Birinci müqəddimə (Muhakəmat)

Maksada uruc etmek için mukaddemelerden istimdad etmek, ehl-i tahkikin düsturlarındandır. Öyleyse, biz de on iki basamaklı bir merdiven yapacağız.

Yəni:

Məqsədə yüksəlmək üçün müqəddimələrdən kömək almaq, təhqiq əhlinin düsturlarındandır. Elə isə, biz də, 12 pilləkənli bir nərdivan quracağıq.

---------------------------

Şərhi:

Məqsəd, sanki yüksək bir sarayın damındadır. Müqəddimələr (haşiyə) isə, nərdivan pilləkənləri kimidir. Ona çıxmaq üçün müqəddimələr düzmək, mühəqqiqlərin düsturudur. Müqəddimələr, kəlama qüvvət verib, onun təbəqəsini yüksəltməkdədir. Yoxsa, yerdə dayanan muxataba sarayın damındakı məqsədi vermək, mümkün olmaz.

----------------------------

(Haşiyə:

Müqəddimə nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/muq%C9%99ddim%C9%99-n%C9%99dir

----------------------------

----------------------------

Birinci Müqəddimə:

Quranın doğru anlaşıla bilməməsindəki səbəblərdən biri, kəlamdakı istitradi bəhslərin hökmlərinin bilinməməsidir. Bu səbəblə, kəlamın zahirinə baxıb, zehnlərinə gələn hər mənanı, mütəkəllim (sözü söyləyən) qəsd etmişdir deyə zənn edirlər. İstitrad: "bir kəlamda, dolaylı olaraq toxunulan məsələlər"dir. Onun üçün, müəllifimiz Ustad Nursi, bu 1-ci müqəddimədə, bu mövzunu işləməkdədir. İstitradi mövzulara bir növ məcazi və kinai nəzərlə baxıldığından, Müəllifimiz, ilk əvvəl, məcazın ən mühim qərinələrindən biri olan: "zahir mənanın səlim ağla təaruzu/ziddiyyəti"ni qısaca təsbit edib; sonra da, istitrad bəhsinə girir. Məcaz mövzusunu isə, sonrakı müqəddimələrdə təfsil edəcəkdir. Belə ki:

--------------------------

--------------------------

Takarrur etmiş usuldendir: Akıl ve nakil teâruz ettikleri vakitte, akıl asıl itibar ve nakil tevil olunur.

Yəni:

Qərar qılmış üsuldandır ki: Ağıl və nəql təaruz etdiklərində, əsl etibar edilən, ağıldır. Nəql isə, təvil olunur.

--------------------------

Şərhi:

Mühəqqiqlər nəzdində doğruluğu qətiyyətlə təsbit edilmiş və riayət edilməsi lazım gələn düsturlardan biri budur ki, nəqlin zahiri ağılla zidd düşdüyündə, əsl etibar edilən, ağıldır. Nəql isə, təvil (haşiyə) edilir.

Təvil: "kəlamı, zehnə ilk gələn zahiri mənasından çevirib, uzaqda olan digər bir mənaya həml etmək"dir. Məcaz və kinayələrdə edildiyi kimi. Çünki, ağla müxalif olan bir şey, imkan xaricindədir. Kəlam, ağıl sahiblərindən meydana gələn bir şey olduğu üçün, mütəkəllim (söz danışan)'ın, açıqca ağla müxalif bir şeyi söylədiyini düşünmək, 2 zidd şeyin cəmi olur. Onun üçün, kəlamın zahir mənası ağılla zidd düşərsə, əsl etibar edilən, ağıldır. Nəql isə, məqul (əqli) olan bir mənaya həml edilər. Mütəkəllim'in, ləfzin zahiri mənasını deyil; uzaqda olan digər mənanı qəsd etdiyinə hökm edilər.

Bəli! Kəlamda əsl olan, zahir mənadır. Zahir mənaya mane olan bir qərinə/ipucu mövcud olmadan, kəlam, məcazi mənaya həml edilməz. Lakin, kəlamın zahirinin ağla zidd düşməsi də, məcaz üçün bir qərinədir.

Müəllifimiz Ustad Nursi'nin zikr etdiyi bu qaydaya, "Sələf, mütəşabihatı təvil etməzdi. Elə isə, Nursi, burda, sələfin metodu ilə getməmişdir." deyə etiraz edilə bilməz! Çünki:

~ əvvəla, məcazlar, yalnız Allah Taala'nın sifətləri haqqındakı mütəşabihatdan ibarət deyildir;

~ ikincisi də, sələf, mütəşabihatda da, ayə və hədisləri zahir mənaya həml etmirdi ki, bu qaydaya etiraz edilsin. Əksinə, onlar: "Mütəşabihat, mahiyyətini bilmədiyimiz sifətlərə işarət edir." deyirlərdi. Belə ki:

Məsələn, "Allahın əli..." (Fəth/10) ayəti haqqında, mütəaxxirun alimlər: "Yəd/əl kəliməsindən murad, Allahın qüdrətidir." deyə təvil etmişlərdir. Sələf isə, "Bəli, bu əl, qətiliklə lüğət mənası üzərə (yəni, orqan) deyildir. Lakin, Allahın, 'əl' deyə təbir etdiyi, qüdrətdən ayrı, mahiyyəti bizcə məchul bir sifəti vardır." demişlərdir. Yəni, "Sələf, bu cür mütəşabihləri təvil etməzdi." sözündən, "Onlar, zahir məna üzərinə həml edirlərdi." deyə başa düşülməməlidir. Lakin onlar, müəvvəl mənanı təyin və təfsil etmədikləri üçün, "Onlar, təvil etməzdilər." deyilir. Necə ki, Sadəddin ət-Taftazani, "Şərhu'l-Aqaid"də (s. 56), belə deyir:

"...O halda, mütəşabih olaraq gələn nass'ların elmini, ya sələfin adəti üzərə Allahın elminə həvalə etmək lazımdır, ki, ən salamat yol da, budur. Və yaxud, cahillərin etirazlarını dəf etmək, fəhmi nöqsan olanların təbiətlərini təkmil və ən sağlam yolda getməyi tərcihən, mütəaxxirun'un ixtiyar etdiyi üzərə, səhih təvillərlə təvil etmək lazımdır."

Dolayısı ilə, Ustadın zikr etdiyi bu qayda, sələfin də metoduna müvafiqdir.

Bunu da qeyd etmək lazımdır ki, nəql təvil edilərkən, bəlağat elminin düsturlarına riayət edilməsi, şərtdir. Yoxsa, öz ağlına görə bəlağata uyğun olmayan bir şəkildə təvil etmək, fasid təvildir. Dini təhrif edən bidətçilərin və batini şiələrin etdikləri də, budur.

--------------------------

(Haşiyə:

Təvil nədir?

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/t%C9%99vil-n%C9%99dir

--------------------------

--------------------------

Fakat o akıl, akıl olsa gerektir.

Yəni:

Lakin o ağıl, ağıl olsa gərəkdir.

---------------------------

Şərhi:

Bu qeydlə, Müəllifimiz, çox əhəmiyyətli bir məsələni təsbit edir. Çünki insanlar, ağıl dediklərində, çox müxtəlif mənalar qəsd edirlər. Çox insanlar vardır ki, öz həva və həvəsindən gələn vəhm və xəyallarına, ağıl deməkdədirlər. Dar ağlına sığışdıra bilmədikləri bir məsələ haqqında, "Bu, ağla müxalifdir." deyirlər. Halbuki, ağlı heyrətdə buraxan bir şey, ağla müxalif demək deyildir. Ağla müxalif olan şeylər, məsələn:

~ 2 zidd şeyin cəm olması;

~ cüz (parça)'nın, küll (bütün)'dən böyük olması

kimi şeylərdir.

Ancaq, bir şey əqlən qavrana bilinmədiyində, onun üçün, ağla müxalifdir deyilməz. Günümüzdə, elə mədəniyyət xariqələri vardır ki, əvvəllər, insanlar, belə şeyləri imkansız zənn edirdilər. Halbuki indi, uşaqlar onlarla oynamaqdadırlar.

İslam aləmində zühur edən bütün dəlalət firqələrinin dəlalətlərinin əsl səbəbi, "ağıllarını", ayə və hədislərə mihəng qılmaları, deyildirmi?! İfrat və təfrit, hər ikisi də yalnışdır. Bəzi ayələrin zahirinə təəssüb göstərərək, məcazlar, istiarələr, təşbihlər və kinayələrdən üz çevirmək, ayələri təxrib etmək olduğu kimi; həvasından gələn vəhmini ağıl zənn edərək, ayələri təvildə onu mihəng qılmaları da, eləcə ayələri təxribdir.

Müəllifin "həqiqi ağıl" ilə qəsdi: "Kitab və sünnətin və ümmətin icmasının nuru ilə nurlanmış ağıl"dır ki, belə bir ağıl, mühəqqiq alimlərin, yenə Kitab və sünnətdən istixrac etdiyi və hər biri bir külli ağıl hökmündə olan məntiq qaydaları, üsul və bəlağata riayət edər. Bunun xaricindəki düşüncələr isə, ağıl deyil, vəhm'dir.

Bunu da qeyd etmək lazımdır ki, bəzi əhl-i sünnət alimləri: "Ağıl və nəql təaruz etdiyində, nəqlə etibar edilir." demişlərdir. Halbuki, Ustad Nursi, yuxarıda, "Qərar qılmış üsuldandır." deməkdədir. Yəni, Ona görə, bu məsələdə, ixtilaf yoxdur.

Belə deyirik:

O alimlərin ağıl kəliməsindən muradları, "həva və bidət əhlinin ağıl dedikləri şeylər"dir. Bunların, o dar ağıllarını hakim qılaraq, ayə və hədislərin zahirini təxrib etmələrini əngəlləmək; həvalarına deyil, hidayətə tabe olmalarını təmin etmək üçün, bəzi alimlər, elə demişlərdir. Məsələn, həva əhlindən biri, belə deyir: "Ayın bölünməsi, ağla müxalifdir. O böyüklükdə olan bir ay, parçalanıb yenidən birləşməz." Bunu ağlına sığışdıra bilmədiyindən, təvil etmək istəyər. Halbuki, ayı Yaradanın, onu parçalayıb yenidən birləşdirməsi, ağla müxalif deyildir. Əqli imkan dairəsindədir. Ancaq, örfi imkan dairəsində deyildir. Yəni, kainatda cari olan adətullaha müxalifdir. Ancaq, ağla müxalif deyildir. Zatən, möcüzə də belə olur. Ancaq, aləmdə cari olan qanunların pərdəsi içində həbs olmuş və təbiət bataqlığına düşmüş bir adamın vəhmi, əlbəttə, belə bir möcüzəni mümkün görməz.

Bax, "Ağıl və nəql təaruz etdiklərində, nəqlə etibar olunar." deyən alimlərin sözlərindən muradları, bu növ həva əhlini rədd etmək olduğu üçün, Ustadın söylədiyi düstura, bu görüş zidd düşməz. Yəni, bundakı ixtilaf, ləfzidir; mənəvi deyildir. (haşiyə)

----------------------

(Haşiyə:

Ağıl və nəql məsələsi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/agil-yoxsa-n%C9%99ql

------------------------

Müəllifimiz Ustad Nursi'nin, burda zikr etdiyi bu qaydanın, -çox mövzuya təmas etməklə bərabər-, 1-ci Müqəddimə ilə münasibəti, budur:

Kainatın maddi təşəkkülatı ilə əlaqəli bəzi ayə və hədislərin zahiri mənaları, əgər fənnlər tərəfindən yəqini bir surətdə təsbit edilən; və səlim ağlın qəbul edib bəyəndiyi bir həqiqətə təaruz edərsə, o ayə və hədislər, bəlağat düsturları çərçivəsində təvil edilər.

Məsələn, yerin kürəvi olduğu; və günəşin ətrafında hərəkət etdiyi, səlim ağla sabit olduqdan sonra, bəzi ayələrin zahiri, yerin düz olduğuna və günəşin döndüyünə ima edir deyə, zahiri mənaya təəssüb göstərilməz. Yerin düzlüyünün və günəşin dönməsinin, məcazi mənada, zahir gözün belə gördüyünə görə olduğuna hökm edilər.

 

Not: İndi isə, müəllif Ustad Nursi, istitrad bəhsinə girir. İstitradi olaraq toxunulan mövzularda, mütəkəllim'in məqsədi, o mövzunun nəfsu'l-əmir (işin özün)'dəki həqiqətini bəyan etmək deyildir. Əksinə, onun üzərindən, başqa bir məqsədi bildirmək üçün ona toxunmaqdır. Sanki, ona, hərfi məna ilə, ayna kimi nəzər edir. Necə ki, bir adam, güzgüyə baxdığında, məqsədi, güzgünün şüşəsini görmək deyil; əksinə, onda əks edən başqa bir şeyi görməkdir. Güzgüyə istitradi olaraq baxdığı üçün, güzgünün nəfsu'l-əmirdəki həqiqəti, bu adamın nəzərində mühim deyildir. Elə də, mütəkəllim'in nəzəri də, bir-başa, məqsədə yönəlmişdir. Başqa mövzulara, məqsədə nisbəti və əlaqəsi dərəcəsində, istitradi nəzərlə baxar. Bu istitradi bəhslərdə, onlara dair bəyan etdiyi vəsflərin nəfsu'l-əmrə müvafiq olub-olmaması, əhəmiyyətli deyildir; və o kəlam, o vəsflərin, nəfsu'l-əmirdə mövcud olduğuna və ya olmadığına, dəlalət etməz. Məsələn, bir adam, axşam namazının vaxtının girdiyini bildirmək üçün, "Günəş batdı." desə; sən də: "Bu sözün göstərir ki, sən, yerin dayandığına və günəşin həqiqətən hərəkət etdiyinə inanırsan. Hərəkət edənin, əslində yer olduğunu inkar edirsən." desən, haqsızlıq etmiş olarsan. Çünki, bu adam, günəşin batmasından, istitradi olaraq bəhs etmişdir. Məqsədi, axşam namazının vaxtının girdiyini bəyan etməkdir. Bu məqsəd, günəşin, zahir gözlə batırmış kimi görülməsilə də hasil olduğundan, məqsədini bəyan etməkdə, kifayət edir. Onun bu sözündən, günəşin nəfsu'l-əmirdəki halını, nə təsdiq, nə də təkzib çıxır. Nə vaxt ki, bu adama, bir-başa: "Günəşmi hərəkət edir, yoxsa yermi?" deyə sual verilsə, ancaq o vaxt verdiyi cavabla, bu adamın etiqadına istidlal edilə bilər.

Bax, Quranın, kainatın maddi təşəkkülatına nəzəri də, istitradi və təbəi (dolaylı)'dır. Onun üçün, kainatın maddi təşəkkülatına dair Qurandan dəlil gətirmək, səhih/doğru deyildir. Çünki bunlar, Quranın mövzuları deyillər.

Bu mövzunun izahı üçün də, ilk əvvəl, Quranın məqsədinin nə olduğunu təsbit etmək lazımdır. Bunun üçün də, Müəllifimiz, belə deyir --->

-------------------

-------------------

Hem de tahakkuk etmiş: Kur'ân'ın herbir tarafında intişar eden makasıd-ı esasiye ve anasır-ı asliye dörttür. Onlar da, ispat-ı Sâni-i Vâhid ve nübüvvet ve haşr-i cismanî ve adalettir. 

Yəni:

Həm də təhəqquq etmişdir ki: Quranın hər bir tərəfində yayılan əsas məqsədlər və əsas ünsürlər, 4-dür. Onlar da:

1. Sani və Vahid (olan Allah)'ın isbatı;

2. Nübüvvət;

3. Cismani haşr;

4. Ədalətdir.

----------------------------

Şərhi:

Təhəqquq nədir?

Əşari'lərə görə, "sübut (sabit olmaq)", "mövcud olmaq"“varlıq" ilə eyni mənalıdır.

Təhəqquq:

1. Əsli;

2. Təbəi (dolaylı)

olaraq, iki qismə ayrılır.

1. Əsli təhəqquq: "təhəqququn (yəni, sübutun), bir şeyin özü üçün hasil olub, onunla qaim olması"dır.

2. Təbəi təhəqquq isə: "təhəqququn (yəni, sübutun), bir şeyin özü üçün deyil, ona ariz olan şey üçün hasil olması"dır. (Təhanəvi, "Kəşşaf")

 

Quran, 4 məqsədi izləməkdə; və hər nədən bəhs etsə, bu 4 məqsədə olan münasibəti dərəcəsində, istitradi olaraq o şeydən bəhs etməkdədir. Məsələn, kainatın təşəkkülatından; və ya keçmişdə vaqe olan bir qissədən bəhs etsə, ondan:

~ tövhidi göstərmək; və ya

~ nübüvvət həqiqətini bəyan etmək; və ya

~ cismani haşrı isbat etmək; ya da

~ ədaləti bəyan etmək

üçün bəhs edər və təbəi nəzərlə ona baxar.

Mətndəki "ədalət"dən məqsəd isə: "orta yol olan istiqaməti təsis etmək; və ifrat və təfrit ilə, zülmdən çəkinmək"dir. Yəni, hüququn mühafizəsi və zülmün dəf edilməsidir. Hüquq isə, "hüququllah/Allahın haqları""hüquq-u ibad/qulların haqqları" olmaq üzərə, ikidir. Hüququllahı mühafizə, ibadətdir ki, insanın hiss və orqanlarını yaradılış qayələrinə çevirərək, ifrat və təfritdən əngəlləyər. Qulların haqqları isə, şəriətin ədalətli qanunlarıdır.

 

Not: İndi, Müəllifimiz, Quranın məqsədlərinin, bu 4 məqsəd olduğunu isbat edir. Belə ki --->

-----------------------

-----------------------

Yani, hikmet tarafından kâinata irad olunan suallere şöyle: "Ey kâinat, nereden ve kimin emriyle geliyorsunuz? Sultanınız kimdir? Delil ve hatibiniz kimdir? Ne edeceksiniz? Ve nereye gideceksiniz?" kat'î cevap verecek, yalnız Kur'ân'dır.

Yəni:

Hikmət tərəfindən kainata ərz edilən suallara, belə: "Ey kainat! Hardan və Kimin əmrilə gəlirsiniz? Sultanınız, Kimdir? Dəlil və Xatibiniz, kimdir? (Burda) nə edəcəksiniz? (Burdan) hara gedəcəksiniz?" (kimi suallara) qəti cavab verəcək, yalnız Qurandır.

-----------------------

Şərhi:

Müəllif, Quranın məqsədlərini, Onun vəzifəsilə təsbit etdi. Yəni:

~ "Hardan və Kimin əmrilə gəlirsiniz?" sualının cavabı - Tövhid'dir;

~ "Sultanınız, Dəlil və Xatibiniz, Kimdir?" sualının cavabı - Nübüvvət'dir;

~ "(Burda) nə edəcəksiniz?" sualının cavabı - ədalət və bu ədaləti göstərən şəriətin hökmləri (yəni, ibadət)'dir;

~ "(Burdan) hara gedəcəksiniz?" sualının cavabı isə - Haşr'dır.

 

Madam ki, əsli məqsədlər, bu 4 şeydir --->

------------------

------------------

Öyleyse, Kur'ân'da makasıddan başka olan kâinat bahsi istitradîdir. Tâ san'atın intizamıyla Sâni-i Zülcelâle istidlâl yolu gösterilsin.

Yəni:

Elə isə, Quranda, (bu 4) məqsəddən başqa olan kainat bəhsi, istitradidir. Ta ki, sənətin intizamı ilə, cəlal sahibi Sani (olan Allah)'a istidlal (dəlil gətirmə) yolu göstərilsin.

-------------------

-------------------

Evet, intizam görünür ve kemal-i vuzuh ile kendini gösterir.

Yəni:

Bəli! İntizam görünür və mükəmməl vazehliklə özünü göstərir.

--------------------

Şərhi:

Kainatda intizamın mövcud olduğu, göz ilə görünəcək qədər zahirdir və son dərəcə açıq bir şəkildə, özünü göstərir. O intizamı bilmək üçün, əşyanın batininə nüfuz etməyə ehtiyac yoxdur. Məsələn, günəş, qərar qılmış bir surətdə, hər gün doğub-batırsa; gecə və gündüz, növbə ilə dönürsə, bu hallar, intizamdan doğan bir nəticədir. Bu hərəkət və dövr, bir göz yanılğısından ibarət olsa da, mövcud intizamdan doğan bir haldır. O halda, intizamın göstəricisidir. Göstəricilərin həqiqət olması isə, şərt deyildir. O halda, mövcud intizamı günəşin zahiri hərəkətində; və ya gecə-gündüzün zahiri dövründə göstərmək, caizdir. Bu qədər zahir və gözlə görülə bilən bir məsələni, təşəkkülatın incəliklərinə girərək müşkilləşdirməyin, bir mənası yoxdur və hidayət də deyildir.

--------------------------

--------------------------

Sâni'in vücud ve kast ve iradesine kat'iyen şehadet eden intizam-ı san'at, kâinatın her cihetinde boynunu kaldırarak her canibinden lemean eden hüsn-ü hilkati nazar-ı hikmete gösteriyor.

Güya herbir masnu birer lisan olup Sâniin hikmetini tesbih ediyor. Ve herbir nev' parmağını kaldırarak şehadet ve işaret ediyor.

Madem maksat budur ve madem kâinatın kitabından intizama olan rumuz ve işaratını taallüm ediyoruz. Ve madem netice bir çıkar. Teşekkülât-ı kâinat, nefsülemirde nasıl olursa olsun, bize bizzat taallûk etmez.

Yəni:

Sani (olan Allah)'ın varlığı, qəsdi və iradəsinə qətiyyən şəhadət edən sənətdəki intizam, kainatın hər cəhətində boynunu qaldıraraq, hər tərəfindən parlayan xilqət (yaradılışdakı) gözəlliyini, hikmət nəzərinə göstərir.

Sanki hər bir sənət əsəri, bir dil olub, Sani (olan Allah)'ın hikmətini təsbih edir (haşiyə). Və hər bir növ, (sanki), barmağını qaldıraraq, şəhadət və işarət edir.

~ Madam ki, (Qurandakı) məqsəd, budur.

~ Madam ki, "kainat kitabı"ndan, intizama (dair) olan rəmz və işarətləri öyrənirik.

~ Madam ki, nəticə bir çıxır (yəni, istər həqiqətdə günəş dönmüş olsun; istərsə də, yer döndüyü üçün günəş dönürmüş kimi görsənsin. İkisinin də nəticəsi, eynidir. Yəni, nəticə, aləmdə intizamın mövcud olduğudur. Madam ki, qiyasdan murad, nəticə əldə etməkdir. Və madam ki, iki qiyasın da nəticəsi, bir çıxır. O halda) --->

Nəfsu'l-əmirdə kainatın təşəkkülatı necə olursa olsun, bizi maraqlandırmaz.

-------------------------

(Haşiyə:

Kainatdakı hər bir şeyin təsbihi üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/isra-sur%C9%99si-44-cu-ay%C9%99tin-t%C9%99fsiri

--------------------------

Not: İndi, Müəllifimiz Ustad Nursi, Quranda istitradi olaraq zikr edilən kainata aid bəhslərin qayəsinin nə olduğunu izaha başlayır. Yəni, kainatdan bəhs edən ayələrə baxıldığında, aşağıda gələcək 4 mənanı başa düşmək lazımdır. Belə ki --->

---------------------------

---------------------------

Fakat o meclis-i âlî-i Kur'ânîye girmiş olan kâinatın her ferdi, dört vazife ile muvazzaftır.

Yəni:

Lakin, Quranın o ali məclisinə girmiş olan kainatın hər bir fərdi, 4 vəzifə ilə vəzifəlidir.

------------------------

Şərhi:

Müəllif, burda, Quranı, sanki ali bir məclisə bənzətməkdədir. Mövcudatdan hər bir növ də, sanki Ona, bir mə'bus (göndərilən, yəni, millət vəkili) göndərmişdir.

Quran, bir cüzi şeydən bəhs edərkən, o cüzi'nin üstündə külli bir qanunun ucunu göstərdiyindən, məzkur (zikr edilən) hər bir cüz, növünü əhatə edən bir qanunun təmsilçisi və məbusu sayılır. Haqq Taala'nın, Quranda nələrə and içdiyinə diqqət edilsə, görüləcəkdir ki, məxluqatın hər bir növündən, bir məbus seçilmiş və bu ali məclisdə, and ilə vəzifə görməkdədirlər.

İndi, o Məclisdə, onların vəzifəsi, 4 şeydir --->

-----------------------

-----------------------

Birincisi: İntizam ve ittifakla Sultan-ı Ezelin saltanatını ilân...

Yəni:

Birincisi: İntizam və ittifaqla, əzəli Sultan'ın səltənətini elan etmək.

------------------------

Şərhi:

Üzərlərində intizamı və bir-birilərilə necə ittifaq və vəhdət içində icad və idarə edildiklərini göstərərək, Sultanlarının varlıq və birliyini elan etmək. Çünki, intizam, qəsd və iradəni göstərir; bu işin, təsadüfən və təbiət qanunlarına məxsus olmadığını bildirir. Həm intizam, vəhdəti də isbat edir. Çünki, başqa ilahlar olsaydı, intizam pozulub, fəsada gedəcəkdi. Həm ittifaq və təavün (bir-birinə kömək etmələri), Allahın vəhdətini də isbat edir. Hamısını yarada bilməyən, birini də yarada bilməz. Birini yaradan, hamısını yaradan ola bilər.

--------------------------

--------------------------

İkincisi: Herbiri birer fenn-i hakikînin mevzu ve müntehabı olduklarından, İslâmiyet fünun-u hakikiyenin zübdesi olduğunu izhar...

Yəni:

İkincisi: Hər biri həqiqi bir fənn'in mövzusu və müntəhabı (seçdiyi) olduğundan, İslamiyyət'in, həqiqi fənnlərin zübdəsi (özü, xülasəsi) olduğunu izhar etmək.

---------------------------

Şərhi:

Quranın bəhs etdiyi mövzuların hər biri, ayrı bir fənnin mövzusudur; və o fənnin qanunlarını icmali bir surətdə göstərən müntəhab bir misaldır. Məsələn:

~ "...Onların (yəni, günəş, ay və ulduzların) hər biri, öz orbitində üzüb gedir." (Yasin/40) ayəti, astronomiya elminin mövzusu və müntəhabıdır.

~ Yerin döşənməsi və idarəsini bildirən ayələr, coğrafiyanın;

~ "Yeyin, için, israf etməyin." (Əraf/31) ayəti, tibbin;

~ "Biz, onun (yəni, Süleyman) üçün, mis qaynağını sel kimi axıtdıq." (Səbə/12); "Mənə (yəni, Zülqərneynə) dəmir parçaları gətirin!..” (Kəhf/96) kimi ayələr, sənayenin və s.

cəmi elm və fənlərin əsaslarını göstərir.

Demək, Quranın kainatdan bəhs etdiyi hər bir ayəti, bir fənnin mövzu və müntəhabıdır. Və bununla, İslamın, həqiqi fənlərin zübdəsi, yəni, xülasəsi və özü olduğunu göstərir. İslamın, bütün fənlərin ustadı olduğunu isbat edir. (haşiyə)

------------------------

(Haşiyə:

Bu qismin daha geniş izahını, aşağıdakı linkdən oxuya bilərsən:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/b%C9%99q%C9%99r%C9%99-sur%C9%99si-31-ci-ay%C9%99-1-0

-------------------------

-------------------------

Üçüncüsü: Herbiri birer nev'in nümunesi olduklarından, hilkatte cârî olan kavanîn ve nevâmis-i İlâhiyeye İslâmiyeti tatbik ve mutabık olduğunu ispat–tâ o nevâmis-i fıtriyenin imdadıyla İslâmiyet neşvünema bulsun. Evet, bu hâsiyetle, din-i mübin-i İslâm, sair hevâ ve heves içinde muallâk ve medetsiz, bazan ışık ve bazan zulmet veren ve çabuk tagayyüre yüz tutan dinlerden mümtaz ve serfirazdır.

Yəni:

Üçüncüsü: Hər biri, bir növün nümunəsi olduqlarından, xilqət (yaradılış)'da cari olan qanunlar və İlahi namuslar (qanunlar)'a, İslamiyyəti tətbiq və (İslama) müvafiq olduğunu isbat (etmək). Ta (ki), o fitri qanunların imdadı ilə, İslamiyyət böyüyüb inkişaf etsin.

Bəli, bu (yəni, fitrətə müvafiq olduğu) xüsusiyyətilə, mübin (açıq olan, açıqlayan) din olan İslam,

~ sair həva və həvəs içində muallaq (havada asılı duran) və mədədsiz;

~ bəzən işıq, bəzən də zülmət verən; və

~ dəyişikliyə tez uğrayan

dinlərdən, mümtaz (seçkin) və üstündür.

------------------------

Şərhi:

Kainatdakı hər məxluq, bir növün nümunəsi olduğu üçün, onlardan hər biri, öz növündə cari olan fitri qanunları təmsil etməkdədir. Quranda, bütün növlərin nümunələri mövcud olduğundan, kainatda cari olan təkvini qanunların, yəni, fitri şəriətin bütününü, Quran, ehtiva etmiş olur. Bax Quran, kainatın bu nümunələrindən istitradi olaraq bəhs edərkən, yəni: əsas məqsədi olan İslam haqqında bu mövcudatı dəlil gətirərkən, İslamı, kainatda cari olan fitri qanunlara tətbiq etmiş olur və İslamın, fitrətə müvafiq olduğunu, isbat edir. Bunun üçün, şəriətin qanunları və İslamın hər məsələsi, fitrtətin qanunlarını ehtiva edən canlı bir toxum kimidir. Münbit bir zəminə əkildiyində, böyüyüb inkişaf edəcəkdir. Bu xüsusiyyətilə, İslam, sair dinlərdən mümtaz və seçkindir.

Müəllif, sair bütün dinləri (istər səmavi, istərsə də arzi olsun), belə vəsf etməkdədir:

Sair dinlər:

~ Həva və həvəs içində muallaq və mədədsizdirlər. Çünki, fitrətə isnad edən bir qanun, həqiqət zəmininə bitişik olan və o zəmindən mədəd alan bir ağac kimidir. Böyüyüb-inkişaf edir. Zəminlə bağı olmayan isə, havada asılı durmaqdadır. Fitrətdən mədəd almadığı üçün, dərhal sökülüb gedir;

~ Bəzən işıq, bəzən də zülmət verməkdədirlər. Yəni, keçmiş Peyğəmbərlərin bütün cahana şamil olan dərslərindən, xüsusilə Allah rəsulu (sallallahu aleyhi və səlləm)'in tədrisatından aldıqları bəzi həqiqətlər, bu dinlər içərisində mövcud olduğundan, bəzən işıq verir. Lakin, bu dinlərə həva və həvəs girdiyindən, daha çox zülmət verməkdədir.

~ Tez dəyişikliyə məruzdurlar. Çünki bu dinlər, fitri deyildirlər. Onun üçün, bir gün bir qanun çıxarır; sabah isə onu dəyişirlər. Fitri olan isə, dəyişməz. Çünki, həqiqətlərin ziddinə inqilab etməsi, mümkün deyildir.

------------------------

------------------------

Dördüncüsü: Herbiri birer hakikatın nümunesi olduklarından, efkârı hakaik cihetine tevcih ve teşvik ve tenbih etmektir.

Yəni:

 Dördüncüsü: Hər biri, bir həqiqətin nümunəsi olduğundan, fikirləri həqiqət cəhətinə yönləndirmək, təşviq və tənbeh etmək (oyandırmaq)'dır.

----------------------------

Şərhi:

Kainat, qüdrət qələminin yazdığı həqiqətlər mənbəyi olan mənalı bir kitabdır. Lakin Quran olmazsa, insan, deyil onun mənasını başa düşmək; mənalı bir kitab olduğunun belə fərqinə varmaz. Zahiri şəkillərinə, hərflərinin naxışlarına baxar. Mövcudatın surəti və təbiətindən başqa, bir şey görməz. Dəlalət etdiyi həqiqətləri, başa düşməz. Quran isə, onu, bir kitab kimi oxumaqdadır. Dəlalət etdiyi həqiqətləri göstərməkdədir. Fikirləri, həqiqət tərəfinə çevirər, buna təşviq edər. Təbiət nəzərilə baxmaqdan qurtarıb, qəflət yuxusundan oyadar. Aləmdəki hikməti fəhm etdirər.

 

Not: Bu 4-cü vəzifənin, 1-ci vəzifədən fərqi, budur:

~ Birinci vəzifədə, əsli məqsəd olan tövhid, aləmdəki intizam ilə isbat edilməkdədir.

~ Dördüncü vəzifə isə, haşr və qiyamət, ədalət və ibadət, nübüvvət və Allahın isimləri və hər bir ismin ehtiva etdiyi həqiqətlərə, zehnləri yönləndirməkdir. (haşiyə)

------------------------------

(Haşiyə:

Əşyanın həqiqəti üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/%C9%99syanin-h%C9%99qiq%C9%99ti-n%C9%99dir

-------------------------------

-------------------------------

Ezcümle: Kur'ân'da kasemle temeyyüz etmiş olan ecram-ı ulviye ve süfliyeyi tefekkürden gaflet edenleri daima ikaz ederler. Evet, kasemat-ı Kur'âniye, nevm-i gaflette dalanlara kar'u'l-asâdır.

Yəni:

Məsələn: Quranda qəsəm (and) ilə bir məziyyət qazanmış ülvi və süfli cisimləri təfəkkürdən qəflət edənləri, daim tənbeh edərlər. Bəli, Quranın qəsəmləri (andları), qəflət yuxusuna dalanlara, əsa ilə vurmaqdır.

-------------------------

Şərhi:

Bu 4-cü vəzifənin misallarından bir tək misal, özlərilə and içilməklə sair mövcudat üzərində bir məziyyət qazanmış olan səma və yerdəki şeylərdir. Bunlar, onları təfəkkürdən qəflət edənləri oyatmaqdadır.

Özünə and içilən şey, and içənin yanında, qüvvət və qüdsiyyət sahibi olmalıdır. Qüdsiyyət və böyük bir dəyər daşımayan şeyə, and içilməz. Bu cəhətdən, Quranın andları göstərir ki, bu kainat və içindəki hər bir sənət əsərinin, böyük bir qüvvəti, mənası və yüksək bir qüdsiyyəti vardır ki, özlərilə and içiləcək mərtəbədədirlər.

Demək, Quran, elə bir nurdur ki, öz təbiəti cəhətilə fane və pərişan olan bu qiymətsiz mövcudat, Onun nuru ilə, başdan-başa nurlanır; zinətlənir; yüksək bir qiymət və qüdsiyyət, əbədi bir həqiqət qazanır.

Bax, Quranın qəsəmləri, əsa kimi başlara vurub oyandırır və qəti bəyanları ilə, təbiət pərdəsini parçalayır.

İnsanda ənaniyyət və nəfs olduğundan, onun nəzəri, əşyaya, mülk cəhətindən və nəfs hesabına baxmaqdadır. Onun üçün, insanın, Allahdan başqasına and içməsi, haramdır. Quranın nəzərində isə, Allahdan başqası yoxdur. O, yalnız, Sani'ləri hesabına, mələkut cəhətindən nəzər edər. Onun üçün, onlara and içməkdədir. (haşiyə)

------------------------------

(Haşiyə:

And məsələsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/allah-niy%C9%99-and-icir

Mülk və mələkut məsələsi:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/m%C9%99l%C9%99kut-al%C9%99mi-n%C9%99-dem%C9%99kdir

------------------------------

------------------------------

Şimdi tahakkuk etmiş, şu şöyledir. Öyleyse, şek ve şüphe etmemek lâzımdır ki, mu'ciz ve en yüksek derece-i belâğatte olan Kur'ân-ı mürşid, esâlib-i Araba en muvafıkı ve tarik-i istidlâlin en müstakîm ve en vâzıhı ve en kısasını ihtiyar edecektir.

Yəni:

İndi, təhəqquq etmişdir ki, bu, belədir. Elə isə, şəkk və şübhə etməmək lazımdır ki,

~ aciz buraxan və bəlağatın ən yüksək dərəcəsində olan mürşid Quran, ərəb üslublarına ən müvafiqini;

~ istidlal yolunun ən istiqamətlisi, ən vazehi və ən qısasını ixtiyar edəcəkdir.

----------------------------

Şərhi:

Yəni, madam ki, etdiyimiz bu təhqiqlə sabit oldu ki, Quranda əsli məqsədlər, 4-dür; və Quranın kainatdan bəhsi istitradidir. Elə isə, şəkk və şübhə etməmək lazımdır ki,

~ Bu 4 məqsədə insanları irşad edən Quran, bəlağat və irşadın gərəyi olaraq, ərəb dilinin üslublarına ən uyğununu, -ki, bu da, mənaları, təşbih, təmsil, istiarə və kinayələrlə ülfət ediləcək bir üslubda söyləməkdir- və

~ Dəlil gətirmə yolunun da, ən istiqamətli, ən vazeh və ən qısasını ixtiyar edəcəkdir. Ki, bu da, muxatabın məlumu və məlufu (ülfət etdiyi) şeylərdən dəlil gətirərək, dəlil üstündə çox durmadan, dərhal nəticəyə intiqal etməsini təmin etməkdir. Bunun üçün də, ümumi hissiyyata riayət etmək; muxatabın halına müvafiq olmaq; onların zehnlərini qarışdırmadan, onların zehni səviyyəsinə enmək, şərtdir.

Həm madam ki, Quran, bəlağatı cəhətindən möcüzədir. Bəlağat isə, halın gərəyinə müvafiqlikdir. Yəni, hal, nəyi gərəkdirirsə, ona riayət etməkdir. O halda, ümumun hissiyyatına riayət və ehtiram göstərmək, bəlağatın gərəyidir.

Həm madam ki, Quran, mürşiddir. İrşad isə, əksəriyyəti təşkil edən muxatabın anlayışına riayət etməyi və onun səviyyəsinə tənəzzül etməyi gərəkdirir. Elə isə, onların zehnlərini qarışdırmaq, irşad deyil, idlal və ifsaddır.

Madam ki, belədir --->

------------------------

------------------------

Demek, hissiyat-ı âmmeyi tefhim ve irşad için bir derece ihtiram edecektir.

Yəni:

Demək, təfhim (mənaları başa düşmələrini təmin etmək) və irşad üçün, ümumi hissiyyata bir dərəcə ehtiram göstərəcəkdir.

-------------------------

Şərhi:

Yəni, məqsədini, onların başa düşə biləcəyi və adət etdikləri bir surətdə və zehnlərini qarışdırmayacaq bir tərzdə bildirəcəkdir.

------------------------

------------------------

Demek, delil olan intizam-ı kâinatı öyle bir vech ile zikredecek ki, onlarca mâruf ve akıllarına me'nûs ola.

Yəni:

Demək, dəlil olan kainatın intizamını elə bir cəhət ilə zikr edəcək ki, onlarca məruf (bilinən) və ağıllarına da mə'nus (ünsiyyət edilmiş) olsun.

--------------------------

Şərhi:

Məqsəd, -yuxarıda da dediyimiz kimi- tövhidin isbatıdır. Kainatdakı intizam isə, bunun dəlilidir. Lakin, bu intizamı elə bir tərzdə göstərməlidir ki, avamın tanıdığı və ağıllarının da ünsiyyət etdiyi bir surətdə olsun.

---------------------------

---------------------------

Yoksa delil, müddeâdan daha hafî olmuş olur.

Yəni:

Yoxsa dəlil, müddəa'dan daha gizli olmuş olar.

--------------------------

Şərhi:

Digər üslubları ixtiyar edərək, avamın heç bilmədikləri və asanlıqla da bilə bilməyəcəkləri şeylərdən bəhs etsə, yəni, nəfsu'l-əmir'dəki vəziyyəti sarahatla/açıqlıqla bəyan etsə, dəlil, iddia edilən şeydən daha gizli olacaq. Halbuki, istidlal təriqi, -məntiq elmi və münazirələrdə qərar qıldığı üzərə- dəlilin, iddiadan əvvəl zehndə sabit olmasıdır. İnsan, ilk əvvəl, dəlili biləcək və başa düşəcək ki, dəlildən iddiaya intiqal edə bilsin.

-------------------------

-------------------------

Bu ise, tarik-i irşada ve meslek-i belâğata ve mezheb-i i'câza muhaliftir.

Yəni:

Bu isə, irşad təriqinə, bəlağat məsləyinə və i'caz (möcüzəlilik) məzhəbinə müxalifdir.

---------------------------

Şərhi:

Belə bir yol, zehnləri qarışdırıb ifsad etdiyindən, irşad məsləyinə uyğun deyildir. Gözü ilə gördüyünü yalanlaması lazımdır. Həm, halın gərəyinə müvafiq olmadığından, bəlağat məsləyinə də müxalifdir. Həm, Quran, bəlağatda da möcüzə olduğundan, bu, i'caz məzhəbinə də uyğun deyil. Çünki, başa düşülməyən bir kəlam, fasih deyildir. Fasih olmayan isə, bəliğ ola bilməz. Bəlağatın əsası, fəsahatdır. Quran isə, elə bir möcüzədir ki, ağılların çata bilmədikləri ən çətin məsələləri, ən asan bir surətdə avama belə dərs verir. Halbuki, anlaşılmayan dəlilləri gətirib zehnləri müşkilə atan və hətta ifsad edən bir kəlam, necə möcüzə ola bilər?!

----------------------------

----------------------------

Meselâ, eğer Kur'ân deseydi, "Yâ eyyühennas! Fezada uçan meczup ve misafir ve müteharrik olan küre-i zemine ve cereyanıyla beraber müstakarrında istikrar eden şemse ve ecram-ı ulviyeyi birbiriyle bağlayan cazibe-i umumiyeye ve feza-yı gayr-ı mütenahîde dal ve budakları münteşir olan şecere-i hilkatten, anasır-ı kesireden olan münasebat-ı kimyeviyeye nazar ve tedebbür ediniz-tâ Sâni-i Âlemin azametini tasavvur edesiniz.

Yəni:

Məsələn,

Əgər Quran desəydi:

Ey insanlar!

Fəzada uçan məczub (cəzbə halında olan), səfəri və hərəkətli olan yer kürəsinə; və

Cərəyanı ilə bərabər müstəqarr (istiqrar qılınan yer)'ində istiqrar edən günəşə; və

Ülvi kütlələri bir-birilə bağlayan ümumi cazibə (qüvvəsi)'nə; və

sonsuz fəzada budaqları yayılan xilqət ağacı (kainat)'dan

(tut, ta)

Bir çox ünsürlərdən (meydana gələn) kimyəvi münasibətlərə

nəzər və tədəbbür edin. Ta ki, aləmin Sani (olan Allah)'ının əzəmətini təsəvvür edəsiniz.

------------------------

Şərhi:

Əgər Quran, aləmdəki intizamı və Sani'nin hikmət və qüdrətini göstərmək sədədində desəydi ki:

Ey insanlar!

~ Üstündə yaşadığınız bu yer kürəsinə baxın ki, sabit zənn etdiyiniz bu yer, həqiqətdə, fəzada uçan bir quş kimidir;

~ Cəzbəyə qapılmış bir mürid kimi; günəşin cazibəsinə qapılmış bir məczub kimidir;

~ Muqim (iqamət halında) deyil, bir səfəri kimidir, yəni dönməkdədir; hərəkət halındadır...

Əgər Quran belə desəydi, bu, ümumi hissiyyatın, yəni, gözün zahirən gördüyünün tamamilə əksinə olduğundan, muxatab bunu başa düşməyəcəkdi. Çünki, o, yeri, düz, muqim və hərəkətsiz görməkdədir. Tam əksinə, günəş və ulduzları, onun ətrafında məczub, səfəri və hərəkətli görməkdədir. Və bunları belə gördüyü üçün, bunları, bədihi şeylərdən saymaqdadır.

Və yenə, Quran, desəydi:

Ey insanlar!

Öz cərəyanı ilə bərabər, müstəqarr'ında istiqrar edən günəşə, yəni: "Günəşə baxın ki, siz, onun, yerin ətrafında cəryan etdiyini zənn edirsiniz. Halbuki, o, öz yerində, müstəqarrında dayanmaqdadır. Yerə nisbətlə yerində durduğu halda, öz içində müstəqarrında bir hərəkəti və günəş sistemilə bərabər, başqa bir hərəkəti və səyahəti vardır."

Və yenə, Quran desəydi:

Ey insanlar!

Səmadakı kütlələri bir-birinə bağlayan ümumi cazibə qüvvəsinə və sonsuz fəzada budaqları yayılmış olan kainatdan tut; ta ki

Bir çox ünsürlərdən meydana gələn kimyəvi münasibətlərə baxın!

Yəni, fəza dediyiniz şey, o qədər genişdir ki, sizin idrak edə bilməyəcəyiniz qədər böyükdür. O sonsuz fəzada, ayrı-ayrı sonsuz məxluqat növü var. Həm siz, torpaq, su, hava və od olaraq 4 ünsür zənn edirsiniz. Halbuki, 100-dən çox ünsür var. Bunların aralarında, qeyr-i adi kimyəvi münasibətlər var.

Bütün bunlara baxın və və düşünün. Ta ki, aləmin Sani'sinin əzəmətini təsəvvür edəsiniz...

Bir düşün! Əgər Quran belə desəydi, dəlil, iddia edilən şeydən daha gizli və müşkül olmayacaqmıydı?!

---------------------

---------------------

Veyahut, "O kadar küçüklüğüyle beraber bir âlem-i hayvanat-ı hurdebiniyeyi istiab eden bir katre suya, aklın hurdebiniyle temaşa ediniz-tâ Sâni-i Kâinatın herşeye kàdir olduğunu tasdik edesiniz."

Acaba, o halde delil müddeâdan daha hafî ve daha muhtac-ı izah olmaz mıydı?

Yəni:

Və yaxud, (Quran desəydi): "O qədər kiçikliyilə bərabər, mikroskopik heyvanlar aləmini içinə alan bir qətrə suya, ağlın mikroskopu ilə tamaşa edin. Ta (ki), kainatın Sani'sinin, hər şeyə qadir olduğunu təsdiq edəsiniz."

Görəsən o halda, dəlil, müddəa'dan daha gizli və izaha daha möhtac olmazdımı?!

----------------------------

----------------------------

Hem de onlarca muzlim bir şeyle, hakikatı tenvir etmek veyahut onların bedahet-i hislerine karşı mugalâta-i nefis gibi bir emr-i gayr-ı mâkule teklif olmaz mıydı?

Yəni:

Həm də:

~ onlar üçün qaranlıq bir şeylə həqiqəti nurlandırmaq; və yaxud

~ onların hissi bədahətlərinə qarşı nəfs muğalatası kimi qeyr-i məqul bir (şey) ilə mükəlləf tutmaq

olmazdımı?!

----------------------------

Şərhi:

"Ğalat": "qarışdırmaq" deməkdir. "Ğalat-ı hiss", "hiss yanılması"dır. Məsələn, göz yanılması, bunun kimidir.

"Muğalata" isə: "bilərək hissini yanıltmağa çalışmaq" deməkdir.

İnsanların, günəşi dönürmüş kimi görməsi; və ya yeri düz görməsi, hissi ğalat'dır. Quran, insanın gözü ilə belə gördüyü və insan üçün bədihi olan bir məsələyə: "Xeyr. Elə deyil, tam əksinədir." dediyində, möminlər, öz gözlərini yalanlayacaq və Quranın dediyi kimi görməyə çalışacaqlardı. Çünki, Ona iman etməklə mükəlləfdirlər. Yerə baxdığında da, onu düz gördüyü halda, kürə şəklində görməklə mükəlləf olacaqlardı. Yəni, hisslərinə muğalata edəcəkdilər.

Bax, Quran, əgər belə desəydi, bu, -nəfs muğalatası kimi- əqlə uyğun olmayan bir şeylə onları mükəlləf qılmış olacaqdı.

------------------------

------------------------

Halbuki i'câz-ı Kur'ân pek yüksek ve pek münezzehtir ki, onun safî ve parlak dâmenine ihlâl-i ifham olan gubar konabilsin.

Yəni:

Halbuki, Quranın i'cazı, çox yüksək və çox münəzzəhdir ki, Onun saf və parlaq ətəyinə, fəhmlərə xəlal verən toz qona bilsin.

------------------------------

Şərhi:

Müəllifimiz, burda, Quranın i'caz (möcüzəliliy)'ini, Quranın libasına bənzətməkdədir. Ancaq o, elə saf və parlaq bir libasdır ki, kiçik bir toz, ləkə belə qaldırmaz. Quranın i'cazı elə yüksəkdədir ki, fəhmlərə xələl vermək, onları qarışdırmaq kimi olan tozlar, Onun saf və parlaq ətəyinə çata bilməz ki, bulaşsın.

----------------------------

----------------------------

Bununla beraber Kur'ân-ı Mu'cizü'l-Beyan, âyât-ı beyyinatın telâfifinde maksad-ı hakikîye telvih ve işaret ettiği gibi, bazı zevahir-i âyâtı—kinayede olduğu gibi—maksada menâr etmiştir.

Yəni:

Bununla bərabər, bəyanı möcüzə olan Quran, açıq-aydın ayələrin təlafifində (yəni, ayələrin bir-birilə olan nəzm, tərtib və münasibətlərində), həqiqi məqsədə təlvih və işarət etdiyi  kimi; bəzi ayələrin zahirini, -kinayədə olduğu kimi- məqsədə mənar (nurun parladığı yer) qılmışdır.

------------------------------

• İşarət nədir?

~ Üsul alimlərinə görə, işarət: "kəlamın siyaq (gəlişi)'nin xaricində, ləfzin mənaya dəlaləti"dir. "Fəhva'l-xitab" deyə də adlandırılır. Bu ayədə olduğu kimi:

...Onların yeməyi və geyimini qarşılamaq, uşaq özü üçün doğulanın (yəni, atanın) üzərinə düşür..." (Bəqərə/233)

Allah Taala'nın bu sözündə, nəsəbin ata ilə sabit olduğuna işarət vardır.

~ Bədi alimləri isə, işarəti: "az sözlə çox məna ifadə etmək" mənasında açıqlamışlardır.

~ Bir digər tərif isə, belədir:

İşarət, hər nə qədər sarih/açıq məfhumun müqabili olmadığı təqdirdə, əksəriyyətlə, sarihi də əhatə edən ümumi məna üçün istifadə edilir. (Təhanəvi, "Kəşşaf")

• Təlvih nədir?

"Təlvih", lüğətdə, "uzaqdan bir başqasına işarət etmək"dir.

Bundan dolayı, bir çox vasitəsi olan kinayə'yə, "təlvih" deyilir.

"Camiu's-Sanai" adlı kitabda, belə keçir: "Bəlağat əhlinə görə, təlvih: 'şairin, bir müqəddiməni, elmi bir məsələ və ya örfi hikmətlərlə tamamlaması'dır." (Təhanəvi, "Kəşşaf")

-------------------

Şərhi:

Yəni, bura qədər izah edildiyi kimi; Quran, avamın zehnlərinə xələl verməmək üçün, onların hissiyyatına riayət edərək danışmışdır. Lakin, bu, o demək deyildir ki, Quran, yalnış şeyləri danışmış; avam yalnış bildiyi üçün, Quran da, onlara riayətən, belə yalnış söyləmişdir. Əsla! Çünki, Quran, ayələrin bir-birilərilə olan nəzm, tərtib və münasibətlərində, həqiqi məqsədə təlvih və işarət etməkdədir. Yəni, Quran, bəzi ayələrdə, avamın zehninə və hissinə riayət edərək, məcazlar, istiarələr gətirsə də, o ayətin əvvəli və ya sonrasında və ya başqa bir yerdəki ayədə, həqiqətdə nə olduğunu təlvih və işarət etməkdədir.

Bütün müfəssirlərin ittifaqı ilə, ümum Quran, tək bir kəlam hökmündədir. Ayələr, bir-birini izah etməkdədir. Bir ayədəki qərinə, bəzən başqa bir ayədə mövcud ola bilir. Məsələn, Quran, Nur surəsinin 43-cü ayətində, yağışın, səmadakı dolu dağlarından endirildiyini söyləyərkən; eyni ayətin baş tərəfi, yağışın, buludlardan gəldiyini açıqca ifadə edir. Bu da, "səmadakı dolu dağları"ndan muradın, həqiqət deyil; "buludlar"dan məcaz olduğuna bir qərinədir. Qərinə olmadan, həqiqətdən məcaza keçmək, caiz olmaz. Bu qərinələr də, ayələrin bir-birilə olan münasibətlərindən çıxır.

Bax, Quran, ayələr arasındakı münasibətlərlə həqiqi məqsədə işarət etdiyi kimi;

Bəzi ayələrin zahirlərini də, -kinayədə olduğu kimi- məqsədə mənar qılmışdır. Yəni, Quran, bəzən də, kinayədə olduğu kimi; ayətin zahirini, qəsd edilən məna üçün bir ayna kimi qılmışdır. Mənar: "nurun parladığı yer"dir. Yəni, necə ki, aynanın zahiri, yəni xarici səthi, nurun parlayıb görünməsini təmin edirsə; bəzi ayələrin zahirləri də, əsli məqsədə çatmaq üçün bir vəsilə qılınmışdır.

-İləridəki müqəddimələrdə təfsillə açıqlanacağı üzərə- məcazlarda, mane olan qərinə axtarılır. Yəni, ayəni zahiri mənasına həml etməyə mane, bir qərinə olmalıdır. Əvvəlki cümlədə, bunun haqqında danışıldı.

Kinayələrdə isə, qərinə olmaz. Çünki, kinayələrin zahiri mənaları, muhal/imkansız deyildir. Ancaq, məqsud (qəsd olunan), kəlamın zahiri deyil; onun lazımı olan digər bir mənadır. Kəlamın zahiri, digər məqsud məna üçün, ayna kimi qılınır, bir mənar olur. Zahir, məqsuda intiqal etmək üçün vəsilə olur. Az diqqətlə, başa düşülür. Məsələn, "Filankəsin külü çoxdur." deyildiyində, "qonağının bol olduğu"na kinayə edilir. Kəlamın zahiri mənası, imkansız deyildir. Ancaq, ayna kimi şəffafdır ki, onda parlayan məqsudu göstərir.

Bax, bu cümlədə bildirilən, ayələrdəki kinayələr və kinayəyə bənzəyənlərdir. Kinayə bənzəri dediyimiz isə, budur:

Kinayələrdə, zahiri məna, heç murad deyildir. Ancaq, bəzi ayələr vardır ki, zahirləri hər nə qədər daha qiymətli olan digər mənanın vəsiləsi olsa da, zahiri mənası da, məqsəddən tamamilə xaric deyildir. Belə bir üslub, kinayələrdən daha parlaqdır. Məsələn, aşağıda zikr ediləcəyi üzərə, günəşin, müstəqarr'ında cərəyan etdiyini bildirən ayə, kinayə bənzəri intizamı göstərir.

Xülasə, Quran, avamın nəzərinə və hissinə riayət edən üslublarla danışarkən, ayələrin münasibətlərinə baxılsa və ya az diqqət edilsə, işin həqiqətinə işarət etdiyi də görüləcəkdir. Əgər bəzi qərinələr, bir vaxt zehnimizcə görülüb təşxis edilməsə belə, zamanın keçməsilə həqiqət təbarüz etdiyində, o qərinələrin, Quranda var olduğu görülməkdədir. Bu cəhətdən, Quran, Allamu'l-Ğuyub'un və yer və göylərin Xaliq'inin kəlamı olduğu, ancaq, bəşərin zehninə tənəzzül ilə danışdığı başa düşülür. Və zaman keçdikcə, Quranın işarət və rəmzləri, daha da vazeh görünməkdədir.

Bu nöqtə, çox mühimdir. Bəli, Quran, təbəi (dolaylı) nəzərlə baxaraq, istidlal təriqinin gərəyilə, ümumi hissiyyata riayət etmiş və bəşərin ağlına tənəzzül etmişdir. Lakin, işin həqiqətinə dair təlvih və işarətləri də, ehmal etməmişdir. Bununla, i'cazını və Allahın kəlamı olduğunu göstərmişdir. Necə ki, kiçik bir şüşə parçası, öz qabiliyyəti nisbətində günəşdən feyzini aldığı kimi; dəniz üzü də, öz feyzini alırsa; Quran da, hər əsrə və bəşərin hər təbəqəsinə, Öz feyzini vermişdir. Bir ayə, avamın zehninə xələl gətirmədən, onu məqsədə çatdırdığı kimi; eyni ayə, daha da geniş istedadı olan xaslara və daha məlumatlı olan gələcəyin insanlarına da, işin həqiqətini bəyan etmişdir. Bu, bəşər kəlamında olmayan bir xüsusiyyətdir. Məsələn:

...وَٱلشَّمْسُ تَجْرِى لِمُسْتَقَرٍّ لَّهَا

Və'ş-şəmsu təcri li mustəqarrin ləhə. (Yasin/38)

ayəti,

~ Bir cəhətilə: avama, günəşin zahiri və vəhmi olan şərqdən qərbə doğru günlük dönüşünü ifadə edərkən;

~ Digər cəhətilə, xasslara və gələcəyə, günəşin, həqiqətdə dönmədiyini və yerində dayandığını; yerin hərəkəti səbəbilə, dönürmüş kimi göründüyünü söyləməkdədir. Çünki, ayə, "cərəyan" "mustəqarr" kəlimələrini, bərabər zikr etmişdir.

Cərəyan: "axmaq, hərəkət etmək" deməkdir. Mustəqarr isə: "istiqrar yeri; qərarlı bir şəkildə dayandığı yer" deməkdir. Bunlar isə, bir-birinə zidd iki kəlimədir.

Demək, ayə, "Günəş, dayandığı yerdə axır." buyurmaqdadır.

Dayanmaq və axmaq, bir-birinə zidd iki şey olduğu üçün, eyni cəhətdən olması, imkansızdır. Demək, bir cəhətdən dayanmaqda; digər cəhətdən isə, axmaqda, yəni dönməkdə olması lazımdır. O halda, ayə: "Günəş, sizin nəzərinizə görə axmaqda, dönməkdə; ancaq işin həqiqətində, müstəqarrında durmaqdadır." buyurmaqdadır.

Bax, ayə, bir-birinə zidd 2 kəlimə olan "cərəyan""mustəqarr" kəlimələrini zikr etməsi; və "li mustəqarrin" kəliməsini istifadə etməsi -ki, bu "li" hərfi:

~ həm illət mənasında;

~ həm "fi/içində" mənasında;

~ həm də "ilə/tərəf bildirən a, ə" mənasında

olur. Belə ki:

"Li" hərfi:

~ "İllət (səbəb, üçün)" mənasında olsa, ayə belə olacaq:

"Günəş, öz müstəqarrı üçün (yəni, öz sistemi üçün) axmaqdadır."

~ "Fi/içində" mənasında olsa, ayə belə olacaq:

"Günəş, müstəqarrında (yəni, istiqrar qıldığı yerdə, öz orbitində) axmaqdadır."

~ "İlə/tərəf bildirən a, ə" mənasında olsa, ayə belə olacaq:

"Günəş, (öz sistemilə bərabər, başqa bir sistemin içində), istiqrar qılacağı yerə doğru axmaqdadır."

Bax, Quran, işin həqiqətinə, belə təlvihlər və işarətlər etməkdədir. Lakin, sarih/açıq məna, avamın hissiyyatına baxmaqdadır. Çünki, muxatabların əksəriyyəti, avamdır və avam, işarətlərdən anlamaz. Onun üçün, avamın hissəsi, Quranda önə çıxarılmışdır. Xasslara isə, işarətlərlə rəmz edər. Lakin, bununla bərabər, avama nəzər edən zahir cəhəti də, yalan və yanlış deyildir. Çünki, bu zahir cəhəti də, kinayə qəbilindəndir. Kinayələrdə, zahir məna, kinayi mənanın mənarı olduğundan, zahirin vaqeəyə müvafiq olub-olmaması, mühim deyildir. Onun üçün, "Ayətin zahiri, yalnışdır." deyilə bilməz.

Müəllifimiz, Ustad Nursi (rahiməhullah), indi də, bu mövzunu işləyir. Belə ki --->

--------------------------

--------------------------

Hem de usul-ü mukarreredendir: Sıdk ve kizb, yahut tasdik ve tekzip, kinayât ve emsallerinde, fenn-i beyanda "maânî-i ûlâ" tâbir olunan suret-i mânâya raci değildirler. Ancak "maânî-i sânevî" ile tâbir olunan maksat ve garaza teveccüh ederler.

Yəni:

Həm də, qərar qılmış üsuldandır ki:

Bəyan elmində, sidq (doğruluq) və kizb (yalan), yaxud təsdiq və təkzib, kinayə və bənzərlərində, "birinci məna" təbir edilən mənanın surətinə raci deyildirlər (yəni, qayıtmırlar). Ancaq, "ikinci məna" ilə təbir edilən məqsəd və qərəzə yönəlirlər.

---------------------------

Şərhi:

Mətnin şərhinə keçmədən əvvəl, "sidq və kizb", yaxud "təsdiq və təkzib" kəlimələri üzərində bir az dayanmaqda fayda vardır. Belə ki:

Ərəb dilində, cümlələr, "xəbər""inşa" olmaqla iki qismə ayrılır:

~ "Xaricdə bir vaqeədən xəbər verməyən cümlələr"ə: "inşa cümlələri" deyilir. Bunlar, -əmr, nəhy (qadağa), istifham, təmənni, nida, and, təəccüb, mədh, zəmm (pisləmək) kimi cümlələr kimi- bir vaqeədən xəbər verməyən; əksinə, mütəkəllim (söz danışan)'ın, öz nəfsindən inşa və icad etdiyi mənaları ifadə edən cümlələrdir.

~ "Xaricdə bir vaqeə bildirən cümlələr"ə isə: "xəbər cümlələri" deyilir. Bunun üçün də, xəbər cümlələri, ya doğru, ya da yalnışdır. Yəni, ya sadiq və ya kazib'dir. Əgər xəbər, nəfsu'l-əmrə, yəni, vaqeəyə müvafiqdirsə, sadiq; qeyr-i müvafiqdirsə də, kazib'dir. Bunu da qeyd etmək lazımdır ki, əhl-i sünnət nəzdində, xəbərin, bu iki ehtimaldan başqa ehtimalı, yoxdur. Bir xəbər, ya doğrudur, ya da yalan. Dilimizdə isə, vaqeəyə qeyr-i müvafiq olan xəbər, əgər qeyr-i müvafiq olduğu bilinərək söylənərsə, buna, "yalan" deyilir. Əgər bilmədən söylənərsə, ona, yalan deyil, "yalnış" deyilir. Quran və hədislərdə və əhl-i sünnət alimlər nəzdində isə, bu, belə deyil. Vaqeəyə müvafiq olmayan xəbərlər istər bilərək, qəsdən söylənsin, istərsə xəta olaraq söylənsin, kizb/yalandır. Xəta olaraq kizbi söyləyən kimsənin bəzi şərtlər altında sorğu-sual edilməməsi, ayrı bir məsələdir və bu, kəlamın kizb olmasını dəyişdirməz. Allah Taala, Quranda, müşriklər üçün, "Onlar, yalan deyirlər." buyurmaqdadır. Halbuki müşriklər, söylədikləri şeyin, doğru olduğunu zənn edirdilər. Bu zənn, onların sözünün kizb olmasını, dəyişdirməmişdi. Bu, əhəmiyyətlidir. Çünki, bunu bilməyən bəzi kimsələr, sələfdən bəzilərinin digər bəzisi haqqında, "Onun söylədiyi, kizbdir." və ya "O, kazibdir." deyə söyləməsinin, "O, xəta etmişdir, yalnış söyləmişdir, yanılmışdır." mənasında olduğunu başa düşməyib, su-i zənn edirlər. Bundan dolayı, bəzi alimlər:

~ xəbər cümləsini, "sidq və kizbə möhtəməl olan söz";

~ inşa cümləsini isə: "sidq və kizbə möhtəməl olmayan söz"

deyə tərif etmişlərdir.

Lakin, bu tərif, mütəkəllim cəhətinə baxmadan, sadəcə kəlamın zatına etibarla edilən bir tərifdir. Mütəkəllimə də etibar edilərsə, tərif, Quran və hədislərə uyğun düşmür. Çünki, Quran və hədislərin kizb olması, möhtəməl deyildir. Sidqi, vacibdir. Onun üçün, bəzi alimlər, tərifdə, sidq və kizb yerinə, "təsdiq və təkzibi möhtəməl olmaq" deməyi, daha münasib görmüşlərdir. Çünki, Quran və hədislərin kizbi, möhtəməl deyildir. Lakin, isnanlar tərəfindən təkzib edilməsi isə, möhtəməldir. Bunun üçün, Müəllifimiz, "sidq və kizb; yaxud təsdiq və təkzib" deyərək, alimlərin bu ixtilafına işarət edir.

Bax, kəlamda sidq və kizb, yaxud təsdiq və təkzib, kinayə və bənzərlərində, yəni, məcazlar, istiarələr, tərizlərdə, birinci məna deyə təbir edilən mənanın surətinə raci deyildir. Birinci məna, "sözün zahiri ləfzinin ifadə etdiyi məna"dır. Bu birinci məna, qəsd edilən mənanın, kəlamda geyindiyi surətdir. Yəni, mütəkəllim, qəsdini, birinci mənanın surətinə daxil edər. Bax kəlamın sidq və kizb, yaxud təsdiq və təkzibi, bu birinci mənaya qayıtmır. Yəni, zahiri mənanın doğru olub-olmamasına görə, "Bu kəlam, doğrudur." və ya "Bu kəlam, yalnışdır." deyilə bilməz.

Ancaq, bu sidq və kizb, yaxud təsdiq və təkzib, ikinci məna deyə təbir edilən məqsəd və qərəzə yönəlirlər. Əsl məqsəd olan ikinci mənanın doğruluğu və yalnışlığına görə, təsdiq və təkzib edilirlər. Yəni, kinayə və bənzərlərində, kəlamın sadiq olması, qəsd edilən mənanın doğruluğuna bağlıdır. Yoxsa, ləfzin zahiri mənasının doğru olub-olmaması, mühim deyildir. Mütəkəllim, kəlamında, yalnız məqsədindən məsuldur. Məqsədi xaricində kəlamdan zehnə gələn şeylərdən, məsul deyildir.

İndi, müəllifimiz Ustad Bədiü'z-zaman, buna belə bir misal verir --->

---------------------------

---------------------------

Mesela: "Filânın kılıncının bendi uzundur" denilse, kılıncı olmazsa da, fakat kameti uzun olursa, yine hüküm doğrudur, yalan değildir.

Yəni:

Məsələn: "Filankəsin qılıncının bəndi, uzundur." deyilsə, (bu adamın) qılıncı olmazsa da, lakin (adamın) qaməti uzun olarsa, hökm, yenə doğrudur, yalan deyildir.

-------------------------

Şərhi:

Bənd: "çiyindən belə qədər uzanan və qılıncı daşıyan kəmər"dir. "Filankəsin bəndi, uzundur." sözü, "boynunun uzunluğu"ndan kinayə olaraq istifadə edilir. Bir adamın boynunun uzun olmasının lazımı, qılıncının bəndinin də uzun olmasıdır. Kinayənin mənşəi də, budur. Bu lüzum münasibətindən dolayı, məqsəd və qərəz olan "uzun boyluluq", onu istilzam edən (gərəkdirən) başqa bir mənanın surətinə daxil edilərək ifadə edilir. İndi, bu söz, kinayə məqsədilə deyilsə və o adamın, qılıncı olmayıb lakin boyu uzun olsa, hökm, yenə doğru olur. Bu qaydadan dolayı, Quran, "Günəş, cərəyan edir (dönür)." deyərkən, bunu, intizamdan kinayə olaraq deyir.

Məsələn, bir adama, zamanın qurtarmaq üzərə olduğunu ifadə etmək üçün, qolundakı saat göstərilərək, "Bax, vaxt gedir." deyildiyində, məqsəd, müddətin azaldığını ifadə etməkdir. Saatın əqrəbindəki hərəkət də, zamanın axmasından gəldiyi üçün, onunla kinayə edilmişdir. Yoxsa, zamanı axıdan şey, şəxsən saatın əqrəbi deyildir. Əksinə, o əqrəbə, o vəziyyəti verən, zamandır.

Bunun kimi də, Quran, intizamı ifadə üçün, intizamın lazımı və nəticəsi olan günəşin bu zahiri və vəhmi hərəkətini, -saat əqrəbinin hərəkəti kimi- intizamdan kinayə olaraq göstərməkdədir. Madam ki, kinayədir. Məkni anh olan (yəni, özündən kinayə edilən) intizam var olduğuna görə, kəlam, sadiqdir. Günəş, həqiqətdə hərəkət etməsə, bu hərəkət, hissi yanılma da olsa, kəlam, doğrudur.

------------------------

------------------------

Hem de, nasıl kelâmda bir kelime, istiâreye karine-i mecazdır. Öyle de, kelime-i vahid hükmünde olan kelâmullahın bir kısım âyâtı, sair ihvanının hakikat ve cevherlerine karine ve rehnümâ ve komşularının kalblerindeki sırlara delil ve tercüman oluyorlar.

Yəni:

Həm də, necə ki, kəlamda bir kəlimə, istiarə'yə bir məcaz qərinəsi olur.

Elə də, bir tək kəlimə hökmündə olan kəlamullahın (yəni, Quran)'ın bir qisim ayələri, sair qardaşlarının həqiqət və cövhərlərinə, qərinə, yol göstərən və qonşularının qəlblərindəki sirlərə, dəlil və tərcüməçi olurlar.

------------------------------

Şərhi:

Məsələn, "Şirlər, qılıncları ilə hücum etdilər." deyildiyində, "qılınc" kəliməsi, bir qərinə olur ki, şirdən murad edilən "əsgər"dir. Çünki şir, qılınc tuta bilməz.

İstiarə üçün bax:

https://suallarlaislam.com/m%C9%99qal%C9%99/istiar%C9%99-n%C9%99dir?fbclid=IwY2xjawRR0f5leHRuA2FlbQIxMQBicmlkETJWR0R3UUJuTGFnbGJ5U2FYc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHmvLE8lHXDPOtvmCJM7ZhwjAzTn4I4fyvJXHRF_qYZcO6vb5_oQO5yTTA_wc_aem_DWsRJqUy4uN2A9bYJPzeBg

Quran, Allah kəlamı olduğundan, muhit bir elmdən gəlir. Onun üçün, hər ayətin, hər ayətlə münasibəti vardır. Ümum Quran, tək bir kəlimə olduğundan, bir ayə, qardaşları olan sair ayələrin həqiqət və cövhərlərinə, bir əlamət, yol göstərici; və qonşu ayələrdəki sirlərə, dəlil və tərcüməçi olur. Bundan dolayı, bəzən bir ayədəki məcaz və istiarələrin qərinələri, o ayətin içində deyil, sair ayələrdə mövcud ola bilir. Bundan dolayı, ümum Qurana, birdən nəzər etmək lazımdır.

-------------------------

-------------------------

Elhasıl: Bu hakikati pîş-i nazara getiremeyen ve âyetleri muvazene ve doğru muhakeme edemeyen, meşhur Bektaşî gibi—ki, namazın terkinde taallül yolunda demiş: "Kur'ân diyor لاَ تَقْرَبُوا الصَّلاَةَ ilerisine de hafız değilim"—nazar-ı hakikate karşı maskara olacaktır.

Yəni:

Xülasə: Bu həqiqəti göz önünə gətirə bilməyən və ayələri müvazinə və doğru mühakimə edə bilməyən (yəni, sadəcə bir ayətə, zahiri və səthi nəzərlə baxan adam), məşhur Bəktaşi kimi,

-ki o, namazın tərkində təəllul (illət, səbəb göstərmə) yolunda belə deyirmiş: "Quran, (belə) deyir: 'Namaza yaxınlaşma.' (Nisa/43). (Ayənin) davamına da hafiz deyiləm (yəni, əzbərləməmişəm)."-

həqiqət nəzərinə qarşı, gülünc hala düşəcəkdir.

----------------------------------

Şərhi:

Halbuki, ayətin davamı, belədir: "İçkili ikən..."

Bu Bəktaşi, necə, belə gülünc bir hala düşürsə, Quran, bir tək kəlimə hökmündə olduğundan, sair ayələri müvazinə və mühakimə edə bilmədən bir tək ayətə baxan adam da, eyni bu Bəktaşi kimi, gülünc hala düşəcəkdir.

(Ustad Bədiü'z-Zaman Said Nursi, "Muhakəmat", "Unsur-u Həqiqət", 1-ci Müqəddimə, s. 15-17)

 

Read 17 times
In order to make a comment, please login or register
OXŞAR SUALLAR