Geyim fiqhi
• Tövhidin isbatı:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99qli-isbati-1
• İsim nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C2%A0isim-mus%C9%99mma-v%C9...
• İsim təcəllisi nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir
• "əs-Sittir" ismi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sittir-isminin-s%C9%99rhi
• "əl-Adl" ismi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/adl-isminin-s%C9%99rhi-2
----------------------
----------------------
(الْبَابُ التَّاسِعُ فِي اللُّبْسِ مَا يَكْرَهُ مِنْ ذَلِكَ، وَمَا لَا يُكْرَهُ)
9-cu bab: "Geyim" haqqındadır. Ondan, məkruh olanlar və məkruh görülməyənlər.
نُدِبَ لُبْسِ السَّوَادِ وَإِرْسَالُ ذَنَبِ الْعِمَامَةِ بَيْنَ الْكَتِفَيْنِ إلَى وَسَطِ الظَّهْرِ، كَذَا فِي الْكَنْزِ.
• Qara geyinmək və əmmamə'nin ucunu iki çiyin arasından belin ortasına qədər sallamaq, məndub görülmüşdür. "Kənz"də də belədir.
وَاخْتَلَفُوا فِي مِقْدَارِ مَا يَنْبَغِي مِنْ ذَنَبِ الْعِمَامَةِ مِنْهُمْ مَنْ قَدَّرَ بِشِبْرٍ وَمِنْهُمْ مَنْ قَالَ إلَى وَسَطِ الظَّهْرِ وَمِنْهُمْ مَنْ قَالَ إلَى مَوْضِعِ الْجُلُوسِ، كَذَا فِي الذَّخِيرَةِ.
• Əmmamə'nin ucunun nə qədər olmasının münasib olduğu haqqında, ixtilaf etdilər. Onlardan:
~ bəziləri, (bunu), 1 qarış təqdir etmiş;
~ bəziləri, belin ortasına qədər olduğunu söyləmiş;
~ bəziləri də, oturma yerinə qədər olduğunu demişdir.
"Zəxirə"də də belədir.
وَإِذَا أَرَادَ أَنْ يُجَدِّدَ لَفَّ الْعِمَامَةِ نَقَضَهَا كَمَا لَفَّهَا، وَلَا يُلْقِيهَا عَلَى الْأَرْضِ دَفْعَةً وَاحِدَةً، كَذَا فِي خِزَانَةِ الْمُفْتِينَ.
Əgər onu (yəni, əmmaməni) yenidən sarmaq istəsə, onu, -sardığı kimi- açar; və birdən yerə atmaz. "Xizənətu'l-Muftin"də də belədir.
وَلَا بَأْسَ بِلُبْسِ الْقَلَانِسِ وَقَدْ صَحَّ أَنَّهُ - صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ - كَانَ يَلْبَسُهَا، كَذَا فِي الْوَجِيزِ لِلْكَرْدَرِيِّ.
• Qalansuvə (təkkə)'lər geyinməkdə, bir beis yoxdur. (Allah rəsulu) sallallahu aleyhi və səlləm'dən, onu davamlı geyindiyi sabit olmuşdur. Kərdəri'nin "Vəciz"ində də belədir.
يَجِبُ أَنْ يَعْلَمَ أَنَّ لُبْسَ الْحَرِيرِ، وَهُوَ مَا كَانَتْ لُحْمَتُهُ حَرِيرًا وَسُدَاهُ حَرِيرًا حَرَامٌ عَلَى الرِّجَالِ فِي جَمِيعِ الْأَحْوَالِ عِنْدَ أَبِي حَنِيفَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى -
• Bilməsi lazımdır ki, kişilərə, bütün hallarda, arğacı (yəni, eninə çəkilən ipləri) və ərişi (yəni, uzununa çəkilən ipləri) ipək olan (paltar) geyinmək, əbu Hənifə (rahiməhullahu Taala) nəzdində, haramdır.
وَقَالَ أَبُو يُوسُفَ وَمُحَمَّدٌ - رَحِمَهُمَا اللَّهُ تَعَالَى - لَا يُكْرَهُ فِي حَالَةِ الْحَرْبِ وَيُكْرَهُ فِي غَيْرِ حَالَةِ الْحَرْبِ،
əbu Yusuf və Muhamməd (rahiməhuməllahu Taala) isə, (belə) dedilər:
"Hərb halında, (ipək paltar geyinmək), məkruh sayılmır. Qeyr-i hərb halında isə, məkruh sayılır."
وَمِنْ الْعُلَمَاءِ مَنْ قَالَ لَا يُكْرَهُ ذَلِكَ فِي الْأَحْوَالِ كُلِّهَا،
Alimlərdən bəziləri də, bütün hallarda, onun məkruh sayılmadığını demişlərdir.
وَفِي شَرْحِ الْقَاضِي الْإِمَامِ الْإِسْبِيجَابِيِّ أَنَّ عِنْدَ أَبِي يُوسُفَ وَمُحَمَّدٍ - رَحِمَهُمَا اللَّهُ تَعَالَى - إنَّمَا لَا يُكْرَهُ لُبْسِ الْحَرِيرِ لِلرِّجَالِ فِي حَالَةِ الْحَرْبِ إذَا كَانَ صَفِيقًا يَدْفَعُ مَعَرَّةَ السِّلَاحِ، كَذَا فِي الْمُحِيطِ.
Qadı, imam İsbicabi'nin şərhində, (belə deyilir):
"əbu Yusuf və Muhamməd (rahiməhuməllahu Taala) nəzdində, kişilər üçün ipək geyinmək, ancaq, hərb halında məkruh sayılmır. Əgər qalın olarsa, silahın zərərini dəf edər." "Muhit"də də belədir.
وَأَمَّا إذَا كَانَ رَقِيقًا لَا يَصْلُحُ لِذَلِكَ، فَإِنَّ ذَلِكَ مَكْرُوهٌ بِالْإِجْمَاعِ كَذَا فِي الْمُضْمَرَاتِ.
Amma, incə olar; onun (yəni, silahın zərərini dəf) üçün əlverişli olmazsa, o, icma ilə məkruhdur. "Mudmarat"da da belədir.
أَمَّا مَا كَانَ سُدَاهُ حَرِيرًا وَلُحْمَتُهُ غَيْرَ حَرِيرٍ فَلَا بَأْسَ بِلُبْسِهِ بِلَا خِلَافٍ بَيْنَ الْعُلَمَاءِ،
Amma, ərişi, ipək olar; və arğacı isə, ipək olmazsa, alimlər arasında, ixtilafsız olaraq, onu geyinməkdə bir beis yoxdur.
وَهُوَ الصَّحِيحُ وَعَلَيْهِ عَامَّةُ الْمَشَايِخِ - رَحِمَهُمْ اللَّهُ تَعَالَى -
Və o, səhihdir; və bütün şeyxlər (rahiməhumullah) də, onun üzərindədirlər.
ذَكَرَ شَيْخُ الْإِسْلَامِ فِي شَرْحِ السِّيَرِ الثَّوْبَ إذَا كَانَتْ لُحْمَتُهُ مِنْ قُطْنٍ وَكَانَ سُدَاهُ مِنْ إبْرَيْسَمٍ، فَإِنْ كَانَ الْإِبْرَيْسَمُ يُرَى كُرِهَ لِلرِّجَالِ لُبْسُهُ، وَإِنْ كَانَ لَا يُرَى لَا يُكْرَهُ لَهُمْ لُبْسُهُ
Şeyxu'l-İslam, "Şərhu's-Siyər"də, (belə) zikr edir ki:
Əgər paltarın arğacı, pambıqdan; ərişi isə, ibrəysəm (ipək)'dən olar; və əgər ipək, görünən olarsa; onu geyinmək, kişilər üçün məkruh görülmüşdür. Əgər görülməzsə, onlar üçün onu geyinmək, məkruh görülmür.
هَذَا هُوَ الْكَلَامُ فِي غَيْرِ حَالَةِ الْحَرْبِ.
Qeyr-i hərb halındakı o kəlam (yəni, görüş), bax budur.
(جِئْنَا إلَى حَالَةِ الْحَرْبِ) فَنَقُولُ:
(Gəldik hərb halına). Deyirik ki:
لَا شَكَّ أَنَّ مَا كَانَ لُحْمَتُهُ غَيْرَ حَرِيرٍ وَسُدَاهُ حَرِيرًا يُبَاحُ لُبْسُهُ فِي حَالَةِ الْحَرْبِ؛
Şəkk yoxdur ki, hərb halında, arğacı, qeyr-i ipək; ərişi isə, ipək olanı geyinmək, mübah görülür.
لِأَنَّهُ يُبَاحُ لُبْسُهُ فِي غَيْرِ حَالَةِ الْحَرْبِ فَلَأَنْ يُبَاحَ لُبْسُهُ فِي حَالَةِ الْحَرْبِ وَالْأَمْرُ فِيهِ وَاسِعٌ كَانَ أَوْلَى،
Çünki, qeyr-i hərb halında, onu geyinmək, mübah görülür. Elə isə, hərb halında onu geyinməyin mübah sayılması, -onda genişlik olduğu üçün- daha əvladır.
وَأَمَّا مَا كَانَ لُحْمَتُهُ حَرِيرًا وَسُدَاهُ غَيْرَ حَرِيرٍ، فَإِنَّهُ يُبَاحُ لُبْسُهُ فِي حَالَةِ الْحَرْبِ بِالْإِجْمَاعِ، كَذَا فِي الْمُحِيطِ.
Amma, arğacı, ipək; ərişi isə, qeyr-i ipək olan (paltara) gəlincə, onu hərb halında geyinmək, icma ilə mübah sayılır. "Muhit"də də belədir.
يُكْرَهُ لُبْسِ الدِّيبَاجِ لِلرِّجَالِ
• Kişilər üçün dibac (xüsusi ipək növündən paltar) geyinmək, məkruh görülür.
وَلَا بَأْسَ بِتَوَسُّدِهِ وَالنَّوْمِ عَلَيْهِ
Onu yastıq qılmaq və üzərində yatmaqda (isə), bir beis yoxdur.
وَقَالَ مُحَمَّدٌ - رَحِمَهُ اللَّهُ تَعَالَى -: يُكْرَهُ،
Muhamməd (rahiməhullahu Taala): "O (yəni, onun üzərinə oturmaq), məkruh görülür." demişdir.
وَقَوْلُ أَبِي يُوسُفَ - رَحِمَهُمَا اللَّهُ تَعَالَى - مِثْلُ مُحَمَّدٍ - رَحِمَهُ اللَّهُ تَعَالَى -
əbu Yusuf (rahiməhullahu Taala)'nın qövlü də, Muhamməd (rahiməhullahu Taala)'nın (qövlü) kimidir.
ذَكَرَهُ الصَّدْرُ الشَّهِيدُ، كَذَا فِي الْخُلَاصَةِ.
Bunu, Sadru'ş-Şəhid zikr etmişdir. "Xülasə"də də belədir.
وَفِي الْمُنْتَقَى ابْنُ سِمَاعَةَ عَنْ مُحَمَّدٍ - رَحِمَهُ اللَّهُ تَعَالَى - وَلَيْسَ الْقُعُودُ عَلَى الْحَرِيرِ وَالدِّيبَاجِ كَاللُّبْسِ فِي الْكَرَاهَةِ،
"Müntəqa"da, ibn Siməa, Muhamməd (rahiməhullahu Taala)'dan (belə nəql edir ki):
"İpək və dibac üzərinə oturmaq, kərahət cəhətindən, geyinmək kimi deyildir."
فَإِنْ أَرَادَ بِقَوْلِهِ لَيْسَ الْقُعُودُ عَلَيْهِمَا كَاللُّبْسِ نَفَى الْكَرَاهَةَ أَصْلًا صَارَ عَنْ مُحَمَّدٍ - رَحِمَهُ اللَّهُ تَعَالَى - فِي الْقُعُودِ عَلَى الدِّيبَاجِ رِوَايَتَانِ،
Əgər, Onun: "O ikisi üzərinə oturmaq, geyinmək kimi deyildir." sözü ilə muradı, kərahəti əslən nəfy etməkdirsə, elə isə, Muhamməd (rahiməhullah)'dan, dibac üzərinə oturmaq haqqında, 2 rəvayət gəlmiş olur.
فَإِنَّ ظَاهِرَ مَذْهَبِهِ أَنَّ الْقُعُودَ عَلَى الدِّيبَاجِ مَكْرُوهٌ،
Şübhəsiz, Onun zahiru'l-məzhəbi, dibac üzərinə oturmağın, məkruh olmasıdır.
وَإِنْ أَرَادَ بِهِ إثْبَاتَ التَّفَاوُتِ فِي الْكَرَاهَةِ لَا يَصِيرُ فِي الْمَسْأَلَةِ رِوَايَتَانِ بَلْ كُلُّ وَاحِدٍ مِنْهُمَا مَكْرُوهٌ إلَّا أَنَّ اللُّبْسَ أَشَدُّ كَرَاهَةٍ، كَذَا فِي الذَّخِيرَةِ.
Əgər, Onun, (bu qövlü) ilə muradı, kərahətdə təfavüt (fərqlili)'yi isbatdırsa, (elə isə), bir məsələdə, 2 rəvayət gəlmiş olmur. Əksinə, onlardan hər biri, məkruhdur. Ancaq, geyinmək, daha şiddətli məkruhdur. "Zəxirə"də də belədir.
وَلَا بَأْسَ بِلُبْسِ الْحَرِيرِ وَالدِّيبَاجِ فِي الْحَرْبِ
Hərbdə, ipək və dibac geyinməkdə, bir beis yoxdur.
وَقِيلَ: يُكْرَهُ هُوَ الْأَصَحُّ، كَذَا فِي خِزَانَةِ الْمُفْتِينَ.
(Bir başqa görüşə görə isə, belə) deyilmişdir: "Məkruh görülür."
Əsahh (ən doğru olan da), budur. "Xizənətu'l-Muftin"də də belədir.
فِي الْعُيُونِ أَبُو حَنِيفَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - لَا يَرَى بَأْسًا بِلُبْسِ الْخَزِّ لِلرِّجَالِ، وَإِنْ كَانَ سُدَاهُ إبْرَيْسَمًا أَوْ حَرِيرًا، كَذَا فِي الْخُلَاصَةِ.
• "Uyun" (adlı əsər)'də (qeyd edildiyinə görə), əbu Hənifə (rahiməhullahu Taala), -ərişi, ibrəysəm və ya ipək olsa belə- kişilərin, xəzz (qunduz tükündən hazırlanan parça) geyinməsində, bir beis görmürdü. "Xülasə"də də belədir.
وَمَا كَانَ مِنْ الثِّيَابِ الْغَالِبِ عَلَيْهِ الْقَزُّ كَالْخَزِّ وَنَحْوِهِ لَا بَأْسَ وَيُكْرَهُ مَا كَانَ ظَاهِرُهُ الْقَزَّ،
Paltarlardan, özündə "qazz" (xalis ipək) və bənzərlərinin qalib olduğu şeyləri (geyinməkdə), bir beis yoxdur. Zahiri "qazz" olan (yəni, ipəyi görünür) isə, məkruh görülür.
وَكَذَا مَا كَانَ خَطٌّ مِنْهُ خَزٌّ وَخَطٌّ مِنْهُ قَزٌّ،
Bir zolağı, xəzz'dən; (digər) zolağı isə, ipəkdən olan (paltar da), belədir.
وَهُوَ ظَاهِرٌ لَا خَيْرَ فِيهِ، كَذَا فِي الْقُنْيَةِ.
O (yəni, ipək) zahirdir(sə, yəni, görünürsə), onda xeyir yoxdur. "Qunyə"də də belədir.
وَكَانَ أَبُو حَنِيفَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - لَا يَرَى بَأْسًا بِلُبْسِ الْخَزِّ لِلرِّجَالِ وَإِنْ كَانَ سُدَاهُ حَرِيرًا.
əbu Hənifə (rahiməhullahu Taala), kişilər üçün, ərişi xəzz'dən olan (paltar) geyinməkdə, bir beis görməzdi.
(قَالَ الْعَبْدُ) : الْخَزُّ فِي زَمَانِهِمْ كَانَ مِنْ أَوْبَارِ ذَلِكَ الْحَيَوَانِ الْمَائِيِّ الَّذِي يُسَمَّى بِالْعَرَبِيَّةِ خَزًّا وَقُضَاعَةً وَبِالتُّرْكِيَّةِ (قندز)
Qul (yəni, Müəllif, burda, özünü qəsd edir) dedi:
"Xəzz", onların zamanında, suda yaşayan heyvanın tüklərindən (hazırlanır)'dı. Hansı ki, ərəb dilində, "xəzz" və ya "qudaatun"; türk dilində isə, "qunduz" deyə adlandırılır.
وَالْيَوْمَ يُتَّخَذُ مِنْ الْحَرِيرِ الْعَفَنِ فَيَجِبُ أَنْ يُكْرَهَ كَالْقَزِّ، كَذَا فِي الْمُلْتَقَطِ.
Günümüzdə isə, o, çürümüş ipəkdən hazırlanır. Bundan dolayı, "qazz" kimi, məkruh görülməlidir. "Multəqa"da da belədir.
قَالَ مُحَمَّدٌ - رَحِمَهُ اللَّهُ تَعَالَى - لَا بَأْسَ بِالْخَزِّ إذَا لَمْ يَكُنْ فِيهِ شُهْرَةٌ وَإِلَّا فَلَا خَيْرَ فِيهِ، كَذَا فِي الْغِيَاثِيَّةِ.
Muhamməd (rahiməhullah), (belə deyir):
"Şöhrət üçün olmadığında (yəni, geyinilmədiyində), xəzz (geyinməkdə), bir beis yoxdur. Əks halda, onda bir xeyir yoxdur." "Ğiyasiyyə"də də belədir.
وَمَا يُكْرَهُ لِلرِّجَالِ لُبْسُهُ يُكْرَهُ لِلْغِلْمَانِ وَالصِّبْيَانِ؛
• Kişilər üçün geyinilməsi məkruh olanlar, qılman (oğlan uşaqları) və sibyan (kiçik uşaqlar) üçün də məkruh görülür.
لِأَنَّ النَّصَّ حَرَّمَ الذَّهَبَ وَالْحَرِيرَ عَلَى ذُكُورِ أُمَّتِهِ بِلَا قَيْدِ الْبُلُوغِ وَالْحُرِّيَّةِ،
Çünki nass (yəni, şəriət), -büluğ və azadlıq qeydi qoymadan- ümmətinin kişilərinə, qızıl və ipəyi haram qılmışdır.
وَالْأَثِمُ عَلَى مَنْ أَلْبَسَهُمْ؛
Onlara (bunları) geyindirən, günahkar (olar).
لِأَنَّا أُمِرْنَا بِحِفْظِهِمْ، كَذَا فِي التُّمُرْتَاشِيِّ.
Çünki biz, onları qorumaqla əmr edilmişik. "Tumurtaşi"də də belədir.
اسْتِعْمَالُ اللِّحَافِ مِنْ إبْرَيْسَمٍ لَا يَجُوزُ؛
• İbrəysəm'dən (hazırlanmış) yorğan istifadə etmək, caiz deyildir.
لِأَنَّهُ نَوْعُ لُبْسٍ.
Çünki o (yəni, yorğan), geyimdən bir növdür.
لَا بَأْسَ بِمُلَاءَةِ حَرِيرٍ تُوضَعُ عَلَى مَهْدِ الصَّبِيِّ
• Uşağın beşiyi üzərinə qoyulan ipəkdən (hazırlanmış) örtükdə, bir beis yoxdur.
لِأَنَّهُ لَيْسَ بِلُبْسٍ،
Çünki o, geyimdən (bir növ) deyildir.
وَكَذَا الْكِلَّةُ مِنْ الْحَرِيرِ لِلرِّجَالِ لِأَنَّهَا كَالْبَيْتِ، كَذَا فِي الْقُنْيَةِ.
• İpəkdən (hazırlanmış) "killə" də (yəni, "ev kimi tikilən nazik pərdə ki, içində taxtabiti və s. həşəratdan qorunmaq üçün yatılır"), belədir. Çünki o, ev kimidir. "Qunyə"də də belədir.
فِي الْإِسْبِيجَابِيِّ لَا بَأْسَ بِجَعْلِ اللِّفَافَةِ مِنْ الْحَرِيرِ، كَذَا فِي التُّمُرْتَاشِيِّ.
• İsbicabi'də, "İpəkdən hazırlanmış sarğıda, bir beis yoxdur." (deyilmişdir). "Tumurtaşi"də də belədir.
وَفِي فَتَاوَى الْعَصْرِ وَفَتَاوَى أَبِي الْفَضْلِ الْكَرْمَانِيِّ يُكْرَهُ جَعْلُ اللِّفَافَةِ مِنْ الْحَرِيرِ لِلرِّجَالِ
"Fətəva əl-Asr" və əbu'l-Fədl əl-Kirmani'nin fətvalarında, kişilər üçün ipəkdən (hazırlanmış) sarğı, məkruh görülmüşdür.
فَقَالَ عَيْنُ الْأَئِمَّةِ الْكَرَابِيسِيُّ: لَا يَجُوزُ، كَذَا فِي الْقُنْيَةِ.
"İmamların gözü" (olan) Kərabisi, (belə) deyir: "Caiz deyildir." "Qunyə"də də belədir.
وَلَا بَأْسَ بِسِتْرِ الْحَرِيرِ وَتَعْلِيقِهِ عَلَى الْبَابِ
• Qapını, ipək ilə örtməkdə və onu qapıya asmaqda, bir beis yoxdur.
وَقَالَا: يُكْرَهُ، كَذَا فِي الِاخْتِيَارِ شَرْحِ الْمُخْتَارِ.
İkisi, (belə) dedilər: "Məkruh görülür." "əl-İxtiyar şərhi'l-Muxtar"da da belədir.
دَلَّالٌ يُلْقِي ثَوْبَ الدِّيبَاجِ عَلَى مَنْكِبَيْهِ لِلْبَيْعِ يَجُوزُ إذَا لَمْ يُدْخِلْ يَدَيْهِ فِي الْكُمَّيْنِ
• Bir dəllal, satmaq üçün, dibac paltarı çiyinlərinə atar; (ancaq) əllərini paltarın qollarına daxil etməzsə, (bu), caizdir.
قَالَ عَيْنُ الْأَئِمَّةِ الْكَرَابِيسِيُّ: فِيهِ كَلَامٌ بَيْنَ الْمَشَايِخِ، كَذَا فِي الْقُنْيَةِ.
İmamların gözü Kərabisi, (belə) deyir:
"Şeyxlər arasında, bunun haqqında kəlam vardır." "Qunyə"də də belədir.
قَالَ عَامَّةُ الْعُلَمَاءِ يَحِلُّ لَهُنَّ لُبْسِ الْحَرِيرِ الْخَالِصِ، كَذَا فِي الْمُحِيطِ.
• Bütün alimlər, qadınlar üçün xalis ipək geyinməyin halal olduğunu demişlərdir. "Muhit"də də belədir.
وَأَمَّا لُبْسِ مَا عَلَمُهُ حَرِيرٌ أَوَمَكْفُوفٌ بِهِ فَمُطْلَقٌ عِنْدَ عَامَّةِ الْفُقَهَاءِ، كَذَا فِي الذَّخِيرَةِ.
• Amma, əlaməti (yəni, naxışı) ipəkdən olan; və ya kənarı ipəklə haşiyələnmiş olan (paltarı) geyinməyə gəlincə, (bu), ümum alimlər nəzdində, caizdir. "Zəxirə"də də belədir.
وَرُوِيَ بِشْرٌ عَنْ أَبِي يُوسُفَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - أَنَّهُ لَا بَأْسَ بِالْعَلَمِ مِنْ الْحَرِيرِ فِي الثَّوْبِ إذَا كَانَ أَرْبَعَةَ أَصَابِعَ أَوْ دُونَهَا،
Bişr'in, əbu Yusuf (rahiməhullahu Taala)'dan rəvayət etdiyinə görə, O (yəni, əbu Yusuf): "Paltarda, ipəkdən olan əlamət (yəni, naxış), 4 barmaq və ya ondan az olarsa, onda bir beis yoxdur." (demişdir).
وَلَمْ يَحْكِ فِيهِ خِلَافًا
Və o (yəni, Bişr), bu məsələdəki ixtilafı nəql etməmişdir.
وَذَكَرَ شَمْسُ الْأَئِمَّةِ السَّرَخْسِيُّ - رَحِمَهُ اللَّهُ تَعَالَى - فِي السِّيَرِ أَنَّهُ بَأْسٌ بِالْعَلَمِ؛ لِأَنَّهُ تَبَعٌ، وَلَمْ يُقَدِّرْ، كَذَا فِي فَتَاوَى قَاضِي خَانْ.
"İmamların günəşi" (olan) Səraxsi (rahiməhullahu Taala), "Siyər"də, əlamətdə bir beis olmadığını zikr etmişdir. Çünki o (yəni, əlamət, naxış), tabe olandır (yəni, geyimə tabedir). Və o, (naxış üçün) bir miqdar təyin etməmişdir. "Fətəva Qadıxan"da da belədir.
عِمَامَةٌ طُرَّتُهَا قَدْرُ أَرْبَعِ أَصَابِعَ مِنْ إبْرَيْسَمٍ مِنْ أَصَابِعِ عُمَرَ - رَضِيَ اللَّهُ تَعَالَى عَنْهُ - وَذَلِكَ قَيْسُ شِبْرِنَا يُرَخَّصُ فِيهِ
• Ömər (radiyallahu Taala anhu)'nun barmaqlarına görə 4 barmaq miqdarı (yəni, enlik cəhətindən 4 barmaq) ipəkdən turrası (yəni, qıraq bəzəyi) olan bir əmmamə, bizim qarış ölçümüzdür (və) o (qədəri)'nə ruxsat verilir.
قَالَ نَجْمُ الْأَئِمَّةِ الْبُخَارِيُّ: الْمُعْتَبَرُ فِي الرُّخْصَةِ أَرْبَعُ أَصَابِعَ لَا مَضْمُومَةً كُلَّ الضَّمِّ، وَلَا مَنْشُورَةً كُلَّ النَّشْرِ
• "İmamların ulduzu" əl-Buxari, (belə) demişdir:
"Ruxsatda etibar edilən, (nə) tamamilə bir-birinə sıxılmış; (nə də) tamamilə açılmış 4 barmaqdır."
قَالَ ظَهِيرُ الدِّينِ التُّمُرْتَاشِيُّ: الْمُعْتَبَرُ أَرْبَعُ أَصَابِعَ كَمَا هِيَ عَلَى هَيْئَتِهَا لَا أَصَابِعُ السَّلَفِ،
Zahiru'd-din ət-Tumurtaşi isə, (belə) deyir:
"4 barmaqda etibar edilən, (barmaqların) öz heyəti (yəni, təbii halı)'dır. Sələfin barmaqlarına görə deyil."
وَفِي فَتَاوَى أَبِي الْفَضْلِ الْكَرْمَانِيِّ أَرْبَعُ أَصَابِعَ مَنْشُورَةٌ،
əbu'l-Fadl əl-Kirmani'nin fətvalarında, "açılmış 4 barmaq" (olaraq qeyd edilmişdir).
قَالَ عَيْنُ الْأَئِمَّةِ الْكَرَابِيسِيُّ: التَّحَرُّزُ عَنْ مِقْدَارِ الْمَنْشُورَةِ أَوْلَى فِي فَتَاوَى أَبِي الْفَضْلِ الْكَرْمَانِيِّ وَالْعَلَمُ فِي الْعِمَامَةِ فِي مَوَاضِعَ يُجْمَعُ
"İmamların gözü" Kərabisi, (belə) deyir:
"əbu'l-Fadl əl-Kirmani'nin fətvalarında, açılmış barmaq miqdarından həzər etməyin əvla (olduğu deyilmişdir). Əmmamədəki əlamət isə, (ayrı-ayrı) yerlərdə cəm edilərək (hesablanır)."
قَالَ أَبُو حَامِدٍ لَا يُجْمَعُ
əbu Həmid isə, (belə) dedi:
"Cəm edilməz."
قَالَ عَيْنُ الْأَئِمَّةِ الْكَرَابِيسِيُّ: فِي الْمُتَفَرِّقِ خِلَافٌ
"İmamların gözü" (olan) Kərabisi, dedi:
"Mütəfərriq (ayrı-ayrı, dağınıq yerlər) haqqında (yəni, bunlardakı miqdarın cəm edilərək hesablanması məsələsində), ixtilaf vardır."
قَالَ نَجْمُ الْأَئِمَّةِ الْبُخَارِيُّ ظَاهِرُ الْمَذْهَبِ عَدَمُ الْجَمْعِ فِي الْمُتَفَرِّقِ إلَّا إذَا كَانَ خَطٌّ مِنْهُ قَزًّا وَخَطٌّ مِنْهُ غَيْرَهُ بِحَيْثُ يُرَى كُلُّهُ قَزًّا فَلَا يَجُوزُ كَمَا ذَكَرَهُ فِي جَمْعِ التَّفَارِيقِ لِلْبَقَّالِيِّ،
"İmamların ulduzu" (olan) əl-Buxari, (belə) deyir:
"Məzhəbin zahiri, mütəfərriq haqqında, cəmin olmamasıdır. Yalnız, onun bir zolağı 'qazz', (digər) zolağı isə, 'qazz'dan başqa olması istisnadır. Elə bir şəkildə ki, onun hamısı, 'qazz' olaraq görünsün. Bu halda, caiz deyildir. Necə ki, əl-Baqqali'nin 'Cəm'u't-Təfəriq'ində də belədir.
وَأَمَّا إذَا كَانَ كُلُّ وَاحِدٍ مُسْتَبِينًا كَالطِّرَازِ فِي الْعِمَامَةِ فَظَاهِرُ الْمَذْهَبِ أَنَّهُ لَا يُجْمَعُ، كَذَا فِي الْقُنْيَةِ.
Amma, əmmamədəki naxış kimi, hər bir (hissə) açıq (şəkildə görünərsə), məzhəbin zahirinə görə, cəm edilməz." "Qunyə"də də belədir.
لَا بَأْسَ بِاسْتِعْمَالِ مِنْطَقَةٍ مُلْتَقَاهَا فِضَّةُ،
• Birləşdirilən yeri gümüşdən olan kəmər istifadə etməkdə, bir beis yoxdur.
الْمِنْطَقَةُ الْمُفَضَّضَةُ قِيلَ: تُكْرَهُ
Gümüş kəmər (haqqında), "O, məkruh görülür." deyildi.
وَقِيلَ: لَا بَأْسَ بِهَا وَبِالدِّيبَاجِ فِي وَسَطِ الْمِنْطَقَةِ إذَا لَمْ يَبْلُغْ عَرْضُهَا أَرْبَعَ أَصَابِعَ
(Bir başqa görüşə görə isə, belə) deyildi ki: "Onda (yəni, gümüş kəmər); və əgər eni, 4 barmaq (miqdarına) çatmazsa, kəmərin ortasındakı dibacda, bir beis yoxdur."
وَقِيلَ: لَا يَجُوزُ اسْتِعْمَالُهُ لِلرِّجَالِ، كَذَا فِي الْغَرَائِبِ.
(Yenə) deyildi ki: "Kişilər üçün, onun istifadəsi, caiz deyildir." "Ğaraib"də də belədir.
يُكْرَهُ أَنْ يَلْبَسَ الذُّكُورُ قَلَنْسُوَةً مِنْ الْحَرِيرِ وَالذَّهَبِ وَالْفِضَّةِ وَالْكِرْبَاسِ الَّذِي خِيطَ عَلَيْهِ إبْرَيْسَمٌ كَثِيرٌ
• Kişilərin, ipəkdən, qızıldan, gümüşdən və üzərində çoxlu ipək olan kirbas (pambıq parçadan) (olan) qalansuva (təkkə, papaq) geyinmələri, məkruh görülür.
أَوْ شَيْءٌ مِنْ الذَّهَبِ أَوْ الْفِضَّةِ أَكْثَرُ مِنْ قَدْرِ أَرْبَعِ أَصَابِعَ،
Və ya qızıldan və ya gümüşdən (düzəldilmiş), 4 barmaq miqdarından çox olan (təkkə, papaq, məkruhdur).
وَلَا بَأْسَ بِأَنْ يَكُونَ عَلَى طَرَفِ الْقَلَنْسُوَةِ قَدْرُ أَرْبَعِ أَصَابِعَ مِنْ ذَلِكَ،
Qalansuva'nın bir tərəfi üzərində, ondan 4 barmaq miqdarı olmasında isə, bir beis yoxdur.
وَكَذَا عَلَى طَرَفِ الْعِمَامَةِ، وَكَذَا عَلَمُ الْجُبَّةِ، كَذَا فِي السِّرَاجِيَّةِ.
Əmmamənin, cübbənin də bir tərəfi üzərində (bu miqdar) olmasında da, belədir. "Siraciyyə"də də belədir.
(وَفِي فَتَاوَى آهُو) سُئِلَ الْقَاضِي بُرْهَانُ الدِّينِ (اكر عُنُق راجكلن كردنديا كشيده از إبْرَيْسَمَ) فَلَبِسَهُ قَالَ يَنْبَغِي أَنْ لَا يُكْرَهَ؛
• "Fətəva Ahu"da, (belə deyilir ki), qadı Burhanu'd-din'dən: "Əgər kişinin boynuna, ipəkdən hazırlanmış bir şey geyindirsələr və o da, onu geyinsə..." (hökm, nə olar? deyə) soruşuldu. O da: "Bunun məkruh olmaması, münasibdir." (deyə cavab verdi).
لِأَنَّهُ صَارَ مُسْتَهْلَكًا فَيَكُونُ تَبَعًا
Çünki o, hökmünü itirmiş (bir şeyə) çevrilir; və bundan dolayı da, tabe (olan bir şey) olur.
وَأَشَارَ شَمْسُ الْأَئِمَّةِ السَّرَخْسِيُّ إلَى أَنَّهُ يَكُونُ تَبَعًا، كَذَا فِي التَّتَارْخَانِيَّة.
"İmamların günəşi" Səraxsi də, (onun, cübbəyə) tabe olan (bir şey) olduğuna işarət etmişdir. "Tatarxaniyyə"də də belədir.
يَضُرُّهُ النَّظَرُ الدَّائِمُ إلَى الثَّلْجِ، وَهُوَ يَمْشِي فِيهِ لَا بَأْسَ بِأَنْ يَشُدَّ عَلَى عَيْنِهِ خِمَارًا أَسْوَدَ مِنْ الْإِبْرَيْسَمِ،
• Qara daimi nəzər etmək, gözə zərər verər. Yeridiyi halda, gözünə ipəkdən olan qara bir örtük bağlamasında, bir beis yoxdur.
قُلْتُ: فَفِي الْعَيْنِ الرَّمِدَةُ أَوْلَى، كَذَا فِي الْقُنْيَةِ.
Dedim:
Elə isə, gözdə iltihab olarsa, (bunu etmək) əvladır. "Qunyə"də də belədir.
وَلَا بَأْسَ بِلُبْسِ الْجُبَّةِ الْمَحْشُوَّةِ مِنْ الْخَزِّ كَذَا فِي الْوَجِيزِ لِلْكَرْدَرِيِّ.
• İçi "xəzz" ilə doldurulmuş cübbə geyinməkdə, bir beis yoxdur. Kərdəri'nin "Vəciz"ində də belədir.
فِي السِّيَرِ الْكَبِيرِ لَا بَأْسَ بِلُبْسِ الثَّوْبِ فِي غَيْرِ الْحَرْبِ إذَا كَانَ إزَارُهُ دِيبَاجًا أَوْ ذَهَبًا كَذَا فِي الذَّخِيرَةِ.
• "əs-Siyəru'l-Kəbir"də, (belə deyilir ki):
“Qeyr-i hərb halında, izarı (beldən aşağısını örtən geyimi), dibacdan və ya qızıldan paltar geyinməkdə, bir beis yoxdur.” "Zəxirə"də də belədir.
فِي شَرْحِ الْجَامِعِ الصَّغِيرِ لِبَعْضِ الْمَشَايِخِ لَا بَأْسَ بِتِكَّةِ الْحَرِيرِ لِلرَّجُلِ عِنْدَ أَبِي حَنِيفَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى -
• "Şərhu'l-Cami"də, (belə qeyd edilir ki), bəzi şeyxlər, əbu Hənifə (rahiməhullahu Taala) nəzdində, kişi üçün, ipəkdən təkkə geyinməkdə bir beis olmadığını (demişlərdir).
وَذَكَرَ الصَّدْرُ الشَّهِيدُ - رَحِمَهُ اللَّهُ تَعَالَى - فِي أَيْمَانِ الْوَاقِعَاتِ أَنَّهُ يُكْرَهُ عِنْدَ أَبِي يُوسُفَ وَمُحَمَّدٍ - رَحِمَهُمَا اللَّهُ تَعَالَى -،
Sadru'ş-Şəhid (rahiməhullahu Taala), "Əymənu'l-Vaqiət"də, (belə) zikr edir ki, bu, əbu Yusuf və Muhamməd (rahiməhuməllahu Taala) nəzdində, məkruh görülür.
وَفِي حَاشِيَةِ شَرْحِ الْجَامِعِ الصَّغِيرِ لِلصَّدْرِ الشَّهِيدِ مَكْتُوبٌ بِخَطِّهِ أَنَّ فِي تِكَّةِ الْحَرِيرِ اخْتِلَافًا بَيْنَ أَصْحَابِنَا، كَذَا فِي الْمُحِيطِ.
Sadru'ş-Şəhid'in "Haşiyətu şərhi'l-Camii's-Sağir"ində, öz xəttilə, (belə) yazılmışdır ki:
"İpək təkkə haqqında, əshabımız (yəni, Hənəfilər arasında) ixtilaf vardır." "Muhit"də də belədir.
تُكْرَهُ التِّكَّةُ الْمَعْمُولَةُ مِنْ الْإِبْرَيْسَمِ هُوَ الصَّحِيحُ، وَكَذَا الْقَلَنْسُوَةُ، وَإِنْ كَانَتْ تَحْتَ الْعِمَامَةِ وَالْكِيسُ الَّذِي يُعَلَّقُ، كَذَا فِي الْقُنْيَةِ.
İbrəysim'dən məmul olan təkkənin məkruh görülməsi, səhihdir. Əgər (təkkə) əmmamənin altındadırsa, təkkə də belədir. Asılı duran kisə də, belədir. "Qunyə"də də belədir.
وَعَلَى الْخِلَافِ لُبْسُ التِّكَّةِ مِنْ الْحَرِيرِ
İpəkdən təkkə taxmaq, ixtilaflıdır.
قِيلَ: يُكْرَهُ بِالِاتِّفَاقِ،
Deyildi ki: "(Bu), ittifaqla məkruhdur."
وَكَذَا عِصَابَةُ الْمُفْتَصَدِ، وَإِنْ كَانَ أَقَلَّ مِنْ أَرْبَعِ أَصَابِعَ؛ لِأَنَّهُ أَصْلٌ بِنَفْسِهِ، كَذَا فِي التُّمُرْتَاشِيِّ.
4 barmaqdan az olsa belə, muftəsad (qan alınan yer üzərindəki) sarğı da, belədir. Çünki o, öz nəfsində əsldir. "Tumurtaşi"də də belədir.
فِي جَامِعِ الْفَتَاوَى عَنْ مُحَمَّدِ بْنِ سَلَمَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى -مَنْ صَلَّى مَعَ تِكَّةِ إبْرَيْسَمٍ جَازَ، وَهُوَ مُسِيءٌ، كَذَا فِي التَّتَارْخَانِيَّة.
"Camiu'l-Fətəva"da, Muhamməd b. Sələmə (rahiməhullahu Taala)'dan, (belə nəql edilir):
"Kim ipəkdən olan təkkə ilə namaz qılarsa, caiz olar. (Lakin) o, pis bir iş görmüş olar." "Tatarxaniyyə"də də belədir.
وَلَوْ جَعَلَ الْقَزَّ حَشْوًا لِلْقَبَاءِ فَلَا بَأْسَ بِهِ؛ لِأَنَّهُ تَبَعٌ
Əgər qazzı içlik olaraq üst geyiminə qoyarsa, bunda bir beis yoxdur. Çünki o, tabedir.
وَلَوْ جُعِلَتْ ظِهَارَتُهُ أَوْ بِطَانَتُهُ فَهُوَ مَكْرُوهٌ؛ لِأَنَّ كِلَيْهِمَا مَقْصُودٌ كَذَا فِي مُحِيطِ السَّرَخْسِيِّ.
Əgər zahir astarı və ya batin astarı (ipəkdən) olarsa, bu, məkruhdur. Çünki, onların hər ikisi, məqsuddur. Səraxsi'nin "Muhit"ində də belədir.
وَفِي شَرْحِ الْقُدُورِيِّ عَنْ أَبِي يُوسُفَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - أَنَّهُ قَالَ أَكْرَهُ ثَوْبَ الْقَزِّ يَكُونُ بَيْنَ الْفَرْوِ وَبَيْنَ الظِّهَارَةِ، كَذَا فِي الْمُحِيطِ.
"Şərhu'l-Quduri"də, əbu Yusuf (rahiməhullahu Taala)'dan, (belə nəql edilir):
"Kürk ilə onun üst xarici parçası arasında olan qazz(dan olan) paltarı, məkruh görürəm." "Muhit"də də belədir.
وَعَنْ أَبِي يُوسُفَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - كَرِهَ بَطَائِنَ الْقَلَانِسِ مِنْ الْإِبْرَيْسَمِ كَذَا فِي التُّمُرْتَاشِيِّ.
əbu Yusuf (rahiməhullahu Taala)'dan, (belə nəql edilir ki), O, qalansuva içinin (yəni, astarının) ipəkdən olmasını məkruh görürdü. "Tumurtaşi"də də belədir.
لَا بَأْسَ بِالْعَلَمِ الْمَنْسُوجِ بِالذَّهَبِ لِلنِّسَاءِ فَأَمَّا لِلرِّجَالِ، فَقَدْرُ أَرْبَعِ أَصَابِعَ، وَمَا فَوْقَهُ يُكْرَهُ، كَذَا فِي الْقُنْيَةِ.
• Qadınların, qızılla toxunmuş naxış geyinmələrində, bir beis yoxdur. Amma kişilərə gəlincə, miqdarı 4 barmaq və onun fövqündə olan, məkruh görülür. "Qunyə"də də belədir.
وَيُكْرَهُ لِلرَّجُلِ أَنْ يَلْبَسَ الثَّوْبَ الْمَصْبُوغَ بِالْعُصْفُرِ وَالزَّعْفَرَانِ وَالْوَرْسِ كَذَا فِي فَتَاوَى قَاضِي خَانْ.
• Kişinin, usfur, zəfəran və vərs (adlı boya verən bitki) ilə boyanmış paltar geyinməsi, məkruh görülür. "Fətəva Qadıxan"da da belədir.
وَعَنْ أَبِي حَنِيفَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - لَا بَأْسَ بِالصَّبْغِ الْأَحْمَرِ وَالْأَسْوَدِ، كَذَا فِي الْمُلْتَقَطِ.
əbu Hənifə (rahiməhullahu Taala)'dan, qırmızı və qara boya ilə (boyanmış paltar)'da, bir beis görmədiyi (nəql edilmişdir). "Multəqa"da da belədir. (haşiyə)
-------------------------
(Haşiyə:
Hənəfi məzhəbinə görə, xalis qırmızı rəngli paltar geyinmək, kişilər üçün məkruhdur. Dəlilləri, Şeyx Zəfər Əhməd əl-Osmani ət-Təhanəvi'nin "İlau's-Sünən"ində:
~ باب استحباب الزينة فى العيدين
"Bab-u istihbəb-i'z-zinəti fi'l-ideyn = 2 bayramda zinətin müstəhəbliyi babı"
~ باب كراهة الثوب المعصفر للرجال دون النساء
"Bab-u Kərahəti's-səvbi'l-muasfar li'r-rical duni'n-nisa = [Qadınlar xaric] kişilər üçün muasfar (usfur, yəni, qırmızı boya istehsalında istifadə edilən bitkinin boyası ilə başdan-başa boyanılan) paltarın kərahəti babı", hədis no: 5678, 5679, 5680-a
baxıla bilər.)
--------------------------
وَفِي مَجْمُوعِ النَّوَازِلِ سُئِلَ عَنْ الزِّينَةِ وَالتَّجَمُّلِ فِي الدُّنْيَا قَالَ
"Məcmau'n-Nəvazil"də, dünyada zinət və gözəl geyinmək haqqında soruşuldu, dedi:
«خَرَجَ رَسُولُ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ - ذَاتَ يَوْمٍ وَعَلَيْهِ رِدَاءٌ قِيمَتُهُ أَلْفُ دِرْهَمٍ وَرُبَّمَا قَامَ إلَى الصَّلَاةِ وَعَلَيْهِ رِدَاءٌ قِيمَتُهُ أَرْبَعَةُ آلَافِ دِرْهَمٍ»
Allah rəsulu (sallallahu aleyhi və səlləm), günlərin birində, üzərində qiyməti 1000 dirhəm olan bir rida ilə çıxdı. Bəzən, namaza qalxardı və üzərində, qiyməti 4000 dirhəm olan bir rida var idi.
«وَدَخَلَ رَجُلٌ مِنْ أَصْحَابِهِ يَوْمًا وَعَلَيْهِ رِدَاءُ خَزٍّ فَقَالَ - عَلَيْهِ السَّلَامُ - إنَّ اللَّهَ تَعَالَى - إذَا أَنْعَمَ عَلَى عَبْدٍ نِعْمَةً أَحَبَّ أَنْ يَرَى أَثَرَ نِعْمَتِهِ عَلَيْهِ»
Bir gün, əshabından biri, üzərində xəzz, Onun yanına daxil oldu. Peyğəmbər (aleyhissalam), (belə) buyurdu:
"Şübhəsiz, Allah Taala, quluna nemət verdiyində, nemətinin əsərini onun üzərində görməyi, sevir."
وَأَبُو حَنِيفَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - كَانَ يَرْتَدِي بِرِدَاءٍ قِيمَتُهُ أَرْبَعُمِائَةِ دِينَارٍ، كَذَا فِي الذَّخِيرَةِ.
əbu Hənifə (rahiməhullahu Taala), qiyməti 400 dirhəm olan bir rida geyinərdi. "Zəxirə"də də belədir.
لُبْسُ الصُّوفِ وَالشَّعْرِ سُنَّةُ الْأَنْبِيَاءِ - عَلَيْهِمْ السَّلَامُ -؛
Yun və tükdən (hazırlanmış paltar) geyinmək, Nəbilər (aleyhimus-salam)'ın sünnətidir.
لِأَنَّهُ آيَةُ التَّوَاضُعِ
Çünki o, təvazökarlıq əlamətidir.
وَأَوَّلُ مَنْ لَبِسَهُمَا سُلَيْمَانُ النَّبِيُّ عَلَى نَبِيِّنَا وَعَلَيْهِ السَّلَامُ،
O ikisini ilk geyinən, Süleyman (əleyhissalam) olmuşdur. Nəbimizə və ona, (Allahın) salamı olsun.
وَفِي الْحَدِيثِ
Hədisdə (belə gəlmişdir ki):
نَوِّرُوا قُلُوبَكُمْ بِلِبَاسِ الصُّوفِ، فَإِنَّهُ مَذَلَّةٌ فِي الدُّنْيَا وَنُورٌ فِي الْآخِرَةِ وَإِيَّاكُمْ أَنْ تُفْسِدُوا دِينَكُمْ بِمَحْمَدَةِ النَّاسِ وَثَنَائِهِمْ، كَذَا فِي الْغَرَائِبِ.
"Qəlblərinizi, yun libas ilə nurlandırın. Şübhəsiz, o, dünyada məzəllət, axirətdə isə nurdur. İnsanların mədh və sənaları ilə, dininizi ifsad etməyin." "Ğaraib"də də belədir.
لُبْسُ الثِّيَابِ الْجَمِيلَةِ مُبَاحٌ إذَا لَمْ يَتَكَبَّرْ وَتَفْسِيرُهُ أَنْ يَكُونَ مَعَهَا كَمَا كَانَ قَبْلَهَا كَذَا فِي السِّرَاجِيَّةِ.
Təkəbbür göstərmədiyində, gözəl paltarlar geyinmək, mübahdır. Bunun təfsiri, onunla bərabər olduqda (yəni, onu geyindikdə), ondan əvvəl necə idisə, elə olmasıdır. "Siraciyyə"də də belədir.
وَلَا يَجُوزُ صَبْغُ الثِّيَابِ أَسْوَدَ أَوْ أَكْهَبَ تَأَسُّفًا عَلَى الْمَيِّتِ
• Ölüyə təəssüf olaraq, paltarları qara və ya tünd boz rəngə boyamaq, caiz deyildir.
قَالَ صَدْرُ الْحُسَامِ لَا يَجُوزُ تَسْوِيدُ الثِّيَابِ فِي مَنْزِلِ الْمَيِّتِ، كَذَا فِي الْقُنْيَةِ.
Sadru'l-Husam, (belə) demişdir:
"Ölünün mənzilində, paltarları qara rəngə boyamaq, caiz deyildir." "Qunyə"də də belədir.
قَالَ الْإِمَامُ السَّرَخْسِيُّ - رَحِمَهُ اللَّهُ تَعَالَى - فِي كِتَابِ الْكَسْبِ يَنْبَغِي أَنْ يَلْبَسَ فِي عَامَّةِ الْأَوْقَاتِ الْغَسِيلَ وَيَلْبَسَ الْأَحْسَنَ فِي بَعْضِ الْأَوْقَاتِ إظْهَارًا لِنِعَمِ اللَّهِ تَعَالَى -، وَلَا يَلْبَسُ فِي جَمِيعِ الْأَوْقَاتِ؛ لِأَنَّ ذَلِكَ يُؤْذِي الْمُحْتَاجِينَ، كَذَا فِي الْخُلَاصَةِ.
• İmam Səraxsi (rahiməhullahu Taala), "Kitabu'l-Kəsb" (adlı əsərin)'də, (belə) deyir:
"Bütün vaxtlarda, yuyulmuş paltar geyinməsi; bəzi vaxtlarda da, Allah Taala'nın nemətlərini izhar olaraq gözəl geyinməsi, münasibdir. Bütün vaxtlarda isə, (gözəl) geyinməz. Çünki, o, möhtac insanları incidər." "Xülasə"də də belədir.
وَكَذَلِكَ لَا يَنْبَغِي لِلْإِنْسَانِ أَنْ يُظَاهِرَ بَيْنَ جُبَّتَيْنِ أَوْ ثَلَاثَةٍ إذَا كَانَ يَكْفِيهِ لِدَفْعِ الْبَرْدِ جُبَّةٌ وَاحِدَةٌ؛ لِأَنَّهُ ذَلِكَ يُؤْذِي الْمُحْتَاجِينَ،
• Eləcə də, insan üçün, ona soyuğu dəf etmək üçün 1-i kifayət etdiyi halda; 2 və ya 3 cübbə üst-üstə geyinməsi, münasib deyil. Çünki o, möhtacları incidər.
وَهُوَ مَنْهِيٌّ عَنْ اكْتِسَابِ سَبَبِ أَذَى الْغَيْرِ، كَذَا فِي الْمُحِيطِ.
Başqalarına əziyyətə verən bir işi kəsb etmək, nəhy edilmişdir.
وَأَمَّا الدِّثَارُ فَيُكْرَهُ بِلَا خِلَافٍ، كَذَا فِي الْغِيَاثِيَّةِ.
• "Disar"a gəlincə, ixtilafsız olaraq məkruh görülür. "Ğiyasiyyə"də də belədir.
وَيُكْرَهُ لِلرَّجُلِ لُبْسُ السَّرَاوِيلِ الْمُخَرْفَجَةِ وَهِيَ الَّتِي تَقَعُ عَلَى ظَهْرِ الْقَدَمَيْنِ كَذَا فِي الْفَتَاوَى الْعَتَّابِيَّةِ.
• Kişi üçün, "muxarfəci" şalvarlar geyinməsi, məkruh görülür. O, iki ayağının üzərinə düşən (şalvar)'dır. "Fətəva Attabiyyə"də də belədir.
وَعَنْ بَعْضِهِمْ مِنْ سُنَّةِ الْإِسْلَامِ لُبْسِ الْمُرَقَّعِ وَالْخَشِنِ مِنْ الثِّيَابِ
• Bəzilərindən (belə nəql edilir ki), yamaqlı və xaşin (qaba, sərt) paltarlar geyinmək, İslamın sünnətindəndir.
لُبْسُ السَّرَاوِيلِ سُنَّةٌ، وَهُوَ مِنْ أَسْتَرِ الثِّيَابِ لِلرِّجَالِ وَالنِّسَاءِ، كَذَا فِي الْغَرَائِبِ.
• Sirvəl (şalvar) geyinmək, sünnətdir. O, kişilər və qadınlar üçün, daha çox örtən paltarlardandır. "Ğaraib"də də belədir.
فِي غَرِيبِ الرِّوَايَةِ يُرَخَّصُ لِلْمَرْأَةِ كَشْفُ الرَّأْسِ فِي مَنْزِلِهَا وَحْدَهَا
• "Ğaribu'r-Rivayə"də (zikr edildiyinə görə), qadının, tək ikən, öz mənzilində, başını açmasına ruxsat verilir.
فَأَوْلَى أَنْ يَجُوزَ لَهَا لُبْسِ خِمَارٍ رَقِيقٍ يَصِفُ مَا تَحْتَهُ عِنْدَ مَحَارِمِهَا كَذَا فِي الْقُنْيَةِ.
Əvla olan isə, -məhrəmləri yanında- altındakını vəsf edən incə ximar (baş örtüyü)'nün, onun üçün caiz olmasıdır. “Qunyə”də də belədir.
تَقْصِيرُ الثِّيَابِ سُنَّةٌ
• Paltarı qısaltmaq, sünnətdir.
وَإِسْبَالُ الْإِزَارِ وَالْقَمِيصِ بِدْعَةٌ
• İzarı, köynəyi aşağı salmaq (və ya uzatmaq), bidətdir.
يَنْبَغِي أَنْ يَكُونَ الْإِزَارُ فَوْقَ الْكَعْبَيْنِ إلَى نِصْفِ السَّاقِ
• İzarın, topuqların fövqündə, baldırın yarısına qədər olması, münasibdir.
وَهَذَا فِي حَقِّ الرِّجَالِ،
Bu, kişilərin haqqıdır.
وَأَمَّا النِّسَاءُ فَيُرْخِينَ إزَارَهُنَّ أَسْفَلَ مِنْ إزَارِ الرِّجَالِ لِيَسْتُرَ ظَهْرَ قَدَمِهِنَّ.
Amma qadınlara gəldikdə isə, onlar, izarlarını, kişilərin izarından daha aşağı salarlar ki, ayaqlarının üstünü örtsün.
إسْبَالُ الرَّجُلِ إزَارَهُ أَسْفَلَ مِنْ الْكَعْبَيْنِ إنْ لَمْ يَكُنْ لِلْخُيَلَاءِ فَفِيهِ كَرَاهَةُ تَنْزِيهٍ،
• Kişilərin, öz izarlarını, topuqlardan aşağı salması, əgər təkəbbürlük üçün olmursa, onda, tənzihi kərahət vardır.
كَذَا فِي الْغَرَائِبِ.
"Ğaraib"də də belədir. (haşiyə)
-------------------
(Haşiyə:
Dəlilləri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/salvarin-balagi-qisaldilmalidirmi-0
--------------------
وَاخْتُلِفَ فِي السَّدْلِ فِي غَيْرِ الصَّلَاةِ
• Namazdan kənar hallarda, sədl etmək (paltarın qollarını, çiynə atmaq) haqqında, ixtilaf edildi.
فَقِيلَ: يَكْرَهُ بِدُونِ الْقَمِيص، وَلَا يُكْرَهُ عَلَى الْقَمِيصِ وَفَوْقَ الْإِزَارِ
Deyildi ki: "Köynək olmadan sədl etmək, məkruh görülür. Köynək və izar üzərinə (sədl etmək isə), məkruh görülmür."
وَقِيلَ: يُكْرَهُ كَمَا فِي الصَّلَاةِ
(Belə də) deyildi ki: "Namazda olduğu kimi, məkruh görülür."
وَالصَّحِيحُ قَوْلُ أَبِي جَعْفَرٍ - رَحِمَهُ اللَّهُ تَعَالَى - أَنَّهُ لَا يُكْرَهُ، كَذَا فِي الْقُنْيَةِ.
Səhih olan isə, əbu Cə'fər (ət-Tahavi)'nin qövlüdür. (Yəni), o, məkruh görülmür. "Qunyə"də də belədir.
عَنْ أَبِي حَنِيفَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - لَا بَأْسَ بِلُبْسِ قَلَنْسُوَةِ الثَّعَالِبِ، كَذَا فِي الْمَبْسُوطِ.
• əbu Hənifə (rahiməhullahu Taala)'dan, "Tülkü (dərisindən hazırlanmış) qalansuva geyinməkdə, bir beis yoxdur." (deyə nəql edilmişdir). "Məbsut"da da belədir.
وَكَانَ عَلَى أَبِي حَنِيفَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - سِنْجَابٌ
• əbu Hənifə (rahiməhullahu Taala)'nın üzərində, sincab (dərisindən hazırlanmış bir geyim) var idi.
وَعَلَى الضَّحَّاكِ قَلَنْسُوَةُ سَمُّورٍ، كَذَا فِي الْغِيَاثِيَّةِ.
• Dahhak'ın üzərində, samur (dərisindən hazırlanmış bir geyim) var idi. "Ğiyasiyyə"də də belədir.
عَنْ أَبِي حَنِيفَةَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - أَنَّهُ قَالَ لَا بَأْسَ بِالْفَرْوِ مِنْ السِّبَاعِ كُلِّهَا وَغَيْرِ ذَلِكَ مِنْ الْمَيْتَةِ الْمَدْبُوغَةِ وَالْمُذَكَّاةِ
• əbu Hənifə (rahiməhullahu Taala)'dan, (belə nəql edilmişdir:
"Bütün yırtıcı heyvanların dərisindən hazırlanmış xəz (yəni, kürk) və ondan başqa, tabaqlanmış ölü heyvan dərisindən və şəri qaydada kəsilmiş heyvan dərilərindən hazırlanmış (paltar) geyinməkdə, bir beis yoxdur."
وَقَالَ ذَكَاتُهَا دِبَاغُهَا، كَذَا فِي الْمُحِيطِ.
Və (yenə, imam, belə) demişdir:
"Onun təmizlənməsi, onun tabaqlanmasıdır." "Muhit"də də belədir.
وَلَا بَأْسَ بِجُلُودِ النَّمِرِ وَالسِّبَاعِ كُلِّهَا إذَا دُبِغَتْ أَنْ يَجْعَلَ مِنْهَا مُصَلًّى أَوْ مِيثَرَةَ السَّرْجِ، كَذَا فِي الْمُلْتَقَطِ.
• Bəbir və bütün yırtıcı heyvanların dərilərindən istifadə etməkdə, bir beis yoxdur. Onlar tabaqlandıqlarında, ondan musalla və ya yəhər döşəyi düzəltmək olar. "Multəqit"də də belədir.
وَلَا بَأْسَ بِخِرْقَةِ الْوُضُوءِ وَالْمُخَاطِ،
• Dəstəmaz xirqəsi (yəni, dəstəmazdan sonra qurulanmaq üçün dəsmal) və muxat (burun silmək üçün dəsmal) (istifadə etməkdə), bir beis yoxdur.
وَفِي الْجَامِعِ الصَّغِيرِ يُكْرَهُ الْخِرْقَةُ الَّتِي تُحْمَلُ لِيُمْسَحَ بِهَا الْعَرَقُ؛ لِأَنَّهَا بِدْعَةٌ مُحْدَثَةٌ
"Camiu's-Sağir"də, (belə deyilir):
• "Təri özü ilə silmək üçün daşınılan dəsmal, məkruh görülür. Çünki o, muhdəs bir bidətdir."
وَالصَّحِيحُ أَنَّهُ لَا يُكْرَهُ
Səhih olan isə, onun məkruh görülməməsidir.
وَحَاصِلُهُ أَنَّ مَنْ فَعَلَ شَيْئًا مِنْ ذَلِكَ تَكَبُّرًا فَهُوَ مَكْرُوهٌ وَمَنْ فَعَلَ ذَلِكَ لِحَاجَةٍ وَضَرُورَةٍ لَمْ يُكْرَهْ، كَذَا فِي الْكَافِي
(Bu məsələdə) sözün özü, budur:
Kim, onlardan (hər hansısa) birini, təkəbbürlə edərsə, bu, məkruhdur. Və kim ki, ehtiyac və zərurət üçün onu edərsə, bu, məkruh görülmür. "Kafi"də də belədir.
قَالَ هِشَامٌ فِي نَوَادِرِهِ رَأَيْتُ عَلَى أَبِي يُوسُفَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - نَعْلَيْنِ مَحْفُوفَيْنِ بِمَسَامِيرِ الْحَدِيدِ
Hişam, "Nəvadir" (əsərin)'də, (belə) deyir:
"əbu Yusuf (rahiməhullahu Taala)'nın üzərində, dəmir mismarlarla əhatələnmiş səndəllər gördüm."
فَقُلْتُ لَهُ: أَتَرَى بِهَذَا الْحَدِيدِ بَأْسًا؟
- Ona dedim ki: "Bu dəmirdə, bir beis görmürsənmi?"
فَقَالَ: لَا
- Dedi ki: "Yox."
فَقُلْتُ لَهُ: إنَّ سُفْيَانَ وَثَوْرَ بْنَ يَزِيدَ كَرِهَا ذَلِكَ؛ لِأَنَّهُ تَشَبُّهٌ بِالرُّهْبَانِ
- Dedim ki: "Süfyan və Sevr b. Yezid, onu məkruh görüblər. Çünki o, rahiblərə bənzəməkdir."
فَقَالَ أَبُو يُوسُفَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - «كَانَ رَسُولُ اللَّهِ - صَلَّى اللَّهُ عَلَيْهِ وَآلِهِ وَسَلَّمَ - يَلْبَسُ النِّعَالَ الَّتِي لَهَا شُعُورٌ»
- əbu Yusuf (rahiməhullahu Taala), (belə) dedi: "Allah rəsulu (sallallahu aleyhi və səlləm), tükləri olan (yəni, tükdən hazırlanmış) səndəllər geyinərdi."
وَإِنَّهَا مِنْ لِبَاسِ الرُّهْبَانِ،
Şübhəsiz o (yəni, tükdən hazırlanan səndəllər), rahiblərin libasıdır.
فَقَدْ أَشَارَ إلَى أَنَّ صُورَةَ الْمُشَابَهَةِ فِيمَا يَتَعَلَّقُ بِهِ صَلَاحُ الْعِبَادِ لَا تَضُرُّ،
(Bununla, əbu Yusuf), qulların faydası ilə əlaqəli olan məsələlərdə, bənzəmə surətinə işarə etmişdir. (Ki, bu), zərər verməz.
وَقَدْ تَعَلَّقَ بِهَذَا النَّوْعِ مِنْ الْأَحْكَامِ صَلَاحُ الْعِبَادِ، فَإِنَّ مِنْ الْأَرَاضِي مَا لَا يُمْكِنُ قَطْعُ الْمَسَافَةِ الْبَعِيدَةِ فِيهَا إلَّا بِهَذَا النَّوْعِ مِنْ الْإِحْكَامِ، كَذَا فِي الْمُحِيطِ فِي الْمُتَفَرِّقَاتُ.
Qulların faydası, hökmlərdən bu növ ilə əlaqəli oldu. (Çünki), onda uzun məsafələri qət etmək mümkün olmayan bəzi ərazilər, möhkəm (ayaqqabılar) ilə mümkündür. "Muhit"in "əl-Mütəfərriqa" (bölməsin)'də də belədir.
امْرَأَةٌ لَهَا صَنْدَلَةٌ فِي مَوْضِعِ قَدَمِهَا سُمْكٌ مُتَّخَذٌ مِنْ غَزْلِ الْفِضَّةِ وَذَلِكَ الْغَزْلُ مِمَّا يَخْلُصُ حَلَّ لَهَا اسْتِعْمَالُهَا.
Qadının səndəlinin yerləşdiyi yerdə, gümüş sapdan hazırlanmış qalın (bir qat) vardır. Və o sap, xalisdirsə, onun istifadəsi, onun üçün halaldır.
قَالَ عَيْنُ الْأَئِمَّةِ الْكَرَابِيسِيُّ: يُكْرَهُ،
"İmamların gözü" (olan) Kərabisi, (belə) deyir: "Məkruh görülür."
وَفِي شَرْحِ الطَّحَاوِيِّ وَأَمَّا الْفِضَّةُ فِي الْمَكَاعِبِ فَيُكْرَهُ فِي رِوَايَةٍ عَنْ أَبِي يُوسُفَ - رَحِمَهُ اللَّهُ تَعَالَى - وَعِنْدَهُمَا لَا يُكْرَهُ، كَذَا فِي الْقُنْيَةِ.
"Şərhu't-Tahavi"də, (belə deyilir):
• "Amma (ayaqqabı) dabanlarındakı gümüşə gəlincə, əbu Yusuf (rahiməhullahu Taala)'dan (gələn) rəvayətdə, (bu), məkruh görülmüş; O ikisindən (yəni, əbu Hənifə və Muhamməd) nəzdində isə, məkruh görülməmişdir." "Qunyə"də də belədir.
لَا بَأْسَ بِأَنْ يَكُونَ فِي بَيْتِ الرَّجُلِ سِتْرٌ مِنْ دِيبَاجٍ وَفُرُشٌ مِنْ دِيبَاجٍ لِلتَّجَمُّلِ لَا يَقْعُدُ عَلَيْهَا، وَلَا يَنَامُ عَلَيْهَا نَصَّ مُحَمَّدٌ - رَحِمَهُ اللَّهُ تَعَالَى -؛
• Muhamməd (rahiməhullahu Taala) açıq şəkildə bildirmişdir ki, bir kişinin evində, dibacdan pərdə və gözəllik üçün dibacdan (hazırlanmış) döşəkcə olmasında, bir beis yoxdur. (Bir şərtlə ki), onun üzərinə oturmasın.
لِأَنَّ الْمُحَرَّمَ الِانْتِفَاعُ وَالِانْتِفَاعُ فِي الْقُعُودِ وَالنَّوْمِ عَلَى الْفُرُشِ، كَذَا فِي الْكُبْرَى.
Çünki, haram qılınan, istifadədir. Və istifadə isə, döşəkçə üzərinə oturmaq və yatmaqdadır. "Kubra"da da belədir.
اتِّخَاذُ النَّعْلِ مِنْ الْخَشَبِ بِدْعَةٌ
• Taxtadan səndəl düzəltmək, bidətdir.
وَعَنْ أَبِي الْقَاسِمِ الصَّفَّارِ الْخُفُّ الْأَحْمَرُ خُفُّ فِرْعَوْنَ وَالْخُفُّ الْأَبْيَضُ خُفُّ هَامَانَ وَالْخُفُّ الْأَسْوَدُ خُفُّ الْعُلَمَاءِ
• əbu'l-Qasım əs-Saffar'dan (belə nəql edilir):
~ Qırmızı xof, fironun;
~ Ağ xof, haman'ın;
~ Qara xof isə, Alimlərin
xofudur.
وَلَقَدْ لَقِيتُ عِشْرِينَ مِنْ كِبَارِ فُقَهَاءِ بَلْخٍ فَمَا رَأَيْتُ لِأَحَدِهِمْ خُفًّا أَبْيَضَ، وَلَا أَحْمَرَ، وَلَا سَمِعْتُ أَنَّهُ أَمْسَكَهُ
Bəlx'in böyük fəqihlərindən 20 fəqih ilə görüşdüm, onların heç birində, ağ xof görmədim və (xof) saxladıqlarını da eşitmədim.
وَرُوِيَ أَنَّهُ «- عَلَيْهِ الصَّلَاةُ وَالسَّلَامُ - أَمْسَكَ خُفًّا أَسْوَدَ أُهْدِيَ لَهُ خُفَّانِ أَسْوَدَانِ فَقَبَضَ وَلَبِسَ» ، كَذَا فِي الْقُنْيَةِ
Rəvayət edilir ki, (Peyğəmbərimiz) aleyhi's-salatu və's-sələm, qara xof saxlayardı. Ona 2 qara xof hədiyyə edildi və onları saxladı və geyindi. "Qunyə"də də belədir.
وَاَللَّهُ أَعْلَمُ.
Allah, daha gözəl bilir.
"əl-Fətəva əl-Hindiyyə fi məzhəbi'l-imami'l-azam əbi Hənifə ən-Nu'man", "Kitabu'l-Kərahət"
https://shamela.ws/book/21640/2565
-----------------
Əlavələr:
Namazda övrət yerləri örtməyin fərz olması:
