Alim isminin şərhi
20. Alim isminin şərhi:
Mənası, zahirdir. (Elminin) kamalı isə:
~ zahiri və batinilə;
~ incəsi və irisi ilə;
~ əvvəli və sonrası ilə;
~ aqibəti və başlanğıcı ilə,
hər şeyi əhatə etməsidir. Bu da, məlumatın çoxluğu ilə əlaqəlidir ki, bunun da sonu yoxdur.
Sonra elm, Onun Zatı haqqında, vazehlik və açıqlıq cəhətindən, mümkün ola bilənin ən mükəmməl mərtəbəsindədir. Elə ki, Onun elmindən daha zahir bir müşahidə və kəşf (açıqlıq) təsəvvür edilə bilməz.
Sonra, Onun elmi, məlumatlardan istifadə (əldə) edilməyib; əksinə, məlumatlar(ın qaynağı), Ondan istifadə edər (yəni, bütün məlumatların qaynağı, Onun elmidir).
Tənbeh: Qulun elm vəsfindən nəsibi olduğu, gizlənə bilməz. Ancaq, qulun elmilə Allah Taala'nın elmi arasında, 3 xüsusiyyət cəhətindən fərqlilik vardır:
1. Məlumatların (bilinənlərin) çoxluğu. Çünki, qulun məlumatı nə qədər genişləsə də, qəlbində məhsur (məhdud)'dur. Nəhayəti olmayan bir şey (yəni, sonsuz elmlər), necə ona (insana) nisbət edilə bilər?!
2. Qulun bir şeyi bilməsi, hər nə qədər açıq olsa da, bu, o açıqlığın fövqündəki açıqlığa çatacaq səviyyədə deyildir. Əksinə, insanın əşyanı müşahidə etməsi, sanki, incə bir pərdə ardından onları seyr etməsinə bənzəyir. Kəşfin (bilikdəki açıqlıq) dərəcələrini inkar etmə! Çünki, batini bəsirət, zahiri göz kimi olub günəş ilk doğarkən vazeh olan/bilinən şeylə, gündüz ortasında vazeh olan şey, bir deyildir.
3. Allah (subhənəhu və taala)'nın əşya haqqındakı elmi, əşyadan istifadə (əldə) edilmiş deyildir; (əksinə, bütün əşya), Onun elmindən istifadə edər. Qulun əşya haqqındakı elmi isə, əşyaya tabedir və əşyadan hasil olmuşdur.
Bu fərqi başa düşmək sənə çətin gələrsə, şahmat oynamağı öyrənən kimsədəki elmi, şahmatı düzəldən kimsənin (şahmat haqqındakı) elminə qiyas et. Şahmatı düzəldənin şahmat haqqındakı elmi, şahmatın varlıq səbəbidir. Şahmat öyrənənin şahmat haqqındakı elminin varlıq səbəbi isə, şahmatın varlığıdır. Şahmatı düzəldənin elmi, şahmatdan əvvəldir. Şahmatı öyrənənin elmi isə, şahmatın varlığından sonradır.
Bax, bunun kimi də, Allah (azzə və cəllə)'nin əşya haqqındakı elmi, əşyanın varlığından əvvəldir və onların varlıq səbəbidir. Bizim əşya haqqındakı elmimiz isə, bunun əksidir.
Qulun əldə etdiyi elmdən dolayı şərəf qazanması, elmin, Allah (azzə və cəllə)'nin sifətlərindən biri olmasından dolayıdır. Ən şərəfli elm, məlumatının ən şərəfli olduğu elmdir. Məlumatın ən şərəflisi isə, Allah Taala'nı bilməkdir. Bundan dolayı, mərifətullah (Allahı bilmək), ən fəzilətli mərifətdir. Hətta digər (yəni, Allah xaricində olan) şeyləri bilmək:
~ Allahın fellərini bilməyə səbəb olduğu üçün; və ya
~ qulu, Allah (azzə və cəllə)'yə yaxınlaşdıran yolu tanıtdığı; ya da
~ Allahı bilməyə çatdırdığı və ya Allaha yaxınlaşmağı hasil edən xüsusları təmin etdiyi üçün,
şərəf qazanar (şərəflənər). Bunun xaricində qalan mərifətlərdə, çox da şərəf yoxdur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------------
-------------------------------
Ustad Bədiü'z-zaman Said Nursi'nin bəyanları:
Müəllifimizin izahlarına keçmədən əvvəl,
Elmin tərifi və əldə etmə yolları üçün, bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/elm-n%C9%99dir-elmi-idrak-%C...
Təcəlli, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir
--------------------------------
Ustad Nursi, "Sözlər" adlı əsərinin 30-cu Söz'ünün 2-ci Məqsədi olan: "Tahavvülat-ı Zərrat / Zərrələrin təhəvvülləri, hal dəyişiklikləri" adlı risaləsində (s. 535-536), belə deyir:
"Her zerrede, hem hareketinde, hem sükûnetinde iki güneş gibi iki nur-u tevhid parlıyor. Çünkü,
-Onuncu Sözün Birinci İşaretinde icmâlen ve Yirmi İkinci Sözde tafsilen ispat edildiği gibi-,
herbir zerre, eğer memur-u İlâhî olmazsa ve Onun izni ve tasarrufuyla hareket etmezse ve ilim ve kudretiyle tahavvül etmezse, o vakit herbir zerrenin nihayetsiz bir ilmi, hadsiz bir kudreti, herşeyi görür bir gözü, herşeye bakar bir yüzü, herşeye geçer bir sözü bulunmak lâzım gelir."
Yəni:
Hər zərrədə, həm zərrənin hərəkətində, həm hərəkətsizliyində, 2 günəş kimi, 2 tövhid nuru parlamaqdadır. Çünki:
-10-cu Sözün 1-ci İşarət'ində, icmal olaraq; və 22-ci Söz'də təfsilatlı olaraq isbat edildiyi kimi-
Hər bir zərrə, əgər:
~ Allahın məmuru olmaz; və
~ Onun icazə və təsərrüfü ilə hərəkət etməz; və
~ Elm və qüdrətilə təhəvvül etməzsə,
o vaxt, hər bir zərrənin:
~ sonsuz bir elmi;
~ hədsiz bir qüdrəti;
~ hər şeyi görən bir gözü;
~ hər şeyə baxan bir üzü;
~ hər şeyə keçən bir sözü
olması lazımdır.
Hər zərrədə, həm zərrənin, hava zərrələri kimi hərəkətində; həm torpağın zərrələri kimi sükunətində, yəni hərəkətsizliyində, 2 günəş kimi, 2 tövhid nuru parlamaqdadır. Çünki, hər bir zərrə, əgər Allahın məmuru olarsa, hər şey onlara asanlaşar; əgər zərrə, Allahın məmuru olmaz və Onun icazə və təsərrüfü ilə hərəkət etməz; elm və qüdrətilə təhəvvül etməzsə, özündə görülən fövqəl-adi işləri görə bilməz. Hər bir zərrənin hərəkətində, bir elm və bir qüdrətin mövcudiyyəti görünməkdədir. Çünki o zərrə, bilərək və nəticəni düşünərək işləməkdə; içində çalışdığı cismin elmi proqram və geometrik şəklinə görə hərəkət etməkdə; nəticədə, gücünün xaricində bir iş görməkdədir. Əgər o zərrə, özü üçün təsbit edilən elmi proqram və qanunlara görə; geometrik şəkil və mənəvi qəliblərə görə hərəkət etməz, sonsuz elm və qüdrəti olan bir Zat'ın məmuru olmazsa, o vaxt, hər bir zərrənin:
~ Nəhayətsiz bir elmi olmalıdır. Yəni, o mövcudun keçmiş əslini, gələcək nəslini, bəlkə bütün aləmi əhatə edəcək bir elmi olması lazımdır. Çünki, hər bir zərrə, həm aləmin xülasəsidir; həm kainatla bir münasibəti vardır. Bununla bərabər,
~ Hədsiz bir qüdrəti də olmalıdır. Yəni, o böyük nəticəni yerinə yetirəcək gücü olmalıdır. Yenə,
~ Hər şeyi görən bir gözü;
~ Hər şeyə baxan bir üzü;
~ Hər şeyə keçən bir sözü
də olmalıdır. Yəni, o zərrənin, hər şeyi görməsi, bilməsi, hər şeyə hökmünü keçməsi lazım gəlir. Çünki, zərrənin gördüyü vəzifə, bu sifətlərə sahib olmağı iqtiza edir (gərəkdirir).
--------------------------
"Çünkü, anâsırın herbir zerresi, herbir cism-i zîhayatta muntazaman işler veya işleyebilir."
Yəni:
Çünki, ünsürlərin (hava, od, su, torpaq ünsürlərinin) hər bir zərrəsi, hər bir həyat sahibi cisimdə, intizamlı iş görər və ya görə bilər.
4 ünsürün zərrələri, həyat sahibi olan hər bir cisimdə, qanun dairəsində hərəkət etməkdədir. Məsələn, bu 4 ünsürdün biri olan hava ünsürünün zərrəsi, həm sənin bədənində çalışmaqda; hər bir milçəyin cəsədində iş görməkdə; həm bir çiçəyin vücudunda fəaliyyət göstərməkdə; həm bir toxum və çəyirdəkdə, bilərək, o mövcudun elmi proqram və geometrik şəklinə riayət edərək intizamla çalışmaqda, işləməkdədir. Sair ünsürləri də, buna qiyas et.
-------------------------
"Eşyanın intizamatı ve kavanin-i teşkilatı, bir-birine muhaliftir."
Yəni:
Əşyanın intizamları (yəni, elmi proqram və qanunları) və təşkilat qanunları (yəni, geometrik şəkil və quvvələri), bir-birinə müxalifdir.
-------------------------
"Onların nizamatı bilinmezse, işlenilmez, işlenilse de, yanlışsız yapılmaz. Halbuki yanlışsız yapılıyor."
Yəni:
Onların nizamları (yəni, elmi proqram və qanunları; bununla bərabər, geometrik şəkil və qüvvələri) bilinməzsə, işlənilməz.
Çünki, hər bir mövcudun elmi proqram və geometrik şəkil və quvvələri, ayrı-ayrıdır. Havanın zərrəsi, içində çalışacağı fərqli-fərqli mövcudların elmi proqram və geometrik şəklini bilməzsə, intizamla işləyə bilməz. İntizamla çalışa bilməsi üçün, hər bir zərrədə, kainatın ilk yaradılışından qiyamətə qədər bütün mövcudatın elmi proqram və geometrik şəkillərini biləcək muhit (bütün kainatı əhatə edən) bir elmin mövcud olması lazımdır. Çünki, hər bir mövcudun elmi proqram və geometrik şəkli, ayrı-ayrıdır.
-------------------------
"Öyle ise, o hizmet eden zerreler, ya bir ilm-i muhit sahibinin izin ve emriyle ve ilim ve iradesiyle işliyorlar; veyahut kendilerinde öyle bir muhit ilim ve kudret bulunmak lâzım geliyor."
Yəni:
Elə isə, o xidmət edən zərrələr:
~ ya muhit bir elm sahibinin icazə və əmrilə, elm və iradəsilə işləyirlər;
~ ya da özlərində, elə bir muhit elm və qüdrətin mövcud olması lazımdır.
---------------------------
"Evet, havanın herbir zerresi, herbir zîhayatın cismine, herbir çiçeğin herbir meyvesine, herbir yaprağın binasına girip işleyebilir. Halbuki onların teşkilâtları ayrı ayrı tarzdadır, başka başka nizamatı var. Bir incir meyvesinin fabrikası, faraza, çuha makinesi gibi olsa, bir nar meyvesinin fabrikası da şeker makinesi gibi olacaktır. Ve hâkezâ, o binaların, o cisimlerin programları birbirinden başkadır. Şimdi, şu zerre-i havaiye bütün onlara girer veya girebilir ve gayet hakîmâne ve üstadâne, yanlışsız olarak işler, vaziyetler alır. Vazifesi bittikten sonra kalkar, gider."
Yəni:
Bəli, havanın hər bir zərrəsi:
~ hər bir həyat sahibinin cisminə;
~ hər bir çiçəyin meyvəsinə;
~ hər bir yarpağın binasına
girib işləyə bilər.
Halbuki, onların təşkilatları (yəni, geometrik şəkilləri və mənəvi qəlibləri), ayrı-ayrı tərzdədir; başqa-başqa nizamları (elmi proqram və qanunları) vardır. Fərz edək ki,
~ bir əncir meyvəsinin fabriki, çuxa maşını kimi olsa;
~ bir nar meyvəsinin fabriki də, şəkər maşını kimi olacaqdır.
Və beləcə, o binaların, o cisimlərin proqramları, bir-birindən başqadır.
İndi, bu hava zərrəsi, bütün onlara girər və girə bilər və çox hikmətli və dərs verən bir müəllim kimi, yalnışsız olaraq (yəni, elmi proqrama görə) işləyər; (geometrik şəklə görə) vəziyyət alar. Vəzifəsi bitdikdən sonra, qalxıb gedər.
----------------------
"İşte, müteharrik havanın müteharrik zerresi, ya nebâtâta ve hayvânâta, hattâ meyvelerine ve çiçeklerine giydirilen suretlerin, miktarların teşkilâtını, biçimini bilmesi lâzım geldiği; veyahut onlar bir bilenin emir ve iradesiyle memur olması lâzım geldiği gibi:
Sakin toprak, sakin olan herbir zerresi, bütün çiçekli nebâtâtın ve meyvedar ağaçların tohumlarına medar ve menşe olmak kabil olduğundan, hangi tohum gelse ve o zerrede, yani misliyet itibarıyla bir zerre hükmünde olan bir avuç toprakta kendine mahsus bir fabrika ve bütün levazımatına ve teşkilâtına lâzım bütün cihazatı bulunduğundan, o zerrede ve o zerrenin kulübeciği olan o bir avuç toprakta, eşcar ve nebatat ve çiçekler ve meyveler envâı adedince muntazam mânevî makine ve fabrikaları bulunması; veyahut mu'cizekâr, herşeyi hiçten icad eder ve herşeyin herşeyini ve her cihetini bilir bir ilim ve kudret bulunması lâzımdır; veyahut bir Kadîr-i Mutlak, bir Alîm-i Külli Şeyin emir ve izniyle, havl ve kuvvetiyle o vazifeler gördürülür."
Yəni:
Bax, hərəkət halında olan havanın hərəkət halında olan zərrəsinin:
~ ya bitkilərə və heyvanlara, hətta meyvələrinə və çiçəklərinə geydirilən surətlərin, miqdarların təşkilatını, tərzini (yəni, onların elmi proqram və qanunlarını) bilməsi lazım gəldiyi;
~ ya da onlar, bir Bilənin əmr və iradəsilə məmur olmaları lazım gəldiyi kimi:
Hərəkətsiz torpaq, həm hərəkətsiz torpağın hərəkətsiz hər bir zərrəsinin:
~ bütün çiçəkli bitkilərin və meyvəli ağacların toxumlarına mədar və mənşə olmaq mümkün olduğundan, hansı toxum gəlsə və o zərrədə, yəni, misliyyət etibarı ilə bir zərrə hökmündə olan bir ovuc torpaqda, özünə məxsus bir fabrik və ona lazım olan şeylərinə və təşkilatına lazım bütün cihazları olduğundan, o zərrədə və o zərrənin "kulub"u olan o bir ovuc torpaqda, ağaclar, bitkilər, çiçəklər və meyvələrin növləri ədədincə, intizamlı mənəvi maşınlar və fabrikləri saxlaması;
~ və yaxud da, möcüzəvi, hər şeyi heçdən icad edən və hər şeyin hər şeyini və hər cəhətini bilən bir elm və qüdrət olması lazımdır;
~ və yaxud da, mütləq qüdrət sahibi, hər şeyi bilən alim olan Allahın əmr və icazəsilə, güc və qüvvətilə o vəzifələr gördülür.
----------------------------------------
"Evet, nasıl ki bir acemî, ham, âmi, âdi, hem kör bir adam Avrupa'ya gitse, bütün fabrikalara, destgâhlara girse, üstadâne kemâl-i intizamla herbir san'atta, herbir binada işler, öyle eserler yapar ki, nihayet derecede hikmetli, san'atlı, herkesi hayrette bırakıyor. Zerre miktar şuuru olan bilir ki, o adam kendi başıyla işlemiyor; belki bir üstad-ı küll ona ders verir, işlettirir.
Hem nasıl ki bir kör, âciz, yerinden kalkamıyor, basit bir kulübeciğinde oturmuş bir adam bulunuyor. Halbuki o kulübeciğe bir dirhem gibi küçük bir taş, kemik ve pamuk gibi birer madde veriliyor. Halbuki o kulübecikten batmanlarla şeker, toplarla çuha, binlerle mücevherat, gayet san'atlı, murassaatlı libaslar, lezzetli taamlar çıkıp gelse, zerre miktar aklı olan demeyecek mi ki, "O adam, gayet mu'cizekâr bir zâtın menşe-i mu'cizâtı olan fabrikasının bir mandalı veyahut miskin bir kapıcısıdır."?
Yəni:
Bəli,
~ Necə ki, bir əcəmi (işə yad, əhil olmayan), xam, cahil, kor bir adam, Avropaya getsə, bütün fabriklərə, dəzgahlara girsə, usta kimi mükəmməl intizamla, hər bir sənətdə, hər bir binada işləyər; elə əsərlər düzəldər ki, sonsuz dərəcə hikmətli, sənətli, hər kəsi heyrətə buraxsa; zərrə miqdar şüuru olan başa düşər ki, o adam, öz başına işləmir; əksinə, hər növ elmdə çox biliyi olan bir ustad ona dərs verir, onu işlətdirir.
~ Həm necə ki, kor, aciz, yerindən qalxa bilməyən, bəsit bir kulubunda oturmuş bir adam fərz edək. Halbuki, o kuluba, bir dirhəm kimi kiçik bir daş, sümük və pambıq kimi bir maddə verilir. Buna baxmayaraq, o kulubdan, batmanlarla qənd, toplarla çuxa, minlərlə mücəvhər, çox sənətli, daş-qaşla bəzədilmiş libaslar, ləzzətli təamlar çıxıb gəlsə, zərrə miqdar ağlı olan, deməyəcəkmi ki: "O adam, çox möcüzəli bir Zatın möcüzələr mənşəyi olan fabrikinin bir mandalı və yaxud miskin bir qapıçısıdır."?
------------------------------------
"Aynen öyle de, havanın zerreleri, herbiri birer mektubât-ı Samedâniye, birer antika-i san'at-ı Rabbâniye, birer mu'cize-i kudret, birer hârika-i hikmet olan nebâtât ve eşcar, ezhar ve esmardaki harekât ve hidematları, bir Sâni-i Hakîm-i Zülcelâlin, bir Fâtır-ı Kerîm-i Zülcemâlin emir ve iradesiyle hareket ettiğini; ve toprağın zerreleri dahi, herbiri birer ayrı makine ve destgâh, birer ayrı matbaa, birer ayrı hazine, birer ayrı antika ve Sâni-i Zülcelâlin esmâsını ilân eden birer ayrı ilânnâme ve kemâlâtını söyleyen birer ayrı kaside hükmünde olan o tohumcuklarının, o çekirdeklerinin sünbüllerine, ağaçlarına menşe ve medar olmaları, emr-i كُنْ فَيَكُونُ 'a mâlik, herşey emrine musahhar bir Sâni-i Zülcelâlin emriyle, izniyle, iradesiyle, kuvvetiyle olması, iki kere iki dört eder gibi kat'îdir. Âmennâ."
Yəni:
Eynilə bu cür də:
• Havanın zərrələrinin, hər biri:
~ Samədani bir məktub:
Bitki və ağaclar, çiçəklər və meyvələr, Samədani bir məktubdur ki, hər məktub, bir çox məna ifadə edir. Belə ki:
Haqq Taala'nın isimlərindən biri də, "əs-Saməd"dir. Yəni bu isim, hər şeyin Allaha möhtac olduğunu; Allahın isə, heç bir şeyə möhtac olmadığını ifadə edir. Ehtiyac deyilincə isə, ilk əvvəl, yoxluqdan qurtulub varlıq aləminə gəlmək və bu aləmdə varlığını davam etdirmək başa düşülür. Bu mənası ilə, bu isim, bütün əşyalarda təcəlli etməkdədir. Allah, nə günəşə, nə aya, nə ulduzlara, nə dağlara və s. möhtac deyildir; onlar isə, varlıq meydanına çıxmaqda və varlıqlarını davam etdirməkdə, Allaha möhtacdırlar.
Bitkilər aləminə keçdiyimizdə, ehtiyac dairəsi genişlənir, "əs-Saməd" ismi də, daha iləri mənada təcəlli edir. Bir daş, sadəcə varlığının davamına möhtac olduğu halda; bir ağac, torpağa, havaya, suya, bahara, gecə və gündüzə, günəşə möhtacdır.
Heyvanlarda, ehtiyac dairəsi, bitkilərə nisbətlə daha da genişdir. Bir heyvan, bitkilərin möhtac olduğu bu şeylərin hamısına möhtac olmaqla bərabər, görməyə, eşitməyə, yeməyə, içməyə, hərəkət etməyə də möhtacdır.
İnsana ağıl verilməsilə, ehtiyac dairəsi daha da genişlənmiş və bu gün texnologiyanın çatdığı hər şey, insan ehtiyacının bir meyvəsi olaraq ortaya çıxmışdır.
Göz görməklə, qulaq eşitməklə, mədə qidalanmaqla tətmin olarkən, insan qəlbi, ancaq Allaha iman və Onu tanımaqla tətmin olur. İnsanın ehtiyac dairəsi, bu görünən aləmlə məhdudlaşmaz. İnsan qəlbi, Allaha, axirətə, digər iman və Quran həqiqətlərinə inanmağa da möhtacdır.
Beləliklə, biz, kainat və içindəki hər şeyin Allaha möhtac olduğunu, bu şəkildə başa düşmüş oluruq.
~ Rabbani (tərbiyədən keçmiş) sənət əntiqəsi;
~ bir qüdrət möcüzəsi;
~ bir hikmət xariqəsi
olan bitkilər və ağaclar, çiçəklər və meyvələrdəki hərəkət və xidmətləri, cəlal sahibi Hakim və Sani olan Allahın, camal sahibi kərim bir Fatir (yaradan)'ın əmr və iradəsilə hərəkət etməkdə;
• Torpağın zərrələri də, hər biri:
~ ayrı bir maşın və dəzgah;
~ ayrı bir mətbəə;
~ ayrı bir xəzinə;
~ ayrı bir əntiqə;
~ və cəlal sahibi Sani'nin isimlərini elan edən ayrı bir elannamə; və
~ mükəmməlliyini söyləyən ayrı bir qəsidə
hökmündə olan o toxumların, o çəyirdəklərin sünbüllərinə, ağaclarına mənşə və mədar olmaları, "Ol!" əmrinə malik, hər şey əmrinə boyun əymiş cəlal sahibi bir Sani'nin əmrilə, iznilə, iradəsilə, qüvvətilə olması, 2×2'nin 4 olması kimi, qətidir. Əmənnə /İman etdik!
Allahın "əl-Alim" isminin təcəllisinə dair Ustad Nursi'nin əsərindən verilən nəqllər, burda bitir. İstəyən, müəllifin risalələrinə müraciət edə bilər.
---------------------------------
Tərcüməçinin notları:
Dəyərli oxuyucu! Yuxarıda, biz, elmin tərifini: "əşyanın zehndəki surəti" deyə vermişdik. Yəni, xarici aləmdə sabit olan varlıq haqqındakı zehnimizdəki surətə, elm deyirik. Bütün bu elm/biliyi əldə edə bilmək, xarici aləmin müşahidəsilə mümkündür. Eynisini, intizamlı hərəkət halında olan bir zərrə üçün düşünək. Zərrə, kainat, kainat içindəki əşyanı müşahidə edib, bunlardan bilik əldə edib doğru hərəkət edə bilərmi? Yəqin ki, bunun isbatına ehtiyac yoxdur. Elə isə, kainatda, Allahdan müstəqil fəaliyyət yoxdur.
Bununla bərabər, qeyd etmək istəyirəm ki:
Bir zərrə, Allahın adı ilə, Onun təyin etdiyi yolla (şüursuz) bir şəkildə hərəkət edib hədəfinə çatdığı halda; heç mümkünmüdür ki, zərrədən milyonlar dəfə üstün yaradılan insan, Allahın adı ilə, yəni, Onun təyin etdiyi yolla hərəkət etdiyində, hədəfinə çata bilməsin?! Onun təyin etdiyi yol isə, Kitab və Sünnətdir.
-------------------------------
Əlavələr:
Allahın elm sifəti:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-elm-sif%C9%99ti
Surət, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sur%C9%99t-n%C9%99dir
Şəriət, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99ri%C9%99t-n%C9%99dir
