Qiyas nədir?
Fiqh üsulu alimləri, qiyası belə tərif edirlər:
~ "Qiyas": "haqqında nass mövcud olmayan bir məsələnin hökmünü, Kitab və ya sünnət nassı ilə, hökmü bilinən məsələyə görə açıqlamaq"dır.
Başqa bir tərifə görə:
~ "Qiyas": "haqqında nass mövcud olmayan bir məsələnin hökmünü, aralarındakı müştərək (ortaq) illət səbəbilə, haqqında nass olan bir məsələnin hökmünə bağlamaq"dır.
Buna görə, müctəhid tərəfindən ictihad edilərək çıxarılan hökmlər, qiyas yolu ilə, Kitab və sünnətə isnad etdirilmiş olur. Çünki, şər'i hökmlər, ya bir-başa nassa söykənir və ya qiyas yolu ilə nass üzərinə həml edilir. Şafi, qiyas haqqında, belə deyir:
"Müsəlmanın qarşılaşdığı hər məsələnin, zəruri bir hökmü vardır. Əgər bu hökm, açıqca mövcuddursa, eynilə ona tabe olması; deyilsə, həqiqətə uyğun bir şəkildə ictihad edərək, ona olan dəlaləti axtarması lazımdır. İctihad da, qiyas deməkdir." ("ər-Risalə", s. 477)
Yəni, şər'i hökm:
~ ya nass ilə bilinir. Şafi, bunun üçün, "biaynihi/eynilə haqq" təbirini istifadə edir;
~ ya da nass'ın məna və məqsədlərini araşdırmaqla başa düşülür. Bu da, qiyas ilə olur.
Yuxarıda tərifini verdiyimiz qiyas əsasına görə, bir-birinə bənzəyən məsələlərin hökmlərində də, bənzərliyin olması lazımdır. Çünki, illətdəki bərabərlik, hökmlərdə də bərabərliyi gərəkdirir. O halda, fiqhdəki qiyas, insan ağlının fitri olaraq qəbul etdiyi bir şeydir. Çünki bu, bənzər və səbəbləri eyni olan şeyləri bir-birinə bağlamaq əsasına söykənir.
Məntiqi dəlillərin ortaya qoyduğu bütün nəticələr üzərindəki əqli istidlal da, bənzər şeyləri bir-birinə bağlamaq əsasına söykənməkdədir. Demək ki, həqiqətdəki bənzərlik, hökmdəki bərabərliyi gərəkdirməkdədir.
Quran-i Kərim'də də, fel və sifətlərin bənzədiyi hallarda, hökmlərin bərabər olması əsasının istifadə edildiyini görürük. Məsələn:
أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَـٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ دَمَّرَ ٱللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَـٰفِرِينَ أَمْثَـٰلُهَا
"Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerli-dibli yox etmişdir. Kafirləri də buna bənzərləri gözləyir." (Muhamməd/10) ayəti, bir-birinə bənzəyən şeylərin, hökm cəhətindən eyni olduğunu bildirməkdədir.
Bu 2 ayə də, bir-birinə bənzəməyən şeylərin, hökm cəhətindən də eyni olmadığını göstərməkdədir. (Belə ki):
أَمْ حَسِبَ ٱلَّذِينَ ٱجْتَرَحُوا۟ ٱلسَّيِّـَٔاتِ أَن نَّجْعَلَهُمْ كَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ سَوَآءً مَّحْيَاهُمْ وَمَمَاتُهُمْ ۚ سَآءَ مَا يَحْكُمُونَ
~ "Yoxsa günah qazananlar, onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!" (Casiyə/21);
أَمْ نَجْعَلُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّـٰلِحَـٰتِ كَٱلْمُفْسِدِينَ فِى ٱلْأَرْضِ أَم نَجْعَلُ ٱلْمُتَّقِينَ كَٱلْفُجَّارِ
~ "Biz heç iman gətirib yaxşı işlər görənləri, yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları, günahkarlara tay tutarıqmı?" (Sad/28)
Bu ayələrdən başa düşürük ki, Quran, ağlın bərabərlik qanunu ən gözəl şəkildə tətbiq etməkdə; bənzər şeylərin, eyni hökmə; və bir-birinə bənzəməyən şeylərin də, ayrı hökmlərə bağlı olduğunu bəyan etməkdədir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in də, bu mühakimə qanununu istifadə etdiyini və səhabələrə də bu yolu göstərdiyini, bir çox xəbərlərdən başa düşürük. Rəvayətə görə, Ömər b. əl-Xattab (radiyallahu anh), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in yanına gəlib: "Ey Allahın rəsulu! Bu gün, böyük bir iş gördüm. Oruclu olduğum halda, xanımımı öpdüm." demiş; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Oruclu olduğun halda, su ilə mazmaza etsən, nə lazım olardı?" buyurmuş; Ömər də: "Bir şey lazım gəlməzdi." deyə cavab vermiş; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də: "Elə isə, orucuna davam et." buyurmuşdur. (əbu Davud, "Savm", 33)
Görürük ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), oruclu kimsənin su ilə mazmaza etməsilə (yəni, ağzını yaxalaması ilə), xanımını öpməsini, hökm cəhətindən bir saymış; bu hərəkətlərin hər ikisinin də, orucu pozacaq bir felə vasitə ola biləcəyi kimi; belə bir şeyə səbəb olmayacağına da diqqət çəkmişdir. Yəni, bunun ikisi də, şəxsən orucu pozmaz. Lakin, orucun bunlar vasitəsilə pozulma ehtimalı da var. Aralarındakı bənzərlik, hökmlərinin bərabər olmasını gərəkdirmişdir. Bu etibarla, Ömər, mazmazanın orucu pozmadığını bildiyinə görə; Onun, öpməyin də orucu pozmayacağını bilməsi lazım gəlmişdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bu əsası tətbiq etdiyinə dair, bir çox xəbər varid olmuşdur. Səhabələr də, haqqında nass tapa bilmədikləri məsələlərin hökmlərini ortaya qoymaq üçün, bərabərlik qanununa görə, onları nasslara həml etmişlərdir. İmam Şafi'nin əshabından əl-Muzəni, qiyas haqqındakı görüşləri və səhabələrin qiyasa görə əməllərini, belə xülasə edir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in əsrindən günümüzə qədər, fəqihlər, din işlərindəki bütün hökmlərdə, qiyasdan istifadə etmiş; haqqın bənzərinin, haqq; batilin bənzərinin də, batil olduğunda, icma etmişlərdir. Buna görə, heç kimin qiyası inkar etməsi, caiz olmaz. Çünki qiyas, hadisələri bir-birinə bənzətmək və bu cəhətdən eyni hökmə çatmaqdır."
ibnu'l-Qayyim də, bu mənada belə deyir:
"İstidlalın mədarı (ətrafında döndüyü yer)'i, bənzər şeylər arasındakı bərabərlik; bənzər olmayan şeyləri də ayırmaq (işi) təşkil edir. Bir-birinə bənzəyən şeyləri ayrı hökmlərə bağlamaq caiz görülərsə, istidlal ortadan qalxar və bu qapı bağlanılmış olar."
Qiyas, əqli bir şey olduğu halda, bəzi alimlər, cumhurdan ayrılmış və onu rədd etmişlərdir. Fəqihlərin qiyas haqqındakı görüşləri, 3 qismə ayrılır:
1. Haqqında Kitab və sünnət nass'ı, icma və səhabələrdən birinin görüşü mövcud olmayan xüsuslarda, qiyasın hüccət olması. İfrata varmamaq şərtilə, bu görüşü cumhur qəbul etmişdir.
2. İslam fiqhində, əsla qiyasa yer verməmək. Bu görüşü də, zahirilərlə imami şiələr götürmüşlərdir. Zahirilər, qiyasla bərabər nass'ların tə'lilini (yəni, hökmlərin illətlərini bildirməyi, ortaya qoymağı) da qəbul etməzlər. Yəni, onlar, nassların illət və məqsədlərinə baxmazlar. Beləcə, illətlərin uyğun düşdüyü məsələlərə, nass'ların hökmünü tətbiq etməyib, sadəcə nass'ların öz muhtəvası üçün dəlil sayarlar. Beləcə onlar, ləfzlərin mənasını, yaxşıca daraldaraq, bunların zahirləri üzərində donub qalmışlardır.
3. Qiyası, aşırı şəkildə genişlətmək. Bu görüşü mənimsəyənlər, aralarında müştərək bir illət mövcud olmayan şeyləri də birləşdirməyə çalışmış; bəzən Kitab və sünnətin ümumi ifadələrini, qiyas ilə təxsis etmək istəmişlərdir. Bu xüsusu, iləridə, inşəAllah, yenidən ələ alacağıq.
------------------------------
------------------------------
Qiyasın hüccət olması:
Bu xüsusda, cumhurun yolu, daha doğru; dəlilləri, daha sağlam və məntiqi olub, -yuxarıda işarət etdiyimiz kimi- Quran nass'larına və Nəbi (sallallahu aleyhi və səlləm)'in sünnətinə söykənməkdədir. Quranda:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَـٰزَعْتُمْ فِى شَىْءٍ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ ذَٰلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا
"Ey iman gətirənlər! Allaha itaət edin. Rəsula və sizdən olan əmr sahiblərinə də itaət edin. Əgər bir şey haqqında çəkişsəniz, Allaha və axirət gününə inanırsınızsa, onu, Allah və Onun rəsuluna irca edin (qaytarın, götürün). Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha gözəldir." (Nisa/59) buyurulmuşdur.
Bir şeyi Allaha və rəsula həvalə etmək, ancaq, Quran və sünnətin işarət etdiyi məqsədləri bilməklə olur. Bu isə, Quran və sünnət hökmlərinin tə'lilinə (hökmlərin illətini, səbəbini ortaya qoymağa) söykənir ki, bu da, qiyasdır.
Quran-i Kərim, hökmlərin tə'lilinə işarət edər və bir qismini, felən tə'lil edərək, onların güddüyü məqsədləri açıqlayar. Necə ki,
~ Qisasın hökmü zikr edilərkən: "Qisasda, sizin üçün həyat vardır." (Bəqərə/179) buyurulmuşdur.
~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Özünə oğul götürdüyü Zeyd'dən boşanmış olan Zeynəb ilə evlənməsinin illəti (səbəbi), Quranda belə açıqlanmışdır:
"...Zeyd, zövcəsini boşadıqda, Səni onunla evləndirdik ki, oğulluqları, övrətlərini boşadıqları zaman, o qadınlarla evlənməkdə möminlərə heç bir sıxıntı olmasın..." (Əhzab/37)
~ Allah (subhənəhu və taala), qənimətlərin, kasıblara, yetimlərə, yaxınlara və yolda qalmışlara paylaşdırılmasının illətini bildirərək, belə buyurmuşdur:
"Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın." (Haşr/7)
~ Quranda, İsrail oğullarına, bəzi gözəl ruzilərin haram qılındığı, bunun illətinin isə, onların, özlərini, şəhvətlərinə düşkün olmaqdan əngəlləməmələri olduğu, belə bəyan edilmişdir:
"Yəhudilərin etdikləri zülmə görə, onlara daha öncə halal edilmiş gözəl nemətləri haram etdik." (Nisa/160)
~ Yenə, Quranda, içki və qumarın qadağan edilməsinin illəti, bu ayədə bildirilmişdir:
"Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (Maidə/91)
Hökmlərin tə'lili, qiyasın vacibliyini göstərən Quran işarətlərindən başa düşülməkdədir. Bu qəbul edilmədiyi təqdirdə, muamələ'lərə dair əmrlər də, təabbudi olacaq. Halbuki, Allah (subhənəhu və taala), bunların taabudi olduğunu bildirməmişdir. Elə isə, haqqında nass mövcud olmayan xüsusları, nass ilə bildirilmiş olan məsələlərə qiyas etmək, haqqımızdır. Zatən nasslar, özlərinin ümumi və xüsusi məqsədlərini bildirən işarətlər ehtiva etməkdədirlər. Qiyas da, bunların işığı altında edilməkdədir.
Sünnət də, hökmlərin tə'lilinə işarət etmiş və bəzi hökmlərin illətlərini açıqlamışdır. Məsələn, Nəbi (sallallahu aleyhi və səlləm), başqasının evinə girərkən icazə istəməyin illətini, "İcazə, ancaq göz üçün əm edilmişdir." (Buxari, "Diyət", 23) hədisilə bəyan etmişdir. Demək ki, başqasının evinə girən kimsənin görməsi, xoş olmayan bir şeylə qarşılaşmaması üçün, icazə alması vacib görülmüşdür. Bu hədis, başqasının evinə icazəsiz girmək qadağasının illətini bildirməkdədir ki, o qadağa da, bu ayələrlə bildirilmişdir:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَدْخُلُوا۟ بُيُوتًا غَيْرَ بُيُوتِكُمْ حَتَّىٰ تَسْتَأْنِسُوا۟ وَتُسَلِّمُوا۟ عَلَىٰٓ أَهْلِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌ لَّكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ
• فَإِن لَّمْ تَجِدُوا۟ فِيهَآ أَحَدًا فَلَا تَدْخُلُوهَا حَتَّىٰ يُؤْذَنَ لَكُمْ ۖ وَإِن قِيلَ لَكُمُ ٱرْجِعُوا۟ فَٱرْجِعُوا۟ ۖ هُوَ أَزْكَىٰ لَكُمْ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ عَلِيمٌ
"Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən girməyin. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız. Əgər orada heç kəsi tapmasanız, sizə izin verilməyincə oraya girməyin. Sizə: “Qayıdın!”– deyilsə, qayıdın. Bu sizin üçün daha təmizdir. Allah nə etdiklərinizi bilir." (Nur/27-28)
Peyğəmbər (sallallahu aleyhi və səlləm), ilk əvvəl, səhabələri, qurban ətlərini saxlamaqdan nəhy etmiş; sonra da, bunu, Onlar üçün mübah qılmışdır. Nəhy etməsinin illətini də, belə açıqlamışdır:
"Daffə (yoxsullar) üçün, sizi ondan nəhy etmişdim." (Muslim, "Ədahi", 28)
Demək ki, ehtiyac içində olan yoxsulların gəldiyi ildə, qurban ətlərini evdə saxlamaq, haram qılınmışdır. Əgər belə bir ehtiyac olmazsa, qurban ətlərini saxlamaqda bir beis olmaz. Bu da, illətin mövcud olub-olmamasına görə, nass'a tabe olmaq deməkdir. Yəni, illət mövcud olunca, hökm də mövcud olmaqda; illət mövcud olmayınca, hökm, ibahə ifadə etməkdədir.
Qiyası qəbul etməyənlərin əsl müxalifətləri, bu hökmlərin tə'lili məsələsindən doğmaqdadır. Qiyası qəbul edənlər, hökmlərin illətləri olduğunu; mənalarının ağıl ilə qavranıla biləcəyini; və bəzi məqsədləri olduğunu iləri sürməkdədirlər. Onlara görə, bu illət və məqsədlər, haqqında nass olmayan mövzularda da gerçəkləşərsə, hökm də sabit olar. Qiyası qəbul etməyənlərə görə isə, qiyas, İslami bir hüccət deyildir. Nass'ların illətləri bilinməyəcəyindən dolayı, hökm, onların xaricindəki mövzulara aid olmaz.
Hökmlərdə qiyasın sübutu (sabit olması) üzərində, səhabələr icma etmişlərdir. Məsələn, əbu Bəkr (radiyallahu anh), mirasda, babaya, ata kimi baxmışdır. Çünki, babada atalıq mənası olduğundan, onu da ata hökmündə görmüşdür. ibn Abbas (radiyallahu anh) da, babanı, oğulun oğluna qiyas etmişdir. Ömər, əbu Musa əl-Əşari'yə, qiyasa müraciət etməsini əmr edərkən, belə demişdir:
"Bir-birinə bənzəyən işləri yaxşıca bil! Sonra, ona görə işləri qiyasla."
Bəzi səhabələr əbu Bəkr'ə biət edərkən, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, onu, namaz üçün imam olaraq seçdiyini nəzərə almış və "imamətu'l-ammə"ni (yəni, xilafəti), namaz imamətinə qiyas edərkən, "Peyğəmbər, onu, din işimizdə imam təyin etdi. Elə isə, biz, Onu, dünya işimizdə, nə üçün imam seçməyək?" (ibnu'l-Qayyim əl-Cevziyyə, "İ'ləmu'l-Muvəqqiin", 1-ci cild, s. 253) demişdilər. Əli də, içki cəzasını, qazf (zina böhtanı) cəzasına qiyas etmişdir. Çünki, içki də, nəticə etibarı ilə qazfa vasitə olmaqdadır.
Bu səbəblədir ki, "Kəşfu'l-Əsrar" əsərinin müəllifi, belə deyir:
"Qiyas ilə istidlal işi, səhabələrin icmasına söykənir. Səhabələrin ictihadlarındakı hallarını araşdıraraq öyrəndiyimizə görə, onlar, əsl'in illətini daşıdığını zənn etdikləri zaman, fər'i, o əsl'ə qiyas edirlərdi və bu vaxt, nə nass'ların tə'lil edəcəyini bildirən; nə də özünə qiyas edilməsinin caiz olduğunu göstərən xüsusi bir dəlil axtarırdılar." (Əbdü'l-Əziz əl-Buxari, "Kəşfu'l-Əsrar", 3-ci cild, s. 1014)
Bunlardan başa düşülür ki, qiyasın İslam fiqhinin qaynaqlarından birini təşkil etməsi, Kitabla, sünnətlə və hökmlərin tə'lilinə, illətləri haqqında nass mövcud olmayan məsələlərə də keçəcəyinə, bu illətlərə görə hökmün mövcud olub-olmayacağına edilən işarətlərlə; səhabələrin icması; və onların fəqihlərincə istinbat metodu olaraq istifadə edilməsilə sabit olmuşdur.
Həqiqətən, qiyasın mənası, nass'ların uzana bildiyi bütün sahələrə tətbiq edilməsidir. Nasslara bir şey əlavə etmək deyil, onları təfsirdir.
Burda, qiyası qəbul etməyənlərin istinad etdikləri dəlillərdən də bəhs etmək lazımdır. Qiyası rədd edənlər arasında, bəzi mötəzili'lər də yer alır. Bunların başında, Cahiz'in şeyxi İbrahim b. Səyyar ən-Nazzam gəlir. Zahirilər də, qiyası qəbul etməzlər. Bunların ən şiddətlisi, zahiri məzhəbinin banisi Davud əz-Zahiri'dən sonra gələn ikinci imamı ibn hazm əl-Əndəlusi'dir. ibn hazm, qiyasın batil olduğunu isbat üçün, 5 dəlil iləri sürməkdədir. Bunları, belə icmal etmək olar:
1. Allah Taala, hökmlərdən bəzisinin, fərz; bəzisinin, haram; bəzisinin, məndub; bəzisinin də, məkruh olduğunu bildirmişdir. Haqqında bu hökmlərdən biri bildirilməmiş olanların da, mübah olduğu: "Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, Odur." (Bəqərə/29) ayətinə görə sabitdir. Beləcə, bütün hökmlər, nasslara dayanmış olub, qiyas üçün bir sahə, qalmamışdır. O halda, tətbiq ediləcək bir mövzu qalmadığından, qiyasa ehtiyac da yoxdur. Çünki, nass mövcud olmayan yerlərdə, qiyasa müraciət ediləcəkdir. Halbuki, hər şey haqqında, ibahə yolu ilə də olsa, ümum və ya xüsus cəhətdən, bir nass mövcuddur.
2. Qiyas ilə hökm edənlər, bunun, istinbat əsaslarından biri olduğunu qəbul edirlər və görüşlərini, "Hər şey üçün, şəriətdə bir nass yoxdur." görüşünə istinad etdirirlər. Bu isə, şəriətin kamilliyinə müxalifdir. Halbuki, Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu açıqlamağı, Öz üzərinə götürmüşdür. Allah Taala da:
"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim." (Maidə/3) buyurmuşdur. (haşiyə)
-------------------------
(Haşiyə:
Maidə surəsi 3-cü ayətin təfsiri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/maid%C9%99-sur%C9%99si-3-cu-...)
--------------------------
Yenə, Allah, şəriətin kamilliyini bəyan üçün, Peyğəmbərinə xitabən:
"Biz, onları, aydın dəlillər və kitablarla göndərdik. Sənə də, Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr." (Nəhl/44) buyurmuşdur. (haşiyə)
---------------------------
(Haşiyə:
Nəhl surəsi 44-cü ayətin təfsiri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99hl-sur%C9%99si-44-cu-...)
----------------------------
Qiyasın mövcudluğunu fərz etmək, bəyanın kamilliyinə müxalifdir. Bəyanın mükəmməl olmadığını qəbul etmək ---> Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Allahın elçiliyini təbliğ etməmiş olması deməkdir. Bu da, batil bir fərziyyədir. Çünki, Peyğəmbər, onu təbliğ etmiş və Vida həccində, bu xüsusu hər kəsə eşitdirmişdir.
3. Qiyasın əsası, əsl ilə fər arasındakı müştərək illət olub, hökmlərin bərabərliyini təmin edən də, budur. Bu müştərək illət üçün, bir dəlil mövcud olmalıdır. Əgər bu dəlil nassdırsa, qiyasa yer qalmır. Çünki, bu halda, hökm, nass'dan götürülmüş sayılır. Əgər illət bir nass ilə bildirilməmişdirsə, bu, hansı yolla bilinəcəkdir? İllətin bilinmə yolu haqqında, Şari tərəfindən bir nass mövcud deyildir. İlləti bildirən bir dəlilin olmaması, bu 2 nəticəyə dayanır:
a. Ya qiyas, əsla mötəbər deyildir;
b. Ya da qiyas, Allah qatında mötəbərdir. Lakin, bəyan edilməmişdir. Bu isə, qarışıqlığa səbəb olur.
Halbuki Allah, belə şeylərdən tamamilə münəzzəhdir. O halda, geriyə, qiyası qəbul etməmək qalır.
4. Peyğəmbər (sallallahu aleyhi və səlləm), möminlərə, Allah və rəsulunun nass ilə bildirmədiyi şeyləri tərk etmələrini əmr etmiş və belə buyurmuşdur:
"Sizə bir şey əmr etmədiyim müddətcə, Məni tərk edin. Çünki, sizdən əvvəlkilər, çox sual verdikləri və Peyğəmbərlərilə ixtilafa düşdükləri üçün həlak oldular. Sizə bir şeyi əmr etsəm, onu, gücünüz çatdığı qədər yerinə yetirin. Sizə bir şeyi nəhy etsəm, ondan da çəkinin." (Buxari, "İ'tisam", 2)
Bundan başa düşülür ki, haqqında nass olmayan şeylər üçün, qul, özlüyündən bir hökm qoymayacaqdır. Çünki, o, haqqında nass mövcud olmayan şeyləri, olduğu kimi buraxmaqla əmr olunmuşdur. Elə isə, qiyas, bu nassa müxalif düşməkdədir.
5. Bir çox nass vardır ki, bunların muhtəvası, qiyası qadağan etməkdədir. Məsələn:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تُقَدِّمُوا۟ بَيْنَ يَدَىِ ٱللَّهِ وَرَسُولِهِۦ
"Ey iman gətirənlər! Heç bir şeydə Allahı və Onun Elçisini qabaqlamayın." (Hucurat/1) ayətinin mənası:
Allah və rəsulunun bildirmədiyi şeylər haqqında, möminlərin, özlərindən hökm qoymamalarıdır.
Qiyas da, bu ayədəki nəhy növündəndir.
Yenə, Quranda,
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ
"Haqqında məlumatın olmadığı bir işin dalınca getmə." (İsra/36) buyurulmuşdur ki, buna, qiyas da daxildir.
Yenə, "Kitabda, biz, heç bir şeyi əskik buraxmadıq." (Ənam/38) ayəti də, qiyas üçün, heç bir yer olmadığını göstərməkdədir. Çünki, qiyası qəbul etmək, Allahın, kitabında, bəzi şeyləri əskik buraxdığını və açıqlamadığını iləri sürməkdir.
ibn hazm'ın bu dəlillərinə bir nəzər salsaq, onların, 2 əsasa söykəndiyini görərik:
1. Quran və sünnət nassları, fərz, nafilə, məkruh və mübahları ilə, bütün hökmləri bildirmişdir.
2. Qiyas, insan əməlilə bağlı olub, bir əskikliyi olmayan nasslara, Şari'nin əmri olmadan bir şey əlavə etməkdir.
Bu əsaslardan birincisini, cumhur da qəbul etməkdədir. Cumhura görə də, nasslar, ya ibarəsi, ya da işarətilə hər şeyi bildirmişdir. Lakin, zahirilər, nassların, hər şeyi, ibarəsilə bildirdiyini və onların ibarəsinin xaricinə çıxılmayacağını söyləyirlər. Cumhur isə, dəlalətin mənasını genişlətməkdə və belə deməkdədir:
Nassların hökmlərə dəlaləti, ləfzlərilə olduğu kimi; nassların cəmindən başa düşülən şəriətin məqsədlərinin göstərdiyi ümumi dəlalətlərlə də olur. Məsələn, Şari:
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّمَا ٱلْخَمْرُ وَٱلْمَيْسِرُ وَٱلْأَنصَابُ وَٱلْأَزْلَـٰمُ رِجْسٌ مِّنْ عَمَلِ ٱلشَّيْطَـٰنِ فَٱجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ
"Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız." (Maidə/90) buyurmuşdur.
Bu nass, ibarəsilə, içki və qumarın haram olduğunu bildirmişdir. Bununla bərabər, zərəri çox olan hər şeyin haram olduğunu da göstərməkdədir. İçki və qumar, zərərləri çox olduğu üçün, haram qılınmışdırş. Çünki, Allah Taala:
يَسْـَٔلُونَكَ عَنِ ٱلْخَمْرِ وَٱلْمَيْسِرِ ۖ قُلْ فِيهِمَآ إِثْمٌ كَبِيرٌ وَمَنَـٰفِعُ لِلنَّاسِ وَإِثْمُهُمَآ أَكْبَرُ مِن نَّفْعِهِمَا ۗ
"Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: 'İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür." (Bəqərə/219) buyurmuşdur.
Demək ki, zərəri çox olan hər şey, bu nass'ın ümumuna görə haramdır. Beləcə, qiyasla açıqlanmış olan hökmlər də, nassa istinad etməkdədir. Həqiqətdə, qiyas da, nassın tətbiqi (i'məli)'dir. Dolayısı ilə, qiyasın bildirdiyi, hökm və şəriətin bəyanı sayılmaqdadır. Bu etibarla, ibn hazm'ın iləri sürdüyü ikinci əsas da, yəni, qiyasın, nassların kamilliyinə müxalif düşdüyünü bildirən dəlil də, çökməkdədir.
Daha əvvəl də bildirdiyimiz kimi, qiyası qəbul edənlərlə rədd edənlər arasındakı anlaşılmazlığın əsası, nass'ların tə'lili məsələsidir. Qiyası rədd edənlər, nassları, yalnız ibarələrinə həsr edərlər. Qiyası qəbul edənlər də, tə'lili mənimsəyərək, "Qiyas, nassların i'məlidir, tətbiq sahəsini genişləndirməkdədir." deyirlər.
Həqiqətdə, xüsusilə qiyası qəbul etməyən zahirilər, nassların tə'lilini nəzərə almadıqları üçün, çox yanılmaqdadırlar. Bu ehmalları, özlərini, ağla uyğun olmayan hökmləri qəbula sövq etmişdir. Məsələn, onlar, insan idrarının, -nass mövcud olduğu üçün- pis olduğunu; donuzun sidiyinin isə, haqqında bir nass mövcud olmadığı üçün təmiz olduğunu; yenə, eyni əsasla, itin ağız suyunun pis və sidiyinin təmiz olduğunu qəbul etmişlərdir. Əgər onlar, bir az nassların ruhunu başa düşsəydilər, bu cür təzadlara düşməzdilər.
--------------------------------
Əlavələr:
Qiyasın hüccət olduğuna, Qurandan dəlillər:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qiyasin-hucc%C9%99t-olduguna...
-----------------------------
-----------------------------
Qiyasın rüknləri:
"Qiyas": "haqqında nass olmayan bir məsələnin hökmünü, aralarındakı müştərək (ortaq) illət səbəbilə, haqqında nass olan məsələnin hökmünə bağlamaq"dır.
Bu tərifə görə, qiyas, 4 rükündən meydana gəlməkdədir:
1. Əsl: bu, "hökmü bəyan edən nass olub, hökmün məsdəri/qaynağı"dır.
2. Fər (cəmi, füru): "haqqında nass olmayan məsələ"dir.
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99sl-v%C9%99-f%C9%99r-n%...
-----------------------------
3. Hökm: bu, "qiyas vasitəsilə, əsl'dən fər'ə keçilməsi istənilən şey"dir.
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/hokm-n%C9%99dir
-----------------------------
4. Müştərək illət: bu, "həm əsl, həm də fər'də mövcud olan bir vəsf"dir.
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ill%C9%99t-n%C9%99dir
-----------------------------
-----------------------------
Qiyasın qisim və dərəcələri:
Qiyas, mərtəbə etibarı ilə, 3 qismə ayrılır:
1. Qiyasu'l-əvla:
Bu cür qiyasda, hökmün məşru qılınmasının illətini təşkil edən vəsf, fər'də əsl'dən daha qüvvətli olur. Məsələn, Peyğəmbər (sallallahu aleyhi və səlləm):
"Allah, möminin qanını və onun üçün yaxşı zəndən başqasını, haram qıldı." buyurmuşdur.
Qiyas yolu ilə, bundan, mömin haqqında yaxşı olmayan bir söz söyləməyin qadağan olduğu da başa düşülür. Çünki, mömin üçün yaxşı olmayan bir zənnə sahib olmaq qadağan edilincə; onun haqqında yaxşı olmayan bir söz danışmaq, əlbəttə qadağan edilmiş deməkdir. Buna, "qiyasu'l-əvla" deyildiyi kimi; "nass'ın dəlaləti" adı da verilir. İmam Şafi, "ər-Risalə" adlı əsərində, bəzi alimlərin, bunu qiyas saymadıqlarına işarət etmişdir.
2. Hökmün illəti olan vəsfin, əsl və fər'də eyni dərəcədə gerçəkləşdiyi qiyas.
Buna misal olaraq, yarı cəza tətbiq edilməsi cəhətindən, nökərin, cariyəyə qiyasını zikr edə bilərik. Allah Taala, cariyələr haqqında:
"Əgər ərə getdikdən sonra zina etsələr, onlara, azad qadınlara verilən cəzanın yarısı tətbiq edilər." (Nisa/25) buyurmuşdur.
Bax buna qiyasən, zina edən nökərlərə, zina edən (azad) kişilərə verilən cəzanın yarısı qədər cəza verilər.
Əksər alimlərə görə, bu, "nassın dəlaləti"nə və hətta "ibarənin dəlaləti"nə daxildir. Bu etibarla, qiyası qəbul etməyənlər də, bunu qəbul etmişlərdir və: "Bu, şər'i təkliflər cəhətindən qadın ilə kişi arasındakı bərabərlik qəbilindən bir şeydir. Çünki, bir nass mövcud olmadıqca, qadın ilə kişi arasında mükəlləfiyyət fərqi yoxdur." demişlərdir.
3. İllət, fər'də, əsl'dəkindən daha az açıq olaraq gerçəkləşən qiyas.
Məsələn, bəzi içkilərdə sərxoş etmə keyfiyyəti, xamr (şərab)'dakından daha zəifdir. Bu isə, qiyasın doğruluğuna əngəl olmaz. Çünki, haqqında nass olan hökm, illətə dəlalət cəhətindən, hər zaman daha açıqdır və bu hal, illətin, əsldə daha açıq bir şəkildə gerçəkləşməsini gərəkdirir.
Digər tərəfdən, Şafi, qiyası, fər'in tətbiq ediləcəyi əsllər cəhətindən ələ alaraq, 2 qismə ayırmaqdadır:
1. Qiyasu'l-məna:
Bu cür qiyasda, fər ilə bunun söykəndiyi əslin mənası, yəni, illəti, eynidir. -Yuxarıda zikr etdiyimiz qisimlərdə olduğu kimi- hökmün qoyulmasına səbəb təşkil edən illət, əsl ilə fər'də eyni şey olub, aralarındakı müştərəklik, açıqdır.
2. Qiyasu'ş-şəbəh:
Burda, fər'in hökmü, bir neçə əsl'ə müraciət etmək surətilə əldə edilir. Yəni, fər, fərqli əsllərə bənzəyir. Dolayısı ilə, müctəhid, fər'i, ona ən çox bənzəyən və Şari'nin məqsədlərini gerçəkləşdirən əsl'ə bağlayar. Buna misal olaraq: qamış suyundan əldə edilən içkidir. Biz, bu içkinin, hökm cəhətindən, bir nass'a və ya bir əsl'in hökmünə bağlanmasını istədiyimiz vaxt, tərəddüdə düşərik. Onu, haram olan xamramı, yoxsa sərxoşluq vermədiyi üçün mübah olan başqa bir içkiyəmi bağlayacağıq? Burda, müctəhid, qamış suyundan əldə edilən içkini tədqiq edər. Əgər sərxoşluq verəcək şəkildə mayalanmışdırsa, onu, xamra; bu dərəcədə mayalandırmamışdırsa, mübah olan bir içkiyə bağlayar.
Şafi, bu qismə girən qiyas mövzusunda, belə deyir:
"Bir şey, əsl'lərdən bir neçəsinə bənzəyə bilər. O, ən münasib olan və ən çox bənzərlik ərz edən əslə bağlanar. Fəqihlər, bu cür qiyasda, ixtilaf edə bilərlər." ("ər-Risalə", s. 479)
Şafi, bir neçə əsl'ə bağlanması mümkün olan qiyasu'ş-şəbəh'lər üçün, bəzi misallar zikr etmişdir. Bu misallardan biri, budur:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), müştəriyə eybi olan bir mal satılan və bir müddət çalışdırıldıqdan sonra, eybi ortaya çıxan nökər haqqında, onu, eyibi ilə satıcısına geri qaytarmaq və gəlirini əngəlləmək üzərə hökm etmişdir. Çünki nökər, alıcı tərəfindən geri qaytarılmadan əvvəl ölsəydi, o, bunu təzmin etməklə mükəlləf olardı. Bu hədisə görə, gəlir, mal, müştərinin zimmətində ikən hasil olarsa və dəyəri olan pulun bir parçası buna müqabil olaraq verilmiş deyilsə, müştərinin mülkiyyətinə girir. Şafi, nökərin çalışdırılmasından hasil olan bu gəlirə, xurma ağacındakı meyvəni, davarın süd və balaları kimi mütəvəllid olan (doğan) gəlirləri qiyas edərək, bütün bunların, müştəriyə aid olduğunu söyləmişdir. Bu şərtlə ki, bunlar, satışdan sonra və əqd, eyb muxayyərliyilə fəsx edilmədən əvvəl, yəni, tələf olduğu təqdirdə, malın əslini, alıcının təzmin etməklə mükəlləf olduğu bir zamanda hasil olsunlar. ("ər-Risalə", s. 518-519)
Şafi'nin görüşü, budur. Lakin, digərləri, mütəvəllid (doğan) əlavəni, qazanc və gəlirə qiyas etməmişlərdir. Çünki, bu əlavə, malın əslinə tabedir və "Gəlirə sahib olmaq, təzmin etmə mükəlləfiyyəti qarşılığındadır." (Tirmizi, "Buyu", 53) əsası, ona uyğun düşməkdədir.
Qısacası, mütəvəllid olan əlavə üzərində, 2 cür qiyas mövcuddur:
a. Mütəvəllid əlavə, qazanca qiyas edilərək satıcıya geri qaytarılmaz. Çünki o, alıcının mülkiyyətində hasil olma cəhətindən, tamamilə qeyr-i mütəvəllid əlavəyə bənzəməkdədir. Bax, mülkiyyətdəki bu əlavə, ona sahib olmağın illətini təşkil edir.
b. Mütəvəllid olan əlavə, ayn'a (yəni, bir-başa mala) qiyas edilir. Çünki o, ayn'ın özündən meydana gəldiyi üçün, geri qaytarılarkən, onunla bərabər satıcıya verilir.
-----------------------------
-----------------------------
Qiyasın hikmət üzərinə bina edilməsi (qurulması):
Yuxarıda da bildirdiyimiz kimi, illət ilə hikmət arasındakı fərq, budur:
• İllət, açıq, məzbut və sərhədləri müəyyən olan bir vəsf olub, Şari, onu, hökmə bir əlamət olaraq təyin etmişdir.
• Hikmət isə, hökmə uyğun bir vəsf olub, əksər hallarda gerçəkləşən məzbut və məhdud olmayan bir şeydir.
Bu xüsusda bəzi açıqlayıcı misalları, illət mövzusu üzərində durarkən, zikr etmişdik.
Fəqihlərin böyük əksəriyyətinə görə, hökmlər, hikmətə deyil; illətə istinad edirlər. Buna müqabil olaraq, bəzi müəlliflər, tə'lil'in, hikmət əsasına görə edilməsi və fərqli qiyaslar üçün hikmətə etibar edilməsi gərəkdiyindən bəhs etmişlərdir. Bu görüşə, Hənəfi fiqhinə dair yazılmış bəzi əsərlərlə, digər məzhəblərdə rast gəlinməkdədir. Bu mövzuda, daha çox söz danışanlar, Hənbəli'lər olub, xüsusilə bunlardan ibn Teymiyyə və tələbəsi ibnu'l-Qayyim, hikmətə bina edilən qiyas növlərini açıqlamağa çalışmışlardır.
Bu etibarla, onlar, münasib vəsfi, məzbut olub-olmamasına baxmadan, qiyas üçün bir illət qəbul etmişlərdir. Onlara görə, bir Quran və ya hədis nass'ı, mütləq, açıq bir hikməti və məşru bir maslahatı ehtiva edir və hökmlər də, bu ikisinə (yəni, hikmət və maslahata) söykənir. Bənzər hadisələri bir-birinə bağlayan şey də, bax bu məşru maslahatdır.
Onların bu görüşləri, nass'ların bəzi maslahatları ehtiva etmiş olması əsasına söykənməkdədir. İstər bu maslahatlar, məzbut olsun; istərsə də olmasın. Maslahat, qiyas üçün bir əsl təşkil edincə, onlar, hər şeyin, mötəbər maslahata bağlı olması gərəkdiyini iləri sürmüşlərdir. Onlara görə, Şari tərəfindən ibtal edildiyi bildirilmədikcə, hər maslahat, mötəbərdir. Çünki, bir maslahatın Şari tərəfindən ibtal edilməsi, onun, boş və nəfsi arzunun bir məhsulu olduğunu göstərir.
Bu görüşdə, bəzi Hənbəli'lər, təyin edilmiş bir qiymətə görə alış-veriş, caizdir, deyirlər. Məsələn, bir satıcı, ay başından sonuna qədər çörəyi satar; sonra, müştəri gəlib ilk əvvəl kəsilmiş olan qiymət üzərindən aldığı çörək qiymətini ödəyə bilər. Yenə, onlara görə, əqdlə bağlı olan və qadağan edildiyinə dair bir dəlil mövcud olmayan hər cür şərtin qoşulması, mübahdır. Çünki, əqd edənlər, ancaq, ehtiyacları olduğu üçün buna müraciət etməkdədirlər. Maslahat, qiyas üçün hər zaman əlverişlidir. Şərtə bağlı olan əqd də ehtiyaca söykəndiyi üçün, caizdir.
Onlar, ehtiyac və maslahat kimi şeyləri, qiyasa müxalif saymazlar. Çünki, onlara görə, səhih qiyas, heç bir nassa müxalif deyildir. Şəriət də, tamamilə, ya nass'lara söykənir; ya da nass üzərinə həml edilir. Şəriətin bütün hökmləri, tamamilə maslahat və səhih fiqhi qiyaslara uyğundur.
Bəzi Hənbəli'lər ilə fəqihlərin böyük əksəriyyəti arasındakı bu görüş ayrılığının əsası, budur:
Böyük əksəriyyətə görə, onun illəti, məzbut olmalıdır. İllət sabitdirsə, ümumi olub, təxsisi qəbul etməz. Fiqhi istinbat ilə sabit olan bir illətin, eyni illəti daşıyan bütün mövzulara şamil olması lazımdır. Bunun üçündür ki, onlara görə, şər'i əsaslardan götürülən sabit bir illətdən ötürü, mövcud olmayan bir şeyin satışı, caiz deyildir. Bu illətin hökmü, ümumidir. Buna müqabil olaraq, Şari, (uşaq üçün) süd anası tutmaq; ağacı kirayəyə vermək; və budaqdakı yetişməmiş meyvələri satmaq kimi, əqd zamanı mövcud olmayan bəzi şeylərin satışını qəbul etmişlərdir. Bax bu cür əqdlər, qiyasa müxalif olaraq sabit görülmüşlərdir. Yenə, şər'i qaydalara görə, insanın yanında mövcud olmayan bir malı satması, caiz deyildir. Lakin, sələm əqdi üçün, Şari cazə vermişdir. O halda, bu əqd, qiyasa müxalifdir. Lakin fəqihlər, bunun sihhətini, "Sabit qiyas qaydalarına müxalif hökm, mövcud ola bilər." əsasına görə qəbul etmişlərdir.
Bu görüşü mənimsəyən fəqihlərin, bu cür qiyaslara müxalif düşdüyü üçün bəzi hədisləri zəif saydıqları da vaqe olmuşdur. Məsələn, Hənəfi'lər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən rəvayət edilən və "musarrat hədisi" deyilən bu xəbəri, qəbul etməzlər:
"Qoyun və dəvəni, (çox südlü görünsünlər deyə) döşlərinə süd toplayaraq satmayın. Əgər bir nəfər belə bir heyvan alarsa, südünü sağdıqdan sonra, bu ikisindən özü üçün yaxşı olanı tərcih edər: istərsə, onu özündə saxlayar, istərsə onu geri qaytarar və 1 sa da xurma verər." (Buxari, "Buyu", 64)
Hənəfi'lərlə bərabər bəzi Maliki'lər də, bu hədisi qəbul etməzlər. Çünki o, "Haqsızlığa mislilə qarşılıq vermək" qaydasına uyğun düşməməkdədir. Bu qayda isə, "Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin." (Bəqərə/194) ayətindən götürülmüşdür. O halda, süd, xurma ilə necə təzmin edilər? Bax bu, bir neçə cəhətdən qiyasa müxalifdir:
1. Süd qarşılığında 1 sa (təxminən 3 kilo) xurma verilməsi əmr edilir. Halbuki bunlar, cinsi və misli olan şeylərdir. Bir şey isə, mislilə təzmin edilə bilər. Başqa cinsdən bir şeylə təzmin edilməz.
2. Burda təzminə səbəb yoxdur. Çünki təzmin, ya təcavüz və ya əqd nəticəsində olur. Burda təcavüz yoxdur. Çünki, südünü sağdığı vaxt, heyvan, öz mülkiyyətində idi. Əqd ilə təzmin də lazım gəlməz. Çünki, heyvanı təslim almaqla əqd, nəticələnərək sonlanmışdır. Alıcı da, mal mülkiyyətinə girdikdən sonra əldə etdiyi südü, təzmin etməz.
3. Süd, satış vaxtı tək başına mövcud olmayıb, əksinə, qarnındakı bala kimi, heyvanın özünə aiddir.
4. Südün maliyyəvi bir dəyəri olsa belə, üstündəki yun kimi, heyvana tabedir. Dolayısı ilə, ayrıca təzmin edilməz.
5. Təzmin, əqd səbəbilə lazım gəlirsə, ona müqabil olaraq dəyərindən bir qismi tənqis edilməməli (nöqsan buraxılmamalı, düşürülməməli)'dir. Təcavüz səbəbilə isə, südün mislini və ya qiymətini vermək lazımdır. Hər iki halda da, o, 1 sa xurma ilə təzmin edilə bilməz. (Əbdü'l-Əziz əl-Buxari, "Kəşfu'l-Əsrar", 2-ci cild, s. 700-702)
Görürük ki, hədis üzərindəki şübhə, ümumi və məzbut illətlərdən əldə edilmiş qaydalar səbəbilə meydana gəlməkdədir.
Burda, ibn Teymiyyə'nin bu görüşləri rədd etdiyini; və hədisin, qiyasa uyğun olduğunu isbata çalışdığını; və məzbut olmayan münasib vəsfi illət yerinə qoyduğunu görürük. Ona görə, alıcı, dəvəni bol südlü bir halda almış; sonra, onun az südlü bir heyvan olduğunu bilmişdir. Burda, dəvə üçün rəğbət artırıcı bir vəsf yox olunca, müştəri, istəsə, onu əlində saxlayar və əqdi fəsx etmək haqqını istifadə etməz; istəsə də, fəsx edər. Belə bir halda, alıcının əldə etdiyi 2 növ süd vardır. Biri, satın aldıqdan sonra hasil olan süddür ki, bu, alıcının mülkiyyətində meydana gəlmiş olub, onun yem və ona baxmağın məhsuludur. Digəri, satın alma işindən əvvəl hasil olan süddür ki, bax onun təzmin etməklə mükəlləf olduğu, budur. Çünki bu, satıcının mülkiyyətində və əqddən əvvəl meydana gəlmiş olub, miqdarca da çoxdur. Əqd fəsx edilərək heyvan geri qaytarılarsa, bu südü, təzmin etmək lazımdır. Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bunun üçün, 1 sa xurma təqdir etmiş; süd təqdir etməmişdir. Çünki süd, növ və sağılmış olduğu heyvan cəhətindən dəyişə bilər. Satıcıya aid olan süd miqdarı da, müəyyən deyildir. Buna müqabil ödənəcək şey süd olaraq təqdir edilsəydi, çox olma ehtimalı üzə çıxardı ki, bu da, faizə girərdi. Peyğəmbər, bundan çəkinərək, onun, başqa cinsdən və ona yaxın olan bir şey ilə təzmin edilməsini əmr etmişdir. Çünki o vaxtlar, ərəblərin qida maddələri, süd və ya xurma idi. Peyğəmbər, 1 sa'lıq xurma ödənməsini qərarlaşdıraraq, mübahisəyə son qoymuş və mümkün olduğu qədər də, ədaləti gerçəkləşdirmişdir. Digər tərəfdən, qoyunun döşündə, 1 sa'lıq xurma qiymətindən çox süd də olmaz.
ibn Teymiyyə'nin bu izahı, şübhəsiz, qismən doğrudur. Lakin, qiyas üçün şamil olacaq məzbut bir vəsfi bəyan deyildir. Elə ki, buna görə, yeyiləcək hər şeyin təzmini, yenə, yeyiləcək bir şeylə olacaq və xurmanın təzmini, xurma ilə olmayacaq. Məsələn, buğda ilə olacaq, deyilə bilməz. Burda, o vəsf, əlverişli bir illət olsa belə, başqalarına keçəcək vəsfdə bir illət olmadığından, ümumilik vəsfini qazana bilməz.
Xülasə: Bu görüş, fəqihlərin cumhurunun görüşüdür. Onlara görə, illət, ümumi olub nass'larla zidd düşməzsə, işləyər; zidd düşərsə, qiyasa müxalif olaraq, nass'larla əməl edilər.
------------------------------
------------------------------
Qiyas və Nasslar:
Cumhurun məzhəbinə görə, qiyas, bəzən, nass'la zidd düşə bilər. Belə ki:
İllət, mutəaddi (başqalarına da təsir edə bilən) olub aid olduğu mövzu ilə inhisar etməz; digər mövzular üçün də məqbul olar. İllətin gerçəkləşdiyi hər yerdə, əslin hökmü, fər'ə də keçər. Beləcə, illət, ümumi olub, əhatə etdiyi bütün fərdlər üçün sabit olar. Dolayısı ilə, bəzi nass'lar, onunla zidd düşə bilər.
Fəqihlərin bu mövzudakı görüşlərini, 3 qismə ayıra bilərik:
1. Nass mövcud olan yerdə, qiyas ilə əməl edilməz. İstərsə, nass, sənəd və ya dəlalət cəhətindən zənni olsun. Şafi, Əhmıd və məşhur olan rəvayətə görə, əbu Hənifə, bu görüşdə idilər.
2. Qiyas, bəzən zənni dəlillərlə zidd düşə bilər. Ancaq, qəti dəlillərə müxalif qiyas olmaz. Qəti dəlillə zidd düşən qiyas, fasid deməkdir.
3. Səhih bir qiyas, əsla, Quran və sünnət nassları ilə zidd düşməz. Bu görüş, ibn Teymiyyə və tələbəsi ibnu'l-Qayyim'ə aiddir. Onlara görə, fasid qiyasın əlaməti, nassa müxalif olmasıdır.
Bu görüşlə birinci görüş arasında, əməli cəhətdən bir fərq yoxdur. Aralarındakı fərq, ancaq nəzəridir. Çünki, birinci görüşə görə, səhih belə olsa, qiyasa iltifat edilməz. Məsələn, əbu Hənifə, həm qiyasla zidd düşən əhəd xəbəri qəbul etməkdə; həm də qiyasın səhih olduğunu söyləməkdədir. Lakin, bu halda, səhih olduğu halda qiyası rədd etməkdə və onu, nass mövcud olmayan yerlərdə istifadə etməkdədir. ibn Teymiyyə isə, nassla zidd düşməsini, qiyasın fəsadına əlamət saymaqda və qiyasın illətini, əməl üçün əlverişli olaraq qəbul etməməkdədir.
Qiyasın, nass'larla zidd düşməsi:
Nasslarla qiyas arasında ziddiyyət olacağının və bunlardan birinin tərcih ediləcəyini iləri sürən ikinci görüşə gəlirik. İstiqra (induktiv metod) ilə başa düşülmüşdür ki, qiyas və nasslar arasında düşünülən ziddiyyət, nass, Quran ilə sünnətin ümum ifadələri və ya əhəd xəbər olduğu zaman meydana gəlir.
Qiyasın, amm ləfzlərlə zidd düşməsi:
Hənəfi'lərə görə, amm (haşiyə), dəlalət cəhətindən, qətidir. Qiyas isə, necə olursa olsun, zənnidir. Ancaq illət, qəti bir nass ilə sabit və nassa müxalif olan bir mövzuda gerçəkləşmiş bir haldadırsa, bu, zənni qiyasın qəti olan amm ilə zidd düşməsi deyil; qəti qiyasın, qəti nass ilə zidd düşməsi deməkdir. Lakin, qiyasın bir çox şəkilləri, zənnidir və qəti olan amm'ı, təxsis edə bilməz.
--------------------------
(Haşiyə:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem...)
--------------------------
Nə var ki, amm, hər hansı bir dəlil ilə təxsis edilərsə, zənni olur. Çünki, amm, təxsis edildikdən sonra şamil olduğu fərdlərdən bəzisinə dəlalət etməz.
Amm'ın bəzi fərdləri üçün istifadə edilməsi, məcaz qəbilindəndir. O, məcaz olaraq istifadə edilincə, dəlalət, zənni olur. Bu halda, Hənəfi'lər, amm'ın ilk təxsisdən sonra, artıq qiyas ilə təxsis ediləcəyini söyləyirlər. Məsələn:
"Bunlardan başqası, sizə halal qılındı." (Nisa/24) ayəti, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ittifaqla qəbul edilən "Qadın, qardaşı və bacısı qızı üzərinə nikah edilməz." (Buxari, "Nikah", 237) hədisilə təxsis edilmişdir. Beləcə, təxsis edilmiş olan bu ayə, zənni bir dəlil ilə təkrar təxsis qəbul edə bilər.
Yenə, Quranda, "Allah, alış-verişi, halal; faizi isə, haram qılmışdır." (Bəqərə/275) buyurulmuşdur. Halal olan alış-veriş, faiz ehtiva edən alış-verişləri haram qılan sünnətlə təxsis edilmişdir. Dolayısı ilə, təxsis edilmiş olan bu amm, qiyas ilə də təxsis edilə bilər.
Qiyas ilə amm olan bir nass'ın təaruzu (zidd düşməsi) mövzusunda, Hənəfi'lərin görüşü, budur. Lakin, bunun, şəxsən əbu Hənifə'yə nisbəti, sabit deyildir.
Hənəfilər kimi, amm ilə qiyas arasında bir ziddiyyət ola biləcəyini fərz edən imam Malik'ə görə isə, amm olan bir nass, zənnidir. Dolayısı ilə, qiyas ilə amm'ın təaruzu, 2 zənni dəlilin ziddiyyətindən ibarətdir. Bu etibarla, Malik, Quran və Sünnətdəki amm ifadələrin qiyas ilə təxsis ediləcəyini qəbul etməkdədir. Qarafi (əl-Maliki), "Tənqihu'l-Fusul" adlı əsərində (s. 90), bu mövzunu, belə icmal edərək açıqlayır:
"Qiyasın amm ilə ziddiyyəti, 2 dəlilin bir-birinə zidd düşməsi, deməkdir. Bu dəlillərdən biri, dəlalət cəhətindən amm olub, təxsisi qəbul edə bilər. Digəri isə, dəlalət cəhətindən, qətidir. Dəlalət cəhətindən ehtimallı olan bir nass, bu cəhətdən qəti olan qiyas ilə təxsis edilir. Dəlalətcə ehtimallı olmayan əsl'i qəbul etmək, daha yaxşıdır. Amm'ın qiyas ilə təxsisi, bunların hər ikisini də tətbiq etməkdir. Hər ikisinin tətbiqi isə, birini ehmal etməkdən daha üstündür. Bu halda, təxsisi qəbul etməzsək, qiyası ehmal etmiş və səbəbsiz yerə, onun illətinin belə bir yerdə məqbul olmasını əngəlləmiş olarıq."
Qarafi'nin bu görüşünü, biz, 2 cəhətdən tənqid edə bilərik:
a. Ona görə, amm'ın dəlaləti, ehtimallıdır. Halbuki, bu görüş, doğru deyildir. Çünki bu, səbəbsiz yerə, şər'i dəlilləri zəiflətmək deməkdir. Halbuki, ləfzlərin dəlalətləri, əksini isbat edən bir dəlil mövcud oluncaya qədər, ümumiliklərini qoruyarlar. Qiyas da, onları təxsis edə bilməz. Çünki qiyas, nass'ın fər'i olub, fər'i, yəni qiyası, əsl; və əsli də, fər qılmaq, doğru olmaz. Necə ki, Şafi də, "İxtilaf-u Malik" adlı kitabında, belə deməkdədir.
b. Şər'i nass'lara görə, müctəhid, nass tapa bilmədiyi vaxt, qiyasa müraciət edər. Burda isə, nass mövcud olduğu halda, qiyasa gedilməkdə; hətta, nassın bəzi mənası ləğv edilməkdədir ki, bu, tərtibin tam əksinə olan bir şeydir.
Bu etiraz, nass ilə təxsis edilmiş olan amm'ın, qiyas ilə də təxsis edilə biləcəyini söyləyən Hənəfi'lər üçün də variddir.
Qiyasın əhəd xəbər ilə təaruzu:
Şafi, Əhməd və əbu Hənifə'nin, qiyası, əhəd xəbər üzərinə tərcih etmədiklərini, yuxarıda zikr etmişdik.
əbu Hənifə, "Yaddan çıxararaq yeyib-içən kimsənin orucu pozulmaz." deyərkən, belə bir xəbərə istinad etmiş və: "Xəbər olmasaydı, qiyas ilə hökm edəcəkdik." demişdir. Yenə, O: "Namazda qəhqəhə ilə gülən kimsənin dəstəmazı pozular." deyərkən; belə bir hərəkətin, dəstəmazı deyil; sadəcə namazı pozmasını gərəkdirən qiyası tərk etmişdir. Hətta əbu Hənifə, qiyasa müqabil, səhabə fətvası ilə də hökm verərdi. Məsələn: nökərin aman verməsinin (yəni, İslam ölkəsinə girmək və ya İslam ordusuna təslim olmaq istəyən yad qeyr-i müsəlmana, yəni hərbi'nin, can və malının qorunmasını təmin edən öhdəlik və ya əqdinin) caiz olub-olmaması soruşulduğunda, "Caiz olmaz. Çünki, nökər, İslamı qəbul edib, bütün qövmünə aman verə bilər." demişdir. Daha sonra, ağası ilə yola çıxan və hisn əhlinə aman verən nökərin bu felini, Ömər (radiyallahu anh)'ın caiz gördüyü xəbərini eşidincə, öz qiyasından dönmüş və Ömər'in bu fətvasını mənimsəmişdir. əbu Hənifə'nin, qiyası, ravisi fəqih olmayan əhəd xəbərə tərcih etdiyinə; və qiyas ilə zidd düşən və hər hansı bir qiyas şəklilə dəstəklənməyən əhəd xəbəri rədd etdiyinə dair iləri sürülənlər, Özünə nisbəti tərəddüdə yer verməyəcək şəkildə sabit olan bu fətvaları ilə uzlaşmır.
Qiyası əhəd xəbər üzərinə tərcih etməyənləri də bir tərəfə qoyaq, digərlərinə keçək. əbu'l-Hüseyn əl-Basri'nin, alimlərin bu mövzudakı görüşlərilə qiyasın qisimləri haqqındakı açıqlamalarını xülasə etmək istəyirik.
əbu'l-Hüseyn əl-Basri, qiyası, 4 qismə ayırır:
1. Qəti bir nassa bina edilmiş (qurulmuş) qiyas.
Burda, haqqında nass mövcud olan hökm, sübutu qəti bir dəlildən əldə edilmiş olub, illət də, ya nassa söykənir, ya da vazehlik (açıqlıq) cəhətindən nassa söykənirmiş kimi bir hala sahib olur. Belə bir halda, qiyas, təqdim edilir (iləri çəkilir). Çünki o, qəti nass ilə sabitdir, deməkdir; və əhəd xəbər, sübutu (sabit olması) cəhətindən zənni olduğu üçün, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə nisbəti rədd edilir. Bu qismə girən qiyasın, hər kəsə görə, əhəd xəbər üzərinə tərcih edilməsi lazımdır. Çünki, qəti nass üzərinə qurulduğu müddətcə, illətin tətbiqi, bir cəhətdən, qiyas qəbilindən sayılmaz.
2. Zənni bir dəlilə söykənən; və illəti, istinbat ilə sabit olan qiyas.
Bu halda, əhəd xəbər təqdim edilir. Çünki, qiyasa hər cəhətdən zənn ariz olmuşdur. Yəni, illətin istinbatı zənni olduğu kimi; qiyasın əsli də zənnidir. O halda, əhəd xəbər kimi, o da, zənni olduğu üçün, tərcihə uyğun deyildir.
əbu'l-Hüseyn əl-Basri, bu qismə girən qiyasın rədd edilməsi gərəkdiyi haqqında, alimlərin ittifaq etdiklərini bildirməkdədir. Necə ki, o, qiyasın birinci qismi haqqında danışarkən, əhəd xəbərin rədd edilməsi gərəkdiyinə dair alimlərin ittifaq etdiklərini bildirmişdir.
3. Əsl'i, zənni bir nassla sabit olan; və illəti haqqında da, zənni bir nass mövcud olan qiyas.
Burda, əhəd xəbərlə qiyas arasında təaruz bəhs mövzusudur. Çünki, illət haqqındakı nass, fər'in hökmünə, nass ilə bildirilmiş kimi bir məna qazandırmışdır. Buna görə, qiyas ilə əhəd xəbər arasında bir təaruz meydana gəlməkdədir. Basri, əhəd xəbərin bu növ qiyasa tərcih edilməsində, alimlərin icma etdiyini iddia etmişdir. Lakin, bu iddia, mübahisəyə açıqdır.
4. İlləti, istinbat edilmiş olub; əsl'i də, Quran və ya mütəvatir hədis kimi qəti nasslara istinad edən qiyas.
Bu növ qiyas, alimlər arasında mübahisə mövzusu olmuşdur.
Əhəd xəbərə nisbətlə qiyasın qisimləri, bax bunlardan ibarətdir. Bəzi alimlərin, qiyas ilə əhəd xəbər arasındakı təaruz xüsusu haqqında apardıqları araşdırmalar, daha dərindir. Belə ki:
Əhəd xəbər, bəzən, bir neçə əsl ilə dəstəklənən; və illəti də, asanlıq təmin etmək üçün çətinliyi dəf etmək kimi fərqli hökmlərə aid olan nass'ların cəmindən əldə edilən bir qiyas ilə təaruz edə bilər. Bu halda, Maliki'lərlə bəzi Hənbəli'lərə görə, qiyas təqdim edilərək, əhəd xəbər rədd edilir; və bu, bəhsi keçən əhəd hədisin, Peyğəmbərə nisbət cəhətindən səhih olmadığını göstərir. Çünki, burda, bir neçə əsl ilə dəstəklənən və illəti bir neçə nassdan çıxarılan qiyas, qətilik qazanmış olub, əhəd xəbər isə, zənnidir. Əgər qiyas zənnidirsə və onu başqa qəti nasslar dəstəkləmirsə, əhəd xəbər təqdim edilir.
Bu mövzuda, Şatibi belə deyir:
"Qəti bir əsl'ə zidd olan və qəti bir əsl ilə dəstəklənməyən zənni dəlil, şübhəsiz ki, mərdud (rədd edilən)'dir. Bunun dəlili, ikidir:
1. O, şəriətin əsaslarına müxalifdir. Bu əsaslara müxalif olan bir şey, səhih ola bilməz. Çünki o, şəriətdən deyildir. Şəriətdən olmayan şey isə, necə ondan sayıla bilər?!
2. Onun sihhətini dəstəkləyən bir şey mövcud deyildir. Belə olan şeyə də, əlbəttə ki etibar edilməz."
Bu görüş, bəzi Hənəfi'lərin bu mütaliəsinə uyğundur:
Əhəd xəbər, qiyasa müxalif düşər; lakin, onu başqa bir qiyas dəstəkləyərsə, qiyasa tərcih edilər. Əgər əhəd xəbər, bütün qiyas şəkillərinə müxalif düşərsə, rədd edilər.
Maliki'lər də, bu görüşdədirlər. ibnu'l-Arabi, bunu, şəxsən imam Malik'ə nisbət edir və belə deyir:
"Onun məşhur görüşü, budur -və işin əsası da, bu olmalıdır- ki:
Əhəd xəbər, digər bir qayda ilə dəstəklənirsə, O, bunu qəbul edər; tək olaraq qalarsa, tərk edər."
ibnu'l-Arabi, qiyas və ya əsas qaydaya müxalif olan xəbərə, bu misalı verir:
"İt, birinizin qabını yalayarsa, 1-i təmiz olmaqla, onu, 7 dəfə yuyun." (Buxari, "Vudu", 33)
hədisi, itin ovda istifadə edilməsinin mübah olması hökm və qaydasına müxalifdir. Bununla bərabər, bir qaba batan it, sağdır və sağ olması, onun təmizliyinə əlamətdir. Hökm və qaydalara müxalif olan bu hədisi dəstəkləyən başqa bir qayda da yoxdur. ibnu'l-Arabi, əsas qaydaya müxalif olan, lakin başqa bir qayda tərəfindən dəstəklənən xəbər üçün də, araya (təzə xurma ilə quru xurmanı dəyişmək) hədisini, misal olaraq zikr edir. Bu hədis, riba qaydası ilə zidd düşürsə də, örf və çətinliyi dəf etmək qaydası ilə dəsətklənməkdədir.
Maliki məzhəbi, bax bu metodu mənimsəməkdədir.
-------------------------------
-------------------------------
Uqubət (cəzalar)'dakı qiyaslar:
Fəqihlər, cəzaların qiyasla sabit olacağını qəbul edirlər. Cəzalar da, 2 qismə ayrılırlar:
1. Uqubət-u muqaddərə (təqdir edilmiş cəzalar):
Bu qismə girən cəzaların miqdarları, Şari tərəfindən təqdir edilmişdir.
2. Uqubət-u ğayr-i muqaddərə (təqdir edilməmiş cəzalar):
Bu qismə girən cəzaların miqdarı, Şari tərəfindən təqdir edilməmişdir. Bunlara, İslam fiqhində, "tə'zir" deyilir. Fəqihlər, tə'zir cəzalarının qiyas ilə sabit ola biləcəyində, ittifaq etmişlərdir. Onlara görə, günah da, cəza da, qiyas ilə sabit olur. Quran və sünnətin mə'siyət olaraq açıqladığı şeylər, curm (günah)'ları təşkil edirlər və bunlar üçün, cəza tərtib edilir. Əziyyət və fəsad kimi şeylər də, eyni şəkildə, günah sayılırlar. Şari'nin cəzalardan məqsədi, günah işlənməsini əngəlləməkdir. Günahların əngəllənməsini təmin edən hər şey, cəza olaraq qəbul edilə bilər. Ancaq, bu mövzuda, saleh sələfin yolundan getmək lazımdır.
Şari tərəfindən miqdarı təyin edilməmiş olan cəzalar və bunları gərəkdirən günahlar haqqında, qiyasın hökmü, belədir. İndi, görəsən, müqəddər cəzalar və bunların istinad etdiyi günahlar, qiyas ilə sabit ola bilərmi? Bu mövzuda, İslam fəqihləri, 2 qismə ayrılmışlardır:
1. Müqəddər cəzalarda da, qiyas edilə bilər.
Bu görüş, Şafii kitablarında açıqca görülməkdədir. Şafii'lər, livatanı, zinaya qiyas edərək, onun üçün də eyni cəzanı tərtib edirlər. Yenə, qətl kəffarəti mövzusunda, qəsdən adam öldürməyi, xəta ilə adam öldürməyə qiyas edirlər. Hətta Şafii'lərdən bəziləri, bunları, nass'ın dəlalətindən saymaqdadırlar.
Müqəddər cəzalar və bunlarla bağlı günahların isbatında qiyasa müraciət etmədə, imam Şafi'nin dəlili, budur:
"Qiyas, şər'i dəlillərdəndir. Cəzalar, necə Kitab və sünnətlə sabit olurlarsa, qiyas ilə də sabit olurlar. Çünki, qiyasın dəlil olmasının sihhətini göstərən, bir çox dəlillər vardır. Qiyası bəzi mövzularda dəlil saymaq, bəzi mövzularda dəlil saymamaq, doğru olmaz. Qiyas, -hər hansı bir fərq qoyulmadan-, hər yerdə istifadə edilə bilər. Ancaq, buna bir əngəl çıxarsa, o başqa."
2. Hənəfi'lərə görə, müqəddər cəzalarda, qiyasın rolu yoxdur. Məsələn: bir nəfəri söymək və ona dil uzatmaq, qazf (zina böhtanı)'na qiyas edilə bilməz. Livata da, zinaya qiyas edilə bilməz. Əlbəttə, belə günahlar üçün bir cəza tərtib edilər. Ancaq bu cəza, tə'zir cəzası ola bilər. Hənəfi'lərin dəlilləri, bunlardır:
a. Müqəddər cəzalarda qiyas olmaz. Çünki, bu cür cəzaların miqdarı, Şari tərəfindən təsbit edilmişdir. Məsələn, qazf günahının cəzası, 80 çubuqdur. Başqa bir günahın cəzası, buna qiyas edilə bilməz.
b. Qiyasın əsası, illətdir. Əsl'dəki illətin vəsflərini təsbit etmək, zənnə söykənir. Zənnə söykənən şeydə isə, şübhə vardır. Halbuki, Peyəəmbər (sallallahu aleyhi və səlləm):
"Gücünüz çatdığı qədər, şübhələrlə Müsəlmanlardan günahların cəzalarını qaldırın." (Tirmizi, "Hüdud", 2) buyurmuşdur. Buna görə, qiyas ilə cəza sabit olmaz.
c. Qiyas, rəy ilə istinbata daxildir. Rəy ilə istinbat, Allaha aid haqqlarda, bir rol oynamır. Hudud (müfrədi hədd) adı da verilən müqəddər cəzalar, Allaha aid haqqlardır. O halda, bunlarda da rəy ilə istinbatın bir dəxli olmaz.
Fəqihlərin bu mövzudakı ixtilafı hər nə mərkəzdə olarsa olsun, həqiqət budur ki, günah və cəza xüsusunda, qiyasın yeri azdır. Digər fiqhi mövzulardakı qədər geniş deyildir.
(əbu Zəhra, "Usulul-Fiqh")
