَ‌ٰلَهُمْ فِى سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتْ سَبْعَ سَنَابِلَ فِى كُلِّ سُنۢبُلَةٍ مِّا۟ئَةُ حَبَّةٍ

"Mallarını Allah yolunda xərcləyənlərin misalı, 7 sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində 100 ədəd dən vardır..." (Bəqərə/261)

 

Ayədən məqsəd, budur:

Daha çox əldə etməyi və qazancı arzu edən bir insan, tək bir toxum əkdiyində, onun, özünə 700 dən verəcəyini bilirsə, onun, bunu etməməsi və ya bu xüsusda qüsurlu davranması, münasib düşməz.

Bax, eynilə bunun kimi, axirətdə, Haqq Taala qatında mükafat istəyən kimsənin, verdiyi və etdiyi tək bir yaxşılığa qarşı, 10 və ya 100 və ya 700 mislini alacağını bildiyində, bunu, mütləq etməsi lazımdır. ("Məfatihu'l-Ğeyb" təfsiri)

---------------------

وَمَثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمْوَ‌ٰلَهُمُ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍۭ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَـَٔاتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ

"Mallarını Allahın razılığını qazanmaq və nəfslərini möhkəmləndirmək üçün xərcləyənlərin məsəli təpə üzərindəki bağın məsəlinə bənzəyir ki, ona şiddətli yağış düşdükdən sonra o öz bəhrəsini iki qat verər. Hərgah ona şiddətli yağış düşməzsə, narın yağış da bəs edər." (Bəqərə/265)

-------------------

-------------------

✓ Saleh əməlin əza və riya ilə boşa getdiyinə dair:

أَيَوَدُّ أَحَدُكُمْ أَن تَكُونَ لَهُۥ جَنَّةٌ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَـٰرُ لَهُۥ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَ‌ٰتِ وَأَصَابَهُ ٱلْكِبَرُ وَلَهُۥ ذُرِّيَّةٌ ضُعَفَآءُ فَأَصَابَهَآ إِعْصَارٌ فِيهِ نَارٌ فَٱحْتَرَقَتْ

"Məgər sizlərdən biri istəyərmi ki, onun xurma ağaclarından və üzümlüklərdən ibarət, ağacları altından çaylar axan və içində də onun üçün hər cür meyvələr olan bir bağı olsun, sonra da ona qocalıq üz verdiyi zaman, özünün də o bağa möhtac olan uşaqları olduğu bir halda, bu bağa odlu bir qasırğa düşüb onu yandırsın?" (Bəqərə/266)

 

Bil ki, ayətin ifadə etmək istədiyi məna, budur:

Məsələn, bir insanın, son dərəcə gözəl və məhsuldar bir baxçası olsun. O da, çalışıb-çabalaya bilməyəcək qədər aciz bir hala düşsün və son dərəcə də ehtiyac sahibi olsun. Eyni zamanda, onun, möhtac və çalışa bilməyəcək yaşda uşaqları olsun. Şübhəsiz ki, bu insanın möhtac olması və çalışa bilməyəcək hala gəlməsi, onun, son dərəcə sıxıntı və məşəqqət içində olduğunu göstərir. Bununla bərabər, aciz və çalışa bilməyəcək haldakı uşaqların da, o kimsənin baxımı altında olmaları, məşəqqət və sıxıntısını qat-qat artırır. Bu şərtlər altındakı insan, bir sabah qalxdığında, o məhsuldar baxçasının yanıb kül olduğunu görsə, bu halda, onun qəlbindəki kədər və həsrətin nə qədər böyük olacağını bir düşün! Bu bəla və sıxıntı, birincisi, bu gözəl mülkün zay olması səbəbilə ortaya çıxar. Ayrıca, o kimsə, çalışa bilməyəcək qədər aciz olub, başqalarının özünə yardım etmələrindən ümidsiz olması ilə bərabər, ehtiyac içində qalmışdır. Bir də, başqa insanların, yəni, uşaqlarının, onun baxımına möhtac bir halda olmaları və ondan yemək-içmək istəmələri kimi səbəblərlə, ehtiyacı daha da artar.

Bax eynilə bunun kimi, Allah üçün infəq edən (malını xərcləyən) kimsə, -axirətdəki cənnəti ummasında- bütün ehtiyacları xüsusunda tək istinadı o baxça olan adam kimidir. Lakin, bu kimsə, infəqin ardınca verdiyini başa vurub, kasıbı incitdiyi zaman, bu hal, o baxçanı yandırıb külə çevirən odlu bir qasırğa kimi olmuş olar. Bu infəqi də, peşmanlıq, heyrət və kədər izləyər. Bu kədər verən mal, qiyamət günü üçün infəq edildiyində və o kimsə də infəqinin savabına son dərəcə möhtac olduğu zaman, o qiyamət günündə, ondan bir şey tapa bilməz. Beləcə, şübhəsiz, kədərlərin ən böyüyü və ah-vah etmələrin ən şiddətlisi içində qalmış olar. Bu, son dərəcə gözəl və mükəmməl bir bənzətmədir. ("Məfatihu'l-Ğeyb" təfsiri)

----------------------

مَّثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ أَعْمَـٰلُهُمْ كَرَمَادٍ ٱشْتَدَّتْ بِهِ ٱلرِّيحُ فِى يَوْمٍ عَاصِفٍ ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُوا۟ عَلَىٰ شَىْءٍ ۚ ذَ‌ٰلِكَ هُوَ ٱلضَّلَـٰلُ ٱلْبَعِيدُ

"Rəbbini inkar edənlərin məsəli – onların əməlləri, qasırğalı bir gündə küləyin şiddətlə sovurduğu külə bənzəyir. Onlar gördükləri işlərə görə savab qazanmazlar. Dərin azğınlıq da elə budur." (İbrahim/18)

------------------------

------------------------

✓ Kəlamın təbəqələrindən təvsif məqamına dair:

(Yəni, Quran təmsillərinin bir qismi də, kəlam təbəqələrinin bir növü olan təvsif və səna məqamıdır. Allah Taala, Öz felini, camal və kamal ifadə edən vəsflərini, təmsil yolu ilə bəyan etməkdədir. Ustad Nursi, mövzu ilə bağlı 4 misal zikr edəcək. Belə ki:)

ٱسْتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِىَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ ٱئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَآ أَتَيْنَا طَآئِعِينَ

"Sonra O, tüstü halında olan göyə tərəf yönəlib ona və yerə: 'Könüllü surətdə və ya məcburi olaraq gəlin əmrimə boyun əyin!'– dedi. Onlar: 'Könüllü olaraq gəldik!'– dedilər." (Fussilət/11)

 

Təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/fussil%C9%99t-sur%C9%99si-11...

-----------------------

Sonra deyildi: “Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitirildi və gəmi Cudi dağı üzərində qərar tutdu. Sonra deyildi: “Məhv olsun zalım adamlar!” (Hud/44)

 

Təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hud-sur%C9%99si-44-cu-ay%C9%...

------------------------

أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلًا كَلِمَةً طَيِّبَةً كَشَجَرَةٍ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ

تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينٍۭ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ

"Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz, kökü sabit; budaqları isə, göydə olan gözəl bir ağac kimidir.” (İbrahim/24)

“O ağac, Rəbbinin izni ilə, öz bəhrəsini hər zaman verir. Allah, insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.” (İbrahim/25)

وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجْتُثَّتْ مِن فَوْقِ ٱلْأَرْضِ مَا لَهَا مِن قَرَارٍ

Pis söz isə yerdən qoparılmış və artıq kökü üstə dura bilməyən pis bir ağaca bənzəyir." (İbrahim/26)

Şeirdə, belə deyilmişdir:

"İnci kimi olan ulduzlar, gecə məcrasında axar,

Sanki çayın üzərində çiçəkləri üzən baxça kimi."

 

Bu şeirdə, şair, Əyyubi dövlətini, bir təmsil ilə mədh etmişdir. Belə ki:

~ Əyyubi dövlətini: ulduzları parlayaraq dönən, hərəkət edən bir gecənin vəziyyətinə; və

~ O gecəni də, çiçəkləri, gülləri bol olan bir yerə, bir baxçaya bənzətmişdir, ki, onlardan qopan çiçəklər, orda axan çayın üzərinə düşərək və göydəki ulduzlar kimi parlayaraq, çayın üzərində yüksəlib gedərlər.

Bax şair, bu dövlətin rüknlərinin də, bir ulduz, bir çiçək məsabəsində olduqlarını, belə bir təmsil ilə ifadə etmişdir.

Ayələrin təfsiri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ibrahim-24-25-26-ci-ay%C9%99...

-------------------

-------------------

Bil ki: Təmsillə bağlı bu ayələrin hər birində, fərqli təbəqələr, mərtəbələr, surətlər və üslublar vardır. Hər biri, hər bir parçası ilə, həqiqətlərdən bir qisim incəlikləri təkəffül (yüklənmiş) və ehtiva etmişdir. Necə ki sən, gümüş şüşələr alsan; onları qızıl ilə cilalasan; sonra cövhərlə naxışlasan; ardından elektriklə işıqlandırsan, o şüşələrdə, qat-qat gözəlliklər və fərqli-fərqli zinətlər görərsən. Onun kimi, bu ayələrin hər birində, əsl məqsəd tərəfindən, təmsili üsluba doğru işarətlər edilmiş; bir qisim məqamlara bəzi rəmzlər uzanmışdır. Sanki, əsl məqsəd, fərqli mərtəbələr üzərində yuvarlanmış və hər birindən, bir rəng və hissə almışdır. Beləcə, bu kəlimələr, "cəvamiu'l-kəlim", hətta "cəm'ul-cəvami" növündən olmuşdur.

---------------------

---------------------

Bir fəsl və müqəddimə:

Bil ki: Mütəkəllim (danışan), mənanı ifadə edib sonra dəlil vasitəsilə ağla qənaət verdiyi kimi; fərqli təmsillər vasitəsilə də, vicdana fərqli hissiyyat buraxar. Beləcə, qəlbdə, meyl və ya nifrəti təhrik edər; onu qəbula hazırlayar. Elə isə, bəliğ (bəlağatlı) kəlam, ağıl və vicdanın bərabər istifadə etdikləri kəlamdır. Ağla xitab etdiyi kimi, vicdana da damlayar. Bu 2 cəhəti təmin edən isə, təmsildir. Çünki, təmsildə qiyas vardır. Bu qiyas vasitəsilə, özü ilə təmsil gətirilən şeydə var olan qanun, müməssəl (özü üçün təmsil gətirilən)'in aynasına əks edər. Beləcə, sanki, müdəlləl (dəlilli) bir iddia olar. Məsələn, rəiyyətinin rahatı üçün bəlalara sinə gərən bir rəis haqqında, belə deyərsən:

"O, bir dağdır. Qar və dolunun zəhmətlərini yüklənər ki, alt qismindəki vadilər yaşıllaşsın."

Təmsilin əsası, təşbihdir. Nifrət, rəğbət, meyl, xoşlanmamaq, heyrət və ya heybət kimi hissləri hərəkətə keçirmək, təşbihin şanındandır. Bunun üçün, təşbih, təzim, təhqir, tərğib, tənfir (nifrət etdirmək), təşvih (çirkinliyini göstərmək), təzyin (bəzəmək), təltif kimi məqsədlərlə edilir. Beləcə, üslubun surətilə, vicdan tənbeh edilir; meyl və ya nifrətlə hissə xəbərdarlıq edilir.

Belə hallar, təmsilə ehtiyac hiss etdirir:

1. Mənanın dərin və dəqiq (incə) olması;

2. Məqsədin parça-parça və dağınıq olması.

Təmsil ilə bunlar bir-birinə rəbt edilir.

Qurandakı mütəşabihat, birinci qisimdəndir. Çünki mütəşabihat (mütəşabihlər), mühəqqiqlər nəzdində, ali təmsillərin bir növüdür. Mücərrəd həqiqətlərin və sırf ağla xitab edən məsələlərin bir üslubu və ifadə tərzidir. Çünki avam, əksəriyyətlə, həqiqətləri, bir-başa anlamazlar. Ancaq xəyallarını istifadə edərək başa düşə bilərlər. Sırf ağla xitab edən məqulatı (ağılla idrak edilən şeyləri), ancaq təmsili üslublarla fəhm edə bilərlər.

Beləcə, Quranda, "Arşa istiva etdi." (Əraf/54) kimi mütəşabih ayələrin yer alması, (bu həqiqətləri insanların) zehnlərinə mənus qılmaq (yəni, zehnləri o həqiqətlərlə ünsiyyət etdirə bilmək) və fəhmlərini nəzərə almaq üçündür.

 

Mütəşabihlər üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mohk%C9%99m-v%C9%99-mut%C9%9...

 

(Bədiü'z-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" təfsiri, Bəqərə 17-18-ci ayələrin təfsiri)

Read 11 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR