Allah, İlah və əl-Lat, eyni mənalıdırmı?

Allah, İlah və əl-Lat, eyni mənalıdırmı?

✓ Birinci məsələ: Bizə görə, tərcihə daha uyğun olan, Allah ləfzinin, qətiliklə, heç bir şeydən iştiqaq etməmiş (törəməmiş, meydana gəlməmiş) olub Allahın, aləm/xüsusi ismi olmasıdır. Ki, bu görüş,

~ Xəlil;

~ Sibeveyh;

~ Üsul və fiqh alimlərinin əksəriyyətinin

görüşüdür.

Hökmün belə olduğunu, bir çox dəlil göstərməkdədir. (Belə ki):

• Birinci dəlil: Əgər Allah ləfzi, başqa bir şeydən iştiqaq etmiş olsaydı, mənası, külli bir məna olar, ləfzin şəxsən özü, başqalarının onun mənasına şərik olmasına əngəl ola bilməzdi. Çünki, müştaq (başqa kəlimədən meydana gələn) ləfz, ancaq, müştaqqun minh (özündən törədilən, meydana gətirilən ləfz)'in ifadə etdiyi bir çox mənadan qapalı bir məna ifadə edir. (haşiyə) Bu məna isə, onun ilə digər bir çoxları arasında, bir şərikliyin meydana gəlməsinə mane deyildir.

Beləcə, bu ləfz, əgər "müştaq" olsaydı, özü ilə başqa bir çoxları arasında bir şərikliyin meydana gəlməsinə mane ola bilməyəcəyi ortaya çıxmış olardı.

--------------------------------

(Haşiyə:

Lüğətdə, "bir şeyin yarısını götürmək" mənasına gələn "iştiqaq" kəliməsi, termin olaraq, "aralarında məna münasibəti olan 2 kəlimədən birinin, digərindən götürülməsi və törədilməsi" deməkdir.

~ Özündən törədilən, meydana gətirilən əsl (kök) kəliməyə - müştaq minh;

~ Ondan törəyən, meydana gələn fəri kəliməyə də - müştaq və ya iştiqaq adı verilir.

-----------------------------

Əgər hal, belə olsaydı, o vaxt, "Lə iləhə illəllah" sözümüz, ifadə etdiyi məna ilə, bir çoxları arasında meydana gələn şərikliyə mane olan, həqiqi bir tövhid olmazdı. Çünki, Allah ləfzinin müştaq bir ləfz olduğu qəbul edilincə, bu ləfzin muhtəvasına bir çox şəxsin girməsinə, mane ola bilməz. Bu halda da, "lə iləhə illəllah" sözümüz, sırf tövhidi iqtiza etməzdi (gərəkdirməzdi). Halbuki, ağlı olan hər kəs, "lə iləhə illəllah" sözümüzün, sırf tövhidi gərəkdiriyində, ittifaq etmişlərdir.

Bu səbəblə, başa düşmüş olduq ki, "Allah" sözümüz, bu müəyyən Zat'ın, "aləm/xüsusi" ismidir və müştaq ləfzlərdən deyildir.

 

• İkinci dəlil: Müəyyən bir zatı zikr etmək istəyib Onu sifətlərilə anmaq istədiyində, ilk əvvəl, Onun ismini zikr edib; ismin ardınca da, sifətlərini zikr edərsən. Məsələn, "Zeyd, fəqih, nəhvçi və üsulçudur." deyilir.

Bunu yaxşıca başa düşdüyün zaman, biz, deyirik ki:

Allah Taala'nı, müqəddəs sifətlərilə anmaq istəyən kimsə, ilk əvvəl, Allah ləfzini; bunun ardınca da, Allahın mədhinə/tərifinə dair sifətlərini zikr edər. Məsələn, "Allahu, əl-Alimu, əl-Qadiru, əl-Həkimu." (Yəni, Allah, alim, qadir və hakim/hikmət sahibi'dir.) deyildiyi kimi...İfadəni tərsinə çevirərək, "əl-Alimu, əl-Qadiru, əl-Hakimu Allahu" deməzlər.

Bu da, "Allah" ləfzinin, Haqq Taala'nın aləm/xüsusi ismi olduğunu göstərir.

Əgər,

"Haqq Taala, İbrahim surəsinin başında,

...ٱلْعَزِيزِ ٱلْحَمِيدِ ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَمَا فِى ٱلْأَرْضِ...

...əl-Əzizi'l-Həmidi Allahilləzi ləhu mə fi's-səməvəti və mə fi'l-ardi...

Yəni:

"Göylərdə və yerdə olan hər şeyin, Özünə aid olduğu Əziz, Həmid, Allah (İbrahim/1-2) şəklində buyurmuşdur." deyərlərsə, biz, belə deyərik:

Burda, 2 cür qiraət vardır:

1. Qiraət alimlərindən bir qismi, burdakı "Allah" ləfzini, raf (adlıq halda, yəni, kəlimənin sonu "u" hərəkəsilə) oxumuşlardır ki, bu halda, sual ortadan qalxar. Çünki, "Allah" ləfzi mübtəda qılınınca, o, özündən əvvəlki kəlimənin sifəti olmaqdan çıxarılmış olur.

2. "Allah" ləfzini, cərr (yiyəlik halda, sonu "i" hərfilə, ayətdə keçdiyi) şəkildə oxuyana gəlincə, bu, bizim bu sözümüz kimidir: "Həzihi'd-daru, mulki li'l-fədili əl-alimi Zeydin." (Yəni, "Bu ev, fəzilətli və alim (bir nəfərin), yəni, Zeydin mülküdür.")

Bu ifadədən iradə edilən (murad), "Zeyd" kəliməsinin, "alim" "fəzilətli" kəlimələrinin sifəti olması deyildir. Əksinə, məna, budur:

"Bu ev, alim və fəzilətli (bir kimsənin) mülküdür." deyildiyi vaxt, bu alim və fəzilətli kimsənin şəxsiyyəti xüsusunda, zehndə, bir qapalılıq qalır.

Ancaq, bu ifadənin ardından, qapalılığı ortadan qaldırmaq üçün, "Zeyd" kəliməsi söylənilir.

Necə ki, burda, aləm/xüsusi isim (olan Zeyd ləfzinin) sifət olması lazım gəlmədisə, bu ayətdə də belədir.

 

• Üçüncü dəlil: Allah Taala,

...هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّا

"...Həl tə'ləmu ləhu səmiyyə?"

Yəni:

"...Ona bir adaş, bilirsənmi?" (Məryəm/65) buyurmuşdur.

Bu ayətdə, adaşdan məqsəd, sifət deyildir. Əks halda, ...هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّا sözünün yalan olması lazım gələrdi.

Buna görə, bu ayətdəki isimdən məqsədin, aləm/xüsusi isim olması lazımdır.

Bundan dolayı, Haqq Taala'ya bir aləm ismi verən hər kəs, bu ayətdəki ismin, ancaq "Allah" ismi olduğunu söyləmişlərdir. (haşiyə)

-------------------------------

(Haşiyə:

İmam Razi, Məryəm surəsi 65-ci ayətin təfsirində belə deyir:

Bəzi kimsələr, bu ayətdən qəsd edilən mənanın, "Allahın, (Allah) ismi xüsusunda bir şərikinin olmadığı" şəklində olduğunu söyləmiş və bunu, 2 cəhətdən açıqlamağa çalışmışlardır:

a. Onlar (müşriklər), bütləri haqqında "ilah" ləfzini istifadə edir; ancaq, Allah ləfzini, Haqq Taala xaricində heç bir şeyə vermirdilər.

İbn Abbas (radiyallahu anh)'dan da, "Rahmən ismilə də başqasının isimləndirilmədiyi (adlandırılmadığı)" xüsusu rəvayət edilmişdir.

b. Ayətin mənası, "Batil olaraq deyil, həqiqətən, haqq olaraq Onun ismini/adını almış olan bir şəxs bilirsənmi?" şəklindədir.

Çünki, batil olaraq verilən ismə etibar edilə bilməyəcəyi üçün, sanki, o isim, ona verilməmiş kimidir.

Birinci görüş, doğru olandır. Allah, ən gözəl biləndir.

----------------------------------

"Allah" ləfzinin bir aləm/xüsusi isim olmadığını iddia edənlər, bir çox dəlil iləri sürmüşlərdir. (Belə ki):

• Birinci dəlil: Allah Taala'nın,

وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَـٰوَ‌ٰتِ...

"Və huvəllahu fi's-səməvəti..." = "O Allah olan, göylərdə'dir." nam/3);

هُوَ ٱللَّهُ ٱلَّذِى لَآ إِلَـٰهَ إِلَّا هُوَ...

"Huvəllahulləzi lə iləhə illə hu..." = "O Allah olan, Özündən başqa ilah olmayandır." (Haşr/22) ayətləridir.

Bu ayətlərdəki "Allah" ləfzinin, mütləq sifət olması lazımdır. Bu ləfzin, aləm/xüsusi isim olması, caiz deyildir. Buna dəlil isə,

... = "Huvə Zeydun fi'l-bələdi və huvə Bəkrun." = "O Zeyd olan, şəhərdə'dir. O da, Bəkr'dir." deyilməsinin caiz olmamasıdır.

Ancaq bunun yerinə,

... = "Huvə'l-alimu əz-zahidu fi'l-bələdi." = "O, şəhərin alim və zahididir." deyilməsi, caizdir.

Bu yolla, nəhv alimlərinin, "Damir (şəxs əvəzliyi), nə sifət, nə də məvsuf (sifətlə vəsf olunan) olur." sözlərinə etiraz edilir.

(Beləcə), "Allah" ləfzinin bu ayətlərdə sifət olaraq gəldiyi ortaya çıxınca, aləm/xüsusi isim olması, imkansız olur.

 

• İkinci dəlil: Aləm/xüsusi isim, işarət yerinə keçər. Allah Taala haqqında işarət edilmək imkansız olduğuna görə, Ona bir aləm/xüsusi isim verilməsi də, imkansız olur.

 

• Üçüncü dəlil: Xüsusi ismə, bir şəxsi, həqiqət və mahiyyət cəhətindən ona bənzəyən digər bir şəxsdən ayırmaq üçün müraciət edilir. Bu isə, Haqq Taala haqqında imkansız olduğuna görə, Onun xüsusi bir isim olduğuna hökm etmək də, imkansız olur.

 

(Onların) birinci dəlillərinə, bu şəkildə cavab veririk:

"Və huvəllahu fi's-səməvəti..." = "O Allah olan, göylərdə (ibadətə layiq olan)'dır." və bənzəri ayətlərin; "Həzə Zeydun, əlləzi lə nəzira ləhu fi'l-ilmi və'z-zuhdi." = "Bu, elm və zühddə naziri/bənzəri olmayan Zeyddir." ifadəsi kimi olduğunu söyləmək, nə üçün caiz olmasın?! (haşiyə)

------------------------------

(Haşiyə:

İmam Razi, Ənam surəsi 3-cü ayətin təfsirində, belə deyir:

وَهُوَ ٱللَّهُ فِى ٱلسَّمَـٰوَ‌ٰتِ وَفِى ٱلْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ

"Və huvəllahu fi's-səməvəti və fi'l-ardi. Yə'ləmu sirrakum və cəhrakum və yə'ləmu mə təksibun."

Yəni:

"O Allah olan, göylərdə, yerdədir. O, içinizdə olanı da, aşkarda olanınızı da bilir. (O), sizin nə qazanacağınızı da bilir."

Bu ayətdə, təqdiri (sözdə zikr edilməyib sözün gəlişindən başa düşülən məna və ya kəlimə), belə olan bir təqdim və təxir vardır:

و هو الله يعلم في السماوات و في الأرض سركم و جهركم

... = Və huvəllahu yə'ləmu fi's-səməvəti və fi'l-ardi sirrakum və cəhrakum." = "O Allah olan, göylərdə və yerdə, sizin sirrinizi də, açığınızı da biləndir."

Bu mənanı, bu sözümüz dəstəkləməkdədir:

Ayətdəki "və huvəllahu" = "və O Allah olan." ifadəsi, "huvə'l-fadilu əl-alimu" = "O, fəzilətli və alim olandır." cümləsi kimidir. Burdakı "huvə/o" kəliməsi, hasr (məhdudlaşdırma) mənasını ifadə üçün gətirilmişdir. Bu incəlik, "Allah" ləfzini, müştaq bir isim olaraq zikr etdiyimiz vaxt bəhs mövzusu olur. Ancaq, "Allah" ləfzini, müəyyən bir varlığı göstərən işarət ismi olaraq, bir varlığın xüsusi bir ismi saydığımızda, "huvə/o" damiri (şəxs əvəzliyi)'nin, bu kəlimənin önünə keçməsi, doğru olmaz.

Lakin "Allah" ləfzini, müştaq qəbul etdiyimiz vaxt, "huvəllahu/O Allah olan" ifadəsi, "Huvə'l-Mə'budu fi's-səməvəti..." = "O Məbud olan, göylərdə və yerdə (Özünə ibadət ediləndir)." mənasında olur.

"Huvə Zeydun fi'l-bələdi və huvə Bəkrun."

Yəni: "O Zeyd olan, şəhərdədir. O da, Bəkr'dir."

Burda mübahisə edilən mövzu, damirdən (O şəxs əvəzliyindən) sonra gələn kəlimənin, bədəl və ya sifət qəbul edilməsidir.

Bədəldən sonra gələn kəliməni sifət qəbul edənlər, "Allah" ləfzini, "ilah" kəliməsindən çıxmış müştaq bir kəlimə qəbul edirlər.

Ancaq, damirdən sonra gələn kəliməni bədəl olaraq qəbul edənlər isə, "Allah" kəliməsini müştaq deyil, aləm/xüsusi bir isim olaraq qəbul edirlər.

• Birinci görüşə görə: "Və huvəllahu fi'səməvəti";"huvəllahu əlləzi lə iləhə illə hu." kəlimələrinin təvili:

"Huvə Zeydun fi'l-bələdi."

Yəni: "O Zeyd, şəhərdədir."

"Huvə/o", mübtəda; "Zeyd", sifət; "fi'l-bələdi", xəbərdir.

Eynilə bu misalda olduğu kimi, "Huvəllahu fi'səməvəti". Yəni: "O Allah olan, səmalardadır."

Burda, “Huvə/O”, mübtəda; "Allahu", "İlah" kəliməsindən müştaq olan sifətdir. "Fi's-səməvəti/səmalardadır" isə, xəbərdir.

 

• İkinci görüşə görə, ayətin təvili:

Bədəl qəbul edənlərə görə: "O Zeyd, şəhərdədir."

"Huvə/O", mübtəda; "Zeyd" kəliməsi, "huvə/O"nun bədəli; “fi'l-bələdi”, xəbərdir.

"Və huvəllahu fi'səməvəti"

Yəni: "O Allah, səmalardadır."

“Huvə/O”, mübtəda; "Allah" ləfzi isə, bədəl; “fi's-səməvəti” - xəbərdir.

 

Məhəllu'l-ixtilaf (ixtilaf nöqtəsi):

~ Birinci qrupa görə: sifət, hər hansı bir kəlimədən meydana gələ bilər. Onlara görə, feli müştaqların xaricindəki kəlimələr də, sifət ola bilərlər. Ondan dolayı, Allah ləfzi kəliməsini, sifət qəbul etmişlərdir.

~ İkinci qrup görə: sifət, sadəcə feli müştaqlardan meydana gəlir. Allah ləfzi, feli müştaq kəlimə deyildir. Bundan dolayı, Allah ləfzi, sifət qəbul edilməmişdir. Əksinə, bədəl qəbul edilmişdir.

-------------------------------

İkinci dəlillərinə, bu şəkildə cavab veririk:

Aləm, müəyyən bir şəxsi təyin etmək üçün verilmiş bir isimdir. Bunda, müsəmma (isim verilən şəxs)'ə, hiss və ya ağıl yolu ilə işarət etməyə ehtiyac yoxdur. Bu, eyni zamanda, üçüncü dəlillərinə də cavabdır.

------------------------------

------------------------------

√ İkinci məsələ: "Allah" isminin müştaq bir isim olduğunu deyənlər, bu mövzu ilə bağlı bir çox xüsusdan bəhs etmişlərdir:

• Birincisi:

"İlah": "istər haqq, istər batil yolla özünə ibadət edilsin, mə'bud (ibadət edilən)" deməkdir. Sonra, şəriətin örfündə, haqq bir yolla Özünə ibadət edilən varlıq haqqında istifadəsi, yayğın hala gəlmişdir. Bu izahımıza görə, Allah, əzəldə ilah ola bilməz (iləridə izahı gələcəkdir).

Haqq Taala, ibadətə layiq tək varlıqdır. Çünki Allah Taala, böyük olsun, kiçik olsun, bütün nemətləri verəndir. Çünki, mövcud olan bir şey, ya Vacibu'l-Vücud (varlığı vacib, zəruri olan, yoxluğu düşünülə bilməyən Allah)'dır; ya mümkinu'l-vücud (varlıq və yoxluğu bərabər olanlar, Allah xaricində bütün məxluqat)'dır. Mümkinu'l-vücud, ancaq, onu tərcih edəcək bir mürəccih ilə var olur. O halda, bütün mümkün varlıqlar, ya vasitəsiz, ya da vasitəli olaraq, Allahın yaratması və təkvini ilə varlıq qazanmışlardır. Bundan dolayı, qul üçün meydana gəlmiş olan bütün nemətlər, ancaq, Allah Taala'dandır. Beləcə, nemət verməyin ən üstününün Allahdan olduğu; və ibadətin də, Allaha təzim etməyin zirvəsi olduğu, başa düşülmüş olur. Bu, belə olduğunda, biz deyirik ki, təzimin ən üstün şəkli, ancaq, ən çox nemətin meydana gəldiyi Kimsəyə layiqdir. Elə isə, Allahdan başqa qulluq edilməyə (ibadətə, təzimə) layiq bir varlıq yoxdur.

İnsanlardan, savab (yəni, mükafat) istəyilə Allaha ibadət edənlər vardır. Bu, bir cəhalət və zəiflikdir. Bir çox xüsus, buna dəlalət etməkdədir. (Belə ki):

~ Birincisi: İbadətilə başqa bir şeyə çatmaq üçün Allaha ibadət edən kimsənin, həqiqətdə mə'budu (ibadət etdiyi), o çatmaq istədiyi şeydir. Bu səbəbdən dolayı, savab istəyilə, Allaha ibadət edən kimsənin mə'budu, həqiqətdə o mükafat olmuş; Allah Taala isə, bu mə'buda çatmağa bir vasitə qəbul edilmiş olur ki, bu, böyük bir cəhalətdir.

~ İkincisi: İnsan, savab istəyilə və ya Allahın əzabından qorxuduğu üçün namaz qıldığını desə, namazı, səhih olmaz.

~ Üçüncüsü: Başqa bir məqsəddən ötürü iş görən kimsə, bu məqsədini başqa bir yoldan əldə etsə, aradakı vasitəni tərk edər. Əcr və savab üçün Allaha ibadət edən kimsə, əgər əcri və savabı bir başqa yoldan əldə edə bilərsə, Allah Taala'ya ibadət etməz. Belə olan kimsə də, nə Allahı sevmişdir; nə də Allaha qulluq xüsusunda istəklidir. Bütün bunlar isə, bir cəhalətdir.

İnsanlardan, birinci məqsəddən daha üstün bir məqsəd ilə Allaha ibadət edən kimsələr vardır. Bu qayə də, Allaha xidmət ilə şərəflənməkdir. Çünki bu kimsə, namazına başladığı vaxt, qəlbində, bu niyyət meydana gəlir. Bu niyyət isə, Rububiyyətin izzətini və qulluğun zillətini bilməkdən ibarətdir. Dildə, zikr; üzvlər (orqanlar)'da da xidmət meydana gəlir. Beləcə, qulun hər bir cüz (parça)'sı, Allah Taala'nın xidmətilə şərəflənir. Zatən qulun məqsədi də, bu şərəfə çatmaqdır.

Bəzi insanlar, "İlah": "Özünə ibadət edilən varlıqdır." deyən kimsələrin görüşlərini, bir çox cəhətdən tənqid etmişdirlər. (Belə ki):

a. İlah olmadıqları halda, bütlərə ibadət edilmişdir.

b. Allah, ibadət etmələri imkansız olan bütün cansızların və heyvanların da ilahıdır.

c. Haqq Taala, ibadət etmədikləri halda, uşaqların və dəlilərin də ilahıdır.

d. Məbudun özü, məbud olduğu üçün, bir sifəti yoxdur. Çünki, Onun məbud olmasının, ancaq, insanın zikrilə zikr edildiyində və insanın bilməsilə məlum və iradəsilə də xidməti murad edildiyində bir mənası vardır. Bu hala görə, uluhiyyət, Allahın sifəti ola bilməz.

e. Allah Taala'nın, əzəldə ilah olmadığını söyləmək lazımdır.

İnsanlardan bəziləri də, ilahın, mə'bud'dan ibarət olmadığını; daha doğrusu, ilahın, ibadət edilməyə layiq zat olduğunu deyənlər də vardır. Bu tərifə görə də, ilahın, cansızların, heyvanların, uşaqların və dəlilərin ilahı olmadığı kimi; əzəldə də ilah olmaması lazım gəlir.

İlahı, belə tərif edənlər də olmuşdur: O, bəzi fellərə güc çatdıran bir Varlıqdır ki, əgər o felləri işləyərsə, ibadət etmək, öz şənindən olan hər şeyin ibadətinə haqq qazanmış olar.

Biz, ilahı, ilk 2 izah şəklilə ələ alsaq, O, əzəldə ilah olmamış olar. Əgər biz, Onu, üçüncü izah şəklilə izah edərsək, əzəldə ilah olduğu başa düşülmüş olar. (haşiyə)

----------------------------------------

(Haşiyə:

Rəhman surəsi 6-cı ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-6-ci...

Rad surəsi 15-ci ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/rad-sur%C9%99si-15-ci-ay%C9%...

Nəhl surəsi 48-ci ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99hl-sur%C9%99si-48-ci-...

Həcc surəsi 18-ci ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99cc-sur%C9%99si-18-ci-...

--------------------------------------------

 

 

• İkincisi: "İlah" kəliməsi, ərəblərin, birinin yanında sükunət qazandıqlarında söylədikləri "Əlihtu ilə fulənin" sözündən törəmiş/meydana gəlmişdir.

Buna görə, ağıllar, ancaq, Onun zikrində sükunət qazanar; ruhlar isə, ancaq ilahi mərifət (bilik) ilə yüksələrlər. Bunun, bir çox yöndən izahı vardır:

a. Kamal, bizatihi (zatı etibarı ilə) sevilir. Allahdan başqa olan şeylər isə, zatları gərəyi nöqsandırlar. Çünki, mümkün (varlıqları və yoxluqları bərabər) olmaları cəhətindən, yox sayılmışlardır. Yoxluq isə, nöqsanın əslidir. Zatı gərəyi nöqsan olan, ancaq, Zatı gərəyi kamil olanın kamil qılması ilə kamil olur. Kamil olan, zatı gərəyi sevilib; Haqq (Taala)'nın da, Zatı gərəyi kamil olanın, bizzat (şəxsən) Özü olduğu sabit olunca, Onun, Zatı gərəyi sevilmiş olması lazımdır.

b. Haqq Taala'nın xaricində hər şey, zatı gərəyi mümkündür. Zatı gərəyi mümkün olan, öz-özünə dura bilməz. Tam əksinə, başqasına söykəndiyində dayanar. Çünki, o, ancaq, Başqasının sayəsində var olmuşdur. Buna görə, hər mümkün (varlıq), öz-özünə dura bilməz; daha doğrusu, Zatı gərəyi vacib olana (Allaha) söykənmədiyi müddətcə, var ola bilməz. Xarici varlıq aləmində, hal belə olunca, əqli varlıq aləmində də, halın eyni olması lazımdır. Ağıllar, Allahın rəhmətinə gözünü dikmiş; fikir, Onun kərəm və lütf libasına möhkəm sarılmışlardır. Allahın,

...أَلَا بِذِكْرِ ٱللَّهِ تَطْمَئِنُّ ٱلْقُلُوبُ

"...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır." (Ra'd/28) ayətini təfsir xüsusunda, bu 2 ayətə istinad edilmişdir.

 

• Üçüncüsü: "İlah" ləfzinin, "vələh" sözündən meydana gəlmiş olmasıdır ki, bunun mənası, "ağlın itməsi"dir.

Bil ki, məxluqat, 2 qisimdir:

a. Birincisi, "Haqq Taala'nı tanıma dənizinin sahilinə çatanlar";

b. İkincisi də, bundan məhrum olanlar.

Məhrum olanlar, "təəccüb zülmətləri"ndə, "cəhalət heyrətləri"ndə qalmışlardır. Sanki onlar, ağıllarını və ruhlarını itirmişlərdir.

Bu sahili tapanlara gəlincə, onlar, "nur meydanları"na çatmış; kibriya və cəlal sahəsinə vasil olmuş; "samədiyyət (Allaha möhtaclıq) meydanları"nda heyrətə düşmüş; "fərdaniyyət (Allahın birliyi) meydanı"nda yox olmuşlardır. Beləcə, məxluqatın və canlıların hamısının, Allahı bilməkdə mütəhayyir (heyrətdə) qaldıqları ortaya çıxır. Beləcə də, məxluqatın Haqq ilahı'nın, sadəcə və sadəcə O olduğu qətiləşir.

Digər bir ifadə ilə, bəşəri ruhlar, tövhid və təzim meydanlarında yarışmış; bir qismi, geridə qalmış; bir qismi isə, iləri keçmişdir. Geridə qalanlar, iləri keçənlərin tozlarının qaranlıqlarında qalmış; iləridəkilər isə, "nurlar aləmi"nə çatmışlardır. Birincilər, "zülmət vadiləri"ndə yox olmuş; sonrakılar isə, "İlahi ehsanlar aləminin nurları"na yönəlmişlərdir.

 

• Dördüncüsü: "İlah" kəliməsi, bir şey yüksəldiyi vaxt, bunu ifadə üçün istifadə edilən "ləhə" kəliməsindən müştaqdır. Buna görə, Haqq Subhənəhu və Taala, mümkün varlıqlara bənzəməkdən və sonradan meydana gələnlərlə bir münasibət içində olmaqdan, ucadır. Çünki, Zatı gərəyi vacib olan Varlıq, ancaq Odur. Zatı gərəyi kamal sahibi olan, ancaq Odur. Hüviyyətində haqq olan tək varlıq, ancaq Odur və Özündən başqa hər şeyin mucid (icad edən)'i, yalnız Odur.

Yenə, Allah Taala, Özü haqqında, "Onun ucalığı, məkan etibarı ilədir." deyilməkdən də ucadır. Çünki, məkan səbəbilə meydana gəlmiş olan hər yüksəlmə, məkan üçün, bizzat (zatı ilə); məkanda yer alan varlıq üçün isə, arizi olaraq bəhs mövzusudur. Çünki, bu varlıq, sonradan bu məkanda mövcud olmuşdur. Bizzat uca olan isə, başqa bir vəsilə ilə uca olandan, daha şərəflidir. Əgər bu yüksəlmə, məkan səbəbilə olsaydı, bu məkan, Rahmən olan Allahın Zat'ından daha uca və şərəfli olardı. Bunun yalnış olduğu ortaya çıxınca, Haqq Taala'nın ucalığının, məkan etibarı ilə olmaqdan daha uca olduğunu; və imkanlar aləmində meydana gələn hər hansı bir şeyə nisbət edilməkdən daha şərəfli olduğunu başa düşürük.

• Beşincisi: "İlah" kəliməsi, insan, bir şey haqqında heyrətə düşüb ona çata bilmədiyi vaxt söylənilən "əlihə fi'ş-şəy" ifadəsindən iştiqaq etmişdir. Buna görə, qul, Allah Taala haqqında təfəkkürə daldığında, heyrətə düşər. Çünki Allah, insanın təsəvvür və təxəyyül etdiyi hər şeyin xilafına bir varlıqdır. Ağlı, Allahın varlığını inkar etsə, nəfsi, ağlını təkzib edər (yalanlayar). Çünki, O Allahdan başqa hər varlıq, möhtacdır. Özünə möhtac olunan varlıq olmadan, möhtacın varlığı, imkansızdır. O, hissi və xəyali olan şeylərin zəbt etdiyi hər hansı bir şeyə işarət etsə və "O, odur." desə, nəfsi, yenə özünü yalanlayar. Çünki, hissinin və xəyalinin zəbt etdiyi bütün şeylərdəki "hudus/sonradan meydana gəlmə" əmarələri (əlamətləri), açıqdır. Elə isə, ağlın əlində, sadəcə idrakdan aciz olduğunu etiraf ilə, varlığı və kamalı iqrar etmək qalır. Buna görə, idrakı idrak etməkdən aciz olduğunu bilmək də, bir növ idrakdır. Şübhəsiz ki, bu, ağılların heyrət etdiyi, sahillərində çırpındığı, heyranlıq oyandıran bir haldır.

 

• Altıncısı: "İlah" kəliməsi, gizli olmaq mənasına gələn "ləhə - yəluhu" felindən iştiqaq etmişdir. Buna görə, Allah, bir çox cəhətdən gizlidir. (Belə ki):

a. Birincisi: Allah, samədiyyətinin (hər şeyin Ona möhtac olmasının) künhü ilə, ağıllardan gizlidir.

b. Əgər biz, günəşin, hərəkət etmədən, orbitinin ortasında dayandığını fərz etsək, onun işıqları, itmədən, divarların üstündə qalardı. O vaxt, insanın ağlına, divarların üzərinə əks edən bu işıqların, divarların əslindən olduğu gələrdi. Ancaq, günəşin batdığını və batması ilə birlikdə, işıqlarının da, divarlardan çəkilib getdiyini müşahidə etdiyimizdə, bu yolla, bu işıqların, günəşin işıq kürəsindən gəldiyini başa düşmüş oluruq.

Bax, eynilə, günəş kürəsindən bizə çatan işıq kimi, Allah Taala'nın qüdrəti nəzdindən bütün məxluqat aləminə çatan bir varlıq (var etmə) işığı mövcuddur. Əgər Allah Taala üçün, doğmaq, batmaq, qeyb olmaq və təkrar ortaya çıxmaq qəbilindən şeylərin mümkün olduğunu fərz edərsək, Onun batması ilə varlıq işığının da məxluqatdan çəkilib getməsi lazım gələrdi. O vaxt, bu varlıq işığının, Allahdan olduğu ortaya çıxardı. Lakin, batmaq və doğmaq, Allah haqqında muhal/imkansız olunca, ağlı qıt bəzi kimsələrə, bu məxluqatın öz zatları ilə və bizatihi mövcud olduqları düşüncəsi gəlmişdir. Beləcə, Allahın nurunun gizli qalmasının səbəbi, ancaq, Onun nurunun kamalıdır. Bunun üçün, təhqiq əhlindən bəziləri, belə demişlərdir:

"Zuhur (zahir olması)'nın şiddətindən dolayı ağıllardan gizli qalan və nurunun kamalı səbəbilə onlardan gizli qalan (Allahı) təsbih edirik. Onun şanı, nə ucadır."

Hal belə olunca, Allahın samədiyyətinin həqiqətinin, ağıllardan gizli olduğu ortaya çıxar. Bu samədiyyət həqiqəti haqqında, "O, pərdələnmişdir." deyilə bilməz. Çünki, pərdələnən, başqasının hökmü altındadır. Başqasının hökmü altında olmaq, ancaq, qula uyğun düşər. Haqq Taalaya gəlincə, O, hər şeyi, hökmünə boyun əydirəndir. İhticəb (özünü gizlətmə, pərdələmə) sifəti, hakimiyyət sifətidir. Bundan dolayı, Allah Taala, muhtəcib (gizli)'dir; qullar isə, pərdələnmiş (Onu görməkdən əngəllənmiş)'lərdir.

 

• Yeddincisi: "İlah" kəliməsi, ana sinəsindən kəsilən balanın, anasına çox düşgün olmasını ifadə edən "əlihə'l-fəsilu"dakı feldən iştiqaq etmişdir. Bunun mənası, budur:

Qullar, hər bir hallarında, Allaha niyaz etməyə çox düşgün və buna müştaq (istəkli)'dirlər. Buna, bir çox şey dəlalət edir. (Belə ki):

a. Birincisi: İnsan, böyük bir müsibət və afət ilə üz-üzə gəlincə, Allahdan başqa hər şeyi yaddan çıxardır və qəlb və dililə: "Ey Rəbbim!" deyir. Bu bəladan qurtulub nemətlər və bolluqlar yuvasına qayıtdığında, bu qurtuluşunu, zəif səbəblərə və dəyərsiz hadisələrə bağlamağa başlayır. Bu, bir tənaquz (ziddiyyət)'dir. Çünki, bəla və afətlərdən qurtaran və xeyirlərə çatdıran, Allahdan başqası olsaydı, bəlalar gəlib çatdığında da, o başqa varlığa sığınmaq lazım gələrdi. Əgər müsibətlər gəldiyi vaxt, işləri yoluna qoyan, Allahdırsa, bütün digər vaxtlarda da halın eyni olması lazım gələr. Çətin vaxtlarda, Ona sığınıb; rahatlayınca da, Ondan az çevirmək, hidayətə çatmış olanlara yaraşmayan bir haldır.

 

• Səkkizincisi: "İlah" ləfzi, insanın, başına gələn bir işdən dolayı dəhşətə düşüb Allahın himayəsinə sığındığında söylənilən, "əlihə'r-raculu - yə' ləhu" ifadəsindən iştiqaq etmişdir. Məxluqatı hər cür pisliklərdən himayə edən isə, Allah Taala'dır. Çünki, Allah,

...وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ...

"...O, himayə edər; himayə olunmaz..." (Mu'minun/88) deyə buyurmuşdur. Çünki Allah Taala, nemət verəndir.

وَمَا بِكُم مِّن نِّعْمَةٍ فَمِنَ ٱللَّهِ...

"Sizə gələn hər nemət, ancaq Allahdandır..." (Nəhl/53) Çünki Allah, yedirib-içirəndir.

...وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ...

"...O, yedirir; (lakin) yedirilmir..." (Ənam/14)

Çünki Allah Taala, yeganə var edəndir:

...قُلْ كُلٌّ مِّنْ عِندِ ٱللَّهِ...

"De ki: Hər şey, Allahın nəzdindəndir..." (Nisə/78)

Haqq Taala, varlıq verib meydana gətirərək, adəm/yoxluğu əmri altına almış; qüdrət, fel və kamala çatdırmaq vasitəsilə, yoxluğa boyun əydirmişdir. Elə isə, həqiqətdə, O, Allahdır və Ondan başqa bir şey yoxdur.

 

Bu mövzuda zikr edilməsi lazım gələn bəzi incəliklər və faydalı şeylər vardır. (Belə ki):

a. Birinci fayda: Borclu olan kimsənin adəti, alacaqlısını uzaqdan görüncə, ondan qaçmaqdır. Halbuki, Kərim olan Allah,

"Ey qullarım! Günahlarınızın çoxluğu səbəbilə, sizlər, Mənə borclusunuz. Lakin, Məndən qaçmayın. Əksinə,Mən, sizə, "فَفِرُّوٓا۟ إِلَى ٱللَّهِ / fəfirru iləlllah / Artıq Allah (a tərəf) qaçın." (Zariyat/50) deyirəm. Sizin borclarınızı qarşılayacaq və günahlarınızı məğfirət edəcək olan, Mənəm. Yenə, hökmdarlar, qapılarını, varlıların üzünə deyil; kasıbların üzünə bağlayarlar. Mən isə, bunun əksini edirəm." buyurur.

 

b. İkinci fayda: Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allahın 100 rəhməti vardır. Bunlardan birini, cinlər, insanlar, quşlar, heyvanlar və həşərat arasına endirmişdir. Bu 1 rəhmət ilə, onlar, bir-birilərinə şəfqət göstərər və mərhəmət edərlər. Geriyə qalan 99 rəhmətilə, Allah, qullarına, qiyamət günündə mərhəmət edəcəkdir." (Haşiyə)

---------------------

(Haşiyə:

Allahın 100 rəhməti:

https://suallarlaislam.com/.../allahin-100-r%C9%99hm%C9...

https://suallarlaislam.com/.../allahin-100-r%C9%99hm%C9...

https://suallarlaislam.com/.../allahin-100-r%C9%99hm%C9...

https://suallarlaislam.com/.../allahin-100-r%C9%99hm%C9...

----------------------------

Bu xüsusda, bunu deyirəm:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), bu sözü, Allahın rəhmətini, qullara başa salmaq üçün buyurmuşdur. Yoxsa, Allahın rəhmət dəryaları, sonsuzdur. Hal belə ikən, bu rəhmət dəryalarının, bir say ilə məhdudlaşdırılması, necə düşünülə bilər?!

 

c. Üçüncü fayda: Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allah Taala, qiyamət günündə, günahkarlara: 'Mənə qovuşmaqdan razı qaldınızmı?' deyə soruşacaq. Onlar: 'Bəli, ey Rəbbimiz!' deyəcəklər. Allah: 'Nə üçün?' deyə soruşacaq. Onlar: 'Sənin əfvini və kərəmini umduğumuz üçün.' deyəcəklər. (Bunun üzərinə), Haqq Taala: 'Mən də, məğfirətimi, sizə vacib qıldım.' deyə buyuracaqdır." (Müsnəd, 5/238)

 

d. Dördüncü fayda: Abdullah b. Ömər (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə buyurduğunu söyləmişdir:

"Allah Taala, qiyamət günündə, bəzi qullarına, hər biri qalın olan 99 (əməl) dəftəri verəcək və o qula: 'Bu yazılanlardan hər hansı birini inkar edirsənmi? Kiramən-katibin (mələkləri), sənə haqsızlıq etmişlərdirmi?' deyə buyuracaq. O qul: 'Xeyr, ey Rəbbim!' deyə cavab verəcək. Allah Taala: 'Bu günahları işləməyini üzrlü göstərəcək bir şeyin vardırmı?' deyə soruşacaq. (Bunun üzərinə), qul: 'Xeyr, ey Rəbbim!" deyəcək və atəşə atılacağını düşünəcək. Sonra Allah: 'Sənin, Mənim yanımda bir savabın vardır. Bu gün, əsla haqsızlıq olmayacaq.' deyə buyuracaq və üzərində, 'Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhammədən rasulullah.' yazılı olan bir kağız çıxaracaq. (Bunun üzərinə), qul: 'Ey Rəbbim! Bu kağız, bu (böyük) əməl dəftərinə, necə bərabər ola bilər?' deyə soruşarkən; bu kağız, tərəzinin bir gözünə, əməl dəftərləri də, digər gözünə qoyulacaq; əməl dəftərləri, xəfif qalacaq; kağız isə, daha ağır gələcək. Çünki, heç bir şey, zikrdən daha ağır gələ bilməz." (Tirmizi, İman/17; ibn Macə, Zühd/35)

 

e. Beşinci fayda: Bir döyüşdə, kiçik bir uşaq var idi. İsti yay günündə, izdihamdan, o uşağın kimə aid olduğu bağırılaraq soruşuldu. Onu, bir qadın gördü və ona doğru qaçdı. Onu götürdü və bağrına basdı. Sonra, kürəyini, günəşin gəldiyi vadi tərəfinə çevirib, uşağı, istidən qorumaq üçün qucağına oturtdu və: "Balam, balam." dedi. Bunun üzərinə, orda olanlar, ağladılar və onları, öz halları üzərinə tərk etdilər.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), gəldi; insanların bu hallarını gördü; onlar da, hadisəni xəbər verdilər. (Bunun üzərinə), Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurdu:

"Siz, bu ananın, oğluna olan mərhəmətinə təəccüb etdiniz, elə deyilmi? Bilin ki, Allah Taala, sizin hamınıza, bu qadının, oğluna qarşı olan şəfqətindən daha mərhəmətlidir."

Bunun üzərinə, müsəlmanlar, böyük sevinc və müjdə ilə ordan ayrıldılar. (Bənzəri hədis üçün, bax: Muslim, Tövbə/22)

------------------------------------

------------------------------------

✓ Üçüncü məsələ: Nəvh alimlərindən bəziləri, "ilah" ləfzinin ərəbcə olmayıb, ibrani və süryanicə olduğunu demişlərdir. Çünki, ibranilər və süryanilər, "fələhə rahmənən mərhəyənən" deyirlərdi. Bu cümlə, ərəbcəyə keçdiyində, "Allahu, ər-Rahmənu'r-Rahimu" şəklini aldı.

Bu, uzaq bir görüşdür. İki dil arasındakı bənzərlikdən dolayı, "ilah" ləfzinin, ərəb əsilli bir kəlimə olduğu xüsusunu tənqid etmək, lazım gəlməz. Bunun dəlili, Haqq Taala'nın,

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ لَيَقُولُنَّ ٱللَّهُ...

"And olsun ki, əgər Sən, onlardan, 'Göyləri və yeri, Kim yaratdı?' deyə soruşsan, şübhəsiz ki, 'Allah yaratdı.' deyəcəklər." (Loğman/25);

...هَلْ تَعْلَمُ لَهُۥ سَمِيًّا

"Ona, bir adaş bilirsənmi?" (Məryəm/65) sözləridir.

Alimlər, bu ayətdəki "adaş"dan muradın, "Allah" ləfzi olduğu xüsusunda, ittifaq etmişlərdir.

Əksər alimlər, "ilah" ləfzinin ərəbcə bir kəlimə olduğunu qəbul etmişlərdir.

"İlah" ləfzinin, Allah Taala'nın bir aləm/xüsusi ismi olduğunu söyləyənlər isə, bu cür mövzuları ələ almamışlardır.

"İlah" ləfzinin, hər hansı bir kəlimədən meydana gəlmiş olduğunu qəbul etməyənlərin isə, 2 görüşləri vardır:

a. Kufəlilər, belə demişlərdir:

Bu ləfzin əsli, "iləhu"dur. Bu kəlimənin başına, təzim ifadə etmək üçün, əlif-lam gətirildi, "əl-İləhu" oldu. Çox istifadə edildiyi üçün, həmzə ağır görülərək, hazf olundu (silindi). Beləcə, 2 lam bir araya gəldi və birincisi, ikincisinə idğam olundu (haşiyə), "Allahu” şəklində deməyə başladılar.

---------------------------

(Haşiyə:

Lüğətdə, "örtmək, bağlamaq" mənasındakı "dəğm" kökündən meydana gələn və "bir şeyi, digər bir şeyin içinə qatmaq”, “çiynəmədən udmaq”, “burnundan danışmaq" kimi mənalara gələn "idğam", "məxrəc və sifətləri eyni (misleyn); və ya məxrəcləri eyni, sifətləri ayrı (mutəcəniseyn); və ya məxrəc və/və ya sifətləri yaxın (mutəqaribeyn) olan iki hərfdən birincisini ikincisinə qataraq tələffüz etmək" mənasında istifadə edilir. Bəhsi keçən 2 hərfdən birincisinə, mudğam; ikincisinə isə, mudğamun fih deyilir.

Ərəb dilinə məxsus olan və Quran qiraətilə də bağlı olan "idğam", dilin eyni və ya yaxın məxrəcə iki yerinə bir dəfə getməsilə tələffüzə asanlıq və axıcılıq qazandırmaq üçün edilir.

Məsələn, "مدد / mədədə" yerinə, "مدّ / məddə"; من ما / min mə" yerinə, ممّا / mimmə oxunması kimi.)

----------------------------

b. Basralılara gəlincə, onlar, bu kəlimənin əslinin, "ləhu" olduğunu, daha sonra, bu kəlimənin başına əlif-lam gətirilərək, "Allahu" şəklində deyildiyini söylədilər. Necə ki, bu mənada olmaq üzərə, şairlər belə demişlərdir:

"Kəhalqatin min əbi Rabah,

Yəsmə'hə ləhuhu'l-kubbər."

Yəni:

"Rabah oğullarından, özlərini ən böyük ilahının eşitdiyi məclis kimi..."

Bu beytdə, şair, "Allah" ləfzinin əsli olan "ləhu" ləfzini istifadə etmişdir.

------------------------

------------------------

✓ Dördüncü məsələ: Xəlil, "Allah" ləfzinin, Haqq Taala'ya xas bir isim olduğu xüsusunda, bütün insanların ittifaq etdiklərini söyləmişdir. Bunun kimi, "əl-Ləhu" kəliməsi də, Allah Taala'ya məxsus bir isimdir.

"İlah" ismini, Allah Taala'nın xaricindəki varlıqlar üçün istifadə edənlərə gəlincə, onlar, "ilah" ləfzini, izafətlə istifadə edirlər və "iləhu kəzə" (filan ilah) deyirlər. Yaxud, izafətsiz olaraq, bir-başa "ilah" deyirlər. Necə ki, bu mənada olmaq üzərə, Haqq Taala, Musa (əleyhissəlam)'ın qövmünün belə söylədiklərini xəbər vermişdir:

...ٱجْعَل لَّنَآ إِلَـٰهًا كَمَا لَهُمْ ءَالِهَةٌ ۚ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ

"...icəl lənə iləhən, kəmə ləhum əlihətun. Qalə: innəkum qavmun təchəlun." (Əraf/138)

Yəni: "Ey Musa! Necə (o bütpərəstlərin) ilahları varda, Sən də, bizə, bir ilah düzəlt.' dedilər. O da: 'Şübhəsiz ki, sizlər, cahillik edən bir qövmsünüz.' dedi."

-----------------------------

-----------------------------

✓ Beşinci məsələ: "Allah" isminin, Haqq Taala'nın digər isimlərində olmayan bəzi xüsusiyyətləri vardır. Biz, burda, bunlara işarət edəcəyik. (Belə ki):

a. Birinci xüsusiyyət: Sən, "Allah" kəliməsindəki əlifi götürsən, geriyə "lilləhi" ləfzi qalar ki, bunun mənası, "Allaha məxsusdur." olur. Necə ki, Allah Taala'nın:

وَلِلَّهِ جُنُودُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ...

"Və lilləhi cunudu's-səməvəti və'l-ard." (Fəth/7)

Yəni: "Göylərin və yerin orduları, Allaha məxsusdur.";

...وَلِلَّهِ خَزَآئِنُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ...

"Və lilləhi xəzəinu's-səməvəti və'l-ard..." (Munafiqun/7)

Yəni: "Göylərin və yerin xəzinələri, Allaha məxsusdur."

Əgər, "lilləhi" ləfzindəki 2 lam hərfini götürsən, geriyə, "ləhu" ləfzi qalar. Bu ayətlərdə olduğu kimi:

لَهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضِ...

"Ləhu məqalidu's-səməvəti və'l-ard..." (Şura/12)

Yəni: "Göylərin və yerin açarları, Allahındır.";

...لَهُ ٱلْمُلْكُ وَلَهُ ٱلْحَمْدُ...

"...ləhu'l-mulku və ləhu'l-həmdu..." (Təğabun/1)

Yəni: "Mülk, Onundur və həmd, Onundur (yəni, Ona layiqdir)."

"Ləhu" kəliməsindən lam hərfini götürsən, geriyə qalan kəlimə, "huvə/O" olar. Bu kəlimə də, Allah Taalaya dəlalət etməkdədir. Necə ki,

قُلْ هُوَ ٱللَّهُ أَحَدٌ

"Qul, huvəllahu Əhəd."

Yəni: "De ki: "O, Allahdır. Əhəd'dir." (İxlas/1);

هُوَ ٱلْحَىُّ لَآ إِلَـٰهَ إِلَّا هُوَ...

"Huvə'l-Hayyu. Lə iləhə illə huvə."

"O, Hayy (həyat sahibi)'dir. Ondan başqa ilah yoxdur." (Ğafir/65) ayətlərində olduğu kimi...

"Huvə" ləfzindəki "vav" hərfi də, kəlimənin təsniyə (ikilik hal) və cəmində (2-dən çox) düşmüş olmasının göstərdiyi kimi, zaid (əlavə) bir hərfdir. Çünki, bunun təsniyə və cəmində, "humə/o ikisi""hum/onlar" deyərsən; beləcə, bu kəlimələrdə, vav hərfini gətirə bilməzsən.

Bu xüsusiyyət, Haqq Taala'nın isimləri içində, sadəcə "Allah" ismində mövcuddur. Çünki sən, Haqq Taala'ya, "Rahmən" ismi ilə dua etdiyində, Onu, rəhmət sifətilə vəsf etmiş; qəhr sifətilə vəsf etməmiş olarsan. Ona, "Alim" ismilə dua edərsən, Onu elmlə vəsf edib; "qüdrət" sifətilə vəsf etməmiş olarsan. Lakin, "ya Allah" dediyində, Haqq Taala'nı, bütün sifətlərilə vəsf etmiş olarsan. Çünki, "ilah", ancaq bütün bu sifətləri daşıdığında "ilah" olur.

Beləcə, "Allah" sözümüzdə, digər əsmau'l-hüsna (gözəl isimlər)'də mövcud olmayan bu xüsusiyyətin var olduğu ortaya çıxar.

 

b. İkinci xüsusiyyət: Kəlime-i şəhadətdə -ki, bununla kafir, küfrdən İslama girir- ancaq, bu "Allah" ismi yer alır. Əgər kafir: "Əşhədu ən lə iləhə illə'r-Rahmən əv ər-Rahim əv illə'l-Məlik əv illə'l-Quddus." (Yəni, Rahmən'dən və ya Rahim'dən və ya Məlik'dən və ya Quddus'dan başqa ilah olmadığına şəhadət edirəm.) demiş olsa, küfrdən çıxıb İslama girmiş olmaz. Ancaq, "Əşhədu ən lə iləhə illəllah" (yəni, Allahdan başqa ilah olmadığına şəhadət/şahidlik edirəm.) deyərsə, küfrdən çıxıb İslama girmiş olar.

Bu da, "Allah" isminin, bu uca xüsusiyyəti daşıdığına dəlalət edər. Doğruya çatdıran, Allahdır.

(Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri, "Müqəddimə)

-----------------------------

-----------------------------

Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in mövzu haqqındakı bəyanı:

Ustad Nursi, "İşaratu'l-İ'caz fi Məzənni'l-İcaz" adlı təfsirində, belə deyir:

اَللَّه lafza-i celali, bütün sıfat-ı kemaliyeyi tazammun eden bir sadeftir. Çünkü lafza-i celal, Zat-ı Akdes’e delalet eder. Zat-ı Akdes de, bütün sıfat-ı kemaliyeyi istilzam eder. Öyle ise, o lafza-i mukaddese, delalet-i iltizamiye ile bütün sıfat-ı kemaliyeye delalet eder.

İhtar: Başka ism-i haslarda, bu delalet yoktur. Çünkü başka zatlarda, sıfat-ı kemaliyeyi istilzam etmek yoktur.

--------------------------------

Mətnin izahına keçmədən əvvəl, mətndəki bəzi sözlərin izahları üzərində dayanaq. Belə ki:

Sifət nədir?

Lüğətdə, "bir varlığın hal və özəlliklərini, xüsusiyyətlərini bildirmək" mənasında məsdər; və "bir varlığın tanınmasını təmin edən hal və özəllik" mənasında isim olan sifət kəliməsi, termin olaraq, "Allahın insanlarca bilinməsini təmin edən özəllik, xüsusiyyət" və ya "Allahın zatına nisbət edilən məna və məfhum" deyə tərif edilir.

Normal zehni qabiliyyətə sahib olan insanlar, öz fizioloji və psixoloji qabiliyyətlərindən başlamaq üzərə, təbiətdə müşahidə etdikləri fövqəladi quruluş və işləyişə baxaraq, bunların bir Yaradıcı, bir idarə edicinin varlığına işarət etdiyini hiss edir; hislərlə idrak edilə bilməyən bu uca Varlığı, bəzi məfhumlarla vəsf edib ifadələndirirlər. İslamda Allaha nisbət edilən bu məna, məfhumlara, isim və ya sifət deyilir.

Allahın sifətləri 2 qismə ayrılır:

1. Səlbi sifətlər:

Uca Allahın zatına və varlığına yaraşmayan, O uca zat haqqında imkansız olan vəsflərdir. Zatən "səlb etmək", "qaldırmaq, uzaqlaşdırmaq, tənzih etmək" mənasındadır. Bu səbəblə, uca Allahın zati və sübuti sifətlərinin zidlərinə, "səlbi sifətlər" deyilmişdir, ki, bunlar, uca Allahın zatı haqqında imkansız olan, yaraşmayan sifətlərdir.

Başqa bir ifadə ilə, Haqq Taala, bu növ zidd sifətlərlə, məxluqlara məxsus olan bu mənfi xüsusiyyətlərlə müttəsif (vəsflənmiş) deyildir. Bu səbəblə, səlbi sifətlər deyilmişdir ki, əgər belə bir sifət verilməməsi düşünülmüşdürsə, bu vəsf, Ondan səlb edilsin, yəni bu özəllik, Onun uca Zatından qaldırılsın.

Bunun üçün, səlbi sifətlərə, "tənzihat" da deyilir. Bunun mənası, "bütün bu və mənfi özəlliklərdən, nöqsanlıq və əskikliklərdən, uca Allah, bəridir, uzaqdır." deməkdir.

Bunlar, aşağıdakılardır:

1. Vücud (yoxluğun ziddi): Allah Taala'nın varlığı deməkdir.

Allah Taala'nın varlığı, haqdır və ən böyük varlıq, Ona məxsusdur. Onun varlığı, yaratdığı şeylər cəhətindən, məxluqların hamısından daha açıq və daha zahirdir. Çünki uca Allah olmasaydı, heç bir şey olmazdı.

2. Qidəm (hudusun, sonradan var olmağın ziddi): Əvvəli olmamaqdır. Əvvəli olmayana, Qədim; sonradan meydana gələnlərə də, hadis deyilir. Sonradan var olan şeylər, Allah ola bilməzlər. Uca Allahdan başqa nə varsa, bunların hamısı hadisdir (sonradan var olmuşlardır). Elə isə, şübhə yoxdur ki, məxluqlar, Xaliqə məxsus qidəm sifətinə sahib ola bilməzlər.

3. Bəqa (faniliyin ziddi): Əbədiyyət, sonu olmamaq deməkdir. Sonu olana "fane", sonu olmayana da "Baqi" deyilir. Allahın yox olacağı düşünülə bilməz. O, yox olmaqdan bəridir. Çünki O, başqasının qüdrət əsəri deyildir ki, onun qüdrətilə yoxluğa getsin və ya dəyişikliyə uğrasın. Ondan başqa hər şey isə, yox olmağa məhkumdur.

4. Havadisə müxalifət (sonradan yaradılmış bir şeyə bənzəməyin ziddi): Sonradan var olmuş şeylərdən ayrı olmaq, onlara bənzəməmək sifətidir. Uca Allah, havadisə (sonradan var olan şeylərə) zidd və müxalif olmaq sifətilə vəsflənmişdir. Xatirə gələn hər şeydən, Allah Taala mütləq surətdə başqadır.

Mükəvvənat və mümkinat (yaradılan və yaradıla bilən) dediyimiz şeylər, dəyişirlər, başqalaşırlar, bir-birinə bənzəyə bilirlər və sonunda yox olurlar. Bütün bu ölümlü varlıqlar, hər hal və şəkillərilə, əsla Allaha bənzəməzlər.

5. Qiyam bizatihi (başqasına möhtac olmaq, öz-özünə var ola bilməməyin ziddi): Varlığı və davamı, Öz zatı ilə olmaq mənasında bir sifətdir. Bu sifət də, Allaha məxsusdur. Öz varlığı, müqəddəs Zatının gərəyidir, əsla başqasından deyildir. Bunun üçün, Allah Taala'ya, "Vacibu'l-Vücud" (varlığı Özündən dolayı gərəkli olan) deyilir. Onun varlığı, başqa bir var edənə bağlı olsaydı, o vaxt, var edən o varlıq, Allah olardı. Bunun üçündür ki,, "Allahı kim yaratdı?" deyə soruşulmaz; çünki O, öz-özlüyündən vardır. Başqasının var etməsinə möhtac deyildir.

6. Vahdaniyyət (təaddüdün, birdən çox olmağın ziddi): Birlik, yalnız başına olmaq, bənzəri olmamaq; çoxalmaq, parçalara ayrılmaq və əskilməkdən bəri olmaq kimi mənalar ifadə edən bir sifətdir. Bu sifətləri daşıyana, "Vahid" deyilir, ki, həqiqətdə var olan, parçalara bölünməkdən və cüzlərin (parçaların) bir araya gələrək toplanmasından bəri olan Zat deməkdir. Bu sifət də, uca Allaha məxsusdur.

2. Sübuti sifətlər:

Həyat, elm, iradə, qüdrət, səm (eşitmək), basar (görmək), kəlam kimi 7 sifətdən ibarətdir.

-------------------------------

Dəlalət nədir?

Dəlalət nədir və qisimləri hansılardır?

Lüğətdə, "yol göstərmək, rəhbərlik etmək" mənasına gələn "dəlalət" kəliməsi, dil və ədəbiyyat, məntiq, cədəl/kəlam, fiqh üsulu kimi elmlərlə yaxından əlaqəli olan; və söz, davranış, yazı, hərəkət, hal kimi hər hansı bir şeyin, müəyyən bir bilik, məna və hökmlə bağlılığını ifadə etmək üzərə müştərək olaraq istifadə edilən bir termindir.

Klassik məntiq kitablarında, dəlalət termini, ümumiyyətlə, "Bir şeyin elə bir hal və keyfiyyətdə olmasıdır ki, onu bilməklə, başqa bir şeyin də bilinməsi lazım gəlir." şəklində tərif edilir. Bu iki şeydən:

~ birincisinə - dəll (dəlalət edən);

~ ikincisinə də - mədlul (özünə dəlalət olunan)

deyilir.

Dəlalət, ləfzi və qeyr-i ləfzi olmaq üzərə, ikiyə ayrılır. Məsələn:

~ "Kitab" ləfzinin 2 qapağı arasındakı yazılı mətninə dəlaləti - "ləfzi";

~ Dumanın atəşə dəlaləti isə, “qeyr-i ləfzi” dəlalətdir.

Dəll ilə mədlul arasındakı bağı, hər zaman ağıl qurmaqda isə də, bu, bəzən, sadəcə zehn planında, məqullar (ağılla idrak edilən şeylər) arasında qurularkən; bəzən də, hislərlə əldə edilən təcrübə, bilik, insanlar arası ortaq münasibətlər kimi məhsusat (hisslərlə idrak edilən şeylər) sahəsinin məlumatları ilə qurulmaqdadır.

Bu səbəbdən dolayı, istər, ləfzi; istər qeyr-i ləfzi olsun, bütün dəlalətlər, başlıca 3 qismə ayrılır:

1. Əqli dəlalət: Ağlın, dəll ilə mədlul arasında, zati, yəni bir başa və zəruri bir münasibət görərək, birinicinin (yəni, dəll'in) biliyindən, ikincisinin (mədlulun) biliyinə çatmasını təmin edən dəlalətdir.

Buna görə, məsələn, dumanın, oda; və ya divar arxasından eşidilən insan səsinin, orda bir insan mövcud olduğuna dəlaləti, əqli dəlalətdir. Çünki, ağıl, dumanın, atəşə; səsin, insana aid zati vəsflər olduğunu bilir və bu şəkildə, əsərin biliyindən, müəssirin biliyinə çatır.

2. Təbii dəlalət: Ağlın, dəll ilə mədlul arasında, təbii, yəni, bioloji, fizioloji və ya psixoloji bir əlaqə görərək, birinci (dəll) haqqındakı bilikdən, ikincinin (mədlulun) biliyinə çatmasıdır.

Məsələn:

~ üz qızarmasının - utanmağa;

~ üz saralmasının - qorxu və həyəcana

dəlaləti kimi.

3. Vad'i (vaz'i) dəlalət: Dəll ilə mədlul arasında, zəruri olaraq əqli və ya təbii bir münasibət olmayıb, sadəcə, adət-ənənə, mədəniyyət, ortaq münasibətdən hərəkətlə, ağlın, mədlul haqqında biliyə çatmasıdır.

Məsələn, "kitab" ləfzinin - 2 qapağı arasındakı yazılı mətnə dəlaləti; başı aşağı sallamağın - qəbula; yuxarı qaldırmağın - rəddə dəlaləti və s. kimi şeylər, vaz'i dəlalətdir. Çünki, bu nümunələrdəki dəlalət edənlərlə dəlalət olunanlar arasındakı münasibətlər, əqli və ya təbii olmayıb, tamamilə, adət-ənənə və mədəniyyətdən qaynaqlanır.

Bu şəkildə, klassik məntiqdə,

1. Ləfzi əqli;

2. Ləfzi təbii;

3. Ləfzi vaz'i dəlalət;

4. Qeyr-i ləfzi əqli;

5. Qeyr-i ləfzi təbii;

6. Qeyr-i ləfzi vaz'i dəlalət

olmaq üzərə, başlıca 6 növ dəlalət düşünülmüşdürsə də, bunlardan sadəcə "ləfzi vaz'i dəlalət"in, məntiq elminin əhatə dairəsinə girdiyi qəbul edilmişdir. Çünki, ilk əvvəl onu qeyd etmək lazımdır ki, məntiq elmi, ləfzlərlə mənalar arasındakı münasibət üzərinə dayanır. Məntiqin əsas məqsədi, doğru və məqbul düşünməkdir. İnsan, düşüncələrini, əsas etibarı ilə, sözlə ifadə edə bildiyi; və başqalarının düşüncələrini də, sözün köməyilə başa düşə bildiyi üçün, məntiq elmində, düşüncəni ifadə edən dilin, əhəmiyyətli yeri vardır.

Buna müqabil olaraq, fel, işarət, hal, sükut, rəng kimi şeylərin, müəyyən bir məna ifadə etməsilə reallaşan qeyr-i ləfzi dəlalətlər, məntiqin xaricində qalır.

Digər tərəfdən, ləfzi əqli və ləfzi təbii dəlalətlər də, məntiq elminin xaricində tutulmuşdur. Çünki, bunların birincisində, dəlalət edən, sözün mənası deyil, səsidir. Necə ki, sadəcə danışılanı eşitməklə, danışanın kim olduğunun başa düşülməsi halında, danışılan sözün mənasından deyil, danışanın səsinin dəlalətindən istifadə edilir və "Bu, filan kimsənin səsidir." və ya "Bu, insan səsidir." deyilir. Bununla bərabər, təqlid nümunəsində olduğu kimi; bu dəlalətin aldadıcı ola bilməsi; insanların əqli və zehni cəhətdən fərqli səviyyələrdə olmaları da, ləfzi əqli dəlalətin, məntiq elmi xaricində tutulmasına səbəb göstərilmişdir.

Ləfzi təbii dəlalətə gəlincə, insanın, hər hansı bir təbii halın təsirilə çıxardığı səslər, hər zaman, eyni mənalara dəlalət etməz; çünki, bu dəlalətlər, qeyr-i müəyyən, izafi və subyektivdir. Təbii olaraq çıxan "ah", "of" kimi səs və sözlərin mənalarının kifayət qədər müəyyən olmaması, bu cür dəlalətlərin, məntiq elminin xaricində buraxılmasına səbəb olmuşdur.

Məntiq elminin əsl mövzusunu təşkil edən ləfzi vaz'i dəlalətdə əsas olan, bir sözün, doğru bir təsəvvür və ya təsdiqə çatdıracaq şəkildə, sabit və qəti bir məna daşımasıdır. Bu cəhətdən, ləfzi vaz'i dəlalət, bir fikri ifadə etməyə və ya ondan faydalanmağa, öyrənmə və öyrətməyə əlverişli dəlalət növüdür. Bununla bərabər, ləfzi vaz'i dəlalət, bir dəfə vaz edildikdən sonra, şəxslərə görə dəyişmədən, daim, eyni mənanı qoruyur; ağıl, idrak və hiss sahəsinə girən bütün bilik obyektlərini ifadə edə bildiyindən, ən geniş dəlalət növüdür.

Klassik məntiqdə, ləfzi vaz'i dəlalətin,

1. Mutabaqat;

2. Təd(z)əmmun;

3. İltizam

olmaq üzərə, 3 növünün mövcud olduğu qəbul edilir.

1. Bir şeyi və ya bir məfhumu ifadə etmək üzərə istifadə edilən ləfzin, o şeyin və ya məfhumun bütün varlığına və ünsürlərinə dəlalət etməsinə - "mutabaqat" deyilir. Məsələn:

"İnsan" ləfzinin, bütün varlıq və ünsürlərilə "düşünən canlı"ya dəlalət etməsi, mutabaqat yolu ilə dəlalətə nümunədir.

2. Bu ünsürlərdən birinə və ya bir neçəsinə dəlalət etməsinə - "təzəmmun" deyilir. Məsələn:

"İnsan" ləfzinin, sadəcə "canlı" və ya "düşünən" varlığa dəlalət etməsi, "təzəmmun" yolu ilə dəlalətə nümunədir.

3. Bir ləfzin, bir-başa, mövzusu ilə bərabər bir də, zehnin bu mövzu ilə bağlı gördüyü başqa bir varlıq və ya mənaya dəlalət etməsinə də - "iltizam" deyilir. Məsələn:

"Məxluq" ləfzinin,

~ bütün yaradılanlara dəlaləti - mutabaqat;

~ insana dəlaləti - təzəmmun;

~ Xaliq'ə dəlaləti isə - iltizam'dır. Çünki, məxluq ləfzi, Xaliq fikrini təzəmmun (ehtiva) etməməklə bərabər, zehn, məxluq ləfzindən, dolaylı və zəruri olaraq, Xaliq (Yaradan) fikrinə varmaqdadır.

-----------------------------

Mətnin izahı:

"اَللَّه lafza-i celali, bütün sıfat-ı kemaliyeyi tazammun eden bir sadeftir."

Yəni:

Cəlal ləfzi olan Allah, bütün kamal sifətləri təzəmmun edən bir sədəf (kimi)'dir.

İzahı:

Yəni, Allah ləfzi, sanki içində inci mövcud olan bir sədəf kimidir. Sədəf içində, inci mövcud olduğu kimi; "Allah ləfzi sədəfi"ndə də, bir inci məsabəsində olan bütün kamal sifətlər mövcuddur.

Allah isminin bütün kamal sifətləri təzəmmun etməsini, Ustad Nursi, belə izah edir:

“Lafza-i celal, Zat-ı Akdes’e delalet eder.”

Yəni:

“Cəlal ləfzi, müqəddəs Zat'a dəlalət edər.”

"Cəlal ləfzi" ilə, "Allah" ismi qəsd edilmişdir. "Allah" ismi isə, sadəcə, Haqq Taala'nın Zat'ına dəlalət edən bir isimdir. Bu isim, aləm/xüsusi isimdir. Məcaz yolu ilə də olsa, başqası üçün, bu isim istifadə edilə bilməz. Bu isim, Allaha xasdır və ancaq Ona işarət edən bir isimdir.

Məkkə müşrikləri belə, Kəbə'nin ətrafını, 360 bütlə doldurmuş; hər birinə fərqli isimlər vermiş, ancaq heç birini, "Allah" deyə isimləndirməmişlərdir.

Demək, bu isim, ancaq və ancaq, Allaha məxsus bir isimdir və Allahın müqəddəs Zat'ına dəlalət edir.

Bəs yaxşı, Allahın müqəddəs Zat'ına dəlalət edincə, nə olur? Cavab:

 

"Bütün sıfat-ı kemaliyeyi istilzam eder."

Yəni:

“Bütün kamal sifətləri istilzam edər (gərəkdirər, lüzumlu qılar).”

Bu həqiqətə, bu misalla baxa bilərik:

Necə ki, günəş dediyimizdə, 7 rəngi, işığı, istiliyi olan, dünyadan 1.300.000 dəfə böyük bir işıq qaynağı ağlımıza gəlir. Bu sifətləri özündə ehtiva edənə, "günəş" deyilir və bu sifətlərə sahib ola bilməyən, "günəş" deyə isimləndirilə/adlandırıla bilmir.

Eynilə bu misalda olduğu kimi, "Allah" deyildiyində də, bütün kamal sifətləri Özündə ehtiva edən müqəddəs Zat ağla gəlir. Bu sifətləri Özündə ehtiva edən, "Allah" deyə təsmiyyə edilir (isimləndirilir, adlandırılır) və bu sifətlərə sahib ola bilməyən isə, "Allah" deyə isimləndirilə bilmir.

Yəni, Allah ola bilməsi üçün, həyat, elm, səm (eşitmə), basar (görmə), iradə, qüdrət, kəlam kimi kamal sifətlərə, sonsuz mərtəbədə sahib olması lazımdır. Bu sifətlərə sahib ola bilməyənə, Allah deyilə bilməz. Əgər Allah deyilirsə, o halda, bütün bu sifətlərə sahibdir.

Hətta bu sirdəndir ki, bu mənadakı topluluğu düşünərək "Allah" deyən bir kimsə, Haqq Taala'nı, bütün kamal isim və sifətlərilə zikr etmiş sayılır. Çünki, Allah, kamal mərtəbədə olan bütün isim və sifətlərə sahib olan Zat'dır.

İndi, məsələni, maddələyərək toplayaq:

1. Cəlal ləfzi olan Allah ismi, Allahın müqəddəs Zat'ına dəlalət edir.

2. Allahın müqəddəs Zatı da, bütün kamal sifətləri istilzam edir.

3. Bu halda, o müqəddəs "Allah" ləfzi, iltizami dəlalət ilə, bütün kamal sifətlərə dəlalət edir.

İltizam yolu ilə dəlalət: Bir ləfzin, bir-başa, mövzusu ilə bərabər; bir də, zehnin bu mövzu ilə bağlı gördüyü başqa bir varlıq və ya mənaya dəlalət etməsinə də - "iltizam" deyilir. Məsələn:

"İlah" sözü, zəruri olaraq, "doğmayan""doğulmayan" mənasına işarət edir. "Allah" ləfzi də, bütün kamal sifətlərə dəlalət edib, Allahın, bu kamal sifətlərlə müttəsif olduğuna (vəsf olunduğuna) işarət edir. Bəs, Allahın digər isimlərində, bu məna yoxdurmu?

 

Ustad Nursi (rahiməhullah), buna, belə cavab verir:

"İhtar: Başka ism-i haslarda, bu delalet yoktur. Çünkü başka zatlarda, sıfat-ı kemaliyeyi istilzam etmek yoktur."

Yəni:

Xatırlatma: Başqa xass isimlərdə, bu dəlalət yoxdur. Çünki, başqa zatlarda, kamal sifətləri istilzam etmək yoxdur.

"Allah" isminin mənasında, bir camiyyət (cəm edicilik) vardır. Digər isimlər, sadəcə bir mənaya işarət edirlər. Məsələn:

~ "Hadi" ismi, sadəcə "hidayət edən" mənasındadır;

~ "Muhyi" ismi, sadəcə "həyat verən" mənasındadır;

~ "Xaliq" ismi, sadəcə "yaradıcı" mənasındadır;

~ "Rahim" ismi, sadəcə "mərhəmət edən" mənasındadır.

Bunlar kimi, digər xass isimlərdə, bu dəlalət -yəni, kamal sifətlərə dəlalət- yoxdur. Çünki, başqa zatlarda, kamal sifətləri istilzam etmək yoxdur. Yəni, məsələn:

~ "Hadi" olanın, hər şeyi bilməsi lazım gəlməz. "Hadi" olan, hər şeyi bilməsə də, "Hadi"dir.

~ "Muhyi" olanın, hər şeyi eşitməsi lazım gəlməz. "Muhyi" olan, hər şeyi eşitməsə də, "Muhyi"dir.

~ "Xaliq" olanın, hər şeyi görməsi lazım gəlməz. "Xaliq" olan, hər şeyi görməsə də, "Xaliq"dir.

~ "Rahim" olanın, mütləq bir iradə sahibi olması lazım gəlməz. "Rahim" olanın iradəsi məhdud da olsa, "Rahim"dir və s...

-------------------------------------------

Əlavələr:

Nəcm surəsi 19-20-ci ayətlərin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99cm-sur%C9%99si-19-20-...

 

Read 93 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR