Bəqərə surəsindəki bəzi ayələrlə digər surələrdəki bəzi ayələr arasındakı zahiri ziddiyyətlər və bunların necə cəm ediləcəyi

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

سُورَةُ الْبَقَرَة

"Bəqərə" surəsi

----------------------

----------------------

Bəqərə surəsi 2-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿الٓمٓ (١) ذَٰلِكَ الْكِتَابُ﴾ [الْبَقَرَةِ/ ١، ٢].

(Allah) Taala'nın: "Zəlikə'l-kitab = O kitab" (Bəqərə/2) sözü:

 

أَشَارَ اللَّهُ تَعَالَى إِلَى الْقُرْآنِ فِي هَذِهِ الْآيَةِ إِشَارَةَ الْبَعِيدِ.

Allah Taala, bu ayədə, uzağa işarət edən bir işarətlə, Qurana işarət etmiş;

وَقَدْ أَشَارَ لَهُ فِي آيَاتٍ أُخَرَ إِشَارَةَ الْقَرِيبِ،

Başqa ayələrdə isə, yaxına işarət edən bir işarətlə, Ona (yəni, Qurana) işarət etmişdir;

كَقَوْلِهِ: ﴿إِنَّ هَٰذَا الْقُرْآنَ يَهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ﴾ [الْإِسْرَاءِ/ ٩]،

~ Onun: "İnnə həzə'l-Quran yəhdi li'l-ləti hiyə əqvəmu = Şübhəsiz, bu Quran, ən doğru olana hidayət edir." (İsra/9) sözü kimi;

وَكَقَوْلِهِ: ﴿إِنَّ هَٰذَا الْقُرْآنَ يَقُصُّ عَلَىٰ بَنِي إِسْرَائِيلَ﴾ [النَّمْلِ/ ٧٦]،

~ Onun: "İnnə həzə'l-Quran yəqussu alə bən-i İsrail = Şübhəsiz, bu Quran, İsrail oğullarına nəql edir (xəbər verir)." (Nəml/76) sözü kimi;

وَكَقَوْلِهِ: ﴿وَهَٰذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ﴾ [الْأَنْعَامِ/ ٩٢]،

~ Onun: "Və həzə kitəbun ənzəlnəhu mubərakun = Və bu, endirdiyimiz mübarək bir kitabdır." (Ənam/92) sözü kimi;

وَكَقَوْلِهِ: ﴿نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ الْقَصَصِ بِمَا أَوْحَيْنَا إِلَيْكَ هَٰذَا الْقُرْآنَ﴾ [يُوسُفَ/ ٣]،

~ Onun: "Nəhnu nəqussu aleykə əhsənə'l-qasasi bi mə əvhəynə ileykə həzə'l-Quran = Biz, bu Quranı Sənə vəhy etməklə, Sənə, ən gözəl qissəni nəql edirik." (Yusuf/3) sözü kimi;

إِلَىٰ غَيْرِ ذَٰلِكَ مِنَ الْآيَاتِ.

Bunlardan başqa ayələrə (də, belə işarət etmişdir).

 

وَلِلْجَمْعِ بَيْنَ هَذِهِ الْآيَاتِ أَوْجُهٌ:

Bu ayələr arasında, cəm üçün cəhətlər (fərqli yollar) vardır:

الْوَجْهُ الْأَوَّلُ:

✓ Birinci cəhət:

مَا حَرَّرَهُ بَعْضُ عُلَمَاءِ الْبَلَاغَةِ مِنْ:

Bəzi bəlağat alimlərinin təhrir etdikləri (yəni, dəqiqləşdirib bəyan etdikləri) bundan ibarətdir ki:

أَنَّ وَجْهَ الْإِشَارَةِ إِلَيْهِ بِإِشَارَةِ الْحَاضِرِ الْقَرِيبِ أَنَّ هَذَا الْقُرْآنَ قَرِيبٌ حَاضِرٌ فِي الْأَسْمَاعِ وَالْأَلْسِنَةِ وَالْقُلُوبِ،

Ona (yəni, Qurana) hazır (və) yaxın işarə ilə işarət etmə cəhəti (yəni, səbəbi): bu Quranın, qulaqlarda, dillərdə və qəlblərdə yaxın (və) hazır olması(ndan dolayı)'dır.

وَوَجْهُ الْإِشَارَةِ إِلَيْهِ بِإِشَارَةِ الْبَعِيدِ هُوَ بُعْدُ مَكَانَتِهِ وَمَنْزِلَتِهِ مِنْ مُشَابَهَةِ كَلَامِ الْخَلْقِ، وَعَمَّا يَزْعُمُهُ الْكُفَّارُ مِنْ أَنَّهُ سِحْرٌ أَوْ شِعْرٌ أَوْ كِهَانَةٌ أَوْ أَسَاطِيرُ الْأَوَّلِينَ.

(Ancaq) Ona, uzağa işarət ilə işarət etmə cəhəti (yəni, səbəbi) isə:

~ məxluqatın kəlamına bənzəməkdən məkanı və mənziləsinin; və

~ kafirlərin, Onun, sehr və ya şeir və ya kəhanət və ya əvvəlkilərin əfsanələri (deyə) iddia etdikləri şeylərdən

uzaqlığıdır.

 

الْوَجْهُ الثَّانِي:

✓ İkinci cəhət:

هُوَ مَا اخْتَارَهُ ابْنُ جَرِيرٍ الطَّبَرِيُّ فِي تَفْسِيرِهِ مِنْ أَنَّ ذَلِكَ إِشَارَةٌ إِلَىٰ مَا تَضَمَّنَهُ قَوْلُهُ: ﴿الٓمٓ (١)﴾،

Bu, ibn Cərir ət-Tabəri'nin, Öz təfsirində ixtiyar etdiyi (görüş)'dür. Belə ki, "zəlikə/o" (sözü), "əlif, lam, mim" (Bəqərə/1) sözünün ehtiva etdiyi şeyə işarədir.

وَأَنَّهُ أَشَارَ إِلَيْهِ إِشَارَةَ الْبَعِيدِ لِأَنَّ الْكَلَامَ الْمُشَارَ إِلَيْهِ مُنْقَضٍ،

Və ona, uzağa işarət edən bir işarə ilə işarət etdi. Çünki, özünə işarət edilən kəlam (yəni, "əlif, lam, mim"), (artıq) bitmişdir.

وَمَعْنَاهُ فِي الْحَقِيقَةِ الْقَرِيبُ؛ لِقُرْبِ انْقِضَائِهِ،

Halbuki, bitməsinin yaxınlığından dolayı, onun mənası, həqiqətdə, yaxındır.

وَضَرَبَ لَهُ مَثَلًا بِالرَّجُلِ يُحَدِّثُ الرَّجُلَ

(ibn Cərir), buna, bir kişinin, (digər) bir kişilə ilə söhbət etməsini misal çəkdi.

فَيَقُولُ لَهُ مَرَّةً: وَاللَّهِ إِنَّ ذَلِكَ لَكَمَا قُلْتَ،

Belə ki, (bu kişi), digərinə, bir dəfəsində, (belə) deyir:

"Vallahi, o, sənin dediyin kimidir."

وَمَرَّةً يَقُولُ: وَاللَّهِ إِنَّ هَذَا لَكَمَا قُلْتَ.

Bir dəfəsində isə, (belə) deyir:

"Vallahi, bu, sənin dediyin kimidir."

فَإِشَارَةُ الْبَعِيدِ نَظَرًا إِلَىٰ أَنَّ الْكَلَامَ مَضَىٰ وَانْقَضَىٰ،

~ Uzağı bildirən işarə, kəlamın bitməsi və sonlanmasına nəzərən;

وَإِشَارَةُ الْقَرِيبِ نَظَرًا إِلَىٰ قُرْبِ انْقِضَائِهِ.

~ Yaxını bildirən işarə isə, bitməsinin yaxınlığına nəzərəndir.

 

الْوَجْهُ الثَّالِثُ:

✓ Üçüncü cəhət:

أَنَّ الْعَرَبَ رُبَّمَا أَشَارَتْ إِلَى الْقَرِيبِ إِشَارَةَ الْبَعِيدِ،

Şübhəsiz, ərəblər, bəzən, yaxın olana, uzağa işarət etməklə işarət edirlər.

فَتَكُونُ الْآيَةُ عَلَى أُسْلُوبٍ مِنْ أَسَالِيبِ اللُّغَةِ الْعَرَبِيَّةِ.

Beləliklə, ayə, ərəb dili üslublarından bir üslub üzərinə olur.

وَنَظِيرُهُ قَوْلُ خُفَافِ بْنِ نُدْبَةَ السُّلَمِيِّ،

Bunun bir bənzəri, Xufaf b. Nudbə əs-Suləmi'nin (bu) sözüdür:

لَمَّا قَتَلَ مَالِكَ بْنَ حَرْمَلَةَ الْفَزَارِيَّ:

O, Malik b. Hərmələ əl-Fəzari'ni öldürdüyündə:

فَإِنْ تَكُ خَيْلِي قَدْ أُصِيبَ صَمِيمُهَا...فَعَمْدًا عَلَى عَيْنِي تَيَمَّمْتُ مَالِكَا

أَقُولُ لَهُ وَالرُّمْحُ يَأْطِرُ مَتْنَهُ...تَأَمَّلْ خُفَافًا إِنَّنِي أَنَا ذَاكَا

"Atım, ən dərin yerindən (yəni ürəyindən) vurulmuş olsa da, mən, bilərəkdən, gözüm görə-görə, Malik'ə tərəf üz tutdum.

Nizə onun belini əydiyi halda, ona deyirəm:

"Təəmməl Xufəf, innəni ənə zəkə = Ey Xufaf, yaxşı bax, o, mənəm!"

يَعْنِي أَنَا هَذَا.

Yəni: mən, buyam.

وَهَذَا الْقَوْلُ الْأَخِيرُ حَكَاهُ الْبُخَارِيُّ عَنْ مَعْمَرِ بْنِ الْمُثَنَّى أَبِي عُبَيْدَةَ.

Bu axırıncı görüşü, Buxari, Ma'mər b. Müsənna əbi Ubeydə'dən nəql etmişdir.

قَالَهُ ابْنُ كَثِيرٍ.

Bunu, ibn Kəsir (də) demişdir.

وَعَلَى كُلِّ حَالٍ فَعَامَّةُ الْمُفَسِّرِينَ عَلَى أَنَّ بِمَعْنَى: هَذَا الْكِتَابُ.

Hər bir halda, müfəssirlərin ümumu, ("o kitab" sözünün), "bu kitab" mənasında olduğu görüşündədirlər. (haşiyə)

------------------------

(Haşiyə:

İmam Fəxrəddin ər-Razi əl-Əşari'nin görüşü:

 

"Zəlikə'l-Kitab"

Burda, bir çox məsələ vardır:

✓ Birinci məsələ:

İndi, bir nəfər: "Burda işarət edilən varlıq, qarşımızdadır. Halbuki, biri: 'Zəlikə (o) ləfzi, özü ilə, uzaqdakı bir şeyə işarət edilən mübhəm bir isimdir.” deyə bilər.

Biz, buna, 2 cəhətdən cavab verərik. (Belə ki):

• Birincisi: Özünə işarət edilənin qarşımızda olduğunu, qəbul etmirik.

Bu sözümüzü, bir neçə cəhətdən izah edə bilərik. (Belə ki):

a. Bu, əl-Əsamm'ın sözüdür. O, belə deyir:

Haqq Taala, Quranın bəzisini, bəzisindən sonra endirmişdir. Məsələn, Bəqərə surəsindən sonra, bir çox surə endirilmişdir. Bunlar da, Məkkədə nazil olan surələrdir ki, bunlarda, tövhidə, şirkin fasidliyinə, peyğəmbərliyin və axirətin həqiqi olduğuna dəlalət edən ayələr mövcuddur. (Bəqərə surəsi 2-ci ayədəki) "zəlikə/o" (kitab) sözü, Bəqərə surəsindən əvvəl enmiş olan bu Məkki surələrə işarətdir. Haqq Taala, bəzən, Quranın bir qismini də, "Quran" olaraq təsmiyə etməkdə (adlandırmaqda)'dır. Necə ki:

...وَإِذَا قُرِئَ ٱلْقُرْءَانُ فَٱسْتَمِعُوا۟ لَهُۥ

Və izə quriə'l-Qurənu fəstəmiu ləhu.

Yəni:

"Quran oxunduğu zaman, onu dinləyin..." (Əraf/204) buyurmuşdur.

Yenə, Haqq Taala, cinlərdən nəqlən,

إِنَّا سَمِعْنَا قُرْءَانًا عَجَبًا...

İnnə, səmi'nə Qurənən əcəbən.

Yəni:

"...Şübhəsiz, biz, heyrət oyandıran bir Quran dinlədik." (Cin/1); və

...إِنَّا سَمِعْنَا كِتَـٰبًا أُنزِلَ مِنۢ بَعْدِ مُوسَىٰ...

İnnə, səmi'nə kitəbən unzilə min bə'di Musə.

Yəni:

"...Biz, Musadan sonra endirilən bir kitab dinlədik..." (Əhqaf/30) buyurmuşdur.

Halbuki, bu cinlər, Quranın hamısını deyil; bir parçasını dinləmişdilər. O da, o vaxta qədər endirilmiş olan ayələrdi.

b. Allah Taala, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'i göndərdiyi vaxt, Ona, heç bir şeyin yox edə bilməyəcəyi bir kitab göndərəcəyini vəd etmiş; Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, bunu, ümmətinə xəbər vermişdi. Ümmət, bunu, Ondan rəvayət etmişdi. Haqq Taala'nın,

إِنَّا سَنُلْقِى عَلَيْكَ قَوْلًا ثَقِيلًا

"Şübhəsiz, Biz, sənin üzərinə, ağır bir söz vəhy edəcəyik." ayəsi, Muzəmmil surəsi 5-ci ayədir ki, bu surə, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in ilk peyğəmbərlik illərində nazil olmuşdur.

c. Haqq Taala, Bəqərə surəsində, Bən-i İsrail'ə xitab etmişdir. Çünki bu surə, Mədinədə nazil olmuş olub, əksər yəhudilərə və Bəni İsrail'ə qarşı gətirilən hüccət və dəlillərlə doludur. Musa və İsa, İsrail oğullarına, Allahın, Muhammədi peyğəmbər olaraq göndərəcəyini və Ona, kitab endirəcəyini xəbər vermişlərdir. Buna görə, (Bəqərə/2'dəki) "zəlikə'l-kitəb/o kitab" kəliməsinin mənası, budur:

Bu, keçmiş peyğəmbərlərin, İsmayıl (əleyhissəlam)'ın soyundan, axır zamanda peyğəmbər olaraq göndərəcəyi Şəxsə, Allahın inzal edəcəyini xəbər verdikləri kitabdır.

d. Haqq Taala, bu Quranın, Lövh-i Məhfuz'da mövcud olduğunu,

...وَإِنَّهُۥ فِىٓ أُمِّ ٱلْكِتَـٰبِ لَدَيْنَا

"Şübhəsiz, O (yəni, Quran), nəzdimizdəki ummu'l-kitab (kitabın anası, yəni, Lövh-i Məhfuz)'dadır." (Zuxruf/4) deyərək xəbər verincə, Peyğəmbər (sallallahu aleyhi və səlləm) də, ümmətinə, bunu xəbər vermişdir. Bu səbəb ilə, Haqq Taala'nın, endirdiyi bu kitabın Lövh-i Məhfuz'dakı kitab olduğunu bildirmək üçün, "zəlikə'l-kitəb/o kitab" deməsi, imkansız deyildir.

e. Dəyərli oxuyucu, bu, müəllifimiz Şinqiti'nin, "2-ci cəhət"də zikr etmiş olduğu görüşdür. Təkrar olmasın deyə, bu qismi keçirik.

f. Quran, onu göndərəndən, göndərilənə çatınca, uzaq nöqtədə olmuş olur. Necə ki, özünə bir şey verdiyin dostuna: "Onu qoru." deyirsən. ("Bunu qoru." deməzsən.)

g. Quran, bəşəri gücün, hamısından xəbərdar ola bilməyəcəyi bir çox böyük hikmət və müxtəlif elmlər ehtiva etdiyi üçün, hər nə qədər, O, kitab olaraq əlimizdədirsə də, ehtiva etdiyi sirlər və həqiqətlər cəhətindən, bizdən uzaqdır. (Yəni, Quranın hər bir şeyi, görünürdə deyildir.) Bu səbəblə, Ona, uzaq və qaibdə olan şeyə işarət edildiyi kimi, "O" deyə işarət edilməsi, caiz olmuşdur.

Not: imam Razi'dən verdiyim nəqllər, burda bitir.

------------------

------------------

Bəqərə surəsi 2-ci ayə

 

قَوْلُهُ تَعَالَى: {لَا رَيْبَ فِيهِ}

(Haqq) Taala'nın: "lə raybə fih / onda şübhə yoxdur" (Bəqərə/2) sözü:

 

هَذِهِ نَكِرَةٌ فِي سِيَاقِ النَّفْيِ رُكِّبَتْ مَعَ "لَا"، فَبُنِيَتْ عَلَى الْفَتْحِ.

Bu (yəni, "rayb/şübhə" sözü), nəfy (yəni, inkar) siyaqı (kontekstin)'də (gəlmiş) "lə" (ədatı) ilə tərkib edilmiş (birləşdirilmiş) nəkirə (qeyr-i müəyyən isim)'dir; (və) fəthə üzərinə məbni (bina edilmiş)'dir. (haşiyə)

-------------------

(Haşiyə:

Nəkirə: "Söyləndiyi vaxt, kimdən və ya nədən bəhs edildiyi tam olaraq başa düşülməyən, qeyr-i müəyyən bir kimsəni və ya bir şeyi göstərən isimlər"dir. İngilis dilindəki "a, an" artiklları kimi. Məsələn, "mudərrisun/müəllim" dediyimizdə, bundan, müəyyən bir müəllim başa düşülmür. Lakin, "əl-mudərrisu" dediyimizdə, müəyyən müəllim qəsd edilir. Sonu tənvin (yəni, in, un, ən şəkilçiləri) qəbul etdiyində, sözün, nəkirədə gəldiyi başa düşülür.

Hudən kəliməsi də, nəkirədə gətirilmişdir. Bundan, "Quranın hidayəti, elə bir dərəcədədir ki, hidayət olduğu idrak edilə bilmir." mənası anlaşılır. Bu da, ya incəliyindən, ya da əzəmətindən, genişliyindən elə bir həddə çatmışdır ki, "Həqiqəti, künhü idrak edilə bilmir; əhatəsi, elmən mümkün deyildir." mənası başa düşülür.

-------------------

وَالنَّكِرَةُ إِذَا كَانَتْ كَذَلِكَ فَهِيَ نَصٌّ فِي الْعُمُومِ، كَمَا تَقَرَّرَ فِي عِلْمِ الْأُصُولِ.

Nəkirə belə olduğunda, -üsul elmində qərar qıldığı kimi- ümum haqqında bir nass sayılır.

وَ"لَا" هَذِهِ الَّتِي هِيَ نَصٌّ فِي الْعُمُومِ هِيَ الْمَعْرُوفَةُ عِنْدَ النَّحْوِيِّينَ:

Ümum haqqında nass olan bu "lə/yox" (ədatı), nəhv alimləri nəzdində məruf olan (ədat)'dır:

"لَا" الَّتِي لِنَفْيِ الْجِنْسِ،

(Yəni): "cinsi nəfy (inkar) edən 'lə".

أَمَّا "لَا" الْعَامِلَةُ عَمَلَ "لَيْسَ" فَهِيَ ظَاهِرَةٌ فِي الْعُمُومِ لَا نَصٌّ فِيهِ.

Amma, "leysə/deyil, yox" (kimi) iş görən 'lə amilətu', ümum haqqında zahirdir; (ancaq) onun üçün bir nass deyildir.

وَعَلَيْهِ فَالْآيَةُ نَصٌّ فِي نَفْيِ كُلِّ فَرْدٍ مِنْ أَفْرَادِ الرَّيْبِ عَنْ هَذَا الْقُرْآنِ الْعَظِيمِ.

Buna əsasən, (bu) ayə, bu əzəmətli Quran'dan, şübhə fərdlərindən hər bir fərdin nəfyi haqqında, bir nass'dır.

وَقَدْ جَاءَ فِي آيَاتٍ أُخَرَ مَا يَدُلُّ عَلَى وُجُودِ الرَّيْبِ فِيهِ لِبَعْضٍ مِنَ النَّاسِ، كَالْكُفَّارِ الشَّاكِّينَ،

Başqa ayələrdə isə, -şəkk edən kafirlər kimi- insanlardan bəziləri üçün, Onda, şübhənin varlığına dəlalət edən şeylər gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: {وَإِنْ كُنْتُمْ فِي رَيْبٍ مِمَّا نَزَّلْنَا عَلَى عَبْدِنَا} [الْبَقَرَة/ ٢٣]،

~ (Haqq) Taala'nın: "və in kuntum fi raybin mimmə nəzzəlnə alə Abdinə = Əgər Qulumuza endirdiyimizdən şübhədə isəniz..." (Bəqərə/23) sözü kimi;

وَكَقَوْلِهِ: {وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ} [التَّوْبَة/ ٤٥]،

~ Onun: "və'r-təbət qulubuhum fə hum fi raybihim yətəraddədun = və qəlbləriniz, şübhəyə düşdü; beləliklə, onlar, öz şübhələri içində tərəddüd edirlər." (Tövbə/45) sözü kimi;

وَكَقَوْلِهِ: {بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ (٩)} [الدُّخَان/ ٩].

~ Onun: "bəl hum fi şəkkin yələbun = xeyr, onlar, şübhə içində oynayırlar" (Duxan/9) sözü kimi.

 

وَوَجْهُ الْجَمْعِ فِي ذَلِكَ:

Bundakı cəm cəhəti:

أَنَّ الْقُرْآنَ بَالَغَ مِنْ وُضُوحِ الْأَدِلَّةِ وَظُهُورِ الْمُعْجِزَةِ مَا يَنْفِي تَطَرُّقَ أَيِّ رَيْبٍ إِلَيْهِ،

Şübhəsiz, Quran, dəlillərin vazehliyi və möcüzə(si)nin zühuru cəhətindən, (elə bir dərəcəyə) çatmışdır ki, Ona (yəni, Qurana) hər hansı bir şübhənin toxunmasını nəfy (inkar, rədd) edir.

وَرَيْبُ الْكَفَرَةِ فِيهِ

Kafirlərin Onun haqqındakı şübhə(ləri)'nə gəlincə:

إِنَّمَا هُوَ لِعَمَى بَصَائِرِهِمْ،

O, ancaq, bəsirətlərinin korluğundan dolayıdır.

كَمَا بَيَّنَهُ بِقَوْلِهِ تَعَالَى:

Necə ki, (Haqq) Taala'nın (bu) sözü ilə, onu bəyan etmişdir:

{أَفَمَنْ يَعْلَمُ أَنَّمَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ كَمَنْ هُوَ أَعْمَى} [الرَّعْد/ ١٩]،

"Məgər Rəbbindən sənə nazil edilənin haqq olduğunu bilən kimsə, kor olan kimsə kimidirmi?" (Ra'd/19)

فَصَرَّحَ بِأَنَّ مَنْ لَا يَعْلَمُ أَنَّهُ الْحَقُّ أَنَّ ذَلِكَ إِنَّمَا جَاءَهُ مِنْ قِبَلِ عَمَاهُ.

Beləliklə, Onun haqq olduğunu bilməyən kimsənin (bu vəziyyətinin), ona, yalnız korluğu səbəbindən gəldiyini tasrih etmiş (açıqlamış)'dır.

وَمَعْلُومٌ أَنَّ عَدَمَ رُؤْيَةِ الْأَعْمَى لِلشَّمْسِ لَا يُنَافِي كَوْنَهَا لَا رَيْبَ فِيهَا لِظُهُورِهَا.

Məlumdur ki, korun günəşi görməməsi, -günəşin zahir olması səbəbindən- onda (yəni günəşin varlığında) şübhə olmaması (həqiqəti) ilə ziddiyyət təşkil etmir.

إِذَا لَمْ يَكُنْ لِلْمَرْءِ عَيْنٌ صَحِيحَةٌ...فَلَا غَرْوَ أَنْ يَرْتَابَ وَالصُّبْحُ مُسْفِرٌ.

Əgər insanın sağlam gözü yoxdursa, sübh işıqlanmış olduğu halda onun şübhəyə düşməsi, təəccüblü deyil.

وَأَجَابَ بَعْضُ الْعُلَمَاءِ بِأَنَّ قَوْلَهُ {لَا رَيْبَ فِيهِ} خَبَرٌ أُرِيدَ بِهِ الْإِنْشَاءُ.

Bəzi alimlər, (buna, belə) cavab verdilər ki:

Onun, "Lə raybə fih / Onda şübhə yoxdur." sözü, xəbər (cümləsi)'dir. (Ancaq) bununla, inşa (cümləsi) murad edilmişdir.

أَيْ: لَا تَرْتَابُوا فِيهِ.

Yəni: "Onda, şübhəyə düşməyin."

وَعَلَيْهِ فَلَا إِشْكَالَ.

Buna əsasən, işkəl qalmır. (haşiyə)

------------------------

(Haşiyə:

Müəllifin qəsdi, budur:

Ərəb dilində, cümlələr 2 qismə ayrılır:

1. Xəbər cümləsi - خَبَرٌ

Məqsədi: "bir şey haqqında məlumat vermək"dir.

Xüsusiyyəti: Ona "doğrudur" və ya "yalan­dır" demək, mümkün olur.

Məsələn:

جَاءَ زَيْدٌ - Zeyd gəldi.

Bu, ya doğrudur, ya yalandır. Yoxlamaq olar.

لَا رَيْبَ فِيهِ - Onda şübhə yoxdur.

Zahirən baxanda, bu da xəbər kimidir.

 

2. İnşa cümləsi - إِنْشَاءٌ

Məqsədi: məlumat vermək yox, "bir iş görmək"dir. Əmr etmək, qadağan etmək, sual vermək, dua etmək kimi və s.

Xüsusiyyəti: Ona "doğrudur" və ya "yalan­dır" demək, mümkün deyil. Çünki o, bir hadisəni xəbər vermir, hadisəni yaradır.

Məsələn:

اِجْلِسْ - Otur! (Əmr)

لَا تَقُمْ - Qalxma! (Nəhy / Qadağan)

هَلْ جَاءَ زَيْدٌ؟ - Zeyd gəldi mi? (Sual)

Mövzumuza qayıdaq:

Əgər "لَا رَيْبَ فِيهِ / Onda şübhə yoxdur." cümləsini, sırf xəbər cümləsi kimi başa düşsək, problem çıxır.

Çünki reallıqda insanlardan bir qrup, Qurandan şübhə edirlər. Halbuki, Allah bir şeydən xəbər verirsə, o, mütləq doğrudur.

Elə isə, zahirən bir-birinə zidd düşən bu 2 cümlə, necə cəm edilə bilər?

Alimlərin cavabı budur ki:

Bu cümlə, forma cəhətindən xəbərdir; amma məna cəhətdən, inşadır.

Yəni, Allah, zahirən “şübhə yoxdur” deyir; amma əslində, əmr edir. Yəni:

لَا تَرْتَابُوا فِيهِ - Onda şübhə etməyin!

Əmrə isə, "doğrudur / yalandır" deyilmir.

Buna, belə bir misal vermək olar:

Bir mağazanın qapısında yazılıb: “Burda, siqaret çəkilmir.”

Bu, məlumat deyil. Mağaza sahibinin bununla qəsdi, burda siqaret çəkilmədiyini xəbər vermək deyil. Əslində qəsdi, qadağadır. Yəni: “Burda, siqaret çəkməyin!”

Quran da, belədir. "Onda şübhə yoxdur." yazısı, əslində, "Şübhə etmə!" qadağasıdır. (haşiyə)

-------------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Quranda, sadəcə bu ayədə “zəlikəl-kitab” ifadəsi işlənmişdir. Nə üçün məhz bu ayədə belə gətirilmişdir? Ustad Said Nursi, bunu belə açıqlayır:

Bil ki: Kəlamın gözəlliyinin özü ilə parladığı bəlağatın əsaslarından biri, -vadilərdən axan suların, orta bir yerdə toplanması və ya eyni hovuza, çox yerlərdən suların dolması kimi-,

- O kəlamı meydana gətirən ünsürlərin, bir-birinə cavab verməsi;

- Qeydlərinin bir-birinə çağırması;

- Hamısının, əsl məqsədə dəstək olması; və

- Hər birinin, öz taqəti nisbətində, məqsədə mədəd verməsidir.

Beləcə, şairin bu sözünün bir təsdiqi və timsalı olmaqdadır:

"Sənin hüsnün, birdir; ancaq fərqli-fərqlidir ibarələrimiz,

Hər birimiz, o camala işarət edərik."

Məsələn:

...وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ

Və ləin məssəthum nəfhətun min azəbi Rabbikə.

Yəni:

"Əgər Rəbbinin əzabından, onlara bir yel toxunsa..." (Ənbiya/46) ayətinə, diqqətlə bax.

Bu ayə, "ziddi, özünə ziddi olandan əks etdirmək" ilə, əzabın azını göstərərək, dəhşətini bildirmək üçün sövq olunmuşdur.

• "İn/əgər": məgər görmürsənmi ki, şəkk bildirən "əgər" ifadəsi, azlığa necə mədəd verir?!

• "Məssə/toxunsa": "isabət" yerinə "toxunmaq" kəliməsi, necə də azlığa və sadəcə qoxusunu hiss etdirməyə işarət edir?!

• "Nəfhətun/yel, əsinti": Bir dəfə toxunmağı və kiçikliyi ifadə edən bu kəlimə, necə də, mənası, siğası və sonundakı tənvini ilə azlığa təlvih edir?!

• "Min/dan, dən": Bu ifadə, bə'diyyət/bəzilik ilə, necə də azlığa ima edir?!

• "Əzab": "nəkəl" kimi daha şiddətli əzab kəlimələri yerinə, bu kəlimə, necə də azlığa rəmz edir?!

• "Rəbb": Bu isimdən anlaşılan şəfqət, necə də azlığa işarət edir?!

Beləcə, bunların hər biri, özünə xas cəhətilə, məqsədə mədəd verir. Bu ayəyə, qardaşları (olan digər ayələr)'i qiyas et.

----------------------------------

İzahı:

Müəllifimiz ustad Bədiü'z-zaman Said Nursi (rahiməhullah), Bəqərə/2 ayətinin təfsirinə keçmədən əvvəl, belə deyir:

Kəlamın gözəlliyini və parlaqlığını nəticə verən bəlağatın ən mühim əsaslarından biri də, o kəlamın hədəfi nədirsə, o kəlam hansı məna üçün zikr edilmişdirsə, o kəlamın bütün heyəti, qeydləri, ona baxsın; o məqsəd üçün bir-birilərilə ittifaq etsin; hamısı, o əsas məqsəd ətrafında dönsün; hamısı o mənanı ifadə etsinlər. Müəllifimiz, buna misal olaraq, aşağıdakı ayəti zikr edir:

وَلَئِن مَّسَّتْهُمْ نَفْحَةٌ مِّنْ عَذَابِ رَبِّكَ...

Və ləin məssəthum nəfhətun min azabi Rabbikə...

"Əgər Rəbbinin əzabından onlara bir yel belə toxunsa..." (Ənbiya/46)

Bu ayət, əzabın azacıq şiddətini göstərməklə, İlahi əzabdan qorxutmaq, təhdid üçün sövq edilmişdir. Yəni, zidd, ziddini göstərdiyi etibarı ilə, "Az bir əzabın şiddəti və dəhşəti belədirsə; artıq böyük və şiddətli əzabın dəhşət və əzəmətinin nə dərəcə qorxunc olduğunu, siz düşünün." demək istəyir.

İndi, bu ayətin heyətinə, kəlimələrinə baxdığımız vaxt, hər birinin, eyni məqsədə, eyni hədəfə işarət etdiyini; eyni nöqtədə birləşdiyini, bu xüsusda bir-birilərinə yardım əlini uzatdıqlarını görürük. Yəni, ayət, az bir əzabın dəhşətini göstərmək məqsədilə sövq edilmişdir. Bütün kəlimələri, hamısı bərabər, qilləti/azlığı/xəfifliyi ifadə edir. Hikmətli Quran, əzabın azını göstərməklə, əzabın şiddətini göstərmək, onunla, müşrik və kafirləri təhdid etməyi murad etmişdir.

Müəllifimiz Nursi (rahmətullahi aleyh), bu ayətin hər bir kəliməsini tək-tək təhlil edərək, hər bir kəlimənin, bu mənanı ifadə etmək üzərə zikr edildiyini isbat və izah etmiş, beləcə, Quranın i'cazını (möcüzəliliyini) bəyan etmişdir. Belə ki:

~ Ayətin başında, təşkik (şəkk-şübhə) ifadə edən "əgər" mənasında olan şərt ədatlarından "in" gətirilmişdir. Bu hərf, qətilik ifadə etmir. Yəni: "Əgər az bir əzab sizə toxunsa, 'Vay halımıza!' deyəcəksiniz. Qəti olaraq toxunsa, heç dözə bilməzsiniz." demək istəyir. Bu mənanın, azlığa necə kömək etdiyinə diqqət et!

~ Həm ayətdə, "isabət etsə, tam toxunsa" mənasında olan "əsabə" kəliməsinin əvəzinə, yenə azlığa dəlalət edən və "azacıq toxunma, xəfif təmas etmək" mənasında olan "məssə" kəliməsini zikr etmişdir. Bu kəlimə də, azlıq mənası ifadə edərək, ayətin məqsədinə kömək edir.

Demək, şübhəli və az toxunan bir əzabın şiddəti, budursa; artıq həqiqi və böyük əzab, necə olar, siz qiyas edin!

~ Yenə, ayət, "nəfhətun" kəliməsinin cövhərində, siğasında (formasında, qəlibində) və tənvinu't-tənkir'ində, 3 cəhətlə azlığa işarət etməkdədir. Belə ki:

1. "Nəfhətun" kəliməsi, cövhəri və mahiyyəti etibarı ilə "yel, əsinti" mənasındadır. Bu, azlığı ifadə edir.

2. Yenə bu kəlimə, siğası etibarı ilə, masdarun-mərratun'dur. Bu məsdərlər, felin, yalnız 1 dəfə edildiyini ifadə edir. Yəni, "1 dəfə baş verən 1 yel, əsinti" mənası verir. Bu da azlığı ifadə edir.

3. Həm kəlimənin sonunda yer alan və tənkir və təhqiri (həqirliyi, kiçikliyi) ifadə edən "tənvin" (nəfhətun'dakı "un") da, azlığa dəlalət edir. Yəni, o qədər həqir və kiçikdir ki, mahiyyəti bilinməz, kiçik bir əsintidir.

~ Həm bə'diyyət (bəzilik) mənası ifadə edən "min/dan, dən" hərf-u cərri də, azlığı ifadə edir. Yəni, "Rəbbinin əzabından hamısı deyil, bir qismi" deməkdir. Bu da, azlığa dəlalət edir.

~ Həm "nəkəl" kəliməsi yerinə, "əzab" kəliməsinin gəlməsi də, işarət olaraq, azlığı göstərir. Çünki, normal halda, "şiddətli əzab" mənasında olan "nəkəl" kəliməsi gəlməsi möhtəməl ikən; onun yerinə, daha aşağı dərəcədəki cəzanı ifadə edən "əzab" kəliməsi tərcih edilmişdir. Bu da, azlığa işarət edir. Çünki, sırası ilə:

a. "Nəkəl" - ən şiddətli əzab şəklidir;

b. "İqab" - ondan bir dərəcə aşağı olan əzabdır;

c. "Əzab" isə - ondan daha xəfif bir əzab dərəcəsidir.

~ Həm İlahi şəfqət və mərhəmət ifadə edən "Rəbb" isminin tərcih edilməsi, yenə azlığa və xiffətə/xəfifliyə işarət edir. Çünki, əzabdan sonra, məqam gərəyi, Qahhar, Cabbar, Muntəqim (intiqam alan) kimi cəlal ifadə edən isimləri zikr edilməsi lazım gəldiyi halda, şəfqət və mərhəmət ifadə edən Rəbb ismi zikr edilmişdir.

Və beləcə, bu ayətin bütün heyəti, azlığı ifadə etməkdədir. Bütün kəlimələr, ayətin sövq ediliş qayəsinə xidmət edir; onun ətrafında dönür; o məqsədi ifadə edir. Çünki ayət, az bir əzabın nə qədər şiddətli olduğunu göstərib, həqiqi və böyük bir əzabın nə qədər dəhşətli, şiddətli və qorxunc olduğunu qiyas etməyimiz üçün, bu bəyan tərzini ixtiyar etmişdir. Ayətin bütün heyəti də, bu məqsədə xidmət etməkdədir.

------------------------------

Bəli, xüsusilə, "Əlif, lam, mim. Zəlikə'l-kitəbu. Lə raybə fih. Hudən li'l-muttəqin = Əlif, lam, mim. O Kitab. Onda heç bir şübhə yoxdur. Müttəqilər üçün hidayətdir." ayətinə bax. Çünki bu ayə, Quranı mədh etmək və kamalını isbat etmək üçün zikr edilmişdir.

• "Əlif, lam, mim"dəki -bir görüşə görə olan- and;

• "Zəlikə/o" ifadəsindəki - işarət, məxsusiyyət və uzaqlıq;

• "əl-Kitabu/kitab"dakı - əlif-lam;

• "Lə raybə fih / Onda şübhə yoxdur" ifadəsindəki - isbat cəhəti,

bu məqsəd üçün bir-birinə cavab verir və bir-birinin əlini tutur. Bunların hər biri, əsl məqsədi dəstəklədiyi və ona öz hissəsini verdiyi kimi; vələv incə də olsa, istinad etdiyi dəlilə də, rəmz edir.

 

(Not: Müəllif, bu qismi, aşağıda, tək-tək təhlil edəcəyindən dolayı, bu qismi şərh etmirik.)

-------------------------------

• İstəyirsənsə, "əlif, lam, mim"dəki anda diqqət et. Məqsədi təkid etdiyi kimi; təzim vasitəsilə də, özünə rəmz edilən iddiaya dəlil olması üçün, altında mövcud olan məzkur incəliklərin ortaya çıxması yönündə, baxılmasını işar edir.

------------------------------

İzahı:

Biz, yuxarıda, Qurandakı hər hansı bir ayətin, hansı məqsəd üçün sövq edilmişdirsə, o ayətin bütün sözlərinin, o mənanı təkid və gücləndirmək üçün bir-birilərinə cavab verib bir-birilərinə kömək etdiklərindən bəhs etmişdik. Bax burda da, müəllifimiz Nursi (rahiməhullah), الٓمٓ • ذَ‌ٰلِكَ ٱلْكِتَـٰبُ لَا رَيْبَ ۛ فِيهِ ayətini də misal olaraq gətirir və belə deyir:

Bu ayətdən məqsəd: Quranın mədhi və kamalının isbatıdır!

Ayətin bütün kəlimələri, bu məqsədə işarət edir, onu isbat edir.

Müəllifimiz, bu cümlənin bütün kəlimələrini tək-tək təhlil edərək, qəsd olunan mənaya (yəni, Quranın mədhi və kamalına) necə dəlalət etdiklərini, təfsilatı ilə bəyan etməkdədir. Belə ki:

Ayə, ilk əvvəl, "Əlif, Lam, Mim" ilə ifadə edilən qəsəm/anda nəzərimizi cəlb edərək, sanki belə deyir: "Bu iddiaya (yəni, Quranın mədhi və kamalına) dəlil istəyirsənsə, الٓمٓ'dəki qəsəmi, düşün! Quranı necə mədh etdiyini gör!"

Bəli, "الٓمٓ / Əlif, Lam, Mim", bir görüşə görə, and mənası ifadə edir. Bu, Əxfəş'in görüşüdür. İmam Fəxrəddin ər-Razi, təfsirində, belə deyir:

"Əlif, Lam, Mim haqqında, 16-cı görüş:

əl-Əxfəş, belə deyir:

Allah Taala:

~ bu hərflərin çox şərəfli və fəzilətli olmasından; və

~ bu hərflər, fərqli dillərdə endirilən səmavi kitabların təməli;

~ Allahın gözəl isimlərinin və uca sifətlərinin əsası; və

~ millətlərin, sayəsində bir-birilərini tanıdıqları;

~ Allahı zikr edib birlədikləri sözlərin kökü

olmasından dolayı, bu hərflərlə and içməkdədir. Hər nə qədər bundan məqsəd bütün hərflərdirsə də, Allah Taala, onlardan bir qismini zikr etməklə kifayətlənmişdir. Necə ki, sən, surənin hamısını qəsd etdiyin halda, "əlhəmdu"nu oxudum deyirsən. Buna görə, sanki Allah Taala, belə demişdir:

'Bu hərflərə and içirəm. Çünki bu Quran, Lövh-i Məhfuz'dakı kitabın eynisidir."

Yəni, Rəbbimiz, الٓمٓ deməklə, "Qurana and olsun. Ona and içirəm." mənasını ifadə etməkdədir. Elə isə, bu and mənası, Quranın mədhinə/tərifə layiq olmasına işarət edir, bu mənanı qüvvətləndirir.

Həm bu الٓمٓ kəliməsi, eyni zamanda, təzimi də ifadə edir. Çünki, madam ki, Allah Taala, onunla and içmişdir. Demək ki, çox yüksək bir əzəməti və kamalı vardır ki, and içiləcək hala gəlmişdir.

Bununla bərabər, Quran, bu andla, diqqətli nəzərləri, altında gizli olan incəliklərə də yönləndirməkdədir. Çünki, diqqətlə nəzər edildiyi təqdirdə, altındakı o gizli mənalar açılır, üzə çıxır. Yəni, Quran, bu andla, sanki belə demək istəyir: "Quranın bu cümləsinə diqqətlə baxın! Altında nə qədər sirlər mövcud olduğunu görün!"

------------------------------

Sifətlərlə bərabər zata rücu üçün istifadə edilən "zəlikə/o"dakı işarətə bax. Bu:

1. Ya, "əlif, lam, mim" ilə işarət edilənə; ya da Tövrat və İncildə müjdələnənə bir işarətdir.

Bax bu "zəlikə", təzimi ifadə etdiyi kimi; dəlilinə də təlvih etməkdədir. Çünki, özü ilə and içilən şey, nə böyükdür. Tövrat və İncil'in müjdələdiyi (bir kitab), nə qədər mükəmməldir.

2. Sonra, ağıl ilə başa düşülən bir məsələyə, göz ilə görülən bir şey kimi işarət edilməsinə diqqət et! Ta ki, bununla təzim və əhəmiyyət ifadə etdiyi kimi; Quranın, zehnləri cəzb edən bir maqnit kimi olduğuna; nəzərlərin ona yönəldiyinə; hər xəyalın özü ilə məşğul olmağa məcbur etdiyi şeyə işarət etdiyini görəsən. Bundan dolayı, gözlər, xəyala müraciət etdiyində, arxasından, Onun əzəmətini görəcək dərəcədə təzahür etməsilə, doğruluğuna olan güvəninə və gözlərdən iraq qalmağa səbəb olan zəiflik və hilə kimi hallardan uca olduğuna, hal dililə rəmz edər.

3. Sonra, "zəlikə"dən anlaşılan uzaqlıq mənasını təfəkkür et! Çünki, o uzaqlıq, Quranın kamalını ifadə edən uca rütbəsini göstərdiyi kimi; bunun dəlilinə də ima edər. Yəni, o Quran, sair kitabların getdiyi yolu izləməkdən uzaqdır. Bu halda, ya hamısının altındadır. Bu isə, ittifaqla batildir. Elə isə, hamısının fövqündədir.

------------------------------

İzahı:

Həm "zəlikə" kəliməsi, bu iddiaya (Quranın mədhi və kamalının isbatına), 3 cəhətlə işarət etməkdədir. Belə ki:

1. "Zəlikə", ismu'l-işaradır, yəni, işarə əvəzliyidir. İşarə əvəzlikləri, işarə vasitəsilə ismi təyin edən sözlərdir.

Ərəb dili qaydalarına görə, "zəlikə / o" kəliməsi, həm zata, həm də zatın sifətinə, bərabər dəlalət etməkdədir. Yəni, damair (damirlər, mən, sən, o şəxs əvəzlikləri) kimi, sadəcə zatı göstərməz. Bundan dolayı, bu "zəlikə" kəliməsi, burda, həm kitabın (yəni, Quranın) zatına, həm də Onun nə qədər sifətləri varsa, hamısına birdən işarət edir.

Müəllif, burda, "zəlikə" ismu'l-işarasına baxmağı; ta ki, təzimi necə ifadə etdiyini və bu (təzim) hökmünün dəlilinə, nə şəkildə dəlalət etdiyinə nəzər etməyi tövsiyyə edir. Çünki, "zəlikə":

a. Ya, "əlif, lam, mim"in işarət etdiyi mənaya işarətdir. O vaxt, mənası: "Əlif, Lam, Mim. Mən, bu Qurana and içirəm.' deyə, özü ilə Allahın and içdiyi Quran" deməkdir. Demək, "zəlikə" ismu'l-işarasının muşarun ileyhisi (işarət etdiyi şey), "əlif, lam, mim" ilə and içilən Qurandır. Bu da, Quranın mədhini və kamalını ifadə edir.

b. Ya da, "zəlikə" ismu'l-işarasının muşarun ileyhisi, Tövrat və İncildə müjdələnən və vəsfləri bəyan edilən Kitabdır, ki, o da, şanı əzəmətli olan Qurandır. Bu da, yenə, Quranın mədhini və kamalını ifadə edir. (Yəni, ya da, "zəlikə"dən məqsəd, burda, Quranın zatı deyil, sifətləridir.) Bu da, yenə, Quranın mədhini və kamalını ifadə edir.

"Zəlikə" ismu'l-işarası, hökmün dəlilinə də dəlalət edir. Belə ki:

"Zəlikə" kəliməsi, "muşərun ileyhi bizəlikə" deməkdir. Yəni, "Zəlikə ilə işarət edilən Kitab" mənasındadır. Bu kəlimə, -yuxarıda bildirildiyi üzərə- həm zata, həm də sifətə bərabər dəlalət etdiyi üçün, eyni zamanda, hökmün dəlilinə də, yəni, təzimin nədən qaynaqlandığına da işarət edir. Ərəb dilində, belə bir qayda vardır:

"Bir hökmü, müştaq kəliməyə təliq etmək, o iştiqaqın məxazı (qaynağı)'nın, o hökmə illət olduğunu ifadə edir."

Buna görə, "zəlikə" ilə işarət edilən muşarun ileyhinin zatı və sifətləri, hökmün illətidir. Yəni, "Nə üçün bu Kitab, o qədər əzəmətlidir?" Çünki, "Əlif, Lam, Mim, zəlikə"dir. Yəni, bu Kitab, Allah Taalanın, özü ilə and içdiyi bir kitabdır. Çünki, Allahın özü ilə and içdiyi şey, əlbəttə böyükdür. Demək, hökmün dəlili, içindədir.

Əgər "zəlikə"dən murad olunan, Tövrat və İncildə işarət və vəsf edilən Kitabdırsa, o vaxt, hökm, belə olur: "Bu Quran, əzəmətlidir. Çünki, Tövrat və İncildə vəsf edilmiş və müjdələnmişdir."

Hökmün illəti (əsas səbəbi), bu vəsf və müjdədir.

Allah Taala, Şuəra surəsi 195-196-cı ayətdə, belə buyurmaqdadır:

بِلِسَانٍ عَرَبِىٍّ مُّبِينٍ • وَإِنَّهُۥ لَفِى زُبُرِ ٱلْأَوَّلِينَ

"Bu Quran, açıq-aydın ərəb dilində nazil edildi. Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır."

 

2. Yuxarıda, "zəlikə/o" işarə əvəzliyindən bəhs etdik. Əsasən, bu kəlimə, hissi olan, yəni, gözlə görülən şeylərə işarət edir. "Zəlikə"nin belə hissi olan şeylərə işarət etməsi lazım gəldiyi halda; bu ayətdə, məqul/əqli olana (yəni, kitaba) işarət etmişdir. Demək, burda, bir bəlağat nüktəsi (incə mənası) vardır. Belə ki:

Əzəli Mütəkəllim olan Allah, bu işarə əvəzliyi ilə, Quranın əzəmət və kamalını ifadə etdiyi kimi; eyni zamanda, Quranın, bir maqnit kimi, zehnləri Özünə tərəf çəkdiyinə və bütün nəzərləri Özünə çevirmiş olduğuna da işarət edir. Hər kəsin zehnini, xəyalını, Özü ilə elə məşğul etmiş və elə bir zühur dərəcəsinə gəlmişdir ki, sanki gözlər, xəyallarına müraciət etsələr, arxasında, o Quran gözlə görüləcək hala gələcəkdir, deyə işarət edir.

Bax göründüyü kimi, bu kəlimədə də, yenə Quranın əzəmət və kamalına işarət etdi, eyni məqsədə yardım etdi. Demək, bu Quran, məqul/əqli də olsa, elə yüksək bir ucalığa, əzəmət və kamala sahibdir ki, gözlə görüləcək hala gəlmişdir. Bunun üçün, hissi işarətdə istifadə edilən "zəlikə" ilə, ona işarət edilmiş; məqul/əqli olan Quran, məhsus/hiss edilən kimi göstərilmişdir.

Quran, elə bir dərəcədə təzahür etmiş; gözlə görüləcək elə bir hala gəlmişdir ki, bu, hal dililə, Onun doğruluğuna, etimad edilən olduğuna və gizlənməyə səbəb olan və səbəbiyyət verən hiylə və zəiflikdən bəri olduğuna rəmz edir.

 

3. Ərəb dilində, müfrəd (tək halda) müzəkkər (kişi cinsi olan) işarə əvəzlikləri, yaxından uzağa, bu şəkildə sıralanır:

ﻫﺫﺍ - (bu - həzə) ->

ﺫﺍ (orta məsafədə bu - zə) ->

ﺫﺍﻚ (orta məsafədə o - zəkə) ->

ﺫﻠﻚ (uzaq məsafədə o - zəlikə) ->

Görüldüyü kimi ən uzağı ifadə üçün ﺫﺍﻚ / zəlikə kəliməsinə, ﻞ / lam hərfi əlavə edilmişdir.

Bax Müəllifimiz, bunun, bu cəhətlə də, Quranın kamalına, əzəmətinə, rütbəsinin ucalığına işarət etdiyini söyləməkdədir:

a. Quranın məqamı, mövqeyi, rütbəsi o qədər yüksək, o qədər ülvidir ki, zehnlər, onun bu yüksək rütbəsi, məqam və mövqeyinə çıxa bilmirlər.

b. Həm də, Quranın rütbə, məqam və mövqeyinin çox uca olmasının dəlili də, bu "zəlikə" kəliməsində mövcuddur. Yəni, Quranın misli (bənzəri olan digər İlahi kitablar)'ın izləmiş olduqları yollardan uzaqdır. Yəni, Quranın rütbəsi o qədər yüksəkdir ki, heç bir kitab, ona çata bilmir, ona bənzəmir, onun getdiyi yoldan gedə bilmir.

Bu halda, Quran, ya hamısının altındadır. Bu isə, ittifaqla muhal/imkansızdır. Və ya Quran, hamısının fövqündə bir kamal mərtəbədədir. Bu isə, haqq və həqiqətdir.

------------------------------

Sonra, "əl-kitəbu"dakı əlif-lam haqqında düşün. Çünki o, kamalı göstərən örfi hasr ifadə etdiyi kimi; müvazinə qapısını da açar. Bununla təlmih edər ki: Quran, bütün kitabların gözəlliklərini Özündə cəm etməklə bərabər; onlara ziyadə də gəlmişdir. Elə isə, hamısının ən mükəmməlidir.

Sonra, "əl-kitəbu" təbiri üzərində bir dayan. "Kitab" ifadəsi, qiraət və kitabət əhli olmayan bir Ümmi'nin sənəti ola bilməyəcəyinə, necə təlvih edir?!

--------------------------

İzahı:

~ Müəllif deyir ki, "əl-kitəbu" kəliməsindəki ال / əlif-lam tərif ədatını düşün. Yəni, ayətdə, bu kəlimə, nəkirə (qeyr-i müəyyən, yəni: "kitab") olaraq deyil; mərifə (müəyyən, yəni "əl-kitəbu") olaraq istifadə edilmişdir. "Zəlikə'l-kitəbu" demək: "Müəyyən olan o Kitab" deməkdir. Burda, "zəlikə", mübtəda; "əl-kitəbu" isə, qayda gərəyi, onun xəbəridir. Bu təbir, örfi hasrı ifadə edir. Örfi hasr isə, kamal mənasını ifadə edir. Yəni, "Kitab, yalnız Odur. Tək kamil kitab, Qurandır. Demək, digərlərinə, örfən, kamal dərəcəsində kitab deyilməz." deməkdir.

Mətndə keçən "hasr" kəliməsinin tərifi və qisimləri, "Şərh-u Durusi'l-Bəlağat" adlı əsərdə belə izah edilmişdir:

"Qasr (buna, hasr da deyilir): Xüsusi bir təriq/yol ilə, bir şeyi, bir şeyə təxsis etməyə, ona xas qılmağa deyilir.

Hasr da, 2 qismə ayrılır:

1. Həqiqi hasr;

2. İzafi (və ya örfi) hasr.

1. Həqiqi hasr: İçindəki ixtisas, həm həqiqətdə, həm vaqeəyə müvafiq olan hasrdır. Yəni, həqiqətdə və vaqeədə, o ixtisas (xas qılınış), ona məxsus isə, ona, həqiqi hasr deyilir. Məsələn, "Lə iləhə illəllah." Yəni, "Allahdan başqa ilah yoxdur." cümləsindəki hasr, həqiqi hasrdır. Çünki, bu cümlədən məqsəd, "Allahdan başqa ilah yoxdur. Həqiqi İlah, ancaq Allahdır." deməkdir.

2. İzafi hasr isə: İçindəki ixtisas, müəyyən bir şey etibarı ilə, hər hansı bir sifət nisbətilə edilən hasrdır. Məsələn, "Lə cəvədə illə əl-Xatəmu". Yəni: "Xatəm (ət-Tai)'dən başqa comərd yoxdur." Bu cümlədəki hasr, izafi hasr, digər təbirlə, örfi hasrdır, həqiqi hasr deyildir. Çünki, Xatəmdən başqa, vaqeədə, həqiqətdə, çox comərdlər vardır. Ancaq, bir növ cəhətilə, yəni, kamal sifəti cəhətilə, burda, örfi hasr vardır. Yəni, (bu misala görə), "Kamil comərd, ancaq Xatəmdir. Ondan başqa, bu ismə tam layiq cavad yoxdur." deməkdir.

Bax bu cümlədə də, yəni, "Zəlikə əl-kitəbu" cümləsində də, həqiqi hasr deyil; izafi hasr, digər təbirilə, örfi hasr vardır. Çünki, həqiqi hasr olsa, o vaxt, mənası belə olacaq: "Kitab, yalnız Odur." Yəni: "Qurandan başqa, heç bir kitab yoxdur. Tək kitab, Qurandır." demək olur. Halbuki, Qurandan başqa səmavi kitablar (Tövrat, İncil, Zəbur) və suhuflar vardır. Elə isə, burdakı hasr, Müəllifimizin ifadəsilə, örfi hasrdır. Yəni, "zəlikə əl-kitəbu" demək, "Kamil kitab, ancaq Qurandır. Qurandan başqa bu ismə layiq kitab yoxdur. Ən mükəmməl kitab ünvani, yalnız Qurana məxsusdur." deməkdir. Elə isə, başqasına kitab deyilsə də, o kitab, kamil kitab isminə layiq deyildir.

Eyni zamanda, "əl-kitəbu" ifadəsi, müvazinə qapısını da açır. Yəni, hökmün dəlilinə də işarət edir. Belə ki:

Bu ayət, "əl-kitəbu" kəliməsilə elan edir ki: "Baxın, Quran, meydandadır. Sair səmavi kitablarla, yəni, Tövrat, İncil, Zəbur və suhuflarla, Quranı qarşı-qarşıya gətir, müvazinə et, ölç, biç! Hansı mükəmməldir? Hansı kamil kitab ünvanına layiqdir? Gör!" deyə işarət edir.

Bax bu müvazinə nəticəsində görülür ki, Quran, bütün səmavi kitabların gözəlliklərini, elmlərini cəm edici olmaqla bərabər, onlardan daha çoxu, Quranda mövcuddur. Elə isə, bu Quran, bütün səmavi kitabların ən kamilidir. O halda, "kamil kitab" ünvanı, sadəcə Qurana məxsusdur, Ona layiqdir.

Bax, "zəlikə əl-kitəbu" cümləsindəki "əl" ədatı, həm hökmə, yəni, Quranın mədhinə, kamalına baxıb Ona işarət etdi. Həm də, bu hökmün dəlilinə də işarət edib o dəlili göstərdi.

~ Yenə, "əl-kitəbu" kəliməsi üzərində, bir dayan, düşün! Çünki ayət, "zəlikə əl-kitəbu" demiş, "kitab" təbirini istifadə etmişdir. Bax bu ifadə göstərir ki, bu Quran, bir Ümmi'nin işi və sənəti deyildir. Oxumaq və yazmaq bilməyən, qiraət və kitabət əhli olmayan Biri'nin (haşa) düzməcəsi, uydurması deyildir. Çünki, "kitəbun" kəliməsi, "məktubun" mənasındadır. Yəni, "yazılan" mənasını ifadə edir. Halbuki, bu kitab, Kimə nazil olmuşdur? Ümmi bir Nəbi'yə nazil olmuşdur. Bəs yaxşı, beləcə bütün fəsahət və bəlağət əhlini məğlub edən, Öz bəlağətinə səcdə etdirən bir Kitab, bir məktub, Ümmi olan, qiraət və kitabət əhlindən olmayan, oxumaq və yazmaq bilməyən Birinin sözü ola bilərmi?

Elə isə, "əl-kitəbu" təbiri işarət edir ki: "Bu kitab, Allahın kəlamıdır; bir bəşərin sözü deyildir."

--------------------------

• "Lə raybə fih / Onda şübhə yoxdur":

Bunda, 2 cəhət vardır:

Damirin mərci'i, ya hökmə, ya da Kitaba baxmaqdadır.

~ Birinciyə görə: -ki, "Miftah" sahibi Səkkaki bu görüşdədir- "yəqini olaraq, şübhəsiz bir şəkildə" deməkdir. Bu da, Onun kamalını isbat üçün bir cəhət və təhqiq olur.

~ İkinciyə görə: -ki, "Kəşşaf" sahibi Zəmaxşəri bu görüşdədir- kamalının sübutu üçün bir təkiddir.

Hər ikisinə görə də, "lə raybə fih / onda şübhə yoxdur" ifadəsinin altından, "Əgər Qulumuza endirdiyimizdən bir şübhə içindəsinizsə, Onun mislindən 1 surə gətirin." (Bəqərə/23) səsi gəlir və Onun xas dəlilinə rəmz edir.

 

• "Lə / heç bir": Bu ifadədəki istiğraq, var olan şübhələri edam etdiyi üçün, bu şeiri inşad edir:

"Səhih sözü ayıblayan neçə-neçə kimsələr vardır;

Bunun səbəbi, xəstə fəhmindəndir."

Bununla bərabər, məhəllin, tərəddüdlərin təvəllüdünə qabil olmadığına işarət edir. Çünki, sipərlərə elə əmarələr buraxmışdır ki, hər tərəfdən, bir-birilərinə səslənər və hücum edən şübhələri qovarlar.

 

• "Fihi / Onda": bu ifadədəki zərfiyyətə gəlincə, digər hərf-u cərr'lərdən birilə deyil; bununla ifadə edilməsi, nəzəri, Quranın içinə nüfuz etdirməyə; Onun içindəki həqiqətlərin səthi nəzərlə səthinə qonmuş vəhm tozlarını qovub uçurmasına bir işarətdir.

Ey təhlil yolu ilə tərkibin qiymətinə ünsiyyət edən; bütünlə parça arasındakı fərqi başa düşən kimsə! Bütün bu qeyd və heyətlərə, birdən bax! Ta ki, hər birinin xas dəlili ilə bərabər müştərək məqsədə hissəsini necə buraxdığını; hər tərəfdən necə bəlağat nuru fışqırdığını görəsən.

--------------------------

İzahı:

• Müəllifimiz Nursi (rahiməhullah), "lə raybə fih / Onda şübhə yoxdur" cümləsindəki "fihi / Onda" kəliməsinin "hu / O" damirinin (şəxs əvəzliyinin), rücu etdiyi kəliməyə görə (yəni, burdakı "o" kəliməsinin nəyə qayıtdığını), bu "lə raybə fih" cümləsinin, 2 vəchi/cəhəti olduğunu bəyan etməkdədir. Çünki, "fihi"dəki damir, ya hökmə (yəni, yuxarıda danışdığımız kimi, Quranın əzəmətli olması hökmünə); ya da ki "lə raybə fih"dən əvvəl gələn "əl-kitəbu" kəliməsinə racidir.

~ Birinci cəhət:

Əgər bu damir, hökmə raci olsa, o vaxt, nəzmi məna belə olur:

"Bu hökmdə (yəni, Quranın əzəmətli olması hökmündə), şübhə yoxdur." Yəni, əzəmətli, kamil kitab ünvanına layiq olanın, sadəcə bu Quran olduğu xüsusunda, şəkk və şübhə yoxdur. Yəni, ayə, sanki belə deyir:

"Quranın əzəmət, ülviyyət və kamalında, şübhəyə düşmə! Çünki O, bütün kitabların ən kamilidir."

Bəlağat elminin dahi imamlarından biri olan Səkkaki, bu görüşdədir.

~ İkinci cəhət:

Əgər bu "fihi/onda" kəliməsindəki "hu/o" damiri, Kitaba raci olsa, o vaxt, ayənin nəzmi mənası belə olur:

"Bu Kitabda, şübhə yoxdur."

Bu ikinci cəhətə görə, "lə raybə fih" cümləsi, Quranın sabit olan əzəmət, ülviyyət və kamalının, təkid və təqviyəsi (gücləndirilməsi) üçün gətirilmişdir. Yəni, bu Kitabın əzəmətli bir Kitab olduğu sabitdir. Bunu təkid və təqviyə edən isə, "Onda şübhə yoxdur." cümləsidir.

"Kəşşaf" sahibi Zəmaxşəri, bu görüşdədir.

Müəllifimiz Ustad Nursi, daha sonra ifadə edir ki, bu damir, hansı mərci (rücu edilən yer)'ə rücu edirsə etsin, yəni, istər hökmə, istərsə də kitab kəliməsinə raci olsun; bu ayə, "lə raybə fih" cümləsilə, gələcək bu ayəni, özünə dəvət etməkdə; onu, öz iddiasına dəlil qılmaqdadır. Belə ki:

"Lə raybə fih" cümləsi ifadə edir ki: "Bu hökmdə, bu Kitabda, heç bir şübhə yoxdur."

Bu "lə raybə fih" cümləsi, "Əgər Qulumuza nazil etdiyimizə şübhə edirsinizsə, onda ona bənzər bir surə gətirin." (Bəqərə/23) ayətini xatirə gətirir və sanki belə deyir:

"Madam ki, Quranın bir bənzərini, hətta Onun ən qısa bir surəsinin bir mislini gətirə bilmirsiniz. Elə isə, bu hökmdə, bu əzəmətli, kamil Kitabda, heç bir şübhə yoxdur."

Bax, "lə raybə fih" cümləsi, istər hökmün isbatı üçün dəlil olsun; istərsə Kitabın sabit olan əzəməti, kamalı üçün təkid olsun, fərqi yoxdur. Hər 2 mənaya görə, bu "lə raybə fih" cümləsi, bu ayənin xüsusi bir dəlilinə rəmz edir, onu göstərir. Yəni, Bəqərə surəsinin 23-cü ayəsini xatırladır.

 

• Cins nəfyi (inkarı) olan "لا/lə/heç bir şey" ilə, ayə sanki belə deyir: "Şübhənin heç bir cinsi, Quranda yoxdur. Heç bir cəhətlə, heç bir şəkildə, içində şəkk və şübhə ola bilməz."

Quranda heç bir şəkk və şübhə olmadığı; Quranda eyiblənəcək heç bir nöqtə olmadığı halda, Quran haqqında şəkk və şübhədə olanlar, Quranı eyibləmək istəyənlər, keçmişdə olduğu kimi, bu gün də mövcuddur. Bu, onların fəhmlərinin xəstə olmasından qaynaqlanır. Bu "lə" hərfi, istiğraq (bütün) ifadə etdiyi üçün, sanki, hal dililə bu şeiri oxuyur:

"Səhih sözü ayıblayan neçə-neçə kimsələr vardır;

Bunun səbəbi, xəstə fəhmlərindəndir."

Demək, istiğraq ifadə edən bu "lə" ifadəsi, bütün şübhələri yox edir. Quranın ətrafında bir sur çəkir. Heç bir dəlik, heç bir boşluq buraxmır. Mütləq, onun başına, mühafizəçi, əskər kimi, bir dəlil qoyur. Ətrafdan, xaricdən gələn bütün şübhələri yox edib ortadan qaldırır.

Ustad Nursi, burda, təşbih və təmsil yolu ilə bu məsələni izah etməkdədir. Yəni, o, əzəmətli Quranı, səmavi, yüksək, möhkəm bir qalaya bənzətmişdir. Necə ki, qalanın hər tərəfində kontrol yerləri, qüllələr və içlərində növbətçi əskərlər vardır. O növbətçi əskərlər, necə ki, xaricdən gələn düşmənlərdən o qalanı qoruyursa; Quran da, səmavi bir qala kimidir. "Lə raybə fih"dəki "lə" hərfi də, Quran qalasının hər tərəfinə, Quranın haqq olmasının dəlillərini, əlamətlərini, hüccətlərini, bir növbətçi əskər kimi qoymuş; ətrafdan hücum edən şəkk və şübhələri, eyibləri və tərəddüdləri qovmuşdur. Bu səmavi qalaya, heç bir şəkk və şübhənin girməsinə icazə vermir.

• "Fihi/Onda" təbirində, belə bir bəlağat incəliyi vardır:

Fihi kəliməsində, zərfiyyəti (yəni, içindəliyi) ifadə edən "fi/da, də" hərfi gətirilmişdir. Halbuki, digər hərflərdən "bi" və ya "lə" gətirilə bilərdi. Yəni, "lə raybə fih" cümləsinə bədəl, "lə raybə ləhu" və ya "lə raybə bihi" deyilə bilərdi. Halbuki, burda, zərfiyyət ifadə edən "fi" hərfi xüsusi olaraq gətirilərək, belə bir incəliyə işarət etmişdir:

Quranın batininə/daxilinə, yəni, içinə, diqqətli bir nəzərlə bax. Yəni: səthi nəzər ilə, Quranın üstünə baxıb keçmə; içinə gir, həqiqət və sirlərinə bax. Ta ki, səthi və zahiri nəzər ilə üstünə qonan vəhmlər və şübhələr, ortadan qalxsın. Quran haqqında, şəkk və şübhəniz qalmasın. Çünki, Onun zahirinə, şəkk və şübhə qona bilər. Lakin, "fihi" ilə işarət edildiyi kimi; Quranın içinə girsən; batininə nüfuz etsən; həqiqət və sirlərini görsən, onda, şəkk və şübhən qalmaz.

Müəllifimiz, bura qədər etdiyi bu incə təhlildən və ayətin cümlələri, qeydləri, kəlimələri, hətta hərfləri arasındakı münasibəti bəyan etdikdən sonra; və hər bir cümlə, hər bir kəlimə və içindəki hər bir hərf, necə məqsud mənaya, yəni, kəlamın sövq ediliş qayəsinə xidmət və işarət etdiyini, bir-bir bəyan etdikdən sonra belə deyir:

Ey təhlil nəticəsində, tərkibin qiymətini bilən, yəni, bəlağat və fəsahat elmlərində ixtisası olan kimsə! Bütünün gücü, ayrı; parçanın gücü də, ayrıdır. Bunlardan xəbərin varsa, gəl! Başdan bəri, incədən-incəyə təhlil etdiyimiz bütün bu qeydlərə, cümlələrə, kəlimələrə, heyətlərə, birdən bax, diqqət et! O vaxt görəcəksən ki, bütün bu qeydlər, heyətlər, cümlələr və kəlimələrin hər biri, özünə düşən hissəsi və mənası ilə, o müştərək olan mənaya işarət edir. Hamısı, o məqsud mənaya barmaq basır, onun ətrafında toplanır, onu gücləndirir; xüsusi dəlilinə də işarət edir və hər tərəfdən, bəlağatın çiçəyi necə sünbüllənib fəvəran edir, gör!

Xülasə:

Bu ayədən məqsəd və qayə, Quranın əzəmətini, ülviyyətini və kamalını ifadə etmək, dərs verməkdir. Bu kəlamın bütün qeydlərinə və heyətlərinə, birdən, bir tək nəzərlə baxsan, hamısının, bu məqsud mənaya xidmət etdiyini, ona işarət etdiyini görəcəksən. Bu qeydlərin hamısı, həm o məqsud (qəsd edilən) mənaya baxır; həm də, altında, onun xüsusi dəlilinə də barmaq basır; rəmzən dəlilini də göstərir.

(Ustad Bədiu'z-zaman Said Nursi, "İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz / Quranın icaz (az sözlə çox məna ifadə etdiyi yerlərdə) i'caz (möcüzəlilik) işarətləri)

--------------------------

-------------------------

Bəqərə surəsi 2-ci ayə

 

قَوْلُهُ تَعَالَى: {هُدًى لِلْمُتَّقِينَ (٢)} [الْبَقَرَةِ/ ٢].

(Haqq) Taala'nın: "Hudən li'l-muttəqin = Müttəqilər üçün, hidayətdir." (Bəqərə/2) sözü:

 

خُصَّ فِي هَذِهِ الْآيَةِ هُدَى هَذَا الْكِتَابِ بِالْمُتَّقِينَ،

Bu ayədə, bu Kitab'ın hidayəti, müttəqilərə təxsis edilmiş (xas qılınmış)'dır.

وَقَدْ جَاءَ فِي آيَةٍ أُخْرَى مَا يَدُلُّ عَلَى أَنَّ هُدَاهُ عَامٌّ لِجَمِيعِ النَّاسِ،

Başqa bir ayədə isə, Onun hidayətinin, bütün insanlar üçün ümumi olduğuna dəlalət edən şey gəlmişdir.

وَهِيَ قَوْلُهُ تَعَالَى:

O da, (Haqq) Taala'nın:

{شَهْرُ رَمَضَانَ الَّذِي أُنْزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِلنَّاسِ} [الْبَقَرَةِ/ ١٨٥].

"Şəhru Ramadanəlləzi unzilə fihi'l-Quran, hudən li'n-nəs.

=

İnsanlar üçün hidayət olan Quran, ramazan ayında endirilmişdir." (Bəqərə/185) sözüdür.

 

وَوَجْهُ الْجَمْعِ بَيْنَهُمَا:

İkisi arasındakı cəm cəhəti:

أَنَّ الْهُدَى يُسْتَعْمَلُ فِي الْقُرْآنِ اسْتِعْمَالَيْنِ:

Quranda, "hidayət", 2 istifadə ilə istifadə edilir:

أَحَدُهُمَا عَامٌّ، وَالثَّانِي خَاصٌّ.

Onlardan:

~ biri: ümumi;

~ ikincisi isə: xüsusidir.

 

أَمَّا الْهُدَى الْعَامُّ فَمَعْنَاهُ:

• Amma, "ümumi hidayət"ə gəlincə, mənası, budur:

إِبَانَةُ طَرِيقِ الْحَقِّ وَإِيضَاحُ الْمَحَجَّةِ، سَوَاءٌ سَلَكَهَا الْمُبَيَّنُ لَهُ أَمْ لَا.

Haqq yolu bəyan etmək; və açıq-aydın yolu izah etmək -özünə (bunlar) bəyan edilən şəxs, istər o yola girsin, istərsə də girməsin-.

وَمِنْهُ بِهَذَا الْمَعْنَى قَوْلُهُ تَعَالَى:

Bu mənada (yəni, hidayətin, tövfiq yox; doğru yolu göstərmək mənasında) (Allah) Taala'nın (aşağıdakı) sözü də, bunlardandır:

{وَأَمَّا ثَمُودُ فَهَدَيْنَاهُمْ} [فُصِّلَتْ/ ١٧]

"Və əmmə Səmudu fə hədəynəhum = Amma Səmud (qövmü)'nə gəlincə, onlara doğru yolu göstərdik." (Fussilət/17)

أَيْ: بَيَّنَّا لَهُمْ طَرِيقَ الْحَقِّ عَلَى لِسَانِ نَبِيِّنَا صَالِحٍ عَلَيْهِ وَعَلَى نَبِيِّنَا الصَّلَاةُ وَالسَّلَامُ،

Yəni: Biz, Nəbimiz Saleh (Ona və Nəbimiz Muhamməd aleyhi's-salatu və's-səlam)'ın dili ilə, haqq yolu onlara bəyan etdik.

مَعَ أَنَّهُمْ لَمْ يَسْلُكُوهَا، بِدَلِيلِ قَوْلِهِ عَزَّ وَجَلَّ:

(Allah) azzə və cəllə'nin (bu) sözünün dəlalətilə, onlar, (bu haqq yola) girmədilər:

{فَاسْتَحَبُّوا الْعَمَى عَلَى الْهُدَى}.

"Fə's-təhəbbu'l-amə alə'l-hudə = Korluğu, hidayətdən üstün tutdular." (Fussilət/17)

وَمِنْهُ -أَيْضًا- قَوْلُهُ تَعَالَى:

(Haqq) Taala'nın (bu) sözü də, o (mənadan)'dır:

{إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ} [الْإِنْسَانِ/ ٣]،

"İnnə hədəynəhu's-səbil = Şübhəsiz, Biz, ona doğru yolu göstərdik." (İnsan/3)

أَيْ بَيَّنَّا لَهُ طَرِيقَ الْخَيْرِ وَالشَّرِّ، بِدَلِيلِ قَوْلِهِ:

Yəni: (Allahın bu) sözünün dəlalətilə, ona, xeyir və şərr yolunu bəyan etdik:

{إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا (٣)}.

"İmmə şəkiran və immə kəfuran = Ya şükr edən; ya da naşükür (olsun)." (İnsan/3)

 

وَأَمَّا الْهُدَى الْخَاصُّ:

• Amma, “xüsusi hidayət”ə gəlincə:

فَهُوَ تَفَضُّلُ اللَّهِ بِالتَّوْفِيقِ عَلَى الْعَبْدِ.

O: "Allahın, qula, tövfiq (müvəffəqiyyət vermək) ilə lütf etməsi"dir.

وَمِنْهُ بِهَذَا الْمَعْنَى قَوْلُهُ تَعَالَى:

Bu mənada, (Haqq) Taala'nın (aşağıdakı) sözü də, bu qəbildəndir:

{أُولَئِكَ الَّذِينَ هَدَى اللَّهُ} [الْأَنْعَامِ/ ٩٠]،

~ "Uləikəlləzinə hədəllahu = Onlar, Allahın hidayət etdiyi kimsələrdir." (Ənam/90)

وَقَوْلُهُ: {فَمَنْ يُرِدِ اللَّهُ أَنْ يَهْدِيَهُ يَشْرَحْ صَدْرَهُ لِلْإِسْلَامِ} [الْأَنْعَامِ/ ١٢٥].

~ Onun: "Fə mən yuridilləhu ən yəhdiyəhu yəşrah sadrahu li'l-İslam = Allah, kimi hidayət etmək istəyərsə, onun köksünü, İslam üçün açar." (Ənam/125) sözü.

فَإِذَا عَلِمْتَ ذَلِكَ فَاعْلَمْ أَنَّ الْهُدَى الْخَاصَّ بِالْمُتَّقِينَ هُوَ الْهُدَى الْخَاصُّ، وَهُوَ التَّفَضُّلُ بِالتَّوْفِيقِ عَلَيْهِمْ.

Bunu bildiyində, bil ki:

~ Müttəqilərə xass olan xüsusi hidayət, xüsusi hidayətin məhz özüdür. Və o: onlara, tövfiq vermək ilə lütf etməkdir.

وَالْهُدَى الْعَامَّ لِلنَّاسِ هُوَ الْهُدَى الْعَامُّ، وَهُوَ إِبَانَةُ الطَّرِيقِ وَإِيضَاحُ الْمَحَجَّةِ.

~ İnsanlara ümumi hidayət isə, ümumi hidayətin məhz özüdür. Və o: yolun bəyan edilməsi və açıq-aydın yolun izah edilməsidir.

وَبِهَذَا يَرْتَفِعُ الْإِشْكَالُ أَيْضًا بَيْنَ قَوْلِهِ تَعَالَى:

Bununla da, (Haqq) Taala'nın (bu) sözləri arasındakı işkəl, ortadan qalxmış olur:

{إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ} [الْقَصَصِ/ ٥٦]

"İnnəkə lə təhdi mən əhbəbtə = Şübhəsiz, Sən, sevdiyin kimsələri hidayət edə bilməzsən." (Qasas/56)

مَعَ قَوْلِهِ تَعَالَى: {وَإِنَّكَ لَتَهْدِي إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ (٥٢)} [الشُّورَى/ ٥٢]؛

Bununla bərabər, (Haqq) Taala'nın, (bu) sözü:

"Və innəkə lə təhdi ilə siratin mustəqim = Şübhəsiz, Sən, doğru yola hidayət edirsən." (Şura/52).

لِأَنَّ الْهُدَى الْمَنْفِيَّ عَنْهُ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- هُوَ الْهُدَى الْخَاصُّ،

Çünki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən nəfy edilən hidayət, xüsusi hidayətdir.

لِأَنَّ التَّوْفِيقَ بِيَدِ اللَّهِ وَحْدَهُ،

Çünki, tövfiq, yalnız Allahın əlindədir.

{وَمَنْ يُرِدِ اللَّهُ فِتْنَتَهُ فَلَنْ تَمْلِكَ لَهُ مِنَ اللَّهِ شَيْئًا} [الْمَائِدَةِ/ ٤١]،

"Allah, kimi fitnəyə salmaq istəyərsə, Sən, onun üçün, Allahdan bir şeyə sahib ola bilməzsən." (Maidə/41)

وَالْهُدَى الْمُثْبَتُ لَهُ هُوَ الْهُدَى الْعَامُّ الَّذِي هُوَ إِبَانَةُ الطَّرِيقِ،

Onun üçün müsbət (isbat edilən) hidayət isə, ümumi hidayətdir. Hansı ki, o, yolun bəyan edilməsidir.

وَقَدْ بَيَّنَهَا -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- حَتَّى تَرَكَهَا مَحَجَّةً بَيْضَاءَ لَيْلُهَا كَنَهَارِهَا،

Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, o dərəcə bəyan etmişdir ki, onu, bəyaz parlaq bir yol olaraq tərk etmişdir (yəni, qoyub getmiş)'dir. Onun gecəsi, gündüzü kimidir.

{وَاللَّهُ يَدْعُو إِلَى دَارِ السَّلَامِ وَيَهْدِي مَنْ يَشَاءُ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ (٢٥)} [يُونُسَ/ ٢٥].

"Vallahu yədu ilə dəri's-sələm yəhdi mən yəşəu ilə siratin mustəqim = Allah, daru's-salam (salam yurdu)'na dəvət edir. İstədiyi kimsəni, doğru yola hidayət edir." (Yunus/25)

---------------------

---------------------

Bəqərə surəsi 6-cı ayə

 

قَوْلُهُ تَعَالَى: {إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ (٦)} [الْبَقَرَةِ/ ٦].

(Haqq) Taala'nın: "Şübhəsiz, inkar edənlər üçün, -onları qorxutsan da, qorxutmasan da- birdir. İman etməzlər." sözü (Bəqərə/6)

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى عَدَمِ إِيمَانِ الْكُفَّارِ.

Bu ayə, zahiri (mənası) ilə, kafirlərin iman gətirməyəcəyinə dəlalət edir.

وَقَدْ جَاءَ فِي آيَاتٍ أُخَرَ مَا يَدُلُّ عَلَى أَنَّ بَعْضَ الْكُفَّارِ يُؤْمِنُ بِاللَّهِ وَرَسُولِهِ،

(Ancaq) başqa ayələrdə isə, bəzi kafirlərin, Allaha və rəsuluna iman etdiklərinə dəlalət edən şeylər gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: {قُلْ لِلَّذِينَ كَفَرُوا إِنْ يَنْتَهُوا يُغْفَرْ لَهُمْ مَا قَدْ سَلَفَ} [الْأَنْفَالِ/ ٣٨]،

~ (Haqq) Taala'nın (bu) sözü kimi: "İnkar edənlərə de ki, əgər onlar, son qoysalar, keçmişdə etdikləri, onlar üçün bağışlanar." (Ənfal/38)

وَكَقَوْلِهِ: {كَذَلِكَ كُنْتُمْ مِنْ قَبْلُ فَمَنَّ اللَّهُ عَلَيْكُمْ} [النِّسَاءِ/٩٤]،

~ (Haqq) Taala'nın (bu) sözü kimi: "Siz də, bundan əvvəl, belə idiniz. Allah, sizə lütf etdi." (Nisa/94)

وَكَقَوْلِهِ: {وَمِنْ هَؤُلَاءِ مَنْ يُؤْمِنُ بِهِ} [الْعَنْكَبُوتِ/ ٤٧].

~ (Haqq) Taala'nın (bu) sözü kimi: "Bunlardan, Ona iman gətirən (də) var." (Ənkəbut/47)

 

وَوَجْهُ الْجَمْعِ ظَاهِرٌ،

Cəm etmə cəhəti, zahir (açıq)'dır.

وَهُوَ أَنَّ الْآيَةَ مِنَ الْعَامِّ الْمَخْصُوصِ؛

Və o da, (budur ki), ayə, xüsusiləşdirilmiş ümumidəndir.

لِأَنَّهَا فِي خُصُوصِ الْأَشْقِيَاءِ الَّذِينَ سَبَقَتْ لَهُمْ فِي عِلْمِ اللَّهِ الشَّقَاوَةُ

Çünki o, Allahın elmində, şəqavət (bədbəxtli)'yi onlar üçün əvvəlcədən müəyyən edilmiş bədbəxtlərə məxsusdur.

الْمُشَارِ إِلَيْهِمْ بِقَوْلِهِ:

Onlara bu sözü ilə işarə edilmişdir:

{إِنَّ الَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ (٩٦) وَلَوْ جَاءَتْهُمْ كُلُّ آيَةٍ حَتَّى يَرَوُا الْعَذَابَ الْأَلِيمَ (٩٧)} [يُونُسَ/ ٩٦، ٩٧]،

"Şübhəsiz, Rəbbinin sözü əleyhlərinə gerçəkləşmiş olanlar, -hətta, onlara hər bir ayə gəlsə belə, ağrılı əzabı görənə qədər- iman gətirməzlər." (Yunus/96-97)

وَيَدُلُّ لِهَذَا التَّخْصِيصِ قَوْلُهُ تَعَالَى:

Bu təxsisə, (Haqq) Taala'nın (bu) sözü dəlalət edir:

{خَتَمَ اللَّهُ عَلَى قُلُوبِهِمْ} [الْبَقَرَةِ/ ٧].

"Allah, onların qəlblərini möhürləmişdir." (Bəqərə/7)

وَأَجَابَ الْبَعْضُ بِأَنَّ الْمَعْنَى:

Bəziləri, (bu) məna ilə cavab vermişlərdir:

لَا يُؤْمِنُونَ مَا دَامَ الطَّبْعُ عَلَى قُلُوبِهِمْ وَأَسْمَاعِهِمْ، وَالْغِشَاوَةُ عَلَى أَبْصَارِهِمْ، فَإِنْ أَزَالَ اللَّهُ عَنْهُمْ ذَلِكَ بِفَضْلِهِ آمَنُوا.

"Qəlbləri və qulaqları üzərində möhür; və gözləri üzərindəki pərdə davam etdiyi müddətcə, iman etməzlər. Əgər Allah, onu onlardan Öz lütfü ilə qaldırsa, iman edərlər." (haşiyə)

----------------------

(Haşiyə:

Burda, belə bir sual ünvanlana bilər:

"İnzar (qorxutmaq) fayda verməyəcəksə, mükəlləf qılmaq nə üçündür?"

Cavab:

(Bu), əleyhlərində dəlil olub, onların ilzamı (susdurulması) üçündür.

(Yəni, "Bizə dəvət çatmadı; bizi xəbərdar edən kimsələr olmadı." deməmələri üçündür.)

(Not: Maidə/19; Əraf/172; Mülk/8-9 ayələri, bunun dəlilləridir.)

--------------------------

--------------------------

Bəqərə surəsi 7-ci ayə

 

قوله تعالى: {خَتَمَ اللَّهُ عَلَى قُلُوبِهِمْ وَعَلَى سَمْعِهِمْ} [البقرة/ ٧] الآية.

(Haqq) Taala'nın: "Allah, qəlbləri və qulaqları üzərinə möhür vurmuşdur." (Bəqərə/7) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّهُمْ مَجْبُورُونَ؛

Bu ayə, zahiri ilə, onların, məcbur kimsələr olduğuna dəlalət edir.

لِأَنَّ مَنْ خُتِمَ عَلَى قَلْبِهِ وَجُعِلَتِ الْغِشَاوَةُ عَلَى بَصَرِهِ سُلِبَتْ مِنْهُ الْقُدْرَةُ عَلَى الْإِيمَانِ.

Çünki, kimin qəlbinə möhür vurulmuş; gözünə də pərdə çəkilmişdirsə; (bu, o deməkdir ki), ondan, iman etməyə qüdrət, əlindən alınmışdır.

وَقَدْ جَاءَ فِي آيَاتٍ أُخَرَ مَا يَدُلُّ عَلَى أَنَّ كُفْرَهُمْ وَاقِعٌ بِمَشِيئَتِهِمْ وَإِرَادَتِهِمْ،

Başqa ayələrdə isə, onların küfrlərinin, öz məşiət və iradələri ilə vaqe olduğuna dəlalət edən şeylər gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: ﴿فَاسْتَحَبُّوا الْعَمَى عَلَى الْهُدَى﴾ \[فُصِّلَتْ/ ١٧\]،

~ (Haqq) Taala'nın: "Korluğu, hidayətdən üstün tutdular." (Fussilət/17) sözü kimi;

وَكَقَوْلِهِ تَعَالَى: ﴿أُولَئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَى وَالْعَذَابَ بِالْمَغْفِرَةِ﴾ \[الْبَقَرَةِ/ ١٧٥\]،

~ (Haqq) Taala'nın: "Onlar, hidayət əvəzində dəlaləti; məğfirət əvəzində isə, əzabı satın almış kimsələrdir." (Bəqərə/175) sözü kimi;

وَكَقَوْلِهِ: ﴿فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُرْ﴾ \[الْكَهْفِ/ ٢٩\]،

~ (Haqq) Taala'nın: "Kim istəyirsə, iman etsin; kim də istəyirsə, küfr etsin." (Kəhf/29) sözü kimi;

وَكَقَوْلِهِ: ﴿ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ﴾ \[آلِ عِمْرَانَ/ ١٨٢\]،

~ (Haqq) Taala'nın: "O, öz əllərinizlə, əvvəl etdiyiniz şeylər səbəbilədir." (Al-i İmran/182) sözü kimi;

وَكَقَوْلِهِ: ﴿لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنْفُسُهُمْ﴾ \[الْمَائِدَةِ/ ٨٠\].

~ (Haqq) Taala'nın: "Özləri üçün əvvəlcədən hazırladıqları şey, necə də pisdir!" (Maidə/80) sözü kimi.

 

وَالْجَوَابُ:

Cavab:

أَنَّ الْخَتْمَ وَالطَّبْعَ وَالْغِشَاوَةَ الْمَجْعُولَةَ عَلَى أَسْمَاعِهِمْ وَأَبْصَارِهِمْ وَقُلُوبِهِمْ، كُلُّ ذَلِكَ عِقَابٌ مِنَ اللَّهِ لَهُمْ عَلَى مُبَادَرَتِهِمْ لِلْكُفْرِ وَتَكْذِيبِ الرُّسُلِ بِاخْتِيَارِهِمْ وَمَشِيئَتِهِمْ،

Onların qulaqları, gözləri və qəlbləri üzərinə vurulmuş xətm, tab (möhürləmə, damğalama), pərdə; bunların hamısı, onların, öz ixtiyar və məşiyyətlərilə, küfrə tələsmələri; Rəsulları təkzib etmələrindən dolayı, onlara verilən cəzadır.

فَعَاقَبَهُمُ اللَّهُ بِعَدَمِ التَّوْفِيقِ جَزَاءً وِفَاقًا،

Beləliklə, Allah, onları, -cəza və əməllərinə müvafiq olaraq- müvəffəqiyyətsizliklə cəzalandırdı.

كَمَا بَيَّنَهُ تَعَالَى بِقَوْلِهِ: ﴿بَلْ طَبَعَ اللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ﴾ \[النِّسَاءِ/ ١٥٥\]،

Necə ki, (Haqq) Taala, bunu, (bu) sözü ilə bəyan etmişdir:

"Bəl tabəallahu aleyhə bi kufrihim = Xeyr! Allah, küfrlərindən dolayı, onlar (yəni, qəlbləri) üzərinə möhür vurmuşdur." (Nisa/155)

وَقَوْلِهِ: ﴿ذَلِكَ بِأَنَّهُمْ آمَنُوا ثُمَّ كَفَرُوا فَطُبِعَ عَلَى قُلُوبِهِمْ﴾ \[الْمُنَافِقُونَ/ ٣\]،

~ (Haqq Taala)'nın: "zəlikə bi ənnəhum əmənu summə kəfəru fə tubiə alə qulubihim = Bu, iman edib, sonra da küfr etdiklərindən dolayıdır. Bundan dolayı, qəlbləri üzərinə möhür vuruldu." (Münafiqun/3) sözü;

وَبِقَوْلِهِ: ﴿وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُوا بِهِ أَوَّلَ مَرَّةٍ﴾ \[الْأَنْعَامِ/ ١١٠\]،

~ (Haqq Taala)'nın: "Biz, onların qəlblərini və bəsirətlərini, ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirərik." (Ənam/110) sözü ilə;

وَقَوْلِهِ: ﴿فَلَمَّا زَاغُوا أَزَاغَ اللَّهُ قُلُوبَهُمْ﴾ \[الصَّفِّ/ ٥\]،

~ (Haqq Taala)'nın: "Nə vaxt ki azdılar; Allah da, onların qəlblərini azdırdı." (Saff/5) sözü;

وَقَوْلِهِ: ﴿فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا﴾ \[الْبَقَرَةِ/ ١٠]،

~ (Haqq Taala)'nın: "Qəlblərində, xəstəlik vardır. Bundan dolayı, Allah, onların xəstəliyini artırdı." (Bəqərə/10) sözü;

وَقَوْلِهِ: ﴿بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ (١٤)﴾ \[الْمُطَفِّفِينَ/ ١٤\]،

~ (Haqq Taala)'nın: "Xeyr! Onların qəlblərini, qazandıqları şeylər bürümüşdür." (Mutaffifin/14)

إِلَى غَيْرِ ذَلِكَ مِنَ الْآيَاتِ.

Bundan başqa digər ayələr...

---------------------

---------------------

Bəqərə surəsi 17-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا﴾ \[الْبَقَرَةِ/ ١٧\].

(Haqq) Taala'nın: "Onların misalı, od qalamaq istəyən kimsənin misalı kimidir." (Bəqərə/17) sözü.

 

أُفْرِدَ فِي هَذِهِ الْآيَةِ الضَّمِيرُ فِي قَوْلِهِ: ﴿اسْتَوْقَدَ﴾، وَفِي قَوْلِهِ: ﴿مَا حَوْلَهُ﴾،

Bu ayədə, "istəvqadə/od qalamaq istədi" və "mə həvləhu = onun ətrafında olan şeylər" sözündə, damir (şəxs əvəzliyi), təkdə işlədilmişdir. (Yəni, "Huvə istəvqadə = O, od qalamaq istədi." cümləsindəki; və "həvləhu"dakı "hu", yəni "huvə = o” şəxs əvəzliyi təkdə gəlmişdir.)

وَجُمِعَ الضَّمِيرُ فِي قَوْلِهِ: ﴿ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَا يُبْصِرُونَ (١٧)﴾،

"Zəhəbəllahu bi nurihim və tərakəhum fi zulumətin lə yubsirun = Allah, nurlarını apardı; onları qaranlıqlar içində tərk etdi. (Artıq) görməzlər." (Bəqərə/17) sözündə isə, damir (yəni, "hum/onlar" şəxs əvəzliyi), cəmdə gətirilmişdir.

مَعَ أَنَّ مَرْجِعَ كُلِّ هَذِهِ الضَّمَائِرِ شَيْءٌ وَاحِدٌ،

Halbuki, bütün bu damirlərin qayıtdığı yer, bir tək şeydir.

وَهُوَ لَفْظَةُ ﴿الَّذِي﴾ مِنْ قَوْلِهِ: ﴿مَثَلُهُمْ كَمَثَلِ الَّذِي﴾.

O da, "məsəluhum kə məsəlilləzi" sözündən "əlləzi/o kimsə ki" ləfzidir.

وَالْجَوَابُ عَنْ هَذَا:

Bunun haqqındakı cavab, (belədir):

أَنَّ لَفْظَةَ «الَّذِي» مُفْرَدٌ،

"Əlləzi/o kimsə ki" ləfzi, müfrəd (tək halda)'dır.

وَمَعْنَاهَا عَامٌّ لِكُلِّ مَا تَشْمَلُهُ صِلَتُهَا.

(Ancaq) mənası isə, silə'sinin əhatə etdiyi bütün (hər şey) üçün, ümumidir.

وَقَدْ تَقَرَّرَ فِي عِلْمِ الْأُصُولِ:

Üsul elmində qərar qılmışdır ki:

أَنَّ الْأَسْمَاءَ الْمَوْصُولَةَ كُلَّهَا مِنْ صِيَغِ الْعُمُومِ.

Bütün ismu'l-mövsullar, ümum (ifadə) edən siğa (forma)'lardandır.

فَإِذَا حَقَّقْتَ ذَلِكَ، فَاعْلَمْ

Nə zaman ki, bunu dəqiqləşdirdin; bil ki:

أَنَّ إِفْرَادَ الضَّمِيرِ بِاعْتِبَارِ لَفْظَةِ «الَّذِي»، وَجَمْعَهُ بِاعْتِبَارِ مَعْنَاهَا،

Damir'in tək halda olması, "əlləzi" kəliməsinin ləfzi etibara alınaraq; cəm halda işlədilməsi isə, mənasına etibar ilədir.

وَلِهَذَا الْمَعْنَى جَرَى عَلَى أَلْسِنَةِ الْعُلَمَاءِ: أَنَّ «الَّذِي» تَأْتِي بِمَعْنَى «الَّذِينَ».

Bu mənadan dolayı, alimlərin dillərində, (belə) cərəyan etmişdir ki:

"Əlləzi/o kimsə ki", "əlləzinə/o kimsələr ki" mənasında işlənir.

وَمِنْ أَمْثِلَةِ ذَلِكَ فِي الْقُرْآنِ الْكَرِيمِ هَذِهِ الْآيَةُ الْكَرِيمَةُ؛

Bunun, Quran-i Kərim'dəki misallarından biri də, bu ayət-i kərimədir:

فَقَوْلُهُ: ﴿كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ﴾ أَيْ: كَمَثَلِ الَّذِينَ اسْتَوْقَدُوا. بِدَلِيلِ قَوْلِهِ: ﴿ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ﴾.

~ Onun: "Kə məsəlilləzi istəvqadə = Od qalamaq istəyən kimsənin misalı kimi..." sözü. Yəni: "Kə məsəlilləzinəs-təvqadu = Od qalamaq istəyən kimsələrin misalları kimi" (deməkdir). Onun: "Allah, onların nurunu apardı və onları tərk etdi." sözünün dəlalətilə.

وَقَوْلُهُ: ﴿وَالَّذِي جَاءَ بِالصِّدْقِ وَصَدَّقَ بِهِ أُولَئِكَ هُمُ الْمُتَّقُونَ (٣٣)﴾ \[الزُّمَرِ/ ٣٣\].

~ Onun: "Vəlləzi cəə bi's-sidqi və saddəqa bihi, uləikə humu'l-muttəqin = O kimsə ki, sidq ilə gəldi və Onu təsdiq etdi. Müttəqilər, məhz onlardır." (Zümər/33) sözü.

وَقَوْلُهُ: ﴿لَا تُبْطِلُوا صَدَقَاتِكُمْ بِالْمَنِّ وَالْأَذَى كَالَّذِي يُنْفِقُ مَالَهُ رِئَاءَ النَّاسِ﴾ \[الْبَقَرَةِ/ ٢٦٤\] أَيْ: كَالَّذِينَ يُنْفِقُونَ. بِدَلِيلِ قَوْلِهِ: ﴿لَا يَقْدِرُونَ عَلَى شَيْءٍ مِمَّا كَسَبُوا﴾ \[الْبَقَرَةِ/ ٢٦٤\].

~ Onun: "Lə tubtilu sadəqatikum bi'l-mənni və'l-əzə kəlləzi yunfiqu mələhu riəə'n-nəs = Sədəqələrinizi, minnət etmək və əziyyət verməklə, batil etməyin. O kimsə kimi ki, malını, insanlara riya (göstəriş üçün) infaq edir." (Bəqərə/264)

Yəni: "kəlləzinə yunfiqun = o kimsələr kimi, ki, infaq edirlər" (deməkdir).

Onun: "Lə yəqdirunə alə şey mimmə kəsəbu = kəsb etdiklərindən heç bir şeyə qadir ola bilməzlər" (Bəqərə/264) sözünün dəlalətilə.

وَقَوْلُهُ: ﴿وَخُضْتُمْ كَالَّذِي خَاضُوا﴾ \[التَّوْبَةِ/ ٦٩\] بِنَاءً عَلَى الصَّحِيحِ مِنْ أَنَّ «الَّذِي» فِيهَا مَوْصُولَةٌ لَا مَصْدَرِيَّةٌ.

~ Onun: "xudtum kəlləzi xadu = siz dalmışdınız, o kimsə kimi ki, dalmışdılar" (Bəqərə/69) sözü. (haşiyə)

Doğru olana əsasən, ondakı "əlləzi", mövsulədir; masdariyyə deyil.

-----------------

(Haşiyə:

Əslində, bu şəkildə gətirilməli idi:

"Xudtum, kəlləzinə xadu = Siz dalmışdınız, o kimsələr kimi, ki, dalmışdılar."

Halbuki, ayədə, "əlləzi/o kimsə" ismu'l-mövsulu, müfrəd halda gətirilmişdir.)

------------------

وَنَظِيرُ هَذَا مِنْ كَلَامِ الْعَرَبِ قَوْلُ الرَّاجِزِ:

Ərəblərin kəlamından bunun bir bənzəri, Raciz'in (bu) sözüdür:

يَا رَبَّ عَبْسٍ لَا تُبَارِكْ فِي أَحَدْ...فِي قَائِمٍ مِنْهُمْ وَلَا فِي مَنْ قَعَدْ إِلَّا الَّذِي قَامُوا بِأَطْرَافِ الْمَسَدْ.

"Ey Abs (qəbiləsi)'nin Rəbbi! (Onlardan) heç birinə, bərəkət vermə. Onlardan nə ayaq üstə durana; nə də oturana.

İllə əlləzi qamu bi ətrafi'l-məsəd = Yalnız o kəs istisnadır ki, hörülmüş ipin uclarından tutub ayağa qalxdılar." (haşiyə)

--------------------------

(Haşiyə:

Əslində, şeir, belə olmalı idi:

İllə əlləzinə qamu bi ətrafi'l-məsəd = Yalnız o kəslər istisnadır ki, hörülmüş ipin uclarından tutub ayağa qalxdılar.)

--------------------------

وَقَوْلُ الشَّاعِرِ ـ وَهُوَ أَشْهَبُ بْنُ رُمَيْلَةَ، وَأَنْشَدَهُ سِيبَوَيْهِ لِإِطْلَاقِ «الَّذِي» وَإِرَادَةِ «الَّذِينَ» ـ:

Və şairin sözü - ki, o, Əşhəb b. Rumeylə'dir- və Sibəveyh, onu "əlləzi"ni mütləq işlədib "əlləzinə"ni murad etməsinə dəlil olaraq nəql etmişdir:

وَإِنَّ الَّذِي حَانَتْ بِفَلْجٍ دِمَاؤُهُمْ ... هُمُ الْقَوْمُ كُلُّ الْقَوْمِ يَا أُمَّ خَالِدِ.

Və innəlləzi hənət bi fəlcin diməuhum...Humu'l-qavmu kullu'l-qavmi yə ummə Xalid

=

Ey ummu Xalid! Onlar, qanları Fəlc (adlı yer)'ə gəlib çatan kimsədir...Onlar, (əsl) camaatdılar; bütün camaat, məhz onlardır." (haşiyə)

-----------------------

(Haşiyə:

Əslində, cümlə belə olmalı idi:

Və innəlləzinə hənət fi fəlcin diməuhum = Onlar, qanları Fəlc (adlı yer)'ə gəlib çatan kimsələrdir.)

-------------------------

وَزَعَمَ ابْنُ الْأَنْبَارِيِّ أَنَّ لَفْظَةَ «الَّذِي» فِي بَيْتِ أَشْهَبَ جَمْعُ «اللَّذْ» بِالسُّكُونِ،

ibnu'l Ənbəri (belə) iddia edir ki, Əşhəb'in beytindəki "əlləzi" ləfzi, sükunla (işlənən) "اللَّذْ/əlləz" (ləfzi)'nin cəmidir.

وَأَنَّ «الَّذِي» فِي الْآيَةِ مُفْرَدٌ أُرِيدَ بِهِ الْجَمْعُ.

Və ayədəki "əlləzi" (kəliməsi), müfrəddir. (Halbuki) onunla, cəm qəsd edilmişdir.

وَكَلَامُ سِيبَوَيْهِ يَرُدُّ عَلَيْهِ.

Sibeveyh'in sözü isə, bunu rədd edir.

وَقَوْلُ عُدَيْلِ بْنِ الْفَرْخِ الْعِجْلِيِّ:

Udeyl b. Fərx əl-İcli'nin qövlü (isə, belədir):

وَبِتُّ أُسَاقِي الْقَوْمَ إِخْوَتِيَ الَّذِي...غَوَايَتُهُمْ غَيِّي وَرُشْدُهُمْ رُشْدِي.

Və bittu usəqi'l-qavmə ixvətiyə əlləzi...Ğavayətuhum ğayyi, və ruşduhum ruşdi.

=

Mən, gecəni qardaşlarımla birlikdə camaata içki paylayaraq keçirdim. O, elə kimsədir ki, onların azğınlığı, mənim azğınlığım; rüşdləri isə, mənim rüşdümdür. (haşiyə)

----------------------

(Haşiyə:

Halbuki, kəlam belə olmalı idi:

Və bittu usəqi'l-qavmə ixvətiyə əlləzinə...)

-----------------------

وَقَالَ بَعْضُهُمْ: الْمُسْتَوْقِدُ وَاحِدٌ لِجَمَاعَةٍ مَعَهُ.

Bəziləri (isə, belə) dedilər:

"Onunla bərabər olan camaat üçün od qalamaq istəyən, bir nəfərdir."

وَلَا يَخْفَى ضَعْفُهُ.

Bunun zəifliyi (isə), gizli deyildir. (haşiyə)

--------------------

(Haşiyə:

İsmu'l-mövsul nədir?

İsmu'l-mövsul, dilimizdə, "nisbi əvəzliklər" deməkdir. Nisbi əvəzlik anlayışı, dilimizə aid bir əlamət deyildir. Rus, fransız və s. bir sıra başqa dillərdə, buna daha çox rast gəlinir. Bunun nə olduğunu və azərbaycan dilinə necə tərcümə olunduğunu başa düşmək üçün, hərfi tərcüməsi azərbaycan dilində kobud səslənsə də, bir cümləyə müraciət edək. Belə ki:

الرجل الذ ي خرج من الفصل مدرس

Ər-raculu, əlləzi xaraca minə'l-fasli, mudərrisun.

Yəni:

“Kişi, kim ki sinifdən çıxdı, müəllimdir.”

Burda, "əlləzi", yəni, "kim ki" kəliməsi, ismu'l-mövsul, yəni, nisbi əvəzlikdir.

Nisbi əvəzliklər, ayrılıqda mənası olmayan mübhəm isimlərdir və mənaları, yalnız özlərindən sonra gələn cümlə vasitəsilə aydınlaşır. Bu cümlədə də, "əlləzi/kim ki" əvəzliyinin mənası, yalnız bu əvəzlikdən sonra işlənən "sinifdən çıxdı" feli cümləsilə aydınlaşdı.

Nisbi əvəzlikdən sonra gələn və əvəzliyin mənasını aydınlaşdıran cümləyə də, "silətu'l-mövsul" deyilir.

Nisbi əvəzliklər:

~ kişi cinsində təkdə: əlləzi;

~ qadın cinsində təkdə: əlləti;

~ kişi cinsi cəmdə: əlləzinə (hansılar ki, kimlər ki);

~ qadın cinsi cəmdə isə: əlləti (burda ikinci ə uzadılaraq oxunur) və ya "əlləi".

İsmu'l-mövsul, siləsiz düşünülə bilməz. İsmu'l-mövsuldan məqsəd, siləsidir. Nəzərə alınacaq şey, yalnız budur.

---------------------

---------------------

Bəqərə surəsi 18-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿صُمٌّ بُكْمٌ عُمْيٌ﴾ \[الْبَقَرَةِ/ ١٨\].

(Haqq) Taala'nın: "Kardırlar, laldırlar, kordurlar." (Bəqərə/18) sözü:

 

هَذِهِ الْآيَةُ يَدُلُّ ظَاهِرُهَا عَلَى أَنَّ الْمُنَافِقِينَ لَا يَسْمَعُونَ وَلَا يَتَكَلَّمُونَ وَلَا يُبْصِرُونَ.

Bu ayə, zahirilə, münafiqlərin, eşitmədiklərinə, danışmadıqlarına və görmədiklərinə dəlalət edir.

وَقَدْ جَاءَ فِي آيَاتٍ أُخَرَ مَا يَدُلُّ عَلَى خِلَافِ ذَلِكَ،

(Ancaq) digər ayələrdə isə, bunun xilafına dəlalət edən şeylər gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: ﴿وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ﴾ \[الْبَقَرَةِ/ ٢٠\]،

~ (Haqq) Taala'nın: "Əgər Allah istəsəydi, onların eşitmələrini və görmələrini çəkib alardı." (Bəqərə/20) sözü kimi;

وَكَقَوْلِهِ: ﴿وَإِنْ يَقُولُوا تَسْمَعْ لِقَوْلِهِمْ﴾ الْآيَةَ \[الْمُنَافِقُونَ/ ٤\]،

~ Onun: "Onlar danışsalar, Sən onların sözlərinə qulaq asarsan." (Münafiqun/4) sözü.

أَيْ: فَصَاحَتُهُمْ وَحَلَاوَةُ أَلْسِنَتِهِمْ،

Yəni: "onların fəsahətləri və dillərinin şirinliyi" (deməkdir).

وَقَوْلِهِ: ﴿فَإِذَا ذَهَبَ الْخَوْفُ سَلَقُوكُمْ بِأَلْسِنَةٍ حِدَادٍ﴾ \[الْأَحْزَابِ/ ١٩\]،

~ Onun: "Qorxu aradan qalxdığında isə, kəskin dillərlə Sizi sancarlar." (Əhzab/19) sözü.

إِلَى غَيْرِ ذَلِكَ مِنَ الْآيَاتِ.

Və bundan başqa digər ayələr...

وَوَجْهُ الْجَمْعِ ظَاهِرٌ،

Cəm etmə cəhəti, zahirdir.

وَهُوَ أَنَّهُمْ

O da, (budur ki), onlar:

بُكْمٌ عَنِ النُّطْقِ بِالْحَقِّ وَإِنْ تَكَلَّمُوا بِغَيْرِهِ،

~ Ondan (yəni, haqqdan) qeyrisini danışsalar da, haqqı danışmaqdan laldırlar;

صُمٌّ عَنْ سَمَاعِ الْحَقِّ وَإِنْ سَمِعُوا غَيْرَهُ،

~ Ondan (yəni, haqqdan) qeyrisini eşitsələr də, haqqı eşitməkdən kardırlar;

عُمْيٌ عَنْ رُؤْيَةِ الْحَقِّ وَإِنْ رَأَوْا غَيْرَهُ.

~ Ondan (yəni, haqqdan) qeyrisini görsələr də, haqqı görməkdən kordurlar.

وَقَدْ بَيَّنَ تَعَالَى هَذَا الْجَمْعَ بِقَوْلِهِ:

(Haqq) Taala, bu cəmi, (bu) sözü ilə bəyan etmişdir:

﴿وَجَعَلْنَا لَهُمْ سَمْعًا وَأَبْصَارًا وَأَفْئِدَةً﴾ الْآيَةَ \[الْأَحْقَافِ/ ٢٦\]؛

"Onlara, qulaq, gözlər və qəlblər vermişdik." (Əhqaf/26)

لِأَنَّ مَا لَا يُغْنِي شَيْئًا فَهُوَ كَالْمَعْدُومِ.

Çünki, fayda verməyən bir şey, mədum (yox) kimidir.

وَالْعَرَبُ رُبَّمَا أَطْلَقَتِ الصَّمَمَ عَلَى السَّمَاعِ الَّذِي لَا أَثَرَ لَهُ،

Ərəblər, karlığı, bəzən, heç bir əsəri olmayan eşitmək mənasında işlədirlər.

وَمِنْهُ قَوْلُ قَعْنَبِ بْنِ أُمِّ صَاحِبٍ:

Qa'nəb b. ummi Sahib'in sözü də, bunlardandır:

صُمٌّ إِذَا سَمِعُوا خَيْرًا ذُكِرْتُ بِهِ ... وَإِنْ ذُكِرْتُ بِسُوءٍ عِنْدَهُمْ أَذِنُوا.

"Mənim haqqımda xeyir zikr edildiyində, kardırlar,

Onlar yanında pis bir şeylə zikr edilsəm, eşidərlər."

وَقَوْلُ الشَّاعِرِ:

Şairin (bu) sözü də, (bunlardandır):

أَصَمُّ عَنِ الْأَمْرِ الَّذِي لَا أُرِيدُهُ ... وَأَسْمَعُ خَلْقَ اللَّهِ حِينَ أُرِيدُ.

"İstəmədiyim şeyə qarşı, kar olaram; istədiyimdə isə, Allahın məxluqatını eşidərəm."

وَقَوْلُ الْآخَرِ:

Başqa bir görüş (isə, belədir):

فَأَصْمَمْتُ عَمْرًا وَأَعْمَيْتُهُ ... عَنِ الْجُودِ وَالْفَخْرِ يَوْمَ الْفَخَارِ.

"Əmiri, kar və kor etdim...Fəxr günündə, comərdlik və fəxrdən."

وَكَذَلِكَ الْكَلَامُ الَّذِي لَا فَائِدَةَ فِيهِ فَهُوَ كَالْعَدَمِ.

Eynilə də, özündə fayda olmayan kəlam, yox kimidir.

قَالَ هُبَيْرَةُ بْنُ أَبِي وَهْبٍ الْمَخْزُومِيُّ:

Hubeyrə b. əbi Vehb əl-Məxzumi, (belə) deyir:

وَإِنَّ كَلَامَ الْمَرْءِ فِي غَيْرِ كُنْهِهِ ... لَكَالنَّبْلِ تَهْوِي لَيْسَ فِيهَا نِصَالُهَا.

"İnsanın, künhünü bilmədiyi bir şey haqqındakı kəlamı, ucluqları olmayan oxların enməsi kimidir."

----------------------

----------------------

Bəqərə surəsi 24-cü ayə

قَوْلُهُ تَعَالَى: ﴿فَاتَّقُوا النَّارَ الَّتِي وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ﴾ الْآيَةَ \[الْبَقَرَةِ/ ٢٤\].

(Haqq) Taala'nın: "Fəttəqu'n-nəralləti vəquduhə'n-nəsu və'l-hicəra = Elə isə, yanacağı insanlar və daşlardan olan atəşdən çəkinin." (Bəqərə/24) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ عَلَى أَنَّ هَذِهِ النَّارَ كَانَتْ مَعْرُوفَةً عِنْدَهُمْ؛ بِدَلِيلِ «أَلْ» الْعَهْدِيَّةِ.

Bu ayə, bu atəşin, -"əl-əhdiyyə"nin dəlalətilə- onlar nəzdində məruf olduğuna dəlalət edir. (haşiyə)

-----------------------

(Haşiyə:

Ayəni kəlimələrə ayıraq:

"Fə ittəqu əl-nəra əlləti vəquduhə əl-nəsu və əl-hicəratu."

Ayədəki "nun" hərfi, "şəmsiyyə" hərflərdəndir.

Şəmsiyyə hərflər, ərəb dilində, "əl" tərif ədatı (və ya müəyyənlik artiklı) ilə birləşəndə, "l" səsinin oxunmadığı; əvəzində, sonrakı hərfin qoşalaşdığı hərflərdir.

Bunun üçün də, ayədə, "əl-nəra" yox, "ən-nəra" şəklində tələffüz edilir. Başa düşülə bilsin deyə, mətndə, “əl-nəra” şəklində göstərdim.

Əgər kəlimə başında "əl" ədatı varsa, o kəlimə, mərifə olur; yoxsa, nəkirə. Məsələn, "raculun/kişi" dediyimizdə, hər hansı bir şəxs qəsd edilir. Ancaq, "əl-racul" dediyimizdə, müəyyən bir adam qəsd edilir. Yəni, bu "əl" ədatı, məlum bir şeyə işarət üçün istifadə edilir. Bunun ingilis dilindəki qarşılığı, "the" artiklidir.

Burda, müəllifimiz Şinqiti'nin də qəsd etdiyi, budur. Yəni, bu ayədə, "ən-nəra" deyilməklə, onlar nəzdində məlum olan bir atəşdən söhbət gedir.)

-------------------------------

وَقَدْ قَالَ تَعَالَى فِي سُورَةِ التَّحْرِيمِ:

(Allah) Taala, Təhrim surəsində isə, (belə) buyurmuşdur:

﴿قُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ﴾ \[التَّحْرِيمِ/ ٦\]،

"Qul ənfusikum və əhlikum nəran vəquduhə'n-nəsu və'l-hicəratu = Özünüzü və əhlinizi, yanacağı insanlar və daşlardan olan atəşdən qoruyun." (Təhrim/6)

فَتَنْكِيرُ النَّارِ هُنَا يَدُلُّ عَلَى أَنَّهَا لَمْ تَكُنْ مَعْرُوفَةً عِنْدَهُمْ بِهَذِهِ الصِّفَاتِ.

Burda, "nar / atəş" kəliməsinin nəkirədə gətirilməsi, (atəşin), bu sifətlə, onlar nəzdində məruf olmadığına dəlalət edir. (haşiyə)

------------------------------

(Haşiyə:

Təhrim surəsi 6-cı ayəyə diqqət edilsə, bu ayədə, -Bəqərə surəsi 24-cü ayədən fərqli olaraq- "nar/atəş" kəliməsi başında, "əl" tərif ədatı işlədilməmişdir. Bu da, ərəb dilində, o şeyin qeyr-i müəyyən olduğuna dəlalət edir. Yəni, bu Təhrim surəsi 6-cı ayədə, zikr edilən "atəş"in, onlar nəzdində bilinmədiyi başa düşülür. Beləliklə, Bəqərə/24 və Təhrim/6 ayələri arasında, zahirən ziddiyyət yaranır.)

------------------------------

وَوَجْهُ الْجَمْعِ:

Cəm cəhəti, (belədir):

أَنَّهُمْ لَمْ يَكُونُوا يَعْلَمُونَ أَنَّ مِنْ صِفَاتِهَا كَوْنَ النَّاسِ وَالْحِجَارَةِ وَقُودًا لَهَا،

Onlar, onun (yəni, atəşin) sifətlərindən birinin, insanların və daşların onun üçün yanacaq olmasını bilmirdilər.

فَنَزَلَتْ آيَةُ التَّحْرِيمِ،

Təhrim (surəsindəki) ayə nazil oldu;

فَعَرَفُوا مِنْهَا ذَلِكَ مِنْ صِفَاتِ النَّارِ،

Beləliklə, onun (yəni, insanlar və daşların, atəşin yanacağı olmasının), atəşin sifətlərindən biri olduğunu bildilər.

ثُمَّ لَمَّا كَانَتْ مَعْرُوفَةً عِنْدَهُمْ نَزَلَتْ آيَةُ الْبَقَرَةِ،

Sonra, nə zaman ki, onlar nəzdində (bu, yəni, insanlar və daşların, atəşin yanacağı olması) məruf oldu; Bəqərə (surəsindəki) ayə nazil oldu.

فَعُرِّفَتْ فِيهَا النَّارُ بِـ«أَلْ» الْعَهْدِيَّةِ

Beləliklə, onda (yəni, bu Bəqərə/24-də), "nar" (kəliməsi), "əl-əhdiyyə" ilə, mərifədə gətirildi.

لِأَنَّهَا مَعْهُودَةٌ عِنْدَهُمْ فِي آيَةِ التَّحْرِيمِ.

Çünki o (yəni, insanlar və daşların, atəş üçün yanacaq olması), Təhrim (surəsindəki) ayədə, onlar üçün artıq mə'hud (müəyyən) idi.

ذَكَرَ هَذَا الْجَمْعَ الْبَيْضَاوِيُّ وَالْخَطِيبُ فِي تَفْسِيرَيْهِمَا،

Bu cəm (cəhəti)'ni, Beydavi və Xatib (əş-Şirbini), öz təfsirlərində zikr etmişlərdir.

وَزَعَمَا أَنَّ آيَةَ التَّحْرِيمِ نَزَلَتْ بِمَكَّةَ.

Onlar, (belə) iddia edirlər ki, Təhrim ayəsi, Məkkə'də nazil olmuşdur.

وَظَاهِرُ الْقُرْآنِ يَدُلُّ عَلَى هَذَا الْجَمْعِ؛

Quranın zahiri (mənası da), bu cəm'ə dəlalət edir.

لِأَنَّ تَعْرِيفَ النَّارِ هُنَا بِـ«أَلْ» الْعَهْدِيَّةِ يَدُلُّ عَلَى عَهْدٍ سَابِقٍ،

Çünki, atəşin, burda, "əl-əhdiyyə" ilə mərifədə gətirilməsi, əvvəlki məlumluğa dəlalət edir.

وَالْمَوْصُولُ وَصِلَتُهُ دَلِيلٌ عَلَى الْعَهْدِ وَعَدَمِ قَصْدِ الْجِنْسِ،

Və (burda), mövsul və silə'si, əhdə (yəni, məlumluğa); və (burda) cinsin qəsd edilmədiyinə dəlildir. (haşiyə)

--------------------------

(Haşiyə:

İsmu'l-mövsul nədir?

İsmu'l-mövsul, dilimizdə, "nisbi əvəzliklər" deməkdir. Nisbi əvəzlik anlayışı, dilimizə aid bir əlamət deyildir. Rus, fransız və s. bir sıra başqa dillərdə, buna daha çox rast gəlinir. Bunun nə olduğunu və azərbaycan dilinə necə tərcümə olunduğunu başa düşmək üçün, hərfi tərcüməsi azərbaycan dilində kobud səslənsə də, bir cümləyə müraciət edək. Belə ki:

الرجل الذ ي خرج من الفصل مدرس

Ər-raculu, əlləzi xaraca minə'l-fasli, mudərrisun.

Yəni:

“Kişi, kim ki sinifdən çıxdı, müəllimdir.”

Burda, "əlləzi", yəni, "kim ki" kəliməsi, ismu'l-mövsul, yəni, nisbi əvəzlikdir.

Nisbi əvəzliklər, ayrılıqda mənası olmayan mübhəm isimlərdir və mənaları, yalnız özlərindən sonra gələn cümlə vasitəsilə aydınlaşır. Bu cümlədə də, "əlləzi/kim ki" əvəzliyinin mənası, yalnız bu əvəzlikdən sonra işlənən "sinifdən çıxdı" feli cümləsilə aydınlaşdı.

Nisbi əvəzlikdən sonra gələn və əvəzliyin mənasını aydınlaşdıran cümləyə də, "silətu'l-mövsul" deyilir.

Nisbi əvəzliklər:

~ kişi cinsində təkdə: əlləzi;

~ qadın cinsində təkdə: əlləti;

~ kişi cinsi cəmdə: əlləzinə (hansılar ki, kimlər ki);

~ qadın cinsi cəmdə isə: əlləti (burda ikinci ə uzadılaraq oxunur) və ya "əlləi".

İsmu'l-mövsul, siləsiz düşünülə bilməz. İsmu'l-mövsuldan məqsəd, siləsidir. Nəzərə alınacaq şey, yalnız budur.

Bu ayədə də, “əlləti”, ismul-mövsuldur; “vəquduhən-nəsu vəl-hicəratu” isə, bu ismul-mövsulun siləsidir.

---------------------------

وَلَا يُنَافِي ذَلِكَ أَنَّ سُورَةَ التَّحْرِيمِ مَدَنِيَّةٌ،

Və bu, Təhrim surəsinin, "Mədəni" (yəni, Mədinə'də nazil olmasına), zidd deyil.

وَأَنَّ الظَّاهِرَ نُزُولُهَا بَعْدَ الْبَقَرَةِ،

Və zahir (olan budur ki), Onun (yəni, Təhrim surəsinin) nazil olması, Bəqərə (surəsin)'dən sonradır.

كَمَا رُوِيَ عَنِ ابْنِ عَبَّاسٍ،

Necə ki, (bu), ibn Abbas'dan (da) rəvayət edilmişdir.

لِجَوَازِ كَوْنِ الْآيَةِ مَكِّيَّةً فِي سُورَةٍ مَدَنِيَّةٍ كَالْعَكْسِ.

Çünki, Mədəni (yəni, Mədinə'də enmiş) surənin içində, Məkki (yəni, Məkkə'də enmiş) ayənin olması, mümkündür. -Əksi-ində (olduğu) kimi.

----------------

----------------

Bəqərə surəsi 29-cu ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ﴾ [الْبَقَرَةِ/ ٢٩].

(Haqq) Taala'nın: "Huvəlləzi xaləqa ləkum mə fi'l-ardi cəmian; summə's-təvə ilə's-səma = Yerdə olanların hamısını sizin üçün xəlq edən; sonra səmaya tərəf yönələn, Odur." (Bəqərə/29) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ عَلَى أَنَّ خَلْقَ الْأَرْضِ قَبْلَ خَلْقِ السَّمَاءِ، بِدَلِيلِ لَفْظَةِ «ثُمَّ» الَّتِي هِيَ لِلتَّرْتِيبِ وَالِانْفِصَالِ،

Bu ayə, -tərtib (sıra) və infisal (fasilə) üçün olan "summə/sonra" ləfzinin dəlalətilə- yerin xəlqi (yaradılması)'nın, səmanın xəlqindən əvvəl olduğuna dəlalət edir.

وَكَذَلِكَ آيَةُ حٰمِ السَّجْدَةِ تَدُلُّ أَيْضًا عَلَى خَلْقِ الْأَرْضِ قَبْلَ خَلْقِ السَّمَاءِ؛

Eləcə də, "Ha mim əs-səcdə" (yəni, Fussilət surəsi)'nin ayəti də, yerin xəlqinin, səmanın xəlqindən əvvəl olduğuna dəlalət edir.

لِأَنَّهُ قَالَ فِيهَا:

Çünki O, onda (yəni, Fussilət surəsində), (belə) buyurmuşdur:

﴿قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ﴾ إِلَى أَنْ قَالَ: ﴿ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ﴾ الْآيَةَ [فُصِّلَتْ/ ٩ - ١١].

"De ki: 'Siz, yeri, 2 gündə xəlq edən Kimsəni inkarmı edirsiniz?" (ayəsindən) --->

"Sonra, səmaya tərəf yönəldi və o, tüstü (halında) idi." buyurmasına qədər. (Fussilət/9-11)

مَعَ أَنَّ آيَةَ النَّازِعَاتِ تَدُلُّ عَلَى أَنَّ دَحْوَ الْأَرْضِ بَعْدَ خَلْقِ السَّمَاءِ؛

Halbuki, Naziət (surəsindəki) ayə, yerin döşənməsinin, səmanın xəlqindən sonra olduğuna dəlalət edir.

لِأَنَّهُ قَالَ فِيهَا: ﴿أَأَنْتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ بَنَاهَا (٢٧)﴾ [النَّازِعَاتِ/ ٢٧]،

Çünki O, onda (yəni, Naziat surəsində), (belə) buyurmuşdur:

"Sizin yaradılışınız çətindir? Yoxsa səmanın? Onu (yəni, səmanı), O bina etmiş (qurmuş)'dur." (Naziat/27)

ثُمَّ قَالَ:

Sonra isə, (belə) buyurmuşdur:

﴿وَالْأَرْضَ بَعْدَ ذَلِكَ دَحَاهَا (٣٠)﴾ [النَّازِعَاتِ/ ٣٠].

"Və ondan sonra, yeri döşədi." (Naziat/30)

 

اِعْلَمْ أَوَّلًا أَنَّ ابْنَ عَبَّاسٍ -رَضِيَ اللَّهُ عَنْهُمَا- سُئِلَ عَنِ الْجَمْعِ بَيْنَ آيَةِ السَّجْدَةِ وَآيَةِ النَّازِعَاتِ،

Əvvəla, bil ki, ibn Abbas (radiyallahu anhuma)'dan, Səcdə ayəsi (yəni, Fussilət surəsindəki ayə) və Naziat (surəsindəki) ayənin aralarının (necə) cəm (ediləcəyi) haqqında soruşuldu;

فَأَجَابَ بِأَنَّ

O, (belə) cavab verdi:

اللَّهَ تَعَالَى خَلَقَ الْأَرْضَ أَوَّلًا قَبْلَ السَّمَاءِ غَيْرَ مَدْحُوَّةٍ، ثُمَّ

Allah Taala, səmadan əvvəl, -döşənməmiş bir halda- yeri xəlq etdi. Sonra --->

اسْتَوَى إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعًا فِي يَوْمَيْنِ، ثُمَّ

Səmaya yönəldi və onları, 2 gündə, 7 (qat) olaraq təsviyyə etdi (nizamladı). Sonra --->

دَحَا الْأَرْضَ بَعْدَ ذَلِكَ

Yeri döşədi. Bundan sonra isə --->

وَجَعَلَ فِيهَا الرَّوَاسِيَ وَالْأَنْهَارَ وَغَيْرَ ذَلِكَ.

Onda (yəni, yerdə), sabit dağlar, çaylar və bunlardan başqa şeyləri yaratdı.

فَأَصْلُ خَلْقِ الْأَرْضِ قَبْلَ خَلْقِ السَّمَاءِ،

Deməli, yerin əslinin xəlqi, səmanın xəlqindən əvvəldir.

وَدَحْوُهَا بِجِبَالِهَا وَأَشْجَارِهَا وَنَحْوِ ذَلِكَ بَعْدَ خَلْقِ السَّمَاءِ.

(Yerin) dağları, ağacları və buna bənzər şeylərlə döşənilməsi isə, səmanın xəlqindən sonradır.

وَيَدُلُّ لِهَذَا أَنَّهُ قَالَ:

Buna, (Onun, belə) buyurması dəlalət edir:

﴿وَالْأَرْضَ بَعْدَ ذَلِكَ دَحَاهَا (٣٠)﴾

"Yeri isə, bundan sonra döşədi." (Naziat/30)

وَلَمْ يَقُلْ: خَلَقَهَا،

Və (Allah Taala, bu Naziat/30-da): "Onu yaratdı." buyurmadı.

ثُمَّ فَسَّرَ دَحْوَهُ إِيَّاهَا بِقَوْلِهِ:

Sonra, onu döşəməsini, (bu) sözü ilə təfsir etdi (açıqladı):

﴿أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا (٣١)﴾ الْآيَةَ [النَّازِعَاتِ/ ٣١].

"Ondan (yəni, yerdən), onun suyunu, otlağını çıxardı." (Naziat/31)

 

وَهَذَا الْجَمْعُ الَّذِي جَمَعَ بِهِ ابْنُ عَبَّاسٍ بَيْنَ هَاتَيْنِ الْآيَتَيْنِ وَاضِحٌ لَا إِشْكَالَ فِيهِ، مَفْهُومٌ مِنْ ظَاهِرِ الْقُرْآنِ الْعَظِيمِ،

ibn Abbas'ın, bu 2 ayənin arasını cəm etdiyi bu cəm, vazehdir; onda, bir işkəl yoxdur; əzəmətli Quranın zahirindən fəhm ediləndir.

إِلَّا أَنَّهُ يَرِدُ عَلَيْهِ إِشْكَالٌ مِنْ آيَةِ الْبَقَرَةِ هَذِهِ،

Ancaq, Bəqərə (surəsindəki) bu ayə (yəni, bu Bəqərə/29) səbəbilə, ona (yəni, ibn Abbas'ın verdiyi izaha), bir işkəl varid olur;

وَإِيضَاحُهُ:

İzahı:

أَنَّ ابْنَ عَبَّاسٍ جَمَعَ بِأَنَّ خَلْقَ الْأَرْضِ قَبْلَ خَلْقِ السَّمَاءِ وَدَحْوَهَا بِمَا فِيهَا بَعْدَ خَلْقِ السَّمَاءِ،

ibn Abbas, (2 ayə arasındakı zahiri ziddiyyəti), yerin xəlqinin, səmanın xəlqindən əvvəl; və onun (yəni, yerin) və içindəki şeylərlə bərabər döşənməsinin isə, səmanın xəlqindən sonra olmaqla cəm etdi.

وَفِي هَذِهِ الْآيَةِ التَّصْرِيحُ بِأَنَّ جَمِيعَ مَا فِي الْأَرْضِ مَخْلُوقٌ قَبْلَ خَلْقِ السَّمَاءِ؛

Bu (Bəqərə/29)'da isə, yerdə olan hər şeyin, səmanın xəlqindən əvvəl xəlq edildiyi təsrih (edilmiş, açıq şəkildə bildirilmiş)'dir.

لِأَنَّهُ قَالَ فِيهَا:

Çünki O, onda (yəni, bu ayədə), (belə) buyurmuşdur:

﴿هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ﴾ الْآيَةَ.

"Yerdə olan hər şeyi sizin üçün xəlq edən və sonra da səmaya tərəf yönələn, Odur." (Bəqərə/29)

وَقَدْ مَكَثْتُ زَمَنًا طَوِيلًا أُفَكِّرُ فِي حَلِّ هَذَا الْإِشْكَالِ، حَتَّى هَدَانِي اللَّهُ إِلَيْهِ ذَاتَ يَوْمٍ فَفَهِمْتُهُ مِنَ الْقُرْآنِ الْعَظِيمِ،

Allah, günlərin birində, məni ona hidayət edənə qədər, bu işkəlin həlli haqqında düşünərək, uzun zaman keçirmişdim. Beləliklə, onu, əzəmətli Quran'dan fəhm etmiş oldum.

وَإِيضَاحُهُ:

İzahı (isə, belədir):

أَنَّ هَذَا الْإِشْكَالَ مَرْفُوعٌ مِنْ وَجْهَيْنِ،

Şübhəsiz, bu işkəl, 2 cəhətdən aradan qaldırıla biləndir:

كُلٌّ مِنْهُمَا تَدُلُّ عَلَيْهِ آيَةٌ مِنَ الْقُرْآنِ:

Onlardan hər birinə, Qurandan bir ayə dəlalət edir:

الْأَوَّلُ: أَنَّ الْمُرَادَ بِخَلْقِ مَا فِي الْأَرْضِ جَمِيعًا قَبْلَ خَلْقِ السَّمَاءِ:

• Birincisi: səmanın xəlqindən əvvəl, yerdə olan hər şeyin xəlq edilməsilə murad edilən:

الْخَلْقُ اللُّغَوِيُّ الَّذِي هُوَ التَّقْدِيرُ،

Lüğəvi xəlq (etmə)'dir. Hansı ki, o, təqdir(dən ibarət)'dir.

لَا الْخَلْقُ بِالْفِعْلِ الَّذِي هُوَ الْإِبْرَازُ مِنَ الْعَدَمِ إِلَى الْوُجُودِ.

Felən xəlq etmək isə, deyil. Hansı ki, o, yoxluqdan varlığa çıxarmaq(dan ibarət)'dir.

وَالْعَرَبُ تُسَمِّي التَّقْدِيرَ خَلْقًا،

Ərəblər, təqdir etməyi, xəlq etmək olaraq (da) adlandırırlar.

وَمِنْهُ قَوْلُ زُهَيْرٍ:

Zuheyr'in (bu) sözü də, onlardandır:

وَلَأَنْتَ تَفْرِي مَا خَلَقْتَ وَبَعْـضُ الْقَوْمِ يَخْلُقُ ثُمَّ لَا يَفْرِي.

"Sən, yaratdığını təfri edirsən (yəni, kəsib-yonub kamala çatdırırsan); bəziləri isə xəlq edir; sonra kəsib-biçib tamamlaya bilmir."

وَالدَّلِيلُ عَلَى أَنَّ الْمُرَادَ بِهَذَا الْخَلْقِ التَّقْدِيرُ:

Bu xəlq etmə ilə, təqdir'in murad edildiyinə dəlil (isə, budur):

أَنَّهُ تَعَالَى نَصَّ عَلَى ذَلِكَ فِي سُورَةِ فُصِّلَتْ حَيْثُ قَالَ:

(Haqq) Taala, bunu, Fussilət surəsində, belə buyurduğu yerdə, açıq şəkildə bildirmişdir:

﴿وَقَدَّرَ فِيهَا أَقْوَاتَهَا﴾،

"Və qaddəra fihə əqvətəhə = Orda (yəni, yerdə) onların qidalarını təqdir etdi." (Fussilət/10)

ثُمَّ قَالَ: ﴿ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ وَهِيَ دُخَانٌ﴾ الْآيَةَ [فُصِّلَتْ/ ١١].

Sonra isə, (belə) buyurdu:

"Sonra, səmaya tərəf yönəldi. O, duman (halında) idi." (Fussilət/11)

الْوَجْهُ الثَّانِي:

• İkinci cəhət:

أَنَّهُ لَمَّا خَلَقَ الْأَرْضَ غَيْرَ مَدْحُوَّةٍ، وَهِيَ أَصْلٌ لِكُلِّ مَا فِيهَا، كَانَ كُلُّ مَا فِيهَا كَأَنَّهُ خُلِقَ بِالْفِعْلِ؛ لِوُجُودِ أَصْلِهِ فِعْلًا.

Yeri, döşənməmiş bir halda yaratdığında, o (yəni, yer), içindəki hər bir şey üçün də, bir əsl (idi); (və) içindəki hər bir şey, -onun əslinin (yəni, yerin) felən varlığından dolayı- felən xəlq edilmiş kimi oldu.

وَالدَّلِيلُ مِنَ الْقُرْآنِ عَلَى أَنَّ وُجُودَ الْأَصْلِ يُمْكِنُ بِهِ إِطْلَاقُ الْخَلْقِ عَلَى الْفَرْعِ وَإِنْ لَمْ يَكُنْ مَوْجُودًا بِالْفِعْلِ قَوْلُهُ تَعَالَى:

Fər (yəni, təfərrüat), felən mövcud olmasa belə, -əslin mövcud olması ilə- ona (yəni, təfərrüat haqqında da), xəlq etmə (kəliməsi)'nin itlaq edilməsi (yəni, haqqında istifadə edilə bilməsi)'nin mümkünlüyünün Quran'dan dəlili,

(Haqq) Taala'nın (bu) sözüdür:

﴿وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلَائِكَةِ﴾ الْآيَةَ [الْأَعْرَافِ/١١]،

"Sizi, Biz xəlq etdik; sonra ---> sizə surət verdik; sonra da ---> mələklərə (belə) dedik..." (Əraf/11);

فَقَوْلُهُ: ﴿خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ﴾ [الْأَعْرَافِ/ ١١]

Onun: "Sizi, Biz xəlq etdik; sonra da ---> sizə surət verdik." sözü:

أَيْ: بِخَلْقِنَا وَتَصْوِيرِنَا لِأَبِيكُمْ آدَمَ الَّذِي هُوَ أَصْلُكُمْ.

Yəni: "Sizin əsliniz olan atanız Adəm'i xəlq etməyimiz və Ona surət verməyimizlə" (deməkdir). (haşiyə)

---------------------

(Haşiyə:

Müəllifimizin qəsdi, budur:

Allahın, "Sizi xəlq etdik." buyurması, "sizin hamınızın, həmin anda faktiki olaraq mövcud olmağınız" demək deyil. Burada, -ayədən göründüyü kimi də- söhbət, Adəm'in xəlq edilməsindən gedir; hər kəsin deyil. Çünki Adəm, sizin əslinizdir; siz isə, Ondan törəmisiniz.)

----------------------

وَجَمَعَ بَعْضُ الْعُلَمَاءِ بِأَنَّ مَعْنَى قَوْلِهِ: ﴿وَالْأَرْضَ بَعْدَ ذَلِكَ دَحَاهَا (٣٠)﴾ أَيْ: مَعَ ذَلِكَ.

Bəzi alimlər isə, (bu) məna ilə, Onun (bu) sözünü cəm etmişlərdir:

"Və'l-arda bə'də zəlikə dəhəhə = Ondan sonra, yeri döşədi." (Naziat/30)

(ayəsinin mənası): ("ondan sonra" deyil), "onunla bərabər" (deməkdir).

فَلَفْظَةُ «بَعْدَ» بِمَعْنَى «مَعَ».

(Və) (ayədəki) "bə'də/sonra" ləfzi, "məa/bərabər" mənasındadır.

وَنَظِيرُهُ قَوْلُهُ تَعَالَى:

Onun (bir) bənzəri, (Haqq) Taala'nın (bu) sözüdür:

﴿عُتُلٍّ بَعْدَ ذَلِكَ زَنِيمٍ (١٣)﴾ [الْقَلَمِ/ ١٣].

"Utullin bə'də zəlikə zənimin = kobud; bununla bərabər zənim (əsli-nəcabəti bəlli olmayan; və ya hər hansı bir qövmdən olmadığı halda; o qövmə nisbət edilən)" (Qələm/13)

وَعَلَيْهِ فَلَا إِشْكَالَ فِي الْآيَةِ.

Buna əsasən, ayədə işkəl qalmır.

وَيُسْتَأْنَسُ لِهَذَا الْقَوْلِ بِالْقِرَاءَةِ الشَّاذَّةِ -وَبِهَا قَرَأَ مُجَاهِدٌ-: (وَالْأَرْضَ مَعَ ذَلِكَ دَحَاهَا).

Bu qövl (yəni, görüş) üçün, Mücahid'in qiraət etdiyi şazz bir qiraətlə dəstək alınır:

"Və'l-arda məa zəlikə dəhəhə = Bununla bərabər, yeri döşədi."

وَجَمَعَ بَعْضُهُمْ بِأَوْجُهٍ ضَعِيفَةٍ؛

Onlardan bəziləri, zəif cəhətlərlə (bu ayələr arasını) cəm etmişlərdir.

لأَنَّهَا مَبْنِيَّةٌ عَلَى أَنَّ خَلْقَ السَّمَاءِ قَبْلَ الْأَرْضِ،

Çünki onlar (yəni, bir qrupun bu ayələri birləşdirmək üçün gətirdiyi izahlar), səmanın xəlqinin, yerdən əvvəl olduğu (fikri) üzərinə bina edilmişdir.

وَهُوَ خِلَافُ التَّحْقِيقِ.

Və bu da, təhqiqə müxalifdir.

مِنْهَا: أَنَّ «ثُمَّ» بِمَعْنَى الْوَاوِ.

• Onlardan biri, (belədir):

(Ayədəki) "summə/sonra" (ədatı), "vav" (yəni, və) mənasındadır.

وَمِنْهَا: أَنَّهَا لِلتَّرْتِيبِ الذِّكْرِيِّ، كَقَوْلِهِ تَعَالَى: ﴿ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا﴾ الْآيَةَ [الْبَلَدِ/ ١٧].

• Onlardan digəri (isə, belədir):

O (yəni, ayədəki "summə/sonra" ədatı), zikri (yəni, xatırlatma) olaraq tərtib (yəni, sıra) üçündür. (Haqq) Taala'nın (bu) sözündə olduğu kimi:

"Summə kənə minəlləzinə əmənu = Sonra, iman edənlərdən olmaqdır." (Bələd/17) (haşiyə-1)

--------------------------------

(Haşiyə-1:

Müəllifin qəsdini, belə bir misalla fəhmə yaxınlaşdırmaq olar:

Misal üçün, ata, oğluna deyir:

"Sənə, dünən baş verən hadisəni danışacam. Əvvəl, müəlliminlə görüşdün; sonra da, məktəbə getdin."

Tutaq ki, əslində, uşaq, əvvəl, məktəbə gedib; sonra müəllimi ilə görüşüb. Ata isə, hadisələri danışarkən, görüşü, əvvəl; məktəbə getməyi isə, sonra zikr edir.

Burda, danışıqda ikinci zikr edilən hadisə, zaman cəhətindən ikinci hadisə deyil.

Bir qrup alimə görə, bu ayələrdə də, belədir.

Müəllifin zikr etdiyi Bələd surəsi də, bunun nümunələrindəndir. Belə ki, surədə, belə deyilir:

"Sən nə bilirsən ki, sərt yoxuş nədir? O, bir kölə azad etməkdir; və ya aclıq günündə möhtaca yemək verməkdir – qohumluq əlaqəsi çatan bir yetimə, yaxud aclıqdan yerə uzanmış kasıba! Sonra isə o, iman edən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır." (Bələd/12-17)

Bu ayələrdən də göründüyü kimi, "sonra, iman edənlərdən olmaqdır" cümləsindəki "sonra" sözü, özündən əvvəlkilərdən, zaman cəhətindən sonralığı bildirmir.

---------------------------------

(Haşiyə-2:

Ustad Bədiü'z-zaman Said Nursi'nin ayəni təfsiri:

 

• İkinci məsələ: "summə/sonra" (kəliməsi) haqqındadır.

 

• Birincisi:

Bil ki:

~ Bu ayə (yəni, Bəqərə/29), yerin, səmadan əvvəl yaradıldığına dəlalət edir.

وَٱلْأَرْضَ بَعْدَ ذَ‌ٰلِكَ دَحَىٰهَآ

~ "Sonra yeri döşədi." (Naziat/30) ayəti, səmanın yaradılışının, yerdən əvvəl olduğuna dəlalət edər. (Naziat/27-28-29 ilə bərabər bax).

...أَنَّ ٱلسَّمَـٰوَ‌ٰتِ وَٱلْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَـٰهُمَا...

~ "Səmalar və yer, bir-birinə bitişik idi. Onları, Biz bir-birindən ayırdıq." (Ənbiya/30) ayəti isə, (səmalar və yerin) bərabər yardıldıqlarına, bir maddədən inşiqaq etdiklərinə (ayrıldıqlarına) dəlalət edir.

• İkincisi:

Bil ki: Şəriətin nəqliyyatına görə:

Allah Taala, ilk əvvəl, bir cövhəri, yəni bir maddəni (yəni, esir maddəsini) xəlq etmiş; sonra ---> buna təcəlli edib bir qismini buxar, bir qismini də maye qılmışdır. Sonra ---> maye olan, Allahın təcəllisilə qatılaşıb köpük olmuşdur. Sonra ---> yeri və ya bu yerlərdən 7 kürəni, bu köpükdən yaratmış; bunlardan hər biri üçün, bir hava-i nəsimi'dən (yəni, atmosferdən), bir səma meydana gətirmişdir. Sonra ---> buxar maddəsini yayıb, ondan, səmaları tənzim etmiş, içinə də ulduzları əkmişdir. Beləcə, səmalar, ulduzların çəyirdəklərini içində saxlayacaq şəkildə təsis edilmişdir.

---------------------

Yeni hikmətin bu mövzudakı fərziyyə və nəzəriyyələrinə görə isə, günəş sistemi və bunların içində üzdükləri səma, ilk əvvəl, bəsit bir cövhər idi. Sonra ---> bir növ buxara inqilab etdi (yəni çevrildi). Sonra ---> buxardan, atəşli bir maye hasil oldu. Sonra ---> bir qismi donaraq, qatı hala gəldi. Sonra ---> bu atəşli maye, hərəkət ilə, qığılcımlar və atəş parçalarını fırlatmağa başladı; bunlar da, qatılaşdıkar və səyyarələr (planetlər) halına gəldilər. Yerimiz də, bunlardan biridir.

---------------------------

Bunu eşitdiyində, 2 məslək (yol) arasında bir mutabaqat edə (yəni, uyğunlaşdırma apara) bilərsən. Çünki,

"Onları, Biz, bir-birindən ayırdıq." (Ənbiya/30) ayəti, buna işarət ola bilər:

Günəş sistemilə bərabər yer, başlanğıcda, qüdrət əlinin, bəsit bir maddədən, yəni varlıqlara nisbətlə onlara nüfuz edən su misalı olan esir maddəsindən yoğurduğu bir xəmir kimi idi. "Allahın ərşi, su üzərində idi." (Hud/7) ayəti: "su kimi olan bu maddə"yə işarətdir. Esir maddəsi isə, yaradılmasından sonra, Sani (olan Allah)'ın ilk icad təcəllilərinə mərkəz olmuşdur. Yəni, Allah, esiri yaratdı. Sonra ---> atomlar halına gətirdi. Ardınca ---> bunların bir qismini, kəsif (qatı) qıldı. Bu kəsif maddədən, məskun (içində sakin olunan) 7 kürəni yaratdı. Yerimiz də, onlardan biridir.

Sonra, qatılaşması, hamısından əvvəl sərtləşməsi, daha əvvəl qabıq bağlaması, səmavi cisimlərin çoxunun indiyə qədər maye bir atəş olaraq qalmış ikən, uzun zamandan bəri həyatın mənşəyi olması etibarı ilə, yerin yaradılışı və təşəkkülü, səmaların yaradılışından əvvəldir.

Ancaq, yerdən istifadənin kamalı, (yerin) genişlədilib bəşər növünün yaşayışına uyğun hala gətirilməsi, səmaların təsviyyə (düzəldilməsi) və tənzimindən sonradır. İlk yaradılışlarında bərabər olmalarına baxmayaraq, bu cəhətdən, səmalar, yerdən daha əvvəldir.

Dolayısı ilə, (yer və səmaların yaradılışları ilə bağlı olan) bu 3 ayə (yəni, Bəqərə/29; Naziat/30 və Ənbiya/30) bəhsi keçən 3 fərqli nöqtəyə baxmaqdadır.

------------------------

• İkinci cavab:

Quranın məqsədi, "yaradılış tarixi dərsi" vermək deyildir. O, Sani (olan Allah)'ın mərifət (yəni, Onu tanımaq, bilmək) dərsi vermək üçün enmişdir. Bunda da, 2 məqam vardır:

~ Bir məqamda: nemət, lütf və mərhəmətin bəyanı, dəlilin açıqlığı vardır. Yer isə, bu məqamda, səmadan əvvəl gəlir.

~ Digər bir məqamda isə: əzəmət, izzət və qüdrət dəlilləri vardır. Bunda isə, səmalar əvvəl gəlir.

Sonra, "summə/sonra" ədatı, zati təraxi (yəni, zati sonralığı) ifadə etdiyi kimi; rutbi təraxi (rütbə, mərtəbə cəhətindən sonralıq) da ifadə edə bilər. Belə olunca da, "Sonra səmaya yönəldi." cümləsi, bu mənaya gəlir: "Sonra, bunu bilin və təfəkkür edin: O Allah, səmaya yönəldi."

-------------------------

İzahı:

Müəllifimiz Nursi (rahiməhullahu Taala), yuxarıdakı suallara ikinci bir cavab olaraq deyir ki:

Quran, aləmin yaradılış tarixindən bəhs edən; tarix dərsi verən bir kitab deyildir ki, tarixi izləsin, sıranı güdsün. Əksinə, Onun əsl məqsədi, Sani olan Allahın mərifətindən bəhs etmək; kainat Xaliq'ini, isim və sifətlərilə tərif edib bildirməkdir. Yəni, mərifətulhadan bəhs edən və hər şeyə, Onun hesabına baxan İlahi bir kəlamdır. Elə isə, aləmin yaradılış tarixi, bizim üçün çox da əhəmiyyətli deyildir. Bizə lazım olan, Quranın tövhid və haşr həqiqətləri haqqındakı dərsini dinləyib başa düşməkdir. Elə isə, burda, 2 məqam vardır. Bu 2 məqama görə, yer və səmalardan hansının daha əvvəl olduğuna baxılacaq. Belə ki:

~ Birinci məqam: Allahın, bəşərə olan nemətini, lütfünü, mərhəmətini bəyan etmə və dəlilin zahir olması cəhətindən ən zahir olanını dərs vermək məqamıdır. Bax bu məqama, bu cəhətə görə, yerin yaradılışı, səmalardan əvvəldir. Çünki, bəşərə verilən nemətlərin mərkəzi, yerdir. Bəşərin məişəti və məskəni və beşiyi, yerdir. Elə isə, bu cəhətdə, yer, səmalardan əvvəl gəlir.

~ İkinci məqam: Allahın əzəmətinin dəlillərini, izzət və qüdrətinin ən əzəmətli şahidlərini isbat etmək, nəzərə vermək məqamıdır. Bax bu etibarla, səmalar, yerdən əvvəldir.

Bundan dolayı, əgər birinci cəhəti (yəni, nemət və lütf cəhətini) nəzərə alsaq, bu etibarla yer, səmalardan əvvəldir. Çünki, bəşərin ən möhtac olduğu cəhət, bu mərhəmət və nemətiyyət və lütf cəhətidir.

Lakin, əzəməti göstərmək, qüdrət dəlillərini bəyan etmək cəhətindən isə, əlbəttə, bu böyük səma aləmi, bu cəhətdən əvvəldir.

Elə isə, yerə və səmalara, 2 cəhətdən, 2 məqamdan baxmaq lazımdır. Quranın əsl məqsədi, hədəfi, hansının daha əvvəl yaradıldığını bəyan etmək deyildir. Əksinə, əsl məqsədi, Sani olan Allaha dəlil gətirməkdir. O halda, "əvvəllik və sonralıq", bu dəlillər etibarı ilədir; bu dəlillər etibarı ilə olmalıdır.

Müəllif, üçüncü bir qısa cavab olaraq da deyir ki:

Təraxi, yəni sonradan meydana gəlməyi ifadə edən summə/sonra ədatı, 2 qisim təraxi (sonralıq) ifadə edir. 2 tərzdə bə'diyyə'ni (yəni, birinin digərindən sonra gəldiyini) və məqamınının ikinci dərəcədə olduğunu bəyan edir. Demək ki, summə kəliməsində, 2 növ təraxi vardır:

1. Zati təraxi'dir ki, qayda gərəyi, sonrakının əvvəlkindən zaman etibarı ilə sonra meydana gəldiyinə dəlalət edir. Yəni, zaman etibarı ilə yerin yaradılması, səmalardan əvvəldir. Səmalardan əvvəl yaradıldıöı cəhətlə, burdakı təraxi, yəni, sonra olma halı, zati'dir. Yəni, səmaların yaradılması, zaman etibarı ilə yerdən sonradır.

2. Rütbi təraxi'dir ki, rütbə və təfəkkür cəhətindən birinin rütbəsi, digərindən sonra gəldiyini; birincinin, təfəkkürcə daha əvvəl olduğunu ifadə edir. Əgər bu təraxi, yerin, zaman cəhətilə səmalardan əvvəl yaradıldığına baxmırsa, o vaxt bu, rütbi və təfəkküri təraxi'dir. Yəni, təfəkkür etibarı ilə, yerin rütbəsi, əvvəldir; səmaların rütbəsi isə, daha sonradır. Yəni, birinci məqam etibarı ilə (yəni, Allahın, insana olan nemət, lütf və mərhəmətini bəyan etmək cəhətindən), yer, səmalardan əvvəl gəldiyi kimi; təfəkkürcə rütbəsi də, səmalardan əvvəl gəlir. Yəni, ilk əvvəl, məskənimiz olan yeri təfəkkür etmək; daha sonra isə, səmalara nəzərə edib onu təfəkkür etmək lazımdır. Buna görə, kəlamın təqdiri mənası (yazılı olaraq mövcud olmasa da, məna olaraq var olan) belə olur:

"Sonra, 'bilin və təfəkkür edin ki', O, səmaya yönəldi."

 

(Said Nursi, İşaratu'l-İ'caz fi Məzanni'l-İcaz" təfsiri)

--------------------

--------------------

Bəqərə surəsi 29-cu ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿ثُمَّ اسْتَوَى إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ﴾ الْآيَةَ [الْبَقَرَةِ/ ٢٩].

(Haqq) Taala'nın: "Summə's-təvə ilə's-səma fə səvvə hunnə səba səmavat = Sonra səmaya doğru yönəldi və onları, 7 (qat) səma olaraq təsviyyə etdi (nizamladı)." (Bəqərə/29) sözü:

 

أَفْرَدَ هُنَا تَعَالَى لَفْظَ ﴿السَّمَاءِ﴾،

(Allah) Taala, burda, "səma" ləfzini, tək halda gətirdi;

وَرَدَّ عَلَيْهِ الضَّمِيرَ بِصِيغَةِ الْجَمْعِ فِي قَوْلِهِ: ﴿فَسَوَّاهُنَّ﴾.

Və damiri (yəni, şəxs əvəzliyini), "fə səvvə hunnə" sözündə, cəm siğası ilə ona qaytardı. (haşiyə)

-----------------------------

(Haşiyə:

Ayədə, "summə's-təvə ilə's-səma = sonra, səmaya yönəldi" cümləsində, səma, müfrəd/tək halda gətirilib.

Ayənin davam edən qismində isə, "fə səvvə hunnə səba səmavat = onları, 7 səmalar olaraq təsviyyə etdi" deyilir. Yəni, burda, səmavat/səmalar, cəm halda gətirilib.

"(Əvvəl tək olan) səmaya yönəldi; onları (yəni, səmaları) 7 səma olaraq təsviyyə etdi." nə demək olur?

Əslində, "Səmaları deyil, səmanı, 7 səmalar olaraq təsviyyə etdi." şəklində olmalı idi. Halbuki, ayədə, belə keçmir.

 

Burda, Şinqiti, bunun necə başa düşüləcəyini zikr edəcək. Belə ki:

------------------------------

وَلِلْجَمْعِ بَيْنَ ضَمِيرِ الْجَمْعِ وَمُفَسِّرِهِ الْمُفْرَدِ وَجْهَانِ:

Cəm damiri (yəni, ayədəki "hunnə/onlar" şəxs əvəzliyi) və onun müfrəd haldakı müfəssirinin (yəni, onu açıqlayan "səma" kəliməsi) arasını cəm etmək üçün, 2 cəhət vardır:

الْأَوَّلُ: أَنَّ الْمُرَادَ بِالسَّمَاءِ: جِنْسُهَا الصَّادِقُ بِسَبْعِ سَمَاوَاتٍ، وَعَلَيْهِ فَـ«أَلْ» جِنْسِيَّةٌ.

• Birincisi:

"Səma" ilə murad edilən: "7 səmaya uyğun olan onun cinsi"dir. Bu (izaha) əsasən, "əl" (ədatı), cinsiyyə'dir.

الثَّانِي: أَنَّهُ لَا خِلَافَ بَيْنَ أَهْلِ اللِّسَانِ الْعَرَبِيِّ فِي وُقُوعِ إِطْلَاقِ الْمُفْرَدِ وَإِرَادَةِ الْجَمْعِ، مَعَ تَعْرِيفِ الْمُفْرَدِ وَتَنْكِيرِهِ وَإِضَافَتِهِ،

• İkincisi: Ərəb dilçiləri arasında,

müfrəd (tək halda olan bir söz)'ün itlaqı (yəni, işlədilməsi) və (onunla) cəm (halın) iradə edilməsi; (bununla) bərabər, müfrəd (halda olan söz)'ün, mərifədə (müəyyənlikdə), nəkirədə (qeyr-i müəyyənlikdə) və izafə (tərkibində) olması (məsələsin)'də,

bir ixtilaf yoxdur. (haşiyə)

---------------------

(Haşiyə:

Ustad Bədiüzzaman Said Nursinin verdiyi təfsir isə, belədir:

Bu kəlimə, gizli bir işarət olan ima ilə işarət edir ki, səmanın maddələri, ayrı-ayrıdır. Burda, "hunnə/onları" damiri, səma maddələrinə qayıtmaqdadır. Yəni, "Allah, səmadakı maddələrdən, 7 qat səma yaratmışdır." deməkdir. Çünki, "onları" damiri, əgər "səma" kəliməsinin zatına qayıtmış olsaydı, o vaxt, 7 səmaların daha əvvəl yaradılmış olması lazım gələrdi. (Yəni, "Səmaya yönəldi." sözündən qəsd edilən, "Səmalara yönəldi." olsaydı, bu cümlənin davamında gələn "Onları (səmaları), 7 səma olaraq yaratdı." kimi olacaq.) Bu halda, yaradılmış bir şeyin təkrar yaradılması, mənasız olardı. Demək ki, bu "onları" damiri, səmaların özündən yaradılmış olduğu ayrı-ayrı növlərdəki maddələrinə rücu etməkdə/qayıtmaqdadır. Hər nə qədər o maddələrin təməli, buxardırsa da, yenə, bu buxarın ayrı-ayrı qisimləri vardır; mütləq aralarında fərqliliklər vardır.

Ayəyə təkrar nəzər salaq:

"Yer üzündə olanların hamısını sizə görə xəlq edən; sonra səmaya tərəf yönələn; və onları yeddi səma olaraq təsviyyə edən, Odur."

Diqqət edilsə, "summə's-təvə ilə's-səməi/sonra, səmaya yönəldi" cümləsində, səma, müfrəd/tək halda gətirilib. Ayənin davam edən qismində isə, "fə səvvə hunnə səba səmavat / onları, 7 səmalar olaraq təsviyyə etdi" deyilir. Yəni, burda, səmavat/səmalar, cəm halda gətirilib. "(Əvvəl tək olan) səmaya yönəldi; onları (yəni, səmaları) 7 səma olaraq təsviyyə etdi." nə demək olur? Əslində, "Səmaları deyil, səmanı, 7 səma olaraq təsviyyə etdi." şəklində olmalı idi. Halbuki, ayədə, belə keçmir. Elə isə, burda, "onları" ilə qəsd edilən nədir? Müəllifimizin burdan çıxardığı işarə budur ki, bu: "səmadakı maddələr"dir. Allah, bu maddələrdən 7 səma tənzim etmişdir.

 

Peyğəmbərimizin Öz nəfsindən danışmadığına, bu ayə də, dəlildir. Çünki O, səmadakı maddələrin müxtəlifliyini bilmirdi.

---------------------------

وَهُوَ كَثِيرٌ فِي الْقُرْآنِ الْعَظِيمِ وَفِي كَلَامِ الْعَرَبِ.

Və bu, əzəmətli Quranda və ərəblərin kəlamında, çoxdur.

فَمِنْ أَمْثِلَتِهِ فِي الْقُرْآنِ وَاللَّفْظُ مُعَرَّفٌ:

✓ -Ləfz, mərifədə (müəyyənlikdə) olduğu halda- bunun (yəni, tək halda və mərifədə olan sözlə, cəmin qəsd edilməsinin) Quran'dakı misallarından (bəziləri, bunlardır):

قَوْلُهُ تَعَالَى: ﴿وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ﴾ [آلِ عِمْرَانَ/ ١١٩]

~ (Haqq) Taala'nın: "və tu'minunə bi'l-kitəbi kullihi = Siz, kitabın hamısına iman edirsiniz." (Al-i İmran/119) sözü;

أَيْ: بِالْكُتُبِ كُلِّهَا،

Yəni: "bi'l-kutubi kullihə = kitabların hamısına" deməkdir.

بِدَلِيلِ قَوْلِهِ تَعَالَى:

(Haqq) Taa'nın (bu) sözünün dəlalətilə:

﴿كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ﴾ [الْبَقَرَةِ/ ٢٨٥]،

"Kullun əmənə billəhi və mələikətihi və kutubihi = Hamısı, Allaha, mələklərinə və kitablarına iman etdilər." (Bəqərə/285)

وَقَوْلِهِ: ﴿وَقُلْ آمَنْتُ بِمَا أَنْزَلَ اللَّهُ مِنْ كِتَابٍ﴾ [الشُّورَى/ ١٥].

~ Onun: "Və qul əməntu bi mə ənzələllahu min kitəbin = De ki: Mən, kitabdan (yəni, kitab olaraq) Allah nə endiribsə, ona iman etdim." (Şura/15) sözü;

وَقَوْلِهِ: ﴿سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ (٤٥)﴾ [الْقَمَرِ/ ٤٥] يَعْنِي: الْأَدْبَارَ، كَمَا هُوَ ظَاهِرٌ.

~ Onun: "sə yuhzəmu'l-cəmu və yuvəllunə'd-dubur = Topluluq məğlub olacaq və arxa çevirib qaçacaqlar." (Qəmər/45) sözü;

Yəni: (ayədəki "dubur" kəliməsi, tək halda olsa da; mənası) "ədbər/arxalar" (deməkdir). Necə ki, o, zahir (açıq)'dır.

وَقَوْلُهُ تَعَالَى: ﴿أُولَئِكَ يُجْزَوْنَ الْغُرْفَةَ﴾ [الْفُرْقَانِ/ ٧٥] يَعْنِي الْغُرَفَ،

~ (Haqq) Taala'nın: "Uləikə yuczəvnə'l-ğurfə = Onlar, otaqla mükafatlandırılacaqlar." (Furqan/75) sözü;

Yəni: "ğuraf/otaqlar" (ilə deməkdir).

بِدَلِيلِ قَوْلِهِ تَعَالَى:

(Haqq) Taala'nın, (bu) sözünün dəlalətilə:

﴿لَهُمْ غُرَفٌ مِنْ فَوْقِهَا غُرَفٌ مَبْنِيَّةٌ﴾ [الزُّمَرِ/ ٢٠]

"Ləhum ğurafun min fəvqihə ğurafun məbniyyətun = Onlar üçün, bir-biri fövqündə tikilmiş otaqlar vardır." (Zumər/20)

وَقَوْلِهِ تَعَالَى: ﴿وَهُمْ فِي الْغُرُفَاتِ آمِنُونَ (٣٧)﴾ [سَبَأٍ/ ٣٧].

(Haqq) Taala'nın: "və hum fi'l-ğurufəti əminun = Onlar, otaqlarda, əmin-amanlıq içindədirlər." (Səbə/37) sözü.

وَقَوْلُهُ تَعَالَى: ﴿وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا (٢٢)﴾ [الْفَجْرِ/ ٢٢]

~ (Haqq) Taala'nın: "və cəə Rabbukə və'l-mələku saffən saffən = Rəbbin və səf-səf mələk gələcək." (Fəcr/22) sözü;

أَيْ: الْمَلَائِكَةُ،

Yəni: "mələklər" (gələcək deməkdir).

بِدَلِيلِ قَوْلِهِ تَعَالَى:

(Haqq) Taala'nın (bu) sözünün dəlalətilə:

﴿هَلْ يَنْظُرُونَ إِلَّا أَنْ يَأْتِيَهُمُ اللَّهُ فِي ظُلَلٍ مِنَ الْغَمَامِ وَالْمَلَائِكَةُ﴾ [الْبَقَرَةِ/ ٢١٠].

"Həl yənzurunə illə ən yə'tiyəhumullahu fi zuləlin minə'l-ğaməmi və'l-mələikətu = Onlar, yalnız Allahın buludlardan olan kölgələr içində və mələklərlə birlikdə onlara gəlməsinimi gözləyirlər?" (Bəqərə/210).

وَقَوْلِهِ تَعَالَى: ﴿أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا﴾ الْآيَةَ [النُّورِ/ ٣١]

~ (Haqq) Taala'nın (bu) sözü: "əvi't-tiflilləzinə ləm yəzhəru = və ya (qadınların övrətlərinə) bələd olmayan uşaq" (Nur/31) sözü:

يَعْنِي: الْأَطْفَالَ الَّذِينَ لَمْ يَظْهَرُوا.

Yəni: "(qadınların övrətlərinə) bələd olmayan uşaqlar" (deməkdir).

وَقَوْلِهِ تَعَالَى: ﴿هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ﴾ الْآيَةَ [الْمُنَافِقُونَ/ ٤] يَعْنِي: الْأَعْدَاءَ.

~ "Humul-aduvvu fəhzərhum = Onlar, düşməndir. Elə isə, onlardan çəkin." (Münafiqun/4)

Yəni: "düşməndirlər" (deməkdir).

 

وَمِنْ أَمْثِلَتِهِ وَاللَّفْظُ مُنَكَّرٌ:

✓ -Ləfz, nəkirədə (qeyr-i müəyyənlikdə) olduğu halda- bunun (yəni, tək halda və nəkirədə olan sözlə, cəmin qəsd edilməsinin) misallarından (bəziləri, bunlardır):

قَوْلُهُ تَعَالَى: ﴿إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ (٥٤)﴾ [الْقَمَرِ/ ٥٤]

~ (Haqq) Taala'nın: "İnnə li'l-muttəqinə fi cənnətin və nəhərin = Şübhəsiz, müttəqilər, cənnətlərdə və çaydadırlar." (Qəmər/54) sözü;

يَعْنِي: وَأَنْهَارٍ،

Yəni: "çaylarda" (olacaqlar).

بِدَلِيلِ قَوْلِهِ تَعَالَى:

(Haqq) Taala'nın, (bu) sözünün dəlalətilə:

﴿فِيهَا أَنْهَارٌ مِنْ مَاءٍ غَيْرِ آسِنٍ﴾ الْآيَةَ [مُحَمَّدٍ/ ١٥]،

"Fihə ənhərun min məin ğayri əsin = Orada, (dadı və ya qoxusu) dəyişməmiş sudan olan çaylar vardır." (Muhamməd/15)

وَقَوْلِهِ تَعَالَى: ﴿وَاجْعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا (٧٤)﴾ [الْفُرْقَانِ/ ٧٤]

~ (Haqq) Taala'nın: "Və'c-əlnə li'l-muttəqinə iməmən = Bizi, müttəqilər üçün imam qıl." (Furqan/74) sözü;

يَعْنِي: أَئِمَّةً،

Yəni: "imamlar" (qıl, deməkdir).

وَقَوْلِهِ تَعَالَى: ﴿مُسْتَكْبِرِينَ بِهِ سَامِرًا تَهْجُرُونَ (٦٧)﴾ [الْمُؤْمِنُونَ/ ٦٧]

~ (Haqq) Taala'nın: "Mustəkbirinə bihi səmiran təhcurun = Ona qarşı təkəbbür göstərir, gecə (toplanıb) söhbət edən olaraq, pis sözlər danışırdınız." (Mu'minun/67) sözü;

يَعْنِي: سَامِرِينَ،

Yəni: "səmirin/gecə (toplanıb) söhbət edənlər" (olaraq deməkdir).

وَقَوْلِهِ: ﴿ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا﴾ [الْحَجِّ/ ٥]

~ (Onun): "Summə nuxricukum tiflən = Sonra, sizi, uşaq olaraq çıxarırıq." (Həcc/5) sözü;

يَعْنِي: أَطْفَالًا،

Yəni: "uşaqlar" (olaraq deməkdir).

وَقَوْلِهِ: ﴿لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ﴾ [الْبَقَرَةِ/ ١٣٦]

~ Onun: "Lə nufərriqu bəynə əhədin minhum = Biz, Onlardan heç biri arasında, fərq qoymuruq." (Bəqərə/136) sözü;

أَيْ: بَيْنَهُمْ،

Yəni: "bəynəhum / onlar arasında" (deməkdir).

وَقَوْلِهِ تَعَالَى: ﴿وَحَسُنَ أُولَئِكَ رَفِيقًا (٦٩)﴾ [النِّسَاءِ/ ٦٩]

~ (Haqq) Taala'nın: "Və həsunə uləikə rəfiqan = Onlar, necə gözəl dostdur." (Nisa/69) sözü;

أَيْ: رُفَقَاءَ،

Yəni: "rufəqa/dostlar" (deməkdir).

وَقَوْلِهِ: ﴿وَإِنْ كُنْتُمْ جُنُبًا فَاطَّهَّرُوا﴾ [الْمَائِدَةِ/ ٦]

~ Onun: "Və in kuntum cunubən fəttahhəru = Əgər cünub olsanız, təmizlənin." (Maidə/6) sözü;

أَيْ: جُنُبَيْنِ أَوْ أَجْنَابًا،

Yəni: "2 cünub və ya 2-dən çox cünub şəxslər" (deməkdir). (haşiyə)

------------------------

(Haşiyə:

Burda, "جُنُبًا/cunubən" tək halda gətirilmişdir. Halbuki, ayədə, "kuntum/2 nəfərdən çox siz" və "tahhəru/2 nəfərdən çox kimsə təmizlənsin" sözü, cəmdə gətirilmişdir.)

-------------------------

وَقَوْلِهِ: ﴿وَالْمَلَائِكَةِ بَعْدَ ذَلِكَ ظَهِيرٌ (٤)﴾ [التَّحْرِيمِ/ ٤]

~ Onun: "Və'l-mələikətu bə'də zəlikə zahirun = Bundan sonra, mələklər (də), kömək edəndir." (Təhrim/4)

أَيْ: مُظَاهِرُونَ؛

Yəni: "muzahirun/kömək edənlər" (deməkdir).

لِدَلَالَةِ السِّيَاقِ فِيهَا كُلِّهَا عَلَى الْجَمْعِ.

Çünki, onların hamısında, siyaq (yəni, kontekst), (sözün) cəm mənasında işlənməsinə dəlalət edir.

وَاسْتَدَلَّ سِيبَوَيْهِ لِهَذَا بِقَوْلِهِ:

Sibeveyh, buna, Onun, (bu) sözü ilə istidlal etmişdir:

﴿فَإِنْ طِبْنَ لَكُمْ عَنْ شَيْءٍ مِنْهُ نَفْسًا﴾ [النِّسَاءِ/ ٤]

"Fə in tibnə ləkum an şeyin minhu nəfsən = Əgər onlar, könül xoşluğu ilə bundan sizə bir pay versələr." (Nisa/4)

أَيْ: أَنْفُسًا.

Yəni: "ənfusən/nəfslər, şəxslər" (deməkdir). (haşiyə)

------------------------

(Haşiyə:

Burda, Sibeveyh'in diqqət çəkdiyi məqam, budur: "نَفْسًا/nəfsən", tək halda gətirilmişdir. Lakin, ayədə, bir nəfər deyil, bir neçə qadın nəzərdə tutulur.)

-------------------------

وَمِنْ أَمْثِلَتِهِ وَاللَّفْظُ مُضَافٌ:

✓ -Ləfz, mudaf olduğu halda- bunun (yəni, tək halda və mudaf olan sözlə, cəmin qəsd edilməsinin) misallarından (bəziləri, bunlardır):

قَوْلُهُ تَعَالَى: ﴿إِنَّ هَؤُلَاءِ ضَيْفِي﴾ الْآيَةَ [الْحِجْرِ/ ٦٨]

~ (Haqq) Taala'nın: "İnnə həuləi dayfi = Şübhəsiz, bunlar, Mənim qonağımdır." (Hicr/68) sözü;

يَعْنِي: أَضْيَافِي،

Yəni: "ədyəfi = qonaqlarım" (deməkdir).

وَقَوْلُهُ: ﴿فَلْيَحْذَرِ الَّذِينَ يُخَالِفُونَ عَنْ أَمْرِهِ﴾ الْآيَةَ [النُّورِ/ ٦٣]

~ Onun: "Fə'l-yəhzərilləzinə yuxalifunə an əmrihi = Elə isə, Onun əmrinə müxalifət etməkdən çəkinsinlər." (Nur/63) sözü;

أَيْ: أَوَامِرِهِ.

Yəni: "Onun əmrlərinə" (deməkdir). (haşiyə)

----------------------

(Haşiyə:

Mudaf və Mudafun ileyh:

İsimlərin yiyəlik hal vasitəsilə bir-birinə birləşməsinə, "izafə" (təyini söz birləşməsi) deyilir. Azərbaycan dilində isə, bu söz birləşməsi, "sahib-mənsub söz birləşməsi" adlanır. Məsələn, "insanın əli".

~ Birinci tərəf (insanın), yiyəlik hal şəkilçisi (ın, in, un, ün) qəbul edir, sahib tərəf adlanır, şəxs və ya əşya üzərində sahibliyi, mənsubluğu, onun kimə, yaxud nəyə aid olmasını bildirir.

~ İkinci tərəf olan "əli" isə, mənsubiyyət şəkilçisi (ı, i, u, ü) qəbul edir, mənsub tərəf adlanır və birləşdiyi sözə mənsub və yaxud aid olmanı ifadə edir.

Azərbaycan dilindən fərqli olaraq, ərəb dilində, mənsub tərəf, əvvəl; sahib tərəf isə, sonra gəlir. Mənsub tərəf - "mudaf"; sahib tərəf isə - "mudafun ileyh" adlanır və belə söz birləşməsi, "izafə" adlanır.

-----------------------

وَأَنْشَدَ سِيبَوَيْهِ لِإِطْلَاقِ الْمُفْرَدِ وَإِرَادَةِ الْجَمْعِ قَوْلَ الشَّاعِرِ -وَهُوَ عَلْقَمَةُ بْنُ عَبَدَةَ التَّمِيمِيُّ-:

~ Sibeveyh, müfrədin itlaqına və cəmin iradə edilməsinə, Alqamə b. Abədə ət-Təmimi (adlı) şairin bu sözünü oxumuşdur:

بِهَا جِيَفُ الْحَسْرَى فَأَمَّا عِظَامُهَا ... فَبِيضٌ وَأَمَّا جِلْدُهَا فَصَلِيبُ

"Bihə ciyəfu'l-hasra fə əmmə izamuhə...fəbidun və əmmə cilduhə fəsalibun = Orda, yorğunluqdan həlak olmuş heyvanların leşləri vardır. Onların sümüklərinə gəlincə, (onlar), ağ; dərisi isə, sərtdir."

يَعْنِي: وَأَمَّا جُلُودُهَا فَصَلِيبَةٌ.

Yəni: "və əmmə culuduhə fəsalibətun = Amma dərilərinə gəlincə, (onlar) sərtdir".

وَأَنْشَدَ لَهُ -أَيْضًا- قَوْلَ الْآخَرِ:

~ (Sibeveyh), bunun üçün, başqa bir söz (yəni, şeir) də oxumuşdur:

كُلُوا فِي بَعْضِ بَطْنِكُمْ تَعِفُّوا ... فَإِنَّ زَمَانَكُمْ زَمَنٌ خَمِيصٌ

"Kulu fi bə'di bətnikum təiffu...Fə innə zamanəkum zamanun xamisun = Qarnınızın (bir hissəsini dolduracaq) qədər yeyin (və) iffətli olun...Şübhəsiz, sizin zamanınız, qıtlıq zamanıdır."

يَعْنِي: فِي بَعْضِ بُطُونِكُمْ.

Yəni: "fi bə'di butunikum = qarınlarınızın bir hissəsində" (deməkdir).

وَمِنْ شَوَاهِدِهِ قَوْلُ عُقَيْلِ بْنِ عُلَفَّةَ الْمُرِّيِّ:

~ Uqeyl b. Uləffə əl-Murriyyi'nin qövlü də, bunun şahidlərindəndir:

وَكَانَ بَنُو فَزَارَةَ شَرَّ عَمٍّ ... وَكُنْتُ لَهُمْ كَشَرِّ بَنِي الْأَخِينَا

"Və kənə bənu Fəzəra şərra ammin...Və kuntu ləhum kə şərri bəni'l-əxinə = Fəzəra oğulları, ən pis əmi idilər. Mən də, onlara qarşı, qardaş oğullarının ən pisi kimi oldum."

يَعْنِي: شَرَّ أَعْمَامٍ.

Yəni: "şərra ə'məmin = əmilərin ən pisi" (deməkdir).

وَقَوْلُ الْعَبَّاسِ بْنِ مِرْدَاسٍ السُّلَمِيِّ:

~ Abbas b. Mirdas əs-Suləmi'nin qövlü (də, bunlardandır):

فَقُلْنَا أَسْلِمُوا إِنَّا أَخُوكُمْ ... وَقَدْ سَلِمَتْ مِنَ الْإِحَنِ الصُّدُورُ

"Fə qulnə əslimu innə əxukum...Və qad səlimət minə'l-ihəni's-sudur = Dedik ki, təslim olun, şübhəsiz biz, sizin qardaşınızıq. Kökslər, küdurətdən salamat qaldı."

يَعْنِي: إِنَّا إِخْوَانُكُمْ.

Yəni: "innə ixvənukum = şübhəsiz biz, sizin qardaşlarınızıq." (deməkdir).

وَقَوْلُ الْآخَرِ:

~ Başqa bir qövl:

يَا عَاذِلَاتِي لَا تُرِدْنَ مَلَامَةً ... إِنَّ الْعَوَاذِلَ لَيْسَ لِي بِأَمِيرِ

"Yə əziləti, lə turidnə mələmətən...İnnə'l-əvəzilə leysə li bi əmiri = Ey məni qınayan qadınlar! Məni qınamayın. Həqiqətən, məni qınayan qadınlar, mənim əmirim deyillər."

يَعْنِي: لَسْنَ لِي بِأُمَرَاءَ.

Yəni: "leysə li bi umərai = mənim əmirlərim deyillər" (deməkdir).

وَهَذَا فِي النَّعْتِ بِالْمَصْدَرِ مُطَّرِدٌ،

Və bu, məsdərlə vəsfləndirmədə, müntəzəm (şəkildə istifadə edilir),

كَقَوْلِ زُهَيْرٍ:

Zuheyr'in (bu sözündə olduğu) kimi:

مَتَى يَشْتَجِرْ قَوْمٌ يَقُلْ سَرَوَاتُهُمْ ... هُمُ بَيْنَنَا فَهُمْ رِضًى وَهُمْ عَدْلُ.

"Mətə yəştəcir qavmun yəqul səravətuhum...Hum bəynənə fə hum ridan və hum adlun = Bir qövm, çəkişdiyi zaman, onların başçıları deyərlər: 'Onlar, bizim aramızda razı qalınan və ədalətli kəslərdir."

وَلِأَجْلِ مُرَاعَاةِ هَذَا لَمْ يُجْمَعْ فِي الْقُرْآنِ: السَّمْعُ وَالطَّرْفُ وَالضَّيْفُ؛

Buna riayət etmək üçün, Quranda, "səm/eşitmək", "tərf/baxış" və "dayf/qonaq" (sözləri), cəmdə işlədilməmişdir.

لِأَنَّ أَصْلَهَا مَصَادِرُ،

Çünki, onların əsli, məsdərlərdir;

كَقَوْلِهِ تَعَالَى:

~ (Haqq) Taala'nın, (bu) sözündə olduğu kimi:

﴿خَتَمَ اللَّهُ عَلَى قُلُوبِهِمْ وَعَلَى سَمْعِهِمْ﴾ [الْبَقَرَةِ/ ٧]،

"Xatəmallahu alə qulubihim və alə səmihim = Allah, onların qəlbləri və qulaqları üzərinə möhür vurmuşdur." (Bəqərə/7);

وَقَوْلِهِ: ﴿لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ وَأَفْئِدَتُهُمْ هَوَاءٌ (٤٣)﴾ [إِبْرَاهِيمَ/ ٤٣]،

~ Onun: "Lə yərtəddu ileyhim tarfuhum və əfidətuhum həvəun = Onların baxışları, onlara geri dönməz və qəlbləri, boşdur." (İbrahim/43) sözü;

وَقَوْلِهِ تَعَالَى: ﴿يَنْظُرُونَ مِنْ طَرْفٍ خَفِيٍّ﴾ [الشُّورَى/ ٤٥]،

~ (Haqq) Taala'nın: "Yənzurunə min tarfin xafiyyin = Onlar, gizli bir baxışla baxarlar." (Şura/45) sözü;

وَقَوْلِهِ: ﴿إِنَّ هَؤُلَاءِ ضَيْفِي﴾ [الْحِجْرِ/ ٦٨].

~ Onun: "İnnə həuləi dayfi = Şübhəsiz, onlar, Mənim qonağımdır." (Hicr/68) sözü.

----------------------

----------------------

Bəqərə surəsi 35-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ﴾ الْآيَةَ \[الْبَقَرَةِ/ ٣٥\]،

(Haqq) Taala'nın: "Yə Ədəmu's-kun Əntə və zəvcukə'l-cənnətə = Ey Adəm! Sən və zövcən, cənnətdə məskunlaşın." (Bəqərə/35) sözü:

 

يُتَوَهَّمُ مُعَارَضَتُهُ مَعَ قَوْلِهِ: ﴿حَيْثُ شِئْتُمَا﴾.

"İstədiyiniz yerdə (yeyin-için)." (Bəqərə/35) sözü ilə ziddiyyət təşkil etdiyi vəhm edilə bilər.

وَالْجَوَابُ:

Cavab, (belədir):

أَنَّ قَوْلَهُ: ﴿اسْكُنْ﴾ أَمْرٌ بِالسُّكْنَى لَا بِالسُّكُونِ الَّذِي هُوَ ضِدُّ الْحَرَكَةِ،

Onun "məskunlaşın" sözü, məskunlaşmağa (dair) bir əmrdir; hərəkətin ziddi olan "sükun" (haqqında verilmiş bir əmr) deyil.

فَالْأَمْرُ بِاتِّخَاذِ الْجَنَّةِ مَسْكَنًا لَا يُنَافِي التَّحَرُّكَ فِيهَا وَأَكْلِهِمَا مِنْ حَيْثُ شَاءَا.

Cənnəti məskən olaraq qəbul etmək əmri, onda (yəni, cənnətdə) hərəkət etməyə və istədikləri yerdə yeməyə zidd deyil.

--------------------

--------------------

Bəqərə surəsi 41-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿وَلَا تَكُونُوا أَوَّلَ كَافِرٍ بِهِ وَلَا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلًا﴾ الْآيَةَ \[الْبَقَرَةِ/ ٤١\].

(Haqq) Taala'nın: "və lə təkunu əvvələ kəfirin bihi və lə təştəru bi əyəti səmən qalilə = Onu inkar edən'in birincisi olmayın. Və ayələrimi, az bir dəyər qarşılığında satmayın." (Bəqərə/41) sözü:

 

جَاءَ فِي هَذِهِ الْآيَةِ بِصِيغَةِ خِطَابِ الْجَمْعِ فِي قَوْلِهِ: ﴿وَلَا تَكُونُوا ﴿وَلَا تَشْتَرُوا﴾،

Bu ayədə, Onun: "olmayın" (və) "satmayın" sözü, cəm xitabı siğası ilə gəlmişdir.

وَقَدْ أُفْرِدَ لَفْظَةَ ﴿كَافِرٍ﴾،

"Kafir" ləfzi isə, təkdə gətirilmişdir.

وَلَمْ يَقُلْ: وَلَا تَكُونُوا أَوَّلَ كَافِرِينَ.

Və (ayədə), (belə) buyurmadı: "inkar edənlərin birincisi olmayın."

وَوَجْهُ الْجَمْعِ بَيْنَ الْإِفْرَادِ وَالْجَمْعِ فِي شَيْءٍ وَاحِدٍ:

Bir tək şeydə, tək və cəm(də gətirilməyin) arasının cəm etmə cəhəti, (belədir):

أَنَّ مَعْنَى ﴿وَلَا تَكُونُوا أَوَّلَ كَافِرٍ بِهِ﴾ أَيْ: أَوَّلَ فَرِيقٍ كَافِرٍ،

"Onu inkar edənin birincisi olmayın." (sözünün) mənası: "(onu) inkar edən firqənin birincisi (olmayın)" deməkdir.

فَاللَّفْظُ مُفْرَدٌ وَالْمَعْنَى جَمْعٌ،

Beləliklə, ləfz, müfrəd; məna isə, cəmdir.

فَيَجُوزُ مُرَاعَاةُ كُلٍّ مِنْهُمَا،

Buna görə də, onlardan hər birinə riayət etmək (və ya nəzərə almaq), mümkündür.

وَقَدْ جَمَعَ اللُّغَتَيْنِ قَوْلُ الشَّاعِرِ:

Şairin (bu) sözü, 2 lüğət (ifadə şəklini) cəm etmişdir:

فَإِذَا هُمْ طَعِمُوا فَأَلْأَمُ طَاعِمٍ ... وَإِذَا هُمْ جَاعُوا فَشَرُّ جِيَاعٍ.

"Fə izə hum taimu fə ələmu taimin...və izə hum cəu fə şərru ciyəin = Onlar, yemək yediklərində, yeyənin ən xəsisi; onlar, ac olduqlarında isə, acın ən şərlisi olarlar."

وَقِيلَ: هُوَ مِنْ إِطْلَاقِ الْمُفْرَدِ وَإِرَادَةِ الْجَمْعِ، كَقَوْلِ ابْنِ عُلَفَّةَ: وَكَانَ بَنُو فَزَارَةَ شَرَّ عَمٍّ...كَمَا تَقَدَّمَ قَرِيبًا.

Deyildi ki: Bu, müfrədin itlaqı və (onunla) cəmin iradə edildiyi (şeylər)'dəndir. ibn Uləffə'nin: "Bən-u Fəzəra, ən pis əmi idi." sözündə (olduğu) kimi. Necə ki, az öncə keçmişdi.

-----------------------

-----------------------

Bəqərə surəsi 46-cı ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو رَبِّهِمْ﴾ الْآيَةَ \[الْبَقَرَةِ/ ٤٦\].

(Haqa) Taala'nın: "əlləzinə yəzunnunə ənnəhum muləqu Rabbihim = O kimsələr ki, Rəbb'ləri ilə qarşılaşacaqlarını zənn edirlər..." (Bəqərə/46) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ الظَّنَّ يَكْفِي فِي أُمُورِ الْمَعَادِ.

Bu ayə, zahirilə, zənn'in, axirət işlərində kifayət etdiyinə dəlalət edir.

وَقَدْ جَاءَتْ آيَاتٌ أُخَرُ تَدُلُّ عَلَى خِلَافِ ذَلِكَ،

(Halbuki), bunun xilafına dəlalət edən başqa ayələr (də) gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: ﴿إِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا﴾ \[يُونُسَ/ ٣٦\]،

~ (Haqq) Taala'nın: "İnnə'z-zannə lə yuğni minə'l-haqqi şeyən = Şübhəsiz, zənn, haqqdan heç bir şeyi əvəz etməz." (Yunus/36) sözü kimi;

وَكَقَوْلِهِ: ﴿إِنْ هُمْ إِلَّا يَظُنُّونَ (٢٤)﴾ \[الْجَاثِيَةِ/ ٢٤\].

~ Onun: "İn hum illə yəzunnun = Onlar, yalnız zənn edirlər." (Casiyə/24) sözü kimi.

 

وَوَجْهُ الْجَمْعِ:

Cəm etmə cəhəti:

أَنَّ الظَّنَّ بِمَعْنَى الْيَقِينِ،

Zənn, "yəqin" mənasındadır.

وَالْعَرَبُ تُطْلِقُ الظَّنَّ بِمَعْنَى الْيَقِينِ وَمَعْنَى الشَّكِّ.

Ərəblər, "zənn" (kəliməsi)'ni, "yəqin" və (eyni zamanda) "şəkk" mənasında istifadə edirlər.

وَإِتْيَانُ الظَّنِّ بِمَعْنَى الْيَقِينِ كَثِيرٌ فِي الْقُرْآنِ وَفِي كَلَامِ الْعَرَبِ.

"Zənn" (sözü)'nün "yəqin" mənasında gəlməsi, Quran və ərəblərin kəlamında, çoxdur.

فَمِنْ أَمْثِلَتِهِ فِي الْقُرْآنِ هَذِهِ الْآيَةُ،

Quran'da bunun misallarından biri, bu ayə (yəni, Bəqərə/46 ayəsi)'dir.

(Bununla bərabər) --->

وَقَوْلُهُ تَعَالَى: ﴿قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ﴾ الْآيَةَ \[الْبَقَرَةِ/ ٢٤٩\]،

~ (Haqq) Taala'nın: "Qaləlləzinə yəzunnunə ənnəhum muləqullahi kəm min fiətin qalilətin = Allah ilə qarşılaşacaqlarını yəqinliklə bilənlər, dedilər: 'Neçə-neçə az saylı dəstə..." (Bəqərə/249) sözü;

وَقَوْلُهُ: ﴿وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُمْ مُوَاقِعُوهَا﴾ \[الْكَهْفِ/ ٥٣\] أَيْ: أَيْقَنُوا،

~ Onun: "Və raə'l-mucrimunə'n-nəra fə zannu ənnəhum muvəqiuhə = Mucrimlər (günahkarlar), atəşi gördülər və ona düşəcəklərini yəqin etdilər." sözü.

(Burdakı "zannu/zənn etdilər" kəliməsi), "əyqənu/yəqin etdilər" (deməkdir).

وَقَوْلُهُ تَعَالَى: ﴿إِنِّي ظَنَنْتُ أَنِّي مُلَاقٍ حِسَابِيَهْ (٢٠)﴾ \[الْحَاقَّةِ/ ٢٠\] أَيْ: أَيْقَنْتُ.

~ (Haqq) Taala'nın: "İnni zanəntu ənni muləqin hisəbiyəh = Şübhəsiz mən, (etdiklərimin) hesabı ilə qarşılaşacağımı yəqin etmişdim." (Haqqa/20) sözü.

(Burdakı "zanəntu/zənn etmişdim" sözü), "əyqəntu/yəqin etmişdim" (deməkdir).

وَنَظِيرُهُ مِنْ كَلَامِ الْعَرَبِ قَوْلُ عُمَيْرَةَ بْنِ طَارِقٍ:

Ərəblərin kəlamından bunun bir bənzəri, Umeyr b. Tariq'in (bu) sözüdür:

بِأَنْ تَغْتَزُوا قَوْمِي وَأَقْعُدَ فِيكُمْ...وَأَجْعَلَ مِنِّي الظَّنَّ غَيْبًا مُرَجَّمَا

"Bi ən təğtəzu qavmi və əqudə fikum...Və əcələ minni'z-zannə ğaybən murəccəmə = Sizin, qövmümə basqın etməyiniz, mənim sizin aranızda oturmağım...və mənim də, məndən olan zənni qeybdə daşlanmış bir şeyə çevirim..."

أَيْ: أَجْعَلَ مِنِّي الْيَقِينَ غَيْبًا.

Yəni: "Yəqini, məndən, qeybə çevirim." (deməkdir).

وَقَوْلُ دُرَيْدِ بْنِ الصِّمَّةِ:

Dureyd b. Simmə'nin sözü:

فَقُلْتُ لَهُمْ ظُنُّوا بِأَلْفَيْ مُدَجَّجٍ...سَرَاتُهُمْ فِي الْفَارِسِيِّ الْمُسَرَّدِ

"Fə qultu ləhum zunnu bi əlfəy mudəccəcin...Səratuhum fi'l-fərasiyyi'l-musərrəd = Onlara dedim ki: İki min silahlanmış döyüşçünün olduğunu qəti bilin. Onların başçıları, halqaları bir-birinə keçirilmiş fars zirehləri geyinmişlər."

فَقَوْلُهُ: «ظُنُّوا» أَيْ: أَيْقِنُوا.

Onun: "zunnu/zənn edin" sözü, "əyqinu/yəqin edin" deməkdir.

-------------------------

-------------------------

Bəqərə surəsi 47-ci ayə

 

قَوْلُهُ تَعَالَى لِبَنِي إِسْرَائِيلَ: ﴿وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ (٤٧)﴾ \[الْبَقَرَةِ/ ٤٧\]،

(Haqq) Taala'nın, İsrail oğullarına buyurduğu: "Şübhəsiz, Mən, sizi aləmlərdən üstün qılmışdım." (Bəqərə/47) sözü:

 

لَا يُعَارِضُ قَوْلَهُ تَعَالَى فِي تَفْضِيلِ هَذِهِ الْأُمَّةِ: ﴿كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ﴾ \[آلِ عِمْرَانَ/ ١١٠\]؛

(Haqq) Taala'nın, bu ümməti (yəni, Muhamməd ümmətini) üstün tutması haqqındakı:

"Siz, insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz." (Al-i İmran/110) sözünə, zidd deyildir:

لِأَنَّ الْمُرَادَ بِالْعَالَمِينَ عَالَمُو زَمَانِهِمْ، بِدَلِيلِ الْآيَاتِ وَالْأَحَادِيثِ الْمُصَرِّحَةِ بِأَنَّ هَذِهِ الْأُمَّةَ أَفْضَلُ مِنْهُمْ،

Çünki, -bu ümmətin, onlardan daha üstün olduğunu bildirən ayələr və (bunu) açıq şəkildə bildirən hədislərin dəlalətilə- "aləmlər" (sözü) ilə murad edilən, "zamanlarının aləmləri"dir.

كَحَدِيثِ مُعَاوِيَةَ بْنِ حَيْدَةَ الْقُشَيْرِيِّ فِي الْمَسَانِيدِ وَالسُّنَنِ،

"Müsnəd" və "Sünən" (kitab)'larındakı Müaviyə b. Heydə əl-Quşeyri'nin hədisi kimi.

قَالَ: قَالَ رَسُولُ اللَّهِ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ-:

Dedi: Allah rəsulu (sallallahu aleyhi və səlləm), (belə) buyurmuşdur:

«أَنْتُمْ تُوفُونَ سَبْعِينَ أُمَّةً، أَنْتُمْ خَيْرُهَا وَأَكْرَمُهَا عَلَى اللَّهِ».

"Siz, 70 ümməti tamamlayırsınız. Siz, Allah nəzdində, onun ən xeyirlisi və ən kərimisiniz." (Tirmizi, "Sünən", hədis no: 3001; Əhməd b. Hənbəl, "Müsnəd", hədis no: 20015)

أَلَا تَرَى أَنَّ اللَّهَ جَعَلَ الْمُقْتَصِدَ مِنْهُمْ هُوَ أَعْلَاهُمْ مَنْزِلَةً،

Məgər görmürsənmi ki, Allah, onlardan orta yolu tutanı, mənzilə cəhətindən, onların ən ucası qılmışdır?!

Belə ki, buyurmuşdur:

"Onlardan, orta yolu tutan bir camaat vardır. Lakin onlardan çoxunun etdikləri, necə də pisdir." (Maidə/66)

وَجَعَلَ فِي هَذِهِ الْأُمَّةِ دَرَجَةً أَعْلَى مِنْ دَرَجَةِ الْمُقْتَصِدِ،

Bu ümmətdə isə, (Allah), orta yolu tutanın dərəcəsindən daha uca bir dərəcə qılmışdır.

هِيَ دَرَجَةُ السَّابِقِ بِالْخَيْرَاتِ،

O da, xeyirlərdə öndə gedənin dərəcəsidir.

حَيْثُ قَالَ تَعَالَى: ﴿وَمِنْهُمْ مُقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ﴾ الْآيَةَ \[فَاطِرَ/ ٣٢\].

(Haqq) Taala, belə buyurmuşdur:

"Onlardan bir qismi, orta yolu tutan; bir qismi isə, xeyirlərdə öndə gedəndir." (Fatir/32) (haşiyə)

------------------------

(Haşiyə:

Müəllifimiz Şinqiti'nin qəsdi, budur:

İsrail oğulları, öz dövrlərindəki insanlardan üstün edilmişdilər. Lakin Muhamməd ümmətinə verilən fəzilət, daha böyükdür. Çünki, bu ümmətdə orta yolu tutanlardan əlavə; xeyirli əməllərdə öndə gedənlər də vardır.

Belə xülasə edə bilərik:

• İsrail oğulları =

~ orta yolu tutanlar;

~ orta yolu tutmaqdan başqa heç bir məziyyəti olmayanlar;

 

• Muhamməd ümməti =

~ orta yolu tutanlar;

~ xeyirlərdə öndə gedənlər.)

---------------------------

---------------------------

Bəqərə surəsi 49-cu ayə

 

قَوْلُهُ تَعَالَى: {وَإِذْ نَجَّيْنَاكُمْ مِنْ آلِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوءَ الْعَذَابِ يُذَبِّحُونَ أَبْنَاءَكُمْ وَيَسْتَحْيُونَ نِسَاءَكُمْ} الْآيَةَ \[الْبَقَرَةِ/ ٤٩\].

(Haqq) Taala'nın: "Nə zaman ki, sizi, firon ailəsindən xilas etdik; (ki, o vaxtlar), onlar, sizə pis bir əzab daddırırdılar; oğullarınızı boğazlayır; qadınlarınızı isə, sağ buraxırdılar." (Bəqərə/49) sözü:

 

ظَاهِرُ هَذِهِ الْآيَةِ الْكَرِيمَةِ يَدُلُّ عَلَى أَنَّ اسْتِحْيَاءَ النِّسَاءِ مِنْ جُمْلَةِ الْعَذَابِ الَّذِي كَانَ يَسُومُهُمْ فِرْعَوْنُ.

Bu ayət-i kərimənin zahiri, qadınların sağ buraxılmasının, əzab cümləsindən olduğuna dəlalət edir. O (əzab) ki, firon, onlara daddırırdı.

وَقَدْ جَاءَ فِي آيَةٍ أُخْرَى مَا يَدُلُّ عَلَى أَنَّ الْإِنَاثَ هِبَةٌ مِنْ هِبَاتِ اللَّهِ لِمَنْ أَعْطَاهُنَّ لَهُ،

(Halbuki), digər ayədə, qızların, Allahın, bir kimsəyə bəxş etdiyi hədiyyələrdən bir hədiyyə olduğuna dəlalət edən şey gəlmişdir.

وَهُوَ قَوْلُهُ تَعَالَى: {يَهَبُ لِمَنْ يَشَاءُ إِنَاثًا وَيَهَبُ لِمَنْ يَشَاءُ الذُّكُورَ (٤٩)} \[الشُّورَى/ ٤٩\].

O da, (Haqq) Taala'nın, (bu) sözüdür:

"İstədiyinə, qızlar; istədiyinə də oğlanlar bəxş edir." (Şura/49)

فَبَقَاءُ بَعْضِ الْأَوْلَادِ عَلَى هَذَا خَيْرٌ مِنْ مَوْتِهِمْ كُلِّهِمْ،

Beləliklə, buna görə, övladlardan bəzilərinin sağ qalması, onların hamısının ölməsindən xeyirlidir.

كَمَا قَالَ الْهُذَلِيُّ:

Necə ki, (şair) əl-Huzəli deyirdi:

حَمِدْتُ إِلَهِي بَعْدَ عُرْوَةَ إِذْ نَجَا...خُرَاشٌ وَبَعْضُ الشَّرِّ أَهْوَنُ مِنْ بَعْضِ.

"Urvə'dən (yəni, onun ölümündən) sonra Xuraş sağ qaldığında, Allah'ıma şükr etdim. Şərrin bəzisi, bəzisindən daha yüngüldür."

وَالْجَوَابُ عَنْ هَذَا:

Bunun haqqındakı cavab, (budur ki):

أَنَّ الْإِنَاثَ وَإِنْ كُنَّ هِبَةً مِنَ اللَّهِ لِمَنْ أَعْطَاهُنَّ لَهُ،

Qız övladları, hərçənd Allahın onları bəxş etdiyi şəxs üçün, Allah tərəfindən verilmiş bir hədiyyə olsalar da,

فَبَقَاؤُهُنَّ تَحْتَ يَدِ الْعَدُوِّ ـ يَفْعَلُ بِهِنَّ مَا يَشَاءُ مِنَ الْفَاحِشَةِ وَالْعَارِ، وَيَسْتَخْدِمُهُنَّ فِي الْأَعْمَالِ الشَّاقَّةِ ـ نَوْعٌ مِنَ الْعَذَابِ،

Onların düşmənin əlində qalması -düşmənin onlara qarşı istədiyi əxlaqsızlıq və rüsvayçılıq əməllərini etməsi, onları ağır işlərdə işlətməsi- bir növ əzabdır.

وَمَوْتُهُنَّ رَاحَةٌ مِنْ هَذَا الْعَذَابِ،

Onların ölməsi isə, bu əzabdan rahatlıqdır.

وَقَدْ كَانَ الْعَرَبُ يَتَمَنَّوْنَ مَوْتَ الْإِنَاثِ خَوْفًا مِنْ مِثْلِ هَذَا.

Ərəblər də, məhz bunun kimi şeylərdən qorxduqları üçün, qızlarının ölməsini arzulayırdılar.

قَالَ بَعْضُ شُعَرَاءِ الْعَرَبِ فِي ابْنَةٍ لَهُ تُسَمَّى مَوَدَّةَ:

Ərəb şairlərindən biri, "Məvəddə" adlı qızı haqqında belə demişdi:

مَوَدَّةُ تَهْوَى عُمْرَ شَيْخٍ يُسِرُّهُ...لَهَا الْمَوْتُ قَبْلَ اللَّيْلِ لَوْ أَنَّهَا تَدْرِي

يَخَافُ عَلَيْهَا جَفْوَةَ النَّاسِ بَعْدَهُ...وَلَا خَتَنٌ يُرْجَى أَوَدُّ مِنَ الْقَبْرِ.

"Məvəddə, onu sevindirən qoca bir kişinin (yəni, atasının) ömrünü (yəni, yaşamasını) arzulayır...Əgər bilsəydi, gecədən əvvəl ölüm, onun üçün (daha yaxşı) olardı.

(Atası isə), özündən sonra, insanların ona qarşı kobud davranacağından qorxur...(Onun üçün), heç bir kürəkən, qəbirdən daha mehriban olaraq ümid edilən deyil."

وَقَالَ الْآخَرُ:

Başqa (bir şair) də, (belə) demişdir:

تَهْوَى حَيَاتِي وَأَهْوَى مَوْتَهَا شَفَقًا...وَالْمَوْتُ أَكْرَمُ نَزَّالٍ عَلَى الْحُرَمِ.

"O (yəni, qızım), həyatımı (yəni, mənim yaşamağımı) arzulayır. Mən isə, şəfqətən, onun ölümünə arzulayıram...Ölüm, huram (yəni, toxunulmazlar, qadınlar) üzərinə enən ən kərim qonaqdır."

وَقَالَ بَعْضُ رَاجِزِيهِمْ:

Onların racizlərindən (yəni, ərəblərin rəcəz vəznində şeir deyənlərindən) bəziləri, (belə) demişlərdir:

إِنِّي وَإِنْ سِيقَ إِلَيَّ الْمَهْرُ...عَبْدٌ وَأَلْفَانِ وَذَوْدٌ عَشْرُ أَحَبُّ أَصْهَارِي إِلَيَّ الْقَبْرُ.

"Hətta mənə, mehr olaraq bir qul, iki min (mal) və on dəvə gətirilsə belə; Mənim üçün kürəkənlərin ən sevimlisi, qəbirdir."

وَقَالَ بَعْضُ الْأُدَبَاءِ:

Bəzi ədiblər, (belə) demişlərdir:

\[سُرُورَانِ مَا لَهُمَا ثَالِثٌ...حَيَاةُ الْبَنِينَ وَمَوْتُ الْبَنَاتِ\]

"İki sevinc vardır ki, onların üçüncüsü yoxdur: oğlan uşaqlarının həyatı (yəni, yaşaması) və qız uşaqlarının ölməsi." (haşiyə)

-------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Bunlar, misal olaraq zikr edilən cahiliyyə şeirləridir.)

--------------------

وَفِي الْقُرْآنِ الْإِشَارَةُ إِلَى أَنَّ الْإِنْسَانَ يَسُوؤُهُ إِهَانَةُ ذُرِّيَّتِهِ الضُّعَفَاءِ بَعْدَ مَوْتِهِ فِي قَوْلِهِ تَعَالَى:

Quranda da, insanın öz ölümündən sonra, zəif övladlarının alçaldılmasının onu kədərləndirəcəyinə, (Haqq) Taala'nın (bu) sözündə işarə vardır:

{وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُوا عَلَيْهِمْ} \[النِّسَاءِ/ ٩\].

"Özlərindən sonra zəif zürriyyət qoyub getsəydilər, onlar üçün qorxacaq olanlar, (başqalarının yetim övladları barəsində də) (Allahdan) qorxsunlar." (Nisa/9)

-----------------

-----------------

Bəqərə surəsi 57-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿وَأَنْزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ﴾ \[الْبَقَرَةِ: ٥٧\].

(Haqq) Taala'nın: "Biz, sizin üçün, manna və bildirçin endirdik. Sizi ruziləndirdiyimiz təmiz şeylərdən yeyin." (Bəqərə/57)

 

هَذِهِ الْآيَةُ الْكَرِيمَةُ تَدُلُّ عَلَى أَنَّ اللَّهَ أَكْرَمَ بَنِي إِسْرَائِيلَ بِنَوْعَيْنِ مِنْ أَنْوَاعِ الطَّعَامِ،

Bu ayət-i kərimə, Allahın, İsrail oğullarına, təam növlərindən 2 növ ilə ikram etdiyinə dəlalət edir.

وَهُمَا: الْمَنُّ وَالسَّلْوَىٰ.

Və o ikisi: "manna" və "bildirçin"dir.

وَقَدْ جَاءَ فِي آيَةٍ أُخْرَىٰ مَا يَدُلُّ عَلَى أَنَّهُمْ لَمْ يَكُنْ عِنْدَهُمْ إِلَّا طَعَامٌ وَاحِدٌ،

(Halbuki), başqa bir ayədə isə, onların yanında, bir təamdan başqa təam olmadığına dəlalət edən şey gəlmişdir.

وَهِيَ قَوْلُهُ تَعَالَىٰ: ﴿وَإِذْ قُلْتُمْ يَا مُوسَىٰ لَنْ نَصْبِرَ عَلَىٰ طَعَامٍ وَاحِدٍ﴾ \[الْبَقَرَةِ: ٦١\].

O da, (Haqq) Taala'nın (bu) sözüdür:

"Bir vaxt, siz demişdiniz: 'Ey Musa! Biz, bir tək təama səbr etməyəcəyik." (Bəqərə/61)

 

وَلِلْجَمْعِ بَيْنَهُمَا أَوْجُهٌ:

İkisi arasındakı cəm üçün, (bir neçə) cəhət vardır:

الْأَوَّلُ: أَنَّ الْمَنَّ ـ وَهُوَ التَّرَنْجَبِينُ عَلَىٰ قَوْلِ الْأَكْثَرِينَ ـ مِنْ جِنْسِ الشَّرَابِ.

• Birincisi:

~ Manna. O, əksəriyyətin görüşünə görə, içki cinsindən olan "tərancəbin"dir.

وَالطَّعَامُ الْوَاحِدُ هُوَ السَّلْوَىٰ، وَهُوَ عَلَىٰ قَوْلِ الْأَكْثَرِينَ: السُّمَانَىٰ أَوْ طَائِرٌ يُشْبِهُهُ.

~ Bir tək təam (növü) isə, "səlva"dir. Və o, əksəriyyətin görüşünə görə: "sumənə/bildirçin" və ya ona bənzəyən bir quşdur. (haşiyə)

-------------------------

(Haşiyə:

İki ayə arasındakı zahiri ziddiyyəti, müəllifimiz Şinqiti, belə birləşdirdi:

Manna, içki; səlva isə, təam/yemək olduğu üçün, yalnız bir növ yemək var idi.

Və demək ki, iki ayə arasında, ziddiyyət yoxdur.)

--------------------------

الْوَجْهُ الثَّانِي: أَنَّ الْمَجْعُولَ عَلَى الْمَائِدَةِ الْوَاحِدَةِ تُسَمِّيهِ الْعَرَبُ طَعَامًا وَاحِدًا، وَإِنِ اخْتَلَفَتْ أَنْوَاعُهُ.

• İkinci cəhət:

Ərəblər, bir tək süfrə üzərinə qoyulmuş şeyləri, -(yeməklərin) növləri müxtəlif olsa belə- bir tək təam adlandırırlar.

وَمِنْهُ قَوْلُهُمْ:

Onların (bu) sözü də, bundandır:

أَكَلْنَا طَعَامَ فُلَانٍ، وَإِنْ كَانَ أَنْوَاعًا مُخْتَلِفَةً.

"Əkəlnə taamə fulənin, və in kənə ənvəən muxtəlifə = Filankəsin təamını yedik, növləri müxtəlif olsa da." (haşiyə)

-------------------------

(Haşiyə:

Məsələn, bir nəfər qonaqlıq verir. Süfrədə, ət, düyü, çörək və müxtəlif başqa yeməklər var. Qonaq, belə deyir:

"Filankəsin təamını yedik."

Burada, qonaq, yeməklərin hər birini ayrıca sadalamır. Hamısını bir ümumi ifadə ilə: "filankəsin yeməyi" şəklində ifadə edir.

Ayədə də, belədir.

Elə isə, iki ayə arasında, ziddiyyət qalmır.)

-------------------------

وَالَّذِي يَظْهَرُ أَنَّ هَذَا الْوَجْهَ أَصَحُّ مِنَ الْأَوَّلِ؛

Zahir olan budur ki, bu cəhət, birincidən daha doğrudur.

لِأَنَّ تَفْسِيرَ الْمَنِّ بِخُصُوصِ التَّرَنْجَبِينِ يَرُدُّهُ الْحَدِيثُ الْمُتَّفَقُ عَلَيْهِ:

Çünki, -xüsusilə "tərancəbin" (mənası) ilə- "manna"nın təfsir edilməsini, üzərində ittifaq edilmiş hədis rədd etməkdədir:

«الْكَمْأَةُ مِنَ الْمَنِّ...» الْحَدِيثَ.

"Kəmə (yer göbələyi, trufel), mannadandır." (Buxari, hədis no: 4478; Muslim, hədis no: 2049)

 

الثَّالِثُ: أَنَّهُمْ سَمَّوْهُ طَعَامًا وَاحِدًا؛

• Üçüncüsü:

Onlar (yəni, İsrail oğulları), onu, tək bir təam olaraq adlandırmışdılar.

لِأَنَّهُ لَا يَتَغَيَّرُ وَلَا يَتَبَدَّلُ كُلَّ يَوْمٍ، فَهُوَ مَأْكَلٌ وَاحِدٌ.

Çünki o, hər gün, təğayyur etmir (dəyişmir), təbəddül etmir (dəyişmir)'di. Beləliklə də, o, bir yeməkdir.

وَهُوَ ظَاهِرٌ.

Bu da, zahirdir. (haşiyə)

----------------------

(Haşiyə:

Yəni, onlara, hər gün eyni nemətlər verildiyi; yeməklərində dəyişiklik olmadığı üçün, onlar, bunu, "bir növ yemək" adlandırmışdılar.)

-----------------------

-----------------------

Bəqərə surəsi 87-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿أَفَكُلَّمَا جَاءَكُمْ رَسُولٌ بِمَا لَا تَهْوَى أَنْفُسُكُمُ اسْتَكْبَرْتُمْ فَفَرِيقًا كَذَّبْتُمْ وَفَرِيقًا تَقْتُلُونَ (٨٧)﴾ \[الْبَقَرَةِ/ ٨٧\].

(Haqq) Taala'nın: "Hər dəfə, bir Rəsul, sizə, nəfslərinizin istəmədiyi bir şeylə gəldikdə, siz təkəbbür göstərmirdinizmi? (Onlardan) bir qismini təkzib edib; bir qismini öldürmürdünüzmü?" (Bəqərə/87) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ عَلَى أَنَّهُمْ قَتَلُوا بَعْضَ الرُّسُلِ،

Bu ayə, onların, Rəsul'lardan bəzilərini öldürdüklərinə dəlalət edir.

وَنَظِيرُهَا قَوْلُهُ تَعَالَى:

Bunun bir bənzəri,

~ (Haqq) Taala'nın (bu) sözüdür:

﴿قُلْ قَدْ جَاءَكُمْ رُسُلٌ مِنْ قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ﴾ الْآيَةَ \[آلِ عِمْرَانَ/ ١٨٣\]،

"De ki: Məndən əvvəl də, sizə, bəyyinə (açıq-aydın dəlillər) ilə və sizin dediyiniz şeylə gələn Rəsullar gəlmişdi. (Bəs), nə üçün Onları öldürdünüz?" (Al-i İmran/183)

وَقَوْلُهُ:

~ Onun, (bu) sözüdür:

﴿كُلَّمَا جَاءَهُمْ رَسُولٌ بِمَا لَا تَهْوَى أَنْفُسُهُمْ فَرِيقًا كَذَّبُوا وَفَرِيقًا يَقْتُلُونَ (٧٠)﴾ \[الْمَائِدَةِ/ ٧٠\].

"Nə vaxt ki, onlara, bir Rəsul, onların nəfslərinin istəmədiyi şey ilə gəldi; (onlardan) bir qismini təkzib etdilər; bir qismini də öldürdülər." (Maidə/70)

 

وَقَدْ جَاءَ فِي آيَاتٍ أُخَرَ مَا يَدُلُّ عَلَى أَنَّ الرُّسُلَ غَالِبُونَ مَنْصُورُونَ،

(Halbuki), digər ayələrdə, Rəsulların, qaliblər, mənsurlar (Özlərinə kömək edilənlər) olduğuna dəlalət edən şeylər gəlmişdir.

كَقَوْلِهِ: ﴿كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي﴾ \[الْمَائِدَةِ/ ٥\]،

~ Onun, (bu) sözündə olduğu kimi:

"Allah: 'Mən və rəsullarım, mütləq qalib gələcəyik.' (deyə) yazmışdır." (Maidə/5)

وَكَقَوْلِهِ: ﴿وَلَقَدْ سَبَقَتْ كَلِمَتُنَا لِعِبَادِنَا الْمُرْسَلِينَ (١٧١) إِنَّهُمْ لَهُمُ الْمَنْصُورُونَ (١٧٢) وَإِنَّ جُنْدَنَا لَهُمُ الْغَالِبُونَ (١٧٣)﴾ \[الصَّافَّاتِ/ ١٧١ - ١٧٣\]،

~ Onun, (bu) sözündə olduğu kimi:

"And olsun ki, mürsəl (göndərilmiş) qullarımız üçün sözümüz (yəni, hökmümüz), əvvəlcədən verilmişdir. Mənsur (kömək edilən)'lər, məhz Onlardır. Qaliblər, məhz Bizim ordumuzdur." (Saffat/171-173)

وَقَوْلِهِ تَعَالَى: ﴿فَأَوْحَى إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ الظَّالِمِينَ (١٣) وَلَنُسْكِنَنَّكُمُ الْأَرْضَ مِنْ بَعْدِهِمْ﴾ \[إِبْرَاهِيمَ/ ١٣ - ١٤\].

~ (Haqq) Taala'nın, (bu) sözü:

"Onlara: 'Zalımları, mütləq həlak edəcəyik.' (deyə) vəhy etdi. Və onlardan sonra, yerə, mütləq sizi yerləşdirəcəyik." (İbrahim/13-14)

وَبَيَّنَ تَعَالَى أَنَّ هَذَا النَّصْرَ فِي دَارِ الدُّنْيَا أَيْضًا،

Və (Haqq) Taala, bu köməyin, dünya yurdunda olduğunu da bəyan etmişdir.

كَمَا فِي هَذِهِ الْآيَةِ الْأَخِيرَةِ،

Necə ki, bu sonunca ayədə (yəni, İbrahim/13-14) (də belədir).

وَكَمَا فِي قَوْلِهِ: ﴿إِنَّا لَنَنْصُرُ رُسُلَنَا وَالَّذِينَ آمَنُوا فِي الْحَيَاةِ الدُّنْيَا﴾ الْآيَةَ \[غَافِرٍ/ ٥١\].

Və necə ki, Onun (bu) sözündə (də belədir):

"Şübhəsiz Biz, Rəsullarımıza və iman edənlərə, dünya həyatında, mütləq kömək edəcəyik." (Ğafir/51)

وَالَّذِي يَظْهَرُ فِي الْجَوَابِ عَنْ هَذَا:

Bunun haqqındakı cavabda zahir olan (budur ki):

أَنَّ الرُّسُلَ قِسْمَانِ:

Rəsullar, 2 qisimdir. (Onlardan):

قِسْمٌ أُمِرُوا بِالْقِتَالِ فِي سَبِيلِ اللَّهِ،

~ Bir qisim: Allah yolunda döyüşməklə əmr ediliblər;

وَقِسْمٌ أُمِرُوا بِالصَّبْرِ وَالْكَفِّ عَنِ النَّاسِ.

~ (Digər) bir qisim isə: səbr və insanlar(a qarşı mübarizə aparmaq)'dan əl çəkməklə əmr ediliblər.

فَالَّذِينَ أُمِرُوا بِالْقِتَالِ وَعَدَهُمُ اللَّهُ بِالنَّصْرِ وَالْغَلَبَةِ فِي الْآيَاتِ الْمَذْكُورَةِ،

Beləliklə, məzkur (yuxarıda zikr edilən) ayədə, Allah, döyüşməklə əmr edilənlərə, nüsrət (kömək) və qələbə vəd etmişdir.

وَالَّذِينَ أُمِرُوا بِالْكَفِّ وَالصَّبْرِ هُمُ الَّذِينَ قُتِلُوا لِيَزِيدَ اللَّهُ رَفْعَ دَرَجَاتِهِمُ الْعَلِيَّةِ بِقَتْلِهِمْ مَظْلُومِينَ.

Və (insanlarla mübarizə aparmaqdan) əl çəkmək və səbr etmək ilə əmr edilənlər isə, öldürülənlərdir. Allah, -Onların, məzlumlar olaraq qətl edilmələri ilə- uca dərəcələrini artırsın deyə.

وَهَذَا الْجَمْعُ مَفْهُومٌ مِنَ الْآيَاتِ؛

Bu cəm, ayələrdən fəhm ediləndir.

لِأَنَّ النَّصْرَ وَالْغَلَبَةَ فِيهِ الدَّلَالَةُ بِالِالْتِزَامِ عَلَى جِهَادٍ وَمُقَاتَلَةٍ.

Çünki, nəsr (kömək) və qələbədə, iltizam yolu ilə, cihad və döyüşməyə dəlalət vardır. (haşiyə)

------------------------

(Haşiyə:

Hər hansı bir söz, hal və ya hərəkət, müəyyən bir məna və ya hökmə, 3 şəkildə dəlalət edir:

1. Mutabiqi dəlalət: “Bir ləfzin, qəsd edilən mənanın hamısına olan dəlaləti”dir. Məsələn:

İnsan ləfzinin, "danışan, düşünən heyvan/canlı"ya dəlaləti kimi. Çünki, "düşünən bir canlı" olmaq, insanın ən ayırd edici xüsusiyyətidir. Bu, "birəbir" dəlalətdir. "Üç bucaq" ləfzinin, 3 bucaqla çevrilmiş şəklə dəlalət etməsi də, belə bir dəlalətdir.

2. Təzəmmuni dəlalət: “Bir ləfzin, qəsd edilən mənanın 1 cüz/parçasına dəlaləti”dir. Məsələn:

"O, bir insandır." dediyimizdə, "yəni, düşünən" mənası vardır. Çünki, insan olmaq, düşünməyi təzəmmunu/ehtiva edir.

3. İltizami dəlalət: “Bir ləfzin, qəsd edilən mənanın lazımına dəlaləti”dir. Məsələn:

Tavan ləfzinin, divara; insan ləfzinin, yazı sənətinə qabiliyyətli şəxsə dəlalət etməsi kimi...

Bu 3 dəlaləti:

~ birəbir dəlalət;

~ bir qisminə dəlalət;

~ xatırlatmaq yolu ilə dəlalət

şəklində də ifadə etmək, mümkündür.

-------------------

وَلَا يَرِدُ عَلَى هَذَا الْجَمْعِ قَوْلُهُ تَعَالَى:

Və bu cəmə, (Haqq) Taala'nın (bu) sözü, irad (kimi) gələ bilməz:

﴿وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ﴾ الْآيَةَ \[آلِ عِمْرَانَ/ ١٤٦\].

"Və kəəyyin min Nəbiyyin qatələ məahu ribbiyyunə kəsirun = Neçə-neçə Nəbi vardır ki, Onlarla bərabər, çoxlu Rabbani (insanlar) döyüşmüşdür." (Al-i İmran/146)

أَمَّا عَلَى قِرَاءَةِ «قَاتَلَ» بِصِيغَةِ الْمَاضِي مِنْ فَاعَلَ فَالْأَمْرُ وَاضِحٌ،

"Qatələ" (sözünün), "faələ" (babın)'dan keçmiş zaman siğasında (formasında) qiraətinə (oxunmasına) gəlincə, (bu), vazehdir. (haşiyə)

---------------------

(Haşiyə:

Burda, müəllifimiz, "قَاتَلَ/döyüşdü" sözünün, məlum növdə, yəni "döyüşdü" şəklində oxunmasını nəzərdə tutur.)

-----------------------

وَأَمَّا عَلَى قِرَاءَةِ «قُتِلَ» بِالْبِنَاءِ لِلْمَفْعُولِ فَنَائِبُ الْفَاعِلِ قَوْلُهُ: «رِبِّيُّونَ»، لَا ضَمِيرُ «نَبِيٍّ»،

Amma, "qutilə/öldürüldü" (sözü)'nün məchul növdə oxunmasına gəlincə, bu halda, naibu'l-fail "ribbiyyun" sözüdür, "Nəbiyyun" sözünün damiri (yəni, əvəzliyi) deyil.

 وَتَطَرُّقُ الِاحْتِمَالِ يَرُدُّ الِاسْتِدْلَالَ.

Ehtimalın ortaya çıxması isə, istidlalı etibarsız edir. (haşiyə)

-------------------------

(Haşiyə:

Naibul-fail: ərəb qrammatikasında, məchul növdə olan felin, failin yerini tutan ismidir.

Məlum növdə fail olur, məchul növə çevirəndə isə, fail ixtisar edilir və onun yerinə naibul-fail gəlir.

 

Müəllifimiz Şinqiti, burda, Ali-İmran surəsinin 146-cı ayəsindəki bu ifadəni müzakirə edir:

وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ

Burda, məsələ, "قُتِلَ/ öldürüldü" şəklində oxunduqda, qrammatik cəhətdən kimin öldürüldüyüdür.

Müəllif demək istəyir ki:

Naibu'l-fail, "رِبِّيُّونَ/ribbiyyun" sözüdür. "Nəbiyyun" sözünə aid olan gizli əvəzlik deyil.

Yəni, ayədəki "ribbiyyun" sözünü, naibu'l-fail hesab etmək, mümkündür.

Beləliklə, Peyğəmbərin öldürüldüyünü, bu qiraətdən qəti şəkildə çıxarmaq olmaz.

Yəni, "Onlara kömək və qələbə vəd etmişdisə, necə oldu ki öldürüldülər?" deyə bir sual gəlsə, -yəni, ayənin, "qutilə/öldürüldü" şəklində oxunulduğu halda-, öldürülənin, Peyğəmbərlər deyil; Özlərilə bərabər döyüşən Rabbanilər olduğudur.

Beləliklə də, ayədə bir işkəl qalmır.)

------------------------------

وَأَمَّا عَلَى الْقَوْلِ بِأَنَّ غَلَبَةَ الرُّسُلِ وَنُصْرَتَهُمْ بِالْحُجَّةِ وَالْبُرْهَانِ، فَلَا إِشْكَالَ فِي الْآيَةِ.

Rəsulların qələbəsi və Onlara kömək edilməsinin hüccət və burhan vasitəsilə olduğu görüşünə gəlincə, (bu halda), ayədə heç bir işkəl yoxdur.

وَاللَّهُ أَعْلَمُ.

Allah, daha gözəl bilir.

------------------------

------------------------

Bəqərə surəsi 114-cü ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ﴾ الْآيَةَ \[الْبَقَرَةِ/ ١١٤\].

(Haqq) Taala'nın: "Allahın məscidlərində, Onun isminin zikr edilməsinə mane olan kimsədən daha zalım, kim ola bilər?" (Bəqərə/114) sözü:

 

الِاسْتِفْهَامُ فِي هَذِهِ الْآيَةِ إِنْكَارِيٌّ،

Bu ayədə, istifham, inkaridir. (haşiyə)

----------------------

(Haşiyə:

İnkari istifham: "inkar məqsədi daşıyan sual" deməkdir.

Yəni, zahirən sual verilir; amma məqsəd, cavab almaq deyil. Məqsəd, həmin sualın məzmununu inkar etmək, rədd etmək və ya onun əksini bildirməkdir.

Məsələn, "Heç alimlə cahil, eyni olarlarmı?"

Burda, məqsəd, suala cavab almaq deyil; onların bərabərliyini inkar etməkdir.)

----------------------

وَمَعْنَاهُ النَّفْيُ،

Mənası isə, nəfy (inkar)'dır.

فَالْمَعْنَى: لَا أَحَدَ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ.

Məna(sı budur ki): "Allahın məscidlərinə mane olan kimsədən daha zalım kimsə, yoxdur."

وَقَدْ جَاءَتْ آيَاتٌ أُخَرُ يُفْهَمُ مِنْهَا خِلَافُ هَذَا،

(Halbuki), bunun xilafının fəhm edildiyi başqa ayələr (də) gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: ﴿فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا﴾ \[الْأَعْرَافِ/ ٣٧\]،

~ (Haqq) Taala'nın:

"Allaha qarşı yalan uyduran kimsədən daha zalım, kim ola bilər?!" (Əraf/37) sözü kimi;

وَقَوْلِهِ: ﴿فَمَنْ أَظْلَمُ مِمَّنْ كَذَبَ عَلَى اللَّهِ﴾ \[الزُّمَرِ/ ٣٢\]،

~ Onun:

"Allah haqqında yalan danışan kimsədən daha zalım, kim ola bilər?!" (Zumər/32) sözü;

وَقَوْلِهِ: ﴿وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ﴾ الْآيَةَ \[الْكَهْفِ/ ٥٧\]،

~ Onun:

"Rəbbinin ayələri ona xatırladığında, (ondan üz çevirən) kimsədən daha zalım, kim ola bilər?!" (Kəhf/57) sözü.

إِلَى غَيْرِ ذَلِكَ مِنَ الْآيَاتِ.

Bundan başqa digər ayələr...

وَلِلْجَمْعِ بَيْنَ هَذِهِ الْآيَاتِ أَوْجُهٌ:

Bu ayələr arasında, cəm üçün cəhətlər vardır:

مِنْهَا: تَخْصِيصُ كُلِّ مَوْضِعٍ بِمَعْنَى صِلَتِهِ؛

• Onlardan biri: hər bir mövqeyin (yerin), öz silasının mənası ilə təxsisi (xas qılınması)'dır.

أَيْ:

Yəni:

لَا أَحَدَ مِنَ الْمَانِعِينَ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ،

~ Mane olanlar (arasın)'da, Allahın məscidlərinə mane olanlardan daha zalım kimsə yoxdur;

وَلَا أَحَدَ مِنَ الْمُفْتَرِينَ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا.

~ Müftəri (iftira, böhtan atan, yalan uyduranlar arasın)'da, Allah (haqqında) yalan uydurandan daha zalım kimsə yoxdur.

وَإِذَا تَخَصَّصَتْ بِصِلَاتِهَا زَالَ الْإِشْكَالُ.

(Hər biri), öz siləsilə xüsusləşdiyində, işkəl (də) qalxmış oldu.

وَمِنْهَا: أَنَّ التَّخْصِيصَ بِالنِّسْبَةِ إِلَى السَّبْقِ؛

• Onlardan bir(digər)'i də: əvvəl olmağa nisbətlə təxsis etməkdir.

أَيْ: لَمَّا لَمْ يَسْبِقْهُمْ أَحَدٌ إِلَى مِثْلِهِ حُكِمَ عَلَيْهِمْ بِأَنَّهُمْ أَظْلَمُ مِمَّنْ جَاءَ بَعْدَهُمْ سَالِكًا طَرِيقَهُمْ.

Yəni: onlardan əvvəl, heç kim -onların yolu ilə gedərək bunun bir bənzərinə çatmadığı üçün-, (onların), onlardan sonra gələnlərdən daha zalım olduqlarına hökm verildi.

وَهَذَا يَؤُولُ مَعْنَاهُ إِلَى مَا قَبْلَهُ؛

Bunun mənası isə, özündən əvvəlki(nin mənası)'na qayıdır.

لِأَنَّ الْمُرَادَ السَّبْقُ إِلَى الْمَانِعِيَّةِ وَالِافْتِرَائِيَّةِ مَثَلًا.

Çünki, (burda) murad edilən şey, məsələn, maneəçiliyə və iftiraçılığa qabaq çatmaqdır.

وَمِنْهَا ـ وَادَّعَى أَبُو حَيَّانَ أَنَّهُ الصَّوَابُ ـ هُوَ مَا حَاصِلُهُ:

• Onlardan biri (də budur) -ki, əbu Həyyan, bunun doğru olduğunu iddia etmişdir- (bu mənanın) özü bundan ibarətdir:

أَنَّ نَفْيَ التَّفْضِيلِ لَا يَسْتَلْزِمُ نَفْيَ الْمُسَاوَاةِ،

Təfdil (üstünlü)'yün nəfyi, bərabərliyin də nəfyini istilzam etmir.

فَلَمْ يَكُنْ أَحَدٌ مِمَّنْ وُصِفَ بِذَلِكَ يَزِيدُ عَلَى الْآخَرِ؛

Beləliklə, bununla (yəni, zalım sifətilə) vəsf edilən heç biri, digərindən üstün olmur.

لِأَنَّهُمْ يَتَسَاوَوْنَ فِي الْأَظْلَمِيَّةِ،

Çünki onlar, zalımlıqda, bərabər olurlar.

فَيَصِيرُ الْمَعْنَى:

Beləliklə, məna (belə) olur:

لَا أَحَدَ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ وَمَنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا وَمَنْ كَذَّبَ بِآيَاتِ اللَّهِ.

~ Allahın məscidlərinə mane olan;

~ Allaha qarşı yalan uyduran; və

~ Allahın ayələrini yalanlayan

kimsədən daha zalım heç kim yoxdur.

وَلَا إِشْكَالَ فِي تَسَاوِي هَؤُلَاءِ فِي الْأَظْلَمِيَّةِ،

(Elə isə), bunların, zalımlıqda bərabər olmasında, heç bir işkəl qalmır.

وَلَا يَدُلُّ عَلَى أَنَّ أَحَدَهُمْ أَظْلَمُ مِنَ الْآخَرِ،

Və bu da, onlardan birinin, digərindən daha zalım olduğuna, dəlalət etmir.

كَمَا إِذَا قُلْتَ: لَا أَحَدَ أَفْقَهُ مِنْ فُلَانٍ وَفُلَانٍ مَثَلًا.

Məsələn: "Filan və filandan daha fəqih kimsə yoxdur." deməyin kimi.

ذَكَرَ هَذَيْنِ الْوَجْهَيْنِ صَاحِبُ «الْإِتْقَانِ».

Bu 2 cəhəti, "əl-İtqan" sahibi (Suyuti) zikr etmişdir.

وَمَا ذَكَرَهُ بَعْضُ الْمُتَأَخِّرِينَ مِنْ أَنَّ الِاسْتِفْهَامَ فِي قَوْلِهِ: ﴿وَمَنْ أَظْلَمُ﴾ \[الْبَقَرَةِ/ ١١٤\] الْمَقْصُودُ مِنْهُ التَّهْوِيلُ وَالتَّفْظِيعُ، مِنْ غَيْرِ قَصْدِ إِثْبَاتِ الْأَظْلَمِيَّةِ لِلْمَذْكُورِ حَقِيقَةً وَلَا نَفْيِهَا عَنْ غَيْرِهِ ـ

Mütəaxxirun (sonrakı alimlər)'dən bəzilərinin zikr etdikləri(nə görə), "Kimdir daha zalım?" sözündəki istifhamdan qəsd edilən, -haqqında danışılan şəxsin, həqiqətən hamıdan daha zalım olduğunu isbat; və ya onu, başqalarından inkar etmək qəsdi olmadan- təhvil (dəhşətli göstərmək) və təfzi (çirkin göstərmək)'dir.

كَمَا ذَكَرَهُ عَنْهُ صَاحِبُ «الْإِتْقَانِ» ـ يَظْهَرُ ضَعْفُهُ؛

"əl-İtqan" sahibinin onlardan zikr etmiş olduğu (bu görüş)'ün, zəifliyi aşkar görünür.

لِأَنَّهُ خِلَافُ ظَاهِرِ الْقُرْآنِ.

Çünki bu, Quran'ın zahirinə müxalifdir.

--------------------

--------------------

Bəqərə surəsi 115-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ﴾ الْآيَةَ \[الْبَقَرَةِ/ ١١٥\].

(Haqq) Taala'nın: "Məşriq və məğrib, Ona məxsusdur." (Bəqərə/115) sözü:

 

أُفْرِدَ فِي هَذِهِ الْآيَةِ الْمَشْرِقُ وَالْمَغْرِبُ،

(1) Bu ayədə, məşriq və məğrib, müfrəd (tək halda) gətirilmişdir;

وَثُنِّيَا فِي سُورَةِ الرَّحْمَنِ فِي قَوْلِهِ: ﴿رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ (١٧)﴾ \[الرَّحْمَنِ/ ١٧\]،

(2) Rahmən surəsində isə, "2 məşriq və 2 məğribin Rəbbi" (Rahmən/17) sözü, təsniyə (ikilik)'də gətirilmişdir;

وَجُمِعَا فِي سُورَةِ سَأَلَ سَائِلٌ فِي قَوْلِهِ: ﴿فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ﴾ \[الْمَعَارِجِ/ ٤٠\]،

(3) "Səələ səilun" (yəni, Məaric) surəsində, "Məşriqlərin və məğriblərin Rəbb'inə and içirəm." (Məaric/40) sözü, cəmdə gətirilmişdir;

وَجُمِعَ الْمَشَارِقُ فِي سُورَةِ الصَّافَّاتِ فِي قَوْلِهِ: ﴿رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ (٥)﴾ \[الصَّافَّاتِ/ ٥\].

(4) Saffat surəsində isə, "Səmaların, yerin, ikisi arasındakıların Rəbbi; və məşriqlərin Rəbbi" (Saffat/5) sözündə, "məşriq" (kəliməsi), cəmdə gətirilmişdir.

 

وَالْجَوَابُ:

Cavab:

أَنَّ قَوْلَهُ هُنَا: ﴿وَلِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ﴾ الْمُرَادُ بِهِ جِنْسُ الْمَشْرِقِ وَالْمَغْرِبِ،

Onun, burdakı, "Məşriq və məğrib, Ona məxsusdur." sözü ilə murad edilən: "məşriq və məğribin cinsi"dir.

فَهُوَ صَادِقٌ بِكُلِّ مَشْرِقٍ مِنْ مَشَارِقِ الشَّمْسِ -الَّتِي هِيَ ثَلَاثُمِائَةٍ وَسِتُّونَ-

Beləliklə, o, günəşin məşriq (doğuş yerlərin)'dən hər bir məşriqə (doğuş yerinə) şamil olur, -hansı ki, o, 360'dır-.

وَكُلِّ مَغْرِبٍ مِنْ مَغَارِبِهَا الَّتِي هِيَ كَذَلِكَ،

Və o, (günəşin) məğrib (batış yerlərin)'dən hər bir məğribə (batış yerinə) (şamil olur) -hansı ki, o da, elədir (yəni, 360'dır)-.

كَمَا رُوِيَ عَنِ ابْنِ عَبَّاسٍ وَغَيْرِهِ.

Necə ki, (bu), ibn Abbas və başqalarından rəvayət edilmişdir.

قَالَ ابْنُ جَرِيرٍ فِي تَفْسِيرِ هَذِهِ الْآيَةِ مَا نَصُّهُ:

ibn Cərir (ət-Tabəri), bu ayənin təfsirində, deyir -onun mətni- (belədir):

"وَإِنَّمَا مَعْنَى ذَلِكَ:

"Onun mənası, ancaq (budur):

وَلِلَّهِ الْمَشْرِقُ الَّذِي تَشْرُقُ مِنْهُ الشَّمْسُ كُلَّ يَوْمٍ، وَالْمَغْرِبُ الَّذِي تَغْرُبُ فِيهِ كُلَّ يَوْمٍ،

Günəşin hər gün özündən doğduğu məşriq; (günəşin) hər gün özündə batdığı məğrib, Allaha məxsusdur.

فَتَأْوِيلُهُ إِذَا كَانَ ذَلِكَ مَعْنَاهُ:

Onun təvili belə olduğunda, mənası, (belə olur):

وَلِلَّهِ مَا بَيْنَ قُطْرَيِ الْمَشْرِقِ وَقُطْرَيِ الْمَغْرِبِ،

Məşriqin 2 tərəfindəkilər və məğribin 2 tərəfindəkilər, Allaha məxsusdur.

إِذَا كَانَ شُرُوقُ الشَّمْسِ كُلَّ يَوْمٍ مِنْ مَوْضِعٍ مِنْهُ لَا تَعُودُ لِشُرُوقِهَا مِنْهُ إِلَى الْحَوْلِ الَّذِي بَعْدَهُ، وَكَذَلِكَ غُرُوبُهَا".

Belə ki, günəş, hər gün, həmin ərazinin bir yerindən doğur; və həmin yerdən (yenidən) doğmaq üçün, ondan sonrakı ilə qədər qayıtmır. Batışı da, belədir."

انْتَهَى مِنْهُ بِلَفْظِهِ.

Onun (yəni, ibn Cərir'in) öz ifadəsilə ondan (nəql edilənlər), (burda) bitir.

وَقَوْلُهُ: ﴿رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ (١٧)﴾ \[الرَّحْمَنِ/ ١٧\]

~ Onun: "2 məşriq və 2 məğribin Rəbbi" (Rahmən/17) sözü:

يَعْنِي: مَشْرِقَ الشِّتَاءِ وَمَشْرِقَ الصَّيْفِ وَمَغْرِبَهُمَا،

Yəni: "qışın məşriqi və yayın məşriqi; və qışın məğribi və yayın məğribi" (deməkdir).

كَمَا عَلَيْهِ الْجُمْهُورُ.

Necə ki, cumhur, bu (görüş) üzərindədir.

وَقِيلَ: مَشْرِقَ الشَّمْسِ وَالْقَمَرِ وَمَغْرِبَهُمَا.

Deyildi ki, (bunun mənası): "günəşin və ayın məşriqi; və günəşin və ayın məğribi" (deməkdir).

وَقَوْلُهُ: ﴿بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ﴾ \[الْمَعَارِجِ/ ٤٠\]

~ Onun: "Məşriqlərin və məğriblərin Rəbbi" (Məaric/40) sözü:

أَيْ: مَشَارِقِ الشَّمْسِ وَمَغَارِبِهَا

Yəni: "günəşin məşriqləri və günəşin məğribləri" (deməkdir).

كَمَا تَقَدَّمَ.

Necə ki, (bir az) əvvəl keçmişdi.

وَقِيلَ: مَشَارِقِ الشَّمْسِ وَالْقَمَرِ وَالْكَوَاكِبِ وَمَغَارِبِهَا.

Deyildi ki, (bunun mənası): "günəşin, ayın, ulduzların məşriqləri və məğribləri" (deməkdir).

وَالْعِلْمُ عِنْدَ اللَّهِ تَعَالَى.

Elm, Allah Taala nəzdindədir. (haşiyə)

-----------------------

(Haşiyə:

وَمِنْ هَذَا الْمَعْنَى مَجِيءُ الْمَشْرِقِ وَالْمَغْرِبِ فِي الْقُرْآنِ تَارَةً مَجْمُوعَيْنِ،

Bu məna(ya aid olan məsələlər)'dən biri də, Quranda, "məşriq" və "məğrib" (kəlimələri)'nin:

• bəzən, cəmdə;

وَتَارَةً مُثَنَّيَيْنِ،

• bəzən, təsniyədə (ikilik halda);

وَتَارَةً مُفْرَدَيْنِ،

• bəzən isə, müfrəd (tək halda)

gəlməsidir.

لِاخْتِصَاصِ كُلِّ مَحَلٍّ بِمَا يَقْتَضِيهِ مِنْ ذَلِكَ.

Çünki, hər bir məhəl, ondan onu tələb edən şeyə məxsusdur.

فَالْأَوَّلُ

✓ Birincisi:

كَقَوْلِهِ: ﴿فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ﴾ \[الْمَعَارِجِ: ٤٠\].

Onun: "Xeyr! Məşriqlərin və məğriblərin Rəbbinə and içirəm." (Məaric/40) sözü kimi;

وَالثَّانِي

✓ İkincisi:

كَقَوْلِهِ: ﴿رَبُّ الْمَشْرِقَيْنِ وَرَبُّ الْمَغْرِبَيْنِ فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ﴾ \[الرَّحْمَنِ: ١٧\].

Onun: "2 məşriq və 2 məğribin Rəbbi(dir). Elə isə, Rəbbinizin hansı nemətlərini inkar edirsiniz?" (Rahmən/17) sözü kimi;

وَالثَّالِثُ

✓ Üçüncüsü:

كَقَوْلِهِ: ﴿رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ لَا إِلَهَ إِلَّا هُوَ فَاتَّخِذْهُ وَكِيلًا﴾ \[الْمُزَّمِّلِ: ٩\].

Onun: "Məşriq və məğribin Rəbbi(dir). Ondan başqa, ilah yoxdur. Elə isə, Onu, vəkil qıl." (Müzəmmil/9) sözü kimi.

فَتَأَمَّلْ هَذِهِ الْحِكْمَةَ الْبَالِغَةَ فِي تَغَايُرِ هَذِهِ الْمَوَاضِعِ فِي الْإِفْرَادِ وَالْجَمْعِ وَالتَّثْنِيَةِ بِحَسَبِ مَوَارِدِهَا،

Elə isə, bu məqamların, -gəldikləri yerlərə uyğun olaraq- müfrəd, cəm və təsniyə (formasın)'da fərqlənməsindəki bu dərin hikmət üzərində bir düşün!

يُطْلِعْكَ عَلَى عَظَمَةِ الْقُرْآنِ الْكَرِيمِ وَجَلَالَتِهِ،

Bu, səni, Quran-i kərimin əzəmət və cəlalından xəbərdar edər.

وَأَنَّهُ تَنْزِيلٌ مِنْ حَكِيمٍ حَمِيدٍ.

Və O, Hakim (hikmət sahibi) və Həmid (olan Allah) tərəfindən endirilən (olduğundan, səni xəbərdar edər).

فَحَيْثُ جُمِعَتْ كَانَ الْمُرَادُ بِهَا مَشَارِقَ الشَّمْسِ وَمَغَارِبَهَا فِي أَيَّامِ السَّنَةِ،

(3) Beləliklə, məşriq və məğrib sözləri cəm halda gətirildikdə, bunlarla murad edilən: "ilin günləri ərzində, günəşin məşriq (doğuş) və məğrib (batış) yerləri" murad edilir.

وَهِيَ مُتَعَدِّدَةٌ،

Onlar isə, çox saylıdırlar;

وَحَيْثُ أُفْرِدَتْ كَانَ الْمُرَادُ أُفُقَيِ الْمَشْرِقِ وَالْمَغْرِبِ.

(1) (Məşriq və məğrib kəlimələri), müfrəd (halda) gətirildiklərində isə, (bununla) murad edilən: "məşriq və məğribin 2 üfüqü"dür.

وَحَيْثُ ثُنِّيَا كَانَ الْمُرَادُ مَشْرِقَيِ صُعُودِهَا وَهُبُوطِهَا وَمَغْرِبَيْهِمَا؛

(2) (Məşriq və məğrib kəlimələri) təsniyədə (ikilik halda) gətiriliklərində isə, (bununla) murad edilən: "günəşin, yüksəlmə və enmə (istiqamətləri)'nin iki məşriqi və iki məğribi"dir.

فَإِنَّهَا تَبْتَدِئُ صَاعِدَةً حَتَّى تَنْتَهِيَ إِلَى غَايَةِ أَوْجِهَا وَارْتِفَاعِهَا،

Çünki o (yəni, günəş), yüksələrək hərəkət etməyə başlayır; və nəhayət, özünün ən yüksək nöqtəsinə və yüksəlişinin son həddinə çatır.

فَهَذَا مَشْرِقُ صُعُودِهَا،

Deməli bu, onun yüksəlmə məşriqidir.

وَيَنْشَأُ مِنْهُ فَصْلَا الْخَرِيفِ وَالشِّتَاءِ،

Payız və qış fəsilləri də, bundan meydana gəlir.

فَجُعِلَ مَشْرِقُ صُعُودِهَا بِجُمْلَتِهِ مَشْرِقًا وَاحِدًا،

Beləliklə, günəşin yüksəlmə istiqamətindəki məşriqi, bütövlükdə bir məşriq hesab edildi.

وَمَشْرِقُ هُبُوطِهَا بِجُمْلَتِهِ مَشْرِقًا وَاحِدًا،

Onun (yəni, günəşin) enmə istiqamətindəki məşriqi də, bütövlükdə bir məşriq hesab edildi.

وَيُقَابِلُهُمَا مَغْرِبَاهُمَا،

Onların hər ikisinə müqabil gələn iki məğrib də vardır.

فَهَذَا وَجْهُ اخْتِلَافِ هَذِهِ الْأَلْفَاظِ فِي الْإِفْرَادِ وَالتَّثْنِيَةِ وَالْجَمْعِ.

Beləliklə, bu, bu ləfzlərin, müfrəd, təsniyə və cəm haldakı müxtəliflik cəhətidir.

 

وَأَمَّا وَجْهُ اخْتِصَاصِ كُلِّ مَوْضِعٍ بِمَا وَقَعَ فِيهِ

Amma, hər bir yerin, onda baş vermiş şey ilə xas olmasına (yəni, niyə bəzi yerlərdə, təkdə; bəzilərində, təsniyədə; bəzilərində isə, cəmdə işlədilməsinə) gəlincə:

فَلَمْ أَرَ أَحَدًا تَعَرَّضَ لَهُ وَلَا فَتَحَ بَابَهُ،

Mən (ibnu'l-Qayyim), ona toxunan və onun qapısını açan bir kimsə, görmədim.

وَهُوَ بِحَمْدِ اللَّهِ بَيِّنٌ مِنَ السِّيَاقِ.

Halbuki o, -Allaha həmd olsun- siyaq (kontekstdən) açıq (şəkildə başa düşülən)dir.

فَتَأَمَّلْ وُرُودَهُ مُثَنًّى فِي سُورَةِ الرَّحْمَنِ،

(2) Onun, Rahmən surəsində, təsniyədə varid olmasını dərindən bir düşün!

لَمَّا كَانَ مَسَاقُ السُّورَةِ مَسَاقَ الْمُثَنَّيَاتِ الْمُزْدَوِجَاتِ، فَذَكَرَ أَوَّلًا نَوْعَيِ الْإِيجَادِ

Surənin məsəqi (gedişatı), qoşalaşmış şeylərin gedişatı olduğuna görə:

• İlk əvvəl, icad (var etmə)'nin iki növünü zikr etdi.

وَهُمَا الْخَلْقُ وَالتَّعْلِيمُ،

Və o ikisi: "xəlq" və "təlim"dir. (Rahmən/3-4)

ثُمَّ ذَكَرَ سِرَاجَيِ الْعَالَمِ وَمَظْهَرَيْ نُورِهِ

• Sonra isə, aləmin 2 lampası və nurunun 2 mazharını (zahir olduğu yeri) zikr etdi.

وَهُمَا الشَّمْسُ وَالْقَمَرُ،

Və o ikisi: "günəş" və "ay"dır. (Rahmən/5)

ثُمَّ ذَكَرَ نَوْعَيِ النَّبَاتِ مَا قَامَ مِنْهُ عَلَى سَاقٍ وَمَا انْبَسَطَ مِنْهُ عَلَى وَجْهِ الْأَرْضِ،

• Sonra, bitkilərin iki növü -onlardan gövdə üzərində dik dayananı; və yerin səthinə yayılanını- zikr etdi.

وَهُمَا النَّجْمُ وَالشَّجَرُ،

Və o ikisi: "nəcm/otlar" və "ağac"dır. (Rahmən/6)

ثُمَّ ذَكَرَ نَوْعَيِ السَّمَاءِ الْمَرْفُوعَةِ وَالْأَرْضِ الْمَوْضُوعَةِ،

• Sonra, yüksəldilmiş səmanı və sərilmiş yeri zikr etdi.

وَأَخْبَرَ أَنَّهُ رَفَعَ هَذِهِ وَوَضَعَ هَذِهِ،

Və xəbər verdi ki, bunu (yəni, səmanı) yüksəltmiş; bunu (yəni, yeri) isə, sərmişdir.

وَوَسَطَ بَيْنَهُمَا ذِكْرَ الْمِيزَانِ،

Və ikisi (yəni, göy və yer) arasında, mizanı zikr etdi.

ثُمَّ ذَكَرَ الْعَدْلَ وَالظُّلْمَ فِي الْمِيزَانِ،

Sonra, mizanda, ədalət və zülmü zikr etdi.

فَأَمَرَ بِالْعَدْلِ وَنَهَى عَنِ الظُّلْمِ،

Beləliklə, ədalətli olmağı əmr etdi; və zülmdən də nəhy etdi. (haşiyə)

-----------------------

(Haşiyə:

Rahmən surəsi 7-10-cu ayələr, belədir:

~ Allah göyü ucaltdı və tərəzini qoydu (Rahmən/7);

~ Ki, mizanda (tərəzidə) həddi aşmayasınız (Rahmən/8);

~ Əşyaları tərəzidə ədalətlə çəkin və çəkini əskiltməyin (Rahmən/9);

~ O, yeri məxluqat üçün döşədi (Rahmən/10).

-----------------------

وَذَكَرَ نَوْعَيِ الْخَارِجِ مِنَ الْأَرْضِ

• Yerdən çıxan şeyin, 2 növünü zikr etdi.

وَهُمَا الْحُبُوبُ وَالثِّمَارُ،

Və o ikisi: "dənli bitkilər" və "meyvələr"dir. (Rahmən/11-12)

ثُمَّ ذَكَرَ خَلْقَ نَوْعَيِ الْمُكَلَّفِينَ

• Sonra, mükəlləf 2 növün xəlqini zikr etdi.

وَهُمَا نَوْعُ الْإِنْسِ وَنَوْعُ الْجَانِّ،

Və o ikisi: "insan növü" və "cin növü"dür. (Rahmən/14-15)

ثُمَّ ذَكَرَ نَوْعَيِ الْمَشْرِقَيْنِ وَنَوْعَيِ الْمَغْرِبَيْنِ،

• Sonra, 2 məşriq və 2 məğrib növünü zikr etdi. (Rahmən/17)

ثُمَّ ذَكَرَ بَعْدَ ذَلِكَ الْبَحْرَيْنِ: الْمِلْحَ وَالْعَذْبَ.

• Sonra isə, bundan sonra, 2 dənizi zikr etdi: "duzlu" və "şirin" (dənizləri).

فَتَأَمَّلْ حُسْنَ تَثْنِيَةِ الْمَشْرِقِ وَالْمَغْرِبِ فِي هَذِهِ السُّورَةِ وَجَلَالَةَ وُرُودِهِمَا لِذَلِكَ،

Elə isə, bu surədə, məşriq və məğribin təsniyədə işlədilməsinin hüsnünü; və onların bu şəkildə gəlməsinin əzəmətini, dərindən bir düşün.

وَقَدِّرْ مَوْضِعَهُمَا اللَّفْظَ مُفْرَدًا وَمَجْمُوعًا،

Və onların (yəni, məşriq və məğrib) ləfzlərini, müfrəd və cəm halında fərz et.

تَجِدِ السَّمْعَ يَنْبُو عَنْهُ، وَيَشْهَدُ الْعَقْلُ بِمُنَافَرَتِهِ لِلنَّظْمِ.

(Belə olduqda), qulağın (həmin sözü, təkdə və cəmdə eşitsə), qəbul etmədiyini; ağlın isə, onun nəzmə uyğun gəlmədiyinə şahidlik etdiyini görərsən.

 

ثُمَّ تَأَمَّلْ وُرُودَهُمَا مُفْرَدَيْنِ فِي سُورَةِ الْمُزَّمِّلِ،

(1) Sonra, o ikisinin (yəni, məşriq və məğrib kəlimələrinin), Müzəmmil surəsində, müfrəd halda varid olduğunu dərindən bir düşün.

لِمَا تَقَدَّمَهُمَا ذِكْرُ اللَّيْلِ وَالنَّهَارِ،

Çünki, gecə və gündüzün zikri, o ikisindən (yəni, məşriq və məğribdən) əvvəl gəlmişdir.

فَأَمَرَ رَسُولَهُ بِقِيَامِ اللَّيْلِ،

Və Rəsuluna, gecə qiyamını əmr etmiş;

ثُمَّ أَخْبَرَهُ أَنَّ لَهُ فِي النَّهَارِ سَبْحًا طَوِيلًا،

Sonra Ona (yəni, Peyğəmbərə), gündüz, uzun-uzadı işlər olduğunu xəbər vermişdir.

فَلَمَّا تَقَدَّمَ ذِكْرُ اللَّيْلِ وَمَا أُمِرَ بِهِ فِيهِ، وَذِكْرُ النَّهَارِ وَمَا يَكُونُ مِنْهُ فِيهِ،

Gecənin və gecədə ona əmr edilənlərin; və (həmçinin), gündüzün və gündüz baş verən işlərin zikri əvvəl gəldikdə...

عَقَّبَ ذَلِكَ بِذِكْرِ الْمَشْرِقِ وَالْمَغْرِبِ اللَّذَيْنِ هُمَا مَظْهَرُ اللَّيْلِ وَالنَّهَارِ،

Bunun ardınca, gecə və gündüzün mazharı (yəni, təzahür yeri) olan məşriqi və məğribi zikr etmişdir.

فَكَانَ وُرُودُهُمَا مُفْرَدَيْنِ فِي هَذَا السِّيَاقِ أَحْسَنَ مِنَ التَّثْنِيَةِ وَالْجَمْعِ؛

Beləliklə, onların, bu siyaq (kontekstdə), müfrəd olaraq varid olmaları; təsniyə və cəm formasında varid olmasından, daha gözəl oldu.

لِأَنَّ ظُهُورَ اللَّيْلِ وَالنَّهَارِ هُمَا وَاحِدٌ،

Çünki, gecə və gündüzün zahir olma (meydana çıxma istiqaməti), birdir.

فَالنَّهَارُ أَبَدًا يَظْهَرُ مِنَ الْمَشْرِقِ، وَاللَّيْلُ أَبَدًا يَظْهَرُ مِنَ الْمَغْرِبِ.

Gündüz, həmişə məşriqdən; gecə isə, həmişə məğribdən zahir olur. (haşiyə)

------------------------

(Haşiyə:

1. Ey libasına bürünüb örtünmüş peyğəmbər!

2. Az bir hissəsi istisna olmaqla gecələr namaza dur!

3. Onun yarısını, yaxud ondan bir az əskilt,

4. Və ya ona artır. Quranı da aramla oxu!

5. Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.

6. Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir.

7. Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır.

8. Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!

9. O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!

-------------------------

ثُمَّ تَأَمَّلْ مَجِيئَهُمَا مَجْمُوعَيْنِ فِي سُورَةِ الْمَعَارِجِ،

(3) Sonra, o ikisinin (yəni, məşriq və məğrib kəlimələrinin), Məaric surəsində, cəmdə gəlməsini dərindən bir düşün.

فِي قَوْلِهِ: ﴿فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ عَلَى أَنْ نُبَدِّلَ خَيْرًا مِنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ﴾ \[الْمَعَارِجِ: ٤٠-٤١\].

"Xeyr! And içirəm, məşriqlərin və məğriblərin Rəbbinə. Şübhəsiz, Biz, onları, (özlərindən) daha xeyirli olanlarla dəyişdirməyə, əlbəttə, qadirik. Biz, aciz buraxılanlar deyilik." (Məaric/40-41)

لَمَّا كَانَ هَذَا الْقَسَمُ فِي سِيَاقِ سَعَةِ رُبُوبِيَّتِهِ وَإِحَاطَةِ قُدْرَتِهِ،

Bu and, Onun Rububiyyətinin genişliyini; və qüdrətinin hər şeyi əhatə etməsini (bildirən) bir siyaqda gəldiyində;

وَالْمُقْسَمُ عَلَيْهِ إِذْهَابُ هَؤُلَاءِ وَالْإِتْيَانُ بِخَيْرٍ مِنْهُمْ،

Özünə and içilən, bunları apardığında; və onlardan daha xeyirlisini gətirdiyində,

ذَكَرَ الْمَشَارِقَ وَالْمَغَارِبَ لِتَضَمُّنِهِمَا انْتِقَالَ الشَّمْسِ الَّتِي هِيَ أَحَدُ آيَاتِهِ الْعَظِيمَةِ الْكِبَارِ، وَنَقْلِهِ سُبْحَانَهُ لَهَا وَتَصْرِيفِهِ كُلَّ يَوْمٍ فِي مَشْرِقٍ وَمَغْرِبٍ،

Özünün əzəmətli və böyük ayələrindən biri olan günəşin intiqalını (bir yerdən digər yerə keçməsi, hərəkətini); və O (subhənəhu)'nun, onu hər gün bir məşriq və bir məğribə köçürməsi və döndərməsini ehtiva etməsindən dolayı, məşriqlər və məğriblər (deyə) zikr etdi.

فَمَنْ فَعَلَ هَذَا كَيْفَ يَعْجِزُهُ أَنْ يُبَدِّلَ هَؤُلَاءِ وَيَنْقُلَ إِلَى أَمَاكِنِهِمْ خَيْرًا مِنْهُمْ؟

Elə isə, (bütün) bunları edən, bunları dəyişdirərək, onların yerinə özlərindən daha xeyirlisini gətirməkdə, necə aciz qala bilər?!

وَأَيْضًا فَإِنَّ تَأْثِيرَ مَشَارِقِ الشَّمْسِ وَمَغَارِبِهَا فِي اخْتِلَافِ أَحْوَالِ النَّبَاتِ وَالْحَيَوَانِ أَمْرٌ مَشْهُورٌ،

Həmçinin, günəşin məşriq və məğribinin, bitki və heyvanların hallarının ixtilafındakı (dəyişmələrindəki) təsiri, məşhurdur.

وَقَدْ جَعَلَ اللَّهُ تَعَالَى ذَلِكَ بِحِكْمَتِهِ سَبَبًا لِتَبَدُّلِ أَجْسَامِ النَّبَاتِ وَأَحْوَالِ الْحَيَوَانَاتِ وَانْتِقَالِهَا مِنْ حَالٍ إِلَى غَيْرِهِ،

Allah Taala, Öz hikməti ilə, bunu, bitkilərin cisimlərinin və heyvanların hallarının dəyişməsi və onların, bir haldan başqa bir hala intiqalı üçün bir səbəb qılmışdır.

وَيُبَدِّلُ الْحَرَّ بِالْبَرْدِ، وَالْبَرْدَ بِالْحَرِّ، وَالصَّيْفَ بِالشِّتَاءِ، وَالشِّتَاءَ بِالصَّيْفِ،

O:

~ istini, soyuqla;

~ soyuğu, isti ilə;

~ yayı, qışla;

~ qışı, yay ilə

dəyişdirir.

إِلَى سَائِرِ تَبَدُّلِ أَحْوَالِ الْحَيَوَانِ وَالنَّبَاتِ وَالرِّيَاحِ وَالْأَمْطَارِ وَالثُّلُوجِ،

Heyvanların, bitkilərin, küləklərin, yağışların, qarların hallarının sair təbəddüllərinə qədər...

وَغَيْرِ ذَلِكَ مِنَ التَّبَدُّلَاتِ وَالتَّغَيُّرَاتِ الْوَاقِعَةِ فِي الْعَالَمِ بِسَبَبِ اخْتِلَافِ مَشَارِقِ الشَّمْسِ وَمَغَارِبِهَا،

Bunlardan başqa, günəşin məşriqləri və məğriblərinin müxtəlifliyi səbəbindən aləmdə baş verən digər təbəddüllər (dəyişikliklər) və təğayyurlar (dəyişikliklər),

كَانَ ذَلِكَ تَقْدِيرَ الْعَزِيزِ الْعَلِيمِ.

(Bütün) bunlar, Əziz və Alim (olan Allah)'ın təqdiri olmuşdur.

 

فَكَيْفَ لَا يَقْدِرُ مَعَ مَا يَشْهَدُونَهُ مِنْ ذَلِكَ عَلَى أَنْ يُبَدِّلَ خَيْرًا مِنْهُمْ؟

Elə isə, onların bütün bunları müşahidə etdikləri halda, Allahın, onları özlərindən daha xeyirli olanlarla dəyişdirməyə qüdrəti, necə çatmaz?!

وَأَكَّدَ هَذَا الْمَعْنَى بِقَوْلِهِ:

Və bu mənanı, (bu) sözü ilə təkid etdi:

﴿وَمَا نَحْنُ بِمَسْبُوقِينَ﴾،

"Biz, aciz buraxılanlar deyilik."

فَلَا يَلِيقُ بِهَذَا الْمَوْضِعِ سِوَى لَفْظَةِ الْجَمْعِ.

Elə isə, cəm ləfzindən başqa (heç bir ləfz), bu yer ilə uyğun gəlmir.

 

ثُمَّ تَأَمَّلْ كَيْفَ جَاءَتْ أَيْضًا فِي سُورَةِ الصَّافَّاتِ مَجْمُوعَةً

Sonra, Saffat surəsində, həmçinin, necə cəm şəklində gəldiyini dərindən bir düşün.

فِي قَوْلِهِ: ﴿رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَرَبُّ الْمَشَارِقِ﴾ \[الصَّافَّاتِ: ٥\]،

"(O), göylərin, yerin, ikisi arasındakıların və məşriqlərin Rəbb'idir." (Saffat/5)

لَمَّا جَاءَتْ مَعَ جُمْلَةِ الْمَرْبُوبَاتِ الْمُتَعَدِّدَةِ، وَهِيَ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَا بَيْنَهُمَا،

Nə vaxt ki, Rəbb'in yaratdığı (və ya tərbiyə etdiyi) çox saylı məxluqlar cümləsilə bərabər gəldi, -ki, onlar: səmalar, yer və ikisi arasındakılardır-

كَانَ الْأَحْسَنُ مَجِيئُهَا مَجْمُوعَةً

Onun, cəm şəklində gəlməsi, daha gözəl oldu.

لِيَنْتَظِمَ مَعَ مَا تَقَدَّمَ مِنَ الْجَمْعِ وَالتَّعَدُّدِ.

Əvvəl (zikri keçən) cəm və təaddud (çoxluq mənasın)'dan (olan şeylər) ilə tənzimi üçün. (Yəni, cümlənin, cəm və çoxluq mənası ilə uyğunluq təşkil etsən deyə).

ثُمَّ تَأَمَّلْ كَيْفَ اقْتَصَرَ عَلَى الْمَشَارِقِ دُونَ الْمَغَارِبِ لِاقْتِضَاءِ الْحَالِ ذَلِكَ،

Sonra, -hal, bunu iqtiza etdiyindən dolayı- məğribləri (zikr) etmədən, məşriqləri (zikr) etməklə necə məhdudlaşdırdığını, dərindən bir düşün!

فَإِنَّ الْمَشَارِقَ مَظْهَرُ الْأَنْوَارِ وَأَسْبَابُ انْتِشَارِ الْحَيَوَانِ وَحَيَاتِهِ وَتَصَرُّفِهِ وَمَعَاشِهِ وَانْبِسَاطِهِ،

Şübhəsiz, məşriqlər:

~ nurların mazharı;

~ heyvanların (yəni, həyat sahiblərinin) həyatları, təsərrüfləri, məişətləri və yayılmalarının intişar (yayılma) səbəbləridir.

فَهُوَ إِنْشَاءٌ مَشْهُودٌ،

Və o, məşhud (müşahidə edilən) inşa (yaratma)'dır.

فَقَدَّمَهُ بَيْنَ يَدَيِ الرَّدِّ عَلَى مُنْكِرِي الْبَعْثِ،

Beləliklə, yenidən dirilişi inkar edənləri rədd etməyin əvvəlində, onu iləri çəkdi. (bax: Saffat/11)

ثُمَّ ذَكَرَ تَعَجُّبَ نَبِيِّهِ مِنْ تَكْذِيبِهِمْ وَاسْتِبْعَادِهِمُ الْبَعْثَ بَعْدَ الْمَوْتِ،

Sonra, Öz nəbisinin, -onların, Onu təkzib etmələri; və ölümdən sonra yenidən dirilişi ağıldan uzaq görmələrindən dolayı- təəccübünü zikr etdi. (Saffat/12)

ثُمَّ قَدَّرَ الْمَوْتَ وَحَالَهُمْ فِيهِ،

Sonra, ölümü və onların içində olduğu halları təqdir etdi. (Saffat/16)

وَكَانَ الِاقْتِصَارُ عَلَى ذِكْرِ الْمَشَارِقِ هَهُنَا فِي غَايَةِ الْمُنَاسَبَةِ لِلْغَرَضِ الْمَطْلُوبِ،

Sonra, burda, -məqsəd və mətluba son dərəcə uyğunluq içində-məşriqləri zikr etməklə məhdudlaşdırdı.

وَاللَّهُ أَعْلَمُ».

Allah, ən gözəl biləndir.

 

ibn Qayyim əl-Cevziyyə, "Bədəiu'l-Favaid", "əl-Məşriq və'l-Məğrib beynə'l-cəm və't-təsniyə və'l-ifrad" bəhsi

 

Rububiyyət nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99bb-v%C9%99-rububiyy%C9%99t-n%C9%99-dem%C9%99kdirl%C9%99r

Rahmən surəsi 17-ci ayətin təfsiri:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/r%C9%99hman-sur%C9%99si-17-c...

---------------------

---------------------

Bəqərə surəsi 116-cı ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿بَلْ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ كُلٌّ لَهُ قَانِتُونَ (١١٦)﴾ \[الْبَقَرَةِ: ١١٦\].

(Haqq) Taala'nın: "Bəl! Ləhu mə fi's-səməvəti və'l-ard. Kullun Ləhu qanitun = Xeyr! Göylərdə və yerdə olanlar, Ona məxsusdur. Hamısı, Ona itaət edənlərdir." (Bəqərə/116) sözü:

 

عَبَّرَ فِي هَذِهِ الْآيَةِ بِـ «مَا» الْمَوْصُولَةِ الدَّالَّةِ عَلَى غَيْرِ الْعُقَلَاءِ،

Bu ayədə, qeyr-i aqillərə (yəni, ağlı olmayan varlıqlara) dəlalət edən "mə/o şeylər ki" ismu'l-mövsulu ilə ifadə etdi.

ثُمَّ عَبَّرَ فِي قَوْلِهِ: ﴿قَانِتُونَ (١١٦)﴾ بِصِيغَةِ الْجَمْعِ الْمُذَكَّرِ الْخَاصَّةِ بِالْعُقَلَاءِ.

Sonra da, "qanitun/itaət edənlər" sözündə, aqillərə məxsus olan müzəkkər (kişi cinsi) cəmi siğası (forması) ilə ifadə etdi. (haşiyə)

-------------------------------

(Haşiyə:

(1) Əslində, ayədə, belə olmalı idi: "قَانِتَةٌ/qanitət".

Ərəb dilində, qeyr-i aqillərin cəmi, müfrəd müənnəsdə (tək qadın cinsində) işlədilir. Halbuki ayədə, müzəkkər cəm səlim (düzgün kişi cinsi cəmində) gətirilmişdir.

(2) "Mə" ismu'l-mövsulu isə, qeyr-i aqillər üçün istifadə edilən ədatdır.

Not:

Ayə, dilimizə, "o şeylər ki göylərdə və yerdədir" deyə tərcümə edildiyində, cümlə ahəngi pozulduğu üçün, "göylərdə və yerdə olanlar" deyə tərcümə edilir.

 

İsmu'l-mövsul nədir?

İsmu'l-mövsul, dilimizdə, "nisbi əvəzliklər" deməkdir. Nisbi əvəzlik anlayışı, dilimizə aid bir əlamət deyildir. Rus, fransız və s. bir sıra başqa dillərdə, buna daha çox rast gəlinir. Bunun nə olduğunu və azərbaycan dilinə necə tərcümə olunduğunu başa düşmək üçün, hərfi tərcüməsi azərbaycan dilində kobud səslənsə də, bir cümləyə müraciət edək. Belə ki:

الرجل الذ ي خرج من الفصل مدرس

Ər-raculu, əlləzi xaraca minə'l-fasli, mudərrisun.

Yəni:

“Kişi, kim ki sinifdən çıxdı, müəllimdir.”

Burda, "əlləzi", yəni, "kim ki" kəliməsi, ismu'l-mövsul, yəni, nisbi əvəzlikdir.

Nisbi əvəzliklər, ayrılıqda mənası olmayan mübhəm isimlərdir və mənaları, yalnız özlərindən sonra gələn cümlə vasitəsilə aydınlaşır. Bu cümlədə də, "əlləzi/kim ki" əvəzliyinin mənası, yalnız bu əvəzlikdən sonra işlənən "sinifdən çıxdı" feli cümləsilə aydınlaşdı.

Nisbi əvəzlikdən sonra gələn və əvəzliyin mənasını aydınlaşdıran cümləyə də, "silətu'l-mövsul" deyilir.

Nisbi əvəzliklər:

~ kişi cinsində təkdə: əlləzi;

~ qadın cinsində təkdə: əlləti;

~ kişi cinsi cəmdə: əlləzinə (hansılar ki, kimlər ki);

~ qadın cinsi cəmdə isə: əlləti (burda ikinci ə uzadılaraq oxunur) və ya "əlləi".

İsmu'l-mövsul, siləsiz düşünülə bilməz. İsmu'l-mövsuldan məqsəd, siləsidir. Nəzərə alınacaq şey, yalnız budur.

-------------------------------

وَوَجْهُ الْجَمْعِ:

Cəm etmə cəhəti, (belədir):

أَنَّ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ مِنَ الْخَلْقِ مِنْهُ الْعَاقِلُ وَغَيْرُ الْعَاقِلِ،

Göylərdə və yerdə olan məxluqlardan, aqil və qeyr-i aqil olanlar vardır.

فَغُلِّبَ فِي الِاسْمِ الْمَوْصُولِ غَيْرُ الْعَاقِلِ،

Beləliklə:

~ (mə/o şeylər ki) ismu'l-mövsulunda, qeyr-i aqillər üstün;

وَغُلِّبَ فِي صِيغَةِ الْجَمْعِ الْعَاقِلُ.

~ cəm siğasında isə, aqillər üstün

tutulmuşdur.

وَالنُّكْتَةُ فِي ذَلِكَ أَنَّهُ قَالَ:

Bundakı incəlik (budur ki), (Haqq Taala belə) buyurdu:

﴿بَلْ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ﴾،

"Bəl! Ləhu mə fi's-səməvəti və'l-ardi = Xeyr! Göylərdə və yerdə olanlar, Ona məxsusdur."

وَجَمِيعُ الْخَلَائِقِ بِالنِّسْبَةِ لِمُلْكِ اللَّهِ إِيَّاهُمْ سَوَاءٌ، عَاقِلُهُمْ وَغَيْرُهُ،

Allahın mülkü olmasına nisbətlə, cəmi məxluqat -onlardan aqil olanlar və qeyriləri- bərabərdirlər.

فَالْعَاقِلُ فِي ضَعْفِهِ وَعَجْزِهِ بِالنِّسْبَةِ لِمُلْكِ اللَّهِ كَغَيْرِ الْعَاقِلِ.

Aqil (varlıqlar), Allahın mülkü olmasına nisbətlə, -zəifliyi və acizliyində- qeyr-i aqil kimidir.

وَلَمَّا ذَكَرَ الْقُنُوتَ ـ وَهُوَ الطَّاعَةُ ـ وَكَانَ أَظْهَرَ فِي الْعُقَلَاءِ مِنْ غَيْرِهِمْ،

"Qunut"u zikr etdiyində isə, -ki, o, itaətdir- (bu itaət), aqillərdə, qeyrilərindən (yəni, ağılsız varlıqlardan) daha zahir idi.

عَبَّرَ بِمَا يَدُلُّ عَلَى الْعُقَلَاءِ تَغْلِيبًا لَهُمْ.

(Bundan dolayı da), -onları (yəni, aqilləri) üstün tutaraq- aqillərə dəlalət edən şey ilə ifadə etdi.  (haşiyə)

--------------------

(Haşiyə:

İmamımız Fəxrəddin ər-Razi'nin izahı isə, belədir:

Burda, "mən/o kimsələr ki" deyil; "mə/o şeylər ki" (şəklində) gətirilməsi, onların (yəni, həm aqillərin, həm də qeyr-i aqillərin) hallarını həqir göstərmək üçündür.

---------------------

---------------------

Bəqərə surəsi 118-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ﴾ \[الْبَقَرَةِ: ١١٨\].

(Haqq) Taala'nın: "Biz, yəqinliklə inanan bir qövm üçün, ayələrimizi bəyan etdik." (Bəqərə/118) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ الْبَيَانَ خَاصٌّ بِالْمُوقِنِينَ.

Bu ayə, zahirilə, bəyanın, yəqinliklə inananlara xass olduğuna dəlalət edir.

وَقَدْ جَاءَتْ آيَاتٌ أُخَرُ تَدُلُّ عَلَى أَنَّ الْبَيَانَ عَامٌّ لِجَمِيعِ النَّاسِ،

(Halbuki), bəyanın, bütün insanlar üçün ümumi olduğuna dəlalət edən digər ayələr (də) gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: ﴿كَذَلِكَ يُبَيِّنُ اللَّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ﴾ \[الْبَقَرَةِ: ١٨٧\]،

~ (Haqq) Taala'nın: "Beləcə, Allah, Öz ayələrini insanlar üçün bəyan edir; ola bilsin ki, təqvalı olarlar." (Bəqərə/187) sözü kimi;

وَكَقَوْلِهِ: ﴿هَذَا بَيَانٌ لِلنَّاسِ﴾ \[آلِ عِمْرَانَ: ١٣٨\].

~ Onun: "Bu, insanlar üçün, bir bəyandır." (Al-i İmran/138) sözü kimi.

 

وَوَجْهُ الْجَمْعِ:

Cəm etmə cəhəti, (belədir):

أَنَّ الْبَيَانَ عَامٌّ لِجَمِيعِ الْخَلْقِ،

Şübhəsiz, bəyan (yəni, açıqlamaq), cəmi məxluqat üçün, ümumidir;

إِلَّا أَنَّهُ لَمَّا كَانَ الِانْتِفَاعُ بِهِ خَاصًّا بِالْمُتَّقِينَ، خُصَّ فِي هَذِهِ الْآيَةِ بِهِمْ؛

Lakin, onunla faydalanmaq, yalnız müttəqilərə xass olduğundan, bu ayədə, onlarla (yəni, müttəqilərlə) təxsis edildi.

لِأَنَّ مَا لَا نَفْعَ فِيهِ كَالْعَدَمِ.

Çünki, faydası olmayan bir şey, yox kimidir.

وَنَظِيرُهَا قَوْلُهُ تَعَالَى: ﴿إِنَّمَا أَنْتَ مُنْذِرُ مَنْ يَخْشَاهَا﴾ \[النَّازِعَاتِ: ٤٥\]،

~ Onun bir bənzəri, (Haqq) Taala'nın (bu) sözüdür: "Sən, ancaq, qorxanları qorxudansan." (Naziat/45) sözüdür;

وَقَوْلُهُ: ﴿إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ﴾ الْآيَةَ \[يس: ١١\]،

~ Onun: "Sən, ancaq, zikrə tabe olanları qorxudursan." (Yasin/11) sözü (də, belədir).

مَعَ أَنَّهُ مُنْذِرٌ لِلْأَسْوَدِ وَالْأَحْمَرِ،

Halbuki O (yəni, Peyğəmbərimiz), qara (dərilini) də, qırmızı (dərilini) də qorxudandır.

وَإِنَّمَا خُصَّ الْإِنْذَارُ بِمَنْ يَخْشَى وَمَنْ يَتَّبِعُ الذِّكْرَ؛

İnzar (yəni, qorxutmaq), ancaq, qorxana və zikrə tabe olana təxsis edilmişdir.

لِأَنَّهُ الْمُنْتَفِعُ بِهِ.

Çünki o, ondan faydalanandır.

---------------------

---------------------

Bəqərə surəsi 143-cü ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿وَمَا جَعَلْنَا الْقِبْلَةَ الَّتِي كُنْتَ عَلَيْهَا إِلَّا لِنَعْلَمَ مَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَى عَقِبَيْهِ﴾ الْآيَةَ \[الْبَقَرَةِ: ١٤٣\].

(Haqq) Taala'nın: "Biz, Sənin üzərində olduğun qibləni, ancaq, kim Rəsula tabe olur; kim (də) dabanları üzərində üz döndərir, bilək deyə təyin etdik." (Bəqərə/143) sözü:

 

قَوْلُهُ تَعَالَى فِي هَذِهِ الْآيَةِ: ﴿إِلَّا لِنَعْلَمَ﴾ يُوهِمُ أَنَّهُ لَمْ يَكُنْ عَالِمًا بِمَنْ يَتَّبِعُ الرَّسُولَ مِمَّنْ يَنْقَلِبُ عَلَى عَقِبَيْهِ،

(Haqq) Taala'nın, bu ayədəki "ancaq bilək deyə" sözü, Onun, kimin Rəsul'a tabe olduğunu; kimin (də) dabanları üzərində (Ondan) üz döndərdiyini bilmədiyini vəhm etdirir.

مَعَ أَنَّهُ تَعَالَى عَالِمٌ بِكُلِّ شَيْءٍ قَبْلَ وُقُوعِهِ،

Halbuki, (Haqq) Taala, bir şey vaqe olmadan əvvəl də, hər şeyi biləndir.

فَهُوَ يَعْلَمُ مَا سَيَعْمَلُهُ الْخَلْقُ،

Və O, məxluqatın, nələri edəcəklərini bilir;

كَمَا دَلَّتْ عَلَيْهِ آيَاتٌ كَثِيرَةٌ،

Necə ki, buna, bir çox ayə dəlalət edir:

كَقَوْلِهِ: ﴿هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَى (٣٢)﴾ \[النَّجْمِ: ٣٢\]،

~ Onun: "O, sizi, daha yaxşı biləndir. O vaxt ki, sizi yerdən yaratdı; o vaxt ki, siz, analarınızın bətnlərində rüşeym halında idiniz. Elə isə, nəfslərinizi təmizə çıxarmayın. O, kimin təqvalı olduğunu, daha yaxşı biləndir." (Nəcm/32) sözü kimi;

وَقَوْلِهِ تَعَالَى: ﴿وَلَهُمْ أَعْمَالٌ مِنْ دُونِ ذَلِكَ هُمْ لَهَا عَامِلُونَ (٦٣)﴾ \[الْمُؤْمِنُونَ: ٦٣\].

~ (Haqq) Taala'nın: "Onların, bundan başqa əməlləri (də) vardır. (Ki), onlar, onu edəcəklər." (Mu'minun/63) sözü;

وَالْجَوَابُ عَنْ هَذَا:

Bunun haqqındakı cavab, (budur):

أَنَّ مَعْنَى قَوْلِهِ تَعَالَى: ﴿إِلَّا لِنَعْلَمَ﴾ \[الْبَقَرَةِ: ١٤٣\] أَيْ:

(Haqq) Taala'nın: "ancaq bilək deyə" sözünün mənası:

عِلْمًا يَتَرَتَّبُ عَلَيْهِ الثَّوَابُ وَالْعِقَابُ،

"Savab və cəzanın özünü nəticə verdiyi elm olaraq (bilmək)" deməkdir. (haşiyə)

-----------------------------

(Haşiyə:

Məna, budur:

Allah, insanın hansı əməli edəcəyini əzəldən bilir. Amma insan, həmin əməli hələ etmədiyi üçün, o əmələ görə, savab və ya cəza verilmir.

İnsan əməli həqiqətən etdikdən sonra isə, həmin əməl, savab və ya cəzanın səbəbi olur.)

-----------------------------

فَلَا يُنَافِي كَوْنَهُ عَالِمًا بِهِ قَبْلَ وُقُوعِهِ.

Beləliklə, (bu), Onun, onu vaqe olmamışdan əvvəl bilməsinə ziddiyyət təşkil etmir.

وَقَدْ أَشَارَ تَعَالَى إِلَى أَنَّهُ لَا يَسْتَفِيدُ بِالِاخْتِبَارِ عِلْمًا جَدِيدًا

Və (Haqq) Taala, imtahan ilə yeni bir bilik əldə etmədiyinə işarət etmişdir.

لِأَنَّهُ عَالِمٌ بِمَا سَيَكُونُ،

Çünki O, onlar nə edəcəklərsə, biləndir.

حَيْثُ قَالَ تَعَالَى:

Belə ki, O, buyurmuşdur:

﴿وَلِيَبْتَلِيَ اللَّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ (١٥٤)﴾ \[آلِ عِمْرَانَ: ١٥٤\].

"Allah, sinələrinizdə olanları imtahan etməsi; və qəlblərinizdə olanları təmizləməsi üçün (belə etdi). Allah, sinələrin sahib olduğu şeyləri, biləndir." (Al-i İmran/154)

فَقَوْلُهُ: ﴿وَاللَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ (١٥٤)﴾ بَعْدَ قَوْلِهِ: ﴿وَلِيَبْتَلِيَ﴾ دَلِيلٌ عَلَى أَنَّهُ لَا يُفِيدُهُ الِاخْتِبَارُ عِلْمًا لَمْ يَكُنْ يَعْلَمُهُ،

Onun, "Allah, sinələrin sahib olduğu şeyləri biləndir." sözünün, "imtahan etməsi üçün" sözündən sonra gəlməsi, imtahanın, Ona, (əvvəl) bilmədiyi bir şeyi qazandırmamasına, dəlildir.

سُبْحَانَهُ وَتَعَالَى عَنْ ذَلِكَ،

(Allah), bundan pak və ucadır.

بَلْ هُوَ تَعَالَى عَالِمٌ بِكُلِّ مَا سَيَعْمَلُهُ خَلْقُهُ،

Əksinə, O Taala, məxluqatının edəcəkləri hər şeyi biləndir;

وَعَالِمٌ بِكُلِّ شَيْءٍ قَبْلَ وُقُوعِهِ،

Və vaqe olmasından əvvəl hər şeyi biləndir.

كَمَا لَا خِلَافَ فِيهِ بَيْنَ الْمُسْلِمِينَ،

Necə ki, bunda, müsəlmanlar arasında bir ixtilaf, yoxdur.

﴿لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ﴾ الْآيَةَ \[سَبَأٍ: ٣\].

"Zərrə misqal (belə), Ondan gizli qalmaz." (Səbə/3) (haşiyə)

--------------------------

(Haşiyə:

Haqq Taala'nın "bilək deyə" ayətinin mənası, "Bizim peyğəmbərlər və möminlərdən meydana gələn tərəflərimiz bilsin deyə..." olur.

~ Necə ki, kral, "Onu, dostlarımız fəth etdi." mənasında: "Biz, filan diyarı fəth etdik." deyir.

~ Yenə, "Ömər (radiyallahu anh), İraq torpaqlarını fəth etmişdir." deyilməsi də, bunun kimidir.

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in, Allah Taala'dan rəvayət etdiyi qüdsi hədisdə belə buyurulması da, bu mənadadır:

يَقُولُ اللَّهُ عَزَّ وَجَلَّ: اسْتَقْرَضْتُ عَبْدِي فَلَمْ يُقْرِضْنِي، وَشَتَمَنِي عَبْدِي، وَهُوَ لَا يَدْرِي، يَقُولُ: وَادَهْرَاهُ، وَادَهْرَاهُ، وَأَنَا الدَّهْرُ.

"Allah (azzə və cəllə), (belə) buyurur:

"Mən, qulumdan borc istədim. O, Mənə borc vermədi. Və qulum, Mənə, pis söz dedi. Halbuki o, bilmir. (Qul) deyir: 'Ah zaman, ah zaman.' Halbuki zaman, Mənəm." (Əhməd, "Müsnəd", hədis no: 7988; 10578)

(Başqa) bir hədisdə, "Kim Mənim bir vəlimi təhqir edərsə, Məni təhqir etmiş olar." şəklində varid olmuşdur.

Bir digər görüş, belədir:

"Biz, sizə, sanki, heç bir şey bilməyən bir imtahan edənin davranması kimi davranırıq." deməkdir. Çünki ədalət, bunu gərəkdirir.

(İmam Fəxrəddin ər-Razi, "Məfatihu'l-Ğeyb" təfsiri)

-----------------------------

-----------------------------

Bəqərə surəsi 154-cü ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ﴾ الْآيَةَ \[الْبَقَرَةِ: ١٥٤\].

(Haqq) Taala'nın: "Allah yolunda öldürülənlərə 'ölülər' deməyin. Əksinə, (onlar), diridirlər." (Bəqərə/154) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ الشُّهَدَاءَ أَحْيَاءٌ غَيْرُ أَمْوَاتٍ،

Bu ayə, zahirilə, şəhidlərin, diri; və ölülər olmadığına dəlalət edir.

وَقَدْ قَالَ فِي آيَةٍ أُخْرَى لِمَنْ هُوَ أَفْضَلُ مِنْ كُلِّ الشُّهَدَاءِ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ-:

Başqa bir ayədə isə, bütün şəhidlərdən fəzilətli olan Peyğəmbər (sallallahu aleyhi və səlləm)'ə, (belə) buyurmuşdur:

﴿إِنَّكَ مَيِّتٌ وَإِنَّهُمْ مَيِّتُونَ (٣٠)﴾ \[الزُّمَرِ: ٣٠\].

"Şübhəsiz, Sən (də) öləcəksən; onlar (da) öləcəklər." (Zumər/30)

 

وَالْجَوَابُ عَنْ هَذَا:

Bunun haqqındakı cavab, (belədir):

أَنَّ الشُّهَدَاءَ يَمُوتُونَ الْمَوْتَةَ الدُّنْيَوِيَّةَ،

Şəhidlər, dünyəvi ölümlə ölürlər;

فَتُورَثُ أَمْوَالُهُمْ وَتُنْكَحُ نِسَاؤُهُمْ بِإِجْمَاعِ الْمُسْلِمِينَ،

-Müsəlmanların icması ilə- onların malları, bölüşdürülür; və xanımları ilə (də) nikahlanılır.

وَهَذِهِ الْمَوْتَةُ هِيَ الَّتِي أَخْبَرَ اللَّهُ نَبِيَّهُ أَنَّهُ يَمُوتُهَا -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ-.

Bu, Allahın, Öz nəbisinə (sallallahu aleyhi və səlləm), (həmin ölümlə) öləcəyini xəbər verdiyi ölümdür.

وَقَدْ ثَبَتَ فِي الصَّحِيحِ عَنْ صَاحِبِهِ الصِّدِّيقِ -رَضِيَ اللَّهُ عَنْهُ- أَنَّهُ قَالَ

"Səhih"də, Onun səhabəsi Siddiq (radiyallahu anh)'dan (belə) sabit olmuşdur ki, O, demişdir:

لَمَّا تُوُفِّيَ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ-:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm) vəfat etdiyində:

«بِأَبِي أَنْتَ وَأُمِّي، وَاللَّهِ لَا يَجْمَعُ اللَّهُ عَلَيْكَ مَوْتَتَيْنِ، أَمَّا الْمَوْتَةُ الَّتِي كَتَبَ اللَّهُ عَلَيْكَ فَقَدْ مِتَّهَا»،

'Atam, anam Sənə fəda olsun. Allah, sənin üzərində, 2 ölümü birləşdirməz. Amma, Allahın sənə yazdığı ölümə gəlincə, onu dadmısan."

وَقَالَ: «مَنْ كَانَ يَعْبُدُ مُحَمَّدًا فَإِنَّ مُحَمَّدًا قَدْ مَاتَ»،

Və (əbu Bəkr əs-Siddiq) dedi: "Kim Muhammədə ibadət edirdisə, (bilsin ki), Muhamməd, artıq vəfat etmişdir." (Buxari, hədis no: 4452)

وَاسْتَدَلَّ عَلَى ذَلِكَ بِالْقُرْآنِ،

Və buna, Quranla istidlal etdi;

وَرَجَعَ إِلَيْهِ جَمِيعُ أَصْحَابِ النَّبِيِّ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ-.

Nəbi (sallallahu aleyhi və səlləm)'in bütün səhabələri də, buna (bu görüşə) qayıtdı.

وَأَمَّا الْحَيَاةُ الَّتِي أَثْبَتَهَا اللَّهُ لِلشُّهَدَاءِ فِي الْقُرْآنِ، وَحَيَاتُهُ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- الَّتِي ثَبَتَ فِي الْحَدِيثِ أَنَّهُ يَرُدُّ بِهَا السَّلَامَ عَلَى مَنْ سَلَّمَ عَلَيْهِ،

Amma:

~ Allahın, Quran'da, şəhidlər üçün sabit etdiyi həyata; və

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in həyatına, -ki, hədisdə sabit olmuşdur ki, (Peyğəmbər), Ona salam göndərənə, salamla cavab verir-

gəlincə;

فَكِلْتَاهُمَا حَيَاةٌ بَرْزَخِيَّةٌ لَيْسَتْ مَعْقُولَةً لِأَهْلِ الدُّنْيَا.

Onların hər ikisi, bərzəxi həyatdır (və) dünya əhli üçün məqul (əql edilə bilən) deyil.

أَمَّا فِي الشُّهَدَاءِ فَقَدْ نَصَّ تَعَالَى عَلَى ذَلِكَ بِقَوْلِهِ: ﴿وَلَكِنْ لَا تَشْعُرُونَ (١٥٤)﴾،

Amma şəhidlərə gəlincə, (Haqq) Taala, bunu, (bu) sözü ilə açıq şəkildə bildirmişdir:

"Lakin siz, dərk etməzsiniz." (Bəqərə/154)

وَقَدْ فَسَّرَهَا النَّبِيُّ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- بِأَنَّهُمْ تُجْعَلُ أَرْوَاحُهُمْ فِي حَوَاصِلِ طُيُورٍ خُضْرٍ تَرْتَعُ فِي الْجَنَّةِ،

Nəbi (sallallahu aleyhi və səlləm), bunu, onların ruhlarının, yaşıl quşların içlərində yerləşdirildiyi və cənnətdə dolaşdıqları (şəklində) təfsir etmişdir.

وَتَأْوِي إِلَى قَنَادِيلَ مُعَلَّقَةٍ تَحْتَ الْعَرْشِ،

Və arşın altındakı asılı qəndillərə sığınır;

فَهُمْ يَتَنَعَّمُونَ بِذَلِكَ.

Beləliklə, onlar, bununla nemətlənirlər.

وَأَمَّا مَا ثَبَتَ عَنْهُ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- أَنَّهُ لَا يُسَلِّمُ عَلَيْهِ أَحَدٌ إِلَّا رَدَّ عَلَيْهِ اللَّهُ رُوحَهُ حَتَّى يَرُدَّ عَلَيْهِ السَّلَامَ،

Amma, Ondan (sallallahu aleyhi və səlləm) sabit olana gəlincə, Ona salam verən heç bir kəs yoxdur ki, Allah, onun ruhunu, ona qaytarmasın ki, salamına cavab versin. (Yəni, salam verən hər bir kəsin salamına, Peyğəmbər, salamla cavab verir. Ruhu Ona geri qaytarılaraq.)

وَأَنَّ اللَّهَ وَكَّلَ مَلَائِكَةً يُبَلِّغُونَهُ سَلَامَ أُمَّتِهِ،

Və Allah, mələkləri vəkil qılmış; (və) onlar, ümmətinin salamını, Ona təbliğ edirlər.

فَإِنَّ تِلْكَ الْحَيَاةَ -أَيْضًا- لَا يَعْقِلُ حَقِيقَتَهَا أَهْلُ الدُّنْيَا؛

Şübhəsiz, o həyatın həqiqəti də, dünya əhli (tərəfindən) əql edilə bilmir.

لِأَنَّهَا ثَابِتَةٌ لَهُ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ-

Çünki o (həyat), Peyğəmbər (sallallahu aleyhi və səlləm) üçün sabitdir;

مَعَ أَنَّ رُوحَهُ الْكَرِيمَةَ فِي أَعْلَى عِلِّيِّينَ مَعَ الرَّفِيقِ الْأَعْلَى فَوْقَ أَرْوَاحِ الشُّهَدَاءِ،

Bununla bərabər, Onun kərim ruhu, -şəhidlərin ruhlarının fövqündə- Rəfiqul-ala ilə, ala-yı illiyyin'dədir.

فَتَعَلُّقُ هَذِهِ الرُّوحِ الطَّاهِرَةِ -الَّتِي هِيَ فِي أَعْلَى عِلِّيِّينَ- بِهَذَا الْبَدَنِ الشَّرِيفِ الَّذِي لَا تَأْكُلُهُ الْأَرْضُ يَعْلَمُ اللَّهُ حَقِيقَتَهُ وَلَا يَعْلَمُهَا الْخَلْقُ،

Ala-yı illiyyində olan bu təmiz ruhun, yerin yemədiyi bu şərəfli bədənlə əlaqəsinin həqiqətini, Allah bilir; məxluqat isə, bilmir.

كَمَا قَالَ فِي جِنْسِ ذَلِكَ: ﴿وَلَكِنْ لَا تَشْعُرُونَ (١٥٤)﴾.

Necə ki, bu qəbildən olaraq, (belə) buyurmuşdur:

"Lakin siz, dərk etməzsiniz." (Bəqərə/154)

وَلَوْ كَانَتْ كَالْحَيَاةِ الَّتِي يَعْرِفُهَا أَهْلُ الدُّنْيَا

Əgər dünya əhlinin bildiyi bir həyat kimi olsaydı,

لَمَا قَالَ الصِّدِّيقُ -رَضِيَ اللَّهُ عَنْهُ-: إِنَّهُ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- مَاتَ،

~ Siddiq (radiyallahu anh): “Peyğəmbər (sallallahu aleyhi və səlləm), vəfat etdi." deməzdi;

وَلَمَا جَازَ دَفْنُهُ،

~ Onun dəfni, caiz olmazdı;

وَلَا نَصْبُ خَلِيفَةٍ غَيْرِهِ،

~ Ondan başqasının xəlif olaraq (təyin edilməsi də, caiz olmazdı);

وَلَا قُتِلَ عُثْمَانُ،

~ Osman öldürülməzdi. (haşiyə)

وَلَا اخْتَلَفَ أَصْحَابُهُ،

~ Səhabələri ixtilaf etməzdilər;

------------------------

(Haşiyə:

Müəllifimiz Şinqiti'nin qəsdi, budur:

Peyğəmbər (sallallahu aleyhi və səlləm), dünya həyatındakı kimi yaşayır olsaydı, səhabələr, Onun yanına gəlib, baş verən siyasi ixtilafları həll etdirərdilər. Beləliklə, Osman b. Affan'ın öldürülməsi kimi hadisələrin qarşısı alınardı.)

--------------------------

وَلَا جَرَى عَلَى عَائِشَةَ مَا جَرَى،

~ Aişə'nin başına gələnlər, cərəyan etməzdi;

وَلَسَأَلُوهُ عَنِ الْأَحْكَامِ الَّتِي اخْتَلَفُوا فِيهَا بَعْدَهُ كَالْعَوْلِ، وَمِيرَاثِ الْجَدِّ وَالْإِخْوَةِ، وَنَحْوِ ذَلِكَ.

~ Və, Ondan, Onun vəfatından sonra özündə ixtilaf etdikləri avl (haşiyə), baba və qardaşların mirası və buna bənzər hökmləri, mütləq soruşardılar.

---------------------

(Haşiyə:

Avl:

~ Lüğətdə “haqdan ayrılmaq, zülm etmək; yüksəlmək və çoxalmaq” kimi mənalara gəlir.

~ İslam fiqhində isə, "bir mirasın bölünməsində, müəyyən pay sahiblərinin mirasdan alacaqları pay miqdarı hesablanarkən, payların cəminin ortaq məxrəcdən çox çıxması"dır.

---------------------

وَإِذَا صَرَّحَ الْقُرْآنُ بِأَنَّ الشُّهَدَاءَ أَحْيَاءٌ فِي قَوْلِهِ تَعَالَى: ﴿بَلْ أَحْيَاءٌ﴾،

Quran:

~ (Haqq) Taala'nın: "Xeyr. (Onlar), diridirlər." sözündə, şəhidlərin diri olduğunu açıq şəkildə bildirdiyində;

وَصَرَّحَ بِأَنَّ هَذِهِ الْحَيَاةَ لَا يَعْرِفُ حَقِيقَتَهَا أَهْلُ الدُّنْيَا بِقَوْلِهِ: ﴿وَلَكِنْ لَا تَشْعُرُونَ (١٥٤)﴾،

~ Onun: "Lakin siz, dərk etməzsiniz." sözü ilə, dünya əhlinin, bu həyatın həqiqətini başa düşmədiklərini açıq şəkildə bildirdiyində;

وَكَانَ النَّبِيُّ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- أَثْبَتَ حَيَاتَهُ فِي الْقَبْرِ بِحَيْثُ يَسْمَعُ السَّلَامَ وَيَرُدُّهُ،

~ Nəbi (sallallahu aleyhi və səlləm), salamı eşidib ona cavab verməklə, qəbrdə Öz həyatını təsdiq etdiyində;

وَأَصْحَابُهُ الَّذِينَ دَفَنُوهُ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- لَا تَشْعُرُ حَوَاسُّهُمْ بِتِلْكَ الْحَيَاةِ =

~ Və Onu (sallallahu aleyhi və səlləm) dəfn edən səhabələri, hisslərilə, o həyatı dərk etmədiklərində;

عَرَفْنَا أَنَّهَا حَيَاةٌ لَا يَعْقِلُهَا أَهْلُ الدُّنْيَا أَيْضًا.

Bildik ki, şübhəsiz o, dünya əhlinin əql edə bilmədiyi bir həyatdır.

وَمِمَّا يُقَرِّبُ هَذَا لِلذِّهْنِ حَيَاةُ النَّائِمِ،

Bunu zehnə yaxınlaşdıran şeylərdən biri, yatan kimsənin həyatıdır.

فَإِنَّهُ يُخَالِفُ الْحَيَّ فِي جَمِيعِ التَّصَرُّفَاتِ مَعَ أَنَّهُ يُدْرِكُ الرُّؤْيَا وَيَعْقِلُ الْمَعَانِيَ.

Çünki, (yatan insan), bütün təsərrüflərində, oyaq insandan fərqlənir. Bununla belə, o, yuxular görür və mənaları dərk edir.

وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

Ən doğrusunu, Allah bilir...

قَالَ الْعَلَّامَةُ ابْنُ الْقَيِّمِ -رَحِمَهُ اللَّهُ- فِي كِتَابِ «الرُّوحِ»

Allamə ibnu'l-Qayyim (rahiməhullah), "Ruh" kitabında, (belə) deyir:

مَا نَصُّهُ:

Onun mətni, (belədir):

«وَمَعْلُومٌ بِالضَّرُورَةِ أَنَّ جَسَدَهُ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- فِي الْأَرْضِ طَرِيٌّ مُطْرًى،

"Zərurətlə məlumdur ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in cəsədi, yerdə, təzə və çürüməmiş bir haldadır.

وَقَدْ سَأَلَهُ الصَّحَابَةُ:

- Səhabələr, Ondan soruşdular:

كَيْفَ تُعْرَضُ صَلَاتُنَا عَلَيْكَ وَقَدْ أَرِمْتَ؟»

"Sən çürümüş olduqda, bizim salavatlarımız, Sənə necə ərz ediləcək?"

فَقَالَ:

- (Peyğəmbər sallallahu aleyhi və səlləm), (belə) buyurdu:

«إِنَّ اللَّهَ حَرَّمَ عَلَى الْأَرْضِ أَنْ تَأْكُلَ أَجْسَادَ الْأَنْبِيَاءِ»،

"Şübhəsiz, Allah, yerə, Nəbilərin cəsələrini yeməyi haram qılmışdır."

وَلَوْ لَمْ يَكُنْ جَسَدُهُ فِي ضَرِيحِهِ، لَمَا أَجَابَ بِهَذَا الْجَوَابِ.

Əgər Onun cəsədi, qəbrində olmasaydı, bu cavabla cavab verməzdi.

وَقَدْ صَحَّ عَنْهُ:

Ondan səhih bir şəkildə sabit olmuşdur ki:

أَنَّ اللَّهَ وَكَّلَ بِقَبْرِهِ مَلَائِكَةً يُبَلِّغُونَهُ عَنْ أُمَّتِهِ السَّلَامَ،

"Şübhəsiz, Allah, mələkləri, Onun qəbrinə vəkil qılmışdır. Ümmətinin salamını, Ona təbliğ edirlər."

وَصَحَّ عَنْهُ:

(Yenə), Ondan səhih bir şəkildə sabit olmuşdur ki:

أَنَّهُ خَرَجَ بَيْنَ أَبِي بَكْرٍ وَعُمَرَ، وَقَالَ: «هَكَذَا نُبْعَثُ».

O, əbu Bəkr və Ömərin arasında (onlarla bərabər) çıxdı və (belə) buyurdu:

"Biz də, belə dirildiləcəyik."

هَذَا مَعَ الْقَطْعِ بِأَنَّ رُوحَهُ الْكَرِيمَةَ فِي الرَّفِيقِ الْأَعْلَى فِي أَعْلَى عِلِّيِّينَ مَعَ أَرْوَاحِ الْأَنْبِيَاءِ.

(Bütün) bu(nlarla) bərabər, Onun kərim ruhunun, nəbilərin ruhları ilə bərabər, rəfiqu'l-ala'da, ala-yı illiyyində olduğu, qətidir.

وَقَدْ صَحَّ عَنْهُ أَنَّهُ رَأَى مُوسَى يُصَلِّي فِي قَبْرِهِ لَيْلَةَ الْإِسْرَاءِ،

Ondan, səhih bir şəkildə sabit olmuşdur ki, O, Musa'nı, isra gecəsində, qəbrində, namaz qılarkən görmüşdür;

وَرَآهُ فِي السَّمَاءِ السَّادِسَةِ أَوِ السَّابِعَةِ،

Və Onu (yəni, Musanı), (eyni zamanda), 6-cı və ya 7-ci səmada görmüşdür;

فَالرُّوحُ كَانَتْ هُنَاكَ وَلَهَا اتِّصَالٌ بِالْبَدَنِ فِي الْقَبْرِ وَإِشْرَافٌ عَلَيْهِ وَتَعَلُّقٌ بِهِ؛

Deməli, ruh orada (səmada) idi. (Bununla yanaşı), onun, qəbirdəki bədənlə münasibəti, bədən üzərində nəzarəti və ona bağlılığı var.

بِحَيْثُ يُصَلِّي فِي قَبْرِهِ وَيَرُدُّ سَلَامَ مَنْ يُسَلِّمُ عَلَيْهِ،

Elə bir şəkildə ki, qəbrində, namaz qılır; və Ona salam göndərənin salamına cavab verir.

وَهِيَ فِي الرَّفِيقِ الْأَعْلَى،

Halbuki O (ruh), rəfiqu'l-ala'dadır.

وَلَا تَنَافِيَ بَيْنَ الْأَمْرَيْنِ؛

İki şey arasında, ziddiyyət yoxdur.

فَإِنَّ شَأْنَ الْأَرْوَاحِ غَيْرُ شَأْنِ الْأَبْدَانِ».

Deməli, ruhların halı, bədənlərin halından başqadır.

انْتَهَى مَحَلُّ الْغَرَضِ مِنْ كَلَامِ ابْنِ الْقَيِّمِ بِلَفْظِهِ.

ibnu'l-Qayyim'in kəlamından məqsədin məhəlli (yəni, məqsədimizə aid olan hissə), onun öz sözlərilə (burda) sonlanır.

وَهُوَ يَدُلُّ عَلَى أَنَّ الْحَيَاةَ الْمَذْكُورَةَ غَيْرُ مَعْلُومَةِ الْحَقِيقَةِ لِأَهْلِ الدُّنْيَا.

Və o, məzkur (yuxarıda zikr edilən) həyatın həqiqətinin, dünya əhlinə qeyr-i məlum olduğuna dəlalət edir.

قَالَ تَعَالَى: ﴿وَلَكِنْ لَا تَشْعُرُونَ﴾،

(Haqq) Taala (da, belə) buyurmuşdur:

"Lakin siz, dərk etməzsiniz."

وَالْعِلْمُ عِنْدَ اللَّهِ.

Elm, Allah qatındadır. (haşiyə)

----------------

(Haşiyə:

Şəhvətlərini tərk edən kimsələrin, mənən dirildikləri, təcrübə ilə də sabitdir. Əgər bir qulun, şəhvətinin istəklərini tərk etdiyi halda, mənən dirildiyi, həqiqətdirsə -ki, elədir- Allah yolunda nəfsin şəhvətlərindən daha iləri olan canı ilə öldüyündə də, (bundan daha iləri dərəcədə olan bir dirilməklə) diriləcəyi, ağıldan uzaq deyildir və olmamalıdır. Az bir əməl qarşılığında belə mükafat verənin, çox əməl müqabilində çox mükafat verməməsi, imkansızdır.)

--------------------

--------------------

Bəqərə surəsi 170-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ (١٧٠)﴾ \[الْبَقَرَةِ: ١٧٠\].

(Haqq) Taala'nın: "Ə və ləv kənə əbəuhum lə yə'qilunə şeyən və lə yəhtədun = (Bəs) ataları heç bir şey anlamayıb doğru yola yönəlməyən kimsələr olsalar beləmi (onlara tabe olacaqlar)?" (Bəqərə/170) sözü:

 

هَذِهِ الْآيَةُ الْكَرِيمَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ الْكُفَّارَ لَا عُقُولَ لَهُمْ أَصْلًا؛

Bu ayət-i kərimə, zahirilə, kafirlərin, əsla, ağılları olmadığına dəlalət edir.

لِأَنَّ قَوْلَهُ: ﴿شَيْئًا﴾ نَكِرَةٌ فِي سِيَاقِ النَّفْيِ،

Çünki, Onun "şeyən" sözü, nəfy siyaqında (kontekstində olan) bir nəkirədir. (haşiyə)

-------------------------

(Haşiyə:

Nəkirə nədir?

✓ Nəkirə: "söyləndiyi zaman, kimdən və ya nədən bəhs edildiyi tam olaraq başa düşülməyən, qeyr-i müəyyən bir kimsəni və ya nəsnəni göstərən isimlər"dir.

Məsələn, "mudərrisun/müəllim" dediyimizdə, hər hansı bir müəllimi qəsd etmiş oluruq. Yəni, "mudərrisun" kəliməsilə, bəhs etdiyimiz şəxsin müəllim olduğu bilinir; lakin, adı nədir, haralıdır və ya neçə yaşındadır və s. kimi məlumatlar, bu sözlə başa düşülmür.

Ümumi olaraq, nəkirə isimlər, sonlarına tənvin (un) götürür və başlarında, tərif hərfi deyilən əlif-lam götürmürlər. Ərəb dilində nəkirə, ingilis dilindəki "a, an" artikli ilə eynidir.

------------------------

فَهِيَ تَدُلُّ عَلَى الْعُمُومِ.

Və o, ümuma dəlalət edir.

وَقَدْ جَاءَتْ آيَاتٌ أُخَرُ تَدُلُّ عَلَى أَنَّ الْكُفَّارَ لَهُمْ عُقُولٌ يَعْقِلُونَ بِهَا فِي الدُّنْيَا،

(Halbuki), kafirlərin, dünyada, ağılları ilə dərk edən kimsələr olduğuna dəlalət edən ayələr gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى:

(Haqq) Taala'nın, (bu) sözü kimi:

﴿وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ وَكَانُوا مُسْتَبْصِرِينَ (٣٨)﴾ \[الْعَنْكَبُوتِ: ٣٨\].

"Şeytan, onlar üçün, onların əməllərini bəzədi. Onları (doğru) yoldan uzaqlaşdırdı. Halbuki onlar, bəsirət sahibləri idilər." (Ənkəbut/38)

وَالْجَوَابُ:

Cavab, (belədir):

أَنَّهُمْ يَعْقِلُونَ أُمُورَ الدُّنْيَا دُونَ أُمُورِ الْآخِرَةِ،

Onlar, axirət işlərindən başqa (olan) dünya işlərini dərk edirlər.

كَمَا بَيَّنَهُ تَعَالَى بِقَوْلِهِ:

Necə ki, (Haqq) Taala, onu, (bu) sözü ilə bəyan etmişdir:

﴿وَعْدَ اللَّهِ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ (٦) يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ (٧)﴾ \[الرُّومِ: ٦، ٧\].

"Və'dəllah. Lə yuxlifullahu və'dəhu. Və ləkinnə əksərə'n-nəs lə lə'ləmun = (Budur) Allahın vədi. O, Öz vədinə xilaf çıxmaz. Lakin, insanların əksəriyyəti, bilmirlər." (Rum/7)

Yə'ləmunə zahiran minə'l-həyəti'd-dunyə. Və hum əni'l-əxirati hum ğafilun = Onlar, dünya həyatının zahirini bilirlər. Axirətdən isə, qafildirlər." (Rum/8)

-------------------

-------------------

Bəqərə surəsi 173-cü ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ﴾ الْآيَةَ \[الْبَقَرَةِ: ١٧٣\].

(Haqq) Taala'nın: "O, sizin üçün, ancaq leş və qanı haram qılmışdır." (Bəqərə/173) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ جَمِيعَ أَنْوَاعِ الدَّمِ حَرَامٌ،

Bu ayə, zahirilə, qanın bütün növlərinin haram olduğuna dəlalət edir.

وَمِثْلُهَا قَوْلُهُ تَعَالَى فِي سُورَةِ النَّحْلِ:

Bunun bir bənzəri də,

~ (Haqq) Taala'nın, Nəhl surəsindəki (bu) sözüdür:

﴿إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ﴾ هُوَ \[نحل: ١١٥\] الْآيَةَ،

"O, sizin üçün, yalnız, leşi və qanı haram qılmışdır." (Nəhl/115)

وَقَوْلُهُ فِي سُورَةِ الْمَائِدَةِ:

~ Onun, Maidə surəsindəki (bu) sözü:

﴿حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالدَّمُ﴾ \[الْمَائِدَةِ: ٣\] الْآيَةَ.

"Sizin üçün, leş və qan, haram qılındı." (Maidə/3)

وَقَدْ ذُكِرَ فِي آيَةٍ أُخْرَى مَا يَدُلُّ عَلَى أَنَّ الدَّمَ لَا يَحْرُمُ إِلَّا إِذَا كَانَ مَسْفُوحًا،

(Halbuki) başqa bir ayədə, qan, yalnız axıdılmış olarsa haram olduğuna dəlalət edən şey gəlmişdir.

وَهِيَ قَوْلُهُ تَعَالَى فِي سُورَةِ الْأَنْعَامِ:

Və o da, Ənam surəsində, (Haqq) Taala'nın (bu) sözüdür:

﴿إِلَّا أَنْ يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَسْفُوحًا﴾ الْآيَةَ \[الْأَنْعَامِ: ١٤٥\].

"Yalnız leş və ya qanın (da) axıdılmış olması..." (Ənam/145)

 

وَالْجَوَابُ:

Cavab, (belədir):

أَنَّ هَذِهِ الْمَسْأَلَةَ مِنْ مَسَائِلِ تَعَارُضِ الْمُطْلَقِ وَالْمُقَيَّدِ،

Şübhəsiz, bu məsələ, mütləq və muqayyədin təaruzu (ziddiyyəti) məsələlərindəndir. (haşiyə)

----------------------

(Haşiyə:

Mütləq və Muqayyəd üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mutl%C9%99q-v%C9%99-muqayy%C9%99d-n%C9%99-dem%C9%99kdirl%C9%99r

-----------------------

وَالْجَارِي عَلَى أُصُولِ مَالِكٍ وَالشَّافِعِيِّ وَأَحْمَدَ حَمْلُ الْمُطْلَقِ عَلَى الْمُقَيَّدِ، لَا سِيَّمَا مَعَ اتِّحَادِ الْحُكْمِ وَالسَّبَبِ،

-Xüsusilə hökm və səbəb bir olduqlarında- Malik, Şafi və Əhməd'in üsullarına əsasən, mütləq, muqayyəd üzərinə həml edilir.

كَمَا هُنَا.

Necə ki, burda (da belədir).

وَسَوَاءٌ عِنْدَهُمْ تَأَخُّرُ الْمُطْلَقِ عَنِ الْمُقَيَّدِ -كَمَا هُنَا- أَوْ تَقَدُّمُهُ.

Onlar nəzdində, mütləqin muqayyəddən sonra gəlməsi, -necə ki, burda (da belədir)- və ya ondan əvvəl gəlməsi, bərabərdir. (haşiyə)

---------------------

(Haşiyə:

Qan:

~ bu Bəqərə/173-də, mütləq olaraq;

~ Ənam/145-də isə, muqayyəd olaraq (yəni, "axıdılmış olması" ilə qeydlənərək)

gəlmişdir.

3 imama görə, bu 2 ayənin birinin, o birisindən əvvəl və ya sonra enməsi arasında, bir fərq yoxdur.)

--------------------------

وَإِنَّمَا قُلْنَا هُنَا: إِنَّ الْمُطْلَقَ مُتَأَخِّرٌ عَنِ الْمُقَيَّدِ؛

Biz, burda, mütləqin muqayyəd'dən sonra gəlməsini, yalnız (ona görə) dedik ki:

لِأَنَّ الْقَيْدَ فِي سُورَةِ الْأَنْعَامِ،

Çünki, qeyd (yəni, "qanın axıdılmış olması" qeydi), Ənam surəsindədir.

وَهِيَ نَزَلَتْ قَبْلَ النَّحْلِ،

Və o, Nəhl (surəsindən) əvvəl nazil olub.

مَعَ أَنَّهُمَا مَكِّيَّتَانِ إِلَّا آيَاتٍ مَعْرُوفَةٍ،

Bununla bərabər, -məruf (bilinən bəzi) ayələr istisna olmaqla-, o ikisi (yəni, o iki surə: Ənam və Nəhl surələri), Məkki'dir.

وَالدَّلِيلُ عَلَى أَنَّ الْأَنْعَامَ قَبْلَ النَّحْلِ قَوْلُهُ تَعَالَى فِي النَّحْلِ:

Ənam (surəsi)'nin Nəhl (surəsin)'dən əvvəl olduğunun dəlili, (Haqq) Taala'nın, Nəhl (surəsin)'dəki bu sözüdür:

﴿وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا مَا قَصَصْنَا عَلَيْكَ﴾ \[النَّحْلِ: ١١٨\] الْآيَةَ،

"Yəhudilərə (də), Sənə bildirdiyimiz şeyləri haram qılmışdıq." (Nəhl/118)

وَالْمُرَادُ بِهِ:

Bununla murad edilən:

مَا قَصَّ عَلَيْهِ فِي الْأَنْعَامِ بِقَوْلِهِ:

Ənam (surəsin)'də Ona, (bu) sözü ilə bildiriləndir:

﴿وَعَلَى الَّذِينَ هَادُوا حَرَّمْنَا كُلَّ ذِي ظُفُرٍ﴾ \[الْأَنْعَامِ: ١٤٦\] الْآيَةَ.

"Yəhudilərə, bütün dırnaqlı (heyvanları) haram qıldıq." (Ənam/146)

وَأَمَّا كَوْنُ الْأَنْعَامِ نَزَلَتْ قَبْلَ الْبَقَرَةِ وَالْمَائِدَةِ فَوَاضِحٌ؛

Amma, Ənam (surəsi)'nin, Bəqərə və Maidə (surələrin)'dən əvvəl nazil olmasına gəlincə, (bu), vazehdir.

لِأَنَّ الْأَنْعَامَ مَكِّيَّةٌ بِالْإِجْمَاعِ إِلَّا آيَاتٍ مِنْهَا، وَالْبَقَرَةُ مَدَنِيَّةٌ بِالْإِجْمَاعِ،

Çünki, icma ilə:

~ -Ondan (bəzi) ayələr istisna olmaqla- Ənam (surəsi), Məkki;

~ Bəqərə və Maidə (surələri) isə, Mədəni'dir.

وَالْمَائِدَةُ مِنْ آخِرِ مَا نَزَلَ مِنَ الْقُرْآنِ،

Maidə (surəsi), Qurandan nazil olan sonuncu (surələr)'dəndir.

وَلَمْ يُنْسَخْ مِنْهَا شَيْءٌ لِتَأَخُّرِهَا.

Sonra (nazil olduğundan) dolayı, Ondan heç bir şey, nəsx edilməmişdir. (haşiyə)

------------------------

(Haşiyə:

Nəsx üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/n%C9%99sx-n%C9%99dir

------------------------

وَعَلَى هَذَا فَالدَّمُ إِذَا كَانَ غَيْرَ مَسْفُوحٍ، كَالْحُمْرَةِ الَّتِي تَظْهَرُ فِي الْقِدْرِ مِنْ أَثَرِ تَقْطِيعِ اللَّحْمِ، فَهُوَ لَيْسَ بِحَرَامٍ؛ لِحَمْلِ الْمُطْلَقِ عَلَى الْمُقَيَّدِ،

Buna əsasən, qan, axıdılmamış olduğunda, -mütləqin muqayyədə həmlindən dolayı- -ətin doğranmasının təsiri nəticəsində qazanda görünən qırmızılıq kimi- haram deyildir.

وَعَلَى هَذَا كَثِيرٌ مِنَ الْعُلَمَاءِ.

Alimlərdən bir çoxu da, bu (görüş) üzərindədirlər.

وَمَا ذَكَرْنَا مِنْ عَدَمِ النَّسْخِ فِي الْمَائِدَةِ قَالَ بِهِ جَمَاعَةٌ.

Maidə (surəsin)'də, nəsxin olmadığı haqqında zikr etdiyimiz (görüş)'ü, camaat (da) demişdir.

وَهُوَ عَلَى الْقَوْلِ بِأَنَّ قَوْلَهُ تَعَالَى:

Və bu (görüş), (Haqq) Taala'nın (bu) sözünə görədir:

﴿فَإِنْ جَاءُوكَ فَاحْكُمْ بَيْنَهُمْ﴾ الْآيَةَ \[الْمَائِدَةِ: ٢٤\]،

~ "Əgər Sənin yanına gəlsələr, aralarında hökm ver." (Maidə/24)

وَقَوْلَهُ: ﴿أَوْ آخَرَانِ مِنْ غَيْرِكُمْ﴾ \[الْمَائِدَةِ: ١٠٦\]

~ Onun: "Və ya sizdən olmayan 2 başqa şəxs" sözü (Maidə/106)

غَيْرُ مَنْسُوخَيْنِ صَحِيحٌ،

(Bu) iki (ayə)'nin qeyr-i mənsux olduğu, səhihdir.

وَعَلَى الْقَوْلِ بِنَسْخِهِمَا لَا يَصِحُّ عَلَى الْإِطْلَاقِ،

(Əgər bu iki ayənin) nəsx edildiyi (görüşü qəbul edilərsə), (Maidə surəsində heç bir nəsxin olmadığı görüşünü) mütləq şəkildə (söyləmək), doğru olmaz.

وَالْعِلْمُ عِنْدَ اللَّهِ تَعَالَى.

Elm, Allah Taala nəzdindədir. (haşiyə)

--------------------

(Haşiyə:

Bəzi ayələrdə, ləfzin, "mütləq"; bəzi ayələrdə isə, "muqayyəd" olaraq gətirilməsinin hikmətləri haqqında isə, aşağıdakılar zikr edilə bilər:

1. Hökmlərin mərhələli və asan başa düşülən şəkildə çatdırılması:

Quran bir dəfəyə deyil, 23 il ərzində nazil olmuşdur. Bəzi hökmlər əvvəlcə ümumi və şərtsiz (mütləq) şəkildə verilmiş: daha sonra isə, başqa bir ayədə, müəyyən şərtlərlə (muqayyəd) dəqiqləşdirilmişdir.

Bu, insanların hökmləri mərhələli şəkildə mənimsəməsi və tətbiq etməsinə, kömək edir.

2. Fərqli vəziyyətlərə uyğun ədalətin təmin edilməsi:

Eyni bir məsələ, fərqli şəraitlərdə, fərqli hökmlər tələb edə bilər. Mütləq və müqəyyəd ifadələr, bu fərqləri tənzimləyir.

3. Quranın öz-özünü təfsir etməsini göstərmək:

Quran ayələri bir-birini tamamlayır və izah edir. Bir yerdə qısa və ümumi (mütləq) deyilən bir ifadə, digər yerdə təfsilatlı (muqayyəd) şəkildə açıqlanır. Bu, həm kəlamın icazını (yəni, yığcamlığını) qoruyur; həm də oxuyucunu, ayələr üzərində tədəbbürə (dərindən düşünməyə) sövq edir.

4. İctihad və elmi araşdırmalara geniş meydan açması:

Mütləq ləfzlərin, hansı hallarda muqayyədə həml ediləcəyi; hansı hallarda isə, öz mütləqliyində qalacağı məsələsi, müctəhidlər üçün, geniş araşdırma və düşüncə sahəsi yaradır. Bu isə, şəriətin, hər dövrün və cəmiyyətin ehtiyaclarına cavab verə bilən dinamik bir sistem olmasını təmin edir.

---------------------

---------------------

Bəqərə surəsi 174-cü ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿أُولَئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلَّا النَّارَ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ﴾ الْآيَةَ \[الْبَقَرَةِ: ١٧٤\].

(Haqq) Taala'nın: "Onlar, qarınlarını, atəşdən başqa bir şey ilə doldurmazlar. Allah, qiyamət günü, onlarla danışmaz." (Bəqərə/174) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ اللَّهَ لَا يُكَلِّمُ الْكُفَّارَ يَوْمَ الْقِيَامَةِ؛

Bu ayə, zahirilə, qiyamət günü, Allahın, kafirlərlə danışmayacağına dəlalət edir.

لِأَنَّ قَوْلَهُ تَعَالَى: ﴿وَلَا يُكَلِّمُهُمْ﴾ فِعْلٌ فِي سِيَاقِ النَّفْيِ،

Çünki, (Haqq) Taala'nın "Onlarla danışmaz." sözü, nəfy (inkar) siyaqı (kontekstində olan) bir feldir.

وَقَدْ تَقَرَّرَ فِي عِلْمِ الْأُصُولِ:

Üsul elmində qərar qılmışdır ki:

أَنَّ الْفِعْلَ فِي سِيَاقِ النَّفْيِ مِنْ صِيَغِ الْعُمُومِ،

Nəfy siyaqında olan bir fel, ümum siğalarından (formalarından)'dır.

وَسَوَاءٌ كَانَ الْفِعْلُ مُتَعَدِّيًا أَوْ لَازِمًا، عَلَى التَّحْقِيقِ،

Fel, mütəaddi (təsirli) və ya ləzim (təsirsiz) olsa belə, eynidir.

خِلَافًا لِلْغَزَالِيِّ الْقَائِلِ بِعُمُومِهِ فِي الْمُتَعَدِّي دُونَ اللَّازِمِ.

Ğazali'nin, onun, mütəaddi (fel)'də, ümumi olduğunu; ləzim (feldə) isə, (ümumi) olmadığını deyən (görüşü)'nə müxalif olaraq...(haşiyə)

--------------------------

(Haşiyə:

Ərəb dilində, fellər, 2 qismə bölünür:

1. Mütəaddi (təsirli) fellər;

2. Ləzim (təsirsiz) fellər.

 

1. Mütəaddi fel: "təsiri, öz failindən başqa bir şeyə keçən fel"dir. Və məfulun bihi  (hərəkətin təsir etdiyi şey) vardır.

Məsələn: "Şahin, məktub yazdı."

Burda, "yazdı" feli, mütəaddidir. Çünki "yazma" hərəkəti, bir obyektə yönəlir.

2. Ləzim fel: "təsiri, öz failində qalan, digərinə keçməyən fel"dir. Və məfulun bihi yoxdur.

Məsələn: "Şahin, yatdı."

Burda, "yatdı" feli, ləzimdir. Çünki, "yatdı" felinin təsiri, başqa bir şeyə keçməmişdir.

 

Ayədəki “danışmaq” feli də, mütəaddi feldir və bu da, -yuxarıdakı qaydaya əsasən- ümum ifadə edir.

 

Not:

Dəyərli oxuyucu! Bu, müəllifimiz Şinqiti'nin, -əlavə olaraq- zikr etdiyi bir məsələdir. İzahdan da göründüyü kimi; imam Ğazzali də, mütəaddi felin ümum ifadə etdiyini qəbul edir.

------------------------

وَخِلَافُ الْإِمَامِ أَبِي حَنِيفَةَ -رَحِمَهُ اللَّهُ- فِي ذَلِكَ خِلَافٌ فِي حَالٍ لَا فِي حَقِيقَةٍ؛

İmam əbu Hənifə (rahiməhullah)'ın bundakı xilafı isə, haldakı xilafdır; həqiqətdəki xilaf deyildir.

لِأَنَّهُ يَقُولُ:

Çünki O, deyir:

إِنَّ الْفِعْلَ فِي سِيَاقِ النَّفْيِ لَيْسَ صِيغَةً لِلْعُمُومِ،

Şübhəsiz, nəfy siyaqında olan bir fel, ümum siğasından deyil.

وَلَكِنَّهُ يَدُلُّ عَلَيْهِ بِالِالْتِزَامِ.

Lakin o (yəni, nəfy/inkar bildirən fel), iltizamla ona (yəni, ümumiliyə) dəlalət edir.

أَيْ: لِأَنَّهُ يَدُلُّ عَلَى نَفْيِ الْحَقِيقَةِ،

Yəni: çünki o, həqiqətin nəfyinə dəlalət edir.

وَنَفْيُهَا يَلْزَمُهُ نَفْيُ جَمِيعِ الْأَفْرَادِ.

Və onun nəfyi, cəmi fərdlərin nəfyini gərəkdirir.

فَقَوْلُهُ: لَا أَكَلْتُ -مَثَلًا- يَنْفِي حَقِيقَةَ الْأَكْلِ، فَيَلْزَمُهُ نَفْيُ جَمِيعِ أَفْرَادِهِ.

Məsələn, Onun, "Yemədim." sözü, yemək həqiqətinin nəfyidir. Və onun (yəni, yeməyin) bütün fərdləri gərəkdirir.

وَإِيضَاحُ عُمُومِ الْفِعْلِ فِي سِيَاقِ النَّفْيِ:

Nəfy siyaqında olan bir felin ümumilik (ifadə etməsinin) izahı, (budur):

أَنَّ الْفِعْلَ يَنْحَلُّ عَنْ مَصْدَرٍ وَزَمَنٍ عِنْدَ النَّحْوِيِّينَ،

Şübhəsiz, bir fel, -nəhv alimləri nəzdində- məsdər və zamandan ibarətdir.

وَعَنْ مَصْدَرٍ وَزَمَنٍ وَنِسْبَةٍ عِنْدَ بَعْضِ الْبَلَاغِيِّينَ،

Bəzi bəlağat alimlərinə görə isə, (fel), məsdər, zaman və nisbətdən ibarətdir.

فَالْمَصْدَرُ دَاخِلٌ فِي مَعْنَاهُ إِجْمَاعًا،

Məsdərin onun (yəni, felin) mənasına daxil olması, icma ilə (qəbul edilmişdir).

فَالنَّفْيُ الدَّاخِلُ عَلَى الْفِعْلِ يَنْفِي الْمَصْدَرَ الْكَامِنَ فِي الْفِعْلِ،

Beləliklə, nəfy, fel(in mənası)'na daxildir (və) feldəki gizli məsdəri də, inkar edir.

فَيَؤُولُ إِلَى مَعْنَى النَّكِرَةِ فِي سِيَاقِ النَّفْيِ.

(Nəticədə, bu), nəfyin siyaqındakı nəkirənin mənasına gəlib çıxır.

وَمِنَ الْعَجِيبِ أَنَّ أَبَا حَنِيفَةَ -رَحِمَهُ اللَّهُ- يُوَافِقُ الْجُمْهُورَ عَلَى أَنَّ الْفِعْلَ فِي سِيَاقِ النَّفْيِ إِنْ أُكِّدَ بِمَصْدَرٍ

Əcaibliklərdəndir ki, nəfy siyaqındakı bir fel, məsdərlə təkid edilərsə, əbu Hənifə (rahiməhullah), cumhura müvafiqdir;

نَحْوَ: لَا شَرِبْتُ شُرْبًا -مَثَلًا-

Məsələn, "Mən, heç içmədim." kimi.

أَفَادَ الْعُمُومَ،

(Bu), ümum ifadə edir.

مَعَ أَنَّهُ لَا يُوَافِقُ عَلَى إِفَادَةِ النَّكِرَةِ فِي سِيَاقِ النَّفْيِ لِلْعُمُومِ.

Halbuki O, nəfy siyaqında gələn nəkirənin ümumilik ifadə etməsi ilə də razılaşmır.

 

وَقَدْ جَاءَتْ آيَاتٌ أُخَرُ تَدُلُّ عَلَى أَنَّ اللَّهَ يُكَلِّمُ الْكُفَّارَ يَوْمَ الْقِيَامَةِ،

(Halbuki), Allahın, qiyamət günü, kafirlərlə danışacağına dəlalət edən başqa ayələr (də) gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: ﴿رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ (١٠٧) قَالَ اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ (١٠٨)﴾ الْآيَةَ \[الْمُؤْمِنُونَ: ١٠٧\].

~ (Haqq) Taala'nın, (bu) sözü kimi:

"Ey Rəbbimiz! Bizi, ordan çıxart. Əgər yenidən (günaha) qayıtsaq, zalımlar(dan) olarıq. (Allah, belə) buyuracaq: 'Rədd olun ora və Mənimlə danışmayın." (Mu'minun/108);

وَالْجَوَابُ عَنْ هَذَا بِأَمْرَيْنِ:

Bunun haqqındakı cavab, 2 şey ilədir:

الْأَوَّلُ -وَهُوَ الْحَقُّ-:

• Birincisi -ki, haqq olan, budur- :

أَنَّ الْكَلَامَ الَّذِي نَفَى اللَّهُ أَنَّهُ يُكَلِّمُهُمْ بِهِ هُوَ الْكَلَامُ الَّذِي فِيهِ خَيْرٌ،

Allahın, onlarla danışacağını nəfy etdiyi (yəni, danışmayacağını bildirdiyi) kəlam, içində xeyir olan kəlamdır (Yəni, Allah, içində xeyir olan bir sözlə onlarla danışmaz).

وَأَمَّا التَّوْبِيخُ وَالتَّقْرِيعُ وَالْإِهَانَةُ فَكَلَامُ اللَّهِ لَهُمْ بِهِ مِنْ جِنْسِ عَذَابِهِ لَهُمْ،

Amma, məzəmmət, qınamaq və təhqirə gəlincə, Allahın, onlarla, bunlarla (yəni, məzəmmət, qınamaq və təhqirlə) kəlam etməsi, onların əzabı cinsindəndir.

وَلَمْ يُقْصَدْ بِالنَّفْيِ فِي قَوْلِهِ: ﴿وَلَا يُكَلِّمُهُمُ﴾.

Onun: "Onlarla danışmaz." sözündəki nəfy ilə, (bunlar) qəsd edilməmişdir.

الثَّانِي:

• İkincisi:

أَنَّهُ لَا يُكَلِّمُهُمْ أَصْلًا، وَإِنَّمَا تُكَلِّمُهُمُ الْمَلَائِكَةُ بِإِذْنِهِ وَأَمْرِهِ.

O, onlarla, ümumiyyətlə danışmayacaq. Onlarla, -Onun izni və əmrilə- yalnız mələklər danışacaq.

-----------------------

-----------------------

Bəqərə surəsi 178-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿كُتِبَ عَلَيْكُمُ الْقِصَاصُ فِي الْقَتْلَى﴾ \[الْبَقَرَةِ: ١٧٨\].

(Haqq) Taala'nın: "Sizin üzərinizə, öldürülənlər barəsində qisas almaq yazılmışdır." (Bəqərə/178) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ الْقِصَاصَ أَمْرٌ حَتْمٌ لَا بُدَّ مِنْهُ، بِدَلِيلِ قَوْلِهِ تَعَالَى: ﴿كُتِبَ عَلَيْكُمْ﴾؛

Bu ayə, zahirilə, (Haqq) Taala'nın: "Sizin üzərinizə yazılmışdır." sözünün dəlalətilə, qisasın qəti və qaçılmaz bir əmr olduğuna dəlalət edir.

لِأَنَّ مَعْنَاهُ: فُرِضَ وَحَتَمَ عَلَيْكُمْ.

Çünki, onun mənası: "Sizin üzərinizə fərz edildi və qəti şəkildə vacib etdi." (deməkdir).

مَعَ أَنَّهُ تَعَالَى ذَكَرَ -أَيْضًا- أَنَّ الْقِصَاصَ لَيْسَ بِمُتَعَيِّنٍ؛

Halbuki, (Haqq) Taala, həmçinin, qisasın, mütləq təyin edilmiş olmadığını da zikr etmişdir.

لِأَنَّ وَلِيَّ الدَّمِ بِالْخِيَارِ، فِي قَوْلِهِ تَعَالَى: ﴿فَمَنْ عُفِيَ لَهُ مِنْ أَخِيهِ﴾ الْآيَةَ \[الْبَقَرَةِ: ١٧٨\].

Çünki, (Haqq) Taala'nın (bu) sözündə, qan sahibi, ixtiyar sahibidir:

"Kim qardaşı tərəfindən əfv edilərsə..." (Bəqərə/178)

وَالْجَوَابُ ظَاهِرٌ،

Cavab, zahirdir.

وَهُوَ أَنَّ فَرْضَ الْقِصَاصِ وَإِلْزَامَهُ فِيمَا إِذَا لَمْ يَعْفُ أَوْلِيَاءُ الدَّمِ أَوْ بَعْضُهُمْ،

O da, qisasın fərz və vacibliyi, qan sahibləri və onlardan bəzilərinin əfv etmədiyi haldadır.

كَمَا يُشِيرُ إِلَيْهِ قَوْلُهُ تَعَالَى:

Necə ki, (Haqq) Taala'nın (bu) sözü (də), buna işarət edir:

﴿وَمَنْ قُتِلَ مَظْلُومًا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِ سُلْطَانًا فَلَا يُسْرِفْ فِي الْقَتْلِ﴾ الْآيَةَ \[الْإِسْرَاءِ: ٣٣\].

"Kim, məzlum olaraq öldürülərsə, Biz, onun vəlisi (yəni, qan sahibi) üçün, səlahiyyət verdik. Elə isə, öldürməkdə həddi aşmasın." (İsra/33)

-------------------

-------------------

Bəqərə surəsi 180-ci ayə

 

قَوْلُهُ تَعَالَى: {كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِنْ تَرَكَ خَيْرًا الْوَصِيَّةُ} الْآيَةَ \[الْبَقَرَةِ: ١٨٠\].

(Haqq) Taala'nın: "Sizdən birinə ölüm gəlib çatdığında, əgər xeyir (bir mal) qoyub gedirsə, sizin üzərinizə, vəsiyyət etmək yazıldı." (Bəqərə/180) sözü:

 

هَذِهِ الْآيَةُ تُعَارِضُ آيَاتِ الْمَوَارِيثِ بِضَمِيمَةِ بَيَانِ النَّبِيِّ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ-؛

Bu ayə, -Nəbi (sallallahu aleyhi və səlləm)'in bəyanının (da buna) əlavə edilməsilə-, miras ayələrilə ziddiyyət təşkil edir.

لِأَنَّ الْمَقْصُودَ مِنْهَا إِبْطَالُ الْوَصِيَّةِ لِلْوَارِثِينَ مِنْهُمْ،

Çünki ondan qəsd edilən, onlardan olan varislərə, vəsiyyəti ibtal etməkdir.

وَذَلِكَ قَوْلُهُ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ-:

(Nəbi) sallallahu aleyhi və səlləm'in sözü, budur:

«إِنَّ اللَّهَ أَعْطَى كُلَّ ذِي حَقٍّ حَقَّهُ، فَلَا وَصِيَّةَ لِوَارِثٍ».

"Şübhəsiz, Allah, hər haqq sahibinə, haqqını vermişdir. Elə isə, varisə vəsiyyət yoxdur." (ibn Macə, "Sünən", hədis no: 2714)

وَالْجَوَابُ ظَاهِرٌ،

Cavab, zahirdir.

وَهُوَ أَنَّ آيَةَ الْوَصِيَّةِ هَذِهِ مَنْسُوخَةٌ بِآيَاتِ الْمَوَارِيثِ،

Bu vəsiyyət ayəti, miras ayələrilə mənsux (nəsx edilmiş)'dir.

وَالْحَدِيثُ الْمَذْكُورُ بَيَانٌ لِلنَّاسِخِ.

Və (yuxarıda) zikr edilən hədis, nasix (nəsx edən)'in bəyanıdır.

وَذَهَبَ بَعْضُ الْعُلَمَاءِ إِلَى أَنَّهَا مُحْكَمَةٌ لَا مَنْسُوخَةٌ،

Bəzi alimlər isə, onun möhkəm olduğu (haşiyə) və mənsux olmadığı görüşündədirlər.

----------------------

(Haşiyə:

Möhkəm nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mohk%C9%99m-v%C9%99-mut%C9%99sabih-n%C9%99dir

-----------------------

وَانْتَصَرَ لِهَذَا الْقَوْلِ ابْنُ حَزْمٍ غَايَةَ الِانْتِصَارِ.

Bu qövlü, ibn Hazm, ən yüksək şəkildə müdafiə etmişdir.

وَعَلَى الْقَوْلِ بِأَنَّهَا مُحْكَمَةٌ فَهِيَ مِنَ الْعَامِّ الْمَخْصُوصِ،

(Ayənin), möhkəm olduğu görüşünə əsasən, o (yəni, ayə), ammu'l-məxsus (zahirən ümum ifadə edən; amma bəzi dəlillərlə, bəzi fərdləri istisna edilən ləfzlər)'dəndir.

فَالْوَالِدَانِ وَالْأَقْرَبُونَ الَّذِينَ لَا يَرِثُونَ لَا وَصِيَّةَ لَهُمْ؛ بِدَلِيلِ آيَاتِ الْمَوَارِيثِ وَالْحَدِيثِ،

Miras almayan valideynlər və qohum-əqrəbalara, -miras ayələri və hədisin dəlalətilə- vəsiyyət yoxdur.

وَأَمَّا الْوَالِدَانِ اللَّذَانِ لَا مِيرَاثَ لَهُمَا كَالرَّقِيقَيْنِ وَالْأَقَارِبِ الَّذِينَ لَا يَرِثُونَ فَتَجِبُ لَهُمُ الْوَصِيَّةُ عَلَى هَذَا الْقَوْلِ،

Amma, özlərinə miras düşməyən -nökər kimi olan- valideynlərə (haşiyə); və miras almayan qohum-əqrəbalara gəlincə, bu qövlə əsasən, vəsiyyət onlar üçün vacibdir. (haşiyə)

-------------------------

(Haşiyə:

Yəni, valideynlər, nökərdirlərsə; azad övladlarından miras ala bilməzlər. Miras ala bilmədiklərində də, onlara vəsiyyət etmək vacib olur.

Yəni, varis olana vəsiyyət yoxdursa; varis olmayana vəsiyyət vardır.)

-------------------------

وَلَكِنَّ مَذْهَبَ الْجُمْهُورِ خِلَافُهُ.

Lakin cumhurun məzhəbi (görüşü), buna müxalifdir.

وَحَكَى الْعَبَّادِيُّ فِي «الْآيَاتِ الْبَيِّنَاتِ» الْإِجْمَاعَ عَلَى أَنَّهَا مَنْسُوخَةٌ،

əl-Abbadi (əş-Şafii), "əl-Ayətu'l-Bəyyinat" (adlı əsərin)'də, bunun mənsux (nəsx edilmiş) olduğuna, icma nəql etmişdir.

مَعَ أَنَّ جَمَاعَةً مِنَ الْعُلَمَاءِ قَالُوا بِعَدَمِ النَّسْخِ.

Halbuki, alimlərdən bir camaat, nəsxin olmadığını söyləmişlərdir.

قَالَ مُقَيِّدُهُ -عَفَا اللَّهُ عَنْهُ-:

Bunun muqayyidi (yəni, mən Şinqiti) -Allah, onu əfv etsin- deyir:

التَّحْقِيقُ أَنَّ النَّسْخَ وَاقِعٌ فِيهَا يَقِينًا فِي الْبَعْضِ؛

Təhqiq(ə əsasən), bunun bir qismində, yəqinliklə nəsx vaqe olmuşdur.

لِأَنَّ الْوَصِيَّةَ لِلْوَالِدَيْنِ الْوَارِثَيْنِ وَالْأَقَارِبِ الْوَارِثِينَ رُفِعَ حُكْمُهَا بَعْدَ تَقَرُّرِهِ إِجْمَاعًا،

Çünki, varis olan valideynlərə; və varis olan qohumlara vəsiyyət etməyin hökmü qərar qıldıqdan sonra, - icma ilə- aradan qaldırılmışdır.

وَذَلِكَ نَسْخٌ فِي الْبَعْضِ لَا تَخْصِيصٌ؛

Və bu isə, (ayənin) bir qismindəki nəsxdir; təxsis deyil.

لِأَنَّ التَّخْصِيصَ قَصْرُ الْعَامِّ عَلَى بَعْضِ أَفْرَادِهِ بِالدَّلِيلِ،

Çünki təxsis, amm'ın (haşiyə) -dəlil ilə- öz fərdlərinin bir qismi ilə məhdudlaşdırılmasıdır.

---------------------------

(Haşiyə:

Amm və Xass üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem%C9%99kdirl%C9%99r

----------------------------

أَمَّا رَفْعُ حُكْمٍ مُعَيَّنٍ بَعْدَ تَقَرُّرِهِ فَهُوَ نَسْخٌ لَا تَخْصِيصٌ كَمَا هُوَ ظَاهِرٌ.

Amma, müəyyən hökmün qaldırılmasına gəlincə, bu, nəsxdir; təxsis deyil. Necə ki, o, zahirdir.

وَقَدْ تَقَرَّرَ فِي عِلْمِ الْأُصُولِ أَنَّ التَّخْصِيصَ بَعْدَ الْعَمَلِ بِالْعَامِّ نَسْخٌ،

Üsul elmində qərar qılmışdır ki, amm ilə əməldən sonrakı təxsis, nəsxdir.

وَإِلَيْهِ الْإِشَارَةُ بِقَوْلِ صَاحِبِ «مَرَاقِي السُّعُودِ»:

"Məraqi's-Suud" sahibinin qövlü ilə, buna işarə vardır:

وَإِنْ أَتَى مَا خَصَّ بَعْدَ الْعَمَلِ ... نَسَخَ وَالْغَيْرُ مُخَصِّصًا جَلِي.

"Əgər (amm ilə) əməldən sonra xass olan şey gəlsə, (bu), nəsx edər. (Bundan) qeyrisi (yəni, əməl edilməzdən əvvəl gələn) isə, açıq şəkildə muxassis (təxsis edən)'dir."

وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

Allah Taala, daha gözəl biləndir...

--------------------

--------------------

Bəqərə surəsi 184-cü ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ﴾ \[الْبَقَرَةِ: ١٨٤\].

(Haqq) Taala'nın: "və alə'l-ləzinə yutiqunəhu fidyətun taamu miskinin = (Oruc tutmağa) gücü çatanların üzərinə, bir miskin yedizdirmək fidyəsi düşür." (Bəqərə/184) sözü:

 

هَذِهِ الْآيَةُ الْكَرِيمَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ الْقَادِرَ عَلَى صَوْمِ رَمَضَانَ مُخَيَّرٌ بَيْنَ الصَّوْمِ وَالْإِطْعَامِ.

Bu ayə, zahirilə, ramazan orucuna qadir olanın, oruc və yedizdirmək arasında muxayyər (seçməkdə sərbəst) olduğuna dəlalət edir.

وَقَدْ جَاءَتْ فِي آيَةٍ أُخْرَى مَا يَدُلُّ عَلَى تَعْيِينِ وُجُوبِ الصَّوْمِ،

(Halbuki), başqa bir ayədə isə, orucun vacib olmasının təyin edildiyinə dəlalət edən bir şey gəlmişdir.

وَهِيَ قَوْلُهُ تَعَالَى:

O da, (Haqq) Taala'nın, (bu) sözüdür:

﴿فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ﴾ الْآيَةَ \[الْبَقَرَةِ: ١٨٥\].

"Sizdən aya şahid olanlar (yəni, ramazan ayına çatanlar), (oruc) tutsunlar." (Bəqərə/185)

وَالْجَوَابُ عَنْ هَذَا بِأَمْرَيْنِ:

Bunun haqqındakı cavab, 2 şey ilədir:

أَحَدُهُمَا -وَهُوَ الْحَقُّ-:

• O ikisindən biri, -ki, haqq olan, budur- :

أَنَّ قَوْلَهُ: ﴿وَعَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ﴾ مَنْسُوخٌ بِقَوْلِهِ: ﴿فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ﴾.

(Haqq) Taala'nın: "(Oruc tutmağa) gücü çatanların üzərinə, fidyə düşür." sözü;

Onun: "Sizdən aya şahid olanlar, oruc tutsun." sözü ilə, nəsx edilmişdir.

الثَّانِي:

• İkincisi:

أَنَّ مَعْنَى ﴿يُطِيقُونَهُ﴾: لَا يُطِيقُونَهُ، بِتَقْدِيرِ «لَا» النَّافِيَةِ،

"Yutiqunəhu = (Oruc tutmağa) güc çatdırırlar" (sözünün) mənası, "lə nəfiyətu / inkar bildirən lə ədatı"nın təqdirilə, "lə yutiqunəhu = (oruc tutmağa) güc çatdırmırlar" deməkdir.

وَعَلَيْهِ فَتَكُونُ الْآيَةُ مُحْكَمَةً،

Buna əsasən, ayə, möhkəm olur.

وَيَكُونُ وُجُوبُ الْإِطْعَامِ عَلَى الْعَاجِزِ عَنِ الصَّوْمِ كَالْهَرِمِ وَالزَّمِنِ.

(Beləliklə), yedizdirməyin vacibliyi, -qoca və xəstə kimi- orucdan aciz olan kimsə üzərinə olur.

وَاسْتُدِلَّ لِهَذَا الْقَوْلِ بِقِرَاءَةِ بَعْضِ الصَّحَابَةِ: (يَطَّوَّقُونَهُ)

Bu qövl üçün, bəzi səhabələrin "يَطَّوَّقُونَهُ/yəttavvəqunəhu" (şəklindəki) qiraəti dəlil gətirilmişdir.

بِفَتْحِ الْيَاءِ وَتَشْدِيدِ الطَّاءِ وَالْوَاوِ الْمَفْتُوحَتَيْنِ،

(Ki, bu kəlimdə), "yə" hərfi, fəthə ilə; "ta" və "vav" isə, şəddəli və fəthəli (oxunur).

بِمَعْنَى: يَتَكَلَّفُونَهُ مَعَ عَجْزِهِمْ عَنْهُ.

(Kəlimə isə, bu) məna ilədir: "Ondan (yəni, orucdan) acizliklərilə bərabər, təkəllüf edirlər (yəni, orucu özlərinə çətinliklə yükləyirlər).”

وَعَلَى هَذَا الْقَوْلِ فَيَجِبُ عَلَى الْهَرِمِ وَنَحْوِهِ الْفِدْيَةُ،

Bu qövlə əsasən, yaşlı və bunun bənzərləri üzərinə, fidyə vacibdir.

وَهُوَ اخْتِيَارُ الْبُخَارِيِّ، مُسْتَدِلًّا بِفِعْلِ أَنَسِ بْنِ مَالِكٍ -رَضِيَ اللَّهُ عَنْهُ-.

Və bu, -Ənəs b. Malik (radiyallahu anh)'ın felilə istidlal edərək- Buxari'nin də ixtiyar etdiyi (seçdiyi görüş)'dür.

--------------------

--------------------

Bəqərə surəsi 190-cı ayə

 

قَوْلُهُ تَعَالَى: {وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ وَلَا تَعْتَدُوا} الْآيَةَ \[الْبَقَرَةِ/ ١٩٠\].

(Haqq) Taala'nın: "Sizinlə döyüşənlərlə, Siz, Allah yolunda döyüşün. Və həddi aşmayın." (Bəqərə/190) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّهُمْ لَمْ يُؤْمَرُوا بِقِتَالِ الْكُفَّارِ إِلَّا إِذَا قَاتَلُوهُمْ.

Bu ayə, zahirilə, onların, kafirlərlə, yalnız kafirlər onlarla döyüşdüklərində döyüşmələrilə əmr olunduqlarına dəlalət edir.

وَقَدْ جَاءَتْ آيَاتٌ أُخَرُ تَدُلُّ عَلَى وُجُوبِ قِتَالِ الْكُفَّارِ مُطْلَقًا قَاتَلُوا أَمْ لَا،

(Halbuki), -(kafirlər, onlarla) döyüşsələr də, döyüşməsələr də- kafirlərlə mütləq olaraq döyüşməyə dəlalət edən başqa ayələr də gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: {وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ} \[الْبَقَرَةِ/ ١٩٣\]،

~ (Haqq) Taala'nın: "Fitnə qalmayana qədər, onlarla döyüşün." (Bəqərə/193) sözü;

وَقَوْلِهِ: {فَإِذَا انْسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ} \[التَّوْبَةِ/ ٥\]،

~ Onun: "Haram aylar bitdiyində, müşrikləri tapdığınız yerdə öldürün; ələ keçirin; mühasirəyə alın; onlara hər yerdə pusqu qurun." (Tövbə/5) sözü;

وَكَقَوْلِهِ تَعَالَى:{تُقَاتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ} \[الْفَتْحِ/ ١٦\].

~ Onun: "Onlarla döyüşərsiniz; ya da onlar müsəlman olarlar." (Fəth/16) sözü kimi.

وَالْجَوَابُ عَنْ هَذَا بِأُمُورٍ:

Bunun haqqındakı cavab, bir neçə cəhət ilədir:

الْأَوَّلُ -وَهُوَ أَحْسَنُهَا وَأَقْرَبُهَا-:

✓ Birincisi -ki, bu, ən gözəli və (mənaya) ən yaxınıdır- :

أَنَّ الْمُرَادَ بِقَوْلِهِ: {الَّذِينَ يُقَاتِلُونَكُمْ} تَهْيِيجُ الْمُسْلِمِينَ وَتَحْرِيضُهُمْ عَلَى قِتَالِ الْكُفَّارِ،

Onun, "o kəslər ki, sizinlə vuruşurlar" sözü ilə murad edilən: "müsəlmanları, kafirlərlə döyüş (üçün) hərəkətə gətirmək, təşviq etmək”dir.

فَكَأَنَّهُ يَقُولُ لَهُمْ:

Sanki O, onlara, (belə) buyurur:

هَؤُلَاءِ الَّذِينَ أَمَرْتُكُمْ بِقِتَالِهِمْ هُمْ خُصُومُكُمْ وَأَعْدَاؤُكُمُ الَّذِينَ يُقَاتِلُونَكُمْ.

"Bunlar, özlərilə döyüşməyi sizə əmr etdiyim kimsələrdir; onlar, sizinlə döyüşən xasmlarınız (düşmənləriniz) və düşmənlərinizdir."

وَيَدُلُّ لِهَذَا الْمَعْنَى قَوْلُهُ تَعَالَى:

Bu mənaya, (Haqq) Taala'nın, (bu) sözü dəlalət edir:

{وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً} \[التَّوْبَةِ/ ٣٦\]،

"Müşriklərlə, hamılıqla döyüşün; necə ki, onlar, hamılıqla sizinlə döyüşürlər." (Tövbə/36)

وَخَيْرُ مَا يُفَسَّرُ بِهِ الْقُرْآنُ الْقُرْآنُ.

Quran'ın özü ilə təfsir edildiyi (ən) yaxşı şey, Quran'dır.

 

الْوَجْهُ الثَّانِي:

✓ İkinci cəhət:

أَنَّهَا مَنْسُوخَةٌ بِقَوْلِهِ تَعَالَى:

O (yəni, Bəqərə/190 ayəti), (Haqq) Taala'nın (bu) sözü ilə nəsx edilmişdir:

{فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ} \[التَّوْبَةِ/ ٥\]،

"Onları tapdığınız yerdə, müşrikləri öldürün." (Tövbə/5)

وَهَذَا مِنْ جِهَةِ النَّظَرِ ظَاهِرٌ حَسَنٌ جِدًّا.

Bu, nəzər cəhətindən, çox zahir və gözəl (bir görüş)'dür.

 

وَإِيضَاحُ ذَلِكَ:

Bunun izahı, (belədir):

أَنَّ مِنْ حِكْمَةِ اللَّهِ الْبَالِغَةِ فِي التَّشْرِيعِ أَنَّهُ إِذَا أَرَادَ تَشْرِيعَ أَمْرٍ عَظِيمٍ عَلَى النُّفُوسِ رُبَّمَا يُشَرِّعُهُ تَدْرِيجِيًّا لِتَخِفَّ صُعُوبَتُهُ بِالتَّدْرِيجِ،

Allahın, təşri (qanun qoyma)'da kamil hikmətindəndir ki, O, nəfslərə, böyük bir əmri təşri etmək istədiyində, -tədriclə onun çətinliyi yüngülləşsin deyə- onu, tədrici olaraq təşri edir.

فَالْخَمْرُ -مَثَلًا-

Məsələn

• İçki;

لَمَّا كَانَ تَرْكُهَا شَاقًّا عَلَى النُّفُوسِ الَّتِي اعْتَادَتْهَا، ذَكَرَ أَوَّلًا بَعْضَ مَعَايِبِهَا بِقَوْلِهِ:

~ Nə vaxt ki, onu (yəni, içkini) tərk etmək, ona alışmış nəfslərə ağır gəlirdi; O, ilk əvvəl, (bu) sözü ilə, onun (yəni, içkinin) bəzi eyiblərini zikr etdi:

{قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ} \[الْبَقَرَةِ/ ٢١٩\]،

"De ki: 'O ikisində (yəni, içki və qumarda), böyük günah vardır." (Bəqərə/219)

ثُمَّ بَعْدَ ذَلِكَ

Sonra, bundan sonra --->

حَرَّمَهَا فِي وَقْتٍ دُونَ وَقْتٍ،

~ Onu, bir vaxtda haram qıldı; digər vaxtda isə, (qıl)'madı.

كَمَا دَلَّ عَلَيْهِ قَوْلُهُ تَعَالَى:

Necə ki, buna, (Haqq) Taala'nın, (bu) sözü dəlalət edir:

{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَى} الْآيَةَ \[النِّسَاءِ/ ٤٣\]،

"Ey iman edənlər! İçkili olduğunuzda, namaza yaxınlaşmayın." (Nisa/43)

ثُمَّ لَمَّا اسْتَأْنَسَتِ النُّفُوسُ بِتَحْرِيمِهَا فِي الْجُمْلَةِ

Sonra, nəfslər onun təhriminə bütünlüklə alışdıqlarında --->

حَرَّمَهَا تَحْرِيمًا بَاتًّا بِقَوْلِهِ:

~ Onu, (bu) sözü ilə, qəti şəkildə haram qıldı:

{رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ (٩٠)} \[الْمَائِدَةِ/ ٩٠\].

"(O), şeytan əməlindən olan bir çirkinlikdir. Ondan çəkinin. Ümid edilir ki, nicat taparsınız." (Maidə/90)

وَكَذَلِكَ الصَّوْمُ

• Eləcə də, oruc;

لَمَّا كَانَ شَاقًّا عَلَى النُّفُوسِ شَرَعَهُ أَوَّلًا عَلَى سَبِيلِ التَّخْيِيرِ بَيْنَهُ وَبَيْنَ الْإِطْعَامِ،

~ Nə vaxt ki, (oruc tutmaq), nəfslərə ağır gəlirdi; ilk əvvəl, onu, təxyir (seçimdə sərbəst buraxmaq) yolu üzərinə, o (yəni, oruc tutmaq) və yemək yedizdirmək arasında təşri etdi.

ثُمَّ

Sonra --->

رَغَّبَ فِي الصَّوْمِ مَعَ التَّخْيِيرِ بِقَوْلِهِ:

~ Təxyir ilə, (bu) sözü ilə oruca rəğbətləndirdi:

{وَأَنْ تَصُومُوا خَيْرٌ لَكُمْ} \[الْبَقَرَةِ/ ١٨٤\]،

"Oruc tutmağınız, sizin üçün xeyirlidir." (Bəqərə/184)

ثُمَّ

Sonra --->

لَمَّا اسْتَأْنَسَتْ بِهِ النُّفُوسُ أَوْجَبَهُ إِيجَابًا حَتْمًا بِقَوْلِهِ تَعَالَى:

~ Nə vaxt ki, nəfslər ona alışdı, onu, (bu) sözü ilə qəti şəkildə vacib qıldı:

{فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْرَ فَلْيَصُمْهُ}.

"Sizdən kim aya şahid olarsa (yəni, ramazana çatarsa), oruc tutsun." (Bəqərə/185)

وَكَذَلِكَ الْقِتَالُ عَلَى هَذَا الْقَوْلِ،

• Bu görüşə əsasən, döyüşmək də, belədir.

لَمَّا كَانَ شَاقًّا عَلَى النُّفُوسِ أَذِنَ فِيهِ أَوَّلًا مِنْ غَيْرِ إِيجَابٍ بِقَوْلِهِ:

~ Nə vaxt ki, (döyüşmək) nəfslərə ağır gəlirdi, ilk əvvəl, (bu) sözü ilə, vaciblik olmadan, ona icazə verdi:

{أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا} الْآيَةَ \[الْحَجِّ/ ٣٩\]،

"Özlərinə qarşı döyüşülən kimsələrə, (döyüşməyə) icazə verildi. Çünki onlara, zülm edilmişdir." (Hacc/39)

ثُمَّ

Sonra --->

أَوْجَبَ عَلَيْهِمْ قِتَالَ مَنْ قَاتَلَهُمْ دُونَ مَنْ لَمْ يُقَاتِلْهُمْ بِقَوْلِهِ:

~ [Onlarla döyüşməyənlər istisna olaraq] onlarla (yəni, zülmə məruz qalan müsəlmanlar ilə) döyüşən kimsələrlə döyüşməyi, (bu) sözü ilə vacib qıldı:

{وَقَاتِلُوا فِي سَبِيلِ اللَّهِ الَّذِينَ يُقَاتِلُونَكُمْ} \[الْبَقَرَةِ/ ١٩٠\]،

"Sizinlə döyüşənlərlə, siz, Allah yolunda döyüşün." (Bəqərə/190)

ثُمَّ

Sonra --->

لَمَّا اسْتَأْنَسَتْ نُفُوسُهُمْ بِالْقِتَالِ أَوْجَبَهُ عَلَيْهِمْ إِيجَابًا عَامًّا بِقَوْلِهِ:

~ Nə vaxt ki, nəfslər döyüşə alışdılar; onu, onlara, (bu) sözü ilə ümumi şəkildə vacib qıldı:

{فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ} الْآيَةَ \[التَّوْبَةِ/ ٥\].

"Müşrikləri, tapdığınız yerdə öldürün; ələ keçirin; mühasirəyə alın." (Tövbə/5)

 

الْوَجْهُ الثَّالِثُ -وَهُوَ اخْتِيَارُ ابْنِ جَرِيرٍ، وَيَظْهَرُ لِي أَنَّ الصَّوَابَ-:

✓ Üçüncü cəhət -ki, ibn Cərir (ət-Tabəri)'nin də ixtiyarı (etdiyi görüş), budur; mənə (də) doğru olanın (bu olduğu) zahir olur- :

أَنَّ الْآيَةَ مُحْكَمَةٌ،

Ayə, möhkəmdir;

وَأَنَّ مَعْنَاهَا: قَاتِلُوا الَّذِينَ يُقَاتِلُونَكُمْ،

"Sizinlə döyüşənlərlə döyüşün." (sözünün) mənası:

أَيْ: مِنْ شَأْنِهِمْ أَنْ يُقَاتِلُوكُمْ.

Yəni: "Sizinlə döyüşmələri, onların şanlarından (olanlarla döyüşün)." (deməkdir).

أَمَّا الْكَافِرُ الَّذِي لَيْسَ مِنْ شَأْنِهِ الْقِتَالُ، كَالنِّسَاءِ وَالذَّرَارِيِّ وَالشُّيُوخِ الْفَانِيَةِ وَالرُّهْبَانِ وَأَصْحَابِ الصَّوَامِعِ وَمَنْ أَلْقَى إِلَيْكُمُ السَّلَمَ

Amma, -qadınlar, uşaqlar, yaşlılar, rahiblər, kilsə sahibləri (yəni, kilsədə ibadətlə ömür keçirənlər), sizə salamı (yəni, sülhü) təqdim edənlər kimi- döyüşmək onun şanından olmayanlara gəlincə,

فَلَا تَعْتَدُوا بِقِتَالِهِمْ؛

Onlarla döyüşməklə həddi aşmayın.

لِأَنَّهُمْ لَا يُقَاتِلُونَكُمْ،

Çünki onlar, sizinlə döyüşmürlər.

وَيَدُلُّ لِهَذَا الْأَحَادِيثُ الْمُصَرِّحَةُ بِالنَّهْيِ عَنْ قَتْلِ الصَّبِيِّ وَأَصْحَابِ الصَّوَامِعِ وَالْمَرْأَةِ وَالشَّيْخِ الْهَرِمِ إِذَا لَمْ يُسْتَعَنْ بِرَأْيِهِ،

[Əgər rəyindən kömək alınmırsa], uşaqlar, kilsə sahibləri, qadınlar və çox yaşlıların qətlini nəhy edən hədislər (də), buna dəlalət edir.

أَمَّا صَاحِبُ الرَّأْيِ فَيُقْتَلُ، كَدُرَيْدِ بْنِ الصِّمَّةِ.

Amma, rəy sahibi (döyüşdə fikrindən istifadə edilən kimsə)'yə gəlincə, -Dureyd b. Simmə kimi- öldürülər.

وَقَدْ فَسَّرَ هَذِهِ الْآيَةَ بِهَذَا الْمَعْنَى عُمَرُ بْنُ عَبْدِ الْعَزِيزِ -رَضِيَ اللَّهُ عَنْهُ- وَابْنُ عَبَّاسٍ وَالْحَسَنُ الْبَصْرِيُّ.

Bu ayəni,

~ Ömər b. Əbdü'l-Əziz;

~ ibn Abbas; və

~ Həsən əl-Basri,

bu məna ilə təfsir etmişlərdir.

----------------------

----------------------

Bəqərə surəsi 194-cü ayə

 

قَوْلُهُ تَعَالَى: {فَمَنِ اعْتَدَى عَلَيْكُمْ فَاعْتَدُوا عَلَيْهِ بِمِثْلِ مَا اعْتَدَى عَلَيْكُمْ} الْآيَةَ \[الْبَقَرَةِ/ ١٩٤\].

(Haqq) Taala'nın: "Kim, sizə qarşı təcavüz edərsə, siz də, ona, sizə etdiyi təcavüzün misli qədər təcavüz edin." (Bəqərə/194) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ عَلَى طَلَبِ الِانْتِقَامِ،

Bu ayə, intiqam tələbinə dəlalət edir.

وَقَدْ أَذِنَ اللَّهُ فِي الِانْتِقَامِ فِي آيَاتٍ كَثِيرَةٍ،

Allah, bir çox ayədə, intiqam almaq haqqında icazə vermişdir.

كَقَوْلِهِ تَعَالَى: {وَلَمَنِ انْتَصَرَ بَعْدَ ظُلْمِهِ فَأُولَئِكَ مَا عَلَيْهِمْ مِنْ سَبِيلٍ (٤١) إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَظْلِمُونَ النَّاسَ} الْآيَةَ \[الشُّورَى/ ٤١، ٤٢\]،

~ (Haqq) Taala'nın: "Kim zülmə məruz qaldıqdan sonra intiqam (və ya haqqını) alarsa, onlar üçün bir yol yoxdur (yəni, qınanmazlar). Yol, ancaq, insanlara zülm edənlər üzərinədir." (Şura/41-42) sözü kimi;

وَكَقَوْلِهِ: {لَا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلَّا مَنْ ظُلِمَ} \[النِّسَاءِ/ ١٤٨\]،

~ Onun: "Allah, pis sözün açıq şəkildə deyilməsini, sevməz. Zülmə məruz qalanlar, istisnadır." (Nisa/148) sözü kimi;

وَكَقَوْلِهِ: {ذَلِكَ وَمَنْ عَاقَبَ بِمِثْلِ مَا عُوقِبَ بِهِ ثُمَّ بُغِيَ عَلَيْهِ لَيَنْصُرَنَّهُ اللَّهُ} الْآيَةَ \[الْحَجِّ/ ٦٠\]،

~ Onun: "Bu (belədir). Kim özünə verilən cəzanın mislilə cəza versə; sonra, (yenə) haqsızlığa məruz qalsa, Allah, mütləq ona kömək edəcəkdir." (Hacc/60) sözü kimi;

وَقَوْلِهِ: {وَالَّذِينَ إِذَا أَصَابَهُمُ الْبَغْيُ هُمْ يَنْتَصِرُونَ (٣٩)} \[الشُّورَى/ ٣٩\]،

~ Onun: "O kimsələr ki, onlara zülm isabət etdiyində, intiqam (və ya haqq)'larını alırlar..." (Şura/39) sözü;

وَقَوْلِهِ: {وَجَزَاءُ سَيِّئَةٍ سَيِّئَةٌ مِثْلُهَا} \[الشُّورَى/ ٤٠\].

~ Onun: "Pisliyin qarşılığı, onun misli qədər pislikdir." (Şura/40) sözü.

 

وَقَدْ جَاءَتْ آيَاتٌ أُخَرُ تَدُلُّ عَلَى الْعَفْوِ وَتَرْكِ الِانْتِقَامِ،

(Halbuki), əfv etmək və intiqamı tərk etməyə dəlalət edən başqa ayələr (də) gəlmişdir.

كَقَوْلِهِ: {فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ (٨٥)} \[الْحِجْرِ/ ٨٥\]،

~ Onun: "Elə isə, (onları), gözəl bir bağışlama ilə bağışla." (Hicr/85) sözü kimi;

وَقَوْلِهِ: {وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ} \[آلِ عِمْرَانَ/ ١٣٤\]،

~ Onun: "Qəzəbini boğanlar və insanları bağışlayanlar..." (Al-i İmran/134) sözü;

وَكَقَوْلِهِ: {ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ} \[الْمُؤْمِنُونَ/ ٩٦\]،

~ Onun: "Ən gözəl olan ilə dəf et." (Mu'minun/96) sözü kimi;

وَقَوْلِهِ: {وَلَمَنْ صَبَرَ وَغَفَرَ إِنَّ ذَلِكَ لَمِنْ عَزْمِ الْأُمُورِ (٤٣)} \[الشُّورَى/ ٤٣\]،

~ Onun: "Kim səbr etsə və bağışlasa, bu, əzmkarlıq (tələb edən) işlərdəndir." (Şura/43) sözü;

وَقَوْلِهِ: {خُذِ الْعَفْوَ وَأْمُرْ بِالْعُرْفِ وَأَعْرِضْ عَنِ الْجَاهِلِينَ (١٩٩)} \[الْأَعْرَافِ/ ١٩٩\]،

~ Onun: "Əfvi götür; yaxşılıqla əmr et; və cahillərdən üz çevir." (Əraf/199) sözü;

وَكَقَوْلِهِ: {وَإِذَا خَاطَبَهُمُ الْجَاهِلُونَ قَالُوا سَلَامًا (٦٣)} \[الْفُرْقَانِ/ ٦٣\].

~ Onun: "Cahillər onlara xitab etdiklərində, (bunlar), salam deyərlər." (Furqan/63) sözü kimi.

وَالْجَوَابُ عَنْ هَذَا بِأَمْرَيْنِ:

Bunun haqqındakı cavab, 2 cəhət ilədir:

أَحَدُهُمَا:

O ikisindən

• Biri:

أَنَّ اللَّهَ بَيَّنَ مَشْرُوعِيَّةَ الِانْتِقَامِ،

Şübhəsiz, Allah, intiqamın məşru olduğunu bəyan etmişdir.

ثُمَّ أَرْشَدَ إِلَى أَفْضَلِيَّةِ الْعَفْوِ،

Sonra isə, əfv etməyin əfdal olduğuna irşad etmişdir.

وَيَدُلُّ لِهَذَا قَوْلُهُ تَعَالَى:

Buna,

~ (Haqq) Taala'nın (bu) sözü dəlalət edir:

{وَإِنْ عَاقَبْتُمْ فَعَاقِبُوا بِمِثْلِ مَا عُوقِبْتُمْ بِهِ وَلَئِنْ صَبَرْتُمْ لَهُوَ خَيْرٌ لِلصَّابِرِينَ (١٢٦)} \[النَّحْلِ/ ١٢٦\]،

"Əgər cəzalandıracaqsınızsa, sizə verilən cəzanın misli qədər cəza verin. Əgər səbr etsəniz, bu, səbir edənlər üçün (daha) xeyirlidir." (Nəhl/126)

وَقَوْلُهُ: {لَا يُحِبُّ اللَّهُ الْجَهْرَ بِالسُّوءِ مِنَ الْقَوْلِ إِلَّا مَنْ ظُلِمَ} \[النِّسَاءِ/ ١٤٨\]،

~ Onun: "Allah, pis sözün açıq şəkildə deyilməsini sevməz. Zülmə məruz qalanlar, istisnadır." (Nisa/148) sözü.

فَأَذِنَ فِي الِانْتِقَامِ بِقَوْلِهِ: {إِلَّا مَنْ ظُلِمَ}

İntiqam almağa, "...zülmə məruz qalanlar istisnadır..." sözü ilə icazə vermişdir.

ثُمَّ أَرْشَدَ إِلَى الْعَفْوِ بِقَوْلِهِ:

Sonra isə, əfv etməyə, (bu) sözü ilə irşad etmişdir:

{إِنْ تُبْدُوا خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُوا عَنْ سُوءٍ فَإِنَّ اللَّهَ كَانَ عَفُوًّا قَدِيرًا (١٤٩)} \[النِّسَاءِ/ ١٤٩\].

"Əgər, bir xeyri aşkar etsəniz və ya gizlətsəniz; və ya bir pisliyi bağışlasanız, (bilin ki), Allah, Afuvv (əfv edən) və Qadir'dir." (Nisa/149)

 

الْوَجْهُ الثَّانِي:

• İkinci cəhət:

أَنَّ الِانْتِقَامَ لَهُ مَوْضِعٌ يَحْسُنُ فِيهِ،

İntiqam almağın yeri vardır; (və) onda (yəni, o yerdə intiqam almaq) gözəl olur.

وَالْعَفْوَ لَهُ مَوْضِعٌ كَذَلِكَ؛

Eləcə də, əfv etməyin də yeri vardır.

وَإِيضَاحُهُ:

Onun izahı, (belədir):

أَنَّ مِنَ الْمَظَالِمِ مَا يَكُونُ فِي الصَّبْرِ عَلَيْهِ انْتِهَاكُ حُرْمَةِ اللَّهِ،

Zülmlərdən elələri vardır ki, onda səbr etmək, Allahın haramları (toxunulmazlıqları)'nın pozulmasıdır (yəni, buna səbəb olur).

أَلَا تَرَى أَنَّ مَنِ اغْتُصِبَتْ مِنْهُ جَارِيَتُهُ -مَثَلًا-

Məgər görmürsənmi ki, məsələn, bir şəxsin cariyəsi, onun əlindən qəsb edilir;

إِذَا كَانَ الْغَاصِبُ يَزْنِي بِهَا

Qəsb edən şəxs, onunla zina etdiyində,

فَسُكُوتُهُ وَعَفْوُهُ عَنْ هَذِهِ الْمَظْلَمَةِ قَبِيحٌ وَضَعْفٌ وَخَوَرٌ

Onun (yəni, əlindən cariyəsi alınan şəxsin), (bu) zülm haqqındakı sükutu, əfvi, çirkin, zəiflik və acizlikdir.

تَنْتَهِكُ بِهِ حُرُمَاتُ اللَّهِ،

Bununla, Allahın haramları pozulur (və ya tapdalanır).

فَالِانْتِقَامُ فِي مِثْلِ هَذَا وَاجِبٌ،

Buna görə də, bunun misli kimi şeylərdə intiqam almaq, vacibdir.

وَعَلَيْهِ يُحْمَلُ الْأَمْرُ فِي قَوْلِهِ {فَاعْتَدُوا} هُوَ الْآيَةِ.

Və "...təcavüz edin..." sözü haqqındakı iş, bu (məna)'ya həml edilir.

أَيْ: كَمَا إِذَا بَدَأَ الْكُفَّارُ بِالْقِتَالِ فَقِتَالُهُمْ وَاجِبٌ،

Yəni: kafirlər döyüşə başladıqları zaman, onlarla döyüşmək vacib olduğu kimi.

بِخِلَافِ مَنْ أَسَاءَ إِلَيْهِ بَعْضُ إِخْوَانِهِ الْمُسْلِمِينَ بِكَلَامٍ قَبِيحٍ وَنَحْوِ ذَلِكَ،

Buna müxalif olaraq, əgər müsəlman qardaşlarından biri, ona pis bir sözlə və buna bənzər bir şeylə pislik edərsə,

فَعَفْوُهُ أَحْسَنُ وَأَفْضَلُ،

Onun əfv etməsi, daha gözəl və (daha) əfdaldır.

وَقَدْ قَالَ أَبُو الطَّيِّبِ الْمُتَنَبِّي:

(Şair) əbu Tayyib əl-Mütənəbbi, (belə) deyirdi:

إِذَا قِيلَ حِلْمًا قَالَ لِلْحِلْمِ مَوْضِعٌ ... وَحِلْمُ الْفَتَى فِي غَيْرِ مَوْضِعِهِ جَهْلُ.

Həlimlik (haqqında) deyildiyində, dedi ki:

"Həlimliyin, yeri vardır...Gəncin, yerində olmayan həlimliyi isə, cəhalətdir."

-------------------------

-------------------------

Bəqərə surəsi 217-ci ayə

 

قَوْلُهُ تَعَالَى: {وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ} [البَقَرَةِ: ٢١٧].

(Haqq) Taala'nın: "Sizdən kim dinindən irtidad edər və ölərsə, o, kafirdir. Onların əməlləri, puç olmuşdur." (Bəqərə/217) sözü:

 

هَذِهِ الْآيَةُ الْكَرِيمَةُ تَدُلُّ عَلَى أَنَّ الرِّدَّةَ لَا تُحْبِطُ الْعَمَلَ إِلَّا بِقَيْدِ الْمَوْتِ عَلَى الْكُفْرِ، بِدَلِيلِ قَوْلِهِ: {فَيَمُتْ وَهُوَ كَافِرٌ} [البَقَرَةِ/ ٢١٧].

Bu ayət-i kərimə, riddətin, əməli, yalnız küfr üzərə ölmək qeydilə puç etdiyinə, Onun: "Ölərsə, o kafirdir." sözünün dəlalətilə dəlalət edir.

وَقَدْ جَاءَتْ آيَاتٌ أُخَرُ تَدُلُّ عَلَى أَنَّ الرِّدَّةَ تُحْبِطُ الْعَمَلَ مُطْلَقًا وَلَوْ رَجَعَ إِلَى الْإِسْلَامِ،

(Halbuki), riddətin, əməli mütləq şəkildə puç etdiyinə, -hətta İslama qayıtsa belə- dəlalət edən başqa ayələr (də) gəlmişdir.

فَكُلُّ مَا عَمِلَ قَبْلَ الرِّدَّةِ أَحْبَطَتْهُ الرِّدَّةُ،

Deməli, riddətdən əvvəl etdiyi hər şeyi, riddət, puç etmişdir.

كَقَوْلِهِ تَعَالَى: {وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ} الْآيَةَ [الْمَائِدَةِ/ ٥]،

~ (Haqq) Taala'nın: "Kim imanı inkar edərsə, əməlləri puç olmuşdur." (Maidə/5) sözü kimi;

وَقَوْلِهِ: {لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ} الْآيَةَ [الزُّمَرِ/ ٦٥]،

~ Onun: "Əgər Sən, şərik qoşsan; Sənin əməlin, mütləq puç olar." (Zumər/65) sözü;

وَقَوْلِهِ: {وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ (٨٨)} [الْأَنْعَامِ/ ٨٨].

~ Onun: "Əgər onlar, şərik qoşsaydılar; etdikləri əməllər, onlardan mütləq puç olardı." (Ənam/88) sözü.

وَالْجَوَابُ عَنْ هَذَا:

Bunun haqqındakı cavab, (belədir):

أَنَّ هَذِهِ مِنْ مَسَائِلِ تَعَارُضِ الْمُطْلَقِ وَالْمُقَيَّدِ،

Şübhəsiz, bu, mütləq və muqayyədin təaruzu məsələlərindir (haşiyə).

-----------------------------

(Haşiyə:

Mütləq və muqayyəd nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mutl%C9%99q-v%C9%99-muqayy%C9%99d-n%C9%99-dem%C9%99kdirl%C9%99r

------------------------------

فَيُحْمَلُ الْمُطْلَقُ عَلَى الْمُقَيَّدِ،

(Burda), mütləq, muqayyəd üzərinə həml edilir.

فَتُقَيَّدُ الْآيَاتُ الْمُطْلَقَةُ بِالْمَوْتِ عَلَى الْكُفْرِ،

Beləliklə, mütləq ayələr, küfr üzərinə ölməklə təqyid edilir.

وَهَذَا مُقْتَضَى الْأُصُولِ،

Və bu, üsulun gərəyidir;

وَعَلَيْهِ الْإِمَامُ الشَّافِعِيُّ وَمَنْ وَافَقَهُ،

İmam Şafi və Ona müvafiq olanlar, (bu görüş) üzərindədirlər.

وَخَالَفَ مَالِكٌ فِي هَذِهِ الْمَسْأَلَةِ وَقَدَّمَ آيَاتِ الْإِطْلَاقِ.

Malik isə, bu məsələdə, müxalifət etmiş; və itlaq ayələrini, təqdim etmiş (önə keçirmiş, üstün tutmuş)'dur.

وَقَوْلُ الشَّافِعِيِّ فِي هَذِهِ الْمَسْأَلَةِ أَجْرَى عَلَى الْأُصُولِ.

Bu məsələdə, Şafi'nin qövlü, üsula daha uyğundur.

وَالْعِلْمُ عِنْدَ اللَّهِ تَعَالْ.

Elm, Allah Taala nəzdindədir. (haşiyə)

--------------------------

(Haşiyə:

Dəyərli oxuyucu! Bu, sadəcə imam Malik'in deyil; eyni zamanda, Hənəfi'lərin də görüşüdür. Hənəfilər də, bu ayədə, "əməllərin puç olması"nı, küfr üzərə ölməklə təqyid etmirlər.

İmam Nəsəfi əl-Maturidi, "Mədariku't-Tənzil və Haqaiqu't-Tə'vil" adlı təfsirində, deyir:

وَبِهَا احْتَجَّ الشَّافِعِيُّ رَحِمَهُ اللَّهُ عَلَى أَنَّ الرِّدَّةَ لَا تُحْبِطُ الْعَمَلَ حَتَّى يَمُوتَ عَلَيْهَا،

“Şafi (rahiməhullah), bununla ihticac etmişdir ki, irtidad, (insanın) əməllərini, yalnız həmin küfr üzərində öldüyü zaman puça çıxarır.

وَقُلْنَا:

Biz isə, dedik:

قَدْ عَلَّقَ الْحَبْطَ بِنَفْسِ الرِّدَّةِ بِقَوْلِهِ تَعَالَى: ﴿وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ﴾ [الْمَائِدَةِ: ٥]،

(Allah), (əməlin) puç olmasını, "Kim imanı inkar edərsə, əməlləri puç olmuşdur." (Maidə/5) sözü ilə, riddətin özünə bağlamışdır.

وَالْأَصْلُ عِنْدَنَا أَنَّ الْمُطْلَقَ لَا يُحْمَلُ عَلَى الْمُقَيَّدِ،

Bizim nəzdimizdə əsl olan, mütləqin, muqayyəd üzərinə həml edilməməsidir.

وَعِنْدَهُ يُحْمَلُ عَلَيْهِ،

Onun (yəni, Şafi'nin) nəzdində isə, həml edilir.”

 

Nəsəfi təfsirindən verilən nəqllər, burda bitir.

 

İmamımız əbu Mansur əl-Maturidi, bu məsələni, belə açıqlayır:

ذَكَرَ إِحْبَاطَ الْأَعْمَالِ بِالْمَوْتِ عَلَى الْكُفْرِ،

(Allah), bu ayədə, küfr üzərə ölməklə, əməllərin puç edilməsini zikr etdi.

وَالْعَمَلُ يَحْبَطُ بِالْكُفْرِ دُونَ الْمَوْتِ.

Halbuki, əməl, ölüm olmadan küfrlə puç olur.

وَالْوَجْهُ فِيهِ

Bundakı (izah) cəhəti, belədir:

أَنَّهُ لَا يَحْتَمِلُ أَنْ يَكُونَ الْمَوْتُ هُوَ سَبَبَ إِحْبَاطِ الْأَعْمَالِ،

Əməllərin puç edilməsinin səbəbinin (məhz) ölüm olması, ehtimal daxilində deyil.

بَلِ الْكُفْرُ نَفْسُهُ إِذَا وُجِدَ؛

Əksinə, küfrün məhz özü olduğunda (əməllər, puç olur).

إِذِ الْمَوْتُ لَا صُنْعَ فِيهِ لِلْعِبَادِ،

Çünki, qulların, ölümdə, bir təsir(lər)'i yoxdur.

وَالْكُفْرُ فِيهِ لَهُمْ اخْتِيَارٌ،

Küfrdə isə, onların öz ixtiyarları vardır.

لَمْ يَجُزْ جَعْلُ الْعَمَلِ حَبْطًا بِمَا لَا صُنْعَ لَهُ فِيهِ؛

İnsanın, ona heç bir təsiri olmayan bir şeydə, əməlinin puç olması, caiz olmazdı. (Yəni, insanın ölümdə bir təsiri olmadığına görə, təsiri olmadığı bir şey ilə əməllərini puç etməsi, doğru deyil.)

دَلَّ أَنَّ الْكُفْرَ هُوَ الْمُحْبِطُ لَا الْمَوْتُ.

(Bu da) dəlalət etdi ki, muhbit (əməlləri puç edən), ölüm yox, küfrdür.

وَلَكِنْ ذُكِرَ الْمَوْتُ فِي هَذَا لِمَا فِيهِ تَمَامُ الْحَبْطِ وَالْإِبْطَالِ.

Lakin, bunda ölümün zikr edilməsi(nin səbəbi), onda (yəni, ölümdə), (əməllərin) tamamının puç olması və ibtalından dolayıdır.

وَمَا لَمْ يَمُتْ تُرْجَى لَهُ الْمَنْفَعَةُ بِحَسَنَاتِهِ؛

(Küfr üzərə ölməyən) kimsə üçün isə, yaxşı əməllərindən mənfəət (əldə etməsi) ümid edilir.

لِأَنَّهُ إِذَا كَفَرَ جَحَدَ تِلْكَ الْحَسَنَاتِ، فَأَبْطَلَهَا،

Çünki o, küfr etdiyi zaman, həmin yaxşı əməlləri inkar etdi və beləliklə də, onları batil etdi.

فَإِذَا أَسْلَمَ بَعْدَ ذَلِكَ نَدِمَ عَلَى جَعْلِ ذَلِكَ بَاطِلًا،

Bundan sonra İslamı qəbul etdikdə isə, həmin əməlləri batil etmiş olmasına görə, peşman oldu.

فَصَارَ مُقَابِلًا سَيِّئَاتِهِ بِحَسَنَاتٍ،

Beləliklə, pis əməlləri, həsənətına (yaxşı əməllərinə) müqabil oldu.

فَهُوَ حَالَةُ انْتِفَاعِهِ بِهَا،

Bu, onun, onlarla faydalanması halıdır.

كَمَا قَالَ عَزَّ وَجَلَّ:

Necə ki, Allah (azzə və cəllə) buyurub:

﴿إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ عَمَلًا صَالِحًا فَأُولَئِكَ يُبَدِّلُ اللَّهُ سَيِّئَاتِهِمْ حَسَنَاتٍ﴾ [الْفُرْقَانِ: ٧٠].

"Ancaq, kim tövbə edər, iman gətirər və saleh əməl işləyərsə, Allah, onların pis əməllərini, yaxşı əməllərlə dəyişdirər." (Furqan/70)

وَقَوْلُهُ: ﴿فَأُولَئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ﴾.

Onun: "Onlar, əməllərini, dünyada da, axirətdə də, puç etmişlərdir." sözü:

أَمَّا فِي الدُّنْيَا:

• Amma, dünyadakına gəlincə:

فَذَهَابُ التَّعْظِيمِ وَالْإِجْلَالِ وَالثَّنَاءِ الْحَسَنِ الَّذِي يَسْتَوْجِبُ بِالْخَيْرِ وَالدِّينِ عِنْدَ النَّاسِ،

(Bu): “(insanın), xeyir(ləri) və dini sayəsində insanlar arasındakı təziminin, cəlalının və gözəl tərifinin aradan qalxması”dır.

فَإِذَا ارْتَدَّ عَنِ الْإِسْلَامِ حَبِطَ ذَلِكَ كُلُّهُ،

İslamdan irtidad etdiyində, bunları, tamamilə puç etmiş oldu.

وَصَارَ عَلَى أَعْيُنِ النَّاسِ أَخَفَّ مِنَ الْكَلْبِ وَالْخِنْزِيرِ.

Və insanların gözlərində, it və donuzdan daha xəfif (bir hala) çevrilmiş oldu.

وَأَمَّا حَبْطُهُ فِي الْآخِرَةِ:

• Amma, axirətdə puç etməsinə gəlincə:

فَذَهَابُ ثَوَابِ أَعْمَالِهِ،

(Mənası): “Əməllərinin savabı ortadan qalxmış oldu” (deməkdir).

وَكَانَ مَا يَسْتَوْجِبُ الْمَرْءُ مِنَ الثَّوَابِ إِنَّمَا يَسْتَوْجِبُ بِمَا يَأْتِي مِنَ الْأَعْمَالِ وَيُحْضِرُهَا عِنْدَ اللَّهِ لَا بِالْعَمَلِ نَفْسِهِ،

İnsanın savab olaraq haqq etdiyi şey, yalnız etdiyi əməllər və həmin əməlləri Allahın hüzuruna gətirməsi ilədir; əməlin özünə görə isə, deyil.

أَلَا تَرَى إِلَى قَوْلِهِ:

Məgər,

~ Onun, (bu) sözünə baxmırsanmı:

﴿مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا﴾ [الْأَنْعَامِ: ١٦٠]،

"Kim, bir yaxşı əməl gətirərsə, onun 10 misli vardır." (Ənam/160)

وَقَوْلِهِ: ﴿وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُولَئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَى﴾ [طٰهٰ: ٧٥]؟

~ Onun:

"Kim, Ona, mömin olaraq, saleh əməllər işləyərək gələrsə, onun üçün, uca dərəcələr vardır." (Taha/75)

دَلَّ هَذَا أَنَّ الثَّوَابَ إِنَّمَا يُسْتَوْجَبُ بِإِحْضَارِهِ وَإِتْيَانِهِ عِنْدَ اللَّهِ لَا بِالْعَمَلِ نَفْسِهِ،

Bu da, savabın, ancaq, əməlin Allahın hüzuruna gətirilməsi və Onun hüzurunda təqdim edilməsi ilə haqq edilməsinə; əməlin özünə görə isə (haqq edilməməsinə) dəlalət etmiş oldu.

وَاللَّهُ أَعْلَمُ.

Allah, ən doğrusunu bilir...

(İmam əbu Mansur əl-Maturidi, "Tə'vilatu'l-Quran" təfsiri)

 

Xülasə:

Bəqərə surəsi 217-ci ayədəki “ölüm” qeydi, “puçluğun tamamlanması” deməkdir.

-----------------------

-----------------------

Bəqərə surəsi 221-ci ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ﴾ الْآيَةَ [الْبَقَرَةِ/ ٢٢١].

(Haqq) Taala'nın: "Müşrik qadınlar iman etməyənə qədər, onlarla evlənməyin." (Bəqərə/221) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى تَحْرِيمِ نِكَاحِ كُلِّ كَافِرَةٍ،

Bu ayə, zahirilə, bütün kafir qadınlarla nikahın haramlığına dəlalət edir.

وَيَدُلُّ لِذَلِكَ أَيْضًا قَوْلُهُ تَعَالَى:

Və buna, (Haqq) Taala'nın, (bu) sözü dəlalət edir:

﴿وَلَا تُمْسِكُوا بِعِصَمِ الْكَوَافِرِ﴾ الْآيَةَ [الْمُمْتَحَنَةِ/ ١٠].

"Kafir qadınlarla nikah bağları saxlamayın (yəni, nikahınız altında saxlamayın)." (Mumtəhinə/10)

وَقَدْ جَاءَتْ آيَةٌ أُخْرَى تَدُلُّ عَلَى جَوَازِ نِكَاحِ بَعْضِ الْكَافِرَاتِ،

(Halbuki), bəzi kafir qadınlarla nikahın caizliyinə dəlalət edən başqa ayə (də) gəlmişdir.

وَهُنَّ الْحَرَائِرُ الْكِتَابِيَّات،

Və onlar (da), kitab əhlinin azad qadınlarıdır.

وَهِيَ قَوْلُهُ تَعَالَى:

(Haqq) Taala'nın sözü, budur:

﴿وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَهُمْ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ﴾ [الْمَائِدَةِ/ ٥].

"Özlərinə kitab verilənlərin yeməyi, sizin üçün halaldır. Və sizin yeməyiniz (də), onlar üçün halaldır. Mömin qadınlardan iffətli qadınlar və özlərinə kitab verilənlərdən iffətli qadınlar (da, sizin üçün halaldır)." (Maidə/5)

 

وَالْجَوَابُ:

Cavab:

أَنَّ هَذِهِ الْآيَةَ الْكَرِيمَةَ تُخَصِّصُ قَوْلَهُ: ﴿وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ﴾

Bu ayət-i kərimə (yəni, Maidə surəsi 5-ci ayə), Onun: "Müşrik qadınlarla evlənməyin." sözünü təxsis edir.

أَيْ: مَا لَمْ يَكُنَّ كِتَابِيَّاتٍ، بِدَلِيلِ قَوْلِهِ: ﴿وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ﴾.

Yəni: Onun, "Özlərinə kitab verilənlərdən iffətli qadınlar" sözünün dəlalətilə, "kitab əhlindən olmayan qadınlar" (ilə evlənməyin deməkdir).

وَحَكَى ابْنُ جَرِيرٍ الْإِجْمَاعَ عَلَى هَذَا.

ibn Cərir (ət-Tabəri), bunun haqqında, icma nəql etmişdir.

وَأَمَّا مَا رُوِيَ عَنْ عُمَرَ مِنْ إِنْكَارِهِ عَلَى طَلْحَةَ تَزَوُّجَ يَهُودِيَّةٍ، وَعَلَى حُذَيْفَةَ تَزَوُّجَ نَصْرَانِيَّةٍ،

Amma, Ömər'dən rəvayət edilən, Onun,

~ Talha'nın, yəhudi qadınla evlənməsini; və

~ Huzeyfə'nin də, nasrani (xristiyan) qadınla evlənməsini

inkar (yəni, etiraz) etməsinə gəlincə:

فَإِنَّهُ إِنَّمَا كَرِهَ نِكَاحَ الْكِتَابِيَّاتِ لِئَلَّا يَزْهَدَ النَّاسُ فِي الْمُسْلِمَاتِ

O, ancaq, kitab əhli qadınlarla nikahı, insanların (yəni, müsəlman kişilərin), müsəlman qadınlara rəğbət göstərməmələrindən qorxduğu üçün məkruh görmüşdü;

أَوْ لِغَيْرِ ذَلِكَ مِنَ الْمَعَانِي.

Və ya, bundan başqa mənalara görə...

قَالَهُ ابْنُ جَرِيرٍ.

Bunu, ibn Cərir demişdir. (haşiyə)

--------------------

(Haşiyə:

Amm və Xass üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem%C9%99kdirl%C9%99r

 

Ayənin təfsiri:

﴿وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ﴾.

"Müşrik qadınlar iman etməyənə qədər, onlarla evlənməyin."

حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ الْوَاسِطِيُّ قَالَ:

Bizə, Cəfər b. Muhamməd əl-Vasiti xəbər verdi. Dedi:

حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ الْيَمَانِ قَالَ:

Bizə, Cəfər b. Muhamməd b. Yaman xəbər verdi. Dedi:

حَدَّثَنَا أَبُو عُبَيْدٍ قَالَ:

Bizə, əbu Ubeyd xəbər verdi. Dedi:

حَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ صَالِحٍ؛ عَنْ مُعَاوِيَةَ بْنِ صَالِحٍ؛ عَنْ أَبِي طَلْحَةَ؛ عَنِ ابْنِ عَبَّاسٍ فِي قَوْلِهِ تَعَالَى: ﴿وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ﴾ قَالَ:

Bizə, Abdullah b. Saleh,

Muaviyə b. Saleh'dən ---> əbu Talha'dan ---> ibn Abbas'ın,

(Haqq) Taala'nın: "Müşrik qadınlar iman etməyənə qədər, onlarla evlənməyin." sözü haqqında, dedi:

ثُمَّ اسْتَثْنَى أَهْلَ الْكِتَابِ؛ فَقَالَ:

Sonra, kitab əhlini istisna edib dedi:

﴿وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ﴾.

"Sizdən əvvəl kitab verilənlərdən iffətli qadınlar, onlara mehirlərini verdiyinizdə, iffətli olanlar, zina etməyənlər, aşna saxlamayanlar (yəni, bunlar olmamaq şərtilə, onlar, sizə halaldır)." (Maidə/5)

قَالَ: عَفَائِفَ غَيْرَ زَوَانٍ؛

Dedi: "(Onlar), iffətli və zina etməyən qadınlardır."

فَأَخْبَرَ ابْنُ عَبَّاسٍ أَنَّ قَوْلَهُ: ﴿وَلَا تَنْكِحُوا الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ﴾ مُرَتَّبٌ عَلَى قَوْلِهِ: ﴿وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ﴾؛

Bizə, ibn Abbas, Onun: "Müşrik qadınlar iman etməyənə qədər, onlarla evlənməyin." sözü haqqında, (belə) xəbər verdi ki, (bu ayə), "Sizdən əvvəl kitab verilənlərdən iffətli qadınlar" (ayəsi) ilə əlaqəlidir.

وَأَنَّ الْكِتَابِيَّاتِ مُسْتَثْنَيَاتٌ مِنْهُنَّ.

Kitab əhlinin qadınları, onlardan istisna edilmişlərdir.

وَرُوِيَ عَنِ ابْنِ عُمَرَ أَنَّهَا عَامَّةٌ فِي الْكِتَابِيَّاتِ وَغَيْرِهِنَّ.

ibn Ömər'dən isə: "O (yəni, bu ayə), kitab əhli qadınları və qeyriləri haqqında, ümumidir." (deyə) rəvayət edilmişdir.

حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ قَالَ:

Bizə, Cəfər b. Muhamməd xəbər verdi. Dedi:

حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ الْيَمَانِ قَالَ:

Bizə, Cəfər b. Muhamməd b. Yaman xəbər verdi. Dedi:

حَدَّثَنَا أَبُو عُبَيْدٍ قَالَ:

Bizə, əbu Ubeyd xəbər verdi. Dedi:

حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ؛ عَنْ عُبَيْدِ اللَّهِ بْنِ نَافِعٍ؛ عَنِ ابْنِ عُمَرَ

Bizə, Yəhya b. Səid,

Ubeydullah b. Nafi'dən ---> ibn Ömər'dən

(belə) xəbər verdi ki:

أَنَّهُ كَانَ لَا يَرَى بَأْسًا بِطَعَامِ أَهْلِ الْكِتَابِ؛ وَكَرِهَ نِكَاحَ نِسَائِهِمْ.

"O (yəni, ibn Ömər), kitab əhlinin yeməyi haqqında, bir beis görməzdi. Onların qadınları ilə nikahı isə, məkruh görürdü."

قَالَ أَبُو عُبَيْدٍ:

əbu Ubeyd dedi:

وَحَدَّثَنَا عَبْدُ اللَّهِ بْنُ صَالِحٍ؛ عَنِ اللَّيْثِ قَالَ:

Bizə, Abdullah b. Salih, Leys'dən (belə) xəbər verdi. Dedi:

حَدَّثَنِي نَافِعٌ؛ عَنِ ابْنِ عُمَرَ

Bizə, Nafi, ibn Ömər'dən (belə) xəbər verdi ki:

أَنَّهُ كَانَ إِذَا سُئِلَ عَنْ نِكَاحِ الْيَهُودِيَّةِ وَالنَّصْرَانِيَّةِ قَالَ:

Ondan, yəhudi və nasrani (xristiyan) qadınlarla nikah haqqında soruşulduğunda, (belə) demişdir:

«إِنَّ اللَّهَ حَرَّمَ الْمُشْرِكَاتِ عَلَى الْمُسْلِمِينَ».

"Allah, Müsəlmanlara, müşrik qadınları haram qılmışdır."

قَالَ: «فَلَا أَعْلَمُ مِنَ الشِّرْكِ شَيْئًا أَكْبَرَ ـ أَوْ قَالَ: أَعْظَمَ ـ مِنْ أَنْ تَقُولَ رَبُّهَا عِيسَى، أَوْ عَبْدٌ مِنْ عَبِيدِ اللَّهِ».

Dedi: "Mən, şirkdən, -onun Rəbb'inin, İsa; və ya Allahın qullarından bir qul olduğunu söyləməkdən- daha böyük və ya daha əzəmətli bir şirk bilmirəm."

فَكَرِهَهُ فِي الْحَدِيثِ الْأَوَّلِ وَلَمْ يَذْكُرِ التَّحْرِيمَ،

Birinci hədisdə, onu məkruh gördü və təhrimi zikr etmədi.

وَتَلَا فِي الْحَدِيثِ الثَّانِي الْآيَةَ وَلَمْ يَقْطَعْ فِيهَا بِشَيْءٍ،

İkinci hədisdə isə, ayə tilavət etdi; və onun haqqında, bir şeylə qəti hökm vermədi.

وَإِنَّمَا أَخْبَرَ أَنَّ مَذْهَبَ النَّصَارَى شِرْكٌ.

O, ancaq, nasara məzhəbinin şirk olduğunu xəbər verdi.

قَالَ: وَحَدَّثَنَا أَبُو عُبَيْدٍ قَالَ: حَدَّثَنَا عَلِيُّ بْنُ سَعْدٍ؛ عَنْ أَبِي الْمَلِيحِ؛ عَنْ مَيْمُونِ بْنِ مِهْرَانَ قَالَ:

Dedi: Bizə, əbu Ubeyd xəbər verdi. Dedi: Bizə, Əli b. Sə'd,

əbu Məlih'dən ---> Meymun b. Mihran'dan

(belə) xəbər verdi. Dedi:

قُلْتُ لِابْنِ عُمَرَ: إِنَّا بِأَرْضٍ يُخَالِطُنَا فِيهَا أَهْلُ الْكِتَابِ، فَنَنْكِحُ نِسَاءَهُمْ وَنَأْكُلُ طَعَامَهُمْ.

ibn Ömər'ə dedim ki: "Biz, (elə) bir yerdə (yaşayırıq ki), kitab əhlilə qaynayıb-qarışırıq. Qadınları ilə evlənir; onların yeməyini yeyirik."

قَالَ: فَقَرَأَ عَلَيَّ آيَةَ التَّحْلِيلِ وَآيَةَ التَّحْرِيمِ.

Dedi: "Bundan sonra, mənə, təhlil (halal qılma) və təhrim (haram qılma) ayəsini oxudu."

قَالَ: قُلْتُ: إِنِّي أَقْرَأُ مَا تَقْرَأُ، فَنَنْكِحُ نِسَاءَهُمْ وَنَأْكُلُ طَعَامَهُمْ؟

Dedi: Dedim ki: "Şübhəsiz mən (də), sənin oxuduğunu oxuyuram. Elə isə, qadınları ilə evlənək və yeməklərini yeyəkmi?"

قَالَ: فَأَعَادَ عَلَيَّ آيَةَ التَّحْلِيلِ وَآيَةَ التَّحْرِيمِ.

Dedi: "Bundan sonra, mənə, təhlil və təhrim ayəsini oxudu."

قَالَ أَبُو بَكْرٍ:

əbu Bəkr (əl-Cəssas) dedi:

عُدُولُهُ بِالْجَوَابِ بِالْإِبَاحَةِ وَالْحَظْرِ إِلَى تِلَاوَةِ الْآيَةِ

Onun, mübah və hazr (həzər, qadağan olma) ilə cavab verməkdən üz döndərib ayəni tilavətə yönəlməsi,

دَلِيلٌ عَلَى أَنَّهُ كَانَ وَاقِفًا فِي الْحُكْمِ غَيْرَ قَاطِعٍ فِيهِ بِشَيْءٍ،

Onun, (həmin) hökm barəsində təvaqquf etdiyinə və onda qəti olmadığına dəlildir.

وَمَا ذُكِرَ عَنْهُ مِنَ الْكَرَاهَةِ يَدُلُّ عَلَى أَنَّهُ لَيْسَ عَلَى وَجْهِ التَّحْرِيمِ،

Ondan, (bu məsələnin) kərahəti haqqında zikr edilənlər isə, təhrim cəhətinin olmadığına dəlalət edir.

كَمَا يُكْرَهُ تَزَوُّجُ نِسَاءِ أَهْلِ الْحَرْبِ مِنَ الْكِتَابِيَّاتِ، لَا عَلَى وَجْهِ التَّحْرِيمِ.

Necə ki, kitab əhlindən olan hərb əhlinin qadınları ilə evlənmək, məkruh görülür; (ancaq) təhrim cəhəti isə, deyil.

وقد روي عن جماعة من الصحابة والتابعين إباحة نكاح الكتابيات

Səhabə və tabiun'dan bir camaatdan, kitab əhlindən olan qadınlarla nikahın mübahlığı rəvayət edilmişdir.

حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ الْوَاسِطِيُّ قَالَ:

Bizə, Cəfər b. Muhamməd əl-Vasiti xəbər verdi. Dedi:

حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ الْيَمَانِ قَالَ:

Bizə, Cəfər b. Muhamməd b. Yaman xəbər verdi. Dedi:

حَدَّثَنَا أَبُو عُبَيْدٍ قَالَ:

Bizə, əbu Ubeyd xəbər verdi. Dedi:

حَدَّثَنِي سَعِيدُ بْنُ أَبِي مَرْيَمَ؛ عَنْ يَحْيَى بْنِ أَيُّوبَ؛ وَنَافِعِ بْنِ يَزِيدَ؛ عَنْ عُمَرَ مَوْلَى عَفْرَةَ قَالَ:

Bizə, Səid b. əbi Məryəm,

Yəhya b. Əyyub'dan ---> Nafi b. Yezid'dən ---> Afra'nın mövlası (azad etdiyi nökər olan) Ömər'dən

(belə) xəbər verdi. Dedi:

سَمِعْتُ عَبْدَ اللَّهِ بْنَ عَلِيِّ بْنِ السَّائِبِ يَقُولُ:

Abdullah b. Əli b. Səib'in, (belə) dediyini eşitdim:

إِنَّ عُثْمَانَ تَزَوَّجَ نَائِلَةَ بِنْتَ الْفَرَافِصَةِ الْكَلْبِيَّةَ، وَهِيَ نَصْرَانِيَّةٌ، عَلَى نِسَائِهِ.

Osman, Nailə binti Farafisa əl-Kəlbi ilə evləndi. Və o, nasrani idi. (Osman), onu, (digər zövcələri) üzərinə nikahladı.

وَبِهَذَا الْإِسْنَادِ مِنْ غَيْرِ ذِكْرِ نَافِعٍ أَنَّ طَلْحَةَ بْنَ عُبَيْدِ اللَّهِ تَزَوَّجَ يَهُودِيَّةً مِنْ أَهْلِ الشَّامِ.

Nafi zikr edilmədən, bu isnadla, (belə rəvayət edilmişdir):

"Talha b. Ubeydullah, Şam əhlindən olan bir yəhudi qadınla evləndi."

وَرُوِيَ عَنْ حُذَيْفَةَ أَيْضًا أَنَّهُ تَزَوَّجَ يَهُودِيَّةً،

Huzeyfə'dən (də), (belə) rəvayət edilmişdir ki, O, yəhudi bir qadınla evləndi;

وَكَتَبَ إِلَيْهِ عُمَرُ: «أَنْ خَلِّ سَبِيلَهَا».

- Ömər, ona, (belə bir məktub) yazdı: "Onun yolunu burax (yəni, ondan boşan)."

فَكَتَبَ إِلَيْهِ حُذَيْفَةُ: «أَحَرَامٌ هِيَ؟»

- Huzeyfə (də), Ona, (belə) yazdı: "O, haramdırmı?"

فَكَتَبَ إِلَيْهِ عُمَرُ: «لَا؛ وَلَكِنْ أَخَافُ أَنْ تُوَاقِعُوا الْمُومِسَاتِ مِنْهُنَّ».

- Ömər, ona, (belə) yazdı: "Xeyr. Lakin Mən, onlardan olan zinakar qadınlarla yaxınlıq etməyinizdən qorxuram."

وَرُوِيَ عَنْ جَمَاعَةٍ مِنَ التَّابِعِينَ إِبَاحَةُ تَزْوِيجِ الْكِتَابِيَّاتِ،

Səhabə və tabiundan bir camaatdan, kitab əhli qadınlarla evliliyin mübah olduğu rəvayət edilmişdir.

مِنْهُمُ الْحَسَنُ، وَإِبْرَاهِيمُ، وَالشَّعْبِيُّ.

Həsən, İbrahim və Şa'bi, onlardandır.

وَلَا نَعْلَمُ عَنْ أَحَدٍ مِنَ الصَّحَابَةِ وَالتَّابِعِينَ تَحْرِيمَ نِكَاحِهِنَّ.

Səhabə və tabiundan heç kimin, onlarla nikahın haramlığı (haqqında bir şey dediklərini), bilmirik.

وَمَا رُوِيَ عَنِ ابْنِ عُمَرَ فِيهِ فَلَا دَلَالَةَ فِيهِ عَلَى أَنَّهُ رَآهُ مُحَرَّمًا،

ibn Ömər'dən bu haqda rəvayət edilənlərdə, onu haram gördüyünə dəlalət yoxdur.

وَإِنَّمَا فِيهِ عَنْهُ الْكَرَاهَةُ،

Onda, ancaq kərahət vardır.

كَمَا رُوِيَ كَرَاهَةُ عُمَرَ لِحُذَيْفَةَ تَزْوِيجَ الْكِتَابِيَّةِ مِنْ غَيْرِ تَحْرِيمٍ.

Necə ki, Ömərin (də), Huzeyfə'nin, kitab əhli qadınla evlənməsini, -haram saymadan- məkruh gördüyü rəvayət edilmişdir.

وَقَدْ تَزَوَّجَ عُثْمَانُ وَطَلْحَةُ وَحُذَيْفَةُ الْكِتَابِيَّاتِ،

Osman, Talha və Huzeyfə, kitab əhlindən olan qadınlarla evlənmişdilər.

وَلَوْ كَانَ ذَلِكَ مُحَرَّمًا عِنْدَ الصَّحَابَةِ لَظَهَرَ مِنْهُمْ نَكِيرٌ أَوْ خِلَافٌ،

Əgər (bu), səhabə nəzdində haram olsaydı, onlardan, mütləq etiraz və ya müxalifət zahir olardı.

وَفِي ذَلِكَ دَلِيلٌ عَلَى اتِّفَاقِهِمْ عَلَى جَوَازِهِ.

(Elə isə), bunda, bunun caizliyi haqqında, onların ittifaqı olduğuna dair dəlil vardır.

وقوله تعالى: ولا تنكحوا المشركات حتى يؤمن غير موجب لتحريم الكتابيات من وجهين

(Haqq) Taala'nın: "Müşrik qadınlar iman etməyənə qədər, onlarla evlənməyin." sözü, kitab əhli qadınlarla evlənməyin təhrimini (haramlığını), 2 cəhətdən vacib etmir:

أَحَدُهُمَا أَنَّ ظَاهِرَ لَفْظِ الْمُشْرِكَاتِ إِنَّمَا يَتَنَاوَلُ عَابِدَاتِ الْأَوْثَانِ مِنْهُنَّ؛ عِنْدَ الْإِطْلَاقِ؛

Onlardan:

• Biri:

"Müşrik qadınlar" ləfzinin zahiri, itlaq vaxtında (yəni, ləfz mütləq gəldiyində), ancaq, onlardan bütlərə ibadət edənləri əhatə edir.

وَلَا يَدْخُلُ فِيهِ الْكِتَابِيَّاتُ إِلَّا بِدَلَالَةٍ.

Bir dəlil olmadan, kitab əhli qadınlar, buna daxil olmur.

أَلَا تَرَى إِلَى قَوْلِهِ:

Məgər, Onun, (bu) sözünə baxmırsanmı:

﴿مَا يَوَدُّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَلَا الْمُشْرِكِينَ أَنْ يُنَزَّلَ عَلَيْكُمْ مِنْ خَيْرٍ مِنْ رَبِّكُمْ﴾؟

"Kitab əhlindən inkar edənlər və müşriklər, Sizə, Rəbbinizdən bir xeyir endirilməsini, istəməzlər." (Bəqərə/105)

وَقَالَ:

Və, (belə) buyurdu:

﴿لَمْ يَكُنِ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ مُنْفَكِّينَ﴾.

"Kitab əhlindən inkar edənlər və müşriklər, (öz tutduqları yoldan), əl çəkmədilər." (Bəyyinə/1)

فَفَرَّقَ بَيْنَهُمْ فِي اللَّفْظِ؛

Beləliklə, ləfzdə, onların arasını ayırdı.

وَظَاهِرُهُ يَقْتَضِي أَنَّ الْمَعْطُوفَ غَيْرُ الْمَعْطُوفِ عَلَيْهِ؛

Və onun zahiri, mətuf (ətf edilən)'in, mətuf aleyh (özünə ətf edilən)'dan başqa olduğunu iqtiza edir (gərəkdirir). (haşiyə)

------------------------

(Haşiyə:

Bəyyinə surəsi 1-ci ayədə: "kitab əhlindən olan kafirlər" və "müşriklər" kəlimələri, "və" ətf hərfi ilə bir-birinə bağlanmışdır. Bu da, onların, bir-birindən ayrı 2 qrup olduğuna dəlalət edir.)

------------------------

إِلَّا أَنْ تَقُومَ الدَّلَالَةُ عَلَى شُمُولِ الِاسْمِ لِلْجَمِيعِ؛

Ancaq, cəm üçün ismin şümuluna dəlalətin olması, istisnadır. (haşiyə)

------------------------

(Haşiyə:

Yəni, həmin ifadənin hamısını əhatə etdiyinə dair bir dəlil mövcud olarsa, bu, istisnadır.)

-------------------------

وَأَنَّهُ أُفْرِدَ بِالذِّكْرِ لِضَرْبٍ مِنَ التَّعْظِيمِ أَوِ التَّأْكِيدِ؛

Və bir növ təzim və ya təkiddən dolayı, (ayrılıqda) zikr etməklə fərqləndirdi.

كَقَوْلِهِ تَعَالَى:

(Haqq) Taala'nın, (bu) sözü kimi:

﴿مَنْ كَانَ عَدُوًّا لِلَّهِ وَمَلَائِكَتِهِ وَرُسُلِهِ وَجِبْرِيلَ وَمِيكَالَ﴾.

"Kim, Allaha, Onun mələklərinə, rəsullarına, Cibrilə və Mikayıla düşmən olarsa..." (Bəqərə/98)

فَأَفْرَدَهُمَا بِالذِّكْرِ تَعْظِيمًا لِشَأْنِهِمَا، مَعَ كَوْنِهِمَا مِنْ جُمْلَةِ الْمَلَائِكَةِ.

Baxmayaraq ki, (onlar) mələklər cümləsindəndirlər; onların hər ikisini, şanlarını təzim üçün, ayrılıqda zikr etdi.

إِلَّا أَنَّ الْأَظْهَرَ أَنَّ الْمَعْطُوفَ غَيْرُ الْمَعْطُوفِ عَلَيْهِ؛

Ancaq, daha zahir olan (budur ki), mətuf, mətuf aleyh'dən başqadır.

إِلَّا أَنْ تَقُومَ الدَّلَالَةُ عَلَى أَنَّهُ مِنْ جِنْسِهِ؛

Ancaq, onun öz cinsindən olduğuna dair bir dəlil ortaya çıxarsa, istisnadır.

فَاقْتَضَى عَطْفُهُ أَهْلَ الْكِتَابِ عَلَى الْمُشْرِكِينَ أَنْ يَكُونُوا غَيْرَهُمْ؛

Beləliklə, kitab əhlinin müşriklər üzəinə ətf edilməsi, onların müşriklərdən fərqli olmasını iqtiza edir (gərəkdirir).

وَأَنْ يَكُونَ التَّحْرِيمُ مَقْصُورًا عَلَى عَبَدَةِ الْأَوْثَانِ مِنَ الْمُشْرِكِينَ.

(Bununla bərabər), təhrimin, müşriklərdən olan bütlərə ibadət edənlərlə məhdudlaşdırılmasını (iqtiza edir).

وَالْوَجْهُ الْآخَرُ:

• Digər cəhət (isə, budur):

أَنَّهُ لَوْ كَانَ عُمُومًا فِي الْجَمِيعِ لَوَجَبَ أَنْ يَكُونَ مُرَتَّبًا عَلَى قَوْلِهِ:

Əgər (bu), hamını əhatə edən ümumi (bir hökm) olsaydı, mütləq Allahın bu sözündən sonra gəlməli idi:

﴿وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ﴾.

"Sizdən əvvəl özlərinə kitab verilənlərdən iffətli qadınlar..."

وَأَلَّا تُنْسَخَ إِحْدَاهُمَا بِالْأُخْرَى مَا أَمْكَنَ اسْتِعْمَالُهُمَا.

Və hər ikisini istifadə etmək mümkün olduğu müddətcə, onlardan biri, digərilə nəsx edilməsin. (haşiyə)

---------------------------

(Haşiyə:

Cəssas'ın qəsdi, budur:

Əgər Bəqərə 221-dəki "müşrik qadınlar" ifadəsi, bütün kafir qadınlar haqqında ümumi olsaydı, onda, kitab əhli qadınların halal olmasını bildirən Maidə surəsi 5-ci ayə, həmin ümumi qadağadan sonra gəlməli idi ki, sonrakı ayə, əvvəlki hökmün bir hissəsini istisna etsin.

Halbuki, iki dəlili birlikdə istifadə etmək, onlardan birinin nəsx edilməsini iddia etməkdən, daha üstündür.)

------------------------------

فَإِنْ قِيلَ:

Əgər deyilsə ki:

قَوْلُهُ: ﴿وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ﴾ إِنَّمَا أَرَادَ بِهِ اللَّاتِي أَسْلَمْنَ مِنْ أَهْلِ الْكِتَابِ؛

"Onun: 'Sizdən əvvəl özlərinə kitab verilənlərdən iffətli qadınlar' sözü ilə murad edilən, ancaq, kitab əhlindən (sonradan) müsəlman olan qadınlardır...(Məsələn):

كَقَوْلِهِ تَعَالَى: ﴿وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْكُمْ﴾.

~ (Haqq) Taala'nın: "Kitab əhlindən, Allaha və sizə endirilənə iman gətirənlər vardır..." (Al-i İmran/199) sözü kimi;

وَقَوْلِهِ: ﴿مِنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَائِمَةٌ يَتْلُونَ آيَاتِ اللَّهِ آنَاءَ اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ﴾.

~ Onun: "Kitab əhlindən, (haqq üzərində) qaim olan bir camaat vardır ki, onlar, gecə vaxtlarında Allahın ayələrini oxuyur və səcdə edirlər." (Al-i İmran/113) sözü (kimi)...

قِيلَ لَهُ:

Ona deyildi ki:

هَذَا خَلَفٌ مِنَ الْقَوْلِ،

Bu, sözdən (yəni, ayədə qəsd ediləndən) başqadır.

دَالٌّ عَلَى غَبَاوَةِ قَائِلِهِ وَالْمُحْتَجِّ بِهِ،

(Və bu sözü) söyləyənin və onunla hüccət gətirənin, ağıl qıtlığına dəlildir.

وَذَلِكَ مِنْ وَجْهَيْنِ:

Bu(nun izahı), 2 cəhətdəndir:

أَحَدُهُمَا

Onlardan:

 

• Biri:

أَنَّ هَذَا الِاسْمَ إِذَا أُطْلِقَ فَإِنَّمَا يَتَنَاوَلُ الْكُفَّارَ مِنْهُمْ؛

Şübhəsiz, bu isim (ad), mütləq olaraq gətirildiyində, o, ancaq, onlardan kafir olanları əhatə edir.

كَقَوْلِهِ: ﴿مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّى يُعْطُوا الْجِزْيَةَ عَنْ يَدٍ﴾.

~ Onun, (bu) sözü kimi: "Kitab verilənlərdən -ta ki, öz əllərilə cizyə verənə qədər..." (Tövbə/29);

وَقَوْلِهِ: ﴿وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِنْ تَأْمَنْهُ بِقِنْطَارٍ يُؤَدِّهِ إِلَيْكَ﴾.

~ Onun, (bu) sözü: "Kitab əhlindən eləsi vardır ki, ona bir qintar əmanət etsən, onu, Sənə qaytarar." (Al-i İmran/75)

وَمَا جَرَى مَجْرَى ذَلِكَ مِنَ الْأَلْفَاظِ الْمُطْلَقَةِ فَإِنَّمَا يَتَنَاوَلُ الْيَهُودَ وَالنَّصَارَى،

Bunun kimi cərəyan edən mütləq ləfzlər (də), ancaq, yəhudi və nasaranı əhatə edir.

وَلَا يُعْقَلُ بِهِ مَنْ كَانَ مِنْ أَهْلِ الْكِتَابِ فَأَسْلَمَ إِلَّا بِتَقْيِيدِ ذِكْرِ الْإِيمَانِ.

Bununla, "kitab əhlindən müsəlman olan kimsə", deyilə (yəni, qəsd edilə) bilməz. Ancaq, iman qeydinin zikr edilməsi, istisnadır.

أَلَا تَرَى أَنَّ اللَّهَ تَعَالَى لَمَّا أَرَادَ بِهِ مَنْ أَسْلَمَ مِنْهُمْ ذَكَرَ الْإِسْلَامَ مَعَ ذِكْرِهِ أَنَّهُمْ مِنْ أَهْلِ الْكِتَابِ،

Məgər görmürsənmi ki, Allah Taala, nə vaxt ki, onunla, onlardan müsəlman olanları murad etdi; onların kitab əhlindən olmalarını zikr etməklə bərabər, İslamı da zikr etmişdir?!

فَقَالَ:

Və (belə) buyurmuşdur:

﴿لَيْسُوا سَوَاءً مِنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَائِمَةٌ﴾.

"Onlar, eyni deyillər. Kitab əhlindən, (haqq üzərində) qaim olan bir camaat vardır." (Al-i İmran/113)

﴿وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ﴾.

"Kitab əhlindən, Allaha və axirət gününə iman edən kimsələr vardır." (Al-i İmran/199)

 

وَالْوَجْهُ الْآخَرُ

• Digər cəhət (isə, budur):

أَنَّهُ ذَكَرَ فِي الْآيَةِ الْمُؤْمِنَاتِ،

O, ayədə, mömin qadınları zikr etmişdir.

وَقَدِ انْتَظَمَ ذِكْرُ الْمُؤْمِنَاتِ اللَّاتِي كُنَّ مِنْ أَهْلِ الْكِتَابِ فَأَسْلَمْنَ، وَمَنْ كُنَّ مُؤْمِنَاتٍ فِي الْأَصْلِ؛

Mömin qadınların zikr edilməsi, kitab əhlindən olub (sonradan) müsəlman olan mömin qadınları və əslində mömin olan qadınları (yəni, əvvəldən müsəlman olan qadınları da) əhatə etmişdir.

لِأَنَّهُ قَالَ:

Çünki O, (belə) buyurmuşdur:

﴿وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ﴾.

"Möminlərdən iffətli olan qadınlar və sizdən əvvəl özlərinə kitab verilən iffətli qadınlar, (sizə halaldır)..."

فَكَيْفَ يَجُوزُ أَنْ يَكُونَ مُرَادُهُ بِالْمُحْصَنَاتِ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنَ الْمُؤْمِنَاتِ الْمَبْدُوءِ بِذِكْرِهِنَّ؟!

Elə isə, (Allahın), özlərinə kitab verilmiş kəslərdən olan iffətli qadınlarla, əvvəlcə zikr etdiyi mömin qadınları murad etməsi, necə mümkün ola bilər?!

وَرُبَّمَا احْتَجَّ بَعْضُ الْقَائِلِينَ بِهَذِهِ الْمَقَالَةِ بِمَا رُوِيَ عَنْ عَلِيِّ بْنِ أَبِي طَلْحَةَ قَالَ:

Bəzən, bəziləri, Əli b. əbi Talha'dan rəvayət edilən bu görüşlə ihticac edirlər. O, (belə) demişdir:

أَرَادَ كَعْبُ بْنُ مَالِكٍ أَنْ يَتَزَوَّجَ امْرَأَةً مِنْ أَهْلِ الْكِتَابِ؛

Ka'b b. Malik, kitab əhlindən olan bir qadınla evlənmək istədi.

فَسَأَلَ رَسُولَ اللَّهِ ﷺ فَنَهَاهُ، وَقَالَ:

Allah rəsulu (sallallahu aleyhi və səlləm)'dən (bu haqda) soruşdu. (Allah rəsulu da), bunu nəhy edib (belə) buyurdu:

«إِنَّهَا لَا تُحْصِنُكَ».

"Şübhəsiz o (qadın), səni qorumaz (yəni, iffətli saxlamaz)." (Beyhaqi, "əs-Sünənu'l-Kubra", hədis no: 16718)

قَالَ: فَظَاهِرُ النَّهْيِ يَقْتَضِي الْفَسَادَ.

Dedi: "Nəhyin zahiri (mənası), fəsadı (yəni, nikahın fasidliyini) iqtiza edir."

فَيُقَالُ:

Deyilir ki:

إِنَّ هَذَا حَدِيثٌ مَقْطُوعٌ مِنْ هَذَا الطَّرِيقِ،

Bu hədis, bu təriqdən, məqtu (qopuq)'dur.

وَلَا يَجُوزُ الِاعْتِرَاضُ بِمِثْلِهِ عَلَى ظَاهِرِ الْقُرْآنِ فِي إِيجَابِ نَسْخِهِ وَلَا تَخْصِيصِهِ.

Onun nəsxini və təxsis etməməsini vacib qılmada, bunun kimi bir şey ilə Quranın zahirinə etiraz etmək, caiz deyildir.

وَإِنْ ثَبَتَ فَجَائِزٌ أَنْ يَكُونَ عَلَى وَجْهِ الْكَرَاهِيَةِ،

Əgər (bu rəvayət) sabit olsa belə, kərahiyyət cəhəti üzərinə olması, mümkündür.

كَمَا رُوِيَ عَنْ عُمَرَ مِنْ كَرَاهَتِهِ لِحُذَيْفَةَ تَزْوِيجَ الْيَهُودِيَّةِ،

Necə ki, Ömər'dən, Huzeyfə'nin, yəhudi qadınla evliliyini məkruh gördüyü rəvayət edilmişdir.

لَا عَلَى وَجْهِ التَّحْرِيمِ.

(Ancaq) təhrim cəhəti üzərə deyil.

وَيَدُلُّ عَلَيْهِ قَوْلُهُ: «إِنَّهَا لَا تُحْصِنُكَ»،

Buna, "O, səni qorumaz (yəni, iffətli etməz)." sözü dəlalət edir.

وَنَفْيُ الْإِحْصَانِ غَيْرُ مُوجِبٍ لِفَسَادِ النِّكَاحِ؛

İffətin qorunmasının nəfyi, nikahın fasidliyini icab edən bir şey deyildir.

لِأَنَّ الصَّغِيرَةَ لَا تُحْصِنُهُ،

Çünki, az yaşlı qız, onu iffətli saxlamaz.

وَكَذَلِكَ الْأَمَةُ،

Eləcə də, cariyə.

وَيَجُوزُ نِكَاحُهُمَا.

(Halbuki), hər ikisilə də evlənmək, caizdir. (haşiyə)

-----------------------

(Haşiyə:

Cəssas'ın qəsdi, budur:

1. Azyaşlı qız, kişini iffətli saxlamaz (çünki, cinsi münasibətə, çox da əlverişli deyildir).

2. Cariyə də, bəzi hallarda, kişini iffətli saxlamaq cəhətindən, azad qadınla eyni deyil.

3. Bununla belə, azyaşlı qız və cariyə ilə nikah, caizdir.

4. Elə isə, bir qadının, kişini iffətli saxlamaması, nikahın fasid olmasını zəruri etmir.)

--------------------------

وفي نكاح الكتابية الحربية

Hərbi kitabi (yəni, müsəlmanlarla hərb halında olan kitab əhlindən olan) qadınlarla nikah haqqında:

وَقَدِ اخْتُلِفَ فِي تَزْوِيجِ الْكِتَابِيَّةِ الْحَرْبِيَّةِ؛

Hərbi kitabi qadınlarla evlilik haqqında, ixtilaf edilmişdir.

فَحَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ الْوَاسِطِيُّ قَالَ:

Bizə, Cəfər b. Muhamməd əl-Vasiti xəbər verdi. Dedi:

حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ الْيَمَانِ قَالَ:

Bizə, Cəfər b. Muhamməd b. Yaman xəbər verdi. Dedi:

حَدَّثَنَا أَبُو عُبَيْدٍ قَالَ:

Bizə, əbu Ubeyd xəbər verdi. Dedi:

حَدَّثَنَا عَبَّادُ بْنُ الْعَوَّامِ؛ عَنْ سُفْيَانَ بْنِ حُسَيْنٍ؛ عَنِ الْحَكَمِ؛ عَنْ مُجَاهِدٍ؛ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ:

Bizə, Abbad b. Avvam,

Süfyan b. Huseyn'dən ---> Hakəm'dən ---> Mücahid'dən ---> ibn Abbas'dan,

xəbər verdi. Dedi:

«لَا تَحِلُّ نِسَاءُ أَهْلِ الْكِتَابِ إِذَا كَانُوا حَرْبًا».

"Kitab əhlinin qadınları, əgər hərb vəziyyətindədirlərsə, (onlarla evlilik), halal olmaz." (ibn əbi Şeybə, "əl-Musannəf", hədis no: 16431)

قَالَ: وَتَلَا هَذِهِ الْآيَةَ:

Dedi: Və bu ayəni tilavət etdi:

﴿قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ﴾ إِلَى قَوْلِهِ: ﴿وَهُمْ صَاغِرُونَ﴾.

"Allaha və axirət gününə iman gətirməyənlərlə, döyüşün..." ayəsini, "Onlar, zəlil və boyun əymiş vəziyyətdə olduqları halda..." (qisminə) qədər oxudu." (Tövbə/29)

قَالَ الْحَكَمُ: فَحَدَّثْتُ بِهِ إِبْرَاهِيمَ فَأَعْجَبَهُ.

Hakəm deyir: "Mən, bunu, İbrahimə rəvayət etdim. Onun xoşuna gəldi."

قَالَ أَبُو بَكْرٍ:

əbu Bəkr (əl-Cəssas) dedi:

يَجُوزُ أَنْ يَكُونَ ابْنُ عَبَّاسٍ رَأَى ذَلِكَ عَلَى وَجْهِ الْكَرَاهِيَةِ،

ibn Abbas'ın, onu, kərahət cəhəti üzərə görmüş olması, mümkündür.

وَأَصْحَابُنَا يَكْرَهُونَهُ مِنْ غَيْرِ تَحْرِيمٍ.

Əshabımız (yəni, Hənəfilər də), təhrim olmadan onu məkruh görürlər.

وَقَدْ رُوِيَ عَنْ عَلِيٍّ أَنَّهُ كَرِهَ نِسَاءَ أَهْلِ الْحَرْبِ مِنْ أَهْلِ الْكِتَابِ.

Əli'dən, kitab əhlindən olan hərbi qadınlar (ilə evlənməyi) məkruh gördüyü rəvayət edilmişdir.

وَقَوْلُهُ تَعَالَى: ﴿وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ﴾.

~ (Haqq) Taala'nın, (bu) sözü: "Sizdən əvvəl, özlərinə kitab verilmiş iffətli qadınlar."

لَمْ يُفَرِّقْ فِيهِ بَيْنَ الْحَرْبِيَّاتِ وَالذِّمِّيَّاتِ،

(Haqq Taala), onda (yəni, bu ayədə), hərbi və zimmi qadınlar arasında, bir fərq qoymamışdır.

وَغَيْرُ جَائِزٍ تَخْصِيصُهُ بِغَيْرِ دَلَالَةٍ.

Və onun təxsisi (yəni, ayəni, sırf zimmi qadınlar deyə təxsis etmək), dəlil olmadan, caiz deyildir.

وَقَوْلُهُ تَعَالَى: ﴿قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ﴾.

~ (Haqq) Taala'nın, (bu) sözü: "Allaha və axirət gününə iman etməyənlərlə, döyüşün."

لَا تَعَلُّقَ لَهُ بِجَوَازِ النِّكَاحِ وَلَا فَسَادِهِ.

(Bu ayənin), (onlarla) nikahın caizliyi və fəsadı ilə, bir əlaqəsi yoxdur.

وَلَوْ كَانَ وُجُوبُ الْقِتَالِ عِلَّةً لِفَسَادِ النِّكَاحِ لَوَجَبَ أَلَّا يَجُوزَ نِكَاحُ نِسَاءِ الْخَوَارِجِ وَأَهْلِ الْبَغْيِ،

Əgər döyüşməyin vacibliyi, nikahın fəsadının illəti olsaydı, xavaric və bağilərin qadınları ilə nikahın caiz olmaması, vacib olardı.

لِقَوْلِهِ تَعَالَى: ﴿فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّى تَفِيءَ إِلَى أَمْرِ اللَّهِ﴾.

(Haqq) Taala'nın, (bu) sözündən dolayı: "Elə isə, Allahın əmrinə qayıdana qədər, həddi aşanlarla döyüşün." (Hucurat/9)

فَبَانَ بِمَا وَصَفْنَا أَنَّهُ لَا تَأْثِيرَ لِوُجُوبِ الْقِتَالِ فِي إِفْسَادِ النِّكَاحِ.

Beləliklə, vəsf etdiklərimizlə aydın oldu ki, döyüşün vacib olmasının, nikahı ifsad etməyə, təsiri yoxdur.

وَأَنَّ مَا كَرِهَهُ أَصْحَابُنَا لِقَوْلِهِ تَعَالَى:

Bizim əshabımızın (yəni, Hənəfilərin) məkruh gördüyü şeyə gəlincə, (bu), (Haqq) Taala'nın (bu) sözündən dolayıdır:

﴿لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ﴾.

"Allaha və axirət gününə iman gətirən bir camaatın, Allah və Onun rəsuluna qarşı çıxan kəslərə məhəbbət bəslədiyini, görməzsən. Hətta onlar, onların (yəni, həmin möminlərin) ataları, oğulları, qardaşları və ya qəbilələri olsalar belə." (Mücadilə/22)

وَالنِّكَاحُ يُوجِبُ الْمَوَدَّةَ، لِقَوْلِهِ تَعَالَى:

Nikah, məhəbbət meydana gətirir. (Haqq) Taala'nın, (bu) sözünə görə:

﴿وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً﴾.

"Sizin aranızda, məhəbbət və rəhmət yaratdı." (Rum/21)

فَلَمَّا أَخْبَرَ أَنَّ النِّكَاحَ سَبَبُ الْمَوَدَّةِ وَالرَّحْمَةِ، وَنَهَانَا عَنْ مُوَادَّةِ أَهْلِ الْحَرْبِ،

Nə vaxt ki, nikahın, məhəbbət və rəhmət səbəbi olduğunu bizə xəbər verdi; və bizi, hərb əhlini sevməkdən (də) nəhy etdi....

كَرِهُوا ذَلِكَ.

Bunu, məkruh gördülər.

وَقَوْلُهُ: ﴿يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ﴾ إِنَّمَا هُوَ فِي أَهْلِ الْحَرْبِ دُونَ أَهْلِ الذِّمَّةِ؛

Onun: "Allah və rəsuluna qarşı çıxanlara məhəbbət bəsləyirlər." sözü, ancaq, hərb əhli haqqındadır; zimmət əhli haqqında deyil.

لِأَنَّهُ لَفْظٌ مُشْتَقٌّ مِنْ كَوْنِهِمْ فِي حَدٍّ وَنَحْنُ فِي حَدٍّ،

Çünki o, onların bir həddə (yəni, tərəfdə); bizim isə başqa bir həddə (yəni, tərəfdə) olmağından müştaqdır (yəni, törəmişdir).

وَكَذَلِكَ الْمُشَاقَّةُ،

Eləcə də, "muşaqqat" (sözü)...

وَهُوَ أَنْ يَكُونُوا فِي شِقٍّ وَنَحْنُ فِي شِقٍّ،

O (yəni, bu muşaqqat sözü), onların bir şiqq (tərəfdə), bizim də (başqa bir) şiqqdə olmasıdır.

وَهَذِهِ صِفَةُ أَهْلِ الْحَرْبِ دُونَ أَهْلِ الذِّمَّةِ.

Bu da, hərb əhlinin sifətidir; zimmət əhlinin deyil.

فَلِذَلِكَ كَرِهُوهُ.

Bundan dolayı, onu məkruh gördülər. (haşiyə)

------------------------

(Haşiyə:

Cəssas'ın qəsdi, budur:

Kitab əhlindən olan zimmət əhli bir qadınla nikahı, bu ayəyə əsaslanaraq qadağan etmək, olmaz. Çünki, ayədəki qarşı gəlmə və düşmənçilik xüsusiyyəti, hərb əhlinə aiddir.)

-------------------------

وَمِنْ جِهَةٍ أُخْرَى، وَهِيَ أَنَّ وَلَدَهُ يَنْشَأُ فِي دَارِ الْحَرْبِ عَلَى أَخْلَاقِ أَهْلِهَا، وَذَلِكَ مَنْهِيٌّ عَنْهُ.

Digər cəhətdən isə, onun övladı, daru'l-harbda, (daru'l-hərb) əhlinin əxlaqı üzərə yetişir. Və bu, özündən nəhy ediləndir.

قَالَ ﷺ: «أَنَا بَرِيءٌ مِنْ كُلِّ مُسْلِمٍ بَيْنَ ظَهْرَانَيِ الْمُشْرِكِينَ».

(Allah rəsulu) sallallahu aleyhi və səlləm, (belə) buyurmuşdur:

"Mən, müşriklər arasında yaşayan hər bir müsəlmandan, bəriyəm." (haşiyə)

------------------------------

(Haşiyə:

Hədisi:

~ əbu Davud ("Sünən", hədis no: 2645);

~ Tirmizi ("Sünən", hədis no: 1604);

~ Nəsai ("Sünən", hədis no: 4780);

~ Taberani ("əl-Mu'cəmu'l-Kəbir", hədis no: 2264)

rəvayət etmişlərdir. İsnadı, səhihdir.)

--------------------------------

وَقَالَ ﷺ: «أَنَا بَرِيءٌ مِنْ كُلِّ مُسْلِمٍ مَعَ مُشْرِكٍ».

(Yenə, Peyğəmbər sallallahu aleyhi və səlləm), (belə) buyurmuşdur:

"Mən, müşriklərlə bərabər olan hər bir müsəlmandan bəriyəm." (Taberani, "əl-Mu'cəmu'l-Kəbir", hədis no: 2217; Beyhaqi, "Sünən", hədis no: 16247)

فَإِنْ قِيلَ:

Əgər deyilsə ki:

لِمَ أَنْكَرْتَ أَنْ يَكُونَ قَوْلُهُ تَعَالَى: ﴿لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ﴾ مُخَصِّصًا لِقَوْلِهِ: ﴿وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ﴾، قَاصِرًا لِحُكْمِهِ عَلَى الذِّمِّيَّاتِ مِنْهُنَّ دُونَ الْحَرْبِيَّاتِ؟

"Allaha və axirət gününə iman gətirən bir qövmün, Allah və Onun rəsuluna qarşı çıxanlara məhəbbət bəslədiklərini görməzsən." (Mücadilə/22) ayəsini,

"Sizdən əvvəl, kitab verilmiş kəslərdən olan iffətli qadınlar da, (sizə halaldır)." (Maidə/5) ayəsini təxsis edən və onun hökmünü hərbi qadınlara deyil, yalnız zimmət əhli qadınlarına aid edən bir dəlil hesab etməyini nə üçün qəbul etmədin?

قِيلَ لَهُ:

Ona deyildi ki:

الْآيَةُ إِنَّمَا اقْتَضَتِ النَّهْيَ عَنِ الْوِدَادِ وَالتَّحَابِّ،

Ayə, yalnız, dostluq və məhəbbətdən nəhyi iqtiza etmişdir.

فَأَمَّا نَفْسُ عَقْدِ النِّكَاحِ فَلَمْ تَتَنَاوَلْهُ الْآيَةُ، وَإِنْ كَانَ قَدْ يَصِيرُ سَبَبًا لِلْمُوَادَّةِ وَالتَّحَابِّ.

Amma, [(nikah əqdi), (daha sonra) məhəbbət və sevgi üçün səbəbə çevrilsə də], ayə, nikah əqdinin özünü əhatə etmir.

فَنَفْسُ الْعَقْدِ لَيْسَ هُوَ الْمُوَادَّةَ وَالتَّحَابَّ،

Əqdin özü, məhəbbət və sevgi deyildir.

إِلَّا أَنَّهُ يُؤَدِّي إِلَى ذَلِكَ،

Ancaq o, buna səbəb olur.

فَاسْتَحْسَنُوا لَهُ غَيْرَهُنَّ.

(Bundan dolayı da), onlardan başqaları ilə (evlənməyi), onun üçün istihsən etdilər.

 

وقوله تعالى: أولئك يدعون إلى النار

(Haqq) Taala'nın: "Onlar, atəşə dəvət edirlər." sözü:

فَإِنْ قِيلَ:

Əgər deyilsə ki:

لَمَّا قَالَ عَقِيبَ تَحْرِيمِ نِكَاحِ الْمُشْرِكَاتِ: ﴿أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ﴾.

(Allah), müşrik qadınlarla nikahın haramlığından sonra: "Onlar, atəşə dəvət edirlər." buyurduğunda,

دَلَّ عَلَى أَنَّهُ لِهَذِهِ الْعِلَّةِ حَرَّمَ نِكَاحَهُنَّ،

Bu, bu illətdən (yəni, onların müşrik olması səbəbindən) dolayı onlarla nikahın haram qılınmasına dəlalət edir.

وَذَلِكَ مَوْجُودٌ فِي نِكَاحِ الْكِتَابِيَّاتِ، الذِّمِّيَّاتِ وَالْحَرْبِيَّاتِ مِنْهُنَّ،

Və bu, [istər zimmi olsun, istərsə də kitabi], kitabi qadınların nikahında da mövcuddur.

فَوَجَبَ تَحْرِيمُ نِكَاحِهِنَّ لِهَذِهِ الْعِلَّةِ كَتَحْرِيمِ نِكَاحِ الْمُشْرِكَاتِ.

Beləliklə, bu illətdən dolayı, kitab əhli qadınlarla evlənməyin də, müşrik qadınlarla evlənmək kimi haram olması lazım gələrdi.

قِيلَ لَهُ:

Ona deyildi ki:

مَعْلُومٌ أَنَّ هَذِهِ لَيْسَتْ عِلَّةً مُوجِبَةً لِتَحْرِيمِ النِّكَاحِ؛

Bunun, nikahın haramlığını icab edən bir illət olmadığı, məlumdur.

لِأَنَّهَا لَوْ كَانَتْ كَذَلِكَ لَكَانَ غَيْرُ جَائِزٍ إِبَاحَتُهُنَّ بِحَالٍ.

Çünki, əgər o (yəni, həmin səbəb), elə (yəni, nikahı haram edən qəti bir illət) olsaydı, onların heç bir halda halal edilmələri, caiz olmazdı.

فَلَمَّا وَجَدْنَا نِكَاحَ الْمُشْرِكَاتِ قَدْ كَانَ مُبَاحًا فِي أَوَّلِ الْإِسْلَامِ إِلَى أَنْ نَزَلَ تَحْرِيمُهُنَّ،

Biz gördük ki, İslamın ilk dövrlərində, müşrik qadınlarla evlənmək, onların haram edilməsinə dair hökm nazil olana qədər halal idi.

مَعَ وُجُودِ هَذَا الْمَعْنَى، وَهُوَ دُعَاءُ الْكَافِرِينَ لَنَا إِلَى النَّارِ،

Halbuki, kafirlərin bizi atəşə dəvət etməsindən ibarət olan bu mənanın varlığı (yəni, həmin xüsusiyyət),

دَلَّ عَلَى أَنَّ هَذَا الْمَعْنَى لَيْسَ بِعِلَّةٍ مُوجِبَةٍ لِتَحْرِيمِ النِّكَاحِ.

Dəlalət edir ki, bu məna, nikahın haram qılınması üçün vacib olan bir illət deyildir.

وَقَدْ كَانَتِ امْرَأَةُ نُوحٍ وَامْرَأَةُ لُوطٍ كَافِرَتَيْنِ تَحْتَ نَبِيَّيْنِ مِنْ أَنْبِيَاءِ اللَّهِ تَعَالَى.

Nuh və Lutun xanımları, Allah Taala'nın nəbilərindən 2 nəbinin nikahı altında ikən də kafir idilər.

قَالَ اللَّهُ تَعَالَى:

Allah Taala, (belə) buyurmuşdur:

﴿ضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ﴾.

"Allah, inkar edənlər üçün, Nuh və Lutun xanımlarını misal çəkdi. Onlar, Bizim qullarımızdan iki saleh qulun (nikahı) altında idilər. Onlar, Onlara (yəni, Nuh və Luta) xəyanət etmişdilər. Bunlar (yəni, Nuh və Lut) isə, onları, Allahdan (gələn) şeydən (yəni, əzabdan) xilas edə bilmədilər. Onlara: 'Daxil olanlarla bərabər, siz də oda daxil olun!' deyildi." (Təhrim/10)

فَأَخْبَرَ بِصِحَّةِ نِكَاحِهِمَا مَعَ وُجُودِ الْكُفْرِ مِنْهُمَا.

Beləliklə, (Allah), onların hər ikisindən küfrün mövcud olmasına baxmayaraq, nikahlarının səhih olduğunu xəbər verdi.

فَثَبَتَ بِذَلِكَ أَنَّ الْكُفْرَ لَيْسَ بِعِلَّةٍ مُوجِبَةٍ لِتَحْرِيمِ النِّكَاحِ. وَإِنْ كَانَ اللَّهُ تَعَالَى قَدْ قَالَ فِي سِيَاقِ تَحْرِيمِ الْمُشْرِكَاتِ: ﴿أُولَئِكَ يَدْعُونَ إِلَى النَّارِ﴾.

Bununla sabit oldu ki, Müşrik qadınların təhrimi siyaqında, Allah Taala: "Onlar, oda dəvət edirlər." buyurmuş olsa da; küfr, nikahın təhrimi üçün vacib edən bir illət deyil.

فَجَعَلَهُ عَلَمًا لِبُطْلَانِ نِكَاحِهِنَّ،

Beləliklə, (Allah), onların nikahının batil olmasına, onu bir əlamət qıldı.

وَمَا كَانَ كَذَلِكَ مِنَ الْمَعَانِي الَّتِي تَجْرِي مَجْرَى الْعِلَلِ الشَّرْعِيَّةِ فَلَيْسَ فِيهِ تَأْكِيدٌ فِيمَا يَتَعَلَّقُ بِهِ الْحُكْمُ مِنَ الِاسْمِ،

Şəri illətlər məcrasında cərəyan edən belə mənalarda, hökmün ismə (adlandırmaya) bağlanması cəhətindən, qəti bir təkid yoxdur.

فَيَجُوزُ تَخْصِيصُهُ كَتَخْصِيصِ الِاسْمِ.

Beləliklə də, onun təxsisi, ismin təxsisi kimi caiz olur.

وَإِذَا كَانَ قَوْلُهُ: ﴿وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ﴾ يَجُوزُ بِهِ تَخْصِيصُ التَّحْرِيمِ الَّذِي عُلِّقَ بِالِاسْمِ، جَازَ أَيْضًا تَخْصِيصُ الْحُكْمِ الْمَنْصُوبِ عَلَى الْمَعْنَى الَّذِي أُجْرِيَ مَجْرَى الْعِلَلِ الشَّرْعِيَّةِ.

Əgər, Onun: "Kitab verilənlərdən iffətli olan qadınlar" sözü ilə, ismə (yəni, "müşrik" isminə) bağlanmış təhrimi təxsis etmək mümkündürsə; şəri illətlər məcrasında cərəyan edən bir məna əsasında qurulmuş hökmün təxsisi də, mümkün olur.

وَنَظِيرُ ذَلِكَ قَوْلُهُ تَعَالَى:

Bunun bir bənzəri, (Haqq) Taala'nın (bu) sözüdür:

﴿إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ﴾.

"Şeytan, içki və qumar vasitəsilə, aranızda, ancaq ədavət və kin-küdurət salmaq; sizi Allahı zikr etməkdən uzaqlaşdırmaq istəyir." (Maidə/91)

فَذَكَرَ مَا يَحْدُثُ عَنْ شُرْبِ الْخَمْرِ مِنْ هَذِهِ الْأُمُورِ الْمَحْظُورَةِ، وَأَجْرَاهَا مَجْرَى الْعِلَّةِ.

Beləliklə, bu məhzur işlərdən içki içməklə baş verənləri zikr etdi; və onları, illətin məcrasına qoydu.

وَلَيْسَ بِوَاجِبٍ إِجْرَاؤُهَا فِي مَعْلُولَاتِهَا؛

Və onların məlullarında (yəni, illətin mövcud olduğu nəticələrdə), onları icra etmək, vacib deyildir. (Yəni, hökmün illəti kimi göstərilən məna, hər yerdə eyni hökmü zəruri etmir.)

لِأَنَّهُ لَوْ كَانَ كَذَلِكَ لَوَجَبَ أَنْ يُحَرَّمَ سَائِرُ الْبَيَاعَاتِ وَالْمُنَاكَحَاتِ وَعُقُودُ الْمُدَايَنَاتِ،

Çünki, əgər belə olsaydı, sair alqı-satqıların, nikahların, borc əqdlərinin də haram qılınması vacib olardı.

لِإِرَادَةِ الشَّيْطَانِ إِيقَاعَ الْعَدَاوَةِ وَالْبَغْضَاءِ بَيْنَنَا فِي سَائِرِهَا، وَأَنْ يَصُدَّنَا بِهَا عَنْ ذِكْرِ اللَّهِ.

Çünki, şeytan, sair şeylərdə də, aramızda ədavət və kin-küdurət salmaq; və bizi, onlar vasitəsilə Allahı zikr etməkdən uzaqlaşdırmaq istəyir.

فَلَمَّا لَمْ يَجِبِ اعْتِبَارُ الْمَعْنَى فِي سَائِرِ مَا وُجِدَ فِيهِ،

Beləliklə, (həmin) mənanın mövcud olduğu digər bütün məsələlərdə də nəzərə alınması vacib olmadıqda,

بَلْ كَانَ مَقْصُورَ الْحُكْمِ عَلَى الْمَذْكُورِ دُونَ غَيْرِهِ،

Əksinə, hökm, yalnız zikr edilən məsələyə məxsus oldu; ondan başqa məsələlərə isə, şamil edilmədi.

كَانَ كَذَلِكَ حُكْمُ سَائِرِ الْعِلَلِ الشَّرْعِيَّةِ، الْمَنْصُوصِ عَلَيْهَا مِنْهَا، وَالْمُقْتَضِيَةِ وَالْمُسْتَدَلِّ عَلَيْهَا.

Sair şəri illətlərin hökmü (də) belədir: istər onlar haqqında bir nass olsun; istər muqtədiyə (yəni, hökmü tələb edən məna) olsun; istərsə də dəlillə müəyyən edilmiş bir illət olsun.

وَهَذَا مِمَّا يُسْتَدَلُّ بِهِ عَلَى تَخْصِيصِ الْعِلَلِ الشَّرْعِيَّةِ.

Bu, şəri illətlərin təxsisinə, özü ilə istidlal edilən şeylərdəndir.

فَوَجَبَ بِمَا وَصَفْنَا أَنْ يَكُونَ حُكْمُ التَّحْرِيمِ مَقْصُورًا فِيمَا وَصَفْنَا عَلَى الْمُشْرِكَاتِ مِنْهُنَّ دُونَ غَيْرِهِنَّ،

Beləliklə, vəsf etdiklərimizdən dolayı, təhrim hökmünün, onlardan müşrik qadınlara aid olması; başqalarına isə aid olmaması vacib oldu.

وَيَكُونَ ذِكْرُ دُعَائِهِمْ إِيَّانَا إِلَى النَّارِ تَأْكِيدًا لِلْحَظْرِ فِي الْمُشْرِكَاتِ غَيْرَ مُتَعَدٍّ بِهِ إِلَى سِوَاهُنَّ؛

Onların bizi oda dəvət etmələrinin zikr edilməsi, müşrik qadınlar haqqında həzər etməkdən təkid olaraq (gətirilmişdir). Onlardan başqalarına isə, şamil deyil.

لِأَنَّ الشِّرْكَ وَالدُّعَاءَ إِلَى النَّارِ هُمَا عَلَمَا تَحْرِيمِ النِّكَاحِ،

Çünki, şirk və oda dəvət, nikahın təhriminin əlamətidir.

وَذَلِكَ غَيْرُ مَوْجُودٍ فِي الْكِتَابِيَّاتِ.

Və bu isə, kitabi qadınlarda mövcud deyil.

وقيل: إن ذلك في مشركي العرب المحاربين

Deyildi ki: "O, hərbi ərəb müşriklər haqqındadır."

وَقَدْ قِيلَ: إِنَّ ذَلِكَ فِي مُشْرِكِي الْعَرَبِ الْمُحَارِبِينَ لِرَسُولِ اللَّهِ ﷺ وَلِلْمُؤْمِنِينَ،

Deyilmişdir ki: O, Allah rəsulu (sallallahu aleyhi və səlləm) və möminlərə hərb halında olan ərəb müşriklər haqqındadır.

فنُهُوا عَنْ نِكَاحِهِنَّ؛

Beləliklə, onlarla nikahdan nəhy edildilər.

لِئَلَّا يُمَكَّنَ بِهِمْ إِلَى مَوَدَّةِ أَهْلِهِنَّ مِنَ الْمُشْرِكِينَ،

Bu (evlilik) vasitəsilə, onların müşrik ailələrinə qarşı, məhəbbət (münasibəti) yaranmasına, imkan verilməsin.

فَيُؤَدِّي ذَلِكَ إِلَى التَّقْصِيرِ مِنْهُمْ فِي قِتَالِهِمْ،

Bu (yəni, evlilik) isə, onlarla döyüşməkdə təqsirə səbəb olur;

دُونَ أَهْلِ الذِّمَّةِ الْمُوَادِّينَ الَّذِينَ أُمِرْنَا بِتَرْكِ قِتَالِهِمْ.

(Bu isə), döyüşməyi tərk etməyimiz əmr edilən, (bizimlə) dostluq münasibətində olduğumuz əhl-i zimmətə aid deyildir.

إِلَّا أَنَّهُ إِنْ كَانَ كَذَلِكَ فَهُوَ يُوجِبُ تَحْرِيمَ نِكَاحِ الْكِتَابِيَّاتِ الْحَرْبِيَّاتِ؛ لِوُجُودِ هَذَا الْمَعْنَى،

Lakin, əgər belə olarsa, o, -bu mənanın varlığından dolayı- hərbi kitabi qadınlarla nikahın təhrimini də vacib edir.

وَلَا نَجِدُ بُدًّا مِنَ الرُّجُوعِ إِلَى حُكْمِ مَعْلُولِ هَذِهِ الْعِلَّةِ بِمَا قَدَّمْنَا.

(Belə olduqda isə), əvvəl təqdim etdiklərimizə əsasən, bu illətin məlulunun hökmünə qayıtmaqdan başqa bir çıxış yolu tapa bilmirik.

 

وقوله تعالى: ولأمة مؤمنة خير من مشركة

(Haqq) Taala'nın: "Mömin bir cariyə, müşrik bir qadından xeyirlidir." sözü:

يَدُلُّ عَلَى جَوَازِ نِكَاحِ الْأَمَةِ مَعَ وُجُودِ الطَّوْلِ إِلَى الْحُرَّةِ؛

(Bu), azad qadınla (evlənməyə) maddi imkan olduğu halda, cariyə ilə nikahın caizliyinə dəlalət edir.

لِأَنَّ اللَّهَ تَعَالَى أَمَرَ الْمُؤْمِنِينَ بِتَزْوِيجِ الْأَمَةِ الْمُؤْمِنَةِ بَدَلًا مِنَ الْحُرَّةِ الْمُشْرِكَةِ الَّتِي تُعْجِبُهُمْ وَيَجِدُونَ الطَّوْلَ إِلَيْهَا.

Çünki, Allah Taala, mömin kişilərə, onların xoşlarına gələn və onlarla evlənməyə maddi imkanlarının çatdığı müşrik azad qadının əvəzinə, mömin cariyə ilə evlənməyi əmr etmişdir.

وَوَاجِدُ الطَّوْلِ إِلَى الْحُرَّةِ الْمُشْرِكَةِ هُوَ وَاجِدُهُ إِلَى الْحُرَّةِ الْمُسْلِمَةِ؛

Müşrik azad qadınla evlənməyə maddi imkanı olan şəxs, müsəlman azad qadınla evlənməyə də maddi imkanı olan şəxsdir.

إِذْ لَا فَرْقَ بَيْنَهُمَا فِي الْعَادَةِ فِي الْمُهُورِ.

Çünki, adətdə, mehirlərdə, ikisi arasında bir fərq yoxdur.

فَإِذَا كَانَ كَذَلِكَ، وَقَدْ قَالَ اللَّهُ تَعَالَى: ﴿وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ وَلَوْ أَعْجَبَتْكُمْ﴾.

Bu, belə olduğunda, Allah Taala: "Mömin cariyə, müşrik qadından xeyirlidir. Hətta onlar, sizin xoşunuza gəlsə belə." buyurdu.

وَلَا يَصِحُّ التَّرْغِيبُ فِي نِكَاحِ الْأَمَةِ الْمُؤْمِنَةِ وَتَرْكِ الْحُرَّةِ الْمُشْرِكَةِ إِلَّا وَهُوَ يَقْدِرُ عَلَى تَزْوِيجِ الْحُرَّةِ الْمُسْلِمَةِ،

Mömin cariyə ilə nikaha rəğbətləndirmək və müşrik azad qadını tərk etmək, yalnız azad müsəlman qadınla evlənməyə gücü çatdığı halda səhih olur.

فَتَضَمَّنَتِ الْآيَةُ جَوَازَ نِكَاحِ الْأَمَةِ مَعَ وُجُودِ الطَّوْلِ إِلَى الْحُرَّةِ.

Beləliklə, ayə, azad qadınla evlənməyə maddi imkan olduğu halda, cariyə ilə evlənməyin caiz olmasını ehtiva etmişdir.

وَيَدُلُّ مِنْ وَجْهٍ آخَرَ عَلَى ذَلِكَ، وَهُوَ

Başqa bir cəhətdən (də) buna dəlalət edir. O da, (budur ki):

أَنَّ النَّهْيَ عَنْ نِكَاحِ الْمُشْرِكَاتِ عَامٌّ فِي وَاجِدِ الطَّوْلِ أَوْ غَيْرِ وَاجِدِهِ، لِلْغَنِيِّ وَالْفَقِيرِ مِنْهُمْ،

Müşrik qadınlarla evlilikdən nəhy, imkanı olan və imkanı olmayan; onlardan varlı və kasıb (müsəlman kişilər üçün) ümumidir.

ثُمَّ عَقَّبَ ذَلِكَ بِقَوْلِهِ:

Sonra, onun ardınca, (bu) sözünü gətirdi:

﴿وَلَأَمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ﴾.

"Mömin cariyə, müşrik qadından xeyirlidir."

فَأَبَاحَ نِكَاحَهَا لِمَنْ حَظَرَ عَلَيْهِ نِكَاحَ الْمُشْرِكَةِ،

Beləliklə, (Allah), müşrik qadınla evlənməyi qadağan etdiyi kimsəyə, mömin cariyə ilə evlənməyi mübah qıldı.

فَكَانَ عُمُومًا فِي الْغَنِيِّ وَالْفَقِيرِ، مُوجِبًا لِجَوَازِ نِكَاحِ الْأَمَةِ لِلْفَرِيقَيْنِ.

Beləliklə, (bu hökm), həm varlılara, həm də kasıblara şamil olan ümumi bir hökm oldu və hər iki dəstə üçün, cariyə ilə evlənməyin caiz olmasını tələb etdi.

 

(İmam əbu Bəkr Əhməd b. Əli ər-Razi əl-Cəssas əl-Hənəfi, "Əhkamu'l-Quran" təfsiri)

---------------------

---------------------

Bəqərə surəsi 228-ci ayə

 

قَوْلُهُ تَعَالَى: {وَالْمُطَلَّقَاتُ يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ ثَلَاثَةَ قُرُوءٍ} الْآيَةُ [الْبَقَرَةِ/ ٢٢٨].

(Haqq) Taala'nın: "Və'l-mutallaqatu yətərabbəsnə bi ənfusihinnə sələsətə quru = Boşanmış qadınlar, 3 qur (heyz müddəti və ya təmizlik müddəti) gözləsinlər." (Bəqərə/228) sözü:

 

هَذِهِ الْآيَةُ الْكَرِيمَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ كُلَّ مُطَلَّقَةٍ تَعْتَدُّ بِالْأَقْرَاءِ.

Bu ayə, zahirilə, boşanmış hər bir qadının, qurularla iddət gözlədiyinə dəlalət edir.

وَقَدْ جَاءَ فِي آيَاتٍ أُخَرَ أَنَّ بَعْضَ الْمُطَلَّقَاتِ يَعْتَدُّ بِغَيْرِ الْأَقْرَاءِ،

(Halbuki), başqa ayələrdə isə, boşanmış bəzi qadınların, qurular olmadan iddət gözlədiyi gəlmişdir.

كَالْعَجَائِزِ وَالصَّغَائِرِ الْمَنْصُوصِ عَلَيْهَا بِقَوْلِهِ:

~ (Məsələn) yaşlı qadınlar və kiçik yaşlı qızlar kimi- haqlarında, Onun (bu) sözü ilə, açıq nasslar vardır:

{وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ} إِلَى قَوْلِهِ: {وَاللَّائِي لَمْ يَحِضْنَ}،

"Heyz görməkdən ümidini kəsmiş qadınlar..." (sözündən) ---> "Heyz görməmiş qızlar..." sözünə qədər. (Talaq/4)

وَكَالْحَوَامِلِ الْمَنْصُوصِ عَلَيْهَا بِقَوْلِهِ:

~ (Məsələn) hamilə qadınlar kimi, haqqlarında, Onun (bu) sözü ilə, açıq nasslar vardır:

{وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ} [الطَّلَاقِ/ ٤].

"Hamilə qadınların gözləmə müddəti isə, onlar hamiləlikdən azad olana qədərdir." (Talaq/4)

مَعَ أَنَّهُ جَاءَ فِي آيَةٍ أُخْرَى أَنَّ بَعْضَ الْمُطَلَّقَاتِ لَا عِدَّةَ عَلَيْهِنَّ أَصْلًا،

~ Halbuki, başqa bir ayədə, boşanmış qadınlar üçün, ümumiyyətlə iddət olmadığı da gəlmişdir.

وَهُنَّ الْمُطَلَّقَاتُ قَبْلَ الدُّخُولِ،

Onlar isə, cinsi münasibətdən əvvəl boşanmış qadınlardır.

وَهِيَ قَوْلُهُ تَعَالَى:

O, (Haqq) Taala'nın (bu) sözüdür:

{يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَكَحْتُمُ الْمُؤْمِنَاتِ ثُمَّ طَلَّقْتُمُوهُنَّ مِنْ قَبْلِ أَنْ تَمَسُّوهُنَّ فَمَا لَكُمْ عَلَيْهِنَّ مِنْ عِدَّةٍ تَعْتَدُّونَهَا} الْآيَةُ [الْأَحْزَابِ/ ٤٩].

"Ey iman edənlər! Mömin qadınlarla evləndiyinizdə; sonra toxunmamışdan əvvəl boşandığınızda; o vaxt, sizin üçün, onların üzərinə gözləyəcəyiniz heç bir iddət yoxdur." (Əhzab/49)

وَالْجَوَابُ عَنْ هَذَا ظَاهِرٌ، وَهُوَ

Bunun haqqındakı cavab, zahirdir. O da, (budur ki):

أَنَّ آيَةَ: {وَالْمُطَلَّقَاتُ} [الْبَقَرَةِ/ ٢٢٨] عَامَّةٌ،

"Boşanmış qadınlar..." (Bəqərə/228) ayəti, amm (yəni, ümumi)'dir.

وَهَذِهِ الْآيَاتُ الْمَذْكُورَةُ أَخَصُّ مِنْهَا،

Məzkur (yuxarıda zikr edilən digər) ayələr isə, ondan daha xüsusidir.

فَهِيَ مُخَصِّصَةٌ لَهَا،

Buna görə, (həmin) ayələr, (bunu) təxsis edir.

فَهِيَ إِذَنْ مِنَ الْعَامِّ الْمَخْصُوصِ.

Elə isə, o, xüsusiləşdirilmiş ümumidəndir.

------------------------

------------------------

Bəqərə surəsi 234-cü ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا﴾ \[الْبَقَرَةِ: ٢٣٤\].

(Haqq) Taala'nın: "Sizdən vəfat edib zövcələrini geridə qoyan şəxslərin zövcələri, 4 ay 10 gün gözləsinlər." (Bəqərə/234) sözü:

 

هَذِهِ الْآيَةُ يَظْهَرُ تَعَارُضُهَا مَعَ قَوْلِهِ تَعَالَى:

Bu ayənin, (Haqq) Taala'nın (aşağıdakı) sözü ilə ziddiyyət təşkil etdiyi görünür:

﴿وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ﴾ \[الْبَقَرَةِ: ٢٤٠\].

"Sizdən vəfat edib zövcələrini geridə qoyan şəxslər, zövcələri üçün, 1 il müddətinə, evdən çıxarılmadan faydalanmaq (imkanı) barədə vəsiyyət etsinlər." (Bəqərə/240)

وَالْجَوَابُ ظَاهِرٌ، وَهُوَ:

Cavab, zahirdir. O da, (budur ki):

أَنَّ الْأُولَى نَاسِخَةٌ لِهَذِهِ، وَإِنْ كَانَتْ قَبْلَهَا فِي الْمُصْحَفِ؛

Mushaf'da, ondan əvvəl gəlsə də, birinci ayə, bu ayəni nəsx etmişdir.

لِأَنَّهَا مُتَأَخِّرَةٌ عَنْهَا فِي النُّزُولِ،

Çünki o (yəni, Bəqərə/234), ondan (yəni, Bəqərə/240-dan) sonra nazil olmuşdur.

وَلَيْسَ فِي الْقُرْآنِ آيَةٌ هِيَ الْأُولَى فِي الْمُصْحَفِ وَهِيَ نَاسِخَةٌ لِآيَةٍ بَعْدَهَا فِيهِ إِلَّا فِي مَوْضِعَيْنِ:

Quranda, Mushafda birinci olan; (lakin) özündən sonra gələn bir ayəni nəsx edən ayə, yalnız iki yerdə mövcuddur:

أَحَدُهُمَا

Onlardan:

• Biri:

هَذَا الْمَوْضِعُ،

Bu yerdir.

وَالثَّانِي:

• İkincisi isə:

آيَةُ ﴿يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَحْلَلْنَا لَكَ أَزْوَاجَكَ﴾ \[الْأَحْزَابِ: ٥٠\]،

"Ey Nəbi! Sənə, zövcələrini halal etdik." (Əhzab/50) ayətidir.

هِيَ الْأُولَى فِي الْمُصْحَفِ،

Bu, Mushaf'da, birincidir.

وَهِيَ نَاسِخَةٌ لِقَوْلِهِ:

Və o, Onun, (bu) sözünü nəsx etmişdir:

﴿لَا يَحِلُّ لَكَ النِّسَاءُ مِنْ بَعْدُ﴾ الْآيَةَ \[الْأَحْزَابِ: ٥٢\]؛

"Bundan sonra, qadınlar Sənə halal olmaz." (Əhzab/52)

لِأَنَّهَا وَإِنْ تَقَدَّمَتْ فِي الْمُصْحَفِ فَهِيَ مُتَأَخِّرَةٌ فِي النُّزُولِ.

Çünki o, Mushaf'da əvvəl gəlsə də, nüzulda, sonradır.

وَهَذَا عَلَى الْقَوْلِ بِالنَّسْخِ،

Bu, nəsx görüşünə əsasəndir.

وَيَأْتِي إِنْ شَاءَ اللَّهُ تَحْرِيرُ الْمَقَامِ فِي سُورَةِ الْأَحْزَابِ.

Məqamın təhriri (dəqiqləşdirilməsi), in şə Allah, Əhzab surəsində gələcəkdir.

------------------------

------------------------

Bəqərə surəsi 256-cı ayə

 

قَوْلُهُ تَعَالَى: ﴿لَا إِكْرَاهَ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ﴾ \[الْبَقَرَةِ: ٢٥٦\].

(Haqq) Taala'nın: "Dində, məcburiyyət yoxdur. Artıq, doğru yol, azğınlıqdan, aydın şəkildə fərqlənmişdir." (Bəqərə/256) sözü

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّهُ لَا يُكْرَهُ أَحَدٌ عَلَى الدُّخُولِ فِي الدِّينِ.

Bu ayə, zahirilə, heç kimin, dinə daxil olmağa məcbur edilməyəcəyinə dəlalət edir.

وَنَظِيرُهَا قَوْلُهُ تَعَالَى:

~ Onun (bir) bənzəri, (Haqq) Taala'nın, (bu) sözüdür:

﴿أَفَأَنْتَ تُكْرِهُ النَّاسَ حَتَّى يَكُونُوا مُؤْمِنِينَ (٩٩)﴾ \[يُونُسَ: ٩٩\]،

"Məgər Sənmi, insanları, mömin olana qədər məcbur edəcəksən?" (Yunus/99)

وَقَوْلُهُ تَعَالَى:

~ Və (Haqq) Taala'nın, (bu) sözü:

﴿فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا إِنْ عَلَيْكَ إِلَّا الْبَلَاغُ﴾ \[الشُّورَى: ٤٨\].

"Biz, Səni, onların üzərinə, gözətçi olaraq göndərmədik. Sənin vəzifən, yalnız təbliğdir." (Şura/48)

وَقَدْ جَاءَ فِي آيَاتٍ كَثِيرَةٍ مَا يَدُلُّ عَلَى إِكْرَاهِ الْكُفَّارِ عَلَى الدُّخُولِ فِي الْإِسْلَامِ بِالسَّيْفِ،

(Halbuki), bir çox ayələrdə, kafirlərin, qılıncla İslama daxil olmağa məcbur ediləcəyinə dəlalət edən şeylər gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: ﴿تُقَاتِلُونَهُمْ أَوْ يُسْلِمُونَ﴾ \[الْفَتْحِ: ١٦\]،

~ (Haqq) Taala'nın, (bu) sözü kimi: "Onlarla döyüşəcəksiniz; ya da müsəlman olacaqlar." (Fəth/16)

وَقَوْلِهِ: ﴿وَقَاتِلُوهُمْ حَتَّى لَا تَكُونَ فِتْنَةٌ﴾ \[الْبَقَرَةِ: ١٩٣\] أَيْ: شِرْكٌ،

~ Onun: "Fitnə qalmayana qədər, onlarla döyüşün." (Bəqərə/193) sözü. (Fitnə), yəni: "şirk" (qalmayana qədər).

وَيَدُلُّ لِهَذَا التَّفْسِيرِ الْحَدِيثُ الصَّحِيحُ:

Bu təfsirə, (aşağıdakı) səhih hədis dəlalət edir:

«أُمِرْتُ أَنْ أُقَاتِلَ النَّاسَ حَتَّى يَقُولُوا: لَا إِلَهَ إِلَّا اللَّهُ» الْحَدِيثَ.

"İnsanlar, 'lə ilə illəllah' deyənə qədər, onlarla döyüşməklə əmr olundum." (Buxari, hədis no: 2946)

وَالْجَوَابُ عَنْ هَذَا بِأَمْرَيْنِ:

Bunun haqqındakı cavab, 2 şey ilədir:

الْأَوَّلُ -وَهُوَ الْأَصَحُّ-:

• Birincisi, -ki, doğru olan, budur- :

أَنَّ هَذِهِ الْآيَةَ فِي خُصُوصِ أَهْلِ الْكِتَابِ.

Bu ayə, kitab əhli haqqında xüsusidir.

وَالْمَعْنَى:

Mənası (isə, belədir):

أَنَّهُمْ قَبْلَ نُزُولِ قِتَالِهِمْ لَا يُكْرَهُونَ عَلَى الدِّينِ مُطْلَقًا،

Onlar, onlarla döyüşmək (hökmü) nazil olmamışdan əvvəl, -mütləq olaraq- dinə (girməyə) məcbur edilməzlər;

وَبَعْدَ نُزُولِ قِتَالِهِمْ لَا يُكْرَهُونَ عَلَيْهِ إِذَا أَعْطَوُا الْجِزْيَةَ عَنْ يَدٍ وَهُمْ صَاغِرُونَ.

(Ancaq), onlarla döyüşmək (hökmü) nazil olduqdan sonra, əllərilə, zəlil (vəziyyətdə) cizyə verdiklərində, dinə (girməyə) məcbur edilməzlər.

وَالدَّلِيلُ عَلَى خُصُوصِهَا بِهِمْ:

Bu (ayə)'nin, onlara təxsis edilməsinə dəlil:

مَا رَوَاهُ أَبُو دَاوُدَ وَابْنُ أَبِي حَاتِمٍ وَالنَّسَائِيُّ وَابْنُ حِبَّانَ وَابْنُ جَرِيرٍ عَنِ ابْنِ عَبَّاسٍ -رَضِيَ اللَّهُ عَنْهُمَا- قَالَ:

əbu Davud, ibn əbi Hatim, Nəsai, ibn Hibban və ibn Cərir'in, ibn Abbas (radiyallahu anhuma)'dan rəvayət etdikləri şeydir. O, (belə) demişdir:

كَانَتِ الْمَرْأَةُ تَكُونُ مِقْلَاتًا؛

Qadın (yəni, onlardan eləsi vardı ki), uşağı yaşamazdı (yəni, ölərdi).

فَتَجْعَلُ عَلَى نَفْسِهَا إِنْ عَاشَ لَهَا وَلَدٌ أَنْ تُهَوِّدَهُ،

Öz nəfsinə qərar verərdi ki, əgər o (yəni, uşağı) yaşasa, onu yəhudiləşdirsin.

فَلَمَّا أُجْلِيَتْ بَنُو النَّضِيرِ كَانَ فِيهِمْ مِنْ أَبْنَاءِ الْأَنْصَارِ،

Bən-i Nadir sürgün edildiklərində, onların arasında, Ənsar'ın uşaqları (da) var idi.

فَقَالُوا: لَا نَدَعُ أَبْنَاءَنَا.

Dedilər: "Uşaqlarımızı, tərk etmərik."

فَأَنْزَلَ اللَّهُ: ﴿لَا إِكْرَاهَ فِي الدِّينِ﴾ \[الْبَقَرَةِ: ٢٥٦\].

Bundan sonra, Allah: "Dində məcburiyyət yoxdur." (Bəqərə/256 ayəsini) nazil etdi. (haşiyə)

------------------------------

(Haşiyə:

~ əbu Davud, hədis no: 2682;

~ Nəsai, hədis no: 10983;

~ ibn Hibban, hədis no: 140)

-------------------------------

الْمِقْلَاتُ: الَّتِي لَا يَعِيشُ لَهَا وَلَدٌ.

(ibn Abbas'ın sözündəki) "əl-miqlat”: "övladı yaşamayan qadın" (demək)'dir.

وَفِي الْمَثَلِ: أَحَرُّ مِنْ دَمْعِ الْمِقْلَاتِ.

Məsəldə, (belə gəlib ki): "miqlatın göz yaşından daha isti".

وَأَخْرَجَ ابْنُ جَرِيرٍ عَنِ ابْنِ عَبَّاسٍ قَالَ:

ibn Cərir (ət-Tabəri), ibn Abbas'dan (belə) təxric edir; dedi:

نَزَلَتْ: ﴿لَا إِكْرَاهَ فِي الدِّينِ﴾ فِي رَجُلٍ مِنَ الْأَنْصَارِ مِنْ بَنِي سَالِمِ بْنِ عَوْفٍ يُقَالُ لَهُ: الْحُصَيْنُ،

"Dində məcburiyyət yoxdur." (ayəti), Ənsar'dan, Bən-i Salim b. Avf (qəbiləsindən olan), "Husayn" deyilən bir kişi haqqında nazil oldu.

كَانَ لَهُ ابْنَانِ نَصْرَانِيَّانِ وَكَانَ هُوَ مُسْلِمًا،

Onun, nasrani 2 oğlu var idi; özü isə, Müsəlman idi.

فَقَالَ لِلنَّبِيِّ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ-:

Nəbi (sallallahu aleyhi və səlləm)'ə, (belə) dedi:

أَلَا أَسْتَكْرِهُهُمَا؛ فَإِنَّهُمَا قَدْ أَبَيَا إِلَّا النَّصْرَانِيَّةَ؟

"Onları, məcbur edimmi? (Çünki) onlar, nasraniyyətdən başqa (hər şeydən) imtina etdilər."

فَأَنْزَلَ اللَّهُ الْآيَةَ.

Və Allah, (bu) ayəni endirdi.

وَرَوَى ابْنُ جَرِيرٍ أَنَّ سَعِيدَ بْنَ جُبَيْرٍ سَأَلَهُ أَبُو بِشْرٍ عَنْ هَذِهِ الْآيَةِ،

ibn Cərir rəvayət edir ki, əbu Bişr, Səid b. Cubeyr'dən, bu ayə haqqında soruşdu.

فَقَالَ: نَزَلَتْ فِي الْأَنْصَارِ،

(Səid b. Cubeyr, belə) dedi: "Ənsar haqqında enmişdir."

فَقَالَ: خَاصَّةً؟

Dedi: "Xüsusiləmi?"

قَالَ: خَاصَّةً.

Dedi: "Xüsusilə."

وَأَخْرَجَ ابْنُ جَرِيرٍ عَنْ قَتَادَةَ بِإِسْنَادَيْنِ فِي قَوْلِهِ: ﴿لَا إِكْرَاهَ فِي الدِّينِ﴾،

ibn Cərir, Onun, "Dində məcburiyyət yoxdur." sözü haqqında, Qatadə'dən, 2 isnadla təxric etmişdir.

قَالَ: أُكْرِهَ عَلَيْهِ هَذَا الْحَيُّ مِنَ الْعَرَبِ؛

Dedi: "Ərəblərdən olan bu qəbilə, Ona məcbur edildilər."

لِأَنَّهُمْ كَانُوا أُمَّةً أُمِّيَّةً لَيْسَ لَهُمْ كِتَابٌ يَعْرِفُونَهُ،

Çünki onlar, ümmi (oxuma-yazması olmayan) bir camaat idilər; və onların, bildikləri bir kitabı yox idi.

فَلَمْ يُقْبَلْ مِنْهُمْ غَيْرُ الْإِسْلَامِ.

Onlardan, İslam'dan başqa bir şey qəbul edilmədi.

وَلَا يُكْرَهُ عَلَيْهِ أَهْلُ الْكِتَابِ إِذَا أَقَرُّوا بِالْجِزْيَةِ أَوْ بِالْخَرَاجِ،

Kitab əhli isə, cizyə və ya xəracı qəbul etsələr, Ona məcbur edilməzlər.

وَلَمْ يُفْتَنُوا عَنْ دِينِهِمْ، فَيُخَلَّى سَبِيلُهُمْ.

Dinlərindən dönmələri üçün, fitnəyə məruz qoyulmaz; və öz yollarına buraxılarlar (yəni, sərbəst buraxılarlar).

وَأَخْرَجَ ابْنُ جَرِيرٍ -أَيْضًا- عَنِ الضَّحَّاكِ فِي قَوْلِهِ: ﴿لَا إِكْرَاهَ فِي الدِّينِ﴾، قَالَ:

Yenə, ibn Cərir, Dahhak'dan, Onun: "Dində məcburiyyət yoxdur." sözü haqqında, (belə) təxric edir. Dedi:

أُمِرَ رَسُولُ اللَّهِ -صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ- أَنْ يُقَاتِلَ جَزِيرَةَ الْعَرَبِ مِنْ أَهْلِ الْأَوْثَانِ،

Allah rəsulu (sallallahu aleyhi və səlləm), ərəb yarımadasından olan bütpərəstlərlə döyüşməklə əmr edildi.

فَلَمْ يُقْبَلْ مِنْهُمْ إِلَّا لَا إِلَهَ إِلَّا اللَّهُ أَوِ السَّيْفُ،

Onlardan, ya "lə iləhə illəllah", ya da qılıncdan başqa bir şeyi, qəbul etmədi.

ثُمَّ أُمِرَ فِي مَنْ سِوَاهُمْ أَنْ يُقْبَلَ مِنْهُمُ الْجِزْيَةُ،

Sonra isə, onlardan (yəni, bütpərəstlərdən) başqaları haqqında, onlardan cizyə qəbul etməklə əmr olundu.

فَقَالَ: ﴿لَا إِكْرَاهَ فِي الدِّينِ قَدْ تَبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ﴾ \[الْبَقَرَةِ: ٢٥٦\].

Və (belə) buyurdu: "Dində məcburiyyət yoxdur. Artıq, doğru yol, azğınlıqdan, aydın şəkildə fərqlənmişdir." (Bəqərə/256)

وَأَخْرَجَ ابْنُ جَرِيرٍ عَنِ ابْنِ عَبَّاسٍ -أَيْضًا- فِي قَوْلِهِ: ﴿لَا إِكْرَاهَ فِي الدِّينِ﴾ قَالَ:

Yenə, ibn Cərir, ibn Abbas'dan, Onun, "Dində, məcburiyyət yoxdur." sözü haqqında, (belə) təxric edir. Dedi:

وَذَلِكَ لَمَّا دَخَلَ النَّاسُ فِي الْإِسْلَامِ وَأَعْطَى أَهْلُ الْكِتَابِ الْجِزْيَةَ.

"O, insanlar İslama daxil olduğunda idi. Və kitab əhli, cizyə verdi."

 

فَهَذِهِ النُّقُولُ تَدُلُّ عَلَى خُصُوصِهَا بِأَهْلِ الْكِتَابِ الْمُعْطِينَ الْجِزْيَةَ وَمَنْ فِي حُكْمِهِمْ.

Bu nəqllər, (bunun), cizyə verən kitab əhli və onların hökmündə olanlar haqqında olduğuna dəlalət edir.

وَلَا يَرِدُ عَلَى هَذَا أَنَّ الْعِبْرَةَ بِعُمُومِ اللَّفْظِ لَا بِخُصُوصِ السَّبَبِ؛

Buna, (belə bir) etiraz gətirilə bilməz ki, əsas götürülən, səbəbin xüsusiliyi deyil; ləfzin ümumiliyidir.

لِأَنَّ التَّخْصِيصَ فِيهَا عُرِفَ بِالنَّقْلِ عَنْ عُلَمَاءِ التَّفْسِيرِ لَا بِمُطْلَقِ خُصُوصِ السَّبَبِ.

Çünki, ondakı (yəni, ayədəki) təxsis, səbəbin xüsusiliyinin mütləq olması ilə deyil; təfsir alimlərinin nəqlilə bilinmişdir.

وَمِمَّا يَدُلُّ لِلْخُصُوصِ:

Xüsusa dəlalət edənlər, (bunlardır):

أَنَّهُ ثَبَتَ فِي الصَّحِيحِ:

"Səhih"də sabit olmuşdur ki:

«عَجِبَ رَبُّكَ مِنْ قَوْمٍ يُقَادُونَ إِلَى الْجَنَّةِ فِي السَّلَاسِلِ».

"Sənin Rəbbin, zəncirlərlə cənnətə aparılan bir qövmə təəccüb etdi." (Buxari, hədis no: 3010)

 

الْأَمْرُ الثَّانِي:

• İkincisi:

أَنَّهَا مَنْسُوخَةٌ بِآيَاتِ الْقِتَالِ،

Bu, döyüşmək ayələrilə nəsx edilmişdir.

كَقَوْلِهِ: ﴿فَإِذَا انْسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ﴾ الْآيَةَ \[التَّوْبَةِ: ٥\].

Onun: "Haram aylar bitdiyində, müşrikləri öldürün." (Tövbə/5) ayəti kimi.

وَمَعْلُومٌ أَنَّ سُورَةَ الْبَقَرَةِ مِنْ أَوَّلِ مَا نَزَلَ بِالْمَدِينَةِ،

Məlumdur ki, Bəqərə surəsi, Mədinədə nazil olan ilk surələrdəndir.

وَسُورَةَ بَرَاءَةَ مِنْ آخِرِ مَا نَزَلَ بِهَا،

Və Bəraət (yəni, Tövbə) surəsi isə, Orda enən son surələrdəndir.

وَالْقَوْلُ بِالنَّسْخِ مَرْوِيٌّ عَنِ ابْنِ مَسْعُودٍ وَزَيْدِ بْنِ أَسْلَمَ.

Nəsx görüşü isə, ibn Məsud və Zeyd b. Əsləm'dən rəvayət edilmişdir.

وَعَلَى كُلِّ حَالٍ فَآيَاتُ السَّيْفِ نَزَلَتْ بَعْدَ نُزُولِ السُّورَةِ الَّتِي فِيهَا ﴿لَا إِكْرَاهَ﴾ الْآيَةَ.

Hər bir halda, qılınc ayələri, içində "(Dində), məcburiyyət yoxdur." (ayəsi olan) surənin nazil olmasından sonra enmişdir.

وَالْمُتَأَخِّرُ أَوْلَى مِنَ الْمُتَقَدِّمِ.

Sonra nazil olan, əvvəl nazil olandan əvladır.

وَالْعِلْمُ عِنْدَ اللَّهِ تَعَالَى.

Elm, Allah Taala nəzdindədir. (haşiyə)

-------------------

(Haşiyə:

əbu Bəkr ər-Razi əl-Cəssas, belə deyir:

İndi, biri çıxıb, belə bir etiraz edə bilər:

"Peyğəmbər (sallallahu aleyhi və səlləm), özlərilə döyüşülməsini əmr etdiyi; və haqlarında Müsəlman olmalarından, ya da qılıncdan keçirilmələrindən başqa bir şeyi qəbul etmədiyi ərəb müşrikləri, din xüsusunda məcbur edilmiş olmaqdadırlar. Bilindiyi kimi də, məcburiyyət nəticəsində dinə girən kimsə, müsəlman sayılmaz. (Elə isə), İslama girmələri üçün onlara tətbiq edilən təzyiq və cəbri, necə açıqlayacaqsınız?"

Bu etirazın sahibinə, belə cavab verərik:

Onlar, İslama inanmağa deyil; müsəlman olduqlarını izhar etməyə məcbur edildilər. Çünki, inanma xüsusunda məcbur etmək, bizə görə, doğru deyildir. Bu səbəblə, Peyğəmbər (sallallahu aleyhi və səlləm), belə buyurmuşdur:

"Allahdan başqa ilah yoxdur deyənə qədər, insanlarla döyüşməklə əmr olundum. Onu dediklərində, -cəzaya haqq qazanmaları xaricində- canlarını və mallarını Məndən qoruyarlar. (Qəlblərindəki inanclarından dolayı) hesablarını görmək, Allah (azzə və cəllə)'yə aiddir." (ibn Macə, "Fitən/1")

Peyğəmbər (sallallahu aleyhi və səlləm), döyüşün, müşriklərin zahirən müsəlmanlıqlarını ortaya qoymalarını təmin etmək üçün olduğunu bildirmişdir. Qəlblərdəki inanclarına gəlincə, bu, Allaha qalmış bir şeydir.

Peyğəmbər (sallallahu aleyhi və səlləm), Öz nübüvvəti (peyğəmbərliy)'inin doğruluğuna dair dəlil və bürhanları onlara göstərmədən, sadəcə onlarla döyüşməmişdi. Həm qəlbən inanmalarını, həm də müsəlman olduqlarını izhar etmələrini təmin etmək üçün, peyğəmbərliyinin doğruluğuna dair dəlilləri, onların gözləri qarşısına qoymuşdu. Bu dəlillər, İslama inanmalarını və müsəlmanlıqlarını izhar etmələrini gərəkdirirdi. Onlarla döyüşməsi, müsəlmanlıqlarını izhar etmələri üçün idi.

Zahirən də olsa, müsəlman olduqlarını söyləmələrində, böyük faydalar var idi. Müşrik bir kimsə, inanmasa da, müsəlman olduğunu zahirən söylədiyində,

~ müsəlmanların məclisinə qatılacaq;

~ oxunan Quranı dinləyəcək;

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in göstərdiyi dəlilləri müşahidə edəcək;

~ Peyğəmbər (sallallahu aleyhi və səlləm), onu, davamlı olaraq İslama dəvət edəcək; inancının xarablığını ona açıqlayacaqdı.

Digər tərəfdən, uca Allah, onların nəslindən tövhidə inanan, sağlam imanlı uşaqların gələcəyini bildiyi üçün, bu halda olan müşriklərin öldürülmələri, caiz olmazdı. Çünki, onların nəslindən imanlı kəslərin gələcəyi, bilinirdi.

Məzhəbimizin (yəni, Hənəfi məzhəbinin) fəqihləri, dedilər:

İman etməyə məcbur edilən zimmilər, zahirən müsəlman olarlar. Köhnə dininə dönməsin deyə, öz halına tərk edilməz. Ancaq dönərsə də, öldürülməz. Öldürülmədən müsəlmanlıqda qalmağa məcbur edilər. Çünki müsəlmanlığını izhar etdiyində məcbur edilmiş olması, onu, hökmən müsəlman olmaqdan çıxarmaz. Ancaq bu hal, onun, İslama, qəlbən inanmadığına dəlalət edər. Çünki, -bildirdiyimiz kimi- bəzi müşriklər, Peyğəmbər (sallallahu aleyhi və səlləm)'in özlərilə döyüşməsi və "Allahdan başqa ilah yoxdur deyənə qədər insanlarla döyüşməklə əmr olundum. Onu dediklərində, -cəzaya haqq sahibləri olmaq xaricində- canlarını və mallarını, Məndən qoruyarlar." deməsi qarşısında müsəlman olmuşdular. Peyğəmbər (sallallahu aleyhi və səlləm), döyüş mühitində müsəlman olduğunu izhar edən kimsəni, hökmən müsəlman saymışdır.

Eyni şəkildə, zimmilərdən də müsəlman olmağa məcbur edilən və müsəlman olduqlarını izhar edənlərin, hökmən müsəlman sayılması lazımdır. Lakin bunlar, mövcud olan bir şübhədən dolayı öldürülməzlər. İxtilafsız olaraq bilməkdəyik ki, daru'l-harb'dan bir əsir, öldürülmək üzərə (öldürülmə) məhəllinə gətirildiyində, müsəlman olduğunu söyləyəcək olarsa, müsəlman qəbul edilir. Bunun, qorxudan dolayı müsəlman olduğu deyilə bilməz və müsəlman kimsə hökmündə qəbul edilər. Zimmi də, bunun kimidir.

(əbu Bəkr Razi əl-Cəssas əl-Hənəfi, "Əhkamu'l-Quran" təfsiri)

---------------------

---------------------

Bəqərə surəsi 284-cü ayə

 

قَوْلُهُ تَعَالَى: {وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ يُحَاسِبْكُمْ بِهِ اللَّهُ} الْآيَةُ [الْبَقَرَةِ / ٢٨٤].

(Haqq) Taala'nın: "Əgər nəfslərinizdə olanı aşkar etsəniz; və ya onu gizlətsəniz, Allah, sizi, onunla hesaba çəkər." (Bəqərə/284) sözü:

 

هَذِهِ الْآيَةُ تَدُلُّ بِظَاهِرِهَا عَلَى أَنَّ الْوَسْوَسَةَ وَخَوَاطِرَ الْقُلُوبِ يُؤَاخَذُ بِهَا الْإِنْسَانُ

Bu ayə, zahirilə, insanın, vəsvəsə və qəlbə gələn şeylərə görə, onunla hesaba çəkiləcəyinə dəlalət edir.

مَعَ أَنَّهُ لَا قُدْرَةَ لَهُ عَلَى دَفْعِهَا.

Bununla bərabər, onu dəf etməyə isə, qüdrəti yoxdur.

وَقَدْ جَاءَتْ آيَاتٌ أُخَرُ تَدُلُّ عَلَى أَنَّ الْإِنْسَانَ لَا يُكَلَّفُ إِلَّا بِمَا يُطِيقُ،

(Halbuki), insanın, gücü çatmadığı şeylərlə mükəlləf tutulmayacağına dəlalət edən, başqa ayələr (də) gəlmişdir.

كَقَوْلِهِ تَعَالَى: {لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا} [الْبَقَرَةِ / ٢٨٦]،

~ (Haqq) Taala'nın, (bu) sözü kimi: "Allah, bir nəfsi, -yalnız gücü çatdığı qədər- mükəlləf tutar." (Bəqərə/286)

وَقَوْلِهِ {فَاتَّقُوا اللَّهَ مَا اسْتَطَعْتُمْ} [التَّغَابُنِ / ١٦].

~ Onun, (bu) sözü: "Gücünüz çatdığı qədər, Allahdan çəkinin." (Təğabun/16)

وَالْجَوَابُ:

Cavab:

أَنَّ آيَةَ: {وَإِنْ تُبْدُوا مَا فِي أَنْفُسِكُمْ أَوْ تُخْفُوهُ} مَنْسُوخَةٌ بِقَوْلِهِ: {لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا}.

"Əgər nəfslərinizdə olanı aşkar etsəniz..." (Bəqərə/284) ayəsi, "Allah, bir nəfsi, -yalnız gücü çatdığı qədər- mükəlləf tutar." (Bəqərə/286) sözü ilə nəsx edilmişdir. (haşiyə)

-----------------------

(Haşiyə:

İmam Fəxrəddin ər-Razi, ayənin təfsirində, belə deyir:

Alimlərimiz, bu xüsusa, bu şəkillərdə cavab vermişlərdir:

1. Qəlbə gələn düşüncələr, 2 qismə ayrılır:

1.1. Bunların bir qismini, insan, öz qəlbinə, yaxşıca yerləşdirir və onları reallaşdırmağa da yaxşıca əzm edir.

1.2. Bir qismi isə, belə deyildir. Əksinə bunlar, insanın xoşlanmadığı; lakin, içindən də heç cür çıxarıb ata bilmədiyi şeylərdir.

İnsan:

~ birinci qisimdəkilərdən məsuldur;

~ ikinci qisimdəkilərdən isə, məsul deyildir. Məgər sən:

"Allah, sizi, qərəzsiz içdiyiniz andlara görə məsul tutmaz; lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə məsul tutacaqdır." (Bəqərə/225)

ayətini görmürsənmi?!

Yenə O, bu surənin sonunda, "Hər kəsin qazandığı yaxşı əməllər, öz xeyrinə; qazandığı pis əməllər isə, öz əleyhinədir." (Bəqərə/286);

"Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün, dünyada və axirətdə, acılı-ağrılı bir əzab vardır." (Nur/19)

buyurmuşdur.

Özünə istinad ediləcək cavab, bax budur.

--------------------------

2. "Edilməyən, lakin qəlbdə olan hər şey, əfvin mövzusuna daxildir. Halbuki, 'Əgər nəfslərinizdə olanı aşkar etsəniz...' bəyanından məqsəd, bu işin, ya açıqdan; ya da gizli olaraq fel halına gətirilməsidir. Lakin, qəlbdəki niyyət və düşüncələr, fel halına gətirilməzsə, hamısı əfv edilə bilər."

Bu cavab, zəifdir. Çünki, insanların məsul tutulduqları şeylərin çoxu, qəlbin felləridir. Məgər görmürsənmi ki, küfr və bidət, qəlbin əməllərindəndir?! Ən böyük cəza da, bunlara verilməkdədir. Yenə, əzaların felləri, qəlbin fellərindən uzaq və bəri olduğunda; onlara hər hansı bir cəza tərəttüb etməz. Məsələn, yatan kimsə ilə, fikrə dalmış kimsənin qeyr-i ixtiyari felləri kimi...

Beləcə, bu cavabın zəifliyi, ortaya çıxmış olur.

--------------------------

3. Allah Taala, o kimsəni, qəlbindən keçirdiyi bu xüsuslarla məsul tutar. Lakin, bunların cəzası, dünyada çəkilən qəm və kədərlərdir.

Dahhak, Aişə (radiyallahu anha)'nın, belə dediyini rəvayət etmişdir:

"Qulun qəlbindən keçirdiyi pis şeylərin mühasibəsi, Allah Taala'nın, o kimsəni:

~ Dünyada, qəm, kədər və sıxıntılarla imtahan etməsidir.

~ Axirət günü gəldiyində isə, Allah, insanları, bundan məsul tutmaz və bunlardan dolayı da, cəza verməz."

Aişə (radiyallahu anha), Peyğəmbər (sallallahu aleyhi və səlləm)'dən, bu ayətin mənasını soruşduğunu; Onun da, bu şəkildə cavab verdiyini rəvayət etmişdir.

----------------------

4. Allah Taala, bu bəyanının ardınca, "Sonra, istədiyini bağışlayar; istədiyini də cəzalandırar." buyurmuşdur. Buna görə:

~ Bu bağışlanma: belə düşüncələrin qəlbə gəlməsindən xoşlanmayan kimsələrin payı;

~ Əzab da: belə düşüncələrdə israr edib, onları xoş qarşılayan kimsələrin payıdır.

-----------------------

5. Bu ayətin, "Allah, bir nəfsi, -yalnız gücü çatdığı qədər- mükəlləf tutar."  ayətilə nəsx edilmiş olduğu görüşü rəvayət edilmişdir. Lakin bu, aşağıdakı səbəblərdən dolayı, zəifdir:

a. Nəsx, ancaq, "Onlar, daha əvvəl, sovuşdurmaqdan aciz olduqları bu cür düşüncələrdən çəkinməklə əmr olunmuşdular." deməyimiz halında mümkün olur, ki, bu da, deyilə bilməz. Çünki, mükəlləfiyyət, ancaq, insanın gücü daxilindəki şeylərdə bəhs mövzusudur.

b. Nəsxə, ayətin, bu cür düşüncə və niyyətlərdən dolayı cəzaya dəlalət etməsi halında ehtiyac hiss edilir. Halbuki, ayətin, buna dəlalət etmədiyini, daha əvvəl bildirmişdik.

c. Əxbarın (hadisə və qissələrin), nəsx edilməsi caiz deyildir. Nəsx, ancaq, əmr və nəhylərdə caizdir.

-----------------------

-----------------------

Əlavələr:

Qurana etirazlar və cavabları:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/qurana-etirazlar-v%C9%99-cav...

Read 2 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR