Axirət həyatının əqli isbatı

Bil ki: Bu ayətin (yəni, Bəqərə/4-ün) mənası, Quranın 4 məşhur məqsədindən 4-cüsü olan haşr məsələsidir. Biz, bu məsələ ilə əlaqəli olaraq, Quranın nəzmindən, 10 burhan (dəlil) istifadə etmişdik. Başqa bir kitabda, onları zikr etdik. Burda, bunların bir xülasəsi, münasib olmuşdur:

Haşr, haqdır. Çünki:

1. Kainatda qəsdi olaraq əkməl (çox mükəmməl) bir nizam vardır.

2. Xilqətdə, tam bir hikmət vardır.

3. Aləmdə, əbəsiyyət yoxdur.

4. Fitrətdə, israf yoxdur.

Bu şahidləri təzkiyə edən, bütün elmlərlə bağlı "istiqrau't-tamm" (induktiv metod)'dur. Bunların hər biri, öz mövzusu olan növdəki intizama, sadiq bir şahiddir.

5. Gün, il kimi əksər növlərdə, o növün təkrarlanan qiyaməti vardır.

6. Bəşərin istedad cövhəri, haşra rəmz edir. Bəşərin sərhədsiz istək və meylləri, ona işarət edir.

7. Sani və Hakim olan Allahın rəhməti, ona təlvih edir.

8. Sadiq elçi olan Muhamməd (əleyhissəlam)'ın dili, haşrı açıqdan bildirir.

9. Möcüzə göstərən Quranın bəyanı, haşra şəhadət edir.

10. "Və qad xaləqakum ətvəra = (O), sizi, mərhələ-mərhələ yaratdı." (Nuh/14); və "Və mə Rabbukə bi zalləmin li'l-abid = Rəbbin, qullara, əsla zülm edən deyildir." (Fussilət/46) kimi ayələr, haşrı isbat edir.

 

Bax bu burhanlar, 10-dur. Bunlar, əbədi səadətin açarları və bu cənnətin qapılarıdır.

 

✓ Birinci burhanın bəyanına gəlincə:

Əgər kainat, əbədi səadəti nəticə verməzsə, Sani'nin ağılları heyrətdə buraxan bir şəkildə mükəmməl qıldığı bu nizam, zəif və aldadıcı bir surətə çevrilər; nizamdakı bütün mənəviyyat, rabitələr və nisbətlər, "həbəən mənsuran = saçılmış toz zərrələri" (yəni, heç bir işə yaramayan şeylər) olar. Elə isə, bu nizamı nizam edən, onun, əbədi səadətlə olan bağıdır. Yəni, bu nizamdakı incəliklər və mənəvi şeylər, ancaq axirət aləmində sünbüllənər; yoxsa, bütün mənəviyyat sönər; bütün rabitələr kəsilər; bütün nisbətlər, parçalanar; və bu nizam, nizam olmaqdan çıxar. Halbuki, nizamda mundəmic (dərc edilmiş) olan qüvvət, bu nizamın çökməsi və çözülməsinin mümkün olmadığını, ən yüksək səslə elan etməkdədir.

--------------------------------

İzahı:

"Nizam və intizam", lüğət kitablarında, belə izah edilməkdədir:

a. İşlərin yerli-yerində olması; ahəng içində olmaq;

b. Bir biri içinə qoymaq/yerləşdirmək.

c. İnci və mərcan kimi şeyləri, bir ipdə toplamaq.

Kainatın ümumunda, mükəmməl bir nizam və məqsədli bir intizam vardır. Bu isə, kainatın bir iradədən çıxmış olduğunu göstərir. Çünki, kainatın varlığı və yoxluğu, bir-birinə bərabərdir. Bundan dolayı, varlığını yoxluğuna tərcih edəcək bir Mürəccih (tərcih edici)'nin varlığı zəruridir. O mürəccih isə, Allahın iradəsidir. Müəllifimiz, bu həqiqəti belə açıqlayır:

"Herşey, küllî ve cüz'î bulunsun, büyük ve küçük olsun, Arştan ferşe (yerə); zerrattan (zərrələrdən) seyyarata (ulduzlara) kadar her mevcut:

~ mahsus bir zât; ve

~ muayyen bir suret; ve

~ mümtaz (seçkin) bir şahsiyet; ve

~ has sıfatlar; ve

~ hikmetli keyfiyetler; ve

~ maslahatlı (faydalı) cihazlarla

dünyaya gönderiliyor.

Halbuki,

~ o mahsus zâta ve o mahiyete, hadsiz imkânat (imkanlar) içinde o hususiyeti vermek;

~ hem, sûretler adedince imkânlar ve ihtimaller içinde o nakışlı ve fârikalı (fərqli) ve münasip o muayyen sureti giydirmek;

~ hem, hemcinsinden olan eşhasın (şəxslərin) miktarınca imkânlar içinde çalkanan o mevcuda, o lâyık şahsiyeti imtiyazla tahsis etmek (xas qılmaq);

~ hem, sıfatların nevileri ve mertebeleri sayısınca imkânlar ve ihtimaller içinde şekilsiz ve mütereddit (qərarsız, hələ bir surət almamış) bulunan o masnua (sənət əsərinə), o has ve muvafık maslahatlı (faydalı) sıfatları yerleştirmek;

~ hem hadsiz yollar ve tarzlarda bulunması mümkün olması noktasında hadsiz imkânat (imkanlar) ve ihtimalât (ehtimallar) içinde mütehayyir (heyrət içində), sergerdan ("başını itirmiş"), hedefsiz o mahlûka, o hikmetli keyfiyetleri ve inayetli cihazları takmak ve teçhiz etmek,

elbette, küllî ve cüz'î bütün mümkinat (mümkinlər) adedince ve her mümkünün mezkûr (zikr edilən) mahiyet ve hüviyet (şəxsiyyət), heyet ve suret, sıfat ve vaziyetinin imkânâtı (imkanları) adedince,

~ tahsis edici (xas qılıcı), tercih edici, tayin edici, ihdas edici bir Vâcibü'l-Vücudun (varlığı vacib, zəruri olan Allahın) vücub-u vücuduna (varlığının vacib, zəruri olmasına); ve

~ hadsiz kudretine ve nihayetsiz hikmetine ve hiçbir şey ve hiçbir şe'n (hal), Ondan gizlenmediğine; ve

~ hiçbir şey Ona ağır gelmediğine; ve

~ en büyük birşey, en küçük birşey gibi Ona kolay geldiğine; ve

~ bir baharı bir ağaç kadar ve bir ağacı bir çekirdek kadar suhuletle (asanlıqla) icad edebildiğine

işaretler ve delâletler ve şehadetler, imkân hakikatinden çıkıp kâinatın bu büyük

şehadetinin bir kanadını teşkil ederler." 

Yəni:

Hər bir şey, külli olsun, cüzi olsun; böyük olsun, kiçik olsun; ərşdən yerə; zərrələrdən ulduzlara qədər mövcud olan hər bir şey:

~ məxsus bir zat;

~ müəyyən bir surət;

~ mümtaz bir şəxsiyyət;

~ xas sifətlər;

~ hikmətli keyfiyyətlər;

~ faydalı "cihazlar"

ilə dünyaya göndərilirlər.

Halbuki:

~ o məxsus zata və o mahiyyətə, hədsiz imkanlar içində o xüsusiyyəti vermək;

~ həm surətlər ədədincə imkanlar və ehtimallar içində, o naxışlı və fərqli və münasib o müəyyən surəti geyindirmək;

~ həm, həmcinsindən olan şəxslər miqdarınca imkanlar içində çalxalanan o mövcuda, o layiq şəxsiyyəti imtiyazla təxsis etmək (xas qılmaq);

~ həm, sifətlərin növləri və mərtəbələri sayısınca imkanlar və ehtimallar içində, şəkilsiz və qərarsız olan o məsnua (sənət əsərinə), o xas və müvafiq faydalı sifətləri yerləşdirmək;

~ həm, mövcud olması, hədsiz yollar və tərzlərdə mümkün olması cəhətindən, hədsiz imkanlar və ehtimallar içində, (sanki) "heyrət içində, sərgərdan (başını itirmiş), hədəfsiz" o məxluqa, o hikmətli keyfiyyətləri və inayətli cihazları asmaq və (onlarla, onu) təchiz etmək,

əlbəttə, külli və cüzi bütün mümkünlər ədədincə və hər mümkünün məzkur (yuxarıda zikr edilən) mahiyyət, hüviyyət, heyət, surət, sifət və vəziyyətinin imkanları ədədincə,

~ təxsis edici (xas qılıcı), tərcih edici, təyin edici, ihdas edici bir Vacibu'l-Vücud (varlığı vacib olan Allah)'ın varlığının vacib olmasına; və

~ hədsiz qüdrətinə, nəhayətsiz hikmətinə, heç bir şey, heç bir şə'n (iş), Ondan gizlənmədiyinə; və

~ heç bir şey, Ona ağır gəlmədiyinə; və

~ ən böyük bir şey, ən kiçik bir şey kimi, Ona asan gəldiyinə; və

~ bir baharı, bir ağac qədər və bir ağacı, bir çəyirdək qədər asanlıqla icad edə bildiyinə,

işarətlər, dəlalətlər və şəhadətlər, -imkan (mümkünlük) həqiqətindən- çıxıb, kainatın bu böyük şəhadətinin bir qanadını təşkil edirlər. (7-ci Şua, "Ayətu'l-Kübra", 18-ci Mərtəbə, s. 120-121)

 

Mətn içində keçən bəzi imkan (mümkünlük) cəhətlərinə nəzər salaq. Məsələn:

~ "Məxsus bir zat": Allahın əzəli elmində, hər varlığın ayrı bir mahiyyəti vardır.

Bu "mahiyyətlər aləmi" isə, sonsuzdur. Bu elmi vücudlar, yaratma felilə xarici bir vücud geyinirlər və hər biri, ayrı bir zat olaraq, bu aləmdə boy göstərirlər.

Məsələn, bir göyərçinin zatı, sonsuz yollardan bir yol ilə ortaya çıxmışdır. 1/∞ olan bu mövcud halın tərcihi, əlbəttə ki, bir iradə ilə olmuşdur və bu, Allahın varlığına dəlildir.

~ "Müəyyən bir surət": Göyərçinin mahiyyəti, bu bildiyimiz şəklin xaricində sonsuz deyiləcək qədər çox şəkillərdən, surətlərdən biri ilə də özünü göstərə bilərdi. Ancaq onların heç biri, onun zatına uyğun düşməz və onun üçün faydalı olmazdı. O nazik heyvanın o həssas ruhuna, bir şir və ya canavar surətinin yaraşmayacağı; və belə bir bədəndən onun fayda görə bilməyəcəyi açıqdır.

Bax zatlara ən uyğun surətləri geyindirmək də, yenə bir tərcih, bir iradə, bir elm işidir və bu, ancaq Allaha məxsusdur.

Zat və surət üçün verdiyimiz bu izahların bənzərlərini, sifətlər və orqanlar üçün də verə bilərik. Və o vaxt görərik ki, hər bir varlıq, həm zatı, həm surəti, həm sifətləri, həm orqanları (məsələn qoyuna canavar pəncəsi; və ya canavara qoyun ayaqları verilməsi kimi) etibarı ilə, sonsuz imkan yolları içindən, ən uyğun bir yol ilə varlıq meydanına çıxarılmışlardır.

Belə təbir etmək mümkündürsə, imkan dairəsində olan "sonsuz qədər sonsuz" yollardan, o varlıq üçün ən uyğun olan zatın, surətin, sifətlərin, orqanların verilməsi, Allahın varlığını, birliyini, iradəsini və digər sifətlərini, hər ağıl sahibinə bütün açıqlığı və parlaqlığı ilə oxutdurur.

 

İradənin təzahürü olan bu nizam və intizamı, nizam və intizam qılan şey isə, nizamın quruluş qayəsidir. Yəni, "Bu kainat və nizam, nə üçün qurulmuşdur?" sualının cavabı, nizamı nizam qılmaqdadır. Hər hansı bir qayə güdülmədən qurulan fabrik və şirkət mənasız olduğu kimi; qayələri və hədəfləri olmayan bir kainat və nizam da, mənasız və əsassız olar. Bunu, belə bir misalla ağla yaxınlaşdıraq. Belə ki:

Bir fabrik düşünək. Bu fabrikin motorlarından ən kiçik detallarına qədər hər şeyi, mükəmməl bir nizam ilə çalışırlar və istənilən məhsulu meydana gətirirlər. Daha sonra, bu məhsullar, fabrik içində sökülərək, yenidən ilk xam maddələrinə çevrilirlər. İndi, belə bir fabrikin mükəmməl çalışmasının, nizamlı işləməsinin bir mənası qalırmı? Əlbəttə ki, ağlı başında olan biri, buna yox deyəcəkdir. Ustadın ifadəsilə, belə bir nizam, "zəif və aldadıcı bir surət"ə çevrilər. Elə isə, bu fabrikin qayəsi, fabrikin xaricində olmalıdır ki, fabrikin varlığı və intizamlı fəaliyyəti, bir məna qazansın.

Elə də, bu kainat, tövhid və haşr, yəni axirət aləmi üzərinə planlaşdırılmış bir fabrik kimidir. Yəni, bu "kainat fabriki"nin çarxları, axirət naminə dönməkdədir. Əgər axirət olmasa, belə bir mənzərə ilə qarşılaşmış olacağıq:

Bu mükəmməl, intizamlı "kainat fabriki"ndə, elementlər tərəqqi etdirilərək hüceyrələr və orqanlar halına gətirildi. Daha sonra, ölüm qanunu ilə, bütün hüceyrələr yenidən elementlərə çevrildilər. Əgər axirət yoxdursa, o vaxt, kainatın insanı nəticə verən bu mükəmməl nizamı, "zəif və aldadıcı bir surət" alacaq. Elə isə, bu nizamı nizam edən, onun, əbədi həyatla olan bağıdır, rabitəsidir.

Dəyərli oxuyucu! Bir şeydəki nizam, o şeydə bir mənanın mövcud olmasından və o şeyin parçaları arasında bir rabitə və nisbətin mövcud olmasından doğur. O şeyin cüzləri bir məna üzərə və bir qayəyə yönəlmiş olaraq, bir-birilərilə tənasüblü bir tərzdə mövcud olarlarsa, bir nizamın varlığından bəhs edilə bilər. Bu rabitə və nisbətləri doğuran və ona məna qatan şey isə, qayədir. Hər şey, o qayə üzərindən bir-birilərilə bağlanırlar. Əks təqdirdə, hər biri digərindən qopuq əlaqəsiz parçalara çevrilərlər.

Necə ki, bir kəlamın nəzmi, cümlələrin, kəlimələrin və hərflərin bir mənanı ifadə edəcək tərzdə bir-birilərilə irtibatlı olması və aralarında bir nisbət mövcud olmasından ibarətdir. Əgər o kəlamın ünsürləri arasında bir məna ifadə edəcək bir tərzdə bir rabitə və nisbət mövcud olmazsa, ona kəlam deyilməz. Elə də, haşr və əbədi həyat olmazsa, bu kainatda həqiqi və əsaslı bir nizamdan söz edilə bilməz. Bəli, surətən bir nizam vardır ki, fənnlər, bu maddi və zahiri nizamı oxuyurlar. Lakin, nəticə və qayə olmadığından, bir-biriləri arasındakı bütün rabitələr və nisbətlər qopar və kainatın heç bir mənası qalmaz. Bəlkə, təsadüf oyuncağı əbəs və mənasız şeylərə çevrilər. Halbuki, aləmdə görülən nizam, o qədər parlaqdır ki, belə parlaq bir nizamda, heç bir mənanın olmadığını; sırf xəyali bir nizam surətindən ibarət olduğunu söyləmək, heç bir ağıl sahibi üçün, mümkün deyildir.

Ancaq, əbədi səadət olarsa, -ki, onun varlığı, ancaq tövhid, haşr, risalət və ədalət həqiqətlərilə bərabər düşünülə bilər- o vaxt, bu kainat:

~ əbədi bir həyatı nəticə verən bir tarla və bir fabrik;

~ həm Allahın sənətlərinin təşhir edildiyi və əbədi aləmdəki nemətlərin və sənətlərin nümunələrinin göstərilərək, müştərilərin əsllərə dəvət edildiyi bir məşhər (sərgi salonu);

~ və əbədi aləmin geniş meydanında əkilmək üçün "istedad çəyirdəkləri"nin imtahan ilə inkişaf etdirilib sünbül halına gətirildiyi bir imtaha meydanı

kimi mənalar, nisbətlər, rabitələr qazanar. Əlbəttə, kainatda görülən belə bir nizam, ancaq bu mənalar, nisbətlər, rabitələr ilə nizam ola bilər.

Xülasə: Kainatdakı nizam, əbədi həyata işarət edir!

--------------------

--------------------

✓ İkinci burhan:

Bütün fənlərin şəhadətilə, əzəli inayətin timsalı olaraq, növdə, hətta hər bir cüzi'də, maslahat və hikmətlərə riayət etməkdən ibarət olan tam hikmət, əbədi səadətin gəlməsini müjdə verir. Yoxsa, özünü iqrara bizi məcbur qılan bu qədər açıq hikmətlərin və faydaların inkarı lazım gəlir. O təqdirdə, fayda, faydasızlığa; hikmət, əbəsiyyətə; maslahat, maslahatsızlığa çevrilər. Bu isə, ancaq, bir safsatadır.

--------------------------------

İzahı:

İnayət, bir varlıq, hələ varlıq meydanına çıxmadan əvvəl, istedad, fitri ehtiyac dililə nə istəmişdirsə, varlığının davam edə bilməsi üçün nəyə möhtacdırsa, o ehtiyacını, istəmədən, Kərim bir Zat tərəfindən verilməsidir. Qısacası, "istəmədən vermək" deməkdir. İnayətin timsalı, Allahın hikmətidir. Yəni, İlahi hikmət, onu təmsil etməkdə; inayət də, bu hikmətlə görünməkdədir. Demək, əzəli inayəti, İlahi hikmətdən, yəni, mövcudatdakı fayda və maslahatlardan başa düşürük.

Bəli, mövcudat üzərində görünən fayda və maslahatlardan başa düşürük ki, hikmət sahibi bir Zat vardır. O hikmət, İlahi inayəti göstərir. Kərim bir Zatın, yəni, hələ məxluqat yaradılmadan əvvəl hər şeyin nəyə ehtiyacı olduğunu bilən və hazırlayan bir Zatın varlığı, hikmət ilə, yəni mövcudatda görünən fayda və maslahatlarla bilinir.

Allah Taala, hələ insan yaradılmadan əvvəl, insanın həyatının davam etməsi üçün, lüzumlu olan bütün ehtiyaclarını qarşılamış; daha sonra, insanı, maddi və mənəvi "cihazlar" ilə təchiz edib dünyaya göndərmişdir.

İnayəti dərs verən gələcək ayələri, Müəllifimiz belə təfsir etməkdədir:

ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءً فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَ‌ٰتِ رِزْقًا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَـٰرَ • وَسَخَّرَ لَكُمُ ٱلشَّمْسَ وَٱلْقَمَرَ دَآئِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ •وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا۟ نِعْمَتَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱلْإِنسَـٰنَ لَظَلُومٌ كَفَّارٌ

İşte şu âyetler, evvelâ Cenâb-ı Hakkın insana karşı şu koca kâinatı nasıl bir saray hükmünde halk edip, semâdan zemine âb-ı hayatı gönderip, insanlara rızkı yetiştirmek için zemini ve semâyı iki hizmetkâr ettiği gibi, zeminin sair aktârında bulunan herbir nevi meyvelerinden herbir adama istifade imkânı vermek, hem insanlara semere-i sa'ylerini mübadele edip her nevi medar-ı maişetini temin etmek için gemiyi insana musahhar etmiştir. Yani, denize, rüzgâra, ağaca öyle bir vaziyet vermiş ki, rüzgâr bir kamçı, gemi bir at, deniz onun ayağı altında bir çöl gibi durur. İnsanları gemi vasıtasıyla bütün zemine münasebettar etmekle beraber, ırmakları, büyük nehirleri insanın fıtrî birer vesait-i nakliyesi hükmünde teshir, hem güneşle ayı seyrettirip mevsimleri ve mevsimlerde değişen Mün'im-i Hakikînin renk renk nimetlerini insanlara takdim etmek için iki musahhar hizmetkâr ve o büyük dolabı çevirmek için iki dümenci hükmünde halk etmiş. Hem gece ve gündüzü insana musahhar, yani hâb-ı rahatına geceyi örtü, gündüzü maişetlerine ticaretgâh hükmünde teshir etmiştir. İşte bu niam-ı İlâhiyeyi tâdât ettikten sonra, insana verilen nimetlerin ne kadar geniş bir dairesi olduğunu gösterip, o dairede de ne derece hadsiz nimetler dolu olduğunu, şu

وَاٰتيٰكُمْ مِنْ كُلِّ مَاسَاَلْتُمُوهُ وَاِنْ تَعُدُّوا نِعْمَتَ اللهِ لاَ تُحْصُوهَا

fezleke ile gösterir. Yani, istidat ve ihtiyac-ı fıtrî lisanıyla insan ne istemişse, bütün verilmiş. İnsana olan nimet-i İlâhiye tâdât ile bitmez, tükenmez. Evet, insanın madem bir sofra-i nimeti semâvât ve arz ise ve o sofradaki nimetlerden bir kısmı şems, kamer, gece, gündüz gibi şeyler ise, elbette insana müteveccih olan nimetler had ve hesaba gelmez."

Yəni:

"O mərhəmətli Allah ki, göyləri və yeri yaratdı, göydən su endirib onunla sizin üçün növbənöv məhsullardan ruzi yetişdirdi, əmri ilə dənizdə üzmək üçün gəmiləri sizə təsxir etdi (boyun əydirdi) və çayları sizə boyun əydirdi. Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı sizə boyun əydirdi; gecəni və gündüzü sizə boyun əydirdi. O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz." (İbrahim/32-34)

Bu ayələr, əvvəla, Cənabu'l-Haqq'ın insana qarşı:

~ bu böyük kainatı necə bir saray hökmündə xəlq edib səmadan yerə ab-ı həyat (həyat suyu) göndərib, insanlara ruzi yetişdirmək üçün yeri və səmanı iki xidmətçi qıldığı kimi;

~ yerin sair tərəflərində mövcud olan hər bir növ meyvələrindən, hər bir adama istifadə imkanı vermək;

~ həm insanlara, səylərinin səmərələrini mübadilə edib hər növ məişət səbəbini təmin etmək üçün, gəmini insana boyun əydirmişdir. Yəni, (su üzərində səyahət edə bilməsi üçün), dənizə, küləyə və odunlara (atəşə) elə bir vəziyyət vermişdir ki,

• külək - bir qamçı;

• gəmi - bir at;

• dəniz də - onun ayağı altında bir çöl

kimi durmaqdadır.

(O), insanları gəmi vasitəsilə yer üzünün hər tərəfilə münasibətdar etməklə (yəni yer üzünün hər tərəfində gəzdirməklə) bərabər; çayları da, insan üçün fitri bir nəql vasitəsi hökmündə təsxir (boyun əydirmiş);

~ həm günəş ilə ayı seyr etdirib mövsümləri və mövsümlərdə dəyişən həqiqi Mun'im (nemət verən Allah)'ın rəng-rəng nemətlərini insanlara təqdim etmək üçün, iki musəxxər (təsxir etdirilmiş, boyun əydirilmiş) xidmətçi və o böyük dolabı çevirmək (yəni, kainat və onun bir fabrik kimi işlətdirilməsini təmin etmək) üçün, iki kapitan hökmündə xəlq etmişdir;

~ həm gecə və gündüzü insana musəxxər (boyun əydirmiş), yəni, rahat yuxusuna, gecəni örtü; məişətlərinə də, ticarətgah hökmündə təsxir etmişdir.

Bax, bu İlahi nemətləri saydıqdan sonra, insana verilən nemətlərin nə qədər geniş bir dairəsi olduğunu göstərib, o dairədə də, nə dərəcə hədsiz nemətlər olduğunu, bu:

"O, sizə, istədiyiniz hər şeydən verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz."

fəzləkəsilə göstərir. Yəni: "İstedad və fitri ehtiyac dililə insan nə istəmişdirsə, bütünü ona verilmişdir. İnsana olan nemətlər, saymaq ilə bitməz, tükənməz.

Bəli, madam ki, insanın bir nemət süfrəsi, səmalar və yerdirsə; və o süfrədəki nemətlərdən bir qismi, günəş, ay, gecə, gündüz kimi şeylərdirsə, əlbəttə, insana mütəvəccih olan (yönələn) nemətlər, hədd və hesaba gəlməz." (Sözlər, 25-ci Söz, s. 411)

 

Yenə, müəllifimiz Ustad Nursi (rahiməhullahu Taala), belə deyir:

"Evet, görünüyor ki, şu âlemde tasarruf eden Zât, nihayetsiz bir hikmetle iş görüyor. Ona burhan mı istersin? Herşeyde maslahat ve faidelere riayet etmesidir. Görmüyor musun ki, insanda bütün âzâ, kemikler ve damarlarda, hattâ bedenin hüceyrâtında, her yerinde, her cüz'ünde faideler ve hikmetlerin gözetilmesi; hattâ bazı âzası, bir ağacın ne kadar meyveleri varsa, o derece o uzva hikmetler ve faideler takması gösteriyor ki, nihayetsiz bir hikmet eliyle iş görülüyor."

Yəni:

Bəli, görünür ki, bu aləmdə təsərrüf edən Zat, sonsuz bir hikmətlə iş görür. Ona burhan (dəlil)'mi istəyirsən? Hər şeydə, maslahat və faydalara riayət etməsidir. Məgər görmürsənmi ki: İnsanda bütün əzalar, sümüklər və damarlarda, hətta bədənin hüceyrələrində, hər yerində, hər cüzündə (parçasında), faydalar və hikmətlərin güdülməsi, hətta bəzi əzasına, bir ağacın nə qədər meyvəsi varsa, o dərəcə, o üzvə hikmətlər və faydalar asması göstərir ki, sonsuz bir hikmət əlilə iş görülür. (Sözlər, 10-cu Söz: "Haşr" risaləsi, 3-cü həqiqət, s. 63)

Yenə, Müəllifimiz, insan əzalarının hər birinə asılan fayda və maslahatları, gələcək ayələrin təfsirinə sədədində, belə izah edir:

سَبِّحِ اسْمَ رَبِّكَ اْلاَعْلٰى اَلَّذِى خَلَقَ فَسَوّٰى وَالَّذِى قَدَّرَ فَهَدٰى

sırrınca, umum eşyada, hususan zîhayat masnularda, hikmetli bir kalıptan çıkmış gibi, herşeye bir miktar-ı muntazam ve bir suret, hikmetle verildiği; ve o suret ve o miktarda, maslahatlar ve faideler için eğri büğrü hudutlar bulunması; hem müddet-i hayatlarında değiştirdikleri suret-i libasları ve miktarları yine hikmetlere, maslahatlara muvafık bir tarzda, mukadderât-ı hayatiyeden terkip ve tanzim edilen mânevî ve muntazam birer suret, birer miktar bulunması, bilbedâhe gösterir ki, bir Kadîr-i Zülcelâlin ve bir Hakîm-i Zülkemâlin kader dairesinde suretleri ve biçimleri tertip edilen ve kudretin destgâhında vücutları verilen o hadsiz masnuat, o Zâtın vücub-u vücuduna delâlet ve vahdetine ve kemâl-i kudretine hadsiz lisanla şehadet ederler.”

Yəni:

"Yaradıb təsviyə edən (nizama qoyan), təqdir edib yol göstərən Rəbbini təsbih et!" (Əla/1-3) (ayələrinin) sirrincə:

~ Ümum əşyada, xüsusilə həyat sahibi məsnularda (sənət əsərlərində), hikmətli bir qəlibdən çıxmış kimi, hər şeyə müntəzəm bir miqdar və bir surətin hikmətlə verilməsi; və

~ O surət və o miqdarda, maslahatlar və faydalar üçün əyri-üyrü hüdudların mövcud olması; həm

~ Həyat müddətində dəyişdirdikləri libas surətləri və miqdarları, yenə, hikmətlərə, maslahatlara müvafiq bir tərzdə, həyat müqəddəratından tərkib edilən mənəvi və müntəzəm bir surətin, bir miqdarın mövcud olması,

açıq bir şəkildə göstərir ki;

Cəlal sahibi bir Qadir'in və kamal sahibi bir Hakim'in qədər dairəsində, surətləri və şəkilləri tərtib edilən; və "qüdrət dəstgahı"nda, vücudları verilən o hədsiz məsnuat (sənət əsərləri), O Zat'ın varlığının vacib olmasına dəlalət; və vəhdətinə və qüdrətinin kamalına hədsiz dillər ilə şəhadət edirlər.

Sən, öz cisminə və əzalarına və onlardakı əyri-əyri yerlərin meyvələrinə və faydalarına bax! Mükəmməl hikmət içində, mükəmməl qüdrəti gör." (Sözlər, 33-cü Söz, 12-ci Pəncərə, s. 643)

 

Dəyərli oxuyucu! İndi, bir düşün. İnsana istəmədən bu qədər faydalı şeyləri verən Allah, heç mümkünmüdür ki, əbədi həyat, əbəbi səadət kimi bir faydanı istəyən insana bunu verməsin?!

Bəli, bir ağaca asdığı nəticələr, faydalar, meyvələr miqdarınca, hər bir həyat sahibinə, xüsusilə insana, xüsusilə dil kimi hər bir üzvünə o dərəcə hikmətləri, maslahatları asmaqla, Özünün Kərim, Hakim olduğunu isbat edib göstərən bir Zatın, bütün hikmətlərin və faydaların ən böyüyü olan əbədi səadəti, cənnəti verməməsi, mümkün deyildir!

 

Müəllifimiz Ustad Bədiü'z-zaman, bu haqda belə deyir:

"Hem hiç mümkün müdür ki, bir ağaca taktığı neticeler, meyveler miktarınca herbir zîhayata, belki lisan gibi herbir uzvuna, belki herbir masnua o derece hikmetleri, maslahatları takmakla kendisinin bir Hakîm-i Mutlak olduğunu ispat edip göstersin; sonra bütün hikmetlerin en büyüğü ve bütün maslahatların en mühimmi ve bütün neticelerin en elzemi ve hikmeti hikmet, nimeti nimet, rahmeti rahmet eden ve bütün hikmetlerin, nimetlerin, rahmetlerin, maslahatların menbaı ve gayesi olan bekà ve likayı ve saadet-i ebediyeyi vermeyip terk ederek bütün işlerini abesiyet-i mutlaka derekesine düşürsün; ve kendini o zâta benzetsin ki, öyle bir saray yapar, herbir taşında binlerce nakışlar, herbir tarafında binler ziynetler ve herbir menzilinde binler kıymettar âlât ve levâzımât-ı beytiye bulundursun da, sonra ona dam yapmasın, herşey çürüsün, beyhude bozulsun? Hâşâ ve kellâ!

Hayr-ı mutlaktan hayır gelir. Cemîl-i Mutlaktan güzellik gelir. Hakîm-i Mutlaktan abes birşey gelmez."

Yəni:

Həm heç mümkünmüdür ki, bir ağaca asdığı nəticələr, meyvələr miqdarınca, hər bir həyat sahibinə, hətta dil kimi hər bir üzvünə, hətta hər bir məsnua (sənət əsərinə) o dərəcə hikmətləri maslahatları asmaqla, Özünün mütləq bir Hakim (hikmət sahibi) olduğunu isbat edib göstərsin; sonra, bütün hikmətlərin ən böyüyü və bütün maslahatların ən mühimmi və bütün nəticələrin əl əlzəmi (lüzumlusu) və hikməti, hikmət; neməti, nemət; rəhməti, rəhmət edən və bütün hikmətlərin, rəhmətlərin, maslahatların mənbəyi və qayəsi olan əbədiyyəti, Ona qovuşmağı və əbədi səadəti verməyib tərk edərək, bütün işlərini, mütləq əbəsiyyət dərəcəsinə düşürsün; və Özünü, o zata bənzətsin ki, elə bir saray tikir ki, hər bir daşında minlərlə naxışlar, hər bir tərəfində minlərlə zinətlər və hər bir mənzilində minlərlə qiymətli alətlər və ev ləvazimatları saxlasın; sonra ona dam qurmasın; hər şey çürüsün, boş yerə xarab olsun. Haşa və kəlla!

Mütləq xeyir sahibi (Allah)'dan, mütləq camal sahibindən, gözəllik gələr; mütləq Hakim (hikmət sahibi)'ndən əbəs bir şey gəlməz. ("Sözlər", 10-cu Söz: "Haşr" risaləsi, 10-cu Həqiqət, s. 81)

 

Not: Burda, maksimum belə bir etiraz gətirilə bilər: “Əbədi həyat, nəyə lazımdır? Məsələn mən, əbədi yaşamaq arzulamıram. Elə bir faydanı istəmirəm.”

Ağıldan yoxsul, fitrətini yalanlayan bəzi dinsizlərdən belə etirazları bəzən eşidirik. Bu sualın cavabı, aşağıdakı linkdə mövcuddur:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/kafirl%C9%99r-ucun-%C9%99b%C...

Not: Tövhidin isbatında fayda dəlili üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-isbatinda-fayda-d%C...

--------------------

--------------------

✓ İkinci burhanı təfsir edən Üçüncü burhan:

 

Fənn, Sani (olan Allah)'ın, hər şeydə, ən qısa yolu, ən yaxın cəhəti, ən xəfif və ən gözəl surəti seçdiyinə şəhadət edir. Bu da ---> əbəsiyyət olmadığına dəlalət edir. O da ---> hər şeyin, ciddi, həqiqi olduğuna dəlalət edir. Bu isə, əbədi səadətin gəlməsilə ola bilər. Yoxsa, bu vücud, sırf yoxluq dərəcəsinə enər; hər şey, tam əbəs hala çevrilər.

Səni tənzih edirik. Sən, bunları əbəs yerə yaratmadın.

----------------------------

İzahı:

Mətnin izahına keçmədən əvvəl, "əbəs" kəliməsinin nə demək olduğunu açıqlamaqda fayda vardır. Belə ki:

~ Lüğət mənası ilə, "qətiliklə hər hansı bir fayda ilə nəticələnməyən fel" deməkdir.

~ Örfdəki mənası isə, "Failin nəzərində, bir fayda ilə nəticələnməyən fel", yəni, "Failin etiqadında, diqqətə layiq olsun və ya olmasın, qətiliklə hər hansı bir fayda ilə nəticələnməyən fel" deməkdir.

Yaxud, "Nəfsu'l-əmr'də (yəni, işin özündə), diqqətə layiq olsa da, failin etiqadında, diqqətə layiq olmayan (yəni, əhəmiyyətsiz) bir fel ilə nəticələnən fel" mənasına gəlir. Necə ki, yayğın mənasına görə, Fail, öz məqsədini nəticə verməyən bir işlə məşğul olduğu zaman, "İşin faydası olsa da, o, əbəslə iştiğal etdi (məşğul oldu)." deyilir. (Muhamməd Əli ət-Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum", "əbəs" maddəsi)

Müəllifimiz Ustad Nursi (rahiməhullahu Taala), aləmdə əbəsiyyətin olmadığına dəlil olaraq, hər şeydə ən qısa yolun, ən yaxın cəhətin, ən xəfif və ən gözəlin surətin seçilməsini dəlil olaraq verir. Bu da, hər şeyin, ciddi və həqiqi olduğunu göstərir. Yəni, Allah, aləmdə, heç bir şeyi boş buraxmamış, sənətsiz, vəzifəsiz qoymamış və ehtimam və diqqətdən məhrum etməmişdir. Əksinə mükəmməl etina ilə, kiçik bir şeyə belə, ən böyük bir şey kimi əhəmiyyət verərək, sənətlə onu təchiz etmişdir. Buna, Müəllifimizin əsərlərində yer verdiyi bəzi misalları nümunə olaraq zikr edə bilərik. Belə ki, Ustad Nursi, “Ləmalar” adlı əsərinin 30-cu Ləma'sında (3-cü Nüktə, s. 324), belə deyir:

...şu kâinatı öyle bir kitap hükmüne getirmiş ki, her sahifede yüzer kitap yazılmış; ve her satırında yüzer sayfa derc edilmiş; ve her kelimesinde yüzer satır mevcuttur; ve her harfinde yüzer kelime var; ve her noktasında kitabın muhtasar bir fihristeciği bulunur bir tarza getirmiştir. O kitabın sahifeleri, satırları, tâ noktalarına kadar yüzer cihette Nakkaşını, Kâtibini öyle vuzuhla gösteriyor ki, o kitab-ı kâinatın müşahedesi, kendi vücudundan yüz derece daha ziyade Kâtibinin vücudunu ve vahdetini ispat eder. Çünkü bir harf kendi vücudunu bir harf kadar ifade ettiği halde, kâtibini bir satır kadar ifade ediyor.

Evet, bu kitab-ı kebîrin bir sahifesi, zemin yüzüdür. O sahifede nebâtat, hayvânat taifeleri adedince kitaplar birbiri içinde, beraber, bir vakitte, yanlışsız, gayet mükemmel bir surette, bahar mevsiminde yazıldığı gözle görünüyor.

Bu sayfanın bir satırı, bir bahçedir. O bahçede bulunan çiçekler, ağaçlar, nebatlar adedince manzum kasideler beraber, birbiri içinde, yanlışsız yazıldığını gözümüzle görüyoruz.

O satırın bir kelimesi, çiçek açmış, meyve vermek üzere yaprağını vermiş bir ağaçtır. İşte bu kelime, muntazam, mevzun, süslü yaprak, çiçek ve meyveleri adedince, Hakem-i Zülcelâlin medh-ü senâsına dair mânidar fıkralardır.

Güya çiçek açmış her ağaç gibi, o ağaç dahi, Nakkaşının medîhelerini tegannî eden manzum bir kasidedir.

Hem güya Hakem-i Zülcelâl, zeminin meşherinde teşhir ettiği antika ve acip eserlerine binler gözle bakmak istiyor.

Hem güya o Sultan-ı Ezelînin o ağaca verdiği murassâ hediye ve nişanları ve formaları, hususî bayramı ve resm-i küşâdı olan baharda, padişahın nazarına arz etmek için, öyle müzeyyen, mevzun, muntazam, mânidar bir şekil almış ve öyle hikmetli bir şekil verilmiştir ki, herbir çiçeğinde, herbir meyvesinde, birbiri içinde çok vecihler ve delillerle Nakkaşının vücuduna ve esmâsına şehadet ederler.

Meselâ, herbir çiçekte, herbir meyvede bir mizan var. Ve o mizan, bir intizam içinde; ve o intizam, tazelenen bir tanzim ve tevzin içinde; ve o tevzin ve tanzim, bir ziynet

ve san'at içinde; ve o ziynet ve san'at, mânidar kokular ve hikmetli tatlar içinde bulunduğundan; herbir çiçek, o ağacın çiçekleri adedince, Hakem-i Zülcelâle işaretler ediyor.

Yəni:

...(əl-Hakəm olan Allah), bu kainatı elə bir kitab hökmünə gətirmişdir ki,

~ hər bir səhifəsində, yüzlərlə kitab yazılmış;

~ hər sətrində, yüzlərlə səhifə dərc edilmiş (yerləşdirilmiş);

~ hər kəliməsində, yüzlərlə sətr mövcuddur;

~ hər hərfində, yüzlərlə kəlimə vardır;

~ hər nöqtəsində, kitabın müxtəsər bir fihristi

tərzə gətirmişdir.

O kitabın səhifələri, sətrləri, ta nöqtələrinə qədər, yüzlərlə cəhətdə, Nəqqaş'ını, Katib'ini elə vazehliklə göstərir ki, o kainat kitabının müşahidəsi, öz vücudundan (yəni, varlığından) yüz dərəcə daha çox Katib'inin varlığını və vəhdətini (birliyini) isbat edir. Çünki, bir hərf, öz vücudunu (yəni, varlığını) bir hərf qədər ifadə etdiyi halda; katibini bir sətr qədər ifadə edir.

~ Bəli, bu böyük kitabın bir səhifəsi, yer üzüdür. O səhifədə, bitki, heyvan tayfaları ədədincə kitablar, bir-biri içində, bərabər, bir vaxtda, yalnışsız, çox mükəmməl bir surətdə, bahar mövsümündə yazıldığı gözlə görünməkdədir.

~ Bu səhifənin bir sətiri, baxçadır. O baxçada mövcud olan çiçəklər, ağaclar, bitkilər ədədincə mənzum qəsidələr, bərabər, bir-biri içində, yalnışsız yazıldığını, gözümüzlə görürük.

~ O sətirin bir kəliməsi, çiçək açmış, meyvə vermək üzərə yarpağını vermiş bir ağacdır. Bax bu kəlimə, müntəzəm, mövzun (vəznli), zinətli yarpaq, çiçək və meyvələri ədədincə, cəlal sahibi Hakəm'in mədh və sənasına dair mənalı yazılardır.

Sanki, çiçək açmış hər bir ağac kimi, o ağac da, Nəqqaş'ının mədhlərini nəğmə edən mənzum bir qəsidədir.

Həm sanki cəlal sahibi Hakəm, yerin məhşərində (sərgi salonu kimi olan yerdə) təşhir etdiyi (sərgilədiyi) əntiqə və qeyr-i adi əsərlərinə, minlərlə gözlərlə baxmaq istəyir.

Həm sanki o əzəli Sultan'ın o ağaca verdiyi murassa (daş-qaşla bəzədilmiş) hədiyyə və nişanları və formaları, xüsusi bayram və açılış mərasimi olan baharda, Padşahın nəzərinə ərz etmək üçün, elə zinətli, mövzun, müntəzəm, mənalı bir şəkil almış və elə hikmətli bir şəkil verilmişdir ki, hər bir çiçəyində, hər bir meyvəsində, bir-biri içində, çox cəhətlər və dəlillərlə, Nəqqaş'ının varlığına və isimlərinə şəhadət edərlər.

Məsələn, hər bir çiçəkdə, hər bir meyvədə, bir mizan (ölçü) vardır. Və o mizan ---> bir intizam içində; və bu intizam ---> təzələnən bir tənzim və təvzin içində; və bu təvzin və tənzim ---> bir zinət və sənət içində; və bu zinət və sənət ---> mənalı qoxular və hikmətli dadlar içində olduğundan, hər bir çiçək, o ağacın çiçəkləri ədədincə, cəlal sahibi Hakəm'ə işarətlər edirlər. (“Ləmalar”, s. 324)

Hər şeyin belə əhəmiyyətli, sənətli, vəzifəli olduğu bilindikdən sonra, bir düşün:

Bağ və bostanına, içindəki şeylərə bu dərəcə əhəmiyyət verən bir sahib, heç mümkünmüdür ki, ona bir divar hörməyib digərlərinin onu tələf etməsinə imkan versin? Və ya, evindəki əşyalara bu dərəcə etina ilə yanaşan biri, heç mümkünmüdür ki, ona bir tavan düzəltməyib yağışın tələf etməsinə icazə versin?! Əlbəttə ki, mümkün deyildir.

Necə ki, riyaziyatda, bir hesab, əgər sonunda sıfr rəqəmilə vurulacaqsa, artıq bu hesabın baş tərəfinə heç iltifat edilmədən, nəticənin sıfr olduğuna hökm edilir. Çünki, sondakı sıfr, hər şeyi sıfr edir. Elə də, bu kainatdakı işlər və fəaliyyətlər, bu qədər sənətli, əhəmiyyətli yaradılış, əgər sonunda sırf yoxluq ilə sıfıra vurulacaqsa, hər şey, elə indidən sıfra bərabər və əbəsdir. Xüsusilə insan, sair mövcudatın ona boyun əydirilməsilə və ən mükəmməl şəkildə yaradılması ilə, onun, Sani'sinin ən çox yardımı və ehtimamına nail olduğu açıqca görüldüyü halda, adi bir əski parçası kimi onun heçliyə atılması və əbəs edilməsi, əsla mümkün deyildir.

-----------------------

-----------------------

✓ Üçüncünü açıqlayan Dördüncü burhan:

Fənnlərin şəhadətilə, fitrətdə israf yoxdur. Əgər sənin zehnin, böyük bir insan hökmündə olan aləmdəki hikmətləri idrakdan acizdirsə, kiçik bir aləm olan insana diqqətlə bax! Anatomiya elmi, insan vücudunda:

~ hər biri mənfəətli olan, təxminən 600 sümük;

~ hər biri neçə-neçə faydalar daşıyan qan məcraları hökmündə 6000 damar;

~ hüceyrələr üçün 124.000 məsamə və pəncərə

olduğunu açıqlayır.

Bu hüceyrələrin hər birində, cazibə (çəkmə, yəni: hüceyrələrin ehtiyacı olan qidaları gətirən), dafiə (dəf etmə, yəni: zərərli şeyləri dəf edən), mumsikə (tutma, yəni: ehtiyacı olan qismi bədəndə saxlayan), musavvirə (yəni: müştərək hisdə nəqş ediləni, iz buraxılanı qoruyan) və müvəllidə (meydana gətirmə, yəni: insana bənzəyən övladı doğuran; nəslin davamına yardım edən) 5 qüvvə vardır və bunların hər biri, bir maslahat üçündür.

Kiçik aləm olan insan belə olunca, böyük insan olan aləm, heç ondan geri qalarmı?!

Ruha nisbətlə əhəmiyyəti olmayan cəsəd, bu dərəcə israfdan uzaq olarsa, ruh cövhərinin ehmalı və o cövhərin bütün mənəviyyat, əməl və fikir əsərlərinin israfı, necə təsəvvür edilə bilər?! Çünki, əbədi səadət olmazsa, bütün mənəvi şeylər, ortadan qalxar və israf edilmiş olar.

Allah üçün de! Sənin dünya qiymətində bir mücövhərin olsa, onun sədəf və qabına toz qondurmayacaq qədər qiymət versən, sonra da tutub o mücövhəri qırıb parça-parça etməyini, heç ağıl qəbul edərmi?! Kəlla, summə kəlla! Qabına əhəmiyyət verməyin, içindəkilər səbəbilədir.

Yenə, bir şəxsin bədənindəki qüvvə, əza və qabiliyyətlərindəki sihhət, onun həyatının davamını və təkəmmülünü sənə bildirərsə, kainatın ruhunda cari olan sabit həqiqət, intizamdakı davamlılığı ima edən kamil qüvvət və nizamdakı qüsursuzluğu nəticə verən kamal, cismani haşrın qapısından əbədi səadətin gəlməsini sənə bildirməzmi?! Çünki, intizamı ixtilaldan qurtaran, təkəmmülə vasitə olan və əbədi yaşama qüvvəsini inkişaf etdirən, ancaq odur.

------------------------------

İzahı:

• Fitrət nədir?

Bu kəlimə, "yarmaq, ikiyə ayırmaq, yaratmaq, icad etmək" mənalarına gələn "fətr" kökündən isim olub, "yaradılış, müəyyən istedad və qabiliyyətə sahib olmaq" mənasında istifadə edilir.

İlk yaradılış, bir cəhətdən, mütləq yoxluğun yarılaraq içindən varlığın çıxması şəklində başa düşüldüyündən, fitrət kəliməsilə ifadə edilmişdir. Buna görə, fitrət:

"İlk yaradılış anında, varlıq növlərinin əsas quruluşunu, xarakterini və hələ xarici təsirlərdən təsirlənməmiş olan ilk hallarını bildirir." ("Lisanu'l-Arab", "ftr" maddəsi)

 

 İsraf nədir?

~ Lüğətdə, "həddi aşmaq, xəta, cəhalət, qəflət" kimi mənalara gələn, "sərəf" sözündən meydana gələn "israf": "inanc, söz və davranışda, dinin, ağıl və ya örfün uyğun gördüyü ölçülərin xaricinə çıxmaq; xüsusilə mal və ya imkanları saçıb sovurmaq" mənası verir. ("Lisanu'l-Arab", "srf" maddəsi)

~ Yenə, "israf" kəliməsi haqqında, belə deyilmişdir:

"İsraf": "qiymətsiz məqsədlər uğrunda, çox malın xərclənməsidir."

Deyildi ki, israf, sovurmaqdan fərqli olaraq,

~ "Bir şeyin, lazımsız yerdə və lakin lazımından artıq xərclənməsi"dir. (Təhanəvi, "Kəşşaf-u İstilahati'l-Fünun və'l-Ulum")

 

Heç bir şeydə, xüsusilə əhsən-i təqvimdə (ən gözəl qivəmdə, şəkildə) yaradılan insanın əza və hisslərində, bir israf yoxdur. Hansı əza, hansı istedad və meyl varsa, şübhəsiz, onun bir həqiqəti vardır. Məsələn, Sani olan Allah, göstəbəklərə görmə hissi verməmişdir. Çünki, qaranlıq torpaqda yaşayan bir heyvana, görmə hissinin verilməsi, israf olar. Əgər bir heyvana qısa bir məsafədə görməsi lazımdırsa, ona da, uzağı görmə qabiliyyəti verilməmişdir. Beləcə, israfsızlıq, hər şeydə caridir. Onun üçün, bir məxluqda, hər hansı bir əza, bir istedad, bir meyl gördüyümüzdə, onların bir həqiqətinin olduğuna qətiyyətlə hökm edərik. Bax, bu israfsızlıqdan dolayı, məsələn, ana rəhmində bir uşağın göz, qulaq, əl və ayağı olduğunu gördüyümüzdə, "Bu əzaların, ana rəhmində lüzumu yoxdur. O halda, bu, israfdır." demirik. Əksinə, deyirik ki, "Bu aləmdə israf olmadığından başa düşülür ki, bu uşaq, ana rəhmində qalmayacaq. Elə bir aləmə hazırlanmışdır ki, bu ayağı ilə gəzə biləcək və bu gözü ilə görə biləcək qədər genişdir."

Bir digər misal, insan yaddaşıdır. İnsanın bir ömür boyu əldə etdiyi biliklər, yaddaşında saxlanılır. Əgər ölümlə bu həyat sonlanırsa, yaddaşın hər şeyi qoruyub saxlaması, onun bu şəkildə yaradılması, israf olmurmu?! Halbuki, heyvanlarda yaddaş olsa belə, onların yaddaşında qorunub saxlanılan şeylər, çox məhduddur. Qısacıq dünya həyatında ona bilik olaraq nə lazımdısa, yaddaşında sadəcə o qalır. Halbuki, insan, yaddaşı etibarı ilə də heyvanla qiyaslandığında, çox böyük fərq olduğu açıqdır. Aləmdə də israf olmadığına görə, hər ikisi eyni şəkildə ölüb, çürüyüb yoxluğa məhkum edilə bilməzlər. Əgər “Nə üçün məhkum edilə bilməzlər?” deyirsənsə, aləmdə israf olduğunu demiş olacaqsan. Bunun batil olduğu isə, açıqdır.

Yenə, bir dad alma hissinə bax. Dünyada nə qədər yeməklər, təam növləri varsa, dil, hamısını dada bilməkdə, qiymətləndirə bilməkdədir. Halbuki, daddığı şeylərə bir baxılsa, dünyadakı təamların bəlkə 1/1000-i belə deyildir. Digər varlıqlar, yəni, heyvanlarla qiyaslandığında, insanın dadma hissinin belə üstün yaradılması, əgər əbədi həyat yoxdursa, israfdır.

Digər hissləri, buna qiyas et. (haşiyə)

-------------------------

(Haşiyə:

10 hiss:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir)

-------------------------

Yenə, bir düşün! Qiyməti kainat qədər dəyərli olan bir cövhərin üzərinə sarılan libasına və ya qabına belə sonsuz dərəcə diqqət və etina göstərilsə, hətta o dərəcə ki, o libasa, o qaba toz belə qonmasın deyə etina göstərilsə, bunu edən Şəxs, necə və nə surətlə o cövhəri qıraraq məhv edər?! Halbuki, cövhərin libasına, qabına göstərilən etina, cövhərin xatiri üçündür. Libası, qabı tozdan qoruyanın, cövhəri qırıb məhv edəcəyinə, əlbəttə kimsə ehtimal verməz. Bax, elə də, insanın əzaları və maddi bədəni, ruh cövhərinin libası, qabı kimidir. Sani olan Allahın, bu insan bədəninə bu qədər ehtimam göstərdiyi görüldüyü halda, necə ola bilər ki, ruh cövhərini heçliyə, yoxluğa atacağı söylənə bilsin?!

Mətndə keçən "...intizamdakı davamlılığı ima edən kamil qüvvət və nizamdakı qüsursuzluğu nəticə verən kamal (yəni, mükəmməllik)..." əbədi səadətin gələcəyini bildirir, cümləsinə gəlincə:

İntizam, daxildəki cüzlər (parçalar) arasında müvazinət və tənasübün olmasıdır. Müvazinət və tənasübü qıran ünsürlər, intizama xələl verib, ixtilala sövq edər. Məsələn, hər bir dövlətin, ümumi bir nizamı vardır. Buna, rejim də deyilir. Zatən dövlət demək, ümumi nizam deməkdir. Bir qisim insanlar, bir rabitə ilə, məsələn, dini bir rabitə və ya irqçilik rabitəsi və s. rabitələrlə bağlanıb bir nizam altına girincə, ona, dövlət deyirik. Şəriət nizamı, sosialist nizam və s. təbirlər, burdan çıxır. İntizam isə, bu nizamın icraatlarında, əmin-amanlıq və asayişi və həyat səadətini təmin edəcək şəkildə, bir müvazinət və tənasübun mövcud olmasıdır. Əgər bu müvazinət və tənasüb itərsə, intizam pozular və daxildə ixtilal və xaos zahir olub, səadəti məhv edər.

Məsələn, bir hökümət, əgər böyük bir əmirinə, o əmirin əmrində çalışan kiçik bir məmurundan daha az maaş verərsə, vəzifə ilə maaş arasındakı tənasüb və müvazinə itdiyindən, intizam pozular. Və yaxud, bir hökümət, qanunlara üsyan edib zülm və təcavüz edənlərlə, itaət edən muti (itaətkar) əhaliyə eyni davranar və muti ilə asini (üsyankarı) eyni tərəziyə qoyarsa, əməl ilə cəza arasında mövcud olması lazım gələn müvazinət və tənasüb itdiyindən, intizam da pozulmuş olar. Belə bir diyarda, intizam deyil; ixtilal və xaos yaranar.

Eynilə bunun kimi, əgər əbədi səadət olmazsa, ən böyük bir heyvandan 100 dərəcə artıq cihazlarla təchiz edilən və bütün mövcudatın zabitliyi və əmirliyi məqamına gətirilən insana, onun məmuru və xidmətçisi olan heyvanların ən kiçiyindən belə 100 dərəcə aşağı bir "maaş" vermək kimi, kədərlərlə dolu müvəqqəti bir dünya həyat verilib, sonunda sanki cinayət işləmiş kimi əbədi edamla (yoxluqla) öldürülmüş olması, əlbəttə, intizama xələl gətirər. Belə bir aləmdə, intizamdan bəhs edilə bilməz.

-------------------------

-------------------------

✓ Hads yolu ilə məqsədə rəmz edən Beşinci Burhan:

Bir çox növlərdə görülən və təkrarlanan o növlə bağlı qiyamətin vücudu (yəni, varlığı), böyük qiyamətə işarət edir. Bu rəmzin bir misalla təməssülünü istəyirsənsə, həftəlik saatına bax. Necə ki, o saatda, həm hərəkət edən, həm də əqrəbləri və milləri hərəkətə keçirən bir-birindən fərqli dönən çarxlar vardır. Bunlardan biri, saniyələri çevirir. Onun hərəkəti ---> dəqiqələri sayan əqrəbin müqəddiməsi və müxbiri (xəbər verəni)'dir. O da ---> saatı sayan milin hərəkətinin hazırlayıcısı və elan edicisidir. O da ---> həftənin günlərini sayan əqrəbin hərəkətini nəticə verir və ondan xəbər verir. Beləcə, hər bir hərəkət, özündən sonrakı qardaşının da hərəkətini tamamlayacağına işarət edir.

Onun kimi də, Allahın, çarxları fələklər olan böyük bir saatı vardır. Bu fələyin milləri, sənin saatındakı saniyə, dəqiqə, saat və günlər kimi; günlər, illər, insan ömrü və dünyanın davamiyyətini sayar. Beləcə, -bu saatın hərəkətindən dolayı- hər gecədən sonra, sabahın; hər qışdan sonra, baharın gəlməsi; bu böyük saatdan, haşr baharının sabahının doğacağına gizli bir işarətlə işarət edər və incə bir rəmzlə rəmz edər.

Əgər desən: "Növlərin qiyamətində, şəxslər, şəxsən haşr edilmirlər. Elə isə, böyük qiyamətdə, şəxslərin şəxsən dirildilməsinə, necə rəmz edər?"

Cavab olaraq deyərəm: İnsanın şəxsi, başqasının bir növü kimidir. Çünki, fikir nuru, bəşərin əməllərinə və ruhuna elə bir genişlik və inbisat (genişləmə) vermişdir ki, 3 zamanı da ehtiva edə bilər. Keçmiş, gələcək və indiki zamanı udsa, əməlləri, yenə tətmin olmaz. Çünki, fikir nuru, onun mahiyyətini ülvi, qiymətini ümumi, nəzərini külli, kamalını sərhədsiz, ləzzətini daimi, ələmini (kədərini) davamlı qılmışdır.

Ancaq, digər növlərin bir fərdi isə:

~ mahiyyəti, cüzi;

~ qiyməti, şəxsi;

~ nəzəri, məhdud;

~ kamalı, sərhədli;

~ ləzzəti, ani;

~ ələmi (kədəri) də, dəfi (ani)'dir.

Bu halda, növlərdə görülən qiyamətin varlığı, insanın hər kəsi ehtiva edən şəxsi qiyamətinə, necə işarət etməz?!

-------------------------------

İzahı:

Hads, nədir?

Lüğətdə, "bir işin və ya hadisənin nəticəsini təxmin etmək, ölçüb-biçmək; doğruluğundan əmin olmadığı bəyanlar etmək; sürətli iləriləyiş, tez qavramaq" kimi mənalara gələn "hads" (fransızca, intuisiya), məntiq və fəlsəfə kitablarında, sezgivari bir tərzdə işləyən zehn fəaliyyətini, buna bağlı olaraq əldə edilən bilik növünü ifadə edir və ən yayğın şəklilə: "zehnin, birlikdə meydana gəlmələri səbəbilə, məbdələrdən (yəni, prinsiplərdən) nəticələrə vasitəsiz olaraq sürətli keçid etməsi" deyə tərif edilir. (Cürcani, "Tarifat", "hds" maddəsi)

 

Müəllifimiz Ustad Nursi, bu beşinci burhanı, hads ilə isbat etməkdədir. Belə ki:

Növlərdə çoxca meydana gələn bu növ'i qiyamətlərin təkrarlanması, böyük qiyamətin də meydana gələcəyinə rəmzən işarət edir. Ustad Nursi, bu məsələni isbat etmək üçün, saat misalını verir. Belə ki:

Əgər bu rəmzin bir misal ilə izahını istəyirsənsə, həftəlik günləri sayan saatına bax! Necə ki, o saatda, əqrəbləri, milləri hərəkətə keçirən mühərrik səbəblər var. Bunlardan biri, saniyələri sayan əqrəbdir. Bu əqrəbin dönüşü, dəqiqələri sayan əqrəbin dönməsindən xəbər verir; onun müqəddiməsidir. Çünki, saniyələri sayan əqrəb, 60 dəfə döndüyündə, dəqiqənin əqrəbi də, 1 dəfə dönür və 1 dəqiqə olur. Və yenə, dəqiqələri sayan əqrəbin hərəkəti, saatın əqrəbinin dönməsini elan edir, ondan xəbər verir. Saatın əqrəbinin hərəkəti isə, günləri sayan əqrəbin hərəkətini elan edir, onu meydana gətirir. Yəni, bir əvvəlki əqrəbin hərəkəti, ikincinin dövrünün tamamlanmasına vəsilə olur.

Elə də, bu kainat da, Allah (azimuşşan)'ın böyük bir saatı kimidir:

~ Saniyəsi, gün;

~ Dəqiqəsi, il;

~ Saatı, əsr; və

~ Günləri də, dünyanın dövrləridir.

Bunlar, bir-birinin müqəddiməsi hökmündə olduğundan, birinin döndüyünü görən, digərini də başa düşər.

Madam ki, belədir. O halda, gecədən sonra, sabahı; qışdan sonra, baharı işlədikləri kimi; ölümdən sonra qiyamətin də o dəstgahdan çıxacağını xəbər verirlər. Yəni, bu kainat dəstgahının çarxları, gün içində sabahı işləyib toxuduqları və il içində baharı işləyib toxuduqları kimi; insan ömrü dövrlərində və aləmin dövrlərində də, qiyamət və haşrı işləyib toxuyacaqlarını, axır nəticədə, bu dəstgahdan qiyamət və haşrın çıxacağını xəbər verirlər.

Burda, müqəddər bir sual vaqe olur. Belə ki:

Bəli, qəbul edirik ki, hər gün və hər il və hər əsrdə həyat sahibi növlər, yenidən yaradılırlar. Lakin, gələnlər, gedənlərin eynisi deyil, mislidirlər. İnsan növü də, canlılardan bir tayfa olduğu üçün, əsrlər içində, misillərilə yaradılırlar. Elə isə, bu qanundan, qiyamət və haşrda, hər bir insanın eynilə yaradılacağı nəticəsi, necə çıxarıla bilər?

Ustad Bədiü'z-Zaman, buna belə cavab verir:

İnsanın bir şəxsi, yəni bir tək insan, bir növ kimidir. Bundan dolayı, insanın hər bir fərdində, heyvanın növündə cari olan qanun cari olur. Çünki, fikir nuru, insanın əməllərinə və ruhuna elə bir genişlik vermişdir ki, 3 zamanı birdən əhatə edər. İnsanın yaradılışına, mahiyyətinə elə bir genişlik vermişdir ki, ilk yaradılışdan qiyamətə qədər, hamısını bir insana versən, tox olmaz. Sair növlərin fərdlərinin mahiyyəti, qiyməti, nəzəri, kamalı, ləzzəti, kədəri isə, cüzi, şəxsi, məhdud və anidir. Bəşərdə isə, bunun əksinədir.

Dəyərli oxuyucu! Məntiqdə, növ, külli bir həqiqətdir. Yəni, bir həqiqətdir ki, xaricdə bir çox fərdləri mövcuddur. Məsələn, inək, bir növdür. Çünki, xaricdə, o həqiqətin göründüyü bir çox fərdləri vardır. Yəni, eyni həqiqət, çox fərdlərə şamildir. Belə şamilliyi olmayan həqiqətlərə isə, cüzi deyilir. İnsan isə, maddəsi etibarı ilə, o da, heyvan (canlı) cinsi içində bir növdür. Yusif, Müşfiq, İbrahim isə, bir fərddirlər. Lakin, mənəviyyat cəhətilə baxıldığında, necə ki, kiçik bir lampadakı nur, böyük bir evi əhatə edirsə və mənən o lampa, bir ev qədər böyük olursa, insanı heyvandan ayırd edən xüsusiyyəti olan “ağıl lampası”ndan çıxan fikir nuru da, ona bir genişlik vermişdir ki, bütün kainatı əhatə etmişdir. Mənən bir insan, fikir nuru vasitəsilə, bütün aləmi ruh aynasında tuta bilmişdir. Hətta bu əhatə, sadəcə hazır zamana deyil, keçmiş və gələcəyə də bir cəhətdə nüfuz etmiş və onlara varlıq rəngi qazandırmışdır. Fikir nuru ilə, insan üçün keçmiş və gələcək də, bir dərəcə var hökmündə olmuşdur. Çünki, fikrilə, yaradılışın əvvəlindən ta qiyamətə və cənnətə qədər bir növ müşahidə etməkdə, onlarla əlaqə peyda edib ləzzət və kədər almaqdadır. Bu fikir nurunun verdiyi inbisat (genişləmə) və inşirah (açılma) ilə, qəlbi genişlənib, əməl və arzuları ilə, əlini, keçmiş və gələcəyə uzadıb tutmağa çalışmaqdadır. Kiçik qəlbi, elə bir genişlik qazanmışdır ki, ümum zamanları və məkanları ehtiva etmişdir. Heyvan isə, yalnız, mövcud olduğu an ilə və öz şəxsi və ya məhdud çevrəsilə cüzi bir əlaqəsi vardır. Bu səbəblə, insanın bir fərdi, bir növ hökmünə keçmişdir. Bax, bu məziyyətilə, insanın hər bir fərdi, elə bir ülviyyət, külliyyət, əbədiyyət kəsb edir ki, sair heyvanların bir növü hökmünə keçir. Onun üçün, insanın fərdində, heyvanların növlərində cari olan qanun caridir.

Həm, heyvanların növ olaraq bir-birilərindən fərqli və ayrı bir həqiqətləri vardır. Ancaq, eyni növün fərdləri arasında bir fərq yoxdur. Məsələn, bir inək, digərinin eynisidir. Bir qoyun, digərinin eynisidir. Çünki, heyvanların istedadlarına fitri bir hədd qoyulduğundan, təcrübə və imtahan ilə istedadlarına inkişaf verilmədiyindən, fərdlər, bir-birilərilə eyni həqiqəti daşıyırlar. Ancaq, növ olaraq bir-birilərindən fərqləri vardır. İnsan isə, təklif və imtahana tabe tutulduğundan, hər bir fərdin inkişafı, müxtəlif olmuşdur. Zərrədən günəşə, yerdən ərşə qədər düzülmüş mərtəbələrə, dərəcələrə nail olmuşdur. Bu cəhətdən, məsələn, əbu Bəkr (radiyallahu anh) ilə əbu Cəhil'ə: "İkisi də, bir-birinin misalı, eyni insandırlar." deyilməz. Həqiqətləri, iki zidd növ kimi, bir-birindən fərqlidir.

Madam ki, Sani olan Allah, həqiqətləri eyni, lakin surətləri fərqli olan fərdlərin surətlərini dəyişdirir; lakin, növ'i həqiqətlərini mühafizə edib eynilə yaradır. Yəni, məsələn, inək növü, öz mahiyyətini itirmədən, ilk yaradıldığı gündən bu günə qədər necə davam edərək gəlirsə. Yəni, bu növün fərdləri hər il ölsə də, növün həqiqəti, mahiyyəti qorunur. Çünki həqiqət, sabitdir, dəyişməz. Dəyişən, yalnız surətdir. Həm madam ki, insanın hər bir fərdi, bir növ hökmündədir və bir-birindən ayrı həqiqətləri vardır. O halda ---> növlərdəki bu bir növ qiyamət, bir növ hökmündə olan insan fərdinin şəxsi qiyamətinə, nə üçün işarət etməsin?!

Xülasə: Bu növ'i qiyamət, insan üçün böyük bir qiyamətin qopacağına və haşrın gələcəyinə qəti dəlildir.

----------------------

----------------------

✓ Haşra təlvih (işarət) edən Altıncı Burhan:

Bəşərin istedadlarının sərhədsiz olması, axirəti iqtiza edir (gərəkdirir). Belə ki:

Bəşərin, nəhayətsiz təsəvvür və fikirləri vardır. Bunlar ---> onun qeyr-i mütənahi (sonu olmayan) əməllərindən (arzularından) doğur. Bu arzular ---> onun zəbt altına alınmamış meyllərindən doğur. Bu meyllər ---> onun qeyr-i məhdud qabiliyyətlərindən doğur. Bu qabiliyyətlər ---> onun qeyr-i məhsur (həsr edilməmiş, məhdudlaşdırılmamış) istedadlarında örtülüdür. Bu istedadlar, Allah Taala'nın mükərrəm qıldığı ruh cövhərində əkilidir.

Bax, bunlardan hər biri, şəhadət barmağı ilə, cismani haşrın arxasında, əbədi səadətə işarət edir və nəzərini ora uzadır. Diqqət et!

------------------------------

Mətnin izahına keçmədən əvvəl, mətndəki bəzi terminləri açıqlayaq. Belə ki:

• Təsəvvür nədir?

Təsəvvür: “Müfrəd (yalnız 1şeyə və ya 1 şəxsə işarət edən) bir ifadənin dəlalət etdiyi zatların, təfhim (fəhm etmə) və təhqiq yolu ilə idrak edilməsi”dir. "Cisim, ağac, mələk, cin, ruh və bənzəri ləfzlərdən qəsd edilən mənanı idrak etmək kimi...

                      

• Meyl nədir?

Filosoflara görə, meyl, kəlam alimlərinin "etimad" adını verdiyi şeydir. ibn Sina, meyli: "cismə müdafiəni (yəni, müqaviməti) zəruri qılıb, onun, bir yönə hərəkətini əngəlləməyən şey" olaraq tərif etməkdədir. Bu tərifə görə, meyl, bu müqavimətin illəti (səbəbi)'dir.

Meylin, bu müqavimətin özü olduğu da deyilmişdir.

Mötəzilə, Qadı əbu Bəkr əl-Baqillani kimi bir çox Sünni/Əşari alim, meylin varlığının zəruri olduğunu; və yoxluğunu iddia etməyin, hissi zərurətə qarşı bir inad olduğunu söyləmişlərdir. Çünki:

Ağır bir daş daşıyan kimsə, o daşdan, aşağıya doğru bir meyl hiss etməkdə; suyun içərisində şişirilmiş bir tuluma əlini basan, onun, yuxarıya doğru meylini hiss etməkdədir. Bütün bunlar, meylin, müqavimətin özü olaraq açıqlandığı zamandır.

Birinci görüşə (yəni, meylin müqavimətin illəti olduğu) görüşünə görə isə, müqaviməti gərəkdirən şey olmasa, eyni əldən, eyni qüvvətlə, eyni məhəldə atılan 2 daşın böyüklük cəhətindən fərqli olduqları vaxt, sürətlərində bir fərq olmaması lazım gələrdi. Çünki, bu təqdirdə, o daşlarda, atılma yönünə zidd bir müqavimət və müqavimətin məbdəsinin mövcud olmayacağından, hərəkətlərində bir fərq olmaması lazım gəlir. Çünki, failin eyni olmasından dolayı, fail etibarı ilə, bir fərq yoxdur; xarici əngəl etibarı ilə də fərq yoxdur. Çünki, eyni məsafədə atıldığı fərz edilmişdir. Daxili əngəl etibarı ilə də fərq yoxdur. Çünki, bu 2 daşda müqavimət və müqavimətin məbdəsinin olmadığı fərz edildi və bu ikisinin xaricində də, daxili bir əngəl yoxdur. Bütün bunlardan dolayı, o 2 daşın sürətlərinin, eyni olması lazım gəlir.

Bu istidlala, imam Fəxrəddin ər-Razi, daşların təbiətinin, qasri hərəkətə müqavimət göstərdiyini söyləyərək cavab vermişdir.

Təbiətin, cismə nüfuz etmiş və cismin bölünməsilə bölünə bilən bir şey olması səbəbilə, böyük olan daşda, təbiətin daha qüvvətli olduğu xüsusunda, bir şübhə yoxdur. Bax, bu səbəbdən, böyük daşın hərəkəti, yavaş olur. Bundan dolayı, iddia edilən müqavimətin təbiətdən fərqli bir məbdəsi olduğu lazım gəlmir ki, meyl və etimad olaraq adlandırılsın. Dolayısı ilə, o ikisilə adlandırılması, olduqca uzaq bir ehtimaldır.

Bilməlisən ki, müqavimət, hərəkətdən fərqlidir. Çünki, müqavimət, sükun halında da mövcuddur. Şübhəsiz, havada, zorla hərəkətsiz tutulan bir daşda, aşağıya doğru yönəlmiş bir müqavimət; şişirilmiş bir surətdə suyun içində hərəkətsiz bir şəkildə tutulan tulumda da, yuxarıya doğru yönəlmiş bir müqavimət görürük.

Filosoflara görə, meyl:

1. Təbii;

2. Qasri;

3. Nəfsani

olmaq üzərə, 3 qismə ayrılır. Çünki:

~ Meyl, ya məhəllin xaricindən bir səbəbdən, yəni, meylin məhəllindən, işarət və mövqe cəhətindən fərqli bir səbəbdən qaynaqlanır; ya da, xarici bir səbəbdən qaynaqlanmaz. Birincisi, qasri meyldir. Buna nümunə olaraq, yuxarıya atılmış daşın meylidir.

~ İkinci halda isə, ya şüurla bərabərdir və iradədən meydana gəlir; ya da şüur və iradə yoxdur. Şüurla bərabər olub, iradədən meydana gələn meyl, nəfsani meyldir. Buna misal, insanın iradi hərəkətindəki meylidir. (Yəni, insan, bir şeyi iradə etməmişdən əvvəl, onda öz iradəsilə bir meyl meydana gəlir. Daha sonra, istəsə meylin gərəyinə yönəlir.)

~ Şüur və iradənin mövcud olmadığı meyl, təbii meyldir. Buna nümunə, daşın, təbiəti gərəyi aşağıa yönəlmiş meylidir. (Təhanəvi, "Kəşşaf", "meyl" maddəsi)

 

Not: Dəyərli oxuyucu! "Kəşşaf"dan nəql etdiyim meyl haqqındakı bu görüşləri, burda, müxtəsər olaraq zikr etdim. Daha geniş izahlar üçün, kitaba müraciət edə bilərsən.

 

• İstedad nədir?

"İstedad": "əşyada, bəzi şərtlərin və səbəblərin gerçəkləşməsi və bəzi əngəllərin qalxması ilə meydana gələn şey"dir.

"Şərhu'l-Qanunçə"də isə, istedad, belə tərif edilir: "Nütfə, bi'l-quvvə/potensial olaraq insandır. Yəni, insan surətinin özündə meydana gəlməsi, nütfənin xüsusiyyətidir. Əngəllərin qalxması və şərtlərin meydana gəlməsi cəhətindən, nütfədə, bəhsi keçən bu surəti hazırlayan bir keyfiyyət meydana gəlir. Bax bu keyfiyyət, istedad deyə adlandırılır. Onun gərəyi olan qəbul/qabiliyyət isə, istedadi imkan və yenə qüvvə deyə adlandırılır."

Buna görə, istedad, 2 mənaya gəlir:

a. Hazırlayıcı keyfiyyət;

b. Bu keyfiyyətin gərəyi və feli müqabili olan qəbul (qabiliyyət).

İstedad və qabiliyyət arasındakı fərq, budur:

Qabiliyyət, xaricdən gələn təsirləri götürə bilmə gücü, qəbul edə bilərlik mənası daşıyır. Halbuki istedad, ruhda potensial olaraq var olan, inkişafa əlverişli bütün xüsusiyyətlərdir. Məsələn:

Hər insanın ruhunda, rəssamlıq istedadı, potensial olaraq vardır. İnsan, rəssamların təcrübələrini götürə bilmə gücünə (qabiliyyətinə) kifayət qədər sahib olarsa, onları, bu qüvvə ilə götürə və ruhundakı rəssamlıq istedadını inkişaf etdirə bilər.

Yenə, hər insanın ruhunda, danışmaq istedadı vardır. Çevrəsindəki danışmaları, qabiliyyətilə almaq surətilə, insan, bu istedadını inkişaf etdirir və onlar kimi danışmağa başlayır.

Burdan başa düşülən budur ki, qabiliyyət, istedadın feli gərəyidir.

----------------------

İzahı:

Haşrın qəti bir dəlili də, bəşərdəki istedad və qabiliyyətlərin nəhayətsizliyidir. Bu istedad və qabiliyyətlər, haşra dəlalət edirlər.

Bəli! Bəşərin təsəvvür və fikirlərinin sonu yoxdur. Bu təsəvvür və fikirlər <--- onun sonsuz arzularından doğur. Bu arzular isə <--- sonsuz meyllərindən; bu da <--- istedad və qabiliyyətlərindən doğur.

Gözün haqqında bir düşün. Bir anda, səmaya qədər nəzərilə çıxa bilir. İndi sən, bir ondan soruş: "Ey göz! Dünyada gördüyün ən gözəl şey haqqında, mənə bir danış." Nə qədər gözəl şey haqqında danışarsa danışsın, sonunda, belə deyəcək: "Mən, daha gözəlini görmək istəyirəm." Ən gözəl bir saraya qoy, mütləq, ondan daha gözəlini axtaracaqdır. Demək, heç bir insanın gözü, gözəl olan şeyləri seyr etməkdə, tətmin olmamış, doymamışdır; daha gözəlini istəmişdir. Əgər bu göz, dünyada tamamilə doymursa, demək ki, tamamilə doyacağı başqa bir aləm, mütləq vardır. Digər hisslərini və bunlardan qaynaqlanan arzularını, buna qiyas et!

Madam ki, insanın maddi və mənəvi bütün cihazları, hissləri, bu dünyada doymur və bu istəklər, tamamilə bu dünyada əldə edilə bilmir. Demək ki, bu istəyi ona verən, onları başqa bir diyarda, əbədi bir surətdə tətmin edəcəkdir.

Bax bu insana verilən və bu dar və fane aləmə sığmayan istedadlar və o istedadlardan doğan fikirlər, əməllər, arzular, meyllər və ehtiyaclar, əbədi bir aləmin və əbədi bir səadətin varlığına dəlalət edir. Demək, əbədi səadətin ən böyük dəlili, insanın özüdür. Çünki, ora görə təchiz edilmişdir. Necə ki, böyük okeanlarda üzə biləcək qabiliyyəti olan bir balinanı dar bir akvariumda görsək, bu qabiliyyətin böyük bir okean üçün olduğunu başa düşürüksə, elə də, bu qabiliyyətdə yaradılan və dünya içinə sığmayan insan üçün də, başqa bir aləm mövcud olmalıdır.

Bu qismi, Müəllifimizin sözləri ilə bitirək. Belə ki, O, deyir:

“Arslan gibi hayvanların diş ve pençelerine bakılırsa, iftiras ve parçalamak için yaratılmış oldukları anlaşılır. Ve kavunun, meselâ, letafetine dikkat edilirse, yemek için yaratılmış olduğu hissedilir. Kezâlik, insanın da istidadına bakılırsa, vazife-I fıtriyesinin ubudiyet olduğu anlaşıldığı gibi, ruhânî ulviyyetine ve ebediyete olan derece-I iştiyakına da dikkat edilirse, en evvel insan bu âlemden daha lâtif bir âlemde ruhen yaratılmış da teçhizat almak üzere muvakkaten bu âleme gönderilmiş olduğu anlaşılır.”

Yəni:

Şir kimi heyvanların diş və pəncələrinə baxılarsa, parçalamaq üçün yaradılmış olduqları başa düşülər. Və yemişin, məsələn lətafətinə diqqət edilərsə, yemək üçün yaradılmış olduğu hiss edilər. Eynilə, insanın da istedadına baxılarsa, fitri vəzifəsinin ibadət olduğu başa düşüldüyü kimi; ruhani ülviyyətinə və əbədiyyətə olan iştiyaq dərəcəsinə də diqqət edilərsə, ən əvvəl, insan, bu aləmdən daha lətif bir aləmdə ruhən yaradılmış; təchizat almaq üzərə, müvəqqəti olaraq bu aləmə göndərilmiş olduğu başa düşülər. (Məsnəvi-i Nuriyyə, "Zərrə" risaləsi, s. 162)

--------------------

--------------------

✓ Haşrı müjdələyən Yeddinci Burhan:

Rahmən, Rahim olan Allahın rəhməti, ən böyük rəhmətin, yəni, əbədi səadətin gəlməsini müjdələyir. Çünki, rəhməti, rəhmət; və neməti də, nemət edən, odur. Əbədi səadət inancı ilə, kainat, nemətləri əzablara çevirən əbədi ayrılıq təvəhhümündən doğan ümumi bir matəmdən yüksələn ağlama səslərindən qurtular. Çünki, nemətlərin ruhu olan əbədi səadət gəlməzsə, bütün nemətlər, əzaba çevrilər; açıq və zəruri olaraq bütün kainatın şəhadətilə sabit olan İlahi rəhməti, göz görə-görə inkar etmək lazım gələr.

Ey şəfqətli aşiq Həbib! Allahın rəhmətinin ən lətif əsərlərindən olan məhəbbət, şəfqət və eşqə bax! Sonra, əbədi ayrılıq və daimi hicran fərz edərək, vicdanına müraciət et. Bax, vicdan, necə "kömək (edin)" deyir; xəyal, fəryad edir; ruh isə, rəhmət və nemətin ən gözəl və ən lətif misallarından olan məhəbbət və şəfqətin, sənə ən böyük bir müsibət və ən şiddətli bir bəlaya çevrilməsindən necə narahat olur?!

Belə rəddi mümkün olmayan bir rəhmət, bu məhəbbət və şəfqətə, əbədi ayrılığın və daimi hicranın hücumuna, heç icazə verərmi?! Xeyr! Əksinə, belə bir rəhmətə yaraşan, əbədi ayrılığı, daimi hicrana; və daimi hicranı da, əbədi ayrılığa; yoxluğu da, hər ikisinə müsəllət etməsidir.

---------------------------------

İzahı:

Dəyərli oxuyucu! Bu qismin geniş izahını, bu linkdə “İkinci surət”“İkinci həqiqət” qismindən başlayaraq oxuya bilərsən:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/axir%C9%99t-h%C9%99yatina-im...

--------------------------

--------------------------

✓ Səkkizinci Burhan:

Sadiq (doğru) və məsduq (doğrulanan) Muhamməd (əleyhissəlam)'ın dili, haşrı, sarih/açıq bir şəkildə xəbər verir.

Bax, Onun kəlamı, əbədi səadət qapılarını açmışdır. Adəmindən Xatəminə qədər bütün nəbilər (əleyhimussəlam)'ın bu həqiqət üzərə icması, bu müddəaya və ittifaq etdikləri hər bir məsələyə, qəti, həqiqi bir dəlildir.

---------------------------

---------------------------

✓ Doqquzuncu Burhan:

Möcüzə olan Quranın xəbər verməsidir.

13 əsrdən bu tərəfə, 7 vəchlə i'cazı (möcüzəliliyi) təsdiq edilmiş olan Tənzilin (yəni, Quranın) bunu söyləməsi, iddiasının eyni dəlilidir. Beləcə, Onun ixbarı (xəbər verməsi), cismani haşrın bir kəşşafı (kəşf edicisi) və bir miftahı (açarı)'dır.

---------------------------

---------------------------

✓ Onuncu Burhan:

~ Təmsili bir qiyasa işarət edən:

وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا

"O, sizi, mərhələlərlə yaratdı." (Nuh/14) ayəti; və

~ Adli (ədalətə aid) bir dəlilə işarət edən:

وَمَا رَبُّكَ بِظَلَّـٰمٍ لِّلْعَبِيدِ

"Sənin Rəbbin, qullara əsla zülm edən deyildir." (Fussilət/46) ayəti

kimi minlər dəlilləri ehtiva edən bir çox Quran ayəti, haşrı isbat edir. Quran, neçə-neçə ayələrində, haşra nazir (baxan) pəncərələr açmışdır.

• Birinci ayə ilə işarət olunan təmsili qiyasa gəlincə:

İnsan vücuduna ibrətlə bax! O, bir mərhələdən başqa bir mərhələyə; nütfədən laxtalanmış qana; ondan ---> bir parça ətə; ondan sümük və ətə; ondan isə ---> yeni bir yaradılışa (yəni, insan surətinə) intiqal edər (keçər). Bu mərhələlərdən hər birinin, özünə məxsus qanunları, müəyyən nizamları, muttarid (nizamlı davam edən) hərəkətləri vardır. Hər birinin altında, şüşə kimi (parlaq) bir qəsd, bir iradə, bir ixtiyar olduğu hiss edilir.

Sonra, insan həyatının davam etməsinə bir bax! Dağılma və bir araya toplanma xüsusiyyəti olan bu vücud, hər il, libasını yeniləyir. Yəni, bəzi hüceyrələr dağılır. Sani (olan Allah), onların yerinə, xüsusi bir qanunla, əzaların ehtiyacı nisbətinə görə paylanılan lətif bir maddəni göndərir.

Sonra, bədən parçalarının ruzilərini daşıyan bu lətif maddənin mərhələlərinə bir diqqət et! Ağılları necə heyrətdə buraxan bir şəkildə, bədənin hər tərəfində intişar edir (yayılır)?! Və necə də, müəyyən bir təqsim (bölünmə) qanunu ilə, əzaların ehtiyacına görə paylaşdırılır?!

Bax, ünsürlər aləmində intişar edən məvalid (həyat sahibləri)'ndən meydana gələn qidadan müntəzəm bir düstur, məxsus bir nizam və müəyyən bir qanunla alınmış olan bu maddə, 4 qeyr-i adi inqilabdan keçirildikdən sonra, 4 süzgəcdən süzülüb 4 mətbəxdə bişirilib sabit bir nizam, müəyyən bir düstur və heyrət verici bir hərəkət nəticəsində, bədənə faydalı bir qida halına gəlir.

Onun bu mərhələlərindəki bütün qanunlar və nizamlarda, bir sövq edici, bir qəsd, bir hikmət, çox açıq bir şəkildə görünür.

Necə belə olmasın ki?! Əgər bu lətif maddə tayfasından, məsələn, havada gizli olub sonunda Həbib'in göz bəbəyinin bir parçası olan bir zərrəyə baxsan, əlbəttə bilərsən ki, bu zərrə, daha havada ikən, təyin edildiyi yerə getmək üçün, sanki vəzifəli olaraq müəyyən idi, məmur idi. Çünki, əgər fənni bir nəzərlə ona baxsan, onun hərəkətinin, kor bir təsadüflə təsadüfi olmadığını, əksinə, hansı mərtəbəyə girmişdirsə, o yerin xüsusi nizamlarına tabe olduğunu; hansı mərhələyə yuvarlanmışdırsa, onun müəyyən qanunları ilə əməl etdiyini; hansı təbəqəyə səfər etmişdirsə, qeyr-i adi və müntəzəm bir hərəkətlə sövq edildiyini, yəqinliklə başa düşərsən.

Bax bu zərrə, bu mərhələlərə uğrayıb, varacağı yerə çatır. Bu səyahəti əsnasında, zərrə qədər də olsa, məqsəd hədəfindən ayrılmaz.

Xülasə: İlk yaradılışa diqqət edənin, ikinci yaradılışda heç bir tərəddüdü qalmaz. Nəbi (əleyhissəlatu və's-sələm), belə buyurmuşdur:

"Birinci yaradılışı görənin ikinci yaradılışı necə inkar etdiyinə təəccüb edilər."

Bəli, necə ki, özlərinə istirahət və intişar üçün icazə verilən bir bölük əskər, "toplanın" borusu çalındığında, hər biri bir tərəfdən qaçıb gələr; sancaqları (yəni, bayraqları) altında düzgün bir şəkildə toplanarlar. Onların bu toplanmaları, ilk dəfə silah altına cəlb edilmələrindən, çox-çox asandır. Onun kimi, bir vücudda imtizac (toplanma) yolu ilə aralarında bir ünsiyyət və münasibət meydana gələn zərrələr, İsrafilin borusu ilə çağırıldıqlarında, hər birinin yerləşdikləri yerdən Xaliq'in əmrinə "ləbbeyk" deyərək çıxmaları və toplanmaları, əqlən, onların başlanğıcdakı inşa və tərkiblərindən daha asan və imkan daxilindədir.

Ancaq, Allahın qüdrətinə nəzərən, ən böyük bir şey, ən kiçik bir şey kimidir.

Zahirə görə, yenidən dirilişdə əsli və əlavə olan cüzlər (parçalar), bərabər qaytarılarlar. Məhşər əhlinin cisimlərinin böyüklüyü və cünub (qüslsuz) bir kimsə üçün dırnaq-tük kimi şeyləri kəsməyin məkruh olması; bununla bərabər, bunları basdırmağın sünnət olması, buna işarət edir.

Təhqiqə nəzərən isə, insanın yenidən təşəkkülü üçün, bir toxum və maddə olmağa, acbu'z-zənəb kifayət edir.

--------------------

İzahı:

“Təmsili qiyas” nədir?

Hüccətü'l-İslam imam əbu Həmid əl-Ğazzali, "əl-Maqasidu'l-Fəlasifə" adlı əsərində deyir:

Təmsilə gəlincə, fəqihlər və mutəkəllimun (kəlam alimləri), bunu, "qiyas" olaraq adlandırmışlardır.

Təmsil: "bir cüzi'nin hökmünü, digər bir cüziyə nəql etmək"dir. Çünki, aralarında bənzərlik vardır.

Məsələn: bir adam, evə baxıb, evin təsvir edilmiş və sonradan yaradılmış olduğunu görür; sonra da, göy üzünün də təsvir edilmiş olduğunu görüncə, göy üzünün hökmünü evə nəql edərək:

"Göy üzü, təsvir edilmiş bir cisimdir. O halda, göy üzü də, ev kimi, sonradan yaradılmışdır." nəticəsinə çatması, təmsildir.

Müəllifimiz Ustad Nursi, bu burhanda deyir ki, bu burhan, minlərlə burhanı ehtiva edən Qurani bir burhandır. Yəni, bəyanı möcüzə olan Quran, dəlillərlə, haşrın gerçəkləşəcəyini, axirət həyatının gələcəyini isbat etmişdir. Müəllifimiz, burda, dənizdən bir qətrə növündən, 2 misal gətirməkdədir.

 

Not: Bu burhanın 9-cu burhan ilə fərqi, budur:

~ 9-cu burhanda, Quran, haşrın varlığını, gerçəkləşəcəyini xəbər verməsidir.

~ 10-cu burhan isə, haşrın, Qurandakı əqli dəlillərini sərd etməsidir.

 

İnsanın yaradılışına diqqət edildiyində, görülür ki, insan, ilk əvvəl, bir damla su, sonra qan laxtası, sonra bir parça ət, sonra da, insan cəsədinin təşəkkülü gəlir.

Döl, ana rəhmində, 40 gün nütfə olaraq qalır. 40 gün qan laxtası olaraq qalır. 40 gün içində də, ət və sümük olub, cəsəd təşəkkül edir, yəni, bir məxluq varlıq qazanır. Cəmi 120 gün, yəni, 4 ay edir. 4 ay sonra, ana rəhmindəki uşağa ruh üflənir. Yaradılış etibarı ilə, insanı belə haldan-hala, mərhələdən-mərhələyə Kim çevirmişdirsə, "İnsanı öldükdən sonra bir də dirildəcəm." deyə vəd edən və onu dirildib haşr meydanına gətirən, yenə eyni Zat'dır.

Ana rəhmində 3 qaranlıq pərdə içində (bax: Zümər/6), o döl, necə varlıq qazanır? Vücudunu təşkil edən zərrələr, hardan gəlirlər? Anasının ruzisilə, bunlar təşəkkül edirlər. Ananın ruzisini təşkil edən o zərrələr isə, aləmdən toplanır. Bir qismi, torpaqdan; bir qismi, havadan; bir qismi də, od ünsüründən gəlir. Bu ünsürlər, ağız, məsamə kimi yollarla, anaya, anadan da dölə çatır. Sanki, qeybi bir aləmdə, o zərrələr təlim görmüş; təkamül etmiş kimi vəzifə görürlər. Gələn zərrələrin hər biri harda çalışacaqsa, daha əvvəldən təyin edilmişdir və ona görə gəlməkdədir. Girən zərrələrin bir qismi, ət olur; bir qismi, sümük. Daha sonra, sümüklər üzərinə, ət geyindirilməklə, əzalar təşəkkül edir. O zərrələrin bir qismi, göz; bir qismi, qulaq; bir qismi, dil və s. olurlar. Beləcə, bütün əzalar təşəkkül edir. Daha sonra, o cəsədə, ruh girir və cəsəd canlanır.

Demək, o zərrələr, qeybi bir aləmdən gələn bir əmr ilə hərəkət edirlər (haşiyə) və müəyyən bir təqdirlə, hər birisinə məxsus bir xüsusiyyət təsbit edilir, ona görə çalışırlar. Bu vücudu, bu şəkildə, müntəzəmən mərhələ-mərhələ yaradan Zat, uşaq dünyaya gəldikdən sonra, ölümünə qədər də yenə ruzi deyilən lətif maddə ilə öz canlılığını davam etdirir. O zərrələri vücuda yerləşdirdikdən sonra, onları sabit buraxmır, daim təzələndirir.

-----------------------

(Haşiyə:

Əqli izahları üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C9%99t-n%C9%99-dem%C9%99kdirl%C9%99r)

------------------------

İndi, bir düşün! İnsanı belə mərhələdən-mərhələyə çevirən Zat, haşrı gətirməyə qadir deyildirmi?! Yuxarıda, 7 maddə içində, haşrın nə üçün zəruri olduğundan da bəhs etdik.

Halbuki diqqət etsən, bu mərhələlərin hər biri, bir-birindən tamamilə başqadır. Biz, bu mərhələlər arasındakı fəaliyyəti idrak edə bilirik deyə, bir-birindən fərqli olan 2 mərhələni mümkün görürük.

İndi bir düşün, əgər bu mərhələlər arasındakı fəaliyyətlər anidən olsaydı və biz də, bu tədriciliyi görməsəydik, bizə, "Bu nütfədən, bax bu insan meydana gəlmişdir." deyilsəydi, inkar etməyimiz doğru olardımı? Təbii ki, yox.

Elə isə, biri digərindən tamamilə fərqli 2 mərhələ mümkün olduğu halda, bundan başqa bir mərhələnin (yəni, ikinci dirilişin) də baş verəcəyi, mümkündür. Burda, ağla zidd heç bir şey yoxdur.

Yaradılışın 2 şəkli üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mubdi-isminin-s%C9%99rhi?fbc...

 

Mətndə keçən "4 mətbəx" "4 süzgəc"dən qəsd edilən:

~ birincisi: mədədir.

Mədədəki həzm nəticəsində, artıqlar, bağırsaqlara; saflaşan maddə isə, qara ciyərə sövq edilir.

~ ikincisi: qara ciyərdir.

Qara ciyərdəki həzm nəticəsində, artıqların su qismi, böyrək və sidik kisəsinə; qan isə, ürək vasitəsilə, damarlara sövq edilir.

~ üçüncüsü: damarlardır.

Damarlarda cərəyan edən qan içindəki su, təsfiyə edikərək, məsamələrdən tər olaraq xaricə atılır; geri qalan maddələr isə, heceyrələrə sövq edilir.

~ dördüncüsü: hüceyrədir.

Son təsfiyə (təmizlənmə), hüceyrələrdə olur. Bir qismi, daxili yağ surətində depolanır. İnsan, aclıq və ya xəstəlik səbəbilə zəif olduğu vaxt, bu depolanan yağlar, Allahın iznilə, onun köməyinə gəlir. Artıq qalan qismində, sperma olaraq xaricə atılır.

Bunlardan hər biri, həm mətbədəxdir, yəni, belə desək bişirir. Həm də inqilab yeridir, yəni, yeyilən maddələri, bir haldan digər bir hala çevirir. Həm də süzgəcdir, yəni, artıqları xaricə atır. Haqq Taala, yeyilən ruzini, əvvəl, bu 4 mətbəxdə bişirir. Sonra, 4 inqilaba tabe tutub, bu 4 süzgəcdən keçirir. Ən sonunda da, saf qan olaraq, qəlb vasitəsilə vücuda qan pompalayır. Xarab olan zərrələrin yerinə yeniləri gəlib yerləşir.

 

İndi, bir düşün! Dünyada, göz önündə cərəyan edən bu fövqə'l-adi işi görən bir Zat'a: "Öldükdən sonra çürüyüb dağılan zərrələri, bir də necə toplaya bilər?" deyilərmi?! Əsla.

Quran, bir çox ayətilə, ilk yaradılışı nəzərə verir. Daha sonra, ikinci yaradılışı, onun ilə isbat edir. Belə ki: "İnsanı heç yoxdan yaradan Kimdirsə, onu ölümündən sonra haşr sabahında dirildib hesaba çəkəcək, ona layiq olduğu mükafat və cəzanı verəcək də, Odur. Çünki, ikinci yaradılış, birinci yaradılışdan daha asandır."

Müəllif, bu həqiqəti zehnə yaxınlaşdırmaq üçün, belə bir misal verir:

Bir kommandir var, yeni ordu təşkil edir. Orduya əmr və qadağalarını təbliğ edir. Ordu da, əmri altında çalışır. Hər bir əsgər, ordudakı yerini və vəzifəsini bilir.

İndi, "Belə bir kommandir, hərb əsnasında, tətil əmrini almış və ya bir boru səsilə istirahətə çəkilmiş olan ordunu təkrar necə bir araya toplaya bilər?" deyilərmi?! Əlbəttə ki, deyilməz.

Elə də, hər bir insanın vücudu, bir ordu kimidir. O vücuda girən zərrələrin hər biri, bir əsgərdir. Təkvini əmrlərlə, Allahın sövqü ilə, əzəldən gələn əmr ilə, o zərrələr ordusu, misaldakı əsgərlər kimi toplanarlar. Sonra, ölüm zamanında, sanki "dağılın" əmrilə, "istirahətə çəkilər"lər. Qiyamətdə isə, İsrafilin borusu ilə, yenidən toplanarlar. Beləcə, haşr sabahında, insan vücudu, yenidən təşəkkül edər.

Haşrda, 2 məsələ qarşımıza çıxmaqdadır:

1. Cəsədlərin inşası.

Yəni, bir əmrlə, zərrələrin çağırılıb daha əvvəl çalışdıqları yerlərinə gəlməsidir. Hansı zərrə, hansı vücudda çalışmışdırsa, ora sövq edilər. Yəni, bir insan, yaşadığı ömür müddətində, bədənində nə qədər zərrə çalışmışdırsa, yenidən bir araya toplanar. (haşiyə)

-------------------------

(Haşiyə:

İnsan bədənində çalışan zərrələrin, ölüm ilə yoxluğa atılmadığının əqli isbatı üçün, bax:

https://suallarlaislam.com/.../dunya-axir%C9%99tin...)

--------------------------

2. Cəsədlərin dirildilməsidir.

İnsanın və mövcudatın vücudunu təşkil edən zərrələr haqqında, 2 görüş vardır:

a. Birinci görüşə görə: Haşrda, əsas zərrələr ilə əlavə zərrələr bərabər haşr olunarlar. Cəhənnəm əhlinin cismən böyüklüyünü ifadə edən hədislər, buna işarətdir. Bu hədislər üçün bax:

https://suallarlaislam.com/.../kafirin-disi-c%C9%99h%C9...

Həm, qüslsuz ikən, dırnaqların və saçların və sair tüklərin kəsilməsinin məkruh olması və bədəndən ayrılan hər bir parçanın bir yerə basdırılmasının sünnət olması, bu xüsusa işarətdir. Hədisdə belə gəlmişdir:

"Qan, saç və dırnaqlarınızı, basdırın ki, sahir (cadugər)'lər, əllərilə onlarla oynamasınlar." (Beyhaqi, "Sünən", hədis no: 74; "əl-Mu'cəmu'l-Kəbir", hədis no: 73)

ibn Həcər Asqalani də, "Fəthu'l-Bari"də (77-ci Kitab: "Libas kitabı", 63-cü bab: "Bığları kəsmək babı"nda), belə deyir:

"Sualat (suallar)'da yer alan xüsuslardan biri də, budur:

- Mən, Ondan (yəni, imam Əhməd'dən) soruşdum:

'Kəsdiyi saçını və dırnaqlarını torpağın altınamı basdırır, yoxsa onu atır?'

- O: 'Kəsdiklərini basdırar.' dedi.

- Mən: 'Bunun haqqında Sənə bir rəvayət çatıbmı?' deyə soruşdum.

- O: 'ibn Ömər, bunları torpağın altına basdırardı.' dedi."

Yenə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in də, kəsilən saçlar və dırnaqların basdırılmasını əmr etdiyi və: "Adəm oğullarının cadugərləri, onu götürüb onunla oynamasınlar." dediyi də rəvayət edilmişdir.

Mən (Asqalani) deyirəm ki:

Bu hədisi, Beyhaqi, Vail b. Hucr'dan, buna yaxın olaraq rəvayət etmişdir. Bizim məzhəbimizə (yəni, Şafii məzhəbinə) mənsub alimlər, bunlar, insan vücudunun bəzi parçaları olduqlarından dolayı, basdırılmalarını müstəhəb görmüşlərdir. Allah, ən doğru biləndir.

 

Yenə, toplanma, bu şeylər üzərinə olacağından, bunların bədəndən natəmiz şəkildə ayrılmaması lazımdır.

 

b. İkinci görüşə görə isə: Bədənin əsas parçaları və əsli zərrələr, ikinci diriliş üçün əsasdır. Allah, insan bədənini, hədisdə "acbu'z-zənəb" deyə təbir edilən o əsas zərrələr üzərinə bina edər (qurar). Beləcə, insan bədəni təşəkkül edər. Hədisi oxumaq üçün bax:

Acbuz-zənəb (büzdüm, coccyx) hədisi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/buzdum-h%C9%99disi

----------------------

----------------------

وَمَا رَبُّكَ بِظَلَّـٰمٍ لِّلْعَبِيدِ

"Sənin Rəbbin, qullara əsla zülm edən deyildir." (Fussilət/46) ayəti, buna (yəni, haşra) işarət edir.

Bil ki: Görürük ki, çox dəfə, zalım, facir, qəddar, nemətlər içində olur; ömrü, çox xoş və rahat keçir. Yenə, görürük ki, məzlum, kasıb, dindar, yaxşı əxlaqlı insanların isə, ömrü, əksəriyyətlə zəhmət, zillət və məzlumiyyətlə keçir. Sonra, ölüm gəlir, hər ikisini bərabər qılır. Sonsuza qədər davam edəcək belə bir müsavat (bərabərlik), zülm olaraq görülür. Kainatın şəhadət etdiyi ədalət və hikmət, zülmdən münəzzəhdir. Elə isə, başqa bir aləm lazımdır. Ta ki, birincisi, cəzasını; ikincisi isə, savabını alsın. İlahi ədalət, təcəlli etsin.

Bax, bu 2 ayətə, bunların bənzərlərini qiyas et.

----------------------------

İzahı:

Haşr gəlməzsə, ədalətin zülmə çevrilməsi:

1-ci Başlıq: Kainatda görünən ədalət

Ədalətin bir neçə mənası vardır. Belə ki:

• Ədalət: "Hər haqq sahibinə haqqını vermək" deməkdir. Ziddi, zülmdür.

Aləmi müşahidə etdiyimizdə görürük ki:

Bütün məxluqatın ərzaq və təchizatları, ən layiqli bir şəkildə verilir. Heç bir məxluq, unudulmur və qarışdırılmır. Bir milçəyə qartal qanadı verilmədiyi kimi; bir qartala da milçək qanadı taxılmır. Hər varlığın hansı cihazlara ehtiyacı varsa, o cihazlar ilə təchiz edilir. Bizlərin bəsit və həqir gördüyü məxluqların belə, hüququ bu cəhətdə mühafizə edilir.

Demək ki, hər bir varlığa həssas mizanlarla və məxsus ölçülərlə vücud vermək, surət geyindirmək, hər şeyi yerli-yerinə qoymaq, ən münasib cihazlarla təchiz etmək və hər haqq sahibinə qabiliyyəti nisbətində haqqını vermək, sonsuz bir ədalətlə iş görüldüyünü isbat edir.

Sözün özü: Hər məxluqa həyatının davamı üçün cihazlar verilməsi, bu ədalətin nəticəsidir.

• Ədalətin bir digər yönü də budur: Aləmdəki balansın mühafizə edilərək, digər canlıların haqlarının qorunması, ədalətin bir təcəllisidir.

Məsələn, dəniz canlılarından biri olan xərçəng, 1 ildə 7 milyon yumurta yumurtlamaqdadır. Bu yumurtaların hamısı xərçəng olsaydı, dənizlər xərçənglərlə dolar və başqa balıqların yaşaması mümkün olmazdı. Bəzi əngəllərlə, xərçəngin çoxalmasının qarşısı alınmış və digər canlıların haqları qorunmuşdur. Bax bu, ədalətin bir təcəllisidir.

• Ədalətin bir digər yönü də: Məzlumların intiqamını zalımlardan almaqdır.

Ədalətin bu mənası ilə də, tarix səhifələri, zalımların pis aqibətləri ilə doludur. Fironlar, nəmrudlar, qarunlar kimi neçə-neçə zalımlara "əl-Adil" ismilə səmavi zərbələr endirilmiş və məzlumların haqları onlardan alınmışdır.

Ancaq üçüncü başlıqda da izah ediləcəyi kimi, dünya, bu ədalətin təcəllisinə haqqı ilə məhəl ola bilməməkdə və ədalətin bu təcəllisi, başqa bir aləmə ertələnməkdədir. Zatən "əl-Adil" ismilə axirətə qapı açarkən, ədalətin bu cəhətinin haqqı ilə bu dünyada görünməməsi, dəlil gətiriləcəkdir.

2-ci Başlıq: Bu ədalətin sahibi Kimdir?

İndi, bir düşün:

~ Bir milçəyin belə həyat haqqını mühafizə edərək, həyatının davamı üçün onu orqanlar, hislərlə təchiz edən Kimdir?

~ Bütün məxluqları hikmətli cihazlarla, orqanlarla, hislərlə təchiz edərək həyat haqlarını qoruyan Kimdir?

~ O orqanları ən uyğun yerlərə yerləşdirən Kimdir?

~ Bu aləmdəki balansı mühafizə edən Kimdir?

~ Sözün özü: Göz önündəki bu ədalətin sahibi olan adil Zat, kimdir?

Əlbəttə ki, əgər insafın ölməyibsə, "Allahdır!" deyəcəksən.

Yenə, bir düşün:

~ Aləmdəki bu balansın təsadüfən meydana gəlməsi və minlərlə il təsadüfən davam etməsi, mümkündürmü?

~ Əgər mümkün deyilsə, kainatdakı bu heyrət oyandıran bu balansı Kim qurmuşdur?

~ Varlıqların kainatı istila etmə meylini dayandıran və onların aləmi istila etməsinə mane olan ədalət sahibi Kimdir?

Demək ki, bu aləmdə görünən qüsursuz balans, bu balansı quran Haqq Taala'nın varlığına və Onun, "əl-Adil" isminə, günəş kimi bir dəlildir.

3-cü Başlıq: "əl-Adil" isminin axirəti gərəkdirməsi

~ Heç mümkündürmü ki, belə ən kiçik bir məxluqun, ən kiçik bir haqqını mühafizə edib onun imdadına gələn bir ədalət, insan kimi (mənəvi cəhətdən) ən böyük bir məxluqun hüququnu mühafizə etməsin; və mühafizə etməməklə, ədalətini heçə endirsin?

Əlbəttə ki, mümkün deyildir!

O halda, madam ki, insanın hüququnu mühafizə edəcək və ədalətini heçə endirməyəcək, əlbəttə bunun üçün, böyük bir məhkəmə qurmalı və ədalət diyarını açmalıdır. Çünki bu fani dünyada, qısa bir həyat keçirən insan, o böyük ədalətin həqiqətinə mazhar (bir şeyin zahir olduğu yer, məhəll; ayna) ola bilməz və ola da bilməməkdədir. Bu fani və müvəqqəti dünya, əbəd üçün yaradılan insan xüsusunda, belə bir ədalətə mazhar olmaqdan çox uzaqdır. Gördüyümüz kimi, zalım, izzətində; məzlum isə, zillətindədir.

Halbuki, həqiqi ədalət istəyir ki, məzlumun haqqı, zalımdan alınsın və (maddəsi etibarı ilə) bu kiçik insan, kiçikliyi nisbətində deyil, əksinə, cinayətinin böyüklüyü, mahiyyətinin əhəmiyyəti və vəzifəsinin əzəməti nisbətində bir mükafat və cəza görsün. Bütün bunlar da, ancaq və ancaq axirətin gəlməsilə mümkündür.

Madam ki, dünya var və dünya içində bir ədalət var. Əlbəttə, dünyanın varlığı kimi, qəti olaraq axirət də vardır və bu gedişat, ora doğrudur.

Demək ki, axirəti inkar etmək, müşahidə etdiyimiz ədalətli fəaliyyəti inkar etməklə mümkündür. Əgər müşahidə etdiyimiz bu ədalətli işləri qəbul ediriksə, axirətin varlığını da zəruri olaraq qəbul etməyimiz lazım gəlir. Eyni anda bu ikisini (yəni həm ədalətli fəaliyyəti, həm də ədalətsizliyi, yəni axirətin gəlməyəcəyini) bərabər qəbul etmək isə, həqiqətlərin zidlərinə inqilab etməsi deməkdir. Bu (ədalət sahibi olduğu halda, ədalətsiz iş görməsi) isə, muhaldır (imkansızdır).

Digər izahlar üçün, aşağıdakı linkdə, 3-cü Üslub 2-ci başlıq: “Haşrın isbatı” maddəsinə bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-19-20-ci-ay%C9%99l%C9%99rin-t%C9%99fsiri

 

(Ustad Bədiü'z-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" adlı təfsirindən Bəqərə/4 təfsirindən nəql)

Read 40 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR