Most Read in the Category of Allahın Adları (Əsmə-ül Hüsna)
1-)
Bərr isminin şərhi
79. Bərr isminin şərhi:
Muhsin olan (yaxşılıq edən)'dir. Mütləq Bərr, hər yaxşılıq və ehsanın Özündən (qaynaqlandığı Zat)'dır. Qul, birr/yaxşılıq ilə davrandığı nisbətdə "bərr" olur. Və xüsusilə də, ata-anasına, ustadına, şeyxlərinə etdiyi yaxşılıq miqdarınca bərr'dir.
Rəvayət edilir ki, Musa (əleyhissəlam), Rəbbilə danışdığında, ərşin yanında dayanan bir adam gördü. Və onun məkanının ucalığına təəccüb etdi və belə dedi:
"Ey Rəbbim! Bu qul, bu yeri (məqamı) necə əldə etdi?"
Allah, belə buyurdu:
"O, qullarıma verdiklərimdən dolayı, onlara həsəd etməzdi və o, ata-anasına qarşı bərr idi." (Beyhaqi, "Şuabu'l-İman", 6201)
Bu, qulun birridir. Allah Taala'nın məxluqatına dair birr'inin təfsilatının şərhi, uzun gedər və zikr etdiklərimizdən bəzilərində (yəni, bundan əvvəlki bəzi isimlərin şərhində), bu xüsusa dair tənbeh vardır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
2-)
Əziz isminin şərhi
9. əl-Əziz isminin şərhi:
Bu isim,
~ bənzəri az olub çox mühim olan;
~ özünə ehtiyac çox şiddətli olan; və
~ Ona çatılması (qovuşulması) çox çətin olandır.
Bu 3 məna özündə cəm olmayana, "Əziz" deyilməz.
~ Neçə-neçə şeylər vardır ki, varlığı, az; lakin əhəmiyyəti və ya faydası, çox deyildir. Bundan dolayı, "əziz" deyə isimləndirilməz/adlandırılmaz.
~ Yenə, çox şey vardır ki, əhəmiyyət və faydası çox olmaqla bərabər, bənzəri də yoxdur. Lakin, özünə vüsul (qovuşmaq, çatmaq), çətin deyildir. Bundan dolayı, bu da, "əziz" deyə isimləndirilə bilməz. Məsələn:
Günəş, belədir, bir bənzəri yoxdur; yer üzü də, belədir. Bunların ikisinin də faydası, çox; özlərinə hiss edilən ehtiyac isə, şiddətlidir. Bununla bərabər, izzət sifətilə vəsf edilə bilməzlər. Çünki bunları müşahidə etməyə, hər hansı bir çətinlik yoxdur (Dolayısı ilə), bu 3 mənanın cəm olması lazımdır.
(Bununla bərabər), bu 3 mənadan hər birində, kamal və nöqsan vardır.
~ Az tapılan olmanın kamalı, birə raci olmaqdır; (çünki), birdən daha azı yoxdur. Bununla bərabər, bənzərinin olmasının muhal/imkansız olmasıdır. Bu da, Allah Taala'dan başqasında yoxdur. (Necə ki), günəş, varlıqda təkdir; lakin, imkan cəhətindən bir deyildir; eyni kamala sahib bənzərinin olması, mümkündür.
~ Özünə hiss edilən ehtiyacın şiddəti (xüsusun)'dakı kamal, hər şeyin hər xüsusunda, -varlığı, əbədiliyi və sifətləri də daxil olmaq üzərə- Özünə möhtac olunmasıdır. Bu (məna), Allah (azzə və cəllə)'nin xaricində, kamal dərəcəsində, başqasında ola bilməz.
~ Özünə çatmağın (qovuşmağın) çətinliyindəki kamal, künhünü əhatə etmək xüsusunda, imkansız olmasıdır. Bu da, kamal mənada, Allah (azzə və cəllə)'yə məxsusdur. (Necə ki), daha əvvəl, Allahı, ancaq Allahın bilə-biləcəyini bəyan etmişdik.
O, mütləq və həqiqi Əziz'dir. Başqası, Ona bərabər ola bilməz.
Tənbeh: Qullar arasındakı əziz, o kimsədir ki, Allahın qulları, ən mühim işləri olan axirət həyatı və əbədi səadət haqqında, Ona möhtacdırlar. Belə şəxs də, heç şübhəsiz, azdır və ona çatmaq/qovuşmaq, çətindir. Bu, peyğəmbərlərin (salavatullahi aleyhim əcməin) rütbəsidir.
Öz əsrində, dərəcə etibarı ilə infirad edib (tək olub) peyğəmbərlərə yaxın olan xəlifələr və varis alimlər, onlara izzətdə müşarəkət (şəriklik) etməkdədirlər (yəni, bu izzətdən pay almaqdadırlar). Hər birinin nail olduğu izzət, bu sifətdən aldıqları paya bağlı mərtəbələrilə xalqı irşad etmədəki cəfa və çətinlik ölçüsü qədərdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna")
3-)
Cəlil isminin şərhi
42. Cəlil isminin şərhi:
Cəlal sifətlərilə məvsuf olan (Zat)'dır. Cəlal vəsfləri isə:
~ izzət;
~ mülk (yəni, hakimiyyət);
~ müqəddəs (yəni, bütün nöqsan sifətlərdən münəzzəh) olmaq;
~ elm;
~ istiğna (yəni, zənginlik);
~ qüdrət; və
(daha əvvəl) zikr etdiyimiz sifətlərdir.
Bütün bu cəlal vəsflərini (Özündə) cəm edən, mütləq Cəlil'dir. Bunlardan bəzilərilə müttəsif olan (vəsflənən)'in cəlaləti (yəni, cəlilliyi) isə, nail olduğu sifətlər miqdarıncadır. Buna görə, mütləq Cəlil, yalnız Allah (azzə və cəllə)'dir.
• "Kəbir" ismi: (Allahın) Zat'ının kamalına;
• "Cəlil" ismi: (Allahın) sifətlərinin kamalına;
• "Əzim" ismi isə: (Allahın) həm Zat, həm də sifətlərinin kamalına
racidir ki, cəlal, bəsirəti əhatə edib; bəsirət, cəlalı əhatə edə bilmədiyində, bəsirətin idrakına nisbətlə, belədir.
Sonra, cəlal sifətlərinə gəlincə:
Bunları idrak edən bəsirətə nisbət edildiyində, "camal" deyə təsmiyyə edilir (adlandırılır). Bu vəsflə müttəsif olana da, "cəmil" deyilir.
"Cəmil" ismi, əsl vazı (qoyuluşu) etibarı ilə, göz ilə idrak edilən surətə deyilmişdir. Elə ki, göz, ona (yəni, zahiri surətə) müvafiq və uyğun olmuşdur. Sonra, (cəmil) bəsirət ilə idrak edilən surətlərə də nəql edildi (yəni, onlar üçün də istifadə edilməyə başlanıldı). Hətta deyilir ki: "Onun sirəti (daxili surəti), həsən və cəmildir." Və (ya) deyilir ki: "Onun əxlaqı, cəmildir." Və bunlar, bəsirətlərlə idrak edilir; göz ilə idrak edilməz.
Batini surət, kamil, mütənasib, bütün layiq olduğu mükəmməllikləri cəm edici və gərəkdiyi kimi olarsa, bu surəti idrak edən batini bəsirətə izafətlə, cəmil olar. Və bəsirətə, elə münasib, elə uyğun olar ki, bunu idrak edən şəxs, bunu mütaliə etdiyi vaxt; zahir göz ilə gözəl surətə nəzər edib idrak edəndən daha çox ləzzət, həyəcan, bir titrəmə yaşayar.
Həqiqi mənada və mütləq olaraq "Cəmil" olan, yalnız Allah (subhənəhu və taala)'dır. Çünki, aləmdə mövcud olan camal, kamal, gözəllik, hüsn, Onun Zat'ının nurlarından və sifətlərinin əsərlərindəndir. Ondan qeyri, bir ikincisinin olmayacağı bir şəkildə, -nə vücubi/vaciblik, nə də imkan cəhətindən- mütləq kamal sahibi başqa bir (varlıq) yoxdur. Bundan dolayı, arif olan, Onun camalına nəzər edən, sevinc, səadət, ləzzət, xoşbəxtlik idrak edər. Bununla bərabər, cənnətin nemətlərini və gözlə görülən gözəl surətləri, həqir görər. Elə ki, zahiri surətlərin gözəlliyi ilə; bəsirətlər tərəfindən idrak edilən batini surətlərin gözəlliyi arasında, bir münasibət yoxdur. Biz, bu "mənanın örtüsü"nü, -"İhya-u Ulumi'd-din" adlı əsərimizin "Məhəbbət" adlı babında- qaldırdıq.
(Allahın), Cəlil və Cəmil olduğu; və hər cəmilin (gözəlin), camalını idrak edənin nəzdində məhbub (sevilən) və məşuq (aşiq olunan) olduğu sabit olunca, bu səbəblə, Allah (azzə və cəllə) də, ariflər nəzdində, məhbubdur. (Necə ki), zahiri cəmil (gözəl) surətlər, korlarca deyil, görənlərcə məhbubdursa; Allah (azzə və cəllə) də, ariflər nəzdində, məhbubdur.
Tənbeh: Qullardan cəlil və camal olanlar, batini sifətləri gözəl olanlardır ki, bunlardan, bəsirət sahibi qəlblər ləzzət alarlar. Ancaq, zahiri camalın qədr-qiyməti isə, aşağıdır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
--------------------------
Əlavələr:
Dəyərli oxuyucu! Mətndən, "Allahın da bir surəti vardır." hökmünü çıxartma! Bu, təşbihdir. Müəllifimizin qəsdi, "İlcamu'l-Avam an ilmi'l-Kəlam" adlı əsərində də dediyi kimi, budur:
Bir fəqih, uşaq və avamın yanında danışdığında, sözlərinin içində 'surət' ləfzi keçər və:
~ "Bu məsələnin surəti belədir.";
~ "Bu vaqiənin surəti belədir.";
~ "Məsələni çox gözəl surətdə təsvir etdim."
deyərsə, məsələnin mənasını; və
onun haqqında 'surət' ləfzi istifadə edildiyində, bundan nə qəsd edildiyini bilməyən uşaq və ya avam, bildiyi və adət etdiyi surətlərdən dolayı, bu surətin də, ağzı, burnu və gözü olduğunu
düşünə bilər.
"Məsələnin surəti" deyildiyində, onun həqiqətini bilən və xüsusi bir nizamla tərtiblənmiş elmlərdən ibarət olduğuna inanan bir kimsənin, burdakı 'surət'in, digər cisimlərdə olduğu kimi, bir ağzı, burnu və gözü olduğunu anlaması, heç düşünülə bilərmi?! Əsla! Əsla belə düşünülə bilməz. Əksinə, "məsələ"nin cismiyyət və ona bağlı olan şeylərdən münəzzəh olduğunu bilməsi, belə bir mənanı başa düşməsi üçün ona kifayət edər.
Eyni şəkildə, Allah Taala'nın, cisimlər və ona bağlı şeylərdən münəzzəh və uca olduğunu bilmələri, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in:
"Allah, Adəmi, öz surətində yaratdı." sözünü eşidən hər kəsin qəlbində, burda keçən 'surət' ləfzinin mənasını anlamaları üçün, bir qərinə olur. Allahın cisim və ona bağlı olan şeylərdən münəzzəh olduğunu bilən arif kimsə, avamın 'məsələ' üçün cisimlərə aid (ağzı, burnu və gözü) olan surəti düşünməsinə heyrətləndiyi kimi; Allah Taala'nın cismi bir surəti olduğunu düşünən kimsələrə də heyrət edər.
-----------------------------
• "Allah, Adəmi, öz surətində yaratdı." hədisinin şərhi:
Mərtəbəsinin fövqündə başqa bir mərtəbə olmayan; bütün mərtəbələr, Onun mərtəbəsinin altında olan (Zat)'dır. Çünki,
"əl-Aliyy", uluvv/ucalıq'dan müştaq (meydana gəlmiş)'dir. Uluvv/ucalıq isə, alt/aşağı mənasındakı sufl'un müqabili olan "ulv"dan gəlməkdədir. Bu uluvv:
~ Ya məhsus (hisslərlə idrak edilə bilən) dərəcələrlə əlaqəli ola bilər ki, pilləkən, nərdivan və üst-üstə qoyula bilən bütün cisimlər belədir.
~ Yaxud da, bir növ əqli tərtib ilə tərtib edilmiş varlıqlarda bəhs mövzusu olan məqul/əqli mərtəbələrlə əlaqəli ola bilər.
Məkan cəhətindən üstün olan hər bir varlıq, məkani uluvvda/ucalıqdadır. Rütbə cəhətindən fövqiyyəti olan hər varlığın da, rütbə cəhətindən uluvvu/ucalığı vardır. Əqli dərəcələndirmə də, eynilə, hissi dərəcələndirmə kimi başa düşülə bilər.
Əqli dərəcələrə misal:
• səbəb ilə nəticə;
• illət ilə məlul;
• fail ilə qabil;
• kamil ilə naqis
arasındakı (dərəcə) fərqliliyidir.
Məsələn, ikinci bir şeyə səbəb olan bir şey təsəvvür etsən, bu ikinci şey, üçüncüyə; üçüncü, dördüncüyə; bu şəkildə, onuncuya qədər getsə, burda 10-cu olan, sonuncu və alt mərtəbədə yer almış olar. Birinci isə, səbəbiyyətdə ilk və ən üst dərəcəyə sahib olmuş olar. Birincinin ikinciyə olan fövqiyyəti, məkani deyil, mənəvidir. "Uluvv/ucalıq", beləliklə, fövqiyyətdən ibarətdir.
Əqli dərəcələndirmənin nə demək olduğunu başa düşdünsə, bil ki, varlıqlar, ağılda, hər nə vaxt fərqli dərəcələrə bölünsə, belə bir bölgünün edilə bilməsi, Haqq (subhənəhu və taala), bu dərəcələrin -bunun daha üstündə bir dərəcə olması təsəvvür edilə bilməyəcək şəkildə- ən üstündə olmadıqca, mümkün ola bilməz. Bax O, (beləcə), mütləq Aliyy'dir. Onun xaricindəki bütün hər şey, öz mədun (aşağısındakı)'lara nisbətlə, aliyy; fövqündəkilərə nisbətlə isə, aşağıdadırlar.
Varlıqlar, səbəb və müsəbbəb olaraq, 2 qisimdirlər. Səbəb, müsəbbəbdən, rütbə cəhətindən üstündür. Mütləq fövqiyyət isə, Müsəbbibu'l-əsbab (bütün səbəblərə səbəb olan)'a aiddir. Eyni şəkildə, varlıqlar da, diri və ya ölü olaraq ikiyə ayrılırlar. Diri olanlar da:
~ sırf hissi idrak sahibi olan heyvanlar ilə;
~ hissi idrak ilə bərabər əqli idraka da sahib olan varlıqlar şəklində,
iki qismə ayrılırlar.
Əqli idrak sahibi olan varlıqlar isə:
1. İdraklarında şəhvət və qəzəb qüvvələrinin müxalifətinə məruz qalan insan ilə;
2. İdrakını bulanıqlaşdıran təsirlərdən səlim qalanlar olmaq üzərə,
ikiyə ayrılırlar.
Bu ikinci qisimdəki varlıqlar da:
2.1. Mələklər kimi belə bir müxalifət ilə sınanması mümkün ikən bundan salamat qalmaqla ruziləndirilənlər ilə;
2.2. Özü haqqında, (bəhsi keçən) təsirlərə məruz qalması mümkün olmayan Allah (subhənəhu və taala)'dır.
Bu təqsim (bölgü) və tədric (dərəcələndirmə)'dən aşkar olur ki, mələk, insanın; insan isə, heyvanın fövqündədir. Allah (azzə və cəllə) isə, hamısının fövqündədir. O, mütləq Aliyy'dir. Həyat verən Hayy'dır. Alimlərin elmini yaradan Xaliq'dir. Hər cür nöqsanlıqdan müqəddəs və münəzzəhdir. Diri olmayan, kamal dərəcələrinin ən aşağısındakı dərəcədə qalarkən; digər tərəfdə (yəni, ən üst mərtəbədə) isə, Allah Taala vardır. Beləcə, Onun, fövqiyyət və uluvv'unu bilmək lazımdır.
Bu isimlər, ilk olaraq, göz idrakına izafətlə vaz edilmiş (qoyulmuş)'lardır, ki, bu (yəni, gözlə idrak dərəcəsi), avamın dərəcəsidir. Daha sonra, xavass (xasslar), bəsirət idraklarının fərqinə varıb, bəsirət ilə basar (göz) idrakları arasındakı müvazinələr tapınca, basar (göz) idrakları üçün vaz edilmiş (qoyulmuş olan) bu mütləq ləfzləri, bəsirət üçün istifadə etmək üzərə, istiarə etdilər. Bu mənaları, xass'lar fəhm etdilərsə də, idrakları, heyvanların mərtəbəsi olan; hisslərlə idrakı aşa bilməyən avam, inkar etdilər. Sahə ölçüsü xaricində, əzəməti başa düşə bilmədilər; uluvv/ucalıq və fövqiyyəti isə, sadəcə məkan ilə fəhm etdilər.
Əgər bunu fəhm edə bildinsə, o vaxt, Onun, ərşin fövqündə olmasının mənasını da fəhm etmisən deməkdir. Cisimlərin hüdud və miqdarları ilə məhdudlaşdırılmaqdan və təqdir edilməkdən münəzzəh olan Varlıq, mərtəbəcə, bütün cisimlərin fövqündədir. Ancaq ayədə, ərşin xüsusilə zikr edilmiş olması, ərşin, bütün cisimlərin fövqündə olmasından dolayıdır. Belə olunca da, ərşin fövqündə olan, cümlə cisimlərin də fövqündə olar, deməkdir. Qailin (söz söyləyənin), bu sözündə olduğu kimi:
"Xəlifə, sultanın fövqündədir."
Bu söz, xəlifə, -sultanın fövqündə olduğuna görə-, mərtəbələri sultandan aşağı olan digər insanların da fövqündədir mənasına gəlir.
Fövqiyyətdən, sadəcə məkan cəhətindən fövqiyyət başa düşən haşəviyyə'yə (haşiyə), ancaq heyrət edilər. Bununla bərabər, böyüklərdən 2 şəxs haqqında:
"Məclisin baş tərəfində, bu ikisi, necə (bir sıra ilə) oturacaqlar?" deyə soruşulduğunda, "Bu, o birinin fövqündə oturacaq." deyə cavab verəcəkdir.
Bunu deyərkən də, çox yaxşı bilir ki, biri, digərinin yanında oturmaqdadır. (Çünki), həqiqi mənası ilə fövqündə oturmuş olsaydı, başının üzərində və ya başının üzərində bina edilmiş bir məkanda oturmuş olması lazım gələrdi.
Bu Haşəviyyə'yə: "Yalan danışdın. O, o birinin üstündə və ya altında deyil, yanında oturdu." deyilsə, bu etirazdan dolayı, narahat olar və: "Mən, mərtəbə cəhətindən və baş tərəfə yaxınlıq mənasında fövqiyyət qəsd edirdim. Baş tərəfə ən yaxın olan, baş tərəfdən uzaq olana izafətlə, onun fövqündədir." deyə cavab verəcəkdir.
Buna baxmayaraq, bu haşəvi, hər bir tərtibdə (mərtəbələndirmədə), 2 tərəfin mövcud olduğunu;
~ bu tərəflərdən birinə: uluvv və fövq;
~ digər tərəfə də, müqabili olan kəlimələrin
söylənəyəcəyini, başa düşməz.
Tənbeh: Qulun, mütləq Aliyy olması, təsəvvür edilə bilməz. Çünki, varlıqda, onun çata biləcəyi hər dərəcənin fövqündə, bir dərəcə vardır. Bu da, Nəbilər və mələklərin dərəcələridir. Bəli, qulun, insan cinsindən kimsənin çata bilməyəcəyi bir dərəcəyə nail ola biləcəyi, təsəvvür edilə bilər. Bu da, Peyğəmbərlərin dərəcəsidir.
Ancaq, bu dərəcə də, mütləq uluvv'a/ucalığa nəzərən, 2 cəhətdən nöqsandır:
1. Bu dərəcə, varlıqlardan bəzilərinə izafətlə uluvv/ucalıq'dır.
2. Bu dərəcə isə, vücuda (varlığa) nəzərəndir; vücuba (varlığının vacibliyinə, zəruriliyinə) nəzərən deyildir. Əksinə, başqa bir insanın, (onun) fövqündə varlığı, mümkündür.
Mütləq Aliyy, izafətsiz fövqiyyəti olandır. Və bu, vücuba (vacibliyə, zəruriliyə) görədir (yəni, fövqiyyəti, Varlığının vacib, zəruri olmasından dolayıdır); vücuda (varlığa) görə deyildir (yəni, Ona müqabil olan zidd bir varlığa üstünlüyünə nəzərən deyildir).
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
--------------------
(Haşiyə:
Haşəviyyə: Dini mövzularda ağıl yürütməyən, nasların zahirinə bağlı qalmaq surətilə təşbih və təcsimə qədər varan anlayışı mənimsəyənlərə verilən addır. Bu məfhumu ilk istifadə edən, Həsən əl-Basri və Ömər b. Əbdü'l-Əziz'dir. İkisi də, məsələlərdə dərinləməsinə nüfuz etmək bacarığına sahib olmayan kimsələri qəsd etmişlərdir.
Haşəviyyə'nin ümumi olaraq nasları ilk oxuyuşda ağla gələ biləcək mənaları ilə ələ aldıqları, misal üçün, Allaha nisbət edilən əl, üz kimi ifadələri zahiri mənaları ilə qəbul etdikləri və bunun nəticəsində antropomorfist bir İlah anlayışı mənimsədikləri görülür. Bu səbəblə, bənzər baxış tərzləri olan Müşəbbihə və Mücəssimə kimi məzhəb mənsubları, Haşəviyyə qrupu içində mütaliə edilir.)
Hər bağlı olan şey, inayət (yardımı) ilə; və hər müşkil, hidayətilə açılan, (Odur). Bəzən peyğəmbərləri üçün diyarlar fəth edib düşmənlərinin əllərindən alar və belə buyurar:
إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُّبِينًا
"Şübhəsiz, Biz, sənə, açıq bir fəth açdıq (verdik)." (Fəth/1)
Bəzən də, vəlilərin qəlblərindən hicabı qaldırar; səmanın mələkutunun (haşiyə) və kibriyasının camal qapılarını, onlar üçün açar və buyurar:
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanları:
Müəllifimiz Nursi (rahmətullahi aleyh), "Şüalar" adlı əsərinin 7-ci Şüası olan: "əl-Ayətu'l-Kubra" adlı risaləsində (s. 141-142), belə deyir:
Fettâhiyet hakikatidir. Yani:
Fettâh isminin tecellîsiyle, basit bir maddeden ayrı ayrı, çeşit çeşit, hadsiz muntazam suretlerin, beraber, her tarafta, bir anda, bir fiil ile açılmasıdır.
Evet, nasıl ki umum kâinatın bağistanında ayrı ayrı hadsiz mevcudatı, çiçekler misillü, Fettâh ismiyle her birisine münasip bir tarz-ı muntazam ve bir şahsiyet-i mümtâze kudret-i fâtıra açmış, vermiş. Aynen öyle de, fakat daha mu'cizatlı olarak, zemin bahçesinde dört yüz bin enva-ı zîhayata dahi, her birisine gayet san'atlı ve hikmetli bir suret-i mevzune ve müzeyyene ve mümtâze vermiş
âyetlerin ifadesiyle, tevhidin en kuvvetli delili ve kudretin en hayretli mu'cizesi, suretleri açmasıdır. Bu hikmete binaen, feth-i suver hakikati tekrarla birkaç suretlerde Risaletü'n-Nur'da ve bilhassa bu risalenin İkinci Makamının Birinci Babında, Altıncı ve Yedinci Mertebelerinde ispat ve beyan edilmesinden, onlara havale edip, burada bu kadar deriz ki:
Fenn-i nebatat ve fenn-i hayvanatın şehadetiyle ve tetkikat-ı amîkasıyla, bu feth-i suverde öyle bir ihata ve şümul ve san'at var ki, birtek Vâhid-i Ehadden ve herşeyde herşeyi görebilecek ve yapabilecek bir Kadîr-i Mutlaktan başka hiçbir şey bu cemiyetli ve ihatalı fiile sahip olamaz. Çünkü, bu feth-i suver fiili ise, her yerde ve her anda bulunan, nihayetsiz bir kudretin içinde nihayet derecede bir hikmet, bir dikkat, bir ihata ister. Ve böyle bir kudret ise, ancak bütün kâinatı idare eden birtek Zâtta bulunabilir.
Evet, meselâ mezkûr âyetlerin ferman ettikleri gibi üç karanlık içinde bütün validelerin erhamında insanların suretlerini ayrı ayrı, mizanlı, imtiyazlı, ziynetli ve intizamlı olarak, hem şaşırmadan, yanlış etmeden, karıştırmadan, basit bir maddeden açmak ve yaratmak olan fettâhiyet; ve umum rû-yi zeminde aynı kudret, aynı hikmet, aynı san'atla umum insanları ve hayvanları ve nebatları ihata eden bu feth-i suver hakikatı, vahdâniyetin en kuvvetli bir burhanıdır. Çünkü, ihata etmek bir vahdettir; şirke yer bırakmaz. Ve Birinci Babda vücub-u vücuda şehadet eden on dokuz hakikat, nasıl ki vücutlarıyla Hâlıkın vücuduna delâlet ederler; öyle de ihatalarıyla da vahdete şehadet ederler.
Yəni:
İkinci həqiqət: "Fəttahiyyət" həqiqətidir. Yəni: "Fəttah" isminin təcəllisilə, bəsit bir maddədən, ayrı-ayrı, növbənöv, hədsiz intizamlı surətlərin, bərabər, hər tərəfdə, bir anda, bir fel ilə açılmasıdır.
Bəli, necə ki, Allahın yaradıcı qüdrəti, "Fəttah" ismilə, ümum "kainat bağçasında, -çiçəklər kimi- ayrı-ayrı, həddi-hesabı olmayan mövcudatın hər birisinə münasib intizamlı bir tərz və mümtaz (imtiyazlı) bir şəxsiyyət açmış, vermişdirsə; elə də, lakin daha möcüzəli olaraq; "yer baxçası"nda, 400.000 canlı növə də, -hər birinə- çox sənətli və hikmətli mövzun (ölçülü), zinətli və mümtaz bir surət vermişdir...
"O sizi analarınızın bətnlərində üç qaranlıq içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk, Ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz, necə də haqdan döndərilirsiniz!" (Zumər/6) • "Şübhəsiz ki, nə yerdə, nə də göydə, heç bir şey Allahdan gizli qalmaz. Bətnlərdə sizə istədiyi surəti verən, Odur. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Əziz'dir, Hakim (hikmət sahibi)'dir." (Al-i İmran/5-6)
ayələrinin ifadəsilə, tövhidin ən qüvvətli dəlili və qüdrətin ən heyrət verici möcüzəsi, surətləri açmasıdır.
Bu hikmətdən dolayı, "surətlərin açılması" həqiqəti, təkrar ilə, -bir neçə surətlərdə- Risale-i Nur'da və xüsusilə bu risalənin "İkinci Məqamının Birinci Babı"nda, "Altıncı və Yeddinci Mərtəbələr"ində, isbat və bəyan edilməsindən dolayı, onlara həvalə edib, burda, bu qədər deyirik:
Botanika və zoologiyanın şəhadəti və incə tədqiqatı ilə, surətlərin açılmasında, elə bir əhatə və şamillik və sənət vardır ki, bir tək Vahid və Əhəd'dən və hər şeydə hər şeyi görə biləcək və edə biləcək mütləq qüdrət sahibindən başqa heç bir şey, bu cəmiyyətli və əhatəli felə, sahib ola bilməz! Çünki, surətlərin açılması feli:
Hər yerdə və hər anda mövcud olan, sonsuz bir qüdrət içində, sonsuz dərəcədə bir hikmət, bir diqqət, bir əhatə istəyir. Və belə bir qüdrət isə, ancaq, bütün kainatı idarə edən bir tək Zat'da mövcud ola bilər.
Bəli, məsələn, yuxarıda zikr edilən ayətlərin fərman etdikləri kimi, 3 qaranlıq içində, bütün anaların rəhmlərində, insanların surətlərini ayrı-ayrı, mizanlı, imtiyazlı, zinətli və intizamlı olaraq; həm çaşmadan, yalnış etmədən, qarışdırmadan, bəsit bir maddədən açmaq və yaratmaq olan "fəttahiyyət" və ümum yer üzündə, eyni qüdrət, eyni hikmət, eyni sənətlə, ümum insanları və heyvanları və bitkiləri əhatə edən bu "surətlərin açılması" həqiqəti, vahdaniyyətin ən qüvvətli bir bürhanı (dəlili)'dir. Çünki, əhatə etmək, bir vəhdətdir; şirkə yer buraxmır.
--------------------
Qısa və müxtəsər izahı:
Surət, nədir?
Kəlam istilahı (terminologiyası) kitablarında, "surət" haqqında, 12 məna zikr edilmişdir. Onlardan:
1. "Ağılda meydana gələn bir keyfiyyət olub surət sahibinin müşahidə edilməsi üçün, bir alət və aynadır. Aynada kölgə təxəyyül edilən şeyin bənzəri olan bir nümunədir."
2."Bir şeyin, özü ilə, mütləq olaraq təmyiz edildiyi (ayrıldığı) şeydir.
Bu şey:
~ istər xarici olsun -ki, bu halda, "xarici surət" olaraq adlandırılır;
~ istərsə də, zehndə olsun, -ki, bu halda da, "zehni surət" olaraq adlandırılır-
hal, belədir.
Bunun açıqlaması, əl-Qadi'nin "Şərhu'l-Məsəbih"ində, belə keçməkdədir:
"Bir şeyin surəti, istər onun zatının eynisi, istərsə də təmyiz edici bir parçası olsun, onun (yəni, o şeyin), digər şeylərdən təmyiz edildiyi şeydir.
Cüssə üçün istifadə edildiyi kimi; mənalar üçün də istifadə edilir və 'Məsələnin surəti, budur; halın surəti, belədir.' deyilir."
7. Zahiri hiss'lərdən biri ilə idrak edilməsi mümkün olan şeydir və "ayn" olaraq da adlandırılır. Müqabili isə, "məna"dır.
~ Cilvə: "qəlbdə, təcəllidən hasil olan şey" deməkdir. "Cilvə" üçün, "arifin qəlbində parlayan İlahi nur (yəni, kainatda hər hansı bir fəaliyyət təfəkkür edildiyində, bu fəaliyyətin failinin Allah olmasının qəlbdə hiss edilməsi)" da deyilmişdir.
"Təcəlli" isə: "görünmək" deməkdir və "qeybi həqiqətlərin qəlblərdə hiss edilə bilən hala gəlməsi", "qeybi olan şeylərin nurlarından qəlblərə açılan şeylər" şəklində tərif edilir. (bax: Seyyid Şərif Cürcani, "Tarifat")
Allahın sifətlərindən bir sifətin qulun qəlbində münkəşif olmasına (kəşf edilməsinə) - "sifət təcəllisi"; isimlərindən bir ismin qulun qəlbində inkişafına isə "isim təcəllisi" deyilir.
Təcəlli, Quran və hədislərdə, həm lüğət, həm də termin mənasında istifadə edilmişdir.
Quranda "təcəlli" kəliməsi:
وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ
"And olsun günəşin təcəllisi ilə aydınlaşan gündüzə!" (Leyl/2);
"Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. Musa dedi: 'Ey Rəbbim! Özünü mənə göstər, Sənə baxım.' O dedi: 'Sən məni görə bilməzsən. Lakin bu dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən.' Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: 'Sən, pak və müqəddəssən! Sənə tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm!” (Əraf/143)
Hədislərdə "təcəlli" kəliməsi:
Bu kəlimə, hədislərdə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in bir günəş tutulması hadisəsi sonrasında namaz qıldığında, günəşin yenidən görünməsi (bax: Buxari, 67-ci Kitab: "Nikah kitabı", 88-ci bab, hədis no: 5197); axirətdə möminlərin görməsi üçün, Haqqın, Özünü, aşkar hala gətirməsi (Muslim, "İman"/191), təcəlli sözü ilə ifadə edilmişdir.
-----------------------------------
İsim təcəllisi, nə deməkdir?
Müəllifimiz Nursi (rahiməhullah), "Risale-i Nur" külliyyatının bir çox yerində, belə deyir:
"Nasıl mükemmel, muntazam, san’atlı, saray gibi bir eser, bilbedâhe muntazam bir fiile delâlet eder. Yani bir bina bir dülgerliğe delâlet eder. Ve mükemmel, muntazam bir fiil, bizzarure, mükemmel bir fâile ve mâhir bir ustaya, bir dülgere delâlet eder. Ve mükemmel usta ve dülger ünvanları, bilbedâhe, mükemmel bir sıfata, yani san’at melekesine delâlet eder. Ve mükemmel sıfat ve o mükemmel meleke-i san’at, bilbedâhe, mükemmel bir istidadın vücuduna delâlet eder. Ve mükemmel bir istidad ise, âlî bir ruh ve yüksek bir zâtın vücuduna delâlet eder. Öyle de, zeminin yüzünü, belki kâinatı dolduran müteceddid eserler, bilbedâhe, gayet derece-i kemâlde bulunan ef’âli gösteriyor. Ve şu nihayet derecedeki intizam ve hikmet dairesindeki ef’âl, bilbedâhe, ünvanları ve isimleri mükemmel olan bir fâili gösteriyor. Çünkü, muntazam, hakîmâne fiiller fâilsiz olmadığı, katiyen mâlûm. Ve son derece mükemmel ünvanlar, o fâilin son derece kemâldeki sıfatlarına delâlet eder. Çünkü, fenn-i sarfça, nasıl ism-i fâil masdardan yapılır; öyle de, ünvanların ve isimlerin dahi masdarları ve menşe’leri sıfatlardır. Ve son derece-i kemâlde sıfatlar, şüphesiz son derece mükemmel olan şuûnât-ı zâtiyeye delâlet eder. Ve kabiliyet-i zâtiye, tâbir edemediğimiz o mükemmel şuûn-u zâtiye, bihakkalyakîn hadsiz derece-i kemâlde olan bir Zâta delâlet eder.
İşte, bütün âlemdeki âsâr-ı san’at ve bütün mahlûkat, herbiri birer eser-i mükemmel olduğundan, herbiri bir fiile ve fiil ise isme, isim ise vasfa ve vasıf ise şe’ne ve şe’n ise zâta şehâdet ettikleri için, masnuât adedince, birtek Sâni-i Zülcelâlin vücûb-u vücuduna şehâdet ve ehadiyetine işaret ettikleri gibi; heyet-i mecmûası ile, silsile-i mahlûkat kadar kuvvetli bir tarzda, bir mi’rac-ı mârifettir, hiçbir cihette içine şüphe girmeyen müteselsil bir bürhan-ı hakikattir." ("Sözlər", 33-cü Söz, Tövhid'in 18-ci Pəncərəsi, s. 647-648)
Yəni:
Necə ki, mükəmməl, müntəzəm (intizamlı), sənətli, saray kimi bir əsər, açıq bir şəkildə, intizamlı bir felə dəlalət edər. Yəni, bir bina, bir dülgərliyə dəlalət edər. ---> Və mükəmməl, müntəzəm bir fel, zəruri olaraq, mükəmməl bir failə və mahir bir ustaya, bir dülgərə dəlalət edər. ---> və mükəmməl usta və dülgər ünvanları, açıq bir şəkildə, mükəmməl bir sifətə, yəni sənət məharətinə dəlalət edər. ---> və mükəmməl sifət və o mükəmməl sənət məharəti, açıq bir şəkildə, mükəmməl bir istedadın varlığına dəlalət edər. ---> və mükəmməl bir istedad isə, ali bir ruh və yüksək bir zat'ın varlığına dəlalət edər.
Elə də, yer üzünü, bəlkə (yəni, yer də bir tərəfə) kainatı dolduran mütəcəddid (yenilənən) əsərlər açıq bir şəkildə, kamal dərəcədə olan felləri göstərir. ---> və bu nəhayət dərəcədəki intizam və hikmət dairəsindəki fellər, açıq bir şəkildə, ünvanları və isimləri mükəmməl olan bir faili göstərir. Çünki, müntəzəm, hikmətli fellərin failsiz olmadığı, qəti olaraq məlumdur. ---> və son dərəcə mükəmməl olan ünvanlar, o failin son dərəcə kamaldakı sifətlərinə dəlalət edər. Çünki, sarf elminə (haşiyə-1) görə, necə ki, ismu'l-fail (haşiyə-2) məsdərdən düzəldilir; elə də, ünvanların və isimlərin də məsdərləri və mənşələri, sifətlərdir. ---> və son dərəcə kamalda olan sifətlər, şübhəsiz, son dərəcə mükəmməl olan şuunata (haşiyə-3) dəlalət edər. ---> və zati qabiliyyət deyə təbir edə bilmədiyimiz (haşiyə-4) o mükəmməl şuunat (şə'nlər), bihaqq əl-yəqin (şəxsən yaşamaq surətilə əldə edilən yəqinliklə), hədsiz kamal dərəcədə olan bir Zat'a dəlalət edər.
Bax, bütün aləmdəki sənət əsərləri və bütün məxluqat, hər biri, mükəmməl bir əsər olduğundan, hər biri, bir felə ---> və fel isə, ismə ---> isim isə, vəsfə ---> vəsf isə, şə'nə ---> və şə'n isə, Zata şəhadət etdikləri üçün, məsnuat (sənətlə yaradılan şeylər) ədədincə, bir tək cəlal sahibi Sani (sənətkar)'ın varlığının zəruri olmasına, şəhadət və əhədiyyətinə (birliyinə) işarət etdikləri kimi; topyekun görünüşü ilə, məxluqatın silsilələri qədər qüvvətli bir tərzdə, bir mərifət miracı (nərdivanı); içinə heç bir cəhətlə şübhə girməyən mütəsəlsil (silsilə) bir həqiqət bürhanı (dəlili)'dir.
-------------------------
(Haşiyə:
Haşiyə-1:
Sarf elmi (morfologiya): sözlərin quruluşundan və dəyişərkən məruz qaldığı formalardan bəhs edən elmdir. Yəni, sözün, müxtəlif formalara düşməklə yeni mənalar verməsini öyrənən elmdir.
Haşiyə-2:
İsmu'l-fail: feldən meydana gələn və işi görəni göstərən isim cinsindən olan kəlimələrdir.
Məsələn, "كَتَبَ / kətəbə" sözü, "yazdı." mənasındadır. Bu felin ismu'l-faili, "كَاتِبٌ / kətibun" şəklindədir və "yazan" mənası verməkdədir.
Haşiyə-3:
"Şuunat", "şə'n"in cəm halıdır. "Şə'n üçün, dilimizdə, tam bir qarşılıq yoxdur. Ən yaxın məna olaraq, "şan", "hal", "qabiliyyət" deyilir.
~ "Xaliq" (Yaradan), Allahın bir ismidir. "Xaliqiyyət" isə, "şan"ıdır. Yəni, yaradıcı olmaq, Allahın şan'ındandır. Bu xaliqiyyətini icra etmək istədiyində, bu istəyi, elm, iradə, qüdrət və s. kimi sifətlər izləyir və xəlq (yaratma) feli icra olunur. Beləcə, yaradılan o məxluqda, "Xaliq" ismi təcəlli edir.
~ "Rəbb" (Tərbiyə edən) də, Allahın bir başqa ismidir. "Rububiyyət" (tərbiyə edici olmaq) isə, Allahın bir şan'ıdır.
Müəllifimizin "Risale-i Nur" külliyyatında,
Zat ---> Şuunat ---> Sifət ---> İsim ---> Fel ---> Əsər
sıralaması vardır. Diqqət edilsə, şuunat, sifətdən əvvəl zikr edilmişdir. Çünki, sifətləri icraata sövq edən şey, şuunat'dır.
Məsələn, mərhəmət etmək, Allahın şan'ındandır. Bu mərhəmət ilə, insana nemət ehsan etməyi iradə edər və qüdrətilə, onun ehtiyacı olan şeyi yaradar. Mərhəmət etmək, Allahın şan'ı; iradə və qüdrət isə, Allahın sifətləridir.
Bütüh İlahi isimlər, beləcə düşünüldüyündə, hər birinin, Allahın şuunatından bir şan'a söykəndiyi başa düşülür.
Allahın Zatı, müqəddəs olduğu kimi; şuunatı da, müqəddəsdir. Yəni, bəşər ağlı, bu xüsusda nə düşünsə, nə təxmin etsə, nə xəyallar qursa, Allahın şuunatı, bunların heç birinə bənzəməz; hamısına bənzəməkdən, münəzzəhdir.
Haşiyə-4:
Müəllifin qəsdi, budur:
"Qabiliyyət" kəliməsinə, insanlar örfi bir məna yüklədikləri üçün, Ustad Nursi, "tabir edemediğimiz" deməkdədir. İnsanlar, qabiliyyəti, daha çox, qüvvə (potensial)'dan felə doğru inkişaf etdirilməsi lazım olan bir şey şəklində dəyərləndirirlər. Halbuki, Allahdakı bu qabiliyyətlər, kamal bir mərtəbədədir, inkişafı bəhs mövzusu deyildir.)
-----------------------------
Mövzumuza gələcək olsaq, yuxarıdakı izahlardan yola çıxaraq, belə deyirik:
Kainatda müşahidə edilən "surətlərin açılması", bir fəaliyyətdir və bu fəaliyyət isə, bizə, Özünü "əl-Fəttah" ismi, ünvanı ilə tanıdan bir Varlığı göstərməkdədir. Fəaliyyətin failsiz olması imkan xaricində olduğuna görə, bu fəaliyyətin sahibi, Kimdir?
1. Şüursuz səbəblər?
2. Təbiət?
3. Təsadüf? yoxsa
4. Allah!
Müəllifin də dediyi kimi, (o dövrdə) 400.000; günümüzdə isə, 1.600.000 növdən çox heyvan növü və bundan da daha çox olan bitki növü vardır. Bu növlərə girən fərdlərin sayını bilmək isə, demək olar ki, mümkün deyildir.
Sonsuz deyiləcək qədər olan bu fərdlərin bütün plan-proyektləri, nütfələrdə, yumurtalarda, yaxud da çəyirdəklərdə, bütün kainatı əhatə edə biləcək bir elm və hikmətlə yazılmışdır. Bir "qutu" məsabəsində olan bu nütfələr, yumurtalar və çəyirdəklər, vaxtında, qarışdırılmadan, hikmətlə açılmaqdadır.
Diqqət edilsə, bu "açılma" feli, təsadüfi olmur. Məsələn, yumurtanın nə vaxt, necə bir incəlik və nəzakət ilə açılacağı kimi xüsuslar, ciddi bir elm, iradə, qüdrət və hikmət gərəkdirməkdədir. Çünki, o "qutu" məsabəsində olan nütfə, yumurta və çəyirdəklərin içindəki həyat proqramları, çox incə və həssasdırlar. Az miqdar istilik pozulmasında belə, xarab ola bilirlər.
İndi, bir düşün! Elmi, iradəsi, qüdrəti, görməsi, eşitməsi, həyatı olmayan bir varlıq, belə bir fəaliyyətə sahib çıxa bilərmi?! Təbii ki, belə fəaliyyət, bu sifətlərə sahib olmayan şey haqqında, imkansızdır. Elə isə, deyə bilərik ki, bu fəaliyyətin sahibi, Allah'dır və O, Özünü, bu fəaliyyətilə, bizə, "əl-Fəttah" deyə tanıtmaqdadır.
------------------------
Tərcüməçinin notu:
Dəyərli oxuyucu! Müəllifimiz Bədiü'z-zaman Ustad Said Nursi (rahiməhullah)'ın risalələrindən öyrəndiyimiz üzərə, Müəllifimiz, təkvini və təklifi şəriəti, -Quranda olduğu kimi- əsərlərində, sıxca nəzərə verməkdə və onları birləşdirməkdədir. (haşiyə)
"Fəttahiyyət/açıcılıq" da, bir tək fəaliyyət və qanundur. Varlıqların ixtiyarları xaricindəki şeyləri açan, Allah olduğu kimi; onların ixtiyarları daxilində olan işləri açacaq olan da, yenə Odur. Elə isə, həll olunmayan müşküllərindən dolayı, Allaha üsyan bayrağı qaldırma! Biz, Onun, nəzərimizdə sıradan görünən şeyləri belə, vaxdında, qarışdırmadan necə elm və hikmətlə açdığı haqqında, yuxarıda danışdıq. Elə isə, heç mümkünmüdür ki, nəzərimizdə daha əhəmiyyətli olan məsələləri, açmaq istəməsin?!
Xülasə: Allahı, "əl-Fəttah" olaraq tanıyan, qəbul olunmayan duasından, həll edilməyən müşkülündən dolayı, etiraz bayrağı qaldırmaz və qaldırmamalıdır!
------------------------
"3 qaranlıq":
Tibbi dildə “trimester”, yəni “3 dövr” adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələləridir. Bu üç inkaşaf mərhələsinin əsas xüsusiyyətləri bu cürdür:
1. Pre-embrionik mərhələ:
Daha çox "1-ci trimester" adlanan bu ilk mərhələdə "ziqot" bölünərək çoxalır, bir hüceyrə kütləsinə döndükdən sonra özünü bətn divarına yapışdırır. Hüceyrələr çoxalmağa davam edərkən 3-cü təbəqə halında təşkil edilirlər.
2. Embrionik mərhələ:
"2-ci trimester" kimi də adlandırılan ikinci mərhələ cəmi 5.5 həftə davam edir və bu müddət ərzində canlı “rüşeym” adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin əsas orqan və sistemləri əmələ gəlir.
3. Fetal mərhələ:
Hamiləliyin "3-cü trimesteri" adlandırılan mərhələdə rüşeym artıq "fetus" adlandırılır. Bu mərhələ hamiləliyin səkkizinci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqli cəhəti üzü, əlləri və ayaqları ilə seçilən, insanın xarici görünüşünə malik bir canlı olmasıdır. Mərhələnin əvvəlində 3 sm boyunda olmasına baxmayaraq, bütün orqanları əmələ gəlmişdir. Bu 30 həftəlik mərhələnin xüsusiyyəti doğuş həftəsinə qədər fetusda böyümə və ölçülərdə dəyişmədir.
6-)
Afuvv isminin şərhi
82. Afuvv isminin şərhi:
Günahları silən və günahları keçən (Zat)'dır.
Bu isim, Ğafur isminə yaxındır. (Ancaq), ondan, daha mübaliğəlidir. Çünki:
~ Ğufran: "örtmək"dən;
~ Afuvv isə: "silmək"dən
xəbər verir.
Tənbeh:
Qulun bu isimdən alacağı hissə, gizlənə bilməz (yəni, açıqdır). Bu da, özünə zülm edən hər kəsi əfv etməsi, hətta, ona yaxşılıq etməsidir. (Necə ki), qul, Allah Taala'nın, dünyada, asi və kafirlərə qarşı muhsin (yaxşılıq edən) olduğunu; onları dərhal cəzalandırmadığını; hətta tövbə etmələrilə onları əfv etdiyini görməkdədir. Günahkarlar tövbə etdiklərində, Allah da, onların tövbəsini qəbul edib günahlarını silməkdədir. Çünki, günahından tövbə edən, heç günah işləməmiş kimidir. Bax, cinayətlərin silinməsinin son nöqtəsi, budur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
7-)
Alim isminin şərhi
20. Alim isminin şərhi:
Mənası, zahirdir. (Elminin) kamalı isə:
~ zahiri və batinilə;
~ incəsi və irisi ilə;
~ əvvəli və sonrası ilə;
~ aqibəti və başlanğıcı ilə,
hər şeyi əhatə etməsidir. Bu da, məlumatın çoxluğu ilə əlaqəlidir ki, bunun da sonu yoxdur.
Sonra elm, Onun Zatı haqqında, vazehlik və açıqlıq cəhətindən, mümkün ola bilənin ən mükəmməl mərtəbəsindədir. Elə ki, Onun elmindən daha zahir bir müşahidə və kəşf (açıqlıq) təsəvvür edilə bilməz.
Sonra, Onun elmi, məlumatlardan istifadə (əldə) edilməyib; əksinə, məlumatlar(ın qaynağı), Ondan istifadə edər (yəni, bütün məlumatların qaynağı, Onun elmidir).
Tənbeh: Qulun elm vəsfindən nəsibi olduğu, gizlənə bilməz. Ancaq, qulun elmilə Allah Taala'nın elmi arasında, 3 xüsusiyyət cəhətindən fərqlilik vardır:
1. Məlumatların (bilinənlərin) çoxluğu. Çünki, qulun məlumatı nə qədər genişləsə də, qəlbində məhsur (məhdud)'dur. Nəhayəti olmayan bir şey (yəni, sonsuz elmlər), necə ona (insana) nisbət edilə bilər?!
2. Qulun bir şeyi bilməsi, hər nə qədər açıq olsa da, bu, o açıqlığın fövqündəki açıqlığa çatacaq səviyyədə deyildir. Əksinə, insanın əşyanı müşahidə etməsi, sanki, incə bir pərdə ardından onları seyr etməsinə bənzəyir. Kəşfin (bilikdəki açıqlıq) dərəcələrini inkar etmə! Çünki, batini bəsirət, zahiri göz kimi olub günəş ilk doğarkən vazeh olan/bilinən şeylə, gündüz ortasında vazeh olan şey, bir deyildir.
3. Allah (subhənəhu və taala)'nın əşya haqqındakı elmi, əşyadan istifadə (əldə) edilmiş deyildir; (əksinə, bütün əşya), Onun elmindən istifadə edər. Qulun əşya haqqındakı elmi isə, əşyaya tabedir və əşyadan hasil olmuşdur.
Bu fərqi başa düşmək sənə çətin gələrsə, şahmat oynamağı öyrənən kimsədəki elmi, şahmatı düzəldən kimsənin (şahmat haqqındakı) elminə qiyas et. Şahmatı düzəldənin şahmat haqqındakı elmi, şahmatın varlıq səbəbidir. Şahmat öyrənənin şahmat haqqındakı elminin varlıq səbəbi isə, şahmatın varlığıdır. Şahmatı düzəldənin elmi, şahmatdan əvvəldir. Şahmatı öyrənənin elmi isə, şahmatın varlığından sonradır.
Bax, bunun kimi də, Allah (azzə və cəllə)'nin əşya haqqındakı elmi, əşyanın varlığından əvvəldir və onların varlıq səbəbidir. Bizim əşya haqqındakı elmimiz isə, bunun əksidir.
Qulun əldə etdiyi elmdən dolayı şərəf qazanması, elmin, Allah (azzə və cəllə)'nin sifətlərindən biri olmasından dolayıdır. Ən şərəfli elm, məlumatının ən şərəfli olduğu elmdir. Məlumatın ən şərəflisi isə, Allah Taala'nı bilməkdir. Bundan dolayı, mərifətullah (Allahı bilmək), ən fəzilətli mərifətdir. Hətta digər (yəni, Allah xaricində olan) şeyləri bilmək:
~ Allahın fellərini bilməyə səbəb olduğu üçün; və ya
~ qulu, Allah (azzə və cəllə)'yə yaxınlaşdıran yolu tanıtdığı; ya da
~ Allahı bilməyə çatdırdığı və ya Allaha yaxınlaşmağı hasil edən xüsusları təmin etdiyi üçün,
şərəf qazanar (şərəflənər). Bunun xaricində qalan mərifətlərdə, çox da şərəf yoxdur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
Ustad Nursi, "Sözlər" adlı əsərinin 30-cu Söz'ünün 2-ci Məqsədi olan: "Tahavvülat-ı Zərrat / Zərrələrin təhəvvülləri, hal dəyişiklikləri" adlı risaləsində (s. 535-536), belə deyir:
"Her zerrede, hem hareketinde, hem sükûnetinde iki güneş gibi iki nur-u tevhid parlıyor. Çünkü,
-Onuncu Sözün Birinci İşaretinde icmâlen ve Yirmi İkinci Sözde tafsilen ispat edildiği gibi-,
herbir zerre, eğer memur-u İlâhî olmazsa ve Onun izni ve tasarrufuyla hareket etmezse ve ilim ve kudretiyle tahavvül etmezse, o vakit herbir zerrenin nihayetsiz bir ilmi, hadsiz bir kudreti, herşeyi görür bir gözü, herşeye bakar bir yüzü, herşeye geçer bir sözü bulunmak lâzım gelir."
Yəni:
Hər zərrədə, həm zərrənin hərəkətində, həm hərəkətsizliyində, 2 günəş kimi, 2 tövhid nuru parlamaqdadır. Çünki:
-10-cu Sözün 1-ci İşarət'ində, icmal olaraq; və 22-ci Söz'də təfsilatlı olaraq isbat edildiyi kimi-
Hər bir zərrə, əgər:
~ Allahın məmuru olmaz; və
~ Onun icazə və təsərrüfü ilə hərəkət etməz; və
~ Elm və qüdrətilə təhəvvül etməzsə,
o vaxt, hər bir zərrənin:
~ sonsuz bir elmi;
~ hədsiz bir qüdrəti;
~ hər şeyi görən bir gözü;
~ hər şeyə baxan bir üzü;
~ hər şeyə keçən bir sözü
olması lazımdır.
Hər zərrədə, həm zərrənin, hava zərrələri kimi hərəkətində; həm torpağın zərrələri kimi sükunətində, yəni hərəkətsizliyində, 2 günəş kimi, 2 tövhid nuru parlamaqdadır. Çünki, hər bir zərrə, əgər Allahın məmuru olarsa, hər şey onlara asanlaşar; əgər zərrə, Allahın məmuru olmaz və Onun icazə və təsərrüfü ilə hərəkət etməz; elm və qüdrətilə təhəvvül etməzsə, özündə görülən fövqəl-adi işləri görə bilməz. Hər bir zərrənin hərəkətində, bir elm və bir qüdrətin mövcudiyyəti görünməkdədir. Çünki o zərrə, bilərək və nəticəni düşünərək işləməkdə; içində çalışdığı cismin elmi proqram və geometrik şəklinə görə hərəkət etməkdə; nəticədə, gücünün xaricində bir iş görməkdədir. Əgər o zərrə, özü üçün təsbit edilən elmi proqram və qanunlara görə; geometrik şəkil və mənəvi qəliblərə görə hərəkət etməz, sonsuz elm və qüdrəti olan bir Zat'ın məmuru olmazsa, o vaxt, hər bir zərrənin:
~ Nəhayətsiz bir elmi olmalıdır. Yəni, o mövcudun keçmiş əslini, gələcək nəslini, bəlkə bütün aləmi əhatə edəcək bir elmi olması lazımdır. Çünki, hər bir zərrə, həm aləmin xülasəsidir; həm kainatla bir münasibəti vardır. Bununla bərabər,
~ Hədsiz bir qüdrəti də olmalıdır. Yəni, o böyük nəticəni yerinə yetirəcək gücü olmalıdır. Yenə,
~ Hər şeyi görən bir gözü;
~ Hər şeyə baxan bir üzü;
~ Hər şeyə keçən bir sözü
də olmalıdır. Yəni, o zərrənin, hər şeyi görməsi, bilməsi, hər şeyə hökmünü keçməsi lazım gəlir. Çünki, zərrənin gördüyü vəzifə, bu sifətlərə sahib olmağı iqtiza edir (gərəkdirir).
--------------------------
"Çünkü, anâsırın herbir zerresi, herbir cism-i zîhayatta muntazaman işler veya işleyebilir."
Yəni:
Çünki, ünsürlərin (hava, od, su, torpaq ünsürlərinin) hər bir zərrəsi, hər bir həyat sahibi cisimdə, intizamlı iş görər və ya görə bilər.
4 ünsürün zərrələri, həyat sahibi olan hər bir cisimdə, qanun dairəsində hərəkət etməkdədir. Məsələn, bu 4 ünsürdün biri olan hava ünsürünün zərrəsi, həm sənin bədənində çalışmaqda; hər bir milçəyin cəsədində iş görməkdə; həm bir çiçəyin vücudunda fəaliyyət göstərməkdə; həm bir toxum və çəyirdəkdə, bilərək, o mövcudun elmi proqram və geometrik şəklinə riayət edərək intizamla çalışmaqda, işləməkdədir. Sair ünsürləri də, buna qiyas et.
-------------------------
"Eşyanın intizamatı ve kavanin-i teşkilatı, bir-birine muhaliftir."
Yəni:
Əşyanın intizamları (yəni, elmi proqram və qanunları) və təşkilat qanunları (yəni, geometrik şəkil və quvvələri), bir-birinə müxalifdir.
-------------------------
"Onların nizamatı bilinmezse, işlenilmez, işlenilse de, yanlışsız yapılmaz. Halbuki yanlışsız yapılıyor."
Yəni:
Onların nizamları (yəni, elmi proqram və qanunları; bununla bərabər, geometrik şəkil və qüvvələri) bilinməzsə, işlənilməz.
Çünki, hər bir mövcudun elmi proqram və geometrik şəkil və quvvələri, ayrı-ayrıdır. Havanın zərrəsi, içində çalışacağı fərqli-fərqli mövcudların elmi proqram və geometrik şəklini bilməzsə, intizamla işləyə bilməz. İntizamla çalışa bilməsi üçün, hər bir zərrədə, kainatın ilk yaradılışından qiyamətə qədər bütün mövcudatın elmi proqram və geometrik şəkillərini biləcək muhit (bütün kainatı əhatə edən) bir elmin mövcud olması lazımdır. Çünki, hər bir mövcudun elmi proqram və geometrik şəkli, ayrı-ayrıdır.
-------------------------
"Öyle ise, o hizmet eden zerreler, ya bir ilm-i muhit sahibinin izin ve emriyle ve ilim ve iradesiyle işliyorlar; veyahut kendilerinde öyle bir muhit ilim ve kudret bulunmak lâzım geliyor."
Yəni:
Elə isə, o xidmət edən zərrələr:
~ ya muhit bir elm sahibinin icazə və əmrilə, elm və iradəsilə işləyirlər;
~ ya da özlərində, elə bir muhit elm və qüdrətin mövcud olması lazımdır.
---------------------------
"Evet, havanın herbir zerresi, herbir zîhayatın cismine, herbir çiçeğin herbir meyvesine, herbir yaprağın binasına girip işleyebilir. Halbuki onların teşkilâtları ayrı ayrı tarzdadır, başka başka nizamatı var. Bir incir meyvesinin fabrikası, faraza, çuha makinesi gibi olsa, bir nar meyvesinin fabrikası da şeker makinesi gibi olacaktır. Ve hâkezâ, o binaların, o cisimlerin programları birbirinden başkadır. Şimdi, şu zerre-i havaiye bütün onlara girer veya girebilir ve gayet hakîmâne ve üstadâne, yanlışsız olarak işler, vaziyetler alır. Vazifesi bittikten sonra kalkar, gider."
Yəni:
Bəli, havanın hər bir zərrəsi:
~ hər bir həyat sahibinin cisminə;
~ hər bir çiçəyin meyvəsinə;
~ hər bir yarpağın binasına
girib işləyə bilər.
Halbuki, onların təşkilatları (yəni, geometrik şəkilləri və mənəvi qəlibləri), ayrı-ayrı tərzdədir; başqa-başqa nizamları (elmi proqram və qanunları) vardır. Fərz edək ki,
~ bir əncir meyvəsinin fabriki, çuxa maşını kimi olsa;
~ bir nar meyvəsinin fabriki də, şəkər maşını kimi olacaqdır.
Və beləcə, o binaların, o cisimlərin proqramları, bir-birindən başqadır.
İndi, bu hava zərrəsi, bütün onlara girər və girə bilər və çox hikmətli və dərs verən bir müəllim kimi, yalnışsız olaraq (yəni, elmi proqrama görə) işləyər; (geometrik şəklə görə) vəziyyət alar. Vəzifəsi bitdikdən sonra, qalxıb gedər.
----------------------
"İşte, müteharrik havanın müteharrik zerresi, ya nebâtâta ve hayvânâta, hattâ meyvelerine ve çiçeklerine giydirilen suretlerin, miktarların teşkilâtını, biçimini bilmesi lâzım geldiği; veyahut onlar bir bilenin emir ve iradesiyle memur olması lâzım geldiği gibi:
Sakin toprak, sakin olan herbir zerresi, bütün çiçekli nebâtâtın ve meyvedar ağaçların tohumlarına medar ve menşe olmak kabil olduğundan, hangi tohum gelse ve o zerrede, yani misliyet itibarıyla bir zerre hükmünde olan bir avuç toprakta kendine mahsus bir fabrika ve bütün levazımatına ve teşkilâtına lâzım bütün cihazatı bulunduğundan, o zerrede ve o zerrenin kulübeciği olan o bir avuç toprakta, eşcar ve nebatat ve çiçekler ve meyveler envâı adedince muntazam mânevî makine ve fabrikaları bulunması; veyahut mu'cizekâr, herşeyi hiçten icad eder ve herşeyin herşeyini ve her cihetini bilir bir ilim ve kudret bulunması lâzımdır; veyahut bir Kadîr-i Mutlak, bir Alîm-i Külli Şeyin emir ve izniyle, havl ve kuvvetiyle o vazifeler gördürülür."
Yəni:
Bax, hərəkət halında olan havanın hərəkət halında olan zərrəsinin:
~ ya bitkilərə və heyvanlara, hətta meyvələrinə və çiçəklərinə geydirilən surətlərin, miqdarların təşkilatını, tərzini (yəni, onların elmi proqram və qanunlarını) bilməsi lazım gəldiyi;
~ ya da onlar, bir Bilənin əmr və iradəsilə məmur olmaları lazım gəldiyi kimi:
Hərəkətsiz torpaq, həm hərəkətsiz torpağın hərəkətsiz hər bir zərrəsinin:
~ bütün çiçəkli bitkilərin və meyvəli ağacların toxumlarına mədar və mənşə olmaq mümkün olduğundan, hansı toxum gəlsə və o zərrədə, yəni, misliyyət etibarı ilə bir zərrə hökmündə olan bir ovuc torpaqda, özünə məxsus bir fabrik və ona lazım olan şeylərinə və təşkilatına lazım bütün cihazları olduğundan, o zərrədə və o zərrənin "kulub"u olan o bir ovuc torpaqda, ağaclar, bitkilər, çiçəklər və meyvələrin növləri ədədincə, intizamlı mənəvi maşınlar və fabrikləri saxlaması;
~ və yaxud da, möcüzəvi, hər şeyi heçdən icad edən və hər şeyin hər şeyini və hər cəhətini bilən bir elm və qüdrət olması lazımdır;
~ və yaxud da, mütləq qüdrət sahibi, hər şeyi bilən alim olan Allahın əmr və icazəsilə, güc və qüvvətilə o vəzifələr gördülür.
----------------------------------------
"Evet, nasıl ki bir acemî, ham, âmi, âdi, hem kör bir adam Avrupa'ya gitse, bütün fabrikalara, destgâhlara girse, üstadâne kemâl-i intizamla herbir san'atta, herbir binada işler, öyle eserler yapar ki, nihayet derecede hikmetli, san'atlı, herkesi hayrette bırakıyor. Zerre miktar şuuru olan bilir ki, o adam kendi başıyla işlemiyor; belki bir üstad-ı küll ona ders verir, işlettirir.
Hem nasıl ki bir kör, âciz, yerinden kalkamıyor, basit bir kulübeciğinde oturmuş bir adam bulunuyor. Halbuki o kulübeciğe bir dirhem gibi küçük bir taş, kemik ve pamuk gibi birer madde veriliyor. Halbuki o kulübecikten batmanlarla şeker, toplarla çuha, binlerle mücevherat, gayet san'atlı, murassaatlı libaslar, lezzetli taamlar çıkıp gelse, zerre miktar aklı olan demeyecek mi ki, "O adam, gayet mu'cizekâr bir zâtın menşe-i mu'cizâtı olan fabrikasının bir mandalı veyahut miskin bir kapıcısıdır."?
Yəni:
Bəli,
~ Necə ki, bir əcəmi (işə yad, əhil olmayan), xam, cahil, kor bir adam, Avropaya getsə, bütün fabriklərə, dəzgahlara girsə, usta kimi mükəmməl intizamla, hər bir sənətdə, hər bir binada işləyər; elə əsərlər düzəldər ki, sonsuz dərəcə hikmətli, sənətli, hər kəsi heyrətə buraxsa; zərrə miqdar şüuru olan başa düşər ki, o adam, öz başına işləmir; əksinə, hər növ elmdə çox biliyi olan bir ustad ona dərs verir, onu işlətdirir.
~ Həm necə ki, kor, aciz, yerindən qalxa bilməyən, bəsit bir kulubunda oturmuş bir adam fərz edək. Halbuki, o kuluba, bir dirhəm kimi kiçik bir daş, sümük və pambıq kimi bir maddə verilir. Buna baxmayaraq, o kulubdan, batmanlarla qənd, toplarla çuxa, minlərlə mücəvhər, çox sənətli, daş-qaşla bəzədilmiş libaslar, ləzzətli təamlar çıxıb gəlsə, zərrə miqdar ağlı olan, deməyəcəkmi ki: "O adam, çox möcüzəli bir Zatın möcüzələr mənşəyi olan fabrikinin bir mandalı və yaxud miskin bir qapıçısıdır."?
------------------------------------
"Aynen öyle de, havanın zerreleri, herbiri birer mektubât-ı Samedâniye, birer antika-i san'at-ı Rabbâniye, birer mu'cize-i kudret, birer hârika-i hikmet olan nebâtât ve eşcar, ezhar ve esmardaki harekât ve hidematları, bir Sâni-i Hakîm-i Zülcelâlin, bir Fâtır-ı Kerîm-i Zülcemâlin emir ve iradesiyle hareket ettiğini; ve toprağın zerreleri dahi, herbiri birer ayrı makine ve destgâh, birer ayrı matbaa, birer ayrı hazine, birer ayrı antika ve Sâni-i Zülcelâlin esmâsını ilân eden birer ayrı ilânnâme ve kemâlâtını söyleyen birer ayrı kaside hükmünde olan o tohumcuklarının, o çekirdeklerinin sünbüllerine, ağaçlarına menşe ve medar olmaları, emr-i كُنْ فَيَكُونُ 'a mâlik, herşey emrine musahhar bir Sâni-i Zülcelâlin emriyle, izniyle, iradesiyle, kuvvetiyle olması, iki kere iki dört eder gibi kat'îdir. Âmennâ."
Yəni:
Eynilə bu cür də:
• Havanın zərrələrinin, hər biri:
~ Samədani bir məktub:
Bitki və ağaclar, çiçəklər və meyvələr, Samədani bir məktubdur ki, hər məktub, bir çox məna ifadə edir. Belə ki:
Haqq Taala'nın isimlərindən biri də, "əs-Saməd"dir. Yəni bu isim, hər şeyin Allaha möhtac olduğunu; Allahın isə, heç bir şeyə möhtac olmadığını ifadə edir. Ehtiyac deyilincə isə, ilk əvvəl, yoxluqdan qurtulub varlıq aləminə gəlmək və bu aləmdə varlığını davam etdirmək başa düşülür. Bu mənası ilə, bu isim, bütün əşyalarda təcəlli etməkdədir. Allah, nə günəşə, nə aya, nə ulduzlara, nə dağlara və s. möhtac deyildir; onlar isə, varlıq meydanına çıxmaqda və varlıqlarını davam etdirməkdə, Allaha möhtacdırlar.
Bitkilər aləminə keçdiyimizdə, ehtiyac dairəsi genişlənir, "əs-Saməd" ismi də, daha iləri mənada təcəlli edir. Bir daş, sadəcə varlığının davamına möhtac olduğu halda; bir ağac, torpağa, havaya, suya, bahara, gecə və gündüzə, günəşə möhtacdır.
Heyvanlarda, ehtiyac dairəsi, bitkilərə nisbətlə daha da genişdir. Bir heyvan, bitkilərin möhtac olduğu bu şeylərin hamısına möhtac olmaqla bərabər, görməyə, eşitməyə, yeməyə, içməyə, hərəkət etməyə də möhtacdır.
İnsana ağıl verilməsilə, ehtiyac dairəsi daha da genişlənmiş və bu gün texnologiyanın çatdığı hər şey, insan ehtiyacının bir meyvəsi olaraq ortaya çıxmışdır.
Göz görməklə, qulaq eşitməklə, mədə qidalanmaqla tətmin olarkən, insan qəlbi, ancaq Allaha iman və Onu tanımaqla tətmin olur. İnsanın ehtiyac dairəsi, bu görünən aləmlə məhdudlaşmaz. İnsan qəlbi, Allaha, axirətə, digər iman və Quran həqiqətlərinə inanmağa da möhtacdır.
Beləliklə, biz, kainat və içindəki hər şeyin Allaha möhtac olduğunu, bu şəkildə başa düşmüş oluruq.
~ Rabbani (tərbiyədən keçmiş) sənət əntiqəsi;
~ bir qüdrət möcüzəsi;
~ bir hikmət xariqəsi
olan bitkilər və ağaclar, çiçəklər və meyvələrdəki hərəkət və xidmətləri, cəlal sahibi Hakim və Sani olan Allahın, camal sahibi kərim bir Fatir (yaradan)'ın əmr və iradəsilə hərəkət etməkdə;
• Torpağın zərrələri də, hər biri:
~ ayrı bir maşın və dəzgah;
~ ayrı bir mətbəə;
~ ayrı bir xəzinə;
~ ayrı bir əntiqə;
~ və cəlal sahibi Sani'nin isimlərini elan edən ayrı bir elannamə; və
~ mükəmməlliyini söyləyən ayrı bir qəsidə
hökmündə olan o toxumların, o çəyirdəklərin sünbüllərinə, ağaclarına mənşə və mədar olmaları, "Ol!" əmrinə malik, hər şey əmrinə boyun əymiş cəlal sahibi bir Sani'nin əmrilə, iznilə, iradəsilə, qüvvətilə olması, 2×2'nin 4 olması kimi, qətidir. Əmənnə /İman etdik!
Allahın "əl-Alim" isminin təcəllisinə dair Ustad Nursi'nin əsərindən verilən nəqllər, burda bitir. İstəyən, müəllifin risalələrinə müraciət edə bilər.
---------------------------------
Tərcüməçinin notları:
Dəyərli oxuyucu! Yuxarıda, biz, elmin tərifini: "əşyanın zehndəki surəti" deyə vermişdik. Yəni, xarici aləmdə sabit olan varlıq haqqındakı zehnimizdəki surətə, elm deyirik. Bütün bu elm/biliyi əldə edə bilmək, xarici aləmin müşahidəsilə mümkündür. Eynisini, intizamlı hərəkət halında olan bir zərrə üçün düşünək. Zərrə, kainat, kainat içindəki əşyanı müşahidə edib, bunlardan bilik əldə edib doğru hərəkət edə bilərmi? Yəqin ki, bunun isbatına ehtiyac yoxdur. Elə isə, kainatda, Allahdan müstəqil fəaliyyət yoxdur.
Bununla bərabər, qeyd etmək istəyirəm ki:
Bir zərrə, Allahın adı ilə, Onun təyin etdiyi yolla (şüursuz) bir şəkildə hərəkət edib hədəfinə çatdığı halda; heç mümkünmüdür ki, zərrədən milyonlar dəfə üstün yaradılan insan, Allahın adı ilə, yəni, Onun təyin etdiyi yolla hərəkət etdiyində, hədəfinə çata bilməsin?! Onun təyin etdiyi yol isə, Kitab və Sünnətdir.
Ğafur, Ğaffar mənasındadır. Ancaq, Ğaffar'ın xəbər vermədiyi başqa bir növ mübaliğədən də xəbər verməkdədir. (Yəni, bu isim), məğfirətə izafətlə, təkrar-təkrar məğfirətdəki mübaliğəni ifadə etməkdədir. Faal vəzni, felin çoxluğundan; fəul vəzni isə, felin keyfiyyət, kamal və şümulundan xəbər verir. (O halda), məğfirət və ğufranının əskiksiz və kamil olması; məğfirət dərəcələrinin ən üst dərəcəsinə çatması cəhətindən, (O), Ğafurdur. Buna dair kəlam, daha əvvəl keçmişdi.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
9-)
Bədi isminin şərhi
95. Bədi isminin şərhi:
Özündən əvvəl bir misli keçməmiş olandır.Əgər bir varlıq, nə zatı, nə sifətləri, nə də felləri, nə də bütün bunlara raci olan digər hər hansı bir xüsusda misli keçməmişdirsə, mütləq Bədi, Odur. Bu sayılanlardan hər hansı birində bir misli keçmişdirsə, mütləq Bədi deyildir.
Beləliklə, bu isim, mütləq mənada, ancaq Allah (subhənəhu və taala)'a layiq olur. Onun əvvəlində bir varlıq yoxdur ki, bir misli keçmiş olsun. Hər bir mövcud, Ondan sonradır və Onun icadı (vücuda gətirməsi) ilə hasil olmuş olub özünü icad edənin bir misli (bənzəri) deyildir. Beləliklə, əzələn və əbədən Bədi, ancaq Odur.
(Tənbeh:) Özünə, öz dövründə və ya digər zamanlarda, bənzəri olmayan bir peyğəmbərlik və ya vəlilik ya da elm verilən hər bir qul, tək olduğu o xüsusa və mövcud olduğu zamana nəzərən, Bədi deyə isimləndirilir.
(Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərhi Əsmaillahi'l-Husna")
Quran-i Kərimdə, izafət (Allaha nisbət) halında varid olmuşdur:
بَدِيعُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ...
"Göylərin və yerin Bədi'si..." (Bəqərə/117)
Əbu Hureyrə (radiyallahu anh) hədisində də, izafət olmadan isim olaraq varid olmuşdur. Ümmət də, üzərində icma etmişdir.
Nəkira (sözün başında əlif-lam olmadan) QUL üçün İSTİFADƏ EDİLMƏSİ, CAİZ'dir.
İb-tə-da, mub-di-u şəklində, özündən törəyən sözləri vardır.
əl-Bidə': bir şeyi ihdas etmək, yəni var etmək deməkdir.
əl-Bid'us: Hər şeyin ilki, deməkdir.
Allah Taala, Quran'da belə buyurmuşdur:
قُلْ مَا كُنتُ بِدْعًا مِّنَ ٱلرُّسُلِ...
"De ki: 'Mən, rəsulların "bid'u" (ilki, birincisi) deyiləm..." (Əhqaf/9)
Bu, Mənim gətirdiyim din və şəriət də, Mənim ihdas etdiyim bir bidət deyildir. Əksinə, Məndən əvvəl gələn peyğəmbərlər, sizdən əvvəl olanlara bunu gətirmişlərdir. Bundan dolayı, arxasınca:
"Mən, ancaq, Mənə vəhy edilənə tabe oluram və Mən, ancaq açıq-aşkar xəbərdar edənəm!" (Əhqaf/9) buyurmuşdur.
İbnu'l-Arabi belə deyir:
✓ əl-Mubdi, əl-Mubtədi, əl-Bədi: "Hər hansı bir nümunə olmadan, bir şeyi inşa edən" deməkdir.
Ancaq mənim, "əl-Mubtədi" haqqında, fərqli bir görüşüm vardır. Deyirəm ki:
Cəvhəri belə deyir:
"Bir şeyi, ib-ti-da etdim." Yəni, nümunəsi olmadan icad etdim, deməkdir. əl-Bədi də, əl-Mubtədi'dir. Eyni mənadadır. Allah Taala'nın sifəti olaraq əl-Bədi, Mubdi mənasındadır. Yəni:
"Varlıqları, daha öncə var olan bir nümunəsi olmadan, yoxdan var edəndir. Onlara ən güzəl surəti verərək, təsvir edəndir."
Gör ki, O, şəkil verəndir.
...فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَـٰلِقِينَ
"...Yaradanların ən yaxşısı olan Allahın şanı, nə qədər ucadır!"(Mu'minun/14)
✓ Bədi, bənzəri görülməmiş şey üçün də istifadə edilə bilir. Buna görə Bədi: "bənzəri olmayan" demək olur. Bu halda, Allah Taalanın zatı və sifətlərinin haqqı olan bir vəsf olur. Çünki zatı və sifətləri, mümkin olmaqdan, bənzəri olmaqdan uca və müqəddəsdir.
Bu izaha görə, Bədi, nəfy mənasında olan zati bir vəsf olur. Allah Taalanın:
"Göylərin və yerin Bədi'si..." buyuruğunu, bu mənada açıqlarsaq, buna görə məna:
"Varlıq aləminin hamısına görə "bədi" olandır", deməkdir. (Yəni varlıq aləmindən bənzəri ola bilməz.) Bundan dolayı, belə buyurur:
"O, göyləri və yerin Bədi'sidir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir." (Ənam/101)
Bu buyuruq, müqəddəs olma vəsfində, tənzihin qayəsi və zirvəsidir.
Bu izahı, Əqləşi vermişdir.
Həlimi belə deyir:
"əl-Bədi'nin mənası: misli olmayanı ihdas edən (yaradan)" deməkdir.
Allah Taala: "Göylərin və yerin bədisi" deyə buyurmaqdadır. Yəni, onları ibda edən (bir misli, bir nümunəsi olmadan, yoxdan var edən) deməkdir. Bütün maddi və mənəvi varlıqların, yoxdan və bənzərsiz bir şəkildə ibda edilməsi, yəni yaradılması, Allah Taala üçün sabit olunca, Bədi və Mubtədi deyə isimləndirilməyə layiq olmuşdur. (Həlimi, "əl-Minhac fi Şuabi'l-İman", 1/192 (nşr. Hilmi M. Fudə), Beyrut, 1399/1979)
✓ "Göylərin və yerin Bədi'si..." buyruğunun mənası: "Göylərin və yerin Zinəti" mənasında da ola bilər. Necə ki, Allah Taala, Nur surəsi 35-ci ayətində belə buyurmuşdur:
"Allah, göylərin və yerin nurudur."
Yəni Onunla aydınlanmış, Onunla qaim olmuşlardır. Onlardan gözəl olan nə varsa, Onunla gözəl olmuşlardır. Bunların hamısı da "ibda"dır. Yəni: "bənzəri olmayan" deməkdir.
Bundan dolayı, hər mükəlləfin, Allahın, göylərin, yerin və ikisi arasındakıların Mubdi'i (yaradanı, bənzərsiz olaraq var edəni) olduğunu, Özündən başqa bir yaradanın mövcud olmadığını bilməsi, vacibdir.
Davamlı bir şəkildə, yaratdıqlarına nəzər edib təfəkkür etməlidir. Öz nəfsinə nəzər etməkdən də, qəflət etməməlidir. Çünki nəfsində, aləmdə olan hər şeyin bənzəri, kiçik aləm olan insanda mövcuddur. Bundan dolayı, uca Allah:
Bədəninin içi də, qeyr-i adi tərkiblərlə doludur. İlki, qəlbdir. Qəlbdəki qeyr-i adilikləri, kim açıqlaya bilər?! Bununla bərabər, digər əzaları və bu əzaların faydaları... Allah necə də, bütün bunları, insanın xidmətinə hazırlamışdır.
Ciyər, növləri fərqli olsa da, yeyilənləri tək vəsfə- qana çevirir. İçindəki artıqları, qalıqları isə, dalaq alır. İçindəki köpükləri, öd kisəsi alır. İçindəki incə mayeləri, böyrəklər alır.
Nəticədə qan, saf bir şəkildə damarlarda dolaşmağa başlayır. Böyrək suyu sidik kisəsinə atır. Artığı da, bağırsaqlar alır. Sonra o da, asan bir şəkildə axıb gedir. Bundan dolayı, Nəbi (sallallahu aleyhi və səlləm), tualetdən çıxdığında belə deyərdi:
"Pisliyi Məndən çıxaran, faydalısını Məndə saxlayan Allaha həmd olsun."
Sonra:
• Allahın hər şeyi yoxdan və bənzərsiz var etdiyini;
• Özünün də o var edilənlər cümləsindən olduğunu;
• Səndə istədiyi şəkildə bir qüdrət yaratdığını
əgər bildinsə, o vaxt vəzifən- bu qüdrətlə, səndə və başqasında saleh əməllərin var olması üçün səy göstərmək olmalıdır.
Ömər (radiyallahu anh)'ın təravih namazında etdiyini, özünə nümunə almalısan. Dində bidət çıxarmaqdan və qullara yaraşmayan şeylər meydana gətirməkdən uzaq durmalısan. Necə ki, bu xüsusu, "əl-Musavvir" isminin şərhində izah edəcəyik. Bunu edənlərdən də uzaq durmalısan.
Əgər bidət, sünnətə müvafiqdirsə, ona görə əməl et və bu, nə gözəl əməldir.
Xattabi belə deyir:
Quldan meydana gələn hər bidət, bu 2 halın xaricində ola bilməz:
• Ya şəriətdə vardır;
• Ya şəriətdə yoxdur.
✓ Əgər şəriətdə bir təməli var isə, bu halda, Allahın məndub gördüyü, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in də təşviq etdiyi ümumi qaydaların muhtəvasında yer alır, deməkdir. Təriflənən əməllərdən sayılır.
✓ Əgər bir bənzəri yoxdursa, lakin comərdlik, yaxşılıq və xeyir işləmə yollarından bir şəkil üzərədirsə, bu da gözəl əməllərdən sayılır. İstərsə, bunu, daha əvvəl edən kimsə olmasın. Bunu da, Ömər (radiyallahu anh)'ın:
"Bu, nə gözəl bidətdir." sözü dəstəkləyir.
Bu fel, xeyirli və təriflənən bir əməl olunca, gözəl bir bidət olmuşdur. Nəbi (sallallahu aleyhi və səlləm), əvvəllər qılmış, sonra da tərk etmiş, insanları camaat üçün toplamamış olsa da, Ömərin bunu etməsi və bu əmələ təşviq etməsi, bir bidətdir. Ancaq Allah və rəsulunun xilafına olarsa, o vaxt bu bidət, münkər və rədd edilmiş əməllər muhtəvasında yer alır. Allah rəsulu (sallallahu aleyhi və səlləm), bir xütbəsində belə buyurmuşdur:
"Hər bidət, dəlalətdir."
Məqsədi, Qurana, sünnətə və ya səhabə əməlinə müvafiq olmayandır. Bunu, bu buyruğu ilə bəyan etmişdir:
"Kim İslamda gözəl bir cığır (sünnət) açarsa, ona, açdığı cığırın əcri (savabı) veriləcəyi kimi, o yolda gedənlərin savabının bir misli də veriləcək və bu (adam), onların savablarından bir şey əskiltməyəcəkdir. Kim də İslamda pis bir cığır açarsa, ona da açdığı cığırın günahı yükləniləcəyi kimi, o yolda gedənlərin günahlarının bir misli də ona yüklənəcək və bu (adam), onların günahlarını əskiltməyəcəkdir." (İbn Macə, Sünən, hədis no: 203)
Bu da, ihdas edilən gözəl və çirkin şeylərə işarətdir. Bu hədis, bu mövzunun təməli mövqeyindədir.
(İmam Qurtubi, "əl-Əsna fi Şərhi Əsmaillahi'l-Husna və Sifətihi'l-Ulya", Bədi isminin şərhi)
-------------------------------
İbda, nədir?
Lüğətdə, "bir şeyi, əvvəlki hər hansı bir nümunə olmadan ihdas etmək"dir.
Fəlsəfə: Filosofların istilahında (terminologiyasında), "yoxluqla qabaqlanmamış bir şeyi var etmək"dir. Bunun müqabil (məna)'sı, "sun"dur, ki, bu da, "yoxluqla qabaqlanmış bir şeyi var etmək"dir.
"İşarat" əsərinin şarihi (şərh edəni), beşinci namat (üsul)'un başında, belə deyir:
"İbda, bir şeydən, maddə, alət və ya zaman kimi vasitələr olmadan, başqasına aid və yalnız onunla bağlı bir varlığın meydana gəlməsidir. Özünü zaman cəhətindən yoxluğun qabaqladığı şey isə, vasitədən müstağni (zəngin, tox) qala bilməz."
Yenə "İşarat" şarihi, belə deyir:
"Bu, yoxluqla qabaqlanmış olan hər şeyin, zaman və maddə ilə də qabaqlanmış olduğuna dair bir xəbərdarlıqdır. Bununla məqsəd: Maddə və zamanla qabaqlanmamış heç bir şey, yoxluqla qabaqlanmış ola bilməz."
İbda'nın açıqlamasının ona izafə edilməsindən ortaya çıxdı ki, "ibda", bir şeydən, başqasına aid bir varlığın meydana gəlməsidir ki, meydana gələn bu varlığı, yoxluq, zaman cəhətindən qabaqlaya bilməz. Bu halda, şeyx ibn Sina'nın, bu 5-ci namat'ın başında istifadə etdiyi üzərə, "sun" və "ibda"nın, bir-birinin müqabili olduqları, zahir oldu.
Sonra, ibda, təkvin və ihdasdan, mərtəbə olaraq, daha yüksəkdir. Çünki,
~ "təkvin": "bir şeydən, maddi bir varlığın meydana gəlməsi"dir;
~ "ihdas" isə: "bir şeydən, zaman cəhətindən bir varlığın meydana gəlməsi"dir.
Bunlardan hər biri, bir cəhətdən, ibda'nın müqabilidir. İbda, bu ikisindən, daha əvvəldir. Çünki,
~ maddənin, təkvin ilə;
~ zamanın da, ihdas ilə hasil olması,
mümkün deyildir. Çünki, bu ikisinin, başqa bir maddə ilə və başqa bir zaman ilə qabaqlanmış olmaları, imkansızdır. Elə isə, təkvin və ihdas, ibda'ya söykənir. İbda, ilk illətə, o ikisindən, daha yaxındır. Dolayısı ilə, onlardan, mərtəbə olaraq, daha yüksəkdir. Bu açıqlamada, zənn edildiyi kimi, bir xəta yoxdur.
Kəlam: Seyyid Şərif Cürcani, "Haşiyət-u Şərh-i Xutbəti'ş-Şəmsiyyə"də belə deyir:
"İstilahda, ibda, bir şeyi, maddəsiz bir şəkildə, yoxluqdan varlığa çıxarmaqdır."
Mən, belə deyirəm:
Bu varlığa çıxarılan şeyi qabaqlayan yoxluqla qəsd edilən, zaman cəhətindən olmayan bir şəkildə qabaqlayan bir yoxluqdur. Çünki, onlara görə, mücərrəd varlıqlar, qədimdir. Dolayısı ilə, bu, daha əvvəl keçən ilə zidd düşməz.
"Bədi" ismi, Allahın, Zatında və sifətlərində misilsiz və bənzərsiz olduğunu ifadə edir və "muxaləfətun li'l-havadis / sonradan yaradılanlara müxalifət, bənzəməmək" sifətinə söykənir. Yəni, Onun yaratması ilə sonradan varlıq sahəsinə çıxan heç bir varlıq, heç bir cəhətlə, Ona bənzəməz və O, bütün bunlara müxalifdir.
Zatı, bütün zatlara müxalif olduğu kimi; sifətləri də, məxluqatın sifətlərinə müxalifdir.
"Müxalif" kəliməsi, "bənzəməz" kəliməsindən fərqli bir mənaya da qapı açmaqdadır. Məxluqat aləmindən bir misal vermək lazım gələrsə, "İnsanın qolu, ayağına bənzəməz." deyərik; ancaq, bu qolun, ruha bənzəmədiyindən deyil; müxalif olduğundan bəhs edərik. Yəni, qol, ayrı bir mahiyyətdir; ruh isə, ona müxalif ayrı bir mahiyyətdir.
Allahın həm Zatı, həm sifətləri, həm felləri və icraatı cəhətindən bütün məxluqata müxalif olmaqla, misilsiz bir Bədi'dir.
~ Allahın varlığı, vacibdir; məxluqatın varlığı isə, mümkindir. Yəni, olması ilə olmaması, bərabərdir.
~ Allah, qədimdir; məxluqat isə, hadisdir, yəni, sonradan yaradılmışdır.
~ Allah, Baqi (əbədi)'dir; məxluqat isə, fanedir.
~ Allahın sifətləri, mütləqdir, qeyd altına alına bilməz; məxluqatın bütün sifətləri isə, məhduddur.
"Bədi" ismi, bax bu müxalifətlərin hamısını birdən dərs verməklə, Allahın kamalının idrak edilə bilməyəcək qədər ülvi, son dərəcə bədi olduğunu ifadə edir.
10-)
Əzim isminin şərhi
34. Əzim isminin şərhi:
Bil ki, Əzim ismi, ilk olaraq, cisimlər üçün vaz edilmiş (qoyulmuş)'dur. (Məsələn), "Bu cisim, əzimdir." deyilir. Yaxud, bir cismin en, uzunluq və hündürlükdə sahəsi daha geniş olarsa, o vaxt, "Bu cisim, digər cisimdən daha əzimdir." də deyilməkdədir.
Əzim olan cisimlər də:
~ Gözün əhatə edə bildiyi (yəni, hər tərəfini görə bildiyi) ilə;
~ Gözün, bütün ətrafını əhatə etməsinin təsəvvür edilə bilmədiyi -yer və səma kimi-
cisimlər olaraq, 2 qismə ayrılır. Məsələn:
~ Fil, əzimdir. Ancaq göz, onu, hər tərəfilə əhatə edə bilir. Belə olunca, fil, ondan daha kiçik cisimlərə izafətlə əzim olmuş olur.
~ Yeri isə, -eynilə səmada olduğu kimi- bütün ətrafı ilə əhatə etməsi, təsəvvür edilə bilməz. Bax, gözün idrakı cəhətindən mütləq əzim olan, budur.
Bil ki, bəsirətlərin idrak etdiklərində, fərqliliklər vardır. (Elə varlıqlar) vardır ki, ağıllar, onun həqiqətini, künhü ilə əhatə edə bilirlər. Ağılların, onu (idrakdan) nöqsan olan (varlıqlar da) vardır. Ağılların, özünü idrakdan nöqsan olduqları (varlıqlar) da, 2 qismə ayrılırlar:
1. Bir çox ağılların əhatə edə bilməməsilə bərabər, bəzilərinin əhatə edə bildiyi (varlıqlar);
2. Həqiqətinin künhünü, hər hansı bir ağlın əhatə etməsinin təsəvvür edilə bilmədiyi (varlıq).
Ağlın bütün hüdudlarını aşan, künhünü əhatə etmək təsəvvür edilə bilməyən mütləq əzim, Allah Taala'dır.
Tənbeh: Qullardan əzim olan kimsələr, Peyğəmbərlər və alimlərdir, ki, ağıl sahibi bir kimsə, onların sifətlərindən bir şey bilərsə, onun sinəsi və qəlbi, boş bir yer qalmayacaq bir şəkildə, heybətlə dolar.
~ Peyğəmbər, Öz ümmətinə nəzərən;
~ Mürşid, müridinə nəzərən;
~ Müəllim, tələbəsinə nəzərən,
əzimdir. Çünki (bunların: ümmət, mürid və tələbənin) ağılları, onların sifətlərini əhatə etməkdən naqisdir. Əgər bunlar (yəni, ümmət, mürid və tələbə), Onların vəsflərinə bərabər olsa; yaxud Onları keçsələrdi, onlar, bunlara nisbətlə əzim olmayacaqlardı.
Allah (azzə və cəllə) xaricində təsəvvür edilə biləcək hər əzim varlıq, bir şəkildə naqisdir və mütləq şəkildə əzim deyildirlər. Çünki, Allah Taala'nın əzəməti xaricində, bir şey(in əzəməti), (başqa bir şeyə) izafətlə zühur edər. Ancaq (Allah'ın əzəməti), (başqa bir varlığa) izafət yolu ilə deyildir. Çünki O, mütləq əzimdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
11-)
Baqi isminin şərhi
96. Baqi isminin şərhi:
Varlığı, Zatı ilə vacib olan Mövcud'dur.
Lakin bu, zehndə,
~ gələcəyə izafə edilərsə, Baqi;
~ keçmişə izafə edilərsə, Qədim
deyə təsmiyyə edilir (adlandırılır).
• Mütləq Baqi, varlığının, gələcəyə dair təqdirində bir son olmayan deməkdir ki, bu mənada, "əbədi" deyilir.
• Mütləq Qədim də, varlığının keçmişə dair davamlılığında sonu olmayandır ki, buna da, bu mənada, "əzəli" deyilir.
"Zatı ilə Vacibu'l-Vücud / varlığı zəruri" sözün, bütün bunları ehtiva edir. Bu isimlər, bu varlığın, zehndə, keçmişə və ya gələcəyə nisbəti haqqında bəhs mövzusu olur. Keçmişə və ya gələcəyə, yalnız mütəğayyir (dəyişgən)'ə tabe olan varlıqlar daxildir. Çünki, bu ikisi, zamandan ibarət olub; zamana isə, sadəcə təğayyur (dəyişmə) və hərəkət daxildir. Necə ki, hərəkət, öz varlığı etibarı ilə, (tamamlanmış hərəkət və meydana gələcək hərəkət şəklində) keçmiş və gələcəyə ayrılır. Dəyişgən olan hər varlıq, zamana, dəyişgənlik vasitəsilə daxil olur. (Bu halda), dəyişgənlik və hərəkətdən uca olan bir varlıq, zamana daxil deyildir. Onda, keçmiş və gələcək, bəhs mövzusu deyildir. Onun üçün, qidəm, bəqadan (yəni, əzəliyyət, əbədiyyət)'dan ayrılmaz. Keçmiş və gələcək, ancaq bizim üçün, bizə nəzərən var olurlar. Bəzi hadisələr, bizimlə əlaqəli olaraq, bizdə təsir etmək surətilə keçib-gedər; və bəziləri də, bizə nəzərən hələ vaqe olmamış, daha sonra vaqe olacaqlardır. Buna görə, ard-arda meydana gələn hadisələrin mövcud olması labüddür ki, zaman:
1. Bitmiş;
2. Hazır;
3. Hələ meydana gəlməmiş olub vaqe olması gözləntisi içində olunan
olmaq üzərə, qisimlərə ayrıla bilsin. Bu halda, yenilənmə və sonlanma yoxdursa, zaman da yoxdur.
Necə belə olmasın ki?! Haqq (subhənəhu və taala), zamandan əvvəl var idi. Və zamanı yaratdığında da, Öz Zat'ında bir dəyişiklik meydana gəlmədi. Zamanı yaratmadan əvvəl, zamanın, Onun üzərində bir təsiri yox idi. Və zamanı yaratdıqdan sonra da, əvvəlkisi kimi davam etdi.
Bəqa (əbədilik) sifətinin, Allahın baqi (əbədi) olan Zat'ına zaid bir sifət olduğunu deyənin sözü, nə qədər uzaqdır. Bundan daha uzaq olanı isə, qidəm sifətinin, qədim olan Zat üzərinə zaid bir sifət olduğunu deyənin sözüdür. Bu sözün fəsadına burhan (dəlil) olaraq, bəqa ilə bərabər digər sifətlərin də bəqasının; və eyni şəkildə, qidəm və digər sifətlərin də qidəminin lazım gəlməsidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
"Varlığının sonu olmayan."
"Məxluqat yox olduqdan sonra da varlığı davam edən."
"Sizə verilən hər şey, yalnız dünya həyatının bəzəyidir. Allah qatında olan isə, həm daha xeyirlidir, həm də baqidir. Hələ, ağıllanmayacaqsınız?" (Qəsəs surəsi, 60)
Allahın varlığı vacibdir, məxluqatın varlığı isə mümkün. Vacib varlığın, əvvəli olmadığı kimi axırı da olmaz. Yəni, O həm Qədimdir, həm Baqi. Mümkün varlıqların isə həm əvvəlləri vardır, həm də axırları.
Məxluqat, əvvəlləri cəhətiylə Allahın Qədim olduğunu göstərdikləri kimi; varlıqlarının fani olması cəhətiylə də Allahın Baqi olduğunu bütün ağıl və şüur sahiblərinə elan edərlər.
12-)
Bais isminin şərhi
50. Bais isminin şərhi:
Nəşr günü, məxluqatı dirildəcək; qəbrdəkiləri ba's edəcək (dirildəcək); və sinələrdə olanları çıxaracaq olan (Zat)'dır. Ba's, axirətdəki nəşət (diriliş)'dir.
Bu ismin mərifəti, ba's həqiqətinin mərifətinə bağlıdır. Bu da, mərifətlərin ən qapalısıdır. Əksər insanların, bunda mücməl təvəhhümləri və mübhəm təxəyyülləri vardır. (haşiyə)
~ ba'sı isə, ilk yaradılışdakı kimi yoxluqdan sonrakı yeni bir yaradılış olaraq
təxəyyül etmələridir. İnsanların, ölümü, bir yox olma şəklində zənn etmələri, xətalı olduğu kimi; ikinci yaradılışı ilk yaradılış kimi zənn etmələri də, xətalıdır.
• İnsanların, ölümü bir yox olmaq şəklindəki zənnləri, batildir. Çünki, qəbr, ya cəhənnəm çuxurlarından bir çuxur; yaxud da cənnət baxçalarından bir baxçadır. Ölən insanlar:
~ ya səid (bəxtiyar)'dırlar ki, (bunlar), ayədə də ifadə edildiyi kimi (Al-i İmran/169-170), diridirlər və Rəbləri yanında onlara ruzi verilməkdədir;
~ ya da şaqi (bədbəxt)'dirlər ki, onlar da diridirlər. Bu səbəblədir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), Bədr vaqiəsində, müşriklərə belə xitab etmişdi:
"Rəbbinizin sizə vəd etdiyini haqq olaraq tapdınızmı? Şübhəsiz Mən, Rəbbimin mənə vəd etdiyini, haqq olaraq tapdım." (Muslim, Cənnət/18)
Sonra, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə: "Çürüyən insanlara, necə xitab edirsən?" deyildiyində, belə buyurdu: "Siz, onlardan daha yaxşı eşitmirsiniz. Ancaq onların, cavab verməyə gücləri yoxdur."
Batini müşahidə, bəsirət sahiblərinə, insanın, əbəd üçün yaradılmış olub, onun üçün, yoxluq, bəhs mövzusu deyildir. Bəli, zaman gəlir, insanın bədəni üzərindəki təsərrüfü kəsilir və onun haqqında: "öldü" deyilir. Bəzən də, zaman gəlir, təsərrüfü yenidən verilir, bu səfər də, "dirildildi və ba's edildi" deyilir. Yəni, bu, "Cəsədi dirildildi." deməkdir. Və bunu həqiqətilə kəşf etməyi, bu kitab, qaldıra bilməz.
• İnsanların, ba's'ın ikinci icad olmayıb birincinin bir bənzəri olduğunu zənn etmələri də, səhih deyildir. Əksinə, ba's, heç bir şəkildə, birincisinə münasib olmayan, yeni bir inşadır. İnsanın, yalnız 2 inşası deyil; bir çox inşaları vardır. Bundan dolayı, Allah Taala, belə buyurmuşdur:
...وَنُنشِئَكُمْ فِى مَا لَا تَعْلَمُونَ
Və nunşiəkum fi mə lə tə'ləmun.
Yəni:
"...bilmədiyiniz bir şəkildə sizi yaradarıq." (Vaqiə/61)
Bundan dolayı, laxtalanmış qan, (bu qandan sonra) bir parça ət və digərlərinin yaradılmasından sonra, belə buyurdu:
"...Sonra, onu, başqa bir yaradılışla inşa etdik. Yaradanların ən yaxşısı olan Allah, nə mübarəkdir!" (Mu'minun/14)
Nütfə, torpaqdan bir nəşət (qaynama, doğma, yaradılma); laxtalanmış qan, nütfədən; bir ət parçası, laxtalanmış qandan; ruh, bir ət parçasından nəşətdir.
Ruhun nəşəti (doğuşu, yaradılması)'nın şərəfi və ucalığı, Rabbani bir əmr olması etibarı ilə, Allah, belə buyurur:
"Səndən ruh haqqında soruşurlar. De: 'Ruh, Rəbbimin əmrindəndir." (İsra/85)
Ruhun əslinin yaradılışından sonra, hissi idrakların xəlqi, başqa bir nəşət (yaradılış)'dır. 15 yaş civarında ağlı yaratması, ayrı bir nəşət'dir. Hər nəşət isə, yeni bir mərhələdir. (Bu ayətdə, buna işarət edilməkdədir):
Sonra, vəlayət (vəlilik) xüsusiyyətilə ruziləndirdiyi kimsələr üçün, vəlayət mərhələsinin zühuru, başqa bir nəşət; bundan sonra nübüvvət xüsusiyyətinin zühuru, başqa bir nəşətdir. Nübüvvət də, bir növ ba's'dır. Allah (subhənəhu və taala), nəşr günü insanları ba's edəcəyi kimi; rəsulları da ba's edəcəkdir.
Təmyiz çağına girməmiş uşağa, təmyizin həqiqətini fəhm etdirmək çətin olduğu kimi; müməyyiz (təmyiz çağını keçmiş)'ə də, ağlın həqiqətini və o mərhələdə olan qeyr-i adiliklərin inkişafını fəhm etdirmək, çətindir. Eyni şəkildə, ağıl mərhələsində, vəlayət və nübüvvət mərhələsini fəhm etdirmək də, çətindir. Çünki, ağlın, təmyiz nəşətinin fövqündə bir kamal mərtəbəsi; təmyizin də, hisslər (ilə idrakın) nəşətinin fövqündə bir kamal mərhələsi olduğu kimi; vəlayət də, ağıl nəşətinin fövqündə bir kamillik mərhələsidir. İnsanların təbiətində isə, çata bilmədikləri və nail ola bilmədikləri şeyləri inkar vardır. Hətta, hər bir şəxs, müşahidə etmədiyini və özündə hasil olmayanı inkar edər; və özünə qaib olan şeyə iman etməz. Və bunların təbiətindəndir ki, vəlayət və qeyr-i adiliklərini; və nübüvvət və qeyr-i adiliklərini inkar edərlər. Hətta onların təbiətindəndir ki, ikinci nəşəti (dirilişi) və axirət həyatını inkar edərlər. Çünki onlar, (hələ) ona çata bilməmişlərdir. Əgər müməyyizə, ağıl mərhələsi aləmi və ordakı əcaibliklər zahir olsaydı, onu inkar edəcək və varlığını muhal/imkansız görəcəkdi. Kim ki, özünə çatmayana iman edərsə, o vaxt, qeybə iman etmiş olar. Və bu da, (bütün) səadətlərin açarıdır. Necə ki, ağıl mərhələsi, onun idrak və nəşəti, daha əvvəlki idraklardan uzaq bir münasibət içindədirsə; axirət nəşəti də, bunun kimidir. Hətta, daha da uzaqdır. (Bunun üçün), axirət nəşətini, ilk nəşət ilə müqayisə etməmək lazımdır. Bütün bu nəşətlər, tək (eyni) zatın mərhələləri və kamal dərəcələrinə çıxan pilləkənlərdir. Ta ki, bütün kamalların sonlandığı (İlahi) hüzura yaxınlaşana qədər...Burda, (insan), Allah (azzə və cəllə qatında) rədd və qəbul; hicab və vüsul (arasında) olur. Qəbul edilərsə, ala-yı illiyyinə (ucaların ən ucasına) tərəqqi edər; qəbul edilməzsə, əsfəl-i safilinə (aşağıların ən aşağısına) düşər. Burdakı məqsəd, 2 nəşət arasında, isim xaricində bir münasibətin olmadığıdır. Nəşət və ba'sı bilməyən, Bais isminin mənasını da bilə bilməz. Və bunun şərhi isə, uzun gedər. Onun üçün, bunun üstündən keçirik.
Tənbeh:
Ba's'ın həqiqəti, ölüləri, başqa bir nəşətlə inşa edib ihya etməyə (diriltməyə) racidir (rücu etməkdə, qayıtmaqda)'dır. Cəhalət, ən böyük ölüm; elm, ən şərəfli həyat (diriliş)'dir. Allah (subhənəhu və taala), əziz kitabında, elm və cəhaləti, həyat və ölüm olaraq adlandırmışdır. Hər kim, başqasını cəhalətdən mərifətə tərəqqi etdirərsə, onu, başqa bir nəşət ilə inşa etmiş və gözəl bir həyat ilə, onu diriltmişdir. Əgər qul, insanlara elm ilə fayda verər və onları Allah Taala'ya dəvət edərsə, bu da, ihyanın (dirilişin) bir növüdür. Bu isə, Peyğəmbərlər və Onlara varis olan alimlərin mərtəbəsidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-----------------------
Əlavələr:
"Qiyamətdən sonra ölüləri təkrar dirildən."
"Peyğəmbər göndərən; ölü ürəkləri hidayətlə dirildən."
"Necə olur ki, Allahı inkar edirsiniz? Halbuki ölü ikən sizi O diriltdi; sonra sizi yenə öldürəcək, yenə dirildəcək və sonra Ona çeviriləcəksiniz." (Bəqərə surəsi, 28)
Bais adı üçün İmam Ğazali, "ikinci bir inşa ilə ölüləri dirildən" mənası verər. Bu məna, ağlımıza belə bir təfəkkür lövhəsi açar:
Ölü elementləri bir araya gətirib insan bədəni halına qoyan Allah, ruhun bədəndən ayrılmasıyla ölümü daddırdığı insana, axirət aləminə münasib bir cəsəd geydirərək, yenidən dirilişi daddıracaq və beləcə insan, Cənnət yaxud Cəhənnəmlə sona çatacaq olan ikinci bir səfərə başlamış olacaq.
Ruhun həyatı davamlıdır. Bədəndən ayrılması, onun həyatında bir nöqsanlıq meydana gətirməz. Buna görə, Bais adına, ‘ölüləri dirildən' deyə məna verdiyimizdə, cəsədlərin yenidən həyata qovuşmasını nəzərdə tutarıq.
Allah, ağıllara durğunluq verən diriliş möcüzəsiylə, Bais adını təcəlli etdirəcək.
Bas, yəni öldükdən sonra diriliş, həqiqətdə ‘qəbir aləmindən məhşərə çıxış' deməkdir. Doğum, ana rəhmindən dünyaya inkişafın adı, ölüm dünyadan qəbirə köçüşün adı olduğu kimi, bais də qəbirdən məhşərə çıxışın adıdır.
13-)
Adl isminin şərhi
30. Adl isminin şərhi:
Mənası, adil deməkdir. Adil isə, Özündən, zülmün ziddi olan adl felinin sadir olduğu (Zat) deməkdir. Ədalətini bilməyən ---> Adili bilə bilməz; felini bilməyən də ---> ədalətini bilə bilməz. Bu vəsfi başa düşmək istəyənin, göylərin mələkutundan (haşiyə) yer üzünün sonuna qədər, Allah Taala'nın fellərini, elm cəhətindən əhatə etməsi lazımdır. Ta ki,
~ Rahmən'in yaratmasında, heç bir nizamsızlıq müşahidə edə bilməyincəyə; sonra,
~ Gözünü təkrar çevirincə, hər hansı bir qüsur görə bilməyincəyə; sonra
~ Bir də dönüb o göz, aciz və zəif olaraq sənə geri qayıdıncaya qədər.
O gözü, Rububiyyət həzrətinin camalı qamaşdırmış; etidal və intizamı, heyrətə sövq etmişdir. Bax ancaq o vaxt, Allah Taala və təqaddəsin ədalətinin mənalarından bir şeyi fəhm edərək gözəl qoxu ala bilər.
ilə, cümlə mövcudatın qisimlərini yaratdı. Hər bir şeyə, yaradılışını verdi ki, bax O, bununla, Cavad'dır. Sonra --->
Yaratdığı hər bir şeyi, Özünə münasib olan mövqeyə yerləşdirdi. O, bax bununla da, Adl'dır.
Aləmdəki bəzi böyük cisimlər arasında, yer üzü, su, hava, ulduzlar vardır. O, bütün bunları yaratdı və yerlərinə yerləşdirdi. Necə ki,
~ yer üzünü, bunların ən aşağı tərəfinə yerləşdirmiş;
~ suyu, onun üstünə;
~ havanı, suyun üstünə;
~ səmaları da, havanın üstünə yerləşdirmişdir.
Əgər bu tərtib (sıra) əksinə olsaydı, nizam pozulardı. Ədalət və nizamdakı tərtibin istihqaq (layiqlik) vəchini şərh etmək, bir çox fəhmlər üçün çətin gələ bilər. Bu etibarla, avamın dərəcəsinə enir və belə deyirəm:
İnsan, bir öz bədəninə baxsın. O, müxtəlif əzalardan mürəkkəbdir. Eynilə, aləmin müxtəlif cisimlərdən mürəkkəb olması kimi. (Bəhsi edilən) aləmdən fərqlilik, ilk əvvəl, Allahın, insanı, sümük, ət və dəridən tərkib etməsilə başlayır.
Əgər bu tərtibin əksi olsa; daxildəki, xaricdə olsaydı, nizam pozulardı.
Əgər bu məsələ sənin üçün qapalı qaldısa, insan üçün əl, ayaq, göz, burun və qulaq kimi fərqli əzalar yaradılmışdır. O, bütün bu orqanları yaratması ilə, Cavad'dır. Bunların hər birini, özünə məxsus mövqeyə yerləşdirməsi etibarı ilə, Adl'dır. Necə ki:
~ Gözü, bədənin ən əvla yerinə yerləşdirmişdir. Əgər gözü, ənsəyə; ayaqların və əllərin üzərinə; və ya başın üstünə qoysaydı, bir tərəfdən, nöqsanlıq olar; digər tərəfdən də, afətlərə məruz qalardı.
Eyni şəkildə,
~ Əlləri, çiyinlərə yerləşdirmişdir. Əgər onları, başa, böyürlərə, yaxud dizlərə yerləşdirmiş olsaydı, o vaxt, bundan xələl doğardı.
~ Başa yerləşdirilən hislər də, belədir. Bu hislər, bütün bədəni təftiş edən casuslar (kimi)'dirlər. Məsələn, bu hisləri ayaqlara yerləşdirmiş olsaydı, nizam, qəti şəkildə pozulardı.
Hər bir üzvü şərh etmək, uzun gedər.
Qısacası bilməyin lazımdır ki, hər bir şey, ancaq və ancaq, özünə aid yerdə yaradılmışdır. Əgər özü üçün təyin edilən yerdən sağda, solda, aşağıda və ya yuxarıda yaradılmış olsaydı, ya nöqsan, ya batil, ya çirkin, ya da uyğun olmaqdan xaric və görüntü olaraq da, xoş olmazdı. Eynilə,
~ Üzün ortasında yaradılmış olan burnun, alında və ya yanaqda yaradılmış olsaydı, faydasına nöqsan toxunardı.
Əgər fəhmin, Onun hikmətini idrak cəhətindən qüvvətlənərsə, bil ki, O,
~ Günəşi də, 7 səmanın ortası olan 4-cü səmada yaratmamışdır. Əksinə, onu, özündən güdülən faydalar hasil ola bilsin deyə, onu, layiq olduğu mövqe haradırsa, orda yaratmışdır.
Ancaq sən, ondakı hikməti dərk etməkdən aciz qala bilərsən. Çünki sən, səmanın və yerin mələkutu və bunlardakı qeyr-i adiliklər haqqında, az təfəkkür edirsən. Əgər onlara nəzər etsən, qeyr-i adi olduqlarını görərsən. Beləcə, öz bədənindəki qeyr-i adilikləri, kiçik görərsən. Necə belə olmasın ki?!
"Həqiqətən, göylərin və yerin yaradılması, insanların yaradılmasından daha böyükdür." (Ğafir/57)
Kaş ki, nəfsinin qeyr-i adiliyinin mərifətini, kamil bir şəkildə bilsəydin; sonrasında, nəfsin qeyr-i adilikləri və cisimləri əhatə edən xüsuslar haqqında təəmmül etsəydin; Allah (azzə və cəllə)'nin, onlar haqqında söylədiyi kimsələrdən olsaydın:
"Biz, dəlillərimizi, onlara, həm kainatda, həm də onların nəfslərində, mütləq göstərəcəyik..." (Fussilət/53)
Dünya qayğısı və həva və hərisliyin nökərləşdirdiyi bir kimsəyə, səmaların qapıları, necə açılar?!
Bax bu, bir ismi bilməyin yolunun başlanğıcının rəmzidir. Bunun şərhi, cildlərlə kitaba möhtacdır. Eyni şəkildə, hər bir ismin mənasının şərhi də, belədir. Yaradılmış hər şey, Allah Taala'nın felləridir. Bunları, təfsilən və ya icmalən bilməyən kimsə də, bu isimlərin, sadəcə təfsirlərini və lüğət mənalarını bilər. Bunların təfsilatını bilməyə isə, tamah edilə bilməz. Çünki, təfsilatları, sonsuzdur. Qul üçün, bunları icmal olaraq bilməsinə, bir yol vardır. İsimlərdən mərifətinin nəsibi, qulun mərifətinin genişliyi qədərdir. Bu da, bütün elmləri ehtiva etməkdədir. Əlinizdəki bu kitab kimi kitabların məqsədi isə, bu xüsusların açarlarına və bəzi qapalılıqlarına bir işarətdir.
Tənbeh:
Qulun, əl-Adl ismindən nəsibi, gizli deyildir. əl-Adl'dan ilk nəsibi, nəfsinin sifətlərindədir. (Yəni): Şəhvət və qəzəbini, ağıl və dinin işarəti altında əsir etməkdir. Nə vaxt ki, ağlını, şəhvət və qəzəb üçün bir xidmətçi edərsə, o vaxt, zülm etmiş olar. (İnsanın) öz nəfsi haqqında edəcəyi bütün ədaləti, bundan ibarətdir. Təfsili isə, şəriətin bütün hüduduna riayət etməsidir. İnsanın hər bir orqanındakı ədaləti, o orqanı, şəriətin icazə verdiyi şəkildə istifadə etməsidir. Ailəsi və rəiyyəti haqqındakı ədaləti, -əgər vəlayət əhlindən / vəliliyə sahibdir- isə, gizli deyildir.
Bəziləri, bəlkə də, zülmün, əziyyət vermək; ədalətin isə, insanlara fayda verməkdən ibarət olduğunu zənn edə bilərlər, ki, bu, belə deyildir. Əksinə, əgər bir hökmdar, silahlar, kitablar və fərqli-fərqli mallardan meydana gələn xəzinəsini açsa;
~ malları, varlılara;
~ silahları, alimlərə ehsan edib, qalaları onlara təslim etsə;
~ kitabları da, hərb əhli döyüşçülərinə hədiyyə edib məscid və mədrəsələri onlara təslim etsə,
doğrusu, insanlara fayda təmin etmiş olsa da, ədalətdən ayrılmış və zülm etmiş olar. Çünki, hər bir şeyi, özünə layiq olmayan yerə yerləşdirmişdir.
(Buna müqabil), xəstələrə dərman vermək; qan almaq; hicama etmək; belə şeylərə məcbur etmək surətilə onlara əziyyət vermək; yaxud da, caniləri, qətl, orqan kəsmək və ya vurmaq surətilə cəzalandıraraq əza vermək isə, ədalətdir. Çünki, şeyləri (belə etməklə) yerli-yerinə yerləşdirmişdir.
Dini cəhətdən, qulun bu Adl vəsfini müşahidədən həzzi (nəsibi), Allah (azzə və cəllə)'nin ədalətinə inanmaqdan ibarətdir. Tədbiri, hökmü və digər fellərində, istər öz muradına uyğun olsun; istər olmasın, Ona etiraz etməməsidir. Çünki, hamısı, ədalətlidir və olması lazım gəldiyi kimidir. Əgər etdiyini etməmiş olsaydı, başqa bir şey hasil olardı və bu da, hasil olandan daha zərərli olardı. (Məsələn), bir xəstə, hicama etdirməsəydi, hicamanın ələminə/ağrısına nəzərən daha böyük zərərə düçar olardı.
Bax beləcə, Allah Taala, əl-Adl olmaqdadır. Və buna iman etmək də, həm zahirdə, həm batində, inkar və etirazın önünü kəsməkdir. Bu imanın tamamlayıcısı da, dəhrə söyməmək (haşiyə); əşyaları fələyə nisbət etməmək və -adətdə cari olduğu kimi- etiraz etməməkdir. Əksinə, bütün bunların, musaxxar edilmiş (boyun əydirilmiş) səbəblərdən ibarət olduğunu; bəzi nəticələrə, -ən gözəl bir surətdə, ən yüksək bir ədalət və lütf təzahürü olmaq üzərə- tərtib və təvcih edilmiş olduğunu (yönləndirildiyini) bilməkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
• Onun, bir çox insanı yer üzündə cəm etməsi və onları qiyamət günü həşr etməsi, Allahın, bir-birinə bənzəyənləri cəm etməsinə misaldır.
• Bir-birindən fərqli olanları cəm etməsinə misal: göylər, ulduzlar, hava, yer üzü, dənizlər, heyvanlar, bitkilər və müxtəlif mədənləri cəm etməsidir. Bütün bunların şəkilləri, rəngləri, dadları və vəsfləri, bir-birindən fərqlidir. Bunların bir çoxunu, yerdə; hamısını isə, aləmdə cəm etmişdir. Yenə, eyni şəkildə, sümük və sinirləri, damar və əzələləri, beyin, dəri, qan və axlatı (bədən mayelərini), insanın və digər canlıların bədənində toplaması da, buna misaldır.
• Bir-birinə zidd olanları cəm etməsinə isə: canlıların mizacında hərarət və soyuqluğu, rütubət və quruluğu cəm etməsi, misal verilə bilər. Bunlar, bir-birinə müxalif, bir-birinə "düşmən" (olan ünsürlər)'dir. Və bu, cəm etməyin ən bəliğ vəchi (cəhəti)'dir.
Onun cəm etməsinin təfsilatını, ancaq dünya və axirətdəki məcmuat (cəm edilənlər)'in təfsilatını bilən bilər. Bunların hamısının şərhi isə, uzun gedər.
Tənbeh: Qullardan cami (cəm edən, cəm edici) olanlar, orqanlarında zahiri ədəblər ilə qəlblərində batini həqiqətləri cəm edənlərdir. Mərifəti, kamil; sirəti (davranışı, əxlaqı), gözəl olan kimsə, camidir. Bundan dolayı, "Kamil olan şəxsin mərifətinin nuru, vərasının (təqvanın daha iləri mərtəbəsi) nurunu söndürməz." deyilmişdir.
Səbr ilə bəsirəti toplamaq, çətindir. Bundan dolayıdır ki, zühd və vəra xüsusunda səbrli olanı, bəsirətsiz; bəsirətli adamı da, səbrsiz görərsən. Cami olan isə, səbr ilə bəsirəti birləşdirəndir. Və's-salam.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
15-)
Ğaffar isminin şərhi
15. Ğaffar isminin şərhi:
Gözəli izhar edib çirkini örtəndir. Günahlar da, Onun örtdüyü çirkinliklər cümləsindəndir. (Günahlar):
~ dünyada üzərini örtdüyü;
~ axirətdə də, cəzalandırmaqdan vaz keçdiyi
çirkinliklərdəndir.
"Ğafr", "örtmək" deməkdir. (Allahın) qulları üstündəki:
• İlk örtməsi: bədəninin içində olan və gözlərin çirkin görəcəyi şeyləri, zahirin camalı (gözəlliyi) ilə örtməsidir.
Camal və çirkinlikdə, təmizlik və kirlilikdə, insanın daxili ilə xarici arasında, nə böyük fərq vardır! Onun, bir izhar etdiyinə; bir də gizlədiyinə nəzər et!
• İkinci örtməsi: çirkin əzmlərini və məzmum (zəmm edilən, pislənən) düşüncələrini qəlbində gizləyib başqa kimsənin bu sirdən xəbərdar olmamasını təmin etməsidir.
Xalq, əgər insanın vəsvəsə növündən ağlından keçənləri; və insanlar haqqında könlündəki hilə, xəyanət və su-i zənləri biləcək olsaydılar, ondan nifrət edər; hətta, onu öldürməyə səy göstərər və tələf edərlərdi. Bu halda, bax, nəzər et ki, insanların sirləri və nöqsanlıqlarını, necə örtmüşdür.
• Üçüncü örtməsi: xalq arasında rəzil olmağa layiq günahlarını əfv etməsidir.
Hətta (O), iman üzərə öldüyü təqdirdə, günahlarının çirkinliklərini, həsənatının (gözəl əməllərinin) savabı ilə sətr etmək (örtmək) üçün, günahlarını, həsənatlarına dəyişdirməyi vəd etmişdir.
Tənbeh: Qulun, bu isimdən nəsibi:öz (eyb və qüsurlarını) sətr etməsi lazım gəldiyi kimi; özü də, başqalarının (eyb və qüsurlarını) örtməlidir. Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in buyurduğu kimi:
"Kim, (dünyada) bir möminin eyibini örtərsə, Allah (azzə və cəllə) də, qiyamət günü, onun eyibini örtər." (Buxari, hədis no: 2442)
Qiybətçi, mütəcəssis (insanların gizli hallarını araşdıran), bir günaha mükafat verən kimsələrin, bu isimdən nəsibləri yoxdur. Bu isimlə müttəsif olan, Allah Taala'nın qullarının əhvalından ən gözəllərini ortaya çıxaranlardır. Hər məxluqun, kamal, nöqsan, qubh (çirkin) və hüsn (gözəl) (sifətləri) vardır. Kim çirkinliklərdən təğafül edib (yəni, çirkinliklərə göz yumub) məhasini (gözəl tərəfləri) zikr edərsə, onun, bu vəsfdən nəsibi vardır.
İsa (əleyhissəlam) haqqında rəvayət edildiyi kimi: O, həvarilərilə bərabər gedərkən, iylənmiş bir it leşi görürlər.
- Həvarilər: "Nə pis iyli bir leş!" deyirlər.
- İsa (əleyhissəlam) isə: "Nə gözəl ağ dişləri vardır." deyir.
Onun bunu söyləməkdəki məqsədi: hər şeyin ən gözəl tərəfini zikr etməyin gərəkliliyinə dair bir tənbehdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
16-)
Əvvəl və Axir isimlərinin şərhi
73. və 74. Əvvəl və Axir isimlərinin şərhi:
~ "Əvvəl": bir şeyə nəzərən əvvəl;
~ "Axir": bir şeyə nəzərən axir
olur.
Bir şeyin, başqa bir şeyə, bir cəhətdən həm əvvəl, həm də axır olması, təsəvvür edilə bilməz. Varlığın tərtibinə nəzər etsən və tərtib edilmiş mövcudatı mülahizə etsən, Allah Taala, onlara izafətlə, əvvəldir. Çünki, bütün mövcudat, öz varlığını, Ondan almışdır. Ancaq Ona gəlincə, O, Zatı ilə mövcuddur və varlığını, qeyrisindən almamışdır.
Süluk (Allah yolunda getməy)'in tərtibinə nəzər etsən; və Ona doğru gedən (salik)'lərin mənzillərinin mərtəbələrini mülahizə etsən, O, axırdır. Çünki O, ariflərin çıxa biləcəyi ən son mərtəbədir. Onun mərifətindən əvvəl əldə edilən hər mərifət, mərifətullah üçün bir pilləkəndir. Dolayısı ilə, ən uca mənzil, Allah (subhənəhu və taala)'nın mərifətidir. Bu halda, Allah:
~ süluka izafətlə, axır;
~ varlığa izafətlə də, əvvəldir.
Başlanğıc, əvvələn Ondandır. Dönüş də, axirən yenə Ona olacaqdır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
✓ əl-Ğani: nə Zatında, nə də Zatının sifətlərində, başqası ilə əlaqəsi olmayan (yəni, zəngin olan)'dır. Hətta, başqaları ilə əlaqədən münəzzəhdir.
Kimin zatı və ya zatının sifətləri, zatından xaric bir işə təəllüq edər (yəni, başqası ilə əlaqəli olar); və varlığı və kamalı, bu xarici (bir hala) bağlı olarsa, bu şəxs, (ehtiyac duyduğu şeyi) əldə etməyə möhtac olan bir fağırdır.
Allah (subhənəhu və taala)'dan başqa mütləq Ğaniyy, təsəvvür edilə bilməz. Ğani, ancaq Odur.
✓ Allah (azzə və cəllə), eyni zamanda, əl-Muğni'dir.
Ancaq Onun mustağni (yəni, zəngin, ehtiyacsız) qıldığının mütləq Ğani olması, təsəvvür edilə bilməz. Çünki, bu varlıq, ən azından, özünü mustağni (zəngin) qılana möhtac olacaqdır ki, beləliklə də, (mütləq mənada) Ğani olmazsa da, Allah xaricindəkilərdən mustağni ola bilər. Bu da, Allahın, ondan, ehtiyacın əslini kəsmək surətilə deyil; ehtiyac duyduğu şeyləri özünə vermək surətilə gerçəkləşir.
Həqiqi Ğani, hər hansı birinə və ya bir şeyə hec cür ehtiyacı olmayandır. Başqa şeylərə ehtiyac duyub və ehtiyac duyduqları da yanında olanlar, məcazi olaraq ğani'dirlər. Allah (subhənəhu və taala) xaricindəkilər üçün, imkan sahəsindəki ən son hədd, budur. Ancaq, ehtiyacın tamamilə ortadan qalxması, mümkün deyildir. Allahdan başqa heç bir varlığa ehtiyacı olmayana, (bu mənada), ğani deyilir. Yoxsa, əgər ehtiyacın əsli qul üçün tamamilə ortadan qalxa bilsəydi, bu ayə, (haşa) doğru olmazdı:
...وَٱللَّهُ ٱلْغَنِىُّ وَأَنتُمُ ٱلْفُقَرَآءُ...
Vallahu'l-Ğaniyyu və əntumu'l-fuqara.
Yəni:
"Allah, Ğaniyy'dir. Siz isə, kasıb." (Muhamməd/38)
Qulun, Allah (azzə və cəllə)'dən başqa hər şeydən zəngin ola bilməsi mümkün olsaydı, Allah üçün Muğni deyə vəsfləndirilməsi, səhih olmazdı.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-----------------------------
-----------------------------
Əlavələr:
Bu 2 ismin, peyğəmbərliyi gərəkdirməsi:
VI. Hem hiç mümkün olur mu ki, acip mu'cizelerle, garip ve kıymettar şeylerle dolu hazineler sahibi, sarraf bir tarif edici ve vassaf bir teşhir edici vasıtasıyla enzar-ı halka arz ve başlarında izhar etmekle, gizli kemâlâtını beyan etmek irade etmesin ve istemesin?
Yəni:
Həm heç mümkünmüdür ki, qeyr-i adi möcüzələrlə, qərib və qiymətli şeylərlə dolu xəzinələr sahibi, sərraf (dəyər verən) bir tərif edici və vəsf edən bir təşhir edici (sərgiləyici) vasitəsilə, xalqın nəzərinə ərz və başlarında izhar etməklə, gizli mükəmməlliklərini bəyan etmək iradə etməsin və istəməsin?! (Haşr risaləsi, 2-ci İşarət, s. 58)
-----------------------
Şərhi:
Not: Müəllifimiz Ustad Said Nursi (rahiməhullah)'ın bu cümlələrində, "əl-Ğaniyy" (yəni, zəngin, ehtiyacı olmayan) və “əl-Muğni” (zənginlik verən) isimlərinin, risalət müəssisəsini necə gərəkdirdiyi izah edilməkdədir.
İndi, kainatda təkvini olaraq təzahür edən "əl-Ğaniyy" və “əl-Muğni” isimlərini izah edəcək; daha sonra isə, təklifi (yəni, risaləti), onun üzərinə quracağıq. Belə ki:
Kainatdakı bütün sərvətlərin, “əl-Ğaniyy” və “əl-Muğni” isimlərindən gəldiyinin isbatı:
Müəllifimiz, belə deyir:
Evet, zeminin yüzü ve yüzündeki eşcârın kıştaki vaziyet-i fakirâneleri ve baharda şâşaa-pâş olan servet ve gınâları, gayet kat'î bir surette, bir Kadîr-i Mutlak ve Ganiyy-i Ale'l-Itlakın kudret ve rahmetine âyinedarlık eder.
Yəni:
Bəli! Yer üzü və yer üzündəki ağacların qışdakı möhtacvari vəziyyətləri; və baharda parlayan sərvətləri, qəti bir surətdə, mütləq qüdrət sahibi və hər cəhətlə sonsuz zənginlik sahibinin qüdrət və rəhmətinə aynalıq edər. ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, 8-ci Kəlimə, s. 230)
Əşyada görünən sərvətlər, əşyanın təbiətindən qaynaqlansaydı, möhtaclığı, ona ariz ola bilməzdi. Demək ki, bu sərvətlər, ona, Qeyrisi tərəfindən verilməkdədir.
Yenə, Müəllifimiz, “Bütün xeyirlər, Onun əlindədir.” kəliməsini təfsir edərkən, belə deyir:
Görürük ki:
Bu kainatda, hər dairə, hər növ, hər təbəqə, hətta hər bir fərd, hər əza, hətta hər bir bədəndəki hər bir hüceyrənin ehtiyat ruzisini daşıyan bir məhzəni (deposu), bir deposu; və ləvazimatlarını yetişdirən, mühafizə edən bir tarlası və xəzinəsi var ki, çox intizam və mizan ilə, nəhayətsiz hikmət və inayət ilə, vaxtı-vaxtında -möhtacın iqtidar və ixtiyarı xaricində- qeybi bir əl tərəfindən, o möhtacın əlinə verilir. Məsələn:
~ dağlar, həyat sahiblərinə və insana lazım olan bütün mədənləri, dərmanları və həyata lazım olan şeyləri daşıyır və Birinin əmri və tədbirilə çox mükəmməl bir xəzinə, bir anbar olduğu kimi;
~ yer də, bütün o həyat sahiblərinin ərzaqlarını, Hakim (hikmət sahibi) bir Razzəq'in qüvvətilə yetişdirən mükəmməl bir nizam və intizamla, bir tarla, bir xırman, bir mətbəxdir;
~ hətta, hər insanın və cismindəki hər bir üzvün bir deposu və məhzəni;
~ hətta, bir hüceyrənin belə bir ehtiyat məhzənciyinin mövcud olması...
(göstərir ki), "Bütün xeyirlər, Onun əlindədir." kəliməsi, bütün o hədsiz xəzinələrə işarətlə, çox parlaq bir hüccəti göstərir.
Bəli, bu ("Bütün xeyirlər, Onun əlindədir.") kəliməsi və "Hər şeyin açarı, Onun əlindədir." cümləsilə,
Bütün-bütün kor olmayana, sonsuz geniş və hədsiz xariqəli bir rububiyyət hüccəti və vəhdət(i) göstərər. Məsələn:
Hədsiz o xəzinə və anbarlardan yalnız buna bax ki:
~ Hər biri, böyük bir ağacın və ya parlaq bir çiçəyin cihazlarını və müqəddəratının proqramını daşıyan kiçik məhzənciklər olan çəyirdəklər və toxumların açarları əlində olan Hakim bir Mutəsərrif (təsərrüf edən), bir çəyirdəyin qapıcığını, "Oyan!" əmrilə və iradə açarı ilə tam mizan və nizamla açdığı kimi;
~ Yer xəzinəsini də, yağış açarı ilə açaraq, məhzəncikləri; və bitkilərin nütfələri olan bütün toxumları; və heyvanların mənşələri; və quşların və milçəklərin su və havadan nütfələri olan bütün inkişaf (açılma) əmrini alan qətrələr məhzənciklərini, bərabər, xətasız açdığı vaxtda;
kainatda, külli və cüzi, maddi və mənəvi bütün xəzinə və depoları, hikmət, iradə, rəhmət və məşiət əlilə hər birinə məxsus bir açarla açdığını bilmək və görmək istəyirsənsə,
Sənin bir növ məhzənciklərin olan öz qəlbinə, öz beyninə, öz cəsədinə, öz mədənə, öz baxçana və yerin çiçəyi olan bahara və ondakı çiçəklərə və meyvələrə bax ki, mükəmməl nizam, mizan, rəhmət və hikmətlə, qeybi bir əl tərəfindən, "Ol deyər, o da olar." əmri dəstgahından gələn ayrı-ayrı açarlarla açır. Bir dirhəm qədər olan bir qutucuqdan, 1 batman; hətta bəzən 100 batman təamları, mükəmməl intizam ilə çıxarır, həyat sahiblərinə ziyafət verir.
Görəsən, belə müntəzəm, alimvarı, görərək, nəhayətsiz bir felə; və təsadüfsüz tam hikmətli bir sənətə; və yalnışsız tam mizanlı bir təsərrüfə; və zülmsüz tam ədalətli bir rububiyyətə, heç mümkünmüdür ki, kor qüvvət, kar təbiət, sərsəri təsadüf, cansız, cahil, aciz səbəblər müdaxilə edə bilsin?! Və bütün əşyanı birdən görüb bərabər idarə edə bilməyən və zərrələrlə səyyar ulduzları əmrində olmayan bir mövcud, bu hər cəhətlə hikmətli, möcüzəli, mizanlı təsərrüfə və idarəyə qarışa bilsin?! ("Şüalar", 15-ci Şüa: "əl-Hüccətü'z-Zəhra", 1-ci Məqam, 1-ci Qisim, 9-cu Kəlimə, s. 530-531)
"Elə bir şey yoxdur ki, onun xəzinələri, Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk." (Hicr/21);
...لَّهُۥ مَقَالِيدُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ
"Göylərin və yerin açarları, Ona məxsusdur." (Zumər/63).
Xülasə:
İndi, bir düşün!
1. İnsanlar, bütün bu sərvətləri müşahidə edib, bundan “əl-Ğaniyy”, “əl-Muğni” bir Zatı tanıya bilmişdilərmi?
2. Bu sərvətlərin sonsuz olduğunu, sadəcə dar, məhdud bu dünya həyatı ilə məhdudlaşmadığını, belə sərvətlərə sahib olanın, daha geniş aləmdə Öz sərvətini yenə təzahür etdirmək istəyəcəyini, idrak etmişdilərmi?
Təbii ki, yox.
Elə isə, bu həqiqətləri tam tərif edəcək kimsələrin varlığı, zəruridir.
İndi bir düşün! Peyğəmbərlərdən başqaları, bu həqiqətləri dərs vermişlərdirmi? Əlbəttə ki, yox. Elə isə, Nübüvvət, bəşərdə zəruridir!
18-)
Xabir isminin şərhi
32. Xabir isminin şərhi:
Gizli xəbərlərin, Özündən gizli qalmadığı (Zat)'dır.
~ Mülk və mələkutda (haşiyə) cari olan hər bir şey;
~ Hərəkət edən və sakit olan hər bir zərrə;
~ İzdirab çəkən və mutmain olan nə qədər nəfs
varsa, hər birinin xəbəri, Ondadır. Bu isim, Alim (isminin) mənasındadır. Lakin, elm, batini gizliliklərə izafə edildiyində, "xibra" adlanır. Sahibinə də, "Xabir" deyilir.
Tənbeh: Qulun, bu isimdən nəsibi, öz aləmində cari olan xüsuslardan xəbərdar olmasıdır. Öz aləmi isə, qəlbi və bədənidir. Qəlbin vəsfləndiyi:
~ aldatma;
~ xəyanət;
~ (qəlbin), dünya işləri ətrafında tavaf etməsi;
~ şərri gizləyib xeyri izhar etməsi;
~ əslində iflas ikən, zahirini ixlas ilə gözəlləşdirməsi
kimi gizli vəsflərdən xabir/xəbərdar olmasıdır. Bunları, ancaq, dərin "xibrə" sahibi bilə bilər. Çünki o, nəfsindən xəbərdar olmuş və onu müalicə etmişdir. Nəfsinin tələlərini, aldatma və hilələrini bilmişdir. Bu vəsflərdən, həzər etmiş və başqalarını da həzər etdirmiş; düşmənlərilə, canla-başla mücadilə etmişdir. Bax qullar arasından belə biri, "Xabir" deyə adlandırılmağa layiqdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
hidayət etmişdir -ki, 6 bucaq, arı bədəni üçün, ən müvafiq və ən (yaxşı) qoruyucu olmasıdır. (Bununla bərabər, 6 bucaq), pətək cəhətindən də, aralarda boşluğun meydana gəlməsinə ən uzaq olan şəkildir. (haşiyə)
-----------------------
(Haşiyə:
Arılar, pətəklərini, 6 bucaq yerinə, 5 bucaq və ya başqa şəkillərdə düzəltsəydilər, aralarda istifadə edilməyən boşluqlar ortaya çıxması səbəbilə, pətəklərdə, daha az bal depolamağa məcbur olacaqlardı. 3 bucaq və ya 4 bucaq şəkillərdə də, boşluq qalmadan, bal düzəldə bilərdilər. Ancaq bu fərqli geometrik şəkillərdən, kənarları, ən qısa; və dolayısı ilə ən az ləvazimat istifadə edilən şəkil, 6 bucaqdır. Bu səbəblə, 6 bucaq hüceyrələrdən meydana gələn bir pətək, ən az bal mumu ilə, ən çox depolama sahəsi təmin edən şəkildir. Bu da, əl-Hadi isminin ən böyük təzahürlərindən, təcəllilərindən olub, Onun əl-Hadi olmasının ən böyük dəlillərindəndir.)
----------------------------
Bunun şərhi, uzun gedər. Allah Taala'nın bu ayələri, bunu ifadə etməkdədir:
Qalə: Rabbunəlləzi ə'ta kullə şey in xalqəhu, summə hədə.
Yəni:
"(Musa) dedi: 'Rəbbimiz, hər şeyə öz xilqətini verən, sonra da hidayət edəndir (yəni, yaratdıqlarına doğru yolu göstərəndir)." (Taha/50);
وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ
Vəlləzi qaddəra fəhədə.
Yəni:
"(O Rəbbin ki), hər şeyin müqəddəratını müəyyən edərək hidayət etdi (yol göstərdi)." (Əla/3)
Tənbeh: Qullardan hudat (hadi olanlar), insanları, axirət səadətinə irşad edən peyğəmbərlər və alimlərdir. Onlar, Allahın doğru yoluna hidayət edənlərdir. Əslində isə, Allah, onları (insanları), onların dililə hidayət etməkdədir. Onlar isə, Onun qüdrət və tədbiri altında boyun əymişdirlər.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
Hafizin mənasını başa düşmək üçün, hifzin mənasını başa düşmək lazımdır. Bu, 2 vəch/cəhət üzərədir (yəni, bunu, 2 cəhətdən açıqlamaq, mümkündür). (Belə ki):
• Birinci cəhət: Mövcudatın varlıqlarını davamlı qılmaqdır. Bunun ziddi isə, edam (yox etmək)'dir.
Allah Taala, yaşama müddəti uzun olan səmalar, yer, mövcudat və mələklərin; yaşama müddəti uzun olmayan heyvanlar, bitkilər və bənzərlərinin Hafiz'idir.
• İkinci cəhət: -ki, bu, hifzin (qorumağın) mənaları arasında, ən zahir olanıdır- bir-birinə zidd və düşmən olan varlıqları, bir-birindən qorumaqdır.
Bu düşmənlikdən qəsdim, su ilə atəş arasındakı düşmənlikdir. Çünki bu ikisi, təbiətləri gərəyi, bir-birinə düşməndirlər. Ya su, atəşi söndürəcəkdir; ya da -əgər qələbə qazanarsa- atəş, suyu buxarlaşdırıb havaya çevirəcəkdir.
Ziddlik və düşmənlik, istilik və soyuqluq arasında, açıqdır. Çünki, həmişə, biri, digərinə qələbə çalmaqdadır. Bu, rütubət və quruluq arasında da belədir.
Yer üzündəki bütün cisimlər, bu bir-birilə düşmənlik üsuluncadırlar. Çünki, hər canlıda:
~ Ğarizi (fitri, təbii) bir hərarətin mövcud olması lazımdır. Bu fitri hərarət sonlandığında, həyatı da sonlanır. Canlıda,
~ Qan, ya da qan kimi ona qida ola biləcək rütubətli şeylərin də olması lazımdır. Yenə, canlıda,
~ Xüsusilə sümük kimi sərt olan əzaların, bir-birinə sarılması (bir-birini tutması) üçün, quruluğun da olması lazımdır.
~ Canlının bədənindəki istiliyin, (orqanları) yandırmaması; içdəki rütubətin sürətlə nüfuz etməməsi üçün, etidalı təmin edəcək bir şəkildə, soyuqluğun olması da, şərtdir.
Bax, bütün bu düşmənliklər, bir-birilə uyuşmayan ünsürlərdir.
Allah (azzə və cəllə), bir-birilərilə zidd və uyuşmaz vəsfdəki ünsürləri,
~ insan dərisinin altında;
~ heyvan və bitkilərin bədənində; və
~ digər mürəkkəb varlıqlarda
cəm etmişdir.
Allah Taala'nın hifzi olmasaydı, (bunlar), bir-birini itələyər və bir-birindən uzaqlaşardılar. Bu təqdirdə də, canlının mizacı pozular və tərkibi də, yox olub gedərdi. Tərkib və mizacı sayəsində, qəbul etməyə istedadlı olduğu məna (yəni, sirr) də, batil olardı. Allah Taala'nın, bunları mühafizə etməsi,
~ bəzən, onların qüvvələrini etidallı qılması yolu ilə;
~ bəzən də, bunlardan məğlub düşənə imdad etməsi surətilə
gerçəkləşir.
• Etidallı qılmaq (surətilə mühafizə): məsələn, soyuğun qüvvətinin, istinin qüvvətinə bərabər olmasıdır. Bu 2 qüvvət, qarşı-qarşıya gəldiklərində, biri, digərinə qalib ola bilməz. Əksinə, bunlar, mücadilə edərlər. Çünki, bunlardan birinin digərinə qalib olması, məğlub olmasından əvla deyildir. Beləliklə, bir-birilərinə müqavimət göstərməyə davam edərlər və mürəkkəbin balans içində olması da, onların bu qarşılıqlı müqavimətləri və bərabərə qalmaları sayəsində mümkün olur. Bax, mizacın etidalı dediyimiz şey də, budur.
• Məğlub olanı dəstəkləmək şəklindəki mühafizəsi isə: onun qüvvətini, qalib gələnə müqavimət edə biləcək şəkildə, əvvəlki halına gətirməsidir. Məsələn, bədəndəki hərarət, rütubəti yox edib onu qurudur. Hərarət qalib gəlincə, soyuqluq və rütubət zəifləyir, (və bədəndə), hərarət və quruluq, hakim olur. Burda zəif olana kömək etmək, soyuq və rütubətli bir cisim yolu ilə olacaqdır ki, bu da, sudur. Susuzluq da, zatən soyuq və rütubətli olana qarşı ehtiyac deməkdir. Allah Taala, soyuq və rütubətli olanı (yəni, suyu), soyuqluq və rütubət məğlub olduqlarında, bunlara imdad olsun deyə yaratmışdır. Eyni şəkildə, yeməkləri, dərmanları, bir-birinə zidd olan cövhərləri və s. -əgər bunlardan biri, digərinə qələbə çalarsa, qalib olan, ziddilə qarşılaşıb etidal halına qayıtsın deyə- yaratmışdır. Və imdad dediyimiz şey də, bax budur, ki, bu da, yeməkləri, dərmanları, islah edici alətləri və bunları istifadə etməyə vəsilə olacaq mərifəti (yəni, canlıda, bu biliyi) yaratması ilə olur. (Bütün bunlar), Allah (azzə və cəllə)'nin, canlıların bədənlərini və mürəkkəb varlıqları, onların ziddlərindən hifz etməsidir. Bu səbəblər, insanı, daxili həlakdan mühafizə etməkdədir.
Ancaq insan, xarici bəzi səbəblərlə də həlak ola bilər. Yırtıcı heyvanlar(ın hücumu) və ya düşmənlər kimi...Allah, insanı bunlardan hifz etmək üçün, düşmənin yaxınlaşdığını xəbər verən göz, qulaq və digərləri kimi bəzi "casuslar" yaratmışdır. Sonra, insan üçün, (özünü) qoruyucu əllər, zireh və qalxan kimi müdafiə (vəzifəsi görən) silahlar; öldürmək üçün qılınc və bıçaq kimi silahlar yaratmışdır. Bütün bu silahları istifadə edib özünü müdafiədən aciz qaldığı hallar üçün də, qaça bilməsi məqsədilə, onlara, bəzi üzvlər vermişdir. Bunlar yeriyən canlılar üçün, ayaqlar; və uçan canlılar üçün də, qanadlardır. Beləliklə, qüdrəti uca olanın hifzi, göylərin mələkutu (haşiyə) və yerin bütün zərrələrinə qədər şamildir. (Hətta) yerdə bitən həşişin (otun) özünü, sərt qabığı vasitəsilə; təravətini isə, rütubətlə mühafizə edər.
Mücərrəd qabıq ilə (yəni, sadəcə qabığı ilə) qoruna bilməyənləri, özündən çıxan tikanlarla müdafiə edər; və özünü tələf edəcək bəzi canlıları, tikanları ilə dəf edər. Bitkilər üçün, tikan; heyvanlar üçün, buynuzlar, -pəncələr və kəsici dişlər kimi- silahdırlar. Hətta, hər bir su damlasını, özünə zidd olan havaya qarışmaqdan hifz etmək üzərə, bir mühafiz mələk vardır. Çünki, su, bir qaba qoyulub bir müddət eləcə buraxılsa, havaya çevrilər; suya zidd olan hava, onun maiyyət (sululuq) sifətini səlb edər (ortadan qaldırar). Barmağını suya batırıb sonra çıxarsan və tərsinə çevirsən, (barmağın ucunda), aşağıya doğru bir su damlasının titrəyib durduğunu və şənində aşağı düşmək lazım gəldiyi halda, orda, eləcə qaldığını görərsən. Lakin, daha kiçik ikən, barmaqdan ayrılıb düşsəydi, hava, bu damlanı istila edər və onu, havaya (yəni, buxara) çevirərdi. İslaqlığın geri qalanının gəlib bununla birləşməsinə və damlanın böyüməsinə qədər, orda, tərpənməyə davam edər. Damla beləcə böyüyüb düşərkən, havanı sürətlə deşib keçər və hava, bunu istila edib onu buxara çevirə bilməz. Bunun belə olması, o damlanın öz zəifliyini və ziddinin qüvvətini bilərək, islaqlığın geri qalanından yardım istəmək surətilə özünü qoruma istəyindən dolayı deyil; əksinə, bu damladakı bir mənadan dolayı buna müvəkkəl qılınmış bir mələyin qoruması vasitəsilə gerçəkləşir. Bir xəbərdə, belə varid olmuşdur:
"(Yer üzünə), bir yağış damlası enməz ki, onun ilə bərabər, onu, gedəcəyi yerə çatana qədər qoruyan bir mələk olmasın."
Bu, haqqdır. Bəsirət sahiblərinin batini müşahidələri, buna dəlalət və irşad etmişdir. Onlar, bu xəbərə təqlidən deyil; bəsirətlərilə iman etmişlərdir.
Allah Taala'nın, göyləri, yeri və aralarındakı varlıqları mühafizəsini şərh etməkdə, -sair fellərində olduğu kimi- söz uzanıb gedər. Ancaq, Hafiz isminin mənası,
-bu kəlimənin iştiqaqını (yəni, hansı kəlimədən meydana gəldiyini) və kəlimənin icmal olaraq mənasını vəhm etməklə deyil-;
"Həqiqətən, Allah göyləri və yeri, tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa, onları heç kəs tutub saxlaya bilməz..." (Fatir/41)
----------------------
Tərcüməçinin notu:
Dəyərli oxuyucu! İstər şüurlu, istərsə də şüursuz varlıqlarda cərəyan edən bu hafiziyyət (qoruyuculuq) fəaliyyətləri, Allahdan başqasına nisbət edilə bilərmi? Varlıqların şüurları xaricində cərəyan edən bütün bu şüurlu fəaliyyətlər, şüursuz səbəblərə, şüursuz təbiətə, təsadüfə həml edilə bilərmi?
----------------------
Tənbeh: Qullardan hafiz olan kimsə, orqanlarını və qəlbini qoruyan; dinini, qəzəbin qalibiyyətindən; şəhvətin, nəfsin və şeytanın aldatmasından mühafizə edəndir. Çünki qul, (bu dünyada), bir atəş çuxurun kənarındadır. Özünü mühafizə etmədiyi təqdirdə, onu yoxluğa aparan həlak edici şeylər tərəfindən çevrələnmiş olacaqdır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
--------------------
Tərcüməçinin notu:
Dəyərli oxuyucu! İnsanın, bir iradi, bir də qeyr-i iradi olmaq üzərə, 2 cür feli vardır. Qeyr-i iradi fellərdəki qoruyuculuqda, insanın heç bir dəxlisi yoxdur. İmamın "Tənbeh" qisminin xaricində zikr etdikləri, qeyr-i iradi fellərdəki qoruyuculuqla bağlı idi.
"Tənbeh" qismində zikr etdikləri isə, insanın iradəsinə bağlı olan fellərlə əlaqəlidir. İradi felləri də, din və dünya işlərilə bağlı olanlardır. Qəsdimiz, budur ki:
İnsanın maddi tərəfini hər cür təhlükədən qoruyan Allah, heç mümkünmüdür ki, insanı, (küfr, şirk, fisq və s. kimi) mənəvi təhlükələrdən də qorumaq istəməsin?! Ona, mənəvi təhlükələrdən qorunmağın yollarını öyrətməsin?! (Çünki insan, tək maddədən ibarət deyildir.) Əlbəttə ki, Öz əzəmətli Kitabı və Peyğəmbərlərinin sünnətilə öyrədəcəkdir və öyrətmişdir.
Bu isim, "kifayət edən" deməkdir. O (yəni, Allah), Özünə aid olan hər şeyə kifayət edəndir. Allah Taala, hər kəsə, həsib və kafi (kifayət edən)'dir.
Bu vəsf, həqiqi mənada, başqası üçün təsəvvür edilə bilməz. Çünki, kifayətə ehtiyac duyan (bir varlıq), buna:
~ varlığında;
~ varlığının davamında; və
~ varlığının kamalında
ehtiyac duyar.
Varlıqda, Allah (azzə və cəllə)'dən başqa, bir şeyə, tək başına kifayət edən bir şey yoxdur. Şübhəsiz, O, tək başına, bəzi şeylərə deyil; hər şeyə kifayət edəndir. Yəni, O, tək başına, əşyanın (yəni, şeylərin),
~ vücuda gəlməsi (yəni, varlıq qazanması);
~ varlıqlarının davam etməsi; və
~ varlıqlarının kamillik qazanması
üçün, kifayət edəndir.
Zənn etmə ki, yeyəcək və içəcəyə, yer üzünə, səmaya, günəş və digər şeylərə ehtiyac duyduğunda, Ondan başqasına ehtiyac duydun və O, sənə kifayət etmədi. Çünki O, yeyəcək və içəcəyi, yeri, göyü və günəşi yaratmaq surətilə, sənə kifayət edəndir.
Zənn etmə ki, uşağın, özü ilə maraqlanacaq və onu əmizdirəcək bir anaya ehtiyac duymasından dolayı, Allah, o uşağa kifayət edən deyildir. Əksinə, Allah (azzə və cəllə), ona, həsib və kifayət edəndir. Çünki:
~ anasını və anasındakı südü yaradan;
~ uşağa, anasını əmməsini hidayət edən;
~ anasının qəlbində şəfqət və sevgini yaradaraq uşağı bəsləməsini, daşımasını və ehtiyaclarını qarşılamasını,
mümkün qılmışdır. Kifayət, ancaq, bu səbəblərlə hasil olmuşdur. Bu səbəbləri uşaq üçün xəlq edən də, mütəfərrid (tək) olan Allah Taala'dır.
Sənə: "Ana, tək başına uşağa kifayət edir." deyilsə, bunu, təsdiq edərdin. Ancaq: "O, uşağa kifayət deyildir. Çünki, uşaq, südə möhtacdır. Əgər anada süd yoxdursa, uşağa necə kifayət edəcəkdir?!" deməzdin. Lakin: "Bəli, südə möhtacdır. Lakin, süd də, anadandır. Beləliklə, uşaq, anadan başqasına möhtac olmamış olar." deyərdin.
Ancaq bil ki, süd, anadan deyildir; əksinə, süd də, ana da, ancaq Allah (subhənəhu və taala)'dandır. Onun fəzlindən və comərdliyindəndir.
O, tək başına, hər bir varlığa kifayət edər. Varlıqda, Ondan başqa, tək başına, hər bir varlığa kifayət edən yoxdur. Əşyalar, bir-birilərilə əlaqəlidirlər və hamısı da, Allah (subhənəhu və taala)'nın qüdrətilə əlaqəlidirlər. (haşiyə)
-----------------------
(Haşiyə:
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh), "Şüalar" adlı əsərinin 7-ci Şüası olan "əl-Ayətə'l-Kubra" risaləsində (s. 131-132), belə deyir:
Kainatı istila etmiş 5 hakikat-ı muhita hükmediyorlar ki, bedahetle, tevhidi isbat ederler. (Onlardan):
İkinci Hakikat:
Kâinatta tasarrufları görünen ef'âl-i Rabbâniyenin ıtlak ve ihata ve nihayetsiz bir surette zuhurlarıdır. Ve o fiilleri takyid ve tahdit eden, yalnız hikmet ve iradedir ve mazharların kàbiliyetleridir. Ve serseri tesadüf ve şuursuz tabiat ve kör kuvvet ve câmid esbab ve kayıtsız ve her yere dağılan ve karıştıran unsurlar, o gayet mizanlı ve hikmetli ve basîrâne ve hayattarâne ve muntazam ve muhkem olan fiillere karışamazlar. Belki, Fâil-i Zülcelâlin emriyle ve iradesiyle ve kuvvetiyle zâhirî bir perde-i kudret olarak istimâl olunuyorlar.
âyeti, ibret-feşan bir fermandır. Evet, başta inek ve deve ve keçi ve koyun olarak, süt fabrikaları olan validelerin memelerinde, kan ve fışkı içinde bulaştırmadan ve bulandırmadan ve onlara bütün bütün muhalif olarak hâlis, temiz, sâfi, mugaddî, hoş, beyaz bir sütü koymak ve yavrularına karşı o sütten daha ziyade hoş, şirin, tatlı, kıymetli ve fedakârâne bir şefkati kalblerine bırakmak, elbette o derece bir rahmet, bir hikmet, bir ilim, bir kudret ve bir ihtiyar ve dikkat ister ki, fırtınalı tesadüflerin ve karıştırıcı unsurların ve kör kuvvetlerin hiçbir cihetle işleri olamaz.
İşte, böyle gayet mu'cizeli ve hikmetli bu san'at-ı Rabbâniyenin ve bu fiil-i İlâhînin umum rû-yi zeminde, yüz binlerle nevilerin hadsiz validelerinin kalblerinde ve memelerinde aynı anda, aynı tarzda, aynı hikmet ve aynı dikkatle tecellîsi ve tasarrufu ve yapması ve ihatası, bedahetle vahdeti ispat eder.
Yəni:
Kainatı istila etmiş 5 muhit (hər şeyi əhatə edən) həqiqət hökm etməkdədir. Bunlar, açıq bir şəkildə, tövhidi isbat edirlər. Onlardan:
• İkinci həqiqət: Kainatda təsərrüfləri görünən Rabbani fellərin, mütləq (bir qeyd altında olmadan), (hər şeyi) əhatə edərək və sonsuz bir surətdə təzahürləridir. Və o felləri təqyid (qeyd altına alan) və təhdid edən (məhdudlaşdıran), yalnız hikmət, iradə və mazharların (yəni, bu fellərin üzərində göründüyü şeylərin) qabiliyyətləridir. Və o sərsəri təsadüf, şüursuz təbiət, kor qüvvət, cansız səbəblər və qeydsiz və hər yerə dağılan və qarışdıran ünsürlər, o çox mizanlı, hikmətli, basiranə (sanki görərək hərəkət edən), həyatdaranə (sanki canlı bir nəfər kimi olan), intizamlı və möhkəm fellərə, qarışa bilməzlər. Əksinə, cəlal sahibi Fail (olan Allah)'ın, əmri, iradəsi və qüvvətilə, bir qüdrət pərdəsi olaraq istifadə edilirlər.
"Şübhəsiz ki, mal-qarada da, sizin üçün bir ibrət vardır. Biz, sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik." (Nəhl/66)
ayəti, ibrət saçan bir fərmandır.
Bəli, başda inək, dəvə, keçi və qoyun olaraq, "süd fabrikləri" olan anaların döşlərində, qan və ifrazat içində, bulaşdırmadan, bulandırmadan və onlara (yəni bu kirliliyə) bütün-bütün müxalif olaraq xalis, təmiz, saf, qidalı, xoş, ağ bir südü qoymaq; və balalarına qarşı, o süddən daha xoş, şirin, qiymətli və fədakarcasına olan bir şəfqəti, qəlblərinə buraxmaq; əlbəttə, o dərəcə bir rəhmət, bir hikmət, bir elm, bir qüdrət, bir ixtiyar və diqqət istər ki:
(Bütün bunlar), heç bir cəhətlə, fırtınalı təsadüflərin, qarışdırıcı ünsürlərin və kor qüvvətlərin işləri ola bilməz.
Bax, belə çox möcüzəli, hikmətli olan bu Rabbani sənətin və bu İlahi felin, ümum yer üzündə, yüz minlərlə növlərdən olan saysız-hesabsız anaların qəlblərində və sinələrində, eyni anda, eyni tərzdə, eyni hikmət və eyni diqqət ilə təcəllisi, təsərrüfü, etməsi və əhatəsi, açıq bir şəkildə, vəhdəti isbat edər.
Yenə Müəllifimiz Nursi (rahiməhullah), bir digər əsərində ("Məktubat", 20-ci Məktub, 2-ci Məqam, s. 232)'də, belə deyir:
"Hem bütün mevcudata şamil, herbir mevcuda lâyık bir surette rahmetin taltifâtı, bir rahmet-i vâsia içinde bir ilm-i muhîti gösteriyor. Çünkü, meselâ, zîhayatın etfallerini sütle iaşe eden ve zeminin suya muhtaç nebâtâtına yağmurla yardım eden, elbette etfâli tanır, ihtiyaçlarını bilir ve o nebâtâtı görür ve yağmurun onlara lüzumunu derk eder; sonra gönderir."
Yəni:
Həm bütün mövcudata şamil, hər bir mövcuda layiq bir surətdə "rəhmətin təltifatı", geniş bir rəhmət içində, muhit (hər şeyi əhatə edən) bir elmi göstərir. Çünki, məsələn:
~ həyat sahiblərindən balaları, südlə bəsləyən; və
~ yerin, suya möhtac bitkilərinə yağışla yardım edən,
əlbəttə, balaları tanıyır, ehtiyaclarını bilir; o bitkiləri görür və yağışın onlara lüzumunu idrak edir, sonra göndərir.
------------------------------
Tənbeh: Qul üçün, bu vəsfə giriş (yəni, bu isimdən həzzi, nəsibi) yoxdur. Sadəcə:
1. Uzaq bir məcaz; və
2. Ağla ilk gələn düşüncə və avamın zənninə izafət ilə
(təsəvvür edilə bilər).
1. Məcaz olmasına gəlincə:
Məsələn, ana, balasının ehtiyaclarını görməkdə uşağına; və bir müəllim də, tələbəsini öyrətməklə tələbəsinə, başqa birindən yardım almağa gərək qalmayacaq şəkildə kifayət etsələr belə, əslində, kifayət cəhətindən, yalnız vasitə olmuş olar və özləri, kifayət edən olmazlar. Çünki, kifayət edən, Allah (subhənəhu və taala)'dır. Bir ana və bir müəllim, öz varlıqlarında belə, özlərilə qaim və özlərinə kifayət etmədikləri halda, başqa birinə necə kifayət edə bilərlər?!
2. Sabiq (əvvəl keçən) zənnə izafətlə qulun həsib olması isə, belədir:
Qulun, kifayət etmək cəhətindən vasitə olmayıb müstəqil olduğu fərz edilsə belə, o, tək başına kifayət edən deyildir. Çünki, felinə və kifayətinə əlverişli bir məhəllə ehtiyacı vardır. Bu isə, ehtiyac duyulan şeylərin, ən azıdır (yəni, əks təqdirdə, qulun edəcəyi bir fel üçün, ehtiyac duyduğu çox şərt vardır. Dolayısı ilə, qul, tək başına, başqa bir şeyə kifayət etməz).
İlk olaraq, elmin məhəlli olan qəlb lazımdır ki, (özünün kifayət etdiyini zənn edən şəxs), təlim (öyrənmək) xüsusunda, müstəqil ola bilsin. Yeməklərin müstəqarrı (qərar qıldıqları yer) olan mədənin, qətiliklə, yeyəcəkləri bədənə çatdırması xüsusunda da kifayət etməsi lazımdır. Bunlar, özünə ehtiyac duyulan sayıla bilməyəcək qədər çox şeyin arasında yer alır və (onların işləyişləri), insanın ixtiyarına bağlı da deyildir. Ən aşağı dərəcədən olan hər hansı bir fel, ən azından, bir fail ilə bir qabilə (felin, üzərində gerçəkləşdiyi məhəllə) ehtiyac duyur; qabil olmadan, fail, əsla kifayət etməz. Bu isə, (yalnız) Allah (azzə və cəllə) haqqında caizdir. Çünki, O:
~ felin də;
~ qabil olan məhəllin də;
~ (məhəllin feli) qəbul etmə şərtlərinin də; və
~ (felin var olması üçün) digər bütün ünsürlərin də
Xaliqidir.
Lakin, ağla ilk gələn düşüncə, bəzən, yalnız faili nəzərə alır; onun xaricindəkilərini isə, ağlına gətirmir. (Beləliklə), zənn edir ki, fail, (bu feli işləməkdə), tək başına kifayət edir. Ancaq, (həqiqət), belə deyildir.
Bəli, qulun (bu isimdən) nəsibi, öz himməti və iradəsilə, Allahın, tək başına, ona kifayət etdiyini (bilməsidir). Bu kifayət etmə də, qulun, Allah (azzə və cəllə)'dən başqa heç bir şeyi istəməməsi; nə cənnəti istəməsi; nə cəhənnəm ilə qəlbini məşğul edib ondan həzər etməsidir; əksinə, bütün himmətilə, Allah Taala ilə müstağraq olmasıdır. Allahın cəlalını kəşf edərsə:
"O, mənə kifayət edər. Ondan başqasını istəmirəm. Ondan başqasını itirmişəm və ya itirməmişəm, buna əhəmiyyət vermirəm." deyər.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
22-)
Həlim isminin şərhi
33. Həlim isminin şərhi:
~ Asilərin məsiyyətini (Allaha günahla üsyan edənlərin günahlarını) müşahidə edən;
~ Əmrə müxalifət etdiklərini gördüyü halda, qəzəblənməyən;
~ Ən böyük qüdrətə sahib olduğu halda, müşahidə etdikləri, Özünü, tələskənlik və səbrsizliyə qapdırıb intiqam almağa sövq etməyən
"Əgər Allah, insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə, heç bir canlını sağ qoymazdı..." (Nəhl/61)
Tənbeh: Qulun, əl-Həlim vəsfindən nəsibi, açıqdır. Çünki hilm (şiddətə təhəmmül etmək; gücü çatdığı halda bağışlamaq), qulların gözəl xislətlərindəndir. Dolayısı ilə, şərh edib uzatmağa ehtiyac yoxdur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
23-)
Həmid isminin şərhi
57. Həmid isminin şərhi:
Özünə həmd və səna ediləndir. Allah (azzə və cəllə):
~ (həm) əzəli olaraq Öz Zatına həmd etməsi;
~ (həm də) əbədi olaraq qulları tərəfindən Özünə həmd edilməsi
cəhətindən, Həmid'dir.
Bu isim, cəlal, uluvv (ucalıq) və kamal sifətlərinə raci olub zikr edənlərin zikrinə nisbət edilir. Çünki həmd, kamal vəsflərinin, kamal vəsfləri olmaq cəhətindən zikr edilməsidir.
Tənbeh:
Qullardan həmid olan, əqidəsi, əxlaqı və sözləri, -ikinci bir kimsədə (misalı) olmayacaq dərəcədə- təriflənəndir. Bu da, Muhamməd (sallallallahu aleyhi və səlləm) ilə Ona yaxın olan Nəbilər və bunlar xaricində də, vəlilər və alimlərdir. Bunlardan hər biri də, tərifə layiq əqidə, əxlaq, əməl və sözləri nisbətincə, həmiddir.
(Bu halda), nə qədər tərifə layiq vəsfləri olarsa olsun, heç kim, məzəmmət və qüsurdan bəri olmadığına görə, mütləq Həmid, Allah Taala'dır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-----------------------------------
-----------------------------------
Əlavələr:
"Odur ki, onlar ümidlərini kəsdikdən sonra yağışı endirər və rəhmətini sərib yayar. O, Vəlidir, Həmiddir." (Şura surəsi, 28)
‘Həmd etmək' deyilincə əvvəlcə, mədh etmək və sənada olmaq ağla gəlir. Bu isə, bir kamala qarşı heyrət ifadəsidir.
Bu kainatda hər şeyin ən mükəmməl şəkildə yaradıldığını görən bir mömin, nəyə baxsa Allaha həmd edər. Səmaları dirəksiz dayandıran, quru ağaclardan meyvələr çıxaran, beyin dəzgahında düşüncələri toxuyan, cansız elementlərdən hüceyrələr yaradan Allah, sonsuz həmd və sənaya layiqdir. Yeyib içdiyimiz nemətlər üçün də Allaha həmd edərik. Burada həmd, şükr mənasına edilmişsə də, bir az düşünüldüyündə, bu şükrdə də bir mədh etmə və sənada olma mənasının gizli olduğu görüləcək.
Həmdin şükrdən fərqi, insana çatmayan nemətlər üçün də həmd edilə bilməsidir. Məsələn, bütün heyvanların dünya süfrəsində birlikdə ruzi verilmələrini düşünən insan, bu möhtəşəm ziyafətin sahibi olan Allaha həmd və sənada olar.
Fatihə surəsində, "həmdin, yəni bütün mədih və sənanın, ancaq, Rabbu'l-aləmin, Rəhman, Rəhim və Maliki yəvmiddin olan Allaha" aid olduğunun bəyan edilməsi, Allahın digər bütün isimlərinin də həmd və sənaya layiq olduqları mövzusunda bir irşad və bir işarədir.
Qul olaraq, bizə düşən vəzifə, hər şeyi ən mükəmməl şəkildə yaradan Allahın, bu ağla sığmaz möcüzə işini təfəkkür və təqdirlə seyr edərək mədih və sənada olmaqdır.
Həmd etmə şərəfindən nəsiblənən bir insan, Allahın lütfkarlığıyla və mədh edilən bir qul olar; beləcə bu isimdən ayrı bir təcəlli nuruna daha qovuşmaqla şərəflənər, yüksələr və ucalar.
"Hikmət": "əşyanın ən fəzilətlilərinin mərifətini, ən fəzilətli elmlə bilmək" deməkdir. Əşyaların ən əcəlli (cəlallısı, ucası), Allah (subhənəhu)'dur. -Daha əvvəl də zikr etdiyimiz kimi- Onun künhünün mərifətini, Özündən başqası bilə bilməz. O, haqq Hakim'dir. Çünki, əşyaların ən əcəllini, ən əcəll (uca) elmlərlə bilir. Elmlərin ən ucası, zavalı təsəvvür edilə bilməyən daimi, əzəli olan; şübhə və gizliliyin özünə çata bilmədiyi məluma uyğun olan elmdir. Bununla, ancaq, Allah (subhənəhu və taala)'nın elmi vəsflənə bilər. Sənətləri, incəlikləri ilə bilib; möhkəm və sağlam bir şəkildə edə bilən şəxsə, "hakim" deyilir. Və bunun kamalı da, sadəcə Allah Taala'dadır.
Tənbeh:
Bütün əşyanı bilib, Allah (azzə və cəllə)'ni bilməyən, "hakim/hikmət sahibi" deyə adlandırılmağa layiq deyildir. Çünki, əşyanın ən əcəllini və əfdalını bilməmişdir. Hikmət, elmlərin ən əcəllidir. Elmin ucalığı, məlumun ucalığı miqdarıncadır. Allah (azzə və cəllə)'dən daha əcəll isə, yoxdur. Allah Taala'nı bilən, hakim'dir. Vələv ki, sair yazılı elmlərdə
~ qavrayışı, zəif;
~ dili, ağır (yavaş); və
~ bəyanda, nöqsan
olsa da...
Ancaq, qulun hikmətinin, Allah Taala'nın hikmətinə nisbəti, qulun, Allah haqqındakı elminin, Allahın Öz Zatına dair elminə nisbəti kimidir. Bu 2 mərifət və 2 hikmət arasında da, nə qədər fərq vardır. Ancaq, bu fərqə baxmayaraq; o (mərifətullah, yəni, Allahı bilmək), mərifətlərin ən gözəli və ən xeyirlisidir. Hər kimə hikmət verilmişdirsə, ona, çox xeyir verilmişdir.
Bəli, Allahı bilənin kəlamı, başqasının kəlamından fərqlidir. O, cüziyyatdan az bəhs edər; əksinə, kəlamı, külli olar. Acil (dünyəvi) maslahatlara deyil; əksinə, daha çox, aqibətə faydalı olan şeylərə toxunar. Və bu, Allah (azzə və cəllə)'nin mərifətinə sahib hakimlərin (hikmət sahiblərinin) əhvalından insanlar nəzdində zahir olduğundan dolayı, bəlkə də, insanlar, bunun kimi külli kəlimələrə, "hikmət" ismini vermiş; və belə danışanlara da, "hakim/hikmət sahibi" demişlərdir.
Bəşərin seyyidi (Rahmən'in salat və salamı, Onun üzərinə olsun), belə buyurur:
• "Hikmətin başı, Allah qorxusudur." (Beyhaqi, "Şuabu'l-İman", no: 728)
• "Ağıllı kimsə, nəfsini boyun əydirib ölüm sonrası üçün əməl edəndir. Aciz isə, nəfsini, həvasına tabe edib Allahdan təmənni edəndir." (Tirmizi, hədis no: 2459)
• "Az olub kifayət edən şey, çox olub diqqət dağıdan şeydən daha xeyirlidir." (ibn Hibban, "Sahih", hədis no: 3329)
• "Hər kim, bədəni, sağlam; qəlbi, amanda; günlük azuqəsi, yanında sabahlamışdırsa, dünya, sanki, bütünü ilə ona verilmişdir." (Tirmizi, hədis no: 2346)
• "Vəra (təqvanın iləri dərəcəsi) sahibi ol ki, insanların ən abidi olasan. Qənaət sahini ol ki, insanların ən şükr edəni olasan." (ibn Macə, hədis no: 4217)
Bu və misli olan ibarələr, "hikmət" deyə adlandırılır. Sahibinə də, "hakim" deyilir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
25-)
Xafid və Rafi isimlərinin şərhi
23-24. Xafid və Rafi isimlərinin şərhi:
~ Kafirləri bədbəxt edərək alçaldan;
~ Möminləri isə, bəxtiyar edərək yüksəldəndir.
Müşahidəsi, məhsusat (hiss edilə bilənlər) ilə xəyal edilənlərin fövqünə; iradəsi, zəmm edilən (pislənən) şəhvətlərdən yuxarı yüksələn şəxs, müşahidələrini, muqarrəb (Allaha yaxın) mələklərin üfqünə doğru yüksəltmişdir.
Hər kim də, müşahidələrini, məhsusat ilə; himmətini də, heyvanlarla müştərək olduğu şəhvətlərlə məhdudlaşdırmışdırsa, müşahidəsini, əsfəl-i safilinə doğru alçaltmış deməkdir. Bunu da, sadəcə Allah Taala edər. O, Xafid və Rafi'dir.
Tənbeh: Qulun bu (isimdən) nəsibi, haqqı yüksəldib batili alçaltmasıdır. Bunu da, haqlıya dəstək olub haqsızı əngəlləməklə, Allah düşmənlərinə, onları alçaltmaq üçün düşmənlik edib Allah dostlarına onları yüksəltmək üçün dostluq etmək surətilə edər. Allah Taala, bundan dolayı, vəlilərindən bəzilərinə, belə buyurmuşdur:
"Dünyaya qarşı zühdünün qarşılığını, nəfsini rahatladaraq, dərhal almış oldun. Məni zikr etməklə, şərəf qazandın. (Bəs) Mənim üçün:
~ vəlilərimdən birilə dostluq; və
~ düşmənimə düşmənlik
etdinmi?"
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
26-)
Kəbir isminin şərhi
38. Kəbir isminin şərhi:
O, Kibriya sahibidir. Kibriya isə, Zat'ın kamalından ibarətdir, ki, Zat'ın kamalı deyərkən də, varlığın kamalını qəsd edirəm. Varlığın kamalı isə, bu 2 şeyə, raci (qayıtmaqda, dönməkdə)'dir:
1. Əzəli və əbədi olaraq, davamlı olmasıdır. Əvvəli və sonrası olan hər varlıq isə, kəsik və nöqsandır.
Varlıq (ömür) müddəti uzanan insan üçün, "böyük", yəni, "yaşca kəbir/böyük" deyilir. Bununla, varlığının, uzun olduğu deyilmək istənilir. Lakin buna, yaş etibarı ilə, "əzim/böyük" deyilməz. "Kəbir" kəliməsi, "Əzim"in istifadə edilmədiyi yerlərdə istifadə edilir.
Davamlılığı məhdud da olsa, varlıq müddəti uzanan kimsə üçün "kəbir" deyilərsə; əzəli və əbədi olaraq daim olub, yoxluğu imkansız olan Zat'ın "kəbir" olması, əlbəttə, əvladır.
2. Onun varlığı, həqiqi varlıqdır ki, bütün varlıqlar, Onun varlığından sudur etməkdə (meydana gəlməkdə)'dir. Varlığı, (digər varlıqlara nəzərən deyil), yalnız özü cəhətindən tamamlanmış olana, "kamil" və "kəbir" deyilərsə; bütün mövcudatın varlığı Özündən olan Zat'ın kamil və kəbir olması, əvladır.
Tənbeh: Qullardan "kəbir" olan, kamal sifətlərinin yalnız özü ilə məhdud qalmayıb başqalarına da sirayət etdiyi kimsədir. Onunla oturub (duran) kimsələr, (mütləq) o kimsənin kamalından bir şey əldə edər. Qulun kamalı isə, ağlında, təqvasında və elmindədir. Bu halda, Allah qullarından "kəbir" olan:
~ alim;
~ müttəqi (təqva sahibi);
~ xalqı irşad edən;
~ nurları və elmlərindən istifadə edilməyə layiq olan öndər, saleh
kimsələrdir. Bundan dolayıdır ki, İsa (əleyhissəlam), belə buyurmuşdur:
"Kim, bilər və əməl edərsə, beləcə, səma mələkutunda (haşiyə), əzim olaraq çağırılar." (əbu Nuaym, "Hilyətu'l-Övliya", 6/93)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
Bu ismə layiq olan, maslahat (fayda)'ların incəliklərini və gizliliklərini; daha incələrini və lətiflərini bilən; və bunları, əhlinə (yəni, fayda verilmək istənilən şəxsə), sərtliklə deyil; yumşaq yolla çatdıran (Zat)'dır. Feldə yumşaqlıq ilə idrakda lətiflik (incəlik) birləşdiyində, lütfün mənası tamamlanmış olur.
Həm elmdə, həm də feldə, bunun kamalı, ancaq, Allah (subhənəhu və taala) haqqında təsəvvür edilə bilər. Onun, incəlikləri və gizlilikləri əhatə etməsinin təfsilini verməyə, imkan yoxdur. Gizli olan şey, Onun elmində, açıq olan şey kimidir. Ona nəzərən, arada bir fərq yoxdur. Fellərindəki yumşaqlığı və (felləri) içindəki lütfü, hasr edilə (yəni, məhdudlaşdırıla) bilməz. Çünki, feldəki lütfü, sadəcə fellərin təfsilatını və fellərindəki yumşaqlığı bilən bilər. İnsanın əl-Lətif isminin mənasına dair mərifətinin genişlənməsi, insanın mərifətinin genişliyi qədərdir. Bunu şərh etmək, uzun gedər. Onlarla cild yazılsa belə, kifayət etməsi, təsəvvür edilə bilməz. Ancaq, bəzi cümlələrinə tənbeh edilə bilər. (Belə ki):
~ Cənin (ana bətnindəki uşağ)'ı, 3 qaranlıq içərisində yaratması;
~ Orda mühafizə etməsi;
~ Anasından ayrılıb müstəqil bir şəkildə ağzı ilə yeyincəyə qədər, göbək bağı vasitəsilə bəsləməsi,
Onun lütfündəndir. Sonra,
~ Doğulduqdan sonra, gecə qaranlığında belə, təlim və müşahidə olmadan, ona, (anasının) sinəsindən əmməsini ilham etməsi də,
Onun lütfündəndir.
Cücə də, yumurtadan çıxar-çıxmaz, o əsnada, yerdəki toxumları yeməsi, özünə ilham edilir.
~ Sonra ---> (uşağın) dişinin yaradılışını, ilk başda (yəni, dünyaya gəldiyi vaxtlarda) deyil; dişlərə ehtiyac duyacağı vaxta qədər ertələyir. Çünki, südlə bəslənərkən, dişə ehtiyac yoxdur.
Sonra ---> yeməyi çeynəmək ehtiyacından dolayı, dişi çıxarır.
Sonra ---> əzmək üçün, geniş dişlər; qırmaq üçün, azı dişlər; kəsmək üçün də, sivri/iti dişlər olmaq üzərə, bunların bir-birindən ayrılması, eyni şəkildə,
Onun lütfündəndir.
~ Sonra, əsli vəzifəsi danışmaq olan dili, eynilə bir kürək kimi, yeməkləri üyüdən dişlərə yönləndirməsi də, Onun lütfündəndir.
Əgər insanın çətinlik çəkmədən yediyi loxmanın asanlığındakı lütfü zikr edilməyə çalışılsa,
-ki, torpağı islah edənindən; əkənindən; sulayanından; biçənindən; təmizləyənindən; əzənindən; (unu) yoğuranından; çörək halına gətirənindən; və daha neçə-neçə başqalarına qədər, sayları bilinməz bir çox insan, bu loxmanın hazırlanmasında köməkləşmişdirlər-
bunun şərhi, kamil mənada mümkün olmaz.
İcmal olaraq:
• İşləri tədbir etmə cəhətindən, O - Hakəm'dir;
• Onları vücuda gətirməsi cəhətindən - Cavad'dır;
• Tərtibləmək cəhətindən - Musavvir;
• Hər bir şeyi, öz yerinə yerləşdirməsi cəhətindən - Adl;
• Rifq'in (yumşaqlığın) incə yönlərini tərk etməməsi cəhətindən isə - Lətif'dir.
Bu fellərin həqiqətini bilməyən kimsə, bu isimlərin də həqiqətini bilməz.
~ Qullarına, kifayət edən miqdardan daha çoxunu ehsan etməsi; və
~ Onların taqət gətirə biləcəklərindən daha azı ilə mükəlləf tutması,
Onun lütfündəndir.
~ Az bir zamanda, xəfif bir səy ilə əbədi səadətə çatdırmağı asanlaşdırması da, Onun lütfündəndir. Az bir zamandan məqsəd, ömürdür ki, əbədiyə nisbətlə, bir heç kimidir.
~ Qan ilə ifrazat arasından, təmiz süd;
~ Sərt daşlardan, dəyərli cövhərlər;
~ Arıdan, bal;
~ İpək qurdundan, ipək; və
~ Sədəfdən, inci çıxarması da,
yenə, Onun lütfündəndir.
Bunlardan da əcaib olanı,
~ Kirli nütfədən, mərifətini əldə etməyə istedadlı; əmanətini yüklənməyə uyğun; səmaların mələkutunu (haşiyə) müşahidə edə bilən bir varlıq yaratmasıdır ki, bu lütflər, sayıla bilməyəcək qədər çoxdur.
Tənbeh: Qulun, bu vəsfdən payı, Allah (azzə və cəllə)'nin qullarına qarşı yumşaq bir şəkildə davranması; onları, Allah Taala'ya çağırarkən, axirət səadətinə yönləndirərkən, xor görəcək bir şəkildə, şiddət və təəssüb və düşməncəsinə deyil, lütflə (incəliklə) davranmasıdır. Lütfün ən əhsən vəchi (cəhəti) isə, haqqın qəbulu üçün, Allahın razı olduğu əxlaq, fəzilət və saleh əməllərlə cəzb etməkdir. Çünki bunlar, müzəyyən/bəzəkli ləfzlərdən, daha lətif və daha həqiqidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
~ Nə qədər və kimə verdiyinə baxmayan (yəni, saymayan);
~ Başqasına bir ehtiyac ərz edilməsinə razı olmayan;
~ Özündən uzaqlaşanı azarlayan, ancaq ifrata varmayan
(Zat)'dır.
O, Özünə sığınıb iltica edənin güvənini boş çıxarmaz; onu vəsilələr və şəfaətçilərdən qəni (zəngin) qılar.
Təkəllüfsüz olaraq özündə bütün bunlar cəm olan, mütləq Kərim'dir. Bu da, sadəcə Allah (subhənəhu və taala) üçün mümkündür.
Tənbeh: Qul, bu xislətləri kəsb etmək surətilə, gözəlləşə bilər. Ancaq, bu, bəzi işlərdə və təkəllüf ilə ola bilər. Beləliklə, kərim olmaqla vəsf edilə bilər. Lakin, mütləq Kərimə nisbətlə, naqis bir şəkildə.
Qul, bu sifətlə necə vəsf edilmiş ola bilməsin ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Üzüm ağacına, 'kərm' deməyin. Çünki 'kərm', müsəlman (şəxs)'dir." (Bənzəri mənada bir hədis, Buxaridə, [hədis no: 6183] keçməkdədir.)
Deyilər ki:
Çünki, üzüm ağacı, -xurma ağacının əksinə-
~ lətif bir ağac;
~ meyvəsi, dadlı;
~ toplanması, asan;
~ yeyilməsi, rahat;
~ tikan və əziyyət verici səbəblərdən uzaq
olması səbəbilə, "kərm" deyə vəsf edilmişdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
29-)
Haqq isminin şərhi
52. Haqq isminin şərhi:
✓ Haqq, batilin müqabilidir.
Əşya (şeylər), ziddlərilə bilinir. Haqqında xəbər verilən şey isə:
~ ya mütləq batil;
~ ya mütləq Haqq;
~ ya da bir cəhətdən, haqq; bir cəhətdən də, batildir.
• Zatı etibarı ilə mumtəni (imkansız) olan şey, mütləq batildir.
• Zatı etibarı ilə vacib (zəruri olan, yəni, olmaması mümkün olmayan), mütləq Haqq'dır.
• Zatı etibarı ilə mümkün olub qeyri ilə vacib olan isə, bir cəhətdən, haqq, bir cəhətdən isə, batildir. (Belə şey), zatı etibarı ilə vücudu/varlığı olmayıb, batildir. (Bu şey), Qeyrisi tərəfindən varlıq əldə etmişdir. Özünü var edən (yəni, Allah tərəfindən) bu şey mövcud olub, bu cəhətlə haqq; öz nəfsi (zatı) cəhətindən isə, batildir. Necə ki, Allah Taala buyurmaqdadır:
...كُلُّ شَىْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ...
"Onun vəchindən/üzündən/zatından başqa hər şey, həlak olandır." (Qasas/88)
(Allah), müəyyən bir zaman dilimində belə deyil; əzəli və əbədi olaraq belədir. Çünki, Ondan başqa hər şey, əzəli və əbədi olaraq, öz zatları etibarı ilə varlığa haqq sahibi olmayıb; Allah cəhətindən varlığa haqq qazanmışlardır (yəni, Allaha nisbətlə varlıq əldə etmişlərdir). Belə olunca da, özləri cəhətindən deyil; başqası cəhətindən haqq olmuşlardır. Burdan bilinir ki, mütləq Haqq, zatı etibarı ilə həqiqi Mövcuddur. Hər haqq, öz həqiqətini, Ondan almışdır.
✓ Bəzən, ağlın, mövcud olan məqula (əqlən idrak edilən şeyə) təsadüf edib ona müvafiq olmasına da, "haqq" deyilir. Bu şey, öz zatı cəhətindən, mövcud; bunu olduğu kimi idrak edən ağıla izafətlə də, "haqq" deyə adlandırılır. O halda, haqq sahibi olmağa ən çox haqq sahibi olan varlıq, Allah Taala'dır. Mərifətlər (biliklər) içində haqq olmağa ən layiq olanı isə, Allah (azzə və cəllə)'nin mərifətidir. Şübhəsiz bu (mərifət, bilik), öz nəfsində haqqdır. Yəni, əzəli və əbədi olaraq, məluma müvafiqdir və bu müvafiqlik, lizatihi (öz zatı üçün) olub, liğayrihi (başqası üçün) deyildir. Yəni bu, başqasının varlığını bilmək (kimi) deyildir. Çünki o şey (yəni, Allahdan başqasının varlığını bilmək), başqası (yəni, bu şeyin özü) mövcud olmağa davam etdikcə var olar; (bu varlıq) yox olarsa, bu etiqad da batil olar. Çünki o, öz zatı üçün var deyildir. Əksinə, başqası üçün vardır (yəni, Başqasının var etməsilə var olmuşdur).
✓ Haqq və batil, bəzən də, sözlər üçün istifadə edilir; "haqq bir söz" və "batil bir söz" deyilir. Bundan dolayı, sözlərin ən haqq olanı, "lə iləhə illəllah"dır. Çünki, əzələn və əbədən doğrudur. O, başqa bir şeyə nisbətlə deyil; öz zatı üçün doğrudur.
Buna görə, "haqq" ləfzi:
~ ayandakı (xarici aləmdəki) varlıq;
~ zehndəki varlıq -ki, mərifətdir-;
~ dildəki varlıq -ki, sözdür-
üçün istifadə edilir.
Haqq olmağa ən çox haqq sahibi olan varlıq:
~ varlığı lizatihi əzələn və əbədən, sabit;
~ mərifəti, əzələn və əbədən, haqq;
~ Özünə ediləcək şəhadət isə, əzələn və əbədən haqq olandır.
Bütün (bu vəsflər) də, həqiqi Mövcudun Zatı üçün olub, Ondan qeyrisi üçün (mümkün) deyildir.
Tənbeh:
Qulun bu isimdən nəsibi, özünü batil görüb, Allah (azzə və cəllə) xaricində heç bir şeyi, haqq görməməsidir. Qul, (hər nə qədər) haqq olsa da, (onun haqq olması), öz nəfsindən deyildir; (əksinə), Allah (azzə və cəllə) ilə haqq'dır. Çünki, o, öz zatı ilə deyil; Onun ilə mövcuddur. Əgər Haqq, onu icad etmiş (yaratmış) olmasaydı, öz zatı etibarı ilə batil olmuş olardı. (Dolayısı ilə), "ənə'l-haqq/mən, haqqam" deyən (Hallac Mənsur), bu sözü, bu 2 təvildən birinə görə söyləməmişdirsə, xəta etmişdir:
1. (O), "ənə'l-haqq" deyərkən, "haqq ilə olmağı" (yəni, özünü, Haqq olan Allahın meydana gətirdiyini (qəsd etmişdir).
Bu təvil, uzaqdır. Çünki, (ənə'l-haqq) ləfzi, bu mənanı ifadə etmir. Digər tərəfdən, bu mənası ilə haqq olmaq, yalnız bu sözü söyləyənə məxsus olmayıb; əksinə, Allah xaricindəki hər varlıq, Haqq ilə (yəni, Allahın var etməsilə) mövcuddur.
2. (O), "ənə'l-haqq" deyərkən, Haqq'da qərq olmağı; elə ki, özündə, Haqq'dan başqa bir varlığa yer qalmamış olmağı qəsd edə bilər.
Bir şey, başqa bir şeydə qərq olduğunda, "Bu, odur." deyilə bilər. Şairin dediyi kimi:
"Mən, sevdiyim (şəxs)'əm.
Sevdiyim də, mən."
Yəni, (şair), bununla, qərq olmağı (yəni, sevdiyi şəxsin sevgisində qərq olub, özünü itirmiş olduğunu) ifadə etməkdədir.
• Tasavvuf əhlində (sufilərdə) qalib olan (hal), özlərini, öz zatları etibarı ilə fane (Haqqın varlığında fane olmuş) gördükləri üçün, onların dillərində söz və hal olaraq ən çox cari olan, Allah Taala'nın isimlərindən "əl-Haqq"dır. Çünki onlar, həqiqi Zatı mülahizə edər; özlərində həlak olacaq olanı (yəni, öz zatlarını) mülahizə etməzlər.
• Kəlam əhli isə, fellərlə istidlal etmə xüsusunda iləri getdikləri üçün, onların dillərində cari olan, əksəriyyətlə, Xaliq ismilə eyni mənalı olan "əl-Bari"dir.
• Məxluqatın (xüsusilə insanların) əksəriyyəti, Onun xaricindəki şeyləri görər; və Ona (yəni, Allaha), öz gördüklərilə istişhad edərlər (yəni, şahid gətirərlər). Bunlar, bu ayənin muxatabıdırlar:
"Rəbbinin hər şeyə şahid olması, kifayət etmirmi?" (Fussilət/53)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------
-------------
Əlavələr:
Bu isim, bizə, (öz nəfsimizdə), bir həqiqət anlayışımızın olmasını bildirdiyi kimi; ətrafımızda olub-bitən hər şey haqqında da, həqiqi olmağımızı, hər şeyə haqqını verməyimiz lazım gəldiyini xatırlatmaqdadır.
Bu isim, bir insanda təcəlli edərsə, o, işlərin həqiqətinə vaqif olar; batil düşüncə və davranışlardan qorunar. Artıq onun bütün hərəkətləri, haqq (yəni, kitab və sünnət) çərçivəsində olar. Haqqa belə tabe olan isə, əlbəttə və əlbəttə, Haqqın himayəsində olar. Necə ki, haqq olan Allah, Kəhf surəsi 44-cü ayədə buyurur:
Hunəlikə'l-vələyətu lilləhi'l-haqq. Huvə xayrun səvəbən və xayrun uqbən.
Yəni:
"Belə hallarda kömək etmək, ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən, Odur."
----------------------
----------------------
Haqq isminin, "dəyişməkdən uzaq olan" mənası da vardır. Allahın Zatı kimi, sifətləri də haqqdır, bunlar üçün bir dəyişmə haqqında danışılan ola bilməz. Allah, Qədimdir əvvəli yoxdur. Bu daim belədir, bu həqiqətdə bir dəyişmə düşünülə bilməz. Allah Baqidir, axırı yoxdur; bunda da bir dəyişmə haqqında danışılan ola bilməz. Allah, mütləq elm sahibidir, bu elmdə nə artma təsəvvür edilə bilər, nə də azalma. Vəhdət sifəti və bunun nəticəsi olan tövhid inancı haqqdır və onun haqqaniyyəti daimidir; onda bir dəyişmə düşünülə bilməz.
Haqq isminin təcəllilərini, ətraflı sarılı olduğumuz ‘həqiqətlər` dünyasında bir dərəcə seyr edə bilərik. Məsələn:
Dünyanın Günəş ətrafında döndüyünü söyləyən bir insan, haqqı ifadə etmiş olar. Çünki bu hökm həqiqətdir, uyğundur. Bunun əksin iddia edənlər isə batil bir fikirə dalmış olarlar.
Fizika aləmindəki bütün dəyişməz qanunlar, Haqq adından bir təcəlli daşıyarlar.
Eyni şəkildə, bir insan, Allaha ‘ilahi fərmanın bildirdiyi kimi' inanırsa, bu inancı haqqdır. Bunun xaricindəki inanclar batildir; çünki həqiqətə zidddirlər.
Haqq adını yad edən bir insan, bütün varlıq aləminin dayanmadan dəyişdiyini görər və ürəyini dəyişməkdən uzaq olan Allaha bağlar.
Haqq dinə yönələn bir insan, onun xaricindəki bütün batil fikirlərin qul quruluşu olduğunu və bunların da dəyişməkdən özünü qurtara bilmədiyini bilər və batil inanclara könülünü bağlamaz.
30-)
ƏL-MƏCİD
"Şəxsi müqəddəs, şanı uca, kərəmi və lütfkarlığı bol olan."
"(Allah) uca ərşin sahibidir; Məciddir." (Büruc surəsi, 15)
Allahın şanı uca olduğu kimi, lütfkarlıq və köməyi də son dərəcə boldur. Demək olur ki, bu mübarək adda hər iki sifət birdən ifadə edilməkdədir.
"Əlbəttə, Rəbbimizin şanı ucadır. O, nə bir yoldaş əldə etmişdir, nə də bir uşaq." (Cin surəsi, 3)
ayəsində, Məcid adının ‘şanı uca' mənası vurğulanır və Allahın uşaq və yoldaş əldə etməkdən uzaq və uca olduğuna diqqət çəkilər.
" (Mələklər ona) dedilər: “Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyünüb mədh edilməyə layiqdir!” (Allahın bütün işləri bəyənilmişdir. O, tükənməz və əvəzsiz nemət, ehsan və kərəm sahibidir!) (Hud surəsi, 73) ayəsində isə, lütfkarlıq və kömək mənası nəzərə verilər.
Allah, razı olduğu qullarının da şanını ucaldar və onlara bol lütfkarlıqlarda olar.
Bu şərəfdən daha çox pay almaq istəyən bir qul, ixlas, təqva və saleh əməl vadilərində irəliləməyə çalışmalı, ayrıca Allaha çox həmd etməli və Onun lütfkarlıqlarını tez-tez xatırlayıb çox elan etməlidir.
31-)
Qavi isminin şərhi
54 və 55. Qavi və Mətin isimlərinin şərhi:
Qüvvət kəliməsi, tam qüdrətə; mətanət isə, qüvvətin şiddətinə dəlalət edir.
Allah (subhənəhu və taala):
~ qüdrətinin əskiksiz olması cəhətindən: "Qavi";
~ qüdrətinin şiddətli olması cəhətindən isə: "Mətin"dir.
Bunlar, qüdrətin mənalarına racidir (qayıtmaqdadır) və iləridə gələcəkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-----------------------------
-----------------------------
Əlavələr:
"Tam və kamil bir qüvvət sahibi."
"Qüvvəti tam olub haqqında zəiflik mümkünsüz olan."
"...Allahın ayələrini inkar etdilər də, Allah da onları günahlarından ötəri tutdu. Şübhəsiz, Allah Qavidir, əzabı çox şiddətlidir." (Ənfal surəsi, 52)
Qavi ismi, Allahın qüdrətinin zəiflikdən uzaq və hər şeyə qalib olduğunu ifadə edər. Münkir və müşriklər özlərini nə qədər qüvvətli də zənn etsələr, Allahın qəhri qarşısında zəlil və pərişan olarlar. Keçmiş əsrlərdə, bəzən hava, bəzən yağış, bəzən yer kürəsi insanın qəhrinə vəsilə olmuş və o zalım, inadçı və qürurlu qövmlərə nə qədər zəif olduqları həqiqətən göstərilmişdir.
Bu ad da digər isimlər kimi, kamalıyla, axirətdə təcəlli edəcək.
"Kafirlər əzabı görüncə, bütün qüvvətin Allahın olduğunu anlayacaqlar. "(Bəqərə surəsi, 165)
Qavi isminə tabe olan bir qul, maddi və mənəvi cəhətdən qüvvətli olar; qəzəb və şəhvət kimi eqoist qüvvətlərə qarşı gələ bilər.
32-)
Mutəali isminin şərhi
78. Mutəali isminin şərhi:
"Aliyy" mənasında olmaqla bərabər, bir növ mübaliğə ifadə edir. (əl-Aliyy)'in mənası, daha əvvəl keçmişdi.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
33-)
Hakəm isminin şərhi
29. Hakəm isminin şərhi:
O, hökm edən hakimdir. O, (elə bir) müsəlləm (təslim edilmiş) qazıdır ki, kimsə, Onun hökmünü rədd edə (geri çevirə) və qəzasını, nəticəsiz buraxa bilməz.
Qullar haqqındakı hökmlərindəndir: İnsan üçün, səyindən (çalışmasından) başqa bir şey yoxdur və onun səyi, sonra görüləcəkdir. (Ayətdə buyurulduğu kimi):
əl-Hakəm olan Allahın, yaxşılıq edənlər üçün, səadətə; facirlər üçün isə, bədbəxtliyə hökm etməsinin mənası, yaxşılığı və pisliyi, sahiblərini səadət və bədbəxtliyə sövq edən səbəblər qılmasıdır. Eynilə, dərmanları və zəhərləri, istifadə edənlər üçün, şəfa və ya həlak səbəbi qılması kimi...
Onun hökm etməsinin hikmətinin mənası, səbəbləri tərtib edib müsəbbəbata (nəticələrə) yönləndirmək olunca, o vaxt, bunun ilə vəsf olunan, mütləq Hakəm demək olur. Çünki, bütünü və təfsilatı ilə bütün səbəbləri səbəb qılan, (Allah)'dır.
"Qəza" və "qədər"in qaynağı, əl-Hakəm'dir. Müsəbbəblərə (nəticələrə) yönəlmələri üçün, səbəbləri əsl olaraq vaz etmə (qoyma) tədbiri, Onun hökmüdür. Külli, əsli, sabit, müstəqar (qərar qılmış, istiqrar qazanmış), zavala uğramayan və dəyişməyən səbəbləri, -məsələn, yeri, 7 göyü, ulduzlar (və ya planetləri) və fələkləri, bunların daimi və münasib, yazılmış olan kitab vədəsinə çatana qədər dəyişməz və yox olmaz hərəkətlərini- qoyması, Onun qəzasıdır. Allah Taala'nın, bu ayədə buyurduğu kimi:
"O, iki gündə, onları, 7 göy kimi yaratdı və hər göydə, ona aid əmri/işi vəhy etdi." (Fussilət/12)
Bu səbəbləri, mütənasib, məhdud, müqəddər, hesab edilmiş (sayılmış) hərəkətlərilə, bu səbəblərdən meydana gələn müsəbbəblərə (nəticələrə) anbaan yönləndirməsi isə, qədəridir.
(Buna görə), hökm, ilk külli tədbir, bir göz açıb bağlamaq kimi bir vaxtda cərəyan edən əzəli əmrdir. "Qəza"sı, daimi və külli olan səbəbləri, külli bir şəkildə vaz etməsidir. "Qədər" isə, tədqir edilmiş və məhdudlaşdırılmış hərəkətlərilə bərabər, külli səbəbləri, artıb-azalmayacaq şəkildə, məlum miqdardakı müəyyən və məhdud saydakı nəticələrə yönləndirməsidir. Bax bundan dolayıdır ki, heç bir şey, Onun qəza və qədərinin xaricinə çıxa bilməz.
Bu söylədiklərim, ancaq, bir misalla başa düşülə bilər:
Bəlkə də, namaz vaxtlarını göstərən su saatını görmüsən. Əgər görməmisənsə, qısaca belə deyim:
~ İlk əvvəl, içinə müəyyən bir miqdar su ala bilən silindir şəklində bir nəsnə lazımdır.
~ Sonra, bu nəsnənin içərisinə, suyun üzərinə gələcək şəkildə yerləşdiriləcək içi boş bir alət lazımdır. (Bununla bərabər)
~ Bir ucu, içi boş alətə; digər ucu da, silindrin üzərinə yerləşdirilmiş kiçik bir qabın alt tərəfinə bağlanmış bir ip lazımdır.
~ Silindrin içərisində, kürə şəklində bir nəsnə və bunun altında da bir tas olmalıdır. O şəkildə ki, kürə, hər düşdüyündə, tasın içinə düşəcək və səsi eşidiləcəkdir.
~ Sonra, silindrin alt tərəfindən, müəyyən bir böyüklükdə, bir deşik açılacaq; su isə, bundan, az-az töküləcəkdir.
~ Su azaldığında, suyun üstünə yerləşdirilən içi boş alət də, aşağı enəcək və ona bağlanan ipi də çəkəcəkdir. Beləliklə, içində kürə olan qabı da, hərəkət etdirəcəkdir. Qab, hərəkətlənincə, sağa-sola doğru yuvarlanacaq və içindəki kürə, tasın içinə düşüb səs çıxaracaqdır. Hər saatın tamamlanması ilə bərabər, bu şəkildə, 1 dəfə düşəcəkdir.
2 düşmə arasındakı vaxt, suyun çıxması və səviyyəsinin düşməsinə görə təqdir edilir. Bu da, suyun çıxdığı dəliyin genişliyinə görə təqdir edilir. Bu isə, hesab yolu ilə bilinir. Beləliklə, miqdarı, müəyyən və məlum suyun axması, genişliyi müəyyən dəliklərə görə gerçəkləşəcəkdir. Suyun üst qismindəki səviyyənin azalması, buna görə olacağı kimi; içi boş alətin enmə səviyyəsi də, buna görə təqdir ediləcəkdir. İpin dartılması və içərisində kürə olan qabda meydana gələn hərəkət də, yenə, buna görə gerçəkləşəcəkdir. Bütün bunlar, səbəbinə görə təqdir edilir və səbəbinə tabe olaraq, nə azalır, nə də artır. Kürənin tasın içinə düşməsinin, başqa bir hərəkətin səbəbi olacaq şəkildə nizamlanması, mümkündür. Bu digər hərəkətin də, üçüncü bir hərəkətin səbəbi olması, kürənin, bu şəkildə düşməsindən, bir çox məhdud miqdarlarla müqəddər (təqdir edilmiş) qeyr-i adi hərəkətlər meydana gəlməsi, mümkündür. Bunların ilk səbəbi isə, suyun, məlum bir miqdar ilə enməsidir.
Bu surəti təsəvvür etdiyində, bunu vaz edənin/qoyanın, 3 şeyə ehtiyac duyduğunu bilmiş olarsan:
1. Tədbirdir. Bu isə, meydana gətirilmək istənilən nəticə üçün, hansı alət, səbəb və hərəkətlərin gərəkli olduğuna, hökm etməkdir. Bax bu, "hökm"dür.
2. Əsllər məsabəsində olan bu alətləri meydana gətirməkdir ki, bunlar:
~ içinə su qoyulan silindr;
~ suyun üzərinə qoyulan içi boş alət;
~ ona bağlanan ip;
~ içərisinə kürə qoyulan qab; və
~ kürənin də içərisinə düşəcəyi tasdır.
Bu da, "qəza"dır.
3. Təqdir edilmiş, hesablanmış, məhdudlaşdırılmış bir hərəkəti gərəkdirəcək səbəbi meydana gətirməkdir. Bu isə, (içi boş) alətin alt tərəfinə, müəyyən bir şəkildə deşik açmaqdır. Beləliklə, suyun axması ilə suyun səthində, bir hərəkət meydana gəlir. Bu hərəkət, suyun üzərinə yerləşdirilən içi boş alətdə, hərəkətə səbəb olur. Bu alətin hərəkəti ---> ipin hərəkətinə; ip ---> içərisində kürə olan qabın hərəkətinə; qab ---> kürənin hərəkətinə; kürə ---> içinə düşdüyü tasın hərəkət edib səs çıxarmasına səbəb olur. Bu səs də ---> orda hazır olanların, bunu eşidib tənbeh edilməsinə; bu da ---> vaxtın dolduğunu başa düşün, namaz və əməllər ilə məşğul olmalarına səbəb olur. Bütün bunlar isə, məlum bir qədər və təqdir edilmiş bir miqdarla olur. Bu da, bütünü suyun hərəkətindən ibarət olan ilk hərəkətin ölçüsü ilə təqdir edilir.
Hərəkətin gerçəkləşməsi üçün, bu alətlərin əsas olduğunu; və hərəkətin də, səbəb olacağı şeyin müqəddər olması/təqdir edilə bilməsi üçün müəyyən bir ölçüdə təqdir edilməsi gərəkdiyini başa düşdüyündə; eynilə bunun kimi,
Vaxtı gəldiyində, yəni, səbəbi mövcud olduğunda, iləri keçməyən və ya dala qalmayan müəyyən bir təqdirdəki varlıqların mövcud olduğunu və bütün bunların da, məlum bir miqdarla olduğunu başa düşərsən. Çünki, Allah, murad etdiyi şeyi, mütləq edər. Çünki Allah, hər şeyə bir miqdar təyin etmişdir.
~ Səmalar, fələklər, planetlər, yer, dəniz, hava və bu aləmdəki əzəmətli cisimlər = o su saatındakı alətlər kimidirlər.
~ Fələkləri, planetləri, günəş və ayı, məlum bir hesab ilə hərəkətə keçirən səbəb = suyun müəyyən bir miqdarda axmasını təmin edən o deşik kimidir.
~ Günəşin, ayın və planetlərin hərəkətlərinin yer üzündə bəzi şeylərin hudusuna (meydana gəlməsinə) səbəb olması = suyun hərəkətinin, kürənin düşməsinə və beləliklə, saatın sonlandığının bilinməsini təmin etməyə bənzəyir.
Səmadakı hərəkətlərin, yer üzündəki dəyişikliklərə nə şəkildə təsir etdiyinə, belə bir misal verilə bilər:
Günəş, şərqə doğru hərəkət etdiyində, aləm işıqlanır; insanların, (ətrafı) görməsi və iş-gücləri ilə məşğul olmaları, asanlaşır. Qərbə doğru hərəkət etdiyində isə, bunları edə bilmədikləri üçün, evlərinə qayıdırlar.
Səmanın ortasına yaxınlaşıb yer üzünün məskun bölgələrindəki insanların baş hizasına gəldiyində, hava isinir; quraqlıq şiddətlənir; meyvələr dəyir. Uzaqlaşdığında, qış gəlir; soyuq şiddətlənir; orta məsafədə olarsa, hava mötədil olur; bahar gəlir; bitkilər böyüyür; və yer üzü yaşıllaşır.
Bax, bu məşhur və yaxşı bildiyin şeylərə, bilmədiyin nadir şeyləri də qiyas et! Bütün bu mövsümlərdəki fərqliliklər, məlum bir ölçüyə görə təqdir edilmişlərdir. Çünki hamısı, günəş və ayın hərəkətlərinə bağlıdır.
ٱلشَّمْسُ وَٱلْقَمَرُ بِحُسْبَانٍ
"Günəş və ay, müəyyən bir ölçü ilə hərəkət edir." (Rahmən/5)
İkisinin hərəkəti, məlum bir hesabladır və bu, "qədər"dir. Külli səbəbləri vaz etmək, qəza; göz açıb-bağlamaq kimi bir müddətdə gerçəkləşən ilk tədbir isə, hökmdür. Allah Taala, bu xüsuslara etibarla, Hakəm və Adl'dır.
Necə ki, alətin, ipin və kürənin hərəkətləri, su saatını düzəldənin iradəsinin xaricində olmayıb bu aləti meydana gətirməklə bütün bunları iradə etmişdir. Eyni şəkildə də, aləmdə gerçəkləşən bütün hər şey, xeyir olsun - şər olsun; fayda olsun - zərər olsun; Allah (azzə və cəllə)'nin iradəsinin xaricində deyildir. Bütün bunlar, Allah Taala'nın muradıdır. Bundan ötürü, səbəblərini tədbir etmişdir ki,
...وَلِذَٰلِكَ خَلَقَهُمْ...
"...Allah, onları, bunun üçün yaratdı..." (Hud/119) ayətinin mənası da, budur.
İlahi işləri, örfi misallarla açıqlamaq, çətindir. Və lakin, o misallardan qəsd olunan, tənbehdir. Bu halda, misalı bir tərəfə qoy; məqsədə diqqət et! Təmsil və təşbehdən də həzər et!
Tənbeh: Qul ilə əlaqəsi nisbətində, hökm, tədbir, qəza və təqdir, nə deməkdirsə; zikri keçən misaldan bilmiş oldun. Və o, asan bir işdir. Bu xüsusdə çətin olan, mücahidə və riyazəti tədbir etmək; din və dünya maslahatları üçün olan siyasəti təqdir etməkdir. Və bunun ilə, Allah, qullarını, yer üzündə xəlifə qılmış; yer üzünü məmur etmələrini (işləmələrini); və necə əməl edəcəklərini görmək istəmişdir.
Allah Taala'ya aid olan bu (əl-Hakəm) vəsfini müşahidəsindən, qulun nəsibi, budur:
Qulun, işlərin, qəti olaraq Ondan gəldiyini və təsadüfən olmadığını bilməsidir. Olacaq şeylər xüsusunda, qələm qurumuş; səbəblər, nəticələrinə yönləndirilmişlərdir. Vaxtları gəldiyində, səbəbin nəticəyə yönəlib onları meydana gətirməsi, vacibdir. Varlıq sahəsinə çıxan hər şey, vacibdir. (Yəni, Allah, bir şeyin varlığını iradə etmişdirsə, o şey, mütləq var olacaqdır. Bu cəhətdən, varlıq meydanına çıxan hər şeyin varlığı, vacib olmuş olur.) (O halda), varlığın, varlıq meydanına çıxması, zatı gərəyi vacib deyilsə də, geri çevrilə bilməyən əzəli qəza səbəbilə, vacibdir.
Beləcə, qul, bilməlidir ki, təqdir edilən şey, olacaqdır; və kədərlənmək, boşunadır. (Dolayısı ilə), insan, ruzisini axtararkən, mötədil olmalı; mutmain (tətmin olunmuş) bir nəfsə sahib olmalı və qəlbi, izdirablı olmamalıdır.
Əgər desən ki: "Burdan, 2 işkəl (problem, məsələ) çıxır. (Onlardan):
1. Bu kədər, necə boşuna ola bilər? Ki, bu da təqdir edilmişdir. Çünki, kədər üçün bir səbəb təqdir edildiyinə görə; bu səbəb gerçəkləşincə, kədərin meydana gəlməsi də vacib olacaqdır.
2. Madam ki, hər şey təqdir edilmişdir. Əbədi səadət və bədbəxtliyin də səbəbləri təyin edildiyinə görə, əmələ nə gərək vardır?"
• Birincinin cavabı: "Hər şey, müqəddərdir; kədərlənmək isə, boşunadır." sözü, kədərin, təqdir edilmişlərin xaricində olduğu mənasında deyil; faydasız olduğu mənasındadır. Çünki kədər, təqdir ediləni dəf edə bilməz.
Gerçəkləşməsi gözlənilən bir şeyə kədərlənmənin səbəbi, məhz cəhalətdir. Çünki:
~ Əgər gözlənilən bu şeyin gerçəkləşməsi təqdir edilmişdirsə, kədər və həzər ilə bunu əngəlləmə imkanı yoxdur. Bu halda, kədər, ağrının meydana gəlməsi qorxusu ilə, başqa bir növ ağrını dəvət etməkdir.
~ Yox əgər meydana gəlməsi təqdir edilməmişdirsə, bu halda da, kədərin bir mənası, yoxdur.
(Elə isə), hər 2 halda da, kədər, boşunadır.
• (İkinciyə, yəni) əməllə bağlı sualın cavabına gəlincə, (cavabı), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu hədisidir:
"Əməl edin! Hər kəs, nə üçün yaradılmışdırsa, (səbəbləri), onun üçün asanlaşdırılar." (Muslim, "Qədər", 1)
Bu hədisin mənası:
~ Özü üçün əbədi səadət təqdir edilmiş olan kimsə üçün, bunun səbəbləri də təqdir edilib asanlaşdırılar (deməkdir) ki, bu səbəblər də, itaətdir.
~ Özü üçün əbədi bədbəxtlik təqdir edilmiş kimsə üçün, (Allah qorusun), bunun səbəbləri də, təqdir edilmiş (demək)'dir ki, bu da, itaət səbəblərini yerinə yetirməmək, tənbəllik etməkdir. Bəzən, bu bədbəxtliyə yol açan bu tənbəlliyin səbəbi, qəlbində,
"Əgər mən səid/xoşbəxt isəm, əmələ ehtiyacım yoxdur; şaqi (bədbəxt) isəm, əməl, mənə fayda verməz." tərzində bir düşüncənin yer etməsidir. Və bu, cəhalətdir. Çünki,
~ Əgər səid/xoşbəxt olacaqsa, belə olmasının, elm və əməl şəklindəki səadət səbəblərinə bağlı olduğunu;
~ Əgər elm və əməl özünə müyəssər olmasa, bunun da, öz bədbəxtliyinin əlaməti olduğunu
bilməməkdədir.
Dində imamlıq dərəcəsinə çatacaq şəkildə bir fəqih olmağı arzulayan birinə, "Çalış, öyrən və davamlı et!" deyildiyində, o kimsənin:
"Əgər Allah (azzə və cəllə), mənim üçün əzəldə imamlığı təqdir etmişdirsə, səy göstərməyə ehtiyacım yoxdur. Yox əgər mənim üçün cəhaləti təqdir etmişdirsə, səy göstərmək, mənə fayda təmin etməz." deyəcək olsa, ona, belə cavab verilər:
Əgər belə bir düşüncə, sənə təsəllüt etdirildisə, bu, sənin haqqında, cəhalət təqdir edildiyinə dəlalət edir. Çünki, əzəldə, biri üçün dində imamlıq mərtəbəsini təqdir etmişdirsə, bunun səbəblərini də təqdir etmişdir. Beləliklə, səbəbləri onda cari qılar və onu, (dini üçün) istifadə edər (çalışdırar). Özündən, tənbəlliyə aparan düşüncələri dəf edər. Çalışmayan şəxs, imamlıq dərəcəsinə, əsla çata bilməz. Çalışan və özü üçün bu mərtəbə asanlaşdırılan kimsə isə, ömrünün sonuna qədər, səyi əldən verməz və yolunu kəsəcək bir əngəl ilə qarşılaşmazsa, məqsədinə çatmaq arzusunda sadiq bir kimsə olar.
Bunu da başa düşməlidir ki, Allaha, ancaq, səlim qəlb ilə gedən şəxs xoşbəxt olar. Qəlb salamatı isə, eynilə, nəfs fiqhi və imamlıq sifəti kimi səy ilə iktisab edilən bir sifətdir. Aralarında, heç bir fərq yoxdur.
Qullar, "əl-Hakəm"i müşahidə etmək cəhətindən, dərəcə-dərəcədirlər. (Belə ki):
~ Özü üçün necə bir sonun olduğuna nəzər edənlər;
~ Əvvəlinə baxanlar. Yəni, əzəldə özü üçün təqdir edilmiş olana baxan şəxs. (Bu ikincisi), daha üstündür. Çünki xatimə, əvvələ tabedir.
~ Keçmiş və gələcəyi tərk edib "ibnu'l-vaqt / zamanın oğlu" olanlar. Onlar, ona (yəni, vaxtlarına) baxıb Allah (azzə və cəllə)'dən zühur edən və Onun təqdir etmiş olduğu şeylərdən razıdırlar. Və bu (mərtəbə) isə, əvvəlki (mərtəbələr)'dən üstündür.
~ Bəziləri də vardır ki, halı, keçmişi və gələcəyi tərk etmiş; qəlbi, "əl-Hakəm" ilə dopdoludur. Onun şuhudunda, daimdir. Bu isə, ən üst dərəcədir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
34-)
Mu'min isminin şərhi
7. əl-Mu'min isminin şərhi:
Səbəblərini lütf etməsi və qorxu yollarını bağlaması cəhətindən, əmn və amanın Özünə nisbət edildiyi (Zat)'dır.
~ Qorxu məhəlli olmadan, əmn və aman;
~ Yoxluq, nöqsanlıq və həlak ehtimalı olmadan olmadan da, qorxu təsəvvür edilə bilməz.
Mütləq Mu'min odur ki, əmn və aman, ancaq Onun vasitəsilə əldə edilə bilir. O da, Allah (subhənəhu və taala)'dır.
(Bu xüsus) gizli deyildir ki,
~ Kor, görmədiyi bir yöndən özünü həlak edəcək bir şeydən qorxar. Görən göz isə, insanı, belə bir təhlükədən qoruyar.
~ Qolu kəsilmiş bir adam, ancaq əllə qoruna biləcək bir afətdən qorxar. Sağlam əl isə, belə bir afətə qarşı, əmin-amanlıqdır.
~ Bütün hisslər və orqanlar da, belədir.
Mu'min isə, bunları yaradan, surət və qüvvət verəndir.
Tək başına olan və düşmənləri tərəfindən axtarılan bir insan düşünək. Bu insan, tənha bir yerə atılmış və əzaları da, zəifliyindən hərəkət edə bilməməkdədir. Hərəkət etsə belə, silahı yoxdur. Silahı olsa da, düşmənlərinə qarşı tək başına müqavimət edə bilmir. Əsgərləri olsa da, bölünüb-dağılmayacaqlarından, əmin deyildir. Və sığınacaq bir qala da tapa bilmir.
(İş belə ikən), bu adama kömək edəcək bir nəfər çıxır; zəifliyini müalicə edib gücləndirir; əsgərləri və silahları ilə onu dəstəkləyir; ətrafına sağlam qala inşa edir; və ona, əmin-amanlıq verir. Bu şəxsi, Mu'min deyə təsmiyyə etmək (adlandırmaq), yerindədir.
(Misalda olduğu kimi):
Qul,
~ fitrəti etibarı ilə zəifdir;
~ xəstəliklərə, aclığa və susuzluğa məruzdur;
~ zahirində də, yandıran, boğan, yaralayan və kəsici afətlərə məruz qalmağa əlverişlidir.
Qulu,
~ bütün qorxulardan əmin qılan;
~ ondan, xəstəliklərini qaldıracaq faydalı dərmanları verən;
~ aclığını aparan yeməkləri; susuzluğunu aparacaq içəcəkləri; bədənini mühafizə edən orqanları; yaxınlaşan afətləri xəbər verən "hisslərdəki casuslar"ı təmin edəndir.
İnsanın ən böyük qorxusu isə, axirətinin həlak olmasıdır. Onu bu həlakdan, kəlime-i tövhiddən başqası, qoruya bilməz. Allah Taala isə, bu qulu, bu kəliməyə tərğib edən (rəğbətləndirən)'dir. (Necə ki, O, belə buyurmuşdur):
"Lə iləhə illəllah, Mənim qalamdır. Mənim qalama girən kimsə, əzabımdan əmin olar."(əbu Nuaym, "Hilyətu'l-Övliya", lll, s. 192)
Aləmdə mövcud olan hər əmin-amanlıq, Allahın yaratdığı və istifadəsini öyrətdiyi səbəblərdən istifadə edilmişdir.
"...Hansı ki, hər şeyə öz xilqətini verən; sonra da ona hidayət/doğru yolu göstərəndir!" (Taha/50)
(Bu halda), haqq, mütləq Mu'min, Odur.
Tənbeh: Qulun, bu isim və sifətdən nəsibi, bütün xalqın, ondan əmin-amanlıq içərisində olmasıdır. Hətta, din və dünya xüsusunda; və nəfsinin həlak olmasından qorxan hər kəsin, özündən bunları dəf etməsini umduğu (şəxs)'dir. Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurur:
"Allaha və axirət gününə iman edən, qonşusunu, fəlakətindən əmin qılsın." (Bənzər ləfzlərlə, Buxari, hədis no: 5185)
Qullar arasında "mu'min" isminə layiq olan, Allah (azzə və cəllə)'nin yoluna hidayət edən və nicat yoluna irşad edib xalqı, Allahın əzabından əmin olmağa səbəb olandır. Bax bu, Peyğəmbərlərin və alimlərin işidir. Bundan dolayı, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Sizlər, pərvanələr kimi atəşə atılırsınız. Mən isə, düşməyəsiniz deyə, paltarınızın ucundan tuturam." (Bənzər ləfzlərlə,Buxari, hədis no: 5185)
Xəyal və tənbeh: Sanki, belə sual verə bilərsən:
"Həqiqətdə, qorxu, Allah Taala'dandır. Ondan başqa qorxu verən yoxdur. Qullarını qorxudan da, qorxu səbəblərini yaradan da, Odur. Bu halda, Ona, əminlik necə nisbət edilə bilər?"
Cavabın, budur: Qorxu da, Ondandır, əmin-amanlıq da. Əminliyin də, qorxunun da səbəbini yaradan, Odur. Onun qorxu verən olması, Mu'min olmasına əngəl deyildir. Eynilə, zillət verən (Muzil) olmasının, izzət verən (Muiz) olmasına mane olmadığı kimi. O, əl-Muiz və əl-Muzil'dir. Alçaldan (əl-Xafid) olması, yüksəldən (ər-Rafi) olmasını əngəlləməz. O, əl-Xafid və ər-Rafi'dir. Eyni şəkildə, O, Mu'min və Muxavvif (qorxu verən)'dir. Lakin, xüsusilə -təvqifi olaraq- Allahın isimləri arasında, Mu'min yer almaqla birlikdə; Muxavvif, yer almamışdır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
35-)
Vəhhab isminin şərhi
17. Vəhhab isminin şərhi:
"Hibə" kəliməsi, "məqsədsiz və qarşılıqsız atiyyə (hədiyyə, ehsan)" deməkdir. Bu (vəsf)'ə sahib hədiyyələr çoxaldığında, sahibinə, "Cavad" və "Vəhhab" deyilir.
Comərdlik və hibə, həqiqi mənası ilə, sadəcə Allah Taala'da təsəvvür edilə bilər. Çünki, hər möhtaca ehtiyacı olanı, qarşılıqsız, acil (yerində, dərhal) və əcil (gələcəkdə, iləridə) məqsədi olmadan verən, ancaq, Odur.
Kim, hibə edər və bu hibəsində, "acil" və "əcil" bir məqsədi varsa,
- məsələn:
~ tərif, ya da mədh edilmək; və ya
~ sevgi qazanmaq; və ya
~ məzəmmətdən xilas olmaq; ya da
~ şərəf və xatırlanmaq kimi-
onun bu muamələsi, qarşılıqlıdır və bu şəxs, nə Vəhhab'dır, nə də Cavvad...
Qarşılıqla əldə edilən hər şeyin, müşəxxəs bir şey olması, lazım gəlməz (yəni, qarşılıq, daim, əldən alınan müşəxxəs bir nəsnə deyildir). Əksinə, əldə olmayan və hibə edənin, hibə etməklə əldə etməyi güddüyü hər şey, qarşılıqlıdır.
Hər kim, hibə edər; comərdlik göstərər; bununla da, şərəf qazanmağı, ya səna edilməyi, yaxud zəmm edilməməyi murad edərsə, bu (əməl), qarşılıqlı (bir işdir). Həqiqi cavad, o kimsədir ki, özünə (yəni, fayda verənə) qayıdan bir mənfəəti olmaz; faydalar isə, özündən istifadə edənə bol-bol gələr. Əgər o şeyi etməzsə, bundan dolayı təqbih ediləcək (pislənəcək) bir şəxs, bunu etməklə (pislənməkdən) xilas olarsa, bu, bir qarşılıq və məqsəddir.
Tənbeh:
Qul haqqında, cud (comərdlik) və hibə, təsəvvür edilə bilməz. Çünki, bir felin edilməsi, edilməməsindən əvla olmadığı müddətcə, qul, o feli işləməyə yönəlməz. Ona yönəlməsi isə, nəfsinə aid bir məqsədlə olmuş olur. Ancaq bir kimsə, bütün malik olduqlarını, hətta ruhunu belə, cənnət nemətlərinə çatmaq və ya cəhənnəm əzabından qorunmaq üçün, ya da bəşəri həzlərdən sayılan acil və əcil həzlər olmadan, sadəcə Allah (azzə və cəllə) üçün olarsa, o vaxt o, Vəhhab və Cavvad isimlərilə isimləndirilməyə layiq olar. Bunun altında isə, cənnət nemətlərinə çatmaq üçün comərdlik edən gəlir. Qarşılığında, əldən alınan müşəxxəs bir nəsnə olmadan hibə edən kimsə, yalnız və yalnız, ayan (xarici, fiziki varlığı olan nəsnələr) xaricində qarşılıq olmadığını zənn edənlər nəzdində, cavad diyə isimləndirilər. (Yəni, insanlar, qarşılığın, sadəcə maddə olduğunu zənn edirlər. Halbuki, maddi olmayan, mənəvi olan qarşılıqlar da vardır. Yəni, bu adam, hər nə qədər zahirən qarşılıqsız bir yaxşılıq etmiş və insanlar nəzərində cavad deyə adlandırılmış olsa belə, əslində belə deyildir.)
Əgər deyilsə ki:
"Malik olduğu hər şeyi, acil və ya əcil bir həzz gözləntisi olmadan, xalis olaraq Allah Taala üçün verirsə, necə ola bilir ki, bu adam cavad sayılmır?"
Buna, belə cavab verərəm:
Onun məqsədi, Allah Taala'dır, Onun liqası (Ona qovuşmaq)'dır, Onun razılığıdır və Ona çatmaqdır. Bu isə, insanın, ixtiyari fellərilə qazana biləcəyi bir səadətdir. Müqabilində, bütün digər məqsədlərin kiçik sayılacağı bir məqsəddir.
Əgər soruşsan ki:
"Elə isə, 'Allahı bilən, Allaha, Allah üçün qulluq edər. Bunun fövqündə bir məqsədi olmaz.' sözünün mənası nədir? Qulun felinin, mütləq bir məqsədi olacaqdır. Bu halda, Allaha sırf Allah üçün qulluq edənlə, başqa bir məqsəd üçün qulluq edən arasında, nə fərq qalır?"
Bil ki, məqsəd, əksəriyyət nəzdində, məşhur olan qarşılıq və məqsədlərdən ibarətdir. Kim bunlardan qurtular və Allah Taala'dan başqa məqsədi qalmazsa, "Məqsədlərdən təbərri etdi." deyilir, ki, bu, "İnsanların məqsəd olaraq saydığı məqsədlərdən təbərri etdi." deməkdir. Bu, eynilə, insanların bu sözləri kimidir:
Nökər, ağasına, ağası üçün deyil; ondan özünə çatacaq nemət və ikram kimi şeylər üçün xidmət edər. Ağa da, nökərinə, nökəri üçün deyil; ondan özünə gələcək xidməti üçün baxar (yəni, qoruyar, himayə edər). Ata isə, oğluna, əldə edəcəyi bir məqsəd üçün deyil; sırf oğlu olduğu üçün qoruyar. Elə ki, əslində, oğlundan gələcək heç bir məqsəd olmasaydı belə, onu qorumağa davam edərdi. Bir şeyi, o şey üçün deyil; başqa bir şey üçün tələb edən kimsə, sanki, əslində, o şeyi tələb etmir kimidir. Çünki, tələbinin məqsədi, o şey deyil; başqasıdır. (Məsələn), qızılı tələb etmək, belədir: Çünki qızıl, özü üçün deyil; özü vasitəsilə geyim və yemək təmin etmək üçün tələb edilir. Geyim və yemək də, özləri üçün deyil; özləri vasitəsilə ləzzəti cəlb və kədəri dəf etmək məqsədilə istənilir. Ləzzət isə, özü üçün istənilir; fövqündəki başqa bir məqsəd üçün deyil. Kədəri dəf etmək də, belədir. Bu halda:
~ qızıl, yemək üçün vasitə --->
~ yemək, ləzzət üçün vasitə --->
~ ləzzət isə, başqa bir şeyin vasitəsi olmayıb, özündə bir məqsəddir.
Oğul da, bunun kimi, ata cəhətindən vasitə olmayıb, atanın mətlubu, oğlunun, özü üçün salamatçılığıdır. Çünki, ata nəzərində, onun məqsədi, oğlunun özüdür.
Eynilə bunun kimi, kim, Allah (azzə və cəllə)'yə, cənnət üçün qulluq edərsə, o vaxt, Allah (subhənəhu və taala)'nı, tələbi üçün vasitə etmiş olar. Onu (yəni, Allahı), mətləbi (arzusu)'nun məqsədi etməmiş olar.
Vasitənin əlaməti isə, budur: Əgər fayda, vasitəsiz hasil olarsa, o vaxt, vasitə tələb edilməz. Əgər məqsəd, qızılsız hasil olsa, qızıl, nə məhbub (səvilən), nə də mətlub (tələb edilən, istənilən) olardı. Burda həqiqi məhbub, qızılsız əldə edilən mətlub qayələrdir. Eyni şəkildə, əgər (Allaha), cənnət üçün ibadət edən şəxs, Allah (azzə və cəllə)'yə ibadət etmədən cənnəti əldə edə bilsəydi, Allaha ibadət etməzdi. O halda, (belə adamın) məhbubu və mətlubu, cənnətdir; başqa şey deyildir. Ancaq, Allah (azzə və cəllə)'nin xaricində məhbub və mətlubu olmayan; əksinə, məqsədi, Allah Taala'nın liqası ilə çox sevinmək; Ona yaxınlıq qazanmaq; və Onun hüzurunda mələu'l-ə'lə'dəki muqarrəblərinə rəfiq olmaq olan kimsə üçün, "O, Allah Taala'ya, Allah üçün qulluq edir." deyilə bilər. Bu söz, hər hansı bir məqsədi tələb etmədiyi mənasında deyil; məqsədinin, ancaq Allah (azzə və cəllə) olduğu və Ondan başqa heç bir nəsibə talib olmadığı mənasındadır.
Kim, Allah (azzə və cəllə)'nin:
~ liqasının;
~ mərifətinin (yəni, Allahı bilməyin);
~ Ona yaxınlaşmağın
gözəl ləzzətinə inanmazsa, Ona iştiyaq (şiddətli istək) duymaz. Ona şiddətli istək duymayanın nəsibi isə, Allah olmaz. Və bunun, onun məqsədi olması da, təsəvvür edilə bilməz. Bundan dolayı, Allah Taala'ya ibadət edərkən, pis bir işçi kimi olar ki, tamah etdiyi ücrət olmasa, çalışmaz.
Xalqın əksəriyyəti, bu ləzzəti dadmamış və bilməmişlərdir. Allah (azzə və cəllə)'nin vəchinə nəzər ləzzətini, başa düşməmişlərdir. Bu xüsusa dair imanları, dildə söyləməyin fövqünə çıxmaz. Batinləri isə, hurilərlə qovuşmaq ləzzətinə meyl edər və sadəcə, bunu təsdiq edərlər.
Allah Taala'ya qovuşmağı və Ona yaxın olmağı, (nəfsin lehinə) bir məqsəd (həzz) olaraq isimləndirən kimsələrdənsənsə, bil ki, (nəfsin lehinə olan) bir məqsəd (həzz)'dən bəri olmaq, imkansızdır. Məqsəd (həzz), əksəriyyətin bildiyi və qəlblərin meyl etdiyi şeylərdən ibarətdirsə, bu (yəni, Allaha qovuşmaq ləzzəti), bu qismə girməz. Yox əgər qul haqqında, varlığı, yoxluğuna tərcih edilən şey deyə başa düşəcək olsaq, bu, məqsəd (həzz)'dir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
36-)
Allah isminin şərhi
1. "Allah" isminə gəlincə, Haqq Mövcud, ilahlıq sifətlərini Özündə toplayan; Rububiyyət sifətlərilə vəsflənən; həqiqi varlıq ilə tək olan Varlığ'ın adıdır. Ondan qeyri heç bir varlıq, bizatihi (zatı ilə) varlığa sahib olmağa layiq deyildirlər. Varlığı, yalnız Ondan alırlar və öz zatları cəhətindən, həlak olucudurlar. Digər tərəfdən də, onlar, ancaq Allahın var etməsilə mövcuddurlar. Onun vəch (üz)'ündən başqa hər şey, yoxluğa məhkumdur.
Ən uyğun olan, Allah isminin, aləm/xüsusi isimlərin dəlalət etdiyi tərzdə, bu mənaya dəlalət etməsidir. "Allah" isminin hansı kökdən necə meydana gəldiyi haqqında bütün zikr edilənlər isə, təsadüfilik və təkəllüfdən ibarətdir.
Fayda: Bil ki, bu isim, Allah (azzə və cəllə)'nin 99 ismi arasında, ən böyüyüdür. Çünki, bir istisna olmadan, bütün uluhiyyət sifətlərini özündə toplayan Zat'a dəlalət etməkdədir. Digər isimlər isə, elm, qüdrət, fel və başqaları kimi, tək mənalara dəlalət edirlər. İsimlərin ən xası olmasından dolayı, başqasına, nə həqiqətən, nə məcazən verilə bilməz. Digər isimlər isə, başqa varlıqlara, isim/ad olaraq verilə bilər. "Qadir", "Alim", "Rahim" və digərləri kimi. Bu 2 yöndən dolayı, bu isimlərin ən böyüyü olması, uyğundur.
İncəlik: Allah (azzə və cəllə) və qullara itlaq edilmələri, başqa-başqa və bir-birinə müxalif olan yönlərdən olsa belə, "Rahim", "Alim", "Həlim", "Sabur", "Şəkur" və digər isimlərin mənaları ilə qulların vəsflənmələri və onlara isim olaraq verilmələri, təsəvvür edilə bilər. Lakin "Allah" isminin mənası, heç kimin, nə məcaz, nə həqiqi mənada, şərik olmasının təsəvvür edilə bilməyəcəyi dərəcədə, xüsusidir. Bu xüsusilik səbəbilə, digər isimlər, Allah (azzə və cəllə)'nin ismi deyə vəsfləndirilərək, bu ismə izafə edilir, buna izafətlə tərif edilir və məsələn: "Sabur, Şəkur, Məlik, Cabbar, Allah (azzə və cəllə)'nin isimlərindəndir." deyilir. Ancaq, "Allah, Şəkur və Saburun isimləri arasındadır." deyilmir. Çünki bu isim, Öz Zatı cəhətindən, ilahi mənaların künhünə ən dəlalətlisi, ən xasıdır. Bu səbəblə də, ən qüvvətlisi, ən məşhuru və ən zahir olanıdır.
Bu səbəbdən, başqasının tərifindən müstağni (zəngin)'dir. Digərləri, Ona izafətlə tərif edilirlər.
Tənbih: Qulun, bu isimdən həzzi (yəni, nəsibi), "təəlluh"dur. Bundan qəsd etdiyim isə,
~ qəlb və himmətinin, Allah (azzə və cəllə)'də müstəğraq olması; Ondan başqasını görüb, başqasına yönəlməməsi;
~ Ondan qeyrisinə, ümid və qorxu bəsləməməsidir. Necə belə olmasın?
Ki, bu ismin mənasından, Onun, həqiqi və haqq Mövcud olduğu, Ondan qeyri nə varsa, fane, həlak olucu və batil olduğu, fəhm edilmişdi.
İlk əvvəl, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in gördüyü kimi, Öz nəfsinin həlak və batil olduğunu görər. Belə ki, O, belə buyurmuşdur:
"Ərəblərin söylədiyi beytlər arasında ən doğrusu, Ləbid'in bu beytidir:
'Allahın xaricindəki hər şey, batil; hər nemət də, zail olmağa məhkumdur." (Buxari, hədis no: 3841, 6147, 6489)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
Bunlar da, icad (felinə) racidir. Lakin mövcud olan şey:
~ həyatdırsa, buna "ihya/həyat vermə";
~ ölümdürsə, buna da "imatə/öldürmə"
deyilir.
Allah (subhənəhu və taala)'dan başqa, ölümün də, həyatın da başqa yaradıcısı yoxdur. Allah (azzə və cəllə)'nin xaricində, nə Muhyi (həyat verən), nə də Mumit (öldürən) yoxdur. Daha əvvəl, "Bais" ismində, həyatın mənasına işarət edilmişdi. Bundan dolayı, təkrar edilməyəcəkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
----------------------------
----------------------------
Əlavələr:
• "Ölümü yaradan."
• "Canlılara ölümü daddıran."
• "O, dirildər və öldürər. Və Ona çeviriləcəksiniz." (Yunus surəsi, 56)
Ruhun bədən həbsinə soxulması kimi, bu həbsdən azad edilməsi də ayrı və müstəqil bir hərəkətdir. Onsuz da, ölüm ‘bu dünyadan qəbir aləminə doğuş' deməkdir. Bu doğuş, təsadüfi və təsadüfən olmuş bir hadisə deyil.
Ruh bu ilahi hərəkət ilə bir ölkədən bir başqa diyara köç etdirilmişdir. Əgər bu köç təsadüfə verilsə, insanın dünyada inkişaf etdiyinin də öz-özünə olması lazımdır.
Nur Müəllifi Said Nursi, "(Allah, o şəxsdir ki,) həyatı və ölümü yaratdı" (Mülk surəsi, 2) ayəsini təfsir edərkən, belə buyurar:
"Ölüm, vəzifəsi həyatdan bir tərxisdir, bir fasilədir, bir məkandır, bir təhvili bədəndir, bir məbəddir. Necəki həyatın dünyaya gəlməsi bir xəlq və təqdir ilədir; elə də, dünyadan getməsi də bir xəlq və təqdir ilə, bir hikmət və tədbir ilədir." ( Məktubat)
Qulun bu isimdən alacağı ən böyük dərs, ölməyən varlığın yalnız Allah olduğunu bilməsi, ölümü unutmaması və bütün işlərini ölüm sonrası əbədi həyata görə tənzimləməsidir.
38-)
Məlik isminin şərhi
4. əl-Məlik:Zatında və sifətlərində, hər mövcuddan müstağni (zəngin, yəni, heç birinə ehtiyacı olmayan), hər mövcudun isə, Özünə möhtac olduğu (varlıq)'dır.
Heç bir varlıq, heç bir şey (xüsusunda), nə zatında, nə sifətlərində, nə vücudu (varlığı), nə də (varlığını) davam etdirməkdə, Ondan müstağni olmadığı kimi; hər şeyin varlığı, Ondandır; yaxud, Ondan olandandır. Ondan başqa hər şey, zatı və sifətləri xüsusunda, Onun məmluk'udur. O isə, hər şeydən müstağnidir. Mütləq Məlik, Odur.
Tənbih:
Qulun mütləq məlik olması, təsəvvür edilə bilməz. Çünki o, hər şeydən müstağni deyildir. Şübhəsiz, qul, başqalarından müstağni olsa da, əbədiyyən Allah Taala'ya möhtacdır.
Bununla bərabər, hər şeyin, qula möhtac olması da təsəvvür edilə bilməz. Hətta, varlıqların əksəriyyəti, ondan müstağnidir. Ancaq, qulun, bəzi şeylərdən müstağni olub; bəzi şeylərin də ondan müstağni olmadığı təsəvvür edilə bildiyindən dolayı, onun, məliklikdən bir hissəsi vardır.
Qullar arasında məlik, odur ki, ona, ancaq Allah Taala malik olub; özü, Allah (azzə və cəllə) xaricində hər şeydən müstağni hala gəlmişdir. Bununla bərabər, o, "əsgərlər"inin və "rəiyyət"inin, içərisində özünə itaət etdikləri bir diyara sahibdir. Onun xüsusi diyarı, qəlbi və bədənidir. Əsgərləri: arzusu (şəhvəti), qəzəbi və həvasıdır. Rəiyyəti: dili, gözləri, əlləri və digər əzalarıdır. Əgər o, bunlara malik olar və onlar, buna malik olmaz; bunlar, ona itaət edər və o, bunlara itaət etməzsə, bu adam, öz aləmində, məliklik dərəcəsinə nail olmuş deməkdir. Əgər bu dərəcəyə, bütün insanlardan müstağni olmağı da əlavə edər və bütün insanlar, özünə, acil (təcili, yəni dünya) və əcil (ertələnmiş, yəni axirət) həyatında möhtac hala gələrsə, bu şəxs, yer aləmində məlikdir. (Bax) bu, peyğəmbərlərin (Allahın salat və salamı, onların üzərlərinə olsun) mərtəbəsidir. Şübhəsiz, Onlar, axirət həyatına hidayət etmək xüsusunda, Allah (azzə və cəllə) xaric, hər kəsdən müstağni olub hər insan, Onlara möhtacdır. Məliklik xüsusunda, Onları, peyğəmbərlərin varisləri olan alimlər izləyir. Onların məlikliyi, insanları irşad etmədəki qüdrətləri və irşad tələb etmə xüsusundakı istiğnaları nisbətindədir.
Bu sifətlərlə, qul, mələklərin sifətlərinə və Allah Taala'ya yaxınlaşar. Belə bir mülk, mülkündə bir şəriki olmayan Haqq Məlik tərəfindən qula verilmiş bir ehsandır.
- Əmirlərdən biri, özünə: "Nə ehtiyacın varsa, mənə de!" dediyi vaxt, bəzi ariflərin söylədikləri, doğrudur:
"Mənim, sənin seyyidin (ağaların) olan 2 nökərim var ikən, bunu mənə, sənmi söyləyirsən?!"
- (Əmir): "Kimdir onlar?" (deyə soruşduğunda),
- Arif (kimsə): "Hərislik və həvadır. Mən, onlara qələbə çaldım, onlar sənə. Mən, onlara malik oldum, onlar sənə." (deyə cavab vermişdir).
Bəziləri, bəzi şeyxlərə: "Mənə tövsiyyə ver!" (deyə müraciət edir).
- Şeyx isə, belə cavab verir: "Dünyada, məlik ol; axirətdə də məlik olarsan."
Bu sözün mənası, budur: "Dünyaya qarşı olan ehtiyac və arzularını kəs. Şübhəsiz, mülkiyyət (mülk sahibi olmaq), azadlıq və istiğnadadır."
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" risaləsi)
İradəsini, icbar yolu ilə bütün varlıqlar üzərində tənfiz edən (nüfuz etdirən); və heç kimin, Özü üzərində, iradəsini tənfiz edə bilmədiyi; əli (qüdrəti) xaricinə, kimsənin çıxa bilmədiyi; Özünün qoruduğu kimsələrə, əllərin çata bilmədiyi (Zat)'dır.
Mütləq Cabbar, Allah (subhənəhu və taala)'dır. O, hər şeyi məcbur edə bildiyi halda; heç bir varlıq, Onu məcbur edə bilməz. Onun haqqqında, 2 tərəfdə də, ikilik yoxdur (yəni, başqasına məcburi olaraq bir şeyi etdirən, Allah olduğu kimi; kimsənin, Özünə bir şeyi məcburi olaraq etdirə bilmədiyi Zat da, yenə Odur.)
Tənbeh: Qullar arasında cabbar olan kimsə,
~ başqasına tabe olma rütbəsindən çıxıb tabe olunan bir rütbəyə yüksələn;
~ mərtəbəsinin yüksəkliyi xüsusunda, təfərrüd edən (tək olan)'dır.
Elə ki, heyət və surətilə, xalqı, əxlaq və yaşayışı xüsusunda, özünə tabe olmağa məcbur buraxandır. Xalqa fayda verər, lakin onlardan istifadə etməz; Təsir edər, ancaq təsirlənməz; Özünə tabe olunar; lakin özü tabe olmaz. Onu görən hər kəs, nəfsini mülahizə etməkdən fane olar (yəni, onu tamaşaya dalıb özlərini unudarlar) və ona şövqü artar. Kimsə də, onu, özünə tabe etdirməyə və iqna etməyə (inandırmağa) tamah etməz.
Bu vəsflə nəsiblənən, seyyidu'l-bəşər Muhamməd (sallallahu aleyhi və səlləm)'dir. O, belə buyurur:
~ "Əgər Musa b. İmran həyatda olsaydı, Mənə tabe olmaqdan başqa bir yolu olmazdı." (Beyhaqi, "Şuabu'l-İman", 176)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna"
40-)
Mucib isminin şərhi
45. Mucib isminin şərhi:
~ İstəyənlərin istəklərinə yardım ilə qarşılıq verən;
~ Dua edənlərin duasına icabət edən (cavab verən);
~ Çətində qalanların çətinliklərinə kifayət edən
(Zat)'dır.
Hətta, nida (yəni, dua)'dan əvvəl nemət verən; duadan əvvəl ehsan edəndir. Bu (sifət), Allah (azzə və cəllə)'dən başqası üçün deyildir. Çünki O, möhtacların ehtiyaclarını, onlar istəmədən əvvəl, hətta əzəldən bilməkdədir. Yemək və qidaları yaradaraq, ehtiyacların kifayət etmə səbəblərini tədbir edəndir. Mühim olan xüsuslara çatdıran səbəb və alətləri asanlaşdırandır.
Tənbeh: Qulun, ilk əvvəl, Rabb Taala'sının əmr və nəhy etdiyi, vəzifələndirdiyi və dəvət etdiyi (yəni, çağırdığı) xüsuslara qarşı, mucib (yəni, icabət edən, cavab verən) olması lazımdır. Sonra da ---> Allah (azzə və cəllə)'nin, özünü nemətləndirdiyi və bunlarda digərlərinə müqtədir qıldığı nemətlərlə, özündən istəyən hər kəsə gücü nisbətincə kömək etməli; əgər gücü çatmazsa da, gözəl cavab verməlidir. Allah (azzə və cəllə), belə buyurmaqdadır:
وَأَمَّا ٱلسَّآئِلَ فَلَا تَنْهَرْ
"Səndən kömək diləyəni, qovma!" (Duha/10)
Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, belə buyurmaqdadır:
"Məni qoyun ayağı yeməyə dəvət etsələr, gedərəm; Mənə qoyun ayağı hədiyyə etsələr, qəbul edərəm." (Buxari, hədis no: 2568)
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dəvətlərə qatılması və hədiyyələri qəbul etməsi, Özündə son dərəcədə olan ikram və icabdandır.
Neçə-neçə həqir və təkəbbürlü adamlar vardır ki, hər hədiyyənin qəbulundan özünü ucaldar (yəni, hər hədiyyəyə tənəzzül etməz); əksinə, öz mövqeyini və kibirini qoruyar; onu dəvət edənin, özündən bir şey istəyənin qəlbinin əziyyət görməsinə də, əhəmiyyət verməz. Belələrinin, bu ismin mənasından nəsibi yoxdur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-----------------------------------
Əlavələr:
"Dua və istəklərə cavab verən."
"Rəbbiniz buyurdu: Mənə dua edin. Sizə cavab verim. "(Mumin, 60)
Dua, ‘istəmək, tələb etmək' deməkdir. Dua deyilincə, ağlımıza, əvvəlcə, əl açıb yalvarmaq gəlir. Bu, duanın yalnız bir şəklidir və ‘qövli (yəni, sözlü) dua' olaraq adlandırılır.
Bütün nüvələr, toxumlar, yumurtalar, spermalar, istedad diliylə dua edərək, bu istedadlarının qüvvədən (yəni, potensialından) hərəkətə çıxmasını tələb edərlər. Dünyada sərgilənən bütün heyvan və bitki növləri, bu dualara cavab verildiyini elan edər və Mucib adından bir təcəlli daşıyarlar.
Fitri ehtiyaclarla edilən dualara iki misal:
Göz, görmə fitrətindədir, yəni yaradılışında görmə vardır və görmək üçün də işığa möhtacdır. Həmçinin mədə, həzm etmə fitrətindədir və ruziyə ehtiyacı vardır. Bu dualara da cavab verilmiş və günəş bir işıq qaynağı edilərkən, dünya də ruzilərlə doldurulmuşdur.
İzdirar diliylə edilən dua isə: çarəsizlik içində qıvrılan, yapışacaq heç bir budağı qalmayan ruhların Allahdan mədət diləmələridir. Bunun bir nümunəsi, Yunus əleyhissalamın balığın qarınında etdiyi duadır və bu dua dərhal qəbul edilmişdir.
Bütün bu dualara, Allah cavab verər. Həqiqi Mucib, ancaq Odur.
Bu isimdən qulun alacağı dərs: hər şey üçün və daim Allaha möhtac olduğunu xatirdən çıxarmayaraq, ehtiyacları üçün ancaq Onun qapısını döymək, Ondan mədət diləməkdir.
Ayrıca, "Verən əl, alan əldən xeyirlidir." hədisini də düşünüb, özündən istəyənlərə verməyə çalışmaqdır.
41-)
Məcid isminin şərhi
49. Məcid isminin şərhi:
~ Zatı, şərəfli;
~ Felləri, cəmil;
~ Ətası isə, çox olan'dır.
Sanki, Zatın şərəfi, felin hüsnü ilə birləşincə, "məcd" olaraq adlandırılır. Eyni zamanda, "Macid" deyə də adlandırılır. Lakin, ikisindən biri, mübaliğəyə dəlalət edir. Məcid ismi, sanki, Vəhhab və Kərim isimlərinin mənalarını cəm edir. Bunun haqqında, danışılmışdı.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
---------------------------
Əlavələr:
Dilçi alimlər, "məcd" kökünün əsas mənasının, "bolluq" və "genişlik" olduğunu söyləmişlərdir. Buna görə, başqalarında adi dərəcədə olan bütün gözəl sifətlərin hamısının bir varlıqda ən yüksək dərəcədə mövcud olması halına, "məcd" deyilir. Rəbbimizin gözəl isimlərindən ikisinin (Məcid və Macid'in) bu kökdən gəlməsi, Onun, "kamilliyin ziddi olan hər cür vəsfdən münəzzəh, lütf və ehsanı bol" olduğu mənasına gəlir. O, ən üstün sifətlərin ən sonundadır.
Alimlər, əksəriyyətlə, Məcid ismini, Allah Taala'nın Zatına və sifətlərinə dair olmaq üzərə, 2 cəhətdən açıqlamışlardır. Belə ki:
~ Zatına dair olan izah, acizlik və əskiklikdən; yəni, məxluqların xüsusiyyətlərindən bəri və münəzzəh tutmağı;
~ Fellərinə dair izah da, lütf və ehsanının çox olduğunu bildirməyi
məqsəd etmişdir.
Quran'da "Məcid" ismi:
Bu ismin ən böyük təcəllisi, şəxsən Quranın özüdür. Məcid vəsfi, Qaf surəsinin ilk ayətində, Quranın sifəti olaraq zikr edilmişdir. Yəni, Quran, Məcid olan Allahın, məcid olan kəlamıdır. Bu səbəblə, O, başqa sözlərlə qiyaslana bilməz. Çünki, böyüyün sözü də, böyükdür. Müfəssirlərdən biri, bu ayəti təfsir edərkən, "məcd" məfhumunun muhtəvasına toxunduqdan sonra, belə deyir:
"Bu halda, məcid olan Quran, şərəfi, bütün kitablardan böyük olan; və yaxud da, mənasını bilib əməl edəni şərəfləndirən şanlı Quran demək olur."
Məcid ismindəki lütf və kərəmin bolluğu, bu sifətə haiz olan Qurana sarılan hər kəsin, doğrunu tapması və azmaması xüsusunda, başqa bir şeyə ehtiyac duymayacaq ölçüdə, böyük bir nemətə qovuşduğunu da ifadə etməkdədir. Rəbbimiz, fərqli səbəblərlə Quranı inkar edənlərə, onun, uca bir məqamdan gəldiyini; və qorunmuşluğunu ifadə edərkən də, eyni sifəti istifadə etməkdədir.
"Bəli, bu, məcid olan Qurandır. (O), Lövh-i Məhfuz'dadır." (Buruc/21-22)
Quran'da, 2 yerdə Allaha isnad edilən bu ismin 2 Məkki surədə (Hud/73; Buruc/15) müşriklərin despotluqlarına məruz qalan o günki möminləri, şan və şərəfi, etibar və hörməti, sadəcə Allah qatında axtarmağa sövq etmişdir. Necə ki, bu ayətin doğruluğunu, tarix, hamımıza, açıq bir şəkildə göstərmiş və o günün sosial mühitində ən aşağı mərtəbələrdə yer alan və kimsənin adını belə bilmədiyi nökər səhabələri, yüz illərdir möminlər, böyük bir hörmət ilə anmaqdadırlar. Quran, bu isim vasitəsilə, bizə, sanki, hörmət və şərəfə layiq olanların kimlər olduğunu xatırlatmışdır. Bu meyanda, Quranda, İbrahim ailəsi salamlanarkən; Həmid ismilə bərabər Məcid isminin də gəlməsi (Hud/73) və əsrlərdir 5 vaxt namazda salavatların oxunaraq Rəbbimizin bu isimlərilə İbrahim və Muhamməd ailələrinin salamlanması, kimə, hansı səbəblərlə etibar ediləcəyini, çox gözəl ortaya qoymaqdadır.
Məcid isminin təcəllisi:
Məcid ismindəki ucalıq, insan əxlaqına, vüqarlı olmaq, şərəf və heysiyyət olaraq təcəlli edər. Quşeyri'yə görə, bu ismin təcəlli etdiyi şəxs, imanının şərəfi üzərə yaşayar; və o şərəfə mane olacaq hər cür alçaq işdən, əxlaqi sükutdan və davranışlardakı xarablıqdan qorunar. Ona (yəni, Quşeyri'yə) görə, bu hal, Allahın insanlara lütf etdiyi; lakin bir çox kimsənin fərqinə vara bilmədiyi nemətlərdən biridir. Bu halın əkinsə, insanın qəlbində, sevgi və bağlılıq hislərinin və maraq nöqtələrinin dağınıqlığı isə, Məcid isminin təcəlliləri xüsusunda, qulun yaşayacağı ən böyük imtahandır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
42-)
Mətin isminin şərhi
54 və 55. Qavi və Mətin isimlərinin şərhi:
Qüvvət kəliməsi, tam qüdrətə; mətanət isə, qüvvətin şiddətinə dəlalət edir.
Allah (subhənəhu və taala):
~ qüdrətinin əskiksiz olması cəhətindən: "Qavi";
~ qüdrətinin şiddətli olması cəhətindən isə: "Mətin"dir.
Bunlar, qüdrətin mənalarına racidir (qayıtmaqdadır) və iləridə gələcəkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
------------------------------
------------------------------
Əlavələr:
"Qüvvəti çox şiddətli olan."
"Heç şübhəsiz, Allah ruzi verəndir; O, qüvvət sahibi, Mətindir." (Zariyat surəsi, 58)
• Mətin: mətanət sahibi deməkdir. Yəni, Allahın qüdrəti üçün, yorulma, zəifləmə kimi nöqsanlıqlar düşünülə bilməz. Onun qüvvəti çox şiddətlidir.
• Qaviyy isə: hər şeyə təsirli olan deməkdir.
Mətin, heç bir şeydən mütəəssir olmayan mənasını verər. Yəni, Qaviyy adının təcəllisi qarşısında bütün məxluqat zəif, alçaq və aciz qaldıqları kimi, Mətin adı qarşısında da məxluqun azı çox, böyüyü kiçiyi fərq etməz, heç biri o Mətin qüdrəti yora bilməz, aciz buraxa bilməzlər.
Mətin isminin sirrinə çatan bir qul, səbir və qüvvət sahibi olar. Kimsə onu haqqdan ayırıb batilə apara bilməz.
43-)
Mubdi isminin şərhi
59. və 60. Mubdi və Muid isimlərinin şərhi:
Bu isimlər, mucid/icad edən mənasındadırlar.
Ancaq icad (feli):
~ əgər daha əvvəl bir misli olmazsa, "ibda";
~ əgər daha əvvəl bir bənzəri varsa, "iadə"
deyə adlandırılır.
Allah (subhənəhu və taala), insanları yaratmaqla başladı; sonra O, onları, "iadə" edib haşr edəcək olan (Zat)'dır. Bütün əşya, Ondan başladı və Ona dönəcəkdir. Onun ilə başladı (zühur etdi) və yenidən Onun ilə iadə ediləcək/geri dönəcəkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-----------------------------
-----------------------------
Əlavələr:
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanı:
Müəllifimiz Ustad Nursi, "Sözlər" adlı əsərinin 16-cı sözündə (2-ci Şüa, s. 190-192), belə deyir:
• Əvvəla: (bu 2 qrup ayə arasında) ziddiyyət yoxdur. Bir qisim, elədir, (məsələn) başlanğıcdakı icad kimi; bir qismi də, belədir (məsələn) mislini iadə etmək (yenidən vermək, təkrarlamaq) kimi.
İzah:
Müəllifimiz Ustad Nursi (rahiməhullah), bu cümləni, digər əsərində (bax: Ləmalar, 23-cü Ləma: "Təbiət risaləsi", 3-cü Sual, s. 201), belə deyir:
"Mevcûdât, iki vecihle îcâd ediliyor. Biri; ibdâ‘ ve ihtirâ‘ ta‘bîr edilen, hiçten îcâddır. Diğeri; inşâ ve terkîb ta‘bîr edilen, mevcûd olan anâsır ve eşyâdan toplamak sûretiyle ona vücûd vermektir."
Yəni:
Mövcudat, 2 cəhətlə icad edilir:
1. İbda və ixtira deyə təbir edilən: "heçdən icad"dır.
2. İnşa və tərkib deyə təbir edilən: "mövcud olan ünsürlər və əşyadan toplamaq surətilə ona vücud/varlıq verməkdir.
Not: Müəllifimiz, bu qisimdə: ilk insanın, ilk bitki və s.'ın ilk olaraq bənzərsiz, nümunəsiz, daha əvvəl nümunəsi görülməmiş bir varlıq olaraq Allahın əzəli elmindən varlıq sahəsinə çıxmasını; və bu ilk insan, bitki və s.'dan tərkib edilərək digər insanların, bitki və s.'ın yaradılmasını misal verdi. Diqqət edilsə, bu qisim yaradılışda, həm anilik, həm də tədricilik, asanlıqla nəzərə çarpmaqdadır.
Bu qisim yaradılış haqqında təfəkkür edərkən, ağla belə gəlir ki, "Görəsən, müşahidə edə bilmədiyimiz ibda surətində yaradılış, bitmişdirmi? Bitmişdirsə, müşahidə edə bilmiriksə, bu yaradılışı, necə təfəkkür edə bilərik? Yəni, ağlımızla, nəzərimizlə, ilk insan, bitki və s. haqqında təfəkkür edə bilirik. Bəs müşahidəmizlə, necə, təfəkkür edə bilərikmi?"
Bunda sonra isə, müəllifimiz, həm ani, həm də tədrici yaradılışı müşahidə edə biləcəyimiz qismə toxunacaqdır. Yəni, dünyada da, bunun misalı, nümunəsi vardırmı? Ustad Nursi, belə davam edir:
--------------------------
--------------------------
Saniyen: Mevcudatta meşhud olan suhulet ve sür'at ve kesret ve vüs'at içinde nihayet intizam, gayet ittikan ve hüsn-ü san'at ve kemâl-i hilkat, şu iki kısım âyetlerin vücud-u hakikatlerine kat'iyen şehadet eder.
Yəni:
• İkincisi: Mövcudat (varlıqlar)'da müşahidə edilən asanlıq, sürət, kəsrət (çoxluq) və genişlik içində sonsuz intizam, ittiqan (möhkəmlik, mükəmməllik), sənət gözəlliyi və yaradılışdakı mükəmməllik, bu 2 qisim ayələrin həqiqətlərinin varlıqlarına, qətiyyən şəhadət edər.
Şərhi:
1. Asanlıq içində intizam:
"İntizam" kəliməsinə, lüğət kitablarında, belə izahlar verilir:
• işlərin yerli-yerində olması;
• ahəng içində olmaq;
• bir-biri içində yerləşdirilmək.
Yer üzündə yaradılan məxluqata baxdığımızda, yaratma fəaliyyətində, sonsuz bir asanlıq görürük. Bir neçə həftə zərfində, ağaclardan, çiçəklərdən və digər heyvan və bitkilərdən, hədsiz fərdlər icad edilir. Məsələn:
~ hər birinə, fərqli bir surət verilir;
~ üzərlərinə, fərqli libaslar tikilir;
~ fərqli əza və cihazlarla təchiz edilirlər.
Bütün bu intizamlı icadlar, sonsuz asanlıqla edilməkdədir.
İndi, ən usta dərziləri toplasaq, tikanlı bir ağaca libas tikmələrini və daha sonra bu ağacın budaqlarını çiçəklərlə, yarpaqlar və meyvələrlə bəzəmələrini istəsək, görəsən neçə dərzi, neçə gündə bir ağaca libas tikib çiçək, yarpaq və meyvələrlə bəzəyə bilər?
Bir də belə bir libas tikmələrini istəsək: Ağac böyüdükcə, libası da böyüyəcək; kiçilincə də, kiçiləcək. Belə bir libas tikmələri, mümkünmüdür?
Halbuki, yer üzündəki ağaclara baxdığımızda, mükəmməl intizam içində, hamısına, asanlıqla libaslar tikilir; bu ağaclar böyüdükcə, libasları da böyüyür, kiçilincə kiçilir.
Dəyərli oxuyucu! Müəllifimiz Ustad Nursi'nin qəsdi, budur:
Əslində, belə mükəmməl asanlıq içində belə bir intizam, qeyr-i mümkündür. İş nə qədər intizamlı olsa, onu görmək, bir o qədər çətinləşməkdədir. Halbuki, verdiyimiz misal, Allahın asan bir şəkildə intizamlı iş gördüyünə, milyonlarla misallardan sadəcə bir misaldır.
Demək, əşyanın asanlıq içində intizamlı bir şəkildə icadı, qüdrət sahibi Allahın əsəridir. Əgər təsadüf və təbiət işə qarışsaydı, deyil aləm, bir milçək qanadı belə varlıq qazana bilməzdi. Varlıqlar arasında ağlı ilə seçilən bir insan belə, asanlıqla intizamlı bir iş görməkdə çətinlik çəkdiyinə görə; ağlı, eşitməsi, görməsi, iradəsi olmayan təbiət (qanunları), belə fəaliyyətə, heç vaxt sahib çıxa bilməz.
2. Sürət içində ittiqan (sağlam, möhkəm yaradılma):
Çox sürətli görülən işlərdən, möhkəm və sağlam bir şey yaratmaq, qeyr-i mümkündür. Məsələn:
Bir dərzi, sürətli bir şəkildə bir jaket tiksə, jaketin bir qolu, uzun; digər qolu isə, qısa olacaq. Bir rəssam, sürətli bir şəkildə bir rəsm çəksə, rəsm, əslinə bənzəməyəcək. Bir heykəltaraş, sürətli bir şəkildə bir heykəl düzəltsə, sənətin möhkəm və sağlamlığını, qoruya bilməyəcək.
Bu aləmə baxdığımızda isə, əşya, son dərəcə sürətlə meydana gəlir. Məsələn, bir ağaca baxırıq, bu gün budağında olmayan çiçək, ertəsi gün budağında təbəssüm edir. Bu gün budağında olmayan meyvələr, ertəsi gün budağında asılı durur.
Bax belə bir sürət içində tam bir sağlamlıqla meydana gələn əşya, pərdə arxasında iş görən Allahın varlıq və birliyinə dəlildir.
3. Kəsrət (çoxluq) içində mükəmməl yaradılış:
Mətndəki "kəsrət/çoxluq" kəliməsilə: "yaradılan varlıqların çoxluğu" qəsd edilmişdir. Məsələn:
Dünyadakı insan sayı, 8 milyardır. Bu çoxluqla bərabər, hər bir insan, əhsən-i təqvimdə (ən gözəl bir şəkildə) yaradılmışdır. Hər bir insanın surəti, səsi və s. digərindən ayrılmaqla, bu gözəlliyi ortaya qoymaqdadır.
Müəllifin qəsdi, budur:
Bu qədər çoxluq içində, hər bir əsəri (insan, heyvan, bitki və s.) xüsusi bir gözəllikdə yaratmaq, Allahdan başqasına nisbət edilə bilməz. Çünki, yaradılan şeylər çoxaldıqca, ustanın sənətindəki gözəllik, itməkdədir. Biz, bunu, insanlar tərəfindən çoxca yaradılan şeylərdə, açıq bir şəkildə müşahidə etməkdəyik. Halbuki, kainatda hansı əsərə baxsaq, bu qədər bolluq, çoxluq içərisində, hər birinin xüsusi gözəlliyini müşahidə edə bilirik. Dolayısı ilə, bu (çoxluq içindəki hüsn-ü sənət) fəaliyyət, Allahın varlıq və birliyinə dəlildir.
4. Vüsət (genişlik) içində hüsn-ü sənət (sənət gözəlliyi):
"Genişlik" kəliməsilə, "bütün yer üzü" qəsd edilmişdir.
Allah Taala, məxluqatı, mütləq genişlik içində, hüsn-ü sənətdə yaratmaqdadır. Bu maddəni, belə təfəkkür edə bilərik. Məsələn:
Bir çiçək, son dərəcə sənətli yaradılmışdır. Bu cəhətlə, o, bir sənət əsəridir. Bir çiçək üzərindəki bu təfəkkürümüzü bitirdiyimizdə, nəzərimizi geniş aləmə çevirməli və yer üzündəki bütün çiçəklərin, bu çiçək kimi sənətli bir şəkildə yaradıldığını təfəkkür etməliyik. Belə geniş bir aləmdə, hər bir çiçəyi eyni sənətə mazhar etmək (yəni, sənəti, hər bir çiçək üzərində göstərmək), ancaq Sani olan Allaha məxsus bir möhürdür.
Dəyərli oxuyucu! Bir ustanın iş görəcəyi sahə, geniş olsa, eyni zamanda hər birində bu sənət gözəlliyini nümayiş etdirməsi, çətinləşər. İnsan kimi ağıllı bir varlıq, bu fəaliyyətin nə qədər çətin olduğunu, idrak edə bilir. Elə isə, belə fəaliyyətin, ağlı, iradəsi, görməsi, eşitməsi olmayan təbiət və digər şeylərə nisbəti, necə düşünülə bilər?! Bu halda, geniş bir aləmdə, hər bir şeydə, gözəl sənətini nümayiş etdirmək, Allahdan başqasına isnad edilə bilərmi?!
----------------
----------------
"Öyle ise, şunların hariçte tahakkukları medar-ı bahs olması, lüzumsuzdur."
Yəni:
Elə isə, bu (həm anidən, həm də tədricən yaradılışdan bəhs edən) ayələrin xarici aləmdə də gerçəkləşdirildiklərini bəhs mövzusu etmək, lüzumsuzdur.
(Yəni, "Bu ayələrin, xarici aləmdə də nümunələri vardırmı?" deyə soruşmaq, lüzumsuzdur. Həm anidən, həm də tədricən yaradılış, dünyada da müşahidə edilməkdədir. Yuxarıdakı 4 nümunə, buna misaldır:
1. Asanlıq, anidən yaradılışı; bunun içindəki intizam isə, tədriciliyi göstərir;
2. Sürətli bir şəkildə yaradılış, anidən yaradılışı; bunun içindəki möhkəm yaradılma, tədriciliyi göstərir;
3. Çoxluq içində yaradılma, anidən yaradılışı; bunun içindəki hüsn-ü sənət isə, tədriciliyi göstərir;
4. Vüsət (genişlik) içində yaradılma, anidən yaradılışı; bunun içindəki mükəmməl xilqət, tədrici yaradılışı göstərir.)
Əksinə, ancaq, 'Bunun hikməti, nədir?' deyə soruşula bilər.
(Yəni, Allahın, həm ani yaratma nümunələri, həm də tədrici yaratma nümunələri sərgiləməkdəki hikməti, nədir?)
---------------------------
---------------------------
"Öyle ise, biz dahi, bir kıyas-ı temsili ile, şu hikmete işaret ederiz. Mesela:
Nasıl ki, terzi gibi bir san'atçı, birçok külfetler, maharetlerle musannâ birşeyi icad eder ve ona bir model yapar. Sonra onun emsalini külfetsiz, çabuk yapabilir. Hattâ bazan öyle bir derece suhulet peyda eder ki, güya emreder, yapılır. Ve öyle kuvvetli bir intizam kesbeder—saat gibi—güya bir emrin dokunmasıyla işlenir ve işler.
Öyle de, Sâni-i Hakîm ve Nakkâş-ı Alîm, şu âlem sarayını müştemilâtıyla beraber bedi' bir surette yaptıktan sonra, cüz'î ve küllî, cüz ve küll herşeye bir model hükmünde bir nizam-ı kaderî ile bir miktar-ı muayyen vermiştir."
Yəni:
Elə isə, biz də, təmsili bir qiyas ilə, bu hikmətə işarət edərik. Məsələn:
Necə ki, dərzi kimi bir sənətçi, bir çox külfət (çətinlik)'lər, məharətlərlə musənnə (sənətli) bir şeyi icad edər və ona bir model qılar. Sonra, onun misillərini, külfətsiz, sürətlə tikə bilər. Hətta, bəzən elə bir dərəcə asanlıq peyda edər ki, guya əmr edər, o iş görülər. Və elə qüvvətli bir intizam kəsb edər ki, -saat kimi- guya bir əmrin toxunması ilə işlənər və işləyər.
Elə də, Sani (sənətlə yaradan), Hakim (hikmətli iş görən), Nəqqaş və Alim olan Allah, bu "aləm sarayı"nə, içindəkilərlə bərabər, bədi (bənzərsiz) bir surətdə yaratdıqdan sonra, cüzi və külli, cüz (parça) və küll (bütün) hər şeyə, bir model hökmündə, qədərdən bir nizam ilə müəyyən bir miqdar vermişdir.
----------------------
----------------------
"İşte, bak, o Nakkâş-ı Ezelî, herbir asrı bir model yaparak mu'cizat-ı kudretiyle murassâ, taze bir âlemi ona giydiriyor. Herbir seneyi bir mikyas ederek havârık-ı rahmetiyle musannâ, taze bir kâinatı o kamete göre dikiyor. Herbir günü bir satır yaparak dekaik-i hikmetiyle müzeyyen, mücedded mevcudatı onda yazıyor. Hem o Kadîr-i Mutlak, herbir asrı, herbir seneyi, herbir günü bir model yaptığı gibi, rû-yi zemini, herbir dağ ve sahrâyı, bağ ve bostanı, herbir ağacı birer model yapmıştır. Vakit bevakit, taze taze birer kâinatı zeminde kuruyor, birer yeni dünyayı icad ediyor, birer âlemi alıp da diğer muntazam bir âlemi getiriyor. Mevsim bemevsim, her bağ ve bostanda taze taze mu'cizât-ı kudretini ve hedâyâ-yı rahmetini gösterir, yeni birer kitab-ı hikmetnümâ yazıyor, taze taze birer matbaha-i rahmetini kuruyor, mücedded bir hulle-i san'atnümâ giydiriyor. Her baharda, herbir ağaca sündüs-misal taze bir çarşaf giydiriyor, lü'lü'-misal yeni bir murassaatla süslendiriyor, yıldız-misal rahmet hediyeleriyle ellerini dolduruyor."
Yəni:
İndi, bax, o əzəli Nəqqaş:
~ hər bir əsri, bir model qılaraq, qüdrət möcüzələrilə murassa (daş-qaşla bəzədilmiş), təzə bir aləmi, ona (o modelə) geyindirir;
~ hər bir ili, bir miqyas edərək, rəhmət xariqələrilə musənnə bir sətir qılaraq, hikmətinin incəliklərilə zinətli, yeni mövcudatı, onda yazır.
Həm, o mütləq qüdrət sahibi olan Allah, hər bir əsri, hər bir ili, hər bir günü bir model qıldığı kimi;
~ yer üzünü;
~ hər bir dağ və səhranı;
~ bağ və bostanı;
~ hər bir ağacı da,
bir model qılmışdır. (Belə ki):
• Vaxt bə vaxt, təzə-təzə bir "kainat"ı, yer üzündə qurur; bir yeni dünya icad edir. Bir aləmi götürüb, müntəzəm bir aləm gətirir.
• Mövsüm-bə-mövsüm, hər bağ və bostanda, təzə-təzə qüdrət möcüzələrini və rəhmət hədiyyələrini göstərir. Yeni hikmətli bir kitab yazır. Təzə-təzə bir "rəhmət mətbəxi"ni qurur. Yenilənən sənətli bir libas geyindirir.
• Hər baharda, hər bir ağaca, ipəkli parça kimi təzə bir çarşaf geyindirir. İnci misal yeni bir murassaat (daş-qaş) ilə bəzəyir. Ulduz kimi rəhmət hədiyyələrilə, əllərini doldurur. (haşiyə)
---------------------
(Haşiyə:
Ustad Nursi'nin verdiyi bu misala görə:
~ dərzinin heç yoxdan, nümunəsiz bir şeyi icad etməsi misalı ilə əlaqələndirdiyi, Rəbbimizin kainatda mövcud olan hər şeyi bir nümunəsi olmadan yoxdan yaratması: "ibda";
~ dərzinin bir model meydana gətirib onu ilk dəfə icadından sonra davamlı eyni ölçü və model ilə yaratması misalı ilə əlaqələndirdiyi, kainatda yaradılan hər şeyin, müəyyən ölçülər, nisbətlərilə, təkrardan yaradılması isə: "inşa"dır.)
---------------------
---------------------
"İşte, şu işleri nihayet hüsn-ü san'at ve kemâl-i intizamla yapan ve şu birbiri arkasında gelen ve zaman ipine takılan seyyar âlemleri nihayet hikmet ve inâyet ve kemâl-i kudret ve san'atla değiştiren Zat, elbette gayet Kadîr ve Hakîmdir, nihayet derecede Basîr ve Alîmdir. Tesadüf Onun işine karışamaz."
Yəni:
Bax, bu işləri, sonsuz hüsn-ü sənət və mükəmməl intizamla görən və bu bir-biri arxasında gələn və "zaman ipi"nə asılan səyyar aləmləri, sonsuz hikmət, inayət, mükəmməl qüdrət və sənətlə dəyişdirən Zat, əlbəttə, çox qüdrətli və hikmətlidir. Sonsuz dərəcə basir (hər şeyi görən) və alim'dir. Təsadüf, Onun işinə qarışa bilməz.
--------------------
--------------------
İşte, o Zât-ı Zülcelâldir ki, şöyle ferman ediyor:
deyip, hem kemâl-i kudretini ilân, hem kudretine nisbeten haşir ve kıyamet gayet sehl ve külfetsiz olduğunu beyan ediyor. Emr-i tekvinîsi kudret ve iradeyi tazammun ettiğini ve bütün eşya, evâmirine gayet musahhar ve münkad olduklarını ve mübaşeretsiz, muâlecesiz halk ettiği için icadındaki suhulet-i mutlakayı ifade için, sırf bir emirle işler yaptığını, Kur'ân-ı Mu'cizü'l-Beyan ile ferman ediyor.
Yəni:
Bax, o cəlal sahibi Zat'dır ki, belə fərman edir:
• "Bir şeyi yaratmaq istədikdə ona təkcə: 'Ol!' deyər, o da olar." (Yasin/82);
• "O Saatın gəlməsi, bir göz qırpımı kimidir və ya daha tezdir." (Nəhl/77)
buyurub, (bu ayələrlə),
1. Həm qüdrətinin mükəmməlliyini, elan;
2. Həm qüdrətinə nisbətən, haşr və qiyamətin, çox asan və külfətsiz olduğunu bəyan
edir. (Bununla bərabər),
3. Təkvini əmrinin, qüdrət və iradəni ehtiva etdiyini; (haşiyə)
-------------------
(Haşiyə:
Bu cümlə, kainatdakı təkvini əmrləri (yəni, yaradılışla bağlı qanunları), Allahın iradə etmiş olduğunu; və əşyanı və hadisələri, bu qanunlara görə yaratdığını ifadə edir. Bu yaratma və idarə etmə işində, iradədən sonra ağla ilk gələn sifət isə, qüdrətdir. İradə edilən şey, İlahi qüdrətilə yaradılmaqdadır.)
-------------------
4. Bütün əşyanın, əmrlərinə boyun əydiklərini və tabe olduqlarını;
5. Təmassız, bir başa xəlq etdiyi üçün, icadındakı mütləq asanlığı ifadə üçün, sırf bir əmrlə işlərin görüldüyünü,
bəyanı möcüzə olan Quran ilə fərman edir.
(Not: Müəllifimiz ustad Nursi, Allahın, həm ani yaratma nümunələri, həm də tədrici yaratma nümunələri sərgiləməkdəki hikmətinə dair, bu 5 maddəni zikr etdi.)
--------------------
--------------------
"Hasıl-ı kelâm: Bir kısım âyetler, eşyada, hususan bidayet-i icadında gayet derecede hüsn-ü san'atı ve nihayet derecede kemâl-i hikmeti ilân ediyor. Diğer kısmı, eşyada, hususan tekrar icadında ve iadesinde gayet derecede suhulet ve sür'atini, nihayet derecede inkıyad ve külfetsizliğini beyan eder."
Yəni:
Sözün özü:
~ Bir qisim ayələr: əşyada, xüsusilə ilk yaradılışında, üstün dərəcədə hüsn-ü sənəti və sonsuz dərəcədə mükəmməl hikməti elan edir;
~ Digər qisim ayələr isə: xüsusilə təkrar icadında və iadəsində, üstün dərəcədə asanlıq və sürətini, sonsuz dərəcədə inqiyad (əşyanın boyun əyməsini) və külfətsizliyini bəyan edir.
Və Huvəlləzi yəbdəu'l-xalqa summə yuiduhu, və huvə əhvənu Aleyh.
Yəni:
"Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan, Odur. Bu da, Onun üçün çox asandır." (Rum/27)
44-)
Qabid və Basit isimlərinin şərhi
21-22. Qabid və Basit isimlərinin şərhi:
~ Ölüm əsnasında, ruhları bədənlərdən qəbz edən;
~ Həyat əsnasında, ruhları bədənlərdə bast edən (genişlədən, yayan)'dır.
~ Sədəqələri varlılardan qəbz edib ruziləri zəiflərə (kasıblara) bast edəndir. Ruzini, varlılar üçün, ehtiyac ortadan qalxacaq şəkildə bast edər (genişlədər); kasıblar üçün isə, taqətləri qalmayacaq dərəcədə qəbz edər.
~ Qəlbləri qəbz edər, elə bir daraldar ki, özünün nə qədər əhəmiyyətsiz; İlahi ucalıq və cəlalın isə, nə dərəcə böyük olduğu inkişaf edər (yəni, insan üçün bu mənalar açılar). Qəlbləri elə bir bast edib genişlədər ki, lütfü, ehsanı və camalı, (insan üçün) yaxınlaşar (yəni, bilinər).
Tənbeh: Qullardan qabid və basit olanlar bunlardır ki, özlərinə bədi (bənzərsiz) bir şəkildə hikmət ilham edilmiş və cəvamiu'l-kəlim (haşiyə) verilmişdir. Beləcə, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in etdiyi kimi, gah Allah (azzə və cəllə)'nin nemətlərini, onlara zikr edərək onların qəlblərini bast edərlər; gah da onlara, Allahın cəlalından, kibriyasından, əzab və bəla növlərindən və düşmənlərindən intiqam almasını xatırladaraq, onların qəlblərini qəbz edərlər. Necə ki, O (sallallahu aleyhi və səlləm), səhabənin qəlblərini ibadətə qarşı həris olmaları üçün qəbz etmişdi. (Onlara, belə buyurmuşdu):
Qiyamət günü,
- Uca Allah: "Ey Adəm!" deyə buyuracaq.
- Adəm deyəcək: "Buyur, hüzurundayam, əmrinə müntəzirəm. Xeyir, yalnız Sənin əlindədir."
- Allah buyuracaq: "Cəhənnəmə vasil olacaq kimsələri ayır!"
- Adəm deyəcək: "Cəhənnəmə vasil olacaqların sayı, nə qədərdir?"
- Allah buyuracaq: "Hər 1000 nəfərdən 999-u."(Buxari, hədis no: 3348)
Bunu eşidən səhabənin qəlbləri qırıldı və ibadətə qarşı tənbəlləşdilər. Sabah olunca, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onları, qəbz və fütr (bezginlik, tənbəllik) halında gördüyündə, onların qəlblərini rahatlatdı və bast etdi. Onlara, (onların saylarının), əvvəlki sair ümmətlərə görə, ağ bir öküzün dərisindəki qara bir xal kimi olacağını söylədi.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------------
(Haşiyə:
Cəvamiu'l-kəlim, nədir?
əbu Hureyrə (radiyallahu anh)'dan nəql edildiyinə görə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Mən, cəvamiu'l-kəlim ilə göndərildim." (Buxari, hədis no: 7273)
İbn Həcər Asqalani, "Fəthu'l-Bari"də, bu hədisin şərhində, deyir:
Qısaca söyləmək lazım gəlsə, Allah rəsulu (sallallahu aleyhi və səlləm), sözləri, az; ancaq ifadə etdiyi məna, çox olan bir ifadə ilə danışardı.
Zühri'dən başqası isə, cəvamiu'l-kəlim'dən məqsədin, "buistu = göndərildim" cümləsinin qərinəsilə, bunun (yəni, cəvamiu'l-kəlimin), "Quran" olduğunu söyləmişdir. Quran da, qısa söz və geniş məna cəhətindən, bir zirvədir.
45-)
ƏL-VAHİD (ƏL-ƏHAD)
Vahid: "Kamal sifətləri bütün əşyanı əhatə edən, yoldaşı və bənzəri olmayan, bölünməz və parçalanmaz tək şəxs."
"Sifətlərində şəriki olmayan."
Əhad: "Bütün nöqsan sifətlərdən uzaq olan yeganə şəxs"
"Şəxsində şəriki olmayan."
"Sizin ilahınız tək bir ilahdır; Ondan başqa ilah yoxdur." (Bəqərə surəsi, 16)
Vahid və Əhad adlarının hər ikisi də Allahın birliyini ifadə edərlər.
Hatibi bu iki ad arasındakı incə fərqi belə ortaya qoyar:
"Əhadiyyət şəxsin birliyidir, Vahidiyyət isə sifətdə ortaqlığı rədd üçündür."
Nur Külliyyatında da Vahidiyyət və Əhadiyyət üçün bu izah gətirilər:
"Vahidiyyət isə, bütün o varlıqlar birinindir və birinə baxar və birinin icadıdır deməkdir. Əhadiyət isə hər şeydə Xaliqi Küllü Şeyin əksər əsməsi təcəlli edir deməkdir." (Nursi, Məktubat, s. 229.)
Allah, Vahiddir, birdir. Sifətləri bütün məxluqatı əhatə etmişdir. Sonsuz qüdrət, sonsuz elm, mütləq iradə... ancaq O Vahidə məxsusdur.
Allah, Əhaddır, birdir. Məxluqatın şəxslərindəki bütün nöqsanlıqlardan, sifətlərindəki bütün əskikliklərdən, hərəkətlərindəki bütün acizliklərdən uzaq olan və onların heç birinə oxşamayan ancaq Odur.
Allah, Vahiddir. Onun kamal sifətləri bütün əşyanı örtmüş, əhatə etmişdir.
46-)
Muheymin isminin şərhi
8. əl-Muheymin isminin şərhi
Allah (azzə və cəllə) haqqındakı mənası: (qullarının) əməlləri, ruziləri və əcəlləri üzərində qaim olması deməkdir. Onlar üzərində qaim olması, ittila, istila və hifzi ilədir. Hər işin künhünə müşrif (nəzər edən), mustəvli (istila edən), nafiz (nüfuz edən) şəxs, o şeyə muheymin'dir.
~ Müşrif olmaq (nəzarət, kontrol) - elmə raci (rücu edən, qayıdan)'dır;
~ İstila isə - qüdrətin kamalına;
~ Hifz isə - felə racidir.
Bu mənaları cəm edən, Muheymin ismidir.
Mütləq mənada və kamil surətdə bu mənalar, Allah (azzə və cəllə)'dən başqası üçün cəm ola bilməz. Bundan dolayı: "əl-Muheymin ismi, qədim kitablarda, Allah Taala haqqında yer alan isimlərdəndir." deyilmişdir.
Tənbeh: Qəlbini muraqabə (nəzarət, kontrol) edən və bununla bərabər; əhvalını və vəsflərini, düzəltməyə mustəvli (qüdrətli) olan; düzəltmənin iqtizasınca (gərəyincə) davamlı bir şəkildə qorumağa müvəffəq olan (hər qul, qəlbinə nəzərən) muheymin deməkdir.
İşraf (yəni, nəzəri) və mustəvli olması (yəni, qüdrəti) artarsa, bəzi qullarının zahirindən istidlal və fərasət yolu ilə batinlərinə və sirlərinə ittila etdikdən (xəbərdar olduqdan) sonra, Allah (azzə və cəllə)'nin bəzi qullarını qoruya bilərlər. (Beləcə), bu isimdən nəsibi və həzzi (hissəsi) daha çox olar.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
47-)
Muqsit isminin şərhi
86. Muqsit isminin şərhi:
Zalımdan, məzlumun haqqını alandır. Bunun kamalı isə, məzlumu razı etməklə bərabər zalımı da razı edə bilməkdir. Bu, ədalət və insafın ən üst mərtəbəsədir. Buna, Allah (subhənəhu və taala)'dan başqası müqtədir deyildir. Bunun misalı, Ənəs (radiyallahu anh)'ın Nəbi (sallallahu aleyhi və səlləm)'dən bu rəvayətidir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), bir gün oturarkən, azı dişləri görülənə qədər gülməyə başladı.
- Ömər (radiyallahu anh): "Atam-anam Sənə fəda olsun, ey Allahın rəsulu! Səni güldürən, nədir?" deyə soruşdu.
- Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurdu: "Ümmətimdən 2 adam, Rabbu'l-izzətin hüzuruna gətirildilər. Onlardan biri: 'Ey Rəbbim! Qardaşımdan, mənim haqqımı al.' dedi. Allah (təbarəkə və taala) da, ona: 'Qardaşına haqqını ver!' deyə buyurdu. O da: 'Ey Rəbbim! Mənim yaxşı əməllərimdən heç bir şey qalmadı.' deyincə, Allah (azzə və cəllə): 'Qardaşın üçün nə edəcəksən? Onun yaxşı əməllərindən heç bir şey qalmıyıb.' deyə buyurdu. (O vaxt), həmin adam: '(Elə isə), mənim günahlarımı yüklənsin, ey Rəbbim!' dedi."
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in gözləri doldu, ağlayaraq belə buyurdu:
"O gün, əzəmətli bir gündür. O gün insanların, öz günahlarını, başqalarına yüklətməyə möhtac olacaqları bir gündür."
Sonra belə davam etdi:
"Allah (azzə və cəllə), məzlum şəxsə (xitabən): 'Gözünü qaldır, bu cənnətlərə bax.' buyurar. Adam: 'Ey Rəbbim! Gümüşdən, şəhərlər; incilərlə taclandırılmış qızıldan saraylar görürəm. Bura, hansı Peyğəmbər, yaxud hansı siddiq və şəhidə aiddir?' deyə soruşar. Allah (azzə və cəllə): 'Bura, qarşılığını verənə aiddir.' buyurar. O qul: 'Ey Rəbbim! Bunun qarşılığını verməyə kim malikdir?' deyə soruşar. Allah: 'Sən, buna maliksən.' buyurar. Adam: '(Elə isə), ey Rəbbim! Mən də, onu bağışladım.' deyincə, Allah (azzə və cəllə): 'Qardaşının əlindən tut və onu cənnətə daxil et.' buyurar."
Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Allahdan qorxun və aranızı islah edin. Çünki Allah (təbarəkə və taala), qiyamət günündə, möminlərin arasını islah edəcəkdir." (Hakim, "əl-Müstədrək", 4/576)
Bax, haqsızdan haqq almağın və insafın yolu, budur. Və bunun bənzərinə, Rabbu'l-ərbab xaricində heç kim müqtədir deyildir.
(Tənbeh):
Bu isimdən ən böyük hissə alan qul, ilk əvvəl, özünün etmiş olduğu haqsızlıqları, haqq sahiblərinə verərək, özündə ədalət edən; sonra da, başqasından (özünə aid deyil) yenə bir başqasına aid haqqı alandır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
48-)
Mani isminin şərhi
90. Mani isminin şərhi:
Dini və bədəni xüsuslarda, bunları hifz edici (qoruyucu) səbəbləri yaratmaq surətilə, həlak və nöqsanlıq səbəblərini mən edən (əngəlləyən)'dir.
Hifzin mənası isə, əvvəl keçmişdi.
Hər hifzin, zəruri olaraq mən (əngəlləmə) və dəf etmə (mənası) vardır.
~ Mən (əngəlləmə) - həlak edici səbəbə;
~ Hifz isə - həlakdan qorunmaq istənilən şeyə
izafətlə istifadə edilir ki, mən etməyin (yəni, əngəlləməyin) məqsəd və qayəsi də, budur. Çünki, mən etmək, hifz üçün tələb edilir; hifz isə, mən üçün murad edilməz. Buna görə, hər hafiz, mani (mən edən, əngəlləyən)'dir; ancaq hər mani, hafiz deyildir. Ancaq, bütün həlak və nöqsanlıq səbəblərini mütləq mənada mən edən biri üçün, hifz də, zəruri olaraq hasil olacaqdır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
49-)
Muizz və Muzill isimlərinin şərhi
25-26. Muizz və Muzill isimlərinin şərhi:
Mülkü, istədiyinə verən və istədiyindən də məhrum edəndir. Həqiqi mülk isə:
~ ehtiyac zillətindən xilas olmaqla;
~ şəhvət, cəhalət ləkəsini qəhr etməklə
(mümkün) olur.
(Allah), kimin qəlbindən hicab (pərdə)'ni qaldırıb Həzrətinin camalını müşahidə etdirər; onu, qənaət ilə ruziləndirib məxluqatından zəngin (tox gözlü) qılar; nəfsani sifətlərinə hakim olacaq şəkildə, özünə, qüvvət və dəstəkləmək ilə mədəd verərsə (yəni, yardım edərsə), o vaxt, onu izzətləndirmiş və acil (dərhal, yəni dünyada) mülk bəxş etmiş deməkdir. Axirətdə də yaxınlaşdırmaq surətilə izzətləndirəcək və belə nida edəcəkdir:
"O gün möminə deyiləcəkdir: 'Ey tətmin olunmuş nəfs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!" (Fəcr/27-30)
Kimin də baxışını xalqa çevirib onlara möhtac edər; və ona hərisliyi qalib edib o şəxs də qənaət etməz hala gələr; məkr ilə onu istidrac edib (bu adam da) nəfsilə aldanıb cəhalət zülmətində (qaranlığında) qalan bir hala gələrsə, o vaxt, onu zillətə düçar etmiş; mülkü ondan almış deməkdir. Ki, bu da, Allah (azzə və cəllə)'nin işidir. O, istədiyini, istədiyi kimi edər. Bu halda, Muizz də, Odur; Muzill də. İstədiyini, izzətləndirər; istədiyini də, zillətə düçar edər. Zəlil etdiyi, özünə bu şəkildə xitab ediləndir:
"Münafiqlər onları haraylayıb deyəcəklər: 'Məgər biz, sizinlə birlikdə deyildikmi?' Möminlər deyəcəklər: 'Bəli, lakin siz öz-özünüzü aldadırdınız, möminlərə bəla üz verməsini gözləyirdiniz, haqqa şübhə edirdiniz və Allahın əmri gələnədək, xülyalar, sizi yoldan çıxartdı. Tovlayan şeytan, Allah barəsində sizi yaman aldatdı. Bu gün nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz." (Hədid/14-15)
Bu isə, zillətin sonudur.
Dili və əlilə izzət səbəblərinin asanlaşdırılması xüsusunda istifadə edilən qul, bu vəsfdən nəsib sahibidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
50-)
Muid isminin şərhi
59. və 60. Mubdi və Muid isimlərinin şərhi:
Bu isimlər, mucid/icad edən mənasındadırlar.
Ancaq icad (feli):
~ əgər daha əvvəl bir misli olmazsa, "ibda";
~ əgər daha əvvəl bir bənzəri varsa, "iadə"
deyə adlandırılır.
Allah (subhənəhu və taala), insanları yaratmaqla başladı; sonra O, onları, "iadə" edib haşr edəcək olan (Zat)'dır. Bütün əşya, Ondan başladı və Ona dönəcəkdir. Onun ilə başladı (zühur etdi) və yenidən Onun ilə iadə ediləcək/geri dönəcəkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
----------------------------------
----------------------------------
Əlavələr:
"Ölümdən sonra dirildən."
Muid, "qaytaran" deməkdir. Varlıqların ilahi elmdə planlandıqdan sonra bu dünyaya göndərilmələri, "elm dairəsindən qüdrət dairəsinə ötür." Bu keçiş, icad ilə reallaşdırma edər.
Dünyanın sona çatmasıyla, bütün nəfslər ölümü dadarlar və yenidən elm dairəsinə keçərlər.
Axirətdə bu varlıqların ikinci dəfə qüdrət dairəsinə keçirilmələri, bir qaytarmadır və Muid adının təcəllisiylədir.
Mövzunu ruh cəhətdən ələ aldığımızda belə də deyə bilərik:
İnsanın əsası ruhdur və ruha verilən həyat sifəti onda əbədi olaraq qalacaq, geri alınmayacaq.
İnsanın ölməsiylə, ruh həyatını yenə davam etdirər amma bədən artıq əlindən getmişdir.
Meyvəni yalnız seyr və təfəkkür edər, lakin dadına baxa bilməz. Çünki, dil əlindən getmişdir.
Digər cismani ləzzətlər də buna müqayisə edilə bilər. Məhşərə çıxışda, ruha yenidən bədən qaytarılacaq və bu yeni dirilişlə ruh, cismani ləzzət və əzabları almağa yenidən başlayacaq.
Bu adı yad edən bir mömin, ölümün mütləq yoxluq olmadığını bir dəfə daha xatırlayacaq və bədən-ruh birliyiylə keçirdiyi bu həyatın, ölümlə sona çatmayacağını, bədəninin daha mükəmməl bir şəkildə özünə yenidən qaytarılacağını xatırlayacaq.
Bu ikinci yaradılışın özü haqqında Cənnət olaraq təzahür etməsi üçün, ömürünü istiqamət dairəsində keçirməyə çalışacaq. Əks halda, Cəhənnəmdə həm cismani, həm də ruhani əzablar çəkəcəyini xatırlayıb nəfsini düzəldəcək, şeytandan uzaq dayanacaq.
----------------------------
----------------------------
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bəyanı:
Müəllifimiz Ustad Nursi, "Sözlər" adlı əsərinin 16-cı sözündə (2-ci Şüa, s. 190-192), belə deyir:
• Əvvəla: (bu 2 qrup ayə arasında) ziddiyyət yoxdur. Bir qisim, elədir, (məsələn) başlanğıcdakı icad kimi; bir qismi də, belədir (məsələn) mislini iadə etmək (yenidən vermək, təkrarlamaq) kimi.
İzah:
Müəllifimiz Ustad Nursi (rahiməhullah), bu cümləni, digər əsərində (bax: Ləmalar, 23-cü Ləma: "Təbiət risaləsi", 3-cü Sual, s. 201), belə deyir:
"Mevcûdât, iki vecihle îcâd ediliyor. Biri; ibdâ‘ ve ihtirâ‘ ta‘bîr edilen, hiçten îcâddır. Diğeri; inşâ ve terkîb ta‘bîr edilen, mevcûd olan anâsır ve eşyâdan toplamak sûretiyle ona vücûd vermektir."
Yəni:
Mövcudat, 2 cəhətlə icad edilir:
1. İbda və ixtira deyə təbir edilən: "heçdən icad"dır.
2. İnşa və tərkib deyə təbir edilən: "mövcud olan ünsürlər və əşyadan toplamaq surətilə ona vücud/varlıq verməkdir.
Not: Müəllifimiz, bu qisimdə: ilk insanın, ilk bitki və s.'ın ilk olaraq bənzərsiz, nümunəsiz, daha əvvəl nümunəsi görülməmiş bir varlıq olaraq Allahın əzəli elmindən varlıq sahəsinə çıxmasını; və bu ilk insan, bitki və s.'dan tərkib edilərək digər insanların, bitki və s.'ın yaradılmasını misal verdi. Diqqət edilsə, bu qisim yaradılışda, həm anilik, həm də tədricilik, asanlıqla nəzərə çarpmaqdadır.
Bu qisim yaradılış haqqında təfəkkür edərkən, ağla belə gəlir ki, "Görəsən, müşahidə edə bilmədiyimiz ibda surətində yaradılış, bitmişdirmi? Bitmişdirsə, müşahidə edə bilmiriksə, bu yaradılışı, necə təfəkkür edə bilərik? Yəni, ağlımızla, nəzərimizlə, ilk insan, bitki və s. haqqında təfəkkür edə bilirik. Bəs müşahidəmizlə, necə, təfəkkür edə bilərikmi?"
Bunda sonra isə, müəllifimiz, həm ani, həm də tədrici yaradılışı müşahidə edə biləcəyimiz qismə toxunacaqdır. Yəni, dünyada da, bunun misalı, nümunəsi vardırmı? Ustad Nursi, belə davam edir:
--------------------------
--------------------------
Saniyen: Mevcudatta meşhud olan suhulet ve sür'at ve kesret ve vüs'at içinde nihayet intizam, gayet ittikan ve hüsn-ü san'at ve kemâl-i hilkat, şu iki kısım âyetlerin vücud-u hakikatlerine kat'iyen şehadet eder.
Yəni:
• İkincisi: Mövcudat (varlıqlar)'da müşahidə edilən asanlıq, sürət, kəsrət (çoxluq) və genişlik içində sonsuz intizam, ittiqan (möhkəmlik, mükəmməllik), sənət gözəlliyi və yaradılışdakı mükəmməllik, bu 2 qisim ayələrin həqiqətlərinin varlıqlarına, qətiyyən şəhadət edər.
Şərhi:
1. Asanlıq içində intizam:
"İntizam" kəliməsinə, lüğət kitablarında, belə izahlar verilir:
• işlərin yerli-yerində olması;
• ahəng içində olmaq;
• bir-biri içində yerləşdirilmək.
Yer üzündə yaradılan məxluqata baxdığımızda, yaratma fəaliyyətində, sonsuz bir asanlıq görürük. Bir neçə həftə zərfində, ağaclardan, çiçəklərdən və digər heyvan və bitkilərdən, hədsiz fərdlər icad edilir. Məsələn:
~ hər birinə, fərqli bir surət verilir;
~ üzərlərinə, fərqli libaslar tikilir;
~ fərqli əza və cihazlarla təchiz edilirlər.
Bütün bu intizamlı icadlar, sonsuz asanlıqla edilməkdədir.
İndi, ən usta dərziləri toplasaq, tikanlı bir ağaca libas tikmələrini və daha sonra bu ağacın budaqlarını çiçəklərlə, yarpaqlar və meyvələrlə bəzəmələrini istəsək, görəsən neçə dərzi, neçə gündə bir ağaca libas tikib çiçək, yarpaq və meyvələrlə bəzəyə bilər?
Bir də belə bir libas tikmələrini istəsək: Ağac böyüdükcə, libası da böyüyəcək; kiçilincə də, kiçiləcək. Belə bir libas tikmələri, mümkünmüdür?
Halbuki, yer üzündəki ağaclara baxdığımızda, mükəmməl intizam içində, hamısına, asanlıqla libaslar tikilir; bu ağaclar böyüdükcə, libasları da böyüyür, kiçilincə kiçilir.
Dəyərli oxuyucu! Müəllifimiz Ustad Nursi'nin qəsdi, budur:
Əslində, belə mükəmməl asanlıq içində belə bir intizam, qeyr-i mümkündür. İş nə qədər intizamlı olsa, onu görmək, bir o qədər çətinləşməkdədir. Halbuki, verdiyimiz misal, Allahın asan bir şəkildə intizamlı iş gördüyünə, milyonlarla misallardan sadəcə bir misaldır.
Demək, əşyanın asanlıq içində intizamlı bir şəkildə icadı, qüdrət sahibi Allahın əsəridir. Əgər təsadüf və təbiət işə qarışsaydı, deyil aləm, bir milçək qanadı belə varlıq qazana bilməzdi. Varlıqlar arasında ağlı ilə seçilən bir insan belə, asanlıqla intizamlı bir iş görməkdə çətinlik çəkdiyinə görə; ağlı, eşitməsi, görməsi, iradəsi olmayan təbiət (qanunları), belə fəaliyyətə, heç vaxt sahib çıxa bilməz.
2. Sürət içində ittiqan (sağlam, möhkəm yaradılma):
Çox sürətli görülən işlərdən, möhkəm və sağlam bir şey yaratmaq, qeyr-i mümkündür. Məsələn:
Bir dərzi, sürətli bir şəkildə bir jaket tiksə, jaketin bir qolu, uzun; digər qolu isə, qısa olacaq. Bir rəssam, sürətli bir şəkildə bir rəsm çəksə, rəsm, əslinə bənzəməyəcək. Bir heykəltaraş, sürətli bir şəkildə bir heykəl düzəltsə, sənətin möhkəm və sağlamlığını, qoruya bilməyəcək.
Bu aləmə baxdığımızda isə, əşya, son dərəcə sürətlə meydana gəlir. Məsələn, bir ağaca baxırıq, bu gün budağında olmayan çiçək, ertəsi gün budağında təbəssüm edir. Bu gün budağında olmayan meyvələr, ertəsi gün budağında asılı durur.
Bax belə bir sürət içində tam bir sağlamlıqla meydana gələn əşya, pərdə arxasında iş görən Allahın varlıq və birliyinə dəlildir.
3. Kəsrət (çoxluq) içində mükəmməl yaradılış:
Mətndəki "kəsrət/çoxluq" kəliməsilə: "yaradılan varlıqların çoxluğu" qəsd edilmişdir. Məsələn:
Dünyadakı insan sayı, 8 milyardır. Bu çoxluqla bərabər, hər bir insan, əhsən-i təqvimdə (ən gözəl bir şəkildə) yaradılmışdır. Hər bir insanın surəti, səsi və s. digərindən ayrılmaqla, bu gözəlliyi ortaya qoymaqdadır.
Müəllifin qəsdi, budur:
Bu qədər çoxluq içində, hər bir əsəri (insan, heyvan, bitki və s.) xüsusi bir gözəllikdə yaratmaq, Allahdan başqasına nisbət edilə bilməz. Çünki, yaradılan şeylər çoxaldıqca, ustanın sənətindəki gözəllik, itməkdədir. Biz, bunu, insanlar tərəfindən çoxca yaradılan şeylərdə, açıq bir şəkildə müşahidə etməkdəyik. Halbuki, kainatda hansı əsərə baxsaq, bu qədər bolluq, çoxluq içərisində, hər birinin xüsusi gözəlliyini müşahidə edə bilirik. Dolayısı ilə, bu (çoxluq içindəki hüsn-ü sənət) fəaliyyət, Allahın varlıq və birliyinə dəlildir.
4. Vüsət (genişlik) içində hüsn-ü sənət (sənət gözəlliyi):
"Genişlik" kəliməsilə, "bütün yer üzü" qəsd edilmişdir.
Allah Taala, məxluqatı, mütləq genişlik içində, hüsn-ü sənətdə yaratmaqdadır. Bu maddəni, belə təfəkkür edə bilərik. Məsələn:
Bir çiçək, son dərəcə sənətli yaradılmışdır. Bu cəhətlə, o, bir sənət əsəridir. Bir çiçək üzərindəki bu təfəkkürümüzü bitirdiyimizdə, nəzərimizi geniş aləmə çevirməli və yer üzündəki bütün çiçəklərin, bu çiçək kimi sənətli bir şəkildə yaradıldığını təfəkkür etməliyik. Belə geniş bir aləmdə, hər bir çiçəyi eyni sənətə mazhar etmək (yəni, sənəti, hər bir çiçək üzərində göstərmək), ancaq Sani olan Allaha məxsus bir möhürdür.
Dəyərli oxuyucu! Bir ustanın iş görəcəyi sahə, geniş olsa, eyni zamanda hər birində bu sənət gözəlliyini nümayiş etdirməsi, çətinləşər. İnsan kimi ağıllı bir varlıq, bu fəaliyyətin nə qədər çətin olduğunu, idrak edə bilir. Elə isə, belə fəaliyyətin, ağlı, iradəsi, görməsi, eşitməsi olmayan təbiət və digər şeylərə nisbəti, necə düşünülə bilər?! Bu halda, geniş bir aləmdə, hər bir şeydə, gözəl sənətini nümayiş etdirmək, Allahdan başqasına isnad edilə bilərmi?!
----------------
----------------
"Öyle ise, şunların hariçte tahakkukları medar-ı bahs olması, lüzumsuzdur."
Yəni:
Elə isə, bu (həm anidən, həm də tədricən yaradılışdan bəhs edən) ayələrin xarici aləmdə də gerçəkləşdirildiklərini bəhs mövzusu etmək, lüzumsuzdur.
(Yəni, "Bu ayələrin, xarici aləmdə də nümunələri vardırmı?" deyə soruşmaq, lüzumsuzdur. Həm anidən, həm də tədricən yaradılış, dünyada da müşahidə edilməkdədir. Yuxarıdakı 4 nümunə, buna misaldır:
1. Asanlıq, anidən yaradılışı; bunun içindəki intizam isə, tədriciliyi göstərir;
2. Sürətli bir şəkildə yaradılış, anidən yaradılışı; bunun içindəki möhkəm yaradılma, tədriciliyi göstərir;
3. Çoxluq içində yaradılma, anidən yaradılışı; bunun içindəki hüsn-ü sənət isə, tədriciliyi göstərir;
4. Vüsət (genişlik) içində yaradılma, anidən yaradılışı; bunun içindəki mükəmməl xilqət, tədrici yaradılışı göstərir.)
Əksinə, ancaq, 'Bunun hikməti, nədir?' deyə soruşula bilər.
(Yəni, Allahın, həm ani yaratma nümunələri, həm də tədrici yaratma nümunələri sərgiləməkdəki hikməti, nədir?)
---------------------------
---------------------------
"Öyle ise, biz dahi, bir kıyas-ı temsili ile, şu hikmete işaret ederiz. Mesela:
Nasıl ki, terzi gibi bir san'atçı, birçok külfetler, maharetlerle musannâ birşeyi icad eder ve ona bir model yapar. Sonra onun emsalini külfetsiz, çabuk yapabilir. Hattâ bazan öyle bir derece suhulet peyda eder ki, güya emreder, yapılır. Ve öyle kuvvetli bir intizam kesbeder—saat gibi—güya bir emrin dokunmasıyla işlenir ve işler.
Öyle de, Sâni-i Hakîm ve Nakkâş-ı Alîm, şu âlem sarayını müştemilâtıyla beraber bedi' bir surette yaptıktan sonra, cüz'î ve küllî, cüz ve küll herşeye bir model hükmünde bir nizam-ı kaderî ile bir miktar-ı muayyen vermiştir."
Yəni:
Elə isə, biz də, təmsili bir qiyas ilə, bu hikmətə işarət edərik. Məsələn:
Necə ki, dərzi kimi bir sənətçi, bir çox külfət (çətinlik)'lər, məharətlərlə musənnə (sənətli) bir şeyi icad edər və ona bir model qılar. Sonra, onun misillərini, külfətsiz, sürətlə tikə bilər. Hətta, bəzən elə bir dərəcə asanlıq peyda edər ki, guya əmr edər, o iş görülər. Və elə qüvvətli bir intizam kəsb edər ki, -saat kimi- guya bir əmrin toxunması ilə işlənər və işləyər.
Elə də, Sani (sənətlə yaradan), Hakim (hikmətli iş görən), Nəqqaş və Alim olan Allah, bu "aləm sarayı"nə, içindəkilərlə bərabər, bədi (bənzərsiz) bir surətdə yaratdıqdan sonra, cüzi və külli, cüz (parça) və küll (bütün) hər şeyə, bir model hökmündə, qədərdən bir nizam ilə müəyyən bir miqdar vermişdir.
----------------------
----------------------
"İşte, bak, o Nakkâş-ı Ezelî, herbir asrı bir model yaparak mu'cizat-ı kudretiyle murassâ, taze bir âlemi ona giydiriyor. Herbir seneyi bir mikyas ederek havârık-ı rahmetiyle musannâ, taze bir kâinatı o kamete göre dikiyor. Herbir günü bir satır yaparak dekaik-i hikmetiyle müzeyyen, mücedded mevcudatı onda yazıyor. Hem o Kadîr-i Mutlak, herbir asrı, herbir seneyi, herbir günü bir model yaptığı gibi, rû-yi zemini, herbir dağ ve sahrâyı, bağ ve bostanı, herbir ağacı birer model yapmıştır. Vakit bevakit, taze taze birer kâinatı zeminde kuruyor, birer yeni dünyayı icad ediyor, birer âlemi alıp da diğer muntazam bir âlemi getiriyor. Mevsim bemevsim, her bağ ve bostanda taze taze mu'cizât-ı kudretini ve hedâyâ-yı rahmetini gösterir, yeni birer kitab-ı hikmetnümâ yazıyor, taze taze birer matbaha-i rahmetini kuruyor, mücedded bir hulle-i san'atnümâ giydiriyor. Her baharda, herbir ağaca sündüs-misal taze bir çarşaf giydiriyor, lü'lü'-misal yeni bir murassaatla süslendiriyor, yıldız-misal rahmet hediyeleriyle ellerini dolduruyor."
Yəni:
İndi, bax, o əzəli Nəqqaş:
~ hər bir əsri, bir model qılaraq, qüdrət möcüzələrilə murassa (daş-qaşla bəzədilmiş), təzə bir aləmi, ona (o modelə) geyindirir;
~ hər bir ili, bir miqyas edərək, rəhmət xariqələrilə musənnə bir sətir qılaraq, hikmətinin incəliklərilə zinətli, yeni mövcudatı, onda yazır.
Həm, o mütləq qüdrət sahibi olan Allah, hər bir əsri, hər bir ili, hər bir günü bir model qıldığı kimi;
~ yer üzünü;
~ hər bir dağ və səhranı;
~ bağ və bostanı;
~ hər bir ağacı da,
bir model qılmışdır. (Belə ki):
• Vaxt bə vaxt, təzə-təzə bir "kainat"ı, yer üzündə qurur; bir yeni dünya icad edir. Bir aləmi götürüb, müntəzəm bir aləm gətirir.
• Mövsüm-bə-mövsüm, hər bağ və bostanda, təzə-təzə qüdrət möcüzələrini və rəhmət hədiyyələrini göstərir. Yeni hikmətli bir kitab yazır. Təzə-təzə bir "rəhmət mətbəxi"ni qurur. Yenilənən sənətli bir libas geyindirir.
• Hər baharda, hər bir ağaca, ipəkli parça kimi təzə bir çarşaf geyindirir. İnci misal yeni bir murassaat (daş-qaş) ilə bəzəyir. Ulduz kimi rəhmət hədiyyələrilə, əllərini doldurur. (haşiyə)
---------------------
(Haşiyə:
Ustad Nursi'nin verdiyi bu misala görə:
~ dərzinin heç yoxdan, nümunəsiz bir şeyi icad etməsi misalı ilə əlaqələndirdiyi, Rəbbimizin kainatda mövcud olan hər şeyi bir nümunəsi olmadan yoxdan yaratması: "ibda";
~ dərzinin bir model meydana gətirib onu ilk dəfə icadından sonra davamlı eyni ölçü və model ilə yaratması misalı ilə əlaqələndirdiyi, kainatda yaradılan hər şeyin, müəyyən ölçülər, nisbətlərilə, təkrardan yaradılması isə: "inşa"dır.)
---------------------
---------------------
"İşte, şu işleri nihayet hüsn-ü san'at ve kemâl-i intizamla yapan ve şu birbiri arkasında gelen ve zaman ipine takılan seyyar âlemleri nihayet hikmet ve inâyet ve kemâl-i kudret ve san'atla değiştiren Zat, elbette gayet Kadîr ve Hakîmdir, nihayet derecede Basîr ve Alîmdir. Tesadüf Onun işine karışamaz."
Yəni:
Bax, bu işləri, sonsuz hüsn-ü sənət və mükəmməl intizamla görən və bu bir-biri arxasında gələn və "zaman ipi"nə asılan səyyar aləmləri, sonsuz hikmət, inayət, mükəmməl qüdrət və sənətlə dəyişdirən Zat, əlbəttə, çox qüdrətli və hikmətlidir. Sonsuz dərəcə basir (hər şeyi görən) və alim'dir. Təsadüf, Onun işinə qarışa bilməz.
--------------------
--------------------
İşte, o Zât-ı Zülcelâldir ki, şöyle ferman ediyor:
deyip, hem kemâl-i kudretini ilân, hem kudretine nisbeten haşir ve kıyamet gayet sehl ve külfetsiz olduğunu beyan ediyor. Emr-i tekvinîsi kudret ve iradeyi tazammun ettiğini ve bütün eşya, evâmirine gayet musahhar ve münkad olduklarını ve mübaşeretsiz, muâlecesiz halk ettiği için icadındaki suhulet-i mutlakayı ifade için, sırf bir emirle işler yaptığını, Kur'ân-ı Mu'cizü'l-Beyan ile ferman ediyor.
Yəni:
Bax, o cəlal sahibi Zat'dır ki, belə fərman edir:
• "Bir şeyi yaratmaq istədikdə ona təkcə: 'Ol!' deyər, o da olar." (Yasin/82);
• "O Saatın gəlməsi, bir göz qırpımı kimidir və ya daha tezdir." (Nəhl/77)
buyurub, (bu ayələrlə),
1. Həm qüdrətinin mükəmməlliyini, elan;
2. Həm qüdrətinə nisbətən, haşr və qiyamətin, çox asan və külfətsiz olduğunu bəyan
edir. (Bununla bərabər),
3. Təkvini əmrinin, qüdrət və iradəni ehtiva etdiyini; (haşiyə)
-------------------
(Haşiyə:
Bu cümlə, kainatdakı təkvini əmrləri (yəni, yaradılışla bağlı qanunları), Allahın iradə etmiş olduğunu; və əşyanı və hadisələri, bu qanunlara görə yaratdığını ifadə edir. Bu yaratma və idarə etmə işində, iradədən sonra ağla ilk gələn sifət isə, qüdrətdir. İradə edilən şey, İlahi qüdrətilə yaradılmaqdadır.)
-------------------
4. Bütün əşyanın, əmrlərinə boyun əydiklərini və tabe olduqlarını;
5. Təmassız, bir başa xəlq etdiyi üçün, icadındakı mütləq asanlığı ifadə üçün, sırf bir əmrlə işlərin görüldüyünü,
bəyanı möcüzə olan Quran ilə fərman edir.
(Not: Müəllifimiz ustad Nursi, Allahın, həm ani yaratma nümunələri, həm də tədrici yaratma nümunələri sərgiləməkdəki hikmətinə dair, bu 5 maddəni zikr etdi.)
--------------------
--------------------
"Hasıl-ı kelâm: Bir kısım âyetler, eşyada, hususan bidayet-i icadında gayet derecede hüsn-ü san'atı ve nihayet derecede kemâl-i hikmeti ilân ediyor. Diğer kısmı, eşyada, hususan tekrar icadında ve iadesinde gayet derecede suhulet ve sür'atini, nihayet derecede inkıyad ve külfetsizliğini beyan eder."
Yəni:
Sözün özü:
~ Bir qisim ayələr: əşyada, xüsusilə ilk yaradılışında, üstün dərəcədə hüsn-ü sənəti və sonsuz dərəcədə mükəmməl hikməti elan edir;
~ Digər qisim ayələr isə: xüsusilə təkrar icadında və iadəsində, üstün dərəcədə asanlıq və sürətini, sonsuz dərəcədə inqiyad (əşyanın boyun əyməsini) və külfətsizliyini bəyan edir.
Və Huvəlləzi yəbdəu'l-xalqa summə yuiduhu, və huvə əhvənu Aleyh.
Yəni:
"Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan, Odur. Bu da, Onun üçün çox asandır." (Rum/27)
51-)
Muhyi isminin şərhi
61. və 62. Muhyi və Mumit isimlərinin şərhi:
Bunlar da, icad (felinə) racidir. Lakin mövcud olan şey:
~ həyatdırsa, buna "ihya/həyat vermə";
~ ölümdürsə, buna da "imatə/öldürmə"
deyilir.
Allah (subhənəhu və taala)'dan başqa, ölümün də, həyatın da başqa yaradıcısı yoxdur. Allah (azzə və cəllə)'nin xaricində, nə Muhyi (həyat verən), nə də Mumit (öldürən) yoxdur. Daha əvvəl, "Bais" ismində, həyatın mənasına işarət edilmişdi. Bundan dolayı, təkrar edilməyəcəkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
----------------------------
----------------------------
Əlavələr:
• "Həyat verən. Dirildən."
• "Həyatı icad edən."
• "O, dirildər və öldürər. Və Ona çeviriləcəksiniz." (Yunus surəsi, 56)
Cansız elementlərlə toxunan dünyamızda bir milyondan çox canlı növü var. Dünənin, günəşdən qopmuş bir parçasında bu gün çiçəklər açır, quşlar uçur, balıqlar üzür, insanlar gəzişir. Bu bənzərsiz möcüzə, Allahın ‘ihya' yəni ‘həyat vermə' hərəkətiylə icra edilir.
"Ölüdən diri çıxararsan, diridən də ölü çıxararsan." (Ali imran surəsi, 27)
Cansız yumurtalar, onlardan çıxan canlılar və yenə o canlılardan çıxan cansız yumurtalar birlikdə düşünüldüyündə bu ayə ilə verilən xəbərin, çox təzahürlərinə şahid olunar.
Bütün canlıların təməl daşı olan elementlər cansızdırlar. Onlarla toxunan varlıqların həyat sahibi olmaları, həyat möcüzəsinin elementlərin işi olmadığını açıqca göstərər, elan edərlər.
Bu kainat fabriki, bütün maşınları, alətləri və çarxlarıyla cansızdır. Həyatdan nəsibsiz olma nöqtəsində yumurtadan çox daha gerilərdə qalar. O fabrikdən çıxan bütün canlılar, Muhyi ismini göstərər və həyatlarının o fabrikin işi olmadığını elan edərlər.
Kainat fabrikində canlıların yalnız bədənləri toxunar, ruhları deyil. Ölülərdən çıxarılan bütün dirilər, Muhyi isminin bir təcəllisinə sahibdirlər.
Həyat sahibləri deyilincə ağlımıza, insanlar, mələklər, cinlər və heyvanlar gəlir. Yəni, bunlar özlərinə həyat verilməsiylə Muhyi adına ayna olmaqdadırlar.
Not:
Dəyərli oxuyucu! Həyat sahiblərinə həyatı bəxş edən, Allahdan başqası (təbiət və s.)dırsa, təbiətin və belə səbəblərin, həyatının olduğu da isbat edilməlidir. Özündə həyat olmayanın, başqasına həyat verməsi, qeyr-i mümkündür. Deməli, həyat sahiblərinə həyatı bəxş edən, əl-Muhyi, əl-Hayy olan Allahdır.
52-)
Mütəkəbbir isminin şərhi
11. əl-Mütəkəbbir isminin şərhi:
~ Zatına izafətən hər şeyi həqir görən;
~ Əzəmət və kibriyanı, sadəcə Özündə görən;
~ Özündən başqasına, məliklərin, qullarına baxdığı nəzər ilə baxan
(Zat)'dır.
Əgər bu (görüş) doğrudursa, bu təkəbbür, haqdır. Sahibi də, həqiqi Mütəkəbbir'dir. Bu da, mütləq mənada, sadəcə Allah (azzə və cəllə) üçün təsəvvür edilə bilər.
Bu təkəbbür və isti'zam (böyüklənmə) batildirsə, əzəmətdəki təfərrüdü (yəni, əzəmət sahibi olmaqda tək olduğu şəklindəki görüşü), zənn etdiyi kimi deyildirsə, bu təkəbbür, batil və məzmum (zəmm edilən)'dir. Hər kim ki, əzəmət və kibriyanı, xüsusi olaraq, sadəcə öz nəfsində görərsə, bu görüşü, yalan; və nəzəri də, batildir. Allah (subhənəhu və taala) xaric.
Tənbeh: Qullardan mütəkəbbir olan, zahid olan ariflərdir. Arifin zühd sahibi olmasının mənası, sirrini, Haqqdan məşğul edən şeylərdən tənzih etməsi; Haqq (subhənəhu və taala) xaricindəki hər şeyə təkəbbür etməsidir. Beləliklə, dünya və axirəti, həqir görər; Haqq Taala'dan məşğul edən hər şeyin üzərinə çıxmış olar.
Arif olmayanın zühdü isə, muamələ və alış-verişdir. Çünki o, dünya malı ilə, axirət malını satın alar. Yəni, (mövcud olan) şeyi, daha sonra, qat-qat olanı qazanmaq üçün tərk edər. Bu da, sələm və alış-verişdir.
Yemək və nikah şəhvətinin nökərləşdirdiyi şəxs, -əgər bu arzusu davamlıdırsa- həqirdir. Mütəkəbbir, o kimsədir ki, heyvanların həzz və şəhvət təsəvvür etdikləri şeyləri, həqir görür.
Allah, ən gözəl biləndir...
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" )
53-)
Muntəqim isminin şərhi
81. Muntəqim isminin şərhi:
~ Təkəbbürlü insanların belini qıran;
~ Caniləri (günahkarları) cəzalandıran;
~ Tüğyan edənlərin əzabını şiddətli qılan
(Zat)'dır.
Bu isə:
~ məzur (üzrlü) qılındıqdan;
~ xəbərdarlıq edildikdən;
~ möhlət və imkan verildikdən
sonra gerçəkləşir. Bu şəkildəki intiqam, tələsərək cəzalandırmaqdan daha şiddətlidir. Çünki cəzalandırılmada tələsildiyi vaxt, xətaya çox diqqət edilməz. Bu da, cəzada kifayət qədər əzabın olmasını gərəkdirməz.
Tənbeh:
Qulda təriflənən intiqam, Allah Taala'nın düşmənlərindən intiqam almasıdır. Onun ən böyük düşməni isə, onun nəfsidir. Nəfsin haqqı da, hər günah işlədiyində; yaxud da bir ibadəti etmədiyində, ondan haqqını almasıdır (yəni, nəfsini cəzalandırmasıdır). Bəyazid Bistami (rahiməhullah)'dan nəql edildiyi kimi:
"Nəfsim, bəzi gecələrdə bəzi virdlərini (zikrlərini) yerinə yetirərkən, tənbəllik etdi. Mən də, 1 il, onu sudan məhrum etdim."
Qul, bu şəkildə intiqam yolunda süluk etməlidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
----------------
----------------
Əlavələr:
"Vaxta ki, bizi beləcə qəzəbə dəvət etdilər; biz də onlardan intiqam aldıq, beləcə onları toplu olaraq suda boğduq." ( Zuxruf surəsi, 55)
İlahi intiqamın ilk həmsöhbətləri, insanları şirk, küfr, dəlalət və pozğunluq yoluna sürümək üçün çalışan din və əxlaq düşmənləridir. Haqq Taala, bunlardan belə intiqamını dərhal almaz və onlara tövbə etmələri üçün müddət verər. Yaşadıqları müddətcə, bütün kainatı onlara da xidmət etdirər, onlara ruzi verər, bəsləyib böyüdər. Tövbə etməyərək üsyanında israr edən kəslərdə, Muntəqim ismini təcəlli etdirər. Bu təcəlli əksəriyyətlə axirətə buraxılar. Çünki intiqam və cəza diyarı orasıdır. Bəzən, insanlara ibrət olmaq üzrə bu dünyada da bu ismin təcəlliləri görülər; Nuh və Səmud qövmünün başına gələnlər kimi. Bu ismin təcəllisinə ayna olacaq bir başqa qrup isə zalımlardır. Zalımlar, qul haqqına təcavüz etməklə, özlərində bu adın təcəlli etməsini, bir baxıma istəmiş olarlar. Bir mömin, təqva dairəsində yaşayaraq bu ismin təcəllisindən həssaslıqla çəkinməlidir. Nə öz nəfsinə, nə də digər qullara zülm etməməlidir. O günahsız orqanlarını və duyğularını üsyan yolunda istifadə edən bir insan, onlara zülm etdiyini düşünməli və özündən mütləq intiqam alınacağını bilərək qorxmalı və tövbə yoluna girməlidir.
"əl-Muqaddim" və "əl-Muaxxir": "yaxınlaşdıran" və "uzaqlaşdıran" deməkdir.
~ Yaxınlaşdırdığını, təqdim etmiş;
~ Uzaqlaşdırdığını isə, təxir etmiş
deməkdir.
• Peyğəmbərlərini və vəlilərini, yaxınlaşdırmaq və hidayət etmək surətilə təqdim etmiş;
• Düşmənlərini isə, uzaqlaşdırmaq və Özü ilə onların arasına pərdə qoymaq surətilə təxir etmişdir. Məsələn:
Padşah, 2 nəfəri özünə yaxınlaşdırıb bunlardan birini, digərinə nəzərən daha yaxın qılsa, buna, "Onu təqdim etdi." deyilir. Yəni, onu, digərlərindən qabağa çəkmiş oldu.
"Quddəm" (iləridə olmaq), bəzən məkanda, bəzən isə mərtəbə/rütbədə olur. Rütbə ilə iləridə olan, önündə olduğu şeyə nəzərən, öndə olmuş olur. O halda, burda, qayə deyilən bir məqsəd olmalıdır ki, iləri keçən, ona bağlı olaraq iləri keçsin; arxada qalan da, yenə ona bağlı olaraq arxada qalsın. Məqsəd isə, Allah (subhənəhu və taala)'dır. Allah Taala nəzdində, muqəddəm olan (iləri keçirilən), muqarrəb (Ona yaxın) olan kimsədir. O, mələkləri təqdim etmiş; sonra Peyğəmbərləri; sonra vəliləri; sonra da alimləri. Hər mutəaxxir (arxada qalan) isə, önündə olana nəzərən təxir edilmiş (ertələnmiş, axıra buraxılmış); arxasında olana nəzərən isə, təqdim edilmiş (iləri çəkilmiş)'dir. Muqaddim də, Muaxxir də, Allah (subhənəhu və taala)'dır. Çünki, əgər sən, qulların təqaddum (iləri çıxmalarını) və təaxxur (geri qalmalarını), müvəffəq olmalarına və ya təqsirlərinə, fərqli vəsflərdəki kamal və ya nöqsanlıqlarına bağlayacaq olarsansa:
~ onların arzu və motivasiyalarını elm və ibadətdə müvəffəq olacaq şəkildə yönləndirən, Kimdir?
~ yaxud da, arzularını, (öz kisblərilə) doğru yolun ziddinə yönləndirmək surətilə təqsirli olmalarına səbəb olan, Kimdir?
Bunların hamısı, Allah Taala'dandır. Muqaddim də, Muaxxir də, Odur. Burdakı təqdim və təxir, mərtəbə/rütbə cəhətindəndir. Burda, iləri çıxmış olanın, elmi və əməli ilə deyil; Allah (azzə və cəllə)'nin iləri çıxarması ilə iləri çıxdığına işarət vardır. Mutəaxxir də, eyni şəkildə. Allah Taala'nın bu ayələri, bunu açıqlamadadır:
"Əgər Biz istəsəydik, hər kəsi doğru yola yönəldərdik. Lakin Mənim: 'Cəhənnəmi mütləq bütün günahkar cin və insanlarla dolduracağam!' Sözüm yerinə yetəcək." (Səcdə/13)
Tənbeh:
Qulun, feli sifətlərdən nəsibi, zahirdir. Bu səbəblə, mövzunu uzatmaqdan həzər etmək üçün, hər isimdə, bu məsələni təkrar etməyəcəyik. Çünki, dilə gətirdiyimiz qisimlərdə, kamal yolunun tərifi mövcuddur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
55-)
Malikul-mulk isminin şərhi
84. Maliku'-Mülk isminin şərhi
O ki, məşiət (iradəsi) ilə, məmləkətində, istədiyi kimi icad (var) etmək, yox etmək, əbədiləşdirmək və fane etmək kimi (felləri) tənfiz edən (tətbiq, gerçəkləşdirən)'dir.
"Əl-mulk", burda, "məmləkət" mənasındadır. Malik isə, "qüdrəti tam olan qadir Şəxs" mənasındadır. Bütün mövcudat, bir məmləkətdir və O, onların Malik'i və Qadir'idir. Bütün mövcudatın bir məmləkət olmasının səbəbi, bir-birilə rabitəli olmasından dolayıdır. Çünki, varlıqlar, bir cəhətlə (yəni, sayca) çoxluq təşkil edirlərsə də; başqa bir cəhətdən də, bir birlik təşkil edirlər.
Bunun misalı, insan bədənidir. Bədən, insan həqiqəti cəhətindən, bir məmləkətdir. Müxtəlif bir çox əzadan meydana gəlməkdədir. Ancaq, həqiqətdə, bir Müdəbbir (tədbir edən)'in istəyilə, bir-birilərilə müavinət (yardımlaşma) içindədirlər. (Bu şəkildə), bir məmləkət olmuşlardır. Bunun kimi, bütün aləm də, bir şəxs kimidir. Aləmin parçaları, onun əzası kimidir. Bir məqsəd xüsusunda, müavinət içindədirlər. Bu (məqsəd) də, Allahın comərdliyinin gərəkdirdiyi şəkildə, vücudu/varlığı mümkün olan ən böyük xeyri tamamlamaqdır. (Aləm), uyğun tərtib üzərə olan intizamı və bir rabitə ilə irtibatlanması üçündür ki, bir məmləkət olmuşdur. Allah Taala isə, onun tək Malik'idir.
Tənbeh: Hər qulun məmləkəti, ona məxsus olan bədənidir. Qulun iradəsi, qəlb və orqanlarının sifətləri üzərində nafiz (nüfuz edən, təsirli) olarsa, o vaxt, özünə verilən qüdrət nisbətində, məmləkətinə malik olar.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna")
------------------------------
Ustad Bədiü'z-zaman Said Nursi (rahmətullahi aleyh)'in bu ismi şərhi:
"Dördüncü kelime: لَهُ الْمُلْكُ
Yani, ferşten Arşa, serâdan Süreyya'ya, zerrattan seyyârâta, ezelden ebede kadar herbir mevcut, semâvât ve arz, dünya ve âhiret, herşey Onun mülküdür. Malikiyet mertebe-i uzmâsı, tevhid-i âzam suretinde Onundur."
Yəni:
Dördüncü kəlimə: "Mülk, Onundur."
Yəni: Yerdən ərşə, yerdən sürəyya (pleiades ulduzları)'na, zərrələrdən planetlərə, əzəldən əbədə qədər hər bir mövcud, səmalar və yer, dünya və axirət, hər şey, Onun mülküdür. Malikiyyətin ən böyük mərtəbəsi, ən böyük tövhid surətində, Onundur.
"Şu mertebe-i uzmâ-yı malikiyet ve makam-ı âzam-ı tevhidin bir hüccet-i kübrâsı, lâtif bir zamanda ve lâtif bir hatırada, Arabî ibaresinde, şu âcizin hatırına ilka edildi. O lâtif hatıranın hatırı için, aynı ibare-i Arabiyeyi kaydedip sonra meâlini yazacağız."
Yəni:
Malikiyyətin bu böyük mərtəbəsi və tövhidin böyük məqamının bir böyük hüccəti, lətif bir zamanda və lətif bir xatirədə, ərəbcə, bu acizin xatirinə dərs verildi. O lətif xatirənin xatiri üçün, ərəbcə eyni ibarələri qeyd edib sonra mənasını yazacağıq.
Yani: Şu kâinat denilen âlem-i ekber ve insan denilen onun misal-i musağğarı olan âlem-i asgar, kudret ve kader kalemiyle yazılan âfâkî ve enfüsî vahdâniyet delâilini gösteriyorlar. Evet, kâinattaki san'at-ı muntazamanın küçük bir mikyasta nümunesi insanda vardır. O daire-i kübrâdaki san'at Sâni-i Vâhide şehadet ettiği gibi, şu insanda olan küçük mikyastaki hurdebinî san'at dahi yine o Sânie işaret eder, vahdetini gösterir.
"Mülk, Ona məxsusdur. Çünki, bu böyük aləm, eynilə bu kiçik aləm kimidir. (Hər ikisi də), Onun qüdrətinin məsnu (sənət)'i və qədərinin məktubudur."
Bu kainat deyilən böyük aləm və insan deyilən onun kiçildilmiş misalı olan kiçik aləm, qüdrət və qədər qələmilə yazılan afaqi və ənfusi vahdaniyyət (birlik) dəlillərini göstərirlər. Bəli,
Kainatdakı intizamlı sənətin kiçik bir miqyasda nümunəsi, insanda vardır. O böyük dairə (kainat)'dakı sənət, Sani (usta) və Vahid (bir) olan Allaha şəhadət etdiyi kimi; insanda olan kiçik miqyasdakı "mikroskopik" sənət də, yenə O Sani olan Allaha işarət edər, vəhdətini göstərər.
1. Məsdər olması, tam fel mənası daşıyan "kənə" felinin məsdəri olması etibarı ilədir. Naqis fel mənasında olan "kənə" felinin mənasından deyildir. Yəni, "var oldu" mənasındadır.
Buna görə, "Kənə'ş-şəyu" cümləsi, "var oldu, meydana gəldi" deməkdir.
2. İkinci dəlaləti olan isim mənası ilə, "kainat" deməkdir. "Sair məxluqatdan meydana gələn varlıq" mənasındadır.
----------------------------
3. Dəlil, nə deməkdir?
Dəlalət nədir və qisimləri hansılardır?
Lüğətdə,"yol göstərmək, rəhbərlik etmək" mənasına gələn "dəlalət"kəliməsi, dil və ədəbiyyat, məntiq, cədəl/kəlam, fiqh üsulu kimi elmlərlə yaxından əlaqəli olan; və söz, davranış, yazı, hərəkət, hal kimi hər hansı bir şeyin, müəyyən bir bilik, məna və hökmlə bağlılığını ifadə etmək üzərə müştərək olaraq istifadə edilən bir termindir.
Klassik məntiq kitablarında, dəlalət termini, ümumiyyətlə, "Bir şeyin elə bir hal və keyfiyyətdə olmasıdır ki, onu bilməklə, başqa bir şeyin də bilinməsi lazım gəlir." şəklində tərif edilir. Bu iki şeydən:
~ birincisinə - dəll (dəlalət edən);
~ ikincisinə də - mədlul (özünə dəlalət olunan)
deyilir.
Dəlalət, ləfzi və qeyr-i ləfzi olmaq üzərə, ikiyə ayrılır. Məsələn:
~ "Kitab" ləfzinin 2 qapağı arasındakı yazılı mətninə dəlaləti - "ləfzi";
~ Dumanın atəşə dəlaləti isə, “qeyr-i ləfzi” dəlalətdir.
Dəll ilə mədlul arasındakı bağı, hər zaman ağıl qurmaqda isə də, bu, bəzən, sadəcə zehn planında, məqullar (ağılla idrak edilən şeylər) arasında qurularkən; bəzən də, hislərlə əldə edilən təcrübə, bilik, insanlar arası ortaq münasibətlər kimi məhsusat (hisslərlə idrak edilən şeylər) sahəsinin məlumatları ilə qurulmaqdadır.
Bu səbəbdən dolayı, istər, ləfzi; istər qeyr-i ləfzi olsun, bütün dəlalətlər, başlıca 3 qismə ayrılır:
1. Əqli dəlalət: Ağlın, dəll ilə mədlul arasında, zati, yəni bir başa və zəruri bir münasibət görərək, birinicinin (yəni, dəll'in) biliyindən, ikincisinin (mədlulun) biliyinə çatmasını təmin edən dəlalətdir.
Buna görə, məsələn, dumanın, oda; və ya divar arxasından eşidilən insan səsinin, orda bir insan mövcud olduğuna dəlaləti, əqli dəlalətdir. Çünki, ağıl, dumanın, atəşə; səsin, insana aid zati vəsflər olduğunu bilir və bu şəkildə, əsərin biliyindən, müəssirin biliyinə çatır.
2. Təbii dəlalət: Ağlın, dəll ilə mədlul arasında, təbii, yəni, bioloji, fizioloji və ya psixoloji bir əlaqə görərək, birinci (dəll) haqqındakı bilikdən, ikincinin (mədlulun) biliyinə çatmasıdır.
Məsələn:
~ üz qızarmasının - utanmağa;
~ üz saralmasının - qorxu və həyəcana
dəlaləti kimi.
3. Vad'i (vaz'i) dəlalət: Dəll ilə mədlul arasında, zəruri olaraq əqli və ya təbii bir münasibət olmayıb, sadəcə, adət-ənənə, mədəniyyət, ortaq münasibətdən hərəkətlə, ağlın, mədlul haqqında biliyə çatmasıdır.
Məsələn, "kitab" ləfzinin - 2 qapağı arasındakı yazılı mətnə dəlaləti; başı aşağı sallamağın - qəbula; yuxarı qaldırmağın - rəddə dəlaləti və s. kimi şeylər, vaz'i dəlalətdir. Çünki, bu nümunələrdəki dəlalət edənlərlə dəlalət olunanlar arasındakı münasibətlər, əqli və ya təbii olmayıb, tamamilə, adət-ənənə və mədəniyyətdən qaynaqlanır.
Bu şəkildə, klassik məntiqdə,
1. Ləfzi əqli;
2. Ləfzi təbii;
3. Ləfzi vaz'i dəlalət;
və
4. Qeyr-i ləfzi əqli;
5. Qeyr-i ləfzi təbii;
6. Qeyr-i ləfzi vaz'i dəlalət
olmaq üzərə, başlıca 6 növ dəlalət düşünülmüşdürsə də, bunlardan sadəcə "ləfzi vaz'i dəlalət"in, məntiq elminin əhatə dairəsinə girdiyi qəbul edilmişdir. Çünki, ilk əvvəl onu qeyd etmək lazımdır ki, məntiq elmi, ləfzlərlə mənalar arasındakı münasibət üzərinə dayanır. Məntiqin əsas məqsədi, doğru və məqbul düşünməkdir. İnsan, düşüncələrini, əsas etibarı ilə, sözlə ifadə edə bildiyi; və başqalarının düşüncələrini də, sözün köməyilə başa düşə bildiyi üçün, məntiq elmində, düşüncəni ifadə edən dilin, əhəmiyyətli yeri vardır.
Buna müqabil olaraq, fel, işarət, hal, sükut, rəng kimi şeylərin, müəyyən bir məna ifadə etməsilə reallaşan qeyr-i ləfzi dəlalətlər, məntiqin xaricində qalır.
Digər tərəfdən, ləfzi əqli və ləfzi təbii dəlalətlər də, məntiq elminin xaricində tutulmuşdur. Çünki, bunların birincisində, dəlalət edən, sözün mənası deyil, səsidir. Necə ki, sadəcə danışılanı eşitməklə, danışanın kim olduğunun başa düşülməsi halında, danışılan sözün mənasından deyil, danışanın səsinin dəlalətindən istifadə edilir və "Bu, filan kimsənin səsidir." və ya "Bu, insan səsidir." deyilir. Bununla bərabər, təqlid nümunəsində olduğu kimi; bu dəlalətin aldadıcı ola bilməsi; insanların əqli və zehni cəhətdən fərqli səviyyələrdə olmaları da, ləfzi əqli dəlalətin, məntiq elmi xaricində tutulmasına səbəb göstərilmişdir.
Ləfzi təbii dəlalətə gəlincə, insanın, hər hansı bir təbii halın təsirilə çıxardığı səslər, hər zaman, eyni mənalara dəlalət etməz; çünki, bu dəlalətlər, qeyr-i müəyyən, izafi və subyektivdir. Təbii olaraq çıxan"ah", "of" kimi səs və sözlərin mənalarının kifayət qədər müəyyən olmaması, bu cür dəlalətlərin, məntiq elminin xaricində buraxılmasına səbəb olmuşdur.
Məntiq elminin əsl mövzusunu təşkil edən ləfzi vaz'i dəlalətdə əsas olan, bir sözün, doğru bir təsəvvür və ya təsdiqə çatdıracaq şəkildə, sabit və qəti bir məna daşımasıdır. Bu cəhətdən, ləfzi vaz'i dəlalət, bir fikri ifadə etməyə və ya ondan faydalanmağa, öyrənmə və öyrətməyə əlverişli dəlalət növüdür. Bununla bərabər, ləfzi vaz'i dəlalət, bir dəfə vaz edildikdən sonra, şəxslərə görə dəyişmədən, daim, eyni mənanı qoruyur; ağıl, idrak və hiss sahəsinə girən bütün bilik obyektlərini ifadə edə bildiyindən, ən geniş dəlalət növüdür.
Klassik məntiqdə, ləfzi vaz'i dəlalətin,
1. Mutabaqat;
2. Təd(z)əmmun;
3. İltizam
olmaq üzərə, 3 növünün mövcud olduğu qəbul edilir.
1. Bir şeyi və ya bir məfhumu ifadə etmək üzərə istifadə edilən ləfzin, o şeyin və ya məfhumun bütün varlığına və ünsürlərinə dəlalət etməsinə - "mutabaqat" deyilir. Məsələn:
"İnsan" ləfzinin, bütün varlıq və ünsürlərilə "düşünən canlı"ya dəlalət etməsi, mutabaqat yolu ilə dəlalətə nümunədir.
2. Bu ünsürlərdən birinə və ya bir neçəsinə dəlalət etməsinə - "təzəmmun" deyilir. Məsələn:
"İnsan" ləfzinin, sadəcə "canlı" və ya "düşünən" varlığa dəlalət etməsi, "təzəmmun" yolu ilə dəlalətə nümunədir.
3. Bir ləfzin, bir-başa, mövzusu ilə bərabər bir də, zehnin bu mövzu ilə bağlı gördüyü başqa bir varlıq və ya mənaya dəlalət etməsinə də - "iltizam" deyilir. Məsələn:
"Məxluq" ləfzinin,
~ bütün yaradılanlara dəlaləti - mutabaqat;
~ insana dəlaləti - təzəmmun;
~ Xaliq'ə dəlaləti isə - iltizam'dır. Çünki, məxluq ləfzi, Xaliq fikrini təzəmmun (ehtiva) etməməklə bərabər, zehn, məxluq ləfzindən, dolaylı və zəruri olaraq, Xaliq (Yaradan) fikrinə varmaqdadır.
----------------------------
4. Afaqi və ənfusi dəlillər, nə deməkdir?
"Afaqi və Ənfusi dəlillər" nə deməkdir?
~ Afaqi: Ərəbcə "ufuq" kəliməsinin cəm halı olan "afaq"a nisbət şəkilçisi əlavə edilərək düzəldilmiş bir kəlimədir.
Bu terminlə, ümumiyyətlə, "xarici dünya ilə bağlı olan, fərdin şəxsi görüş və inanclarından müstəqil olaraq məqbulluğu mövcud olan, hər kəsin izləyib görə biləcəyi hallarla bağlı olan şey" qəsd edilmişdir.
~ Ənfusi: "Afaqi" termininin müqabili olan və subyektivin sinonimi olaraq istifadə edilən bu kəlimə isə, ərəbcə, "nəfs" kəliməsinin cəm halı olan "ənfus"a nisbət şəkilçisi əlavəsilə əldə edilmiş bir termin olub, "dəyəri və məqbulluğu insanın şəxsinə bağlı olan; başqalarınca izlənilib görülə bilməyən; ruhi və daxili hallarla bağlı" mənasına gəlir. Bu mənası ilə, "ənfusi", "insanın şəxsən özü ilə bağlı zehni və ya ruhi təcrübə və sezgiləri"dir.
Müsəlman elm və fikir adamları, obyektiv və subyektivə qarşılıq tapmaq üçün, "afaqi və ənfusi" kəlimələrini terminləşdirərkən, Qurandakı (Fussilət/53) "afaq və ənfus" kəlimələrinin bir-birinə müqabil məfhumlar olaraq bir arada istifadə edilmiş olmasından hərəkət etmişlərdir. Allah Taala, Fussilət/53 ayətində, belə buyurmaqdadır:
"Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm 'afaqda (kainatda), həm də onların nəfslərində (özlərində) mütləq göstərəcəyik."
İslam alimləri, başlanğıcdan etibarən, bəhs mövzusu ayətlə bağlı olaraq, bir-birindən az-çox fərqli izahlar vermişlərdir. Bu izahlar, ümumilikdə:
~ "Afaq"ın: "xarici aləm və maddə aləmi";
~ "Ənfus"un isə: "insanın daxili dünyası və ruh aləmi" olaraq başa düşülməsi gərəkdiyi nöqtəsində birləşməkdədir.
İlk dövrlərdən günümüzə qədər çatan bu dəyərləndirmələrin işığı altında,
~ "Afaqi ayətlər"in: təbii, müşahidəyə söykənən dəlillər, 5 hiss (görmək, eşitmək, dadmaq, toxunmaq, qoxulamaq) ilə əldə edilən müsbət elmlər;
~ "Ənfusi ayətlər"in isə: psixoloji və zehni dəlillər mənasına gəldiyini söyləmək, mümkündür.
İslam alimləri, elmi araşdırmalarda, "afaq və ənfus" kəlimələrinin yer aldığı ayətdən yola çıxaraq, metod fikrinə çatmağın mümkün olduğunu göstərmişlərdir. Buna görə, bir mövzunun elmi cəhətdən açıqlığa qovuşdurulması üçün iləri sürüləcək olan dəlillər:
~ ya 5 hislə ediləcək xarici aləmi müşahidə, yəni obyektiv metoda;
~ ya da qəlb yolu ilə, yəni sezgi ilə gerçəkləşdiriləcək daxili müşahidə metoduna
söykənməlidir. Necə ki, müsəlman elm adamları, Quranın bu baxış tərzinə uyğun olaraq Allahın varlığını isbat mövzusundakı dəlilləri, sonradan "afaqi və ənfusi" deyə adlandırılan 2 qismə ayırmışlardır.
~ Kəlam alimləri, daha çox "afaqi", yəni xarici aləm ilə bağlı olan (kosmoloji və ontoloji) dəlillərə daha çox ağırlıq verərkən;
~ Mutasavvıflar isə, "ənfusi", yəni insanın daxili dünyasına və ruh aləminə aid (psixoloji və əxlaqi) dəlilləri tərcih etmişlərdir.
----------------------------
5. "Sənət" nə deməkdir?
Ərəb dilində,
~ "sun" - "etmək, qılmaq";
~ "sana" - "işində mahir olmaq";
~ "sənət" isə - "görülən iş"
mənasına gəlir.
Muhamməd Əli ət-Təhanəvi, "Kəşşaf'u-İstilahati'l-Fünun və'l-Ulum"da, deyir:
"Sənət", "əvvəl yoxluqda olan bir şeyi var etmək" deməkdir.
İnsanı, aləmə; və insan nəfsini, xarici aləmə tətbiq edərək, kainatdakı şeylərin, parça və mənaların, insan vücudunda mövcud olduğunu; bədəndə olan üzv və qüvvələrin, bütün şeylərə tək-tək bənzərliyi haqqındadır.
✓ Birinci fəsil: İnsan bədəninin, zaman və məkanlara bənzərliyini, 8 cəhət ilə bəyan edir. (Belə ki):
• Birinci cəhət: Aləmin, Adəm (insan) üçün yaradıldığını bildirir.
Ey əziz! Mərifət əhli demişlərdir ki, Haqq Taala, 2 cihanı və onlarda olanları, tamamilə insan üçün var etmişdir. Ta ki, aləmdə olan sənətlərə baxıb, əşyada olan hikmətləri bilsin. Hamısının nümunəsini, öz vücudunda tapdığında, öz nəfsini tanıyıb, ondan Allah Taala'nı tanısın. Çünki Allah Taala, Quran-i Kərim'də, Zariyat surəsinin 56-cı ayəsində,
"Mən, cinləri və insanları, ancaq Mənə ibadət etmək üçün yaratdım." buyurulmuşdur.
(ibn Abbasa görə, "ibadət"dən məqsəd, "tanımaq"dır.)
Bir qüdsi hədisdə, "Ey insan! Məni tanımaq üçün, özünü tanı!" şərəfli əmr ilə, nəfsini bilməyin, Rəbbi tanımaq vəsiləsi olduğunu bildirmişdir. Çünki, Haqq Taala, insanı, Özünü tanımaq üçün yaradıb; Özünü tanımağı da, nəfsini tanımağa bağlamışdır.
O halda, insana, öz nəfsini bilmək istedadını vermişdir. Beləcə, nəfsini bilməklə, Yaradıcısını bilməyə çatar. Necə ki, xəbərdə,
"Nəfsini bilən, Rəbbini bilər." deyə gəlmişdir. (haşiyə)
Allah Taalanı tanımağın açarı, nəfsini tanımaq; nəfsi tanımağın açarı da, aləmi bilmək olsa da, Allah Taalanın, aləmdə olan bədi (bir bənzəri olmayan) əsərlərini tamamilə görüb sirlərinə qovuşmaq; və insanın nəfsində olan qüdrətinin mükəmməl hallarını (və ya davranışlarını) bilib nurlarını görmək; və ondan, yüksək məqsəd olan Allah Taala'nı tanımağa çatmaq, çox məşğuliyyət istəyən, çətin bir iş və qapalı bir sirdir. Çünki, bunun üçün, insanın,
~ dağların təpələrinə çıxması;
~ dənizlərin diblərinə enməsi;
~ yerin dərinliklərinə girməsi; və
beləcə, süfli (göyə nisbətlə aşağı) aləmin hər birini görüb bilməsi və bütün hal və sirlərinə çatması lazım gəlir. (Halbuki, insan),
~ göylərə çıxa bilmir ki, göylərin və ulduzların həqiqət və incəliklərinə tamamilə yetişib, ülvi (uca aləm, səmanın) hal və gizli tərəflərinə gərəyi kimi vaqif olsun;
~ göylərin mələkutuna girə bilmir ki, ruhlar aləminin hal və sirlərini olduğu kimi bilib, fələklərdə olanları müşahidə etsin. Ondan da, aləmin Xallaq (çoxca Yaradanı)'nın, bu kainatı icad və yaratmasından; və aləmin qisimlərini, zərrə-zərrə, anbaan dəyişdirib tərbiyəsindən, fellərini seyr və tamaşa ilə, isim və sifətlərindən xəbərdar olub; ondan da Zatını bilməyə bir yol tapsın.
Demək ki, Rauf və Rahim olan Rabbu'l-aləmin, rə'fət (şiddətli şəfqət)'indən və sonsuz yardımından, aləmin içində və çölündə ülvi və süfli şeylərdən bir çox məxluqat yaratmış; insan vücudunun da, daxili və xaricini, eyni tərz ilə, ən gözəl şəkildə bəzəmiş, təsvir etmişdir. Pak Zat'ının məvsuf olduğu sifətlərlə, insanın ruhunu da sifətləndirmişdir. Aləmi, hər zərrəsilə, ona itaətkar qılmış, əmrinə vermiş olduğu kimi; insanın cismini də, bütün orqanları ilə təmiz ruhuna boyun əydirmiş, onun əmrinə vermişdir.
Beləcə, insan, öz varlığına baxıb, üzvlərinin tərkibindən və qüvvələrinin tərtibindən, süfli və ülvi aləmlərdə, asanlıqla misil və əlamətlərini tapıb, özünü, aləmin nümunəsi görər; və öz ruhunun, cismində olan fərqli-fərqli təsərrüf və tədbirindən, Haqq Taala'nın, aləmdə olan fərqli-fərqli təsərrüf və tədbirini tapar. Onlardan da, fellərinə və sifətlərinə vaqif olub, pak Zat'ına məhəbbət və ibadət edər.
• İkinci cəhət: İnsan aləmini, böyük aləm (kainat)'a tətbiq; və bəzi üzvlərini, yer üzünə bənzətmə yolunu bildirir.
Ey əziz! İrfan əhli demişlərdir ki, insanın bədəni, kiçik aləm; ruhu isə, böyük aləmdir. Çünki, aləmdə yaradılan hər şeyin bənzəri, insan vücudunda vardır. O halda, insanın cismi və ruhu, bütün aləmin bir nüsxəsi olub, iki aləm, 1 insanda mövcuddur. Məsələn:
~ Bütün hiss edilən cansızlara nümunə, insanın üzvləri, orqanlarıdır;
~ Bütün heyvanlara nümünə, insanın əxlaqıdır;
~ 4 mövsümə nümunə, insanın dişləridir (bunlar: kəsici, köpək, kiçik azı və azı dişlərdir);
~ Adət və sənətlərə nümunə, insanın hisləri və qüvvələridir;
~ Bərzax aləminə nümunə, insanın düşüncə və xatirələridir;
~ Mələkut aləminə misal, insanın qəlbi və ruhudur.
Bu nümunə və bənzətmələr, uzandıqca uzanar. Deyil bu kitaba, bəlkə 100 kitaba sığmaz. Ancaq, arifin qəlbinə sığar. Biz, burda, günəşdən bir zərrə; dənizdən bir damla bəyan edəcəyik. Bununla, insanın, böyük aləm olub, nəfsini tanımağa dəlil olar. Və onunla, Allahın mərifəti, əhlinə asanlaşar.
Aləmin nüsxəsi, nümunəsi olan insanların şərəfli bədəni,
~ Yer və göy (məsabəsində) olub, o da, bu cahandır.
~ Ay və il məsabəsində, zamandır.
~ Ölkə yerində olan, məkandır.
İnsanın bədəninin yer üzünə bənzəməsi, belədir ki:
~ Yer üzündə dağlar olduğu kimi; bədəndə də, sümüklər vardır;
~ Yerdə ağaclar olduğu kimi; bədəndə də, saç və qıllar vardır;
~ Bir bənzərliyi də, budur ki, yerdə qitələr olduğu kimi; bədəndə də, orqanlar, üzvlər vardır;
~ Yerdə zəlzələ olduğu kimi; bədəndə də, titrəmə və asqırma vardır;
~ Yerin vadilərində, axan sular varsa; insan bədənindəki damarlarda da, axan qan vardır;
~ Yerdə fərqli su mənbələri olduğu və dadları da ayrı-ayrı olduğu kimi; bədəndə də, acı qulaq "bulağı", gözdə, burunda və ağızda, dadları fərqli "bulaqlar" vardır. Qulaq kirinin acı olmasının hikməti budur ki, insan, yuxuda ikən, qulağına həşərat girmək istəsə, qulağın acılığını hiss edib, geri qayıdar. O yatanın qulağına girməklə, ona zərər verməz. Gözdən çıxan mayenin duzlu olması, gözün yağındandır. Yağ isə, duzsuz pozulur. Bunun üçün, göz suyu, duzlu olmuşdur. Beləcə, göz, təzə qalıb, daim aydın olur. Burun mayesinin naxoş olması, onda olan qoxu hissinin, gözəl qoxulardan ləzzət alması üçündür. Çünki əşya, ziddi ilə bilinir. Ağzın suyunun xoş olması, dildə olan dadma hissinin daim ləzzətlənməsi üçündür.
İnsan bədənində olan İlahi hikmətlər, sonsuzdur. Burda, ancaq 2 aləm bir-birinə bənzədilmiş və tətbiq edilmişdir. Necə ki, xarici aləmdə olan hər şey, insan aləmində olanların nümunəsidir.
• Üçüncü cəhət: İnsan aləminin göylərə bənzəməsini bildirir.
Ey əziz! Mərifət sahibləri demişlərdir ki, insan bədəninin göylərə bənzəməsinin bir nümunəsi budur ki, səmada, 12 bürc olduğu kimi; bədənin də, xaricdən daxilə 12 yolu vardır:
~ 2 qulaq;
~ 2 göz;
~ 2 burun deşiyi;
~ 1 ağız;
~ 1 göbək;
~ 2 döş;
~ kiçik və böyük tualet yolları.
Bir bənzərliyi də, belədir:
Göydə 7 planet olduğu kimi; insanın içində də, 7 çox qiymətli orqanı vardır:
~ ağciyər - aya;
~ mədə - Utarid (Merkuri)'yə;
~ qaraciyər - Müştəri (Yupiter)'ə;
~ böyrək - Zöhrə (Venera)'ya;
~ ürək - Günəş'ə;
~ safra (öd) - Mərih (Mars)'a;
~ dalaq - Zuhal (Saturn)'a
bənzər görülmüşdür.
~ Göydə, çox sayda sabit ulduzlar olduğu kimi; bədəndə də, çox sayda sinirlər vardır.
~ Fələkdə, 28 mənzil məşhur olduğu kimi; bədəndə də, 28 hiss və qüvvə vardır.
~ Göy dairəsində, 360 dərəcə olduğu kimi; bədəndə də, bəyan olunan 360 dan damarı vardır.
~ Göylərin külli və cüzisinin, sabit ulduzların və planetlərin fərqli-fərqli təbii və məcburi hərəkətləri olduğu kimi; bədənin də, eyni şəkildə, ixtiyari və izdirari (məcburi) hərəkətləri vardır.
~ Göylər, 4 ünsürü (hava, su, torpaq, atəş)'i əhatə etdiyi kimi; bədən də, bu 4 ünsürü ehtiva etmişdir.
~ Qan, hava kimi; safra, atəş kimi; bəlğəm, su kimi; və sevda (bəlğəm, qan və safradan başqa, vücuddan çıxan bir növ ifrazat), torpaq kimidir. Bu ünsürlərdən, 3 maddə doğduğu kimi; bədəndə də, 4 qarışmadan üzvlər meydana gəlmişdir.
~ Gündüzə misal, insanın xoşbəxtliyidir;
~ Gecəyə misal, kədəridir;
~ Açıq havaya misal, fərəhliyidir;
~ Buluda misal, sıxıntısıdır;
~ Göy guruldamasına misal, səsidir;
~ Şimşəyə misal, gülməsi;
~ Yağışa misal, ağlaması;
~ Küləyə misal, nəfəs alıb-verməsi;
~ kövn və fəsada misal, danışması;
~ göy qurşağına misal, yay kimi olan qaşları;
~ aya misal, qara saçları;
~ sabahın nuruna, açılmasına misal, alnıdır.
İnsan aləminin, xarici aləmə bu bəyan olunan bənzərliklərindən başqa, bənzərlikləri çoxdur. Lakin arifə bir işarə kifayət etdiyi üçün, sözü uzatmağa ehtiyac yoxdur.
• Beşinci cəhət: İnsanın qəlbində olan pis əxlaqın, heyvan surətlərinə bənzədiyini bildirir.
Ey əziz! Mərifət sahibləri demişlərdir ki, aləmdə yaradılan hər növ heyvanın şəkil və surətlərinin nümunə və bənzərləri, insanda da vardır. Onlar, heyvani və pis əxlaqlardır. Məsələn:
~ təkəbbür - pələngə;
~ hücum və qalib gəlmək - şirə;
~ həsəd - qurda bənzəyir. Necə ki, Yaqub (əleyhissəlam), Öz oğullarının, Yusuf (əleyhissəlam)'a olan həsədlərindən, ayrılıq vaqeəsindən əvvəl, yuxusunda, 7 qurd surətində Yusuf (əleyhissəlam)'a hücum etdiklərini görmüşdü. Onun üçün, oğulları, Ona,
Digər əxlaqların surətləri, digər heyvan şəkillərinə bənzəyir. Hətta pis əxlaqdan birinə qalib olan qəlb, yuxuda, özünü, o surətdə olan heyvana da qalib görər. Məsələn, fərc şəhvətini məğlub edən kimsə, yuxusunda eşşəyə minər; əgər məğlub olsa, eşşəyin ona mindiyini görər.
Digər əxlaqlar da, buna qiyas edilə bilər. Çünki insan, böyük keçid və külli mazhar (bir şeyin zahir olduğu yer)'dir. O halda, bütün heyvanların surətləri və kainatın şəkilləri, onun xarici və daxilində surət qazanıb təşəkkül etmiş, gərəyincə meydana gəlmişlərdir. Əxlaqını düzəldən bir qəlb, şüşə kimi saf olub, hər şeyi özündə tapmışdır.
Not: Bu izahlar, "Mərifətnamə" adlı əsərdən, müxtəsər bir şəkildə nəql edilmişdir. İstəyən əsərə müraciət edə bilər.
Müəllifimiz Nursi də, bu həqiqəti, belə ifadə etməkdədir:
"Evet, nasıl ki insanın anâsırları, kâinatın unsurlarından; ve kemikleri, taş ve kayalarından; ve saçları, nebat ve eşcarından; ve bedeninde cereyan eden kan ve gözünden, kulağından, burnundan ve ağzından akan ayrı ayrı suları, Arzın çeşmelerinden ve madenî sularından haber veriyorlar, delâlet edip onlara işaret ediyorlar. Aynen öyle de insanın ruhu âlem-i ervahtan ve hâfızaları Levh-i Mahfuz’dan ve kuvve-i hayaliyeleri âlem-i misalden ve hâkeza her bir cihazı bir âlemden haber veriyorlar ve onların vücudlarına kat’î şehadet ederler." ("Ləmalar", 30-cu Ləma, 6-cı Nüqtə, 5-ci Şüa, s. 370)
Yəni:
Bəli, necə ki, insanın:
~ ünsürləri, kainatın ünsürlərindən;
~ sümükləri, (kainatın) daş və qayalarından;
~ saçları, bitki və ağaclarından; və
~ bədənində cərəyan edən, qan və gözündən, qulağından, burnundan və ağzından axan ayrı-ayrı suları, yerin çaylarından və mədən sularından
xəbər verir, dəlalət edib ona işarət edirlər. Elə də, insanın,
~ ruhu, ruhlar aləmindən;
~ yaddaşı, lövh-i məhfuz'dan;
~ xəyal qüvvəsi, misal aləmindən;
və beləcə hər bir cihazı, bir aləmdən xəbər verirlər və onların varlıqlarına, qəti şəhadət edərlər.
Yenə Müəllifimiz, məşhur "Təbiət risaləsi"ndə (s. 184-185), belə deyir:
Bir eczahanede, gayet muhtelif maddelerle dolu, yüzer kavanoz şişeler bulunuyor. O edviyelerden, zîhayat bir macun istenildi. Hem hayattar, harika bir tiryak, onlardan yapılmak icap etti.
Geldik, o eczahanede, o zîhayat macunun ve hayattar tiryakın çoklukla efradını gördük. O macunlardan herbirisini tetkik ettik.
Görüyoruz ki, o kavanoz şişelerden herbirisinden, bir mizan-ı mahsusla, bir iki dirhem bundan, üç dört dirhem ötekinden, altı yedi dirhem başkasından, ve hâkezâ, muhtelif miktarlarda eczalar alınmış. Eğer birinden, bir dirhem ya noksan veya fazla alınsa, o macun zîhayat olamaz, hâsiyetini gösteremez.
Hem o hayattar tiryakı da tetkik ettik. Herbir kavanozdan bir mizan-ı mahsusla bir madde alınmış ki, zerre miktarı noksan veya ziyade olsa, tiryak hassasını kaybeder.
O kavanozlar elliden ziyade iken, herbirisinden ayrı bir mizanla alınmış gibi, ayrı ayrı miktarda eczaları alınmış.
Acaba hiçbir cihette imkân ve ihtimal var mı ki, o şişelerden alınan muhtelif miktarlar, şişelerin garip bir tesadüf veya fırtınalı bir havanın çarpmasıyla devrilmesinden, herbirisinden alınan miktar kadar, yalnız o miktar aksın, beraber gitsinler ve toplanıp o macunu teşkil etsinler? Acaba bundan daha hurafe, muhal, bâtıl birşey var mı? Eşek muzaaf bir eşekliğe girse, sonra insan olsa, "Bu fikri, kabul etmem" diye kaçacaktır.
İşte bu misal gibi, herbir zîhayat, elbette zîhayat bir macundur. Ve herbir nebat, hayattar bir tiryak gibidir ki, çok müteaddit eczalardan, çok muhtelif maddelerden, gayet hassas bir ölçüyle alınan maddelerden terkip edilmiştir. Eğer esbaba, anâsıra isnad edilse ve "Esbab icad etti" denilse, aynen eczahanedeki macunun, şişelerin devrilmesinden vücut bulması gibi, yüz derece akıldan uzak, muhal ve bâtıldır.
Elhasıl, şu eczahane-i kübrâ-yı âlemde, Hakîm-i Ezelînin mizan-ı kazâ ve kaderiyle alınan mevâdd-ı hayatiye, hadsiz bir hikmet ve nihayetsiz bir ilim ve herşeye şâmil bir irade ile vücut bulabilir.
"Kör, sağır, hudutsuz, sel gibi akan küllî anasır ve tabâyi ve esbabın işidir" diyen bedbaht, "O tiryak-ı acip, kendi kendine, şişelerin devrilmesinden çıkıp olmuştur" diyen divane bir hezeyancı, sarhoş bulunan bir ahmaktan daha ziyade ahmaktır. Evet, o küfür ahmakane, sarhoşâne, divanece bir hezeyandır."
Mətndəki "əczaxana" təbiri, "əcza", "cüzlər, parçalar"; "xana" isə, "ev"; yəni, "parçaların olduğu ev" mənasına gəlir. Əvvəlki zamanlarda, dərmanlar, indiki kimi fabriklərdə düzəldilmədiyi üçün, dərman düzəldiləcək maddələr, ayrı-ayrı şüşə bankaların içərisinə qoyularaq, əczaxanalarda saxlanılırdı. Həkimin yazdığı resept, əczaçıya aparılar; o da, dərman üçün lazımi maddələri, şüşə bankalardan müəyyən bir miqdar götürüb tərkib edərək, dərman hazırlayardı. O dərmanın maddələri, ayrı-ayrı parçalar halında orda olduğu üçün, ora "əczaxana" adı verilirdi. Dərman fabrikləri çıxdıqdan sonra, bu tərkib işi, fabriklərdə edildiyindən, günümüzdə, əczaxanalar/apteklər, hazır dərman satmaqdadırlar.
"O edviyelerden, zîhayat bir macun istenildi."
Bax o əvvəlki minval üzərə, dərman maddələrinin, şüşə bankalar içərisində satışa ərz edildiyi əczaxanadakı o ədviyyatlardan (yəni, dərman düzəltmək üçün lazım olan o parçacıqlardan, maddələrdən), zihəyat / həyat sahibi (-məcazdır, xəstənin həyatda qalmasına zahiri bir səbəb olduğu üçün bu təbir istifadə edilmişdir-) bir məcun, yəni, reseptə uyğun bir şəkildə, o dərman maddələrindən yoğrulub məcun halına gətirilmiş bir dərman istənildi. Yəni, fərqli şüşə bankalarda yerləşdirilmiş fərqli dərman maddələrinin, -həkimin istədiyi miqdarda alınaraq "yoğrulub"- dərman halına gətirilməsi istənildi.
Mətndəki "məcun" kəliməsi, "yoğurmaq" mənasına gələn "acn" məsdərindən alınmadır. "Acin" kəliməsi isə, "xəmir"; "məcun" isə, ismu'l-məful olub, "yoğrulmuş şey, nəsnə" mənasına gəlir.
"Hem hayattar, harika bir tiryak, onlardan yapılmak icap etti."
Həm Allahın iznilə həyat verə bilən qeyr-i adi bir tiryək, yəni zəhərdən qurtaracaq bir panzəhər, onlardan, yəni, əczaxanadakı şüşə bankalarda olan dərman maddələrindən düzəldilməsi lazım gəldi.
"Geldik, o eczahanede, o zîhayat macunun ve hayattar tiryakın çoklukla efradını gördük. O macunlardan herbirisini tetkik ettik."
Yəni, həkimin yazdığı resepti götürərək, əczaxanaya gəldik. Əczaxanada, o zihəyat məcunun, yəni, Allahın iznilə həyat verməyə vəsilə olan o tərkib edilmiş dərmanın; və həyat sahibi tiryəkin (-bu kəlimə də, məcazdır.), yəni, Allahın iznilə həyat verə biləcək o panzəhərin, tərkib edilərək hazırlanmış çoxlu-çoxlu fərdlərini gördük. Hazırlanan o məcunlardan və o tiryəklərdən hər birini, tək-tək tədqiq etdik; yəni, necə hazırlandıqlarını və o şüşə bankalardakı maddələrin müəyyən miqdarlarla alınaraq necə "yoğrulub" mürəkkəb (tərkib edilmiş) bir dərman halına gətirildiyini incələdik.
"Görüyoruz ki, o kavanoz şişelerden herbirisinden, bir mizan-ı mahsusla, bir iki dirhem bundan, üç dört dirhem ötekinden, altı yedi dirhem başkasından, ve hâkezâ, muhtelif miktarlarda eczalar alınmış. Eğer birinden, bir dirhem ya noksan veya fazla alınsa, o macun zîhayat olamaz, hâsiyetini gösteremez."
Bu tədqiqatın sonunda görürük ki, o mürəkkəb məcunların hər biri, dərman düzəldilmək üzərə, o banka şüşələrin hər birindən, müəyyən bir mizan/ölçü ilə,
~ 1-2 dirhəm (1 dirhəm, təxminən 3 qram), bundan;
~ 3-4 dirhəm, o birindən;
~ 6-7 dirhəm, başqasından və s.
müxtəlif miqdarlarda əczalar, yəni, o şüşə bankalardakı dərman maddələrinin parçaları götürülmüşdür. Əgər ölçü itirilsə, məsələn, birindən 1 dirhəm az və ya çox götürülsə, o məcun, zihəyat olmaz, yəni, xəstəyə canlılıq verməyəcəyi kimi; dərman olma xüsusiyyətini, vəsfini də göstərə bilməz, dolayısı ilə, şəfa vəsiləsi olmaz.
"Hem o hayattar tiryakı da tetkik ettik. Herbir kavanozdan bir mizan-ı mahsusla bir madde alınmış ki, zerre miktarı noksan veya ziyade olsa, tiryak hassasını kaybeder."
Həm o həyat sahibi tiryəki, yəni, Allahın iznilə həyat verməyə vasitə olan o panzəhəri də tədqiq etdik, incələdik. Nəticədə gördük ki: Hər bir şüşə bankadan, xüsusi bir mizan ilə bir maddə götürülmüşdür ki, zərrə miqdar nöqsan və ya çox olsa, o panzəhər, öz xüsusiyyətini, yəni, zəhərlənən şəxsi sağaltma xüsusiyyətini itirər.
"O kavanozlar elliden ziyade iken, herbirisinden ayrı bir mizanla alınmış gibi, ayrı ayrı miktarda eczaları alınmış."
O şüşə bankalar 50-dən çox olduğu halda, hər birindən ayrı bir mizan/ölçü ilə götürülmüş kimi, ayrı-ayrı miqdarda əczaları, yəni, dərmanın tərkibində istifadə edilən kiçik parçaları, ayrı-ayrı şüşə bankalardan həssas bir ölçü ilə götürülərək, "yoğurulub" dərman halına gətirilmişdir.
"Acaba hiçbir cihette imkân ve ihtimal var mı ki, o şişelerden alınan muhtelif miktarlar, şişelerin garip bir tesadüf veya fırtınalı bir havanın çarpmasıyla devrilmesinden, herbirisinden alınan miktar kadar, yalnız o miktar aksın, beraber gitsinler ve toplanıp o macunu teşkil etsinler?"
İndi görəsən, hər hansı bir cəhətdə imkan və ehtimal vardırmı ki, o şüşələrdən götürülən müxtəlif miqdarlar, şüşələrin qərib bir təsadüf və ya fırtınalı bir havanın toxunması ilə tökülməsindən,
-hər birindən alınan miqdar qədər-
yalnız o miqdar axsın, bərabər getsinlər və toplanıb o dərmanı təşkil etsinlər?
"Acaba bundan daha hurafe, muhal, bâtıl birşey var mı? Eşek muzaaf bir eşekliğe girse, sonra insan olsa, 'Bu fikri, kabul etmem.' diye kaçacaktır."
Görəsən bundan daha xürafə, muhal/imkansız, batil bir şey, vardırmı?! Eşşək, bir o qədər də (yəni, 2 misli) eşşək olub, sonra insan olsa, "Bu fikri qəbul edə bilmərəm." deyə qaçacaqdır.
"İşte bu misal gibi, herbir zîhayat, elbette zîhayat bir macundur."
Bax bu misal kimi, hər bir həyat sahibi, əlbəttə, canlı bir məcundur; yəni, əczaçının müxtəlif maddələrdən müəyyən bir miqdar və ölçülərlə götürüb "yoğurduğu" məcun kimi; hər bir həyat sahibi də, aləmdəki bütün ünsür və elementlərdən, fərqli bir ölçü və miqdarlarda toplanmaq surətilə meydana gətirilmiş həyat sahibi bir məcundur.
"Ve herbir nebat, hayattar bir tiryak gibidir..."
Ruzi olması etibarı ilə və havanı təmizləməsi cəhətilə, heyvanların həyatının davamına vəsilə olan bitkilər, heyvanlar növü üçün, həqiqətən də, tiryək məsabəsindədir...
"Ki, çok müteaddit eczalardan, çok muhtelif maddelerden, gayet hassas bir ölçüyle alınan maddelerden terkip edilmiştir."
Ki, eynilə o əczaçının şüşə bankalardakı ədviyyat parçalarından tərkib etdiyi tiryəklər kimi, aləmdəki çox fərqli əczalardan, müxtəlif maddələrdən, yəni, ünsür və elementlərdən, çox həssas bir ölçü ilə götürülən maddələrdən tərkib edilmişdir.
Bitkilər də, insanlar və heyvanlar kimi, ünsürlərdən mürəkkəb varlıqlardır. Hamısının əsasında, "hava, su, torpaq, atəş" və ya fənlərin təbirilə, "oksigen, hidrogen, karbon, azot" ünsürləri mövcuddur.
Bəli, bütün mövcudatda, bu 4 ünsür, fərqli nisbət və miqdarlarda mövcuddur. Məsələn: "Hava" ünsürünü tədqiq etdiyimizdə, görürük ki, havanın olmadığı nəsnə yoxdur və hər canlıda, fərqli ölçü və miqdarlarda mövcuddur. Məsələn, quşların içində hava miqdarı çox olduğundan dolayı, uçarlar. Heyvanların tərkibindəki hava, otlardan çox olduğu üçün, yeriyərlər. Və ya vücudda dəmir nisbəti azaldığında və ya artdığında, o vücudun balansı pozulur. Demək, hər bir canlının vücudundakı ünsür və elementlər, müəyyən bir ölçü və miqdarla götürülmüşdür.
"Eğer esbaba, anâsıra isnad edilse ve 'Esbab, icad etti.' denilse, aynen eczahanedeki macunun, şişelerin devrilmesinden vücut bulması gibi, yüz derece akıldan uzak, muhal ve bâtıldır."
Yəni, əgər səbəblərə, ünsürlərə və ya elementlərə isnad edilsə; və bunları, 'Səbəblər icad etdi, yaratdı.' deyilsə; bu, eynilə, misal verilən əczaxanadakı məcunun, şüşələrin dağılmasından varlıq qazanması kimi, 100 dərəcə ağıldan uzaq, muhal və batil olar.
"Elhasıl, şu eczahane-i kübrâ-yı âlemde, Hakîm-i Ezelînin mizan-ı kazâ ve kaderiyle alınan mevâdd-ı hayatiye, hadsiz bir hikmet ve nihayetsiz bir ilim ve herşeye şâmil bir irade ile vücut bulabilir."
Xülasə, bu böyük əczaxana(ya bənzəyən) aləmdə...Yəni, bu aləm də, bir əczaxana kimidir. Bütün ünsürlər və elementlər, o əczaxanadakı şüşə bankalarda olan əczalar hökmündədir. Hər bir həyat sahibi isə, o şüşə bankalardakı maddələrdən müəyyən bir miqdar və nisbətlərdə toplanıb tərkib edilmiş bir məcun və bir tiryək məsabəsindədir. Əczaxanadakı ədviyyatların həssas bir mizanla bir araya gəlib həyat sahibi bir məcunu meydana gətirmələri, necə muhaldırsa; bir əczaxana məsabəsində olan bu aləmdə, ünsürlərin və elementlərin bir araya gəlib çox hikmətli və sənətli bir zihəyatı varlıq meydanına çıxartmaları, bundan 1000 dərəcə daha çox muhaldır.
Misaldakı məcun və tiryəklərin bir əczaçı tərəfindən toplanıb hazırlandığını görüb qəbul etdiyimiz kimi; (elə də), bu böyük əczaxana(ya bənzəyən) aləmdə, əzəli bir hikmət sahibi'nin qəza və qədər mizanı ilə götürülən həyat maddələri (yəni, misalda zikr edilən əczaxanadakı dərman tərkibində istifadə edilən maddələrə bənzəyən ünsürlər və elementlər), hədsiz bir hikmət və nəhayətsiz bir elm və hər şeyə şamil bir iradə ilə varlıq aləminə çıxa bilər.
"Aləmi, səbəblər yaratmışdır." fikrinin muhallığını isbat üçün "əczaxana" misalını verən Müəllif, əczaxanaya bənzətdiyi kainatdakı mövcudatın hər birinin fərqli vəsflərdə və fərqli şəkillərdə var edilməsini, ancaq, əzəli bir hikmət sahibi'nin elm, iradə, hikmət və qüdrətinə ətf edərək; öz zatlarında, "elm, hikmət, iradə və qüdrət" vəsfləri olmayan səbəblərin, bu əzəmətli icraatı görə bilməyəcəklərini isbat etməkdədir.
"Kör, sağır, hudutsuz, sel gibi akan küllî anasır ve tabâyi ve esbabın işidir.' diyen bedbaht, 'O tiryak-ı acip, kendi kendine, şişelerin devrilmesinden çıkıp olmuştur.' diyen divane bir hezeyancı, sarhoş bulunan bir ahmaktan daha ziyade ahmaktır."
Yəni, "Bu həssas mizan, kor, kar, hüdudsuz, sel kimi axan (yəni, hara getdiyini bilməyən) külli ünsürlər, təbiətlər (yəni, əşyadakı qanun və qüvvələr) və səbəblərin işidir." deyən bədbəxt,
"O qeyr-i adi tiryək, öz-özünə, şüşələrin dağılmasından meydana gəlmişdir." deyən dəli bir həzəyançı (halusinasiyaçı), sərxoş bir axmaqdan
daha çox axmaqdır.
Kainatın yaradılışından bu vaxta qədər, sel kimi axan külli ünsürlər, şüur sahibi olmadıqları üçün, hara getdiklərini bilməzlər. Gözləri olmadığı üçün, hadisələrin necə cərəyan etdiklərini görə bilməzlər. Bu, mətndə, onların, sanki "kor" olduğu kimi ifadə edilmişdir. Bu külli ünsürlər, eyni zamanda, ehtiyac sahiblərinin səslərini eşitməzlər. Axşama qədər bağırılsa: "Ey günəş! Mənə hərarət lazımdır." deyə fəryad edilsə, günəş, bu fəryadı eşitməz. Bu, mətndə, ünsürlərin, "kar" olduğu kimi ifadə edilmişdir.
"Evet, o küfür, ahmakane, sarhoşâne, divanece bir hezeyandır."
Bəli, bu qədər zahir bir həqiqəti inkar etmək, əzəli Hakimi tanımamaq mənasındakı o küfr, axmaqca, sərxoşca, divanəcə bir həzəyandır. (haşiyə)
Müəllifimiz, sənətin, "Sani" olan Allaha şəhadətini, digər risalələrində, belə açıqlamaqdadır:
"Nasıl mükemmel, muntazam, san’atlı, saray gibi bir eser, bilbedâhe muntazam bir fiile delâlet eder. Yani bir bina bir dülgerliğe delâlet eder. Ve mükemmel, muntazam bir fiil, bizzarure, mükemmel bir fâile ve mâhir bir ustaya, bir dülgere delâlet eder. Ve mükemmel usta ve dülger ünvanları, bilbedâhe, mükemmel bir sıfata, yani san’at melekesine delâlet eder. Ve mükemmel sıfat ve o mükemmel meleke-i san’at, bilbedâhe, mükemmel bir istidadın vücuduna delâlet eder. Ve mükemmel bir istidad ise, âlî bir ruh ve yüksek bir zâtın vücuduna delâlet eder. Öyle de, zeminin yüzünü, belki kâinatı dolduran müteceddid eserler, bilbedâhe, gayet derece-i kemâlde bulunan ef’âli gösteriyor. Ve şu nihayet derecedeki intizam ve hikmet dairesindeki ef’âl, bilbedâhe, ünvanları ve isimleri mükemmel olan bir fâili gösteriyor. Çünkü, muntazam, hakîmâne fiiller fâilsiz olmadığı, katiyen mâlûm. Ve son derece mükemmel ünvanlar, o fâilin son derece kemâldeki sıfatlarına delâlet eder. Çünkü, fenn-i sarfça, nasıl ism-i fâil masdardan yapılır; öyle de, ünvanların ve isimlerin dahi masdarları ve menşe’leri sıfatlardır. Ve son derece-i kemâlde sıfatlar, şüphesiz son derece mükemmel olan şuûnât-ı zâtiyeye delâlet eder. Ve kabiliyet-i zâtiye, tâbir edemediğimiz o mükemmel şuûn-u zâtiye, bihakkalyakîn hadsiz derece-i kemâlde olan bir Zâta delâlet eder.
İşte, bütün âlemdeki âsâr-ı san’at ve bütün mahlûkat, herbiri birer eser-i mükemmel olduğundan, herbiri bir fiile ve fiil ise isme, isim ise vasfa ve vasıf ise şe’ne ve şe’n ise zâta şehâdet ettikleri için, masnuât adedince, birtek Sâni-i Zülcelâlin vücûb-u vücuduna şehâdet ve ehadiyetine işaret ettikleri gibi; heyet-i mecmûası ile, silsile-i mahlûkat kadar kuvvetli bir tarzda, bir mi’rac-ı mârifettir, hiçbir cihette içine şüphe girmeyen müteselsil bir bürhan-ı hakikattir." ("Sözlər", 33-cü Söz, Tövhid'in 18-ci Pəncərəsi, s. 647-648)
Yəni:
Necə ki, mükəmməl, müntəzəm (intizamlı), sənətli, saray kimi bir əsər, açıq bir şəkildə, intizamlı bir felə dəlalət edər. Yəni, bir bina, bir dülgərliyə dəlalət edər. ---> Və mükəmməl, müntəzəm bir fel, zəruri olaraq, mükəmməl bir failə və mahir bir ustaya, bir dülgərə dəlalət edər. ---> və mükəmməl usta və dülgər ünvanları, açıq bir şəkildə, mükəmməl bir sifətə, yəni sənət məharətinə dəlalət edər. ---> və mükəmməl sifət və o mükəmməl sənət məharəti, açıq bir şəkildə, mükəmməl bir istedadın varlığına dəlalət edər. ---> və mükəmməl bir istedad isə, ali bir ruh və yüksək bir zat'ın varlığına dəlalət edər.
Elə də, yer üzünü, bəlkə (yəni, yer də bir tərəfə) kainatı dolduran mütəcəddid (yenilənən) əsərlər açıq bir şəkildə, kamal dərəcədə olan felləri göstərir. ---> və bu nəhayət dərəcədəki intizam və hikmət dairəsindəki fellər, açıq bir şəkildə, ünvanları və isimləri mükəmməl olan bir faili göstərir. Çünki, müntəzəm, hikmətli fellərin failsiz olmadığı, qəti olaraq məlumdur. ---> və son dərəcə mükəmməl olan ünvanlar, o failin son dərəcə kamaldakı sifətlərinə dəlalət edər. Çünki, sarf elminə (haşiyə-1) görə, necə ki, ismu'l-fail (haşiyə-2) məsdərdən düzəldilir; elə də, ünvanların və isimlərin də məsdərləri və mənşələri, sifətlərdir. ---> və son dərəcə kamalda olan sifətlər, şübhəsiz, son dərəcə mükəmməl olan şuunata (haşiyə-3) dəlalət edər. ---> və zati qabiliyyət deyə təbir edə bilmədiyimiz (haşiyə-4) o mükəmməl şuunat (şə'nlər), bihaqq əl-yəqin (şəxsən yaşamaq surətilə əldə edilən yəqinliklə), hədsiz kamal dərəcədə olan bir Zat'a dəlalət edər.
Bax, bütün aləmdəki sənət əsərləri və bütün məxluqat, hər biri, mükəmməl bir əsər olduğundan, hər biri, bir felə ---> və fel isə, ismə ---> isim isə, vəsfə ---> vəsf isə, şə'nə ---> və şə'n isə, Zata şəhadət etdikləri üçün, məsnuat (sənətlə yaradılan şeylər) ədədincə, bir tək cəlal sahibi Sani (sənətkar)'ın varlığının zəruri olmasına, şəhadət və əhədiyyətinə (birliyinə) işarət etdikləri kimi; topyekun görünüşü ilə, məxluqatın silsilələri qədər qüvvətli bir tərzdə, bir mərifət miracı (nərdivanı); içinə heç bir cəhətlə şübhə girməyən mütəsəlsil (silsilə) bir həqiqət bürhanı (dəlili)'dir.
-------------------------
(Haşiyə:
Haşiyə-1:
Sarf elmi (morfologiya): sözlərin quruluşundan və dəyişərkən məruz qaldığı formalardan bəhs edən elmdir. Yəni, sözün, müxtəlif formalara düşməklə yeni mənalar verməsini öyrənən elmdir.
Haşiyə-2:
İsmu'l-fail: feldən meydana gələn və işi görəni göstərən isim cinsindən olan kəlimələrdir.
Məsələn, "كَتَبَ / kətəbə" sözü, "yazdı." mənasındadır. Bu felin ismu'l-faili, "كَاتِبٌ / kətibun" şəklindədir və "yazan" mənası verməkdədir.
Haşiyə-3:
"Şuunat", "şə'n"in cəm halıdır. "Şə'n üçün, dilimizdə, tam bir qarşılıq yoxdur. Ən yaxın məna olaraq, "şan", "hal", "qabiliyyət" deyilir.
~ "Xaliq" (Yaradan), Allahın bir ismidir. "Xaliqiyyət" isə, "şan"ıdır. Yəni, yaradıcı olmaq, Allahın şan'ındandır. Bu xaliqiyyətini icra etmək istədiyində, bu istəyi, elm, iradə, qüdrət və s. kimi sifətlər izləyir və xəlq (yaratma) feli icra olunur. Beləcə, yaradılan o məxluqda, "Xaliq" ismi təcəlli edir.
~ "Rəbb" (Tərbiyə edən) də, Allahın bir başqa ismidir. "Rububiyyət" (tərbiyə edici olmaq) isə, Allahın bir şan'ıdır.
Müəllifimizin "Risale-i Nur" külliyyatında,
Zat ---> Şuunat ---> Sifət ---> İsim ---> Fel ---> Əsər
sıralaması vardır. Diqqət edilsə, şuunat, sifətdən əvvəl zikr edilmişdir. Çünki, sifətləri icraata sövq edən şey, şuunat'dır.
Məsələn, mərhəmət etmək, Allahın şan'ındandır. Bu mərhəmət ilə, insana nemət ehsan etməyi iradə edər və qüdrətilə, onun ehtiyacı olan şeyi yaradar. Mərhəmət etmək, Allahın şan'ı; iradə və qüdrət isə, Allahın sifətləridir.
Bütüh İlahi isimlər, beləcə düşünüldüyündə, hər birinin, Allahın şuunatından bir şan'a söykəndiyi başa düşülür.
Allahın Zatı, müqəddəs olduğu kimi; şuunatı da, müqəddəsdir. Yəni, bəşər ağlı, bu xüsusda nə düşünsə, nə təxmin etsə, nə xəyallar qursa, Allahın şuunatı, bunların heç birinə bənzəməz; hamısına bənzəməkdən, münəzzəhdir.
Haşiyə-4:
Müəllifin qəsdi, budur:
"Qabiliyyət" kəliməsinə, insanlar örfi bir məna yüklədikləri üçün, Ustad Nursi, "tabir edemediğimiz" deməkdədir. İnsanlar, qabiliyyəti, daha çox, qüvvə (potensial)'dan felə doğru inkişaf etdirilməsi lazım olan bir şey şəklində dəyərləndirirlər. Halbuki, Allahdakı bu qabiliyyətlər, kamal bir mərtəbədədir, inkişafı bəhs mövzusu deyildir.)
-------------------------------
Müəllifimiz Nursi (rahiməhullah), belə davam edir:
"Hem nasıl ki, şu insan gayet mânidar bir mektub-u Rabbânîdir, muntazam bir kaside-i kaderdir. Öyle de, şu kâinat dahi, aynı o kalem-i kaderle, fakat büyük bir mikyasta yazılmış muntazam bir kaside-i kaderdir."
Yəni:
"Həm, necə ki bu insan, çox mənalı Rabbani bir məktub; qədərin intizamlı bir qəsidəsidir. Elə də, bu kainat da, eyni o "qədər qələmi" ilə, lakin böyük bir miqyasda yazılmış qədərin intizamlı bir qəsidəsidir."
İzahı:
Mətndən göründüyü kimi, Müəllif, insan və kainatı, "tərbiyədən keçmiş bir məktub" və "qədərin intizamlı bir qəsidəsi" olaraq vəsf etməkdədir.
~ "Tərbiyə" nə deməkdir?
ابلاغ الشيء إلى كماله شيئا فشيئا
Yəni, "Bir şeyi, yavaş-yavaş, tədrici olaraq, o şeyin kamal mərtəbəsinə çatdırmaqdır."
Allah Taala, bu aləmi, bütün parçası ilə tərbiyə etmişdir. Məsələn, quşa uçmağı; balığa üzməyi öyrətmişdir. İpək böcəyinə ipək toxumağı; arıya bal düzəltməyi öyrətmişdir...
Bunlar kimi, hər bir məxluqa vəzifəsini öyrətmiş, o işi görə bilməsi üçün onu tərbiyə etmiş və həyat şərtlərini ona ilham etmişdir. Bütün bunlar, Allahın Rəbb isminin bir təcəllisidir.
Zərrələrdən ulduzlara; ərşdən fərşə (yerə) qədər bütün aləmləri mütədaxil (iç-içə) dairələr kimi yaradıb onları tərbiyə edən, bəsləyən Rabbu'l-Aləmin'dir.
Ustad Nursi, "rububiyyət" haqqında, belə bir izah gətirməkdədir:
"Bil ki! Muhakkak Allah (celle celeluhu), herşey için bir nokta-i kemal tayin etmiştir."
Yəni:
Bil ki! Şübhəsiz ki, Haqq Taala, hər şey üçün bir kamal nöqtə təyin etmişdir.
Məsələn, bir beton ilanının boyu 10 metrə qədər çata bildiyi halda, bir kərtənkələnin boyu 15-20 santimetrdən çox uzana bilməməkdədir. Demək, beton üçün kamal nöqtə 10 metr ikən; kərtənkələ üçün kamal nöqtə 15-20 sm'dir.
Bir insanın boyu ən çox 2 metrdən bir az çox olduğu halda, bir milçəyin boyu, 0.6-0.7 santi metr qədərdir. Demək, insan üçün kamal nöqtə 2 metr ikən, milçək üçün kamal nöqtə 0.6-0.7 santimetrdir.
Bunlar kimi, Allah Taala, hər bir varlıq üçün bir kamal nöqtə təyin etmişdir. Bu kamal nöqtə, o varlığın alacağı son şəkil və böyüklük olaraq çatacağı ən son hüduddur.
"Ve o noktayı elde etmek için de, o şeye bir meyil, bir iştiyak vermiştir. Sanki her şey, manevi bir emir almış gibi, o nokta-i kemale doğru muntazaman hareket edip, ona müteveccihen yürümektedir."
Yəni:
Və o şeyə də, kamal nöqtəsinə doğru hərəkət etməsi üçün bir meyil vermişdir. Sanki o şey, mənəvi bir əmr almış kimi, özü üçün təyin edilən kamal nöqtəyə doğru sürətlə hərəkət edib əmri yerinə yetirir.
Məsələn, hər doğan varlıq, dərhal böyüməyə başlayır və özü üçün təyin edilən o nöqtəyə çatmaq üçün çalışır. Hətta bir ağacın budaqlarını kəssəniz, dərhal fərqli bir yerindən yenisi çıxır və o da böyüməyə başlayır. Yəni hər şey, böyümə üzərə proqramlanmış, hər bir varlığa bir kamal nöqtə təyin edilmiş və o nöqtəyə doğru hərəkət etməsi üçün ona bir meyil verilmişdir.
"Halbuki, esna-i hareketinde, kendisine meded verecek çok şeylere muhtac ve ona engel olup zarar verecek çok şeyleri de def etmeye, manileri bertaraf etmeye ihtiyacı vardır. İşte, esna-i hareketlerinde onlara yardım eden ve manilerini def eden, şübhesiz Cenab-ı Halk'ın terbiyesidir."
Yəni:
Halbuki, o şey, kamal nöqtəsinə doğru hərəkət edərkən, səfər əsnasında və hərəkətində, özünə kömək edəcək və mədəd verəcək çox şeylərə möhtac olduğu kimi; onun, səfər və hərəkətinə mane olan çox əngəllərinin ortadan qaldırılmasına da ehtiyacı vardır.
Yəni, biri müsbət, digəri mənfi olan 2 şey onu gözləməkdədir.
Məsələn, bir ağacın kökü kamal nöqtəsinə doğru hərəkət edərkən, qarşısına bir qaya çıxsa, kök, o qayanı parçalamaqda və hərəkətinə davam etməkdədir. O sərt qayanı ipək kimi yumşaq köklərə boyun əydirən, Allahdır. O sərt qaya, Haqq Taalanın əmrilə parçanlanır. Yenə ağacın budaqlarındakı yarpaqlar, çiçəklər və meyvələr, yayın şiddətli istisinə qarşı təravətlərini qoruyurlar. Günəş onları yandıra və quruda bilməz. Hərarəti ağaca boyun əydirən, Allahdır. Bunlar kimi, bir varlıq, kamal nöqtəsinə doğru hərəkət edərkən bir maneə ilə qarşılaşsa, o maneəni dəf edən, Allah Taala'dır. Digər bütün məxluqatı, bunlara qiyas et!
Bununla bərabər, o şeyin möhtac olduğu bütün ehtiyacları qarşılayan da, Allahın tərbiyəsi və idarəsidir ki, buna, "rububiyyət həqiqəti" deyirik.
~ "Məktub" isə, "yazılan şey" mənasındadır.
Bu qısa izahlardan sonra, "insan" və "kainat"ın "tərbiyədən keçmiş məktub"lar olmasını, belə icmal edə bilərik:
"İnsan" və "kainat", "qüdrət qələmi" ilə yazılmış mənalı məktublardır. Məsələn, insanın hər bir orqanı, məsələn, gözü, qulağı, qəlbi, mədəsi və s. haqqında, cildlərlə kitablar yazılmışdır. İnsan bədəni haqqında yazılan bu saysız-hesabsız kitablarla bərabər; onun ruhu və bu ruha bağlı olan ağlı, yaddaşı, hiss dünyaları da, ayrı bir kitabdırlar.
Bu qədər məna ifadə edən bir "məktub", heç mümkünmüdür ki, Katib'siz olsun?! Və ya onun katibi, şüursuz təbiət, səbəblər və təsadüf olsun?! Elmi, iradəsi, qüdrəti, görməsi, eşitməsi, danışması, həyatı olmayan bir varlıq, bu qədər məna ifadə edən bir "məktub" yaza bilərmi?! Əsla!
Necə ki, Müəllif, bir risaləsində, bu xüsusda belə deməkdədir:
"Madem şu kâinat ve mevcudat var ve içinde ef'al ve icad var. Hem madem muntazam bir fiil fâilsiz olmaz, mânidar bir kitap kâtipsiz olmaz, san'atlı bir nakış Nakkâşsız olmaz. Elbette, şu kâinatı dolduran ef'âl-i hakîmânenin bir fâili ve yeryüzünün mevsim be mevsim tazelenen hayretfezâ nukuşlarının, mânidar mektubatının bir kâtibi, bir Nakkâşı vardır."("Sözlər", 31-ci Söz, 2-ci Əsas, s. 552)
Yəni:
Madam ki, bu kainat və mövcudat var (haşiyə) və içində fellər və icad vardır.
Həm madam ki, intizamlı bir fel, failsiz; mənalı bir kitab, katibsiz; sənətli bir naxış, Nəqqaş'sız olmaz.
(Elə isə), bu kainatı dolduran hikmətli fellərin bir Fail'i; və yer üzünün mövsüm-bə-mövsüm təzələnən heyrət verici naxışlarının, mənalı məktublarının bir Katib'i, bir Nəqqaş'ı vardır.
-----------------------
(Haşiyə:
Müəllifin, "kainat və mövcudat var" deməsindən qəsd etdiyi, budur:
Fəlsəfə'dən bir qrup (sofistlər), həm öz varlıqlarını, həm də kainatın varlıqlarını inkar etməkdədirlər. Müəllif, bu qrup haqqında, ("Ləmalar", 30-cu Ləma, s. 328), belə deyir:
"Evet, dünyada en ziyade hayret edilecek birşey varsa, o da, bu inkârdır. Çünkü kâinatın mevcudatındaki hadsiz intizâmât ve hikmetleriyle vücut ve vahdetine şahitler bulunduğu halde, Onu görmemek, bilmemek, ne derece körlük ve cehalet olduğunu, en kör cahil de anlar.
Hattâ, diyebilirim ki, ehl-i küfrün içinde, kâinatın vücudunu inkâr ettiklerinden ahmak zannedilen Sofestâîler, en akıllılarıdır. Çünkü, kâinatın vücudunu kabul etmekle, Allah'a ve Hâlıkına inanmamak kabil ve mümkün olmadığından, kâinatı inkâra başladılar. Kendilerini de inkâr ettiler, "Hiçbir şey yok" diyerek, akıldan istifa ederek, akıl perdesi altında sair münkirlerin hadsiz akılsızlıklarından kurtulup bir derece akla yanaştılar."
Yəni:
Bəli, dünyada ən çox heyrət ediləcək bir şey varsa, o da, bu inkardır. Çünki, kainatın mövcudatındakı hədsiz intizamlar və hikmətlərilə varlıq və birliyinə şahidlər olduğu halda, Onu (Allahı) görməmək, bilməmək, nə dərəcə korluq və cəhalət olduğunu, ən kor cahil belə bilər.
Hətta deyə bilərəm ki, kafirlər içində, kainatın varlığını inkar etdiklərindən axmaq zənn edilən Sofistlər, (bu kafirlərin) ən ağıllılarıdır. Çünki, kainatın varlığını qəbul etməklə, Allaha və (kainatın) Xaliq (Yaradan)'ına inanmamaq, qabil və mümkün olmadığından, (onlar), kainatı inkara başladılar. Özlərini də inkar etdilər. "Heç bir şey yoxdur." deyərək, ağıldan istefa verərək, ağıl pərdəsi altında sair münkir (inkar edənlər)'in hədsiz ağılsızlıqlarından qurtulub bir dərəcə ağıla yaxınlaşdılar.
-------------------------------
~ "İnsan" və "Kainat"ın, "Qədərin intizamlı bir qəsidəsi" olması:
~ "Qəsidə" nə deməkdir?
Lüğətdə, "qəsd etmək, əzm etmək, bir şeyə doğru yönəlmək" kimi mənalara gələn "qəsd" kökündən meydana gələn "qəsidə", bir ədəbiyyət termini olaraq, "müəyyən bir məqsədlə deyilmiş, üzərində düşünülmüş, nəzərdən keçirilmiş şeir" deməkdir.
Qəsidələr, əruz vəznində yazılmaqda və bu vəznlə yazılan şeirlərdə, kəlimələr, müəyyən bir qəlibə görə seçilir və yerləşdirilir.
Müəllifin "qədərin intizamlı qəsidəsi" ifadəsi, hər məxluqun,
~ həm son dərəcə nizamlı yaradıldığını;
~ həm də, (zamansız bir şəkildə) üzərində düşünülmüş, nəzərdən keçirilmiş olduğunu
bərabər dərs verməkdədir. Çünki, təsadüfən görülən işdən intizamın hasil olması, 1/1.000.000 ehtimaldır.
~ "İntizam" isə, lüğət kitablarında, belə izah edilməkdədir:
a. İşlərin yerli-yerində olması; ahəng içində olmaq;
b. Bir biri içinə qoymaq/yerləşdirmək.
Müəllif, "intizam" haqqında, Öz əsərlərində istifadə etmişdir. Məsələn:
~"Sözlər"adlı əsərinin 10-cu Sözü olan "Haşr" risaləsi 3-cü Həqiqət'də (s. 63), belə bəyan etməkdədir:
"...herşeyin san'atında nihayet derecede intizam bulunması gösterir ki, nihayetsiz bir hikmetle iş görülüyor. Evet, güzel bir çiçeğin dakik programını küçücük bir tohumunda derc etmek, büyük bir ağacın sahife-i a'mâlini, tarihçe-i hayatını, fihriste-i cihâzâtını küçücük bir çekirdekte mânevî kader kalemiyle yazmak, nihayetsiz bir hikmet kalemi işlediğini gösterir..."
Yəni:
...hər şeyin sənətində, sonsuz dərəcədə intizam mövcud olması göstərir ki, sonsuz bir hikmət ilə iş görülür. Bəli,
~ gözəl bir çiçəyin incə bir proqramını, kiçik bir toxumunda dərc etmək/yerləşdirmək;
~ böyük bir ağacın əməl səhifəsini, həyat tarixçəsini, hissələrinin fihristəsini/özətini, kiçik bir çəyirdəkdə mənəvi qədər qələmilə yazmaq,
sonsuz bir hikmət qələmi işlədiyini göstərir...
Bunu, bir misalla ağla yaxınlaşdıraq. Belə ki:
Payızda yarpaqların bir-bir töküldüyünü gördüyümüzdə, bəsit bir təbiət hadisəsi deyə keçib gedirik. Halbuki bir yarpağın budağından qopub yerə düşməsi, onun bahardakı təşəkkülü qədər, elmi və qanuni bir çox bio kimyəvi hadisələrin nəticəsidir.
Bu mövzu, bitki fiziologiyasında, başlı-başına bir incələmə mövzusudur və burda cərəyan edən bio kimyəvi hadisələr, bütün detalları ilə bilinməməkdədir. Bir yarpağın budağından qopuncaya qədər keçirdiyi bu mərhələləri, belə sıralaya bilərik:
Payız gəldiyində, mövsüm səbəbilə ətraf mühit şərtlərində meydana gələn dəyişmələr (günlərin qısalması, istiliyin azalması və s. kimi), yarpaqlardakı hormon balansına təsir etməkdədir. Məsələn:
~ böyüməyi təşviq edici oksin və sitokinin qrupu hormonların miqdarları, yarpaqda azalarkən;
~ absisik asid və etilen kimi əngəlləyici hormonların miqdarları, tədricən artır.
Halbuki bu hal, bahar və yay mövsümlərində, əksinədir.
Payızda əngəlləyici hormonlardan (xüsusən) absisik asid, yarpaqdakı mezofil hüceyrələrin gen mərkzlərinə təsir edəcək proteaz, RNaz və klorofillaz kimi parçalayıcı enzimlərin sintezini təşviq edir.
Bu enzimlər də, sırası ilə, protein, RNA və yarpağa yaşıl rəngi verən klorodil molekullarını parçalayırlar. Beləcə, yarpaqlar, yaşıllığını itirərək, yavaş-yavaş solub, hüceyrələrindəki parçalayıcı enzimlərcə parçalanan qida maddələri, yarpaq sapından keçərək, bitkinin kök və gövdəsindəki parankima hüceyrələrində depolanırlar.
Bunun sayəsində, yarpaqdakı qida maddələri, israf edilməzkən, maksimum təsərrüf əsaslarına tabe olunmuş olur. Çünki baharda yarpaqlar yenidən təşəkkül edərkən depolanan bu maddələr, enerji qaynağı olaraq təkrar istifadə ediləcəklər.
Qida maddələrinin gövdəyə daşınmasından sonra, yarpaqdakı hormonlar da, yarpaq sapına gedərək, sapın gövdəyə yaxın bir yerində "yarpaq tökülməsi" təbəqəsinin təşəkkülünə səbəb olurlar.
Burdakı hüceyrələrdə absisik asid və etilen hormonları, sellulaz və pektinaz enzimlərinin sintezini təşviq edirlər. Bu enzimlər də, hüceyrə arasındakı rabitənin yavaş-yavaş ayrılmalarına səbəb olurlar. Bu ayrılma, ilk əvvəl, sapın xarici qisimlərində başlayıb içəri doğru davam edir. Sadəcə ən daxili qisimdə, yarpağa su gətirən odun boruları qalır. Bunlar da, cansız və çox incə olduqlarından, xəfif bir külək və yağış damcısı kimi kiçik bir xarici təsirə məruz qalan yarpaq, asanca qopur və yerə düşür.
Yarpaq yerə düşdüyündə, orqanizmində çox az miqdarda qida maddəsi qalır. Bunlar da, torpaqdakı mikro orqanizmlər tərəfindən parçalanaraq, gübrə halına gətirilirlər. Yarpağın qopduğu yerdə, yeni hüceyrələr meydama gələrək, burdakı açıqlıq bir döjənək/qabarla, yenidən örtülür. Bu qabar, bitkinin su itirməsini əngəlləyir. Bununla bərabər, fərqli xarici təsirlərdən məsələn:
~ qışın soyuğundan;
~ havadakı zərərli qazlardan; və ya
~ bakteriya və mantarlar kimi patogenlərdən,
bitkinin qorunmasını təmin edir.
Bura qədər mücməl şəkildə açıqladığımız bu qeyr-i adi sistemi yarpaqlara yerləşdirən elmə, iradəyə, qüdrətə, Allahdan başqası malik ola bilərmi?!
--------------------------------
Müəllif, bu bölməni, belə yekunlaşdırmaqdadır:
"Hiç mümkün müdür ki, hadsiz alâmet-i farika ile bütün insanlara bakan şu insan yüzündeki sikke-i vahdete ve bütün mevcudatı omuz omuza, el ele, baş başa veren kâinat üstündeki hâtem-i vahdâniyete Vâhid-i Ehadden başka birşeyin müdahalesi bulunsun?!"
Yəni:
(Elə isə), heç mümkünmüdür ki,
~ hədsiz fərqli əlamətlərlə bütün insanlara baxan bu "insan" üzündəki vəhdət sikkəsinə; və
~ (içindəki) bütün mövcudatı, çiyin-çiyinə, əl-ələ, baş-başa verən "kainat" üstündəki vahdaniyyət (birlik) möhürünə,
Vahid və Əhəd olan Allahdan başqa bir şeyin müdaxiləsi olsun?!
Xülasə: Müəllif, bu bölmədə, insan və kainatın bir sənət və məktub olmasını nəzərə verdi. Sənətin, Sani'siz; məktubun isə, Katib'siz ola bilməyəcəyini ifadə edərək, "insan" və "kainat" mülkünün Allaha məxsus olduğunu isbat etdi.
Sâni-i Hakîm, âlem-i ekberi öyle bedî bir surette halk edip âyât-ı kibriyâsını üstünde nakşetmiş ki, kâinatı bir mescid-i kebir şekline döndürmüş.
Ve insanı dahi öyle bir tarzda icad edip, ona akıl vererek, onunla o mu'cizât-ı san'atına ve o bedî kudretine karşı secde-i hayret ettirerek, ona âyât-ı kibriyâyı okutturup, kemerbeste-i ubûdiyet ettirerek, o mescid-i kebirde bir abd-i sâcid fıtratında yaratmıştır.
Hiç mümkün müdür ki, şu mescid-i kebirin içindeki sâcidlerin, âbidlerin mâbud-u hakikîleri, o Sâni-i Vâhid-i Ehadden başkası olabilsin?
Yəni:
İkinci bölmə:اِبْدَاعُهُ لِذَاكَ صَيَّرَهُ مَسْجِدًا • اِيجَادُهُ لِهٰذَا صَيَّرَهُ سَاجِدًا
"Bu böyük aləmi ibda edərək, onu, bir məscid halına gətirmiş; bu kiçik aləmi icad edərək, onu da, bir sacid (səcdə edən) qılmışdır."
Mənası, budur ki:
Hikmət sahibi Sani olan Allah, böyük aləmi (yəni, kainatı), elə bədi bir surətdə xəlq edib böyük ayələrini üstündə nəqş etmişdir ki, kainatı, böyük bir məscid şəklinə çevirmişdir.
Və insanı da, elə bir tərzdə icad edib, ona ağıl verərək, onunla o sənət möcüzəsinə və o bədi qüdrətinə qarşı heyrət səcdəsi etdirərək, ona, böyük ayələrini oxutdurub, qulluq üçün əl bağlatdıraraq, o böyük məsciddə, səcdə edən bir abid fitrətində yaratmışdır.
Heç mümkünmüdür ki, bu böyük məscidin içindəki sacidlərin, abidlərin həqiqi Məbudları, O Vahid, Əhəd olan Sani'dən başqası ola bilsin?!
--------------------------
Mətnin izahına keçmədən əvvəl, bəzi sözlərin izahları:
Xülasə: Müəllif, bu bölmədə, kainatın, bir məscid; varlıqların, xüsusilə də insanın, bir sacid olduğunu nəzərə verdi. Bir sacid məsabəsində olan varlıqların (xüsusilə insanın) həqiqi Məbud (ibadət edilməyə haqqı ilə layiq olan)'ının, yalnız Allah olduğunu göstərdi.
O Malikü'l-Mülk-i Zülcelâl, âlem-i ekberi, bahusus küre-i arz yüzünü öyle bir surette inşa ederek yapmıştır ki, birbiri içinde hadsiz daireler olup, herbir daire bir tarla hükmünde olup, vakit be vakit, mevsim be mevsim, asır be asır eker, biçer, mahsulât alır. Mütemadiyen mülkünü çalıştırır, tasarruf eder.
En büyük daire olan zerrat âlemini bir tarla yapıp, her zaman kâinat kadar mahsulâtı, kudretiyle, hikmetiyle onda eker, biçer, kaldırır. Âlem-i şehadetten âlem-i gayba, daire-i kudretten daire-i ilme gönderir.
Sonra, mutavassıt bir daire olan zemin yüzünü, aynen öyle bir mezraa yapmış ki, mevsim be mevsim âlemleri, envâları içinde eker, biçer, kaldırır. Mânevî mahsulâtını dahi gaybî, uhrevî, misalî ve mânevî âlemlerine gönderir.
Daha küçük bir daire olan bir bahçeyi, yine, yüz defa, bin defa kudretle doldurup hikmetle boşalttırıyor.
Daha küçük bir daire olan bir zîhayatı, meselâ bir ağacı, bir insanı, yüz defa onun kadar ondan mahsulât alır.
Demek, o Malikü'l-Mülk-i Zülcelâl, küçük-büyük, cüz'î-küllî herşeyi birer model hükmünde inşa ederek, yüzler tarzda taze taze nakışlarla münakkaş mensucat-ı san'atını onlara giydirir, cilve-i esmâsını, mu'cizât-ı kudretini izhar eder. Kendi mülkünde herbir şeyi birer sahife hükmünde inşa etmiş. Her sahifede, yüzer tarzda mânidar mektubatını yazar; hikmetinin âyâtını izhar eder, zîşuurlara okutturur.
Şu âlem-i ekberi mülk şeklinde inşa etmekle beraber, şu insanı dahi öyle bir surette halk etmiştir ve ona öyle cihazat ve âletler ve havas ve hissiyatlar ve bilhassa nefis, hevâ ve ihtiyaç ve iştiha ve hırs ve dâvâ vermiştir ki, o geniş mülkünde, bütün mülke muhtaç bir memlûk hükmüne getirmiştir.
İşte, hiç mümkün müdür ki, pek büyük olan âlem-i zerrattan, tâ bir sineğe kadar bütününü mülk ve tarla yapan ve küçük insanı o büyük mülke nâzır ve müfettiş ve çiftçi ve tüccar ve dellâl ve âbid ve memlûk yaptıran ve kendine muhterem bir misafir ve sevgili bir muhatap ittihaz eden o Malikü'l-Mülk-i Zülcelâlden başka, o mülke tasarruf edip o memlûke Seyyid olabilsin?
"Onu, bir mülk şəklində inşa etmiş; bunu da bir məmlük olaraq icad etmişdir."
Mənası, budur ki:
O cəlal sahibi Maliku'l-Mulk olan Allah,
~ Böyük aləmi (yəni kainatı), xüsusilə bu yer kürəsini, elə bir surətdə inşa edərək yaratmışdır ki, bir-biri içində saysız-hesabsız dairələr olub, hər bir dairə, bir tarla hökmündə olub, vaxt aşırı, mövsüm-bə mövsüm, əsr-bə-əsr, əkər, biçər, məhsulat alar. Mütəmadiyən, mülkünü çalışdırar, təsərrüf edər.
~ Ən böyük dairə olan zərrələr (atomlar) aləmini bir tarla qılıb, hər zaman, kainat qədər məhsulatı, qüdrətilə, hikmətilə, onda əkər, biçər, qaldırar. Şəhadət aləmindən, qeyb aləminə; qüdrət dairəsindən, elmi dairəsinə göndərər. (haşiyə)
----------------------
(Haşiyə:
Bu abzas üzərinə, qısa bir izah:
Bu dərin təfəkkür tablosunu bir dərəcə seyr edə bilmək üçün, atomlar yerinə günəş sistemi üzərində düşünək və daha sonra, bu düşüncələrimizi, atomlar aləminə şamil edək. Belə ki:
Günəş sistemindəki bütün planetlər, fərqli orbitlərdə və fərqli sürətlərlə bir hərəkət halındadırlar. Sistemdəki bütün planetlərin toplu halda bir şəklini çəkək. Müəyyən bir zaman, məsələn, 1 saat sonra, bütün planetlərin yerləri, dəyişmiş olacaqdır. Bu yeni halı da, bir şəkil olaraq qeyd edək. Bunları yan-yana gətirdiyimizdə, bu ikincisi, birincisinin məhsulu kimi olur. Eyni işi, 2 saat sonra təkrarladığımızda, qarşımıza çıxan tablo, ikincinin məhsulu kimi olur. Beləcə, günəş sistemimiz, hər saat, yeni bir sistem doğmuş, yaxud məhsul vermiş kimi xəyal edilə bilər.
Ustad Nursi, bu mənanı, atomlar aləmi üçün düşünmüş və kainatdakı bütün atomların bir andakı vəziyyətlərini, bir əvvəlki anın məhsulu olaraq dəyərləndirmiş; beləcə, zərrələr aləminin, hər zaman, yeni bir kainatı məhsul verdiyini, diqqətli nəzərlərin tamaşa və təfəkkürünə təqdim etmişdir.
Bəli, kainatın maddi mühitində meydana gələn bütün varlıqlar və o varlıqların yeni halları, bir məhsul kimi qəbul edilsə, o vaxt, bütün varlıqların və yeni hallarının yetişdiyi tarla, zərrələr aləmi olar.)
----------------------
~ Sonra, orta dərəcədə bir dairə olan yer üzünü, eynilə elə bir tarla qılmışdır ki, mövsüm-bə-mövsum, aləmləri, növləri, içində əkər, biçər, qaldırar. Mənəvi məhsullarını da, qeybi, uxrəvi (axirətə aid), misali və mənəvi aləmlərinə göndərər. (haşiyə)
~ Daha kiçik bir dairə olan bir baxçanı, yenə, 100 dəfə, 1000 dəfə, qüdrətlə doldurub hikmətlə boşaldır.
~ Daha kiçik bir dairə olan bir həyat sahibini, məsələn bir ağacı, bir insanı, 100 dəfə, onun qədər, ondan məhsul alar. (haşiyə)
--------------------------
(Haşiyə:
Bu abzas üzərinə, qısa bir açıqlama:
Tibb sahəsinin mütəxəssis elm adamları, bir insanda, təxminən 100 trilyon hüceyrə olduğunu və hər bir saniyədə, 100 milyon hüceyrənin öldüyünü, bir o qədərinin də yenidən yaradıldığını bildirməkdədirlər. Bir insan bədənin hər il beyin hüceyrələri xaric tamamilə dəyişdiyini; onların da, bir neçə il içində, yenə, yeniləndiyini ifadə etməkdədirlər.
Buna görə, 80 yaşına gəlmiş bir insanda, o günə qədər 80 insan yaradılmış deməkdir. Yəni, o 1 tək insandan, 80 insan məhsulu alınmış olur.
Not: Diqqət et! Bütün bu fəaliyyətlərdən, insanın zərrə qədər xəbəri vardırmı? Və ya bunlarda, zərrə qədər təsərrüf edə bilirmi?
Elə isə, bütün bu şüurlu fəaliyyətlər, şüursuz varlıqlara nisbət edilə bilərmi?)
-------------------------
Demək, O cəlal sahibi Maliku'l-Mulk olan Allah, kiçik-böyük, cüzi-külli hər şeyi bir model hökmündə inşa edərək, yüzlərlə tərzdə təzə-təzə naxışlarla naxışlanmış sənət toxumalarını onlara geyindirər; isimlərinin cilvəsini (Allahın, özünü bu isimlə tanıtmasından kinayədir), qüdrət möcüzəsini izhar edər. (haşiyə)
-------------------------
(Haşiyə:
İzah:
Kiçik-böyük hər şeyin mahiyyəti, onun bir modeli kimidir. Paltarların, modelə uyğun olaraq tikilməsi kimi; hər canlının bədəni də, onun ruhuna, o ruha bağlı sifətlərə və qabiliyyətlərə görə inşa edilir. Qoyunun ruhu ilə, ruzisi olan yumşaq otları asanca qopara biləcəyi ağzı, onları çeynəyəcək dişləri, həzm edəcəyi mədəsi və yenə, o yumşaq ruha uyğun ayaqları, tam bir münasibət göstərməkdədirlər.
Şirin vəhşi ruhu ilə də, ovunu rahatca parçalayacaq dişləri, onu həzm edə biləcək mədəsi, digər yandan, düşmənini məğlub edəcək qüvvəti, yenə tam bir uyğunluq içindədir.
Qoyunun ruzisi otlar olduğu üçün, onları əldə etmək üçün sürətlə qaça biləcək bir bədənə, ruzisini parçalamaq üçün lazımi kəskin və güclü dırnaqlara və onu məğlub edə bilməsi üçün lazım olacaq böyük bir qüvvətə, ehtiyacı yoxdur.
Bu həqiqətin ən gözəl misalını, öz ruhumuzla bədənimiz arasındakı qeyr-i adi münasibətdə və ağıl almaz iş birliyində açıqca görə bilərik. Başa düşə bilən ağılla qələm tuta bilən əl arasındakı qeyr-i adi münasibət, bunun, sadəcə bir misalıdır.
-------------------------
(O), öz mülkündə, hər bir şeyi bir səhifə hökmündə inşa etmişdir. Hər səhifədə, yüzlərlə tərzdə mənalı məktublar yazar; hikmətinin ayələrini izhar edər; şüur sahiblərinə oxutdurar.
Bu böyük aləmi (yəni, kainatı) bir mülk şəklində inşa etməklə bərabər, bu insanı da, elə bir surətdə xəlq etmiş və ona elə cihaz, alət, hisslər və xüsusilə, nəfs, həva, ehtiyac, iştah, istək və tələb vermişdir ki, o geniş mülkündə, bütün mülkə möhtac bir məmlük hökmünə gətirmişdir.
Bax heç mümkün ola bilərmi ki, çox böyük olan "zərrələr aləmi"ndən ta bir milçəyə qədər hamısını mülk və tarla qılan; və kiçik insanı da, o böyük mülkə nazir (nəzər edən), müfəttiş (təftiş edən), cütçü (əkib-biçən), tacir (ticarət edən), dəllal (duyuran, eşitdirən), abid (ibadət edən) və məmlük qıldıran və Özünə möhtərəm bir qonaq, sevgili bir muxatab (xitab edilən) qəbul edən o cəlal sahibi Maliku'l-Mulk'dan başqa, o mülkə təsərrüf edib o məmlükə Seyyid ola bilsin?! (haşiyə)
------------------------
(Haşiyə:
Bu abzasa dair qısa izahlar:
İnsanın, o böyük mülkə, nazir, müfəttiş, cütçü, tacir, dəllal, abid və məmlük olması:
~ "Nazir": "nəzər edən, düşünən" kimi mənalara gəlir.
İnsan bütün mülk aləmini, Malikinin naminə tamaşa etməklə, əşyanı və hadisələri, İlahi isimlərin təcəlliləri olaraq görməklə mükəlləfdir. Belə etdiyi təqdirdə, axirətin tarlası olan bu mülk aləmi, insanı, cənnətin əbədi mülklərinə çatdırar.
~ "Müfəttiş": "təftiş edən, incələyən, məna və hikmətlərini tədqiq edən" deməkdir. Bütün fənnlər, bu təftişlərin gözəl meyvələridir.
~ "Cütçü" və "tacir" kəlimələri: insanın, çox mühim 2 vəzifəsini bərabər dərs verməkdədir. İnsan, dünya tarlasına, Ustad Nursi'nin bəyan etdiyi kimi, "ömür dəqiqələri"ni əkməkdədir. Bu əkin, İlahi razılığa uyğun şəkildə edilmişdirsə, məhsulu, əbədi cənnət nemətləri olacaqdır.
"Doğrudan da, Allah, möminlərdən, Cənnət müqabilində, onların canlarını və mallarını satın almışdır..." (Tövbə/111)
~ "Dəllal": İman edən bir insan, o böyük mülkə bir dəllal olmuş sayılır. Mülkün Malikini tanımaqla qalmaz, başqalarına da tanıtmağa çalışar.
~ "Abid" və "Məmlük" kəlimələri, yaxın məna daşımaqdadırlar. Abid, qul deməkdir. Hər qul, Allahın məxluqu, mülkü və məmlüküdür. Allahın mülkü olan insan, buna iman etdiyində, özünü, Onun qulu və məmlükü bilmiş olur.
"Məmlük", "mülk edilən, özünə malik olmayıb başqasının mülkü olan şey" deməkdir. Bunun şüurunda olan insan, qul olduğunu bilər və ömrünü, Malik'inin əmri və razılığı dairəsində keçirməyə çalışar.)
Mən demirəm, əskiklərdən və eyblərdən münəzzəhdir. Çünki, bunu demək belə, ədəbin tərkinə yaxındır. Çünki, birinin: "Diyarın padşahı, hacamatçı və toxumaçı biridir." deməsi, ədəbdən deyildir. Şübhəsiz, bir şeyin varlığını nəfy etmək, onun var olmasının mümkün olduğunu vəhm etdirir; bu vəhm etdirmədə isə, qüsur vardır.
Əksinə, deyirəm ki, Quddus, insanların əksəriyyətinin kamal zənn etdikləri bütün kamal sifətlərindən münəzzəh olandır. Çünki, insanlar, ilk əvvəl, özlərinə baxıb öz sifətlərini bilmiş; və (bunların öz haqlarında, kamal və əskiklik olmaq üzərə, ikiyə) ayrıldığını idrak etmişlərdir. Kamal sifətləri olaraq qəbul etdikləri, məsələn, elm, qüdrət, səm (eşitmək), basar (görmək), kəlam (danışmaq), iradə və ixtiyar sifətləridir. Onlar, bu mənaların qarşısında bu ləfzləri vaz edib (qoyub) dedilər:
"Bunlar, kamal isimlərdir."
(Yenə, öz haqlarında nöqsanlıq ifadə edən) mənalar qarşısında da, cəhalət, acizlik, korluq, dilsizlik, karlıq ifadə edən ləfzlər vaz etdilər (qoydular).
Bu insanların, Allah Taala'nı səna etmək xüsusunda çata biləcəkləri son nöqtə,
~ özləri üçün vəsf etdikləri bu kamal sifətlərilə, -elm, qüdrət, görmək, eşitmək, kəlam- Onu vəsf etmək;
~ (yenə), özləri haqqındakı nöqsanlıq sifətlərindən də, Onu tənzih etmək
olmuşdur.
Allah (subhənəhu və taala) isə, onların nöqsanlıq ifadə edən sifətlərindən olduğu kimi; kamal sifətlərindən də münəzzəhdir. Hətta, məxluqat üçün təsəvvür edilə biləcək bütün sifətlərdən və bunların bənzərlərindən, O, münəzzəh və müqəddəsdir. Əgər bunları söyləmək xüsusunda, ruxsat və icazə varid olmasaydı, bunların çoxunun söylənməsi, caiz olmayacaqdı. Bu sözümüzün mənasını, 4-cü fəslin "Müqəddimələr" bölməsində qavradığın üçün, yenidən təkrar etməyə ehtiyac yoxdur.
Qulun qüdsiyyəti, iradəsini və elmini tənzih etməsidir. (Belə ki):
~ Elmini tənzih etməsi: təxəyyülə, hisslərə və vəhmə (mövzu) olan və heyvanların idrak xüsusunda müşarəkət (şərik olduğu) hər şeydən, (elmini) tənzih etməsidir. Hətta, nəzəri və elmi, Özünə yaxınlaşıla bilməkdən və hisslərlə idrak edilməkdən; və yaxud da Özündən uzaqlaşılmaqdan və (beləliklə) hisslərə gizli qalmaqdan münəzzəh olan əzəli İlahi işlərin ətrafında tavaf edər (dönüb-dolaşar). Əksinə, (hətta), bütün təxəyyülatdan, məhsusat (hiss edilən)'lərdən, nəfsində təcərrüd etmiş olar. Elə elmlər əldə edər ki, əgər hiss və təxəyyül gücü əlindən alınacaq olsa, İlahi, külli, şərəfli elmlərlə dolmuş olaraq qalar. (Bu elmlər ki), əbədi və əzəli məlumat ilə əlaqəlidir. İmkansız və mütəğayyir (dəyişgən) şəxsiyyətlər (varlıqlar) ilə əlaqəli deyildir.
~ İradəsini tənzih etməsi: bəşəri həzlərin ətrafında döndüyü şeylərdən, iradəsini tənzih etməsidir. (Bəşəri həzlərə), şəhvət və qəzəb ləzzətləri, yemə, içmə, nikah, geyinmə, toxunma və baxmaq ləzzətləri və sadəcə hiss və qəlb vasitəsilə çatılan ləzzətlər də daxildir. Hətta Allah (azzə və cəllə)'dən başqasını murad etməz. Və özündə, Onun (Allahın) xaricində heç bir şeyə həzzi qalmaz. Və onda, sadəcə, Onun liqasına (yəni, Allaha qovuşmağa) şövq qalar. Və onda, sadəcə Ona qurbiyyət (yaxınlıq) ilə fərahlıq olar. Vələv ki, cənnət, hər şeyilə önünə ərz edilsə, onun himməti, onlara iltifat etməz. Və o ev (cənnət) ilə də qane olmaz. Sadəcə, o evin Rəbbi, ona kifayət edər.
Qısacası, xəyali və hissi idrak xüsusunda, heyvanlar da müştərəkdir (yəni, bunlar, heyvanlarda da mövcuddur). Bundan dolayı, bunları aşaraq, yalnız insani xüsusiyyətlərə yüksəlməlidir.
Bəşərin nəfsani arzularında da, heyvanlar şərikdirlər. (Elə isə), bunlardan da uzaqlaşmalıdır.
Mürid'in cəlallığı, muradının cəlallığı nisbətindədir. Himməti, qarnına girən şey qədər olanın qiyməti, qarnından çıxan şey qədərdir. Allah (azzə və cəllə)'dən başqa bir şeyə himməti olmayanın dərəcəsi də, himmətinə görədir. Hisslər və təxəyyülat (a mövzu olan şeylər)'dən elmini tərəqqi etdirən; və iradəsini də, şəhvətlərinin gərəkdirdiyindən təqdis edən, Hazirətu'l-Quds (Allahın mənəvi hüzuru)'nun ortasına enər (yəni, bura girmiş olar).
57-)
Qayyum isminin şərhi
64. Qayyum isminin şərhi:
Bil ki, əşya (şeylər), bir məhəllə:
~ ehtiyac duyanlar ilə;
~ ehtiyac duymayanlar
olmaq üzərə, 2 qismə ayrılırlar.
Bir məhəllə ehtiyac duyanlar, arazlar və cövhərlər kimidirlər. Bunlar haqqında, "öz başlarına qaim ola bilməyənlər" deyilir. Öz başlarına qaim olanlara misal isə, cövhərlərdir. Ancaq, cövhər, bir məhəldə iqamət etməkdən müstağni (zəngin) olub öz nəfsilə qaim olsa da; varlığı, labüd və var olmasının şərti olan şeylərdən müstağni deyildir. Belə olunca, cövhər, əslində, öz başına qaim olmuş sayılmaz. Çünki, hər nə qədər (araz kimi) bir məhəllə ehtiyacı yoxdursa da, varlıqda qaim olmaq üçün, özü xaricində başqasının varlığına ehtiyacı vardır. Əgər varlıqda,
~ zatı, öz zatına kifayət edən;
~ varlığının qaim olması, bir başqası ilə olmayan;
~ varlığının davamlılığı, başqa bir varlığı şərt qoşmayan
bir varlıq var isə, bax o, mütləq mənada özü ilə qaim olandır.
Bir də, bununla bərabər,
~ digər bütün varlıqların varlığı, Onunla qaimdirsə, -elə ki, heç bir şeyin, onsuz var olması da, varlığını davam etdirməsi də mümkün deyilsə- bax, Qayyum, yalnız Ona deyilir. Çünki, Özünün qaim olması, Öz Zatı ilə olduğu kimi; hər bir şeyin qaim olması da, Onun ilədir. Bu isə, ancaq Allah (subhənəhu və taala)'ya aiddir.
(Tənbeh):
Qulun bu isimdən nəsibi, Allahdan başqasından müstağni olması nisbətindədir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
----------------------
----------------------
Əlavələr:
• "Varlığı və davamlılığı öz Zatından olan."
• "Zaval tapmayıb davamlı qaim olan."
• "Hər şeyi dəstək olan, varlıqlarını davam etdirən."
"Allah, özündən başqa heç bir ilah olmayan, Hayy və Qayyum olandır." (Al-i İmran surəsi, 2)
Allah, insanın ayaqda dayanmasını yerdəki çəkiliş qanununa, bədənin canlı olmasını ruh qanununa, Ayın düşməməsini Dünyanın çəkilişinə, Dünyanın dönməsini də Günəşin cazibəsinə bağlamış və bu məxluqlarında Qayyum ismini təcəlli etdirmişdir.
Bütün bu səbəblər zəncirini şəxsən yaradan və əşyanı onlarla dəstək olan Allah, əlbəttə davam və davamlılığı üçün başqasına möhtac olmayacaq. Çünki, Onun varlığı Zatındandır, başqalarının varlığı isə Onun var etməsiylədir. Varlığı Zatından olanın qiyamı da, yenə öz Zatı ilədir.
Allah, ‘əmr aləmi' deyilən bir qanunlar mənzuməsiylə, əşyanı sövq və idarə edir, varlıqlarına dəstək olur, davamlarını təmin edir.
Dünyada iman əhli yaşadıqca, qiyamətin qopmayacağı diqqətə alındığında, iman və ibadətin də kainatı bir baxıma dəstək olduqları və Qayyum isminə bir başqa şəkildə ayna olduqları aydın olar.
Qayyum ismini təfəkkür edən insan, ürəyini ancaq Allaha bağlar, şükrünü tək Ona edər. Onun var etməsiylə var olan və Qayyum isminin təcəllisiylə ayaqda dayanan fanilərə könülünü bağlamaz.
58-)
Allahın məhv etmə təcəllisindəki hikmət nədir?
Nur Külliyyatından bir həqiqət dərsi.:
"Bir sultanın sağında lütf və mərhəmət və solunda məhv və tərbiyə lazımdır. Mükafat, mərhəmətin lazımıdır. Tərbiyə də cəzanı istər. Mükafat və cəza mənzilləri axirətdir." (Məsnəvi Nuriyyə)
İtaət edənlərə mükafat verə bilməmək kimi, üsyan edənləri cəzasız buraxmaq da padşahın izzətinə yaraşmaz; hər ikisi də acizlik və zəiflik ifadəsidir. Cənabı Haqq bu kimi nöqsanlardan uzaqdır.
Onun cəzasının təcəlli etməməsini istəmək, iki mənada olur:
Biri, üsyankarlara, aqınlara, zalımlara qarşı heç bir cəza tətbiq edilməməsi. Bu, Allahın izzətiylə, hikmət və ədalətiylə uyğun gəlməz. Bu mümkün olmadığına görə, geriyə bir tək məsələ qalır: İnsanların üsyansız bir yaradılışa sahib olmaları, həmişə itaətdə olmaları. Bu isə insanın deyil, mələyin tərifidir.
59-)
Vəli isminin şərhi
56. Vəli isminin şərhi:
"Sevən" və "kömək edən" deməkdir. Allahın məvəddət və məhəbbətinin mənası, daha əvvəl keçmişdi. Köməyinin mənası, zahirdir. O:
"Allah belə yazmışdır: 'Mən və elçilərim, hökmən qalib gələcəyik!' Həqiqətən, Allah, qavi (qüvvətli) və əzizdir."
Tənbeh:
Qullardan vəli olanlar, Allah (azzə və cəllə)'ni və Onun dostlarını (vəlilərini) sevən; ona (yəni, Allahın dininə) və dostlarına kömək; düşmənlərinə isə, düşmənlik edəndir. Onun düşmənlərindən, nəfs və şeytan vardır. Hər kim bunlara tabe olmayıb onları köməksiz buraxar; Allahın əmrini yerinə yetirər; vəlilərilə dostluq edər və düşmənlərinə düşmənlik edərsə, qullar arasında vəli olan, odur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
~ Təcəzzi etməməsinə gəlincə: bölünə bilməyən bir cövhər (atom) kimidir. (haşiyə-1)"Bu, vahiddir." deyildiyində, "cüzü yoxdur" deyilmək istənilir. Cüzü (parçası) olmaması cəhətindən, nöqtə də, belədir. Allah Taala, Zatında bölünə bilmə təsəvvürünün imkansızlığı cəhətindən, Vahiddir.
~ İkincisinin olmamasına gəlincə: bir bənzəri olmayan deməkdir. Məsələn, günəş, cisim olması cəhətindən zatında cüzlərdən mütəşəkkil olub vəhmdə cüzlərə ayrılmağı qəbul etsə də, bir bənzəri yoxdur. (haşiyə-2) Ancaq, bir bənzərinin mümkün olması, imkan daxilindədir. Əgər varlıqda, varlığın xüsusiyyəti cəhətindən bir olub bu xüsusiyyət cəhətindən özünə şərik bir başqa varlığın mövcudluğu heç bir şəkildə təsəvvür edilə bilmirsə, əzələn və əbədən mütləq Vahid, Odur.
Bir qul, xeyirli xislətlərdən bir xislətə sahib olar; həmcinsində bənzəri olmazsa, o, "vahid" sayılar. Və bu, həmcinsinə və zamana nisbətlədir. Çünki, başqa bir vaxtda bənzərinin zühur etməsi, imkan daxilindədir. Bir də, bu, bəzi xislətlərə izafətən belədir. Bütün xislətlərə nəzərən deyil. Mütləq mənada vəhdət, ancaq Allaha Taala üçündür.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
--------------
--------------
(Haşiyə-1:
Cövhər: "var olma cəhətindən, sifətlər kimi mövsufuna möhtac olan varlıqlardan fərqli olaraq, tək başına qaim olan varlıqlar"a deyilir. Lakin burda, imam, mütləq mənada cövhəri deyil, cövhər-i fərdi qəsd etməkdədir. Bir kəlam termini olaraq "cövhər-i fərd" isə, varlıqlarda parçalara bölünməyən ən kiçik cüz mənasındadır.
Haşiyə-2:
İmamın cövhər və günəş nümunələrilə demək istədiyi, budur:
Allah Taala xaricindəki bəzi varlıqlar, bəzi yönlərilə tək olsalar da, Allah Taala kimi hər mənada tək ola bilməzlər.)
Bəzən, bu isimlərin eyni mənalı olduğu və hamısının da, xəlq və ixtiraya raci olduğu zənn edilir. Ancaq belə olması, gərəkli deyildir. Çünki, yoxluqdan varlığa çıxan hər şeyin:
~ ilk əvvəl, təqdirə;
~ sonra, bu təqdirə uyğun olaraq, icada;
~ sonra da, təsvirə (surətə)
ehtiyacı vardır.
Allah (subhənəhu və taala) isə:
~ muqaddir (təqdir edici) olması cəhətindən - Xaliq;
~ muxtəri (ixtira edən) və mucid (icad edən) olması cəhətindən - Bari;
~ ixtira edilən şeylərin surətlərini ən gözəl bir şəkildə tərtib edici olması cəhətindən də - Musavvir'dir.
Bu, eynilə, bir bina misalında olduğu kimidir. Çünki bina:
~ özü üçün gərəkli olan taxta, kərpic, ərazinin ölçüsü, binaların ədədi, uzunluq və genişliyi (kimi şeyləri) təqdir və təsvir edəcək birinə ehtiyac duymaqdadır. Bu işi isə, mühəndis üstlənər və binanı tərsim və təsvir edər (yəni, rəsmini çəkər və surət verər).
~ Sonra, binanın təməllərinin meydana gəlməsi üçün, binanın işlərini üstlənəcək bir bənnaya ehtiyac vardır.
~ Sonra, bənna xaricində, binanın surətini təzyin edən (bəzəyən) və zahirini nəqş edən bir müzəyyinə (bəzəyənə) ehtiyac vardır.
Təqdir, bina etmək və təsvirdəki adət, budur.
Allah (azzə və cəllə)'nin fellərində isə, (iş, hal), belə deyildir. Əksinə, təqdir də, icad da, təzyin edən də, Odur. (Bu halda), Xaliq, Bari və Musavvir, Odur.
Bunun misalı, insandır. İnsan, Onun məxluq (xəlq etdik)'lərindən biridir. İnsan:
~ varlıq (meydan)'ına çıxmaq üçün, ilk əvvəl, təqdir edilməyə möhtacdır. Çünki o, xüsusi bir cisimdir. İlk əvvəl, cisim halına gəlməsi lazımdır ki, müəyyən sifətlərlə xüsusiləşsin. Eynilə, bənnanın, bina tikmək üçün alətlərə ehtiyac duyması kimi (yəni, bina tikmək üçün necə ki bənnanın, alətlərə ehtiyacı vardır; eynilə də, ilk əvvəl cisim var olmalıdır ki, daha sonra sifətləri müəyyənləşsin.)
~ Sonra, insan bünyəsi, su və torpaq olmadan (var) ola bilməz. Çünki, torpaq, tək başına qurudur, əyilib-bükülməz. Su, tək başına islaqdır, düz dayanmaz, əksinə, (sağa-sola) yayılar. Bu səbəblə, qurunun islaq ilə birləşməsi lazımdır ki, mötədil olsun. Və bu, "palçıq" deyə təbir edilir.
~ Sonra, bişirici bir istilik lazımdır, ki, su, torpaqla qarışsın; ondan ayrılmaz bir hala gəlsin. İnsan, sırf palçıqdan yaradılmış deyildir; faxxar (saxsı) kimi salsaldan (quru palçıqdan) yaradılmışdır. Faxxar, su ilə yoğrulub odda bişirilərək mizacı möhkəm hala gətirilmiş palçığa deyilir.
~ Sonra, su və palçığın, xüsusi miqdarda təqdir edilməsi lazımdır. Çünki, məsələn, əgər qarışqa kimi kiçik təqdir edilsə, insana məxsus felləri, edə bilməz; külək, sürükləyib aparar və ən adi bir şey belə, onu həlak edərdi. Dağ kimi bir palçığa da ehtiyac yoxdur. Bu qədəri, ehtiyac miqdarından çoxdur. Əlavə və nöqsan arası olan kifayət edici miqdarı, Allah (azzə və cəllə) bilir.
Bütün bunlar, təqdirə racidir (yəni, Allahın təqdirinə rücu etməkdə, dönməkdədir). O, bütün bu şeyləri:
~ təqdir etməsi etibarı ilə - Xaliq;
~ təqdirə uyğun şəkildə icad etməsi etibarı ilə - Musavvir;
~ mücərrəd icad və adəm (yoxluq)'dan varlığa ixrac etibarı ilə də - Bari'dir.
Mücərrəd icad, bir şeyi təqdirə uyğun icaddan başqa bir şeydir.
Buna (yəni, bu açıqlamaya), xəlqi (yəni, yaradılışı), mücərrəd təqdirə irca etməyi uzaq görənlər ehtiyac duyarlar. Ancaq bunun, lüğətdə bir vəchi vardır. (Necə ki), ərəblər, ayaqqabıçıya, ayaqqabının bəzi parçalarını digərlərinin üzərində təqdir etmələri səbəbilə, "xaliq" deyirlər. Bir şair də, belə demişdir:
"Sən, təqdir etdiyini gözəl edirsən,
Bəziləri isə, təqdir etsə də, gözəl edə bilmir."
"Musavvir" isminə gəlincə: Əşyanın surətini, ən gözəl şəkildə tərtib edən və ən gözəl şəkildə təsvir edəndir. Bu isə, felin vəsflərindəndir. Bunun həqiqətini, aləmin surətini,
~ ilk əvvəl, ümumi olaraq;
~ daha sonra isə, təfsilatı ilə
biləndən başqası bilə bilməz. Çünki, bütün aləm, özündən hədəflənən məqsədə yönəlmiş olaraq, bir-birinə köməkçi olan əzalardan mürəkkəb bir şəxs hökmündədir. Aləmin əzaları və cüzləri (parçaları), göylər, yer(in qat)'ları, göy cisimləri, bunlar arasında olan su, hava və digərləridir. Aləmin əczaları, möhkəm bir tərtib üzərə tərtib edilmişdir. Əgər bu tərtib dəyişdiriləcək olsa, nizam, alt-üst olardı. (Bundan dolayı),
~ yuxarı cəhətdə olanın, yuxarıya yüksəlməsi;
~ alt cəhətdə olanın isə, daha aşağıya enməsi
təxsis edilmişdir.
Eynilə, bənnanın,
~ divarın aşağısına, daşları;
~ üstünə də, taxtanı
qoyması, təsadüfi deyil, (bunları), hökmünün iradəsi və qəsd və hikmətilə qoyması kimi... Çünki, əgər tam əksini etsə, (yəni)
~ daşları, yuxarı;
~ taxtanı da, aşağı
qoysa idi, bina yıxılardı. Binanın surəti də, sabit olmazdı.
Eyni şəkildə:
~ göy cisimlərinin, yuxarıda;
~ yer üzü və suların da, aşağıda
olmasının; yenə, aləmin digər böyük cüzləri (parçaları) arasındakı tərtibin səbəbi, belə başa düşülməlidir.
Əgər aləmin cüzlərini kəşf etməyə və saymağa çalışsaydıq; və onların tərkibindəki hikməti zikr etməyə başlasaydıq, söz uzanardı.
Hər kimin, bu təfsilata dair elmi daha genişdirsə, "əl-Musavvir" isminin mənasını, daha çox əhatə edər.
Bəhsini etdiyimiz tərtib və təsvir, aləmin hər bir cüzündə, -vələv ki, qarışqa və zərrə kimi və hətta qarışqanın bir orqanı kimi çox kiçik olsun- mövcuddur.
Canlıların ən kiçik üzvü olan gözün heyətlərini, şəkillərini, miqdarlarını, rənglərini və ondakı hikmət cəhətini bilməyən, onun surətini də, surət verənini (yəni, onun Musavvirini) də, -mücməl bir isim xaricində- bilə bilməz.
(Bu danışılanlar), hər bir heyvan və bitkilərin surəti və cüzləri üçün, məqbuldur.
Tənbeh: Qulun, bu isimdən nəsibi, öz nəfsində,
~ bütün varlığın surəti və heyətini, tərtibilə hasil etməsi; (elə ki), bütün aləmin heyət və tərtibini, ona nəzər edirmişcəsinə əhatə etməsidir.
~ Sonra, küll (bütün)'dən təfsilata enərək, insan surətinə, bədən və cismindəki əzalara, növlərini, ədədlərini, tərkiblərini, yaradılışlarındakı hikmətləri və tərtiblərini biləcək şəkildə yönəlməsi;
~ Daha sonra da, -idrak və iradələri, özlərilə mümkün olan- mənəvi sifətləri və şərəfli mənalarını, göz önünə gətirməsidir.
Və beləcə, zahiri və batini olaraq, heyvanların və bitkilərin surətlərini, gücü çatdığı qədər tanıması; (elə ki), hər birinin rəsm və surətlərini qəlblərinə nəqş etməsidir. Bütün bunlar, cismani varlıqların surətlərini bilməyə racidir. Bunlar isə, ruhani (varlıqlar)'ın tərtibini bilməyə nəzərən, müxtəsər bir mərifət (bilik)'dir. Buna, mələklər və onların mərtəbələrinin mərifəti daxildir. Hər birinin:
~ səmalar və ulduzlardakı;
~ bəşərin qəlblərindəki irşad və hidayət; sonra da,
~ bütün canlıları hadi (hidayət edən) ilhamlar ilə ehtiyaclarını ortadan qaldırmaqdakı
təsərrüfünü bilmək də, (bu mərifətə) daxildir.
Qulun, bu isimdən nəsibi, varlığın surəti üçün uyğun olan elmi surəti qazanmaqdır. Çünki elm, şübhəsiz, nəfsdə, məluma uyğun olan surətdir. Allah (azzə və cəllə)'nin surət haqqındakı elmi (biliyi), ayanda (xarici aləmdə), surətlərin varlıq qazanma səbəbidir. Ayanda mövcud olan surətlər isə, insan qəlbindəki elmi surətlərin hasil olmasına səbəbdir.
Bax, bu yolla, qul, Allah (subhənəhu və taala)'nın isimlərindən "əl-Musavvir" isminin mənası haqqında bilik əldə edə bilər. Bununla bərabər, nəfsində (haqqında danışılan) surəti iqtisab etməsilə (əldə etməsilə), -məcaz yolu ilə olsa belə- sanki, musavvir kimi olmuş olar. Şübhəsiz ki, o elmi surətlər, həqiqətdə, Allah Taala'nın xəlq və ixtirası ilə, qulun feli xaricində meydana gəlir. Qul isə, Allah Taala'nın rəhmətinin bol-bol gəlməsi üçün, səy göstərər.
"...Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz..." (Ra'd/11)
(Bundan dolayı), Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Sizin günləriniz içində, Rəbbinizin rəhmət yelləri(ni verdiyi günlər) vardır. Diqqət edin! Bundan faydalanmağa çalışın." (Taberani, "əl-Mu'cəmu'l-Kəbir", l, 250)
--------------------------------
"əl-Xaliq" və "əl-Bari"yə gəlincə: Qulun bu isimlərdən nəsibi, yenə uzaq bir məcazdan başqa bir şey deyildir. Bunun vəchi, budur:
Xəlq və icad, elmin gərəyincə qüdrəti istifadə etməyə racidir (yəni, yaratmaq, elm sifətinə uyğun olaraq, qüdrət sifətinin iş görməsinə bağlıdır). Allah Taala da, qulda, bir elm və qüdrət yaratmışdır. Beləcə, qul, elminə müvafiq olaraq, qüdrəti daxilində ki şeyləri təhsil edir.
Mövcudat (ikiyə ayrılır):
1. Meydana gəlməsində, qulun qüdrətinin əsla rolu olmayanlar. (Buna misal olaraq): səma, göydəki ulduzlar, heyvanlar, yer, bitkilər və digərləri.
2. Qulun qüdrəti olmadan, meydana gəlməyənlər. Bunlar isə, qulların əməllərinə racidir. (Buna): sənət, siyasət, ibadət, mücahidələr (misal verilə bilər). Qul, riyazət yolu ilə, nəfsilə cihad etməklə, nəfsinə və xalqa (xeyir yoluna çevirib təkamül etdirmək mənasında) siyasət edə-edə, elə bir mərtəbəyə çatar ki, daha əvvəl istinbat edilməyən işləri, tək başına istinbat edə bilər; bu xüsuslar üzərində, fel yolu ilə də təsirli olmağa müqtədir olub başqalarını da tərğib edə (yəni, bu işlərə rəğbətləndirməyə, təşviq edə) bilər. Beləcə, daha əvvəl varlığı olmayan bir şeyi, yoxdan var edən "muxtəri" kimi olar. Məsələn, şahmatı icad edən üçün, "Onu, var etdi.", "Onu, ixtira etdi." deyirlər. Çünki, daha əvvəl olmayan bir şey meydana gətirmişdir. Ancaq, özündə xeyir olmayan bir şeyi vaz etmək (meydana çıxarmaq), mədh sifətləri arasında sayılmaz.
Xeyirlərin qaynağı olan riyazətlər, mücahidələr, sənətlər, (bir növ) surətlər və tərtiblərdir. İnsanlar, bunları, bir-birilərindən öyrənərlər. Şübhəsiz ki, bu (silsilə), bunları ilk istinbat və vaz edənə qədər gedər. Bunları ilk dəfə vaz edənlər, beləliklə, sanki, o surəti ixtira, xəlq və təqdir edən kimi olarlar. Hətta məcazi olaraq "xaliq" ismini onlara vermək, caiz olar.
Allah Taala'nın isimlərindən bəziləri, məcazən, qullar üçün də istifadə edilə bilər; bir çox isim, belədir. Bunlardan bir qismi, -Sabur və Şəkur kimi- qul haqqında həqiqət olub, Allah Taala haqqında isə, məcazdır. Bu halda, isimdəki müşarəkətə (isim bənzərliyinə) diqqət edib, zikr etdiyimiz fərqliliyi nəzərdən qaçırmamaq lazımdır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
Bəzən, bu isimlərin eyni mənalı olduğu və hamısının da, xəlq və ixtiraya raci olduğu zənn edilir. Ancaq belə olması, gərəkli deyildir. Çünki, yoxluqdan varlığa çıxan hər şeyin:
~ ilk əvvəl, təqdirə;
~ sonra, bu təqdirə uyğun olaraq, icada;
~ sonra da, təsvirə (surətə)
ehtiyacı vardır.
Allah (subhənəhu və taala) isə:
~ muqaddir (təqdir edici) olması cəhətindən - Xaliq;
~ muxtəri (ixtira edən) və mucid (icad edən) olması cəhətindən - Bari;
~ ixtira edilən şeylərin surətlərini ən gözəl bir şəkildə tərtib edici olması cəhətindən də - Musavvir'dir.
Bu, eynilə, bir bina misalında olduğu kimidir. Çünki bina:
~ özü üçün gərəkli olan taxta, kərpic, ərazinin ölçüsü, binaların ədədi, uzunluq və genişliyi (kimi şeyləri) təqdir və təsvir edəcək birinə ehtiyac duymaqdadır. Bu işi isə, mühəndis üstlənər və binanı tərsim və təsvir edər (yəni, rəsmini çəkər və surət verər).
~ Sonra, binanın təməllərinin meydana gəlməsi üçün, binanın işlərini üstlənəcək bir bənnaya ehtiyac vardır.
~ Sonra, bənna xaricində, binanın surətini təzyin edən (bəzəyən) və zahirini nəqş edən bir müzəyyinə (bəzəyənə) ehtiyac vardır.
Təqdir, bina etmək və təsvirdəki adət, budur.
Allah (azzə və cəllə)'nin fellərində isə, (iş, hal), belə deyildir. Əksinə, təqdir də, icad da, təzyin edən də, Odur. (Bu halda), Xaliq, Bari və Musavvir, Odur.
Bunun misalı, insandır. İnsan, Onun məxluq (xəlq etdik)'lərindən biridir. İnsan:
~ varlıq (meydan)'ına çıxmaq üçün, ilk əvvəl, təqdir edilməyə möhtacdır. Çünki o, xüsusi bir cisimdir. İlk əvvəl, cisim halına gəlməsi lazımdır ki, müəyyən sifətlərlə xüsusiləşsin. Eynilə, bənnanın, bina tikmək üçün alətlərə ehtiyac duyması kimi (yəni, bina tikmək üçün necə ki bənnanın, alətlərə ehtiyacı vardır; eynilə də, ilk əvvəl cisim var olmalıdır ki, daha sonra sifətləri müəyyənləşsin.)
~ Sonra, insan bünyəsi, su və torpaq olmadan (var) ola bilməz. Çünki, torpaq, tək başına qurudur, əyilib-bükülməz. Su, tək başına islaqdır, düz dayanmaz, əksinə, (sağa-sola) yayılar. Bu səbəblə, qurunun islaq ilə birləşməsi lazımdır ki, mötədil olsun. Və bu, "palçıq" deyə təbir edilir.
~ Sonra, bişirici bir istilik lazımdır, ki, su, torpaqla qarışsın; ondan ayrılmaz bir hala gəlsin. İnsan, sırf palçıqdan yaradılmış deyildir; faxxar (saxsı) kimi salsaldan (quru palçıqdan) yaradılmışdır. Faxxar, su ilə yoğrulub odda bişirilərək mizacı möhkəm hala gətirilmiş palçığa deyilir.
~ Sonra, su və palçığın, xüsusi miqdarda təqdir edilməsi lazımdır. Çünki, məsələn, əgər qarışqa kimi kiçik təqdir edilsə, insana məxsus felləri, edə bilməz; külək, sürükləyib aparar və ən adi bir şey belə, onu həlak edərdi. Dağ kimi bir palçığa da ehtiyac yoxdur. Bu qədəri, ehtiyac miqdarından çoxdur. Əlavə və nöqsan arası olan kifayət edici miqdarı, Allah (azzə və cəllə) bilir.
Bütün bunlar, təqdirə racidir (yəni, Allahın təqdirinə rücu etməkdə, dönməkdədir). O, bütün bu şeyləri:
~ təqdir etməsi etibarı ilə - Xaliq;
~ təqdirə uyğun şəkildə icad etməsi etibarı ilə - Musavvir;
~ mücərrəd icad və adəm (yoxluq)'dan varlığa ixrac etibarı ilə də - Bari'dir.
Mücərrəd icad, bir şeyi təqdirə uyğun icaddan başqa bir şeydir.
Buna (yəni, bu açıqlamaya), xəlqi (yəni, yaradılışı), mücərrəd təqdirə irca etməyi uzaq görənlər ehtiyac duyarlar. Ancaq bunun, lüğətdə bir vəchi vardır. (Necə ki), ərəblər, ayaqqabıçıya, ayaqqabının bəzi parçalarını digərlərinin üzərində təqdir etmələri səbəbilə, "xaliq" deyirlər. Bir şair də, belə demişdir:
"Sən, təqdir etdiyini gözəl edirsən,
Bəziləri isə, təqdir etsə də, gözəl edə bilmir."
"Musavvir" isminə gəlincə: Əşyanın surətini, ən gözəl şəkildə tərtib edən və ən gözəl şəkildə təsvir edəndir. Bu isə, felin vəsflərindəndir. Bunun həqiqətini, aləmin surətini,
~ ilk əvvəl, ümumi olaraq;
~ daha sonra isə, təfsilatı ilə
biləndən başqası bilə bilməz. Çünki, bütün aləm, özündən hədəflənən məqsədə yönəlmiş olaraq, bir-birinə köməkçi olan əzalardan mürəkkəb bir şəxs hökmündədir. Aləmin əzaları və cüzləri (parçaları), göylər, yer(in qat)'ları, göy cisimləri, bunlar arasında olan su, hava və digərləridir. Aləmin əczaları, möhkəm bir tərtib üzərə tərtib edilmişdir. Əgər bu tərtib dəyişdiriləcək olsa, nizam, alt-üst olardı. (Bundan dolayı),
~ yuxarı cəhətdə olanın, yuxarıya yüksəlməsi;
~ alt cəhətdə olanın isə, daha aşağıya enməsi
təxsis edilmişdir.
Eynilə, bənnanın,
~ divarın aşağısına, daşları;
~ üstünə də, taxtanı
qoyması, təsadüfi deyil, (bunları), hökmünün iradəsi və qəsd və hikmətilə qoyması kimi... Çünki, əgər tam əksini etsə, (yəni)
~ daşları, yuxarı;
~ taxtanı da, aşağı
qoysa idi, bina yıxılardı. Binanın surəti də, sabit olmazdı.
Eyni şəkildə:
~ göy cisimlərinin, yuxarıda;
~ yer üzü və suların da, aşağıda
olmasının; yenə, aləmin digər böyük cüzləri (parçaları) arasındakı tərtibin səbəbi, belə başa düşülməlidir.
Əgər aləmin cüzlərini kəşf etməyə və saymağa çalışsaydıq; və onların tərkibindəki hikməti zikr etməyə başlasaydıq, söz uzanardı.
Hər kimin, bu təfsilata dair elmi daha genişdirsə, "əl-Musavvir" isminin mənasını, daha çox əhatə edər.
Bəhsini etdiyimiz tərtib və təsvir, aləmin hər bir cüzündə, -vələv ki, qarışqa və zərrə kimi və hətta qarışqanın bir orqanı kimi çox kiçik olsun- mövcuddur.
Canlıların ən kiçik üzvü olan gözün heyətlərini, şəkillərini, miqdarlarını, rənglərini və ondakı hikmət cəhətini bilməyən, onun surətini də, surət verənini (yəni, onun Musavvirini) də, -mücməl bir isim xaricində- bilə bilməz.
(Bu danışılanlar), hər bir heyvan və bitkilərin surəti və cüzləri üçün, məqbuldur.
Tənbeh: Qulun, bu isimdən nəsibi, öz nəfsində,
~ bütün varlığın surəti və heyətini, tərtibilə hasil etməsi; (elə ki), bütün aləmin heyət və tərtibini, ona nəzər edirmişcəsinə əhatə etməsidir.
~ Sonra, küll (bütün)'dən təfsilata enərək, insan surətinə, bədən və cismindəki əzalara, növlərini, ədədlərini, tərkiblərini, yaradılışlarındakı hikmətləri və tərtiblərini biləcək şəkildə yönəlməsi;
~ Daha sonra da, -idrak və iradələri, özlərilə mümkün olan- mənəvi sifətləri və şərəfli mənalarını, göz önünə gətirməsidir.
Və beləcə, zahiri və batini olaraq, heyvanların və bitkilərin surətlərini, gücü çatdığı qədər tanıması; (elə ki), hər birinin rəsm və surətlərini qəlblərinə nəqş etməsidir. Bütün bunlar, cismani varlıqların surətlərini bilməyə racidir. Bunlar isə, ruhani (varlıqlar)'ın tərtibini bilməyə nəzərən, müxtəsər bir mərifət (bilik)'dir. Buna, mələklər və onların mərtəbələrinin mərifəti daxildir. Hər birinin:
~ səmalar və ulduzlardakı;
~ bəşərin qəlblərindəki irşad və hidayət; sonra da,
~ bütün canlıları hadi (hidayət edən) ilhamlar ilə ehtiyaclarını ortadan qaldırmaqdakı
təsərrüfünü bilmək də, (bu mərifətə) daxildir.
Qulun, bu isimdən nəsibi, varlığın surəti üçün uyğun olan elmi surəti qazanmaqdır. Çünki elm, şübhəsiz, nəfsdə, məluma uyğun olan surətdir. Allah (azzə və cəllə)'nin surət haqqındakı elmi (biliyi), ayanda (xarici aləmdə), surətlərin varlıq qazanma səbəbidir. Ayanda mövcud olan surətlər isə, insan qəlbindəki elmi surətlərin hasil olmasına səbəbdir.
Bax, bu yolla, qul, Allah (subhənəhu və taala)'nın isimlərindən "əl-Musavvir" isminin mənası haqqında bilik əldə edə bilər. Bununla bərabər, nəfsində (haqqında danışılan) surəti iqtisab etməsilə (əldə etməsilə), -məcaz yolu ilə olsa belə- sanki, musavvir kimi olmuş olar. Şübhəsiz ki, o elmi surətlər, həqiqətdə, Allah Taala'nın xəlq və ixtirası ilə, qulun feli xaricində meydana gəlir. Qul isə, Allah Taala'nın rəhmətinin bol-bol gəlməsi üçün, səy göstərər.
"...Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz..." (Ra'd/11)
(Bundan dolayı), Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:
"Sizin günləriniz içində, Rəbbinizin rəhmət yelləri(ni verdiyi günlər) vardır. Diqqət edin! Bundan faydalanmağa çalışın." (Taberani, "əl-Mu'cəmu'l-Kəbir", l, 250)
--------------------------------
"əl-Xaliq" və "əl-Bari"yə gəlincə: Qulun bu isimlərdən nəsibi, yenə uzaq bir məcazdan başqa bir şey deyildir. Bunun vəchi, budur:
Xəlq və icad, elmin gərəyincə qüdrəti istifadə etməyə racidir (yəni, yaratmaq, elm sifətinə uyğun olaraq, qüdrət sifətinin iş görməsinə bağlıdır). Allah Taala da, qulda, bir elm və qüdrət yaratmışdır. Beləcə, qul, elminə müvafiq olaraq, qüdrəti daxilində ki şeyləri təhsil edir.
Mövcudat (ikiyə ayrılır):
1. Meydana gəlməsində, qulun qüdrətinin əsla rolu olmayanlar. (Buna misal olaraq): səma, göydəki ulduzlar, heyvanlar, yer, bitkilər və digərləri.
2. Qulun qüdrəti olmadan, meydana gəlməyənlər. Bunlar isə, qulların əməllərinə racidir. (Buna): sənət, siyasət, ibadət, mücahidələr (misal verilə bilər). Qul, riyazət yolu ilə, nəfsilə cihad etməklə, nəfsinə və xalqa (xeyir yoluna çevirib təkamül etdirmək mənasında) siyasət edə-edə, elə bir mərtəbəyə çatar ki, daha əvvəl istinbat edilməyən işləri, tək başına istinbat edə bilər; bu xüsuslar üzərində, fel yolu ilə də təsirli olmağa müqtədir olub başqalarını da tərğib edə (yəni, bu işlərə rəğbətləndirməyə, təşviq edə) bilər. Beləcə, daha əvvəl varlığı olmayan bir şeyi, yoxdan var edən "muxtəri" kimi olar. Məsələn, şahmatı icad edən üçün, "Onu, var etdi.", "Onu, ixtira etdi." deyirlər. Çünki, daha əvvəl olmayan bir şey meydana gətirmişdir. Ancaq, özündə xeyir olmayan bir şeyi vaz etmək (meydana çıxarmaq), mədh sifətləri arasında sayılmaz.
Xeyirlərin qaynağı olan riyazətlər, mücahidələr, sənətlər, (bir növ) surətlər və tərtiblərdir. İnsanlar, bunları, bir-birilərindən öyrənərlər. Şübhəsiz ki, bu (silsilə), bunları ilk istinbat və vaz edənə qədər gedər. Bunları ilk dəfə vaz edənlər, beləliklə, sanki, o surəti ixtira, xəlq və təqdir edən kimi olarlar. Hətta məcazi olaraq "xaliq" ismini onlara vermək, caiz olar.
Allah Taala'nın isimlərindən bəziləri, məcazən, qullar üçün də istifadə edilə bilər; bir çox isim, belədir. Bunlardan bir qismi, -Sabur və Şəkur kimi- qul haqqında həqiqət olub, Allah Taala haqqında isə, məcazdır. Bu halda, isimdəki müşarəkətə (isim bənzərliyinə) diqqət edib, zikr etdiyimiz fərqliliyi nəzərdən qaçırmamaq lazımdır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
63-)
Qadir və Muqtədir isimlərinin şərhi
69 və 70. Qadir və Muqtədir isimlərinin şərhi:
Bu 2 ismin mənası, "qüdrət sahibi" deməkdir. Lakin əl-Muqtədir, Qadir'ə görə, daha çox mübaliğə ifadə edir.
"Qüdrət": "bir şeyin, iradə və elm sifətlərinin təqdirilə və bu ikisinin uyğun bir şəkildə varlıq meydanına çıxmasını təmin edən məna"dır.
"Qadir", bir şeyi istərsə, edər; istəməzsə də, etməz olandır. Qadirin diləməsi də, şərt deyildir. Şübhəsiz, Allah, hal-hazırda, qiyaməti qoparmağa qadirdir. Çünki, əgər istərsə, bunu edə bilər. Əgər etmirsə, bunu istəmədiyindən dolayıdır. Onun əzəli elmində, qiyamətin gerçəkləşəcəyi vaxt təqdir edildiyi üçün, hal-hazırda gerçəkləşməsini istəməz. Bunu, hal-hazırda istəməməsi isə, (bu xüsusdakı) qüdrətinə, xələl gətirməz.
Mütləq Qadir, hər bir mövcudu tək başına ixtira edən və bu ixtira xüsusunda, qeyrisinin yardımından zəngin olandır. Və O, Allah Taala'dır.
(Tənbeh):
Qula gəlincə: ümumi olaraq bir qüdrəti vardır. Ancaq, bu qüdrəti, naqisdir. Sadəcə, bəzi mümkinləri (varlığı və yoxluğu bərabər olan, Allahdan qeyri hər şeyi) ələ alar; ixtira üçün də, səlahiyyəti yoxdur. Qul, öz qüdrəti vasitəsilə, məqdur (təqdir etdiyi, qüdrətinin əlaqəli olduğu şey)'in varlıq səbəblərinin hamısını təmin etdiyində, onun məqdurlarını da yoxdan yaradan, yenə ancaq Allah Taala'dır. Bunun altında, belə bir kitabın qaldıra bilməyəcəyi bir dərinlik vardır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
"Rə'fət sahibi" deməkdir. "Rə'fət": "şiddətli mərhəmətlilik"dir. Və Rauf, mübaliğə ilə bərabər, Rahim mənasındadır. Əvvəl, bundan bəhs edilmişdi.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
65-)
Təvvab isminin şərhi
80. Təvvab isminin şərhi:
Qullarının tövbə edib Özünə dönməsinin səbəblərini bir-biri ardınca asanlaşdıran (Zat)'dır. Bunu, onlara:
~ ayələrini izhar edərək;
~ sövq etdiyi tənbehlərlə;
~ özlərini xəbərdar etdiyi qorxutma və çəkindirmələrlə
edər. Ta ki, qullar, Onun bildirməsi səbəbilə, günahlarının ağırlıqlarını bilər; Onun qorxutması sayəsində qorxusunu hiss edər və dərhal tövbəyə dönərlər. Allahın fəzli də, onlara, qəbul şəklində rücu edər/qayıdar.
Tənbeh:
Rəiyyətinin, dostlarının, tanışlarının xətalarına dair üzlərini, bir-biri ardınca qəbul edən kimsə, bu ismin əxlaqı ilə əxlaqlanmış və ondan bir nəsib götürmüşdür deməkdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
Maliklər, fəna (yox) olduqdan sonra, mülklərin Özünə rücu etdiyi (Zat)'dır. Və O, Allah (subhənəhu və taala)'dır. Çünki, məxluqatın fənasından sonra əbədi qalacaq olan, Odur. Hər bir şeyin dönüşü və mərci'i, Onadır. Bunu buyuran, Odur:
لِّمَنِ ٱلْمُلْكُ ٱلْيَوْمَ
"Bu gün mülk, kimindir?" (Ğafir/16).
Mucib (buna cavab verən) də, (yenə) Odur:
ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ
"Vahid, Qahhar olan Allahındır." (Ğafir/16)
Bu, əksəriyyətin zənninə görədir. Çünki, əksəriyyət, özünü, milk (üzərində təsərrüf edilən yer) və mülk sahibi zənn etməkdədir. O gün, halın həqiqəti, onlara açılacaqdır. Və bu nida (yəni, mülk, bu gün kimindir? nidası), o gün, özləri üçün inkişaf etmiş (açılmış olan) həqiqətdən ibarətdir. Bəsirət sahibləri isə, şübhəsiz, bu nidanın mənasını, əbədiyyən müşahidə edər; və səssiz və hərfsiz şəkildə dinləyərlər. Mülkün, Vahid və Qahhar olan Allaha aid olduğunu, yəqinliklə, hər gün, hər saat, hər an bilərlər. Və bu, əzəli və əbədi olaraq da, belə idi. Bunu, ancaq, tövhidin həqiqətini felən idrak edən şəxs idrak edər. (Bunlar), mülk və mələkutda feli olaraq münfərid olanın, Vahid (olan Allah) olduğunu bilərlər.
Biz, buna, "İhya-u Ulumi'd-din" adlı əsərimizin "Təvəkkül" kitabının baş qismində işarət etdik, ora müraciət edilsin. Çünki bu kitab (yəni, "əl-Maqsadu'l-Əsna" əsəri), bunu daşıya bilməz.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna")
-------------
-------------
Əlavələr:
• "Hər şeyin tək varisi, həqiqi sahibi"
• "Hər şey yox olub getdikdən sonra Baqi qalan."
Biz xoş güzəranına naşükür olub qürrələnən neçə-neçə məmləkəti (məmləkət əhlini) həlak etdik. Bu onların özlərindən sonra yalnız az bir hissəsi məskun olan (bomboş, xaraba qalmış) yurdlarıdır. Onlara Biz varis olduq. (Qasas surəsi, 58)
Bu ismin bir əvvəlki adla çox yaxın əlaqəsi vardır. Fani olan varlıqlar bu dünyadan köçdüklərində, bütün mülklərini o mülkün Baqi olan həqiqi Malikinə təslim etmiş olarlar. Bu tərk və təslimdə, Allahın Varis ismi təcəlli edər.
Bu isimdən qulun alacağı ən böyük dərs, mal və mülkünün mənəvi təmizliyinə diqqət yetirməsidir. Allahın tərtəmiz olaraq yaradıb, ömrü müddətincə əmanət verdiyi mülkü, faizlə, rüşvətlə, zülmlə çirklətmədən Ona təslim etməyə çalışmaq lazımdır.
Eyni şəkildə, günahsız olaraq yaradılan orqanların, hisslərin və duyğuların da ləkələnilməməsinə səy göstərilməlidir.
Bir cəhətiylə Varis ismi, cüzi iradəmizlə işlədiyimiz hər cür əmələ baxar.
Buna görə Varis ismi, həm Malik, həm də Hasib isimlərilə yaxından əlaqəlidir.
67-)
Vacid isminin şərhi
65. Vacid isminin şərhi:
Heç bir şey, Onu möhtac qoya bilməz. "Faqid/yoxsul, itirən" (sözünün) ziddidir. Varlığına ehtiyac duymadığı bir şeyin keçib getməsinə "faqid" deyilməsi, ümid edilməz. Nə zatına, nə də zatının kamalı ilə əlaqəli olmayan bir şeyi nəzdində saxlayana da, "vacid" deyilməz. Əksinə, Vacid, özündə mövcud olması labüd olan şeylər xüsuslar arasında, heç bir şeyin Özünü möhtac qoya bilmədiyi (Zat)'dır. Uluhiyyət və kamal etibarı ilə lüzumlu olan hər şey, Allah (subhənəhu və taala)'da mövcuddur. (Bu etibarla), O, Vacid'dir. (Hətta) mütləq Vacid'dir. Onun xaricindəkilər isə, kamal(iyyət sifətləri) və (bunların) səbəbləri xüsusunda bəzi şeylər özlərində mövcud olsalar da, bir çox şeydə, faqiddirlər. Bu səbəblə də, ancaq, izafi olaraq vacid ola bilərlər.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" )
68-)
Vədud isminin şərhi
48. Vədud isminin şərhi:
Xeyri, bütün məxluqatı üçün sevən; onlara, ehsan və səna edən (Zat)'dır.
Vədud'un mənası, Rahim'in mənasına yaxındır. Ancaq, rəhmət, mərhuma (rəhmət edilən)'ə izafə edilir; mərhum isə, möhtac və çarəsizdir. Rahimin felləri, zəif bir mərhumu tələb edir; Vədudun felləri isə, bunu istəməz. Əksinə, ən başdan (yəni, əvvəlində bir şey olmadan, səbəbsiz) inam (ehsan) etmək, Vədudun nəticələrindəndir.
Allah (subhənəhu və taala)'nın rəhmətinin mənası, mərhuma xeyir iradə etməsi və Ona kifayət etməsi deməkdir. O, rəhmətin riqqətindən münəzzəhdir. Eyni şəkildə, Onun vudd'u, quluna şərəf və neməti iradə etməsi; və ona, ehsan və inam etməsidir. O, məvəddətin və rəhmətin meylindən münəzzəhdir. Məvəddət və rəhmət, məvvəddət və rəhmət edilən şəxslər haqqında, riqqət və meyl üçün deyil; nəticəsi və meyvəsindən dolayı murad edilmişdir. Fayda, rəhmət və məvəddətin özü və ruhudur. Bax, Allah (subhənəhu və taala) haqqında, -onlara muqarin olmadan və ifadədə şərt qoşulmadan- təsəvvür edilə biləcək olan da, budur.
Tənbeh:
Qullardan vədud olan, özü üçün istədiyini, Allahın məxluqatı haqqında da istəyəndir. Bundan daha üstünü isə, digər insanları, öz nəfsinə tərcih edəndir. Onlardan biri, belə demişdir:
"Atəşin üzərində bir körpü olum ki, insanlar, atəşdən əziyyət çəkmədən, üzərimdən keçə bilsinlər."
Bunun kamalı isə, insanlardan gördüyü qəzəb, kin və digər əziyyət (verici səbəblər)'in, onun isar (başqasını nəfsinə tərcih etməsinə) və ehsanına əngəl olmamasıdır. (Necə ki) Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in dişi qırılıb üzündən qan axdığında:
"Allahım, qövmümü bağışla. Çünki onlar, bilmirlər." (Buxari, hədis no: 3477, 6929) buyurmuşdu.
İnsanların Ona etdikləri pisliklər, onlar haqqında xeyir diləməsinə mane olmamışdı.
Eyni şəkildə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Əli (radiyallahu anh)'a əmr etdiyi kimi:
"Əgər muqarrəbləri (Allaha daha yaxın olan qulları) keçmək istəyirsənsə,
~ (səninlə bağını) kəsən ilə, (bağını) birləşdir;
~ səni məhrum edənə, ver;
~ sənə zülm edəni isə, bağışla." (Əhməd, "Müsnəd", 4/158)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
69-)
Sabur isminin şərhi
99. Sabur isminin şərhi:
Tələsməyin, hələ vaxtı gəlmədən əvvəl bir feli işləməyə, Özünü sövq edə bilmədiyi (Zat)'dır. Əksinə, işləri, məlum bir ölçüyə görə, (sərhədləri) məhdud bir üsulla icra edər. Təqdir edilmiş əcəlləri (zamanları), -tənbəlin təxir etdiyi/ertələdiyi kimi- təxir etməz. -Tələskənin təqdim etdiyi (iləri keçirdiyi) kimi-, əcəlləri (zamanları) iləri keçirməz. Əksinə, hər şeyi, olması gərəkdiyi cəhətilə, layiq olduğu şəkildə edər. Bunların heç biri də, iradəsinə zidd bir saiq (sövq edən)'in məcbur etməsilə deyildir.
Tənbeh:
Qulun səbrinə gəlincə, (qulun səbri), başqalarının məcbur etmələrindən xali (uzaq, boş) deyildir. Çünki, (insanın) səbrinin mənası, din və ya ağıl saiqinin, şəhvət və ya qəzəb saiqi qarşısında mətanət göstərməsi deməkdir. Əgər bir-birinə zidd 2 saiq qulu cəzb edər (yəni, özünə çəkər), qul da, dərhal işə girişməyi gərəkdirən saiqə qarşı gəlib təxir saiqinə meyl edərsə, ona, "sabur (səbrli)" deyilər. Çünki, (o), tələsmə saiqini məhv etmişdir.
Tələsmə saiqi, Allah (subhənəhu və taala) haqqında, mədum (yox)'dur. (Bundan dolayı), Onun tələsməyə olan uzaqlığı; belə bir saiqi olub ona qalib gələnin tələsməyə olan uzaqlığına nəzərən, daha çoxdur. Və o -saiqlərin tənaquzu (bir-birinə ziddiyyəti) və mücahidə yolu ilə bunlara səbr etməsi (məsələsini) nəzər-i etibardan xaricə çıxardıqdan sonra- bu ismə layiq olan, odur.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna")
Bu ismin mənası, Alim isminə rücu etmək (qayıtmaq) ilə bərabər, Alimdən fərqli olaraq, xüsusi bir izafətə sahibdir. Çünki, Allah (azzə və cəllə), qeybi və şəhadəti biləndir. Qeyb, batin olan; şəhadət isə, zahir olandan ibarətdir. Və o (şəhadət), şəhadət (şahidlik) edilən zahirdən ibarətdir.
Elm,
~ Mütləq olaraq etibara alındığında, O, Alim;
~ Qeybə və batini işlərə izafə edildiyində, Xabir;
~ Zahiri işlərə izafə edildiyində isə, O, Şəhid'dir.
Bununla bərabər, qiyamət günündə, məxluqatı bilib müşahidə etdiyindən dolayı, Şəhid'dir.
Bu ismə dair kəlam, Alim və Xabir isimlərindəki kəlama yaxın olduğu üçün, təkrar etməyəcəyik.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
Şəhid, şəhadət kökündən meydana gəlmiş və şəhadət də, "qəti olaraq bilən və bildiyini xəbər vermə xüsusunda, özünə güvənilən kimsə" deməkdir. Şəhadət, qəti şahidlik ifadə etdiyi üçündür ki, Allaha və peyğəmbərinə imanımızın şahidlik bəyanı olan cümləyə, "kəlime-i şəhadət/şahidlik kəliməsi" deyilir. Şəhid olanlar da, Rəblərinin şəhidlərə vəd etdiyi nemətlərə şahidlik etdiklərindən dolayı, bu sifəti alırlar.
Allahın isimlərindən biri olaraq Şəhid ismində, fail (iş görən) mənası da, məful (üzərində iş görülən) mənası da vardır. (Belə ki):
~ Fail olaraq ələ alındığında, "Özündən heç bir şey gizlənməyən və heç bir şeyi unutmayan Şahid" mənasına gəlir.
~ Məful olaraq ələ alındığında isə, "Zatı, hər şeyə şahid qılınan" demək olur. Bunun nə demək olduğunu, hər hansı bir mövzuda ən yüksək dərəcədə şahid göstərməyimiz lazım gəldiyində, "Allah şahidim olsun ki..." sözlərilə ifadə edirik.
İnsanlar, olmadıqları bir yerdə olan-bitəni bilmədikləri kimi; şəxsən olduqları mühitdə də, həqiqəti bütün hər tərəfilə görə, bilə bilməzlər. Bir az əvvəl yaşadığımız bir hadisə ilə bağlı fikrimizə müraciət edilsə, suallar artdıqca, təfsilatları necə gözdən qaçırdığımızın fərqinə vararıq. Rəbbimizin Şəhid ismi isə, hər bir detalı görən və gərəkdiyində, tək-tək ortaya çıxaracaq olan bir Zatın, isim və sifətlərilə, heç ayrılmadan, davamlı yanımızda olması deməkdir.
Quranın bildirdiyinə görə, Rəbbimiz, ən uca, ən böyük şahiddir. (bax: Ənam/19) Ancaq, bununla da qalınmamaqda; bütün edib etdiklərimiz, orqanlarımız tərəfindən də qeyd edilməkdədir və qiyamət günündə, hamısı şahidlik edəcəkdir. (bax: Nur/24; Yasin/65; Fussilət/20)
-----------------------
Not:
Dəyərli oxuyucu! Orqanlarımızın qiyamət günü şüurlu bir varlıq kimi şahidlik edəcəyi, ağıldan uzaq görünməməlidir. Çünki, orqanlarımızı meydana gətirən zərrələr/atomlar, fənlərin də təsdiqilə, yaddaş sahibidirlər. Əgər ölümdən sonra təkrar diriliş olmazsa, orqanlarımızın hər şeyi yaddaşında qoruyub saxlaması, hikmətsiz/əbəs olardı. Kainatda isə, hikmətsiz/faydasız/əbəs yaradılış yoxdur. Bunu, belə bir misalla ağla yaxınlaşdıra bilərik:
Bir anlıq, özümüzü dar ana bətnində düşünək. Bu yerdə, bizə verilən orqanlardan istifadə edə bilmirik. Əgər ağlımız olsaydı, bu orqanların başqa bir aləm üçün verildiyini başa düşərdik.
Eyni şəkildə, əgər ölümdən sonra başqa bir aləm yoxdursa, zərrələrin hər şeyi öz yaddaşında qoruyub saxlaması, əbəsdir. Demək ki, başqa bir aləm olacaqdır ki, bu zərrələr, özlərinə yüklənən funksiyalarını yerinə yetirə bilsinlər.
Allahın bu qədər hikmətli/faydalı yaratmasına; əbəs bir iş görməməsinə şahid olduqdan sonra, zərrələrə yaddaş verilməsinə, onların hər şeyi qoruyub saxlamalarına, əbəs bir iş olaraq baxa bilmərik. Burda, 2 yol vardır:
1. Ya müşahidə etdiyimiz milyonlarla hikmətli/faydalı yaradılış fəaliyyətini əsas alıb, bu işi (yəni, zərrələrə yaddaş verilməsi işini) də hikmətli/faydalı görəcək;
2. Ya da zərrələrə verilən bu yaddaş kimi faydalı yaradılış fəaliyyətini əbəs görüb, müşahidə edə bildiyimiz milyonlarla faydalı yaradılış fəaliyyətini də əbəs görəcəyik.
Bu 2-cisi mümkün olmadığına görə, bütün fəaliyyətləri faydalı görməkdən başqa yolumuz qalmır.
2 zidd şeyin cəmi də, imkansızdır. Yəni, 10 işindən 9-u faydalı olan şəxsin, 10-cu işində hikmətsizlik, düşünülə bilməz. Bu, 2 zidd şeyin cəmi, yəni, eyni anda həm hikmətli, həm hikmətsiz iş görməsi deməkdir ki, bunun batil olduğunu isbata, ehtiyac yoxdur.
-------------------------
O gün, hesab meydanına, hər kəs, əməllərinin şahidlərilə birlikdə gətiriləcəkdir (Qaf/21). Ki, insan, inkar və ya gizlənmə üçün heç bir yol tapa bilməsin.
Bu ismin muhtəvası, insanı, bütün düşüncə, hiss, niyyət və əməllərində, diqqətli və dürüst olmağa dəvət etməkdədir. Beləcə, bu, bugünki psixologiyanın israrla vurğuladığı daxili müşahidəyə müvəffəq olmağa köməkçi olur. Bütün varlıq aləmi içində bunu edə biləcək tək varlıq, insandır. Çünki insana, öz davranışlarına xarici aləmdən baxa biləcək bir nəzər qabiliyyəti verilmişdir.
Şəhid isminin mənasına, necə bürünməli? Bu isimdən, necə istifadə etməli?
Özündə bu ismin təcəlli etdiyi insan, idarəsini üstləndiyi işlərin hər yönü ilə maraqlanar. Onun məsuliyyəti altında olan bir işin hər hansısa bir mərhələsi haqqında biliksiz olması, düşünülə bilməz. Belə olunca, idarə edilənlər də, bu şüurla hərəkət edərlər. Məsələn, bir ailə idarə edirsinizsə, bütün ailə fərdlərinin ehtiyac və problemlərindən xəbərdar olmaq; hər birinin, hal-hazırda harda olduqlarını bilmək və s. kimi işlər, bu ismin təcəllisilə yaxından əlaqəlidir. Bunlar üzərində şahidlik, Allahın da hər şeyə şahid olmasını başa düşməkdə faydalı olacaqdır.
71-)
Nur isminin şərhi
93. Nur isminin şərhi:
Hər zühurun (zahir olanın), Özü ilə zahir olduğu (Zat)'dır. Özündə zahir olub başqasını da izhar edənə, "Nur" deyilir.
Hər nə vaxt ki, vücud (varlıq) ilə adəm (yoxluq) qarşılaşdırılar (yəni, müqayisə edilər)'sə, qaçılmaz bir şəkildə, zühur, vücuda (yəni, varlığa) aid olar.
Adəm (yoxluq)'dan isə, daha qaranlıq bir zülmət yoxdur. Buna görə, adəm (yoxluq) zülmətindən, hətta yoxluq imkanından bəri olub bütün əşyanı (şeyləri) adəm zülmətindən (yəni, yoxluq qaranlığından) vücud (varlıq) zühuruna çıxaran, "Nur" adlandırılmağa daha layiqdir. Vücud (varlıq), elə bir nurdur ki, bütün əşyaya, Onun Zatının nurundan fışqırar. Beləcə, O, göylərin və yerin nurudur.
Necə ki, günəşin nurundan hər zərrə, münəvvər olan (işıqlandıran) günəşin vücuduna (yəni, varlığına) dəlildir; eynilə bu cür də, göylər, yer və arasında olanlardan hər bir zərrə də, varlığının mümkün olması ilə, Mucid (icad edən)'inin vücudunun (yəni, varlığının) vücubuna (vacib olmasına) dəlildir.
Zahir (isminin) mənası haqqında zikr etdiklərimiz, sənə, Nur isminin də mənasını fəhm etdirər. Və bu ismin mənası haqqında dilə gətirilən təəssuf (zorakı təvillər)'dən səni zəngin qılar.
Not: İmkan, varlıq və ya yoxluğun bərabərliyidir. Mümkin isə, varlığı və ya yoxluğu bərabər olan deməkdir. Allahdan başqa bütün varlıqlar, mümkin varlıqlardır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
Özünə aid olmayan nə bir cəlal, nə də bir kamal mövcud olan; şərəf və kərəm (mənasında) nə varsa, Özündən meydana gələn (Zat)'dır. Cəlal, Onun Zatındadır. Kərəm isə, məxluqlarına, Ondan çıxmaqda (axmaqda)'dır. Onun, məxluqatına olan kərəmi, inhisar altına alına bilməz və nəhayəti yoxdur. Buna, Allah Taala'nın bu sözü dəlildir:
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
73-)
Saməd isminin şərhi
68. Saməd isminin şərhi:
Bütün ehtiyaclar xüsusunda, Özünə ehtiyac duyulan və rəğbət edilən şeylər xüsusunda da qəsd ediləndir. Çünki, seyyidlik (hakimiyyət və şərəf), Özündə sonlanmaqdadır.
(Tənbeh):
Allah Taala:
~ din və dünya işlərinin mühimlərində, qullarının məqsədi qıldığı (yəni, ona yönəldikləri);
~ xalqın ehtiyaclarını, onun əli və dili vasitəsilə ortadan qaldırdığı
qullarını, bu vəsfin mənasından bir nəsib ilə nemətləndirmişdir. Lakin, mütləq Saməd, bütün ehtiyacların Özünə ərz edildiyi Allah (subhənəhu və taala)'dır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
74-)
Rəşid isminin şərhi
98. Rəşid isminin şərhi:
Yol göstərici qanunlar üzərinə, tədbirləri,
~ işarət edənin, işarəti olmadan;
~ yol göstərənin, yol göstərməsi olmadan;
~ bir mürşidin, irşadı olmadan,
güdülən qayələrinə sövq edən (Zat)'dır. Və O, Allah (subhənəhu və taala)'dır.
(Tənbeh):
Hər qulun rüşdü, din və dünya məqsədləri cəhətindən (meydana gətirdiyi) tədbirlərin (planların), doğruya isabət etməsi cəhətindən çatdığı hidayət nisbətindədir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna")
----------------------
----------------------
Əlavələr:
• "Əzəldə təqdir etdiyi hər şeyi, hədəfinə ən hikmətli bir şəkildə çatdıran."
• "İnsanları xeyirli yollara irşad edən."
Elmi və hikməti sonsuz olan Allah, kimsənin köməyinə və yol göstərməsinə möhtac olmadan, əzəldə təqdir etdiyi işləri şəxsən özü nəticələndirər. Bunun üçün lazımlı yolları yenə özü açar; tədbirləri hikmətiylə alar və heç bir mane olmadan nəticə reallaşdırma edər.
Bir zamanlar hər tərəfə bir buxar kimi yayılmış və dağılmış olan varlıq aləmi, Onun yol göstərməsi və istiqamət verməsiylə bu gördüyümüz möhtəşəm kainat halını almış var.
Ana rəhmindəki sperma da, yenə Onun irşadıyla, bir neçə mərhələlərdən rahatlıqla keçmiş, orqanlarla bəzənmiş və insan halına gəlmişdir.
Allahın sifətlərini, isimlərini, fellərini, insanın haradan gəlib hara getdiyini və bu dünyadakı vəzifəsinin nə olduğunu ilahi irşad olmadan bilmək mümkün deyil. Ağıl bütün bu mövzularda tək başına heç bir şey söyləyə bilməz. Buna görə, Rəşid isminin ən irəli təcəllisi, Kitab endirmək və Peyğəmbər göndərmək surətiylə insanlara doğru yolun göstərilməsidir.
Bu isimdən insanın alacağı ən böyük dərs, həyatına Quranın irşad etdiyi kimi istiqamət verməsi və başqa insanlara da bu vadidə köməkçi olmasıdır.
75-)
Rəhman və Rəhim isimlərinin şərhi
2-3. Rəhmətdən iştiqaq etmiş (meydana gəlmiş) 2 isimdir. Rəhmət isə, mərhumu (yəni, rəhmət ediləni) gərəkdirir və heç bir mərhum da yoxdur ki, möhtac olmasın.
~ Bir möhtacın, qəsd, iradə və inayət olmadan bir ehtiyacının qarşılanmasına vəsilə olana, "Rahim" deyilməz.
~ Möhtacın ehtiyacını ortadan qaldırmağı murad etməklə bərabər qarşılamayan şəxsə, əgər bunu qarşılamağa gücü çatırsa, "Rahim" deyilməz. Çünki, bu mövzudakı arzusu tam olsaydı, onu yerinə yetirərdi (yəni, mərhəmət edərdi).
~ Əgər bu ehtiyacı yerinə yetirməkdən acizdirsə, özündə ehtiva etdiyi mərhəmət və riqqət səbəbilə özünə "Rahim" deyilə bilməklə bərabər, bu rəhmət, nöqsandır.
Tam rəhmət, möhtaclar üzərinə xeyir yağdırmaq və onlara olan inayət səbəbilə (bu feli) iradə etməklə gerçəkləşir. Ümumi rəhmət, buna layiq olanları da, olmayanları da ehtiva edir. Allah (azzə və cəllə)'nin rəhməti, tam və ümumidir.
• Tam olmasına gəlincə, möhtacların ehtiyaclarının ortadan qaldırılmasını iradə etdiyində, bunu, yerinə yetirər.
• Ümumi olana gəlincə isə, buna layiq olanlara və olmayanlara, dünyaya və axirətə şamildir. Bu rəhmət, zərurətləri, (bu dərəcədə olmayan) hacətləri və bu ikisi xaricindəki xüsusları ehtiva edir. O, mütləq və haqq Rahim'dir.
İncəlik: Rəhmət, mərhəmət edən kimsəyə ariz olub, mərhəmət edilən şəxsin ehtiyacının ortadan qaldırılması xüsusunda o kimsəni təhrik edən, ələm/ağrı verici bir şəfqət olmaqdan, xali (boş, uzaq) deyildir. Rəbb (subhənəhu və taala), bundan münəzzəhdir. Bəlkə də sən, bunun, rəhmət sifətinin mənasında bir əskiklik olduğunu zənn edirsən. (Ancaq) bil ki, bu, rəhmətin mənasında bir əskiklik deyil, əksinə, bir kamaldır.
Bu, bir əskiklik deyildir. Çünki, rəhmətin kamalı, səmərənin (meyvə, nəticənin) kamalı ilədir. Möhtacın ehtiyacı tam mənası ilə qaldırıldıqdan sonra, rəhmət edənin bir kədər hiss etməsində, özünə mərhəmət edilən kimsə üçün, hər hansı bir fayda yoxdur. Mərhəmət edən, ancaq, nəfsindəki zəiflik və əskiklik səbəbilə kədər hiss edər. Mərhəmət edənin zəiflik sahibi olması isə, ehtiyac sahibinin ehtiyacı tam mənası ilə qarşılandıqdan sonra, möhtacın məqsədi (cəhətindən), hər hansı bir fayda təmin etməz.
Mərhəmət edən şəxs, təəllüm (əzab, acı çəkmək) və riqqətdən dolayı, (bu) feli ilə, sanki riqqətin ələmini (acısını, ağrısını) nəfsindən dəf etməyi qəsd etməkdədir. (Beləcə), əslində, öz nəfsinə nəzər etmiş və öz məqsədini gerçəkləşdirməyə çalışmış olur. Bu isə, rəhmətin mənasını əskildən bir haldır. Əksinə, rəhmətin kamalı, rəhmət edilən şəxsə olan nəzər, (şəxsən) mərhəmət edilən üçün olmalı; öz nəfsindəki riqqətdən doğan kədər hissini ortadan qaldırmaq üçün deyil.
Fayda: Rahmən, Rahim'dən daha xüsusidir. Bundan dolayı, Allah (azzə və cəllə)'dən başqası, bununla təsmiyyə edilə (adlandırıla) bilməz. Rahim ismi isə, Allahdan qeyrisi haqqında da istifadə edilə bilər. Dolayısı ilə, Rahmən ismi, xüsusi isimlər kimi, sadəcə Allah Taala haqqında istifadə edildiyindən, Allah isminə daha yaxındır. Rəhmətdən qəti bir şəkildə meydana gəlsə belə...Bu səbəblədir ki, Allah (azzə və cəllə), bu 2 ismi (yəni, Allah və Rahmən isimlərini), bərabər zikr etmişdir:
"De: 'İstər Allah deyib çağırın, istərsə də Rahmən deyib çağırın. Necə çağırsanız da, hər halda, ən gözəl isimlər, Ona məxsusdur." (İsra/110)
Həm bu cəhətdən, həm də Allahın sayılan isimləri arasında təradüf (eyni mənalılıq) olmadığını bildirmiş olduğumuzdan dolayı, bu 2 ismin (Rahmən və Rahimin) mənalarını ayırd etmək lazımdır. O halda, Rahmən isminə uyğun olan məfhum, qulların qüdrətlərindən üstün olan bir növ rəhmətdir və uxrəvi (axirətə aid) səadətlə əlaqəlidir. (Dolayısı ilə), Rahmən isminin mənası:
~ ilk əvvəl, icad etmək;
~ ikinci olaraq, imana, səadət səbəblərinə hidayət etmək;
~ üçüncü olaraq, axirətdə səadətləndirmək;
~ dördüncü olaraq da, kərim vəchinə (üzünə) nəzər etmə nemətini vermək ilə, qullarına bir şəfqətdir.
Tənbeh:Qulun, "ər-Rahmən" ismindən nəsibi, Allahın qafil qullarına mərhəmət etməsidir. Onları, vaz və nəsihət və şiddət olmadan, lütflə, Allah (azzə və cəllə)'nin yoluna sövq etməsidir. Asi (Allaha, günahlarla üsyan edən qul)'lara, təhqir nəzərilə deyil, rəhmət nəzərilə baxmasıdır. Aləmdə cərəyan edən hər masiyyət (üsyan, günah)'ı, öz nəfsində, bir müsibət kimi görmək və bütün gücü ilə ortadan qaldırmağa çalışmasıdır.
Qulun, "ər-Rahim" ismindən nəsibi, gücü çatdığı qədər kasıbların ehtiyacını ortadan qaldırmasıdır. Öz diyar və civarında, heç bir kasıb qoymadan, onların ehtiyacını ortadan qaldırmağı, öz öhdəsinə götürməsidir. Bunu da, ya malı, ya məqamı, ya da başqalarına şəfaətçi olmaq yolu ilə reallaşdırar. Bütün bunlardan aciz qalarsa, duası ilə kömək edər; və ona ehtiyacından dolayı, kədərini izhar edər; və bunu, ona, şəfqət və riqqətindən dolayı edər; zərər və hacətində, onunla, şərik kimi olar.
Sual və Cavabı:
Belə deyə bilərsən: "Allah Taala'nın, Rahim və Ərhəmu'r-Rahimin (rəhimlilərin ən rəhimlisi) olmasının mənası, nədir? Rahim olan, bir bəlaya uğramış, zərər görmüş, əzaba uğramış və xəstəlik içərisində birini gördüyündə, onlarda olanları ortadan qaldırmağa gücü çatarsa, mütləq onları ortadan qaldırar. Rəbbimiz (subhənəhu və taala) isə, hər cür bəlanı, kasıblıq və qəmi, xəstəlik və zərəri yox etməyə qadirdir. Dünya isə, xəstəlik, çətinlik və bəlalarla dolub-daşmaqdadır. O isə, bütün bunları ortadan qaldırmağa qadirdir. (Ancaq), qullarını, müsibət və çətinlik ilə imtahan olunmağa tərk etmişdir..."
Sualının cavabı, budur: Bəzən, kiçik bir uşağa, anası riqqət edər və hicama gərəkli ikən, buna icazə verməz. Lakin ağıllı olan ata, onu, zorla buna sövq edər. (Bunu görən) cahil zənn edər ki, rəhim olan, ata deyil, anadır. Ağıl sahibi isə, atanın, qan aldırmaq surətilə uşağa əzab verməsinin, onun, uşağına qarşı mükəmməl rəhmət və şəfqətindən dolayı etdiyini bilər. O ananın isə, siddiq (dost) surətində düşmən olduğunu bilər. Kiçik bir ağrı, böyük bir ləzzətə səbəb olarsa, şər deyil, xeyirdir.
Rahim, mərhum (özünə rəhmət edilən) üçün, mütləq, xeyir diləyər. Varlıqda heç bir şey yoxdur ki, zimnində bir xeyir mövcud olmasın. Əgər o şər ortadan qalxacaq olsa, zimnində (içində ehtiva etdiyi) o xeyir də, yox olar. Bundan dolayı, o xeyri içində ehtiva edən şərdən, daha böyük bir şər meydana gələrdi. Qanqren olmuş əli kəsmək, zahirdə bir şərdir; ancaq onun zimnində, böyük bir xeyir vardır ki, o da, bədənin salamat qalmasıdır. Əgər o əl kəsilməsə, bədən, həlak olar və meydana gələcək olan şər, daha böyük olar. Beləcə, bədənin salamat qalması üçün əlin kəsilməsi, zimnində xeyir ehtiva edən bir şərdir. Bununla bərabər, əli kəsənin nəzərində, ilk və əsas məqsəd, mütləq xeyir olan salamatçılıqdır. Salamat qalmağın yolu, əli kəsməkdən keçincə, bu məqsəd üçün, əli kəsmişdir. Beləliklə, salamat qalmaq, ilk olaraq, zatı üçün; ikinci olaraq da, özü xaricindəki (şeylər) üçün tələb edilmişdir. Bunların hər ikisi də, iradəyə daxil olub, biri, zatı üçün murad edilmiş; digəri, qeyrisi üçün murad edilmişdir. Zatı üçün murad edilən, başqası üçün murad ediləndən daha əvvəl gəlir. Bu səbəblə, Allah (azzə və cəllə), belə buyurmuşdur:
Onun qəzəbi, şərri iradə etməsidir. Şər, Onun iradəsi ilədir. Rəhməti, xeyri iradə etməsidir. Xeyir, Onun iradəsi ilədir. Bununla birlikdə O, xeyri, (xeyrin) şəxsən özü üçün; və şərri də, (şərrin özü) üçün deyil, zimnində mövcud olan xeyir üçün iradə edincə, xeyir, şəxsən; şər isə, arazi olaraq yerinə gətirilmiş olub, hamısı da, qədərə tabedir. Bunda, əsla rəhmətə zidd bir şey yoxdur.
İndi, ağlına, altında xeyir olmayan bir şər növü gələr; ya da, o şərrin içində mövcud olan xeyri, başqa bir yoldan təhsil etməyin mümkün olduğu ağlına gələrsə, bu 2 düşüncədən dolayı, nöqsan olan ağlını töhmət altında saxla!
~ "Bu şərrin altında, heç bir xeyir yoxdur!" sözünə gəlincə, bunun mərifətində, ağıllar, nöqsan qalmaqdadır. Bu xüsusda, sən, məsələn, qan aldırmağı (hicamanı) sırf bir şər olaraq görən və ya qisasən adam öldürməyi mütləq şər olan düşünən bir axmaq kimisən. Çünki, (bu ağılsız şəxs), (öldürülməyin, özü haqqında sırf bir şərdən ibarət olduğu) məqtulun halına baxmaqla kifayətlənər; və bütün insanlar üçün hasil olan ümumi xeyrdən isə, qəflət edər. (O), xüsusi şər vasitəsilə ümumi xeyrə çatmaq, xeyir əhlinin ehmal etməməsi lazım gələn mütləq xeyir olduğunu bilməz.
~ İkinci (o şərrin içində mövcud olan xeyri, başqa bir yoldan təhsil etməyin mümkün olduğu) düşüncən xüsusunda da, ağlını töhmət et! Bu da, çox incə və qapalı məsələdir. Hər muhal/imkansız və ya mümkün olanın, mümkün və muhal olması, açıq şəkildə idrak edilə biləcək (mahiyyətdə) deyildir. Əksinə, əksəriyyətin bilə bilmədiyi dəqiq və incə bir nəzər ilə bilinə bilər. Bax, bu məsələdə, ağlını ittiham et, əsla şübhə etmə ki, O, "Ərhəmu'r-Rahimin"dir. Və Onun rəhməti, qəzəbini keçmişdir. Şərri, xeyir üçün deyil, şər üçün iradə edənin də, rəhmət isminə layiq olmadığı xüsusunda, şübhən olmasın. Bu örtünün altında, şəriətin, ifşa edilməsini qadağan etdiyi bir sirr vardır. Bu halda, ima/işarət ilə qənaət et, tamamilə ifşaya tamah etmə. Rəmz və ima ilə tənbeh edildin; bu işin əhlisənsə, bunun üzərində bir düşün!
"Əgər dirini çağırsaydın, eşitdirərdin;
Ancaq nida etdiyində, həyat yoxdur." (Şair Bəşşər b. Burdə)
Bunlar, əksəriyyət üçündür.
Ancaq sən, ey şər ilə muxatab olan qardaş! Mən, sənin, Allah (azzə və cəllə)'nin sirrinə vaqif olduğunu və belə tənbehlərə və vurğulara ehtiyacın olmadığını bilirəm. (haşiyə)
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
~ daimi və lazimi bir şəkildə diqqətlə mülahizə edən
şəxsi, o şeyin özündən qorunduğu şəxs tanıdığı təqdirdə, o şeyə yönələ bilməyəcək hala gəlmişdirsə, o şəxs, "raqib" deyə təsmiyyə edilir (adlandırılır).
Sanki, Raqib ismi, elm (bilmək) və hifzə (qorumağa) racidir. Ancaq, Raqib isminin elm və hifz ilə açıqlanması, hifz və kontrolun davamına və özündən qorunan şeyə izafətlə olur. Bu hifz və kontrol altındakı şey, özünə çatmağa çalışandan qorunmuş olur.
Tənbeh: Qulun, bu muraqabə (kontrol etmə) vəsfi, -əgər qul, bu muraqabəsini, Rəbbinə və qəlbinə edərsə-, tərifə layiq olar. Bu isə, insanın, Allah Taala'nın:
~ hər bir halında, onu kontrol və müşahidə etdiyini; və ya
~ nəfsinin və şeytanın özünə düşmən olduğunu; və
~ nəfs və şeytanın da, özünü qəflət və müxalifətə daşımaq üçün fürsət axtardığını
bilməsilə olur.
(Bunları bilib) hər ikisindən (yəni, nəfs və şeytandan) həzər etməsi; onların hardan özünə gəldiklərini, təlbislərini (bilməsi); hətta onların hər ikisinə mənfəz və yollarını bağlaması, qulun muraqabəsidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------------------
Əlavələr:
"Qullarının hər şeylərini kontrol edən, müşahidəsi altında tutan."
"Hər şey, elmi, nəzəri altında olan."
"Şübhəsiz Allah, sizin üzərinizdə Rəqibdir." (Nisa, 1)
Bu ilahi isim, Alim, Basar və Şəhid adlarıyla yaxından əlaqədardır. Hər şeyi görən, bilən və hər hadisənin şahidi olan Allah, əlbəttə bütün varlıqları və xüsusilə insanları daimi kontrol altında saxlayar.
Bu adı düşünən bir qul, öz nəfsini daim müşahidə edər, nəzarət edər. Onu başıboş buraxmamağa, günah və üsyan sahəsinə soxmamağa çalışar. Özünü, Allah Rəsulunun (s.ə.s.) ifadəsiylə, bir çoban olaraq bilər və güddüklərindən məsul olduğunu idrak edərək, nəfsini, ailə fərdlərini və məsuliyyət sahəsinə girən hər kəsi və hər şeyi kontrol altında tutmağa çalışar. Hislərini, haramdan və şübhəli şeylərdən qoruyar. Gözünü harama istiqamətləndirməz, qulağına hər şeyin girməsinə icazə verməz. Ağlını lazımsız və zərərli şeylərlə yormaz. Qəlbini də kontrol altında tutar; imanına zərər verəcək, etiqadına təsir edəcək düşüncə və meyllərdən həssaslıqla çəkinər. Sevgi və qorxusunun yalnız Allah üçün olmasına maksimum diqqət yetirər.
77-)
İnsanların Allaha verdikləri adlara baxış bucağımız necə olmalıdır?
- Bir şeyin günah olması, mütləq onun şirk olduğu mənasını verməz. Bu səbəblə, hər şeyə şirk damğasını vurmaq məqsədəuyğun deyil.
- Allahın adlarının hamısı olub olmadığı; Allah və Elçisi (s.ə.s.)dan başqası tərəfindən verilib verilməyəcəyi, barəsində alimlər arasında fərqli görüşlər vardır. Bəzi alimlərə görə Kitab və sünnədə iştirak etməyən ad və sifətləri Allah haqqında istifadə etmək caiz deyil. Digər bəzilərinə görə isə, Kitab və Sünnədə olmamaqla birlikdə, Allahın şanına yaraşan sözləri bir sifət olaraq istifadə etməkdə bir qorxu yoxdur. (bx.İbn Atiyə; İbn Aşar; Alusi, Ta Ha Surəsinin 180-cı ayəsinin təfsiri.)
- Quran xaricindəki adların tamamilə vəhy olduğunu söyləyə bilmərik. Çünki, Tirmizinin rəvayət etdiyi adlar 99 dənədir. Halbuki, bəzi alimlərə görə, bu ədəd mindən çoxdur. Digər bəzilərinə görə Allahın dörd mindən çox ad və sifətləri vardır. Bir qisim təsəvvüf əhlinə görə, Allahın saysız ad və sifətləri vardır (bx. Alusi, a. g. y).
- Kitab və sünnədə olmamaqla birlikdə, ümmətin icmasıyla qəbul edilən ad və sifətlərin istifadə edilməsində bir qorxunun olmadığı xüsusu, alimlərin ortaq fikiridir.
- Allah haqqında istifadə edilən ad və sifətlərinin əzəli olması, bu sözlərin əzəli olması mənasında deyil, bu ünvanların dəlalət etdiyi Allahın şəxs, şuunat, sifət və adların əzəli olduğu mənasını verər.
78-)
Vəkil isminin şərhi
53. Vəkil isminin şərhi:
İşlərin, Özünə vəkil edildiyi (Zat)'dır.
Vəkil qılınanlar da, 2 qisimdir:
1. Bəzi xüsuslarda vəkil qılınanlar ki, bunlar, naqisdirlər.
2. Bütün xüsuslarda vəkil qılınan (Zat) ki, bu, ancaq, Allah (subhənəhu və taala)'dır.
Bir də, vəkil qılınanlar, başqa bir etibarla, 2 qisimdirlər ki, bunların:
• bir qismi: zatları cəhətindən deyil; təvkil (vəkil qılmaq) və təfvid (həvalə etmək) yolu ilə, vəkalətə haqq qazanarlar. Belələri, vəkalət cəhətindən, naqisdirlər. Çünki, vəkil ola bilmək üçün, təvfidə və təvliyəyə (vəlayətə) möhtacdırlar.
• digəri isə: bir başqasının təvfidi və təvliyəsinə ehtiyac duymayıb; işlərin Özünə həvalə edilməsinə; və qəlblərin, Özünə təvəkkül etməsinə Zatı etibarı ilə haqq sahibidir ki, bax, mütləq vəkil olan da, Budur.
Vəkillər, bir də, vəkil qılındığı xüsusları:
~ kamil və qüsursuz şəkildə yerinə yetirən ilə;
~ tam olaraq yerinə yetirə bilməyən
şəklində də ikiyə ayrılır.
Mütləq vəkil, işlər Özünə vəkalət edilən və bunu, etina ilə yerinə yetirəndir. Və onu, tamamilə yerinə yetirməyə də, qadirdir. Bu da, ancaq, Allah Taala'ya məxsusdur.
Bu ismin mənasına dair danışdıqlarımızdan, qulun bu isimdən hissəsinin miqdarını da başa düşmüş oldun.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------------
-------------------------------
Əlavələr:
• "Varlıqların bütün işlərinə zamin olan."
• "İşlərini özünə buraxanların, istəklərini ən yaxşı şəkildə yerinə yetirən."
• "Özünə təvəkkül edilən."
"...Allah, qaranlıqlarda qurduqlarını yazır. Sən də onlardan üz çevir və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər."( Nisa surəsi, 81)
Bir işi öz başına etməyə güc çatdıra bilməyənlər, onu bir vəkilə həvalə edərlər.
Kainata bu mənada nəzər etdiyimizdə, hər kəsin və hər şeyin dərhal bütün işlərini, mütləq Vəkil olan Allaha buraxdıqlarını görərik.
Bütün bitkilər aləminin, baharın gəlməsi mövzusunda vəkilləri ancaq Allahdır. Bir milyondan çox heyvan növünün, o rəqəmlərə sığmaz fərdlərinin hamısının, ruzi mövzusunda vəkilləri yenə Allahdır. Bədəndəki yüz trilyona yaxın hüceyrəyə ruzi yetişdirmə barəsində insanın etdiyi şey, yalnız loxmasını ağzına atmaq, tapdalamaq və udmaqdır. Bundan kənar bütün işlər, mütləq Vəkil olan Allah tərəfindən, ən gözəl şəkildə görülər.
Toxumu tarlaya əkən bir cütçü də kəndinə gəlib istirahətə çəkilərkən, yenə O mütləq Vəkilə işini buraxmışdır.
İnsan olsun heyvan olsun, bütün canlılar gecə yuxuya gedərkən Allaha təvəkkül edərlər və dünyanı günəş ətrafında saatlarla çevirərək özlərini səhərə salamat çıxaracaq o mütləq Vəkilə təvəkkül ilə rahatca yatarlar. Bunun bir bənzərini də gündüz sərgilərlər. Dünyanın həssas ölçülərə uyğun gələrək intizamla dönüşündən, aldıqları nəfəsin qanlarını təmizləməsinə qədər hər işlərində Allahı vəkil tanıyar və Ona təvəkkül edərlər.
Səmi, idrakından, -nə qədər gizli olsa belə- eşidilənlərin, iraq qala bilmədiyi (Zat)'dır. Sirri də, fısıltını da; hətta bunlardan daha gizli və incəsini də eşidər. Qaranlıq gecədə sərt qayadakı qara qarışqanın səsini belə idrak edər. Həmd edənlərin həmdlərini eşidər, onlara mükafat verər; dua edənlərin dualarını eşidər, onlara icabət edər (cavab verər).
(Allah), qulaq olmadan eşidər; eynilə, orqanlar olmadan fel işlədiyi; dil olmadan danışdığı kimi...
Onun eşitməsi, hudusa təmas etməkdən (yəni, sonradan yaradılmış olmaqdan) münəzzəhdir.
Səmi olan (eşidən) Allahı,
~ eşidilənlərin hadisliyindən (sonradan yaradılmışlığından) qaynaqlanan dəyişmələrdən tənzih; və
~ hər hansı bir qulaq və ya alət vasitəsilə eşitməkdən təqdis edərsənsə,
eşitməyin, Onun haqqında, eşidilənlərin vəsflərinin kamil mənada inkişaf etdiyi bir sifətdən ibarət olduğunu bilərsən.
Bu xüsusda incə nəzərli olmayan, zəruri olaraq, təşbihin özünə düşər. Bundan həzər et və nəzərini, bunda dərinləşdir.
Tənbeh:
Qulun, hiss cəhətindən, eşitmə sifətindən nəsibi vardır. Ancaq, nöqsandır. Çünki insan, bütün eşidilə bilənləri idrak edə bilməz; yalnız, yaxındakı səsləri eşidə bilər.
Sonra, onun idrakı, afətlərə məruz qala biləcək alət və orqanlar ilədir. (Belə ki), səs:
~ gizli olunca, idrakı nöqsan olur;
~ uzaq olunca, eşidə bilmir;
~ çox yüksək olunca da, eşitmə hissini itirə bilir.
(Qulun), bu eşitmə sifətindən nəsibi, 2 şeydir:
1. Allah (azzə və cəllə)'nin səmi (eşidən) olduğunu bilib dilini, (bundan dolayı) qorumasıdır.
2. Özündəki bu eşitmə hissinin, Allah (azzə və cəllə)'nin endirdiyi kitabı və Rəsulun hədisini eşitməsi üçün verildiyini bilməsi və bu hissindən, sadəcə, Allah (azzə və cəllə)'nin yolu olan hidayətdə istifadə etməsidir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
80-)
Darr və Nafi isimlərinin şərhi
91-92. Darr və Nafi isimlərinin şərhi:
Xeyir və şər; fayda və zərər, Özündən südur edən (Zat)'dır.
Bütün bunlar isə:
~ ya mələklər, insanlar və ya cansız varlıqlar vasitəsilə;
~ yaxud da vasitəsiz olaraq,
Allaha Taala'ya mənsubdur.
Zənn etmə ki,
~ öldürən və zərər verən, zəhərin;
~ doyuran və fayda verən, yeməyin
özüdür.
Mələk, insan, şeytan, -yaxud da hansı cinsdən olursa olsun-, məxluqlardan hər biri, fələk, ulduz və ya başqa birinin, bir xeyrə və ya şərrə; bir fayda və ya zərərə, öz başına müqtədir olduğunu sanma!
Əksinə, bunların hamısı, musəxxər (təsxir etdirilmiş, boyun əydirilmiş) səbəblərdir. Bunlardan, ancaq, təsxir edildiyi şey südur edər. Bütün bunlar da, eynilə, -ammi (avam)'ın etiqadınca, qələmin katibə olan nisbəti kimi- əzəli qüdrətə nisbət edilir. Bir sultan, veriləcək bir mükafat və ya cəzanı imzaladığında, heç kim, mükafat və cəzanı, qələmdən deyil; qələmin, əmrində olduğu kimsədən bilir. Bax, digər səbəb və vəsilələr də, bu şəkildədir.
"Avamın etiqadınca" dedik. Çünki, cahil, qələmin, katibə musəxxər olduğunu görəndir. Arif isə, qələmin, katibin əlində, Allah (subhənəhu və taala) üçün musəxxər olduğunu; katibin də, Ona (yəni, Allaha) musəxxər olduğunu biləndir. Necə ki, O, katib ilə ondakı gücü və tərəddüd etməyəcəyi qəti iradəni yaradınca, istər-istəməz, bu şəxsin barmağı və qələmi, hərəkət edəcəkdir. Hətta, istəməməsi də, mümkün deyildir. Elə isə, insanın əli və qələmilə yazan, (həqiqətdə) Allah Taala'dır. İxtiyar sahibi canlıda bunun belə olduğunu bildinsə; bu, cansız varlıqlarda, daha zahirdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
81-)
Muhsi isminin şərhi
58. Muhsi isminin şərhi:
"Alim" mənasındadır. Lakin elm (məfhumu), məlumat (məlum olanlar)'ı:
~ saymaq;
~ ədədlərini bilmək; və
~ onları əhatə etmək
cəhətindən ələ alındığında, "ihsa/saymaq" deyə adlandırılır.
Mütləq Muhsi, elmində, hər bir məlumun həddi (sərhədi), ədədi və məbləği aşkar olandır. Qul isə, bəzi məlumatı elmilə saymağa imkanı olsa da, bunlardan bir çoxunu həsr etməkdən, acizdir. (Bu halda), qulun bu isimdən nəsibi, elm sifətindəki nəsibi kimi, zəifdir.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
-------------------------------
-------------------------------
Əlavələr:
"Hər şeyin sayını bilən."
"And olsun ki, O hamısını topdan və tək-tək saymışdır." (Məryəm surəsi, 94)
Bu isim, Alim ismilə yaxından əlaqədardır. İkisi arasındakı incə fərq, Müzəyyin (zinət verən, bəzəyən) ismilə Müləvvin (rəng verən) ismi arasındakı fərq kimidir. Bilindiyi kimi, bir şeyə zinət vermənin, yəni bəzəmənin bir vasitəsi də, onu rənglərlə təchiz etməkdir. Buna görə Allahın Müzəyyin ismində, Müləvvin ismi də daxildir. Amma, rəng vermə ayrı bir hərəkət olduğundan, Müləvvin də yenə müstəqil bir isim olmuş və bizi rənglər aləmini təfəkkürə sövq etmişdir.
Bunun kimi, Allahın Alim ismi, ‘hər şeyi, hər şeyiylə bilən' mənasına ümumi bir addır. ‘Ədədləri bilmək' də bu isim içərisinə daxil olmaqla birlikdə, ayrı bir kamal olduğundan, müstəqil bir isim olmuşdur.
Bu isimlə nəzərimiz, "ədədlər aləmi"nə çevrilər və bunların hamısının Allah tərəfindən bilindiyinə diqqətimiz çəkilər. Dənizdəki qum sayından, bədəndəki hüceyrə sayına qədər bütün ədədlər, xəyalımızın önünə qoyular. Xəyalın bir hüdud biçməkdən aciz qaldığı bütün bu ədədləri Allahın bildiyi nəzərimizə təqdim edilər.
Alim və Muhsi isimləri üçün, bir ilə min, min ilə milyard fərqinə varmaz. Ədədlərinə ədəd biçə bilmədiyimiz bütün varlıqlar tək-tək düşünüldüyündə, bunların hər biri yaradılmışdır və Allah bütün bu məxluqatından xəbərdardır.
Bir qul olaraq, elmimizin çox məhdud və kifayətsiz olduğunu bilərək, Allahın Alim və Muhsi isimlərini təkbirlə yad etməliyik.
Allahın hər bir sifəti və hər bir ismi kimi, Alim və Muhsi isimləri də, sonsuz kamaldadırlar.
Və insan ağlı bu kamalı anlama nöqtəsində son dərəcə acizdir.
82-)
Vali isminin şərhi
77. Vali isminin şərhi:
Məxluqatın işlərini tədbir və təvliyə edən, yəni, vəlayətilə, onların işlərini, diqqət və etina ilə üstlənəndir. "Vəlayət" (kəliməsi), sanki, tədbir, qüdrət və felə işarət edir. Bunların hamısı, (birində) cəm olmazsa, (o şəxsə) "vali" deyilməz. İşlərin valisi, ancaq Allah (subhənəhu və taala)'dır. Şübhəsiz O:
~ ilk əvvəl: hər şeyi tədbir etməkdə birdir;
~ ikincisi: tədbirini, təhqiq ilə tənfiz edən (nüfuz etdirən, gerçəkləşdirən)'dir;
~ üçüncüsü isə: (var etdiklərinin) var olmağa davam etmələrini təmin edəcək şəkildə (üzərlərində) qaim olandır.
(əbu Həmid əl-Ğazzali, "əl-Maqsadu'l-Əsna fi şərh-i Əsmaillahi'l-Husna" əsərindən nəql)
83-)
Dualarda, xüsusilə, Rəbb adı çox zikr edilər. Bu ad haqqında bir az şərh edərsiniz?
Rəbb, tərbiyə edən, hər şeyi bir ilk nöqtədən etibarən pilləli olaraq tərbiyə edə edə son nöqtəyə gətirən mənasını verər. Xaliq adı yaratma hərəkətinə, Rəzzaq adı ruzi vermə hərəkətinə dayandığı kimi Rəbb adı da tərbiyə etmə hərəkətinə dayanar. Quranın ilk surəsi olan Fatihə Surəsində, Allahın bütün aləmlərin Rəbbi - Rabbü'l-Alemin - olduğu bildirilir. Son surədə isə Rəbbin-Nas adı iştirak edər və insanların diqqəti insan tərbiyəsinə çəkilər. Digər surələrdə də fərqli tərbiyə təcəllilərindən tez-tez bəhs edilər. Bu səbəblə, Müsəlmanlar bu adı çox yad edər və dualarına da çoxu dəfə bu adla başlarlar.
Rəbb, lüğətdə tərbiyə edən, tədricən (dərəcə dərəcə, pilləli olaraq) kamala çatdıran mənasını verər. Kainatın yaradılışı ilk nöqtədən başlamış və Qurani Kərimdə altı gün şəklində ifadə edilən altı dövrədə son şəklini almışdır. Bu İlahi iradə, bu dünyaya qonaq olaraq göndərilən varlıqlarda da özünü göstərmiş, onların da bədənləri yenə bir anda deyil pilləli olaraq yaradılmışdır. Bu qonaqların ən şərəflisi olan insan, ana rəhmində, ana xəttləriylə, altı dövrə deyilə biləcək bir pilləli tərbiyədən keçmişdir. Bu addımlar sperma (iki ayrı cinsdən hüceyrələrin birləşdiyi duru su), əlaqə ( tünd qan), mudğa (bir dişlək ət parçası), əzm (sümük), lahm (ət), xalqı cədit (yeni yaradılış, son şəkli alma) dövrələridir.
Üzərində yaşadığımız bu yer kürəsində, havasıyla suyu ilə, misiylə qızılıyla, şəkəriylə duzuyla, düzənliyiylə, gölüylə və nəhayət bitkisi, heyvanı və insanıyla hər nə varsa, hamısı fərqli Rəbb tərbiyəsindən keçmişlər. Torpağı, bakteriyalarla qaynaşmış; dənizlərdə balıqlar, qan çaylarında al və ağ qan hüceyrələri Rəbb adının ayrı təcəllilərini göstərirlər.
84-)
Allahın cəhənnəmdəkilərə baxmayacağı ifadəsini necə başa düşülməlidir?
"Əhəmiyyətsiz bir mənfəət qarşılığında, Allaha verdikləri əhdi və andlarını pozanların axirətdə heç bir nəsibləri yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq, onların üzlərinə baxmayacaq və onları təmizə çıxarmayacaq. Onların haqqı çox acı bir əzabdır." ( Al-İmran Surəsi, 77)
Allahın bu kəslərlə danışmaması və onlara baxmamasından məqsəd, onların Allah Təala yanında heç bir dəyərlərinin və etibarlarının olmaması, Onun qəzəbinə tabe olmaları; Allahın onları təmizə çıxarmaması, onları bağışlamaması və günahlardan təmizləməməsi; ya da saleh qullarına layiq gördüyü tərifdən onları məhrum buraxmasıdır ki, bunlar qulluq şüuruna sahib adam üçün həqiqətən çox dəhşətli nəticədir. (İbn Atiyyə, 1,460; Zəmaxşəri, 1,197)
Ayədə -mövzumuzla əlaqədar olaraq- vurğulanan üç xüsus vardır: Danışmamaq, üzlərinə baxmamaq, təmizə çıxarmamaq..
b. Bu üç xüsus sırasıyla biri digərinin mənasını açıqlamaqda və getdikcə incikliyin şiddətini göstərməkdədir. Buna görə; Allahın qiyamət günü o dinini dünyaya satan inkarçılarla arasının nə qədər açıq olduğunu, onlara nə qədər hirsli olduğunu göstərmək üçün, onlarla -şəxsən- əsla danışmayacaq. Buraxın danışmağı, bir dəfə olsun onların üzünə belə baxmayacaq. Çünki, heç birini təmizə çıxarmayacaq.
c. Dünya mənfəəti üçün Allaha verdikləri əhdini pozanlar, axirətdə qiymətsiz, hər şeyini itirmiş bir məxluq olaraq qalmağa məhkumdur. Ayədə tərcümə olaraq iştirak edən "axirətdə heç bir nəsibləri yoxdur" cümləsi bunu vurğulamaqdadır.
d. Allah onlarla dostca danışmaz, onlara şəfqət, mərhəmət nəzəriylə baxmaz, heç bir zaman onları təmizə çıxarmaz. Bu şərhlərdən aydın olur ki, baxmaqdan baxmağa fərq vardır.