İkinci müqəddimə (Muhakəmat)
İkinci Müqəddimə
Bu müqəddimədə (haşiyə), müəllifimiz Ustad Said Nursi (rahmətullahi aleyh), maddi fənlərin, zaman içində təkamül etdiyini; fikirlərin bir-birinə qatılması ilə inkişaf etdiyini izah etməkdədir. Keçmişdəki insanların, -vələv İslam alimləri də olsa- maddi fənlərdə, bu zamana nisbətən geri olmasının, onlarda bir nöqsanlıq olmadığını bəyan edir. Maddi fənlərlə İslami elmlərin, bu xüsusda, bir-birindən tam əksinə fərqli olduqlarını izah edir. Maddi fənlərin hökmlərilə İslami elmlərin hökmləri fərqli olduğundan, birində kamillik, digərində nöqsanlığa səbəbiyyət verdiyini ifadə edir. Bəli, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in belə, "Siz, dünya işini, Məndən yaxşı bilirsiniz." (Muslim, "Səhih", hədis no: 2363) buyurduğuna görə, mənəvi və uxrəvi (axirətə aid) elmlərdəki mükəmməl məharətin, maddi və dünyəvi fənlərdə məharətsizliyi nəticə verməsi, zəruridir. Bu, bir qüsur deyildir. Münafiqlərin, Müsəlmanları, dünyəvi və təcrübi ağıl cəhətində səfeh görməsi (bax: Bəqərə/13), bu sirdəndir.
Müəllifimiz Ustad Nursi'nin bu müqəddimədən məqsədi:
1. Təfrit əhli olan din düşmənlərinin, İslam alimlərinin kitablarında, maddi fənlərlə əlaqəli mövzularda gördüyü əskiklik və hətta xətalardan dolayı tənqidlərini dəf etmək; və
2. İfrat əhli olan sadiq axmaqları da, bu xətalı və ya əskik sözləri, din naminə sahiblənib, həqiqi fənləri rədd etməkdən əngəlləməkdir.
3. Hər iki tayfanın da düşdüyü müştərək xəta olan "fənn alimlərini, dini elmlərdə mötəbər görüb", onların, dindəki dəlalətləri səbəbilə, iman həqiqətlərində tərəddüdə düşməkdən çəkindirməkdir.
-------------------------
(Haşiyə:
Müqəddimə nə deməkdir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muq%C9%99ddim%C9%99-n%C9%99dir
-------------------------
-------------------------
Mazide nazarî olan bir şey, müstakbelde bedihî olabilir.
Yəni:
Keçmişdə nəzəri olan bir şey, gələcəkdə bədihi ola bilər.
-------------------------
Şərhi:
• Nəzər və Nəzəri nə deməkdirlər?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99z%C9%99r-n%C9%99dir-m%C9%99ntiq
• Bədihi nədir?
Alimlərin istilahında (terminologiyasında), bir neçə mənada istifadə edilir. Bunlardan:
1. Nəzəri biliyin müqabili olan zəruri bilik ilə eyni mənalıdır.
2. Əvvəli (əvvələ dair olan) müqəddimələrdir. Əvvəli müqəddimələr, ağlın, müqəddimənin qəti (doğru olduğuna) hökm etməsi üçün, müqəddimənin tərəflərini və nisbəti təsəvvür etməsinin kifayət etdiyi müqəddimələrdir. Bir başqa ifadə ilə, iki tərəf və nisbət təsəvvür edildiyində, başqa bir şeyə müraciət edilmədən, ağlın gərəkdirdiyi əvvəli müqəddimələrdir.
Bu ikinci məna, birincidən daha dar mənalıdır. Çünki, birincinin əksinə, ikinci məna, təsəvvürü əhatə etmir. Yenə, birincinin əksinə, ikinci məna, məhsusat (hissilər), təcrübilər və digər bilikləri də əhatə etmir.
3. “Ağlın, hiss və başqa şeylərdən kömək almadan, yalnız özünə yönələrək, varlığını təsdiq etdiyi bilik”dir. Bu bilik, təsəvvür də ola bilər, təsdiq də.
Bu məna, ikinci mənada daha geniş mənalıdır. Çünki bu məna, həm təsəvvürü, həm də təsdiqi ehtiva edir. Ancaq, birincidən, yəni zəruri bilik mənasından, daha dar mənalıdır. Çünki, zəruri biliyin əldə edilməsi, bizim güc çatdıra biləcəyimiz bir şey deyildir. Belə ki:
Zəruri biliyin var olması və ya yox olmasının əsasını meydana gətirəcək vəsfdə və bizim də gücümüzün çatacağı heç bir səbəbi yoxdur. Bu da, ya bədihi biliklərdə olduğu kimi, var olması ilə var olduğu və yox olması ilə yox olduğu bir səbəbinin mövcud olmaması ilə ola bilər. Yaxud da, hissi və təcrübi biliklər və ya adət halına gəlmiş biliklərdə olduğu kimi; özü ilə var olduğu və ortadan qalxması ilə yox olduğu bir səbəbi vardır. Ancaq, güc çatdırıla bilən deyildir. (Təhanəvi, "Kəşşaf")
Müəllifin qəsdi, budur:
Məsələn, indi, uşaqların belə bildiyi telefonu, keçmişdəki insanlar, xəyal belə edə bilməzdilər. Bu hal, keçmişdəkilər üçün, bir töhmət olmadığı kimi; gələcəkdəkilər üçün də, fəxr səbəbi deyil.
Bundakı sirr, budur --->
----------------------
----------------------
Şöyle tahakkuk etmiştir: Âlemde meylü'l-istikmal vardır. (*) Onunla hilkat-i âlem, kanun-u tekâmüle tâbidir.
(*) Bizim bir Kürd demiştir:Her zerrede temâyül ayandır tekâmüle. Her soyda füyûz, hüveyda-nemâ ile. Bir nokta-i kemâle şitab üzre kâinat, Ol noktaya teveccüh ile yükselir hayat. (Kahriyât)
Yəni:
Belə təhəqqüq etmişdir:
Aləmdə, kamilləşməyə (yəni, kamal nöqtəsinə çatmağa doğru), bir meyl vardır (*). Onunla, aləmin yaradılışı, təkamül qanununa tabedir.
(*) Bizim bir kürd, belə demişdir:
Hər zərrədə, təkamülə olan meyl, aşkardır,
Hər soyda feyzlər, aşkar bolluqlarla.
Bir kamal nöqtəsinə doğru sürət üzrə (yəni, sürətlə getməkdədir) kainat,
O nöqtəyə yönəlməklə yüksəlir həyat. (Abdullah Cövdət, "Qəhriyyat")
----------------------
Şərhi:
• Təhəqquq nədir?
Əşari'lərə görə, "sübut (sabit olmaq)", "mövcud olmaq" və “varlıq" ilə eyni mənalıdır.
Təhəqquq:
1. Əsli;
2. Təbəi (dolaylı)
olaraq, iki qismə ayrılır.
1. Əsli təhəqquq: "təhəqququn (yəni, sübutun), bir şeyin özü üçün hasil olub, onunla qaim olması"dır.
2. Təbəi təhəqquq isə: "təhəqququn (yəni, sübutun), bir şeyin özü üçün deyil, ona ariz olan şey üçün hasil olması"dır. (Təhanəvi, "Kəşşaf")
• Meyl nədir?
Filosoflara görə, meyl, kəlam alimlərinin "etimad" adını verdiyi şeydir. ibn Sina, meyli: "cismə müdafiəni (yəni, müqaviməti) zəruri qılıb, onun, bir yönə hərəkətini əngəlləməyən şey" olaraq tərif etməkdədir. Bu tərifə görə, meyl, bu müqavimətin illəti (səbəbi)'dir.
Meylin, bu müqavimətin özü olduğu da deyilmişdir.
Mötəzilə, Qadı əbu Bəkr əl-Baqillani kimi bir çox Sünni/Əşari alim, meylin varlığının zəruri olduğunu; və yoxluğunu iddia etməyin, hissi zərurətə qarşı bir inad olduğunu söyləmişlərdir. Çünki:
Ağır bir daş daşıyan kimsə, o daşdan, aşağıya doğru bir meyl hiss etməkdə; suyun içərisində şişirilmiş bir tuluma əlini basan, onun, yuxarıya doğru meylini hiss etməkdədir. Bütün bunlar, meylin, müqavimətin özü olaraq açıqlandığı zamandır.
Birinci görüşə (yəni, meylin müqavimətin illəti olduğu) görüşünə görə isə, müqaviməti gərəkdirən şey olmasa, eyni əldən, eyni qüvvətlə, eyni məhəldə atılan 2 daşın böyüklük cəhətindən fərqli olduqları vaxt, sürətlərində bir fərq olmaması lazım gələrdi. Çünki, bu təqdirdə, o daşlarda, atılma yönünə zidd bir müqavimət və müqavimətin məbdəsinin mövcud olmayacağından, hərəkətlərində bir fərq olmaması lazım gəlir. Çünki, failin eyni olmasından dolayı, fail etibarı ilə, bir fərq yoxdur; xarici əngəl etibarı ilə də fərq yoxdur. Çünki, eyni məsafədə atıldığı fərz edilmişdir. Daxili əngəl etibarı ilə də fərq yoxdur. Çünki, bu 2 daşda müqavimət və müqavimətin məbdəsinin olmadığı fərz edildi və bu ikisinin xaricində də, daxili bir əngəl yoxdur. Bütün bunlardan dolayı, o 2 daşın sürətlərinin, eyni olması lazım gəlir.
Bu istidlala, imam Fəxrəddin ər-Razi, daşların təbiətinin, qasri hərəkətə müqavimət göstərdiyini söyləyərək cavab vermişdir.
Təbiətin, cismə nüfuz etmiş və cismin bölünməsilə bölünə bilən bir şey olması səbəbilə, böyük olan daşda, təbiətin daha qüvvətli olduğu xüsusunda, bir şübhə yoxdur. Bax, bu səbəbdən, böyük daşın hərəkəti, yavaş olur. Bundan dolayı, iddia edilən müqavimətin təbiətdən fərqli bir məbdəsi olduğu lazım gəlmir ki, meyl və etimad olaraq adlandırılsın. Dolayısı ilə, o ikisilə adlandırılması, olduqca uzaq bir ehtimaldır.
Bilməlisən ki, müqavimət, hərəkətdən fərqlidir. Çünki, müqavimət, sükun halında da mövcuddur. Şübhəsiz, havada, zorla hərəkətsiz tutulan bir daşda, aşağıya doğru yönəlmiş bir müqavimət; şişirilmiş bir surətdə suyun içində hərəkətsiz bir şəkildə tutulan tulumda da, yuxarıya doğru yönəlmiş bir müqavimət görürük.
Filosoflara görə, meyl:
1. Təbii;
2. Qasri;
3. Nəfsani
olmaq üzərə, 3 qismə ayrılır. Çünki:
~ Meyl, ya məhəllin xaricindən bir səbəbdən, yəni, meylin məhəllindən, işarət və mövqe cəhətindən fərqli bir səbəbdən qaynaqlanır; ya da, xarici bir səbəbdən qaynaqlanmaz. Birincisi, qasri meyldir. Buna nümunə olaraq, yuxarıya atılmış daşın meylidir.
~ İkinci halda isə, ya şüurla bərabərdir və iradədən meydana gəlir; ya da şüur və iradə yoxdur. Şüurla bərabər olub, iradədən meydana gələn meyl, nəfsani meyldir. Buna misal, insanın iradi hərəkətindəki meylidir. (Yəni, insan, bir şeyi iradə etməmişdən əvvəl, onda öz iradəsilə bir meyl meydana gəlir. Daha sonra, istəsə meylin gərəyinə yönəlir.)
~ Şüur və iradənin mövcud olmadığı meyl, təbii meyldir. Buna nümunə, daşın, təbiəti gərəyi aşağıa yönəlmiş meylidir. (Təhanəvi, "Kəşşaf", "meyl" maddəsi)
Müəllifin qəsdi, budur:
Kamilləşməyə, kamal nöqtəsinə çatmağa doğru, bir meyl vardır. Bu meylin, ən kiçik şeydən ta bütün aləmə qədər şamilliyi vardır. Necə ki, bir çəyirdəkdə, ağac olub meyvə verməyə şiddətli bir meyl vardır. Elə də, hər bir mövcudda, kamalına doğru çatmaq üçün, bir meyl vardır.
Bu kamilləşmə meyli ilə, aləmin yaradılışı, təkamül qanununa tabedir. Yəni, təkamül, xilqətdə (yəni, yaradılışda), bir qanun olmuşdur. Qanun olması demək, bu kamilləşmə meylinin, yalnız bəzi şeylər üçün deyil; hər yerdə cari olması deməkdir.
Madam ki, aləmin xilqəti, təkamül qanununa tabedir --->
------------------------
------------------------
İnsan ise, âlemin semerat ve eczasından olduğundan, onda dahi meylü'l-istikmalden bir meylü't-terakki mevcuttur.
Yəni:
İnsan isə, aləmin meyvəsi və parçası olduğundan, onda da, kamilləşmə meylindən bir tərəqqi meyli mövcuddur.
-----------------------------
Şərhi:
İnsan, aləmin meyvəsidir. Ağacda olan bir şeyin meyvədə olmaması, imkansızdır. Həm də insan, aləmdən bir cüz/parçadır. Qanun isə, cüzlərə də şamildir. Yoxsa ona, qanun deyilməz. O halda, insan da meyvə və cüz olduğundan, bu təkamül qanununa tabedir. O halda, onda da kamilləşmə meyli mövcuddur. Bu kamilləşmə meyli, maddi və mənəvi, fərdi və növ'i olaraq hər sahədə budaq salmışdır. Ayrı-ayrı surətlərdə görünməkdədir. Bunun növlərindən biri də, sənət və mədəniyyətdə tərəqqi etməkdir. Keçmişin fikirlərindən istifadə edərək, nərdivan pilləkənlərini çıxmaq kimi, daha iləri getməkdir. Yəni, insandakı tərəqqi meyli, xilqətdə cari olan təkamül qanunundan doğan ümumi kamilləşmə meylinin, insandakı uzantısının bir çox budağından biridir.
-----------------------
-----------------------
Bu meyil ise telâhuk-u efkârdan istimdat ile neşvünema bulur.
Yəni:
Bu meyl isə, fikirlərin bir-birinə qatılmasından kömək almaqla böyüyüb-inkişaf edir.
----------------------------
Şərhi:
Mədəniyyət və sənətdəki tərəqqi meyli isə, fikirlərin bir-birinə qatılmasından kömək alaraq, böyüyüb-inkişaf edir. Yəni, insandakı tərəqqi meyli, bir çəyirdəyin ağac olmağa meyli kimidir. Çəyirdək, necə ki, qidalarını ətrafdan alaraq böyüyüb-inkişaf edirsə; insandakı tərəqqi meyli də, sair insanların fikir məhsulatını özünə qaynaq qılıb kömək almaq surətilə böyüyüb-inkişaf edir. Həm, necə ki, böyümək üçün əkilən ağacların və əkilən otların çəyirdək və toxumları, əvvəlki ağac və otların nəticələri olan çəyirdək və toxumlardır. Əvvəlkilərin nəticəsi, indikilərin başlanğıcıdır. Elə də, hər dövrdəki insan növü də, əvvəlkilərin uzun çalışmaları və təcrübələrilə çatdıqları son nəticələri özləri üçün başlanğıc qılar; onların qaldığı yerdən davam edər; və onların qoyduğu daşların üzərinə, öz daşını qoyaraq, binasını yüksəldər. Hər əsrin mədəniyyət və sənət sarayı, əvvəlki əsrlərin sarayları üzərinə bina edilmişdir. Altdakı qat olmadan, üstdəki qat inşa edilməz.
Xülasə: insan, tək başına tərəqqi edə bilməz. Keçmiş və indiki bütün növü ilə yardımlaşması, fikirlərindən istifadə etməsi lazımdır.
--------------------------
--------------------------
Telâhuk-u efkâr ise, tekemmül-ü mebâdiyle inbisat eder.
Yəni:
Fikirlərin bir-birinə qatılması isə, məbdələrin təkkümülü ilə genişlənər.
--------------------------
Şərhi:
Başlanğıc nöqtəsi hökmündə olan qayda və metodların, vasitələrin inkişaf etməsi səbəbilə, fikirlərin bir-birinə qatılması da, əvvəlkilərə görə daha çox inkişaf edər.
Necə ki, ağacın məbdəsi, yəni başlanğıcı, çəyirdəkdir. Çəyirdək, bu nöqtədən ağacın əsaslarını, yəni, təşəkkül qanunlarını ehtiva edər. Elə də, əvvəlki əsrlər üçün məqsəd olan son mövzular, təcrübələr sayəsində, bədihiyyat hökmünə keçdikdən sonra, arxadan gələn insanlar üçün, məqsəd olmaqdan çıxıb, bir vasitə və alət hökmünə keçərlər. Bir əsrin fikirlərinin sonu, digər əsr üçün başlanğıc nöqtəsi və bir məbdə olar. Həm, sonrakı əsrin məbdələri də, əvvəlkilərin məbdələrindən daha da inkişaf etmiş olar. Yəni, hər əsrdə, inkişaf sürəti eyni olmaz. İnkişaf sürəti, zaman keçdikcə, daha da artar. Eynilə, bir qar topunun yuvarlanması kimi. Necə ki, qar topu hər döndüyündə, böyüyür; lakin böyümə sürəti də, çoxalaraq genişləyir. Əvvəldə, yavaş-yavaş böyüyərkən, sonra qat-qat böyüyür. Onun üçün, fikirlərin bir-birinə qatılması səbəbilə məbdələr sadəcə təkəmmül etməklə qalmaz; eyni zamanda, təkəmmülləri də inkişaf edər, yəni daha da böyüyər. Bu son əsrlərdə olan genişləmənin daha da sürətlənməsi, bundan dolayıdır. Əvvəllər, ancaq bir əsrdə qeyd edilən inkişaf; son əsrlərdə, bir ildə baş verir.
---------------------------
---------------------------
Tekemmül-ü mebâdi ise, fünun-u ekvânın tohumlarını sulb-ü hilkatten zamanın terbiyegerdesi bir zemine ilka ile telkih eder. O tohumlar ise tedricî tecrübelerle büyür ve neşvünema bulur.
Yəni:
Məbdələrin təkəmmülü isə, kainata dair fənlər toxumlarını, yaradılışın belindən, zamanın tərbiyəçisi olan bir zəminə atmaqla dölləyər. O toxumlar isə, tədrici təcrübələrlə böyüyər və inkişaf edər.
------------------------------
Şərhi:
Müəllifimiz Ustad Nursi, burda, iki təmsili birləşdirməkdədir. Çünki, toxumun torpağa əkilməsilə, insan toxumu olan nütfənin ana rəhminə atılması, eyni qanuna bağlıdır. Bu təmsil vasitəsilə, Müəllif, fərqli məsələləri, bəsitcə ifadə etdi. Belə ki:
Qanunlar, sanki kişidir. Fənnlər isə, onun belindən gəlib, ana rəhmi hökmündə olan zamandan doğmaqdadır.
Məlumdur ki, kişi dölləmədən, toxumlar və yumurtalar, böyüyüb inkişaf etməz. Kişi, qanunun əslini daşımaqdadır. Ondan iqtibas edilən bir qanun, heyvanda, dişinin rəhmində; bitkilərdə isə, torpaqda tərbiyə edilir.
Demək:
Məbdələr:
~ “yaradılış qanunları beli”ndən alınan; və
~ “nütfələr, toxumlar” deyilən kainata dair fənnlərin;
~ "ana rəhmi" deyilən zamana
atılması və orda tərbiyə edilməsi nəticəsində təkəmmül edər. Zaman içində tərbiyə edilməsi də, "təcrübə" deməkdir.
---------------------
---------------------
Buna binaendir: Bu zamanda bedihiye ve ulûm-u âdiye sırasına girmiş pek çok mesail var; zaman-ı mazide gayet nazarî ve hafî ve burhana muhtaç idiler. Zira görüyoruz: Şimdilik coğrafya ve kozmoğrafya ve kimya ve tatbikat-ı hendesiyyeden çok mesail var ki, mebâdî ve vesaitin tekemmülüyle ve telâhuk-u efkârın keşfiyatıyla bu zamanın çocuklarına dahi meçhul kalmamışlardır. Belki oyuncak gibi onlarla oynuyorlar. Halbuki İbni Sina ve emsaline nazarî ve hafî kalmışlardır.
Yəni:
Bundan (yəni, fənlərin belə tədrici təcrübələrlə təkamül etdiyindən) dolayıdır ki, bu zamanda bədihi və (hər kəs tərəfindən bilinən) adi elmlər sırasına girmiş bir çox məsələlər var ki, keçmiş zamanda, çox nəzəri, gizli və burhan (dəlil)'ə möhtac idilər. Çünki görürük (ki):
İndiki coğrafiya, astronomiya, kimya və həndəsi tətbiqatlardan çox məsələlər vardır ki, məbdələr və vasitələrin təkəmmülü və fikirlərin bir-birinə qatılması(ndan doğan) kəşflərlə, bu zamanın uşaqlarına belə məchul qalmamışlardır. Əksinə, oyuncaq kimi, onlarla oynayırlar. Halbuki, ibn Sina və bənzərlərinə, nəzəri və gizli qalmışlardır.
------------------------
------------------------
Halbuki hikmetin bir pederi hükmünde olan İbni Sina, şiddet-i zekâ ve kuvvet-i fikir ve kemâl-i hikemiye ve vüs'at-i karîha noktasında bu zamanın yüzlerce hükemasıyla muvazene olunsa, tereccüh edip ve ağır gelecektir. Noksaniyet İbni Sina'da değil; çünkü ibn-i zamandır. Onu nakıs bırakan zamanın noksaniyeti idi.
Yəni:
Halbuki, hikmətin bir atası hökmündə olan ibn Sina, zəkasının şiddəti, fikrinin qüvvəti, hikmətinin mükəmməlliyi və qərixəsi (anlayışı)'nın genişliyi nöqtəsində, bu zamanın yüzlərlə filosofu (və ya fənn alimi) ilə müvazinə edilsə, tərəccüh edib ağır gələcəkdir. Nöqsanlıq, ibn Sina'da deyil; çünki (o), zamanın(ın) oğludur. Onu naqis buraxan, zamanın nöqsaniyyəti idi.
---------------------------
Şərhi:
Ərəblər, biri bir şeyə hakimdirsə, onu, "onun atası" mənasında "əb" deyə adlandırırlar. Məsələn, elmə hakim olana, "əbu'l-ilm" demək kimi. Əgər o şeyin məhkumu və məhbusudursa, "onun oğlu" mənasında "ibn" deyə adlandırırlar. Çünki oğul, atanın məhkumudur. Ona itaət lazımdır. Məsələn, yolda qalmış olana, "ibn səbil" demələri; və ya çadırda yaşayan bədəviyə, "ibn xaymə" demələri kimi.
Bax, ibn Sina da, "ibn zaman"dır. Zamanın oğlu və onun məhkumudur. Nöqsaniyyət, onda deyil; onun zamanındadır. Nöqsaniyyət onda olmadığı üçün, hər nə qədər bu zamanın bədihi məsələləri ona məchul qalsa da, ibn Sina'ya, "hikmətin atası" deyilmişdir. Bu, onda, bir nöqsanlıq sayılmamışdır.
---------------------
---------------------
Acaba bedihî değil midir ki, Kolomb-u Zûfünûnun sebeb-i iştiharı olan Yeni Dünya'nın keşfi, faraza bu zamana kadar kalmış olsaydı, hiç kaptan arasında kıymeti olmayan bir kayık sahibi de Yeni Dünya'yı eski dünyaya komşu etmeye muktedir olacaktı. Evvelki keşşafın tebahhur-u fikrine ve mehaliki iktihamına bedel, bir küçük sefine ile bir pusula kifayet edecekti.
Yəni:
Görəsən, bədihi deyildirmi ki, (bir çox) fənlərdə bilik sahibi olan Kolumb'un məşhurlaşma səbəbi olan Yeni Dünya (Amerika)'nın kəşfi, fərz edək ki, bu zamana qədər qalmış olsaydı, kapitanlar arasında heç bir qiyməti olmayan bir qayıq sahibi də, Yeni Dünya'nı, əvvəlki dünyaya (yəni, Asiyaya) qonşu etməyə müqtədir olacaqdı?! Əvvəlki kəşşaf'ın (yəni, Kolumb'un) fikri dərinliyinə və təhlükələrə atılmasına bədəl, bir kiçik gəmi ilə bir kompas kifayət edəcəkdi?!
---------------------------
---------------------------
Fakat, bununla beraber, şimdi gelecek bir hakikati nazar-ı dikkate almak lâzımdır.
Yəni:
Lakin, bununla bərabər, indi gələcək bir həqiqəti, nəzər-i diqqətə almaq lazımdır.
----------------------
Şərhi:
Yuxarıda zikr edilən təkamül və gələcəkdəki insanların keçmişdəkiləri keçməsi, fənni elmlərdə məqbuldur. Şəriət elmlərinin əsası və ruhunda isə, bu qayda keçərli deyil.
"Əsrlərin ən xeyirlisi, Mənim əsrimdəkilərdir. Sonra, onlardan sonra gələnlər; sonra da onların ardından gələnlərdir." (Tirmizi, hədis no: 2222)
hədisi də, bunu ifadə edir. (haşiyə)
Onun üçün, Müəllifimiz Ustad Nursi, bu nöqtəni ayırd edir. Bir adam, şəriət elmlərində risalət günəşinə nə qədər yaxındırsa, o qədər çox nur alar. Onlar, əsldir.
--------------------
(Haşiyə:
Hədisin şərhi üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99l%C9%99f-kimdir
----------------------------
----------------------------
Şöyle ki: Mesail iki kısımdır.
Birisinde telâhuk-u efkâr tesir eder. Belki ona mütevakkıftır. Nasıl ki, maddiyatta büyük bir taşı kaldırmak için teavün lâzımdır.
Kısm-ı diğerîde, esas itibarıyla telâhuk ve teavün tesirsizdir. Bin de, bir de birdir. Nasıl ki, hariçte bir uçurum üzerinde atlamak veyahut bir dar yerde geçmekte küll ve küll-ü vahid birdir. Teavün fayda vermez.
Yəni:
Belə ki: Məsələlər, 2 qisimdir:
• Birində, fikirlərin bir-birinə qatılması, təsir edər. Hətta, ona bağlıdır. Necə ki, maddiyyatda böyük bir daşı qaldırmaq üçün, təavün (yardımlaşma) lazımdır.
• Digər qismində isə, əsas etibarı ilə, fikirlərin bir-birinə qatıması və yardımlaşma, təsirsizdir. 1000 də, 1 də, birdir. Necə ki, xaricdə, bir uçurum üzərində atlamaq və yaxud dar bir yerdə(n) keçməkdə, küll (bütün) və tək-tək hər biri, birdir. Təavün, fayda verməz.
-------------------------
Şərhi:
Müəllifimiz Ustad Nursi (rahiməhullah), burda, məsələlərin 2 qisim olduğunu və aralarındakı fərqi göstərməkdədir. Belə ki:
• Bir qisim məsələlər, ki, bunlar, yuxarıda, haqqında danışdığımız maddi fənnlərdir. Bu maddi fənnlərdə, fikirlərin bir-birinə qatılması ilə yardımlaşma lazımdır.
• Digər qisim məsələlər, ki, bunlar da, vəhyə istinad edən şər'i (şəriətə aid) elmlərdir. Bunlarda isə, əsas etibarı ilə, fikirlərin bir-birinə qatılması və yardımlaşma, təsirsizdir. Yəni, əsasda təsir etməz. Ancaq, surətdə təsir edə bilər. Çünki, dini elmlər, əsas və qanun etibarı ilə, vəhyə istinad etməkdədir, ağla deyil. Vəhy isə, tənzildir, yəni endirilmədir. Yəni, bir növ doktrinadır. Onda, əsas etibarı ilə, ağlın təsiri yoxdur. Ağlın, ona tabe olması lazımdır. Lakin bunlarda, surət etibarı ilə bir təkmilləşmə ola bilər. Yəni, dini elmlərin dünyəvi cəhətlərində, bir təkmilləşmə mümkündür. Məsələn, İslam alimlərinin, səhabədən götürdükləri elmləri tədvin, təsnif və tərtib edərkən etdikləri təkmilləşdirmə, surət etibarı ilədir; əsas etibarı ilə deyil. Bu qisimdə, yardımlaşma yoxdur. 1000 nəfərin olması ilə 1 nəfərin olması arasında, fərq yoxdur. Əvvəlki qisim, bir daşın qaldırılmasına bənzəyərkən; bu qisim məsələlər, buna bənzəyir:
Necə ki, xaricdə,
(yəni, əşyanın zehndəki surətinə "elm" deyildiyi üçün, məntiqdə, zehni məlumatın həqiqi dünyadakı misdaqlarına, "xaricdə" deyə təbir edilir.)
yəni, zehndəki bu dini məsələləri xarici aləmdə təmsil edərsək, bir uçurum üzərindən atlamaq və yaxud bir dar yerdən keçməkdə, bütün ilə, tək-tək hər biri, eynidir. Yəni, bir uçurumdan 100 nəfər atladığında, 101-ci adamın atlaması, daha asan olmaz. Əvvəlkilərin atlamasının, ona faydası yoxdur. Yaxud, dar bir dəlikdən keçərkən də, 101-ci adam, -bu dəlikdən, özündən əvvəl 100 adam keçib deyə-, burdan asanca keçə bilməz. Burda, yardımlaşmanın heç bir faydası yoxdur.
--------------------------
--------------------------
Bu kıyasa binaen fünunun bir kısmı, büyük taşın kaldırılması gibi teavüne muhtaçtır. Bunların ekserî, ulûm-u maddiyedendir. Diğer bir kısmı ikinci misale benzer. Tekemmülü def'î, yahut def'î gibi olur. Bu ise, ağlebi mâneviyat veya ulûm-u İlâhiyedendir.
Yəni:
Bu qiyasdan dolayı:
~ Fənnlərin bir qismi, -böyük bir daşın qaldırılması kimi- yardımlaşmaya möhtacdır. Bunların əksəriyyəti, maddi elmlərdəndir.
~ Digər bir qismi, ikinci misala bənzəyir. Təkəmmülü, ani, yaxud ani kimi olur. Bu isə, əksəriyyətlə, mənəviyyat (mənaya aid şeylər) və İlahi elmlərdəndir.
------------------------
------------------------
Lâkin, eğer çendan telâhuk-u efkâr bu kısm-ı sâninin mahiyetini tağyir ve tekmil ve tezyid edemezse de, burhanların mesleklerine vuzuh ve zuhur ve kuvvet verir.
Yəni:
Lakin, əgər hərçənd, fikirlərin bir-birinə qatılması, bu ikinci qismin mahiyyətini (yəni, zati olan əsli vəsflərini) dəyişdirə, təkmilləşdirə və çoxalda bilməsə də; burhan (dəlil) gətirmə metodlarına, vazehlik, zahirlik və qüvvət verər.
--------------------------
Şərhi:
Tarixə də diqqət edilsə, zamanın keçməsilə İslami elmlərdə görülən təkmilləşmələr, məsələlərin mahiyyətilə bağlı deyil; burhanların metodları ilə bağlıdır. Məsələn, zaman içində fəqihlərin fiqh elmini təkmilləşdirmələri, buna bir nümunədir. Fiqhin əsası, ayə və hədislər olduğundan, əsasları dəyişməmişdir. Bu əsasın təkmilləşdirilməsi, zatən mümkün deyildir. Çünki, yeni ayə və hədislər yoxdur. Ancaq, fikirlərin bir-birinə qatılması ilə, dəlillər tənzim və tərtib edilərək, onlara bir zahirlik və qüvvət verilmişdir. Yəni, İslami elmlərdə görülən inkişaf, məsələnin surəti ilə bağlıdır. Necə ki, bir uşaq böyüyüb-inkişaf etdikcə, onda dəyişən şey, yalnız surətidir, ruhu deyil. Bu tərz məsələlərdəki inkişaf, təkmilləşmə də, bu qəbildəndir.
Not: İndi isə, müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), maddi fənnlər ilə mənəvi fənnlər arasındakı fərqin, bunlarla məşğul olanlar üzərindəki fərqli təsirlərini izah edir. Belə ki --->
-------------------------
-------------------------
Hem de nazar-ı dikkate almak lâzımdır ki: Kim bir şeyde çok tevaggul etse, galiben başkasında gabîleşmesine sebebiyet verir.
Yəni:
Həm də, nəzər-i diqqətə almaq lazımdır ki:
Kim, bir şeyin dərinliklərinə dalarsa; (bu, onun) əksəriyyətlə, başqa (şeylər)'də anlayışının azalmasına səbəbiyyət verər.
----------------------------
Şərhi:
Məhz bundan dolayıdır ki, fənlərdə ixtisaslaşma məcburiyyəti hasil olmuşdur. Bir adam, hər fənndə mütəxəssis ola bilmir. Xüsusilə, qaydaları bir-birinə uyğun olmayan fənnlərdə mütəxəssis olması, sanki mümkün olmamaqdadır. Birində iləriləməsi, digərində geriləməsinə səbəb olur.
Not: Bura, mühim bir yerdir. "6-cı Müqəddimə"də, izahı və səbəbləri gələcəkdir.
---------------------------
---------------------------
Bu sırra binaendir ki, maddiyatta tevaggul eden, mâneviyatta gabileşir ve sathî olur. Bu noktaya nazaran, maddiyatta mahareti olanın mâneviyatta hükmü hüccet olmasına sebep olmadığı gibi, çok defa sözü dahi şâyân-ı istimâ değildir.
Yəni:
Bu sirrdən dolayıdır ki, maddiyyatın dərinliklərinə dalan, mənəviyyatda anlayışsızlaşar və (anlayışı) səthi olar. Bu nöqtəyə nəzərən, maddiyyatda məharəti olanın, mənəviyyatda hökmü hüccət olmasına səbəb olmadığı kimi; çox dəfə, sözü belə, eşidilməyə layiq deyildir.
-----------------------
-----------------------
Evet, bir hasta, tıbbı hendeseye kıyas ederek, tabibe bedelen mühendise müracaat edip gösterdiği ilâcı istimal ederse, akrabasına tâziye vermeye dâvet ve kendisi için kabristan-ı fenanın hastahanesine nakl-i mekân etmek için bir raporu istemek demektir.
Yəni:
Bəli, bir xəstə, tibbi həndəsəyə qiyas edərək, təbibin yerinə mühəndisə müraciət edib (mühəndisin) göstərdiyi dərmanı istifadə edərsə, qohum-əqrəbasını təziyə (baş sağlığı) verməyə dəvət; və özü üçün də, "yoxluq qəbristanı xəstəxanası"na məkan nəqli etmək üçün bir raporu istəmək deməkdir.
--------------------------
Şərhi:
Yəni, belə bir adamın mühəndisdən istədiyi resept, qohum-əqrəbasına, baş sağlığı dəvətnaməsi; özü üçün də, xəstə nəql raporu hökmündədir. Ancaq, nəql olunacağı xəstəxana, qəbristanlıqdır. Ölüm də, bir xəstəlik; hətta həqiqi və çarəsi olmayan bir xəstəlik olduğundan, qəbristan da, bir xəstəxana sayılır.
-------------------------
-------------------------
Kezalik, hakaik-i mahzâ ve mücerredât-ı sırfeden olan mâneviyatta, maddiyûnun hükümlerine müracaat ve fikirleriyle istişare etmek, âdetâ lâtife-i Rabbaniye denilen kalbin sektesini ve cevher-i nurânî olan aklın sekeratını ilân etmek demektir. Evet, herşeyi maddiyatta arayanların akılları gözlerindedir. Göz ise mâneviyatı göremez.
Yəni:
Beləcə də, həqiqətin məhz özü və sırf mücərrədlər(dən ibarət) olan mənəviyyatda, materialistlərin hökmlərinə müraciət və fikirlərilə istişarə etmək, sanki, Rabbani lətifə olan qəlbin, durmasını; və nurani cövhər olan ağlın (isə), səkəratını (ölüm öncəsi sərxoşluğunu) elan etmək deməkdir.
Bəli! Hər şeyi maddiyyatda axtaranların ağılları, gözlərindədir. Göz isə, mənəviyyatı görməz.
(Ustad Bədiü'z-zaman Said Nursi, "Muhakəmat")
