Zülqərneyn və yəcuc-məcuc

Dördüncü mesele: Sedd-i Zülkarneyndir.

Yəni:

Bu dördüncü məsələ, Zülqərneyn'in, Yəcuc-Məcuc'un fəsadını dəf etmək üçün tikdiyi sədd haqqındadır.

---------------------------

---------------------------

Nasıl bildin ki: Birşeyin vücudunu bilmek, o şeyin keyfiyet ve mahiyetini bilmekten ayrıdır.

Yəni:

Necə ki, (bundan əvvəlki 3-cü məsələdə) bildin ki: Bir şeyin varlığını bilmək, o şeyin keyfiyyət və mahiyyətini bilməkdən ayrıdır. Elə də, Zülqərneyn və tikdiyi səddin də varlığını bilmək, ayrıdır; keyfiyyət və mahiyyətini bilmək, ayrı.

---------------------------

---------------------------

Hem de, bir kaziye, çok ahkamı tazammun eder. O ahkamın bazısı, zaruri; ve bazısı dahi, nazari ve muhtelefun fiha'dır.

Yəni:

Həm də, 11-ci müqəddimədə bildin ki, bir qəziyyə (haşiyə), çox hökmləri ehtiva edə bilər. O hökmlərin bəzisi, zəruri, yəni, zərurət dərəcəsində qətiyyətlə sabitdir, onda nəzər və istidlala ehtiyac yoxdur, təsdiqi vacibdir. Bəzisi də, zərurət və bədahətlə sabit deyildir. Ancaq, fikir və nəzərlə bilinə bilər və onun üçün də, fikirlər, burda ixtilaf edə bilərlər. O halda, biz, Zülqərneyn və səddi haqqında, Quranın bəyan etdiyi muhkəmləri və zəruriyyatı, təsdiq edərik. "Allah və rəsulunun muradları nədirsə, haqdır." deyərik. Ancaq, burda, "Allah və rəsulunun muradı, budur." qəziyyəsi, nəzəridir və ixtilaflıdır. Hər bir ehtimal, bir misdaqdır. Doğru da ola bilər, yalnış da. 

Bu Zülqerneyn məsələsi, "Səndən, Zülqərneyn haqqında soruşurlar." (Kəhf/83) ayətinin ifadə etdiyi kimi; kitab əhlinin, Allah rəsulu (sallallahu aleyhi və səlləm)'i imtahan və təcrübə etmək üçün soruşduqları bir suala, cavab olaraq gəlmişdir. Yəni, öyrənmək üçün deyil; imtahan üçün soruşulan bir sualdır. Onun üçün, cavabın mahiyyəti, halın gərəyinə görə şəkillənmişdir.

------------------------------

(Haşiyə:

• Qəziyyə nədir?

Qəziyyə: "özü ilə doğrudur və ya yalnışdır şəklində nəticəyə çatılan hökm"dür.

"Aləm, hadis (sonradan yaradılmış)'dır." deyən kimsəyə, "Doğru dedin." deməyin mümkün olur.

"İnsan, daşdır." deyən kimsəyə, "Yalan danışdın." deməyin mümkün olur.

"Gün doğmuşdursa, ulduzlar gizlənmişdir." deyən kimsəyə, "Doğru dedin.";

"Gün doğubsa, ulduzlar görünər." deyən kimsəyə də, "Yalnış dedin.";

"Aləm, ya hadisdir (sonradan yaradılmışdır), ya da qədimdir (əvvəli yoxdur)." deyən kimsəyə "Doğru söylədin.";

~ "Zeyd, ya İraqdadır, ya da Hicazda." deyən kimsəyə də, "Yalnış söylədin." deyilməsi, mümkün olur. Çünki Zeyd, bəzən Şam'da olur.

(Ğazzali, "Maqasidu'l-Fəlasifə")

--------------------------

• Möhkəm nədir?

Açıqlıq və dəlalət cəhətindən ləfzlər, 4 qismə ayrılırlar. Onlardan biri də, möhkəmlərdir. Haqqında oxumaq üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/mohk%C9%99m-v%C9%99-mut%C9%9...

--------------------------

--------------------------

Hem de malumdur: Müteannid ve mukallid bir sail, imtihan cihetiyle, bir kitapta gördüğü bir meseleyi -eğerçi bir derece de muharref olsa- bir adamdan sual etse;

Yəni:

Həm də, məlumdur ki: İnadçı və müqəllid bir sail (sual soruşan), imtahan cəhətilə, bir kitabda gördüyü bir məsələni, -hərçənd bir dərəcə də təhrif edilmiş olsa- sual etsə, yəni:

Bir məsələni bir kitabda görüb, ancaq kitab, bir dərəcə təhrif edildiyindən, o mövzu haqqındakı məlumatında, yalnışlıq var. Ancaq adam, o yalnışı, doğru zənn edir. Doğrunu və yalnışı ayırd edəcək bir adam da deyildir. Çünki, müqəllid (təqlidçi) olduğundan, təhqiq və mühakimə edə bilmir. Həm də, inadçıdır. Kitabını, mütləq doğru qəbul edir. Həm, öyrənmək üçün də soruşmur. İmtahan üçün soruşur. "Sən, doğrusanmı, yalançısanmı?" onu, özündəki məlumata qiyasla ayırd etmək istəyir. Adamın soruşduğu mövzu da, əsl məqdəsə (yəni, Peyğəmbərin haqq olduğuna) bir başa təmas edən mühim bir mövzu da deyildir. Sənin əsl məqsədin, o adama, özünün haqq olduğunu bildirib, onda qənaət yaratmaqdır. Yoxsa, məsələnin, hədd-i zatında nə olduğunu bildirmək deyildir. Bu halda, əgər sən, doğru cavab versən, adam sənə: "Yalnışsan." deyəcək. O vaxt, əsl məqsədə təmas etməyən bir mövzu üçün, əsl məqsədi zay edəcəksən. Əgər onun muharrəf (təhrif edilmiş) kitabına görə cavab versən, o vaxt da, həqiqət cəhətində, yalnışı söyləmiş olacaqsan. Bu halda, necə cavab vermək lazımdır? İndi, belə bir sail, belə bir məsələni sual etsə...

-----------------------------

-----------------------------

Ta gaybda olan malumuna cevap verse; o cevap, 2 cihetle doğrudur:

~ ya doğrudan-doğruya cevap verse;

~ veyahut sail-i müteannidin malumuna, ya bizzat veya tevil ile cevab-ı muvafık veriyor.

Yəni:

Ta qeybdə olan öz məlumuna cavab versə...Burdakı "versə" kəliməsi, təmənni mənasındadır. Yəni, "cavab verməsini gözləsə" deməkdir. Yəni, sailin əsl məqsədi və gözlədiyi şey, qarşıdakı adamın, özünün zehnini oxumasıdır. Zehnindəki məlumatı, -ki, qarşısındakına nisbətlə qeybdir- o məlumatı xəbər verməsini istəyir. İndi, bu halda, ona, 2 şəkildə cavab verilə bilər:

1. Ya nəfsu'l-əmrdə (işin özündə, əslində) doğru nədirsə, onu söyləyər. Adamın zehnindəkini söyləməz. Bu halda, adam, cavabı təkzib edəcək;

2. Ya da, inadçı sailin zehnindəki məlumata müvafiq bir cavab verəcək. Bu müvafiqlik də, 2 şəkildə olacaq:

2.1. Ya yalnış da olsa, adamın zehnindəki məlumatı, eynilə söyləyəcək. Ona məlum olana, şəxsən müvafiq cavab vermiş olacaq. Bu da doğru cavabdır. Yəni, isabətli bir cavab olmuş olacaq. Çünki, əsl mövzu, adamın zehnindəki məlumatın doğru olub-olmaması deyil; zehnindəki şeyi, bu adamın bilib-bilmədiyidir. Yalan bir sözü zehnində tutan və "Zehnimdəkini bil." deyən bir adama, zehnindəki yalan sözü söyləyən adam, doğru cavabı vermişdir və isabət də etmişdir. Sözün yalan olması, çox da mühim deyildir.

2.2. Ya da təvil (haşiyə) ilə müvafiq cavab verəcək. Yəni, elə bir cavab verəcək ki, sailin, o cavabı, öz məlumuna təvil edə bilməsinə imkan verəcək. Sail zənn edəcək ki, onun məlumunu qəsd edir. Halbuki, cavabın zahiri, həm adamın məlumuna; həm də nəfsu'l-əmrdə olan vaqeəyə möhtəməldir. Bax buna, mümaşat deyilir. Yəni, muxatabın, öz etiqadına görə belə təkzib edə bilməyəcəyi bir üslub istifadə etməkdir. İfadənin surətinin, muxatabın anlayışına zahirən müvafiq olmasıdır. Məsələn, İbrahim (əleyhissəlam)'ın qurban etdiyi oğlu, həqiqətdə, İsmayıl (əleyhissəlam) ikən; yəhudilər, İshaq (əleyhissəlam) olduğuna etiqad edirlər. Quran isə, bundan bəhs edərkən, sadəcə, "oğlu" deməkdədir. Bu kəlimə, hər ikisinə də uyğundur. Quranın, burda, açıqca İsmayıl deməyib, "oğlu" deməyi tərcih etməsi, mümaşatdır. Yəhudi, öz etiqadına etibarla belə, Quranı təkzib edə bilməz.

---------------------------

(Haşiyə:

Təvil nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99vil-n%C9%99dir)

---------------------------

---------------------------

İkisi de, doğrudur.

Yəni:

İkisi də, doğrudur. Yəni, vaqeəyə müvafiq cavab vermək və ya sailin məlumuna müvafiq cavab vermək, hər ikisi də doğrudur. Lakin Quran, burda, 2-ci yolun 2-ci qismini tərcih etmişdir. Yəni, sailin məlumuna, təvil ilə müvafiq cavab vermə yolunu ixtiyar etmişdir. Çünki bu yol, hər cür fəsaddan ari və hər faydanı da cami (cəm edən)'dir. Doğru cavabı, doğrudan, sarahatla (yəni, sarih, açıq bir şəkildə) desə, inadçı və müqəllid olan sail, inkar edəcək. "Sən bilmədin. Yalnış söylədin." deyəcək. Halbuki burda, məsələ, ümmi (oxuma-yazması olmayan) Allah rəsulu (sallallahu aleyhi və səlləm)'ə nisbətlə qeybə dair olan hadisədən, Onun xəbərdar olmasını isbat etməkdir. Doğrunu sarih bir şəkildə söyləmək isə, əsl məqsədi (yəni, Onun haqq peyğəmbər olduğunu) zay edəcək. Ancaq, nəfsu'l-əmrdəki doğrunu, sailin belə təkzib edə bilməyəcəyi bir surətdə söyləsə, yəni, doğru olanla sailin zehnindəki yalnış arasındakı ortaq nöqtələri bəyan etsə, bu, ən gözəl cavab yolu olacaq. Bütün məqsəd də, beləliklə ifadə ediləcək. Çünki, həm nəfsu'l-əmrdə olan doğrunu söyləyib yalandan uzaq durulmuş olacaq. Həm də sail, Onun söylədiyi sözü, öz etiqadına da möhtəməl gördüyündən, təkzib etməyəcək. Bəlkə də, sözü, öz etiqadına müvafiq təvil edərək, təsdiq edəcək. Hər nə qədər, sailin bu təvili yalnış olsa da, yalnışlıq, sailin fəhminə aiddir. Mütəkəllim (söz danışan) isə, ondan məsul deyildir. Sailin təvili, bir misdaq (məna fərdlərindən biri)dir. Misdaq isə, məna deyildir. Həm də, cavabdan gözlənilən məqsəd də, təhsil ediləcək. Çünki burda, məqsəd, i'caz (Peyğəmbərin, Özünə qeyb olan bu hadisədən xəbər verməsilə möcüzə göstərməsi)'inin isbatı və o qissədən götürüləcək ibrət dərsidir.

----------------------

----------------------

Quranın ixtiyar etdiyi bu metodun hikmətini, Müəllif Nursi (rahmətullahi aleyh), belə ifadə edir:

Demek, bir cevab, hem vaki'i razı eder, zira haktır. Hem saili ikna eder, zira, -eğerçi murad değilse- malumuna tatbik eder. Hem, makamın hatırına dahi kırmıyor. Zira, cevapta, ukde-i hayatiyeyi derc eder ki: Makasıd-ı kelam ondan istimdad-ı hayat eder. İşte, cevab-ı Kuran dahi, böyledir.

Yəni:

Demək, bir cavab, həm vaqeədəkini, yəni həqiqəti razı salmış olar; çünki haqdır. Həm saildə qənaət yaradar. Yəni, sual soruşan şəxsdə, Quranın möcüzə olması və Peyğəmbərin doğruluğu xüsusunda qənaət yaradar. Hərçənd, o misdaq, hər nə qədər murad deyilsə də, öz məlumuna tətbiq edər. Yəni, sail, öz ağlına görə bir məna başa düşər və: "Doğrudur." deyə təsdiq edər. Anladığı məna, bir misdaqdır. Misdaqın yalnışlığından isə, mütəkəllim məsul deyildir. Həm, məsələ haqqında söz danışan, məqamın xatirinə də zərər verməz. Yəni, möcüzə göstərməkdən başqa bir faydası olmayan bir hekayə söyləmiş olmaz. Əksinə, o hekayəni, nəsihət və ya əmr-nəhy (əmr-qadağa) və ya tərğib-tərhib (rəğbətləndirmə və çəkindirmə) və ya ilzam-ifham (susdurma və fəhm etdirmə) kimi məqamlarda zikr etdiyindən, məqamın xatirinə də riayət etmiş olar. Hansı məqamda hansı məqsədlə danışırsa, qissədə, o məqsədləri ifa edəcək nöqtələri bəyan edib məqsədə təmas etməyən lüzumsuz cəhətləri tərk edər. Beləcə, tarixi bir hadisəni, ibrət dərsi və hikmətə çevirmiş olar. Çünki, cavabdakı can verici nöqtəni dərc etmiş olar ki: Kəlamın məqsədləri, məhz ondan həyat almaqdadırlar. Yəni, kəlamın əsli məqsədləri, kəlamda açıqca zikr edilən nöqtələrdən əldə edilə bilər. Zikr edilən nöqtələr, bir ağacın çəyirdəyi kimidir. Ağacın həyat düyümü çəyirdəkdə dərc edildiyindən, bütün ağac, o düyümdən mədəd alaraq inkişaf etdiyi kimi; kəlamın məqsədləri də, kəlamda zikr edilən nöqtələrdən mədəd alaraq istixrac edilər. Bir ibrət dərsi və hikmət xəzinəsi olar. Zikr edilməyən şeylər və misdaqlar, zatən, məqsədə daxil deyildirlər. Bax, Quranın cavabı da, belədir.

----------------------------

----------------------------

Bundan sonra, zaruri ve gayr-ı zaruriyi tefrik edeceğiz. İşte, cevab-ı Kuranide mefhum olan zaruri hükümler, -ki, inkarı kabul etmez- şudur:

~ Zülkarneyn, "müeyyed min indillah" bir şahıstır.

~ Onun irşad ve tertibiyle, iki dağ arasında bir sed bina edilmiştir.

~ Zalimlerin ve bedevilerin def-i fesadları için (bu sedd yapılmıştır).

~ Ve Yecuc-Mecuc, iki müfsid kabiledirler.

~ Emr-i İlahi geldiği vakit, sed harab olacaktır ila ahirihi...

Bu kıyas ile, ona Kuran delalet eden hükümler, Kuranın zaruriyatındandırlar. Bir harfin inkarı dahi, kabil değildir.

Yəni:

Bundan sonra, yəni, bu nöqtələri bəyan etdikdən sonra, indi, zəruri və qeyr-i zərurini, bir-birindən ayıracağıq. Yəni, Quranın bəyan etdiyi şeylərdən zərurətən sabit olub təsdiq və imanı vacib olanlarla; zərurətən sabit olmayan nəzəri və zənni olanları, bir-birindən ayıracağıq.

Bax, Quranın cavabından fəhm olunan, başa düşülən, zəruri hökmlər, ki -bunlar, inkar qəbul etmirlər-, bunlardır:

1. Zülqərneyn, Allah qatından dəstəklənmiş bir şəxs olub. Yəni, peyğəmbərdirmi, vəlidirmi, mələkdirmi, qəti bilmirik. Həm, nə vaxt, harda yaşayıb, əsli və nəsli nədir, həyat macərasının təfsilatı nədir, qətiyyətlə bilmirik. Burda, zərurətən sabit olan şey, sadəcə budur ki, bu şəxs, Allah qatından dəstəklənib. Bundan əlavə nə varsa, hamısı nəzəridir. Qətiyyətlə təyin etmək məcburiyyətimiz olmadığı kimi; caiz də deyildir.

2. Onun irşad və tərtibilə, iki dağ arasında bir sədd tikilib. "Bu, hansı 2 dağdır? Bu sədd, hansı səddir, hardadır?" kimi şeylər, nəzəridirlər.

3. Bu sədd, zalımların və bədəvilərin fəsadlarını dəf etmək üçün tikilib.

4. Yəcuc-Məcuc, 2 müfsid (fəsad çıxaran) qəbilədirlər. Ancaq bunlar kimdirlər, qətiyyətlə hökm edə bilmirik.

5. Allahın əmri gəldiyi vaxt, sədd xarab olacaq. Yəni,

فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ ۖ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا...

"Rəbbimin vədi gəldikdə isə, onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi, haqqdır." (Kəhf/98) ayətinin açıq bir şəkildə ifadə etməsilə, Allahın əmri gəldiyində, sədd xarab olacaqdır. Ancaq, "Bu əmr, qiyamətdirmi, yoxsa başqa bir hadisədirmi? Əgər qiyamətdirsə, qiyamətin əvvəlindəmi olacaq, yoxsa qiyamətlə bərabərmi xarab olacaq?" suallarına, qətiyyətlə cavab verə bilmirik.

Və sair bunun kimi Quranın möhkəmləri, zəruri olaraq sabit olan hökmlərdir.

Bu qiyas ilə, Quranın, özünə dəlalət etdiyi hökmlər, Quranın zəruriyyatındandırlar. Yəni, o hökmlər ki, ləfzlərin sarih/açıq mənası ilə təvil qəbul etməz surətdə Quran onlara dəlalət edir; bu növ hökmlərin hamısı, iman edilməsi zəruri olan hökmlərdir. Bir hərfin inkarı belə, mümkün deyildir. Yəni, inkarı, küfrdür.

-----------------

-----------------

Fakat, o mevzuat ve mahmulatın keyfiyyatlarının teşrihatları ve mahiyetlerinin hududu ise, Kuran, ona, katiyyu'd-delalet değildir.

-------------------

Mövzunun izahına keçmədən əvvəl, mətndəki bəzi terminlərin izahlarını vermək istəyirik. Belə ki:

• Mövzu: bununla, hər elmin, zəruri olaraq bir mövzusunun olduğunu və onu araşdırdığını; o elmin hökmlərinin təsbit edildiyini qəsd edirik. Məsələn,

~ tibbin mövzusu, insan bədəni;

~ həndəsinin mövzusu, ölçü;

~ musiqinin mövzusu, nəğmə;

~ fiqhin mövzusu da, mükəlləflərin felləridir.

• Məhmul isə: lüğətdə, "yüklənən, bir şeyə nisbət edilən" deməkdir.

Məsələn, "Yusif, tələbədir." cümləsində,

~ Yusif, mövzu;

~ Tələbə isə, məhmuldur.

• Məntiq elmində, tərif: "əşyanın mahiyyətini, sual soruşanın nəfsində təsəvvür etdirmək"dən ibarətdir. Tərif də, 2 cür olur:

1. Ya hədd ilə;

2. Ya rəsm ilə.

~ Hədd: "bir şeyi, cinsi və fəslilə tərif etmək"dir. Yəni, bir şeyin surətinin zehndə meydana gəlməsi, yəni, elmin hasil olması üçün, o şeyin, həm misillərilə müştərək/ortaq olan vəsflərini bilmək; həm də, onu misillərindən ayıran və ona məxsus olan vəsflərilə bilmək lazımdır. Misillərini cəm edən vəsf, cinsdir. Onu misillərindən ayıran vəsf də, fəsldir. Əgər burda, cins, yaxın cins olarsa, tam hədd, yəni, tam tərif olur. Məsələn, "İnsan, nədir?" sualına, "Natiq/danışan heyvandır." deyildiyində, bu, tam hədd'dir. Çünki, yaxın cinsi olan heyvan və yaxın fəsli olan natiq ilə tərif edilmişdir. Əgər uzaq cins olarsa, naqis hədd sayılır. Məsələn, insan üçün, "natiq/danışan cisim" deyə tərif edərsə, bu, naqis hədd sayılır.

Tərifin ikinci qismi isə,

~ Rəsmdir. Bu da, 2 qisimdir:

a. Tam rəsm; və

b. Naqis rəsm.

a. Tam rəsm: "bir şeyi, yaxın cinsi və lazımi xüsusiyyətlərilə tərif etmək"dir. Məsələn, insan üçün, "gülən bir heyvan" demək kimi.

b. Naqis rəsm isə: "bir şeyi tərif edərkən, arazi/gəlib-keçici vəsflərini istifadə etmək"dir. Lakin, bu naqis rəsm, elə bir surətdə bu arazi vəsfləri özündə toplayır ki, bu vəsflərin cümləsi, ancaq, o şeydə ola bilər. Vəsflərə tək-tək baxıldığında, burda, başqa şeylər də ola bilər. Ancaq bütünü, yalnız o şeydə toplanar. Məsələn, insan üçün, "İki ayaq üzərində gəzən, dırnaqları enli olan, dərisi görünən, boyu düz və gülmək təbiətində olandır." demək kimi.

Xülasə: Bir tərifi hədd qılan şey, onda, fəslin zikr edilməsidir. Əgər tərifdə fəsl zikr edilmirsə, demək ki o, rəsmdir.

--------------------------

Mövzumuza qayıdaq. Müəllif Nursi, belə davam edir:

Lakin, Quran, o mövzu və məhmulların keyfiyyətləri haqqındakı açıqlama və izahlara; mahiyyətlərinin hədd'lərinə (yəni, təriflərinə) isə, qəti dəlalət etmir.

Məntiq elmində, hökm, mövzu və məhmulun nisbətindən çıxır. Məsələn, "İnsan, natiq (danışan) heyvandır." qəziyyəsində, insan, mövzu; natiq heyvan isə, məhmul (yəni, insana həml edilən, yüklənən şey)'dir. Bir-birinə nisbətlə çıxan məna, -ki, bu, insanın natiq heyvan olmasıdır- bu da, hökmdür. İnsanın və ya heyvanın və ya natiqin mahiyyətinin nə olduğunu təfsilatı ilə bilməyə ehtiyac yoxdur. Bir cəhətdən təsəvvürü, bəs edir. Məsələn, "Bu adam, insan deyə təbir etdiyi bir şeydən bəhs edir. Bu şey, bir növ heyvandır və ayırd edici xüsusiyyəti də, onun natiq olmasıdır." desə, başa düşülmüş olur. Zatən, qəziyyənin dəlalət etdiyi şey də, sadəcə budur. Ancaq bu mövzu və məhmulun keyfiyyətlərinə dair təriflər, başqa fənlərin mövzusudur. Qəziyyə, o açıqlamalara dəlalət etməz.

----------------------

----------------------

Belki, "Âmm, hâssa delâlât-ı selâsenin hiçbirisiyle delâlet etmez." ve mantıkta beyan olunduğu gibi, "Bir hüküm, mevzu ve mahmülün vechün-ma ile tasavvur etmek, kafi olduğu"nun düsturuyla sabittir ki, Kuran, onlara delalet etmez. Fakat kabul edebilir. Demek, o teşrihat, ahkam-ı nazariyedendir. Başka delaile muhavveldir. İçtihadın mazannesidir. Onda tevil için mecal vardır. Muhakkikinin ihtilafatı, nazariyetine delildir.​

Yəni:

"Âmm, hâssa delâlât-ı selâsenin hiçbirisiyle delâlet etmez."

Burda, ayənin ümumi ifadəsi (yəni, 2 dağ arası ifadəsi), xüsusi bir mənaya (bunun, hər hansı 2 dağ arasında olması mənasına), 3 dəlalət şəklindən heç biri ilə dəlalət etməz.

Dəlalət: "dəlil olmaq" mənasındadır. Məsələn:

Duman gördüyümüzdə, dərhal atəşin varlığına dəlil gətiririk. Çünki, "Atəş olmayan yerdən, duman çıxmaz." Bu halda, duman, atəşə dəlalət edir, deyirik. Bir hərfin, katibinə; bir iynənin də, ustasına dəlaləti vardır. Bənzər bir şəkildə, bu kainat və aləm sarayı da, onu yaradana, yəni, Allaha dəlalət etməkdədir.

Hər hansı bir söz, hal və ya hərəkət, müəyyən bir məna və ya hökmə, 3 şəkildə dəlalət edir:

1. Mutabiqi dəlalət: Bir ləfzin, qəsd edilən mənanın hamısına olan dəlalətidir. Məsələn:

İnsan ləfzinin, "danışan, düşünən heyvan/canlı"ya dəlaləti kimi. Çünki, "düşünən bir canlı" olmaq, insanın ən ayırd edici xüsusiyyətidir. Bu, "birəbir" dəlalətdir. "Üç bucaq" ləfzinin, 3 bucaqla çevrilmiş şəklə dəlalət etməsi də, belə bir dəlalətdir.

2. Təzəmmuni dəlalət: Bir ləfzin, qəsd edilən mənanın 1 cüz/parçasına dəlalətidir. Məsələn:

"O, bir insandır." dediyimizdə, "yəni, düşünən" mənası vardır. Çünki, insan olmaq, düşünməyi təzəmmun/ehtiva edir.

3. İltizami dəlalət: Bir ləfzin, qəsd edilən mənanın lazımına dəlalətidir. Məsələn:

Tavan ləfzinin, divara; insan ləfzinin, yazı sənətinə qabiliyyətli şəxsə dəlalət etməsi kimi...

Bu 3 dəlaləti:

~ birəbir dəlalət;

~ bir qisminə dəlalət;

~ xatırlatmaq yolu ilə dəlalət

şəklində də ifadə etmək, mümkündür.

Müəllif, "Ümumi bir ifadənin, xüsusi bir şeyə, 3 dəlalət növünün heç birilə dəlalət etməməsi"nə, belə misal verir:

"Meselâ, Tefsir-i Beyzâvîde بَيْنَ الصَّدَفَيْنِ olan âyetinde Ermeniye ve Azerbaycan Dağlarının mabeyninde olan te'viline nazar-ı kat'î ile bakmak, en büyük mantıksızlıktır. Zira esasen nakildir. Hem de, tayini Kur'ân'ın medlülü değildir; tefsirden sayılmaz. Zira o te'vil, âyetin bir kaydının başka fenne istinaden bir teşrihidir. Binaenaleyh, o müfessir-i celîlin tefsirdeki meleke-i rasihasına böyle zayıf noktaları bahane tutmak, şüpheleri iras etmek, insafsızlıktır."

Yəni:

Məsələn, Beydavi təfsirində ("Ənvaru't-Tənzil və Əsraru't-Tə'vil"də), "...2 dağ arası..." (Kəhf/96) ayətində, Beydavi'nin, (bu 2 dağ arasının) Erməniyyə və Azərbaycan dağları arası olması deyə olan təvilinə qəti nəzər ilə baxmaq, ən böyük məntiqsizlikdir. Çünki, (bu), əsasən nəqldir. Həm də təyini (yəni, bunların hansı dağlar olması), Quranın mədlulu (yəni, Quranın dəlalətilə) deyildir; təfsirdən sayılmaz. Çünki o təvil, ayətin bir qeydinin, başqa fənnə istinadən bir açıqlamasıdır.

Bundan dolayı, o böyük müfəssirin təfsirdəki rasix/dərin məharətinə, belə zəif nöqtələri bəhanə tutmaq, şübhələr oyandırmaq, insafsızlıqdır.

Beydavi, təfsirində deyir:

Bundan murad, Erməni və Azərbaycan dağları arasına qurulan səddir.

Deyildi ki: Şimal bölgəsinin sonlarında, Türk diyarında, 2 yüksək dağdır. Bu dağların arxasında, yəcuc-məcuc vardır. ("Ənvaru't-Tənzil və Əsraru't-Tə'vil", ll, 22)

"2 meyvə yedim." dediyimizdə, 3 dəlalət şəklindən heç birinin, hansı meyvələri yediyimizə qəti bir dəlaləti bəhs mövzusu olmadığı kimi; ayətdə ümumi bir şəkildə keçən "...2 dağ arası..." ifadəsindən də, məntiqi cəhətdən, hər hansı 2 dağ adını çıxara bilmək, mümkün deyildir. (haşiyə)

--------------------

(Haşiyə:

Amm və Xass ləfzlər üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/amm-v%C9%99-xass-n%C9%99-dem...)

---------------------

…ve mantıkta beyan olunduğu gibi, "Bir hüküm, mevzu ve mahmülün vechün-ma ile tasavvur etmek, kafi olduğu"nun düsturuyla sabittir ki, Kuran, onlara delalet etmez.

Yəni:

Məntiqcə təslim edilmişdir ki: Hökm, mövzu ilə məhmulun yalnız bir cəhətdən təsəvvürlərini gərəkdirir.

Məntiqdə, bir qəziyyənin 3 rüknü vardır:

1. Mövzu;

2. Məhmul;

3. Hökm.

Məsələn, "Simurq quşu, gözəldir." sözü, bir qəziyyədir. Burda, simurq quşu, mövzudur. Gözəldir sözü, məhmuldur. Bu mövzu və məhmulun bir-birinə nisbəti isə, hökmdür. Yəni hökm, bu 2 kəlamın bir-birinə nisbətindən zahir olur. Bu qəziyyəni eşidən bir adamın, mövzu və məhmulu nəfsu'l-əmrdəki bütün vəsflərilə bilməsi lazım gəlməz. Zatən bu quş, əfsanəvi bir quşdur. Kimsənin onu bilməsi, mümkün deyildir. Ancaq, simurq quşu deyildiyini eşidən bir adam, zehnində, onu, yalnız bir cəhətlə təsəvvür edər. Məsələn deyər: "Hekayə kitabında oxumuşam." və ya "Nənəmdən eşitdiyim bir quşdur." Hətta, heç eşitməmiş olsa belə, "Bu adam, bir quşdan bəhs edir. Nə olduğunu bilmədiyim, bu adamın bəhs etdiyi bir növ quşdur." deyər. İndi, bir adam, sadəcə, "Simurq quşu, gözəldir." desə, başqa da bir şey deməsə, "Bu söz, başa düşülmür." deyilə bilməz. Ləfzin dəlalət etdiyi məna, açıqdır. Ləfz, o quşun gözəl olduğunu söyləyir. Başqa da bir şey demir. İndi biri çıxıb: "Bu quş, bu xüsusiyyətlərdə əfsanəvi bir quşdur. Bu əfsanə, burdan çıxmışdır. Onun haqqında, belə-belə həkayələr danışılır." desə, bunlar, o qəziyyənin (yəni, simurq quşunun gözəl olduğu hökmünün) dəlalət etdiyi şeylər deyildir. Başqa fənlərdən alınan izahlardır. Bu qəziyyə, sadəcə, "Simurq quşu, gözəldir." demişdir. Burda, mövzu və məhmul bir cəhətlə təsəvvür edilsə, kifayətdir.

Buna görə, məsələn, Quran, "Zülqərneyn səddi" haqqında, "beynə's-sadəfeyn/2 dağ arası" deyir. Burda, Quranın buyurduğu, sadəcə, o səddin 2 dağ arasında olduğudur. Dağların hansı dağ olduğunu, harda olduğunu, hansı xüsusiyyətləri olduğunu isə, bəyan etmir. Burda, sadəcə 2 yüksək dağ arasında olaraq təsəvvür edilməsi, ayəni oxuyan kimsə üçün, kifayətdir. Bundan artığına, ehtiyacı yoxdur.

------------------

------------------

Fakat va esefa. Cevabın suale, her cihetle lüzum-u mutabakatın tahayyülüyle, sualdeki halele ehemiyyet vermeyerek, cevabın zaruri ve nazari olan hükümlerini, birfen mehaz-i sailden ve menbit-i sualden huşeçin olub alıp müfessir oldular. Yok, belki müevvil, yok belki masadakı mana yerine mana gösterdiler. Yok belki, masadakı olmak caiz ve bir derece mümkün olan şeyi, medlul ve mefhum olarak tevil ettiler.

Yəni:

Lakin, təəssüf ki, bir suala verilən cavabın hər cəhətlə suala müvafiq olması gərəkdiyini zənn etmək xətası ilə, sualdakı xarablığa əhəmiyyət verməyərək, cavabın zəruri və nəzəri olan hökmlərini, sual soruşanın istinad etdiyi qaynaqdan, yəni, İsrailiyyatdan; və sualın bitib yetişdiyi torpaqdan sünbüllərini toplayaraq, yəni, cavab olaraq gələn ayətin mənalarını, xarab sualın yetişdiyi torpağın məhsulundan əldə edərək müfəssir oldular. Yəni, zahirpərəst (haşiyə) qeyr-i mühəqqiqlər, ayəni, İsrailiyyatla təfsir etdilər. Yox, hətta, müəvvil oldular. Yəni, təfsirin də fövqünə çıxıb, ayətin zahirini İsrailiyyata meyl etdirib, təvil etdilər. Hətta, təvildən də keçib, misdaqı məna yerinə iqamə edib, məna olaraq göstərdilər. Yəni, "Ayədən qəsd edilən məna, budur. Başqası deyildir." dedilər. Hətta, qüvvətli bir misdaqı belə deyil; misdaq olması caiz və bir dərəcə mümkün olan şeyi, mümkünlüyünə söykənərək, mədlul (dəlilin, dəlalət etdiyi, göstərdiyi şey) və məfhum (ləfzin, sözdə zikri keçməyən və ifadə edilməyən hökmə dəlaləti) olaraq təvil etdilər.

----------------------------

(Haşiyə:

Ustadımızın "zahirpərəst" sözü ilə qəsd etdiyi, Özünün ifadəsi ilə sabitdir. Belə ki, O, yenə bu "Muhakəmat" (adlı əsərinin "Birinci Məqalə", 8-ci Məsələ, s. 62)'də belə deyir:

Ben "zahirperest" ve "nazar-ı sathî sahibi" tâbiriyle yad ettiğim ve tevbih ve tânif ile teşhir ettiğim muhatab-ı zihniyem, ağleb-i halde ehl-i tefrit olan ve cemâl-i İslâmı görmeyen ve nazar-ı sathiyle uzaktan İslâmiyete bakan hasm-ı dindir. Fakat, bazan ehl-i ifrat olan, iyilik bilerek fenalık eden dinin cahil dostlarıdır.

Yəni:

Mənim, "zahirpərəst" və "səthi nəzər sahibi" təbirilə yad etdiyim, qınadığım və azarlamaq ilə təşhir etdiyim zehni muxatabım:

~ əksəriyyətlə, təfrit əhli olan və İslamın camalını görməyən və səthi nəzərlə uzaqdan İslama baxan din düşmən(lər)'idir.

Lakin,

~ bəzən də, ifrat əhli olan, yaxşılıq bilərək pislik edən dinin cahil dostlarıdır.

----------------------------

----------------------------

Halbuki, Üçüncü Mukaddime'nin sırrıyla, zahirperestler, kabul ederek; ve muhakkikin dahi, hikayat gibi ehemiyyetsiz olduğundan tenkidsiz şu tevili kabul ettiler.

Yəni:

Halbuki, Üçüncü Müqəddimə'nin (haşiyə) sirrilə, zahirpərəstlər, qəbul edərək; və mühəqqiq alimlər də -hekayə kimi əhəmiyyətsiz olduğundan-, bu təvilə qulaq asdılar. Mühəqqiq alimlər, dinin möhkəmlərinə müxalif olmayan təvilləri, tənqidsiz dinləmişdilər. Yəni, nə təsdiq etmiş, nə də təkzib etmişdilər. Çünki, əhəmiyyətsizdir. Onlar, bunlara, hekayə olaraq qulaq asmışdılar.

----------------------------

(Haşiyə:

3-cü Müqəddimə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/ucuncu-muq%C9%99ddim%C9%99-m...

----------------------------

----------------------------

O teşrihatı, muharref olan Tevrat ve İncil'de olduğu gibi kabul ederse, akide-i ehl-i sünnet ve cemaatte olan masumiyet-i enbiyaya muhalefet oluyor. Kıssa-i Lut ve Davud (aleyhimesselam), buna 2 şahiddir.

Yəni:

O açıqlamaları, təhrif edilmiş olan Tövrat və İncildə olduğu kimi qəbul edərsə, əhl-i sünnət və'l-camaat əqidəsində yer alan peyğəmbərlərin məsumluğuna müxalifət edilmiş olar. Lut və Davud (əleyhiməssəlam) qissələri, buna 2 şahiddir. (haşiyə)

Açıqlamaların bir qismi, Quranın möhkəmlərinə müxalif deyildir. Bu qisim, mühəqqiq alimlər tərəfindən, tənqidsiz, hekayə olaraq dinlənildi. Zahirpərəstlər isə, qəbulla dinlədilər. Bu qəbul, böyük xəta olmaqla bərabər, etiqada zərər verməz.

Ancaq muharrəf (təhrif edilmiş) olan qismini qəbul etmək, etiqada zərər verər. Çünki, təhrif qismində elə hekayələr var ki, əhl-i sünnətin peyğəmbərlərin məsumluğu etiqadına bir başa müxalifdir. Buna, Lut və Davud peyğəmbərlərin hekayələri, 2 şahiddir.

----------------------------

(Haşiyə:

Lut (əleyhissəlam) qissəsi, bu kitablarda belə keçir:

Təkvin, 19/30-38'də belə deyilir:

"Lut, Soar'da qalmaqdan qorxurdu. Bu səbəbdən, 2 qızı ilə şəhərdən ayrılaraq, dağa yerləşdi. Onlarla bərabər bir mağarada yaşamağa başladı. Böyük qızı, balaca qızına: 'Atamız, yaşlıdır.' dedi. 'Dünya adətlərinə uyğun bir şəkildə, burda, bizimlə yata biləcək bir kişi yoxdur. Gəl, atamıza şərab içirək, soyumuzu yaşatmaq üçün, Onunla yataq.' O gecə, atalarına şərab içirdilər. Böyük qız gedib atası ilə yatdı. Ancaq Lut, yatıb qalxdığının fərqində deyildi. Ertəsi gün, böyük qızı, balaca qızına: 'Dünən axşam, atam ilə yatdım.' dedi. 'Bu gecə də, Ona şərab içirək. Soyumuzu yaşatmaq üçün, sən də Onunla yat.' O gecə də, atalarına şərab içirdilər və kiçik qız, atası ilə yatdı. Ancaq Lut, yatıb qalxdığının fərqində deyildi. Beləcə, Lutun 2 qızı da, öz atalarından hamilə qaldılar. Böyük qız, bir oğlan uşağı doğdu. Ona, Moav adını verdi. Moav, bugünki Moavlıların atasıdır. Kiçik qızın da, bir oğlu oldu. Adını, Ben-Ammi qoydu. O da, bugünki Ammonluların atasıdır."

Davud (əleyhissəlam) qissəsi, bu kitablarda belə keçir:

Samuel, 11/2-5'də, belə deyilir:

"Bir axşam, Davud, yatağından qalxdı, sarayın damına çıxıb gəzməyə başladı. Damdan, yuyunan bir qadın gördü. Qadın, çox gözəl idi. Davud, onun kim olduğunu öyrənmək üçün, bir nəfər göndərdi. Adam, 'Qadın, Eliam'ın qızı Hitit'li Uriyanın xanımı Bat-Şeva'dır.' dedi. Davud, qadını gətirmələri üçün, ulaqlar göndərdi. Qadın, Davudun yanına gəldi. Davud, ay halından yeni təmizlənmiş olan qadınla yatdı. Sonra qadın, evinə qayıtdı. Hamilə qalan qadın, Davuda, 'Hamilə qaldım.' deyə xəbər göndərdi."

Samuel, 11/16-18'də, belə deyilir:

"Məktubda, (Davud), belə yazdı: '(Qadının əri olan) Uriyanı, döyüşün ən şiddətli olduğu cəbhəyə yerləşdir və yanından çəkil ki, vurulub ölsün.' Beləcə, Yoav şəhərini mühasirə edərkən, Uriyanı, cəsur adamların olduğu yerlə yerləşdirdi. Şəhər xalqı çıxıb Yoavın əskərlərilə döyüşdü. Davudun əskərlərindən ölənlər oldu. Hititli Uriya da, ölənlər arasında idi."

Davud (əleyhissəlam)'a nisbət edilən bu çirkin işin rəddi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/sad-sur%C9%99si-21-24-ci-ay%...

İsrailiyyat üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/israiliyyat-n%C9%99dir?fbcli...

----------------------------

----------------------------

Müəllif, bura qədər zəruri hökmləri bəyan etdikdən sonra; indi də, nəzəri hökmləri bəyan edir. Belə ki, O, belə deyir:

Vakta ki, keyfiyette içtihad ve tevilin mecali vardır. Ben de, bitevfikillah derim: İtikad-i cazim, Huda ve Peygamberimizin muradlarına katiyyen vacibdir. Zira, zaruriyyat-ı diniyedendir. Fakat, murad hangisidir, muhtelefun fihdir.

Yəni:

Zülqərneyn və səddi və Yəcuc-Məcuc haqqında yuxarıda bildirilən zəruri hökmlərin varlığına, iman edirik. Onlarda, təvil və ictihad olmaz. Ancaq, keyfiyyətlərində, ictihad və təvilə macal vardır. Madam belədir. Mən də, Allahın köməyilə deyirəm ki: Allah və rəsulu nəyi murad ediblərsə, o, haqqdır. Buna, qətiyyətlə iman edirəm. Çünki, bu, dinin zəruriyyatındandır. Lakin, burda murad hansıdır, bu xüsusda, ixtilaf vardır.

----------------------

----------------------

Şöyle:

• Zülkarneyn'e, İskender demem. Zira, isim bırakmaz. Bazı müfessir, melik, Lam'ın kesriyle; bazı melek, Lam'ın fethiyle; bazı nebi, bazı veli, ilaahir demişlerdir. Her halde, Zülkarneyn, "müeyyed min indillah" ve seddin binasına mürşid bir şahıstır.

Yəni:

Zülqərneynə, İskəndər demərəm. Bir çox təfsir kitablarında, Zülqərneyn, İskəndər adı ilə adlandırılmışdır. Ona, böyük İskəndər də deyilmişdir. Hətta, bəzi insanlar, ad bənzərliyilə, onun, Makedoniyalı İskəndər olduğunu zənn etmişlərdir. Zülqərneyn'in, makedoniyalı iskəndər olmasının mümkün olmadığını, müəllifimiz Nursi (rahiməhullah), "Ləmalar" adlı əsərinin 16-cı Ləma'sında (s. 110) açıq bir şəkildə bəyan etmişdir. Burda isə, müəllifimiz deyir ki, "Mən, Ona, İskəndər demərəm. Çünki, ad buraxmır." Yəni, biri, İskəndərdir; digəri isə, Zülqərneyn. Zeydə Amr deyilmədiyi kimi; Zülqərneynə də İskəndər deyilməz. Bu qədər, bəsitdir.

Bəzi müfəssirlər, lam hərfini kəsrə (i) ilə oxuyaraq, Ona "məlik" demişlərdir. Yəni, Onun, yerin şərq və qərbinə hökm edən adil və müqtədir bir məlik olduğunu söyləmişlərdir. Bəziləri, lam hərfini fəthə (ə) ilə oxuyaraq, Ona "mələk" demişlərdir. Yəni, Onun, insan deyil, mələk olduğunu söyləmişlərdir. Bəziləri də, Onu insan olaraq gördükləri halda, peyğəmbərdirmi, vəlidirmi deyə ixtilaf etmişlərdir. Hər halda, istər məlik, istər mələk, istər nəbi, istər vəli olsun, qəti olan budur ki, Zülqərneyn, Allah tərəfindən təyid edilən (dəstəklənən) və səddin tikilməsinə rəhbərlik edən bir şəxs olub. Şəxs təbiri isə, mələk, məlik, nəbi və vəli kəlimələrinin hamısını da ehtiva edə bilir.

---------------------

---------------------

• Amma sed ise: Bazı müfessir, sedd-i Çin ve bazı müfessir, başka yerde cebelleşmiş; ve bazı müfessir, sedd-i mahfidir, inkilab ve ahval-i alem setreylemiştir. Ve bazı ve bazı...demişlerdir, demişlerdir...Her halde, müfsidlerin def-i şerleri için bir redm-i azim ve cesim bir duvardır.

Yəni:

Ancaq səddə gəlincə:

~ Bəzi müfəssirlər: "Bu, Çin səddidir." demişlərdir.

Dəyərli oxuyucu! Burdan o nəticə çıxmamalıdır ki, bütün Çin səddini Zülqərneyn tikdirmişdir. Bəlkə də, O, səddin ilk mərhələsini, 2 dağ arasında tikdirmiş; çinlilər də, daha sonra, o irşad ilə səddi genişlətmişlərdir. Yoxsa, hal-hazırda gördüyümüz Çin səddi, ayədə vəsf edildiyi kimi, dəmir və misdən deyildir və 2 dağ arasında da deyildir, daha geniş məsafədədir. Zülqərneyn'in tikdirdiyi qisim, səddən bir bölmə ola biləcəyi kimi; başqa bir yerdə olub, sonra çinlilər, Onun tikdirdiyi səddin üslubundan istifadə edərək, bu anki yerdə başqa bir sədd də tikmiş ola bilərlər.

~ Bəzi müfəssirlər də: "Sədd, başqa yerdə, dağ şəklinə girmiş bir səddir. Bundan dolayı, bu anda, onun bir sədd olduğunu bilə bilmirik və səddin, dağ olduğunu zənn edirik." demişlərdir.

~ Bəzi müfəssirlər isə: "O, məxfi bir səddir. Zamanın keçməsilə, başqa bir şəklə bürünmüş; üzərinə binalar tikilmiş və ya torpağın örtməsilə, düz bir ova halına gəlmiş ola bilər. Yəni, hal-hazırda, dağ şəklində belə görünməyə bilər." demişlərdir.

Və digərləri də, sədd haqqında öz fikirlərini söyləmişlərdir.

Hər halda, o, müfsidlərin (fəsad törədənlərin) şərlərini dəf etmək üçün, böyük bir əngəl, bir sədd və böyük bir divardır.

---------------------

---------------------

• Amma Yecuc-Me'cuc, bazı müfessir, "Veled-i Yafes'ten 2 kabile"; ve bazı diğer, "Moğul ve Mançur"; ve bazı dahi, "akvam-ı şarkıye-i şimali"; ve bazı dahi, "Ben-i Ademden bir cemiyet-i azime, dünya ve medeniyeti herc-ü merc eden bir taife"; ve bazı dahı, "mahluk-u İlahiden yerin zahrında veyahut batnında ademi ve ya gayr-ı ademi bir mahluktur, ki, kıyamete, böyle nev-i beşerin herc-ü mercine sebeb olacaktır." Bazı ve bazı ve bazı dediklerini dediler...Nokta-i katiyye ve cihet-i ittifaki ve ehl-i hadaret ve medeniyete ecel-i kaza hükmünde 2 taife-i mahlukullahtır.

Yəni:

Ancaq yəcuc-məcuca gəlincə:

~ Bəzi müfəssirlər: "Onlar, Yafəs oğullarından 2 qəbilədirlər." demişlərdir. Nuh (əleyhissəlam)'ın oğlu Yafəs'in uşaqlarından birinin adı, yəcuc; digərinin adı isə, məcuc idi. Bunların uşaqları, atalarının adları ilə adlandırılan 2 qəbilə olmuşlardır.

~ Bəzi müfəssirlər də: "Bunlar (yəni, yəcuc-məcuc), mançur və moğul deyilən 2 qəbilənin, Qurandakı adlarıdır." demişlərdir.

~ Bəzi müfəssirlər isə: "Onlar, yerin şimal-şərqindəki qövmlərdir." demişlərdir.

~ Bəzi müfəssirlər: "Bunlar, Adəm oğlundan böyük bir cəmiyyət (yəni, topluluq)'durlar. Yeri və mədəniyyəti hərc-ü mərc edən bir tayfadırlar." demişlərdir. Yəni, bu müfəssirlər, onların kim olduqlarını təyin edə bilməsələr də, insan olduqlarını qəbul etmişlərdir.

~ Bəzi müfəssirlər də: "Allahın yaratdığı məxluqlardandırlar ki, bunlar, insan da ola bilərlər, insandan qeyrisi də; yerin üstündə də ola bilərlər, altında da. Onlar, qiyamətə, bəşər növünün hərc-ü mərcinə səbəb olacaqlardır." demişlərdir. Yəni, qiyamətə yaxın çıxıb, bəşərin ictimai həyatını anarxiya ilə hərc-ü mərcə verib, bir növ qiyamətə səbəb olacaqlardır. Yoxsa onlar, həqiqi qiyamətin səbəbi deyillərdir.

Bu qövllər arasında qəti olan nöqtə və ittifaq cəhətləri budur ki, yəcuc-məcuc, qarət və fəsad əhlidirlər; şəhər və mədəniyyət əhli olanlara, onların şəhər və mədəniyyətlərinin ölümünə səbəb olacaq bir bəla hökmündə, məxluqlardan 2 tayfadırlar. Yəni, insanlığı, heç bir haqq-hüquq tanımaz, şəfqət, rəhmət, ədalət və əmin-amanlığı alt-üst edəcək bir surətə çevirəcəklərdir. Eynilə bu zamanda, mədəniyyət adı altında insanlığı saldıqları bu zülmlü sistemlər kimi; yer üzünü, zülm ilə dolduracaqlardır. Qiyamət də, zatən bəşər belə bir vəhşi surətə girdiyində qopacaq. Müəllifin, yuxarıda, "böyle nev-i beşerin herc-ü mercine sebeb olacaktır" sözündə, "böyle/belə" təbiri də, "eynilə bu zamanda olduğu kimi" mənasındadır.

Varlının, kasıbı, xass'ların, avamı əzdiyi və taladığı; qüvvətli olanın, haqlı olduğu; həyat düsturunun, cidal (mücadilə) olduğu; hədəfin, mənfəət olduğu bir mədəniyyət, ancaq və ancaq, yəcuc-məcuc mədəniyyətidir. Bu da ki, mədəniyyət deyil, qarət və fəsaddır. Bədəviyyət və vəhşətdir. Əgər belə, bütün bəşər, ədalətli və haqqlı və mərhəmətli olan İlahi hökmləri rədd edərək, top yekun Xaliqə qarşı müxalifət vəzifəsi alıbsa, Onun əmrlərinə qarşı üsyan bayrağı açıbsa və məxluqa qarşı da zülmlü və mərhəmətsiz olubsa, yəcuc-məcuc bəşər növünü istila etmiş demək deyildirmi? Bundan sonra yəcuc-məcucun kim olduğunun nə əhəmiyyəti qalır? Çox əhəmiyyətli olsaydı, Quran, onların kim olduğunu təyin edərdi. Əhəmiyyətli olan isə, yəcuc-məcucluğun nə demək olduğunu başa düşməkdir.

-------------------------

-------------------------

• Amma harabiyet-i sed, bazı, kıyamette; ve bazı, kıyamete yakın; ve bazı, emaresi olmak şartıyla uzaktır. Ve bazı, "harab olmuştur, fakat dekk olmamış"; "kile"ler çok. Her halde, nokta-i ittifak, seddin inhidamı, yerin sakalına bir beyaz düşmek ve oğlu olan nev-i beşer de ihtiyar olmasına bir alamettir.

Yəni:

Ancaq səddin xarab olması məsələsinə gəlincə:

Zülqərneyn, səddi bitirincə, belə demişdi:

فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ ۖ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا

"...Rəbbimin vədi gəldikdə isə, onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi, haqdır." (Kəhf/98)

Bu ayə, səddin xarab olmasının, Allahın vədi gəldiyində olacağını xəbər verdi. Bu İlahi vəddən murad olunan nədir? Bu mövzunun əhəmiyyəti də, səddin hələ mövcud olub-olmadığına hökm edə bilmək üçündür. Bax bu mövzuda:

~ Bəziləri: "Qiyamətdə olacaq." dedilər. Yəni, qiyamətdə, yerin və dağların xarab olması ilə bərabər, sədd də xarab olacaq.

~ Bəziləri: "Qiyamətə yaxın olacaq." dedilər. Yəni, qiyamətin bir əlaməti olaraq, ona (yəni, qiyamətə) yaxın bir tarixdə olacaq.

Bu 2 qövlə görə, sədd, hələ də mövcuddur.

~ Bəziləri: "Qiyamətin əmarəsi (yəni, əlaməti) olmaq şərtilə, uzaqdır." dedilər. Yəni, bəli, səddin yıxılması, qiyamət əlamətidir. Lakin, onun əlaməti olması demək, zaman etibarı ilə də ona yaxın olmağı gərəkdirməz. Məsələn, axir zaman peyğəmbəri olan Muhamməd (sallallahu aleyhi və səlləm)'in gəlməsi də, bir qiyamət əlamətidir və qiyamətdən xəbər verir. Ancaq bu, zaman olaraq, dərhal onunla (yəni, qiyamətlə) bərabər olmasını gərəkdirmir. Sədd, hal-hazırda, bəlkə də xarab olub. Onun xarab olması, dünyanın da xarab olacağına bir əmarə və dəlildir.

~ Bəziləri də: "Sədd, xarab olub; ancaq dəkk (yerlə-yeksan) olmayıb." dedilər. Yəni, səddin iləridə yerlə-yeksan olacağı, bu anda səddin xarab olmadığı və köhnə halı üzərə qaim olduğu mənasına gəlmir. Yəni, sədd, xarab olub; ancaq onun qalıqları qalıb. Yerlə-yeksan olması isə, iləridə olacaq.

Söylənənlər də, çoxdur. Yəni, təfsirlərdə, bir şey haqqında alimlərin qövlləri zikr edilərkən, bəzən, alimlərin adları deyilmədən, sözün başına, "qilə/deyildi" sözü istifadə edilir.

Hər bir halda, bütün bu qövllərin ittifaq etdiyi nöqtə budur ki:

Səddin yıxılması: yerin saqqalına bir ağ düşməsi; və oğlu olan bəşərin də, ixtiyar olmasına bir əlamətdir. Yəni, necə ki, bir adamın saqqalına ağ düşdüyündə, bu, onun öləcəyinə əlamətdir və bununla ölümünü xatırlayar. Həm bir adamın oğlu qocaldısa, bu, həm özünün, həm də oğlunun fane olması deməkdir. Demək, dünya da, bəşər də fanedir. Qiyamət və haşr vardır. Zatən, Quranın səddin xarab olacağından bəhs etməsindəki məqsəd də, bu mənadır. Yəni, bu sağlam sədd belə, fanedir. Allahın vədi gəldiyində, o belə xarab olacaqdır. Vəd isə, Qasas surəsi 88-ci ayədəki: "Allahdan başqa hər şey, həlak olacaqdır." vədidir. Bu sədd fanedirsə, insan da, dünya da fanedir. Əhəmiyyətli olan məna da, budur. Bundan başqa digər zikr edilənlər, ayənin nəzəri nüktələri (incə mənaları)'dır. Bunu, Müəllifimiz Nursi (rahiməhullah), daha sonra izah edəcək.

-----------------------------

-----------------------------

Ustad Nursi, müfəssirlərin ayətin bu nəzəri hökmlərlə bağlı qövllərini (sözlərini, görüşlərini) zikr etdikdən sonra, Öz rəyini bəyan etməyə başlayır. Belə ki, O, deyir:

 

Eğer bu müzakeratı müvazene ve muhakeme etmişsen, caizdir tecviz edesin, sedd-i Kuran, sedd-i Çin'dir ki: çok fersahlar ile uzun ve acaib-i seba-i meşhureden bir "müeyyed min indillah"ın irşadıyla bina olunmuş, o zamanın ehl-i medeniyeti, ehl-i bedeviyetin şerlerinden temin eylemiştir. Evet, o vahşilerden Hun kabilesi, Avrupayı herc-ü merc ettiği gibi; onlardan Moğol taifesi de, Asyayı zir'u zeber eylemiştir.

Yəni:

Əgər bu müzakirələri, yəni, müfəssirlərin qarşılıqlı müzakirələrini, müxtəlif rəylərini bir-birilə müvazinə edib mühakimə etdinsə, caizdir ki, Mənim bu görüşümü də caiz görəsən ki: Quranda zikr edilən sədd, Çin səddidir ki, o, çox fərsəxlər ilə uzun və dünyanın 7 məşhur xariqəsindən biri olub, Allah qatından dəstəklənmiş bir şəxsin irşadı ilə tikilib, o vaxtın əhl-i mədəniyyətini, əhl-i bədəviyyətin şərlərindən təmin etmişdir. Bəli, o vəhşilərdən Hun qəbiləsi, Atillanın rəhbərliyi altında, Avropanı hərc-ü mərc etdikləri kimi; Moğul tayfası da, Çingiz və Hülakü rəhbərliyi altında da, Asiyanı zir-u zəbər etmişlərdir. Yəni, tarix boyunca bu səddin tikilməsinə səbəbiyyət verən müfsidlər, dünyanı zir-ü zəbər etmişlərdir.

---------------------------

---------------------------

Müəllifimiz Ustad Nursi (rahmətullahi aleyh), indi də, səddin xarab olmasının, qiyamətə əlamət olması haqqındakı qənaətini bəyan edir. Quran, Zülqərneynin tikdirdiyi sədd haqqında danışdıqdan (bax: Kəhf/94-97) sonra,

فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ ۖ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا

"Rəbbimin vədi gəldikdə isə, onu (yəni, səddi), yerlə-yeksan edəcəkdir. Rəbbimin vədi, haqdır." (Kəhf/98) ayətilə, onun xarab olmasını elan edib; ardınca da (Kəhf/99), qiyamətdən bəhs edir. Bununla, səddin xarab olmasını, qiyamətin bir əlaməti olaraq göstərir. Bax burda, rəylər kəsişir.

~ "Sədd, ancaq qiyamət günümü xarab olacaq?" Buna görə, səddin, qiyamətə qədər mövcud olması lazım gəlir. Elə isə, sədd, hələ xarab olmayıb.

~ Yoxsa, "Sədd, qiyamətin əvvəlində, bir qiyamət əlaməti olaraqmı xarab olacaq? Əgər belədirsə, qiyamətdən nə qədər qabaqdır? Əlamət olmaq, yaxın olmağı da gərəkdirirmi?" Həm yaxınlıq, etibari bir şeydir. "Nəyə görə yaxınlıq qəsd edilib ayədən?”

~ Həm xarab olmaqdan murad nədir? Çünki ayədə, dəkk/yerlə-yeksan olmaq keçir. Xarab olmaq, yerlə-yeksan edilməyi gərəkdirməz. Çox əvvəldən xarab olub, qiyamətdə və ya qiyamətdən az əvvəl də yerlə-yeksan edilə bilər.

Bax bütün bu suallar haqqında, Ustad Nursi belə deyir:

---------------------------

---------------------------

Sonra seddin harabiyeti kıyamete alamet olur. Bahusus dekk, ondan başkadır. Peygamber: "Eşrat-ı saattenim. Ben ve kıyamet, bu iki parmak gibiyiz." dese, neden istiğrab olunsun ki, harabiyet-i sedd, zaman-ı saadetten sonra alamet-i kıyamet olsun.

Yəni:

Bunlardan sonra deyirəm ki: Sədd, hər nə vaxt xarab olursa olsun, onun xarab olması, qiyamətə bir əlamət olar. Xüsusilə, ayədə bəhs edilən dəkk, yəni səddin yerlə-yeksan olması, səddin xarab olmasından başqadır. Səddin yerlə-yeksan olması, qiyamət günü və ya qiyamətdən az əvvəl ola bilər. Səddin xarab olmasının qiyamətdən çox daha əvvəl olması isə, qiyamət əlaməti olmasına zidd deyil. Bir şeyin əlaməti olmaq, zaman etibarı ilə ona yaxın olmağı gərəkdirməz. Çünki, Allah rəsulu (sallallahu aleyhi və səlləm): "Mən və qiyamət, bu 2 barmaq kimi (bir-birinə yaxın olaraq) göndərildik." (Buxari, hədis no: 6505) Yəni, Peyğəmbər qiyamət əlamətidirsə və Onun gəlməsilə axır zaman başlayırsa; Peyğəmbərdən sonra hər hansı bir zamanda sədd də xarab olduğunda, bunun da bir qiyamət əlaməti olmasında qərib qarşılanacaq nə vardır?

Hem de seddin inhidamı, ömr-ü arza nisbeten yerin yüzünde ihtiyarlıktan bir buruşukluktur. Belki, tamam-ı nehara nisbeten vakt-i ısfırar gibidir. Eğerçi, binler sene de fasıl olsa. Kezalik, yecuc ve mecucun ihtilalleri, nev-i beşerin şeyhuhetinden gelme bir humma ve sıtması hükmündedir.

Yəni:

Həm də səddin yıxılması, yerin ömrünə nisbətən, yerin üzündə, yerin qocalığından bir qırışdır. Bəlkə, gündüzün tamamına nisbətən, əsr vaxtında günəşin saraldığı kərahət vaxtı kimidir. Əgər səddin xarab olması ilə qiyamətin qopması arasında minlərlə il məsafə olsa belə. Yəni, qiyamət, dünyanın əcəli olduğundan, uzaqlıq və yaxınlıq, dünyanın ömrünə nisbətlə dəyərləndirilir. İnsan ömrünə görə deyil. Dünyanın ömrünə nisbətlə, minlərlə il, 1 gün kimidir. O halda, səddin xarab olması ilə qiyamət arasında minlərlə il də olsa, qiyamətə yaxındır deməkdir. Yaxınlığı, insan ömrünə nisbətlə dəyərləndirmək, yalnışdır. Buna görə, dünyanı bir insan fərz etsək, 6 gün xilqəti, onun, sanki ana rəhminə düşdüyü andır. Gənclik vaxtı, sanki Adəmin yer üzünə göndərildiyi vaxtdır. Qocalıq vaxtı isə, sanki Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in göndərildiyi zamandır. Səddin xarab olması da, sanki onun qocalıq vaxtında üzündə meydana gələn bir qırışdır. Və yaxud, ümum dünya vaxtını 1 gündüz vaxtı kimi düşünsək, səddin xarab olması, sanki əsr vaxtından sonra, günəşin saraldığı kərahət vaxtıdır. Qiyamət də, sanki günəşin batdığı axşam vaxtıdır. Eynilə bunun kimi, yəcuc-məcucun bəşərin ictimai həyatına verdiyi fəsadlar, sanki bəşər növünün qocalığından qaynaqlanan atəşli bir xəstəlik və qızdırma hökmündədir. Yəni, bütün bəşəri xəstələndirər, ölümə üz tutdurar.

--------------------------

--------------------------

Bundan sonra, Onikinci Mukaddime'nin fatihasında, bir te'vil-i aher, sana feth-i bab eder.

Yəni:

Bundan sonra, 12-ci Müqəddimə'nin, yəni "Özü tapa bilməyən, qabığı ilə məşğul olar." bəhsinin açılış hissəsində, başqa bir təvil, sənə qapı açar. Yəni, Müəllif, bu lətif üslubla deyir ki, 12-ci Müqəddiməyə get. Onun baş tərəfi, qapı ağzında səni gözləyir. Ona müraciət et. Əlindəki miftah (açar) ilə, bu mövzunun digər bir təvil qapısını, sənə açacaqdır. Yəni, orda izah edildiyi kimi, özü tapa bilməyən, qabıq ilə məşğul olar. Zülqərneyn, Onun səddi və yəcuc-məcuc məsələsində də, işin özü ilə məşğul ol! Qabığına baxma. Quran, bu qissəni, qissə (bir hekayə) olsun deyə deyil; hissə üçün (yəni, özün üçün çıxaracaq dərslər olsun deyə) danışmaqdadır. Yəni, Zülqərneyn haqqında danışarkən, məqsəd, Onun şəxsini təyin etmək; sədd haqqında danışarkən də, səddin maddi keyfiyyətini sənə bildirmək; yəcuc-məcuc haqqında danışarkən də, bunların dünyəvi şəxsiyyətlərini bildirmək, Quranın əsas məqsədi deyil. Bil! Bunlar, məsələnin "qabığı" kimidirlər. Əgər əsas məqsəd bunlar olsaydılar, Quran, zatən açıqlayar, belə mübhəm (üstü qapalı) buraxmazdı. Nə deyilməsi lazım gəlibsə, Quran onu demişdir. Bu məsələni nə əskik buraxmış, nə də artıq zikr etmişdir. Əgər sən, ayələrə əsas məqsədi cəhətindən nəzər etsən və bu qabıqların və maddiyyatın dar qəliblərindən qurtulub məna cəhətindən baxsan, bambaşqa münasibətlər görəcəksən. "Səddin mənası, nədir? Xarab olmaqdan murad edilən, nədir? Zülqərneyn ilə, bizə nə öyrədilmək istənilir? Yəcuc-Məcuc ilə işarət edilən məqsəd, nədir?" bunları başa düşəcək və aralarındakı münasibətin nə qədər şiddətli olduğunu görəcəksən. Məna cəhətindəki bu münasibətləri, zaman və məkanın dar qəlibləri içinə daxil etməyəcəksən. Maddətən bir-birindən uzaq və münasibətsiz və zəif münasibətli görülən əşyalar arasında belə, məna cəhətindən şiddətli bir yaxınlıq və qüvvətli münasibətlər vardır. Xaricdə bir-birindən uzaq şeylər, zehndə bir-birinə yaxındırlar.

Müəllifimiz Ustad Said Nursi (rahmətullahi aleyh), bura qədər, maddi cəhətdən Zülqərneyn'in kim olduğundan; səddin və yəcuc-məcuc'un nə olduğundan bəhs etdi. İndi isə, məsələnin özünə, nəzərləri çevirir.

--------------------------

--------------------------

Şöyle: Kuran, hısası için kısası zikr ettiği gibi; ukad-ı hayatiye hükmünde ve makasıd-ı Kuraniyeden bir maksadına münasib noktaları intihab ve rabt-ı maksada ittisal ettiriyor.

Yəni:

Belə ki: Quran, (ordan özün üçün çıxaracağın) hissələr (yəni, dərslər) üçün, qissələri zikr etdiyi kimi; həyat düyümləri hökmündə olan və Quranın məqsədlərindən (yəni, tövhid, nübüvvət, haşr və ibadət-ədalət məqsədlərindən) bir məqsədə münasib nöqtələri seçir; və qissədən, o məqsədə münasib nöqtələri, məqsədlə birləşdirir. Yəni, Quran, zikr etdiyi qissələrin hər tərəfini zikr etmir. Həyat düyümləri hökmündə olan əsaslarını və öz məqsədinə münasib tərəfləri götürüb, məqsədə (yəni, tövhid, nübüvvət, haşr, ibadət-ədalət məqsədlərinə) münasibəti və xidməti dərəcəsində onlara əhəmiyyət verərək, öz kəlamında bunlara yer verir. Qissənin maddəsi və qissənin zatı cəhətində zəif olan bir şey, Quranın məqsədi cəhətində, bəzən güclü olur. Və ya, maddi və xarici cəhətdə uzaq olan bir şeyi, Quran, öz məqsədi və mənası cəhətində, yaxın görür və yaxın göstərir. Bu nəzər nöqtəsini itirən kimsə, mühim bir bəlağatı (halın və məqamın gərəyinə uyğun danışma mənasını) itirdiyi kimi; qabıqla məşğul olmaq səbəbindən, özü itirər və Qurandakı həqiqi hikməti idrak edə bilməz. Məsələn, Quran,

...وَمَآ أَمْرُ ٱلسَّاعَةِ إِلَّا كَلَمْحِ ٱلْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ...

"O Saatın gəlməsi, bir göz qırpımı kimidir və ya daha yaxındır." (Nəhl/77)  deyər və qiyaməti, bir göz qırpımından daha yaxın görərkən; qabıqla məşğul olan və maddiyyatın dar qəliblərilə mühakimə edən zahirpərəstlər, onları çox uzaq görərlər.

• إِنَّهُمْ يَرَوْنَهُۥ بَعِيدًا

وَنَرَىٰهُ قَرِيبًا

"Şübhəsiz, onlar, onu (yəni, qiyaməti), uzaq görürlər. Biz isə, onu yaxın görürük." (Məaric/6-7)

Və ya, özü tapan həqiqət əhli, bir uşaq dünyaya gəldiyində, "Ölmək üçün doğuldu." deyərkən; zahir əhli, "Yaşamaq üçün gəldi." deyərlər.

Bax onun üçün, Zülqərneyn, diqqət etsən, səddin əzəmət və sağlamlığını ifadə etdiyi (bax: Kəhf/95) eyni dəqiqədə,

فَإِذَا جَآءَ وَعْدُ رَبِّى جَعَلَهُۥ دَكَّآءَ ۖ وَكَانَ وَعْدُ رَبِّى حَقًّا...

"Rəbbimin vədi gəldiyində isə, onu yerlə-yeksən edəcək. Rəbbimin vədi, haqdır." (Kəhf/98) deyərək, səddin, aləmin və Özünün fane olduğunu görmüş; və tövhidi və sadəcə Allahın əbədi olduğunu ifadə etmişdir.

Bu həqiqət cəhətindən baxan insanlar, bütün zaman və məkanlarda, o həqiqətlərin misdaqlarını (məna fərdlərini; yəni, baxdıqları hər şeydə, sadəcə Allahın əbədi olduğunu və aləmin fənası mənasını) görərlər. Zaman və maddə etibarı ilə uzaqlıqlar və ya zaman-maddə münasibətləri, onların nəzərində əhəmiyyət kəsb etməz.

 

Eğerçi hariçte ve husulde bir-birinin narı ve ya nuru bir-biriyle görünmediği halde, zihninde ve üslubda teanuk ve musahebet edebilirler.

Yəni:

Xarici vücud (yəni, xarici aləmdə varlığı) etibarı ilə və gerçəkləşmə cəhətində, bir-birinin odu və ya nuru bir-birilə bərabər görünmədiyi halda, yəni, Zülqərneyn'in nuru ilə yəcuc-məcuc'un odu, maddi və xarici aləmdə və tarixi müddət içində bir-birilə bərabər, yan-yana və eyni anda vaqe olmasalar belə, məna cəhətində, yəni, insanın zehnində və Quranın kəlam üslubunda, bir-birilə qucaqlaşa və yoldaşlıq edə bilərlər. Yəni, kəlamda bir-birilərilə bərabər zikr edilə bilərlər.

Bu qabığı buraxıb öz ilə məşğul olmaq, çox əhəmiyyətlidir. Quran və Peyğəmbər, hər şeyə, hər şeyin həqiqəti tərəfindən və məna cəhətindən nəzər etdiklərindən, Onların bu nəzərilə əşyaya baxmayan, maddi surətlərdən qurtula bilməyən zahirpərəstlər, çox həqiqətdən yoxsul qalarlar.

Dəyərli oxuyucu! Bununla bərabər, "Əşyanın həqiqətinə, batininə baxmaq lazımdır." deyərkən, qəsdimiz, batini şiələrin etdiyi kimi, zahiri mənalarını rədd etmək deyildir. Bu da, başqa cür dəlalətdir. Məsələnin izahını, aşağıdakı linkdən oxuya bilərsən. (haşiyə) Yəni, bu məsələlərə, nə zahirpərəstlər; nə də batini şiələrin baxdığı kimi baxılmamalıdır.

-------------------------

(Haşiyə:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99r-ay%C9%99tin-zahiri-v%C9%99-batini-m%C9%99nalari-vardir-h%C9%99disini-izah-ed%C9%99rsinizmi-0

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/h%C9%99r-ay%C9%99tin-zahiri-v%C9%99-batini-m%C9%99nalari-vardir-h%C9%99disini-izah-ed%C9%99rsinizmi

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isari-t%C9%99fsir-haqqinda-m%C9%99lumat-ver%C9%99rsinizmi

-------------------------

Hina ki, kıssa, hisse içindir; sana ne lazım teşrihatı nasıl olursa olsun, sana taalluk etmez. Kendi hisseni al, git.

Yəni:

Madam ki, qissələrin zikr edilməsi, ordan əldə ediləcək hissələr üçündür, sənin nəyinə lazımdır maddi açıqlamalar, keyfiyyətlər?! O açıqlamalar, nə olursa olsun, səni maraqlandırmaz və maraqlandırmamalıdır da. Öz hissəni götür, get!

Xülasə: Dəyərli oxuyucu! Quranın bəhs etdiyi Zülqərneyn və yəcuc-məcuc'un qissəsi, həqiqətin məhz özü olmaqla bərabər; Quran, onlardan bəhs edərkən, onların cüzi şəxsiyyətlərində görünən külli həqiqətlərin uclarını göstərmək üçün bəhs edər. Ta ki, o həqiqətlərlə, bütün zaman və məkanları irşad etsin. Quran, hadisəyə bu nəzərlə baxdığından, qissənin ünsürləri arasında məqsədə olan münasibətləri və yaxınlıqları cəhətində münasibət qurar; ona görə kəlamında yer verər. Yəni ibrət, qissənin zatında deyil; onu, Quranın bildiriş şəklindədir. Bil! Yoxsa, keçmişdəki hər hansı bir hadisə, hədd-i zatında, gələcəkdəki bir hadisəyə dəlil olmaz və ona işarət etməz. İşarət edən isə, Quranın bəlağatıdır və bəlağatı ilə göstərdiyi həqiqətin külliyyətidir. Bu cəhətdən:

~ Zülqərneyn'in həqiqəti: tarix boyu gələcək adil padşahlardır (ki, bunlar, güclərilə) və saleh alimlər (ki, bunlar da dirayətlərilə) Allahın dinini mühafizə edəcək şəxslərdir;

~ Zülqərneyn'in səddi: şəriətin bütün hökmləri, xüsusilə, ictimai həyatımızı tənzim edən İslam şüarları; şüarlar içində də, xüsusilə xarici kafirlərə qarşı cihad və daxildə də, şəri məhkəmələr və o məhkəmələrdə tətbiq edilən cəzalardır. Bunlar, fəsadı əngəlləyib məsumları mühafizə edərlər.

~ Səddin xarab olması: bəşərdə, anarxiyanın, hərc-mərcliyin başlamasıdır;

~ Yəcuc-məcuc: hər zalım və müfsid şəxsdir.

-------------------------

-------------------------

Hem de, Onuncu Mukaddime'den istizhar et. Gereceksin ki, mecaz, mecaza qapı açar; zahirperestleri, dışarı sürüyor.

Yəni:

Həm də, digər bir məsələ də, Zülqərneyn'in, günəşi, qara palçıqlı bir çeşmədə batdığını görməsidir. Zülqərneyn'in qərbə tərəf səyahəti haqqında danışılarkən,

...حَتَّىٰٓ إِذَا بَلَغَ مَغْرِبَ ٱلشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِى عَيْنٍ حَمِئَةٍ

Həttə izə bələğa məğribə'ş-şəmsi vəcədəhə təğrubu fi aynin həmiətin...

Yəni:

"Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda, onu qara palçıqlı bir çeşmədə batan gördü..." (Kəhf/86) deyilməkdədir.

Bax bu ayətin mənasını başa düşmək üçün, "Onuncu Müqəddimə"yə, yəni, "kəlamın məna təbəqələri olan məntuq, məfhum və müstətbəatlar; həm məcazlar və kinayələr bəhsi"nə, məsələnin sənə zahir olması üçün müraciət et. Görəcəksən ki:

Bir məcaz, başqa bir məcazı doğurur. Məlum olduğu üzərə, məcaz: "həqiqi mənası ilə, nəql ediləcək məna arasında mövcud olması lazım gələn bir əlaqə; həqiqi mənasının qəsd edilməsinə əngəl olan bir qərinə mövcud olması halında, ortaq bir əlaqə dilində qoyulduğu mənanın xaricində istifadə edilən ləfz"dir. Bir kəlimə, məcazən başqa bir mənada istifadə edilincə, bu məcazdan, başqa bir məcaza da qapı açılır. Beşinci Müqəddimə'də haqqında danışıldığı üzərə, lüğətdə, bunun, bir çox nümunələri vardır ki, bu sirdən dolayı, bir kəlimə, bir çox mənalara gəlir. Bunun ən gözəl nümunələrindən biri də, yuxarıda zikr edilən Kəhf/86 ayətidir. Bu ayə, zahirpərəstləri, Quranda məcazın varlığından qəflət edənləri, qovmaqdadır. Yəni, bu ayə, Quranda məcazın varlığını elə isbat edir ki, zahirpərəstlərin iddialarını, kökündən batil edir. Çünki, bu ayəni zahiri/həqiqi mənası üzərinə həml etmək, mümkün deyildir. Ancaq, xaricdə mümkün olmayan bir şeyi, kəlamda vaqe kimi göstərmək, bəyanın ucalığındandır. Bu məcazdakı şirinliyi dadmayan, özünü qınamalıdır.

Bəli, bu ayə, məcazın ən qəti dəlillərindəndir; və bir məcazın, başqa bir məcaza qapı açmasının da misallarındandır. Belə ki:

Ərəb dilində, "ayn" kəliməsi:

~ həm üzdəki göz;

~ həm yerdəki çeşmə;

~ həm göydəki günəş

mənasında istifadə edilir. Ərəb dilində olduğu kimi, dilimizdə də, bu göz kəliməsi, bu şəkillərdə istifadə edilməkdədir. Bununla bərabər, hər hansı bir şeydəki dəliyə də, məcazi olaraq, "onun gözü" deyilir. Bu ayədə keçən "ayn" kəliməsi, "çeşmə" mənasındadır. Lakin:

Zülqərneyn'in zahiri nəzərində, axşam vaxtında, günəşin bir çeşmədə batan kimi görünməsi; yəni, göyün gözü olan günəşin, yerin gözü olan suda və ya bir çeşmədə batarkən, insanların da yuxuya gedərək gözlərini bağlaması və Quranın, bu ayədə, çeşmə, günəş və göz üçün də istifadə edilən "ayn" təbirini tərcih etməsi, ayədəki məcazi üsluba bir əsas təşkil etmiş və 3 ayn'ın bir-birilə münasibətinə işarət edən bir cümlə qurmuşdur. (haşiyə)

--------------------------

(Haşiyə:

Məcaz üçün bax:

https://suallarlaislam.com/m%C9.../m%C9%99caz-n%C9%99dir

Müəllifimiz, "İşaratul-İ'caz" adlı təfsirində, Bəqərə surəsi 17-18-ci ayələrin təfsirində, Quranın i'cazına dair Qurandan çıxardığı 12 məsələnin 8-cisində, belə deyir:

Müştərək ləfzin, əksəriyyətlə mənası, birdir. Sonra, bir qisim münasibətlərlə təşbihlər; sonra, bundan məcazlar; sonra, bundan örfi həqiqətlər meydana çıxıb mənası çoxalmışdır. Hətta, "göz" və ya "bulaq" mənasındakı "ayn" kəliməsi, günəş üçün də istifadə edilir. Bu istifadə, ülvi aləmin, süfli aləmə onunla baxdığına rəmz edər.

---------------------------

Malum olsun ki: Esalib-i Arapta tecelli eden hüccetullahın miftahı, yalnız istiare ve mecaz üzerine müesses ve asl-ı i'caz olan belağattir.

Yəni:

Məlum olsun ki, ərəb dilinin üslublarında təcəlli edən, görünən Allahın hüccətinin açarı, yalnız: istiarə və məcaz üzərinə təsis edilən və i'cazın (möcüzəliliyin) əsli olan bəlağatdır.

Dəyərli oxuyucu! Quran, Allahın, qulları üzərində hüccətidir. Quranın insanlara gəlməsi və haqqı onlara bəyan etməsilə, bəşər, artıq təklif və məsuliyyət altına girmiş, heç bir üzrü qalmamışdır. Və Quran, Allahın hüccəti olduğundan, bəşərin başa düşməsi üçün, onların öz dillərilə gəlmişdir. Yoxsa, hüccət olmazdı. Dillər içində də ən gözəl nəhvi lisan olan, xüsusi muxatabı Peyğəmbərimizin dili olan ərəb dililə gəlmişdir. Onun üçün də, ərəb dilinin üslubları və bəyan qaydaları üzərə nazil olmuşdur. O halda, hüccətullahın (yəni, Allahın hüccəti olan Quranın) mənalarının açarı, bəlağatdır. Bəlağat isə, 3 bölmədən: bəyan, məani və bədi'dən ibarətdir. Bax bəlağat elmi düsturlarının Quranın mənaları üçün dəlil tutulması, bundan dolayıdır.

Həm bəlağat, Quranın i'cazının da əsli və təməlidir. Quran, 7 cəhətdən möcüzədir. Lakin möcüzəliliyin əsli və əsası və ən böyük cəhəti, bəlağatındakı i'cazıdır. İ'caz isə, Quranın Allah kəlamı olduğunu isbat edən hüccətdir. Lakin, hüccətin hüccət olması, ancaq, onun, Allahın kəlamı olduğunun zərurətən sabit olması ilə ola bilər. Bunu isbat edən də, i'cazdır. İ'cazın əsli isə, bəlağatdır. Bu səbəbdən dolayı da, hüccətullahın açarı, i'cazın əsası olan bəlağatdır.

Xülasə: Hüccətullah olan Quranın, həm Allahın kəlamı olduğunu isbat edən i'cazına açar; həm də Onun murad etdiyi mənaya çatmağın açarı, bəlağatdır. Bəlağatdakı möcüzəlilik damğasını daşımayan bir mənanı Qurana vermək, caiz olmaz. Yəni Qurana, həvəsə görə məna verilməz. Bəlağatın düsturlarına riayət edilmək məcburiyyəti vardır. Bəlağatın ən mühim əsası isə, istiarə və məcazlardır. İstiarə və məcazlardan qəflət edib zahiri məna üzərinə həml etmək, caiz olmaz. Beşinci Müqəddimə'də, bu haqda danışılmışdı.

Yoksa, şöhret sebebiyle, yalancı hadsle lakita olunan ve rızaları olmadığı halde esdaf-ı ayatta saklanan boncuklar değildir. İstersen, Onuncu Mukaddime'nin hatimesini istişmamla zevk et. Zira, hitamı, misktir; ve içinde baldır.

Yəni:

Burda, şöhrətin hər sahədə necə bir bəla olduğuna işarə vardır.

Hads kəliməsinə gəlincə:

Dəyərli oxuyucu! İmanın əsl dəlili, vicdanda meydana gələn hads'dır. Hətta dəlillər, hadsin meydana gəlməsi üçündür. Bu, bəzən, -Abdullah b. Salam (radiyallahu anh)'da olduğu kimi-, Peyğəmbərin simasına baxmaqla belə meydana gələ bilər və Onun, sadiq olduğunu başa düşə bilər.

Hads, dilimizdəki təbirilə "sezgi", yəqini biliklərdəndir. Yəqin isə, "izaləsi (ortadan qaldırılması) mümkün olmayan qəti elmə/biliy"ə deyilir. Hads isə: "ağlın, dəlillərə və müqəddimələrə müraciət etmədən, başlanğıcdan sona doğru anidən keçdiyi yəqini məlumat"dır. Bir növ əqli refleks kimidir. Məsələn, bir zərgərin, baxdığı anda, həqiqi qızılı və ya saxtasını başa düşməsi kimi; əvvəlki çalışmaların nəticəsində əldə edilən yəqini məlumatdır. Ancaq bu da var ki, hads, sadəcə bir şeyi sezən kimsədə hasil olan bir yəqindir. Başqalarında hasil olmadığı kimi; onlar üçün də hüccət tutulmaz. Ancaq, vəhyin bizə hüccət olması, möcüzələrlə peyğəmbərlərin Allah tərəfindən təsdiqlənməsindən dolayıdır. İlhamlar isə, əqli və şəri dəlillərlə isbat edilmədikcə, hüccət deyildir. Çünki, vəhydən başqa ilhamlara və insanların hads zənn etdikləri hisslərinə, çox arizələr girə bilər.

Bunu da unutma ki, yəqin təbiri, biliyin həqiqi vəsfidir. Yoxsa, insanın düşüncəsindəki hal və ona özünü inandırma qüvvəti deyil. Yəni, bir kimsə, bir fikrə özünü inandırsa və: "Mən, buna yəqinliklə inanıram. Ziddinə imkan və ehtimal vermirəm." desə; sonra da bir dəlil zahir olsa və yalnış olduğunu başa düşsə, indi buna nə deyilməlidir?! "Bəs yəqinlik zail olmazdı? Bəs, ziddi mümkün deyildi?" Bu cəhətləri ayırd etməyənlər, çox xəta edərlər. Ancaq bir elm/bilik, hədd-i zatında ziddi mümkün olmayacaq dərəcədə bir qətiyyətlə sabit olsa, ancaq o vaxt ona yəqin deyilir.

Mövzumuza qayıdacaq olsaq:

Hads, yəqini bir surətdə, həqiqətə intiqal/keçməkdir. Belə desək, həqiqəti sezməkdir. Bax Müəllifimiz deyir ki, ərəb üslubları ilə nazil olan Quranın açarları, istiarə və məcaz üzərinə təsis edilmiş olan bəlağat elminin qaydalarıdır. Yoxsa, şöhrət səbəbilə, yalançı hads ilə, yəni, ətrafda yayğın olmaqla şöhrət tapmış bir məna, adət və təqlidçilik səbəbilə və səthilik xəstəliyilə, ağlına ilk o gəldiyi üçün hads zənn edib ayətə o mənanı vermək...Bax belə yalançı bir hads ilə, yolda rast gəlinib götürülən; və razılıqları olmadığı halda, ayə sədəflərində saxlanan incilər deyildirlər. Yəni, bəlağat qaydalarına görə o ləfzlərdən o mənalar çıxmadığı; ləfz, o mənalara imkan vermədiyi halda; zehnlərdə şöhrət tapmış və yayğınlaşmış olduğu üçün, zehnə ilk gələn o mənaları yalançı bir hads ilə ayələrə vermək; halbuki, bu mənalar, bəlağat elminə görə, o ləfzlərdən çıxmadığına görə, onlar, ayələrin sədəfi hökmündə olan incilər deyil; bəlkə, çöldə, yolda təsadüf etdiyi və israiliyyat və ya fəlsəfə və ya həvalardan yerlərə salınmış bəzəklərdir.

İstəyirsənsə, Onuncu Müqəddimə'nin (yəni, kəlamın məna təbəqəsi bəhsinin) xatiməsini (yəni, Quranın müşküllərinin hikməti və Quranın zahir və batininin olduğunu söyləyən bəhsi), qoxlayaraq bir zövq et. Çünki, o müqəddimənin xitamı, müşkdür və içində baldır. Yəni, xatimənin müşkünü bir qoxla; müqəddimədəki balı da dad. "Hitamı, miskdir." sözü, "xitəmuhu miskun" (Mutaffifin/26) ayətindən iqtibas edilmişdir. Cənnət əhlinin içkiləri, baldan şirindir və xitamı da, müşkdür. Burda, xitam, ya "sonu" deməkdir ki, içki bitdiyində, axırında müşk qoxusu gəlir. Və yaxud, xatəm, "möhür" mənasındadır. Möhür isə, bir şeyin sonuna vurulduğu üçün, ona da xatəm deyilir. Cənnət əhlinin içki şüşələri, cənnət müşkündən düzəldilmiş möhürlərlə möhürlənmişdir. Bu ayə, axırı və aqibəti gözəl olan şeylər üçün bir atalar sözü halına gəlmişdir. Müəllifimiz də, yuxarıda zikr edilən müqəddimə və xatiməsi üçün, bu məsəli zikr edir. Onuncu müqəddimə, sanki, içində cənnət şərabı daşıyan bir qabdır. Xatiməsi də, müşkdür.

--------------------------

--------------------------

Hem de caizdir ki: Meçhulu'l-keyfiyet olan sedd, başka yerde, alamet-i kıyamet gibi mestur ve kıyamete kadar baki ve bazı inkılabatıyla meçhul kalarak kıyamette harab olacaktır.

Yəni:

Həm də, Zülqərneyn səddi haqqında başqa bir ehtimal olaraq, caizdir ki deyəsən: Keyfiyyəti məchul olan sədd, yəni, sadəcə sədd olduğunu bildiyimiz, ancaq keyfiyyətini bilmədiyimiz o sədd, başqa bir yerdə, yəni, bu bildiyimiz Çin səddi içində və ya başqa sədlər içində deyil; hər hansı bir yerdə də ola bilər və qiyamət əlamətləri necə gizlidirsə, bu sədd də, eləcə Allah tərəfindən gizlədilmiş və qiyamətə qədər davamlı və zaman içində dəyişikliklərə məruz qalmaqla məchul qalaraq, yəni, dəyişikliklərə məruz qaldığı üçün sədd olduğu başa düşülmədən, başqa bir şey zənn edilən bir halda qalıb qiyamətdə xarab olacaqdır. Yəni, xarab olması, qiyamət günü baş verəcəkdir.

Ustad Nursi'nin verdiyi son təvilin mənası, budur:

Zülqərneyn səddi, hər nə qədər başlanğıcda, məzlum və mədəni qövmləri, zalım və vəhşi qövmlərdən mühafizə etmək üçün tikilibsə də, bu anda da eyni vəzifəni görməyə davam etməsi, lazım gəlməz. Bəlkə də, hal-hazırda, orda kimsə yaşamır da. Yaşasalar belə, sədd, əvvəlki vəzifəsini görmür bəlkə də. Sədd, hal-hazırda məstur (sətr edilmiş, örtülmüş) bir şəkildə mövcuddur, ancaq, mühməl qalıb.

İndi, Ustad, bu həqiqətə bir işarə verir:

-------------------------

-------------------------

İşaret:

Malumdur: Mesken, sakinlerinden daha ziyade yaşar. Kal'a, ehl-i tahassundan daha ziyade ömrü uzundur. Sükun ve tahassün, vücudunun illetidir; beka ve devamına değildir. Beka ve devamına olsa da, istimrar ve adem-i hulüvvü iktiza etmez. Bir şeydeki garazın devamı, belki terettübü, o şeyin devamının zaruriyyatından değildir. Pek çok binalar sükna veya tahassün için yapılmışken, havi ve hali olarak ortada muallak kalıyor. Bu sırrın adem-i tefehhümünden tevehhümlere yol açılmıştır.

Yəni:

İşarət:

Məlumdur ki: Bir məskən, öz sakinlərindən daha çox yaşayar. Bir qala, özünə sığınanlardan daha uzun ömürlüdür. Bu hal göstərir ki, sükun (bir yerdə məskunlaşmaq) və bir yerə sığınmaq, məskən və qalaların varlığının illəti/səbəbidir. Yəni, məskən və qalaların tikilməsinin səbəbi, məskunlaşmaq və sığınmaqdır. Yoxsa, məskən və qalanın davamına bir illət deyildirlər. Yəni, məskən və qalaların məskunlaşmaq və sığınmaq üçün tikilməsi, onlar var olduqları müddətcə, içində sakinlərin və sığınanların da mövcud olmasını gərəkdirməz. Məskən və qalalar, boş olaraq da qala bilərlər. Hətta, bəzən davamına da illət ola bilərlər. Belə ki: muattal (istifadəsiz) qaldıqlarında, insanlar onu yıxıb yerinə başqa bir şey tikmək istəyə bilərlər və ya zamanın keçməsilə, özü-özlüyündən də xarab ola bilər. Bu cəhətdən, sükun (bir yerdə məskunlaşmaq) və tahassun (bir yerə sığınmaq), bir cəhətdə, davam səbəbi sayıla bilər. Ancaq bu da, həmişə sükun və tahassunun davamını və heç bir zaman boş qalmamağı gərəkdirməz. Yəni, məskən və qalada, əvvəldə bir müddət məskunlaşılıb, ona sığınılıb; daha sonra boş da qala bilər. Məskən və qala qaldığı müddətcə, məskunlaşmaq və sığınmaq da davam edəcəkdir deyə bir şərt yoxdur. Başda o məqsədlə istifadə edilərkən, sonra başqa bir şey üçün də istifadə edilə bilər. Və yaxud, heç istifadə edilməz; bitki və heyvanlara bir yaşayış sahəsi olarlar. Zaman içində xarab olacaqlarsa da, bu, uzun bir zaman sonra ola bilər. O vaxta qədər, boş qala bilər.

Bir şeydəki məqsədin davamı, hətta məqsədin yalnız o şeyin varlığı ilə əldə edilə bilməsi, o şeyin davamının zəruriyyatından deyildir. Yəni, o şeyin davam etməsi üçün, məqsədin də davam etməsi; hətta, məqsədin sadəcə o şeyə bağlı olması və başqa bir şeylə hasil ola bilməməsi, lazım gəlməz. Məsələn, qala tikməkdəki məqsəd, ona sığınmaqdır. Artıq sığınmağa ehtiyac qalmadığında, qalanın sökülməsi lazım gəlmir. Qala mövcud olar, ancaq özünə sığınılmaz. Və yaxud sığınmağa hələ ehtiyac vardır; ancaq, artıq o qala ilə qorunula bilmir. Başqa şeylərlə də sığınmaq, mümkündür. Elə isə, mövcud qalanı yıxmaq, lazım gəlməz. Bir çox binalar məskunlaşılmaq və ya sığınılmaq üçün tikilmişkən, xarab və boş olaraq ortada qalmaqdadırlar. Bu sirrin anlaşılmamasındandır ki, vəhmlərə yol açılmışdır. Yəni, Ustadın qəsdi budur: “Madam ki, Zülqərneynin tikdirdiyi sədd, qiyamətə qədər qalacaq; elə isə, yəcuc-məcuc, o səddin arxasındadır. Yəni, sədd, hələ də eyni vəzifəni görməyə davam edir. Elə isə, indi də insanların yaşadığı bir yerdədir.” kimi yalnış zənlər meydana gəlmişdir.

--------------------

--------------------

Tenbih:

Şu tafsilden maksat; tefsiri tevilden, kat'îyi zannîden, vücûdu keyfiyetten, hükmü etrafın teşrihatlarından, mânâyı masadaktan, vukuu imkândan temyiz ve tefrikle bir yol açmaktır.

Yəni:

Tənbeh:

Bu təfsildən məqsəd, yəni, Zülqərneyn, səddi, yəcuc-məcuc məsələsində bu qədər təfsilat verməyimdən məqsədim:

~ Təfsiri, təvildən ayırmaqdır.

Təfsir, ləfzin dəlalət etdiyi mənanı göstərməkdir. Təvil isə, ləfzi, bir başa dəlalət etmədiyi bir məna üzərinə həml etməkdir. Misdaqı göstərmək də, bir təvildir.

~ Qətini, zənnidən ayırmaqdır.

Yəni, hansı hökm, qəti və etiqadı vacibdir; hansı hökm, zənni və ictihadidir və onun üçün etiqadı vacib deyil və ixtilafı caizdir, bunları ayırd etməkdir.

~ Vücudu, keyfiyyətdən ayırmaqdır.

Yəni, bir şeyin varlığını bilmək, keyfiyyətini bilməyə bağlı deyildir. Varlığı şübhəsiz olduğu halda, keyfiyyəti məchul ola bilər.

~ Hökmü, ətrafın açıqlamalarından ayırmaqdır.

Yəni, -6-cı müqəddimədə də bildirildiyi üzərə- hökm, mövzu və məhmulun bir cəhətlə təsəvvür edilərək bir-birinə nisbət edilməsindən çıxır. Ancaq, ətraf ilə bağlı açıqlamalar və izahlar, başqa fənnin mövzusudur. Hökmə daxil deyildir. Ətraf, bir şeyin kənarları, ucları deməkdir. Burda Ustadın ətrafdan qəsdi, "qəziyyənin 2 tərəfi olan mövzu və məhmullar"dır.

~ Mənanı, misdaqdan ayırmaqdır.

Məna, ləfzin dəlalət etdiyi şeydir. Misdaq isə, ləfzin, onun haqqında istifadə edilməsinin caiz olduğu şeydir. Məsələn, racul kəliməsi, kişi deməkdir. Yusif isə, racul kəliməsinə bir misdaqdır. Çünki Yusif üçün də racul kəliməsi istifadə edilə bilir. Ancaq Yusif üçün istifadə edilə bilməsi, raculun mənasının yalnız Yusif olmasını gərəkdirmir.

~ Vaqeni, imkandan ayırmaqdır.

Yəni, bir şeyin mümkün olması, onun vaqe olması mənasına gəlmir. Hər mümkün olan şey də, vaqe olmur. Yəni, təfsirlərdə, "Belə olması, mümkündür." deyilməsi, onun, həqiqətən vaqe olduğu mənasına gəlmir.

Bax məqsədim, keçən 12 müqəddimədə izah edilən və ardınca gələn 8 məsələdə misalları göstərilən bu həqiqətləri, hər birinin məziyyətini göstərməklə, hər birinin fərqini izhar etməklə, bir yol açmaqdır. Yəni, bu şeylər bir-birindən ayırd edilməzsə, həqiqətə gedən yol tıxanar.

(Ustad Bədiü'z-zaman Said Nursi, "Muhakəmat", 1-ci Məqalə: Unsur-u Həqiqət, 4-cü məsələ, s. 54-57)

---------------------------

---------------------------

Əlavələr:

İxtar (xatırlatma):

Dəyərli oxuyucu! Bu "Muhakəmat" adlı əsər, Ustad Bədiü'z-zaman Said Nursi tərəfindən, bir təfsir müqəddiməsi kimi (bax: "Şualar", s. 154), ərəb dilində yazılmışdır. Daha sonra, Müəllif tərəfindən türkcəyə çevrilmişdir.

Read 49 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR