Dördüncü müqəddimə (Muhakəmat)
Dördüncü Müqəddimə
Müəllifimiz Ustad Bədiü'z-zaman Said Nursi (rahiməhullahu Taala), bu müqəddimədə (haşiyə), həqiqətə aşina olmayan; və bu səbəblə həqiqətin gözəlliyinə və kamilliyinə qənaət etməyib, mübaliğələrlə, xəyalları həqiqətə qarışdıran zahirpərəstlərin, öz sözlərinə qiymət verdirmək üçün, sözlərini, ibn Abbas (radiyallahu anh) və bənzəri məşhurlara nisbət etdiklərindən bəhs etməkdədir.
Ustad Nursi, bu xəyal və xürafələrin və mübaliğələrin hardan qaynaqlandığını; həqiqətin içinə necə qarışaraq, onun əsli surətini pozub xürafəyə çevirdiyini izah edir.
------------------------------
(Haşiyə:
Müqəddimə nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muq%C9%99ddim%C9%99-n%C9%99dir
----------------------------
----------------------------
Şöhret, insanın malı olmayanı da insana mal eder. Şöyle ki:
Beşerin seciyelerindendir: Garip veya kıymettar bir şeyi asîlzâde göstermek için, o kıymettar şeylerin cinsiyle müştehir olan zâta nispet ve isnad etmektir.
Yəni:
Şöhrət, insanın malı olmayanı da, insana mal edər (yəni, sənin olmayan şeyi, sənə nisbət etdirər). Belə ki:
Qərib və ya qiymətli bir şeyi əsilzadə göstərmək üçün, o qiymətli şeylərin cinsilə məşhur olan şəxsə (o şeyi) nisbət və isnad etmək, bəşərin səciyyələrindən (yəni, təbiətindən)'dir:
-------------------------
Şərhi:
Bir həqiqət düşünək. Zatında bir qiyməti vardır. Lakin, əsli etibarı ilə qəribdir. Zatında bir qiyməti olub, lakin qürbətdə olan bir adam kimi...
İnsanlar, belə qərib bir həqiqəti əsilzadə (yəni, əsalətli bir adamın oğlu) kimi göstərmək üçün (yəni, o həqiqəti, əsli etibarı ilə də qiymətli və soylu göstərmək üçün), o qiymətli şeylərin cinsilə məşhur olan şəxsə nisbət və isnad edərlər. Yəni, "Bu adam, filan məşhur adamın soyundandır." demək kimi; "Bu söz, filan adamın sözüdür." deyərək, o həqiqəti, əsilzadə göstərməyə çalışarlar. O həqiqət hansı cinsdəndirsə, məsələn:
~ qəhrəmanlıqsa, qəhrəmanlıqla məşhur;
~ qüvvətsə, qüvvətlə məşhur;
~ elmsə, elmlə məşhur
bir şəxsə nisbət edərək, ona bir əsalət qazandırmağa çalışarlar.
----------------------------
----------------------------
Yani, sözleri revaç bulmak veya tekzip olunmamak veyahut başka ağraz için, zalimâne ve istibdadkârâne, bir milletin netaic-i efkârını veya mehasin-i etvarını bir şahısta görüp ondan bilirler.
Yəni:
~ sözlərinin, dəyər qazanması; və ya
~ (sözlərinin) təkzib olunmaması; və ya
~ başqa bir məqsəd (məsələn, bəyəndiyi məşhur şəxsi daha çox mədh etmək, mübaliğə ilə onu olduğundan daha böyük göstərmək)
üçün, zalımanə və istibdadvari, bir millətin fikirlərinin nəticələrini; və ya (hal) və davranışlarındakı gözəllikləri bir şəxsdə görüb, (bunları), ondan bilərlər.
----------------------------
Şərhi:
Xalqın malını zorla alıb bir adama hədiyyə etmək, necə bir zülmdürsə; bir millətin fikirlərinin və səylərinin nəticəsi olan həqiqətləri və fəzilətləri, o millətin rəislərinə və ya rəis kimi qəbul edilən məşhurlarına isnad etmək də, elə zülmdür. Qəhrəman bir ordunun qanları ilə qazanılan bir zəfəri, yalnız başındakı komandirə vermək, "Filan komandir, nə böyük bir adamdır. Belə bir zəfər qazandı." demək; eynilə, bütün qəniməti toplayıb, o komandirə vermək kimi bir zülmdür. Eynilə belə də, qiymətli sözləri və həqiqətləri məşhur kimsələrə isnad etmək də, elə bir zülmdür. Bunlar, zülm olduğu kimi; eyni zamanda da, istibdaddır. Belə ki:
İstibdad, qanunsuz təhəkkümdür. Başqalarının haqqlarını bir adama vermək, əlbəttə, qanunsuz və haqsız bir təhəkküm olduğundan, o insanlara qarşı bir istibdaddır. Çünki, o rəis, bir fəzilət və məziyyət buraxmamışdır ki, insanlara da dağılsın. Bütün fəziləti, mədh və sənanı özünə həsr edib, sair insanları kölgədə buraxdığından, istibdad etmiş olar. Onun kölgəsi altında, heç bir "istedad çəyirdəyi" böyüyüb inkişaf etməz. Çünki, onlara yağış vermədiyi kimi; günəşi də heç göstərməmişdir. Onlara, sanki: "Sizlər, bir məziyyətə sahib ola bilməzsiniz. Sizin haqqınız, sadəcə başınızdakı insana xidmət edib, nökər olmaqdır. Onun yanından ayrılmayın; ona xidmət göstərməkdə bir qüsur etməyin." deyir. Tarixə diqqət edilərsə görülər ki, istibdadın hər növünün -dövlət istibdadı olsun, ağalıq istibdadı olsun, elmi istibdad olsun- bütün istibdadlar, bu tərz cərbəzələrlə və mübaliğələrlə, başqalarının məziyyətlərinin bir adama verilib şişirilərək, o adamın bir növ bütləşdirilməsindən qaynaqlanmaqdadır.
Həm, bəyəndiyi sözləri məşhur şəxslərə isnad etmək, bu cəhətdən də istibdaddır:
O sözləri, olduğundan çox qüvvətli göstərmək üçündür. Hətta, o sözün ehtiva etdiyi həqiqət cəhətindən deyil; intisab etdiyi şəxs cəhətindən ona (yəni, o sözə) qiymət və qüvvət verilməsini təmin etmək məqsədilə edilir. Bu da, o sözün təhqiq edilməməsi; hətta müxalifət edilməməsi və təkzib edilməməsi üçün edilir. Bu isə, fikirlərə istibdaddır.
Həm, bu iş, o məşhur adama da zülm və istibdaddır. Təbii ki, o məşhur adamın buna razılığı və dəxli yoxdursa. Bu, ona yaxşılıq deyil, pislik etməkdir. Mədh deyil, zəmm (pisləmək)'dir. Təzim zənnilə, təhqirdir. Həqiqi layiq olduğu hörməti də qırar.
Müəllifimiz Ustad Nursi (rahiməhullah), indi də, bunu izah edir --->
-----------------------------
-----------------------------
Halbuki, o adamın şanındandır, o hediye-i müstebidaneyi reddede... Zira güzel bir sıfat veya ulvî bir san'atla meşhur olan bir adam, hüsn-ü sûrînin mâverâsını görmek şanından olan nazar-ı san'atperverânesine haksız olarak ona isnad olunan emir arz edilip gösterilirse, "Senin dest-i hattındır" denilirse, o emir san'atın tenasüp ve muvazenesinden nâşi olan güzelliğini ihlâl ettiği için, reddedip iraz ve teberri edecektir. "Hâşâ ve kellâ" diyecektir.
Yəni:
Halbuki, o müstəbid (yəni, belə istibdadla alınan və istibdada səbəbiyyət verən) hədiyyəni rədd etmək, o adamın şanındandır...Çünki:
Gözəl bir sifət (məsələn, cəsarət kimi gözəl bir sifət) və ya ülvi bir sənətlə (məsələn, xəttatlıq kimi gözəl bir sənətlə) məşhur olan bir adam(ın), surətin zahiri gözəlliyinin ardını görmək şanından olan sənətpərvər nəzərinə (yəni, sənətpərvər bir nəzər, bir əsərin surətinin gözəlliyinə baxdığında, onun ardındakı sənətin gözəlliyini görür və o cəhətdən onu təqdir edir, bəyənir. Əsl olan, sənətin gözəlliyidir. Əsərin gözəlliyi, sənətin gözəlliyindən gəlir. Belə sənətpərvər bir adamın nəzərinə), haqqsız olaraq ona isnad edilən bir şey ərz edilib göstərilsə, "Bu, sənin dəst-i xətt'indir." deyilsə (yəni, onun özünə aid olmayan bir yazı ona göstərilib: 'Bu, sənin əl yazındır.' deyilsə), o şey, sənətin tənasüb və müvazinəsindən doğan gözəlliyinə xələl verdiyi üçün, rədd edib üz çevirəcək və təbərri edəcəkdir. "Haşa" və "Əsla!" deyəcəkdir.
--------------------------
Şərhi:
Əslində, o əsər, hədd-i zatında gözəl bir şey olduğu halda; nə üçün bu şəxs, sanki çirkin bir şey imiş kimi rədd edib üz çevirir və "haşa" və "əsla" ilə özünü tənzih edir? Çünki, sənətpərvər nəzər, suri gözəlliyi deyil; arxasındakı sənətin gözəlliyini görür. O əsər və arxasındakı sənət hər nə qədər gözəl olsa da, o sənət, bu şəxsin öz sənətinə nisbət edilib idxal edildiyini düşündüyü anda, o sənət, öz sənətinin tənasüb və müvazinəsini pozduğunu hiss edir. Gözəllik isə, tənasüb və müvazinədən doğduğundan, sənətini çirkinləşdirdiyini görür və təbərri edir.
Gözəlliyin qaynağı, tənasüb və müvazinədir. Ustad Nursi'nin, "Münazarat" adlı əsərindəki ifadəsilə, "Bir zira uzunluğunda qızıldan bir burun olsa, yalnız ona nəzər edildiyində gözəl görünə bilər." Ancaq, belə bir burun, insanın üzündə çirkin düşər. Bütün üzü də, çirkinləşdirər. Məsələn, eşşəyin gözü, gözəldir. Lakin bu göz, eşşəkdə gözəldir. Bir insanın üzündə, gözəl görünməz.
Xülasə:
Bir şeyin cüzləri (parçaları) içinə, ona aid olmayan başqa bir cüz daxil edildiyində, o şeyin cüzləri arasındakı intizamı pozar. O da, müvazinə və tənasübə xələl verdiyindən, gözəlliyini pozar.
Eynilə, İslamın da içinə daxil edilən İsrailiyyat və fəlsəfə kimi ünsürlər, İslamın nəfsu'l-əmirdəki gözəlliyini pozub intizamına xələl verdiyi kimi; sözlərinə dəyər qazandırmaq üçün məşhur insanlara o sözləri nisbət etmək də, əslində, o məşhurun şanını ləkələyir.
----------------------
----------------------
Bu seciyeye bina ile meşhur kaideye "Bir şey sâbit olsa, levazımıyla sâbit olur." istinaden insanlar o şahs-ı meşhurda tahayyülâtlarına bir nizam verdirmek için muztardırlar ki: Çok kuvvet ve azamet ve zekâ gibi levazım-ı hârikulâdeyi isnad etsinler, tâ o şahsın cümle mensubatına merciiyeti mümkün olabilsin. O halde, o adam bir ucûbe olarak zihinlerinde tecessüm eder.
Yəni:
~ (Bəşərin) bu (yəni, qərib və ya qiymətli bir şeyi əsilzadə göstərmək üçün, o qiymətli şeylərin cinsilə məşhur olan şəxsə o şeyi nisbət və isnad etmək) səciyəsindən dolayı; və
~ "Bir şey sabit olsa, lazımları ilə sabit olar." (Yəni, bir şeyin varlığına hökm edildiyində, o şeyin lazımının da var olduğunu hökm edilir. Məsələn, günəşin var olduğu sabit olduğunda, lazımı olan nurun varlığı da sabit olur. "Günəş vardır." deyən adam, nurunun da varlığını qəbul etmişdir deməkdir.) qaydasına istinadən,
insanlar, o məşhur şəxsdə, təxəyyüllərinə bir nizam verdirmək üçün, (o şəxsə), çox qüvvət, əzəmət və zəka kimi xariqu'l-adət (adəti deşən, fövqə'l-adi) lazımları da isnad etməyə məcburdurlar (yəni, o məşhur şəxsə, sahib olmadığı işlər isnad edilincə; bu səfər də, o işləri görə bilməyin lazımı olan vəsflərin də onda var olduğunu qəbul etməyə məcburdurlar. Bunun üçün də, ona, fövqə'l-adi qüvvət, əzəmət və zəka kimi vəsflər isnad etmələri zəruridir.) Ta ki, o şəxsin, cümlə mənsubatına (yəni, özünə nisbət edilən bu şeylərə) mərciyyəti (rücu edilən qayıdılan yer. Yəni, o şəxsin, bu işləri görə bilən olması), mümkün ola bilsin. O halda, o adam, əcaib bir şey olaraq zehnlərdə təcəssüm edər.
------------------------------
------------------------------
Eğer istersen hayâlât-ı acemâne içinde perverde olan Rüstem-i Zâl'in timsal-i mânevîsine bak, gör, ne ucubedir! Zira, şecaatle müştehir olduğundan ve hiç İranîler tazyikatından kurtulamayan istibdad sırrıyla ve şöhret kuvvetiyle İranîlerin mefahirini gasp ve gàrât ederek büyülttü. Hayallerde büyüyüp şişti. Yalan, yalana mukaddeme olduğu için, şu harikulâde şecaat, harikulâde bir ömür ve dehşetli bir kamet ve onların levazım ve tevâbileri olan çok emirleri toplayıp, içinde o hayal-i hâil nara vurarak "Ben nev'ün münhasırün fi'ş-şahs'ım" der. Gulyabânî gibi hurafatı arkasına takarak dillerin destanlarında dönüyor. Emsaline dahi meydan açar.
Yəni:
Əgər istəyirsənsə, əcəmin (yəni, iranlıların) xəyalları içində tərbiyə edilib böyüdülən (yəni, şişirilən) Rüstəm Zal'ın mənəvi timsalına (yəni, xəyaldakı mənəvi surətinə) bax. Gör, nə əcaibdir. Çünki (o), şücaətlə məşhur olduğundan; və iranlıların heç təzyiqlərindən qurtula bilməyən istibdad sirrilə (yəni, xüsusən bütpərəstliyin əsası olan məcusiliyin/atəşpərəstliyin, çox uzun əsrlər boyunca, onların fikir aləmində etdiyi istibdaddan və hər şeyi bütləşdirmək adətlərindən dolayı) və şöhrət qüvvətilə (yəni, Rüstəmin də şöhrətinin təsirilə), iranlıların iftixar səbəbləri olan şeyləri qəsb və qarət edərək böyüttü (yəni, qəsb və qarət etdiyi hər şey, onu, daha da böyütdü). Xəyallarda böyüyüb şişdi. Yalan, yalana müqəddimə olduğu üçün (yəni, bir yalan, digər bir yalana da qapı açdığından), (xəyaldakı) bu xariqu'l-adət şücaət, xariqu'l-adət bir ömür və dəhşətli bir qamət və onların lazımi vəsfləri və onlara tabe olan digər vəsflər kimi çox şeyləri toplayıb, o qorxunc xəyal nərə vuraraq: "Mən, növü, şəxsilə məhdud bir şəxsəm." (Yəni, tək nəfərlik bir növ olan misilsiz bir adamam) deyər. Qulyabani kimi, xurafatları da arxasına alaraq, dillərin dastanlarında dönməkdədir. (Və bu), misillərinin (yəni, başqalarının) da (belə şişirilməsinə) meydan açar.
--------------------------
--------------------------
Ey hakikati çıplak görmek isteyen zât! Bu mukaddemeye dikkat et; zira hurâfatın kapısı bu yerden açılır. Ve bab-ı tahkik dahi bununla sed olur.
Yəni:
Ey həqiqəti çılpaq görmək istəyən şəxs! (Yəni, həqiqəti, üstünə geyindirilən və üzünə örtülən süni xəyal libaslarından qurtarıb, o nazlı və gözəl dilbəri, nəfsu'l-əmirdəki gözəlliyilə görmək istəyən və bunun üçün də, bir qayda axtaran haqqpərəst şəxs!)
Bu müqəddiməyə diqqət et! Çünki, xurafat qapısı, bu yerdən açılır (yəni xurafələr, burdan girməkdədir). Və təhqiq qapısı da, bununla bağlanır (yəni, həqiqəti ortaya çıxarma səylərinin qapısı da, bununla bağlanılır. Yəni, bu yer, xurafə qapısının açıldığı; və təhqiq qapısının bağlanıldığı yerdir).
----------------------------
----------------------------
Hem de kıssadan hisse ve meylü't-terakki ile Mütekaddimînin esasları üzerine bina ve Seleflerin mevrusatında tasarruf ve ziyadeye cesaret bu şûristanda mahvolur.
Yəni:
Həm də:
~ Qissədən hissə;
~ Tərəqqi meylilə mütəqaddimun (əvvəlkilər)'in əsasları üzərinə bina (etmək); və
~ Sələflərin miras buraxdığı şeylərdə təsərrüf və əlavəyə cəsarət,
bu şoran yerdə məhv olar.
--------------------------
Şərhi:
~ "Qissədən hissə..." bu şoran yerdə məhv olar.
Yəni, qissələrdən, bir hissə və ibrət alınır. Ancaq qissələr, olduğu kimi deyil; belə mübaliğə və cərbəzələrlə xurafələrə çevrildiyində, artıq, ondan, bir hissə alınmaz.
~ "Tərəqqi meylilə mütəqaddimun (əvvəlkilər)'in əsasları üzərinə bina (etmək)" bu şoran yerdə məhv olar.
Yəni, kainatdakı təkamül meylinin bir budağı olan insandakı tərəqqi meyli ilə, əvvəlki insanların etdiklərini özünə əsas qılıb onların üzərinə "mədəniyyət sarayı"nı yüksəltmək həqiqəti, məhv olar. Demək, belə xurafələr, tərəqqiyə manedir. Çünki, keçmişin binasını xarab etdiyindən, bizim binamızı onun üstünə yüksəltməyimiz, mümkün olmaz.
~ "Sələflərin miras buraxdığı şeylərdə təsərrüf və əlavəyə cəsarət" bu şoran yerdə məhv olar.
Yəni, necə ki, atanın buraxdığı mirasda, oğlun təsərrüf edib onu daha da çoxaltması gözlənilir. Elə də, əvvəlki insanların buraxdığı miraslarda təsərrüf edib onu daha da çoxaltmağa cəsarət, belə xurafələrlə məhv olur.
---------------------------
---------------------------
Eğer istersen, meşhur Molla Nasreddin Efendiye de: "Bu garip sözler umumen senin midir?" Elbette sana diyecektir: "Şu sözler ciltleri dolduruyor. Epeyce ömür ister. Zira bütün sözlerim nevadirden değildir. Ben hocayım. Onların zekâtını da bana verseler razıyım ve kâfidir. Fazlasını istemem. Zira zarafetimi tabiîlikten çıkarıp tasannua kalb eder."
Yəni:
Əgər (şöhrət, necə insanın malı olmayan bir şeyi insana mal edir; və qissədən hissə götürməyə necə mane olur; buna, yenə bir misal) istəyirsənsə, məşhur Molla Nəsrəddin ağaya de: "Bu qərib sözlər, ümumən sənindirmi?"
Əlbəttə, (o), sənə:
"Bu sözlər, cildləri doldurur. Uzun bir ömür istər. Çünki, bütün sözlərim, nadir (az tapılan sözlər)'dən deyildir. Mən, xocayam. Onların (yəni, mənə nisbət etdikləri sözlərin) zəkatını (yəni, 1/40-ini) də mənə versələr, razıyam və kifayət edir. (Bundan) artığını istəmirəm. Çünki, zərafətimi, təbiilikdən çıxarıb, süniliyə çevirər." deyəcəkdir.
---------------------------
---------------------------
Yahu, bu kökten, hurafat ve mevzuat biter ve tenebbüt eder ve doğru şeyin kuvvetini bitirir.
Yəni:
Yahu (yəni, ey adam! Ey şəxsi məchul olan muxatab!) Bu kökdən (yəni, bu müqəddimədə danışdığım mövzu, sanki bir ağacın kökü kimidir. Bundan) xurafat (xurafələr) və mövzuat (yəni, uydurma sözlər, bitki kimi) bitər və böyüyər; və doğru şeyin qüvvətini (də) bitirər (yəni, sonlandırar).
-----------------------------
-----------------------------
-----------------------------
Hâtime (Xatimə)
Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), bu müqəddimədə, külli bir qayda göstərdi ki, o da, gözəllik və kamalın, ancaq və ancaq haqq və həqiqətdə olmasıdır. Haqq və həqiqət isə, nəfsu'l-əmrdə olan şeydir. Çünki, bu kainat, haqq ilə yaradılmışdır. Bütün həqiqətlər, Allah Taala'nın "əl-Haqq" isminə istinad etməkdədir (haşiyə).
--------------------------
(Haşiyə:
• Əşyanın həqiqəti, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99syanin-h%C9%99qiq%C9%99ti-n%C9%99dir
• "əl-Haqq" isminin şərhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/haqq-isminin-s%C9%99rhi
---------------------------
Həqiqəti idrakdan və ondakı mücərrəd hüsnü zövq etməkdən naqis olanlar, xəyallarla həqiqətin surətini çirkinləşdirərlər. Bu qayda elə küllidir ki, bir çox qayda, ondan budaq açmışdır. Eyni zamanda, bir çox qaydanın da, cami (cəm edici) bir meyvəsidir.
İndi, müəllifimiz Ustad Nursi, bir çox mövzuya təmas edən bu qaydalardan bəzilərini ifadə edir. Belə ki --->
---------------------------
---------------------------
İhsan-ı İlâhîden fazla ihsan, ihsan değildir.
Yəni:
✓ (Birinci qayda): Allahın ehsanından artıq ehsan, ehsan deyildir.
---------------------------
Şərhi:
Kimsə, Allah Taala'dan daha çox ehsan edə bilməz. Madam ki belədir. O halda, ondan artıq edilən ehsan, ehsan deyil, pislik etməkdir.
Bu qaydanın mövzumuza təmas edən cəhəti, -Rüstəm Zal və Molla Nəsrəddin misallarında da olduğu kimi- bir kimsəni olduğundan artıq mədh edərək mübaliğə etmək, o kimsənin gözəllik və kamilliyini həba edər. Demək, Allahın ehsanından artıq ehsan edilməz. Edilərsə, ziddinə çevrilər.
------------------------------
------------------------------
Bir dane-i hakikat bir harman hayalâta müreccahtır.
Yəni:
✓ (İkinci qayda): Bir həqiqət dənəsi, bir xırman xəyala tərcih ediləndir.
-----------------------------
Şərhi:
Çünki, biri, həqiqətdir. Digəri isə, xəyal. Həqiqi olmayan bir şeyin qiyməti, yoxdur. İstərsə, bir xırman olsun. Bir adam, bir buğda dənəsinə sahib olsa, digəri də bir xırman buğda olduğunu zehnində xəyal etsə. Həqiqi olmayan o xırmanın, nə qiyməti vardır?! İnsan, xəyalların və yalanların bir qiyməti olmadığını bilsə, mübaliğələrə və yalanlara girməz.
----------------------------
----------------------------
İhsan-ı İlâhî ile tavsifte kanaat etmek farzdır.
Yəni:
✓ (Üçüncü qayda): Allahın ehsanı ilə vəsf etməkdə qənaət etmək, fərzdir.
-------------------------
Şərhi:
Yəni, necə ki, Allahın ehsan etdiyi şeylərə qənaət etmək, fərzdir. Qənaətsizlik, haramdır. Çünki bu, qədərə imana müxalifdir. Allahın hikmət və rəhmətini tənqiddir. Elə də, bir şeyi vəsf və mədh edərkən mübaliğələrə girmək də, Allahın ehsanına qənaətsizlikdir.
------------------------------
------------------------------
Cemiyete dahil olan, cemiyetin nizamını ihlâl etmemek gerektir.
Yəni:
✓ (Dördüncü qayda): (Bir) cəmiyyətə daxil olanın, cəmiyyətin nizamına xələl verməməsi lazımdır.
---------------------------
Şərhi:
Yəni, bir cəmiyyətə daxil olan, sadəcə özünü düşünüb hərəkət edə bilməz. Sair insanlarla da münasibətinə diqqət edib, nizama uyğun davranmalıdır. Yoxsa, qarışıqlıq çıxarmış olar.
Elə də, İslamın içinə xaricdən girən İsrailiyyat və fəlsəfə, Onun nizamına xələl verdiyi kimi; dinə soxulan bidət, sünnəti qaldırdığı kimi; bir məşhur şəxsə nisbət edilən və ona aid olmayan vəsflər və işlər də, o şəxsin həqiqi vəsflərindən və işlərindən hasil olan mənəvi şəxsiyyətinin nizamını və tənasübünü pozar və qarışıqlığa səbəbiyyət verər.
---------------------------
---------------------------
Bir şeyin şerefi neslinde değildir, zâtındadır.
Yəni:
✓ (Beşinci qayda): Bir şeyin şərəfi, nəslində deyil; zatındadır.
-------------------------
Şərhi:
Bunun izahı, müqəddimənin baş qismində keçdi. Mübaliğəçi əhl-i zahiri aldadan, bu həqiqətdən qəflətləridir.
--------------------------
--------------------------
Bir şeyin aslını gösteren semeresidir.
Yəni:
✓ (Altıncı qayda): Bir şeyin əslini göstərən, meyvəsidir.
---------------------------
Şərhi:
Bir ağaca baxıldığında, onun hansı ağac olduğu, meyvəsindən başa düşülür. Ağacın, faydalımı-faydasızmı; bərəkətlimi-bərəkətsizmi olduğu da, yenə meyvəsindən başa düşülür.
Bu qaydanın mövzumuza təması, 2 cəhətdəndir:
1. Mübaliğələrə və yalan isnadlara girən əhl-i zahir, bir şeyə qiymət vermək üçün, onu, qiymətli bir əslə isnad etməyə çalışırlar. Guya, meyvənin qiymətini isbat üçün, əslini göstərmək lazımdır. Halbuki, əsl, özünü, meyvəsində göstərir. Meyvəni, əsldə deyil; əsli, meyvədə görmək lazımdır. Qiymətli bir həqiqət də, zatən qiymətli bir əslə isnad etdiyini isbat edər. Onu, həqiqi əslindən qoparıb yalan əsllərə isnad etmək, həm əslə, həm də meyvəyə zülmdür.
2. Madam ki, belə yalan isnadlar, nəticədə, o əslin gözəlliyini və kamilliyini təxrib edib çirkinləşdirməyi nəticə verdi. Demək, bu iş, yalnışdır.
-----------------------------
-----------------------------
Birinin malına başka mal—velev kıymetli de olsa—karışırsa, malını kıymetsiz ettiği gibi, haczetmesine dahi sebep olur.
Yəni:
✓ (Yeddinci qayda): Birinin malına başqa mal -vələv ki, qiymətli də olsa- qarışarsa, malını qiymətsiz etdiyi kimi; hacz etməsinə də səbəb olar.
----------------------------
Şərhi:
Məsələn, bir tacirin buğdası içinə, başqa bir adamın buğdası qarışsa, qarışan buğda ayırd edilmədikcə, o adam hacr edilərək, bütün malda təsərrüfü əngəllənər. Hacr: "bir adamı, malında təsərrüfdən əngəlləmək" deməkdir (haşiyə). Həm, belə başqasının malının qarışdığı bir mala, kimsə müştəri də olmayacağından, bu adam, öz malını da qiymətsiz etmiş olacaq. Eynilə bunun kimi də, -vələv ki, qiymətli bir həqiqət olsa da- sahibindən qeyrisinə isnad edildiyində, həqiqətin müştərisi nəzdində, o şəxsin bütün sözlərini şübhə altında buraxar.
---------------------------
(Haşiyə:
Mətndə keçən "hacz" kəliməsi, həm latın, həm Quran xətli nüsxələrdə, həm də əsərin original dili olan ərəbcəsində, bu 4-cü Müqəddimədə, "hacz" şəklində, "ra" hərfi üzərinə nöqtə qoyaraq, "zə" şəklində yazılmışdır. Lakin doğrusu, nöqtəsiz, ra hərfilə, "hacr" şəklində olmasıdır. Çünki, burda, haqqında danışılan şey, hacz etmək deyil; insanın, malında təsərrüf etməkdən əngəllənməsi mənasında olan "hacr" kəliməsidir. Bununla bərabər, İslam fiqhində, "hacz etmək" deyə bir şey yoxdur. Əksinə, "hacr etmək" vardır. Əsərin original dili olan ərəbcəsində də, bu 7-ci Müqəddimədə, “hacr” deyə keçməkdədir:
يحجر عليه لسفهه
--------------------
--------------------
Şimdi bu noktalara istinaden derim ki:
Tergib veya terhib için avamperestane terviç ve teşvikle bazı ehâdis-i mevzuayı İbni Abbas gibi zâtlara isnad etmek, büyük bir cehalettir. Evet, hak müstağnîdir. Hakikat ise, zengindir. Tenvir-i kulûba ziyaları kâfidir. Müfessir-i Kur'ân olan ehâdis-i sahiha bize kifayet eder.
Yəni:
İndi, bütün bu nöqtələrə istinadən, deyirəm ki:
Tərğib (gözəl bir şeyə rəğbət etdirib təşviq etmək) və ya tərhib (pis bir şeydən qorxudub uzaqlaşdırmaq) üçün, avam bir şəkildə, tərvic (rəvac verdirmək; dəyərini artırmaq) və təşviqlə, bəzi mövzu (uydurma) hədisləri, ibn Abbas kimi şəxslərə isnad etmək, böyük bir cəhalətdir.
Bəli, haqq, müstağni (tox, zəngin)'dir. Həqiqət isə, zəngindir. Qəlbləri nurlandırmağa, (haqq və həqiqətin) ziyaları, kifayət edər. Quranın müfəssiri olan səhih hədislər, bizə kifayət edər.
-----------------------------
-----------------------------
Ve mantığın mizanıyla tartılmış olan tevarih-i sahihaya kanaat ederiz.
Yəni:
Və məntiqin mizanı ilə çəkilmiş olan səhih tarixlərə qənaət edərik.
--------------------------
Şərhi:
Tarix də, hədislər kimi rəvayət yolu ilə sabit olduğundan, bir çoxları, hədislərin və tarix elminin hökmlərini, bir-birinə qarışdırırlar. Biz, dinimizi, hədislərdən öyrənirik. Onun üçün, hədisin kriteriyaları, tarixin kriteriyalarından daha şiddətlidir. Əgər tarix mövzusunda, hədis elmindəki kimi şiddətli kriteriyalar əsas alınsaydı, tarixin təsbit edilməsi, mümkün olmazdı. Onun üçün, tarix elmində, rəvayətlərin çoxu, hədis elminin kriteriyalarına görə, zəifdir. Hətta, tarixçilər, tərəfsizliklərindən dolayı, o mövzuda, tarix kitabında rəvayət etdiyi hadisələrə müxalif nə qədər nəql varsa, onları da nəql edərlər.
Tarix, təvilə açıq bir elmdir. Eyni hadisəni, fərqli dünya görüşündə olan iki insan, fərqli şəkildə zikr edərlər. Ancaq tarix elmində, ikisinin də rəvayəti, bir qaynaq olaraq nəql edilər. Yenə, bundan dolayıdır ki, imam Şafi, hədisdə zəif gördüyü və rəvayətini götürmədiyi bəzi şəxslərin, tarixlə bağlı rəvayətlərini götürmüşdür. Çünki tarixdə, -hədisdə olduğu kimi- şiddət göstərilməz. İmam Əhməd də, buna işarətən: "Məğazi (hərbi səfərlər), məlahim (ağır zərərlər və məğlubiyyətlə nəticələnən döyüşlər və fitnə anında çıxan qarışıqlıqlar) və təfsirdə, isnad yoxdur." demişdir. (Zəhəbi, "ət-Təfsir və'l-Mufəssirun") Yəni, döyüşlər tarixində və müfəssirlərin qövllərinin nəqlində, sənədə çox da diqqət edilmir. Bu nöqtəni qavraya bilməyənlər, tarix kitablarında keçən bəzi rəvayətləri, dini məsələlərdə, hüccət zənn edirlər. Bir çox xəta, bu nöqtədən qaynaqlanmaqdadır.
(Ustad Bədiü'z-zaman Said Nursi, "Muhakəmat")
