Cümə namazının ilk və son sünnətləri vardırmı? Varsa, neçə rükətdir?

 

1759- Abdullah b. Şəqiq belə deyir:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in qıldığı nafilə namazı soruşduğumda, Aişə (radiyallahu anha) belə cavab verdi:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), evimdə 4 rükət nafilə namaz qıldıqdan sonra, məscidə çıxaraq zöhr namazını qıldırardı. Daha sonra evimə gələrək, 2 rükət daha nafilə namaz qılardı. Məğrib (axşam) namazını qıldırdıqdan sonra, evimə gələrək, 2 rükət daha nafilə namaz qılardı. İşa (yatsı) namazını qıldırdıqdan sonra da, evimə gələrək, 2 rükət daha nafilə namaz qılardı. Gecə vitr də daxil 9 rükət namaz qılardı. Bəzi gecələr, namazı ayaqda və uzun; bəzi gecələr isə, oturaraq uzun qılardı. Namazı ayaqda qıldığında ayaqda, oturaraq qıldığında isə, oturaraq rüku və səcdə edərdi. Fəcr doğduğunda da, 2 rükət nafilə namaz qılardı." (Muslim, Musafirin/105)

Abdullah b. Şəqiq rəvayətinin, rəvatib sünnətlərinə (haşiyə-1) dəlaləti açıqdır. Çünki Aişə (radiyallahu anha), bəhs mövzusu namazları, "kənə" (haşiyə-2) ləfzilə zikr etmişdir.

--------------------------------

(Haşiyə-1:

Rəvatib sünnət: Fərz namazlarla birlikdə namazın əvvəlində də, sonrasında da qılınan sünnət namazlara deyilir. Müəkkəd və qeyr-i müəkkəd olmaqla 2 yerə ayrılır.)

(Haşiyə-2:

Kənə kəliməsi, qeyr-i müəyyən gələcək zaman bildirən felin əvvəlində gəldiyi vaxt, o felin bildirdiyi işin davamlı edildiyini göstərir. Yəni Aişə (radiyallahu anha), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in qıldığı sünnət namazlar haqqında danışarkən, “qılardı” demişdir. Bu da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, o namazları davamlı surətdə qıldığını göstərir.)

------------------------------------

1760- əbu Hureyrə (radiyallahu anh)'ın nəqlinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Cümə namazının fərzindən sonra, 4 rükət də nafilə qılın." (Muslim, Cümə/67)

Hədisi, Muslim rəvayət etmişdir. Hədisin, cümədən sonra qılınacaq 4 rükətin müəkkəd sünnət olduğuna dəlaləti, açıqdır. Muslimin digər rəvayətləri, bəhs mövzusu hədisdəki əmrin, vaciblik ifadə etmədiyini göstərməkdədir.

Onun başqa bir rəvayətinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Cümə namazının fərzindən sonra namaz qılmaq istəyən, 4 rükət qılsın." (Muslim, Cümə/69) buyurmuşdur.

Necə ki, Nəvəvi, "əl-Minhac"da (Muslim şərhində):

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), namaz qılmaq istəyən ifadəsilə, bəhs mövzusu namazın vacib deyil, sünnət olduğunu ifadə etmişdir." açıqlamasını vermişdir.

Ancaq "Cümə namazından sonra namaz" başlığı altında, ibn Ömər (radiyallahu anh)'dan nəql etdiyi uzun hədisdə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cümə namazının fərzini tamamlamadan, başqa bir namaz qılmadığını, ondan sonra isə, 2 rükət namaz qıldığını zikr etməkdədir. (Buxari, Cümə/37)

O, yenə, ibn Ömər (radiyallahu anh)'dan nəql etdiyi başqa bir hədisdə də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, cümədən sonra evində 2 rükət namaz qıldığını rəvayət etməkdədir. (Buxari, Cümə/37)

Bəhs mövzusu hədislərlə bağlı, Nəvəvi'nin açıqlaması belədir:

Bəhsi keçən hədislərdə ifadə edilən 2 rükət namaz qılması, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in ən azını açıqlamağa aiddir. Çünki bilindiyi kimi, Peyğəmbər (sallallahu aleyhi və səlləm), əksəriyyətlə, cümədən sonra 4 rükət namaz qılardı. Bizə də, Onun təşviq edib arzu etdiyi 4 rükəti qılmağımız əmr edilmişdir.

Hədisdə yer alan: "4 rükət qılsın." ifadələri haqqında, Muslim, bu məlumatları da verməkdədir:

Bir rəvayətində Amr ən-Naqd, Suheyl'in:

"Tələsirsənsə, 2 rükət məsciddə, 2 rükət də evinə qayıtdığında qılarsan." açıqlamasını da, nəql etmişdir. (Muslim, Cümə/67)

Bəzi kimsələr, Amr'ın bu qismi hədisə əlavə edərək nəql etdiyini və onun, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sözü olduğunu zənn etmişlərdir. Ancaq əbu Davud'un da açıqladığı kimi, sözü edilən qisim, hədis deyil, Suheyl'in açıqlamasıdır. Necə ki, əbu Davud, Suheyl'in:

"Atam mənə: 'Oğlum, əgər məsciddə 2 rükət qılar, sonra da evə gedərsənsə, 2 rükət də, orda qıl." dediyini də rəvayət etmişdir. (Əbu Davud, Salat/238)

------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

1761- Sufyan əs-Sevri ---> Ata b. Saib isnadı ilə nəql edildiyinə görə, əbu Abdu'r-Rahmən əs-Suləmi:

"Abdullah bizə, cümədən əvvəl və sonra, 4 rükət namaz qılmağımızı əmr edərdi." demişdir.

"Nasbu'r-Rayə"də (l, 318) zikr edildiyi üzərə, hədisi, Abdu'r-Rəzzaq b. Həmmam, "Musannəf"ində (lll, 427) rəvayət etmişdir.

~ "əd-Dirayə"də (s. 133) ravilərin siqa olduqları;

~ "Asaru's-Sünən"də də, isnadının səhih olduğu ifadə edilməkdədir.

Rəvayət, mərfu hökmündə, məvquf hədisdir (haşiyə). Çünki Abdullah (radiyallahu anh), bəhsi keçən əmri, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən gördüyü bir məlumata isnad etmiş olmalıdır.

------------------------------------------------

(Haşiyə:

Mərfu hədis: Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in söz, fel və təqrirlərini,

Məvquf hədis: Səhabənin söz, fel və təqrirlərini bildirir.

Ağılla, qiyasla, ictihadla və s. bilinməsi mümkün olmayan mövzularda, səhabənin etdiyi/söylədiyi bir şey haqqında belə düşünürük:

Səhabə, bu sözü/feli, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən eşitmişdir/görmüşdür, ki, belə etmişdir. Yəni sözün/felin qaynağı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dir, ancaq səhabə onu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən gördüyünü/eşitdiyini bildirməmişdir.

Bu etibarla, söz/fel, səhabədən meydana gəldiyi üçün “məvquf hədis”dir, ancaq qaynağı Peyğəmbər (sallallahu aleyhi və səlləm) olduğu üçün “mərfu hədis” hökmündədir.)

---------------------------------------------------------------------

Hədisin isnadında "Təqrib"də də (s. 145) ifadə edildiyi kimi, saduq (doğru sözlü) olmaqla birlikdə, sonradan hafizəsi (yaddaşı) zəifləyən Ata b. Saib mövcuddur. Ancaq ondan, Sufyan əs-Sevri və bənzərlərinin rəvayətləri, hafizəsinin zəifləməsindən əvvəldir. Necə ki, ibn Həcər, "Təhzibu'l-Təhzib"də (Vll, 207) belə deməkdədir:

"Nəticə etibarı ilə, verilən açıqlamalardan:

• Sufyan əs-Sevri;

• Şu'bə;

• Zuheyr;

• Zaidə;

• Hammad b. Zeyd; və

• Əyyub'un

ondan rəvayətləri səhih olduğu; digərlərinin rəvayətlərinin isə, ehtiyatla qarşılanması gərəkdiyi anlaşılmaqdadır.

Hammad b. Sələmə'nin ondan etdiyi rəvayətlərdə isə, ixtilaf edilmişdir. Onun, Ata b. Saib'dən, 2 dəfə hədis eşitdiyi anlaşılmaqdadır.

Təsbitlərimizə görə, Heysəmi, (Məcmau'z-Zəvaid'də, l, 183) Hammad b. Sələmə'nin ondan, yaddaşının zəifləməsindən əvvəl rəvayət etdiyini söyləmişdir.

Nəticə etibarı ilə, bəhs mövzusu hədisi ondan, Sufyan əs-Sevri rəvayət etmişdir və isnadının səhih olduğunda, ŞÜBHƏ YOXDUR."

Burda 2 xüsus bəhs mövzusudur:

1. Birincisi: Cümənin fərzindən əvvəl sünnət namazın mövcud olub-olmadığı;

2. İkincisi: Cümənin fərzindən sonrakı sünnət namazlarıdır.

1. Cümənin fərzindən əvvəl sünnət namazın mövcud olduğunu mənimsəyənlər:

• 2 rükət; və ya

• hər biri 2 rükət olan 4; ya da

• 4 və 2 olmaq üzərə, 6 rükət olduğunda ixtilaf etmişlərdir.

İbnu'l-Qayyim və bəzi Şafii alimlər isə, cümənin fərzindən əvvəl sünnət namaz olmadığı görüşündədirlər. Bunlara görə:

Cümə namazı, bayram namazı kimi olub, əvvəlində sünnət namaz yoxdur. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in tətbiqatı da bunu göstərməkdədir. Çünki O (sallallahu aleyhi və səlləm), evindən məscidə girincə, dərhal minbərə çıxar, Bilal (radiyallahu anh)'ın azan oxumasının ardından, cümə xütbəsini oxumağa başlayardı. Bu halda, onlar, cümədən əvvəl, sünnət namazı necə qıla bilərlər?! Onların Bilal (radiyallahu anh)'ın azan oxumasının ardından qalxıb 2 rükət sünnət namaz qıldıqlarını iləri sürən, sünnət mövzusunda, hər halda insanların ən cahili olmalıdır.

İmam Malik və məşhur olan rəvayətə görə, imam Əhməd b. Hənbəl də, bu görüşü mənimsəmişlərdir. Bu, Şafii'lərin də iki görüşündən biridir.

Cümədən əvvəl sünnət namazın mövcud olduğunu mənimsəyənlərin dəlillərindən biri:

Onun, zöhr namazı vaxtında qılınan bir namaz olması səbəbilə, zöhr namazının hökmlərinə tabe olacağıdır. Ancaq bu, son dərəcə zəif bir dəlildir. Çünki cümə namazı:

~ qiraətin açıqdan oxunması;

~ rükət sayı;

~ xütbə oxunması

kimi xüsuslarda, zöhr namazından fərqli bir namazdır. Onun zöhr namazı ilə eyni vaxtda qılınması, eyni hökmlərə tabe olmasını gərəkdirməz.

Burda ixtilaf nöqtəsi:

√ Cümənin bənzərlikləri əsas alınaraq, zöhrün hökmlərinə daxil edilməsi; və ya

√ Fərqlilikləri diqqətə alaraq, ayrı namaz qəbul edilməsidir.

Bəziləri, onu zöhr namazına qiyas edərək, əvvəlində sünnətinin mövcud olduğunu söyləmişlərdir. Ancaq bu, yalnış bir qiyasdır. Çünki sünnət, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sözləri, felləri və rəşidi xəlifələrin sünnətidir. Burda isə, zikr edilən sünnətlərdən hər hansı biri yoxdur. Ayrıca, burda sünnət, qiyasla təsbit edilməz. Çünki sünnət olması üçün, onun, Peyğəmbər (sallallahu aleyhi və səlləm) dövründə reallaşması lazım gələrdi. Əgər Allah rəsulu (sallallahu aleyhi və səlləm) qılmamışdırsa, onun tərki sünnət olar. (İbnu'l-Qayyim, "Zadu'l-Məad", l, 121)

İbnu'l-Qayyim'in görüşünə belə cavab verə bilərik:

Onun:

"Bu halda onlar, cümədən əvvəl necə sünnət namazı qıla bilərlər?!" sualına,

"Onlar, günəş zəval nöqtəsini (günəşin tam təpədə olduğu vaxt) keçdikdən sonra Bilal xütbə azanı oxumamışdan əvvəl qılırlardı." şəklində cavab verə bilərik.

Sələmə b. Əkva əl-Əsləmi rəvayətində ifadə edildiyi üzərə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), günəş zəval nöqtəsini keçdikdən sonra xütbə oxumaqda idi.

"Bu halda, necə namaz qılına bilər?" deyə də soruşula bilər. Necə ki, "Büluğu'l-Məram"da (l, 81) zikr edildiyi üzərə, O:

"Biz, Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə bərabər cümə namazı qılardıq. Namazı bitirdiyimizdə, kölgələnməyimiz üçün, divarların kölgələrinin qalmadığını görərdik." demişdir. (Buxari, Məğazi/33; Muslim, Cümə/32)

Muslim isə, hədisi:

"Biz, günəş zəvala tam çatdıqdan sonra Allah rəsulu (sallallahu aleyhi və səlləm) ilə birlikdə cümə namazı qılar, kölgə axtararaq qayıdardıq."

ifadəsi, kölgənin olmadığını göstərməz. Çünki sözü edilən hədislərdə, divarlarda kölgənin mövcud olmadığından bəhs edilməkdədir. Bu isə, o dövrdə, divarların qısa tikilməsindən qaynaqlanmaqdadır.

Dolayısı ilə, hədislərdə, gün ortasında kölgənin mövcud olmadığı bəhs mövzusu edilməməkdədir. Bu səbəblə də, bəhsi keçən hədislər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, səhabənin xütbədən əvvəl 2 və ya 4 rükət namaz qıla bilməyəcəkləri şəklində, zəvaldan dərhal sora xütbə oxuduğuna dəlalət etməməkdədir.

Əbu Hureyrə (radiyallahu anh) rəvayəti diqqətə alındığında, bunun mümkün olmadığı, açıqca anlaşılmaqdadır. "Büluğu'l-Məram"da (l, 84) nəql edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Qüsl alaraq cümə namazın gəlib qıla bildiyi qədər (sünnət) namaz qılan, sonra imam xütbəni bitirənə qədər danışmayan və imamla birlikdə cümə namazını qılan kimsənin, 2 cümə arası, ayrıca 3 günlük günahları bağışlanar." buyurmuşdur. (Muslim, Cümə/26)

Bu halda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bəhs mövzusu təşviqini eşidən səhabənin, cümədən əvvəlki namazı tərk etmələri heç düşünülə bilərmi?! O halda, səhabə, cümə öncəsində, sözü edilən namazları nə vaxt qılırlardı?

Buxari'nin (Cümə/15) Ənəs b. Malik (radiyallahu anh)'dan rəvayətinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), cümə namazını, sərin havalarda tez; isti havalarda isə, sərinliyə ertələyərək qılardı. Bu rəvayət, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, xütbəyə, zəvaldan dərhal sonra başlamadığı, əksinə, xütbədən əvvəl sünnət namazı qılacaq qədər bir müddət mövcud olduğu şəklindəki görüşümüzə, daha açıq bir dəlildir.

İbnu'l-Qayyim'in:

"Cümə namazını, zöhr namazına qiyas edərək, əvvəlində sünnətin mövcud olduğu qiyası, yalnışdır." iddiasına, ibnu'l-Muneyyir'in açıqlamalarını nəql edərək, cavab verilə bilər.

İbn Həcər'in "Fəthu'l-Bari"də (ll, 255) nəql etdiyinə görə, o:

"Əksinə bir dəlil mövcud olmadıqca, zöhr namazı ilə cümə namazı eynidir. Çünki cümə namazı, zöhr namazının da yerinə keçməkdədir." demişdir.

Bizə görə, cümənin zöhr namazı yerinə keçdiyində, İTTİFAQ VARDIR. Necə ki, insan, imamla cümə namazı qılmağı qaçırdığında, zöhr namazını 4 rükət olaraq qılar.

Cümənin fərzindən əvvəl sünnət namazı mövcud olduğunu mənimsəyənlərin dəlili, sadəcə qiyas deyildir. Onların əsl dəlili, mövzu ilə bağlı rəvayət edilən hədis və xəbərlərdir. Qiyas isə, bunları dəstəkləməkdədir.

Nəticə etibarı ilə, bu mövzularda qiyas, müəyyənləşdirici bir dəlil olmasa da, dəstəkləmək məqsədilə istifadə edilə bilər. Dini qiyasa uyğun olmasının, hədisin sihhətinin dəlillərindən biri olduğunda şübhə yoxdur.

Mövzu haqqındakı rəvayətlərdən biri də, Abdullah b. Məs'ud (radiyallahu anh)'la bağlı rəvayətdir. O, insanlara, cümənin fərzindən əvvəl 4, sonra da 4 rükət sünnət namaz qılmalarını öyrədər və əmr edərdi.

Buna görə, bəhs mövzusu sünnətlərin, mütləq nafilə olaraq anlaşılması, isabətli deyildir. Çünki mütləq nafilə, öyrədilib əmr edilməz, sadəcə təşviq edilir.

Abdullah b. Məs'ud (radiyallahu anh)'ın onları öyrətməsi və (bu namazların) qılınmalarını əmr etməsi, ona görə, bəhs mövzusu namazların müəkkəd sünnət olduğunu göstərməkdədir.

Müxalifimizin də bildirdiyi kimi, bu mövzularda, sadəcə qiyasla hökm müəyyənləşdirilə bilməz. Bu mövzularda, məvquf hədis, mərfu hökmündədir. Ancaq burda, məvquf hədis, mərfu hədisləri dəstəkləyən mahiyyətdədir.

İbn Həcər'in "Fəthu'l-Bari"də; ibnu'l-Qayyim'in isə, "Zadu'l-Məad"da zəif olaraq göstərdikləri mövzu ilə bağlı mərfu hədislər, insafla incələndiyində, bir qisminin həsən olduğu, onlara zəif deyilə bilməyəcəyini ifadə etməliyik. Çünki isnadları artdıqca, zəif hədis, həsən; həsən hədis isə, səhih səviyyəsinə çata bilməkdədir.

Bəhs mövzusu rəvayətlərin hər biri, tək başına həsən olmasa da, hamısı birlikdə dəyərləndirildiyində, həsən səviyyəsindən aşağı deyildirlər. Ayrıca, isnadı səhih olan Abdullah b. Məs'ud (radiyallahu anh)'ın açıqlaması da, sözü edilən hədisləri dəstəkləməkdədir.

Bu məlumatlar, ibnu'l-Qayyim'in:

"Sünnət, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in sözləri, felləri və ya rəşidi xəlifələrin sünnətidir. Burda isə, zikr edilən sünnətlərdən hər hansı biri yoxdur." şəklindəki açıqlamasının yalnışlığı da, ortaya çıxmışdır.

Bizə görə də, onun bəhs mövzusu iddiası, qeyr-i məqbuldur. Çünki Abdullah b. Məs'ud (radiyallahu anh)'ın cümədən əvvəl 4 rükət sünnət qılmağı əmr etdiyi, səhih bir isnadla nəql edilmişdir. Ayrıca, Əli və ibn Abbas (haşiyə-1) da, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cümədən əvvəl 4 rükət namaz qıldığını rəvayət etmişlərdir.

----------------------------

(Haşiyə-1:

Hədislə bağlı açıqlamalar, 1762 no-lu hədisdə veriləcəkdir.)

----------------------------

Hər ikisinin isnadı da, həsəndir. Bənzəri bir rəvayəti, Taberani də, Abdullah b. Məs'ud (radiyallahu anh)'dan nəql etmişdir. (Haşiyə-2)

----------------------------

(Haşiyə-2:

Hədis, münkərdir. Quşeyri, "ər-Risalə"də (s. 59) rəvayət etmişdir. İbnu'n-Nəccar isə, onu, əbu Bəkr Muhamməd b. Huseyn b. Furek ---> Əhməd b. Mahmud Harzaz ---> Muhamməd b. Fudayl b. Cabir ---> Səid b. Abdullah ---> Əhməd b. Zəkəriyyə ---> Ənəs b. Malik (radiyallahu anh) isnadı ilə, mərfu olaraq rəvayət etmişlərdir.

Hədis "əl-Camiu's-Sağir"də də, Quşeyri və ibnu'n-Nəccar vasitəsilə rəvayət edilmiş, ancaq sihhətilə bağlı, hər hansı bir açıqlama verilməmişdir. Abdullah b. Məs'ud, əbu Ubeydə və əbu Səid əl-Ənsari'nin, hədisin birinci qismini dəstəkləyən rəvayətləri mövcuddur.

Abdullah b. Məs'ud (radiyallahu anh)'ın dəstəkləyən rəvayəti, ibn Macə'də (Salat/94) yer almaqdadır.

Əbu Ubeydə rəvayəti, Abdu'l-Kərim əl-Hazəri vasitəsilə:

• əbu Azviyə əl-Harrani "əl-Hədis"ində (ll, 100);

• Taberani, "əl-Mucəmu'l-Kəbir"ində (lll, 71);

• əbu Nuaym, "əl-Hilyə"sində (lV, 210);

• Qudai, "əl-Müsnədü'ş-Şihab"ında (l, 2);

• Səhmi isə, "Tarix-u Cürcan" (s. 358)

rəvayət etmişlərdir. Hədisin isnadındakı ravilər, siqadır. Ancaq əbu Ubeydə ilə -ki, ibn Məsudun oğludur- atası arasında qopuqluq mövcuddur.

Əbu Səid əl-Ənsari rəvayətini isə:

• ibn Məndə, "əl-Ma'rifə"də (ll, 254);

• əbu Nuaym "əl-Hilyə"də (X, 398);

Yəhya b. əbu Xalid ---> ibn əbu Səid əl-Ənsari ---> atası isnadı ilə, mərfu olaraq rəvayət etmişlərdir.

Əbu Nuaym rəvayətində, hədisin baş qismində:

"Peşmanlıq, tövbədir." əlavəsi mövcuddur. Bu əlavə, səhih bir isnadla, ibn Məsud'dan da nəql edilmişdir. Bu rəvayət, "ər-Ravdu'n-Nadir"də (no: 642) mövcuddur. Ayrıca 1150 no-lu hədisə də baxılmalıdır.

Əbu Hureyrə (radiyallahu anh)'ın rəvayət etdiyi bu hədisin isnadı, Səxavi'nin də ("əl-Maqasidu'l-Həsənə", s. 313) bildirdiyi kimi, zəifdir. Qüsuru isə, sənədində Yəhya b. əbu Xalid'in mövcud olmasıdır. İbn əbu Xatim, ("əl-Cərh və't-Tə'dil", lX, 321) və Zəhəbi, onun, bilinməyən bir ravi olduğunu söyləmişlərdir. İbn Həcərin "Lisanu'l-Mizan"da nəql etdiyinə görə, əbu Xatim:

"Bu, zəif bir hədisdir. Onu, məchul bir ravi, bir başqa məchul ravidən nəql etmişdir." açıqlamasını vermişdir. Onun qəsd etdiyi məchul ravilər, Yəhya b. əbu Xalid və ibn əbu Səid'dir.

• "əl-Hilyə"də;

• "əl-Maqasidu'l-Həsənə"də;

• "əl-Camiu's-Sağir"də

və digər əsərlərdə sözü edilən ravi- əbu Səid;

• "əl-Mə'rifə"də isə- əbu Sə'd şəklində keçməkdədir.

İbn əbu Xatim, onunla bağlı məlumat verərkən, sözü edilən hədisi də zikr etmişdir.

Beləcə, bəhsi keçən hədisin bu 2 ravi səbəbilə zəif olduğu anlaşılmaqdadır. Ancaq hədisin baş qismi, bütün isnadları ilə bərabər dəyərləndirildiklərində, həsəndir. Necə ki, Səxavi:

"Ustadımız -ibn Həcər-, dəstəkləyən rəvayətlərilə bərabər, hədisin həsən olduğunu ifadə etmişdir." açıqlamasını vermişdir.

------------------------------

Ancaq ibn Həcər'in "Fəthu'l-Bari"də zikr etdiyi üzərə, isnadı, qopuqluq səbəbilə zəifdir.

Bəzzar'ın əbu Hureyrə (radiyallahu anh)'dan rəvayəti:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), cümədən əvvəl 2; sonra isə, 4 rükət namaz qılardı." ləfizləri ilədir.

İbn Həcərin "Fəthu'l-Bari"də (ll, 255) zikr etdiyi üzərə, isnadı, zəifdir.

"Kənzu'l-Ummal"da (lV, 160) nəql edildiyinə görə, ibnu'n-Nəccar'ın rəvayətində isə, Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"Namaz qılmaq istəyən, (cümədən) əvvəl 4; sonra da 4 rükət qılsın." buyurmuşdur. (Haşiyə)

-----------------------

(Haşiyə:

Yuxarıda da ifadə edildiyi kimi, hədis, zəifdir. Kənzu'l-Ummal müəllifi, Suyuti'nin, hədisin zəif olduğuna işarət etdiyini də nəql etmişdir.)

------------------------

İbn Sa'd'ın "Tabaqat"ının son qismində, Yezid b. Harun ---> Hammad b. Sələmə isnadı ilə nəql etdiyinə görə, Afiyə:

"Safiyə binti Huyey'in, imam cümə xütbəsinə çıxmamışdan əvvəl 4 rükət, daha sonra da imamla birlikdə 2 rükət namaz qıldığını gördüm." demişdir.

Zeylai ("Nasbu'r-Rayə", l, 315), Afiyə xaricindəki ravilərin siqa olduqlarını, onun haqqında isə, məlumat mövcud olmadığını söyləmişdir.

İbn Həcər də, onu, "Fəthu'l-Bari"də (ll, 255) zikr etmiş və onun prinsiplərinə görə səhih və ya həsən olmasına baxmayaraq, sihhətilə bağlı hər hansı bir açıqlama verməmişdir. Ancaq bir çox isnadla nəql edilən məvquf və mərfu rəvayətlərin bütünü, birlikdə dəlil olmağa kifayət edir.

Cümədən sonra qılınacaq sünnət namazla bağlı ikinci xüsus haqqında, ibn Battal'ın açıqlaması belədir:

Cümədən sonra qılınacaq sünnət namaz mövzusunda, alimlər ixtilaf etmişlərdir:

✓ Bəzi alimlərə görə:

Zöhr namazında olduğu kimi, cümədən sonra da, evdə 2 rükət nafilə namaz qılınmalıdır.

~ Ömər (radiyallahu anh);

~ İmran b. Huseyn (radiyallahu anh); və

~ İbrahim ən-Nəxai'nin

bu görüşdə olduğu rəvayət edilmişdir.

✓ Bəzi alimlər isə:

Cümədən sonra, birinci 2, sonra da 4 olmaq üzərə 6 rükət qılınacağı görüşünü mənimsəmişlərdir.

~ Əli;

~ ibn Ömər;

~ əbu Musa əl-Əşari,

~ Ata;

~ Sufyan əs-Sevri,

bu görüşdədir.

Ancaq imam əbu Yusuf, ilk əvvəl 4; sonra da 2 qılınmasının müstəhəb olacağını söyləmişdir.

✓ Digər bir qrup alim isə:

Tək bir salam ilə 4 rükət qılınacağını mənimsəmişlərdir.

Ayni'nin ("Umdətu'l-Qari", lll, 335) zikr etdiyinə görə:

~ ibn Məsud (radiyallahu anh);

~ Alqamə;

~ İbrahim ən-Nəxai;

~ əbu Hənifə; və

~ İshaq,

bu görüşü mənimsəyənlər arasındadır.

Bu mövzudakı fərqli görüşlərin dəlilləri, iləridəki səhifələrdə ələ alınacaqdır.

-------------------------------

1762- Əli (radiyallahu anh), belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), cümədən əvvəl 4; sonra da 4 rükət namaz qılar, salamı son rükətdə verərdi."

Zeylai ("Nasbu'r-Rayə", l, 38) ibn Həcər'in ("Fəthu'l-Bari", ll, 355) zikr etdikləri üzərə, hədisi, Taberani, "əl-Mucəmu'l-Əvsat"da (ll, 172) rəvayət etmişdir. İsnadında yer alan Muhamməd b. Abdu'r-Rahmən əs-Səhmi, Buxari və digər alimlərə görə, zəif bir ravidir. Hədislə bağlı olaraq, Əsrəm, son dərəcə zəif olduğu görüşündədir.

Bizim təsbitimizə görə, Muhamməd b. Abdu'r-Rahmən haqqında,

ibn Adiyy: "Mənə görə, onda bir beis yoxdur." demiş;

İbn Hibban da ona, "əs-Siqat"ında yer vermişdir.

"Lisanu'l-Mizan"da (V, 245) zikr edildiyi üzərə, onun haqqında ixtilaf edilmişdir.

Belə ravilərin hədisləri, həsən olaraq dəyərləndirilə bilər.

Hədisin isnadında yer alan digər ravilər isə, siqadır. İbn Həcərin onlar haqqında hər hansı bir açıqlama verməməsi də, bunu göstərməkdədir.

Əli əl-Qari də, "əl-Mirqat"da (ll, 112), İraqi'nin də bildirdiyi kimi:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cümədən əvvəl 4 rükət nafilə namaz qılardı." hədisinin isnadının sağlam olduğunu söyləmişdir.

Hədisin, cümə namazından əvvəl və sonra qılınan sünnət namazlarına dəlalət etdiyi, açıqdır. Necə ki, İraqi də, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cümədən əvvəl 4 rükət nafilə namaz qıldığına dair hədisin isnadının sağlam olduğunu açıqlamışdır. Onun bu açıqlaması, "Neylu'l-Ətvar"da (3/289) zikr edilən:

"İraqi'nin:

'Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cümədən əvvəl namaz qıldığı rəvayət edilməmişdir. Çünki Peyğəmbər (sallallahu aleyhi və səlləm), məscidə girər, Bilal (radiyallahu anh) azan oxuduğunda da xütbəyə çıxardı.'

ifadəsilə də zidd düşməz. Çünki bəzən bir alim, elminin artmasından sonra, əvvəl verdiyi bir açıqlamaya zidd bəyanlar edə bilər. Möhtəməl olaraq, İraqi də, əvvəllər, bu mövzuda bir nəqlin mövcud olmadığı görüşündə idi. Ancaq daha sonra, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, cümədən əvvəl 4 rükət namaz qıldığını ifadə edən sağlam isnadla nəql edilən bir məlumat əldə edincə, bəhsi edilən açıqlamanı vermişdir."

----------------------------

1763- ibn Abbas (radiyallahu anh), belə demişdir:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), cümədən əvvəl 4, sonra da 4 rükət namazı, sonlarında verilən tək salamla qılardı."

İbn Macə, hədisi, cümədən sonra qılınan 4 rükəti zikr etmədən rəvayət etmişdir.

~ Hədisi, Taberani, "əl-Mucəmu'l-Kəbir"də rəvayət etmişdir.

~ Heysəmi'nin "Məcmau'z-Zəvaid"ində (l, 220) zikr edildiyi kimi, isnadında hər ikisi də tənqid edilmiş Haccac b. Ərtat və Atiyyə əl-Avfi mövcuddur.

Heysəmi'nin ifadələrindən, Taberani'nin isnadında, o ikisi xaricində tənqid edilən ravi olmadığı anlaşılmaqdadır.

~ Ayni, "Umdətu'l-Qari"də (lll, 334), Haccac b. Ərtat'ın doğru sözlü (saduq) olduğu və Muslim'in ondan rəvayət etdiyini, Yəhya b. Mainin də, Atiyyə əl-Avfi haqqında, "fihi salah = o yaxşı ravidir" dediyini nəql etməkdədir.

~ "Təhzibu'l-Təhzib"də (Vll, 225-226), Atiyyə əl-Avfi haqqında:

• əbu Zura'nın, "leyyin = rəvayətləri olduğu kimi nəql edə bilməyən, əzbəri çox qüvvətli olmayan kimsə",

• İbn Sa'd, "inşallah siqadır, onun, dəlil ola biləcək rəvayətləri mövcuddur, bəzi alimlər, onun rəvayətlərinin dəlil ola bilməyəcəyi görüşündədirlər." dedikləri, nəql edilməkdədir.

Digər hədis münəqqidləri (tənqidçiləri) də, onun zəif olduğunu söyləmişlərdir. Taberani'nin isnadı ilə, hədis, həsəndir.

Burda, bəzi kimsələrin bəhs mövzusu xəbəri, "Məcmau'z-Zəvaid"dən nəql etdikdən sonra, ibn Həcərin "Fəthu'l-Bari"də, hədisin zəif olduğuna dair açıqlamasını zikr etməklərinin qəribliyinə də işarət etməliyik. Halbuki ibn Həcər, sadəcə ibn Macə isnadının zəif olduğunu söyləmişdir. Onun açıqlaması belədir:

"Onlardan biri də, ibn Abbas rəvayətidir. Onda:

'Namazı salamla bölmədən 4 rükət olaraq qılardı.' (haşiyə) əlavəsi mövcuddur.

-----------------

(Haşiyə:

Hədis, son dərəcə zəifdir. İbn Macə, onu, Muhamməd b. Yəhya ---> Yezid b. Abdu'r-Rabih ---> Baqiyyə ---> Bişr b. Ubeyd ---> Haccac b. Ərtat ---> Atiyyə əl-Avfi ---> ibn Abbas (radiyallahu anh) isnadı ilə rəvayət etmişdir.

Busirinin “İthaf-u Xayratu'l-Məhəra”da (l, 377), hədislə bağlı açıqlaması, belədir:

"Bu isnad, zəif ravilərdən meydana gəlməkdədir. Atiyyə əl-Avfi'nin zəifliyində ittifaq edilmişdir. Haccac, müdəllis (haşiyə); Bişr b. Ubeyd yalançıdır. Baqiyyə b. Vəlid, təsviyə tədlisi edən bir ravidir."

--------------------------

(Haşiyə:

~ Tədlis: lüğətdə, bir şeyin qüsurunu gizləmək mənasındakı bu söz, hədis termini olaraq:

"Ravinin, görüşmədiyi, ya da görüşdüyü halda, özündən hədis eşitmədiyi şeyxindən, eşitdiyi zənnini oyandıracaq bir şəkildə rəvayət etməsi" deməkdir.

~ Müdəllis: tədlis edən raviyə, deyilir.)

--------------------------

İbn Macə, onu, zəif bir isnadla rəvayət etmişdir. Nəvəvi də, "əl-Xülasə"də:

"O, batil bir hədisdir." demişdir. ("Fəthu'l-Bari", lll, 355)

İbn Həcər, "Təlhisu'l-Xabir"də (l, 140) hədisi sadəcə ibn Macəyə nisbət etmiş və isnadının son dərəcə zəif olduğunu söyləmişdir.

İbn Macə'nin isnadının zəif olduğunda şübhə yoxdur. Çünki "Neylu'l-Ətvar"da (lll, 131) zikr edildiyi kimi, isnadında yer alan Mubəşşir b. Ubeyd, hədis uyduran və bunları nəql edən bir ravidir. Onun haqqında, "Təqrib"də (s. 203):

"O, mətruk bir ravidir. Əhməd b. Hənbəl, onun ibn Macədə ölünün yuyulması mövzusunda uydurma bir rəvayətinin mövcud olduğunu söyləmişdir." açıqlaması mövcuddur.

Taberani'nin "əl-Mucəmu'l-Kəbir"dəki rəvayətində isə, isnadında sözü edilən Mubəşşir b. Ubeyd mövcud deyildir. Əgər Mubəşşir onun isnadında yer alsaydı, Heysəmi, Haccac və Atiyyə'dən əvvəl onu tənqid edərdi. Çünki onun halı, digərlərindən daha pisdir. Beləcə, Taberani'nin isnadında, Haccac və Atiyyə xaricində, tənqid edilən bir ravinin mövcud olmadığı, ortaya çıxmaqdadır.

Görüldüyü kimi, o ikisi də, "həsənu'l-hədis" (rəvayətləri, həsəndir) ləfzilə vəsf edilə biləcək ravilərdir.

Bu halda, bəzi kimsələrin, ibn Həcər və Nəvəvi'nin, ibn Macənin isnadında mövcud olan bir ravini tənqid etmələri səbəbilə, hədisin zəif olduğunu söyləmələri, İSABƏTLİ DEYİLDİR.

Böyük alim ibn Əmiri Hac, "Şərhu'l-Munyə"də (s. 368, 373), cümədən sonra 4 rükət sünnət namazı olduğuna dair əbu Davud və Tirmizi'nin rəvayət etdikləri əbu Əyyub əl-Ənsari (radiyallahu anh) hədisini, dəlil olaraq zikr etmişdir. Buna görə, əbu Əyyub əl-Ənsari (radiyallahu anh):

"Peyğəmbər (sallallahu aleyhi və səlləm) zəvaldan sonra 4 rükət namaz qılardı."

-Mən:

"Bu 4 rükəti davamlı qılırsınız. Hikməti nə ola bilər?" deyə soruşdum.

Peyğəmbər (sallallahu aleyhi və səlləm):

"O, göy qapılarının açıldığı bir zamandır. O anda, Allah qatına, saleh əməlimin çatmasını istəyirəm." buyurdu.

-Mən (əbu Əyyub əl-Ənsaridən):

"Bütün rükətlərində Qurandan bir surə oxuyursanmı?" deyə soruşdum.

- O:

"Bəli." deyə cavab verdi.

- Mən:

"4 rükəti 2-2-mi, yoxsa tək bir salamla 4 rükət olaraqmı qılırsan?" soruşdum.

- O:

"Tək bir salamla 4 rükət olaraq qılıram." şəklində cavabladı. (Əbu Davud, "Salat"/296; Tirmizi, "Salat"/347)

Hədisin isnadında yer alan əbu Abdu'l-Kərim Ubeydə b. Mut'ab əd-Dabbi əl-Kufi mövcuddur. İbn Adiyy, onun haqqında:

"Hədisi yazıla bilər. Sufyan əs-Sevri, Şu'bə b. Haccac, Huşeym b. Bəşir, Vəki b. Cərrah, Cərir b. Abdu'l-Həmid və digər mühəddislər, ondan hədis rəvayət etmişlərdir." demişdir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in zəvaldan sonra 4 rükət namaz qılması, cümə namazı üçün də bəhs mövzusudur.

Bəhs mövzusu hədisin isnadı ilə bağlı ibn Həcər'in "Təhzibu'l-Təhzib"dəki (Vll, 87) açıqlaması belədir:

Əbu Davudun nəqlinə görə, Şu'bə:

"Ubeydə, yaddaşı sağlam ikən rəvayət etmişdir." demişdir.

Useyd b. Zeyd əl-Cəmmal'ın nəqlinə görə, Zuheyr b. Muaviyə:

"Ata b. Aclan və Ubeydə xaricində, kimsəni yalançılıqla ittiham etmədim. Bu halı, Hafs b. Qiyasa zikr etdiyimdə, Ata üçün isabət etdiyimi, Ubeydə haqqında isə, yanıldığımı söylədi." açıqlamasını vermişdir.

Bizə görə, əbu Davud, hədisi, Şu'bə vasitəsilə rəvayət etmişdir (əbu Davud, Salat/296) və hədis, həsəndir. Çünki Şu'bə, hədisi, Ubeydə'dən, yaddaşı sağlam ikən almışdır. Şu'bə'nin sadəcə siqa ravilərdən rəvayət etdiyi də bilinməkdədir. Ayrıca, Abdullah b. Saib'in:

"Allah rəsulu (sallallahu aleyhi və səlləm) zəvaldan sonra, 4 rükət namaz qılar və: 'O, göy qapılarının açıldığı bir andır. O anda, Allah qatına, saleh əməlimin çatmasını istəyirəm." buyurardı.

Hədisi Tirmizi rəvayət etmiş və həsən olduğunu söyləmişdir. (Tirmizi, "Salat"/347)

Bu hədis də, əbu Davud rəvayətini dəstəkləməkdədir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in zəvaldan sonra 4 rükət namaz qılması, o an, göy qapılarının açıq olması, həm cümə, həm də digər günlər üçün bəhs mövzusudur.

Beləcə, sözü edilən hədisin ümumi ifadəsilə, cümənin fərzindən əvvəl 4 rükət sünnət namaz olduğu ortaya çıxmışdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cümədən əvvəl 4 rükət namazı davamlı qılması da, bu halı gücləndirməkdədir.

Zahiriyyə və onların görüşünü mənimsəyənlərin əksinə, məzhəbimizin (hənəfi məzhəbinin), cümənin fərzindən əvvəl 4 rükət namazın sünnət olduğu görüşü, İSABƏTLİDİR.

-------------------------------------

1764- əbu Abdu'r-Rahmən əs-Suləmi belə deyir:

Abdullah b. Məs'ud (radiyallahu anh), bizə cümənin fərzindən sonra 4 rükət namaz qılmağı öyrətmişdi. Biz, Əli (radiyallahu anh):

"Onu 6 rükət olaraq qılın." deyənə qədər, 4 rükət qıldıq. Əli (radiyallahu anh)'ın açıqlamasından sonra isə, 6 rükət qılmağa başladıq.”

Hədisin ravisi Ata, əbu Abdu'r-Rahmən əs-Suləmi'nin əvvəl 4, ardından 2 rükət qıldığını xəbər vermişdir.

Hədisi, Taberani "əl-Mucəmu'l-Kəbir"də rəvayət etmişdir. (IX, 309-310; Tahavi, "Şərh-u Maani'l-Asar", l, 337; Heysəmi, "Məcmau'z-Zəvaid", ll, 195)

Ata b. Saib, siqa bir ravidir. Ancaq sonradan yaddaşı zəifləmişdir.

Təsbitlərimizə görə, Tahavi, Sufyan ---> Ata isnadı ilə, hədisi,

"İbn Məsud, insanlara, cümənin fərzindən sonra 4 rükət namaz qılmalarını öyrətmişdi. Əli (radiyallahu anh) gəlincə, onlara 6 rükət qılmasını söylədi." ləfzilə rəvayət etmişdir.

Tahaviyə görə, Sufyanın Atadan rəvayət etdiyi hədis, səhihdir. Çünki Sufyanın rəvayəti, Atanın hafizəsinin zəifləməsindən əvvəldir. Tahavi, hədisi, ayrıca Atanın mövcud olmadığı İsrail ---> əbu İshaq ---> əbu Abdu'r-Rahmən isnadı ilə də rəvayət etmişdir.

Hədis, səhihdir. Niməvi də, "Asaru's-Sünən"də (ll, 96), Tahavinin ləfzlərilə hədisin səhih olduğunu söyləmişdir.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

1765- əbu Abdu"r-Rahmən"in nəqlinə görə, Əli (radiyallahu anh), belə demişdir:

"Cümənin fərzindən sonra namaz qılmaq istəyən, 4 rükət qılsın."

Hədisi Tahavi rəvayət etmiş (Şərh-u Maani"l-Asar, l, 337), Niməvi də (Asaru"s-Sünən"də, ll, 96) isnadının səhih olduğunu söyləmişdir.

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

1766- “Cəbələ b. Suhaym'ın nəqlinə görə, Abdullah b. Ömər (radiyallahu anh), cümənin fərzindən əvvəl, aralarını salamla ayırmadan 4 rükət, cümədən sonra isə, əvvəl 2, ardından da 4 rükət namaz qılardı.”

Hədisi, Tahavi rəvayət etmiş ("Şərh-u Maani'l-Asar", l, 335), Niməvi də ("Asaru's-Sünən", ll, 96) isnadının səhih olduğunu söyləmişdir.

Əbu Abdu'r-Rahmən əs-Suləmi və Cəbələ b. Suhaym'ın bəhs mövzusu rəvayətləri, məzhəb imamlarımızdan imam əbu Yusufun, cümənin fərzindən sonra 6 rükət namazın sünnət olduğu görüşünə, dəlil təşkil etməkdədir.

Bu rəvayətlər, məvquf olsa da, mərfu hökmündədirlər. Çünki Əli (radiyallahu anh), onlara 6 rükət qılmalarını, ibn Məsud'un 4 rükət qılmağı öyrətdikdən sonra əmr etmişdir. Əli (radiyallahu anh)'a görə, 6 rükət də, 4 rükət kimi olmasaydı, onların 4 rükət qılmağa davam etmələrinə əngəl olmaz:

"2 rükət daha nafilə namaz qılmağınız daha yaxşı olar." deyərək, tövsiyyə edərdi. O isə, belə davranmamış, ibn Məsudun 4 rükət qılmalarını əmr etdiyi kimi, O da, 6 rükət qılmalarını əmr etmişdir.

Cümənin fərzindən sonra 4 rükət namaz qılmağın sünnət olduğu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Cümə namazından sonra 4 rükət daha qılın." hədisində də ifadə edilmişdir. Ayrıca, "Asaru's-Sünən"də (lll, 95) zikr edildiyi üzərə, "Kütüb-ü Sittə"də yer alan Abdullah b. Ömər (radiyallahu anh)'ın rəvayət etdiyi:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), cümənin fərzindən sonra, 2 rükət namaz qılardı." (Buxari, Cümə/37; Muslim, Cümə/70; əbu Davud, Salat/244; Tirmizi, Salat/376; Nəsai, İmamə/64; ibn Macə, İqamə/95) hədisində də, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, qılmağımızı təşviq etdiyi 4 rükətdən başqa, 2 rükət daha namaz qıldığı bildirilməkdədir.

Beləcə, sözü edilən 4 rükətin yanında, 2 rükətin də sünnət olduğu, şəxsən Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in tətbiqatı ilə sabit olmuşdur.

Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, cümənin fərzindən sonra 2 rükət qılmağa Özünün davam edib, ümmətini isə, 4 rükət namaz qılmağa təşviq etdiyi, dolayısı ilə, 4 rükətə əlavə edilə bilməyəcəyi iləri sürülərək, bəhs mövzusu 2 rükətin sünnət ola bilməyəcəyi, iddia edilə bilməz.

Bizə görə, Əli (radiyallahu anh)'ın 6 rükət qılmağı əmr etməsi, Abdullah b. Ömər (radiyallahu anh)'ın cümənin fərzindən sonra 4, ardından 2 rükət daha namaz qılması, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in tətbiqatını açıqlamaqdadır. Bu halda, sözü edilən 2 rükət namazın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə xüsusi olması, uzaq bir ehtimal olaraq görünməkdədir.

Əli və Abdullah b. Ömər ilə bağlı xəbərlər, bəhsi keçən 2 rükətin, qılmağımız istənilən 4 rükətə əlavə edildiyini və cümənin fərzindən sonra, 6 rükət sünnət namazın olduğunu təyid etməkdədir (dəstəkləməkdədir).

Tahavi də, bu görüşü mənimsəmiş və "Şərh-u Maani'l-Asar"da (l, 337) bunu gücləndirən açıqlamalar vermişdir.

• İmam əbu Hənifə;

• Muhamməd;

• Şafi; və

• İshaq b. Rahuyə,

cümənin fərzindən sonra, 4 rükət sünnət olduğu görüşündədirlər. Onların dəlili, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Cümə namazından sonra 4 rükət daha qılın." hədisidir.

İmam əbu Yusuf'un dəlilinə isə, belə cavab verilə bilər:

İbn Ömər (radiyallahu anh)'ın rəvayət etdiyi 2 rükət, 4 rükətə əlavə edilmiş olsaydı, səhabədən birinin Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cümənin fərzindən sonra bir dəfə belə olsa, 6 rükət namaz qıldığını, mütləq nəql edərdi. Halbuki Əli (radiyallahu anh):

"Allah rəsulu (sallallahu aleyhi və səlləm), cümədən əvvəl 4, sonra da 4 rükət namazı, sonlarında verilən tək salamla qılardı." demiş, ibn Abbas (radiyallahu anh) da, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in, cümədən əvvəl 4, sonra da 4 rükət namazı, sonlarında verilən tək salamla qıldığını xəbər vermişdir.

Cümənin fərzindən sonra 4 rükət namaz qılınması, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bəyanı; bəzən 2, bəzən 4 qılması isə, tətbiqatıdır. 4 rükət namazı, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in həm bəyanı, həm də tətbiq etməsi, onun, müəkkəd sünnət olduğunu göstərməkdədir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bəhsi keçən 2 rükəti, müəyyən üzrdən dolayı davamlı deyil, bəzən qılmış və ya sırf nafilə qılmaq məqsədilə, 4 rükətə əlavə etmiş ola bilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm), bəhsi keçən 2 rükəti davamlı qılsaydı, onunla mütəmadi birlikdə olan ibn Məsud (radiyallahu anh) görərdi. Əli (radiyallahu anh) da, 4 rükət qıldıqdan sonra 2 rükət daha qılınmasını, müəkkəd sünnət deyil, məndub olduğu üçün təşviq etmiş olmalıdır.

Yuxarıda zikr etdiklərim, cümənin fərzindən sonra 6 rükət namazın sünnət olduğuna dair dəlil olsalar da, qətilik ifadə etməməkdə ehtimal daşımaqdadırlar.

Mövzu ilə bağlı Ustadın açıqlaması belədir:

Cümə namazının fərzindən sonra qılınan 6 rükətin də sünnət olduğu söylənə bilər. Ancaq bunlardan dördü müəkkəd sünnət, ikisi isə, qeyr-i müəkkəd sünnətdir. Hamısının müəkkəd sünnət olduğu, ancaq 2 rükət haqqında deyil, 4 rükət haqqında, açıq mərfu hədis mövcud olduğu üçün, əvləviyyətlə müəkkəd sünnət olaraq qəbul edilə bilər.

Cümənin fərzindən sonra 6 rükət namazın sünnət olduğunu mənimsəyənlər də, 2 və ya 4 rükətdən hansının daha əvvəl qılınacağı xüsusunda ixtilaf etmişlərdir.

"Cümə namazından sonra 4 rükət daha qılın." hədisini əsas alan imam əbu Yusuf, əvvəl 4 rükətin qılıncağını söyləmişdir. Çünki ona görə, hədisdəki:

"4 rükət daha qılın." ifadəsinin başındakı "fə" hərfi, sıraya dəlalət etməkdədir.

Ayrıca, Tahavi'nin, Haraşə b. Hurr'dan səhih bir isnadla nəqlinə görə ("Şərh-u Maani'l-Asar", l, 337), Ömər (radiyallahu anh), cümənin fərzindən sonra, onun kimi namaza qılınmasını doğru görməzdi. Bu xəbəri nəql etdikdən sonra, Tahavi:

"Cümə kimi 2 rükət olmaması üçün, imam əbu Yusuf, 4 rükətin əvvəl qılınması gərəkdiyini söyləmiş, eyni səbəblə, 2 rükətin əvvəl qılınmasını doğru görməmişdir." açıqlamasını vermişdir.

Cümənin fərzindən sonra, 6 rükət namazın sünnət olduğunu mənimsəyənlərdən digər qrup isə, əvvəl 2 rükətin qılınacağı görüşündədirlər. Onlar, belə düşünməkdədirlər:

Cümənin fərzindən sonra 6 rükət namazın sünnət olduğunu Əli və ibn Ömər'dən öyrəndik. Onlar əvvəl 2 rükəti qılırlardı. İbn Ömər (radiyallahu anh)'ın bu şəkildə qıldığı, yuxarıda keçmişdi. Əli (radiyallahu anh)'ın da bu şəkildə qıldığını, Tahavi səhih bir isnadla nəql etməkdədir. Buna görə də, əbu Abdu'r-Rahmən əs-Suləmi belə demişdir:

“Abdullah b. Məsud (radiyallahu anh) bizə gəldiyində, cümənin fərzindən sonra 4 rükət namaz qılırdı. Daha sonra Əli (radiyallahu anh) gəldi və cümənin fərzindən sonra, əvvəl 2, ardından 4 rükət namaz qıldı. Bu, bizim xoşumuza gəldi və biz də elə qılmağa başladıq.”

Rəvatib sünnətlərdə əsl olan, ara vermədən fərzin ardından qılınmalarıdır. Əli və ibn Ömər'i tətbiqatları da, bəhsi keçən 2 rükətin də, müəkkəd sünnət olduğuna dəlalət etməkdədir. Çünki onlar, 2 rükəti, cümənin fərzindən sonra qıldıqları 4 rükətin ardından ara vermədən qılırlardı.

Ömər (radiyallahu anh)'ın cümənin fərzindən sonra onun kimi namaz qılınmasını doğru görməməsinə dair Haraşə b. Hurr rəvayətinin mənası isə, eyni yerdə qılınması ilə bağlıdır. Evdə və ya məscidin fərqli bir yerində qılınması halında, hər hansı bir beis yoxdur. İbn Ömər (radiyallahu anh)'ın tətbiqatı, bunu açıqlamaqdadır. Necə ki, əbu Davud'un nəqlinə görə, Ata, belə demişdir:

İbn Ömər (radiyallahu anh), Məkkədə cümə namazını qıldıqdan sonra bir az iləri gedər, 2 rükət sonra bir az daha iləri gedər, 4 rükət daha namaz qılardı. Mədinədə isə, cümə namazını qıldıqdan sonra, məscisdə namaz qılmaz, 2 rükət namazı evində qılardı. Bu fərqliliyin səbəbi özündən soruşulduğunda, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in belə etdiyini söylədi.

Hədisi, Hakim ən-Nisaburi də rəvayət edərək, Buxari və Muslimin şərtlərinə uyğun olduğunu bildirmişdir. Zəhəbi də, onun bu görüşünə qatılmışdır. (Əbu Davud, "Sünən", Salat/238; Hakim, "Müstədrək", l, 290. Hədis, səhihdir.)

Digər rəvayətə görə isə, ibn Ömər (radiyallahu anh), cüməni qıldığı yerdən az bir məsafə ayrılar, 2 rükət namaz qılar, sonra bundan bir az çox yeriyər və 4 rükət daha qılardı.

Hədisin ravisi ibn Cureyc'in:

"İbn Ömər (radiyallahu anh)'ı belə edərkən neçə dəfə gördün?" sualına,

Ata:

"Dəfələrlə." qarşılığını vermişdir. (Əbu Davud, Salat/238)

İbn Ömər (radiyallahu anh)'ın cüməni qıldığı yerdən az bir məsafə ayrılmasının səbəbi, Ömər (radiyallahu anh)'ın cümə namazının fərzilə eyni yerdə qılmağı doğru görməməsidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in:

"Cümə namazından sonra 4 rükət daha qılın." hədisində isə, "rəvatib sünnətilə qılmaq istədiyinizdə" deyilmək istənilmişdir.

Səhabələr, cümənin fərzindən sonra qılınan 2 rükətin də, zöhr namazından sonra qıldıqları 2 rükət kimi rəvatib sünnətindən olduğunu, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in tətbiqatlarından bilməkdə idilər. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bəhs mövzusu hədisi ilə, səhabəni, cümənin fərzinin ardından 4 rükətdən sonra 2 rükət daha qılmağa təşviq etmişdir.

Bu açıqlamalarla, mövzu ilə bağlı problem ortadan qalxmış oldu. Həqiqi elm sahibi, sadəcə uca Allahdır.

----------------------------------------------------------------

Qaynaq:

(Hakimu'l-Ummə) Əşrəf Əli Təhanəvi, "İlau's-Sünən" (Hədislərlə Hənəfi Fiqhi), "Nafilə və Sünnət namazlar"

Read 134 times
In order to make a comment, please login or register