Meracın əqli isbatı
سُبْحَـٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَـٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَـٰتِنَآ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ
"Dəlillərimizdən bəzisini Ona (Peyğəmbərə) göstərmək üçün, Öz qulunu, gecə vaxtı, Məscidu'l-Haram'dan, ətrafına bərəkət verdiyimiz Məscidu'l-Aqsaya aparan Allah, hər cür nöqsandan münəzzəhdir. Şübhəsiz ki, O, Eşidəndir, Görəndir."
---------------------------------------
Ayətin təfsirinə keçmədən əvvəl, İsra və Mirac məfhumlarının nə olduğunu; və İsra və Mirac'a dair Əhl-i Sünnət və'l-Camaat'ın görüşünü bəyan edək. Belə ki:
~ İsra: "Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm)'in, bir gecə, Məscidu'l-Haram'dan Məscidu'l-Aqsa'ya aparılması"na deyilir.
~ Mi'rac isə: "Məscidu'l-Aqsa'dan göylərə çıxarılması"na deyilir.
İmam Əli əl-Qari, "Fiqhu'l-Əkbər şərhi"ndə, belə deyir:
"Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in mirac xəbəri, haqdır. Miracı inkar edən, bidət və dəlalət əhlidir."
Şərh:
Yəni, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cəsədilə birlikdə göyə doğru Allahın dilədiyi yüksək məqamlara qədər çıxması, həqiqətdir. Bu xüsusdakı hədis, fərqli yollardan sabit olmuşdur. Bu xəbəri qəbul etməyib rədd edən, dəlalət və bidəti özündə toplamışdır.
'əl-Xülasə' adlı kitabda, belə deyilir:
'Kim miracı inkar edərsə, baxılar:
~ Əgər Məkkə'dən Beytu'l-Maqdis'ə qədər olan İsra qismini inkar edirsə, kafirdir. Beytu'l-Maqdis'dən daha yuxarı çıxışını inkar edərsə, kafir olmaz. Yəni, isra hadisəsini inkar edən, kafirdir. Çünki bu qisim, ayətlə sabitdir. Mirac hadisəsini inkar edən isə, kafir olmaz. Çünki hədis və sünnətlə sabitdir. Ayətin hökmü, qətidir. Hədisin rəvayət və dirayəti isə, zənnidir."
---------------------------------------
İsra, Peyğəmbərin bədəniləmi, yoxsa ruhu iləmi olmuşdur?
İsra'nın, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ruhu iləmi, yoxsa cəsədiləmi olduğu xüsusunda, sələfin də, xələfin də, görüş ayrılığı vardır. (Belə ki):
• Bir qrup: "İsranın ruh ilə gerçəkləşdiyi, bədəninin isə yatdığı yerdən ayrılmadığı və İsranın, özündə həqiqətlər ehtiva edən bir yuxu olduğu görüşündədirlər. Çünki əsasən, Peyğəmbərlərin yuxuları da, haqdır." demişlərdir.
Müaviyə ilə Aişə (radiyallahu anha), bu qənaətdə olduğu kimi, bu görüş, əl-Həsən və ibn İshaq'dan da nəql edilmişdir.
• Bir digər qrup da, belə deyir:
"İsra, bədən ilə oyaq olaraq Beytu'l-Maqdis'ə qədər; və ordan da, ruh ilə olmuşdur."
Bunlar, uca Allahın İsra surəsi 1-ci ayətini dəlil olaraq göstərmişlərdir. Bu ayətdə, uca Allah, Məscidu'l-Aqsa'nı, İsranın son nöqtəsi olaraq zikr etməkdədir.
Bu görüş sahibləri, belə deyirlər:
"Əgər isra, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in bədənilə birlikdə Məscidu'l-Aqsa'dan daha iləriyə olmuş olsaydı, heç şübhəsiz, ayətdə, bu da bəhs mövzusu edilərdi. Çünki belə bir işin bədən ilə olması, (Peyğəmbərə) tərif olaraq daha iləri dərəcədədir."
• Sələfin və müsəlmanların böyük əksəriyyəti isə:
"İsranın, bədən ilə və oyaqkən gerçəkləşdiyi görüşündədir. Peyğəmbər (sallallahu aleyhi və səlləm), Məkkədə "Buraq" adlı miniyə minmiş; Beytu'l-Maqdis'ə çatmış; orda namaz qıldıqdan sonra da, yenə bədənilə İsra davam etmişdir."
-------------------------------------
-------------------------------------
Miracın, ruh və bədənlə olması:
✓ Birinci dəlil:
Miracın ruh və bədənlə olduğuna dair birinci dəlilimiz, ayətdəki "subhan" kəliməsidir.
"Subhan (münəzzəhdir), qulunu bir gecə Məscidu'l-Haram'dan Məscidu'l-Aqsaya aparan..."
Sualımız, budur:
"Subhan ləfzi, Quranda, nə cür hadisələrdən danışılarkən istifadə edilmişdir?"
Cavab, budur:
"Subhan" ləfzi, Allahın əzəmətini göstərən şeylərdə; ağlın idrakdan aciz qaldığı hadisələrdə; insanın qəlbən qəbullanmaqda çətinlik çəkdiyi xəbərlərdə istifadə edilmişdir.
Bunu, bir neçə misalla açıqlayaq:
~ Yasin surəsi 83-cü ayətdə, belə buyurulmaqdadır:
فَسُبْحَـٰنَ ٱلَّذِى بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍ...
Fəsubhan əlləzi biyədihi mələkutu kulli şəyin...
"Subhan/münəzzəhdir, hansı ki, hər şeyin mələkutu əlində olan..."
Ayət, hər şeyin mələkutunun (haşiyə) Allahın əlində olduğunu bəyan etməklə, Allahın əzəmətini göstərir; bu böyük kainatın, tək bir əldən idarə edildiyini bəyan edir. Bu məsələni başa düşməkdən aciz qalan ağıllara və daralan qəlblərə, "Subhan" ləfzilə imdad edilir. Yəni deyilir ki:
"Allah, subhandır. Bütün nöqsanlardan münəzzəhdir. Subhan olan Allah, əlbəttə bunu etməyə qadirdir."
-----------------------------------
(Haşiyə:
Mələkut nədir?
https://suallarlaislam.com/.../m%C9%99l%C9%99kut-al%C9...)
-----------------------------------
~ Başqa bir nümunə, Ənbiya surəsi 22-ci ayətdir. Ayətdə belə buyurulmaqdadır:
...فَسُبْحَـٰنَ ٱللَّهِ رَبِّ ٱلْعَرْشِ عَمَّا يَصِفُونَ
Fəsubhan Allahi Rabbi'l-arşi ammə yəsifun.
"...Subhan / münəzzəhdir ərşin sahibi olan Allah, (müşriklərin) Ona aid etdikləri vəsflərdən."
Bu ayətdə də, Allahın əzəməti nəzərə verilmişdir. Allahın, ərşin sahibi olduğu bəyan edilmiş; (bu ayətdən əvvəlki ayətdə bəyan edilən) müşriklərin, Ona, övlad, zövcə isnadlarından, Allahın bəri olduğu bəyan edilmişdir. Yəni, ayətdə deyilmək istənilən şey, budur:
"Əzəmətli olan ərş belə, Allahın sadəcə kiçik bir məxluqudur. Allah, onun Rəbbidir. Belə uca bir Zat, necə ola bilər ki, Özünə, övlad və xanım götürsün?! Subhan olan Allah, bundan münəzzəhdir."
Bax bu mənanı verən ləfz, ayətdəki "subhan" ləfzidir.
~ Digər bir misal, Yasin surəsi 36-cı ayətdir. Allah Taala, belə buyurmaqdadır:
سُبْحَـٰنَ ٱلَّذِى خَلَقَ ٱلْأَزْوَٰجَ كُلَّهَا...
Subhan əlləzi xaləqa'l-əzvəcə kulləhə...
"Subhandır, hansı ki bütün cütləri yaradan..."
Bu ayətdə də, Allahın əzəməti nəzərə verilmişdir. Sanki yer üzü və bu böyük kainat, bir tarla; və içindəki məxluqat, o tarlaya əkilmiş bir əkindir. O tarlanın bütünü və içindəki hər cüt, Allahın olub, Onun mülküdür. Allahın qüdrəti, hər şeyə nüfuz etmiş; heç bir şey, Onun təsərrüfündən xaric qalmamışdır.
Bax bu fəaliyyət və xallaqiyyət (çoxca yaradılıcıq) qarşısında daralan ağıllara, sıxılan qəlblərə, "subhan" ləfzilə imdad edilmiş; və ləfzin mənası ilə, sanki belə deyilmişdir:
"Bunu etmək, Allah üçün çox asandır. Heç bir iş, Ona çətin gəlməz. Bütün kainat, Onun əlindədir. Hər hansı bir şeyin Özünə çətin gəlməsindən, Allah, çox münəzzəhdir."
Bu 3 misal kimi, Quranda "subhan" ləfzilə başlayan bütün ayətlərdə, Allahın əzəmətini göstərən icraatlardan bəhs edilmiş; və bununla, Allahın böyüklüyü nəzərə verilmişdir.
İsra səyahətindən bəhs edilən bu 1-ci ayətdə də, ayətə, "subhan" deyilərək başlanılmışdır.
Demək ki, isra səyahətində də, Allahın əzəmət və böyüklüyü görülməkdədir. Əzəmət və böyüklüyün görünə bilməsi üçün də, ancaq və ancaq, bu səyahətin bədənlə olması lazımdır. Allahın əzəmət və böyüklüyü, bir bəşəri, bədənlə səyahət etdirməkdə haqqı ilə görünməkdə və bu səyahəti dinləyənə, "subhanAllah" dedirməkdədir. Əgər isra hadisəsi yuxuda reallaşmış olsaydı, ayətə "subhan" ləfzilə başlanması, yersiz olardı. Çünki yuxuda hər hansı bir adama bu kimi şeylərin göstərilməsi, Allahın böyüklük və əzəmətini haqqı ilə göstərməz.
Sözün özü:
Madam ki, ayətə "subhan" ləfzilə başlanılmışdır, o halda, isra hadisəsində, Allahın əzəmət və böyüklüyü görünməkdədir. Əzəmət və böyüklüyün görünə bilməsi üçün də, bu səyahətin bədənlə olması lazımdır.
-----------------------------------------------------------------------------
✓ İkinci dəlil:
Miracın ruh və bədənlə olduğuna dair ikinci dəlilimiz, ayətdəki “əsra bi...” ifadəsidir.
"Əsra" feli, "gecə səyahəti etmək" mənasındadır. Bu fel, "bi" hərfu-cərr'i ilə birlikdə istifadə edildiyində isə, sözün mənası, "gecə səyahəti etdirmək, yeritmək, gecə aparmaq" olur.
Bu fel, əmr forması ilə, Quranda, 5 yerdə keçməkdədir:
1. Hud surəsi 81-ci ayətidir.
Allah, bu ayətdə, belə buyurmaqdadır:
قَالُوا۟ يَـٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ ٱلَّيْلِ...
Qalu yə Lutu, innə rusulu Rabbikə. Lən yəsilu iləykə. Fə əsri bi əhlikə bi qitin minə'l-leyli...
"(Mələklər) dedilər:
Ey Lut! Biz, şübhəsiz ki, Rəbbinin elçiləriyik. Onlar, Sənə, əsla zərər verə bilməyəcəklər. Gecənin bir vaxtı, ailəni yola çıxart."
2. Hicr surəsi 65-ci ayətidir.
Allah Taala, bu ayətdə, belə buyurmaqdadır:
فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِّنَ ٱلَّيْلِ...
Fə əsri bi əhlikə biqitin minə'l-leyli...
"Gecənin bir vaxtı ailəni yola çıxart..."
3. Taha surəsi 77-ci ayətidir.
Allah Taala, ayətdə belə buyurmaqdadır:
وَلَقَدْ أَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِى...
Və ləqad əvhəynə ilə Musə ən əsri bi ibədi...
"Biz, Musaya: 'Qullarımı gecə yola çıxart.' deyə vəhy etdik..."
4. Şüəra surəsi 52-ci ayətidir.
Allah Taala, belə buyurmaqdadır:
وَأَوْحَيْنَآ إِلَىٰ مُوسَىٰٓ أَنْ أَسْرِ بِعِبَادِىٓ...
Və əvhəynə ilə Musə, ən əsri bi ibədi...
"Biz, Musaya: 'Qullarımı yola çıxart.' deyə vəhy etdik..."
5. Duxan surəsi 23-cü ayətidir.
Allah Taala, bu ayətdə, belə buyurmaqdadır:
فَأَسْرِ بِعِبَادِى لَيْلًا...
Fə əsri bi ibədi ləylən...
"Qullarımı gecə yola çıxart..."
"Əsra bi..." kəliməsinin keçdiyi 5 ayətdə də, bu fel, "gecə səyahəti etdirmək" mənasında istifadə edilmişdir. Bütün bu istifadələrdə, bir fel, bir yürüyüş bəhs mövzusudur; yəni, yuxu və ya xəyali bir yürüyüş deyildir. Ayaqların üzərində, bədənlə və cisimlə bir yürüyüşdür.
İsra surəsi 1-ci ayətdə də, bu səyahət, "əsra bi..." kəliməsilə ifadə edilmişdir. Buna görə, isra səyahətinin də, yuxuda ruhən deyil, bədənlə olması lazımdır. Bu kəlimədə, yürüyüş edən şəxsin, bədənilə hərəkət etməsi mövcuddur. Bir şəxsin, xəyalən və ya yuxuda gəzdirilməsinə, "əsra bi..." istifadə edilməz.
Sözün özü:
"Gecə apardı, səyahət etdirdi, yeritdi" mənasındakı "əsra bi..." kəliməsi, isra və miracın bədənlə olmasına dəlildir.
---------------------------------------------
✓ Üçüncü dəlil:
Miracın ruh və bədənlə olduğuna dair üçüncü dəlilimiz, ayətdəki “abd/qul” kəliməsidir.
"Abd" kəliməsi isə, ruh və bədən bütünlüyünü ifadə etməkdədir. Məsələn:
~ Ələq surəsi 9-10-cu ayətlərdə, Allah Taala, belə buyurmaqdadır:
أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ • عَبْدًا إِذَا صَلَّىٰٓ
Ə raəytə əlləzi yənhə? Abdən izə sallə.
"Gördünmü o kəsi ki, mane olur –bir qula namaz qıldığı zaman?"
Bu ayətdəki "abd/qul" kəliməsilə, bədən və ruh bütünlüyü qəsd edilmiş; sadəcə bədən və ya sadəcə ruh qəsd edilməmişdir.
~ Yenə, Quranda, Nuh (əleyhissəlam) haqqında, belə buyurulmuşdur:
ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُۥ كَانَ عَبْدًا شَكُورًا
Zurriyyətə mən həməlnə məa Nuh! İnnəhu kənə abdən şəkuran.
"Ey Nuhla birlikdə gəmidə daşıdıqlarımızın nəsli! Nuh doğrudan da, şükr edən bir qul idi." (İsra/3)
~ Yenə Musa (əleyhissəlam)'ın səyahəti haqqında danışılarkən, ayətdə belə buyurulmaqdadır:
فَوَجَدَا عَبْداً مِنْ عِبَادِنَٓا اٰتَيْنَاهُ رَحْمَةً مِنْ عِنْدِنَا وَعَلَّمْنَاهُ مِنْ لَدُنَّا عِلْماً
Fəvəcədə abdən min ibədinə ətəynəhu rahmətən min indinə və alləmnəhu min lədunnə ilmən.
"Onlar, orada, Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz qullarımızdan birinə rast gəldilər." (Kəhf/65)
Ayətdə haqqında danışılan qul, Xızır'dır. Ona "abd/qul" deyilmiş və bu ifadə ilə, Onun bədən və ruh bütünlüyü qəsd edilmişdir. Sadəcə ruhu və ya sadəcə bədəni qəsd edilməmişdir.
~ Yenə Allah Taala, Süleyman haqqında Sad surəsi 30-cu ayətdə, belə buyurur:
وَوَهَبْنَا لِدَاوُۥدَ سُلَيْمَـٰنَ ۚ نِعْمَ ٱلْعَبْدُ ۖ إِنَّهُۥٓ أَوَّابٌ
Və vəhəbnə lidəvudə Suleymənə. Ni'mə'l-abdu. İnnəhu əvvəbun.
"Biz, Davuda, Süleymanı bəxş etdik. O, necə də gözəl bir qul idi! Daima Allaha üz tutardı."
Misalları çoxaltmaq və onlarla belə misal vermək mümkündür ki, Qurandakı bütün "abd" kəlimələrilə, ruh və bədən bütünlüyü qəsd edilmişdir. Qurandakı heç bir "abd" kəliməsilə, sadəcə ruh qəsd edilməmişdir.
O halda, İsra səyahətindən bəhs edilən ayətdəki "abd" kəliməsilə də, ruh və bədən bütünlüyü qəsd edilmiş olmalıdır. Bu isə, öz növbəsində, isranın, ruh və bədənlə edildiyini isbat etməkdədir.
Əgər isra, bədənlə olmayıb sadəcə ruhla olsaydı, Allah Taala,
"Əsra biabdihi / Qulunu apardı" deməz, "Əsra biruhi abdihi / Qulunun ruhunu apardı" deyərdi. Halbuki ayətdə, belə buyurulmamışdır.
Demək ki, bu səyahət, ruh və bədənlə bərabər olmuşdur.
--------------------------------------------
✓ Dördüncü dəlil:
Miracın ruh və bədənlə olduğuna dair dördüncü dəlilimiz, Nəcm surəsindəki miracla bağlı ayətlərdir.
İlk əvvəl, Nəcm surəsinin ilk 18 ayətinin mənasına baxaq. Belə ki, Allah Taala, əzəmətli kitabında, belə buyurmaqdadır:
وَٱلنَّجْمِ إِذَا هَوَىٰ • مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ • وَمَا يَنطِقُ عَنِ ٱلْهَوَىٰٓ • إِنْ هُوَ إِلَّا وَحْىٌ يُوحَىٰ • عَلَّمَهُۥ شَدِيدُ ٱلْقُوَىٰ • ذُو مِرَّةٍ فَٱسْتَوَىٰ • وَهُوَ بِٱلْأُفُقِ ٱلْأَعْلَىٰ • ثُمَّ دَنَا فَتَدَلَّىٰ • فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ • فَأَوْحَىٰٓ إِلَىٰ عَبْدِهِۦ مَآ أَوْحَىٰ • مَا كَذَبَ ٱلْفُؤَادُ مَا رَأَىٰٓ • أَفَتُمَـٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ • وَلَقَدْ رَءَاهُ نَزْلَةً أُخْرَىٰ • عِندَ سِدْرَةِ ٱلْمُنتَهَىٰ • عِندَهَا جَنَّةُ ٱلْمَأْوَىٰٓ • إِذْ يَغْشَى ٱلسِّدْرَةَ مَا يَغْشَىٰ • مَا زَاغَ ٱلْبَصَرُ وَمَا طَغَىٰ • لَقَدْ رَأَىٰ مِنْ ءَايَـٰتِ رَبِّهِ ٱلْكُبْرَىٰٓ
"Batdığı zaman, ulduza and olsun ki, sahibiniz (dostunuz), (doğru yoldan) azmadı, nə də yoldan çıxmadı. O, Öz həvasından danışmaz. O, Özünə vəhy edilən bir vəhydən başqa bir şey deyildir. Bunu Ona, (elmcə) çox qüvvətli olan öyrətdi. (Bədəncə) qüvvətli (Cəbrail) O, yüksəlib öz surətində göründü. O, ən uca üfüqdə idi. Sonra (Muhəmmədə) yaxınlaşıb aşağı endi. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah, Öz quluna nazil edəcəyini vəhy etdi. Gördüyünü yalan saymadı.
İndi, siz, Onunla, gördüyü şey barəsində mübahisəmi edirsiniz? And olsun ki, O, Onu, digər bir dəfə də, Sidrətu'l-Müntəha'nın yanında görmüşdü, ki, cənnətu'l-mə'va (Məva cənnəti) də, onun yanındadır. O (gördüyü vaxt), sidrəni bürüyürdü bürüməkdə olan.
Peyğəmbərin gözü yayınmadı və həddi də aşmadı. And olsun ki, O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü."
Bu ayətlərin izahını təfsir kitablarına (xüsusilə imam Razi'nin təfsirinə) həvalə edirik. Biz, burda, sadəcə bu ayətlərdən, mövzumuza baxan qismi izah edəcəyik. Əslində, heç izah etməsək də, sadəcə mənaya baxsaq, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in miracda səmaya yüksəldiyini başa düşə bilərik. Ancaq biz, yenə də bir az izah gətirək. Belə ki:
Əgər sizə (bunun bədən və ruhla olduğunu qəbul etməyənlərə) belə bir sual verilsə ki:
"Göz, bədəninmi, yoxsa ruhunmu bir üzvüdür?"
Hər halda, cavabınız, gözün, bədənin bir üzvü olduğu olacaqdır. Çünki ruhun, görmək üçün gözə ehtiyacı yoxdur. Ruh, bu aləmi, göz pəncərəsilə görməkdədir. Bədəndən çıxıb ayrıldığında isə, artıq o pəncərəyə ehtiyac duymaz. Bu izahdan sonra, yenidən bu ayətə baxaq:
"Gözü yayınmadı və həddi aşmadı."
"Gözün yayınmaması" ifadəsi, Peyğəmbərimizin başqa bir yerə baxmaması mənasındadır. Yəni, gözü, başqa bir yerə yayınmadı, sağa-sola dönmədi...
"Gözün həddi aşmaması" isə, olduğundan fərqli görməməsi və yox olanı, mövcud olaraq xəyal etməməsidir. Yəni, gördüyü haqdır.
Əgər mirac, ruhun yuxuda bir səyahəti olsaydı, ayətdə, bədənin üzvü olan gözdən bəhs edilməzdi.
Ruhun gözü yoxdur və görmək üçün, gözə ehtiyacı da yoxdur.
Bax bu hal isbat edir ki, mirac, ruhla deyil, bədənlə olmuşdur.
--------------------------
✓ Beşinci dəlil: İnsanların bu hadisəni qəbullanmaqda çətinlik çəkmələridir.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), insanlara, bir gecə etdiyi səyahət haqqında danışdığında, müşriklər Onunla istehza etmiş; bir qisim müsəlmanlar da Onu yalanlayıb dindən çıxmışdılar.
Əgər Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm):
"Mən, dünən yuxumda, Məscidu'l-Aqsa'ya getdim. Ordan da səmaya yüksəldim. Belə, belə şeylər gördüm." desəydi, yəni, bu səyahətin yuxuda olduğunu söyləsəydi, müşriklər, Peyğəmbərimizlə istehza edərdilərmi? Bir qisim müsəlmanlar dindən çıxardılarmı?
Xeyr. Bunların heç biri də baş verməzdi. Çünki yuxuda bu kimi şeyləri görmək, deyil Peyğəmbərlər üçün, bizlər üçün belə mümkündür.
Demək ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), başqa bir şeydən bəhs edirdi. Elə bir şey ki, bunun, örfdə bir misli yoxdur; daha əvvəl, kimsə, belə bir şeydən bəhs etməmişdir. Hətta bu, elə bir hadisədir ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'i təsdiq etməsi, əbu Bəkr (radiyallahu anh)'a, "siddiq" ləqəbini qazandırır. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), bu hadisədən bəhs edincə, müşriklər, dərhal əbu Bəkr'in yanına gəlir və hadisəni ona, lağlağı tərzində bildirirlər. Ona:
"Buna da inana bilərsənmi?" deyirlər.
Əbu Bəkrin cavabı isə:
"O deyirsə, doğrudur." cavabı olur.
Bax bu sözü, ondan başqası söyləmədiyi üçün, "siddiq" ləqəbi, ona layiq görünür.
Əgər mirac hadisəsini yuxu qəbul edərsək:
~ müşriklərin Peyğərimizlə istehzalarını;
~ bəzi müsəlmanların dindən çıxmasını
izah edə bilməyəcəyik.
Elə isə, bu hadisələri izah edə bilməyin tək yolu, bu səyahətin bədənlə olduğunu qəbul etməkdir.
------------------------------------
------------------------------------
Miracın yuxuda olduğunu iddia edənlərə cavablar:
Bura qədər, miracın bədənlə olduğunu isbat etdik və bu mövzudakı dəlilləri ortaya qoyduq.
İndi isə, miracın, "röya, yəni yatarkən görülən yuxu" şəklində gerçəkləşdiyini iddia edənlərin, bu iddialarına cavab verəcəyik:
✓ Birincisi:
...وَمَا جَعَلْنَا ٱلرُّءْيَا ٱلَّتِىٓ أَرَيْنَـٰكَ إِلَّا فِتْنَةً لِّلنَّاسِ...
...və mə cəəlnər ru'yə əlləti əraynəkə illə fitnətən linnəs...
"...(İsra gecəsi) Sənə göstərdiyimiz o röyanı, insanlar üçün bir fitnə -yəni imtahan- olsun deyə etdik..."
Miracın bədənlə olduğunu inkar edənlər, ayətdə "röya" təbirilə, miracın, yuxuda baş verdiyini iddia etməkdədirlər.
Biz də, belə bir sual veririk:
"Əgər ayətdəki 'röya' təbirilə, bildiyimiz 'yuxuda görülən şeylər' qəsd edilmişdirsə, elə isə, ayətin davamında yer alan 'insanlar üçün bir fitnə olsun deyə' ifadəsi, nə mənaya gəlməkdədir?"
Bu hadisənin, insanlar üçün bir fitnə, yəni imtahan ola bilməsi üçün:
~ ağlın qəbul edə bilmədiyi;
~ fikrin qavramadığı, yəni qavramaqdan aciz qaldığı;
~ qəlblərə sığmayan; və
~ örfdə misli olmayan
bir hadisə olması lazımdır. Yalnız bu halda, imtahandan bəhs edilə bilər. Əks təqdirdə, bir imtahandan bəhs edə bilmərik. Yuxarıda dediyimiz kimi, əgər Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), bu hadisəni yuxuda gördüyünü desəydi, müşriklər, Onunla istehza edərdilərmi? Bəzi müsəlmanlar, dindən dönərdilərmi? Və imanda mətanət göstərən digər Müsəlmanlar, bunu qəbullanmaqda bu qədər çətinlik çəkərdilərmi?!
Təbii ki, xeyr. Bunların heç biri baş verməzdi. Çünki yuxuda bu kimi şeylər görmək, deyil Peyğəmbərlər üçün, bizlər üçün belə mümkündür.
Demək ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), başqa bir şeydən bəhs etməkdədir. Elə bir şeydən ki, örfdə misli görülməmişdir; daha əvvəl, kimsə belə bir şeydən bəhs etməmişdir. Ağıllar qəbul edə bilmir, qəlblərə də bu şey sığmamaqdadır. Və insanlar, bununla imtahan olunmaqdadırlar. Belə bir hadisə isə, ancaq və ancaq Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in bədənilə səmaya çıxdığını söyləməsi ola bilər.
Bax, bu səbəblədir ki, ayətdəki "röya" təbiri, "yuxuda görülən şeylər" mənasına gələ bilməz. Elə isə, gəlin, ayətdəki "ru'yə" təbirinin nə mənaya gəldiyini, səhabənin ən böyük müfəssirlərindən olan ibn Abbas (radiyallahu anh)'dan öyrənək.
Ayətdəki "röya" təbiri üçün, ibn Abbas, belə deyir:
Ayətdəki ُرؤيا (ru'yə) ilə رؤية (ru'yə, sonu tə mərbutə ilə bitən ru'yə) kəliməsi, eyni mənadadır. Bununla, "tamaşa və seyir" mənası qəsd edilmişdir. Bu, "röya", yəni "yuxuda görülən şey" deyil, o gecə (yəni İsra gecəsi) Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'ə göstərilən tamaşadır.
Bunun belə olduğuna dair başqa bir dəlil də, budur:
Ayətdəki ُ"رؤيا / ru'yə" kəliməsi, "رأى / raə" felindən gəlməkdədir və "raə" feli, "gözlə görmə"yi ifadə edir. Əgər ayətdə yuxu halında görülən "röya" qəsd edilsəydi, bu halda, "رأى / raə" feli deyil, "حلُم / hulmun" kəliməsi istifadə edilərdi. Bu "əhləm" kəliməsi, "hulm" kəliməsinin cəm halıdır. Quranda, röya üçün, bu "əhləm" kəliməsi istifadə edilmişdir. Necə ki, Yusuf surəsi 44-cü ayətdə, Allah azzə və cəllə, belə buyurmaqdadır:
قَالُوٓا۟ أَضْغَـٰثُ أَحْلَـٰمٍ ۖ وَمَا نَحْنُ بِتَأْوِيلِ ٱلْأَحْلَـٰمِ بِعَـٰلِمِينَ
Qalu: ədğasu əhləmin və mə nəhnu bi tə'vili'l-əhləmi bialimin.
"Onlar dedilər: 'Bunlar, qarmaqarışıq yuxulardır. Biz, belə yuxuların təvilini bilmirik."
Gördüyümüz kimi, Quranda, yuxuda görülən şeylər üçün, "əhləm" ifadəsi istifadə edilmişdir. Burda, bu kəlimə, cəm halında gətirilmişdir. Kəlimənin müfrədi (tək halı) isə, "hulm"dur.
Əgər miracdan bəhs edilən ayətdə, miracın yuxuda olduğu qəsd edilsəydi, "ru'yə" kəliməsi deyil, "hulm" kəliməsi istifadə edilərdi. "Hulm" kəliməsinin istifadə edilməməsi, isbat edir ki, "ru'yə" kəliməsilə, yuxuda görülən şey deyil, ibn Abbas (radiyallahu anh)'ın dediyi kimi, "tamaşa və seyr" mənası qəsd edilmişdir. Bu da, miracın yuxuda olmadığını isbat etməkdədir.
---------------------------------
---------------------------------
✓ İkincisi: "Göyə çıxmadıqca, Sənə, əsla inanmarıq."
Miracın bədənlə olduğunu inkar edənlər, belə bir dəlil gətirirlər:
İsra surəsi 93-cü ayətin bəyanı ilə, kafirlər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə belə deyirdilər:
...أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ...
"...və ya göyə çıxmalısan..." Yəni, əks halda, Sənə inanmayacağıq.
Onlara görə, əgər Peyğəmbər (sallallahu aleyhi və səlləm), göyə yüksəlmiş olsaydı, ayətdə, müşriklər belə deməzdilər.
İndi, biz, ayətin əvvəlinə bir baxaq və onların, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nələr istədiyini bir görək. Belə ki:
وَقَالُوا۟ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا
"Onlar dedilər: 'Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik." (İsra/90);
أَوْ تَكُونَ لَكَ جَنَّةٌ مِّن نَّخِيلٍ وَعِنَبٍ فَتُفَجِّرَ ٱلْأَنْهَـٰرَ خِلَـٰلَهَا تَفْجِيرًا
"Və ya ortasından şırıl-şırıl çaylar axıdacağın xurma və üzüm bağın olmayınca." (İsra/91);
أَوْ تُسْقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِىَ بِٱللَّهِ وَٱلْمَلَـٰٓئِكَةِ قَبِيلًا
"Yaxud, iddia etdiyin kimi, göyü parça-parça üstümüzə yağdırmayınca; və ya Allahı və mələkləri qarşımıza gətirməyincə." (İsra/92)
أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَـٰبًا نَّقْرَؤُهُۥ ۗ قُلْ سُبْحَانَ رَبِّى هَلْ كُنتُ إِلَّا بَشَرًا رَّسُولًا
"Yaxud qızıldan bir evin olmayınca; və ya göyə qalxmayınca, biz Sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da inanmayacağıq.
De: 'Rəbbim pak və müqəddəsdir! Mən isə, yalnız elçi göndərilmiş bir insanam." (İsra/93)
İndi, kafirlərin iman etmək üçün nələri şərt qoşduqlarını maddə-maddə ələ alaq. Belə ki:
Peyğəmbərin:
1. Yerdən bulaq çıxartması; və ya
2. Ortasından şırıl-şırıl çaylar axıdacağı xurma və üzüm bağları; və ya
3. Göyü, onların üzərlərinə parça-parça yağdırması;
4. Allahı və mələkləri qarşılarına gətirməsi
5. Qızıldan bir evinin olması;
6. Göyə qalxması;
7. Göydən, onların oxuyacaqları bir kitab endirməsi.
Bax, müşriklər, iman etmək üçün, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən bunu istəyirlərdi. Onların digər istəklərini bir tərəfə qoyub, məsələmiz olan istəklərinə bir baxaq:
Onlara, Peyğəmbərimizin sadəcə göyə yüksəlməsi də kifayət etmirdi. Buna əlavə olaraq deyirdilər ki:
"Bizə oxuyacağımız bir kitab endirmədikcə, Sənin göyə çıxmağına da inanmayacağıq."
Yəni, müşriklər, bunu istəyirlər:
Peyğəmbər (sallallahu aleyhi və səlləm), onların gözü qarşısında göyə yüksələcək; bir müddət sonra isə, əlində bir kitabla göydən enəcək; əlindəki kitabı müşriklərə göstərəcək; müşriklər də o kitabı oxuyub ondan sonra iman edəcəklər.
Əgər Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), onların gözü önündə göyə yüksəlsə belə, əlində kitab olmadan qayıtsa, yenə inanmayacaqlar.
İndi, biz, soruşuruq:
Bu ayətin (İsra/93)'ün, miracla nə əlaqəsi var? Müşriklər, bu ayətdə miracımı inkar edirlər, yoxsa bir miracmı istəyirlər? Mirac, zatən, onların gözü önündə olmayan bir hadisədir. 2 qisimdən meydana gəlir:
~ Birinci qisim: Peyğəmbərimizin Məkkədən Qüdsə aparılması;
~ İkinci qisim isə: Ordan səmaya yüksəldilməsidir.
Birinci qisim, zatən ayətlə sabitdir. İsra/1 ayəti, bu səyahətdən bəhs etməkdədir. Səyahətin bu qismini inkar edən, zatən kafir olar. Müşriklər isə, səyahətin bu qismini də qəbul etmirlər. Onlar, hər şeyin, onların gözü qarşısında baş verməsini və Peyğəmbərimizin göydən bir kitabla qayıtmasını istəyirlər. Halbuki istədikləri şey, imtahan sirrinə ziddir. Belə ki:
İmtahan sirri istər ki, ağla qapı açılsın, ancaq iradə əldən alınmasın. Əgər möcüzələr iradəni əldən alacaq qədər açıq olsa, o vaxt, imtahan sirri pozular; hər kəs, istər-istəməz iman etməyə məcbur qalar. Bu halda da, imtahan meydanının açılmasının bir mənası qalmaz. Bax bu səbəbdən, möcüzələr, pərdəli bir şəkildə vaqe olmuşdur. Qəlbində əyrilik olanlar, möcüzələri bir şəkildə təvil etmiş, iradələrilə küfrdə israr etmişlərdir.
Məsələn, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in barmaqlarından su axıtması möcüzəsinə baxaq:
Peyğəmbərimiz əllərini qaldırıb barmaqlarından su axıtmamışdı. Mübarək əlini, içində su olan bir qabın içinə qoyur və barmaqlarından suyu bu şəkildə axıdır. O qabdan da, bir ordu su içir, qabdakı su, yenə əskilmir. Ancaq sadəcə su qabına diqqətlə baxanlar, barmaqlarından axan suyu görür. Qəlbində xəstəlik olanlar isə, bu hadisəni bir şəkildə təvil edir və:
"Qabda, zatən su var idi. Biz də, qabdakı sudan içdik." deyərək, möcüzəni inkar edir.
Digər möcüzələr də, bu şəkildə pərdəli vaqe olmuşdur.
Bəzən imtahan sirrini pozacaq qədər açıq möcüzələr də olmuşdur. Ancaq bunlar, kiçik bir camaat qarşısında reallaşmış; bəzən o camaatdan bəzi fərdlər, buna "sehr" demiş, inanmamış; bəzən də inanmış, ancaq onun sözünə də digərləri inanmamışdır. Yəni, hər zaman bir imtahan olmuşdur. Sözü uzatmamaq üçün, nümunələri çoxaltmırıq.
Bax, müşriklərin istədiyi şeylər, Allahın və mələklərin gəlməsi; gözləri qarşısında Peyğəmbərimizin göyə yüksəlməsi; və göydən kitabla qayıtması kimi şeylər, imtahan sirrini pozacaq şeylərdir. Bu səbəblə, bu cür möcüzələr vaqe olmamışdır. Ancaq mirac, bu cür möcüzələrdən deyildir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), bu səyahəti tək başına etmiş və qayıtdığında, bu səyahət haqqında insanlara danışmışdır. İman sahibləri inanmış; kafir və münafiqlər isə, inkar etmişlərdir.
Bütün bu izahlardan bunu başa düşdük ki:
Müşriklər, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'dən vaqe olan mirac kimi bir mirac istəmirdilər. Zatən onu qəbul da etmirdilər. Onlar, gözləri qarşısında gerçəkləşəcək şəkildə, Allah rəsulunun səmaya yüksəlməsini və göydən, əlində bir kitabla qayıtmasını istəyirdilər. Bu istəkləri isə, gerçəkləşməmişdir. Gerçəkləşməmə səbəbi haqqında isə, bir az əvvəl danışdıq. Bunun gerçəkləşməməsi, miracın reallaşmaması mənasına gəlməz. Çünki mirac, bundan tamamilə fərqli bir hadisədir. İmtahan sirrinə uyğun bir şəkildə gerçəkləşmiş; xalis möminlər, iman edərkən; digərləri isə, inkar etmişlərdir.
Sözün özü:
Kafirlərin, "Göyə çıxmadıqca, Sənə əsla inanmayacağıq." sözlərinin, miracı inkarla heç bir əlaqəsi yoxdur. Onlar, imtahan sirrini pozacaq bir şey istəmiş, Allahın hikməti isə, buna izn verməmişdir. Vaqe olan mirac isə, imtahan sirrini pozmayacaq bir şəkildə cərəyan etmiş və müsəlmanlar üçün bir imtahan vəsiləsi olmuşdur. Elə bir imtahan olmuşdur ki, hələ günümüzdə də, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in sözünə güvənməyənlər, Onu yalançılıqla ittiham edib, miracı inkar edirlər.
------------------------------------
------------------------------------
✓ Üçüncüsü: "Peyğəmbərin bədəni deyil, ruhu aparılmışdır." iddiası
Miracın yuxuda reallaşdığını iddia edənlərin, üçüncü sözləri budur:
~ Səhabədən: Huzeyfə və Müaviyə, Aişə (radiyallahu anha)
~ Tabiundan: Həsən əl-Basri,
miracın yuxuda olduğunu söyləmişlərdir.
Demək ki, mirac, oyaq ikən deyil, yuxuda ikən gerçəkləşmişdir. Biz, onların bu sözlərinə etimad edir və miracın, sadəcə ruhla olduğuna inanırıq...
Cavab:
Alimlərimiz, bu iddiaya fərqli şəkillərdə cavab vermişlərdir:
• Birinci cavab: İmam Qurtubi'nin verdiyi bu izahdır:
Mirac hadisəsi meydana gəldiyi vaxt, Aişə (radiyallahu anha), kiçik idi; hadisəni idrak edə biləcək bir yaşda deyildi. Müaviyə isə, iman etməmişdi. Dolayısı ilə, onların bu mövzudakı sözləri, digər səhabələrin sözlərinə tərcih edilməz.
Bununla bərabər, həm Aişə (radiyallahu anha), həm də Müaviyə, miracla bağlı hər hansı bir hədis nəql etməmişlərdir. Onların etdikləri tək şey, Peyğəmbərimizin, miracla bağlı suallara verdiyi cavablardan hökm ihdas etməkdir.
Dolayısı ilə, bunların sözü, miracla bağlı hədisləri nəql edən səhabələrin sözünə tərcih edilə bilməz.
• İkinci bir cavab da, budur:
Aişə (radiyallahu anha)'ya ətf edilən, "Bədəni deyil, ruhu aparılmışdır." sözü, sənəd etibarı ilə çox zəifdir. Hədisi, Muhamməd b. İshaq, bu kəlimələrlə nəql etmişdir:
"Əbu Bəkrin ailəsindən bəzi kimsələr, mənə, Aişənin belə dediyini nəql etmişdir..."
Bax, xəbərin sənədi, bu qədər məchuldur. Aişəyə aid olduğu söylənilən bu sözü, ibn İshaqa kim nəql etmişdirsə, bu, xəbərin sənədində bəlli eyildir. Belə məchul bir sənədlə, çox sağlam sənədli və güvənilən hədislər, inkar edilə bilməz. Bütün alimlərin sihhətində ittifaq etdikləri hədisləri tərk edib məchul sənədli bir xəbəri dəlil qəbul etmək, insaflı olmasa gərəkdir.
------------------------------------------------------------
------------------------------------------------------------
Ustad Said Nursi (rahmətullahi aleyh)'in, "Sözlər" adlı əsərinin 31-ci Sözü olan "Mirac" risaləsində, Ustadın mirac məsələsini bəyanı
Ustad Nursi, mirac məsələsinin izahına keçmədən əvvəl, belə deyir:
"İhtar: Mirac meselesi, erkân-ı imaniyenin usulünden sonra terettüp eden bir neticedir. Ve erkân-ı imaniyenin nurlarından medet alan bir nurdur. Erkân-ı imaniyeyi kabul etmeyen dinsiz mülhidlere karşı, elbette bizzat ispat edilmez. Çünkü, Allah'ı bilmeyen, Peygamberi tanımayan ve melâikeyi kabul etmeyen veya semâvâtın vücudunu inkâr eden adamlara Miracdan bahsedilmez; evvelâ o erkânı ispat etmek lâzım geliyor. Öyle ise, biz, Miracda istib'âd ile vesveseye düşen bir mü'mini muhatap ittihaz ederek, ona karşı serd-i kelâm edip ara sıra, makam-ı istimâda olan mülhidi nazara alıp serd-i kelâm edeceğiz."
Yəni:
İxtar (xatırlatma):
Mirac məsələsi, iman əsaslarından sonra gələn bir nəticədir. İman rüknlərinin nurlarından kömək alan bir nurdur. İman rüknlərini qəbul etməyən dinsizlərə qarşı, bu məsələ tək başına isbat edilməz. Çünki:
~ Allahı bilməyən;
~ Peyğəmbəri tanımayan; və
~ Mələkləri qəbul etməyən; və ya
~ Səma təbəqələrinin varlığını
inkar edən adamlara, miracdan bəhs edilməz. İlk əvvəl, bu rüknləri isbat etmək lazım gəlir.
Elə isə, biz, bu mirac risaləsində, istibad ilə (ağıldan uzaq görərək) vəsvəsəyə düşən bir mömini muxatab qəbul edərək ona qarşı kəlam edib; bəzən də dinləmə məqamında olan mülhidi (dinsizi) nəzərə alacağıq.
İlk əvvəl, yenə bu "Mirac Risaləsi"ndə yer alan Allahın, peyğəmbərin, mələklərin və səma təbəqələrinin mövcudluğu haqqında Ustad Nursi'nin hikmət dolu sözlərindən bir az bəhs açaq. Belə ki, O deyir:
1. Allahın varlığının əqlən isbatı:
"Madem şu kâinat ve mevcudat var ve içinde ef'al ve icad var. Hem madem muntazam bir fiil fâilsiz olmaz, mânidar bir kitap kâtipsiz olmaz, san'atlı bir nakış Nakkâşsız olmaz. Elbette, şu kâinatı dolduran ef'âl-i hakîmânenin bir fâili ve yeryüzünün mevsim be mevsim tazelenen hayretfezâ nukuşlarının, mânidar mektubatının bir kâtibi, bir Nakkâşı vardır."
Yəni:
• Madam şu kainat və mövcudat var və içində fəaliyyət və icad görünür.
• Həm madam intizamlı bir fel, failsiz; mənalı bir kitab, katibsiz; sənətli bir naxış, nəqqaşsız olmaz.
Elə isə, bu kainatı dolduran hikmətli fellərin bir Faili; və yer üzünün mövsüm bə mövsüm təzələnən heyrət verici naxışlarının, mənalı məktublarının da, bir Katib, bir Nəqqaşı vardır.
"Hem madem bir işte iki hâkimin bulunması, o işin intizamını bozuyor. Hem madem sinek kanadından tâ semâvât kandiline kadar, mükemmel bir intizam var. Öyle ise, o Hâkim, birdir. Bir olmazsa—çünkü herşeyde san'at ve hikmet o derece aciptir ki, o şeyin Sânii, herbir şeye muktedir olacak, herbir işi bilecek bir derecede, Kadîr-i Mutlak olmak lâzım gelir; öyle ise, bir olmazsa—mevcudat adedince ilâhların bulunması lâzım gelir. O ilâhlar, hem birbirine zıt, hem birbirine misil olacaklar; ve o halde, şu acip intizam bozulmamak, yüz bin defa muhaldir."
Yəni:
• Həm madam ki, bir işdə 2 hakimin mövcud olması, o işin intizamını pozur.
• Həm madam ki, milçək qanadından ta ki "səma taxçaları"na qədər mükəmməl bir intizam var.
Elə isə, o Hakim (hökm edən), birdir.
Bir olmazsa,
-çünki hər şeydə sənət və hikmət, o dərəcə qeyr-i adidir ki, o şeyin Sani'i (sənətkarı), hər şeyə iqtidarı olacaq, hər bir işi biləcək bir dərəcədə mütləq qüdrət sahibi olmaq lazım gəlir. Elə isə, əgər O, bir olmazsa-
mövcudat sayısınca ilahların mövcud olması lazım gəlir. O ilahlar da, həm bir-birinə zidd; həm bir-birinin misli olacaqlar; və elə olduğu halda isə, bu qeyr-i adi intizamın pozulmaması, 100.000 dəfə muhaldır/imkansızdır.
"Hem madem şu mevcudatın tabakatı, bir ordudan bin defa daha muntazam bir emirle hareket ettiği bilbedâhe görünüyor. Yıldızların, güneş ve kamerin muntazaman hareketlerinden tut, tâ badem çiçeklerine kadar herbir taife o kadar muntazam, o kadar mükemmel bir surette Kadîr-i Ezelînin o taifeye verdiği nişanları, formaları, güzel libasları ve tayin ettiği harekâtı, bin defa ordudan daha muntazam bir tarzda izhar ediyor. Öyle ise, şu kâinatın, mevcudatı Onun emrine bakar ve imtisal eder, perde-i gayb arkasında bir Hâkim-i Mutlakı vardır."
Yəni:
• Həm madam ki, bu mövcudat təbəqələri, bir ordudan 1000 dəfə daha intizamlı bir əmrlə hərəkət etdikləri, açıq-aydın görsənir. Ulduzların, günəş və ayın intizamlı hərəkətlərindən ta ki badam çiçəklərinə qədər hər bir qrup, çox intizamlı, çox mükəmməl bir surətdə, əzəli qüdrət Sahibinin o qruplara verdiyi nişanları, formaları, gözəl libasları və təyin etdiyi hərəkətləri, ordudan 1000 dəfə daha intizamlı bir tərzdə izhar etməkdədirlər.
Elə isə, bu kainatın, qeyb pərdəsi arxasında -mövcudatı, Onun əmrlərinə baxan və Özünə itaət edən- mütləq bir hakimi (hökm edəni) vardır.
"Hem madem o Hâkim, bütün yaptığı icraat-ı hakîmâne şehadetiyle, hem gösterdiği âsâr-ı haşmetle, bir Sultan-ı Zülcelâldir. Hem gösterdiği ihsânât ile, gayet Rahîm bir Rabdir. Hem izhar ettiği güzel san'atlarıyla, san'atperver ve san'atını çok sever bir Sânidir. Hem gösterdiği tezyinat ve merak-âver san'atlarıyla zîşuurların nazar-ı istihsanını âsârına celb etmek isteyen bir Hâlık-ı Hakîmdir. Hem hilkat-i âlemde gösterdiği muhayyirü'l-ukul tezyinatın ne demek olduğunu ve mahlûkat nereden gelip nereye gideceğini, rububiyetinin hikmetiyle zîşuura bildirmek istediği anlaşılıyor. Elbette bu Hâkim-i Hakîm ve Sâni-i Alîm, rububiyetini göstermek ister."
Yəni:
• Həm madam ki, o Hakim, bütün hikmətli icraatının şəhadətilə, həm göstərdiyi möhtəşəm əsərlərilə, cəlal sahibi bir Sultan'dır.
• Həm göstərdiyi ehsanlar ilə, çox Rəhim bir Rəbb'dir.
• Həm izhar etdiyi gözəl sənətlərilə, sənətpərvər və sənətini çox sevən bir Sani (sənətkar)'dır.
• Həm göstərdiyi (əşyaya vurduğu) bəzəklər (naxışlar) və maraq oyadan sənətlərilə, şüur sahiblərinin bəyənən nəzərlərini Öz əsərlərinə cəlb etmək istəyən hikmət sahibi bir Yaradan'dır.
• Həm aləmin yaradılışında göstərdiyi ağıllara heyrət verən naxışlarının nə demək olduğunu; və məxluqat, hardan gəlib hara gedəcəyini, tərbiyə ediciliyinin hikmətilə, şüur sahiblərinə bildirmək istədiyi başa düşülür.
Elə isə, əlbəttə ki, sonsuz hikməti sahibi Hakim (hökm edən); və sonsuz elm sahibi Sani (sənətkar); Öz rububiyyətini (tərbiyə ediciliyini) göstərmək istəyəcəkdir.(Haşiyə)
-----------------------------------------------------
(Haşiyə:
Tövhidin başqa əqli dəlillərini oxumaq üçün, aşağıdakı linkə daxil ola bilərsiniz:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/tovhidin-%C9%99ql%C9%99n-isbati
-----------------------------------------------------
2. Peyğəmbərliyin əqlən isbatı:
• "Hem madem bu kadar gösterdiği âsâr-ı lütuf ve merhamet ve garaib-i san'at ile zîşuura kendini tanıttırmak ve sevdirmek ister. Elbette, zîşuurlardan arzularını ve onlardaki marziyâtı ne olduğunu, bir mübelliğ vasıtasıyla bildirecektir. Öyle ise, zîşuurlardan birisini tayin edip onunla o rububiyetini ilân edecektir."
Yəni:
Həm madam ki, göstərdiyi bu qədər lütf və mərhəmət əsəri və sənət qeyr-i adiliklərilə Özünü şüur sahiblərinə tanıtmaq və sevdirmək istəyir.
Əlbəttə ki, şüur sahibləri haqqındakı arzularını və onlarda razı olduğu şeylərin nələr olduğunu, o şüurlu varlıqlara, bir mübəlliğ (təbliğ edici, rəsul) vasitəsilə bildirəcəkdir. Elə isə, şüur sahiblərindən Birini təyin edib, Onunla o rübubiyyətini (tərbiyə ediciliyini) elan edəcəkdir.
• "Ve sevdiği san'atlarını teşhir için, bir dellâlı kurb-u huzuruna müşerref edip teşhire vasıta edecektir."
Yəni:
Və sevdiyi sənətlərini təşhir etmək (sərgiləmək, göstərmək) üçün, bir Elçi'ni, uca hüzuruna yaxınlıqla şərəfləndirib, bu işə vasitə qılacaqdır.
• "Ve o ulvî makàsıdını sair zîşuurlara bildirmekle kemâlâtını izhar etmek için birisini muallim tayin edecektir."
Yəni:
Və o ülvi (uca) məqsədlərini sair şüur sahiblərinə bildirməklə, Öz mükəmməlliyini izhar etmək üçün, birini Müəllim təyin edəcəkdir.
• "Ve şu kâinatta derc ettiği tılsımı ve şu mevcudatta gizlediği muammâ-i rububiyeti mânâsız kalmamak için, herhalde bir rehber tayin edecektir."
Yəni:
Və bu kainata yerləşdirdiyi tilsimi (müəmmanı) və bu mövcudatda gizlətdiyi rübubiyyət (yəni, kainat və əşyanı tərbiyə etməsindəki) müəmmanın mənasız qalmaması üçün, hər halda bir Rəhbər təyin edəcəkdir.
• "Ve gösterdiği ve enzârın temâşâsına neşrettiği mehâsin-i san'at faidesiz ve abes kalmamak için, onlardaki makàsıdı ders verecek bir rehber tayin edecektir."
Yəni:
Və göstərdiyi və nəzərlərin tamaşasına ərz etdiyi sənətdəki gözəlliklərin faydasız və əbəs qalmaması üçün, onlardakı məqsədlərini dərs verəcək bir Rəhbər təyin edəcəkdir.
• "Hem marziyâtını zîşuurlara tebliğ etmek için, birisini bütün zîşuurların fevkinde bir makama çıkaracak ve marziyâtını ona bildirecek, onlara gönderecektir."
Yəni:
Həm Öz rizasına çatdıran şeylərin nələr olduğunu şüur sahiblərinə təbliğ etməsi üçün, bir Nəfəri, bütün şüur sahiblərinin fövqündə bir mərtəbəyə çıxaracaq və razı olduğu şeyləri Ona bildirəcək və onlara göndərəcəkdir.
"Madem hakikat ve hikmet böyle iktiza ediyor. Ve şu vezâife en elyak Hazret-i Muhammed aleyhissalâtü vesselâmdır. Çünkü, bilfiil, en mükemmel bir surette o vazifeleri yapmıştır. Teşkil ettiği âlem-i İslâm ve gösterdiği nur-u İslâmiyet, bir şahid-i âdil ve sadıktır. Öyle ise, o Zât, doğrudan doğruya, bütün kâinatın fevkine çıkıp, bütün mevcudattan geçip, bir makama girmek lâzımdır ki, bütün mahlûkatın Hâlıkı ile umumî, ulvî, küllî bir sohbet etsin. İşte, Mirac dahi bu hakikati ifade ediyor."
Yəni:
Madam ki, həqiqət və hikmət belə gərəkdirir. Və bu vəzifələrə ən layiq, Muhamməd (sallallahu aleyhi və səlləm)'dir. Çünki felən o vəzifələri ən mükəmməl bir surətdə O yerinə yetirmişdir. Təşkil etdiyi İslam aləmi və göstərdiyi İslam nuru, buna, adil və sadiq (doğru) bir şahiddir.
Elə isə, Onun, bütün kainatın fövqünə çıxıb, bütün varlıq təbəqələrindən keçib elə bir məqama yüksəlməsi lazımdır ki, bütün məxluqatın Xaliqi ilə, ümumi (bütün mövcudat adına), bir-başa, uca, külli bir söhbət etsin. Bax, Mirac, bu həqiqəti bildirməkdədir.
"Elhasıl: Madem şu azîm kâinatı, mezkûr maksatlar gibi çok azîm makàsıd ve çok büyük gayeler için şu surette teşkil, tertip ve tezyin etmiştir. Hem madem şu mevcudat içinde şu umumî rububiyeti bütün dekaikiyle, şu azîm saltanat-ı Ulûhiyeti bütün hakaikiyle görecek insan nev'i vardır. Elbette o Hâkim-i Mutlak o insanla konuşacaktır, makàsıdını bildirecektir."
Yəni:
Xülasə: Madam ki, bu böyük kainatı, məzkur (yuxarıda zikr edilən) məqsədlər kimi çox böyük məqsədlər və qayələr üçün bu surətdə təşkil, tərtib və təzyin etmiş (bəzəmiş)'dir.
Həm madam ki, bu mövcudat içində, bu ümumi tərbiyə ediciliyi bütün incəliklərilə, bu böyük "Uluhiyyət səltənəti"ni (yəni sanki kainat, içindəki hər şeylə bərabər Allaha itaət içərisində olan bir səltənət kimidir) bütün həqiqətlərilə görəcək insan növü vardır.
Əlbəttə, o mütləq hökm sahibi olan Allah, o insanla danışacaqdır, məqsədlərini bildirəcəkdir.
"Madem her insan cüz'iyetten ve süfliyetten tecerrüd edip en yüksek bir makam-ı küllîye çıkamıyor, o Hâkimin küllî hitabına bizzat muhatap olamıyor.
Elbette, o insanlar içinde, bazı efrad-ı mahsusa, o vazifeyle muvazzaf olacaklar, tâ iki cihetle münasebeti bulunsun: hem insan olmalı, tâ insanlara muallim olsun; hem ruhen gayet ulvî olmalı ki, tâ doğrudan doğruya hitaba mazhar olsun."
Yəni:
Madam ki, hər insan, mahiyyətinin cüzi sərhədlərindən və bayağı arzularından sıyrılıb ən yüksək, külli bir məqama çıxa; o Hakim (hökm edən Allah)'ın külli xitabına şəxsən muxatab ola bilmir.
Əlbəttə, o vəzifə, insanlar içində bəzi xüsusi fərdlərə veriləcəkdir. Ta ki, 2 cəhətlə münasibəti olsun: həm insan olmalıdır, ki, insanlara müəllim olsun; həm ruhən çox uca olmalıdır ki, bir-başa o xitaba mazhar (bir şeyin zahir olduğu, göründüyü yer) ola bilsin.
Ustad Nursi'nin burdakı qəsdi, budur:
İnsanların böyük əksəriyyəti, ya ülvi həqiqətlərdən uzaq qalaraq dünyanın süfli işlərilə məşğul olmaqda; ya da sadəcə öz mənfəəti və rahatı üçün çalışmaqla cüziyyatda qalmaqda və beləliklə də, külli bir himmətdən uzaqlaşmaqdadırlar.
Hər insanın fitrətində isə, cüziyyatdan və süfliyyatdan (yəni bayağı arzulardan) sıyrılıb külli məqamlara tərəqqi etmək istedadı vardır. Əbədi cənnətin də, cəhənnəmin də çəyirdəyi, insanın məhz bu istedadıdır. Bu istedadların zay olmaması, ağac halına gələ bilməsi üçün, onlara rəhbərlik edə biləcək mümtaz (seçkin) şəxsiyyətlər lazım gəlməkdədir. (Haşiyə)
--------------------------------------------------
(Haşiyə:
Nübüvvətin digər əqli dəlillərini oxumaq üçün, aşağıdakı linkə daxil ol:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r%C9%99-iman-ruknu
--------------------------------------------------------
"Yetmiş bin perde tabir olunan berzah-ı esmâ ve tecellî-i sıfât ve ef'âl ve tabakat-ı mevcudatın arkasına kadar kat'-ı merâtip edecektir. İşte Mirac budur."
Yəni:
(Elə isə), O Şəxs, "70.000 pərdə" deyə təbir edilən, Haqq Taala'nın isimlərinin bərzaxını aşıb; sifət və icraatının təcəllilərindən keçib varlıq təbəqələrinin sonuna qədər mərtəbələri qət edəcəkdir. Bax, mirac, budur.
Yəni:
Haqq Taala, bu aləmi və içindəki hər bir varlığı, isimlərinin bir aynası və sifətlərinin bir mazharı olaraq yaratmışdır. Hər varlıq, öz qabiliyyətinə görə, o isim və sifətlərə ayna olmaqdadır. Məsələn:
~ Bir milçəyə həyat verilməsində, Allahın "əl-Muhyi / həyat verən" ismi görünməkdədir. Bu isim, bir milçəyin həyatında göründüyü kimi, qışda ölən məxluqların bahar mövsümündə dirilməsində də görünür. Əlbəttə ki, baharda təcəlli edən "əl-Muhyi" ismi, milçəkdə görünən təcəllidən daha çox böyükdür.
~ Yenə bir dağda, Allahın "əl-Əziz" ismi görünür. Ancaq bu isim günəşdə, daha əzəmətli bir şəkildə görünməkdədir.
~ Bir çiçəyin bəslənməsində, Allahın "ər-Razzəq" ismi görünür. Ancaq bu isim bir meşədə, daha geniş bir miqyasda görünür.
~ Yenə bir çiçəkdə, Allahın "əl-Hafiz" ismi görünməkdədir. O çəyirdəkdə, ağacın bütün plan və proqramı yazılmışdır. Ancaq bu isim, insanın yaddaşında, daha geniş bir mərtəbədə görünür.
Bu misallarda olduğu kimi, hər bir varlıq, Allahın isim və sifətlərinə, öz miqyasına görə bir ayna olmaqdadır. Necə ki, günəş, dənizi işıqlandırdığı kimi, bir damlanı da işıqlandırır. İkisində də görünən, günəşdir. Ancaq damla, deyə bilməz ki, "Mən də günəş kimiyəm. Yəni, günəşi, dəniz kimi göstərirəm..." Bəli, damlada görünən, günəşdir. Ancaq günəşin təcəllisinə, dəniz kimi mazhar deyildir.
Bax, Allahın isimlərinin təcəllisi də, bir varlıqda damla ikən, digər varlıqda dəniz kimidir. Göy üzü, bu isim və sifətlərə mazhar olmaqda, yer üzündən daha böyük bir aynadır. Allahın isimləri, göy üzündə daha əzəmətli təcəlli edirlər.
Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm), Allahın isim və sifətlərini, bu dünyadakı təcəllisi (haşiyə) qədər bilir; və bu isimləri, bu mərtəbəsilə təfəkkür və tamaşa edirdi. Bax Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in, miraca çıxmasının bir səbəbi də, Allahın isimlərinin fərqli mərtəbələrdəki təcəllilərini müşahidə etmək və Allahın Öz məxluqatını tərbiyə etmə fəaliyyətini seyr və təfəkkür etmək idi. İsimlərin fərqli mərtəbədəki təcəllilərini müşahidə və məxluqatı tərbiyə etmə fəaliyyətini seyr və təfəkkür, Peyğəmbərimizin imanını, mərifətini və məhəbbətini daha çox inkişaf etdirmiş və bu inkişafla, O mübarək ruhu, İlahi isimlərə daha kamil bir mənada ayna olmuşdur.
-----------------------------------
(Haşiyə:
Təcəlli, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99c%C9%99lli-n%C9%99dir
Allahın 99 isminin təcəlliləri üçün bax:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allahin-99-ismi)
-----------------------------------
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), miracdan əvvəl, kainatın bəlli bir qismini müşahidə və təfəkkür edirdi. İlahi isimləri təfəkkür də, müşahidə etdiyi bu aləmə görə idi. Mirac səyahətilə, kainatın bütün təbəqələrinə nazir oldu, onları gördü, onlarda təcəlli edən isimləri müşahidə etdi və bununla da bir kamal qazandı. Məsələn:
~ Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), yerdə ikən, Allahın "əl-Malik" ismini, sadəcə ətrafında gördüyü əşya ölçüsündə bilirdi. Miracda isə, göy üzünün bütün təbəqələrini görməklə, "əl-Malik" ismini daha geniş bir aynada təfəkkür etdi. Sanki, bu ismə qarşı biliyi bir çəyirdək qədər ikən, möhtəşəm bir ağac halına gəldi.
~ Yenə O, Allahın "əl-Hafiz" ismini yerdə ikən bütün çəyirdəklərdə, toxumlarda, yumurtalarda və yaddaşlarda təfəkkür edir və heyrətlə məhəbbət edirdi. Miraca çıxdığında isə, Lövh-i Məhfuz'u gördü. Lövh-i Məfhuz'da, Allahın "əl-Hafiz" ismini, daha geniş olaraq təfəkkür və tamaşa etdi. Bu ismə olan mərifəti, çəyirdək halından böyük bir ağac halına çevrildi.
Demək, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in miraca çıxarılmasının bir hikməti də, Allahın isim və sifətlərinin təcəllilərini daha geniş bir miqyasda görməsi və bununla, Allaha qarşı olan mərifət və məhəbbətinin çoxalmasıdır.
"70.000 pərdə"
Hər bir əsər, öz ustasını, öz qabiliyyəti nisbətində göstərir. Bu etibarla, hər bir əsər bir pərdə olub, arxasındakı ustasını tərif və vəsf edir.
Bu məsələni misallarla, daha açıq bir şəkildə izah edək. Belə ki:
• Birinci misalımız:
Bir şəxsin elmini, onun düzəltdiyi bir velosipedde təfəkkür edən bir adam; eyni şəxsin düzəltdiyi maşını gördüyündə, onun elminə aid yeni bir pərdə açılmış və o pərdənin arxasından, o şəxsin elmini daha geniş mənada seyr etmiş olur. Eyni şəxsin bir də gəmi düzəltdiyini eşidən və gedib o gəmini seyr edən şəxs, əvvəlki əsərlərə qiyasla, o şəxsin elmini, daha geniş olaraq başa düşməyə başlayacaq. Əgər bu şəxsin bir də təyyarə düzəltdiyini fərz edərsək, o şəxs, bunları da görməklə, 4 pərdə arxasından sənətkarın elmini seyr və təfəkkür etmiş olacaq.
• İkinci misalımız:
Bir şəxsin zənginliyinə əlamət olaraq, onun bir fabrikini gördüyünüz təqdirdə, o "fabrik pərdəsi" arxasından, o şəxsin zənginliyini, bir dərəcə başa düşmüş oluruq. Sizə bu şəxsin, belə yüzlərlə fabriki olduğu deyilsə və bu fabriklər sizə göstərilsə, zənginliyini daha geniş bir pərdədən tamaşaya müvəffəq olarsınız. Daha sonra, bu şəxsin, ərazi və baxçalarını da gəzdiyinizdə, hər bir mərhələdə, bir əvvəlkinə nəzərən, daha geniş pərdələr arxasından onun zənginliyini seyr etmiş olarsınız. Bu şəkildə, hər bir pərdədən keçdikcə, görüş üfqünüz daha genişləmiş və nəhayət, o şəxsin sərvətini, kamil mənada başa düşmüş olarsınız. Burda o şəxsin sahib olduğu hər bir mal, bir pərdə hökmündə olub, pərdələrin açılması ilə, bu şəxsin zənginliyi daha böyük ölçüdə başa düşülmüş olar.
• Üçüncü misalımız:
Bir nəfəri, bir uşağın xəstəliyini müalicə edərkən görsəniz, ondakı mərhəmətin təcəllisini, bir pərdədə seyr etmiş olarsınız. Eyni şəxsin bir apteki olduğunu və ordan kasıblara dərmanlar payladığını gördüyünüzdə, o şəxsin şəfqət və mərhəmətini, daha geniş bir pərdədə təfəkkür etmiş olarsınız. Yenə eyni şəxsin, böyük bir xəstəxanası olduğunu və burda xəstələri pulsuz müalicə etdiyini görsəniz, bu səfər, eyni şəxsin şəfqətini, fərqli və daha geniş bir pəncərə ilə seyr etmiş və nəticədə, 3 fərqli pərdədə, o şəfqətli şəxsin mərhəmətini görmüş olarsınız.
Bax Allahın isim və sifətləri üçün istifadə edilən, "Hər bir ismin 70.000 pərdəsi"nin olması ifadəsi, bu isim və sifətlərin fərqli təcəlliləri olduğu mənasındadır. Burdakı "70.000" təbiri, bir hüdud deyil, çoxluqdan kinayədir. 70.000 deyil, 70 milyon belə, o isim və sifətlərin təcəllisini ifadə etməkdə azdır.
Məsələn, Allahın "ruzi verən" mənasındakı "ər-Razzəq" ismini təfəkkür edən biri üçün, bir tək canlının ruzilənməsi, bir pərdə olduğu kimi; bütün insan növünün ruzilənməsi də, fərqli bir pərdədir. Sadəcə öz ruzisini düşünərək "Razzəq" ismini təfəkkür edən birinin mərifəti, çox dar və qısadır. Buna qarşılıq, Allahın, bu anda, yer üzündə mövcud olan bütün insanları ruziləndirdiyini düşünən bir kimsə, yüzlərlə pərdə aşmış və dolayısı ilə, "təfəkkür nərdivanı", daha yüksəlmiş olar. Bununla bərabər, əgər keçmişdəki insanların da ruziləndirildiyini düşünərsə, daha geniş bir pərdə arxasından, "Razzəq" ismini təfəkkür etmiş olar. Bundan sonra, heyvanların və bitkilərin hər bir fərdinin ruziləndirilməsini təfəkkürlə, "Razzəq" isminin həqiqətinə yaxınlaşar və bir çox pərdə daha keçər. Və nəhayət, cənnətdə ümum həyat sahiblərinin, əbədiyyən ruzilənməsini təfəkkürlə, yeni pərdələr açar. Bu xəyali səyahət əsnasında, minlər pərdədə, Haqq Taalanın, "ər-Razzəq" ismini təfəkkür edər.
Yenə, məsələn, "yaradıcı" mənasındakı "əl-Xaliq" ismini təfəkkür edən bir kimsə, ilk əvvəl bir qarışqaya baxar. Onun, İlahi bir sənətlə yoxdan yaradılışını düşünər, "əl-Xaliq" isminin bir pərdəsini açar. Daha sonra, yer üzündəki bütün qarışqaları, xəyalı ilə görər. Hamısının eyni anda və eyni tərzdə yaradılışlarını düşünərək, "əl-Xaliq" ismini təfəkkür etməklə fərqli-fərqli pərdələr açar. Daha sonra, özünün və insan növünün və sonra da gücü çatırsa, kainatdakı hər bir məxluqun, canlı və cansız hər şeyin, yoxdan icadını düşünər. Bu sayədə, hər bir məxluq, "əl-Xaliq" isminin bir pərdəsi olar. Və pərdələr açıldıqca, mərifətullah nurları, o qəlbə axmağa başlayar.
Elə isə, deyilə bilər ki, hər bir sifət və ismin 70.000 deyil, yüz minlərlə təcəlliyatı (bu fəaliyyətləri müşahidə nəticəsində, isimlərin, qəlbdə hiss edilə bilən hala gəlməsi) vardır. O ismin təcəllisinə ayna olan hər bir məxluq, bir pərdədir ki, onda təcəlli edən ismin təfəkkür edilməsilə pərdələr açılır.
Bax, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm)'in, miracda 70.000 pərdə keçməsi: yerdən ta ki ərşə qədər, varlıqlar üzərində təcəlli edən isim və sifətləri təfəkkür etməsidir. Yoxsa bu pərdələr, maddi pərdələr deyildir. Burdakı "70.000" təbiri də, çoxluqdan kinayədir.
------------------------------------------------------------------------
3. Səmanın 7 qat olmasının isbatı:
Səmaları inkar edən, mələklərin varlığını qəbul etməyən biri, bir Nəfərin səmalarda gəzməsinə, mələklərlə görüşməsinə necə inana bilər?
Elə isə, biz burda, səmaların bir neçə qat olmasının isbatı ilə başlayaq. Belə ki, Ustad Nursi, yenə "Mirac" Risaləsində, səmaların bir neçə qat olmasını, belə isbat edır:
"Feza-yı ulvî, bil'ittifak, esir ile doludur. Ziya, elektrik, hararet gibi sair seyyâlât-ı lâtife, o fezayı dolduran bir maddenin vücuduna delâlet eder. Meyveler ağacını, çiçekler çimenlerini, sünbüller tarlalarını, balıklar denizini bilbedâhe gösterdiği gibi, şu yıldızlar dahi, bizzarure, menşelerini, tarlasını, denizini, çimengâhının vücudunu aklın gözüne sokuyorlar.
Madem âlem-i ulvîde muhtelif teşkilât var; muhtelif vaziyetlerde muhtelif ahkâmlar görünüyor. Öyle ise, o ahkâmların menşeleri olan semâvât muhteliftir.
İnsanda cisimden başka nasıl akıl, kalb, ruh, hayal, hafıza gibi mânevî vücutlar da var. Elbette, insan-ı ekber olan âlemde ve şu insan meyvesinin şeceresi olan kâinatta, âlem-i cismaniyetten başka âlemler var. Hem âlem-i arzdan, tâ Cennet âlemine kadar herbir âlemin birer semâsı vardır."
Yəni:
İttifaqla sabitdir ki, ülvi fəza, "esir" (ether) maddəsi ilə doludur. İşıq, elektrik, hərarət kimi sair axıcı və lətif şeylər, fəzanı dolduran bir maddənin varlığına dəlildir.
~ Meyvələr, öz ağaclarını;
~ Çiçəklər, öz çəmənlərini;
~ Sünbüllər, öz tarlalarını;
~ Balıqlar, öz dənizlərini
açıq-aydın göstərdikləri kimi;
~ Ulduzlar da, zəruri olaraq, mənşələrini, tarlalarının, dənizlərinin, çəmənlərinin (yəni, meydana gəldikləri yerin) varlığını, "ağlın gözü"nə soxmaqdadırlar.
Madam ki, bu uca aləmdə, fərqli təşkilatlar (təbəqələr) var, fərqli vəziyyətlərdə fərqli hökmlər görünür. Elə isə, o hökmlərin mənşələri olan səmalar, müxtəlifdir.
Necə ki, insanda, cisimdən başqa ağıl, qəlb, ruh, xəyal, yaddaş kimi vücudlar vardır. Əlbəttə ki, insanın böyük bir misalı olan aləmdə və "insan meyvəsinin ağacı" olan kainatda da, cismani aləmdən başqa aləmlər mövcuddur. Həm də yer aləmindən ta ki cənnət aləminə qədər, hər bir aləmin bir səması vardır. (Haşiyə)
----------------------------------------------
(Haşiyə:
Esir maddəsi:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/esir-madd%C9%99si
Səma təbəqələrinin 7 qat olduğunun əqli izahlarını daha təfsilatlı oxumaq üçün, aşağıdakı linkə daxil ol:
------------------------------------------------
4. Mələklərin varlığının əqlən isbatı:
"Seyyârât içinde mutavassıt ve yıldızlar içinde küçük ve kesif olan küre-i arz, mevcudat içinde en kıymettar ve nuranî olan hayat ve şuur, hesapsız bir surette onda bulunuyorlar.
Elbette, karanlıklı bir hane hükmünde olan şu arza nisbeten müzeyyen kasırlar, mükemmel saraylar hükmünde olan yıldızlar ve yıldızların denizleri olan gökler, zîşuur ve zîhayat ve pek kesretli ve muhtelifül'ecnas olan melâike ve ruhanîlerin meskenleridir."
Yəni:
Planetlər içində orta böyüklükdə; və ulduzlar içində kiçik və kəsif (ulduzlar kimi işıq saçmaması cəhətilə qatı, qeyr-i şəffaf) olan yer kürəsində, mövcudat içində ən qiymətli və nurani olan həyat və şüur, saysız-hesabsız bir surətdə onda mövcuddurlar.
Əlbəttə, qaranlıqlı bir ev hökmündə olan bu yerə nisbətən, müzəyyən (bəzədilmiş) qəsrlər, mükəmməl saraylar hökmündə olan ulduzlar və ulduzların dənizləri olan göylər, şüur və həyat sahibləri və çoxca yaradılan və cinsləri müxtəlif olan mələk və ruhanilərin məskənləridir.
Varlıqlar içində, həyat və şüur sahiblərinin, böyük bir qiyməti vardır. Bütün cansızlar aləmi də, həyata xidmət etməklə qiymət qazanırlar. Yer üzündə, 3 milyondan çox heyvan növü olduğu deyilməkdədir. Hər növün fərdləri isə, sayıka bilməyəcək qədər çoxdur. Bunlara, bir də bitkilər aləmini əlavə etdiyimizdə, bu rəqəm, çox daha böyük olacaqdır.
Ustad Nursi (rahiməhullah)'ın qəsdi, budur:
Kəsif və qaranlıq yer üzünü bu qədər həyat sahibi, canlı ilə şənləndirən Haqq Taala, heç mümkünmüdür ki, "müzəyyən qəsrlər, mükəmməl saraylar" hökmündə olan ulduzları, həyat sahiblərindən boş buraxsın?!
Necə ki, buraxmamış və Ustadın ifadəsilə, "saysız-hesabsız mələk və ruhanilər" ilə şənləndirmişdir.
Ustad Said Nursi, "Sözlər" adlı əsərinin "29-cu Söz"ündə, mələklərin varlığını, mükəmməl bir şəkildə əqlən isbat etmişdir. Aşağıdakı linkə daxil olaraq, oxuya bilərsiniz:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kl%C9%99r%C9%9...
---------------------------------------
Müəllifimiz, belə davam edir:
Hem hatıra gelir ki: Ey mülhid! Sen dersin,
"Bin müşkülâtla tayyare vasıtasıyla ancak bir iki kilometre yukarıya çıkılabilir. Nasıl bir insan, cismiyle, binler sene mesafeyi birkaç dakika zarfında kat' eder, gider, gelir?"
Biz de deriz ki: Arz gibi ağır bir cisim, fenninizce, hareket-i seneviyesiyle bir dakikada takriben yüz seksen sekiz saat mesafeyi keser; takriben yirmi beş bin senelik mesafeyi bir senede kat' ediyor.
Acaba, şu muntazam harekâtı ona yaptıran ve bir sapan taşı gibi döndüren bir Kadîr-i Zülcelâl, bir insanı Arşa getiremez mi? Şemsin cazibesi denilen bir kanun-u Rabbânî ile, Mevlevî gibi, etrafında pek ağır olan cism-i arzı gezdiren bir hikmet, cazibe-i rahmet-i Rahmân ile ve incizab-ı muhabbet-i Şems-i Ezel ile, bir cism-i insanı berk gibi Arş-ı Rahmân'a çıkaramaz mı?
Yəni:
Həm xatirinə gəlir ki:
Ey mülhid (dinsiz)! Sən deyirsən:
Min müşkil ilə, təyyarə vasitəsilə, ancaq, 1-2 km yuxarıya çıxıla bilər. Necə ola bilər ki, bir insan, cismilə, minlər illik məsafəni, bir neçə dəqiqə içində qət edər, gedər, gələr?
Biz də, belə deyərik:
Yer kimi ağır bir cisim, sizin fənninizə görə, illik hərəkətilə, 1 dəqiqədə, təqribən 188 saatlıq bir məsafəni, 1 ildə qət edir.
Görəsən, ona, bu intizamlı hərəkəti etdirən və bir sapand daşı kimi döndürən cəlal sahibi bir Qadir, bir insanı, ərşə gətirə bilməzmi?! Yerin cazibəsi deyilən Rabbani bir qanun ilə, məvləvi kimi, ətrafında ağır olan yerin cismini gəzdirən bir hikmət, Rahmən olan Allahın rəhmətinin cazibəsilə; əzəli olan Allahın cazibəsinin çəkiciliyilə, bir insan cismini, şimşək kimi Rahmənin ərşinə çıxara bilməzmi?!
Not: Dəyərli oxuyucu! Bu məsələdə, insanlara tərəddüd etdirən, bir İnsanın, belə bir şeyi necə edə biləcəyidir. İnsan, bu məsələdə, öz gücünü qiyas edərək, başqasının da bu işi edə bilməyəcəyi cəhətindən baxmaqdadır. Halbuki, insanın "öz gücü" ilə etdiyi şeyləri (-ki, bunlar da, möcüzədirlər-) də yaradan, Allahdır. İnsan, mütəmadi gördüyü işlərdə, ülfət etdiyindən, bunun, sanki öz zatından qaynaqlandığını düşünür. Halbuki, əşyada təsir yoxdur. Bunu (yəni, əşyada təsir olmadığını; bütün fəaliyyətlərin sahibinin Allah olduğunu) isbat üçün, biz, müəllifimiz Ustad Nursi'nin əsərlərindən, bəzi qisimləri göstərib; ondan sonra, mətndəki mövzuya qayıdacaq; və bunun əqlən mümkün olduğu, özündən başa düşüləcəkdir.
Əşyada təsir vardırmı?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99syada-t%C9%99sir-vardirmi
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/donusunuz-onadir-n%C9%99-dem...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/l%C9%99-h%C9%99vl%C9%99-v%C9...
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/s%C9%99b%C9%99bl%C9%99r-n%C9...
-----------------------------------------
Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), belə davam edir:
"Yine hatıra gelir ki: Dersiniz, 'Evet, olabilir, mümkündür. Fakat her mümkün vaki olmuyor. Bunun emsali var mı ki kabul edilsin? Emsali olmayan birşeyin, yalnız imkânı ile, vukuuna nasıl hükmedilebilir?"
Biz de deriz ki: Emsali o kadar çoktur ki, hesaba gelmez. Meselâ, her zînazar, gözüyle, yerden tâ Neptün seyyaresine kadar bir saniyede çıkar. Her zîilim, aklıyla kozmoğrafya kanunlarına binip yıldızların tâ arkasına bir dakikada gider. Her zîiman, namazın ef'al ve erkânına fikrini bindirip, bir nevi Miracla kâinatı arkasına atıp huzura kadar gider. Her zîkalb ve kâmil velî, seyr ü sülûk ile, Arştan ve daire-i esmâ ve sıfâttan kırk günde geçebilir. Hattâ, Şeyh-i Geylânî, İmam-ı Rabbânî gibi bazı zatların ihbarat-ı sadıkaları ile, bir dakikada Arşa kadar urûc-u ruhanîleri oluyor. Hem ecsâm-ı nuranî olan melâikelerin Arştan ferşe, ferşten Arşa kısa bir zamanda gitmeleri ve gelmeleri vardır. Hem ehl-i Cennet, mahşerden Cennet bağlarına kısa bir zamanda urûc ediyorlar.
Elbette bu kadar nümuneler gösteriyorlar ki, bütün evliyaların sultanı, umum mü'minlerin imamı, umum ehl-i Cennetin reisi ve umum melâikenin makbulü olan zât-ı Ahmediyenin (a.s.m.) seyr ü sülûküne medar bir Miracı bulunması ve onun makamına münasip bir surette olması, ayn-ı hikmettir ve gayet makuldür ve şüphesiz vakidir."
Yəni:
Yenə xatirə gəlir ki:
Deyirsiniz ki:
"Bəli, ola bilər, bu, mümkündür. Lakin, hər mümkin də, vaqe olmur. Bunun misli vardırmı ki, qəbul edilsin? Misalı olmayan bir şeyin, yalnız imkanı (mümkün olması) ilə vaqe olmasına, necə hökm edilə bilər?"
Biz də, (belə) deyərik:
Misalları, o qədər çoxdur ki, hesaba gəlməz. Məsələn:
~ hər nəzər sahibi, gözü ilə, yerdən Neptun planetine qədər, 1 saniyədə çıxar;
~ hər elm sahibi, ağlı ilə, kosmoqrafiya qanunlarına minib, ulduzların arxasına, 1 dəqiqədə gedər;
~ hər iman sahibi, namazın felləri və rüknlərinə fikrini mindirib, bir növ miracla, kainatı arxasına atıb hüzura qədər gedər;
~ hər qəlb sahibi və kamil vəli, seyr və süluk ilə, ərşdən və isim və sifət dairəsindən, 40 gündə keçə bilər. Hətta, şeyx Abdu'l-Qadir Geylani, imam Rabbani kimi bəzi şəxslərin sadiq (doğru) xəbərlərilə, 1 dəqiqədə, ərşə qədər ruhani yüksəlişləri olmuşdur;
~ həm nurani cisimlərdən olan mələklərin, ərşdən yerə, yerdən ərşə, qısa bir zamanda gediş-gəlişləri vardır;
~ həm cənnət əhli, məhşərdən cənnət bağlarına, qısa bir zamanda yüksələrlər.
Əlbəttə, bu qədər nümunələr göstərir ki, bütün vəlilərin sultanı; ümum möminlərin imamı; ümum cənnət əhlinin rəisi; və ümum mələklərin məqbulu olan Muhamməd (sallallahu aleyhi və səlləm)'in seyr və sülukuna mədar olan bir miracı olması və Onun məqamına münasib bir surətdə olması, hikmətin məhz özüdür və çox da əqlidir və şübhəsiz də vaqedir.
Dəyərli oxuyucu! Biz, yuxarıda, əşyada təsir olmadığını; əşyada görünən bütün sifətlərin, Allahdan olduğunu isbat etdik. Burda, Ustad Nursi, miracı qəbul etməkdə çətinlik çəkənlərə, bəzi şeylər zikr etdi. Məsələn, onlardan biri, bir cisimdən ibarət olan mələklərin, qısa bir zaman dilimində, ərşdən yerə, yerdən ərşə qədər yüksəlişlərini misal verdi. Peyğəmbərimizin bədən (cisim) və ruhla miracını qəbul etməyən kimsə, bir cisim olan mələyin də yerdən göyə miracını qəbul etməməlidir. Çünki, hər ikisi də, cisimdir. Birini qəbul isə, digərini də qəbula götürür. Zatən bütün məxluqatda görünən fəaliyyətlər, Allahdandır. Elə isə, mələklərdə görünən sürətli fəaliyyətə heyrətlənməyən kimsələr, Peyğəmbərimizdən meydana gələn bu fəaliyyətə, nə üçün heyrətlənirlər?!
------------------------------------------
Müəllifimiz, belə davam edir:
Yine hatıra gelir ki: Dersin, "Birkaç dakikada binler sene mesafeyi kat' etmek aklen muhaldir."
Biz de deriz ki: Sâni-i Zülcelâlin san'atında, harekât nihayet derecede muhteliftir. Meselâ, savtın sür'atiyle ziya, elektrik, ruh, hayal sür'atleri ne kadar mütefavit olduğu malûm. Seyyârâtın dahi, fennen harekâtı o kadar muhteliftir ki, akıl hayrettedir. Acaba lâtif cismi, uruçta sür'atli olan ulvî ruhuna tâbi olmuş, ruh sür'atinde hareketi nasıl akla muhalif görünür?
Hem on dakika yatsan, bazı olur ki, bir sene kadar hâlâta maruz olursun. Hattâ bir dakikada insan gördüğü rüyayı, onun içinde işittiği sözleri, söylediği kelimâtı toplansa, uyanık âleminde bir gün, belki daha fazla zaman lâzımdır. Demek oluyor ki, bir zaman-ı vahid, iki şahsa nisbeten, birisine bir gün, birisine de bir sene hükmüne geçer. Şu mânâya bir temsil ile bak ki:
İnsanın hareketinden, güllenin hareketinden, savttan, ziyadan, elektrikten, ruhtan, hayalden tezahür eden sür'at-i harekâtta bir mikyas olmak için şöyle bir saat farz ediyoruz ki: O saatte on iğne var. Birisi saatleri gösterir. Biri de, ondan altmış defa daha geniş bir dairede dakikayı sayar. Birisi altmış defa daha geniş bir daire içinde saniyeleri, diğeri yine altmış defa daha geniş bir dairede sâliseleri, ve hâkezâ râbiaları, hâmiseleri, sâdise, sâbia, sâmine, tâsia, tâ âşireleri sayacak gayet muntazam, azîm bir dairede birer ibre farz ediyoruz. Faraza, saati sayan ibrenin dairesi küçük saatimiz kadar olsa, herhalde âşireleri sayan ibrenin dairesi arzın medar-ı senevîsi kadar, belki daha fazla olmak lâzım gelir.
Şimdi iki şahıs farz ediyoruz. Biri, saati sayan ibreye binmiş gibi, o ibrenin harekâtına göre temâşâ ediyor. Diğeri, âşireleri sayan ibreye binmiş. Bu iki şahsın bir zaman-ı vahidde müşahede ettikleri eşya, saatimizle arzın medar-ı senevîsi nisbeti gibi, meşhudatça pek çok farkları vardır. İşte zaman, çünkü harekâtın bir rengi, bir levni, yahut bir şeridi hükmünde olduğundan, harekâtta câri olan bir hüküm, zamanda dahi câridir.
İşte, bir saatte meşhudatımız, bir saatin saati sayan ibresine binen zîşuur şahsın meşhudatı kadar olduğu ve hakikat-i ömrü de o kadar olduğu halde; âşire ibresine binen şahıs gibi, aynı zamanda, o muayyen saatte, Resul-i Ekrem aleyhissalâtü vesselâm, burak-ı tevfik-i İlâhîye biner, berk gibi bütün daire-i mümkinatı kat' edip, acaib-i mülk ve melekûtu görüp, daire-i vücub noktasına çıkıp, sohbete müşerref olup, rüyet-i cemâl-i İlâhîye mazhar olarak, fermanı alıp vazifesine dönebilir ve dönmüş ve öyledir.
Yəni:
Yenə xatirə gəlir ki:
Deyirsən: "Bir neçə dəqiqədə, min illərlə (ölçülə biləcək) məsafəni qət etmək, əqlən muhaldır."
Biz də deyirik ki:
• Cəlal sahibi Sani olan Allahın sənətində, hərəkətlər, nəhayət dərəcədə müxtəlifdir. Məsələn, səsin sürətilə, ziya (işıq), elektrik, ruh, xəyal sürətlərinin nə qədər müxtəlif olduğu, (hər kəscə) məlumdur. Planetlərin də, fənnən, hərəkətləri, o qədər müxtəlifdir ki, ağıl, (bu hərəkətlərdən) heyrətdədir.
Görəsən, lətif cismi, (meraca) yüksəlişdə, sürətli olan ülvi ruhuna tabe olması, ruh sürətində hərəkət etməsi, ağla necə müxalif görünə bilər?!
• Həm 10 dəqiqə yatsan, bəzən olur ki, 1 il qədər hallara məruz qalırsan. Hətta, insanın, 1 dəqiqədə gördüyü yuxu, onun içində eşitdiyi sözlər, söylədiyi kəlimələr toplansa, oyaq ikən, 1 gün, bəlkə daha çox vaxt alar.
Demək ki, bir zaman vahidi, 2 şəxsə nisbətən, birinə, 1 gün; digərinə də, 1 il hökmünə keçir. Bu mənaya, bir təmsil ilə bax. (Belə ki):
~ İnsanın hərəkətindən;
~ Güllənin hərəkətindən;
~ Səsdən;
~ İşıqdan;
~ Elektrikdən;
~ Ruhdan;
~ Xəyaldan
təzahür edən hərəkət sürətində bir miqyas olmaq üçün, belə bir saat fərz edirik:
Bu saatda, 10 iynə (əqrəb) var. (Onlardan):
• biri: saatları;
• biri: saatdan 60 dəfə daha geniş dairədə dəqiqəni sayır;
• biri: dəqiqədən 60 dəfə daha geniş bir dairə içində saniyələri;
• digəri: saniyədən 60 dəfə daha geniş bir dairədə salisələri (yəni, saniyənin 1/60-ini); və beləcə,
• rabia (salisənin 1/60-ini);
• xamisə (rabiənin 1/60-ini);
• sadisə (xamisənin 1/60-ini);
• saminə (sadisənin 1/60-ini);
• tasiə (saminənin 1/60-ini); ta ki
• aşirələr (tasiənin 1/60-ini)
sayacaq, çox intizamlı, əzəmətli bir dairədə, əqrəblər fərz edirik.
Fərz edək ki, saatı sayan əqrəbin dairəsi, bizim kiçik saatımız qədər olsa; hər halda, aşirələri sayan dəqiqənin dairəsi, yerin illik döngüsü qədər, bəlkə, daha çox olmaq lazım gəlir.
Müəllifimiz Ustad Nursi'nin qəsdi, budur:
~ Saatı sayan əqrəb, 1 saat dilimində: 1 sm
~ Dəqiqəni sayan əqrəb, 1 saat dilimində: 1 sm x 60 = 60 sm
~ Saniyəni sayan əqrəb, 1 saat dilimində: 60 sm x 60 = 3600 sm
~ Salisəni sayan əqrəb, 1 saat dilimində: 3600 sm x 60 = 216.000 sm
~ Rabianı sayan əqrəb, 1 saat dilimində: 216.000 sm x 60 = 12.960.000 sm = 129.600 m
~ Xamisəni sayan əqrəb, 1 saat dilimində: 129.600 m x 60 = 7.776.000 m = 7.776 km
~ Sadisəni sayan əqrəb, 1 saat dilimində: 7.776 km x 60 = 466.560 km
~ Sabianı sayan əqrəb, 1 saat dilimində: 466.560 km x 60 = 27.993.600 km
~ Saminəni sayan əqrəb, 1 saat dilimində: 27.993.600 km x 60 = 1.679.616.000 km
~ Tasiəni sayan əqrəb, 1 saat dilimində: 1.679.616.000 km x 60 = 100.776.960.000 km
~ Aşirəni sayan əqrəb, 1 saat dilimində: 100.776.960.000 km x 60 = 6.046.617.600.000km
Yəni qəsdi budur:
Saatı sayan əqrəb, məsələn saat 1 ilə 2 arasında getdiyi zamanda gəzdiyi yerdə [məsələn deyək ki, saatı sayan əqrəb 1 sm yol gəzdiyi hala]; dəqiqələri sayan əqrəb, saatı sayan əqrəbdən 60 dəfə geniş bir dairəni [yəni, 60 sm'lik bir dairə] gəzəcəkdir. Digər zaman dilimlərini də buna qiyas et.
Üstad deyir ki, əqrəbi eyni dairədə 60 dəfə döndərmə; dairəni genişlət, bir dəfə dönsün. (Haşiyə)
-------------------
(Haşiyə:
Əgər biz, bir divar saatının qarşısında dayansaydıq, bizə elə gələrdi ki, saatın saatı sayan əqrəbi, dəqiqə əqrəbinin 1/12-i qədər yol qət edir. Bu, həqiqətən də belədir. Ona görə ki, əqrəb, 1 ilə 2 arasında getdiyi yol, dəqiqə üçün 5, saat üçün isə 1-ə bərabər tutulur. Ancaq, Ustadın verdiyi misal isə, hər əqrəb üçün bir dairə təxəyyül etməkdir.)
-------------------
İndi, biz, 2 şəxs fərz edirik ki, onlardan:
• biri: saatı sayan əqrəbə minmiş kimi, o əqrəbin hərəkətinə görə tamaşa edir;
• digəri isə: aşirələri sayan əqrəbə minmiş (bu əqrəbin hərəkətinə görə tamaşa etməkdə)'dir.
Bu 2 şəxsin, 1 zaman vahidində müşahidə etdikləri əşya, saatımız ilə yerin illik döngüsü nisbəti kimi; məşhudatca (müşahidə etdikləri şeylərcə), çox fərqləri vardır.
Bax, zaman, çünki o, hərəkətin bir rəngi, yaxud bir ipi hökmündə olduğundan; hərəkətdə cari olan bir hökm, zamanda da caridir.
Bax, 1 saatda müşahidəmiz, 1 saatın, saatı sayan əqrəbinə minən şüurlu şəxsin gördüyü şeylər qədər olduğu; və ömrü də, o qədər olduğu halda; aşirə əqrəbinə minən şəxs kimi, eyni zamanda, o müəyyən bir saatda, Allah rəsulu (sallallahu aleyhi və səlləm), Allahın buraq (kimi sürətli olan) tövfiqinə (yardımına) minər; mülk və mələkut'un (haşiyə) əcaibliklərini görüb, İlahlıq dairəsi nöqtəsinə çıxıb, söhbətlə şərəflənib, Allahın camalını görmə (nemətinə) mazhar olaraq, fərmanı alıb vəzifəsinə qayıda bilər və qayıtmış və elədir.
Müəllifimizin qəsdi, budur:
İnsanın, orta yerişlə,
• 1 saatda gəzəcəyi sahə: (təxminən) 6 km'dir.
• 1 dəqiqədə (yuxarıdakı saat təmsilini nəzərə alaraq bax): 6×60=3600 km;
• 1 saniyədə: 3600×60=216.000 km;
• 1 salisə'də: 216.000×60=12.960.000 km;
• 1 rabiə'də: 12.960.000×60= 777.600.000 km;
• 1 xamisə'də: 777.600.000×60= 46.656.000.000 km;
• 1 sadisə'də: 46.656.000.000×60= 2.799.360.000.000 (2 trilyon, 799 milyard, 360 milyon) km;
• 1 saminə'də: 2.799.360.000.000×60= 167.961.600.000.000 (167 trilyon, 961 milyard, 600 milyon) km;
• 1 tasiə'də: 167.961.600.000.000×60= 10 kvadrilyon, 77 trilyon, 696 milyard km
• 1 aşirə'də: 10 kvadrilyon, 77 trilyon, 696 milyard × 60= 604 kvintilyon, 661 kvadrilyon, 760 trilyon km.
Yəni: 2 adamdan biri, 1 saat içərisində, 6 km gəzdiyi halda; digəri, (1 saat dilimində) 604 kvintilyon km gəzəcəkdir.
Not: Burda, Peyğəmbərimiz Muhamməd (sallallahu aleyhi və səlləm)'in nə qədər əzəmətli olduğuna da dəlil vardır. Bununla qəsdimiz, budur:
Təsəvvür edin ki, sıra ilə düzülmüş bir-birindən fərqli dükanların qarşısı ilə, onlara baxaraq, sürətli bir şəkildə qaçmaqdasınız. Belə qaçış əsnasında, hər bir dükanın vitrinində düzülmüş əşyalar haqqında, nə qədər bilik əldə edə bilərdiniz? Təbii ki, çox azı yaddaşınızda qalardı. İndi, təsəvvür edin ki, Peyğəmbərimiz, bütün aləmləri sürətli bir şəkildə keçərək, onları, gözləri ilə müşahidə edərək, onlar üzərində, Allahın isim və sifətlərinin təcəllisini müşahidə edib bilik əldə edirdi. Belə olduğu halda, Onun, nə qədər əzəmətli olduğunu idrak edə bilərsinizmi?!
-------------------------------
Haşiyə:
• Mələkut, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi...
• Aləm, nədir?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/al%C9%99m-n%C9%99-dem%C9%99kdir
• Seyr və süluk, nədir?
Lüğətdə, "yola girmək, yolda yerimək; (bir şeyin) başqa bir şeyin içinə nüfuz etməsi; qoşulmaq" mənalarına gələn "süluk" kəliməsi, tasavvufda, "insanı, Haqqa çatdıran fel, əməl, ibadət, hərəkət" mənasında istifadə edilməkdədir.
"Süluk", "yol" mənasına gələn və terminologiyada bənzər mənalara sahib olan "təriq" və "təriqət" məfhumlarından daha geniş mənalıdır. "Təriqət", müəyyən bir şeyx ətrafında toplanmış müridlərdən meydana gələn tasavvufi bir camaatı ifadə etdiyi halda; sülukda, belə bir qurumun varlığı, şərt deyildir.
Süluk kəliməsi, ilk dövr tasavvuf klassiklərində, dini həyatla bağlı bütün felləri əhatə edən geniş bir istifadəyə sahib ikən; 12-ci əsrdə, təriqətlərin ortaya çıxmasından sonra, daha çox, "Haqqa çatmaq yolunda, müəyyən tasavvufi ədəb və rüknlərin tətbiq edilməsi" mənasını qazanmışdır.
Süluka, bir tasavvuf termini olaraq, ilk dəfə, Abdu'l-Kərim əl-Quşeyri'nin "Tərtibu's-Süluk" adlı əsərində rast gəlinməkdədir.
"Süluk", təriqətlər sonrası dövrlərdə, ümumiyyətlə, eyni mənaya gələn "seyr" kəliməsilə birlikdə ("seyru's-süluk") istifadə edilmişdir.
Tasavvuf, "süluk elmi" şəklində tərif edilir. Bu elmin mövzusu, talibin, Haqqa çatmaq qabiliyyətini qazanmaq üçün, nəfsini, dünya kirlərindən təmizləməsi, əxlaqını düzəltməsi və gözəlləşdirməsi, məqsədi də, nəfsini və Rəbbini bilməsidir.
~ Tasavvuf yoluna girmək, yəni süluk etmək istəyənə - "talib";
~ Yolun başlanğıcında olana - "mübtədi";
~ Bu yolda məsafə qət edənə - "salik";
~ Yolun sonuna çatana da - "muntəhi" deyilir.
Salik, mübtədi ilə muntəhi arasındakı mərtəbədədir.
Sülukun nəfisdəki başlanğıcı, tövbənin ardından, qəlbin oyaq halda olması; sonu isə Haqqa vuslat (qovuşmaq, fənafillah)'ın ardından, Haqq ilə davamlı olmaq (bəqabillah)'dır.
Daha geniş izahlar üçün, ibnu'l-Qayyim əl-Cəvziyyə'nin "Mədaricu's-Salikin" əsərinə baxıla bilər.
------------------------
Xülasə:
Dəyərli oxuyucu! Biz burda, Ustad Said Nursi'nin "Sözlər" adlı əsərinin 31-ci Sözü olan "Mirac" risaləsindən sadəcə kiçik bir qismə yer verdik. İstəyən əsərə müraciət edə bilər.
------------------------------
------------------------------
Əlavələr:
İsra surəsi 1-ci ayətin təfsiri:
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-1-ci-ay%C9%...
Merac hədisləri (1):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/merac-h%C9%99disl%C9%99ri-1
Merac hədisləri (2):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/merac-h%C9%99disl%C9%99ri-2?...
Merac hədisləri (3):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/merac-h%C9%99disl%C9%99ri-3?...
Merac hədisləri (4):
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/merac-h%C9%99disl%C9%99ri-4
Peyğəmbər meracda Allahı görübmü?
https://suallarlaislam.com/m%C9%99qal%C9%99/peyg%C9%99mb%C9%99r-meracda-...
