Məscidlər fiqhi
Fəsl:
• Məscidin qapısını bağlamaq, məkruhdur.
Bəziləri: "Məscidin əşyalarını qorumaq üçün qapısını bağlamaqda, bir beis yoxdur." demişlərdir. Səhih olan da, budur.
• Məscidin üstündə (damında), -başqa bir bina yoxdursa- cima etmək, böyük və kiçik tualet ehtiyacını qarşılamaq, məkruhdur.
Bayram və cənazə namazı qılınan musalla haqqında, ixtilaf edilmişdir. Əsahh (ən doğru) olan, onların, məscid hökmündə olmadıqlarıdır. Bunlar, hər nə qədər imama tabe olmaq cəhətindən məscid hökmündə olsalar belə, bir məkan hökmündə olduqlarından, -ümumilikdə- məscid hökmündə olmazlar. "Təbyin"də də belədir.
• Məscidin həyəti də, məscid hökmündədir. Bir kimsə, məscidin həyətində imama tabe olduğunda, səflər bir-birinə bitişməmiş və həyət dolmamış olsa belə, o şəxsin iqtidası (namazda imama tabe olması), səhih olar.
İmam Muhamməd, buna işarət edərək:
"Bir kimsənin, səflər bir-birinə bitişməmiş olsa belə, qılınan yerin qapısından iqtida etməsi, səhihdir." demiş və:"Səflər ora qədər bitişməzsə, məscid civarındakı dükanlardan iqtida, səhih olmaz." demişdir.
Məscidin qapısında olan səkilər, məscidin həyətindən sayıldığı üçün, buralarda da imama iqtida, səhihdir. "Fətəva Qadıxan"da da belədir.
• Məscidləri, əhəng və qızıl suyu ilə nəqş etmək də, məkruh deyildir. "Təbyin"də də belədir.
Bu hökm, bir kimsənin, məscidi, öz malı ilə nəqş etdiyi hallardadır.
Lakin, bir mütəvəlli (bir vəqfin və ya bənzəri bir şeyin idarəsi özünə verilən şəxs), məscidi, vəqf malı ilə nəqş edərsə, təzmin etməsi, yəni, xərclədiyi şeyi, özünün ödəməsi lazımdır. "Hidayə"də də belədir.
• Zalım kimsələrin, məscidin malına olan tamahlarından (yəni, zərər verməsindən) qorxulduğu vaxt, məscidin malları, toplanar. "Kafi"də də belədir.
• Yazıların, düşmək, tökülmək qorxusu olduğundan, məscidin mehrabına və divarlarına Quran yazmaq, müstəhsən (gözəl görülən, bəyənilən) deyildir.
Nəsəfi'nin "Cəm"ində: "Musalla'da və ya xalçada, Allah Taala'nın isimləri vardırsa, onu sərmək və istifadə etmək, məkruhdur.
Yenə, bir başqa kimsənin, bunu istifadə edəcəyindən qorxarsa, o şeyi, sahibinin mülkündən çıxarması da, məkruhdur. Vacib olan, o şeyi, yüksək bir yerə qoymaq və üzərinə də, bir başqa şey qoymamaqdır." deyilmişdir.
Yenə, Allahın isimlərindən birini, bir kağıza yazıb qapıya yapışdırmaq, ismə hörmətsizlikdən dolayı məkruhdur. "Kifayə"də də belədir.
• Məsciddə, ağız yumaq və dəstəmaz almaq, məkruhdur. Ancaq, dəstəmaz almağa ayrılmış bir yer varsa, orda dəstəmaz almaq, məkruh olmaz. Dəstəmaz alınan yerdə namaz qılmaq da, məkruhdur. "Fətəva Qadıxan"da da belədir.
• Məscidin divarına tüpürmək olmaz.
• Məscidin qarşısındakı çınqılların arasına da tüpürmək olmaz.
• Məscidin həsirlərinin üstünə də, altına da tüpürmək, məkruhdur. Fınxırmaq da, belədir.
Lüzum hiss edən kimsə, bunları, dəsmalına qoyar. Əgər dediyimiz yerlərə tüpürmüş və fınxırmışdırsa, onları, bu yerlərdən götürər. Səraxsi'nin "Muhit"ində də belədir.
• Məcburiyyət və zərurət hallarında, həsirin üzərinə tüpürmək, altına tüpürməkdən daha əhvən (zərərsiz)'dir. Çünki, həsir, həqiqətdə, məscid deyildir. Həsirin altı isə, həqiqətən məsciddir. Əgər həsir yoxdursa, tüpürən kimsə, tüpürcəyini açıqda buraxmaz; torpağa basdırar. "Fətəva Qadıxan"da da belədir.
• Palçıqda yerimiş olan kimsənin, ayağını, məscidin divarına və ya dirəklərinə sürtməsi, məkruhdur. Həsirinə sürtməsində, bir beis yoxdur. Ən yaxşısı, belə də etməməkdir. Bu kimsənin, ayağını, məscidin toplanmış torpağına sürtməsində bir beis yoxdur. Əgər torpaq dağınıqdırsa, bu torpağa sürtməsi, məkruhdur. Muxtar olan, budur. Bu kimsənin, məscidə qoyulan oduna ayağını sürtməsində, bir beis yoxdur. Səraxsi'nin "Muhit"ində də belədir.
• Məscidin içinə, quyu qazılmaz. Lakin, Zəmzəm quyusu kimi daha əvvəldən tapılan quyular, istisnadır.
• Məscidin içinə ağac əkilməsi, məkruhdur. Çünki, -ağac əkilincə- kilsəyə bənzəyər və ağac, namaz qılınacaq yeri işğal edər. Ancaq, ağac əkməkdə məscid üçün bir mənfəət varsa, yəni, yerdə su sızıntısı olar, məscidin dirəyini saxlamaq, təməlini sağlamlaşdırmaq üçün sızıntını çəkmək məqsədilə ağac əkilərsə, bu halda, bir beis yoxdur. "Fətəva Qadıxan"da da belədir.
• Həsrlərini qoymaq üçün məscidin içində bir ev tikməkdə, bir beis yoxdur. "Xülasə"də də belədir.
• "Bir şəhərin qala divarlarının üzərinə tikilən məsciddə, namaz qılınmaz." deyilmişdir. Çünki, qala divarı, ammə'nin haqqıdır. Bu xüsusdakı təfsilatlı cavabın ən uyğun olanı, budur:
Əgər o şəhər, zorakı, döyüşlə fəth edilmiş və hökmdarın əmri ilə qala divarının üzərinə məscid tikilmişdirsə, o məscidin içində namaz qılmaq, caiz olar. Çünki, imam (hökmdar, komandir və s.), yolu, məscid qılmışdır. Belə etmiş olması da, əvladır.
• Üzrsüz olan bir kimsənin, məscidi, özünə yol qılıb gəlib-keçməsi, caiz deyildir. Üzrü vardırsa, belə etməsi, caizdir.
Bir üzründən dolayı məsciddən gəlib-keçməsi caiz olan kimsənin -hər giriş-çıxışında deyil- gündə bir dəfə tahiyyətu'l-məscid qılması, caizdir.
• Dərzinin və ya hər hansı bir şey tikməkdə olan bir kimsənin, məscidin içində tikiş tikməsi, məkruhdur. Ancaq, o kimsə, məsciddə, ora uşaqların girməsinə mane olmaq və ya oranı qorumaq üçün dayanmaqdadırsa, bu halda, -bir şey tikməsi- məkruh olmaz.
Yenə, bir katib, məsciddə, bir şey müqabilində yazı yazarsa, bu, məkruh olar. Yazını qarşılıqsız yazması isə, məkruh deyildir.
• Bir müəllimin, uşaqlara, istinin və ya soyuğun zərər verməməsi üçün məsciddə oturub uşaqlara dərslərini öyrətməsi, məkruh deyildir.
• Müəllim ilə bağlı məsələ, dərzi və katiblə bağlı məsələ kimidir. Qadı İmam'ın "Nusxə"sində, "İqraru'l-Uyun"da və "Xülasə"də də belədir.
• Bir evin içində məscid olsa və evin qapısı bağlansa, ev xalqı məscidə camaat olsa, bu məscid, bu camaatın məscididir. Bu camaat, digər insanların o məsciddə namaz qılmalarını qadağan etmədikcə, məsciddə alış-veriş etməyin və qüslsuz olan kimsənin ora girməsinin haram olması kimi məscidlərlə bağlı hökmlər, bu məscid üçün də, eynilə sabit olar.
Əgər evin qapısı bağlandığında, orda camaat qalmaz; lakin, qapı açılınca, ora camaat gələrsə, bu haldakı bir yer, hər nə qədər orda namaz qılmaqdan insanlar əngəllənmirlərsə də, məscid deyildir. "Fətəva Qadıxan"da da belədir.
• Heç kim, məscidin lampasını evinə apara bilməz. Lakin, evinin lampasını məscidə gətirə bilər. "Xülasə"də də belədir.
• Məscidin lampasını, məsciddə, gecənin 1/3-inə qədər yanılı vəziyyətdə qoymaqda, bir beis yoxdur. Lakin, bundan çox yanılı qoyula bilməz. Ancaq vəqf edən kimsə, belə edilməsini şərt qoşmuş; və ya lampanın -daha çox yanılı- qalması, bu məsciddə adətdirsə, lampa, yanılı qoyula bilər. "Fətəva Qadıxan"da da belədir.
• Bir məscidi, Allah üçün tikdirmiş olan kimsə, o məscidi islah etmədə, imar və təmirdə, ona həsir və ya qamış sərməkdə, qəndil asmaqda; o məsciddə azan oxumaqda, iqamə gətirməkdə və imamlıq etməkdə, -əgər əhildirsə- başqalarından daha çox haqq sahibidir. Əgər əhil deyildirsə, bu xüsuslarda onun rəyinə müraciət edilər. "Fətəva Qadıxan"da da belədir.
• Bir kimsənin, namaz vaxtları xaricində, namaz qılmadan məsciddə oturmasında, bir beis yoxdur. Lakin, bu vaxt bir şeyi tələf edərsə, təzmin edər. "Xülasə"də də belədir.
(əl-Fətəva əl-Hindiyyə, "Kitabu's-Saləh")
-------------------------------
Əlavələr:
490. Məscid, İslam məbədlərinə verilən bir addır. Lüğətdə, "səcdə edilən yer" deməkdir. Cəm halı, "məsəcid"dir. Məscidlərin böyük olanına, "cami" deyilir. Bunun cəm halı da, "cəvami"dir.
Məscidlər, uca Allaha ibadət üçün tikilmişdir. Bundan dolayı, hər məscidin, böyük bir şərəf və fəziləti vardır. Bu şərəfi göstərmək üçün, hər məscidə, "Beytullah / Allahın evi" deyilmişdir. Onun üçün, məscidlərə hörmət edilir. Məscidlərdə, heç kim, istədiyi kimi hərəkət edə bilməz. Bir məscid, qiyamətə qədər məsciddir. Məscidlərə hörmətsizlik etmək, uca Allahın haqqına təcavüzdür. Bunun məsuliyyəti isə, çox böyükdür.
491. Bir məscidin içi və həyəti, məscid olduğu kimi; səmaya qədər olan bütün üst tərəfi də, məscid hökmündədir. Bunun üçün, məscidlərin içərisində edilməsi məkruh və qadağan olan şeylər, bunların üstlərində də məkruhdur.
492. Məscidlərin, "fina" deyilən ətrafı, məscidlərə bitişik olub aralarında yol olmayan yerlər də, namaz xüsusunda, məscid hökmündədir. Bu cəhətdən, bu yerlərdən imama tabe olmaq, səhihdir. Səflər bu yerlərə çatmasa belə, hökm, eynidir. Lakin digər xüsuslarda, məscid hökmündə deyildirlər. Bu yerlərdən keçib getmək və (bu yerlərə) dəstəmazsız (qüslsüz) girmək, caizdir.
Bayram və cənazə musalla'ları da, yalnız namaz xüsusunda məscid hökmündədirlər. Bir kimsənin, öz evində, özü üçün məscid qıldığı yer, məscid hökmü qazanmaz.
493. Məscidlərin ən fəzilətlisi, "Məscidu'l-Haram" (Kəbə) ilə ətrafındakı sahədir. Sonra, Mədinədəki "Məscidu'l-Nəbəvi" (Peyğəmbər məscidi)'dir. Sonra, "Beytu'l-Məqdis"dir. Sonra, "Quba" məscididir. Bundan sonra, ən köhnə məscidlər; daha sonra da, ən böyük olan məscidlər gəlir.
494. Bir kimsənin, öz məhəllə və ya qəbilə məscidində namaz qılması, digər məscidlərdə namaz qılmasından, daha fəzilətlidir. Digər məscidlərin camaatı, istər az, istərsə çox olsun...Yalnız, bir məscidin imamı, daha saleh və alim olarsa, orda namaz qılmaq, daha fəzilətlidir. Bu mövzuda, Məscidu'l-Haram və Məscidu'l-Nəbəvi'də, özlərinə məxsus bir xüsusiyyət və üstünlük vardır. Bunlarda qılınan namazların savabları, qat-qat çoxdur.
495. Bir məscid, insanlara dar gələcək olsa, yanındakı yer sahibindən, qiyməti ilə, bu ərazi satın alınaraq, məscidə qatılar. Ərazi sahibi razı olmasa belə, bu iş, icra edilər. Çünki, buna, bütün insanların ehtiyacı vardır. Belə bir məscid və ya cami, sonradan, binaları bilən səlahiyyətli kimsələrin görüşlərinə görə çox genişləmişdirsə, (içində cümə və bayram namazları qılınması kimi) ən böyük idarəçidən, təkrar icazə alınması lazımdır.
496. Bir kimsə, uca Allah üçün tikdirmiş olduğu məscidin idarəsinə, təmirinə, döşəmə və işıqlandırılmasına əhildirsə, müəzzinliyinə və imamlığına, başqalarından, daha çox haqq sahibidir. Özündən sonra da, övladı və tayfası, digər insanlardan əvladır. Bunlar, müəzzinliyə və imamlığa əhil deyillərsə, istədikləri münasib şəxsləri, müəzzin və imam təyin edə bilərlər.
Ancaq edilən bu təyin işində, vəqf sahibi ilə məhəllə xalqı arasında bir görüş ayrılığı olarsa, baxılar:
~ Əgər vəqf sahibinin seçdiyi kimsələr, daha yaxşı və ya xalqın seçdiyi şəxslərə bərabərdirlərsə, vəqf sahibinin seçdiyi tərcih edilər.
~ Deyilsə, xalqın istədiyi məqbul olar.
497. Bir məscidin divarlarını və qübbəsini, bəzi naxışlarla bəzəməkdə, bir beis yoxdur. Lakin, sadə bir halda olması, daha yaxşıdır. Xüsusilə, qiblə tərəfinin, nəzərləri toplayacaq bir şəkildə, incə və zərif naxışlarla bəzədilməsi, namaz qılanların diqqətini çəkəcəyindən və qəlblərinin rahatını pozacağından, məkruh görülmüşdür.
Bununla bərabər, bir kimsə, öz malından, bir məscidi bəzəyə bilər. Lakin, mütəvəlli (məscidə nəzarət etməklə mükəlləf olan şəxs), belə naxış və bəzəkləri, vəqf sahibinin malından xərcləyə bilməz. Edərsə, dəyərini ödəyər. Çünki, bunlar, məscidin binasına və davamına aid şeylər deyildir. Ancaq, gəlirdən artıq olanların, zalımların əlinə keçib yox olacağından qorxulursa, bu halda xərclənə bilər.
498. Məscidlərin lampaları, ən gec, gecənin 1/3-inə qədər yandırıla bilər. Bundan artıq yandırıla bilməz. Çünki, vəqf sahibinin malına təcavüz olar. Ancaq, vəqf sahibinin belə bir şərti vardırsa və ya adət belədirsə, təcavüz sayılmaz.
499. Məscid içində, quyu qazılmaz. Əvvəldən vardırsa, olduğu kimi tərk edilər. Dəstəmaz üçün hazırlanmış bir yer yoxdursa, məscid içində, dəstəmaz alınmaz.
500. Davamlı imam və müəzzini olan bir məsciddə namaz qıldıqdan sonra, təkrar camaat halında azan və iqamə ilə namaz qılınması, məkruhdur. Lakin, təkrar azan və iqamə oxumadan, məscidin mehrabından başqa bir tərəfdə, bəzi kimsələrin təkrar camaatla namaz qılmaları, səhih olan görüşə görə, məkruh deyildir.
501. Bir məsciddə azan oxunduqdan sonra, məsciddə olan kimsənin, o məscidi tərk edib başqa bir məscidə getməsi, başqa bir məsciddə vəzifəli deyildirsə, məkruhdur.
502. Namaz qılanın qarşısından keçmək, günahdır. Lakin, məsciddə, iləri səflərdə yer var ikən, arxa səflərdə namaz qılanın qarşısından keçmək və iləri getmək, caizdir. Çünki, bu kimsə, ona hörmət haqqını itirmişdir.
503. Etiqafa girməyən kimsənin, məscid içində yemək yeməsi və yatması, məkruhdur. Lakin, bir görüşə görə, diyarından uzaq qalmış kimsənin məscid içində yeməsi və yatması, caizdir. Ancaq, ixtilafdan qurtulmaq üçün, belə bir qəribin etiqafa niyyət etməsi, daha yaxşıdır.
504. Məscidlərə, dəstəmazlı olaraq girilər. Namaz məqsədi olmadan, məscidlərə uşaqları və dəliləri daxil etmək, zərurət olmadıqca, yol kimi keçib-getmək, caiz deyildir.
505. Bir məscidə girərkən, ilk əvvəl sağ ayağı iləri ataraq girməli və dərhal, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə salat və salam gətirməli:
"Allahumməftəh aleynə əbvəbə rahmətikə = Allahım, Üzərimizə, rəhmət qapılarını aç." deyə dua edilməlidir.
Məsciddən çıxarkən də, ilk əvvəl sol ayaq ilə çıxılmalı:
"Allahumməftəh aleynə əbvəbə fədlikə = Allahım, üzərimizə fəzilətinin qapılarını aç." deyə dua edilməlidir.
506. Məscidlərə, keyfi hərəkət və davranışlarla girilə bilməz. Qollar çirmələnmiş, palto çiyinlərə atılmış bir çəkildə girmək, uyğun olmaz. Bir zərurət olmadıqca, məscidlərdə dizləri bükmək və ya ayaqları uzatmaq surətilə oturulmaz. Bunlar, caiz görülə bilməz.
Yenə, məscidlərə sərilmiş xalılar üzərinə, kirli və ya islaq ayaqlar qoyula bilməz. Məbədlərin təmizliyinə zərər verən işlər görülə bilməz. Hər kəs, öz halına görə, məbədlərə, ən təmiz və ən gözəl paltarlarını geyinərək getməlidir. Camaatı tiksindirici hallardan çəkinməlidir. Bir ayətdə:
يَـٰبَنِىٓ ءَادَمَ خُذُوا۟ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ...
"Ey Adəm oğulları! Məscidlərə gedərkən, gözəl geyimlərinizi geyin..." (Əraf/31) buyurulmuşdur.
507. Məscidlərdə yüksək səslə danışmaq, məkruhdur. Ancaq, camaata eşitdirmək üçün xatiblərin və vaizlərin, din dərsi verən müəllimlərin, səslərini yüksəltmələri, caizdir. Başqalarının namazlarını qarışdırmamaq şərtilə, Quran oxuyanların və Allahı zikr edənlərin səslərini yüksəltmələri də, caizdir.
508. Məscidlərdə səs-küy salmaq, gərəksiz dünya işləri danışmaq, itən əşyaları soruşmaq, zikr və hikmət daşımayan şeirlər oxumaq, caiz deyildir. Deyilmişdir ki: "Atəşin odunu yeməsi kimi, məsciddə danışılan sözlər, yaxşılıqları yeyib bitirər."
509. Məscidlərdə, günahkarlara cəza tətbiq etmək, alış-veriş etmək, caiz deyildir. Yalnız etiqaf halında olanlar, qazanc təmin etmək məqsədi olmadan, sadəcə ehtiyacları qədər alış-veriş edə bilərlər.
510. Məscid içində dilənçilik etmək, haramdır. Bu dilənçilərə pul vermək də, məkruhdur. Ən ehtiyatlı görüş, budur. Lakin, hədiyyə və sədəqə vermək, qadağan deyildir.
511. Məscidləri, pis qoxulu şeylərdən qorumaq, vacib olan bir vəzifədir. Onun üçün, məscid lampalarında, təmiz olmayan yağlar istifadə etmək, caiz deyildir.
Soğan və sarımsaq kimi, qoxuları xoş olmayan şeyləri yemiş kimsələrin, camaat arasına girmələri də, uyğun deyildir. Çünki, bunların qoxusu, camaata əziyyət verir.
512. Məscidlərdə oxunan Quran-i Kərimi, xütbələri, tam bir hörmətlə dinləmək lazımdır. Məscidlərdə oturub-qalxmaq, gedib-gəlmək ədəblərinə, gərəyi üzərinə riayət edilməsi, bir vəzifədir.
Bütün bunlar, mübarək məbədlərə aid ədəblərdəndir. Bunlara müxalif hərəkət etmək, İslam ədəbinə müxalifdir. Belə xoş olmayan bir hərəkət, İslam məbədinin nə qədər müqəddəs bir məqam olduğunu gözəlcə fəhm edə bilməməkdən iləri gəlir. Quran-i Kərimə və digər hörmətə layiq şeylərə qarşı edilməsi lazım gələn hörməti bilməməkdən iləri gəlir. Belə uyğunsuz hərəkətlərdən çəkinməli, İslam ədəbinə yaraşan bir şəkildə hərəkət edilməlidir.
513. Məscid qapılarını namaz vaxtlarından sonra bağlamaq, məkruhdur. Ancaq, içindəki əşyanın itməsindən qorxulursa, bağlana bilər.
(Ömər Nasuhi Bilmən, "Böyük İslam Elmihalı)
----------------------------------------
Əlavələr:
• Azan və iqamə fiqhi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/azan-v%C9%99-iqam%C9%99-fiqhi
• Məscidlərdə edilməsi məkruh olan şeylər (4 məzhəbə görə fiqh):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99scidl%C9%99rd%C9%99-e...
• Məscidləri bəzəməyin məkruh olması:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99scidl%C9%99ri-b%C9%99...
• Uşaqların məscidə girməsinə icazə verməyin məkruh olması (dəlilləri):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/usaqlarin-m%C9%99scid%C9%99-...
• Məscidə girərkən və məsciddən çıxarkən edilən dualar (dəlilləri):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99scid%C9%99-gir%C9%99r...
• 3 məscid xaricində hər hansı bir yerə (ibadət məqsədilə) səfər etməyin məkruh olması:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/uc-m%C9%99scid-xaricind%C9%9...
