Cümə fiqhi

On altıncı bab: Cümə namazı

• Cümə namazı, fərzu'l-ayn'dır. "Təhzib"də də belədir.

Cümə namazının vacibliyinin şərtləri:

• Bir kimsəyə cümə namazının fərz olması üçün, bu şərtlər vardır:

1. Azad olmaq;

2. Kişi olmaq;

3. Muqim olmaq;

4. Sağlam olmaq.

Bu 4 şərt, "Kafi"də zikr edilmişdir.

5. Yeriməyə gücü çatmaq. Bu şərt, "Bahru'r-Raiq"də də belədir.

• Cümə namazı, nökərə, qadınlara, səfərdə olanlara, xəstə olanlara, fərz deyildir. Səraxsi'nin "Muhit"ində də belədir. (haşiyə)

--------------------------

(Haşiyə:

Dəlilləri üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cum%C9%99-kiml%C9%99r%C9%99-...)

---------------------------

• Cümə namazı, icma ilə, yeriyə bilməyən kimsələrə, fərz deyildir. "Muhit"də də belədir.

Bu şəkildə olan bir kimsəni, məscidə aparacaq bir kimsə olsa belə, özünə, cümə namazı fərz deyildir. "Zahidi"də də belədir.

• Kora da, cümə namazı, fərz deyildir. Koru, əlindən tutub məscidə aparacaq bir kimsə olsa belə, bu kimsəyə, cümə, fərz olmaz.

• Şiddətli yağış və zalım hökmdardan gizlənmək də, bir kimsədən, cümənin fərziyyətini salar. "Fəthu'l-Qadir"də də belədir.

• Bir nökəri, ağası, cümə namazından, camaatdan və bayram namazından əngəlləyə bilər. "Fətəva Qadıxan"da da belədir.

• Məscidin qapısında, ağasının heyvanını gözləməkdə olan nökər haqqında isə, ixtilaf vardır. Əsahh (ən doğru) olan, o nökərin, bu heyvanı qoruduğu vaxt, cümə namazını qılmasıdır. Ayni'nin "Hidayə şərhi"ndə də belədir.

• Mustə'cir (icarə sahibi)'nin, icar etdiyi (yəni, icarə ilə işlətdiyi) kimsəni, cümə namazını qılmaqdan əngəlləməyə haqqı vardır. Bu, imam əbu'l-Hafs'ın qövlüdür.

əbu Əli əd-Dəqqaq isə: "İş verənin, işçini cümə namazından əngəlləməyə haqqı yoxdur. Ancaq, icarə ilə işlədilən kimsənin, namazla məşğul olmaq və -məscid uzaqdırsa- gedib-gəlmək üçün itirdiyi vaxt qədər, əmək haqqından kəsilə bilər. İcarə əsasında çalışan bu kimsənin də, namazla məşğul olduğu vaxt, qarşılığı olan əmək haqqını istəməyə, haqqı olmaz." deyilmişdir. "Muhit"də də belədir.

Mətnlərin zahirinə görə, Dəqqaq'ın qövlü, daha qüvvətli və daha doğrudur. "Bahru'r-Raiq"də də belədir.

• Özünə cümə namazı qılmaq fərz olmayan bir kimsə, əgər cüməni qılmış olsa, bu, vaxt (yəni, zöhr) namazının yerinə keçər və caiz olar. "Kənz"də də belədir.

Cümənin ədasının şərtləri:

Bu şərtlər, namaz qılan şəxsin xaricində olan şərtlərdir:

1. Cümə qılınan yerin, şəhər olması.

"Zahiru'r-Rivayə"də, "şəhər": "Özündə:

~ müfti (fətva verən), qazı mövcub olub, hədlərin iqamə edildiyi; və

~ binalarının da, Mina binaları qədər olduğu

yerdir. "Fətəva Qadıxan"da da belədir. "Xülasə"də isə: "Etimad, bu qövl üzərədir." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.

• Hədləri iqamə etməyin (tətbiq etməyin) mənası: Bunu etməyə gücü çatması, səlahiyyət olmasıdır. "Ğiyasiyyə"də də belədir.

• Cümə namazı şəhərdə caiz olduğu kimi; finau'l-misr'də (haşiyə) də caizdir. Finau'l-misr: "Şəhərin mühim işlərini idarə etmək üçün hazırlanmış, şəhərə bitişik yer, meydan" deməkdir.

------------------------------

(Haşiyə:

Finau'l-misr: bir diyarın kənarlarında olan belə yerlər də, o diyardan sayılır. Bunlar, əksəriyyətlə, bir ox atımından (təxminən 400 addımdan) az bir məsafə təşkil edirlər. Diyar ilə bunlar arasında tarla və bostanlar olmadıqca, bunlar, diyarın əlavələri və tamamlayıcıları sayılırlar.)

------------------------------

• Bir kimsənin, iqamət etdiyi yer ilə şəhər arasında, əkin tarlaları və ya heyvan otlaqları kimi aralıqlar olarsa, burdakı kimsələrə, cümə namazı, fərz olmaz. Buxara'da "Qal'a" deyilən yer, belədir.

Belə yerlərdə olanlara, -azan səsini eşitməkdə olsalar belə- cümə namazı, fərz deyildir.

Bir ox atımı məsafə, 1 mil (1920 metr) və ya bir neçə mil məsafə, bir şey deyildir. "Xülasə"də də belədir.

Bu qövlü, fəqih əbu Cə'fər, əbu Hənifə və əbu Yusuf'dan rəvayət etmişdir. Şəmsu'l-əimmə Halvani'nin ixtiyarı da, budur. "Fətəva Qadıxan"da da belədir.

• Cümə günü şəhərə gedib orda qalmağa niyyət edən kəndlilərin də, cümə namazını qılmaları, lazımdır. Çünki, o kimsə, o gün, şəhər xalqından biri kimidir.

Lakin, bu kimsə, o gün, şəhərdən çıxmaq niyyətində olarsa, cümə vaxtından əvvəl də çıxsa, sonra da çıxsa, o kimsənin, cümə namazı qılması lazım gəlməz.

Ancaq, bu kimsə, buna baxmayaraq, cümə namazını qılarsa, savab qazanar. "Fətəva Qadıxan"da, "Təcnis"də və "Muhit"də də belədir.

• Üzərlərinə cümə fərz olmayan kəndlilər və çöldə yaşayanlar, cümə günü, zöhr namazını, azan oxuyub iqamə gətirərək, camaatla qılarlar.

Səfəri olanlar isə, cümə günü, zöhr namazlarını, şəhərdə tək-tək qılarlar.

Şəhərdə -muqim- olduqları halda, cümə namazını qılmamış olanlar da, zöhr namazlarını, tək-tək qılarlar.

Həbsdə olanlar və xəstələr də, cümə günü, zöhr namazını, camaatla qıla bilməzlər. Əgər qılarlarsa, məkruh olar. "Fətəva Qadıxan"da da belədir.

• Xəlifə və Həcc əmirinin, həcc mövsümündə, Minada, cümə qıldırmaları, caizdir. "Viqayə"də də belədir. Ancaq, Həcc əmirinin, burda, cümə qılması, caiz olmaz. Həcc əmirinin, muqim və ya səfəri olması da, eynidir. Ancaq, Həcc əmiri, cümə xüsusunda, İraq əmirindən və ya Məkkə əmirindən icazə almışdırsa, bu halda, cümə qıldırması, caiz olar.

~ "Həcc əmiridirsə, caiz olar." deyənlər olduğu kimi;

~ "Səfəridirsə, -əsla- caiz olmaz." deyənlər də olmuşdur.

Səhih olan isə, əvvəlki görüşdür. "Bədai"də də belədir.

• Həcc mövsümünün xaricində isə, bu, caiz olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.

• Ərəfatda, cümə namazı qılınmaz. Bu xüsusda, ittifaq vardır. "Kafi"də də belədir.

• Bir şəhərdə, bir çox yerdə, cümə namazı qılına bilər. Bu, imam əbu Hənifə və imam Muhamməd'in qövlüdür. Bu qövl, əsahh (ən doğru olanı)'dır. İmam Səraxsi: "Həqiqətən, səhih olan qövl, budur." demişdir. İmam əbu Hənifə'nin yolu da, budur. Bizim ixtiyarımız da, budur. "Bahru'r-Raiq"də də belədir.

• Cümə günü, şiddətli yağış yağması halında, insanlar, cüməyə gedib-getməmək xüsusunda, bir genişlik və sərbəstlik içindədirlər.

Hər hansı bir yerdə, cümənin caiz olub-olmadığı xüsusunda bir tərəddüd meydana gələrsə, (yerin şəhər olub-olmadığı haqqında və ya başqa bir halda) muqim olan cümə əhlinin, cümə namazından sonra, zöhr namazı niyyətilə 4 rükət namaz qılmaları, münasib olar. Bir kimsə, belə etməklə, -əgər cümə, qəbul olmazsa- qəti olaraq, vaxtın fərzi, üzərindən düşər. "Kafi"də, "Muhit"də də belədir.

• Qılınan bu 4 rükət namaza necə niyyət ediləcəyi xüsusunda, görüş ayrılığı vardır.

~ "Bu namazı qılan kimsə, üzərində olan son zöhr namazı niyyətilə qılar." deyilmişdir. Ən gözəli, budur.

~ Ehtiyata ən uyğun olanı isə: "Niyyət etdim, vaxtına çatıb hələ qılmadığım son zöhr namazına" deməkdir. "Qunyə"də də belədir.

"Fətəva Əhu"da: "Cümə namazından sonra qılınan 4 rükətdə, bizim diyarımızda uyğun olan, 4 rükətin hamısında da, fatihə və damm-u surə oxumaqdır." deyilmişdir. "Tatarxaniyyə"də də belədir.

2. Cümənin ədasının şərtlərindən biri də, sultandır.

• Cümə namazını, istər adil olsun, istərsə də zalım, hökmdar (vəliyyu'l-əmr) qıldırar. "Nisab"dan nəqlən "Tatarxaniyyə"də də belədir.

• Cümə namazını, vəliyyu'l-əmrin əmr etdiyi əmir, qazı və ya xatiblər də qıldıra bilər. Ayni'nin "Hidayə şərhi"ndə də belədir.

• Sultanın və ya vəkilinin əmri və icazəsi olmadan, cüməni qıldırmaq olmaz. Səraxsi'nin "Muhit"ində də belədir.

• Cümə günü, bir kimsənin, imam hazır ikən, ondan icazə almadan xütbə oxuması, caiz olmaz. Ancaq, imam icazə verərsə, o kimsənin xütbə oxuması, caiz olar. "Fətəva Qadıxan"da da belədir.

• Əmir xəstə olarsa, təhlükəsizlik işləri ilə vəzifəli kimsənin, ondan icazə almadan cümə namazını qıldırması, caiz olmaz; bu icazəni almışdırsa, caiz olar. "Camiu'l-Cəvami"dən nəqlən "Tatarxaniyyə"də də belədir.

• Bir diyara qazı olaraq təyin edilmiş olan nökərin, cümə namazı qıldırması, caizdir. "Xülasə"də də belədir.

• İdarəsi altındakı insanları, əmirlər kimi idarə etməkdə olan və təbiətcə də əmirlərə bənzəyən və dövlət başçısından bəraət almamış olan mutəğalibə (despot, zorba kimsə)'nin arxasında cümə namazı qılmaq, caiz olmaz.

• Bir qadın, dövlət başçısı olduğu vaxt, onun əmrilə cümə namazı qıldırmaq, caiz olar. Lakin, özü, cümə namazı qıldıra bilməz. "Fəthu'l-Qadir"də də belədir.

• Zamanımızda, tam səlahiyyəti olmayan; buna icazəli olduqları, bəraətlərində vəya əhdlərində yazılı olmayan valilər və təhlükəsizlik əmirləri, cümə namazını qıldıra bilməzlər. Ancaq, bu icazəyə sahib olduqları vaxt, qıldıra bilərlər. "Ğiyasiyyə"də də belədir.

• Bir şəhərin valisi ölərsə, cənazə namazını, onun xələfi qıldırar. Lakin, cənazə namazını, təhlükəsizlik əmiri və ya qazı qıldırarsa, bu da caiz olar. Əgər bunlardan heç biri orda hazır olmazsa, insanların seçdiyi birinin, bu cənazə namazını qıldırması da, caizdir. "Siraciyyə"də də belədir.

• Cümə namazı qıldırmağa icazəsi olan bir imam olmadığı vaxt, camaatın, üzərində görüş birliyi etdiyi bir kimsənin imam olub cümə namazını qıldırması, səhih olar. "Təhzib"də də belədir.

• Bir dövlət başçısı vəfat etdiyi vaxt, onun təyin etmiş olduğu valilərin və -müsəlmanların işlərini idarə edən- əmirlərin, əzl edilmədikləri (işlərindən uzaqlaşdırılmadıqları) müddətcə, cümə namazı qıldırmaları, caizdir. Səraxsi'nin "Muhit"ində də belədir.

• Əmirin, xütbə oxumaq üçün verdiyi icazə, cümə qıldırmaq üçün də məqbuldur. Cüməni qıldırmaq üçün verdiyi icazə isə, xütbə oxumaq üçün də məqbuldur. Hətta əmir, bir kimsəyə: "Xütbə oxu, lakin, namaz qıldırma." demiş olsa belə, bu əmrilə, yenə də namaz qıldırması, caiz olar. "Zahidi"də də belədir.

• Bir uşaq və ya xristiyan, bir şəhrə vali təyin edilmiş olsa, sonra da, uşaq büluğ yaşına girsə və ya xristiyan müsəlman olsa, yenidən icazə almadıqca, cümə qıldıra bilməzlər. Ancaq, dövlət başçısı, onlara: "Büluğa girincə və ya müsəlman olunca, xütbə oxuyun." demişdirsə, bunlar, cümə qıldıra bilərlər. "Təhzib"də dı belədir.

• Bir hökmdar, səfərə çıxdığı vaxt, kəndlərdə insanları toplayıb cümə namazı qıldıra bilməz. Lakin, hökmdar, öz şəhərlərindən bir şəhərə girərsə, -səfəri olduğu halda- qıldırdığı cümə namazı, caiz olar. Çünki, özünün əmrilə, başqa birinin cümə qıldırması caiz olunca; özünün qıldırması, -əlbəttə- daha əvla olar.

• Bir şəhərin imamı, başqa bir şəhərə təyin edilsə, o şəhərin insanları, bu imamın özlərinə düşmən olması səbəbilə və ya buna bənzər bir haldan dolayı şəhərdən qaçsalar, imamı təyin etmə səlahiyyətində olan idarəçidən icazə almadıqca, toplanmazlar. Fəqih əbu Cə'fər: "Bu hökm, o imamın, insanlar, hər hansı bir -məşru- səbəblə əngəllədiyi və ya o yerin şəhərlikdən çıxmasını uyğun görüb istədiyi vaxt -məqbul- olar. Lakin imam, inadından dolayı və ya o insanlara zərər vermək məqsədilə əngəlləyirsə, bu halda, o insanlar, toplanarlar və bir imamın arxasında da cümə namazlarını qılarlar." demişdir. "Zahiriyyə"də də belədir.

Əzl edilən bir imam, əzl yazısı gələnə qədər və ya qarşısına bir əmirin keçməsinə qədər, camaata cümə namazı qıldıra bilər.

Əzl yazısı gəldikdən və ya yerinə digər bir əmirin gəldiyini bildikdən sonra, cümə namazı qıldırmış olsa belə, bu namaz, batil olar. "Fətəva Qadıxan"da da belədir.

• Cümə imamı, namaza başladıqdan sonra, yeni bir vali gəlmiş olsa, bu imam, davam edib namazını tamamlayar. "Xülasə"də də belədir.

• Kafirlərin idarəsi altında olan bir diyarda, Müsəlmanların cümə namazı qılmaları, caizdir.

Burdakı müsəlmanların razılığı ilə, bir hakim də, hökm verə bilər.

Lakin, belə bir diyarda yaşayan müsəlmanların, özlərinə, müsəlman bir vali tapmaları lazımdır. "Mi'racu'd-Dirayə"də də belədir.

3. Cümənin ədasının şərtlərindən biri də, zöhr vaxtının girmiş olmasıdır.

• İmam əbu Hənifə'yə görə, cümə namazı qılınarkən, təşəhhüd miqdarı oturacaq qədər bir vaxt keçdikdən sonra, zöhrün vaxtı çıxmış olsa, cümə namazı, fasid olar.

Bu halda, 2 namazın arasında olan ayrılıq və fərqlilikdən dolayı da, cümənin üzərinə, zöhr namazı bina edilə bilməz. "Təbyin"də də belədir.

• İmama tabe olan bir kimsə, cümə namazında yatdığı vaxt, vaxt çıxacaq olsa, bu muqtədinin cüməsi, fasid olar. Lakin, vaxt çıxmadan imamın namazı bitmiş olsa və muqtədi, bu vaxt yatsa, cümə namazını tamamlayar. "Muhit"də də belədir.

4. Cümənin ədasının şərtlərindən biri də, namazdan əvvəl xütbə oxumaqdır.

• Cümə namazı xütbəsiz qılınsa və ya vaxtı girmədən əvvəl xütbə oxunmuş olsa, caiz olmaz. "Kafi"də də belədir.

Xütbənin fərzləri və sünnətləri vardır:

I. Xütbənin 2 fərzi vardır:

1. Vaxt;

2. Allah Taala'nı zikr etmək.

1. Vaxt:

Xütbənin vaxtı, zavaldan sonra və namazdan əvvəldir. Xütbənin, zavaldan əvvəl və namazdan sonra oxunması, caiz olmaz. "Ayni"də də belədir.

2. Allah Taala'nı zikr etmək:

• Xütbədə, təhmid (əlhəmdulilləh demək) və ya təhlil (lə iləhə illəllah demək) və ya təsbih (subhanallah demək) kifayət edir. "Mutun"da da belədir.

• Bunların kifayət etməsi, xütbə qəsdilə söylənmələri halındadır. Lakin, bir xatib, asqıran bir kimsə üçün "əlhəmdulilləh" desə; və ya heyrət gərəkdirən bir şey üçün "subhanallah" və ya "lə iləhə illəllah" demiş olsa, bunların xütbə yerinə keçməyəcəyi xüsusunda, icma vardır. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Bir xatibin, tək başına xütbə oxuması və ya -sadəcə- qadınlara qarşı xütbə oxuması, caiz olmaz. "Mi'racu'd-Dirayə"də də belədir.

• Xütbə, 1 və ya 2 nəfərə qarşı oxunar; namaz da, 3 nəfər ilə qılınarsa, bu, caiz olar. "Xülasə"də də belədir.

• Yatanlara və ya karlara qarşı oxunan xütbə, caizdir. "Ayni"də də belədir.

II. Xütbənin sünnətləri:

Xütbənin, 15 sünnəti vardır:

1. Təmizlik.

Cünub və dəstəmazsız olan kimsələrin xütbə oxumaları, məkruhdur.

2. Ayaqda dayanmaq.

Lakin, bir kimsənin, oturaraq və ya yanı üzərə yataraq xütbə oxuması da, caizdir. "Fətəva Qadıxan"da da belədir.

3. Xatibin, yönünü camaata tərəf çevirməsi;

4. Xatibin, xütbədən əvvəl: "Əuzu billəhi minə'ş-şeytani'r-racim" deməsi;

5. Xatibin, xütbəsini camaata eşitdirməsi;

6. Xatibin, xütbəyə, Allaha həmd ilə başlaması;

7. Allahı, səna etmək;

8. Şəhadət kəlimələrini oxumaq;

9. Nəbi (aleyhi's-salatu və's-sələm)'ə salat etmək;

10. Camaata öyüd-nəsihət vermək;

11. Bir miqdar Quran oxumaq.

Xütbədə Quranı oxumağı tərk etmək, yaxşı deyildir. "Bahru'r-Raiq"də də belədir. Xütbədə oxunacaq Quranın miqdarı isə, ya qısa 3 ayət və ya uzun 1 ayətdir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

12. İkinci xütbədə, Allah Taala'ya təhmid və sənanı və Nəbi (sallallahu aleyhi və səlləm)'ə salamı yeniləmək;

13. Müsəlmalara bolca dua etmək;

14. Hər 2 xütbəni də, xəfif oxumaq;

Xütbənin miqdarı, tivalu'l-mufəssəl (Hucurat surəsindən Buruc surəsinə qədər olan hər bir surə) surələrdir. Xütbəni uzatmaq, məkruhdur.

15. İki xütbə arasında oturmaq. "Bahru'r-Raiq"də də belədir.

• Zahiru'r-rivayə'də, 2 xütbə arasında 3 ayət oxuyacaq qədər oturmaq, sünnətdir. "Siracu'l-Vəhhac"da da belədir.

• Şəmsu'l-əimmə Səraxsi: "2 xütbə arasında oturmaq miqdarı, hər üzvün, yerli-yerinə oturub qərar qılması və yerləşməsidir." demişdir. "Tatarxaniyyə"də də belədir.

Muxtar olan qövl, şəmsu'l-əimmə Səraxsi'nin qövlüdür. 2 xütbə arasında oturmağı tərk etmək, yaxşı deyildir. Əsahh olan da, budur. "Qunyə"də də belədir.

• Xütbədən əvvəl oturmaq, sünnətdir. "Ayni"də də belədir.

• Xatibdə axtarılan şərt, cümə namazını qıldırmağa əhil olmasıdır. "Zahidi"də də belədir.

• Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə iqtida edərək xatibin minbər üzərində olması da, sünnətdir.

• Xatibin, xütbə oxuyarkən səsini yüksəltməsi və birinci xütbəni, ikinci xütbədən daha açıq və yüksək səslə oxuması, müstəhəbdir. "Bahru'r-Raiq"də də belədir.

• Münasib olan, ikinci xütbəyə: "əlhəmdulilləhi nəhməduhu və nəstəinuhu ila axir" deyərək başlamaq və rəşidi xəlifələri və digər səhabələri zikr etmək və "Allah, hamısından razı olsun." deməkdir. Gözəl olan, budur və "Təcnis"də də belədir.

• Xatibin, xütbə əsnasında -xütbə xaricində bir sözlə- danışması, məkruhdur. Ancaq, yaxşılığı əmr etmək məqsədilə danışması, müstəsnadır. Bu, məkruh deyildir. "Fəthu'l-Qadir"də də belədir.

• Cümə namazını, xatibdən başqa bir şəxsin qıldırması, münasib olmaz.

• Xütbədən sonra, imamın dəstəmazı pozulmuş olsa, əgər yerinə keçə biləcək biri vardırsa, imamın, yerinə birini keçirməsi, caiz olar; əks təqdirdə, caiz olmaz. Lakin, imamın dəstəmazı, namaza başladıqdan sonra pozulmuş olarsa, istədiyi kimi edər. "Təhzib"də də belədir.

• İmam, xütbəyə çıxdığı vaxt, namaz qılınmaz və danışılmaz.

İmameyn'in qövllərinə görə, imam, minbərə çıxdığı vaxt və xütbəyə başlamadan əvvəl, namaz qılmaqda, bir beis yoxdur. Bununla bərabər, imam, xütbəni bitirib namazla məşğul olmağa başlamadan əvvəl namaz qılmaqda da, bir beis yoxdur. "Kafi"də də belədir.

• Bu əsnada, insanların danışmaları; təsbih etmələri; asqırıb "əlhəmdulilləh" deyənə, "yərhəmukəllah" demələri; salam almaları, məkruhdur. "Siracu'l-Vəhhac"da da belədir.

• Lakin, bu vaxt, fiqh öyrənməkdə, fiqh kitablarına baxmaqda və onları yazmaqda, bizim alimlərimizdən bəzilərinə görə, bir beis yoxdur. Lakin, bunları dili ilə söyləmədikləri zamandır. Bunları, ancaq, əli ilə, başı ilə və gözü ilə işarət edə bilər. Bir kimsənin pis bir iş etdiyini görüncə, onu, əli ilə nəhy etməsi və ya başı ilə işarət edib xəbər verməsi kimi...Səhih olan qövlə görə, bunda, bir beis yoxdur. "Muhit"də də belədir.

• Xütbə oxunarkən, Peyğəmbərimizə salavat gətirmək, məkruhdur. "Tatarxaniyyə"də də belədir.

• Xütbəyə qulaq asmaq xüsusunda, imamdan uzaq olanlar da, imama yaxın olanlar kimidirlər və hər ikisi də, susarlar. Muxtar olan görüş, budur. "Cəvahiru'l-Axlati"də də belədir. Əhvat (ehtiyata ən uyğun olan) da, budur.

"Xütbə əsnasında, Quran oxuna bilər." deyənlər də vardır. Lakin, səhih olan, susmaqdır. Səraxsi'nin "Muhit"ində də belədir.

• Namazda haram olan şeylər, xütbədə də haramdır. Məsələn: İmam, xütbə oxuyarkən yemək, içmək, uyğun deyildir. "Xülasə"də də belədir.

• Kişilər üçün, müstəhəb olan, üzünü, xütbə oxuyana çevirməkdir. Bu hökm, imamın qarşısında olanlar üçündür. İmamın sağ və solunda olan kimsələr də, imama yaxın olarlarsa, xütbəyə qulaq asmağa hazır olmaq üçün, imama doğru çevrilərlər. "Xülasə"də də belədir.

• Alimlərimizin ümumu, camaatın, xütbəyə, başdan sona qədər qulaq asmağın uyğun olacağını söyləmişlərdir.

İmama yaxın olmaq, uzaq olmaqdan daha əfdaldır. Alimlərimizin səhih qövlü, budur. "Muhit"də də belədir.

• Bir kimsənin, imama yaxınlaşmaq üçün, insanların çiyinlərindən keçərək iləri keçməsi, məkruhdur.

Fəqih əbu Cəfər, alimlərimizdən belə nəql edir:

İmam, xütbə oxumağa başlamamışdırsa, belə etmək, məkruh olmaz. Çünki: Sonradan gələcəklərə yer genişlətmək və imama yaxın olmağın fəzilətindən dolayı, daha əvvəlkilərin keçmədikləri boş yerlərə getməkdə, bir beis yoxdur.

İmam, xütbəyə başladığı vaxt, məscidə gələn kimsənin, boş olan bir yerə, dərhal oturması lazımdır. Çünki, bu halda, o kimsənin addımlaması və iləri getməyə çalışması, xütbə oxunarkən bir iş, bir əməl etməsi, deməkdir. "Fətəva Qadıxan"da da belədir.

• Lakin, bir sual soruşmaq üçün, çiyinlərdən keçərək iləri getmək, istənilən halda, icma ilə məkruhdur. "Bahru'r-Raiq"də də belədir.

• Məsciddə, birdən bir şey istəyəcək olan kimsənin, insanların qarşısından yeriyərək keçmədən və çiyinləri üzərindən keçmədən və hər hansı bir şəxsi çətinə salmadan, istənilməsi lazım gələni şeyi istəməsində, bir beis yoxdur. Və bu şeyin verilməsində də, bir beis yoxdur. Ancaq, belə deyilsə, məscid içində bir şey vermək, halal olmaz. "Vəcizu'l-Kərdəri"də də belədir.

• Xütbə oxunarkən hazır olan bir kimsə, istərsə diz çökər, istərsə bağdaş qurar və ya özünə necə asan gəlirsə, elə oturar. Çünki, xütbə, əməl yönündən, namaz deyildir. "Mudmarat"da da belədir.

• Lakin, müstəhəb olan, -xütbə əsnasında- namazda oturulduğu kimi oturmaqdır. "Mi'racu'd-Dirayə"də də belədir.

• Nafilə namaz qılmaqda olan kimsə, xütbə oxunmağa başlanınca, bu namazı, 2 rükətdə kəsər. Əgər ilk rükətdədirsə, səcdəyə getmədən namazını saxlayar. "Qunyə"də də belədir.

• Bir kimsə, cümə namazını qılarkən, üzərində sübh namazının qaldığını xatırlasa, əgər cümənin zay olacağından qorxmazsa, -cümə- namazını saxlayar və sübh namazını qılmağa başlayar. Bu halda, vaxtın dar olması səbəbilə, tərtib (sıra) düşər. Lakin, vaxt zay olacaqsa, cümə namazını tamamlayar.

Ancaq, vaxtın deyil, cümənin zay olacağından qorxarsa, əbu Hənifə ilə əbu Yusuf'a görə, sübh namazını qılmağa başlayar. İmam Muhamməd'ə görə isə, cüməni tamamlayar. "Mi'racu'd-Dirayə"də də belədir.

• Bir yay və ya əsaya söykənərək xütbə oxumaq, məkruhdur. "Xülasə"də də belədir.

• Qılıncla fəth edilən hər diyarda, xatib xütbə oxuyarkən, qılınca söykənər. "Tahavi şərhi"ndə də belədir.

5. Cümənin ədasının şərtlərindən biri də, camaatdır.

• Camaatın ən az miqdarı, imamdan başqa 3 nəfərdir. "Təbyin"də də belədir.

• Bu camaatın xütbə əsnasında hazır olmaları, şərt deyildir. "Fəthu'l-Qadir"də də belədir.

• İmam, 1 tək adama xütbə oxusa və sonra da camaat gəlsə və cüməni qılsalar, bu, caiz olar. Səraxsi'nin "Muhit"ində də belədir.

• Bu camaatın, imamlıq üçün əlverişli olması da, şərtdir. Lakin, əlverişli deyillərsə -yəni, camaat, qadınlardan və uşaqlardan ibarətdirsə- qılınan cümə, səhih olmaz. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.

• Camaatın, nökərlər, xəstələr və səfərilərlə tamamlanması ilə cümə, tamamlanar. Ümmi və lallarla tamamlanması halında da, belədir. Səraxsi'nin "Muhit"ində də belədir.

• İmam, cümə üçün təkbir gətirsə; lakin, camaat, imama tabe olub cüməni qılmağa başlamasa, "Asl"da zikr edildiyinə görə, imam, rukudan başını qaldırmadan əvvəl, camaat ona tabe olarsa, cümə, səhih olar; tabe olmazlarsa, namazı, yenidən qılmaq lazımdır. Bunun əksinə bir qövl yoxdur. "Ğiyasiyyə"də də belədir.

• Camaat, imamla birlikdə təkbir gətirər; sonra, ondan ayrılıb məsciddən çıxar; və daha sonra geri qayıdıb imam başını rukudan qaldırmadan əvvəl təkrar təkbir gətirərsə, cümə namazı, səhih olar. Səraxsi'nin "Muhit"ində də belədir.

• İmam, təkbir gətirərkən, yanında olan və dəstəmazlı olan camaat, özü ilə birlikdə təkbir gətirməsələr, sonra da dəstəmazları pozulsa; bundan sonra da, başqa bir camaat gəlsə və əvvəlkilər çıxıb getsə, cümə namazı, istihsən gərəyi caiz olar.

Bu halda, əgər əvvəlkilər təkbir gətirmiş olsalar və sonra da başqaları gəlmiş olsaydı, onlar, təkbirlərini yeniləyərlərdi. "Fətəva Qadıxan"da da belədir.

• Əgər camaat, iftitəh təkbirindən sonra, lakin səcdədən əvvəl namazdan ayrılmış olsalar, imam əbu Hənifə'yə görə, cümə, səhih olmaz; digər 2 imamımıza görə isə, səhih olar. "Timurtaşi"də də belədir.

• Bu camaat, rükəti, səcdə ilə bağladıqdan sonra ayrılmış olarsa, imamlarımızın 3-ünə görə də, cümə, caiz olar. "Mudmarat"da da belədir.

6. Cümənin ədasının şərtlərindən biri də, ümumi icazədir.

• Ümumi icazə: "Cümə qılınacaq yerin, hər kəsə açıq olması; cümə qılınan məscidin qapısının açıq olması; insanların ora girməsi üçün, ümumi icazə olması və bu məsciddə, azan oxunması" deməkdir.

Camaat, məscidə toplanmış və məscidin qapılarını üzərlərinə bağlayaraq cümə namazı qılmış olsalar, bu cümə, caiz olmaz.

Yenə, hökmdar, xidmətçilərini toplayıb evində (yəni, sarayında) cümə qılmaq istəsə; əgər evin qapısını açar və hər kəsin girməsinə icazə verərsə; -camaat gəlsin, ya da gəlməsin- bu cümə, caiz olar. Lakin, hökmdar, evin qapısını açmaz və qapıya bir qapıçı da qoyarsa, onların cümələri, caiz olmaz. "Muhit"də də belədir.

• Səfərinin, nökərin və xəstənin, imam olub cümə namazını qıldırmaları, caizdir. "Quduri"də də belədir.

• Zöhr namazını, üzrsüz olaraq cümədən əvvəl qılmaq, məkruhdur. "Kənz"də də belədir.

• Xəstənin, səfərinin və həbsdə olan kimsənin, zöhr namazını, imam cüməni qılana qədər ertələmələri, müstəhəbdir; ertələməzlərsə, məkruh olar. Kərdəri'nin "Vəciz"ində də belədir.

• Bir kimsə, zöhr namazını qılar; sonra da gedib cümə namazına çatarsa, -səfəri, xəstə və ya nökər olmaq kimi- bir üzrü olsun və ya olmasın, daha əvvəl qılmış olduğu zöhr namazı, batil olar. Lakin, imama çata bilməz və ya evindən, imam, cüməni bitirdikdən sonra çıxmışdırsa, qıldığı zöhr namazı, icma ilə batil olmaz.

Bu kimsə, imam namazda ikən, evindən çıxar; lakin, imamın cümə qıldırdığı yerə çatana qədər, imam, namazını bitirmiş olarsa; imam əbu Hənifə'yə görə, bu kimsənin qılmış olduğu zöhr namazı, batil olar. Digər 2 imamımıza görə isə, batil olmaz.

Lakin, bu kimsə, -evindən- cümə qılmağı murad etmədən çıxmış olarsa, namazı, icma ilə batil olmaz. "Kafi"də də belədir.

• Bu kimsə, əgər imama çatmağa səy göstərər və lakin, imamın, cüməni bitirməsindən dərhal sonra ona çatarsa, yenə, namazı batil olmaz. "Təbyin"də də belədir.

• Zöhr namazını evində qılmış olan bir kimsə, sonra da imama yönəlib getsə, imam da, namazı hələ qılmamışdırsa, ancaq bu şəxs, məsafənin uzaqlığından dolayı imama tabe ola biləcəyini ümid etməsə, Bəlx alimlərinə görə, bu kimsənin namazı, batil olar. Səhih olan, budur.

Lakin, bu kimsə, bir üzründən dolayı və ya üzrsüz olaraq, imama yönəldiyi halda, onunla namaz qılmazsa, namazının batil olub-olmadığı xüsusunda, ixtilaf vardır. Lakin, bu xüsusda səhih olan qövl, namazın batil olmamasıdır.

Bu kimsə, imama yönəldiyi vaxt, orda, insanlar olsa, lakin, bu insanlar, imam, namazı tamamlamadan çıxmış olsalar, bu halda da, görüş ayrılığı vardır. Səhih olan, bu halda, bu kimsənin, zöhr namazının batil olmasıdır. "Kifayə"də də belədir.

• İmama çatmaq üçün səy göstərən o kimsənin, evindən ayrılmasına etibar edilir. Muxtar olan qövlə görə, bu kimsə, evindən ayrılmadan, imam namazı bitirmişdirsə, bu şəxsin qılmış olduğu zöhr namazı, batil olmaz. "Fəthu'l-Qadir"də də belədir.

• Bu kimsə, zöhr namazını qıldıqdan sonra məsciddə oturarsa, ittifaq ilə, imamla bərabər namaza başlayana qədər, namazı, batil olmaz. "Bahru'r-Raiq"də də belədir.

• Xəstə olan bir kimsə, evində zöhr namazını qıldıqdan sonra özündə bir az rahatlıq tapıb məscidə getsə və cüməni qılsa, əvvəl qılmış olduğu zöhr namazı, nafiləyə çevrilər. "Nihayə"də də belədir.

• Cüməyə, təşəhhüddə və ya səhv səcdəsindən çatmış olan kimsə, imam əbu Hənifə ilə imam əbu Yusufa görə, cüməsini tamamlayar.

Bir şəhərdə üzrsüz olaraq -cümə günü- zöhr namazını qılmaq, məkruhdur.

Üzlrü kimsələrin də, cümə günü zöhr vaxtında, -istər imamın namazından əvvəl olsun, istər sonra olsun- camaatla namaz qılmaları, məkruhdur.

Cümə qılmağa mane bir hal olduğu vaxtlarda da, camaatla zöhr namazı qılmaq, məkruhdur. Lakin, kəndlilər, kərahətsiz olaraq azan və iqamə ilə -cümə günü- zöhr namazını camaatla qıla bilərlər. Qadıxan və digərləri, belə zikr etmişlərdir. "Şərh-u Muxtasaru'l-Viqayə"də də belədir.

• Cümə günü, ilk azan oxunduğu vaxt, alış-verişi tərk etmək və məscidə yönəlmək lazımdır.

Tahavi: "İlk azan oxununca məscidə getmək, vacibdir. Minbər azanı vaxtında da, alış-veriş, məkruhdur." demişdir.

Həsən b. Ziyad isə: "Mötəbər olan, minarədə oxunan azandır." demişdir.

Əsahh olan, zavaldan əvvəl oxunan azanların heç birinə etibar olunmayacağıdır. Burda mötəbər olan da, zavaldan sonra oxunan, ilk azandır. Bu azan, istər minarədən oxunsun, istərsə içəridən oxunsun, eynidir. "Kafi"də də belədir.

• Bizə və fəqihlərin ümumuna görə, məscidə gedərkən, sürətli yerimək və qaçmaq, vacib deyildir. Bunun, müstəhəb olub-olmadığında da, görüş ayrılığı vardır. Əsahh olan isə, məscidə, sakit və vüqarlı bir şəkildə getməkdir. "Qunyə"də də belədir.

• Xatib, minbərə oturduğu vaxt, qarşısında, azan oxunar. Xütbə tamam olunca da, iqamə gətirilər. Adət, belə cərəyan edərək gəlmişdir. "Bahru'r-Raiq"də də belədir.

• Cümə namazı, 2 rükətdir. Hər 2 rükətində də, fatihə və surə, açıqdan oxunar. Səraxsi'nin "Muhit"ində də belədir.

• Bir kimsə, -cümə namazında- təkbir gətirdiyi halda, izdihamdan dolayı səcdə etməyə gücü çatmazsa, bu şəxs, insanlar qalxana qədər gözləyər; əgər bir aralıq boş yer taparsa, səcdə edər. Bu halda, bir başqa şəxsin kürəyinə səcdə etmək də, caizdir. Ancaq, səcdə ediləcək boş yer var ikən, başqasının kürəyinə səcdə etmək, caiz olmaz. "Fətəva Qadıxan"da da belədir.

• İzdiham çox olar və səcdə ediləcək yer tapılmazsa; bu halda, səcdə etməyə gücü çatmayan kimsə, imam, salam verənə qədər gözləyər. Bu halda, bu kimsə, lahiq sayılır. Namazını, oxumadan tamamlayar. "Bahru'r-Raiq"də də belədir.

• Cümə günü, cümə namazını qılarkən, dəstəmazı pozulan kimsə, -namazının qalan qismini- qəza edərkən, sərbəstdir; istəyərsə, gizli oxuyar. Bu haldakı şəxs, sübh namazının fərzini, münfərid (tək başına) qılan şəxs kimidir. "Xülasə"də də belədir.

• Cümə namazına hazırlanan kimsənin, gözəl ətir istifadə etməsi; varsa, ən gözəl paltarını geyinməsi, müstəhəbdir.

Cümə günü, ağ paltar geyinmək və iləri səfdə oturmaq da, müstəhəbdir. "Mi'racu'd-Dirayə"də də belədir.

("əl-Fətəva əl-Hindiyyə")

------------------------------------------------

------------------------------------------------

Cümə şərtlərini özündə toplayan kimsələr üçün, 2 rükət cümə namazı, fərzul-ayn'dır.

Cümə namazının digər namazlardan fərqli olaraq özünə məxsus 12 şərti daha vardır:

• Bunlardan altısı- vücubunun (fərz olmasının);

• Digər altısı da- ədasının

şərtlərindəndir.

----------------------------------------

✓ Cümənin vücubunun (fərz olmasının) şərtləri:

Cümənin bir şəxsə fərz ola bilməsi üçün, onda bu 6 şərtin mövcud olması şərtdir:

1. Kişi olmaq:

Bunun üçün cümə namazı, kişilərə fərzdir, qadınlara fərz deyildir

2. Azad olmaq:

Bu cəhətdən, cümə namazı, qullara/nökərlərə fərz deyildir. Bir sözləşməyə bağlı olaraq qismən azad olan mükatəb (azad edilməsi, bəzi şərtlərə -mal qazanmaq və ya bir müddət xidmət etmək kimi nəticəyə- bağlı olan nökər və ya cariyə) kimi nökərlərə fərzdir.

3. İqamət:

Dini hökm cəhətindən, səfəri/yolçu sayılan kimsələrə, cümə namazı fərz deyildir.

4. Sihhət/sağlamlıq:

Xəstə olduğundan cümə namazına çıxdığı təqdirdə xəstəliyinin artmasından və ya xəstəliyinin uzanmasından qorxan kimsəyə, cümə namazı fərz deyildir. Yeriməyə taqəti olmayan çox yaşlı kimsələr də, bu hökmdədirlər. Xəstəyə baxan da, belədir; əgər məscidə getdiyində xəstəsinin zərər görəcəyindən qorxursa, ona da cümə fərz olmaz.

5. Gözlərin sağlam olması:

Gözləri kor olanlara, cümə namazı fərz deyildir. Belə korları məscidə aparıb gətirəcək kimsələri olsa da, imam əbu Hənifə'yə görə, yenə cümə ona fərz olmaz. Lakin 2 imama görə, hər 2 gözü görməyən kimsəni məscidə aparıb gətirəcək bir adam varsa, o vaxt belə korlara da cümə fərz olur.

6. Ayaqlarının sağlam olması:

Şikəst və ya ayaqları kəsilmiş olan kimsələrə, cümə namazı, fərz deyildir. Özlərini yüklənəcək kimsələri olsa da, hökm, eynidir.

Düşmən qorxusu, şiddətli yağış və palçıq və bənzəri əngəllər də, cümə namazına gedilməməsini mübah qılan üzrlərdəndir.

Bununla bərabər, bu 6 şərti daşımayan kimsəyə, hər nə qədər cümə namazı fərz deyilsə də, gedib cümə namazını qılacaq olsa, vaxtın fərzini yerinə yetirmiş olar. Qadınların və ya korların və ya bənzəri üzrü olan kimsələrin cümə namazını qılmaları kimi. Artıq bunlar, o günün zöhr namazını ayrıca qılmaqla mükəlləf deyildirlər.

-------------------------------------------

Cümənin ədasının şərtləri:

196. Cümənin ədası üçün, bu 6 şərt vardır:

1. Cümə namazını, yaşanılan yerdəki idarəçinin və ya onun göstərəcəyi kimsənin qıldırmasıdır. Belə ki:

1. Cümə namazını, ən böyük idarəçi və ya onun icazəsi ilə digər bir şəxs qıldırmalıdır.

İdarəçi və ya onun vəzifələndirdiyi bir şəxs olmayan bir yerdə, müsəlman camaatın təyinilə, içlərindən biri, cümə namazını qıldıra bilər. İslam hökmlərinin tətbiq edilmədiyi (daru'l-hərb kimi) yerlərdə, cümə namazı belə qılınır.

2.1. Xütbə oxumaq üçün olan icazə, namaz qıldırmaq üçün də icazədir. Əksi də belədir.

Bu hər 2 vəzifəni görməyə səlahiyyətli olan şəxs, bir üzr olsun və ya olmasın, yerinə başqasını təyin edə bilər. Başqasını (öz yerinə) təyin etmək üçün özünə səlahiyyət verilməmiş olsa belə, yenə də başqasını öz yerinə təyin edə bilər. Lakin xatibin hüzurunda icazə almadan, başqasının xatiblik vəzifəsini görməsi, caiz deyildir.

2.2. Ümumi icazədir.

Müəyyən bir yerdə müsəlmanların toplanıb cümə namazını qılmaları üçün, idarəçi tərəfindən icazə verilmiş olmalıdır. Bəzi şəxslərə xas bir şəkildə təyin edilən və qapısı başqalarına bağlanılan yerlərdə, cümə namazını qılmaq, caiz olmaz.

Lakin məbədin qapısı açıq qoyularaq, insanların girməsinə icazə verildiyi təqdirdə, başqaları gəlməmiş olsa da, cümə namazları səhihdir.

3. Vaxtın davamıdır. Belə ki:

Cümə namazını qıla bilmək üçün, zöhr vaxtı davam etmək üzərə olmalıdır.

Bu vaxt çıxdığında, artıq cümə namazını qılmaq və ya qəza etmək, caiz olmaz. O günün zöhr namazı da qılınmamışdırsa, yalnız onu qəza etmək lazımdır.

Cümə namazı qılınmaqda ikən vaxt çıxacaq olsa, təzədən zöhr namazını qəza olaraq qılmaq lazımdır. (Haşiyə)

----------------------------------------

(Haşiyə:

~ İmam Malikə görə:

Cümə namazı, zöhr vaxtı çıxdıqdan sonra da qılına bilər.

~ İmam Əhməddən gələn bir rəvayətə görə:

Cümə namazı, zaval vaxtından əvvəl də qılına bilər.)

---------------------------------------

4. Camaatın mövcudluğudur. Belə ki:

Cümə namazı üçün camaatın ən az miqdarı, imamdan başqa 3 nəfərdir. İmam əbu Yusufa görə, imamdan başqa 2 nəfərdir. (Haşiyə)

---------------------------------------

(Haşiyə:

~ İmam Malikdən bir rəvayətə görə - 30;

~ İmam Şafi ilə Əhmədin məzhəblərinə görə - 40

nəfərdir.)

---------------------------------------

Camaatın:

~ ağlı yerində olması; və

~ kişi olması; və

~ ən az bu 3 nəfərin, birinci səcdəyə qədər hazır olması da,

imam əbu Hənifəyə görə, şərtdir.

Buna görə:

~ yalnız qadınların camaatı ilə; və ya

~ uşaqların camaatı ilə; və ya

~ birinci səcdədən əvvəl dağılıb azlıqda qalan camaatla,

cümə namazı qılına bilməz.

Camaatın hazır olması, 2 imama görə, iftitah təkbirinə qədər şərtdir. İmam Züfərə görə isə, heç olmazsa, namazdakı oturuşda təşəhhüd miqdarı (əttəhiyyətu oxuyacaq) dayanıncaya qədər, camaatın hazır olması şərtdir. Camaat bundan əvvəl dağılacaq olsa, geriyə qalan 1 və ya 2 nəfərin zöhr namazını qılması lazımdır. Camaatın muqim və ya azad olmaları, şərt deyildir. Elə ki, səfəri və ya nökər olan bir müsəlman, cümə namazını qıldıra bilər.

------------------------------------

5. Cümənin fərz olan namazından əvvəl, xütbə oxumaqdır. Belə ki:

Vaxtın girməsindən sonra, mövcud camaatın hüzurunda bir xütbə oxunması lazımdır. Bunun üçündür ki, xütbə oxunarkən, camaat mövcud olmayıb sonradan namazda mövcud olsalar, namazları caiz olmaz.

• Camaatın xütbəni eşitməsi, şərt deyildir. Sadəcə xütbədə hazır olmaları kifayətdir. Xütbə əsnasında bir mükəlləf kişinin, səfəri olsa belə, hazır olması, kifayətdir.

Cümə xütbəsinin rüknü, imam əbu Hənifə'yə görə, Allahı zikrdən ibarətdir. Onun üçün, xütbə niyyətilə, yalnız: "əlhəmdulilləh", yaxud "subhanallah", yaxud "lə iləhə illəllah" deyiləcək olsa, kifayət edər.

İki imama (əbu Yusuf və Muhammədə) görə, xütbə, xütbə deyiləcək dərəcədə uzunca bir zikrdən ibarətdir. Bunun ən az olan dərəcəsi, təhiyyət miqdarı həmd və salavat ilə müsəlmanlara duadır.

• Xütbənin vacibləri:

~ xatibin təharət üzərə (yəni qüsl və dəstəmazlı) olması;

~ övrət sayılan (kişilər üçün göbəkdən diz qapağına qədər olan) yerlərin örtülü olması; və

~ xütbəni ayaqda oxumasıdır.

• Xütbənin sünnətləri də:

Xütbəni 2 qismə ayırmaq və bunlar arasında bir təsbih və ya 3 ayət oxunacaq qədər bir zaman oturmaqdır. Bu cəhətdən, buna, 2 xütbə deyilir. Bu 2 xütbədən hər biri, həmdi, kəlime-i şəhadəti, salat və salamı əhatə etməlidir.

- Birinci xütbə: bir ayətin oxunması ilə insanlara öyüd-nəsihət etməyi;

- İkinci xütbə də: müsəlmanlara duanı

əhatə etməlidir. Ayrıca, ikinci xütbədə, imamın səsi, birinci xütbədəkindən daha xəfif olmalıdır.

Bütün bunlar, xütbənin sünnətlərindəndir.

Hər 2 xütbəni uzatmamaq da, sünnətdəndir. Hətta xütbəni, "Hucurat" surəsilə "Buruc" surəsinə qədər olan surələrin hər hansı birindən uzunca oxumaq, xüsusilə qış mövsümlərində, məkruhdur.

Camaatı bezdirmək, münasib deyildir. Camaatın təcili görüləcək işləri ola bilər. Onları məsciddə çox saxlamaq, cümə namazlarına davamlı gəlmələrinə əngəl olacağından, yersiz bir iş sayılır. Xatib olan şəxs, bunları düşünməlidir. Sözlərinin sonu, əvvəlki sözləri unutduracaq və qiymətdən salacaq şəkildə, xütbəsi uzun olmamalıdır.

Xütbənin qısa və camaata faydalı bir tərzdə hazırlanması, xatibin əhliyyət və fəzilətinə dəlildir.

Beləcə, xütbələr, bəlağat və məna cəhətindən ruhları qazanacaq şəkildə olmalıdır.

Böyük səhabələrdən olan Cabir b. Səmurə (radiyallahu anh)'dan rəvayət edildiyinə görə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in namazı da, xütbəsi də, orta bir halda idi. Çox qısa və çox uzun olmaqdan bəri idi.

• Xatib, azan oxunub tamamlayıncaya qədər minbərdə oturar, sonra ayağa qalxar. Sonra gizlicə "əuzu..." söyləyərək, aşkar şəkildə həmd və səna edər. Xütbəsini camaata qarşı söyləyər.

Döyüşlə qazanılmış bir diyarda, xatib, sol əlində tutacağı bir qılınca söykənərək xütbəsini oxuyar. Bu hal, İslamın, İslam mücahidlərinin istinad etdiyi gücü xatırladır. Bunlar da, xütbənin sünnətlərindəndir.

Xatibin, xütbə sünnətlərinə riayət etməməsi və dünyalıq söhbətlər etməsi, məkruhdur.

-------------------------------------------

6. Cümə namazının bir diyarda və ya diyar hökmündə olan bir yerdə qılınmasıdır. Diyardan məqsəd:

~ valisi;

~ hakimi;

~ yolları; və

~ məhəllələri

olan hər hansı bir şəhərdir. Bu diyara bitişik olub, əsgər toplamaq, at bağlamaq, silah atmaq, cənazə namazı qılmaq, ölüləri dəfn etmək kimi diyarın ehtiyacları üçün hazırlanmış olan yerlər də, diyar hökmündədir. Bu yerlərə, "fina-i bəldə" deyilir.

Onun üçün bir şəhər məscidlərində cümə namazı qılına bilinəcəyi kimi, belə yerlərdə də qılına bilər.

Əvvəllər, şəhərlərin xaricində belə namaz qılma yerləri (Musalla) var idi. Xalq, cümə və bayram günlərində, orda toplanaraq namazlarını qılarlardı. Beləcə, bərabərliklərini, güclərini və haqqa olan bağlılıqlarını göstərməyə çalışarlardı. Elə ki, imam əbu Hənifəyə görə, bir diyarda, yalnız bir məsciddə və ya bir Musallada cümə namazı qılınar, bir neçə məsciddə qılınmaz.

Lakin imam Muhamməd və imam əbu Hənifə'dən digər bir rəvayətə görə, cümə namazı, bir diyarda olan bir çox məscidlərdə qılına bilər. Doğru olan da, budur. Tətbiqat da, belədir.

İmam əbu Yusuf'dan bir rəvayətə görə, şəhərdə ancaq 2 yerdə cümə namazı qılına bilər. Digər bir rəvayətə görə də, aralarında bir çay mövcud olmadıqca, 2 yerdə də cümə namazı qılınmaz.

Cümə namazının bir çox məsciddə qılınmasını caiz görməyənlərə görə, bir diyarda qılınan bir çox cümə namazlarından hansına daha əvvəl təkbir gətirilərək başlanmışsa, o namaz səhih olar, digərləri olmaz.

Belə bir ixtilafdan qurtula bilmək üçündür ki, cümənin 4 rükət son sünnətindən sonra, "zühr-i axir" adı ilə, 4 rükət namaz daha qılınmaqdadır. Belə ki:

"Vaxtına yetişib hələ üzərimdən düşməyən son zöhr namazına" deyə niyyət edilir və eynilə zöhr namazının 4 rükət fərzi və ya 4 rükət sünnəti kimi, 4 rükət namaz qılınır. Daha yaxşısı, sünnət namazı şəklində qılmaqdır. Çünki:

~ Cümə namazı səhih olmamışdırsa, bu 4 rükət ilə o günün zöhr namazı qılınmış olur. Bu namazın son 2 rükətinə əlavə edilən surə və ayətlər, fərzin sihhətinə zərər verməz.

~ Əgər cümə namazı səhih olmuşdursa, bu 4 rükət qəzaya qalmış bir zöhr namazı yerinə keçər. Qəzaya qalmış belə bir namaz olmayınca da, nafilə namaz olur.

Nəticə: Bu şəkildə namaz qılınması, ehtiyata uyğun olduğundan, alimlərin çoxu tərəfindən gözəl görülmüşdür. Şafii alimlərindən bir çoxları da, bunu uyğun görməkdədirlər. Çünki imam Şafi'yə görə də, bir diyarda ilk qılınmağa başlanan cümə namazı məqbuldur, digər cümə namazları səhih olmaz. O halda, cümə namazına daha sonra başlamış olanların, zöhr namazını qılmaları lazımdır.

Bununla bərabər, bu tətbiqat, bir ictihad məsələsi olduğundan, imam Şafi, Bağdad'da bir çox məsciddə, cümə namazının qılındığını gördüyü halda, buna etiraz etməmişdir.

------------------------------------------

Cümə namazı ilə bağlı bazı məsələlər:

197. Bir çox kəndlərdə cümə namazı qılınmasına əvvəldən bəri icazə verilmiş olduğundan, diyarlarda (şəhərlərdə) olduğu kimi, kəndlərdə də cümə namazı qılınaraq davam etmişdir.

198. Bir kəndli, cümə günü bir şəhərə gedib cümə namazı vaxtına qədər orda durmaq niyyətində olsa, özünə cümə namazı fərz olar. Lakin cümə vaxtından əvvəl şəhərdən çıxmağa niyyət edərsə, ona cümə namazı fərz olmaz. Səhih qəbul edilən bir görüşə görə, cümə vaxtının girməsindən sonra, şəhərdən çıxmağa niyyət edərsə, yenə cümə fərz olmaz.

199. Cümə günü zaval vaxtından (günəşin tam təpə nöqtəsində olduğu vaxtdan) sonra, cümə namazını qılmadan səfərə çıxmaq, məkruhdur. Zaval vaxtından əvvəl çıxmaq isə, məkruh deyildir.

200. Üzrlülər və məhbusların (həbsdə olanların) cümə günü şəhərdə zöhr namazını, cümə namazından əvvəl qılmaları məkruh olduğu kimi, cümə qılındıqdan sonra da, camaatla qılmaları, məkruhdur. Bunların zöhr namazlarını cümə namazı qılındıqdan sonra qılmaları, müstəhəbdir. Çünki o vaxta qədər üzrlərinin qalxa biləcəyi umulur.

201. Bir şəxs, cümə günü üzrü olmadığı halda, cümə namazını qılmadan zöhr namazını qılacaq olsa, bu namazı səhih olsa da, cümə namazını tərk etdiyindən dolayı, günaha girmiş olur. Lakin belə bir şəxs, daha sonra cümə namazını qılmaq üçün -daha cümə namazı qılınmadan- məscidə yönəlsə, qıldığı zöhr namazı nafilə namaz yerinə keçər. Cümə namazına istər çatsın, istər çatmasın; və istərsə niyyətindən dönsün və ya dönməsin. Bu etibarla, cümə namazına çata bilməzsə, o zöhr namazını yenindən qılması lazımdır.

2 imama görə, gedib cümə namazına başlamadıqca, qılmış olduğu zöhr namazı, batil olmaz.

202. Cümə üçün:

~ təkbir almaq;

~ yuyunmaq;

~ misvaq istifadə etmək;

~ gözəl və təmiz libaslar geyinmək;

~ xoş qoxular istifadə etmək,

müstəhəbdir. Minarədə azan oxununca da, başqa işlərlə məşğul olmayıb dərhal məscidə gedilməsi, vacibdir.

203. Cümə günü məscidə (cümə namazından) daha əvvəl getmək, 2 rükət "təhiyyətu'l-məscid" namazı qılmaq, Kəhf surəsini oxumaq və ya dinləmək, məndubdur.

204. Məscidə gedən kimsə, əgər xütbəyə başlanmamışsa, başqalarını narahat etməmək şərtilə:

~ xatibə yaxın yerə qədər gedə bilər;

~ deyilsə, tapdığı yerdə oturar;

~ Lakin yer tapa bilməz və ilərdəki cərgələrdə boşluq olarsa, zərurət gərəyi, bu boş yerlərdən birinə gedə bilər.

205. Xatib minbərə çıxdığında, camaatın dinləyib susması, salamlaşmaması, nafilə namaz qılmaması (Hənəfi məzhəbinə görə) gərəklidir. Elə ki, xütbədə Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in adı anılınca, camaatın "salat və salam" gətirmələri və dinləməklə kifayətlənmələri, daha fəzilətlidir. İmam əbu Yusuf'dan bir rəvayətə görə, bu halda, gizlicə salat və salam gətirilər.

206. Cümənin başlanılmış ilk sünnəti, xatibin minbərə çıxması halında, namazın vaciblərinə riayət edilərək, dərhal tamamlanmalıdır.

207. Cümə namazını, xütbə oxuyan şəxsin qıldırması, daha fəzilətlidir.

208. Cümə namazı hələ bitmədən, imama tabe olan kimsə, bu namazı tamamlayar. İmamı təşəhhüddə və ya səhv səcdəsində görsə, hökm, eynidir.

İmam Muhamməd'ə görə, ikinci rükətin rükusundan sonra gəlib imama tabe olan şəxs, cümə namazını deyil, zöhr namazını tamamlayar.

(Ömər Nasuhi Bilmən, "İslam Elmihalı")

----------------------------------------------------

Əlavələr:

• Məscidə girərkən və çıxarkən ediləcək dualar:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99scid%C9%99-gir%C9%99r...

• Məscidlər fiqhi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99scidl%C9%99r-fiqh#ove...

• Cümə günü kərahət vaxtında namaz:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cum%C9%99-gunu-k%C9%99rah%C9...

• Cümə xütbəsinin qısa tutulması:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cum%C9%99-xutb%C9%99sinin-qi...

• Cümə xütbəsi oxunarkən namaz qılmağın və danışmağın məkruhluğu:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cum%C9%99-xutb%C9%99si-oxuna...

• Cümənin ilk və son sünnətləri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cum%C9%99-namazinin-ilk-v%C9...

• Namazda imamlıq:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-imam-olmaq

• İqamə cümlələrinin 2-2 oxunması:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/iqam%C9%99-cuml%C9%99l%C9%99...

• Topuqları birləşdirmək:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-topuqlar-birl%C9%99s...

• Namaza niyyət:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namaza-nec%C9%99-niyy%C9%99t...

• Kişilərin, əllərini qulaqlara qədər qaldırması;

 Əllərin, yalnız ilk təkbirdə qaldırılması;

 Əlləri göbək altında bağlamaq:

https://archive.org/details/dord-dogru-rustm-mehdi/mode/1up

•  Namazda aminin gizli söylənməsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazda-aminin-gizli-soyl%C9...

• Səcdəyə gedərkən, ilk əvvəl dizlərin yerə qoyulacağı:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99cd%C9%99y%C9%99-ged%C...

• Səcdədən sonra oturmadan qalxmaq:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99cd%C9%99d%C9%99n-sonr...

• Təşəhhüddə, barmaqları oynatmaq:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99s%C9%99hhudd%C9%99-ba...

• Namazdan sonra dua etmək sünnəti:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazdan-sonra-dua-etm%C9%99...

• Namazdan sonra camaatla bərabər dua etmək bidəti:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/namazdan-sonra-camaatla-b%C9...

• Duadan sonra əlləri üzə sürtmək:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/duadan-sonra-%C9%99ll%C9%99r...

• Cüməni qıla bilməyənin, zöhrü camaatla bərabər qıla bilməyəcəyi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cum%C9%99ni-qila-bilm%C9%99y...

• Həbsxanada cümə namazı qılmaq:

https://salihiyye.com/2021/07/31/h%c9%99bsxanada-cum%c9%99-namazi/

• Cümə günü namaz vaxtında çalışmaq:

https://suallarlaislam.com/sual/cum%C9%99-namazi-vaxtinda-calismaq-alisv...

• Cüməni üzrsüz tərk edənin sədəqə verməsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cum%C9%99ni-uzrsuz-t%C9%99rk...

• Cümə gününün əməlləri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cum%C9%99-gununun-%C9%99m%C9...

• Cümə günü Kəhf surəsi oxumağın fəziləti:

https://suallarlaislam.com/sual/cum%C9%99-gunu-k%C9%99hf-sur%C9%99sini-o...

Read 362 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR