Bəqərə surəsi 19-20-ci ayələrin təfsiri
أَوْ كَصَيِّبٍ مِّنَ ٱلسَّمَآءِ فِيهِ ظُلُمَـٰتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَـٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلْمَوْتِ ۚ وَٱللَّهُ مُحِيطٌۢ بِٱلْكَـٰفِرِينَ
•
يَكَادُ ٱلْبَرْقُ يَخْطَفُ أَبْصَـٰرَهُمْ ۖ كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوْا۟ فِيهِ وَإِذَآ أَظْلَمَ عَلَيْهِمْ قَامُوا۟ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَـٰرِهِمْ ۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
"Yaxud (onların misalı), səmadan gələn leysana düşən kimsələrin misalına bənzəyir. Onda, zülmətlər, göy gurultusu və şimşək vardır. Ölüm qorxusu ilə, şimşəklərə qarşı qulaqlarını tıxayırlar. Allah, kafirləri əhatə edəndir." (Bəqərə/19)
"Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Hər dəfə (şimşək) onlara işıq verdiyində, onunla gedirlər; zülmət onları bürüdükdə isə, dayanıb dururlar. Əgər Allah istəsəydi, onların eşitməyini və görmələrini alıb aparardı. Şübhəsiz ki, Allah, hər şeyə qadirdir." (Bəqərə/20)
---------------------
Münafiqlərlə bağlı ikinci təmsilin təhlili:
Bil ki: Bu ayətə də, 3 cəhətlə baxılacaqdır:
1. Əvvəlilə nəzmi;
2. Cümlələri arasındakı nəzmi;
3. Hər cümləmin, öz cüzləri içindəki nəzmi.
Bunların bir-birilə olan irtibatı, saatın, saatlarını, dəqiqələrini, saniyələrini sayan əqrəblər kimidir.
-----------------------
-----------------------
✓ Bununla əvvəli arasındakı nəzm cəhəti:
Quran, münafiqlərin 2 qismə ayrıldığını; dəhşət və heyrət içindəki hallarını təsvirə ehtiyac duyduğuna bir işarət olaraq, onlarla bağlı yeni bir təmsil gətirdi və itnab etdi (sözü uzun tutdu).
~ Birinci təmsilin xülasəsi, budur:
Münafiq, özünü:
• "vücud/varlıq səhrası"nda, dostlarından qopuq;
• "kainat cəmiyyəti"ndən qovulmuş;
• "həqiqət günəşi"nin hökmündən xaric
olaraq görər. Onun nəzərində, hər şey, mədum (yox hökmündə)'dir. Bütün məxluqatı, bir-birinə yad; özlərinə yalnızlıq və hərəkətsizliyin hökm etdiyi cansız, səssiz varlıqlar olaraq görər.
İndi bir bax, belə biri harda; iman nuru ilə bütün varlıqları dost görən, bütün kainatla ünsiyyət edən möminin halı harda?!
~ İkinci təmsilin xülasəsi isə, budur:
Münafiq, aləmin bütün parçalarını, müsibətlərilə ona hayqırar; bəlaları ilə, onu təhdid edər; hadisələrilə, ona bağırar; fəlakətləri, onu hər tərəfdən əhatə edər bir şəkildə zənn edər. Sanki bütün varlıqlar, ona düşmənlikdə ittifaq etmiş; beləcə faydalı şeylər də, zərərliyə çevrilmişdir. Bu hal, -daha əvvəl də keçdiyi kimi- istinad və istimdad nöqtəsi olmamasından dolayıdır.
Bax, bunun halı, harda; iman vasitəsilə kainatın təsbihlərini (haşiyə) və müjdələrini eşidən möminin halı harda?!
------------------
(Haşiyə:
İsra/44 üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9...
------------------
Təmsilin təkrarı, münafiqlərin 2 qismə ayrıldığına ima (gizli işarət)'dir. Onların bir qismi, birinci təmsilə münasib düşən, aşağı, ami (avam) təbəqədir. Bir qismi də, ikinci təmsilə müvafiq olan təkəbbürlü məğrur təbəqədir.
Muxataba nəzərən təmsilin bu məqama münasibəti, budur:
Çöl insanı olan Quranın ilk muxatabları, səhranı, bir yastıq; səmanı, üzərlərinə bir çadır qılırlardı. Onlardan hər biri, ayədə təsvir edilən halı, ya şəxsən görmüş, ya da digər insanlardan eşitmişdi. Elə ki, ümumun hissi, belə bir təsvirə yad deyildi. Belə bir təsvir, məsəl kimi təsir edirdi.
Bunun birinci təmsilə münasibəti gizli olmayacaq dərəcədə, açıqdır. Bir çox ortaq nöqtələrə sahib olmağın yanında, ona bir təkmilə (kamilləşdirmə) və tətimmə (tamamlayıcı) kimidir.
----------------
----------------
Təmsilin münafiqlərə baxan cəhəti, 5-dir. (Belə ki):
1. Həm təmsildə, həm münafiqlərin halında, bütün qurtuluş yollarının qapanması və bütün qurtuluş səbəblərinin itməsilə, son dərəcə heyrət vardır.
2. Təmsildə halı bildirilənlər və bunların işarət etdiyi münafiqlər, ifrat dərəcədə qorxu içindədirlər. Hər biri, bütün varlıqları, özünə düşmənlikdə ittifaq etmiş zənn edər.
3. Təmsildə halı bildirilənlərdə və bunların işarət etdiyi münafiqlərdə, ağlı ibtixəl edəcək (yerindən oynadacaq, qarışdıracaq), onu heç bir şey anlamaz hala gətirəcək tərzdə, şiddətli dəhşət vardır. Bu, eynilə:
~ qılınc parıltılarını görüb, gözünü yumaraq qorunmağa çalışan və ya güllə səslərini eşidib qulağını tıxayaraq qurtulmaq istəyən; və ya
~ günəşin batmasını istəməyən birinin, fələkləri çevirən çarxın dönməməsi üçün, öz saatının çarxını dayandırmasına
bənzəyir. Necə də ağılsızlıq edirlər! Çünki, qulaq tıxamaqla, ildırıma əngəl oluna bilməz. Onlar, gözlərini yummaqla, yandıran şimşək, onlara mərhəmət etməz.
Burdan, onların, tuta biləcəkləri heç bir şeyin qalmadığı görülür.
4. Günəş, yağış, işıq və su, çiçək və bitkilərin həyat qaynağı olmaqla bərabər; onlardan ölü olanların və pislik halına gələnlərin iylənməsinə (çürüməsinə) də səbəb olarlar. Bənzəri bir şəkildə, rəhmət və nemət, özlərinə münasib, onların qiymətini bilən bir yer tapa bilmədiklərində, zəhmət və əzaba çevrilər.
5. Parçalarına, təfsilatına dalmadan, bir bütün olaraq baxıldığında, münafiqlərin halı ilə təmsili istiarə arasında bir tənasüb olduğu kimi; parçaları arasında da münasibətlər vardır.
Məsələn, yağış, bitkilərin həyatına səbəbdir. İslam da, ruhların həyatına...
Şimşək və göy gurultusu, vəd və vaidə (təhdidə) işarətdir. Qaranlıqlar isə, sənə, küfrün şübhələrini və nifaqın şəkklərini göstərər.
-----------------
-----------------
-----------------
✓ İkinci təmsilin cümlələri arasındakı nəzm cəhəti:
Bil ki: Quran, "أَوْ كَصَيِّبٍ مِّنَ ٱلسَّمَآءِ / Əv kə sayyibin minə'-səmə / Yaxud (onların misalı), səmadan gələn leysana (düşən kimsələrin misalına bənzəyir)."
deyərək, münafiqlərin halı, insana hürküntü verən bir səhrada, qaranlıq bir gecədə, şiddətli bir yağış (leysan) altında səfərə çıxmağa məcbur qalan kimsələrə bənzədiyinə işarət etdi. Yağışın damlaları, sanki bir müsibət kimi, hər tərəfdən özlərinə doğru gəlir. Səma, bunlarla doludur...
Muxatabın zehni oyanıb, əslində arzu edilən bir rəhmət olan yağışın dəhşətli bir müsibət olmasına heyrət edib, bunun səbəbinin açıqlanmasını istədi. Quran, yağışın dəhşətini təsvir üçün --->
"فِيهِ ظُلُمَـٰتٌ / Fihi zulumətun / Onda, qaranlıqlar vardır." dedi.
Necə ki, yağış, buludun zülmətinə (qaranlığına) və kəsafətinə (qatılığına) bir zərfdir; eyni şəkildə, ümumi və çox olması; ayrıca, hər tərəfi əhatə etməsilə, sanki qətrələri arasında, qara damlalar göndərən gecəyə də bir zərf olduğuna işarət etdi. (Yəni, sanki gecənin qaranlığı da parça-parça olmuş, qara qətrələr halında, yağışın qətrələri içindən, yağış qətrələrilə bərabər axıb gəlməkdədir.)
Quranın, "Onda qaranlıqlar vardır." deməsini eşidən hər kəs, "Görəsən, göy gurultusu da vardırmı?" deyə bir açıqlama gözləyərkən; sanki Mütəkəllim (danışan), muxatabın zehnindəki göy gurultusu sədasını eşitdi. --->
"وَرَعْدٌ / Və ra'dun/və göy gurultusu" dedi. Bununla, "Səma, varlıqların əmiridir; leysana düşən bu kimsələri həlak etməyə əzm etmişdir. Göy gurultusu ilə onlara bağırmaqdadır." şəklində, halın dəhşətinə və çətinliyinə işarət etdi. Çünki, dəhşət içindəki müsibətə uğrayan şəxs, özünə zərər vermək üzərə bir-birilə ittifaq edən kainatdan, sükun pərdəsi altında can sıxıcı bir hərəkət; sükut pərdəsi altında dəhşətli bir danışma xəyal edər. Göy gurultusunu də eşidincə, onu, təhdidlə özünə bağırır deyə vəhm edər. Çünki, qorxu səbəbilə hər səsi, əleyhinə zənn edər.
Göy gurultusunu eşidən muxatabın zehnində ---> dərhal, daimi rəfiqi olan şimşək/ildırım çaxar.
Bu kəlimənin əlif-lamsız gəlməsi, qərib, əcaib bir şey olduğuna işarətdir. Bəli o, öz zatında, əcaibdir. Onun doğması ilə, qaranlıq bir aləm ölər; bükülər və yoxluğa göndərilər. Birdən ölməsilə də, qaranlıq bir aləm dirilər; hər tərəfdən toplanarlar. Sanki o, bir atəşdir; söndüyündə, dünya dolusu bir duman buraxar.
Göy gurultusuna muxatab olan kimsədən, İlahi qüdrətin sənət incəlikləri özünə inkişaf etməsi üçün, diqqətlə ona nəzər etməsi; ülfət və adətə bina edilən səthi nəzər ilə baxıb keçməməsi gözlənər.
(Yəni, bu hadisədə, tövhid və haşrın dəlili vardır. Bu hadisəni müşahidə edən adam, düşünəcək ki, bu nə qəribə, qeyr-i adi hadisədir ki, şimşək çaxdı; işıq gəldi; ətraf aləm dirildi. O şimşəyin getməsilə də, o aləm getdi; zülmət gəldi.)
Bu təsvirdən sonra, sanki, muxatabın zehni, belə soruşaraq hərəkətə keçdi:
"(Elə isə), bu halda, onlar, necə hərəkət etdilər? Nəyə təşəbbüs etdilər?"
Quran, buna belə cavab verdi --->
"يَجْعَلُونَ أَصَـٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلْمَوْتِ / yəcəlunə əsabiəhum fi əzənihim minə's-savəiqi həzəra'l-məvt / Ölüm qorxusu ilə, şimşəklərə qarşı qulaqlarını tıxayırlar."
Yəni, onlar üçün bir sığınacaq, bir məlcə (sığınacaq), bir qurtuluş yoxdur. Onlar, boğulmaqda olan adam kimi; sarıla bilməyəcək şeyə sarılmağa çalışırlar. Dəhşətlərindən, barmaq ucları yerinə, barmaqlarını qulaqlarına soxurlar. Sanki, dəhşət, əllərinə vurur; onlar da, ağrılarından barmaqlarını qulaqlarına soxurlar. Ağılsızlıqlarından, ildırımlar özlərinə isabət etməsin deyə, qulaqlarını tıxayırlar.
Sonra, muxatabın zehni, "Müsibət, ümumidirmi? Yoxsa qurtulmağa ümid verəcək şəkildə xüsusidirmi?" deyə soruşub araşdırdı. Quran, ona belə cavab verdi --->
"وَٱللَّهُ مُحِيطٌۢ بِٱلْكَـٰفِرِينَ / Vallahu muhitun bi'l-kəfirin / Və Allah, kafirləri əhatə edəndir."
Bu ifadədə, müsibətin, onların nankorluqlarına bir cəza olduğuna işarət vardır. Cumhura əmanət edilən İlahi qanundan azmaları səbəbilə, Allah, onları cəzalandırmaqdadır.
Sonra muxatab, göy gurultusunun şiddətini eşidincə, "(Göy gurultusundan, bir faydaları olmaz. Ancaq) şimşək, onlara yolu göstərib fayda da damı vermir?" deyə öz-özündən soruşdu.
Quran da, ona belə cavab verdi --->
"يَكَادُ ٱلْبَرْقُ يَخْطَفُ أَبْصَـٰرَهُمْ / Yəkədu'l-bərqu yəxtafu əbsarahum / Şimşək az qalır ki, onların gözlərini çıxartsın."
Yəni, necə ki göy gurultusu, onlara düşmənlik edir. (Gurultudan) başqa heç bir şey eşitmirlər. Onun kimi, şimşək də, onlara düşməndir; parlaq işığı ilə gözlərini kor edir (bundan dolayı, bir şey görməzlər).
Kainatın, o münafiqlərə düşmənlikdə bir-birinə cavab vermələrini (yəni, yardımlaşmalarını) eşidən muxatabın zehni, "Görəsən onların aqibəti, nə oldu? Buna qarşı nə edəcəklər?" deyə səsləndi.
Quran, ona belə dedi --->
"كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوْا۟ فِيهِ وَإِذَآ أَظْلَمَ عَلَيْهِمْ قَامُوا۟ ۚ / Kulləmə ədaə ləhum, məşəv fihi; və izə əzləmə aleyhim, qamu / Hər dəfə, şimşək onların yolunu işıqlandırdığında, onunla gedirlər; zülmət onları bürüdükdə isə, dayanıb dururlar."
Yəni onlar, müşəvvəş, tərəddüd içində, heyrət halındadırlar. Ən kiçik bir fürsəti və yolu görmək üçün, ən kiçik bir ruyəti (görməyi) dəyərləndirmək istəyirlər. Yol, nə vaxt ki özlərinə görülsə, hərəkət edirlər. Ancaq bu hərəkətləri, ruhlarındakı izdirab səbəbilə, boğazlanmış canlının hərəkəti kimidir. Faydası olmadığını bilməklə bərabər, qısa addımlar atırlar. Qaranlıq, birdən özlərini bürüdüyündə isə, yerlərində donub qalırlar.
Sonra, muxatabın zehni, "Nə üçün ölmürlər və ya bütün-bütün kor və kar olmurlar? Ta ki, izdirabdan qurtulsunlar." deyə soruşmağa hazır ikən, Quran, belə dedi --->
"وَلَوْ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَـٰرِهِمْ / və ləv şəəllahu ləzəhəbə bi səmihim və əbsarihim / Əgər Allah istəsəydi, onların eşitməsi və görmələrini alıb aparardı."
Yəni onlar, izdirabdan qurtulmağa da, layiq deyillərdir. Bundan dolayı, İlahi məşiət, onları, dərhal öldürməz. Əgər etsə, göz və qulaqlarının getməsinə imkan verərdi. Lakin, Allahın qanunundan azan və sanki Ona qarşı sərkəşlik edən bu kimsələrə, İlahi cəzanı eşitmək üçün, qulaqlarının varlığı və əzabı görmək üçün də gözlərinin olması, daha uyğundur.
Sonra, bu qissə, ehtiva etdiyi bəzi nöqtələrlə, istididradi (dolaylı) olaraq, Allahın əzəmət və qüdrəti, kainatda təsərrüfü kimi məsələlərə də işarət edir. Muxatab, təbəi (dolaylı) olaraq, qissə içində göy gurultusu, şimşək və buludun heyrət verici hallarını düşünür. Bunları eşidən vicdanı oyaq kimsə, "Subhanallah! Bu kainat heybətinin təzahürü və bu müsibətlər qəzəbinin təcəllisi olan Zatın qüdrəti, necə də əzəmətlidir!" deyir.
Bax, bundan dolayı, ayə, belə dedi:
"إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ / İnnəllahə alə kulli şeyin qadir / Şübhəsiz Allah, hər şeyə qadirdir."
----------------------------
----------------------------
----------------------------
✓ Təmsildəki hər cümlənin parçalarının nəzmi:
~ "əv/və ya, yaxud"
Bil ki: "əv kə sayyibin"dəki "əv/yaxud" ifadəsi, münafiqlərin iki qismə ayrıldıqlarına işarətdir. Hər iki təmsil arasında və bu təmsillərlə, münafiqlərin halları arasında münasibət olduğuna rəmzdir. Ayrıca, bu bənzərliyin, müsəlləm olduğuna bir ima'dır.
Yenə burda, "əv" hərfi, daha ilərisini göstərən "bəl/hətta" mənasını da ehtiva edir. Çünki, ikinci təmsil, daha dəhşət vericidir.
-----------------------------
-----------------------------
~ "kə sayyib/leysan kimi"
Bu ifadənin, bir başa münafiqlərə tətbiq edilməsi müvafiq olmadığından; bir lazımın təqdirini (yəni, bəzi müqəddər cümlələri) gərəkdirir. Müqəddər cümlələri söyləməmək, icaz, yəni vəcizlik üçündür. Ləfzdə icaz (az söz ifadə etmək) isə, mənada itnab (sözü uzun tutmaq) üçündür. Bu isə, söz hansı məqamda söylənmişdirsə, ondan kömək alaraq, muxatabın xəyalına həvalə etməklə gerçəkləşir. Bundan dolayı, müvafiqliyin olmaması ilə, sanki belə deyir:
"Və ya, o münafiqlərin halı, bu kimsələrə bənzəyir:
Onlar, kimsəsiz bir səhrada, qaranlıq bir gecədə yola çıxdılar. Şiddətli yağan yağış səbəbilə, bəzi müsibətlərə məruz qaldılar."
Ayədə, mənus və məluf (ülfət, adət edilmiş) olan "matar/yağış" ləfzi yerinə, "şiddətli yağış, leysan" mənasında "sayyib" deyilməsi, bu yağış damlalarının, qəsdən onlara doğru atılan bir müsibət kimi olmasına; özlərini örtəcək bir şey olmadığından, onlara isabət etdiyinə bir rəmzdir.
--------------------------
İzahı:
Ayəyə diqqət edilsə, "sayyib/leysan" ilə, ona bənzədilən münafiqlər arasında, bir bənzərlik, müvafiqlik yoxdur. Yəni, madam ki, özü üçün misal gətirilən, münafiqlərdir. Əlbəttə, münafiqlər, insandırlar; yağış kimi deyildirlər, yağışa bənzəməzlər. Bundan dolayı, madam ki təmsildə, "kə sayyibin / (onlar), leysan kimidirlər." deyilmişdir. Elə isə, arada, mütləq bəzi müqəddər cümlələr vardır. Onlar da, bunlardır:
"Və ya, o münafiqlərin halı, bu kimsələrə bənzəyir:
Onlar, kimsəsiz bir səhrada, qaranlıq bir gecədə yola çıxdılar. Şiddətli yağan yağış səbəbilə, bəzi müsibətlərə məruz qaldılar."
Bununla bərabər, ayədə, insanların bildikləri "matar/yağış" ləfzi yerinə, "sayyib/leysan" kəliməsinin tərcihində, belə bir incəlik vardır:
"Sayyib" kəliməsi, "sabə" felindən gəlməkdədir. "Sayyib" kəliməsi, "atılan ox, isabət edən ox, mərmi" kimi şeylərdə də istifadə edilir. Bundan dolayı, ayə, burda, "sayyib" kəliməsilə, sanki belə məna ifadə edir:
"Sanki o leysanın dənələri, onlar üçün müsibətə çevrilmişdir. Yuxarıdan bir mərmi, ox kimi, üzərlərinə atılaraq; xüsusi olaraq tam onlara isabət etdirilir."
----------------------
----------------------
~ "minə's-səma/səmadan"
Yağışın səma cəhətindən gəldiyi çox açıq olmaqla bərabər; bunun bu şəkildə ifadə edilməsi, təxsis (xas qılmaqla) təmimə (ümumiləşdirməyə); təqyid ilə itlaqa imadır. Bu ayə, təqyidə bir misaldır:
...وَمَا مِن دَآبَّةٍ فِى ٱلْأَرْضِ وَلَا طَـٰٓئِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ
"Yerdə nə qədər canlı və 2 qanadı ilə uçan nə qədər quş varsa..." (Ənam/38)
Yəni, bu yağış, səmanın üfüqlərini tutmuş, əhatə etmişdir.
Bəzi müfəssirlər, bu ayədəki "minə's-səma" ifadəsindən və:
...وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مِن جِبَالٍ فِيهَا مِنۢ بَرَدٍ...
Və yunəzzilu minə's-səməi min cibəlin fihə min bəradin...
"...Allah, səmadan, ordakı dağlardan dolu endirir..." (Nur/43)
ayətindən yola çıxaraq, yağışın, səmanın cirmindən gəldiyini söyləmiş; hətta bəziləri, səmanın altında bir dənizin varlığını təxəyyül etmişlərdir. Ancaq, bəlağat nəzəri, bu görüşün üzərində, həqiqət sikkəsi görməz. Doğrusu, məna, "səma cəhətindən" deməkdir. Bunun qeydli ifadə edilməsi, sənin də bildiyin məna etibarı ilədir.
Ayrıca, bu da deyilmişdir: Səma, sənin üzərinəki hər şeydir. Bu halda, bulud da, hava kimi səmaya daxil olur.
----------------------------
İzahı:
Müəllifimizin, "səmadan" kəliməsindən çıxardığı 2 incəlik, bunlardır:
1. "Səmadan" kəliməsinin zikri, ümumiyyət ifadə etmək üçündür. Bəli, bədihi/açıqdır ki, yağış, göydən gəlir. Ancaq hardan, hansı tərəfdən? Bu, bəyan edilməmişdir. Elə isə, "Səmanın hər tərəfindən, hər cəhətindən gəlir." deməkdir.
2. Həm Quran, bu "səma" qeydilə, yağışın itlaqına da işarət etmişdir. Yəni, yağışın hər növü muraddır. Sadəcə bir növü, bir qismi deyildir. Yəni, səmanın hər tərəfindən gələn yağışın bir növü anlaşıla bilərdi. Bax bu "səma" ləfzinin zikrilə ifadə edilir ki: "Sanki o yağışın hər növü, səmanın hər tərəfindən yağır, gəlir."
• Mütləq və muqayyəd üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mutl%C9%99q-v%C9%99-muqayy%C...
• Amm və xass üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem%C9%99kdirl%C9%99r
------------------
------------------
Məqamın təhqiqi:
Allahın qüdrəti cəhətindən baxarsansa, cəhətlər, bərabərdir. Yəni, hansı cəhətdən olursa olsun, mümkün olar.
Allahın İlahi hikməti cəhətindən isə, yağış, havada yayılan 10 ayrı maddədən (yəni, azot, oksigen, helium, argon, neon, kripton, xeon, karbondioksid və s.) biri olan və dərinlərində yayılmış olan su buxarının qatılaşmış şəklidir. Çünki, İlahi hikmət, əşyada ən gözəl bir nizam təsis etmişdir. Bu nizam, ümumi müvazinə (balans)'ın mühafizəsini gərəkdirir. Bu da, ən yaxın vəsilələri və yolları tərcih etməyi gərəkdirir.
Bunun izahı:
İlahi iradə əmr etdiyində, yağış zərrələrinin hər biri, ətrafdan və hər dərin vadidən yola çıxar; yağış yüklü buludlar şəklində toplanarlar. Sonra, "Əmirləri"nin iradəsilə, bəzilərinin qatılığı artar; yağış damlaları halına gələrlər. Qanunların müməssilləri (yəni, təmsilçiləri) və nizamların makəsi (əks etdiyi yer) olan mələklər, bunların bir-birinə zəhmət verməməsi və toqquşmaması üçün, əllərilə tutar; onları yerə buraxarlar. (haşiyə)
------------------------
(Haşiyə:
Mələklərin varlığının əqli isbatı üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99rin-va...
-------------------------
Atmosferdəki balansı qorumaq üçün yağışla boşalanların yerlərinin dolması lazımdır. Dənizdən və qurudan buxarlaşmalarla, bunların yerləri doldurular.
Bəzilərinin göydə bir dənizin varlığını təxəyyül etmələri, məcazı həqiqət zənn etməkdən ibarətdir. Çünki, göy üzü, dəniz rəngi daşıyır. Böyük Okean'dan daha çox su ehtiva edir. Dolayısı ilə, dənizə bənzədilməsi, ağıldan uzaq deyildir.
-------------------------
-------------------------
"Allahın, səmadakı dağlardan dolu endirməsi"nə (Nur/43) gəlincə, bil ki:
Ayədə, istiarə sənəti (haşiyə) o dərəcə bariz ikən; zahiri ibarəyə ilişib qalmaq, soyuq bir donuqluq və açıq bir sönüklükdür. Çünki, məsələn, ayədə, "qavarira min fiddatin / gümüşdən büllurlar" (İnsan/16) deyilməsi, bədii bir istiarədir. "Səma dağlarından dolu yağdırılması" da, bənzəri, bir qeyr-i adi, bədii bir istiarəni ehtiva edir. Çünki, cənnətin qabları, şüşədən və gümüşdən deyildir; şüşə şəffafiyyətində və gümüş bəyazlığındadır. Növləri fərqli olması səbəbilə, şüşə mahiyyəti gümüş mahiyyətindən fərqli olunca; "min/dan, dən" hərfini əlavə ilə, istiarəyə işarət etmiş oldu. Bənzəri bir şəkildə, "səma dağlarından dolu endirilməsi", muxataba nəzərən şairanə bir xəyal üzərə qurulan 2 istiarə ehtiva edir. Bu xəyal isə, ülvi aləmin (yəni, uca olan səmanın) təməssülü ilə, süfli aləmin (yerin) təşəkkülü arasında bir bənzərlik mülahizəsi üzərinə qurulmuşdur. Bu mülahizə isə, qüdrət əlindən surət geymə xüsusunda, yer ilə atmosfer arasında bir yarış və rəqabət təsəvvürü üzərinə qurulmuşdur. Sanki yer, qışda qar və dolu ilə bürünmüş bəyaz libaslı; baharda, başına sarıq sarmış dağlarla ortaya çıxdı; yayda isə, rəngarəng baxçalarla bəzəndi. Bu inqilablarla hikmət nəzərində, İlahi qüdrətin möcüzələrini göstərdi. Buna müqabil olaraq, atmosfer də, İlahi əzəmətin möcüzələrini göstərmək üçün, yerə bənzəyərək və onunla yarışaraq müqabilə etdi (yəni, qarşılıq verdi). Parça-parça buludlarla, dağ, təpə və vadi mənzərələrilə libas geyindi; yerin rəngarəng baxçalarını xatırladan görüntülərilə ortaya çıxdı; İlahi əzəmətin ən açıq və ən böyük dəlillərinə işarət etdi.
Bax, ərəb üslubu, bu görünüş, bir-birinə bənzəmək və xəyali təvəhhümdən dolayı, buludu, xüsusilə yay buludunu, dağlara, gəmilərə, baxçalara, vadilərə və dəvə qruplarına bənzətməyi istihsən etdi (gözəl gördü), xoş qarşıladı. Necə ki, ərəbin xitablarında, bunları eşidərsən.
---------------------
(Haşiyə:
İstiarə nədir?
İstiarə, bəliğ (bəlağatlı) bir təşbihdir ki, 2 tərəfindən biri, hazf edilmişdir (düşürülmüşdür). Əlaqəsi, daim təşbihdir. Yəni, ya müşəbbəh (özü üçün bənzədilən), ya da müşəbbəh bih (özü ilə bənzədilən)'dən biri hazf edilən bəliğ təşbihə deyilir. Əgər müşəbbəh, məhzuf (hazf edilmiş); müşəbbəh bih, məzkur (zikr edilmiş)'dirsə, ona, musarraha istiarə deyilir. Müşəbbəh, məzkur; müşəbbəh bih, məhzufdursa, buna da məkni istiarə deyilir.
Təşbih isə, onda, 2 əsas rükn, yəni, müşəbbəh və müşəbbəh bih'in zikr edilməsi lazımdır. Yəni, hər ikisi də məzkurdursa, ona "təşbih" deyilir. İkisindən biri, məhzufdursa, ona da istiarə deyilir. ("əl-İstiarətu fi İlmi'l-Bəyan")
---------------------------
Bəlağat nəzərilə baxıldığında, xəyala belə gəlir:
Yay buludunun parçaları, atmosferdə səyahət edib üzərkən, sanki göy gurultusu, bunları, musiqilə sövq edən bir saiq və bir çobandır. Havadakı "böyük okean"da, hər nə vaxt ki, şimşək, əsasını bunların başına uzatsa, bu parçalar titrəyər, sarsılar, haşra rast gəlmiş dağları xatırladarlar. Və ya qasırğanın oynadığı gəmilər kimi olarlar. Və ya altından zəlzələlərlə sarsılan baxçalara bənzəyərlər. Və ya quldurdan hürküb qaçan karvanlar kimi olarlar.
Bununla bərabər, Xaliq'lərinin əmrilə yola davam edərlər. Elə ki, bu buxar zərrələrindən hər bir zərrə, ilk əvvəl, yerində səssiz və sakit gizlənər; Xaliq'inin əmrini gözləyər. Əskərin borazanı misalı, göy gurultusu, bunlara "toplanın, birləşin" deyə nida etdiyində, dəvətinə icabət edərlər. Olduqları yerdən sürətlə çıxar; bulud şəklində toplanarlar. Vəzifələrini ifadan və istirahət əmrindən sonra, hər kəs, öz yuvasına uçar.
Buludla dağ arasında, qonşuluq vardır. Çünki dağ, rütubəti çəkdiyi üçün, bulud, onun üzərində görülür, şəkillənir, onun libasını geyinir. Bax, buludla dağ arasında bu xəyali münasibətdən və qonşuluqdan dolayı,
~ buludun, qar və dolu bəyazlığında rəngə sahib olması;
~ qar və dolunun rütubət və soyuqluğu ilə keyfiyyət qazanması;
~ bulud və dağ arasındakı qardaşlığın varlığı və bir-birinin surət və libaslarını mübadilə etmələri;
~ Tənzilin (Quranın) mənzillərində (yəni, bir çox yerlərində), bir-birilərilə musafaha etdikləri (əl ilə salamlaşdıqları) kimi; aləm kitabının yer səhifəsinin sətirlərində, bir-birilə danışmaları və qucaqlaşmaları, məsələn, buludu, dağa qonan görərsən; dağın, bulud gəmiləri üçün dəmir atdıqları bir liman; buludla bir məşvərət yeri; və ona, bir növ quş yuvası olması kimi hallarla, bəlağat nəzərində qonşuluq hökmülə, dağ və buludun mübabilədə olmaları, bir-birilərindən borc şeylər almaları
səbəbilə, təşbihi göz ardı edib, buluddan "dağ" deyə bəhs edilməsi, çox uyğun olmuşdur.
Beləcə, eşitmiş olduğun bu münasibətləri bildikdən sonra, başa düşərsən ki, "səmadakı dağlardan dolu endirilməsi", "səma cəhətindən, dağ kimi buludlardan, dolu rəngində, rütubətində və soyuqluğunda endirilməsi"ni ifadə edir.
Ey muxatab! Bəlağatın qəbul etdiyi belə bir təvil var ikən; hər şeyi sənətcə mükəmməl qılan Allahın hikmətinə müxalif bir şəkildə, 2 dəqiqədə 500 illik məsafədən yağışın endiyinə etiqad etməyə səni məcbur edən, nədir?
(Yəni, Ustad Nursi, ayəyə, zahirə görə məna verib, burdakı istiarəni qəbul etməyənlərə deyir ki:
Bu şəkildə təşbih və təvil, məqbul, müstəhsən, əqlən, hikmətən də münasib olduğu halda, nə məcburdur, İlahi hikmətə müxalif, əqlən, nəqlən, fənnən də zidd olan təvilə, təsvirə cəhd edirsən? Sanki, səmada, doludan mütəşəkkil böyük dağların mövcud olduğunu; və o yağışın, o 500 illik məsafədə olan dağlardan, 2 dəqiqə kimi qısa bir zamanda dünyaya endiyini qəbul edib; bu xürafə fikrə qapılırsan.)
-----------------------
-----------------------
~ "fihi zulumətun / onda qaranlıqlar vardır"
Onların, dəhşət içindəki vəziyyətini ifadə üçün sövq edilmiş olan bu cümlələrin parçalarına gəlincə:
• "fihi/onda" ifadəsinin təqdimi (önə alınması), buna işarətdir:
Həm belə dəhşətli bir hala düşən; həm də xəyalən hadisəni yaşayan muxatab, sanki çox gecələrin qaranlığının bu gecəyə tamamilə boşaldıldığını təvəhhüm edər.
Şiddətli yağış, əslində o gecədə məzruf (zərfin içindəki şey) ikən; qaranlıqlara zərf edilməsi, bu müsibətdən dəhşətə qapılan şəxsin aləm fəzasını yağış dolu bir hovuz zənn etdiyinə bir rəmzdir. Gecə isə, ancaq, onun əczası (parçaları) arasında, parça-parça bir məzrufdur.
• "zulumətun/qaranlıqlar" ifadəsinin cəm gəlməsi, qaranlıqların növbənöv olduğuna imadır:
- qapqara buludların zülməti;
- bu buludların qatılığı və hər tərəfi əhatə etməsi;
- yağış damcılarının ard-arda və qatı bir şəkildə gəlməsi;
- gecənin qaranlığının qat-qat olması (hamısı bir zülmət, qaranlıqdır).
"Zulumətun" kəliməsinin əlif-lamsız gəlməsi, bu qaranlıqların bilinməməsindən və muxatabın cəhlindən dolayıdır. Belə gəlməsi, "qaranlıqlar" mənasını təkid edir.
-------------------
İzahı:
Müəllifimiz Ustad Nursi:
• "fihi zulumətun/onda qaranlıqlar vardır" cümləsini təhlil edərkən, bu cümlənin, 2 mühim bəlağat incəliyi ifadə etdiyini bəyan etməkdədir. Belə ki:
1. Bu cümlə, bir isim cümləsidir. İsim cümləsində, qayda gərəyi, əksəriyyətlə, mübtəda, əvvəl; xəbər isə, sonra gəlir. Bu təqdim və təxir (yəni, bəzən xəbərin iləri alınması) da, ancaq bir nüktə (incəlik) üçün edilir. O da, mübaliğə və hasrdır.
"Fihi" xəbərinin iləri alınmasındakı incəliyə gəlincə:
Bu cümlənin hədəfi, sövq ediliş qayəsi, təhvil (qorxutmaq) üçündür. Yəni, həm o leysana düşən şəxsi; həm də bu haldakı kimsənin qissəsini eşidən və xəyalən o vəziyyəti zehnində hazır edib düşünən dinləyicini qorxutmaq və o halın dəhşətini xəbər vermək üçündür.
Bax, bu qissəni eşidən, öz xəyalında o halı hazır edən dinləyicinin xəyalı vəhm edər ki, o gecə, elə qaranlıq, elə dəhşətlidir ki, sanki, çox gecələrin qaranlıqları toplanmış, bu adamın gecəsində cəm olmuşdur. Onun üçündür ki, belə qat-qat qaranlıq içində görünməkdədir.
2. Bu ayədə keçən "fihi/onda (var)" kəliməsindəki "huvə/o" damiri (şəxs əvəzliyi), "leysan" kəliməsinə qayıtdığı üçün, göstərir ki, burda zərf, "leysan" kəliməsidir; məzruf isə, "qaranlıq"dır. Əslində isə, "leysan", məzruf; "qaranlıq" isə, zərf olmalıdır. Çünki, bu hadisədə, yağış, gecənin içində, gecə yağmaqdadır. Bəs yaxşı, elə isə, nə üçün: "O leysanın içində, qaranlıqlar vardır." deyildi?
Ustad Bədiü'z-zaman, buna belə cavab verir ki:
Bu zərf ilə məzrufun yer dəyişdirmələri xüsusundakı incəlik, budur:
O dəhşətli müsibətə məruz qalan adam, zənn edər ki, sanki atmosfer, bir hovuz kimi olub; tamamilə yağışla dolmuşdur. Dolayısı ilə, yağış suyu, bütün səma üzünü əhatə etmişdir. Gecənin qaranlığı isə, parça-parça olmuş; parçaları isə, o səmadakı hovuz içində dağılmış halda görünməkdədir. Sanki yağışın hər bir damlası içində, gecə qaranlığından bir parça vardır. Hər yağış damlası, o qaranlıq ilə bərabər yerə enir kimi dəhşətli bir vəziyyət ərz edir. Sanki o yağış, göydən, qaranlıq damlalar halında yer üzünə enir kimi bir mənanı təsvir edir.
• "zulumətun/qaranlıqlar" kəliməsinin cəm halda gətirilməsi isə, zülmətin, yəni qaranlığın, növbənöv olmasına ima etmək üçündür. Bunlar isə, yuxarıda Müəllifimizin zikr etdikləridir.
Həm bu "zulumətun" kəliməsinin nəkirə/qeyr-i müəyyən gəlməsi, yəni başında əlif-lam gətirilməməsi, bu qaranlıqların bilinməməsi və muxatabın cəhli üçündür. Yəni, elə bir qaranlıq vardır ki, o qaranlığın mahiyyətini, nə üstünə yağan bilir; nə də dinləyən başa düşə bilir.
--------------------------
--------------------------
~ "və ra'dun və bərqun / və göy gurultusu və şimşək (var)"
Bil ki: Bu təmsildən məqsəd, onların heyrət və dəhşətini təsvirdir. Belə bir müsibətə məruz qalıb nə edəcəyini bilməyən heyrət içindəki insan, ən kiçik bir hadisəyə də bütün diqqət və nəzərini toplayar. Bax, nəzərlərini toplamaları səbəbilə, göy gurultusu və şimşəkdə mövcud olan heyrət verici inqilablar və qərib təhəvvülləri (dəyişiklikləri) başa düşməyə çalışarlar.
Çünki, bu müsibətə məruz qalan kimsələr, kainatı əhatə edən, varlıqları udan, sanki yoxluğu xatırladan bir qaranlıq gördüklərində, heyrətləri, yalnızlıq qəmi və ölüm səssizliyinə çevrilər. Çünki, ülvi aləmin danışması olan varlıq dəlillərinin ən zahirini görürlər; ardından, pərdənin açılması ilə ortaya çıxışını müşahidə edirlər.
Nəzərləri dəhşətə qapılan, nə edəcəyini bilməz, qorxan kimsənin nəzərinə çevrilər. Çünki onlar, sonsuz bir fəzada heç bir şəkildə, heç bir ümid buraxmayan sonsuz qaranlıqları gördüklərində, ümidsiz bir baxışla baxarlar. Bənzəri bir şəkildə, fəzadan boşaldılan qaranlığın birdən yox olması və onun yerinə bir nur gəlməsi, onların mütləq ümidsizliyini, ümidə çevirər.
Bil ki: Göy gurultusu və şimşək, qeyb aləmi cəhətindən, çox açıq 2 İlahi ayədirlər. Bunların cilovları, bulud aləminin qanunlarını tənzimə vəzifəli mələklərin əllərindədir.
Sonra, İlahi hikmət, nəticələri səbəbləri bağlamışdır. Havada yayılmış su buxarından bulud təşəkkül etdiyində, bunun bir qismi, mənfi yüklü elektrik, digəri də müsbət yüklü elektrik daşıyar. Bunlar bir-birilərinə yaxınlaşdıqlarında, birdən toqquşar, beləcə şimşək əmələ gələr.
Sonra, hücum etməsi və birdən mövcud olduğu yerdən qaldırılması, -fəzada boşluq olmadığından-, başqasının onun yerini doldurması səbəbilə, bulud təbəqələri titrəyər və dalğalanar; bundan da, göy gurultusu meydana gələr.
Bütün bu hallar, ra'd (göy gurultusu) və bərq (şimşək) ilə (vəzifəli) mələklərin təmsil etdiyi nizam və qanuna görə cərəyan edər.
Göy gurultusu və şimşək buluddan çıxdığı halda, yağışın bunlara zərf olması, belə qorxunc bir halı yaşayan və o halın qorxusu ilə dəhşətə qapılan şəxsin, yağışın hər tərəfdən özünü əhatə etməsi səbəbilə, onu hər şeyi əhatə edir deyə görməsindəndir.
Ayədə, "zulumət/qaranlıqlar" (kəliməsinin) cəm ifadə etməklə bərabər; göy gurultusu və şimşək, müfrəd (tək halda) gətirilmişdir. Çünki bunlar, məsdəri bir mənadırlar, kəlam və "parlaq əl" deyildirlər.
(Yəni, qayda gərəyi, məsdəri məna, müfrəd ilə ifadə edilir, müfrəd olur. Yəni, "ra'dun" kəliməsi, məsdəri mənası olan "iradun/guruldamaq" mənasında istifadə edilmişdir. Yenə, "bərqun" kəliməsi, məsdəri mənası olan "ibraq/çaxmaq, işıqlandırmaq" mənasında istifadə edilmişdir. Yəni, ayədə nəzərə verilən, "göy guruldaması" və "şimşək çaxması"dır.
Kəlam və parlaq əl deyilməsi isə, göy gurultusundakı səsə və şimşəkdəki parlaq işığa baxır.)
Bunda, belə bir işarət vardır:
Bu hala məruz qalan şəxsin dəhşətə qapılmasının mənşəyi, səmanın gurultu ilə bağıraraq danışıb təhdid etdiyini; işıq yandıraraq pərdəni qaldırdığını xəyal etməsidir.
Yenə, gərək göy gurultusu, gərəksə də şimşək (in tək halda gətirilməsi, işarətdir ki), hər nə qədər fərdləri çox olsa da, bir növdürlər; bu da, müfrəd gətirilmələri üçün, kifayət edici bir səbəbdir.
(Not: Dəyərli oxuyucu, bu təmsildəki göy gurultusu və şimşəyin həqiqətdə nə olduğu, aşağıdakı maddədə, belə izah edilə bilər:
Göy gurultusu və şimşəkdən murad, Quranın, münafiqlər əleyhindəki bütün təhdidləridir və tövhid dəlilləridir.)
Göy gurultusu və şimşəyin tənvinli (sonu, "un" ilə) gəlməsi, sifətdən bədəldir. Yəni, şiddətli bir göy gurultusu və göz qamaşdıran bir şimşək deməkdir.
Yenə, onlarda olan heyrət verici hallara diqqətli bir nəzərlə baxılması səbəbilə, bunlara ülfəti olmadıqlarına dəlalət edər.
Yenə, təmsildə, buna muxatab qılınan şəxslərin qulaqlarını tıxayıb gözlərini qapamaları səbəbilə, bu göy gurultusu və şimşəyi bilmədiklərinə bir imadır.
-------------------------
-------------------------
يَجْعَلُونَ أَصَـٰبِعَهُمْ فِىٓ ءَاذَانِهِم مِّنَ ٱلصَّوَٰعِقِ حَذَرَ ٱلْمَوْتِ
Yəcəlunə əsabiəhum fi əzənihim minə's-savəiqi həzəra'l-məvt.
Yəni:
"Ölüm qorxusu ilə, şimşəklərə qarşı qulaqlarını tıxayırlar."
Bu cümlənin parçaları:
Bil ki: Bu, müqəddər bir suala cavabdır və gözəl bir istinaf'dır. Çünki, qissəni dinləyən kimsə, bu hissə xitab edən təmsili qissəyə yönəldiyində, müsibətin həllini kəşf etməyə, içində şiddətli bir meyl meydana gəldi. Sonra, təsvir, təsviri tamamlayıb, arzusuna çatınca; bu dəfə də, bu hala giriftar olanın halını kəşf etməyə yönəldi. Sail (sual soruşan), sanki belə soruşur:
"Bu hala düşənin halı, nə oldu? Qurtulmaq üçün nəyə təşəbbüs etdi?"
Quran da, "Ölüm qorxusu ilə, şimşəklərə qarşı qulaqlarını tıxayırlar." deyərək buna cavab verdi.
Yəni, "Onlar üçün bir qurtuluş yoxdur. Onlar, boğulmaqda olan birinin, əslində sarılmaması lazım gələn bir şeyə sarılması kimi; səmadan gələn mancınıqlara qarşı qulaq tıxayaraq, qorunmağa çalışır. Belə bir qurtuluş səbəbi imkansız olduğuna görə; qurtuluş səbəbi qalmamışdır, deməkdir."
-----------------------
İzahı:
İstinaf nədir?
Lüğətdə, "yeni" mənasına gələn "unuf" və ya "bir şeyin başı, ucu, burun" mənasındakı "ənf" kökündən meydana gələn "isti'naf" kəliməsi: "yenidən başlamaq, yeniləmək, təkrarlamaq" deməkdir.
Məani elmində, "əvvəlki cümlənin gərəkdirdiyi və bu cümlədə gizli olan suala cavab məsabəsində olması səbəbilə, ardınca gələn cümləni, vav /və bağlayıcısı istifadə etmədən ayırmağ"a, "isti'naf" deyilir.
Əvvəlki cümləyə vav ilə bağlanmayaraq ondan ayrılmış olan ikinci cümlə, "isti'naf" və "mustə'nəfə" adlandırılır.
Açıq sual və cavab cümlələri arasında olduğu kimi; gizli suala cavab məsabəsindəki istinaf cümləsilə əvvəlində gələn cümlənin arasında, vav yer almaz.
Bundan əvvəlki cümlə olan "fihi zulumətun və ra'dun və bərqun = onda (yəni, o leysanda), qaranlıqlar, göy gurultusu və şimşək vardır." cümləsinə diqqət edilsə, "Yəcəlunə əsabiəhum fi əzənihim minə's-savəiqi həzəra'l-məvt = Ölüm qorxusu ilə, şimşəklərə qarşı qulaqlarını tıxayırlar." cümləsi arasında "və" və bənzəri ətf hərfləri gətirilməmiş; və bu cümlə, yeni, müstəqil bir cümlə kimi başlamışdır. Bu isə, bu 2 cümlə arasında, müqəddər bəzi cümlələrin olduğunu göstərir. Ki, Müəllifimiz, mətn içində bunu qeyd etdi.
----------------------------
----------------------------
~ "yudxilunə/daxil edirlər" yerinə, "yəcəlunə/qılırlar" kəliməsinin istifadə edilməsi, onların, qurtuluş səbəblərini araşdırdıqlarını; ancaq, sadəcə süni və zənni səbəblərə rastlaya bildiklərinə imadır.
Bunun, bu anda olur kimi geniş zaman siğası ilə istifadə edilməsi, heyrəti həyəcana gətirən belə halda, dinləyən kimsənin, hadisənin zamanını və hadisənin məkanını xəyalına gətirdiyinə bir rəmzdir. Ayrıca, bu siğada, yenilənən bir davamlılıq vardır. Bu davamılılıqda, ard-arda göy gurlaması gəldiyinə bir ima vardır.
------------------------
İzahı:
Müəllifimiz Ustad Nursi (rahiməhullah), deyir ki:
Nə üçün ayədə, "Barmaqlarını qulaqlarına daxil edirlər." mənasında olan "yudxilunə" kəliməsi yerinə; "Barmaqlarını, qulaqlarına (tıxamağı) qılırlar." mənasında olan "yəcəlunə" feli gətirildi? Bunda, necə bir incəlik vardır?
Ustad Nursi cavab olaraq deyir ki:
Çünki bu, həqiqi bir çarə və həqiqi bir fel olmadığı; əksinə, müvəqqəti bir çarə və cali (süni) və zənni bir fel olduğundan, həqiqi idxal mənasında olan "yudxilunə" kəliməsi yerinə; cali və zənni fel ifadə edən "yəcəlunə" kəliməsi istifadə edildi.
"Yəcəlunə" felinin, geniş zaman formasında (yəni, indiki və gələcək zamanı da əhatə edəcək bir formada) zikr edilməsinin səbəbinə gəlincə, Ustad Nursi deyir ki:
Bunun səbəbi, belə bir həyəcanlı bir məqamda, heyrəti təhrik edici bir hadisədə, dinləyici istəyər ki, keçmişdə cərəyan edən bir hadisəni, indiki zamanda xəyalı ilə düşünsün. O hadisənin yerini və vaqe olma zamanını, zehnində indi hazırlasın və xəyalın gözü önünə gətirib canlandırsın.
Bununla bərabər, geniş zaman siğasında, yenilənmə vardır. Bu da işarət edir ki, onların o müsibətli halları, davamlı təkrarlanır; ardı-arası kəsilmir ki, o müsibətdən qurtulsunlar.
-------------------------
-------------------------
~ "əsabiəhum/onların barmaqları":
Ayədə "barmaq ucları" ifadəsi yerinə; "barmaqları" deyilməsi; barmaq ucu yerinə barmaqları istifadə edilməklə, son dərəcə heyrətlərinə işarətdir.
------------------------
İzahı:
Burda, barmaq uclarını ifadə edən "ənəmil" kəliməsinin gətirilməsi, daha münasib ikən; onun yerinə "barmaqlar" mənası ifadə edən "əsabiəhum" kəliməsinin gətirilməsi işarət edir ki, göy gurultusunun sədasından, qorxularının şiddətindən heyrətə düşərək, qulaqlarına barmaq uclarını daxil etmələri lazım gəldiyi halda; barmaqlarını daxil etdilər.
------------------------
------------------------
~ "fi əzənihim/qulaqlarına"
Göy gurlamasından son dərəcə qorxduqlarına imadır. Hətta onlara elə gəlir ki, əgər göy gurultusu qulaq pəncərəsindən içəri girsə, ağız qapılarından ruhlarını uçuracaq!
Yenə onlar, Haqqın nidasına və nəsihətə qulaqlarını açmadıqları üçün, bu cəhətdən göy gurultusu nərələrilə cəzalandırıldıqlarına lətif bir rəmz vardır. O vaxt, qulaqlarını tıxadıqları üçün, indi də belə qapamağa məcbur qaldılar. Məsələn, biri, çirkin bir söz söyləyər; ağzından çıxan bu söz üçün, ağzına vurular. O da, ağzına peşmançılıq (sağ) əlini soxar; gözünə də xəcalət (sol) əlini qoyar.
--------------------------
--------------------------
~ "minə's-savaiqi/ildırımlardan"
Bu halda olan kimsəyə, göy gurultusu və şimşəyin zərər verməkdə ortaq hərəkət etdiklərinə işarətdir. Çünki ildırım, kimə rast gəlsə yıxan və bərabərində yandırıcı atəş olan şiddətli səsdir.
------------------------
------------------------
~ "həzəra'l-məvt/ölüm qorxusu ilə"
Bəlanın, son həddə çatdığına; həyat-məmat halına gəldiyinə; dolayısı ilə, onların tək dərdinin, ölüm qayğısı və həyatı qorumaq olduğuna işarətdir.
------------------------
------------------------
~ "Vallahu muhitun bi'l-kəfirin / və Allah, kafirləri əhatə edəndir."
Bil ki: "və" hərfi, münasibəti gərəkdirir. Münasibət isə, ancaq, bununla əvvəlki cümlənin tabisi (lazımı) arasında olandır. Sanki bu "və" hərfi, onlara bunu oxumaqdadır:
"Onlar, şəhər həyatından qaçdılar; mədəniyyətdən hürkdülər; gecənin, bir istirahət vəsiləsi olması qanununa üsyan etdilər; nəsihət edənin sözünü dinləmədilər. Beləcə, qurtuluşun səhraya çıxmaq olduğunu zənn etdilər. Ancaq, umduqlarından məhrum qaldılar. Və Allahın bəlası, onları əhatə etdi.
-------------------
-------------------
~ "Allah":
Allah ləfzi, onların, son ümidlərinin də kəsildiyinə bir rəmzdir. Çünki, başına müsibət gələn, hər şeydən əvvəl və sonra, Allahın rəhmətinə sığınar; onunla təsəlli tapar. Onlar isə, Allah Taala'nın qəzəbinə layiq olduqlarında, bu ümid, onlar üçün söndü.
---------------------
---------------------
~ "Muhit/əhatə edən":
Bu ləfz, muhit müsibətlərin, Allah Taala'nın qəzəb əsərləri olduğuna imadır. Necə ki səma, bulud, şiddətli yağış və gecə, 6 cəhətdən onlara hücum edir. Onun kimi də, Allahın qəzəbi və bəlaları da, onları əhatə etmişdir.
Yenə, Allahın elmi və qüdrəti, kainatın hər şeyini əhatə etmişdir. Onun əmri, bütün zərrələrə şamildir. Sanki "muhit" kəliməsi, onlara bunu oxuyur:
"Göylərin və yerin sərhədlərindən çıxa bilməzsiniz." Hara yönəlsəniz, Allahın üzü ordadır." (Bəqərə/115)
---------------------
---------------------
~ "bə" hərfinin təəlluqu, qaçdıqları şeyin başlarına gəldiyinə; beləcə, oxlara hədəf olduqlarına işarətdir.
("Bi" hərf-u cərrin mənalarından biri, mülabəsət/bitişiklikdir. Onların qaçdıqları şey isə, qəzəb və müsibətlərdir. Allahın qəzəb və bəlaları, sanki bunlara bitişmişdir. Ondan qaça bilməmişlərdir.)
--------------------
--------------------
~ "kəfirin/kafirlər":
Muxatabın zehni təmsilə ilişib əsl məqsədi unutmasın deyə, münafiqlərin timsalının (mənəvi şəxsiyyətinin) təmsil aynasında göstərilməsinə işarətdir.
Yenə, təmsil ilə münafiqlərin halının o dərəcə bir-birinə bənzədiyinə və aralarındakı məsafənin çox-çox azaldığına; elə ki, bərabər görüldüklərinə; beləcə, həqiqətin, xəyalla imtizac etdiyinə bir rəmzdir.
Yenə, qəlblərinin zülmətinə də bir imadır. Çünki, vicdanları da, qüsurları və cinayətləri səbəbilə, onları əzablandırmaqdadır. Etdiyi cinayətin cəzasını görən birinin vicdanı, rahat deyildir.
------------------------
------------------------
يَكَادُ ٱلْبَرْقُ يَخْطَفُ أَبْصَـٰرَهُمْ
Yəkədu'l-bərqu yəxtafu əbsarahum.
Yəni:
"Şimşək az qalır ki, onların gözlərini çıxartsın." (Bəqərə/20)
Bu cümlənin parçaları:
İstinaf olaraq gəlməsi, muxatabın, "Özlərinə zülmət/qaranlıq bəlasını xəfiflədən şimşəkdən faydalanmırlarmı?" deməsinə işarətdir.
Buna, belə cavab verilmişdir: "Faydalanmaq da bir yana, zərərindən qorxurlar."
--------------------
--------------------
~ "yəkədu/az qalır" deyilməsi, -məşhur xüsusiyyəti etibarı ilə- əslində, gözün görməz hala gəlməsi üçün səbəbin var olduğunu; ancaq bir mane səbəbilə varlığını davam etdirdiyinə işarətdir.
--------------------
İzahı:
"Kədə-yəkədu/az qaldı, az qalır", "fi'lu-l-muqarabə/yaxınlıq bildirən fel"dir. Bu da, "innə" və bacıları kimi, ismi cümləyə daxil olub; mübtədanı, raf; xəbəri isə, nasb edir və xəbərin baş verməsinin yaxın olduğunu bildirir.
Müəllifimizin "yəkədu" felindən çıxardığı işarət, budur:
-Yuxarıda da qeyd edildiyi kimi- bu fellərin xüsusiyyəti, öz xəbərlərinin, isimləri üçün meydana gəlməsinin yaxınlaşdığını; demək olar ki meydana gələcəyini ifadə edən; ancaq, bir maneədən, bir şərtin əskikliyindən dolayı meydana gəlmədiyini bildirən fellərdir. Yəni, o işin meydana gəlməsi, səbəbinin mövcudiyyətindən dolayı yaxınlaşmışdı, az qalsın olurdu. Lakin, bir maneədən dolayı olmadı.
"Yəkədu" feli, bu xüsusiyyəti etibarı ilə işarət edir ki:
Az qalsın, şimşək, onların gözlərini çıxaracaqdı. Səbəbi də hazır idi. Az qalsın, gözləri kor olacaqdı. Ancaq, bir maneədən dolayı gözləri çıxmadı. Yəni, Allah, onların gözlərini kor etməyi murad etmədiyi üçün, gözləri çıxmadı. Demək, qədər, buna icazə vermədi.
------------------------
------------------------
~ "Yəxtafu/çıxarır"
Bu kəlimə, "qulyabanı və ya qartal kimi qapdı, götürdü" kimi cümlələrdə istifadə edilməsi cəhətilə, bunda, zehnə şimşək kimi çaxan lətif bir bəlağat vardır.
Ayrıca, buna da işarətdir:
Gözün şüası, surətlərini almaq üçün əşyaya daha çatmadan, (sanki) şimşək, onunla müsabiqəyə girir; onu keçib şüasını kəsir; göz qapağına vurub nurunu aparır. Sanki, gözün nuru, əşyaya çatıb onların surətlərini almaq üçün sürətlə evindən çıxdığında; gecə gözünün şüası olan şimşək, onunla yarışır və göz, hələ o surəti yerinə çatdırmadan, göz şüasının əlindən alır. Yəni, şimşək, o surəti, onun əlindən qapır.
------------------------
------------------------
~ "əbsarahum/gözlərini"
Göz, qəlbin aynası olmasından dolayı; Quranın qəti dəlillərini görməzdən gələn münafiqlərin, bəsirət əməlinə bir rəmzdir.
-------------------------
İzahı:
Yəni, ayədə, "uyunuhum/onların gözləri" kəliməsi yerinə, bəsirəti də xatırladan "əbsarahum" kəliməsinin tərcihində, belə incəlik vardır:
Münafiqlərin bəsirəti, Quranın qəti dəlillərinə qarşı təami etmişdir. Yəni, gözləri, o qədər dəlilləri gördüyü halda, qəlb bəsirətləri, gözləri, kor olmuş; o dəlilləri görmür, görməzlikdən gəlirlər.
---------------------
---------------------
كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوْا۟ فِيهِ وَإِذَآ أَظْلَمَ عَلَيْهِمْ قَامُوا۟ ۚ
Kulləmə ədaə ləhum məşəv fihi; və izə əzləmə aleyhim qamu.
Yəni:
"Hər dəfə (şimşək) onlara işıq verdiyində onunla gedirlər; zülmət onları bürüdükdə isə, dayanıb dururlar."
Bu cümlənin parçaları:
Bu, bir istinaf cümləsidir. Muxatab, müsibətin fərqliliyini və dəyişməsini görüncə; onların hər 2 halda nə etdiklərini soruşmasına, bununla cavab verir.
--------------------
İzahı:
Bu cümlənin müstənifə (yəni, əvvəlki cümlə ilə əlaqəli olmayıb; bir başlanğıc cümləsi olaraq gəlməsi), buna işarətdir:
Təmsildə bəhsi keçən şəxslərin əhvalının, daim dəyişməsi; bunu eşidən dinləyicinin zehninə, belə bir müqəddər sualın gəlməsinə səbəbiyyət vermişdir:
"Görəsən, bu adamların, hər iki halda, yəni, həm ətrafları aydınlandığında; həm də qaranlıqda qalınca, halları necə olur? Nə şəkildə hərəkət edirlər?"
Bax, bu müqəddər suallara, bu ayə, bu cümlə ilə cavab verdiyinə işarətdir. Yəni, şimşək onların yolunu işıqlandırdığında, onunla gedirlər; zülmət onları bürüdükdə isə, dayanıb dururlar.
----------------------
----------------------
~ "ədaə ləhum / onlara (yəni, onlar üçün) işıq verdi"
Fayda bildirən lam hərfi, buna rəmz edir:
Belə dəhşət içindəki bir müsibətzədə (yəni, başına müsibət gələn), hər şeyi, sırf özünə baxan yönü ilə dəyərləndirər. Hətta, minlər külli hikmətlər üçün qüdrət əlinin nəşr etdiyi ziyadan muradın, sadəcə özü olduğunu və qüdrət əlinin, ancaq özündən dolayı onu göndərdiyini zənn edər.
-----------------------
İzahı:
Müəllifimiz Ustad Nursi, "ədaə ləhum" cümləsində keçən "ləhum/onlar üçün" kəliməsindəki "lə/üçün" hərfi haqqında deyir ki:
Bu hərf, mənfəət üçün, yəni, lehdəki bir şeyi ifadə etmək üçün gəlmişdir. Dilimizdə də, bu kəlimə, eyni mənada istifadə edilir. Birinin mənfəətinə olan şeyə, "Bu şey, onun lehindədir." (Yəni, onun mənfəəti üçündür) deyilir.
Bu cümlədə keçən "lə" hərfi də, rəmz edir ki:
Başına müsibət gələn o münafiqlər, o qədər öz nəfslərinin ehtiyaclarını düşünürlər, o qədər lehlərindəki mənfəəti axtarırlar və buna elə dalıblar ki, Allahın qüdrət əlinin aləmdə minlərlə külli hikmətlər üçün yaydığı ziyanı gördükləri zaman, sanki, o işıq, sadəcə öz nəfslərinin mənfəəti üçün yaradıldığını, nəşr edildiyini (yəni, yayıldığını) düşünürlər. Sanki, bu ziya ilə, sadəcə onların mənfəəti qəsd edilmiş və İlahi qüdrət, sırf onların mənfəəti üçün o böyük aləmi dolduran işığı dünyaya göndərmişdir.
Bax, "ləhum/onlar üçün" kəliməsindəki "lə/üçün" hərfi, bu həqiqəti dərs verməkdədir.
-----------------------------
-----------------------------
~ "məşəv/yeridilər"
Fürsət tapmışkən sürətli hərəkət etmələri lazım gəldiyi halda sadəcə yerimələri, müsibətin, onları oturtduğuna; sürətli hərəkətlərinin, ancaq yerimək və istirahət edə-edə getmək olduğuna işarətdir.
-------------------
İzahı:
Müsibətə məruz qalanların, fürsət tapar-tapmaz, sürətli hərəkət etmələri lazım idi. Bundan dolayı, ayə, burda, "əsrau/sürətlə yeridilər" deməsi daha münasib ikən; "yavaş-yavaş yeridilər" mənasında olan "məşəv" kəliməsi istifadə etdi.
Ustad Nursi'nin, bunun hikməti haqqındakı sözü, budur ki:
Müsibət onları elə oturtmuş, taqətsiz buraxmışdır ki, artıq sürətlə yeriməyə gücləri qalmamışdır.
--------------------
--------------------
~ "fihi/onda (yəni, onun işığında)"
Onların hərəkət sahəsinin, zamanın bir rəngi olan ziya olduğuna işarətdir. Beləcə, sanki ziya, məkanı onlar üçün məhdudlaşdırmaqdadır.
--------------------
İzahı:
Ayənin, belə deməsi daha münasib idi: "Şimşək onları işıqlandırdığında, yerdə yeridilər."
Halbuki ayədə, "məşəv fihi / onda, yəni işıqda yeridilər" deyildi; nə zamandan, nə də məkandan bəhs edilmədi.
Demək, şimşək çaxınca, ondan bir ziya meydana gəlir. Hər tərəfi işıqlandırır. O işıq, zamanın bir rəngi olur. Yəni, yerimə zamanlarını təyin edir. Elə isə, ayədə keçən "məşəv fihi" cümləsinin mənası: "Bu işıq müddətincə yeriyə bildilər. Yerimə zamanları, o qədər oldu." deməkdir.
Bununla bərabər, o işıq, yerinə məsafələrini, məkanlarını da məhdudlaşdırmaqdadır. Çünki, "O işığın göstərdiyi məsafə qədər yeridilər." deməkdir.
Bax, bu mənanı ifadə etmək üçün, ayədə, "məşəv fihi" deyilmişdir. Yəni, normalda, yerimək, yerdə, məkanda olduğu halda; "İşıqda yeridilər." deyilmişdir. Çünki, o işıq, onlara, zamandan nə qədər imkan vermiş və məkandan nə qədər məsafə təyin edib göstərmişdirsə, o qədər yeriyə bildilər, deməkdir.
-----------------------
-----------------------
~ "və izə əzləmə / qaranlıq etdiyində"
Burda "və" hərfi, təsirin daha şiddətli olması üçün, müsibətin yenilənməsinə bir rəmzdir. "Kulləmə"nin əksinə, "izə"də olan ehmal və cüziyyat, onların, şiddətli hürküntü və korluqlarına işarətdir. Onlar, hər nə vaxt ki bir fürsət tapıb sevinclə buna dalsalar, onları tutmaqda və qaranlıqda buraxmaqdadır.
Qaranlıq etməyin şimşəyə isnadı, ziyadan sonra zülmətin daha çəkilməz olduğuna işarətdir.
Ayrıca, şimşəyin, zülməti qovduğunu, ardından itib onun yerinə qaranlığın dolduğunu göstərən müsibətzədənin, "Şimşək, söndü. Yerinə, belə qara bir duman buraxdı." şəklində xəyal etdiyinə bir imadır.
------------------------------
İzahı:
1. Qəziyyə nədir?
2. Qəziyyənin qisimləri hansılardır?
1. Qəziyyə nədir?
Müfrəd mənalar birləşdiyi vaxt, özündən qisimlər hasil olur. Biz, bu qisimlərin hamısı üzərində durmayıb, sadəcə birinin üzərində duracağıq ki, o da, xəbərdir.
"Xəbər": "qəziyyə" və “qəti söz” olaraq adlandırılır. O, özü ilə doğrudur və ya yalnışdır şəklində nəticəyə çatılan hökmdür.
~ "Aləm, hadis (sonradan yaradılmış)'dır." deyən kimsəyə, "Doğru dedin." deməyin mümkün olur.
~ "İnsan, daşdır." deyən kimsəyə, "Yalan danışdın." deməyin mümkün olur.
~ "Gün doğmuşdursa, ulduzlar gizlənmişdir." deyən kimsəyə, "Doğru dedin.";
~ "Gün doğubsa, ulduzlar görünər." deyən kimsəyə də, "Yalnış dedin.";
~ "Aləm, ya hadisdir (sonradan yaradılmışdır), ya da qədimdir (əvvəli yoxdur)." deyən kimsəyə "Doğru söylədin.";
~ "Zeyd, ya İraqdadır, ya da Hicazda." deyən kimsəyə də, "Yalnış söylədin." deyilməsi, mümkün olur. Çünki Zeyd, bəzən Şam'da olur.
Bax bunlar, qəziyyələrin qisimləridir.
Ancaq,
~ "Mənə bir məsələ öyrət." və ya
~ "Məkkəyə getmək üçün, məni müşayiət edərsənmi?"
deyən kimsəyə, "Doğru dedin." və ya "Yalan danışdın." demək, mümkün olmaz.
Qəziyyə'nin mənası, budur və onu, qisimlər halında şərh edəcəyik. (Belə ki):
2. Qəziyyə'nin qisimləri:
1. Həmliyyə: "Aləm, hadis (sonradan yaradılmış)'dır." misalında olduğu kimidir.
2.1. Şartiyyə muttəsilə: "Əgər gün doğubsa, gündüz vardır." misalında olduğu kimidir.
2.2. Şartiyyə munfəsilə: "Aləm, ya qədimdir, ya da hadisdir." misalında olduğu kimidir.
1. Həmliyyə: İki cüz (parça)'dan meydana gəlir. Cüzlərdən biri, "mövzu" deyə adlandırılır. Mövzu, "özündən xəbər verilən"dir. "Aləm, hadisdir." cümləsindəki "aləm", mövzudur.
Qəziyyəni meydana gətirən ikinci cüz isə, "məhmul" deyə adlandırılır. Məhmul, xəbərdir. "Aləm, hadisdir." cümləsindəki "hadisdir" (sözü), məhmuldur.
Yuxarıda zikr etdiyimiz kimi, mövzu və məhmuldan hər biri, bəzən müfrəd bir ləfzdən meydana gəlirlər.
Bəzən də, mürəkkəb ləfzdən meydana gəlirlər. Lakin, mürəkkəb ləfzlərə, müfrəd bir ləfzin dəlalət etməsi, mümkündür.
"Danışan heyvan, ayaqlarının intiqalı (yer dəyişdirməsi) ilə, intiqal edir (yer dəyişdirir)." sözü, buna misaldır. Bu cümlədə, "danışan heyvan" ifadəsi, mövzudur və müfrəd olan "insan" sözünün yerini tutmaqdadır.
"Ayaqlarının yer dəyişdirməsilə yer dəyişdirir." ifadəsi də, məhmuldur və "yeriyəndir" ifadəsinin yerini tutmaqdadır.
2. Şartiyyə muttəsilə: Bu da, iki cüzdən meydana gəlir. Lakin cüzlərdən hər biri, 1-dən çox qəziyyə ehtiva edir.
• Birinci cüz: "Əgər gün doğarsa." qismi, "müqəddəm" (əvvəl gələn) olaraq adlandırılır. Şərt ədatı olan "in/əgər" qaldırılarsa, geriyə, "Gün, doğar." ifadəsi qalır. Bu cümlə, tək başına bir qəziyyə'dir. Sanki şərt ədatı, bu qəziyyəni qəziyyə olmaqdan çıxarıb, təsdiq və təkzibi qəbul edəcək bir mövqeyə gətirməkdədir.
• İkinci cüz: "Fə'l-kəvəkibu xafiyyətun = Ulduzlar, dərhal gizlənər." sözündür. Bu, "tali" olaraq (ikinci dərəcəli, sonradan gələn; bir-birinə bağlı qəziyyələrdən ikincisi) adlandırılır. Cəza hərfi olan "fə" hazf edilər (qaldırılar)'sa, geriyə, "Ulduzlar gizlənər." sözü qalır. Bu da, qəziyyədir.
Şərti qəziyyə ilə məhmul arasındakı fərq, 2 yöndəndir:
a. Şartiyyə muttəsilə, iki cüzdən meydana gəlir. Həmliyyənin əksinə, müfrəd bir ləfzlə iki cüzdən birinin digərinə dəlalət etməsi, mümkün deyildir.
b. Mövzu haqqında, "O, məhmuldur." deyə soruşmaq, mümkündür. "İnsan, heyvandır." deyildiyində, "İnsan, heyvandırmı?" deyə soruşmağın, mümkün olur.
Müqəddəm'ə gəlincə: bu, tali olmaz. Əksinə, tali, bir çox dəfə, müqəddəmdən başqa bir şey ola bilər. Ancaq ona müttəsil (bitişik) və onun var olması üçün, varlığında tali və lazım olaraq mövcud olur.
"Şartiyyə muttəsilə" ilə "Şartiyyə munfəsilə", 2 cəhətdən bir-birilərindən ayrılırlar. (Belə ki):
1. Şartiyyə munfəsilə, iki cüzdən meydana gəlir. Bunlardan hər biri, şərt ədatı qaldırıldığında, bir qəziyyədirlər. İfadə etmə tərzi xaric olmaq üzərə, cüzləri arasında bir intizam (sıra) yoxdur. "Aləm, ya hadisdir və ya qədimdir." desən; sonra da bunları, "Aləm, qədimdir." və ya "Aləm, hadisdir." şəklində yerini dəyişsən, məna dəyişməz.
Ancaq şartiyyə muttəsilə'də, tali (bir-birinə bağlı olan qəziyyələrdən ikincisi), müqəddəm (birinci) qılınarsa, məna dəyişər və bunlardan biri doğru olarkən, digəri yalnış ola bilər.
2. Müqəddəmə bitişməsi, lazım olması və ona zidd düşməməsi mənasında, tali, müqəddəmə uyğun ola bilər.
Şartiyyə muttəsilə'də, cüzlərdən hər biri, digərinə ziddir və ayrıdır. Çünki, birinin varlığı, digərinin yoxluğunu gərəkdirməkdədir. (Ğazzali, “Maqasidu'l-Fəlasifə”, Üçüncü bölmə: Müfrəd mənaların tərkibi (birləşməsi) və qəziyyələrin qisimləri)
Şərti qəziyyə, 3 qismə ayrılır:
1. Şəxsiyyə;
2. Muhmələ;
3. Məhsura.
Məhsura da, cüziyyə və külliyyə olmaq üzərə, iki qismə ayrılır.
• Şərti qəziyyədə etibar, əhval (hallar) və zamanlar etibarı ilədir. Həmliyyədə olduğu kimi, mövzu etibarı ilə deyildir. Çünki, bu qəziyyənin mövzusu və məhmulu yoxdur. Əksinə, müqəddəm və talisi vardır.
• Muhmələ şərti qəziyyə isə: İçində, iki tərəf arasında, yəni, müqəddəm ilə tali arasında, müəyyən olmayan hər hansı bir hal və zamanda, ittisal və ya tənafiyə və ya hər ikisinə də hökm edilən qəziyyəyə deyilir. Onda, əhvalın və zamanların ümum və xüsusuna baxılmaz. Halların və zamanların xüsusu, nəzər-i etibara alınmaz. Hər hansı bir zaman, hər hansı bir əhval möhtəməldir. Məsələn:
"Bir su, bir qurr (ölçü vahidi) miqdarına çatınca, artıq, nəcasətin daxil olması ilə, mütəəssir olmaz." (Yəni, dad, rəng və qoxusundan bir şey dəyişmədikcə, nəcis olmaz.)
• Məhsura qəziyyə isə: içində, hökmün əhvalı və vaxtları, külliyyət və ya bəziyyət cəhətilə bildirilən məlum olan qəziyyədir. O da, 2 qisimdir:
1. Külliyyə;
2. Cüziyyə.
~ Cüziyyə: içində hökmün isbatı və ya hökmün qaldırılması, əhvaldan və vaxtlardan müəyyən olmayan hər hansı bir qisminə xas olarsa, o, cüziyyədir. Məsələn:
"Bəzən olur ki, insan alim olunca, o insan, xoşbəxt olur."
Bu izahlardan sonra, sədədə gələk. Müəllifimiz deyir ki:
"İzə" ədatındakı ehmal və cüziyyat, "kulləmə" ədatının əksinədir. Yəni, "izə" ədatı, cüzi muhmələ qəziyyəyə işarət edir. "Kulləmə" ədatı isə, külliyyət ifadə etdiyi üçün, külli qəziyyəyə işarət edir.
Bəli burda, "izə" ədatı üzərində, məntiq elminə görə, bir qeyd, külliyyət və bəziyyəti ifadə edən bir sur yoxdur. Bu etibarla, bu ədat, muhmələdir. Onda, ehmal vardır. Yəni, "nə vaxt ki, qaranlıq çöksə" mənasındadır. Vaxtı müəyyən və halı bəlli deyildir. Həm qayda qərəyi, muhmələ qəziyyə, cüziyyəyə də şamil olur. Çünki, zamanın və əhvalın, hər hansı bir cüzündə olması, möhtəməldir. Bu etibarla da, cüziyyədir.
Demək, "izə" ədatı, "kulləmə" ədatı kimi, külliyyət və təkrar ifadə etmir. Elə isə, "kulləmə ədaə ləhum məşəv fihi" cümləsinin mənası: "Hər nə vaxt şimşək onları işıqlandırsa, onlar, o işıqda gedirlər." deməkdir.
Sonra, Ustad Nursi deyir ki:
Burdakı "əzləmə" feli, şimşəyə nisbət edilmişdir. Bu nisbətdə, dinləyicinin zehninə, belə bir sual doğur:
"Ayədə, 'və izə əzləmə/(şimşək) qaranlıq edincə' deyilir. Bəs yaxşı, şimşək, necə qaranlıq edə bilər? Onları zülmətdə necə buraxa bilər? Halbuki işıq, ondan gəlir, ətraf işıqlanır. Bundakı incəlik, nədir?"
Ustad cavab olaraq deyir ki:
• Birincisi: bu nisbətdə, belə bir işarət vardır ki, şimşəyin yaydığı işıqdan sonrakı qaranlıq, daha şiddətlidir. Yəni, "Şimşək gedincə, yerinə qaranlıq gəldi və bu qaranlıq, əvvəlki qaranlıqdan daha çox onlara şiddətli gəldi." deməkdir. Yoxsa, "Şimşək, qaranlıq edincə" demək, "Şimşək, qaranlıq oldu." demək deyildir.
• İkincisi: bu nisbətdə, bir ima daha vardır ki, o müsibətzədələr, gördülər ki, şimşək, əvvəla gəldi; ziyası ilə o gecənin zülmətini qaldırdı. Yerini işıqla doldurdu. Sonra, arxasında çox qaranlıqlar buraxaraq, qaranlıqlarla ətrafı dolduraraq çıxıb getdi.
Bax, o müsibətə məruz qalanlar, bundan dolayı təxəyyül etdilər ki, o şimşək söndü və arxasında, bizə dumanı miras olaraq buraxıb getdi. Yəni, "Onun bizə buraxdığı hədiyyə, bax bu zülmətlər oldu. Ondan, bizə xeyir gəlmədi." deməkdir. Sanki, qaranlığı, şimşək gətirdi. Halbuki qaranlıq, ondan doğmamışdır. "Onun getməsilə, qaranlıq çökdü." deməkdir.
--------------------
--------------------
~ "aleyhim/üzərlərinə"
Bu ifadə, zərəri xatırlatması ilə (çünki, bu əvəzlik, əleyhdə istifadə edilir), belə qaranlıq etməyin təsadüfi olmadığına; əksinə, etdiklərinə bir cəza olduğuna işarətdir.
Yenə, dəhşət içindəki bu kimsənin, fəzanı dolduran qaranlığın bu qədər varlıq içində, bu kiçik-zəlil insanı qəsd etdiyini və xüsusilə hücuma və zərər verməyə onu hədəf qıldığını xəyal etməsinə bir rəmzdir.
---------------------
---------------------
~ "qamu/dayanıb durdular"
"Səkənu/sakin, hərəkətsiz qaldılar" kəliməsi yerinə, "dayanıb durdular" deyilməsi, bir işdə çalışan və yorulan kimsələrdə olduğu kimi; bunların da, bu müsibət səbəbilə və qurtulma cəhdilə, rukudakı kimsələr kimi, belləri büküldüyünə işarətdir.
-----------------------
------------------------
وَلَوْ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَـٰرِهِمْ
Və ləv şəəllahu ləzəhəbə bi səmihim və əbsarihim.
Yəni:
"Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi."
Bu cümlənin parçaları:
~ "və" hərfinin əvvəlilə bir irtibat qurması sirrilə, İlahi qüdrət əlinin, səbəblər pərdəsi altında təsərrüf etdiyinə təlvih edir.
---------------------
İzahı:
Ətf hərfi olan "və", bu cümləni, əvvəlki cümləyə bağlayan rabitə hərfi olduğundan, göstərir ki, səbəblər pərdəsi arxasında əsl təsərrüf edən, Allahın qüdrət əlidir. Səbəblər isə, zahiri pərdələrdir. Həqiqi müəssir, sadəcə Allahın qüdrətidir.
Allah Taala, bəzən səbəblərlə iş görər; səbəbləri, icraat və təsərrüfünə pərdə qılar. Bəzən də, bir başa təsərrüf edər. Demək, istəsəydi, göy gurultusu və şimşəklə, qulaqlarını kar, gözlərini də kor edərdi. Bunun üçün, bütün səbəblər hazır idi. Ancaq istəmədi. Onlar da, kor və kar olmadılar.
-----------------------
-----------------------
~ "ləv şəə / əgər istəsəydi"
Bu, qeyr-i müstəqim istisnai bir qiyas ehtiva etməkdədir. Yəni, Allahın diləməməsi, onların qulaq və gözlərinin alınmamasına bir illətdir. Necə ki, bunların onlardan alınmaması da, alınmaması ilə bağlı İlahi məşiətin onları almağı diləmədiyini bilməyə bir dəlildir.
------------------------
------------------------
~ "Allah":
Ləfzətullah (yəni, Allah ləfzi)'nin sarih/açıq olaraq ifadəsi, insanları səbəblərə bağlanıb qalmaqdan; onlarda boğulmaqdan çəkindirməyə; yenə, hər səbəbin arxasında, qüdrət əlini görməyə zehnləri dəvətə işarət üçündür.
-----------------------
-----------------------
~ Dəyişməyən qanun gərəyi, "şəə" felinin məfulunun zikri lazımdır. (Yəni, "nəyi Allah istəsəydi?" ayədə zikr edilməmişdir.) Ancaq, qardaşları hökmündə olan digər kəlimələrin qərinəsilə hazf edilə bilər. Bax burda, hazf edilməsi, bəşər iradəsinin, əşyanın gözəllik və çirkinliyindən, böyüklük və kiçikliyindən təsirlənməsi kimi; Allahın məşiət və iradəsinin, kainatın hallarından təsirlənmədiyinə və İlahi sifətlərə əşyanın təsiri olmadığına bir imadır.
------------------
------------------
~ "ləzəhəbə/məhrum edərdi, aparardı"
Buna işarətdir: Səbəblər, nəticələr üzərinə qalib və hakim deyildir. "Səbəblər qalxda, nəticələr də yox olardı; təsadüf əli, onlarla oynayardı; təsadüf, onları parçalara ayırardı." deyilə bilməz. Əksinə, qüdrət əli, səbəblərin arxasında hazırdır. Hərarət, suyu buxarlaşdırdığında, havada mündəmic olan nizam ilə, bu buxar, müəyyən bir məcrada gedər və onun Sani'si, onu, müəyyən bir yerə sövq etməsi kimi; qüdrət əli əşyaya vücud verdiyində; müvazinə və intizam qanunu ilə, İlahi hikmət əli, onları alar; digər yerlərə göndərər və ehmal etməz.
Yenə, "zəhəbə"də, belə bir rəmz vardır:
İnsanın zahiri 5 hissi (haşiyə), təbiətdən meydana gəlməmişdir. Qulaq və göz oyuqlarının bir lazımı da deyildir. Onlar, ancaq, Allahın hədiyyələri və atiyyələri (hədiyyələri)'dir. Bunlardakı oyuqlar və səbəblər ancaq adi şərtlərdir.
------------------------
(Haşiyə:
Zahiri 5 hiss üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/10-hiss-hansilardir
-------------------------
"Zəhəbə" felinin həmzəyə bədəl "bə" hərfi ilə mütəaddi (təsirli fel) qılınması, buna işarətdir:
Qüdrət əli, əşyanı, "İstədiyin yerə get!" şəklində, ipini, səbəblərin boynuna dolayıb buraxmaz. Əksinə, onların cilovlarını, nizamın əlinə verər.
------------------------
------------------------
Eşitməyin, müdrəd (tək halda); gözlərin isə, cəm halda gətirilməsi, eşidilən və görülənin, fərqli-fərqli olduğuna işarətdir. Çünki, 1000 adam, eyni anda çox fərqli şeylər görməklə bərabər; eyni səsi eşidərlər.
(Ayədə, “səmihim” (yəni, onların eşitməsi), tək halda, “əbsarihim” (yəni, onların görmələri) isə, cəm halda gətirilmişdir.)
-----------------------
-----------------------
إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ
İnnəllahə alə kulli şeyin qadir.
Yəni:
"Şübhəsiz Allah, hər şeyə qadirdir."
Bu cümlənin parçaları:
Bil ki: Ayənin bu qismi, təmsildə bildirilən və münafiqlərin halında görülən dəhşətin təhqiqinə bir fəzləkə (özət)'dir. Buna işarətdir:
Münafiqlərin cüzi hallarını əks etdirən təmsillərdə, onların hallarının incə təfsilatları ehmal edilmədiyi kimi; hər zərrədə, İlahi qüdrətin təsərrüfü görülür.
----------------------------
----------------------------
~ "İnnə/şübhəsiz"
(Allahın hər şeyə qadir olduğunu bildirən bu) hökmün, köklü həqiqətlərdən olduğuna işarətdir.
Ayrıca:
~ Məsələnin əzəmətinə, genişliyinə və incəliyinə;
~ İnsanın, bu qüdrət qarşısında, acizlik, zəiflik və idrakda qüsurlu olması səbəbindən, (Allahı, özünə qiyas ilə), yəqini məsələlərdə belə tərəddüdü nəticə verən vəhmlərə məruz qala bilməsinə bir rəmzdir.
----------------------
----------------------
~ "Allah" ləfzinin sarih/açıq bir şəkildə zikri, hökmün dəlilinə bir rəmzdir. Çünki, tam və şamil bir qüdrət, Uluhiyyətin lazımıdır.
------------------------
İzahı:
Quran, bu məqamda, "İnnəllahə alə kulli şeyin qadir." cümləsi yerinə; "İnnəhu alə kulli şeyin qadir / Şübhəsiz O, hər şeyə qadirdir." cümləsini gətirə bilərdi. Damir (O şəxs əvəzliyini) gətirməyib, sarih olaraq Allah deməsi, hökmün dəlilinə imadır. Yəni: "Nə üçün Allah hər şeyə qadirdir?" Çünki, O, Allahdır. Allah olduğu üçün hər şeyə qadirdir.
-------------------------
-------------------------
~ "Alə/üzərində":
Bu, əşyanı yoxluqdan çıxaran bir qüdrətin, onları öz başına və tərk edilmiş qoymayacağına; (İlahi) hikmətin, o əşyanı kontrol etdiyinə və tərbiyə etməkdə olduğuna imadır.
-------------------------
-------------------------
~ "Kulli/hər"
Bu söz, səbəblərlə meydana gələn əsərlərin və məsdərdən hasil olan ixtiyari fellərin də Allahın qüdrətilə olduğuna işarətdir.
(Burda, qul öz felinin xaliqidir deyən mötəziləyə, rəddiyyə vardır. Necə ki, Saffat surəsi 96-cı ayə də, bu mənanı qüvvətləndirir.)
-------------------------
-------------------------
~ "Şeyin" ləfzi, "İlahi məşiətin əlaqəli olduğu" mənasına gəlir. Bunda, mövcudatın varlıq qazandıqdan sonra da, Sani'dən mustağni (zəngin) olmadıqlarına; əksinə, vücudunun, hər an təkrardan ibarət olan davamları üçün, Sani'nin təsirinə möhtac olduqlarına işarət vardır.
(Yəni, şeyin təbiri ifadə edir ki, bir varlıq, yaradılınca, varlıq meydanına çıxınca, artıq, Sani olan Allahdan mustağni ola bilməz. Əksinə, hər anda və hər halında, Allaha möhtacdır.)
-------------------------
-------------------------
قادر demək yerinə, قدير ləfzini gətirməsi, buna rəmz edir:
Qüdrət, sadəcə yaradılmış olanlarla məhdud deyildir. O qüdrət, zatiyyədir; onda dəyişmə yoxdur. Lazimə'dir, ziyadə və nöqsan qəbul etməz. Ziddinin ona ariz olması mümkün olmadığı üçün; şiddət və nöqsan, ona tərəttüb etməz.
Ayrıca, belə bir təlvih də vardır:
Qüdrət, Razzəq, Ğaffar, Muhyi, Mumit və digər feli sifətlər üçün bir cins və sarf elmində kəlimələrin mizanı olan "fəələ" kimidir.
Bu eşitdiyini, yaxşı bir təfəkkür et!
-----------------------
İzahı:
Sifətu'l-müşəbbəhə: xüsusiyyət bildirən, fellərdən meydana gələn və az ya da çox davamlılıq bildirən isim cümləsindən olan sifətlərdir.
Sifətu'l-müşəbbəhə, ismu'l-failə bənzəsə də, aralarında, bəzi fərqlər vardır. Onlardan biri, budur:
İsmu'l-faillər (feli edəni göstərən isimlər), qısa müddətli; sifətu'l-müşəbbəhələr isə, uzun müddətlidir. Məsələn, ضَارِبٌ / darib / vuran şəxs, qısa müddətli olaraq şəxsə yüklənmişdir. Bu səbəblə, ismu'l-faildə, hudus/sonradan meydana gəlmə mənası vardır. Yəni, hökm anında meydana gəlməsi; qalıcı olmaması; faildəki halın, felin sonlanması ilə itməsi deməkdir.
Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), burda,
قادر ləfzilə bağlı, mühim bir qayda bəyan etməkdədir. Belə ki:
Sual: Bu ayədə, ismu'l-fail olan قادر kəliməsi yerinə; sifətu'l-müşəbbəhə olan قدير kəliməsinin tərcih edilməsində, necə bir incəlik vardır?
Cavab: قادر kəliməsi, ismu'l-faildir; arizi bir sifətdir; zati deyildir. Gücü, qüdrəti, məqdurat (qüdrətlə yaradılan məxluqlar)'a görədir.
قدير isə, sifətu'l-müşəbbəhə'dir. Yəni, o sifət, zatidir; zatında vardır; arizi deyildir. Sabitlik və davama dəlalət edir.
Ayədə keçən قدير ləfzi, buna rəmz edir:
Allahın qüdrəti, məqduratın miqdarına görə deyildir. Onun qüdrəti, Zatiyyə'dir. Əsla dəyişməz. Nöqsan və ziyadə qəbul etməz.
Bununla bərabər, قدير siğası ifadə edir ki, qüdrət, cins kimidir. Sarf elmində bir mizan olan, yəni, fellərin qəlibi üçün ölçü olan فعل / fəələ maddəsi kimidir. Necə ki, ərəb dilində, fellər, bu mizanla ölçülür. Eynilə, Allahın qüdrəti də, bir mizandır. Bütün feli sifətlər, yəni, Razzəq, Ğaffar, Muhyi, Mumit kimi bütün feli sifətlər, Ondan sudur edir; o qəlibdən çıxır. Məsələn, qüdrəti olmazsa, məxluqata necə ruzi verə bilər?
Not: Dəyərli oxuyucu! Bəqərə/19-20 ayələrinin təfsiri, burda bitir. Biz, bundan sonra, bu ayələrin Bəqərə/21 ayəsilə münasibətini zikr edib, təfsiri tamamlayacağıq. Belə ki:
-------------------------
-------------------------
-------------------------
يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱعْبُدُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُمْ وَٱلَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ
"Ey insanlar! Sizi və sizdən öncəkiləri yaratmış Rəbbinizə ibadət edin ki, bəlkə Allahdan qorxasınız." (Bəqərə/21)
Bil ki: Quran,
~ müttəqi möminlər (Bəqərə/3-4-5);
~ inadçı kafirlər (Bəqərə/6-7);
~ heyrət içindəki münafiqlər (Bəqərə/8-20)
şəklində, bəşərin qisimlərini və mükəlləflərin növlərini bəyan edincə, ümumuna, birdən:
"Ey insanlar! Rəbbinizə ibadət edin." deyə xitaba yönəldi.
~ Binanın, həndəsəyə;
~ əməllə bağlı əmr və nəhyin, elm qanununa;
~ qəzanın, qədərə;
~ inşa və icadın, qissə və hekayəyə
tərəttübü tərzində, bəyanını iləri sürdü.
Çünki, 3 firqənin hallarını və bu qrupların hər birinin xüsusiyyətini və aqibətini zikr edincə, yer, əlverişli hala gəldi; muxatab oyandı; Quran da, bu xitab ilə onlara iltifat etdi.
Sonra, bu iltifatda, yəni, əvvəl onlar haqqında qiyabi olaraq danışıb; sonra da, burda onlara xitab etməkdə, bəyan üslubu cəhətindən, ümumi bir nüktə/incəlik vardır. Belə ki:
Bir şəxsin gözəl və ya çirkin halları ard-arda zikr edilincə, tənbeh və təhyic (həyəcanlandırma) hökmü ilə bəyənmə meyli və ya nifrət meyli, getdikcə artar. Bu meyl, ard-arda qüvvətlənər; sahibini, özündən bəhs edilən şəxslə bir-başa danışma nöqtəsinə gətirər.
Məqama nəzərən isə, mütəkəllim (danışan), bir şəxs haqqında danışarkən, onun vəsflərini, dinləyicilərin meylləri, mütəkəllimin, bu şəxsi, onların hüzuruna çəkib, bir başa xitab ilə ona səslənməsini gərəkdirər.
Burdakı xüsusi nüktə/incəlik isə, xitab ləzzətilə, mükəlləfiyyət yükünü xəfiflətməkdir. Ayrıca, ibadətdə, qul ilə Xaliq arasında vasitə olmadığına işarətdir.
(Bədiü'z-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" təfsiri)
