Adl isminin şərhi (2)

Otuzuncu Lem'anın İkinci Nüktesi

30-cu Ləma'nın 2-ci Nüktəsi:

 

وَاِنْ مِنْ شَىْءٍ اِلَّا عِنْدَنَا خَزَٓائِنُهُ وَمَا نُنَزِّلُهُٓ اِلَّا بِقَدَرٍ مَعْلُومٍ

"Elə bir şey yoxdur ki, xəzinələri bizim yanımızda olmasın. Biz, onu, yalnız məlum bir miqdar ilə endiririk." (Hicr/21)

------------------------------

(Təfsiri):

Âyetinin bir nüktesi ve bir İsm-i Âzam veyâhut İsm-i Âzam’ın altı nurundan bir nuru olan “Adl” isminin bir cilvesi, Birinci Nükte gibi, Eskişehir Hapishânesinde uzaktan uzağa göründü.

Yəni:

(Hicr/21) ayəsinin bir nüktəsi və bir ismu'l-əzəm və ya ismu'l-əzəm'in 6 nurundan bir nuru olan "Adl" isminin bir cilvəsi, (mənə), -Birinci Nüktə kimi- "Eskişehir" həbsxanasında, uzaqdan uzağa göründü. (haşiyə)

-------------------------------

(Haşiyə:

• Ləma: "parıltı" deməkdir.

Müəllifin bununla qəsdi, budur:

"Adl" ismi, sanki bir günəş kimi; Mənim bu ismin mənası haqqında danışdıqlarım isə, o günəşdən bir parıltı kimidir.

• İsim üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C2%A0isim-mus%C9%99mma-v%C9%99-t%C9%99smiyy%C9%99-n%C9%99-dem%C9%99kdirl%C9%99r

• Təcəlli üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir

• Nüktə:

هِيَ مَسْأَلَةٌ لَطِيفَةٌ أُخْرِجَتْ بِدِقَّةِ نَظَرٍ وَإِمْعَانٍ، مِنْ: نَكَتَ رُمْحَهُ بِأَرْضٍ، إِذَا أَثَّرَ فِيهَا، وَسُمِّيَتِ الْمَسْأَلَةُ الدَّقِيقَةُ: نُكْتَةً، لِتَأْثِيرِ الْخَوَاطِرِ فِي اسْتِنْبَاطِهَا.

Nüktə: lətif (incə) bir məsələdir. Diqqətli bir nəzər və dərin düşünmə ilə çıxarılmışdır.

(Onun mənaların)'dandır:

"Nəkətə rumhəhu bi ardin, izə əssəra fihə = nizəsini yerə batıraraq orda iz saldı."

(Yəni: Bir şəxs nizəsini yerə batıraraq torpaqda iz buraxsa, ərəblər, buna, "nəkətə" deyirlər).

Nüktə: düşüncələrin istinbat edilməsinə təsir etdiyi üçün, "incə məsələ" (deyə) adlandırılmışdır.

(Cürcani, "Tarifat")

https://www.ibnalarabi.com/books/taarifat.php?id=25&utm

 

لِلنُّكْتَةِ: هِيَ مَسْأَلَةٌ لَطِيفَةٌ أُخْرِجَتْ بِدِقَّةِ نَظَرٍ أَوْ إِمْعَانِ فِكْرٍ.

"Nüktə"yə gəlincə: o, lətif bir məsələdir (və) diqqətli bir nəzər və dərin bir fikir ilə çıxarılmışdır.

وَبِعِبَارَةٍ أُخْرَى، هِيَ الدَّقِيقَةُ الَّتِي تَحْصُلُ بِإِمْعَانِ النَّظَرِ،

Digər bir ifadə ilə: o, "incəlik"dir. Hansı ki, nəzər dərinliyi ilə hasil olur.

سُمِّيَتْ بِهَا لِتَأْثِيرِهَا فِي النُّفُوسِ،

Nəfslərdəki təsirindən dolayı, bununla adlandırılmışdır.

مِنْ نَكَتَ فِي الْأَرْضِ إِذَا ضَرَبَهَا بِقَضِيبٍ أَوْ إِصْبَعٍ وَنَحْوِهِمَا، فَأَثَّرَ فِيهَا.

("Nəkətə" kəliməsinin mənaların)'dandır:

"Çubuqla və ya barmaqla və ya bunun bənzəri şeylərlə yerə vurduğunda, onda iz/təsir buraxmaq" deməkdir.

(Yəni: çubuq, yerdə iz buraxdığı kimi; nüktə də, insan nəfsində, zehnində təsir buraxır.)

أَوْ لِأَنَّ حُصُولَهَا بِحَالَةٍ فِكْرِيَّةٍ شَبِيهَةٍ بِالنَّكْتِ فِي الْأَرْضِ،

Və ya, çünki onun hasil olması, fikri bir hal ilədir. "Nəkt fi'l-ard = yerdə iz buraxmağ"a bənzəyir.

أَوْ لِأَنَّ النَّكْتَ غَالِبًا مُقَارِنٌ بِالْفِكْرِ،

Və ya, çünki "nəkt/iz salmaq", əksəriyyətlə fikirlə yanaşıdır.

وَهِيَ إِنْ كَانَتْ مُوجِبَةً لِلِانْبِسَاطِ وَالنَّشَاطِ، تُسَمَّى لَطِيفَةً.

Və inbisat (qəlb genişliyi) və sevinci gərəkdirərsə, o, "lətifə" (deyə) adlandırılır.

(Əhməd Nəkri, "Düsturu'l-Üləma əv Camiu'l-Ulum fi İstilahati'l-Fünun")

https://usul.ai/ar/t/dustur-culama/842?utm

 

Not: Haşiyə, burda bitir.

-------------------------------

-------------------------------

Onu yakınlaştırmak için yine temsîl yoluyla deriz:

Şu kâinât öyle bir saraydır ki, o sarayda mütemâdiyen tahrip ve tamir içinde çalkanan bir şehir var. Ve o şehirde her vakit harp ve hicret içinde kaynayan bir memleket var. Ve o memlekette her zaman mevt ve hayat içinde yuvarlanan bir âlem var.

Yəni:

Onu yaxınlaşdırmaq üçün, yenə, təmsil yolu ilə deyirik:

Bu kainat, elə bir saraydır ki, o sarayda, mütəmadiyən, təxrib və təmir içində çalxalanan bir şəhər var. Və o şəhərdə, hər vaxt, hərb və hicrət içində qaynayan bir məmləkət var. Və o məmləkətdə, hər zaman, ölüm və həyat içində yuvarlanan bir aləm var.

------------------------------

Şərhi:

Müəllif:

1. Kainatı, "saray"a bənzətdi.

Kainatı "saray"a bənzətməsi isə, sənət etibarı ilədir. Necə ki, Müəllif Ustad Nursi (rahmətullahi aleyh), bəzi əsərlərində belə deyir:

"...bu kâinatı gayet mükemmel öyle bir saray yapmış ki, herbir taşı bir saray kadar san’atlı..."

Yəni:

Bu kainatı, çox mükəmməl bir saray qılmışdır ki, hər bir daşı, bir saray qədər sənətlidir. (Şualar, 2-ci Şua, s. 25-26)

Yenə, Müəllifimiz, belə deyir:

Nasılki yüzer hüner ve san'at ve kemal ve cemalleri bulunan bir zât; herbir hüner kendini teşhir etmek ve her bir güzel san'at kendini takdir ettirmek ve herbir kemal kendini izhar etmek ve herbir cemal kendini göstermek istemesi kaidesince o zât dahi bütün hünerlerini ve san'atlarını ve kemalâtını ve gizli güzelliklerini tarif edecek, teşhir edecek, gösterecek olan bir hârika sarayı yapmış. Her kim o mu'cizeli sarayı temaşa etse, birden ustasının ve sahibinin hünerlerine ve mehasinine ve kemalâtına intikal eder ve gözüyle görür gibi inanır, tasdik eder ve der ki: "Her cihetle güzel ve hünerli olmayan bir zât, böyle her cihetle güzel bir eserin masdarı, mûcidi ve taklidsiz muhterii olamaz. Belki onun manevî hüsünleri ve kemalleri bu saray ile tecessüm etmiş gibidir." hükmeder. Aynen öyle de, bu kâinat denilen meşher-i acaib ve saray-ı muhteşemin hüsünlerini gören ve aklı çürük ve kalbi bozuk olmayan elbette intikal edecek ki; bu saray bir âyinedir, başkasının cemalini ve kemalini göstermek için böyle süslenmiş. Evet madem bu saray-ı âlemin başka emsali yok ki güzellikleri ondan iktibas edip taklid edilsin. Elbette ve her halde bunun ustası kendi zâtında ve esmasında kendine lâyık güzellikleri var ki, kâinat ondan iktibas ediyor ve ona göre yapılmış ve onları ifade etmek için bir kitab gibi yazılmış.

Yəni:

Necə ki, yüzlərlə hünər, sənət, kamal və camalları olan bir Zat, -hər bir hünər, özünü təşhir etmək; və hər bir gözəl sənət, özünü təqdir etdirmək; və hər kamal, özünü izhar etmək; və hər bir camal, özünü göstərmək istəməsi qaydası gərəyincə-

O Zat da, bütün hünərlərini, sənətlərini, kamilliklərini və gizli gözəlliklərini tərif edəcək, təşhir edəcək, göstərəcək olan xariqə bir saray düzəltmişdir.

Hər kim, o möcüzəli sarayı tamaşa etsə, birdən, Ustasının və Sahibinin hünərlərinə, gözəlliklərinə və kamilliklərinə intiqal edər (keçər) və gözü ilə görən kimi inanar, təsdiq edər və (belə) deyər:

"Hər cəhətlə gözəl və hünərli olmayan bir Zat, belə hər cəhətlə gözəl bir əsərin məsdəri, mucidi və təqlidsiz muxtəri (ixtiraçı)'sı ola bilməz. Əksinə, Onun mənəvi hüsnləri və kamalları, bu saray ilə təcəssüm etmiş kimidir." (deyə) hökm edər.

Eynilə bunun kimi də, bu kainat deyilən əcaibliklər məşhərinin və ehtişamlı sarayın hüsnlərini görən və ağlı çürük, qəlbi xarab olmayan, əlbəttə intiqal edəcəkdir ki, bu saray, bir aynadır; başqasının camal və kamalını göstərmək üçün belə bəzənmişdir.

Bəli, madam ki bu aləm sarayının başqa misilləri yoxdur, ki, gözəllikləri, ondan iqtibas edib təqlid edilsin.

Əlbəttə və hər halda, bunun Ustası, Öz Zatında və isimlərində, Özünə layiq gözəllikləri vardır ki, kainat, ondan iqtibas edir və ona görə düzəldilmiş və onları ifadə etmək üçün bir kitab kimi yazılmışdır. ("Şüalar", 4-cü Şüa, s. 68)

 

Bu sarayda isə --->

2. Mütəmadiyən, təxrib və təmir içində çalxalanan bir şəhər var.

Müəllifin "şəhər" ilə qəsdi, "dünya"dır. (bax: "Şüalar", s. 557)

Dünya isə, təxrib və təmir ilə vəsf edilmişdir.

Yəni, Müəllif demək istəyir ki, bu saray donub qalmayıb. Onun daxilində elə bir fəaliyyət var ki, eynilə, izdihamlı, səs-küylü, hər an tikilən və sökülən bir şəhərə bənzəyir. Şəhər həyatı necə səs-küylü və hərəkətlidirsə, dünyanın içi də elədir.

 

Bu şəhərdə isə --->

3. Hərb və hicrət içində qaynayan bir məmləkət var.

Müəllifin “məmləkət” ilə qəsdi, özündə hərb və hicrətin cərəyan etdiyi

“canlılar aləmi”dir. Belə ki:

a. Hicrət (Köç): Canlıların dünya daxilindəki böyük köçləridir. Məsələn, hər il milyonlarla köçəri quşun cənubdan şimala, şimaldan cənuba köç etməsi. Yaxud dənizdəki balıq sürülərinin kütləvi yerdəyişməsi. Bu, dünya şəhərinin içindəki canlı məmləkətlərinin "hicrəti"dir.

b. Hərb (Müharibə): Canlı növlərinin bir-biri ilə ruzi və yaşamaq uğrunda apardığı mübarizədir. Şirlərin ceyranları ovlaması, quşların böcəkləri yeməsi. Bu da heyvanat məmləkətinin daxili "müharibəsi"dir.

Aşağıda Müəllif, bunlara misallar verəcəkdir.

 

Bu məmləkətdə isə --->

4. Hər zaman ölüm və həyat içində yuvarlanan bir aləm var.

Müəllifin “aləm” ilə qəsdi, “bitki və ya heyvanlardan olan hər bir həyat sahibi”dir.

“Aləm” kəliməsi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/al%C9%99m-n%C9%99-dem%C9%99kdir

 

Təxrib və təmir, hərb və hicrət, əslində zehnimizə, xaosu xatırlatsa da --->

-----------------

-----------------

Hâlbuki; o sarayda, o şehirde, o memlekette, o âlemde o derece hayret‑engîz bir muvâzene, bir mîzan, bir tevzîn hükmediyor;

Yəni:

Halbuki, o sarayda, o şəhərdə, o məmləkətdə, o aləmdə, o dərəcə heyrət verici bir müvazinə, bir mizan, bir təvzin hökm edir...

--------------------

Şərhi:

✓ “Mizan” nə deməkdir?

"Mizan": "əşyaların və mənaların, onunla aydınlaşdırıldığı və onlar haqqında hökm verə bildiyimiz zahiri və ya batini əlamət” və ya “əşyanın, özü ilə çəkildiyi alət” deməkdir.

Bu kəlimə, mufaələ vəzninə girdiyində, "müvazinə" olur.

 

✓ “Müvazinə”: "vəzənə (çəkmək, ölçmək)" kəliməsinin mufaələ vəzninə girmiş halının məsdəridir. Bu vəzn isə: "bir işin, qarşılıqlı edildiyini ifadə edən bir vəzn"dir. Bundan isə, bu məna çıxır:

"Müvazinə" kəliməsilə, bir əşyanın öz mizan/ölçü, balansı deyil; digər şeylərlə olan mizanı qəsd edilmişdir. Məsələni bir az açaq:

 

"Mizan" ilə "müvazinə" arasındakı fərq, budur:

~ "Mizan": "bir varlığın, özündəki ölçü, balans";

~ "Müvazinə" isə: "əşya (şeylər) arasındakı ölçü"dür.

 

Məsələn, bir dişin ölçü içində yaradılışını düşünsək, "mizan"ı; əgər o dişin digər dişlər arasındakı ölçünü düşünsək isə, "müvazinə"ni təfəkkür etmiş olarıq.

 

✓ “Təvzin” isə: “ölçmə” və ya “vəznə uyğunlaşdırma” deməkdir.

 

Bunlar isə --->

--------------------------------

--------------------------------

Bilbedâhe ispat eder ki, bu hadsiz mevcûdâtta olan hadsiz tahavvülât ve vâridât ve masârif, herbir ânda umum kâinâtı görür, nazar‑ı teftişinden geçirir bir tek Zâtın mîzanıyla ölçülür, tartılır.

Yəni:

Bədahətlə isbat edər ki, bu hədsiz mövcudatda olan hədsiz təhəvvülat və varidat və məsrəflər, hər bir anda ümum kainatı görən, təftiş nəzərindən keçirən tək bir Zat'ın mizanı ilə ölçülür, çəkilir.

 

Müəllif, beləcə tövhidi isbat etdikdən sonra, indi isə, bunun ziddinin qeyr-i mümkün olduğunu isbat edir. Belə ki --->

---------------------

---------------------

Yoksa, balıklardan bir balık, bin yumurtacık ile ve nebâtâttan haşhaş gibi bir çiçek, yirmi bin tohum ile ve sel gibi akan unsurların, inkılapların hücumuyla, şiddetle muvâzeneyi bozmaya çalışan ve istilâ etmek isteyen esbap başıboş olsalardı veyâhut maksatsız, serseri tesâdüf ve mîzansız, kör kuvvete ve şuûrsuz, zulmetli tabiata havâle edilseydi, o muvâzene‑i eşya ve muvâzene‑i kâinât öyle bozulacaktı ki, bir senede, belki bir günde herc ü merc olurdu. Yani deniz karmakarışık şeylerle dolacaktı, taaffün edecekti. Hava gazât‑ı muzırra ile zehirlenecekti. Zemin ise bir mezbele, bir mezbaha, bir bataklığa dönecekti. Dünya boğulacaktı.

Yəni:

Yoxsa:

~ balıqlardan bir balıq, min yumurtacıq ilə;

~ nəbatat'dan xaşxaş kimi bir çiçək, iyirmi min toxum

ilə;

sel kimi axan ünsürlərin, inqilabların hücumları ilə,

~ şiddətlə müvazinəni pozmağa çalışan və istila etmək istəyən səbəblər, öz başına olsaydılar; və yaxud

~ məqsədsiz, sərsəri təsadüf(ə); və

~ mizansız kor qüvvətə; və

~ şüursuz, zülmətli təbiətə

həvalə edilsəydi, əşyanın və kainatın o müvazinəsi elə pozulacaqdı ki, 1 ildə, hətta 1 gündə, hərc-mərc olacaqdı. Yəni:

~ Dəniz, qarma-qarışıq şeylərlə dolacaq, təəffun edəcək (çürüyəcək);

~ Hava, zərərli qazlarla zəhərlənəcək;

~ Yer isə, bir məzbələ (zibillik), bir məzbaha (heyvan kəsim yeri) (və) bir bataqlığa çevriləcək; dünya boğulacaqdı.

------------------

Şərhi:

Bütün bu fəaliyyətlərdə, elm, iradə, qüdrət və s. sifətlər müşahidə edilməkdədir. Əgər bütün bu fəaliyyətlərin faili Allah deyilsə, zəruri olaraq, səbəbə, qüvvələrə və ya təbiətə, yuxarıda zikr edilən sifətlər verilməlidir. Bu isə, əqlən muhal, imkansızdır.

---------------------

---------------------

İşte, cesed‑i hayvanînin hüceyrâtından ve kandaki küreyvât‑ı hamrâ ve beyzâdan ve zerrâtın tahavvülâtından ve cihâzât‑ı bedeniyenin tenâsübünden tut, tâ denizlerin vâridât ve masârifine, tâ zemin altındaki çeşmelerin gelir ve sarfiyatlarına, tâ hayvanat ve nebâtâtın tevellüdât ve vefiyâtlarına, tâ güz ve baharın tahribât ve tamiratlarına, tâ unsurların ve yıldızların hidemât ve harekâtlarına, tâ mevt ve hayatın, ziyâ ve zulmetin ve harâret ve bürûdetin değişmelerine ve döğüşmelerine ve çarpışmalarına kadar, o derece hassas bir mîzan ile ve o kadar ince bir ölçü ile tanzim edilir ve tartılır ki, akl‑ı beşer hiçbir yerde hakîki olarak hiçbir isrâf, hiçbir abes görmediği gibi; hikmet‑i insaniye dahi, her şeyde en mükemmel bir intizam, en güzel bir mevzûniyet görüyor ve gösteriyor. Belki, hikmet‑i insaniye, o intizam ve mevzûniyetin bir tezâhürüdür, bir tercümânıdır.

Yəni:

Bax:

~ heyvan cəsədi hüceyrələrindən;

~ qandakı eritrosit və leykositdən;

~ zərrələrin təhəvvüllərindən;

~ bədən cihazlarının (yəni, orqanlarının) tənasübündən

tut; ta --->

~ dənizlərin varidat və məsrəflərinə;

~ yer altındakı bulaqların gəlir və sərfiyyatlarına;

~ heyvanat və nəbatatın doğum və ölümlərinə;

~ payız və baharın təxribat və təmiratlarına;

   --->

~ ünsürlərin və ulduzların xidmət və hərəkətlərinə;

~ ölüm və həyatın, ziya və zülmətin, hərarət və bürudət (soyuqluğ)'un dəyişmələrinə, döyüşmələrinə və çarpışmalarına

qədər, o dərəcə həssas bir mizan ilə və o qədər incə bir ölçü ilə tənzim edilir və ölçülür ki, bəşər ağlı, heç bir yerdə, həqiqi olaraq heç bir israf, heç bir əbəs görmədiyi kimi; insan hikməti (yəni, fənnlər) də, hər şeydə, ən mükəmməl bir intizam, ən gözəl bir məvzuniyyət görür və göstərir.

Hətta, insan hikməti, o intizam və məvzuniyyətin bir təzahürü, bir tərcüməçisidir.

-----------------------

-----------------------

İşte, gel, güneş ile muhtelif on iki seyyârenin muvâzenelerine bak. Acaba bu muvâzene, güneş gibi, Adl ve Kadîr olan Zât‑ı Zülcelâl’i göstermiyor mu?

Yəni:

Gəl:

(1) Günəş ilə müxtəlif 12 planetin müvazinələrinə bax.

Görəsən bu müvazinə, günəş kimi, Adl və Qadir olan cəlal sahibi bir Zat'ı göstərmirmi?

--->

----------------------

----------------------

Ve bilhassa, seyyârâttan olan gemimiz, yani küre‑i arz, bir senede yirmi dört bin senelik bir dâirede gezer, seyahat eder. Ve o hârika süratiyle beraber, zeminin yüzünde dizilmiş, istif edilmiş eşyayı dağıtmıyor, sarsmıyor, fezâya fırlatmıyor. Eğer sürati bir parça tezyîd veya tenkîs edilseydi, sekenesini havaya fırlatıp fezâda dağıtacaktı. Ve bir dakika belki bir sâniye muvâzenesini bozsa, dünyamızı bozacak, belki başkasıyla çarpışacak, bir kıyâmeti koparacak.

Yəni:

(2) Xüsusilə, planetlərdən olan "gəmi"miz, yəni, yer kürəsi, 1 ildə, 24.000 illik bir dairədə gəzər, səyahət edər. Və o xariqə sürətilə bərabər; yerin üzündə düzülmüş, istif edilmiş (düzgüncə, sıra ilə düzülmüş, yerləşdirilmiş) əşyanı, dağıtmır, sarsmır, fəzaya fırlatmır. Əgər o sürəti bir parça çoxaldılsa və ya azaldılsaydı, sakinlərini havaya fırladıb fəzada dağıdacaqdı. Və bir dəqiqə, hətta bir saniyə (belə) müvazinəsini pozsa, dünyamızı pozacaq, hətta başqası ilə çarpışacaq, bir qiyaməti qoparacaq(dı).

--->

-----------------------

-----------------------

Ve bilhassa zeminin yüzünde, nebâtî ve hayvanî dört yüz bin tâifenin tevellüdât ve vefiyâtça ve iâşe ve yaşayışça rahîmâne muvâzeneleri, ziyâ güneşi gösterdiği gibi, bir tek Zât‑ı Adl ve Rahîm’i gösteriyor.

Yəni:

(3) Xüsusilə, yer üzündə, nəbati və heyvani 400.000 tayfanın (yəni, növün) doğum, ölüm, iaşə (bəslənmə) və yaşayışca rəhimvari müvazinələri, -ziya günəşi göstərdiyi kimi- bir tək adil və rəhim Zat'ı göstərir.

---->

----------------------

----------------------

Ve bilhassa o hadsiz milletlerin hadsiz efrâdından bir tek ferdin âzâsı, cihâzâtı, duyguları o derece hassas bir mîzanla birbiriyle münâsebettar ve muvâzenettedir ki; o tenâsüp, o muvâzene, bedâhet derecesinde bir Sâni'‑i Adl ü Hakîm’i gösteriyor.

Yəni:

(4.1) Xüsusilə, o hədsiz millətlərin (yəni, növlərin) hədsiz fərdlərindən bir tək fərdin əzası, cihazları, hissləri, o dərəcə həssas bir mizanla bir-birilə münasibətdar və müvazinətdədir ki; o tənasüb, o müvazinə, bədahət dərəcəsində, adil və hakim bir Sani'ni göstərir.

 

Ve bilhassa her ferd‑i hayvanînin bedenindeki hüceyrâtın ve kan mecrâlarının ve kandaki küreyvâtın ve o küreyvâttaki zerrelerin o derece ince ve hassas ve hârika muvâzeneleri var.

Yəni:

(4.2.) Xüsusilə, hər heyvani fərdin bədənindəki hüceyrələrin və qan məcralarının və qandakı kürəciklərin (yəni, eritrosit və leykositlərin) və o kürəciklərdəki zərrələrin o dərəcə incə, həssas və xariqə müvazinələri var.

 

(Bütün bunlar) ---->

---------------------

---------------------

Bilbedâhe ispat eder ki:

Her şeyin dizgini elinde ve her şeyin anahtarı yanında ve bir şey bir şeye mâni olmuyor, umum eşyayı bir tek şey gibi kolayca idare eden bir tek Hàlık‑ı Adl ü Hakîm’in mîzanıyla, kanunuyla, nizâmıyla terbiye ve idare oluyor.

Yəni:

Bədahətlə isbat edir ki:

~ Hər şeyin cilovu, əlində;

~ Hər şeyin açarı, yanında;

~ bir şey, (digər) bir şeyə mane olmur;

~ ümum əşyanı (şeyləri), bir tək şey kimi asanca idarə edən

bir tək adil və hakim bir Xaliq'in mizanı, qanunu, nizamı ilə tərbiyə və idarə olunur.

-----------------------

-----------------------

Haşrin Mahkeme‑i Kübrâ’sında, mîzan-ı âzam-ı adâletinde cin ve insin muvâzene‑i a'mâllerini istib'âd edip inanmayan, bu dünyada gözüyle gördüğü bu muvâzene‑i ekbere dikkat etse, elbette istib'âdı kalmaz.

Yəni:

Haşrın böyük məhkəməsində, ədalətin böyük mizanı (tərəzisi)'ndə, cin və insin əməllərinin müvazinəsini istib'ad edib (yəni, ağıldan uzaq görüb) inanmayan, bu dünyada gözü ilə gördüyü bu böyük müvazinəyə diqqət etsə, əlbəttə, istib'adı qalmaz.

-----------------------

Şərhi:

Yuxarıda zikr edilən bütün ölçülü yaradılışlar, Allahın əzəli elmində “çəkilmiş”, sonra yaradılmışlardır. Bütün bunları gördükdən sonra, bir ovuc insan və cinin əməlləri axirətdə necə çəkiləcək sualı, əlbəttə, yersizdir. Dünyada belə, bundan daha artığına qadir olanın, axirətdə bundan daha azına da qadir olması, ağıldan uzaq deyildir.

Axirətdəki tərəzilərdən bəhs edən ayələr üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99nbiya-sur%C9%99si-47-ci-ay%C9%99?fbclid=IwY2xjawVK0f9leHRuA2FlbQIxMQBwZG9mBXNydGMGYXBwX2lkEDIyMjAzOTE3ODgyMDA4OTIAAR6CkyfX9fBBb893allMa4LW0ZmOGe5u55KMyoSowzJzmIQ7gqeyFN8vbJ-5Nw_aem_BIdbfbM1Gtta8ivaEdPGcA

 

Not: Müəllifimiz, bura qədər, təkvini ədaləti beləcə isbat etdikdən sonra, indi isə, təklifi ədalətə keçir.

Təkvini və Təklifi Şəriət üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir

-------------------

-------------------

Ey isrâflı, iktisatsız; ey zulümlü, adâletsiz; ey kirli, nezâfetsiz, bedbaht insan!

Yəni:

Ey israflı, iqtisadsız; ey zülmlü, ədalətsiz; ey kirli, nəzafətsiz, bədbəxt insan!

---------------------

Şərhi:

• Lüğətdə, "həddi aşmaq, xəta, cəhalət, qəflət" kimi mənalara gələn, "sərəf" sözündən meydana gələn "israf": "inanc, söz və davranışda, dinin, ağıl və ya örfün uyğun gördüyü ölçülərin xaricinə çıxmaq; xüsusilə mal və ya imkanları saçıb sovurmaq" mənası verir. ("Lisanu'l-Arab", "srf" maddəsi)

~ Yenə, "israf" kəliməsi haqqında, belə deyilmişdir:

"İsraf": "qiymətsiz məqsədlər uğrunda, çox malın xərclənməsidir."

Deyildi ki, israf, sovurmaqdan fərqli olaraq,

~ "Bir şeyin, lazımsız yerdə və lakin lazımından artıq xərclənməsi"dir. (Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum")

 

Aşadıdakı linkdə, “4-cü Maddə”yə bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/axir%C9%99t-h%C9%99yatinin-%C9%99qli-isbati?fbclid=IwY2xjawVK1c5leHRuA2FlbQIxMQBwZG9mBWJyaWQRMTB2T1MxV3UwV01KRU9HUjlzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEe0Rb18fwtOqwSyEWAyNvcGJ9J4qxOa15WEjm57Hd5JWUlxHB36AwcoItTLI8_aem_cemARuVA09Y8SdIUlwzhgA

 

• İqtisad: “ifrat və təfritin 2 tərəfi arasında orta mövqe tutmaqdır.”

 

• Zülm: “bir şeyin, öz yeri xaricində başqa bir yerə qoyulması” deməkdir. (Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum")

 

• Ədalət: “istiqamət” deməkdir. (Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum")

Aşağıdakı linkdə, “siratal-müstəqim” kəliməsi qismindən oxu:

 

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/fatih%C9%99-sur%C9%99sinin-t%C9%99fsiri

 

• Nəzafət: "təmizlik"dir. (ibn Manzur, "Lisanu'l-Arab")

Belə də tərif edilmişdir: "O, çirkdən və kirlərdən təmiz olmaqdır." ("Mu'cəm Luğati'l-Fuqaha")

 

Ən böyük israf, zülm və nəzafətsizlik isə, insanın öz nəfsinə (yəni, qəlb, ağıl, hisslər və bunlardan hasil olan fellərinə) etdiyi israf, zülm və nəzafətsizlikdir.

Kainatda hər bir şeyə ölçü qoyan Allahın, insanın qəlb, ağıl, hisslər və bunlardan hasil olan ixtiyari fellərinə ölçü qoymaması, düşünülə bilməz. Çünki, "əl-Adl" ismi, bunlarda da təcəlli/təzahür etmək istəyir. Bunun üçün, Kitab və Sünnət'i endirmişdir.

Bu, beləcə sabit olduqdan sonra, Müəllif, belə deyir --->

------------------------

------------------------

Bütün kâinâtın ve bütün mevcûdâtın düstur‑u hareketi olan iktisat ve nezâfet ve adâleti yapmadığından, umum mevcûdâta muhâlefetinle, mânen onların nefretlerine ve hiddetlerine mazhar oluyorsun. Neye dayanıyorsun ki, umum mevcûdâtı zulmünle, mîzansızlığınla, isrâfınla, nezâfetsizliğinle kızdırıyorsun?

Yəni:

Bütün kainatın və bütün mövcudatın hərəkət düsturu olan iqtisad, nəzafət və ədaləti yerinə yetirmədiyindən, ümum mövcudata müxalifətinlə, mənən onların nifrətlərinə və hiddətlərinə mazhar olursan.

Nəyə istinad edirsən ki, ümum mövcudatı, zülmünlə, mizansızlığınla, israfınla, nəzafətsizliyinlə qəzəbləndirirsən?!

----------------------------

Şərhi:

Varlıqların qeyr-i ixtiyari fellərində, necə ki, ölçüsüzlük olsa; bütün kainat, alt-üst olar. Elə də, insanın ixtiyari fellərindəki ölçüsüzlük, onun şəxsi, ictimai və uxrəvi (axirət) həyatını da alt-üst edər və etmişdir də. Quran, Allahın, insanların ixtiyari fellərinə ölçü qoymaq üçün endirdiyi Kitablara, göndərdiyi Rəsullara müxalifət edənlərin dünyadakı aqibətlərilə bağlı qissələrlə doludur.

Not: Müəllifin, "ümum mövcudatın mənən nifrətinə mazhar olmaq" haqqındakı sözünə gəlincə, aşağıdakı linkdə, bu haqda geniş məlumat vardır:

https://suallarlaislam.com/.../mulk-sur%C9%99si-8-ci-ay...

-------------------------

-------------------------

Evet, ism‑i Hakîm’in cilve-i âzamından olan hikmet‑i âmme-i kâinât, iktisat ve isrâfsızlık üzerinde hareket ediyor. İktisadı emrediyor.

Yəni:

Bəli! Hakim isminin böyük cilvəsindən olan kainatın ümum hikməti, iqtisad və israfsızlıq üzərində hərəkət edir. İqtisadı əmr edir.

-----------------------

-----------------------

Ve ism‑i Adl’in cilve-i âzamından gelen kâinâttaki adâlet‑i tâmme, umum eşyanın muvâzenelerini idare ediyor. Ve beşere de adâleti emrediyor. Sûre‑i Rahmân’da,

وَالسَّمَٓاءَ رَفَعَهَا وَوَضَعَ الْم۪يزَانَ ۝ اَلَّا تَطْغَوْا فِي الْم۪يزَانِ ۝ وَاَق۪يمُوا الْوَزْنَ بِالْقِسْطِ وَلَا تُخْسِرُوا الْم۪يزَانَ

âyetindeki, dört mertebe, dört nev'i mîzana işâret eden, dört defa mîzan zikretmesi, kâinâtta mîzanın derece‑i azametini ve fevkalâde, pek büyük ehemmiyetini gösteriyor.

Evet, hiçbir şeyde isrâf olmadığı gibi, hiçbir şeyde de hakîki zulüm ve mîzansızlık yoktur.

Yəni:

Və Adl isminin böyük cilvəsindən gələn kainatdakı tam ədalət, ümum əşyanın müvazinələrini idarə edir. Və bəşərə də, ədaləti əmr edir. Rahmən surəsində:

~ "Və's-səməə rafəəhə və vədaa'l-mizən. Əllə tətğav fi'l-mizən. Və əqimu'l-vəznə bi'l-qisti və lə tuxsiru'l-mizən."

Yəni:

"Səmanı yüksəltdi və mizanı qoydu ki, mizanda həddi aşmayasınız. Vəzni (yəni, çəkini, ölçünü) ədalətlə yerinə yetirin və mizanı əskiltməyin." (Rahmən/7-8-9)

ayələrindəki, 4 mərtəbə, 4 növ mizana işarət edən 4 dəfə mizanı zikr etməsi, kainatda mizanın əzəmət dərəcəsini və fövqə'l-adi, çox böyük əhəmiyyətini göstərir.

Bəli! Heç bir şeydə israf olmadığı kimi; heç bir şeydə də, həqiqi zülm və mizansızlıq yoxdur.

--------------------

Şərhi:

Müəllif Ustad Nursi (rahiməhullah)'ın "4 növ mizan" haqqındakı bəyanı, 2 şəkildə də başa düşülə bilər. Belə ki:

Bununla muradı:

(1) "Ölçü alətləri"dir ki, bunlar da: "ədəd, zira (uzunluq), keyl (əşyanın miqdarını müəyyən etmək üçün istifadə olunan qab və ya alət) və vəzn (tərəzi)" olmaq üzərə, 4 növdür.

Bu təqdirdə, ayənin mənası:

"Allah, ədalətə vasitə olan bu alətləri, mərhəmətindən endirmişdir. Elə isə, siz də, bu alətləri düzgün istifadə edib; ifrat və təfritdən çəkinərək, ədaləti iqamə edin." mənasında olur.

Bəli! Əgər bu 4 növ mizan olmasaydı, yer üzü zülmlə dolardı.

(2) Əsl etibarı ilə, "mizan"ın özüdür. Lakin, "mizan" kəliməsinin 4 dəfə təkrar edilməsi ilə, əhəmiyyətinin şiddətinə diqqət çəkilmişdir.

Ayələrə diqqət etsən, görərsən ki:

Əslində, bu 4 növ mizan, yer üzündə istifadə edildiyi üçün, yerlə bərabər zikr edilməsi lazım gəldiyi halda; səma ilə bərabər zikr edilmişdir. Haqq Taala'nın bundan muradı, bu mizanın, səma aləmində də cərəyan etdiyini hiss etdirməkdir. Məsələn:

Səmalardakı ulduzlar, bir sayla məhduddur. Araları, sanki metrə ilə ölçülmüş kimi mizanlıdır. Kütlələri, həcmləri müəyyəndir.

Səmalarda, belə ədəd, zira, keyl və vəzn olmaq üzərə 4 növ mizanı təkvini olaraq qoyan Allah; əlbəttə, bəşərdən də, öz aralarında ədaləti təsis etmələri üçün, təklifi olaraq bu 4 növ mizana riayət etmələrini istəyəcəkdir.

--------------------

--------------------

Ve ism‑i Kuddûs’ün cilve-i âzamından gelen tanzîf ve nezâfet, bütün kâinâtın mevcûdâtını temizliyor, güzelleştiriyor. Beşerin bulaşık eli karışmamak şartıyla, hiçbir şeyde hakîki nezâfetsizlik ve çirkinlik görünmüyor!

Yəni:

Və Quddus isminin böyük cilvəsindən gələn tənzif və nəzafət, bütün kainatın mövcudatını təmizləyir, gözəlləşdirir. -Bəşərin bulaşıq əli qarışmamaq şərtilə- heç bir şeydə, həqiqi nəzafətsizlik və çirkinlik görünmür!

----------------------

----------------------

İşte, hakàik‑ı Kur'âniye’den ve desâtir‑i İslâmiyeden olan adâlet, iktisat, nezâfet hayat‑ı beşeriyede ne derece esâslı birer düstur olduğunu anla. Ve ahkâm‑ı Kur'âniye ne derece kâinâtla alâkadar ve kâinât içine kök salmış ve sarmış bulunduğunu ve o hakàikı bozmak, kâinâtı bozmak ve sûretini değiştirmek gibi, mümkün olmadığını bil!

Yəni:

Bax, Qurani həqiqətlərdən və İslami düsturlardan olan ədalət, iqtisad, nəzafətin, bəşəri həyatda nə dərəcə əsaslı bir düstur olduğunu, bil!

Və Qurani hökmlərin, nə dərəcə kainatla əlaqədar və kainat içinə kök salmış və (kainatı) sarmış olduğunu; və o həqiqətləri pozmağın, -kainatı pozmaq və dəyişdirmək kimi- mümkün olmadığını bil!

(Ustad Bədiü'z-zaman Said Nursi, "Ləmalar")

-------------------------

-------------------------

Əlavələr:

"Adl" isminin şərhi (1):

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/adl-isminin-s%C9%99rhi-1

Hicr surəsi 21-ci ayəyə, Ustad Nursinin verdiyi digər təfsir üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hicr-sur%C9%99si-21-ci-ay%C9%99

Read 6 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR