Üçüncü müqəddimə (Muhakəmat)

Üçüncü Müqəddimə:

Müəllifimiz Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh), təfsir müqəddiməsi olaraq yazdığı bu "Muhakəmat" adlı kitabının girişində, biz Müsəlmanları zillət və səfalətə atan şeyin, vəhm və xəyalların həqiqətə pərdə olması olduğunu; bunun da səbəbinin, nəqliyyatda, İsrailiyyat'ın (haşiyə-1); əqliyyatda da, yunan fəlsəfəsinin, ilk 3 əsrdən sonra İslam içinə girməsi; bir də, məcazların həqiqətlə qarışdırılması olduğunu ifadə etmişdi. Məcaz mövzusu haqqında, qismən "1-ci Müqəddimə"(haşiyə-2) danışdı. İləridə təfsilat verəcəkdir. İndi isə, bu İsrailiyyat və fəlsəfənin, İslam içinə necə girdiyi haqqında danışır. Belə ki --->

----------------------------

(Haşiyə-1:

İsrailiyyat:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/israiliyyat-n%C9%99dir

 Haşiyə-2:

1-ci Müqəddimə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/birinci-muq%C9%99ddim%C9%99-muhak%C9%99mat

----------------------------

----------------------------

İsrâiliyatın bir taifesi ve hikmet-i Yunaniyenin bir kısmı, daire-i İslâmiyete duhul etmeleriyle, din süsüyle görünerek, efkârı ihtilâle verdiler.

Yəni:

İsrailiyyat(qaynaqlı məlumatlar)'ın bir tayfası və yunan fəlsəfəsi(nə bağlı fənni biliklər)'in bir qismi, İslam dairəsinə daxil olmaqla ilə, -din zinətilə görünərək-, fikirlərə xələl verdilər.

-------------------------

Şərhi:

Müəllifimiz, burda, təmsili bir üslub istifadə etməkdədir. Bu İsrailiyyat və yunan fəlsəfəsi, sanki, İsrail oğullarından və yunanlardan gələn 2 münafiqdir. Özlərini, Müsəlman kisvəsində göstərərək, Müsəlmanların Qurani olan fikir aləmlərinə sızmışlardır. Fikirlərinin nizamını pozduqlarından, içəridə fəsada səbəbiyyət verib, fitnə çıxarmışlardır.

-------------------------

-------------------------

Şöyle ki:

O necip kavm-i Arap, zaman-ı cahiliyette bir ümmet-i ümmiye idi. Vakta ki içlerinden hak tecellî edip istidad-ı hissiyatları uyandı da, meydanda yol açan din-i mübîni gördüklerinden, umum rağabat ve meyilleri, yalnız dinin mârifetine inhisar eylediler.

Yəni:

Belə ki:

O nəcib ərəb qövmü, cahiliyyə zamanında, ümmi bir ümmət idilər. Vaxta ki, içlərindən haqq təcəlli edib, hissi istedadları oyandı; meydanda yol açan mübin dini gördüklərindən, ümum rəğbət və meyllərini, yalnız dinin mərifətinə inhisar etdilər.

---------------------------

Şərhi:

Ərəblər, İbrahim və İsmayılın (əleyhiməssəlam)'ın uşaqlarıdır. Müəllifin, onları "nəcib"liklə vəsf etməsi, bundan dolayıdır. Həm ərəblər, maddi soylarına çox diqqət etdikləri kimi; ümmi (oxuma-yazması olmayan) bir topluluq olduqlarından, zehnlərinə və fitrətlərinə də, -nəsəbləri kimi- başqa millətlərin məlumatları qarışmamışdı. Bu ümmiyyətləri, bir tərəfdən, onların cəhalətlərinə səbəb idi. Lakin, eyni zamanda, fitrətlərinin və zehnlərinin, başqa millətlərin muzahrəfatlarından təmiz olmasına da səbəb olmuşdu. "Ümmi" kəliməsinin lüğəvi mənası, "anasına nisbət edilən" deməkdir. Yəni, analarından necə doğublarsa, elə də saf qalmış; sonradan bir təlim-tərbiyə görməmişlərdi. Nə vaxt ki, Quran və hədis günəş kimi təcəlli edib, hissiyyatlarının istedadları oyandı. Yəni, o ümmi topluluğun hissiyyatları, cahiliyyədə (haşiyə), gecə yatan adam kimi, yuxuda idi. Haqq Taala, onların hissiyyat və fikirlərini pozmadan yatırtmışdı. Ta ki, yalnızca Quran ilə onları tərbiyə etsin. Nəhayət, Quran, sabah vaxtında, günəş kimi doğduğunda, bütün o yatmış saf və ari hissiyyatları da oyandı. Onun işığı ilə, istedadları inkişafa başladı. Meydanda da, yalnız günəş kimi açıq və mübin olan və onlara yol göstərən, yol açan İslam dinini gördüklərindən, bütün rəğbətləri və meyllərini, yalnız dinin mərifətinə (yəni, onu anlamağa) inhisar etdilər (yəni, onunla məhdudlaşdırdılar).

-----------------------

(Haşiyə:

Cahiliyyə nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/cahiliyy%C9%99-n%C9%99-dem%C9%99kdir

-----------------------

-----------------------

Fakat kâinata olan nazarları teşrihat-ı hikemiye nazarıyla değil, belki istitraden, yalnız istidlâl için idi.

Yəni:

Lakin, kainata olan nəzərləri, fənni açıqlamalar nəzərilə deyil; əksinə, istitradən (dolaylı olaraq), yalnız istidlal üçün idi.

-----------------------

Şərhi:

Yəni, onların kainata olan nəzərləri, cəlal sahibi Sani'yə dəlil gətirmək üçün idi. Onlar, bu kainata baxdıqlarında, Allahın birliyinə və haşra (axirət həyatına) dəlil gətirmək üçün baxırlardı. Məsələn, günəşə baxdıqlarında, günəşin maddi keyfiyyətinin nə olduğuna maraq etməzdilər. Əksinə, onun, Sani (olan Allah)'a necə dəlil olduğuna baxarlardı. Onlara bu nəzəri, Quran vermişdi.

------------------------

------------------------

Onların o hassas zevk-i tabiîlerine ilham eden, yalnız onların fıtratlarına münasip olan geniş ve ulvî muhitleri ve safî ve müstaid olan fıtrat-ı asliyeleri tâlim ve terbiye eden yalnız Kur'ân idi.

Yəni:

Onların o həssas təbii zövqlərinə ilham edən, yalnız:

~ onların fitrətlərinə münasib olan geniş və ülvi mühitləri; və

~ saf və istedadlı olan əsli fitrətləri

(idi).

(Belə olduğu kimi)

~ (onları) təlim və tərbiyə edən də, yalnız Quran idi.

---------------------------

Şərhi:

Onların təbii ilham qaynaqları, bu 2 şey idi:

1. Yaşadıqları mühit: ki, özləri kimi fitri, mədəniyyət və sənayenin zinətlərindən bəri, tamamilə təbii, həm geniş bir ada, həm də Beytullahın qonşuluğunda, ülvi bir meydan;

2. Süni təlim və tərbiyə ilə pozulmamış, tamamilə saf və istedadlı əsli fitrətləri: ki, İslam'dan sonra səhabə adı ilə məşhurlaşmış və cahanı idarə etmiş bir tayfanın onlardan çıxması, əsli fitrətlərinin nə qədər istedadlı olduğunu göstərir.

Bu 2 şeylə bərabər, onları təlim və tərbiyə edən də, yalnız Quran idi. Yəni, ərəblər, ağappaq bir səhifə kimi idilər. Quran da, o səhifə üzərində nəqş edirdi. Susuz torpağın yağışı canına çəkməsi kimi; Allahın ayələrini, o cür canlarına çəkirlərdi. Başqa bir şey bilmirdilər, ki, zehnləri və hisslərini bulandırsınlar. Başqalarına, rəğbət də göstərmirdilər. Aclıq və susuzluğun verdiyi iştah və arzu ilə, onların bütün nəzərləri, Qurana yönəlmişdi.

-------------------------

-------------------------

Bundan sonra kavm-i Arap, sair akvamı bel' ettiği gibi, milel-i sairenin malûmatları dahi Müslüman olmaya başladığından, muharrefe olan İsrailiyat ise, Vehb, Kâ'b gibi ulema-i ehl-i kitabın İslâmiyetlerinin cihetiyle Arapların hazain-i hayalâtına bir mecrâ ve menfez bularak o efkâr-ı safiyeye karıştılar.

Yəni:

Bundan sonra, ərəb qövmü, sair qövmləri (yemək kimi) udduğu kimi; sair millətlərin məlumatları da, müsəlman olmağa başladığından; təhrif edilmiş İsrailiyyat isə, -Vehb, Ka'b kimi əhl-i kitab alimlərinin müsəlman olmaları cəhətilə-, ərəblərin xəyal xəzinələrinə bir məcra və mənfəz taparaq, o saf fikirlərə qarışdılar.

---------------------------

Şərhi:

Ərəblər, sair millətləri hakimiyyətləri altına aldıqları kimi; sair dinlərin məlumatları da, müsəlman olmağa başladı. Yəni, o dinlərin köhnə məlumatları, İslamın açıqca rədd etməyəcəyi bir şəklə girib, bir növ İslami hüviyyət qazanmağa başladı. Şirk kimi açıq küfrlər və aşkar batillər, tərk edildi. Çünki, Quranın sarahatı, buna imkan vermir. Ancaq, Quranın açıqca təsdiq etməməklə bərabər; açıqca da təkzib etmədiyi məlumatlar, İslami kisvələr içində, fikir aləmində dolaşmağa bir məcra tapdı. -Müəllifimizin iləridə açıqlayacağı üzərə- o məlumatları ilə Quranın bəzi ləfzləri arasında zahiri bir münasibət və ya müşabəhət (bənzərlik) gördüklərindən və görməyə də çalışdıqlarından, "Bu məna da, möhtəməldir." dedilər. Beləcə, o məlumatlar da, müsəlman oldu. Halbuki, o möhtəməl mənaları Quran təkzib etməsə də, təsdiq də etmir. Onlar, Quranın malı deyildirlər.

Bax, bu surətdə, sair millətlərin məlumatları müsəlmanlaşaraq İslama girməyə başladıqlarından; təhrif edilmiş İsrailiyyat da, Vehb b. Münəbbih və Ka'b əl-Axbar kimi kitab əhli alimlərinin müsəlman olmaları vasitəsilə, ərəblərin xəyal xəzinələrinə bir dəlik taparaq, o saf fikirlərə qarışdılar.

Ancaq, bunlar, İslam dininə qarışmamışdılar. Çünki, -aşağıda deyəcəyi kimi- səhabə, tabiun və ətbau't-tabiin, o məlumatları, əsla İslamın malı olaraq görməmiş və sahib çıxmamışdılar. Sadəcə, o hekayələrdə varsa bir ibrət cəhəti, onun üçün qulaq asmışdılar. Əgər o hekayə, Quranı təsdiq edirsə, hekayəni bəyənmişdilər. Yoxsa, Quranı təsdiqdə, o hekayələri əsas qılmamışdılar. Əgər Quran, o hekayəni nə təsdiq edir, nə də təkzib edirsə də, səhabə də, təsdiq və təkzib etmədən və ona sahib çıxmadan, tənqidsiz dinləyirdilər. Zatən Quran və hədis də, onlara belə əmr edirdi. Məsələn:

...فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَآءً ظَـٰهِرًا وَلَا تَسْتَفْتِ فِيهِم مِّنْهُمْ أَحَدًا...

Yəni:

"(Elə isə), onlar (yəni, mağara əhli) haqqında, (Quranda bildirilən) açıq dəlillər xaricində, münaqişəyə girmə və onlar haqqında, bunlardan (yəni, kitab əhlindən), heç nə soruşma!" (Kəhf/22);

"Kitab əhlini, təsdiq də etməyin, təkzib də." (Buxari, hədis no: 7362)

kimi hədislər də, bunu əmr etməkdədir.

Ustad Nursi'nin bu izahlarından başa düşülən budur ki, Quran, səhabənin saf hissiyyatları, fikirləri və bəlağat zövqləri üzərinə nazil olmuşdu. Onun üçün, Quranın mənalarında əsl olan, o Səhabələrin fəhm etdiyi və zövq etdiyi mənalardır. Onların qəbul etməyib rədd etdiyi bir məna, mərdud (rədd edilən)'dir. Ancaq, Onların nə qəbul, nə də rədd etdiyi mənalar, möhtəməl cəhətlər isə, əgər qəti dəlillərlə doğruluqları isbat edilərsə, qəbul edilər. Əgər yalnış olduğu isbat edilərsə, rədd edilər. Əgər doğruluğu və ya yalnışlığı isbat edilə bilməzsə, nə təsdiq edilər, nə də təkzib. Və İslamın malı olaraq da görülməz.

----------------------

----------------------

Hem sonra da ihtiram dahi gördüler. Zira ulema-i ehl-i kitaptan İslâmiyete gelenler, İslâmiyet şerefiyle gayet celâlet ve tekemmül ettiklerinden, malûmat-ı müzahrefe-i sabıkaları makbule ve müselleme gibi oldular, reddedilmedi. Çünkü İslâmiyetin usulüne musadim olmadığından, hikâyat gibi rivayet olunurken, ehemmiyetsizliği için tenkitsiz dinlenirlerdi. Fakat—hayfâ!—sonra hak olarak kabul edildiler, çok şübeh ve şükûkâta sebebiyet verdiler.

Yəni:

Həm, sonra da, hörmət belə gördülər. Çünki, əhl-i kitab alimlərdən İslama gələnlər, İslamiyyət şərəfilə çox cəlal (qazandıqlarından) və təkəmmül etdiklərindən, zahiri bəzəkli olan köhnə məlumatları, məqbul və müsəlləm (özlərinə təslim edilmiş) kimi oldular (və) rədd edilmədilər. Çünki, İslamiyyətin üsuluna (yəni, əsllərinə) zidd olmadıqlarından, hekayə kimi rəvayət edilərkən; əhəmiyyətsizliyi üçün, tənqidsiz dinlənilirdilər.

Lakin, -təəssüf ki- sonra, haqq olaraq qəbul edildilər; (və) çox şübhə və şəkklərə səbəbiyyət verdilər.

------------------------------

Şərhi:

Hicri 3-cü əsrdən sonrakı dövrlərdə də, İsrailiyyat, yalnız eşidilməklə qalmadı, hörmət belə gördü. Çünki, kitab əhlindən müsəlman olan alimlər, İslamın onları şərəfləndirməsilə cəlal qazandılar; və İslamın onları mükəmməlləşdirməsilə, həqiqətən çox böyük alim oldular. Lakin, bu cəlal və kamalları, mühəqqiq olmayan bəzi əhl-i zahir üçün, bir iltibas (qarışdırma) səbəbi oldu. Onların üstü bəzəkli köhnə məlumatları, məqbul və müsəlləm oldu və rədd edilmədi. Yəni, "Belə böyük bir alim, bunu deyir." deyərək, sözləri, məqbul və müsəlləm oldu. Halbuki, nəql edənə, hekayə edənə, itab edilməz. Hekayə edən, hekayənin yalnışlığından məsul deyildir. Həm, onu tənqidsiz dinləyən də, məsul deyildir. Yəni, birinin bir şeyi nəql və hekayə etməsi və ya bir başqasının da onu tənqidsiz dinləməsi, hekayə edilən şeyin doğruluğunu qəbul etdiyinə dəlalət etməz. Hətta, belə İsrailiyyat, dəfələrlə, xürafələrinə istehza və təəccüb; onun yerinə, İslamın saflığı və haqqlılığını göstərmək üçün nəql edilirdi. Səhabə, tabiun və ətbau't-tabiin dövründə, bunlar, hekayə kimi rəvayət edilərkən, əhəmiyyətli olmadığından dolayı, tənqidsiz dinlənilirdi. Yəni, təsdiq və təkzib edilmirdi. Məsələn, yerin, nəyin üzərində dayandığı; və ya Qaf dağı kimi rəvayətlər, din nöqteyi nəzərində, çox əhəmiyyətli məsələlər deyildir. Yer, düz olsa nə olacaq, kürə olsa nə olacaq?! Boşluqda dursa nə olacaq, bir şeyin üstündə dursa nə olacaq?! İlk 3 əsrin insanları, kainata fənni açıqlamalar cəhətindən baxmırdılar, ki, bu hekayələrə əhəmiyyət versinlər və doğruluğunu və yalnışlığını təhqiq etsinlər. Bunlar, hekayə qəbilindən rəvayət edilirdi.

Lakin, hicri 3-cü əsrdən sonra, bu hekayələr, haqq olaraq qəbul edildilər və bununla da, çox şübhələrə yol açdılar. Çünki, bu İsrailiyyatda, çox xətalar vardı. Onu İslamın malı zənn edənlər, fənni kəşflər və ya təhqiqlərlə xətaları üzə çıxmağa başlayınca, tərəddüdə düşmələrinə səbəb oldu.

Həm, bir şeydə gözəlliyin səbəbi, tənasübdür. Tənasüb də, intizamdan gəlir. İntizam isə, mizandan doğur. Bir şey, hədd-i zatında gözəl belə olsa, əgər aid olmadığı bir yerə daxil olarsa, o yerin nizam və mizanını pozduğundan, tənasüb də pozular. Çirkin düşər, o yeri də çirkinləşdirər. Müəllifimizin iləridə dediyi kimi, "Bəli, 1 zira qədər bir burun qızıldan olsa, yalnız ona diqqət edilsə, gözəl görən tapılar." Onun üçün, bu İsrailiyyat, İslama girdiyində, İslam həqiqətlərinin əsli olan nizam və mizanını və tənasübünü pozduğundan, i'caz (möcüzəliliyi)'nin gözəlliyini örtməyə; həqiqətinin surətini pozmağa başladı. Həqiqət gizləndikcə, vəhm, xəyal və şübhələr meydana gəldi.

--------------------------

--------------------------

Hem de, vakta ki şu İsrailiyat, kitap ve sünnetin bazı îmââtlarına merci ve bazı mefahimlerine bir münasebetle me'haz olabilirlerdi—fakat âyât ve hadisin mânâları değil. Belki, faraza doğru olsalardı, mâsadak ve efradından olmaları mümkün olduğundan, su-i ihtiyarlarıyla başka bir me'hazı bulmayan veya atf-ı nazar etmeyen zahirperestler, bazı âyât ve ehâdîsi o hikâyat-ı İsrailiyeye tatbik ederek tefsir eylediler.

Yəni:

Həm də, vaxta ki, bu İsrailiyyat, Kitab və Sünnətin bəzi imalarına, mərci; və bəzi məfhumlarına, bir münasibətlə məxaz ola bilərdi. Lakin, ayə və hədisin mənaları deyil. Əksinə, fərz edək ki, doğru olsaydılar belə, misdaq və fərdlərindən olmaları mümkün olduğundan, su-i ixtiyarları ilə başqa bir məxaz tapa bilməyən və ya (kitab və sünnətə) nəzərini ətf etməyən zahirpərəstlər, bəzi ayə və hədisləri, o İsrailiyyatın hekayələrinə tətbiq edərək təfsir etdilər.

----------------------

Şərhi:

İndi, müəllifimiz Ustad Nursi, mühim bir məsələni ixtar edir (xatırladır). Təfsilatı, 10 və 11-ci Müqəddimələrdə gələcəkdir. Belə ki:

İsrailiyyat, bəzi ayələrin zahiri ləfzlərinə münasib olduğundan, ayələrin bəzi məfhumlarını təsbitdə, məxaz (qaynaq) ola bilərdilər. Yəni, bu İsrailiyyat, ayələrin bəzi imaları və ya məfhumları sayıla bilərdi. Bunda, bir problem olmazdı. Lakin, İsrailiyyat, ayə və hədislərin mənası ola bilməzdi. Bu mövzu, iləridə daha geniş açıqlanacaqdır. Buna, qısaca belə izah verək:

~ "Bir kəlamda, ləfzin sarahatla dəlalət etdiyi şey"ə - "məntuq" deyilir. Ustad Nursi, buna, "məna" deməkdədir. Məna isə: "qəsd edilən şey"dir.

~ "Mütəkəllim'in söyləmədiyi; lakin söylədiyi şeydən fəhmə gələn şeylər"ə də - "məfhum" deyilir.

Məsələn, "İman edən, məscidə gəldi." cümləsində, məna və məntuq, "iman edənin məscidə gəlməsi"dir. Ləfz, buna, sarahatla dəlalət etməkdədir. Mütəkəllim, bu mənanın zamini və kəfilidir və bunun doğruluğundan da, məsuldur. Müxalif məfhumu isə, "məscidə gəlməyənin, iman etmədiyi"dir. Ancaq mütəkəllim (sözü deyən), əgər bu məfhumu iradə edər, boynuna götürərsə, o vaxt: "Bu kəlamın, belə bir məfhumu vardır." deyilə bilər. İradə etməzsə, "Məfhumu yoxdur." deyilər. Yəni, bu adama, "Sən, məscidə gəlməyən kafirdir, demək istəyirsən." deyilməz. Çünki, o adam: "Xeyr. Mən, sadəcə gələnin imanını isbat etdim. Yoxsa, gəlməyənin imanını nəfy etmək, məqsədim yoxdur." deyər. Mütəkəllim iradə etmədiyində, məfhumu ona isnad etmək, sükut edənə söz isnad etmək deməkdir. Söyləmədiyi bir şeyi, ona, "söylədin" deyə böhtan atmaqdır.

~ "Misdaq" isə - "amm (ümumi) olan ləfzlərin, möhtəməl fərdləri"dir. Məsələn, "kişi" mənası verən "racul" ləfzi, ümumi bir ləfzdir. Yusif üçün də, İbrahim üçün də, Şahin üçün də, istifadə edilə bilər. O vaxt, Yusif, İbrahim və Şahin'in hər biri, bu "racul" kəliməsinin bir misdaqıdırlar. Yuxarıdakı "İman edən, məscidə gəldi." cümləsi üçün də, Yusif, İbrahim və Şahin, "iman edən" ləfzinin bir misdaqıdırlar. Çünki, hər biri də, iman edəndir. Məscidə gələn bunlardan hansı olarsa olsun, cümlə doğrudur. Ancaq, misdaq olmaq, məna olmaq demək deyildir. Yəni, indi, biri çıxıb, "Yusif də, iman edəndir. Ləfz, buna uyğundur. Demək ki, məscidə gələn, Yusifdir. Sən, bunu qəsd edirsən." deyə bilməz. Bəlkə də, gələn, İslamdır.

Xülasə, bir kəlam, heç bir şəkildə, misdaqa dəlalət etməz. Misdaq, məna deyildir. O mövzuda, mübhəm sayılır.

Sual:

Bu izahlardan başa düşülən budur ki, Quran, kitab əhlinin bir-birilə zidd müxtəlif hekayələrinə, hətta bəzən yalnış məlumatlarına və örfdə bilinən bəzi şeylərə, məqsədli bir surətdə uyğunluq göstərir. Bunun hikməti, nədir? Nə üçün Quran, həqiqəti açıqca bildirmir?

Cavab:

Bunun, bir neçə hikməti vardır. İkisi bəyan ediləcəkdir:

1. Birinci müqəddimədə danışıldığı və iləridə də yenə danışılacağı üzərə, Quranın, kainata dair bəyanlarında izlədiyi hikmət, bəşərin ağıllarına görə tənəzzül etməkdir. Çünki Quran, necə ki kainatdan dolaylı olaraq dəlil gətirmək üçün bəhs edir; kainatın fənni təşəkkülatı, bir başa Onun məqsədinə daxil deyildir. Elə də, keçmişdəki qissələr və sair bəhslər də, bir başa, Onun əsl məqsədinə daxil deyildir. Quranın o qissələrdəki məqsədi, tövhid, nübüvvət, haşr və ədaləti dərs vermək; ayrıca, ümmi olan (oxuma-yazması olmayan) Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə nisbətən qeyb olan o qissələri bəyan edərək, möcüzə göstərməkdir. Möcüzəliliyin zahir olması isə, o qissələrin, bir dərəcə, kitab əhlinin məlumatlarına müvafiq olmasına bağlıdır. Əgər müvafiq olmasa: "Sən, yalan danışırsan." deyəcəklər. Keçmiş, qeyb olduğundan, danışılanların doğruluğunu isbat edəcək başqa bir qaynaq da, yoxdur. Hərçənd Quran, nəzmindəki möcüzəliliyi ilə, haqq olduğunu isbat edir. Lakin, nəzminin möcüzəliliyinə əlavətən, məna cəhətində də möcüzəliliyini göstərmək üçün, o qissələrin, bir dərəcə onların məlumatlarına müvafiq olması lazımdır. Halbuki, kitab əhlinin nəqliyyatı (nəql etdikləri şeylər) içində, çox yalnışlar da mövcuddur. Bu yalnışlar da, 2 qisimdir:

a. Bir qismi: Peyğəmbərlərin ismətinə (məsumluğuna) və Allah Taala'nın şanına uyğun düşməyən yalnışlardır ki, Quran, bunları, sarahatla rədd edir. Peyğəmbərlərə atdıqları böhtanlar və Allaha oğul-qız isnad etmələri kimi...Bunlar, bir başa, Quranın məqsədinə daxil olduğundan, açıqca rədd edib təshih edir (düzəldir).

b. İkinci qisim yalnışlar isə: Quranın məqsədinə təmas etməyən; qissənin surətinə və ya təfsilatına dair yalnışlardır. Ancaq onlar, bunları doğru zənn etməkdədirlər. Və ya o mövzuda, bir-birilə zidd düşən müxtəlif rəvayətləri vardır. Bu qisimdə, əgər Quran, doğrunu açıqca söyləsə, lüzumsuz yerə tənqid və təkzibə səbəbiyyət verəcək. Məqsəd, kitab əhlinin təsdiqini təmin etmək ikən; bu bəyan tərzi, fitnəyə səbəb olacaq. Əgər Quran, bir başa onların dediyi kimi desə, o vaxt da, vaqeəyə müxalif bir şey söyləmiş olacaq ki, bu da, əsla Qurana layiq deyildir. Bundan dolayı, Quran, elə üslublarla gəlmişdir ki, məqsədə daxil olmayan məsələlərdə, yalnış bilən muxatablar belə, onu təkzib edə bilməsin. Hətta, bir cəhətdə təsdiq etsin. Buna, "mumaşat" deyilir. Bu, kəlamda bir məziyyətdir. Mumaşat, lüğət olaraq, "yerişini, başqasının yerişiylə uyğunlaşdırmaq, bərabər yerimək" deməkdir. Mütəkəllim, məqsədini ifadə edərkən, kəlamını elə bir qəlibə salır ki, muxatabın təkzibinə imkan vermir.

Bax, bəyanı möcüzə olan Quran da, məqsədinə daxil olmayan istitradi mövzularda, belə bir üslub istifadə etməkdədir. Quranın təsdiq etdiyi mövzular, bir başa, Onun ləfzlərinin, bəlağatca dəlalət etdiyi mənalardır. Məfhumları isə, əgər onu iradə etdiyinə qərinələr varsa, doğrudur. Yoxsa, məfhumu yoxdur. İma və təlvihləri, üslublarının müstətbəatı isə, onlarda təsdiqi yoxdur. Əgər doğrudurlarsa, Quranın malıdır. Yalnışdırlarsa, yalnışlıq insanların örfünə aiddir. Bunlar, Qurana bir naqislik deyil; əksinə bir məziyyətdir. Quran, onların doğruluğuna kəfil deyildir.

Məsələn, Quran, Saffat surəsində, İbrahim'in kəsməklə əmr edildiyi oğlunun İsmayılmı, yoxsa İshaqmı olduğunu tasrih etmir, sadəcə oğlu deyir. Elə bir siyaq içində və elə ləfzlər ilə gətirir ki, hər biri də möhtəməldir. Hərçənd, siyaqa baxıldığında, İsmayıl olması güclüdür və hədislər də, Onun, İsmayıl olduğunu bəyan etmişdir. Lakin, ayətin ləfzində, sarahat yoxdur. Çünki yəhudilər, Onun, İshaq olduğunu düşünürlər. Onun üçün, Quran, burda mumaşat etdi. Lüzumsuz yerə, yəhudinin cahiliyyə təəssübünə təhrik etmədi.

2. Necə ki, Allah Taala, hər növ içində, kamil fərdləri saxlamışdır, ki, sair fərdlər də qiymətlənsin. Məsələn:

~ insan ömrü içində, əcəli;

~ dünya ömrü içində, qiyaməti;

~ ramazanda, qədr gecəsini;

~ cümədə, icabət saatını

saxlamışdır. Ta ki, sair vaxtların da o olması möhtəməl olsun ki, bir qiymət qazansın və mühməl buraxılmasın.

Elə də, Allah Taala, kəlamında da, bəzi fərdləri, mübhəm və ya mücməl buraxmışdır. Beləcə, çox misdaqa möhtəməl olsun. Ta ki, hər bir misdaq, o ola bilmə ehtimalı ilə, qiymətlənsin. Beləliklə, Quran, bir cüzidən bəhs edərkən, onunla bir qanunun ucunu göstərəcək şəkildə bəhs edər və sair fərdləri də ehtiva edər. Məsələn, Quran, Zülqərneyn səddini təyin və təşxis etməmişdir. Beləcə, çox misdaqı olmaqla bərabər; yer üzündə nə qədər zalımları dəf edən və məzlumları himayə edən sədlər varsa, kəlamında, onların hamısına bir vəch/cəhət buraxmışdır. Hər kəs, özündən, bir şeyi onun içində tapmışdır. Göstərmiş olduğu qanunla, yer üzündə zülmü dəf və ədaləti iqamə etməyə və bunun üçün cihad etməyə və cihad üçün qalalar inşa etməyə və bu qalaları daha da təkmilləşdirərək, yeriyən qalalar, mancınıqlar və sonra tanklar və silahlar təkmilləşdirməyə əmr və irşad etmişdir.

Xülasə:

Nəql edilən İsrailiyyatdan, -əgər ayələrə bir münasibəti varsa- Quran, Allahın muhit (hər şeyi, hər yeri, hər zamanı) əhatə edən elmdən gəldiyi; kəlamın bütün cəhətləri, Allahın elmində mövcud olduğu üçün-, bəlkə, bu cəhətdən ayələrin ima və məfhumları sayıla bilərlər. Çünki, Haqq Taala, Quranın i'cazını göstərmək üçün, insanların örflərində mövcud olan bəzi hekayə və ya məlumatlara, xüsusilə kitab əhlinin məlumatlarına ima edən bir tərzdə bir üslub və bir qəlib içində ayələri nazil etmişdir. Ancaq bunlar, əsla məna ola bilməzlər və Quranın belə bir üslubla gəlməsi, o məlumatların və hekayələrin doğruluğunu təsdiq etmək mənasına gəlməz. Əgər o hekayələr və məlumatlar doğrudurlarsa, ayələrin bəzi misdaqları ola bilərlər. Ancaq, yenə də, mədlulları (dəlalət etdiyi mənalar) ola bilməzlər. Ayətin mənası, bəlağat düsturları ilə, ləfzin sarahatla dəlalət etdiyi şeylərdir.

Bu İsrailiyyat, ancaq, ima və məfhumlara, mərci; və əgər doğrudurlarsa, misdaq ola biləcək ikən; -ayəni təfsirdə, qaynaq olaraq, bəlağatdan istimdad edərək şəxsən Quran və hədislərdən mənanı almaq yerinə-; İsrailiyyatdan başqa qaynaq tapa bilməyən və bu 2 qaynağı ehmal edərək bunlara heç baxmayan zahirpərəstlər, bəzi ayə və hədisləri, İsrailiyyatın o hekayələrini tətbiq edərək təfsir etdilər. Yəni, İsrailiyyatı, ayə və hədislərə məna qıldılar.

-------------------------

-------------------------

Halbuki, Kur'ân'ı tefsir edecek, yine Kur'ân ve hadis-i sahihtir. Yoksa, ahkâmı mensuh olduğu gibi, kasası dahi muharrefe olan İncil ve Tevrat değildir.

Yəni:

Halbuki, Quranı təfsir edəcək, yenə Quran və səhih hədisdir. Yoxsa, hökmləri mənsux (nəsx edilmiş) olduğu kimi; qissələri də təhrif edilmiş olan İncil və Tövrat deyildir.

-------------------------

Şərhi:

Nasix-Mənsux üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99sx-n%C9%99dir

-------------------------

-------------------------

Evet, mâsadak ile mânâ ayrıdırlar. Halbuki, mâsadak olmaya mümkün olan şey, mânâ yerine ikame olundu. Çok da imkânât vukuata karıştırıldı.

Yəni:

Bəli, misdaq ilə məna, ayrı-ayrıdırlar. Halbuki, misdaq olmağa mümkün olan şey, məna yerinə iqamə edildi. Çox imkanat da, vaqeə ilə qarışdırıldı.

----------------------

Şərhi:

Bu mövzunun, iləridə misalları gələcəkdir. Məsələn, Quran, Zülqərneyn'in bir sədd tikdiyi haqqında danışır. Yer üzündə zalımlarla məzlumları ayıran hər sədd, Quran ləfzinin (yəni, səddin) bir misdaqı ola bilər. Ancaq, İsrailiyyatda keçən bir hekayəyə isnad edərək, "Bu filan sədd, ayətin ləfzinə uyğun bir misdaqdır." deyərək, "O halda, məna da, budur. Ayə də, bunu qəsd edir." deyilə bilməz. Ancaq, ümmətin zahirpərəstləri tərəfindən deyildi. Çox imkanlar da, vaqeəyə qarışdırıldı. Halbuki, bir şeyin mümkün olması, onun vaqe olduğu mənasına gəlməz. "Belə olması da, mümkün deyilmi? Mümkündür. Madam ki, mümkündür. Elə isə, belədir." deyildi. Bu mövzu, "8-ci Məsələ"də təfsil ediləcəkdir.

 

Not:

Bura qədər Ustad Bədiü'z-zaman, İsrailiyyatın İslama girişi haqqında danışdı. İndi də, əqliyyatdan olan yunan fəlsəfəsinin İslama girişi haqqında danışmağa başlayır.

 

Belə ki --->

-------------------------

-------------------------

Hem de, vaktâ hikmet-i Yunaniyeyi Müslüman etmek için Me'mun'un asrında tercüme olundu.

Yəni:

Həm də, vaxta ki, Yunan hikməti (fəlsəfəsi)'ni Müsəlman etmək üçün, Mə'mun'un əsrində tərcümə olundu.

---------------------------

Şərhi:

Xəlifə Mə'mun, mötəzilə (haşiyə) idi və fəlsəfəyə məftun olmuşdu. O, Misir kitabxanalarında mövcud olan yunan fəlsəfəsinə dair kitabları tərcümə etdirərək, Müsəlmanlar arasında yayğınlaşdırırdı.

Müəllifimiz Ustad Nursi, "yunan fəlsəfəsini müsəlman etmək üçün" deyərək, istehzalı bir üslub istifadə etməkdədir. Necə ki, Müsəlmanlar, kafirləri Müsəlman etmək üçün, çalışırlarsa; Mə'mun əsrində də, bəzi kimsələr, yunan fəlsəfəsini Müsəlman etmək üçün çalışırlardı. Halbuki, lazım olan, yunanı Müsəlman etmək idi. Yunanın fəlsəfəsini deyil. Bir kimsənin Müsəlman olması demək, onun əvvəlki fikirlərini tərk edib, İslamın əqidəsinə təslim olmasıdır. Yoxsa, onun fikirlərini İslam kisvəsinə soxub, İslamın hikmətilə qarışdırmaq deyil.

----------------------------

(Haşiyə:

Mötəzilə kimdir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mot%C9%99zil%C9%99-kimdir

----------------------------

----------------------------

Fakat pek çok esâtîr ve hurâfâtın menbaından çıkan o hikmet, bir derece müteaffine olduğundan, safiye olan efkâr-ı Arabın içlerine tedahül ettiğinden, bir derece efkârları karıştırdığı gibi, tahkikten taklide bir yol açtı.

Yəni:

Lakin, bir çox əfsanə və xurafatın mənbəyindən çıxan o hikmət, bir dərəcə iylənmiş olduğundan, ərəbin saf olan fikirləri içinə daxil olduğundan, bir dərəcə fikirləri qarışdırdığı kimi; təhqiqdən təqlidə (də) bir yol açdı.

-----------------------------

Şərhi:

Avropada çıxmış 2 fəlsəfi məktəb var:

1. Roma fəlsəfəsi;

2. Yunan fəlsəfəsi.

Bu iki fəlsəfə, eyni coğrafiyadan çıxmışdır. Eyni anadan doğulmuş iki əkiz qardaş kimi olduqları halda, bir-birinə ziddirlər. Belə ki:

~ Roma fəlsəfəsi, tamamilə inkarçıdır. Allahın, sadəcə Zatını qəbul edər. Təbiət və maddəyə təsir verər.

~ Yunan fəlsəfəsi isə, xəyalpərəstdir. Əfsanələrlə doludur. Hər şeyi ilahlaşdırmaqdadır. Biri döyüşdə bir qəhrəmanlıq göstərsə, döyüş tanrısı olur. Biri səfahət (günahlı əyləncələr) ardınca qaçsa, eşq tanrısı olur. Bunlar, mübaliğə və xəyalpərəstliklə, hər şeyə bir uluhiyyət vermişlərdir.

-----------------------

------------------------

Hem de âb-ı hayat olan İslâmiyetten kariha-i fıtriyeleriyle istinbat etmeye kâbil iken, o hikmetin telemmüzüne tenezzül ettiler.

Yəni:

Həm də, "həyat suyu" (kimi) olan İslamiyyətdən fitri qərixələrilə istinbat etməyə qabil ikən, o hikmətin tələbəsi olmağa tənəzzül etdilər.

-------------------

Şərhi:

Mətndəki "ab-ı həyat", "həyat suyu" deməkdir. Xızırın içib, daimi həyat qazandığı söylənən sudur. Sonra, bu kəlimə, "yeni əkilən toxum və çəyirdəklərə ilk olaraq verilən su" üçün də istifadə edilmişdir. Çünki, onunla həyat qazanılır.

İslamın "həyat suyu" (kimi) olmasına gəlincə:

Bəli, insanın "istedad çəyirdəkləri"ni həyatlandırıb inkişaf etdirən; ölümün əbədi edamından qurtarıb əbədi bir həyatı ona qazandıran və ölü hökmündə olan keçmiş və gələcəyini həyatlandıran İslam, həqiqi həyat suyudur.

Ərəblər, bu həyat suyu kimi olan İslamı, fitri qərixələri (anlayış qüvvələri) ilə, başqa bir şeyə ehtiyac duymadan çıxarmaları mümkün ikən, heç ehtiyacları olmadığı halda, yunan fəlsəfəsinin tələbəsi olmağa tənəzzül etdilər.

Not:

İndi, müəllifimiz Ustad Bədiü'z-zaman, bu 2 şeyin (yəni, İsrailiyyat və yunan fəlsəfəsinin) İslama girərək verdiyi zərəri, dilin pozulmasına bənzədərək fəhmə yaxınlaşdırır. Belə ki --->

-------------------------

-------------------------

Evet, nasıl ki ihtilât-ı A'câm ile kelâm-ı Mudarî'nin melekesi fesada yüz tutmakla muhakkikîn-i ulema o melekeyi muhafaza etmek için ulûm-u Arabiyenin kavaidini tedvin ettiler.

Öyle de, şu hikmet ve İsrailiyat dahi, daire-i İslâmiyete duhulleriyle beraber, bazı nakkad-ı muhakkikîn-i İslâm temyiz ve tasfiyelerine teşebbüs ettiler. Fakat-hayfâ!-tamamıyla muvaffak olamadılar.

Yəni:

Bəli! Necə ki, əcəmin (ərəblərə) qarışması ilə Mudari kəlamının mələkəsi fəsada üz tutmaqla, mühəqqiq alimlər, o mələkəni mühafizə etmək üçün, ərəb (dili) elminin qaydalarını tədvin etdilər.

Elə də, bu hikmət və İsrailiyyatın da, İslam dairəsinə daxil olmaları ilə bərabər, İslamın bəzi mühəqqiq tənqidçiləri, (İsrailiyyat və yunan fəlsəfəsini, Quranın hikmətindən və nəqliyyatından) təmyiz və təsfiyə etməyə təşəbbüs etdilər. Lakin, -təəssüf ki- tamamilə müvəffəq ola bilmədilər.

-----------------------------

Şərhi:

Mudar, Nizar b. Məad b. Adnan'ın oğludur. Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in də babalarındandır. Mudar oğulları, ərəbin 4 əsas qolundan biridir. Digərləri:

~ Rəbia;

~ Qudaa; və

~ Yəmən'dir.

Mudar, ərəbin ən fasehi idi. Onun ləhcəsi və üslubu, ərəb dilinin ustadıdır. Quran, onun ləhcəsi üzərinə nazil olmuşdur. Ərəblər, çox hikmətli və faseh olan bir söz gördüklərində, ona, "Mudari kəlamı" deyirlər. Bu ləhcədə, ləfzin zinətləndirilməsindən çox, mənanın nəzminə riayət edən bir üslub əsasdır.

Ərəblərin əcəmlərlə qarışması nəticəsində, Mudari kəlamının mələkəsi, cəmiyyət içində fəsada üz tutdu. Mələkə: "insanın, bir sənətə dair, nəfsində olan fitri qabiliyyət"dir ki, çox təcrübələrlə inkişaf etdiyində, o sənəti, fitri bir şey kimi edər. Sənəti icrada, qayda və qanunları xatırlamağa ehtiyac hiss etməz. Dildəki mələkə də, insanlar arasında danışmaqla bir-birindən öyrənilməklə inkişaf edər. Hətta, bir uşaq, ətrafındakı danışıqlarla dilə elə bir mələkə kəsb edər ki, qaydaları bilmədiyi halda, danışar və başa düşər. Lakin, xaricdəki bir adam, o dilin qaydalarını nə qədər öyrənsə də, mələkə sahibi olmadığı üçün, o dildə, o uşaq qədər mahir ola və dilin hissiyyatını ələ keçirə bilməz. Bir dərəcə səthi və dilin hisslərindən və zövqündən bir dərəcə məhrum olar. Dil, sadəcə qaydalardan ibarət müsbət bir elm deyildir. Kəlimə və kəlamların içinə, o qövmün örfündən gələn hissiyyat və zövqlər dərc edilər. Mələkəsi olmayan, tam zövq edə bilməz.

Qaydalar, dilin öyrənilməsi və mühafizəsi üçün, lazımdır. Lakin mələkə, ancaq təcrübə ilə; o da, xalqın o dili danışması ilə, bir-birinə təlqinlərilə ola bilər.

Bu, unudulmamalıdır ki, dil, qaydadan çıxmır. Qayda, dildən çıxmaqdadır. Bunun üçün, dildə əsl olan, səma, yəni eşitməkdir.

Bax, Quranın nazil olduğu zamanda, bütün ərəblər, Onun ləhcəsi olan Mudari kəlamı üzərinə danışırdılar. Səhabə, dilin qaydalarını, elmi bir surətdə təsbit etməmişdilər. Məsələn, "Fel, faili raf edər (adlıq hala salar)." deyə bir qayda, onlarda yox idi. Buna, ehtiyacları da yox idi. Çünki, dilin mələkəsinə sahib idilər. Ancaq, ərəb olmayanlar ərəbə qarışdıqca, öz dillərinin ruh və hissiyyatı pəncərəsindən ərəb dilinə baxdıqlarından, cəmiyyətdə, Mudari kəlamının mələkəsi, fəsada üz tutmağa başladı. Bunun üzərinə də, Əxfəş, Sibeveyh, əbu Əsvəd əd-Duəli kimi mühəqqiq alimlər, o mələkəni mühafizə üçün, sarf, nəhv, bədi, bəyan, məani kimi ərəb lüğətilə bağlı elmlərin qaydalarını tədvin etdilər. Yəni, qaydalarını təsbit edib, elmi və qanuni bir surətə daxil etdilər.

Bax, dildə belə, əcəmin qarışması, mələkəni, belə ifsad edirsə; Quran və hədislərin səmavi tərbiyəsi altında yetişən və şəkillənən və Onun şüarları vasitəsilə şüurlanan bir toplum içinə, Onunla qaynayıb-qarışması mümkün olmayan İsrailiyyat və yunan fəlsəfəsinin qarışmasının, fikirlərə necə xələl verəcəyi və Quranın ruhundan uzaqlaşdıracağı, məlumdur.

Quran dili mələkəsini mühafizə üçün mühəqqiqlər necə qaydalar tədvin etdilərsə; elə də, Ğazzali, Razi kimi bir çox mühəqqiqlər də, Quranın hikmətini, yunanın hikmətindən; Quranın nəqliyyatını da, İsrailiyyatdan ayırıb saflaşdırmağa təşəbbüs etdilər. Ancaq, insanların fikirlərindən bunları tamamilə təmizləməyə, müvəffəq ola bilmədilər.

-----------------------------

-----------------------------

İş bu kadar da kalmadı. Çünkü tefsir-i Kur'ân'a sarf-ı himmet edildiği vakit, bazı ehl-i zahir, Kur'ân'ın nakliyatını bazı İsrailiyata tatbik ve bir kısım akliyatını dahi hikmet-i mezbureye tevfik ettiler. Çünkü gördüler ki, Kur'ân mâkul ve menkule müştemildir. Hadis de öyle... Sonra kitap ve sünnetin bazı nakliyat-ı sâdıkalarıyla ve bazı muharref İsrailiyatın ortasında bir mutabakat ve münasebet istinbat ettiler. Hem de hakikî olan akliyatları ile mevhum ve mümevveh olan şu hikmet arasında bir müşabehet ve muvafakat tevehhüm eylediklerinden, şu mutabakat ve müşabeheti kitap ve sünnetin mânâlarına tefsir ve maksatlarına beyan zannedip hükmeylediler.

Yəni:

İş, bu qədər də qalmadı. Çünki, Quranın təfsir edilməsinə himmətlər sərf edildiyi vaxt, bəzi əhl-i zahir (haşiyə), Quranın nəqliyyatını, bəzi İsrailiyyata tətbiq; və bir qisim əqliyyatını da, (yuxarıda) zikri keçən hikmətə (yəni, yunan fəlsəfəsinə) təvfiq etdilər (uzlaşdırdılar). Çünki, gördülər ki, Quran, mə'qul (əqli) və mənqul (nəqli şeylər)'i də əhatə edir. Hədis də elə...

Sonra, Kitab və sünnətin bəzi sadiq nəqliyyatları və İsrailiyyatın bəzi təhrif edilmiş (nəqlləri) arasında, bir müvafiqlik və münasibət istinbat etdilər. Həm də, (Quranın) həqiqi olan əqliyyatları ilə, mövhum (vəhmdən ibarət olan) və müməvvəh (surəti dəyişdirilmiş; çölü aldadıcı, içi xürafə olan) bu hikmət (yəni, yunan fəlsəfəsi) arasında bir bənzərlik və müvafiqlik təvəhhüm etdiklərindən, bu müvafiqlik və bənzərliyi, Kitab və sünnətin mənalarına təfsir və məqsədlərinə bəyan zənn edib (elə) hökm etdilər.

-------------------------

(Haşiyə:

Ustadımızın "zahirpərəst" sözü ilə qəsd etdiyi, Özünün ifadəsi ilə sabitdir. Belə ki, O, yenə bu "Muhakəmat" (adlı əsərinin "Birinci Məqalə", 8-ci Məsələ, s. 62)'də belə deyir:

Ben "zahirperest" ve "nazar-ı sathî sahibi" tâbiriyle yad ettiğim ve tevbih ve tânif ile teşhir ettiğim muhatab-ı zihniyem, ağleb-i halde ehl-i tefrit olan ve cemâl-i İslâmı görmeyen ve nazar-ı sathiyle uzaktan İslâmiyete bakan hasm-ı dindir. Fakat, bazan ehl-i ifrat olan, iyilik bilerek fenalık eden dinin cahil dostlarıdır.

Yəni:

Mənim, "zahirpərəst""səthi nəzər sahibi" təbirilə yad etdiyim, qınadığım və azarlamaq ilə təşhir etdiyim zehni muxatabım:

~ əksəriyyətlə, təfrit əhli olan və İslamın camalını görməyən və səthi nəzərlə uzaqdan İslama baxan din düşmən(lər)'idir.

Lakin,

~ bəzən də, ifrat əhli olan, yaxşılıq bilərək pislik edən dinin cahil dostlarıdır.

Burda qəsd edilən də, məhz bu 2-ci qisimdir.

----------------------------

----------------------------

Kellâ, sümme kellâ! Zira Kitab-ı Mu'cizü'l-Beyânın misdakı, i'câzıdır. Müfessiri eczasıdır. Mânâsı içindedir. Sadefinde dürrdür, meder değildir.

Yəni:

Əsla və əsla! Çünki, bəyanı möcüzə olan Quranın misdaqı, i'cazı (möcüzəliliyi)'dir. Müfəssiri, (Öz) parçalarıdır. Mənası, içindədir. Sədəfində dürr (inci)'dir, mədər (qurumuş palçıq) deyildir.

----------------------------

Şərhi:

~ "Bəyanı möcüzə olan Quranın misdaqı, i'cazı (möcüzəliliyi)'dir."

Yəni, Quran ki, bəyanı möcüzədir. Demək istədiyi şeyi, Özü açıqca bəyan edər. Başqasının bəyanına ehtiyacı yoxdur. Quran, qeyr-i mübin deyildir ki, başqasının izahına ehtiyacı olsun. Onun misdaqı (doğruluğunu göstərən alət, kriteriya), Öz möcüzəliliyidir. Quran, sidq və doğruluğunu isbatda, sadəcə Öz i'cazına istinad etmişdir. İ'cazın növlərindən ən mühimmi də, bəlağatındakı i'cazıdır.

~ "Müfəssiri, (Öz) parçalarıdır."

Yəni, sair ayələridir. Öz-özünü təfsir edər. Başqasının təfsir etməsinə ehtiyacı yoxdur. Hədislər də vəhyə istinad etdiyindən, Qurana daxildir.

~ "Mənası, içindədir."

Yəni, xaricdə axtarılmaz. Mənası, bəlağat və bəyanın düsturlarına görə kəlam nəyə dəlalət edirsə, yalnız odur. Məsələn, Quran, Zülqərneyn'in səddi üçün, "2 dağ arası" (Kəhf/96) buyurmaqdadır. Mənası, açıqdır və içindədir. Xaricdə axtarmağa ehtiyac yoxdur. "O dağdır.", "Bu dağdır." buyurmur. Sadəcə, "2 dağ" buyurur. Demək, Allah Taala, sadəcə 2 dağ olaraq təsəvvür etməyimizi istəmişdir; bundan dolayı, o qədər bəyan etmişdir. Başqa keyfiyyətlərini bəyan etməmişdir. Bir şeyi bilmək, onun bütün xüsusiyyətlərini bilməyi gərəkdirməz. Sadəcə 2 dağ olaraq təsəvvür etmək, kifayət edir.

~ "Sədəfində dürrdür; mədər deyildir."

Yəni, Quranın mənası, dürr'dür, incidir. Ləfzləri də, o incilərin sədəfidir. İncisi dəyərli olduğu kimi; sədəfi də dəyərlidir. Bax Quran, incisi sədəfi içində olan, yəni, mənası, ləfzləri içində olan bir kitabdır. İnci, sədəfində olar. Orda axtarılar; xaricdə deyil. Sənin xaricdən gətirdiyin mənalar isə, mədər'dir. Mədər: "qurumuş palçıq"dır. Bina tikintisində istifadə edilir. Süni daşdır. Quranın mənaları, səmavidir. Sədəfləri olan ləfzlərinin içindədir. Onun mənaları, bəşəri olan fəlsəfə və ya bəşərin təhrif etdiyi İsrailiyyat mədərləri deyildir ki, xaricdən gətirib: "Bax, Quran ləfzlərinin mənaları, budur." deyək.

---------------------------

---------------------------

Faraza, bu mutabakatı izhar etmekten maksat, o şahid-i sadıkın tezkiyesi için olsa da, yine abestir.

Yəni:

Fərz edək ki, bu uyğunluğu izhar etməkdən məqsəd, o sadiq/doğru şahidin təzkiyəsi üçündür. (Bunun üçün) olsa da, yenə əbəsdir.

-------------------------

Şərhi:

Yəni, İsrailiyyat və fənn alimlərinin sözlərini mihəng və ölçü qılanlar, "Məqsədimiz, Quranın doğruluğunu göstərmək üçündür." deyərlərsə, bu da əbəsdir. Çünki, Quranın doğruluğu, möcüzəliyi ilə, zatən sabitdir. Başqa şeylərlə təsdiq və təzkiyə etmək səyləri, əbəsdir.

Təzkiyə: "məhkəmədə şahidlik edəcək kimsənin ədalətini təsbit etmək" deməkdir. Belə ki:

Hakim, iki şahidin şəhadətinə istinad edərək hökm verər. Lakin, əvvəla, bu şahidlərin adil və doğru şahid olduğunun isbat edilməsi lazımdır ki, onların şəhadəti, bir hüccət ola bilsin. Əgər hakim, bir şahidin ədalətini bilmirsə, o vaxt, rəyində xəta etməyən, ədaləti aşkar olan kimsələrdən, o şahid haqqında soruşar. Əgər onlar, bu şahidi təzkiyə edərsə, ondan sonra şahidin sözü eşidilər.

İndi, buna görə, bəyanı möcüzə olan Quran, Öz Zatı etibarı ilə, sadiq şahiddir. Misdaqı, i'cazıdır. Öz-Özünü təzkiyə edir. Başqasının Onu təzkiyə etməsinə, ehtiyac yoxdur. Elə bir təzkiyə tələbi də, Qurana hörmətsizlikdir. Əksinə, bir şeyin şəhadətinin eşidilə bilən ola bilməsi, ancaq, Quranın onu təzkiyə etməsinə bağlıdır. Yəni, İsrailiyyat və fəlsəfəni, Quranın sidqini isbat və O sadiq şahidin təzkiyəsi üçün istimal etmək, əbəsdir. Əksinə, onlar, Quranın təzkiyəsinə möhtacdır.

Demək, İsrailiyyat və fəlsəfə, Qurana bir mihəng qılına bilməzlər. Ancaq, Quran, onlara mihəng qılına bilər. Əgər Quran, onları təsdiq edərsə, qəbul edilərlər. Əgər rədd edərsə, rədd edilərlər.

--------------------

--------------------

Zira Kur'ân-ı Mübîn, ona mekalid-i inkıyadı teslim eden öyle akıl ve naklin tezkiyelerinden pek yüksek ve ganîdir.

Yəni:

Çünki, mübin (həqiqəti vazehliklə bəyan edən; qeyrisinin Onu bəyan etməsinə ehtiyacı olmayan) Quran, Ona "inqiyad (boyun əymə) açarı"nı təslim edən elə ağıl və nəqlin təzkiyələrindən, çox yüksək və zəngindir.

-----------------------

-----------------------

Evet, Süreyya'yı serâda değil, semada aramak gerektir. Kur'ân'ın mâanîsini de esdafında ara. Yoksa, karma karışık olan senin cebinden arama; zira bulamıyorsun. Bulsan da, sikke-i belâğat olmadığından, Kur'ân kabul etmez.

Yəni:

Bəli! Sürəyya'nı, yerdə deyil; səmada axtarmaq lazımdır. Quranın mənalarını da, sədəflərində axtar. Yoxsa, qarma-qarışıq olan sənin cibindən axtarma. Çünki, tapa bilmirsən. Tapsan da, (üzərində) bəlağat sikkəsi olmadığından, Quran, qəbul etməz.

---------------------------

Şərhi:

Qurana, bəlağatın düsturları ilə bax! Yoxsa, Quranın mənalarını, fəlsəfə və İsrailiyyat və xürafələrdən oğurlanmış mənalarla dolu və qarışıq olan "ağıl cibi"ndə axtarıb, ordan çıxarıb göstərməyə çalışma! Sənin kimi bir yoxsul, elə qiymətli səmavi incilərə sahib ola bilməz. Sənin cibin, qarma-qarışıq daş və mədərlə doludur.

Bəli! Quranın ləfzlərinə nəzər etdiyində, saf bir surətdə, "O, nə buyurur?" deyə baxmaq yerinə; öz başındakı və həvəsindəki bir mənanı -ki, vəhmlər və xəyallarla qarma-qarışıq bir zehndən çıxmışdır- "Bax, Quran, bunu deyir." deyərək, Ona verməyə çalışma! Quranı, öz həvəsinə görə danışdırma! Sənin cibindəkilər, bir inci kimi deyil, daş kimidir. Sənin cibindəkilərə görə qiymətli zənn etdiyin bir məna tapsan belə, üzərində bəlağat sikkəsi olmadığından, yəni, bəlağat elmi qaydalarına uyğun olmadığından və bəlağatdakı i'cazı göstərmədiyindən, Quran, onu qəbul etməz.

Müəllif, burda, Quranın nəzmində bəlağatın düsturları ilə zahir olan i'caz naxışını, pulların üstündəki sikkəyə bənzətdi. Pulların üstündə, sultan'ın sikkəsi yer alır. Bu sikkə də, insanların, təqlidini edə bilməyəcəyi bir şəkildə olmalıdır. Əgər bir pulun üstündə, sultanın təqlid edilməz sikkəsi olmazsa, o pul, saxtadır. Qəbul edilmədiyi kimi; üstəlik, onu istifadə edən, cəzalandırılar. Çünki, bu, xalqı aldatmaqdır və sultana da böhtan atmaqdır. Eynilə belə də, Quranı bəşərin kəlamından ayırd edən sikkə, i'cazıdır. Möcüzə olmayan bir kəlama, "kəlamullah" deyilməz. İ'cazın ən mühimmi və ən zahiri də, bəlağatındakı i'cazıdır. Onun üçün, əgər ayətə verilən bir məna, bəlağat elminin düsturları müvacihəsində i'caz göstərməzsə, "Ayətin mənası, budur." deyilə bilməz. Dolayısı ilə, təfsirdə qayda, yenə Müəllifin ifadəsilə, budur:

"...ulûm-u Arabiyece sahih ve usul-ü diniyece hak olmak şartıyla ve fenn-i maânîce makbul ve ilm-i beyanca münasip ve belâğatçe müstahsen..."

Yəni:

~ Ərəb (dili) elmlərincə, səhih;

~ Dinin əsllərincə, haqq olmaq şərtilə;

~ Məani fənnincə, məqbul;

~ Bəyan elmincə, münasib; və

~ Bəlağatca müstəhsən (bəyənilən)... ("Sözlər", 25-ci Söz, 1-ci Şölə, 2-ci Şüa, 1-ci Ləma, s. 385)

olmalıdır.

Üzərində i'cazın sikkəsi olmayan bir kəlam, İlahi kəlam ola bilməz.

Allah Taala, murad etdiyi mənaya, ərəb dili bəlağatının i'caz mərtəbəsini sikkə qılmışdır. Əgər o sikkə varsa, "Murad edilən məna, budur." deyilə bilər.

--------------------------

--------------------------

Zira mukarrerdir: Asıl mânâ odur ki, elfaz onu sımahta boşalttığı gibi, zihne nüfuz ederek vicdan dahi teşerrüb etmekle, ezâhîr-i efkârı feyizyâb eden şeydir.

Yəni:

Çünki, qərar qılmış bir qaydadır:

Əsl məna: ləfzlər onu qulağa boşaltdığı kimi; zehnə nüfuz edərək, vicdan da ondan içməklə, fikir çiçəklərini feyizyab edən şeydir.

------------------------------

Şərhi:

Müəllifimiz Ustad Bədiü'z-zaman, burda:

~ mənanı - suya;

~ ləfzi - suyun qabına;

~ zehnləri - torpağa;

~ qulaqları da - suyun çatması üçün mənfəzlərə

bənzətməkdədir.

Əsl məna: ləfzlər, mənanı qulağa boşaltdığı anda, eşidilər-eşidilməz, dərhal zehnə nüfuz edərək, yəni heç bir çətinlik olmadan, vicdan da ondan içməklə, yəni, "Bəli, bu kəlamın mənası, budur." deməklə tətmin olduğu mənadır. Bundan da, ağla mədəd verib fikir çiçəkləri açar. Yoxsa, əsl məna, zehnin təkəllüflərlə çatacağı şey deyildir.

"Fikir çiçəkləri açar." sözündən murad, "kəlamın bir faydasının olması"dır. Nitq, ağıldan gəldiyindən; kəlam, ağıl sahiblərindən meydana çıxdığından, kəlamda əsl olan, faydasının olmasıdır. Hətta, nəhv elmində, kəlam, "müfid/faydalı ləfz" olaraq tərif edilir. Əbəs olmamaq, əsldir. Məsələn, sən, bir nəfərə: "Sən, hafizsən." desən, cümlənin zahir mənası, o kimsəyə hafiz olduğunu bildirməkdir. Ancaq, belə bir məna, məlum olanı i'ləm etmək (bildirmək)'dir. Bu da, əbəsdir, faydasızdır. Kəlamda əsl olan, muxatabın məchulu olan bir mənanı ona bildirib, onda fikir yaratmaqdır. O vaxt, kəlam sahibinin ağlına etimad edərək, lazımi bir mənanı qəsd etdiyini söyləyərik. O da: "Sənin hafiz olduğunu, mən bilirəm. Sən, mənim bunu bildiyimi, bilmirsən. Bu sözümlə sənə bunu bildirirəm." mənasındadır. Bax belə, kəlamda bir fayda olur.

---------------------------

---------------------------

Yoksa, başka şeyin kesret-i tevaggulünden senin hayaline tedahül eden bazı ihtimalât, veyahut hikmetin ebâtîlinden ve hikâyâtın esâtîrinden sirkat edip cepte doldurarak sonra âyât ve ehâdisin telâfifinde gizletmek, çıkartmak, elde tutmak, çağırmak ki, "Budur mânâ, geliniz, alınız" dediğin vakit alacağın cevap şudur: "Yahu! İşte senin mânân siliktir. Sikkesi taklittir; nakkad-ı hakikat reddeder. Sultan-ı i'câz dahi onu darb edeni tard eder. Sen âyet ve hadisin nizamlarına taarruz ettiğinden, âyet şikâyet edip hâkim-i belâğat senin hülyanı senin hayalinde hapsedecektir. Ve müşteri-i hakikat dahi senin bu metâını almayacaktır. Zira diyecek: Âyetin mânâsı dürrdür. Bu ise mederdir. Hadisin mefhumu mühec, bu hemecdir."

Yəni:

Yoxsa, başqa şeylə çox məşğul olmaqdan (dolayı), sənin xəyalına daxil olan bəzi ehtimallar; və yaxud hikmətin (fəlsəfənin) batil məsələlərindən; və xürafə hekayələrdən oğurlayıb (ağlın) cib(in)ə dolduraraq; sonra ayə və hədislərin liflərində (yəni, ləfzlərin bir-birilə münasibətləri arasına o batil mənaları) gizlətmək

- (yəni, necə ki, bir oğru, oğurladığı malı gətirir. Sonra onu, öz malı kimi göstərmək, öz alın tərilə filan yerdən qazanmış kimi göstərmək üçün, başqa şeylərin arasında gizləyir. Sonra ordan çıxarıb: "Baxın, burdan çıxardım və bu malı, burdan qazandım." deyir. Sən də, fəlsəfə və İsrailiyyat kimi məşğul və mübtəla olduğun şeylərdən oğurlayıb götürdüyün mənaları, ayə və hədislərin mənası kimi göstərmək, guya ayə və hədislərdən onu çıxarmısan kimi göstərmək üçün, o ayə və hədisləri dartıb uzadaraq bir-birilə fasid bir şəkildə irtibatlandırıb, batil bir mənanı araya salmağa çalışırsan. Belə oğurluq mənanı, ayə və hədislərin içinə gizləyib; sonra ordan)-

çıxartmaq; əldə tutmaq, çağırmaq ki: "Budur məna, gəlin, götürün." dediyin vaxt, alacağın cavab, budur:

Yahu (Ey adam)!

~ Sənin mənan, silik (yazısı silinmiş, oxuna bilməyən)'dir (yəni, üzərində bəlağatın i'caz sikkəsi yoxdur).

~ Sikkəsi, təqliddir (yəni, bəşərin ağlından çıxmış, lakin Allahın sözü kimi göstərilməyə çalışılmışdır).

~ Həqiqət nəqqadları (tənqidçiləri), rədd edər (yəni, sərraf kimi olan mühəqqiq alimlər, sikkəni tanıyar və bu saxta pulu ayırd edib rədd edərlər).

~ İ'cazın sultanı (olan Quran) da, onu (həqiqi pul kimi) basanı qovar.

~ Sən, ayə və hədislərin mənalarına hücum etdiyindən, ayə şikayət edib,

~  (Bir) hakim (kimi olan) bəlağat da, sənin xülyanı, sənin xəyalında həbs edər. Və

~ Həqiqət müştərisi (olanlar) da, sənin (satmağa çalışdığın) bu malı, almayacaqlar. Çünki, (onlar, belə) deyəcəklər:

"Ayətin mənası, inci (kimi)'dir. Bu isə, mədər (kimi)'dir. Hədisin məfhumu (fəhmə verdiyi məna), mühəc (bir ruh kimi)'dir. Bu (isə), həməc (at milçəyi kimi)'dir (yəni, boş bir vızıltı, əziyyət verici qarışıq bir gurultudur)."

------------------------------

------------------------------

------------------------------

Tenvir için bir darbımesel

Kürtlerin emsal-i edebiyesindendir: Bir adamın ismi Alo imiş. Bal hırsızlıyordu. Ona denildi: "Hırsızlığın tebeyyün edecektir." O da aldatmak için bir boş petekte yabancı arıları doldurup balı başka yerden hırsızlar, küvarda saklıyordu. Biri sual etseydi, derdi: "Bu, bal mühendisi olan arılarımın san'atıdır." Sonra da arılarıyla konuştuğu vakit, müşterek bir lisanla "Vız vız jive hingivîn jimin" derdi. Yani, "Tanîn sizden, bal benden..."

Yəni:

Nurlandırmaq üçün bir məsəl:

Kürdlərin ədəbi təmsillərindəndir:

Bir adamın adı, ("Əli"nin təhrif edilmiş şəkli olan) Əlo imiş. Bal oğurlayardı. Ona: "Oğurluğun üzə çıxacaq." deyilirdi. O da, aldatmaq üçün (yəni, sanki ballar, oğurluq deyil; balları öz arılarından alırmış kimi göstərmək üçün) boş bir pətəyə eşşək arılarını doldurub, balı başqa yerdən oğurlayar; arı təknəsində saxlayardı. Biri sual etsəydi (yəni, "Bu balları, hardan alırsan?" deyə soruşsaydı): "Bu, bal mühəndisi olan arılarımın sənətidir." deyərdi. Sonra da, arıları ilə danışdığı vaxt, müştərək bir dillə (yəni, səsini, arıların vızıltısına bənzədərək, sanki arı dililə danışırmış kimi):

"Vız vız jivə hingivin jimin" deyərdi. Yəni: "Vızıldamaq, sizdən; bal, məndən."

---------------------

Şərhi:

Müəllifimizin təmsildən qəsdi, budur:

Dili ayələri oxuyub; sonra da, ağlındakı fəlsəfə və İsrailiyyatı ayənin mənası kimi göstərərək, "Baxın, bu mənanı, bu ayədən alıram." deyən adam da, buna bənzəyir.

-----------------------

-----------------------

Ey teşehhî ve hevesle tevil edici efendi! Bu teşbihle tesellî etme. Zira bu teşbih, temsildir. Senin mânân bal değil, zehirdir. O elfaz arılar değil, belki kalb ve vicdana ervah-ı hakaiki vahyeden o kitab-ı kâmilin kelimatı, melâike gibidirler. Hadis, maden-i hayat ve mülhim-i hakikattir.

Yəni:

Ey təşəhhi (yəni, elmi bir dəlilə istinad etmədən, keyfinə və arzularına istinad edərək məna verən) və həvəslə təvil edən bəy!

Bu təşbehlə, təsəlli etmə (yəni, "Sən, mənim mənalarımı bala bənzətdin." deyə, sevinmə.)

Çünki, bu təşbeh, təmsildir (yəni, qayda üçün bir misaldır. Gördüyün iş, bu adamın işinə bənzəyir deməkdir. Yoxsa, sənin mənanı, bala bənzətmirəm. Çünki)

Sənin mənan, bal deyil, zəhərdir. O ləfzlər (yəni, oxuduğun Quran ləfzləri isə), arılar deyil (yəni, balsız eşşək arıları deyil); əksinə, qəlb və vicdana həqiqətlərin ruhlarını vəhy edən o kamil Kitabın kəlimələri, mələklər kimidirlər. (Yəni, Quranın kəlimələri, vəhyə nail olan bal arılarının da fövqündə, şəxsən vəhyi gətirən mələklər kimidirlər. Vəhy isə, ruhdur, həyat verir. Ayələr belə olduğu kimi; hədislər də, belədir. Onun üçün, Müəllif deyir): Hədis, həyatın mədənidir (yəni həyatı həyatlandırır) və həqiqətləri ilham edəndir.

--------------------------

--------------------------

Elhasıl, ifrat gibi tefrit de muzırdır, belki daha ziyade. Fakat ifrat, tefrite sebep olduğundan, daha kabahatlidir.

Yəni:

Xülasə (yəni, bu 3-cü Müqəddimə'nin xülasəsi, budur):

İfrat kimi, təfrit də zərərlidir. Hətta, daha çox. Lakin ifrat, təfritə səbəb olduğundan, daha qəbahətli (çirkin)'dir.

--------------------------

Şərhi:

~ İfrat: "orta həddən çıxıb aşırı getmək"dir.

~ Təfrit isə: "orta həddin altında qalıb, nöqsan olmaq"dır.

Burda:

~ İfrat: dinə sahib çıxmağa çalışan, İslama tərəfdar olduğunu zənn edərək, dində olmayanı dinə daxil etmək və ya mübaliğələrə girməkdir. Bir növ axmaq dost olmaqdır.

~ Təfrit isə: dində olanı rədd və inkardır.

Hər ikisi də, zərərlidir. Ancaq, təfritin zərəri, daha çoxdur. Çünki o, düşməndir, inkar etməkdədir.

Lakin, ifratın qəbahəti (çirkinliyi), təfritdən çoxdur. Çünki, dostun etdiyi ifrat, dinin həqiqi nizamını və tənasübünü pozduğundan, təfrit əhlinin inkarına səbəb və bəhanə olur. Həm təfrit, bir növ cəhalətdir. İfrat isə, elmlə edilir. Bu cəhətdən də, ifratın qəbahəti, daha çoxdur.

Xülasə:

~ Təfritin zərəri, çoxdur;

~ İfratın isə, qəbahəti, çirkinliyi.

 

İndi isə, Müəllifimiz, ifratın təfritə necə səbəb olduğunu izah edir. Belə ki --->

--------------------------

--------------------------

Evet, ifratla müsamahanın kapısı açıldı. Çürük şeyler o hakaik-i âliyeye karıştığından, ehl-i tefritle insafsız olan ehl-i tenkit, gayet haksızlık olarak, şu çürük şeylerin yüzer misline olan hakaik-i âliye içinde gördüklerinden ürktüler, nefret ettiler. Hâşâ, lekedar ve kıymetsiz zannettiler. Acaba defineye hariçten girmiş bir silik para bulunsa veyahut bir bostanda başka yerden düşmüş olan çürük ve acı bir elma görünse, hak ve insaf mıdır ki, umum defineyi kalp ve umum elmaları acı zannedip vazgeçmekle lekedar edilsin?

Yəni:

Bəli! İfratla, müsamaha (xoş görü) qapısı açıldı. (Yəni, İslam həqiqətlərinin içinə, Ondan olmayan şeylərin girməsinə, müsamaha edildi. Birinə icazə verilincə, digərlərinə də icazə verilməyə başlandı.)

Çürük şeylər, o ali həqiqətlərə (yəni, İslamın ali həqiqətləri içinə) qarışdığından, təfrit əhli (yəni, dini inkar edənlər) ilə insafsız olan tənqid əhli (yəni, sadəcə inkarla qalmayıb, tənqid ilə hücum edən insafsız din düşmənləri), çox haqqsızlıq edərək, içində, bu çürük şeylərin 100 misli qədər ali həqiqətlər (olduğu halda), (içinə, xaricdən girmiş çürük şeyləri) gördüklərindən, (bunları bəhanə edərək), hürkdülər, nifrət etdilər. Haşa, ləkəli zənn etdilər.

(İndi) görəsən, dəfinəyə xaricdən girmiş bir silik pul tapılsa; və yaxud bir bostanda, başqa yerdən düşmüş olan çürük və acı bir alma görünsə, haqq və insafmıdır ki, ümum dəfinəni saxta; və ümum almaları acı zənn edib vaz keçməklə ləkələnsin?!

------------------------

------------------------

------------------------

Hatime:

Bu mukaddimeden maksadım, efkar-ı umumiye bir tefsir-i Kuran istiyor.

Yəni:

Xatimə:

Bu müqəddimədən məqsədim, ümumi fikirlər, bir Quran təfsiri istəyir.

--------------------------

Şərhi:

Yəni, bütün fikir aləmi, ilk əvvəl, İslam aləminin fikirləri; sonra, bütün insanlıq aləminin fikirləri, bir Quran təfsirinə möhtacdır. Ta ki, İslamın həqiqi həqiqətləri göstərilsin. İslam aləminə xaricdən girən xürafələr, İsrailiyyat və fəlsəfə, ortadan qaldırılsın.

Bəli, mühəqqiq İslam alimləri, Quran və hədisləri, doğru və layiq bir surətdə izah etmişlərdir. Həqiqi İslam, zatən onların böyük yoludur.

Bəs yaxşı, elə isə, Ustad, nə üçün belə bir təfsirə ehtiyac olduğunu söyləyir? Və bu təfsir, necə bir təfsir olmalı və nə şəkildə edilməlidir?

Müəllifimiz Ustad Nursi, indi, bunu izah edir. Onun işarət edəcəyi nöqtələri, ilk əvvəl, maddələr halında saysaq, mövzu daha yaxşı başa düşüləcəkdir. Belə ki:

• Birincisi:

Dərs verilən həqiqət dəyişməsə də, tədrisin surəti dəyişir və dəyişməsi də, zəruridir. Çünki, hər zamanın bir hökmü vardır. Uşağın tədrisilə böyük bir insanın tədrisi, eyni olmaz. 8-ci Müqəddimə'də gələcəyi üzərə, keçmişin fikirlərində, hiss və təqlid hakim olduğu; indi və gələcəkdə isə, ağıl və bürhan hakim olduğu üçün, zamana uyğun bir surətdə tədris etmək lazım gəlir.

• İkincisi:

2-ci Müqəddimə'də (haşiyə) danışıldığı üzərə, bəzi həqiqətlərin kəşfi, zamana bağlı olduğu üçün, həqiqətlərin məcmuəsi olan Quranda, işarət və rəmz dərəcəsində qalan bəzi həqiqətlər, zamanın keçməsilə, indi vazehlik dərəcəsinə qovuşmuşdur. Bəli, zaman, bir müfəssirdir; əhval və vaqeələr isə, kəşşaf (kəşf edən)'dir.

-----------------------

(Haşiyə:

2-ci Müqəddimə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ikinci-muq%C9%99ddim%C9%99-muhak%C9%99mat?fbclid=IwY2xjawRYUPZleHRuA2FlbQIxMQBicmlkETI4QlBDNXd6OEdEWldNeGthc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHpmVXPVj6VZWJ1rbICHm9oQsO2qDmiImdkFMrzgiM1ysaHi4KXicKf7mMtTp_aem_dMbdX2vrdQ6hrZhXqjexFw

-----------------------

• Üçüncüsü:

Hər nə qədər, əhl-i sünnətin mühəqqiq alimləri, haqqla batili bir-birindən ayırmışlarsa da, İsrailiyyat və fəlsəfədən gələn vəhm və xəyalları, felən İslam aləmindən çıxarmağa müvəffəq ola bilməmişlərdir. Möminlərdən avam olanlar da, haqqla batili bir-birindən ayıra bilmirlər. Xəyal və həvəsinə daha uyğun olanı görüb, müştəri olur. Onun üçün, ümmətin icması (haşiyə) sirrini özündə daşıyan bir heyət tərəfindən bir təfsir yazılmalıdır ki, icmanın qüvvətini özündə daşıdığından dolayı, fikirləri özünə boyun əydirsin və zəif olan qövlləri qovmağa qadir olsun.

Bəli, ümumun fikirlərinə müəllimlik edəcək, yenə ümumi elmi bir fikirdir.

---------------------------

(Haşiyə:

İcma nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/icma-n%C9%99dir

----------------------------

• Dördüncüsü:

Həm, bir insanın xətadan xali olması və ya cüzi nəzərdən qurtulub nəzərini külliləşdirməsi, xüsusilə də bu zamanda, mümkün deyildir. Onun üçün, camaatın şəxs-i mənəvisindən istifadə etmək lazımdır. Ümmətin icması, xətadan məsum olduğu kimi; ayrıca, öz üzərində, şəriətin sikkəsini də daşımaqdadır. Çünki icma, şəri bir hüccətdir. Camaatda olan xüsusiyyət, fərddə yoxdur. Zaman, camaat zamanıdır. Keçmişdəki müfəssirlərin təfsirləri, bir dərəcə fərdi qaldığı üçün, batili felən dəf etmək qüvvətini haiz ola bilməmişdir.

• Beşincisi:

Həm, keçmişdə, camaat sirri təşəkkül etmədiyindən, hər bir təfsir, Quranın ancaq bir qisim məziyyətlərini göstərməkdədir. Hər təfsirin, ayrı bir xüsusiyyəti və ayrı bir məziyyəti vardır. Birində olan, digərində yoxdur. Bu dağınıqlıq isə, avamın əldə etməsinə əngəl olduğu kimi; Quranın i'cazını tam olaraq göstərməkdə əskik qalmaqdadır. Onun üçün, hər biri bir fəndə (yəni, bəyan, məani, bədi, kəlam, tasavvuf, fiqh kimi ümum Qurani fənlərdə) mütəxəssis olan bir alimlər heyətilə təfsir yazılmalıdır ki, təfsir kitablarında dağınıq bir surətdə mövcud olan məziyyətləri və kamillikləri özündə toplamaqla, Quranın i'cazını, bütün parlaqlığı ilə göstərə bilsin. Bu i'cazın qüvvəti də, İslam aləminin düşdüyü bu səfalətdən qurtaracaq yeganə qüvvətdir.

 

İndi, Müəllifimiz Ustad Said Nursi (rahmətullahi aleyh), bu nöqtələrə işarət edərək, deyir --->

---------------------------

---------------------------

Evet, her zamanın bir hükmü var.

Yəni:

Bəli! Hər zamanın, bir hökmü vardır.

(Yəni, bundan dolayı, dərsin həqiqəti dəyişməsə də, tədrisin surəti dəyişməlidir.)

-------------------------

-------------------------

Zaman dahi bir müfessirdir. Ahval ve vukuat ise, bir keşşaftır.

Yəni:

Zaman da, bir müfəssirdir. Əhval (hallar) və vaqeələr isə, bir kəşşafdır.

(Yəni, Quranın, bu dövrdə vazehliyə qovuşmuş rəmz və işarətlərini göstərəcək bir təfsir yazmaq lazımdır. Məsələn, yerin düz olması və günəşin dönməsi kimi məsələlərin həqiqi olmadığı; məcazi mənada və zahiri nəzərə nisbətən olduğu, əvvəllər, nəzəri bir mövzu idi. Ancaq indi, fənnlərin kəşfləri və məbdələrin təkəmmülü səbəbilə, bədihi olmuşlardır.

Bunlar kimi bir çox həqiqətlər, zaman ilə vazehliyə qovuşmuşdur. Quran, hər əsrdə gəncliyini bu cəhətdən mühafizə etməkdədir.

Həm ayələr, sarih/açıq mənası ilə nüzul səbəbinə nəzər edərkən, onların arasında külli qaydaları göstərdiyi üçün, hər əsrdə vaqe olan hadisələri də, sarih mənanın külliyyəti içinə, işari olaraq almaqdadır. O hadisələr, zaman içində vaqe olduğunda, o işarələr də vazehliyə qovuşmaqdadır. Peyğəmbər dövründə nifaq və küfr fəaliyyətləri üzərindən, ta bu əsrdə bütün dünya çapında fəaliyyət göstərən nifaq və küfr komitələrinə işarət etməsi kimi...)

-------------------

-------------------

Efkar-ı ammeye hocalık edecek, yine efkar-ı amme-i ilmiyedir.

Yəni:

Ümumun fikirlərinə müəllimlik edəcək, yenə ümumun elmi fikirləridir.

----------------------

Şərhi:

Müsəlmanların ümumi fikirlərinə yön verə biləcək, həm də onlarda təsir edə biləcək, ancaq icmanın və ya ən azından cumhurun xüsusiyyətini daşıyan bir elmi heyətdən çıxan fikirlərdir. Bir adamın fikri, ümumun fikrinə müəllimlik etmə istedadından uzaqdır. Həm, layiq də deyildir. Fərdi mülahizələr xətadan xali olmadığı kimi; haqq olsa belə, cüziyyətdə qalar. Külli və ümumi ola bilməz. Həm, mütləq deyil, müqəyyəddir. O fikri mütləq və ümumi qılıb böyük yol halına gətirmək, ancaq alimlərin icmasının və ya cumhurunun qəbuluna bağlıdır. Ümmət, dar yollara sövq edilməməlidir. Həm, avamı tabe olmağa sövq edən, bürhandan çox məxazdakı qüdsiyyətdir. Yəni, avamı itaətə gətirən şey, dəlildən çox, sözün qaynağının qüdsiyyətidir. İcmanın sirrinə haiz elmi bir heyətin mənəvi şəxsiyyətində mövcud olan qüdsiyyət isə, avama təsir edə bilər.

----------------------------

----------------------------

Bu sırra binaen ve istinaden isterim ki: Müfessir-i azîm olan zamanın taht-ı riyasetinde, herbiri bir fende mütehassıs, muhakkikîn-i ulemadan müntehap bir meclis-i meb'usan-ı ilmiye teşkiliyle, meşveretle bir tefsiri telif etmekle sair tefasirdeki münkasım olan mehasin ve kemâlâtı mühezzebe ve müzehhebe olarak cem etmelidirler.

Yəni:

Bu sirrdən dolayı və (buna) istinadən istəyirəm ki:

Böyük bir müfəssir olan zamanın rəisliyi altında, hər biri bir fəndə mütəxəssis, mühəqqiq alimlərdən seçilmiş elmi məbuslar (vəkillər) məclisinin təşkililə, məşvərətlə, bir təfsiri təlif etməklə, sair təfsirlərdə qisimlərə bölünmüş olan gözəlliklər və kamillikləri düzəldilmiş və qızılla zinətləndirilmiş olaraq cəm etməlidirlər.

-----------------------------

Şərhi:

Zaman, ən böyük müfəssirdir. Çünki, gizli olan hər həqiqət, zamanla meydana çıxır. Haqq, batilə qalib gəlir. Bu müfəssirlər heyətinin rəisinin də, zaman olması lazımdır. Yəni, bu heyət, zamanın hökmlərinə və şərtlərinə riayət etməlidirlər. Çünki, -yuxarıda da qeyd edildiyi kimi- hər zamanın bir hökmü vardır. Həm, zaman ilə vazehliyə qovuşan Quranın ima və işarətlərini, bəyan etməlidirlər. Elmi bir məclis təşkil edilməli; hər elmin mütəxəssisi, sanki o elmin məbusu (göndəriləni, vəkili) və təmsilçisi kimi, o məclisdə yer almalıdır.

Müəllifin elmlərdən məqsədi isə: "bəyan elmi, məani elmi, bəlağat elmi, kəlam, fiqh, tasavvuf və sair İslami elmlər"dir.

Bütün bu fənlərdə kamal mərtəbəsində bir adamın mütəxəssis olması, mümkün deyildir. Əvvəlki böyük alimlər də, bu fənnlərdə bir-birindən kömək almış; sanki, qeyr-i müntəzəm bir məclis təşkil etmişlər. Məsələn, imam Fəxrəddin ər-Razi kimi bir alim, lüğət və bəlağata təmas edən mövzularda, o fənnin mütəxəssislərinə; hədislərdə, mühəddislərin qövllərinə etibar və onlardan iqtibas etməkdədir.

Not:

Burda, fənnləri, sadəcə İslami fənnlərə təxsis etməyimizdən, kainata dair fənnlər heç istifadə edilməməlidir deyə qəsd etmirik. Quran, təbiət fənnlərinin də ustadı və mürşidi olduğundan, əlbəttə buna təmas edən mövzularda, təbiət fənnlərinə də müraciət edilə bilər. Onun üçün, bu heyətdə, təbiət fənnlərilə də iştiğal edən alimlər olmalıdır. Ancaq, ayələrin təfsirində əsas və doğruluğuna misdaq qılına bilməzlər. Madam ki, Quran, dolaylı bir nəzərlə kainata baxır. O halda, fənnlər, ayələrin işarət və rəmzlərini istixrac; və məcazların qərinələrini təsbit; və o təbiət fənnlərini islah və təshih edib istiqamətə sövq etmək üçün, istifadə edilə bilərlər.

-------------------------

-------------------------

Evet, meşrutiyettir; herşeyde meşveret hükümfermâdır. Efkâr-ı umumiye dahi dîdebandır. İcma-ı ümmetin hücciyeti buna hüccettir.

Yəni:

Bəli! Məşrutiyyətdir; hər şeydə, məşvərət hökm sürməkdədir.

Ümumun fikirləri də, gözətçidir. (Yəni, xətadan qoruyub, istiqamətə sövq edər. Yəni:

~ məşvərət və şura heyəti: hər biri bir fəndə mütəxəssis, işinin əhli olan alimlər olacaq;

~ rəisləri: zaman olacaq;

~ ümum müsəlmanlar da: ona gözətçilik edəcəklər.)

Ümmətin icmasının (haşiyə) hüccət olması, buna hüccətdir. (Yəni, şəriətdə ümmətin icmasının hüccət olması göstərir ki, ümmətin ümumi fikirləri, gözətçi kimidir. Bunda, xəta olmaz. Ümmət bir şeyin üzərində icma edibsə, haqq olduğunda şübhə edilməz və icmaya, müxalifət də edilməz.)

(Ustad Bədiü'z-zaman Said Nursi, "Muhakəmat")

--------------------------

--------------------------

Əlavələr:

İcma nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/icma-n%C9%99dir

 

 

 

 

 

Read 10 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR