Namazda imam olmaq
Beşinci bab: İmamlıq
Bu bab:
1. Camaat;
2. İmamətə kimin daha çox haqq sahibi olduğu;
3. İmamlığı səhih olan və olmayan kimsələr;
4. İmama tabe olmağın sihhətinə mane olan və olmayan şeylər;
5. İmamın və ona tabe olan kimsələrin dayanacaqları yerlər;
6. İmama tabe olunacaq və tabe olunmayacaq yerlər;
7. Məsbuq və lahiq
olmaq üzərə, 7 fəsildən ibarətdir.
------------------------------
Birinci fəsil: Camaat
• Camaat, müəkkəd sünnətdir. "Mutun", "Xülasə", "Muhit" və Səraxsi'nin "Muhit"ində də belədir.
"əl-Ğayə"də: "Şeyxlərimizin ümumu, 'Camaat, vacibdir.' dedilər." deyilmişdir.
• "Mufid"də və onun təsmiyyə'sində: "Camaat, sünnətlə vacib olduğu üçün sünnətdir." deyilmişdir.
• "Bədai"də: "Camaat, ağıllı, büluğ yaşına gəlmiş, camaatla namaz qılmağa -zəhmətsiz- gücü çatan kişilər üzərinə, vacibdir." deyilmişdir.
Bir kimsə, camaata çata bilmədiyi vaxt, başqa bir məscid axtarması lazım gəlməz. Bu xüsusda, ixtilaf yoxdur. Ancaq, camaatla namaz qılmaq üçün, başqa bir məscidə getmək, daha gözəldir.
Camaata çata bilməyən kimsənin, namazı, öz qövmünün -məhəlləsinin- məscidində qılması, ən gözəlidir.
"Quduri": "Camaata çata bilməyən kimsə, əhlini toplayıb, namazı onlarla bərabər qılar." demişdir.
• "Şəmsu'l-əimmə" də: "Zamanımızda əvla olan, kişinin, qövmünün məscidinə girmədiyi vaxt, ailə fərdləri ilə camaat olması; əgər girərsə, namazını orda qılmasıdır." demişdir.
• Camaat, -bəzi- üzrlərlə düşər:
Xəstəyə, şikəstə, xroniki xəstəliyi olana, əli çarpazvari kəsilmiş olana, ayağı kəsilmiş olana, yeriməyə gücü çatmayana, aciz olan yaşlıya və əbu Hənifə nəzdində, kor olana, camaat vacib olmaz.
• Səhih qövlə görə, camaat, yağış, palçaq, şiddətli soyuq və çox qaranlıq səbəbilə də düşər. "Təbyin"də də belədir.
• Qaranlıq gecədə, əsən külək səbəbilə də, camaata gedilməyə bilər. Lakin, gündüz əsən külək, üzr deyildir.
Bir kimsənin, böyük və kiçik tualet ehtiyacının və ya bunlardan birinin gəlməsi; camaatla namaz qılmağa çıxarsa, borclu olduğu kimsənin özünü həbs etmək təhlükəsi; səfərə çıxması; səfərdə namaz qılıncaya qədər qrupun itəcəyindən qorxması; xəstə olan bir kimsəyə baxmaqda olması; malının itəcəyindən qorxması; yemək hazır olub nəfsinin onu arzu etməsi; yemək vaxtının xaricində də, hazır olan yeməyi nəfsinin istəməsi; camaata getməyi salar. "Siracu'l-Vəhhac"da da belədir.
• Müəyyən bir imamı və müəyyən bir camaatı olan bir məhəllə məscidində, camaatla namaz qıldıqdan sonra, ikinci dəfə azan oxuyaraq orda təkrar camaatla namaz qılmaq, mübah olmaz. Lakin, azan oxumadan camaatla namaz qılmaq, icmaən mübahdır. Bu mövzuda, yol üzərindəki məscidin hökmü də, eynidir. "Şərhu'l-Məcmu"da da belədir.
• Camaat ola bilmək üçün, 2 nəfərin bir arada olması lazımdır. İkinci nəfər, ağıllı bir uşaq da ola bilər. "Siraciyyə"də də belədir.
• Bir topluluğun, bir-birilərini çağıraraq, bir araya gəlib, nafilə bir namazı camaatla qılmaları, məkruhdur.
Sadru'ş-Şəhid'in, "əl-Asl" kitabında: "Məhəllə məscidində, azansız və iqaməsiz camaatla nafilə namaz qılmaq, məkruh olmaz." deyilmişdir.
Şəmsu'l-əimmə əl-Halvani isə: "...imamdan başqa 3 nəfər olarsa, ittifaqla məkruh olmaz." demişdir.
Lakin, 4 nəfərin nafiləni camaatla qılmaları, əsahh (ən doğru) olan qövlə görə, məkruhdur. "Xülasə"də də belədir.
----------------------------------------
İkinci fəsil: İmamətə kimin daha çox haqq sahibi olduğu
• Namazla bağlı hökmləri ən yaxşı bilən kimsənin imam olması, daha əvladır. "Mudmarat"da da belədir. Zahir (rəvayət) də, budur. "Bahru'r-Raiq"də də belədir. Bu (hökm), əgər, sünnətdə, Qurandan oxunması gərəkdiyi qədərini bilməsi (halındadır). "Təbyin"də də belədir. Və bu kimsə, dindən (əməlindəki nöqsanlıqdan dolayı), tən olunmaz. "Kifayə"də və "Nihayə"də də belədir.
• İmam olan kimsə, -başqaları haramdan daha çox çəkinirsə- zahiri pis əməllərdən çəkinməlidir. "Muhit" və "Zahidi"də də belədir.
• Bir kimsənin, namazla bağlı hökmlərdə dərin elmi olar, lakin, başqa elmlərdən elmi az olarsa; bu kimsə, -başqa sahədə daha çox elmi olan kimsələrə görə- imamlığa, daha əvladır; daha layiqdir. "Xülasə"də də belədir.
• Elmdə bərabər olan kimsələr arasında imamlığa daha əhil olan, qiraət (Quran oxumaq) elmini daha yaxşı bilən və daha gözəl Quran oxuyan kimsədir. Bu kimsə, Quran oxumaq əsnasında, dayanılacaq yerdə dayanar; keçiləcək yerdə keçər; kəlimələrin şəddəsini, təxfifini və qiraətlə bağlı digər xüsusları bilər. "Kifayə"də də belədir.
• İmam olacaq kimsələr, qiraət xüsusunda da bərabər olarlarsa, aralarında, haramdan ən çox çəkinən kimsə imam olar. Bunda da bərabərdirlərsə, ən yaşlı olanları imam olar. "Hidayə"də də belədir.
• İmam olacaq kimsələr, bu xüsuslarda da bərabərdirlərsə, əxlaqı ən gözəl olan hansıdırsa, o, imam olar. Bunda da bərabərdirlərsə, üzü gözəl (aydın, nurlu) olan imam olar. İmam olacaq kimsələr, bu xüsuslarda da bərabərdirlərsə, daha çox gecə namazı -qılmış- olanlar, imam olarlar. "Kafi"də də belədir. Bu xüsusda da bərabərlik varsa, nəsəb yönündən daha şərəfli olan imam olar. "Fəthu'l-Qadir"də də belədir.
• Ən mükəmməl imam, ən fəzilətli kimsədir. Çünki, məqsud (qəsd olunan), camaatın çox olması və imam olan kimsəyə insanların çoxunun rəğbət etməsidir. "Təbyin"də də belədir.
• Yuxarıda saydığımız vəsflərin hamısı da, 2 nəfərdə bərabər olaraq mövcud olsa, hansının imamlıq edəcəyi, püşk ilə təsbit edilər; və ya imam, camaat tərəfindən seçilər. "Xülasə"də də belədir.
• Ziyafət verilən bir evdəki camaata, ev sahibinin imamlıq etməsi, daha uyğundur. Ancaq, burda, sultan və ya qadı (məhkəmə hakimi) varsa, onlar imam olarlar.
Hökmdar varsa, onun və ya ev sahibinin, qonaqlarından hər hansı birini imamlıq üçün iləri keçirmiş olmaları halında, bu kimsənin təkbir gətirib namaza başlaması, əfdaldır. Qonaqlarından birinin, öz başına iləri keçib namaz qıldırması da, caizdir.
• Bir evdə, o evdə oturan kirayəşin, o evin sahibi və qonaq olan şəxslər mövcuddursa, imamlıq üçün icazə verməyə və özündən icazə alınmağa haqq sahibi olan, -o evdə oturan- kirayəşindir. "Tatarxaniyyə"də də belədir.
Yenə, borc alanın imaməti, borc verənə görə əvladır. "Siracu'l-Vəhhac"da da belədir.
• Məhəllənin imamından daha əhil bir kimsə, o məhəllənin məscidinə girmiş olsa, məhəllə imamının -namaz qıldırması- digər kimsənin qıldırmasından əvladır. "Qunyə"də də belədir.
• Lal bir kəs, digər lallara imamlıq etsə, hamısının da namazları caiz olar.
• Alimlərimiz: "Bəzi yerlərdə, ümminin imamlığı, caiz deyildir." demişlərdir.
• Şeyxu'l-İslam, "Kitabu's-Salat şərhi"ndə: "Lal ilə ümmi (oxuma-yazması olmayan) bir arada olduqları vaxtda, namaz qılmaq istəsələr, ümminin imamlıq etməsi, daha uyğundur. Bu halda, ikisinin də namazlarının caiz olduğu xüsusunda, ixtilaf yoxdur." demişdir. "Tatarxaniyyə"də də belədir.
• "Munyətu'l-Musalli"də: "Cünubluqdan təyəmmüm etmiş olan kimsənin imamlığı, hədəsdən (dəstəmazlıqdan) təyəmmüm etmiş olan kimsənin imamlığından daha əvladır." deyilmişdir. "Nəhru'l-Faiq"də də belədir.
Məscidin xaricində, bir topluluq; içində də bir topluluq oturmaqda ikən; müəzzin iqamə gətirsə və bunun üzərinə, xaricdəki camaatdan biri qalxıb imam olar; eyni şəkildə, içəridəki topluluqdan da biri qalxıb imam olar və namaz qıldırmağa başlayarsa, namaza əvvəl başlayana tabe olub namaz qılmaqda kərahət yoxdur. "Xülasə"də də belədir.
• Fiqh (yəni, fiqhi məlumatı) və salehlik cəhətindən eyni, lakin Quran oxumaq cəhətindən, biri digərindən daha üstün olan 2 nəfərdən yaxşı oxuya bilməyəni camaatın imamlığa keçirməsi, doğru deyildir. Şübhəsiz ki, belə edən camaat, bir pislik etmiş olar.
Camaatın bir qismi, yaxşı oxuyanı; digər qismi də, digərini seçərsə, bu halda, seçənlərin sayının çox olduğu tərəfə etibar edilir. "Siracu'l-Vəhhac"da da belədir.
• Bir məhəllədə imamlıq etməyə əlverişli, sadəcə bir nəfər olsa, mütləq onun imam olması lazım gəlməz. O kimsə, bu məhəllənin imamlığını tərk etməklə də, günahkar olmaz. "Qunyə"də də belədir.
----------------------------------------
Üçüncü fəsil: Başqasına imam olması caiz olan və olmayan kimsələr
• Mərğinani: "Həva və bidət sahibi olan kimsənin arxasında namaz qılmaq, caizdir.
~ Rafizi'nin;
~ Cehmi'nin;
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cehmiyy%C9%99-firq%C9%99si-h...
~ Qədəri'nin;
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/murci%C9%99-v%C9%99-q%C9%99d...
~ Müşəbbihə'nin; və
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mus%C9%99bbih%C9%99-kimdir-1
~ Quranı məxluq görənlərin
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/quran-m%C9%99xluqdurmu
arxasında namaz qılmaq, caiz deyildir.
Əgər həva və bidət sahibi olan kimsə, bu hallarından dolayı kafir olmursa, arxasında namaz qılmaq, kərahətlə caiz olar; əks təqdirdə, caiz olmaz." demişdir. "Təbyin" və "Xülasə"də də belədir. Səhih olan da, budur. "Bədai"də də belədir.
• Miracı inkar edən kimsəyə baxılar:
~ Əgər o kimsə, isranı, yəni, Məscidu'l-Haram'dan Məscidu'l-Aqsa'ya qədər olan bölməni inkar edirsə, kafir olar;
~ Məscidu'l-Aqsa'dan sonrasını (yəni, Peyğəmbərin, göylərə qaldırılmasını) inkar edirsə, kafir olmaz.
Bidət sahibinin və ya fasiqin arxasında namaz qılan kimsə, camaat savabını alar. Lakin, bu savab, müttəqi bir kimsənin arxasında qılınan namazın savabı qədər olmaz. "Xülasə"də də belədir.
• Şafi məzhəbindən olan bir imama tabe olmaq, şübhəsiz ki, səhihdir. Ancaq, -arxasında, Hənəfi məzhəbindən olan bir kimsənin namaz qılma ehtimalı olan- Şafi bir imam, ixtilaflı yerlərdən çəkinməlidir. Məsələn:
~ Bir yerindən qan çıxınca, dəstəmaz almalı;
~ Qiblə istiqamətindən çox dönməməli; və
bunlar kimi digər ixtilaflı xüsuslara diqqət etməlidir. "Nihayə"də və "Kifayə"nin "Vitr babı"nda da belədir.
• Namaz qılan kimsənin, qərbə tərəf yönəlməsi, fahiş xətadır. "Fətəva Qadıxan"da da belədir.
• Özünə, Hənəfi məzhəbindən bir kimsənin tabe olmaqda olduğu Şafi bir imam,
~ inancında (əməlində) mütəəssib, şübhəçi olmamalı;
~ az və durğun olan bir sudan dəstəmaz almış olmamalı;
~ paltarına bulaşmış məni'ni -əgər yaşdırsa- yumuş; qurudursa, ovalamış olmalı;
~ vitrin arasını ayırmamalı;
~ keçmiş namazların qəzasında, tərtibə/sıraya riayət etməli;
~ başının 1/4-ini məsh etməli; və
bənzəri xüsuslara riayət etməlidir. "Nihayə"də və "Kifayə"nin "Vitr" babında da belədir.
• Bu haldakı Şafi bir imam, içinə nəcis düşmüş az bir suda, dəstəmaz almaz. "Fətəva Qadıxan"da da belədir.
• Bu imam, istifadə edilmiş su ilə də dəstəmaz almaz. "Siraciyyə"də də belədir.
• imam Timurtaşi'nin zikr etdiyinə görə, şeyxu'l-İslam Xahərzadə: "Əslində, bu imamın, bu kimi hallarını bilməyən kimsənin, bu imama tabe olması, caizdir; lakin, məkruhdur." demişdir. "Kifayə"də və "Nihayə"də də belədir.
• -Şafi bir- imama tabe olan -Hənəfi bir kimsə, imamın- Şafi məzhəbinə görə namazını ifsad edən bir halını bilsə və lakin imam, bu halı bilməməkdə olsa, alimlərin qövllərinə görə, namazı, caiz olar; bəziləri isə, "caiz olmaz" demişlərdir. Səhih olan isə, birinci qövldür. Məsələn: Şafi imamın qadına toxunması; cinsiyyət orqanına toxunması və bənzər hallar kimi...
Bu halda, muqtədi (imama tabe olan kimsənin) görüşü, (rəyi, məzhəbi) imamın namazının caiz olduğu şəklindədirsə, öz görüşünə (məzhəbinə) etibar olunur və o kimsənin namazının, caiz olduğunu söyləmək lazımdır. "Təbyin"də də belədir.
• Fadli: "imam əbu Yusuf və imam Muhamməd'in görüşlərinə görə, Hənəfi məzhəbindən olan bir kimsənin, vitr namazında da Şafi bir imama tabe olması, səhihdir." demişdir. "Xülasə"də də belədir.
• imam əbu Hənifə və imam Yusuf'a görə, təyəmmümlə namaz qılan kimsənin, dəstəmaz almış olan kimsəyə imam olması, caizdir. "Hidayə"də də belədir.
• Şeyxu'l-İslam: "Bu hal, dəstəmazlı olaraq namaz qılan kimsələrin yanında, su mövcud olmadığı vaxtdır. Əgər dəstəmaz alan kimsələrin yanında su varsa, bu halda, təyəmmümlü olan kimsənin imamlığı, caiz olmaz." demişdir. "Nihayə"də də belədir.
• Cənazə namazında, dəstəmazı olan kimsənin, təyəmmümlü olan imama tabe olmasında, ixtilaf yoxdur. "Xülasə"də də belədir.
• Üzrlü bir kimsənin, üzrlü digər bir kimsəyə tabe olması, üzrləri eyni olduğu təqdirdə, caizdir. Üzrləri eyni deyildirsə, caiz deyildir. "Təbyin"də də belədir.
• Özündən qaz çıxan, idrarını tuta bilməyən kimsələrin arxasında namaz qılmaq, caiz deyildir. "Bahru'r-Raiq"də də belədir.
• İdrarını tuta bilməyən bir kimsə, həm qaz buraxan, həm də yarası olan bir kimsəyə tabe ola bilməz. Çünki, bu halda, muqtədinin üzrü, bir; imamın üzrü isə, ikidir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Təmiz olan bir kimsə, idrarını tuta bilməyən kimsəyə tabe ola bilməz. Təmiz qadınlar da, özündən istihazə qanı gələn qadınlara tabe ola bilməzlər. Bu hökm, hədəsin dəstəmaza yaxın olduğu vaxtdadır. "Zahidi"də də belədir.
• Dəstəmaz alarkən ayaqlarını yumuş bir kimsə, məstləri üzərinə məsh etmiş olan kimsəyə və ya yarası üzərinə məsh etmiş olan kimsəyə tabe ola bilər. Yenə, neştərlə qan aldırmış olan kimsəyə, sağlam kimsələr, -qanın çıxmasından əmindirlərsə- tabe ola bilərlər.
• Heyvanına minmiş olan bir kimsə, özü kimi heyvanlarına minmiş olan və yaxınında olan kimsələrə, imam ola bilərlər; bunlar, namazlarını, ima ilə qılarlar. Çılpaq olan bir kimsə də, çılpaq olan digər kimsələrə imamlıq edə bilər. "Xülasə"də də belədir.
• Əfdal olan isə, çılpaqların, tək-tək və bir-birilərinə uzaq yerlərdə oturub, namazı, ima ilə qılmalarıdır. Bunlar, əgər camaatla namaz qılacaqlarsa, qadınlar kimi -imam, aralarında dayanar. "Cəvhərətu'n-Nəyyirə"də də belədir. Bu halda, imamın, camaatın qarşısında durması da, caizdir. "Nihayə"də də belədir.
• Çılpaqların camaatla namaz qılmaları, məkruhdur. "Cəvhərətu'n-Nəyyirə"də və "Siracu'l-Vəhhac"da da belədir.
• Ayaqda dayanaraq namaz qılan kimsənin, oturduğu yerdə, ruku və səcdəli namaz qılan bir kimsəyə tabe olması, caizdir.
Ruku və səcdə ilə namaz qılan kimsələr, ima (namazda, ruku və səcdə yerinə, başla işarət) ilə namaz qılan kimsəyə tabe olmazlar. "Fətəva Qadıxan"da da belədir.
• Oturan kimsənin imamlığı olduğu kimi; donqarın da ayaqda imamlıq etməsi, caizdir. "Zəxirə" və "Tatarxaniyyə"də də belədir.
• Donqarın, ayaqda durmaq halı ilə ruku halı fərqlidirsə, imaməti, ittifaqla caizdir. Bu iki halı arasında fərq yoxdursa, imam əbu Hənifə və imam Yusuf'a görə, yenə namazı caizdir. Alimlərin əksəriyyəti, bu qövlü götürmüşlərdir. Bu qövlə, imam Muhamməd, müxalifdir. "Kifayə"də də belədir.
• Ayağı axsaq olan imamın, ayağının bir qisminə basıb ayaqda dayanaraq imamlıq etməsi, caizdir. Lakin, bu halda, sağlam olan bir kimsənin imamlıq etməsi, əvladır. "Təbyin"də də belədir.
• Nafilə namaz qılmaqda olan bir kimsə, fərz namaz qılanın arxasında qıla bilər. "Hidayə"də də belədir. Ancaq, bu kimsə, son 2 rükətdə, Quran oxumaz. "Camiu'l-Cəvami"dən nəqlən "Tatarxaniyyə"də də belədir.
• Fərz qılan bir kimsəyə tabe olub nafilə namaz qılmaqda olan kimsə, namazını pozsa, sonra yenə o şəxsə tabe olaraq pozduğu namazın qəzasına niyyət etsə, bizə görə, bu qəzası, caizdir. "Kafi"də də belədir.
• Dəliyə və sərxoşa tabe olmaq, caiz olmaz. Dəlilik keçirib sonra da sağalan kimsəyə, bu sağlam vaxtında tabe olmaq, caizdir. "Fətəva Qadıxan"da da belədir.
• Fəqih, zahir rəvayətlərdə: "Dəlilikdən qurtulmuş olan kimsənin, bilinən bir zamanda sağalmış olması ilə başqa bir zamanda sağalmış olması arasında, bir fərq yoxdur. Sağalmış olduğu vaxtda, sağlam kimsə halındadır. Biz də, bu görüşü götürürük." demişdir. "Tatarxaniyyə"də də belədir.
• Muqim'in səfəriyə, vaxtın içində olsun, xaricində olsun, tabe olması, caizdir.
Səfərinin muqimə tabe olması isə, vaxtın içində olarsa, caizdir; xaricində olarsa, caiz olmaz.
• Muqim, əsr namazının 2 rükətini qılınca günəş batsa və bu sırada bir səfəri gəlib ona tabe olmuş olsa, bu səfərinin, o muqimə tabe olması, səhih olmaz.
• Zöhr namazının 2 rükətini qılan kimsənin, zöhrdən əvvəl 4 rükət qılan kimsəyə tabe olması, caizdir. "Xülasə"də də belədir.
• A'rabi (çöldə yaşayan bədəvi ərəb)'in, korun, nökərin, zinadan doğulanın, fasiqin imamlığı, caizdir. "Xülasə"də də belədir. Ancaq, belə kimsələrin imamlıq etmələri, məkruhdur. "Mutun"da da belədir.
• Qadına da imamlıq etməyə niyyət etməsi halında, kişinin, qadına imamlığı, caizdir. Ancaq, imamın, xəlvətdə (qadınla tək başına qapalı bir yerdə) olmaması lazımdır. Lakin, imam, xəlvətdə olub, özünə tabe olan qadınların hamısına və ya bir qisminə məhrəmdirsə, bu halda, bu şəxsin imamlığı, yenə caizdir; lakin, məkruhdur. "Tahavi şərhi"ndən nəqlən, "Nihayə"də də belədir.
• Qadınların, cümə namazında, -imam, qadınlara imam olmağa niyyət etməmiş olsa belə- kişiyə tabe olması, caizdir. Bayram namazları üçün də, hökm, eynidir. Səhih olan da, budur. "Xülasə"də də belədir.
• Kişinin qadına tabe olması, caiz deyildir. "Hidayə"də də belədir.
• Qadının, qadınlara, fərz olsun, nafilə olsun, bütün namazlarda imam olması, məkruhdur. Cənazə namazı, bu hökmdən müstəsnadır. "Nihayə"də də belədir.
• Əgər qadın, imam olarsa, özünə tabe olan qadınların ortalarında dayanar. Əslində, belə bir şəkildə, yəni ortalarında dayanması da, kərahəti qaldırmaz. Bu halda, imam olan qadın iləri keçsə belə, namazları pozulmaz. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Qadınların tək-tək namaz qılmaları, daha əfdaldır. "Xülasə"də də belədir.
• Müşkil xunsə'nin (haşiyə), qadınların qarşısına keçməsi halında imamlığı, caizdir. Müşkil xunsə, qadınların arasında dayanar və imam da kişi olarsa, -xunsənin kişi olma ehtimalı olduğu üçün- namazı pozular. Səraxsi'nin "Muhit"ində də belədir.
• Xunsə'nin kişilərə imam olması, caiz deyildir.
-------------------------------
(Haşiyə:
Fiqhdə, "xunsə" məsələsi, 2 qrupa ayrılaraq ələ alınmışdır. Belə ki:
~ Birincisi: Kişiliklə qadınlıq əlamətlərinə bərabər sahib olmaqla bərabər, biri, digərinə qalib olan, yəni, kişi və ya qadın olduğuna, asanlıqla hökm edilən "qeyr-i müşkil xunsə" olaraq adlandırılan kimsədir. Bunlar haqqında, müəyyən olan cinsin hökmləri tətbiq edilir.
~ İkincisi isə: Hansı cinsdən olduğuna, asanlıqla hökm edilə bilməyəcək tərzdə, kişilik və qadınlıq orqanına bədabər sahib olan və ya bu orqanlardan heç birini daşımayan kimsə olub, buna da, "müşkil xunsə" deyilir. "Xunsə" deyilincə, ümumiyyətlə, bu ikinci qrupa girən kimsələr qəsd edilir. Bunların "müşkil" olaraq vəsf edilməsi də, cinsiyyətini və dolayısı ilə haqlarında tətbiq ediləcək hökmü müəyyənləşdirməyin çətinliyini ifadə üçündür.)
-------------------------------
• Murahiq (büluğ yaşına, yəni 12 yaşına girib, baliğ olmayan oğlan uşağı)'nın, özü kimi uşaqlara imamlığı, caizdir. "Xülasə"də də belədir.
• Bəlx imamlarının qövlünə görə, uşaqlara, təravih namazında və mütləq sünnətlərdə tabe olmaq, səhihdir. "Fətəva Qadıxan"da da belədir.
• Muxtar olan qövl, uşaqların, bütün namazlarda imamlıqlarının caiz olmamasıdır. "Hidayə"də də belədir. Səhih olan da, budur. "Muhit"də də belədir. Ümumun qövlü də, budur. Zahiru'r-rivayə də, budur. "Bahru'r-Raiq"də də belədir.
• Oxuya bilən bir kimsəyə tabe olma imkanı olan dilsizin, tək başına qıldığı namazı da, caizdir. "Tatarxaniyyə"də də belədir.
• Ümmi'nin, digər ümmilərə imamlığı, caizdir. "Siraciyyə"də də belədir.
• Bir ümmi, ümmi olanlarla gözəl Quran oxuya bilənlərə imam olmuş olsa, imam əbu Hənifə'yə görə, hamısının namazı da, fasid olar. Digər imamlar isə: "Sadəcə, qarinin (Quran oxuyanın) namazı fasid olar." demişlərdir. "Məcmau'l-Bəhreyn şərhi"ndə də belədir.
• "Ümmi, namaza başladıqdan sonra, Quran oxuya bilən bir kimsə gəlsə, ümminin namazı, pozular." deyilmişdir. Kərxi isə: "Bu halda, ümminin namazı pozulmaz." demişdir.
Gözəl Quran oxuya bilən bir kimsə var ikən, ümminin, ona tabe olmadan namaz qılması xüsusunda, ixtilaf vardır. Əsahh (ən doğru) olan qövl isə, o ümminin namazının, caiz olmamasıdır.
• Məscidin qapısında və ya yanında, gözəl Quran oxuya bilən biri var ikən, bir ümminin tək başına məscidin içində namaz qılması, caizdir və bu xüsusda, ixtilaf yoxdur.
Gözəl Quran oxuyan kimsə ilə ümminin qılmaqda olduqları namaz, başqa-başqa namazlardırsa, ümminin, tək başına namaz qılması, caizdir. Bu halda, ümmi, gözəl Quran oxuyanın bitirməsini gözləməz. Bu xüsusda, ittifaq vardır.
• İmam Timurtaşi: "Gecə-gündüz çalışaraq, namazı caiz olacaq miqdarda Quran oxumağı öyrənməsi, ümmi üçün vacibdir. Ümmi, qiraətdə qüsur edərsə, Allah nəzdində məzur sayılmaz." demişdir. "Nihayə"də də belədir.
• Quran oxuya bilən kimsənin, ümmiyə və dilsizə tabe olması, caiz olmaz. Ümminin, dilsizə tabe olması da, caiz deyildir.
Paltarlı bir kimsənin, çılpaq bir kimsəyə tabe olması da, caiz deyildir.
İmama sonradan qatılan bir kimsənin, çata bilmədiyi rükətləri tamamlamaq üzərə qalxdığı vaxt, özü kimi olanlara tabe olması, caiz deyildir. "Fətəva Qadıxan"da da belədir.
• Lahiq (imama tabe olduqdan sonra, bəzi səbəblərlə ondan ayrılan və sonra yenə ona tabe olan kimsə), bir başqa lahiqə; bir minik üzərində olmayan, minik üzərində olana tabe ola bilməz. "Xülasə"də də belədir.
• Zöhrü qılan, əsri qılana; bu günün zöhrünü qılan, dünənin zöhrünü qılana; cüməni qılan, zöhrü qılana; və bu saydıqlarımızın əksini edənlər, bir-birilərinə tabe ola bilməzlər.
Fərz qılan, nafilə qılana; nəzr edən, nəzr edənə tabe olmaz. Yalnız, bir-birinə tabe olmağı nəzr edənlər, tabe ola bilərlər və bu hal, səhih olar.
Qılmaqda olduğu nafilə namazı pozan bir kimsə, nafiləsini pozan digər bir kimsəyə tabe ola bilməz. Ancaq, eyni nafiləni pozmuş olar və sonra da biri digərinə tabe olmuş olarsa, bu, caiz və səhih olar.
And içən, and içənə tabe ola bilər. Nəzr edən, and içənə tabe ola bilməz. Ancaq and içən, nəzr edənə tabe ola bilər. Səraxsi'nin "Muhit"ində də belədir.
• Çılpaq bir kimsə, çılpaq və paltarlı kimsələrə imam olduğu vaxt, çılpaq imam və çılpaq camaatın namazları, caizdir; paltarlıların namazları isə, caiz deyildir. Bu, icma ilə belədir. "Xülasə"də də belədir.
• Paltarında nəcasət olduğu halda, onu yumağa üzrü olan səhih (sağlam) bir kimsənin, davamlı üzrü olan bir kimsəyə tabe olması, caiz deyildir. "Tatarxaniyyə"də də belədir.
• Pəltəyin (bəzi hərfləri oxuya bilməyənin) imamlığı, caiz olmaz. Ancaq, özü kimi pəltəklərə imamlıq etməsi, caizdir.
Pəltəyin oxuya bilmədiyi hərfləri oxuya bilən bir kimsə olarsa, imam olan pəltəyin də, digərlərinin də namazı ifsad olar. (Qiraətdə) yerinin xaricində və yerində dayana bilməyənin də imamlıq etməsi lazım gəlməz.
• Namazda çox öskürən; təmtəmə edən (dilini, tə hərfinə öyrədib tə, tə, tə...deyən); və ya fə'fəə edən (fə, fə, fə deyən...) kimsələr, imamlıq edə bilməzlər.
Hərflərin bəzilərini çətinliklə çıxara bilən bir kimsə, əgər təmtəmə'si və fə'fəə'si yoxdursa və çətinlik çəkdiyi hərfləri də çıxara bilirsə, o kimsənin imam olmasında, kərahət yoxdur. "Muhit"in "Zəllətu'l-Qari" bölməsində də belədir.
• Qari (Quran oxuyan kimsə), ümmiyə tabe olduğu vaxt, namaza başlamış olmaz. Ancaq, qıldığı namaz nafilə bir namaz olarsa, qəzası lazım gəlməz. Səhih olan, budur.
Ümmiyə tabe olmaqla namazı pozulan kimsənin (halı) ilə; bir kişinin, qadına, uşağa, dəstəmazsıza, cünub şəxsə tabe olması ilə namazının pozulması (halı), eynidir.
Bu məsələdə əsl olan: İmamın halı, muqtədinin halı kimi və ya ondan daha üstündürsə, hamısının da namazı, caizdir. Ancaq, imamın halı, muqtədinin halından aşağıdırsa, bu halda, imamın namazı, caizdir; lakin, camaatın namazı, caiz deyildir. "Muhit"də də belədir.
Ancaq, imam, ümmi; muqtədi, qaridirsə; və ya imam, dilsiz; muqtədi, ümmidirsə, bu halda, imamın da namazı, səhih olmaz. "Fətəva Qadıxan"da da belədir.
• Fəqih əbu Abdullah əl-Cürcani: "...Bu halda ancaq, ümminin və dilsizin namazları, əbu Hənifə'yə görə pozulur. Digər 2 imamımızın qövllərinə görə isə, ümmi, əgər arxasında qarinin olduğunu bilərsə, namazı pozular; lakin, bu halı bilməzsə, namazı, səhihdir." demişdir.
Zahiru'r-rivayə'də isə: "...bilmə halı ilə bilməmə halı arasında, bir fərq yoxdur." deyilmişdir. "Nihayə"də də belədir.
• 2 nəfər, bir-birinə imam olmaq niyyətilə, eyni anda namaza başlasalar, ikisinin namazları da, caiz olar. Ancaq, namaza, bir-birinə tabe olmaq niyyət ilə başlayarsa, ikisinin də namazı, fasid olar. Səraxsi'nin "Muhit"ində də belədir.
• Üzərində, paltarı ilə örtülmüş şəkil olan bir kişinin, başqa kimsələrə imam olmasında, bir beis yoxdur.
Yenə, barmağındakı üzükdə; və ya cibindəki pulda, kiçik şəkil olan kimsənin, bu şəkillərlə namaz qılmasında da bir beis yoxdur. Çünki bunlar, kiçik şəkillərdir. "Fətəva Qadıxan"da da belədir.
• Öz məhəlləsinə imam ola biləcək bir kimsə, başqa bir məhəlləyə imam olsa, o kimsənin, ramazanda, işanın vaxtı girmədən əvvəl, imam olduğu məhəlləyə getməsi, uyğun olar.
İşanın vaxtı girdikdən sonra, imam olduğu məhəlləyə getmiş olması, məkruhdur. "Xülasə"də də belədir.
• Fasiq bir kimsə, cümədə imam olsa, camaatın ona mane olmağa gücü çatmasa, bəzilərinin qövlünə görə, cümədə ona tabe olmaq -və onun səbəbilə- cüməni tərk etməmək lazımdır. Cümə namazından başqa namazlarda, ona tabe olmayıb, başqa bir məscidə getməyə cəvaz vardır. "Zahiriyyə"də də belədir.
• Bir kimsə, özündən razı olmayan bir camaata imam olsa, əgər bu narazılıq, imamın fəsadından və ya özündən daha əvla bir imamın mövcudluğu səbəbindən qaynaqlanırsa, o kimsənin, -bu camaata- imamlıq etməsi, məkruhdur. Lakin, eyni imam, imamlığa daha layiqdirsə, -imamlığı- məkruh olmaz. "Muhit"də də belədir.
• İmamın, namazı uzatması, məkruhdur. "Təbyin"də də belədir.
• İmamın, sünnət olan miqdardan çox namazı uzatmaması və camaatın halına riayət etməsi, münasibdir. "Cəvhərətu'n-Nəyyirə"də də belədir.
• Bir qövmə, 1 aylığına imam olan bir kimsə, bu müddət bitdikdən sonra: "Mən, məcusi idim." desə, o kimsənin sözü, qəbul edilməz; müsəlman olmağa məcbur edilər və o, şiddətli bir zərbə ilə vurular. O qövmün qılmış olduğu namazlar isə, caizdir.
Yenə, bir kimsə: "Mən, sizə, uzun müddət, dəstəmazsız namaz qıldırdım." desə, o kimsənin də sözü, qəbul edilməz. O kimsənin dəli olması və vərasından söyləmiş olması, möhtəməldir. O adamın arxasında namaz qılmış olanlar, ehtiyat gərəyi, bu namazları yenidən qılarlar.
Yenə, bu imam: "...paltarımda nəcis var idi..." desə, yenə, yuxarıdakı kimi davranılar. "Xülasə"də də belədir.
-------------------------------------------
Dördüncü fəsil: İqtida (imama namazda tabe olmağ)'ın sihhətinə mane olan və olmayan hallar:
Bir kimsəni, iqtidadan bu 3 şey əngəlləyər:
1. Yük daşıyan heyvanların və arabaların keçdiyi ümuma aid yol. "Tahavi"də də belədir.
• İmam ilə muqtədi (namazda imama tabe olan kimsə) arasında bir yol olar; və əgər bu yol, dar olar və araba və ya yüklü heyvan keçə bilməzsə, bu yol, iqtidaya mane olmaz. Ancaq, bu yol, geniş olar; arabalar və yüklü heyvanlar keçə bilərsə, bu yol, iqtidaya manedir. "Fətəva Qadıxan"da və "Xülasə"də də belədir.
• Bu hökm, yola bitişik səflər olmadığı vaxtdır. Lakin, səflər yola bitişmiş olduğu vaxt, -bu yol- imama tabe olmağa mane deyildir. Yolun üzərində -namaz qılan- bir kimsə olsa, onunla ittisal (bitişik olma halı) sabit olmaz. İttisal, ittifaqla, 3 kişi ilə sabit olur. 2 nəfər haqqında isə, görüş ayrılığı vardır. İmam əbu Yusuf'a görə, ittisal, 2 nəfər ilə sabit olur. İmam Muhamməd'ə görə isə, sabit olmaz.
• İmam, yolda dayanmış; camaat da, yolun uzunlamasına imamın arxasında səf tutmuş olsalar, arxasındakıların arasında, yoldan araba keçəcək qədər məsafə olmazsa, namazları caiz olar.
Yenə, sona çatıncaya qədər, birinci səflə ikinci səf arasında, araba keçəcək qədər məsafə olmazsa, namazları caiz olar. "Fətəva Qadıxan"da da belədir.
• Çöldə, imama tabe olmaqdan əngəlləyən hal isə, 2 səf miqdarında olan boşluqdur.
Bayram namazlarında isə, bu 2 səf miqdarında və ya daha çox miqdardakı boşluq, iqtidaya mane deyildir.
Cənazə namazlarında isə, şeyxlər arasında, ixtilaf vardır. "Nəvazil"də, -cənazə namazı qılınan yer- məscid kimi qəbul edilmişdir. "Xülasə"də də belədir.
2. Özündən keçmək, ancaq qayıq kimi bir vasitə ilə mümkün olan çay da, imama tabe olmağa manedir. "Tahavi şərhi"ndə də belədir.
• Əgər imamla muqtədi'nin arasında, içindən gəmi və ya qayıq keçən bir çay varsa, bu çay, imama iqtida etməyə manedir. Əgər çay, kiçik olar, ondan qayıq keçə bilməzsə, bu çay, imama iqtidaya mane olmaz. Muxtar olan görüş də, budur. "Xülasə"də də belədir. Səhih olan da, budur. "Cəvahiru'l-Əxləti"də də belədir.
• Əgər çay üzərində körpü olar və onun üzərində də imama çatana qədər səf olarsa, bu halda, çayın arxasında qalan kimsələrin, imama tabe olmasına mane olan bir hal qalmaz.
3 nəfərin bir səf meydana gətirəcəyi xüsusunda, icma vardır. Tək nəfərin səf olmayacağında da icma vardır. 2 nəfər haqqında isə, ixtilaf vardır.
Əgər imamla muqtədinin arasında, su çuxuru və ya hovuz olar və bunların içində də, bulanan suyun bir tərəfinə buraxılan nəcasət digər tərəfini pisləndirərsə, bu su və ya hovuz, iqtidaya mane olmaz. Lakin əgər bir tərəfinə buraxılan pislik, digər tərəfini pisləndirmirsə, iqtidaya mane olar. "Muhit"də də belədir.
3. Qadınlardan meydana gələn tam bir səf də, imama tabe olmağa manedir. "Tahavi şərhi"ndə də belədir.
• İmamın arxasında, qadınlardan tam bir səf mövcud olarsa, onların arxasında olan kişilərdən ibarət səflərin hamısının namazları, ifsad olar. "Muhit"də də belədir.
• Məsciddə, məhfilin üstündə və altında, kişilərdən ibarət camaat namaz qılar; qarşılarında da, ya qadınlar və ya bir yol olsa, kişilərdən ibarət bu camaatın namazı, caiz olmaz.
Əgər bu qadınların sayı, 3-dürsə, -Zahiru'r-Rivayə'də- qadınlardan etibarən, geriyə doğru, -kişilərdən 3 səfdə olanların hamısının namazı fasid olar. Daha geridə qalanların namazları isə, səhihdir, caizdir. Lakin əgər qadınlar, tam bir səfdirlərsə, bunların arxasında olan kişilərdən ibarət bütün səflərin namazları, fasid olar.
Məhfildə olan kişilərin altındakı hizada qadınlar varsa, məhfildəkilərin namazları, caizdir. "Fətəva Qadıxan"da da belədir.
Şeyx Zahid əbu'l-Həsən ər-Rüstağfini'nin "Fəvaid"ində: "Bir məsciddəki məhfildə, qadınlar, imama iqtida edərək namaz qılsalar, məhfilin altında da kişilər səf tutub namaz qılsalar, bunların namazları, ifsad olmaz." deyilmişdir.
• Bir imam, kişilərə və qadınlara namaz qıldırmaqda olsa; qadınların səffi, kişilərin səffinin hizasında olsa, -sadəcə- qadınların səffinin yanında olan bir kişinin namazı ifsad olar. Və bu adam, qadınlarla kişilərin arasında, sütrə və ya divar kimi olar. Görmürsənmi ki, qadınlarla kişilərin arasında, rəhlənin arxası qədər bir sütrə olsa, bu sütrə sayəsində, heç bir kişinin namazı, ifsad olmur.
• Qadınlarla kişilərin arasında, 1 arşın (təxminən 68 sm) yüksəkliyində bir divar olsa, bu, bir sütrə sayılır. Əgər bu divar, 1 arşından nöqsandırsa, ondan, sütrə olmaz.
• Əgər qadınlar, bu divarın üzərindədirlərsə, bu halda, o divar, sütrə deyildir. Lakin, divarın yüksəkliyi, bir adam boyu olsa, o divar, yerdə olan kişilər üçün, sütrədir; divarın üzərində olan kişilər üçün isə, bir sütrə deyildir. "Muhit"də də belədir.
• Muqtədi ilə imam arasında bir divar vardırsa, iqtida, səhih olmaz. Ancaq, bu halda, iqtidanın səhih olmaması üçün, divarın böyük olması və muqtədi, imama çatmaq istəyincə, o divarın, mane olması lazımdır. İmamın halının, o adamca bilinib-bilinməməsi arasında da, bir fərq yoxdur. "Zəxirə"də də belədir.
• Əgər divar kiçik olar və ya divar böyük olduğu halda, onda bir deşik, bir pəncərə olar və bunlar, muqtədinin imama çatmasına mane olmazsa, imama iqtida, səhih olar.
Yenə, divardakı deşik kiçik olar, imama çatmağa əlverişli olmaz, ancaq, bu deşik, imamın halı ilə onu eşitmə, görmə xüsusunda şübhə buraxmazsa, iqtida, səhih olar.
Divar, kiçik olar və imama çatmağa mane olar; lakin, imamın halı, muqtədilərə gizli qalmazsa, yenə iqtida, səhih olar. Səhih olan qövl də, budur. "Muhit"də də belədir.
• "Divarda örtülmüş qapı varsa, iqtida, səhih olmaz." deyilmişdir. Çünki, o, (imama) çatmağa manedir.
"Bu halda, iqtida, səhihdir." deyənlər də vardır. Çünki o qapı, (imama) vüsul (çatmaq) üçün qoyulmuşdur və onun bağlı olması ilə açıq olması arasında, bir fərq yoxdur. Səraxsi'nin "Muhit"ində də belədir.
• Məscid çox böyük olsa belə, içindəki fasilə (ara, bənd), iqtidaya mane deyildir. Yəni, bir məscid içərisində, imamla muqtədi arasında nə qədər boş yer olursa olsun, iqtida, səhih olar. "Vəcizu'l-Kərdəri"də də belədir.
• İmam, mehrabda ikən, muqtədi, məscid içində, nə qədər uzaqda olursa olsun, iqtidası, caizdir. "Tahavi şərhi"ndə də belədir.
• Bir kimsənin, məscidə bitişik olan evinin üzərindən imama iqtida etməsi, -imamın halı, ona, şübhəli/məchul olmasa belə- caiz olmaz. "Xülasə"də də belədir. Səhih olan da, budur. Yalnız, bu kimsə, məscidin divarının başında olarsa, iqtidası caiz olar. Səraxsi'nin "Muhit"ində də belədir.
• Bir kimsə, əgər məscid ilə evinin arasındakı divarın üzərində dayanar; imamın halı xüsusunda da bir şübhəsi olmazsa, o kimsənin iqtidası, səhih olar.
• Məscidə bitişik səki'lərdən imama iqtida etmək, -səki, məscidin xaricində olsa belə- səflərin imama çatması şərtilə, caizdir. "Xülasə"də də belədir.
Aralarında, ümuma aid yol olmadıqca, məscidə qonşu olanın, -öz evindən- imama iqtida etməsi, caizdir. Aralarında, ümuma aid yol olsa belə, əgər o yolu, səflər bağlamışdırsa, bu halda, yenə, evdən məcsidin imamına tabe olmaq, caiz olar. "Tatarxaniyyə"də də belədir.
• Bir kimsə, məscidin damından imama tabe olsa, əgər məscidin dama açılan bir qapısı varsa və imamın halından da bir şübhəyə düşülmürsə, o kimsənin iqtidası, səhih olar. Əgər imamın halı, şübhəli olarsa, o kimsənin iqtidası, səhih olmaz. "Fətəva Qadıxan"da da belədir.
• Məscidin dama açılan qapısı olmadığı halda, damdakı kimsə, imamın halından tam xəbərdar olar və bir şübhəsi olmazsa, o kimsənin, imama iqtida etməsi, caiz olar.
Yenə, bu şəkildə, minarədən iqtida da caiz olar. "Xülasə"də də belədir.
--------------------------------------
Beşinci fəsil: İmamın və imama tabe olanların yerləri
• İmam ilə birlikdə, 1 kişi və ya ağıllı 1 uşaq olduğu vaxt, -bu kişi- imamın sağ tərəfində dayanar. Muxtar olan, budur. Bu kimsə, imamın arxasında dayanmaz. "Zahiru'r-Rivayə" də, budur. "Muhit"də də belədir.
• Bu kimsənin, imamın arxasında dayanmış olması da, caizdir. Lakin o kimsə, pis bir şey etmiş olar. Səraxsi'nin "Muhit"ində də belədir.
• Bu kimsənin, imamın arxasında dayanmış olması da, caizdir. İmam Muhamməd, nass olaraq, bir kərahət zikr etməmişdir.
Alimlər, bu xüsusda, görüş ayrılığına düşmüşdürlər.
Bəziləri: "Bu hal, məkruhdur." demişlərdir. Səhih olan da, budur. "Bədai"də də belədir.
• İmama 2 nəfər tabe olduğunda, onun arxa tərəfində dayanarlar. Bunlardan biri, uşaq olsa belə, hökm, eynidir.
• İmama tabe olanlar, 1 qadınla 1 kişidən ibarət olarsa, kişi, imamın sağında; qadın isə, imamın arxasında dayanar.
İmama tabe olanlar, 2 kişi ilə 1 qadın olarsa, kişilər, imamın arxasında; qadın isə, kişilərin arxasında dayanar.
• İmamla birlikdə namaz qılanlar, 2 kişi olsa; imam da, onların arasında dayanmış olsa, namazları, caizdir.
• 2 adam səhrada (çöldə) namaz qılarkən, biri, digərinin sağ tərəfində dayanar; üçüncü bir adam gəlincə, namaza başlamadan əvvəl, imama tabe olmuş kimsəni, geriyə çəkər.
Şeyxu'l-imam əbu Bəkr Turxal'ın: "İmama tabe olan kimsənin, -üçüncü şəxsin geri çəkməsilə-, namazı pozulmaz. Üçüncü şəxs, o kimsəni, istər təkbirdən əvvəl; istər təkbirdən sonra çəksin, hökm, dəyişməz." dediyi rəvayət olunmuşdur. "Muhit"də də belədir. "Fətəva İbatiyyə"də də belədir. Səhih olan da, budur. "Tatarxaniyyə"də də belədir.
• Səhrada, bir yerdə, 2 nəfərdən biri, digərinə imam olsa; üçüncü bir şəxs də gəlib, bunların namazlarına daxil olsa; və bu şəxs, imamla imama əvvəl tabe olmuş şəxsin arasındakı məsafədə və lakin daha iləridə dayansa, bu halda, namaz pozulmaz.
Bu kimsə, ayaqları, imamdan geridə olduğu halda, imamın səcdə etdiyi yerdən daha iləriyə səcdə etmiş olsa, yenə, namazı pozulmaz. "Muhit"də də belədir.
• Kişilər, uşaqlar, xunsələr, qadınlar, mürahiq (ağıl və baliğ, yəni, büluğ yaşına çatmadığı halda, çatmış kimi görsənən oğlan uşaq)'ları, yaşı 9-dan yuxarı olan qız uşaqları, namaz üçün toplanmış olsalar;
~ imamın tam arxasında, kişilər;
~ sonra, oğlan uşaqları;
~ sonra, xunsələr;
~ sonra, qadınlar; və
~ daha sonra da, qız uşaqları
dayanarlar. "Tahavi şərhi"ndə də belədir.
• Qadınların camaata gəlmələri, məkruhdur. Ancaq, yaşlı qadınlar, fəcr (sabah), məğrib (axşam) və işa namazlarına gələ bilərlər. Günümüzə görə fətva isə, -fəsadın zahir olmasından dolayı-, qadınların, bütün namazlara gəlmələri, məkruhdur. Muxtar olan da, budur. "Təbyin"də də belədir.
• Camaata münasib olan, namaza qalxdıqları vaxt, sıx dayanaraq; aralarında heç bir boşluq qoymadan; səflərində, çiyinləri bir hizada, dümdüz dayanmaqdır. İmamın bunu əmr etməsində, bir beis yoxdur. "Bahru'r-Raiq"də də belədir.
• İmama layiq olan da, camaatın tam orta hizasında durmasıdır. İmam, əgər ortanın sağında və ya solunda dayanarsa, sünnətə müxalifətdən dolayı, günahkar olar. "Təbyin"də də belədir.
• Namaz qılarkən, imamın tam arxasında, ən fəzilətli bir kimsənin dayanması da, münasib olan xüsuslardandır. "Tahavi şərhi"ndə də belədir.
• Camaatla namaz qılarkən, birinci səfdə dayanmaq, ikinci səfdə dayanmaqdan; ikinci səfdə dayanmaq da, üçüncü səfdə dayanmaqdan daha əfdaldır.
• Birinci səfdə açıqlıq olarsa, (səf), ikinci səfdə olanlarla bağlanar və açıqlıq, ikinci səfdə qalar. "Qunyə"də də belədir.
• İmama tabe olan kimsələr üçün ən fəzilətli yerlər, imama ən yaxın olan yerlərdir.
• Əgər yerlər, imama uzaqlıq cəhətindən bərabərdirlərsə, bu halda, imamın sağ tərəfi, daha əfdaldır. Əhsən (ən gözəl) olan da, budur. "Muhit"də də belədir.
Qadınla kişinin bir hizada dayanması, kişinin namazını ifsad edər. Bunun üçün, aşağıdakı şərtlər vardır:
1. Bir hizada olan qadının, cima (cinsi münasibət)'ə əlverişli və iştah çəkici kimsələrdən olması lazımdır. Bu xüsusda, yaşa etibar edilməz. Səhih olan da, budur. "Təbyin"də də belədir.
Namaz qılan kişinin yanında, lakin eyni hizada, iştah çəkməyən bir qız uşağı olsa və bu qız uşağı da, namazı başa düşən olsa, o kişinin namazı, pozulmaz. "Kafi"də də belədir.
2. Namazın, rüku və səcdəli bir namaz olması lazımdır. Bu namazı ima ilə qılsalar belə, qadının yanındakı kişinin namazı, pozular.
3. Əda və namaza başlama cəhətindən, namazın, kişi ilə qadın arasında müştərək olması lazımdır. Bu sözümüzlə,
~ təhrimə (iftitəh təkbiri ilə başlama) cəhətində müştərək olmağı; və
~ təhrimələrini, imamın təhriməsi üzərinə bina etmələrini
qəsd edirik.
Əda yönündən müştərəkliklə də, təqdirən və təhqiqən imamın əda etdiyi namazı əda etmələrini qəsd edirik.
Burda,
~ Mudrik (namazın başından etibarən imama tabe olan kimsə)'nin təhriməsi, imamın təhriməsilə; ədası da, imamın ədası ilə bərabər olarsa, təhqiqən təhrimə və təhqiqən əda olar.
~ Lahiq (namaza imam ilə bərabər başladığı halda, yuxu və bənzəri bir səbəbdən dolayı dəstəmazı pozulub namazın hamısını və ya bir qismini imam ilə qıla bilməyən kimsə)'nin təhriməsi də, həqiqətən imamın təhriməsilə bərabərdir. İmamın əda etdiyi qismi, lahiqin qəza etməsi isə, təqdiridir.
~ Məsbuq (imama, sonradan tabe olan kimsə)'nin təhriməsi, tək başına namaz qılan kimsənin təhriməsi kimidir. Bu kimsənin, öz nöqsanlarını qəza edərkən, qadınla bir hizada olması, kişinin namazını ifsad etməz. "Təbyin"də də belədir.
4. Qadınla kişinin bir hizada olmalarının, kişinin namazını pozması üçün, ikisinin də, bir yerdə olmaları lazımdır. Hətta, kişi, səkidə olsa; qadın da, yerdə olsa, əgər səki, bir adam boyu yüksəkdədirsə, kişinin namazı, pozulmaz.
5. Bu halda, kişinin namazının pozulması üçün, aralarında bir əngəlin, bir pərdənin olmaması lazımdır. Məsələn: Qadınla kişi, bir yerdə olsalar, bu yer (və ya səki) də, aralarında bir sütun, dirək olsa, bu halda da, kişinin namazı, ifsad olmaz.
Bu əngəlin ən aşağısı, yüksəkliyi bir rəhlənin arxası (təxminən 1 arşın = 68 sm) qədər; qalınlığı da, barmaq qalınlığı qədər olmalıdır. Açıqlıq da, mane yerinə keçər. Aradakı açıqlığın ən aşağı dərəcəsi də, araya bir kişinin dayana biləcəyi qədərdir. "Təbyin"də də belədir.
6. Qadınla kişinin bir hizada namaz qılmasından dolayı, kişinin namazının pozulması üçün, qadının qıldığı namazın səhih olması da lazımdır. Əgər qadın, dəli olarsa, onunla eyni hizada olması, kişinin namazını ifsad etməz. "Kafi"də də belədir.
7. Qadınla kişinin eyni hizada olmasının, kişinin namazını pozması üçün, imamın, namaza başlamadan əvvəl, -sonra deyil- qadınlara da niyyət etməsi lazımdır. Niyyətin səhih olması üçün, -niyyət əsnasında- qadınların hazır olmaları, şərt deyildir.
8. Qadınla eyni hizada dayanmaqdan dolayı, kişinin namazının pozulması üçün, eyni hizada dayanmağın, tam bir rükn müddətincə davam etməsi də lazımdır. Hətta, bir qadın, bir səfdə təkbir almış olsa; ikinci bir səfdə də ruku etsə; və üçüncü bir səfdə səcdə etsə, bu yerlərdə, -sağında, solunda və arxasında- namaz qılanların hamısının namazları da pozular.
9. Qadınla eyni hizada namaz qılmaqdan dolayı, kişinin namazının pozulması üçün, qadınla kişinin yönlərinin eyni olması da lazımdır. Əgər yönləri fərqli olsa, kişinin namazı pozulmaz. Namaz qılan bu kimsələrin yönlərinin fərqli olması, ancaq, Kəbə'nin içində namaz qılındığı vaxt düşünülə bilər. Və ya bu hal, çox qaranlıq bir gecədə, hər biri, öz təhərri (qiblə istiqamətini axtarması)'nın nəticəsinə görə, namaz qılarkən baş verə bilər.
10. Eyni hizada dayanmaqda mötəbər olan -ölçü- ayaq və topuqlardır. Səhih olan da, budur. "Təbyin"də də belədir.
11. Bir qadın, ancaq, 3 kişinin namazını ifsad edər. Bunlar: sağındakı, solundakı və arxasındakı kişilərdir. Bir qadın, bunlardan daha çox kişinin namazını ifsad etməz. "Təbyin"də də belədir. Fətva da, bunun üzərinədir. "Tatarxaniyyə"də də belədir.
12. Bu halda, 2 qadın, 4 kişinin namazını ifsad edər:
~ biri: sağ tərəflərində olan;
~ digəri: sol tərəflərində olan;
~ ikisi də: arxalarında
dayananlardır.
13. Əgər 3 qadın, olarsa, sağ tərəflərindən 3; sol tərəflərindən 3; arxalarından da son səfə qədər, öz hizalarında dayanan kimsələrin hamısının namazını ifsad edərlər. Bu cavab, açıqdır. "Təbyin"də də belədir.
14. Müşkil xunsənin, eyni hizada dayanmasından dolayı, kişinin namazı, pozulmaz. "Tatarxaniyyə"nin "İmamın və ona tabe olanların yerləri fəsili"ndə də belədir.
-------------------------------------------
Altıncı fəsil: İmama tabe olunacaq və olunmayacaq yerlər
• Bir kimsə, imama, təşəhhüddə çatdığı vaxt, imam, muqtədi təşəhhüdü oxumağı bitirmədən ayağa qalxarsa; və ya namazın sonunda, muqtədi, ət-təhiyyətu'nu oxumağı bitirmədən imam salam verərsə, bu halda, muxtar olan görüş, muqtədinin -imama tabe olmaması və- təşəhhüdü tamamlamasıdır.
Lakin, bu halda, muqtədinin, tamamlamaması da, caizdir.
• İmam, muqtədi təşəhhüdü tamamlamadan əvvəl danışmış olsa, bu halda, muqtədi, -imamın salam verdiyi vaxtda olduğu kimi- təşəhhüdünü tamamlayar.
• Muqtədi, təşəhhüdünü bitirmədən əvvəl, imam, qəsdən dəstəmazını pozmuş olsa, bu halda, muqtədinin namazı pozulmuş olar. "Xülasə"də də belədir.
• Birinci qadə (oturuş)'da, imam, təşəhhüdünü oxuyub, üçüncü rükətə qalxmış olsa, arxasında olanlardan bəziləri də, təşəhhüdü oxumağı unutmuş və ayağa qalxmış olsalar, qayıdıb yenidən təşəhhüdü oxuyar və imama, bundan sonra tabe olarlar. Üçüncü rükətə çata bilməyəcəklərindən qorxsalar belə, belə edərlər. "Kifayə"də də belədir.
• Muqtədi, təşəhhüddən sonra və ya salavatlardan əvvəl oxunan duaları oxumadan imam salam verəcək olsa, bu halda, muqtədi, -o duaları oxumağı tərk edər və- imamla birlikdə salam verər.
• Muqtədi, təsbihlərini 3 dəfə söyləmədən əvvəl, imam, başını rukudan və ya səcdədən qaldırmış olsa, bu hallarda, muqtədi, imama tabe olar. "Fətəva Qadıxan"da da belədir.
• Muqtədi, imamdan əvvəl başını rukudan və ya səcdədən qaldırmış olsa, geri qayıdar. Və bu, 2 ruku və ya 2 səcdə olmaz. "Xülasə"də də belədir.
• İmam, səcdəni, -çox- uzatmış olduğundan, muqtədi başını qaldırsa və ikinci səcdə zənni ilə də imamla birlikdə -təkrar- səcdə etsə; birinci səcdəyə niyyət etmiş olsa da, olmasa da, etdiyi bu səcdə, birinci səcdədən olar.
Yenə, bu halda, ikinci səcdəyə niyyət etsə, imama tabe olsa, bu səcdəsi də, ikinci səcdədən olar. Bu səcdədə, imama iştirak etməsi, caiz olar. "Təbyin"də də belədir.
• Muqtədinin, imam alnını yerə qoymadan, başını ikinci səcdədən qaldırması, caiz olmaz. Bu muqtədinin, o səcdəni, yenidən etməsi lazımdır. Əgər o səcdəni yenidən etməzsə, namazı pozulmuş olar. "Fətəva Qadıxan"da da belədir.
• Muqtədi, -birinci- səcdəni uzatsa, imam ikinci səcdəni etsə, muqtədi başını qaldırsa və imamı birinci səcdədə zənn edərək ikinci dəfə səcdəyə getsə, bu səcdəsi, ikinci səcdədən olar. İkinci dəfə səcdəyə gedərkən, birinci səcdəyə niyyət etmiş olsa belə, bu hökm, dəyişməz. Çünki, bu halda, niyyət, yerinə isabət etməmiş olar. O kimsənin felinə və imamın felinə etibar olunmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
• İmam, bu 5 şeyi tərk edərsə, muqtədi də imama tabe olar və bu 5 şeyi tərk edər:
1. Bayram təkbirləri;
2. Birinci oturuş;
3. Tilavət səcdəsi;
4. Səhv səcdəsi;
5. Qunut.
İmam, qunutu, bir rüknün fəvt olması (əldən qaçırması)'ndan qorxduğu vaxt, tərk edə bilər. Əgər belə bir qorxusu yoxdursa, qunut edər və sonra rukuya gedər. "Xülasə"də də belədir.
İmam, bu 4 şeyi qəsdən edərsə, muqtədi, ona tabe olmaz:
1. İmamın, namazda (bir rükətdə, 2-dən) çox səcdə etməsi;
2. Bayram təkbirlərini, səhabələrin qövllərində olan miqdardan daha çox gətirməsi;
3. Cənazə namazında, 5 dəfə təkbir gətirməsi;
4. Unudaraq, çox rükətə qalxması.
Kərdəri'nin "Vəciz"ində də belədir.
• Əgər imam, əlavə rükəti, səcdə ilə təqyid etməmiş (qeydləməmiş, bağlamamış) olsa, geri qayıdıb salam verər. Bu halda, muqtədi də, imamla birlikdə salam verər. Lakin əgər imam, beşinci, yəni əlavə rükəti səcdə ilə qeydləmiş olsa, muqtədi, öz başına salam verər.
İmam, son oturuşda oturmayıb, əlavə rükətə qalxsa, muqtədi, təşəhhüdü oxuyar və salam verər. Lakin imam, qalxdığı əlavə rükətin səcdəsini edərsə, hamısının da namazı pozular. "Xülasə"də də belədir.
• Bu 9 şeyi imam tərk etsə belə, muqtədi, bunları edər:
1. İmam, təhrimə (iftitəh təkbiri)'ndə əllərini qaldırmağı tərk etsə, muqtədi, bunları edər:
2. İmam, subhanəkə oxumağı tərk edərsə, bu halda, imam, istər fatihədə olsun, istər damm-u surədə olsun, muqtədi, subhanəkəni oxuyar. İmam Muhamməd bu ikinciyə müxalifdir.
3. İmam, ruku təkbirini tərk edərsə;
4. İmam, səcdələrin təkbirlərini tərk edərsə;
5. İmam, ruku və səcdələrin təsbihlərini tərk edərsə;
6. İmam, təsmiyə ("Səmiallahu limən həmidəh" demə)'yi tərk edərsə;
7. İmam, ət-təhiyyətunu oxumağı tərk edərsə;
8. İmam, salam verməyi tərk edərsə;
9. İmam, təşriq təkbirlərini tərk edərsə,
muqtədi, bunların hamısını da edər. Yəni, bunları tərk edən imama tabe olmaz. "Vəcizu'l-Kərdəri"də də belədir.
• Muqtədi, imamdan əvvəl səcdə etmiş olsa, imam da ona çatmış olsa, bu, caiz olar. Lakin belə etmək, muqtədi üçün, məkruhdur. "Muhit"də də belədir.
--------------------------------
Yeddinci fəsil: Məsbuq və Lahiq
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99sbuq-v%C9%99-lahiq
(əl-Fətəva əl-Hindiyyə)
-----------------------------------------
-----------------------------------------
Əlavələr:
Onuncu bab: Fərz namaza çatmaq
• Bir kimsə, sübh namazının və ya məğrib namazının 1 rükətini qılsa və qamət gətirilsə, bu kimsə, namazını saxlayar və imama tabe olar.
Yenə, 2-ci rükəti səcdə ilə qeydləməmiş olan kimsə də, namazını saxlayar və imama tabe olar. Lakin, 2-ci rükəti səcdə ilə qeydləmişdirsə, namazını saxlamaz. Bu namazı bitirincə də, imama tabe olmaz. Çünki, sübh namazından sonra nafilə qılmaq, məkruhdur. Bu kimsənin qıldığı namaz məğrib namazı də olsa, bu şəxs, bu namazı tamamladıqdan sonra, yenə imama tabe olmaz. Və ya bu kimsə, bu halda imama tabe olarsa, namazı, 4 rükət qılar. Lakin bu da, imama müxalifət olar. Bunların hamısı da, bidətdir.
Lakin bir kimsə, məğrib namazında, nafilə olaraq imama tabe olacaq olsa, o namazı, 4 rükətə tamamlayar. Çünki sünnətə tabe olmaq, imama tabe olmaqdan daha əvladır. "Kafi"də də belədir. Sünnətə deyil imama tabe olmaq, pis işdir. Səraxsi'nin "Muhit"ində də belədir.
• Məğrib namazında, nafilə olaraq imama tabe olan kimsə, imamla birlikdə salam vermiş olsa, namazı pozular. Və bu namazı, 4 rükət olaraq qəza edər. Çünki o, -sünnəti tərk edib- imama tabe olmaqdadır. "Şəmni"də də belədir.
• Məğrib namazını qılmaqda olan bir imama, nafilə qılacaq bir kimsə tabe olsa, bu halda, imam, üçüncü rükətdə oxumaz və muqtədi isə oxuyarsa, -bu muqtədinin- namazı, caiz olar; imama tabe olaraq oxumamış olsa, yenə, namazı caiz olar. Bu, şeyxu'l-imam ustad Xani'dən nəql olunmuşdur.
• İmam, üçüncü rükət zənnilə, dördüncü rükətə qalxmış olsa, muqtədi də ona tabe olsa, bu halda, muqtədinin namazı, fasid olar. İmamın, 3-cü rükətdə oturmuş olması ilə oturmuş olmamasının, fərqi yoxdur. Muxtar olan görüş, budur.
İmameyn'ə görə, imamın namazı nafilə olsa belə, hal, eynidir. Lakin, bu namaz, fərz bir namaz olarsa, sonradan bu namaz, nafiləyə çevrilmiş olar. Bu halda, imam, 2 təhrimə ilə 2 namaz qılmış olar. Muqtədi isə, bu halda, hədəs üzrü olmadan, 2 imam ilə 1 tək namaz qılmış olar. Əks təqdirdə, bu namaz, caiz olmaz.
Bir kimsə, əgər nafilə bir namaza başlamış olar, sonra da iqamə gətirilərsə, bu 1-ci rükəti səcdə ilə qeydləsin və ya qeydləməsin, muxtar olan qövlə görə, bu kimsə, namazını kəsməz.
Yenə, bu haldakı bir kimsə, nəzr etmiş olduğu və ya qəzaya qalmış bir namaza başlamışdırsa, namazını kəsməz. "Xülasə"də də belədir.
• Bir kimsə, zöhr namazından 1 rükət qılınca iqamə gətirilsə, 1 rükət daha qılar və sonra imama tabe olar.
Bu kimsə, əgər o 1 rükəti (yəni, ikinci rükəti) səcdə ilə qeydləməmişdirsə, namazını kəsər və imamla birlikdə qılar. Səhih olan, budur. "Hidayə"də də belədir.
• İmamla namaza başlamaq üçün iqamə gətirilsə, müəzzinin, ayrıca iqamə gətirməsi, lazım gəlməz. Lakin müəzzin, yenidən iqaməyə başlayarsa, namazın 1 rükətini səcdə ilə qeydləməmiş olan kimsə, namazını, 2 rükətə tamamlayar. Bu xüsusda, əshabımız arasında, bir görüş ayrılığı yoxdur. "Nihayə"də də belədir.
• Bir kimsə, evdə namaz qılarkən məsciddə iqamə gətirilsə; və ya bir məsciddə namaz qılarkən, başqa bir məsciddə iqamə gətirilsə, bu halda, yəni, başqa bir yerdən iqamə gətirilincə, bu kimsə, namazını, əsla saxlamaz.
• Bir kimsə, zöhr namazından 3 rükət qılmış olsa, -və bu əsnada iqamə gətirilsə- bu namazını tamamlayar və sonra, nafilə olaraq imama tabe olar. Lakin, 3-cü rükətdə olduğu halda, onu səcdə ilə qeydləməmiş olan kimsə, sərbəstdir. İstərsə, salam vermək üçün oturar; istərsə, ayaqda təkbir gətirib niyyət edər və imamın qılmaqda olduğu namaza başlayar. Bu halda, ayaqda salam verməz. "Təbyin"də də belədir.
Bu halda olan kimsənin sərbəst olması, əsahh olan görüşdür. "Mi'racu'd-Dirayə"də də belədir.
• "Belə kimsə, ayaqda, tək salamla namazını kəsər." deyənlər də olmuşdur. Bu isə, əsahh'dır. Çünki, oturuş, təhəllül (namazdan çıxmaq) üçün şərt qılınmışdır. Bu hal isə, namazı kəsməkdir, təhəllül deyildir. Təhəllül, zöhr namazında, 2 rükət başında olmaz və bu halda, 1 salam, kifayət edir. Səraxsi'nin "Muhit"ində də belədir.
• İşa namazında da belədir. Əsr namazında isə, belə deyildir. Əsri qılmış olan, nafilə olaraq imama tabe ola bilməz.
• İmamla birlikdə zöhr namazının 1 rükətinə çatan bir kimsə, qalan namazını, camaatla qıla bilməz. Alimlərin əksəriyyətinin görüşü, budur. Hamısının görüşü də, bu kimsənin, camaatın fəzilətinə çatmış olduğudur. Bu kimsə, imamla birlikdə 3 rükətə çatmışdırsa, namazı, imamla bərabər qılmış sayılır. "Siracu'l-Vəhhac"da da belədir.
• Bir kimsə, nafilə bir namaza başlamış olsa və sonra da fərz üçün iqamə gətirilsə, içində olduğu namazı, cüt rükətə tamamlayar; daha çox qılmaz. Səraxsi'nin "Muhit"ində də belədir.
• Bir kimsə, zöhrdən əvvəlki və ya cümədən əvvəlki sünnəti qılarkən, iqamə gətirilsə və ya xütbəyə başlansa, 2 rükəti tamamlayınca, namazını saxlayar. Bu qövl, imam əbu Yusuf'dan rəvayət edilmişdir. "Bu namazın hamısını qılmaqla tamamlayar." deyənlər də olmuşdur. "Hidayə"də də belədir. Əsahh olan da, budur. Səraxsi'nin "Muhit"ində də belədir.
• Sübh namazının sünnətini qılmamış olan kimsə, sübh namazının fərzində imama çatmış olsa, bu halda, əgər 1 rükətini zay edib digər rükətinə çatacağından qorxarsa, sünnəti qılar; sonra fərzə başlayar. Və əgər hər 2 rükətə də çata bilməyəcəyindən qorxarsa, -sünnəti tərk edib- imama tabe olar və fərzi qılar. "Hidayə"də də belədir.
• Bu kimsənin, qa'də (oturuş)'a çata bilməyəcəyini düşündüyü vaxt nə edəcəyi, "Hidayə"də də zikr edilməmişdir. Lakin bu kitabda keçən "hər 2 rükətə də çata bilməyəcəyindən qorxarsa" sözü, o kimsənin, -bu halda- imama tabe olacağına dəlalət edir.
• Fəqih əbu Cəfər, belə nəql etmişdir:
"İmam əbu Hənifə və imam əbu Yusuf'un qövllərinə görə, bu kimsə, sübh namazının sünnətini qılar. Çünki bu 2 imama görə, təşəhhüdə çatmaq, rükətə çatmaq kimidir." "Kifayə"də də belədir.
• Bir kimsə, imama, imam rukuda ikən çatar və bu rukunun da birinci rukumu, yoxsa ikinci rukumu olduğunu bilməzsə, sünnəti tərk edib imama tabe olar. "Xülasə"də də belədir.
• Bir kimsənin girdiyi məsciddə azan oxunarsa, o kimsənin, namaz qılmadan o məsciddən çıxması, məkruhdur.
Lakin bu kimsə, başqa bir məscidin imamı və ya müəzzini olar, -getməməsi halında- camaatının dağılacağından qorxarsa, namaz qılmadan çıxmasında, bir beis yoxdur. Bu hökm, o şəxsin, bu məsciddə namaz qılmaması halında belədir.
Bu kimsə, əgər bu məsciddə bir dəfə namaz qılmışdırsa, işa və zöhr namazlarında müəzzin iqaməyə başlamadıqca, bu şəxsin, -namaz qılmadan- çıxmasında da, bir beis yoxdur. Müəzzin, iqaməyə başlamışsa, 2 rükət qılana qədər çıxa bilməz. Bu halda, əsr, məğrib və sübh namazlarında isə, çıxar. Lakin bu kimsə gözləyərsə, onlarla birlikdə namaz qılmaması, məkruhdur. Səraxsi'nin "Muhit"ində də belədir.
• İmama rukuda çatan kimsə, təkbir gətirər və lakin imam, rukudan başını qaldırana qədər gözləyərsə, o rükətə çata bilməmiş olar. "Hidayə"də də belədir. Bu halda, imamın rukuda durması ilə durmaması, eynidir.
Yenə, bu kimsə, heç gözləmədən əyilsə, lakin özü, ruku etmədən imam başını qaldırsa, yenə o rükətə çatmış sayılmaz.
Məhbubi: "Bir kimsə, imam rukuda ikən məscidə girərsə, bəzi alimlərimizə görə, bu kimsənin təkbir gətirib rukua getməsi və sonra yeriyərək səfə qarışması, uyğundur. Bu, rukunu zay etməmək üçün edilir." demişdir.
Bizə görə, namaz qılan bir kimsə, arxa-arxaya 3 addım yeriyərsə, namazı, batil olar. Yeriməsi, 3 addımdan çox olmazsa, namazı, məkruh olar.
Alimlərin əksəriyyəti isə: "Bu kimsə, namazda yerimə ehtiyacı hiss etməmək üçün, təkbir gətirməz." görüşündədirlər.
Cəllabi, "Salat" adlı kitabında: "İmama, rukuda çatan kimsə, təkbir gətirib əyilməyə başlayar. Bu əsnada, imam da qalxarsa, o rükətə çatmış sayılır." demişdir.
Əsahh olan, o rükətin sayıla bilməsi üçün, çox az da olsa, imamla birlikdə rukuda olmaqdır. "Mi'racu'd-Dirayə"də də belədir.
• İmam, rukuya çatmış, sonradan imama çatan kimsə də ayaqda təkbirini gətirmiş, imam rukuya tam çatıncaya qədər imamla birlikdə rukuya əyilməmiş və imam, rukuya çatdıqdan sonra o kimsə də rukuya çatmışdırsa, bu kimsə, o rükətə çatmışdır. Bu xüsusda, alimlərimizin ittifaqı vardır.
Yenə, bu kimsə, imama, rukunun qavməsində çatmış olarsa, o rükətə çatmış sayılmayacağında da, alimlərimizin ittifaqı vardır. "Bahru'r-Raiq"də də belədir.
• İmama, rukuda çatan kimsə, əgər imama rukuda ikən çata bilməyəcəyindən qorxmazsa, iftitah təkbirini ayaqda gətirər; subhanəkəni ayaqda oxuyar və bayram təkbirlərini, ayaqda gətirər. Lakin çata bilməyəcəyindən qorxarsa, bu halda, sadəcə iftitəh təkbirini, ayaqda gətirər; digərlərini isə, rukuda tamamlayar. "Kafi"də də belədir.
• İmama rukuda çatan kimsənin, 2 təkbir gətirməsi lazım gəlməz. Bəzi alimlərimiz, bu qövlə müxalifdirlər.
Bu kimsə, əgər o 1 təkbirlə, ruku təkbirinə niyyət etmiş olsa, iftitəh təkbirinə niyyət etməmiş olsa, bu niyyəti, boşdur və namazı isə, caizdir. "Fəthu'l-Qadir"də də belədir.
• Bir muqtədi, bütün rükətlərdə rukuya və səcdələrə imamdan əvvəl çatmış olsa, bu kimsənin, qiraətsiz olaraq 1 rükət namaz qılması lazımdır. Bu şəkildə, namazı, tamam olar.
Bu kimsə, əgər imamla birlikdə ruku edər, səcdəni ondan əvvəl edərsə, 2 rükət qəza etməsi lazımdır.
Bu kimsə, əgər rukunu, imamdan əvvəl; səcdələri də, onunla bərabər edərsə, qiraətsiz olaraq 4 rükət namaz qəza etməsi lazım gəlir.
Bu kimsə, ruku və səcdələri imamdan sonra edərsə, namazı, caiz olar. Bu kimsə, ruku və səcdələrin sonunda imama çatmış olarsa, namazı, caiz olar. "Fətəva Qadıxan"da da belədir.
• Məscidə girən bir kimsənin, vaxt əl verdiyi müddətcə, nafilə namaz qılmasında, bir beis yoxdur. Vaxt dar olarsa, nafilə namaz qılmağı, tərk edər. "Bu, sübh və zöhr namazlarının xaricindədir." deyilmişdir.
Bu qövl, şəmsu'l-əimmə (imamların günəşi) Səraxsi'nin; "Muhit" sahibinin; Qadıxan'ın; Timurtaşi'nin; Məhbubi'nin görüş və ixtiyarlarıdır. "Kifayə" və "Nihayə"də də belədir.
"Bu qövl, ümumun görüşüdür." deyilmişdir. "Hidayə"də də belədir. Sadru'l-İslam'ın da ixtiyarı, budur.
Ən yaxşısı, bütün hallarda, onu tərk etməkdir. Namazın camaatla qılınıb-qılınmaması da, eynidir. Yalnız, fərzin vaxtı keçəcək olarsa, nafilə namaz, tərk edilər. "Kifayə"də də belədir.
("əl-Fətəva əl-Hindiyyə")
------------------------------------------
------------------------------------------
145. Ağlı olan, büluğ yaşına çatan, azad və çətinlik çəkmədən toplu şəkildə namaz qılmağa gücü çatan kişilərin toplanıb:
~ camaatla cümə namazını qılmaları, fərz; və
~ bayram namazlarını qılmaları, vacibdir.
~ Digər fərz namazlarını camaatla qılmaları isə, müəkkəd sünnətdir.
(Cümə namazından başqa fərz namazların camaatla qılınması, Malikilərə və bir qisim Şafi'lərə görə də, müəkkəd sünnətdir. İmam Əhməd ilə əbu Səvr və Davud əz-Zahiri ilə digər müctəhidlərə görə, vacibdir. Bu halda, bir şəxsin tək başına namaz qılması, haramdır.
İbn Rüşd, ibn Bəşir və bəzi Şafi'lərə görə isə, diyarlarda, fərz-i kifayədir; hər məsciddə, camaatla namaz qılınması, sünnətdir. Bir kimsənin xüsusi olaraq tək başına camaatla namaz qılması da, məndubdur. Hənbəli fəqihlərinin açıqlamasına görə, əsasən camaatla namaz, iqamə və səfər halında, vacib, həm də sünnət yerinə yetirilmiş olar. Camaatın, fərz-i ayn olduğunu deyənlər də vardır.)
146. İslamda, camaatla namaz qılmağa, böyük əhəmiyyət verilmişdir. Böyük savaba çatmaq və ixtilafdan qurtulmaq üçün, camaatla namaz qılmağa davam edilməlidir. Camaat nə qədər çox olarsa, fəziləti də, o dərəcə çoxalmış olar. Camaatla namaz qılmağın savabı, tək başına namaz qılmağın savabından, 27 qat çoxdur. (haşiyə)
-------------------------------------
(Haşiyə:
https://suallarlaislam.com/.../camaatla-qilinan-namaz-27...
https://suallarlaislam.com/.../camaatla-qilinan-namaz-25...)
-------------------------------------
Camaata davam etmək, İslam nişanlarından və iman əlamətlərindəndir. Camaatla qılınan namaz ilə müsəlmanların birliyi və bir-birinə bağlılığı göstərilmiş olur. Müsəlmanlar arasında bir sevgi oyanır; bilməyənlər, bilənlərdən faydalanır. Yaxşı kimsələrin dostluğu ilə, edilən ibadətlərin və duaların, Allah yanında qəbula yaxın olacağı, daha çox umulur.
147. Camaatla qılınan namazda, özünə tabe olunan şəxsə, "imam" deyilir. Bu şəxsin bu vəzifəsinə də, "imamət" deyilir. İmama tabe olmayan bir kimsənin, öz namazını, imamın namazına bağlamasına, "iqtida", "ibtida" adı verilir. Bu tabe olan şəxsə də, "muqtədi", "muttəbi", "mə'mum" kimi adlar verilmişdir. Öz başına namaz qılana da, "münfərid" deyilir.
148. İmamətin başlıca şərtləri:
~ İslam;
~ Büluğ;
~ Ağıl;
~ Kişi olmaq;
~ Quran oxuya bilmək; və
~ Üzrdən bəri
olmaqdır. Bu şərtlərə sahib olmayanlar, imam ola bilməzlər. Bu mövzu, aşağıdakı məsələlərdən başa düşüləcəkdir.
149. Camaat arasında imamətə ən uyğun olan:
1. Sünnəti ən yaxşı bilən (yəni, fiqhi məlumatları çox olan) kimsədir.
Bunda bərabər olsalar,
2. Qiraəti daha gözəl olandır.
Bunda da bərabər olsalar,
3. Təqvası daha çox olandır (yəni, haramdan daha çox qaçan).
Bu 3 vəsfdə bərabər olsalar,
4. Yaşca böyük olandır.
Bunda da bərabər olsalar,
5. Əxlaqı daha gözəl olandır (yəni, yumşaq təbiətli və daha çox həya sahibi olan).
Bu xüsusda da bərabər olsalar,
6. Üz (sima)'ca; sonra
7. Soyca; sonra
8. Səscə; sonra
9. Paltar cəhətindən təmizlikcə gözəl olandır.
Bunların hamısında bərabər olsalar, aralarında
10. Püşk atılar.
Bütün bunlar, imamət (imamlıq) vəzifəsinə verilən əhəmiyyətin böyüklüyünü göstərir. Bunun üçündür ki, bu vəzifəni, əvvəllər, yaşadıqları yerlərdə, idarəçilər öz üzərlərinə götürərdilər.
Bununla bərabər, camaat arasında, ev sahibi və ya ev sahibinin icazəsilə imamlıq edilər. Başqasının evində tək başına namaz qılacaq olan kimsə də, ev sahibindən icazə istəməlidir, fəzilətli olan da, budur.
150. Fasiqin (aşkar haram işləyənin) və bidət sahibi olanın imaməti, təhrimən məkruhdur. Çünki fasiq, din işlərinə hörmətlə davranmaz. İmam Muhamməd ilə imam Malikə görə, bunlara tabe olmaq, caiz deyildir.
Bidət sahibinə, "mubtədi" deyilir, ki, əqidəsi, sünnət və camaat əhlinin əqidəsinə müxalif olan kimsə, deməkdir. Bidət sahibinə tabe olmağın kərahətlə caiz olması, etiqadı, küfrə varmadığı təqdirdədir. Əgər etiqadı küfrü gərəkdirirsə, ona tabe olmaq, bütün Hənəfilərcə də, caiz olmaz. Şəfaəti, qəbr əzabını və hafaza (qoruyucu) mələklərini inkar etmək kimi...
151. Nökərlərin və atası müəyyən olmayanların imamlığı, məkruhdur. Çünki, bunlarda, cəhalət daha çox olur. Bilikli olduqları halda, imamlıq edə bilərlər. İki gözü kor olan da, imam ola bilər. Lakin görən kimsələrin imamlığı, daha fəzilətlidir. Bununla bərabər, 2 gözü görməyənin imamlığında kərahət olduğunu deyənlər də vardır. Çünki, bu kimsə, üzr sahibidir; paltarının təmizliyinə diqqət etməyə bilər.
152. Kişilərin, qadınlara və hələ büluğ yaşına çatmamış uşaqlara tabe olub namaz qılması, caiz olmadığı kimi;
~ ağlı yerində olanın, dəliyə;
~ Quran oxuya bilənin, oxuya bilməyən (ümmi)'yə;
~ qiraəti olmayanın, dilsizə;
~ paltarı təmiz olmayının, paltarı təmiz olana;
~ övrət yerləri qapalı olanın, açıq olana;
~ üzrü olmayanın, üzrlüyə;
~ bir üzrlünün, üzrü fərqli olan başqa bir üzrlüyə
tabe olması da, caiz deyildir. Ancaq, üzrləri bir olanların bir-birilərinə tabe olmaları, caizdir.
153. Qadının qadına imamlığı, kərahətlə caizdir. Əgər qadınlar, öz aralarında camaatla namaz qılacaq olsalar, imam olacaq qadın, qadınların ortasında dayanar; onların qarşısına keçməz. Qarşısına keçməsi də, məkruhdur. (haşiyə)
--------------------------------
(Haşiyə:
https://suallarlaislam.com/.../qadinlarin-oz-aralarinda...)
--------------------------------
154.
1. Dəstəmazda ayaqlarını yumuş olan kimsənin, ayaqlarını məsh etmiş olan kimsəyə;
2. Dəstəmaz alanın, təyəmmüm etmiş olana;
3. Ayaqda namaz qılanın, oturaraq namaz qılana;
4. Boyu, dik və doğru olanın, ruku dərəcəsində donqar olana
iqtida etməsi (tabe olması), caiz deyildir.
Son 3 fərqli şəkildəki tabe olmağın cəvazına, imam Muhamməd müxalifdir.
155. Fərz namaz qılanın, nafilə namaz qılana; və ya başqa bir fərz namaz qılana tabe olması, caiz deyildir. Lakin, nafilə namaz qılanın, fərz namaz qılana tabe olması, caizdir. Məsələn:
Zöhrün fərzini qılmış olan bir kimsə üçün, zöhr namazını qıldırmaqda olana imama tabe olacaq olsa, bu ikinci dəfə qılacağı namaz, bir nafilə olaraq, caizdir.
156. Bir kimsənin, haqlı olaraq, özündən xoşlanmadığı bir camaata namaz qıldırması, məkruhdur. Lakin, xoşlanmayacaq bir hal və ya imamlığa daha əhliyyətli bir kimsə yoxdursa, camaatın xoşlanmasına, baxılmaz. Çünki, bu halda, camaatın xoşlanmaması, yersizdir.
157. Məzhəb fərqliliyi, iqtidaya mane deyildir. Yetər ki, imam olan şəxs, namazın şərtlərinə və rüknlərinə riayət etsin. Belə ki:
Müsəlmanların, fihqi cəhətdən məzhəbləri fərqli olsa da, əsasda bir olduqlarından, bir-birilərinə tabe ola bilərlər. Bu xüsusda ən fəzilətli olan, hər müsəlmanın, öz məzhəbində olan bir imama tabe olmasıdır. Bu olmayınca, digər bir məzhəbdə olub namazın fərzlərinə riayət edən hər hansı bir imama tabe olunması, tək başına namaz qılmaqdan daha fəzilətlidir. Bu qədər var ki, bir müsəlman, öz məzhəbinə görə namazı pozacaq bir şeyin, belə bir imamda olduğunu görüb bilərsə, ona tabe olması, səhih olmaz; bir Hənəfi'nin, burnundan qan axdığı halda, dəstəmazını təzələmədən imamlığa keçən bir Şafi'yə tabe olması kimi...
(Maliki və Hənbəli olanlara görə, namazın sihhəti üçün şərt olan şeylərdə, ancaq, imamın məzhəbinə etibar olunur; muqtədinin məzhəbinə baxılmaz. Onun üçün, bir Maliki və ya bir Hənbəli, başını tamamilə məsh etməmiş olan Şafi və ya Hənəfi bir imama tabe olsa, namazı, səhih olar. Çünki, belə bir məsh, hər nə qədər Maliki və Hənbəli məzhəblərində səhih deyilsə də, Hənəfi və Şafi məzhəblərində, səhihdir.)
158. İmam olan şəxs, camaata nifrət verəcək şeylərdən çəkinməlidir. Bir imamın, qiraəti ya da təsbihləri, camaatı bezdirəcək dərəcədə uzatması, uyğun deyildir. Burda, sünnətin ən az olan dərəcəsilə kifayət etməlidir. Çünki bu uzatma, camaatı bezdirir, bu isə, məkruhdur. Camaatla qılınacaq bir namazın savabı, daha çoxdur. Bu savabdan başqalarını məhrum qoymağa səbəbiyyət vermək, uyğun olmaz. Camaatın uzatmağa razı olmaları halında, kərahət olmaz.
Bununla bərabər, camaatın ruku və səcdə təsbihlərini və təşəhhüdü sünnət üzərə tamamlamalarına meydan verməyəcək şəkildə imamın tələsməsi də, məkruhdur. Camaatın çatması üçün, imamın rukunu uzatması da, məkruhdur.
159. İmamın, özünə asan gələn ayə və surələri oxuması, vacibdir. Hələ qüvvətlicə əzbərləməmiş olduğu ayələri oxumamalı; camaatın köməkçi olmasına, meydan verməməlidir. Belə ki:
İmam, bir ayətdə, yanılar və xatırlaya bilməzsə, baxılar:
Əgər sünnət miqdarı və ya namazın caiz olacağı qədər oxumuşdursa, dərhal rukuya getməli; yanıldığı yeri düzəltməyi, camaatdan gözləməməlidir. Bu miqdar oxumamışdırsa, başqa bir ayətə keçməlidir.
160. İmamın, camaatdan, ən az 1 arşın (təxminən 70 sm.) yüksəkdə və ya alçaq bir yerdə dayanıb namaz qıldırması, məkruhdur. Özü ilə bərabər, camaatdan bəzi kimsələr olarsa, məkruh olmaz.
161. İmam ilə muqtədinin yerləri, hökmən bir olmalıdır. Aralarında yüksək boylu bir divar olub imamın görülməsini və ya səsinin eşidilməsini əngəlləsə, o imama tabe olmaq, səhih olmaz.
Yenə, imam ilə muqtədi arasında və ya bir muqtədi ilə öndəki səf arasında uzaqlıq olsa, baxılar:
Əgər namaz, məscid xaricində qılınırsa və aradakı məsafə də, bir səf bağlanacaq miqdardan az isə, imam tabe olmaq, səhih olar. Lakin məsafə bundan çoxdursa, tabe olmaq, səhih olmaz. Ancaq namaz, məscid içində qılınmaqdadırsa, aradakı uzaqlıq nə olursa olsun, imama tabe olmağa əngəl olmaz. Bununla bərabər, bəzi alimlərə görə, Beytu'l-Məqdis kimi çox geniş olan məscidlərdə, səflər arasında münasibət olmadan məscidin ən uzaq yerində dayanıb imama tabe olunması, caiz deyildir.
162. İmam, heyvan üzərində; imama tabe olan da, piyada olsa; və ya başqa-başqa heyvanlara və ya gəmilərə minmiş olsalar, yer dəyişikliyi olduğundan, imama tabe olmaq, səhih olmaz.
Yenə, məsciddə və ya başqa bir yerdə, imam ilə muqtədi arasında, qayıq keçəcək böyüklükdə bir çay və ya araba keçəcək genişlikdə səflərdən boş bir yol olsa, imama tabe olmağa əngəl olar.
163. Camaata çatmaq üçün qaça-qaça getmək, məkruhdur; hörmətə, müxalifdir. Belə davranışlardan çəkinilməlidir.
164. Camaatın, bir çox nəfərdən ibarət olması, şərt deyildir. 1 nəfər ilə də, camaatın fəziləti əldə edilə bilər. İmama tabe olan şəxsin, 1 qadın və ya müməyyiz (faydalı ilə zərərlini bir-birindən ayıra bilən) bir uşaq olması, kifayət edir. Bunun üçün, evdə, ailəliklə qılınan namaz da, tək başına qılınan namazdan, qat-qat fəzilətlidir. Lakin, bir üzrə istinad etmədən, evdə camaatla namaz qılıb məscidə getməmək, bidət və məkruh sayılmaqdadır. Məscidlərdə camaatla qılınan namazların fəziləti, daha çoxdur.
165. Namazda imama tabe olan 1 nəfərdirsə, imamın sağında dayanar. 2 və ya daha çox kimsə olunca, imamın arxasında dayanarlar. Kərahəti olmayan duruş, bu şəkildədir. Camaatın, imamdan iləridə dayanması isə, caiz deyildir. Bu xüsusda, səcdə yeri deyil, ayaqların yeri əsas alınır. Camaatın topuqlarının, imamın ayaq topuqlarından iləridə olmaması, kifayət edir.
(İmam Malikə görə, camaatın imamdan qabaqda dayanması, məkruh isə də, namazın cəvazını əngəlləməz.)
166. Muqtədi (imama tabe olan), imama tabe olmağa niyyət etməli və qıldıqları fərz namaz, eyni olmalıdır. Bunun üçün, bir kimsə, imama tabe olmağı niyyət etmədən imama tabe olsa; və ya özü, zöhr namazını qılmaq istədiyi halda, imam əsr namazını qıldırmaqda olsa, bu iqtidası, caiz olmaz. (haşiyə)
----------------------
(Haşiyə:
Niyyətin namaza şərt olmasının dəlilləri:
https://suallarlaislam.com/.../niyy%C9%99tin-namaza-s%C9...)
-----------------------
167. İmamın səsi kifayət etməsə, camaatdan biri tərəfindən iftitəh və intiqal təkbirləri, yüksək səslə gətirilər və rukudan qalxarkən də, "Rabbənə və ləkə'l-həmd" deyilər; yüksək səslə, yenə salam verilər. Bu, bir təbliğ, bir bildirişdir. Ancaq, təkbir gətirilərkən, iftitəh və intiqal təkbirləri olaraq gətirilməlidir; yalnız bildiriş üçün gətirilməməlidir. Əgər ilk təkbir ilə namaza başlamağa niyyət edilməzsə, bunu gətirən, namaza başlamış olmaz. Digərləri də, təsbih, təhmid və intiqal təkbirləri olaraq gətirilməzsə, savabdan məhrum olmağı gərəkdirir. İmamın səsi kifayət etdiyi təqdirdə, bu təbliğə gərək qalmayacağından, bu təbliğ işi, məkruh olar. Buna, müəzzin olanlar, diqqət etməlidirlər.
168. İmam, birinci salamı, ikinci salamdan daha yüksək səslə gətirər, ki, bu, onun üçün bir sünnətdir. Çünki, yüksək səslə gətirilməsi, camaata bir bildirişdir. Bu bildirişə ehtiyac isə, daha çox, birinci salamda görülür.
169. İmam, salam verincə, muqtədi də, təşəhhüdü bitirmişdirsə, salam verər. Salat-salam və duanı bitirmək üçün, salam verməyi gecikdirməz. Təşəhhüdü bitirmədən də salam verməsi, caizdir.
170. İmam, namazdan sonra 2 tərəfə salam verərkən, "aleykum" sözü ilə, hafaza mələklərini və bütün camaatı qəsd edər. Camaatdan hər biri də, sağ tərəfə salam verərkən, o tərəfdəki mələklərlə camaatı və imam, əgər o tərəfdə və ya öz hizasındadırsa, imamı da qəsd edər. Sol tərəfə salam verərkən də, o tərəfdəki mələklərlə camaatı və imam o tərəfdədirsə, imamı qəsd edərək, onlara salam vermiş olar. Tək başına namaz qılanlar da, bu salam ilə, yalnız hafaza mələklərini qəsd edərlər.
171. Camaat, salamdan sonra, "Allahummə, Əntə's-sələm və minkə's-sələm. Təbəraktə yə zə'l-cələli və'l-ikram." cümləsi oxununcaya qədər, yerlərində dayanarlar; sonra da, yerlərindən qalxıb, sünnəti və duanı, uyğun bir yerdə tamamlayarlar. Bundan əlavə yerlərində dayanmaları, kərahətə girər. Fərzdən sonra səffi pozmaları, müstəhəbdir. Bunu etməklə, sonradan gələnlər, namazın tamamlanmış olduğunu başa düşərlər.
172. İmam, salam verincə, baxılar:
Əgər namaz tamamlanmışdırsa, imam, sərbəstdir. İstəyərsə, sağ tərəfinə; istəyərsə də, sol tərəfinə çevrilər. Beləcə, qibləni sağ və ya sol tərəfinə gətirər və eləcə oturar. İstəyərsə, qalxıb gedər. Namaz qılanın, üzünə qarşı çevrilib dayanmaz; çünki, namaz qılanın üzünə tərəf oturmaq, məkruhdur. Lakin, namaz bitmiş olmayıb, qılınacaq sünnət olarsa, imam, "Allahummə, Əntə's-sələm və minkə's-sələm" deyilincəyə qədər, yerində dayanar; sonra qalxar; və sağa, sola, iləriyə və ya geriyə çəkilərək, o sünnət namazı qılar. Əgər özü, başqa bir işlə məşğul olmayacaqsa, bu sünnəti gedib evində qıla bilər. Çünki, sünnətlərin evdə qılınması, daha fəzilətlidir. Ancaq, camaatın, imam haqqında pis bir zənn bəsləyəcəkləri fikri varsa, sünnətləri, evə getmədən qılmalıdır.
173. Tək başına namaz qılanlara gəlincə, bunlar, fərz namazları qıldıqları yerdə dayana və sünnətləri də, orda qıla bilərlər. Bununla bərabər, nafilə namazları başqa bir tərəfə çəkilib qılmaları, daha gözəldir.
174. Camaat, qiyam, ruku, səcdə kimi edilməsi lazım gələn rüknlərdə, subhanəkə ilə təsbihlər və təhiyyət kimi dua və zikrlərdə, imama tabe olaraq, bunları edərlər. Lakin, sözlə yerinə yetirilməsi lazım gələn qiraət rüknündə, imama tabe olmaz; imamın aşkar oxuduğu Quranı dinləyər və susarlar.
Bu, imam əbu Hənifə və imam əbu Yusuf'a görədir. Bu 2 imama görə, aşkar oxunan namazlarda, camaatın oxuması, təhrimən (harama yaxın) məkruh olduğu kimi; gizli oxunan namazlarda da, camaatın oxuması, beləcə məkruhdur. İmam, camaata öndərlik etməkdədir. Bunun üçün, imamın oxuması, camaatın da oxuması deməkdir. Necə ki, bir hədisdə, belə buyurulmuşdur:
"Kimin imamı varsa, imamın oxuması, o kimsə üçün də oxumadır."
Lakin, imam Muhamməd, gizli qiraət edilən namazlarda, camaatın da qiraət etməsini, caiz görmüşdür.
175. İmam, namaza başlamaq üçün,
~ təkbir gətirərkən, əllərini yuxarı qaldırmasa;
~ subhanəkə'ni oxumasa;
~ ruku və səcdə təkbirlərini gətirməsə və bunlardakı təsbihləri söyləməsə;
~ "səmiallahu limən həmidəh" deməyi; ət-təhiyyətu'nu və salamı tərk etsə; və ya
~ təşriq təkbirlərini gətirməsə,
bunları, camaat edər və bunlarda, imama tabe olmaz.
İmam Muhamməd'ə görə, imam, "subhanəkə"ni tərk edib, fatihəni oxuduqdan sonra surəyə başlamış olsa, artıq camaat da, "subhanəkə"ni oxuya bilməz.
176. İmam, qunut duası, bayram təkbirləri, birinci oturuş, tilavət səcdəsi, səhv səcdəsini tərk etmiş olsa, camaat da tərk edər.
İmam, bir səcdə əlavə etsə; və ya bayram təkbirlərini səhabələrdən rəvayət edilən miqdardan əlavə gətirsə; və ya cənazə namazında, 4-dən çox təkbir gətirsə; və ya yanılaraq beşinci rükətə qalxsa, camaat, bu işlərdə, imama tabe olmaz. İmam, beşinci rükətə qalxdığı vaxt, baxılar:
Əgər imam, dördüncü rükətdən sonra qadə (oturuş)'u etmişdirsə, camaat, oturaraq gözləyər. İmam, dərhal qayıdaraq, təşəhhüdü etmədən salam verərsə, camaat da onunla bərabər salam verər. Lakin imam, qalxdığı beşinci rükət üçün səcdəyə gedərsə, camaat, öz başına salam verib namazdan çıxar. Əgər imam, dördüncü rükətin arxasından qadə (oturuş)'u etməmişdirsə, camaat, yenə gözləyər. Əgər imam, dərhal qiyamdan qadəyə qayıdıb ondan sonra salam verərsə, camaat da, onunla bərabər salam verər. Lakin imam, beşinci rükəti səcdə ilə bağlayarsa, hamısının namazı, pozulmuş olar. Bu halda, camaatın, tək başına təşəhhüdü edib salam verməsi, fayda verməz.
177. Vitr namazında, camaat, hələ qunut duasını bitirmədən imam rukuya getsə, camaat da gedər. Ancaq, qunut duasından hələ heç bir şey oxumamış olsalar, imam ilə rukuda olmağı qaçırmayacaq şəkildə, bir miqdar oxuyarlar.
178. İmam (vitrdə) qunut duasını unudub rukuya getdiyi halda, camaat ona tabe olmamaqla imam başını qaldırıb qunut duasını oxuduqdan sonra təkrar rukuya getməklə, camaat da ona tabe olmuş olsalar, camaatın namazı, pozular.
179. Camaatla qılınan namazlarda, səflərin düzgün olmasına, aralarında açıqlıq olmamasına, diqqət edilməlidir. İmam olan şəxs də, buna diqqət edib, camaata xəbərdarlıq edər. Səflərin ən fəzilətlisi, birinci səfdir. Sonra, sırası ilə, arxaya doğru fəzilət azalaraq gedər. İmama yaxın olmağın fəziləti, çoxdur.
180. Camaatdan birinin, səf arxasında tək başına dayanıb imama tabe olması, məkruhdur. Ancaq, səflər arasında dayanacaq bir yer tapa bilməsə, o vaxt, kərahət olmaz.
181. İmamı, ruku halında görən kimsə, imama tabe olmaq üçün ilk səflərə getdiyi təqdirdə, rükəti qaçıracağından qorxarsa, son səfə keçərək, imama tabe olar; səflərə qatılmadan tək başına yalnız bir yerdə dayanıb, imama tabe olmaz; rükəti qaçıracaq olsa belə...
182. Namaz qılanın qarşısından keçmək, məkruhdur. Ancaq, qarşısından, bir pərdə, ağac, sütun, sütun bənzəri bir əngəl olarsa, məkruh olmaz. Bu kərahiyyat, açıq yerlərdə, böyük məscidlərdə namaz qılanın səcdə edəcəyi yerdən keçmək halındadır. Çünki, belə böyük və açıq yerlərdə namaz qılanın qarşısından keçilməməsində, çətinlik vardır. Evlərdə və kiçik məscidlərdə isə, namaz qılanın mütləq surətdə, qarşısından keçməklə kərahət meydana gələr.
İmamın qarşısında olan sütrə, camaat üçün də kifayət edir. Daha əvvəl, bu, açıqlanmışdı.
183. Yüksək və ya alçaq bir yerdə namaz qılanın qarşısından keçildiyi təqdirdə, baxılar:
Əgər keçən kimsə ilə, namaz qılanın bəzi əzaları arasında bir hizaya gəlmə və qarşılaşma olarsa, keçən kimsə, günah işləmiş olar; deyilsə, olmaz. Bununla bərabər, heç bir halda, namazı pozulmaz.
Bir görüşə görə, keçənin aşağısı, namaz qılanın yuxarı yarısına gələcək şəkildə qarşılaşma olsa, yenə kərahət olar; yerdə namaz qılanın qarşısından ata minmiş bir kimsənin keçmiş olması kimi...
184. İmam, dəstəmazsız olaraq namaz qıldırdığını, camaat dağıldıqdan sonra başa düşmüş olsa, mümkün olduğu qədər, bunu, camaata bildirməsi lazımdır. Bir digər görüşə görə də, camaata bildirməsi lazım gəlməz.
185. Bir imamın, əyalətdəki qohum-əqrəbasını görmək üçün, bir zərurət və ya istirahət üçün 1 ildə, 1 həftə qədər imamlıq xidmətini tərk etməsi, adətə və şəriətə görə, haqqıdır.
186. Bir üzr olmadıqca, camaata davam etməlidir. Davam edilməməsini mübah qılacaq üzrlər, təyəmmümü mübah qılacaq dərəcədə olan xəstəliklərdir.
Paralic olmaq; yeriyə bilməyəcək qədər yaşlı olmaq; kor olmaq; haqsız yerə hücuma məruz qalmaqdan qorxmaq; şiddətli yağış və palçığın olması; soyuq və qaranlıq halı; xidmət etməyə məcbur olduğu və ayrıldığı vaxt, zərər görəcəyi bir xəstəsi olmaq; yolçuluğa çıxma hazırlığı içində olmaq kimi səbəblərdir. Din elmlərilə məşğul olub kitab yazmaq; fiqh öyrənib öyrətmək də, bu üzrlərdən sayılır. Bununla bərabər, davamlı olaraq, bu məşğuliyyət səbəbindən camaatı tərk etmək, doğru deyildir.
Yalnız tənbəllik səbəbilə camaatı tərk edən kimsə, cəzaya haqq qazanar; şahidliyi qəbul edilməz. İmam, bidət əhlindən olduğu üçün camaatı tərk edən kimsə isə, cəzaya haqq qazanmaz. Camaata davam etmək istədiyi halda, haqlı bir səbəbdən dolayı müntəzəm bir şəkildə davamdan məhrum qalan kimsə də, niyyətinə görə, camaat savabına qovuşar.
(Ömər Nasuhi Bilmən, "Böyük İslam Elmihalı")
